HƏYAT    EPİZODLARI

Ikinci  kitab

 

Məni boya başa çatdırmış

Seyid Bikə və Meşədi Fazilin

 əziz xatirəsinə həsr edirəm

                                                                            

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI - 2003

      

 

 

 

GİRİŞ

Bismillahir-rəhmanir-rəhim!

 

FAZİL

   20-ci il may ayının əvvəli bütün Tiflis Bakıda baş verən dövlət çevilişindən, Qubada və Gəncədə axıdılan nahaq qanlardan danışırdı.

   Azərbaycanlıların çoxu Tiflisə köçməkdə idi. Əsasən əsilzadələr, ziyalılar və varlılar idilər. Fazil onlardan çoxunu şəxsən tanıyırdı.

-Bakı dağılır! Şəhərin mərkəzində yaşayanları evlərindən çıxarıb 11-ci ordu ilə gəlmiş ermənilərə, yahudilərə, ruslara verirlər. Fərqi yoxdur kimin evidir. Müqavimət göstərən camahatı tutub güllələyirlər. Bizim evimizi  ermənilərə verdilər. Qaldıq evsiz. Odur çıxıb bura gəldik. Dədəmin burada mülkü durur.- deyə vaxtilə Fazillə ginaziyada oxuyan «Ağ şəhərli» Abdulla  danışırdı.           

Axşam evə qayıdanda Seyid Bikə Fazilə iki məktub uzatdı.

Birini Bakıdakı evlərinə baxan Cəbi kişi göndərmişdi. İkinci məktubsa Basqaldan idi. Yazan qardaşı Əbülfəz idi.

   Birinci qardaşının məktubunu açdı. O, yazırdı:    

«Dadaş, on gündən artıq idi ki, dədə Qubaya çıxıb getmişdi. Adətən tez qayıdardı. Dünən Tat Əli bizə gəlmişdi. Dedi ki, Qubadan dostu polkovnik Əbdülqəniyevi görmək üçün Xaçmas tərəfə getdik. Mən qayıtdım, o, isə qaldı.

Səhər bütün Qubaya yayıldı ki, 11-ci orduya müqavimət göstərən «Ləzgi alayı» qırılıb. O saat oğlumla ata minib Xaçmaz tərəfə sürdük. Bütün ətraf kəndin camahatı ora yığışmışdı. Şəhidləri məscidlərə daşıyırdılar. Kəblə Cəfərin də cəsədi onların arasında idi.

Onu başqalarından ayırdıq. Quba məscidinə gətirdik, adətimizə uyğun olaraq şəhər qəbristanlığında yerə tapşırdıq. Basqala gətirə bilmədik.

Ağsaqqalarla birlikdə Qubaya gəldik. Məsciddə üç gün «Quran» oxutduq, ehsan verdik. Qəbrinin üstünü götürtdük. Rəhmətlik həmişə deyirdi ki, «Öləndə də belə yerdə öləsən!» Basqalda da hər cümə axşamı məclisini veririk. Qırxına qədər belə edəcəyik. Bura gəlməyin vacibdir.

   Əhəd əmi də Bakıdakı çevrilişdən sonra ailəsi ilə bura köçüb gəlib. Evini əlindən alıblar. Deyir ki, Mir Hüseyn ağanın evini də tutublar, özündən isə heç bir xəbər yoxdur. Hamı gözdə qulaqdadır. Ümumiyyətlə hökumətin və parlamentin yüz iyirmiyə qədər adamı yoxa çıxıb.

   Hörmətlə Əbülfəz.»

   İkinci məktubda Cəbi kişi yazırdı ki, Fazilin «İçəri şəhərdəki» evini alıb ermənilərə veriblər. Məni arvadımla küçəyə atıblar. Qonşuluqdakı Kəblə Rüstəmin həyətində kirayə qalırıq. Sənin kitablarını çıxarıb bura gətirmişəm. Ağa, qalan şeyləri vermədilər.»

   Fazil evi alıblar sözünü oxuyanda ağılına gələn ilk fikir «kitablar nə oldu?». Oxuyanda ki, kitabları çıxarıb, özünə gəldi, ancaq üzü gülmədi.

   -Nə yazırlar? - deyə Seyid Bikə soruşdu.

   -Dədə tələf olub! Hazırlaş, Basqala gedirik.

   -Bəs Zibeydə ana?

   -Onun getməyi vacib deyil, qoy burada qalsınlar!

   -Onda özün onunla danış!

-Fazil o birisi otağa keçdi. Qaynanası geniş türk divanında oturub «Quran» oxuyurdu. Fazili görüb kitabı örtdü.

-Bala, buyur!- deyə yanında yer göstərdi. Fazil keçib oturdu.

-Ana, biz Bikə xatunla Basqala getməliyik.

-Xeyr ola, bala?

-Atam rəhmətə gedib.

-Bəs mən?

-Ana, yol şüluqdur. Sizə əziyyət olar. Bir də Mir Hüseyn ağa bura gəlməlidir.

-Məgər o, Basqala gəlməyəcək?

-Ondan xəbərim yoxdur. Ola bilsin, gəlmədi. Ancaq Tiflisə gəlməliydi.

Zibeydə xatun Mir Hüseyn ağanı gözləmək qərarına gəldi. Bir də üç uşaqla hara gedə bilərdi.

   -Allah rəhmət eləsin! Yolunuz uğurlu olsun!-deyə Zibeydə xatın icazə verdi.

  

BASQAL

  

Günorta çağı Basqal onları yay tərəvəti ilə qarşıladı, bayaqdan günün altı ilə hərəkət edən fayton canlı çələyin altına girəndə, sanki sərinliyi hiss etmiş atlara qüvvə gəldi, bərk qaçmağa başladı.

   -Həmişə belədir. Atların bura çatana qədər canı çıxır, buradan elə bil cana gəlirlər!-deyə faytonçu Fazilə müraciət etdi.

   -Çünki bura cənnətin ayağıdır. Bizim ağsaqqllar deyirlər ki, Şirvan dünyada iki şeylə məşhurdur: Dirlik suyu və Musa peyqəmbərin «Sal daşı»1 ilə. «Saldaşın harada olduğunu bilən yoxdur, ancaq dirlik suyu, deyəsən elə Basqaldadır. Ancaq haradan çıxır- bilən yoxdur.                

   -Vallah, belədir!

   Cümə axşamı idi. Qəsəbə məscidinin qarşısında camahatla doluydu. Fazil qardaşlarını və əmisini onların arasında gördü, faytonu evləri tərfə göndərdi, özü isə düşüb düz məscidə gəldi. Yadına düşdü ki, Kəblə Cəfərin yas məclisi adətə uyğun olaraq məsciddə verilir.

   Ağsaqqallar Fazili bu dəfə başqa cürə qarşıladılar. Daha ona uşaq kimi deyil, ailə başçısı, Kəblə Cəfərin ailə başçısı kimi baxırdılar. Onların bu baxışlarında bu ailəyə böyük hörmət və izzət duyulurdu.

-Fazil, bala, axır qəmin olsun!-deyə məscid həyətinə daxil olan Fazil Basqal ağsaqqallarından biri Əlovsət qarşıladı:-Allah atana rəhmət eləsin. İgid gəldi və igid kimi şəhid oldu. Düşmənə əyilmədi.

O, Fazili qarşısına salıb məscidin yuxarı başına keçirdi və mollanın yanında əyləşdirdi.

Fazil başıyla məsciddə oturanları salamladı və birinci dəfə orada olanları gözüylə süzdü. Bütün Basqal ağsaqqalları burada idi.

Başqa vaxt olsaydı, Fazilin cürəti belə çatmazdı ki, bu insanların yığışdığı yerə ayaq bassın. Adətə görə seçilmiş insanlar bir yerə yığışdıqda cavanlar ora gəlməzdilər. Bu hörmətsizlik sayılırdı.

-Atan böyük insan idi. Basqalın çörək ağacı idi. Yüzlərlə ailə onun qoyduğu yolla pul qazanıb dolanır. İndi günümüz necə olacaq? -deyə Kəblə Qəfər kişi üzünü Fazilə tutdu. Ancaq o, dinmədi. Əvvzinə Əmisi Əhəd danışdı:

-Allah ballarını saxlasın! Kəblə Cəfər yerinə əvəz qoyub gedib. Heç də atalarından geri qalmırlar. Atalarının işini davam etdirəcəklər.

-Allah ağzından eşitsin! - deyə yerlərdən səslər eşidildi.

Ağsaqqallar  bununla sakitləşmədilər. Kimsə üzünü yenidən Fazilə tutdu:

-Bakıda baş verənlər heç də ürəyimizcə olmadı. Deyəsən, yenidən bizi Ursiyyətə qatacaqlar. - deyə kimsə söhbəti dəyişdi.

Fazil baxışların ona dikildiyini hiss etdi. Başını aşağı saldığından heç kimi görmürdü.

-Hakimiyyəti silahla bolşeviklər götürüblər. Ancaq Azərbaycan respublikasını Rusiyaya qata bilməzlər. Çünki  bütün dünya bu dövləti tanıyıb.

-Bəs camahatın əlindən varını, dövlətini alırlar, Bakıdakı atanın mülkünü də, deyirlər, alıblar.

-Elədir.

-Bəs Basqalda nə ola bilər?

-Nə ola bilər ki?

-Bizim də varmızı dövlətimizi əlimizdən ala bilərlər.

-İndiyə qədər Basqalda belə şey olub?

-Heç vaxt!   

-Bundan sonra da heç nə ola bilməz. Basqallının nəyi var? Bir-ki dəzgahı. Bu dəzgahlar işləsə, dolacağıq, işləməsə yox. Hansı ölkədə işləyəni işləməyə qoymurlar. Hansı quruluş olursa olsun, dəzgahlarımız işləyib. Bundan sonra da işləyəcək. Hallal zəhmətimizlə qazandığımızı əlimizdən heç kim ala bilməz! Bunu bacarmazlar.

-Elədir!

Axşam Fazil evə qayıdanda Ziba xanım oğlunun boynuna sarıldı. Anasının göz yaşları onun üzünə süzülürdü.

-Ağlama, ana! Qismətimiz budur. Allah bilən məsləhətdir!-deyə onu sakitləşməyə çalışdı.

-Ay na, keçin əyləşin! - deyə Seyid Bikə də qaynanasını sakitləşməyə çalışdı. Fazil anasını divana oturtdu, Gəlin isə döşəkçəni onun kurəyinin arxasına qoydu.

-Mən sabah Bakıya gedirəm, ana, mənə icazə ver!-deyə Fazil onun əlindən öpdü.

   -Sən daha böyük oğlansan! Bütün ailənin başçısan, daha məndən icazə almaya da bilərsən! Basqallılar eşitsə, nə deyər? «Ana uşağı!». Bundan sonra özün-özünün ağasısan. Ancaq ağa olsan da bir şeyi bilməlisən ki, evin yükü üzərindədir. Əlinə  baxır.

   -Ay na, mən bunları bilirəm. Ancaq sənin gözündə həmişə uşaq qalacağam. Ananın gözündə uşaq böyümür, həmişə uşaq qalır.

-Mənim gözümdə isə sən daha böyüksən!-deyə Ziba xanım oğlunun dəlilləri ilə razılaşmadı.

 

BAKIDA

  

Güclü külək Fazilin papağını qapıb qaçmaq istəyirdi. Ancaq o, bir əlilə papağını tutub qaçmağa qoymurdu.

Yuxarı məhəllədə Heybətgilin evlərinə çatanda gözlərinə inanmadı

Heybətgilin həyət qapıları heç vaxt bağlı olmurdu, ancaq indi bağlı idi. Odur ki qapını döydü.

    Meşədi Nağı  qapını açdı:

   -Fazil, bala?

   -Mənəm Nağı dayı!

   -A bala, bəs Heybət hanı?

   -Mənimlə deyil.

   -Axı o Basqala getdi. Məni qoymadı ki, qarışıq zamandır, evdə qalım.

   -Düz iş görüb! Əlbət mən Basqaldan çıxandan sonra ora gəlib.

   -A bala, içəri keç!-deyə evə qalxdılar.

   Meşədi Tağı nə isə demək istəyirdi, ancaq nədən başlayacağını bilmirdi. Minəvvər arvadın içəri girməsi sakitliyi pozdu:

   -A bala, sən bizə xoş gəlmisən? Bəs Heybət hanı?

   -Onunla rastlaşmamışam.

   -Eşitdik, atanız həlak olub! Allah rəhmət eləsin!-deyə Minəvvər arvad başsağlığı verdi.

   -Sizin və qaynatanızın evini müsadirə edib ermənilərə veriblər.

   -Bəs qaynatam haradadır?

   -Ondan heç bir xəbər yoxdur. Deyirlər, bolşeviklər gələndən sonra yoxa çıxıb. Tiflisdən vəziyyət necədir?

   -Hələlik pis deyil, ancaq ruslar orayada burunlarını soxurlar. Vasyagildən nə xəbər?

   -Qalina İvanovna martda Piterə köçdü. Ürəyi onun yanında qalmışdı. Adresini qoyub.-deyə ayağa qalxdı və o birisi evdən məktubla qayıtdı:

   -Vasyadandır!

   Məktubu alıb diqqətlə oxudu. Vasya yazırdı ki, Naşagillə qonşuluqda yaşayırlar. Bütün günü onlardayıq. Andrey universitetdə dərs deyir. Əlbəttə bura Bakı deyil. Bir təhər keçinirik. Bu il universiteti da qurtarır.

   Məktubu oxuyub gülümsədi. Dostlarının vəziyyətinin  yaxşı olması onu sevindirdi. Çünki Rusiyada böyük qırğınlar olduğundan xəbərdar idi.

-Şükür xudaya! Hər şey yaxşıdır. –deyə məktubu cibinə qoydu.

-Küləyi görürsən də, adamı bayıra çıxmağa qoymur.-deyə Meşədi Tağı söhbəti dəyişdi.

-Bakı küləksiz yaşaya bilmir.-deyə Fazil ayağa qalxdı.

-Hara belə, bala?

-Marqarita Petrovnaya dəyib qayıdıram, təkdir.

   -Gəl, birlikdə gedək! -deyə Meşədi Tağı otaqdan çıxdı, geyinib qayıtdı.

***

. -Milıe!-deyə Marqarita Petrovna sevindiyindən əlini əlinə vurdu: Klənusğ ne ojidal. -deyə onları otağa dəvət etdi.

Əlindəki zəmbili Fazil müəlliməsinə uzatdı.

-Bunlar isə lazım deyildir. Aclıq vaxtı özünüzə əziyyət vermisiniz!

- Marqarita Petrovna,  bağışlayın ki, tez-tez gələ bilmirəm. Tiflisdəyəm.

-Bilirəm! Heybət məni darıxmağa qoymur. Hər gün mənə dəyir. İki gündür yoxdur.

-Basqala gedib.

-Niyə sənsiz?

-Məndən xəbərsizdir.

-Xeyr ola?

-Atamın yasına!

-Nəyə, nəyə?

-Atam Qubada həlak olub.

-Bəs mənə niyə deməmisiniz?

-Mən Tiflisdə eşidib, Basqala gəlmişdim.

-Allah onun torpağını yumşaq eləsin!-deyə Marqarita Petrovnanın gözləri yaşardı.

-Nataşkadan nə xəbər?

-Pis deyirlər. Ancaq orada da Bakı kimi aclıqdır. Güclə keçinirlər.

-Bura qayıtmaq istəmirlər?

-Andreyi yaxşı işlə təmin ediblər. Böyük perspktivi var. Ancaq sizin üçün yaman darıxıblar.

-Allah qoysa, vaxt tapıb gedərəm!-deyə Fazil gözləri yaşarmış ananı sakitləşdirdi.

***

Bir saatdan sonra Marqarita Petrovnagildən küçəyə çıxardılar. Daha külək əsmirdi. Elə bil bir saat bundan qabaqkı şəhər deyildi.

-Çaşıb, evinizə tərəf gedərsən? – deyə Meşədi Tağı onun «İçəri şəhərə» üz tutduğunu görüb soruşdu.

-Necə bəyəm, getmək olmaz?

-Məsləhət deyil! Səni kimi bir-ki nəfər kənarda olarkan evlərini əllərindən alıb erməni və başqa millətlərdən olanlara vermişdilər. Ev yiyələri gəlib öz evlərinə yiyə durmaq istədikdə, onları həbs etmişdilər. İndiyə qədər ölüm-itim sorağı belə yoxdur.

-Aydındır.-deyə Fazil yenə də yolunu «İçəri  şəhər» tərəfə davam etdi.

-Yaxşı indi hara gedirsən?

-İcazə versəniz, gedib, Cəbi kişini tapardım!- deyə Fazil Meşədi Nağını sakitləşdirdi.

 «İçəri şəhərin» girişindəki   küçədə ondan ayrıldı, ancaq axşam qayıdacağına söz verdi.

Kəblə Rüstəmi «İçəri  şəhərdə» hamı tanıyırdı. Evini asanlıqla tapdı.

-Sənə canım qurban bala! - deyə Tükəzban arvad Fazili qarşıladı.

-Cəbi əmi haradadır?

-Bu dəqiqə gələr!

Fazil başını qaldırıb otağa baxdı. 14-15 kvadrat metr olardı. Ortaya qoyulmuş stol otağın yarsını tuturdu.

-Elə bir otaqdır?-deyə Fazil soruşdu.

-Yox bundan balacası da var. Sizin kitabları ora yığmışıq.-deyə o birisi otağa keçdi və əlində bir qutu ilə qayıtdı. Qutunu Fazilə uzatdı

-Bu nədir?-deyə o, soruşdu.

-Cəbiyə deyəndə ki, evi bolşalt. O, hay-küy salıb əvvəl gələnləri qovlamışdı.  Sizin seyfin sindırıb içindəkiləri götürüb bu qutuya yığıb. Kəblə Cəfərin burada qoyub getdikləridir. Gəlinin qır-qızılları da buradadır.

Fazil qutunu qırağa qoydu. Heç içinə belə baxmadı. O birisi otağa keçdi. Gözləri gitablarda qalmışdı. Onun ən böyük sərvəti elə bu kitablar idi. Ən çətin anlarda onun köməyinə gələn, dərdi-qəmini dağıdan, axtardığı suallara düzgün-dürüst cavab verən ən yaxın dostları idi.

-Ağa salam!- deyə Cəbinin səsi onu mütailədən ayırdı.

-Cəbi dayı? Salam!

-A bala haradasan? Evimizi əlimizdən alıblar. Evsiz qalmışıq.

-Ürəyini sığma, Cəbi dayı. Yuxarı məhəllədə evimiz var. Dədəm təzə almışdı. Elə bu gün ora köçərsiniz. Bura darısqaldır.

-Allah sənə ürəyincə versin, bala!

-Tükəzban xalaya deyin, hazırlaşsın. Sən isə get bir-ki araba tut gətir.

 «Dağlıq məhəllənin» qurtaracağında keçən ilə aldıqları mülkdə Kəblə Cəfərin əsasən Bakıya qonaq gələn qohum-əğrabaları qalırdılar. Özü də Bakıda olanda çox vaxt bu mülkdə olurdu. Həyəti çox gen-geyiş idi. Fikirləşirdi ki, gələcəkdə burada bir-neçə mənzil tikdirib hətta kirayə versin.  Kəblə Cəfər hər şeydən pul qazanmağı bacarırdı.

Evin harada olduğunu Cəbi kişi yaxşı bilirdi. Ancaq nədənsə ora köçməmişdi.

Cəbi kişi arabalarla gəldi. Arabaçılar evin əşyalarını arabalara yükləməyə başladılar.

-A kişi, bizim evə niyə köçməmişdin?

-Dedim, yazıqları gələr, evsiz olduğumuzu bilib, bizə də öz evimizdə yer verərlər. Sonra sənə qalar.

-Özünə əziyyət vermisən! Donuzlardan tük istəmisən.

-Qonşularımda deyirdilər ki, çıxma! Kasıbsan, evin-eşiyin yox! Demirlər, kasıb-kusub hökumətidir. Qoy köstərsinlər ki, belədir.

-Köstərdilər?

-Kimdir kasıba həyan duran? Allah atana rəhmət eləsin. Dünyada sizin kimi adamlar azdır.

***

Kəblə Cəfərin yuxarı məhəllədəki mülkünün sakinləri Fazilin gəldiyini görüb onu əhatəyə aldılar. Nə baş verdiyindən çoxlarının xəbəri vardı. Kitabların və əşyaların arabadan boşaldılmasına kömək etdilər. Həyətə gətirdilər.   

Fazil həyətin girəcəyindəki iki otağlı mənzilin qapsını açdı və Tükəzban arvada göstərdi. Bura çox gen-geniş idi. 

-Xoşunuza gəlirmi?-deyə soruşdu.

-Bundan yaxşı yer harada ola bilər? Aşağıdakı evdən də genişdir.

-Sağlıqla işlədəsiniz!-deyə həyətə çıxdı.

 Özü isə atasının mənzilin qapısının açdı. Kitablarını ora yığdırdı.

Tükəzban arvad onun mənzilinin qarşısındakı eyvanı səhmana saldı, ərilə otaqdakı stolu çıxartdı, adətinə sadiq qalaraq həyətdəki samovara köz saldı.

Fazil yaman yorulmuşdu. Bütün günü ayaq üstə olduğundan gözləri yumulurdu.

Samovar qaynadı. Tükəzban arvad çay dəmlədi və həyətdəkiləri yuxarı dəvət etdi.

-Cəbi dayı, Meşədi Tağı dayıya söz vermişdim ki, onlara qayıdacağam. Görürsən, nə qədər adamımız var. Harada yaşadıqlarını bilirsən. Bizim yaxınlığımızdadır.  Mümkünsə, gedib onu bura dəvət edin!

Cəbi kişi həyətdən çıxdı.

-Allah atana rəhməğ eləsin! - deyə yuxarı qalxan  qonşulardan biri baş sağlığı verdi.

-Allah valedeynlərinizə rəhmət eləsin!-deyə Fazil cavab verdi:-Buyurun!

Qonşular stolun arxasına keçdilər.

-Tiflisdə vəziyyət necədir?- deyə həyətdə yaşayan basqallılardan biri soruşdu.

-Əvvəlki kimi! Hərə öz işində!

-Bəs ruslar?

-Orada sakitlikdir. Burunlarını soxa bilmirlər. Burada nə baş verir?

-Köklü bakılıları evlərindən qovlayıb erməniləri və başqa millətləri yerləşdirirlər. Elə bil atalarının evidir. Böyüyümüz Nəriman Nərimanov olsa da, respublikamızı pedaras Mikoyan idarə edir.

-Camahatın vəziyyəti necədir?

-Necə olacaq? Acından ölür. Pullular Bakını tərk edib, çıxıb getdilər. Zavodlar, fabriklər işləmir. Müsadirə ediblər. Sahibkarların əllərindən pullarını-paralarını alıblar. Fəhlələri işlədirlər, ancaq maaş verən yoxdur.

Azərbaycanın neftini qatarlara, tankerlara doldurub Rusiyətə göndərirlər. Əvəzinə heç nə göndərmirlər. Şimal sərhədi başsız qalandan sonra Rusiyyətin bütün acları, avaraları, oğruları tökülüb Bakıya gəliblər.

 Hamı Nərimanın atasını - anasını söyür. Azərbaycanlılar indi-indi nə baş verdiyini başa düşürlər.

-Mir Hüseyn ağadan nə xəbər var?

-Ordu şəhərə girəndən bir həftə sonra yoxa çıxıb. Hamı onu axtarır. Keçən həftə Nərimanov «Təzə pirə» gəlmişdi. Yaxasından yapışdıq «Hanı ağa?». Söz verdi ki, göstəriş verəcək: axtarıb tapsınlar!

-İnanırsınız?

-Yox!

-Firidun bəy Köçərlini də xilas edəcəyinə söz vermişdi. Eşitdik ki, Gəncədə onu güllələyiblər. Yalançıdır.

-Hacıdan nə xəbər?

-Oturub bağında, Bakıya gəlmir. Deyirlər, ev düstağıdır. Sən nə etmək fikrindəsən?

-Nə edəcəyəm? Tiflisə qayıdacağam. Arteli işlədəcəyəm. Burada vəziyyət pis olsa, ora gəlin. Öz sənətinizlə məhğul olun!-deyə Fazil təklif etdi

-Çox sağ ol! Biz burada bir təhər keçinərik. Vay fəhlələrin halına.

-Cəhənnəməki!- deyə bayaqdan onlara diqqətlə qulaq asan Meşədi Tağı kişi dilləndi.

Fazilin başı söhbətə qarışdığından Cəbi ilə onun gəldiyini görməmişdi.

-Niyə, Tağı dayı?

-Kimlərdi fəhlələr? İrandan gələnlər. Bakı onlara çörək verib, qalmağa yer verib. İş verib, pul verib. İranda qalan atalarını, analarını, balalarını acından ölməyə qoymayıb. Əvəzində nə etdilər? Bu cür müqəddəs şəhəri ermənilərin, rusların ayağları altına atdılar, onlara çörək verənləri Bakıdan qovladılar... Allahda bəlalarını verir indi acından ölürlər. Özləri cəhənnəmə, İranda ailələri acından ölür. Dünən bunlardan biri, həmşərim fəhlə Qasım bizə gəlmişdi. Nə edəcəyini bilmirdi. Dişimin dibindən gələni üzünə dedim. Peşmançılıqdan xəcalət çəkirlər. –deyə Meşədi Tağı başını yellədi.

-Tağı kişi, həyat belədir: Yetim çörək verənə xəyanət edir.-deyə Cəbi kişi fikrini  bildirdi.

-Bəs sən niyə belə olmadın?- deyə Fazil ondan soruşdu. Cəbi kişi dinmədi.

-Çünki kökü təmizdir!- deyə Meşədi Tağı onun əvəzinə cavab verdi.

Məclis dağılarkən üzünü Meşədi Tağıya və eyvandakılara tutdu:

-Sabah çalışaq Mir Hüseyn ağanı axtaraq! Harda olduğunu bilməliyik. Fikirləşin görək, nə baş verə bilər?

-Sabaha qədər!-deyə qonşular ayrıldılar.

Gecəyə yaxın həyətdə Heybə göründü.

-Sən Basqalda deyildin?

-Eşidən də ki, qabağımca çıxmısan. Üz tutdum Bakıya.

-Gəl, səhər Mərdəkana gedək. Hacıya dəyək.

Dostlar razılaşdılar.

 
 
 
MƏRDƏKANDA

 

Səhər çağı fayton neft meşəsinin içilə isti və nöyütlü havanı yayaraq irəli atıldıqca sərnişinlər sərinlik hiss edir, dözülməz iydən qurtarırdılar.

-A kişi, bir azda atların başını burax! Qoy buradan tez çıxaq!-deyə Heybət əlini faytonçunun çiyninə qoydu.

Sanki atlar da bu cəhənnəmdən tez çıxmaq istəyirdilər. Heyvanların iplərini buraxdıqdan sonra, qırmancı üstərinə çəkmədən götürüldülər.

 -Başım çıxmır, Mir Hüseyn ağa harada ola bilər?-deyə Fazil sakitləşib yerində oturan dostundan soruşdu.

-Mən onu gözdən qoymurdum. Tez-tez ona dəyirdim. Hər gün səhər qulluğunda dururdum. O gün adətim üzrə onlara getdim. Qulluqçu dedi ki, dünən axşamdan evə gəlməyib.

Telefonu qaldırıb Lənkarana zəng etmək istədim, görüm Mir Kamil ağanın xəbəri var, ya yox? Telefon xətti işləmirdi. Hər yerə baş vurdum. Hətta inqlab komitəsinə. Bir bolşevik soldatını it kimi içirtdim. Dostlaşdıq. Hər yerə baş vurdu. Heç nə bilmir.

-Bəs Bayıl türməsi?

-Orada nə işi? Müqəddəs bir adamı türməyə basarlar?

-Eh, Heybət! Sən kimdən nə umursan?

-Mərdəkandan qayıdıb Alyoşanı taparam!-deyə Heybət rus əsgərini nəzərdə tutdu.

Fazil isə başını aşağı salıb nəyi isə düşünürdü.

Mərdəkana çatdılar. Heybət ona taqnış olan istiqaməti faytonçuya göstərdi. Gəlib Hacı Zeynalabdinin bağının qarşısında dayandılar.

 Qapını onların üzünə Hacı özü açdı, onları görüb gözlərinə inanmadı.

-Fazil, sən hara bura hara? - deyə təəccüblə soruşdu.

-Gəlmişik, ağsaqqalımızı görək! - deyə o, cavab verdi.

-Bakıda nə baş verir? - deyə Hacı həyətdəki çardağın altına çatar-çatmaz soruşdu.

-Qalmaqarışıqdır. İt yiyəsini tanımır. Nə baş verdiyni heç kim bilmir. Bir şey gözə dəyir. Varlıların evini – eşiyini əlindən alıb ermənilərə, yəhudilərə və ruslara paylayırlar.-deyə Heybət cavab verdi.

-Bəs azərbaycanlılar?

-Kimdir onları it yerinə qoyan!? - deyə Fazil dözmədi.

-Bir adam dinmir ki, bu nə biyabırçılıqdır? 

-Necə dinəcək? Erməni Mikoyan Bakıda yenə ağalıq edir. Dinənin başını kəsirlər. Bəzi axmaqlar da onlara qoşulub.-deyə Heybət Hacının üzünə baxdı.

-Bilirəm, kimi deyirsən, cavan oğlan! Məni də bura o, dustaq edib.

-Fikriniz nədir?

-Əvvəl axır mənimlə görüşməlidir. Mənə borcludur. Onu mən adam eləmişəm!-deyə Hacı Zeynalabdin hirsləndi.

-Üstündə haqqınız var! - deyə Heybət onu sakitləşdirməyə çalışdı.

-Mir Hüseyn ağa necədir?-deyə birdən qarşısında olanların kim olduğunu anladı.

-Elə ona görə gəlmişik. Yoxa çıxıb Bəlkə siz bilərsiniz, haradadır və yaxud harada ola bilər?

-Mənim xəbərim yoxdur. Ancaq öyrənə bilərəm deyə ayağa qalxdı və malikanəyə getdi.

-O, hara getdi?-deyə Heybət Fazildən soruşdu.

-Əlbət, telefonla zəng edəcək!-deyə Fazil onu səbirli olmağa çağırdı.

Beş dəqiqədən sonra Hacı Zeynalabdin qayıtdı. Gələn kimi üzünü Fazilə tutdu:

-Mən birinci dəfədir ona zəng etdim. Mir Hüseyn ağanın harada olduğunu soruşdum. Dedi, xəbərsizdir. Göstəriş verəcək ki, axtarsınlar.

Fazil ayağa qalxdı. Ona baxıb Heybətdə qalxdı.

-Hara bu tezliklə?

-Ağanı tapmalıyıq!-deyə üzürxahlıq etdilər.

***

Mərdəkandan çıxacağında faytonların qabağını silahlı dəstə kəsdi. Dayanmağa vadar oldular.

-Haradan gəlirsinz? - deyə dəstənin başçısı əlindəki  «mauzeri» onlara tuşladı. 

-Bağımızdan?-deyə Heybət o saat cavab verdi.

-Hacının yanından gəlmirsiniz?

-O, kimdir?

-Miyonçunu deyirəm!

-O, kim, biz kim? Biz kasıb babalarıq.

-Heç kasıba oxşamırsınız.

-Məktəb müəllimləriyik. İstəyirsən sənədlərimizi göstərək. - deyə Heybət özünü itirmədi.

-Hacının yanına da belə fayton gəlib. Onu saxlamalıyıq.

-İstəyirsən, bizi saxla, O fayton gələr, bizi buraxarsınız!-deyə Heybət təklif etdi.

Dəstə başçısı nəsə düşündü. Bir daha onları başdan ayağa qədər süzdü. Heybət onun üzünə baxıb gülürdü.

-Bunlar Hacının evindən çıxmadılar? - deyə faytonçudan soruşdu.

İndi onların taleyi faytonçudan asılı idi.

-Yox, yoldaş komissar! Öz bağlarından gəlirlər.-deyə faytonçu onları xilas etdi.

-Gedə bilərsiniz!-deyə dəstə başçısı göstəriş verdi.

Bir az oradan aralanan kimi Fazil əlini  faytonçunun çiyninə qoydu:

-Çox sağ ol! Bizi xilas etdiniz!

-Borcumuzdur.

-Yazıq Hacını, deyəsən, gözdən qoymurlar!-deyə Heybət üzünü dostuna tutdu.

-Bilmirsən, niyə?

-Yox!

-Yeganə adamdır ki, xalqı küçələrə tökə bilər.

-Mənə elə gəldi ki, dünyadan xəbərsizdir.

-Hiss olunurdu.

-Bir daha bura gəldi yoxdur.

-Bəs necə örynək ki, Mir Hüseyn ağa haradadır?

-Ən yaxşısı, Alyoşanı tapmaqdır. İnqlab komitəsinə tez-tez gedib-gəlir. 

***

Günortaya Bakıya yetişdilər. Düz Fazilgilə gəldilər. Faytonçunu da içəri dəvət etdilər, birlikdə nahar etsinlər.

Nahardan sonra faytonu düz Bayıl türməsinə sürdürlər. Türməni qarşısında faytondan düşdülər, faytonçunu buraxdılar. Qapsını döydülər. Üzlərinə qapını silahlı əsgər açdı:

-Nə istəyirsiniz?

-Rəisi.

-Kimdir soruşan?

-Deyin: vətəndaşlardır.

-Bir  dəqiqə! Gözləyin! - deyə qapını onuların üzünə bağladı. Qapıçı iki dəqiqədən sonra qayıtdı.

-Buyurun içəri!-deyə onları dəvət etdi.

İçəri girəndə elə bil qaranlığa düşdülər. Gözləri heç nəyi seçmirdi. On-on beş atdım keçmişdilər ki, səs eşitdilər:

-Nə lazımdır?-deyə rusca soruşdular.

-Mənim qaynatam çoxdandır yoxa çıxıb. Dedilər  ki, buradadır! Gəlmişik öyrənək: belədir ya belə deyil?

Gözləri qaranlığa öyrəşdikcə qarşılarında kimin olduğunu görməyə başladılar. Rəis qabağındakı kitabı onlara tərəf uzatdı:

-Bu adla adam burada olmayıb! İnanmırsız baxın!

-Çox sağ olun! Əziyyət verdik!-deyə Fazil təşəkkürünü bildirdi. Onlar otağı tərk edəndə, rəisin səsi yenidən eşidildi:

-Dayanın!

Fazillə Heybət yerlərində dayanıb onu tərəfə baxdılar.

-Siz AQPU1-ya muraciət edin! Məsləhətdir. Onlar hər şeyi bilirlər. Bakıda nə baş verib, hər şeydən xəbərdardırlar.-deyə rəis məsləhət bildi.

-Çox sağ olun!-deyə onlar qaranlıq kabineti tərk etdilər.

Bayıl türməsindən çıxdıqdan sonra fayton tapa bilmədilər. Şəhər tərəfə bir az piyadə getməyə məcbur oldular.

-Sən bilən, bu iqtidarla Mir Hüseyn ağa arasında ixtilaf ola bilər?-deyə Fazil soruşdu.

-İlk baxışda yox! Ancaq Mir Hüseyn ağa elə bir insandır- bir kəlməsinə xalq ayağa qalxa bilər.-deyə Heybət fikrini bildirdi.

-Mən də bu fikirdəyəm. Yadına sal! Müsəlmən  qurultayını kim çağırdı - Mir Hüseyn ağa.  1918-ci ildə «Yardım alaylarını» kim yaratdı- Mir Hüseyn ağa. Sultanla danışığa kim getdi- Mir Hüseyn ağa. Komissarlardan Bakını kim təmizlədi?

-Vəziyyət xoşa gələn olmayacaq!-deyə Heybət dilxor oldu.

Bir-ki küçə beləcə gəldilər. Şəhərə gedən yolun qırağında fayton gördülər. Çatıb mindilər.

-Fövqalada inqlab komissiyasına!-deyə istiqaməti göstərdilər.

Faytonçu, deyəsən, oranın harada olduğunu bilirdi, amma yol boyu bir neçə dəfə arxaya boylanıb kimləri apardığını görmək istəyirdi.

Fövqaladə inqlabi komissiya keçmiş jandarmeriyanın binasında yerləşirdi. Fazil Heybəti kənarda gözləməyi xahiş etdi. Özü içəri girdi.

-Hara gedirsiniz? - deyə qapıdan girən kimi silahlı rus əsgəri qabağını saxladı.

-Böyüyünüzün yanına!-deyə Fazil rusca cavab verdi.

-O, yoxdur!

-Onda onu əvəz edən başqa bir adamın yanına aparın!-deyə Fazil təkid etdi.

Əsgər «Gözləyin!»-deyi və yanındakı başqa əsgəri yuxarı göndərdi.

Tezliklə qayıtdı və əlilə yuxarı qalxmasına işarə etdi.

-Nə lazımdır?-deyə kabinetdən içəri girən kimi stol arxasında oturan qara eynəyli adam azərbaycanca soruşdu.

Onun ağır baxışları Fazilin  diqqətindən yayınmadı.

-Mən sizi haradasa görmüşəm?-deyə Fazil qeyri-ixtayari onu tərəfə baxdı.

-Mir Hüseyn ağanın yanında. Nərman Nərmanovla gəlmişdim. İndi sən də yadıma düşürsən.

-Zənnimcə, Mir Cəfərsiniz?!

-Siz isə Mir Hüseyn ağanın kürəkəni. Tiflisli.

-Elədir.

-Nə məqsədlə bura gəlmiziniz?

-Mir Hüseyn ağa yoxa çıxıb.

-Haçan?

-Bir iyirmi beş gün olar.

-Mir Hüseyn ağa böyük adam idi. Heç din xadiminə oxşamırdı. Azərbaycanda bəlkə onu qədər savadlı adam yox idi. Millətçi idi. Bolşevizmi qəbul etmirdi. Görəsən, başına nə gəlib?-deyə öz-özünə danışa-danışa qarşısındakı dəftəri nəzərdən keçirdi, karandaşla nəsə qeyd etdi. Sonra  başını qaldırıb Fazilin üzünə baxdı:-Bizdə onun haqda heç bir məlumat yoxdur. Xəbər olsa, məlumat verərik. Ancaq hara? Sizin evləri müsadirə ediblər!-deyə Mir Cəfər Bağırov müəyyən qədər Mir Hüseyn haqqında məlumatlı olduğunu göstərdi.

-Bunun bir hüquqi əsası olmalıdır ya yox?-deyə Fazil səsini qaldırdı.

-Nə hüquqi əsası? Görüblər, yiyəsiz qalıb, alıb zəhmətkeşlərə veriblər.

-Hansı zəhmətkeşlərə? Hamısı keçmiş daşnaklardır. Azərbaycan xalqının düşmənləridir.

-Sən bunu haradan bilirsən?

-Öz gözümlə görmüşəm. Elə mənim evimə köçürtüyünüz Balayanı götürək. Mart hadisələri törədənlərdəndir.

-Bizim üçün hər şeydən əvvəl o, bolşevikdir!-deyə Mir Cəfər başını qaldırmadan cavab verdi. Nəsə yazmağa başladı.

 Fazil daha dinmədi. Bir-neçə saniyə aralığa sükut çökdü.

-Daha nə demək istəyirsən? - deyə Mir Cəfər soruşdu.

-Məni qaynatamın taleyi maraqladırır.

-Bizdə bu haqda məlumat yoxdur!-deyə əlindəki kağızı ona uzatdı:- Propuskdur. Bayıra çıxmaq üçün. Çox nadir hallarda bunu kiməsə veririk.

Küçədə Heybət var-gəl edirdi. Elə bil nə edəcəyini bilmirdi. Fazili görən kimi onu tərəfə qaçdı:

-Allaha şükür, sağ-salamatsan!- deyə dostunu bağrına basdı.

-Sənə nə olub?

-Nə olacaq? Rastıma Kərim gəldi. Yadına düşür? Bizimlə üzbəüz kontoruru vardı. Soruşdu: Burada nə edirsən? Dedim, Fazili gözləyirəm. QPU-ya girib. Dedi ki, zalımın oğlu, məgər bilmirsən, ora girən çıxmır? Minlərlə oğulun başını yeyiblər. Ürəyim partlayırdı: bunun başına nə gəldi. Allaha şükür!

-Özünü ələ al!

-Ağadan nə xəbər?

-Heç bir məlumatları yoxdur. Ancaq hiss edirəm ki, hər şeyi bilirlər.

-Bayaqkı söhbətimiz yadımdan çıxmır. Ağa bunlar üçün, doğurdan da, təhlükədir. Qorxuram, başına oyun açarlar. İndi nə edək?

-Mir Kamil ağanı tapmalıyıq. Sabah Lənkarana yola düşməliyik.

-Hara gedirsən? Qəzetləri oxumursan?

-Hansı qəzetləri?

-Ötən həftənin...

-Nə yazırlar?

-Lənkaran polku bolşeviklərə tabe olmayıb, ölüm-itim var. Polk dağıdılıb.

-Bəs Mir Kamil ağanı haradan tapaq?

-Gözləyək!

-Axı evlərimizi əlimizdən alıblar...

-Bizimkini ki, almayıblar. Ağıllı  oğuldur, bizə gələr.

Bu fikirlə razılaşdılar. Evə qayıtdılar.

 

HƏMŞƏRİLƏR VƏ «HƏMŞƏRİ PALANI»

 

   Ancaq bakılılara qalsaydı, Bakıda heç vaxt inqlab ola bilməzdi. Çünki bakılılar pul qazanan, həmişə pullu olan adamlardı. Fəhləlik də etməzdilər. Harada pul vardı, orada bakılı olardı.

İnqlabı edənlər isə fəhlələr idi. Onlar da gəlmələrdi.

 Bakının bütün bəlaları bu gəlmələrlə bağlı idi. Sakit və mehriban şəhərə qalmaqal gətirənlər də onlar idi.

Bolşeviklərin  fəhlə sinifi adlandırdıqları və arxalandıqları qüvvə də elə onlar idi. Bakı fəhlələrinin doxsan faizi onlardan ibarət idi. Başqa insanlardan fərqli olaraq onlar bolşevizmə və dünya inqlabına daha çox inanırdılar.

Bakılılar onları həmşərilər adlandırırdılar. Yaşadıqları məhəllə isə «Dağlı məhəllənin» aşağısında «Həmşəri palanı» deyilən yerdə yerləşirdi.

«Həmşəri palanı» İrandan gəlmiş azərbaycanllar üçün şəhərə giriş qapısı idi. Gələnlər burada bir-neçə gün qaldıqdan sonra şəhərdə özünə iş tapır, sonra isə elə bu məhəllədəki evlərin birində kirayəşin qalırdılar.

Əsrin əvvəlində başlayıraq Zərgarpalandan bir-ki küçə yuxarı «Dağlı məhələnin» sağından başlayaraq «Həmşəri palanı» tikilməyə başlandı və get-gedə almanlar məhəlləsi tərəfə uzandı.

Həmşərilər arasında kimlər yox idi, vağzal hambalları, dəlllar, tacirlər, arabaçılar, karvanbaşları, qoçular, müəllimlər, həkimlər, hər peşə sahibi, ancaq Bakı mədənlərinin əsas fəhlələri də elə  həmşərilər idilər.

Aprel çevrilişinə qədər və sonra Bakıda real aparıcı siyasi qüvvə onlar idilər.

Yenə də Bakıda hakimiyyəti ələ almış  erməni, rus və yəhudilər üçün böyük maneyə idilər.

«Şura hökuməti qurulduğu» ilk gündən Bakı fəhlələri onların bir-çox hoqqabazlığının qarşısını alır, Azərbaycan sərvətinin dağıdılmasını qoymurdular.

Bakı Sovetinin və Azərbaycanın inqlab komitəsinin iclaslarında çıxışlarında tələblər irəli sürür, xalqa qarşı aparılan siyasəti pisləyirdilər.

-Niyə Firidin bəy Köçərli güllələdiz? Bu nə deməkdir? Məgər  Azərbaycanda Şura Hökumətini ziyalıları qırmaqla qurursunuz? Sizin komissarlardan nə fərqiniz? -deyə Bibeybət fəhləsi həmşəri Qasım Bahari sakitləşmirdi.

-Mənim xəbərim olmayıb! - deyə Nəriman Nərimanov özünə bəraət qazandırmaq istədi.

-Onda səni bura niyə qoyublar? Bu inqlabımıza xəyanətdir. Hakimiyyəti xalqın gözündən salmaq deməkdir. Xalq bizim üzümüzə tüpürür.

   -Mən hər şeyi qaydasına salacağam.

-Sən? Sən millətini faciəyə aparırsan.

Nəriman Nərimanov fəhlənin dediklərində həqiqət olduğunu bilirdi. Bakıda aclıq idi. Hələ belə olmamışdı. Bakıdan Rusiyaya gecə-gündüz neft getsədə, oradan bura heç nə gəlmirdi.

-İngilis-ingilisliylə Bakının neftini aparıb bizə əvəzində ərzaq göndərirdi. Vaxtlı-vaxtında maaşımızı alırdıq. Pis yaşamırdıq. Bəs indi nə çatmır? Neft əlimizdə, zavodlar əlimizdə, pul əlimizdə. Niyə fəhlələri aldadırsınız?

-Biz aldatmırıq.

-Bəs nə ilə məşğulsunuz? Mart qırğınını etmiş Mikoyana bütün səlahiyyətləri vermisiniz. Təkcə varlıların deyil, şəhərin mərkəzində yaşayan azərbaycanlıların əlindən mənzillərini alır.  Hər yerdə də təbliğ edir ki, fəhlələrə verir. Əslində isə müsadirə etdiyi evlərdə erməni daşnaqlarını yerləşdirir.

Haçandan daşnaklar bolşevik olublar? Bir azərbaycanlı fəhlə göstərin ki, ona ev vermisinizdir. Necə daxmalarda yaşayırıq, elə də qalmışıq. Daşnakları isə şəhərin mərkəzində yerləşdirirsiniz. 

Mən Bakı fəhlələri adından üzümü Serqey  Mironoviçə tutub deyirəm: Daşnak Mikoyan Bakını tərk etməsə, fəhlələr tətilə çıxacaqlar. Biz əli Azərbaycan xalqının qanına bulanmış adamla bir sırada gedə bilmərik.  

Sergey Mironoviç Mikoyan tərəfə baxdı. Təmiz azərbaycanca Qasıma müraciət etdi.

-Yoldaş Qasım Bahari sizə söz verirəm ki, bu faktları şəxsən yoxlayacağam. Əgər bunlar düz çıxsa, Mikoyan hərbi inqlabi tirbunalın qarşısında duracaq.

İclasdan sonra Sergey Mironoviç Nəriman Nərimanovu kənara çəkdi:

-Yoldaş Nərimanov, Mikoyan barədə deyilənlər düzdür? Mən də hiss edirəm ki, Bakıda qalması məqsədəuyğun deyil. Son iki ayda fəhlələr durmadan ondan şikayət edirlər. Mart hadisələri nə deməkdir?

-1918-ci ilin martında Bakı komissarlarına qoşulmuş daşnaklar iyirmi mindən artıq azərbaycanlıları qırıblar. Ona görə Sentrakaspiy onları həbs edib, ingilislərə verəndə xalq tərəflərin saxlamadı.  

 -Belə idisə, mənə niyə Həştarxanda bu haqda demədin.

-Elə bilirdim ki, Moskvadakılar hər şeyi bilirlər.

-Nərimanov, siz fəhlənin çıxışını eşitdiniz? Elə bilirsiniz, onlar düz danışmır? Biz xalqın gözündən düşməkdəyik. Xalq bizim tərəfdə olmasa, burada qala biləyəcəyik. Mən Moskvaya depeşa göndərəcəyəm ki, Mikoyanı Bakıdan uzaqlaşdırsınlar. Bakı partiya komitəsinə burnunu soxmuş daşnaklarla qarşı tam partiya ciddiliyilə rəftar etməliyik.

-Camahat bizdən mart hadmslərini törədənləri istəyir? Mikoyansa komissarları inqlab şəhidləri kimi qələmə verir. Bu da xalqın qəzəbinə səbəb olur.

-Nərman, bunları niyə mənə demirdin?

-Qorxurdum ki, düşünərsiniz, ermənilərə düşmənçilik  elirəm.

-Belə məsələlərdə susmaq olmaz. Sən ki sınanmış bolşeviksən!

-Mənim səhvimdir.

-Xalqının tərəfini saxlamaqdan çəkinmə. Belə işdə mülayimlik göstərmək olmaz. Bir vaxt gələ bilər, millətinin gələcək yolunu seçməli olarsan. Onda gərək soyuqqanlı olub düzgün qərar çıxarasan! Mən sizə məsləhət görürəm. Bayaqki fəhlə ilə görüşüb, könlünü alasan.

-Serqey Mironoviç, mümkünsə Moskva ilə əlaqə yaradıb ərzaq köməyi etmələrini xahiş edəsiniz, Yoxsa bizi sosial partlayış gözləyir.

-Çalışaram bu məsələni bu gün həll edim.

***

Qasım Baharlı əlinin mazutunu silib quyudan aralı dayanmış maşına tərəf atdımladı. Quyunun fəhlələri maşının qanadına söykənmiş Nəriman Nərimanov əhatəyə almışdılar. Hərə öz dərdini danışırdı.

Nərman Nərimanov onu gülər üzlə qarşıladı:

-Salam, Qasım!-deyə əl uzatdı.

Fəhlə Qasım «Salam»-dedi, ancaq əl uzatmadı. Nərimanın əli göydə qaldı.

-Məndən narazısan?

-Narazısan, yaxşı sözdür. Bilsəydim, Azərbaycanın müstəqilliyinə son qoyanlara qoşulmuşam, sənin arxanca getməzdik.

Yazıq Mir Hüseyn ağa düz deyirdi: «Bunlar  Bakı neftini ələ keçirtmək üçün  bütün Azərbaycanı qırmağa hazırdılar. Kommunizm, sosializm boş-boş sözlərdir. Biz  vətənimizi düşmən ayağına verməməliyik. Hanı Mir Hüseyn ağa? O, ki millətçi deyildi. Hamımızdan təmiz insan idi. Xalqın dar gününün dayağı idi. İndi dərdimizi deməyə adamımız yoxdur. Kül başımıza!  Mikoyan  Bakıda ağalıq edir.

-Onu tezliklə Bakıdan uzaqlaşdıracağıq. Səbirli olun!- deyə Nəriman onu sakitləşdirmək istədi.

-Onu həbs eləyib güllələmək lazımdır. Sənki onların Bakıda tökdüyü nahaq qanlardan xəbərdarsan. İndi də Bakını vermisən gəlmələrin əlinə. Aləmi bir-birinə qatıblar. Köklü bakılıların əllərindən evini-eşiyini alırlar. 

-Haradasa sən haqlısan, ancaq nəzərə al ki, gələnlər hələ Bakıya bələd deyillər.

-Nəyin əsasında Azərbaycanı idarə edirlər? Erməniyə xidmət etdiklərinə görə. Məgər Azərbaycanda azərbaycanlı yoxdur? Bəs Azərbaycan kommunist partiyası?

-Bizim kadrlar azdır.

-Ona görə ki, hər yerə erməni soxuşdurursuz? Özü də daşnağından. Niyə yalan danışırsınız? Azdır azərbaycanlılar? Ağıllı, savadlı, vətənini sevən.

-Hakimiyyət mənim əlimdədir.

-Sənə elə gəlir. Nə olsun hakimiyyətə gəldin? Adı sənindir, kefi erməninin. Xalqın isə acından qırılır. Bax, bu fəhlələrə. Onlar fəhlə-kəndli hökumətində yaşadıqlarını hiss etmirlər.

-Nəyi hiss edirlər?

-Azərbaycanlılara qarşı qırğını. - deyə bu dəfə  Qasımın əvəzinə iş yoldaşlarından biri dilləndi:- Balalarımız acdır, komissarların isə Metropolda kabab yeyir.

-Səbirli olmağınız lazımdır. Tezliklə Bakıya Rusiyadan ərzaq köməyi gələcək.

-Məgər Azərbaycan özü-özünü dolandıra bilmir, Rusiyadan kömək gəlir?

-Vəziyyət elə gətirib.

-Elə deyil. Bakını ərzaqla təmin edən bütün müəssisləri bağlamısınız. Bunun inqlaba nə dəxli? Məqsəd nədir? Milləti aclıq dərəcəsinə çatdırmaq, sonra göstərmək ki, baxın: Rusiya olmasa, Azərbaycan acından ölər. Uşaq olmaq lazımdır ki, bunu görməyəsən.

Nəriman Nərimanov fəhlələrin bu  suallarına nə cavab verəcəyini bilmirdi. Onun düşdüyü vəziyyət fəhlələrin gözündən qaçmadı.

-Nərman, biz bütün bu siyasi hoqqabazlıqlara son qoymaq istəyirik. Bakı fəhlələri bu fikirdədirlər. Əks halda bu cür hökumət bizə lazım deyildir. Biz işləri dayandırıb tətil edəcəyik.- deyə Qasım sonuncu sözünü dedi.

Bu sözlər elə bil Nərimanı silkələdi. Nəyə görə gəldiyini yadına saldı.

-Lazım deyil! Sakit oturun! Söz verirəm, indiyə qədər buraxdığım bütün səhvləri düzəldəycəyəm. Tətildən isə əl çəkin! Sizi qırarlar. Min ad qoyub qırarlar. Xahiş edirəm, sakit oturun! Siz xalqımıza lazımsız.-deyə yalvarağa başladı.

-Nəriman, bura qoşun çəkib gətirəndə bunları düşünməliydin. Xalqın istəkli balasıydın, ancaq daha sənə inanmırıq! - deyə Qasım sakitləşmədi.

-Qasım, xahiş edirəm. Dostlarını da sakitləşdir. Dostluğumuz xətrinə. Biz axı səninlə «Hümməti» yaradanlardanıq. Onun idealları xətrinə sakit oturun!- deyə Nəriman əlini ona uzatdı və gülümsədi.

Qasım bu dəfə əlini ona uzatdı. Bu sülh demək idi. Əslində o, Nərmana inanırdı, ancaq baş verən hadisələrə də göz yümmaq istəmirdi. 

 

LƏNKARANDA

 

Yamyaşıl ağacların arasından heç nə görünmürdü. Sanki şəhərdə deyil meşənin içidə hərəkət edirdilər. «Böyük bazar» açıqlığından geçərək şəhər yuxarı hərəkət edən fayton sıx ağacların gölgəsi altında qaranlıq cığıra düşmüşdü.

Günəş şüalları qalın budaqların arasından ara-bir parıldayırdı, ancaq faytonun üstünə düşə bilmirdi.

Birdən ağaclı yol qurtardı, uzaqda meşəyə birləşən hündür daş hasarlar göründü.

-Çatırıq! - deyə faytonçu qarşıdakı iri dərvazaları göstərdi.

Faytondan düşüb bu dərvazaya yaxınlaşdılar. Qapının ağzında heç kim dayanmamışdı. Adətən hərbi hissələrin qapısı ağzında növbətçilər dururdular. Məcbur olub qapını döydülər. Yenə heç kim açmadı.

Heybət qapını itələdi. Açıldı. İçəri girdilər. Həyət də bombulu boş idi.

-Bunlar haradadır? Nə hins var, nə cins. Görəsən, hara yoxa çıxıblar? - deyə Fazil dostuna müraciət etdi.

-Dayan, deyəsən bir nəfər var!- deyə uzaqda, divarın dibində ağacın altında oturub, qoyunlarını oturan bir qoca kişini göstərdi.

-O, nə deyə bilər?

-Baxma. Heç olmasa bura adamıdır. Azdan-çoxdan xəbəri olar.

Qoca iki nəfərin ona tərəf gəldiyini görüb ayağa qalxdı. Amma onlara tərəf gəlmədi. Dayanıb gözlədi. Sanki kimlər olduğunu seyr etmək üçün zaman udurdu.

-Salam,ağsaqqal!-deyə birinci Fazil onu salamladı.

-Salam, bala!- deyə qoca sakit səslə cavab verdi.

-Alay haradadır?

-Dağıldılar, bala.

-Hara?

-Bolşeviklərə tabe olmadılar. Kimi İrana keçdi, kimi dağlara çəkildi.

-Bəs bolşeviklər hanı?

-Oturublar şəhərin mərkəzində. Deyirlər ki, kəndlilərə torpaq paylayacaqlar.- deyə qoca elə bil qorxuya düşdü. Heybət bunu o saat hiss etdi:

-Ağsaqqal, mən Mir Kamil ağanın dostuyam, xahiş edirəm, çəkinməyəsiniz. Onun haqında nə bilirsiniz?

-Komandiri deyirsən? Mir Hüseyn ağanın oğlunu? Onun cəddinə qurban olum! Kasıb-kusubun dayağı idi. Dəstəsilə birinci çıxıb getdi. Deyirlər, sağ-salamat İrana keçib.

-Ağsaqqal, siz dediyiniz söz nə qədər düzdür?

-A bala, mənim oğlum da onun dəstəsindədir. Allah onların işlərini avand eləsin!- deyə qoca dua etdi.

-Allah balanı saxlasın! - deyə Heybət də söhbətə qoşuldu.

-Çox sağ olun! - deyə Fazil və Heybət oradan uzaqlaşmaq istədilər

Qoca onların belə tez getməsindən elə bil təşvişə düşdü. Onların qarşısını kəsdi:

-Bala, qapıdan çıxanda sizdən soruşsalar ki, bura niyə gəlmisiniz? - deyin Kəblə Məhərrəmi görməyə, yəni məni. Bakıdakı oğlu Xeyrulladan pul gətirmişik.

-Məgər bizi saxlaya bilərlər?

-İndi özünüz görəcəksiniz. Ancaq özünüzü itirməyin! Yerli camahatdan it kimi qorxurlar.

 -Çox sax olun, Məhərrəm dayı!- deyə Heybət təşəkkürünü bildirdi.

Alayın həyətindən çıxdılar. Ancaq dərvazanın qarşısında  silahlı dəstə qabaqlarını saxladı.

-Sənədləriniz?- deyə qabağa keçən əsgər rusca soruşdu.

-Buyurun! – deyə Fazil qoltuq cibindən pasportunu çıxardıb ona uzatdı. Heybət isə sakittcə durmuşdu.

-Bura niyə gəlmisiniz?

-Kəblə Məhərrəmə oğlunun göndərdiyi pulu verdik.

-Elə buna görə Lənkarana gəlmisiniz?

-Haçandan vətənə gəlmək qəbahətdir?-deyə Heybət səsini  qaldırdı.

-Siz buralısınız?

-Bəs haralı?

-Bizə dedilər ki, gələnlər bakılılardır.

-Düz deyiblər! Biz heç yerlilərə oxşayırıq. Uşaqlıqdan buradan çıxıb getmişik, Bakıda  gimnaziya qurtarmışıq. Orada işləyirik. Qohum-ağrabadan narahat olduğumuza görə bu yayın istisində bura gəlmişik. 

 -Narahatlığa heç bir əsas yoxdur! Burada sakitlikdir!- deyə əsgər pasportu Fazilə qaytardı.

Fayton alayın qapısından uzaqlaşdı və yenidən qalın ağacların arasında itdi.

***

Bakıda çatar-çamaz bir daha «Təzə Pirə» getmək qərarına gəldilər.

Həmişə adamla dolu olan məscidin həytində gözə bir nəfər də dəymirdi. İnsanların sığınacağı olan bu yer elə bil öz əhəmiyyətini itirmişdi.

Söyüd ağacının yaratdığı təbii çətirin altında günəşdən qorunmaq üçün oturmüş Molla Həmidulla həyətə daxil olanları uzaqdan tanıdı, ayağa qalxdı.  

-Fazil bala, sizi xoş gördük! -deyə onları qaşılayıb söyüd ağacının  altına apardı.

-Məsciddə sakitlikdir. - deyə Heybət sözə başlamaq üçün ilk addım atdı.

-Kimin yanına gələcəklər? Ümidgahları Mir Hüseyn ağa idi. O, yoxa çıxandan sonra camahatın buradan ayağı kəsilib.

-Mir Hüseyn ağanı axtarmaqdan yorulduq. Lənkarana qədər getmişik. Heç yerdə onun haqqında məlumat yoxdur.

-Sonuncu dəfə məscidən gedəndə onu yola salmışam. Faytona minib gedib. Bundan sonra onu görən demişəm olmayıb. - deyə Molla Həmidulla daha nə deyəcəyini bilmədi.

-Deməli, yeni bir xəbəriniz yoxdur?-deyə Heybət söhbəti təzələdi.

-A bala, o kişi yoxa çıxandan sonra bura gediş-gəliş kəsilib. Bizi də gecə-gündüz güdürlər. İndi özünüz görəcəksiniz.

Məscidin həyətinə iki nəfər silahlı girdi. Onlar tərəfə gəldi.

-Molla Həmidulla, bu vətəndaşlar burada nə edirlər?- deyə  biri həyasızcasına soruşdu.

-Valideynlərinə Quran tapşırırlar, komissar.-deyə Molla Həmidulla cavab verdi.

-İşiniz-gücünüz qurtarıb!- deyə indi üzünü Fazilə tutdu.

Onun bu hərəkəti nə Fazilin, nə də Heybətin xoşuna gəlmədi.

-Bu nə deməkdir? Danışığınıza fikir verin. Allah evində özünüzü adam kimi aparın!

-Mən adamam, sən kimsən?- deyə komissar daha da qozdandı. Ancaq başqa söz deməyə macal tapa bilmədi.

Heybət onun qulağının dibindən elə bir şillə zərbə vurdu ki, səsi məscidin divalarına dəyib əks-səda ilə qayıtdı. Yoldaşının tir-tap olduğunu görən ikincisi  «mauzerini» belindəki qabından çıxartdı:

-Geri çəkil! - deyə tapancanı ayağını yerə yıxılan yoldaşının sinəsinə qoyan Fazilin üzünə tuşladı.

Fazil ayağını komissarın sinəsindən götürdü. Düz tapancanı üstünə çəkən tərəfə getdi. Rəqibinin gözlərinin içinə baxdı. Elə bil onu ovsunladı. Bircə anda tapancanı əlindən  aldı. Qoryucusunu açdı, titəyi çəkdi, lüləni onun gicgahına dirədi.

Yazığın qorxudan  dizləri titrədi və yerə çökdü.

-Qanınız halaldır. Ancaq müsəlmanlar müqəddəs yerlərdə qan tökmülər. Rədd olun buradan, nə qədər sağsınız! - deyə Fazil lüləni onun gicgahından götürdü.

 Yerdəki bir təhər ayağa qalxmaq istədi, ancaq yerə dəydi. O birisi isə yoldaşını qoyub qapıya tərəf qaçdı.

-Dayan!- deyə Fazilin qəzəbli səsi eşidildi. Yazıq yerindəcə donub qaldı.- Gəl, yoldaşını da götür!

Şaşqın qalmış əsgər nə edəcəyini bilmirdi. Qorxudan yerindən tərpənmirdi.

-Demədim, zibilini gəl götür!

Qaçan əsgər özünü ələ aldı. Onlara tərəf gəldi. Huşunu itirmiş yoldaşını qaldırmağa çalışdı. Gücü çatmadı.

Molla Həmidulla haradansa gülabpuş tapdı və gülabdan yerə yıxılanın komissarın burnuna tutdu. Ayıldı. Qalxmaq istədi, bacarmadı. Yoldaşının köməyi ilə ayağa qalxdı. Fazilin qəzəbli gözləri ilə üzləşdi:

-Al, zibilini!- deyə əlindəki «mauzeri» ona uzatdı.

Əsgər «mauzeri» ondan aldı. Qabına qoydu. Sürünə-sürünə məsciddən çıxdılar.

-Tapancanı niyə ona verdin?- deyə Heybət soruşdu.

-Adam öldürmək, məgər asandır.

-İndi qayıdıb gələrlər!- deyə Molla Həmidulla narahatçılığını bildirdi.

-Qələt edərlər.    

-Mir Hüseyn ağa yoxa çıxandan sonra hər gün  gəlib camahata sataşırlar. Cavab qaytaranı tutub aparırlar. Mənə elə gəlir, xüsusi tapşırıqla edirlər ki, məscidə adam yıxışmasın! - deyə Molla Həmidulla burada nə baş verdiyini anlatmaq istədi.

Məscidən çıxandan sonra molla Həmidullanın dedikləri onların beyninə girdi.

-Fazil, bu bolşeviklərin hoqqabazlığını görürsən. Bilirlər ki, narazı camahat bura yığılır, qabağını alırlar.

-Elədir! Bundan sonra çox ehtiyatlı olmalıyıq.-deyə dostuyla razılaşdı.

-Nə etmək fikrindəsən?

-Basqala qayıtmaq. Seyid Bikəni sakitləşmək.

-Mən də gedirəm!

 

BASQALDA

 

Basqalda camahan yaman narahat idi. Silahlı əsgərlər qəsəbəyə gəlib «sosializm» qurmaq üçün qəsəbə soveti yaratmışdılar və burunlarını hər işə soxurdular.

Bazar meydanına çıxan Qəsəbə sovetinin binasının eyvanı kürsünü xatırladırdı. Bütün xəbərləri sovetliyin işçiləri çıxıb xalqa buradan çatdırırdılar.

-Sabahdan etibarən kasıblar birliyi yaradırıq. Bütün kasıbları bura dəvət edirik.- deyə sovetliyin mirzəsi bir-neçə gün bundan əvvəl eyvana çıxıb elan etmişdi.

Məscidin  həyətində  oturmuş basqallılar bunu müzakirə edirdilər.

-Basqalda kasıb var?-deyə kimsə soruşdu.

-Bunların dediyindən belə çıxır.

-Mən gedirəm, yazılmağa! Görək nə deməkdir?-başqa birisi təklif etdi.

-Haçandan kasıbsan? Üç dənə dəzgahın işləyir. Mal-qarnan, bağın-bağatın.

-Səninlə müqayisədə mən kasıbam. Beş-altı dəzgahın, o boyda mal-qaran, bağın-bağatın.

-Kəsin!- deyə ağsaqqallardan biri səsini qaldırdı: -Basqallı üçün əsas dəzgahlarının işləməsidir. Onu isə heç kim dayandıra bilməz.

-Hökumətin kim olması isə heç vaxt ona maneyə ola bilməz. Şahları da, sultanları da, çarı da görmüşük. İndi bolşevikləri görək. Bunların bizim işimizə nə dəxli? Əvvəlki kimi işimizi davam etdiririk.

-Bəs ətrafda nə baş verdiyindən xəbəriniz var? Basqal ətrafı kəndlərdə nə əkin var, nə biçin. Torpaqları bəylərin əlindən alıblar, ancaq hələ paylamaq istəmirlər. Bunun axırı aclıqla qurtaracaq.

-Biz nə edə bilərik?

-Onları başa salmaq lazımdır.

-Məgər özləri başa düşmürlər?

-Yaxşı başa düşürlər, amma çarə qılmırlar.

-Deməli, siyasi xətləri belədir. Kasıbları pullulara, varlılara qarşı qoymaq, bütün günahlarını ikincilərin üstünə yıxmaq.

-Bu çox təhlükəli siyasətdir. Millətin qaymaqlarını qıracaqlar. İqtisadiyyatı dağıdacaqlar. Onsuz da Kəblə Cəfər öləndən sonra işimiz getmir. Alış-veriş ölüb. Belə getsə, var-yoxumuz əldən çıxacaq. Biz də kasıblaşacağıq.

-Onda nə edək?

-Əvvəllər necəydi, eləcə də işimizlə məşğul olarıq. Bizimçün nə fərqi: kimdir hakimiyyətdə?. Biz sənətkarlarıq, Basqal isə sənətkarlar şəhərciyi!- deyə ağsaqqal hamının qəbul edəcəyi məsləhətini verdi.

-Deyirlər, Fazil Bakıdan qayıdıb. Günorta namazından sonra bir onlara dəyək!-deyə ağsaqqalardan başqası təklif etdi.

***

Seyid Bikə başını Ziba xanımın çininə qoyub  ərinin gətirdiyi bəd xəbəri eşidirdi.

-Bütün Bakının alt-üst elədik. Kişi yoxa çıxıb.

-Bəs Mir Kamildən nə xəbər var? - deyə Bikə soruşdu.

 -Lənkarana getdik. Dedilər, sağ-salamatdır. İrana keçib.

-Şükür xudaya! Onun harada olduğunu bilirik.-deyə Bikə hıçqındı. Gözləri yaşla dolmuşdu.

-Bacı, Bakıda hamı ayaq üstədir. Ağanı axtarırlar. Allah qoysa, tapılar.-deyə Heybət də onu sakitləşdirmək istədi. Seyid Bikə isə hönkür-hönkür ağlayırdı.

Otağa Fazilin bibisi girdi:

-Həyətə ağsaqqallar gəliblər.

Fazilə Heybət aşağı endilər, onları tut ağacının altındakı dəyrimi stolun arxasına dəvət etdilər.

Kəblə  Qəfər ağsaqqalların yerbəyer olduğunu görüb üzünü Fazilə tutdu:

-Nə xəbər? Kişini tapdın?

-Yox, ağsaqqal! Görən olmayıb.

-Bəs qaynın?

-Deyirlər, İrana keçib!

-Bakıda nə baş verir?

-Qeyri-müəyyənlikdir. Şəhərin mərkəzində yerli camahatı evindən çıxarıb erməniləri, yahudiləri, bir də başqa millətləri yerləşdirirlər. Fəhlələr narazıdırlar. Bütün iqtisadiyyat dayanıb. Aclıqdır.

-Bunun axırı nə olacaq?

-Əgər ciddi tədbirlər görməsələr, Azərbaycan batdı.

-Düzdür ki, zavodları, fabrikaları, mədənləri varlıların əlindən alıb fəhlələrə paylayırlar?

-Bunu kim dedi?

-Yeni sovetin sədri.

-Almağına alıblar, ancaq heç kimə paylamayıblar. Odur ki, heç nə işləmir.

-Gül kimi respublikamız vardı. Qoymadılar inkişaf etsin! - deyə Kəblə Qəfər əlini əlinə vurdu.

-Bunların dillərilə əməlləri düz gəlsə, hər şey qaydasına düşə bilər. Məsələn kəndlilərə torpağın paylanmasının nəyi pisdir? Ancaq bunu edən yoxdur. –deyə Heybət sözə qatışdı.

-Bunun Basqala heç bir dəxli yoxdur. Biz heç vaxt əlimizə bel almamışıq!-deyə Meşədi Əlabbas fəxrlə dilləndi.

-Söhbət Basqaldan getmir. Basqal ətraf bölgələrdən gedir. Əgər kənlilərin pulu-parası olmasa Basqalın alveri gedər? Kəndli varlanmalıdır ki, pul xərcləsin. Hamısı bir-birisilə əlaqəlidir.-deyə Heybət fikrini bildirdi.

-Bizə nə məsləhəti görürsünüz?

-Nə görə bilərik? Basqal əvvəlki kimi işləməlidir.

-Biz də bu fikirdəyik.-deyə ağsaqqalar ayağa qalxdılar.

Bayaqdan Fazilin fikri Bikənin yanında qalmışdı. Onu gözü yaşlı qoyub aşağı düşmüşdü. Qapıya qədər ağsaqqaları ötürüb yuxarı qalxdı. Əlilə Heybətə işarə etdi ki, aşağıda qalsın.

Anası da onların otağını tərk etmişdi. Bikə yerdə oturub, başını divara söykəyib ağlayırdı. Fazil onun üzünə dağılmış saçlarını əlinə aldı və arxaya atdı:

-Ağlama! Hələ heç nə bilmirik! - deyə sakitləşdirmək istədi.

-Dədə, bu yaxınlarda sonu çatacağını deyirdi. Elə bil ürəyinə dammışdı. Mir Kamil haqqında isə deyirdi ki, onu böyük işlər gözləyir...

-Mir Kamil haqqında xəbərimiz var. Sağ-salamatdır. Əvvəl-axır bizi tapacaq. Dədəni isə axtaracağam. Tapana qədər axtaracağam. Söz verirəm.

-Fazil, axtarma! O, öz sonunu görürdü. İtgin düşəcəyini də demişdi. Qisməti bu imiş. Başına dediyi gəldi.- deyə əllərilə gözünün yaşını sildi, ayağa qalxdı: -Gəl Tiflis qayıdaq. Bəlkə Mir Kamil ora gəldi.

-Mən nə deyirəm? Onda sabah yola çıxaq.!-deyə Fazil onu bağrına basdı.-Allah bilən məsləhətdir.

Aşığıda stolun altında oturub  Ziba xanımla söhbət edən Heybət arabir tut ağacından stolun üstünə düşən tutu götürüb ağzına aparır, başını qaldırıb yenidən ağacın budaqlarını nəzərdən keçirirdi. Ağac ağ tutla dolu idi. Basqalda hələ yenicə dəyirdi. Burada bahar iyun ayından başlanırdı.

-A bala, başına dönüm, qoy siləkləsinlər ye!-deyə kiçik oğlu Yavər çağırdı:

-Qalx ağaca silkələ!-deyə göstəriş verdi.

Fazil aşağı enəndə stolun üstü tutla dolu idi. Dostu tut dənələrini bir-bir yığıb ağzına aparırdı.

-Mən belə ləzətli tut görməmişəm. Odur hər yerdə deyirəm: Bakının xar tutu, Basqalın ağ tutu. Bundan ləzətlisi yoxdur.

Dostunun danışığı Fazili həyata qaytardı. O, da dostuna qoşuldu, iştahla tut yeməyə başladı.

-Biz Tiflisə qayıdırıq. Sabah çıxmaq istəyirik. Bizimlə getmək istəyirsən?

-Tiflisə yox, ancaq Kürdəmirə qədər gedə bilərəm. Oradan Bakıya. Dədəm, narahatdır.

-Onda vaxt tapıb Tiflisə gəl.

-Çalışaram.

 

BAKI FƏHƏLƏLƏRİ

 

   Bakıda vəziyyət gərgin olaraq qalırdı. Fəhlələr mart hadisələrində əli olan  Mikoyanı rəhbərlikdə  görmək belə istəmidilər. İclasda onu açıqcasına söyüb təxqir edirdilər. Bir-neçə dəfə az qalmışdı tutub döysünlər. Ona əl qaldırmaq istəyənlər isə fəhlələr arasında tüfuz qazanmış təmiz bolşeviklər idi.

 -Sergey Mironoviç, sizin komissarların xalqın başına açdıqları bəlalardan xəbəriniz yoxdur. Onlar cinayətkardırlar. Xalq bu cinayətkarlardan biri olan Mikayanın həbsini tələb edir!-deyə fəhlə Gülbala Bəxtiyari onunla görüşərkən deyirdi.

   Bu birinci hadisə deyildi. Görüşdüyü  bütün Bakı fəhlələri komissarların daşnaklara qoşulub Bakı qırğınını törətdiklərindən danışırdılar. Mikoyanın da onlarla birlikdə olduğunu  təsdiq edirdilər.

 

Vəziyyətin belə döndüyünü və şəhərdə höküm sürən xaos Kirovu Moskvaya zəng vurmağa vadar etdi.

-İosif Vissarionoviç, Mikoyan Bakıda qalsa, vəziyyət gərginləşəcək.

-Niyə?

-Bakı qırğınında əli olduğunu deyirlər.

-Kim deyir?

-Bakı fəhlələri. Onlar real siyasi qüvvələrdir. Onun həbsini tələb edirlər.

-Məsləhətin nədir?

   -Mikoyanı buradan uzaqlaşdırmaq. Yoxsa biz yenidən Bakını itirərik.

   -Göndər, gəlsin Moskvaya. Bakının iş adamlarını iqtisadiyata cəlb et!

   -Axı zavodları, fabrikaları əllərindən almışıq.

   -Siz onlar işləmək üçün şərait yaradın! Direktor təyin edin! Vəzifənin gözəlliyini hiss edib zavodları fabrikaları, bankları işə salacaqlar. Mikoyanı isə tez bura göndər.

   -Oldu, İosif Vissarionoviç.

   Mikoyan Bakıdan əl çəkmək istəmirdi. Kirovun ona öz qərarını eşitdirdikdən sonra o, mübahisə etdi:

-Məni niyə Moskvaya göndərirsiniz? Bura mənim fəaliyyət dairəmdir. Burada mən çox iş görə bilərəm.

-Sən daha çox iş görmüsən. Qalmağın məsləhət deyil!-deyə Kirov qətiyyətlə mübahisəni kəsmək istədi.

-Axı niyə? Bir-iki fəhləyə görə?

-Bir-iki fəhləyə görə yox! Etdiyin cinayətlərə görə. Baxtın gətirib ki, səni Stalin yanına çağırır. Təkcə bu iki ayda qırxdan artıq daşnak ailəsini Bakılıların evlərində yerləşdirmisən. Yerli əhalini bizdən narazı salmısan. Əgər Bakını tərk etməsən, sənə qarşı cinayət işim qaldıracağam.

-Mənə qarşı?

-Bəli sənə qarşı. Mart qırğınını törədənlərdən biri də sənsən. Camahatın şikayətləri var. Biz bu şikayətlərə baxmalıyıq.

Mikoyanın Bakını tərk edib getməsi xəbərini Nərman Nərmanov yanına gəlmiş iranlı fəhlələrə deyəndə kimsə güldü.

-Niyə gülürsünüz?

-Gülməlidir də. Cinayətkarı qaçırtmısız və bununla öyünürsüz.

-Yoldaşlar, biz onunla bağlı sənədləri Stalinə göndərmişik ki, mart hadisələri ilə bağlı faktları araşdırsın. İnanmıram, bu faktlara görə Stalin ona güzəşt edə. Stalin prinsipal bolşevikdir.

Stalinin adı fəhlələri sakitləşdirdi. Nərman Nərmanov əsas mətləbə keçdi:

-Biz İran fəhlələri ilə əlaqələrimizi güclədirməliyik. Sosialist inqlabı ideyasını ora yaymalıyıq. Təklif var ki, İran kommunist partiyasının özəyini burada yaradaq, sonra İrana göndərərik.

-Bunu nəyə görə edirik?

-İrandakı baş verən inqlabları idarə etmək üçün. Şeyx Xiyabanı üsyanı niyə sukuta uğradı? Çünki kommunist ideologiyasından çıxış etmirdilər. Şaha qarşı azərbaycanlıların adicə çıxışları idi. Sinifi mübarizə deyildi. Şeyxə qoşulanların sinifi möqeyləri məlum deyildi.

 İran burjuaziyası əəsas qüvvə kimi çıxış edirdi. Monarxiyanın hakimiyyətini məhdulaşdırmaq üçün ona qoşulmuşdular. Görəndə ki, şah onlara lazımi hüquqlar verir və şərait yaradır. Şeyxdən aralandılar.

-Orada azərbaycanlılar hamıdan çox əziyyət çəkdilər.

-Biz istəyirik ki, bundan sonra belə olmasın.  Bir az fikirləşin. Biz İran zəhmətkeşlərini bir yumruq kimi necə birləşdirə bilərik? Təkliflərinizi gözləyirəm.

İranlı fəhlələr bu görüşdən bir şey anlaya bilmədilər. Onların İran zəhmətkeşlərinə nə dəxli? Bu söhbəti Nəriman Nərimanov niyə saldı və nə tapşırıq idi onlara verirdi? Bütün bunlar fəhlələri təşvişə salırdı. Onsuzda verdikləri sözə əməl etməyən bolşeviklər indi nə oyun qururdular.

-Bəlkə bizi Bakıdan uzaqlaşdırmaq istəyirdilər. Axı iranlı fəhlələr faktiki olaraq fəhlə-kəndli hökumətinin buradakı dayaqlarıdır. Bizi İrana yollasalar, sayımız azalar, yenə də qeyri-müsəlmanlar Bakıda bildiklərini edərlər.

Bu görüşümüzün məzmunu elə budur! Bizi İrana göndərib Bakını bildikləri kimi idarə etmək istəyirlər!-deyə fəhlə Qasım dostlarını ayıltmaq istədi.

-Bu boyda oyun olar?

-Mikoyan oyunu nə deməkdir? Cinayətkarı buraxmaq özü cinayət deyil? Biz real qüvvəyik, odur ki, bizi nəyin  bahasına olursa olsun dağıtmaq istəyirlər.

Fəhlələr Qasımın məntiqli çıxışı ilə razılaşdılar. Söz verdilər ki, bir daha Nərimanovla görüşməsinlər.

Kirova isə hörmət artırdı. Çünki onların şikayətini Kirov eşidib, Mikoyandan uzaqlaşmışdı. Nəriman isə azərbaycanlı ola-ola susmuşdu. Fəhlələr qeyri-səmimiyyəti xoşlamırlar. Çünki qazandığı çörək halaldır.  

AZƏRBAYCANPULU

 

20-ci ilin payızı aclıq və səfalət gətirdi. Hələ Bakı şəhəri belə fəlakətlə üzləşməmişdi. Səbəbi mədənlərin, zavodların və fabrikaların işləməməsi idi.

Fəhlələr adəti üzə iş yerlərinə gəlir, ancaq material olmadığından durub dayanırdılar, nə edəcəklərini bilmirdilər. İdarəçilik olmadığından nədən başlamalı olacaqlarını da bilmirdilər. Fəhlələrdən bu müəssisələrə rəhbər təyin etsələrdə, iqtisadi münasibətləri xəbərsiz olduqlarından çoxu işi təşkil edə bilmirdi. Digər tərəfdən, hasil edilmiş məhsullar ambarlarda yığılıb qalırdı.

İş yerinə gələn fəhlələr nə edəcəklərini bilmidilər. Bütün günü bolşevik təbliğatçıları siyasi vəziyyəti başa salmağa çalışdılar.

-Bu sabotajdır! - deyə Tağıyevin toxuculuq fabrikasının həyətinə yığışmış fəhlələrin qarşısında çıxış edən Bakı şəhər komitəsinin sədr mavini özlərinə bəraət qazanmaq istəyirdi.

-«Sabotaj» sözünü birinci dəfə eşidirik, nə mənədir bilmirik. Ancaq bir şey aydındır ki, bizim ailələr acından ölür.-deyə yaşlı fəhlə Yədulla dözmədi.

-Biz gecə-gündüz işləmişik! Hasil etdiyimiz malları hara əkmisinizi bilmirik. Biz işimizə görə zəhmət haqqı istəyirik.-deyə başqa bir fəhlə arxadan qışqırdı.

-Yoldaşlar, provokasiyaya uymuyun! - deyə partiya nümayəndəsi onlara müraciət etdi.

-Ən böyük provokasiya xalqı işlədib maaşını verməməkdir.

-Tezliklə yeni direktorunuz təyin olunacaq. O, hər şeyi qaydasına salacaq.

-Budur sizin partiyanız. Savadsız Tağıyevin idarə edə bildiyi bu boyda zavodu, idarə edə bilmirsiniz. Gopdan başqa sizdən heç nə eşitmirik. İdarə edə bilmirsiniz, zavodları qaytarın yiyələrinə, qoy işlətsinlər! 

-Yoldaşlar, səbirli olun!

-Nə qədər səbirli olmalıyıq? Sabahdan mən işə gəlməyəcəyəm. Gedib, vağzalda hamballıq edib balalrımı dolandırram. Budur  sənin fəhlə-kəndli hökumətin. Mikoyan kimi caniləri  mənə  rəhbər qoyub.

-Daha o, yoxdur.-deyə partiya xadimi qışqırdı.

-Dostunu mənə göstər, kim olduğunu deyim.- başqa fəhlə arxadan qışqırdı.

-Bəsdir bizi aldatdınız. Sabahdan işə çıxdı yoxdur.

-Çıxmaqdan çi fayidə? Onsuzda iş yoxdur.

-Yoldaşlar, siz nə edirsiniz?- deyə Bakı şəhər komitəsinin sədr mavini zavod həyətindən dağılışıb qapsına tərəf üz tutan fəhlələri saxlamaq istədi. Bacarmadı.

***

Axşam Bakı sovetindəki iclasda fəhlələrin bütün zavod və fabrikalarda işin dayandırdıqlarından və vəziyyətin gərginliyindən danışırdılar.

-Siz yerlərində olsaydınız nə edərdiniz? Gecə-gündüz işləyib, maaş almayasan. - deyə Sergey Mironoviç soruşdu. Cavab eşitmədi.

-Görürsünüz, cavab tapa bilmirsiniz. Fəhləlik edən adam hər şeydən əvvəl ailəsini dolandırmaq üçün zavoda, fabrikaya gəlir. Evə qayıdanda balaları ondan çörək istəyir. Əgər biz sovet hökumətini bu torpaqda yaşatmaq istəyiriksə, onda  fəhlələrin tələblərini yerinə yetirmək lazımdır.

-Necə?

-Partiya mənsubiyyətindən asılı olmayaraq yerli mütəxəssisləri işə cəlb edin. Qoy keçmiş iqtisadi əlaqələri bərpa etsinlər. Sabahdan yoldaş Nəriman Nərimanov bu işlə məşğul olsun.

-Fəhlələrə verməyə pul yoxdur.

-Yoldaşlar Azərbaycan sovet respublikası daha öz pulunu buraxıb. Sabahdan bütün dövlət banklarında paylanılacaq. Xahiş edirəm, pulun  ilk növbədə fəhlələrə paylanmasına nəzarət edin.   

***

Bu qeyri-adi gün idi: aylarla pul üzünə həsrət qalan fəhlələrə yeni pulla maaş verildi.

-Şükür Allaha, bu gün evdəkilərin üzü güləcək.-deyə təzə pulları diqqətlə nəzərdən keçirən cavan fəhlə dilləndi.

-Bura bax, burada Nəriman Nərimanovun qolu var!

-Hökumət başçımız deyil?

-Deyəsən, doğurdan, bu hökumət fəhlə-kəndli hökumətidir. Bizim qəzadən yanıma gəlmişdilər. Kəndlilərə torpaq paylayıblar. Hamı əkinlə-biçinlə məşğuldur. Düzdür, hələlik aclıqdır, ancaq kəndlilər bir təhər bu qışı çıxacaq. Ondan sonra hər şey qaydasına düşəcək.

-İndi elə etmək lazımdır ki, zavodumuz işləsin.

-Bunu da nəzərə alıblar. Köhnə incinarları, iqtisadçıları işə qaytarırlar.

-Belə olsa iş gedəcək!

Bakıda S.Kirovun təşkilatçılğı nəticəsində bir-birinin ardınca zavodlar və fabrikalar işləməyə başladı. Həyat öz məcrasına düşdü.

 

TİFLİS

 
«Orta çalanın» Kürdən gələn sərin nəfəsi balkona çıxan tək qalmış Seyid Bikənin sinirlərini sakitləşdirdi və fikirdən yayındırdı. Elə bil hansı bir qüvvəsə onu səbirli olmağa və əhatə edən gözəlliyi seyr etməyə sövq edirdi.
Uzaqdan Tiflis dərəsini əhatə edən yam-yaşıl dağlar görünürdü. Onun Basqal yadına düşdü.
Birdən  basqallıların Tiflisi niyə belə sevdikləri Seyid Bikəyə aydın oldu - Basqal balaca Tiflisi xatırladırdı.

-Bu harada qaldı?- deyə əri üçün narahatlıq keçirtdi.

Bayaq evdən çıxarkən Fazil axşam qayıdacağını demişdi. Hələ günorta idi.

Balkonda Zibeydə xatun göründü.

-Qızım, niyə qəmginsən?

-Ay na, ürəyim gülmür: nə dədəndən xəbər var, nə Mir Kamildən.

-Ürəyini sıxma, tapılarlar.-deyə Zibeydə xatun da ürək-dirək vermək istədi.

Onlar otağa qayıtdılar.

-Barat xatun hanı?-deyə Bikə bacısını otağda görməyib soruşdu.

Bacısı Barat xatun 17-i yaşa çatmışdı. Bakıdan Tiflisə gələndən sonra isə daha da gözəlləşmiş və elə bil çiçək açmışdı.

-Xədicə ilə rəfiqəsi Məryamgilə getdi.

Zibeydə xatun çox ciddi qadın idi. Hələm-hələm adamla yaxınlıq etməzdi. Qızları isə gözdən qoymazdı. Hər addımlarını və hərəkətlərini izləyirdi. Bikə anladı ki, bu anasının razılığı ilə olub.

-Əhməd də gözümə dəymir?

-Aşağıda, uşaqlarla oynayır.

-Ay na,  nə əcəb Baratı buraxmısan?

-Qohumumuz, Əntiqəgildədir.

Birdən Bikənin yadına düşdü ki, Əntiqənin qardaşı Səməd Fazilin dostlarındandır. İyirmi-iki, iyirmi-üç yaşı olardı.

Fazil kimi onun da özünün kərxanası vardı, Tiflisdə hər yerdə bir idilər. Bikənin bu dostluq çox ürəyincə idi.

 Anasının qohumumuz Əntiqə deməsi də təsadüfi deyildi. Tiflisdəki basqallılar  hamı bir-birinə qohum idi.

 Əntiqə arvad tez-tez qızı Məryam ilə onlara gələrdi. Qızı Barat xatunla həmyaşıd idilər. Yaman dostlaşmışdılar.  

Səmədin anası Əntiqə bir-neçə dəfə zarafatla «Sizə elçi gələcəyik!» -deyə eşitdirmişdi.

-Sən burada olmayanda, Əntiqə bizə gəlmişdi. Deyirdi ki, biz Bakıya qayıdan kimi Mir Hüseyn ağanın yanına elçiliyə gələcəyik. Qızı Səmədə istəyirlər!-deyə Zibeydə xatun qızıyla dərdini bölüşdü:-Nə fikirdəsən?

-Mənə qalsa, razıyam. Pis oğlan deyil. Ən əsası odur ki, çörək qazanmağı bacarır. Sən nə deyirsən?

-Fazil onunla dostluq edir. O, isə hələm-hələm adamla oturub durmaz. Zənnimcə, o, da razı olacaq. O, deyəndən sonra mən kiməm?-deyə Bikə fikrini bildirdi.

-Allah qoysa, atan qayıtsın...-deyə Zibeydə xatunun gözləri yaşardı. Seyid Bikə birdən hiss elədi ki, hönkür-hönkür ağlayır. 

  

İRANDAİNQLABDAVAMEDİR

 

Kremlin zəngləri 10-nu vurmuşdu ki, katibə qız Mikoyana kabinetə daxil olmağa icazə verdi. Bir saatdan artıq idi ki, o qapının ağzında oturub içəri dəvət olunmasını gözləyirdi.

Üzü gülmürdü. Kobanın onu belə gec qəbul etməsi ürəyində şübhələr yaradırdı. İndi anlayırdı ki, Kirov onunla boş-boşuna mübahisə etmirdi. Deməli, mart hadisələrilə bağlı materialları da  Moskvaya göndərib. Belə olmasaydı, Koba onu qapı ağzında qoymazdı.

Bunula belə ümidini itirmirdi. Bilirdi ki, Koba onun tərəfini heç kimə verməz. «Az mı birlikdə işlər görmüşük? Bakı hadisələrin olanların yanında heçdir? Ola bilsin, başı yaman qarışıqdır. Bu boyda ölkəni faktiki idarə edir. Lenin onsuz heç cürə keçinə  bilmir»-deyə düşündü.

-Salam Koba!-deyə ağır baxışları ilə onu süzən partiyanın birinci katibini salamladı.

Koba əlilə stulu göstərdi ki, otursun. Sonra əlinin altında olan qovuğu gələnin qabağına atdı.

-Bunlardan xəbərin var?

-Mart hadisələri ilə bağlıdır?-deyə Mikoyan suala sualla cavab verdi.

-Elədir!

-Mən ki, sizə danışmışdım...

-Danışmaq başqa, camahatı özünə qarşı qaldırmaq başqa. Sənə nə düşmüşdü bakılıları evlərindən çıxardıb ermənilərini yerləşdirəsən. Bolşevikləri yerləşdirsəydin dərd yarıdır, bizim düşmənlərimiz olan daşnakları niyə yerləşdirirdin?

-Onlar bizə lazım ola bilər.

-Başa düşmədim?

-Qarabağda qırğını kimlər törətdi? Daşnaklar Onlar olmasaydı biz Bakıya girə bilməzdik. Qüdrətli milli ordunun qarşısını ala bilməzdik.

Koba, Bakıdakı daşnaklar bizim dayağımızdır. İnan belədir. Çünki bizə xidmət etməkdən başqa çarələri yoxdur. Birdə ki, güclü siyasi qüvvə deyildir. İstədiyimiz kimi idarə edəcəyik, istər daxildə, istərsə xaricdə.

-Komissiyanın qabağında da belə çıxış edərsən!-deyə onun sözünü kəsdi.

-Nə komissiya?

-Bu boyda materialların üstündən xətt çəkmək elə bilirsən, asandır? Sən ev verdiyin daşnakların bizə işləməsi haqda mənə məlumat verdiyini deyərsən. Başa düşdün?

-Göydə.

-Onda saat birdə burada olursan!

***

Komissiyanın iclası Kobanın təqdimatı nəticəsində Mikoyanın xeyrinə qurtardı. Onu cəzalandırmaq əvəzinə Bakıdakı fəaliyyəti tədqirə layiq sayıldı, hətta partiya təşəkkürü də aldı. İclasdan sonra Koba  Mikoyanı kabinetiinə dəvət etdi.

-İndi danış görüm, Bakıda vəziyyət necədir?-deyə soruşdu.

-Vəziyyət xoşa gələn deyil! Bakı fəhlələr narazıdırlar.

-Səbəbi?

-İqtisadiyyat dağılıb, zavod və fabrikalar işləmir. Köhnə hakimiyyətə rəğbət artır. Sosial partlayışla qurtara bilər.

-Bakılılar o qədər də inqlabçı deyillər. Mülayim insanlardır.

-Söhbət fəhlələrdən gedir, bakılılardan getmir.

-Fərqi nədir?

-Fəhlələrin əsas hissəsini yenə də iranlılar təşkil edirlər və real siyasi qüvvədirlər. Şeyx Xiyabanı üsyanı baş tutmadıqdan sonra İrandan Bakıya çoxlu qaçqınlar var. Bunlarda Bakı fəhlələrinə qoşulublar. Vahid bir qüvvədirlər.

-Təklifin?

-Bu qüvvəni dağıtmaq lazımdır.

-Necə?

-İranlıları İrana köçürtmək!

-Bunun üçün əlimizdə səbəb olmalıdır.

-Səbəb tapmağa nə var ki?

-Məsələn?

-Dünya inqlabını İranda davam etdirmək. Bu adla özləri könüllü gedərlər.

-Bu bizə nə verir?

-Hər şeydən əvvəl Bakıda stabillik, İranda isə şaha qarşı ciddi müqavimət.

 -Şahın getməsi vacibdir.

-Düzdür! Nə qədər ki, İran şahı azərbaycanlıdır, bizim üçün iki Azərbaycanın birləşmək qorxusu var. Şahı dəyişdirib farsı hakimiyyətə gətirsək, bu qorxuya son qoyuruq.

-Ağıllı məsləhətdir.-deyə Koba fikrə daldı. 

-Koba, çox sağ olun!-deyə Mikoyan onu fikirdən ayıltdı.

-Niyə görə?

-Məni xilas etdiyiniz.

-Kimin sənə qarşı getdiyini gördün?

-Gördüm.

-Nəticə çıxart. Onun göndərdiyi bu qovuq sənin üstündə Damokl qılıncını xatırladır. Həmişə ortaya çıxarda bilər.

-Nə edim?

-Nə desəm onu.

-Nə ilə məşğul olacağam?

-Hələlik dincəl! Sənin üçün layiqli bir vəzifə tapım. - deyə Kabo söhbətin bitdiyinə işarə etdi.

 

 

HƏMŞƏRİLƏRİN KÖÇÜRÜLMƏSİ

  

Bakı sovetinin iclas salonunda yığıncaq çağrılmışdı. Bura dəvət olunanlar əsasən İranlı fəhlələri idilər. Fəxri kürsüdə Nəriman Nərimanovla Serqey Kirov oturmuşdular.

   Yığıncağa sədrliyi Nəriman Nərimanovu edirdi. Diqqətlə zalı nəzərdən keçdikdən sonra o ayağa qalxdı və zala müraciyət etdi:

-Şeyx Xiyabanı üsyanı boğulasada, bu o demək deyildir ki, İran zəhmətkeşlərinin sosialist inqlabına olan ümidi sönüb. Azərbaycanda Şura hökuməti qurulduqdan sonra İranda da bu inqlabın yaxınlaşdığını görürük. Azərbaycan proletariatı ilə İran proletariatı arasında əlaqələri gücləşdirməklə bu inqlabı tezləşdirmək  mümkündür.

Azərbaycanda baş verən pozitiv dəyişikliklər: torpağın kəndllərə paylanması, zavod və fabrikaların fəhlələrə verilməsi - İran zəhmətkeşləri tərəfindən çox yaxşı qarşılanır.

Rus və Azərbaycan  xalqlarını biz bolşeviklər çar mütləqiyyətindən qurtardıq. Sosialist dövlətinin bünövrəsini qoyduq.

İranda isə monarxiya davam edir.  Şahın zülmü altındə minlərlə həmvətənlərimiz inlənir.  Xanların və ərbabların əlində məgər siz bura gəlməmisiniz? Özünüz burada olsanız da, ürəyiniz İrandadır.

-Elədir, yoldaş Nərimanov!-deyə kimsə yerindən qışqırdı.

Bu sözləri eşidən Nəriman Nərimanov məqsədə nail olduğunu anladı və susdu. Zalın düşünməsi üçün şərait yaratdı.

Bura dəvət olunanların çoxunun ailələri İranda qalmışdı. Elələri vardı, illərlə qohum-əğrabanın üzünə həsrət idi.

Nəriman Nərimanovun nastolji yaradan çıxışı  öz təsirini göstərmişdi. Odur ki, S.Kirov əsas məqsədə keçməyi qərara aldı.

-Yoldaşlar, sizi təsadüfən bura yığmamışıq. Siz hamınız İranla bağlı zəhmətkeşlərsiniz. Vətənpərvərsiniz. İstərsiniz ki, Azərbaycan kimi İran da xanlardan və ərbablardan azad olsun. Xalqınız rahat nəfəs alsın! - deyə Kirov təmiz azərbaycanca fikrini  bildirdi.

-Elədir! - yerlərdən səslər ucaldı.

-Nə təklifiniz var?

-Biz İranda geniş təbliğat işi aparmalıyıq ki, Azərbaycanda baş verən dəyişikliklərdən İrandakıların xəbəri olsun.

-Necə?

-Biz ora getməliyik, orada fəhlə hizbini1 yaratmalıyıq.

-Düzgün fikirdir! - deyə Nəriman Nərimanov fəhlənin təklifini müdafiyə etdi.

-Biz İranda fəhlə hərakatını təşkil etməli, şahın mütləqiyyətinə son qoymalıyıq. Leninin ideyalarını orada yaymalıyıq.-deyə iranlı təbliğatçı əsas məsələyə keçdi.

-Yoldaşın təklifi ilə bağlı fikirləriniz?-deyə sədr soruşdu.

Yaşlı fəhlələrdən biri ayağa qalxdı və ağır addımlarla kürsüyə yanaşdı.

-Beş ildən artıqdır Bakıdayam. Nəslim-cinsim hamısı İranda. Bura gələn gündən oradan xəbərim yoxdur. Təkcə pul göndərə bilirdim. İndi isə o, da yoxdur. Burada ölməkdənsə, orada ölmək daha yaxşıdır. Mən belə düşünürəm: Hamımız İrana qayıtmalıyıq. Buradakı birliyimiz orada da saxlasaq, bizə batan olmaz!

-Düzdür!-deyə sədr onun fikrini mudafiyə etdi.-Gəlin, bu təklifi səs qoyaq! Kim bu fikirlə razıdır, əlini qaldırsın?

Hamı əlini qaldırdı.

-Bu təklifi həyata keçirtmək üçün təşkilat komitəsi yaratmalıyıq. Aranızdan  bu komitəyə üzvlər seçin!-deyə  Sergey Mironoviç azərbaycanca təklif etdi.

Komitənin qərarı ilə bir həftədən sonra İranlıların Bakıdan köçürülmələri başladı.

Bakıdan köçürülən iranlıların bəziləri İran  jandarmeriyasının agentləri idilər. Ora gedən kimi Bakıdan İrana fəhlələrin köçürülməsinin əsas səbəblərinin üstünü açdılar. Mikoyana qarşı gedənlər dar ağacından asıldılar. Bu da sənin dünya inqlabın.

İran hökuməti İran-Azərobaycan sərhədini bağlandı, olub-qalan bütün əlaqələri kəsildi, Moskada oturanlar isə öz məqsədlərinə nail oldular: Bakıda mübariz fəhlə sinifi daha qalmadı.

 

MİR CƏFƏR VƏ DADAŞ XAN

 

QPU-nun qapısında iki nəfər içəri daxil oldu. İkinci mərtəbəyə qalxdılar. Hündür  böylu, enli kürək və uzaqdan qədi-qamati ilə camahatı özünə cəlb edən orta yaşlı adam balaca boy bir nəfərin arxasıyca gedirdi. Hiss olunurdu ki, o, buralara bələd deyildi.

Dəri qapılı kabinetin gözləmə otağında keçib oturdular.

-Yoldaş Bağırova nə deyim? - deyə katibə qız rusca soruşdu.

-Denən, Dadaş xanı gətirmişəm. Buradadır.-deyə balaca boy adam kürəyini divara söykədi.

Katibə qapını açıb içəri girdi, ancaq tək qayıtmadı. Qabaqda Mir Cəfər çıxdı:

-Salam, qardaş! Səni sağ-salamat görməyimə şadam!-deyə Dadaş xanla gülər üzlə görüşdü.

Dadaş xan Ərədəbilini Mir Cəfər Şeyx Xiyabanı hərəkatınından tanıyırdı.  Bir azərbaycanlı kimi Mir Cəfər İrana keçmiş, bu hərəkatda iştirak etmişdi. Onların tanışlığı elə buradan başlayırdı.

18-ci ildə Müstəqil Azərbaycan  respublikası yarandıqdan sonra Cənubi Azərbaycanda qaynama başladı. Xalqın birləşmə ümidi daha da gücləndi.

Bakıdan Cənubu Azərbaycana istənilən kömək göndərilməyə başladı. Bu xeyriyəçi işə də Hacı Zeynalabdin başçılıq edirdi.

Mir Cəfər Şeyx Xiyabani ilə görüşmək üçün Arazı keçib Təbrizə gəlmişdi.

Dadaş xan Ərdəbili ilə elə burada tanış olmuşdular.

Mir Cəfər heç vaxt heç kimlə bu mehribanlıqla görüşməzdi. Qaraqabağ adam olduğundan hamı ondan çəkinirdi. Ancaq Dadaş xana bu münasibəti katibəni və balaca boy adamı heyrətləndirdi.

-Dadaş xan, buyurun içəri! - deyə Mir Cəfər dostunu kabinetə dəvət etdi. İçəri keçdilər. Balaca boy adam otağa daxil olan kimi Mir Cəfər üzünü ona tutdu:

-Yoldaş Qafarov, sizə öz təşəkkürümü bildirirəm. Əməliyyatı uğurla yerinə yetirdiniz. Gedə bilərsiniz!

-Oldu, yoldaş Bağırov! - deyə balaca boy otaqdan çıxdı.

Dadaş xanın Təbrizdə həbs olunduğunu eşidən Mir Cəfər Sadiq Qafarova İrana gedib nəyin bahasına olursa olsun, Dadaş xanı xilas edib Bakıya gətirmək tapşırığı vermişdi.

Bir-ki il qabaq İranda olarkən Mir Cəfər Ərdəbilə gəlmişdi. İran jandarmlarının əlinə keçmişdi. Bir inqlabçı kimi onu ölüm hökmü gözləyirdi, ancaq belə olmadı qazamatın qapsını onun üzünə Dadaş xan və onun silahlı dəstəsi açdı. 

Vaxtiykən Dadaş xan onu xilas etdiyi kimi, indi o, dostunu ölümdən qurtarmışdı.

Katibə stolun üstünə süfrə saldı və çay gətirdi.

-Mən bilmirəm, sizə necə təşəkkürümü edim!-deyə Dadaş xan söhbəti açdı.

-Mən sənə borcluyam.

-Mir Cəfər, biz özümüzü düşünən adamlar deyilik, çalışırıq ki, hamının vəziyyəti yaxşı olsun, camahata çörək verək.

-Elədir, qardaş! Məqsədimiz böyükdür.

-İranda insanlar bir parça çörəyin üzünə həsrətdirlər. Elə bil Allah onları çörəklə imtahana çəkir. Sabahkı günə isə ümid yoxdur. Hamının gözü Bakıya-Azərbyacana dikilib.

-Bu hiss olunur.

-Burada baş verən hadisələr bir başa İrana təsir edir. İnqlabı hərəkatı gücləndirir.

-Şeyx Xiyabanı hərəkatı gərək qalib gələydi.

-Əsası odur ki, camahat Səttar xandan qalmış ənənəni- haqsızlığa göz yummamaq-ənənəsinə sadiqdirlər

-Bu böyük inam yaradır. İranın azad olacağı günə az qalır.

-Mən istəyirəm  yenidən Təbrizə qayıdım.

-Hələlik bü mümkün olmayacaq. Burada qalmağın məsləhətdir.

-Nə ilə məşğul olacağam?

-Bu problem deyildir. Bir şey fikirləşərik. Sənin üçün «Həmşəri palanında» həyət boşaltmışıq. Orada yaşaya bilərsiniz. Hər bir şəraiti var.-deyə Mir Cəfər dostuna ürək-dirək verdi.-Çalışaq həmişə bir olaq!

Dadaş xan Azərbaycana belə gəldi.

ARTELLƏR

 

Basqalda Şura hökumətinin gətirdiyi dəyişiklər o qədər də gözə çapmırdı. Qəsəbə soveti deyilən yerdə yeni hökumətin nümayəndəsi otururdu, ancaq nə ilə məşğul olduğu camahata aydın deyildi.

 Sovetin sədri kasıblar komitəsi yaratmışdı. Bir-neçə dəfə beş-on nəfər ora getdikdən sonra, daha sovetliyə ayaq  basmırdılar. Onların yığıncaqlarına gəlmirdilər.

Sovetliyin işçiləri hamısı gəlmələrdən ibarət olduğundan yerli camahatın psixologiyasını başa düşmürdülər. Qərara almışdılar ki, həyətbəhəyət gəzsinlər. Təbliğat və təşviqat işləri aparsınlar.

-Cəbrail kişi, niyə iclaslara gəlmirsən? Sən Şura hökumətinin işlərində iştirak etmək istəmirsən? Məgər bu hökumət kasıb-kusub hökuməti deyil? - deyə sovetin sədri Haşımov kasıblar  komitəsinin  iclasına gəlməyənlərdən birinin  başı  üstə durub soruşdu.

-Yoldaş Haşımov, əgər sənin hökumətin kasıb-kusub hökumətidirsə, qoy kasıb-kusubu işdən ayırmasın! Basqalda kasıb-kusub yoxdur –tənbəl var. Bizdə işlədin, çörəyin var, kasıb deyilsən, işləmədin kasıbsan. Odur ki, mane olma! Qoy, balalarıma gün ağlayım!-deyə Cəbrayıl dəzgahın məkisini buraxdı və ayağı ilə hərəkət etməyə başladı. Dəzgah səs-küy saldı.

Yoldaş Haşımov anladı ki, söhbət bununla bitdi. Başqalarının həyətinə də təşrif gətirdi, ancaq hamını dəzgah arxasında gördü.

Basqallı isə dəzgah arxasında işlədi, elə bil tərki dünyadır. Heç nəyi görmür, heç nəyi eşitmir. Qulaqları məkinin ritmik səsini tutub dəzgahın necə işlədiyini toxucunun beyninə çatdırırdı. Bu ritm pozulduqda toxucuya sapların, gözə güclə görünən  nazik ipək sapların ahənginin pozulduğunu çatdırırdı. Ancaq belə olduqda toxucu  dəzgahı dayandırır, qırılmış sapı milyonlarla sapın arasından tapıb çıxardır və birləşdirir. Yenidən dəzgahını işə salırdı.

Hər toxucu dəzgahının və toxucunun öz ahəngi və səsi vardı. Basqallı işləyən dəzgah olan həyətin  yanından keçəndə dəzgahın arxasında evin hansı kişisinin oturduğunu  deyə bilirdi:

-Kəblə Cavad evdədir. Onun dəzgahıdır! - deyə həyətə girmədən evdə kimin olduğunu deyirdilər.

Basqallı dəzgah arxasında özünün böyüklüyünü, güclülüyünü, heç kimdən asılı olmadığını anlayırdı. Bu həyat tərzi minillərlə belə davam edirdi. Heç nə və heç kim bunu poza bilməzdi. İstəyir kapitalizm olsun, istərsə sosializm – basqallılar üçün heç bir fərqi yox idi.

Yazıq yoldaş Haşımov bunları haradan bileydi. Çünki damarlarında Basqal qanı axmırdı.

Yoldaş Haşımov Şamaxıdakıların göstərişi ilə Basqalda artel deyilən təşkilat yaratdı və elan etdi ki, basqallılar kəlayağını ora təhvil verib pullarını ala bilərlər.

Artel Kəblə Cəfərin yaratdığı kooperativi xatırladırdı, ancaq bir-neçə həftədən sonra yoldaş Haşımov artelin aldığı kəlayağıların pulunu  ödəyə bilmədikdə, bir basqallı ora kəlayağı vermədi. Yenidən atlara yükləyib Tiflisə göndərirdilər.   

 

ƏNVƏR PAŞA

  

Almaniyadan Bakıya gəldikdən sonra iki ay idi ki,   Ənvər paşanın Karl Radeklə[1] bütün əlaqələri kəsilmişdi. Bu şəhəri öz ana yurdu hesab edirdi. İstambulla fərq görmürdü.

Hərdən birdən hətta düşünürdü ki, görəsən, Azərbaycan respublikasının yaradılmasında onun rolunu buradakı xalq bilirmi. Digər tərəfdən, düşünəndə ki, tarix heç vaxt belə şeyləri unutmur, bu ona təsginlik  gətirirdi.

Bakıda heç də tək deyildi. Yaşadığı yuxarı məhəllədə hamı onun kim olduğunu bilirdi. Başqa cürə ola da bilməzdi.

Məhəllənin özünün icma qanunu vardı: ağsaqqalı və qarasaqqalı yerini bilər, hamı hamını tanıyardı. Odur ki, məhəllə daxilində nə baş verdiyini kanar bilməzdi.

Buradakı tanışı Fazillə bir-neçə dəfə  görüşmüşdü, Heybətlə isə həmişə üz-üzə gəlirdilər. Çünki onların həyətində yaşayırdı.

Meşədi Nağı isə onunla yaman dostlaşmışdı, hər yerə birlikdə gedib-gəlirdilər.

Orta yaşdı Ənvər paşanın keyimi-keçimi, düz qaməti onun alicənab nəsildən olduğunu o saat biruzə verirdi. Dəniz kənarında gəzməyi xoşlayırdı. Bakı İstambulun Qalatasını xatırladırdı. Ancaq Qalatadan fərqli olaraq Bakıdan dənizin o biri sahili görünmürdü.

Bura gələrkən Bakı şəhəri inqlab komitəsinin rəhbərlərindən dostu Mir Hüseyn ağanı soraqlaşmış, bir ağıllı cavab ala bilməmişdi.

 Meşədi Nağı nə baş verdiyini ona danışmış, bu isə Ənvər paşanın fikirə salmışdı.

Karl Radeklə tanışlıq onu bura gətirmişdi. Dostu olduğu bu insanın hansı məshəbə qulluq etdiyini başa düşməyən Ənvər paşaya aydın olan bir şey vardı: bolşeviklər onu istifadə etmək istəyirlər. Çünki bu cür insanlar heç kimə heç nədən heç nə etmirlər.

Bu gün qapılarını döyən kuryer ona Radekin məktubunu, daha doğrusu balaca kağız parçasında yazısını verəndə bu fikir onu daha da məşğul etdi.

Karl Radek yazırdı: «Mən buradayam, ünvanını Baksovetdə mənə verdilər. Üç gündən sonra Komenternin iclasını keçircəyik. Sabah saat 12-də səni Baksovetdə gözləyirəm. Ümidvaram ki, səni görəcəyəm.» 

 Radek sadə adam deyildi. Diplomatik məhariti ilə özünə Almaniyada çoxlu dost qazanmışdı. Ənvər paşa ilə dostluğu da elə buradan başlayırdı. Karl ona böyük hörmətlə yanaşırdı. Bu o saat gözə dəyirdi.

Başqa cürə ola da bilməzdi. Çünki 1919-cu ildə Alman hökumətindən Radekin türmədən buraxılmasını xahiş etmişdi. Almanlar isə paşanın sözünü yerə salmamışdılar.

Saat 12-də Bakı sovetinin foyesində görüşəndə sanki ayrı düşmüş iki qardaş görüşürdü. Burada qeydiyyata alınmağa gələn  Atatürkün Bakıya göndəriyi nümayəndə heyətinin gözündən də qaçmadı.

Türkiyə nümayəndə heyətinin gözləri kəlləsinə çıxmışdı. Atatürkün düşmənin bu cür hörmətlə qarşılayırdılar. Özü də kim? Karl Radek, Komenternin katibi.

Karl Radek dostununun qoluna girib  kabinetə salsa da, ürəyi sakit durmadı. Bir an dostunu otaqda  qoyub  foyedəki türk nümayəndə heyətinin başqa kabinetə dəvət etdi.

-Yoldaş Radek bu nə deməkdir? Siz Türkiyənin düşənini burada qarşılayırsınız!-deyə türk nümayəndə heyətinin başçısı qəti etirazını bildirdi.

-Yoldaşlar, sakit olun! Elə bir problem yoxdur. Bu insanı Bakıda yaxşı tanıyırlar. Çünki bu respublikanın yaranmasında müəyyən rolu vardır. Orta Asiyada isə böyük nüfus sahibidir. Bu ondan istifadə etməyliyik ki, bu regionlarda stabillik yaradaq. Bu bir siyasətdir. Bilin ki, Atatürkün zərinə deyildir. Birdə ki,  burada Türkiyəyə qarşı heç bir pis fikir irəli sürülə bilməz. Xahiş edirəm, unutmayın ki, Lenin Atatürkün necə dostudur. Atatürkü heç kimin ayağına verməz. –deyə otağdan çıxdı. Şaşqın qamış nümayəndə heyəti daha heç nə edə bilmədi.

-Məni bağışla, qardaş!- deyə içəri daxil olan Radek keçib Ənvər paşanın yanında əyləşdi.- Səni Moskvada Troski görmək istəyir. Komenterninin iclası qurtaran kimi Moskvaya gedirik. Bilirsən, səninlə nə qədər işlər görəcəyik.   

Evə dönəndən sonra Ənvər paşa otağından bayıra çıxmadı. Nə baş verdiyini anlamaq istəyirdi. Düşündükləri Radekdən eşitdikləri ilə uyğun gəlirdi.  

***

 Axşam yenicə düşmüşdü ki, Meşədi Tağı həyətə girdi. Adəti üzrə həyətin başına keçdi və çərhovuzun suyu ilə üzünü yudu və söyüd ağacından asılan dəsmalı götürdü və əl-üzünü sildi.  Minəvvər xanım ərinin gəldiyini çardaqdan görmüşdü, ora yığışan arvadlar bir-birinin ardınca aşağı enib dağılışmağa başladılar. Həmişə belə idi. Ümumiyyətlə belə idi. Həyətin kişisi içəri girən kimi, çərhovuzun suyu ilə əl-üzünü yuyurdu. Bu çardaqdakıların dağılması üçün işarə olurdu.

   Minəvvər xanım  arvadlardan ayrılıb həyətdə endi və hələdə buğlanan samovarı  eyvana qaldırdı.

   -Axşamın xeyr, a kişi!-deyə ərini salamladı.

   Meşədi Nağı başı ilə salam verdi və mizin arxasına keçdi.

   Minəvvər xanım isə samovardan istəkana çay süzdü və ərinin qabağına qoydu.

   Meşədi Nağı bir az gözlədi, sonra istəkanı qaldırıb bir-ki qurtum içdi. Deyəsən, çay xoşuna gəlmişdi. Əlindən istəkanı yerə qoymadı, qalanını bir nəfəsə içdi.

   -Heybət haradadır, arvad? - deyə Meşədi Nağı soruşdu.

   -Ənvərlə vağzala getdilər. Harada olsalar indi gələrlər.

   -Xeyr ola!

   -Ənvər sabah Moskvaya gedir.

   Meşədi Nağını fikir götürdü. Ancaq nə baş verdiyini anlaya bilmədi.

   Ənvər paşa Bakıda qalacağını demişdi. Birdən fikrini dəyişən adama da oxşamırdı. Nə isə ciddi bir hadisə baş verdiyini düşündü.

   Meşədi Nağının təkliyi çox çəkmədi. Heybətin hay-küyü sakitliyi pozdu.

   Ənvər paşa onunla eyvana qalxdı və Meşədi Nağının oturduğu mizin arxasına keçdi.

   -Meşədi sabah Moskvaya köçürəm. Orada bəlkə ailəmdən xəbər tutdum. Başqa yolum yoxdur. Bolşeviklər mənimlə əməkdaşlıq etmək istəyirlər.

   -Məgər bu nəyi isə dəyişə bilər?-deyə Meşədi Nağı soruşdu.

-Çox şeyi. Əvvala bütün türkləri birləşdirmək fikrinə düşmüşəm.  Belə olmasa, Osmanlı imperiyası parçalacaq, müsəlman birliyinə son qoyulacaq. Buna mane olmaq lazımdır.

   -Necə mane ola bilərsən? Özün demirdin, tək qalmısan.

   -Siyasətçi və tanınmış adam heç vaxt tək qalmaz. Bunu yadından çıxartma. Özün axtarmasan da, səni axtarıb taparlar. Bir də mən hərəkət adamıyam, sakit otura bilmirəm.

   -Dediklərində həqiqət vardır. Bizdə belə hallarda deyirlər: Ürəyin hara, əməlin ora!

   -Yaxşı atalar sözüdür. Azərbaycan dili elə bizim türk dili kimidir, çox az fərqimiz var. Ancaq sizin diliniz bizimkindən gözəldir. Gözəl şeriyyətiniz var.

   Meşədi Nağı həmsöhbətinin üzünə baxdı. O, dildən danışsa da, ürəyində nəyisə fikirləşirdi. Gözlərində bic gülüş vardı.

   Həyətində qaldığı iki-üç ay ərzində Ənvər paşanın bir adamla iki kəlmədən artıq danışdığını görməmişdi.

Məhəllə onun kim olduğunu bilirdi və hər kəs ona baş əyib salam verməyi özünə şərəf sayırdı.

   -Moskvada tanışın zadın varmı?

   -Əgər səni özləri aparırlarsa, deməli, hər cür şərait olmalıdır. Heç də narahatlıq keçirmirəm. Bir şeyə görə özümü qınayıram: Heybətin toyunu görə bilməyəcəyəm...

   -Təki sənin işlərin düz gəlsin, ailənə qovuşa biləsən!- deyə Meşədi Nağı həmsöhbətinin ürəyindən keçənə toxundu.

-Ailə böyük qüvvədir.-deyə başını aşağı saldı.

Sabahsı  günü onun getmək xəbərini eşidən Yuxarı məhəllə axışıb Meşədi Nağının qapısının ağzına yığışmışdı.

Heybətlə qapıdan bayıra çıxan Ənvər paşanı bütün məhəllə dövrəyə aldı.

-Allah köməyin olsun, Ənvər paşa, siz bizim millətin xilaskarısız! Biz sizi heç vaxt unutmayacağıq!-deyə camahat arasından səslər eşidildi.

-Min yaşa, Ənvər paşa!

Paşanın gözləri doluxsunmuşdu. Bir söz deməsə də, ürəyi fərəh hissləri ilə doluydu. «Deməli bu insanların qəlbində və tarixində varam!» deyə düşündü. Başını aşağı salıb, gülümsündü. İndii gedə bilərdi. O, faytona qalxdı. Atlar yerindən götürüldü.

 -Paşa, Allah  əmanətində! - deyə Minəvvər xanım onun arxasınca su atdı.

****

 «Moskva əlbəttə ki, İstambuldan balaca şəhərdir, həm də çox çirkli və səliqəsiz»-qatardan düşüb maşınla  palçıqlı və  zir-zibilli küçələrii keçdikcə  Ənvər paşanın ağlına gələn ilk fikir bu oldu. Keçmiş  hərbi nazirin yadına doğma şəhəri düşdü. Hətta müharibə  getsə də, ana yurdu təmizliyini itirmirdi. Hər küçə səliqə səhmanı ilə adamı özünə cəlb edirdi.

Hətta dağıntılar belə bircə anın içində yığılırdı, burada isə vətəndaş müharibəsindən qalma xarabalıqlar  hələ də qalırdı.

Ənvər paşa bunlara baxıb bura gəldiyinə görə peşmançılıq çəksə də, ürəyində «hələ də dünyanının gözü buradadır. Görək fələk bizi hara çəkir?»-deyə  düşündü,

«Ford» Kremlin Spas qülləsinin altından keçib uzun bir imarətin qarşısında dayandı. Onu müşahidə edən Trotskinin köməkçisi izah etdi ki, ölkənin rəhbərliyi işlədiyi binadır.

Ənvər paşa heç nəyə fikir vermədən onun arxasınca binanın pillələri ilə yuxarı qalxdı. İkinci mərtəbədə dayındılar. və otağa daxil oldular.

   Otağa girən kimi Troski Ənvər paşanı gülər üzlə qarşıladı və kabinetə apardı. Hiss olunurdu ki, Troski onu gözləyirdi.

   -Sizin gəlişiniz yerinə düşdü. Radek mənə sizin haqda çox danışıb! - deyə Lev Troski danışmağa başladı:

- Dünya inqlabı bütün zəhmətkeşləri bir yerə yığıb dünya imperializminə qarşı mübarizə aparmalıdır. Biz sizin Orta Asiya və bütün İslam aləmində nə qədər nüfuza  malik olduğunuzu bilirik.

Biz Şərq xalqlarını qəflət yuxusunda ayıltmalı dünya proletariatına qoşmalıyıq. Odur ki, sizi bu işə cəlb etmək istəyirik. Fikirləşin, biz Sizə Şərqdə azadlıq bayrağını  qaldırmaq təklif edirik!-deyə Lev Troski dik onun üzünə baxdı. 

   Ənvər paşaya Lev Troskinin təklifinin mahiyyəti aydın olmasa da, düşdüyü vəziyyət nə «hə!», nə də «yox!» deməyə imkan vermirdi. O, bilmədiyi işə  burnunu soxan adam deyildi. Peşakar diplomat olduğundan düşdüyü vəziyətdən çıxış yolu kimi həmsöhbətinin üzünə gülümsədi:

   -Təklifiniz maraqlıdır, ancaq hər şeyi ətraflı öyrənməliyəm!-deyə Ənvər paşa öz fikrini bildirdi.

Troskini  paşanın «yox!» deməməsi sevindirdi. Otağa çay gətirən qız çıxdıqdan sonra bayaq başladığı söhbətə qayıtmadı.

-Buyurun çay için! İndi Radek gələr. Hər şeyi qaydasına salar. Hələlik Moskvanı gəzin, görün, düşünün. Siz bizə lazımsınız!-deyə Lev Troski dözmədi.

Karl Radekin gəlişi isə siyasi söhbətlərə son qoydu.

-Lyova, Ənvər paşanın mən öz evimə qonaq aparıram.-deyə Radek heç oturmadı da. Dostunun ayağa qalxmasını gözlədi. Sağollaşmadan kabinetdən çıxdılar..

***

   İki gün idi ki, Moskvanı Radeklə ələk-vələk edirdilər. Hər şeydən: keçmişdən, Almaniyadakı sərgüzəşlərindən danışan Karl Troskinin təklifinə toxunmurdu.

Hər vaxt ayıq və arif olan Ənvər paşa isə hiss edirdi ki, dostunun  bu haqda danışmasını gözləyir.

Ancaq Ənvər paşa da dinmirdi. Troskinin nə dediklərinin hələ özü də anlamamışdı.

Axşam sufrə arxasında Karl özü bu söhbətə qayıtdı.

-Bu saat bolşeviklər öz fəaliyyətlərini bütün dünyada genişdəndirib, dünya inqlabı etmək istəyirlər. Türkistanı ayağa qaldırmışıq. Dünya inqlabını genişləndirib «Şərq istiqaməti» planını cızmışıq. Türkstandan  Ginduguşə, Tibet,  Tyan-şan oradan isə Hindistan, Çin. Dünya qırmızı bayraq altında birləşəcək. Sizi də, mənim ən yaxın dostumu bu işə cəlb etmişik. Nə deyirsən?- soruşdu.

-Nə deyəcəyəm. Gərək düşünəm.

***

MƏMMƏDƏMİNƏNVƏRPAŞA

 

Kremldə hər şeyi nəzərindən qaçırtğmayan Stalinin komandası Ənvər paşanın burada olduğunu ona çatdırdı. Bu xəbər Stalini düşünməyə vadar etdi. Türkiyədən gələn xəbərlər xoşa gəlməz idi: yunanlar ingilislər tərəfindən yaxşıca silahlandırılmış və təcis olunmuş çoxminlik ordu ilə Türkiyə sahillərinə  çıxmışdılar.

Stalin Atatürkün buna davam gətirəcəyinə inanmırdı.

Lenin hökuməti Antantanın Osmanlı  imperiyasını bölüşdürmək həqda gizli sazişini bütün rus və xarici qəzetlərdə çap etdirmiş və Antantanın imperialist siyasətini ifşa etmişdi.

Atatürk tərəfdarlarına 200 kilo qızıl, iki sostav vaqon  silah və təcizat üçün ərzaq göndərmişdilər.

Stalin Məmmədəminə gizli sazişi türk dilinə çevirib kitabça şəkilində çap etdirməyi və Türkiyə kommunistlərinə göndərməyi tövsiyyə etmişdi.

Kitabçalar İstambul universitetinin tələbələrinə çatdıqda indiyə qədər ingilis işğalına etinasız qalan xalq ayağa qalxmışdı..

İstambul universiteti rəhbərliyinə Leninin kömək etməsi  xəbəri çatdıqda müəllimlərinin iclası inqlab rəhbərinə «Nobel sülh mükafatı laureatı» adı vermək təklifi ilə çıxış etdilər. Bu xəbərin əks-sədası bütün dünyaya yayıldı.

Xəbər Leninə çatan da, Stalinə göstəriş verdi:

-İosif, Türkiyəni nəzərdən qaçırtma. Bizim inqlabın taleyi «boğazlardan» nə qədər asılı olduğunu yaxşı bilirsən. Antantaya qarşı türk xalqını ayağa qaldırmaqla, biz özümüzü qorumuş oluruq

-Nəzərdən qaçırtmaram..

Stalinin başı düşüncələrinə elə qarışmışdı ki, kabinetinin qapısının necə açıldığını hiss etməyən Stalin qarşısında  Məmmədəminin durduğunu gördü.

-Otur!-deyə Stalin göstəriş verdi. Özü isə ayağa qalxdı, qəlyanını  tütünlə doldurmağa başladı, Bir-neçə dəfə yanışqanla yandırmaq istədi alınmadı, üzünü Məmmədəminə tutdu:

-Ənvər paşanın burada olduğundan xəbərin var?

-Eşitmişəm.

-Elə isə nə təklifin?

-Atatürk yunanların qabağını ala bilməsə, ingilislər «boğazları» tərk etməyəcəklər, tam nəzarətə alacaqlar. Buna yol vermək olmaz!

-Biz əlimizdən gələn köməyi Atatürkə etmişik. O, məğlub olsa, Türkiyəyə ordu çıxara bilmərik. Atatürkə əvəz tapmalıyıq. Kimi məsləhət bilirsən?

-Elə Ənvər paşanının özünü.

-Arqumentlərin nədir?

-Ənvər paşa alicənab nəsildəndir. Sultanla qohumluğu var. İslam ələmində Xəlifə nəslindən olduğuna görə böyük hörmət sahibidir. Lev  Troski onu bura ona görə çağırıb. Türkistan cəbhəsində onun avtoritindən istifadə etmək istəyir.

-Türkiyədə ona münasibət necədir?

-Ənvər paşa Osmanlı imperiyasının parçalanmasının əksinə olduğu bütün camahat bilir. Türkiyə qayıtması bütün müsəlman xalqlarını: türkləri, ərəbləri, kürdləri və s. xalqları birləşdirib ingilislərə qarşı mübarizəyə qaldıra bilər..

-Deyirsən, Atatürkə düşmənidir?

-Bir-birini ordunun məğlub olmasında ittiham edirlər.

-Səni şəxsən tanıyırmı?

-Çox yaxından Trabzonda bir-neçə dəfə görüşmüşük.

-Biz onu Atatürkə alternativ kimi hazırlamalıyıq. Bizimlə razılığa gələrsə, Şərqi Türkiyədə tərən-pərən qalmış ordunu ona verərik ki, hücuma keçsin. Get, Troskini qabaqla, mənsə gedim Vladimir İliçlə danışım.

****

   Məmmədəmin işə elə qurdu ki, Kremlin həyətində Ənvər paşa ilə üzbəüz gəldilər. Gözlərinə inanmayan paşa ona nə deyəcəyini bilmədi, Hətta salam vermək də yaddan çıxdı. Onu altan yuxarı süzdü.

   -Paşa, sizi xoş gördük!-deyə Məmmədəmin özü salamlaşdı.

-Əfəndim, sən hara bura hara?

-Eyni sualı mən də verə bilərəm!

-Elədir!-deyə Ənvər paşa ona qoşulub Koemlin həyətində gəzişməyə başladılar..

-Türkiyədən xəbərin var?-deyə Məmmədəmin ətrafda heç kimin olmadığını  görüb soruşdu.

-Heç bir!

-Yunanlar Türkiyəyə təcvüz ediblər. Bir-birinin ardınca məntəqələri almaqdadırlar.

-Bəs Atatürk?-deyə Ənvər paşa elə bil qulaqlarına inanmadı.

  -Atatürk, deyəsən, bu döyüşü uduzacaq.-deyə Məmmədəmin fikrini bildirdi.

-Bəs xalq?

-Xalq bununla razılaşmayacaq, ayağa qalxacaq.

-Başçılıq kim edəcək?

-Elə sən özün? deyə Məmədəmin təklif etdi.

-Mənim nəyim var?

-Hər şeyin olacaq. Yoldaş Stalin sənə kömək olacaq. Leninlə də bu haqda danışıb. Vətənə qayıtmaq, ona yiyə durmaq üçün bundan gözəl təklif ola bilməz!-deyə Məmmədəmin fikrini bildirdi.

Ənvər paşa heç nə demədi. Başını aşağı saldı. Onu fikir aparmışdı.

 «İki gün ərzində iki bolşevik rəhbərinin bir-birindən fərqli təklifləri. Bu boş-boşuna deyildi. Hansı siyasi maraqdan çıxış edirdilər?

Birincinin Türkistan məsələsi onun üçün aydınlaşırdı. Söhbət Sovetlər üçün yeni torpaqların zəbt olmasından gedirdi. Bəs nə üçün Lenin öz sosial demokratı olan Atatürkə qarşı getməyə hazılaşırdı.

Hazılaşmırdı. Atatürk uduzsa idi, ona əvvəz axtarırdılar. Niyə?

Bolşeviklərin siyasi marağının mahiyyəti «boğazlardan» ingilisləri çıxartmaq idi.

Odur ki, Lenin Antantanın «Osmanlı imperiyasının bölüşdürülməsi» haqda gizli planını bütün qəzetlərdə çap etdirmişdi. Bolşeviklər istəsələrdə, istəməsələrdə Türkiyəyə kömək etməli idilər.

İkinci təklif daha maraqlı idi. Hər halda buna getmək lazım idi. Çünki söhbət Türkiyənin xilasından gedirdi.»-düşünən Ənvər paşa birdən gülümsədi:

-Mən razı, Məmməmin. Get, Stalinə razılığımı bildir.

-Gəl axşam üstü elə burada görüşək! -deyə Məmmədəmin Ənvər paşadan uzaqlaşdı.

-Moskva gözəl şəhərdir!-deyə birinci dəfə idi ki, Ənvər paşa bu şəhəri təriflədi.                 

****

Ənvər paşa düşünə-düşünə Kremlin həyətini bir neçə dəfə dövrə vurdu. Çünki seçim qarşısında qalmışdı: iki təklifdən birini seçmək.

Mahir diplomat olduğundan necə hərəkət edəcəyini götür-qoy etdi. Əvvəla, Türkistanda və Türkiyədə baş verən hadisələrdən xəbərsiz olmadığından heç bir qərar çıxara bilməzdi. Çünki ağıllı siyasətçi boş sözlərə yox, konkret qüvvələrə arxalanmalı idi. Hər iki təklifdə bu qüvvələrin nə olduğunu bilməli idi.

Hər iki təklif onu yenidən siyasət səhnəsinə atsa da, nəticəsi nə olacağını düşünməli idi. Şərəfli həyat sürən bu insan üçün ən vacibi elə bu idi.

Kremli dövrə vurub yenidən hökumət binasının qarşısına çatdıqda uzaqdan Karl Radekin qapı ağzında durduğunu gördü. O, Ənvər paşanı gözləyirdi.

-Bayaqdan səni axtarıram. Elə bildim azmısan!-deyə ona əl uzatdı.

-Həyətdə gəzişirdim. Binaların arxitekturası məni valey etmişdi.

-İstambulda bundan da gözəl binalar var.

-Elədir, ancaq buranını özünə məxsusluğu insanı cəlb edir.

İçəri daxil oldular, Troskinin kabinetinə keçdilər.

Lev Davıdoviç yerindən durub onu salamladı və oturmağı təklif etdi. Hər üçü əyləşdilər. Əvvəlcədən hazırlıqlı olan katibə otağa çay gətirdi.

-Stolda çay olanda dostlarla ürəkdən danışmaq asandır. - deyə katibənin çıxmasını gözlədi və sonra davam etdi:.

  -Biz yahudilər siz türklərdən həmişə faydalanmışıq, bizə həmişə yaxşı olmusunuz. İnanın ki, türk  sultanları olmasaydı, yahudilərin hamısı qırılmışdı. Siz bizə həmişə sığınacaq olmusunuz.

-Osmanlı dövləti milliyyətindən və dinindən asılı olmayaraq həmişə öz vətəndaşlarının qeydinə qalıb. - deyə Ənvər paşa bu söhbətin niyə yönəldiyini başa düşməyə çalışdı.

   -Eşitdiyimə görə  Türkiyədə indi vəziyyət çox gəlgindir. Ora əlimizdən gələn köməyi edirik, silah, qızıl, ərzaq göndərmişik, ancaq Atatürk vəziyyəti düzəldə biləcəkmi?..

-Ümid edirəm ki, belə olacaq!-deyə bu dəfə Radek cavab verdi və bu söhbətin yeri olmadığını anlatdı.

   Lev Davıdoviç həmsöhbətinin işarəsini başa düşdü:

   -Mən bu yaxınlarda Türkistan cəbhəsinə yollanıram. Sizi də özümlə aparmaq fikrim var!-deyə Troski söhbətə qayıtdı: Nə fikirdəsiniz?

   Ənvər paşa sualın ona aid olduğunu görüb başını qaldırdı.

   -Mən getməyə hazıram, ancaq Türkiyədəki vəziyyət məni daha çox maraqlandırır. Hələlik mən ora qayıtmaq istəyirəm. Mənə tabe olmaq istəyən qoşun dəstələrini bir yerə yığa bilərəm. Atatürk məğlub olarsa, hərəkətə keçərəm.

-Maraqlı təklifdir. Radek nə deyirsən?-deyə Troski soruşdu.

-Pis olmaz! Ənvər paşanı hələlik Qafqaza qaytaraq. Türkiyədə vəziyyət gərginləşərsə, onu sərhəddən keçirərik.

-Bəs vəziyyət yaxşı olsa?-deyə Troski soruşdu.

-Onda Türkistana, sizin  ştaba gələr.-deyə Karl fikrini bildirdi.

-Razısınızmı?-deyə Lev Davıdoviç Ənvər paşadan soruşdu.

-Ağıllı fikirlə həmişə razılaşarlar!-deyə Ənvər paşa bic-bic güldü.

-Onda Radek sən lazımı olan şəraiti paşa üçün yarat!-deyə bu səfər Karl Radeka  əmryanə müraciət etdi. Bunula da aralarındakı söhbət bitdi.

Ənvər paşa Kremlin həyətinə enəndə, üzü gülürdü. O, birinci görüşü udmuşdu, işi elə qurmuşdu ki, hər iki təklifi qəbul edilməliydi.Ürəyindən nə keçdiyinmi isə bir insan  bilmirdi. 

***

   Axşam Kremldə Məmmədəminlə görüşdü. İki keçmiş tanış burada bir-birinə daha bağlı idilər.

-Azərbaycan xalqı nə etdiyini çox yaxşı bilir. Sən  bizə respublika yaratmağa şərait yaratdın. Xalqı qırğından qurtardın. Bunu heç vaxt unutmayacağıq!-deyə Məmmədəmin Ənvər paşaya müraciət etdi.

-Hələ görəcəyiniz işlər çoxdur. Respublikanın yaratmaq bir işdirsə, onu saxlamaq çox çətin məsələdir.

   -Odur ki, biz hakimiyyəti bolşeviklərə verdik!-deyə Məmmədəmin özünə bəraət qazandırmağa çalışdı.

   -Burada vəziyyətin necədir?- deyə Ənvər paşa soruşdu.

-Stalini yanında İnformasiya şöbəsinin[2]  rəhbəriyəm. Köhnə dostumdur. Ona inanmaq olar!

   -Elədirsə, mən təklifinzlə razıyam!-deyə Ənvər paşa razılığını bildirdi.

   -Mən də fikirləşirdim ki, yox deməyəcəksən. Leninlə isə hər şeyi razılaşdırmışıq.

   -Nə etməliyəm?

   -Sabah yenidən  Bakıya qayıdırsıneız, oradan sizi Azərbaycan Türkiyə sərhədinə aparacaqlar.-deyə Məmmədəmin məsələni aydınlaşdırdı.

   Bu zaman qapı açıldı və otağa Stalin daxil oldu. Məmmədəmin işi elə qurmuşdu ki, Ənvər paşa bunun təsadüfi olduğunu düşünsün. Ancaq anlamırdı ki, Ənvər paşa kimi siyasətçi üçün «təsadüf» anlayışı yoxdur. Hər şeyə düşünülmüş hərəkətin nəticəsi kimi baxırdı.

Stalinlə tanışlıq Ənvər paşanın çox xoşuna gəldi. Qarşısındakı insanın nə qədər ağıllı olduğu o saat gözə çarpırdı. Lev Davıdoviçdən fərqli olaraq yeni tanışı çox təmkinli və sakit idi. Troskinin tez-tez dediyi «gürcü kintosuna» heç oxşamırdı.

Azərbaycanca danışırdı. Danışığında da qeyri-adi bir insan olduğu o saat gözə çarpırdı. Adicə məsələlərə toxunurdu. Özünü elə aparırdı elə bil Məmmədəminin onu etdiyi təklifdən xəbəri yox idi.

                            

BAKIDA

Fayton yuxarı məhəllədə dayananda, hava qaralmışdı. Küçələrdə demək olara ki, heç kim yox idi..

Yenicə əsməyə başlayan payız küləyi hamını evlərinə qovmuşdu.

Faytonun örtüyünü qaldırıb yerindən qopartmaq istəyən küləyin çıxartdığı səsdən başqa heç nə eşidilmirdi.

Bir əli ilə papağını tutub qapını döyən Ənvər paşanın üzünə qapını  Heybətlə  Fazil açdılar.

-Əfəndim!- deyə Fazil gözlərinə inanmadı: -Nə gözəl təsədüf, sizi bir daha görəcəyimə ümidim belə yox idi.

-Siz azərbaycanlılar deyirsiniz: sən saydığını çal, gör fələk nə sayır. Yəni Allahın qismətində varsınız, deməli, hər şeyə nail olacaqsınız. Allah bağladığı qapını heç kim aça bilməz.-deyə Ənvər paşa gülümsədi.

Məşədi Nağının sevincinin isə həddi hüdudu yox idi. Axı dostunu və həmsöhbətini tapmışdı. Qabaqlar Kəblə Cəfərlə görüşəndə belə sevinərdi.

Ötən iki ay ərzində Ənvər paşaya elə öyrəşmişdi ki, o, gedəndən sonra elə bil həyəti boşalmışdı.

Kontorundan qayıdıb həyətə girən kimi Ənvər paşanın qaldığı mənzil tərəfə baxırdı. Sanki dostu oradan çıxacaqdı.

İndi isə kişi qol-qanad açıb uçurdu.

-Sənə canım qurban, paşa! Qismətimdə varsan!-deyə Meşədi Nağı qonağı bağrına basdı.

Evə keçdilər. Minəvvər xanım süfrə açdı.

-Ənvər qərdeşi qaynanası çox istəyir!-deyə əlində aş podnosu ilə mətbəxdən otağa daxil olan Minəvvər xanım dilləndi: -Xan düyüsündən yaxşı həmşəri plovu hazılamışam, Altına da anaş toyuq qoymuşam. Bizdə buna  «Cücə çilo» deyirlər.

Əlindəki podnosu stolun üstünə qoyub mətbəxə çəkildi.

-Bismillah edin!-deyə Meşədi Nağı təklif etdi.

Ənvər paşa yoldan gəldiyindən çox ac idi. Pilo elə yerinə düşmüşdü. «Deyəsən, doğurdan da, qaynanam məni çox istəyirmiş!-deyə ürəyində düşündü..    

Şam yeməyindən sonra ortaya çay gəldi. Bax elə söhbət burada qızışdı.

-Bura bir-iki aylığa gəlmişəm. Ola bilsin Türkiyəyə qayıtdım, ya da ki, Orta Asiyaya! -deyə Ənvər paşa gəlişinin səbəbini anlatdı.

-Orada kimlərlə görüşdün. -deyə Meşədi Nağı soruşdu.

-İnanmazsan, Məmmədəminlə!

-O hara, Moskva hara? –deyə Meşədi Nağı  təəcübləndi.

-Böyük imkanları var - Stalinin sağ əlidir.

-Elədirsə, niyə ailəsinə yiyə durmur. Arvad-uşağı ondan xəbərsiz, demək olar ki, küçələrdədir. Camahat əl tutur. Başım çıxmır.-deyə Heybət öz fikrini gilətmədi.

-Deməli, belə lazımdır! - deyə Ənvər paşa bu söhbətin başqa yerdə danışılmamasına işarə vurdu.

-Türkiyədən xəbəriniz var?-deyə Fazil soruşdu.

-Bilirəm, nəyi bilmək istəyirsən? Yunanlar ordu çıxarıblar, yaxşı silahlanmış. Əgər qarşısını almasaq, xalqımın vəziyyəti ağır olacaq, deyə başını aşağı saldı. Otağa sükut çökdü. Birdən dikəldi və səsini qaldırdı:

-Moskvaya razılaşıb getməyimin səbəbi də elə bu idi: xalqıma kömək etmək.-

 Hiss olunurdu ki, Ənvər paşanın yaralı yerinə toxunublar.

Arifliyilə fərqlənən Meşədi Tağı söhbətin dərinləşdiyini  görüb, ayağa qalxdı və sədəfli nərd-taxtanı gətirib stolun üstünə qoydu.

-Paşa, gəl bir sənə mars verim!-dedi.

Nərd taxtanı görən  Ənvər paşa əlini zərlərə uzatdı:

-Hə, Meşədi, al gəldi!-dedi və zərləri atdı.

Söhbətin qurtardığını görən Heybətlə Fazil icazə istəyib otaqdan çıxdılar.  

****

Sentyabrın  axırı yağışlar yağdığından yuxarı məhəllədə gölməçələr əmələ gəlmişdi. İki küçə arasında uzanan gölməçələr elə təsəvvür yaradırdı ki, elə bil onları göl ayırırdı. Bu küçədən o biri küçəyə keçmək üçün gərək bu gölməçələri fırlanmalıydın.

Yolları basmış palçıq isə qurumaq bimlmirdi. Araba, faytonun gediş-gəlişi çətinləşmişdi. Avtomobil isə buralara heç qalxa bilməzdi.

Yağışlı günlərin birində, günorta çağı  Meşədi Nağının qapısı döyüldü. İki nəfər orta yaşlı şəxs Ənvər paşanı görmək istədiklərini dedilər.

Meşədi Nağı onları həyətə buraxdı. Ənvər paşanın qaldığı mənzil tərəfə getdilər.

Paşa deyəsən onları tanıyırdı. Gülər üzlə qarşıladı, otağa dəvət etdi.

Meşədi Nağı uzaqdan tamaşa edirdi. Ənvər paşanın narahat olmadığını görüb öz evinə tərəf getdi.

Bir yarım saatdan sonra həyətdən Ənvər paşanın səsi eşidildi. Çardağın qırağında dayanıb Meşədi Nağını haraylayırdı.

Meşədi Nağı eyvana çıxdı. Ənvər paşanı qarşısında gördü.

-Meşədi, mən gedirəm, narahatçılığa heç bir əsas yoxdur. –deyə ona əlini uzatdı.

-Allah əmanətində! - deyə Meşədi Nağı onunla  sağollaşdı. Dinməzcə otağına keçdi. Ancaq paşanın hara getdiyini bilmədi.  

 ***

   Qars dağlarının ətəyinə qarın düşməsi havaların sərtləşəcəyini göstərirdi. Yolçular dağın ətəyinə qalxdıqca atların da yorulduğunu hiss etdirdilər. Günortadan keçməyinə baxmayaraq dağları işıqladıran günəş elə təsəvvür yaradırdı ki, elə bil səhər çağıdır. Çünki şərqdən düz qərbə tərəfə irəliyən dəstənin üzvlərinin gözlərini qamaşdırırdı.

   Bir ğərəfdən günəş onların şuaları ilə qızdırsada, arxadan  sərt şaxta hiss olunurdu.

-Az qalır: dağı enib axşama Qarsa çatarıq.

Aşağı endikcə Ənvər paşaya bu dağ-düzən tanış görünməyə başlayırdı.

Beş il bundan qabaq Nuru paşa ilə birlikdə üsyan qaldırıb türklərə divan tutan Tayqulan Andranikin dəstələrinə qarşı vuruşmağa gəlmişdi.

Onlar gəlməsəydi Qarsda bir müsəlman qalmayacaqdı. Nuru paşanının şücaətini də elə burada görmüşdü. Onun səkərdəlik məharəti elə bu şəhərdən başlamışdı.      

Tayqulaq Andranik Türk qarnizon qalasına çəkilsədə, tezliklə oradan qaçıb Şimalda Rusiyanın ərazisində yerləşən erməni kəndlərində gizlənmişdi. Ara sıra sərhəd türk kəndlərinə  təcavüzünü davam edirdi.

 İndi Qarsda sakitlik idi. Burada qalan ermənilərin cınqırları belə çıxmırdı.

Qarsa çatanda elə bil şəhərə zülmət düşmüşdü. Hava soyuduca qalın duman şəhəri örtmüşdü. Göz-gözü görmürdü.

Bələdçilər şəhərə beş barmaqları kimi tanıdıqlarından  Ənvər paşanın dediyi ünvanı tez tapdılar və iki mərtəbəli evin qarşısında atdan endilər.

-Paşa,  Əbdül Hüseyn bəyin evi buradır. Nə edək?

-Qapını döyün!-deyə Ənvər paşa göstəriş verdi.

 Qapını əli-əllibeş yaşlı hündür qamətli bir kişi açdı. Qarşısanda kim olduğunu görüdü, keçib əlindən öpdü:

-Paşam, bura xoş gəlmisiniz. Buyurun!-deyə həyətə dəvət etdi.

 Ənvər paşanın çox dostları vardı, ancaq Əbdül Hüseynə böyük hörməti və inamı daha çox idi.

Əbdül Hüseynin kökü İraq türkmanlarından idi. Qarsda yaşayanların çoxu kimi əlində silah ermənilərə qarşı vuruşanlardan biri olmuşdu. Əgər bu cür insanlar olmasaydı, silahsız insanlara qarşı erməni təcavüzünün qarşısını almaq qeyri-mümkün olacaqdı.

Göstərdiyi  şücaətə görə Sultan Əbdül Hüseyni qəhrəman adlandırmış, ona medal da vermişdi.

-Buralarda nə var, Əbdül Hüseyn?-deyə Ənvər paşa soruşdu.

-Başına sağlıq, paşa, bir təhər dolanırıq. Cavanlarımız əlinə silah alıb yunanlara qarşı vuruşmağa gediblər. Şəhərdə qalanlar yaşlılar və qocalardır.

-Bəs ermənilər?

-Daha macal tapıb bizə girişə bilmirlər. Öz dəstəmiz var, qabaqlarını alırıq.

-Bu yaxşı xəbərdir.  Bəs yunanlarla vəziyyət necədir?

-Paşam, oradan gələn xəbərlərdə yaxşıdır. Deyirlər, Atatürk onları mühasirəyyə alıb, əsr götürür.

-Bu daha gözəl xəbər oldu!-deyə Ənvər paşa əlini əlinə vurdu: -Mən bilirdim ki, axırı onun qələbəsi ilə qurtaracaq. Atatürk bacarıqlı sərkərdədir.

Otaqda oturanlar paşanın Atatürkü tərifləməsinə məətəl qalmışdılar. Ənvər paşa onunla gələn dörd silahdaşının nə düşündüyünü anladı:

-Qardaşlar, Türkiyənin xeyrinə nə edilirsə, hətta siyasi rəqibliyimiz də edirsə,  biz onu  dəstəkləməliyik!

Ürəyində Atatürkə qarşı kiyfayyət qədər nifrət olsa da, o, heç də onun bu qələbəsini balaca qələbə hesab etmirdi.

İndi onunla gələnlərin bir yolu vardı: Atatürkə qoşulmayan Sultan ordusu zabitlərini bir yerə yığmaq və mübarizəni Orta Asiyapda davam etdirmək.

 -Bizim məqsədimiz bütün türkləri bir yerə yığmaq, vahid  türk dövləti yaratmaq: Çindən başlayaraq, ta bura qədər. Ruslar Buxara əmrinin üstünə qoşun çəkəcəklər. Troski Buxaranı almaq fikrinə düşüb. Bunun qabağını isə alan türk qoşununu yoxdur.

Əmrin qoşun hissələri hazırlıqsız qoşun dəstələridir. Nizam-intizam yoxdur. Biz gedib onu yaratmalıyıq.-deyə onun görüşünə gələn zabit dostlarına müraciət edirdi.

-Bəs niyə Troskiyə qoşulmalıyıq? -deyə zabitlər soruşurdular.

-Bizə Qırmız orduda olan türk və tatarlar dəstələrini  verəcəklər. Əgər onların arasında yaxşı iş apara bilsək, böyük ərazini nəzərət altına alıb Türkistana yiyə duracağıq.

-Fikirniz çox gözəl fikirdir. Biz razıyıq. Tapşırığınızı gözləyirik.

-Tapşırığım: ordudan kanarda qalmış silahdaşlarımızı bir yerə yığmaq və hərəkətə keçmək.

-Neçə gün vaxtımız var?

-Çox az! Ankaraya bizim burda olmaq xəbərimiz çatsa, Atatürk yunanların üstünə göndərdiyi ordunu bizim üstümüzə göndərər. Tez tərpənmək lazımdır.

Dostları-silahdaşları hazırlıq gördükcə Ənvər paşan nə qədər nüfuz sahibi olduğunu hiss edirdi.

Türk həmişə at üstündə olub. Elə bil Ənvər paşanın silahdaşları da bu zümrədən olan insanlar idi. Yerlərində otura bilmirdilər. Müharibədəki məğlubiyyətin əvəzini Türkistanda çıxmaq istəyirdilər.

Gənc-türklər hərəkatının təsiri hələ də onların beyinlərindən getməmişdi.

«Məgər bu pis fikirdir? Türk birliyi Azərbaycan respublikasını yaratdı, müstəqillik verdi. İndi növbə Orta Asiyanındır»-deyə düşünürdü. Qələbəyə isə qəlbində böyük inam vardı.

.****

Geri qayıtmağa iki gün qalırdı. Gecə çağı Əbdül Hüseynin qapısı döyüldü. Qonaq gözləmirdilər. Gələn çağrılmamış qonaq idi. Evdə qalan Ənvər paşanın silahdaşları əllərini silaha atdılar. Ev yiyəsi qapını açdı.

-Mir Kamil ağa, sən hara, bura hara?-deyə Əbdül Hüseyn gözlərinə inanmadı: -Cəddinə qurban ağa, xoş gəlmisən!

İçridə narahatlıq keçirənlər sakitləşdilər.

-Ənvər paşa tanış olun Mir Kamil ağa, Mir Hüseyn ağanın böyük oğlu!-deyə onu otaqdakılara təqdim etdi.

-Mən sənin atanı çox yaxşı tanıyırdım!-deyə Ənvər paşa keçmişi xatırladı. Sultanla onu mən görüşdürmüşdüm. İslam Xilas ordusunu, Xəlifə ordusun göndərən də mən olmuşam.

-Çox şadam, paşam!-deyə Mir Kamil ağa təşəkkürünü bildirdi.

-Bəs atandan nə xəbər var?

-Güllələyiblər. Səlyan körpüsündə. 11-ci ordunun başında gəlmişq bir təfər türk...

-Ola bilməz?

-Elədir.

-Dünyanın axırıdır, türk türkə əl qaldırır!-deyə Ənvər paşa dilxor oldu: Bura gəlməyinizin səbəbi nədir?

-Onu axtarırıq.

-Başa düşürəm niyə gəlmisiniz? Deyəsən, tək gələmisiniz?

-Elədir paşa!

-O, nə edib?

 120 nəfəri gülləliyiblər. Aralarında mənim zabit dostlarımın valideynləri də var. Biz bunu eşidən kimi, Lənkarandan Səlyana gəlib nə baş verdiyini öyrəndik. Yerli camahat suya atılan meyidləri yığıb qardaşlıq məzarında müsəlman adətilə basdırıblar. Ziyarət edib, İrana keçdik, oradan isə buralara. Qanlarını yerdə qoymayacağıq.

-Gördüyünüz iş haqq işidir. Bəs sonra nə edəcəksiniz?

-Bilmirik. Bəlkə İrana qayıtdıq.

-Məsləhət görmürəm. Siz döyüşkən zabitsiniz. Gedin Buxara əmrinə qoşulun. Tezliklə mən də öz dəstəmlə ora gələcəyəm.

İki  gündən sonra Ənvər paşa dəstəsi ilə Əbdül Hüseynin evini tərk etdi, Mir Kamil ağanın silahdaşları isə burada qaldılar. Axtardıqları adamları tapa bilmədilər.

-Ağa, nə lazımdırsa etdik. İndi qayıda bilərik!» -deyə silahdaşı Mir Valeh fikriini bildirdi.

-Hara qayıdaq?-deyə Mir Kamil ağa soruşdu.

-İrana!

-Mən isə təklif edirəm Buxaraya, əmirə döyüş zabitləri lazımdır. Nə fikirdəsiz?

-Komandir sizsiz! Sür dərəyə deyiniz, sürək dərəyə!-deyə hamının adından Mir Valeh cavab verdi.

 

ƏNVƏRPAŞA

 

   O, yenidən Bakıya döndü. Radek özü onunla görüşməyə bu şəhərə gəlmişdi. Ənvər paşanının  hələlik burada qalmasının daha məqsədə uyğun olduğunu deyən Karl Radek tezliklə onun Orta Asiyadakı missiyası haqda Troskidən göstəriş olacağını söylədi.

Ənvər paşa gələcək fəaliyyətinin bu  professional inqlabçıdan asılı olduğunu bilirdi. Anlayırdı ki, onu Bakıda saxlamalarının başqa bir səbəbi də o, Qarsda olarkən  Buxaranın 11-ci ordu tərəfindən alınması və əmrin dağlara çəkilməsi idi.

Buxaraya hücum gözlənilməz olduğundan xalq müqavimət göstərməmişdi. Bununla belə ona divan tutulmuşdu.

Dünya inqlabı adı ilə bu qədim və müqəddəs şəhərə soxulan Qırmızı Ordu şəhərdə nə vardısa yığıb Moskvaya göndərmişdilər.

 Aclıq və səfalət sürən işğal olmuş şəhərdə xalqın qeyrətli övladları əllərinə silah alıb öz əmrlərinin arxasınca dağlara və səhralara çəkilirdilər.

Bir-ki ay sakitlik höküm sürən səhralarda və dağlarda birdən Qırmızı orduya qarşı  partizan hərəkatı başladı. Bu hərəkata Gənc buxaralılar başçılıq edirdilər.

Onlar Molla Əbdülhəkkari - həmişə xalqının tərəfinini saxlayan, hətta yeri gələndə əmirə qarşı çıxış edən, Buxara məscidinin imamını –rəhbər seçmişdilər. Bir-birinin ardınca işğalçılara divan tuturdular. Ruslar Gənc buxaralıları «basmaçı»lar adlandırırdılar.

Əslində isə bu təşkilat eyniynən vaxtiylə Ənvər paşanını Tələt paşa ilə rəhbərlik etdikləri «Gənc türkləri»in  Orta Asiyada variantı idi.

Hələ o dövrdə bütün  türkləri bir yumruq şəklində bir yerə yığmaq və Çindən başlayaraq Türkiyəyə qədər böyük bir ərazini birləşdirmək ideyası ilə çıxış edən «gənc türklərin» arzularını «gənc buxaralılar» həyata keçirə bilərdilər.

«Gənc türklərdən» fərqli olaraq «Gənc buxaralılar» İslamın bayrağını qaldırmışdılar. Bu isə Əfqanstan və Hindistan müsəlmanlarının qüvvəsinə arxalanmaq demək idi.

Bütün bunları nəzərindən qaçırtmayan Ənvər paşa Bakıda oturub öz saatını gözləyirdi. Ona bir şey də aydın idi: Türkistanda vəziyyət ağırlaşdıqca ona stavka daha da arta bilərdi. Bu yeganə imkan idi ki, o, Bakını tərk etsin

***

Türkistanda vəziyyətin ağırlaşdığını görən Troskinin ətrafı  Ənvər paşadan istifadə etmək fikrinə düşdülər. Plan çox sadə idi: Hər şeydən əvvəl Ənvər paşa Xəlifənin kürəkənidir, Əlinə silah alıb üsyan etmiş xalqı onun vasitəsi ilə çox asanlıqla sakitləşdirmək olar.

   21-ci ilin qışında yenidən Ənvər paşanın görüşünə gələn  Karl Radek vəziyyətin nə qədər ağırlaşdığını ona dedi.

   -Mən nə edə bilərəm? Axı mənim heç vaxt Orta Asiya ilə əlaqəm olmayıb!-deyə Ənvər paşa fikrini bildirdi.

 Əslinlə isə belə deyildi. Muharibə vaxtı türk ordusu sıralarında Orta Asiyadan Buxara əmri şəxsən xəlifənin köməyinə gələn çoxlu döyüşçü göndərmişdi və onların sərdarları ilə hərbi nazir kimi o, tez-tez görüşürdü.

   -Bilirsən, Buxara əhalisi yerində sakit oturardı, ancaq İrandan, Əfqanstandan, hətta Türkiyədən basmaçların arasında vuruşanlar var. Bizim istəyimiz nədir? Türkistanda sakitlik yaratmaq, xalqa sülh şəraitində yaşamağa imkan vermək arzusudur. Bizə kömək edin!-deyə Karl Radek öz diplomatik missiyasının mahiyyətini ona açırdı.

   Ənvər paşa isə susaraq dinləyirdi.

   -Yaxşı nə fikirdəsən? Türkistana gedib, xalqı sakitləşdirmyə kömək edərsən mi? Troskiyə elə gəlir ki, bunun ancaq Siz edə bilərsiniz. -deyə Karl sözü qurtardı. Otağa sükut çökdü. Ənvər paşa düşünürdü.

   -Nə deyə bilərəm, əgər kömək edə bilərəmsə, mən razı !-deyə Ənvər paşa bu imkanı əldən verə bilməzdi.

***

   Bununla belə Bakıdan Buxaraya qədər gəlib çıxana qədər o, altı ay vaxt itirdi. Bir ara onu Aşqabadda saxladılar.

«Görəsən xalq bolşevikləri necə qarşılayır?-deyə düşünürdü.  Türkmənlərin və burada yaşayan başqa xalqların bolşeviklərə münasibətini öyrənmək istədiyindən Bütün günü şəhərin küçələri ilə atdımlayır və rastına gələn insanlarlarla təmasda olurdu.

Kim olduğu hamıya aydın olduğundan, yerli camahat xəlifənin kürəkənin bolşeviklərə qoşulduğuna məətəl qalırdılar və hətta onun üzünə deyirdilər ki, düz yola düşməyib.

Xalq isə doğurdan da, bolşeviklərə düşmən gözü ilə baxırdı. Axı bolşeviklər onlara nə verə bilərdilər. Səhralarda ağalıq edən bu xalqın bir problemı vardı: qoyun, quzu, dəvələrini otarmaq, ailələrini dolandırmaq.

Sosializm-kommunizm anlayışları onlara heç nə verə bilməzdi. Çünki halalla haram anlayışı başlarına həkk olmuş bu xalqı yoldan çıxarmaq mümkün deyildi. Hərə həyatda öz yerini bilirdi. Bolşeviklərə isə işğalçılar kimi baxırdılar.

   Payızın son ayı olsa da, Aşqabadda elə bil yay havası idi. Hərəkətsizlikdən darıxan  Ənvər paşa üçün ən gözəl yer çayxana idi. O, burada özünə həmsöhbət tapırdı və ətrafında nə baş verdiyini öyrənmək istəyirdi. Aşqabad əhli isə ona Buxaranın alınması barədə  danışırdı:

   -Buxara bizim dinimiz-imanımızdır. Görsəydiniz, nə günə salıblar.-deyə cavan bir oğlan çayxanada o birisi dəstərxanda oturan gənc söhbətə qarışdı:- Biz bunu belə qoymayacayıq. Düzdür, əmrin zülmü hamını boğaza yığmışdı, ancaq vətəni yad işğalçılara vermək, olmaz! Biz, «Gənc buxaralılar» Mola Əbdülhəkkarəni rəhbər tutmuşdur və  əli silah tuta bilən hər kəsi kafirlərlə mübarizəyə çağırırıq. Biz Buxaranı azad etməliyik!

   Gəncin bu alovlu çıxışı paşanın nəzərindən qaçmadı. Anladı ki, deyilən sözlər ona aid idi. Çünki bütün Aşqabad onun bura kiminlə və niyə görə gəldiyini bilirdi. Ancaq sanki onun «qırmızılar» tərəfində olmasına inanmırdılar.

 Mola Əbdülhəkkarə haqqında isə birinci dəfə idi ki, eşidirdi. Ətrafdakılara isə bu ad çoxdan tanış olduğunu anladı. 

   Ənvər paşa gənci yanına çağırmaq istəyirdi ki, onun dəstərxandan durub, arxa qapıdan çıxdığını gördü. Bu zaman onu bura gətirən Karl Radekin adamlarını qarşısında gördü.

   -Hörmətli paşa, sizi Troski görüşmək istəyir. Biz Buxaraya yola düşməliyik.

***

   Buxaraya noyabrın əvvəlində gəlib çıxdılar. «Qırmızı ordunun» qərargahına apardılar. Ənvər paşanın Türkiyədən gətirdiyi kadr zabitləri də onunla idi. Ancaq Mixayıl Frunze ilə görüşdükdən sonra təkbaşına  söhbətləri oldu.

   -Lev Davıdoviçin, sizə salamları var! Sizə böyük ümid bəsləyir!—deyə Frunze Ənvər paşanın düz gözlərinin içinə baxdı.

 Dünya görmüş  paşanın bu baxışın nə məna daşıdığı o saat aydın oldu. Anladı ki, bolşeviklər  məcburiyyət qarşısında qalıb onu bura dəvət ediblər. Çünki Türkistan xalqını kommunizm-sosializm xülyaları ilə sakitləşdirmək mümkün deyildir.

Burada ayrı yanaşma lazım idi. Lev Troskinin «cuud bicliyinin» mahiyyətini o saat dərk etdi və üzünü onun nümayəndəsinə tutdu:

-Yoldaş Frunze, sizi dinləyirəm! - deyə gülümsədi.

 Frunze  bu türk arestokratının verdiyi qeyri-müəyyən cavabdan sonra  bir-neçə saniyə susdu. Sanki nədən başlayacağı haqda düşündü.

-Paşa həzrətləri, Siz bilirsiniz ki, Orta Asiya xalqları inkişafdan qalmış xalqlardır. Dünya inqlabının mahiyyətini dərk etmək qabliyyətində deyillər. Ömrləri boyu bir lideri seçiblər və o, lider onları hara aparıb, ora gediblər. Nəticə də göz qabağındadır: mövhumat və savadsızlıq.-deyə Frunza dayandı. Paşanın nə cavab verəcəyini gözlədi.

Ənvər paşa isə söhbətin hansı səmtə  yönəldiyini  o an tutdu və həmsöhbətini cavabsız qoymadı.

-Elədir! Ancaq tarixin ciddi anlarında liderin olması çox vacibdir. Belə olmasaydı: indi dünya inqlabından danışmırdıq, sosialist inqlabını etmişləri lider kimi qəbul etmirdik.-deyə Ənvər paşa öz arqumentlərini əsaslandırsa da, ürəyində Türkistan xalqına məhəbbət birə-beş artırdı. «Deməli çayxanadakı gəncin dedikləri düz imiş. Xalq ayağa qalxıb və işğalçılara qarşı mübarizə aparır.»-deyə öz-özünə düşündü.

-Türkistanı inqlabı yoldan çıxaranlar var. Odur ki, Lev Davıdoviç, sizi bu torpağın lideri görmək istəyir. Sizin sözünüzü yerli camahat  eşitməlidir. Çünki siz Xəlifənin  kürəkənisiniz.

Ənvər paşını Frunzenin onun haqda hər şeyi bilməsi təəcubləndirmədi. Sadəcə olaraq, ondan necə istifadə edəcəkləri aydın deyildi. Odur ki, susdu və Frunzenin nə deyəcəyini gözlədi.

-Biz istəyirik ki, sizi Türkistan inqlab şurasına daxil edək və əhalinin silahı yerə qoymasında və dincə həyata qayıtmasına  kömək edəsiniz. Artıq qan axıtmayaq.-deyə açıq şəkildə onun bura çağrılmasının səbəbini anlatdı. Hətta nə cavab verəcəyi belə onu maraqlandırmadı.

«Maraqlı təklifdir. Stalin heç olmasa məni Atatürklə qabaq-qabağa qoymaq istəyirdi. Bunlar isə bütün Türkistanla!»-deyə düşündü və diqqətlə ona baxan Frunzenin  gözlərinə dik baxdı.

Ənvər paşanın zəhmli baxışları həmsöhbətinin başını aşağı saldı.

-Nə fikirdəsiniz, paşa həzrətləri?-deyə bir-neçə saniyədən sonra Frunza soruşdu.

-Nə deyə bilərəm, məsləhət dostlarındır. Biz, türklər isə dostluğa sadiq adamlarıq!-deyə Ənvər paşa gülümsədi.

***

Türk zabitlərinin səliqəli geyimləri və onların başıçısının kəhər ata minib təkbaşına Buxaranın küçələrində gəzməsi əhalinin gözündən qaçmadı.

Hamı onun kim olduğunu bilirdi, ancaq bu qədər igid olması camahatı heyran etmişdi. Çünki kimin cürəti çatardı ki, qaranlıq çökdükdən sonra ata minib tək başına Buxara mədrəsəsinin Miri Ərəb məscidinə gələsən və namaz qılasan.

Miri Ərəb eyni zamada «gənc buxaralıların» təhsil aldığı yer idi. Əlbəttə ki, gəlmişinin səbəbini də bununla izah etmək olardı, ancaq Ənvər paşanın ürəyindən nə keçdiyini hələlik heç kim bilmirdi. 

Buxaraya gələn gündən mahir bir səyyah kimi bu şəhərdə nə gözəl abidə və məscid vardısa hamısını gözib görmək istəyirdi.

Gələn gündən buna adət etmiş Ənvər paşa yenə də məscidin dərvazasından içəri girdi və atını divardakı halqaya bağladı.

Keçib əl-üzyuyanın qarşısında dəstamaz aldı və məscidə daxil oldu. Ətrafında kimin olmağına belə fikir vermədi.

 Müədzinin «Allahu Əkbər!» sədasını eşidərək namazına başladı. O, həqiqətən Allaha sitayiş etməyə gəlmişdi, heç kim və heç nə onu bu anlarda maraqladırmırdı. Sanki onu əhatə edən Buxara əhli də bunu duymuşdu.

Namazı qurtarıb ayağa durmaq istəyirdi ki, birdən bir tanış səs eşitdi. Ancaq bu səsi harada eşitdiyi yadına düşmədi:

-Paşam, öz gözünüzlə nə baş verdiyinmi gördünüz mi?- deyə yanında oturan gənc soruşdu.

Paşa onu o saat tanıdı. Aşqabadda, çayxanada Buxarada nə baş verdiklərini danışan gənc idi.

-Gördüm, igid!-deyə Ənvər paşa cavab verdi.

-İndi nə etmək istəyirsiniz?-deyə gənc soruşdu.

-Sən etdiyini!

Gənc elə bil bu cavabı gözləyirdi.

-Mən hər şeyi  Mola Əbdülhəkkarə çatdıraram!-deyə gənc ayağa qalxdı və bircə anın içində yoxa çıxdı..

***

Ənvər paşa məscidəki görüşü haqqında səhərə qədər yatmadan düşündü. Deyəsən, arzuları çin olurdu. Böyük Türkistanın yaranması indi onun buradakı fəaliyyətindən asılı idi.

Bir ara gəncin bəlkə provokator olduğunu da düşündü. Ancaq yadına Aşqabadda onun necə təbliğat apardığı düşdü.

Fikirləşdi ki, bu haqda yoldaşları ilə məsləhətləşsin, ancaq bunun lazımsız iş olduğunu düşündü. Çünki nə deyəcəkdilər. Onlar paşalarının əmrini yerə salacaqdılar? Bu ağıla gələsi deyildi.

Ənvər paşa hadisələrin öz axarında getməsi üçün hələ heç bir ciddi hərəkət etməyəcəyini qərara aldı. Çünki hələ elə bir ciddi hadisə olmamışdı.  Məscidəki görüşin isə ardı olacağına inanırdı.

Ənvər paşa əvvəllər olduğu kimi yenə də məscidə gəldi, ancaq bu səfər həmin gənci görmədi. Gəlməməyinin səbəbini ehtiyatı güdməsi ilə əlaqələndirdi, özünü o oğlanın yerinə qoydu: o, da gəncin yerinə olsaydı, gəlməzdi. Çünki kim bilir: bəlkə ona tələ quracaqdılar. Axı o, burada rusun adamı sayılırdı.

İki gündən sonra axşam azan vaxtı yanında namaz qılan adam başını qaldırıb onu tərəfə baxdı:

-Paşa həzrətləri, Sizi xoş gördük! -dedi.

Bu səs də ona tanış gəldi. Ancaq bu onun tanıdığı adamın səsi idi.

-Mir Kamil ağa? - deyə başını cənəmazdan qaldırmadan Ənvər paşa soruşdu.

-Özüdü ki, var!

-Məni necə tapdınız?-deyə Ənvər paşa ayağa qalxdı və əllərini yuxarı qaldırıb dua etdi.

-Mənim adamlarım Sizi Aşqabadda görmüşdülər.

-O, gənc oğlanı deyirsiz?

-Elədir. Mənim sağ əlimdir, Hüseyn əkə. Od parçasıdır.

-Nə təklifiniz var?

-Mən. Mola Əbdülhəkkarə və Buxara əmirinin təklifini Sizə çatırmaq istəyirəm.

-Təklifləri nədir?

-Onlara qoşulmaq, müsəlman torpaqlarını kafirlərdən xilas etmək!

-Mən razı! Ancaq tək deyiləm. Mənimlə gələn türk zabitləri var. Onları da özümlə aparmalıyam. Biz hara gələk?

-Elə bura!

-Axı məscid nəzarət altında ola bilər.

-Siz bura gəlin, qalanları mənim boynuma.

-Danışdıq.

-Allah əmanətində!-deyə Mir Hüeyn ağa bircə anın içində yoxa çıxdı.

İndi hər şey Ənvər paşanın fəaliyyətindən asılı idi. Arzularını həyata keçirtmək üçün hər bir şərait yaranmışdı.

***

İki gündən sonra Ənvər paşa məscidə öz dəstəsi ilə gəldi.  İçəridə onları Hüseyn əkə qarşıladı və tənzim etdi.

Ənvər paşa bir az onu altdan yuxarı süzərək ətrafa  boylandı, sanki başqa bir adamı da görmək istəyirdi. Gənc onu başa düşdü.

-Mir Kamil ağa tapşırıq verdi ki, bütün xahişlərinizi yerinə yetirim!-deyə Hüseyn əkə onların qulluqlarında durduğunu bəyan etdi.

-Biz sizə qoşulmağa hazırıq!-deyə Ənvər paşa fikrini  bildirdi.

-Elədirsə, gəlin dalımca!-deyə Hüseyn əkə təklif etdi. Ancaq qapıya tərəf deyil, mehrabın arxası tərəfə atdımladı.

Arxasınca getdilər, dar bir koridorun axırında dayandılar.

-Bura niyə? –deyə Ənvər paşa dözmədi.

Buradan yeraltı gizli yol var. Divarın arxasına keçib aşağı düşəcəyik!-deyə Hüseyn əkə iki əlilə divarı itələdi, divar yerindəcə döndu. Qarşılarında qaranlıq koridor açıldı.

-Məgər atla gedə bilməzdik? - deyə türk zabitlərindən biri soruşdu.

-Siz bura gələnə qədər sizi başqa bir atlı dəstə güdə-güdə müşayət edirdi. Frunzenin suvariləridir. Bu böyüklükdə dəstənin başlı-başına hara  getdiklərini gözdən qaçırmamışlar.

-Arxamızca girə bilməzlər?

-Girsələrdə tapa bilməzlər.

-Bəlkə çıxaq onları qıraq?-deyə zabitlərdən biri Ənvər paşaya müraciyət etdi.

-Mir Kamil ağa, hər şeyi düşünən gəncdir. Deməli, məsləhət deyil!

Hamı başını aşağı salıb yanmış kərpicdən tikilmiş dar tunellə qabağda yolu işıqlandıran Hüseyn əkə arxasınca gedirdilər. Yarımsaatdan artıq yol getdilər və şəhər qala divarlarından ikiyüz-üçyüz metr aralı təpənin dalından çıxdılar.

Hüseyn əkə fit çaldı. Fitinə cavab verdilər.

-Bizimkilərdir!-deyə o, əlindəki fənəri bir-neçə dəfə qarşısında hərlətdi. Qaranlığın içindən atlılar göründü və qabağda Mir Kamil ağa gəlirdi. .

 

BUXARAƏMİRİ

 

Bir neçə  gün dəvənin üstündə gedən dəstə dayanmadan Şərqə tərəfə gedirdi. Səhranın  qış havasını ancaq gecə çağı dayanarkən duymaq olurdu. Şaxta adamının iliklərinə irəliləyirdi.

Karvanbaşı təcrübəli bələdçi olduğundan getdikləri yol boyu bir nəfərə belə rast gəlmirdilər. Sarı və ucsuz bucaqsız səhradə hərdən birdən xəfif güləyin qaldırdığı tozanaq da onlar yaxınlaşdıqca  sönürdü. Elə bil təbiət də onları alqışlayır və yollarına məne olmurdu.

Ənvər paşa və ona qoşulmuş qırxdan artıq türk zabiti karvan Zərəfşan dağları tərəfə  irliləyərək Düşənbə ətrafındakı qışlaqlara gətirib çatdırmalı idi.

Dağlara yaxınlaşdıqca hava daha da sərtləşirdi. Qışın oğlan çağı buralarda hiss olunmağa başlayırdı.

Səhərin sübh çağı kərvan səhra ilə dağın toqquşduğu yerdə inşa edilmiş böyük bir karvansarayın həyətinə girdi.

Karvansarayı gözucu seyr edən Ənvər paşa ətrafda kənd-kəsək görmədi. Təkcə səhra ilə dağların birləşdiyi yerdə böyük ərazidə tikilmiş qalaya bənzətdi.

Hündür qala divarları kərvansarayın əsrlər boyu yaxşı qorunduğundan və  yeri gələrsə, bura hücum edən düşmənə təpgi gəldiyindən xəbər verirdi.

Qədim dövrlərdə olduğu kimi karvansarayın da öz silahlı dəstələri vardı və içəri girən dəvə karvanlarını o saat mühasirəyə alırdılar.  

Karvanbaşı yolçulara gəlib çatdırdığını bildirdi.

Dəvədən düşən dəstənin qarşısına Hüseyn əkə çıxdı, salamlaşdılar, sonra onun arxasınca yaraşıqlı tikinti tərəfə əlli metrəlik məsafəni piyadə qətt etdilər.

Kərvansaray kompleksinin  ortasında kaşı daşından divarları bəzədilmiş bina diqqəti cəlb edirdi. İri palıd ağacından düzəldilmii və üzəri qızıl suyuna salınmış mislə bəzədilmiş arnamentləri göz qamaşdıran dərvazanın açılmasını gözlədilər.

Dərvazanı onların üzünə özbək xalatında, bellərindəki qılıncları ağ qala yerə dəyən iri qamətli gənclər açdılar və əllərini qoynuna qoyub düz irəli baxdılar. Sanki qarşılarında duranlar onları maraqlandırmırdı.

-Buyurun!-deyə Hüseyn əkə içəri dəvət etdi.

Ənvər paşaya elə gəldi ki, əvvəllər olduğu kimi sultanının igamətgahına daxil olur. Çünki o qədər oxşarlıq vardı.

Əslində elə belə idi, ancaq bura sultanın yox, Buxara əmirinin yeni iqamətgahı idi.

Frunzenini qərargahında eşitmişdi ki, Buxara alınsa da, xalq yenə də əmirini əsas tutur, yenidən qayıtmasını gözləyirdi. Çünki başqa cürə ola da bilməzdi- o, bu torpaqda İslamın dayağı xəlifənin isə  nümayəndəsidir.

Xalq əvvəllərdə olduğu kimi, sədaqətinə sadiq qalaraq onun qoyduğu qayda-qanunla hərəkət edir, ruslara baş əymirdilər. Çünki baş əymək tabe olmaq, kölə olmaq demək idi.

İçəri geniş zalı xatırladırdı. Yuxarı başda  taxt qoyulmuşdu. Orada zər-xaradan tikilmiş xalata bürünmüş bir qoca əyləşmişdi. Bu Buxara əmiri idi.

-Gələnlərin kimlər olduğunu bilən əmir, Ənvər paşanın taxtı-tacına yaxınlaşdığını görüb ayağa qalxdı Minbəri xatırladan yerdən aşağı düşərək onu qürurla qarşıladı və keçib yerində oturmaq əvəzinə Avropadan gətirilmiş böyük bir dəyirimi stolun arxasına dəvət etdi. Maraqlısı bu idi ki, qırx nəfər türk zabitinin hamısı  stolun arxasına yerləşdi.

Ənvər paşanın ürəyinə gələn ilk fikir bu oldu ki, onların gəlişinə, deyəsən, əməli-başlı hazırlaşıblar.

Bir-birin arxasınca zala daxil olan əmirin adamları zabitlərin oturduğu stolun ətrafına yığışmağa başladılar. 

 Buxara əmiri ayağa qalxaraq üzünü Ənvər paşaya tutdu:

   - Bismillahir-rəhmanir-rəhim! Biz xoşbəxtik ki, Xəlifəmizin sağ əli bizim köməyimizə gəlib və  kafirlərə qarşı mübarizəmizdə bizə yardımçı olacaqdır.

   Buxara ordusu öz torpaqlarını düşmənlərdən azad etməlidir. Bu mübarizə daha güclü olsun deyə, mən, Buxara əmiri, Ənvər paşanı ordumun baş sərdarı elan edirəm və bütün idarəçilik səlahiyyətlərini ona verirəm. Ölkəmin tez azad olması naminə Molla   Əbdülhəkkarəni ona köməkçi təyin edirəm.

 İndiyə qədər Molla   Əbdülhəkkarənin vətən yolunda göstərdiyi bütün xidmətləri unutmuram. Onu qeyd etmək istəyirəm ki, Ənvər paşaya arxalanıb o, daha böyük işlər görə bilər.

   Sonra Əmir, Molla Əbdülhəkkarə və Ənvər paşa ilə təkbətək söhbətləri oldu.  

****

   Karvansaray böyük bir ordu kazarmasını xatırladırdı. Burada hər şey hərbi məqsədlərə qulluq etmək üçün yaradılmışdı. Topxanasından tutmuş, silah ambarınna qədər, səyyah mətbəxindən və qospitalından tutmuş, silah düzəldən və təmir edən karxanalarına qədər Ənvər paşanın diqqətini cəlb edirdi.

   Bütün bunları gördükcə  Ənvər paşa Molla Əbdülhəkkarənin təşkilatçılıq qabliyyatına heyran qalırdı. Bu orta yaşlı insana kənardan tamaşa edən adamın ağlına belə gəlməzdi ki, mədrəsədə dərs deyən, «Quranın» insanpərvərliyini, sülhsevərliyini tələbələrinə anladan bu şəxs sevimli şəhəri zəbt olunan andan Buxara və başqa şəhərlərin gənclərini ətrafına yığıb vətəninin azadlığı uğrunda mübarizəyə qoşulmuşdu.

   Ömrü boyu əlinə silah almamış bu adamın qısa müddət ərzində hərbi sahədə gördükləri işlər Osmanlı İmperatorunun hərbi nazirini heyrətə gətirmişdi.     

Molla Əbdülhəkkarə demək olar ki, hərbi işdə nə vardısa hamısını düzgün təşkil etmiş, arxa cəbhədə güclü təcizat mexanizmi yaratmış, ərzaq və səhiyyə məsələlərini kamil şəkildə həll etmişdi.

Əlinə silah alıb hər tərəfdən bura gələn cavanların sayı isə güngündən artırdı.

Türk zabitləri onları dəstələrə bölür və hərbi təlim keçirdi

-İnanmaq istəmirəm ki, siz heç vaxt hərbi işlə məşğul olmamısınız?! - deyə Ənvər paşa Molla Əbdülhəkkarənin üzünə baxdı.

-Elədir, paşa həzrətləri! Özüm də məətəl qalmışam, bu istedad məndə necə yarandı? 

   -Dara düşən təmiz insana Allah həmişə kömək olur! - deyə Ənvər paşa bunu İlahinin vergisi olduğunu bildirdi.

   -Düzdür, paşa həyzrətləri.

   Onların qarşısından yeni yaranmış silahlı dəstələr atdımlayırdılar.

-Niyə indiyə qədər qoşunlarınız olmayıb?- deyə Ənvər paşa soruşdu.

-Var idi, ancaq Əmir həzrətlərinin qocalığı və ətrafının əhlikefliyi bir tərəfdən, digər tərəfdən  ruslarla bağladığı sazişə inanması, ona gətirdi ki, hərbi sahədə silahsız və gücsüz qaldıq. Bunu görən bolşeviklər Buxaranı, Xivəni və başqa şəhərlərimizi tutdular.

-Aydındır. 

-Onları Allahın köməyi ilə tez bir müddətdə şəhərlərimizdən çıxaracağıq.-deyə Mola Əbdülhəkkarə qətiyyətlə bildirdi.

   Ordu hazırldığı isə tam sürəti ilə gedirdi. Günbəgün Mola Əbdülhəkkarənin nə qədər hörmətə malik olduğu Ənvər paşanın gözündən qaçmırdı.

Buxara əmiri yox, Mola Əbdülhəkkarə xalqın nicatı və inamı idi. Onun döyüşçülər qarşısındakı kamil çıxışları gələcək qələbələrə inam yaradırdı.

   Ənvər paşa bir sərdar kimi bu döyüşçülərin hörmətini qazanmalı idi. Sanki Mola Əbdülhəkkarə bunu duymuşdu və əlindən gələni edirdi ki, döyüşçülər sərdarın nə qədər yüksək hərbi biliklərə malik olduğunu anlatsın.

Bu işdə türk zabitləri  heç də ondan geri qalmırdılar. Karvansarada qaldıqları bir ay ərzində on mindən artıq silahlı dəstəyə təlim vermiş və sözün həqiqi mənasında geniş miqyaslı hərbi əməliyyat aparmağa qadir olan ordu yaratmışdılar və bu ordunun İslam bayrağı altında bütün müsəlmanlar birləşməyə başlamışdı. İndi onları ilk qələbələrə gözləyirdi.

***

   22-ci il fevralın ortasında ağ atın üstündə Düşənbəyə qələbə ilə daxil olan Mola Əbdülhəkkarə ilə Ənvər paşanı küçələrə tökülmüş əhali salamlayır, karnayların ecazgar səsi millətə bayram olacağından xəbər verirdi.

   -Ölmədik bu günü də gördük!-deyə Buxara əmiri Düşənbədəki sarayına qədəm qoydu. Sonra taxtına əyləşən kimi üzünü bu şəhəri bolşeviklərin əlindən xilas edən qəhrəmanlara tutdu:

-Siz bu gün İslamın nəyə qadir olduğunu dünyaya göstərdiniz. Qarşıda Şərqin müqqəddəs şəhəri  Buxaranın kafirlərdə azad olması durur. İnanıram ki, tezliklə oranı da azad edəcəyik.

Bu gün isə mən bizə qüvvə verən və xəlifəmizin müqəddəs işini burada  həyata keçirən türk zabitlərini və ordumuzun başçısı Ənvər paşaya öz təşəkkürümü bildirirəm.-deyə əmir taxtından ayağa qalxdı və əlində tutduğu tiyəsi qiymətli daşlarla bəzədilmiş qılıncı ona uzatdı.

Ənvər paşa qılncı qəbul etsə də, əmirin çıxışı xoşuna gəlmədi. Əmir qələbənin baisi olan Mola Əbdülhəkkarənin adını belə tutmadı. O, belə ədalətsizliyə dözmədi, üzünü camahata tutdu:

-Mən bu qılıncı əmir həzrətlərindən qəbul edib, Mola Əbdülhəkkarəyə vermək istəyirəm. Çünki o, olmasaydı, bu qələbə gününü görməyəcəkdik!-deyə Ənvər paşa qılıncı həqiqi qəhramana uzutdı.

Mola Əbdülhəkkarə onun əlindən qılıncı aldı, öpüb gözünün üstünə qoydu.

Saraydan ətrafa «Ura»»sədaları ucaldı. Əmir həzrətləri məcbur olub gülümsədi. Ənvər paşa türk zabitlərinin oturduğu masanın arxasına qayıdı.

-Paşa, nə qədər arif adamsınızan. Haqq-ədaləti necə bərpa etdiniz?! Əmirin avamlığı bu boyda qoşunda hərci-mərclik salacaqdı.- deyə Mir Kamil ağa ona müraciyət etdi.

-Xalqlar arasında nifrət salmaq bizim məğlubiyyətimizdir! Bütün müsəlmanlar qardaşdır deyən «Quranımızdan» kənara çıxmaq olmaz!-deyə Ənvər paşa tövsiyəsini verdi.

***

Mir Kamil ağanı daha yanında görməyi adət etmiş Ənvər paşa vaxt tapan kimi Azərbaycandan söhbət salırdı.

Buxaranı aldıqdan[3] sonra isə demək olardı ki, hər axşam birlikdə idilər.

Ənvər paşaya indi təkcə Buxara əhli deyil bütün Türkistan xilaskar kimi baxırdı. Əmirin isə xalqa münasibəti dəyişmişdi. Mola Əbdülhəkkarənin dediyi ilə durub otururdu. Zülmkarlığına son qoymuşdu.

Ənvər paşanın yanında əmirin səsi belə çıxmırdı. Çalışırdıkı ətrafındakılar o, dediyini etsin.

Türk zabitləri  Mola Əbdülhəkkarənin rəhbərliyi ilə orduya çağrılmış gənclərlə hərbi təlim keçir, kənarda qalanları orduya cəlb edirdilər.

 Bolşeviklərin zülm və əzabından yaxa qurtarıb Buxaraya axışan başqa bölgələrin əhalisidə silaha qurşanıb ordu sıralarında təlim keçirdilər.

Buxara böyük bir hərbi şəhərə, ordu isə möhtəşəm İslam ordusuna çevrilirdi. Əlbəttə ki, bu işdə Mir Kamil ağa heç də başqalarından geri qalmırdı.

Mir Kamil ağaya elə gəlirdi ki, bütün bunlar Azərbaycanda baş verir. Bu proseslərdə nə qədər oxşarlıq var idi.

Mir Kamil ağa sakit durmurdu. Yaratdığı silahlı dəstələr kamil hərbi təlim görmüş gənclər ibarət idi və sərdarlarının hər əmrini hər an icra etməyə hazır idilər.

Gəncləri arasında isə daha çox fərqlənən Hüseyn əkə idi.

Mir Kamil ağanın bu fəaliyyətini görən Ənvər paşa tez-tez onu yanına çağırır və məsləhətlər verirdi.

Buxara alındıqdan sonra da xalq əlindən silahı qoymurdu. Heç kimdə inam yox idi ki, ruslar onlardan əl çəkəcək.

Dünyadan xəbərdar olan Ənvər paşa isə bu müsəlman ölkəsinin üstünə gələn bəladan qorunmağın bir yolu olduğunu deyirdi: güclü silahlanma və nizami ordu yaratmaq. Bir də düşmənə qarşı dinc durmamaq.

Mir Kamil ağa və türk zabitlərinin kamil hazırladığı dəstələri düşmənin yerləşdiyi bölgələrə reydə göndərir, qəfildən hücum çəkərək pərən-pərən salırdılar.

Bu reydlər «qırmızıları», başda Frunze olmaqla hamını dəhşətə gətirmişdi. Onlara gələn ərzaq və silah daşıyan arabalara və dəvələrə hücum edən «Gənc buxaralılar» Troskinin və onun tərəfdarlarının «dünya inqlabının qəlbbəsi»nin xülya olduğunu anladırdı.

Ac-yalavac qalmış qırmızı ordu yerli camahatın əlindən olan-qalanlarını gücələ alır, qışlaqları və şəhərləri talan edirdi.

Bu isə  xalqın nifrətini artırırdı. Xalqın qeyrətli balaları əllərinə silah götürüb onlara qarşı partizan davasına başlamışdılar.

Qırmızı ordu get-gedə geriyə çəkilməyə başlamışdı.

Başqa bölgələrdən nə baş verdiyindən xəbərdar olan Ənvər paşa onlara kömək göndərir və yaxud qırmızı ordunun əlindən aldıqları silahları üsyan etmiş şəhərlərin və qışlaqların əhalisinə paylayırdı.

Əgər belə davam edərdisə, tezliklə bütün Orta Asiya qırmızı ordunu qabağına salıb Volqa çayına qədər qovlayacaqdı.

Əlbəttə ki, bunu Moskvada oturanlar bilirdilər. Ənvər paşanın nə qədər təhlükəli şəxs olduğunu dərk edirdilər.

İstərsə Buxara əmiri, istərsə Mola Əbdülhəkkarə Moskva üçün o qədər də təhlükəli deyildilər. Əsas aparıcı qüvvənin Ənvər paşa olması və onun Böyük Türkistan yaratmaq fikirinin reallaşdığını görən Kremlin quldur dəstəsi, nəyin bahasına olursa olsun onu aradan götürmək planını hazırlamışdı. Çünki Ənvər paşa nə qədər sağ idi, Orta Asiyada qızıl ordunun qalması sual altında idi.

Moskvanı Ənvər paşanın Sovet Rusiyasına müraciəti yaman qızışdırmışdı. O, müraciyətində yazırdı ki, Türkistan müsəlman dövlətini tanısınlar. Əvəzində onlarla sülh və əminamlıq yaratmağa söz verirdi.

Moskva hərbi maşınını tamlığı ilə işə saldı, Orta Asiyaya  Orcanikidze, Kamenev, Troski, Frunze, Budyonini göndərdi ki, nəyin bahasına olursa olsun öz müstəqilliyini bərpa etmiş dövləti boğsunlar, ancaq Ənvər paşaya dəyməsinlər. 

 

GULABA

 

22-ci ilin avqustun əvvəli Ənvər paşanın rəhbərliyi ilə qoşun Obi-Dərəyə yığışmaqda idi. Balaca şəhərcikdə elə bil tərpənməyə yer qalmamışdı.

Sərdarın göstərişi ilə qoşun yenidən hərəkətə gəlməli, hucuma keçən Frunzenin qoşunların qarşısını almalı idi. 

   Yayın  istisində günorta namazından qayıtmış Ənvər paşa bir az dincəlmək istədi. Qərargahında  heç kimi qəbul etmək istəmədi. Qapı ağzında  duran köməkçisinə demişdi ki, bir saata qədər heç kimi içəri buraxması təkcə Mir Kamil ağadan başqa.

Köməkçi sərdarını üzündəki yorğunluğu görüb həyətə düşüdü, qarşıdakı quyuya sallanmış ipi dartdı və uzun  dəri tuluğu çıxartdı. Tuluğu yerə qoyub içindən iki dənə yemiş götürdü və yenidən quyuya salladı.

Köməkçi içəridə yemişi dilim-dilim  doğrayıb podnosa yığdı və sərdarın otağına daxil oldu. Bu yerinə düşdü.

Sərdar qarşısınna qoyduğu xəritənin üstündə nəsə cızırdı.

-Paşa həzrətləri, buyurun!-deyə köməkçi əlindəkini stolun üstünə qoyub otaqdan çıxdı.

Ənvər paşa bir dilim yemiş götürüb yeməyə başladı. Şirin  meyvənin sulu şirəsi elə bil ona qüvvə verirdi.

   Bir saat beləcə ötdü. Bir adam onu narahat etmədi, ancaq köməkçi qapını yenicə açmışdı ki, bir nəfərin ona tərəf gəldiyini gördü.

   -Sərdara deyin ki, Akop gəlib!-deyə özünü təqdim etdi.

   Köməkçi Ənvər paşanın otağına girdi. Qapıda gözləyənin sözlərini ona çatdırdı.

   Ənvər paşaya fikrə daldı.  Akopi o, Almaniyadan tanıyırdı. Karl Radekin sağ əli idi. Yadına Berlin şəhəri düşdü. Akop erməni olsa da, özünü bu şəhərdə rus adlandırırdı. Əsil adı isə Yakov Melkumov  idi.

   «Deyəsən, bolşeviklər Radeki mənə görə divara söykəyiblər ki, köməkçisini bura göndərib.»-deyə düşündü.

   -Deyin, gəlsin!-deyə köməkçiyə göstəriş verdi.

İlk baxışda içri girəni Ənvər paşa tanımadı. Həmişə kostyumda gördüyü Akop özbək xalatında və çalmasında idi.  -

   -Paşa hərətləri, sizi görməyə çox şadam!-deyə ona almanca müraciət edən Akop bütün şübhələrini yox etdi.

   -Özbəyə elə oxşayırsan ki, qarşımda başqa adam olduğuna inanmırdım. - deyə Ənvər paşa fikrini bildirdi.

   -Nə etməli? Sizin yanınıza düşmək üçün bu qiyafədə olmalıydım.

   -Akop, gəlişinizin səbəbi nədir?

   -Radek məni göndərib. Sizə salamı var.

   -Salam gətirən, sağ olsun!

   -Radek soruşur ki, burada fəaliyyətiniz məqsədi nədir? Yenə də onunla eyni cəbhəsiniz ya yox?

-Akop, Karla çatdır ki, mən ona minnətdaram. Ancaq bura mənim vətənimdir. Vətənimi isə dostlarımdan da artıq tuturam. Çünki dostlar və insanlar gəldi-gedəndi, vətən isə əbədidir!

-Bunu ona çatdıra bilərəm mi?-deyə Akop soruşdu.

-Bu mənim son fikrimdir.

   -Oldu!-deyə Akop ayağa qalxdı. Paşaya yaxınlaşdı, Xalatından xəlvəti çıxartdığı tapancadan iki güllə atdı. Səsə içəri köməkçi girdi. Onu da yaraladı və otaqdan həyətə tullandı. Divara bağlanmış Ənvər paşanın atının üstünə tullandı ki, çapıb qaçsın. Ancaq bacarmadı at onu yerə çırpdı.

   Qapıda duran gözətçilərin birinin atdığı güllə arxadan onun başına dəydi və üzü-quylu yerə sərildi.

Səs-küyə hamı yığıldı. Mir Kamil ağa da onların arasında idi.

Divana uzadılmış Ənvər paşa yaralı olsa da, gözləri ilə kimisə axtarırdı. Başının üstünü onunla Orta Asiyaya gəlmiş dostları durmuşdu.

Kamil ağanı görən Ənvər paşa əli ilə onu yanına çağırdı.  .    

   -Mənim işimi davam edin! Ermənilərin isə heç birinə inanmayın!-deyə gözlərini yumdu.

 

         SSRİ

   Bakı vağzalının gözləmə otağında adam əlindən tərpənmək mümkün deyildi. Bakı küləyi qatarı qarşılamağa gələnləri bura qovurdu. Qışın şaxtalı havasından qorunmaq üçün buradan yaxşı yer ola bilməzdi.

Moskva qatarının gəlmə xəbəri zala yayıldı. Zaldakılar platformaya çıxmağa başladılar.

Qatarın arxasına qoşulmuş hökumət vaqonun qarşısında dayanmış «Ford» maşınından aşağı düşən Ağamalı oğlu qapının açılmasını gözləyirdi.

 Nəriman Nərimanov vaqonun tamburunda göründü. Vaqonun qapısının pilləsinə ayağını qoymuşdu ki, qarşısında Ağamalı oğlunu gördü:

-Nəriman, nə oldu?-deyə soruşdu.

   -Bizə dibə qədər soxdular! - deyə Nəriman dilxorcasına cavab verdi.

  Ağamalı oğlu dostunun dilxor olduğunu görüb zarafata keçdi:

   -Ay Nəriman, heç olmasa burcudardın!

   -Heç burcutmağa da qoymadılar.-deyə Nərimanın üzü gülmədi.

Nəriman Nərmanovu dekabrin axırında Moskvaya çağırmışdılar. Ora niyə görə çağrıldığını bilirdi. İndi SSRİ adlı dövlət yaradırdılar.

Hələ mart ayında Zaqafqaziya federasiyasını yaradanda da nə ondan, nə də başqa Qafqaz respublikaların rəhbərlərindən soruşmamışdılar. Qabağlarına bir parça kağız atıb qol çəkdirmişdilər.  

Leninin «Unitarlıqdan federalizmə» - ideyasını ilk dəfə Qafqazda həyata keçirtmişdilər.

Bu addımın arxasında Rus İmperiyasının keçmiş dövlət strukturlarının bərpasını görən Qenuziya1 konfransı təşkilatçıları Qafqaz respublikalarından bir dövləti belə dəvət etməmişdilər.

Moskvada Gürcüstan tərəfə SSRİ-nin yaranması protokoluna Zaqafqaziya sosialist federativ sovet respublikası adından deyil, öz ölkəsi adından qol çəkmək təklifi də rədd olundu.

Sazişə qol çəkib qırağa çəkilən gürcü rəhbəri üzünü Nərimana tutdu:

-Mən belə təzyiq gözləmirdim.

-Ürəyini sıxma! Fərqi nədir nəyin adından qol çəkirsən.

-Elə deyil, müstəqilliyimizi tam itirdik! Yaxşı düşünsək, SSRİ-nin daxilindən çıxmaq üçün heç bir mexanizmimiz yoxdur. Əriyib sovet milləti olacağıq!- deyə təssüfləndi.

-Hər şey yaxşı olacaq!- deyə  Nəriman Nərimanov ona ürək-dirək verdi. Ancaq mərasim qurtarandan sonra gürcü həmkarının dediklərinin mahiyyəti ona çatdı. Dilxor oldu.

Yadına Zəngəzurun2 ermənilərə verilməsi düşdü. Rusiya tərəfinin təzyiqi nəticəsində o, bu sənədə qol çəkmişdi. Anladı ki, bir vaxt gələcək kimsə onu buna görə günahlandıracaq, hətta vətən xaini də adlandıracaq. Həqiqət isə belə deyildi: əgər o, qol çəkməsəydi, başqasına qol çəkirəcəkdilər.

Bununla belə onu gələcəkdə xəyanətkar adlandıranları haqlı hesab edirdi. O, ölməli idi, ancaq buna getməməliydi.

-Millətin üzünə indi necə baxacağam? - deyə düşündü. Birinci dəfə idi ki, bolşeviklərə qoşulduğuna görə özünə nifrət etdi. Axı Azərbaycan müstəqilliyini bu gün ona görə itirdi.

İndi Bakıya qayıdarkən hirsini kiminsə üstünə tökməliydi. Əlinə Ağamalı oğlu düşmüşdü. O, da zarafatından qalmır.

-A kişi, SSRİ nə deməkdir?-deyə Ağamalı oğlu soruşdu.

-Sovet sosialist respublikalar ittifaqı! Ölkələr arasında sərhədlər götürülür, Çar vaxtı necə idi, elə olacaq. Gediş-gəliş asanlaşacaq, bir nöqtədən idarə olunacağıq. Yeni ki, Kremldən.

-Bəs bizim respublika?

-Başqaları necə, biz də elə! Tam Kremldən asılı vəziyyət. Sən demişkən1: «Vladimir İliç biz sizə neft kaçay, kaçay, siz bizə kultura kaçay, kaçay!»-deyə indi özü zarafata keçdi.

Əfsuslar olsun ki, bu zarafatın arxasında acı  həqiqət dururdu.

 

NƏRİMANOV -MOSKVADA

  Hacı Zeynalabdin qapını gələn qonağın üzünə açanda yadına uzaq keçmiş düşdü. O zaman bu qapıdan girən indiki qonaq cavan oğlan idi. Divardakı  zınqrovun ipini dartıb qulluqçunun çıxacağını gözləyirdi. Ancaq qapını Hacı Zeynalabdin özü açdığından, onu qulluqçu ilə səhv salmışdı:

   -Hacı Zeynalabdini, görmək olarmı?-deyə cavan soruşdu.

   Hacı onu başdan ayağa qədər süzdü, içəri dəvət etdi.

   -Mümkünsə Hacını çağırın! - deyə cavan oğlan təkid etdi.

   -Bala, Hacı Zeynalabdin elə mən özüməm!

   Cavan oğlan tutuldu. Hacı onun nə hala düşdüyünü  o saat hiss etdi. Utandığından sir-sifəti qızarmış cavanı düşdüyü vəziyyətdən çıxartmaq üçün üzünü ona tutdu:

   -Cavan oğlan mən sənin qulluğunda hazıram!

   -Hacı, qulluq sahibi olasınız! Məni yanınıza ağsaqqallar göndərdilər ki, dərdimi sizə danışım.

   -Sənin boyda cavanın nə dərdi ola bilər?

   -Hacı, oxumaq istəyirəm.

   -Bu ağıllı fikirdir.

   -Harada oxumaq istəyirsən?

   -Odessa universitetində.

   -Mənim bildiyimə görə, gərək əvvəl ora qəbul olasan!

   -Mən olmuşam, odur ki, sizin yanınıza gəlmişəm.  

   -Hansı fakültəyə?

   -Doktorluğa.

   -Pis sənət deyil.

   -Doktor olmaq mənim arzumdur.-deyə əlidəki tələbə biletini Hacıya uzatdı. Hacı biletə diqqətlə baxdı və stolun üstünə qoydu.

   -Bəs nə məne olur?-deyə Hacı soruşdu.

   Cavan oğlan bu suala necə cavab verəcəyini düşünənə qədər vaxt keçdi. Sanki utanırdı.

   -Sənin atan kimdir?

   -Kəblə Nəcəf!

   -Hansı mahaldansan?

   -Borçalıdan. Tiflis yaxınlığında anadan olmuşam. - deyə cavan oğlan susdu.

   -Sənin bura gəlişinin bir məqsədi ola bilər: təhsil haqını ödəyə bilmirsən.

   -Elədir, Hacı!-deyə cavan oğlan ürəkləndi.

   -Sənə kömək edə bilərəm. Ancaq müəyyən şərtlərim var.

   -Mən bütün şərtlərə razıyam!

   -Onda qulaq as! Mən mahud kombinatı açıram. Fəhlələrim üçün tibb məntəqəsi də planlaşdırıram. Sən qurtarıb gələnə qədər kombinat hazır olacaq.

Təhsil haqqını ödəyəcəyəm, ancaq bir şərtlə-qurtarıb mənim kombinatımda işləyə-işləyə borcumu qaytaracaqsan. Maaşından iyirmi beş faiz tutulacaq.

   -Razıyam, hacı!-deyə cavan oğlan sevindi.

   -Sabah kontora, mənim upravləyuşumun yanına gələrsən. Sənə hər köməyi edəcək!-deyə hacı söhbətin bitdiyinə işarə etsədə, qarşısında oturan cavan onun çox xoşuna gəlmişdi.

   İndi sambalı bir adam çevrilmiş bu cavan yenədə qapısın döyüb onun yanına gəlmişdi.

   -Necəsən, hacı?- deyə gələn divana oturan kimi soruşdu.

   -Necə ola bilərəm? Qoca kişiyəm, oturmuşam evimdə. Bir qəpiyin sahibi deyiləm. Təkcə sənin göndərdiyin pulu1 alıram. Şükür Allaha, bir təhər dolanırıq.

   -Hacı, gəlmişəm deyim ki, məni Moskvaya aparırlar. Orada işləməli olacağam.

   -Denən, səni böyüdürlər də.

  -Elə deyil. Vətəndə olmaq daha şərəflidir.

   -Hardasa haqlısan, ancaq qorxuram, ölkə qurd-quşa qalar. Onsuzda Bakını soyub aparırlar.

   -İndi bir ölkəyik. Məgər özün demirdin mi, Rusiyyətdir bizi dolandıran.

   -Demirdim ki, soyub aparan. İndisə deyirəm. Çarla fərqiniz budur: o, verirdi, siz isə soyub aparırsınız.

   -Hacı, baxarsan, gələcəyimiz parlaq olacaq!

   -Mir Hüseyn ağa da bunu deyirdi. İndi haradadır? Bir xəbər belə yoxdur. O cür bir kişiyə də əl qaldırmaq olardı?

   -Hacı, mən də onu çox axtardım.

   -Yadından çıxmasın: bizi millət edib ortaya çıxardan, dövlətçiliyimizi yaradan bu cür insanlar oldu. Bolşeviklər isə Azərbaycan respublikasını əvvəl Zaqafqazfederasiyasına, sonra isə SSRİ-yə qatdılar.

   Hacının bu tənhələri SSRİ yaranan günü gürcü rəhbərinin dediyi sözlərlə üst-üstə düşürdü. Bu Nəriman Nərimanovun ovqatını korlandı. Araya sükut çökdü.

   -Hacı, gəlmişəm səninlə halalaşım. Bəlkə sonuncu dəfədir görüşürük.-deyə Nəriman sükutu pozdu.

   -Ruslar arasında olsaydın, arxayın olardım, müdrik millətdir, yaxşılığı və haqqı unudan deyillər.  Ancaq bolşevik rəhbərlərindən gözüm su içmir. Aralarında ruslar çox azdır. Özündən müğayət ol!

   -Çalışacağam, Azərbaycana fayda gətirim!

   -Allah ürəyincə versin!-deyə Hacı ayağa qalxan Nərimanı bağrına basdı. Sonra qapıya qədər yola saldı.

      Otağa qayıtdı, dərin kreslosuna oturdu. Təkliyini hiss etdi. Hacı Zeynalabdin dərin fikrə daldı. Düşüncələr onu boğurdu.

   -İlahi, bu milləti görəsən nə gözləyir!-deyə öz-özünə danışdı.

   Həmişə hərəkətdə olan Hacı Zeynalabdin aprel çevrilişindən sonra tək qalmışdı. Mir Hüseyn ağa itgin düşmüş, yaxın dostları  Bakını tərk etmiş, kimi İrana, kimi Türkiyəyə getmişdi. İndi isə Nəriman Moskvaya gedirdi.

   -Niyə sənin dediklərinə əməl etmədim!- deyə Hacı Mir Hüseyn ağanı yadına saldı.

 

MƏMMƏDƏMİN VƏ NƏRİMAN

   Kremlin koridorlarının elə bir ucu-bucağı yoxdur. Eyni qapılar, eyni otaqlar, ancaq divarlara vurulmuş nömrələri oxuyanda harada və kimin kabinetinin qabağında olduğunu başa düşürdün.

Bunu isə bilmək üçün gərək bura əməlli başlı bələd olasan. Bu uzunluğunda məsafəni qət edib kabinetinə gələnə qədər Nəriman az qalırdı ki, hövsələdən çıxsın.

   -Bu boyda da bina olar?-deyə yorğunluğ hiss edən kimi azərbaycanqlılara xas olan səbirsizliklə öz-özünə deyinirdi.

   Nəriman burada bir ay idi ki, gəlmişdi. İndi hiss edirdi ki, gərək gəlmiyəydi. Hayıf deyildi Bakının tozlu-torpaqlı güçələri...

   Moskvanın abı-havası da ürəyincə deyildi. Ətrafında nə baş verdiyini anladıqca, Kremlin daxilində gedən intriqalardan uzaq olmağa çalışırdı.

   Vətəndən uzaq düşmüş bu insanın nə qədər darıxığını hiss etmək o, qədərdə çətin deyildi. Təkcə evinə döndükdə ailəsini görüb üzü gülürdü.

   Koridor boyu rastına gələn adamların üzünə baxmadan salamlaşırdı. Sanki heç kimlə danışmaq belə istəmirdi. Düşdüyü vəziyyətin ağırlığını duyurdu. Özünü ayağı torpaqdan ayrılmış Atlanta bənzədirdi. Onu əhatə edənlərin nə qədər səviyyəsiz, vəzifə və hakimiyyət üstündə intriqalara qatıldığını görürdü.

   Əvvəllər Bakıdan Moskva və Kremldəkilər ideal görünürdülərsə, indi onlarla yaxın tanışlıqdan sonra səviyyəsiz və səriştəsiz insanlara qoşulduğunu anlayırdı, ürəyi sıxılırdı.

 Bu boyda ideallar uğrunda vuruşub  millyonlarla qırğın vermiş dövlətin başında duranların yeganə fikri ancaq özləri idi.

   Nəriman hər şeyi atıb Bakıya qayıtmaq istəyirdi.     O, burada tək idi. Heç kimə də qoşulmaq istəmirdi. Hamı ilə dil tapıb dolanmaq istəyirdi. Kabinetlərdə isə bir-birlərinə qarşı intiriqalar baş alıb gedirdi.

   Nərimanın heç vaxt intriqalar xoşuna gəlməzdi. Ömrü boyu xalqına xidmət etmiş bu adam, düşdüyü ağır vəziyyətdən çıxmağa  çalışırdı.

Lenin xəstələnəndən sonra burada gedən çəkişmələr üryəincə deyildi.

Azərbaycanlıya xas olan mərdliklə sözü üzə deyən, arxada danışmağı xoşlamayan bir adam idi.

   Vətənlə demək olar ki, əlaqəsi ancaq kağız-kuğuzla idi. Gəlib-gedənlər sayı isə çox az idi. Bir azərbaycanlı görən kimi bağrına basırdı.

   -Görəsən Azərbaycanda nələr baş verir? - deyə gedə-gedə öz-özünə düşünürdü.

Birdən qaranlıq koridordan çıxıb onunla üzbəüzə gələn adamı tanıdı.

-Məmmədəmin! Sən hara, bura hara?-deyə özünü saxlaya bilmədi.

Nərmanın ağlına gələ bilməzdi ki, onunla burada görüşsün. Yadına 20-ci ilin şayələri düşdü. Onda Məmmədəminin gizli şəkildə yoxa çıxmasını Stalinlə əlaqələndirirdilər. Deyirdilər ki, Koba gəlib onu türmədən çıxardıb, Moskvaya aparıb. Bu inanılası deyildi. Çünki Məmmədəminin ailəsi Bakıda başsız qalmışdı. Uşaqlarına baxan yox idi.

-20-ci ildən buradayam. Mərkəzi komitənin informasiya şöbəsinin müdiriyəm...

-Xəbərim olmayıb!

-Eşitmişdim ki, Stalinlə Moskvaypa gəlmisən, ancaq...

-Musavatçı hara, bura hara?

-Elə deyil. Bunun heç bir işə dəxli yoxdur. Sən çox bacarıqlı və savadlı insansan. Səni kimi adamlar Şura hökumətinə lazımdır. Stalinsə kadrlara qiymət verməyi bacaran şəxsiyyətdir. Sadəcə olaraq vətəndəkiləri heç olması yada sal!

-Çalışaram!- deyə Nərimanın nəyə işarə etdiyini anladı.

-Mənim burada olduğumu bilirdin?

-Bilirdim.

-Bəs niyə yaxınlaşmırdın?

-Düzü necə qarşılayacağını düşünürdüm. Axı biz siyasi rəqiblər olmuşuq. Ayrı-ayrı əqidə sahibi olmuşuq.

-Bəs indi necə?

-İndi məndə, sənin kimi bolşeviklərə xidmət edirəm.

-Xidmət etdiyin işə inanırsanmı? - deyə Nəriman soruşdu.

-Sənin kimi! - deyə Məmmədəmin onunla sağollaşdı. Sözləşdilər ki, vaxt tapıb görüşsünlər

 

KİROVBAŞÇI

 

Mərkəzi komitənin pəncərəsindən şəhəri seyr edən Serqey Mironoviçin heç üzü gülmürdü. Bunun üçün çoxlu səbəb vardı. Azərbaycana başçı seçilsə də, xalq onu qəbul etmirdi, çünki onu burada tanıyan belə yox idi. Bunu özü də çox yaxşı anlayırdı. Məgər az idi bu vəzifəni tutmaq üçün azərbaycanlı?

            O, birinci katib seçilənə qədər azərbaycanlı bolşeviklər bir-birlərini əksinqlabda ittiham etmiş və ləkələmişdirlər, odur ki, onu seçmişdilər.

SSRİ yaranandan sonra Kremli təkcə Bakıdan Rusiyaya gedən neft maraqlandırmırdı, onun qarşısına yeni tələblər qoymuşdular: zavod və fabrikalar işləməli, kənd təssərufatı işləməli idi.

   Bakıdan iranlı fəhlələr köçürüldükdən sonra şəhərdə qalan yəhudilər və ermənilər fəhləlik etmək istəmirdilər. Əllərin ağdan-qaraya vurmurduldar. Demək olar ki, neft fəhlələrindən başqa  bu şəhərdə elə bil işləyən yox idi. Mağaza və dükanlar, sənətkar dükanları hamısı bağlanmışdı.

   Yuxarı məhəllələrlə aşağı məhəllələr arasında dava-dalaşın ardı-arası kəsilmirdi.

   Evlərindən köçürülmüş azərbaycanlar onların evlərini tutanlara gün verib işıq vermirdilər. Əllərinə imkan düşən kimi bir xəta çıxarırdılar. Evləri yandırıb aradan çıxırdılar.

   -Bəlkədə, haqlıdırlar! Kim indiki zamanda evindən-eşiyindən uzaq olsa, dinc dayanar? – deyə Serqey Mironoviç düşünürdü.

   Moskvadan aldığı yeni göstərişlərə görə indi onun üzərinə yeni məsüliyyət düşürdü. O, bolşeviklərin Yeni İqtisadi siyasətini həyata keçirtməli idi.

   Nədən başlayacağını bilmirdi. Ancaq bir şey aydın idi ki, zavod, fabrika, dukan, mağaza, restoran və s. açmaq istəyənlər üçün hər şəraiti yaratmalı idi. Axı nə şərait yarada bilərdi? Nə imkanı vardı?

Azərbaycanda hasil olan neft Rusiyaya getsə də, oradan bura heç nə gəlmirdi. Elə bil Azərbaycan xalqı Rusiyaya borclu idi.

   -Mən nə edə bilərəm ki, bu yatmış şəhəri oyadım?- deyə gözlərini sahilə çırpınan Xəzərin  dalğalarına dikdi. Pəncərəsindən dəniz bütün ecaskarlığı ilə onun qarşısında açılırdı.

   Birdən yadına Nəriman Nərimanovun ona verdiyi tövsiyyələr düşdü :«Sən çalış, Hacıdan müğayət ol! Onun məsləhətlərinə qulaq as! Çox şey öyrənərsən!»

   Stolunun altındakı düyməni basdı. Katibəsi otağa daxil oldu.

   -Mənim köməkçimi bura çağır!- deyə göstəriş verdi.

   Kirov köməkçinin gəlişini çox gözləmədi. Azərbaycanlı balası  Qasıməli içəri girdi.

   -Sən Hacının Mərdəkandakı bağını tanıyırsan. Yadında varsa, Nərimanla birlikdə yanına getmişdik. Maşını götürün, gedin onun yanına, xahiş edin, bura gəlsin! - deyə tapşırıq verdi. Ancaq köməkçi yerindən tərpənmədi.

   -Ağır adamdır, inanmıram gəlsin!

-Niyə?

-Çünki heç nəyə qarışmır.

Köməkçidən belə cavab gözləməyən Kirov bircə an fikrə daldı. Ancaq çox çəkmədi ki, yerindən qalxdı və əlini köməkçinin çiyninə qoydu.

-Gəl, onda birlikdə gedək!-deyə kabinetdən bayıra çıxdı.

Küçədə dayanan maşının qapısını açdı və köməkçisi ilə birlikdə mindilər.

-Hara gedirik?- deyə arxaya boylanan sürücü soruşdu.

-Sür Mərdəkana! - deyə Kirovun səsini eşitdi.

 

HACININ TƏKLİFİ

 

Mərdəkan elə bil Abşeronda vadini xatırladırdı. Neft buruqlarının arası ilə salınmış qumlu yolların axırı və ağır neft qoxuları bu kəndə çathaçatda  qurtarırdı.

Nəriman Nərimanovun «Yayın istisindən qorunmaq üçün Bakı bağlarından yaxşı yer yoxdur!» kəlməsi yadına  düşdü.

Maşından düşənləri Hacı özü qarşıladı. Azərbaycan adətinə görə gələn qonağı ancaq evin böyüyü qarşılayırdı.

-Xoş gəlmisiniz!-deyə Hacı onlara həyətə dəvət etdi.

Çərhövuzun qarşısındakı tut ağacının altındakı stolun arxasına keçdilər.

   Evin oğlanları stolun üstünə istəkan-nəlbəki düzdülər. Əncir və üzüm dolu mevə qabını süfrənin ortasına qoydular.

   -Buyurun, bağın meyvəsinin bir dadına baxın!-deyə Hacı təklif etdi.

   Kirov əlini meyvə qabına uzadıb bir salxım üzüm götürdü.

-Mən ömrümdə Bakı şanısından şirin üzüm yeməmişəm.- deyə Serqey Mironoviç sözə başlamaq istədi.

-Hələ bu harasıdır. Şanının «kişmişiləri» olur, onun dadına baxasana!-deyə Hacı gülümsündü.

-Nə əcəb stolunun üstündə yoxdur? - deyə Kirov soruşdu.

-Onun mövsümü keçib. Bir beş-on gün olar ki, qurtarıb.

-Gələn səfər beş-on gün tez gələcəyəm.

-Göz üstə yerimiz var!-deyə Hacı cavab verdi.

Ortaya sükut çökdü. Kirov nədən başlayacağını bilmirdi. Hacının isə arif adam olduğundan xəbərdar idi. Elə olmasaydı çar dövründə bütün yahudilər, ermənilər və s. Onu özlərinə ağsaqqal seçməzdilər. Onların bura boş-boşuna gəlmədiklərini o saat anlamışdı.

-Hacı, yoldaş Nərimanov mənə demişdi ki, işin dara düşəndə özünü ver Hacının yanına, məndə gəlmişəm.

-Başa düşmədim. Mən, əlində heç nəyi olmayan bir şəxs, sənə necə kömək edə bilərəm?

-Elə deyil, Hacı! Sənin xalqın arasında böyük nüfuzun var. Camahan səni eşidir.

-Nə olsun? Bununla nə etmək olar?

-Elə deməyin! Hələ birlikdə çox işlər görəcəyik.

-Təki sən deyən olsun!-deyə Hacı süsdü, ancaq nə baş verdiyini anlaya bilmədi.

-Gəlmişəm, məsləhə verəsiniz - Azərbaycan iqtisadiyyatını necə işlədim?

-Elə buna görə?

-Məgər bu azdır. Mümkünsə məsləhətinizi verin!

Hacı bir neçə saniyə dinmədi.

 -Bunun bir yolu var: iş bilənləri iş başına qaytarın!

-Axı bizim o, qədər pulumuz və paramız yoxdur.

-Sən işbilənlərə dəymə, onlar hər şeyi qadasına salacaqlar.

-Lenin də belə deyir. Kadrlar hər şeyi həll edir. Yeni iqtisadi siyasətə keçməyimizə göstəriş verib.

-Belə olsa, hər şey qadasına düşəcək. Azərbaycan xalqına dəyməyin, icazə verin işləsin! Onda burada bolluq yaranacaq.

-Çalışarıq siz deyənlərə əməl edək!-deyə Serqey Mironoviç ayağa qalxdı.

-Hara belə tezliklə?

-Hacı, məni bağışlayın! Görəsi işlərim çoxdur!- deyə qapıya tərəf atdımladı.

 

İŞLƏYƏN ZAVODLAR-FABRİKALAR

Bakı başqa şəhərlərdən onunla fərqlənirdi ki, onun zavod və fabliklərindən çıxan tüstü bütün şəhəri bürüyürdü. Şura hökuməti qurulduqdan sonra bir çox müəssisələrin iş ahəngi pozulmuş, çoxları durub dayanmışdı.

 

Çünki işi bilən adamlar - zavod və fabrikaların sahibləri və yüksək kadrları kənarda qaldığından bu müəssislərin bütün iqtisadi və maliyyə əlaqələri kəsilmişdi, hətta istehsal olunan malların hara göndərmək lazım olduğunu bilmirdilər.

Müəssisələrin  fəhləri isə  maaş belə almırdılar. Elə olduğu halda iş ahəngi pozulur, müəssisə dayanırdı.  

Müəssisələrin işləməməsinin səbəbini sabotajçılarda görən SSRİ rəhbərliyi QPU-nun əlilə bir-çox adamı güllələsə də, vəziyyət dəyişmirdi ki, dəyişmir.

   Düzdür sabataj oyunu haradasa fəhlələrin gözündə SSRİ rəhbərliyinin səriştəsizliyinin üstünü malalayırdı, ancaq apardıqları siyasət belə davam etsəydi, sosial partlayışla qurtara bilərdi.

   Çıxış yolu isə təkcə zavod və fabrikaların işləməsində deyildi, onların istehsal etdikləri malların satış bazarlarını müəyyən etmək, ixracı ilə bağlı məsələləri həll etmək lazım idi.

   Siyasi cəhətdən həmişə sayıqlıq göstərən Lenin bütün bunların savadlı və səriştəli kadrlarla bağlılığını başa düşmüşdü, «Kadrlər hər işi həll edir!» məqaləsini də yazmışdı. İndi isə bu məsələlərin konkret həlli üçün Yeni iqtisadi siyasətə keçmişdir.

   Bunları düşünən və yeni iqtisadi siyasətin mahiyyətini dərk edən Kirov onu da anlayırdı ki, vətəndaş müharibəsindən sonra bütün Rusiya boyu dağıdılmış və viran qoyulmuş müəssisləri qaldırmaq üçün bu siyasət düzgün siyasət idi.

   Əgər əvvəllər Kirov hakimiyyətə gəlmək və hakimiyyəti necə əldə saxlamaq haqqında düşünürdüsə, Bakıya 11-ci ordu ilə gəldikdən sonra, anlamağa başlamışdı ki, hər bir dövlətin, idealogiyasından asılı olmayaraq, bünövrəsi onun iqtisadiyyatıdır.

İqtisadi dağıntıları bərpa etmədən nə sosializm, nə də kommunizm qurmaq mümkündür. Axı kommunizmin özü də yüksək iqtisadiyyata arxalanmalıdır.

   «Neft və milyonlar şəhəri» adlanılan Bakının küçələri «tiyan altında yatanlarla1» dolu idi. Dövlət onlara yiyə durmalı idi. Ancaq nə ilə?

   «Tiyan alda yatanlar» gecələr əsil quldurlara çevrilir, küçəyə çıxanların üstünə atılıb lüt eləyib buraxırdılar. Odur ki, şəhər camahatı qorxudan küçəyə çıxa bilmirdi.

Onlar şəhərin həqiqi bəlasına çerilmişdilər.

Bakı hələ Nikolay dövründən çörəkli şəhər olduğundan, vətəndaş müharibəsində ata-analarını itirmiş Rusiya, Ukraina, Dağıstan, Krım və s. bölgələrin yetimləri bura axışırdı.

Bakıda yetimxanalar açılmalı və onları bir yerə toplayıb faydalı əməyə öyrətmək lazım idi. Nə yolla? Ancaq iqtğisadiyatı işlədib, qazanılan pullar vasitəsi ilə. 

   -Bu şəhər yenə də çörəkli olmalıdır. Biz hamıya Şura  Hökumətinin, doğurdan da, kasıb-kusub hökuməti oldunu köstərməliyik. Belə olmasa, apardığımız mübarizənin nə faydası? Bir rejimi başqa rejimlə əvəz etmiş oluruq! -deyə Kirov oturub düşünürdü.

   Yadına Hacının sözləri düşdü. Köməkçisini yanına çağırdı.

***

Hacının sözünə əməl edən Sergey Mironoviç Bakıda işsiz qalan bütün zavod sahiblərini, injenerlərini, iqtisadçılarını Mərkəzi Komitəyə dəvət etmişdi. 

Akt zalında adam əlindən tərpənməyə yer yox idi. Çoxları bayırda, qapının ağzında qalmışdılar. Bəziləri dağılışmaq istəyirdi.  

Kirovun köməkçisi Qasıməli onları saxlayır. Getməyə qoymurdu.

-İndi Sergey Mironoviç, gələcək. Moskva ilə telefonla danışır.

Doğurdan da, Kirov kabinetində məşğul idi. Telefonla Nəriman Nərimanovla danışırdı. Ondan bu günki iclasla bağlı məsləhətlər alırdı.

-Serqey, çalış xətirlərinə dəymə. Üzlərinə gülsən, canlarını verməyə hazır olacaqlar.

-Bəs təkliflərimlə, necə razılaşacaqlar?

-Məgər insan psixorlogiyasını bilmirsən. Kim istəməz ki, itirdiyini tapmasın. Bütün təkliflərinizi qəbul edəcəklər.

 Kirov zala daxil oldu və çökən sakitliyi bircə an sezdikdən sonra üzünü bura yığışanlara tutdu.

-Əvvala hamınızı salamlayıram və birbaşa bura çağrılmağınızın səbəbini anlatmaq istəyirəm.

Biz Azərbaycanda işləməyən zavod və fabrikaların işləməsini istyirik. Bu Leninin Yeni iqtisadi siyasətindən irəli gəlir. Gəlin əməkdaşlıq edək.

-Bizim sizinlə nə əməkdaşlığımız ola bilər? Nəyimiz var əlimizdən almısınız və bizi işsiz qoymusunuz!- deyə qabağda əyləşənlərdən biri yerindən dilləndi.

-Elədir! Bunu o dövr tələb edirdi, indi isə siz öz müəssələrinizə qayıda bilərsiniz. Ancaq bir şərtlə ki, zavod və fabrikalar işləməlidir.

-Bəs əvəzində nə verməliyik?

-Sivil ölkələrdə olduğu kimim - dövlətə gəlir vergisi.

-Maraqlı təklifdir.

-Necə razısınız?

-Buna razı olmamaq axmaqlıqdır.-deyə yerdən səslər eşidioldi.

-Onda belə edin. Hərə öz müəssisəsinə qayıtsın. Vəziyyəti öyrənsin, sonra gəlib bu haqda mənə və ya köməkçimə məlumat versin. Müəssisələrinizin işə salınmasıyla bağlı bütün məsələləri həll  edəcəyik. Hətta bəzi hallarda maliyyəşdirməni də öz üzərimizə götürəcəyik.

-Bəs bizim statusumuz?- deyə oturanlardan biri Kəblə Mustafa soruşdu.

-Statusunuz - zavod və fabrikalara rəhbərlik etməkdir.

-Yəni istədiyimizi edə bilərik.

-Elədir, ancaq bir şərtlə – müəssisnin stabil şəkildə işləməsini təmin etməlisiniz. Müəssisələrinizə gedə bilərsiniz. Mən bu haqda çoxdan göstəriş vermişəm.

Bu sözdən sonra zal boşalmağa başladı. Təkcə qabaq cərgədə oturmuş Hacı Zeynalabin yerindən tərpənmədi.

Kirov bunu gördü və özü Hacının yanına gəldi.

-Hacı, nə fikirdəsiniz?-deyə soruşdu.

-Bizdə deyirlər: avazun yaxşı avazdır, oxuduğun «Quran olsun»!

-Başa düşmədim?-deyə Kirov soruşdu.

-Sözümün mənası oldur ki, bura gələn işbazlar üçün şərait yaratsanız və bunun üstündə dursanız Azərbaycan çiçəklənəcək.

-Bəs özünüz, necə? Qayıdacaqsınız?

-Daha mənim vaxtım keçib. Rahat yaşamaq istəyirəm... Kürəkənimi fabrikama işləməyə göndərəcəyəm.

-Bəlkə də haqlısınız, ancaq fəhlələriniz sizi çox istəyirlər.

-Bilirəm. Bu başqa cürə ola bilməz. Azərbaycan milləti çörək itirən deyil.

-Mən sizin həmişə qulluğunuzda hazıram! - deyə Kirov onunla vidalaşdı. 

 Mərkəzi Komitədən çıxanlar qanad açıb uçurdular. Sanki bu səhər sağ əyağı üstə yuxudan durmuşdular, bütün itirdiklərini indi onlara qaytarırdılar.

Heç kəs heç kəsə nə edəcəyini danışmaq belə istəmirdi. Hərə öz düşündüyünü ürəyində saxlayırdı. Adətən danışqan adamlar dərdli olurlar, bunların isə elə bil dərdi-səri yox idi

Çoxları günortaya qədər iş yerlərinə baş çəkməyə tələsdi.

Axşama qədər hər tərəfə hay yayılmışdı ki, zavod və fabrikləri «xozeynlərinə» qaytarırlar.

 

BAKIDACANLANMA

  

Əhəd kişi, daha şəhərin mərkəzindəki mülkündə yaşamırdı. Onu evini əlidən alib ruslara vermişdilər. Kəblə Cəfərin yuxarı məhəllədəki həyətinə köçmüşdü.

   Kontroları bağlandıqdan sonra bir ara Basqalda qaldı, ata-baba adətilə dəzgah işlətməyə başladı.

   Pulu-parası heç də az deyildi. Bütün basqallılar kimi pulu qazanmağı da, saxlamağı da, bacarırdı: dar gününü gözləyən idi.

   Şəhərə öyrənmiş Əhəd kişi  Basqalda çox qala bilmədi, ailəsini götürüb, Bakıya qayıtdı. Qardaşının  həyətinə yiyə durdu.

   Son zamanlar Bakıda cürbəcür dükanlar və restoranlar açılmışdı. Şəhər hər gün dəyişirdi.

   Əhədin oturub durduğu adamlardan Meşədi Tağı onlara qonaq gəlmişdi. Qonaq son illərdə başına gələn bəlalardan danışırdı.

   -Sənin kimi, mənim də kontorumu əlimdən aldılar. İranla bütün əlaqələrim kəsildi. Təkcə Heybət Tiflisdən Fazilgilin kəlağayılarını gətirir Türkistana göndərirəm. Əlbətdəki, kontrorumu qaytarsaydılar, ticarətə yenidən girişərdim.

   -Deyirlər ki, çoxlarının dükanlarını qaytarıblar, nə cür istəyirsən, işlət.

   -Elədir, ancaq mən bilmirəm kimə müraciyət edim.

   -Ətrafdakılardan soruş, gör nə deyirlər.

   -Soruşmuşam. Baksovetə gedib ərizə ilə müraciyət etməlisən. Yerini qaytara bilməsələr, əvəzinə başqasını təklif edirlər. Ancaq bir şərtlə- bolluq yaratmalısan.

   -Elədirsə, niyə müraciyət etməmisən?

   -Əhəd ağa, Vallah əlim qolum quruyub. Gördüklərimi görmüşəm. İnanılası hökumət deyil. Belə getsə, İrana gedəcəyəm. Tacir üçün hər yerdə dolanmaq asandır.

   -Gəl tərslik eləmə, elə sabah Baksovetə gedək, ərizə yazaq, kontorumuzu geri istəyək.

   -Nə deyirəm, sən bilən məsləhətdir. Bekar oturmaqdansa, işləmək yaxşıdır. Adamın ürəyi partlayır.

   Əhəd Meşədi Nağı ilə razılaşdılar ki, heç olmasa,ikisi bir dükan açsın. Qardaş kimi işlətsinlər.

***

   Baksovetdə onları gülər üzlə qarşıladılar. Hətta qabağlarına çay da gətirdilər. Nə istədiklərini öyrəndilər, ərizə yazdırdılar. Üç gündən sonra gəlmələrini xahiş etdilər.

   -Əhəd ağa, kopək uşaqları bizi necə qarşıladılar!? Elə bil var-yoxumuzu əlimizdən alanlar deyilllər.

   -Görmürsən, bizsiz dolana bilmirlər.

   -Elədir, ticarəti ölən ölkə viran qalır. İstər şura hökuməti olsun, istər moltanı - fərqi yoxdur: ticarəti işləməlidir. Hər şeyi qaydasına ticarət qoyur.

   -Sən lap Karl Marks kimi danışırsan!

   -Bu köpək uşaqnları ölkəni Karl Marks dediyi kimi idarə etsəydilər nə dərdimiz?

   -Meşədi, sən hara, Karl Marks hara?

   -Bekarçılıqdan nə desən oxuyursan. Əlacım kəsilmişdi. İstədim görüm, o, nə yazıb. Rusca «Kapitalı»nı oxudum.

   -Deməli əsl kommunistsən: «Kapital»ı bilirsən.

   -Sən zarafat elə!

   -Zarafat fılan yoxdur, mən səni  meşədi Nağı yox kommunist Nağı çağıracağam.

                               ***
            Üç gündən sonra dostlar yenidə görüşdülər və Baksovetə gəldilər. Yenə də onları gülər üzlə və xeyrxahlıqla qarşıladılar. Kabinetə apardılar və stolun arxasında əyləşdirdilər.

Əhəd  kişilə Meşədi  Nağı qarşılardakının çox cavan adam olduğunu görüb heyrətlənsələr də, sakitcə oturub nə deyəcəyini gözlədilər. Cavan isə qovuğunun ağzını açdı və onların ərizəsini qabağına qoydu.

-Biz sizə kontorarınızı qaytaracağıq, ancaq əvvəlcədən fikriniz bilmək istəyirik ki, nə ilə məşğul olacaqsınız?

- Nə ilə məşğul olacağıq? Köhnədə olduğu kimi: alış-verişlə.-deyə Əhəd kişi cavab verdi.

Cavan oğlan qabağındakı dəftərxana kitabını açdı və ora nə isə yazmağa başladı.

-Deməli, Əhəd Cəfərli- alış veriş. Bəs  siz Nağı dayı?-deyə  başını qaldırıb ona tərəf baxdı.

-Elə məndə onla... Alış-verişlə.

-Yazıram- alış-verişlə, yəni ticarətlə.

Bir neçə dəqiqə cavan oğlanın başı yazmağa qarışdı. Sonra başını qaldırdı:

-Şura hökuməti sizə böyük inam göstərir. Arxayındır ki, yeni açacağının ticarət müəssisəsi Azərbaycana fayda gətirəcək. İnsanların yaxşı yaşaması üçün şərait yaradacaq.

-Bəs biz əvəzində hökumətə nə verəcəyik?-deyə Əhəd soruşdu.

-Sivil ölkələrdə olduğu kimi, gəlir vergisi! İndi dəftərxanaya keçin və kontorlarınızın orderlərini alın!-deyə cavan oğlan söhbətin bitdiyinə işarə vurdu.

Meşədi Nağı «gəlir vergisi» sözünü başa düşdü, amma «sivilin»nə olduğunu anlamdı. Koridora çıxan kimi Əhəddən soruşdu:

-Əhəd ağa, «sivil nə mənədir?

-Meşədi, yəni Avropadakı kimi!-deyə dostunu sakitləşdirdi.

   Dəftərxanada onlara «order» verdilər. Hər  ikisinə «Parapet bağının» ətrafındakı kontorlarını qaytardılar.

QIRĞINTÖRƏDƏNLƏRƏHEYKƏL

  

   Səhər çağı çıxan bütün qəzetlər 26-ların tapıldığından və Ağcaqum səhrasından Bakıya gətirildiyindən yazırdılar.

   26-ları kim olduğunu bilməyən Bakı camahatının yadına Bakı komissarlarını salırdılar. Məşədi Əzizbəyov, Caparidze, Şaumyan və başqaları.

   Bakılıların yadından hələ 18-ci ilin mart ayı çıxmamışdı. Mart qırğınında on minlərlə bakılılın qanı axıdılmışdı.Qırğını törədənlər elə həmin bu komissarlar idilər.

   Bütün Bakı bilirdi ki, onlar heç də xalqın dostları olmamış, Azərbaycan millətinin varıdatını yığaraq ingilislərə qoşulub qaçmışdılar.

Tam informasiya ancaq rusdilli qəzetlərdə getmişdi. Azərbaycandilli qəzetlərdə isə qısa məlumatlar verilirdi. Bu  da siyasət idi. 

Moskva Mikoyanın fantaziyası əsasında Azərbaycan xalqı üçün yeni bütlər hazırlamışdı.

18-ci ildə top atəşinə məruz qalan yuxarı məhəllənin camahatı bu xəbəri eşidib hiddətlənmişdi. Dəstə-dəstə yığışıb bu haqda danışırdılar.

-«Vışka» yazır ki, Bakının mərkəzi meydanlarının birində 26-lar üçün sitayiş yeri açılacaq.-deyə Mürsəl kişi dilləndi.

-Nərman Nərmanovun indi yeri görünür.-deyə başqa birisi vəziyyətin belə olmağının səbəbini izah etdi.

-Nəriman Nərimanov özü onların əlindən qaçmamışdı Həştərxana.

-Həmşərilərin yeri görünür. Həqiqi fəhlələrin. İndi SK-nın qabağını dağıdırdılar. Yadınıza gəlir Mikayanı və onun dığalarını necə qaçırtdılar. - deyə başqa birisi söhbətə qoşuldu.

-Elə ona görə də köçürtdülər də. Onlar burada olsaydı bu oğraşlığa yol verəzdilər.

-Çaparidze qoduğun yuxarı məhəllələrə atdığı top mərmilərinin izi indi də durur. Komissarlar hökuməti daşnaq hökuməti deyildi mi? Bu su kimi hamıya aydındır.

-Başımız çıxmır bura Azərbaycan respublikasıdır, yoxsa daşnaq?

-Nə Azərbaycan respublikası? Gedib rusun dalına girmişik, indi o, nə çalır biz onu oynayırıq. Odur böyüyün oturub Moskvada nə qələt eləyə bilir? Bilmir ki, komissarlar Bakını qana qəltan etmişlər? Niyə səsini çıxartmır? Elə o, da bunların tayıdır.

-Bunlar bizim üçün yeni büt yaradırlar. Xalqlar dostluğu. Bahadur və Sona nə deməkdir?

-O deməkdir ki, ermənin cağ qızlarına aşiq olun evlənin!

-Yaxşı ki, demir azərbaycanlı qızlarını ermənilərə verin!

-Ürəyi sıxma, tezliklə elələri də tapılacaq. Şairlərinə də göstəriş verəcəklər 26-lar poeması yazsınlar.

-Dörd il səhrada ölü çəsədi qalar? Mən  Türkmən səhralarına bələdəm. Nə qədər oradan qoyun alıb  Bakıya gətirmişəm. Ceyran ovuna getmişəm. İndi də orada dostlarım var.

-Heyvanı ov edib, başqasının pusqusuna gedirdim. Gələnə qədər qurd-quş pərən-pərən edirdi. Heç sümükləri qalmırdı. Sonralar başa saldılar ki, birini vurdun at dalına gətir yurtaya.  Səhrada dörd il ölü qalar?

-O sırtıq sifət ki, onlarda  vardı, qalar.

-Bu boyda yalan olar?

-Hələ bu harasıdır. Biz elə başdan-ayağa yalan içindəyik.

-Bu yalanı bizə sırıyanlar, tezliklə tariximizi də yalan yazdıracaqlar. Xalqın həqiqi balaları kənarda qalacaq, xalqın düşmənlərini isə bütləşdirəcəklər. Bir 30-40 ildən sonra biz dünyamızı dəyişdikdən sonra kim biləcək ki, komissarlar xalqımıza qan utdurublar.

Gənclərimizin, cavanlarımızın başını yalanlarla doldurub bu qan içənləri ideallaşdıracaqlar. Tarixi keçmişini bilməyən xalqım bundan sonra onlara sitayiş edəcək.

Bu Moskvanın başımıza açdığı oyunlardan biridir.

***

26-ları Bakının mərkəzində basdırsalar da, pantiyonu milis dəstələri qoruyurdu.

Azərbaycanlılardan biri də bura girmək istəmirdi. Məcbur qalıb əgər girirdilərsə, tüpürüb keçirdilər. Əllərindən nə gəlirdi, ancaq nifrət etmək. Bir də ümidlə yaşamaq. Axı hər bir yalanını sonu olmalıdır. Gec-tezliyi var.

BALACA ƏŞRƏF

 

Gürcüstanda şura hökuməti qurulmağından iki ildən artıq vaxt keçmişdi ki, vəziyyət birdən dəyişdi. «Yeni iqtisadi siyasət» adı ilə həyata keçirilən bütün yeni dəyişiklər öz bəhrəsini o saat verirdi.

Bir-birinin ardınca dükanlar, bazarlar, restoranlar, kərxanalar, artellər, cürbəcür sexlər açıldı. İş yeri tapan adi camahatın vəziyyəti yaxşılaşmağa başladı.

Tiflis Birinci dünya müharibəsi ərəfəsində ki, yaşayış tərzinə qayıdırdı.

23-ci ilin əvvəlindən başlayaraq Fazilin bütün işləri düz gətirirdi.

Səmədlə Baratın toylarını etmiş, dostuna üstəlik bacanaq olmuşdu. Kərxanalarını birləşdirmiş, yenidən Basqaldan gələn malları Batumdan İstambula göndərməyə şərait yaratmışdı.

Payız ayının əvvəli isə ona sürpiriz gətirdi.

-Fazil, muştuluğumu ver!-deyə kontora daxil olan Səməd şad xəbərlə gəldiyini bildirdi.

-Muştuluq məndə, sözünü de!

-Əvvəl su iç, sonra deyim. Qorxuram, halın xarab olar!-deyə Səməd zarafata keçdi.

-Sözünü de, dözərəm.

-Muştuluğumu ver, oğlun olub!

Fazil qulaqlarına inanmadı. Başını silkələdi. Elə bil özünü itirmişdi.

-Düzünü deyirəm! Hamı  bu saat sizdədir.-deyə Səməd dorstunu inandırmağa çalışdı.

Tez kontorun qapısını bağladılar və çox da uzaqda olmayan evlərinə tərəf tələsdilər.

Zibeydə xatun kürəkənlərinin içəri girdiyini görüb divandan ayağa qalxdı və hər ikisini salamladı.

-Fazilin sağ əli sənin başına, ay Səməd! O gün olsun sən bu cür sevinəsən!-deyə hər iki kürəkənin alnından öpdü.

Sonra üzünü Fazilə tutdu:

-Sən isə keç içəri!-deyə otağı göstərdi.

Seyid  Bikə çərpayının dirsəyinə söykənib uşağı əmizdirirdi. Yanında oturmuş bacıları ona baxıb gülürdülər.

Fazil içəri girdiyini görüb ayağa qalxdılar və otaqdan çıxdılar.

-Fazil, bir buna bax! Gör-necə əl-qol atır!-deyə balacanı ərinə göstərdi.

-Özünü necə hiss edirsən?

-Pis deyiləm!-deyə Bikə gülümsədi.

-Özündən müğayət ol!-deyə Fazil arvadının üzündən öpüb otaqdan çıxdı.

Səməd dostunun qayıtdığını görüb divandan qalxdı.

-Bunu yumaq lazımdır!-deyə dostuna təklif etdi.

-Mən də bu fikirdəyəm! 

Dünyada cavan ata olmaqdan gözəl heç nə yoxdur. Özü də oğul atası. İndi Fazil  qanad açıb üçürdü.

-Hara gedirik?

-Kür sahilinə, kintoların restoranına.

-Əla!- deyə Səməd razılığını bildirdi. Küçəyə enib faytonçunu hayladı.

Kintolar bircə anın içində Kürün sahilində saxladıqları uzunluğu on eni beş metr olan sal ağaclardan düzəldilmiş iri üzən körpücüyün üstünə stol qoydular, bəzədilər, körpücüyün kanarıda manqal alışdırdılar, kabab çəkdilər. Sonra qonaqlarını süfrəyə dəvət etdilər.

Qonaqlar keçib oturduqdan sonra müsiqiçilər və qonaqlara qulluq edən qızlar körpüçüyə qalxdılar. İki kinto avar çəkərək salı Kürün ortasına gətirdilər. Müsiqiçilər elə bil bunu gözləyirdilər. Çalığı səsi göylərə ucaldı.

Qızlar stolun arxasında oturanların badələrə şərab süzdülər və keçib onların yanında oturdular. Bu andan kintoların Fazillə Səməd üçün hazırladıqları kef məclisi belə başlayırdı.

 

 

MUSTAFAPAYAN

Səhər sübdən gözünü güclə açıb qapının kimin döydüyünü görmək istiyən  Fazil balkona çıxdı.

Heç  ağlına gəlməyzdi ki,  bazar günü qapılarını bu tezliklə döyən olsun.

Bir-neçə gün idi ki,  dostları və tanışları ilə  Kür qırağında qonaqlıq verəməkdən yorulmuşdu.

-Təki şənlik olsun!- deyə Seyid Bikə evə qayıdan Fazili ruhlandırırdı:- Bizə bu qalacaq! Kim yığdıqların özüylə aparıb?

-Elədir! Ancaq bu qədər yox! Tiflisin adətləri məni yorub.

-Hamı necə biz də elə! Birdə ki, bunun nəyi pisdir? Şənlənirsiniz də.

Balkonun aşağısından Heybət ona əl eləyirdi.  Yanında bir gəncin durduğunu da gördü.

Fazil qapını açıb küçəyə çıxanda faytonçu çamadanları qapının ağzına qoymuşdu.

-Gəlmişik, balacanı təbrik edək! Tanış ol! Mustafa  Payan!-deyə Heybət gənci dostuna təqdim etdi.

-Çox şadam!-deyə Fazil ona əl uzatdı.

-Dediyim həmşəri balası budur. Dünyada tayı bərabəri yoxdur. Bunu mən deyirəm, Heybət! Müsiqinin atası.-deyə döşünə vurdu.

-Sənin seçimin həmişə düz olub! - deyə Fazil onları içəri dəvət etdi.

Mülkin aşağı hissəsi  qonaq otağı idi. Bura gen-geniş olduğundan adətən ailə gələnləri burada qəbul edirdi.

Qonaqların gəlişi Zibeydə  xatunu da yuxudan oyatdı. Qadınlardan birinci aşağı o, düşdü.

-Fazil, əcəb adamsan! Qonaqların gəlib sakit oturmusan.

-Zibeyda xala, qulluqçumuz hələ gəlməyib. Bikə isə yatır.

-Heç olmasa məni durquzaydız!-deyə indi Zibeyda xatun kimin gəldiyini gördü:

-Bıy! Bu ki Heybətdir.

-Zibeydə xala, Heybət olanda çay olmur? - deyə keçib əlindən öpdü.

-Sənə hər şey halaldır. Sən ki bu evin öz oğlusan. Mən də deyirəm, kim gəlib? Səni ac yerə salsalar, tox çıxarsan!-deyə evin qadını zarafat etdi.

-Ürəyinizi sıxmayın, birinci mətbəxə keçib çay qoymuşam.

-Dedim də, bu oğul ac qalan deyil.

Zibeydə xatun qonaqların üzünə gülümsəyərək mətbəxə keçdi.

-Qaynanasıdır!-deyə Heybət Mustafa Payanın qulağına pıçıldadı.

***

Səhər yeməyindən sonra Tiflisi gəzməyə çıxdılar. Günortaya qədər Mustafanı gəzdirdilər. Çünki bura birinci gəlişi idi. Naharı da elə Kür qırağındakı restoranda etdilər.

Axşam çağı evə dönəndə, Bikə axşam qonaqlığını evdə edəcəklərini bildirdi.

-Deməli, heç yerə getmirik.

-Elədir. Könlümdən Azərbaycan musiqisi keçir. Heybət deyir ki, Mustafa gözəl müğənidir. Musiqiçiləri axşama dəvət elə! Qoy evimizdən musiqi sədası çıxsın.

Bikənin təklifi onun ürəyincə oldu. Bunu Heybətə bildirdikdə elə bil o, da bunu gözləyirdi.

-Gedim, çalançıları gətirim?

-Pis olmaz! 

***

Tiflis payızı isti olur. Küləksiz şəhərin küçələri ayaq altında xışıldayan saralıb tökülən yarpaqlarla örtülür. Özündən asılı olmayaraq bu gözəlliyi gərmək istəyirsən. Bayıra çıxıb dağlardan gələn təmiz havanı udursan. Elə bil canına qüvvə gəlir.   

Heybəti küçəyə çıxan kimi bu hisslər bürüdü. «Köpəy oğlu erməni düz deyir də: Pulu qazan Bakıda, xərclə Tiflisdə. Buranın havasını udan kimi adam acıyır.»-deyə öz-özünə düşündü.

Tiflisin elə bir restoranı olmazdı ki, oranın tar və kamança çalanı olmasın. Tarçalanlar azərbaycanlılar - kamançalanlar adətən ermənilər olardılar.

Bu şəhərin Bakıdan fərqli onda idi ki, adamları arasında Milli zəmində qarşıdurma olmamışdı. Odur ki, tar cütlüyündən olanlar əvvəlki kimi istər müsəlman, istər erməni, istərsə də gürcü məclisi olsun birlikdə gedirdilər.

Orta Çalanının əyri küçələriylə yenicə Kürün sahili tərəfə irəliləyirdi ki, qarşısına erməni kamaça çalanı Asatur çıxdı.

Heybət Asaturu hələ Bakıdan tanıyırdı. Çox gözəl sənətkar idi. Bakıda ara qarışanda ailəsin götürüb Tiflisə qaçmışdı.

-Heybət ağa, canım sənə qurban, ara sən hara, bura hara? Dünya, doğurdan da, dardır.- deyə öz heyrətini bildirdi.

Asatur, burada nə ilə məşğulsan?

-Ağa, əlimdən nə gəlir ki? Kamançam məni dolandırır.

-Şərikin kimdir.

-Hacı Vəlidir. Borçalılı.

-Necə sənətkardır?

-Mən pislərə qoşulmaram.

-Onda tez onu tap! Fazili tanıyırsan?

-Basqallı Fazili?

-Onu.

-Onu tanımıyan varmı?

-Şərikini götürüb onlara gəl! Gözləyirik.

-Baş üstə, ağa!-deyə Asatur götürüldü.

Heybət isə geri döndü.

-Nə oldu? Tapa bildin? -deyə Fazil soruşdu.

-Tiflisdə çalançı tapmağa nə var ki? Bu şəhər bir şey üçün yaranıb: yeyib içməyə!

***

Bakıdan gələn qonaqlarla görüşmək üçün  Fazilgilə bütün qohum-əğrəba yığışmağa başlamışdı. Basqallıların adəti belə idi. Bakıdan bir evə bir adam gəlsəydi, hamı ora yığışardı.

Düşünəndə səbəb tapmaq olurdu. Hamının Bakıda qohum əğrəbəsi vardı, digər tərəfdən Tiflisdə yaşayanlar bir-biri ilə elə əlaqədə idilər ki, birinin evində nə baş verirdi, hamı bilirdi.

Qapını Asaturun üzünə Səməd açdı:

-Asatur?

-Ara, bəs sən kimi gözləyirdin, tay qulaq Andraniki? Allah onun evini yıxsın!

-Keçin içəri!- deyə onula gəlmiş tarizəni də evə dəvət etdi.

-Ara, deyəsən, Hacı Vəlini tanımırsan?- deyə Asatur soruşdu: -Hacı Vəli Tiflisin gözüdür.-deyə  tarizəni təqdim etdi.

-Adını eşitmişəm, ancaq məclislərində olmamışam. Qismət özü yetirdi.

-Müğənnimiz kim olacaq?-deyə Hacı Vəli soruşdu

-Bakıdan gələn Mustafa adlı müğənni qonağımız var.

-Adı mənə tanış deyil! Bakının bütün müğənnilərini tanıyıram.- deyə Hacı Vəli öz fikrini bildirdi.

-Dərinə getsək, bu bakılı deyil, iranlıdır.-deyə Səməd ağa onlarla birlikdə qonaq otağına daxil oldu.

Otağın yuxarı başında miz qoyulmuşdu. Gələnləri onun arxasında otuzdurdular.

Qohum-ağraba isə onun qarşısından uzanan stolların arxasında idilər. Uşaqlar və cavanlar isə bardaş qurub yerdə oturmuşdular.

Qapıdan Zebeydə xatun və onun arxasınca gələn qızları Bikə, Barat və Xədicə içəri girdilər və keçib qadınlar oturan yerdə əyləşdilər. Otağa sakitlik çökmüşdü. Hamı müğənninin gəlişini gözləyirdi.

Hamı fikirləşirdi ki, tanınmış bir müğənnini görəcəklər, ancaq qarşılarında bığ yeri yenicə tərləyən gənci gördülər.

Heybət oturanları niyə belə narahat olduqlarını sanki hiss etdi:

-Hörmətli qonaqlar! Bu gün burada sizə təqdim etdiyim adamın səsini birinci dəfə eşidəcəksiz. Ancaq mən deyirirəm, hələ belə müğənni olmayıb. Bu səs-səda adi insanın səsi deyildir, ilahi bir səsdir.-deyə  çalançılara əl elədi.

Musiqi oturanları  sakitləşdirsə də, Heybətin belə tərifləməsi çoxunu marağını bu müğənniyə artırdı.

Hacı Vəli «Çahargah»dan başladı. Mustafa elə bunu gözləyirdi. Evin balkonundan küçəyə çıxan müğənninin gur zəngurəsi Orta Çalanın dar məhəllələridən gələn səs-küyü kəsdi. Sanki Tiflis qulaqlarını şəkləyib bu səsi eşitmək istəyirdi.

Küçələrdən səs-küy kəsildicə muğənninin oxuduğu beytlər hər yana çatırdı. Bu səs gah ucalır, gah da enirdi.

Mustafa muğamdan təsnifə keçdi:

-Təbrizin küçələri dolanbadolan, qara gilə,

dolan ba dolan!

Mən sənin əsirinəm, gəl mənlə dolan, qara gilə

Gəl mənlə dolan!...      

-İlahi, bu nə səsdir? Nə gözəl nəğmədir.- deyə Bikə Fazilin qulağına  pıçıldadı.

Mustafa oxuyub qurtardı. Otaqda oturanlar hiss etdilər ki, çalınan əl səsinin çoxu açılmış pəncərələrdən gəlir. Evin qarşısında adam əlindən tərpənməyə yer yox idi.

-Halal olsun! Halal olsun!- deyə küçədən sədalar gəlirdi.

Hacı Vəli ayağa qalxdı:

-Bu mahnıdan sonra daha heç nə oxuma! Bundan yüksək zirvə yoxdur.

Maraqlıdır ki, hamı onunla razılaşdı. Bu nəğmənin tarixçəsi beləcə Tiflisdən başladı

 

İSTAMBUL

  İstambul universitetinin yanında olan bu laxanka tələbələrin və ziyalıların hər axşam yığışdıqları yer idi. Adətən bura xalqın dərdini çəkən insanlar, yazarlar və şairlər gələrdilər. Odur ki, bura şəhərlə ən məşhur ykrə çevrilmişdi.    

Çox da balaca olmayan laxankada adam əlindən tərpənmək mümkün deyildi. Qəlyanın və papirosun tüstüsündən göz-gözü seçmirdi.

İstambula gəlmiş Fazil darıxmasın deyə Həsən Çələbi onu bu laxankaya şam etməyə dəvət etmişdi.

Fazil 14-cü ildə İstambuldakı evini satıb Bakıya qayıtdıqdan sonra Həsən Çələbi Çaşı bazardakı kontrunu idarə edirdi. Müharibə ilə bağlı sərhədlər bağlansa da, aralarındakı əlaqələr pozulmamış, imkan yaranan kimi məktublaşmış və yaxud görüşmüşlər.

   İstambulda hər şey dəyişmişdi. Müharibədən sonra ölkə səfalət içində idi. Osmanlı  imperiyası dağıldıqdan sonra bu möhtəşəm şəhərin demək olar ki, bütün müsəlman aləmi ilə əlaqəsi kəsilmişdi. Ərəbistandan gələn azuqə və ərzaq da daha gətirən yox idi.

   Bununla belə «dünyanın yarısı» adlanan şəhər bütün Türkiyə ilə müqayisədə bir balaca korluq çəkmirdi. SSRİ-dən gələn ərzaq şəhəri get-gedə öz məcrasına salırdı.

Ancaq müharibəyə qədərki, İstambuldan əsər-əlamət qalmamışdı. Bu böyüklüyündə şəhər xarabalığı xatırladırdı.

Fazilin gəmisi boğaza daxil olarkan onun gözünə dəyən elə bu xarabalıqlar oldu.

Bir-ki il bundan qabaq yaranmış  Türkiyə respublikası hələ heç cürə pərvazlaşa bilmidi.  

«Kamalçılar» ölkəni necə idarə edəcəklərini bilmirdilər. Çünki imperiya dağıldıqdan sonra İstambulun Ərəbistan, Balkanlar, İran və s. Ölkələrlə olan iqdisadi əlaqələri kəsmişdi. Təkcə SSRİ-dən gizli köməklər gəlirdi. Hamı Leninlə–Atatürkün dostluğundan danışırdı.

İstambul universitetinin tələbələrinin gözündə bu sovet lideri heç də Atatürkdən az sevilmirdi. Tələbələr Leninə Nobel sülh mükafatının verilməsi ilə bağlı qərar da çıxartmışdılar və Nobel komissiyasına müraciət etmişdilər.

-Fazil əfəndi, bunun axırı necə olacaq? O cür ölkələri itirmişik...- deyə qonağının rahatlandığını görən Həsən Çələbi soruşdu.

Fazil dostunun çox ağıllı olduğunu bilirdi, ancaq indi bu qədər dərin düşündüyünün birinci dəfə görürdü. Adətən Həsən Çələbi öz işindən başqa heç nəyə baş qoşmaq istəmirdi. Ancaq, deyəsən, vəziyyət o qədər də xoşa gələn deyildi.

-Həsən əfəndi, mən sizi anlayıram. Bütün müsəlman aləmi Türkiyənin bundan sonra necə inkişaf edəcəyini düşünür. İslam taxtı-tacı olan İstambul təkcə əyalətlərini deyil, xəlifəliyini də itirmişdir. Daha İslam birliyi deyən anlayış yoxdur. Biz böyüklüyümüzü itirmişik. Səbəb bir-birimizlə çəkişməyimiz.

-Mən də bu fikirdəyəm. Təkcə mən yox, hamı bu  cür fikirləşir. İndiki Türkiyə elə bir ərazini əhatə edir ki, buraların heç bir təbii sərvəti yoxdur... Biz hara gedirik? Aclıq və səfalət...

-Hələ çox illər Antantanın və bvşqa güclü dövlətlərin əlində oyuncaq olacağıq.

-Bu cür bir dövləti gör nə hala saldılar.

 Həsən Çələbinin az qala gözləri yaşarmışdı. Dostunun onu diqqətlə süzdüyünü görüb özünü ələ aldı.

-Səni də siyasətə qatarmışlar!- deyə Fazil gülümsündü. Yadına bir on il bundan qabaq Çələbinin sözü düşdü. «-Mən siyasətdən uzağam. Məni ancaq işim məraqlandırır.»

-O böyüklüyündə millətin nə hala düşdüyünü görüb daha dözə bilmirəm.

-Səbrli ol! Allah qoysa, hər şey düzələr.

Bütün İstambul dəyişsədə, Həsən Çələbi dəyişməmişdi. Sözü ilə əməli həmişə düz gələn təmiz bir insan olaraq qalırdı. 

***

Laxankanın sahibi onları içəridə, pəncərənin yanında qoyulmuş boş stolun arxasında otuzdurdu. Buradan hər şey aydın görünürdü.

-Darıxmayacağıq. Hər axşam bura Türkiyənin samballı adamları yığışır. İndi özünüz də görəcəksiniz.

Fazil ətrafı seyr etdi. Onların oturduqları stol sonuncu idi. Hamısı tutulmuşdu. Bura gələnlərin sayı isə artırdı.

Onların stolunun üstünə təzə süfrə saldılar və sonra çörək və şərbət dolçası qoydular.

-Elə edin ki, bakılı qonağım sizlən narazı getməsin. Nə lazımdır gətirin! - deyə  Həsən Çələbi «qarsonun»qulağına pıçıldadı.

Bir-neçə dəqəqədən sonra yenidən laxankanın sahibi onların stoluna yaxınlaşdı.

-Həsən əfəndi, Nazim Hikmət təşrif buyurub, yer yoxdur. Sizin dostunuzdur. İcazə versəniz, sizin stola yerləşdirərdim!-deyə sahib izn istədi.

-Qoy gəlsin, göz üstə yerimiz var!-deyə Həsən Çələbi razılığını bildirdi. Sonra üzünü  Fazilə tutdu:

-Nazim tanınmış, istedadlı şairdir.

Dünən İstambula çatan kimi Fazil ilk növbədə  əlinə keçək qəzetləri oxumağa başlamışdı. Qəzetlərin sonunda çap olunan şerlərin bəzilərini gözdən keçirmişdi.  Nazim Hikmət adı ona tanış gəldi.

Həsən Çələbi ayağa qalxdı və stollarına  yaxınlaşan adamı qarşıladı.

-Buyurun əfəndim!

Nazim təşəkkür edib, stolun arxasına keçdi.

-Nazim, Fazil əfəndi Azərbaycandan gəlib!-deyə Həsən Çələbi dostunu şairə təqdim etdi.

-Çox şadam!-deyə əlini Fazilə uzatdı:-Azərbaycan haqqında çox eşitmişəm, ancaq görməmişəm. Deyirlər, Nizaminin, Fizulinin vətənidir.

-Allah qoysa, görərsiniz!-deyə Fazil gülümsündü.

Nazim Hikmət qarşısındakı qonağı diqqətlə süzdü.

-Oralarda vəziyyət necədir? - deyə soruşdu.

Fazil əvvəl nə deyəcəyini bilmədi. Bu haqda düşünməmişdi də. Vətəndə baş verən dəyişikləri yadına salmağa çalışdı:

 -Zavod və fabrikalar işləyir. Camahatın vəziyyəti yaxşıya doğru gedir.

-Bundan da artıq olacaq. Çünki fəhlə–kəndli hökuməti qurulub. Məndə olan məlumata görə gənc nəslin təhsil alması üçün hər bir şərait də yaradılıb. Kənlilərə torpaq paylanılıb. Hökumət xalqı düşünür.

-Bəs sizdə necədir?-deyə Fazil özündən asılı olmadan soruşdu.

-Necə olacaq? Çox pis. Dünya imperializmi Osmanlı torpaqlarını zəbt edib və Atatürkün əlilə bir parçasını saxlayıb. Bizim düzəlməyimizə hələ çox qalıb. Türk dövlətini təşkil edən xalqlar arasına özümüzkülərin əlilə «ingilis nifaqı» səpilib. Bizi parçalayan dövlətlər yaddan çıxıb, indi bir-birimizi qırırıq. Nə qədər ayılmamışıq bu qırğın çox çəkəcək.

Nazim bərkdən danışırdı. O, danışdıqca hiss edirdiki, ətrafındakılar stollarını onun stolu tərəfə çəkirlər və nə dediyini eşitmək istəyirdilər.

Bura gəlməmişdən qabaq Həsən Çələbi bu  laxankada sərbəst fikirli insanlarla görüşəcəklərini, burada əsasən, İstambul universitetinin məzunları, tələbə və müəllimlərin yığışdığını demişdi.

Fazil  başını qaldırıb bir daha ətrafa boylandı. Uzaqdakı stollardan ona əl edirdilər. Keçmiş tələbə yoldaşlarından və tanışlarından çoxunun burada olduğunu gördü, ancaq ayağa qalxıb onlara görüşə bilmirdi, çünki Nazim Hikmət danışırdı:

-Mən demişəm və yenə də deyəcəyəm  xalqı düşünmək lazımdır. Xalqın həyatı ilə maraqlanmaq lazımdır. Ölkə acından qırılır, Məclisi Millimizdə isə kürsü davası gedir. Buna son qoymaq lazımdır. Baxın Rusiyaya, baxın Azərbaycana! Görün, nə baş verir? Kədlilərə torpaq paylanılıb, uşaqları məktəblərə yönəldiblər. Orada xalq rahat nəfəs alır! Biz də belə ola bilərik! Əgər Türkiyədə yaşayan xalqlar bir olsalar.

Biz xalqlarımızın azadlığını və bərabərliyini təmin etməliyik, xalqı təmsil edən insanları Millət vəkili etməliyik.- deyə Nazim Hikmət birdən susdu.

-Düzdür!-deyə yerlərdən səslər ucaldı.

Fazilin yadına «İsmailiyyə1» düşdü. ADR yaranandan sonra ora yığışanların çoxu millətdən-xalqdan danışırdılar, əllərində imkanlar olsa da,  heç nə etmirdilər. Torpaq həsrətində olan kəndlilərə torpaq paylanmır, əksinə əllərindən alınır, vəziyyət ağırlaşırdı. Parlament isə daxili çəkişmələr və vəzifə uğrunda dalaş meydanına çevrilmişdi. Xalqdan uzaq olan hökumətin axırının nə ilə qurtardığını Fazil görmüşdü.

İndi Türkiyədə, sən demə, belə vəziyyətdədir.

Fazilin bir-neçə köhnə tanışları onun stolu tərəfə yaxınlaşdılar. O, ayağa qalxdı. Görüşdülər.  

-Fazil əfəndi, sən, demə, burada məşhur adamsan!-deyə Nazim Hikmət təəccübünü bildirdi.

-Nazim əfəndi, biz Fazil bəylə bir fakültədə oxumuşuq!- deyə Nihad bəy dilləndi. –Universiteti qurtardıqdan sonra görüşməmişik.

Ortaya şam yeməyi gəldi.

-Bu gün qonağımızsınız!-deyə Həsən Çələbi stolun arxasında oturanlara müraciyyət etdi. Buyurun!

Bir-neçə dəqiqə araya sükut çökdü. Nazim Hikmətin başqaları kimi başı yeməyə qarışsada, hərdən birdən başını qaldırıb qarşısında oturan Fazili süzürdü. Diqqətini ondan çəkmirdi.

Şam yeməyindən sonra dostları ilə birlikdə Fazil küçəyə çıxanda Nazim Hikmətin Həsən Çələbi ilə arxadan gəldiyini gördü.

Laxankadan boğazın sahili tərəfə getdilər. Payızın əvvəli olduğundan hələ dəniz soyumamışdı. Havaya sərinlik gətirən dağlardan fərqli olaraq dəniz istilik gətirirdi. Sahil bahar havasını xatırladırdı.

Sahil boyu düzülmüş skayaların birində oturdular.

-Mən sizin bəzi yazılarınızdan xəbərdaram!-deyə Fazil onu dinləmək istəyən Nazimə müraciyyət etdi.

-Hansını oxumusunuz?

-Bir neçə şerlərinizi. Dünənki qəetlərin birində...

-Xoşunuza gəldi mi?

 -Qeyri- adi şerlərdir. Avropa üslubundadır. Türk şeri üçün yenilikdir. Belə davam etsəniz, çox məşhur şairə çevriləcəksiniz.

-Maraqlıdır. Axı siz, deyəsən, iqtisadiyyatı qurtarmısınız.

-Elədir. Ancaq ona qədər Bakı gimnaziyasında təhzsil almışam. Quranı ərəbcə, Nizamini, Firdovsunu, Hafisi, Sədini və başqalarını farsca oxumuşam...

-Deməli, sən həqiqətdə ədəbiyyatşünassan. Sultan Səlim deyirdi ki, şer farsca yazılmalıdır ki, şirinliyini duyasan. Dünyanın ən qüdrətli türk hökmüranlarından biri olsada, farsca yazırdı.

-O dövr elə dövr idi. Avropada da iki dil hökm sürürdü. Latın dili elm dili-fransız dili şer dili. Elə bizdəki kimi: ərəb dili elm dili-fars dili şer dili.

-Mən istərdim ki, siz Nizamini bildiyiniz kimi, xalqım Sultan Səlimin nə yazdığını bilsin. Sizin xalq bu məsələlərdə bizdən qabaqdadır. Bu gedişlə ki, biz gedirik, hələ sizdən çox geri qalacağıq...

Gecənin qaranlığını yarıb dalğaların üzərinə işıq saçan ulduzların əksi elə bil qeyri-adi gözəllik yaradırdı. Özündən asılı olmayaraq hamının diqqətini cəlb edirdi. Odur ki, dostlar sahil boyu dinməzcə gəzişirdilər.

***

«Çaşı bazar»ın səhəri yenicə yuxudan oyanmış arı pətəyini və ya qarışqa yuvasını xatırladır. Səhər namazından sonra işə çıxan ticarətçilər, fəhlələr, hamballar hərəsi bir tərəfə axışır, nəyin dalıca getdiklərini elə bil əvvəlcədən bildiklərindən  səsiz-səmirsiz iri-atdımlarla elə atdımlayırlar, sanki qaçırlar. Rastlarına gələn tapnışlarına belə salam verməyə macal tapmırlar. Çünki açılan səhərin bərəkəti onların becidliyindən asılı idi.

Bu səhnəni görən Fazilin ağlına gələn ilk fikir bu oldu ki, «Çaşı bazar bütün İstambuldan fərqli olaraq elə bil olduğu kimi qalmışdır.»

Doğurdan da, on il bundan qabaqkı bazardan heç bir fərqi yoxdur: müharibə, inqlab bura heç bir təsir göstərməmişdi : alan alırdı, satan satırdı.

Basqalda da belə idi. Sovet hökuməti qurulsa da, köhnə hamam köhnə tas : həmin dəzgahlar, həmin ipəklər...

  Min illərdən bəri fomalaşmış bazar mexanizmini heç kim dağıda bilməzdi. Ağıllı adam bunu  başa düşməli və yaxşı idarə etməyi bacarmalıdır. Birdəki, bazar özü-özünü idarə edir, çünki insanın təlabatı üzərində qurulur.

Həsən Çələbi ilə kontora daxil oldular. İşçilər onları görüb ayağa qalxdılar.

-Eyni komandadır!- deyə Fazil tanış simaları görüb sevindi.

-Sizin sayənizdə dolanırıq! - deyə işçilərdən biri dilləndi.

-Çox sağ olun ki, itirmirsiniz!

Bəzi illlərdə Həsən Çələbi ilə əlaqə kəsilsə də, onun necə hallalıqla işi apardığı Fazili heyrətə gətirmişdi. Qarşısındakı kağızlardan belə çıxırdı ki, burada əməlli başlı kapitala sahib olmuşdu.

-Həsən əfəndi, kəlağayı necə, yenə göndərsək  satmaq mümkündürmü?-deyə soruşdu.

-Kəlağayı həmişə dəbdədir, ancaq neçə ildir ki, üzünü görmürük.

-Basqaldakı dəzgahlar, Şəki və Tiflisdə sexlər işdləyir. İstədiyin qədər  mal vardır.

-Göndərin!

-Problem yoxdur! - deyə Fazil ayağa qalxdı və kontordan bayıra çıxdılar.

«Çaşı bazar» əvvəlki kimi qaynayırdı. Qızıl  dükanları tərəfə atdımladılar. Birdən yadına ötən günlər düşdü. Qabaqda yunanların qızıl mağazası vardı. Sabina ilə bura gəlmişdilər. Mağaza dururdu, ancaq satıcılar başqaları idi. İndi buranı yəhudilər idarə edirdilər.

–Fazil bəy, fransız qızlarından nə xəbər var?-deyə Həsən Çələbi soruşdu.

-Burada gördüklərimdir. Bir-neçə dəfə məktub yazmışdılar, sonra əlaqə kəsildi. Mənim yazdığım məktublara da cavab gəlmədi.

Qızıl cərgəsində elə bil dünyanın bütün ləl-cəvahiratı düzülmüşdü. Burada, nə desəydin, vardı. Fazil hər dəfə gələndə buradan qızıl əşyalar və yaxud pullar alıb aparırdı.

-Yenə də qızıl alacaqsınız?- deyə Həsən Çələbi soruşdu.

-Əvvəlki kimi.-deyə Fazil cavab verdi.

 

LENİNİNÖLÜMÜ

    

  Kreml elə bir yerdir ki, orada daima hakimiyyət üstündə dava  gedir. Hakimiyyətə  can atanların isə öz «qruplaşma» yaradır, buradakıların çoxunu ətrafında birləşdirməyə çalışırır. Hansı «qruplaşma» çoxluq təşkil edirsə, hakimiyyəti o idarə edirdi.

Sovetlər birliyi yaranandan sonra böyük bir ərazinin insanları elə bil «Kreml payoku» üçün işləyirdilər. Buradakılar isə «paykoklarını alıb ölkəni idarə edirdilər.

Ölkə inkişaf etdikcə Kremldəkilərin payoku da artırdı, camahatın vəziyyəti isə heç kimi maraqlandırmırdı. Bir-birini qırmağa hazır olan «Kreml qruplaşmaları» burada işləyən və yaşayan bir kəsi belə kanarda görmək istəmirdilər. Heç kimə qoşulmayanı təhlükəli sayırdılar.

Lenin xəstələnəndən sonra bu qruplaşmalar açıq şəkildə öz fəaliyyətlərini göstərirdilər, kimin həqiqi kommunist, kimin isə əksinqlabçı olduğunu camahatın arasında təbliğ edirdilər.

Leninə özü qədər inanan Nəriman isə onun qoyduğu yoldan qırağa çıxmaq istəmirdi. Əslinə qalanda düz edirdi. İnqlabi rəhbərin Yeni İqtasadi siyasəti olmasaydı vətəndaş müharibəsindən sonra viran qalmış bu böyüklüyündə ölkə açından qırılacaqdı.

Hakimiyyəti ələ almış bolşeviklər hələ uzun müddət idarəçiliyi bilmədiklərindən dünyanın ən varlı ərazisi olan Rusiyaya aclıq və səfalət gətirəcək, xalqın üzərində kommunizm təcrübəsini keçirəcəkdilər.

Leninin xəstəliyi hakimiyyətə can atan qüvvələrin dahada fəallaşmasına gətirib çıxartmışdı.

Kremldə iki real qüvvə özünü biruzə verirdi- Stalin və Troski qruplaşması.

Stalin Troskiya qarşı mübarizədə ətrafına Zinovyevi və Kamenyevi də çəkmişdi.

Troskinin bu iki partiya liderinə  qarşı fikirləri 1923-cü ildə çapdan çıxmış «Oktyabrın dərsləri» kitabında öz əksini tapmışdı.

Troski kitabında bu iki liderin Oktyabr inqlabı ərəfəsində çevriliş haqqında məlumatın qəzetlərə verməsini xəyanət adlandırırdı və öz rəqiblərini Kremldən uzaqlaşdırmaq istəyirdi.

Ancaq bu kitab Stalinin əlində yaxşı fakt olduğuna baxmayaraq, ciddi partiya tənqidinə məruz qalmış Zinovyevi və Kamenyevə qarşı heç bir tədbir görmədi, əksinə onları özünə daha  da yaxınlaşdırdı.

23-cü ilin axırları bu iki qrupirovka bir-birini yeməyə hazır idi.

Stalin tərəfdarlarından olan Məmmədəmin bir-neçə dəfə Nərimana Stalinə qoşulmağı təklif etmişdi.

Nərimanov isə nə «hə!», nə də «yox!» demişdi. 

Məmmədəminlə Mikayanın dostluğu da göz qabağında idi.

Mikoyan  Kremldəki bütün intriqaların başında durur, Stalin tərəfdarlarının sayını artırırdı.

24-cü ilin yanvarın əvvəli Kremldə yayılan şayələrdən biri də o oldu ki, Leninin vəziyyəti ağırdır, bu gün-sabah keçinəcək.

Nərimanovu bu xəbər sevindirmədi. Çünki Kremldə hamı onu ancaq Leninin adamı kimi tanıyırdı. Heç kimlə yaxınlıq etmək istəməməyi başına oyun aça bilərdi. Ancaq o, heç kimə qoşulmaq istəmirdi.

   -Bircə ailəmi yığışdırıb, Bakıya qayıda bilsəydim...,gül kimi sənətim var. Camahata şəfa gətirirmək. Burada məni kim tanıyır...-deyə düşünürdü.

   Elə bil onu gözləyən təhlükəni hiss edirdi.

***

   Yeni iqtisadi siyasət bəhrələrini verirdi, ölkədə azdan-çoxdan bolluq yaranmışdı. Leninin həyata keçirtdiyi bu siyasi xətt ölkənin gücünü artırırdı.

   Onun ölümü bütün Sovetlər birliyini bir-birinə vurmuşdu.

 Hamını düşündürən bir fikir vardı, ölkəni kim idarə edəcək?

   Lenin xəstələnəndən sonra və faktiki olaraq hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra, Hakmiyyətin yuxarı pilləsində durmasa da, əslində ölkəni Stalin idarə edirdi.

   Ona ən güclü rəqib ola biləcək - Troski başda olmaqla bütün «yahudi dəstəsini» zərərləşdirmək üçün o, ilk növbədə Kremli ələ alırdı və  yaxın adamlarını əsas vəziyyələrə yerləşdirirdi.

Bir neçə dəfə Məmmədəmin Nərimanovu da   Stalinin komandasına qoşulmağa dəvət etmişdi, ancaq intriqalardan uzaq olmaq istəyən Nəriman rədd cavabı vermişdi.

İndi Leninin ölmündən sonra, hakimiyyətin necə asanlıqla Stalinin əlinə keçdiyini görən Nərimanov  peşmançılıq hissi  belə keçirtmirdi.

-Mənə nə edəcəklər? İşdən çıxardacaqlar. Çox gözəl! Gedib Bakıda həkimliyimi edərəm. -deyə düşünürdü. Qəlbində isə ADR-i SSRİ-nin tərkibinə saldığına görə özü-özünü danlıyırdı:

   -Fərqi yoxdur, necədir? Əsası odur ki, azadsan! Acsan, susuzsan, avamsan..., ancaq azadsan!

****

    

 

HACININSONARZUSU

 

   Bakıdan çıxanda yaman bərk külək əsirdi. Avqust ayının ortaları olsada,  təkcə yayın istisi duyulurdu, ancaq təravəti hiss olunmurdu. Göyə qalxan tozanaq şəhəri duman kimi bürüyürdü.

Neft mədənlərinin arası ilə gedən «Ququşka[4]» yolların deyil küləyin təsirindən az qala relslərdən çıxacaqdı.

Mərdəkandə isə külək əsmirdi. Sanki Bakı yayının gözəliyini görmək üçün elə bura gəlmək bəs edirdi.

«Mərdəkan elə bil Abşeron deyil.»-deyə bura çatan Fazilin ağlına gələn ilk fikir oldu. O, Tiflisdən Bakıya bir-neçə gün idi ki, gəlmişdi.

Əhəd əmisi qardaş oğlunun vacib işlərini  qaydasına saldığını görüb yanına çağırdı:

-Gəl bir gedək ağsaqqala dəyək!-deyə təklif etdi.

Ağsaqqal dedikdə əmisini kimi nəzərdə tutduğunu o saat anlayan Fazil razızlığını bildirdi. İndi hər ikisi Mərdəkana ayaq basanda, sanki sakit bir güşəyə düşmüşdülər.

Mərdəkan, doğurdan da, Abşeronun cənnəti idi.

-İndi anlayıram ki, niyə Bakının kalanları burada mülk-malikanə salırdılar.-deyə Əhəd kişi «ququşkadan» düşən kimi əlini Fazilin çiyninə qoydu:-Ağızlarının dadını bilirdilər!

Hacı Zeynalabdinin bağı «stansiyadan» çox da uzaqda deyildi. Düşən kimi, qumluqların içərisindən ucalan hündür ağaclar o saat adamın diqqətini cəlb edirdi. Ətrafda bir-neçə yerdə belə bağ vardı, qalan hər tərəf isə çöllü-biyaban idi.

Bağlardan aralı, bir az uzaqda, bu çöllü-biyabanın mənzərəni dəyişən, torpağın içərisindən bir-ki metrə qalxan, bir-birinə qeyri mütanasib şəkildə  birləşən evciklərin və onların əyri-üyrü, alçaq divarları görünürdü. Ora Mərdəkan kəndi idi. Tarixi və qədimliyi dəqiq bilinməyən qədim insan məskəni.

-Kişi sevinəcək!-deyə Fazilin danışmadığını görən əmisi onu söhbətə tutdu.

Ancaq onun diqqəti başqa yerdə idi. Hacının bağının qapısı ağzında ora-bura gəzişən hərbi geyimli adamları görürdü.

-Əmi, Hacının qapısında hərbiçilər var!-deyə dilləndi.

-Deyəsən, bilmirsən? Hacını qouyurlar.

-Kimdən?

-Özlərindən!-deyə Əhəd kişi gülümsədi və yenidən əlini onun çiyninə qoydu:-Getdik!

Fazil əmisinin atdımlarının artırdığını o saat hiss etdi. Əhəd kişiyə elə bil ikinci nəfəs gəlmişdi. Yerindən elə bil qaçırdı.

Qapının ağzında onların qarşısını kəsdilər.

-Hara gedirsiniz! Olmaz!-deyə gözəçilər onları dayandırdı.

-Hacının yanına.-deyə Əhəd kişi cavab verdi, ancaq sonra nə deyəcəyini bilmədi.

-O, heç kimi  qəbul etmir! Çıxıb gedə bilərsiniz!-deyə ikincisi onun üstünə çımxırdı.

-Bizi qəbul edər!-deyə indi Əhəd kişi özünü qabağa verdi.

-Dedim ki, heç kimi qəbul etmir!- deyə bu dəfə birinci gözətçi çımxırdı.

-A bala, insafınız olsun! Necə yəni qəbul etmir? Ona çatdırın ki, yanınıza gələn var!-deyə Əhəd kişi davam etdi.

-Dedim ki, olmaz!-deyə gözətçi qətiyyətlə dilləndi.

Şaşqın qalmış Əhəd kişi Fazilin üzünə baxdı, sanki onun nə deyəcəyini bilmək istəyirdi.

-Nə deyirsən?

Əmisinin dilxor olduğunu görən Fazil hövsələdən çıxdı.

-Haçandan belə Hacı qonaq qəbul etmir. Ağlınızı itirmisiniz, nədir!?- deyə səsini ucaltdı.-Bu saat ona qonaq gəldiyini deyiniz.

Gözətçilər Fazilin təzyiqinə dözə bilmədilər. Qabağını kəsmək istəsələr də, onun inamlı atdılarının qarşısında dayana bilmədilər. Fazil əlini uzadı dərvazanı açdı.

-Hacı dayı!!!-deyə bərkdən həyət tərəfə qışqırdı.

Həyənin içərisindən, ağacların arasından Hacının şax qaməti göründü.

-Bu dəqiqə gəlirəm! - deyə haray verdi.

Çaşqın qalan gözətçilər kənara çəkildilər. Əhəd kişilə Fazil isə içəri daxil oldular.

-Niyə kimliklərini soruşmadın?- deyə arxadan gözətçilərdən birinin səsi eşidildi. Ancaq daha iş-işdən keçmişdi. İçridə Əhəd kişini Hacı bağrına basırdı:

-Əhəd, sən hara? Bura  hara? Fazil də buradadır.-

Ağıla gələsi deyil. Bura necə gəlmisiniz? Bura heç kimi buraxmırlar. Gələnləri isə qorxudurlar ki, birdə gəlməsinlər. Uşaqldardan başqa mənə dəyən yoxdur. Elə bil Azərbycan məni unudub!-deyə Hacı dayanmadan danışırdı. Adətən dərdli adamlar çox danışarlar.

-Niyə görünmürsən? -deyə Hacı Fazildən soruşdu.

-Bakıda deyiləm, Tiflisdəyəm. Gələn kimi sizə dəyməyi özümə borc bildim.-deyə Fazil özünə bəraət qazandırmağa çalışdı.

-Mən, qoca da fikirləşmirəm ki, bunlardan niyə xəbər yoxdur. İtib batıblar, çoxları kimi...-deyə Hacı  fikrə daldı, sonra:- Qaynatandan, yeznəndən nə xəbər var?-deyə soruşdu.

-Başqalar kimi biz də axtarırıq.-deyə Əhəd kişi dilləndi.

-Mir Hüseyn ağa, böyük insan idi. Onun etdiklərini unutmaq olmaz. Nəyə nail olmuşuqsa, o cür kişilərin ağlı nəticəsində olmuşuq. Əfsuslar olsun ki, özmüzdən olan axmaqlar, onun dediyilə oturub durmadılar. İndi başqa xalqlar kimi azad idik.

Bir-birini diddilər. Axırda gedib bizi rusun quyruğuna bağladılar. Bir adam tapmıram ki, Nərmanın yanına göndərim ki, bu nə haldır məni salıblar. Evimdən bayıra çıxa bilmirəm. Yüz yaşlı qocadan qorxurlar

-Qocadan yox, kişidən! - deyə Əhəd kişi Hacını sakitləşdirdi:- Lazısa, Fazili Moskvaya göndərim?

-Əziyyət olmaz?- deyə Hacının gözləri işıqlandı

-Bu nə sözdür, hacı? Fazil kiçiyindir.-deyə Əhəd gülümsədi.

-Əhəd, zamanə elə dəyişib ki, oğul atasının sözünə qulaq asmır. Bunun axırı necə olacaq? Vallah, başa düşə bilmirəm.

-Vaxtı gələndə, hər şey düzələcək.

-Ümid elə bunadır.

Fazil əmisi ilə  Hacının söhbətinə qulaq assa da, müdaxilə etmirdi. Diqqətli onları süzürdü. İki il bundan qabağ gördüyü Hacı idi. Dəyişməmişdi: həmin qətiyyət, həmin qamət, həmin ağıl.

-Nə burada durmuşuq. Qalxdıq yuxarı. -deyə Hacı onları eyvana dəvət etdi.

Eyvandakı dəyrimi stolun arxasına oturdular. Stolun üstündə yenicə dərilmiş əncil-üzüm qoydular.

-Nə fikirdəsin, bala? Moskvaya gedərsənmi?- deyə Hacı soruşdu.

-Buyuruq sizindir, ağsaqqal!-deyə Fazil cavab verdi.

 

MOSKVADAGÖRÜŞ

 

   «Kazan vağzal»ından bayıra çıxmaq mümkün deyildi. Küçədəkilər lehsan yağışının əlindən qaçışıb özlərini vağzalın foyesinə salırdılar. Yay olmasına baxmayaraq yağış elə sərinlik gətirmişdi ki, adamı üşütmə tuturdu.

   Moskvaya Fazil birinci dəfə deyildi ki, gəlirdi, buralara yaxşı bələd idi. Mühəribəyə qədər bir-neçə dəfə atasının tapşırığı ilə burada olmuş, toxucu fabrikalarından Bakı üçün bəzi maşın və alətlərin alınmasını təşkil etmişdi.

   Bu maşınları sonra Hacı Zeynalabdinin  toxuculuq fabrikasında quraşdırırdılar.

   Kəblə Cəfərin və Əhədin  toxuculuq maşınlarından  yaxşı başı çıxdığını bilən Hacı onların kontrolarının Bakıya gətirdikləri maşın və mexanizmi o saat almağa çalışırdı.

  Adətən onların alış verişləri İranla idi. Çalışırdılar ki, Bakıya gətirdikləri dəzgəhlar lazım olarsa Bakıda qalsın.

Hacını kontora dəvət edər, gətirdikləri maşınların mahiyyətindən danışar, əsasən verəcəyi fayda və sərfələri başa salardılar.

   İndi yenədə Rusiyyətin paytaxtına ayaq basan Fazil bu dəfə də Hacının tapşırığı ilə gəlmişdi, ancaq maşın və avadanlıq almağa yox, Nəriman Nərimanovla görüşməyə və onun sözlərini çatdırmağa. 

   Sentyabrın əvvəli adətinə sadiq qalaraq Moskvaya leysan gətirmişdi. Fazil başqaları kimi foyedə dayanıb gözləməyə vadar oldu. Ancaq düşdüyü vəziyyətdən çıxış yolu tapmağa çalışdı. Bilirdi ki, belə yağış çox az müddətlidir. Amma günortadan çox vaxt keçdiyindən qorxdu ki, Kremlə düşə bilməsin.

 Birdən ağlına Hacının verdiyi məktub düşdü. Məktubun üstündə Nərimanın telefon nömrəsi yazılmışdı.

   Fazil vağzaldakı poçta girib oradan zəng vurmaq qərarına gəldi. Düşündü ki, belə düzgün olar.

   Poçtadakı qız başını qaldırıb  ona dikilən qara gözlərə baxdı. Qarşısındakının qeyri-rus olduğunu gördü və soruşdu:   

-Buyurun, cavan oğlan!-

-Mənə zəng etmək lazımdır. Mümkünsə məni bu nömrə ilə calaşdırın.-deyə Fazil təmiz rusca  müraciət etdi.

Qız bir daha gözlərini qaldırdı, elə bil qulaqları onu aldadırdı. Qarşısında duranın belə təmiz rusca danışacağını gözləmirdi.

-Bu saat!- deyə ayağa qalxdı. Fazilə aralarında olan qəhvəyi palıdan çəkilmiş səddin qapısını açdı və onu içəri buraxdı:-Bizdə telefon ancaq buradadır.

-Fərqi yoxdur! Əsas odur ki, zəng edə bilim!

Qız onu stolun arxasında əyləşdirdi və kommutatorla əlaqə yaratdı.

-Kreml qulaq asır!- dəstəyin o biri tərəfindən səs gəldi. Qız dəstəyi ona uzatdı. Fazil tələsmədən dəstəyi qızın əlindən aldı.

-Yoldaş Nərimanovu olarmı?- deyə dilləndi.

-Kimdir, yoldaş Nərimanovu soruşan?

-Deyin, Bakıdan gəlib, Fazil Cəfərlidir.

-Bu dəqiqə!- deyə səs gözləməyini xahiş etdi.  «Deyəsən köməkçisidir!»-Fazilin ağlına gələn ilk fikir bu oldu. Bir az gözlədi.

    -Salam! Haçan gəlmisən?-telefondan azərbaycanca səs gəldi. Fazil anladı ki, kiminlə danışır.

   -Elə indicə. Yağışa düşdüyümdən zəng vurdum.

   -Haradan danışırsan?

   -Kazan vağzalından. Poçdan.

   -Elə ordaca qal! Arxanca maşın göndərirəm.-deyə telefondan səs kəsildi.

   Qız susduğunu görüb ona tərəf baxdı. Fazil səbəbini  o saat anladı.

   -Çox sağ olun!-deyə ona təşəkkürünü bildirdi.

   -Siz hansı dildə danışırdınız?- deyə qız soruşdu.

   -Azərbaycanca.

   -Nə gözəl, aydın diliniz var. Rus dilini isə ruslardan yaxşı bilirsiniz.

   -Mən rusca oxumuşam.

   -Hiss olunur ki, çox mədəni adamsınız. Haradan gəlmisiniz? - deyə qız gülümsəyərək soruşdu.

   -Azərbaycandan!

   -Mən belə ölkə tanımıram.

   -Bakını necə tanıyırsınız?

   -Oranı tanımıyan varmı? Deməli,  qafqazlısınız?

   -Elədir.

   -Ancaq oxşamırsınız.

   -Niyə ki?

   -Çox mədənisiniz. - deyə qız yenə də gülümsündü.

   -Mən burada gözləyə bilərəm mi?

   -Buyurun, ancaq o biri tərəfdə!-deyə qız bayaq olduğu yeri göstərdi

   Fazil telefon olan yerdən çıxdı. Poçtun divarları qarşısına qoyulmuş kresloların birinə əyləşdi. Gözləməyə başladı. Fikir onu götürmüşdü. Nəriman Nərimanovun onu tanımasına məətəl qalmışdı. Onu ilk dəfə harada gördüyünü  yadına saldı.

Mir Hüseyn ağanın yanına gələn Nərimanı həmişə o, özü qarşılayardı,hətta söhbətlərində də iştirak edərdi.

Bir-neçə dəfə Hacının yanında da görüşmüşdülər. Hacı da onu getməyə qoymamışdı.

«Yaman yaddaşı var? Gör nə qədər keçib? Dörd-beş il olar!- deyə düşündü.

Küçədə isə daha yağış kəsilmişdi. Poçtanın pəncərəsindən camahatın küçəyə axışdığı görünürdü.

«Ford» elə pəncərənin qarşısında da dayandı. Maşından düşən  şofer poçtaya girdi. O yana-bu yana boylandı. 

Dalınca gəldiyin anlayan Fazil ayağa qalxdı və ona tərəf gəldi.

-Məni mi  axtarırsınız?-deyə soruşdu.

-Siz Fazilsiniz?

-Elədir.

-Onda getdik.

****

   Kremlin Spas qapısından içri girən «Ford» çox da uzağa getmədi. Elə qala divarlarının yanından uzanan binanın qarşısında dayandı. Sürücü ilə birlikdə düşdülər və binanın qapısı ağzında duran keşikçilərə yaxınlaşdılar.

Fazilin eşitdiyinə görə burada SSRİ hökuməti fəaliyyət göstərirdi.

Sürücü qapının ağzında dayanan keşikçilərə kağız uzatdı və onları içəri buraxdılar.

Kremlin koridorları adlanan məşhur dəhlizlə sürücünün arxasınca irəlilədi.

Bir-birinə bənzəyən qapıları fərqləndirən təkcə nömrələri idi. Bunların arxasında kimlərin oturub durdularına ancaq bura bələd olanlar bilirdi.

Kabinetə Fazil tək girdi. Əllərini açıb ona tərəf gələn Nərimanovu gördü.

   -Cavan oğlan, sən xoş gəlmisən!- deyə onu bağrına basdı. Divana  əyləşdilər.

   Nərmanov içəri girən  katibəyə çay gətirməyi tapşırdı.

   -Bakıda nə var? - deyə əlini Fazilin əlinin üstünə qoydu.

   -Belə də…  Pis deyil, ancaq köhnə Bakıdan ələm-əlamət qalmayıb!

   -Niyə ki, mənə deyirlər –Sergey Mironoviç oranı canlandırıb.     

-Düzdür, yeni iqtisadi siyasət bir balaca bolluq yaradıb, ancaq Bakıdan Bakılıq qalmayıb. Erməni, rus, yəhudilərlə doludur. İqtisadiyatı veriblər yəhudilərlə ermənilərin əlinə. Keçmiş varlıların çoxu ya İrana, ya Türkiyəyə, ya da Avropaya köçdüklərindən yerli camahat aclıq və səfalət içindədirlər. Kəndlilərə isə torpaq paylansa da, şum alətləri və heyvanları olmadığından iş getmir.

-Bəs məktəblərin açılmasına nə deyirsən?

-Evladını məktəbə qoyan adam, gərək onu geyindirsin-keçirtsin. İmkansızlıq onların qabağını alır. Təkcə Bakı fəhlələrinin uşaqları məktəbə gedə bilirlər.

Bakıda bir yandan bolluq yaranırsa, digər tərəfdən «tiyan altında yatanların» əlindən tərpənmək mümkün deyil…

-Kimlərdir tiyan altında yatanlar?

-Atasız-anasız qalmış, evsiz-eşiksiz uşaqlar və yeniyetmələr.

-Kirovun bundan xəbəri var?

-Deyəsən, bilir.

-Burada da kimsəsiz uşaqların problemləri var. Şura hökuməti tezliklə bunları həll edəcəkdir.

-İnanmaq istərdik. Çünki bu sosial bir bəladır.

-Bilirik…-deyə Nərimanov susdu. Bir an fikrə daldı.

Fazil onu fikirdən ayırmaq istəmədi, həmsöhbətinin nə deyəcəyini gözlədi.

-Fazil, bəs Moskaya gəlməyinin səbəbi nədir?

-Doktor, məni  Hacı göndərib.

-Doğurdan a, lap yadımdan çıxmışdı. Necədir?

-Bir həftə bundan əvvəl yanında idik, xahiş elədi ki, sizinlə görüşüm və bu məktubu çatdırım.-deyə pencəyinin qoltuq cibindən məktubu çıxartdı və Nərimanova uzatdı.

Nərimanov məktubu aldı, ancaq açmadı, üzünü Fazilə tutdu:

-Niyə sənə belə əziyyət verib, məgər Bakıda poçta yoxdur.

-Var. Deyir ki, yazdıqları sizə çatmır. Çünki çoxlu məktublar yazdırıb, birinə də cavab yazmamısınız. Dedi ki, «İnanmıram ki, o, mənə məktub yazmasın!»

-Fazil, doğurdan, ondan məktub almamışam.- deyə Nəriman özünə bəraət qazandırmaq istədi.

-Bilir ki, yazdığı məktubları poçdan alıb NKVD-yə aparırlar. Qapısının ağzında gözətçilər qoyublar. Kimin gəlib-getdiyini öyrənirlər. Faktiki olaraq ev dustağıdır.

-Sən nə danışırsan! - deyə Nərimanov hirsindən ayağa qalxdı. -Yüz yaşlı kişini ev düstağı etmək. Bunu hara yazmaq olar? Özü də hansı qocanı. Azərbaycanı Azərbaycan edən şəxsiyyəti. Biz hamımız varlığımıza görə ona borcluyuq.

 Stolunun arxasına keçdi. Telefonu qaldırdı:

-Məni Bakı ilə, Sergey Mironoviçlə calaşdırın!-deyə rusca əmryanə dilləndi. Susdu. Bir az gözləməli oldu.

-Mironıç, nə biyabırçılıqdır edirsiz? Məgər sənə Hacını tapşırmamışdım. O, nə gözətçilərdir qapısına qoymusan? - deyə səsini qaldırdı. Ancaq Mironıç nə dedisə birdən susdu. Dəstəyi yerinə qaytardı.u.

Nərimanovun gözləri yaşarmışdı. Sanki özünü itirmişdi. Elə bil Fazili görmürdü.

-Sizə nə oldu? - deyə Fazil divandan qalxdı və Nərimanov tərəfə getdi. Əlindən tutub divana əyləşdirdi.

Nərimanov Fazilin üzünə baxdı və başını aşağı saldı.

-Doktor, sizə nə oldu?-deyə sualını bir daha təkrar etdi.

-Hacı dünən vəfat edib… - deyə Nəriman bu dəfə hönkür-hönkür ağladı.

Fazilin sanki başına dağ su tökdülər. İndi o, nə edəcəyini bilmirdi.

-Özünü ələ al, cavan oğlan!-deyə indi Nəriman onu sakinləşdirirdi.-Bu həyatdır, sonu budur. Ancaq Hacı Zeynalabdin əbədidir. Bir vaxt gələcək ona qarşı olan bütün haqsızlıqlar unudulacaq. kimin kim olduğunu bilən xalq özü qiymət verəcək. Azərbaycanın dərdi ilə dünyanı tərk etdi. Ancaq bilməlisən ki, onu yaradanlardan biri elə o, özü oldu.-deyə bir az susdu. Sonra davam etdi:

-Mən onun və Mir Hüseyn ağanın sözünə əməl etmədiyimə görə indi burada peşmanam. Bu  insanlar xalqımızı bir yerə yığa bilən qüvvə idi.

Azərbaycanlılar qədər bir-birini tutmayan ikinci millət tanımıram. Hətta burada da. Götür elə Məmmədəmini. İki nəfərik burda. Bir olmaq əvəzinə   mənim ayağımı çəkir. Deyirəm, get Bakıdan ailəni bura gətir, başsız qalıblar. Qoşulub Mikoyana və Stalinə.

 Bilsəydin, burada nə gedir? İntriqa və boş-boş söz söhbətlər. Xalq isə qalıb başsız. Adları kommunistdir, əməlləri isə bəd.- deyə Nərimanov susdu.

   Katibə otağa çay gətirdi. İçdilər.

   -Mənim iş günüm qurtarır. Dur, gedək bizə. Qonağım olacaqsan!- deyə Nərimanov ayağa qalxdı.

  

 

 

 

MİRZƏSƏFTƏR

 

Tiflis-Bakı  qatarı «Tiflis vağzalına[5]» yan aldıqdan sonra sərişinlər qatarı tərk etməyə başlamışdılar. Faytonçu Həsənbala kanarda dayanıb kliyentini gözücü axtarırdı.

Dayanmış qatarın qabağında qaçışan hamballar da onun kimi əli yüklü sərinşin tapmağa çalışırlar.

-Meşəd Əli, gör kimi tapırsan! Fayton boşdur.-deyə Həsənbala qabağından keçən hambala göstəriş verdi.

-Sən yerində dur! Mən bu saat gətirirəm!- deyə qabaq vaqonlara tərəf qaçdı.

Həsənbalə yaşı altımışı keçmiş hambalın arxasınca heyrətlə baxdı. Kişi elə bil onsəkkiz yaşlı cavandı.

«Görəsən, mən də qocalanda belə olacağam?»-deyə öz-özünə sual verdi.

 Həsənbala yuxarı məhəllənin adamlarından idi. Otuzbeş-qırx yaşı olardı. İşi-gücü atasından qalmış faytonu vağzala sürüb ailəsini dolandırmaq üçün camahatı ora-bura daşımaq idi. Pis dolanmırdı. Odur ki, həmişə  yaxşı geyinib keçinərdi. Zarafat deyil Bakı boyda şəhərin faytonçusu idi.

 -Dağlı məhəlliyə kliyent var, apararsan?-deyə onun yanına qaçıb gələn Meşəd Əli soruşdu.

-Niyə ki, elə öz məhəlləmizdir. Götür, gəl!

Meşəd Əli arabasına qoyduğu bir-neçə çamadanla  yanından keçəndə Həsənbala onun arxasınca gələnin  məhəllə adamı Fazilin gəldiyini gördü.

O, Fazili çoxdan tanıyırdı. Kim olduğunu da yaxşı bilirdi.

-Fazil ağa, sizi xoş gördük!-deyə Həsənbala salamlaşdı.

-Səni də!-deyə Fazil cavab verdi: Deyəsən, faytonunda gedəcəyik?-əlavə soruşdu.

-Elədir!-deyə Həsənbala qabağa düşdü.

 Arxadan Seyid Bikə iki oğlan uşağının əlindən tutub ərinin dalınca gəlirdilər.

   Üç yaşlı Əşrəf yenicə ayaq açıb yeriyən Eyyubun əlindən tutub atası tərəfə qaçamaq istəyirdi. Oğlunun əlini möhkəm tutan Seyid Bikə onu dayandırırdı.

-Tələsmə, qardaşın yıxılar!-deyə sakitləşdirirdi.

Anasının sözünü eşidən balacalar özlərini yığışdırırdılar.

Fazil ailəsi ilə yenidən Tiflisdən Bakıya köçürdülər. Əhəd əmisi rəhmətə getdikdən sonra Bakıda işləri tökülüb qalmışdı.

Xalası Həlmə xanım qızı Natavanı tiflisliyə ərə verdikdən sonra bacısı Zibanın yanına, Basqala köçmüşdü.

Bakıdakı evləri başlı-başına qalmışdı: heç kim yaşamırdı. Qərarlaşdılar ki, Fazil Tiflisdən ora köçsün. Tiflisdəki işlərini isə şəriki və dostu Səməd ağa aparsın.

Səməd baldızı Barat xatuna evləndikdən sonra aralarındakı dostluq qardaşlığa çevrilmişdi. İndi Səməd ağanın da onun kimi iki oğlu vardı.: Məmməd birdə Ağarza...

-Sən heç neçiyə aparmağından danışmadın? - deyə Meşəd Əli macal tapıb Həsənbalanın qulağına pıçıldadı.

-Sənlik deyil! Get, işinlə məşğul ol!-deyə Həsənbala sərnişinlərin faytona mindiyini görüb yüxarıya, oturacağına qalxdı və adətinə sadiq qalaraq arxaya boylandı:

-Ağa, məhəlləyə gedirik?-deyə soruşdu.

-Həsən bala, məhəlləyə yox, İçri şəhərə sür! Əmimgilə!-deyə Fazilin cavabını eşitdi.

Həsənbala qırmancını atların üstündə çaldı, kəhər atlar yerindən götürüldülər.

-Dədə, düzdür maşın atlardan bərk gedir?-deyə balaca Əşrəf soruşdu.

Fazil «Düzdür!»-deyə Seyid Bikənin üzünə baxdı. Gülüşdülər. Çünki uşaq yaşından böyük sual verirdi.

-Zamanə uşaqlarıdır!-deyə Seyid Bikə özünü ələ alıb cavab verdi

Fayton İçəri şəhərin «Tay qapısından» keçib Şirvanşahlar sarayından bir az aralı mülkün qabağında dayandı. Bura Əhəd kişinin hələ inqlaba qədər tikdirdiyi və müsadirə olunmayan evi idi.

İnqlabdan sonra Nikalayevski küçəsindəki mülki müsadirə olunduğundan bura köçmüşdülər.

Əlbəttə ki,  əmisini bu evi o birisi ev qədər böyük deyildi. İki məotəbəli olsada cəmi-cümü dörd otaqdan və mətbəx və hamamxanadan  ibarət idi. 

 Yuxarı məhllədəki mülklə müqayisədə bu evin böyük üstünlükləri vardı: su həmişə gəlirdi, buralara işıq çəkilmişdi. Yuxarı məhəllələr isə ancaq «ləmpə» işığına evlərini işıqlandırırdılar.

Müasir adam üçün bu evdə nə desəydin var idi. Seyid Bikəni də elə bu maraqlandırırdı.  

   Yükləri az olduğundan evin qapısını açıb tez içəri girdilər. Həsənbala çamadanları yüxarı qaldırdı.

  Fazilə əlini cibinə saldı. iki dənə iri yüzlük çıxartdı və həsənbalaya uzatdı:

-Buyurun!-dedi.

-Fazil ağa, nə danışırsınız. Mən sizdən pul götürmərəm. Məhəllə adamısınız, görüb eşidən nə deyər. –deyə Həsənbala pulları dala qaytardı.

-Al, məni məhəlləyə yox, bura gətirmisən! Bura İçəri şəhərdir, məhəllə deyil. Bir də süftəni seyid tayfasından götürmək işini bərəkətli edər!-deyə Fazil əlindəki pulu onun cibinə basdı.

-Verən əlin ağramasın, ağa!-deyə Həsənbala faytonuna tərəf atdımladı.

****

İçəri şəhərli Mirzə Səftər eşidəndəki Fazil onun qonşuluğuna köçüb, axşam üstü özünü Passaja verdi, «Konditerskidən» balaca tort aldı və evə qayıtdı.

-Arvad, geyin-keçin! Seyid Bikə ilə Fazil Bakıya qayıdıblar. Qonşuluğumuzda olurlar. Onlara gedirik.-deyə göstəriş verdi.

-Mirzə Səftər, səni xoş xəbər olasan!  Nə yerinə düşdü, bu gün elə sonuncu çərşənbədir. Bayramlaşarıq da. Bu dəqiqə...-deyə Gülsüm arvad yataq otağına keçdi

Gülsüm xanım Seyid Bikə ilə gimnaziyada oxumuşdu, Mirzə Səftər isə Fazillə.

***

Qapını üstündən asılmış zınqrovun səsi əmisinin kitablarını varaqlayan Fazili işdən ayırdı, aşağı endi. Qapını açdı.

-Kimi görürəm?-deyə əlini əlinə vurdu: -Mirzə Səftər?! Bacım da buradadır..

-Xoş gördük!-deyə Mirzə Səftər salamlaşdı. İçəri  daxil oldular.

Mirzə Səftərə bu ev çox tanış idi. O, Əhəd kişinin ən sevimli qonşusu və həmsöhbəti idi. Tez-tez onun şəxsi kitabxanasından istifadə edirdi.

Əhəd kişi kitablarını göz bəbəyi kimi qoruyurdu və heç kimə verməzdi. Hətta Kəblə Cəfərə də.

-Qardaş, Peyqəmbər həzrətləri ilə bağlı hədislərdə deyilir ki, kitabı verənin bir əlini, qaytaranın iki əlini kəsin!- deyə böyük qardaşının əlindən kitabı alıb şkafına qoyurdu.

Fazilə isə ancaq bura gəlib istədiyi kitabı seçib oxumağa icaza verirdi.

Qardaşı oğlunu şirin dillə tutub onun əlinə keçən maraqlı kitabları oxumaq bəhanəsi ilə alırdı, amma geri qaytarmırdı. Atasına dediyi sözləri balasına da deyirdi.

Ürəyi açıqlığı ilə ad-san qazanmış əmisi kitab xəstəsi idi. Təkcə bir adama yığdığı kitabxanasına toxunmağa icazə verirdi. O, da Mirzə Səftər idi.

-Əmin rəhmətlik deyirdi ki, bu kitablar bir sərvətdir. Onları qədrini bilməyənlərə həvalə etmək olmaz!

-Mən ki, kitab sevən idim. - deyə Fazil Mirzə Səftərin hara vurduğunu anladı.

-O, xoşlayırdı ki, kitabı Quran kimi öpüb gözünün üstünə qoyasan. Deyirdi ki, belə olduqda, oradan oxuduqların dar ayaqda köməyinə gəlir.

-İndi əmimi başa düşürəm.

-O, bu kitabxananı sənin üçün yığırdı. Sənə də qismət oldu.

Mirzə  Səftər dostuna qoşulub Fazilin çamadandan çıxartdığı  kitabları bir-bir götürüb baxır. Xoşuna gəldiklərini kənara qoyurdu.

-Bunları niyə kanara qoyursan?

-Oxumadığım kitablardır.

-Oxudu var, apardı yoxdur!-deyə Fazil güldü.

-Əhəd əmi, sağ olsaydı belə deməzdin. Kişi mənə istədyin kitabı verirdi.

-Mənə isə vermirdi.

-O, sənin əmin idi.Mənim nə günahım?

-Çünki sən mənim dostumsan.

Mirzə Səftər cavab tapa bilmədi.

-Götür apar! Zarafat edirəm! -deyə Fazilə əlini onun çiyninə qoydu: -Gedək arvadlar o birisi otaqda süfrə açıblar. Tortumuzu yeyək..

  Sufrənin arxasından durub hər ikisi kitabxanaya yenidən qayıtdılar. Axşamın necə keçdiyini hiss etmədilər. Ayılıb gördülər ki, arvadlar qapının ağzında durub gülüşürlər.

-Mirzə Səftər, getmək vaxtıdır! Bayram axşamıdır.- deyə Gülsüm xanım ərini kitab oxumaqdan ayırdı.

***

  

   Bakıda keçirilən  Novruz bayramı heç bir yerdə bu təmtaraqla keçirilmirdi. On gün hamı bir-birini təbrik edir, küsülülər barışır, barışmayanları isə qonşuları tənə edir və küsənlərin əllərindən tutub aralarında olan nifaqı götürürdülər.

   Novruzun köklərinin haradan gəldiyini heç kim bilmirdi. Bütün müsəlman Şərqi bu bayramı edirdi. Təkcə ərəblər etmirdilər. Bunu başa düşmək olardı, çünki bu bayramı köçəri xalqlar etmirdilər.

Mirzə Səftər bu bayramın əkinçiliklə sıx əlaqəsi olduğunu deyirdi. Fazil isə razılaşırdı. Çünki çərşənbədən çərşənbəyə torpaq - yer  oyanırdı. Torpağı oyanması  isə ancaq əkinçiləri-oturaq həyat sürənləri maraqladırırdı.

Mirzə Səftərin düşüncələrində məntiq vardı.

Cəfərli ailəsi təbrik etməyə gələnlərin bayram süfrəsinə dəvət edirdi.

Martın iyirmisi bayram günü günorta çağı qonaqları yenicə yola salmışdı ki, Fazil Mirzə Səftərin tələsə-tələsə onlara tərəf gəldiyini gördü. Qapını örtmədi dostunun gəlib çıxmasını gözlədi.

Mirzə  Səftər özündə deyildi. Qapıdan içəri özünü salan kimi:- Doktoru öldürdülər!-deyə «Kommunist» qəzetini ona uzatdı.  

   Qəzetin üst səhifəsində Nəriman Nərimanovun şəkili və dövlət komissiyasının onun ölümü ilə bağlı çıxartdığı qərar çap olunmuşdu. Qərarda onun ürək çatışmamazlığından keçindiyi qeyd olunurdu.

   Bunları bərkdən oxuyan  Fazilin səsinni Mirzə  Səftər kəsdi:

   -Sən nə danışırsan? Nə ürək çatışmamazlığı? Bir il bundan qabaq özün gəlib demədin ki, doktor top kimidir.

   -Elədir. Bəs sən haradan götürürsən ki, onu öldürdülər.

   -Özü yazırdı ki, onu öldürəcəklər..

   -Kimə?

   -Mənə!-deyə pencəyinin cibindən bir paçka məktub çıxartı və Fazilə uzatdı.

    Fazilin yadına Nəriman doktorla Moskvadakı görüşü yadına düşdü. «Kremldə bir-birini qırırlar. Xalqı düşünən yoxdur! Anlayıram ki, səhifə yol vermişəm. Gərək bura gəlməyəydim.»-deyə doktor şikayətlənirdi...

    -Məgər belə adama Moskvada gün verərlər. Bir azərbaycanlı yüksəlib böyük vəzifə tutmuşdu, onu da aradan götürdülər.

   -Sakit ol, Mirzə! Özünü ələ al! Bu məktubları isə gizlət. Onunla yazışdığını heç kimə demə! Səninçün pis olar!-deyə dostunu kitabxanasına dəvət etdi. Fazil bilirdi ki, Mirzə  Səftərə çörək vermə-kitab ver.

***

   Bayram olmağına baxmayaraq Fazillə Mirzə  Səftərin başı kitablara baxmağa qarışmışdı. Pəncərədən Xan sarayının qabağında qalanmış böyük tonqal görünürdü. Camahatın hay-küyü, bayırda çalınan zurna səsi də onları  kitabdan ayıra bilmirdi.

Fazildən fərqli olaran Mirzə Səftər hansı kitabın harada olduğunu bilirdi.

-Bu böyük sərvətdir, burada nə yoxdur: Firdovsidən tutmuş Nizamiyə qədər, Fizulidən tutmuş Qumuruya qədər, «Tutinamə», «Qəbusnami», «Cami Cəm», «Münisnamə»- daha nə bilim. Əmim bunları haradan tapıb? Hamısı da əski əlifba ilə. –deyə kitabların üzünü oxuduqcə heyrətə gəlirdi.

-Bilirsən əski əlifbayla nə qədər kitabımız var. Sayı hesabı yoxdur. Min üç yüz ilə ərzində xalqımız nə yaratmayıb? Təkcə xəttatlıq mədəniyyətimiz heç də Çindən, Avropadan geri qalmır. Sən kitablardakı minyatürlərə bax. Təbriz məktəbi, Ərdəbil məktəbi, Naxçıvan, Diyarbəkir, Gəncə- nəllər yoxdur.-deyə Mirzə Səftər izah edirdi.

Qapının ağzında Seyid Bikə ilə Gülsüm durub onlara baxırdılar. Elə bil ərləri onları görmürdü.

-Fazil, Mustafa Payan bayramlaşmağa gəlib!-deyə Seyid Bikə rəfiqəsinin qoluna girib kitabxanadan uzaqlaşdılar.

Bu özü bəs idi ki, əllərindəki kitabları şkafa qoyub qonaq otağına keçsinlər.

Həmşəri palanlı Mustafa daha məşhurlaşmış xanəndələrdən biri idi. İran-Təbriz musiqisini Azərbaycan muğamlarında birləşdirib oxuyan cavanın qeyri-adi səs tembri və ecazkar ifa qəbliyyəti vardı. Ümumiyyətlə təmiz səsi və ifanı sevən Fazil üçün Mustafa elə bil tapıntı idi.

Gəncin yüksəlməsində və həyatda öz yerini tutmasında Heybətlə Fazilin az rolu olmamışdı.

Heybətin yerlisi olan Mustafa həmişə Heybətlə bir olurdular.

-Heybət gözümə dəymir?- deyə Mustafa Fazil və Mirzə Səftərlə görüşdükdən sonra  soruşdu.

-Bakıda deyil!. İrana bayramlaşmağa gedib. Bayramdan sonra gələcək!-deyə Fazil cavab verdi.

Mustafanı süfrəyə dəvət etdilər. Süfrədə nə yox idi: şəkərbura, paxlaya, süd çörəyi cürbəcür qoqallar, İsfahan halvası, səməni halvası, rahat-hulqum, şəki halvası, boyanmış yumurtalar- bakılıların ağlına gələn bütün şirniyyatlar, çərəzlər və mer-meyvə. Bu süfrə on gün belə açılı qalmalı idi. Gələn qonaqların hamısı bayram süfrəsinə dəvət olunurdular.

 Qadınlar süfrəyə çay gətirdilər. Mustafa payan çayını içdikdən sonra qonaq otağındakı pianoya nəzər saldı. Ayağa qalxdı, keçib alətin qapağını açdı, onun arxasına keçdi.

Mirzə Səftərin yadına səhərki bəd xəbər düşdü. Ayağa qalxdı ki, Mustafanı dayandırsın. Ancaq Fazilin onun əlini dartığını hiss etdi. Yerinə qayıtdı.

-Yeri  deyil! Bu gün bayramdır. Qoy, evimizdən şən müsiqi sədası ucalsın! Əjdadlarımızın ruhu şad olsun!-deyə  Fazil öz hərəkətinə  bəraət qazandırdı.

Mirzə Səftər  Fazilin nə dediyini o saat tutdu və üzünə gülüş qayıtdı. Dərin fikirləşəndə: Nərimanın öz əməlinin nəticəsi idi başına gələnlər. 

   Pianonun qarşısındakı açıq pəncərədən tonqal alovunun göyə qalxdığı görünürdü, Baram hay-küyü otağı bürümüşdü.

  Mustafa bir-neçə notu götürdü, bir  İran müsiqisi çaldı və. sonra «Çahargah» muğamına keçdi. O, oxumağa başladı.

Bayırdan gələn bütün səslər bircə anın içində susdu. Əhədin ağanın evinin pəncərəsindən İçəri şəhərlilərin  indiyə qədər heç yerdə eşitmədikləri qeyri-adi təravətli səs yayıldı. Bu səs qəlbləri heyrətə gətirir, ürəkləri döyündürür, beyinləri hər fikirdən ayırırdı, ruhları oxşayırdı.

Səs birdən kəsildi. Ətrafa bircə anın içində sükut çökdü. Hamı aşağıdan pəncərə tərəf baxırdı. Səsin  yenidən gələcəyini sanki hamı gözləyirdi. 

Mustafaya elə gəldi ki, küçədə heç kim yoxdur. pəncərədən başını çıxarıb aşağı baxdı.

 Bu zaman aşağıya yığılmış yüzlərlə adamın əl çalaraq onu alqışladığını gördü. Başını geri çəkdi. İçəridəkilər gülümsədilər.

-Gərək birini də oxuyasan! -deyə Fazil təklif etdi.

-Mən nə deyirəm ki, mən hazır! Amma nə? -deyə Mustafa soruşdu.

-«Qara gilə»!-deyə bu səfər Seyib Bikə dilləndi.

Pianonun səsi eşidilən kimi aşağıdan gələn bütün səslər kəsildi. Bu qeyri-adi mahnı idi. Heç kimin eşitmədiyi Təbriz mahnısı.

-İlahi bu nə səsdir?- deyə aşağıdan kiminsə acizyanə səsi eşidildi. Alqış səsləri göyə ucaldı.

Mustafa əllərini pianonun dillərindən götürməyib arxaya boylandı:

-Birini də oxuyum?-deyə soruşdu.

-Lazım deyil Mustafa qardaş. «Qara gilədən» sonra heç nəyi oxuma. Çünki bundan gözəl mahnı yoxdur.-deyə Seyid Bikə öz fikrini bildirdi. Evdəkilərin hamısı onunla razılaşdı.

 

ŞAHƏNŞAHFARSDIR[6]

  

   İranda Şahın qaçdığı xəbəri Mir Cəfərdən eşidən Dadaş xan ürəyində özü-özünü söydü. Ömründə birinci dəfə idi ki, axmaqlıq etdiyini anladı. «İranda sosialist inqlabı etmək olar?» - deyə düşündü.

-Dadaş xan, nə fikirdəsən?-deyə Mir Cəfər soruşdu: -Bu inqlabla qurtara bilər mi?

-İnanmıram.

-Niyə?

-Çünki İranda dava taxt-tac üstündədir. Millət dünya inqlabını düşünən deyil.

-Bəs İrandakı Şeyx Xiyabanı hərakatı? Səttərxan hərəkatı?

-Ağa, burjuaziya inqlabı dediyimiz inqlaba bənzəsə də, azadlıq hərəkatı deyilən hərəkatla heç bir əlaqəsi yoxdur.

-Sən nə danışırsan?

-Ağa, yalan danışmağı xoşlamıram. İranda isə nə baş verdiyini indi anlayıram. Hətta burjuaziya inqlabı etmək üçün İranın iqtisadi bazası yoxdur. Kasıb geriyə qalmış feodal ölkədir. Burjuaziya hələ orada formalaşmayıb. İran arbablar və xanlar ölkəsidir.

-Axılan qanlara nə deyirsən?

-Nə deyə bilərəm? İranda azərbaycanlılar inqlab etməklə farsları güclündirdilər. Taxt-tac onların əlinə keçdi. Min ilə yaxın idi ki, taxt-tac azərbaycanlıların əlində idi.

Mir Cəfər diqqətlə dostuna qulaq asırdı. Dedikləri onu da düşünməyə vadar edirdi.

-Dadaş, iqtidarın farslaşması nə ilə nəticələnə bilər?- deyə soruşdu.

-Hər şeydən əvvəl farsların azğınlaşmasıyla. Azərbaycanlılardan intiqam almaq həvəsiylə. Bizdə deyirlər ki, şahını itirmiş ölkə viran qalar. Mən bunu gözləyirəm.

-Azərbaycanlılar milli azadlıq hərəkatına qalxarlar...

-Məgər İran farslarındır? Farslar İrana gəlmələrdir. İran dövlətini yaradan millət azərbaycanlılardır. Zərdüşilikdən sonra bu torpaq belə adlanıb. İran sözünün mənası ari sözündən əmələ gəlib, yəni mömünlər. Bunun farslara nə dəxli? 

Birdə yeni şah fars olduğundan Almaniya və yaxud İngilislərə arxalana bilər. Bu isə iki xalq arasında bütün əlaqələrin kəsilməsi deməkdir.

Mir Cəfər Dadaş xanın dedikləri ilə ürəyində razılaşsada, biruzə vermədi. Çünki yeni şahın hakimiyyətə gəlməsində heç də bolşeviklərin az rolu olmamışdı. Məqsəd isə İran – SSRİ əlaqələrini möhkəmləndirməkdən ibarət idi.

Dadaş xan isə hər şeyin tərsinə olacağını deyirdi.

-Dadaş xan, İrandan bolşevik yoldaşları çıxarıb bura gətirmək lazımdır. Köməyin olmasa, bunu etmək mümkün olmayacaq. İranda qaragururçular, doğurdan da, inqlabçılara qarşı hücuma keçiblər.

Cənubi Azərbaycan şəhərlərində dar ağacları asılmağa başlayıb. İrana getməyin vacibdir.

-Bəs ailəm?

-Ailən burada qalacaq. Azərbaycan hökuməti onların qayğısına çəkəcək. Özündən müğayət ol! Sən dəyərli dostsan! - deyə Mir Cəfər onun əlini sıxdı.

 

ƏRDƏBİL

 

Doğma şəhərin əhatə edən dağların təmiz havası Bakının qara tüstüsündən canını qurtaran Dadaş xana elə bil yeni qüvvə vermişdi. Şəhərin dar küçələri ilə gecənin qaranlığında durmadan hərəkət etdicə yorğunlağun və qorxunun nə olduğunu bilmirdi.

Ərdəbil Təbrizdən kiçik olsada, həmişə üsyankarlığı ilə fərqlənib. Bu şəhərin sakinləri İranın bütün inqlablarının başında gedən qorxu və hürkünün nə olduğunu bilməyən  haqq-ədalət tərəfdarları olublar.

Bəlkə elə ona görədir ki, yeni şah Ərdəbil qaynmasın deyə irticanı burada daha da gücləndirmişdi.

Ərdəbil xanları və ərbabları da Rza şahın hakimiyyətə gəlməsi ilə razılaşmaq istəmirdilər. Belə ki, xalqla əsilzadələr arasında sıx birlik əmələ gəlmişdi. İrtica təkcə narazı xalqı deyil,  Azərbaycan zədəganlarına da toxnurdu.

Əsli-kökü olmayan  mehtərin, üstəlik farsın Qacar taxtı-tacına sahib olması Zənd1 tayfasının azərbaycanlıların başına açdığı fəlakətləri yadlarına salırdı.

Bundan iki gün qabaq o, Bakıdan özü gətirdiyi xüsusi dəstə ilə xəlvəti sərhədi keçib Bura gəlmişdi. Dəstəsi ilə birlikdə  Ərdəbil türməsinə hücum çəkib həbs olunan bolşevikləri azad etmişdilər.

İran Astarasından onları gəmiyə otuzdurub, özü təzədən Ərdəbilə qayıtmışdı.

-Mir Cəfərə deyin, İranda bir-ki işim var. Həll edib qayıdıram. Əslində isə o qardaşını görmək üçün bunu etmişdi.

***

Dadaş xan dar küçələri keçərək hündür divarla örtülmüş dədə-baba mülkünə yanaşdı.

Uzaqdan gələn işıqlar hələ evdəkilərin yatmadığını göstərirdi. Eyvana çoxlu adam yığışmışdı. Adətən  Dadaş xanın böyük qardaşı Hacı Kamal xanın evində həmişə qonaq olardı, ancaq bu dəfə onların sayının çoxluğu gözə dəyirdi.

Həyətin kənarında Kamal xanın qoca  nökəri Əbdül Əli samovara od salırdı. Divarın dəliyindən nökər çox aydınca görünürdü.

Dadaş xan birbaşa qapını açıb içəri girə bilərdi, ancaq Ərdəbil jandarmlarının onu axtardığını dünən təşrif gətirdiyi uşaqlıq dostunun evində eşitmişdi.

-Qardaşıngilə getmə! Ora itlə doludur!-deyə dostu xəbərdarlıq etmişdi.

Ancaq o, qardaşını görməyib Bakıya qayıda bilməzdi. Dadaş xanın ailəsində böyük–kiçiklik ənənəsini pozmaq olmazdı.

-Əbdül Əli, bəri gəl!-deyə dəliydən nökəri  çağırdı.

Tanış səsi eşidən Əbdül Əli oyana-buyana boylandı.

-A kişi, divara yaxın gəl!

-Adına qurban, ağa!-deyə Əbdül Əli divara yaxınlaşdı. Arxasını divara söykədi.

-Ağılını itirmisən, a kişi, mənə arxa çevirirsən!?

-Yox ağa, xanın yanında Tehrandan gələnlərn var. Səni axtarırlar. Yeni şahın böyük vəzifəliləridilər. Qorxuram şübhələnərlər.

-Bəs qardaşımlə necə münasibət qururlar? Xətrinə dəymirlər.

-Ağamın xətrinə dəymək olar? Ərdəbil ayağa qalxar. Səni soruşanda ağam dedi ki, çoxdandır səni görmür. Bakıya köçmüsən. İndi sən isə özün gəlib çıxmısan.

-Bəs bu qonaqlıq nədir?

-Gələnlər elə sizin evə düşüblər.

-Əbdül Əli, keç arxa qapını aç, məni həyətin aşağındakı evə apar!

-Ağa, oranı da, özləri ilə gətirdikləri sərbazlar tutublar. Gəl, bizə gedək. Bu dəqiqə gəlirəm!-deyə həyətdəki qaynayan samovarı eyvana apardı.

Kamil xana yaxınlaşıb ona nəsə dedi və dərvazaya tərəf atdımladı.

Dadaş xan, bunları dəliydən çox asanlıqla seyr edirdi. Başı bu işə elə qarışmışdı ki, arxasındakı Əbdül Əli kişin görmürdü.

-Ağa, bi fərmayiş, mən qulluğunda hazıram.-deyə divarın qaranlıq yerindən çıxan nökər Dadaş xanın yanında durdu.

Əbdül Əli nökər olsa da, hamı onu xan ailəsinin bir üzvü sanırdı. Təssərüfat işlərinin hamısını ona tapşırmışdılar. Nökər sözünü ona aid etmək günah sayılardı.

-Ağaya bizdə olduğunu dedim. Vaxt tapıb gələcək. Ancaq özün görürsən ki, tərpənə bilmir.

-Onda yaxşı olar ki, yenidən Bakıya qayıdım.-deyə Dadaş xan fikrini bildirdi.

-Canım sənə qurban, Dadaş xan! Bunu eləmə. Ağam dedi ki, bizdən heç yana tərmənmiyəsən, onu gözləyəsən.

***

Dadaş xan ikinci gün idi ki, Əbdül Əlinin evindən bayıra çıxmırdı. Səmaya xala onun qulluğunda durmuşdu.

Əbdül Əlinin iki oğlu Bakıda idi. Odur ki, narahat ana Dadaş xana sual yağdırırdı.

-Bala, deyirsən, özlərinin evləri-eşikləri var?

-Xala, Qəfərnən Qüdrət Bakıda tanınmış neftçilərdir.

-A bala, neftçilər nə mənədir?

-Yəni nöyütçülərdir.

-Məgər nöyütçü olmaq, belə böyük işdir? - deyə Səmaya xala təəcübləndi.

-Şura hökumətində ən hörmətli adam fəhlədir. Sənin oğullar isə onların başçılarıdır. Hər şəraitləri var.

-Bəs niyə evlənmirlər. Birinin  iyirmi beş, o birisinin  iyirmi iki yaşı var.

-Bax, bunu düz deyirsən. Mən də onlara bu fikri demişəm. İki həftə bundan qabaq bizə gəlmişdilər. Mənim iki yaşlı  Sidiqə qızımla oynayırdılar. Səriyə onlara baxıb gülürdü.

-Niyə  gülürsən?- deyə mən soruşdum.

-Dadaş, bunların arvadları ən xoşbəxt qadın olacaqlar. Bir bax, uşaqla necə oynayırlar. Mən isə bir dəfə görmədim ki, balacanı qucağa götürəsən.

-Ay arvad, bu kişi işi deyil!-deyə cavab verdim

-Bəs niyə Qəfərnən Qüdrət oynayır?

-Çünki onlar hələ duza  gedirlər. Subaydılar, xandılar, vay o gündən ki, kəndirdlərini səni kimi bir arvadın əlinə verdilər. Qanları getdi -deyə zarafat etdim.

Sənin oğlun Qüdrət nə desə yaxşıdır? Dedi ki, Səriya xatun kimi qəbliyyətli adam tapan kimi evlənəcəyik.

-Belə  çətin işdir evlənmək?-deyə soruşdum.

Dedilər ki, asandır. Ancaq atam-anam xeyr-dua verməlidirlər. Onlardan razılıq almalıyam. Bura  gəlmək istəyirdilər...

-Başına dönüm, bala, bura gəlməyə qoyma. İndi bura gəlmək olar? Şahın adamları tutub onları asarlar. Qurbanın olum, Dadaş xan, denən atan-anan xeyr-dua verdilər. Evlənsinlər.

Səmayə xalanın gözləri yaşarmışdı. Dadaş xan onun könlünü aldı.

-Xala, nə var ki, istəsəniz bir gün gəlib sizi də Bakıya apararam. Öz gözünüzlə həm şəhəri görərsiniz, həm də oğul toyunda oynayarsınız.

-Allah, ürəyincə versin, bala!-deyə  Səmayə arvada  Dadaşın anlından öpdü.

Kamal xan üçüncü gün gecə gəldi. Böyük qardaşının gəldiyini görən Dadaş xan ayağa qaldı və qarşısında dik dayandı.

Kamal xan onu sərt baxışları ilə yuxarıdan aşağı süzdü. Bir-neçə saniyə yerincədə durub bir söz demədi. Hiss olunurdu ki, qəhərlənmişdir.

-Səni, ay vicdansız...-deyə sözə başlamaq istədi, ancaq tutuldu. Ancaq iki qolunu açıb ona tərəf gəldi. Qardaşlar qucaqlaşdılar.

Onlar iki iki qardaş idilər. Dadaş xandan fərqli olaraq Kamal xan çox sakit və tədbirli adam idi.

Heç vaxt düşünməmiş iş görməz, heç bir intiriqaya və vəzifə davasına qoşulmazdı. Başını aşağı salıb Ərdəbil ətrafındakı torpaqlarını ağılla idarə edirdi. Heç kimdən nə çəkinən, nə də qorxan deyildi.

Bu xasiyəət Dadaş xanda da vardı, ancaq qardaşından fərqli olaraq o, çox dəliqanlı idi.

Atası öləndə Kamal xanın on beş, Dadaşın isə yeddi yaşı vardı. Əbdül Əlinin köməyi və məsləhəti ilə Kamil xan atasından qalan təssərüfatı özü idarə elədi və qardaşı Dadaş xanı da böyütdü.

-Deyəsən, səni çox ərköyün böyütmüşəm!-deyə Kamal xan ondan aralandı və mizin arxasına oturdu:-De, görüm necəsən?

-Qardaş, Bakıda evim-eşiyim! Hörmətim. Dövlət qulluğundayam.

-Görürəm, necə dövlət qulluğundasan. Həyatınla risk edirsən.

Bu sözlərdən sonra Dadaş xan bir söz deyə bilmədi. Qardaşının çaşıb qaldığını görən Kamal xan özü dilləndi.

-Səriyə xatun necədir? Eşitmişəm qızın olub!

-Elədir.

-Görürəm, burada qalan deyilsən, bir daha gəlməyin çətin olacaq, ancaq bil ki, burada  mülkün-malikanən var. Sən xan övladısan. Sənə çatan nə varsa, Bakıya göndərməyə hazıram.

-Kamal, sən nə danışırsan. Bizə ata malını bölmək mi yaraşar?  Eşidən-bilən nə deyər?

-Dadaş, mən bağışla lap başımı itirmişəm. Nə edəcəyimi bilmirəm? Eşidən də ki, Ərdəbil zindanından inqlabçıları  qaçırdıblar. Bu işin başında ancaq sənin olacağını düşündüm. Bu birinci dəfə deyildir.

Sərbazların da evmizə doluşmaları bununla bağlı idi. Qorxurdum ki, başına bir iş gələr. Allaha min şükür ki, gözümün qabağındasan...

-Kamal, mənçün arxayın ola bilərsən. Tezliklə gediş-gəliş çətinləşəcək, ancaq əlaqələrimizi kəsməyək. Budur mənim ünvanım. Məktub yaza bilərsən.-deyə əlindəki kağızı ona uzatdı.

-Sərhədi necə keçəcəksən?

-Bu problem deyil. Mənə  icazə versən, elə bu saat yola çıxaram. Ərdəbilin kənarında məni adamlarım gözləyir.

-Allah əmanətində!-deyə Kamal xan ayağa qalxdı və qardaşının alnından öpdü.

Dadaş xan gecə yarısı  Ərdəbildən uzaqlaşdı.

***

Dadaş xan qapını açıb evə girəndə körpə zırıltısı eşitdi. Səriyəni çarpayıda gördü. Gözlərinə inanmadı. Arvadı balaca uşağa əmzək verirdi. Anladı ki, o, burada olmadığı dövrdə uşağı olub.

-Gör, nə qəşəng qızdır!-deyə Səriyə uşağı ona uzatdı.

Dadaş xan körpəni əlinə aldı və alnından öpdü.

-Adını nə qoyacaqsan?-deyə Səriyə soruşdu.

-Raziyyə!-deyə düşünmədən cavab verdi.:-Mənim çox xoşuma gəlir

-Məni də ürəyimcədir bu ad!-deyə  Səriyə körpəni ondan aldı

«Daha risk etməyəcəyəm! Ağlımı başıma yığacağam. Bu uşaqlar mən yerbəyer etməliyəm?»-deyə Dadaş xan özünə söz verdi .

ƏLİFBAMƏSƏLƏSİ

 

Məmmədəmin Şərqin əsas dillərini bildiyindən bir çox qazet jurnalları oxuyur, Stalin üçün bu qəzetlərdəki informasiyanın xülasəsini hazırlayırdı.

Bir  gün Stalinondan soruşdu.

-Mən bildiyimə görə Azərbaycan, Özbəy və Qazax dilləri qohum olsalar da, aralarında böyük fərq var. Ancaq görürəm ki, sən bu dillərdə çox asanlıqla oxuyursan. Uşaqlıqdan bu dilləri bilirsən?

-Yox, elə deyildir. Sadəcə olaraq, əlifbamız birdir - ərəb əlifbası. Bu əlifba ilə türk dilləri yazılanda aradakı dil fərqləri itir.

-Başa düşmədim.

-Türk dillərində fərq əsasən saitlərdədir. Yəni dəyişikliklər saitlərdə baş verib. Ərəb əlifbasında yazarkən saitlər yazılmır. Məsələn, əlimə özbəkcə qəzet düşəndə mən Azərbaycan saitlərini düzüb oxuyuram.

-İndi başa düşürəm, niyə Azərbaycan qəzet-jurnalları Orta Asiyada populyardır.

-Bunun bir səbəbi elə əlifbadır. Yəni özbəklər Azərbaycan tekstlərin öz dillərində oxuyurlar.

Stalinin bu sualı verməsinin müəyyən səbələri vardı. Beş miyonlluq Türkistani bir-birinə bağlayan elə bu əlifba idi. Moskva isə bu birlikdən qorxurdu.

Babilstan qülləsi1 haqqında rəvayyəti hələ dini seminariyadan bilən Stalin əlifba haqqında eşitdiyini öz gözləri ilə görmək istədi.

-Mamed, bunu mənə başa sal!- deyə Stalin Məmmədəminə müraciyət etdi və qarşısındakı vərəqi ona uzatdı.

Məmmədəmin kazızda üç hərif Z, H, R sözünü yazdı və vərəqi Stalinə uzatdı.

-Bu hərifləri bu ardıcıllıqla ərəbcə yazsaq azərbaycanlı onu Zöhrə, özbək Zührə, türkmən Zəhra, krımlılar - Zuhra  oxuyacaq, yəni hərə öz dilində.

-Deyirlər ki, bu əlifbanı öyrənmək çox çətindir.

-Ancaq öyrəndin, çox sürətlə yazırsan. Həm də qənaətçil əlifbadır. Məsələn, bu əlifbada yazılan yüz səhifəlik kitabı, kirilə çevirsək, üçyüz səhifə olur.

Stalin ürəyindən nə keçdiyin anlamaq mümkün olmadığından Məmmədəmin bu söhbətin səbəbini öyrənmək istədi.

-Sizin bu əlifbaya marağınızın  bir səbəbi olmalıdır. Siz heç vaxt maraqlanmadığınız şeydən danışmazsınız...

-Elədir, Mamed! Bu əlifba savadsızlığı aradan qaldırmağa mane olur. Çox çətin əlifbadır. Savadlı adamlara isə tələbat güngündən artamaqdadır.

-Bir vaxt bizim Mirzə Fətəli Axundov latın qrafikası düzətmişdi. Düzdür, bu qrafikanı çar çinovniklərinin göstərişi ilə etmişdi. Ancaq bu çox proqressiv atdım idi.

-Bəs niyə qəbul etmədilər? Buna nə məne oldu?

-Xəlifə -türk sultanı və onun Şeyx-Ül İslamı.

-Niyə?

-Dedilər ki, İslam birliyinə zərbə vurursan və İstambuldan kor-peqman yola saldılar...

Stalini Məmmədəminin sonuncu sözləri daha da maraq doğurdu:

-Deməli, Mirzə Fətəli əlifba reforması təklif edib, qəbul etməyiblər. Onda Azərbaycan da yox idi. İndi müstəqil dövlətdir. Öz əlifbası olmalıdır.

-Onda bəs Türkiyə?

-Daha orada xəlifət yoxdur. Atatürk ona son qoyub. İslamdan uzaqlaşmaq istəyir. Mənə elə gəlir ki, bu təkliflə indi o, da razılaşar.

Məmmədəmin Stalinin yanından çıxan kimi, zəngi basdı, köməkçisi o saat içəri daxil oldu və rəhbərin qarşısında fərağat durdu.

-Tez ol! Türkiyənin səfirini yanıma çağır!-dedi və əlindəki qəlyanından bir qultum vurdu.

***

Günortaya yaxın Stalin Türkiyənin səfirini qəbul etdi.

Səfir niyə çağrıldığını heç cürə anlamadığından nədən başlayacağını bilmirdi. Son zamanlar, Leninin  ölümündən sonra demək olar ki, Kremllə əlaqələr kəsilmişdi. Daha düzünü desək gərginləşmişdi.

SSRİ sərhədlərini bağladıqca Məshəti və Krım tatarları ilə İstambulun əlaqələri kəsilirdi. Türkiyədə yaşayan yüzminlərlə qohum-əğrabaları bir-birindən ayrı düşürdü.

Türk hökumətinin sərhədlərlə bağlı bütün təkliflərinə indi ölkəni idarə edən Stalin rədd cavabı vermişdi.

Atatürkün Avropa dövlətləri ilə apardığı yaxınlaşma siyasəti də, Kremlin ürəyincə deyil.

Lenin sağlığı dövründə Atatürk-Lenin dialoqu həmişə baş tuturdusa, indiki siyasi şəraitdə Türkiyə-Rusiya əlaqələri heç səviyyəsində idi.

Səfir  Kremlə çağrılmasını pozitiv hal kimi  qəbul etdiyindən üzü gülürdü.

-Deyəsən, buzlar əriyib!-deyə düşündü.

-Hörmətli səfir, biz bilirik ki, Türkiyə türk dünyasının beşiyidir. Sizin prezident xalqının savadlanması yolunda ciddi atdımlar atır. Ancaq ciddi çətinliklərlərastlaşır. SSRİ-də yaşayan türkdilli xalqlar kimi əhaliniz əlifbanı çətinliklə öyrənir.

Vaxtilə Azərbaycan yazıçısı Mirzə Fətəli Axundov əlifbanı reforma etmək  təklifini vermişdi. Türk sultanı onun təklifini rədd etmişdi. Bizim alimlər bu əlifbanın çox asan, latın qrafikası üzərində hazırladığını deyirlər.

Gəlin iki ölkə: Türkiyə və SSRİ türk respublikaları əl-ələ verib, əlifbamızı dəyişək. Göstəriş verəcəyəm ki, Bakıda türkoloji qurultay çağırsınlar. Türkiyədən də alimləri bura dəvət etmək istəyirik. Sizin tərəfin fikrini bilmək istəyirik.

-Müdrik fikirdir cənab Stalin! Mən Sizin sözlərinizi  prezidentimizə  çatıraram.

  Səfir otağı tərk edəndən sonra Stalin qəlayanını yandırdı, ancaq çəkmədi.

Türkün səfirinin atıla-atıla otaqdan çıxmasının səbəbini başa düşməyə çalışdı. Deyəsən, qurduğu tələyə əməlli-başlı düşmüşdü. 

Əsgi əlifbanın türk birliyi üçün nə qədər əhəmiyyətli olduğunu anlamayan səfirə güldü. Əlifbanın dəyişməsi təkcə minillərlə yaranmış əlaqələr deyil, tarixi yaddaşın üstündən də xətt çəkirdi.

Türklər daha keçmişlərindən xəbərsiz qalacaq, nəsillər arasında əlaqə pozulacaqdı. Digər tərəfdən, Stalinin Gürcüstanı genişləndirmək istədiyi ərazilərdə yaşayan müsəlmanların da bir-birilə əlvaqələrini pozurdu.

 O, yaxşı bilirdi ki, ərəb əlifbası Quranı oxumağı asanlaşdırmaqdan əlavə ərəb dilini müsəlmanlar arasında millətlərarası ünsüyyət vasitəsinə çevirirdi.

 Əlifbanın dəyişməsi təkcə müsəlmanlar arasındakı ünsiyyəti aradan qaldırmırdı, eyni zamanda ərəbdilli ədəbitiyyatı, qədim dövrün tarixinin, mədəniyyətinin üstündən xətt çəkirdi.

Bu ədəbiyyatda isə gürcülərin, erməniələrin dəqiq harada yaşadıqları və tarixi boyu nə ilə məşğul olduqları inkarolunmaz faktlarla göstərilirdi. Bu isə hələ yenicə hakimiyyətə keçmiş Stalinin planlarına zidd idi.

Əlifbanın Türkiyə, Azərbaycan və Türkistanda dəyişdirilməsi böyük bir ərazinin xalqaları arasında bütün əlaqələri kəsirdi.  Elə Stalinə bu lazım  idi -parçalayıb höküm sürmək.           

 

TÜRKOLOJİ QURULTAY

   Türkoloji qurultaya dəvət olunmuşlar nə üçün birinci məslələnin elə əlifbanın dəyişdirilməsi olduğunun dərin siyasi məzmununu anlamadılar. Bura dəvət olunanlar bu fikirlə gəlmişdilər ki, türk xalqlarının problemlərindən danışsınlar. Ancaq bu baş vermədi. Maraqlı burası idi ki, Cənubi Azərbaycandan bu qurultaya bir nəfər belə dəvət olunmamışdı.

   İnqlabın dağıdıcı mahiyyətini anlamayanlar xalqlarının minillərlə yaratdığı kitab mədəniyyətinin üstündən xətt çəkirdilər.

   Əlifbanın inkişafa heç bir dəxli olmadığını yaxşı bilənlər səslərini belə qaldıra bilmirdilər.

   -Orta əsrlərdə Şərq mədəniyyəti və elmi Avropadan qat-qat üstün idi. Avropa bu mədəniyyəti öyrəniöb irəli getdi. Bizim isə evimizi yıxan isə mövumat və onu xalqın arasında yayan xanlarımız, bəylərimiz olub. Əlifbanın buna nə dəxli?-deyə Kömür meydanında çayxanada çay içən Hüseyn Cavid fikrini bildirirdi.

-Elədir! -deyə onun sözünə qüvvə verən Heybət əlavə etdi.

-Bu bizə nə verəcək? Heç nə! Aramızdakı fərqi daha da artıracaq! Götürək İrandakı qardaşlarımızı. Biz latınca yazacağıq, onlar əsgi əlibayla. Gəl yazıq millət yazdıqlarını oxu!-deyə şair davam etdi.

   -Doğurdan a, bəs İrandakılar? - deyə həmşəri balası çayçı Seyfi dilləndi.

   -İrandakıları adam yerinə qoyan var? İranda aləmi bir-birinə qatdılar ki, inqlab etsinlər. Nəticədə türklərin minillik hakimiyyətinə son qoydular, farsları hakimiyyətə gətirdilər. Gəl indi əziyyət çək İran əhli!

   -Niyə bu haqda çıxış etmədiniz?

  -Harada? Necə? Kim sənin sözünü eşidir? Getdi o dövr. İstədiyin insan qazet-jurnala açırdı, istədiyini yazırdı. - deyə Cavid iki əlilə başını tutdu.

Şairin bu sözündən elə çıxırdıki irəlidə Azərbaycanı yeni fəlakətlər gözləyir.

 

KOLLEKTİVLƏŞMƏ

   Leninin ölümündən sonra Kremlin daxili çəkişmələri onunla qurtardı ki, Stalinin dəstəsi  Troskinin dəstəsinə qalib gəldi və faktiki hakimiyyəti ələ aldı. 1927-ci ildə Stalin onun baxışlarını xırda-burjua meyli olduğunu xalqa göstərdi, partiyadan xaric edib Alma-Ataya  sürgün etdi.

   Sovet cəmiyyətində baş verən bütün gerilikləri onun adına bağlasa da, tezliklə elə dəyişikliklər etməli idi ki, xalq Lenindən sonra ikinci lider sandığı Troskiyə qarşı düzgün hərəkət etdiyini anlasın. Xalq arasında isə narazılıq artırdı.

    Stalin dəyişiklər etməli idi. Elə dəyişiklər ki, onun etdiyi hər əmələ bəraət qazandırsın. Odur ki, Lenin kitablarına baş vurdu.

Onun sənayeləşmə  haqqında  yazdığı əsərləri oxudu, özünün əlavələrini etdi. Tezliklə ölkəni iqtisadi cəhətdən gücləndirəcək planı işldəyib hazırladı və bunu partiyanın siyasi xətti kimi qələmə verdi.

   Uralda, Sibirdə və Uzaq Şərqdə yeni zavod, fabrik, kombinatların yaradılması üçün geniş dövlət planını həyata keçirtməyə başladı.

   İşçi qüvvələrinin azlığı Stalinin saneyeləşmə planına zərbə vururdu. Xaricdən valyuta ilə alınmış maşın və avadanlıqlar açıq hava altında qalıb çürüryürdü.

 Yeni yaranan iqtisadi bölgələrdə ərzaq çatışmırdı. SSRİ-nin patriaxal kənd təsərüfatı bu yeni şəhərlərin təcizatını təmin edə bilmirdi. Deməli, kənd təssərüfatında da sənayeləşmə getməlidir. Böyük təssərufatlar yaradılmalıdır. Elə olmasa yeni zavodların buraxdığı kənd təssərufatı maşınlarını və avadanlıqların kənddə istifadə olunması qeyri-mümkün olacaqdı.

Kəndlilər bu maşınları almaq üçün haradan pul tapa bilərdilər? Lenin kooperativləşmə ideyasından belə çıxırdı ki, kənli təssərufatları birləşməlidir. Bu birləşmə siyasətini ancaq kolektivləşmə yolu ilə həyata keçitmək mümkün olardı.

Ancaq kəndlilər kolxoza gəlmək istəmirdilər. Hərə öz təssarufatını özü idarə etmək istəyirdi.

   Stalin kəndə nə baş verdiyini anlamaq istəyirdi. Qarşısındakı kənddə baş verənlərlə bağlı  materialları gözdən keçirtdikdə dəhşətə gəlirdi. Dünyaya vaxtiykən taxıl satan Rusiya indi Kanadadan taxıl alırdı

Kəndlilərə paylanan torpaqların yetmiş faizi əkilmirdi, biçilmirdi. Kəndilər ev-eşiklərini, torpaq sahələrini qoyub şəhərə axışırdılar, kəndli təssarufatları dağılırdı.

Volqa ətrafı regionda və Ukrainada aclıq höküm sürürdü. Dövlətin isə taxıl imkanı məhdud idi.

Qolçomaq deyilən yeni sinif meydana gəlmişdi. Onlar da kəndlilərin kasıblaşması üçün.

 Düzdür, onların təssarufatı faktiki olaraq ölkəni dolandırırdı. Ancaq kollektiv təssarufatı olmasaydı, yüksək ağır sənayeyə malik olan dövlət yaratmaq mümkün olmayacaqdı.

   Stalin nəyin-bahasına olursa olsun kənd təssərüfatını ağır sənayeyə uyğunlaşdırmalıydı, onların arasında olan fərqi görürməli və aradan qaldırmalı idi. Odur ki, kənd təssərufatında güclü islahatlar aparmalı idi.

   Kənd təssərüfatın islahatı labud idi. Bunu yaranmış vəziyyət tələb edirdi. Stalin ölkəni gözləyən böhranı aradan qaldırmaq üçün yaratdığı güclü hərbi-polis maşınını işə saldı və kolektivləşmə siyasətini yeritməyə başladı.

Bu siyasət hər şeyi əvvəlcədən ölçüb biçmişdi. Bu və ya digər kənddə bütün kəndli torpaqlarını və ev heyvanlarını «könüllü» olaraq kolxozlarda birləşdirir  və vahid bir yerdən idarə olunurdular.

Bu təssərüfatlara yeni zavodlarda yenicə istehsal olunmuş kənd təssarufatı maşınları və avadanlığı bannlardan götüürlmüş kreditlər vasitəsi ilə kolxozlara paylayır, böyük traktor-kombaynları MTS-lər yaratmaqla bütün təssarufatlarda işlətmək üçün şərait yaradırdılar.

27-ci ildən başlayaraq kolxoza qoşulmayan, öz təssarufatını özü idarə etmək istəyən kəndliləri də qolçomaq adlandırıb əllərindən var-yoxlarını alırdılar, sonra özlərini Sibirə sürgün edirdilər: və yaxud Ural zavodlarına, Uzaq Şərqin yeni tikintilərinə yollayırdılar. İşçi qüvvəsi məsələsi də elə beləcə həll olunurdu.

   29-ci ilin axırları Ermənistanda[7] yaşayayan azərbaycanlılara «qolçomaq» adı qoyub Qazaxstana köçürürdülər.

Ermənistanda yaşayan azərbaycanlılar kolxozlara daxil olsalarda, yığdıqları məshulları əllərindən alınır, əvvəzində «işgünü deyilən» maaş və yaxud azca taxıl verirdlilər ki, heç olmasa acından ölməsinlər. aclıq azərbaycanlı kəndlərində aclıq höküm sürürdü.

Ömrləri boyu yaxşı yaşayan «iravanlılar» hər şeylərini atıb Azərbaycan, Naxçıvan və Gürcüstana qaçırdılar.

   Təkbaşına öz təssərufatını qurmağa öyrənmiş azarbaycanlıların çoxu kolxoza uyğunlaşa bilmirdi. Kolxozlar yarandığı gündən kəndlərdə aclıq hökm sürürdü.    

Düşdüyü acınacaqlı vəziyyətlə razılaşmayan  kənd adamları əllərinə silah alıb dövlət  məmurlarına qarşı üsyana qalxırdılar. Bu üsyanlardan biri Şəkidə baş vermişdi. 

 

ŞƏKİ HADİSƏLƏRİ

  

Dağlara çəkilən çən  atlıların qarşısında  şəhərin ilk binaların cizgilərini çəkirdi. Şəkinin dağları əvvəlki kimi qəşəng idi.  Həmişə şəhərin girəcəyindəki  kərvansaraya düşməyi vərdiş etmiş Meşədi Fazil səhərin açılmasına baxmayaraq qarşıdakı bir nəfəri də görmədi. Qardaşı Qəfərə üzünü tutdu:

   -Qəfər, camahatdan ələm-əsər yoxdur. Sən blən millət hardadır?

   Qəfər atdan endi və dərvazadan içəri girdi. Adətən şəkililər onları dərvaza önündə qarşılayar, atdan enditdirib otaqlarına aparardılar.

Kərvansarayın orta yaşlı, orta boylu dağ admına xas olan qırmızı yanaqlı şirindil sahibi vardı. Kəblə Əli deyə onu hamı çağırır və hörmətini saxlayırdılar.

-Kəbleyi!-deyə Qəfər onu çağırmağa başladı, ancaq səs verən olmadı.

Bu vəziyyət Meşədi Fazili narahat etdi. O, da ətrafa boyandı. Şəhərin girəcəyində demək olarkı adam yox idi. Uzaqdan təbil səsinin"dum!","dum!"-u eşidilirdi.

-Qəfər, Şəkidə nəsə olub! Eşidirsən, carçının təbilinin səsini. Carcı xalqı meydana çaxırır.

 Qəfər qulaqlarını şəkləyib Meşədi Fazilin göstərdiyi tərəfə baxdı.

-Elədir! Ora bax, xalq meydana axışır!-deyə Meşədi Fazilə qabağdakı küçədə adam axınını göstərdi.

-Hamı meydana axışır!-deyə Meşədi Fazil atın yüyənini dardı. At yerindən götürüldü.

Şəkinin meydanı deyilən yerə camahat bazar yeri də adlandırıdı. Ancaq camahat meydanın qarşısında yerləşən məscidə axışırdı.

Onlar meydana yaxışlaşdıca,  təbil vuraraq "Hamı məscidə! Hamı məscidə!-deyə xalqı haraylayan carçının yüksək səsi aydın  eşidilirdi.

Meşədi Fazil meydana girib  atını  əmisinin dükanını tərəfə sürdü.

Atdan endilər. Dükan bağlı idi. Heyvanları dükanın divarına at saxlamaq üçün vurulmuş halqalara bağladılar və piyadə məscidə üz tutdular.

Məscidin qarşısına iynə atsaydın yerə düşməzdi. Carçının harayına gələnlərin sayı isə get-gedə artırdı.

-Nə olub?- deyə Meşədi Fazil şəkililərin birindən soruşdu.

-İndi özün eşidərsən!- deyə şəkili minbəri xatırladan  kursüyə qalxan orta yaşlı kişini görsətdi.

-Biz on-on beş gün bundan əvvəl imanımıza sataşan, malımızı-pulumuzu əlimizdən alan narkomları qovladıq. Bakıya xəbər göndərdik ki, bizə dəyməsinlər. Biz kolxozun əleyhinəyik, Özümüz-öz torpaqlarımızı əkib biçəcəyik. Naloğuvuzu verəcəyik. Daha nə istəyirsiniz?  

Bunlar isə üstümüzə qoşun göndəriblər. Evlaxda poyezdən düşüb Şəkinin üstünə hücuma hazırlaşırlar. 

Qoşunun başında Mircəfər Bağırov gəlir. Sizi bura yığmışam sözünüzü deyəsiniz!- deyən Kəblə Əlinin səsi eşidilirdi.

 -Allah, bəlaların versin! Rədd olsunlar!- deyə yerlərdən səslər ucaldı.

-Adı fəhlə-kənli hökumətidir. Deyin fəhlələr, deyin kəndlilər, sizə nə ediblər?  Onda yaxşı yaşayırdınız, yoxsa indi?

Şəki kimi yaşayan  şəhər vardı. Hamı halal zəhmətiynən dolanardı. Bəs indi?  Nəyimiz var, əlimizdən alırlar. İndi isə kolxoz adıynan mal-qaramıza göz dikiblər.

-Bəsdir bu biyabırçılıq! – yenə də yerlərdən qışqırıqlar eşidildi.

-İndi üstümüzə qoşun gəlir!

-Qoymarıq şəhərə girsin! Ölərik, ancaq qoymarıq!-deyə şəkililərin səsinə dağlar əks səda verirdi.

***

Dükanının qabağınıdakı atları uzaqdan görən  Səfər kişi iri addımlarla özünü ora yetirdi. 

   Ona dedilər ki, qardaşı oğlu gəlib, dalınca məscidə getdi.

   Səfər kişi Fazilin atını divardan açdı, belinə qalxdı və məscid tərəfə çapdı.

   -Fazil, ora bax! Əmidir!-deyə Qəfər əlini qardaşının çiyninə qoydu.

   İki qardaş kütlədən ayırıb əmisi tərəfə gəldilər. Səftər kişi atdan endi və qardaşı balalarını bağrına basdı.

   -Siz hara, bura hara?- deyə əmisi məsciddən uzaqlaşan kimi dinlədi:- Görmürsüz, burada nə baş verir?

   -Əmi, Basqaldan gəlirik.

   -Getdik evə!-deyə dükanın ağzına çatıb Qəfərin də atını açdılar. Ancaq ata minmədilər, çünki oradan  Səftər kişinin evinə qədər on atdımlıq yol idi.

   Evdə əmisinə Şəkiyə gəlmələrinin səbəbini aydınlaşdılar.

-Səməd, deyir ki, Şəkidən Tiflisə kəlayağı gəlmir. Səbəbi nədir? Biz də gəldik.

-Görmürsüz, aləm qatışıb məzhəb itib! Evlaxla gediş-gəliş kəsilib. Şəkidən ora nə gedir saxlayırlar. Tərpənməyə imkan yoxdur. - deyə Səftər kişi nə baş verdiyini onlara anlatmağa çalışdı.

-Biz yolda heç nə görmədik.

-Siz yuxarı yolla gəlmisiniz. Deyirlər, yuxarı hələlik açıqdır.

-Oranı da bağlaya bilərlər?-deyə Qəfər soruşdu.

-Bəs necə? Hökumətlə- hökumətlik etmək olar?-deyə Səftər kişi izah etdi.

-Hökumət hökumət olsa da. Xalqın sonuncu yorğanını kəndlidən alıb, içindəki pambığı çıxardırlar[8] ki, Moskvaya plan versinlər. Belə də biyabırçılıq olar?-deyə Qəfər hiddətlənirdi.

-A bala, sənlik deyil!- deyə əmisi səsini qaldırdı. Bu bəs idi ki, Qəfər bir daha belə söhbətə qayıtmasın.

-Əmi, Tiflisə mal yola salmaq lazımdır. –deyə Fazil təklif etdi.

-Axı yol bağlıdır!

-Demirsiniz ki, yuxarı karvan yolu açıqdır.

-Gərək adam yığım! Sizə qoşulsun. Qoy onda çarvadarları çağırım.

Axşam üstü bir-neçə çarvadar yığışıb gəldilər. Qərara aldılar ki, kəlayağını yükləyib elə səhər sübdən yola çıxsınlar. Qəfər onlarla getsin. Fazil isə Basqala oradan Bakıya qayıtsın.

Səhər Fazil çarvadarlarla yola çıxdı. Dağlara çatan kimi qardaşı Qəfərlə vidalaşdı. Onlar  Tiflis tərəfə o, isə Oğuz tərəfə üz tutdu.

Köhnə karvan yolunun  hər iki tərəfdən hündür ağaclar əhatə edirdi. Yayın isti günəş şüallar qalın ağacların əmələ gətirdiyi təbii çətirdən keçmirdi.

Yayın ortaları olsa da, Fazilin atı təbiətin yaratdığı bu gözəl imakandan sanki istifadə edib daha çox yol qət etmək istəyirdi.

Getdiyi yola yaxşı bələd olan Fazilsə atın yüyənini çəkməklə, qaçışının sürətini azaldır, asta getməsini istəyirdi.

O, atın yorulmasını istəmirdi. At yorulsaydı, dayanmalıydı.

At sanki yüklü olduğunu duymurdu. Hey irəli atılırdı.

Getdiyi yolun sakitliyini çoxdan yuxudan   oyanmış quşlar pozurdu. Elə bil ətrafda bu quşlardan başqa  heç nə yox idi. Adamı az qalırdı vəhmə bassın. Ancaq Fazil qorxaq adam deyildi. Uşaqlığı  Basqalın qalın meşələrdə keçdiyindən elə bil doğma şəhərciyinin yolu ilə evinə qayıdırdı.

 O, doğurdan da, evinə qayıdırdı. Bakıda qoyub gəldiyi dörd balasının yanına.

Basqala isə Cəfərlilərin toyuna gəlmişdi. Ailəsini də gətirmişdi. Baldızı Barat xatunla Səməd də burada idi.

Səməd işləri ilə bağlı Tiflisdəki vəziyyətdən danışdı.

-İşimiz dayanıb, İstambuldakılar deyirlər ki, kəlağayıları qurtarıb, müştəri isə itinə tök! - deyə Səməd ağa gileyləndi.

-Bəs Şəki kalağayı göndərmir?

-Vəziyyət elə ona görə gərgindir ki, Səftər əmidən xəbər-ətər yoxdur. Çarvadarları Tiflisə bir beş-on gün olar gəlib çıxmırlar. Uşaqları Tiflisə aparandan sonra istəyirəm Şəkiyə baş çəkim.

-Sən Basqalda uşaqlarla qal dincəl, mən sabah özüm Şəkiyə gedərəm. Buradan ora yaxın yolu tanıyaram, həm də Səftər əmimi görərəm.

-Razılaşdıq. Təkmi gedəcəksən?

-Yox özümlə qardaşım Qəfəri aparacağam.

-Səftər əmiyə denən ki, nə qədər kəlağayı göndərsə, alacağam. 

***

Səhərisi günü Fazil qardaşı  Qəfəri götürüb Şəkiyə gəldilər. İndisə o, geriyə yol tutmuşdu.

İrəlidən meşənin sakitliyi pozan at nallarının səsləri eşidilirdi. Bu səs düz Fazil tərəfə yaxınlaşırdı. Ürəyinə gəldi ki, yoldan çıxıb meşəyə girsin. Kim bilir kimlərdi? Ancaq Fazil bunu etmədi. Yolundan çıxmadı, davam etdi. Erməni müsəlman davasında belə Gürcüvanı təkbaşına keçirdi. İndi kimdən qorxmalıydı.

Bir-neçə dəqiqədən uzaqdan silahlı süvarı hərbi dəstənin gəldiyini gördü. Onların atları bütün yolu tutmuşdu. Kanara çəkilmək istədi, ancaq süvari dəstədən bir-neçə atlı aralanıb onu tərəfə çapdılar və dayandırdılar.

Tezliklə suvari dəstə ilə üzbəüz durdu.

-Haradan gəlirsən?-deyə dəstəni başında gedən adam soruşdu.

-Şəkidən.-deyə Fazil cavab verdi.

-Orada nə işin vardı?

-Əmimə dəyməyə getmişdim!

-Şəkidə nə baş verir?

-Bilmirəm. Mən şəkili deyiləm basqallıyam.

-Sən, deməli, Şəkidən gəlirsən, ancaq nə baş verdiyini bilmirsən?-deyə başçı soruşdu. 

 -Elədir. Məni belə şeylər maraqlandırmır.- deyə Fazil atını qırağa çəkməyə çalışdı. Ancaq qoymadılar.

-Məni tanıdın?-deyə başçı soruşdu.

Baxmayraq ki, Fazil qarşısındakı adamın kim olduğunu tanıdı, ancaq «Yox!»-dedi

-Mən isə səni tanıyıram. Sən Mir Hüseyn ağanın kürəkənisən. Səni «Təzə Pirdən» tanıyıram!-deyə Mir Cəfər Bağırov düz onün gözünün içinə baxdı.

Fazil dinmədi. Başını da aşağı salmadı. Ümumiyyətlə Cəfərli tayfası əyilməyi xoşlamırdı.

-Tutun, bunu Bakıya aparın! Şəkililərlə əlaqəsi olmasaydı, burada nə edirdi? -deyə Mir Cəfər Bağırov Fazilin həbsinə əmr verdi. Özü isə dəstəsi ilə yoluna davam etdi.

***

Fazilin tutulub Bakıya aparılması xəbərini Seyid Bikəyə Basqala gəlmiş bacısı Xədicə xatun çatdırdı. Tez yığışıb Bakıya qayıtdılar.

Xədicənin əri Şamil nə baş verdiyi haqda heç nə deməsə də, onları Kəblə Cəfərin yuxarı məhəllədəki mülkünə apardı:

-Burada qalın. Səbirli olmaq lazımdır, Bir şey fikirləşərəm. Zənnimcə, yanlışlıq baş verib!-deyə onları tərk etmək istədi.

-İçri şəhərdəki evimizə niyə getmədik?

-Orada axtarış aparılar. Evi müsadirə ediblər.

-Bəs evin şeyləri-kitablar?

-Kitablar əsgi əlifbada olduğundan yandırıblar[9].

-Mir Hüseyn ağanın yazıları və qədim kitabları o kitabların arasında idi! - deyə Seyid Bikənin ürəyi dözmədi. Hönkür-hönkür ağladı.

Şamil ona özünü əla alıb sakit oturmağı tövsiyə etdi, çıxıb getdi.

***

 Seyid Bikə evdə oturub iki gün dözə bildi. Sonra Əşrəfi qabağını salıb Mirzə Səftərgilə gəldi.

Gülsüm rəfiqəsini sağ-salamat görüb sevindi:

-Bütün məhəllə deyir ki, sizin hamınızı tutub sürgün ediblər. Evinizdə nə vardısı arabalara yükləyib apardılar.

-Gülsüm Mirzə Səftər haradadır?

-Harada olsa indi gələr!-deyə rəfiqəsinin qabağna çay qoydu.

Gülsüm dediyi kimi Mirzə Səftər tez gəldi. Heç Seyid Bikə çayını içməyə macal tapmamışdı.

-A bacı, siz sağsınız?

-Necə bəyəm?

-Al, oxu!-deyə əlindəki qəzeti Seyid Bikəyə uzatdı.

Qəzetdə Şəkidə təxribat yaratmış adamların güllələndiyi haqda məlumat vardı. Orada Fazil Cəfərlinin də adı çəkilirdi.

 Seyid Bikə dözmədi, ayağa qalxdı. Əşrəfi qabağına salıb bacısı Xədicəgilə gəldi.

-Bunu oxumusan?-deyə Seyid Bikə soruşdu.

-Oxumuşam. Nə olsun?

-Necə yəni nə olsun? Fazili güllələyiblər.

-Özünü ələ al! Hər oxuduğuna inanma! İndi isə çıx get evə!-deyə bacısı demək olar ki, onu qovladı.

-Mən Şamili görmək istəyirəm.

-Şamil nəyinə lazımdır? Sənə nə deyib onu et! Yuxarı məhəllədən aşağı enmə! Bizi zərbə altında qoyursan!

-Ay qız, bolşevikə qoşulub, deyəsən, başını itirmisən!-deyə Seyid Bikə daha da hirsləndi.

-Xahiş edirəm, Bikə. Özünü əla al! Hər şey yaxşı olacaq, evə get!-deyə Xədicə yerindəcə donub qalmış bacısının üzündən öpdü.

Xədicənin üzündə ki, təbəssümü görüb, Seyid Bikə anladı ki, bacısı nəyəsə arxayındır.

Xədicənin baxışlarında da arxayınçılıq vardı. Çünki gözləri gülürdü.

-Get evə, uşaqları tək qoyma. Bir də bura gəlmə. Lazım olsa özümüz gələcəyik.-deyə üzünə qapını bağladı.

Bacısıdan bir şey öyrənməsəndə,  Seyid Bikə oradan narahat qayıtmadı. Yadına « Hər oxuduğuna inanma!» sözləri düşdü. Deməli, bacısı qəzetdən xəbərdar idi. Nə isə bilirdi, ancaq ondan gizlədirdi.

Xədicənin onu gülər üzlə qarşılaması da ümid verirdi. Axı başqa cürə olsaydı, Xədicə gülməzdi.

Öz hərəkətlərinə isə Seyid Bikə bəraət qazandırmadı. Çünki Şamilin sözündən çıxmışdı.

***

Bayıl türməsinə salındıqdan sonra evdən-eşikdən xəbərsiz qalan Fazilin ümidi bacanağı, baldızı Xədicənin əri Şamil idi.

Şamil Nəzərlini  NKVD-də Mir Cəfərin sağ əli sayırdılar. Şamaxılı balasıydı.

Kommunizm xəstəsi olduğundan Fazil onunla oturub durmurdu. Əks düşüncəli adamlar olsalarda aralarındakı hörmət-izzəti saxlayırdılar.

Bayıl türməsində bir adam tapılmırdı ki, onun niyə həbs olunduğunu desin.

Nəzarətçilər də heç nə bilmirdilər. Bir şeyi açıq deyirdilər ki, onu xüsusi təhlükəli dövlət  cinayətkarlarının kamerasına salıblar.

Bayıl türməsində qaldığı dörd-beş gün ərzində bura düşməyinin səbəbini anlamağa çalışdı.

 Düşünürdü ki, bu Şəkidə baş verənlərlə bağlıdır. Şəkililərin üsyan etdikləri yadına düşdü.  Ancaq bu hadisələrin ona nə dəxli? Axı o, bu hadisələrin iştirakçısı olmayıb, ona nə edə bilərlər?

İstintaq getməməsini də anlamağa çalışırdı. Deyəsən, Şəkidə hələ hadisələr səngəməyib!-deyə fikirləşirdi.

Üç gün də belə davam etdi. Nəzarətçilər ona bir-neçə qəzet verdilər. «Bakraboçi»Şəkidə qolçomaqların NKVD-yə qarşı silahlı müğavimətindən və onların başçılarının tutulub güllələndiklərindən yazırdılar.

-Görəsən, nə qədər adam qırılıb?-deyə qəzeti oxuyub kənara qoyub düşündü.

Gecənin yarsı kameranın qapısı açıldı, içəri iki nəfər NKVD-e işçisi daxil oldular.

Fazil qapı açılan kimi ayağa qalxdı.

-Əyləşin!-deyə onlardan biri əmr verdi.

Növbətçi gətirdiyi taburetkanı yerə qoydu. Fazilə əmr verən adam, özü bu taburetkada oturdu. Arxaya boylandı və yoldaşı tərəfə baxdı. O, əlindəki qovuğu silistçiyə[10] uzatdı.

Silistçi qovuğu dizi üstə qoyub, cibindən eynəyini götürdü, gözünə taxtdı və oxudu

-Cəfərli Fazil Gəblə  Gəfər oğlu sizsiniz?-deyə soruşdu.

-Bəli, mənəm!-deyə Fazil cavab verdi.

-Nə ilə məşğul olursunuz?

-Kəlayağı emalıyla!

-Heç zəhmətkeşə oxşamırsınız. Təhsiliniz?

-Ali.

-Hansı partiyanın üzvüsünüz?

-Heç bir.

-Siyasətlə məşğul olursunuzmu?

-Heç vaxt olmamışam.

-Bəs Şəkidə nə edirdin?

-Əmimi görməyə gəlmişdim.

-Deyirsən: siyasətlə məşğul olmursan?

-Elədir.

-Bəs Mir Hüseyn ağanın ətrafında niyə hərlənmisən?

-Mir Hüseyn ağa qaynatamdır.

-İndi haradadır?

-Bilmirik.

-Necə yəni bilmirsiniz?

-İyirminci ildə yoxa çıxıb.

-Bəlkə xaricə qaçıb?

-Xəbərimiz yoxdur.

Silistçi qovuğu açıb diqqətlə nəzərdən keçirtdi, sonra üzünü Fazilə tutdu:

-Biz də olan məlumata görə, sən 25-ci ildə Kremldə xalq düşməni Nəriman Narimanovun yanına gəlmisən. Niyə?

-Hacı  Zeynalabdin göndərmişdi.

-Kapitalistlə kommunistin nə əlaqəsi?

-Mən nə bilim?

-Sən yaxşı bilirsən!- deyə səsini qaldırdı. Fazil daha dinmədi. Silistçi isə ayağa qalxdı, heç nə deməyib kameradan çıxdı.

Səhərə qədər Fazilin gözünə yuxu getmədi. Nə baş verdiyini anlamağa çalışdı. Gözləri önündə baş vermiş hadisələr canlanmağa başladı: doktor öləndən bir-ki il sonra qəzetlər onu xalq düşməninə çevirdilər, kitabları yoxa çıxmışdı. « O cür adamı heç eləyən hökumət istədiyi adamın başına istədiyi oyunu aça bilər!»-deyə düşündü. Bu fikirlə də razılaşdı.

Gecə  gözünə yenicə yuxu girmişdi ki, kameranın qapısı yenə açıldı. Yenə də dünənki ardıcıllıqla   hadisələr öz məcrasına düşdü: əvvəl silistçi onu kameradakı taburetkaya otuzdurdu, sonra  növtbətçinin onun üçün taburetka gətirməsini gözlədi.

Taburetkanı gətirdilər özü əyləşdi, yoldaşı isə ayaq üstə qaldı.

-Deyirsən, səni Hacı Zeynalabdin Moskvaya göndərmişdi,  sən də getmişdin.

-Niyə? İşin gücün qurtarmışdı?

-Hacını biz millətin ağsaqqalı sanıram. Xahişini yerə sala bilməzdim.

-Millətin atası hacılar deyil-Stalindir!-deyə silistçi səsini ucaltdı və dizinin üstünə qoqyduğu qovuğu varaqlamağa başladı. Kameraya ani sakitlik çökdü.

-Deyirəsən, Şəkiylə heç bir əlaqən yoxdur?-deyə silsitçi başını qaldırdı.

-Şəkiylə var, ancaq Şəkidə baş verən hadisələrlə heç bir ədlaqəm yoxdur. Mən Şəkiyə əmimin yanına gəlmişdim.

-Şəkidə məgər nəsə baş vermişdi?-deyə silsitçi eşitdiyinə məətəl qaldığını bildirdi.

Fazil anladı ki, səhvə yol verib. Nəyinə lazım idi ki, Şəki hadisələrinə toxunsun.

Silistçi deyəsən elə bu sözləri gözləyirdi.

-Yalan deyirsən! Sənin Şəki hadislərində əlin var!-deyə arxaya dönmədən əlilə  növbətçiyə işarə elədi.

Növbətçi kameradan çıxdı, silistçi isə yenidən başını aşağı salıb dizinin üstünə qoyduğu qovuğdan nəsə oxuyurdu.

Növbətçi qabağına salıb bir adamı gətirdi.

-Sən bu adamı tanıyırsan?-deyə silistçi Fazildən soruşdu.

-Yox!

-Diqqətlə bax!

-Yox!

-Ancaq o, səni tanıyır.-deyə silistçi taburetkasında fırlandı və üzünü indi kameraya gətirilən məhbusa tutdu.

-Vətəndaş Fazil Əliyev sən bu kişini tanıyırsan? - deyə soruşdu.

-Vallah tanıyıram, yoldaş nəçəlnik, Şəkidə görmüşəm.

-Harada?

-Meydanda, ağ atın üstündə.

-Sonra harada?

-Yadıma düşdü. Keçən il. Məsciddə. Kəblə Əlinin yanına gəlmişdi.

-Niyə?

-Bilmirəm.

-Aydındır.-deyə silistçi indi arxasını məhbusa çevirdi, üzünü Fazilə tutdu:

-Addaşın düz deyir!-deyə soruşdu.

Fazil dinmədi.

-Səndən soruşuram, Kəblə Əlinin yanında nə işin vardı?

-Mənim üçün kitab tapmışdı.

-Nə kitabı idi?

-Qumrunun «Baharnaməsi».

-Dini kitablarla maraqlanırsan?

-Məni maraqlandıran şairin ustadlığıdır.

-Dindən-mövumatdan yazanının nə ustadlığı? Sən denən üsyana necə hazırlaşırdınız? Şəkililərə silahı haradan alırdınız?

Fazil yenə dinmədi.

-Deməli, hər şeyi inkar edirsiniz?-deyə qovuğundakı vərəğə nəsə qeyd etdi.

Sonra yenidən yerindəcə məhbus tərəfə döndü:

-Sən indi dediklərini rəsmən təsdiq edə bilərsən mi?-deyə silistçi ondan soruşdu.

-Edə bilərəm!-deyə məhbus cavab verdi.

-Hər şey aydındır!- deyə silistçi ayağa qalxdı. Fazildən başqa hamı kameradan çıxdı.

***

İki saatdan sonra  kameraya gələn növbətçi onu qabağına salıb üstündə «Ümumi kamera» sözləri yazılmış qapının ağzına gətirdi. Ağır paslanmış açarlarla qapını açdı və içəri buraxdı.

-Bunlar  sənin həmfikirlərindir!-deyə növbətçi divarın dibindəki dəmir kravatı ona göstərdi. Bayıra çıxanda isə «Az qalıb, ürəyinizi sıxmayın!» dedi.

Kamerada on adamdan çox olsada, genişlik idi. Ona heyrətlə baxan gözlərdən qəmginlik yağırdı. İki saat bundan qabaq onun üzünə duran şəkili də burada idi.

-Səni bura niyə salıblar? Sifətindən intelligentlik yağır. -deyə kamerada «ağa[11]»sı soruşdu.

Fazil isə cavab verməyib krovata uzandı və iki əlini başının altına qoyub fikirə daldı.

Deyəsən, Fazilin hərəkəti onun xoşuna gəlmədi. Oturduğu yerindən ayağa qalxdı, onun krovatına tərəf gəldi.

-Səninlə deyiləm!-deyə səsini qaldırdı.

Fazil hirsini tökməyə adam axtarırdı. Elə bil Allah özü yetirmişdi. Qarşısındakının zırpılığına baxmadan onun qarnına  elə bir təpik vurdu ki, rəqibi dal-dala gedərək kameranın qapısına dəydi. Ayağa qalxmaq istədi, macal tapmadı. Fazilin ikinci təpiyi ağzından dəydi və şapıltıyla yerə yıxıldı.

Səs-küy eşidən növbətçilər qapını açdılar. Təpikləri ilə yıxılanı itələyib üstündən keçdilər.

-Bunu kim bu hala salıb?-deyə kameradakılardan soruşdular. Heç kim dinmədi.

Növbətçilərdən biri üzünü üzləşməyə gətirdiyi addaşına tutdu:

-Səndən soruşuram!-deyə onun yaxasından tutdu.

-O!-deyə addaşı Fazili göstərdi.

Növbətçi Fazilə yaxınlaşdı, qabağına salıb kameradan çıxartdı. Karser sözü yazılmış qapını açdı və onu dar kameraya saldı.

İki gün ona ancaq qara çörək və su verdilər. Üçüncü gün karserin qapısı açıldı. Növbətçi onu dalınca gəlməyi xahiş etdi.

Fazil qulaqlarına inanmırdı. Ona münasibət birdən dəyişmişdi. Yenə istintaq otağına apardılar.

İstintaq otağında  bacanağı ilə üzbəüzə oturdu.

-Fazil Əliyevi gətirdik!-deyə növbətçi ərz eləyib getdi.

-Nə Fazil Əliyev, Şamil? Kim olduğumu bilmirsən?

-Bilirəm. Daha Fazil Cəfərli yoxdur. Onu Şəki hadisləri ilə bağlı  güllələyiblər. Sən isə Fazil Əliyevsən!

-Bəs sonrası necə olacaq?

-Səni Türksibə sürgün edəcəklər. Başqa çarəm yoxdur.

-Bəs uşaqlar?

-Uşaqlardan arxayın ola bilərsən. Yuxarı məhəllədəki evnizə köçürtmüşəm. Gözüm üstlərindədir.

***

Günorta Xədicə «Metropol»[12] mehmanxanansının arxasına keçib oradan keçən tramvaya mindi.

 Tramvay  keçmiş Nikalayevski küçəsilə Bakı Sovetini keçib Çəbərəkənin qarşısından sağa döndü və «Qır pilləkan» tərəfdən yuxarı məhəllənin Sovetski deyilən  küçəsinin   başına çıxdı.

Dayanacaqda Xədicə tramvaydan aşağı düşdü və örpəyini başına çəkib dar küçələrlə Seyid Bikəin yaşadığı məhəlləyə üz tutdu.

  Xədicə elə geyinmişdi ki, heç də bu məhəllənin arvadından fərqlənmirdi. «Ağ şəhərdən» fərqli olaraq burada açıq-saçıq gəzmək mümkün deyildi.

Məhəllənin öz qayda-qanunları vardı. Bura gələndə elə bil müqəddəs bir yerə gəlirdin. İslamın bütün adət və ənənələrinə burada əməl etməliydin. Haya-abır yeriydi.

«Sevil»[13]pyesi tamaşaya qoyulduqdan sonra qadınların çoxu başındakı çadranı atsa da, bu məhəllə qadınları örpəksiz bayıra çıxmırdılar. Elə bu məhəllədə yaşayan Cəfər Cabarlının həyat yoldaşı da bayıra çıxanda örpəklə çıxırdı.

Şamillə bir-neçə dəfə yazıçının  qonağı olmuşdular.

«Məgər çadranı və örpəyi atmaqla qadın qadın olur? Qadının gözəlliyi onun haya-abırıdır. Haysız-abırsız qadın heç vaxt ailəyə xoşbəxtlik gətirməz!-deyə Xədicə düşünürdü. Qadının isə oxumasının, savad almasının tərəfdarı idi.

Çadranı-örpəyi  atmaqla isə dünya dəyişsəydi, Azərbaycan cənnətə dönməli idi. Ancaq belə deyildi. Ola da bilməzdi. Çünki ölkəni cənnətə çevirmək üçün gərək işləyəsən, yaradasan. Bizdə isə necədir? Çadranı atıb üzlərinə pudra, dodaqlarına pomada vurub, özünü mədəni sayanların onda doqquzu mənəviyyatsızlardır. Bunu görməyə nə var ki? Həqiqi Sevil olmaq üçün gərək oxuyasan, işləyəsən, yaradasan! Yüzmindən biri Sevilin yolunu  gedə bilər.

Əsrlər boyu qadınların getdiyi müqəddəs yol ailə qurub ana olmaq, Allahın qadının üzərinə qoyduğu həqiqi funksiyanı: bəşəriyyəti yaşatmaq vəzifəsini yerinə yetirməsidir.

Xədicə xatun heç yerdə işləmirdi. Aldığı təhsil bəs edirdi ki, istədiyi yerdə işləsin. Əgər istəsəydi Şamil də onun köməyinə gələrdi: istədiyi işə düzəldərdi. Ancaq Xədicə ana olmaq, bacısı Bikə kimi öz balalarına baxmaq istəyirdi.

Cəfər Cabarlının yaşadığı bir mərtəbəli evin divarlarının yanından keçib küçəni keçdi və üzüyuxarı yol tutdu.

Xədicə xatun hərdən-birdən ətrafa boylanıb baxırdı ki, arxasınca gələn var, ya yox. O, ərinin tapşırığı ilə Seyid Bikəgilə gedirdi. Bacısına deyiləsi sözləri vardı. Beş dəqiqədən sonra yuxarı gedən küçə qurtardı. Onun qarşısında ücsüz-bucaqsız, Şubanı dağlarına qədər uzanan çəmənlik açıldı.

Açılan mənzərə  Xədicənin diqqətinə belə cəlb etmədi. Qurtaran küçəni də sağa döndü və divarların kanarıyla uzaqdan görünən bacısıgilin evinin dərvazası tərəfə yolunu davam etdi.

Qapını xalasının üzünə balaca Əşrəf açdı. Ancaq xalasının üzünə tərs-tərs baxdıqdan sonra qabağına düşüb anasının yanına gətirdi.

-Buna bir bax! Necə qozdanır?- deyə Xədicə bacısının üzündən öpdü.

Onun üzündəki gülüşü görüb, Seyid Bikənin də eyni açıldı. Tez otağa keçdilər

-Ay qız, sənə şad xəbər gətirmişəm.-deyə evə girən kimi Xədicə bacısının boynunu qucaqladı:-Demədim, sənə qəzetlərə inanma!

-Dedin!

-Onda qulaq as görüm. Fazili Orta Asiyaya sürgün etdilər. Orada işlədəcəklər.

 Şamilin gözü onun üstündədir. Dadaş[14]a xəbər göndərib ki, o, da Fazildən müğayət olsun. Yaxşı qurtarıb. Şəkiylə bağlı hamını güllələyiblər. Al bunu sənə Şamil göndərdi!-deyə  sinəsindən çıxartdığı məktubu bacısına uzatdı.

Məktub Fazildən idi. Seyid Bikənin indi doğrudan ürəyi yerinə gəldi.

***

 

SÜRGÜN

 

   Qumlar onun ayağından qaçırdı. Birinci dəfə səhraya ayaq basan insan üçün hər şeydən əvvəl ətələtini saxlamaqdır. Əks halda özündən asılı olmayaraq yerə dəyirsən.

   Xəzərin qumlu sahillərindəki nəmlikdən  fərqli olaraq, Qaraqumun quraqlığı toza çevrilmiş dənəcikləri bir yerə yığa bilmir və ayağının altından qaçdığından özünü saxlaya bilmirsən. Nəticəsi isə çox acınacaqlı olurdu. Ayağını qabağa atan kimi dizə qədər qumun içinə girirdin, İrəli getmək çox çətinlik törədirdi. Hər addım başı sürüşürdün.

Buzun üstü, qarın sürüşkənliyindən fərqli olaraq, qumun sürüşkənliyi qeyri-adidir. Hara dəyəcəyini və hara düşəcəyini bilmirsən.

   Səhranın ortasında salınmış fəhlə düşərgəsini əhatə edən  qum düyünlərindən qalxan toz dayanmaq bilmirdi. Hər tərəfdən adamın ağzına, burnuna qum yağırdı. Hətta içdikləri suyun da içinə qum çökürdü.

   Yayın istində ucu bucağı görünməyən səhrada dəmir yolu salan fəhlələrin sağlamlığı heç kimi maraqladırmırdı.

   Fəhlələr movcud olan dəmir yolu ilə parallel dəmir yollu salırdılar: bir tərəfli yolları iki tərəfli edirdilər.  

Dəmir  yolunun yeni qollarını çəkməyə özlərindən asılı olmayaraq bura təhkim olunmuş fəhlə kimi işlədilən azərbaycanlı ziyalılar, zədəgənlar, tacir və baqqallar təkcə səhranın  istisindən deyil, səhra boyu hər addım başı qumların içindən başını qaldırıb onların üstünə atılan ilanlardan qoruna bilmirdilər.

İlan çalanlara elə yenicə salınmış relslərin kanarına uzadıb rahat ölmələri üçün şərait yaradırdılar.

  Nə həkim, nə feldşer deyilən kəs yox idi. İslah işlərinə cəlb olunanları heç qorumaq belə lazım deyildi. Silahlı əsgərlər panamalarını başına salıb uzaqdan işləyənləri nəzərdən qaçırtmırdılar.

Onların əllərindən qaçıb qurtarmağın mümkünsüzlüyünü görən fəhlələr başlarına aşağı salıb işləyirdilər. Maraqlısı budur ki, var qüvvələri ilə işləyirdilər ki, harada qırıldı qırıldı. İlan vurmuşlara həsəd aparırdılar: «Xoşbəxtdirlər ki, yaxalarını bu cəlladların əllərindən qurtardılar. Allahın onlara yazığı gəldi!»

Belə şəraitə düşmüş insanların ölüm arzulamağına Fazil təbii baxırdı.

Bura gətrildiyi gündən nə baş verdiyini anlamağa çalışsa da, heç bir məntiqə uyğun olan nəticəyə gələ bilmirdi.

Qumları yarı bölüb düz Şərqə tərəf yönələn dəmir  yolu ona bir gün ərzində yerdən çıxıb səpələnən göbəlikləri xatırladırdı. Başqalarından  fərqli olaraq düşdüyü mühütü özü üçün Allahın sınağı sayırdı. Anlayırdı ki, qismətində və teleyində bu vardısa, bunu görməli idi. Heç kim Onun yazdığından qaça bilməzdi, ancaq bura düşmüşlər kimi günahsız olduğunu bilirdi. Başqalarından fərqli olaraq Allahdan kömək diləmirdi, «Özü bilən  məsləhətdir!» - deyə düşünürdü. Ölüm arzulayanlara isə məsləhət verirdi ki, mübariz olsunlar, «Tanrının onlara verdiyi canı, ancaq Tanrı özü ala bilər»-deyirdi.

Səhraya sürgün olanların çoxu dünyadan əllərini üzmüşdülər, ancaq Fazil başqalarına bənzəmirdi. Özü də bunu hiss edirdi. Hamı onun ətrafına yığışar və mətinliyinə həsəd aparardı.

Heç vaxt ruhdan düşmək istəmirdi. Bunu görən «naçalniklər» gözlrini ondan çəkmirdilər, hər addımını güdürdülər.

Minlərlə sürgün olunmuşların arasında yüzlərlə NKVD-nin agentləri, düşərgə dili ilə desək «stukaçları» vardı. Ancaq onların əlinə heç bir imkan belə vermirdi.

Kimin-kim olduğunu ağzını açan kimi başa düşdüyündən, çalışırdı ki, özünü daha təbii aparsın, cavablarında diqqətli olsun.

Səhra təkcə toz-torpaq, tozanaq gətirmirdi. Toz pərdəsinin arasından ara-bir atlılar peyda olurdular. Belə olduğu belə hallarda  əsgərlər təşviş keçirir, düşərgədə «Həyacan siqnalı çalınırdı.

 -Basmaçi!- deyə rusca bir-birinə qışqıraraq çatdıran fəhlələr durmadan özlərini düşərgəyə çatdırırdılar. Geri qalmaq olmazdı, çünki iki döyüşən dəstə arasında qalıdılar. Ölüm-itim elə fəhlələrdən olurdu.

Basmaçlar haqqında Fazilin qulağına çatan o idi ki,  onlar Orta Asiyanın SSRİ-nin tərkibinə güclə qatılması ilə razılaşmayan müsəlman xalqlarıdır. Əllərinə silah alıb Qırmızı orduya qarşı vuruşurlar. Azadlıq mucahidləridirlər.

 Basmaçların yenidən haradan peyda olacaqları heç kim təxmin belə edə bilməzdi. Səhraya beş barmaqları kimi bələd olan və burada yaşamağa vərdiş etmiş türkmən, özbək, qazax, qırğız, tacik və başqa müsəlman xalqları yeni quruluşun verdiyi bir çox üstünlüyü başa düşmək belə istəmirdilər, ancaq vətənlərinin hər hansı bir ölkənin tərkibində olması ilə  razılaşmırdılar.

Qırmızı ordunun gücü ilə Türkistanda sosializm qurmaq istəyənlər anlamırdılar ki, onların gətirdiyi ideyalar hələ boş-boş sözlər idi. Azadlıq sevən bu xalqlar üçün heç nə idi.

Əvvəl-axır onlar daha da güclənib öz dövlətçiliklərini quracaqlar, ancaq indi vuruşsalar da, məğlubiyyətə düçardırlar. Çünki güclü və gün-gündən yaxşı silahlanan ordunun təzyiqinə qarşı dayana bilmirdilər.

 Bununla belə silahı yerə qoymurdular. Elə bil əsrlərdən bəri genlərində qaynayan əcdadlarının mübarizliyi və dünyanı fəth etmək inamları yenidən oyanmışdı.

Vaxtiykən Çindən tutmuş, Hindistana qədər, Hindistandan tutmuş Avropaya qədər ağalıq edən bu xalqların azadlıqlarını əllərindən almaq heç bir çərçivəyə sığmırdı..

Ancaq zaman bolşeviklərin xeyrinə işləyirdi. Bunu hiss edən bolşevik rəhbərləri qırmızı terrordan əl çəkmirdi. bu xalqalara divan tuturdular.

 Səhraya  bələd olan basmaçlar axılan hər bir qanın əvəzinə qanla cavab verirdilər. Qırmızı orduya qan uddururdular.

 Səhra xalqlarını səhranın azadlığından başqa heç nə maraqlandırmırdı. Bu azadlığın isə nə olduğunu bura sürgün edilənlər başa düşmək belə bacarmırdılar.

Qafqazın safalı dağlarından və düzənlərindən, gözəl şəhərlərindən bura sürgün olunanlar əsasən azərbaycanlar idilər. Düşdükləri  mühütə vərdiş edə bilmirdilər.

Çoxlarının gözləri traxoma və başqa xəstəliklərə məruz qalırdır. Xəstəliklərə tutulmuşların gözlərini yara-xora basır, görməyə çətinlik çəkirdilər.

Həkimin, dava-dərmanın olmaması xəstənin vəziyyətini daha da ağırlaşdırırdı. Şəhər və kəndlərin dəmir yolu tikintisindən uzaqlığı çoxunun gözlərini kor etmişdi.

Gözləri tam tutulanları isə hərdən birdən  düşərgələrə gələn yük karvanlarına mindirib hara yola saldıqlarını belə  demirdilər.

Onların aralarında Fazilə sürgün olunanlar da vardı.

   Yenə də səhrada açılan güllə səsləri dəmir yolu salan fəhlələri təşvişə saldı və düşərgə tərəfə qaçhaqaç düşdü. 

    Ancaq Fazil macal tapmadı. Çünki onun işlədiyi yer düşərgədən çox kənarda idi. Qaçıb özünə yoldaşlarına çatdıra bilməzdi.

Atlı basmaçlar isə aşağı tərəfdən dəmir yolunun üstünə qədər çatmışdılar və relslərin üstündə müdafiyə olunan əsgərləri atəşə tutmuşdular. Sanki ölümlə oynayırdılar. Onlardan qat-qat yaxşı silahlanmış qızıl ordunun əsgərlərinin pulyemyotun qarşısında atlarını şahə qaldırıb çapırdılar. Elə bil başlarının üstündən keçən güllələri görmürdülər.  

Bayaqdan bu səhnələri uzaqdan seyr edən Fazil arxadan bir atlının ona yaxınlaşdığını və tüfəngi ilə nişan aldığını görmürdü. Nəsə bir gizli hissiyyat onu arxaya baxmağa sövq etdi. Atlının tüfənginin alnına tutlaşdığını gördü.

Özünü qoruma instinqi deyək, nə deyək, sanki onda oyandı, yerindən atılıb silah açmağa macal tapmayan atlının əlindən tüfəngini aldı.

İndi Fazil həm ondan güclü idi, həm də silahlı. Əlindəki tüfəngi özünü itirmiş, ancaq onun üzünə dik baxan basmaçın sinəsinə tuşladı.

Fazil  əgər onu tutub düşərgəyə gətirsəydi, «srokunu» azaldıb, bəlkə də buraxardılar. Ancaq Basqal tayfasından heç vaxt satqın olmayıb.

-Adın nədir? - deyə atəş açmaq əvvəzinə Fazil soruşdu.

-Namiq əkə!

-Türkmənsən?

-Bəli!

-Bəs onda öz türklərinə niyə atəş açırsan?

-Sizlər qırmızılara xidmət edirsiniz!

-Yalandır! Bizi bura sürgün ediblər. Silahsız adama əl qaldırmaq isə kişilik sayılmır.

-Elədirsə, bəs sən niyə tüfəngi mənə qarşı yönəltmisən?

-Bir dəqiqə bundan qabaq sən çevirdiyinə görə. Al!-deyə Fazil tüfəngi ona qaytardı.

Namiq əkə nə edəcəyini bilmədi, atdan endi və ona yaxınlaşdı.

-Sənin adın nədir?

-Fazil.

-Haradansan?

-Azərbaycandan, Bakıdan.

-Bəlkə bizə qoşulasan?

-Elə olsa, ailəmi və uşaqlarmı zərbə altında qoya bilərəm.

-Anlayıram. Bizim aullarda da belə edirlər. Biləndə ki, bir nəfər bizə qoşulub və yaxud dəstədədir, onun qohum-əğrabalarına zülm edirlər.

-Bəs səninkilər?

-Mənimkilər uzaqdadırlar. Bir parası isə İrandadır.

-Bu cür vuruşmaq ehtiyatsızlıqdır.

-Elədir. Ancaq başqa çarəmiz yoxdur. Biz azadlıq yolunda vuruşuruq. Bu şərəfli işdir.

-Elədir! Əfsuslar olsun ki, sizə qoşula bilmərəm.

-Sən kişi adamsan!- deyə Namiq əkə Fazilə əlini uzatdı:- Bu gündən sonra mən sənə qardaşam.

-Elə mən də sənə!- deyə Fazil onun əlini sıxdı.

Namiq əkə atına mindi və bircə anın içində düşərgədən səhranın ənginliklərinə çapan dəstəyə qoşuldu.

***

Dəmir yolunda işlər genişləndikcə bura sürgün olunmuşlara əməlli başlı maaş verməyə başladılar. Bu isə onların heç olmasa, ağır həyatını bir balaca yüngülləşdirirdi.

Fəhlələrə evlərinə poçt vasitəsilə pul göndərməyə icazə də verirdilər. Bir-neçə gün bundan qabaq ilk parovoz Aşqabaddan yenicə salınmış yol ilə gəlib bura çıxmışdı.

Düşərgədə söz gəzirdi ki, bu parovozu Aşqabadla əlaqə saxlamaq üçün veriblər.

Dəmir yolununda işləyənlərə hökumətin münasibəti gün-gündən dəyişirdi. Çünki işçilərindən biri də  silah götürüb Sovetlərə qarşı vuruşan basmaçlara qoşulmuamışdı, əksinə yeri gəldikdə onlardan müdafiyə olunurdular

 Bunula belə, dəmir yolu tikintisində ciddi iş recimi saxlanılırdı və tikintinin tempi isə  daha da artırdı.

Düşərgəyə yerli türkmənlər tez-tez baş çəkirdilər. Səbəbi isə burada işləyən fəhlələrlə alış-veriş etmək idi.

Birdən hər şey yenidən dəyişirdi. Fəhlələri iş aparmaq üçün gələn parovoz və ona qoşulmuş  iki açıq vaqon bir-neçə gün gəlmirdi. Belə hallarda fəhləlləri isə barakdan bayıra çıxmağa qoymurdular.

Söz gəzirdi ki, basmaçlar hücumlarını güclədiriblər. Düşərgəyə gələn  parovozu partladıblar.

Barakları həmişə nəzarətdə saxlayan NKVD-de qoşunları komandanı sürgün olunanlar səbrli olmaq, müəyyən qədər oturub gözləmələrini əmr vermişdi.

Barakların sərhədindən çıxanları cəza gözləyirdi.

 

SEYİDRZA

   Barakın qapısını açan əsgər içəri daxil olduqdan sonra harada duracağını bilmədi. Keçib divara söykəndi. Arxasınca gələn iki nəfərin qarşısında fərağat durdu.

   Sürgün-fəhlələr kimlərin təşrif gətirdiyini bilməsələrdə, əsgərin farağat durması barakdakıların diqqətindən qaçmadı.

Söh-söhbətlər kəsildi, hamının gözləri qapıdan  içəri düşən işıq tərəfə dikildi. İşıq üzlərinə düşdüyündən kimlərin gəldiklərini görmədilər.

   -Bunlar Azərbaycandan bura göndərilən qolçomaqlardır! - deyə barakın rəisi qarşısındakına hesabat verdi.

-Neçə gündür işə çıxartmırsınız?

-Üçüngü  gündür!

-Bəs niyə tikintiyə göndərməmisiniz?

-Qorxurlar basmaçlara qoşulurlar.

-Kim dedi?

-Bizim rəhbərlik!

-İndiyə qədər bura gələnlərdən bir nəfərin onlara qoşulduğu faktı əlinizdə var?

   - Yoxdur, yoldaş Əlizadə.

-Bəs onda  camahatı burada niyə saxlayırsınız?

-Komandir deyib.

-Tez onu  bura çağır!

Barakın rəisi tez barakdan çıxdı. Bir –neçə dəqiqədən sonra komandirlə geri döndülər.

-Mən Türkistan Partiya komisiyasının üzvü kimi bura gəlmişəm. Xahiş edirəm, fəəhlələrin şəxsi işlərini də bura gətirin.

Məhbuslar rəisin göstərişilə ortaya stol və  taburetkanaları çıxartdılar.

Bayaqdan içəri girən inqlab komitəsinin üzvünün gözləri indi-indi qaranlığa öyrəşdiyindən   məhbusların üzlərini seçməyə başladı və buradan əllidən yaxın adam olduğunu saydı.

-Kimi gözləyirsiniz? Tez olun sənədlərini bura gətirin!-deyə hələ də yanında dayanan barakınn rəisinin üstünə çımxırdı.

Rəis onun səsindən şaşqın qaldı. Sanki yerində durub qalmışdı. Komandirinin üzünə baxdı

-Tez ol!- deyə Seyid Rza əmr verdi.

Komandirlə rəislə zindanı tərk etdilər.

-Salam! Necəsiniz?-bayaqdan rusca danışan partiya komissiyanın üzvü azərbaycanca soruşdu.

Bu sualdan sonra zindanda bütün səs-küy kəsildi. Gələn adamın nəvazişli səsini eşidənlər stola daha da yaxınlaşdılar.

-Necə olacağıq? Vətəndən uzaq, ailəmizdən xəbərsiz...-deyə kimsə  asta səslə dinləndi.

-Bilirəm!-deyə Seyid Rza bir-neçə saniyə susdu. Sonra ayağa qaldı ki, hamı onu eşitsin.

-İndi sizin vətənlə əlaqə yaratmağa imkanınız olacaq. Bəzilərinizi dəmir yolu tikintisində saxlayacaqlar, bəzilərinizi isə Mərvə aparacaqlar. Xahiş edirəm, orada yaxşı işləyəsiniz. Vətənə  qayıtmaq üçün bu çox vacibdir.

Burada işləməklə siz Sovet hakimiyyətinin dayaqlarını güclədirəcəksiniz. Bilin: Sovet hökuməti fəhlə-kəndli hökumətidir. Ona olan məhəbbət zəhmətdə üzə çıxır.

Baraka qucağında qovuqlar komandir və rəsim  qayıtdılarar.

-Buyurun, yoldaş Əlizadə.-deyə komadir stolun üstünə yığdıqları qovuqları göstərdi.

Əlizadə qovuqları nəzərdən keçitdi, elə bil nəyisə axtarırdı. Qarşısında duran iki yığımın hansından başlayacağını sanki düşünürdü. Onsuzda hamısına baxmalı idi. Odur ki, əlini birincisinə uzatdı.

Məhbuslar adları çəkildikcə irəli çıxır, Əlizadə ilə bir-ki kəlmə danışdıqdan sonra «veş-meşoklarını» götürüb barakdan çıxırdılar. Onların hələlik onu gözləmələrini xahiş edirdi.

Əlizadəni ali savadlılar maraqlandırırdı. Bütün qovuqlara baxdıqdan sonra içəridə beş-altı adam qaldı.

-Siz ali savadlılarsınız!- deyə o, başını qaldırdı: -Sizə ehtiyacımız var. Hamınızı idarəçiliyə dəvət edəcəyik. Xahiş edirəm, özünüzə bərəat qazandırın.

-Axı bizim heç bir günahımız yoxdur!-deyə kimsə dözmədi.

-Bilirəm! Onu da bilirəm ki,  Azərbaycandan gələnlərin çoxunu ləkələyib bura göndəriblər. Hətta heç bir cinayyətdə əlinizdə  olmayıb. Ən ağıllı və savadlı adamları. Ölkəmizə lazım olanları... -deyə Seyid Rza Əlizadə sakit səslə, ancaq azərbaycanca cavab verdi.

-Belə getsə, orada bir ağıllı adamımız qalmayacaq!-deyə onun bu cavabından ruhlan bayaqkı məhbus dilləndi.

-Mən bu haqda həm Bakıya, həm də Moskvaya yazmışam. Nə baş verdiyini demişəm.-deyə Seyid Rza başını qaldırdı və soruşdu:

-Siz kimsiniz?

-Fazil Əliyev.

-Tanış familyadır.

Seyid Rza qarşısındakı qovuğu qaldırdı. Bir daha diqqətlə oxudu.

-Sizin həyat yoldaşınız Seyid Bikə Mir Hüseyn qızıdır. Bu adların Şamaxı ilə nə əlaqəsi var mı?

-Var.

-Onda Mir Hüseyn mənim qardaşım, Seyid Bikə bacım olur!-bu dəfə fikirli-fikirli dinləndi və susdu. Zindana sükut çökdü. Bu beləcə bir-neçə saniyə davam etdi.

-Mir Hüseyn ağanı on ildən artıqdır ki, axtarıb tapa bilmirəm. Dadaşın və ailəsinin harada olduğunu bilmirəm. Tale özü səni buraya göndərib ki, onları tapım!-deyə ayağa qaldı və bu səfər üzünü hamıya tutdu:

-Ketdik!

Həyətə çıxan məhbusların gözlərini payız günəşi qamaşdırdı. Elə bil azadlıq onlarla zarafat edirdi. Ancaq hamını qəlbinə ümid qayıtmışdı.

Həyətdə Seyid Rza çox dayanmadı. Ali savadlıların onun arxcasınca gəlməsini xahiş etdi. Onun səsinin ahəngindən hamı hiss etdi ki, onların məhbus həyatı qurtardı.

***

Seyid Rzanın gəlişi Fazilin həyatını da dəyişdi. İki gündən sonra onu Mərv şəhərinə göndərdilər.

Səhər çağı qatardan endikdən sonra hara gedəcəyini təxmin belə edə bilməyən Fazil əlacsız qalıb çayxanaya üz tutdu.

Hələ saat yeddini göstərən vağzal saatlarının zəngləri səhərin sakitliyini hər yarımsatdan bir pozsada şəhər sanki yuxuya qalmışdı.

Fazil iri ağacların altında açıq havada qoyulmuş dəstərxanları gördü. Əlbəttə ki, o, yanılmadı. Üz tutduğu yer çayxana idi. 

Onu gülər üzlə qarşılayan çayçı da elə bil süb tezdən müştəri gözləmirdi. Yenicə iri samovarın ağzını açıb su tökürdü.

-Əkə, hələ çay hazır deyil. Bir saata hazır olacaq!-deyə çayçı türkməncə onu xəbərdarlıq etdi.

-Eybi yoxdur, gözləyərəm !-deyə Fazil azərbaycanca cavab verdi.

-Siz qonaqsınız?-deyə çayçı onun danışığındakı fərqi görüb soruşdu.   

-Elədir!

-Haradan gəlmisiniz?

-Azərbaycandan.

Çayçı  çayxananın arxasındakı evin qapısından içəri keçdi və bir-neçə dəqiqədən sonra əlində podnos qayıtdı.

Podnosa çaynik, piyalələr və təndir çörəyi, yağ, bal və pendir qoyulmuşdur.

-Buyurun!-deyə əlindəkiləri dəstərxana düzüb Fazili süfrəyə dəvət etdi.

 -Çox sağ olun!-deyə Fazil dəstərxəna qalxdı və bardaş qurub oturdu.

-Bismillahir-rəhmanir-rəhim!-deyə türkmən bir parça çörəkdən kəsdi, böyük hissəsini qonağa uzatdı.

Fazildə «Bismillah!» deyib çörəkdən bir parça kəsdi və süfrənin ortasına qoydu.

Çayçı çay süzdü.

-Qaynanan səni çox istəyir!- deyə çayçı piyaləni ona uzatdı. Fazil güldü

-Deyəsən, çayxananın arxası sənin evindir? - deyə Fazil soruşdu.

-Elədir! Haradan bildin?

-Çayı oradan gətirdiyinə görə.

-Mən samovara od salıb evə qayıtmalı idim ki, sübh edim.

-Gəlib mane oldum!-deyə Fazil güldü.

-Bizdə deyirlər: səhəri qonaqla açanın bərəkətini Allah verir!

-Yaxşı atalar sözüdür.

-Bura niyə gəlmisən?

-Şəhər partiya komitəsinə getməliyəm. Harada olduğunu bilmirəm. Birinci dəfədir ki, buradayam.

-Buranın yüz atdımlığındadır!-deyən çayçının sir-sifəti dəyişdi. Elə bil onunla süfrəsini bölüşdürdüyünə peşman olmuşdu.

 -Məni bura sürgün ediblər! Öz xoşduğumla gəlməmişəm.- deyə Fazil çayçı başa düşdü.

-Sən bura sürgün olunmuş azərbaycanlılardansan! Bilirsən, necə yaxşı adamlardılar? Qızıldırlar.

-Haradan onları tanıyırsan?

-Böyük qardaşım, tez-tez onların düşərgələrinə gedir. Satmağa ərzaq aparır. Bəs sən burada neynirsən?

-Dedim də, məni  göndəriblər ki, burada işləyim.

Çayçı daha dinmədi. Fazilə qoşulub səhər yeməklərini başa çatdırdı.

Fazilə əlini cibinə saldı:

-Nə qədər verməliyəm?-deyə soruşdu.

Çayçı ciddiləşdi.

-Mən sənə müştəri kimi baxmıram, qonaq kimi baxıram.- deyə cavab verdi.

-Onda adını denən. Çörəyini kəsdiyimə görə sənə dost olum! - deyə Fazil əlini ona uzatdı.

-Əhmədxan!

-Fazil!-deyə özünü tədqim etdi 

Çaxanadan uzaqlaşıb partiya təşkilatının binası tərəfə  getdi. Əslinə qalsa o, şəhər icra komitəsinə getməli idi. Ona demişdilər ki, bu təşkilatda elə Şəhərin partiya komitəsinin binasında yerləşir.

Təşkilatın binasından içəri girdi və əlindəki göndəriş vərəqəsini qapıçıya göstərdi.

-Dördüncü kabinetə girin, yoldaş Əbdüləhədovun yanına!-deyə qapıçı qaranlıq dəhlizi göstərdi.

Dəhliz qaranlıq olsa da, Fazil otağı tapdı və qapını döydü.

-Buyurun!-sözünü eşidib otağa daxil oldu.

Otaqda onu çox səmimi qarşıladılar. Fazil bu səmimiliyi o saat hiss etdi, çünki səhradakı həyatla müqayisədə çox böyük fərq vardı. Əgər orada təhkimçilik hüquqi tətbiq edilirdisə, burada şirin dillə insanı hansı bir işəsə sövq etmək üçün əməlli-başlı  təşviqat aparırdılar.

Dünya görmüş Fazil üçün bu primitiv və bəsit olsada, yenə də səhrada yol çəkməkdən daha yaxşı idi.

-Biz sizin ali savadlı olduğunuzu bilirik. Yoldaş Əlizadə sizi bizə o qədər tərifləyib ki, özümüz də bilmirik sizin üçün necə layiqli işi tapaq!-deyə Əbdüləhədov qarşısına tökülmüş kağızları bir-bir baxıb, nəyisə axtarıb tapmaq istəyirdi.

Elə bil hansı təklifin Fazilin ürəyicən olacağını düşünürdü. 

-Bəlkə siz mənə kömək edəsiniz!-deyə Əbdüləhədov soruşdu.

-Nədə?

-Sizə hansı işi təklif edim.

-Nə təklif etsəniz ürəyimcə olacaq!- deyə Fazil həqiqətən nə istədiyini bilmirdi.

-Hələlik Mərvin ipək kərxanasına direktora müavin gedin. Orada iş axsayır. Öz aramızda, direktor sədaqətli bolşevik olsada, iqtisadiyyatın təşkilini bilmir. Ümidimiz sizədir. Nə fikirdəsiniz?

-Nə deyirəm? Etimadınıza görə təşəkkürümü bildirirəm. Çalışaram, hər işi qaydasına salım.-deyə Fazil gülümsədi.

-Sənə başqa bir sirr açım! Əgər orada özünüzü yaxşı göstərsəniz, sizi qabağa çəkəcəklər. Partiyanın göstərişi var ki, ağıllı adamları qabağa çəkək!-deyə Əbdüləhədov onunla yaxşı münasibət qurmaq üçün sanki əlindən gələni edirdi.

-Çalışacağam ki, hər şey qaydasına düşsün.

Əbdüləhədov qarşısındakı kağızlardan birini götürdü və üstünə nəsə yazdı. Sonra ona uzatdı.

-Alın əmrinizdir. Direktora göstəriş vermişəm ki, sizin üçün ev də tapsın.

-Pis olmazdı.

-Xəbər göndərib ki, sizin üçün hər şəraiti yaradacaq. Belə ki, işə başlaya bilərsiniz - deyə Əbdüləhədov ayağa qalxdı.

Hər ikisi kabineti tərk etdilər. Qapıdan bayıra çıxanda onları «Ford» minik maşını gözləyirdi.

-Gülmirzə, yoldaş Əliyevi İpək karxanasına apar! - deyə sürücüyə göstəriş verdi. Sonra üzünü Fazilə tutdu:

-Nə çətinliyinizi olsa, yanıma gələ bilərsiniz.

***

İpək karxanası Mərvin mərkəzində idi. Böyük ərazini tutsada, daxilində bir-iki balaca sexdən ibarət, çiy kərpicdən tikilmiş alçaq binalar idi. Primitiv dəzgahlardan başqa heç nəyi yox idi. Bütün işlər əllə görülürdü. Mexanimləşmiş bir dəzgah belə gözə dəymirdi. Hər şey dədə-baba üsulu ilə.  Fəhlələr günün istisində qaynar çənlərin qabağında kişlaqlardan bura gətirilmiş baramaları açıb sapa çevirməklə  məşğul idilər.

 Karxananın direktoru Fazili işlə tanış etdikdən sonra soruşdu:

-Fazil əkə, karxana kişlaqlardan gətirilən baramanı emal edib qurtara bilmir. Planı yerinə yetirsək də, emal olunmayan çoxlu baramamız qalır. Çətinliyimiz elə budur. Nə təklif edə bilərsiniz?

-Hələlik fəhlələrin sayını artırmaq!

-Gələn yoxdur. İşləyənlər də çıxıb getmək istəyirlər.

-Niyə?

-Çünki başqa yerlərdə daha çox pul qazanmaq mümkündür.

-Onda gəlin karxananı mexanikləşdirək. Həm məsuldarlıq artar, həm də fəhlələrin maaşı.

-Mən bu təkliflə razıyam, ancaq hansı maşını haradan almağı bilmirəm. Mənə kömək etsəniz, minnətdar olaram.

-Başqa cürə ola bilməz. məni bura elə ona görə göndəriblər.

***

Kərxananın sexlərini gəzə-gəzə gəlib idarənin qabağında dayandılar.

Direktor qolduq cibindən saatını götürdü, qapağını açdı.

-İndi nahar vaxtının fiti çalınacaq. Görürəm, mənim kimi səhərdən ayaq üstəsiniz. Gəlin əvvəl bir nahar edək, həm də sənin üçün tutduğum evə baxaq.

Təklif Fazilin ürəyincə oldu.

Vağzalın yanındakı çayxanaya gəldilər.

Əhmədxan adətinə sadiq adam kimi onların qarşısında durdu.

-Dirktor əkə, xoş gördük!-deyə dəstərxana süfrə saldı. Fazili tanıdı və ona baxım gülümsədi.

-Əhmədxan, Fazil əkə ilə tanış ol! Sənin həmxanən olacaq!- deyə dirktor onu göstərdi.

-Dirktor əkə, biz çoxdan tanış olmuşuq!-deyə Əhmədxan da onu tərəfə baxdı.

-Çox gözəl! Nahardan sonra onu yerbəyer elə, biraz dincəlsin!-deyə direktro göstəriş verdi.

Naharı tələm-tələsik yarı qoyan direktor tez çayxanadan ayrıldı. Əhmədxan isə qonağa çay verdikdən sonra onu çayxananın arxasındakı evin həyətinə dəvət etdi.

 Həyətin ortasındakı mənzilin qapısını açdı və daxil oldular.

Mənzil balaca dəhlizdən və böyük otaqdan ibarət idi. Buradakı səliqə səhman Fazilin çox xoşuna gəldi.

-Nə deyirsən?-deyə Əhmədxan soruşdu.

-Nə deyəcəyəm? Pis deyil.

-Siz dincəlin, nə çatışmırsa, axşam deyərsiniz!–deyə Əhmədxan otağı tərk etdi.

Əhmədxan çıxdıqdan sonra Fazilin yadına düşdü ki, çamadanı direktorun kabinetində qalıb. İstədi ki, yenidən  karxanaya qayıtsın, ancaq macal tapmadı.

Əhmədxan yenidən, əlində çamadan otağa qayıtdı.

-Direktor əkə, göndərdi. - deyə çamadanı qoyub getdi.

Birinci dəfə idi ki, sərbəstliyi hiss edirdi. Sanki yenidən onu yaşamaq üçün həyata qaytarmışdılar. Elə bil ki, cəhənnəmdən çıxıb cənnətə düşmüşdü.

Könlündən çərpayıya uzanıb bir az yatmaq keçdi. Elə də elədi. Mürgüləmək istəsə də, bacarmadı. Axı o, heç vaxt gündüzlər yatmırdı.

Fazil çarpayıya uzanıb bundan sonra necə yaşayacağını düşünürdü. Fars nə deyir: «Əz to hərəkət, əz mən bərəkət![15]». Həyatın məzmunu elə bu olmalıdır. Hər şey bunun üstündə qurulmalıdır. Yaratmaq və qurmaq. Gözünə  yuxu getmədi. Yerindən sıçradı. Küçəyə çıxdı, iri addımlarla karxana tərəfə getdi.

-Fazil əkə, niyə dincəlmədiniz?-deyə onu görən direktor  təəcübləndi.

-Görək nə edirik!-deyə Fazil cavab verdi.

O, yenidən sexləri gəzdi, fəhlələrlə söhbət etdi və kabinetinə qayıtdı. Vəziyyətin necə olduğu ona tam ayıdın oldu.

-Məhbud əkə, biz qısa müddət ərzində burada yeni dəzgahlar quraşdıra bilərik. Bunun üçün çoxlu boş yerlərimiz var. - deyə Fazil direktora məruzə etdi.

-Yaxşı, bu  maşınları bəs haradan alaq?

-Rusiyyətdən!

-Rusiyyətin harasından?

-İvanova şəhərindən.

-Fərz eləyək, lazımı dəzgahı tapdıq. Hansı pula alacaqsan? Axı pulumuz yoxdur.

-Bankdan kredit niyə götürməyək?

-Kimdir bizə verən? Verəndə də dədələrinin faizini qoyurlar.

-Mən maşın almaq üçün bankdan pul götürəcəyəm.

***

Əbdüləhədov yoldaş səhər yenicə işə çıxmışdı ki, qapısının ağzında  Fazili gördü.

-Buyurun, Fazil əkə!-deyə onu kabinetə təklif etdi.

Katibə hər ikisi üçün çay gətirdi.

-Xeyr ola?-deyə Əbdüləhədov soruşdu.

-Gəlmişəm ki, bizə kömək edəsiniz.

-Nədə?

-Karxanamızda.

-Ora nə lazımdır?

-Bankdan kredit.

-Nə üçün?

-İvanovadan yeni maşınlar alıb gətirmək üçün.

-Bu bizə nə verəcək.

-On dəfə məhsuldarlığı artıracağıq, planı qat-qat yerinə yetirəcəyik.

-Bəs maşınların quraşdırılmasına nə qədər vaxt sərf ediləcək.

-İki ay!

-Sən deyirsən ki, karxananı iki ay işləməyə qoymayacaqsan. Bilirsən, səni neynəyərlər? Sabotacçı elan edib, gülləliyərlər.

-Mən bunu da nəzərə almışam. Kərxana irşləyə- işləyə bu dəzgahları quraşdıracağam. İş heç vaxt dayanmayacaq.

-Başa düşmədim.

-Fəhlələr öz işlərini davam etdirəcəklər, biz isə başqa sex yaradıb orada yeni avadanlığı quraşdıracağıq.

-Pis fikir deyil. Bizdən nə kömək?

-Deyirəm də, dəzgahları almaq üçün qoy bank bizə pul buraxsın.

-Anladım. Sabaha bütün hesablarını götürüb bura gəlin!

-Sabaha niyə? Elə indi gətirmişəm də.

-Çox gözəl. Bir beş dəqiqə gözlə bankın direktorun bura çağırım. Görək o nə deyir.?

***

Bank direktoru tələm-tələsik özünü qorkomun binasına saldı. Yazığın rəngi rufu qaçmışdı. Adətən bura çağırılanların vəziyyəti pis olurdu.

-Yoldaş Əbdüləhədov, qulluğunuzda hazıram!-deyə içəri daxıl oldu və ayaq üstə alnının tərini sildi.

-Əyləşin, yoldaş Xanşükürov!- deyə qorkom göstəriş verdi, sonra üzünü Fazilə tutdu:

-Yoldaş Əliyev, təklifinizi deyiniz!

Fazil qarşısındakı çertocları açdı və stolun üstünə qoydu.

-Mənim təklifin budur ki, İvanova şəhərindən elektiriklə işləyən yeni toxucu çığazları alaq və kərxanamızda quraşdıraq. Bunu etsək bütün baramanı emal edə bilərik və iqtisadı səmərəmiz  birə yüz artar.

-Bunun üçün nə lazımdır?

-Bu ciğazları almaq üçün pul.

-Bəs pulu haradan götürək?

-Yoldaş Xanşükürovdan.

Xanşükürov söhbətin ona aid olduğunu görüb yerindən qalxdı.

-Necə yəni Xanşükürov?

-Çox sadə! Sizin bank bu pulları ödəməlidir.

-Axı pulu xərcləmək üçün əlimdə əsas olmalıdır.

-Siz, deyəsən yoldaş Stalinin son göstərişlərindən xəbərsizsiz? –deyə  Əbdüləhədov soruşdu.

-Birdə biz üç ay ərzində götürdüyümüş pulu faizilə qaytaracağıq.-deyə Fazil təklini əsaslandırdı.

-Nə deyirsən, Xanşükürov?

-Nə deyə bilərəm, raz siz bu təklifi dəstəkləyirsiniz, mən hazır.

  Qərarlaşdılar ki, Fazilə lazım olan qədər  maliyyə köməyi etsinlər və onun özünü İvanovaya göndərsinlər. Razılaşıb ayrıldılar.

   Bir aydan sonra Mərvin ipək kərxanasına İvanovadan maşınlar gətirildi və qısa müddət ərzində quraşdırıldı. Yeni sexlərin açılışı gözlənilirdi. Hələlik Fazil İvanovadan gəlmiş mühəndislərlə  yeni dəzgahları nizamlamaqla məşğul idilər.

Mərv bankının direktoru Xanşükürov hamıdan çox narahatçılıq keçirirdi. Mərv kərxanasına miyonlarla pul buraxmışdı. Bir həftədən sonra əgər bu pulların bir hissəsi banka faiz şəkilində qayıtmasaydı, onun sözün həqiqi mənasında atasını yandırardılar. Yazıııığn ürəyi dözmədi, özü öz gözləri ilə kərxanada nə baş verdiyini görmək istədi.

Nahar vaxtı özünü kərxanaya verdi. Ancaq gözlərinə inanmadı. Köhnə kərxananın bir divarları qalmışdı. Köhnə sexlərin  arxasında bir-neçə yeni sex salınmışdı.

Xanşükürov yeni salınmış sexlərin yanından keçərkən köhnələrin də işlədiyini gördü. Bacalarından əvvəlki kimi buxar çıxırdı.Ürəyi yerinə gəldi.

-Pulları qaytara biləcəklər. Köhnə sexlərə dəyməyiblər. –deyə düşündü.

Təzə sexlərə baxmaq istədi. Açıq dərvazadan içəri girdi. İri dəzgahların işləyən çarxlarının səsi ətrafa yayılırdı. Xanşükürovun necə daxil olduğunu heç kim görmədi.

Fazil mühəndislərlə birlikdə dəzgahın tarazlaması ilə məşğul idi.

-Fazil əkə.-deyə arxadan onu harayladı.

-Yoldaş direktor!?-deyə Fazil təəcübləndiyini gizlətmədi.

-Təboik edirəm. Çox ahangdar işləyirlər.

-Çox sağ olun! Sizin az zəhmətiniz olmayıb.

-Borcumuzdur. Yeni işlərə əl tutmağa həmişə hazırıq.-deyə Xanşükürov bura nə məqsədlə gəldiyini gizlətməyə çalışdı.

-Sizin də mənim kimi, deyəsən, gözünüzə yuxu getmirdi.

-Elədir Fazil əkə! Bu iş baş tutmasaydı Allah bilir, bizi nə gözləyirdi.

-Ürəyini sıxma, krediti tezliklə qaytaracağıq. Bizim kərxananın isə sizin bankda çoxlu pulu olacaq.

 

****

Balaca şəhərin bir gözəl xasiyyəti var. Sakinlər hamısı bir-birini tanıyır. Bura təzə bir adam ayaq  basarsa, bu haqda məlumat onda qabaq gəlir. Bu bir adətə çevrib: balaca şəhərdə nə baş verirdisə, o saat hamı bilir.

   Fazilin gəlişi də bu adati pozmadı. Əksinə yeni sakinlə tanışlığa hamı can atırdı.

   Şərqin bu şəhərciyi əsrlərdən qalmış qonaqpərvərliyi və üzügülərliyi fərqlənirdi. Vətəndaşlarının daha mehriban və firavan olmasına çalışırdı.

Azəri adətlərindən  heç də fərqlənməyən, təkcə bir az dil fərqi, onları Fazilə daha  da yaxınlaşdır, darıxmağa qoymurdu. Təbiətcə naşükür olmayan Mərvin adamları sanki ətraflarında nə baş verdiklərindən bixəbər  idilər. Bu ilk baxışda belə idi.

Azadlığa və müstəqilliyə öyrənmiş və heç vaxt əsarət altında olmayan Orta Asiya hələ ötən əsrin axırlarından başlayaraq ruslara qarışı mübarizəyə qalxmış və bu mübarizəni indi də davam edirdi.

Fazil onlara qovuşub qarışdıqca hiss edirdi ki, əhalinin əksər hissəsinin səhra ilə əlaqəli var. Elə bir ailə tapılmazdı ki, bir nümayəndəsi əlinə silah alıb səhraya çəkilməsin.

Tutuduğu  vəzifədən və mənsəbdən asılı olmayaraq, hamı səhradan xoş xəbərlər gözləyirdi.

Səhrada qurbaşılar nə edirdilərsə o an, şəhərciyə gəlib çıxırdı. Heç kim heç nə danışmasa da, üzlərdəki gülüş - təntənəni, qəm isə məğlubiyyəti göstərirdi. 

İnsanların üzünə baxmaqla nə baş verdiyini çox asanlıqla anlamaq olurdu.

Heç kimlə səhrada nə baş verdiyindən danışmayan Fazilə camahatın özü müraciyət edirdi.

O, əvvəllər yerli camahatı başa düşməyə çalışırdı Belə düşünürdü ki, onlar çox sadəlövdür. Belə olmasaydı, heç nə danışmazdılar. Ancaq sonralar camahaın ona belə yaxın olmasının səbəbini bura sürgün olunmasında gördü.

Yerli əhali azdan-çoxdan Fazilin alicənab ailəYƏ mənsub olduğunu bilirdi. Hündür boy, gülər üz bu insanla üzbəüz gəldikdə baş əyib onunla salamlaşan bu insanların nə qədər səmimi olduğunu gördükcə dünya mədəniyyətinin beşiyi sayılan Türkistanın böyüklüyünü hiss edirdi.

 Balaca kərxana get-gedə böyüdükcə və əhali üçün iş yerləri açıldıqca Fazilin hörməti də artırdı. Hamı onun necə əldə-ayaqda olduğunu görürdü.

Fəhlələrə münasibətdə çox diqqətli idi. Onlara tapşırıq verərkən çox sadə dillə  başa salır, bəzən özü təzə alınmış maşının və mexanizmin yığılmasında şəxsən iştirak edirdi.

Əvvəllər Fazil heç vaxt özü bu işlərdə iştirak etməsədə, Tağıyevin fakbrikası üçün alıb gətirdiyi maşınların texniki göstəricilərini bilirdi,

 Bu maşınları və mexanizmləri çox asanlıqla işə saldıqca sevinirdi. Özlüyündə bu texnikanın niyə bu  asanlıqla qavramasını düşünürdü.

Məgər bu əsrlərdən boyu dədə-babalardan genlərinə keçək vərdişlər deyildimi?

 İndi əlini çırmalayıb bu dəzgahları bütünlükcə söküb və yenidən yığdıqca elə bil Basqaldakı toxuculuq dəzgahını söküb yığırdı. Bu dəzgahlar elə Basqal dəzgahları kimi idi,  fərq onda idi ki, buraya elektrik matoru əlavə olunmuşdu. İşləmə prinsipi elə Basqal dəzgahlari kimi idi.

Fazil ip əyirmə dəzgahlarından əlavə altı dənə toxucu dəzgahı da alıb gətirmişdi. Bu dəzgahları da işə salacaqdılar. 

İpək emal kəraxanasında toxuculuq sexinin də açılması yuxarıların bura marağını daha da artırmışdı. Açılışa qədər bir-birinin ardınca komissiyalar gəlirdi.

Başqalarından fərqli olaraq Fazil komissiyalardan qorxmurdu, əksinə onların gəlişinə sevinirdi. Hər gəliş onunla qurtarırdı ki, Fazil qarşılarında şərt qoyurdu: İstəyirsiniz məhsuldarlıq daha da artısın və əhali işlə təmin olunsun, bizə yeni dəzgahlar almaq üçün şərait yaradın.

Geri qayıtmış komissiya onun təkliflərinə əmsəl etirdi və bu da bəhrəsini verirdi.

Kərxanada yeni sexlərin açılışını bayarm etdikdən sonra da o  gün-gündən böyüyürdü. İşçilərin sayı artırdı. Bura da işləyənlər isə Fazilə əkəyə dua edirdilər. Çünki onlara elə maaş verirdi ki, fəhlə ailələri indi rahat nəfəs alırdı.

Karxananın uğurları isə yerli masştabda böyük idi. Bunu hamı həm qeyd edirdi, həm də Fazilin adı ilə bağlayırdı.

Bir-neçə dəfə direktor Mabud əkə onu yanına çağırıb işi ona təhvil vermək istdiyini demişdi.

-Siz nə danışırsınız, əkə? Bu heç vaxt ola bilməz.

-Axı bütün bu işlərin başında sən durmusan, məndən ağıllısan, savadlısan. Rəhbərliyi də öz üzərinə götür. Mən bu haqda şəhər partiya komitəsində də demişəm. Onlar da mənimlə razılaşıblar.

-Məbud əkə, siz düz fikirdə deyilsiniz. Sizin  sayənizdə hər şeyə nail olmuşuq. Əgər mənə inanmasaydınız, islahatlar üçün şərait yaratmasaydınız, nə edə bilərdim? Bir də bizdə buna deyərlər: çörəyə xəyanət çıxmıq.

-Axı məni indi şəhər partiya komitəsindən gəlirəm. Onlar mənimlə razılaşıblar.

Fazil direktora daha bir söz demədi. Kabinetdən çıxdı. Həyətə düşüb zavodun qapısından çıxdı. İri atdımlarla yaxınlıqda olan şəhər partiya komitəsi tərəfə irəlilədi.

 Şəhər Partiya komitəsi katibinin kabinetinə daxil oldu.

-Baxın, onun özü gəldi!- deyə yoldaş Əbdüləhədov Fazili salamladı. Sonra üzünü «t» hərifinə bənzəyən stolunun ətrafında oturan büro üzvlərinə tutdu:

-Partiya bacarıqlı və qabliyyətli insanlara qabağa çəkir. Fazil belə insanlardandır. O, bizim şəhərə gələndən kərxanamızda canlanma başlayıb, bir-birinin ardınca yeni sexlər açılır. Bütün bunlara rəhbərlik edən elə Fazilin özüdür. Zavodun direktoru yoldaş Mabud Sultanbəyovun özu bizə müraciət edib ki, Fazili onun yerinə qoyaq, nə fikirdəsiniz?

Yerdən « Yaxşı fikirdir!»-deyə səslər eşidildi. 

-Deməli razısınız?-deyə şəhər partiya komitəsinin sədri soruşdu.

-Söz ola bilməz!

-Yoldaş Fazil Əliyev biz sizi təbrik edirik.

 Fazil ayağa qalxdı və orada oturanlara müraciət etdi:

-Etimadınıza görə çox sağ olun! Ancaq mən kərxanaya direktor olmaq istəmirəm.

-Başa düşmədik? Siz partiyanın göstərişinə əməl etmirsiniz?-deyə büronun üzvlərindən biri dilləndi.

Katib ayağa qalxdı və üzünü Fazilə tutdu:

-Bunun üçün əlinizdə ciddi səbəb olmalıdır.

Fazil vəziyyətinin gərgin olduğunu katibin ona tərəf baxmağından hiss etdi.

-Yoldaş katib. əvvala, zavodda baş verən bütün dəyişikliklər yoldaş Sultanbəyovun iştirakı və köməyi ilə olmuşdur. Nə olsun ki, ali savadı yoxdur, həqiqi kommunistdir, işi yaxşı bilir, gəncləri qabağa çəkir. Bir ağsaqqal kimi hamıya əl tutur. Yeniliyi həyata keçirtməkdən qorxmur.

Mənim təkliflərimə əgər şərik çıxmasaydı, bu zavoda heç nə baş verməzdi. Fikir verin, nə qədər dəyişikliklər olub.

Əgər yoldaş Mabud Sultanbəyovun  dəstəyi olmasaydı, mən nə edə bilərdim? Sizə elə gəlirmi, belə bir insanı vəzifədən uzaqlaşdırmaq haqsızlıq olardı. 

Belə çıxır ki, zavodunda dəyişiklik edən, yenilikləri həyata keçirən, gəncləri qabağa çəkən adamları vəzifəsindən uzaqlaşdırırlar. Belə olduğu halda başqa direktorlar heç bir islahat etməyə razı olmayacaqlar.

Mən yoldaş Mabud Sultanbəyovun rəhbərliyi ilə zavodun daha da yaxşı işləməsi üçün hər şəraiti yaradacağam. Özünüz tezliklə görəcəksiniz. Bir də üzərimdə kommunist nəzarəti olacaq.

Fazil bir nəfəsə bunları deyib yerinə oturdu.

-Məsələ aydındır! Həqiqətən yoldaş Mabud Sultanbəyova qarşı haqsızlıq olardı. Doğurdan da, Fazilin apardığı islahatların başında o, durmuşdur. İndi də biz bu cür insana qarşı haqsızlıq edirik.-deyə katib Fazilin arqumentləri ilə razılığını bildirdi.

-Axı Məbud əkə özü Fazili öz yerində görmək istəyir!?-deyə büro üzvlərindən biri dilləndi.

-O, çox abırlı və yerini bilən adamdır. Təvəzürkar insandır. Onun sadəliyi və gəncələrə əl tutmağı bizi sevindirməlidir. Vəzifə hərisi olmadığı da göz qabağındadır.

Fazil əkənin arqumentləri ilə razılaşaq. Yoldaş Mabud Sultanbəyov qoy direktor kimi işini davam etsin.

Fazili haqda biz başqa fikirdə olmalıyıq. Başqa bir yerə, geridə qalmış bir müəssisəyə rəhbər göndərməyi fikirləşməliyik. Mən bu haqda yuxarılara da məruzə edəcəyəm.

ƏHMƏDXAN

Uşaqlıqdan ayıqlığa öyrənmiş və günəşin ilk şüaları ilə yuxudan oyanan Fazil gecənin ortalarında tez-tez həyətin dərvazasının açıldığını və oradan bir atlının çıxıb getdiyini görürdü.

Zil qara at Əhmədxana məxsus olduğundan suvarinin kim olduğu ona aydın idi.

Gecə yarsı həyəti yüklənmiş atla tərk edən Əhmədxan, səhərə yaxın, hava hələ qaralmamış  qayıdırdı. Sonra adəti üzrə həyətdəki quyudan su çıxarıb əvvəl kəhər atının qabağına qoyuduğu teştə[16]  tökürdü, qalan suyu isə aparıb çayxananın qarşısında qoyulmuş samovara tökürdü. Yenidən quyunun yanına qayıdıb tuluğu quyunun dibinə atırdı, içinə su dolduqdan sonra dartıb çıxardırdı. Bu bir-neçə dəfə davam edirdi.

Fazilə hərdən elə gəlirdi ki, Əhəmədxan heç yatmır. Bütün günü ayaq üstədir.

Həqəqdə də bu belə idi. Bu insan dincliyin nə olduğunu bilmirdi, bütün günü işləyirdi.

Çayxana işlətmək o qədər də asan iş deyildi. Min cür sir-sifətlərlə rastlaşırsan, ancaq Əhmədxan bütün hallarda özünü itirmirdi. Gülər üzlə hamını yola verir, çalışırdı ki, çayxanada əmin-amanlıq olsun.

Səhər açılan kimi həyətə düşən Fazili elə birinci salamlayan da Əhmədxan olurdu.

Fazil onun gülüşünə qarşı gülümsənər, quyudan aralı, divara vurulmuş əlüzyuyanda dəstəmsaz alırdı.

-Sabahın xeyr, Fazil əkə!-deyə Əhmədxan yenə də onu birinci  salamladı.

-Sabahın xeyr, Əhmədxan! -deyə Fazil cavab verdi.

-Fazil əkə, sizdən bir şey soruşmaq istəyirəm.

Adətən onların səhər görüşləri salamlaşmaqla bitərdi, ancaq bu gün Əhəmdxan deyəsən sözlü idi.

-Nə soruşmaq istəyirsən?

Əhəmədxan bir az fikrə daldı. Sanki nə demək istədiyinii götür-qoy edirdi.

-Düzdür siz səhrada bir nəfərin əlindən silahını alıb, sonra özünə qaytarmısınız?....-deyə soruşdu.

Bu suallın arxasında nə gizləndiyi o saat Fazilə aydın oldu. Hər gecə harasa yola çıxan Əhmədxanın  səhra mücahidləri ilə əlaqəli olduğu fikri onun beyninə gəldi.

-Sən bunu haradan bilirsən?

-Namiq əkə mənim əmim oğludur. O, özü danışdı.

-Belə de!-deyə Fazil qeyri-ixtiyarı gülümsündü.

-Sizə salam göndərir! Deyir ki, indiyədək sizi igidlikdə adama rast gəlməyib.

-Hm!

-Vallah, belə deyir.

-Onda mənim salamımı ona çatdır. Denən ki, o, haqq mücahididir.

-Sizin bu sözlər onu ruhlandıracaq. Əgər istəyirsiniz, onu sizinlə görüşdürüm.-deyə Əhmədxan düz onun gözlərinin içinə baxdı.

-Pis olmaz!-deyə  Fazil düşünmədən cavab verdi.   

***

Üç-dörd gün beləcə ötdü. Ancaq Fazil  bundan sonra bir dəfə də olsun Əhmədxanla Namiq əkə haqqında danışmadı.

Həmişə gec yatmağa vərdiş etmiş Fazil gözünə yuxu getmirdi. Çarpayıya uzansa da, pəncərədən görünən işıqlı səmadan gözlərini çəkmirdi. Bu onu fikirdən yayındırdı, sinirlərini sakitləşdirirdi. Hər dəfə beyninə yeni fikirlər gəlirdi.

Adətən gözünə yuxu getməyəndə, səhərisi günü başına nəsə gəlirdi. Göylərdəki sarışan ulduzlara baxa-baxa sabahkı günü düşünmək istəyirdi ki, nə olacaq.

Həmişə onunla belə olurdu. Nəsə baş verməzdən əvvəl onun ürəyi döyünür, sanki əvvəlcədən onu gözləyən hadisəyə hazır olmağını istəyirdi. Fərqi yoxdur: yaxşıdır və yaxud pisdir.

Doğurdan da, narahatçılığı çox çəkmədi. Qapısı döyüldü. Tez yerindən sıçradı, əyninə şalvarını geydi. Qapını açıdı. Qabağında Namiq əkəni gördi.

-Buyurun içəri!-deyə salamlaşmadan onu içəri dəvət etdi.

Namiq əkəni gördüyü gündən bir ilə qədərə vaxt keçmişdi. Mücahidin indiyə qədər yadından çıxmayan işıq saçan iri qara gözləri və üzündəki gülüş dəyişməmişdi. Namiq əkənin yadda qalan, qeyr-adi gülüşü vardı. Odur ki, kimin gəldiyini təxmin belə etmədi.

İçəridə qardaş kimi qucaqlaşdılar və otağın ortasına qoyulmuş mizin ətrafında əyləşdilər.

-Əhmədxan, hər yanıma gələndə sizdən danışır. Dedim, mən özüm gəlim sizinlə görüşüm. Məsləhətiniz lazımdır.

-Mən qulluğanda hazır!

-Fazil əkə, özümü anandan bəri əlimə silah götürüb kafirlərə qarşı vuruşuram. Hamımız  Xan Muradın[17] ətrafında birləşmişik, ancaq hiss edirəm ki, bu yolla çox uzağa gedə bilməyəcəyik. Hər dəfə dəstəmizin sayı azalır. Döyüşçülərdən çoxu qoyub qaçırlar.

-Səbəbini nədə görürsən?

-Özüm də bilmirəm.-deyə Namiq əkə bir az susdu. Sanki verilən suala cavab tapmaq üçün düşünürdü. Ancaq onun susmağı uzun çəkmədi.

-Mənə elə gəlir, səbəbi azadlıq mübarizəsinin quldurluğa çevrilməsidir. Allah özü şahiddir ki, bizə qoşulmayan camahatın başına qurbaşılar nə oyun açırlar. Mən özüm də boğaza yığılmışam. Yaşım otuza çatıb, səhradan başqa heç nə görməmişəm. Görürəm ki, camahat yeni hökuməti yaxşı qarşılayır. Axı niyə qarşılamasın? Camahat tarlalarda işləyir, Əkir-biçir. Türkistan əhlinin  bu arzusu deyildi?

Fazil əkə gəlmişəm sənin məsləhətini alım. Mənə yol göstərin!

Fazil söhbətin bu yerə çatacağını gözləmirdi. Ağlına gəlməzdi ki, söhbət bu məcraya çatar.

-Namiq, gərək silahı yerə qoyasan! Qurbaşılardan uzaqlaşasan!

-Bəs azadlıq mübarizəsi. Məni kimi yüzlərlə oğul əlinə silah alıb səhraya çəkiliblər. Bəs onlar?

-Elə bilməyin, Türkistan azadlığa çıxmayacaq. Gec-tezi var. Səbirli olmaq lazımdır. Şəraiti gözləmək lazımdır. Sakit həyata qayıdıb, tikib-yaratmaq lazımdır. İyirminci əsrdə inkişafdan qalmaq, xalq kimi məhv olmaq deməkdir.

-Mən də dostlarıma bunu deyirəm.

-Götür məni! Ailəmdən, evimdən, sevimli şəhərimdən ayrı düşmüşəm. Bununla belə yeganə çıxış yolunu başımı aşağı salıb işləməkdə görürəm.  

Ürəyimdə ki, ürəyimdə. Axıdılan qanlara görə, başımıza açılan bəlalara görə əvvəl axır bolşeviklər cavab verəcəklər.

Özünü əla al! Səni kimi adamlar Türkistanın gələcəyidirlər.

Səhərə yaxın Namiq əkə Fazilin otağını tərk etdi.

***

 Bir həftədən sonra Əhmədxan günorta çağı tələsik zavodun həyətinə daxil oldu. Pəncərədə həyətə baxan Fazilin gözlərindən çayçının idarə binası tərəfə tələsdiyini qaçmadı. Nəsə ciddi bir hadisəni baş verdiyini anladı və özü onu qarşısına çıxdı.

Əhmədxan Fazili görüb yerindəcə dayandı və gözlədi ki, o, gəlsin.

-Fazil əkə, Namiqi yaralayıblar. Aparmışam şəhərdən kanarda, qədim mağaranın içində gizlətmişəm. Bir təhər yarasını sarımışam. Doktor olmasa, qan itirib ölər.

-Doktoru haradan tapaq?

-Xəstəxanaya sürgün olunmuş azərbaycanlı həkim gəlib. Bir həftədir burada işləyir.

-Kimdir, o, Əhmədxan?

-Səni yaxşı tanıyır, sizin  dəstədəndir. Yadımdan çıxmışdı ki, sənə deyim.

-Adı nədir?

-Ziya doktor.

Ad Fazilə tanış gəldi.

-Tez ol, getdik!

***

Başqaları kimi Ziya həkim də işlə təmin olunduqdan sonra işi-gücü Mərvin  şəhərcik, aul və qəsəbələrindən xəstəxanaya gələnləri qəbul etməkdən ibarət idi. Ali savadlı həkim Ziyanin yaşının altımışı keçməsinə baxmayaraq, bakılı dili ilə desək «top kimi idi».  Sürgünlük həyatı elə bil ona təsir belə etməmişdi. Düşdüyü ağır şəraitdən qurtulan kimi Mərvdən ev tutub həyat yoldaşı Məsüməni də bura köçürtmüşdü. Məsümə də əri kimi həkim idi.

 İndi birlikdə işləyirdilər. Uşaqları: boya başa çatmış iki oğlu və bir qızı Bakıda qalıb  nənələrinə baxırdılar.

Məsümə doktorun bura gəlişi isə onun həyatını köklü şəkildə dəyişmiş, xəstaxanaları isə mərvlərin şəfa ocağına çevrilmişdi.

Bakılı doktorların şəfalı əlləri hər gün bura ayaq basan insanlara sağlamlıq qaytarırdı. Gün-gündən isə şöhrətləri ətrafa yayılırdı. 

 Ziya həkim yenicə əlini yuyub kabinetinə keçmişdi ki, qarşısında Fazili gördü. Heç nə deməyib tez qonşu qapını açdı:

-Məsümə, bura bax! Gör kim gəlib?

Məsümə doktor üçün yad şəhərdə tanış insanı görməsi elə bil tapıntı oldu.

-Fazil, bala! Sən buradasan?

-Bəs harada olmalıyam?

-Gələndən səni soruşuram. Ziya deyir ki, xəbərim yoxdur.-deyə Fazili bağrına basdı.

-Elədir, Məsümə xanım. Bizi bir-birimizdən altı ay olar ki, ayırıblar.-deyə Fazil yadına  Bakıdan çıxdıqları gün düşdü. Üç uşağı ilə körpüdən gəmiyə mindirilən sürgün olanların arasında ərini axtaran Məsümə xanım birinci Fazili yuxarı qalxan  gördü. Onun arxasınca sarsılmış Ziya doktor qalxırdı.

-Fazil, Fazil! Ziya doktordan müğayət ol!- deyə səs eşitdi və geriyə döndü. Aşağıdan ona əl edən Məsümə xanımı gördü.

-Keçin mənim otağıma! Yaxşı çay dəmləmişəm!-deyə Məsümə xanım dəvət etdi.

Məsümə xanımın sözündən çıxmadılar onun otağına keçdilər.

-Əhmədxanı tanıyırsınız?-deyə içəri girən kimi dostunu təqdim etdi.

-Onu tanımayan varmı? Nə qədər dəstərxanında oturub ətirli çay içmişəm-deyə Ziya doktor gülümsədi. Ancaq Fazilin üzündəki ciddiliyi görüb susdu.

-Doktor sizə işimiz düşüb. - deyə Fazil Məsümə xanımın onların qarşısına qoyduğu piyalələrdən birini götürdü: -Siz alətlərinizi çantanıza yığın, gediləsi yerimiz var. Dostumuzu yaralayıblar.

 -Mən qulluğunuzda hazır! Elə saat çıxa bilərik.- deyə Ziya doktor hara gedəcəklərini belə soruşmadı.

-Hələ tezdir, qoy axşam düşsün!-deyə Əhmədxan təklif etdi.

-Aydındır!-deyə Ziya doktor fikrə daldı, ancaq yenə də heç nə soruşmadı.

Hamı çayını içdikdən sonra Fazilə Əhmədxan ayağa qalxdılar:

-Axşam üstü sizi Əhmədxanın çayxanasında gözləyirik!-deyə vidalaşdılar.

***

Axşam üstü doktorun çayxanaya gəlməsi adi hal idi. Mərvin elə bir sakini olmazdı ki, boş vaxtını burada geçirtməsin.

Çayxanada son hadisələr haqda istədiyin məlumağı ala bilərdin. Təkcə Mərvdə deyil bütün Orta Asiyada baş vermiş işlərdən xəbərdar ola bilərdin.

Çayxanada iki-üç gün bundan əvvəl «qırmızılarla» mücahidlərin toqquşmasından danışırdılar.

Xan Muradın dəstəsi ilə toqquşmada çoxlu yaralananlar və ölanlər olub,deyəirdilər.

Mərv əhli bir-birinin kökünü belə tanıdıqlarından bu çür açıq söhbətlərdən çəkinmirdilər. Hamı bilirdi ki, kimin hansı qohumu hansı qurbaşının dəstəsindədir. Sovet hökuməti deyilən quruluşun burada ancaq adı vardı, həqiqət isə camahatın içərisində idi. Hamı öz ölkəsini azad görmək istəyirdi. Ümidlərini səhradakılara diksələr də, bu cür mübarizənin daha faydasız olduğunu da hiss edirdilər.

Silahlı mübarizədə həlak olan minlərlə gəncin ata-anaları elə Türkistanın bu cur balaca şəhərcilərinin sakinləri idilər.

-Şoğəribləri qırdıqca gəlirlər!-deyə ağsaqqal bir türkmən dilləndi.

-Çünki onlar çox, biz azığıq! - deyə başqa birisi dilləndi.

-Deməli başqa yol tutmalıyıq!

-Nə yol?

-Silahı yerə qoyub, Türkistanı qaldırmaq. Gəncələrimizə təhsil verəmək,  ağılda gücləndirmək!- deyə çayxanaya gəlmiş tarix müəllimi təklif etdi.

-Axı necə?

-Çox sadə! Gəlib dərs oxusunlar. Tariximizi bilsinlər. Keçmişimzdən xəbərdar olsunlar. Avamlıqla uzağa getmək olmaz!

Tariximizi bildikdən sonra isə heç cürə kafirlərlə bir olmağa razı olmayacaqlar. Çünki onlar bizim qulumuz olublar, biz onların-yox!

-Müəllimin dediyində həqiqət var!-deyə bayaqki ağsaqqal söhbətə qarışdı:-Gəlin balalarımızın başına ağıl qoyaq! Amistiyadan[18] istifadə etsinlər!

Hamı onunla razılaşdı.

Doktorun gəlişini görənlər hörmət əlaməti olaraq ayağa qalxdılar və dəstərxanın yuxarı başında yer verdilər.

-Doktor, ağsaqqallar belə fikrə gəliblər ki, balalarımızı sülhə qaytaraq. Silahlarını yerə qoub, dinc həyata qayıtsınlar. Təhsil alsınlar.

-Pis fikir deyil. Onsuzda aparılan mübarizə indiki şəraitdə səmərəsizdir. Başqa ölkələrin-ingilislərin bura burunlarını soxması, ürəyimcə deyil. Onların öz maraqları var.

Bizim uşaqlardan istifadə edib bura soxulmaq istəyirlər. Rusların bir atalar sözü var İz dvux zol, vıbirayut nailuçşuyu - yəni iki bəladan ən yaxşısını seçirlər. İngilislə müqayisədə ən yaxşısı elə rusdur. Arağını ver-min sür!-deyə doktor sözünü qurtardı.

-Müdrik sözlərdir.-deyə ağsaqqal başını aşağı saldı. Sanki eşitdiklərini götür-qoy edirdi.

Doktor qaşısındakı piyalədən çay içirdi ki, Əhmədxanın ona işarə etdiyini gördü. Ayağa qalxdı, yanına qoyduğu çantanı götürüb çayxanadan çıxdı.

Əhmədxanın həyətində onu Fazil qarşıladı və evinə apardı.

-Bir az gözləyək, qoy hava qaralsın.

-Hara gedəcəyik?

-Mərvin kənarındakı qayalıqlara.

-Ötən gecə toqquşma olan yerə.

-Elədir. Yaralımız var.

-Vəziyyəti necədir?

-Ayaqdan yaralanıb.

-Bir şey etmisiniz?

-Mən yox! Əhmədxan ayağını möhkəm bağlayıb ki, qan axmasın. Ayağında güllə var.

Ziya doktor daha heç nə soruşmadı, Fazil kimi oturub Əhmədxanın gəlməsini gözlədi.

Çox çəkmədi ki, Əhmədxana həyəti iki atla qayıtdı. Hər ikisi bunu görüb həyətə çıxdılar.

-Gedə bilərik!-deyə Əhmədxan təklif etdi.

Hər üçü atlandılar. Köhnə şəhərin dar küçələrilə keçib şəhərdən çıxdılar.

Payızın soyuq havası onlara üşütmə gətirdi. Burada belədir: axşam günəş üfüqdə gizlənən kimi soyuqlar düşür.

Qaranlıqda yol tapmaq çətin olsada, Əhmədxan elə bil hər şeyi görürdü.

-İndi çatarıq. Səhər də bura gəlmişdim. Yemək gətirmişdim. Qan axma dayanıb, ancaq rəngi rufu sapsarıdır.

-Çoxlu qan itirib!-deyə doktor xəstəsini görmədən diaqnozunu qoydu.

  Əhəmədxan atını qayalığın qarşısındakı sal daşın arxasında saxladı. Atdan düşdülər. Sal daşdan  bir az aralı qayanın dibində qoyulmuş daşı yerindən tərpətdi və qayanın altındakı mağaraya yol açıldı.

Əyilib oyuqdan içəri girdilər. Sən demə, balaca oyuq iri mağaraya giriş idi.

-Bura bizim ata-babadan qalma yerimizdir. Qoyun quzularımızı bura yığardıq ki, gecələr canavar aparmasın.

Mağarın dibində közərən tonqalın işığı içəridə adam olduğunu göstərirdi.

-Əhmədxan?!-deyə uzaqdan səs eşidildi.

-Mənəm!-deyə o, cavab verdi.

Ziya doktor heç nə soruşmadan çantasını qarşısına qoydu və yaralının ayağına yapışmış qanlı əskini dartıb qopartdı.

Namiq əkə şiddətli ağrıdan yerindəcə çırpındı. Daha heç nə hiss etmirdi.

-Səbrli ol! Daha ağramayacaq.-deyə yaralını sakitlədirdi. Sonra çantasının ağzını açdı, İçindən çıxartığı gümüş parıltısı verən dəmir qutunu Əhmdxana uzatdı.

-Al, bunun içinə su tök, odun üstünə qoy, qaynasın!-deyə göstəriş verdi.

Əhmədxan dəmir qutunu odun üstünə qoydu və keçib mağaranın qaranlığında itdi. İkicə dəqiqə keçmədi ki, əlində ləmpə ilə qayıtdı.

-Aşağıda ambarımız var. Orada nə istəsən tapa bilərsən!-deyə Əhmədxan ləmpəni Ziya doktora uzatdı.

Ləmpənin işığı indi mağaranını nə qədər böyük olduğunu göstərdi.

-Əvvəllər bura iki-üç min qoyun salardıq!-deyə Əhmədxan izahat verdi. Qalmaq üçün də aşağıda rahat yerimiz var.

Dəmir qabdan buxar çıxmağa başladı.

-Qutunu bura gətir!-deyə Ziya doktor Əhmədxanı köməyə çağırdı. Ləmpəni isə yaralının sinəsi üstünə qaldırdı ki, yaraya yaxşı baxa bilsin.

Fazil onun köməyinə gəldi. Ləmpəni onun əlindən aldı.

Yaralının ayağına iynə vurduqdan sonra Ziya doktor arxasını yaralıya çevirdi:

-Qoy, bir balaca yarası keyisin! Sonra gülləni çıxardaram.

Bir-neçə dəqiqədən sonra Ziya doktor yaranın üstünü örtmüş gösövu təmizlədi, yaradan qan axmağa başladı.

-Qoy, təmizlənsin! Bundan sonra gülləni dartıb çıxaracağam.

Əlindəki pinsetlə güllənin keçdiyi yeri aralıya-aralıya gəlib gülləyə çatdı və pinsetdlə onu tutdu və dartdı.

Namiq əkə ağrıdan yerindən qalxamaq istədi, ancaq Əhməxanla Fazilin güclü əlləri onu tərpənməyə qoymadı.

-Al!- deyə Ziya doktor çıxartdığı gülləni Namiq əkənin ovcuna qovdu. Sonra təmiz cuna ilə yarasını sarıdı.

-Qorxulu daha heç nə yoxdur. Yaranı tərtəmiz təmizləmişəm. Ancaq çoxlu qan itirib. Yaxşıca yeməlidir. Çoxlu şərbət və yemiş yedizdirin ki, qanı artsın.

Hər üçü danışsa da, Namiq əkə onları eşitmirdi. Onu yuxu aparmışdı. 

-Yolçu yolda gərək! - deyə  Ziya doktor getməyin vacibliyi bildirdi.

-Mən də belə düşünürəm, tərpənsək yaxşıdır!-deyə Fazil də ona qoşuldu.

-Bizi Əhmədxan yola salıb, bura qayıtsın. Gecə xəstənin ağrıları başlaya bilər.- deyə Ziya doktor fikrini bildirdi.

-Ziya doktor, Əhmədxanın bura qayıtması nə verər?

-Namiqi yuxudan ayıltmadım. Yanına dərman qoymuşam. Ağrı tutsa, onu atar!

-Onda mən bura qayımalıyam! - deyə Əmirxan düşünmədən cavab verdi. Sonra ləmpənin işığını azaltdı.

Mağaranı tərk etdilər. Şəhərə gəldikləri yolla döndülər.

YARALI NAMİQ

Mağaranın girəcəyindən içəri qaranlıq göründüyündən ora daxil olan Fazilin gözləri heç nəyi seçə bilmədi. Gözləri bir-neçə saniyə ərzində mühütə vərdiş etdikdən sonra mağara boyu dərinliyə uzanan cığırı seçməyə başladı, ayağının altını görmən kimi irəli atdımladı.

Mağaranın dərinliyinə doğru getdikcə ayağına dəyən daşlar səs salır və sanki əsrlər boyu yuxuya qalmış qayaları oyadır və səsə səsə cavab verirdilər.

Dağın ətəyindəki bu mağara təkcə ona, birdə Namiq əkənin adamlarına məlum idi.

İyirmi-otuz metr getdikdən sonra arxada qalan mağaranın ağzı elə bil daralmışdı. İşıq onun dayandığı yerin divarlarına düşmürdü.

-Namiq əkə!- deyə Fazil dostunu harayladı və əlində gətirdiyi səbəti daşın üsünə qoydu.

Yuxarıda, iri sal daşının arxasından Namiq əkə göründü və ona əl elədi.

Fazil yenidən səbəti götürüb sal daşın arxasına keçdi və pillələri xatırladan daşın üstündə ayaqyerinə çevrilmiş ovuqlarla yuxarı qalxdı, yaralı dostu ilə üz-üzə dayandı.

-Deyəsən, sağalırsan?

 Fazil əlindəki səbəti mağaranın ortasındakı stola bənzər daşın üstünə qoydu.

-Pis deyiləm, ancaq güllə yarasının yeri ağrayır.-deyə Namiq əkə şikayətləndi.

-Əsas odur ki, səni sağ görürəm. Ağrılar tezliklə keçəcək.

-Nə yaxşı ki, həkimi tapıb gətirdin! O, olmasaydı indi canım çıxmışdı. -deyə Namiq ağa razılığını bildirdi.

-Dünyada yaxşı adamlar hələ qalır.

Fazil səbətin ağzını açdı və daş stolun üstünə çörək, pendir və kişimişi üzüm qoydu.

Namiq əkə ac olduğunudan dinməzcə əlini uzadıb çörəyin böyüyünü götürdü, iki yerə böldü, ac olmağına baxmayaraq böyük hissəsini Fazilə uzatdı. Sonra iştahla yeməyə başladı.

Dostu da ona baxaraq hərdən-birdən bir tikə kəsib ağzına aparırdı.

-Mən səni bu qədər ac görməmişdim?

-Yaman iştaham gəlib.

-Bu yaxşı haldır. Sağalmağa gedirsən.

Bir-neçə dəqiqə beləcə ötdu. Namiq əkənin yeyib qurtarmasını gözləyən Fazil dinməzcə ona baxırdı. Axır ki, dostu doydu.

-Bizim sonumuz necə olacaq? - deyə Namiq əkə soruşdu.

-Mənə elə gəlir ki, Şərq tarixi boyu bu cür faciələri görüb. Sizin də başınıza Azərbaycanın başına gələnlər gəlir. Biz eyni səhvlərə yol vermişik.

Böyüklüyümüzü anlamamışıq. Başqa millətin qurduğu kommunizm toruna düşmüşük. Buradan çıxmaq üçün isə onun puçluğunu xalqlarımız anlamalıdırlar.

Yaranmış SSRİ nə sənin basmaç dəstən, nə də təkbaşına bütün Türkistan dağıda bilməz. Xalqa torpaq, su və sairə şeylər vədd edən sovetlərin etdiklərini buranın bayları etmədiklərinə görə uduzdunuz. İndi səbrlə gələcəyi gözləmək lazımdır.

-Fazil, sən bilən SSRİ-nin tərkibində olmaq xalqımıza nə verə bilər?

-Elə götürək savad və biliyi. Dünyaya çıxışı və ilaxi.

-Bunun bizim üçün nə əhəmiyyəti?

-Əhəmiyyəti odur ki, özünüzü dünyanın mədəni xalqları səviyyəsinə qaldıracaqsan.

-Belə çıxır ki, SSRİ yaxşıdır! Bunu sən deyirsən, Fazil? Buralara  sovetlər tərəfindən sürgün olunmuş şəxs?

-Namiq, mən deyənlərdə həqiqət var. Sən Bakını görməmisən. Bütün gənclər və cavanlar təhsilin arxasınca düşüb. Aşqabadda da bu saat bu baş verir. Millət savadlanır. Sülh istəyir.

Namiq əkə fikrə daldı, sonra başını qaldırıb dostunun üzünə baxdı.

-Mənə savad öyrədərsən ?

-Sağalan kimi. Məni Səmərqəndə göndərirlər. Çalışacağam ki, sənin üçün pasport düzəltdirim, yanıma gələsən.

-Bəs bu mübarizənin axırı nə olacaq?

-Mən bilirəm ki, hər xalqın taleyində azadlıq günü var. Sizin bu mübarizəniz vaxt gələcək öz bəhrəsini verəcək.

-Bu günü görmək üçün nə etməliyəm?

-Sağalıb ayağa durmalısan. Yazı-pozu öyrənməlisən.

-Mən bir az oxumağı bacarıram.

-Yazmağı da bacarmalısan! Nə qədər buradasan, sənə kitab gətirəcəyəm ki, oxuyasan.

-Sən bilən məsləhətdir. Bizim sonumuz nə olacaq? Bundan sonra nə edək?

-Başımızı aşağı salıb işləyək. Belə məsləhətdir. İnanıram ki, Türkistan əvvəl axır azadlığa çıxacaq!-deyə Fazil səbətin içindən kitab çıxartdı və dostuna uzatdı. 

Namiq əkənin mağara məktəbi belə başladı.

 

GÖRÜŞ

   Yaşıllıq içərisində itib batan alçaq birmərtəbəli evlər şəhər adlandırılsada, Bakı qədər möhtəşəm görünmürdü. Bircə vağzalı Bakınınkını xatırladırdı

Qatar bir mərtəbəli evlərin qarşısından keçdikcə həyətlərin içi görünürdü. Milli keyimli kişilər və qadınlar ora bura gedir, nəsə edirdilər.

Elə bil bütün Aşqabad bu xalatlara bürünmüşdü. Başqa geyimlə adam görmək isə qeyri-mümkün idi. Təkcə hərbiçi və milisdən başqa.

   Qatardan düşən Seyid Bikəni dadaşı qarşıladı. Seyid Rza çox dəyişmişdi. Saçları çallaşmışdı Yaşı əllini keçsədə üzündəki təravət eyninən qalmışdı.

   Seyid Bikənin özünün yaşı otuz beşi haqlamışdı.

-Dadaş, bəs  Fazil hanı?-deyə soruşdu.

-Sənin harada qaldığını bilir. Axşama gələcək.-deyə çamadanı Seyid Bikənin əlindən aldı, arxasıyla gələn adama verdi.

Vağzalın qabağında «Ford» maşını durmuşdu. Keçib əyləşdilər. Çamadanı maşının arxasına qoyan sən demə  sürücüsü imiş.

-Deyəsən, buralarda böyük adamsan? - deyə bacı soruşdu.

-Elə deyirlər.

-Çox şadam. Hayıf ki, dədəm görmədi.- deyə Seyid Bikə qəhərləndi.

-De, görüm uşaqları kimin yanında qoymusan? Mən elə bilirdim uşaqlarla gələcəksən.

-Uşaqlara Barat xatun baxır.

-O, da Bakıya köçüb?

-Yox, mən demişəm  Tiflisdən gəliblər.

-Fazili hələlik Mərvdə ipək fabrikinə direktor müavimni qoyublar. İndi hörmət sahibidir.

-Bakıya necə onu qaytarmaq mümkün deyil?

-Niyə?

-Özün yaxşı bilirsən niyə? Ərinin bəxti gətirib, onun əvəzinə başqasını güllələyiblər. Güllənin familyasını daşıyırsız. Burada sizi heç kim tanımır. Azərbaycanda, Bakıda məşhuri cahansınız. Kim Mir Hüseyn ağanın kürəkənini tanımır? Burada həyatınızı qurun, hər şey yerini alandan sonra geri qayıdarsınız.

-Mən  Bakısız qala bilmərəm.

-Daha bu məsələ Fazilin öz şəxsi işimdir. Nə desə, bacı, gərək edəsən.

-Mən nə deyirəm?

«Ford» iri hökumət evinin qabağında dayandı yeganə bina idi ki, şəhəri xatırladırdı. Seyid Rza maşından düşdü:

-Səni mehmanxanaya aparacaq. Axşam görüşərik!-deyə Seyid Rza  binayə tərəf addımladı.

 Bu dəfə maşın mehmanxananın qarşısında dayandı. Sürücü çamadanı maşının arxasından götürüb yerə qoydu. Sonra Seyid Bikəni arxasınca salıb mehmanxanaya gətirdi.

Qapının ağzında onları bir nəfər qarşıladı. Hiss olunurdu ki, onları gözləyir. 

Sürücü çamadanı qapının ağzında ona verdi maşınına qayıtdı.

 Uzun dəhlizlə irəlilədilər. Gəlib dəhlizin axırındakı qapının ağzında dayandılar.

Çamadanı daşıyan adam açarları cibindən çıxartdı və qapını açdı.

-Buyurun, xanım!-deyə onu otağa dəvət etdi

Seyid Bikənin otaq çox xoşuna gəldi. Tərtəmiz, səliqəli bir yer idi.

-Bir şey lazım olarsa, mənə müraciyət edin.! Mən buranın adminstratoruyam.-deyə çıxıb getdi.

Seyid Bikə darıxdı. Küçəyə çıxan pəncərədən şəhəri seyr etdi. Eyni geyimlər, eyni adamlar. Başqa heç nə. Təkcə göylərə uzanan çinarlar və tut ağacları bir-birinən fərqlənirdi.

Qalın gövdəli ağaclar şəhərin qədim yaşayış məskəni olduğunu göstərirdi.

Aşqabadın ona məlum olan tarixi 1881-ci ildən başlasa da, bu yoğun ağacların minillik tarixini inkar etmək olmurdu. Əlli il ərzində bu gövdəlikdə bu hündürlükdə ağac bitib böyüməzdi.

Aşqabad ağaclarının yaşı şəhərin yaşından çox olduğu göz qabağında idi. Bəlkə də bu ağacları min il bundan qabaq burada yaşayanlar əkmişdilər. Bəs niyə bu şəhərin yaşı əllidir?- deyə  Seyid Bikə düşünürdü. Ancaq  cavab tapa bilmirdi.

Uzaqdan mehmanxana tərəfə  əynində kostyumlu bir nəfər yaxınlaşdığını gördü.

 Pencərədən onu yaxşı seyr edə bildiyindən, gələnin kim olduğunu bilmədi. Çünki pəncərəni toz basmışdı.

 Bir neçə dəqiqədən sonra  qapı döyüldü. Seyid Bikə diksindi. Özündən asılı olmayaraq  ürəyi döyündü. Fazilin gəldiyini düşündü. 

Qapını açıb onu içəri buraxmaq istədi, ancaq birdən dayandı. Qızlar seminariyasında eşitdiləri yadına düşdü: «Qadın və qız həmişə özünü ağır aparmalıdır. Yüngüllük qadını və qızı qiymətdən salır.» Bunun bizə nə dəxli?-deyə düşünsədə ürəyində ona dərs demiş müəllimələrə rəhmət oxudu. Güzgünün qarşısına keçib özünü səhmana saldı.

Qapı bir də döyüldü. Seyid Bikə qapını açdı. İçəri Fazil daxil oldu.

İki  ildən artıq bir-birini görməyən, ancaq məktubları vasitəsilə bu görüşü arzulayan və xoş sözləri çatdıran iki insanın indi nə çəkdikləri qələmə almaq da çətindir. Ancaq bir kəlmə demək olar- səadətdir.

-Uşaqlar necədir?-deyə Fazil onun qoynuna sıxılan Bikədən soruşdu.

-Əşrəf məktbə gedir. İkinci sinifə, Eyyub gələn il gedəcək. Əlisəttarsa hələ balacadır.

-Ay qız, sən elə danışırsan ki, elə bil balalarım neçə yaşı olduğunu bilmirəm. Mən onların sağlamlığını deyirəm.

-Şükür Allaha, xəstələnmirlər.

-Bax, bu oldu yaxşı xəbər.

-Seyid Rza deyir ki, istəsəm burada qala bilərəm. Nə fikirdəsən?

-Bu gözəl olar, uşaqları da gətirərik.-deyə Fazile elə bil sevindi də.

-Ancaq mən Bakısız yaşaya bilmirəm.

 Seyid Bikə hiss etdi ki, onun sonuncu sözü Fazili məyus etdi.

-A kişi, buralar şuluq yerdir. Bakıda isə sakitlikdər. Tək olsaydım gələrdim. Üç uşaqla hara gəlim? Burada nə yurdumuz var, nə məkanımız.-deyə Seyid Bikə sözlərinə bəraət qazandırmaq istədi.

-Düzdür, buralar sakit deyil. Sakitləşərsə mən özüm çağıraram.

-Gəl, tez-tez görüşək. Dadaşıma deyərəm, məni bura tez-tez gətirər.

Axşam Seyid Rza gəldi;

-Bildim ki, heç yana getməyəcəksiniz. Görürəm, çörək-zad da yeməmisiniz. Stolunuz boşdur.

-Yar-yarı görəndə heç nə yada düşmür. Yemirlər, içmirlər, xətti-xallarına, gül-camallarına tamaşa edirlər.-deyə Fazil zarafat etdi.

Fazillə Bikə gülüşdülər.

-Bu dəqiqə hər şeyi təşkil edərəm!-deyə otaqdan  çıxdı.  Administrator qapının ağzında farağat dayanıb gözləyirdi.

-Nə var, tez təşkil elə! Türkmən qonaqpərvərliyi ilə. -deyə Seyid Rza əmr verdi.

 -Sənin xanımını haçan görəcəyik!-deyə Seyid Bikə içri girən Seyid Rzadan soruşdu.-Haçan baldızlıq edəcəyəm?

-Ürəyini sıxma, özümüz Bakıya gələcəyik. İndi o, Səmərqəndədir. Başı da işə qarışıqdır.

Seyid Rzanın özü kimi həyat yoldaşı da partiya işində idi. Uşaqdan isə həddi bulağa çatan bir qızı vardı, onu da səmərqəndli azərbaycanlı oğluna vermişdi. İndi Daşkənddə yaşayırdılar.

 Şam yeməyindən sonra hər üçü çıxıb şəhəri gəzmək qərarına gəldilər. Ancaq Seyid Rza birdən fikrini  dəyişdi. Onu işə çağırırdılar. Arxasınca sürücüsü gəlmişdi:

-Hələ bir həftə buradasan, çox gəzəcəyik!-deyə Seyid Rza bacısını sakitləşdirdi.

Şəhərin dar küçələrini hər iki tərəfdən çiy kərpicdən və sal daşlardan tikilmiş üstü qamışla örtülmüş evciklər əhatə edirdi.

Evciklər  o qədər balaca idi ki, göylərə ucalan möhtəşəm çinar ağaclarının arasında daha da kiçikləşirdilər.

-Fazil, Aşqabadın, deyirlər, heç əlli yaşı yoxdur, ancaq ağaclara baxanda belə fikirləşmirsən.

-Elədir. Aşqabadın şəhər kimi əlli yaşı var. Ancaq salındığın yerin tarixi qədimdi. Vaxtiykən bura qədim kənd olub. Onun yeridə bu şəhəri salıblar. Fars dilinedə Aşq-yəni eşq, abad–şəhər. Eşq şəhəri deməkdir Aşqabad.

-İndi mənə hər şey aydın oldu.

Hava lap qaralanda mehmanxanaya qayıtdılar.

-Sabah səni dostumgilə aparacağam. Ora bizim Basqaldakı həyəti xatırladır. Özün də görəcəksən.-deyə Fazil çarpayının kənarında oturdu:- Bakıda nə var, nə yox?

-Bura gəlməmişdən beş-on gün əvvəl Hacı Zeynalabdinin arvadının küçədə durub diləndiyini gördüm.

-Nə? Nə?

-Eşitdiyini. Bəli, bütün  Azərbaycana və müsəlman aləminə əl tutan və ömrü böyü yaxşılıq etmiş adam dilənir

-Bəs niyə götürüb evə aparmadın?

-Getmədi. Hamı deyir ağlını itirib, ancaq elə deyil. Məni görən kimi tanıdı. Təklif elədim bizə gedək, bizimlə yaşa! Dedi: Seyid qızı, mənə fikir vermə, mən Allahın  verdiyi ruzunu yığıb evimə gedəcəyəm.

 Kənardan durub tamaşa etdim. Küçədən keçənlər onun qabağına «kağız pul»,  «ağ pul» və «qara pul» atıb keçirdilər. Nə «ağı» gtürürdü, nə «kağızı». Qarapullardan iyirmi qəpik yığıb ayağa dururdu. Qalan pullar yerdə qalırdı. Gedib, bir buxanka qara çörək alıb dilənçilik etdiyi yerdən uzaqlaşırdı.

Seyid Bikə Fazilin nə hala düşdüyünü gördü. Hə ikisi susdu.

-Bəs qızı Leyla hara baxır?

-Deyirlər ki, Leyla[19] xəlvəti İrana qaçandan sonra  Sona xanım bu hala düşü.

-Necə yəni  İrana qaçıb?

-Bizim xəbərimiz olmayıb. Biz Tiflisdə olanda. Hacı rəhmətə getdikdən sonra  hətta  Mərdəkandakı bağlarını da onun uşaqlarının əlindən aldılar.  

Leylanın əri  «Lenin» kombinatında[20] buxqalter işləyirdi. Vəziyyətin gərginləşdiyini görüb, ailəsi ilə birlikdə İrana qaçır.

Üç gündən sonra SSRİ-nin Tehrandakı rus səfirliyinə iki çamadan və üstündə məktub gətirib verirlər. Məktub Hacının gürəkəni Zeynal bəydən idi: «Bu çamadanda  Bakıdan götürüb gəldiyim bütün pullardır. İndi qaytarıram. Pulları gətirməyimin səbəbi odur ki, Bakı mənim yoxa çıxdığımı görüb, seyfi özləri açacaq və pulları götürəcəkdilər. Sonra mənim adıma yazacaqdılar. Xahiş edirəm, qəbul edib, tez Bakıya göndərəsiniz. Fəhlələrin əməkhaqlarıdır.

-Bunları haradan bilirsən, a qız?

-Xədicədən.

-Sən dünyanın işinə bax. O boyda nəsil nə hala düşdü. Kimin ağlına gələr ki, Sona xanım Bakının küçələrində dilənəcəkdir. Həyatın çox qəribəlikləri var.

-Sənə Mir Əhməddən deyim. Müəllimlər məktəbini  qurtarıb Şamaxıda müəllimlik edirdi. Komsomola başçı qoyublar. Zibeyda ana onunla qalır. Dədə yurdundadırlar. Evimizi qaytarıblar. 

-Bəs Heybətdən nə xəbər var?

-Allah onun canını sağ eləsin. Sən tutulandan əlini bizim üstümüzdən çəkmirdi.

Meşədi Nağı dayının kontorunu və dükanlarını İranlı olduğuna görə bağladılar. Ümumiyyətlə, Bakıda ticarət bu saat hökumət tərəfindən idarə olunur. İşsiz qaldılar

Heybətin atası Meşədi Nağı kişi bərk xəstələndi.  Ev-eşiklərini satıb Məşhədə köçdülər Ondan sonra xəbər-ətər yoxdur.    

-Məni Səmərqənddə işləməyə göndərəcəklər, ev alan kimi uşaqları götürüb ora gələrsən.

-Çalışaram.

-Çətinlik var?

-Yox, uşaqlar Bakıya öyrəşib. Birdə ki, Bakıdan gözəl yer tanımıram.

-Mən Bakıya qayıda bilmərəm.

-Onda uşaqlar hər dəfə tətilə çıxanda, bura gələrsən!

-Əlbəttə ki!

Bir həftənin necə keçdiyini hər ikisi hiss etmədi.

SƏMƏRQƏND

İyirmiyeddi-otuzuncu illərdə «qolçomaq və bitli intelegensiya» adı ilə yüzminlərlə savadlı, bilikli, ən əsası ağıllı insanları sürgün edərək ağır işlərə cəlb etməklə, SSRİ hökuməti faktiki olaraq dövlətin düşünən beyinlərini idarəçilikdən uzaqlaşdırmışdı. Bunun nəticələri isə acınacaqlı idi. Ukraina və Volqaboyu əyalətlərdə acından milyonlarla adam tələf  olurdu.

Səbəbini təbii fəlakətlə-quraqlıqla izah etsələrdə, həqiqət tam başqa idi - ölkəni ağılla idarə edənlərin sayı birə beş azalmışdı.

 Kadr problemi yenidən ortaya çıxmışdı. Sovet ağır sənayesinin istehsal etdiyi maşınları işlələtmək üçün və kənd təssərufatında kolxozları aparıcı iqtisadi sahəyə çevirmək üçün təşkilatçı və bacarıqlı insanların  olmaması gözə çarpırdı.

Partiya fəhlələri kəndlərə göndərib onların vasitəsi ilə kənd təssərüfatını inkişaf etdirmək planları da baş tutmurdu. Çünki kəndlərə göndərilən fəhlələrin çoxunun heç elementar savadı belə yox idi. 

Hökumət qolçomaq kompaniyasının həqiqətdə kənd təssərüfanına necə zərər vurduğunu anlamağa başlamışdı. Bir şey də aydın idi ki, qolçomaq təssərüfatları olarkən, SSRİ özü-özünü çörəklə təmin edə bilirdi.

Baxmayaraq ki, kəndlərə cürbəcür maşınlar, traktorlar göndərilirdi, onların verdiyi fayda cüzi idi. Kənd bacarıqlı və təşkilatçı kadrların olmaması bu sahədə inkişafı dayandırmışdı.

Məcburiyyət qarşısında qalan hökumət 20-ci illərdə olduğu kimi savadlı insanlardan istifadə etmək siyasətinə qayıtmışdı. Çünki başqa yolları yox idi.

Bu siyasətin faydasını Azərbaycandan Orta Asiyaya sürgün olunmuş ziyalılar da hiss etməyə başlamışdılar. Onlara vəzifələr təklif olunur, aparıcı sahələr həvalə olunurdu.

Səmərqənd toxuculuq fabrikasına direktor müavini göndərilən Fazil də bunlardan biri idi.

Möhtəşəm qədim şəhər əlbəttə ki, Mərvdən qat-qat fərqlənirdi. Fərqanənin abı-havası da fərqli idi. Əhalisinin dünya görüşü və Şərq mədəniyyətindən xəbərdar olması Fazili valeh edirdi.

Səmərqəndə istədiyin millətin nümayənəsəi vardı. Azərbaycanlılar məhəlləsi şəhərin sambalı küçələrini əhatə edirdi.

Deyilənlərə görə bu məhəllələr Teymur-ləngin dövründə salınmışdı. Azərbaycandan bura gətirilən alimlərə, sənətkarlara verilmişdi. Bəlkə elə ona görə idi ki, şəhərin bəzi yerləri Fazilə Bakını, Şamaxını, Naxçıvanı  və Təbrizi xatırladırdı.

Fazil son illərdə rastına gəldiyi adamların nə qədər xeyrxah olduqlarını hiss etməyə başlamışdı. Qədim Səmərqəndin adamları isə daha səmimi, daha mədəni idilər. Elə gün olmurdu ki, o, bu səmimiyyəti hiss etməsin.

Fazil fabrikaya təyin olduğu gündən elə bir sex yox idi ki, gəzib öz gözü ilə görməsin, sexin fəhlələri ilə danışmasın, hər sexin məhsuldarldığı haqda xəbəri olmasın.

Onun bu hərəkəti direktorun da gözündən qaçmadı:

-Fazil əkə, sizi kabinetdə görmək belə olmur! Nə ilə məşğulsunuz?-deyə soruşdu.

-Çalışıram, hər şeyi başa düşüm. İşin təşkili, sexlər arasında əlaqəni görüm, birdə hansı sexdə hansı dəyişikliklər etmək lazımdır onu bilməliyəm. Çünki dəzgahlarımız Nuh tufanından qalanlardır. Dəyişməli olacağıq.

Direktor onu diqqətlə dinlədi, ancaq bir söz demədi. Fikirə daldı.

Axşam müşavirəsində kabinetə yığışmış mühəndislər, briqadirlər və fabrikanın idarə heyətinin qarşısında direktor Hüseynalıyev belə çıxış etdi:

-Siz bilirsiniz ki, yoldaş Stalin zavod və fabrikalarımızda aparılan yenidənqurmanın tərəfdarıdır. Çünki belə olduğu halda biz  məhsuldarlığı artıra bilərik. Sovet xalqı heç nədən korluq çəkməməlidir.

Partiya bizə həmişə bu işdə dayaq olub və olacaqdır da. Yoldaş Fazil Əliyevin bura göndərilməsi də elə bununla bağlıdır. Mərvda kərxanasında apardığı islahatdan xəbərdarıq. Fabrikamızda aparılacaq islahatlara, yəni maşın və avadanlıqların dəyişdirilməsini yoldaş Əliyevə həvalə etmək istəyirəm. Fikrinizi bilmək istəyirəm, yoldaşlar.

Fabrikanın partkomu ayağa qalxdı:

-Bizə elə gəlir ki, bu təklifi heç müzakirəyə çıxartmaq lazım deyil, bacarıqlı kadrdır. Gəlin şərait yaradaq, işləysin. Mən şəxsən razıyam.

Müşavirənin qərarına görə Fazilin üzərinə fabrikanın texniki parkının təzələnməsi vəzifəsi düşürdü.

Fazil nədən başlayacağını çoxdan götür-qoy etdiyindən, elə müşavirədə də təkliflərini verməyə başladı:

-Bizim dəzgahlar müasir dəzgahlardan çox geri qalır. Ata-baba üsulu ilə burada parça toxuyuruq. İvanovo şəhərindən dəzgah almalıyıq. Bunun üçün isə bizə güclü maliyyə lazımdır.

-Mən şəhər partiya komitəsində bu məsələni qaldıraram.-deyə partkom yerindən dilləndi.

-Bizim özümüzün rekonstruksiya üçün az vəsayitimiz yoxdur. Ondan da istifadə etmək olar!-deyə direktor əlavə etdi.

Dəzgah və çığazların bura gətirilməsi və yerləşdirilməsi işini də elə Fazil Əliyevə tapşırıram. Nə çətinlyi olsa, ona kömək edəcəyəm. İvanovoya getmək üçün özünə işlək fəhlələrdən köməkçi seçsin və  aparsın.

On gündən sonra İvanovoya yola düşsünlər.

-Niyə on gündən sonra?-deyə partkom soruşdu.

-Bu müddət ərzində  maliyyə məsələlərini həl etməliyik. Əli boş getməsinlər.

 

İVANOVO

Sal taxtalardan tikilmiş evlərin pəncərə arnametlərini seyr edən Namiq əkə başqa bir aləmə düşdüyünü indi anlamağa başlamışdı.

Bir ay bundan qabaq həyatınıda Hər şeyin belə tezliklə dəyişəcəyini ağlına belə gətirə bilməzdi.   

Yarası sağalan kimi xəlvəti Əhmədxangilə gəldi.  Fazil onun üçün lazımı sənəd də düzəltmişdi.

 Daha onu bir adam belə narahat edə bilməzdi. Qiyafəsini də dəyişdirmişdilər. Saqqalını-bığını qırmışdılar. Elə Fazil kimi kostyum geyinib küçəyə çıxırdı. Köhnə basmaç Namiq əkədən heç nə qalmamışdı. Yaraşıqlı bir intelligentə çevrilmişdi.

Mərvdəkilər onu Fazilin Daşkəntdən gəlmiş azərbaycanlı qonağı bilirdilər.  

Səmərqəndə təyinat alan kimi Fazil onu özüylə gətirdi və fabrikaya işə düzəldi.

İndi Fazilin komandası ilə İvanovaya gəlmişdilər.

Maraqlı şəhər idi. Bütün şəhər sal taxtalardan tikilmişdi, ancaq eyni cürə iki bina göstərə bilməzdin. Bir-birindən fərqlənirdilər. Hər şeydən əvvəl pəncərələrə vurulan arnamentləri ilə. Ruslara bu şəhərdən taxtanın üzərində gözəllik möcüzələri yaradırdılar.

-Fazil əkə, düzdür, İvanova qızlar şəhəridir?-deyə onunla ezamiyyətə gələn fəhlələrdən biri soruşdu.

-Görmürsən, qudokun səsilə fabrikalara nə qədər qadın və qız gedir.

-Niyə burada bu qədər qız var? Qəzetlər yazırlar ki, on qıza  dörd oğlan düşür. Bəs qalan qızlar kimə ərə gedir? - deyə birdə soruşdu.

-Ürəyin sıxma, bizim kimi cinixlər var!-deyə Namik əkə Fazilin əvəzinə cavab verdi və boğazına taxdığı qalstuku düzəltdi.

Dünən şəhərə çatıb yerləşən  kimi Fazil Namiq əkəni geyim dükanına aparıb onu son Avropa dəbi ilə geyindirmişdi:

-Sənə türk deyənin dədəsinə lənət! Sən «part-paronsan»! Rus qızları səni yeyəcək!-deyə zarafat etdi.

-Fazil əkə mənə bir təhər gəlir?!

-Özün demədin sənə oxşamaq istəyirəm. Oxşa da!-deyə əlini çiyninə qoydu və dükandan çıxdılar.

Axşam təkcə onu götürüb restorana apardı.

-Bəs qalanları niyə götürmədin?-deyə Namiq əkə soruşdu.

-Bizim stolun arxasında oturacaq adamlar deyillər. Yadından çıxmasın: ağayla nökər yanbayan oturmaz.

-Hər yanda deyirlər ki, ölkənin ağası fəhlələrdir.

-Bu sözlər axmaqlar üçündür. Fəhlə həmişə fəhlədir. Ağa həmişə ağa.

-Deyirlər ki, Şura hökumətində ağa yoxdur.

-Namiq, ətrafa boylan diqqətlə bax! Gör, bu restoranda oturanların sifətindən fəhləlik yağır? Hərə bir təşkilatın rəhbəri və yaxud müftəyeynidir- raykomudur- komissardır. İndiki ağalar elə bunlardır. Allahın yaratdığını heç kim poza bilməz: ağa ağadır, nökər nökər.

Onlar oturan stoldan aralı iki xanım oturmuşdu. 24-25 yaşları olardı. Bayaqdan onlar tərəfə baxırdılar.

Fazil ayağa qalxdı və onlara yaxınlaşdı.

-Vı ne ukrasite naş stol[21]?-deyə təmiz rusca təklif etdi.

Xanımların, deyəsən, təklif ürəyincə oldu və durub onların stolunun arxasına keçdilər.

Tanış olduqdan sonra  qadınlardan biri soruşdu:

-Siz haradan gəlmisiniz?

-Səmərqəndən.-deyə Fazil cavab verdi.

-Qədim şəhərdən?

-Qədim şəhərdən.

-Temurləngin şəhəri. Bilirsən, nə qədər bu haqda oxumuşam!-deyə özünü Vera adlandıran qadın gülümsədi və bir əlini Fazilin əlinin üstünə qoydu. Gülüşdülər.

Orkestr yenicə müsiqi çalmağa başlamışdı. Fazil Veranı rəqsə dəvət etdi.

Namiq isə nə edəcəyini bilmirdi.

-Nə baxırsan. Özünü itirmə, xanımı rəqsə dəvət elə!-deyə yerinə oturan  Fazil dostuna təklif etdi.

-Qardaş, öyrənə bilmirəm. Söz verirəm ki, sizə baxıb öyrənəcəyəm

-Namiq, bu xalq yeyib, içib, kef çəkmək üçün yaranıb. Onlarla yaşamağa vərdiş et, çox şey udarsan! Birdə bura Səmərqənd deyil - Rusiyadır. Özünü ruslar kimi apar.

Gecə Fazil Veragilə, Namiq isə Tanyagilə getdilər.

Səhərin qudok səsilə hamı kimi xalqa qoşulub əzam olduqları zavoda gelməli idilər.

-Hə, gecə necə keçdi?-deyə yolda onunla rastlaşan Fazil soruşdu.

-Demə, dünyadan xəbərsizəm.

-Ürəyini sıxma, hələ çox şeylər görəcəksən. Sənə  verdiyim kitablardan əl çəkmə! Oxu!

Fazil şəxsən onun savadı ilə məşğul olmağa başlamışdı. Ona verdiyi kitabların oxumasını tələb edirdi.

Zavodun qapısından keçib qoruqçu bubkasının yanında dayandılar.

-Direktoru necə görmək olar?- Fazil başını budkadan çıxartmış gözətçidən soruşdu.

-Bir dəqiqə!-deyə gözətçi telefonu qaldırdı:-Ay qız, məni direktorla cala!

Bir neçə saniyədən sonra gözətçinin səsi yenidən eşidildi:

-Yoldaş direktor, sizin yanınıza gələnlər var. Telefonu onlara verim?-deyə əlindəki dəstəyi Fazilə uzatdı.

-Yoldaş Xolmoqorov, biz Səmərqənddən gəlmişik. Gəlişimizdən xəbərdar olmalısınız. Moskvadan sizi xəbərdar ediblər.

-Elədir. Teleqramınız da mənə çatıb. İndi sizi qarşılayaram. KPP[22]-də gözləyin.

Çox gözləməli olmadılar. Direktor Viktor Xolmoqorov ikicə dəqiqə keçməmişdi ki, özü gəldi. Gülər üz, səmimi insan olduğu şəffaf göy gözlərindən görünürdü. Xolmoqorovun elə bil gözləri gülürdü.

-Yoldaşlar, xoş gəlmisiniz!- deyə içəri dəvət etdi. Zavodun həyətinə keçdilər.

Hər tərəfdə səliqə-səhman gözə dəyirdi. Fazilin yadına bura keçmişdə gəldiyi vaxtlar düşdü. Cavan oğlan idi. Hacı üçün toxucu maşınları seçmək üçün gəlmişdi.

-Sizin zavodu İvanovada «kişilər zavodu» adlandırırlar, yenə də elədir?-deyə Fazil soruşdu.

-Bunu haradan bilirsiniz?- deyə Xolmoqorov soruşdu.

-Cavan vaxtlarımda burada olmuşam. Hələ Nikolay vaxtı.

-Onda mənim atamı tanımalıydınız. İncener Xolmoqorov.

-Buranın bütün işlərini aparan saqqalı kişi?

-Elədir.  

-Onda deyirdilər ki, dünyada ondan ağıllı incener yoxdur.

-Düzdür. İndi də onun düzəltdiyi dəzgahları istehsal edirik.

-Deməli, bizə də həmin dəzgahlardan verəcəksiniz.

-Əgər xoşlasanız.

-Xolmoqorovun dəzgəhlarını xoşlamamaq günahdır.- deyə Fazil direktorun gözlərinin içinə baxdı. Oradan gülüş yağırdı:-Biz gərək bu işi yuyaq!

-Dəzgəhlara baxmadan?-deyə direktor soruşdu.

-Belə dəzgaha baxmaq günahdır! Nə versəniz, biz razı.-deyə Fazil təklifindən dönmədi. Çünki o, bilirdi ki, buradan dəzgah almaq igidlikdir.

İvanovanın istehsal etdiyi bu cığazları bütün dünya alırdı, özü də valyutaya. İndi bu asanlıqda dəzgəhları əldə etdiklərini görüb, o, daxilən sevinirdi: –İncener Xolmoqorovun oğlu ilə bir stol arxasında oturmağı özümə şərəf sayıram.

-Mən nə deyirəm mən hazır. Ancaq, gəlin, əvvəl mənin kabinetimdə kontraktları tərtib edək, sonra yuyarıq!-deyə dirktor fikrini bildirdi.

-Biz nə deyirik! Biz hazır. - deyə Fazil və komandası direktorın ardınca gəldilər.

Sənədlərin tərtibatı uzun çəkmədi. Yarım saata alğı-satğı aktı bağlandı və Namiq əkənin başçılıq etdiyi fəhlələr anbara getdilər.

-Axşam saat 8-də «Qar dənəciyi» restoranında mənim qonağımsan.-deyə direktorla tək qalan Fazil dəvətini etdi.

-Olarmı, həyat yoldaşımla gəlim?-deyə Xolmoqorov soruşdu.

-Əlbəttə ki, Heç biz özümüzdə tək olmayacağıq. Namiqlə mənim  rəfiqələrimiz də gələcəklər.

-Pis olmaz! Şən kompaniyamız olacaq.

-Elədir!-deyə Fazil onunla vidalaşdı.

 

***

Axşam «Qar dənəciyi» restoranı estradasının qarşısında altı nəfərlik süfrə açıldı. Vera ilə Tanya Namiqlə əvvəlcədən gəlmişdilər. Odur ki, Xolmoqorov həyat yoldaşı ilə restorana daxil olduqda, Fazili tək görmədilər.

Ətrafında gözəl xanımlar olduğunu görən direktorun həyat yoldaşı özünü daha sərbəst hiss etdi.

-Bizim xanımlara söz ola bilməz!-deyə o, Fazil və Namiqin seçimlərini bəyəndi: -Vitaya deyirəm ki, dostların burada darıxmaz,

-Elədir, bu şəhər gözəllər şəhəridir!-deyə Fazil direktorun arvadının özünə işarrə etdi.

-Nadya, tanış ol! Mənim bakılı dostum Fazil və Namiq.- deyə Xolmoqorov onları həyat yoldaşlarına təqdim etdi.

-Bəs mənə deyirdin, Səmərqənddən gəliblər?

-Elədir, ancaq Fazil və Namiq bakılıdırlar.

-Bəs qızlar?

-Qızlar onların İvanovadakı rəfiqələridirlər.

-Çox gubar qızlardır.

-Tanış olun: Vera və Tanya! - deyə indi qızları Fazil təqdim etdi.

  Qonaqlıq qızışdıqca Fazili fikir götürürdü. Bakıda rus məktəbində ruslarla oturub durduğundan onların necə geniş ürəkli olduğunu bilirdi.

Sovet quruluşu çoxların psixologiyasını dəyişsədə ruslarda bu hiss olunmurdu. Həmin adamlardı: yeyib, içən, bacardıqca həyatdan həzz alan. Rusun ağlına gəlmirdi ki, sabah pis gün ola bilər. Səmimiyyəti və dostuğu hiss etdilər, heç vaxt darda qoymazdılar. Rusun dostluğu çox möhkəm olur. Bu xalqın böyüklüyü elə bunda idi.

Fazil bu gün Xolmoqorovla kəsdiyi çörəyin nəticəsini indidən görürdü: başqaların illərlə növbəyə durub ala bilmədiyi dəzgahları bir gün ərzində sənədləşdirib Səmərqəndə aparacaqdı. Ancaq o, heç də bu dostluğu kəsmiyəcəkdi. Ruslar kimi əlaqəni ömürlük quracaqdı. Səmərqəndə çatan kimi onlra məktub yazacaq, sonra isə mer-meyvə posılka göndərəcək. Çalışacaq ki, onu və xanımını qədim şəhərə qonaq çağırsın.

Fazilin həyət prinsipi belə idi: «ne imey sto rubley, a imey sto druzey!». Odur ki, o, heç vaxt dostluqda simiclik etməzdi, çalışardı ki, süfrəsi bol olsun, qonaqları incikli qalmasın.

-Necə gözəl gün keçirdik, Fazil Dcafaroviç!-deyə Xolmoqororvun xanımı onlarla vidalaşdı.

-Hələ bu harasıdır? Sizi Səmərqəndə dəvət edəcəyəm. Vitaya deyin ki, dəvətimizə yox deməsin.

-Mən hazır!-deyə  Viktor Xolmoqorov gülümsədi.

-Səmərqəndə çatan kimi dəvətnamənizi göndərəcəyik. Yeni dəzgahları işə saldığımız gün sizin orada olmağınız yaxşı olardı: rus-özbəy dostluğunun təcəsümü kimi qələmə vermək olar! - deyə Fazil təklif oldu.

-Mən elə bilirdim, sən təkcə iqtisadiyyatı bilirsən, demə, sən yaxşı siyasətçisən.

-Sovet mütəxəsisi hər tərəfli inkişaf etməlidir.

Hamı gülüşdü.

YOLDA

Qatarın təkərləri sanki əvvəlcədən öyrədilmiş mahnısını çalırdı. Yorğunluqdan gözlərini yummuş fəhlələrə elə bil laylay çalırdı.

Dünən bütün gecəni dayanmadan tekstil avadanlığı zavodunun fəhlələrinə qoşulub işləyən və sözün həqiqi msənasında əldən düşən Namiq əkənin briqadası iki gün rahat dincə biləcəkdi. Uzun yolun yolçuları olsalar da, indi rahat nəfəs ala bilirdilər.

Qırxa qədər dəzgahı vaqonlara yığmaq, özü də bir gündə məgər asan işi idi?

Namiq əkə olmasaydı indi də dəzgahlar zavodun həyətində qalırdı. O anbarın həyətinə yığışmış və onlara tamaşa edən fəhlələri köməyə çağırdı.

-Butulka olacaq?-fəhlələrdən biri soruşdu.

-İstədiyiniz qədər! – deyə özüylə gətirdiyi yeşiyi fəhlələrə göstərdi.

-Bir yeşik?

-Az deyil?

-Sən nə danışırsan, bəs edir.

-Bəs etməz, yenə gətirərəm. İşin qurtarmasını yumalıyıq ya yox?-deyə Namiq əkə güldü.

Rus fəhlələri onlara kömək etməyə başlamışdılar. Namiq əkə isə hər dəzgah yükləndikcə «perekur»-deyə rusları yeşiklərin üstündə açdığı xudmanı süfrəyə dəvət edir, araqlarını süzür, düzlü kələm, xiyar və buxanka çörəyi parçalayıb qabaqlarına qoyurdu.

Yorulmuş fəhlələr «yüz vurduqdan» sonra elə bil qüvvəyə gəlirdilər və canla başla işləyirdilər. Araq onlara təsir etmirdi.

Namiq əkəyə belə etməyi Fazil tövsiyyə etmişdi. Yoxsa bu kimin ağlına gələ bilərdi.

-Rus fəhləsi yeyib içməsə, işləməz! Söhbət araqdan getmir, söhbət rusun psixikasından gedir. Onları əsrlər boyu belə öyrədiblər, daha doğrusu vadar ediblər. Ruslar əvvəllər belə içən olmayıblar.- deyə Fazil dostunu başa salırdı.

-Belə çıxır ki, ruslar müsəlmandır.

-Yox elə deyil. Rusların dini sadəliyi, sadə yaşamağı, rəhimdil olmağı öyrədir. Odur ki, ruslar çox rəhimdil və ürəyiaçıqdırlar.

Birinci Petr rusların döyüşgənliyini artarmaq üçün «içgi günləri» düzəldirdi və əsgərləri sərxoş edib bir-birilə vuruşdururdu. «Sto qrammov radi xrabrosti[23]» içirdib düşmən səngərlərinə hücum etdirirdi. Beləliklə milləti arağa alüdə etiblər. 

Sabah işə çıxan kimi rus fəhlələrinə  «butulka olacaq.» -de! İşin qaydasına düşəcək. Rusiyyətdə «butulka ilə» hər şeyi həll etmək mümkündür. 

Namiq, çalış mən verdiyim kitabları axıra qədər oxu! Səninlə çox işlər görəcəyik. Allaha min şükür, işlərimiz qaydasına düşür.             

 Namiq əkə Fazildən fərqli olaraq fəhlələri ilə «tepluşkada»[24] getməyi üstün tutdu. Çünki yük qatarını başlı-başlı qoymaq olmazdı. Yol boyu dəzgahları söküb aparardılar.

Namiq əkə hər vaqona növbətçi qoymuşdu.

 Qatar dayanan kimi fəhlələr öz yerlərini tutur, qatara minmək istəyənləri oradan uzaqlaşdırırdılar.  

-Başınızla cavabdehsiniz. Cığazlardan birinə zərər dəysə, yüzlərlə adamı işsiz qoycaqsınız. Sovet dövlətinə zərər vurmuş olacaqsınız!-deyə Namiq əkə birdən hiss etdi ki, Şura hökumətini özündən asılı olmayaraq tərifləyir.

Axı başqa cürə ola bilməzdi. Namiq əkə Fazil məktəbini keçirdi: «Ürəyindəki ürəyində!» 

  

ŞAMAXIDA

«Acı dərənin» yuxarısından aşağı baxanda hər şey elə bil əlinin içində görünürdü. Uzaqdan dağların boz rəngi təzəcə girmiş baharın təsirindən hələ dəyişməmişdi.

   Gecədən səhərə keçən anlarda Şimaldan gələn küləklərin təsiridən yaranan şaxta qurumamış balaca gölməçələri narın buz qatı ilə örtürdü.

   Ancaq səhərin parlaq günəşi və şehin altından cücərməyə başlayan otlar yazın isti nəfəsini buralara gətirirdi.

   Gecəni səhərə qədər yatmamış qaçaq Səfərali  dünən onun yanına gəlmiş Mir Hüseyn ağanın oğlu Mir Əhmədlə söhbətinin götür-qoy edirdi.

Mir Əhməd yerli hökumətin nümayəndəsi kimi gəlmişdi. Silah yerə qoyub dinc həyata keçməyini təklif edirdi. Deyirdi ki, bütün qəzetlər amnistiyaya dair Şura hökumətinin qərarını çap ediblər.

Qəzeti əlinə alan Qaçaq cırıb onu ocağa atdı:

-Mən bütün bunlara inanmıram. Xalqın hökuməti, xalqı dolandırmalıdır, acından öldürməməlidir. Kəndlinin əlindən hər şeyi alıblar.

-Səfəralı, bu imkandan istifadə et, kəndinə qayıt! Qaçaqlığın sonu yoxdur!-deyə Mir Əhməd onu başa salmağa çalışırdı.

-Mir Hüseyn ağanın oğlu olmasaydın, səninlə başqa cürə danışardım!-deyə Səfəralı onun sözlərindən hirsləndi. Bununlada söhbətləri bitdi.

   20-ci ildən bəri əlinə silah almış  qaçaq Səfərali heç kimə tabe olmurdu, dəstəsi ilə ədalətsizliyə qarşı mübarizə aparırdı. Xalqın istəklisi olduğundan bu  dağlar və buranın əhalisi onu qoruyurdu.  

   Səhər açıldıqca «Acı dərədə» hərəkət başlayırdı. Bakıdan Şamaxıya və əks istiqamətdə gedən arabalar, faytonlar, hərdən birdən yük və minik maşınları keçirdi.

   Qaçaqların tez-tez dərəyə hücumunun qarşısını almaq üçün səhər çağı hökumətin silahlı dəstəsi bütün ətrafı nəzarətdə saxlamaq üçün dağ ətrafı yerləşdirilirdi ki, maşınlar və arabaların təhlükəsizliyini təmin etsinlər.

   Silahlı hərbi dəstələrin yol boyu yerləşdirilməsi  qaçaq Səfəralın əl-qolunu bağlayırdı. Əlacı ona çatırdı ki, dağ ətəylərindəki otlaqlarda saxladıqları qoyun sürülərini qabağlarına salıb çobanlıq etsinlər.

   Bakıdakıların ağlına belə gəlmirdi ki, bu sürülər kimə məxsusdur.

   Lazım olan anda  qaçaq Səfəralın dəstəsi birdən peyda olur və elə bu hərbi dəstələri talan edib yoxa çıxırdılar.

   Heç kim onların harada olduğunu bilmirdi. Yerli camahatdan isə söz almaq qeyri-mümkün idi. Çünki bu satqınlıq sayılırdı.

   Say hesabıyla çox olan hərbi dəstənin hərəkətə  keçdiyi xəbərini gətirən kəşviyatçısı qaçaq Səfəralını fikirloəşməyə vadar etdi.

Dəstə üzvləri onun nə deyəcəyini gözləyirdilər. Çünki tezliklə duman çəkiləcəkdi. Belə olduqda, onların hərəkətini hərbiçilər o saat görəcəkdilər. QaçaqSəfəralı buradan uzaqlaşmaq əmrini verdi.

Dəstə bircə anın içində yuxarı qalxan dumana bürünüb yoxa çıxdı.

   «Acı dərədən» bir az aralandıqdan sonra o, üzünü «uşaqlara» tutdu:

   -Dağılın otlaqlara! Bu gün işimiz baş tutmayacaq. Güclü dəstəylə gəliblər.

   Qaçaq Səfəralı bir-neçə saniyə dayanıb dumanın içində yoxa çıxıb uzaqlaşan dəstənin at nallarının səsinin kəsilməsini gözlədi. Sonra onlardan fərqli olaraq «Acı dərə» tərəfə qayıtdı. Yuxarı tərəfdən aşağını bir daha seyr etdi. Heç nə görükmürdü. Səhər dumanı hər tərəfi örtmüşdü. Ancaq o, buralarda hər oyuğu, hər cığırı tanıyırdı.

   Cığırlarla gəlib bayaq durduğu yerdə dayandı. Atını qayanın arxasındakı balaca mağaraya saldı və  yapıncısını çiyninə atıb sığınacağından duman çəkildikcə aşağını seyr etməyə başladı.

   Səhər dumanı uzun çəkmir. Günəş səmada yerini alan kimi yoxa çıxırdı.

   Duman çəkildikcə sığınacaqdan aşağı yaxşıca görünməyə başlamışdı.

   Dərənin girəcəyindən aşağıda bir arabanın arxasınca iki əsgər və başı şlyapalı bir nəfər gedirdi. Arabaçı atları yoldan çıxarıb çay qırağı ilə dərə aşağı enirdi.

   Qaçaq Səfəralı maraq götürdü. Aşağıda boşluqdan başqa heç nə yox idi. Əsgərlərin üstü açıq, içi boş arabanı müşayət etmələri ondan xəbər verirdi ki, ya boş arabada onun gözünə dəyməyən qiymətli şeylər var, ya da şlyapalı adam qiymətli insandır ki, onu qoruyurlar. Daha doğrusu, ikinci fikir düz idi.

   -Sizin burada qalmağınız yersizdir! Qayıdın dostlarınızın yanına. -deyə aşağıya çatan kimi şlyapalı əsgərlərə göstəriş verdi.

-Bəs qaçaqlar?

-Mənə nə edəcəklər. Alim babayam! Elmlə məşğul olmağa gəlmişəm. - deyə şlaypalı qətiyyətlə sözünün üstündə durdu:- Sizin burada olmağınız, işimə mane olur.       

   Qaçaq Səfəralı əsgərlərin dərədən çıxıb getmələrini gözlədi. Atını  sığınacaqdan çıxartdı dağ yuxarı çapdı, sonra karvan yoluna çıxdı. Qarşısına bayakı əsgələr çıxdı. Yüyəninin başından beş açılanının ücü görünürdı.

Əsgərləri onun birdən peyda olması çaşğın saldı. Qorxularından əllərini silahlarına belə ata bilmədilər. Birdə onun qaçaq olacağına inanmaqları belə gəlmirdi. Yerli çobanları xatırladırdı.

   Qaçaq Səfəralı onların üzlərində təcvüzü hiss etmədiyindən o, da silaha əl atmadı. Salam  verdi. Cavab alıb oradan uzaqlaşdı. «Acı dərə» tərəfə yol tutdu.

İndi yenə də dərənin yuxarısından aşağı baxırdı. Bu dəfə başqa tərəfdən. Qamışlığın arxasından araba görünürdü, ancaq onu müşayət edənlər gözlərinə dəymirdi.

Atını aşağı çapdı. Qamışlığın ağzına çatdı.

-Sakit olun! Bura gəlin! - deyə arxadan sakit səs eşitdi.

Başaqa vaxt olsaydı, o, əlini silaha atıb səs gələn tərəfə güllə atardı və gülləsi də puça çıxmazdı. Ancaq eşitdiyi səsdə təcavüz hiss etmədi və arxaya boylandı. Qamışlığın arasında gizlənmiş iki nəfərdən biri əlilə onu çağırırdılar.

Qaçaq Səfəralı atını qamışlığa sürdü və atdan endi.

-Yerə uzan! Dovşanları az qala hürkütmüşdün!-deyə şlyapalı arbanı göstərdi.

Qaçaq onlar kimi yerə uzandı. Gözlərini araba tərəfə tutdu.

-Siz nə edirsiniz? - deyə soruşdu.

-Dovşan tuturuq!

-Arabayla?

-Arabayla!

-Arabayla da dovşan tutmaq olar?

-Şura höküməti tutur!-deyə şlyapaçı yox, arabaçı cavab verdi.

Şirvan çölləri və meşələrindən uşaqlıqdan ovçuluq edən Səfəralı eşitdiklərinə inanmadı.

-Siz zarafat edirsiniz?

-İnanmırsan, özün bax! Ancaq sakit dur! Tərcübə üçün beş-onunu tutaq! Ovdan əliboş qayıtmayaq -deyə şlyapalı dinləndi.

Arabanın ətrafına dovşanlar yığışmağa başlamışdı.

-Belə çıxır ki, araba ilə ova gəlmisiniz?

-Belə çıxır.

-Bəs niyə soldatlarla gəlmisiniz?

-Deyirlər, bu dərədə çoxlu qaçaq var.

-Qorxmursunuz, qarşınıza çıxarlar?

-Mən alim babayam. Mənilə nə düşmanlıq? Azərbaycanlılar adillərinə əl qaldırmazlar.- deyə şlyapalı cavab verdi.

Arabanın ətrafına yığışan dovşanlar bir-bir arabanın qarşısına qoyulmuş taxta parçasının üstü ilə yuxarı qalxırdılar və onun içərisindəki qəfəsin içinə doluşururdular. Qaçaq Səfəralı gözlərinə inanmırdı.

-Doğurdan da Şura hökuməti dovşanı arabayla tutur!-deyə Səfəralı ayağa qalxdı, arabaya yaxınlaşdı. Qəfəsin içi dovşanla dolu idi.

Qaçaq Səfəralı daha bir söz demədi. Ağına mindi və otlaqlara üz tutdu.

***

Günortadan az keçmişdi ki, Şamaxının küçələrində ilə silahlı iyirmi-otuz nəfərdən ibarət qaçaq dəstəsi göründü. Qabağda gedən əlində ağ bayraq qaldırmışdı. Camahat nə baş verdiyini anlamadığından hərə bir tərəfə qaçıb gizlənirdi.

Şəhər sovetinin qabağına çatıb atlılar aşağı düşdülər. Sovetin işçiləri qorxularındna bayıra çıxmırdılar. Elə bilirdilər ki, qaçaqların basqınına məruz qalıblar.

Qaçaq Səfəralı əlində ağ bayraq sovetliyin qapısını açdı və onun gəlişinə mat-mətəl qalmış sədri Mir Əhmədi salamladı və əlindəki qəzeti stolun üstünə qoydu:

-Burada yazılanlar həqiqətdir?-deyə soruşdu.

-Elədir! Silahı yerə qoyan qaçaqlara amnistiya verilər, yəni evlərinə qayıdıb azad yaşaya bilərlər...

-Gəlmişik silahlarımızı sizə təhvil verək. Buyurun, qəbul edin.

Sədr onunla küçəyə çıxdı. Qaçaqları salamladı və bir-bir silahları təhvil almağa başladı.

Silahlı dəstənin tərkisilah olduğunu görən şamaxılılarda küçədə görünməyə başladılar. İnanılası deyildi. qaçaqSəfəralı özü tabe olurdu.

Şamaxı ağsaqqallarından biri çəkinmədən Qaçaq Səfəralıya yanaşdı.

-Ay, Səfəralı, səndən görünməyən iş: kiməsə baş əymək. Bunun ciddi səbəbi olmalıdır.

-Elədir, ağsaqqal! Görəndə ki, Şura hökuməti dovşanı araba ilə tutur, anladım, bunlarla bacara bilmərəm. Gənclərin nahaq qanı axar.-deyəSəfəralı gülümsəndi.

 

SƏMƏRQƏND (35)

   Səhər çağı fabrikanın qapıları açıldı və «qudok» səsi bütün Səmərqəndin fəhlələrini işə  tələsməyə çağırdı. Ancaq iş yerinə gəlmiş fəhlələr həyətin ortasına üstü qırmızı parça ilə örtülmüş kürsü və tribunanın qarşısına yığışırdılar.

   Qırmızı kürsünün arxasında ağ paça ilə örtülmüş lövhə görünürdü. Lövhənin kənarlarından qırmızı bayraqlar ucalırdı, ətrafı isə gül-çiçəklə bəzənmişdi. Fabrika elə bil bayram libası geymişdi. Nəsə təntənəli hadisə baş verəcəyi indi hamıya aydın idi.

   Birdən göylərə ucalan karnayların səsi mərasimin başlandığından xəbər verdi.

Fabrikanın həyətinə Özbəyistan respublikasının partiya və dövlət xadimləri daxil oldular və fəhlələrlə görüşə-görüşə kürsünün arxasına keçdilər.

   Fabrikanın direktoru Nurməhəmməd Salahov gəlmiş qonaqların kürsünün ətrafına yığışdığını görüb üzünü fəhlələrə tutdu:

   -Əziz yoldaşlar, bu gün bizim fabrikanın bayramıdır. Bizə Daşkənddən qonaqlar gəliblər və bayramımızda iştirak edirlər. Onların sizə deyəsi xoş sözləri çoxdur. İcazənizlə sözü Özbəystan kommunist partiyasının büro üzvü yoldaş Seyid Rza Əlizadəyə verim.

   Fazil Namiq əkə ilə fəhlələrin arasında idilər. Seyid Rza tribunanın arxasına keçdi və ətrafa boylandı. Elə bil gözləri ilə onları axtarırdı.

   -Yoldaşlar, bu gün bura yığışmağımızın səbəbi Staxanovçu adının verilməsi ilə bağlıdır.

   Hamınız bilirsiniz ki, sizin fabrika iki ildən artıqdır keçici qırmızı bayrağı əldən vermir, Ən gözəl göstəricilər də sizdədir. Məhsuldarlığınız da artmaqdadır. Həyatınızın necə yaxşılaşdığının şahidisiniz.

   Bütün bunlar sizin zəhmətinizin nəticəsidir. Yoldaş Stalin fəhlə sinifinin daha da yaxşı yaşayacağını sizi əmin edir.

   Biz Staxanov hərəkətinə qoşulub və bu hərəkətin qaliblərinin dahi rəhbərimiz adından təbrik etmək istəyirik.

Fabrikanın həyətində qoyulmuş lövhəni açmaq şərəfinə layiq olduğuma görə Özbəystan partiya təşkilatına öz təşəkkürümü bildirirəm.

Karnayın səsi  gürültülü alqışlara qarışdı. Seyid Rza lövhənin qarşısına gəldi və  ağ parçanın üstündən sallanan ipi dartı.

Yeddi nəfərin portreti asılmış yaraşıqlı bir lövhə göründü.

Fəhlələr yenidən əl çaldılar. Lövhənin başında iri həriflərlə Staxanov hərəkəti qalibləri, altında isə yeddi nəfərin şəkili asılmışdı. Birinci Fazilin,  sonra Namiq əkənin şəkilləri gözünə dəydi.

Seyid Rza gülümsədi və tribunanın arxasına qayıtdı.

-Yoldaşlar, icazə verin, qaliblərə Fəxri Fərmanları təqdim edim.-deyə bir-bir adlarını oxudu. Fazil fərmanı alanda Seyid Rza onu bağrına basdı və qulağına pıçıldadı.

-Yeznə, uzağa getmə! Səninlə  Səmərqəndi gəzəcəyəm. –dedi.

Mərasim uzun çəkmədi. Fəhlələr dostlarını təbrik edərək sexlərinə dağılışdılar, fabrika öz iş ahənginə qayıtdı.

***

Rehisanın möhtəşəmliyi həmişə Fazili valeh edirdi. Səmərqəndə gəldiyi gündən bir-neçə dəfə burada olmuşdu, ancaq ürəkdən seyr edə bilməmişdi.

-Rehistan Şərqin ən möhtəşəm meydanlarındandır. Buranın hər daşı, hər kəsəyi tarixdir. Avropa sivilizasiyası Reyistandan başlayır!-deyə Seyid Rza onu başa salırdı.

-Axı Rehistanın Avropa ilə nə əlaqəsi?

-Əmr Teymur, təkcə ölkələri zəbt etmirdi. Zəbt etdiyi ölkələrə elm və mədəniyyət gətirirdi. Avropa lıların tikdiklər bütün möhtəşəm binaların strukturları Rehistan ətrafında tikilmiş binalardan primitivdir. Sən ki, Avropanı ayaq-ayaq gəzmisən?

-Elədir, ancaq buna fikir verməmişəm.

-Diqqətlə baxsan, çox şey taparsan. Teymur-ləngin yaratdığı bu meydanın tayı-bərabəri yoxdur. Burada hər şeyin elmi əsasları var.-deyə əlilə meydanı göstərdi.

Seyid Rza elə danışırdı ki, elə bil bu diyarın vurğunudur.

-Bilirsən şirvanlılar buranı niyə sevirlər? Ona görə ki, buranın salınmasında iştirak ediblər. Şəhərin tarixi ilə maraqlansan minlərlə nəslin adını tapa bilərsən. Azərbaycanlılar məhəlləsinin kökü Şirvana və Naxçıvana gəlib çıxır.

Onlar gəzişə-gəzişə Qur-Əmir məscidinin qarşısında dayandılar.

-Evdən nə xəbər var?-deyə Seyid Rza soruşdu.

-Ötən ay, Bikə ilə böyüklərimlə gəlmişdi, biri altıda, biri isə dörddə oxuyur. Balacanı gətirməmişdilər.

-Bakıda nə var?

-Köhnə hamam, köhnə tas.

-Elə demə! Bakı fəhlələri əmək igidiyi göstərirlər.

-Nə olsun? Şəhər baxanda, deyirlər, adamın ürəyi ağrayır. Bir dənə də tikinti yoxdur. Zavod-fabrikadan başqa. «Qara şəhərin» tüstüsü, kislata iyi milləti qırır. Kəndlilərin vəziyyətindən isə danışmağa dəyməz.-deyə Fazil eşitdiklərini danışdı.

Seyid Rza fikirə daldı. Elə Özbəystanda da belə vəziyyət idi. Gecə-gündüz işləyən fəhlələrin, kəndlilərin həyatı heç də yaxşılığa doğru getmirdi.

Kəndlərdə pambıq əlindən tərpənmək olmurdu. Pambığı əkənə və yığana isə heç nə çatmırdı. Əməkgünü deyilən normaya görə aldıqları taxıl və un çox az müddətdə qurtarırdı. əllərindən hər şeylərini alırdılar.

-Sənə elə gəlmir ki, ədalət pozulur?- deyə Fazil soruşdu.

-Elədir! Kəndli zəhmətinin bəhrəsini görməyəndə işləmək istəmir.

-Məgər elə etmək olmazmı ki, kəndli öz malına sahib olsun. Axı Leninin kooperasiyaya aid əsərində kollektiv təssərüfatının qazandığı kollektivin üzvləri arasında bölünməsi tövsiyyə olunmur? Bunu ki sən özün özbəy dilinə tərcümə etmisən. Gör kimdən nəyi soruşuram?

-Olunur, ancaq sonradan məlum oldu ki, kənlilər çoxu müəyyən qədər sərvət yığdığdan sonra işləmək istəmir.

-Bu vəziyyəti nəzərə alıb, əməkgünlərindən kəsdiniz?

Seyid Rza  daha cavab vermədi. Fazilin üzünə baxdı:

-Sən de görüm fəhlələrlə necə dil tapırsan? Hamı sənin xətrini istəyir. Nə cür işlədirsən?

-Basqallılar kimi - işləyən adamın pulunu kəsmirəm. Odur ki, fabrika işləyir.

-Bunu necə edirsən?

-Bu Basqal sirridir. Şamaxılılara demərik.

-Mən bilirəm, nə deməkdir. Bəlkə də sən haqlısan. Ehtiyyatlı ol,

-Fikrimə Tiflis və Bakını gəzmək düşüb. İstyirəm ora bir baş çəkim. - deyə Fazil fikrini bildirdi.

-Məsləhət deyil! Oralarda hamı səni tanıyır. Namiq əkəni də çox qabağa çıxartma. Bütün basmaçlarla bağlı sənədlərdə onun adı çəkilir.

-Nə olsun! Üzünü ki, tanıyanlar yoxdur. Burada isə heç kimin ağlına belə gəlməz. Həqiqətən onlarla bütün əlaqələri kəsib, Mən deyəni edir.

-Hər halda ehtiyyatlı olun!

Bir saata qədər Səmərqəndi piyada gəzdilər. Seyid Rza Rehistanın girişində dayanmış maşınə tərəfə atdımladı.

-Mən getməliyəm. Yaxşı ki, bunları bir daha gözümlə gördüm. Heç vaxt olmur!- deyə Seyid Rza ilə maşina mindi.

 

FAZİLİNKİTABXANASI

Hərənin bir həvəsi olur. İnsanı yaradan Allah bununla ona həyatını nəyəsə elə bil həsr etməyi tapşırır. Bəlkə də özünü dərk edən insanlar bunu anlayırlar və var gücləri ilə bu işlə məşğul olurlar.

Elə bir insan yoxdur ki, dəyərsiz olsun, bir məqsəd üçün yaranmasın. Hətta həyatın dibinə düşmüşlərdən də nəsə öyrənmək mümkündür. İnsan ağlı yaxşı ilə pis olmasa işləyə bilməz. İki məvhumun müqayisəsi nəticəsində insan bir qərara gələ bilir. Dünyada hər şey yaxşı olsaydı yaşamaq maraqsız olardı.

 Fazilin isə bir həvəsi vardı: kitab yığmaq. Əlinə düşən pulu kitaba verirdi.

Səmərqəndin kitab mağazalarına gələn kitabların çoxu rus dilində olduğundan heç kim almırdı. Çünki oxuya bilmirdilər. Bu mağazalar elə bil dünyanın ən gözəl kitablarını yığıb onun üçün gətirirdi.

Hər dəfə mağazaya gələndə yeni kitabların hamısını almağa çalışırdı. Pulu çatmayanda Namiqin pullarını bu işə xərcləyirdi.

Namiq də onun kimi bu «xəstəliyə» tutulmuşdu. Bazarda, dükanda, dostda, tanışda nə yaxşı kitab görürdü alıb Fazilə gətirirdi.

Dilindən asılı olmayaraq əsgi əlifbada yazılmış Nəvayinin, Firdovsinin, Dəhləvinin nadir kitabların tapıb dostuna verirdi.

 Fazil üçün hər belə bir kitab böyük hədiyyə idi.

-Bilirsən, bunlar nədir?-deyə Fazil Namiqdən soruşurdu.

-Bunu bilməyə nə var? - kitablardır da.

-Elə deyil Namiq. Bu kitablar dünyaya Səmərqəndin nə qədər möhtəşəmliyini, dünya mədəniyyətinin ocağı olduğunu göstərir.

Ruslar Azərbaycanda 27-ci ildə əlifbamızı dəyişib, minlərlə belə kitablarımızı yandırdılar. Atatürk də onlara qoşuldu. İndi Türkiyədə də, Azərbaycanda da minillər boyu xalqlarımızın yaratdığı kitab mədəniyyətinin üstündən xətt çəkdilər.

Kitab mədəniyyəti isə sivilizasiyanın ən yüksək göstəricisidir.

Eyni işi buradaca görəcəklər. Bilirsən niyə?

-Yox!

-Dünyaya göstərmək üçün ki, bunların mədəniyyəti olmayıb. Küt, avam, varvarlarıq. Necə axmaq adamların əlində qalmışıq?- deyə Fazil hirsləndi.

Namiq isə gətiriyi kitablardan birini varaqladı.

-Qardaş, düz deyirsən. Mən latınca və kirilcə oxumağı bacarıram, ancaq əsgi əlibada oxuya bilmirəm. Bu əlifbanı da mənə öyrət!

-Öyrədərəm. -deyə Fazil əlindəki kitabı yerinə qoydu: -Qulaq as, sən ki Quranı bilirsən, özü də əzbərdən?

-Nə olsun? Hərifləri ki, tanımıram.

-Aydındır!-deyə Fazil Namiqi stola dəvət etdi. Qarşısına dəftər və qələm qoydu:- Gəl, başlayaq!  

 

ƏŞRƏFRAZİYƏ

   Hər zamanın hökmü olduğu kimi otuzuncu illərin sonunda təhsilin və mədəniyyətin inkişafı cəmiyyətdə və insanların  baxışlarında köklü dəyişiklər olacağından xəbər verirdi.

   Qızların baş açıq gəzməsi, təhsil alması, özlərini daha arxayın aparması adi hala çevrildiyindən illərlə məhəllənin beyninə yeridilmiş köhnəpərəslik öz mövqeyini itirirdi. Yuxarı məhəllələr get-gedə "ağ şəhərin" gününə düşürdü.

   Dadaş xanın Nənəş xala bacısı yuxarı məhəllənin tanınmış qadınlarından biri idi. Nənəş arvadın adı çəkiləndə kişilərin çoxunun dili qarnına girirdi. Danışırdılar ki, bu qadın dəvənin təkbaşına yerə yıxıb kəsirdi. Kişi kimi bir qadın idi. Adı çəkilən kimi çoxunun canına vəlvələ düşürdü.

   Nənəş xalagilin qonşusu Əşrəf məktəbdən qayıdırdı. O, əlindəki  kitabı yellədə-yellədə ətrafdakı dostları ilə salamlaşdı.

    Bu gün Əşrəfin on üç yaşı tamam olurdu. Məktəbin direktoru hamının qarşısında onu təbrik etmişdi.

Azərbaycanlılar ad günü keçirmirdilər. Bu onlar üçün yeni adət idi.

   Səhərdən Əşrəfə elə gəlirdi ki, bu gün nəsə baş verəcəkdir. Bu həqiqətən belə oldu.  

Nənəşxalagilin evinin ağzında çatmışdı ki, qapı açıldı. Qapıdan uzun hörüklü bir qız onunla üzbəüzə çıxdı, daha doğrusu onunla toquşdu. Qızın əlindəki kitab dəftər yerə töküldü.

   -Bağışlayın, bu dəqiqə yığaram- deyə Əşrəf yerə dağılmış kitab-dəftərləri yığmağa başladı. 

Gözaltı qıza fikir verirdi. Ömründə birinci dəfə Əşrəfin ürəyi təratümlə döyünürdü.

 Qıza nəsə demək istədi, deyə bilmədi. Elə bil dili tutulmuşdu. Dəftər-kitabı yerdən qaldırıb qıza uzatdı.

-Sağ ol!-deyə qız kitab və dəftərləri aldı və oradan uzaqlaşdı.

 Əşrəf yerincə də donub qalmışdı.Sonrakı günlər hər dəfə Əşrəf dərsdən gələndə Nənəşxalagilinin qapısından gözünü çəkimirdi. Həmişə gözü qapının açılmasının gözləyir, oradan naməlum qızın haçan çıxacağına ümid edirdi. Başına gəlmiş əhvalatı isə bir adama belə danışmırdı.

   Bir həftədən artıq vaxt keçmişdi. Məktəbdən evə qayıdanda yenə həmin qapı açıldı və çoxdan yolunu gözlədiyi qız o qapıdan çıxdı.

   Elə bil bu görüşü hər ikisi gözləyirdi. Qız gülümsündü.

-O gün sizi əzmədim?- deyə Əşrəf ürəklənərək ağzına gələn ilk kəlməni dedi.

-Elə bir şey olmadı. Dəftərim toza batmışdı.

-Nənəş xala sənin nəyindir?

-Bibim!

-Biz qonşuyuq. İgid qadındır.

-Sən, əlbbət, Seyid Bikə xalanın oğlu Əşrəfsən. Anan bir az bundan qabaq səni tərifləyirdi.

-Elədir. Bəs sənin adın nədir?

-Raziyə

Hər ikisi gülümsündü.

            -Olarmı səni ötürüm-deyə Əşrəf özündən asılı

olmayaraq qızdan soruşdu.

-Olar.

 Məhəllədən ayrılıb iki cavan Həmşəri palanı ilə  Ağ şəhərə doğru irəlilədilər.      

 

36- HƏMŞƏRİLƏRİNGÖÇÜRÜLMƏSİ

 «Həmşəri palanı[25]»nı NKVD qoşunları mühasirəyə almışdı. Əvvəlcədən bu məhəllədə yaşayan həmşərilərə köçürüləcəkləri haqda xəbərdarlıq edilmişdi ki, köçlərini yıxsınlar- bir həftə ərzində onları İrana yola salacaqlar.

Deyilənə görə İran tərəfi ilə razılıq əsasında Sovet İttifaqından həmşərilər, yəni İran vətəndaşları, vətənə köçürülməlidirlər.

Əlli ildən artıq idi ki,  bu məhəllələrdə yaşayan əhali indi yenidən köçməyə məruz qalırdı. Səbəbini isə heç kim bilmirdi.

-Köçməlisiniz, qurtardı getdi.- deyə NKVD-komissarı təkid edirdi.

   Hər həyətin qarşısına araba və yaxud maşın dayanmışdı. Camahatı məcbur edib şey-şüylərini arabalara və yaxud maşınlara yükləyib, özlərini də həmin nəqliyyat vasitəsinə mindirib iki silahlı əsgərlə yola salırdılar.

   Gedənlərin hara getmələri haqda heç bir xəbər yox idi. Axşama yaxın məlum oldu ki, hamını  limana aparırlar və oradan İrana gedən gəmilərə yüklənirlər.

   Nənəş arvada iki gün bundan əvvəl deyəndə ki, onları köçürəcəklər, axşam sərini özünü verdi Dadaş xangilə. Qardaşı adətən axşam evdə olurdu.

-Dadaş, nə deyirsən, nə edim? Məsləhət ver!

-Qalmaq istəyirsənsə, qoymayım.

-Yox, əksinə, getmək istəyirəm.

-Burada məgər pisdir?

-Yox! Burayla müqayisədə ora yaxşıdır.

-Niyə?

-Orada xan evladlarıyıq. Burada kimik? Ərim rəhmətlik məni bura gətirməsəydi, nə əcəlim çatmışdı. Xan qızı kimi xanım-xatunluğumu edirdim. Uşaqlara da yol açılmışdım.

Boya-başa çatırlar. Fəhlə olmalıdırlar? Mən gedirəm, icazə ver. – deyə təkid etdi.

Dadaş xan  NKVD işçisi olsa da, bacısının fikrində həqiqət olduğunu düşündü. Ata-baba mülkü, malikanəsi, tarla və yaylaqlar yadına düşdü. Boğazı qəhərləndi. Böyük qardaşı ilə on il bundan qabaq görüşmüşdü.

 Qardaşı oğlu Almasa qızı Sidiqəni nişanlamışdı.

Almasın iranlı olduğunu bilib «Parapet» bağı ətrafındakı mağazalarını əlindən aldıqdan sonra o, da Bakını tərk edib İrana qayıtmışdı.

Böyük qardaşı yazırdı ki, Tehranda çoxlu dükanlar açıb, almanlarla alış-veriş yaradıb. Sidiqəni Ərdəbilə göndərməyi xahiş edir ki, toylarını etsin.

-Qardaşın Kamil xandan məktub almışam. Yazır ki, Sidiqəni səninlə birgə İrana yollayım.

-Bəs qız özü nə deyir?

-Qız nədir ki, nə deysin?!

-Dadaş, elə demə, Sidiqənin qəlbini sındırma.

-Nə sındırmaq?  Əvvəl axır ər evinə getməlidir ya yox?

Elə bu vaxt Sidiqə Səriyyə  xanımla otağa girdilər.

-Qıza, xoş gəlmisən!-deyə Səriyə onun üzündən öpdü. Sidiqə isə bibisinin əlindən.

Qızın 16 yaşı yenicə tamam olmuşdu. Hündür boy, incə sifət, zıl qara gözləri par-par parıldayırdı. Həqiqətən gözəl göyçək qıza çevrilmişdi.

-Maşallah, nə boyda qız olub. Qardaşım balasını xoşbəxt edəcək! -deyə Nənəş xatun Dadaş tərəfə baxdı.

Səriyyənin Kamil xanın məktubdan xəbəri vardı. Ana kimi o, öz razılığını bildirmişdi. İndi isə qızın özünə eşidirirdilər.

Həmişə hər çətin hallardan məharətli çıxmağı bacaran Dadaş xan bir az fikrə daldı.

-Ay qız, adaxlının adı nədir?-deyə Dadaş xan Sidiqədən soruşdu.

-Dədə, məgər bilmirsiniz?

-Bilirəm ey! Məni elə cəncələ salıblar ki, adını da unutmuşam.

-Niyə?

-Əmin Kamil xan, deyir ki, Almasla Sidiqənin toyunu eləmək istəyirəm. Qızı İrana yolla. Nə fikirdəsən?

Sidiqə nə fikirdə ola bilərdi. Onsuz da, gecə-gündüz Almasın dərdini çəkirdi. Təklif qızın ürəyincə idi.

-Dədə, siz bilən məsləhətdir.

-Mən bilən.  Mən bilən. Sən nə deyirsən?

-Siz nə desəniz.

-Mən deyirəm İrana get!-deyə Dadaş xan hirsləndi.

-Deməli, getməliyəm!- deyə durub atasını qucaqladı. Ancaq gözləri yaşarmışdı.

***

Limana yığışanların arasında Dadaş xan olmasa da Səriyə xanım balaları Raziyə, Atababa, Süniyə və balaca Sabirlə gəlmişdilər. Sidiqəni yola salırdılar.

Nənəş xatun gəminin yuxarısından Sidiqə ilə göründülər. Dünəndən qız bibisigildə qalmışdı. Atası NKVD-e işçisi olduğundan gözə dəyməməliydi və qızını İrana göndərməsini heç kim bilməməliydi.

Yaxşı ki, hələ Azərbaycanda pasport sistemi yox idi. Nənəş xatun Sidiqəni öz qızı kimi qələmə verib kağız almışdı.

Yuxarıdan anasına, qardaş və bacılarına əl edən Sidiqənin gözləri yaşla dolmuşdu. Bu bibisinin gözündən qaçmadı.

-Ay qız, ürəyini sıxma! İran bizimdir. Axır ki, Bakının xarabalıqlarından qurtardıq. Tehranda sarayın, Təbrizdə mülkün, Ərdəbildə imarətin, qulun-qulluqçun. Yetim kimi burada yaşayırlar.

Gül kimi ədaxlınsa yolunu gözləyir. Əvvəl-axır getməliydik də.

Nənəş xatun üçün  İrana qayıtmaq xan qızı kimi yaşamaq demək idi. Aşağıdan gəmiyə gözləri yaşlı qalanlar isə hər şeylərini itirmişdilər: illərlə toplayıb yığdıqlarını tikdikləri evlərini, eşiklərini, Bakı bağlarını Hələ İranda onları nə gözləyirdi məlum deyildi.

İrandan Bakıya gələnlər iş dalınca gəlmişdilər. Bu küləkli, ancaq ürəyi mülayim şəhər onları qoynuna almış, çörək vermişdi. İndi isə onları ruslar buradan çıxarıb, İrana geri göndərirdilər. Öz doğma vətənləri Azərbaycanın Şimalından Cənubuna. Niyə? Axı onlar kimdirlər ki, burada ağalıq etsinlər?

Məgər Şura hökumətini burada həmşəri fəhlələrinə arxalanıb qulmadılar. Bakılılar məgər neft çalalarına girənlərdilər? Gedib ona buna fəhləlik edərdilər? Bağlarında-bağatlarında kefə baxırdılar. Həmşəriləri isə fəhlə və nökər kimi işlədirdilər. Axı niyə işlətməsinlər: mədənləri, torpaqları, mülkləri, varları.

Bolşeviklər Bakı fəhlələrinin özəyi olan  iranlılara arxalanıb yerli əhalinin əlindən hakimiyyəti alıb Şura hökuməti qurmuşdular. Öz hökumətləri sayırdılar. Budur əvvəzi: indi onları qoyun kimi qabaqlarına salıb qovlayırdılar.

Balaxanı fəhləsi təbrizli Pirvəli nə baş verdiyini anlamaq istədikcə beynindən bu fikirlər keçirdi.

-Məgər Bakıda Şura hökuməti qurulduqdan sonra Moskva bakıların əlindən mülk-malikanələrini alıb erməniyə, rusa, yahudiyə vermədimi? Onları şəhərin mərkəzində yerləşdir. Hətta daşnaqlarına da, menşeviklərinə də yer tapılırdı.

 Ancaq həqiqi Bakı fəhləsinin aparıcı qüvvəsi olan, kommunizm ideyalarına inanan həmşəri fəhlələrinə nə vədd vermişdilər, əməl etmədilər. Bizim güc olduğumuzu görüb 20-ci ildə bizi buradan köçürtdülər, indi də bunu edirlər. Bilirsən niyə Gülhüseyn?-deyə Pirvəli soruşdu.

-A kişi mən nə hayda, sən nə? Başımı itirmişəm. İranda hara gedəcəyimi bilmirəm. - deyə dilxorcasına başını aşağı saldı.

-Ürəyini sıxma əl-ələ verib bir şey edəcəyik.

-Mən də fikirləşirəm ki, bir olmalıyıq. Bir yerdə məskunlaşmalıyıq ki, bir-birimizə əl tuta bilək.

-Görürsən, ölümə bir çarə yoxdur.

-Pirvəli, yaşım əllini ötüb. Beş baş ailə ilə İrana gedirək. Dordu qızdır. Nə evim var, nə yurdum.-Allah mərdimazarın evini yıxsın.

-Biz niyə bu dığalara qoşulub Demokratik respublikanı dağıtdıq? Nəyi pis idi. Öz pulumuz, öz məktəbimiz, universitetimiz, ordumuz, neftimiz. Kəndlilərə torpaq paylayırdılar. Fəhlələrə də qayğı çəkməyə başlamışdılar. Müstəqil bir dövlət idik.

-Hər şeyimiz olacaqdı. Haqsızlıq etmişik. Milli hökuməti yıxıb qoduq-moduğu ortaya çıxartmışıq.

-Odur ki, Allah indi bizi bu günə salır. Sən deyən düzdür. Həmşəri fəhlələri burada real qüvvə idi. Bu haqsızlıqlara dözməyəcəkdilər. Odur ki, rusların əlilə Stalin bizələrdən uzaqlaşdı. - deyə Pirvəli az qaldı ağlasın. 

-Baxarsan, axırda Bakını bakılılardan təmizləyib ermənilərə, gürcülərə verəcəklər

Gəmi fit verdi. Alətən belə fitdən sonra gəmi limandan uzaqlaşırdı.

Limandakılar hərəkətə gəldi. Qadınlardan kimsə əlində cam gəminin arxasınca su atdı.

-Allah amənətində!-deyə dediyi söz hamıya çatdı. Limanda ağlaşanların hönkürtüsündən başqa səs eşidilmirdi. Hamı dinməzcə gəmilərin arxasınca baxırdı.

***

Mustafa Gəncədən qayıtmışdı. Bir həftədən artıq idi ki, orada idi. Konsertləri vardı.

Gəncədə bir az da  qalmaq istəyirdi. Yayın sonu, Gəcənin gözəl vaxtları sayılır. Müğəninin isə şanı-şöhrəti bütün Azərbaycana yayılmışdı.

O, daha Opera və Balet teatrının soliti idi. «Aşıq Qəribdə»əsas rolu o oynayırdı.

Bakıya qayıtmasının səbəbi də elə bu idi. Opera və balet teatrının yeni sezonu «Aşıq Qəriblə» başlayırdı.

Bakıya qayıtmağının bir səbəbi bu idisə, digər səbəbi valideynlərinin üç gün idi ki, yuxuda görürdü. «Hardasan bala?» həm atası, həm də anası onu haraylayırdı.  

 Qatardan düşüb 11 nömrəli tramvaya mindi və Həmşəri palanının altındakı Sovetski küçəsinə çatdı.

Tramvay dayanacağında qırx-əlli metr aralı, bazarın altında  atası və anası ilə yaşayırdı. Həyət girəndə gözlərinə inanmadı. Dəvə köçüb yurdu qalmışdı.

Arxasında sapoq səsləri eşitdi. İki rus əsgəri onu saxladı.

-Sən burada nə edirsən?-deyə soruşdular.

-Bura bizim həyətdir. Burada nə olub?

-Sən də İranlısan?

-İranlıyam.

-Onda düş qabağımıza siz həbs olunursunuz.

-Niyə? Atam annam haradadır?

-Onların hamısını İrana yola salmışıq. Özünü yaxşı aparsan, komandir səni də yola salar.

Əsgərlər onu aşağı küçədəki həyətə apardılar. Komandir azərbaycanlı çıxdı. Tanınmış müğənnini salamladı:

-Mutafa  Payan?

-Özüdür ki var! Burada nə baş verir?

-NKVD-nin əmri ilə həmşərilərin hamısı İrana köçürülüb.

-Mənim atamı və anamı da köçürtmüsünüz?

-Elədir, ancaq bunun sizə dəxli yoxdur. Siz məşhur müğənnisiniz.

-Atasız, anasız tüpürüm müğənniliyə.-deyə Mustafa hisrləndi.

-Mənə göstəriş veriblər ki, istədiyiniz binada sizi gen-geniş mənzillə təmin edim. Buranın hələlik komendantı sayılıram. Əlimdə geniş salahiyyət var. Seç hansı evi istəyirsən gir.

-Mən harama əl batırmaram. Öz evimi istəyirəm. Sabah Opera-Baletdə çıxışım var.

-Bilirəm. Bütün küçələrə afişalar vurulub.

Daha komissara bir söz  demədi. Həyəti tərk etdi.

***

Mayılov teatrı qarşısı adamla dolu idi. Kassadan biletin qurtardığını görən melomanlar tindəki alverçilərə yaxınlaşıb birə-on qiymətə bilet alırdılar.

Teatrın girəcəyi qarşısındakı divarın hər iki tərəfində «Aşıq Qərib» sözü yazılmış afişanın iri hərflərinin altında Mustafa Payanın rol paotarında şəkili çəkilmişdi.

Şəkil camahatı o saat özünə cəlb edirdi. Bir-neçə an qarşısında dayanıb seyr etdikdən sonra bileti olanlar teatrın qapısından içəri girirdilər. 

Teatrın açılışı həmişə hay-küylü olur. Bakılılar sənətsevər xalq olduqlarından əllərinə imkan keçən kimi özlərini belə yerlərə verirdilər.

Adətən ilk tamaşalara partiya və dövlət xadimləri də gəlirdilər.

Teatrın yeni direktoru bunu bildiyindən hökumət locasını qaydasına salmışdı və qonaqların gəlməsini gözləyirdi.

Buranın qapıçısından tutmuş bütün işçilərinə göstəriş vermişdi ki, hökumət adamları gələn kimi xəbər versinlər.

Teatrın qarşısında «Forddan» Mir Cəfər Bağırov və həyat yoldaşı düşdülər. Bayaqdan onların yolunu gözləyən direktor qaçıb onu qapının girəcəyində salamladı və qabağına keçib zala girdilər.

Mir Cəfər cibindən biletini çıxartdı və üzünü həyat yoldaşına tutdu:

-10-cü sıra 5-ci və 6-cı yer.- deyə onun əlindən tutdu və keçib oturdular.

Onun bu hərəkətindən şaşqın qalan direktor üzünü Mir Cəfərə tutdu:

-Yoldaş Bağırov sizin üçün yuxarıda xüsusi loca hazırlanıb.-deyə direktor üst locanı göstərdi. 

-O nədir?

-Hökumət locası…

-Kiminçün nəzərdə tutulub?

-Hökumət üçün…

-Deyirsən, hökumət üçün?

-Bəli.

-Bəs mən kiməm?

-Siz elə hökumətsiniz də...

-Əgər mən hökumətəmsə, bu heç də mənə mane olmur ki, özüm və həyat yoldaşım üçün iki bilet alıb  normal adamlar kimi parterdə oturum. Yığışdır bu locanı. Birdə belə şeylər etmə! - deyə direktora sakit səslə xəbərdarlıq etdi.

Direktor yerində quruyub qalmışdı. Nə deyəcəyini bilmirdi.

-Get, işinlə məşğul ol! - deyə Mir Cəfər qara eynəyini gözünə taxdı.

Direktorun bəlası bununla qurtarmadı. Yuxarı qalxan kimi baş recissor Mustafa Payanın teatra gəlib çıxmadığını dedi.

Tamaşanın başlamasına beş dəqiqə qalırdı. Baş rolu oynayan artist yoxa çıxmışdı.

Bu teatrın tarixində görünməyən iş idi. Kişini soyuq tər basdı. Az qalmışdı ürəyi dayansın.

-Necə yəni yoxdur? - deyə özündən asılı olmayaraq qışqırdı:- Biz yoldaş Bağırova nə deyəcəyik?

Bir-neçə saniyə kabinetə sükut çökdü.

-Bəlkə başqası ilə əvəz edək?-deyə direktor təklif etdi:-Elə bir artistimiz var?

-Eləsi yoxdur!-deyə Baş recissor cavab verdi.

-Onda batdıq!

Tamaşanın başlamasından beş dəqiqə ötürdü. Bağırovun köməkçisi kabinetdən içəri girdi:

-Niyə başlamırsınız?

-Baş rolu oynayan Mustafa Payan yoxa çıxıb.

-Necə yəni yoxa çıxıb? Deyəsən, ağlınızı itirmisiniz. Yoldaş Bağırova nə deyəcəksiniz?

-Nə deyə bilərik? Olduğunu.

Direktor köməkçinin arxasına düşüb parterə gəldi. Bağırovun qarşısında durudu.

-Yoldaş Bağırov, tamaşa olmayacaq!-deyə titrəyən səslə dilləndi.

-Necə yəni tamaşa olmayacaq?

-Mustafa Payan yoxa çıxıb.

Mir Cəfər üzünü xanımına tutdu:

-Getdik!-deyə ona əlini uzatdı ki, tutub dursun. Sonra üzünü köməkçisinə tutdu:

-Razberisğ, çto sluçilosğ, potom doloci!-deyə rusca göstəriş verdi.

Bağırov zalı xanımıyla tərk etdi. Bu səhnənin şahidi olanları isə gözlərini direktora dikmişdilər. Nə deyəcəyini gözləymirdilər.

Direktor iri atdımlarla səhnəyə qalxdı və üzünü tamaşaçılara tutdu:

-Yoldaşlar, tamaşa başqa günə keçirilir. Mustafa Payan xəstələnib. Biletləriniz qüvvədə qalır. Bir-ki gündən sonra tamaşaya gələ bilərsiniz!-deyə pərdənin arxasına  keçdi.

Tamaşaçılar kor-peşman zalı tərk etməyə başladılar.

***

Bir saatdan sonra NKVD Mustafa Payanı axtarmağla məşğul idi. Nə izini tapa bilirdilər. Nə tozunu? Heç kim onun harada olduğunu bilmirdilər.

Bir həftədən kimsə sonra Opera Balet teatrının qabağında asılan afişada qara kömürlə «Payan» sözünü düzəldib «Pünhan» yazmışdı.

  

37-İL

37-ci ilin şaxtalı günlərinin birində, günortaya yaxın Seyid Bikənin böyük oğlu tələm-tələsik evə girdi.

-Ay na, Marqarita Petrovna xəstələnib.- deyə keçib əlini «maşinkada» qızdırdı.

Günorta çağı Əşrəfi müəlliməsigilə  yollamışdı. Bişirdiyi ət qutabını göndərmişdi. Seyid Bikə üçün ən yaxın adam qocalmış müəliməsi idi. Dərdlərini onunla bölüşdürürdü.

-Niyə soyunmursan?

-Səni gözləyirəm, geyin birlikdə gedək. «Qırx pilləkan» sürüşkəndir. - deyə Əşrəf anasının geyinməsini gözlədi.

Küçəyə çıxdılar. Hər tərəf narın ağ qarla örtülmüşdü. Küçələrdə gəliş-gəliş kəsilmişdi.

Qar yağanda Bakıda həmişə belə olur. Aşağı küçələrdən yuxarı qalxmaq mümkün olmadığından nəqliyyat dayanırdı. Təkcə tramvaydan başqa.

  4-cü xrebtovudan Sovetski küçəsinə düşdülər. 10 nömrəli tramvaya mindilər.

 Çəmbərəkəndə gedən yolla tramvay tormoz verə-verə enişi keçirdi. Adama elə gəlirdi ki, bu saat tramvay yerindən qopub götürüləcək.

Bakı Sovetini keçib «Qoşa qala» qapısının ağzında düşdülər. Seyid Bikə az qalmışdı ki, sürüşüb yıxılsın.

-Ehtiyatlı ol, ana!-deyə Əşrəf qoluna girdi.

Küçəni keçib, dərvazasından içəri girdilər və yuxarı qalxdılar.

Qapını onların üzünə açan Marqarita Petrovna sanki özündə deyildi.

Əşrəf müəllimənin qoltuğuna girdi. Aparıb çərpayısına uzatdı.

-Sizə nə olub Marqarita Petrovna?

-Qızım Bikə, ölürəm. Qızdırmam da düşmür. Özümdə deyiləm. Əşrəfi göndər Nataşaya və Andreyə teleqramma vursun. Təcilən gəlsinlər.

-İndi göndərərəm! Ancaq bir az dincəlin, mən çay qoyum, sulu xörək hazırlayım. Görürəm ki, göndərdiyim qutablara əl vurmamısan.

Seyid Bikə çarpayıya uzanmış müəlliməsinin çiyinlərini massac etdi. Onun rahatlanıb yuxuya getdiyini görüb mətbəxə keçdi. Birinci dəfə deyildi. Burada tez-tez olduğundan nəyin harada olduğunu bilirdi.

Şkafdan kulyoku götürdü, içindəki düyünü boşqaba tökdü, arıtlamadı və qazana tökdü.

-Əşrəf bəri gəl!-deyə oğlunu yanına çağırdı.

Əşrəf qonaq otağında oturub stolun üstündəki curnalları varaqlayırdı. Adını eşidib, mətbəxə keçdi.

-Çıx pasacdan, bir toyuq al gəl! Tez ol!

Bayaqdan darıxan yeniyetmə qapıdan çıxan kimi götürüldü. Anasından pul da istəmədi. Pulu vardı.

Beş dəqiqəyə Passaca çatdı. Məhələ uşaqlarından bir –neçəsini  tində görüb dayandı:

-Burada nə edirsiz?

-İçəri şəhər uşaqlarından biri bizimkilərə sataşıb. Deyirlər, bazarda siqaret satır.

-Bazardadır?

-Yox!

-Onda burada neynəyirsiniz? Dağılın, sabah oranın uşaqlarını Gömurnat bağına çağırarıq. İnanmıram, ki qədeşlərin cürəti çatsın, bizə sataşsınlar. 

Bakının məhəllələri bir-biri ilə dalaşırdılar. Ancaq İçəri şəhərin uşaqlarıyla onların arasında həmişə birlik olmuşdu. Ağ şəhərin uşaqları onların üstünə gələndə Əşrəf dəstəsi ilə  köməklərinə gəlmişdi.

Əşrəf bazara girdi. Bazarın girişində malağanlar kəsilmiş toyuq satırdılar. Birini aldı. Küçəyə çıxdı. Marqarita  Petrovnagil tərəfə götürüldü. 

Qapını Əşrəfin üzünə anası açdı:

-A bala, haradasan?

-Ay na, bağışla!-deyə içəri girdi.

Marqarita Petrovna hələ də yatırdı. Əşrəf yenidən qonaq otağına keçdi, qoyub getdiyi curnalları təzədən varaqladı. Oxumağa başı o qədər qarışmışdı, anasın qarşısındakı qəzet və curnalları yığışdırdığını hiss etmədi.

Seyid Bikə süfrənin üstünə subniki qoydu, sonra  boşqabları və çörəkqabını gətirdi.

Marqarita Petrovna stola əyləşəndə Əşrəfin diqqətini oxumaqdan ayırdı.   

 -Buyurun, Marqarita Petrovna !-deyə Əşrəf ayağa qalxdı və anasına kömək elədi ki, müəlliməni otuzdursunlar.

-Yaman əldən düşmüşəm!-deyə Marqarita Petrovna üzünü Seyid Bikəyə tutdu.

-Allah qoysa sağalarsınız! Hər şey yoluna düşər.

-Yox, qızım! Belə olmaz! Altı aydır sənə də əziyyət verirəm.

-Marqarita Petrovna!?

-Yox, Bikə! Elə gün olub yanımda olmayasan. Uşaqların başsız qalır. Gəl Nataşanı bura çağır. Qorxuram, ölüm, ancaq onları görməyim. Nəvəm Volodyanın 12-i yaşı var. Hələ görməmişəm. Xahiş edirəm.

-Yaxşı Marqarita  Petrovna. Bu saat teleqramma yazıb Əşrəfə verərəm. Aparıb yollayar.

-Nahardan sonra təcili yolla.

Seyid Bikə kəfkiri götürüb toyuq şorbasından boşqaba töküdü, Marqarit Peğrovnanın qabağına qoydu. Sonra Əşrəf və özü üçün boşqaba şorba süzdü.

Marqarita Petrovna xəstələnəndən sonra Bikə onu tərk etmirdi. Müəlliməsinin halı heç nədən dəyişirdi. Elə halsız olurdu ki, tərpənə bilmirdi. Belə hallarda müəllimənin başı üstündə olurdu. Hətta burada gecələyirdi də. Əşrəf də yanında qalırdı.

Nataşa Bakıdan Leninqrada gedəndən bəri, ancaq məktubla əlaqə saxlayırdılar.

Hərdən birdən şəkillərini göndərirdi. Andrey, oğlu Volodya. Bakıya vaxt tapıb gələ bilmirdilər.  Başları isə yaman qarışıq idi. Andrey maşınqayırma zavodunun baş inceneri idi.

-Bircə ölməyib, balalarımı görəydim!-deyə nahardan sonra Marqarita Petrovna ağladı.

-Bu saat teleqrammanın yazıb, göndərirəm!-deyə Seyid Bikə onu sakitləşdirdi. Teleqrammanı yazdı. Əşrəfi Baksovetdən aşağıdakı poçtaya göndərdi.

***

Mart ayının əvvəlində Nataşa oğlu Volodya ilə  Bakıya gəldilər. Seyid Bikənin sevincinin həddi hüdudu idi. İki rəfiqə uzun ayrılıqdan sonra nə baş vermişdisə, bir –birinə danışırdılar.

Volodya isə uşaqların ürəyincə idi. Hamı ona  «brat» deyə müraciyət edirdi. Məhəllə uşaqlarının arasında da özünə yer tuta bilmişdi.

Volodya bütün günü Əşrəflə idi. Hara gedirdi, özüylə aparırdı.

Marqarita Petrovnanın səhəti də bir az yaxşılaşmışdı. Sanki əzizlərini görüb özünə gəlmişdi.

Ancaq bu çox çəkmədi. Bir az sonra daha da pisləşdi. Çarpayıdan daha güclə qalxırdı.

Nataşa anladı ki, anasını tək qoya bilməyəcək. geri qayıtmamaq qərarına gəldi. Leninqrada ərinə məktub göndərdi və vəziyyəti anlatdı.

   Volodya rus məktəbinə qoydular ki, dərsdən geri qalmasın. O,isə dərs qurtaran kimi Bikəgilə qaçırdı.

Bakıda Novruz çərşənbələri başlamışdı. Axşam düşən kimi çəmənliyə bütün yuxarı məhəllə  yığışırdı. Hərə gətirdi odun parçasını tonqal düzəldənə verib geri çəkiliridi.

Yumurta döyüşdürən kim, meyxana deyən kim? Hər tərəfdə bayram əhval-ruhiyəsi duyulurdu.

Tonqal qalanan kimi ətraf parlaq işığa bürünürdü. Ağ şəhərdən yuxarı tərəfə baxdıqda qeyri-adi bir mənzərə görünürdü. Elə bil yuxarı məhəllələrdəki  buruqlar od tutub yanırdı.

 Başqa günlər olsaydı, belə alovu görən yanğınsondürənlər yerlərində dinc oturmazdılar. O saat «həyacan siqnalı» verərdilər və işıq gələn tərəfə üz tutardılar. Ancaq çərşənbə axşamı bu alovların bayram tonqalı olduğunu bilirdilər.

 Sonuncu çərşənbədə də Volodya Əşrəfin yanında idi. Ondan əl çəkmirdi.

Məhəllənin yaşlıları tonqal ətrafına yığışmağa başlamışdılar. Bayaqdan tonqalların yanmasını gözləyirdilər. Sonuncu çərşənbə, bir də bayram axşamı tonqal ətrafı daha izdehamlı və şən olurdu.

Bütün məhəllənin əhalisi bura yığışırdı. Qədim inaca görə tonqal tüstüsü kimə dəyirdisə, o, daha xəstələnmirdi.

Axşam çağı qırxpilləkanı qalxıb «dağlı» məhəlləsi ilə yuxarı qalxırdılar ki, birdən Əşrəf üzünü Volodyaya tutdu:

-Sən özün get, arxanca gəlirəm! - deyə Əşrəf onu özündən uzaqlaşdırdı.

Volodyanı dostunun bu hərəkəti şübhəyə saldı. Ancaq heç nə demədi. Başını aşağı salıb yolunu davam etdi.

Əşrəf isə bir-neçə addım irəlidə qapının ağzında balaca uşağın əlindən tutmuş qız xaylağına yanaşdı.

Yuxarı məhəllənin adətinə görə belə iş tutmaq olmazdı. Özgə məhəllənin qızına yanaşmaq məhəllənin qeyrətinə sataşmaq demək idi. Bunu hətta Bakıfya yenicə gəlmiş Volodya da bilirdi.

Əşrəf Raziyəyə salam verdi. Qız salamını aldı.

 -Tonqala gəlmirsən? - deyə Əşrəf soruşdu.

-Yox! Dədəm icazə vermir! Sabah məktəbdə danışarıq!- deyə tələsik içəri keçdi.

Əşrəf arxasına baxdı. Uzaqdan aşağı məhəllənin uşaqlarının yuxarı qalxdığını gördü.

 Əşrəf onu tanımasınlar deyə, tez yoluna davam etdi və qaça-qaça Volodyaya çatdı.

-Niyə geri qaldın?

-Heç, işim vardı. - deyə Əşrəf gülümsədi. - Tez ol! Yoxsa, xalan bizi öldürər. Bayram plovunu yeməsək, ürəyi yerinə gəlməz. 

 

MİRCƏFƏRDADAŞXAN

  

   İş günün axırı idi. Mir Cəfər indicə Moskvadan aldığı və oxuduğu «Antisovet elementlərə qarşı mübarizə» planını mahiyyəti anlayan kimi başından ağrı tutdu.

Moskvadan tezliklə belə elementlərin güllələnmə siyahilərin tutulması və ora göndərilməsi tələb olunurdu.

Təcili siyasi büronu yığıb bu məhvi planı müzakirə etməli idi.

-NKVD-yə zəng elə, Dadaş Dadaşovu yanıma çağır.-deyə köməkçisinə göstəriş verdi. Özü isə isə dərin fikrə daldı.

Planla birgə Moskvadan «Azərbaycandakı antisovet ünsürlərin» siyahisi gəlmişdi. Burada kimlər yox idi. Dölət xadimlərindən tutmuş, yazıçılar və şairlər, Türkoloci konfransda iştirak edən ziyalılar və alimlər. İlk növbədə onların həbs olunması və antisovet elementi kimi güllələnməsini həyata keçirtməli idi.

Mir Cəfər siyahini bir daha nəzərdən keçirtdi. Adları oxuduqca gözləri önündə həmin adamların ailələri durdu.

-Hardan bu siyahi çıxdı? Kimlər bunu tərtib edib?- deyə düşünsədə, ağlına bir şey gəlmirdi.- QUQB-un[26] işi ola bilər. Lənətə gələsiniz, ermənilər! - deyə hirslə əlini stola çırpdı.

Səsə köməkçi içəri girdi:

-Yoldaş Bağırov!

-Nə oldu, Dadaş?

-Çağırmışam. Beş dəqiqəyə gələr.

Köməkçinin içəri girməsi Mir Cəfər bir az sakitləşdirdi. Ancaq yenə də nə edəcəyini bilmirdi. Siyahini qarşısına qoyub bir daha nəzərdən keçirtdi. Nə qədər ailələr dağılmalı, nə qədər evlər yıxılmalı idi.

Yadına Fətəli xanın Təzə Pir məscidində ona dediyi sözləri düşdü: «Müstəqillik bizə ona görə lazımdır ki, özgənin «dudkasıyla» oynamayaq. Azərbaycan Rusiyanın  tərkibində qalsa, başımız çox bəlalar çəkəcək. Dövlətin adı olacaq bizim, dadı olacaq özgələrin!» Onda  1918-ci il idi. İndi iyirmi il keçib. Fətəli xanın dediklərinin hamısı düz çıxırdı.

Milləti elə bir hala gətirmişdilər hamı bir-birini satırdı, incener-inceneri, şair şairi, yazıçı yazıçını, alim –alimi. Bir yerdə işləyir, bir yerdə durub otururdular, çörək kəsirdilər, ailəvi dostluq edirdilər. Gəl ki, hamısı da bir-birini burcuaziya elementi, sovet dövlətini düşmanı adlanırırdı. Anonim məktubların isə sayı hesabı yox idi.

Paxıllıq, stol hərisliyi, vəzifə düşgünlüyü bu zatı qırıqları hər şeyə əl atmağa vadar edirdi. Çünki onların genlərində alicənablıq deyilən şey yox idi.

Sovet Hökumətinin yaratdığı şəraitdən istifadə edib şair, yazıçı, alim, həkim, alim olmuşdular. Ancaq dərin düşündükdə: necə çoban idilər, çobanda qalmışdılar. 

Mir Cəfərin yadına Nizaminin «Alim olmaq asandır, insan olmaq çətin!» kəlamı düşdü:

-Nə qədər haqlı idi, müdrik şair.- deyə öz-özünə danışdı.

Köməkçi içəri girdi:

-Yoldaş Bağırov, Dadaş Dadaşov gəlib!

Mir Cəfərin demək olar ki, dostu yox idi.  Onunla oddan-alovdan çıxmış bir-neçə inandığı adamla yaxınlıq edirdi, ancaq nadir hallarda görüşürdü. Dadaş belələrindən idi.

-Ağa, xeyr ola? – deyə Dadaş xan Mir Cəfər  seyid övladı olduğundan belə müraciyət  etdi. Bu cür ona ən yaxın adamları müraciyət edirdilər.

-Gəl balkona çıxaq! Oradan yuxarı məhəllə görünür. İstəyirəm, bəzi şeyləri sənə göstərim.

Mir Cəfər bilirdi ki, QUQB onun kabinetdəki bütün danışıqlarına qulaq asır. Odur ki, Dadaş xanı  balkona çıxartdı.

Qaranlıq düşmüşdü. Dağlı məhələsinin bayram tonqallarının alovunun işığı kabinetin şüşələrində əks olunurdu, Camahat sonuncu çərşənbəni bayram edirdi.

Mir Cəfərin xəyalı onu uşaqlığına apardı. Yadında idi, anası çox ləzətli şorqoğalı və şəkərbura bişirərdi. Bayram axşamı qapılarına papaq qoymuş uşaqlar tonqalın ətrafında yığdıqlarını bölüşdürəndə «Mənim bəxtim gətirib! Mənə Mir Cəfərin anası bişirdiyin6dən düşüb»-deyə sevinərdilər. Nə gözəl bayram idi!?  İndi onu keçirtməyə icazə vermirlər.

Bilsələr ki, onu keçirməyə hazırlaşırsan,  əksinqlabçı adlandırarlar. Özgələri yox, özümüzkülər. Dünündən köməçisi məktubları qruplaşdırarkən çoxunun məzmunu elə bu bayramla bağlı idi: Filan vəzifəli şəxs xırda burcua bayramına - novruz bayramına hazırlaşır, və yaxud şair…

Bu şairlər nə qədər qərəzli insanlardır. Bir-birini görən gözləri yoxdur. İşləri gücləri bir-birindən yazmaqdır. Şair nədir ki, bunları Şura Hökuməti adam etdi?

Bir insan ki, öz hisslərini şerə çevirib aləmə yaya, ona nə ad qoymaq olar?  Bir ölkədə belə şey yoxdur. Bir ölkədə bu qələti etmirlər.

-Ağa!- deyə Dadaş xan onu fikirdən ayırdı. O, bilirdi ki, bura boş-boşuna çağırmayıb. Ciddi məsələlər olanda məsləhətləşirdi.

-Lap yadımdan çıxmışdın. Bayaqdan Dağlı məhəlləsindəki tonqallar diqqətimi çəkir. Uşaqlığım yadıma düşür.

-Elə mənim də. Buradan Dağlı məhəlləsinə baxanda Ərdəbili xatırlayıram.

-Oxşayır da. –deyə Mir Cəfər keçmişi unutmadığına işarə verdi.

-Ağa, xeyr ola?-deyə Dadaş xan soruşdu.

Mir Cəfər nədən başlayacanı düşünürdü. Silah yoldaşının tədbirli insan olduğunu bilirdi. Onunla hər şeyi bölüşürdü. Tam arxayın idi ki, söhbətləri aralarında qalacaq. Onu kimi adamlar ətrafında çox az idi.

-Dadaş xan, məsləhətin lazımdır. Moskva məndən tələb edir ki, bu insanları həbs edim, sonra güllələyim. Deyə əlindəki siyahini ona uzatdı.

Mir Cəfər  balkondakı işığı yandırdı ki, Dadaş xan oxuya bilsin.

-Pravda qəzetində çap olunmuş Politbüronun  «Antisovet eləmentlərə qarşı mübarizə» plandır. NKVD-də müzakirə etməliyik. Xüsusi tapşırıqlar almışıq.

-Mən nə etməliyəm? Axı burada Azərbaycanın tanınmış adamlarının adı var?

-Bu adamların adını məgər sən vermisən? Bir-birindən yazanlardır. Sən məgər Kommunist qəzetində şer yazmısan ki, öl, Cavid, öl!

-Sən nə danışırsan? O böyüklüyündə şair haqqında?

-Deyəsən, dünənki Kommunist qəzetini oxumamısan?

-Vaxt var.

-Denən köməkçi tapıb gətirsin.

-Dadaş xan, mənə de, nə edim? Axı vaxt gələcək bu qanları mənim üstümə yazacaqlar.-deyə Mir Cəfər soruşdu.

-Nə cür yaxşı iqtidar olsan da, kiminsə xətrinə dəyməlisən. Hamını özündən razı sala bilməzsən. Məgər hakimiyyət davasını görmürsən?

-Görürəm, ancaq bu dərəcə qəddarlıq olmaz.

-Mən ərizə yazıb işdən çıxmaq istəyirəm.

-Bu düzgün fikir deyil, səni kim əvəz edə bilər. Stalin də sənə çox yaxındır.

-Mən nə edəcəyimi bilmirəm.

-Ağa, sən özün məndən yaxşı bilirsən nə edməyi. Ağıllı adamsan, bilisən ki, bu plana qarşı getsən, özün bu siyahiyə düşəcəksən.

Sən olmasan başqası gəlib, on qat artıq edəcək. Çalış bu siyahiyə düşmüş və sonradan salınacaq yaxşılara dəyməsinlər və yaxud aqibətləri pis olmasın.

-Necə yəni pis olmasın? Son anda onları  Sibir gözləyir.

-Bunun qabağını ala bilərsənmi?

-Yoldaş Stalinlə danışmalıyam. Belə olmaz!-deyə Mir Cəfər səsini  qaldırdı.

-Bu bir şeyi dəyişəcək?

-İnanmıram.

-Onda səbirli ol! Sən xalqına hələ lazım olacaqsan!

-Dadaş xan, bizi pis əməllər gözləyir.

-Bunun səbəbkarı sən deyilsən. Səni icraçı etmək istəyirlər. Çalış özgələri etsin.

-Necə? Siyasi büronun iclasın çağır, məsləhət istə.

-Nə olsun?

-Onda görəcəksən ki, bu siyahi  Moskvaya haradan gedib? Birdə kim kimdir?

-Mən də elə bu fikirdəydim.-deyə Mir Cəfər özünə gəldi.

***

 Sabahsı günü saat 12-də Siyasi  Büronun iclasıda «Antisovet elementlərinə qarşı mübarizə» planı müzakirə olundu və qərara alındı ki, Azərbaycan SSR-i bu mübarizənin avanqardı olmalıdır və irəlidə getməlidir. Başqa respublikalardan fərqli olaraq Azərbaycanda bu eləməentlər da çoxdur, menşeviklərin, musavatçıların qalıqları ölkədə ayaq açıb yeriyirlər. Buna son qoymalıyıq. Əksinqlabı eləmentlərdən xalqı təmizləmək vaxtı gəlib çatmışdır.

Qərarın sonuncu variantını oxuyan Mir Cəfər Bağırovun elə bil başı hərrəndi. İki əli ilə başını tutub özünü ələ aldı. Qarşısındakı sənədi oxuyurmuş kimi, bir-neçə dəqiqə dinməzcə durdu.

-Siyahi barədə nə deyirsiniz?-deyə soruşdu.

-Siyahidə adları çəkilənləri həbs edəcəyik. Günahları isbat olunarsa,  mühakimə edəcəyik. Hələlik isə  Moskvanın instruksiyasını gözləyirik!-deyə NKVD-nin rəhbəri ayağa qalxıb bəyan etdi.

-Deyirsən, gözləyək!

-Elədir, yoldaş Bağırov.

***

Novruz bayramından sonra Ağ şəhərdə tuta-tuta başladı. Gecə çağı evin qarşısında qara  maşın dayanırdı. Qara kiyimli adamlar içəri girib evin kişisi və ya qadını ilə birlikdə qayıdırdılar. Gedənlərin hara getdiyini heç kim bilmirdi. Yuxarı məhəllələrə baş vermiş bu hadisələrin harayı çatırdı.

Bakı qəzetləri bir-neçə gündən sonra vətən xainlərinin həbs olunduğu haqda məlumatlar verirdilər. Yüzlərlə adam beləcə aradan götürülürdü.

Yuxarı məhəllədən dağlı balası, tanınqmış şair Mikayıl Müşviqi tutub aparmışdılar.

Bakının müsəlman əhalisi bir-birinə qohum olduğundan elə bir ailə yox idi ki, bu bəla onu toxunmasın. Novruz bayramını da yaddan çıxartmışdılar.

Bakılılar bir-biri ilə qorxa-qorxa danışırdı. Mehriban, gülər üz şəhərdən daha heç nə qalmamışdı. Hamı elə bil öz növbəsini gözləyirdi.

Son günlərdə fəhlələri də tutmağa başlamışdılar. Bir fəhləni zavoda freyzer cığazını təsadüfən sındırdığına görə həbs etmişdilər.

-Bu da fəhlə hökuməti!-deyə Seyid Bika rəfiqəsi Nataşaya danışırdı.

***

May ayının axırı uşaqlar tətilə çıxmışdılar. Leninqraddan isə heç bir xəbər yox idi. Nataşa nədənsə narahatlıq keçirməyə başlamışdı. «Bakinskiy raboçiy» qəzetində bir-neçə zavodun direktor, baş incenerləri vətən xaini elan edilib həbs olunduğundan yazırdı.

Andreydən heç bir xəbər yox idi, heç nə yazmırdı.  Son məktubu iki ay bundan qabaq g.ndərmişdi.

Nataşa yazdığı məktublara cavab almamışdı.

Anasının vəziyyəti isə gün-gündən yaxşılaşırdı. Təkcə bu onu sevindirirdi. Ancaq anasını tək qoyub getmək olmazdı.

Bakıda  Nataşa özünü tək hesab etmirdi. Rəfiqələrinin çoxu burada idi. Hamıyla görüşməyə macal tapmasada, Bikədən əl çəkmirdi. Vaxt tapan kimi onlara qaçırdı.

Yenə də Nataşa bir-neçə saatlıq anasını tək qoyub Volodya ilə Bikəgilə gəlmişdi.

O, evdən çıxandan bir az keçmişdi ki, qapı döyüldü. Marqarita  Petrovna qapını açdı

Otağa NKVD-e işçiləri doluşdular. Nə baş verdiyini Marpqarita  Petrovna anlamadı.      

-Hanı Nataşa Volkova, vətən xaininin arvadı?- deyə onlardan biri qoca müəlliməni sinəsindən itələdi. Qoca müəllimə  şapıltı ilə yerə dəydi. Göm-göy göyərdi. Bir dəqiqə keçmədi ki, keçindi.

NKVD-e işçiləri qadının keçindiyini görüb qapını örtüb çıxıb getdilər.

Bir-neçə saat beləcə ötdü. Nataşa Voldya ilə evə qayıdırdı. Küçələrinə çathaçatda indi Qalina İvanovanın evində yaşayan yəhudi qızı Sara onun qabağını saxladı. Onlara kimlərin gəldiyini dedi.

-Bəs anam? - deyə o, soruşdu.

-Məlub deyil, qapını örtüb getdilər.

Nataşa tələm-tələsik yuxarı qalxdı. Qapını açdı. Yerə yıxılmış cansız anasını gördü.

-Boce moy!-deyə qışqırdı. Hay-küyə qonşular yığışdılar.

***

Rus qəbirsanlığına yüzlərlə adam gəlmişdi. Camahat Bakıda rus məktəbinin bünövrəsini qoymuş, minlərlə uşağa rus dili və ədəbiyyatı öyrədən sevimli  müəllisi Marqarita Petrovnanı son mənzilə yola salırdılar. Onu Bakıda kim tanımırdı? Bu mudrik qadını.

-Biz bu gün sevimli müəlliməmizi torpağa tapşırırıq. Acı ölüm onu Azərbaycanda təhsil sayəsində gördüyü fəaliyyətini Partiyamızın qiymətləndirməsinə mane olsada, onun işıqlı xatirəsi heç vaxt yadımızdan çıxmayacaq!-deyə Bakı şəhər maarif şöbəsinin rəisi camahata qarşısında çıxış edirdi.

-Əcəb işdir, əvvəl öldürüb, sonra tərifləyirlər!-deyə Marqarita Petrovnanın keçmiş şagirdlərindən biri, orta yaşlı azərbaycanlı kişi  sakit səslə camahat arasından dilləndi. Onun dedikləri bir-kisinin qulağına ancaq çatardı.

Qara kostyumlü bir nəfər onun arxasından çıxdı və onu kanara çəkdi. Hamının gözü qabağında onu maşina mindirib apardılar.

-Sovet İttifaqının düşmənləri sevinməsinlər ki,  biz belə bir müəlliməni itiririk. Marqarita Petrovna özündən sonra yüzlərlə ziyalılar qoyub getmişdir ki, onun maarifçilik işini davam etdirəcəklər-deyə təhsi şöbəsinin müdiri sözünü davam edirdi.

-Ay na gördün? - deyə Nataşanın yanıda dayanmış anasını Əşrəf kənara çəkdi.

-Nə oldu?

-Bir nəfəri tutub apardılar. Qorxuram, Tet-Nataşanı da aparsınlar.

-Sən nə deyirsən?

-Görmürsən. Qara kostyümlülar sizi necə güdürlər.

-Nə edək?

-Sən yavaşca buradan uzaqlaş. –deyə anasının qoluna girdi.

-Bəs Nataşa?

-Uşaqlarla bir şey fikirləşərik!- deyə Əşrəf dəstəsindən iki nəfəri Seyid Bikəyə qoşdu ki, onu evə aparsınlar.

Nataşanın arxasınca gələn maşın başqa adamı apardığından qalan iki agent məcbur olub piyadə onun arxasınca gəldilər. Hay-küy salmamalıydılar. Camahatdan aralayıb Nataşanı həbs etməliydilər.

Birdən arxadan bir araba çıxdı. Araba yuxarıdan sürətlə gəlirdi.

Çəkil! Yoldan çəkil! - deyə arabadakı iki gənc qışqırırdı.

Camahat yoldan çıxmağa başladı. Nataşa ilə Volodya da onlar kimi etmək istədi, ancaq arabadakılar ətın iplərin dartdılar, Atların  dördə ayaqlarını yerə dirəyib Nataşa ilə Volodyanın yanında dayandılar.

-Nataşa xala tez minin! - deyə Seyid Bikənin  ikinci oğlu Eyyubun səsini eşitdi.

Volodya tez arabaya sıçradı, Nataşa isə heç də oğlundan geri qalmadı. Araba yerindən götrüldü. 

Agentlardən biri arabanın arxasınca qaçmaq istədi.  Bir-ki addım ata bildi. Üzü üstə yerə dəydi. Kimsə ona badalaq vurmuşdu. Camahat gülüşdü. Sonra ürəkdən gülməyə başladılar. Elə bil qəbirstanlığa yox, toya gəlmişdilər.

Bunu görən ikincisi cınğırığını belə çıxartmadı. Yıxılan yoldaşının köməyinə belə gəlmədi.

***

Arabadakılar Nataşa Fəztlgilin evi qarşısında saxladlılar. Sərnişinləri içəri keçən kimim, arabanı sürüb oradan uzaqlaşdırdılar.

-Burada daha qalmaq olmaz!- deyə qəbir üstündən qayıdan Seyid Bikə üzünü rəfiqəsinə tutdu.   

-Mən hara gedim?

-Heç yerə! Volodyanı götürüb Basqala getmək lazımdır. Orada bizə heç kim dəyə bilməz.

-Necə gedək?-deyə Əşrəf soruşdu.

-Arabaçı Həsənbalını bura çağırın. Axşam sərini yola düşək.

Əşrəf elə bil anasının əmrini gözləyirdi. Küçəyə çıxıb götürüldü.

Bir saat keçməmişdi ki, fayton qapının ağzında dayandı.

-Ana bəs evə kim baxacaq!-deyə Əşrəf soruşdu.

-Heç özüm də bilmirəm.

-Mən Eyyubla qalıram. Bizə heç kim dəyməz. İcazə ver qalaq. Xədicə xalayla əlaqə saxlayaram. Nə baş verdiyini deyərəm. Aranın sakitləşdiyini görüb, Basqala xəbər gətirərəm.-deyə Əşrəf ağıllı təklif verdi.

-Mənim ağıllı balam! - deyə Seyid Bikə oğullarının alınından öpdü.

Seyid Bikə oğlanlarından çox arxayın idi. Birdə həyətdəki həmxanalar da onları gözdən qoymayacaqlar. Keçən il Basqala gedəndə də Əşrəflə Eyyub evdə qalmışdılar.

Altı nəfər: Nataşa, Volodya, Seyid Bikə və onun iki kiçik oğlu doqquz yaşlı Əlisəttar və dörd yaşlı Nəriman yola düşdülər.   

 

BASQALDA

Basqal həmişə Basqaldır. Burada kim deyir ki, hökumət olub, yalandır. Çünki Basqalın öz qanunları var. Hamı ancaq bu qanunlara tabedir. Əsrlər boyu buna əməl edir.

Bu qanunları heç bir qanun pozmaz. Basqalın qanunu   basqallılar üçün hər şeydən üstündür.

Burada nə olurdusa, qırağa çıxa bilməzdi. Qədim feodal şəhərini bu silinməz qanunu idi.

Başqa şəhərciklər kimi burada da dava-dalaş olurdu, ancaq məsələni kanar adamlar və yaxud dövlət adamları deyil, ağsaqqallar həll edirdilər. Özü də çox ədalətlə. Hər iki tərəf razı qalırdı.

Seyid Bikə bunu da bilirdi ki, bu şəhərciyin işinə bir adam burnunu soxa bilməzdi. Hərdən birdən Fazili bura gətirmək istəyirdi. Ancaq sonra fikirləşirdi ki, Basqal ərinin gördüyü işi məhdudlaşdırar.

Ziba xanım gəlinin gəlməsindən elə bil cavanlaşmıdı.

Cəfərli həyətində indi yeddi gəlin olsa da, Ziba xanımın dilindən Bikə düşmürdü. Gəlinlərinə həmişə onu nümunə göstərirdi.

Hər dəfə Basqala gələndə Seyid Bikə həyətdə dəyişiklik görürdü.

Yeddi qardaşın yaşadığı həyət uşaqla qaynaşırdı. Zarafat deyildi – həyətdə otuza yaxın uşaq vardı.

-Nataşka da gəlib!- deyə Ziba xanım onun əlindən öpən rus qızının alnından öpdü. Sonra rusca - Tı takaə ce krasivaə kak ranğşe!- dedi. Voloyanı isə bağrına basdı.

Qonaqları Cəfərli mülkünün iknci mərtəbəsinə yerləşdirdilər.

-Nataşa, məni bu evə gəlin gətiriblər.- deyə Seyid Bikə keçmişi yada saldı. Ancaq rəfiqəsi dinmədi, başqa fikirdə idi.

-Biz burada çox qalacağıq? -deyə soruşdu.

-Ara sakitləşənə qədər.

-Çoxmu çəkər?

-Kim bilir Bakıda nə baş verir? Qoy Əşrəf qayıtsın, görək nə edirik?-deyə onu sakitlədirdi.

-Ürəyim yaman narahatdır.

-Görürəm. Ancaq nə edək, taleyimizə bu yazılıb. İki qadın qucaqlaşdılar. Balkondan onları izləyən Volodya gördü ki, hönkür-hönkür ağlayırlar.

-Ay qız, özünü ələ al! - deyə Ziba xanım Nataşanın könlünü aldı. Bizim evə gələn köməksiz qalmaz. Sən tək qoyan deyilik.

 

SEYİDRZA

 

Şamaxı bütün təravəti ilə Seyid Rzanı valeh etmişdi. 18-ci ildən bəri bura necə dəyişmişdi. Köhnə Şamaxıdan heç nə qalmamışdı. Təkcə Cümə məscidi əvvəlki kimi öz möhtəşəmliyini numayiş etdirirdi. Şəhərin hər güşəsindən görünürdü.

Birinci dəfə idi ki, Seyid Rza məzuniyyət götürüb vətənə gəlirdi. Qohum əğrabaları ilə görüşürdü. Hamıdan çox qardaşı Mir Əhməd sevinirdi:

-Sənə canım qurban, dadaş! - deyə bütün qohum əğrabanı onun başına yığmışdı.

Bir-neçə gün Seyid Rza qohum-əğraba ilə görüşdükdən sonra qəbirstanlığa getdi. Atasının- anasının məzarını ziyarət etdi. Doyunca ağladı.

Seyid Rza tək gəlməmişdi. Həyat yoldaşı Həlimə xanımda onunla idi. Hər yerə onunla gedirdi.

-Mir Əhməd, Bikəgildən nə xəbər var?

-Uşaqları ilə birlikdə Basqaldadırlar.

 -Götür onu və uşaqlarını Çuxur-Yurda gətir. Bizimlə dincəlsinlər. Onları görmək istəyirəm.

Aşxam üstü Seyid Rzanın dalınca maşın gəldi və onları Çuxur Yurda apardı.

Mir Əhməd qardaşının tapşırığını yerinə yetirdi. Çarvadarla Basqala məktub göndərdi.

 Yay ayı olmasına baxmayaraq Basqalın üstünü buludlar örtmüşdü. Belə hallarda qaranlıq da tez düşür. Göz-gözü görmür. Hər basqallı dərvazasının ağzında asdığı ləmpəni yandırır ki, küçədən keçənlər üçün asan olsun.

Fazilin kiçik qardaşı Yavər ləmpəni yandırmağa çıxmışdı ki, çarvadarın səsini eşitdi.

-Yavər, sizə Şamaxıdan məktub var. Mir Əhməddəndir. - deyə elə eşşəkdən düşmədən ona məktubu uzatdı.

 Yavər evə keçdi, məktubu Seyid Bikəyə uzatdı:

- Gəlin bacı, sizədir!

Məktuda Mir Əhməd Seyid Rzanın Çuxur –Yurda gəldiyini və onu uşaqları ilə ora dəvət etdiyindən yazırdı. «Dadaş xahiş edir ki, gələsən!».

Seyid Bikə məktubu oxuyub qaynanasına uzatdı:

-Qardaşım Seyid Rza Çuxur-Yurda gəlib. Bizi uşaqlarla ora dəvət edir.  İcazənizi istəyirəm.

-Heç bir həftə deyil gəldiyiniz! Heç uşaqları doyunca görmədim. -deyə Ziba xanım deyindi.

-Ana, gedib qayıdacağam! Çox qalmayacağam.

-Bəs Nataşa?

-Nataşa hələlik oğluyla burada qalacaq.

-Onda get!-deyə Ziba xanım icazə verdi.

Səhər  Şamaxıya gedən  faytona Seyid Bikəni və oniki oğlunu otuzdurub yola saldılar.

***

Çuxur-Yurd əlbəttə ki, Basqal deyil, ancaq ora da Şirvanın bir hissəsidir.

-Dayı, buraların necə gözəl mənzərələri var!-deyə Əli Səttar faytondan düşəndə Mir Əhmədə  müraciət etdi.

-Hələ o qədər görməli yerləri var!

Şamaxıdan onlara Mir Əhməd də qoşulmuşdu. O, keçib böyük dərvazanın qapısını döydü.

Qapını qara kostyumlu mühafizəçi açdı. Onun arxasından eyvandan enib onları qarşılama gələn Seyid Rza göründü. 

-Bacı?!-deyə o, uzaqdan əllərini açdı. Seyid Bikə ilə onun arasındakı məsafə on-on beş metrə olardı. Uşaqlıqda  olduğu  kimi Seyid Bikə onu tərəfə qaçdı və qardaşının aquşuna düşdü.

-Qocalmışam!–deyə, təngənəfəs onun üzündən öpdü.

Seyid Rza sevincindən gözləri yaşarmışdı.Əlləri ilə bacısının zil qara saçlarını sığallayırdı. Seyid Bikənin də gözləri dolmuşdu. 

-Maşallah, mən kimi görürəm!-deyə Seyid Rza Mir Əhmədinin əlindən tutmuş uşaqlara tərəf getdi. Bir-bir onların anlından öpdü. Arxaya çevrildi:

-Hümayun, həyətə düş! Gör, kimlər gəlib? Gözümün işıqları.

-Baldız, səni xoş gördük!-deyə özbəy qızı Hümayun onunla təmiz azərbaycanca danışdı.

-Ay qız, dilimizi belə təmiz haradan bilirsən?-deyə Seyid Bikə təəcübləndi.

-Səmərqəndin türk məhəlləsindəndir.-deyə Seyid Rza izahat verdi. Onların  kökü Azərbaycandandır. Özbək qızı ona zarafatla deyirəm.

-Bəs qızın Gülçöhrə hanı?

-Bacı, Gülçöhrə, sən necə deyirdin, daha özgə evin nökəridir.

-Sən zarafat elə?!

-Doğru deyirəm. Qıza komsomol toyu etdilər. Onunla bir kursda oxuyan Teymur adlı bir özbəyə ərə getdi.

  -Allah xoşbəxt eləsin!-deyə eyvana qalxdılar.

Eyvandan dağlara sarı gözəl mənzərə açılırdı, arxadan isə dərənin cazibədarlığı adamı  valeh edirdi.

-Bura yaxşıdır, ya Basqal?- deyə Seyid Rza bacısından soruşdu.

-Dayı, əlbəttə Basqal!-deyə Əlisəttar anasının əvəzinə cavab verdi:- Basqaldan gözəl yer yoxdur.

Seyid Bikə ilə Seyid Rza bir-birinə baxıb gülüşdülər.

-Yaman ağıllı baladır!-deyə Seyid Rza uşağın başını tumarladı.

-Mənim ən istəkli balamdır!

-Ana üçün hamısı istəkli olmalıdır.

-Bilirəm, ancaq bunu hamıdan çox istəyirəm.

-Bunun səbəbi olmalıdır.

-Bir diqqət elə: kimi xatırladır?

-İlahi, elə bil Mir Kamildir. Sən bunun gözlərinə bax! İnsan insana necə oxşayarmış…

Qardaş bacı susdulər. Seyid Bikə yanında oturmuş Mir Əhmədin boynunu qucaqladı və üzündən öpdü

-Mən inanmıram o, da dədə kimi itgin düşsün. Mir Kamil igid oğul idi.- deyə Seyid Bikə ürəyini boşaltdı.

-Mən də inanmıram. Əvvəl axır dədənin də, dadaşın da yerini biləcəyik. Şəxsən özüm axtarıram-deyə Seyid Rza ümid verdi.

 Hümayun xanım uşaqların qabağını meyvə gətirdi, sonra içri keçib böyük bir qarpızla qayıtdı.

-Al, özün kəs! - deyə Seyid Rza biçağı bacısına verdi: -Yadındadı, uşaqlıqda  qarpızla falımıza baxırdın.

Seyid Bikə biçağı ondan aldı. Qarpızın yuxarı  hissəsindən qabığı kəsdi. Dairə alındı. Onu dörd yerə böldü. Ovcuna aldı:

-Hərəniz fikrinizdə bir fiqur tutun!-dedi.  «Bismillahir - rəhmanir - rəhim!» -deyib ovcundakı parçaları eyvandan həyətə atdı.

İki qardaş bir bacı hər üçü eyvanın dayanacağına sökənib həyətə baxdılar. Gözləri ilə yerə düşən qarpız parçalarını axtarırdılar.

-Mənim ürəyimdə tutduğum kimidir! - deyə Mir Əhməd birinci dilləndi. Mənim baxtım gətirəcək.

-Məniki isə düz gəlmidi! - deyə Seyid Rza gülümsündü.

Hümayun onların hərəkətindən heç nə başa düşmədi. Necə başa düşəydi. Axı qarpızla fala ancaq Azərbaycanda baxırdılar.

-Yaman Şamaxı üçün darıxmışdım. Sizin isə burada olmağınız yerinə düşdü. Səni gördüm. Mənim anam, mənim Bikəm.-deyə Seyid Rzanın gözləri doldu. Dünyanın bütün keşməkeşlərindən çıxmış bir adam ağlayırdı.

Hümayun ərinin boynunu qucaqladı.

-Daşkənddə, dilindən düşmürsən. Şəkilini qarşısına qoyub Gülçöhrəyə göstərir: - Bax bacım anama necə oxşayır. Bikə yaşlaşdıqca elə bil Fatimə anamdır. –deyə  Hümayun sakitliyi pozdu.

-Hər axşam anam yuxuma girir. Elə bil dünən ondan ayrılmışam.-deyə Seyid Rza qəhərləndi.-İndi anlayıram, bacı, Allah səni mənə ana əvəzi verib.

Seyid Bikənin gözlərindən yaş axmağa başladı.

-Özünü ələ al! Sənə baxıb bacın da ağlayır. Bura ağlamağa gəlmisən? - deyə Hümayun xanım onu sakitləşdirdi.

-Qurtardım.-deyə Seyid Rza ayağa qalxdı. Eyvandan aşağı baxan Əlisəttarla Nərmanın qucağına alıb stolun arxasında oturtdu.

-Bacı uşaqları, gəlin qarpız yeməyə!- deyə qarpızı doğradı. Hər uşağın qarşısına bir dilim qoydu. Sonra üzünü qalanlara tutdu:

-Sizə osoboe priqlaşenie göndərməliyəm!- deyə gülümsədi. Dadaşının səsindəki arxayınçılığı görüb Seyid Bikənin də üzü gülməyə başladı.

 

ƏŞRƏF

Marqarita Petrovna yerə tapşırıldıqdan sonra qızı Nataşanın oğlu ilə evə dönməməsini görən NKVD işçiləri qonşular hamısını dindirdilər. Naşanı görmüşəm deyən tapılmadı. Hər şeyi  protoklaşdırdılar.

Qəbirstanlıqda nə baş verdiyini qeyd etmədilər. Sadəcə olaraq yazdılar ki, ora gəlmiş kütələnin içərisində yoxa çıxdılar.

Evi bir həftəyə qədər nəzarətdə saxladıqdan sonra agentlər də yoxa çıxdılar.

Marqarita Petrovnanın evinin qapısını mismarladılar və möhürlədilər.

Yuxarı məhəllə səksəkədə olmağına baxmayaraq. «Qara qarğa» deyilən maşınlar heç də yuxarı qalxmırdılar. Hava qaraldıqdan sonra isə bir  NKVD işçisi risk edib qalxmazdı.

Ağ şəhərdən nə baş verirdi oranın uşaqları Əşrəfə çatdırırdılar. Bütün günü oralardan əl çəkmirdi. Dostlar ilə oralarda veyillənirdilər.

Marqarita  Petrovnanını həyətinin uşaqları  valideynlərinin dindirildiyini ona demişdilər. Biri isə protokolun onların evində bağladıqlarını danışdı.

-Deməli, arxayınçılıqdır.-deyə Əşrəf öz fikrini bildirdi.

Ətrafındakı uşaqlar onunla razılaşdılar.

 -Daha nə tapşırıq? - deyə Ağ şəhərin uşaqları soruşdu.

-Gözdə qulaqda olun!–deyə Əşrəf əlini qardaşı Eyyubun çiyninə qoydu və qala divarı tərəfə üz tutdular.

Axşam həyətə döndükdə qonşuları Səkinə arvad onları süfrəyə dəvət etdi.

-A bala, vəziyyət necədir? - deyə onun əri Mürsəl kişi soruşdu. O, Əşrəfə daha böyük kişi kimi baxırdı.

-Mürsəl dayı, uşaqlar deyirlər ki, daha  Nataşa xalanın evini güdmürlər. Qapısını isə mismarlayıb möhürləyiblər.

-Demək, daha ora qayıda bilməzlər.

-Mən də elə fikirləşirəm.

-Nə etmək fikrindəsən?

-Basqaldan indi qayıda bilərlər.

-Qoy elə bura qayıtsınlar.

-Burada olmaz. Ancaq bir şey fikirləşməliyik.

-Bəlkə Bayılda onlar üçün ev tapım. Orda it yiyəsini tanımır.

-Qoy gəlsinlər, sonra bir çarə qılarıq..

-Yox, sən ehtiyatını indi görməlisən. İcazə ver, onlar üçün indidən ev tapım!-deyə Mürsəl kişi razılaşmadı.

-Mürsəl dayı, sizin həyat təcrübəniz çoxdur. Məsləhət sizindir.

Mürsəl kişiyin Əşrəfin cavabı çox xoşuna gəldi.

Əşrəf isə sözün həqiqi mənasında özünü kişi hesab etməyə başlamışdı.

Mürsəl kişinin ev axtarmasına. Əşrəf təbii baxırdı. Çünki yuxarı məhəllədə hər həyət bir icmanı xatırladırdı. Birinin dərdi hamının dərdinə çevrilirdi. Həyət əlindən gələni edirdi ki, düşdüyü bəladan şərəflə çıxsın. Hər şeyə əl atmağa hazır olurdular.

-Mürsəl dayı, bir-ki günə Basqala getmək istəyirəm. Görüm, oradakılar nə deyir?

-Bir balaca gözlə! Qoy anan bir az orada dincəlsin! - deyə  Səkinə xala sözə qarışdı.

-Onda mən Quba meydanına gedərəm. Basqala xəbər göndərərəm.

Quba meydanında hər gün Şamaxı və Basqal tərəfə gedən olurdu. Əşrəf dayısına məktub göndərməyi nəzərə aldı. Basqala gedən olmasa Şamaxıya gedənlə göndərər. Mir Hüseynin oğlu Mir Əhmədi Şamaxıda Kim tanımırdı. Komsomolun başında dururdu.

 

BASQAL

On günə beləcə keçdi. Avqust ayı ortaları Basqalda mer-meyvə dəyməyə başlayır. Uşaqların bayramı idi. Valideynləri onları meşə və bağlara göndərirdilər ki, giləmeyvə yığıb gətirsinlər.

Həyətlərin  ortasına qoyulmuş stolun üstündə evin qadınları alça və lavaşana qurudurdular. Həyətə girdikdə adamın burnuna mürəbbə iyi dəyirdi.

Basqal əsrlərdən bəri yaşadığı həyatla yaşayırdı.

Cəfərli həyətində də gəlinlər uşaqların meşə və bağlardan yığdığı meyvələrdən qış tədarükü görürdülər.

Gəlinlər Nataşanı elə dövrəyə almışdılar ki, heç Bikədə  ona yaxınlaşa bilmirdi.

Rus qızı bu meyvələrdə cürbəcür taamlar və piroqlar bişirməyi bildiyindən bütün günü gəlinlərlə ocaq başında idi.

Uşaqların isə kefiydi. İndiyə qədər görmədikləri və yemədikləri şeyləri piroqları və cürbəcür şirniyatın dadına baxırdılar.

-A qızlar, nə baxırsınız. Öyrənin və siz də hazırlayın! - deyə Ziba xanım gəlinlərinə göstəriş verirdi. Özü isə Seyid Bikəni yanına çağırırdı

-Ay qız, bir bəri gəl!

-Bəli, ana!- deyə Ziba xanımla üzbəüz oturdu.

-Allah Nataşanın balasını saxlasın. O, gələni həyətdəki dəyişikləri görürsən də. Bu qız od parçasıdır.

-Elədir, ana!

Ziba xanım əlini uzadıb rəftdən balaca kisəcik götürdü. Kisəcik muncuqla və qızıl sapla bəzədilmişdi. Qədim zamanlarda buna pul kisəsi deyirdilər.

-Al, qızım!  Qayınların verib ki, Nataşa üçün Bakıda ev alasan.- deyə pul kisəsini  ona uzatdı.

-Lazım deyil! Fazilə yazmışam, göndərəcək.

-O, göndərənə qədər çox çəkər!-deyə Ziba xanım bu haqda söhbətin bitdiyini səsini qaldırmaqla bildirdi. Seyid Bikə məcbur olub, pulu götürdü

Seyid Bikə susaraq qaynanasının nə deyəcəyini gözləyirdi.

-Seyid qızı, ərinə yaz ki, anan sənin üçün yaman darıxıb. Elə eləməsin ki, ölüm onu görməyim.

-Nə danışırsan, ana? Bu nə fikirdir başınıza salırsınız?

-Yox, qızım, yaş özünü göstərir. Daha yorulmuşam. İstəyirəm onun qucağında ölüm.

-Bakıya çatan kimi ona məktub yazaram və sözlərini  çatdıraram.

. ***

Axşam çarvadar yenə məktub gətirdi. Məktub Əşrəfdən idi. O, yazırdı: «Bakıda sakitlikdir. Nataşa xalanı axtaran yoxdur. Ancaq evlərini mıxlayıb möhürləyiblər. Mürsəl dayı deyir ki, daha ora qayıtmaq olmaz. Onlar üçün Bayılda ev axtarır. Tapsa yaxşı olar.

Dədədən məktub almışam. Yazır ki, hər şey qaydasındadır. Hamıya salam-dua göndərir.»

  Bütün ailə ilə birlikdə yığışıb məktubu oxudular. Seyid Bikə özünə gəldi.

-Nə deyirsən, Nataşka?-deyə soruşdu. 

-Mürsəl kişi haqlıdır. Gərək Volodyanı qoruyum.- deyə qımıldadı.

-Buradan qayıdıb bir ara bizim həyətdə qala bilərsən.

-Heç vaxt, mənim səninlə rəfiqə olduğumu öyrənə bilərlər. NKVD-e sizin evi altüst edər.

-Bəs onla nə edək?

-Qoy Mürsəl kişi Bayılda ev tapsın. Orada it yiyəsini tanımır. Bir təhər dözərik.

-Nə deyirəm. Sabah Bakıya xəbər göndərərəm!-deyə Seyid Bikə  rəfiqəsi ilə razılaşdı.

***

Üç gündən sonra günorta çağı həyət girən yeniyetmə Seyid Bikəyə bir kağız uzatdı. O, diqqətlə kağızı oxudu. Birdən başı gicəlləndi. Şapıltı ilə yerə dəydi. Yaxşı ki, həyətin ortasında idi. Yerə döşənmiş çay daşlarının üstünə düşmədi.

-Qızlar!-deyə onun köməyini qaçan Nataşa ətrafdakıları harayladı.

Nataşa rəfiqəsinin başını dizi üstə qoyub bir əli ilə üzünü şillələyirdi.

-Bikə, Bikə. Sənə nə oldu?

Səs-küyə Ziba xanım gəldi:

-Ay Sima, tez ol, gilab gətir.

Ziba xanım gulabpuşu Bikənin burnuna yaxınlaşdırdı. Qızıl gülün ətri həyətə yayıldı.

Bir-neçə saniyə beləcə ötdü. Seyid Bikənin yorğun iri gözləri açıldı.

Nataşa onun alnını ovxaladı:

-Sənə nə oldu?

Seyid Bikədən səs çıxmadı.

-A qızlar, köməkləşin onu dəstərxana qoyun!-deyə Ziba xanım gəlinlərinə göstəriş verdi. Özü isə yerə düşmüş kağızı qaldırdı.

Kağız Mir Əhməddən idi. Qardaşı Bikəyə yazırdı: «Dünən Çuxur-Yurdda Seyid Rzanı həyat yoldaşı ilə birlikdə həbs edib Bakıya apardılar. Onu Özbəkstanda vətən xaini elan ediblər…»

«Bu ağıla gələsi iş deyildi. Tanınmış siyasi və ictimayi xadimi, təmiz bir insanı həbs etmək. Nə baş verir? Deyəsən, aləm qarışır. Götürək, elə Nataşanın əri Andreyi. Sakit bir adamdır. Dəmir-dümürdən başqa heç nə bilmir. Onu niyə tutublar?»-deyə  düşünən Ziba xanımın elə bil başından od çıxdı: « Allah Fazilimi qoru! O, da başı bəlalıdır.»

Ziba xanımın da halı dəyişdi. Onu da gəlinin yanına uzatdılar.

Axşama qədər hər ikisi dəstərxandan tərpənmədi. Mənəvi gərginlik onları elə yormuşdu ki, hər ikisinin yorğunlaqdan gözləri yumulurdu.

Seyid Bikə birinci ayıldı. Nə baş verdiyi yadına düşdükcə hönkür-hönkür ağlamağa başladı.

-Seyid Rza, qardaş! Mənim atam. Mənim ümid yerim. Mənim iki gözüm.-deyə iki dizinə vururdu.

Gəlinlər onu sakitləşməyə çalışdılar. Ancaq bir şey alınmadı. Nataşa onun iki əlini tutdu:

-Ay qız sakit! Qaynananı yuxudan oyadarsan.

Bu sözlərdən sonra Seyid Bikə özünü yığışdırdı. Özünü ələ aldı, dəstərxandan qalxdı və həyətin aşağısına endi.

Ziba xanı elə yorulmuşdu ki, gəlinin harayı onu şirin yuxudan oyatmadı.

-Bikə!-deyə Nataşa da özünü onun yanına verdi. Divarın dibində onu qucaqladı. O, da hönkür-hönkür ağlamağa başladı. Çünki hər ikisinin dərdi bir idi. Biri ərini, biri isə qardaşını itirmişdi.

 

BAKI

  

Axşam sərini olduğundan qonşular qapının ağzında qoyulmuş oturacaqda əyləşib Şubanı dağlarının gətirdiyi abı-havadan həzz alırdılar.

Qarşılarındakı çəmənlikdə ot dizə qədər qalxmışdı. Yayın istisi get-gedə öz təsirini göstərirdi: susuzluqdan otlar saralmağa başlamışdı. Bununla belə təbiətin göz oxşayan yaşılla-sarının qarışığından yaranan xalı daha da cazibədar görünürdü.

Məhəlləyə gələn yolda fayton görünməyə başladı. Mürsəl kişi ayağa qalxdı və kimlərin gəldiyini gözləri ilə görmək istədi.

Fayton gəlib düz onun qabağında dayandı. Seyid Bikə,  Nataşa və uşaqlar düşməyə başladı.  

Mürsəl kişi gələnləri görüb ayağa qalxdı. Faytondan Naşagilin şey-şuylərini düşürtməyə qoymadı:

-Gəlin, bir başa sizə gedək! - deyə Mürsəl kişi aşağı düşmüş Nataşaya təklif etdi.

Nataşa Seyid Bikənin üzünə baxdı.

-Elə lazımdır! –deyə  rəfiqəsinə bildirdi sonra üzünü Mürsəl kişiyə tutdu:- Mən də sizinlə gedirəm.

-Məsləhət deyil! Sən burada lazımsan.

-Onda qoy Əşrəf sizinlə getsin!

-Onsuz da o, getməlidir.

-Allah əmanətində!-deyə Seyid Bikə isə qonşularla həyətə keçdilər.

Fayton Çəmbərəkənd qəbirstanlığının[27] arxasıla keçib yuxarı tərəfdən Bayıla girdi.

-Mənim dostum var, Miralı, onun həyətində iki otaqlı evi kirəyə tutmuşam.-deyə üzünü Nataşaya tutdu.

-Mən gərək işləyim.

-Elə fikrin varsa, bir şey fikirləşərəm. Mənə bir-ki gün vaxt ver.

Miralının həyəti  Nataşanın xoşuna gəldi. Basqaldan gətirdikləri əşyaları içəri daşıdılar.

Mürsəl kişi otağın qapısını açdı və açarı Nataşaya uzatdı. O,  içəri girəndə gözlərinə inanmadı. Otaqda hər şey vardı. Evin ortasında «maşinka», rəftlərə yığılmış qabqacaq. İkinci otaqda iki kravat, üstü yorğan-döşəklə.

-Bizim arvadlar gətiriblər! - deyə Mürsəl kişi güldü.

-Mürsəl dayı, çox sağ olun!

Həyətinizdə iki rus ailəsi yaşayır. Onlara demişəm ki, sən Şamaxı malağanlarındansan. Ərin ölüb Bakıya gəlmisən. Çalış azərbaycanca danış. Onların bir şey ağlına gəlməsin.

-Çalışaram. Bəs Vova?

-Məktəbə də burada gedər. Şamaxıdan bir spravka düzəldib gətirə bilməyəcəyik? - deyə Mürsəl kişi Volodyanın kağızlarının Şamaxıdan gətirəcəyinə söz verdi.

-Mürsəl dayı, gərək özümə iş tapım.

-Qızım onu da fikirləşmişəm. İstəyirsən, sabah səhər, bizim zavoda gəl. 26-ı Bakı komissarı zavoduna. Kadrlar şöbəsində işləməyə savadlı adam axtarırlar. Demişəm, mənim tanışım var, malağan qızıdır. Şamaxılısan. Əri rəhmətə gedib. Bakıya gəlib.

Mürsəl kişi Nataşanın ağladığını gördü.

-Qızım, özünü ələ al! Döz! Balanı böyütməlisən.

Nataşa sakitləşdi. Üzünü uşaqlara tutdu. Rəfdən çayniki götürdü, Əşrəfə uzatdı.

-Sən bura bələdsən! Su gətirin çay qoyaq! Mürsəl dayıya böyürtkan mürəbbəsi ilə çay verəcəyəm.

-Siz çay qoyun, mən Miralını da çağırım. Tanış olun!      

Əşrəf çayniki və vedrəni götürüb həyətə çıxdı. Volodya da ona qoşuldu. Bir-neçə dəqiqə keçmədi ,geri döndülər.

-Töt Nataşa, buranın suyu postayannıdır.

-Nə yaxşı oldu!-deyə çayniki onun əlindən alıb «maşinkanın» üstünə qoydu.

    Gecə çağı Mürsəl kişi ilə Əşrəf piyadə geri dönəndə özlərindən elə razı idilər,  sanki böyük iş görmüşlər.

 

BAKIDA ALMAN MƏHƏLLƏSİ

 

Günorta çağı yuxarı məhəllərin uşaqları arasında haray - əsr düşmüşdü. Kimi əlinə nə keçirdi, götürüb  Alman məhəlləsi[28] tərəfə qaçırdılar.

 Uşaqların əlindəki qalxan, taxtadan qılınc, raqatqa və sapan onları orta əsr döyüşçülərinə oxşadırdı.

Hər tərəfdən «Ura»» səsləri ətrafı bürüyürdü. Uşaqlar dava-dava oyununa başlayırdılar.

Alman məhəlləsinin başında yüzlərlə yeniyetmə və uşaq axışırdı.

Azərbaycanlı məhəllə uşaqların başçıları  çəmənliyə çıxan qayanın üstünə yıxışmağa başlamışdılar.

Yenicə özlərini bura yetirən Əşrəfin dəstəsi başçılarını burada görmədilər.

Dağlıların başçısı Şahverdi Eyyubu yanına çağırdı.

-Eyyub, Əşrəf qədeş hanı?-deyə soruşdu.

-Səhər sübdən evdən çıxandır. Zənnimcə Bayıla gedib. Eşitsəydi, nə olub birinci bura gələrdi.

-Bilirəm.-deyə sonra üzünü ətrafdakılara çevirdi; -Deyin, nə olub?

Həmşəri palanı uşaqlarından biri qabağa çıxdı:

-Qədeş, bu gün səhər Qansın uşaqları bizimkilərdən birini döyüblər.

-Ola bilməz! Aramızda şərt var. Əşrəfin yanında bizə söz vermişdilər ki,  aramızda olan dava –dalaşı sülh yolu ilə həll edəcəyik.

Şahverdi elə bunu demişdi ki, düzənin aşağısından partlayış səsi eşidildi. Bir-birinin ardınca göydən yerə tökülən çınqıl daşları yerə düşüb kimin ayağına, kimin üzünə dəyirdi.

-Yerə yatın! deyə Şahverdi əmr verdi! Almanlar yenə top düzəldib gətiriblər.

Atəş səsi bir-neçə dəfə təkrar olundu. Şahverdi «qalxanları başları üstə tutmaq!» əmri verdi və dəstəsini geri çəkdi.

Onlar qayanın arxasına keçən kimi atəş dayandırıldı.

Bakının yazılmamış məhəllə qanunana görə hər məhəllənin sərhədi vardı.

Başqa məhəllənin sərhədini dəstə ilə icazəsiz keçdikdə o məhəllədə «trevoqa» verərdilər. Bircə anın içində dəstə əmələ gəlirdi və «sərhədi pozmuşların» qabağına çıxırdılar. Yuxarı və aşağı məhəllələrin yeniyetmələri bu qanınlara ürəklə əməl edirdilər.

Şahverdi «atəşin» dayandığı görüb təəcbləndi.

-Bunlar daha niyə atmırlar?

-Sərhədlərindən çıxdıq! - deyə uşaqlardan biri dilləndi.

Şahverdi təkcə özü qayanın başına qalxdı, diqqətlə aşağı baxdı. Aşağıda, ikiyüz-üçyüz metr aralıda, alman səngərlərindən çıxan iki nəfər, birinin  əlində ağ bayraq qaya tərəf gəlirdilər. Bu «Gəlin danışıq!» demək idi.

Şahverdi o saat bunu başa düşdü və özü onlara tərəf getdi.

Gözlərinə inanmadı. Qabaqda Əşrəfin xalası oğlu Məmməd gəlirdi, arxasıyca «nemes» Hans, alman məhələ uşaqlarının başçısı. Məmməd Hansa almanca nəsə dedi. Hans da cavab verdi. Gülüşdülər. Şahverdiyə yaxınlaşıb salamlaşdılar.

-Şahverdi, bilmək istəyirik, bizim sərhədə niyə yığışmısınız?

-Sizin uşaqlar bizimkilərə sataşıblar.

-Bu ola bilməz!-deyə Hans təmiz azərbaycanca cavab verdi.- Axı aramızda kişi sözü var.

-Bəs onda uşaqları kim döyüb?

-«Erməni kəndinin» uşaqları olublar. Beş nəfər balaca bir uşağı döyüblər.

-Bəs siz hara baxırdınız?- deyə Şahverdi aralarında olan danışığa işarı etdi.

 Danışığa görə Alman məhələsinin uşaqları yuxarı məhəllənin uşaqlarına, onlar isə öz növbəsində almanların uşaqlarına dəymirlər. Yeri gələndə kömək də etməlidirlər.

-Şahverdi, düzdür bizim məhəllədə olub, ancaq bizim gözümüzün qabağında olmayıb.

-Məsələ aydındır!-deyə Şahverdi əlini Hansa uzatdı. -Gör indi onların analarını necə yandıracağıq.

Hans Şahverdiylə təpənin üstünə qoyulmuş və bayaqdan onlara daş atan «topa» yaxınlaşdılar.

Alman uşaqları dəmir borunu kəsib, bir tərəfinin dəliliyini tutmuşdular. Qədim toplardakı kimi fitil yeri vardı.

-Nəylə atırsız?-deyə Şahverdi soruşdu.

-Barıtla.

-Barıtı hardan tapırsız?

-Soldatlardan. Yarım litr arağa bütün cəbhəxananı boşaldarlar.-deyə Hans güldü.

Yuxarıdan fit çalırdılar

-Qədeş hələlik! Məni çağırırlar!-deyə Şahverdi Hansla vidalaşdılar.

 

ANAHƏSRƏTİ

Çəməndən gələn sərin hava adamı həyətdə oturmağa qoymurdu.

Dördüncü xrebtovıy küçəsinin sakinləri evlərinin qarşısına çıxıb təbiətin onlara verdiyi neymətdən bəhrənəlirdilər.

Yasamal təpələrinə qədər uzanan yam-yaşıl çəmənlik uşaqların oynam yerinə çevrilmişdi. Hava qaralana qədər çəməndən səs kəsilmirdi.

Bazar axşamı idi. Həyət arvadları ilə Seyid Bikə küçəyə çıxıb Evin qarşısında düzəldilmiş skamyada oturmuşdular.

Həyətin kişiləri işdən qayıtdıqca arvadları onlara qoşulub evlərinə qayıdırdılar.

Axırda Seyib Bikə tək qalmışdı. Amma bu təklik çox çəkmədi. Uzaqdan Voldya ilə Nataşa göründülər.

Volodya Seyid Bikənin üzündən öpdüyükdən sonra soruşdu.

-Bikə bibi, Əşrəf hanı?

-Əşrəfi bilmirəm, bax orada, Eyyub uşaqlarla  futbol oynayır.

Nataşanın gəlişi onun eynini açıdı.

İçəri keçdilər və adətlərinə sadiq qalıb eyvanda oturdular.

-Ay qız, təbərikə dönmüsən!-deyə Seyid Bikə tənə etdi.

-Yaxşı da, incimə. İşdən baş aça bilmirəm?

-Mürsəl kişi, deyir səni «Staxanovçu» ediblər.

-Nə olsun? Mənə məgər bu lazımdır?!-deyə döşünə  taxdığı nişanı göstərdi.

Seyid Bikə birdən gördü ki, rəfiqəsi ağlayır.

-Ay qız, sənə nə oldu?

-Andrey tez-tez yuxuma girir…

-Sakit ol! Özünü ələ al!

-Nə pis taleyimiz var? Axı biz kimə pislik etmişik.

-Nataşa, bu bəla hamımızın başına gəlib. Mənin yerimdə olsan neynəyərsən? İtgin düşmüş atamla qardaşım, güllələnmiş dadaşım…

Seyid Bikə də qəhərləndi. İndi hər iki qadın başını aşağı salıb hönkür-hönkür ağlayırdılar. Göz yaşından stolun üstü islanmışdı. Ətrafda nə baş verdiyindən elə bil xəbərsizdilər.

-Ay qız, bu nə yasdır?-deyə Fazilin səsini  eşitdilər.

-Boce moy, Fazil!-deyə Nataşa yerindən sıçradı.

-A kişi?! Sən haradan çıxdın!-deyə Seyid Bikə ayağa qalxdı.

-Bu nə göz yaşıdır, Nataşka?

-Sevincdən. Səni gördük gözlərimiz yaşardı.

Fazil Nataşanın yalan dediyini bilirdi. Niyə  ağladıqlarını yaxşı anlayırdı. Üz vurmadı.

Fazilin gəlmə xəbər bircə anın içində həyətə yayıldı. Həyətin kişiləri bir-birin ardınca görüşməyə gəlirdilər.

Arvadlar isə kişilərin eyvana yığışdığını görüb  hövuzun qabağında sarı samovara od saldılar. Həyətin adətinə görə hər axşam həyətin ortasında hamı çay içməyə yığışırdı.

-Nataşa, keç evdən süfrə gətir. Mən aşağı düşüb arvadlara kömək edirəm.

Nataşa süfrə ilə aşağı düşdü. Həyətin ortasında taxtadan düzəldilmiş uzunsov stolun üstünə süfrə saldı.

Həyətin arvadları qaynanmış samovarı stola yaxınlaşdırdılar və çay dəmlədilər.

Həyətin bütün kişiləri Fazilə birlikdə eyvandan düşüb stolun arxasına keçdilər.

-Hə, necəsən, a qardaş? Yerin elə görsənirdi.-deyə Mürsəl kişi soruşdu.

-Həlləlik pis deyirəm. İndi Səmərqəndə işləyirəm.

-Orada necədir?

-Tuthatutdur.

-Buralarda da belədir. Bəs  Rusiyada?

-Buradan pisdir. Məni Leninqrada ezamiyyətə göndərmişdilər. Bilirsiniz, uşaqlıq dostlarımın çoxu ordadır. Vasyagildə oldum. Universiteti qurtarıb institutların birində dərs deyir.

-Bəs Andrey? - deyə Mürsəl kişi soruşdu.

Fazil ətrafa boylandı. Nataşanın yaxınlıqda olmadığını görüb sakit səslə dedi:

-Onu vətən xaini elan edib, güllələyiblər.

Stol arxasında oturanlar Fazilin dilxor olduğunu görüb daha sual vermədilər.

Qadınlar istəkanlara çay süzüb stolun üstünə qoydular.

-Xəbər var? Əlifba dəyişənlərin də hamısını tutub güllələdilər.-deyə universitet tələbəsi Səlim sakitiliyi pozdu.

-Sən nə danışırsan?! Onlar niyə? - deyə Fazil təəcüblə soruşdu

-Heç kim bilmir.

-Öləsi qoduqlardı. Min illik kitab mədəniyyətimizin üstündən xətt çəkmişdilər. Bütün türk dünyasını savadsız qoydular.

Bir iyirmi ildən sonra əski əlifba ilə oxuyan bir adam tapılmayacaq. – deyə Mürsəl kişi hirsləndi.

-Mürsəl dayı, mümkünsə «Baharnamə»ni gətir oxuyaq!-deyə Səlim xahiş elədi.

Ay, qız Sürayyə, o kitabı gətir!-deyə Mürsəl kişi  arvadını harayladı. Arvadların həyətin aşağısında başları Nataşaya qarışmışdı. O, arvadlara kompot bişirməyi öyrədirdi.

Sürayyə arvad ərini səsini eşidib, evə keçdi və əlində kitabla çıxdı.

-Bir buna bax! Görün necə nəfis nəşrdir.-deyə Mürsəl kişi kitabı Fazilə uzatdı.

-Qumru çox böyük şairdir. Bunu haradan tapmısan?

-Cuudlar məhləsində. Onlar yığırlar.

-Nələrinə lazımdır!-deyə tələbə Səlim soruşdu.

-Bala, cuudlar elə ağıllı millətdir ki, hər şeyin dəyərini bilirlər.

Fazil kitabı varaqladı. Qızıl su ilə yazılmışdı. Bu kitabı o, hələ uşaqlıqda oxumuşdu. Anası hər dəfə Fazil dərsdən gələndə, bu kitabdan ona bir parça oxumağı xahiş edirdi.

Fazilin yenə anası yadına düşdü. Gözləri qabağında Basqal, oradakı evləri, həyətin ortasındakı tut ağacı canlandı.

-Bu kitabı bütün dünya oxuyur. Ancaq bizdə oxumağa qoymurlar.

-Niyə?

-Çünki Kərbala faciəsindən yazıb. İndiki hökumət dinə qarşıdır. Belə kitabları yığıb yandırırlar. Ancaq illər ötəcək bu kitablar yenidən ortaya çıxacaq. Çünki həqiqi sənət əsəri heç vaxt itmir.-deyə Fazil izahat verdi.

-Belə şeylər olmasaydı Şura Hökuməti gözəl hökumət sayılardı.-deyə Mürsəl kişi fikrini bildirdi. 

-Sən haqlısan, bu hökumətin bəzi yaxşı cəhətləri var, anacaq bəzi əyintilər aləmi qatır.

Bu zaman həyətə uşaqlarla Əşrəf girdi. Atasını süfrə arxasında görüb uşaq tutuldı. Nə edəcəyini bilmədi. Ancaq bu çox çəkmədi, özünü ələ aldı, atası tərəfə yaxınlaşdı:

-Dədə, xoş gəlmisən!-deyə onu salamladı.

Fazil ayağa qalxdı. Əşrəf gəlib atasının əlindən öpdü. O, isə oğlunun alnından.

-Bu uşaqlar nə tez böyüdülər! Bu gün sabah gərək evləndirim.- deyə Meşədi Fazil öz-özünə düşündü.

Sonra Fazil stolun arxasında oturanlardan üzr istədi və eyvana qalxdı. Böyük oğlu onu müşayət etdi.

Stolun arxasında isə Mürsəl kişi «Baharnaməni» bərk səslə oxuyurdu ki, hamı eşitsin.

-Bala, get Həsənbalaya de ki, faytonunu hazırlasın, səhər sübdən hamımız Basqala gedirik.

-Baş üstə dədə!-deyə Əşrəf həyəti tərk etdi. Meşədi Fazil isə kişilərin yanına qayıtdı.

****

Səhər sübdən Əşrəf və uşaqlar dünən gecədən yığdığları çamadan və bağlamaları faytona yüklədilər. Hər şey yerbəyer olduqdan sonra Seyid Bikə ilə Fazil küçəyə çıxdılar. Əşrəf lə Eyyub Həsəndalanın yanıda əyləşdilər, Əlisəttarla Nəriman isə atasıyla anasının yanıda oturdular.

-Yolçu yolda gərək! - deyə Həsənbala yola çıxacaqlarına işarə verdi.

Qapının ağzına vidalaşmağı yığışmış həyətin arvadlarından biri əlindəki camdan yerindən tərpənən faytonun dalınca su atdı. 

Avqust ayının əvvəli idi. Z8-ci ilin bu yayı çox  sərin keçirdi. Bakılıların çoxu bunu görüb bağlardan belə qayıdırdılar. Çünki istidən qaçsalar da, məhəllə üçün darıxırdılar.

Basqala Bakıdan on saatlıq yol idi. Üç saatdan bir faytonu Həyəsənbala sərin bir yerdə dayandırır. Adətən, ağac altı və  yaxud bulaq başı olurdu ki,  sərnişinləri və atları dincəlsinlər.

Həsənbəla atlara su verdikdən sonra onların başına  arpayla dolu çuvalı keçirdirdi ki, yesinlər. Çuval boşaldıqdan sonra atların qabağına çəməndən yığdığı otu tökurdu ki, otlasınlar. Bir saata qədər beləcə ötürdü.

-İndi tərpənə bilərik! – deyə sərnişinlərin yerlərinə keçməsi üçün işarə verirdi.

Həsənbala bu yerlərə beş barmağı kimi bələd olduğundan ən yaxın və rahat yolla atlarını sürürdü.

Axşam üstü Şamaxını keçib «Qurd təpəsinə» çatdılar. Atlar bir az yorulsalarda, Həsənbala dayanmadı.

İndi dərəni aşağı enib, körpü yerindən çayı keçəcəkdilər. Sonra yuxarı qalxmalıydılar.

Həsənbala enişlə çayın qırağına çatdı. Çayda su azalmışdı.

Qorxusuz-hürküsüz çayı keçdilər. Hamı faytondan düşdü. Çayın sahilində əl-üzlərini yudular.

Uşaqlar yoxuş boyu bitən böyürtkan kollardan gilə meyvə dərib yeyə-yeyə dağa qalxırdılar. Fazil onlara baxıb gülümsədi.

-Şəhərdə böyümüşlərdir, harda görüblər?- deyə Seyid Bikə uşaqların hərəkətinə bəraət qazandırdı.

-Atlar dincələnə qədər, gəl biz asta-asta yoxuşu piyadə qalxaq!-deyə Fazil təklif elədi.

-Nə deyirəm ki?

 Fayton yolu ilə dağa qalxmağa başladılar.

Yuxarıdan atları çayda yuyan Həsənbalaya əl elədilər ki, biz özümüz qalxırıq.

Yoxuşu qalxdıqca qarşılarında dərənin füsunkar mənzərəsi açılırdı. Aşağıda çayın dərəni necə yarı böldüyü görünürdü.

Çayda su az idi. İnanmaq olmurdu ki, yaz vaxtı o çoşanda iri-iri saldaşları gətirib Nikalayın qurduğu körpünü yuyub aparmışdı. İndi köpüdən kanar dayaqları qalırdı.

Basqala bu yolu da elə Nikolay dövründə çəkmişdilər. Bura gəlmiş hərbi mühəndislər dırmanındıqları dağın ətəyindəki sal daşlar partlatmış, dağların ətəyini təmizləmiş, nəqliyyat yolu çəkmişdilər.

Bir dəfə də olsun sel onların çəkdiyi yolu yumamış, yan keçmişdi. Əlbəttə ki, təkcə körpüdən başqa. Yol Basqalla Şamaxının arasını çox yaxınlaşdırmışdı.

Bu yol olmayana qədər basqallılar aşağı yolla çox uzun məsafə qət edib, çayı keçirdilər. Sonra Qürd Təpəsinə çatırdılar.

Havanın təmizliyindən, yoxsa bu yoxuşu çıxmaq vərdişindənmi, ər-arvad çox asanlıqla aşrımı keçdilər.

İndi zirvədən Həsənbalanın atları faytona qoşduğunu görürdülər.

Uşaqlar isə aşırıma onlardan qabaq çıxmışdılar. Ağızları və üzləri böyürtkanın şirəsinə bulamışdılar, əlləri isə qapqara idi.

-Əşrəf, uşaqları arxın yanına apar, əl-üzlərini  yuyun. Həsənbala dağı qalxmağa başlayıb.

Atanın sözü basqallılar üçün qanun olduğundan, uşaqlar yolun kanarından axan arxın suyu ilə əl-üzlərini yudular.

-Dədə, bu sudan içmək olarmı?-deyə balaca Nəriman soruşdu.

-Olar, anacaq səbirli ol. Basqalın girəcəyindəki bulaqdan içərsən!

Həsənbalanın atları elə bil aşrımı qalxıb rahatlıq hiss etdilər. Əmrəki dağından gələn sərin hava elə bil onları canlaşdırmışdı. Həsəxan bağından başlayaraq təbiətin hündür meşə ağaclardan yaratdı çətirin altına girdilər. Yol elə sərin idi ki, elə bil başqa dünyaya düşmüşdülər. At nallarının çıxartdığı səsdən başa düşmək olurdu ki, heyvanlar sanki qaça-qaça dincəlirlər.

Atlar ağacların altından ötüb açıqlığa çıxdılar. Dağın ətəyində salınmış Basqal möhtəşəmliyi ilə onların qarşısına çıxdı.

***

Kim uzun ayrılıqdan sonra oğulla ananın görüşməyin görməyibsə, o, ayrılığın həqiqi mənada nə olduğunu bilmir.

Ziba xatun həyətin ortasında oturub gəlin və oğulları ilə çay içirdi. Qapının necə açıldığın və Fazilin necə həyətə girdiyini görməyən ana, arxadan onun gözlərini iki əli ilə bağlamış adamın ancaq Fazil olduğunu hiss etdisə, ancaq inanmaq istəmədi.

-Qurtar, Əbülfəz zarafatın yeri deyil!-deyə Ziba xanım evə hələ bazardan qayıtmamış oğlunu nəzərdə tutdu.

-Yanılırsan ana?-deyə Seyid Bikə güldü.

-Ay qız, sən də buradasan? - deyə Ziba xanım gəlinin səsini tanıdı:-Yaxşı, Fazil…

-Özüdür ki, var. Muştuluq mənə düşür!-deyə Fazilin qardaşı oğlu Sadıq sirri açdı. Ancaq hamı peşman oldu. Ziba xanımın ürəyi getmişdi.

Qızlar tez gülabpuşu gətirdilər. Anasının başını dizi üstə qoyub, alnını ovxalayırdı.

Asta-asta özünə gələn Ziba xanım oğlunun boynunu qucaqlayıb ayağa qalxdı.

-Ölmədim, bu günü gördüm. Fazil evimə qayıtmışdır.

-Ay ana, bu nə sözdür! - deyə Fazil onu sakitləşdirdi:  -Sən hələ nəvə toyu görəcəksən.

-Yox bala! Mənim günlərim daha sayılıb. Allah sonuncu arzumu da yerinə yetirdi. Sənin qucağında öləcəyəm.

Gecə çağı hamı dağılışdıqdan sonra Ziba xanım Fazili yanına çağırdı. Eyvanda qoyulmuş taxta oturdular.

-Səni ona görə çağırmışam ki, deyim; bu gündən ailəmin başçısı sənsən. Hamını yola verməlisən. Atandan qalan payı bölüşdürməlisən. Qoy daha özləri özlərinə yar olsunlar. Al, bu sandığın açarlarıdır. Dədəndən nə qalıbsa, hamısı oradadır. Sən daha hər şeyi idarə etməlisən! - deyə oğlunun alnında öpdü. Eyvandan otağına keçdi.

Səhərə yaxın Fazili Seyid Bikə yuxudan durquzdu:

-Ananın vəziyyəti ağırdır!

Fazil cəld geyinib anası olan otağa keçdi. Ziba xatun əli ilə onu yanına çağırdı. Baş tərəfdən çarpayının qırağına otuzdurdu, başını qaldırıb onun dizi üstə qoydular.

Fazil anasının ağ saçlarını sığallayırdı. Birinci dəfə idi ki, gözləri yaşarırdı. Qoca anasın gözləri yumulmuş əbdi yuxuya getmişdi.

 

ƏŞRƏFRAZİYYƏ

Yuxarı məhəllələrin yazılmamış qanunlarından birinə görə gəlin və qıza baxmaq və yaxud küçədə onu saxlayıb söhbət etmək biqeyrətlik sayılırdı.

 Tində yığışmış cavanları və kişilərin qarşısından qadın xaylağı keçirdisə, onlar başlarını aşağı salır sanki qarşılarından keçəni görmürdlülər.

Məhəllə qızının namusu-qeyrəti hamının namusu sayılırdı. Bakılılar heç vaxt qıza söz atmazdılar.

Aydındır ki, hər məhəllədə bir-birini  istəyən qız və oğlan tapılırdı. Ancaq onlar elə görüşürdülər ki, heç kim bilməsin. Məhəllə qızı ilə xəlbəti görüşmək, məhəlləyə sataşmaq demək idi. Bunun üstü açılsaydı, o, cavanlar məhəllədə qala bilməzdilər.

Əşrəflə Raziyyə bunu çox yaxşı bilirdilər, odur ki, ancaq Ağ şəhərdə gəzişə bilirdilər.

Məktəblərdə otuz səkkizinci dərs ili yenicə başlamışdı. Sentyabr ayının əvvəlinin gətirdiyi sərin küləklər Bakının boğunanaq havasını təmizdəmişdi. Daha şəhərin mərkəzinə və yuxarı məhəllələrə Qara şəhərin kəsgin iyli havası çatmırdı. Şubanı dağlarından gələn təmiş hava yuxarı məhəllələrdən keçib mərkəzə yayılırdı.

 Əşrəf Raziyə ilə İmam Hüseyn məscidi yaxınlığında yerləşən «Mahmudbəyin məktəbində» oxuyurdular. O, səkkizinci, Raziyə isə yeddini sinifdə. Məktəbdə qızlarla oğlanlar birlikdə oxusalar da, sinifləri ayrı idi: qızlar sinifi, oğlanlar sinifi. Qızlarla oğlanlar ancaq tənəfusdə bir-birinin üzünü görürdülər.

Burada «Ağ şəhərin» uşaqları oxuduğundan, onlar yuxarı məhəllənin uşaqlarından fərqli olaraq, qızlara yanaşır, zarafatlaşır və qırağa çəkib söhbət də edirdilər.

Bu məktəbə düşən yuxarı məhəllənin uşaqları da özlərini onlar kimi aparmağa vərdiş edirdilər. Çünki burada qızlarla oğlanların bir-birinə münasibəti yuxarı məhəllərdən fərqlənirdi.

Burada heç vaxt kanara çəkilmiş oğlanla qıza pis baxmırdılar. Heç kim heç kimin sözünü danışmırdı. Elə bil bura başqa aləmdir.

Birinci zəng yenicə vurulmuşdu. Raziyə sinifdən çıxıb ikinci mərtbənin pəncərəsindən aşağı baxırdı. Əşrəf gözə dəymirdi. Deyəsən, dərsə  gəlməmişdi.

Raziyə narahatçılıq keçirdi. Hər dəfə üçüncü dərsdən sonra Əşrəf koridorda görünərdi.

Səhər də durduğu yerdən həyətə baxmışdı, ancaq Əşrəfin dərsə gəldiyini görməmişdi.

Ağlına gələn ilk fikir bu oldu ki, nəsə baş verib. Çünki Əşrəf heç vaxt dərs buraxmırdı.

Qızın bu fikrə düşməsində həqiqət vardı. Çünki dünən dərsdən qaçıb «Ağ şəhərdə» Əşrəflə gəzərkən bibisi oğlu Sarıya rast gəlmişdilər.

Sarı yuxarı məhəllə  uşaqları arasında adla idi. Yeniyetmələr onun bir sözünü iki etmirdilər.Qabağından yeyən deyildi. 

Keçən il həmşəriləri göçürərkən gəmidən dənizə tullanıb qaçmışdı. İndi İçəri şəhərdə yaşayırdı.

Dayısı qızına Ağ şəhərdə oğlanla rast gələn Sarı özünü tanımamazlığa vurdu. Çünki Əşrəfi çox yaxşı tanıyırdı. Bir vaxt bir məhəllədə yaşamışdılar.

Yanında İçəri şəhərin uşaqları olmasaydı, onların qabağın kəsərdi.

İçəri şəhərin uşaqları Raziyəni tanımadıqlarından Sarı heç nə etmədi. Arxasını qarşısından keçən gənclərə çeviridi ki, görmür. Əslində isə, hirsindən partlayırdı.

-Səni biyabır olasan, ay qız!-deyə öz-özünə deyindi. Bu onu bir az sakitləşdirdi, ancaq Sarı özündə deyildi. Az qalmışdı ki, cibindəki bıçağı çıxarıb hər ikisinin qanını töksün.

Dayısı qızına görə dava salmaqla o, özünün ailəsini ləkələyirdi. Hər şeyi təkbətək həll etmək qərarına gəldi.

Səhər çağı Əşrəfin Dağlı məhəlləsi ilə məktəbə gələcəyini hesabladı və saat səkkizin yarsında «qırx pilləkanın» sol böründən «Mahmudbəy» məktəbinə gedən küçənin tinində durub onu gözləməyə başladı.

İyirmi dəqiqə beləcə ötdü. Uzaqdan axtardığı adamın yaxınlaşdığını görüb, ona tərəf getdi. Cibindən bıçağını çıxarıb ona hücum etdi.

Əşrəf onun birinci zərbəsindən qaçdı. Onun arxasına keçdi. Təpiyi ilə kürəyindən bir zərbə vurdu. Sarı şapıltı ilə yerə dəydi. Yerə düşən bıçağı götürüb onun boğazına dirədi.

-Mən sənin dayın qızını sevirəm, o, da məni sevir. Atam gələn kimi elçi göndərəcəyəm.-deyə onun üstündən durdu və əlini ona uzatdı.

Sarı ayağa qalxıb üst-başını çırpdı.

-Al!-deyə Əşrəf bıçağı ona uzatdı.-Əgər yalan deyirəmsə, vur!

Sarı Əşrəfdən belə comərdlik gözləmirdi. Bıçağı alıb cibinə qoydu.

-Bilirsən, Əşrəf, əgər belədirsə, mən razı. Ancaq adımız var, şanımız var. Qızla gəzdi, yoxdur.

-Sənə söz verirəm. Ancaq nişanlandıqdan sonra. Mən özüm də məhəllədə biabır olaram.

Onlar qucaqlaşıb ayrıldılar. Əşrəf isə məktəbə qayıtmadı.

Qırx piləkanın başında söykənəcəyə arxalanıb şəhəri seyr etdi, bundan sonra özünü necə aparacağını düşündü.

 İkinci dərsə beş dəqiqə qalırdı. Əşrəf saatına baxıb məktəbə tərəf götürüldü.

  

DADAŞXAN

Heç kim sabah nə olacağını bilmir. Düşünür ki, hər şey dünənki ahəngidə davam edəcək. Səhər yuxudan duracaq, əl-üzünü yuyacaq, başqaları kimi işə tələsəcək. Ancaq birdən görürsən ki, bu ahəng pozuldu. Hər şey alt-üst oldu.

Dadaş xan əvvəlki kimi işə hamıdan tez gəlmişdi. Adəti bu idi. İnsan ki, nəyisə adətə çevirdi, tərgizməsi qeyri-mümkündür. Ciddi rəhbər olsa da, heç vaxt ondan sonra gələnlərə və yaxud gecikənlərə bir söz demirdi. Çünki bilirdi ki, bu səbəbsiz deyildi. İşçiləri də sanki ondan nümunə götürürdülər, ona baxıb, tez gəlirdilər.

Adi günlərin biri olduğundan Dadaş xanın stolunun üstünə yığışmış kağız-kuğuzlara baxmağa şərait yaranmışdı.

Ancaq qarşısındakı telefonun zangi onu bu işdən ayırdı. Onu MK-ya çağırırdılar.

-İndi görəsən, nə olub?-deyə öz-özünə soruşdu. Bilirdi ki, səbəbsiz ora heç kimi çağırmırlar.

Saat onun yarsında «Birincinin[29]» kabinetinə daxil oldu. Köməkçi onu yaxşı tanıdığından ayağa qalxdı və salamladı:

-Sizi gözləyir.

Birincinin qapısını açıb içəri girdi. Salam verdi. Cavab alsada, hiss etdi ki, Mir Cəfərin üzü  gülmür.

-Əyləş!-deyə Mir Cəfər sakit səslə oturmağa dəvət etdi. Sonra qarşısındakı stolun siyirməsini özünə tərəf çəkdi və kağızların içində, nəyisə axtarmağa başladı.

Beləcə bir-az çəkdi. Axtardığını tapıb stolunun üstünə qoydu.

-Dadaş, sənin böyük qızın haradadır?

-Ağa, İrandadır.

-İranda nə edir?

-Qardaşım Hacı Kamalın oğluna ərə vermişəm.

-Bunu mənə niyə deməmisən?

-Ağa, bu nə böyük işdir ki, buna görə sizi dövlət işdən ayırıb narahat edim...

-Sən narahat etmirsən, başqaları edir!-deyə qarşısındakı məktubları  əlilə qaldırıb yenidən yerə qoydu:- Yazırlar ki, NKVD-e işçisi qızını İrana, xan oğluna ərə verib. Bizə yazsalar, dərd yarıdır. Düz Moskvaya qədər.  Sənin məsələni büroya çıxarıblar. Saat 10-də baxacaqlar. Poymi, başqa yolum yoxdur.-deyə Mir Cəfər iki əlilə başını tutdu.

-Ağa, mən neynəyim?

-Heç nə! Saat 10-da akt zalında ol!

***

İclasın başlamasına iyirmi dəqiqə qalırdı. Mir Cəfəri dilxor görməsi və soyuq münasibəti ürəyindən deyildi. Vəziyyətin ağırlığını da hiss edirdi. Heç nədən adamı aradan götürürdülər. Düşünməkdən başı ağrıyırdı.

MK-nın həyətinə düşdü ki, başı ayılsın. Dənizdən əsən payız güləyi ağacların yuxarı hissəsində saralmış yarpaqlarını silkələyib yerə salırdı.

«Ağaclar yarpaqlarını yuxarıdan tökəndə qış çox sərt keçir.»-deyə yadına nədənsə qış düşdü. Nə baş verəcəyini düşünmək istədi, bacarmadı

Kabinetdən çıxanda köməkçinin üzündəki təbəssüm yadına düşdü. Bu onu bir balaca ruhlandırdı. Bağırovun  ona münasibəti bu təbəssümdən bəlli olurdu.

Bir balaca özünə gəldi. İclasda nə olacağını gözünün önünə gətirdi. Bilirdi ki, iclasında sorğu-sualar olacaq. Ancaq nə sorğu-nə sual? –ağlına belə gəlmirdi.

İclasın başlamağına iki dəqiqə qalırdı. MK-ya qayıtdı.

Akt zalına MK-nın və rayonların məsul işçiləri, nazirlər, zavod və fabrik direktorları və neft mədənlərinin rəisləri yığışırdı.

Düz saat  10-da Akt zalına Mir Cəfər Bağırov və  MK büro üzvləri daxil oldular.

Mir Cəfər hər ayın axırında «proizvodstvennoe soveşanie» çağırırdı və burada Azərbaycan iqtisadiyyatı ilə bağlı cari məsələləri operativ şəkildə həll edirdi. Odur ki, iqtisadiyyat qüsursuz və effektlə işləyirdi. Bu insanın başını qaşımağa vaxtı belə yox idi.

Dadaş xan belə «soveşaniya» çağrıldığını görüb öz-özünü sakitləşdirdi.

İclasda 15 dəqiqə  Mir Cəfər çıxış etdi. Səsini belə ucaltmadan fikrini ifadə etdi. Düzdür yarı rus, yarı azərbaycanca danışdı. Ancaq dedikləri hamıya aydın idi.

Dadaş xan hərdən ətrafa boylanıb Mir Cəfərin adlarını  çəkdiyi rəhbər işçilər tərəfə baxırdı. Nə  hala düşdüklərini görüb, düşünürdü: görəsən onu da bu hala salacaqlar.

Cari məsələlərə keçdilər. Yenə də Mir Cəfər özü söz istədi.

-Yoldaşlar, uzun müddətdir ki, MK-ya NKVD-e işçisi Dadaş Dadaşovla bağlı məktublar daxil olurdu. Məktublarda qızının xariciyə ərə verməsindən yazırlar. Odur ki, bu məsələni iclasa çıxartmışam.

Mən, yoldaş Dadaş Dadaşovu şəxsən tanıyıram,  sinanmış kommunistdir. Ailəsinə bələdəm. Sovet dövləti üçün  layiqli balalar tərbiyyə edir. Ancaq bunu niyə edib, anlamıram. Qoy özü izah etsin.

 Dadaş xan adını eşidib ayağa qalxdı. Nə deyəcəyini bilmədiyindən susdu.

-Niyə bu haqda bizə xəbər verməmiziniz?-deyə Mir Cəfər bir də soruşdu.

-Yoldaş Bağırov, axı nə deyə bilərəm? Belə məsələləri bu cür yüksək məclislərdə müzakirə etmirlər.

-Deməli, lazımdır ki, edirlər.-deyə Mir Cəfər səsini qaldırdı.

Dadaş xan bu sözdən sonra susdu. Başını aşağı salıb dinmədi.

Vəziyyətin belə dəyişdiyini görən Mir Cəfər özü danışmağa başladı:

-Mən yoldaş Dadaşovun susmasının səbəbini anlayıram. Kommunistdə olsaq, azərbaycanlı mentalitetnə xas olan adət-ənənələri saxlayırıq. Bilirsiz də, ata qızı haqqında heç vaxt danışmaz!-deyə Bağırov zalda oturan qeyri azərbaycanlılara üzünü tutdu:

 -Bu iclasdan qabaq yoldaş Dadaşovu yanıma çağırmışdım. Ətraflı söhbət etmişik. İranlıları Bakıdan köçürəndə qızı öz istəklisinə qoşulub İrana gedib. Sovet qızının xariciyə ərə getməsi, əlbəttə ki, xoşagəlməz haldır. Ancaq burada «osobıy sluçaydır». Qızımızın orada olması məqsədə uyğundur. Sovet qızı harada olursa, olsun, sovet qızı olaraq qalır.

Yoldaş Dadaşov isə səmimiyyətsizlik edib. Odur ki, vaxtınızı almaq istəmirəm. Təklifim budur: ona partiya töhməti verilsin və NKVD-də tutduğu vəzifədən azad edilsin. Kim bu təklifin tərəfdarıdır, əlini qaldırsın.

Zaldakıların hamısı əlini qaldırdı.

-Yekdilliklə! Ancaq bu o demək deyildir ki, biz kommunist Dadaşovu kommunizm quruculuğundan kanarda saxlayacağıq. - deyə Mir Cəfər yekunlaşdırdı.  

Dadaş xan MK-dan bayıra çıxanda, ağlına gələn ilk fikir bu oldu ki, sağ-salamatdır. Bayıl türməsi yolunu gözləmir.

İş yerinə qayıtmadı. Düz evə döndü. Onun işsizliyi belə başladı.

 

MOSKVAKOMİSSİYASI

Toxuculuq fabrikasıının məsuldarlığı artıqca, sanaye sahələri güngündən genişlənirdi.  Əldə olunan gəlirə İvanovadan yeni dəzgəhlər gətirilir və quraşdırılırdı.

Viktor Xolmoqorovla isə beş il bundan qabaq qurduqları dostluq əlaqələri hələ də davam edirdi.

Onun zavodu Səmərqənd fabrikasını  rəsmən himayəyə götürmüş,  yeni dəzgahlarını ilk növbətə burada sınaqdan çıxarırdı. Nəticədə  fabrika böyüyür, məhsuldarlığı artırdı.

Viktor Sergeyeviçdən bu qabacıl təşəbbüsü partiya və hökumət tərəfindən qiymətləndirilmiş, ona geniş səlahiyyətlər vermişdilər.

  Namiq əkə Viktor Sergeyeviçdən teleqramma almışdı. Daha doğrusu, teleqramma Fazilə gəlmişdi. Bir binada yaşadığından, o, almışdı.

Teleqramda yazılmışdı: «…İki həftədən sonra dövlət komisiyasının ilə birlikdə sizə gəlirik. Hazır olun!» 

Dostu Basqala getmişdi. Nə Bakıya, nə də Gəncəyə: Basqala. Axı haradadır bu Basqal?

 

Namiq əkə nə edəciyini bilmirdi. Fazilin olmaması gözə dəyirdi.

O, vaxt itirmədi, fabrikanın direktorunun yanına getdi.

Direktor Salman Alimcanovun rəngi-rufu qaçdı. Yazığı iki ay bundan qabaq təyin etmişdilər, başını qaşımağa belə macal tapmamışdı, buyurun yoxlama.

Xaraktercə qorxaq olan Salman əkənin əli titrəməyə başladı. Dili də topuq vururdu.

-Hanı, Fazil əkə?-deyə güclə soruşdu.

-Basqalda. Anası xəstə olduğundan ora gedib!-deyə Namiq əkə başa saldı.

-Sən bilən o, tez qayıdar.

-İnanmıram.

-Eləsə teleqramma vur, tez gəlsin.

***

Basqala Namiq əkənin teleqrammı çatanda, Fazil anasının «yeddisini» verirdi.

Məclis dağıldıqdan sonra teleqrammanı oxudu.

-Bikə, mən getməliyəm. Viktor Xolmoqorov  teleqrammanı boş-boşunə göndərməyib.-deyə  qərarını bildirdi.

Səhər sübdən Basqaldan yola çıxdı.

Beş gündən sonra Namiq əkə işdən evə dönərkən Fazilin qaldığı iki mərbəli binanın birinci mərtəbəsində işıq yandığını gördü.

-Ola bizməz ki, Fazil qayıtsın?! Bəs onda işığı niyə yanır?- deyə düşündü. Ürəyinə min fikir gəldi. Qorxunun nə olduğunu bilməyən Namiq əkə tez özünü Fazilin evinin qapısına yetirdi, qapını itələyib içəri girdi.

Fazil stolun arxasında oturub dəftərxana kitablarına baxırdı.

-Haçan qayıtmısan?-deyə təəcüblə soruşdu.

-Elə bu gün.

-Üzündəki saqqal nədir?

-Anam rəhmətə gedib. Torpağa tapşırmışam. Adətimizə görə qırx gün gərək saqqal saxlayım.

-Bizdə də adət belədir. Allah rəhmət eləsin7.

-Sənin valideynlərinə də.

-Teleqramımı aldın?

-Elə olmasaydı, burada nə gəzirdim.

-Nə fikirləşirsən: Vitya niyə teleqramm göndərib?

-Ciddi yoxlama olmalıdır.

-Niyə? Axı biz birinciyik.

-Elə ona görə. Birincilərə birinci zərbə dəyir. Elə bilirsən, bizi gözü götürənlər çoxdur?

-Anlayıram.

-Odur ki, sabahdan çatışmayan nə varsa, qaydasına salmalıyıq. Salman əkədənsə fayda gözləmə. İşimizdən başı çıxmır. Savadı da yoxdur. Belə ki, əsas zərbə bizim üstümüzə düşəcək.

-Fəhlələrdən bizə təhlükə ola bilər mi?

-Namiq, inanmıram. Bizim fəhlələrin başqalarından fərqi onların yaxşı maaş almalarıdır. Bax, elə ona görədir ki, bizi başqa zavod və fabrikaların direktorları sevmirlər.

-Paxıllıq!

-Yox, elə deyil. Bacarıqsızlıq.

***

Moskva komisyasının gəlməsi xəbəri səhər bütün fabrikaya yayıldı.

Viktor Xolmoqorov başda olmaqla SSRİ yüngül sanaye nazirliyinin ekspertləri də gəlmişdilər. Mərkəzi Komitədən də onlara qoşulanlar vardı.

Direktorun otağına fabrikanın yuxarı personalları: direktor müavinləri və sex rəisləri yığmışdılar.

-Yoldaşlar, bilirsiniz ki, sizin müəssisə Yüngül sanaye nazirliyinin həmişə nəzarətindədir. Partiyanın qoyduğu planları isə 150-160% yerinə yetirirsiniz. Məhsuldarlığınız da günbəgün artır.

 Partiya və hökumətiniz Səmərqənd toxuculuq fabrikasının fəhlələrinin əməyinə böyük qiymət vermək istəyir. Komissiyanın bura gəlməsinin səbəbi də elə budur.- deyə Mərkəzi komitənin məsul işçisi hər şeyi anlatdı.

Üç gün komissiya dayanmadan işlədi, hətta gecələri də fabrikada keçirirdilər. Viktor Xolmoqorova yaxınlaşmaq belə mümkün deyildi. Fazil və Namiqlə isə münasibət çox rəsmi və ciddi idi. Uzaqdan baxanın ağılına belə gəlməzdi ki, onlar arasında möhkəm dostluq var.

Fabrikanın hər sahəsini yoxlayırdılar: maliyyədən tutmuş, hazır mallara qədər, xammalın alınması və emalına qədər, fəhlələrin maaşları, istirahəti və səhiyyəsinə qədər, kommunistlarin sayının artmasından tutmuş burada aparlan reformalara qədər…

Dördüncü gün səhər komissiyanın üzvləri direktorun kabinetinə yığışdılar, direktoru da bayıra çıxartmışdılar.

Rəhbərlik Fazilin kabinetinə yığışmışdı.

-Fazil, sən bilən, nə ilə qurtarar?-deyə Salman Alimcanovun soruşdu.

-Nə ola bilər ki, kor-kor, gör-gör.

-Yaman narahatam. Nə olmuşdu ki, bunlar bura gəldilər.-deyə direktor bir də soruşdu.

-Nə ola bilər? Allah bilir, kim Moskvaya nə yazıb? Müsəlmanıq da! Paxıllıq evimizi həmişə yıxıb.- deyə Namiq əkə hirsləndi.

 İki saatdan sonra onları direktorun kabinetinə çağırdılar.

Viktor Xolmoqorovun üzü gülürdü. Gələndən birinci gün idi ki, onu belə görürdülər.

-Yoldaşlar, biz istəyirik komissiyanın qərarını sizə oxuyaq, sonra fəhlələrin qabağında çıxış edək.

Apardığımız tədqiqat onu göstərdi ki, fabrikanız böyük naliyyətlər əldə etmişdir. Bunu biz rəhbərliyin quruculuq işi aparması və yüksək texnoloci maşınların tədbiqi ilə əlaqələndiririk.

Maliyyə sahəsində də heç bir əyinti yoxdur. Əksinə hər qəpik öz təyinatı üzrə  xərclənib.

Məhsuldarlığın artması və dövlət planının əvvəlcədən yerinə yetirilməsi faktı da göz qabağındadır. Hələ ilin qurtarmasına beş ay qalır, ancaq dövlət planı çoxdan yerinə yetirilmişdir.

Bütün bunları nəzərə alaraq komissiya qərəara alır:

1. Yüngül sanaye üzrə SSRİ keçici bayrağının Səmərqənd toxuculuq fabrikasına verilsin.

2. Fabrikanın fəhlələri mükafatlandırılsın.

3. Fabrikanın istehsal səhələrini genişəndirib kombinata çevrilməsi haqda SSRİ yüngül sanaye nazirliyinin kollegiyası qarşısında məsələ qaldırılsın.

Yoldaşlar, nə fikrdəsiniz?- deyə bu dəfə Xolmoqorov üzünü fabrikanın rəhbərliyinə tutdu.

Salman Alimcanov Fazil tərəfə baxdı. Yəni ki, sən danış.

-Hər şeydən əvvəl etimadınıza görə təşəkürümüzü bildiririk. Söz veririr ki, bundan sonra daha da ürəklə işləyəcəyik.-deyə Fazil təmiz rusca ürək sözlərini bildirdi.

***

Fəhlələrin qarşısındakı çıxışdan sonra Xolmoqorov əlini Fazilin çiyninə qoydu:

-İndi mən sənin qonağınam. Ancaq gərək komissiyanın üzvlərindən ayrılım. Günorta səni mehmanxanada gözləyirəm. Namiq bilir haradayıq!

-Oldu.

Səmərqəndin gözəlliyi onun meydanlarındadır. Şəhər elə salınıb ki, bütün yollar səni meydana aparır. Qədim paytaxtın gözəlliyi elə bu meydanların genişliyindən bəlli olur.

Reystanın ətrafıdakı restoranlar qədim binalarda yerləşirdi. Viktor Sergeyeviç Səmərqəndə bir neçə dəfə olduğundan şəhərə tam bələd olmuşdu. Hərdən Fazilə elə gəlirdi ki, Vitya Səmərqəndi ondan yaxşı tanıyır.

 Vitya Qur-Əmirdə, Bibi_Xanımdan, Şahi-Zindandan elə şeylər danışırdı ki, Fazil və Namiq əkə burada yaşasalar da, birinci dəfə eşidirdilər. Ulukbəyin isə o, vurğunu idi.

-Bu insanın yaratdığını avropalılar üç-yüz ildən sonra onun elmini öyrənib primitiv şəkildə yaradacaqlar. Belə insanlar zamanını qabaqlayanlardır.

-Vitya, bunları haradan bilirsən?-deyə Namiq əkə təəcübləndi.

-Qardaş, müasir insan hər şeyi bilməlidir.-deyə gülüsədi.

-Könlün haranı istəyir?-deyə Fazil təklif etdi.

-Əvvəl ki, kimi. Feyzinin restoranına gedək.

Feyzinin restoranı Reystanın qədim binaları ilə həmahənglik təşkil edirdi.

   Kaşı daşı ilə bəzədilmiş qədim binanın qoz ağacından düzəldilmiş ağır qapıları vardı. Qapının özü bir sənət əsəri idi. Səmərqəndlilər  nəql edirdilər ki, bu qapının üzərindəki ornamentləri ustalar bir-neçə ilə işləmiş, təbii boyadan hazırlanmış laklarla boyamış və sonra yerinə asmışdılar. Qapının cəftələrini dəmirçilər bir-neçə aya hazırlaya bilmişdilər. Qapının tutacağı qızılı suya salınmış misdən olsa da, hamı buranı “Qızıl qapılı restoran” adlandırırdı.

Feyzi qırx yaşlı iranlı, həmişə olduğu kimi restoranın qapısı ağzında oturdu, müştəriləri qarşılayıb içəri aparırdı.

Qışından yayından asılı olmayaraq buranın havası həmişə mülayim idi.

Restaran Səmərqəndin ən məşhuri idi. Onu məşhur edən qızıl qapıları yox, Feyzinin yaxşı  və ləzzətli yeməklər hazırlama bacarığı idi.

-Feyzinin restoranında olmayan yeməyin nə olduğunu bilmir! - deyirdilər.

 Burada ortaya gətirilən mer-meyvədən tutmuş, içgilərə qədər hər şey müəyyən məna kəsb edirdi.

Feyzi nəyi nə ilə yeməyi bilən müdrik bir aşbaz idi.

-Fazil, mən Feyzi ilə tanışlıqdan sonra yemək mədəniyyətindən danışmağa başlamışam. Sən demə, ortaya gətirilən cərəzin və meyvənin öz təyinatı var- yeyilənlər tez həzm etsin və insana qüvvə versin.

Feyzi qonaqların qabağına çıxdı. Adəti üzrə onları stolun arxasına qədər müşayət etdi.

-Sizin könlünüz nə istəyirsə bu saat hazırlayarlar. Ancaq əvvəl deyin nə içəcəksiniz?

-Feyzi, rus qardaşımız gəlib, əlbəttə ki, araq.-deyə Fazil tapşırıq verdi

-Onda sizə quzu kababı, soyutma, sonunda plov, mer-meyvə, göyərti və şərbətlə cərəz gətirim. 

-Sən nə məsləhət görəcəksən, bizə xoşdur!-deyə Xolmoqorov fikrini bildirdi.

İkicə dəniqə keçmədi stolun üstünə düm ağ süfrə saldılar. Səmərqənd fətri, pendir və tər göygöyərti gətirdilər. Sonra araq, badələri stolun üstünə düzdülər. Əlbəttə ki, Səmərqənd tutması.

-Fazil, elə et ki, mən bundan İvanovaya aparım. Nadyanın o səfərdən dadı ağzında qalıb.

Mənə, bilirsən nə tapşırıq verib: Gələndə Səmərqənd tutmasını, bir də fətrini.

-Problem yoxdur. – deyə Fazil Feyziyə əl elədi.

Feyzi tələsik özünü onllara yetirdi:

-Fazil əkə, daha nə qulluq? - deyə soruşdu.

-Feyzi, sən belə bir iş gör: hər tutmadan kiloluq qablara yığ, adam göndərəcəyəm, gəlib aparsın.

-Baş üstə!- deyib, Feyzi stoldan uzaqlaşdı.

Namiq əkə badələrə araq süzdü.

Xolmoqorov badəni qaldırdı:

-Mən, dostlarımı, axır ki, ətrafıma yığdığıma görə xoşbəxtəm. İcazənizlə, dostluğumuzun şərəfinə içim!

-Sizin sağlığınıza. -deyə Namiq əkə Fazilin susduğunu görüb badəsini qaldırdı.

İçgi  içildikcə  məclis qızışmağa başladı. Namiq əkə fikir verdi ki, Fazil çox az içir, demək olar ki, heç içmir. Hər dəfə badənin ucundan bir qultum vurub yerə qoyur.

Söz demək növbəsi Fazilə çatdı.

-Hörmətli Viktor Serqeyeviç, bizim bu günki qələbəmiz, sizin sayənizdədir. Bunu dərk etməmək günahdır. Biz şərqlilər ruslar kimi dostluğu itirən deyilik. İcazənizlə, şəxsən sizin sağlığınıza içərdim!-deyə o, badəsini qaldırdı.

Namiq əkənin gözü Fazildə idi. Dostu yenə də badələn bir qultum vurub yerə qoydu.

Ortaya kabab gəldi. Hamının başı yeməyə qarışmışdı. Birdən Xolmioqorov başını qaldırdı:

-Bilirsən, teleqrammı niyə göndərmişdim.

-Yox!

-Məni, Moskvaya, Mərkəzi komitəyə çağırmışdılar. Sizinlə bağlı… Əvvəl soruşdular ki, yaxşı dəzgəhlərı niyə Səmərqəndə vermisən? Nə marağın var? Dedim, marağım geridə qalmış Sovet rengiyonunu Avropa səviyyəsinə qaldırmaqdır, partiyamızın siyasi xəttidir. Bu sözdən sonra susdular.

Sonra mənə məktublar göstərdilər. Anonim məktublar. Səmərqənddən gələn məktublar. Yazırdılar ki, sizin fabrika rekonstruksiya olduqdan sonra məhsuldarlıq artıb. Ancaq malalların üçotu aparılmır, plan düzgün tərtib olunmayıb.

Məktubların sayı çox olduğundan. Bir mütəxəssis kimi məni bura göndərdilər. Məlum oldu ki, hər şey yerində və qaydasındadır….

-Bilirsən, başqa cürə olsaydı sizi nə gözləyirdi?-deyə Xolmoqorov soruşdu.

Fazil susduğuna görə, Namiq də susdu.

-İnanın ki, başlarınız üzüləcəkdi. Mən Fazildən narahat idim. MK-da bura sürgün olduğunu da bilirdilər. Ən ciddi yoxlanışda elə səninlə bağlı idi. - deyə Xolmoqorov Fazilin üzünə baxdı.

-Viktor Serqeyeviç! Azərbaycanlıların bir atalar sözü yadıma düşdü. İgidin başı qalda gərək!-deyə Fazil gülümsədi.

-Sən mənim sözümü ciddi qəbul et! Elə bilmə burada səni istəyənlər çoxdur. İşini elə qur ki, sənə ilişə bilməsinlər!

-Məsləhətinizə görə sağ olun! Çalışarıq, bundan sonra siz deyən kimi işimizi quraq Sizin sağlığınıza!-deyə bu dəfə Fazil qədəhini axıra qədər boşaltdı. Bu da  Namiq əkənin gözündən qaçmadı.

Axşam Xolmoqorovu yola salıb evə qayıtdıqda, Namiq əkə onun əvvəl az, sonra isə axıra qədər içməyinin səbəbini soruşdu.

-Namiq, mən bilməliydim ki, komissiya niyə gəlib və nə məqsədlə gəlib. Öyrəndim, ondan sonra içdim. Ağıllı adam hər şeydən faydalanmalıdır.

 

YENƏYENİƏLİFBA

Bakı ilə Səmərqəndin arası nə qədər uzaq olsada, Bakının qəzet və curnaları bura çatırdı. Əslinə qalsa, vətəndə nə baş verdiyindən bu qəzetlər vasitəsi ilə Fazil xəbərdar olurdu. Bunda əlavə Səmərqəndin azərbaycanlılar məhəlləsinin sakinləri arasında qeyr-adi səmimik vardı.

Bazargünü Reystandan bir aralı baxçada çayçıya yığışırdılar. Hərə əlinə düşən qəzet və curnalları bura gətirirdilər. Həm çay içirdilər, həm də müzakirə edirdilər.

Fazil Namiqlə belə görüşdən qayıtmışdı. Çayxanadan götürdüyü qəzetləri varaqlayırdı.

 -Milləti nə qədər əlifbası olar? Latına heç on il deyildi ki, keçmişik yenidən qəzetlər əlifbanın dəyişləcəyindən yazırdılar.-deyə Fazil qəzeti bağladı və Namiq əkəyə uzatdı:-Səməd Vurğunu əlifba komitəsinə sədr seçiblər.

-26-lar poemasını yazanı?

-Elədir ki, var.

-İndi hansı əlifbaya keçirlər.

-Rus əlifbasına. Mübahisə gedir, latın əlifbasından hansı hərifləri saxlayayaq, çünki Azərbaycan dilində olan səslərin çoxu rus əlibasında yoxdur.

-Bəs çap olunmuş kitablar?

-Atacaqlar zibil yeşiyinə.

-Nə eşşək adamdırlar. Yaltağının da dərəcəsi bu qədər olar?

-Çünki zatı qırıqlardılar. Keçmişlərinə hörmətsizlik edirlər. Biri soruşmur ki, niyə gürcü, erməni dəyişmir, biz dəyişirik. Qoy, onlar da dəyişsinlər.

 -Sən də danışırsan Fazil? Özün demirdin ki, 26-ların kim olduğunu bilən şair məgər xalqının düşməninə belə poema həsr edər? Mən türkmənəm, onu oxuyanda az qalıram qəhərlənim. Şairiniz xalqınızı 30 martda güləbaran edən erməninin güllələnməsinə hönkür-hönkür ağlayır.

-Heç kimi güllələməyiblər. Ağcaqumda beş il keçdikdən sonra insan sümüyünü tapmaq olar? Həşərəatlar yerə düşmüş cəsədi bir saata yox edirlər.

Birdə haradan bilirlər ki, ingilislər onları harada gülləliyiblər? Bəlkə özləri ilə aparıblar.

Qatarla getdəndə hələ bir fit də çalırlar ki, burada onları o dünyalıq ediblər.

-Bakıda qoyulən abidədən xəbərin yoxdur. Bakıda hələ çoxunun yadından 30 mart hadisələri çıxmayıb. Komissarlar onminlərlə bakılını qətlə yetirmişdilər. Hələ bu azdır, Mikoyanını fantaziyasına Səməd Vurğun poema yazıb, balalarımıza düşməni sevməyi öyrədir.

-Yaman bəlaya düşmüşük. Allah bilir, Bakıdakı meydanda kimi basdırıblar. Bu məzəarların sirri itsin deyə 26-ların gətirilməsi ilə məşğul olan bütün adamları tapıb 37-də  güllələdilər..

-Məgər  Səməd onların kim olduğunu bilmirdi?

-Vəhşiliklərini öz gözləri ilə görmüşdü.

-Şairdir də. Nə demək olar. Yaz deyirlər, yazır!-deyə Namiq əkə öz fikrini bildirdi.

-Təki poema yazsınlar. Yüzlərlə ziyalını güllələməyə göndərməsinlər.

Fazilin yadına 37-ci ildə Kommunist qəzetində çap olunmuş: «Öl, Cavid, Öl!» şeri düşdü.

   -Yalan üstə qurulmuş dövlət əvvəl-axır dağılmalıdır. Xalqmızdan keçmişimizi gizlətmək istəyirlər, ona görə də əlifbanı dəyişirlər. Bir şey mənə su kimi aydındır. Nahaq qan yerdə qalmaz! Bu hökumət çoxlu nahaq qan axıdıb! - deyə Fazil susdu.

   Dostunun halı olmadığını görən Namiq əkə ayağa qaldı. Vidalaşdı. 

 

ALMANLARINKÖÇÜRÜLMƏSİ

 

39-cu ilin yayının sonları bütün Bakı Molotov –Ribbentorp sazişindən danışırdı. «İzvestiya» qəzetində Voroşilovun intervyusu da çap olunmuşdu. Belə çıxırdı ki, Almaniya ilə Sovet İttifaqı arasında heç bir çəkişmə yoxdur. İki dövlət bir-birini işinə qarışmır, dəqiq sərhədləri müəyyən edilib.

SSRİ müdafiyə nazirinin sözündən belə çıxırdı ki, Almaniya və SSRİ əslində bir çox məslələlərdə hətta müttəfiqdirlər.

Qəzetbazlar onu da hiss etdilər ki, Ribbentrop Moskvaya gəlib gedəndən sonra bir qəzet belə Hitleri tənqid etmir, faşizmlə bağlı heç bir fikir yürütmürdülər. Ancaq bu vaxta qədər hər şey tərsinə idi. Bütün SSRİ Georgiy Dmitrovun müdafiyəsini qalxmışdı.  Azərbaycanın saray şairləri hətta bu haqda poemalar da yazmışdılar. Faşizm kökündən tənqid olunurdu. Diqqətlə fikir verdikdə, Almaniyaya münasibət köklü şəkildə dəyişmişdi. Bir qəzet daha faşizmin vəhşiliklərindən yazmırdı.

-Belə getsə bizim şairlər indi Hitler həqqında poema yazacaqlar, təki yuxarıdan göstəriş olsun! - deyə Mürsəl kişi küçədə  başına yığışmış həmyaşıdları ilə söhbət edirdi.

-Bakı almanlarının kefi kökdür. Xətirlərinə dəyən belə yoxdur!-deyə Şavələd kişi fikrini bildirdi.

-A Şavələd evdə oturub, bayırdan xəbər verirsən. İki-üç günə almanları Bakıdan köçürəcəklər.

-Elə həmşərilər kimi?

-Elə həmşərilər kimi.

-Sən zarafat elə! Bunların başı kəllədir. İncinarlarımız, masterlərimiz, tokarlarımız, slesarlarımız, briqadirlərimiz- hamısı onlardandır. İşləməyi onlardan öyrənirik! Bunu sizə kim dedi, Mürsəl dayı? -deyə maşınqayırma zavodunun fəhləsi Əlverdi dilləndi.

-Elə sizin zavodun incineri, mənim dostum Herxard.

-İnana bilmirəm.

-Moskvadan komisiyanı gözləyirlər. Onları  Almaniyaya köçürtməyə gəlirlər. Məsələ çoxdan həll olunub.

-Buradan yaxşı yer tapacaqlar? Hər şəraitləri var.

-Nə deyirsiniz deyin, bizim almanlar elə bizim kimidir. İnanmıram ki, onlar da dönüb faşist olsunlar.

-Elədir, bala. Onlar Bakının Bakı olması üçün çox işlər görüblər. İndi də görürlər. Nə ağılla onları buradan çıxarırlar, başım çıxmır. Məgər gecə-gündüz radio, qəzetlər demirlər ki, bütün proletarlar qardaşdır. Onlar da bizim bir tayımızdır. Qudokun səsi ilə zavoda qaçanlar, eşşək kimi işləyənlər... Ortada isə heç nə yox.

***

Hans qayanın ətəyində oturub dostunun gələməsini gözləyirdi. Aşağıda görünən düzəndən qeyri-adi çəmən ətri onu xoş hal edirdi. Yayın gözəlliyi, əlbəttə ki, çəmənin yam-yaşılığından yaranmış xalının üzərində qırmızı, sarı, göy, bənövşeyi rənglərin sıçrayışını xatırladan al-əlvan çiçəklərin verdiyi gözəllikdir.

Çəmənin düz ortasından qalxan qaya sanki bu gözəlliyi seyr etmək üçün yaranmışdır.

Aşağıda  «odanlıq» deyilən yer o qədər hamar idi ki, otlarırın yündürlüyü də bu səliqəni pozmurdu.

Hər axşam yuxarı məhəllənin uşaqları bura yığılardı.  Hansın bura gəlməsinin də səbəbi elə bu idi.

Arxadan otların xışıltısı bayaqdan gözünü çəmənliyə dikmiş Hansı fikirdən ayırdı.

-Əşrəf!-deyə arxaya çevrilib dostunu salamladı:-Bilirdim ki, gələcəksən.

Əşrəf keçib dostunun oturduğu  qayanın yanında əyləşdi.

-Görürsən, nə gözəldir?-deyə çəməni göstərib soruşdu.

-Mən bilmirəm, Bakıdan necə ayrılacağam? Nə olsun ki, almanam. Hər şeydən əvvəl mən bakılıyam. Mən  də, atam da, anam da burada anadan olmuşuq[30]. Bura vətənimdir. Dostların azərbaycanlılardır. Atam da, anam da başlarını tutub, nə edəcəklərini bilmirlər.

-Məgər vətənə qayıtmaq, vətəndə yaşamaq pisdir?

-Elə deyil, Əşrəf. Atam deyir ki, bizim almanlığımızdan nə qalıb?  Ancaq  dilimiz. Biz bakılıyıq. Millətimizdən asılı olmayaraq, bir-birimizə əl tuturuq, dar gündə bir-birimizin köməyinə çatırıq. Almaniyada belə şeylər yoxdur. Acından ölsən, sənə bir adam bir tikə verməz.

 Bakılı olmaq isə alman olmaqdan üstündür. Bir də biz hara gedirik. Almaniyada heç kimimiz yoxdur.

-Hər şey Ribintrop  Moskvaya gələndən sonra dəyişdi. Deyirlər ki, Stalinlə danışıqların nəticəsində Azərbaycanda yaşayan almanların Almaniyaya köçürülməsi haqda sazişə də qol çəkiblər.

-Qoruxulusu elə budur. Qorx ki, bu saziş başımıza min oyun açsın.

-Məmməd o gün danışırdı ki, Bakıya Almaniyadan nümayəndə gəlib və köçürülmə ilə bağlı məsələləri həll edir.

-Elədir. Gələnlərin özünü də görmüşük. Bizə söz verirlər ki, orada  bizim hər şeyimiz olacaq- evimiz, işimiz.

-Onda narahatçılığa əsas yoxdur.

-Əşrəf, sən nə danışırsan? Bakı vətənimdir. Bakı mənimçün hər şeydən əzizdir.

 -Onda qalın! Deyin, getmirik.

-Elə olsaydı, biz buranı tərk edərdik? İranlıların başına 36-da nə oyun açdılar, eyni oyunu bizim də başımıza açacaqlar. Mütləq köçməliyik.

-Bu pis oldu.

-Almaniyadan sizə məktub yazacağam. Bizə üç gün vaxt veriblər.

-Belə tezliklə.

-Elədir, qardaş! Mən Bakısız necə yaşayacağam?!-deyə Hans körəldi.

-Ürəyini sıxma! İrana gedənlər heç də pis yaşamırlar. Yazırlar ki, gərək çoxdan biz köçüb, İrana gələydik. Hərənin mağazası-dükanı, restoranı, villası. Bizdə hələ it yiyəsini tanımır. Tuthatutu da ki, görürsən.

-Almaniyada yanımda sənin kimi dostlarım olmayacaq...

-Yollar açılar, gəlib gəzərik !-deyə Əşrəf əlini onun çiyninə qoydu.

İki gündən sonra yuxarı məhəllənin uşaqları Hansı Tiflis vağzalından yola saldılar.

Vağzaldan 11 nömrənin[31] podnockasından sallanıb geri qayıdanda, gözlərinə inanmadılar. Qaranlıq çökdüyündən göz-gözü görmürdü. Alman məhəlləsindən işıq belə gəlmirdi. Axı həyat olmayan yerdən necə işıq gələ bilərdi?

 

ƏSƏD

 

Qədim şəhərin axşam çağı sakitliyi pozan karnay səsləri bu və ya digər məhəllədə toy məclisinin olduğundan hamını xəbərdar edirdi. Adətən bazar günləri bu mərasimi keçirən şəhər camahatı  hər şeyi nəzərə alırdılar.

Toy yiyəsinin həyətində böyük çadır qurulur, xal-xalçayla bəzədilir.

Həyətin aşağı tərəfində səyyar mətbəxi xatırladan böyük qazanlar düzülür.

Səmərqəndin tanınmış  aşbazları dəvət olunur ki, məclisi yola versinlər. Səhər sübhdən qazanların altına od vurub qaynadırlar. Qəssablar qoyun-quzu kəsir, qadınlar təndirdə toy çörəyi yapırlar.

Uzaqdan karnay səsini eşidən Fazil əlindəki kitabı örtdü. Yadına düşdü ki, toya getməlidir. Fəhlələrindən birinin toyu idi.

Ayağa qalxıb geyindi. Güzgünün qabağında  qalstukunu düzəltdi və bayıra çıxdı.

Payız olsa da, günəş günortaya qədər şəhəri əməlli başlı qızdırmışdı. Elə bil, yay idi.

Namiq əkə küçədə onu gözləməli idi. Ancaq gözünə dəymədi. Əvvəzinə Namiqin kiçik qardaşı Camalı gördü. Gənc oğlan ona yaxınlaşıb salam verdi.

-Bəs qardaşın hanı?

-Xəstəxanada, Gülbeçənin yanında.

-Gülbeçəyə nə olub?

-Heç nə! Fazil əkə, sizdən muştuluq düşür. Qardaşımın oğlu olub.

-Səni şad xəbər olasan!-deyə əlini cibinə saldı, şax bir yüzlük çıxarıb, ona uzatdı.

–Zaman necə tez keçir!-deyə öz-özünə danışdı.

Elə bil keçən il yox, dünən Namiqin elçiliyinə getmişdi.

Əvvəllər Namiq evlənmək sözünü belə eşitmirdi. Bir-neçə dəfə Fazil ona «vaxtıdır, evlən!»-demişdi. Təklifi cavabsız qalmışdı. Daha bu haqda birdə söhbət salmamışdı. Odur ki, ona evlənmək istədiyini deyəndə, Fazil təəcüblənmişdi:

-Sən zarafat edirsən?

-Vallah, yox!

-Bəs qəlbini ələ alan kimdir?

-Gülbeçə.

-Kim, kim?

-Əbdüləzizin qızı.

-Hansı Əbdüləziz?

-Bizim briqadir.

-Samballı kişidir.

-Fazil əkə, elçiliyi elə.

Zaman, doğurdan da, tez ötür. Namiq də ata oldu. Oğul atası.

Fazilgil toyxanaya çatanda,  ağsaqqalar yığışmağa başlamışdı. Qapı ağzında qonaqları haraylayan karnayın səsi daha da yüksəlirdi.

Toyxanaya  daxil oldular. Fazil birdən hiss etdi ki, məclisə yığışmış ağsaqqalar və cavanlar ayağa qalxdılar. Bu burada böyük hörmət əlaməti idi.

-Fazil əkə, buyurun!-deyə hərə öz dəstərxanına onu dəvət edirdi. Ancaq toy yiyəsinin göstərdiyi yuxarı başda oturdular.

 Onlardan bir az aralı mərasim üçün bəzədilmiş dəstərxanda bəy və onun sağdaşı və soldaşı  oturmuşdular. Bir az aralı çalançılar əyləşmişdilər.

Fazilə bu səhnə Azərbaycan toyunu xatırladırdı.

-Adət-ənənmizdə nə qədər oxşarlıq var.-deyə düşünürdü.

Karnayın səsi kəsildi. Çalançılar sanki elə bunu gözləyirdilər. Ecaskar özbək müsiqisi göylərə ucaldı. Cavanlar ortaya düşüb rəqs etməyə başladılar.

 Fazili musiqi o qədər məftun etmişdi ki, ətrafda nə baş verdiyini  hiss etmirdi. Namiqin nə vaxt gəldiyini görmədi.

-Qardaş!-deyə yanında oturan dostunun səsi onu bu hisslərdən ayırdı.

-Namiq?

-Hm!

-Təbrik edirəm, böyük oğlan olsun. Adını nə qoyacaqsan?

-Əsəd!

-Niyə, Əsəd?

-Mənim döyüş dəstəmdə ən igid oğullardan biri idi. Qucağımda keçindi. Ölərkən ona söz verdim ki, adını yerdə qoymayacağam.

-Keçmişi unutmaq istəmirsən də?

-Fazil, belə şeylər unudulmur. Nə qədər yaxşı yaşasaq da, vətənimizə özgələrin əli altında görəndə, qanımız məgər qaynamır?

-Elədir, Namiq!

-Mən istəyirəm ki, balam şərəfli keçmişimizi bilsin. Bu adı ona niyə qoyduğumdan xəbəri olsun.

-Allah, ürəyincə versin.

Məclis qızışırdı. Namiq əkəylə Fazili rəqsə dəvət etdilər.

Hər ikisi elə bil bu təklifi gözləyirdi. Ayağa qalxdılar, ürəklə rəqs edirdilər. Məgər başqa cürə ola bilərdi? Axı onların bu gün ən xoşbəxt günləri idi. Dünyaya yeni insan gəlmişdi. Dünyada bundan böyük bayram ola bilərdimi?

 

 

DADAŞXANINXAÇMAZAGÖNDƏRİLMƏSİ

   Bakı limanı həmişə çörəkli olub. Orta Asiyadan gətirilən kənd təssərüfatı malları, ipək parça, qaragül dərisi, qızıl və sairə mallar Bakı limanından keçib Qafqaza yayılırdı.

Ticarəti beş barmağı kimi bilən  Dadaş xan hələ Bakıya gələn gündən limanın nə olduğunu bilirdi.

Xan balası olmağını baxmayaraq, Dadaş xan gəncliyini Ənzəli limanında keçirmişdi, gəmi  alveri ilə məşğul olurdu.

İnqlaba qədər Həştərxandan cürbəcür mallar gətizdirir, Ənzəli limanındakı ambarlarına yığırdı. Ən əsası o idi ki, hənsı malı haradan alıb, harada satmağı bilirdi.

Bir-iki ay işsizlikdən sonra  Dadaş xan anladı ki, vəzifədən getdikdən sonra daha onu heç kim yada salmayacaq və axtarmayacaq. Bir də, o kimə lazım idi.

Digər tərəfdən vəzifədən sağ-salamat uzaqlaşdığına görə Allaha dua edirdi. Çünki MK-nın iclasına çağrılıb, oradan sağ çıxmaq hələmhələm adama qismət olmurdu.

Dadaş xan Bakı limanını Ənzəli limanı kimi istifadə etməyi qərara gəldi. Birdə ki, indiyə qədər bir ticarətçinin burnu belə qanamamışdı.

Yadına rəhmətli atası Hüseynalı xanın dedikləri düşdü: «Bu tacir tayfası ki var, qurdla qiyamətə qalacaqlar. İnqlab olsun, zəlzələ olusun, dünya dağılsın- bunların burnu qanamır. Əslində hamıdan yaxşı və rahat yaşayırlar. Nə şahlarla işləri olub, nə sultanlarla. Başlarını aşağı salıb öz işləri ilə məşğuldular.».

Bir həftə hər gün səhərdən axşama qədər limanda oldu, hansı gəmi Bakıya hansı malı gətirdiyini öyrəndi. Gəmilərin kapitanları ilə tanış oldu, ünsiyyət yaratdı.

Yuxarı məhəllənin adamı olduğunu görənlər onunla asanlıqla ticarət əlaqələri qurmağa başladılar.

Liman ticarətini həddindən artıq yaxşı bilən Dadaş xan işi elə qurmuşdu ki, Bakıya alver üçün gətirilən malları ilk növbədə ona verməyə çalışsınlar. Çünki ətrafına yığdığı baqqalları elə əla almışdı ki, məsləhəti olmadan bir iş görmürdülər. Hər baqqal ancaq bir malla məşğul olurdu. Hamının gəliri də eyni cürə bölünürdü. Daha Bakı limanında təkbaşına işləyən qalmamışdı. Hamısı işini  Dadaş xanla qurduğundan təkbaşına işləmək  belə mümkün deyildi. Ona qoşulmadıqda isə heç nəyə nail olmaq mümkün deyildi.

 Dadaş xanla işləyənlərin isə hamısı ondan öz ataları qədər razı idilər. «Ağsaqqal» deyə müraciət edirdilər. O, da hamını ədalətlə yola verirdi.

Üç aydan sonra Dadaş xan nadir hallarda limanda görünərdi. Özünə götürdüyü köməkçiləri adından  hər işi qaydasına salır, gəlib hər şey haqqında hesabat verirdilər.

Daha Dadaş xanın yadına nə Mərkzi Komitə, nə də vəzifə maraqlandırırdı. «Hayıf deyil bu cür yaşamaq? Heç kimdən çəkinmirsən, hara istəyirsən, gedirsən, harda kef çəkmək istəyirsən çəkirsən. Yoxsa sən, filan yerin rəhbərisən, özünün hərəkətlərinə fikir ver! Bu yaşamaq deyil.»-deyə düşünürdü.

Ailədə də Dadaş xan ierarxiya yaratmışdı. Uşaqlara böyük kimi baxırdı, çalışırdı ki, uşaqlıqlarını yaddan çıxartsınlar.

On iki yaşlı oğlu Atababa ilə böyük kişi kimi rəftar edirdi. Onunla məsləhətləşir, çalışırdı ki, oğlu hər şeyi dərk etsin və düşdüyü vəziyyəti düzgün qiymətləndirsin.

Dadaş xan Atababanın məsləhlərindən həzz alırdı. Keçmişdə olanları ancaq onunla bölüşdürürdü.

-Mir Cəfər ağa inanmıram sizi yaddan çıxartsın!-deyə atasına öz fikirini bildirirdi:- İndiki dövrdə tək əldən səs çıxmaz. Böyük işlər görülürsə, gərək yanında yaxın dostların olsun.   

-Orası elədir. Ancaq bu hökumət səhvləri xoşlamır. Bir səhvə yol verdin, başınla cavabdehsən.

-Ay də, məgər siz səhv edib Sidiqəni Almasa vermisiniz? Görün, necə xoşbəxtdirlər!-deyə stolun üstündəki konverti ona uzatdı:- Fransadadırlar.

-Deyəsən, məktub almısan?

-Elədir dədə. Şəkil də göndəriblər.

Dadaş xan şəkildəki balalarına baxdı. Almasla Sidiqə avropalılar kimi geyinmiş, qardaşı oğlu kavrolet «Ford» maşının rulu arxasında oturmuşdu. Arxalarında Efel qülləsi görünürdü.

Almas «İrana qayıdan kimi özümə maşın alacağam»-demişdi. Ancaq indi maşınla  Fransanı gəzirdi.

-Mən düz iş görmüşəm!-deyə şəkilləri seyr edən kimi Dadaş xan ayağa qalxdı: -Atababa, mən hökumətə lazımam, onlar mənə yox!

-Odur ki, özləri sizi axtaracaqlar, baxarsan!

Dadaş xan oğlunun dediklərinə onda fikir vermədi.

***

Səhər poçtalyon qapını döyəndə, hələ hamı yatmışdı. Tətil olduğundan uşaqlar saat doqquza qədər yerlərindən tərpənmirlər. Həyətə əl gəzdirməyə duran Səriyə xanım isə ilk növbədə samovara od salırdı ki, saat səkkizdə yuxudan duran ərinin qarşısına çay qoysun.

Samovar  qaynayana qədər, o, həyətə süpürgə çəkər, əgər qızlardan biri yuxudan durmuşdusa köməyinə gələrdi.

Başqa həyətlərdən fərqli olaraq, həyətlərində həmxana yox idi. Təkcə Dadaş xanın ailəsi burada yaşayırdı. Odur ki, bütün əziyyət də onun üstünə düşürdü.

Poçtalyonun qapını döyməsiylə Dadaş xanın həyətə düşməsi bir oldu. Qapını da elə o, açdı.

Əlindəki kağızı bir-neçə dəfə diqqətlə oxuduqdan sonra həyətdəki stolun arxasına keçdi.

Səriyə xanım  özünü samovarın yanına verdi, istəkana çay süzüb, ərinin qabağına qoydu.

Adətən Dadaş xan onu danışdırmasaydı, bir söz belə soruşmazdı. Həmişə sözləri çəp gələrdi.

Dadaş xan nə qədər qaraqabağ, nə qədər zəhimliydisə, Səriyyə xanım bir o qədər gülər üz, şirin dil və mülayim idi.

-Uşaqlar hələ yatır?

-Hm!

-Atababaya de, məni Sekaya çağırdılar.- deyə əlindəki kağıza bir daha baxıb  stolun üstünə qoydu.

Dadaş xanın səhər yeməyi uzun çəkmədi. Dağlı çörəyi, yağ, pendir və bir istəkan çay – bakılıların səhər yeməyini təşkil edirdi.

Sekada saat 9-da olmalı idi. Hələ vaxt vardı. Otağına keçib geyindi və həyətə düşdü.

-Hələ tez deyil? Doqquzun yarsıdır.

-Piyadə gedəcəyəm.-deyə dərvazaya tərəf irəlilədi.

Dağlı məhəlləsi ilə Sekanın arası çox da uzun məsafə deyildi. Ən azı beş dəqiqəlik yol idi.

Qırxpilləkanın yanında dayandı. Diqqətlə şəhəri seyr etdi. Uzaqda, Qara şəhər qara tüstünün arxasında gizlənmişdi. Sanki bu tüstü Ağ şəhəri Qara şəhərdən ayırırdı.

Köklü bakılı gözü bağlı deyərdi ki, şəhərin hansı yerindədir, hansı zavodun qabağındadır. Şəhərin hər hissəsinin öz iyi vardı, istər Ağ şəhər olsun, istərsə Qara şəhər. Təkcə yuxarı məhəllələr ətir saçırdı. Gilavarın dağlardan gətirdiyi çəmən və gülçiçək ətri.

Səhər çağı yuxudan tez durub təmiz hava udanlar da elə yuxarı məhəllənin əhalisiydi.

Dadaş xan bir az söykənəcəyə dirsəklənib Sekaya niyə çağrıldığını düşündü. Ağlına bir fikir gəlmədi. Ancaq birdən oğlu Atababanın dünən dedikləri yadına düşdü: «Onlar sizə lazım deyil, siz onlara lazımsız!».

-Görüm, onlara niyə lazımam?-deyə dikəldi və iri atdımlarla Çəmbərəkənd tərəfə gedən yolla aşağı enməyə başladı.

Sekada əvvəlki kimi hamı qaçaqaçda idi. Burada işləyənlər elə bil hər işi qaça-qaçla görürdülər. Kabinetdən bayıra çıxan işçi başını aşağı salıb əlindəki ya  qovuq, ya da kağızı koridor boyu oxuya-oxuya harasa qaçırdı.     

Qarşısına çıxan adama fikir belə vermirdilər. Daha doğrusu, görmürdülər. Sanki qətt edəcəkləri məsafədə əllərindəki kağın və yaxud qovuğun bir daha nəyə aid olduğunu elə yol boyu oxuyub müəyyən etmək istəyirdilər.

Mir Cəfərin köməkçilərindən biri elə belə vəziyyətdə qapıdan çıxanda, Dadaş xanla üzbüz gəldi. Ancaq başqalarından fərqli olaraq o başını qaldırdı, salam verdi. Sonra yolunu davam etdi.

-Yoldaş Dadaşov, sizi xoş gördük.- deyə Mir Cəfərin əsas köməkçisi içəri girən Dadaş xanı salamladı:- «Birinci» sizi gözləyir.

Mir Cəfərin yenə qaşqabağı yerlə gedirdi. Başını aşağı salıb, qabağındakı kağızları götür qoy edirdi. Sanki içəri kimin daxil olduğunu görmürdü.

 Dadaş xan salam verdi.

Mir Cəfər başıla cavab verdi və əlilə  stulu göstərdi ki, otursun. Özü isə yenədə qarşısındakı kağızları bir daha nəzərdən keçirtdi. Bir-neçə dəqiqə beləcə ötdü.

Birdən qarşısında oturanın onu gözlədiyini görüb, kağızları kənara qoydu:

-Yoldaş Dadaşov, yaxşı, biz sizi kanarda qoymuşuq, bəs siz niyə bizi yad etmirsiniz? Məgər dostluq vəzifə ilə ölçülür?

-Yox, ağa! Mən fikirləşirdim ki, Sizi işdən ayırmayım. Lazımamsa, özünüz çağırarsınız...

-Lazımsan, özü də necə lazımsan!?

-Mən qulluğunuzda hazıram.

-Sən elə bilirdin ki, evdə rahat oturub Bakı limanını Ənzəli limanına çevirəcəksən?

Dadaş xan dinmədi. Anladı ki, Mir Cəfər onunla hərtərəfli maraqlanıb. Hər şeyi bilir.

-Səni kimi təşkilatçını kənarda qoymaq olmaz. Odur qərara gəlmişik, səni Xaçmazın çörək zavoduna direktor qoyaq. Strateci obyektdir, geri qalır, zərərlə işləyir. Oranı ancaq sən qaldıra bilərsən. Bakıdan da  hərtərəfli kömək olacaqsan.

Bütün bunları bir nəfəsə deyən Mir Cəfərin ağlına gələ bilməzdi ki, onun sözündən çıxan olsun. Bir də kimin cürəti çatardı.

-Ağa, nə deyirəm, mən hazır.

-Dur, keç təşkilat şöbəsinə, kağızlarını götür.-deyə külümsədi

Dadaş xan qapının dəstəyini əlinə almışdı ki, arxadan Mir Cəfərin sakit səsini eşitdi.

-Dadaş xan, bil ki, sadiq dostları küçəyə tökümürlər. 

***

Yuxudan oyanan Atababanın səhər yeməyi boğazından keçmirdi. Oturduğu yerindən də tərpənmirdi. Məhəllə uşaqları həyətə girib, onu «Dava-dava» oynamağa çağırırdılar. O, isə «işim var, sonra!-deyə onlar geri qaytarırdı.

Atababanın bu saat fikri Sekada idi. Gözünün önünə orada nə baş verdiyini gətirmək istəyirdi. Öz-özünə danışırdı:

-Budur atam içəri girir, Mir Cəfərə salam verir.  Mir Cəfər qaşqabağlıdır. Əlilə oturmasını xahiş edir. Kağızlarna  baxır. Sonra başını qaldırır. Soruşur: Köhnə dost haradasan? Sən bizə lazımsan. Get işlə!-deyə ona vəzifə verir! 

Səriyə xanım öz-özüylə danışan oğlunun nə dediyini eşidirdi, ancaq oğlunu nə dediyini anlaya bilmirdi.

  Dadaş xan həyətə gülər üzlə girdi.

-Arvad, məni Xaçmaz çörək zavoduna direktor təyin etdilər.

-Səhərdən elə Atababa bundan danışırdı.

Atababa atası ilə böyük kişilə kimi görüşdü salam verib, onun nə deyəcəyini gözlədi.

-Sən deyəndir bala, mən onlara lazımam!

 

41 ilNİŞAN

 

Həyatın çox maraqlı anları var. Çavanlığa evlənmək son qoyursa, gəncliyin sonu evladın evlənməsi ilə qurtarır. Belə anlarda anlayırsan ki, dövr ötüb zaman keçib, baba olmaq vaxtı çatıb.

Seyid Bikənin  məktubunu oxuyub yerə qoyan Fazili belə düşüncələr bürüdü. O, yazırdı: «Əl-Əşrəf sənə yazmağa utanır, aşağı məhəlləli Dadaş xanın qızına aşiq olub, elçi getmək istəyirik. Əlbəttə ki, sənin gəlməyin vacibdir. Sən gəldiyini teleqramla bildirsən, mən Tiflisə də xəbər çatdıraram Səməd ağa Baratla gəlsinlər.»

-Bu köpək oğlu nə tez böyüdü? Nə tez on səkkiz yaşı oldu? - deyə düşünərək gülümsədi. Ancaq Bakıya necə gedəcəyi haqda düşünəndə qanı qaraldı. Yenə xəlvət yollarla, yenə risk edə-edə.

Bakıdan sürgün olunandan on ildən artıq vaxt keçirdi. Kimin yadına Fazil Cəfərli düşəcəkdi. Yeni aldığı  pasportda Cəfərli yox, Əliyev Fazil sözləri yazılmışdı. Kimin ağlına gələrdi ki, pasportda yazılanlar düz deyil.

Ötən səfər Bakıya gələndə o, heç kimlə görüşməmişdi, hətta yaxın dostlarına da baş çəkməmişdi.  Elə səhərisi günü Basqala yola düşmüşdü.

İndi isə Bakıda heç olmasa üç-dörd gün qalmalı idi.

Meşədi Fazil Dadaş xanı çox yaxşı tanıyırdı. NKVD işçisi idi. Bəlkə də sürgün olunduğunu da bilirdi.

-Seyid Bikə bunları nəzərə almasaydı, gəlməyimi istəməzdi. Deməli, Bakıda arxayınçılıqdır, gəlməyimi istəyir!-deyə düşündü.

Günorta fabrikada nahar edərkən əhvalatı Namiqə danışdı.

-Mən də səninlə gedirəm!-deyə Namiq sevincindən nə edəcəyini bilmirdi.

-Bəs iş?

-Öz hesabımıza məzuniyyət götürərik. Onsuz da iki ildir, dincəlməyirik. Bir də işi elə qurmusan, bizsiz də keçinə bilərlər.

-Niyə öz hesabımıza? Adi qaydada da götürə bilərik. Gəl gedək, Salman Alimcanovla danışaq!-deyə  Fazil fabrikanın direktorunu nəzərdə tutdu.

Salman Alimcanov Fazildən beş-altı yaş böyük olsada, yanbayan duranda ondan cavan görünürdü.

Fazilin saçına dən düşmüşdü, Salmanın başında bir dənə də ağ tük yox idi. Direktor onlarla çox səmimi münasibətdə idi.

Alimcanov bütün işləri gözü bağlı Fazilə həvalə edirdi. Ondan özü kimi arxayın idi. Fabrikanın bütün nailiyyətləri, əlbbəttə ki, onun təklifləri ilə bağlı idi.

-Salman əkə, bizə məzuniyyət verin! - deyə Fazil Namiqin də adından danışdı.

-Qışın bu vaxtı nə məzuniyyət?-deyə Salman əkə təəcübləndi.

-İşimi var!-deyə Namiq cavab verdi.

-Nə iş?

-Fazil oğluna nişan aparır.

-Buna görə məzuniyyət götürərlər. Neçə gün lazımdır, mən icazə verirəm. Ərizə yazın.

-Məzuniyyət daha yaxşı olar. Onsuz da onbeş gün çəkəcək.-deyə Fazil fikrini bildirdi.

-Nə deyirəm ki, özünüz bilən məsləhətdir. Bəs işiniz?

-Arxayınçılıqdır. Heç nə baş verə bilməz. Çalışarıq tez gələk. - deyə Fazil direktoru sakitləşdirdi.

***

Xəzərin qərb sahilindən əsən külək sərnişin gəmisinə kəsgin tüstü iylərini çatdırırdı. Kayutanın açıq ilyuminatorundan soyuq hava ilə daxil olan bu iylər Fazillə Namiqi yuxudan oyatdı.

Səhərin açılmasına hələ çox qalırdı. İlyuminatorda göz-gözü görmürdü. Qaranlıq hələ öz hökmünü işığa verməmişdi

  -Bu iyi heç bir yerdə hiss etməzsən. Bu Bakının iyidir. Ora yaxınlaşırıq.- deyə  oyanmış dostuna izah etdi: -Bu şəhəri gözübağlı tapa bilərəm.

Qışın soyuğuna baxmayaraq geyinib palubaya çıxdılar.

-Bakının yaxınlığındayıq! Elə olmasaydı, burnumuza iy gəlməzdi.- deyə Fazil əlilə qərb səmti göstərdi.

Gəminin burnu tərəfdən uzaqda, qaranlıqların  ənginliklərindən hərdən-bir alovlanan hündür borularının ucundan qalxan işıq püskürmələri də Fazilin haqlı olduğunu göstərirdi.

-Matroslar deyirlər ki, sübh tezdən ora çatacağıq.-deyə Namiq əkə dilləndi.

Bakı limanı ağır duman içində idi.

Dumana qarışan zavod tüstüləri və yaxınlıqda olan «kislota» zavodunun iyi elə kəsgin idi ki, nəfəs almaq mümkün deyildi.

-Adam burada iydən ölər!- deyə Namiq əkə fikrini bildirdi.

-Ürəyini çəkmə. Bu  Qara şəhərin iyləridir. Ağ şəhəri keçib yuxarı məhəlləyə çatanda ,özünü cənnətdə hiss edəcəksən. Bura isə cəhənnəmdir.

-Camahat burada necə yaşayır?

-Bir təhər vərdiş edirlər. Ancaq çox yaşaya bilmirlər. Ölüm halları burada  daha çoxdur.

-Məgər xalqı düşünən yoxdur?

-Kim düşünəcək? Stalin? Xalqı böyük maşının «purcunu» adlandıran?

-Bəs buranın rəhbərləri?

-Nə ixtiyarları var, Moskvanın sözündən çıxsınlar. Moskva nə deyir, onu edirlər.

-Bəs etməyənlər?

-Etməyənləri «vətən xaini» elan edib güllələyirlər, nəslini isə sürgün edirlər Sibirə.

-Bu xalqa qarşı bu qədər haqsızlıq olar?

-Neynəyək baxtımıza bu düşüb.

Fazil Namiq əkəylə çamadanlarını gətürüb kayutandan çıxdılar.

***

Dərvazadan içəri girdikdə həyətdə heç kimi görmədilər.

Adətən havalar yaxşı olanda Fazilgilin həyəti adamlı olurdu. Qışın soyuğu hamını  öz komasına qovmuşdu. Həm də hələ səhər təzə açılmışdı.

Fazil Namiq əkəylə eyvana çıxdı.  Asta qapını döydü.  Seyid Bikəylə üzləşdilər.

-A kişi, xoş gəlmisən! Namiq qardaş da buradadır. Nə yaxşı oldu,-deyə Seyid Bikə onları içəri buraxdı.

-Uşaqlar yatıblar?

-Yatıblar.-deyə Seyid Bikə eyvana çıxdı. Samovara od saldı. Sonra evə qayıtdı:

-Günortaya Səmədgil də gəlirlər.

-Nə yaxşı oldu!

Fazilin yadına  Tiflis düşdü. Səməd və Heybətlə Kür sularında kintolarpla salları üstündə geçirdiyikləri şənlikləri göz önünə gəldi.

-Namiq, səni igid bir insanla tanış edəcəyəm!-deyə dostuna qarşıdakı görüş haqda xəbər verdi.

-Onun haqda çox danışmısan. Mənim özümə də maraqlıdır, onu görmək.

-Bu insan yaranıb qazansın, kef çəksin. Bir dəqiqə də dinc duran deyil.

 Süfrəyə yenicə çay gəlmişdi ki, Əşrəf otağından çıxdı.

-Dədə? - deyə başını aşağı saldı. Nə edəcəyini bilmirdi.

Fazil oğlunun utandığını o saat başa düşdü.

-Utananın oğlu olmur!-deyə Namiq əkə onu düşdüyü vəziyyətdən çıxarmaq istədi.

-Namiq əmin düz deyir, bala! Evlənmək istəyən utancaq olmamalıdır. Sən daha böyük kişisən.

Fazilin bu sözləri Əşrəfi ürəkləndirdi. Keçib atasının əlini öpdü.

-Bax bu başqa məsələ,-deyə Fazil əlilə onu süfrə arxasına dəvət etdi.

Əşrəf birinci dəfə idi, atası oturan stolun arxasında otururdu

-Utanma, indi daha böyük kişisən. Kişilərin stolu arxasında otura bilərsən! -deyə Namiq əkə çəkinən gənci ürəklədirdi.

***

Səməd ağanın həyətə girməyi bayaqdan soyuğun qorxusundan komalarına çəkilmiş və bazar günü olduğundan yorğanlarını başına çəkib bir-ki saat artıq yatmaq istəyən həmxanalarını hamısını ayağa qaldırdı. 

Hay-küylü, qarşısına qoyduğu məqsədə o saat çatmağı xoşlayan  Səməd ağa bir anın içində istədiyi adamları Fazilgilə yığdı.

Mürsəl kişi gözlərini ovxalaya-ovxalaya içəri girən də, Səməd ağa əlini əlinə vurdu:

-Bütün kişi komandası indi buradadır. Hamınızı Tiflisin sübh yeməyinə dəvət edirəm.

Stolun üstünə iri  çaxır küpləri düzüldü. Pendir, yağ ,bal, təndir çörəyi. İstəkanlara çaxır süzüldü.

-Hanı Əl-Əşrəf?-deyə gözü ilə bəyi axtardı. Onu qapının ağzında görüb, üzünü həmxanalara tutdu:

-Bu gün balamızın nişanıdır. Bunu qeyd etməliyik.-deyə badəsini qaldırdı.

-Səməd, hələ qızı bizə verməyiblər!-deyə Seyid Bikə onu sakitləşdirməyə çalışdı.

-Verməyib, neynəyəcəklər?

-Birdən vermədilər?

-Qaçırarıq! Basqallıya qız verməmək olar?

Hamı gülüşdü.

-Mən üç gün buradayam. Üç gün bu həyətdə yeyib, içəcəyik. Elə Tiflisdəki kimi. Elədir Fazil?

-Elədir qardaş!

Günortaya qədər həyətin bütün kişiləri dəm olmuşdular. Stol isə açılıb, yığılırdı.

Səhər yeməyindən sonra nahara keçdilər. Həyətdə qoyun kəsilib, kabab çəkilirdi.

Günortadan sonra ayaq üstə duranların sayı  azalmışdı. Çoxları komalarına çəkilib yatırdılar. Ortada az adam qalmışdı.

-Görürəm ki, ortada özünü bilənlər qalıblar. İndi elçiliyə gədə bilərik!- deyə Səməd ağa öz fikrini bildirdi:- Seyi Bikə, Barat arvad tərpənin.

Evin qadınları belə tezliklə tərpənəcəklərini gözləmirdilər. Başları süfrəyə: yemək və içməyə elə qarışmışdı ki, elçi gedəcəkləri yaddan çıxmışdı.

-Namiq əkə, necəsən? - deyə Səməd ağa əlini onun çiyninə qoydu.

-Dəf kimi!

-Fazilə çaxır təsir etmir. Lap bir ton içsə. Haydı getdik.-deyə həyət qapısından çıxdı: -Fazil, hara gedirik?-birdən ağlına gəldi.

-Düz aşağı, bizdən yuxarı məhəllə yoxdur.-deyə Fazil arxadan boylandı. Onun ardınca Mürsəl kişi və Namiq əkə gəlirdilər.

Seyid Bikə ilə Barat xatun qapıdan çıxırdılar. «Hələlik bəsdir!»-deyə Səməd ağa düşündü.

***

Bazar olduğundan Dadaş xan səhər sübdən Xaçmazdan Bakıya dönmüşdü. Gecə qayıdacaqdı. Bir kəsin qapısını açıb içəri girəcəyini gözləmirdi. 

Səriyyə xanım bu gün qızına elçi gələdiyini bilirdi. Seyid Bikə bir-neçə dəfə oğlunun qızı Raziyəni istədiyini demişdi.

Ana qızı Raziyənin fikrini öyrənmiş, qızın razı olduğununa sevinmişdi. Axı Əl-Əşrəf bütün məhəllənin sevimlisi idi. Elə bir qadın yox idi ki, onu tərifləməsin: «Qızını buna verən xoşbəxdir!»-deyə məhəllə qadınları həmişə danışardılar..

Ancaq Səriyə arvadın cürəti çatmırdı ki, Dadaş xana elçi gələcəyi haqda xəbər versin.

-Qıza, mən razı, ancaq Dadaşa necə deyim? Ciyərimi çıxardar.-deyə Seyid Bikəyə öz fikrini bildirdi.

-Sən denən, hansı günlər evdə olur? Qalanı bizim boynumuza.

-Hər bazar Xaçmazdan gəlir.

-Onda gələn bazar hazırlaş!

-Seyid qızı qorxuram.

-Ürəyini sıxma. Qız bizimdir.

Dərvaza döyüldü. Kimlərin gəldiyini bilsə də, Səriyə xanım yerindən tərpənmədi.

-Atababa, bax gör kim gəlib!-deyə Səriyə xanım oğluna harayladı. Ancaq otaqdan səs gəlmədi.

Dadaş xan özü ayağa qalxdı, həyətə düşdü və dərvazanın qapısını açdı.

-Allah qonağı qəbul edirsiniz?-deyə Səməd ağa düz Dadaş xanın üzünə baxdı.

-Allaha da qurban, onun qonağına da!-deyə Dadaş xan onları evə dəvət etdi. Ancaq qonaqların kim olduğunu anlaya bilmədi.

Səməd ağanın dəstəsi evə keçdilər. Otağın ortasında qoyulmuş dəyrimi stolun arxasında oturdular. Ancaq söhbəti aça bilmədilər.

-Bir evin qapısı döyülürsə, müəyyən məqsədlə döyülür. Əlbəttə ki, gəlişinizin bir səbəbi olmalıdır!-deyə Dadaş xan ona xas olan qürurla qonaqların gəlişinin səbəbini soruşdu. 

-Elədir, Dadaş xan! Sənin sözlərində həqiqət var. Bizim gəlişimiz səbəbsiz deyil!-deyə Səməd ağa sözə başladı.

-Mənə elə gəlir ki, söz açsanız daha yaxşı olar!-deyə Dadaş xan ciddiləşdi.

-Siz Meşədi Fazili tanıyırsınız?

-Tanıyıram, bizdən iki məhəllə yuxarıda olur.

-Mən Səməd ağayam, Tiflisdən gəlmişəm. Meşədinin bacanağıyam, Namiq əkə onun dostudur. Mürsəl kişi qonşusudur.

-Çox şadam!-deyə Dadaş xan xala xətrin qalmasın deyə cavab verdi.

-Çox gözəl! Onun oğlu Əl-Əşrəfi necə?

-Mənim uşaq-muşağla nə işim?  

-Bura gəlməyimizin səbəbkarı elə Əl-Əşrəfdir.

-Başa düşmədim?

-Sizə Əl-Əşrəfin elçisi kimi gəlmişik.

Dadaş xana yenə çatmadı. Kişinin ağlına belə gəlmədi ki, qızına elçi gəlib.

-Dadaş xan, mənim böyük oğlum Əl-Əşrəf sizin qızı istəyir. Qızınız da onu istəyir. Belə olmasaydı, biz sizin qapını döyməzdik. Gəlmişik, hərisini alaq!-deyə Meşədi Fazil dözmədi.

Bu sözləri eşidən Dadaş xan yerindən dik atıldı.

-Sən nə deyirsən, a kişi?

Meşədi Fazildən səs çıxmadı. Ancaq oturduğu yerdən Dadaş xanın düz gözünün içinə baxdı.

Dadaş xan geriyə çevrilib Səriyə xanım tərəfə baxdı. Ərinin ağır baxışlarını görüb, qadın özünü itirdi.

-Hanı qız? Çağır, onu görüm! - deyə Dadaş xan əmr verdi.

Səriyə xanım o biri otağa keçdi. Ancaq tək qayıtdı:

-Dadaş, qız utanır.-deyə deyə başını aşağı saldı.

Dadaş bu sözdən sonra özü otağa girdi. Hamının gözü qapıya dikilmişdi. O biri otaqdan ancaq Dadaş xanın səsi gəlirdi:

-Mənə düzünü de, Əşrəflə sənin aranda nə var?

-Ata, mən onu sevirəm.-deyə Raziyə düz atasının gözünə baxdı.

-Daha sözüm yoxdur!-deyə Dadaş xan əlini əlinə vurdu. Otaqdan çıxdı.

-Ay qız, sən Əşrəfi tanıyırsan?- deyə Səriyə xanımdan soruşdu.

-Dadaş, məhəllənin ən ağllı və tərbiyəli balasıdır.-deyə Səriyə ürəkləndi.

-Axı mən heç onu tanımıram?

-Allah qoysa, tanış olarsan!-deyə Səməd ağa yerindən dilləndi.

Dadaş xan onun səsini eşidib, anladı ki, otaqda ondan başqa adamlar var. Aristokratlığı hisslərinə qalıb gəldi, özünü ələ aldı:

-Bağışlayın, kim olsa, mənim günümə düşər!-deyə üzr istədi.

Səməd ağaya elə gəldi ki, bu sözlərdən sonra Dadaş xan söyləyəcək ki, «İcazə verin, bir az fikirləşək.» Ancaq onun gözlədiyinin əksi oldu.

-Mən bir-birini istəyən gənclərin xoşbəxtliyinə mane ola bilmərəm. Allah xeyr versin!-dedi, sonra üzünü Səriyyə xanıma tutdu:-Nə durmusan, çay gətir.

-Allah xoşbəxt eləsin!-deyə gələnlər onun sözünə qüvvə verdilər.

-Hər şey öz adət - ənənəmizlə olmalıdır! - deyə Dadaş xan sonuncu sözünü dedi.

Seyid Bikə Raziyənin barmağına bəxt üzüyünü  taxdı:

-Allah səni xoşbəxt eləsin, qızım!-deyə

Bundan sonra məclis dağıldı.

 

SƏMƏRQƏNDDƏ

Şəqdə çayxananın nə olduğunu bilənlər oranın təkcə yanğunu öldürmək üçün yer olmadığını bilirdilər. 

Səmərqənd çayxanaları hamısı bir-birindən fərqlənirdi. Əlbəttə ki, çaylarının dadıyla. Buradakılar ancaq yaşıl çay içirdilər. Dəmlədikləri çaya dağlardan, çöllərdən yığılmış cürbəcür ətirli bitkilər əlavə edirdilər. Bu da çayın daha da təravətini artırıdı. Sonralar bu çayın nə qədər insana qüvvə verdiyini və soyuqdəymə və başqa xəstəliklərdən əlac olduğunu Fazil öz üzərində hiss etmişdi.

Çayçı çayı piyaləyə süzüb, müştərinin qabağına cürbəcür mürəbbələr və cərəz qoyurdu.

Hər məhəllənin öz çayxanası və axşamlar bura gələn hörmətli adamlarının öz dəstərxanı vardı. Məhəllə çayxanalarında məhəllədə məsələləri də müzakirə olunurdu. Buradan hər şeyi öyrənmək mümkün idi.

Bu şəhərin bütün adət-ənələrinə əməl edən Fazillə Namiq də imkan tapan kimi işdən sonra məhəllə çayxanasına  baş kəçirdilər.

Axşam çayxanaya gələnlər əsasən ağsaqqal adamlar olurdular.

Onlar dəstərxana yenicə oturmuşdular ki, qonşu dəstərxanda ciddi mübahisənin getdiyini gördü. Hamının gözü bu dəstərxanda idi. Orada din xadimi, nın «Xoca Əhrari» məscidinin imamı, «Tilli Kari» mədrəsəsinin müəllimi Hacı Əhmədcon xoca hiddətini saxlaya bilmirdi.

-Bunlar nə qədər yolunu azıblar ki, Qur Əmiri bağlayıblar. Heç kimi içəri qoymurlur. NKVD –e əsgələri oranı mühasirədə saxlayırlar. 

Bizə dedilər ki, Moskvadan Mixayıl Gerasimov adlı bir alim gəlib. Teymur ləngin kəlləsümüyünü götürüb,  onun şəkilini bərpa edəcək.

Şeyximiz bunu etmək olmaz dedi. Onu da qeyd etdi ki, Teymur ləng öz vəsiyyətində yazmışdı: əgər məzar açılarsa, o saat dünya müharibəsi  başlayar.

İnanmadılar. Onda şeyx «mənim dediklərimi Stalinə çatdırın!» -deyə tələb etdi. Gülüşdülər. NKVD-nin rəhbəri üzünü şeyxə tutdu.

-A kişi, nə müharibə? Bu yaxınlarda almanlarla saziş bağlamışıq, heç yandan qorxumuz yoxdur. Bir də Stalin kimi rəhbəri olan ölkə heç nədən qormaz.

Səhərisi günü əhali Gerasimovla birlikdə, şəhər rəhbərliyinin və Səmərqənd Şeyxinin Qur-Əmirə girdiklərini gördülər.

Şeyx adətinə sadiq qalaraq məzarın üstündə  «Fatihə» sürəsini oxudu. Sonra üzünü bir daha bura yığışanlara tutdu.

-Əvvala məzarın üstünü açmaq Allahın yanında günahdır, Teymur ləngin məzarını açmaq isə iki qatına günahdır.

-Şeyx qurtar! Dindən bizə məruzə oxuma!-deyə  NKVD-nin rəhbəri onun səsini kəsmək istədi.

Şeyx ağ saqqalını tumarlayaq onun sözlərinə məhəl qoymadı:

-Bilirsiniz, bu məzarı açsanız nə baş verə bilər?

-Heç nə baş verməyəcək!

-Müharibə. Qanlı müharibə. Milyonlarla insan qırğını.

-A kişi, nə danışırsan?

-Teymur ləngin vəsiyyətində yazılıb ki, onun məzar daşını açsalar, müharibə başlayacaq, qanlı müharibə, milyonlarla insanın qanına bais olan müharibə.-deyə şeyx özünü məzarın üstünə yığdı.

-Şeyx mane olmayın! - deyə şəhər rəhbərliyindən biri dilləndi.

-Yox, siz mən dediklərimi Stalinə çatdırın. Alın baxın bu da, Teymur ləngin vəssiyyəti.

Vəsiyyətnaməni ondan alsalar da, dediklərinə əməl etmədilər. Mərmər məzarın plitəsini qaldırdılar.

 

MUHARİBƏ

23 iyun saat on birin yarsında Salman Alimcanov tələsik kabinetinə girdi, əlindəki çantanı stolunun üstünə atdı və otaqdan çıxdı. Üzbəüz olan Fazilin kbinetinə keçdi.a girdi.

-Qorkomdan gəlirəm. Səhərdən ordayam. Almanlar SSRİ-nin üstünçə hücum çəkiblər. Müharibədir.

Saat 12-də fəhlələri radionun altına yığmaq lazımdır. SSRİ Xalq Komissarları sədrinin müavini Molotovun çıxışı olacaq. Ümumi səfərbəylik gözlənilir.

Fazilin başına elə bil qaynar su tökdülər. Yadına Bakıdakılar düşdü. Əşrəfi yenicə nişanlamışdılar. On səkkiz yaşı yenicə tamam olmuşdu. Deməli, onu da  müharibəyə aparacaqdılar.

-Fazil əkə, sizə nə oldu?

-Uşaqlarım yadıma düşdü.

-Əlbəttə ki, böyük bədbəxtlikdir. Balalarımız qırılacaq. Nə etməli, baxtımıza bu yazılıb.

On ikiyə bir-neçə dəqiqə qalmış fəhlələr işlərini dayandırıb radio dirəyinin altına yığışırdılar.

Almanlar dünən hücuma keçsədə, Bütün sovet xalqı kimi Orta Asiya camahatı bir gün sonra bu haqda eşidəcəkdi. Çünki Stalin almanların hücuma keçəcəklərini gözləmirdi. Axı bu Ribbentrop - Molotov Paktının pozulması idi.  

Düz saat on ikidə radio Molotovun çıxış edəcəyini elan etdi.

-Sovet İttifaqının vətəndaşları! Sovet hökuməti, başda yoldaş Stalin olmaqla mənə tapşırıq verdilər ki, aşağıdakı xəbəri sizə çatdırım.

Bu gün saat 4-də müharibə elən etmədən alman orduları bizim ölkəyə hücum çəkmişlər...Citomir, Kiev, Kaunas və başqa şəhərləri bombardıman etmişlər....

Hökumət Sovet vətəndaşlarını bolşevik  partiyası və onun böyük rəhbəri Stalin ətrafında birləşməyə çağırır....

Bizim işimiz haqq işidir. Qələbə bizim olacaq!»-deyə Molotov sözünü qurtardı.

Radio bağlansada, fəhlələr başlarını qaldırıb dirək tərəfə baxırdılar. Sanki daha nəsə eşitmək istəyirdilər. Bir-neçə dəqiqə susub dirək tərəfə boylandılar. Nəsə oradan gözləyirdilər.

Eşitdiklərinə inanmaq istəmirdilər...

***

 Səhərisi günü Səmərqəndə səfərbərlik başladı. Rəhbər orqanında işləyən Fazillə Namiqə bron[32] verdilər

Fabrikada fəhlələrinin yarıdan çoxu kişi olduğundan demək olar ki, fabrika dayanmışdı. Müharibəyə gedən kişilərə əvəz tapılmırdı,  onların yerinə keçən qadınlar isə kişilər kimi işləyə bilmirdilər. Fabrikada işçi qüvvəsi çatışmırdı.

Müharibəyə getmiş kişiləri əvvəz etmək üçün yeni işçi qüvvələri tapmaq lazım idi.

-Fazil, kömək et! İstehsal aşağı düşür! İşçi qüvvəmiz çatışmır. Nə təklifin var?- deyə Salman Alimcanov ona müraciyət etdi

-Gəlin yeniyetmələri işə qəbul edək!

-Sən nə danışırsan? Əmək qanunçuluğunu pozuruq.

-Salman əkə, başqa yolumuz yoxdur.

-Bu çox məsuliyyətli işdir.

-Çəkinmək lazım deyil. Müharibədir. Başqa nə edə bilərik?

-Nə deyirəm. Cəlb edək.

Yeniyetmələri elə fabrikaya qadın fəhlələr gətirdilər. İşə çox qısa müddət ərzində öyrəşən yeniyetmələr heç də atalarından, əmilərindən, dayılarından pis işləmirdilər.

 İstehsal müharibə ərəfəsi səviyyəsinə qalxdı. İndi düşünmək lazım idi ki, daha da artıq olsun.

 

BAKIDA

Sentyabr ayının əvvəli Tiflis vağzalının platformasına verilmiş «xlebnıy» vaqonlara əsgərləri yükləyirdilər. Qatarlardan biri yola düşən kimi Hər polk bir platformaya öz əsgərlərin gətirir, qatara mindirirdi, qatar yola düşən kimi başqa polk onun yerini tuturdu.

Platformanın kanarına yığışmış əsgərlərin qohum-əğrabaları vidalaşmaq üçün kömandirlərin «volno» demələrini gözləyirdilər.

Bu sözü eşidən analar, gəlinlər, qızlar və uşaqlar bayaqdan bəri həsrətlə ərləri, oğulları və ya sevgililərinə baxan camahat bircə anın içində hərəkətə gəlir. Əsgərlərin boynuna sarılırdılar.

Görüşə gələnlər ancaq Bakı əhli idi, qalanların çoxu rayon adamı olduğundan qohum-əğrabaları  vağzala gələ bilməmişdilər.

Seyid Bikə Əşrəfin alnından öpüb, onu «Quran» altından keçirtdi. Oğlunun əsgər yodldlaşları da onları da «Quran» altından keçirtməyə xahiş etdilər.

   - Bismillahir-rəhmanir-rəhim! –deyə Seyid Bikə «Quranı» onların başı üstünə qaldırdı, əsgərlər bir-bir kitabın altından keçirdilər. Maraqlısı bu idi ki, ruslar da, yəhudilər də onlara qoşulub keçirdilər.

   -Allah hamı üçün birdir!-deyə Seyid Bikə hamıya dua edirdi: -Allah səni düşmən gülləsindən qorusun!

   Əşrəfin qonuna sığışmış Raziyənin gözləri yaşla dolmuşdu. Qəhərləndiyindən danışa bilmirdi:

-Get, sağ-salamat qayıt! O saat məktub yazarsan!-deyə hıqqanırdı.

-Yaxşı ağlama. Anamdan müğayət ol! Dava tez bitəcək. Gələn kimi toyumuzu edərik!- deyə Əşrəf nişanlsını sakitləşdirirdi

Əşrəf Raziyəni özündən ayırdı. Çünki gördü ki, üç qardaşının üçü də gözlərini dikib onlara baxırdılar.

Eyyub və Əlisəttarla qucaqlaşıb görüşdü, Nərimanı isə bağrına basdı.

-İndi evin kişisi sizsiniz. Bilirsiniz, dədə uzaqdadır. Özünüzü elə aparırın ananı incitməyəsiniz.

-Özündən müğayət ol!-deyə Əli Səttar dilləndi.

Qardaşlar kanara çəkildilər. Əşrəf əlini Raziyənin çiyninə qoydu. Bu zaman onun gözünə Raziyənin qardaşı Atababa dəydi. Tez əlini qızın çiynindən götürdü.

-Bağışla görmədim!-deyə onunla qucaqlaşdı.

-Özündən müğayət ol! Tez qayıt! Dədəm, Xaçmazda olduğundan gələ bilmədi.-deyə Atababa dilləndi.

Seyid Bikənin başı əsgərlərə qarışdığından oğlu yadından çıxmışdı. Qatarın fitin vaqonlara minməyə göstəriş verdi. Əsgərlər öz vaqonlarına doluşmağa başladılar.

Seyid Bikə bu qarmaqarışıqda oğlunu axtarmağa başladı:

-Əl-Əşrəf haradasan? - deyə arvad acizcəsinə qışqırdı.

-Ay na, buradayam, qabağa gəl!-deyə oğlu onu harayladı. Ana səs gələn tərəfə qaçdı.

Qatar yerindən tərpənməyə hazırlaşırdı. Platformada ancaq yola salanlar qalmışdı. Təkcə ana  əsgər balasını bağrına basıb buraxmaq istəmirdi.

-Ana, mən getməliyəm!-deyə Əşrəf komandirinin vaqona minmək əmrini eşidib anasını üzündən öpdü.

-Ay qız, hanı camım?-deyə Raziyə tərəfə baxdı.

Raziyə əlindəki butulkadan cama su tökdü və Seyid Bikəyə uzatdı.

-Allah əmanətində!-deyə suyu qatarın arxasınca atdı. Azərbaycanda adət belə idi, uzağa gedənin dalınca su atardılar. Bu adət o qədər qədim idi ki, haradan gəldiyini heç kim bilmirdi.

***

Qatar Biləcərini yenicə keçmişdi. Vaqondakı əsgərlərin hamısı fikirli idi. Bir-biri ilə dinib danışan da yox idi.

Təkcə Əşrəf vaqonun açıq qapısından görünən mənzərəni seyr edirdi.

-Bayaqkı arvad sənin ana idi?-deyə qarasaç, ucaboylu bir gənc ondan soruşdu.

-Anam idi!

-Anamı xatırlatdı. Mənim anam da səninki kimi canıyanan idi.-deyə gəncin gözləri yaşardı.

-Allah rəhmət eləsin! - deyə Əşrəf ürək-dirək verdi.  

- Əcdər, Xızılı Əcdər.

-Cəfərli Əşrəf, basqallı balası.

-Çox şadam!-deyə əlini ona uzatdı. Onlara baxıb hamı bir-birilə tanış oldu. İndi vaqondakı əhval-rühiyə tam dəyişmişdi. Hamı gülüb  danışırdı.

***

Kim əsgərlik çəkməyib, həyatdan xəbərsizdir. İstər sülh vaxtı olsun, istərsə müharibə - özünü başqasının iradəsinə tabe etmək çətin məsələdir.

Hər şeydən əvvəl əsgərlikdə gərək diribaş olasan, olmadın başın bəlalar çəkəcək.

Əşrəflə Əcdər ilk gündən bunu başa düşdülər. Qatar onları Xarkov yaxınlığına gətirmişdi. Hələlik rezerv kimi arxada saxlayıb tüfəng atmağı, silah tutmağı öyrədirdilər. Bir həftədən sonra döyüşə aparacaqdılar.

Batalyonları əvvəlcədən qazıdılmış zemlankalara yerləşdirirdilər. Hiss olunurdu ki, onlardan qabaq burada başqaları da olub. 

Ağır səhra şəraitinə öyrənmək çox çətindir. Ancaq dözmək olardı.

-Bilirsən,  Əşrəf, niyə bura bizi salıblar?-deyə  Əcdər soruşdu.

-Buradakı şərait müharibə şəraitinə yaxındır. Qoy gözümüz öyrənsin.

-Gərək güllədən qorxmayasan. Atam deyir ki, güllə qorxağa dəyir.

-Kişi düz deyir.

Komandirlər bütün günü onların arasında idilər. Kimin nə ilə məşğul olduqlarını izləyirdilər. Diribaş və döyüşkən uşaqları seçirdilər ki, vzvod komandirləri və onlara müavin qoysunlar.  

Əşrəfin dikbaşlığı gözdən yayınmadı Onu batolyon komadirinin yanına çağırdı.

-Qara bala məktəbi haçan qurtarmısan? - deyə azərbaycanca soruşdu. Ancaq soruşan azərbaycanlı deyildi. Sir-sifətindən əsl rus olduğu görünürdü. Xineyi saçları, balaca burnu. İyirmi dörd-iyirmi beş yaşı olardı.

-Yoldaş komandir, siz bizim dili haradan bilirsiniz?

-Mən Bakı rusuyam.

-Mən də Bakıdanam,

-Hansı məhəllədən.

-Dağlı.

-Mən Bayıl uşağıyam.

-Dostun haradandır.

-Xızıdan.

-Dağlı balasıdır?

-Bəli.

-Dağlılar igid olurlar.

-Adın nədir?

-Əşrəf.

-Bəs dostunun?

-Əcdər.

-Onu təhsili neçə var?

-O səkkizilliyi qurtarıb.

-Səni kəşviyyat vzvodunun komandiri, onu isə sənə müavin təyin edirəm. Mənim adım Viktor Vladimiroviç Morozovdur. Batalyonunuzun komandiriyəm. İstəyirəm həmişə yanımda olasınız. Çünki bakılı uşaqların fərasətinə bələdəm. İndi isə gedə bilərsən!-deyə komandir onu azad etdi.

-Əcdər məni vzvod komandiri, səni isə mənə müavin etdilər. –deyə dostuna  komandirlə söhbətindən danışdı.

-Nə yaxşı oldu.

-Komandirimiz Bakı rusudur. Bayıldandır. Dilimizi də əla bilir.

 

BARITİYİ

Bir həftədən sonra Morozovun piyadə batalyonunu Xarkovun cənubi-şərq istiqamətində yerləşən balaca bir şəhərcik Çuquyevin qarşısında yerləşdirildi, səngər qazımağı əmr verdilər.

İki gün əsgərlər gecə-gündüz bu işlə məşğul oldular. Uzaqdan, Xarkov tərəfdən  partayış və atəş səsləri kəsilmirdi.  Gecələr həmin tərəfdən görünən alov şəhərdə vəziyyətin gərgin olduğunu göstərirdi.  

Hələlik səngərdə oturub dincələn əsgərlər gündüzlər Xarkov istiqəmətində üstərindən uçan və qayıdan sovet təyyarələrini sayır, təssüflə qeyd edirdilər ki, çoxu geri qayıtmayır.   

 Şimaldan səngərlərə tərəf əsən payız küləyi yanıq iyi gətirir, döyüşlərin yaxında olduğunu hiss etdirirndi.

Bir-neçə dəfə batalyonun yerləşdiyi yer alman təyyarələrinin hücumuna məruz qaldı. Xoşbəxtlikdən ölüm-itim yox idi. Kapitan Morozov səngər böyu gəzişib əsgərlərini ürəklədirirdi.

-Yoldaşlar, möhkəm durmalıyıq. Belə hallarda səngərlərdən başınızı çıxartmayın!-deyə göstərişdlər verirdi.

Dördüncü gün Xarkov şəhərini tələm-tələsik panik şəkildə tərk edib, geri çəkilən sovet qoşun hissələri. görünməyə başladılar.

 Onlar səngərdəkilərin üstündən tullanıb daha arxaya qaçırdılar. Elə təssəvvür yaranırdı ki, it-yiyəsini tanımır. Komandirlərinin kim olduğu bilinmirdi.

Kapitan Morozov qaçanların qabağını alır, səngələrə qaytarır və gələcək döyüşq mövqelərini möhkəmlədirdi.

Batalyonun sayı birə üç artmışdı.

«Almanların say-hesabı yoxdur! Onları qabağını heç nə saxlayau bilməz!» deyən Xarkovda döyüşdə olmuş əsgəri  xüsusi hissəni  zabiti  həbs etdi və hamının gözü qabağında güllələdi.

-Kim səngərdə şayiə yaymaqla məşğul olsa, onu bu aqibət gözləyəcək!-deyə üzünü səngərdəki əsgərlərə tutdu.

Əşrəflə Əcdərin gördüyü ilk meyid alman yox, sovet əsgərinin meyidi oldu.

Axşama yaxın səngərləri intensiv top atəşinə tutuldu.

 Səngər ətrafı cəhənnəmi xatırladırdı. Hər tərəf od tutub yanırdı. Səngəri dərin qazındığından onun kənarlarına dəyib partlayan mərmilərin qəlpləri əsgərlərə xətər yetirmirdi, ancaq qulaqlarını batırırdı.

-Ağzını açıq saxla! Yoxsa qulaq pərdələrin cırılar!-deyə Əşrəf Əcdəri başa salırdı.

-Sənə baxan adam, ürəklənər, komandir.

Top atəşi kəsildi. Yenə də kapitan Morozov səngərdə göründü.

-Necəsiniz? Aranızda yaralanan var?-deyə soruşurdu.

-Hər şey qaydasındadır, yoldaş kapitan!-deyə Əşrəf cavab verdi.

-Bakılı balası, belə durun! Sabah ağır günümüz olacaq. Boş-boşunuza başınızı səngərdən çıxartmayın. Yaxşı nişan aldıqdan, sonra atın.

-Bəs hamımıza silah haçan verəcəklər?-deyə Əcdər soruşdu: -Üçümüzə bir beşatılan düşür.

-Səbirli olun! Tezliklə hər şey olacaq!-deyə Morozov təsəlli verdi.

«Əsgərlər haqlıdılar. Silahsız düşmənin qabağına necə çıxmaq olar? Bu harada görünüb?- bir daha  öz-özünə deyindi.

Səhər də silah gəlmədi. Ancaq alman toplarının mərmiləri səngər boyu partlayırdı.

-Almanlar buna hücumdan qabaq hazırlıq deyirlər. Top atəşi kəsilən kimi, hücuma keçəcəklər.-deyə kapitan Morozov yenə də səngərdə gəzişirdi.

-Komandir, silahsızlar neynəsin?-deyə əsgərlərdən biri soruşdu.

-Silahlılar səngərin yuxarı hissəsindəki nişangahda dururlar. Əgər onlara bir şey olsa, ikinci əsgər onun yerini tutur. Silahsızlar yuxarıda görünmürlər.

-Komandir, bəlkə qranatları biz ataq, onlar silahlarından ayrılmasınlar.

-Olar! Ancaq ehtiyyatlı olun!- deyə Morozov öz səngərinə qayıtdı.

-Diqqət, silahlılar səngərə!-deyə hamıya döyüş əmri çatdı.

Birinci dəfə idi ki, Əşrəflə Əcdər düşmənlə üzbəüzə gəlirdilər.

-Əcdər, kim bilir bəlkə bizim səngərə hücum çəkənlər arasında elə Alman məhəlləsindən olan dostlarım da olacaq. Mən nə etməliyəm?-deyə dosmtundan soruşdu.

-Atasını yandırmalısan! O, sənin vətəninə hücum çəkir. Birdə cəbhədə nə dostluq? Kim birinci vurdu o, aparır. –deyə Əcdər fikrini bildirdi.

Əşrəf azca başını səngərdən çıxarıb baxmaq istəyirdi ki, qulağının dibindən güllə keçib, arxadakı torpaq yığımına girdi.

Əcdər onu aşağı çəkdi:

-Səni nişan alıb atan, düşünmür, sən kimsən!

Çuquyeva ətrafında ilk toqquşmada batalyonun yarıdan çoxu qırıldı və yaralandı. Ancaq geri çəkilmədilər. Almanlarla atışma günortaya qədər çəkdi. Axşam üstü isə atışma olmadı.

 Gecənin qaranlığında kapitan Morozovun hündür qaməti göründü:

-Əmr edirəm, beş dəqiqə ərzində yığışın. Yürüş vəziyyətində hazır olun!

Beş dəqiqədən sonra Kapitan Morozov  «düzlən» əmri verdi. Sıraya düşülmüş əsgərlərinin bir-bir əlini sıxdı:

-Barıt iyini duymağınız münasibəti ilə sizi təbrik edirəm. İndi siz həqiqi döyüşçüsüz! Səngəri də yaxşı qoruduz. Halal olsun!

-Sovet İttifaqına xidmət edirik!-deyə əsgərlər cavab verirdilər.

-Biz indi marş-brosok etməliyik Ardımca!-deyə batalyonda qalmış əsgərləri arxasınca, qaranlığın ənginliynə apardı.

Səhərə qədər dayanmadan yol getdilər. Əsgərlərin ayaqları getmirdi. Ac olduqlarından, taqətləri qalmamışdı.

Səhərə yaxın təyyarə bombardımanından dağılmış evinin həyətinə girdilər. Ev yanıb külə dönsədə həyətdəki alma ağaclarından meyvələr adamı özünə cəlb edirdi.

-Yoldaş komandir, əsgərlərə  alma dərmək olarmı?-deyə Əşrəf soruşdu.

-Bizim əsgərlərə hər şey olar!-deyə özü də ağacdan bir-neçə alma dərdi.

-Yarım saatlıq dinclik. Bir də çalışın: yola da özünüzlə alma götürəsiniz. Veş-meşoklarınıza alma yığa bilərsiniz.-deyə kapitan Morozov əmr verdi.

***

Çuquyevdən sağ çıxan batalyon beş gün az-az fasilələrlə şərq istiqamətində geri çəkildi. Yol boyu öz dəstələrini itirmiş əsgələr də onlara qoşulurdu. İndi batalyondakı əsgərlərin sayı polkdakı əsgərlərin sayı qədər idi.

  Onlar  hara getdiklərinini təssəvürlərinə belə gətirməsələr də, kapitan Morozov nəinki bilirdi, üstəlik harada, necə sığınacaqlarına əvvəlcədən göstəriş verirdi.

Yeni  döyüş  xətləri isə hələ uzaqlarda, Rostov tərəflərdə idi.

 Gecənin zülmətində onların yerləşdiyi təpəciyin üzərindən alman təyyarələri uçdular, ancaq mövqelərini bombardıman etmirdilər.

Səhər açılanda təpənin arxası «listovkalarla» dolu idi. Başqa dildə olduğundan Əşrəflə Əcdər onlara toxunmadılar da. Ancaq  bir yarımsaatdan sonra xüsusi hissənin zabiti öz dəstəsi ilə batalyona gəldi.

Bütün əsgərləri kapitan Morozovun qarşısında sıraya düzdü.

-Ukrainalılar iki atdım qabağa !-deyə əmr verdi.

Batalyon əsgərlərinə yenicə qoşulmuş  dörd ukrainalı irəli çıxdı.

-Onların ciblərini yoxlayın!-deyə zabit əmr verdi.

Ciblərindən gecə atılan listovkalar çıxdı.

-Düşmən təbliğatına uyub, bunları götürənlər vətən xainlərdirlər. Əmr edirəm, güllələyin!-deyə özüylə gətirdiyi əsgərlərə göstəriş verdi.

Hamının gözü qarşısında dörd ukrainalını güllələdilər.

-Dünən yox israğa günü bizim batalyonda azərbaycanlıları güllələdilər. On dörd nəfər idilər. Hamısının cibindən belə listovka çıxmışdı. –deyə Xarkovdaq onlara qoşulmuş dərbəndli ləzgi balası Əşrəfə  danışdı.

-Sən nə danışırsan?

-Özün görmürsən, nə edirlər?

-Görürəm.

-Listovkalara heç vəcdə götürmək olmaz.

-Görəsən, orada nə yazırlar?

-Yazırlar ki, bu listovka kimdə var, almanlar dəymirlər. Onlardan Azərbaycan dviziyası yaradırlar ki, vətənlərini  kommunistlərdən azad etsinlər.

-Sən bunu haradan bilirsən?

-Sağ qalan azərbaycanlılar danışırdılar.

-Sən almanın ağlına bax, rusun gicliyinə! - deyə Əşrəf hirsləndi.

-Başa düşmədim.

-Burada başa düşməli nə var ki? Almanlar beləliklə səngərdə xalqlar arasında nifaq salırlar.

Batolyon yenidən geri çəkilmək əmrini aldı. Yenə də iki gün yol getdilər. Axır gəlib Rostov ətrafına çatdılar.

Dinc əhali bu dəfə onları qabaqlayıb səngər qazımışdı.

Səngərə çatanda, ağızlarına  çörək dəydi. Bütün yol boyu birinci dəfə idi ki, onları doyunca yedizdirdilər. Hələlik sakitlik idi. 

Kapitan Morozov imkan tapıb, Əşrəfi çadırına  çağırdı.

-Əşrəf, görürsən də nə baş verir?

-Ukrainalıların başına gələn oyunu deyirsiniz?

-Özüm də bilmirəm, əsgərlərə nə deyim?

-Sizin burada günahınız yoxdur.

-Axı bu təxribatdır. Hitlerin təxribatı. Elə kağız atırlar ki, ana dilində olur. Vətən haqqında şerlər yazırlar. Vətəndən uzaq düşmüş, nastolci keçirən  qeyri-ruslar özlərindən asılı olmayaraq bu vərəqləri götürürlər.

NKVD-e də buna uyub qeyri-rusları qırır. Sizdən xahiş edirəm, biriniz də əlinizi uzadıb yerdən belə vərəqə götürməyin! Qeyri-rus əsgərlərinizi də başa salın ki, bu nə deməkdir. Aydındır?

-Aydındır, yoldaş komandir.

-Mən ali baş komandana bu haqda məktub yazacağam. Yoxsa, bu yüzminlərlə günahsızın qanına səbəb olacaq. –deyə Kapitan Morozov planşetindən kağız çıxartdı və nəsə yazmağa başladı.

Əşrəf səngərə qayıdıb vzvodunu ətrafına yığdı. Ukrainalıların başına gəldiklərini, onlarla təhlil etdi və əmr verdi ki, bir daha yerdən belə vərəqlər götürməsinlər.

-Yoldaş komandir, bəs makorkanın nəyə bükək?-deyə əsgərlərdən biri Evqeniy İstratov soruşdu.

-Başqa kağıza.

-Axı başqasını vermirlər.

-Olmaz! Qurtardı! - deyə Əşrəf onun üstünə çımxırdı.

Əşrəf vərəqin nazik kağızdan olduğunu görmüşdü. Ruslar onun nə məzmunda olmağına varmadan, yığırdılar ki, moxorka çəkəndə siqaret büksünlər.

-Məsələ aydındır. Alman ağlı hər şeyi nəzərə almışdır. Bu millət törətdiyi vəhşiliyə görə, ancaq Allahın bəlasına gələ bilər. Yoxsa onlara qalib gəlmək çətin olacaq!-deyə Əşrəf düşünürdü.

***

Podpolkovnik Morozovun polku döyüşə-döyüşə geri çəkilirdi. Az itgi verə-verə Kalmık çöllərinə çatmışdılar. Volqa çayının arxasında əsən qış küləyi uşankalarına başına çəkib, üzlərini nəilə gəldi örtən döyüşçülərin geyimlərindəki balaca bir dəliyindən yol tapıb bədənlərini dondururdu. Şaxta o qədər güclü idi ki, bir-balaca hərəkətsiz qalanı yerindəcə vururdu.

İndi alman gülləsindən qorxulu şaxta idi. Şaxta, deyəsən, almanların irəliləməsinin də qarşısını almışdı.

Polk Volqanın sahillərinə yaxınlaşdıca, almanlar onların arxasınca atdım-atdım gəlmirdilər.

Podpolkovnik Morozovun bütün alman qoşun dəstələrinin Stalinqrada hücuma hazırlaşdığından xəbəri vardı.

Bu şəhərin strateci əhəmiyyəti onda idi ki, Volqa boyu Bakı nefti bütün cəbhələrə, ancaq bu yolla gedirdi. Almanlar əgər bu şəhəri tutsaydılar, bütün sovet texnikası yanacaqsız qalırdı.

Almanların Volqaya can atmasının səbəbi ancaq bu idi. 

Sovet qoşunlarından daha yaxşı silahlanmış faşist orduları indi irəliləyə bilmirdilər. Çünki etdikləri vəhşiliklərin əvəzinə Allah onların üstünə bəla göndərmişdi. Şaxtanı.

Podpolkovnik Morozov əsgərlərinə səngər qazımağı əmr vermişdi. Ancaq yer elə donmüşdü ki, sapyor lapatkası bir qramm belə torpaq çıxara bilmirdi.

Səngərlərdən bir az aralı dayanmış tank batolyonunun əsgərləri  tanklarının işləyən matorlarının istisinə qızışırdılar.

Pexotanın vəziyyəti isə kritik idi. Səngər qazımaq heç cürə mümkün deyildi.

Əşrəf ora-bura qaçsada, rotasının əsgərləri heç nə edə bilmirdilər.

-Komandir tankçılardan istifadə edək!-deyə onun  vzvod komandiri Andrey Slavanov təklif etdi.

-Tankçılar nə edə bilərlər?

-Torpağı şümlayarlar.

-Nə ilə?

-Bizdən bir aralıda kotan var.

Anderiyin fikri o saat  Əşrəfə çatdı. O, tankçılar tərəfə  qaçdı.

-Qardaşlar, kömək edin!-deyə Əşrəf onların komandirinə müraciyət etdi.-Torpağı şumlayaq!

-Sən, deyəsən, başını itirmisən! Bura kolxoz deyil!-deyə tankistlər gülüşdülər.

-Burada boş-boşuna dayanmaqdansa, gəlin, kömək edin. Onsuzda boş-boşuna benzini yandırırsınız.

-Biz benzini yandırmırıq, biz tankı hazır vəziyyətdə saxlayırıq!-deyə tankistlər hirsləndilər.

-Yaxşı, yaxşı. Səhv etmişəm. Qardaşlar, əsgərlərimə torpaq qazımağı əmr veriblər. Bacarmırlar. Torpaq elə donub ki, lapatka götürmür...

-Belə denən də!

-Arxada kotan var, onu tankın birinə qoşsaq, bəs edər.

-Spirt olacaq?-deyə tankistlərdən biri soruşdu.

-İstədiyin qədər!

***

Ştabdan qayıdan podpolkovnik Morozov gözlərinə inanmadı. Üç saat bundan qabaq gəldiyi yerdə heç nə yox idi.

İndi isə bütün döyüş texnologiyasına uyğun səngərlər qazılmış, zemlyankalar düzəldilmişdi. Zemlyankanın damından çıxan tüstüyə əsgərlərin  gülüş səsləri qarışıb ətrafa yayılırdı.

Tanklar da gözə dəymirdi. Sanki bütün polk torpağın altında gizlənmişdi.

Podpolkovnik qaraulda duran əsgərə yaxınlaşdı.

-Bunları kim belə edib!

-Tankistlərlə bizimkilər.

-Necə?

-Tankın dalına kotan bağlamaqla. Sizinçün də zemləyanka düzəltmişik.- deyə keomandirə ştabı göstərdi.

Ştabda svyazist telefonu quraşdırırdı.

-Əlaqə var?-deyə  Podpolkovnik Morozov soruşdu.

-Vardır yoldaş podpolkovnik.

-Tez ol çala!

 Svyazist bir-neçə dəfə telefonun dəstəyini fırlatdı. «Çayka! Çayka! Mən dənizəm!-deyə dilləndi və dəstəyi komandirə verdi.

-Yoldaş komandir. Mənikilər səngər qazıyıblar, özü də bütün tələblərə uyğun.

-Qış tələblərinə uyğun?

-Elədir ki, var!

-İnanmıram. Axı necə?

-Tankların köməyi ilə.

-Məni qarşılayın bu dəqiqə gəlirəm!-deyə dviziya komandiri eşitdiklərini öz gözləri ilə görmək istədi.

 Podpolkovnik Morozov dəstəyi svyazistə qaytardı. Gülümsədi.

-De görüm, bu kimin ideyası idi?-deyə soruşdu.

-Rota komandirinin.

-Kimin? Əşrəfin.

-Tez olun onu yanıma çağırın!-deyə əmr verdi. Özü isə keçib burcuykanın ətrafında əllərini qızdırmağa başladı.

Zemlyanka çox da soyuq deyildi. Ancaq hiss olunurdu ki, bayırdan gələn podpolkovnik Morozov əməlli-başlı  donmuşdu.

-Gəlmək olar, yoldaş komandir?-deyə içəri girən Əşrəf soruşdu.

-Əvvala mənim şəxsi təşəkkürüm. Etdiklərinə baxmağa komdiv gəlir. Gedək, əvvəl baxaq görüm nə etmisiniz? Sonra sənə deyiləsi sözüm var.

Podpolkovnik Morozov onunla zemlyankadan çıxdı. Onun ştabından sonuncu vzvodun zemlyankasına qədər metrə yarım dərinliyində səngər uzanırdı.

 Üç saat bundan əvvəl dviziya komandiri bütün polk komandirlərini başına yığıb səngərlərin qazınması ilə bağlı yaranmış kritik vəziyyətdən danışırdı. Komandirlərindən təkliflər gözləyirdi.

Podpolkovnik Morozovun isə ştabdan qayıdana qədər bütün problemləri həll olunmuşdu.

Yarım saatdan sonra beşə qədər «Vilis» podpolkovnik Morozovun ştabı qarşısında dayandı. Komdiv bütün polk komandirlərini yığıb özüyülə gətirmişdi.

Komdiv ştaba daxil olmadan səngərə endi. Səngər boyu üzünü  komandirlərə tutub deyirdi.

-İnanılası deyil! Əla, podpolkovnik Morozov! Sənin nə gözəl işlərin var!

-Mənim yox, rota komandirimin.

-Tez ol, onu bura çağır.-deyə əmr verdi.

Sonra üzünü başqa komandirlərə tutdu:

-Sizdə bunu etməlisiniz! Gecə düşənə qədər.-deyə tələb qoydu.

-Yoldaş komdiv, leytenant Əliyev sizin əmrizlə gəlmişdir.

-Bu sənin işlərindir, qarabala?

-Təkcə mənim yox bütün polkun.

-Yaxşı, yaxşı.

-Tankların arxasına kotan bağlayıb, şumlamışıq.

-Bəs kotanı haradan tapmısınız.

-Arxamızda kolxozun maşın parkı var, oradan.

-Tankistləridən birini bura çağırın!-deyə komdiv əmr verdi. Hamı susub tankistin gəlməsini gözlədi.

İki dəqiqə çəkmədi tankist gəldi.

-Sənin işindir?-deyə komdiv soruşdu.

-Bəli, yoldaş komdiv.

-Qorxmadın, tankın sınar?

-T-36-ı üçün kotanı çəkməyə nə var ki?

-Deyirsən, yaxşı tankdır?

-Elədir ki, var!

Komdiv üzünü podpolkovnik Morozova tutdu:

-Hər ikisini mükafata təqdim et!-deyə komdiv Əşrəflə tankistin əlini sıxdı.

Komdiv səngərin arxasına atılmış kotanı komandirlərə göstərdi:

-Bilmirəm hardan- yerdən, göydən, suyun altından belə kotanlar tapıb polklarınıza aparırsınız. Səhərə qədər əsgərləriniz buradakı kimi isti zemlyankalarda olmalıdırlar. İndi kim  şaxtaya qalıb gələrsə o, qalib olacaq!-deyə komdiv maşına mindi və yola çıxdı.

Podpolkovnik Morozov Əşrəflə zemlyankasına qayıtdı.

-Zemlyak, üzümü ağ elədin.

-Borcumdur, yoldaş komandir.

-Sənə deyiləsi sözüm var. Yadındadır  listovkalar. «Yoldaşı məsələsi»[33]. Hətta mən ali baş komandana da məktub yazmışdım ki, belə olmaz. Bizim birinci katibimiz buna son qoyub.

-Kim?

-Yoldaş Mir Cəfər Bağırov.  Bunun üstə general Xruşovun güllələyib. Sən demə, kimdə listovka tapılarsa, onu güllələmək əmrini o, vermişdi.

Yoldaş Bağırov azərbaycanlılardan ibarət Taqanroq dviziyasını yaratmışdır. Bütün azərbaycanlılar indi orada xidmət edəcəklər. Rus dilini bilməyən azərbaycanlıları da ora göndərirlər.

-Bizdən heç kim ora getməyəcək!-deyə Əşrəfə elə gəldi ki, komandiri dostlarını ondan ayıracaq.

-Sən nə danışırsan? Məgər mən bu cür ağıllı balaları özümdən ayıraram?

-Məni qorxutdunuz.

-Mən Bakı rusuyam, bilirəm bakılı olmaq nə deməkdir? Nə qədər sizin kimi insanlar mənimlədir, özümdən arxayınam. Anladın?

-Elədir ki var, yoldaş komandir.

Komandirin zemlyankadan öz zemləyankasına çatana qədər Əşrəf nə baş verdiyini anlamağa çalışdı.

Vəziyyətin yaxşı mənada dəyişdiyini hiss etdi. İndi ağıllı atdımlar ata-ata sovet komandanlığı almanların qabağını  kəsə bilərdi və bunu da etdirdi. 

 

TEYMURLƏNGƏMƏLİYYATI

42-ci ilin qışında da sovet qoşunları geriyə çəkilməkdə idilər. Bununla belə şaxtaların düşməsi almanların hücum sürətini aşağı salırdı. Ancaq vəziyyət çox gərgin idi. Alman texnikasının qabağını heç nə ala bilmirdi..

Səhər sübdən Kremldən heç yana çıxmayan Stalin qarşısındakı kağızları gözdən keçirirdi. Birdən nəzərini ərəb əlifbası ilə yazılmış qəribə bir monskript dəydi. Stoldakı düyməni basdı.

-Bəli, yoldaş Stalin!-deyə köməkçilərindən biri  kabinetə daxil oldu.

-Bu kağız nədir?

-Özübəyistanandan gəlmişdir. Teymurləngin vəssiyyətnamsidir.

-Kimin?

-Teymur ləngin

-Mən bunu necə oxuya bilərəm?

-Onun tərcüməsini də göndəriblər.

-Maraqlıdır.-deyə Stalin kağızların arasından vəssiyətnamənin tərcüməsini tapdı.

«...Mənim məzarımın üstü açılan kimi qanlı müharibə başlayacaq! ...Üstünüzə gələn  qəddar düşmənin qabağını kəsmək istəyirsinizsə, məni tabutumu  səngərlərinizə aparın. Əsgərləriniz onun altından  keçsin. Bundan sonra əsgərlərinizə yeni qüvvə gələr düşmənləriniz bir atdım belə irəliləyə bilməzlər..» 

-Kim onun məzarın açıb?

-Professor Gerasimov, sizin əmrinizlə.

-Haçan açıb?

-22 iyunda.

-Gedə bilərsən.

Köməkçi kabineti tərk edən kimi Stalini fikir götürdü. Teymur ləngə böyük hörməti vardı. Sanki onun ruhunu hiss edirdi.   

-Bu qədər təssadüf ola bilməz.- deyə bir daha varağı əlinə aldı: - Qoy, böyük sərgərdənin son vəsiyyətinə əməl edim. Onsuz da, məzar yuxusunu pozmuşam. Allah mənim günahımdan keçsin.

Stalin yadına bir vaxt Allaha necə yaxın olduğu, monastrda oxuduğu düşdü. Düyməni yenə basdı:

-Bəli, yoldaş Stalin.

-Özbəyistan rəhbərliyi ilə məni birəşdir.

***

Üç gündən sonra Teymurləngin tabutu Kremlin Qranat palatasına gətirildi. Günorta çağı Stalin özü ora gəldi. Tabutun başı üstə oturub «Quran» oxuyan Hacı Əhmədcon xocanı gördü.

-Vəsiyyətnaməni oxuya bilərsənmi?-deyə Stalin Səmərqəndin şeyxindən soruşdu.

-Bəli yoldaş Stalin!

-Onda al oxu!

Şeyx cümlə-cümlə vəsiyyatnaməni oxuyub rus dilinə tərcümə elədi.

-Mənə gələn kağızı da sən rus dilinə tərcümə etmisən?

-Mən yox, Hacı Əhmədcon xoca. - deyə Şeyx cavab verdi.

-Mən bilməzdim mollalar bu cür qəşəng rus dilini bilirlər.

-İslam bütün dillərin və elmlərin bilməyin tərəfdarıdır, yoldaş Stalin.

-Elədirsə, məni başa salın, bu vəsiyyətnamyə necə əməl edək.

-Birinci sizdən başlamalıyıq. Çünki sizin əmrinizlə məzarı açıblar.

-Mən nə etməliyəm?

-Dəstəmaz alıb, tabutun altından keçməlisiniz.

-Dəstəmaz almaq nə deməkdir?

-Yəni yuyunmaq.

-Yenicə yuyunmuşam.

-Onda əyləşin. Qoy Hacı Əhmədcon xoca «Yasin»surəsin oxusun.

Ali Baş komandan tabutun ayaq tərəfində oturdu. «Yasin» oxuyub qurtarana qədər hamı susdu. Sonra  Tabutu qaldırdılar., Stalin altından keçdi.

-Bəs əsgərləri necə bunun altından keçirəcəksiniz?  Bu ağıla gələsi deyil?

-Bizim öz təklifimiz var: icazə versəniz tabutu təyyarəyə qoyarıq və səngərlərimizin üstündən uçardıq.

-Ağıllı təklifdir. Daha nə lazımdır?

-Sonra Səmərqəndə qayıdım Əmr Teymuru yenidən torpağa qaytarmaq lazımdır. Onun ruhunu həyacanlandırmaq olmaz!

-Qoy siz deyən olsun!-deyə Stalin otaqdan çıxdı.

Şeyx üzünü Hacı Əhmədcon xocaya tutdu:

-Hacı,Teymurləngin ruhuna toxundular, o, Moskvanı aldı!

-Allahın necə qüdrəti var: Stalini də baş əydi.

-Onun qarşısında hamı quldur.

Həmin gün tabutu bombardımançı təyyarənin içinə qoydular. Murmanskdan başlayaraq, Leniqrad cəbhəsi boyu uçdular, oradan Moskva ətrafı, Volqa boyu, Xəzər sahilləri, Bakının üstündən keçib, düz Səmərqəndə üz tutdular.

Təyyarədə Teymurləngin cəsədi qoyulmuş tabutun baş tərəfində Səmərqəndin şeyxi və «Xoca Əhrari» məscidinin imamı, «Tilli Kari» mədrəsəsinin müəllimi Hacı Əhmədcon xoca oturub «Quran» oxuyurdular.

Təyyarənin içi soyuq olsada, soyuğu belə hiss etmirdilər. Əmr Teymurun ruhu onlarla idi.

Təyyarəçilər yerə enib bir neçə dəfə maşınlarını yanacaqla dolduranda, nahar edirdilər. Onların  isə  ağıllarına yemək yemək belə gəlmirdi.

Təyyarəçilər yeməyə dəvət etsələr də, ağsaqqalar yerə belə düşmədilər Tabutun  başında oturub, ancaq «Quran» oxumağı davam edirdilər.

İki gün-iki gecə sürən bu əməliyyat təyyarənin sağ salamat Səmərqəndə düşməsi ilə qurtardı

Əmir Teymurun cənazəsini Qur-Əmrə yenidən qaytardılar. Bundan sonra Sovet ordusu bir atdım olsun belə geri çəkilmədi.

Bu hadisəni, Stalinin Əmr Teymuru köməyə çağırması əhvalatını isə bütün Səmərqənd bildi.

Çayxanaya gələn ağsaqqal Hacı Əhmədcon xoca əvvəlcə doyunca çay içdi, üzü gülürdü. Həmişə qaşqabaqlı olan bu adam elə bil dəyişmişdi.

-Hacı Əhmədcon, sizə nə olub? - deyə Namiq əkə  soruşdu.

-Namiq bala, Moskvadan gəlirəm, Stalinin yanından. Onu Əmr Teymurun tabutu altından keçirtdik. Sən, demə, Allaha inanan adamdır.-deyə son üç gün ərzinə nə baş vermişdi, hamısını çayxanakılara danışdı. «Çayxana bildi-bütün dünya bildi!- özbək atalar sözüdür.

 Birdə belə sirri heç kim heç vaxt özüylə qəbirə apara bilməz. Çox ağır yükdür.

 

 

 

                                   ****

     



1 Бу щагда «Гуранда» да йазылыб.- мцяллиф.

1 Фювгаладла инглабы комиссийа-мцяллиф

1 Фарсъа –партийа-мцяллиф

[1] Бейналхалг сосиал-демократ щяракатынын( Полша вя Алманийа) хадимидир.  В 1919-24 иллярдя СК РКП(б) цзвц. 1920-24 Коментернин исполкомунун цзвц ( 1920-ъи илдяя катиби)  Сотрудник газет «Правда» и «Известийа» гязетляринин ямякдашы. Репрессийайа уьрамыш, юлцмцндян сонра реабитасийа олмушдур.

 

[2] Бу иллярдя Мяммядямин СК-да информасийа шюбясинин рящбяри иди.

[3]  Янвяр пашанынын команданлыьы алта  20 март 22 Бухара азад едилди. Мцяллиф.

 

1 1922-ъи илин апрели-мцяллиф

2 Зянэязур,Азярбайъан торпаьы, Няриман Няриманов гол чякдийи сянядля  Ерманистана верилиб-мцяллиф.

1 Аьамалы оьлу Москвада партийанын гурултайында рус дилини билмядикдян Лениня бу фраза иля мцраъийят етмяшди. Залда эцлцшя сябяб олмушду. Ленин ися бу фразанын цстцндя юз нитгини гурмуш  вя онун мащиййятини гурултайда оланлара ачмышдыр.

1 Н.Няриманов юляня гядяр маашынын 25 %-ни Щаъыйа эюндярди-мцяллиф

1 Тийан - Бакынын дамларыны гырламаг цчцн дцзялдилмиш хцсуси печляр, Эеъяляр бу тийанлара сыьышан йийясиз, евсиз, ешиксиз ушаглар вя йенийетмяляр.

1 Бакыда Хейриййя ъямиййяти, индики Елмлдяр академиййасынын ясас бинасы-мцяллиф

[4] Кукушка- енсиз релсли дямир йолларына  вя  орада  щярякят едян кичик паравозлара, сонралар ися дизел ля ишляйян тепловозлара дейилирди.

[5] Бакы ваьзалы яввялляр беля адланырды

[6] 1925-ъи илдя Азярбайъанын гаъар тайфасындан олан Шащы фарслар йыхдылар вя явязиня Пящляви сцлалясини эятирдиляр. 1054-ъц илдян бу вахта гядяр Иранын бцтцн Шащлары азябайъанлылар олублар.Тякъя Надир шащын юлцмцндян сонра  чох аз мцддят ярзиндя Зянд сцлаляси щакимиййятдя олуб-мцяллиф

1 Зянд- факрс тайфасы, Надир  шащы юлдцрдцкдян сонра Иран тахт-таъыны яля кечиртмишдиляр.

1 Бабилистан гцлляси- рявайятя эюря Аллащ ораны даьытмаг цчцн бу гцлляни тикянлярин диллярини алыб, явязиння айры-айры дилляр вермишдир.Беляликля инсанларын бирлийини вя гцлляни даьытмышды.

[7] Азярбайъанын кечмиш Ираван ханлыьы

[8] Бу памбыг якилян зоналарда ади щал алмышды.

[9] 20-ъи илллярин ахырларыда диня гаршы мцбаризя адыйла йцзминлярля ясэи ялиба иля азярбайъанъа йазылмыш китаблары мящв  едирдиляр. Азярбайъан халгынын бу дювря гядяр йаратдыьы йцксяк китаб мядяниййятиня сон гойурдулар. Фикир верин: ня эцръцнцн, ня дя ермянинин бир китабына беля дяймирдиляр. Гафгазын ян алиъянаб, няъиб вя мярд халгы олан азярбайъанлыларын шяряфли кечмишинин цстцндян хятт чякирдиляр ки, эяляъяк нясил щеч ня билмясин. Нясилляр арасындакы ялагяляри гырмагла ня тарихимиз, ня ядябиййатымыз, ня мянявиййатымыз олдуьуну суал алтына салырдылар, Яфсуслар олсун ки,  бу ишя юзцмцздян оланларда гошулурдулар. Китабыны йандыран халг мянявийятиз халгдыр демяк асанндыр.-мцяллиф.

[10] Мцстянтиг-мцяллиф

[11] Индийя гядяр тцрмялярдя щяр камеранын аьасы вар. Кими онлара пахан, кими бос, кими вор в законе дейирляр. Адятян аьалыг едянляр оьрулар олурлар.-мцяллиф.

[12] Индики Низами музейи

[13] Севил пйеси 1928-ъи илдя сящня цзц эюрцб-мцяллиф

[14] Йяни бюйцк гардаша-Ширван лящчясиндя -мцяллиф

[15] Сяндян щярякят, мяндян бярякят

[16] Мисс таз

[17] 30-ъу иллярдя  Тцркямстанда вурушан гурбашы

[18] 30-ъу иллярдя Орта Асийанын щяр шящяринин диварларындан асылмыш вярягя

[19] Лейла Щаъызейналабдин Таьыйевин бюйцк гызыдыр-мцяллиф..

[20] Щаъы Зейналабдинин фабрикасы

[21] Сиз бизим стола йарашыг вермязсиниз ?    

 

[22] КПП-контрльно пропускной пункт-Нязарят бурахылыш пункту

[23] Ъцрят хятриня йцз грам

[24] Тахта вагон

[25] Иранлыларын Бакыда йашадыьы йухары мящялля

[26]ГУГБ- Главное управление государственной безопасности-Дювлят тящлукязлийи баш идаряси

[27] Индики Йашыл театрын йери. Гядим мязарлыг 50-ъи иллярдя сюкцлмцшдцр.

[28] Индики Щцсейн Ъавид проспектинин сонуна паралел бирмяртябяли кцчяляр. Бакыда Х1Х ясрин 70-ъи илляриндян башлайараг салынмышды. Бурада йашайанларын яксяриййяти алманлар олса да, араларында азярбайъанлылар да йашайырды. Алманларын Бакынын инкишафында аз ролу олмамыдыр.-мцяллиф

[29] МК ишчиляринин ъаргонунда «Биринъи»-Биринъи катиб демякдир.

[30] Алманлар Азярбайъана ясасян Х1Х ясрин 50-ъи илляриндян кючцб эялмяйя башламышдылар

[31] Трамвай

[32] Арха ъябщя дя лазымлы шяхслярин ясэярликдян азадлыг каьызы.

[33] Аязрбайъан легионунун йаранмасы щагда алманлар тяряфиндян атылан вярягяляр