MÜNDƏRİCAT-CONTENTS-ОГЛАВЛЕНИЕ

DİLÇİLİK – ЯЗЫКОЗНАНИЕ................................................................

T. HÜSEYNBALAYEVA, H. HEYBƏTOV. Əmmun dili…

Г. ВЕРДИЕВА. О некоторых особенностях образования  терминов  в персидском и азербайджанском языках.............

R. MÜRSƏLOV.Dünya xalqlarının mədəniyyətində sayların simvolikası...

Н. ЭФЕНДИЕВА. Арабский язык – один из основных семитских языков..

Р. АМИРОВА. Вечные истины в национальной фразеологии.............................

Ə. CAVADOV. Oğuzaqədərki  abidələrin  dilində  tabeli mürəkkəb   cümlə  tipləri ...............

T. MƏLİKOV.Neologizmlərin ərəb dilində sintaktik üsulla yaranması......................................

B. HACIYEVA.Türk dilinin leksik-semantik sistemində sinonimlərin formalaşması...............

A. MƏHƏRRƏMOVA . “Koroğlu”  dastanında söz sırası..............................

G. MƏHƏRRƏMOVA. Mətn və altmətndə mənanın başa düşülməsi....................

T. ƏSGƏROVA. Birləşdirmə və səbəb nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrin semantik-üslubi özəllikləri....

S. BABAYEVA. Kommunikativliyin minimal vahidləri haqqında..............

Y. CƏFƏROV .Onomastik vahidlərin transliterasiyasıproblemi.........

İ. ƏMİROVA. Koqnitiv dilçiliyin yaranması və onun inkişaf istiqamətləri...

A. HÜMBƏTOVA. Cümlənin məqsəd və intonasiyaya görə növləri........

A. HÜSEYNOVA-QƏHRƏMANLI. Derivasiya sistemində prefiksasiya...................

S. MƏMMƏDOVA. Etrusk yazısının şıfrəsinin açılışı..

L. MƏMMƏDOVA. Fars dilində nitq hissələrinin funksional tədqiqinə dair bəzi qeydlər..........

P. EYVAZOV. Bəkir Çobanzadənin dil tədqiqatlarinda saylarin etimologiyasi haqqinda.................

P. ТАХМАЗОВА, H.  ШИРАЛИЗАДЕ.Текст как предмет изучении стилистики...........

L. ƏFƏNDİYEVA. Reklamların dili nitq mədəniyyəti kontekstində...............................

V. İSMAYILOVA . İngilis dilində omonimlərin təsnifatı, inkişafı və yaranma yolları.......

T. NƏZƏROVA. Akademik N.Y.Marr qədim erməni dilinin iltisaqiliyi haqqında...

P. QƏRİBOVA. Azərbaycan və türk dillərində kiçiltmə şəkilçiləri.....................

S. MUSTAFAYEVA. Azərbaycan dili tarixinin araşdırılmasında professor Əzəl Dəmirçizadə mərhələsi.....

L. QƏDİMOVA. Məhəbbət anlayışını bildirən frazeoloji birləşmələrə dair....................

G. XANBABAYEVA. Germanistikada feillərin  semantik təsnifatı məsələləri......

Э. АХМАДОВА. Английский язык в Eвропе…...........

L. CUMAYEVA.İngilis slenqinin semantik-struktur xüsusiyyətləri.........

R. BABAYEVA. İngilis dilində dini ifadələrin semantik xüsusiyyətləri ......

İ. ŞƏMSİZADƏ. S.Vurğunun “Vaqif”  dramının dil materialının  leksik-semantik xüsusiyyətləri......

Ü. HÜSEYNOVA, C. HÜSEYNOVA. Sayların oxunuşu və yazılışı.........

P. КАЗЫМОВА. Региональные и  социальные  диалекты  Австралийского  варианта  Английского  языка....

B. MƏMMƏDOVA. İngilis dilində “love” sözü ilə bağlı frazeoloji vahidlərin semantik təhlili.....

İ. ЯЛИЙЕВ. Сайтяркибли сярбяст сюз бирляшмяляриндя сабитляшмя мейлляри..............

 

ƏDƏBİYYATŞUNASLIQ-ЛИТЕРАТУРОВЕДЕНИЕ...........

G. AĞABƏY. Azərbaycan satirik şeiri və satirik nəzirələr...........

M. QƏDİROVA. Səməd  Vurğunun yaradıcılığında romantika.......

A. SƏTTAROVA. Azərbaycanlıların Amerika sevdas.....................

H. SİRACƏDDİN. Nizamiyə görə insanın dünya təsəvvürü................

L. ALLAHVERDİYEVA.Müasir dövr dramaturgiyasının  bədii struktur məsələləri ..........

T. ƏLİYEVA. Həvvanın üç müsəlman qızından biri........................

A. HACIYEVA. XVI yüzilliyin yetişdirdiyi iki nəhəng sima: M. Füzuli və Ruhi Bağdadi............

L. BAĞIROVA. Kurt Vonnequtun romanlarında Amerika gerçəkliyinin ironiyası .....

R. ƏLİYEV. Rəşid  bəy Əfəndiyevin uşaq şeirlərinin üslubi imkanları...............

A. HACIYEVA. Şifahi xalq yaradıcılığı ənənələrinin XIX əsr Qarabağ sənətkarlarının yaradıcılığında əksi.

В. ЧЕЛЕБИ. Художественно-эстетические взгляды Б.Т.Евсеева..............

Ə. HÜSEYNOVA.İstiqlal şairi A.İldırımın bədii irsi B.Nəbiyevin tədqiqlərində......

M. MUSTAFAYEV.Azərbaycan maarifçilərinin  dərslikərində uşaq ədəbiyyatı məsələlələri.......

X. SULTANOVA . S.Vurğunun  “Ayın Əfsanəsi” əsərində poetik inikasını tapmış mifolojigörüşlər...

R. ZEYNALOVA. Müasirlik bədii estetik dəyər kimi.............

H. VƏKİLOVA. Vaqif qoşmalarında real gözəlliyin təsviri....

F. AĞAYEVA. Mövlana və eşq.......................................

S. HƏYATOVA. Ə.Haqverdiyevin ictimai fəaliyyəti.....

F. MƏMMƏDOV. Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povestində faciəvilik və onun səbəbləri .........

У. БАДАЛБЕЙЛИ. «Шекспировская трилогия»  Айрис Мердок.....

B. İSKƏNDƏROV. Məmməd Aslanin lirik şeirlərinin poetik strukturu....

A. HÜSEYNOVA. Lyudmila Ulitskayanın əsərlərində psixoloji xüsusiyyətlər ...

S. MEHDIYEVA.Teodor Drayzer  yaradıcılığı .........................

Ш. ГУРБАНОВА. Эрнст Bайс - позабытая страница Aвстрийской эмиграционной литературы..

S. QƏHRƏMANOV. 1920-1930-cu illər Azərbaycan ədəbi prosesində romantizmin mövqeyi....

Ə. ƏLƏKBƏRLİ. Qərbi Azərbaycan folklor mühitində regional özünüifadə və ritual elementlər..

P.  MUSTAFAYEVA.  Vasili Yanın "Kurqanlardan gələn işıq" tarixi romanında qəhrəman problemi.

A. TAĞIYEVA. Məhəmməd İqbalın yaradıcılığı: poeziya, nəsr və elmi-fəlsəfi əsərləri..........

X. CƏFƏROVA. Britaniya postmodern ədəbiyyatı................................

Д. АДИЛОВА. Мцщарибя дюврцндя ядябиййатын ролу...............

A. XƏLİL. Koroğlu adının  ritual-mifoloji semantikası...................

A. RÜSTƏMZADƏ. İlyas Əfəndiyevin “Qəribə oğlan” komediyasında vətəndaşlıq mövqeyi....

A. BAĞIROVA. XX əsrin birinci yarısında rus soneti.......

S.  VƏLİYEVA. H.Cavid  romantizmində toqquşan ideallar:  Peyğəmbər  və  Şəmsa...

M. ЯКУБОВА. Поэзия  мыслей  и  чувств........

Н. ДЖАБРАИЛОВА. Мусульманские элементы как факторы отражения национальных обычаев кавказцев в   

                                           повестях А.А. Бестужева-Марлинского  «Мулла-Нур» и «Аммалат-бек»..

E. MUSTAFAYEVA. Nəriman Həsənzadənin “Nuru Paşa” poemasında tarixilik....

A. MƏMMƏDRZAYEVA. Bədi əsərlərdə mifoloji zaman....

T. МАМЕДОВА. Своеобразие стиля прозы Александра Блока.......

E. NOVRUZOV. Xandəmirin “Tarixi-Həbibülseyr” əsərində məxluqatin tarixi barədə...

ИАСАДОВ. Бытование русского сказочного фольклорав Азербайджане...................

 

PEDAQOGİKA-PSIXOLOGIYA, ПЕДАГОГИКА-ПСИХОЛОГИЯ .........................................……………..………….................

D. KƏRIMOVA. Ali Hərbi Məktəbin xarici kursantlarına Azərbaycan dilinin öyrədilmə üsulları  haqqında ...

M. АЛЕСКЕРОВА. Современные методы обучения английскому языку...

N. SADIQOVA. Phrasal verbs in the english language. What is a Phrasal Verb?..

S. VERDİYEVA. Interactive approaches in teaching students to foreign languages … 

A. ƏHƏDOVA . Fortepiano dərslərində iri formali əsərlər üzərində  iş üsullari......

N.  CƏFƏROVA  Didaktik oyunlar təlimin səmərəliliyini təmin edən vasitə kimi..

A. MEYBALIYEVA. Implementing  İnnovations in Teaching English

S. ABDULLAYEV.  Müəllimin pedaqoji ustalığı......

Д.МУСТАФАЕВА. Принципы расширения словарного запаса студентов национальных групп..

M. RƏHIMOVA .Təhsildə yeni pedaqoji texnologiyalarin  tətbiqi.....

C. ГАСЫМОВА. Использование современных информационных технологий в образовательном процессе.............

F. MUSTAFAYEVA.   innovativ metodlarin tətbiqi üstünlükləri....... 

A. HÜSEYNOVA. The effective language learning styles and strategies....

S. ŞƏRIFOVA . Xarici dilin tədrisində eşitmə, danışma, oxu və yazı vərdişlərinin yaradılması...

Т. ДЖАФАРЛИ . Практические рекомендации по применению приемов  коммуникативной методики

D. KHANBABAYEVA . English Lexicology for Students and All.......

R. AĞAYEVA.Mistakes and  feedback  in english language teaching…

Э. КЕРИМОВ, X. ТАГИЕВА. Об  особенностях  слогоделения в русском языке

T. NAĞIYEVA. Müəllim təbliğ etdiyi əxlaq normalarını öz şəxsi nümunəsi ilə möhkəmləndirməlidir....

F. İBRAHİMOVA. The use of communication strategies and its teaching….

T. MEHDİYEVA.  Developing Listening Comprehension……

A. MƏMMƏDOVA, A. MEHDİYEVA.Numbers and Numerals…

T. ZEYNALOVA. Nitq vərdişlərinin inkişaf etdirilməsinə yönəldilmiş kommunikativ  çalişmalar   sisteminə  dair

Л. АЛЕКПЕРОВА. Инновационные методы обучения русскому языку, как иностранному

Ш. ШИРАЛИЕВА. Психолингвистический подход к обучению  иностранным языкам

Л.. МУРАДОВА. Связь современной методики преподавания русского языка с гуманитарными науками..

P. АСКЕРОВА, З. МАНСИМОВА.  К вопросу об изучении русского глагольного вида в азербайджанской аудитории........

X. АХУНДОВА. Глаголы второго спряжения с основой на - б,- в,- м,- п, -ф..

M. HACIYEVA. Əcnəbi tələbələrdə dialoji nitqin inkişafı..................

R. QƏDİROVA, T.BABAYEVA. Psixologiyada milli identiklik və vətəndaşliq identikliyi məsələlərinin qoyuluşu.

F. BAGİROVA. İnterkulturelle Kommunikation im Zeitalter der Globalisierung….

X. MANAFLI. Düzgün tələffüz təliminin ümumi məsələləri.....

 

JURNALİSTİKA - ЖУРНАЛИСТИКА…………………....

Ş. MƏMMƏDOVA. Mətbuat müstəqilliyimiz uğrunda mübarizədə......

G. BABAYEVA.“Molla nəsrəddin”in “Teleqraf xəbərləri”......

 

MƏRUZƏ VƏ MƏQALƏLƏR – ДОКЛАДЫ И СТАТЬИ..........

G. KƏRİMOVA. Syntactic functions and positional characteristics of the adverb…

F. ƏKBƏROVA. Kurikulum üzrə ədəbiyyat təliminin təşkilinə dair.......

L. İBRAHİMOVA. Ədəbiyyat dərslərində şagirdlərin ədəbi bilik və bacarıqlarının səmərəli tətbiqinə dair.

N. İSGƏNDƏROVA.  Lirik əsərlərin tədrisindəinteraktiv təlim metodlarının tətbiqi...

T. CABBARZADƏ. İKT əsasında formalaşan təhsil.......

E. NƏZİROV. V sinif Azərbaycan dili dərsliyində dinləyib, anlama və danışma məzmun xəttinin təhlili

F. FƏRƏCOVA.V sinfdə məzmun xətləri və standartlarla əlaqədar  dərsliyin təhlili ....                                                                                                   

N. İSAYEVA. İbtidai siniflərdə didaktik oyunların dərsin təşkilində rolu.......

F. MUSTAFAYEV. Müstəqillik illərində Azərbaycan kinosunun  dil, üslub və janr xüsusiyyətləri.....

N. MƏMMƏDOVA. Təhsil müəssisələrində informasiya kommunikasiya texnologiyalarının əhəmiyyəti..

N. ORUCOVA, L. AXUNDZADƏ. İngilis dilində zərf haqqında ümumi məlumat..

A. ASALİYEVA.  İnteqrasiyanın   mahiyyəti  Və  məzmunu.......

Г.АХМЕДОВА, H. АХМЕДОВА. Игры  на  уроках  русского  языка………

И. КУЛИЕВА. А. АЛИЕВА. Рецептивные виды речевой деятельности.

A. HEYDƏROVA. İbtidai siniflərdə nağılların tədrisi....
KIM HEON SUK.İdiomların bədii dildə işlədilməsi...

 

RƏYLƏR– РЕЦЕНЗИИ..........................................................................................................

Q. ABDULLAYEVA.   «Dədə Qorqud kitabi»nda mürəkkəb cümlənin struktur-semantik  mənzərəsi.............

 

 

 

 .   

 

 

DILÇİLİK-ЯЗЫКОЗНАНИЕ

Təranə Hüseynbalayeva, Heybət Heybətov

ƏMMUN DİLİ

Son illərdə İordaniyanın paytaxtı Əmman şəhərinin yaxınlığında qədim Əmmun krallığınının yerləşdiyini sübutedən e.ə. I minilliyə aid bir çox kitabələr aşkar edilmişdir. Bu yazılı abidələr kiçik fraqmentlərdən ibarətdir.Belə ki, onların arasında ən uzun mətn 11 sətri təşkil edir. Bu mətnlərin müxtəlif elmi məcmuələrdə çap edilməsinə, həmçinin bir çox linqvistlər tərəfindən tədqiq edilməsinə baxma­yaraq, onlar hələ də çoxsaylı qaranlıq məqamlara malikdir.Finikiya, ibri və muab dilinə yaxın olan Əmmun dili şimali-qərb sami dillərinə, yəni kənan dilləri qrupuna daxildir. Ən qədim mənbələrə əsasən e.ə. I minillikdə Yaxın Şərqdə əzəmətli krallıq­lardan birinin əsasını qoymuş əmmun tayfası bu dildə danışıb. Bu dilin hansı şəraitdə, həmçinin harada yayıldığını, hansı dövrlərdə danışıq dili kimi çıxış edib, nə zaman­dan ölü dilə çevrildiyini  müəyyənləşdirmək üçün bu xalqın tarixinə qısaca nəzər salmaq lazımdır.

Əmmunlular  qədim dövrlərdə İordan çayının şərq sahilində müasir İordaniya­nın ərazisində məskunlaşmış sami xalqı olub. Bu xalqın əsas şəhəri Rabbat-Ammon (müasir Əmman) şəhəri hesab edilir. Romalılar bu ölkəni zəbt edəndən sonra bu şəhər Filadelfiya, Xilafət dövründə isə Əmman adlandırılıb. Şəhər bütünlüklə qala divarları ilə əhatə olunmuşdur. 

Əhdi-Ətiq mətnlərinə görə əmmunlular zəmzumim divlərini məğlub edərək onların torpaqlarını ələ keçirir (1, 2:19-21).Əmmunlular Milkom və ya Molox, hakim­lər dövründə isə Xamos adlı allaha ibadət edir, ona insan qurbanları verirdilər. İbrahim peyğəmbərləLut peyğəmbər bir-birindən uzaqlaşdıqdan sonra (4, 13)Lut Sədum diyarında məskunlaşmışdır. Rəvayətə görə Sədum və Amura şəhərləri allah tərəfindən lənətlənərək məhv edildikdən sonra Lut peyğəmbərlə iki qızı Sədum və Amuradan qaçıb xilas olur. OnlarÖlü dənizin cənub bölgəsində dağlarda bir mağara­da sığınacaq tapıb uzun müddət orada yaşamağa başlayır. Öz xalqından kimsənin qalmadığını fikirləşərək nəslin tükənməsindən təşvişə düşən bacılar atalarını sərxoş edərək onunla izdivaca girir. Əmmunlular Lutun kiçik qızından dünyaya gələn oğlu Ben-Amminin törəmələridir (4, 19:30-38; 5, 83:7). Əhdi-Ətiqdə əmmunlularla tez-tez adı qoşa çəkilən muablılar isə Lutun böyük qızı ilə izdivacından dünyaya gələn oğlunun törəmələri hesab edilir. Lutun kiçik qızı oğlunu “Ben-Ammi”, yəni “xalqımın övladı”, böyük qız isə oğlunu “Muab”, yəni “atadan” adlandırdı.

Əmmun tayfalarının adına ən qədim mənbələrdə çox sıx rast gəlinir. Bu tayfanın adı muab, amuri, yəhudi, ədum xalqları ilə yanaşı çəkilir. Əmmun tayfaları­nın mənşəyi haqqında nə məlumdur?Onların izi bəşəriyyət tarixindən nə vaxt və hansı şəraitdə silinmişdir? Sami xalqlarından biri sayılan əmmunlularmuab və yəhudilərlə qohumluq əlaqələrinə malik idi. Lakin buna baxmayaraq, əmmunlular daim yəhudilərlə ədavət aparmışdır. Bu qohumluq onunla izah edilir ki, muablılar  və əmmunlular iki qardaşın törəmələridir. Yəhudilərə gəlincə, qeyd etmək lazımdır ki, Lutun İbrahim peyğəmbərin qardaşı oğlu olması haqqında məlumata bir çox mənbə­lər­də rast gəlirik. Əmmunluların məskunlaşdıqları bölgədə rəfaimlər yaşayırdı. Əmmunlular bu nəhəng insanları zəmzumim, yəni divlər adlandırırdılar (1, 2:17-21). Bu ərazi İordan çayının şərqində yerləşirdi və bir vaxtlar Ölü dənizin şərq bölgə­lərində muablılara məxsus dağlıq ərazilərə qədər uzanırdı. Yəhudi tayfaları Kənanı fəth edənə qədər amuri tayfaları əmmunluların bu torpaqlarını ələ keçirərək onları şimali şərqə doğru sıxışdırmışdılar. Beləliklə, əmmunlular muablılardan uzaqlaşır, eyni zamanda muablılar da öz torpaqlarının böyük hissəsini artıq itirir. Əmmunluların ərazisiYabuk çayının üst vadisindən səhraya qədər olan bölgəni əhatə edirdi.Onların paytaxt şəhəri bu gün Əmman şəhəri adlanan Rabba hesab olunurdu. Arxeoloqlar bu bölgələrdə əmmunlulara məxsus bir çox qədim yaşayış yerləri və sərhəd qalaları aşkar etmişdir. Yabbuk çayı bölgəsində köçəri həyatdan oturaq vəziyyətə keçid tədricən əmmun tayfalarının sosial, iqtisadi və inzibati nizam-intizamında da dəyişik­liyə səbəb oldu. Əmmun krallığında mərkəzləşdirilmiş monarxiya sistemi hökm sürürdü.Hakimiyyətin başında böyük bir sülalə dururdu. Arxeoloji qazıntılar zamanı tapılmış möhürlərin üzərindəki yazılar bd –abd və ya eved("qarabaş, nökər") kimi yüksək vəzifələrin olmasından xəbər verir. Məsələn, lDnnr bd Mndb , “Am­minadabın qarabaşı Adoni-Nura məxsusdur” və l Dnplt bd Mndb" Am­mina­dabın qarabaşı Adoni-Peletə məxsusdur" kimi möhürlər məlumdur. Əmmun qadınlarına məxsus olan möhürlərdən məlum olur ki, Əmmun krallığında qadınlar da inzibati işçilərin sırasına daxil imiş və ya onlar da mülkiyyət sahibi olmuşlar. Güman olunur ki, yüksək vəzifə sahibləri əmmun əsilzadələrindən seçilirdi. Rabat-Əmmun və onun əhatəsində tapılan müxtəlif alət və zinət əşyaları ilə dolu daşdan oyulmuş dəbdəbəli məzar mağaraları­nın şübhəsiz ki, əsilzadə ailələrə məxsus olduğundan xəbər verir (25).

Əmmun tayfaları muab, amalek, ədum tayfaları ilə birləşərək dəfələrlə yəhu­dilərlə ərazi uğrunda müharibələr aparmışdır. Bütün tarix boyu əmmunlu­larınmuab və ədumlularla da çoxsaylı toqquşmaları olmuşdur. Yəhudi çarlarından Saul, Davud, Süleyman müxtəlif tarixi mərhələlərdə əmmun tayfalarını məğlub etmişdir. Əhdi-Ətiq mətnlərinə əsasən yəhudi peyğəmbərlərindən Hizqiyal, Amos, Sofoniya əmmun xalqını çoxallahlılıq, günah əməllər, həmçinin yəhudilərlə ədavətlərinə görə onların yəhudi allahı Yehova tərəfindən cəzalandırılacaqları və faciəvi sonları barədə qabaqcadan xəbər vermişdir. Babil imperiyası süquta uğradıqdan sonra, əmmunlular əvvəl əhəmənilər, daha sonra yunanların, e.ə. 64-cü ildə isə romalıların hakimiyyəti altına düşür.Nəhayət bizim eranın əvvəllərindən etibarən onların torpaqları Bizans imperiyasının tərkibinə daxil edilir. Təll əl-῾Umeyrə ərazisində tapılmış üç möhürdə Əmmun Əhəməni imperiyasının əyalətlərindən birinin adı kimi göstərilmişdir (20, s.163-166).

Babil əsarətindən geri dönən bir çox yəhudilər əmmun və muab qadınları ilə evlənir. Peyğəmbər Nəhəmya yadellilərdən evləndiklərinə görə bu qarışıq evlilik nəticəsində yəhudilər arasında bütpərəstliyin yayılacağından ehtiyat edərək yəhudiləri danlayır (2, 13:23). Buna baxmayaraq, Əhdi-Ətiqə muablı qızı Rutdan bəhs edən çox maraqlı bir kitab daxildir (3, 1-4, 16-18).Onun övladları sonrakı dövr yəhudi xalqının  görkəmli nümayəndələri olmuşdur. Bunların arasında Rutun nəvəsi Davud peyğəmbərin adını xüsusi qeyd etmək lazımdır.

Tarixi mənbələrə əsasənƏmmun krallığı öz torpaqlarında  e.ə.II əsrə qədər hökmranlıq edə bilmişdir. B.e.I əsrində bu torpaqlar Nəbati krallığının hakimiyyəti altına keçir.B.e.III əsrində isə əmmunlular ərəb və arami xalqıarı ilə qaynayıb qarışaraq bir xalq kimi tarixdən silinir. Əmmunluların adı  Mişnanın b.e.II əsrinə aid hissələrində, Castin Martirin (b.e.272-ci il)“Dialogus cum Tryphone ludaeo” əsərində (24, s.272), Origenin təfsirlərində və bir çox qədim mənbələrdə çəkilir. Yunan ruhani  alımı Origen (b.e.185-254) muab və əmmun tayfalarını ərəblər kimi təqdim etmişdir(6).

Akkad mətnlərində əmmun xalqı Bīt Am-ma-na-aia onların yaşadığı diyar isə māt Ba-an-am-na-aya adlandırılmışdır.Əmmunlulara aid edilən bir çox yazılı abidələrdən məlum olur ki, onların özlərinə məxsus dilləri var idi. E.ə. IX əsrdən VI əsrin son­larınadək olan tarixi zaman kəsiyinə aid edilən bu mətnlər vasitəsilə günümü­zədək gəlib çatmış əmmun dilinin də kənan dillərindən biriolduğu güman edilir. Bu dilqə­dim dövrlərdə müasir İordaniyanın ərazisində istifadə edilirdi. Əmmun yaxınlığında evlərin və türbələrin xarabalıqlarında saxsı qırıqları, daş heykəllər, sahiblərinin adlarının nəqş olunduğu möhürlər və bir neçə qısa kitabələr aşkar edilmişdir. İlk baxışdan qədim yəhudi abidələrini xatırladan bu mətn və ya sözlər qədim ibri dilindən  tamam fərqli bir dildə yazılmış, bu mətnlərinəmmunlulara məxsus əmmun dilində yazıldığı müəyyən edilmişdir. Əmmun dilinə aid edilən ən qədim abidələrə əsasən bu dil e.ə. X əsrdən etibarən inkişaf etmiş, e.ə VI əsrə qədər mövcudluğunu qoruyub saxlaya bilmişdir. Əmmun dilində tapılan abidələr arasında e.ə. IX əsrə aid edilən Sitadel kitabəsi(7, s.109), e.ə. VII-VI asrə aid edilənüzərində mürəkkəb ilə yazılmış sənədlərdən ibarət bir neçə saxsı qırığı– Heşbon və Təl-əl-Mazer saxsı qırıgı, həmin dövrə aid Təl Siran  bürünc qabı, nəhayət daş üzərində nəqş olunmuş kiçik fraqmentlər qorunub saxlanmışdır. Əmmun kitabələrinin əksəriyyəti həmin dövrdə yaşamış şəxs adlarından ibarət möhürlərdir.

Əmmun mətnləri arasında ən böyüyü Sitadel kitabəsi hesab edilir. Sitadel kitabəsi 1961-ci ildə aşkar edilmişdir. Kitabə hal-hazırda Əmman Arxeologiya Muze­yində saxlanılır. Bu abidə xırdadənəli ağ əhəng daşı üzərində çox gözəl şəkildə həkk olunmuş bir mətndən ibarətdir. Əmmun dilinin ən gözəl nümunəsi hesab edilən Sitadel kitabəsi bir çox alimlər tərəfindən tədqiq və təhlil edilməsinə baxmayaraq, natamam olduğu üçün dəqiq öyrənilməsi mümkün olmamışdır. Yalnız 8 sətirdən, 93 hərfdən ibarət olan mətndə cümlələrin nə əvvəlini, nə də sonunu tam şəkildə bərpa etmək mümkün olmamışdır. Görünüşünə görə hər hansı bir tikilidən qopmuş hissəni xatırladan bu kitabədə əmmun ilahı Milkomun da adı çəkildiyinə görə, arxeoloqlar bu abidəniməbədin qalığı hesab edir(15, s.5-11). Mətnlərin tədqiqi ilə məşğul olan mütəxəssislərəmmun dilinin Əhdi-Ətiq dövrünün ibri dilinə tam bənzərlik təşkil etdiyini qeyd edir. Həmçinin bu mətnlərdə arami dilinin də təsiri hiss olunur. Məsə­lən, qədim ibri dilində “etmək” mənasınıbildirmək üçün adətən‘śh (עשה) felinin istifa­də edilməsinə baxmayaraq, əmmun mətnlərində bunun əvəzinə o dövrdə arami dilində bu mənada işlədilən ‘bd (עבד) felinə rast gəlinir. Əmmun dilinin ibri dilindən digər fərqli cəhəti ondan ibarətdir ki, ibri və ərəb dilində qadın cinsinin tək halının göstəricisi olan  -t- şəkilçisinə əmmun dilində az rast gəlinir(8,s.68-93).Bütün cənubi Şam ərazisində kiçik heykəllər aşkar edilsə də, bu ərazidə tapılanlar öz nadir xüsusiyyətlərinə görə fərqlənir. Məhz bunun sayəsində alimlər onların əmmunlulara məxsus olduqlarını müəyyənləşdirə bilmişdir. Heykəllərin üzərindəki mətn digər şimali-qərbi sami dillərində olduğu kimi hərfi yazı ilə yazılmışdır. Buna baxmayaraq, alimlər bu yazının əmmun dilinə aid olması qənaətinə gəlmişdir (16, s.21-34).

1972-ci ildə Əmman şəhərinin şimali-qərb hissəsində Təl-Siran adlı yerdə aparılan arxeoloji qazıntılar zamanı 10 sm uzunluğunda burunc qab tapılmışdır. Aparılan tədqiqatlar nəticəsində abidəe.ə. VI əsrə aid edilmişdir. Təl-Siran bürünc qabı üzərindəki mətn tam şəkildə dövrümüzə gəlib çatmışdır (11, s.108-117). Bu abidə hal-hazırda Əmman Arxeologiya Muzeyində saxlanılır. Əmmun dilində yazıldığı sübut edilən mətn lirik poema janrındadır və şəraba həsr edilmiş nəğməni xatırladır.Abidənin mətnini tam şəkildə təhlil edən alman şərqşünası Müller əsərini 1996-cı (14, s.149-165)ildə çap etmişdir.Əsərdə filoloji izahlarla yanaşı mətnin üslubi xüsusiyyətləribəzi Əhdi-Ətiq mətnləri ilə, xüsusilə Süleymanın Nəğmələr nəğməsi kitabının dili ilə müqayisə edilmiş, bənzər məqamlar haqqında məlumat verilmişdir.

E.ə. VII-VI əsrə aid Təl-əl-Mazər saxsı qırıqları 1967-ci ildə İordaniyanın şərqındə Yabuk çayı yaxınlığında Təl Deyr Alə(https://en.wikipedia.org/wiki/Arabic ərəbcə: دير علا) bölgəsində aşkar edilmiş və hal-hazırda İordaniya Arxeologiya Muzeyində saxlanılır. Mətnlər zamanın təsiri nəticəsində bərbad vəziyyətə düşdüyündən oxun­ması çətindir. Mütəxəssislər saxsı qırıqlarını ellin dövrünə aid edir (7, s.101-109).

Təl-əl-Umeyri saxsı qırığı 1989-cu ildə aşkar edilmişdir. Saxsı qırığı çox səliqəsiz şəkildə yazılmış 5 sətirlik mətndən ibarətdir. Mətn -le və ya li- yönlük hal bildirən sözönü ilə başlayır. Buna görə də mətnin kiməsə xitabən yazılmış məktub olduğu ehtimal olunur. Mətn e.ə. VI əsrin ortalarına aid edilir (23, s.97).

Bəzi tədqiqatçıların fikrincə əmmun tayfalarının yayıldığı ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş materiallar, xüsusilə də saxsı qırıqları öz spesifikliyi ilə seçilir və onlara digər bölgələrdə rast gəlinməmişdir (21, s.21-69). Əmmun saxsı matriallarının fərqli cəhətləri sadəcə həmin bölgəyə xas olan texno­lo­giyadan xəbər verir. Saxsı əşyalar Əmmun dulusçularının yüksək texniki qabiliyyətə malik olduğunu, həmçinin assur və finikiya tərzinə də yiyələndiyinitəsdiq edir. Daş heykəllər isə misir, finikiya və assur üslubunu özündə əks etdirir.  Möhürlərin əsasən iki forması: skarab və konus formalı möhürlər əmmunlulara məxsus olmuşdur. Möhürlərin üzərindəki oymaların primitiv, kobud olmasına baxmayaraq, Finikiya, Misir və Assuriyadan mənimsənilmiş sənət motivləri ilə zəngindir. Əksər möhür və sənətkarlıq abidələri ailə məzarlarında aşkar edilmişdir. Saxsı, metal və daş əşyalar məzarlardakı sümük qalıqlarının yanında tapılmışdır. Sahabda tapılmış e.ə. X-IX əsrlərə aid əmmun məzarları Misir və Fələstin üslubunu, e.ə.VIII-VII əsrlərə aid məzarlar isə Asuriya tərzini xatırladır (məsələn, Adoni-Nurun məzarı) (25).

Əmmun dilində mətnlərin yazılması üçün istifadə edilən yazının müəyyənləş­diril­məsində də təzadlı fikirlər mövcuddur. Bir çox müəlliflər əmmun mətnlərinin aramı yazısı ilə yazıldığını söyləyir (18, s.107-110). Bir qrup alim isə, əmmunluların e.ə.VIII əsrdə arami dilindən törəmiş yeni yazı formasına malik olması fikrini irəli sürmüşdür. Bu yazı forması e.ə. VIII-VI əsrdə çox inkişaf etmiş, VI əsrin sonlarında isə kənan dil qrupunun digər dilləri kimi əmmun dili də arami yazısını mənim­səmişdir (19, s.13-14).

                       Bir çox şərqşünas alimlər mixi mətnlərdə, həmçinin qədim qərbi sami mətnlərində rast gəlinən əmmun xüsusi isimlərinin tədqiqi ilə bağlı bir sıra əsərlər çap etdir­miş­dir(7). Xüsusi adlar müxtəlif dövrlərdə müəyyən hadisələrlə əlaqədar yaranmış, formalaşmış və dildə özünə müəyyən yer tutmuşdur. Onlar hər bir xalqın öz dilinin leksik-qrammatik qayda-qanunları əsasında yaranır, formalaşır, dildən-dilə, nəsildən-nəsilə keçərək uzun müddət yaşayır. Lakin bu proseslər müəyyən ictimai-siyasi hadisələrlə əlaqədar olaraq dəyişir. Bu da məlumdur ki, tarix boyu bütün toponimlər öz ilkin formalarını qoruyub saxlaya bilmir: müxtəlif ictimai-siyasi hadisələrin təsiri nəticəsində onların müəyyən qismi itib gedir, başqası ilə əvəz olunur, bir qismi isə transformasiyaya uğrayaraq şəklini dəyişir, bununla da ifadə etdiyi ilkin mənadan uzaqlaşır. Qədim mixi mətnlərdə bu və ya digər sözün etimoloji-qrammatik təhlili zamanı tədqiqatçılar  tərəfindən müxtəlif  bənzər və ya bir-birinə zidd fikirlər irəli sürülmüşdür. Məsələn assur-babil və e.ə. VIII-VI əsrlərə aid qərbi-sami mənbələrində əmmun və ədum xüsusi isimlərinin tədqiqi ilə məşğul olan Edvard Lipinski Śanīpu,aṭṭaš/aṭṭuš/aṭṭ,Ba-yad-’Il,Padō-’Il,amī-wāsā, ’Ilī-rām,Qaus gabr, ’A-’immeh, ’A-’abū, Lêt-’auwa, Balbal/Bulbul və s. kimi sözlərin etimoloji-qrammatik izahını verməyə çalışmışdır. Müəllifin fikrincə, şəxs adlarının düzgün müəyyənləşdirilməsi üçün saitlərin göstərilmədiyi qədim mətnlərlə onların ekviva­lenti kimi çıxış edən və samitlərin müxtəlif variantlarda tələffüzü ehtimal edilən mixi yazılardakı antroponimlərin müqayisəli tədqiqi vacibdir. Müəllif nümunə kimi, müx­təlif tədqiqatçılar tərəfindən müxtəlif sami dil və dialektlərindəyazılmış mənbələrdə Sa-ni-bu,Sa-ni-pu, Šanīfu, Za-ni-bu/pu-um, Sanabbu/Sanappukimioxunan e.ə. VIII əsrdə hakimiyyətdə olmuş əmmun kralının adını və digər çoxsayda isimləri tədqiqata cəlb etmişdir(10, s.36-45). Əmmun krallığının mövcud olduğu ərazidə tapılan mətnlərdə qeyd olunan şəxs adları səciyyəvi xüsusiyyətlərə malikdir. Şəxs adlarının bir hissəsində 'Il (və ya 'El) teofor elementlərin işlədilməsi demək olar ki, adi hal hesab edilsə də, əmmun isimlərində xalqın allahlarının da adları istifadə edilmişdir. Belə adlara yalnız əmmun mətnlərində rast gəlinmişdir. Bu şəxs adlarına nümunə olaraq, Tamak'il və ya 'Ilnadab xüsusi isimlərini göstərmək olar (7, s.356-376).

                Əmmun dilinin sami dillərinin təsnifatı məsələsində yeri mübahisəli olaraq qa­lır. Belə ki, bir çox linqvistlər bu dili muab, ədum dilləri ilə birgə ibri dilinin dialekti hesab edir.Əmmun dilini ilk dəfə 1970-ci ildə müstəqil dil kimi təqdim edən italyan şərqşünası Ciovanni Qarbini (13, s.249-258)sonrakı əsərlərində (12, s.159-168) bu dili ərəb dilinin qədim bir dialektindən formalaşması ehtimalını da irəli sürmüşdür. Qarbini ilə yanaşı, bir çox alimlər də, əmmun dilinin onomastikasının ərəb dilinə xas xüsusiyyətlərlə zəngin olmasını vurğulamışlar (22). Alimin təhlillərinin ardınca, əvvəllər ibri, finikiya və ya arami mənşəli olduğu hesab edilən kitabələrin bənzər, lakin tam müstəqil bir dildə - əmmun dilində yazıldığı və bu dilin kənan dillər qrupuna daxil olması fikri irəli sürüldü (9). Huehnergardvə Rubin (17, s.259-278)isə öz məqalələrində vurğulayır ki, əmmun dili ibri dilinin dialektidir və onu müstəqil dil kimi təsnif etmək düzgün deyil.Əmmun dilinin onomastikasında nəzərə çarpan çox saylı ərəb dilinin ünsürlərinin tarixin nisbətən sonrakı dövrlərində daxil olduğunu güman etmək olar. Belə ki, e.ə. VI əsrdə Neo-Assur və ya Dəmir dövründə Ərəbistanla sıx ticari əlaqələri olan əmmunluların cənubi sami dilinin daşıyıcıları ilə təması nəticəsində dilə çox sayda alınma formalar daxil olmuşdur (25).

Son dövrlərdə əmmun dilinin digər sami dilləri ilə fonetik, morfoloji və leksik cəhətdən hərtərəfli müqayisəli təhlilini aparan əksər dilçilər onun şimali-qərb sami dillər ailəsinə daxil olması fikrini təsdiq edir. Bunu müştərək qrammatik formalarla yanaşı dildə mövcud olan müştərək xüsusi (məsələn, Nahash, Hanun, Şabel, Amminadab, Hananel, Menahem, Abihaz, Elişa) və ümumi isimlərin (məsələn, bn, "oğul"; bt, "qız"; bd, "qul, nökər"; mh, "kəniz"; na ar, "yeniyetmə") çoxluğu ilə də təsdiqləmək mümkündür.

Əmmun dilinin tədqiqi ilə məşğul olan bir çox müəlliflərin fikrinə görə, əmmun dili finikiya dilinə, xüsusilə isə onun cənub dialektləri hesab edilən ibri, muab və ədum dilinə yaxın bir dil olub arami dilindən tam fərqlənir(9). Qrammatik cəhət­dən arami dilindən fərqlənməsinə baxmayaraq, əmmun mətnlərinin onomastikasında arameizmlərə də rast gəlindiyini söyləmək lazımdır.

 

Ədəbiyyat siyahısı

  1. Qanunun təkrarı
  2. Nəhəmya
  3. Rut
  4. Yaradılış
  5. Zəbur
  6. Аммониты или аммонитяне.Энциклопедический словарь Ф.А. Брокгауза и И.А. Ефрона.- С.-Пб.: Брокгауз-Ефрон. 1890-1907.
  7. Aufrecht, Walter E. A Corpus of Ammonite Inscriptions. Lewiston, N.Y., 1989; Hübner, Ulrich. Die Ammoniter. Abhandlungen des Deutschen Palästinavereins, 16. Wiesbaden, 1992, A.L. Oppenheim, in: J.B. Pritchard (ed.), Ancient Near Eastern Texts relating to the Old Testament, 3rd ed., Princeton 1969, p. 282
  8. Cohen, D "Les Langues Chamito-semitiques". Les langues dans le monde ancien et modern, part 3. Paris: CNRS. 1988. 
  9. Craig W. Tyson. The Ammonites: Elites, Empires, and Sociopolitical Change (1000–500 BCE). London and New York. Bloomsbury T & T Clark, 2014,Pp. xviii+293,İsrael F. The language of the Ammonites. Orientalia Lovaniensia Periodica 10. 1979. Pp.143-159., Garr W.R. Dialect Geography of Syria-Palestine 1000-586 B.C.E. Philadelphia: University of Pennsylvania 1985, pp.205-235, Sivan D. On the Grammar and Orthography of the Ammonite findings. Ugarit-Forschungen 14. 1982, pp.219-234
  10. E. Lipinski. Ammonite and Edomite Personal Names in the Light of Assyro-Babylonian Sources. Rocznik OrientalistycznLXVII, Z.2,2014,
  11. EJ Smit."The Tell Siran inscription. Linguistic and historical implications" (PDF).  Potche£stroom University. Retrieved 2015-10-09. Journal for Semitics, vol.1/1,
  12. G.Garbini. Ammonite Inscriptions. Journal of Semitic Studies 19. 1974,
  13. G.Garbini. La lingua degli Ammoniti. Annali dell’Istitudo Universitario Orientale di Napoli 20, 1970
  14. Hans Peter Müller: Kohelet und Amminadab. In: Anja A. Diesel u. a. (Hrsg.): Jedes Ding hat seine Zeit “Studien zur israelitischen und altorientalischenWeisheit. Diethelm Michel zum 65. Geburtstag. (Beihefte zur Zeitschrift für die alttestamentliche Wissenschaft 241). Berlin; New York 1996.
  15. Herr, Larry G. The formal scripts of İron Age of Transjordian. BASOR 238, 1980, p.21-34; Aufrecht, Walter E. A Corpus of Ammonite Inscriptions. Lewiston, N.Y., 1989.
  16. J. Huehnergard and A. D. Rubin. Phyla and Waves: Models of Classification of the Semitic Languages. In Stefan Weninger (ed.), The Semitic Languages: An International Handbook, Berlin: Mouton. 2011.
  17. J. Naveh. Early history of the alphabet: An introduction to West Semitic Epigraphy and Paleography, 2nd edition, Jerusalem, Magnes, 1987.
  18. L.G.Herr. The formal scripts of Iron Age Transjordian. BASOR 238, 1980, 21-34, F.M.Cross. Notes on the ammonite inscription from Tell- Siran. BASOR 212, 1973.
  19. Larry G. Herr, “Two Stamped Jar Impressions of the PersianProvince of Ammon from Tell el-῾Umeiri,” Annual of the Department of Antiquities of Jordan 36 [1992]:
  20. Lugenbeal, Edward N., and James A. Sauer. “Seventh-Sixth Century B.C. Pottery from Area B at Heshbon.” AndrewsUniversity Seminary Studies 10 (1972).
  21. Oded B. Encyclopedia Judaica, Vol.II, 1971, pp.853-859,  Jackson K.P. Ammonite Personal Names in context of the West Semitic Onomasticon. Essays in Honor of David Noel Freedman in celebration of his Sixtieth birthday, eds. C.L.Meyers and M.O’Connor.Winona Lake, IN: Eisenbrauns.
  22. W. Tyson. The Ammonites: Elites, Empires, and Sociopolitical Change (1000–500 BCE).London and New York. Bloomsbury T & T Clark, 2014,Pp. xviii + 293,
  23. St. Justin Martyr. "Dialogue with Trypho". Early Christian Writings. Peter Kirby. Retrieved 27 June 2016.
  24. http://www.encyclopedia.com/religion/encyclopedias-almanacs-transcripts-and-maps/ammon-ammonites.Həmçinin bax:E. Aufrecht, A Corpus of Ammonite Inscriptions, Lewiston-Queenston-Lampeter.1989, p.105; S. Ahituv, Handbook of Ancient Hebrew Inscriptions ,1992, p. 219–246

15.            Henry O. Thompson and Fawzi Zayadine. The Tell Siran Inscription. Bulletin of the American Schools of Oriental Research. No. 212 (Dec., 1973).

 

Xülasə

Məqalə ən qədim sami dillərindən biri olan Əmmun dilinin tədqiqinə həsr olun­muşdur. Finikiya, ibri və muab dilinə yaxın olan Əmmun dili şimali-qərb sami dillərinə, yəni kənan dilləri qrupuna daxildir. Əmmun dili I minillikdə Yaxın Şərqdə əzəmətli krallıqlardan birinin əsasını qoymuş əmmun tayfasının dilidir. Bu dilin hansı şəraitdə, həmçinin harada yayıldığını, hansı dövrlərdə danışıq dili kimi çıxış edib nə zamandan ölü dilə çevrildiyini  tam dəqiqliyi ilə müəyyənləşdirmək mümkün olma­mışdır. Əmmun­lular qədim dövrlərdə İordan çayının şərq sahilində müasir İordaniyanın ərazisində məskunlaşmış sami xalqıdır. Bu xalqın əsas şəhəri Rabbat-Ammon (müa­sir Əmman) şəhəri hesab edilir.Əmmun dilinin sami dillərinin təsnifatı məsələsində yeri mübahisəli olaraq qalır. Belə ki, bir çox linqvistlər bu dili muab, ədum dilləri ilə birgə ibri dilinin dialekti hesab edir. Əmmun dilini ilk dəfə 1970-ci ildə müstəqil dil kimi təqdim edən italyan şərqşünası Ciovanni Qarbini sonrakı əsərlərində bu dilinərəb dilinin qədim bir dialektindən formalaşması ehtimalını da irəli sürmüşdür. Qarbini ilə yanaşı, bir çox alimlər də, əmmun dilinin onomasti­ka­sının ərəb dilinə xas xüsusiyyətlərlə zəngin olmasını vurğulayır. Alimin təhlillərinin ardınca, əvvəllər ibri, finikiya və ya arami mənşəli olduğu hesab edilən kitabələrin bənzər, lakin tam müstəqil bir dildə - əmmun dilində yazıldığı və bu dilin kənan dillər qrupuna daxil olması fikri irəli sürüldü .Huehnergard və Rubinisə öz məqalələrində vurğulayır ki, əmmun dili ibri dilinin dialektidir və onu müstəqil dil kimi təsnif etmək düzgün deyil.

Açar sözlər:Təl-əl-Umeyri, sami, əmmun, 'Il , 'El, Təl-Siran

 

Summary

The article is dedicated to the study of the Ammonite language, which was one of the most ancient semitic languages. The Ammonite language is related to the Phoenician, Hebrew and Moabite languages and included into the Canaanite languages group of the north-west semitic languages.  Ammonite is the language of ammonite tribes, who founded one of the greatest kingdoms in the Near East in the I millenium BC. It was impossible to determine exactly under which conditions and where it was spread, when it acted as a spoken language  and became dead.  Ammonites were the semitic nation who  settled in ancient times on the east coast of  the territory of Modern Jordan. The main city of this nation was Rabbat-Ammon (Modern Amman).  The place of the Ammonite language in the classification of the semitic languages is still controversial. So, many linguists think that Ammonite is one of the dialects of Hebrew together with Moabite and Edomite. Italian orientalist G.Garbini, who first presented Ammonite as an independent semitic language  in 1970,  in his next works he put forward that this language formed from an ancient dialect of Arabic. A lot of scholars along with Garbini say that ammonite onomastics is rich with arabic features. At first the ammonite inscriptions were considered originally Hebrew, Phoenician or Aramaic for their similar features.But following analysis of the scientist, ammonite was included into canaanite languages group as an independent language. Huehnergard and Rubin say in their article that the Ammonite language is a dialect of Hebrew and it is not right to classify it as an independent language.

Keywords:Tell Siran, Tell el-Umeiri, Ammonite, semitic, 'Il , 'El

 

Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə yardımı ilə yerinə yetirilmişdir –

Qrant № EİF-2013-9(15)-46/40/5

Rəyçi: Akademik V.Məmmədəliyev

 


Вердиева Гюнай Вилаят кызы

О НЕКОТОРЫХ ОСОБЕННОСТЯХ ОБРАЗОВАНИЯ  ТЕРМИНОВ

  В ПЕРСИДСКОМ И АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫКАХ

                Как и во многих языках мира,  в связи с развитием информационных технологий, как в персидском, так и в азербайджанском языках все чаще и чаще появляется необходимость в образовании терминов и слов, обозначающих какое-либо новое явление или механизм – неологизмов.

Процесс терминообразования персидского языка – это многогранный и динамично развивающийся процесс. С каждым годом в лексику современного персидского языка вливаются десятки слов – терминов, относящихся к той или иной области науки. Научно-техническая терминология является наиболее гибкой и подвижной частью лексического состава языка.

Как известно, термин [перс. estelah, аз. termin] – это слово или выражение, применяемое в определенной науке или виде деятельности, и выражающее абсолютно конкретное понятие, и в то же время, находящееся в теснейшем взаимодействии с другими языковыми единицами, а конечном итоге образующее определенную совершенную систему терминологии.(3,649) Термины играют важную роль в процессе познания и освоения мира, поскольку являются обозначением специфичных научных и технических понятий.

В современном персидском языке отчетливо прослеживается постоянный, интенсивный приток новых лексических единиц, обычно именуемых неологизмами. Кроме того, нередко также встречаются и случаи нехватки терминов какой-либо отрасли. Именно поэтому в Иране вот уже на протяжении двадцати с лишним лет действует особый орган – Академия персидского языка и литературы (Fərhəngestan-e zəban o ədəb-e farsi), основной задачей которого является очищение персидского языка от иноязычных заимствований, а также создание неологизмов. Слова, утвержденные Академией, включены в специальные сборники – словари.(4) Однако, исследования показывают, что наряду с персидскими новыми словами, Академия утвердила и приняла многие заимствования, относящиеся к разным областям, не предприняв никаких попыток для замены их персидскими словами по причине их «международности». В данный момент в составе Академии функционирует «Отдел исследований» (Qoruhe pəjuheşi), главной задачей которого является поиск слов – эквивалентов иностранных заимствований и создание новых терминов.

В рамках этого отдела действует около 50-ти специализированных групп по различным тематическим направлениям, в которых занято около 200 квалифицированных специалистов. В отделе функционирует несколько отдельных советов по координации и согласованию, в состав которых входят как филологи, так и специалисты из той области науки и искусства, разработкой лексики которой данная группа занимается.(2,.11)

Как видно, АПЯ и Л проводит большую работу в сфере создания новых слов и терминов с целью замены их иностранных эквивалентов, что способствует  пополнению и обогащению словарного состава современного персидского языка. Следует отметить, что терминотворчество в основном не выходит за рамки языковой нормы, т.е. новые термины подчиняются законам персидского словообразования и создаются по персидским-слово­образователь­ным моделям. При этом чаще всего используются такие способы слово­образования персидского языка, как  аффиксация, полуаффиксация, словосложение, транспозиция, калькирование и т.д.

Картина образования терминов в азербайджанском языке аналогична. Как и в  персидском языке, процесс образования терминов в азербайджанском языке – процесс непрерывный, где появление нового термина обуславливается необходимыми предпосылками. За счет этого процесса наблюдается пополнение и обогащение словарного состава азербайджанского языка.

Термины в азербайджанском языке по способу образования делятся на две группы:

1)термины, образованные из ресурсов азербайджанского языка;

2)термины, образованные на основе заимствованных слов.(1,с.94)

Самым продуктивным методом, в первую  очередь, является образование терминов за счет ресурсов  самого языка.Ученые рассматривают несколько путей образования терминов из ресурсов самого языка:  семантический путь, морфологический путь, синтаксический путь, калькирование, аббревиатура. Также в азербайджанском языке наблюдается участие диалектизмов в процессе образования терминов. Кроме этого,  в азербайджанском языке распространен процесс терминологизации – употребления общепринятого слова в качестве терминов.

Одной из распространенных причин использования обиходного слова в качестве термина той или иной отрасли является различного вида сходство одного предмета с другим: сходство формы, вида, качества, функций, структуры, строения.

Рассматривая терминологию разных областей в персидском языке, мы сталкиваемся с многочисленными бытовыми словами, которые используются в качестве терминов. Новые термины создаются посредством семантической деривации-процесса, в котором за счет переосмысления лексического значения слова осуществляется его переход  из общелитературного языка в категорию термина.

В персидском языке семантическая деривация реализуется за счет расширения (сужения) семантики уже существующих слов и ввода в употребление устаревших слов. Так, значительно расширили свою семантическую структуру и употребляются в определенном контексте как термины такие бытовые слова, как کار[kar] – «работа, дело, труд», терминологически же «целенаправленная общественно-политическая деятельность», بازار[bazar] – «рынок», «место торгов», а также экономический термин «рынок сбыта»,کرسئ [korsi] – «стол», «кресло», «трон», термин «спецкурс», «кафедра»,اسثاد [ostad] – «учитель», «мастер», термин  «профессор», دسته[dəste] - «ручка», «рукоятка», «поручень», «группа людей, животных», а также военный термин «взвод», «звено», «отряд»,مصرف [masraf]– «сбыт», «расход» и экономический термин «потребление», شرکت[şerkət] -  «участие», а также «торговое сообщество», انحصار[enhesar] – «ограничение», термин «монополия»,الگو [olqu] -  «образчик», «выкройка» приобрело значение «схема», «образец»,   نهاد [nehad] – традиция – значение «институт», «организация», کارگزار[karqozar] «агент» - значение  «предприниматель»,سرفصل [sərfəsl] «заголовок» -  значение «приоритетное направление» и.т.д.

 Процесс сужения значения бытовых слов и превращения их термин можно показать на таких примерах, как افسر[əfsər] – «корона», «венец»,  «руководитель», «вождь» → военный термин «офицер», دانشکده[daneşkəde] – «храм знаний», «школа» → «факультет», کدخدا[kədxoda] – «глава семьи», «аксакал» → «деревенский староста».

Рассмотрим некоторые слова, до недавнего времени функционирующие в персидском языке как обиходные, а сейчас использующиеся как лингвистические термины. К примеру,ابدال[ebdal] – «замена» → «ассимиляция», ثکیه[təkiye] – «опора», «упор» → «ударение»,توصیفی [tousifi] – «описательный» → «синхронический», وزن[vəzn] – «вес» → «ритм»,گفتار[qoftar] – «беседа», «речь» → «речь», «речевая деятельность»  и т.д.

Как мы видим из примера, терминологизация  - довольно частое явление в персидском языке.  Наряду с терминологизацией, иногда встречаются и случаи детерминологизации  - обратного процесса, при котором происходит освоение общелитературным языком специальных единиц.

Частое употребление философских, экономических, медицинских, произ­вод­ственных, технических слов и словосочетаний сделало их обще употребитель­­ными словами в персидском языке.

В результате исследования мы пришли к выводу, что одним из активных путей появления терминов является семантическое развитие обще употре­битель­ного слова, что и является терминологизацией.

Проблема терминологизации общеупотребительной лексики определяет выбор функционально – семантического подхода, привлечения новых примеров  и методов исследования в области лексикологии и терминологии.

 В настоящее время в связи с  развитием научно-технического прогресса и передовых технологий во многих языках мира все чаще и чаще наблюдается тенденция заимствования термина или слова, обозначающего новое понятие или явление. Эти слова носят, как правило, международный характер и относятся больше всего к техническим и политическим терминам. Со временем в языке-носителе могут образовываться слова из ресурсов самого языка с тем же значением, однако эти  слова  не всегда приживаются в языке,остаются невостребованными.

       Следует отметить, что слова,  вошедшиев лексику персидского языка в последние годы, в основном  представляют собой термины, касающиеся политической, дипломатической, медицинской ,технической отраслей. К ним относятся такие слова, какایدآلیسم [ idealism ] -идеализм, |پراﮜماتیسم [praqmatism]- прагматизм, لیبرالیسم [liberalism]- либерализм,  آژانس   -агентство, فدراسیون [federasyun]-федерация, چک[çek]- чек, مودرنیسم [modernizm]-модернизм,رادیکالیسم  [radikalism]-радикализм, کونسول [konsul]-консул,وتو [veto]-вето,لپ تاپ [ləp tap]-лаптоп,مونیتور[monitor]-монитор,ویروس[virus]-вирус,سایت[sayt]-сайт,دیپلوماتیک [diplomatik]-дипломатический,کلاسیزم[kelasism]-классицизм,سیستم[sistem]-система,کنفرانس[konferans]-конференция, کمیسون [komisyun]- комиссия,پروژه[proje]-проект и т.д.

Необходимо подчеркнуть, что на данный момент в Иране ведется широкая кампания, направленная на очищение персидского языка от иностранных слов, во главе которой стоит государственная организация - Академия персидского языка и литературыفرهنگستان زبان و ادب فارسی ‎ (Fərhəngestan-e zəban o ədəb-e farsi), основной задачей которого является очищение персидского языка от иноязычных заимствований, а также создание неологизмов. Слова, утвержден­ные Академией, включены в специальные сборники – словари. Однако, исследования показывают, что наряду с персид­скими новыми словами, Академия утвердила и приняла многие заимствования, относящиеся к разным областям, не предприняв никаких попыток для замены их персидскими словами по причине их «между­народности». В данный момент в составе Академии функционирует «Отдел исследований»پژوهشیﮜروه(Qoruhe pəjuheşi), главной задачей которого является поиск слов – эквивалентов иностранных заимство­ваний и создание новых терминов. В рамках этого отдела действует около 50-ти специализиро­ванных групп по различным тематическим направлениям, в которых занято около 200 квалифицированных специалистов. В отделе функ­цио­нирует несколько отдельных советов по координации и согласованию, в состав которых входят как филологи, так и специалисты из той области науки и искусства, разработкой лексики которой данная группа занимается.Благодаря усилиям и стараниям работников Академии были изданы тематические термин­ологические словари, такие как هزار واژۀ پزشکی-Словарь медицинских терминов, هزار واژۀ شیمی-Словарь химических терминов,هزار واژۀ فیزیک-Словарь физических терминов,هزار واژۀ زیست‌شناسی–Словарь биологических терминов и другие.  

    Как и в персидском языке, в азербайджанском языке также присутствуют термины-заимствования. Они отличаются от заимствованных слов, которые более прочно вошли в лексический состав языка и широко используются в качестве его полноправных элементов. В случае нехватки или отсутствия слова, обозначающего какое-либо определенное понятие или процесс, зарождается предпосылка для заимствования термина.

Известно, что начиная с момента распространения ислама на территории Азербайджана, в азербайджанском языке появляются слова арабского, а впоследствии и персидского происхождения. Это было связано еще  и с тем, что некоторые науки зародились впервые на Арабском Востоке, а также и с тем, что многие известные азербайджанские ученые и поэты получали образование на арабском и персидском языках. Неслучайно, что арабскому языку на Востоке приписывали роль латинского языка в Европе.

Согласно мнению известного азербайджанского языковеда С.Садыговой, в первую очередь, из арабского языка перешли религиозные и философские термины, такие как namaz, məscid, şeyx, aşura, qiblə, imam.(1,123).Кроме этого, в азербайджанский язык перешли термины из русского и европейских языков. Иногда процесс перехода осуществлялся  посредством другого, третьего языка, когда слово, к примеру, было образовано в английском языке, но в азербайджанский язык перешло из русского языка.

Как видно из вышеизложенного, термины – заимствования играют важную роль в обогащении словарного состава как персидского, так и азербайджан­ского языков. За процессом образования терминов в азербайджан­ском языке наблюдает Терминологическая Комиссия Азербайджанской Республики. Этой организацией, выпускаются терминологические словари, включающие новые термины, подбираются слова, заменяющие заимствованные слова и т.д.

Как мы видим, процесс образования терминов в обоих языках - достаточно динамичный и непрерывный процесс, требующий более тщательного  анализа со стороны исследователей – лингвистов, что и  намерены  мы сделать в будущем.   

 

Список использованной литературы

1.Sayalı Sadıqova .Azərbaycan dilinin terminologiyası. Bakı-Elm,2011

2.Гладкова Е.Пути развития общественно-политической лексики современного персидского языка. М., 2013.

3. Ожегов С.Н. Словарь русского языка. М., 1988. 

4.  www.persianacademy.ir

 

Ключевые слова: термин, терминообразование, персидский язык, азербайджанский язык, Академия Персидского языка и литературы, Терминологическая Комиссия, терминологизация, заимствованные термины

Açar sözlər: termin, terminyaradıcılığı, fars dili, Azərbaycan dili, Fars dili və ədəbiyyatı Akademiyası, Terminologiya Komissiyası, terminologizasiya, alınma terminlər

Key words: term, term formation, Persian language, Azeri language, borrowings, terminology, the Academy of Persian language and literature, the Terminology Commission, terminologization, borrowed terms

 

X Ü L A S Ə

 Azərbaycan fars dillərininin terminyaradıcılığının  bəzi xüsusiyyətləri haqqında

     Bu məqalədə müasir fars və Azərbaycan dillərinin  terminyaradıcılıq sistemininin bəzi xüsusiyyətləri haqqında  bəhs olunur. Eləcə də  burada hal-hazırda İranda və Azərbaycanda  fəaliyyət göstərən iki oxşar qurum-Fars dili və Ədəbiyyatı Akademiyası və Terminologiya Komissiyası haqqında  məlumat verilir.Həmçinin  burada hər iki dildə terminologizasiya prosesi və  alınma terminlər araşdırılır.

 

S U M M A R Y

About some   features   of     term formation   in  Persian and Azeri      languages.

    This article is dedicated to some features of the term formation’s system in the modern Persian and Azeri languages. Besides, here are given information about two related organizations-  the Academy of Persian language and Literature and the Terminology Commission  which is activating in Iran and Azerbaijan currently. The process of terminologization and borrowed terms in both languages are inestigated here too.

 

 

Рецезент: д. Ш.Алибейли

 

 

 

 

                                                  Mürsəlov Rizvan Cavanxan oğlu

DÜNYA XALQLARININ MƏDƏNİYYƏTİNDƏ

SAYLARIN SİMVOLİKASI

                Dünya xalqlarının mədəniyyətində sayların simvolikasından bəhs edərkən ilk öncə eramızdan əvvəl VI əsrdə (e.ə. 580-500) yaşamış qədim yunan mütəfəkkiri

S.Pifaqorun bir kəlamını yada salmaq yerinə düşərdi. O yazır: “ Dünya rəqəmlərin sehri üzərində qurulmuşdur”. S.Pifaqor 20 il Misirdə yaşamış, hərtərəfli biliklər əldə etmiş, rəqəmlər barədə biliklərə orada yiyələnmişdir və Yunanıstana qayıdaraq dünya şöhrətli alim olmuşdur. O, hər bi ədədə müəyyən məna vermiş və onu kosmogenik təsəvvürlərlə əlaqələndirmişdir. [3, səh. 522]

                Məlumdur ki, saylar müəyyən məna ifadə edir, amma hələ də onların necə yaranması məlum deyil. Lakin bir o məlumdur ki, saylar bəşəridir, onlar birləşir, eyni zamanda müəyyən məna baxımından saylar müxtəlif xalqların, insanların dünya görüşlərini əks etdirir və bu da onun məna tutumuna təsir edir, onda dəyişikliklər yaradır [2, səh 122].

                Say Azərbaycan dilinin ən çox tədqiq edilmiş sahələrindən biridir. Saylar barədə, onların mənşəyi, təşəkkülü və inkişafı haqda bir çox tədqiqat işləri aparılmışdır. Azərbaycan dilində miqdar sayları 23 sözlə ifadə olunur. Bunlardan üçü (milyon, milyard, trilyon) Avropa mənşəlidir. Qalan 20 say bildirən sözün hər biri türk mənşəlidir və Mahmud Kaşğarinin “Divani-lüğət-it-Türk” əsərində müxtəlif fonetik variantda qeydə alınmışdır. [22]

                Folklor və dastanlardan istifadə edən bir çox tədqiqatlar rəqəmlərin sak­ral­lığı haqqında ətraflı məlumat vermişlər [1, səh. 264; 4, səh.48; 6, səh. 29; 11, səh. 396; 18, səh. 264]. Amma “Kitabi-Dədə Qorqud” dastanından bəhs etdikcə bu rə­qəmlər haqda daha geniş, sanballı məlumatlara rast gəlmiş oluruq. Dastanın di­lin­də işlənən hər bir sayın sakral xüsusiyyətə malik olması daha çox diqqəti cəlb edir.

(1) Təəccüblü deyil ki, bir sayı adətən birliyin simvolu kimi qəbul edilir. Elə buna görə də bir çox təkallahlı dinlərdə bu say allahın və ya kainatın simvoludur.

                Bir  rəqəminin mistikləşməsi bir çox təriqətlər üçün xarakterikdir. Eyni zamanda Misir və Babil elmlərinə yaxından bələd olan Pifaqor da bir rəqəmini yaradanın rəmzi olmasını təsdiqləyir. Pifaqora görə “Hər sfera rəqəmlə müəyyən edildiyindən özünəməxsus səsi var. Bunun nəticəsində kosmos harmonik dünya xoru təşkil edir. Allah təkdir. O, rəqəmlər rəqəmidir” [19].

                (2) İki sayı bir çox əsas cütlükləri xarakterizə edir: mən/sən, kişi/qadın, bəli/xeyir, canlı/ölü, sol/sağ və s. Sözügedən cütlüklər insanların dünyaya yanaşmasında ortaq xarakter daşıyırlar.

                (3) Sakral saylardan bəhs edərkən prof. G.Nəsibova “Kitabi-Dədə Qorqud” eposunda sakral saylar – məqaləsində yazır: “Folklorun epik ənənəsində üç sayı geniş yayılmışdır. Burada “üç şərt”, “üç hədiyyə”, “üç gün”, “üç deyiş”, “üç tapşırıq” və s. süjet elementlərinin üç dəfə təkrarı kompozisiya üçün köməkçi vasitələrdir. Azərbaycanın başqa folklor nümunələrində də üç sayına rast gəlinir. Belə ki, vaxt baxımından ilin hər fəsli üç sayı ilə bağlıdır. Xalq arasında “biz də deyək üç olsun, düşmənin ömru puç olsun”, “Göydən üç alma düşdü”, “Atalar üçdən deyib” kimi deyimlər, eləcə də mərasimlərdə icra olunan ayinlərin üç dəfə təkrarı, Novruz bayramı ərəfəsindəki çərşənbələrdə yandırılan tonqalların üstündən üç dəfə hoppanmaq və s. üç sayına mifik inamla da bağlıdır. [16, səh. 345-348]

Atalar üçəcən deyib. (atalar sözü)

Üç çolaq ceyran bir yerdə otlamaz. (atalar sözü)

                (4) Dörd sayı kainatda yer alan bütün əsas elementlərin göstəricisidir: dörd ünsür - torpaq, hava, od və su; dörd fəsil; kompasda yer alan dörd cəhət, ayın dörd fazası – yeni ay, aypara, yarım ay, bütöv ay. Pifaqorçulara görə dörd sayı ən mükəmməl rəqəmin mənbəyi idi: 1+2+3+4=10. Siyu qəbiləsinin dünyagörüşündə dörd sayı allahları, dörd növ heyvanı (sürünənlər, uçanlar, dördayaqlılar və ikiayaqlılar), bəşər övladının dörd yaş dövrünü (körpəlik, uşaqlıq, gənclik və ahıllıq) ehtiva etdiyinə görə müqəddəs hesab olunurdu. Onların təbabətində yer alan bütün dərmanlar dörd ünsürdən hazırlanırdı.

                Dörd sayı barədə isə onu demək olar ki, bu say məkan mənasının göstəricisi kimi çıxış edir. Dörd dedikdə dünyanın yaranmasında iştirak edən dörd ünsür : torpaq, su, hava, od nəzərdə tutulur. Eləcə də bu rəqəm dörd cəhəti: şərq, qərb, şimal, cənub; kvadrat piramida (oturacağı dördbucaqlı, ətrafı dörd üçbucaq olan fiqur), ilin dörd fəsli, dörd əsas istiqamət (yuxarı, aşağı, sağ, sol) və s. məkan mənalarını ifadə edir. Dastanda bu say dörd yolayrıcı, dörd yan və s. söz birləşmələrində bu mənalarda işlənir. Misal üçün, Dörd yanım kafir bağladı, bəllü bilgəl! Qarılatıb dörd yanına bağdınmı qız?

                (5) Beş  sayı dedikdə duyğu üzvləri ilə birlikdə insan nəzərdə tutulur. İlk tək və cüt rəqəmlərin cəmi beş edir: 2+3=5 (Pifaqorçulara görə bir nə tək nə də cütdür). Elə buna görə də bu say insan həyatını, daha da dəqiq desək, Platonun və Pifaqorun sələflərinə görə evliliyi ehtiva edirdi, çünki beş sayını yaradan iki rəqəmi qadın cinsinin, üç isə kişi cinsinin simvolu idi. Bundan başqa Pifaqorçular beş əsas turşunu da ixtira etmişdilər.

                Professor T.Məmməd sakral saylardan bəhs edərkən yazdığı “Yaradıcılıq nümunələrinin bütövlüyünün rəqəmlərlə kodlaşdırılması və “Kitabi-Dədə Qorqud”un boy sayı” adlı məqaləsində belə qeyd edir: “Dünyada bir çox ədəbi əsər və abidələrin strukturunun müəyyən saylarla ifadə olunması öz izahını arxeotip anlayışlarda tapır. 5, 7, 9, 10  və s. rəqəmlər bu qəbildəndir. “Pançatantra”, “Xəmsə”, “Pəncnamə”, “Həft peykər” və roma dramaturgiyasına aid əsərlərin bölgü prinsipi və bu kimi başqa nizamlamaların mahiyyəti dini-mifoloji qaynaqlara əsasən müəyyənləşdirilir. Maraqlıdır ki, “Xəmsə”nin nəinki 5 kitabı, eyni zamanda kitab daxili müqəddimələrin özündə belə, 5-lik prinsipi gözlənilib.

                (6) Maraqlı bir faktdır ki, altı sayı digər ilk üç sayın həm cəmi (1+2+3=6), həm də hasilidir (1 x 2 x 3 = 6). Elə bu səbəbdən də bu say mükəmməlliyi bildirən ilk rəqəmdir. Riyaziyyatda qeyd olunan keyfiyyətə malik olan saylar (bölünənlərinin həm hasilinə, həm də cəminə bərabər olmaq) mükəmməl hesab olunur. Digər belə bir say da 28-dir.

                (7) Yeddi sayı musiqidə, həndəsədə və astronomiyada xüsusi əhəmiyyət daşıyır. Musiqidə yer alan yeddi not buna əyani sübutdur. Ümumiyyətlə yeddi sayı uğurlu rəqəm hesab olunur, bunu bəzən onun mistik təbiətə malik olması ilə əlaqələndirirlər. Qədim allahlar və planetlərin adları ilə əlaqələndirilən həftə günləri məhz bu saydadır. Şekspir insanın yeddi yaş dövrü barədə yazmışdı. Əslində onun bu ideyası daha qədim tarixə söykənirdi. Yeddi rəqəmi Şumer miflərində belə müqəddəs hesab olunurmuş.

(8) Səkkiz sayı bir numeroloqlara görə olduqca əlverişli bir rəqəmdir. Babil mifologiyasına görə də bu say müqəddəs hesab edilirdi. Onlar bu sayı cənnətlə əlaqələndirirdilər. Müsəlmanlara görə yeddi cəhənnəm, səkkiz cənnət vardır və cənnətin sayının cəhənnəm sayından çox olması allahın necə mərhəmətli olduğunu göstərir. Buddistlərə görə səkkiz müqəddəs rəqəmdir, çünki səkkiz ləçəyə malik olan su zanbağı Hindistanda uğurun rəmzi, Buddistlərə görə isə sevimli bir simvoldur. Çinlilərə görə yeddi rəqəmi qadın həyatını ifadə etdiyi kimi, səkkiz rəqəmi də kişiləri təcəssüm etdirir. [26]

                9) Səkkiz sayından fərqli olaraq doqquz tez-tez ağrı-acı, qəm-kədərlə əlaqələndirilir. Bu rəqəmin bu cür xarakterizə olunması 16-cı əsrdə yaşayan katoliklərin inancı ilə bağlıdır. İslam dünyasındakı inanclara görə kainat doqquz təbəqədən yaradılmışdır. Ptolomeyə görə bu rəqəm səkkiz olsa da, 9-cu əsrdə yaşamış ərəb astonom Tabit ibn Qurah bu rəqəmin doqquz olduğunu söyləmiş və öz fikrini astonomik dəlillərdə əsaslandırmışdır.

(10) Pifaqorçulara görə on rəqəmi mükəmməlliyin və tamlığın göstəricisidir. İnsanların on əl və on ayaq barmaqları vardır. Ola bilsin ki, say sisteminin ilk dəfə yaradılmasında əsas ideyanı məhz insanların barmaqları vasitəsilə sayması və hesablama aparması vermişdir. Ümumiyyətlə bu qədər əhəmiyyətli olan ikinci bir say ancaq ikidir.

(11) Qədim romanlarda polis qüvvələri on bir nəfərdən ibarət olurdu. Hal-hazırda bəzi idman oyunları komanda iştirakçılarının sayı da məhz on birdir (Məs., futbol, Amerikan futbolu, kriket və s.). [26]

(12)        Digər bir say olan on iki sayından bəhs etdiyimiz zaman tədqiqatçıların araşdırmalarından bəlli olur ki, bu say bütöv bir sistemi təşkil edir. Bu sistem isə birbaşa arxaik mədəniyyət və dünyabaxışlarında mövcuddur. Daha da irəli gedərək sonrakı mərhələlərdə, həmin müstəvidə başqa nizamların təyini bu rəqəmin mifik-mistik-magik cazibəsinin göstəricisi olmasının əyani sübutudur.

                12 rəqəminin insan və təbiət arasındakı tarazlığı, nizamı əks etdirməsi baxımından Nişinin də baxışı maraqlıdır. Yapon mütəfəkkiri Nişi öz əsərində insan orqanizmində enerji sisteminin 12 meridiandan ibarət olduğunu qeyd edir. Eyni zamanda yer üzü də bir sistemdir və burada da 12 iqlim qurşağı mövcuddur. Bu da iqlimlərin özlərinin arxasında müəyyən bir energetik sistemin durduğunu fərz etməyə əsas verir [12, səh.79].

                (13) Xristianlıqda on üç rəqəmi nəhs hesab edilir. Dildə “müqəddəs” (sevimli) saylar olduğu kimi, uğursuz şər hadisələrlə bağlı olan saylar da vardır. Belə saylara türk dilində daha çox rast gəlinir.Türk dilində 13; 13,5; 58; 100 kimi saylar uğursuz saylar kimi tanınır. On üç rəqəminin nəhs olmasını İudanın İsa peyğəmbərlə görüşməsi və onu romalılara satması ilə əlaqələndirirlər. Qədim Yunanıstanın özündə o zamanlar on üç  rəqəminin bədbəxtlik gətirdiyini bilirdilər. Əsas maraqlısı odur ki, “Kitabi-Dədə Qorqud” dastanında heç bir yerdə on üç rəqəminə rast gəlinmir. On altı  sayı da yeddi  deməkdir. Platonun fəlsəfəsinə görə on altı (16) rəqəmi bir altı rəqəmlərinin cəmindən ibarətdir. Dastanda on altı sayı ancaq zaman bildirir. Qazılıq Qoca və Beyrək on altı  il kafirlərə dustaq olurlar. Qazılıq Qoca on altı ildən sonra xilas olunur. Beyrək də on altı ildən sonra xilas olunur. On altı rəqəmi sakral olduğu üçün yol göstərir, istiqamət verir, eləcə də müsbət sonluqla bitir: Qazılıq Qoca zamanı on altı  yıl hasarda tutsaq oldu. [9, səh.94] 

                Sonradan isə R.Qafarlının yazdığı “Kitabi-Dədə Qorqud”un quruluşuna dair məqaləsində bu boyların on iki  deyil, iyirmi dörd olması sübuta yetirilmişdir. R.Qafarlı yazır: “Kitabi-Dədə Qorqud” dastanının Vatikan nüsxəsi altı boydan ibarətdir. Drezden nüsxəsi iki dəfə ondan çoxdur. Son illərdə Misirdə dastanın bir nüsxəsinin də tapıldığı və bu nüsxənin isə 24 boydan ibarət olduğu qeyd edilir. Artıq bundan sonra boyların sayının on iki  deyil, oğuz boy, qəbilə bölgüsünə uyğun olaraq 24 olması əsaslı faktlarla sübut olunmuşdur. R.Qafarlı yazdığı məqaləsində bu barədə belə qeyd edir: “Hal-hazırda sakrallığın yüksək həddi otuz iki hesab edilsə də, müəyyən dövr 24 (iyirmi dörd) rəqəmi türk təfəkküründə sakrallığın zirvəsində duran say sayılmışdır [10, səh. 389].

 (14) Cüt rəqəm olan on dörd sayı tez-tez uğurlu rəqəm sayılan yeddi ilə əlaqələndirilir. Bu say İslamda da mühüm əhəmiyyət daşıyır, belə ki, ərəb əlifbası on dörd Günəş, on dörd Ay hərflərindən təşkil olunmuşdur. [26]

(15) Qədim ilahə İştara on beş ruhani xidmət edirdi və onun olduğu şəhərin on beş darvazası var idi. [26]

(16) On altı sayı dördün kvadratı olduğu üçün xoş atributiv əhəmiyyətə malikdir. Bu say qədim Hindistanda olduqca məşhur olmuşdur.

(17) Yunan mifologiyasına görə qayıqlar hazırlamaq məqsədilə ağacların kəsmək üçün ən münasib gün  hər ayın on yeddisi idi. Bəzi sufizm tərəfdarları inanırlar ki, allahın ən müqəddəs adı on yeddi hərfdən ibarətdir. [26]

(18) Sufilərə görə mistik təbiətə malik olan on səkkiz sayı müqəddəsdir və bu inanca görə onlar öz qonaqlarına on səkkiz hədiyyə bəxş edərlər. Hindistan Mahabbaratası on səkkiz kitabdan ibarətdir. [26]

(19) Günəş tutulması hər on doqquz ildən bir baş tutur. Babilistanlılar ayın on doqquzuncu gününü uğursuz hesab edirdilər, çünki hesablamanı bir öncəki aydan (otuz gün) aparanda bu qırx doqquzuncu gün edirdi. Onlara görə qırx doqquzuncu gün (49=7 x 7) yaxşılığın və ya pisliyin əlaməti idi.

(20) Daha iri rəqəmləri almaq üçün onlar yenə də bu saydan istifadə edərlərmiş (Məs.,  20 x 20 = 400, 20 x 18 = 360 və s.). [26]

(40) Qırx sayı dastanlarda, nağıllarda, atalar sözü və zərb-məsəllərdə daha çox işlənən saylar sırasındadır. Məsələn, qırx qapı, qırx incəbelli qız, qırx hasarlı bağ, qırx gün, qırx gecə, qırx igid, qırx quldur, qırx gün qırx gecə toy, qırx hərəmi, qırx başlı əjdaha və s. şəklində işlənən ifadələrə tez-tez rast gəlmək olur.

                Quduran qırx gündən artıq yaşamaz. (Atalar sözü)

                Qırx il oğru oldu, bir kərə haram yemədi. (Atalar sözü)

                Bir çırağın işığında qırx adam oturar. (Atalar sözü)

                Qırx gün, qırx gecə toy elədilər. (“Kitabi-Dədə Qorqud” dastanı)               Nəsiminin əsərlərində otuz iki  sayı müqəddəs hesab olunmuşdur. Mütəfəkkirlər hərfləri və rəqəmləri müqəddəsləşdirmişdilər. Onların fikrincə ərəb əlifbasının otuz iki hərfi insanın simasında əks olunur. İnsanın müxtəlif üzvlərinə bənzədilən  otuz iki hərf varlığın əsası hesab edilərək insanı tanrı ilə eyniləşdirirdilər. Odur ki, hürufilər hərflərin ümumi sayı olan 32ni müqəddəs say kimi qəbul etmişlər. Nəsimi də hürufiliyi qəbul etmiş və öz şeirlərində hürufilərin ideyalarını təbliğ edirdi.

                Arif ləmakən otuz ikidir

                Sahibü cismü-can otuz ikidir. (Nəsimi)

           (100) Ən mühüm vahid isə yüzillik -  əsr  hesab  olunur. Məhz  buna  görə  də  tarixi  dövrlərə  istinad edərkən yüzillik terminindən  istifadə  olunur  (Məs.,  20-ci  yüzillik,  21-ci  yüzillik  və s.).  Elə  bu səbəbdən də doxsan doqquz sayı uğursuzluq hesab olunur. Yüz sayının yarısı - əlli  (50)  də uğuru  xarakterizə  edir. Nəticə etibarilə ondan bir say az olan qırx doqquz  yenə  də arzu  edilməyən bir saya çevrilir. Görünür bu yüzün əhəmiyyətindəndir ki,  bir çox mədəniyyətlərdə yüz bir (101) sayı “olduqca çox” mənasını ehtiva edir[26].

                (1000) Uğursuz rəqəmlər haqda kifayət qədər ehtimallar vardır. Bu ehtimallardan birinə görə ərəblər tam rəqəmləri uğursuz, nəhs rəqəmlər hesab etmişlər. Bəzi tədqiqatçılar  “Min bir gecə” əsərinin – min gecə adı altında ərəblərdən tərcümədə “əlif leyla” (1000 gecə) adı ilə tərcümə edildiyini söyləmişlər. Guya ərəblər tam rəqəmləri uğursuz hesab etdikləri üçün ona 1 (bir) rəqəmini də artırıb “1001 Gecə” şəklinə salmışlar. Bəzi tədqiqatçılara görə isə bir sözü türk dillərinin təsiri ilə əlavə olunmuşdur.

                Sayların   insanın   dünyagörüşündə,  təfəkküründə   rolu   danılmazdır.

İnsanların  dünyanı  dərk  etməsində   saylar   olduqca  əhəmiyyətlidir.   Saylara  müəyyən  simvolik  məna  verilməsi  həm  onların mənimsə-nilməsinə, həm də insan təfəkkürünün inkişafına zəmin yaratmışdır.

 

Istifadə edilmiş ədəbiyyat:

1. Abdulla B. Saylar/Kitabi-Dədə Qorqud ensiklopediyası, Bakı, 2000.

2. Abdullayeva S. “Kitabi-Dədə Qorqud dastanında say”, Kitabi-Dədə Qorqud və Türk dünyası Beynəlxalq Elmi Konfransın Materialları, Bakı, 2015, 790 s. (səh. 122-126)/

3. Azərbaycan Sovet Ensiklopediyası, VII c., Bakı, 1983.

4. Çəmənzəminli Y.V. Nağıllarımızı necə toplamalı. Əsərləri IIIc., Bakı, 1977.

5. Dədə-Qorqud Kitabı.Ensiklopedik Lüğət. “Öndər nəşriyyatı”, Bakı, 2004, 365 s.

6. Xəlilov R.  Saylar, Bakı, 1978, “Azərnəşr”, 72s.

7. Kamal A. Sirr içində dastan və yaxud gizli Dədə Qorqud. Bakı, “Elm”, 1999.

8. Kazımov Cahid. Mahmud Kaşğarinin “Divan”ında Oğuz boyları.

http://www/ismayiloglu.com

9. Kitabi-Dədə Qorqud – “Yazıçı” – Bakı, 1988, 265 s.

10. Qafarlı R. Kitabi-Dədə Qorqudun quruluşuna dair/ “Kitabi-Dədə Qorqud” məqalələr toplusu. Bakı, 1999

11. Qafarlı R. Mif və nağıl (Epik ənənədə janrlararası əlaqə). Bakı, ADPU nəşri, 1999, 488 s.

12. Qəşəmoğlu Ə. Sosial idarəetmənin fəsləfi,sosioloji problemləri.Bakı,“Səda”, 2008.

13. Qıpçaq M. Kəmiyyət anlayışının dildə ifadəsi. Bakı, 2000, “Elm”, 456s.

14. Məmməd T. Yaradıcılıq nümunələrinin bütövlüyünün rəqəmlərlə kodlaşdırılması və “Kitabi-Dədə Qorqud”un boy sayı. Kitabi-Dədə Qorqud və Türk dünyası Beynəlxalq Elmi Konfransının materialları. Bakı, 2015, 790 s. (s.23-26).

15. Müseyibova N. Kiçik Qafqazın tunc dövrü qayüstü rəsmlərində “say” elementi (etnoarxeoloji araşdırma). http://www/azerbaijanarchaeology.com

16. Nəsibova G. “Kitabi-Dədə Qorqud” eposunda sakral saylar. Kitabi-Dədə Qorqud və Türk dünyası Beynəlxalq Elmi Konfransın materialları, Bakı, 2015, 790 s. (s.345-348)

17. Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. Bakı, “Yazıçı”, 1983, 326 s.

18. Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər), Bakı, 1972.

19. Pifaqor. http://kamil.az.iatp.net/pifaq.html

20. Брюль Л. Первобытное мышление. М. 1939

21.Гордлевский В. А. Числительное "50" в турецком языке.  Избранные сочинения. т. II. М. 1961

22. Махмуд  Кашкарий. Девону лугатит турк . I С.1960

23.Марр Н. Я́. О числительных языковедение проблемы по числительным. Л. 1927

24. Панфилов В.З. Гнесеологические аспекты философских проблем языкознания. Москва - 1928

25. Зарбалиев Х.М. Типология Числительных  И Числовых Конструкций.   Баку . 1997

26. http://www/britannica.com

27. http://www/geribazerileruc.az.com

28. http://kamil.az.iatp.net/pifaq.html

29. http://gilarbeg.com

30. http://www/webturkiyeportal.com

Açar sözlər: mədəniyyət, simvol, say, kəmiyyət, əlaqə, dastan.

Ключевые слова: культура, символ, числительное, количество, связь, эпос

Key words: culture, symbol, numeral, quantity, relation, epos

The Symbolism of Numerals in the Cultures of the Peoples of the Wolrd

Summary

A numeral is a figure, a letter, a word (or their combination) representing a number. It is a member of a word class designating numbers. Those ten simple symbols, digits or numbers that we all learn early in life that influence our lives in far more ways than we could ever imagine. The civilization rules over a million or more people, they built vast cities, developed extensive road systems treated their citizens fairly and constructed stone walls. Now imagine being able to do all this without a written language numbers, numerals.

 

Символика числительных в культурах народов мира

 Резюме

 Однако, число нужно рассматривать не только с количественной, само собой разумеющейся точки зрения, но и с внутренней, качественной позиции. В этом случае число становится, с одной стороны – количественной мерой вещей, а с точки зрения качества выступает как символ делимости духа. С этой точки зрения, числа, а также и цифры проявляются в человеческой истории не случайно и хаотично, а в соответствии со строгим законом периодичности.

.

Rəyçi: f.e., prof.F.F.Cahangirov

 

DILÇİLİK-ЯЗЫКОЗНАНИЕ

Эфендиева Наргиз А.

АРАБСКИЙ ЯЗЫК – ОДИН ИЗ ОСНОВНЫХ СЕМИТСКИХ ЯЗЫКОВ

На современном этапе одним из наиболее распространенных семитских языков является арабский язык, который принадлежит к южной ветви этой языковой группы.  Арабский литературный язык, в отличие от диалектов, сформировавшийся на основании северо-арабского языка, распространен в Западной Азии (Ирак, Сирия, Ливан, Палестина, Аравийский полуостров) и Северной Африке (Египет, Ливия, Тунис, Алжир, Марокко, часть Судана и ряд местностей по восточному побережью до Занзибара).

                Арабский язык являет собой наглядный пример кажущегося «языкового консерватизма».  Язык арабской письменности, арабский литературный язык, если абстрагироваться от нескольких надписей, известен в виде многочисленных памятников.  Старыми памятниками арабского языка, характеристика которых дана известным языковедом Б.М. Гранде, рассматривающим эти надписи в хронологическом порядке; от древнейших до более поздних, являются следующие:

  • лихьянские (найдены в оазисе ал-Ула в Северном Хиджазе, приблизительно II в. до н.э.);
  • сафские (местность Сафа, неподалеку от Дамаска);
  • забадская (развалины церкви в Забаде, неподалеку от Халеба, приблизительно 512 г.);
  • харранская (Харран, около Дамаска, 568 г.).

         Последние исследования ученых указывают на наличие и намарской надписи, относящейся к 328 г.

                В этих литературных памятниках арабский язык выступает как вполне разработанный с установившимися грамматической системой и лексическим составом межплеменной литературный язык, выработавшийся на основе племенных говоров и диалектов и отразивший в себе многообразие их лексики.  Грамматические факты и словарное богатство этих источников были тщательно зарегистрированы первыми грамматиками и лексикографами, и приняты как бы в качестве «канона», который был положен в основу дальнейшего развития литературного языка.

                Арабский язык является одним из лексически самых богатых языков.  Особо велико было мировое значение арабского языка в период средневековья.  Средневековье необычайно обогатило науку огромным количеством крупных достижений.  Следует сказать, что под средними веками условно понимают целое тысячелетие в истории человечества, от 476 г., когда варвары разграбили и сожгли Рим, до 1492 г. – времени открытия Колумбом Америки.

                Уже в средние века можно найти многочисленные труды арабских ученых–лингвистов, посвященные истории арабского языка, его происхождения, истории зарождения у арабов первых грамматических школ и течений, а также истории дальнейшего развития арабской грамматики.

                В лингвистике сделаны удачные попытки систематического изложения истории возникновения и развития языковедческой науки у арабов.  Если по исследованию данного вопроса и были написаны многочисленные труды, начиная со средних веков, вплоть до наших дней, все они в основном носили лишь характер описания в хронологическом порядке жизни и творчества отдельных ученых – лингвистов арабского Востока.  В азербайджанском, русском и европейском востоковедении написано много ценных научных трудов по освещению вышеуказанного вопроса. Вопрос о развитии арабского языка, так или иначе связанный с вопросом о его зарождении, изучается современным востоковедением.  В свою очередь, в современной азербайджанской арабистике самым объемным исследованием в области возникновения и развития изучения языка арабами является труд В.М.Мамедалиева «Арабское языкознание», являющийся на современном этапе одним из самых подробных и достоверных источников об арабском языке.

                Среди арабских источников наиболее оформленные труды по данной проблеме появились в конце XIX века.  Из них прежде всего необходимо отметить работу выдающегося арабского филолога, историка, писателя и журналиста Джирджи Зейдана «История арабского языкознания».  Также можно отметить две наиболее известные работы иракского ученого – историка и лингвиста Мехди ал-Махзуми «Халил ибн Ахмад ал-Фарахиди, его учение и направление» и не менее интересную работу иракского ученого Аббаса ал-Аззави под названием «История арабской литературы в Ираке».

                Говоря об арабском языке, необходимо отметить, что он приобрел особую известность лишь в средние века. В силу того, что арабский язык был государственным языком господствующего класса и господствующей религии, а также, в силу того, что на арабский язык были переведены классические научные и философские труды Древней Греции и Востока, этот язык стал своеобразной латынью Востока и получил широкое распространение среди ученых, писателей, поэтов не только арабских, но и других народов, входивших в состав Халифата.

Язык, как исключительно сложное образование, может быть определен с разных точек зрения в зависимости от того, какая сторона или стороны языка выделяются.  Известный языковед В.М. Солнцев в книге «Язык как системно-структурное образование» указывает на следующие способы определения языка:

а).  с точки зрения функции языка: язык есть средство общения людей, средство формирования, выражения и сообщения мысли;

б).  с точки зрения устройства, механизма языка: язык есть набор некоторых единиц; т.е. комбинирования единиц и правил их использования; эти единицы «делаются» говорящими  в даный момент;

в).  с точки зрения существования языка: язык есть результат социального коллективного навыка «делания» единиц из звуковой материи путем сопряжения некоторых звуков с некоторым смыслом;

г).  с семитической точки зрения: язык есть система знаков, т.е. материальных предметов - звуков, наделенных свойством обозначать что-то, существующее вне их самих;

д).  с точки зрения теории информации: язык есть код, с помощью которого кодируется семантическая информация.

                Каждый исследователь дает языку свою формулировку, и, хотя все формулировки отличаются друг от друга, все же основным является то, что их авторы в основу всего вкладывают общее воззрение.  Так, например, авторы сборника «Язык и история» считают, что «язык есть орудие общения, возникшее в трудовом процессе, точнее в процессе творчества человеческой культуры, т.е. хозяйства, общественности и мировоззрения».

                Считается, что язык создан человеческим коллективом так же, как на первых ступенях его общественного бытия памятники материальной культуры, предметы первой необходимости и сами виды коллективного производства, охота и различные ремесла, игры.  С первых же шагов созданного человечеством в трудовом процессе интереса к окружающему миру и осознанию своей связи с ним возникла неразлучная ни с каким производством сначала магия, затем религия, и впоследствии вытеснившая их наука.

                Язык отражает в себе все стадии развития всех примерно приведенных и еще других сторон созидавшейся человеческой культуры и всех устанавливавшихся в его сознании взаимоотношений между не только человеком, но и между коллективом в целом и окружающим его видимым миром.  Язык отразил в себе все пути и все ступени развития материальной и надстроечной культуры, все изгибы, связанного с таким материально возникшим прогрессом общественного мышления с эпох, когда окружающий видимый мир, т.е. природа с ее производительными силами, на первых достигнутых ступенях человеческой культуры представлялась виновницей всякой удачи и неудачи, страшилищем и благодетелем, шайтаном–покровителем и требующим примирения врагом, богом и чертом, являющимися одинаково созданиями человеческих усилий в борьбе с казавшейся всесильной природой и на пути освобождения от ее власти, власти всех завещанных от эпох неведения и ненаучного мышления.

                В философии, логике и лингвистике широко известно утверждение «Язык обозначает Мир Действительности».  Его очевидным доказательством подчас считают ситуации наглядного обозначения – ситуации называния присутствующего объекта действительности.

                Однако, полагаясь лишь на ситуации наглядного обозначения, никогда нельзя установить, что обозначает тот или иной элемент языка, если его значение неизвестно.  Язык всегда обозначает язык.  Провозглашение этого принципа не предполагает отказа от утверждения «Язык обозначает Действительность».

                Язык обращен и к вербальному миру, и к миру действительности: «язык не только всегда обозначает действительность, но в то же время всегда обязательно обозначает какие–либо другие элементы языка».

                О языке, его зарождении и развитии существует не одно научное мнение.  Можно выделить одно из более живых мнений о языке, исходящее от этнографов, изучающих быт и материальную культуру отсталых народов и их речи.  В этой научно–исследовательской среде все внимание сосредоточено на отношении языков отсталых народов Африки, Америки, Австралии, языков примитивных, к языкам мирового значения культурных народов, владевших письменностью и господствовавших в старых частях света: Африке, Европе и Азии, в районах сосредоточения исторически засвидетельствованной жизни – Китае, Индии, Передней Азии, Египте и грекоримском мире.  В работе над этой увязкой культур разных стран и языков преобладающую роль играют данные антропологические, материальной культуры и быта, в отношении же языка этнологи не располагают какими–либо данными, ценным теоретическим построением и соответственным строго–лингвистическим методом, менее всего располагают необходимой палеонтологической перспективой, чтобы оперировать над языковыми данными для установления той или иной генетической связи между языками различных систем, языками различной по эпохам творчества типологии.

                Однако, если обратиться к индоевропейской лингвистике с «ее отжившим общественным мышлением», то можно сделать вывод о том, что она «исходит от изолированного изучения подсудных ей по специальности языков и от отрешенности норм развития речи от истории материальной культуры, норм развития мирового хозяйства и мировой общественности».  Поэтому она отводит не только проблему о зарождении языка, как лженаучную, но, по существу, и все генетические вопросы, и вместе с тем отказывается вовсе признать научной какую–либо работу над установлением связи генетического порядка между различными системами языков, принимаемыми в этом старом учении о языке за особые семьи зоологического порядка, каждая со своим независимым происхождением.

                Эта органическая увязка языка с материальной культурой нашла в отношении проблемы о происхождении языка и речи проработку на языковом материале в трудах Л.Нуаре и общее теоретическое освещение в современной литературе.

                К той же органической увязке языка с материальной культурой независимо подошло побуждаемое подсудными ему языковыми данными яфетическое языкознание, ныне существующее учение о языке.  В результате многочисленных исканий представители яфетического языкознания получили необходимость и возможность палеонтологической работы с диахронической перспективой, т.е. работы над выяснением отложившихся в языке пластов различных эпох в перспективном взгляде в глубину времен через все этапы развития человеческой речи, а вместе с ней – языка.

                Исследование языка в историческом аспекте является необходимым для познания объективных законов развития языка.

                Такое изучение проводится по письменным памятникам, где они имеются, оставшимся от разных эпох и расположенным в хронологическом порядке.  Историческое изучение возможно только там, где есть письменные памятники, и за период, когда они имеются.  Между тем язык долгое время развивался и до письменности, его развитие всегда полнее, чем могут отразить его письменные источники, среди которых от древнейших времен всегда много слишком кратких и дефектных, часто совсем непонятных или трудно читаемых.

                Язык никогда не существует отдельно от своей социальной среды.  «Язык есть выразитель и образователь народа».  Если выясняется, что у известных родственных языков был когда–то «праязык», видоизменением которого эти языки являются, то, следовательно, была и его социальная почва, его носитель – «пранарод».  Если был пранарод, то было и определенное место его поселения, была где-то у него «прародина».  Праязык таким образом можно определить в последний момент его существования, перед распадением на наречия и позднейшие языки, и тяжело узнать о его образовании, тогда как его нельзя считать первобытным и необходимо предположить долгий процесс его образования.

                Большую роль в развитии народов Мира сыграли и играют языки семито–хамитской группы.  Следует отметить, что наиболее важное место среди языков древней Передней Азии занимают семитские языки, составляющие ветвь более обширной семито–хамитской семьи языков.  В узком понимании эту семью разбивают на пять ветвей: семитскую, египетскую, бербероливийскую, кушитскую и чадскую ветви.  В диахроническом, более широком понимании, семито–хамитские языки имеют следующие этапы развития:

  1. древнейшей ступенью семито–хамитских языков является так называемый «язык - основа», районом исторического существования которого «следует считать область Сахары, во времена неолита еще вполне пригодную для обитания человека.  Согласно этой гипотезе, к концу древнейшего периода (VI – IV тысячелетие до н.э.), в связи с наступившей засушливой эпохой и с истощением пастбищ Сахары, начинается расселение племен в разных направлениях и разделение семито–хамитского языка – основы на пять ветвей»;
  2. следующей ступенью является древнее состояние языков.  Для этой ступени характерны: значительная степень сохранности первоначального фонетического строя, хорошая сохранность сложившейся глагольной и именной внешней флексии, создание очень развитой системы внутренней флексии.  К семитским языкам древнего состояния, письменно засвидетельствованным, относится и южноцентральная группа, т.е. классический арабский язык (I тысячелетие до н.э. – I тысячелетие н.э., на грани среднего состояния) - язык доисламской поэзии и Корана, искусственно сохраняемый как литературный язык арабов и позже;
  3. в среднем состоянии семито–хамитских языков начинается утеря флексии, особенно именной, и переход к аналитическому строю, происходят значительные фонетические упрощения.  Сюда относится и южноцентральная группа: поздние средневековые арабские диалекты (ранние средневековые арабские диалекты в значительной мере утеряли внешнюю флексию, но еще во многом сохраняли близость к классическому языку).  Таким образом, по уровню развития они были близки к языку древнейших арамейских надписей;
  4. для нового состояния семито–хамитских языков характерна коренная перестройка фонологической системы и ломка грамматического строя каждого языка в отдельности, выработка новых грамматических средств и категорий и сохранение взаимопонимания лишь в пределах диалектов одного языка.  В этом состоянии и находятся живые арабские диалекты.

                Следует отметить, что семитские языки, литература и история семитских народов, их культура, представляют предмет семитологии.  Грамматическое изучение семитских языков в средние века, а именно в V–XII вв., было вызвано стремлением сохранить социальные тексты в точной и неизменной записи.  Ученые мусульманской Испании, владевшие тремя семитскими языками: арабским, древнееврейским и арамейским, иногда применяли методы сравнения языков.  Наиболее крупные филологи этого периода у арабов – Сибавейхи, Халил, Асмаи.  В XVI–XVII вв. в Европе возникла потребность в изучении первоисточников на арабском, древнееврейском, сирийском и эфиопском языках.  В XVII–XVIII вв. Голландская школа семитологов положила начало научной арабистике.  В XIX веке семитология обогатилась достижениями общего языкознания и вывела в нем сравнительный метод.

                Среди семитских языков наименее изучены арабские языки, входящие в южнопериферийную группу.  Современные языки, или, как их часто именовали - «диалекты Южной Аравии», долгое время оставались на периферии классической семитологии.  Часто их идиомы рассматривались даже как южные диалекты арабского языка наряду с датинским, дофарским, оманским, хадрамаутским и др., хотя эта точка зрения не могла получить никакого фактического обоснования.  В течение длительного времени основным и практически единственным источником сведений по современным языкам Южной Аравии служили материалы южноаравийской экспедиции Австрийской Академии Наук в Вене под руководством профессора Д.Г.Мюллера в конце XIX – начале XX вв.

                Однако с течением времени становилось все более очевидным, что эти языки, параллельно с аккадским, сохранили целый ряд черт, унаследованных от их исторической основы – общесемитского языка, и утраченных языками обеих центральных групп.  Следует отметить, что южно–аравийский языковой и культурный ареал испытывает сильнейшее воздействие арабского языка и арабизирующей мусульманской культуры.  Это особенно касается материковой части ареала, где отдельные идиомы практически находятся на грани вытеснения арабским языком.

                Так на основании характеристики развития языков семитской группы  прослеживается развитие, эволюция арабского языка.

Использованная литература

1. Арабский сборник.  Ученые записи ИВ АН СССР. т. XIX.  М., 1959,  статья А.Султанова и В.Ушакова.  Доктор Хасан Аун “Арабский язык и его грамматика”. Рецензия.

2.Востоковедение (сборник статей).  Ответственный редактор проф. И.Н.Винников и др.  М., Наука.

3.Грюнебаум Г.Э.  Основные черты арабо-мусульманской культуры.  М., Наука.

4. Дьяконов И.М. Языки Азии и Африки. Кн. III.  М., Наука.

5. Кацнельсон С.Д.  Содержание слова, значение и обозначение.  М.-Л.: «Наука»

6. Мамедалиев В.М.  Категории времени, лица и наклонения глагола в современном арабском литературном языке.  Баку: АГУ

7.Солнцев В.М.  Язык как системно-структурное образование.  М.

8. Филология стран Востока (сборник статей).  Ответственный редактор Пинус С.М. и Яхонтов С.Е.   М., Наука

9. Язык и история. Сборник статей.  ОГИЗ ЛО

 

 

РЕЗЮМЕ

Рассматривается общая характеристика арабского языка, говорится об особенностях арабского языка с учетом его характеристики как одного из семитских языков; диахроническое понимание семито-хамитских языков,  причины грамматического изучения языка как арабскими, так и европейскими языковедами. Язык рассматривается как исключительно сложное образование и отражение всех стадий развития созидавшейся человечеством культуры и человеческих отношений на протяжении истории цивилизации; рассматривается принадлежность языка к вербальному миру и к миру действительности, а также связь вопросов языковой сущности, зарождения и развития, так как именно исследование языка в историческом аспекте является необходимым фактом познания объективных законов его истоков и развития.

 

Rəyçi:  prof. K.Əhmədova

 


Рафига Амирбаба гызы Амирова

ВЕЧНЫЕ ИСТИНЫ В НАЦИОНАЛЬНОЙ ФРАЗЕОЛОГИИ

В современном русском языке устойчиво функционируют следующие фразеологизмы, восходящие к Евангелию от Матфея: путеводная звезда, избиение младенцев, глас вопиющего в пустыне, питаться акридами и диким медом, не хлебом единым, камень преткновения, ловцы человеков, соль земли, от лукавого, око за око, зуб за зуб, хлеб насущный, вводить в искушение, служить двум господам, служить Богу и маммоне, думать о ^ав траншем дне, метать бисер (метать бисер перед свиньями), волк в овечьей шкуре, строить на песке, приклонить голову, оттрясти прах с ног, Содом и Гоморра, нести крест, от избытка сердца, отделять пшеницу от плевел, птицы небесные, доброе семя, скрежет зубовный, малый сии, краеугольный камень, гробы повапленные, не оставить камня на камне, мерзость запустения, силы небесные, зарыть талант в землю, тридцать сребренников, поцелуй Иуды, умыть (умывать) руки, взойти на Голгофуи т.д. Следует также отметить, что большинство этих фразеологизмов так или иначе ассоциируются с евангельскими или, шире, библейскими текстами. Однако это вовсе не означает, что не может быть в русском языке образных выражений, связанных по происхождению с Библией, но производящих впечатление обычных разговорных средств. Как правило, такого типа фразеологизмы основываются на обычном и естественном образе. Например, таков образ человека, сложившего руки, или сидящего и сложившего руки на коленях. Сама ситуация напрашивается на метафоризацию образа, где выпячивается уже не форма сидения, а бездействие, состояние покоя. Смысл фразеологизации в том, что образ бездействия коррелирует с необходимостью принятия решений. Таким образом, на первый взгляд кажется, что русский фразеологизм сложа руки или сложа руки сидеть имеет исконно русское происхождение и восходит к живой разговорной речи русского народа. Обратим внимание на то, что пишет по этому поводу Л.М.Грановская: «Сложа руки (сидеть) <Ничего не делая, без дела> (ССРЛЯ, XIII. С. 1251). Первоисточник - Книга Притчей Соломоновых: «Доколе ты, ленивец, будешь спать? Когда ты встанешь от сна твоего? Немного поспишь, немного подремлешь, немного сложив руки, полежишь» (6:9-10). «Глупый сидит, сложив свои руки, и съедает плоть свою» (Екклесиаст, 4:5)» (2, 94).

Конечно, можно согласиться с Л.М.Грановской. Скорее всего фразеологизм сложа руки (сидеть) и восходит к указанным библейским книгам. Однако правомерно было учитывать и приведенные нами выше доводы. А именно тот факт, что в основе семантики фразеологизма лежит обычный образ, что делает чуть ли не закономерным появление такого фразеологизма, т.е. фразеологизма с этим значением во всех языках. Важно также учитывать, что во всех языках мира существуют пословицы с совершенно одинаковым значением. Это не означает, что одни народы заимствовали их у других. Это значит, что разные народы проживают одну и ту же человеческую ситуацию. Поэтому совершенно естественно и логично, что у русских существует пословица яблоко от яблони не далеко падает, находящая соответствие чуть ли не во всех языках мира. С другой стороны, это обстоятельство, т.е. идентичность условий жизни, приводящая к формированию идентичных средств вторичной номинации в разных языках, вовсе не отрицает справедливости мысли, высказанной выше. А именно: в языках мира, в том числе и в русском, существуют фразеологические единицы, никем не воспринимаемые как заимствованные в силу их обычности, но между тем непосредственно связанные с библейским источником. В такой ситуации иссле­дова­тели могут опираться только на два типа источников, материал которых может служить критерием справедливости отнесения того или иного фразео­логизма к Библии. Это словари и сама Библия. В случае нашего исследования - это словари русского и английского языков, двуязычные словари, а также книги Нового Завета на русском и английском языках. Евангельская фразеология манифестирует ключевые концепты. Так, выпукло представлен концепт «звезда». Основное номинативное значение этого слова определяется как «Небесное тело, светящееся точкой на небесном своде» (9, 1, 427). Или: «Небесное тело (раскаленный газовый шар), ночью видимое как светящаяся точка» (6, 229). Для метафоризации основного номинативного значения фундаментальным оказыва­ется признак «свечение». Вторым ассоциативным признаком является то, что звезда светится на небе, т.е. в вышине, следовательно, уже в основном номинатив­ном значении заложена стилистическая характеристика соответствующих метафор. Все они стилистически высокие.

Стилистически высоким является и фразеологизм путеводная звезда. Например, в Словаре Ожегова он помещен в статье на слово путеводный: «Путеводная звезда (высок.) - о том, кто (что) определяет чей-н. жизненный путь, развитие деятельности» (6, 632). В статье дается и этимологическая справка, т.е. отмечается, что фразеологизм восходит к Евангелию. Та же самая дефиниция представлена и в Словаре русского языка в 4-х томах, который известен как Малый академический словарь (МАС). Однако имеется существенное отличие от статьи из Словаря Ожегова. В МАС отсутствует помета «высокое» (8, 3, 564). Поскольку отсутствует помета, трудно представить себе границы «того, что может определять жизнь и деятельность кого-либо». Отсутствует помета и в 17-томном Словаре современного русского литературного языка, так называемом Большом академическом словаре (БАС). Но и здесь дается этимологическая справка (7, 11, 1746).

Помета отсутствует и в ФСРЯ. Кроме того, здесь выделяется два значения в семантической структуре фразеологизма. Это отличие от Словаря Ожегова имеет отношение уже не к стилистике, а семантике. Так, в ФСРЯ написано: «ПУТЕВОДНАЯ ЗВЕЗДА. 1. Человек, определяющий каким-либо образом чью-либо жизнь, деятельность.. .2. То, что направляет, определяет чью-либо жизнь, деятельность» (10, 72). По этому поводу А.М.Мамедли пишет следующее: «Значение фразеологизма определяется неверно, так как не учитываются евангельские коннотации. Между двумя значениями, отмечаемыми в Словаре, нет разницы. Первое относится к человеку, второе к событию и т.д., т.е. чему-то. Фактически речь идет об одном и том же. Что значит «человек, определяющий каким-либо образом чью-либо жизнь, деятельность»? Определить чью-либо жизнь и деятельность можно как угодно. Можно испортить жизнь другому человеку, определяя ее. Вор может повлиять на определение судьбы подростка, живущего по соседству. Кстати, так и принято воспитывать себе смену у «деклассированных» элементов, существует целая система приемов, направленная на воспитание рецидивиста, афериста, проститутки и т.д. Неужели в этих случаях речь идет о путеводной звезде? Разумеется, нет. Путеводная звезда - это высокая идея или светлый человеческий образ, помогающий жить достойно, это высокий идеал, который человек проносит через всю жизнь. Стилистическая возвышенность фразеологизма определяется источником» (4, 36-37).  Мы согласны с А.М.Мамедли и считаем, что существенное положительное отличие толкования этого фразеологизма в Словаре Ожегова заключается в помете «высокое», которая отсутствует во всех других словарях русского языка. Во Фразеологическом словаре русского литературного языка под редакцией А.И.Федорова (ФСРЛЯ) фразеологизм путеводная звезда вообще не зафиксирован. В английском языке функционирует слово lodestar, о котором читаем: «Lodestar (also loadstar). 1. The Pole Star (= a star that is used by sailors to guide a ship) 2. (formal) a principle that guides sb’s behaviour or actions»( 11, 756). В Словаре не отмечается этимология слова, однако второе значение «принцип, определяющий поведение или действие кого-либо», а также компонент «звезда» дает основание думать, что это английское слово эквивалентно русскому фразеологизму путеводная звезда. Кроме того, в 3-­томном Англо-русском словаре слово loadstar определяется следующим образом: «1.Полярная звезда. 2. Ориентирующая звезда. 3. Путеводная звезда»(61,2,370). Здесь также отсутствует этимологическая справка и стилистическая помета. В Словаре Кунина дается выражение guidingstar, которое переводится как «путеводная звезда» (3, 2, 868). При этом отсутствует этимологическая справка, вообще указание на источник, хотя в этом Словаре все фразеологизмы снабжены этимологическими справками.

Поскольку отсутствуют этимологические справки, то из статьи Оксфордского словаря можно сделать вывод о том, что второе значение слова lodestar связано с первым, т.е. с Полярной звездой, которая служит ориентиром для моряков, а вовсе не с Библией. То же впечатление оставляет и Словарь Кунина, и другие словари. Фразеологизм путеводная звезда в русском языке восходит к Евангелию от Матфея: «Где родившийся Царь Иудейский? Ибо мы видели звезду Его на востоке и пришли поклониться Ему» (2.2) и «Они, выслушавши царя, пошли. И се, звезда, которую видели они на востоке, шла перед ними, как наконец пришла и остановилась над местом, где был Младенец» (1, Матфея 2.9). Соответствующее место в английском переводе: «Saying, Where is he that is bom King of Jews? For we have seen his star in the east, and are come to worship him» (13, М., 2.2.) и «When they had heard the king, they departed, and lo, the star, which they saw in the east, went before them, till it came and stood over where the young child was» (13, М., 2.9). Это так называемый King James Version, т.е. классическая английская Библия короля Якова. Если сравнить этот текст с общепринятым современным переводом, New International Version, то можно обнаружить различия, поддающиеся интерпретации. Например: «...and the star they had seen in the east went ahead of them until it stopped over the place where the child was». В первом случае звезда шла перед ними, во втором - впереди них. В первом случае она встала там, где был младенец, во втором - остановилась над местом, где был младенец. В первом случае, т.е. в переводе классическом, звезда воспринимается как некоторое живое существо, которое может идти и стоять, не просто остановиться, а стоять. То есть в этом тексте имеется эксплицитный стимул для фразеологизации, который дает основание думать, что отмеченный в Словаре Кунина фразеологизм guidingstar восходит все же к Евангелию от Матфея. Возможно, в английском языке произошло смешение понятий guidingstar и lodestar, а также понятий «Полярная звезда» и та библейская звезда, которая шла перед магами. В двухтомном фразеологическом словаре Оксфордского университета также приводится фразеологизм guidingstar, однако компонент star дается как факультативный, причем не основной: «а guiding light/star sb who gives a lead, or sets an example, that is followed by another or others V: be, become, see sb as» (12, 2, 247). В английском языке фразеологизм guiding light/star обнаруживает также значение «быть добрым гением какого-либо предприятия, учреждения», т.е. «быть человеком, от которого зависит успех предприятия». Например: «Ian Hendry was in ‘The Avengers’ for the first nine months of its life. He was the guiding light, the inventive genius» (12, 2, 247).

Таким образом, Иан Гендри с его изобретательностью был путеводным светом «Мстителей». Очевидно семантическое различие выражений guiding light/star и путеводная звезда. Евангельские фразеологизмы в силу идеологического и философского, мировоззренческого характера образуют определенные семантико­-стилистические парадигмы в русской фразеологии. Эти парадигмы объединяют не синонимы, а фразеологизмы одного семантико-стилистического уровня. Например, в одну парадигму с фразеологизмом путеводная звезда входят такие фразеологизмы, как соль земли, ловцы человеков, Сын Человеческий, доброе семя. Фразеологизм соль земли отличается высокой частотностью употребления как в книжном, так и в разговорном языке. В семантической структуре фразеологизма основным, базисным понятием является понятие «соль». Уже на лексико-семантическом уровне понятие «соль» стимулирует метафоризацию, что непосредственно обусловлено предметно-логическими факторами. Так, в Словаре Ожегова читаем: «Соль 1. Белое кристаллическое вещество с острым вкусом, растворяющееся в воде. 2. Такое вещество, употр. как приправа к пище. 3. Перен. То, что придает особенный интерес, остроту чему-н. 4. Перен. О лучших представителях какого-н. Общества, общественной группы. Соль земли (о лучших представителях общества; книжн.) 5. В химии: соединение, в котором водород кислоты замещен металлом» (6, 745).

Интересно, что в Евангелии Христос сам объясняет это выражение, выделяя существенный для метафоризации признак. Он актуализирует внутреннюю форму фразеологизма: «Вы - соль земли. Если же соль потеряет силу, то чем сделаешь ее соленою? Она уже ни к чему негодна, как разве выбросить ее вон на попрание людям» (1, М., 5.13). Таким образом, уже на лексико-семантическом уровне выделяется основной признак понятия «соль», позволяющий метафоризировать значение слова соль и создать на этой базе фразеологическую единицу. Ассоциативным признаком, служащим основанием метафоризации выступает сема «острый вкус». Фразеологизм соль земли в ФСРЯ толкуется следующим образом: «Соль земли. Самое главное, самое ценное, самое важное. О людях» (10, 446). Несколько непонятное толкование. Почему не говорится о том, что имеются в виду самые ценные, лучшие люди страны, человечества. Что значит «самое главное»; когда это говорится о людях? На наш взгляд, более точное определение дается в Словаре Ожегова, т.е. речь идет о лучших представителях общества. Слово лучшие дает ответы на все вопросы и носит абсолютный характер, лучшие - значит, лучше нет. Перечисление слов главный, важный, ценный в сочетании со словом самый остается неопределенным.

 

ЛИТЕРАТУРА

  1. Библия. Книги Священного Писания Ветхого и Нового Завета. М., 1995.
  2. Грановская Л.М. Образные выражения из ТАНАХА. Баку: БСУ, 2004.
  3. Кунин А.В. Англо-русский фразеологический словарь. Т.1. М.: Советская энциклопедия, 1967. Том 2. М.: Советская энциклопедия, 1967.
  4. Мамедли А.М. Евангельская фразеология в русском языке // Русский язык и литература в Азербайджане, 2004, №2, с.35-37.
  5. Новый большой англо-русский словарь. Том 1. М.: Русский язык, 1999. Том 3. М.: Русский язык, 1999.
  6. Ожегов С.И. Словарь русского языка. М.: Русский язык, 1990.
  7. Словарь современного русского литературного языка. Том 1. М.-Л.: АН СССР, 1948. Том 17. М.-Л.: Наука, 1965.
  8. Словарь русского языка. Том 1. М.: Русский язык, 1981. Том 4.  М., 1984.
  9. Ушаков Д.Н. Толковый словарь русского языка. Том 1. М., Вече. Мир книги, 2001. Том 3. М.: Вече. Мир книги, 2001.
  10. Фразеологический словарь русского языка. М.: Русский язык, 1986.
  11. Oxford Advanced learners Dictionary. Oxford: OxfordUniversity Press, 2000.
  12. Oxford Dictionary of Current Idiomatic English. Volume 1. Oxford: OxfordUniversity Press, 1984. Volume 2, 1984.
  13. THE NIV/KJV. Parallel Bible. New Jersey, 1983.

Ключевые слова: Библия, Евангелие, словарь, фразеологизм.

Açar sözlər: Tövrət, İncil, lüğət, frazeoloji vahid.

Key words: Bible, Gospel, dictionary, phraseology unit.

 

Milli frazeologiyada əbədi həqiqətlər

XÜLASƏ

Məqalə rus və ingilis dillərinin frazeoloji fonduna həsr olunub. Diqqət mərkəzində Tövrətdən gələn frazeoloji vahidlər dayanır. Hər iki dildə bu frazeoloji vahidlər fəal iştirak edir. Lüğətlər isə bunları həmişə qeyd etmir. Görünür ki, müxtəlif dillərdə Tövrətin və İncilin müxtəlif söz birləşmələri frazeojiləşir.

 

Eternal truth in national phraseology

SUMMARY

The article deals with the phraseological fund of Russian and English languages. The phraseological units originated from the Bible are the centre of attention. These units actively participate in both languages. Dictionaries do not always mention this. It appears that in different languages different phrases of the Bible and the Gospel become phraseological units.  

Rəyçi: prof. A.M.Məmmədli

                                                                  

 

Cavadov Əhəd Həsən oğlu

OĞUZAQƏDƏRKİ  ABİDƏLƏRİN  DİLİNDƏ  TABELİ MÜRƏKKƏB   CÜMLƏ  TİPLƏRİ

( II məqalə)

                Mürəkkəb cümlə təkamülünün, onun yaranma və inkişafının araşdırılmasında ilkin cümlə vahidlərinin struktur-semantik xüsusiyyətlərinin öyrənilməsinin böyük rolu vardır.Tədqiqatın obyekti olaraq seçilmiş abidələr isə məhz oğuzaqədərki abidələr hesab edilir. Çünki “Kitabi-Dədə Qorqud”un –oğuzcanın ən mükəmməl mənbəyinin  tabeli mürəkkəb  sintaksisi, demək olar ki, bu dilin varisi olan müasir dillərdə işlənən cümlə tip­lə­rinin, onların zəngin struktur-semantik cəhətlərini əks etdirir. Ona görə də bu abidədən əvvəl mövcud olmuş yazılı mənbələrə müraciət edilməsi tamamilə təbiidir.

                 Orxon-Yenisey abidələrində konkret, müəyyən formada təşəkkül tapmış mürəkkəb cümlələrlə yanaşı, hələ mürəkkəb cümlə (o cümlədən tabeli mürəkkəb cümlə) kimi formalaşmamış cümlə tiplərinə  də rast gəlinir. Bu cümlələrin əksəriyyəti vasitəsiz nitqin əsasında formalaşır ; daha doğrusu, özgə nitqinin mürəkkəb  cümlə şəklində verilməsi sonradan TMC–nin bəzi struktur- semantik tiplərinin əmələ gəlməsinə səbəb olmuşdur.

Abidələrdə iki cümlənin əlaqələndirilməsində “deyə”sözünün qədim variantları olan “ tip”~”tiyin” sözləri bağlayıcı vasitə kimi çıxış edir. Daxil olduğu quruluşda müstəqil informativ tutuma malik olan bu konstruksiyalar müəyyən fasilə və intonasiya ilə ayrılan mərkəzlər əmələ gətirir; onlar ya sadə, çox halda isə mürəkkəb quruluşlu olur . Nümunə : “...ırak ersər yablak ağu birur, yağuk ersər edqü ağu burur tip anca boşqurur ermis “—“Uzaqda yaşayana pis hədiyyələr verir, yaxinda yaşayana yaxşı hədiyyələr verir”,- deyərək səni beləcə aldatmış (Ktk,7). Bu nümunədə vasitəsiz nitq iki prepozitiv şərt budaq cümləli qarışıq tipli tabesiz mürəkkəb cümlədir. Müəllifin sözü isə tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlənin baş cümləsidir. Tip (deyib, deyə) sözünün feilin təsriflənməyən forması olduğunu nəzərə alsaq, burada tamamlıq budaq cümləsinin tam formalaşmasından danışmaq çətindir. Konstruksiyanın ümumi ahəngi onun tərkibində öz predikativ xarakterini itirmiş və başqa birləşmənin tərkibinə daxil olmuş şərt budaq cümləli tabeli mürəkkəb cümlələr olan  sadə cümlə təsiri bağışladığını söyləməyə əsas verir.

Tip~tiyin sözü ilə əlaqələnən nümunələrin, demək olar ki, əksəriyyəti semantik cəhətdən məqsəd budaq cümlələrinin ilkin formaları kimi diqqəti çəkir. Kul Tiqinin şərəfinə yazılmış böyük abidənin 11,19,20,25,27,28 və 39-cu bəndlərində rast gəlinən bu cümlələrdə tiyin sözünə qədər olan hissəsi əsas/ baş/ cümlədəki işin məqsədini bildirir. Nümunə : “Soqdak budun itəyün tiyin Yunçi üqüzuq keçə Temir kapığka teqi sulədimiz” –“Soqdak xalqını qaydaya salağın deyə, İnci çayını keçərək Dəmir Qapıyadək qoşun çəkdik” ( Ktb,39).

Tiyinsözunə qədərki müstəqil informativ tutum bəzi tədqiqatçıları çaş-baş salmış, onlar həmin konstruksiyaları müstəqil vahid kimi götürmüşlər. Məsələn, Q.A.Abdurrah­manov, S.E.Malovun kitabına əsaslanaraq: “Açümiz apamız tutmıs yir sub idisiz bolmazun tiyin// az buduğ  imin yar (atıp)..”—“Говоря пустъ не будет без хозяйина страна ( букв., земля и вода), припадлежавшая нашим предкам , мы, уcтроив немногочисленный (или азкий) народ…” (4,30-38) nümunəsindən (tiyin) sözünə qədər olan hissəni (ata--babamız tutmuş yer, sahibsiz qalmasın deyə) şərt budaq cümləsi kimi təqdim edir (2, 26).

Q.Abdurrahmanovun təqdim etdiyi bu hissə, əslində məqsəd mənası bildirən feli tərkibdən başqa bir şey deyildir. Böyük abidənin 19-cu bəndi olan bu  cümlə nəinki mürəkkəb , heç sadə cümlə kimi formalaşmamışdır (ata--babamız tutmuş yer, sahibsiz qalmasın deyə, az xalqını qaydaya salıb...).

Abidələrdə vasitəsiz nitqin felin təsiflənən forması və eyni zamanda “tip ermis” (deyirmiş // demiş) elementi ilə müşaiyət edilən halına da rast gəlinir. Mürəkkəb quruluşa malik olan bu konstruksiya böyük abidədəki  9-cu bəndi tamamilə əhatə edir: “Türk kara kamuğ/ budun anca timis: “ İlliq budun ertim,ilim amtı kanı? Kemkə iliq kazğanur men?”- tir ermis,  kağanlıq budun ertim kağanım kanı, ne kağanka küçiq birur men?” –tir ermis, anca tip, tabcaq kaqanka yağı  bolmıs”- “Bütün türk xalqı belə demiş: “ Eli olan xalq idim, indi elim hanı? El birliyini kimin üçün əldə edirəm ? –demiş. “ Başında xanı olan xalq idim, xanım hanı? Öz işimi, gücümü hansı xana sərf edirəm?- demiş ; beləcə deyib tabğac xanlığına düşmən olmuş” ( Ktb,9 (1,2,3,4-cü sətirlər). Mikromətn təsiri bağışlayan bu nümunə “müəllif sözü—vasitəsiz nitq—müəllif sözü” sxeminə uyğndur. Qədim türk  eposlarına xas olan linqivistik poetik  xüsusiyyətlər burada da özünü aydın şəkildə  göstərir.

Vasitəsiz nitq abidələrdə “aydı” və “tidi” xəbərləri ilə də ifadə olunur. Bu tipli konstruksiyalar tamamlayıcı funksiya yerinə yetirən tamamlıq budaq cümləli TMC- nin ilkin formaları kimi diqqəti çəkir: “Bilgə Tonuquq bana  aydı: bu süğ alt, tidi”.~ “A  мне, мудрому Тоньюкуку, он сказал : “ веди это войско ” –сказал” (4,63-68).

“Kitabi-Dədə-Qorqud“ dastanlarında bu tipli quruluşa təkcə vasitəsiz nitq nümunələrində deyil, hətta vasitəli nitq şəklində ( kim bağlayıcısının iştirakı ilə) rast gəlinir: “Əzrailə buyuruq elədi kim, ya Əzrayil, var, ol dəli qavatın gözünə görüngil, bənizini sarartğıl- dedi “( КDQ, 79).

Vasitəsiz nitqin bu və ya digər formalarına başqa abidələrdə də rast gəlinir. Bunların, demək olar ki, hamısı tamamlayıcı funksiya yerinə yetirən konstruksiyaların (tamamlıq budaq cümləli TMC-in) ilkin formaları kimi çıxış edir.

Öz leksik və qrammatik xüsusiyyətlərinə görə qədim türk və uyğur abidələrindən ciddi şəkildə fərqlənən və V-VI  əsrlərdə aid edilən “ Xuastuanift” (“Manixeylərin peşmanlıq duası“) abidəsində vasitəsiz nitqin ilkin maraqlı nümunələrinə təsadüf olunur: “Kün ai ölür/ tid(i)m(i)z ərsər”—“Так как мы говорили, что /бог/ солнцa и луны умирает…” (3,218-229). Burada vasitəsiz nitqin elementi olan “dedi// dedik” feili “ərsər//ersər “ forması ilə birlikdə çıxış edir, konstruksiya prepozitiv mövqeli tamamlıq budaq cümləsidir.

Bəzi hallarda isə türk dilləri sintaksisinə yad olan hallara da rast gəlinir, belə ki, vasitəsiz nitqin sıralanmasında mübtəda-xəbər, təyin- təyin olunan sırası, ümumiyyətlə, cümlə sırası pozulur: “...Söz ləyür biz*nəçə işləməşig irinnçü-lüg”—“Мы говорили слов, которых не следовало бы говорит и греховых” ( 3, 226, 232). Qeyd edək ki, qaqauz dilindəki sintaktik anomaliyalarla adekvatlıq baxımından belə misallar maraqlıdır.

   Kul Tiqinin şərəfinə yazılmış böyük abidədə rast gəlinən cümlə tipləri içərisində I komponentdəki substantiv üzvü qabarıq şəkildə nəzərə çarpdırılan , II komponentdə isə ona dair əlavə məlumat verilən cümlələrə də rast gəlirik. Gələcəkdə müxtəlif tipli (tamamlıq, təyin və s.) budaq cümlələri formalaşdıran bu konstruksiyaların əsas xüsusiyyəti I komponentdəki temanın informativ tutumunun genişləndirilməsi, artırılmasıdır. Nümunə : “ Bars beq erti, kağan at bunta biz birtimiz” ~  “Bars  bəy oldu,  burada xan rütbəsini / ona/  biz  verdik...” ( Ktb,20).

   Sonrakı dövr abidələrində həm bu konstruksiyaya, həm də onun çevrilmiş formasına rast gəlinir. Nümunə : Məgər  Dirsə xan deyirlərdi, bir bəgün oğlı- qızı yoxdu (KDQ,34); Banıçiçəgin bir dəli qartaşı vardır, adına Dəli Qarcar deyirlər (KDQ,55).

   Prof. Ə.Z.Abdullayev bu quruluşun  hər ikisini təyin budaq cümləsi kimi--  birincisini ilk formalaşma dövrünün əlaməti kimi, ikincisini isə nisbətən təkmilləşmiş bir quruluş kimi təqdim edir ( 1, 49-50). Əslində, bu tipli konstruksiyalar təkcə təyin budaq cümləsini deyil, digər budaq cümlələri əmələ gətirir, formalaşdırır. Budaq cümlənin növünün müəyyənləşdirilməsində qabarıq üzv yox, baş cümlədə iştirak edən “qəlib”-əvəzlik və ya qarşılıq-söz əsas meyar kimi qəbul edilməlidir.

Bütün bu deyilənlərdən başqa, abidələrdə sadə cümlə şəklində mövcud olan, lakin informativ-funksional baxımdan mürəkkəb cümlələrin, eləcə də tabeli mürəkkəb cümlələrin ekvivalenti kimi çıxış edən  quruluşlara da rast gəlinir. Bunların bir qismində sadə cümlənin tərkibinə daxil olan feili sifət, feili bağlamalar öz ətrafına müxtəlif cümlə üzvləri toplayaraq, müstəqil semantik tutuma malik tərkiblər əmələ gətirir. Sadə cümlələrin birinin transformu kimi meydana çıxan təsriflənməyən forma zaman keçdikcə müstəqil informasiya vasitəsinə çevrilir, kommunikatiuv vahid kimi çıxış edir. Tərkiblər budaq cümlələrdən əvvəl yaranır, belə ki, müxtəlif şəkli əlamətlərə malik olan feili tərkiblər Orxon-Yenisey abidələrində bol-bol işlənir (6,100). Tərkiblərin mürəkkəb cümlənin ekvivalenti kimi çıxış etməsi ilkin abstraksiya faktı kimi meydana çıxan tərkiblərin hamısında deyil, yalnız bir qismində meydana çıxır. Nümunələr:” Yza kök tenpi acpa yağız yir kılıntukda akin ara kisi oğlı kılınmış”~“Когда было сотворено вверху голубое небо, внизу темная земли между обоими были сотворены сыны человеческие”; “Açim kağan olurtukda, özim tarduş budun uza şad ertim”. ~” Когда сидел на престоле мой дядя- каган, я сам был шадом над народом тардуш”  (4,28/36; 30/38 )

Hər iki nümunədəki tərkibin müstəqil subyektli olması onların tabesizlik əlaqəsində olan cümlələrdən birinin sintakmatik xətt üzrə “sıxılmaya” məruz qalmasının nəticəsinin olduğunu söyləməyə imkan verir. Məhz buna görə də A.P.Potsyulevski abidələrdə feilin şəxsli formalarının əvəzinə (imperativ və perfektdən başqa), feli sifət və feili  adların əvəzliklərlə işlənməsini qeyd edir (5,171). Müasir dövrdə də, sabitləşmə getdiyi bir vaxtda ən rəngarəng cümlə tipləri ilə yanaşı, feili tərkiblərin mövcud olması faktı (hətta onların qoşmalarla işlənərək xüsusi fasilə və intonasiya ilə ayrılması, xüsusiləşməsi) da semantik təkamüldəki paralelliklə bağlıdır.

Tabeli mürəkkəb cümlələrin ekvalenti kimi çıxış edən konstruksiyalardan biri də tərkibində səbəb-nəticə sıralanması mövcud olan cümlələrdir. Bu cümlələrin xarakterik xüsusiyyəti onların içərisində ardıcıl qoşmalı söz birləşmələrinin (daha çox üçün qoşması ilə ) işlənməsidir. Bu söz birləşmələrinin bir qismi feili, bir qismi isə ismi birləşmələrdir. Qoşmalı birləşmələr ardıcıl sıralanma ilə, zəncirvari şəkildə əlaqələnir, baş verən hərəkətin səbəbini bildirir. Aşağıdakı misallardan görünür ki, həmin birləşmələr xüsusi fasilə və intonasiya ilə ayrılır: “Tanrı yarlıkdakun üçün, özim kutim bar üçün kağan olurtım”~ Alah yar olduğu üçün, bəxtim yar olduğu üçün xaqan oldum ( Ktk,9).

Bəzi nümunələrdə isə bu sıralanma abidənin bir-iki sətirini deyil, hətta bütöv bir bəndini əhatə edir. Məsələn, Kul Tiqinin şərəfinə yazılmış böyük abidədə 6-cı bənd, demək olar ki, başdan–başa bu tipli konstruksiyadan ibarətdir. Bu bənddəki səbəb-nəticə sıralanmasını aşağıdakı sxemdə aydın şəkildə görmək mümkündür.: “...üçün...üçün...üçün...üçün...üçün...üçün+cümlənin xəbəri” (Ktb,6(1,2,3,4,5-ci sətirlər).

Əslində abidələrdə istər sadə, istərsə də mürəkkəb cümlələrin sərhədini müəyyənləş­dirmək, onların arasında hüdudları görmək çox çətindir. Fikrin müasir ifadəsinin sadə cüm­lə şəklində olmasına baxmayaraq, qrammatik- konstruktiv sıralanma sadə cümlə+sadə cümlə+sadə cümlə şəklindədir. (Ktb,14(1,2,3,4-cü sətirlər). Bu və ya bu kimi hallar, zənnimizcə, fikrin öz təbii axarı, onun daşıyıcılarının təfəkkürünün ifadəsi kimi diqqəti çəkir. Abstraksiya faktlarının “kütləviləşmədiyi” dövr üçün belə quruluşlar çox xarakterik­dir.

Bir şeyi xüsusilə qeyd etmək istərdik ki, abidələrdə mətn xarakterli cümlə birləşmələrinin komponentləri arasındakı əlaqələr ( tabesizlik və ya tabelilik ) aydın seçilir; belə ki, fikrin tabesiz mürəkkəb cümlə formasında ilkin ifadəsi (Ktb,13 (1,2,3,4,5-ci sətirlər) zamanı komponentlərin qarşılıqlı şərtlənməsi mövcud olmur. Halbuki  bu , tabelilik münasibətində olan cümlə quruluşları üçün adi haldır.

                Azərbaycan yazılı abidələrində tabeli mürəkkəb cümlənin struktur-semantik təhlili, budaq cümlənin prepozisiyası və komponentlərin semantik əlaqələnməsi, kommunikativ-informativ yükün komponentlər arasında bölüşdürülməsi, tərəflər arasındakı arxaik məna əlaqələrinin (şərt, qarşılaşdırma və b.k.) müəyyənləşdirilməsi, ortaq-qovuşuq münasibətlərdən asılı olaraq, məna-məzmun əlaqələrinin araşdırılması gələcəkdə aparılacaq tədqiqatların konturlarını çızır,

           ƏDƏBİYYAT

1.  Abdullayev Ə.Z. “ Kitabi- Dədə-Qorqud” dastanlarında tabeli mürəkkəb cümlələr. ADU-nun “ Elmi əsərləri “ , 1973. N 2. səh. 61-70.

2.Абдурахманов Г.А. Основы синтаксиса сложного предложения современного узбекского литературного языка , Ташкент,1960.

3. Дмитриева  Л. В. «Хуастуанифт» (введение, текст, перевод)  В сб.: «Тюркологические исследования» М.-Л. 1963

4. Малов С. Е. Памятники  древнтюркской писменности. М. –Л. 1951

5. Поцелуевский А. П.  Основы синтаксиса тюркского литературного языка.

 Ашхабад, 1975

 6.  Убрятова Е. И. Исследования по синтаксису якутского  языка . II. Сложное предложение. Новосибирск, 1976

     Şərti ixtisarlar:

1. Ktb- Kül tiqinin şərəfinə yazılmış böyük abidə

2. Ktk- Kül tiqinin şərəfinə yazılmış kiçik abidə

3. KDQ- “Kitabi- Dədə Qorqud” (tənqidi mətn) .Bakı , “Yazıçı”

  Açar sözlər: tabeli mürəkkəb cümlə, tip, dil, oğuzaqədərki abidələr

Ключевые слова: сложноподчиненные предложения, типы, язык, до огузские памятники.

Keywords: compound sentences, types, language, pre-Oghuz monuments

               

                                                                                   Xülasə

 Məqalədə oğuzaqədərki abidələrin, o cümlədən Orxon-Yenisey, eləcə də uyğur abidələrinin  dilindəki tabeli mürəkkəb cümlələr araşdirilır, onların spesifik xüsusiyyətləri açıqlanır. Tədqiqat nəticəsində müəyyənləşdirilir ki, ilkin tabeli mürəkkəb cümlə tiplərinin əmələ gəlməsində parataksisin böyük rolu olmuşdur; belə ki, ilkin parataksis özündə  həm parataktik, həm də qipotaktik quruluşları  ehtiva edir.

 

Типы сложноподчиненных предложений в языке до огузских памятников (II статья)

                                                                                         РЕЗЮМЕ

В статье исследуются типы сложноподчиненных предложений в языке до огузских (в том числе орхоно-енисейских, а также уйгурских) памятников, выявляются их специфические особенности. В результате проведенного исследования было установлено, что в генезисе типов сложноподчиненных предложений большая роль принадлежала паратаксису, потому что первичный паратаксис объединял в себе как паратактические, так и гипотактические структуры.

                                        

Types of Compound Sentences in the pre-Oghuz Monuments’ Language

( II article)

                                                                                            SUMMARY

In the article are investigated the types of compound sentences in pre-Oghuzmonuments’ language (including Orkhon-Yenisei and Uyghur writings), also their specific features come to light. As a result of the carried out research it has been established, that in genesis of types of compound sentences the big role belonged parataxis because primary паратаксис united in itself both paratactical, and hypotactical structures.

 

Rəyçi: dos. S.Abbasova       


Məlikov Tərlan Paşa o.

NEOLOGIZMLƏRİN ƏRƏB DİLİNDƏ SINTAKTİK ÜSULLA YARANMASI

Ərəb dilində neologizmlərin sintaktik üsulla meydana gəlməsi müasir dilçilikdə söz yaradıcılığı prossesinin ən aktual məsələlərindən biridir. Müəllif Bakı Dövlət Universiteti “Universitetdaxili 50+50 qrant müsabiqəsi” çərçivəsində haqqında danışılan mövzunu araşdırmış, bir sıra elmi nəticələrə nail olmuşdur. Müasir dövrdə yeni hadisələrin və anlayışların meydana çıxması nəticəsində neologizmlərin əldə edilməsinə zərurət yaranmışdır. Yeni sözlər yarandığı kimi, dilçilikdə yeni söz yaratma üsulları daha da formalaşmışdır. Belə ki, sintaktik üsulla neologizmlərin əldə edilməsi dedikdə naht və abbreviasiya üsulu ilə yaranmış neologizmlər başa düşülür.

Ümumiyyətlə, dildə qrammatik üsulla neologizmlərin yaradılması morfoloji və sintaktik yolla həyata keçirilir. Son dövrlərdə ərəb dilində külli miqdarda sözlərin quruluşunda müəyyən dəyişikliklər nəticəsində yeni söz və ifadələrin əmələ gəlməsi, bir sıra texniki yeniliklərin tətbiqi ilə yanaşı, ingilis və digər avropa dillərindən ərəb dilinə bədii ədəbiyyatın tərcümə olunması ilə bağlıdır. Məhz bu tərcümə prossesində yeni anlayışları, düşüncələri bildirməkçün üçün dilə yeni sözlər, neologizmlər daxil olur.  Təkcə alınma sözlərdən təmizləmə və ya dilə daxil olan alınmaların qarşısını almaq məqsədilə sözdə müəyyən dəyişikliklər həyata keçirilmir.

Ərəb dilçilərinin bəziləri morfoloji üsulla neologizmlərin yaradılmasını sintaktik kateqoriyaya aid etsələr belə, bəzi qrammatiklər isə bu üsulun sintaktik üsuldan fərqləndiyini və morfoloji yolla söz yaradıcılığının müasir dövrdə daha mürəkkəb bir şəkil aldığını qeyd edirlər. Ərəb leksikologiyasına ümumi nəzər salmaqla, morfoloji üsulun əvvəllər sintaktik üsulun əsasında yarandığını və sonralar inkişaf edərək neologizmlərin meydana gətirilməsində ayrıca bir kateqoriyaya çevrildiyini söyləyə bilərik.

Sintaktik üsulla əldə edilmiş neologizmlər isə iki və daha artıq sözün və ya sözdəki baş hərflərin, hecaların bir-birinə qovuşması nəticəsində yaranmış yeni sözlər hesab olunur. Ərəb dilinin qrammatik qayda-qanunlarına tam cavab verən sintaktik yolla yeni bir sözün meydana gətirilməsi prossesi, uzun zamandan bəri dildə aktiv işlənən hadisələrdən biridir.  Hal-hazırda da sintaktik üsulla söz yaradıcılığı ərəb dilinin lüğət tərkibinin zənginləşdirilməsində xüsusi rola malikdir. Müasir dövr ərəb dilçiliyində sintaktik üsulla əmələ gələn neologizmlərin böyük əksəriyyətini isə abbreviaturalar və ya ixtisarlar təşkil edir. Bu kimi ixtisarların sayı günü-gündən artmaqdadır və əsas etibarilə onlar hərbi mənbələrdə xüsusilə çox istifadə olunur. İstər sintaktik, istərsə də morfoloji, yəni qrammatik üsulla meydana gələn neologizmlər dilin daxili bazası və alınmalar hesabına əmələ gəlmiş sözlərdən ibarət olurlar.

             Ümumi dilçilikdə neologizmlərin sintaktik yolla əmələ gəlməsinin izahı iki və daha artıq sözün qovuşması kimi verilmişdir. Bu qovuşma zamanı istər sözlərin bütövlükdə birləşməsi, istərsə də bir neçə sözün baş hərflərinin və ya hecalarının birləşməsi nəticəsində yeni məfhumlar ifadə edən yeni sözlər yaranır. Ümumi desək sintaktik neologizmlər mürəkkəb sözlər və abreviaturlar olmaqla iki qrupa bölünür. Hər iki qrupa adi olan yeni sözlər müəyyən dil faktları əsasında meydana gəlir və dilin zənginləşməsində böyük rol oynayırlar. Iki və daha artıq sözün bir-biri ilə qovuşması üsulu təkcə sintaktik bir vasitə deyildir. Çünki morfoloji ünsürlər də bu prossessə fəal sürətdə iştirak edir. Vinoqradov kimi bir çox dilçilər bu üsulu morfoloji-sintaktik üsul adlandırırlar. Sözlərin sintaktik yolla əmələ gəlməsi qrammatik qaydalar əsasında mümkün olduğu üçün, sintaktik-morfoloji üsul da söz yaradıcılığı prossesinin qrammatik tipi hesab olunur. Bu baxımdan sintaktik yolla söz yaradılmasının leksik-sintaktik və leksik-qrammatik kimi iki üsulu vardır. Qeyd etdiyimiz sintaktik-morfoloji üsul yalnız leksik-qrammatik üsul üçün xarakterikdir. Belə ki, leksik-sintaktik qayda əsasında yaranan neologizmlərdə heç bir morfoloji vasitədən istifadə olunmur (1, 434; 5, 226; 8,123). Ərəb dilində sintaktik yolla yaradılmış neologizmlərin bir çoxu müəyyən morfoloji əlamətlərə malikdirlər.

             Ərəb dilçiliyində sintaktik yolla əmələ gələn neologizmləri təyin etmək, onlar haqqında qəti fikir söyləmək çətin bir məsələdir. Bu tip neologizmlərin iki və daha artıq sözün birləşməsindən əmələ gəldiyini nəzərə alsaq, onları yeni mürəkkəb sözlər sırasına daxil etməyimiz heç də yalnış bir fikir deyildir. Qeyd etmək lazımdır ki, ərəb dilində sintaktik üsulla söz yaratma hadisəsi uzun zamandan bəri başlamışdır. Bu yolla dilin lüğət tərkibində xeyli miqdarda söz meydana gəlmiş və bunun sayəsində dilin söz ehtiyatı daim zənginləşmişdir. Müxtəlif dillərin tədqiqində və ümumi dilçiliyin bir sıra nəzəri məsələlərində mürəkkəb söz problemi çox vaxt müxtəlif mülahizə və mübahisələrlə nəticələnmişdir. Bəzi dilçilər mürəkkəb sözlərin xüsusiyyətlərini məzmuna, bəziləri isə formasına əsaslanaraq müəyyənləşdirməyə cəhd göstərmişlər. Düşünürük ki, belə sözləri müəyyənləşdirən zaman onlarda təkcə məzmun və ya formanı əsas götürməyimiz böyük yalnışlığa səbəb ola bilər. Çünki mürəkkəb sözün məzmunu ilə forması bir-birinə sıx bağlıdır. Onlar arasında münasibətlər müxtəlif səpkilərdə təzahür edə bilər. Belə ki, sintaktik neologizmlər təşəkkül tapmaqda olan mürəkkəb sözlər hesab oluna bilər.

             Ərəb dilçiliyində sintaktik üsulla neologizm məsələsinə toxunmamışdan əvvəl onu qeyd etmək yerinə düşərdi ki, artıq VII əsrdə Bəsrə qrammatika məktəbinin nümayəndələri sintaktik yolla söz yaradıcılığı haqqında müəyyən fikirlər söyləmişlər. Onların ərəb dilinin öyrənilməsi prossesində irəli sürdükləri bəzi mülahizələrə diqqət yetirək: “Müxtəlif ot bitkilərin (preparatların) bir-birinə qatışdırılması nəticəsində tamamilə yeni bir dərman əmələ gəldiyi kimi, iki söz birləşib mürəkkəb söz əmələ gətirdikdə onlardan hər birinin ayrı-ayrılıqda malik olduğu fərdi xüsusiyyətlər aradan qalxır, tərkib özünəməxsus yeni xüsusiyyət, yeni hökm kəsb edir. Məsələn “munzu” (bəri, etibarən) mürəkkəb sözü “min” ön qoşması və “iz” sözünün birləşməsi nəticəsində yaranmışdır. Onlardan birincisi özün­dən sonrakı sözü yiyəlik halda, ikincisi idə adlıq halda idarə edir; “munzu” isə mürək­kəbləşmə nəticəsində tamamilə yeni məna kəsb edərək mübtəda olduqda, özündən sonrakı sözün adlıq halda, ön qoşma olduqda isə yiyəlik  halda işlədilməsini tələb edir (2, 58-59).”

             Müasir ərəb dilində neologizmlərin sintaktik yolla yaranması prossesinin mühüm xüsusi əhəmiyyəti vardır. Bu prossesin tədqiqat obyekti təbii olaraq, ayrılıqda müstəqil yeni anlayış bildirən kəlimələrdən ibarət mürəkkəb sözlərdir. Mürəkkəb söz problemi qarışıq və mürəkkəb bir məsələdir ki, bu sözlərin tərkib hissələri həm ayrılıqda, həm də başqa söz tərkibləri daxilində iştirak edə bilir. Məsələn ركمجة [rakməcətun] (11,183) mürəkkəb sözünün tərkibində olan  ركوبvə موج sözləri ayrılıqda, hər biri müəyyən bir məfhum ifadə edir. Belə ki, ركِبَ (minmək (ata, qatara, avtomobilə və s.); getmək (at üzərində, qatarda, avtomobildə)) feilindən düzəlib, رُكوبٌ – “getmə, gəlmə, sürmə, minmə” mənalarını bildirir. ماجَ “dalğalanmaq, coşmaq” feilindən olan مَوْجٌ isə “dalğa, ləpə” deməkdir. Burada iki müstəqil ismin birləşərək yeni bir ismə çevrilməsinin və tamamilə yeni anlayışı ifadə etməsinin şahidi oluruq. Göründüyü kimi, bu zaman müəyyən fonetik dəyişikliklər üzə çıxır. Qovuşma zamanı ركوبٌ sözünün III kök samiti olan ب, موج sözünün II kök samiti و həzf olunaraq, yeni رَكْمَجَة ingiliscə desək surfing (sörfinq) mənalı neologizm meydana gəlir. Bu sözün Azərbaycan dilində “sörfinq” kimi ifadə olunması dolğun olmasa da mənaca – dalğa üzərində taxta ilə hərəkətdən ibarət bir idman növü kimi başa düşülür. Əsas nitq hissəsi kimi ركمجة sözü özündə isim xüsusiyyətini daşıyır və متركمج [mutərakmicun] “sörfinqlə məşğul olan” kimi fail formasında da işlədilir.

             Bəzən mürəkkəb sözlərin meydana gəlməsi zamanı, onların ifadə forması izafətdə olan iki ismin bir ismə çevrilməsi kimi olur. Məsələn:  رَأْسُ مَالٍ [ra̕su mə:lin] “pulun başı” kimi tərcümə olunan uzlaşmayan təyini söz birləşməsi bir-birinə qovuşaraq  رَأْسُمَالٌ [ra̕sumə:lun] “kapital” mənasını bildirən neologizm əmələ gətirir.  رَأْسُمَالٌ sözü müasir dövr ərəb dilində ən çox işlənən sözlər sırasına daxil olub, iqtisadiyyatda işlənən sərmaye, sərvət, əmlak, və s. mənalar bildirir. İki sözün, qrammatik baxımdan iki ismin birləşməsindən yeni mənalı başqa bir isim əmələ gəlmişdir. Yəni, رأْس [ra̕sun] “əsas, baş” və s. mənalar bildirən ismin digər bir isimlə مالٌ [mə:lun] “mal, əmtəə” sözü ilə birləşməklə رَأْسُمَالٌ sözünü yaradır. Bundan başqa, yaranmış olan bu yeni mürəkkəb söz morfoloji cəhətdən bəzi dəyişikliklərə uğramaqla digər neologizmlərin də yaranmasına səbəb olur. Məsələn: رَأْسُمَالٌ sözü “ـِـيّ” nisbi sifət şəkilçisi qəbul etməklə رَأْسُمَالِيّ [ra̕sumə:liyyun] “kapitalist” sözünü, isimə mücərrədlik verən ِيَّةٌ şəkilçisini artırmaqla رَأْسُمَالِيَّةٌ [ra̕sumə:liyyətun] “kapitalizm” sözünü əmələ gətirir. Əlavə olaraq onu qeyd etmək olar ki, bu sözün kök samitləri əsasında isimdən feil düzəltməklə, رَسْمَلَ [rasmələ] “kapital qoymaq, kapitalistləşdirmək” kimi yeni feil yaradılır. Daha sonra رَأْسُمَالٌ sözündəki أ samiti, ərəb dilində istər yazılı istərsə də şifahi nitqdə həzf olmuş, təkdə رسمال [rısmə:lun] və yaxud رسمال [rasmə:lun], cəmdə isə رساميل [rasə:mi:ylu] sözü kimi də işlədilmişdir.

              ماغول[mə:ğu:lun] sözü dilimizə “hidroalkoqol” kimi tərcümə edilir.  Bu mürəkkəb söz  ماء[mə:un] “su” və  غول[ğu:lun] “alkoqol” sözlərinin birləşməsi nəticəsində yaran­mışdır. Qovuşma zamanı əmələ gəlmiş həzf hadisəsi sadəcə ماء sözü üçün xarakterikdir. Belə ki, sözün son samiti olan ء “həmzə” atılaraq غول sözünün əvvəlinə qoşulmuşdur.

             Sintaktik neologizmlərin digər ifadə formasına gəlincə, onlar uzlaşan təyini söz birləşmələrini bir söz şəklində birləşdirilməklə yaradılır. Məsələn: برمائي [bərmə:̕ iyyun] sözü Azərbaycan dilində “amfibiya, həm quruda, həm də suda hərəkət edən” mənasını verir. Burada  برمائي dedikdə, əsasən hərb sahəsində istifadə olunan həm suda, həm quruda enib qalxa bilən təyyarə, həmçinin suda və quruda hərəkət ədən avtomobil və ya tank başa düşülür.  Bu söz ərəb dilində بر [bərrunun] “quru, materik” sözünün مائي [mə:̕ iyyun] “su, sulu”  sözü ilə birləşərək yeni söz əmələ gətirməsilə yaranmışdır. Göründüyü kimi, qovuşaraq yaranmış bu mürəkkəb söz biri isim, biri sifət olan iki sözün birləşməsindən yaranmışdır. برمائي sözüدبّابة  [dəbbə:bətun] “tank, zirehli avtomobil” sözü ilə uzlaşan təyini söz birləşməsi əmələ gətirdikdə  دبّابة برمائيّة [dəbbə:bətun bərmə:̕ iyyətun] “amfibiya-tank” mənasını verən yeni ifadə əmələ gətirir (12).

                قِطْسَرٌ [qıṭsərun] “sürət qatarı” sözü də uzlaşan təyini söz birləşməsinin bir söz şəklində birləşdirilməsi nəticəsində, yəni “nəht” üsulu ilə yaradılmışdır. Bu ərəb dilində قطار [qıṭa:run] “qatar” və سريع [səri:y̔un] “sürətli” sözlərinin uzlaşan təyini söz birləşməsi formasına gətirildikdən sonra, bir söz daxilində birləşərək yaranması deməkdir. Sürət qatarı dedikdə əsasən uzaq məsafələri qət etməkçün nəzərdə tutulmuş, rels üzərində hərəkət edən sürətli minik növü və ya qatarı başa düşülür.

             Ərəb dilində ismin ön qoşma ilə birləşdirilməsi ilə yeni mürəkkəb söz yaratma hadisəsi də baş verir. Misal üçün  تَحْتَرْضِيٌّ [təḥtarḍiyyun] dilimizə sifət mənalı söz kimi tərcümə edilərək, “yeraltı, yerin altında olan” kimi mənaları özündə ehtiva edir. Ədəbi dildə  تَحْتَرْضِيٌّsözü “altında, altda, altdan, altına” mənasını verən, qrammatik cəhətdən zərflik xüsusiyyəti olan تحت [təḥtun]  ön qoşması ilə ارْضٌ [̕arḍun] sözünün birləşməsi nəticəsində yaranmışdır. Bu mürəkkəb söz  مَمَرٌّ [məmərrun] “keçid” sözü ilə uzlaşan təyin əmələ gətirməklə daha çox neologizmlik xüsusiyyəti özündə daşıyan مَمَرٌّ تَحْتَرْضِيٌّ [məmərrun təḥtarḍiyyun] “yeraltı keçid” mənalı ifadə yaranmışdır.

             Ərəb dilində iki sözün birləşməsindən əmələ gələn sözlərin bir hissəsi də كهربا [kəhrabə:] “elektrik” sözünün vasitəsilə əmələ gələn mürəkkəb sözlərdir. Belə ki, كهربا sözünün sonuna digər bir isim qoşulduqda, ona qoşulan sözdə heç bir ixtisara getməsə də, كهربا sözünün son hissəsi həzf olunur. Yəni bu sözə digər bir isim qoşulduqda, sözün dördüncü kök samiti ب və uzunluq bildirən ا hərfi atılır və yeni mənalı mürəkkəb isimdən ibarət neologizm yaranır. Məsələn; كهرطيس [kəhraṭı:ysun] elektromaqnit, كهرمغناطيسيَّة [kəhraməğnə:ṭı:ysiyyətun] elektromaqnitlik, كهرذرّيّ [kəhrazərrıyyun] elektroatom, كهرحراري [kəhraḥara:rıyyun] elektrotermik, كهرمائيّ [kəhramə:̕ iyyun] hidroelektrik, كهرضوئيّ [kəhraḍavʼiyyun] “fotoelektrik”, və s.

             Ərəb dilində ismin özündən əvvəl gələnلا  [lə:] inkar ədatı ilə birləşdirilməsi ilə əldə olunan neologizmlər də vardır. Yəni, لا [lə:] “yox; xeyr; heç; sız4” və ya [əllə:] inkar ədatı müasir dövrdə bir sıra sözlərlə işlədilməklə qovuşduğu sözə inkarlıq əlaməti verərək mürəkkəb söz yaradır. Bəzən ərəb dilində element kimi işlənən bu ədat “dez, de, an, a” və s. kimi beynəlmiləl ünsürlərin qarşılığı olur. Məsələn; اللاّأَدْرِيَّة  [əllə:̕ədriyyətun] aqnostisizm, اللاحزبيّة [əllə:ḥızbiyyətun] partiyasızlıq,  لامركزيّة [lə:mərkəziyyətun] desentralizasiya, اللاسياسيّة [əllə:siyə:siyyətun] qeyri-siyasilik,  لاسلكيّ [lə:silkiyyun] simsiz,  لا دوريّ[lə:davriyyun] “aperiodik (dövri olmayan)”, və s (3; 12).

             اللاّأَدْرِيَّة  [əllə:̕ədriyyətun] “aqnostisizm” sözü fəlsəfədə işlənən termin olub, dünyanı dərk etməyin mümkün olmadığını, insan ağlının məhdud olub, duyğular xaricində heç bir şeyi dərk edə bilmədiyini iddia edən fəlsəfi nəzriyyə kimi izah olunur. Ərəb dilində bu söz  أَدْرِيَّة  [̕ədriyyətun] “qnostisizm” isminin əvvəlində gələn artikılla birləşmişلا   [lə:] inkar ədatı ilə qovuşmasından əmələ gəlmişdir.

             اللاحزبيّة [əllə:ḥızbiyyətun] sözü Azərbaycan dilinə “partiyasızlıq” kimi məna ifadə edir. Partiyasızlıq dedikdə, heç bir partiyaya mənsub olmama, bitərəflilik başa düşülür. اللاحزبيّة sözü حزبيّة [ḥızbiyyətun] “partiyaya mənsubluluq, partiyalılıq” ilə artikılla birləşmişلا   [lə:] inkar ədatının qovuşmasından əmələ gəlmişdir. Ərəb dilində bu sözغير  [ğayru] və ya  عدم[̔adəmu] “savayı, başqa” ədatları ilə də ifadə olunur:عدم الحزبيّة  [ədəmul:ḥızbiyyəti] “partiyasızlıq”,غير حزبيّ  [ğayru ḥızbiyyin] və yaxud لاحزبيّ [lə:ḥızbiyyun]  “partiyasız”, və s.

             اللاسياسيّة [əllə:siyə:siyyətun] sözü Azərbaycanca “qeyri-siyasilik, siyasətlə maraq­lanmama” kimi mənaları özündə ehtiva edir. Ərəb dilində bu söz  سياسيّة mücərrəd isminin əvvəlində gələn artikılla birləşmişلا   [lə:] inkar ədatı ilə qovuşmasından yaranmışdır.

             لاسلكيّ [lə:silkiyyun] dilimizə “simsiz”, yəni “simi, teli olmayan, simi salınmayan” kimi mənalar bildirir. لاسلكيّ sözünün əmələ gəlməsinə nəzər salsaq, sözün antonimi olan سلكيّ [silkiyyun] “simli, telli” sözünün əvvəlinə لا  [lə:] inkar ədatı birləşdirmək yolu ilə əldə olunan neologizmlər sırasına daxildir. لاسلكيّ həmçinin bəzi sözlərlə uzlaşan təyini söz birləşməsi əmələ gətirməklə yeni mənalar ifadə edir. Məsələn;  رسالة لاسلكيّ[rısə:lətun lə:silkiyyun] “radioqram”,  عامل لاسلكيّ[̔a:milun lə:silkiyyun] “radist, radioçu”, شبكة اتصال لاسلكية واسعة النطاق [şəbəkətut tiṣa:lin lə:silkiyyətun vasi ̔ətun nıṭa:q] “simsiz qlobal şəbəkə”, البث اللاسلكي فائق الدقة [əlbəssul lə:silkiyyu fə:̕ iqud dıqqati] “Wi-Fi (simsiz dəqiqlik)”,  لغة التمييز اللاسلكية [luğatut təmyi:yzil lə:silkiyyətu] “WML (informatika elmində yazı dili)”, مسبار لاسلكي [misbə:run lə:silkiyyun] “radiozond” və s. 

             Sintaktik yolla əmələ gəlmiş elə neologizmlər də vardır ki, onların ifadə forması di­gər­­lərindən tamamilə fərqlənir. Məsələn: الحيمناخيّة [əl-ḥeymunə:xiyyətu] (9,202) “biok­limatologiya” (metereologiya elminin tədqiqi sahələrindən biri) deməkdir. Azərbaycan dilində “canlı təbiətin iqlimini öyrənən elm sahəsi” kimi başa düşülür. Ərəb dilində sintaktik üsulla yaranmış bu sözün علم المناخ الحيويّ kimi qarşılığı da vardır. Ərəb dilində علم المناخ [ʽilmul-munə:x] “metereologiya” sözündən sonra حيويّ [ḥayaviyyun] “həyati, canlı” sözü təyin kimi işlədilərsə, bu zaman məna dəyişərək علم المناخ الحيويّ ifadəsi kimi yeni bir birləşmə əmələ gələr. Bu birləşmədəki حيويّ sözünün düzəldiyi حيّ [ḥayyun] “canlı” sözü qovuşmazdan əvvəl  مناخ[munə:xun] “iqlim” sözünün əvvəlinə keçir və sözlərin bir-biri ilə qovuşmasından sonra əmələ gələn mürəkkəb söz artikilla işlənərək ـِـيَّـة şəkilçisi qəbul edir.

             Mürəkkəb sözlərin əmələ gəlməsi yolu ilə meydana gələn neologizmlərdən danışarkən, mürəkkəb feillər mövzusunu xüsusilə vurğulamaq lazımdır. Mürəkkəb feil xüsusiyyətinə malik neologizmlərin tərkibi bəzən təkcə isimlərin, bəzən təkcə feillərin, bəzən isə həm isim, həm də feilin bir-birinə qovuşmasından ibarət olur. Təbii ki, yeni yaranan feillər digər mürəkkəb sözlər kimi öz-özünə, və ya müəyyən şəxslərin istəyinə uyğun yaradılmır. Onlar dildə müəyyən tərkiblərin feil formasının işlədilməsi zərurətindən meydana gəlir. Yeni yaranan hər bir feil digər dördsamitli feillər kimi qrammatik qayda-qanunlara tabe olaraq feil zamanlarına görə müəyyən modellərə əsasən təsrif olunur. Habelə, yaranmış feillərdən bəzi hallarda məsdər, fail, məful, və s. kimi formalar belə düzələ bilir. Məsələn:  تشابه التركيبifadəsi qrammatik cəhətdən iki sözdən ibarət izafət birləşməsi olub, məzmunu baxımından bir dilçilik termini kimi “ifadənin oxşarlığı” mənasını bildirir. Bu iki sözün qovuşması nəticəsində formaca neologizm olan  تشاكب[təşə:kəbə] feili meydana gəlmiş olur. Yaranan bu yeni feil formasının تشاكُبٌ kimi məsdər forması da mövcuddur. Eləcə də تماكب [təmə:kəbə] feili  تماثل التركيب birləşməsinin,  تشاكل [təşə:kələ] feili تشابه الشكل izafətinin qovuşması nəticəsində yaranmışdır. Bəzi hallarda müəyyən müəyyən ifadə şəklində istifadə olunan ön qoşmalı birləşmələrdən belə yeni feillər əmələ gəlmiş olur. تحليل بالماء birləşməsi müasir dövr ərəbcəsində حلمأ [ḥəlməʼə] (su ilə analiz etmək) feili kimi işlədilir. Mürəkkəb feillərin yaranması zamanı daha çox iki feilin qovuşaraq yeni bir feil yaratması hadisəsinə təsadüf edilir. Məsələn: صلد [ṣalədə] və صدم [ṣadəmə] feillərinin qovuşmasından صلدم [ṣaldəmə], قوي [qavıyə] və صلب [ṣalubə] qovuşmasından قصلب [qaṣləbə], هرب [həribə] və ولّي [vallə] feillərinin qovuşmasından هرول [harvalə], بعث [bəʽəsə] və ثار [sə:ra] feillərinin qovuşmasından isə بعثر [bəʽsəra], دحر [dəḥara] və جرى [cəra:] feillərinin qovuşmasından isə دحرج [dəḥracə] feili əmələ gəlmişdir. Xüsusən بعثر və دحرج feilləri məsdər, fail, məful formalarından savayı, digər bab modellərində də işlədilə bilir. Məsələn:  تبعثر[təbəʽsəra],  مبعثر[mubəʽsərun],  تدحرج[tədəḥracə], دحرجة [daḥracətun], və s (10, 172)

             Ərəb ədəbi dilində olduğu kimi, xalq danışıq dili olan ləhcələrdə də sintaktik üsulla meydana gələn neologizmlər vardır. Məsələn: ماء “su” və ورد “gül” sözünün qovuşması nəticəsində ərəb ləhcəsində ميورد “gül suyu” mənalı yeni söz əmələ gəlmişdir. Mövzunun tədqiqat obyektindən kənara çıxmamaq məqsədilə bu barədə bu qədər məlumatla kifayətlənmək niyyətindəyik.

             Yuxarıda sadaladığımız nümunələrdən sonra qeyd etmək yerinə düşərdi ki, ərəb dilçiliyində mürəkkəb sözlər  نحت [nəḥt] “yonma” üsulu ilə düzəlir. “Nəht”in izafətdə olan iki ismin bir ismə çevrilməsi, iki  müstəqil ismin bir ismə çevrilməsi, ismin ön qoşma ilə birləşməsi, ismin sifətlə birləşməsi, ismin özündən əvvəl gələnلا  [lə:] inkar ədatı ilə birləşdirilməsi, uzlaşan təyini söz birləşməsinin bir söz şəklində biləşdirilməsi kimi ifadə formaları vardır (4, 396-397). Nəht üsulu ilə bir-birinə qovuşan iki sözün bir söz əmələ gətirməsi əsasən ərəb mənşəli sözlər üçün xarakterikdir. Düşünürük ki, ərəb dilində sintaktik yolla əmələ gəlmiş neologizmləri الكلمات المنحوتة الجديدة adlandırıra bilərik. Bu tip neologizmlərin tərkibi iki və daha artıq sözün qovuşmasından əmələ gələn yeni sözlərdən ibarətdir.

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI

1.

Qurbanov A.M. Müasir Azərbaycan dili, I cild, Bakı, 2010, 452s.

2.

Məmmədəliyev V.M. Ərəb dilçiliyi, Bakı, Maarif nəşriyyatı, 1985, 288 s.

3.

Məmmədəliyev V.M., Qaradağlı V.A., Məlikov T.P., Azərbaycanca-ərəbcə lüğət, Bakı 2012, 536 s.

4.

Məmmədov Ə.C., Ərəb dili (dərslik), Bakı, 1998, 620s

5.

Müasir Azərbaycan dili, 3 cilddə, I cild, Bakı:Çıraq, 2010, 352s

6.

Баранов Х.К. Большой Арабско-русский словарь, том 1, 10-е издание, Москва 2002,

7.

Борисов В.М. русско-арабский словар. Москва 2004

8.

Виноградов В.В. Словообразование и его отнешение к грамматике и лексикологии Москва,1947

9.

مجلّة لسان العرب، العدد: الثانى والخمسون (52)،  الرباط – كانون الأوّل 2001، ص208

10.

مجلّة لسان العرب، العدد: الثالث والخمسون (53)،  الرباط – حزيران 2002، ص242

11.

المورد الوسيط، قاموس عربى –انكليزي، د.روحى البعلبكى ومنير البعلبكي، بيروت 2008

12.

http://www.almaany.com/

 

 

 

 

 

 

 

 

 

XÜLASƏ

Neologizmlərin ərəb dilində sintaktik üsulla yaranması

Ərəb dilində sintaktik üsulla əldə edilmiş neologizmlər iki və daha artıq sözün və ya sözdəki baş hərflərin, hecaların bir-birinə qovuşması nəticəsində yaranmış yeni sözlər hesab olunur. Müasir dövr ərəb dilçiliyində sintaktik üsulla əmələ gələn neologizmlərin böyük əksəriyyətini isə abbreviaturalar və ya ixtisarlar təşkil edir.

Açar sözlər: Abbreviatura, transliterasiya, kəlimə, mürəkkəb, lüğət

 

SUMMARY

Creating Neologism in syntactic method in Arabic

Neologism that obtained in Arabic by the syntactic method is supposed the result of combination of two and more additional words or first letters of words and finally junction of syllabic. The majority of most neologism that created by the syntactic way in modern Arabic linguistics composed of acronyms or abbreviations.

Keywords: transliteration, abbreviation, dictionary.

 

РЕЗЮМЕ

Синтаксический способ образования неологизмов в арабском языке

В арабском языке неологизмами, образованными синтаксическим способом считаются те, которые образовались в результате соединения двух или более слов, слогов или же первых букв слов. В современной арабской лингвистике большую часть неологизмов, образованных синтаксическим способом, составляют аббревиатуры или же сокращения.

Ключевые слова: аббревиатура, транслитерация, слово, сложный, словарь

 

 

Rəyçi: dos. N.Əfəndiyeva


Bənövşə Hacıyeva

TÜRK DİLİNİN LEKSİK-SEMANTİK SİSTEMİNDƏ SİNONİMLƏRİN

FORMALAŞMASI

 Türk dilinin leksik-semantik sistemində omonim, sinonim və antonimlərin formalaşması  dilin zənginləşməsi prosesini təmin edən ən mühim dilçilik hadisə­lərin­dən biridir. Türkiyə və Azərbaycan türkcələri eyni kökdən gələn iki qonşu dildir. Dillərimizin yaxınlığı  bu iki dilin tamamilə eyni olması demək deyildir. Xüsusilə də, omonim,sinonim və antonimlərin formalaşması prosesini araşdırarkən bu fərqliliklərə rast gəlmək mümkündür.

 Dil daima inkişafda olduğu üçün dildə yeni sözlərin yaranması, yeni anlayış­ların meydana çıxması və digər dillərdən ekvivalentlərin  daxil olması sürəkli bir prosesdir. Buna görə də bu mövzu hər dövr üçün öz aktuallığını qoruyub saxlayır. Söz dilin vahididir. Dildəki sözlərin hamısı birlikdə dilin lüğət tərkibini, yəni leksi­kasını təşkil edir. Dilin lüğət tərkibini öyrənən elm leksikologiya adlanır. Leksiko­logiya yunanca iki sözdən lexikos-lüğət və logos-təlim sözlərindən ibarətdir. Leksikologiya dilçiliyin bir bölməsi olub, dilin müasir vəziyyətində və eləcə də, tarixi inkişaf prosesində lüğət tərkibini öyrənir. Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir. Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası vardır.Sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir. Başqa sözlə dəsək, sözün leksik mənası onun məzmununu bildirməsi, hər hansı bir anlayışı ifadə etməsidir.. Dildəki sözlərin hamısı birlikdə dilin lüğət tərkibini, yəni leksikasını təşkil edir. Sözlər əşyaları, hərəkəti, əlaməti, miqdarı və s. ifadə etməyə xidmət göstərir.Müasir Türk ədəbi dilinin lüğət tərkibinə danışıqda rol oynayan bütün sözlər daxildir. Bununla belə, lüğət tərkibi sadəcə söz yığınından ibarət olmayıb, leksik vahidlərin mürəkkəb bir sistemini təşkil edir. Leksikologiyanın əsas məqsədi sözün mahiyyətini, tərkibini sözlərin mənasını çoxmənalılığını aydınlaşdırmaqdan, sözün inkişaf qanunlarını dəqiqləşdirməkdən və sözlərin mənaca qruplarını müəyyənləş­dir­məkdən ibarətdir. Burada, eyni zamanda, sözlərin əmələgəlmə tarixi və müasir ədəbi dilin lüğət tərkibinin necə yarandığı və inkişaf etdiyi də nəzərdən keçirilir. Leksiko­logiya iki yerə ayrılır: Müasir və tarixi leksikologiya.Müasir leksikologiya o dildə danışan xalqın tarixi ilə əlaqədar olaraq yaranmış lüğət tərkibinin əsas söz qruplarını və onların müasir vəziyyətini öyrənir. Tarixi leksikologiya isə lüğət tərkibinin əmələ gəlməsindən və onun inkişaf yollarından bəhs edir. Dilin lüğət tərkibinin zəngin­ləşməsinin birinci və əsas mənbəyini dilin daxili vəsaiti təşkil edir. Bu mənbələrdən danışarkən sözlərin müxtəlif yolla yaranma üsulları da nəzərə  alınmalıdır:

1.Leksik yolla yaranan sözlər – Ümumxalq  danışıq dili və onun müxtəlif söz­düzəltmə vəsaiti (sözdüzəldici şəkilçiləri və sözlərin birləşməsi) istər dilin tarixi in­kişafı prosesində və istərsə də müasir dildə yeni sözlərin yaranmasında əsas olmuşdur.

2.Morfoloji yolla yaranan sözlər – Dünya dillərində sözdüzəldici şəkilçilər; ön, orta və son olmaq üzrə üç yerə bölünür. Lüğət tərkibinin zənginləşməsində sözdüzəldici şəkilçilərin rolu çox böyükdür. Məhsuldar şəkilçilərin köməyilə bir çox yeni söz və terminlər düzəltmək mümkündür.

3.Sintaktik yolla yaranan sözlər – Dilin lüğət tərkibinin zənginləşməsində sözlərin birləşdirilməsinin də rolu az deyil. Bu üsulla yaradılan sözlər müxtəlif mənşədən ola bilər.

4.Kalka (yamsılama) yolu ilə yaranan sözlər – Yeni söz və terminlərin yaradılmasında kalka üsulunun da müəyyən rolu vardır. Bu üsulla əmələ gələn yeni sözlər dili öz daxili materialı əsasında yaradılır.

Dildə sözün mənası çox zaman sabit olur. Lakin, bu o demək deyil ki, sözün mə­na­sı dəyişilməz qalır. Sözün mənası dəyişilir. Bu dəyişmə özbaşına əmələ gəlmir. Bu, hər şeydən əvvəl, cəmiyyətin ictimai-siyasi quruluşu, dünyagörüşü və s. ilə əlaqədar olaraq gedən bir prosesdir. Çünki, bu sözlər aid olduğu məna və məfhumla obyektiv gerçəkliyi əks etdirir. Məzmunca bir-birinə yaxın məna ifadə edən müxtəlif fonetik tərkibə malik sözlərə sinonimlər deyilir. Elə sözlər var ki, onları tam sinonim adlan­dırmaq olmaz, çünki bunların arasında müəyyən incə üslub və məna fərqləri vardır. Sinonimlər müxtəlif yox, eyni nitq hissəsinə aid olurlar.Danışığın daha təsirli, qüv­vətli olmasında sinonimlərin əhəmiyyəti böyükdür. Digər dillərdən keçmiş sözlər arasında da sinonimlik ola bilər. Sinonim sözlərin bəziləri ancaq ədəbi dildə işləndiyi halda, bəziləri canlı danışıq dilində daha çox işlənir. Ifadəni qüvvətləndirmək üçün əsa­sən  yazıçılar sinonimlərdən daha geniş istifadə edirdilər. Sinonimlər eyni məfhu­mun ancaq çox  yaxın  və nisbətən fərqli mənalarını ifadə edə bilmək xüsusiyyətinə malikdir.

Antonimlər səs tərkibinə görə müxtəlif olub, bir-birinə əks mənalar ifadə edən sözlərə deyilir. Antonim əmələ gətirən sözlər həm keyfiyyət, həm məkan, həm də kəmiyyət anlayışlarını ifadə edir. Antonim sözlərin ifadə etdiyi məfhumlar insanın iş fəaliyyəti və onu əhatə edən aləmə qarşı münasibətilə əlaqədardır.  Antonimlərin bəzilərində biri digərinin tam ziddini təşkil etdiyi halda, bəzisində bu ziddiyyət nisbi bir tərzdə ifadə edilir:

Çok – az                                        Akıllı – deli

Gülmek – ağlamak                         Aç – tok

Almak – vermek                            Siyah – beyaz

Bədii ədəbiyyatda təzad yaratmaq məqsədilə antonimlərdən geniş istifadə olunur. Göründüyü kimi, dilin lüğət tərkibində  antonim sözlərin də əhəmiyyəti böyükdür.  Antonim sözlərə əsas nitq hissələrinin hamısında rast gəlmək olar. Elə sözlər də vardır ki, onların antonimi yoxdur. Danışıqda eləcə də, bədii ədəbiyyatda antonim­lərdən istifadə olunması, fikrin ifadəliliyinə, təsir qüvvəsinin artırılmasına kömək edir və nitqə emosianallıq verir. Zamanla dilə başqa dillərdən omonimlər, sinonimlər və antonimlər keçir. Bu da lüğət tərkibinin zənginləşməsinə gətirib çıxarır.Sözlər insanlar arasında ünsiyyəti formalaşdıran, dilin müstəqil məna verən ən kiçik hissəsidir. Sözlər dildə varlığı, anlayışı əvəz edir. Zaman-zaman bu sözlər dildə baş verən dəyişikliklərin təsiri ilə müxtəlif mənalar qazana bilər. Bir söz müxtəlif cümlələrdə, müxtəlif mənalar qazana bilər. Sözlərin bu fərqli anlamları: omonim, sinonim, antonim, sözlərin həqiqi, məcazi mənalarının yaranmasına gətirib çıxarır.

Dilin lüğət tərkibində bir qrup sözlər də vardır ki, onlar müxtəlif səs tərkiblərindən ibarət olub, ya eyni və ya bir-birinə çox yaxın mənaları ifadə edirlər. Fonetik tərkibcə müxtəlif,məzmunca bir-birinə yaxın sözlərə sinonimlər deyilir.(1,s.12) Sinonim yunanca sinonimon  eyniadlı deməkdir. Əsasən dilə başqa dillərdən keçib, dilin öz lüğət tərkibindəki sözlərlə sinonimlik təşkil edir. Dildə işlədilən sinonim sözlər omonim sözlərin tam əksini təşkil edir. Qeyd etdiyimiz kimi, omonimləri əmələ gətirən sözlər şəkilcə eyni olub, tamamiləə başqa-başqa mənaları ifadə etdikləri halda, sinonim sözlər şəkilcə müxtəlif olub, mənaca ya eyni və ya bir-birinə yaxın olan mənaları ifadə edir:

Abide – Anıt

Başkan – Reis

Birey – Fert

Cahil – Bilgisiz

Değer – Kıymet

 Əlbəttə, belə sözlər bir-birinə sinonim olsalar da, hər halda bunların arasında müəyyən incə üslub və məna fərqləri vardır. Əgər  bir-birilə sinonim olan sözlər eyni mənanı ifadə etsə idi, onda həmin sözləri eyni mətn daxilində işlətmək mümkün olmazdı. Halbuki, bu həmişə mümkün olmur. Əgər biz birinci dünya və cahan müharibəsi 1914-cü ildə başlanmışdır- deyə işlədə biliriksə,  Birinci kainat və ya aləm müharibəsi 1914-cü ildə  başlanmışdır- deyə işlədə bilmərik.

-Elinin tersiyle itti.

-Elini aksiyle itti.

Ters sözünün sinonimi olan aksi sözünü bu cümlədə işlədə bilmərik. Bu sözlər sinonim olsalar da, məna fərqlərinə görə bir-birini əvəz edə bilmirlər. Buna görə də hər hansı bir dildə olan sinonimlərdən bəhs edərkən onların mütləq və nisbi olmasını nəzərə almaq lazımdır. Mütləq sinonimlərin, yəni eyni məfhumu ifadə edən sinonimlərin miqdarı olduqca  azdır.

Birden – aniden, istek – arzu,  yüzyıl – asır,  bağışlamak – affetmek,  yanıt – cevap,  çehre – yüz, cimri – hasis, civar – yöre, çağ – devir, küs – dargın, delil – kanıt, tecrübe – deney, dışsatım – ihracat

-O eskiden güçlü bir çocuktu.

-Güreşçimiz rakibinden daha kuvvetli.

-Annesine çok değerli bir hediye almış.

-Kıymetli eşyalarını bir kutuya yerleştirdi.

Bu sinonimləri mütləq sinonimlər hesab etmək olar.

Dildə işlədilən sinonimlərin əksəriyyəti nisbi sinonimlərdir. Nisbi sinonimlər eyni məfhumu deyil, bir-birinə yaxın mənaları ifadə edir:

-Pasaportum için resim çektirmeye gidiyorum.

-Okulda bugün fotoğraf çekimi var.

Birinci cümlədə “resim” sözü “fotoğraf” sözü  ilə sinonim olduğu üçün bir-birini əvəz edir.

-Bugün okuldaki suluboya resim sergisini gezmeye gideceğim.

Lakin, bu cümlədəki “resim” sözü  “fotoğraf” sözünün qarşılığını vermir və nisbi sinonim hesab olunur.

Bir sözün başqa sözlə sinonim olması cümlədəki mənasına görə müəyyən olunur:

Baş - kafa

Çocuğun kafasına taş geldiği için kafası kanadı. (Baş-kafa)

Sende de hiç kafa yokmuş be arkadaş! (Baş-kafa; akıl)

Siyah - kara

Evinin üzerine kara bulutlar çöküverdi. (Kara- siyah)

Kara günler bir gün sona erecektir. (Siyah-kara;kötü)

“Siyah” sözünün sinonimi “kara”  sözüdür, lakin, ikinci cümlədə “kara günler” sözü  “kötü günler” anlamında işlənmişdir. Buna görə də kara günler yerinə siyah günler demək məna cəhətdən düzgün deyildir.

Türk dilində sinonimlər arasında konotasyon  fərqi vardır ki, bu da sözün ədəbi mənasından kənara çıxması deməkdir. Məsələn, kilolu, tombul, şişman, şişko sözləri sinonim olmasına baxmayaraq fərqlidirlər. “Kilolu” sözü bir dialoqda normal qəbul olunarkən, “şişko” sözü  təhqir kimi qəbul olunur. “Tombul” sözü isə bəzən sevimlilik mənasında işlədilir.(12,s.157) Bu cür sinonim söz qruplarına aşağıdakı sözləri göstərmək olar:

Züğürt – yoksul

Kısa – bücür

Ölmek – vefat etmek

Ceset – naş – leş

Sakat – engelli – özürlü

Bedava – beleş

Türk dilində bu cür kobud sözlərin yerinə ədəbi sözlərin işlənməsinə “hüsnütabir” deyilir.

Sözlərin sinonim qrupuna daxil olması üçün onların müxtəlif deyil, eyni nitq hissələrinə aid olması əsasdır. Bu və ya başqa bir dildə sinonim əmələ gətirən sözlərə əsasən isim, sifət və fellərdə təsadüf edilir. Qalan nitq hissələrində isə bunlara az rast gəlinir. Istər dilin lüğət tərkibinin zənginləşdirilməsində, istər ifadənin qüvvətləndiril­məsində və istərsə də danışığın  təsirli olmasında sinonimlərin əhəmiyyəti çox  böyükdür. Dilin lüğət tərkibinin zənginləşdirilməsi, əşya və hadisənin bu və ya başqa incə məna xüsusiyyətlərini nəzərə çatdırmaq üçün sinonimlərin əmələ gəlməsinin müxtəlif mənbə və üsulları vardır.  Sinonimlər sadə və düzəltmə olurlar.

Dönemeç – viraj                            Küsmek – darılmak

Düşünce – fikir                              Sınıf – derslik

Istek – dilek                                   Cesur – yürekli

Çığlık – feryat                                Bilgisiz – cahil

Imtiyaz – ayrıcalık                         Bereket – bolluk

İşçi – amale                                    Aniden – birden

Çoğunluk – ekseriyet                     Tecrübe – deneme

Dilin öz lüğət tərkibindəki sözlərlə alınma sözlər arasında da sinonimlik ola bilər və ya hər iki söz  başqa dillərdən keçmiş sözlər də ola bilər:

Talebe – öğrenci   Öbek – grup   

Faktör – unsur       İsim – ad

Nüzul – felç            Hacim – kapasite

Roket – füze Maksimum - azam

Koşul – şart           Minimum - asgar

Doktor – tabip       Asır – yüzyıl

Ziraat –tarım                          Devir – çağ

Öğüt – nasihat       Yöntem – metot

Radyatör – petek                  Risale – kitapçık

Göbek atmak – raks etmek – dans etmek

Türk dilində sinonimlik dilin lüğət tərkibindəki sözlərlə yanaşı, terminlər arasında da mövcuddur. Bu terminlərə misal olaraq, aşağıdakıları göstərmək olar :terminoloji lüğətlərdə, dərsliklərdə rast gəlmək olar

Biçimbilgisi – morfoloji – şekilbilgisi

Bağlaç – bağlama edatı

Sontakı – sona gelen edat

Ünlem – nida

Zarf – belirteç

Cümle – tümce

Adıl – zamir

Fiil – eylem

                Burada “eylem” sözünü  feil sözünün sinonimi olmaqla bərabər,ayrılıqda omonim kimi də mövcuddur. Eylem sözü  – bir şey yapma, bir işlemi gerçekleştirme, etkinlikte bulunma – mənasına gəlir.

Ifadəni qüvvətləndirmək üçün yazıçılar sinonimlərdən geniş istifadə edirdilər. Dilin lüğət tərkibinin zənginləşdirilməsində, həm də dildə mövcüd olan incə məna fərqlə­ri­nin nəzərə çatdırılmasında  sinonimlərin rolu böyükdür. Qeyd etdiyimiz kimi sino­nim­lər eyni məfhumun ancaq çox  yaxın  və nisbətən fərqli mənalarını ifadə edə bil­mək xüsusiyyətinə malikdir. Bununla bərabər, bəzi dilçilər nəinki belə sözləri sino­nim adlandırır, hətta müxtəlif sözlər vasitəsilə ifadə olunan cüzi məna xüsusiyyət­lərinə malik sözləri, bəziləri isə müəyyən dərəcədə eyni funksiyanı daşıyan və az oxşarı olan əşyanı ifadə edən sözləri sinonim hesab edirlər. Bu sözlərin sinonim olub-olmamasını müəyyənləşdirmək üçün işləndiyi cümlədə məna uyğunluğuna fikir vermək lazımdır:

-O yıllarda köyümüzde mektep yoktu.

-Okul, kişiyi pek çok yönden eğitir.

-Manilerde asıl duygu, son iki dizede verilir.

-İki mısradan oluşan nazım birimine beyit denir.

-Geçen ay izlediğim filmin adı bir türlü aklıma gelmiyor.

-Çocuk doğmadan isim kavgasına başladınız.

Nitq hissələri arasında ən çox isimlərin,qismən də zərflərin sinonimlərinə rast gəlinir. (akşam-gece, pek-fazla, biraz-azıcık, en-daha,heyecanla-telaşla, çok-sıkı, az-seyrek, kati-kesin, sene-yıl, isim-ad, fiil-eylem, kelime-sözcük.uğur- başarı, veli- ebeveyin, vb.) (15, s.430)

Sinonimlər, antonimlər, omonimlər dilin leksik zənginliyinin göstəricisidir. Bir dili mükəmməl bilmək üçün dilin məhz bu vahidlərinə dərindən bələd olmaq lazım gəlir. Zamanla yeni məfhumlar formalaşdıqca, dil zənginləşdikcə bu daha da zəruri olur.Bir dilin leksik-semantik vahidlərinin düzgün mənimsənilməsi o dilin dərindən oyrənilməsinin vacib prinsipidir.

 

İstifadə edilmiş ədəbiyyat

  1. Hüseynzadə M. Müasir Azərbaycan dili. Morfologiya, Bakı, “Maarif” nəşriyyatı, 1983. 320 s.
  2. Seyidov Y. Azərbaycan dilinin qrammatikası. Morfologiya (nəzəri kurs), Bakı, Bakı Dövlət Universiteti nəşriyyatı, 2000. 403 s.
  3. Rüstəmov R. Türk dilinin morfologiyası, Bakı, “Nurlan” nəşriyyatı, 2007. 208 s.
  4. Ə. Rəsulov, R. Rüstəmov. “Türk dili” Bakı Universiteti nəşriyyatı, 2007, 307 s.
  5. A.Axundov. Dilçiliyə giriş, “Maarif” nəşriyyatı, Bakı, 1980
  6. Баскаков Н.А.  Историко-типологическая характеристика структуры тюркских языков. Словосочетание и предложение, М., Наука, 1975. 287с.
  7. Щербак А.М.  Очерки по сравнительной морфологии  тюркских языков (Имя), Л., Наука, 1977,190 с.
  8. Кононов А.Н. Грамматика современного турецкого литературного языка, М.- Л., Издательство  АН СССР. 1956. 569с.
  9. Дмитриев Н.К. Строй тюркских языков, М., Издательство восточной литературы, 1962, 607с.
  10. Расулов.А.А.“Современный турецкий язык”, “Элм ве Техсил” Баку , 2016, 407 с.
  11. T. Banguoğlu. Türkçenin Grameri. İstanbul, Baha Matbası, 1974, 630 s.
  12. Bilgegil K. Türkçe Dil Bilgisi, Ankara yayınları, 2010, 286 s.
  13. Ergin M. Türk Dil Bilgisi, İstanbul, Boğaziçi Yayınları, 1987. 407 s.
  14. Tahir Nejat Gencan. Dilbilgisi 2.baskı, İstanbul, 1971,270 s.
  15. Z.Korkmaz.”Türkiye Türkçesi Grameri.Şekilbilgisi“Türk Dil Kurumu Yayınları”,Ankara 2014,1027 s.

 

Türk dilinin leksik-semantik sistemində sinonimlərin formalaşması

                 Xülasə

Sinonimlər fonetik tərkibcə müxtəlif, məzmunca bir-birinə çox yaxın sözlərdir. Məqalədə müasir türk ədəbi dilində leksik-semantik söz qrupunu təşkil edən sinonim­lər qrammatik və üslubi cəhətdən araşdırılmışdır.

Açar sözlər:Türk dili,leksikologiya,sinonim, leksik-semantik xüsusiyyətlər ,üslub.

 

Формирование синонимов в турецком языке

Резюме

Синонимы — слова, различные по фонетическому составу, но имеющие схожее лексическое значение. В статье исследуются синонимы, составляющие лексико-семантическую группу в современном литературном турецком языке, с точки зрения грамматики и стилистики.

Ключевые слова: турецкий язык, лексикология, синоним, лексико-семантические особенности, стилистика.

The Formation of Synonyms in the Turkish Language

Summary

Synonyms are words which have different phonetic composition, but nearly the same meaning. The article deals with the synonyms which form the lexico-semantic group in the modern literary Turkish language from the point of view of grammar and semantics.

Key words: the Turkish language, lexicology, synosym, lexico-semantic features, semantics.

                               

Rəyçi: dos. L.Ələkbərova

                       

 

DILÇİLİK-ЯЗЫКОЗНАНИЕ

Məhərrəmova Aygün Akif qızı

“KOROĞLU”  DASTANINDA SÖZ SIRASI

Cümlə müəyyən fikri ifadə etmək baxımdan struktur və semantik tərəflərin birliyindən ibarətdir. Cümlə sadəcə söz yığınından əmələ gəlmir; hər hansı fikrin dəqiq və aydın, anlaşıqlı ifadəsi üçün sözlərin bir-biri ilə semantik-qrammatik cəhətdən düzgün əlaqələnməsi lazımdır ki, bu halda sözlərin sıralanması xüsusi əhəmiyyətə malikdir. Söz sırası, hər şeydən əvvəl, fikri ifadə etmə funksiyası yerinə yetirir, daha dəqiqi, cümlənin məzmun, kommunikativ strukturunun formalaşmasında iştirak edir, cümlənin aktual üzvlənməsinin əsas vasitələrindən biridir.

Türk dillərində, o cümlədən Azərbaycan ədəbi dilində ciddi söz sırası qaydası vardır. Lakin bu qaydanın bir sıra hallarda pozulması faktı da özünü göstərir. Söz sırasının pozulması, yəni inversiya hadisəsinin baş verməsi iki halda baş verir. Birinci halda bu, kortəbii, bilmədən baş verir və bu zaman fikrin anlaşılması çətinləşir. Bu fakt əsas etibarilə danışıq dilində özünü göstərsə də, bəzən ədəbi dilin bu və ya digər üslubunda da naşılıqdan belə hadisə ola bilir. Qəzet dili xüsusiyyətlərindən bəhs edən M.Adilov yazır: “Azərbaycan dili cümlələrində cümlə üzvləri sabit bir sıraya malik olur. Bu sabit sıra pozulduqda bəzən fikir təhrif edilmiş olur, bəzən də sadəcə olaraq, anlaşılmır”(2, s.273). Ona görə ki, söz sırasının formalaşmasında cümlədəki fikir, məna əsas rol oynayır. “Yazılı işgüzar (emosional olmayan) nəsrdə söz sırasını müəyyənləşdirən əsas faktorlardan biri cümlə üzvlərinin fikir yüküdür”(1, s.297).

İkinci halda söz sırasının pozulması məqsədli xarakter daşıyır. T.Hacıyev yazır: “İnversiya məqsədlidir; canlı loru danışığı təqlid deyil, üslubi imkan aşan əməliyyatdır”(6,s.133). Qeyd etmək lazımdır ki, inversiya məhz xalq danışıq dilinə xas xüsusiyyətdir və canlı dilin ən yaxşı, ən təsirli imkanlarını ədəbi dildə tətbiq etmək zəruriyyətindən doğur. Bu fikir doğru olsa da, fikrimizcə, inversiya faktoruna başqa yöndən də baxmaq lazımdır. Daha doğrusu, inversiya bədii əsərlərdə, əsasən, məqsədli C.Əsəd qədim türk poeziyasının poetexniki xüsusiyyətlərindən bəhs edərkən inversiya faktorunun xüsusi çəkiyə malik olduğunu göstərməklə yanaşı, onun meydana çıxmasının dörd əsas səbəbinə də diqqəti cəlb edir: 1. qafiyənin tələbi ilə yarananlar; 2. məntiqi vurğunun tələbi ilə yarananlar; 3. vəznin tələbi ilə yarananlar; 4. alliterasiyanın tələbi ilə yarananlar (3, s.90).

Bu fikir yalnız xalq şeir dili üçün söylənilmişdir və bu faktları sonrakı yazılı əsərlərə də aid etmək olar. İnversiya hadisəsi yalnız nəzm üçün deyil,  nəsr dili üçün xarakterikdir. Nəsr dilindəki inversiyanın da özünəməxsus yaradıcı amilləri vardır. Yazılı ədəbi dildə inversiya daha çox yazıçının üslubu ilə müəyyənləşir və hər hansı bir üzvün aktuallaşması inversiyanın yaranmasına səbəb olur. “Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan dilində də müxtəlif sistemli dillərdə olduğu kimi, cümlə üzvünün aktuallaşması söz sırasının hesabına həyata keçirilir”(1,s.229). Aktuallaşma zamanı əsas fikri ifadə edən cümlə üzvü cümlənin sonunda işlədilir. Ona görə də aktuallaşdırılmış hansı üzv olursa, o, söz sırasını pozaraq, cümlənin sonuna keçir və inversiya baş verir. Söz sırasının bu məqsədlə pozulması dildə daha çox özünü göstərir və bu fakt hətta uşaq poeziyasında effektli priyom kimi istifadə olunur (5,s.19). Cümlədə söz sırasının pozulması qədim hadisə olub, qədim türk abidələrinin dilində də özünü göstərir (9, s.403-412).

“Koroğlu” xalq dastanı olduğundan onun dili də xalq dili xüsusiyyətlərini özündə daşıyır. Bu baxımdan burada cümlə strukturu da xalq dili özəlliklərini əks etdirir. Yəni dastanda cümlədəki söz sırası, bir qayda olaraq, gözlənilir. Dastandan aldığımız aşağıdakı kiçik bir abzasda bunu müşahidə edə bilərik: Məclis quruldu. Keflər duruldu. Saqi dolandı. Ruh tazalandı. Aşıq Cünun sazını kökləyib ortaya çıxdı. Çaldılar, oxudular, dedilər, güldülər. Nigar xanım Eyvazın gözlərindən öpdü, köynəyinin yaxasından keçirib özünə oğul elədi (7,141).

Bu abzasda bir neçə cümlə vardır; onların heç birində söz sırası pozulmamışdır. Bu isə onu göstərir ki, xalq danışıq dilində heç də həmişə söz sırasının pozulması əsas deyil. Hətta şeir dilinin özündə də bütöv bəndlər, parçalar var ki, onlarda söz sırası nəsr dili qrammatik səviyyədə gözlənilir. Məsələn:

               Bugünkü məclisdə bir gözəl gördüm,

               Gözəllər səfində sana yaraşır.

               Geyinib sallanan gözəllər çoxdu,

               Tərlan kimi süzmək ona yaraşır (7,83).

Xalq danışıq dilində olan bu dastanda kiçik ölçülü cümlələr daha çoxluq təşkil etdiyindən inversiyaya bir o qədər də yer qalmır.

Məlum olduğu kimi, təyin isimlə ifadə olunmuş istənilən cümlə üzvü ilə əlaqələnib ondan əvvəl gəlir və qəti demək olar ki, bu sıralanmada inversiya faktı baş vermir. Məsələn: Bəlli Əhməd hər şeyi çox tez başa düşən adam idi(7,49).

           Cümlədə eyni zamanda bir neçə tamamlıq iştirak edir ki, onların sıralanması da müəyyən qanunauyğunluqlara tabe olur. Tədqiqatçıların göstər-diyi kimi, cümlədə həm təsirlik, həm yönlük halda tamamlıq varsa, təsirlik hallı tamamlıq digərindən əvvəl gəlir(4,s.54). Dastanda da bu qaydaya riayət edilən cümlələr kifayət qədər vardır. Məsələn: Bəlli Əhməd Nigar xanımın naməsini Koroğluya verdi(7,50). Amma əks hal da özünü göstərə bilər, yəni təsirlik halda olan vasitəsiz tamamlıq vasitəli tamamlıqdan sonra işlənə bilir. Məsələn: Koroğlu səsindən onu tanıdı (7,75).

 Bu tip cümlələrdə inversiya faktoru kimi, tamamlıq mübtədadan əvvələ keçə bilir. Əslində bu zaman mübtədanın aktuallaşmasında fəal olur. Nümunədə işlənən xüsusiləşmə inversiyanın daha qabarıq və aydın nümayişinə şərait yaradır. Məsələn: Qıratın ayağını Koroğludan başqa, heç kəs yerdən qaldıra bil-məzdi(7,72); Bu işə xanımlar, dəlilər razı olmadılar (7,176).

Birinci nümunədə xüsusiləşmiş tamamlıq (Koroğludan başqa) mübtədadan əvvəl gəlmişdir ki, başqa cür də mümkün deyil, əks halda həmin tamamlıq parselyata çevrilərdi. Vasitəsiz tamamlığın (Qıratın ayağını) cümlənin əvvəlində işlədilməsi isə xalis inversiya hadisəsidir, onu mübtədadan sonra da işlətmək mümkündür. İkinci nümunədə də mübtədanın aktuallaşması özünü göstərir. Fikrimizcə, bu tip cümlələrdə tamamlığın mübtədadan əvvələ keçmə-sindən yox, əksinə, mübtədanın tamamlıqdan sonraya keçməsindən danışmaq daha uğurlu hesab edilə bilər.

Tamamlığın inversiyası başqa səpgidə özünü göstərə bilər. “Tamamlıq   rema funksiyasında çıxış edərkən cümlənin sonunda güclü mövqeyə və xəbərdən əvvəlki yerində zəif mövqeyə malik olur”(1,s.233). Deməli, tamam-lığın aktuallaşması onun xəbərdən sonrakı mövqeyə keçməsi ilə müəyyənləşir. Məsələn: Koroğlu oxu mindirdi çilleyi-kəmanə (7,135).

 Əslində, bu tip cümlələrdə güclü aktuallaşma vardır, bu isə söz sırasının kəskin pozulması ilə müşayiət olunur.Pozulma məqsədli olduqda bu cümləyə yeni münasibət və fikirin daha dəqiq çatdırılmasına xidmət edir.

Qeyd edək ki, tamamlığın aktuallaşaraq xəbərdən sonraya keçməsi dastanın dili üçün xarakterik hallardandır. Aşağıdakı abzasda bu faktın təsdiqini bütün cümlələrdə görürük: Koroğlu dik qalxıb tutdu onun hulqumundan.  Yavaşca belindən iki qatlayıb basdı boş qazanın içinə. Ağzını örtdü, özü də üstündə əyləşib o biri qazanı çəkdi qabağına (7,197).

 Göründüyü kimi, buradakı cümlələrin hər birində tamamlıq və zərflik xəbərdən sonraya keçmişdir. Bu inversiya aktuallaşmaya xidmət edir.

Məlum olduğu kimi, zərfliyin müxtəlif növləri var ki, onların cümlədə işlənməsi də fərqli olur. Zərflik, xəbər qütbünə aid cümlə üzvü olduğundan xəbərdən əvvəl yerləşir. Məsələn: Oğlan bir az çəkindi (7,62); Koroğlu tez yayınıb, özünü nar kolunun dalına verdi (7,63); Əfəndi cəld ayağa qalxdı (7,57); Qaravaş Koroğlunun yanına gəldi (7,59); Cəfər paşa meydanları bayram günlərində bəzədərdi (7,79).

Zərfliyin xəbərə aid olması onun həmişə xəbərlə bağlı olmasına səbəb olur. Lakin  bu o demək deyildir ki, zərflik həmişə xəbərin yanında işlənməlidir. Bəzi hallarda birbaşa öz mənasına görə cümlənin əvvəlində işlənərək bütün cümləyə aid ola bilər.Zaman, səbəb, məqsəd zərflikləri determinant üzv kimi cümlənin əvvəlində işlənir. Məsələn: Gecənin bir aləmində Koroğlu oyandı (7,s.55); Ağır günlərində də Hasan paşa yastığının yanını kəsdirərdi (7,s.168); Belə zirəkliyinə görə get-gedə dəlilərin, xanımların yanında Keçəl Həmzənin hörməti də artdı (7,s.176).

Lakin zərfliyin inversiyası faktı daha çox diqqəti cəlb edir. Yerinə görə daha sabit xarakterli olan tərzi-hərəkət zərfliyinin yerdəyişməsini yalnız danışıq dilinin tələbi kimi başa düşmək olar. Hətta mübtədanın olmadığı, yalnız xəbər və tərzi-hərəkət zərfliyinin iştirak etdiyi cümlələrdə də belə inversiya halının olduğunu müşahidə etmək mümkündür. Məsələn: Qaldılar piyada (7,146). Təbii ki, burada tərzi-hərəkət zərfliyi aktuallaşdığından xəbərdən sonraya keçmişdir.

Tərzi-hərəkət zərfliyinin cümlədəki yeri yer zərfliklərindən fərqlidir. İsmin müxtəlif hallarında olan sözlərlə ifadə olunan yer zərfliklərinin yeri, tərzi-hərəkət zərflikləri ilə işlənməsi haqqında müxtəlif fikirlər vardır. Müəlliflərin bir qismi yönlük halda olan yer zərfliklərinin tərzi-hərəkət zərfliyindən sonra, yerlik haldakı sözlə ifadə edilən yer zərflikləri isə tərzi-hərəkət zərfliyindən əvvəl yerləşdiyini qeyd edirlər (8,s.319). Məsələn: Dəmirçioğlu dinməzcə tövləyə düşdü (7,s.76); Dan yeri ağaranda cəld ayağa durdu (7,s.80).

          Sadə geniş cümlədə, adətən, əvvəl tamamlıq, sonra zərflik işlədilir. Sözsüz ki, burada da zərfliyin müxtəlif növünün yerləşməsinə diferensial yanaş-maq lazımdır. Zərfliyin başqa növlərindən fərqli olaraq, xüsusən tərzi-hərəkət zərfliyi tamamlıqdan sonra, xəbərdən əvvəl işlənir. Məsələn: Koroğlu Nigarı məclisin başına keçirdi (7,69); Koroğlu Dəmirçioğlunun dediklərinə huş-guşla qulaq asdı (7,91); Keçəl Həmzə bir neçə gün Dürata çox yaxşı baxdı (7,176).

            Sonuncu misalda zərfliyin iki növünə aid üzv var ki, onlardan zaman zərfliyi vasitəli tamamlıqdan əvvəl, tərzi-hərəkət zərfliyi isə tamamlıqdan sonra işlənmişdir. Lakin elə hallar da var ki, zərflik tamamlıqdan əvvəl işlənir. Bu tipli cümlələrdə həmin cümlə üzvlərinin yerini dəyişmək mümkün olmur Məsələn: Koroğlu bir az gülüb, arvada ürək-dirək verdi (7,56);

Bu tip cümlələrdə ümumi fikirdən də göründüyü kimi, tamamlıqla zərfliyin yerini dəyişmək mümkün deyil, bu zaman cümlənin semantik-qrammatik strukturu anlaşılmaz olardı. Lakin cümlədəki zərflik və tamamlıq sıralanmasında elə məqamlar da olur ki, zərflikdən əvvəldə yerləşən tamamlığın yerini dəyişmək olmaz. Məsələn: İndi mənə yaxşı-yaxşı qulaq as. Burada tərzi-hərəkət zərfliyi vasitəli tamamlıqdan sonra gəlmişdir və onların yerini dəyişmək hətta deyim tərzində də anlaşılmazlıq yaradır, halbuki “Koroğlu” dastanının dilində biz belə inversiya ilə rastlaşırıq. Məsələn: İndi yaxşı-yaxşı mənə qulaq as (7,129); Az məni məzəmmət eləyin (7,178).

Birinci nümunədə tərzi-hərəkət zərfliyi vasitəli tamamlıqda, ikinci nümu-nədə isə kəmiyyət zərfliyivasitəsiz tamamlıqdan əvvəl işlənmişdir. Aşkar şəkil-də görünür ki, bu cür yerdəyişmə ədəbi dilin qanunları baxımdan özünü doğrult-mur; bu cümlənin tələffüzü də müəyyən qəribəliklə müşayiət olunur. Lakin bu, danışıq dili üçün xarakterik hal kimi qəbul edilməlidir.

Feili bağlamanın əsas xüsusiyyətlərindən biri əsas feillə, feli xəbərlə əlaqələnməsi, onunla yanaşı işlənməsidir. Məsələn: Handan-hana Cəfər paşa özünə gəlib hay saldı. Qoşun atlanıb Dəmirçioğlunun dalına düşdü (7,101); Dəmirçioğlu Telli xanımın adını eşidəndə gözlərini açdı (7,110).    

Feili bağlamanın əsas feilin yanında gəlməsi qanunauyğun haldır, müxtəlif söz və söz birləşmələri ilə ifadə olunan digər məna növlərinin, zərfliklərinxəbərə yaxın olması da təbiidir. Əks halda, yəni sonrakı zərfliklər feili bağlamadan əvvələ keçərsə, ayrıca üzv kimi yox, feili bağlamanın tərkibinə daxil olaraq bir üzvə çevriləcəkdir.

 Zaman və tərzi-hərəkət zərfliyi kimi çıxış edən feili bağlama və ya feili bağlama tərkibi bəzən cümlənin əvvəlində, mübtədadan da əvvəl işlənir. Məsələn: Belə deyəndə çobanın rəngi birtəhər oldu (7,s.128); Bunu deyib Koroğlu yerdəki şeşpəri göstərdi (7,s.160).

Eyni şəkilçili feili bağlama və feili bağlama tərkibləri zərflik vəzifəsində işlənərkən müxtəlif pozisiyalarda dayanaraq həm eyni həm müxtəlif cümlə üzvü vəzifəsini daşıya bilərlər. Bu zaman onların işlənmə mövqeyi mübtədadan əvvələ və ya sonraya keçə bilər. Göstərdiyimiz nümunələrdə biz bunu əyani şəkildə görürük: Bunu deyib Hasan paşa badəni qaldırıb qasidə verdi (7,s.171).

Bu cümlədəki birinci feli bağlama tərkibinin məzmunu daha çox zamanla bağlıdır və buna görə də onun bütünlükdə cümlənin əvvəlində gəlməsi təbiidir, çünki zaman bütün cümlənin məzmununa aiddir. İkinci feli bağlama tərkibi isə tərz anlayışı bildirir və elə buna görə də xəbərin yanında gəlməli idi, lakin vasitəli tamamlığın aktuallaşması nəticəsində həmin feli bağlama tərkibi xəbərdən bir az uzaqlaşmışdır.

 “Koroğlu” dastanında inversiyaya uğrayan əsas cümlə üzvü xəbərdir. Yuxarıdakı nümunələrdən də göründüyü kimi, mübtədanın və ikinci dərəcəli üzvlərin xəbərdən sonraya keçməsi faktı özünü çox göstərir. Buradan belə nəticəyə gəlmək olar ki, xəbər cümlənin struktur-semantik əsası olduğundan sonda yerləşməsinə baxmayaraq, digər üzvlərin aktuallaşması inversiyanı reallaşdırır. Əksər və ya bütün cümlə üzvlərinin iştirak etdiyi cümlələrdə, xüsusən, şeir dilində  xəbərin cümlənin sonundan əvvəlinə keçməsi faktına da tez-tez rast gəlmək mümkündür. Məsələn:

          Dəlilər içində bəlli igidsən,

          Gördüm sınayanda mərdana səni.

          Şəst ilə dayandın meydan önündə,

          Bənzətdim alıcı tərlana səni (7,92).

İnversiya hadisəsi həmcins üzvlərlə bağlı da baş verir. Belə ki, xəbərlə əlaqələnən cümlə üzvləri, xüsusən də mübtəda, tamamlıq və zərflik həmcins olduqda onlardan biri və ya bir neçəsi aktuallaşaraq xəbərdən sonraya keçə bilir. Məsələn: Ondan sonra da elə bəylik də öz-özünə gələcək, mal-dövlət də (7,173).     

Bu cümlədə “bəylik” və “mal-dövlət” sözləri cümlənin həmcins mübtədalardır və elə buna görə də onlar məhz bir-birinin yanında, həm də xəbərdən əvvəl işlədilməlidir.İkinci həmcins mübtədanın ikincisinin məzmununun diqqətə xüsusi çatdırılması məqsədilə cümlənin sonuna keçirilmişdir.

Dastanın dilində inversiya yalnız cümlə üzvləri sahəsində deyil, habelə birləşmə, xüsusən də feli birləşmə daxilində özünü göstərir. Məlum olduğu kimi, söz birləşməsi sözlərin təkcə məna və qrammatik əlaqəsi əsasında deyil, habelə sözlərin birləşmə daxilindəki aktuallığı əsasında formalaşır ki, bu zaman sözlərin sıralanması mühüm rol oynayır. Söz birləşmələrində inversiya ayrılıqda deyil, mətn daxilində, müəyyən emosional-ekspressiv münasibəti ifadə edərkən, hər hansı anlayışı aktuallaşdırarkən baş verir.

Məlumdur ki, “başlamaq, istəmək” felləri başqa sözlərlə, xüsusən də məsdərlə əlaqəyə girərək, mürəkkəb quruluşlu xəbəri formalaşdırır, onları sintaktik baxımdan ayırmaq mümkün deyil. Dastanın dilində də belə cümlələr, daha doğrusu, bu cür sıralanma vardır. Məsələn: Əyləşib bunların tellərini yolub heybələrə yığdılar, ətlərindən də kabab çəkib xurma ağacının dibində yeməyə başladılar (7,145); Getmək üçün hazırlaşmağa başladılar (7,187).

 Bu tipli inversiya faktına, hətta frazeoloji birləşmələrdə də rast gəlirik. Frazeoloji birləşmələr sabit söz birləşmələri olduğundan onların tərəflərinin yerdəyişməsi əslində mümkündür və əksər hallarda qayda gözlənilir. Məsələn: At Aslan paşanın xoşuna gəldi (7,147); O saat bazara vəlvələ düşdü (7,46).

Sözsüz ki, bu tip frazeoloji birləşmələrdə komponentlərin inversiyası ağlabatan görünmür. Lakin danışıq dilinin bütün xüsusiyyətlərini özündə daşı-yan dastanda  frazeologizmlərdə də inversiya baş verir. Məsələn: Qoruqçu bu sözü decək xotkarın fərmanı düşdü Aslan paşanın yadına (7,145);Bəlli Əhməd qaldı məəttəl ki, nə eləsin (7,47); Koroğlu elə yerinə gircək getdi yuxuya (7,54); Hasan paşa getdi fikrə (7,174);Xanımlar da bir yandan düşdülər Koroğlunun üstünə (7,177).

Frazeoloji birləşmələrin komponentlərinin yerdəyişməsi dastandakı şeir dilində xüsusi şəkildə özünü göstərir. Onu demək lazımdır ki, inversiya şeirdə qrammatik obrazlılıq yaradan vasitələrdəndir, ona görə də burada inversiyanın kütləvi şəkil alması təbii təsir bağışlayır. Şeirdə söz sırasının gözləndiyi faktlar olsa da, bunlar, demək olar ki, epizodik xarakter daşıyır. Şeirin istənilən yerində  inversiya faktı ilə qarşılaşmaq mümkündür, hətta nəsr dilində mümkün olmayan inversiya şeirdə daha çox  diqqəti cəlb edir. Məsələn:

              İgidlər açan savaşı,

             Nigar, Çənlibel budu, bu! (7,68).

Burada maraqlı faktla qarşılaşırıq; “savaş açmaq” frazeologizmi “savaş açan” formasında feli sifət kimi işlədilir. Bu feli sifətin komponentlərinin hətta danışıq dilində inversiyası mümkünsüz görünür, buna yalnız şeir dilində rast gəlmək olur.

 

ƏDƏBİYYAT

 1. Abdullayev K.M., Məmmədov A.Y. və b. Azərbaycan dilində mürək-kəb sintaktik  bütövlər. Bakı: Mütərcim, 2012, 508 s.

2.  Adilov M.  Əsərləri. I c. Bakı: Elm və təhsil. 2010, 308 s.

3. Cahangir Əsəd. Qədim türk ədəbiyyatının linqvistik poetikası. (M.Kaşğarlının “Divani lüğət-it-türk “ əsərindəki bədii nümunələr əsasında). Bakı: 2001, 168 s.

 4. Cavadov Ə.M. Müasir Azərbaycan ədəbi dilində söz sırası. Bakı: Elm, 1977, 111 s.

5. İskəndərova N.R. Azərbaycan uşaq poeziyasının dil və üslub xüsusiy-yətləri (1980-2000-ci illər). Filol. elm. üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş diss. avtoreferatı. Bakı: 2012, 27 s.   

6. Hacıyev T. “Molla Nəsrəddin”in  dili və üslubu. Bakı: Yazıçı, 1984, 268 s.

7. Koroğlu. (Tərtibçi:M.Təhmasib). Bakı: Azərbaycan Dövlət Nəşriy-yatı,1965, 376 s.

8.Müasir Azərbaycan dili. Sintaksis. Bakı: ADU nəşriyyatı, 1959.

    9. Rəcəbli Ə. Göytürk dilinin sintaksisi.  IV hissə. Bakı:Nurlan, 2003, 634 s.                                          

Açar sözlər: inversiya, aktuallıq, cümlə üzvü, yerdəyişmə, aktual üzvlənmə.

 

ПОРЯДОК СЛОВ В ЭПОСЕ «КЁРОГЛУ»

РЕЗЮМЕ

         Синтаксис азербайджанского языка имеет прочные правила. Один из них - порядок слов. Эпос «Кёроглу», являясь примером устной литературы, отображает специфику народного языка и таким образом содержит в себе разнообразие, колорит устной речи. В статье  помимо нормального порядка слов рассмотрены инверсия членов предложения, а также компонентов словосочетаний. На основе фактических материалов эпоса инверсия наблюдается не только в поэзии, но и прозе.

          Ключевые слова: инверсия, актуальность, член предложения, смещение, актуальное членение

 

THE ORDER OF THE WORD IN EPOS “KOROGLU”

SUMMARY

       The syntax of the Azerbaijan language has stable rules. One of them is the order of the words. The epos “Koroglu” is an example of literature language reflecting the specific features of the folk-language and this contains itself diversity, a color of the spoken language. Besides the normal order of the word, inversion of the parts of the sentence and also the components of the word combination (phrase) are shown in the article. On the basis of the factual materials of the epos inversion can be observed not only in the poetry but also in the prose.

Key words: inversion, actuality, parts of the sentence, confusion, the actual articulation

 

Rəyçi:                   prof.S.Ə.Abdullayeva


Məhərrəmova Gülşən Akif qızı

MƏTN VƏ ALTMƏTNDƏ MƏNANIN BAŞA DÜŞÜLMƏSİ

Ədəbi-bədii əsərinin başa düşülməsi problemlərində altmənanın, mənanın və son nəticədə səbəbin başa düşülməsi, demək olar ki, əsas məsələdir.  Çatskinin "Mənə fayton verin, fayton!" (2, 37) səslənməsi xarici mənadan, yəni minik verilməsi xahişindən başqa, öz arxasında daxili məna da gizlədə bilər: "Mən bu cəmiyyətlə bütün əlaqələrimi kəsmək istəyirəm, mənim bu cəmiyyətlə heç bir ümumi işim ola bilməz". "İşıq isə yanır" frazası xarici mənadan başqa, müxtəlif cür məna daşıya bilər. Bir halda bu  "Nə yaxşı ki, elektrik açarı təmir edildi", digər halda isə  "Siz necə də diqqətsizsiniz, yenə işığı söndürməyi unutmuşsunuz!" mənasını verə bilər. Məlum olduğu kimi,  frazanın daxili mənası kifayət qədər mürəkkəb ola bilər.

Mətnin "oxunması" dərinliyi və ya onun altmətninin, daxili mənasının aşkar edilməsi çox müxtəlif ola bilər və bu fərqlər, əvvəl göstərdiyimiz kimi, çox vaxt bir insanı digərindən, məlumatın xarici mənasının dərinliyi və anlaşılma tamlığından xeyli  fərqləndirir.Bəs mətnin mənasının, son nəticədə isə ayrı-ayrı şəxslərin mətndə söhbət getdiyi hərəkətlər motivinin və ya hətta verilən əsəri yazmış müəllifdə motiv seçmə prosesi necə gedir?

Belə bölmənin psixologiyada az işlənmiş sahələr sırasına aid olduğunu aydın şəkildə dərk edərək, bunun üzərində bir qədər ətraflı dayanaq. Elə düşünmək səhv olardı ki, bütöv bir məlumat və ya mətn yalnız ayrıca, təcrid edilmiş frazalar zəncirindən ibarətdir və mətni başa düşmək üçün hər bir təcrid edilmiş frazanın mənasını başa düşmək kifayətdir. Frazalar vahid bir zəncirin təcrid edilmiş manqaları deyil: hər bir sonrakı fraza özündən əvvəl gələn frazanın mənasını özünə birləşdirir ("yönəldir") və ya daxil edir; L.S.Vıqotskinin mənaların "təsiri" və ya "birləşməsi adlandırdığı bu hadisə mətnin əsas məzmununun başa düşülməsinə mühüm təsir göstərir.

Vaxtilə L.S.Vıqotskinin göstərdiyi misalı nəzərdən keçirək. İki şəxs arasında söhbət gedir: "Mən sənə qazan vermişdim? - Vermişdin. - Sən onu məndən götürmüşdün? - Götürmüşdüm. - Bəs qazan haradadır? - Hansı qazan?" və s. Bu dialoqun başa düşülməsi yalnız o vaxt mümkündür ki, "o" və ya "onu" əvəzlikləri yuxarıda artıq adı çəkilmiş "qazanı" nəzərdə tutur. Əvvəlki frazanın mənasının sonrakı frazaya bu cür "təsiri" yoxdursa, bütöv mətnin başa düşülməsi qeyri-mümkün olur ki, bu da yuxarıdakı növ anlaşılmazlığa gətirib-çıxarır. (2; s.81)

İkinci, bir qədər mürəkkəb misal gətirək: "Mən pencəyimi çıxartdım, ondan (pencəkdən) bir parça qopmuşdu, o (parça) mən çəpərin yanından keçərkən cırılmışdı, onun (çəpərin) üzərində bir mıx var idi ki, onu (mıxı) fəhlələr orada qoymuşdular və bu, o vaxt olmuşdu ki, onlar (fəhlələr) bu çəpəri rəngləyirdilər".

Asanlıqla başa düşmək olar ki, bu halda parçanın məzmununun vahidliyi həmçinin əvvəlki frazanın mənasının sonrakı frazaya təsiri ilə bağlıdır. Lakin bu parçanın mürəkkəbliyi ondan ibarətdir ki, haqqında danışılan predmet daim dəyişilir. Odur ki, hər bir fraza özündən əvvəlki ilə müqayisədə başqa bir predmeti özünə daxil edir.

                Beləliklə, bu proses A+B+C+D və s. sxemi ilə yox, daha çox (A+(A+B)+(B+C)+ (C+D)) sxemi ilə təsvir oluna bilər. (1; s.162)

Beləliklə, "mənaların təsiri" prosesi bütöv mətnin başa düşülməsi üçün əsas şərtdir və yalnız təəssüf etmək olar ki, bu hadisə və onun qanunauyğunluqları psixoloji cəhətdən hələlik çox natamam şəkildə öyrənilmişdir.

Gətirilmiş misallar göstərir ki, "mənaların təsiri" prosesi və ya deyilişin bir-birindən uzaqda duran elementlərinin birləşməsi nitq məlumatının kodunu açan insanın xüsusi, axtarış-oriyentasiya fəaliyyətinin predmetini təşkil edə bilər.Təbiidir ki, ayrıca bir frazanın başa düşülməsi zamanı bir-biri ilə müqayisə edilib, əlaqələndirilməli olan deyiliş manqalarını aşkar etməyi öz qarşısına vəzifə qoyan belə axtarış - oriyentasiya fəaliyyəti bütöv bir mətndə oriyentasiya zamanı daha da mürəkkəb xarakter alır, çünki bu zaman mürəkkəb bir deyilişin bəzən bir-birindən çox uzaqda yerləşən elementlərini yaxınlaşdırmaq lazım gəlir.

"Məna özəklərinin" seçilməsinə və öz aralarında yaxınlaşdırılmasına yönəldilmiş oriyentasiya fəaliyyətinin bu prosesi özünü oxu zamanı xüsusilə aydın şəkildə göstərir.

"Məna özəklərinin" seçilməsinin və mürəkkəb məlumatın bir-birindən aralı duran komponentlərinin yaxınlaşdırılması bu proseslərin öyrənilməsi üçün oxu zamanı gözlərin hərəkətinin qeyd edilməsi metodu tətbiq edilirdi. Bu metod sözün, frazanın və mətnin müxtəlif elementlərinin müqayisəsinin müfəssəl prosesini əldə etmək imkanı verir.

Aydın olmuşdur ki, oxu zamanı gözlərin hərəkəti bir sözdən digərinə və bir frazadan digərinə xətti yerdəyişmə deyil, ən informativ yerlərdə dayanmalar seriyasıdır. Aşkar olmuşdur ki, gözün hərəkəti mürəkkəb marşruta malik olub, çoxsaylı geri qayıtmalardan, mətndəki bir-birindən uzaqda yerləşən müqayisələrdən ibarətdir. Bu material göstərdi ki, mətnin başa düşülməsi prosesi fəal axtarış xarakteri daşıyır və oxuyan adam nəinki mətnin məna özəklərini seçir, eləcə də onları bir-biri ilə müqayisə edir və bunun üçün tez-tez artıq keçilmiş yerlərə qayıdır. Mətnin məzmununun onun elementlərinin müqayisəsi yolu ilə fəal analizinin və dəqiqləşdirilməsinin belə bir prosesini tutuşdurma və ya sintez vasitəsilə analiz prosesi kimi göstərmək olar.

İlk vaxtlar mətnin sintez vasitəsilə bu analiz prosesi müfəssəl xarakter daşıyır. Yalnız sonra, oxu prosesinin avtomatlaşdırılması ilə o sürətlənir, ləngiyir və oxu vərdişi əsas yerləri tez seçmə bacarığına keçməyə başlayır və bu zaman bu proses bir-birindən aralı duran elementlərin xarici cəhətdən tutuşdurulması ilə müşayiət edilmir.

Mətnin əsas məna özəklərini tez seçmə ilə bağlı bu qabiliyyət sürətlə oxunun sirri ilə əlaqədardır və belə oxu heç də gözlərin sürətli hərəkətinə əsaslanmır və əsas şeyi görmək və mətnin ümumi mənasını seçmək bacarığının nəticəsidir. Artıq deyildiyi kimi, sürətli oxu yüksək dərəcədə avtomatlaşdı­rılmış prosesin nəticəsidir. Avtomatlaşdırma meydana çıxmazdan əvvəl insan çox vaxt bir sıra yardımçı vasitələrdən istifadə edir ki, bunlar ona mətndə mühüm yerləri seçməyə imkan verir (mətnin vacib sahələrinin fiksasiyası, onlara qayıtma və s.).

Mühüm yerlərin seçilməsi prosesini asanlaşdıran bu üsullar yazılı mətndə də uğurla tətbiq edilir. Burada bu cür üsullar kimi mətnin abzaslara bölünməsi, ayrı-ayrı elementlərin kursivlə və ya aravermə ilə seçilməsi, abzasın və ya mətnin hissələrinin xülasəsinin verilməsi, sonrakı mətnin mənasının yarımbaşlıq şəklində seçilməsi və s. göstərilə bilər. Şifahi nitqdə yardımçı üsullar mühüm məna özəklərini daha yaxşı seçməyə və mətnin ümumi mənasına keçməyə imkan verir. Bu üsullara intonasiya, söz və ya ifadələrin aksentlə seçilməsi, pauzaların işlədilməsi, oxunun müxtəlif tempi şəklində "şifahi aravermədən" istifadə olunması və s. aiddir. Təcrübəli mühazirəçi bütün bu üsullardan mühazirənin mətninin dinləyicilər tərəfindən başa düşülməsi prosesini idarə etmək üçün istifadə edir. Oxuda az təcrübəsi olan adam mətnin anlaşılması üçün əvvəl kursivlərə, abzaslara, aravermələrə və s. əsaslanır; yalnız sonra o özü mətndən lazım olan komponentləri seçməyə başlayır və bu halda abzaslar, kursiv və aravermə onun üçün daha həlledici rol oynamır.

Mətnin ümumi mənasının mənimsənilməsi prosesini asanlaşdı­ran bu yardımçı vasitələrin diqqətli təhlili psixologiyanın ən mühüm fəsillərindən biri olmalıdır.Biz mətnin əhəmiyyətli məna vahidlərinin və ya məna özəklərinin seçilməsinin bəzi üsulları üzərində dayandıq.

Lakin  daha mühüm bir problem vardır: bütün mətnin başa düşülməsi üçün məhz hansı mətn vahidlərinin həlledici olması barəsindəki suala cavab verməyə imkan verən göstəricilər hansılardır?

Təbiidir ki, ümumi mənanın ifadə edilməsi üçün mətnin ayrı-ayrı elementlərinin əhəmiyyəti eyni deyil və mərkəzi elementlərlə yanaşı mətnin əlavə, ikinci dərəcəli elementləri də vardır. Mərkəzi elementlər dəyişildikdə mətnin mənası dəyişir. Mətnin ikinci dərəcəli və əlavə vahidləri dəyişdirildikdə isə mətnin mənası qala da bilər.

Qeyd etdiyimiz kimi  hər bir mətn iki, bəzən qeyri-bərabər hissələrə bölünə bilər. Bunlardan birincisi mətnin "teması-mövzusudur", yəni söhbətin nədən gedəcəyinə bir işarədir, özü də bu hissə artıq məlum olan materialla bağlıdır. İkinci hissə "remadır", yəni bu predmet haqqında məhz nə deyilməlidirsə, ona yeni nə gətirirsə və əslində, müfəssəl məlumatın əsas predmetini nə təşkil edirsə, odur.

Aydındır ki, "tema, mövzu" və "rema" heç də məcburi deyildir ki, ayrı-ayrı qrammatik elementlərlə - isim, fel və s. ilə üst-üstə düşsün. Bunlarla yanaşı, məntiqi mübtəda qrammatik mübtəda ilə, eləcə də məntiqi xəbər qrammatik xəbərlə üst-üstə düşməyə bilər. Mətnin semantik quruluşunun təfsilatlı təhlili elə dilçiliyin bu yeni sahəsi olan semantikanın predmetini təşkil edir ki, bu sahə son illər xüsusilə intensiv şəkildə işlənilməyə başlanmışdır.

Mühümdür ki, cümlənin mərkəzi məna verən hissəsi şifahi nitqdə vurğu ilə seçilə bilər: belə ki "Mən kinoya getdim" ifadəsində vurğu "mən" sözünün üzərinə düşsə tamamilə başqa məna kəsb edir ("Mən, kimsə başqası yox, kinoya getdim"). Əgər vurğu "getdim" felində olsa, (Mən kinoya getdim, imtina etmədim) və nəhayət, vurğu "kinoya" tamamlığı üzərinə düşsə, (Mən kinoya getdim, teatra yox) müxtəlif mənalar alınar. Bütöv mətnə münasibətdə də həmin şey qüvvədə qalır.

Mətnin semantikası xüsusi tədqiqatların predmetidir, özü də o işlər xüsusi əhəmiyyətə malikdir ki, onlar "mətnin hansı hissələri olmasa, onun mənası başa düşülən qalır" sualına və ya "mətnin hansı elementlərinin dəyişilməsi onun ümumi mənasını dəyişdirir" əks sualına cavab verir.

Bu problemin tədqiqi xeyli çətinliklərlə əlaqədardır ki, bunlar mətnin məna quruluşunun obyektiv məntiqi-qrammatik təhlilinin çətinlikləri ilə bağlıdır. Bütöv mətnin mənası onun müəyyən elementlərinin çıxarılması və ya dəyişdirilməsi ilə nə dərəcədə dəyişir və məhz hansı elementlər həlledicidir və bütöv mətnin mənasını müəyyən edən məna özəyinin əsasını əmələ gətirir.

Hal-hazırda bütöv bir məlumatın semantikasının obyektiv tədqiqatının bu sahəsi hələlik lap başlanğıc mərhələsindədir və yalnız arzu etmək olar ki, sintaksisin semantikasının və ya mətnin semantikasının obyektiv tədqiqatı daha ətraflı inkişaf etdirilsin.

Ədəbiyyat

1.Abdullayev Ə. Aktual Üzvlənmə və mətn. Bakı:Xəzər Universiteti nəşr. 1998,190 s.

2.Əlizadə F. Cümlənin aktual üzvlənməsi (Dərs vəsaiti). Bakı: 1998, 112 s.

3.Соломоник А. Язык и знаковая система. Москва: Наука, 2002, 224 c.

4.Shiffer S., Steel S. (Eds) Cognition and representation. Boulder (Colorado), 1988,170 c.

Açar sözlər:mətn, fraza, mətnin semantik quruluşu, sintaksis, aktual üzvlənmə 

 

Summary

      İn the article is shown the possibilities of the formation of the texts, mainly understanding and representation of the meaning in the text. Revealed and analysed some psycholinguistic and congnitive aspects of the understanding the texts.

Keywords: text, phrase, ssemantic structure of the text, syntax, the actual articulation

                                                                                                                                                                    

Резюме

      В статье рассматриваются возможности образования тестов, преимущесственно понимание и репрезентации значения в тексте. Выявлены и анализированы некоторые психолингвистические и когнитивные аспекты понимания текстов.

            Ключевые слова: текст, фраза, семантическая структура текста, синтаксис, актуальное членение

 

RƏYÇİ: dos. E.Vəliyeva

Türkan Əsgərova

BİRLƏŞDİRMƏ VƏ SƏBƏB NƏTİCƏ ƏLAQƏLİ TABESİZ MÜRƏKKƏB CÜMLƏLƏRİN SEMANTİK-ÜSLUBİ ÖZƏLLİKLƏRİ

(XIII- XVI ilk mənbələr əsasında)

Giriş:Azərbaycan klassik ədəbiyyatının dil və üslub səviyyəsində araşdırılması hər zaman olduğu kimi çağdaş dövrümüzdə də gündəmdə duran və xüsisi aktuallıq kəsb edən elmi problemlərdən hesab olunur. Azərbaycan dili zəngin ədəbi dil ənənələrinə malik öz soy-kökü üzərində inkişaf etmiş dildir.

Xalqımızın çoxəsirlik yaradıcılıq  xalq yaradıcılığı nümunələrimiz , ümummən folklor ədəbiyyatımız  xalqımızın özü ilə həmyaşıtdır.Onun özü kiimi müdrikdir, nəsillərə örnəkdir, xalqın mənəvi aləminin müqəddəs  kəlamıdır. [5-6]

    Rus araşdırmacısı Paul “Dil tarixinin  əsasları” əsərində bəşər  mədəniyyətinin hər bir məhsulu olaraq  dilin tarixini təhlil predmeti kimi hesab edib. (1) Yəni dilin quruluşunun müasir aspekte öyrenildiyi kimi həmin dili tarixidə araşdırılmalıdır. H.Mirzəzadə Azərbaycan dilinin tarixi qrammatikası əsərində Azərbaycan dilinin mor­foloji və sintaktik qurluşunun tarixi inkişafını öyrənərək belə izah edir: Azər­bay­can dilinin bütövlükdə dilin quruluş səviyyələrinin tarixi səs sistemliyi, lüğət tərki­binin, morfoloji və sintaktik qurluşunun tarixi qrammatika adı altında öyredilir. Bu sahələrdən tarixi fonetika, tarixi leksika haqqında məlumatlar epizodik səciyyə daşıyır.                            Klassik Azərbaycan ədəbi dil tarixinin ən parlaq  və zəngin dövrlərindən biri XIII-XVI yüzilliklər sayılır. Azərbaycan türk dilinin şah damarı  “Kitabi-Dədə Qor­qud”, dahi söz və saz ustadları  İ. Həsənoğlu, Q. Bürhanəddin, Nəsimi, qüdrətli qələm və söz sahiblərindən Xətai,  Füzuli, Təbrizi,  Ruhi, abidələrimizin ana qaynağı Fədai, Məhəmməd Əmani, “Şeyx Səfi təzkirəsi, “Şüədanamə” bu yüzilliklərə təsadüf edilir.

Azərbaycan dilinin tarixi vəzifələrindən biri türk dilləri ailəsinə mənsub olan dilimizin qohum dillərdən ayrılma, müstəqilləşmə və öz xüsusiyyətləriylə müəyyən­ləşmə proseslərini öyrənmək və cəmiyyətə səlis, aydın  şəkildə çatdırmaqdır.

Azərbaycan dili dünyanın ən qədim dillərindəndir. Umumxalq Azərbaycan dili  eramızın V əsrində formalaşmışdır. Bu dövrün ən mükəmməl dil nümunələri “ Kitabi -Dədə Qorqudun” dilində toplanmışdır. Yazılı ədəbi dilimizin təşəkkül tarixi IX-XI  əsrləri əhatə edir. Suli Fəqihin “Yusif və Zülüyxa”, İsanın Mehri və Vəfa  məsnə­viləri, “Dastani-Əhməd Hərami” poeması, Həsənoğlunun qəzəlləri ədəbi dilimizn ilk nümunələri deyil, inkişaf yolunda olan bir ədəbi dilin nümunələridir.  Q.Bürhanəddin, Nəsimi, füzuli, Qurbani, Ş.İ.Xətai, Məsihi, M.P.vaqif, Q.Zakir, M.F,Axundov. C.Məmmədquluzadə. Ə.Haqverdiyev, M.Sabir, C.Cabbarl, S. Vurğun,  kimi nəhəng söz ustaları bu dildə yazıb-yartmışlar. [4-4]

Bunlar həqiqətən də, Azərbycan yazılı dilinin “inkişaf yolunda” olduğunu gös­tərən amillərdir. Lakin bütün Şərq dünyasına eləcə də türkdilli şairlərinin  yaradı­cılı­ğına işıq saçmaq baxımından Nəsimi nəhəngliyi, Qazi Bürhanəddinin mövqeyi qaçınılmazdır.

Mürəkkəb cümlə dilin qrammatik quruluşunda  mürəkkəb struktur formadır, həm də ilkin formalardan deyil, sonrakı inkişaf proseslərinin  nəticəsində meydana gələn dil, nitq  faktıdır.  Şifahi xalq ədəbiyyatının dilində ümumən  mürəkkəb cümlənin , eləcə də tabesiz mürəkkəb cümləyə nisbətən tabeli mürəkkəb cümlələr daha genişdir.

Klassik Azərbaycan türk dilində, dastanların, atalar sözlərinin, xalq deyimlərində  sadə cümlələr öz növləri və işləmləri etibarilə mürəkkəb cümlələrdən daha üstünlük təşkil edir. Biz əsasən sadə cümlərə “”Kitabi-Dədə Qorqud” un daha çox rast gəlirik. Demək olar ki, dastanların dili nəticə etibarilə sadə cümlələr üzərində yaranmışdır. Hər hansı bir dildə cümlələrin müxtəlifəşməsi , inkişaf etməsi, hər şeydən öncə həmin dildə danışanların şüurunun daha da mürəkkəbləşməsi ilə bağlıdır.

Ə.Dəmirçizadə “Kitabi-Dədə Qorqud ” dastanlarının dili əsərində mürəkkəb cümlələrə belə aydınlıq gətirir vəvurğulayır ki, ümümuiyyətlə dilin qrammatik quruluşu, bu cümlədən cümlə qurluşu  əvvəllər bəsit olduğu halda tədricən təkminlləşimiş və mürəkkəbləşmişdir .                                                                                                                            Mürəkkəb cümlələrin sabitləşməsi və inkişafı isə daha çox yazılı ədəbi dili ilə bağlıdır. Şifahi  ədəbi dildə intonasiya, fasilə, vurğu kimi yazılmayan vasitələr yazılı dildə bəzən müxtəlif morfemlərlə əvəz olunur, bu morfemlər isə cümlələr arasında əlaqə yaratmağa da xidmət edir və beləliklə də şifahi ədəbi dildəmövcud  olmayan mürəkkəb cümlə növləri yazılı ədəbi dildə yaranır.[2-7]

Mürəkkəb cümlə dedikdə iki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən birləşməsi nəticəsində əmələ gələn sintaktik vahiddlər nəzərə tutulur. Bu günə kimi mürəkkəb cümləyə müxtəif tərifər verilmişdir, lakin bu tərifərdə yanlış cəhət ondan ibarətdir ki, mürəkkəb cümlələrin tərkib hissələri müstəqil işlənə bilən , bitmiş fikri ifadə edən sadə cümlələr kimi izah  edilmişdir. Mürəkkəb cümlə dedikdə iki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən birləşməsi nəticəsində əmələ gələn sintaktik vahiddlər nəzərə tutulur. Bu günə kimi mürəkkəb cümləyə müxtəif tərifər verilmişdir, lakin bu tərifərdə yanlış cəhət ondan ibarətdir ki, mürəkkəb cümlələrin tərkib hissələri müstəqil işlənə bilən , bitmiş fikri ifadə edən sadə cümlələr kimi izah  edilmişdir.

Yalnız intonasiya ilə qurulan mürəkkəb cümlələdə qrammatik mənanı-cümlənin tabesiz və ya tabeli olduğunu müəyyənləşdirmək bəzən çətin olur, ona görə ki, cümlə mətndən aslı olaraq müxtəlifintonasiya ilə tələffüz oluna bilir və müxtəlif mənalar ifadə edir. Odur ki, rus dilçilik ədəbiyyatında bağlayıcısız mürəkkəb cümlələr tabesiz və tabeli  növlərə ayrılmadan mürəkkəb cümlənnin ayrıca bir növü kimi verilir.

Akad. V.V.Vinoqradov çox doğru olaraq göstərir ki,  mürəkkəb cümlə vahid intonasiya və məna bütövlüyündən, lakin xarici formal qrammatik quruluşlarına görə  az və ya çox dərəcədə sadə cümlələrə oxşayan  hissələrdən  ibarətdir. Mürəkkəb cümlənin tərkib hissələri xarici quruluşlarına görə sadə cümlələrlə həmcins olsalar da, lakin bunlar bütövlük daxilində cümləyə xas olanbitmiş məna və intonasiya malik deyildir, buna görə də ayrı-ayrı cümlə ola bilmirlər.

    Azərbaycan dilinə nəzər salsaq görürük ki, mürəkkəb cümlə qrammatik quruluşda  iki cür sintaktik formada özünü göstərir. Söz birəşmələri nominativ xarakterə, digəri predikativ xarakterli cümlələrdir.

 Ə.Z. Abdulayev “Müasir Azərbaycan dili. Sintaksis”  hazırladığı dərslikdə mürəkkəb cümləyə belə izah verir; Söz birləşməsi həmişə cümlə vasitəsilə öznü göstərir, cümlə isə həm təklikdə, həmdə digər cümlələrin tərkib hissəsi kimi işlənir. Bir predikativ mərkəzi olan, cümlə intonasiyası ilə müşayiət edilən, hər hansı bir fikri ifadə edən sintaktik konstruksiyaya isə mürəkkəb cümlə deyilir. Sadə cümlə sözərdən və söz birləşməllərindən təşkil olunursa, mürəkkəb cümlə sadə cümlələrdən və onların müxtəlif şəkildə birləşmələrindən təşkil olunur.  Cümlə intonasiyasına malik olan sadə cümlə mürəkkəb cümlənin tikinti materialına çevrilərkən  özünün bitmə intonasiyasını itirir, mürəkkəb cümlənin ümmi intonasiyasına tabe olur. [1-298]

Mürəkkəb cümlələri təsnifinə görə tabesiz cümlələr və tabeli mürəkkəb cümlələr olaraq iki yere ayrılır:Tabesiz mürəkkəb cümlələr bir-birindən aslı olmayan, eyni hüquqlu cümlələrin birləşməsi nəticəsində yaranır. Müstəqillik və asılılıq yönlərinə görə tabesiz mürəkkəb cümlələr tabeli mürəkkəb cümlələrdən fərqlənir. (Tabesiz mürəkkəb cümlələri əmələ gətirən komponentlər əsasən  iki şəkildə sintaktik əlaqəyə girdiyini, yəni onları bir-birinə bağlandığını görürük. Bunlardan biri bağayıcıların iştirakı olmamadan, digəri isəbağlayıcıların iştirakı ilə düzəlir. Bağlayıcısız cümlələrin geniş yayılması hər şeydən əvvəl onunla izah edilir ki, mürəkkəb cümlənin ilk yaranması sadə cümələrlə yanaşma qaydasınca məntiqi mənanın  tələbindən əsaslanmış, ayrı-ayrı hissələr bir bütövlük təşkil edərək mürəkkəb məzmunu ifadə etmişdir. Bu zaman qrammatik –leksik vasitələrə nisbətən daha çox intonasiyaya , tərəflərin sıralanmasına diqqət verilmişdir.

 Z. Tağızadə tabesiz mürəkkəb cümlələri komponentlər arasında olan intonasiya görə təsnif edir və sadalanma  intonasiyası içərisində zaman əlaqəsində (eynizamanlıq və ardıcıllıq əlaqəsi) bəhs edir. [6-13]

Lakin bəzən dilçilikdə  sadalanma və ardıcıllıq əlaqəsi bir-birindən fərqli məna növləri kimi  izah edilir. Maraqlıdır ki, burada ardıcıllıq əlaqəsinin  müstəqil məna növü kimi  ayrılmasına baxmayaraq , sadalanma əlaqəsi içərisində də ardıcıllıqdan bəhs edirlir. E.İ. Rombandeva yazır: Birləşdirmə münasibətində olan bağlayıcısız tabesiz mürəkkəb cümlələr həm eynizamanlı , həm də ardıcıl olaraq bir-birini əvəz edən fakt vahidləri birləşdirə bilir. [8-]Bu fikir turkoloji ədəbiyyatda, o cümlədən Azərbaycan dilçliyində də özünə yer tapmışdır. Eyniyyət təşkil edərək prof. Ə.Dəmirçizadə Mürəkkəb cümlələr əsərində məna əlaqəsinin xüsusiyyətlərinə görə tabesiz mürəkkəb cümlələri “toplama-birləşdirmə”, “bölüşdürmə” və “qarşılaşdırma” adı altında üç yerə ayrır, birləşdirmə əlaqəsi daxilində zaman eyniliyi  və zaman ardıcıllığı əlaqənin yarımtipləri kimi şərh edir. [3-5-6]

Akad.V.V. Vinoqradov birləşdirmə əlaqəsinin spesfik xüsusiyyəti haqqında yazır:O konstruksiyaları birəşdirilmiş konstruksiyalar adlandırmaq olar ki,  onların hissələri bir məna çərçivəsinə sığmır, mürəkkəb təsəvvür  olmalarına baxmayaraq, məntiqi cəhətdən vahid bir bütöv halında birləşmir, lakin onların qarşılıqlı münasibəti bağlayıcılı deyil, düşünülən əlamətlərdən  və ya əşyalıq mənalarının  müqayisəsindən irəli gələn ardıcıl birləşmə zəncirini əmələ gətirir.[7-92]. O cümlədən Tabesiz mürək­kəb cümlələrin səciyyəvi quruluş xüsusiyyətləri vardır.  Çox zaman tərkib hisəllərində bir paralelik olur: bu xüsusiyyətlər atalar sözləri, hikmətli sözlərdə, alqış, qarğışlarda  və məsəllərdə özünü daha çox göstərir. [4-283] məs: Xalq dilində “Yalançının yadaşı olmaz və ya Qozbeli qəbir də düzəltməz” hikməti klassik dilimizdə Nəsimidə; Dil bazarçısı yalandır varmazam bazarına, Gerçək olmaz əgridil-inanmazam iqrarinə. (150,II): və s .

Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlər digər tabesiz mürəkkəb cümlələr kimi  iki hissədən ibarət olur. Səbəb nəticə -tabesiz mürəkkəb cümlələrin tərkib hissərin birincisində  ifadə olunan fikir ikicisindən irəli sürülən fikir üçün-səbəb, ikincisində deyilən fikir birincisindəki fikir üçün  nəticə məzmununa malik olur: Səbəb - nəticə əlaqəsini ifadə edən tabesiz mürəkkəb cümlənin komponentləri arasında bağlayıcılar sadəcə olaraq intonasiya ilə əvəz olunur. Sadə cümlə məntiqə uyğun olaraq elə sıralanır ki, bir qayda olaraq birinci tərəf ,öz nəticəsini ikinci cümlədə tapmış olur. Məs. Bir qiyamət savaş oldi meydan dolu baş oldu, Qiyamətin bir günü oldu nökər bəəydən ayrıldı(D.Q); Əgərçi kim ərəb dili bilməzlər, ixtiyarsız anlardan fəryad çıxar (Ş.S.T):        

Lakin Ə.Dəmirçizadə “Dədə-Qorqud” dastanlarının sintaktik qurluşundan bəhs edərkən,ümumiyyətlə  dastanların dilində  aydınlaşdırma, bölüşdürmə və zaman əlaqəsinin daha çox üstünlük təşkil etdiyini qeyd edir.                                Azərbaycan klassiklərinin dilində  birləşdirmə bağlayıcılı tabesiz mürəkkəb cümlələrlə   tez – tez qarşılaşırıq. Xüsusi olaraq qeyd etmək isterdik ki, əgər “Kitabi-Dədə Qorqud” dastanında Məs: (K.D.Q, Şeyx Səfi, Şüədanamə və s.) ,“Kitabi-Dədə Qorqud” Marə bazırganlar, bu ayğırı və  dəxi bu yayı və bu  gürzi man1a verin1  (72);Tanrı təala buyurur:  “Ya eyyühar-rüsülü külu minətteyyibatin minətteyyibati və`məlu salihən” “Övliya təhtə qubadi, la yə`rifühüm ğeyri”137–anlar  hanğırdurlar və olamı kim, anlar dəxi özlərivə li siğınmayanlar?(Ş.S.təzkirəsi,137);Gözün apardı könüli əyandir, Və liykən qaşlarun sahibqrandur. Nəsimi yarə ulaşdı, nə düşdü münkirə kim,Tutuşdu yürəyi yandı, (289,220, I); Al və yaşıl geindi , Ağ ləçəyi sərpə saldıdağlar (X,10);Yardan ayru olmuşam biçarə mən, Kuhi səhralarda həm avarə mən (X, 138) və s.

Araşdırma zamanı bağlayıcılı, bağlayıcısız və intonasiya vasitəsi ilə düzələn tabesiz mürəkkəb cümlələr hələ qədim dövrlərdə ana dilimizdə geniş yayılmışdır. Müasir Azərbaycan dili nöqteyi-nəzərindən normal sayılan və kəmiyyətcə çox olan bağlayıcıların  bir çox qismi tarixən abidələrin,  klassiklərin dilində o qədərdə geniş və səlis şəkildə istifadə edilməmişdir. Lakin buna baxmayaraq şairlərin və abidlərin  dilində tabesiz mürəkkəb cümlələr  əlaqə vasitələrinə, tərəflərinin qrammatik məna əlaqələrinə görə də müəyyən inkişaf səviyyəsindədir. Eyni zamanda tabesiz mürəkkəb cümlələrin tərkib hissələri  bir-biri ilə müxtəlif əlaqə tipləri ilə birləşərək, mürəkkəb bir bütövlük əmələ gətirmişlər. 

Q. Kazımov  Müasir Azərbaycan dili (Sintaksis) əsərində qeyd edir ki, tabesiz mürəkkəb cümlələri iki və daha artıq sadə  cümlənin məna və qrammatik cəhətdən bərabər hüquq  əsasında vahid bir tam kimi birləşməsi  yolu ilə əmələ gələn sintaktik vahiddir və tabesiz mürəkkəb cümlələrin  səciyyəvi quruluş xüsusiyyətləri vardır. Çox zaman tərkib hissələrində bir paralelik olur; bu xüsusiyyət atalar sözləri və məsəllərdə özünü göstərir. Məs: Xalq qız alır-quda qazanır, mən qız aldım, qada qazandım; Xalq gedir quş gətirər, Xanalı bayquş gətirər və s. Eyni zamandaalim vurğulayır ki, belə cümlələr üçün komponentlərdən ikisinin  və ya hər ikisinin natamamlığı, yarımçıqlığı, cümlənin ümumi mənası əsasında bərpa oluna bilməsi də səciyyəvi hallardandır. Rəhmət yazana , lənət pozana və s.

Klassik şairlərin dilində tabesiz mürəkkəb cümlələr digər mürəkkəb cümlələrdən öz spesfik əlamətlərinə görə fərqlənir. Tabesiz mürəkkəb cümlələr  atalar sözləri, məsələr,  xalq deyimlərində xüsusiyyət və üstünlük təşkil etsələr də ədəbi dilə yansıtmışlar. Qeyd etmək olar ki, klassiklərin dilində tabesiz mürəkkəb cümlələrin məna əlaqələrinin sıx-sıx işləndiyini  görürük, lakin bəzi əlaqələrin demək olar ki,  nadir işləndiyinin şahidi oluruq.

Bu günə kimi Azərbaycan dilində tabesiz mürəkkəb cümlələr haqqında , Əfşarın “Fənni-sərfi-türki” əsərində, Ə.Dəmirçizadənin”Mürəkkəb cümlələr” (1947), H.Bayramovun “Müasir Azərbaycan dilində tabesiz mürəkkəb cümlələr” (1960), H.Mirzəzadənin “Azərbaycan dilinin tarixi sintaksis”(1990), Q.Kazımovun V cillidlik,Seçilmiş əsərində (2009) və s. əsərlərində geniş tədqiqatlar aparılmasına baxmayaraq həmişə dilçilərin maraq obyektində olacaq.

 

Ədəbiyyat və istifadə olunmuş ilk mənbələr:

1. Abdulayev Ə.Z.. Y. M. Seyidov, A. Q. Həsənov. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, 1985, 464, s 298

2. Dəmirçizadə. Ə. “Kitabi-Dədə Qorqud” dastanın diliBakı. 1999,səh.  116)

3. Dəmirizadə.Ə. Mürəkkəb cümlələr, Azərbaycan məktəbi jurnalı. Bakı, s55, 1947.

4. Kazımov.Q. Müasir Azərbaycan dili (Morfologiya). Bakı, Elm-Təhsil, 2010, 400 s. s-4)

5. Mehdiyeva . S.Yazılı dastanların dili. Bakı, “Elm” 1991,  s-132.                

6. Tağızadə.Z. Müasir Azərbaycan dilinin sintaksisi. APİ nəşriyyatı. Bakı, 1960.

7.Виноградов В.В. Основныу вопросы синтаксиса предложения. Вопросы грамматического строя, АН СССР, Москва, 1955, c. 430-431)

8. Ромьандева.Е.И.  Синтаксис  мансийского (вогулъского)  языка. Изд.. «Наука» Москва. 1972 s/ 128

9.Kitabi Dədə Qorqud. Tərtib, transkrisiya, sadələşdirilmiş variant və müqəddimə. Fərhad Zeynalov, Samət Əlizadə. “Yazıçı” 1988, səh-263

10.Şah İsmayıl Xətai. “Dəhnamə”, Tərtib edən:H. Araslı. “Gənclik”, 1977 səh -118

11.Şeyx Səfi təzkirəsi. Tərtibçilər və nəşrə hazırlayanlar: Möhsün Nağısoylu, “Nurlan”, 2010 səh-933.

 

Birləşdirmə və səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrin

semantik-üslubi özəllikləri.

(XIII- XVI ilk mənbələr əsasında)

 Azərbaycan dili zəngin ədəbi dil ənənələrinə malik öz soy-kökü üzərində inkişaf etmiş bir dildir. Xalqımızın çoxəsirlik yaradıcılıq  xalq yaradıcılığı nümunələrimiz, ümummən   ədəbiy­yatı­mız  xalqımızın özü ilə həmyaşıtdır.

Azərbaycan şifahi xalq ədəbiyyatı, Azərbaycan xalqının tarixi ilə üzvü sürətdə bağlı zəngin mədəniyyət irsidirsə, XII-XIII əsrlərdə formalaşmış olan  Azərbaycan yazılı ədəbi dili bundan  sonra yaradılmışdır. Dil tarixiçisi Ə.  Dəmirçizadənin qeyd etdiyi kimi, başlanğıc mərhələdə  Azərbaycan yazılı ədəbi dili üslub silsiləsində qurulmuş  həm də burada nəzm, şeir dili əsas yer tutmuş və belə yazılı ədəbi dil ümumiləşmiş , hətta qanuniləşmiş dil sayılmışdır. Mürəkkəb cümlə dilin qrammatik quruluşunda  mürəkkəb struktur formadır, həm də ilkin formalardan deyil, sonrakı inkişaf proseslərinin  nəticəsində meydana gələn dil, nitq faktıdır.  Şifahi xalq ədəbiyyatının dilində ümumən  mürəkkəb cümlənin, eləcə də tabesiz mürəkkəb cümləyə nisbətən tabeli mürəkkəb cümlələr daha genişdir.

Açar sözlər: Azərbaycan dili, XIII-XIV əsr, tarixi , səbəb-nəticə

 

Семантико-стилистические особенности сложносочинённых предложений, выражающих соединительные и причинно-следственные отношения

(на основе ранних источников XIII-XVI в.в.)

Резюме

Азербайджанский язык, развившийся на своей исконной основе, обладает богатыми традициями литературного языка. Образцы многовекового народного творчества и в целом наша литература является ровесником нашего народа.

Азербайджанское устное народное творчество является богатым культурным наследием, органично связанным с историей азербайджанского народа, а азербайджанский письменный литературный язык, сформировав­шийся в XII-XIIIв.в. развился позже. Как отмечает историк языка А.Демир­чи­заде, начальный этап данного процесса был основан на том, что азер­байджанский письменный литературный язык был составлен из цепи стилей. На данном этапе главенствующее положение занимало стихосложение, язык стиха и этот письменный литературный язык был обобщен и стал оцениваться как узаконенный. Сложное предложение – это сложная структурная форма в грамматической структуре языка и причем не является начальной или первичной, а есть результат дальнейшего процесса развития языка, фактом речи. В образцах устного народного творчества более широко употребительны сложные предложения, причём сложноподчинённые более распространены, чем сложносочинённые.

Ключевые слова: азербайджанский язык, XIII-XIVв.в., исторический, причина-следствие

 

 Semantic-Stylistic Pecularities of Coordinating and Cause-Effect Compound Sentences

(Based on XIII-XVI initial sources)

Summary

Azerbaijani language developed on its own root has rich literary language traditions. Century-old activity of our people, fok-lore samples, genereally our literature is the same age with our nation.

If the azerbaijani folk-lore is the rich cultural heritage being integral part of the history of azerbaijani people,  azerbaijani written literary language formalizing in XII-XIII centuries has been originated after this.   As mentioned by language historian A. Damirchizadeh, in the begining stage azerbaijani written literary language was considered as a language built on stylistic succession as well as total, legal language mainly consisting of poetry, lyrical language.Compound sentence is the complex structural form in the grammatical structure of the language, even it is the case of language and speech that originated in succeeding development processes not being of initial forms.  Complex sentences take great place in the language of folk-lore, generally among the sentences than compound sentences. 

Key words: Azerbaijani language, XIII-XIV centuries, historical , cause-effect

 

Rəyçi: fil.üzrə fəl.dok.Firuzə Paranci


Babayeva Samirə

KOMMUNİKATİVLİYİN MİNİMAL VAHİDLƏRİ HAQQINDA

Sosial-psixoloji tədqiqatlarda dil işarələrinə üç aspektdən yanaşılır. Birincisi, işa­rələr gercəkliyin inikasıdır və bu, semantik səviyyədə ayırma ilə müəyyənləşir. İkincisi, işarələrin öz aralarında əlaqə və münasibətləri vardır. Bu, sintaktik səviyyəni əhatə edir. Üçüncüsü, işarələr mənaca mənimsənilir. Bu, praqmatik səviyyədir. Dil vahidi məzmu­nun ifadə olunmasını gerçəkləşdirir.

Məzmun kompleks planda formalaşır. Yəni dilin vahidləri bir-biri ilə əlaqələnərək məzmunu əmələ gətirir. İnformasiya predikasiya nəticəsində nisbi tamlaşır. Nisbi bitmiş məzmun kommunikasiyanı başa düşülən edir. Söz, söz birləşməsi, cümlə dil vahidləridir. Bu vahidlərdən birinci ikisi ayrılıqda predi­kativliyə malik deyildir. Ona görə də onların daşıdığı informasiya natamamdır.

Leksik vahidin mənası adlandırma və ya nominasiya məqsədi daşıyır. Söz birləşməsi iki və daha artıq sözdən təşkil olunduğundan onun daşıdığı informasiya sözdəkindən böyük­dür. Söz birləşməsi nisbi yüksək tərtib nominasiya məqsədi daşıyır. «Əjdər» və «inək» leksik vahidlərdir. Birinci şəxsi adlandırma, ikinci isə heyvanı adlandıran vahiddir.

Bu, ilkin nominasiya ilə müəyyənləşir. «Əjdərin inəyi» söz birləşməsi ikinci nominasiya nəticəsində formalaşır və tərkibdəki sözlərin ayrılıqdakı mənalarını müəyyən xətt üzrə genişləndirir. Birləşmə inəyin Əjdərə məxsus olması faktını ortaya qoyur. Faktın formalaşmasında dilin qrammatik vasitələri - yiyəlik hal və mənsubiyyət şəkilçiləri iştirak edir.

Qrammatikanı öyrənərkən, yalnız qrammatik formaların tədqiq edilməsi ilə kifayətlənmək düzgün deyildir. Bu formaların nitqdə işlənməsi, onların bir-biri ilə qarşılıqlı əlaqəsi, həmin formaların ətrafında istifadə olunan leksik vahidlərin nəzərə alınması da vacibdir. Ətrafdan asılı olaraq formanın mənası və funksiyası da dəyişir. Qrammatik forma ilə işlənən leksik vahidin mənası ümumi mənaya təsir göstərərək onu əhəmiyyətli dərəcədə dəyişir.

Söz birləşməsi predikativin artırılması ilə cümlə səviyyəsində tamamlanır: Əjdərin inəyi var. Cümlə kommunikasiya prosesində nisbi bitmiş informasiyanın ötürülməsini gerçəkləşdirir.

Nitq aktı müəyyən mühitdə və konkret məqsədlə danışan tərəfindən adresata yö­nəl­miş söyləmin deyimindən ibarətdir. Belə ki, nitq aktlarının yerinə yetirilməsi nəticəsində danışan dinləyənin öz fikrini, əqli və ya psixoloji vəziyyətini dəyişməsi üçün müəyyən təsirlər göstərir.

Dilin insanlar arasında ən vacib ünsiyyət vasitəsidir.  Dil­çi­likdə «kommunikasiya», «dilin kommunikativ funksiyası» terminlərindən geniş istifadə edilir [1, 115-116]. Belə olan halda ünsiyyətin də öz vahidləri olmalıdır. Müasir dilçilikdə kommunikativ vahid anlayışı qəbul edilmişdir.

Kommunikativ vahid nitq səviyyəsinə aid edilir. Cümlə və cümlədən böyük sintaktik vahidlər həm mətnin, həm də  kom­mu­ni­kasiyanın vahidləridir. Cümlə dilin kiçik vahidlərinin bir-biri ilə əlaqələnməsi prose­sində formalaşırsa, ünsiyyət prosesində nisbi bitmiş fikir kommunikativ minimumlara parçalanaraq ötürülür. Söyləm məhz belə bir minimal vahiddir.  

F.V.Veysəlli yazır: «Cümlənin leksemlərdən (sözlərdən) ibarət olması və leksem­lərin də (sözlərin) daha kiçik söyləmələrdə -sintaqmlarda qruplaşması artıq qəbul olun­muş aksiomdur. Dilçilik ədəbiyyatında sintaqmın müxtəlif açılışı var. F.de Sössür hər cür dil vahidlərinin sintaqmatik oxda birləşməsini sintaqm adlandırırdı. Şerba məktəbi isə sintaqm danışıq aktında yaranan, fonetik və qrammatik cəhətdən bölünməz konkret məna daşıyan vahid kimi dəyərləndirir. Məsələn, //Dünəndən bəri/ ara vermədən yağan yağış/ yalnız bu gün kəsdi// Göründüyü kimi, cümlə 3 sintaqma bölünür» [2, 167-168].

Söyləm intonasiyaya görə də təyin edilir. Bu cür təyinetmədə söyləm nitqin məna bütövlüyünə malik ritmik bölümlərindən ibarət olan fonetik vahiddir. Belə olduqda cümlənin söyləmlərə parçalanmasının fərqli formaları aşkara çıxır. Bizim fikrimizcə, minimal vahid kimi söyləm nitq prosesində ayrılan və bir ritmik bölgüdə birləşən vahiddir. 

«Sürüklənən:

-Sənə qurban olum, Nəcəf! -deyə yenə maşının yanında dayanana yalvardı. - Ətağa cəddi bilməmişəm...

Fuad, "Qorxaqdır, - deyə düşündü, - elə ona görə də satqındır. Lap yəqin kimisə satıb, bunlar da indi cəzasını verəcəklər".

Onu dartıb lap maşının qapısına yaxınlaşdırmışdılar.

-Sənə qurban olum... - O, bəm səslə yalvarırdı, görünür, qışqırıb haray qal­dır­maqdan qorxurdu. Həm də kim idi gecənin bu vaxtı harayına çatan. İmdadına yetən olsa da, yetən yetənə kimi bunun işini bitirərdilər. O da başa düşürdü vəziyyəti, maşının qa­pısında dayanan Nəcəf adlı adama yalvarırdı, görünür, burada böyük həmin o Nəcəf idi.

Nəcəf:

-Yaxşı, mumla, oğraş! - dedi. - heç olmasa gəbərəndə kişi kimi gəbər!

-Nəcəf, anam yazıqdır e...» (Anar. Macal).

Verilmiş nümunə xarakterinə görə həm müəllif nitqini, həm daxili nitqi, həm də dialoji nitqi özündə birləşdirilir. Birinci söz (sürüklənən) müəllif nitqinə aiddir.

Burada kommunikativ məqsəd oxucuya kimin danışması haqqında məlumat verməkdir. Bundan sonra mətndə pauza əmələ gəlir. «Söyləm ünsiyyətdə danışığın aktuallaşmış ən kiçik vahididir. Söyləmdə intonasiyanın əsasında duran bir bütövlük mövcuddur. Söyləm iki fasilə arasında gələn danışıq parçasıdır» [3, 119]. Qeyd edilən cəhət, yəni iki nitq parçası arasında pauza özünü aşkar göstərir.

 Müəllif nitqindən sonra kommunikasiya aktının iştirakçısının nitqi aktuallaşır. O, kommunikasiyanın digər iştirakçısına müraciət edir (Sənə qurban olum, Nəcəf!). Kommunikantın replikası iki söyləmə parçalanır:

 1) sənə qurban olum;

2) Nəcəf!  Əgər cümləni dəyişib «Sənə. Sənə qurban olum, Nəcəf!» şəklinə salsaq, onda cümlədə üç kommunikativ vahid əmələ gələcəkdir: 1) sənə; 2) sənə qurban olum; 3) Nəcəf! Ritmik bölgünün pozulması söyləmlərin sayının artmasına səbəb olur.

 Nümunədə kommunikantın birinci nitq aktından sonra müəllif nitqi və yenidən eyni kommunikantın nitq aktı aktuallaşır. «-Sənə qurban olum, Nəcəf! - deyə yenə maşının yanında dayanana yalvardı. - Ətağa cəddi bilməmişəm...». Müəllif nitqini söyləm səviiyyəsində belə parçalamaq olar: 1) deyə; 2) yenə; 3) maşının yanında dayanana; 4) yalvardı. Göründüyü kimi müəllif nitqində dörd söyləm yer alır. Söyləmə ayırma mürəkkəb prosesdir. İlk baxışdan belə görünür ki, «deyə yenə» bir ritmik bölgünü əhatə edir. Lakin semantik bağlılıq nəzərə alındıqda «deyə» və «yenə» arasında pauzanın mövcudluğu hiss olunur. «maşının yanında» və «dayanana» sözlərini ayırmaq fikri də ortaya çıxır.

Lakin semantik planda informasiya «maşının yanında dayanana» birləşməsini bir söyləm kimi qəbul etməyin doğruluğunu təsdiq edir. Cümlədəki «maşının yanında» və «dayanana» sözlərini bir-birindən ayırmaq məzmun planından məqbul deyildir.

 Bunun müqabilində «yalvardı» söz-formasını və ya predikatını ayırmaq mümkündür. Onu da qeyd edək ki, «maşının yanında dayanana yalvardı» bir söyləm təsiri də buraxır. Lakin söyləmin söz dərinliyi artdıqca onun minimal vahidlik funksiyası zəifləyir.

Söz sayının çoxluğu həm ritmik bölgü prinsipi üzrə informasiyanın canlan­dırılmasında, həm də canlandırılan informasiyanın qəbulunda çətinlik törədir. Ümu­miyyətlə, ritmik qrupun sərhədini həmişə asanlıqla müəyyənləşdirmək olmur. Bu sərhəd həm də subyektiv amildən asılıdır. Bütün bu cəhətlər kommunikasiya prosesində həm minimal kommunikativ vahiddən, həm də digər kommunikativ vahidlərdən danışmaq tələbi ortaya çıxır. «Kommunikativ aspekt nitq fəaliyyəti ilə bağlıdır. «Kom­munikativ» terminin iki mənası mövcuddur: konretləşdirici kommunikativ; praqmatik və kom­munikativ-sintaksis. Kommunikativ-praqmatik aspekt-nitq aktından, nitq hərəkətindən ibarətdir.

Nitq aktının tiplərinə aiddir: konstatasiya, sual, xahiş, emosional ifadə və s. Kommunikativ-sintaktik aspekt həm dil, həm də nitqə aiddir. Söyləm də kommunikativ sintaksisin vahididir. Söyləm nitqin kəsiyidir, bir prosesi icra edir»[3, 119].

Tədqiqatçıların fikrinə görə, minimal kommunikativ söz-cümlədir. «Söz cümlələr öz məzmunu etibarilə ya təsdiq, ya inkar, ya razılıq, ya narazılıq, ya da əvvəlki fikrə ümumi şəkildə modal qiymət verildiyini bildirir. Öz leksik tərkiblərinə görə bunlar təsdiq və ya inkar bildirən bəli, xeyr, yox, hə, əlbəttə, şübhəsiz, sözsüz, yaxşı, bəlkə, təbii, əsla, qətiyyən, heç və s. kimi ədat və modal sözlərdən, ya da nidalardan ibarət olub, daha çox dialoq nitqində cavab və sual replikalarında da və ya monoloq nitqi çərçivəsində işlənir və nida intonasiyası ilə deyilir»[4, 284].

Kommunikativlərin üç əsas tipi vardır: 1)modal cavab və sual söz-cümlələri; 2) emosional qiymətləndirmə söz-cümlələri; 3) təhrikedici söz-cümlələr. Yuxarıdakı nümunədə bu tipli vahidlər də qeyd alınır. Məsələn, «Yaxşı, mumla, oğraş!» nitq aktında üç kommunikativ vardır və hər üç kommunikativ söyləmdir. «Nəcəf, anam yazıqdır e…» nitq aktında sondakı «e» kommunikantın nitqinin yarımçıq kəsilməsinin göstəricisi olmaqla yanaşı, həm də söyləm funksiyasını yerinə yetirir.

Deməli, söyləm konkret məna daşımayan vahid də ola bilər. Mətnin kommunikativ funksiyası mətndaxili əlaqələrlə sıx bağlıdır. Mətndaxili əlaqəlilik məhz bu əlaqəliliyi təmin edən leksik, qrammatik vasitələrin müxtəlif funksiyaları hesabına həyata keçirilir. Mətndə semantik və formal amillər arasında qarşılıqlı münasibətlər, nəticə etibarilə, mətnin ümumilikdə kommunikativ planda daha adekvat şəkildə başa düşülməsi üçün geniş imkanlar açır.

Mətnin başa düşülməsi problemi mətnin mənası anlayışı ilə üzvü surətdə bağlıdır.

Bu məna, potensial olaraq, mətndəki dil vahidlərində mövcuddur və faktiki formal vasitələrin işlənmə məqamları ilə aktuallaşır. Lakin mətndə heç də bütün informasiya həmişə dil vahidlərində öz eksplisit ifadəsini tapmır, çünki hər-hansı bir mətn mətn ötürücüsü mətn qəbuledicisinin müəyyən mədəniyyət çərçivəsində yaşayan şəxslərin nisbətən eyni dərəcədə malik olduqları fon bilikləri ehtiyatı var.

Nitqdə söyləm situasiyadan asılı olaraq yarana bilir. Bu halda söyləm situasiya hesabına məna qazanır. Nitqin situasiyadan asılılığı konsituasiya adlandırılır.  Mətn dil elementlərinin birliyi, konsituasiya isə dil və dildənkənar elementlərin birliyidir. Konsituasiya mətnlə birgə söyləmin məna ünsürlərini genişləndirir.(5: 39)

Spesifik kommunikativ vahidlərin praqmatik mövqedən öyrənilməsi bir sıra kon­kret məsələlərin həllini tələb edir. Həmin məsələlər aşağıdakıları əhatə edir: 1) hökmün aşkar və gizli məqsədlərini danışanın kommunikativ məramını aşkara çıxarmaq; 2) xüsusi kommunikativ vahidin meydana çıxmasının praqmatik presuppozisiyasının təsviri; 3)replikaları praqmatik uzlaşma xüsusiyyətlərinin izahı; 4) hökmün adresata təsir xarakterinin araşdırılması.

Kommunikativlərin daha geniş təsnifatında predikativlik kateqoriyasını ifadə et­məyə görə qruplaşdırmaq aparılır. Eksplisit predikativliyə malik olanlar (paradiq­mativ­lər), impilist predikativliyə malik olanlar (sintaqmativlər), həm eksplisit, həm də impilisit predikativliyi olanlar (fuzivlər), nə eksplisit, nə də impilisit predikativliyi olanlar (kommunikativlər) bir-birindən fərqləndirilirş. Semantik planda sentensoidlər absolyutiv və relyativlərə bölünür.

Kommunikativlər və natamam hökmlər arasında əsaslı fərqlər vardır. Kom­mu­ni­kativlər tərkib hissələrinə parçalanmayan qeyri-predikativ hökmlər olub adresatın sub­yektiv sferasına aid müxtəlif modus mənaları ötürür. Natamam hökmlər sintaktik parçalanan quruluşlardır.

Konstruktiv planda hökm üzvlərinin sintaqmatik zəncirinin qırılması özünü göstərirsə, semantik planda qeyri-verbal mənanın, modus və ya sətiraltı konnotasiyanın mövcudluğu üzə çıxır. Prosodik baxımdan, natamam hökmlər xüsusi intonasiya quruluşu ilə seçilir.

Kommunikativ niyyətin, nitq intensiyasının eyniliyi sinonim kommunikativlərin oxşar konsituasiyada tətbiqinə, onların kommunikativlərin sinonim cərgəsi kimi, cavab replikasını təşkil etməsinə imkan verir. Bəzən sinonim cərgə elementlərin sıradaxili düzülüşünü dəyişmək mümkün olmur. Məsələn, «hə» kommunikativi sırada birinci mövqedə daha çox müşahidə olunur.

Nitq prosesində iştirak edənlər arasındakı dialoqda onların bir-birinin fikri ilə razılaşması və razılaşmaması halları baş verir. Hər iki hal nitqdə müəyyən yollarla və vasitələrlə gerçəkləşir. Razılaşmamaq nitq aktı ünsiyyət zamanı müəyyən qrammatik və leksik vasitələrin köməyi ilə ifadə olunur. Razılaşmamaqı ifadə edən qrammatik vasitələr model və xüsusi quruluş şəklində cümlədə birləşir.

Onların köməyi ilə ünsiyyət zamanı danışan bu və ya digər hadisə ilə bağlı özünün narazılığını bildirir. Bu cür modellər və quruluşlar hazır qəliblər, klişelər şəklində olur.

Onların qrammatik forması dildə hazır formadadır. Belə hazır qəliblər kommunikativliyin minimal vahidləri sayılır və onlar həm də söyləmlərdir.

C.Serl nitq aktını üç səviyyəyə ayırmış və əsas diqqəti «illokutiv akt» üzərində cəmləmişdir. Onun fikrinə görə illokutiv akt fərdin müəyyən frazanı tələffüz etmək, canlandırmaq fəaliyyətidir[6, 29].

 Dialoji nitq fəaliyyəti zamanı şəxs onunla ünsiyyətdə olanı inandıra bilər, ondan xahiş edə bilər, ona məsləhət verə bilər, onu günahlandıra bilər və s. İllokutiv aktın məzmun formaları, onun tərəflər arasındakı hansı münasibətə xidmət etməsi formaları, növləri müxtəlifdir. Belə təsnifatın aparılması çətindir[7, 30].

İllokutiv aktları fərqləndirə biləcək linqvistik parametrlərin sayı on ikidən çoxdur. Onlardan ən əhəmiyyətli olanları illokutiv məqsəd (illocutionary point), uyğunlaşmanın istiqaməti (direction of fit) və psixoloji vəziyyətin ifadəsidir.

Bu üç anlayış illokutiv aktların əsas sisniflərini ayırmağa imkan verir. İllokutiv aktların bazis növləri beşdir: reprezentativ (və ya asertiv), direktiv, komissiv, ekspressiv, deklarasiya. İllokutiv məq­sədi danışanın dinləyəni müəyyən fəaliyyəti təhrik etməyə yönəlmiş hökmlər direktiv­lərdir. Dinləyəni deyil, danışanın hansısa gələcək fəaliyyəti həyata keçirməsi öhdəliyinin qoyulmasına istiqamətlənmiş illokutiv aktlar komissivlər adlanır. Komissivlərə müxtəlif andlar, vədlər aiddir. İllokutiv məqsədi ümumi vəziyyətin həqiqiliyi şəraitindəki psixo­loji vəziyyəti ifadə edən hökmlər ekspressivlərdir.

İnformasiyalar nəzəriyyəsi məlumatın mahiyyətini, onun ötürülmə və qəbul olunma vasitələrini, ötürülmə ilə qəbul prosesi arasında informasiyaya onun adekvat qavranıl­masında mane olan cəhətləri, informasiyanın izafiliyini və digər məsələləri öyrənir. Dilin hər bir vahidi özündə müəyyən informasiya dayşıyır. Bu informasiyanın həcmi dil vahidinin parametrlərindən asılıdır [8, 8].

Kontekstləşdirici informativlik subkodlaşmış və kontekstləşmiş açarlar şəklində üzə çıxır. Kontekstləşdirmə nitqin xəttiliyini təmin edir. Söyləmlər nitqdə xətti ardı­cıllıqla yerləşməlidir. Bu baxımdan söyləmin bir hissəsinin cümlənin əvvəlində, digər hissəsinin isə cümlənin başqa nöqtəsində yerləşməsi düzgün deyildir. Cümlə xətti şə­kildə yaradılır.

Cümlənin canlandırılması da bu cür xətti şəkildə gedir. Söyləmlərlə ötürülən informasiyanın tam dərki adresatın bu söyləmləri qavrayaraq onları birləş­dirməsindən asılıdır.  Kontekst adresatın mövzunun davamı ilə bağlı fikir və biliklərini fəallaşdırır, ünsiyyət modelini, tonallığını, yozumunu formalaşdırır. Nitq şəraitində informasiyanın azaldılması kommunikant üçün qeyri-müəyyənlik yaradır.

Bu isə infor­masiya miqdarı ilə nitq davranışı arasındakı qeyri-mütənasibliyə səbəb olur. Tipoloji informativlik struktur-sistem səciyyəlidir. Tipoloji informativlik diskursun məzmun planının zaman ölçüsünü, dilin diaxron və sinxron kəsimlərini ifadə edir, diskursiv təhlil zamanı üzə çıxır. Bu baxımdan söyləm diskursun da vahididir.

 

ƏDƏBİYYAT

1.Məhərrəmli Q. Kütləvi kommunikasiya və dil. Bakı: Çaşıoğlu, 2004,208 s.

2. Veysəlli F.Y. Dilçiliyin əsasları. Bakı, Mütərcim, 2013.

3. Aktaş H. Çağdaş türkcələrdə söyləm: Forma, semantika və funksiya// Filologiya məsələləri. N 2. Bakı Nurlan, s. 119-224

4. Müasir Azərbaycan dili. III h. -Bakı: Elm, 1981

5. Novruzova N. Mətn sintaksisi. Bakı, Təhsil, 2002

6 Серль Дж. Теория речевых актов. Москва, 1988,180 с,

7. Кобозева И.М. Теория речевых актов как один из вариантов теории речевой деятельности-Москва. Прогресс, 1986, -88 с, с.30

8. Гальперин И.Р. Информативность единиц языка.-Москва, Высшая школа, 1974-175 с. с.8

Açar sözlər: kommunikasiya, kommunikativ, söyləm, söz-cümlə, nitq aktı

Ключевые слова: cвязь, коммуникативный, высказывание, словосочетание, речевая единица         

Key words: communication, communicative, utterance, word-sentence, speechunit

 

                                                                                  SUMMARY

Communicative  minimal units

This article deals with the units of speech. Research and observation  show speech and communication units are different elements. Coherent speech in communication is divided into rhythmic groups that deliver information. Rhythmic group performs the function of utterance and becomes minimal communicative unit. In the speech material other communicative units can also be distinquished. One part of such unit and communication acts as an utterance.

 

РЕЗЮМЕ

Минимальные единицы коммуникации

    В статье рассматриваются единицы речевого процесса. Исследование и наблюдение показывают, что речевые единицы и единицы коммуникации явля­ются разными элементами. Связная речь в процессе коммуникации делится на ритмические  группы и с их помощью доставляется информация. Ритмическая группа выполняет функцию высказывания и становится минимальной  коммуни­ка­тивной единицы. Одна часть таких единиц выступает в качестве высказывания.

 

Rəyçi:  prof.N.M.Sadıqova

 

                      

                                                        

 

Yedgar Cəfərov

ONOMASTİK VAHİDLƏRİN TRANSLİTERASIYASI

 PROBLEMİ

 Onomastik vahidlərin, xüsusilə də şəxs adları və toponimlərin yerli dillərdən xarici, xarici dillərdən isə yerli dillərə düzgün transliterasiyası qloballaşma şəraitində müasir Azərbaycan dilçiliyininən aktual problemlərindən biridir.

Transliterasiya bir yazı sistemindəki hərflərin başqa yazı sisteminin hərfləri ilə verilməsidir. Qrafik transliterasiyanın 4 əsas tipi vardır: 1) bir qrafik elementin digər qrafik elementlə əvəz edilməsi; 2) bir qrafik elementin digər bir neçə qrafik elementlə əvəz edilməsi; 3) bir neçə qrafik elementin digər bir qrafik element ilə əvəz edilməsi; 4) bir neçə qrafik elementin digər bir neçə qrafik element ilə əvəz edilməsi.

Transliterasiya ilə transkripsiya arasında müəyyən oxşarlıqlar olsa da, bunlar mahiyyət  etibarilə fərqli anlayışlardır. Transkripsiya elmi-dilçilik məqsədləri üçün sözün yazılışının xüsusi vasitəsi, dilin qrafik, orfoqrafik normalarından asılı olmayaraq sözün bütün incəliklərinin mümkün qədər dəqiq verilməsindən ötrü tətbiq edilən yazı və işarələr sistemidir. Transliterasiya isə bir yazı sistemindəki hərflərin başqa yazı sisteminin hərfləri ilə verilməsidir.

Dillər arasında onomastik vahidlərin qarşılıqlı mübadiləsi zamanı baş verən uyğunlaşma məhz transliterasiya prosesidir. Müasir dövrümüzdə bu məsələ Azər­baycan dilçiliyi üçün xüsusilə mühüm əhəmiyyət kəsb edir. Təxminən iki əsrə yaxın müddət ərzində Rusiya imperiyasının tərkib hissəsi kimi rus dilinin dominant­lığı şəraitində yaşamış Azərbaycan xarici aləmlə, demək olar ki, bütün əlaqələri məhz bu dil vasitəsilə qurmuşdur. Bu gün dilimizdə işlənən Avropa mənşəli sözlərin, o cümlə­dən onomastik vahidlərin mühüm qismi məhz rus dili vasitəsilə, bu dildə trasnlite­rasiya mərhələsini keçdikdən sonra ana dilimizə daxil olmuşdur. 1939-cu ildən eti­barən Azərbaycanda kiril qrafikasının tətbiqi də Avropa mənşəli sözlərin ana dili­mizdə transliterasiyasının rus dilinin normalarına uyğunlaşdırılmasına böyük təsir göstərmişdir. Azərbaycan dilində xarici adlar səslənmə forması əsas götürül­məklə kiril qrafikasının hərflərindən istifadə edilərək yazılmışdır. Orijinal dili bilməyən tərcüməçilərin mətni rus dilindən Azərbaycan dilinə çevirərkən transliterasiyanı da rus dilindən olduğu kimi qəbul etmələri bu sahədə bir sıra səhvlərin yaranmasına səbəb olmuşdur.

Bir misalda, Perulu yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2010) Mario Barqas Yosa-nın (Mario Vargas Llosa) adı, ispan dilinin oxunuş qaydalarına görə Barqas Yosa şəklində olmalı ikən sırf rus dilinin dominantlığı səbəbindən Lyosa (rusca: Льоса) şəklində qeyd olunur. İspan dilinin bütün dünyada tənzimləyicisi olaraq qəbul edilən İspan dili Krallıq Akademiyasının (Real Academía Española) tərtib etdiyi lüğətə görə, /v/ hərfi bütün ispandilli ölkələrdə /b/ kimi oxunur. Eyni zamanda, 1803-cü ildən 1994-cü ilə qədər Akademiyanın ispan əlifbasında ayrıca hərf kimi qəbul etdiyi, lakin sonradan verilən qərarla ispan əlifbasından çıxarılmış “LL” diqrafı /y/ səsini ifadə etməkdədir. Bu baxımdan, həmin adın dilimizdə Lyosa kimi verilməsi yanlışdır [1].

Fransız yazıçısı, filosof Albert Kamünün adı da rusca Камю yazıldığına görə uzun illər Azərbaycan dilində Kamyü şəklində qeyd olunmuş, bu yanlışlıq yalnız son illər aradan qaldırılmışdır.

Portuqal yazıçısı Joze Saramaqonun adının dilimizdə bəzən Xose Saramaqo yazılması da bu qəbildəndir. Portuqal dilində José Saramago yazıldığı üçün bu ad transliterasiya zamanı bəzən ispan dilindəki José adı ilə qarışdırılaraq Xose şəklində təqdim edilir. Lakin yazılış eyni olsa da, portuqalca bu ad Joze olaraq oxunur və dilimizə bu şəkildə transliterasiya edilməlidir[1].

Başqa bir nümunə isə sovet dövründən Robun Qud adı ilə məşhur olan ingilis əfsanə qəhrəmanının adı ilə bağlıdır. İngilis dilində Robin Hood kimi yazılan bu ad sovet dövründə Azərbaycan dilinə Robin Qud kimi transliterasiya edilmişdir. Əslində isə ad Robin Hud kimi transliterasiya olunmalı idi. Çünki orta əsrlərdə əfsanəvi ingilis Robin Hud bütün mənbələrdə qarətçi-cəngavər, varlı adamlardan qarət etdiklərini kasıblara paylayan şəxs kimi göstərilir. Onun soyadındakı Hood sözünün çox mənaları olsa da, əfsanə qəhrəmanına yaraşan mənası cəngavərlərin başa geydikləri dəmir dəbilqədir. Göründüyü kimi, onu Qud kimi transliterasiya etməklə həm sözün, həm də personaj kimi qəhrəmanın pafoslu semantik xüsusiyyəti itmişdir.

Yaxud Sovet dövrünə aid tərcümə mətnlərindən dilimizdə Hemenquey kimi tanınan yazıçının ingilis dilindəki Hemingway adı Azərbaycan dilinə Heminqvey kimi transliterasiya olunmalıdır. İndiyə kimi tərcümə olunan bütün mətnlərdə yazıçının familiyası transliterasiyada yox, yanlış olaraq transkripsiyada verilmiş, ona görə də bu ad dilimizdə Heminquey kimi sabitləşmişdir.

İngilis dilində “double-u” (w) hərfi transliterasiyada v kimi, transkripsiyada isə müxtəlif vəziyyətlərdən asılı olaraq v, ua, ue, ui  kimi tələffüz olunur. Trans­kripsiyada onların hamısı ue, ui, yaxud ua diftonqları şəklində yazılır, transliterasiya isə bu diftonqları ayırır. Digər tərəfdən, sonrakı səsdən asılı olaraq “W” hərfi bəzən v kimi, bəzən ue kimi, bəzən də uaui kimi tələffüz olunur. Bütün bunlar trans­kripsiyanın işidir, lakin xüsusilə şəxs adlarının və toponimlərin transliterasiyasında bu məcburiyyət yoxdur. İngilis dilindəki William, Wilde və s. adlar da bu qəbildəndir və onlar Azərbaycan dilinə transliterasiya zamanı VilyamVayld kimi təqdim olunmalıdır.

Əcnəbi xüsusi adların dilimizə transliterasiyası zamanı rus dilinin təsiri nəticəsində yol verilən qüsurlarla yanaşı, öz məzmun və formasında yüksək milli potensial daşıyan bir sıra Azərbaycan onomastik vahidlərinin xarici dillərə rus dili vasitəsilə yanlış şəkildə transliterasiya edilməsi də o dövrün milli mədəniyyətimizə “qazandırdığı” problem­lərdən olmuşdur. Qərb mətbuatında hələ də Azərbaycan adının bəzən Azerbaidzhan , Gəncə adının Gyandzha, Gandja və s. Sumqayıt adının Sumgait, Gədəbəy adının Ge­da­bek kimi yazılması sovet dövründə bu sahədə yol verilmiş yanlışlıqların nəticəsidir [1].

1971-ci ildə İspaniyada nəşr olunan ingilisdilli qəzetdə Azərbaycanın Lerik rayonu ilə bağlı xəbərdə rayonun adının Lerika kimi qeyd olunması, 1977-ci ildə Moskvada “Proqress” nəşriyyatının Mirzə İbrahimovun redaktorluğu ilə ingilis dilində nəşr etdirdiyi “Azərbaycan nəsri” antologiyasının təqdimatında klassik Azərbaycan şairi Məhəmməd Füzulinin adının Mukhammed kimi təqdim edilməsi də bu yanlışlıqlara nümunə göstərilə bilər [2]. Qeyd edək ki, şairin adı indi də bəzi mənbələrdə düzgün transliterasiya edilmir. O, gah Muhammad bin Suleyman, gah Mahammad bin Suleiman, gah da Mohammad Füzuli kimi təqdim olunur. Eyni yanaşma İslam peyğəmbəri Məhəmməd Peyğəmbərin adının transliterasiyasında da özünü göstərir. Peyğəmbərin adı bəzən Mohammed, bəzənsə Muhammed kimi verilir[3]. Fikrimizcə, vahid forma Mahammad olmalıdır.

Həmin antologiyada Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayəsi də yer almış, yazıçının  familyası Mamedkulizade kimi yazılmışdır. Antologiyada digər bir sıra Azərbaycan şəxs adları, soyadlar, həmçinin coğrafi adlar da düzgün təqdim olunmamış, məsələn, Süleyman Rəhimov - Suleiman Ragimov, Əli Vəliyev - Ali Veliev, Hacıbaba Nəzərli - Gajibaba Nazarli, Məmməd - Mamed, Əbdülrəhim - Abduragim, Vəzir - Vezir, Ələkbərzadə - Alekperzade, Mehdi Hüseyn - Mekhti Gussein, Ənvər Məmmədxanlı - Mamedkhanli Enver, Qəzvin - Gazvin, İrəvan- Erivan, Culfa - Djulfa və s. kimi yazılmışdır. Bundan başqa, antologiyada Dədə Qorqud Dede Korkut kimi təqdim edilmiş, sonra isə ingiliscə izahı verilmişdir: Book of My Grandfather Korkut [3].

Azərbaycan müstəqillik əldə etdikdən sonra bu sahədə də vəziyyət xeyli dəyişdi. Müstəqil dövlət kimi beynəlxalq aləmə fəal şəkildə inteqrasiya olunan Azərbaycanda rus dilinin dominantlığı azaldı. Eyni zamanda, müxtəlif sahələr üzrə beynəlxalq əlaqələrin getdikcə güclənməsi dilimizdə əcnəbi xüsusi adların funksionallığını artırdı. Həm də xüsusi adların dilimizə artıq rus dili vasitəsilə deyil, orijinal mənbə dillərdən keçidi prosesi genişləndi. Cəmiyyətdə işgüzar dil kimi ingilis dilinin möv­qeyinin güclənməsi, milli informasiya məkanının qlobal informasiya mühitinə açıq­lığı, ədəbi-bədii mətnlərin, işgüzar sənədlərin və s. dilimizə birbaşa mənbədən çevril­məsi, həmçinin beynəlxalq sosial-iqtisadi, siyasi-mədəni əlaqələrin subyekti rolunda çıxış edən soydaşlarımızın, coğrafi ərazi vahidlərimizin, milli əmtəə nişan­larımızın timsalında Azərbaycan onomastik vahidlərinin qlobal çevrədə çox geniş funksionallıq qazanması adların qarşılıqlı transliterasiyası məsələsini daha da aktuallaşdırmış oldu.

Nəticə etibarilə, hazırda yalnız rus adlarının bu dildəki tələffüz formasında latın qrafikasının hərfləri ilə yazılmasına ehtiyac qalmışdır. Digər qrafikalı dillərə aid onomastik vahidlərin, eləcə də yer adlarının, ad və soyadların yazılışında isə rus dilinin norma kimi nəzərə alınmasına heç bir zərurət yoxdur. Bu onomastik vahidləri latın qrafikalı Azərbaycan əlifbasında olmayan müəyyən hərfləri müvafiq olanları ilə əvəzləməklə, olduğu kimi, orijinal, rəsmi yazılış formasında yaza bilərik. Eyni zamanda, Azərbaycan onomastik vahidləri də xarici dillərdə birbaşa ana dilimizdən transliterasiya edilməlidir.

Amma bu problemin həlli istiqamətində atılan addımlar, əfsuslar olsun ki, hələlik onun aktuallığına adekvat deyildir. Latın qrafikasının qəbulundan 24 ildən çox keçməsinə baxmayaraq indiyə qədər kiril əlifbasının mental dairəsindən və yazı qaydalarından tam ayrıla bilməmişik. Bu illərdə nə elmi-nəzəri mənbələrdə, nə dillə bağlı yaradılmış komissiyalarda xüsusi adların düzgün təqdim edilməsi ilə bağlı ciddi bir tədbir görülməmiş, müvafiq nəzarət mexanizmləri işlənib hazırlanmamışdır. Ona görə də tərcümə mətnlərində linqvistik baxımdan həm transliterasiya, həm də transkripsiya qaydaları kobud şəkildə pozulur, ədəbi dil normalarına xələl gəlir. Bu problem nəinki bədii tərcümə mətnlərini, habelə tarixi, elmi, siyasi, iqtisadi məzmunlu mətnləri də əhatə edir. Nəticədə xüsusi adların daşıdığı informativ məna yükü oxucuya yanlış çatdırılır. Bununla da həm ədəbi dil təhrif olunur, həm də orijinalda ifadə edilmiş milli kolorit pozulur, ya da zəif nəzərə çarpır. 

Əgər söhbət onomastik vahidlərin bədii dildə istifadəsindən gedirsə, məlum məsələdir ki, xüsusi adlar bədii əsərin strukturunda heç də həmişə yalnız semantik işarə kimi çıxış etmir. Eyni zamanda, semantik məzmununa, fonetik xüsusiyyətlərinə görə də müəyyən bədii və poetik informasiyanın daşıyıcısı rolunu oynayır. Xüsusi ad konkret personajı, həm də bütövlükdə ədəbi əsərin pafosunu müəyyən edir. Deməli, bu məqamda da adların başqa dilin hərflər sisteminə köçürülməsi problemini mütləq nəzərə almaq lazımdır.

Aparılan müşahidələr son onilliklərdə həm xarici mətbuatda, həm də yerli kütləvi informasiya vasitələrində dərc olunan materiallarda, rəsmi sənədlərdə, çapdan çıxan kitablarda, efir dilində onomastik vahidlərdən istifadə ilə bağlı qüsurların artdığını da göstərir.

Hazırda Azәrbaycan mediasında əcnəbi dillərdən alınma bir sıra termin söz bir­ləşmələr kimi müxtəlif onomastik vahidlər də gah ingilis dilindəki kimi, gah da Azәr­baycan dilinə transliterasiya variantında yazılır. Mәsәlәn, Human Rights Watch tәşki­latının adına indi yerli mediada hәm ingiliscә necә varsa, hәm dә Azәrbaycan dilindә tәlәffüz olunduğu formada (Hyuman Rayts Votç) rast gәlmәk mümkündür. Eyni sözü Freedom House tәşkilatı, The Washington Post, The NewYork Times qәzetlәri, BBC telekanalı haqqında da demәk olar. Bu adlar Azərbaycan kütləvi informasiya vasitə­lərinin bir qismində ingiliscә, digər bir qismində isə Fridom Haus, Vaşinqton Post, NyuYork Tayms, BiBiSi kimi yazılır. Bu cür variantlılıq hadisəsi, adı KİV‑dә tez‑tez hallanan yerli Space telekanalına da aiddir. Bu televiziya kanalının adı bəzən Speys kimi yazılır.

Türkiyə Respublikasının Prezidenti Rəcəb TayyibƏrdoğanın ad və soyadının Azərbaycan kütləvi informasiya vasitələrində ən azı on beş formada yazılması faktları da bu qeyri-normal vəziyyətə bir nümunədir: Rəcəb Tayyib Ərdoğan (az.apa.az, anspress .com, deyerler.org, ikisahil.com, azadliq.org); Rəcəb Tayyib Erdoğan (azadlıqradiosu  .az); Rəcəb Tayib Ərdoğan (deyerler.org, az.apa.az, bizimyol.az, azadliq.org); Rəcəb Tayip Ərdoğan (deyerler.org); Rəcəb Təyyub Ərdoğan (azadliq.org, qaynar.info); Rəcəb Təyyib Ərdoğan (azadliq.org); Rəcəb Teyyub Ərdoğan (mediaforum.az, azadliqradiosu.az, musavat.com,  deyerler.org); Rəcəb Tayyip Ərdoğan (az.apa.az, azadlıqradiosu.az); Rəcəb Tayyip Erdoğan (azhumanrights.az, icmal.az); Rəcəp Tayyip Ərdoğan (azadlıq.info–“Azadlıq” qəzeti, qafqazinfo.az,  merkez-az.com, xeber.azeri.net); Receb Tayyib Ərdoğan (xazar.tv); Recep Tayyib Erdoğan (bbc.co.uk/azeri); Recep Tayyip Erdogan (azadliqradiosu.az); Recep Tayyip Ərdoğan (qol.az) və s. Qeyd edək ki, Avropa və Amerika mətbuatında bu ad yalnız əlifbalarında olmayan “ğ” hərfi əlifbalarında olan “g” hərfi ilə əvəz edilməklə Recep Tayyip Erdogan kimi yazılır [4].

Bu gün Azərbaycan onomastik vahidlərinin xarici dillərə transliterasiyasında da ciddi problemlər özünü göstərməkdədir. Məsələn, uzun illərdən bəri beynəlxalq miqyasda ən çox istifadə edilən Azərbaycan toponimlərindən biri  - Qarabağ coğrafi adı ingilis dilində Karabakh kimi transliterasiya edilir. Bəzi mənbələrdə bu toponim Naqorniy Karabax, digərlərində isə Upper Karabakh kimi təqdim olunur. Bü cür təq­dimat qüsurlu və yolverilməzdir. Gəncə toponiminin xarici dillərə gah Genje, gah Ganja, gah da Genche, Naxçıvanın gah Nakhichevan, gah da Nakhchivan kimi trans­literasiya edilməsi də xarici informasiya mühitində xaotiklik yaradır və çaşqınlığa səbəb olur. 

Coğrafi adlar özündə yerin, yurdun, məmləkətin, millətin tarixini əks etdirir, çox
 vaxt qədim tayfa və nəsillərin məskunlaşdığı əraziləri nişan verir. Təbii olaraq, bu yanlışlıqlar da virtual məkanda milli sərvətlərin identifıkliyinə böyük zərbə vurur, gələcək problemlər üçün zəmin hazırlayır. Ona görə də
 yer adları düzgün transliterasiya edilməlidir ki, gələcəkdə bədxah qonşularımız bu faktlardan sui-istifadə hallarına yol verə bilməsinlər. Bu cür adlara müəyyən əlavələrin edilməsinə, yaxud onların tərcüməsinə əsla yol vermək olmaz.
 Belə adlar sadəcə transliterasiya ilə təqdim olunmalı, hətta yazılışında transkripsiyası da düzgün verilməlidir.

Oxşar xoşagəlməz meyillər Səməd Vurğun, Rəsul Rza, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə və b. görkəmli şair və yazıçılarımızın ad və soyadlarının müasir dövrümüzdə ingilis dilinə yenə düzgün transliterasiya edilməməsi hallarında da özünü göstərir: Samed, Efendiyev, Vakhabzadeh və s. Həmçinin islam dini və ümumiyyətlə, dinlə bağlı onomastik vahidlərin xarici dillərə transliterasiyasında yenə müxtəlifvariantlılığa yol verilir. Məsələn, tərcüməçilərin bir qismi Cəbrayıl mələk adını yanlış olaraq Gabriel, Əzraili isə Azrael kimi təqdim edir. Belə adların düzgün transliterasiyası ilə yanaşı, onların izahının da verilməsinə ehtiyac vardır.

Azərbaycan dilindəki xüsusi adların xarici dillərə transliterasiyası zamanı başqa bir problem də özünü göstərir. Belə ki, bəzi tərcüməçilər ad və soyadların Azərbaycan dilindən ingilis dilinə transliterasiyası zamanı ləqəbləri tərcümə edirlər. Məsələn, Qoç Koroğlu, Tülkü Qasım, Keçəl Həmzə, yaxud da Qara Tofiq,Dəli Domrul adlarındakı ləqəb və ayamaların hərfi tərcüməsi verilir. Beləliklə, dilimizdə “igid, cəsur” mənası daşıyan “qoç” sözünün ingilis dilinə “ram”, yaxud “dəli” sözünün “crazy, mad”, aid olduğu şəxsin hiyləgərliyinə işarə edən “tülkü” sözünün “fox”, “böyük”, mənası verən Qara ləqəbinin “black” olaraq tərcümə edilməsi kimi qeyri-normal vəziyyət yaranır. Əslində isə bu sözlərin hər birinin müsbət, yaxud mənfi mənada işlənməsinə diqqət yetirilməli, onların məna çalarları nəzərə alınmalıdır. Əks halda, təqdim olunan adlar düzgün dərk edilməyəcək, onlarla bağlı informasiyalar yanlış olacaqdır.

Müharibə şəraitində yaşayan, informasiya müharibəsinin subyekti kimi çıxış edən, öz milli həqiqətlərini dünyaya çatdırmağa can atan ölkənin dövlət dilinə aid onomastik vahidlərin, o cümlədən yer və şəxs adlarının xarici dillərdə yanlış anlaşılması tarixilik baxımından çox arzuolunmazdır.

Transliterasiya problemi hazırda dünyanın əsas məlumat mənbələrindən olan Vikipediya açıq ensiklopediyasının Azərbaycan bölməsində ana dilimizdə məqalə­lərin yerləşdirilməsi zamanı da müəyyən narahatlıqlar doğurur. Bir çox Vikipediya redaktorları latın qrafikasında yaradılmış digər Vikipediya bölmələrində olduğu kimi Azərbaycan bölməsində də əcnəbi adların olduğu kimi yazılmasına üstünlük verirlər. Lakin dilimizdə adların transliterasiyasıilə bağlı müəyyən qaydaların olduğunu və indiyə qədər hazırlanmış bütün məlumat kitablarında, ensiklopediyalarda bunun nəzərə alındığını əsas gətirən bir çoxları, eyni qaydalara Vikipediya mühitində də riayət edilməsini vacib sayırlar. Bu ikili yanaşma isə qarışıqlıqlara gətirir.

Bu problemlərin əsas səbəblərindən biri budur ki, onomastik vahidlərin Azərbaycan dilindən başqa əcnəbi dillərə, eləcə də əcnəbi dillərdən ana dilimizə transliterasiyası ilə bağlı normalar hələ tam sabitləşməmiş, bu sahədə ziddiyyətlər ortadan götürülməmişdir. Transliterasiya milli dillərin yazı qaydaları ilə  bağlı məsələdir. Hər hansı dilin yazı qaydalarının tərtibi zamanı orfoqrafiyamızdakı üç prinsipdən istifadə olunur: 1) fonetik prinsip; 2) morfoloji prinsip; 3) tarixi-ənənəvi prinsip[5, s. 62-63].

Fonetik prinsipə görə, söz dildə necə deyilirsə, elə də  yazılmalıdır: ata, ana, dağ, daş, it və s. Morfoloji prinsipdə söz və şəkilçilər dildə deyiliş tərzindən asılı olmayaraq vahid yazı qaydasına tabe olmalıdır. Belə ki, Azərbaycan dilində olan bir qrup sözlərin, məsələn, kənd-kənt, qənd-qənt, pələng-pələk, inək-inəh və s., eləcə də -lar, -lər cəm şəkilçilərinin -nar-nər, -dar-dər, zar-zər və s. kimi tələffüz olunmasına baxmayaraq onlar morfoloji yazı qaydalarına görə bir formada: kənd, qənd, pələng, inək, -lar, -lər kimi yazılmalıdır. Tarixi-ənənəvi prinsipə görə isə hər hansı bir dildə əgər söz tələffüzə uyğun deyilsə, bu zaman sözün tarixi mənşəyi və tarix boyunca ədəbi dildəki vəziyyəti nəzərə alınaraq yazılır. Azərbaycan dilində həm öz sözlərimiz, həm də başqa dillərdən alınan sözlər sırasında elə sözlər vardır ki, onlar inəx, çörək, baxt, feyil, radiyo, poyema, telfon və s. şəklində tələffüz olunsalar da, tarixi-ənənəvi prinsipə görə bunlar inək, çörək, bəxt, feil, radio, poema, telefon və s. kimi yazılmalıdır.

Dünya dillərinin orfoqrafiyasının tərtibində bu üç prinsipin rolu eyni deyildir. Rus dilində morfoloji prinsipdən, ərəb, ingilis, fransız dillərində tarixi-ənənəvi prinsipdən geniş istifadə olunur. Türk dillərində,xüsusilə də Azərbaycan dilində bu prinsiplər arasında ən demokratiki sayılan fonetik prinsipdən daha çox istifadə tarixi bir ənənədir. Uzun illər ərzində əcnəbi xüsusi adların ana dilimizə transliterasiyası da məhz bu prinsip əsasında həyata keçirilmişdir. 

Bu ənənənin müsbət cəhətlərini nəzərə alan bir çox dilçi alimlərimizin (A.Qurbanov, A.Axundov) mövqeyinə görə, alınma sözlәrin dilimizə transliterasiyası zamanı həm indi, həm də gələcəkdə məhz fonetik prinsipə üstünlük verilməli və adlar dilimizdə tәlәffüz edildiyi kimi yazılmalıdır [6].

Biz də bu mövqeyin tərəfdarıyıq ki, hər bir alınma sözün daxil olduğu dildəki uğuru onun nə dərəcədə ümumişləklik qazanmasından asılıdır. Hər hansı alınma sözün dil daşıyıcıları tərəfindən qəbul edilməsinin ən mühüm şərtlərindən biri isə o sözün daxil olduğu dilin qayda-qanunlarına mümkün qədər uyğunlaşmasıdır. Əks halda, həmin sözün o dildə ümumişləklik qazanmasını  çətinləşdirir. Həm də əgər ana dilinin nor­maları başqa dillərin qayda‑qanunları ilә qarışdırılsa və başqa dillərin assimilyativ təsirləri qarşısında dilimizin mövqeyi zəifləsə, bu zaman Azәrbaycan dili qloballaşma şəraitində inkişafdan qalmış olar.

Bununla belə, bu məsələdə tarixi-ənənəvi prinsipin tətbiqi mövqeyindən çıxış edənlər də vardır. Bu müddəanı müdafiə edən alimlərin (K.V.Nərimanoğlu və b.) mövqeyinə görə, məsələyə tarixi-әnәnәvi prinsiplə yanaşdıqda hansısa alınma sözün yazılışı ilә oxunuşu fәrqlәnә bilәr və belә sözlәrin oxunuşu dilin özünün tәbiәtinә uyğun fonetik tәrcümә olunmalıdır. Mәsәlәn, ingilis dilindә «x» hәrfi «ks» kimi, almanca isә elә «x» kimi oxunur. Bu hәrf Azərbaycan dilində də «x» kimi yazıla, amma oxunuşu fәrqli ola bilər. Hesab edilir ki, sözlәrin yazılışı ilә oxunuşunun elә dә fәrqlәnmәmәsi əhali arasında kütləvi savadsızlığın hökm sürdüyü XX əsrin 20-30-cu illәrindә daha çox zəruri idi. İndi isə cəmiyyətdə savadlı insanların sayının böyük üstünlük təşkil etməsi Azərbaycan dilində də yazılışı bir, tәlәffüzü fərqli şəkildə olan əcnəbi xüsusi adların yazılışı ilə oxunuşunun fərqləndirilməsinə, başqa sözlə, Türkiyə türkcəsində olduğu kimi Azərbaycan dilində də xarici dillərə aid onomastik vahidlərin orijinaldakı kimi saxlanmasına imkan verir [6].

Bu prinsipin tərəfdarı kimi çıxış edərək əcnəbi adların dilimizdə orijinalda olduğu kimi saxlanması zəruriliyini müxtəlif dəlillərlə əsaslandırmağa çalışanlar, dilçilik elmi ilə müqayisədə, publisistikada daha çoxdur. Belə müəlliflər hesab edirlər ki, məsələn,  orijinalda Stefan Zweig olan, dilimizdə isə daha çoxStefan Sveyq kimi sabitləşmiş yazıçı adı əlifbamızda olmayan w hərfinin əlifbamızda olan müvafiq hərflə əvəzlənməsi hesabına, əslində, Stefan Zveig kimi yazılmalıdır. Eyni zamanda alman, ingilis, fransız, amerikan mətbuatının italyan mənşəli Giovanni adını dəyişmədən verdiyini nəzərə alaraq biz də bu adı dilimizin qayda-qanunlarına uyğun Covanni kimi yox, məhz Giovanni kimi yazmalıyıq. Giovanni adının tərkibindəki bütün hərflər alman, ingilis, fransız, amerikan dillərinin əlifbalarında olduğu kimi, Azərbaycanəlifbasında da var. Eləcə də John adı Con olaraq yox, orijinaldakı kimi John yazılmalıdır. Çünki, məsələn, alman dilində “j” hərfi y” səsini versə də, almanlar buna görə JohnuDschon eləmir, eləcə John kimi yazırlar və s. Dilimizə rus dili vasitəsilə keçmiş bəzi ümumi və xüsusi isimlərin – məsələn, Moskva, problem, polkovnik və s. sözlərinin yazılışı zamanı məhz tarixi-ənənəvi prinsipin əsas götürülməsi bu fikrin tərəfdarlarının əsaslandıqları başlıca dəlillərdəndir[4].

Latın əlifbasında Shakespeare kimi yazılan soyadın bizim dildə Şekspir, məşhur çex alimi və reformatoru Jan Husun adının bir vaxtlar rus dilindən götürüldüyü kimi Yan Qus, Camusnun Kamyu, Churchillin Çörçil, I.S.Bachın İ.S.Bax, Condoleezza Ricein Kondoliza Rays, George Bushun Corc Buş, Richard Wagnerin Rixard Vaqner, Johann Wolfgang von Goethenin Yohann Volfhanq Höte, Gabriel Garcia Marquezin Qabriel Markes, Econun Eko kimi yazılması da bu tənqidçilər tərəfindən ironiya ilə qarşılanır və belə hallar total savadsızlıq təzahürü kimi qiymətləndirilir [7;8].

Hətta xüsusi adlar orijinalda olduğu kimi saxlandıqda şəkilçilərin əlavəsi zamanı istifadə üçün apostrofların bərpasını təklif edənlər də vardır. Çünki bu əsaslandırmalara görə, səxs adlarını orijinal formasında yazarkən, dilimizdəki isimlərin hallanması türk dilində olduğu kimi Azərbaycan dilində də şəkilçilərin apostrof vasitəsilə əlavə olun­masını mütləq tələb edəcəkdir (məs: George Bush’un siyasəti və ya J.W.Goethe’nin ya­ra­dıcılığı və s.).Maraqlıdır ki, adlardan orijinal formasında istifadə tərəfdarları öz müddəalarını irəli sürərkən məlum prinsipi yalnız latın qrafikalı dillərdən alınmış xüsusi adlara şamil edirlər.  Əlifbası latın deyil, başqa qrafikalı dillərdən (rus, ərəb, gürcü, ya­pon və s.) olan onomastik vahidlərin yazılışı zamanı isə fonetik prinsipin tətbiqi zəruri sayılır[4].

Bəzi müəlliflər hətta latın qrafikalı dillərdə istifadə edilən bir çox sadə ümumiləşmələrin belə, məs: Jazz, Sex, Taxi, WC, VIP, Web, URL və s. bu tipli sözlərin latın qrafikalı dillərdə artıq tərcümə edilmədiyini, bu cür kəlmələrin latın əlifbalı ölkələrdə artıq sadəcə məna bildirən, tərcümədənkənar heroqlif (o cümlədən bütün ticarət markaları, loqolar – BMW, Mecedes, Coca-cola, SONY, Peugeot və s.), hətta mixi yazı xarakteri alaraq bu cür işləndiyini əsas gətirir və bu yanaşmanın bizim dilimizdə də tətbiqini zəruri sayırlar[8].

İlk növbədə, onu qeyd edək ki, bu sonuncu nümunələr qloballaşma prosesinin, bütün dünyada ingilis dilinin getdikcə daha da güclənən hakim mövqeyinin milli dillərə ziyanlı təsirindən irəli gəlir və yerli dillərin bu cür dağıdıcı təsirlərdən qorunmasına indi çox böyük ehtiyac vardır. Ona görə də bu cür halları müsbət meyillər kimi təqdir etmək doğru olmazdı.

Əcnəbi dillərə aid onomastik vahidlərdən istifadə zamanı dünyanın latın qrafikasından istifadə edən digər aparıcı dillərinin norma və meyarlarının əsas götürülməsinə gəlincə isə, nəzərə almaq lazımdır ki, latın qrafikası işlənən xalqların dillərində, o cümlədən alman, fransız, ingilis, italyan, polyak, çex və s. dillərin yazı mədəniyyətində latın qrafikası yizillər ərzində formalaşmış ənənələrə malikdir. Amma hətta bu halda belə həmin dillərdə transliterasiya, transkripsiya ilə bağlı bir çox mürəkkəbliklər və problemlər hələ də qalmaqdadır və bu sahədə zaman-zaman keçirilən islahat cəhdləri indiyədək davam etdirilir.

Məsələn, 26 simvoldan ibarət ingiliscənin çox dolaşıq olan transkripsiyası məşhur yazıçı Bernard Şounu qətiyyən qane etmədiyinə görə o ingilis dilinin yeni əlifbasının hazırlanması üçün 25 000 funt-sterlinq vəsiyyət etmişdi. 1962-ci ildə bu iş artıq başa çatdırılmış və 48 səsdən ibarət olan yeni əlifbanın ingilis dilinin fonetikasına ideal şəkildə uyğunlaşdırılması təmin edilmişdi. Amma bu, ənənəvi əlifbadan o qədər fərqlənirdi ki, onun real həyatda tətbiqi qeyri-mümkün sayılırdı[8].

Bu faktı xatırlatmaqda məqsədimiz odur ki, ana dilimizin əsrlər boyu sabitləşmiş ənənələrini müəyyən qədər cilalamaq əvəzinə, bu ənənələri tam kənara qoyaraq əcnəbi dillərin mübahisəli normalarını tətbiq etməzdən əvvəl bir daha ciddi şəkildə düşünmək lazım gəlir.

“Yazı normalarının dəyişdirilməsi istənilən halda tək mədəniyyət hadisəsi olmayıb, etnosun daşıdığı və qəbul etdiyi ideologiyanın, əsas inkişaf istiqamətlərinin və hətta hansı geosiyasi məkana, nüfuz dairəsinə aid olduğunun təsdiqidir. Xalqlardan asılı olaraq müxtəlif orfoqrafiyalardan istifadə etmək olmaz. Onlardan hansısa birini seçmək və ona həmişə riayət etmək lazımdır. ...Bütün hallarda bu, kollektivin qərarından, ictimai rəydən asılıdır. Ona görə də bu məsələ təkcə texniki məsələ deyil, həm də ümummədəni, hətta siyasi bir məsələdir” [9, s.118-119].

Nəzərə almaq lazımdır ki, eyni bir ad latın qrafikasından istifadə edən dillərin hər birində bəzən fərqli-fərqli formada işlənə bilər. Şerba Şubin familiyasının müxtəlif dillərdə yazılışını buna nümunə göstərirdi: Schubin (alman), Choubine (fransız), Shoobin (ingilis), Subin (çex), Szubin (polyak) və ya Sciubin (italyan).Bu zaman orijinal forma deyərkən onlardan məhz hansının qəbul edilməsi ciddi sual doğurur. Yaxud amerikalıların və ingilislərin New York, polyakların Nowy York, rusların Нью-Йорк, başqalarının isə orijinalda olduğu kimi yazdığı bu şəhərinadını biz necə qeyd etməliyik?

Azərbaycan dili ilə eyni dil ailəsinə daxil olduğu üçün latın qrafikası ilə bağlı bəzi mübahisəli məsələlərin həllində istinad mənbəyi kimi üz tutduğumuz Türk dilində də əcnəbi xüsusi adların orijinalda olduğu kimi saxlanması faktının nümunə göstərilməsinə və eyni üsulun bizdə də tətbiqi barədə irəli sürülən təkliflərə gəlincə isə, bu məqam ətrafında da bir qədər ətraflı polemikaya ehtiyac vardır. Məsələ burasındadır ki, əsrlər əvvəl Azərbaycan və türk dillərinin inkişafı vahid xətt üzrə getsə də, XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalından sonra fərqli inkişaf istiqamətləri meydana çıxmış və bu fərq orfoqrafik və orfoepik qaydaların müəyyənləşməsində də özünü göstərməyə başlamışdır.

İslam dini və eyni əlifbadan - ərəb əlifbasından istifadə amili əsrlər ərzində türk, ərəb və fars dillərində, eləcə də Azərbaycan dilində dini məzmunlu adların, əsas etibarilə eyni şəkildə yazılmasını və bu zaman tələffüzün əsas götürülməsini təmin etmişdir. Tənzimat dövründən sonra isə Osmanlı türkcəsində bir sıra Avropa mənşəli sözlərin, o cümlədən xüsusi adların latın qrafikasında olduğu kimi yazılması meyilləri müşahidə olunmağa başlayır. Bu adların bir qismi Osmanlı türkcəsinə transliterasiya edilir, digər bir qisminin isə orijinalı mötərizə, yaxud dırnaq içərisində göstərilir. Eyni zamanda ərəb əlifbası ilə yazılmış mətn içərisində xarici xüsusi adın latın qrafikası ilə orijinalında olduğu kimi saxlanması hallarına da rast gəlinir. Azərbaycanda isə bu məsələlər bir qədər fərqli şəkildə təzahür etmişdir.Azərbaycan dilçiliyinin əsas qaynaq kimi istinad etdiyi rus dilçiliyi vasitəsilə dilin fonetika bölməsi üzrə əldə edilmiş nailiyyətlərlə tanışlığı,bu sahədə Əbdüləzəl Dəmirçizadə kimi görkəmli alimlərin yetişməsi belə məsələlərə hələ ötən əsrin 30-cu illərindən peşəkar elmi baxışın müəyyənləşməsinə şərait yaratmışdır. Yada salaq ki, Azərbaycanda bir əsr ərzində dörd əlifbadan istifadə edilmiş, 1929-cu ildə ərəb əlifbasından latın əlifbasına, 1939-cu ildə latın əlifbasından kiril əlifbasına, 1991-ci ildə kiril əlifbasından təkrar latın əlifbasına keçid edilmişdir. Bu, özlüyündə bir sıra sosial-mədəni problemlər doğursa da, Azərbaycan imlasında fonetik prinsipin tətbiqi bu problemlərin mümkün qədər az itkilər hesabına aradan qaldırıl­masına imkan vermiş, eyni zamanda xarici dillərdən əsasən rus dili vasitəsilə daxil olan onomastik vahidlərin ana dilimizin qayda-qanunlarına uyğunlaşdırılması prosesi bu keçid mərhələlərinin hər birində qorunmuşdur.

Türk dilində isə xüsusi adların yazılışı ilə bağlı dəqiqləşdirmələrin aparılmasına ötən əsrin 80-ci illərinin sonlarından daha çox diqqət yetirilməyə
 başlanmışdır. Türk Dil Qurumunun 2012-ci ildə nəşr etdirdiyi Yazı Bələdçisinə görə,hazırda türk dilində əcnəbi xüsusi adların yazılışı zamanı aşağıdakı qaydalardan istifadə edilir: 
         1.
 Latın qrafikasından istifadə edən dillərdən alınmış onomastik vahidlərdən bir qismi orijinalda olduğu kimi saxlanır: Beethoven, New York və s. Bu zaman xarici adların yazılışında türk dilinin əlifbasında istifadə edilməyən işarələr olduğu hallarda
 da adda hər  hansı dəyişiklik aparılmır. Məsələn: Molière. Ancaq bu adların oxunuşu mötərizə içində də göstərilə bilər: Shakespeare (Şekspir) və s. 
         2.
 Daha əvvəlki dövrlərdə türk dilində sabitləşmiş bəzi Avropa mənşəli onomastik vahidlər türk dilində səsləndiyi kimi yazılır: Napolyon, Venedik, Lüksemburg və s. Lakin bu cür adların orijinal formasında olduğu kimi istifadə
 edilməsi də səhv sayılmır: Napoléon.
          3. Xarici xüsusi adlar əsasında yaranmış cərəyan, məktəb adları türk dilində söylənildiyi kimi yazılır: Dekartçılık,
 Epikürcülük və s. 
      4. Ərəb və fars mənşəli insan və yer adları da türk dilinin qaydalarına uyğun yazılır: Ahmet, Bedrettin, Fuat, Mehmet, İskenderiye, Bağdad, Medine, Mekke və
 s. 
           5. Yunan mənşəli adların yazılışı zamanı türk dilində yunan hərflərinin qarşılığı kimi çıxış edən hərflərdən istifadə edilir: Herodot, Sokrat, Eflatun və
 s. 
           6. Rus xüsusi adlarının yazılışı zamanı türk dilində kiril hərflərinin ekvivalenti kimi çıxış edən hərflərdən istifadə olunur: Çaykovski, Çehov,
 Gorbaçov, İlminskiy, Malov, Tolstoy və s. Türk dilinin yazı sistemində olmayan kiril hərfləri isə orfoepik baxımdan türk dilindəki ən yaxın hərflə yazılır. Məsələn: Turgenyev və s.
7. Çin dilinə aid adlar türk
 dilində səsləndiyi kimi yazılır: Huangho, Kanton, Nankin, Pekin, Şanghay. Çin dilində soyadlar şəxs adlarından əvvəl gəlir. Soyadlarının çoxu təkhecalıdır. Şəxs adları isə bir, yaxud iki hecadan ibarət olur. Bu adlar böyük
 hərflə başlanır və hecalar arasına defis qoyulur. Bu qayda həmin adlardan türk dilində istifadə zamanı da qorunur: Sun Yat-sen, Lin Yu-tang. Yalnız Konfüçyüs kimi geniş funksionallıq qazanmış adlar bitişik yazılır. 
8. Yapon dilindəki adlar da türk dilində səsləndiyi formada yazılır: Tokyo, Hiroşima, Nagazaki, Osaka, Kyoto; Hirohito, Kayako. 
9. Türkdilli xalqlara aid insan və yer adları da türk dilində səsləndiyi formada yazılır:
 Azerbaycan, Özbekistan; Taşkent, Semerkant, Bakü, Bişkek; Abdullah Tukay, Abdürrauf Fıtrat, Bahtiyar Vahapzade, Baykonur, Cafer Cebbarlı, Cemal Kemal, Cengiz Aytmatov, İslam Kerimov, Muhtar Avazov, Osman Nasır və s. [10].
Bu
 nümunələrdən də göründüyü kimi, türk dilində şərq dillərindən alınan xüsusi adlarda fonetik prinsip əsas götürüldüyü halda, Qərb dillərindən alınmış onomastik vahidlərin yazılışında morfoloji, yaxud
 tarixi-ənənəvi prinsipə üstünlük verilmişdir. Qeyd edilən misalları nəzərə çatdırmaqda məqsədimiz onu göstərməkdir ki, əcnəbi xüsusi adların dilimizə transliterasiyası probleminin həlli üçün çox zaman
 nümunə kimi istinad edilən türk dilinin özündə də bu sahədə vəziyyət nizamlı deyildir və vahid bir prinsipə əsaslanmır. 

Qeyd edək ki, əcnəbi dillərdən götürülmüş xüsusi adların yerli dillərin qaydalarına uyğunlaşdırılması başqa xalqlarda da vardır. Məsələn, hələ sovet dövründə Litvada bir çox başqa xalqlara məxsus familiyaların sonuna litvasayağı as sonluqlarının (Samir Mirzəyev – Mirzoyevas Samiras), Gürcüstanda isə i sonluqlarının əlavə edilməsi təcrübəsi mövcud idi. Ötən əsrin 80-ci illərində Çexoslovakiyaya səfər etmiş İngiltərənin keçmiş baş naziri Marqaret Tetçerin adının çexsayağı Malgorzata Thatcherova kimi yazılması isə hətta diplomatik qalmaqala da səbəb olmuşdu[8].

Bütün bu qeydləri nəzərə alsaq, Türkiyə türkcəsinin qrammatik qaydalarından fərqli olaraq Azərbaycan dilinin qrammatik qaydalarına əsasən xüsusi adların dilimizdə səsləndiyi kimi yazılması, əslində təqdir edilməlidir. Çünki, məsələn, Türkiyə türkcə­sində Washington sözü bu dilin əlifbasında “w” hərfi olmadığı halda da orijinaldakı kimi yazılır. Bu zaman ingiliscə bilməyən sadə vətəndaş bu sözün necə səsləndiyini çətin anlayacaq və səhv tələffüz zamanı anlaşılmazlıq yaranacaq. Azərbaycan dilində isə bu ad Vaşinqtonkimi deyilir və yazılır. Bəzi xüsusi adların səsləndiyi kimi yazılması internetdə bu adların orijinal variantda axtarışa verilərək tapılmasını çətinləşdirsə də, mötərizə içində belə adların orijinal formasının da yazılması bu çətinliyi asanlıqla aradan qaldıra bilər. Qeyd edək ki, Türkiyədə bu problemi akademik səviyyədə araşdıran bir sıra dilçi-alimlər də bir neçə dəfə əlifba dəyişikliyi mərhələsindən keçmiş Azərbaycan dilini bu məsələdə daha qabaqcıl hesab edir, Azərbaycan dilində xüsusi adların trans­literasiyası zamanı fonetik prinsipin əsas götürülməsini Türk dilinin də faydalanmalı olduğu müsbət örnək sayırlar [11, s.191].

Bütün bunlarla yanaşı, bu məsələdə türk dilinə istinad, başqa bir cəhətdəndə əhəmiyyətlidir.
 Xüsusi adların transliterasiyası məsələsi latın qrafikasından istifadə edən bütün türkdilli ölkələr üçün eyni şəkildə aktualdır. Ona görə də bu məsələnin müştərək şəkildə həlli məqsədilə müvafiq layihələr
 işlənib hazırlanmalıdır. Eyni zamanda, bu problemi aradan qaldırmaq üçün müxtəlif qrafikalararası keçidləri tənzimləyən (konvertasiya) milli standartların qəbul olunması vacibdir. 
Transliterasiya dünya azərbaycanlılarının
 həmrəyliyi istiqamətində də mövcud olan əsas problemlərdən biridir. Çünki müxtəlif ölkələrdə yaşayan soydaşlarımız Azərbaycan dilində danışsalar da, obyektiv və subyektiv səbəblərdən müxtəlif əlifbalardan istifadə edirlər. Məsələn,
 İranda yaşayan azərbaycanlılar bizim ölkədə nəşr olunan infor­masiyaları, bizlər də orada dərc olunan materialları oxuya bilmirik. Bunun da nəticəsində həm yazılı mənbələrdə -kitab, qəzet və jurnallarda, həm də elektron resurslarda - veb-saytlarda,
 kompakt disklərdə olan məlumatlar müxtəlif qrafikalarda olduğuna görə dünya azərbaycanlılarının bu materiallardan geniş istifadəsi çox çətinləşir. Faktiki olaraq milli informasiya məkanı bu qrafikalar (kodlar) vasitəsilə hissələrə
 bölünür.
Təkcə ötən əsrdə ölkəmizdə 3 qrafikadan - ərəb, kiril və latın qrafikalarından istifadə olunması indiyə qədər dərc olunmuş informasiya resurslarının - kitab, jurnal və digər yazı materiallarının təşkil etdiyi milli
 informasiya məkanımızı da 3 hissəyə bölmüşdür. Bunun hansı problemlər yaratdığı isə hamıya məlumdur. Ona görə də həm bütün dünya azərbaycanlıları arasında qrafika problemini aradan qaldırmaq, həm də əlifbanın bir neçə
 dəfə dəyişməsi ilə Azərbaycanda nəsillər arasında qırılmış yazılı rabitəni yenidən bərpa etmək, ümumi bir informasiya mühiti yaratmaq üçün müxtəlif dillərin əlifbasında olan hərflərin qarşılıqlı çevrilməsini - konvertasiyasını
 həyata keçirən xüsusi proqram təminatı vasitələrinin hazırlanması son dərəcə vacibdir.
Məlumdur ki, kağız üzərində olan məlumatların bir qrafikadan digərinə keçidi praktiki olaraq həddən çox çətindir. İnformasiya
 texnologiyalarının və dilçilərin bu işi həyata keçirməsi üçün ilk növbədə lazım olan bütün əlifbalararası, iki istiqamətli çevirmə cədvəlləri milli və beynəlxalq standartlaşdırma qurumları tərəfindən təsdiq
 olunmalıdır. Qeyd etmək lazımdır ki, bu sahədə başqa millətlərin və ölkələrin böyük təcrübəsi vardır.Beləliklə, bu proqram təminatı vasitələri hazırlandıqdan sonra bütün Azərbaycandilli elektron resurslar - veb-saytlar, elektron
 dərsliklər, elektron qəzet və jurnallar və s. həmin konvertasiya cədvəlləri ilə təmin olunmalıdır. Bunun da nəticə­sində dünyanın istənilən ölkəsində yaşayan hər bir azərbaycanlı kompüterin ekra­nında yerləşdirilmiş cədvəldə bir düyməni
 basmaqla istədiyi qrafikanı seçib lazımi məlumatı oxuyacaq, eyni zamanda, digər qrafikadan istifadə edən azərbaycan­lılarla heç bir çətinlik olmadan elektron yazışmalar aparacaqdır. Transliterasiya problemi həll olunacağı halda, İnternetdə
 Azərbaycana məxsus tarixi, coğrafi, musiqi, folklor və s. incilərin adları da müəyyən bir standart əsasında başqa dillərin qrafikalarında yazılar, virtual məkanda axtarış vaxtı bu adlarla bağlı çoxçeşidli adlar meydana gəlməz [12, s. 250].

Həmçinin latın qrafikalı yazı prinsipləri əsasında yeni orfoqrafiya,habelə onomastik lüğətlərin yaradılmasına və bir çox məsələlərin yeni prinsiplər nəzərə alınmaqla dəqiqləşdirilməsinədə böyük ehtiyac vardır. Bu lüğətlərdə Azərbaycan onomastik vahidlərinin dünyanın aparıcı xarici dillərində, habelə xarici dillərə aid xüsusi adların da Azərbaycan dilində düzgün yazılış formaları öz əksini tapa bilər. Eyni zamanda, kütləvi informasiya vasitələrinin, ədəbiyyatın bu sahədə normaya­ratma funksiyası yerinə yetirdiyini nəzərə alaraq jurnalistlər, tərcüməçilər üçün müvafiq məlumat kitablarının hazırlanmasına da böyük ehtiyac vardır.

Ümumilikdə, bu cür aktual mövzuların Azərbaycanda dilçilik qurumları, univer­sitetlər, filoloqlar, tərcüməçilər tərəfindən forumlarda, seminarlarda müzaki­rəyə çıxarılması həm dilimizin qloballaşma şəraitində inkişafı baxımından son dərəcə faydalı olar, həm də Azərbaycan dilinin digər dillərlə təmasında vasitəçi dillərin təyinediciliyini ortadan qaldırmağa təkan verərdi.

 

İstifadə edilmiş ədəbiyyat:

[1]. Xəlilli Ə. Azərbaycan dili və xarici dillər arasında transliterasiya problemi // http://hispaniya.com/arsivler/357

[2]. “Milliyyət” qəzeti (Türkiyə), 24 noyabr 1982, s.21.Allahverdi F. Transliterasiya problemi  // http://fallahverdi.blogspot.com/2011/07/transliterasiya-problemi_26.html

[3]. Azerbaijanian Prose; an Anthology Ibragimov Mirza Editor Published by Progress Books, Moscow (1977)

[4].Əliyeva N. Hansı əsasla, hansı məntiqlə?

//http://www.azadliq.org/content/article/24306743.html

[5]. Məmmədov N.N. Axundov A.A. Dilçiliyə giriş. Bakı,“Maarif”, 1966

[6].http://www.mediaforum.az/az/print/2006/05/02/ALINMA­S%C3%96ZL%C6%8FR%C4%B0­NEC%C6%8F­YAZAQ­YAZILDI%C4%9EI­YOXSA­OXUND… 2/2

[7]. Allahverdi F. Transliterasiya problemi  // http://fallahverdi.blogspot.com/2011/07/transliterasiya-problemi_26.html

 [8]. Mirzoyev E. Siz latınca yaza bilirsiniz?

// http://elmirmirzoev.wordpress.com/2010/05/20/siz-latinca-yaza-bilirsiniz

 [9].Л.В.Щерба. Транслитерация латинскими буквами русских фамилий и географических названий // Известия Академии Наук Союза ССР, Отделения литература и языка, 1940, № 3, с.118 - 119

 [10]. TDK (2012) Yazım Kılavuzu, 27. Baskı, Ankara: TDK Yayınları.

 [11]. Yakup Yılmaz. Azerbaycan ve Türkiye türkçesinde yabançı özel adların yazımı meselesi // C:/Users/Rauf/Downloads/5000105428-5000151195-1-PB.pdf

 [12]. Cəfərov Y.M. Azərbaycan dilinin onomastikası müstəqillik dövründə. Bakı, “Elm və Təhsil” nəşriyyatı, 2015   

Açar sözlər: onomastika, transliterasiya, transkripsiya, xüsusi ad, əlifba, orfoqrafiya, orfoepiya

Key words: onomastics, transliteration, transcription, proper noun, alphabet, orthography, orthoepy

Ключевые слова: ономастика, транслитерация, транскрипция,имя собственное, алфавит, орфография, орфоепия          

 

Rezüme

Məqalə qloballaşma şəraitində Azərbaycan xüsusi adlarının xarici, xarici xüsusi adların isə Azərbaycan dilində transliterasiyası məsələlərinə həsr edilmişdir. Bu sahədə mövcud olan problemlər nəzərdən keçirilmişdir. Onların yaranma səbəbləri müəyyənləşdirilmişdir. Mövcud çətinlikləriun aradan qaldırılması üçün irəli sürülən bir sıra təkliflər elmi prizmadan qiymətləndirilmiş, bu təkliflər ətrafında polemika aparılmışdır.

Məqalə Azərbaycan dilçiliyində və ümumilikdə türkologiyada xüsusi adların transliterasiyası probleminin həlli baxımından faydalı ola bilər.

Summary

Transliteration problem of the onomastic components

Paper conducts transliteration problem of Azerbaijani proper names in foreign language and foreign ones in Azerbaijani language under the condition of globalization. The problems in this area were reviewed. Their emerging causes were identified. Number of proposals that put forward due to preventing state-of-the-art difficulties were gauged from viewpoint of scientific prism, controversy was carried around these proposals.

Paper should be beneficial in terms of solving the transliteration problem of the proper names to Azerbaijan linguistics and in general to turkology.

 

Резюме

Проблемы транслитерации  ономастических единиц

Статья посвящена вопросам транслитерации азербайджанских имен собственных на иностранные языки и иностранных имен собственных на азербайджанский язык в условиях глобализации.  В статье рассмотрены имеющиеся в этой сфере проблемы. Определены причины их возникновения. Была проведена оценка на основе научной призмы ряда предложений по устранению имеющихся трудностей, проведена полемика вокруг этих предложений.  Статья может быть полезна для решения проблем азербай­джанского языковедения и в целом транслитерации имен собственных в тюркологии.

 

Rəyçi: dos.S.Abbasova

 


Əmirova İlkanə Rabil qızı

KOQNİTİV DİLÇİLİYİN YARANMASI VƏ ONUN İNKİŞAF İSTIQAMƏTLƏRİ

          Koqnitiv dilçilik yeni elmi paradiqmadır, o, dillə şüur arasındakı münasibətləri araşdırır, dünyanın kateqoriallaşması,  konseptləşməsi  və digər idraki proseslərdə dilin rolunu öyrənir (7). Dünyanın kateqoriallaşması deyəndə alınmış yeni biliyin bu və ya digər başlıqlarda və ya hissələrdə yerləşdirilməsi prosesi nəzərdə tutulur. Məsələn,hər hansı bir şəxs  elmi və ya məişət zəminində yeni bir bilik əldə edirsə, onun insan yaddaşında qorunub saxlanması mövcud  kateqoriyalarda yerləşdirilməsi hesabına  mümkün olur. İnsan həyatda qazandığı biliyi kateqoriallaşma hesabına qay­daya salır, onu şüurun lazımi yerində yerləşdirir və nəticədə də insan şüuru xaosdan azad olur, müvafiq prinsiplər əsasında fəaliyyət göstərir. Konseptuallaşma isə insanların toplamış olduğu biliyi koqnitiv əlamətlər toplusunun müəyyənləş­dirilməsi prosesini ifadə edir. Konseptuallaşmada koqnitiv əlamətlər də öz yerini tutur.  Deyək ki, konsept hansısa əlamətlər toplusudur; həmin əlamətlərin müəyyənləşməsi konsep­tual­laşmadır. Onun sayəsində insan anlayışları və hansısa fenomenləri bir-birindən fərqləndirir. Nəticədə də insan düşünən varlıq olaraq qazandığı biliyi qoruyub saxlaya və onun üzərində idraki əməliyyatları yerinə yetirə bilir. İstənilən yeni elmi para­diq­ma yaranıb öz yerini tutarkən  müəyyən bir dövr keçir, onun türminologiyası müəy­yənləşir və elmi dövriyyəyə daxil olur. Bu mənada” koqnitiv” termini belə bir yol keçmişdir. Müasir koqnitiv dilçilikdə işlənən bu termin koqnitiv psixologi­yada, ney­ro­linqvistikada,antropologiyada və digər elm sahələrində işlənir. Yarım əsrlik tarixi ərzində koqnitiv elmlər xeyli inkişaf etmiş, müəyyən yeniliklər meydana gəlmişdir. Bu xüsusda  E.S.Kubryakova yazır ki, A.Peyviyo keçən əsrin 80-ci illərində obrazlar və səsli nitqi nəzərdə tutaraq yazırdı ki,insan beyni ikiqat kodlaşmaya malikdir. Amma müasir dövrdə də mental leksika barədəki fikirlər də mübahisəlidir, psixo­linqvistlər onu birmənalı şəkildə qəbul etmirlə; koqnitiv elmlər  başqa istiqamətdə inkişaf edir(1). Hətta bəzi dilçilər belə hesab edirlər ki, bu termin öz məzmununu itirmişdir;koqnitiv dilçilik deyilən şey yoxdur. E.S. Kubryakova bu fikrin əleyhinə çıxaraq deyir ki, əlbəttə, koqnitiv dilçilik var, onun nəzəriyyəsi və metodları işlən­mişdir. Onun müəyyənləşdirici faktoru koqnitiv struktur və proseslərdir. Bu problemi Avropa və rus dilçiləri ciddi şəkildə öyrənmişlər(1). Onlardan C.Lakoff, R.Ceken­doff, Ç.Filmor, J.Fokonye, E.S.Kubryakova və digərlərini qeyd edə bilərik. Azər­bay­canda koqnitiv dilçilik həmin elmi axtarışların nəticələri əsasında  inkişaf edir. Koqnitiv dilçilik müasir dövrdə iki istiqamətdə inkişaf edir: nominativ və semantik istiqamətlərdə. Haqqında danışılan termin aşağıdakı əsaslara görə mübahisə doğurur. Əvvəla o, adi idraki konsept kimi qəbul olunur; digər tərəfdən “ koqnitiv”i “ neyro­loji” terminlə eyniləşdirirlər. Üçüncüsü də,o termin real məzmunundan uzaqlaşır. “Koqnitiv” anlayışı psixologiya və fəlsəfədə çoxdan işlənir.Hətta bu sahə mütəxəsis­sləri qeyd edirlər ki, “ koqnitiv” termini koqnitiv psixologiya yaranandan qabaq möv­cud olmuş və “ idraki proseslər” məzmununu ifadə etmişdir( 1). Koqnitiv psixologiya yaranandan sonra isə “mental proseslər” məzmununu ifadə etmişdir. R.Cakendoff özü­nün koqnitiv nəzəriyyəsində bu termini insan beynində qorunub saxlanılan mental leksikona aid informasiya, şüurun bazasını təşkil edən mövcudluq kimi qəbul edir (6,283).  Beləliklə dilçilikdə bu termin “mental”, “əqli”,”idraki” və s. terminlərin sinonimi kimi işlənmişdir.

Koqnesiyanın müxtəlif istiqamətləri onun iki tərəfini bir-birindən fərqləndirir; onlardan bir elmi, digəri isə adi koqnesiyadır. Onlardan birincisi həqiqətə, ikincisi isə praqmatikliyə əsaslanır.  Dildə qeydə alınan biliyin strukturu, hər şeydən əlavə, təbii strukturdur, həmin dil kollektivinin təcrübə strukturu, dəyərləndirmə strukturudur. Dilçilikdə “koqnesiya” termini söz birləşmələri şəklində” koqnitiv yanaşma”,” koq­nitiv elmlər”, ”koqnitiv təhlil” və s. terminləri meydana gətirmişdir(7).Koqnitiv dilçiliyin müasir koqnitiv elmlər sırasında öz yeri var. Hələ antik dövrlərdən təfək­kürün qanunauyğunluqları,insan intellekti məsələləri ilə fəlsəfə, məntiq,fiziologiya və s. elmlər məşğul olmuşlar.Lakin müasir dövrdə həmin problemlərə yanaşma tərzi müasirləşmişdir.Ona görə də deyə bilərik ki, koqnitivizmin kökləri çox qədimlərə gedib çıxır. Koqnitivizm insan idrakını, təfəkkürü və onlarla bağlı olan mental pro­sesləri öyrənir. Bunu nəzərə alaraq müasir dövrdə koqnitivizmin inkişafını koqnitiv inqilab kimi qiymətləndirənlər də vardır.Müasir koqnitiv elmlərdə bilik və infor­masiya ilə bağlı bütün proseslər koqnitivizmə aid edilir. Bu elmin prinsiplərinə görə insan informasiya hazırlayan, düşünən varlıq kimi götürülür.Yuxarıda qeyd etdiyimiz kimi koqnitivizm bir çox məsələləri əhatə edir. Onların çox mühüm olanlarını nəzərdən keçirək:

1.İnsanın düşünmə mexanizminin tədqiqi;

2.Müxtəlif kanallarla qəbul olunan informasiyanın işlənməsini öyrənmək;

3. Dünyanın mental modelini qurmaq;

4.Müxtəlif növ koqnitiv aktları təmin edənidraki cihaz sistemini öyrənmək;

5.Qavramanın  insan və kompüter proqramları əsasında formalaşmasını öyrənmək;

6.Kompüter proqramlarının modelini hazırlamaq;

7.Düşünmə aktı ilə bağlı olan psixi proseslərin spektrlərini öyrənmək(3).      

 Koqnitiv  sistemin əsasında insan fikirləşir, alınmış informasiyanı işləyir, ondan əqli nəticələr çıxarır. Dil də insanın bu intellektual fəaliyyəti ilə sıx bağlıdır; idraki fəaliy­yət dildə möhkəmlənir.Koqnitiv proseslər dillə bağlıdır və o, dilə çevrilmiş proseslər formasını alır. Yalnız dil idraka və fikri proseslərə giriş verir. Koqnitiv dilçilik struktur dilçiliklə qarşılıqlı əlaqədə  formalaşmışdır.

Koqnitiv dilçiliyin qarşısında əsas üç vəzifə dayanır:

1.Dil biliyinin təbiətini;

2.Dilin mənimsənilməsini;

3.Ondan necə istifadə olunmasını öyrənmək(7).

   Onların da öyrənilmə istiqamətləri də aşağıdakı cür istiqamətləndirilir:

1.İşarələrlə verilən biliyin növləri və tipləri, işarələrdən biliyin alınması mexanizmi;

2.Dil işarələrinin yaranması və inkişafı və onların tənzim olunması;

3.Dil işarələrinin  və mədəni reallığın münasibətləri(7).

 Koqnitiv dilçiliyin əsas vəzifəsi təbii dilin işlənmə mexanizmini  və onun dərk olun­ması modelini qurmaqdan ibarətdir. Koqnitiv dilçilik təkcə  dil nədir sualına cavab vermir, o, həm də dil ilə nə əldə edilir sualına cavab verir (7).

Koqnitiv dilçiliyin meydana gəlməsi: Koqnitiv dilçilik müasir dilçilik məktəbidir, onun meydana gəlməsi keçən əsrin 70-ci illərinə təsadüf edir. Bəzi tədqiqatçılar bu fikirdədir ki, koqnitiv dilçilik ABŞ-da mövcud olan, stimul-reaksiya prinsipinə əsas­lanan bihovorizm metodologiyaya cavab olaraq yaranmışdır. Bihovorizm antimental metoda əsaslanırdı. XX əsrin 70-ci illərində süni intellekt və neyrobiologiyanın inki­şafı koqnitiv dilçiliyin inkişafında mühüm rol oynamışdır. Amerika dilçiləri içə­risində bütün dil vahidlərinin semantik strukturunun koqnitiv istiqamətdə öyrənilməsi cəhdi  həm də avropada yeni dilçilik  məktəbini meydana gətirdi.Dilin şüura müna­sibəti kontekstində aparılan tədqiqatlar dil strukturlarının daxili xüsusiyyətlərinə müraciət edərək onu modelləşdirmək təşəbbüsünə gəlib çıxır və sonradan dilçilər bu məsələyə baxış bucağını dəyişirlər:dil strukturuna metadil faktorların təsirini öyrənmək,onun koqnitiv prinsip və mexanizmini müəyyənləşdirmək cəhdləri ilə çıxış edirlər.  Bu dövrdə yaranan postulatlardan biri bu prinsiplə çıxış edirdi ki, semantika dil üçün elə bir mühüm şərtdir ki, dil öyrənilməyə ondan başlanılmalıdır. XX əsrin 80-ci illərində  koqnitiv dilçilikn Şərqi Avropada-Almaniya, Hollandiya, Belçika və s.ölkələrdə  inkişaf etməyə başlayır. Bu dövrdə Ç.Filmor,C.Lakof,R.Lanqaker və baş­qaları tərəfindən  artıq koqnitiv dilçiliyin nəzəriyyəsi  yaradılmışdı.R.Lanqaker mə­kan nəzəriyyəsini,L.Talminin təsəvvür olunanların linqvistik sistemi, J.Fokonye isə konseptual kontominasiyanı, C.Lakof isə metafora və metonimiyaları  tədqiq edib öyrənmişlər(5:92-95).. XX əsrin 90-cı illərində koqnitiv dilçilik daha böyük nailiy­yətlər qazanır;onun əsas inkişaf coğrafiyası Şimali Amerika və Avropadan ibarət idi.1989-90-cı illərdə “Beynəlxalq Koqnitiv Dilçilər  Cəmiyyəti” yaradılır. Beləliklə, bu elmi paradiqmanın inkişafını  aşağıdakı dövrlər üzrə mərhələlərə bölmək olar

1.1970-1980-cı illər( Amerikada);

2.1980-1990-cı illər( Avropada- Belçika, Hollandiya və Almaniyada);

3. “ Beynəlxalq Koqnitiv Dilçilər  Cəmiyyəti” və “ Koqnitiv Dilçilik” jurnalı yara­nan­dan bu günə qədərki dövr(4: 93-94).

Koqnitiv dilçilik nəzəri dilçilikdə ən geniş yayaılmış elmi tədqiqat sahələrindən biri­dir, onun nəzəri istiqaməti çox genişdir. Məsələn: J.Fakonye və L.Talmi öz nəzəriy­yələrində koqnitiv semantikadan, mental məkan nəzəriyyəsindən çıxış edirlər.Onlar qeyd edirdi ki, biz düşünəndə və danışanda mental məkandan çıxış edirik.Mental məkan müəyyən dövrü əhatə edir və zaman keçdikcə müəyyən dəyişikliklərə uğraya bilir. Metafora və metonimiyaların  mexanizmi konseptual inteqrasiyadan ibarətdir və koqnitiv əməliyyatın əsasında dayanır. C.Lakof və M. Conson isə metafora və metonimiyaların konseptual əsasını işləmişlər. Onların fikrincə,metafora və meto­nimiya təkcə üslubi faktor deyil,o, idrak mexanizminə malikdir.Ç.Filmor və onun həmfikirləri  konstruktiv qrammatikanı işləyib hazırladılar. Bu konsepsiyada fraze­oloji vahidlərin koqnitiv mahiyyətini açıb göstərdilər. V.Evans koqnitiv dilçilik üzrə görkəmli mütəxəsissdir. O. semantik prinsipi əsas götürür. Onun nəzəriyyəsinin əsa­sında iki prinsip dayanır:  leksik konseptlər  və məna.Beləliklə, onun nəzəriyyəsində məna dilin funksiyası kimi deyil,dildən istifadənin nəticəsi kimi təqdim olunur.Leksik konseptin inteqrasiyasında mühüm məqam-inteqrasiya mexanizmi onun yaradıcı­lığında xüsusi olaraq diqqət mərkəzində durur(2). Koqnitiv dilçiliyin meydana gəl­məsindədigər mühüm şərtlər də vardır ki, onları V.A. Maslova aşağıdakı şəkildə təqdim edir:

1.Linqvistik tipologiya və etnolinqvistika dilin universal tərəflərini müəyyən­ləş­dirməyə tutarlı faktlar verdi;

2.Neyrolinqvistikanın inkişafıinsan şüurunun mental xüsusiyyətlərini meydana çıxartdı;

3.Psixolinqvistika koqnitiv dilçiliyin inkişafına geniş perspektivlər açdı;

4.Kulturologiyanın nailiyyətləri yeni elmi faktlar verdi;

5.Sözün mənası haqqında tarixi-müqayisəli metod çoxlu biliklər hazırladıvə s.(3).

      Göründüyü kimi, koqnitiv dilçilik nəzəri dilçilikdə toplanmış zəngin elmi bazaya söykənir, buna görə də o, çox qısa bir zamanda böyük vüsətlə öyrənilməyə başlanıldı və qısa bir vaxtda böyük nailiyyətlər qazandı. Müasir dövrümüzdəonun nailiyyət­lərindən müxtəlif elm sahələrində istifadə olunur.

     Müasir dövrdə koqnitiv dilçiliyin əsas istiqamətləri: Koqnitiv dilçilikmüxtəlif elm mərkəzlərində nisbətən fərqli istiqamətlərdə inkişaf edir. Bu da təbiddir, çünki məsələyə yanaşma tərzindən asılı olaraq problemin fərqli şərhləri meydana gəlmişdir. Onların terminoloji aparatında da bu səbəbdən bəzi fərqlər də mövcuddur.Onlardan linqvokulturoloji və linqvokoqnitiv istiqamətləri qeyd edə bilərik.Linqvokulturoloji yanaşmaya görə,milli konseptosferanın səciyyəvi xüsusiyyətlərini öyrənmək üçün  mədəniyyətdən şüura prinsipi əsas götürülür. Bu yanaşmaya görə, konsept mədəniy­yətin baza vahididir. Linqvokoqnitiv yanaşmada isə konsept  sosiumun konseptos­ferasına çıxışı təmin edir. Linqvokultiv yanaşmada konsept yadro və periferik zonaya malik bir model kimi təsvir olunur. Konseptə yanaşma tərzindən asılı olaraq onun müxtəlif şərhləri meydana gəlmişdir.Məsələn konseptin məntiqi şərhi məntiqi metodlar çərçivəsində aparılır;semantik-koqnitiv yanaşmaya görə, dilin qrammatik və leksik semantikasının öyrənilməsi konseptin məzmununa girişdir,bu vaxt konsept dilin semantikasından  konseptosferaya doğru modelləşmə vasitəsi kimi qəbul olunur; fəlsəfi –semiotik istiqamətin əsasını isə dil işarəsi təşkil edir.Qeyd olunan istiqamət­lərin hamısının öz prinsipləri, kifayət qədər tərəfdarları və bu xüsusda xeyli tədqiqat əsərləri vardır.Bütün bunlara baxmayaraq, qeyd olunan istiqamətlərin üst-üstə düşən tərəfləri də vardır. Biz yuxarıda sadalanan yanaşmalar içərisində dildə koqnitiv-se­man­tik yanaşmaya müraciət edəcəyik. Bu yanaşmanın mahiyyətində dilin seman­tikasının xalq konseptosferası ilə əlaqəsi dayanır.Koqnitiv dilçiliyin bu mühüm məsələsi psixolinqvistikanın meydana gəlməsindən sonra xüyli inkişaf etmişdir.İlk dəfə olaraq psixolinqvistlər qeyri-verbal təfəkkürün mövcudluğu,insan beynində biliyin zərrəciklərini təşkil edın konseptosferanın mövcudluğunu meydana çıxart­dılar.Onlar izah etdilər ki, dil işarələri insanların informasiya mübadiləsi üçündür; insanlar onun vasitəsi ilə bir-birini anlayır və biliklərini sonrakı nəsillərə çatdırırlar. Psixolinqvistikaanın metodologiyasında belə bir istiqamət dayanırdı ki,dil işarələrinin semantikasını öyrənmək yolu ilə insanların konseptosferasına daxil olmaq olar.Bunun köməkliyi ilə də tarixin hansısa dövründə bu və ya digər xalqın şüurunda kök salmış mühüm faktorları müəyyənləşdirmək olar(4,67). Bu metod əsasında koqnitiv dilçiliyin əsas prinsipləri işlənib hazırlandı. Onlar sonda bu qənaətə gəldilər ki,konsept fikri əməliyyatın qlobal vahididir, insan şüurunda konseptlər toplusu konseptosferanı əmələ gətirir( 8). Koqnitiv dilçilikverilən konseptlərin semantikasını öyrənir, onların vasitəsi ilə insan şüurunun konseptual məzmununu açmaq olar. Deməli, konsept fikri vahiddir.Mənalar sferasına koqnitiv dilçilik mətn dilçiliyindən daxil olur. Beləliklə, işarələr situasiyasının dil modeli dillə təfəkkürün əlaqəsi əsasında formalaşır. Bu vaxt səs denotatın daşıyıcısına çevrilir. Koqnitiv dilçilik aşağıdakı üç istiqamətlərə ayrılır:

1.Koqnitiv semantika;

2. koqnitiv qrammatika;

3.Koqnitiv fonologiya.

Koqnitiv dilçiliyin ritorik istiqaməti də vardır(9).  Koqnitiv dilçilikdə məcazlar onların potensial imkanları və koqnitiv əsasları  böyük maraqla öyrənilir.Bu sahədə Avropa dilçilərinin xidmətlərini xüsusi olaraq qeyd edə bilərik.

 

İstifadə olunmuş ədəbiyyatlar:

  1. 1.Кубряков Е.С.  О когнитивной лингвистикеи семантике термина «когнитив­ный». Вестник Воронежского государственного университета. Серия: Линг­вистика и межкультурная коммуникация. Воронеж. 2001.с.4-1:www.philologi ru\ linguistics1\kubryakova-01a htm.
  2. 2.                 EvansV.A.Glossary of GoqnitiveLinguistics. Edinburqh.2007.
  3. 3.Маслова В.А.Введение в когнитивную лингвистику: spkurdyumov. ru\netvorks\vedeniye-v-koqnitivnuyu-linqvistiku\
  4. 4.ПоповаЗ.Д.,И.А.Стернин.Семантико-когнитивный анализ языка. Воронеж 2007.
  5. Попова. С. Л.Cтановление и развитие когнитивной лингвистики за рубежом. Вестник Челябинского Государственного Университета. 2013. №35(326) Филология. Исскуствоведение. Вып. 83.ы. 92-95.
  6. 6.Cakendoff R.Semantics and Cognition.6th ed.Cambridge(Mass) The MİT Press. 1993.283.p. 
  7. 7.https:ru..wikpediya. orqwiki.
  8. 8.xreferat.com\...\460-1sovremennye-lingvisticheskie-teorie-kognitivnaya-lingvistika.
  9. 9.dic.academic.ru\dic.nsf\ru viki\349223.

                                                                     Xülasə

 Məqalədə  dilçilikdə yeni elmi paradiqma kimi koqnitiv dilçiliyin yaranmasından bəhs olunur. Burada göstərilir ki, koqnitiv dilçilik bir neçə elmin qovşağında yaranmış, dil və idrakın qarşılıqlı fəaliyyəti proseslərini özündə əks etdirir; müasir dilçiliyin qarşısına çıxan bir sıra fundamental məsələlərin şərhinə imkan verir. Məqalədə bu qənaətə gəlinir ki, koqnitiv dilçilik psixologiya, biologiya, kibernetika, məntiq və s elmlərin böyük nailiyyətlər qazandığı müasir dövrün dilçiliyidir.

Açar sözlər: Koqnitiv, dilçilik, idrak, qovşaq,qrammatika, semantika.

Resume

The article deals with the advent of cognitive lingusitics as a new scientific paradigm in linguistics. It is shown here that cognitive linguistics arisen at the intersection of several sciences  reflects the processes of interaction between language and cognition; allowing the interpretation of  several fundamental issues facing modern linguistics. The article concludes that cognitive linguistics is the linguistics of contemporary era in which psychology, biology, cybernetics, logic and sciences have made great achievements.

Key words: Cognitive, linguistics, cognition, intersection, grammar, semantics

 

Rəyçi: dos. L.Ələkbərova

                                                            

  

 

DILÇİLİK-ЯЗЫКОЗНАНИЕ

Hümbətova Aytən Şakir qızı

CÜMLƏNİN MƏQSƏD VƏ İNTONASİYAYA GÖRƏ NÖVLƏRİ

                Nitqi təşkil edən cümlələr bir-birindən fərqlənən müxtəlif məqsədlərlə işlədilir. Cümlələrin bir qismində əşya və hadisələr haqqında müəyyən məlumat verilir, fikir ya təsdiq, ya da inkar edilir; başqa qrup cümlələrdə, əksinə danışan müəyyən məsələ haqqında başqalarından məlumat almaq, öz fikrini tamamlamaq, dəqiqləşdirmək istəyir; digər qrup cümlələrdə danışan öz istək və arzusunu ifadə edir. Bu ümumi vəzifələrlə yanaşı, cümlənin ifadə məqsədinə görə növlərinin hər biri bədii dildə bir sıra başqa məqsədlərlə də işlədilir.

Sintaktik vasitə olan intonasiya nitqdə çox mühüm üslubi rol oynayır. Xüsusilə bədii üslubda intonasiyadan obrazın daxili aləminin açılmasında, müəyyən hadisə, mühit, şərait haqqında aydın təsəvvür yaratmaq üçün geniş isitfadə olunur. Eyni bir cümlənin müxtəlif intonasiyada tələffüzü də buna xidmət edir və bunun nəticəsində nəqli, sual, nida cümlələri əmələ gəlir.

Sual cümləsi. Sual cümləsi insan təfəkkürünü genişləndirən formalardan biridir. Sual cümlələri təkcə müəyyən cavab almaq, müəyyən naməlum bir şey haqqında məlumat əldə etmək və ya fikrin dolğunluğunu dəqiqləşdirmək məqsədi ilə işlədilmir. Bu qəbil cümlələrdən bir sıra məqamlarda bədii üsul kimi də istəfadə olunur. Ritorik sual üslubu bir vasitədir. Bunlarla fikrin ekspressivliyi çox qüvvətli şəkildə ifadə edilir. Dinləyicinin və oxucunun diqqəti hadisəyə daha çox cəlb olunur. Ritorik sualın ifadəsində intonasiya mühüm rol oynayır, belə cümlələrdə, adətən, cavab tələb olunmur. P.S.Popov yazır: “... Təsdiqin sənətkarlığa – ritorik suala çevrilməsində məqsəd – emosional məqamla hökmü birləşdirməkdir”.

Ritorik sual cümlələri formaca sual, məzmunca isə təsdiq və inkar hökmləri bildirir. Ritorik sual cümlələrində cavab danışana məlum olduğu üçün bunlar “cavab tələb etməyən sual” da adlandırılır. Bu qəbil cümlələrin iki cavabı ola bilər: bəli (hə), xeyr (yox). Aşağıdakı misralarda ritorik sual cümlələrinin xüsusiyyətlərini aydın görmək olar:

Music to hear, why hear’st thou music sadly?

Sweets with sweets war not, joy delights in joy.

Who lovest thou that which thou receivest not gladly,

Or else receivest with pleasyre thine annoy? (W.Shakespeare).

Sən də musiqisən, musiqini bəs

Neçin dinləyirsən qəmlə, kədərlə?

Gözəllik gözələ qüssə gətirməz,

Neçin odlanırsan düşüncələrlə?

Nida cümləsi. Nida cümləsi danışanın yüksək emosional, ekspressiv vəziyyətini bildirir. Yazıçı nida cümləsi vasitəsilə personajın, eləcə də özünün həyəcanını (qorxu, təəccüb, nifrət, alqış, çağırış və s.) ifadə edir. Nida cümlələri fikrin ifadəsində bədii bir üsul olduğu üçün onlar publisistik dilə nisbətən bədii dildə daha çox işlənir. Hiss, həyəcanın zəngin çalarlarının ifadəsində, şübhəsiz, intonasiya, cümlənin tərkibində işlənən sözün leksik mənası, nidaların xarakteri, təkrarlar, sözlərin sırası, sual əvəzliyi və s. imkanlar əhəmiyyətli rol oynayır. Məsələn:

Look, what is bet, that best I wish in theirs:

This wish I have: than ten times happy me!

Bədii dildə əmr cümləsinin müxtəlif formalarından müəyyən məqsədlərlə istifadə olunur. Personajın nitqində işlənən əmr cümlələri ilə onların mənsub olduqları təbəqəni, tutduqları vəzifə və mövqeyi, obrazlar arasındakı münasibəti, danışıq tərzi və s. müəyyənləşdirmək olar. Odur ki, personajın nitqində işlənən əmr cümlələri öz xarakterinə görə müxtəlifdir.

Təkrar və ya repriz sətrin kifayət qədər sıx olduğu bir şəraitdə səslərin, sözlərin, morfemlərin, sinonimlərin və ya sintaktik konstruksiyaların təkrarlanmasından ibarət nitq formasıdır. Yəni onlar bir-birinə nəzərə çarpacaq dərəcədə yaxın durur. Söylənilənlərin ifadəliliyini gücləndirən digər nitq formaları kimi təkrarları sözdən birdəfəlik istifadənin yetərli olduğu neytral sintaktik normadan müəyyən məqsədlə kənara çıxma kimi vəziyyətlə əlaqədar ifadə edilən və ənənəvi surətdə ifadə edən arasında fərqlilik baxımından nəzərdən keçrimək olar.

Lakin təkrar üçün “bolluq” terminindən yalnız qeyd aparmaqla isitfadə etmək olar. Çünki təkrarlar emosionallıqla, ekspressiya və üslublaşdırma ilə bağlı xeyli əlavə informasiya çatdırır. Bundan əlavə, təkrarlar çox zaman cümlələr arasında vacib vasitə kimi xidmət göstərir, həm də bəzən mövzuya aid məntiqi informasiyanı əlavə olandan ayırmaq çətin olur. Təkrara xas olan funksiyaların müxtəlifliyi poeziyada xüsusilə güclü şəkildə ifadə olunur. Bəzi müəlliflər hətta təkrarları poeziyanın üslubunu göstərən, onu nəsrdən fərqləndirən əlaməti hesab edir və təkrarları vəzn və ahəngdarlıq ünsürlərinə görə bölürlər. Təkrarın poeziya və nəsr üçün olan növlərini nəzərdən keçirək. Sintaktik üslubda təkrarın nəzərdən keçirilməsi bir qədər şərtidir. Belə ki, müxtəlif səviyyələrin ünsürləri təkrarlana bilər və təkrarlar hansı ünsürlərin təkrarlanmasından asılı olaraq təsnif edilir.

Poetik nümunələrə nəzər salaq. Təkrarın bir neçə növünün qovuşması Şekspirin XVIII sonetinin son misralarını təkrar olunmaz olduğunu göstərir. Burada Şekspirin əsas mövzularından biri təcəssüm etdirilmişdir. Bu, amansız zaman və gözəlliyi ölməz və zamana tabe olmaz edən poeziya ilə onun təkbətək mövzusudur. Konvergensiya, yəni bir ümumi məzmun verilərkən üslubi vasitələrin bir yerə yığılması, mövzunu əhəmiyyətli edir.

So long as men can breathe or eyes can see

So long lives this and this gives life to thee.

İntensiv konvergensiya bu iki misrada təkrarın bir neçə növünü görməyə imkan yaradır.

  1. Metr – yamb bölgüsünün vaxtaşırı təkrarı;
  2. Alliterasiya şəklində səs təkrarı – long lives... life;
  3. Sözlərin və ya ifadələrin təkrarı - so long...so long; burada təkrar anaforikdir, belə ki, təkrar olunan ünsürlər sətrin əvvəlində yerləşmişdir;
  4. Morfemlərin təkrarı (onu həmçinin qismən təkrar adlandırırlar); burada livelife sözlərində kök morfemi təkrarlanır;
  5. Konstruksiyaların təkrarı men can breatheeyes can see paralel konstruksiyaları sintatik olaraq eyni qurulmuşdur;
  6. Paralelliyə ikinci nümunə: ... lives this and this gives ... xiazm adlanır. Xiazm ondan ibarətdir ki, paralelliklə qurulmuş iki qonşu söz bişləşməsində (və ya cümlədə) ikinci əks ardıcıllıqla qurulur, beləliklə iki əlaqədar konstruksiyanın eyni üzvlərinin çarpaz vəziyyəti alınır;
  7. Göstərilən nümunədə xiazm onunla mürəkkəbləşdirilmişdir ki, sintaktik cəhətdən eyni olan this... this ünsürləri tamamilə eyni sözlərlə ifadə olunmuşdur. İki konstruksiyanın qovuşmasında sözün təkrarlanmasından ibarət belə fiqur yapışma, anadiplozis, epanalepsis və ya qovuşma adlanır. Yapışma dedikdə iki ideya arasında əlaqə nəzərdə tutulur, yalnız təsir qüvvətli deyil, ritmiliyi də artırır.
  8. Semantik təkrar ... men can breathe ~ eyes can see – yəni nə qədər ki, həyat var.

Leksik mənaların təkrarı, yəni sinonimlər yığımı bizim nümunəmizdə həmçinin breathelife situativ sinonimləri ilə verilmişdir. Beləliklə, Şekspirin iki misrası təkrarın bötüv bir ensiklopediyasını verir.

Paralelizm. Paralelizm də üslubi vasitələridən biridir. Burada eyni və ya oxşar sintaktik quruluşa malik olan iki və ya daha çox cümlə üzvünün bir-birini izləməsinə rast gəlirik. Məsələn:

Take all my loves, my love yea take them all (W.Shakespeare).

What hast thou then more than thou hadst before (W.Shakespeare).

Paralelizm nitqə ifadəlilik, emosionallıq verir. Paralelizm, adətən, söz və bağlayıcıların təkrarlanması vasitəsilə yaradılır. Məsələn:

  1. 1.              Tired with all these, for restful death I cry,
  2. 2.              As, to behold desert a beggar born,
  3. 3.              S needy nothing trimm’d in jollity,
  4. 4.              And purest fath unhappily for sworn,
  5. 5.              And gilded honour shame fully misplaced,
  6. 6.              And maiden virtue rudely strumpeted,
  7. 7.              And right perfection wrongfully disgraced,
  8. 8.              And strength by limping sway disabled,
  9. 9.              And art made tongue-tied by authority,
  10. 10.        And folly, doctor-like, controlling skill,
  11. 11.        And simple truth miscall’d simplicity.
  12. 12.        And captive good attending captain ill:
  13. 13.        Tired with all these from these would I be gone,
  14. 14.       Save that, to die, I leave my love alone (W.Shakespeare).

Xiazm. Xiazm üslubi üsul olub paralel quruluşa malik olan qonşu söz birləşmlərinin və ya cümlələrinin ikincisinin birinciyə nisbətən əks söz sırasına malik olmasıdır. Sintaktik xiazm bəzən paralel quruluşa malik cümlələrdə monotonluğu aradan qaldırmaq üçün istifadə edilir. Xiazmın əsas məqsədi cümlənin ikinci hissəsinə əlavə məna çalarlığı, əlavə ifadəlilik, emisonallıq verməkdir.

Polisindeton. Polisindeton hər bir komponent qarşısında işlənən bağlayıcı vasitələrdən istifadə edərək sintaqm, fraza və ya cümlələr arasında əlaqə yaradan üslubi üsuldur. Bağlayıcıların, bağlayıcı vasitələrin təkrarı ifadəni, nitqi daha ahəngdar edir. Hətta nəsr nəzm təsiri bağışlayır. Polisindetonun əsas funksiyası ritm yaratmaqdır. Bundan başqa polisindetonun ayrıca xüsusiyyəti də vardır. O, hər bir cümlə üzvünü, cümləni daha qabarıq, daha aydın nəzərə çatdırır.

Ellipsis. Ellipsis danışıqda vəziyyətdən asılı olaraq meydana çıxan xüsusi haldır. Bu, əsasən, şifahi nitqin xüsusiyyətləri ilə bağlıdır. Vasitəsiz nitqdə elliptik cümlələr üslubi üsul hesab edilmir. Bu, ancaq danışıq dilinin normasıdır. Danışıq dilinə məxsus ellipsis yazılı dildə işlənən zaman yeni xüsusiyyətə, yeni keyfiyyətə malik olur. Yazılı formada hər hansı cümlə üzvünün buraxılması müəyyən məqsəd daşıyır.

 

Ədəbiyyat:

  1. Əfəndiyeva T. Aəzrbaycan dilinin leksik üslubiyyatı. Bakı, 1980, 182 s.
  2.  Əfəndiyeva T. Azərbaycan ədəbi dilinin üslubiyyat problemləri. Bakı, 2001, 95 səh. 
  3. 67. Квятский А.Поэтический словарь. М., 1966, 221 стр.
  4. Найда Ю. Вопросы теории и методики учебного перевода. М., 1970, 230 стр.
  5. Николаева Т.М. Лингвистика текста: Современное состояние и перспективы \\ Новое в зарубежной лингвистике. М., 78, вып.8, 479 стр.
  6. Смирницкий А.И. Лексикология английского языка, М., 1956, 260 стр.
  7. Смирницкий А.И. Морфология английского языка. М., 1959, 440
  8. Juger G. Translation und Translations linguistic. - Halle (Saale), 1975.
  9. Neubert A. Text and Translation. - Leipzig, 1985.
  10. Newmark P. Approaches to Translation. Oxford, 1981 .

Key words: interrogativesentence, exclamatory sentence, parallelism, ellipsis, imperative sentence, prose, morpheme, synonym, phrase, spoken language

Ключевые слова: вопросительное предложение, восклицательное предложение, параллелизм, эллипсис, повелительное предложение, проза, морфем, синоним, фраза, разговорный язык

 

Summary

      A sentence is a grammatical unit that is composed of one or more clauses. A sentence can include words grouped meaningfully to express a  statement, question, exclamation, request, command or suggestion. It is a set of words that in principle tells a complete though: thus it may be a simple phrase, but it conveys enough meaning to imply clause, even if it is not explicit and sentences are generaly characterized in most languages by the inclusion of a finite verb.

                                                                         

                                                                          Резюме

      Предложение - грамматическая единица, которая состоит из одного или нескольких пунктов. Предложение может включать слова, сгруппированные по значению, чтобы выразить утверждение, вопрос, восклицание, запрос, команду или предположение. Это набор слов, который в принципе выражает общую мысль: таким образом, это может быть простая фраза, но она достаточно передает значение подразумеваемой мысли, даже если это не явно, и предложения обычно отличаются в большинстве языков добавлением личного глагола.

 

Rəyçi: prof.Abbasov Abbas

 


Aytən Hüseynova-Qəhrəmanlı

DERİVASİYA SİSTEMİNDƏ PREFİKSASİYA

Azərbaycan dilinin müasir inkişafı son 100 ildə ictimai-siyasi dəyişikliklərlə bağlıdır ki, nəticədə Azərbaycan dilinin leksikasında sürətli beynəlmiləlləşmə ten­den­siyaları əmələ gəlməyə başladı. Beynəlmiləliləşmə tendensiyası ilə bağlı terminləşmə xarakterli leksikanın Azərbaycan dilində aktiv artımı  müşahidə olunur. Leksik vahidlərin sayının artması, xüsusən də terminologiyanın, lüğət tərkibinin terminoloji leksika hesabına genişlənməsi açıq tendensiyadır.

Dilin sözyaratma sistemi dinamikdir. Onun hərəkətliliyi sözün şəklinin dəyiş­məsində əmələ gəlir, bu da dilin tarixi inkişafı və bu sistemdə yeni kateqoriyaların yaranması ilə baş verir. Sözyaratma sistemində dinamizm beynəlmiləl termin­ele­mentlərlə sözdüzəltmə inkişafında da baş verir. İlk növbədə, alınmaların sayı artır, müntəzəm olaraq yeni beynəlmiləl sözyaratma elementlərinin köməyi ilə yeni analitik adlandırmanın yaranması məhsuldarlığı ilə seçilir. Beynəlmiləl elementlər bütün dünya dillərinə sürətlə yayılır və işləkliyi ilə seçilir. Dünyanın bir çox dillərində işlənən yunan-latın mənşəli elementlər beynəlmiləl sayılır. Azərbaycan dilində onlar demək olar ki, müstəqil adlandırmanın tərkibində istifadə olunmur.

Bu elementlər digər dillərdə müstəqil şəkildə mövcud olmur. Hazırda bu ele­mentlər əksər dillərdə müstəqil söz yarada bilmirlər. Yunan-latın mənşəli suffikslər təkcə nümunələr sayılmır, bəzən də digər areallarda beynəlxalq sözyaradıcı formant­lar olaraq müxtəlif dillərdə geniş yayılmışdır[4,32].

Neologizmlərin belə ilk və son komponentlərlə yaranması çoxdan alimlərdə maraq doğurmuşdur, lakin diqqət ən çox leksik cəhətdən təhlil edilməyə yönəlmişdir, nəinki sözyaratma mövqeyindən. Bu da elementlərin xüsusi derivasiya sistem xüsu­siyyətlərini görməyə imkan vermirdi. Azərbaycan dilində bu elementlərin təhlilinə N.Məmmədli, S.Sadıqova, M.Qasımovun monoqrafiyalarında yer verilmişdir.

N. Məmmədli öz tədqiqatında terminelementləri geniş şəkildə araşdırmışdır. O, Azərbaycan dili termin sistemlərində işlənən terminelementləri funksionallığına görə iki qrupa ayırır:

  1. Prepozitiv (söz əvvəlinə qoşulan) elementlər;
  2. Postpozitiv (söz sonuna qoşulan) elementlər.

Prepozitiv elementləri müstəqil formant və bir qismini isə şəkilçi funksiya daşımasına görə iki qrupa ayırır: Konservativ elementlər və deformativ elementlər. Termin tərkibində müstəqilliyini saxlaya bilən prepozitiv elemetləri konservativ, şəkilçi xarakteri daşıyanları isə deformativ elementlər adlandırır[3,280].

S.Novruzova dissertasiyasında rus-beynəlmiləl prefikslərin konkret ekviva­lentlərini müəyyənləşdirmiş, ictimai-siyasi və elmi-texniki terminoloji sistem üçün səciyyəvi və məhsuldar olan prefiksləri semantik əlamətlərə görə təsnif etmişdir [6].

Termin elementlər terminyaratmada fəal iştirak edən ünsürlərdir. Lakin bu elementlər müstəqil leksik vahid hüququna malik deyillər. Affikslər söz və terminlərə artırılaraq yeni termin yaradılmasında iştirak edirlər. Beynəlmiləl formantlar dünya dillərinə beynəlmiləl söz kökü ilə birlikdə keçir. Elementlərin milli söz və terminlərə qoşulmasını da müşahidə etmək olar. Bu cür formantlar hibrid sayılır. Bu baxımdan Azərbaycan dilində termin elementlər iki formada işlənir:

a)              dilin öz termin və sözlərinə qoşulanlar;

b)             beynəlmiləl və alınmalara qoşulanlar.

Azərbaycan dilinin termin və sözlərinə qoşulanlar: etnodil, kiberhücum, ekstrahiss, nanosaniyə, vikilüğət, meteohəssas, veloyürüş və s. Dilimizdə beynəlmiləl morfemlərin eyni zamanda həm alınma söz, həm də dilimizin sözlərində paralel işlənməsini də müşahidə etmək olar. Məsələn, mezoklimat – mezoiqlim

Təbii ki, elementlər dilimizin öz söz və terminlərinə qoşulursa, həmin sözləri beynəlmiləl hesab etmək olmaz, ancaq formantlar beynəlmiləlliyini qoruyub saxlayır.

Bəzən affikslər müstəqil sözə qoşulur, bəzən isə sözü Azərbaycan dilində tər­kib hissələrinə ayırmaq  mümkün olmur. Məsələn, hidroenergetika sözündə energeti­ka sözü dilimizdə müstəqil işlənir, lakin hidrotuasiya sözündə isə tuasiya müstəqil işlənmir. 

Elm və texnikanın sürətli inkişafı sosial fəaliyyətdə bütün yeni proses və anlayışların yaranmasına səbəb oldu ki, bunlar söz və morfemlərlə ötürülür. Bununla bağlı bir çox alınma prefikslər, hansı ki, uzun müddət xarici sözlərin tərkibində istifadə olunur və qalırdı, indi müstəqil sözdüzəldən elementlərdir. Onlar digər leksemlərə də qoşula bilirlər.V.A. Zveqinçev qeyd edir ki, sözyaradan affikslərin alınması və onların milli dillərə adaptasiyası sadə leksik alınmadan daha çətindir, belə ki, xarici sözyaradan elementlərin alınması o vaxt baş verir ki, bu dilin inkişafının əsas tendensiyası ilə üst-üstə düşsün.

Beynəlmiləl leksika prosesində affiksasiya vacib yer tutur. Affiksasiyada geniş istifadə edilən üsullardan biri də prefiksasiyadır. Müasir və eləcə də beynəlmiləl sözyaratma prosesində prefiksasiya kifayət qədər məhsuldar üsuldur. Beynəlxalq anlaşılan yunan-latın mənşəli prefiks və prefiksoidlər, məsələn, hidro, lito, in, dia, ir, kvazi, multi və s. müasir ədəbi dillərin leksikasına daxil olur və sözyaratma prosesində iştirak edir. Prefiksasiya zamanı söz kökü və əsas əvvəlinə prefiks və prefiksoidlər artırılaraq yeni söz, termin yaradılır.

Prefiks və prefiksoidlər arasında həm oxşar, həm də fərqli cəhətlər mövcuddur. Oxşar cəhətləri:a) Azərbaycan dilində minimal vahidlərdir; b) sözyaratma funksiya­sını yerinə yetirirlər; c) prepozitiv mövqedə dayanırlar. Bununla yanaşı onlar arasında fərqli xüsusiyyətlərdə mövcuddur: a) prefiksoidlər ilkin köklərlə genetik və semantik bağlıdırlar; b) prefikslər sözün qrammatik mənasını dəyişməyə malikdirlər və for­mayaradan morfem rolunda çıxış edə bilirlər; c) prefikslər sadə və mürəkkəb sözlərdə istifadə oluna bilirlər; prefiksoidlər söz birləşməsi və əsas kök komponenti arasında mövcud olur.

Prefiksoidlər- Müasir Azərbaycan dilində daha məhsuldar alınma sözyaradan elementolan yunan-latın mənşəli kök morfemlərdir.

Söz öz əsas mənasından uzaqlaşaraq yeni mənalı sözlər əmələ gətirir. Bu qoşulma və affiksləşmə arasında bir sərhəddir [1,131].

Həqiqətən prefiksoidlər sözyaratmada aralıq hadisədir. Bir tərəfdən onlar önşəkilçi mövqeyində iştirak edərək mürəkkəb sözlərin yaranmasında iştirak edirlər, digər tərəfdən müstəqil sözdən əmələ gələrək leksik mənanı itirmirlər  və bununla onlar daha çox kökə oxşayır, nəinki önşəkilçiyə. Prefiksoid – prefiks funksiyasında çıxış edən kök morfemdir [2,316].

 Lakin prefiksoid və kök arasında bəzi oxşar cəhətlər olsa da, fərqli cəhətlər daha çoxdur.

Prefiksoid ilə kökün oxşar cəhətləri: 1) Hər iki morfem sözün mənalı vahididir; 2) kök və prefiksoidlər əşyavi mənanın daşıyıcıları hesab olunur, baxmayaraq ki, kökdə o daha aydın ifadə olunur, nəinki prefiksoiddə; 3) hər iki morfem leksemin bütün söz formalarında işlənir.

                Kök və prefiksoidlərin fərqli cəhətləri: 1) Kök sözün ayrılmayan vahididir, prefiksoidlər öz tərkibinə təkcə kök morfemi yox, həmçinin asemantik elementi daxil edə bilər.

2)  Kök sözün mərkəzi komponenti hesab olunur, əsas məna daşıyır, kökə qalan morfemlər əlavə olunur. Prefiksoidlər kökə əlavə olunur, prepozitiv mövqeni tutur və əlavə məna daşıyır.

3)  Prefiksoidlər kök olmayan morfemlərdir, sözyaratma funksiyası yerinə yetirir, köklər bu funksiyanı yetirmir, belə ki, sözün ayrılmayan komponenti hesab olunur.

4) Köklər müstəqil və asılı ola bilər, prefiksoidlər həmişə asılıdır və onların ayrı istifadəsi leksikləşmə ilə bağlıdır, daha doğrusu, onların müstəqil sözə çevrilməsi ilə.

Qeyd etmək lazımdır ki, prefiksoidlər keçici xarakterə malikdir, beləliklə, onların spesifik əlamətlərin araşdırarkən onların dildə sözyaratma səviyyəsini ayrıca qrupa ayırmaq lazımdır. Bu prinsiplərə növbəti müddəaları aid etmək olar: 1) mürəkkəb quruluşlu sözün komponenti; 2) sözyaratma funksiyasını yerinə yetirir; 3) müəyyən mənaya, semantikaya malikdir; 4) Azərbaycan dilində müvafiq köklə öz semantik və genetik əlaqəsini saxlayır;

Nano – yunan mənşəli nanos sözündəndir, “cırtdan” deməkdir. 10-9 qiymətini bildirən prefiksoid. Bu elementə qoşulan ifadələr hər hansı ölçünün milyardda birini göstərir. Ən çox informatika sahəsində işlənir. Məsələn, nanotexnika, nanometr, nanomaterial, nanotexnologiya, nanorobot, nanosistem və s.

Neyro – yunan mənşəli sözdür, mənası sinir deməkdir. Məs: neyrolinqvistika, neyrodinamika, neyroagent, neyrokibernetika, neyrokompüter.

Eko–yun.mənşəlidir, ətraf mühitlə bağlı anlayışları bildirir. Ekosistem – Bir-biri ilə və ətraf mühitlə sıx qarşılıqlı əlaqədə olan növlərin əmələ gətirdiyi davamlı özünütənzimləmə sistemi. Ekoloq, ekotip, ekofilosof, ekogenez, ekofobiya, ekosfera, ekofuturologiya.

Endo- yunan mənşəli olub, daxili deməkdir. Endoskopiya – daxili orqanlara işıqlandırıcı optik cihazla baxma. Endoreplikasiya, endopoliploidiya, endoplazma, endokrinoloq, endometrik, endogenez.

Ekzo – yunan mənşəli olub, xaric deməkdir. Ekzogen – yer səthində və litosferin üst hissəsində Günəş enerjisi ağırlıq qüvvəsi və orqanizmlərin fəaliyyəti nə­ticəsində yaranan proseslər. Ekzotextonika, ekzogeosinklinal, ekzosentrik, ekzosfera.

Etno – yunan mənşəli olub, xalq deməkdir. Etnonim – xalqların, millətlərin, qəbilələrin, qəbilə birliklərinin və etnik birliklərin adı. Etnogenezis, etnoqraf,  etnotoponim,etnoqrafiya.

Avro – latın mənşəlidir, Avropa və ya Avropa cəmiyyəti ilə bağlı münasibətləri bildirir. Məsələn, Avrokredit - Avropa valyuta bazarı resursları hesabına iri kom­mersiya bankları və ya onların sindikatları tərəfindən, bir qayda olaraq, uzun müddətə faiz dərəcələri ilə kor porativ və hökumət qurumlarına təqdim edilən beynəlxalq kreditlərdir. Avropallet, avrovalyuta, avrostat, avroparlament, avrodollar, avrokard, avrokarkas.

Akva – latın mənşəlidir, su ilə bağlı anlayışları bildirir. Məsələn, Akvatel, akvapark, akvarel, akvatoriya, akvabildinq - Suda yerinə yetirilərək orqanizmə mьsbət təsir gцstərən, bədəni mцhkəmləndirən, ona saрlamlэq və mьtənasib forma verən xьsusi hərəkətlər.

Kiber – yunan mənşəli prefiksdir. Kibernetika, kompüter, İnternetlə ilə bağlı anlayışları bildirir. Kiberpank – elmi-fantastik ədəbiyyatın növü; gələcəkdə kompüter texnologiyalarının üstünlük təşkil edəcəyi cəmiyyəti təsvir edir. Kiberterrorizm – Kompüter – telekommunikasiya texnologiyalarının köməyi ilə həyata keçirilən terrorizm; kibernetika, kiberskvottinq.

Tromb – yunan mənşəli olub, trombos – laxta deməkdir. Tibb sahəsində daha çox işlənir. Sözlərin əvvəlinə  tromb+o. Məsələn, tromboflebit – damarın divarının iltihablaşması və damarın mənfəsində qan laxtasının əmələ gəlməsi, tromboarterit, trombositemiya, trombosit, trombositoz və s.

Fito – yunan mənşəlidir, bitki deməkdir. Bitki anlayışı ilə bağlı sözləri bildirir. Məs, fitoterapiya, fitoxrom, fitopatoloq, fitosentez, fitotoksiki, fitofaqlar, fitoxrom. Fitobentos – həyatı hövzə dibi ilə sıx bağlı olan bitki orqanizmlərinin cəmi.

Tetra –yunanca dörd mənasını bildirir.  Tetradimit, tetraedr, tetraedrik, tetra­edrit, tetraqonal, tetraqon. Tetraheksaedr – hər üzündə dörd bərabəryanlı üçbu­caqlıdan ibarət piramida olan kub, yəni qapalı 24 üzlü.

Narko – yunan mənşəli yuxu, bihuşluq sözündəndir.  Narkobiznes- narkotik maddələrin satışı. Narkobaron, narkobanda, narkoman və s.

Psixo – yunan mənşəli olub, mənası ruh, ağıl; ruhi, şüursuz mənasını verir. Məs: Psixika - yüksək təşəkkül tapmış materiyanın - beyinin xassəsi olub, subyektin obyektiv gerçəkliyi əks etdirməsinin xüsusi forması.Psixoanaliz, psixopat, psixoterapevt, psixodelik, psixologiya, psixolinqvistika.

Stereo – yunan mənşəli morfemdir, möhkəm, kəskin deməkdir. Stereotip-uzunmüddətli sosial-tarixi təcrübə nəticəsində şüurlarda kök salmış, daşlaşmış qəlibləşmiş qavrayış standartı.  Stereokino, stereofoniya, stereoqrafik

Ekstra – latın mənşəlidir,  əlamətin adilikdən yüksək dərəcədə olması deməkdir. Ekstravaqant, ekstrasens.

Allo – yunan mənşəli olub, digər, müxtəlif deməkdir. Allometamorfizm, allo­morf, allofan, alloxton, allotimorf, allotropiya, alloxem, allomikrit, alloxromatizm və s.

Hiqro – yunan mənşəli olub, nəm deməkdir. Rütubətlə bağlı anlayışları bildirir. Hiqroskopik, Hiqrofit – yüksək nəmlik şəraitində yaşayan və bununla əlaqədar bəzi spesifik əlamətləri olan bitkilər.

Onto – yunan mənşəli olub, varlıq, individual, mövcud olan deməkdir. Onto­logiya – varlıq haqqında elm. Ontogenez, ontomorfogenez, ontoloji, ontobiologiya, ontogenetik və s.

Meteo – yunanca meteora sözündəndir, atmosfer hadisəsini bildirir. Meteor - uçan göy cismi, planetlərarası boşluqdan Yer atmosferinə daxil olan odlu parlaq cism. Meteorit, meteorologiya.

Paleo  - yunan mənşəli palaios sözündəndir, qədim, erkən, sadə deməkdir. Məs: Paleolit.

Pan – müəyyən qrup insanların milli mənsubluğunu bildirir. Bu üsulla yaranan sözlər müəyyən milliliyə mənsub insanların hadisə və hərəkətlərini ifadə edir. Panturkizm – bütün türklərə aidliyi bildirir, pan-kontinental – bütün kontinentə məxsusluğu bildirir.

Post – hadisə və hərəkətlərin ardıcıllığını göstərir. Postmodernizm – modernizmdən sonrakı dövr. Bütün formaları, qaydaları, ehkamları inkar edən, onları qarışıq şəkildə təqdim edən cərəyan. Postsovet.

Kripto – gizli deməkdir.Kriptonim, kriptolaliya, kriptoqram, kriptologiya – gizli dillər, onların quruluşlarının qanunauyğunluqları və şifrələrin açılması vasitələri haqqında elm. 

Lito –litosfera, litogen, litomorf, Litologiya - çökmə süxurların tərkibi, quruluşu və mənşəyi haqqında elm.

Velo –  latın mənşəli velocis sözündəndir. Velodram – velosipedləri sınamaq və velosiped yarışları keçirmək üçün xüsusi meydan., velosiped.

Melo – yunan mənşəli melos sözündəndir, musiqi ilə bağlı anlayışları bildirir. Meloman -musiqiyə, mahnıya hədsiz aludəlik; mahnı, musiqi aşiqi; coşqun melodiya həvəskarı.Melodiya, melodram.

Para – digər məhfumlarla xeyli yaxınlığı, uyğunluğu olananlayışları bildirir. Paradiqma, parapsixologiya, paraleksem, parafraz, paralinqvistika və s.

Nitro – yunan mənşəlidir, azota aidlik bildirən kimyəvi, bioloji və s. Ter­minlərin tərkib hissəsi. Nitrofikasiya, nitrofos, nitrobakteriya – azot turşusu duzunda azot duzlarını oksidləşdirən mikroorqanizmlər., nitrofos, nitrokalit, nitronatrit.

Sosio – sosial, ictimai anlayışları bildirir. Sosiologiya - istər qlobal (bütünlükdə cəmiyyət), istərsə də xüsusi sosial sistemlərin inkişafı və fəaliyyəti haqqında elm. Sosiolinqvistika, sosiobiologiya və s.

Sonda belə ümumiləşdiririk, prefiksoidlər: 1) mənaya malikdirlər; 2) minimal vahidlərdir; 3) parçalanmır; 4) sözyaratma və formayaratma funksiyasını yerinə yetirirlər.

Superanskaya elementləri işlənməsinə görə universal (müxtəlif elmlərin  terminoloji sistemində semantik cəhətdən stabil şəkildə  işlənən beynəlxalq) və qeyri-universal (fərqli elm və elmi fənlərə aid olan) olaraq bölür[8,207].

Prefiksoidləri işlənmə intensivliyinə görə iki cür qruplaşdırmaq olar:

a)                                     Ümumistifadə olunan elementlər: video, foto, narko, tele, radio, bio, avto, anti, makro, mikro və s. (nümunə)

b)                                    Terminoloji xarakterli elementlər: sin, dia, pan, multi, endo, lito, eko, stereo, tromb, apo

Prefikslər –Beynəlmiləl terminlərin mühüm bir hissəsini də prefikslərlə yaranan terminlər təşkil edir. Prefikslər sözlərin əvvəllərinə artırılan önşəkilçilərdir. Sırf şəkilçi xarakteri daşıyır.

“Əsasən Hind-Avropa dillərində söz kökünün əvvəlinə qoşulan, sözdüzəltmə səciyyəsinə malik şəkilçi morfem” [2,211]. Azərbaycan dilinin terminoloji sistemində işlənən prefikslərə aşağıdakıları nümunə gətirmək olar:

Oo – ooplazma, ooforit, oologiya, oolit  və s.

Ko – koaqulyasiya, koaksial, koordinat və s.

İr – irrasionalizm - ağılla, düşüncə ilə dərk edilməyən, ağla, normal məntiqə zidd.

Re – latın mənşəli olub, yenidən, təkrar anlamını verir. Reforma - köhnəni dəyişdirmə, yeni sistem yaratma, dəyişiklik, yenidən qurmaq.Regenerasiya, reabilitasiya, rekonstruktor, rehidratasiya,reproduksiya, restruktur, rekursiv.

Uni – latın mənşəli olub, vahid, tək mənasını verir.Məs: Unison - ahəng uyğunluğu, iki səsin eyni melodiya çıxarması. Uniforma, unifikasiya, univalent, unitarizm.

İn – inkriminasiya– Kimisə hansısa cinayət hərəkətini törətməkdə günahlandırma. İndeterminizm, invariant, indeferent, inkorporasiya,.

Sin – yunan mənşəlidir, birlikdə, eyni zamanda, yanaşı deməkdir. Sinxron, sinfatik, sintopik, sinxrondoz

Dia – yunan mənşəli olub, duo sözündən düzəlmiş, iki dəfə, ikiqat deməkdir. Məs: diaqram - müxtəlif kəmiyyətlər arasındakı nisbəti əyani surətdə göstərən qrafik təsvir. Diaxron, diafatik, diatopik, diametr, diaktrik, diaqonal, diapozitiv.

Dis – dys, pozulma deməkdir. Məsələn, Disproporsiyabalansın, tənasübün pozulması, hissələrin uyğunsuzluğu, proporsionallığın olması. Disfagiya, disfoniya, disbakterioz, disfunksiya, dispepsiya, dishidror.

Azərbaycan dilində prefiksasiya üsulu dilimizin normalarına əksdir. İltisaqi dil qrupuna daxil olan Azərbaycan dilində ön şəkilçilərin işlənməsi qeyri-məqbul sayılır. Belə ki, diaxronik planda nəinki Azərbaycan dilində, həmçinin digər türk dillərində prefiksləşmə inkar olunurdu. Lakin son dövrlər ekstralinqvistik faktorların təsiri ilə Azərbaycan dilinə xarici söz və terminlərin axını başladı ki, bu sözlərin tərkibində prefiks və prefiksoidlər var. Əvvəllər ərəb-fars mənşəli, sonralar isə rus-beynəlmiləl önşəkilçilər.  

Semantik cəhətdən prepozitiv terminelementləri bu cür qruplaşdırmaq olar:

1)            İnkar, əks, zidd mənası bildirən: anti – antivirus, antipatiya, antikorrupsiya; a- anormal, assimetrik; non – non-stop; kontr -  kontrtitul, kontrtitul.

2)        Məkan, yer mənası bildirən: pre - prepozitiv, prefiks; sub – subregional, substrat.

3)            İfrat dərəcəsi bildirən: extra – extrasens, extraordinar; ultra – ultrafiltr, ultraakustika, ultraliberal; super -  superkompüter, superkarqo.

4)            Zaman anlayışı bildirənlər: post -  postsovet, postmodernizm;pre – prenatal.

5)            Kəmiyyət bildirənlər: tri- trilogiya, trifton;, mono – monoloq,  monoton;  uni- unitar, univalent; bi – bilinqvizm; dia, okta, tetra.

6)        Həcm bildirənlər: makro – makroelement, makroproses, makromexanika; mikro – mikrorelyef, mikrosistem; meqa – meqastar, meqapolis; mini- minimal, minimum.

7) Elm sahələri ilə bağlı anlayışları bildirənlər: aqro (kənd təsərrüfatı), avia (aviasiya), kiber (kibernetika), geo (geologiya), zoo (zoologiya).

Elementlər əsasən, birmənalıdır, lakin onlardan bəziləri iki və daha çox məna da bildirir. Məsələn: inter – 1) arasında: interfiks, interferensiya, interfeys; 2) müddət: interpretasiya, interval, intermediya; 3) beynəlxalq: interlinqva, internasionalizm, interpol.  

Sub – 1) nəyinsə altında və ya yaxınlığında yerləşmək, gizlilik: substitr, subordinasiya, substantiv; 2) tabedici səviyyə, variativlik: submorf, sublimasiya, substitut, subfonem.

Trans – 1) ötürücü: transliterasiya, transkripsiya; 2) digər mövqeyə, vəziyyətə keçid: transpozisiya, transformasiya, transplantasiya; 3) hərəkətin hansı məkandan keçməsi: transarktika, transqafqaz. 

Onko – 1) kütlə, həcm: onkometriya –hüceyrə və ya orqanın həcminin dəyişməsi;   2) şiş: onkoloq – şişlərin profilaktikası və müalicəsi ilə məşğul olan həkim.

Stereo – 1) sabitlik, daimilik: stereotip; 2) həcm, yaxud məkan bölgüsünün mövcudluğu: stereometriya.

Elmi terminologiya müasir inkişaf etmiş ədəbi dillərin əsas hissəsini təşkil edir. Terminologiyanın formalaşma prinsipi üsuluna ictimai və elmi-texniki inkişaf təsir edir ki, bu da yeni xüsusi anlayışların yaranmasını əmələ gətirir və bu yeni terminlər lüğət tərkibini zənginləşdirir.

L.P.Krısın yazır ki, “latın və yunan əsas və sözyaradan elementlərin istifadəsi ilə elmi və texniki terminlərin yaranması son dərəcədə bizim zaman üçün xarakterikdir və əksər dillərdə, həmçinin beynəlxalq praktikada qəbul ediləndir” [5,45].

                 Yunan və latın komponentlər son dərəcə məhsuldarlıq və beynəlmiləl cəhəti ilə fərqlənir və buna görə də onlar daima elmi terminlərin yaranmasında əsas yaradıcı elementlər hesab olunurlar.

Yuxarıda söylədiklərimizin əsasında belə nəticə çıxarmaq olar ki, beynəlmiləl terminologiyanın derivasiya sistemində latın, yunan mənşəli sözyaratma elementləri böyük potensiala malikdir. Beynəlmiləl terminologiyada yunan, latınizmlər elm dilinin əsas özəyi hesab olunur. Məhz onlar elm dilinin və nominativ leksemlərin beynəlmiləlliyinin zəngin terminoloji potensialını təmin edir.

 

Ədəbiyyat

  1. Dilçilik Ensiklopediyası, II cild. Bakı,2008. 
  2. İzahlı dilçilik terminləri lüğəti. Bakı,1989, 364 s.
  3. Məmmədli N. Azərbaycan dilində alınma terminlər. Bakı, 2017, 488s.
  4. Акуленко В. В. Вопросы интернационализации словарного состава. Харьков, 1972, с.214.
  5. Крысин Л.П. Иноязычные слова в современном русском языке. М.,1968, с.45. 
  6. Новрузова С. Способы передачи префиксальных русско-интернациональних терминов на азербайджанский язык. дисс..канд.филол.наук, Баку,1990. с.
  7. Суперанская А.В., Н.В. Подолская, Н.В. Васильева. Общая Терминология. 2012, 248 с.
  8. 9.www.diplomba.ru. work/78105.

7.                Д.Э. Розенталь, М.А. Теленкова. Словарь лингвистических терминов. М.,1976, с. 543.

Açar sözlər: terminelement, prefiks, prefiksoid, prefiksasiya, terminyaratma.

Ключевые слова: терминоэлемент, префикс, префиксоид, префиксация, терминобразование.

Keywords: termelements, prefix, prefixoid,  prefixation, term-formation.

 

РЕЗЮМЕ

ПРЕФИКСАЦИЯ В ДЕРИВАЦИОННОЙ СИСТЕМЕ

В данной статье рассматриваются интернациональные греко-латинские терминоэлементы в азербайджанском языке. Они выполняют слово­образо­ва­тельные функции, прикрепляясь к основе, образуют новые термины. Термино­элементы разделяются по происхождению и объединяются в семантические группы. Здесь терминоэлементы подразделяются на префиксы, префиксоиды.

Терминоэлементы указывают на интернациональный характер. Они составляют особый терминологический фонд не только в азербайджанском языке, но и в других мировых языках.    

 

SUMMARY

PREFİXATİON IN DERİVATION SYSTEM

In this article discusses the international Greek-Latin term elements in Azerbaijani language. They perform derivational functions attaching to the base, form new terms. Term elements divided according to the origin and are united in semantic groups. Here they are divided into prefixes, prefixoid.

Term elements indicate an international character. They constitute a special terminological fund not only in Azerbaijani language, but also in other world languages. 

 

 

Rəyçi:                                   prof. Sayalı Sadıqova


Məmmədova Samirə

ETRUSK YAZISININ ŞİFRƏSİNİN AÇILIŞI

Antik dünyanın xalqlarının arasında etrusklar yunan, həm də latın müəllifləri kimi inşalarda əhəmiyyətli yeri tuturlar. Onların adı "Salnamələrdə" daim meydana çıxır, və Vergili Romanın yaranması haqqında öz eposunda atlılarının igidliklərindən təfərrüatı ilə danışır. İndiyə qədər etrusk şəhərlərinin və dəfnlərin çoxsaylı izləri saxlandı. Amma yox olmuş sivilizasiyanın salamat qalmış şəhadətnamələrinə baxmayaraq, böyük tarixi və bədii dəyər təşkil edən incəsənət nümunələrini Etruriya onsuz da mütəxəssislər üçün saxlayır. Məsələn, məlum deyil, Toskananın birinci sakinləri haradangəldilər? Etruskların mənşəyinin problemi artıq uzun vaxt ərzində müzakirə edilir. Hətta da qədim zamanlardan bu məsələdə ən müxtəlif fikirlər irəli sürülüb.

Çox çətin olan etrusk dilinin şifrini açması mübahisəli məsələ olaraq qalır. Müxtəlif alimlər tərəfindən aparılmış inadlı cəhdlərin yüzilliklərinə baxmayaraq — qədim zərflərin arasında bu dil hələ də həll edilməmişdir.

Məqalədə həll olunmamış problemləri təhlil etmək, qədim Etrurii tarixini təsvir etmək və qədim İtaliyanın tarixinə etrusk xalqının, onun ictimai və şəxsi həyatının, dinin vəincəsənətin və onların təsirinin sivilizasiyasının müxtəlif aspektlərinə baxmaq kimi məsələlər araşdırılıb.Bu iş etruskoloqiinin ümumi tarixi icmalından başlanır. Sonra əsas suallar - etrusk xalqının və onun dilinin mənşəyibaxılır. Məqalənin əsas hissəsi etrusk sivilizasiyasının müxtəlif tərəflərinə həsr edilmişdir.

İtaliyanın tarixində etrusk dövründə Etrusklar ən mədəni xalq idilər. İbtidai-icma quruluşu şəraitində yaşamış, etrusklar onunla seçilirdilər ki, onlarda sinfi cəmiyyət və dövlət təşkilatı yaranmışdı.. Etrusklar üç ərazidə məskun edildilər – müasir Toskananı – Tibrin və Arnonun sağ sahilinin arasında, ondan daha şimalda– Padanskiy regiondur, daha cənubda– Kampaniyanı.

Etrusk problemi hələ antik vaxtlardan belə yarandı. O iki əsas aspektə malikdir: etruskların mənşəyinin və onların dilinin problemi. Qədim zamanlarda yalnız bir aspekt mövcud idi, çünki etrusk dili onda hələ sağ idi. Bizim üçün ikinci aspekt birinciyə açar olmağa söz verir, yəni dilin genetik ləvazimatının müəyyənləşdirilməsi və onda yazıların anlamasına işıq saçacaq.

Etruskların mənşəyi  ümumi fikirlərdəqədim zamanlarda deyilənə görə mövcud deyildi. Herodot danışır ki, onlar Kiçik Asiyadan gəldilər.

Etrusk yazısının ən məşhur abidələri — başdaşılar və keramikadır. Hal-hazırda etrusk əlifbasının köməyi ilə yerinə yetirilmiş təxminən doqquz min yazı məlumdur — qəbirdaşılarda, güldanlarda, heykəllərdə, güzgülərdə və qiymətli şeylərdə tapılmışdır. Həmçinin Liber Linteusun kətan etrusk kitabının fraqmentləri tapılmışdılar.

Şifrini açma problemi ondan ibarətdir ki, etrusklarda yazılış sistemləri yox idi, yəni onlar yazırdılar, necə soldan sağa, həm də sağdan sola. İkinci çətinlik ondan ibarətdir ki, sözlər həmişə bir-birindən ayrılmırdı.

Etrusk yazıları romalılara anlaşılmayan idi – “hetruscum non ligatur”atalar sözü "etrusk oxunmur" deməkdir. Etrusk dili məşhur Avropa dillərinə qohum deyil və onlardan təcrid edilmişdir.

Bir halda ki, etrusk dilinin şifrəsi açılmamışdır, etrusklar tərəfindən istifadə edilən nişanların (əlifba həqiqi mənada sözlər) qaydaya salınmış yığımı naməlumdur, etrusk əlifbası yenidən qurmadır. Bu hərflərin və onların formasının sayları uyğun olan səslərəaiddir.

Etrusk məktubunda rast gəlinən təxminən 90 etrusk nişanı məlumdur.

Etrusk yazısının qeyri akademik baxışı:

                                                                            

Etrusklar Qədim İtaliyanın mədəni inkişafına güclü təsiri göstərdilər: etrusklardan romalılar bir sıra siyasi təşkilatın xüsusiyyətləri, strukturu və ordunun silahlandırılmasını, hökumət şəxslərinin, mifologiyanı və dini hakimiyyətin nişanlarını qəbul etdilər.

Etrusklar vasitəsilə Orta və Şimali İtaliyasının italyan tayfaları yunan yazısını qəbul etdi. Bir fərziyyəgörə də etrusk dili Aralıq dənizi dilləri qrupuna aiddir – Cənubi Avropanın və Araılq dənizinin adalarının qeyri hind-avropa və nesemito-xamitskie dilləri.

Etrusk dilində zi misalları stərmək istərdik:

FIL – "uşaq" (sr. russk. Filippok).

KASMAS – lüğətdə "casmillusu" kimi verirlir, "camillus" – "qüsursuz mənşəyi, möhtərəm ailədən olan cavan oğlan" deməkdir.

MİNİMUS – minimus – "ən kiçik, ən kiçik; tamamilə dəyərsiz; kiçik".

ULUFA – lüğətdə həminki mənayla "ululou" kimi verirlir "vıyıldamaq, ulamaq, qışqırmaq, hönkür-hönkür ağlamaq, hönkürtülərlə dolmaq, fəryadlarla açılmaq, hönkürtülərlə elan etmək, fəryadla çağırmaq" deməkdir.

NİCE – lüğətdə "niceteriumun" törəmə sözü kimi göstərilir – "qalibəmükafat" deməkdir.

MENER – mener – "aparmaq, aparmaq, sürmək)".

ÜZ – fas – 1) təbiyyat hüququ, ən yüksək yazılmamış qanun, səmanın hökmü; 2) icazə verilmiş; 3) Allahların iradəsiylə həll edilmiş, qabaqcadan müəyyən edilmişi taleylə, tale; 4) hüquq (haqq).

Allahların adları haqqında yazıda bir neçəsinin mənasl verilmişdir.  Yazının sonunda "menerfas" hərflərinin uyğunluğu bəziləri etrusk ilahəsiylə eyniləşdirirlər – Menrva, analığın ilahəsi, zahıların himayəçisi. Daha sonra sənətin və sənətkarların və cəngavərin (Minervanın Roma mifologiyasında) himayəçisi kimi sayılırdı.

 

Açar sözlər: şifrə, yazı, hərflər, etrusk xalqı, qədim İtaliya, etrusk dili, qədimi yazılar.

Ключевые слова: код, письмо, буквы, этрусский народ, древняя Италия, этрусский язык, древние письма.

Key words: code, writing, letters, Etruscan people, ancient Italy, Etruscan language, ancient writing.

 

РЕЗЮМЕ

В статье мы постарались описать историю древнего народа, его общественная жизнь и их влияния на некоторые вопросы, и были рассмотрены различные аспекты цивилизации и искусства, религии и нерешенные проблемы анализа этрусского письма, древняя история Италии и т.д. Эта работа посвященана общей истории этрусского народа, письма и цивилизации. Были рассмотрены такие основные вопросы как - этрусскийнарода и его происхождение, и его язык. Основная часть статьи посвящена этрускам и их различных аспектов цивилизации.

 

SUMMARY

In the article we tried to investigate the history of the ancient people? Its social life and its impression on some problems, and has been issued the different aspects of civilization and culture, and unsolved problems of Etruscan writing and ancient Italy, etc. This issue has been devoted to the social history of Etruscan people, its writing and civilization. There are also some questions as Etruscan people and its origin. The main part of the article has been devoted to Etruscan people and its various aspects of civilization.

 

RƏYÇİ:  prof. L.Əhmədova


Məmmədova Lalə Yaşar qızı

FARS DİLİNDƏ NİTQ HISSƏLƏRİNİN FUNKSİONAL TƏDQİQİNƏ

DAİR BƏZİ QEYDLƏR

Qrammatik qaydaların doğru-düzgün şəkildə qorunduğu, daha dəqiq desək, qrammatik qaydalara riayət edilərək qurulmuş bir cümlə subyekin fikrini daha aydın şəkildə ifadə etmək imkanına malik olur. Məsumə Əmirxanlı “Fellərin funksionallığı əsasında Hafizin qəzəllərinin üslubunun öyrənilməsi” adlı məqaləsində yazır: “Hər bir prosesin seçimi müəllifin çatdırmaq istədiyi məzmun və məqsədə əsaslanır. Mövzunun dəyişməsi ilə həmin mövzuya aid olan proseslərin konteksti, növü və işlənmə çoxluğu dəyişir. Belə ki, şerlərində işlənmiş fellərin növü əsasında Hafizin baxış bucağını müəyyən etmək olar” (10, səh.173).

Deməli, hər hansı nitq hissəsinin cümlədə yerinə yetirdiyi funksiya, bu funksiyanın həm morfoloji, həm də sintaktik aspektləri müəllifin fikirilərinin sosial ifadəsini, münasibətini, mənəvi görüşünü və sairəni ifadə etməyə xidmət edir.

Jinus Şirvan “Subyektiv sadə bəsit cümlələrin Hallidi nəzəriyyəsi əsasında tədqiqi”adlı məqaləsində yazır: “یواش یواش داره ازت بدم می آید” (Yavaş-yavaş sənə nifrət etməkdəyəm) cümləsində indiki zaman felinin subyekti olan “mən” şəxs əvəzliyi ixtisar edilmişdir. Bunu xəbər funksiyasını yerinə yetirən felin identifikasiya əlaməti əsasında müəyyən edirik. Sözügedən cəhət subyektin şüurlu olduğunu da göstərir. Deməli, xəbəri fellə ifadə edilmiş bu cümlənin şüuri prosesi emosiya əsaslıdır (8, səh.79).

Fars dilində nitq hissələrinfunksional tədqiqi, habelə müqayisəli qrammatika əsasında nitq hissələrinin ehiva etdiyi semantik və qrammatik funksiyaların qarşılaşdırılmasına dair çoxlu araşdırmalar aparılmışdır.Bu məqalədə nitq hissələrinin sintakik funksiyalarının ümumi mənzərəsini verməyə çalışmışıq.

Həsən Əhmədi Givi və Həsən Ənvəri “Fars dilinin qrammatikası” əsərində ismlərin sintaktik funksiyasından bəhs edərkən onu 10 yerə bölmüşlər:

  1. Mübtədalıq (haqqında xəbər verilənlik) funksiyası;
  2. Xəbərlik funksiyası;
  3. Obyekt funksiyası;
  4. Tamamlıq funksiyası;
  5. Nida olunanlıq (çağrılanlıq) funksiyası;
  6. Müəyyələşdirənlik funksiyası;
  7. Zərflik funksiyası;
  8. Təyin funksiyası;
  9. İzafət funksiyası;
  10. Əlavə funksiyası. Sonra adıçəkilən müəlliflər yazırlar: - yuxarıda qeyd edilən funksiyaların bəzisi əsas, bəzisi isə qeyri-əsasdır. Əsas funksiya cümlənin fel ilə birbaşa əlaqənin olmasına deyilir. Buna mübtədalıq, xəbərlik,obyekt,tamamlıq, nidalıq (çağrılanlıq), müəyyələşdirənlik və zərflik funksiyası aiddir. Qeyri-əsas funksiyada fellə birbaşa əlaqə olmur, hər hansı əsas funksiyalardan birindən asılılıq olur. Buna təyinlik, izafət və əlavə funksiyaları aiddir.(2, səh.86)

İsm o zaman mübtəda (haqqında xəbər verilən) olur ki, hər hansı bir iş və hadisə ona aid edilir, daha dəqiq desək, haqqında xəbər verilir. Məsələn:

نظامی آذرباجان را خیلی دوست دارد

Nizami Azərbaycanı çox sevir.

Cümlənin məzmunu: Azərbaycanın Nizami tərəfimdən sevilməsi.

Prosesin iştirakçısı: Nizami

Cümlənin strukturu: نظامی (Nizami–subyekt və aktor)  + آذربایجان را (Azərbaycanı – obyekt, tamamlıq) + خیلی (çox-zərflik)  + دوست دارد (sevir – subyekt və fel).

İnterpersonal struktur: Subyek və ya aktor (نظامی – Nizami) + fel (دوست دارد – sevir).

“نظامی” – Nizami nəzər nöqtəsi olan cümlədə müxəlif funksiyaları yerinə yetirir: - subyektdir, “دوست دارد” – sevir feili ilə uzlaşma əlaqəsindədir, sevmək prosesini yerinə yetirən aktordur.

İsm mübtəda funksiyasını yerinə yetirərkən aşağıdakı altı formadan birində ola bilər:

a)                   Fellə birlikdə işlənib, cümlənin subyeki olur. İşin təsdiqi və ya inkarı ona aid edilir:

عارف آمد

عارف سلام نکرد

Arif gəldi.

Arif salam vermədi.

Qeyd: Yuxarıda qeyd etdiyimiz funksional təhlili eynilə bu cümlə üzərində tətbiq edə bilərik.

b)                  İşi və hadisəni qəbul edən obyek funskiyasını yerinə yetirir. Bu zaman cümlənin xəbəri məchul fel olur:

میوه ها چیده شد

Meyvələr yığıldı.

c)                   Xüsusiyyət və hal daşıyıcısı olur. Başqa sözlə desək, hər hansı xüsusiyyət və hal ona aid edilir:

محمد کوشا است

Məhəmməd çalışqandır.

d)                  Hər hansı hal və xüsusiyyəti qəbul edir. Başqa sözlə desək, hər hansı hal və xüsusiyyətin qəbul edilməsinin təsdiq və inkarı ona aid edilir:

اینجا کتاب است

کتاب توی کیف نبود

Kitab buradadır.

Kitab çantanın içində deyildi.

Yuxarıdakı misallarda kitab sözləri mübtəda, “است و نبود” (vardır və yox idi) feilləri ümumi fellərdir. “است”, yəni mövcuddur, “نبود”, yəni yox idi, mövcud deyildi.

e)                   Malikiyyətlik xüsusiyyəti. Bu zaman mübtəda “داشتن” – malik olmaq feli ilə birlikdə işlənir:

جیهون ماشین دارد

Ceyhunun maşını var

Xəbərlik funksiyası; obyekt funksiyası; tamamlıq funksiyası

İsm bəzən cümlədə xəbər funksiyasını yerinə yetirir:

مالک دانشجو است

Malik tələbədir.

Obyekt funksiyası. Bəzən ism cümlədə təsirlik halda olan fellə birlikdə işlənir, həmin felə aid olan iş və hərəkətin təsir obyekti rolounda çıxış edir və bu funksiya ilə cümləni tamamlayır. Məsələn:

خواهرم را دیدم

Bacımı gördüm.

Müasir fars dilində obyekt dörd formada işlənir:

a)                   “را” (ı-4) sonqoşması ilə birlikdə. Məsələn:

کتاب را خریدم

Kitabı aldım

b)                  “ی” hərfi ilə. Bu isə obyekt qeyri-müəyyən olduğu zaman baş verir. Məsələn:

درختی دیدم

Bir ağac gördüm

c)                   “را” və “ی” olmadan işlənir. Bu zaman obyek daha çox cins bildirmək funksiyasını yerinə yetirir. Məsələn:

احمد سیب خرده است

Əhməd alma alıb

Yəni, Əhmədheyva, nar, armud və başqa bir şey deyil, alma alıb.

d)                  “را” və “ی” ilə işlənir. Məsələn:

من کتابی را که می خرم می خوانم

اتوبوس مردی را در خیابان زیر گرفت

Mən aldığım kitabı ouyuram

Avtobus aşağıdakı küçədən bir kişini götürdü

(2, səh.92)

Tamamlıq funksiyası. Tamamlıq cümlədə önqoşmalarla işlənir və fel haqqında daha ətraflı məlumat vermək funksiyasını yerinə yetirir. Məsələn:

الهه از خانه به دانشگاه رفت

İlahə evdən universitetə getdi.

Cümlənin məzmunu: İlahənin universitetə getməsi.

Prosesin iştirakçısı: İlahə

Cümlənin strukturu: الهه (İlahə - subyek və akor) + از خانه به دانشگاه (evdən universitetə - obyekt, tamamlıq) + رفت (getdi).

İnterpersonal struktur: Subyekt və ya aktor (الهه – İlahə) + fel (gtdi).

“خانه و دانشگاه” (ev və universitet) nəzər nöqtəsi olan cümlədə fikri tamamlamağa xidmət edir. Əgər bu ikisi olmasa cümlə dinləyicini qane etmir. Bu cəhətdən cümlədəki tamamlıqlar fikri daha da məzmunlu etməyə xidmət edir. Bu tamamlıq funksiyasını yerinə yetirən ismlər həm də getmək prosesinin aktorunun hərəkət obyektlərini müəyyən etmək funksiyasını yerinə yetirir.

Nida olunanlıq (çağrılanlıq) funksiyası. Əgər ism cümlədə xitab və nida obyekti olarsa, bu zaman çağrılanlıq funksiyası yerinə yetirmiş olur, çağırılan, nida olunan, xitab edilən adlanır.  Məsələn:

ای خدا! ای پناهگاه بندگان!

Ey tanrı! Ey bəndələrin sığınacaq yeri!

Məhəmmədcavad Şəriət bu funksiyanın aşağıdakı formalarda ifadə edilyini qeyd etmişdir:

  1. İsmin əvvəlinə “ای” əlavə edilməklə ifadə edilir:

ای برادر تو همه اندیشه ای                          مابقی تو استخوان و ریشه ای

Ey qardaş, sən tamamilə fikir və düşüncədən ibarətsən.

Qalan hissən sümük və damardan ibarətdir (Mövləvi).

  1. İsmin sonunda “əlif” hərfi yazılır:

خدایا جهان پادشاهی تراست                        زما خدمت آید خدایی تراست

İlahi, dünyanın hökmranlığı sənə məxsusdur.

Bizim əlimizdən xidmət gəlir, Allahlıq sənə məxsusdur.

  1. “Rəb” və bəzi ərəb mənşəlixüsusi ismlərin əvvəlinə “یا”yazılır:

یارب این نودولتان را بر خر خودشان نشان   کاین همه ناز از غلام و استر می کنند

Ya Rəbb, bu təzəcə mal-mülk sahibi olmuşları öz uzunqulaqlarına oturt

Ki, qulam və qatıra belə naz etməkdədirlər.

  1. Heç bir əlamət olmadan, xüsusi bir ahənglə ifadə edilir:

حافظ وظیفه تو دعا گفتن است و بس             در بند آن مباش که نشنید یا شنید

Hafiz, sənin vəzifən dua etməkdir, vəssalam!

Onun eşitməsinin ya eşitməməsinin dərdini çəkmə! (Hafiz)

(6, səh.372-374)

Aydınlaşdırıcı funksiya. Bəzən cümlədə işlənən ism nə subyekt, nə obyekt, nə də tamamlıq funksiyası yerinə yetirir. Onun cümlədəki funksiyası cümlədə hər hans məlum olmayan bir məsələyə aydınlıq gətirməkdir. Həmin ism olmadan cümlənin mənası tam aydın olmur.

خراسان را خاوران نیز می گفتند

Xorasana Xavəran da deyirdilər

Əgər “xavəran” sözünü ixtisar etsək, o zaman cümlə belə olur: “خراسان را ... نیز می گفتند” gördüyümüz kimi sözügedən ism olmadan cümlə natamam və anlaşılmazdır.

(2, səh.96-97)

Zərflik funksiyası. İsm bəzən cümlədə zərflik funksiyasını icra edir.

من امسال به فرانسه خواهم رفت

Mən bu il Fransaya gedəcəyəm.

Təyinlik funksiyası. Bir çox yerdə sifət ismin funksiyasını yerinə yetirdiyi kimi, ism də bəzən sifət rolunda çıxış edib onun funksiyasını yerinə yetirir.

من در عمرم مردتر از او ندیده ام

دلی سنگتر از دل تو نیست

Mən ömrümdə ondan kişisini görmədim.

Sənin qəlbindən daş qəlb yoxdur. (2, səh.99)

İzafət funksiyası. İsm bəzən başqa bir sözlə tərkib yaradır. Bu zaman ikinci söz birincini izah edir.

انسان کامل برای جهان یک لطف الهی است

Kamil insan dünya üçün ilahi bir lütfdür.

Əlavə funksiyası. Bəzən cümlədə bir ism başqa bir adla digər bir ismin yanında işlədilir. Bəzən ikinci ism özündən əvvəlki ismin ləqəb, şöhrət, peşə, vəzifə və sair kimi xüsusiyyətlərindən birini ifadə edir, onu dinləyiciyə daha yaxşı tanıtdırır.

از باکو پایتخت آذربایجان تا گنجه 348 کیلومتر راه است

Azərbaycanın paytaxtı Bakıdan Gəncəyə qədər olan məsafə 348 km-dir.

Sifətlər

Sifətlər cümlədə əsasən izahetmə, səciyyələndirmə, təyinetmə funksiyası daşıyır. Sifət cümlədə ismlə birlikdə işlənir, onun halını, vəziyyətini və xüsusiyyətini izah edir. Sifət cümlədə adətən təyin olunandan sonra gəlir və təyinolunana “kəsrə”vasitəsilə əlavə edilir. Humayun Fərrux sifət haqqınd belə yazır: “Sifətin fars dilində iki əsas funksiyası var, təyin rolunda çıxış edir,برگ زرد، جهان جوان، آسمان صاف(sarı yarpaq, saf səma, gənc dünya). Digər funksiyası isə tamamlıqdır:آن جوان از تشویق آموزگار کوشا شد - O gənc müəllimin stimulu ilə çalışqan oldu” (4, səh.1012-1013)

Bəzən təyin təyin olunandan əvvəl də işlənir. Ancaq bu zaman əlaqələndirici vasitə kimi kəsrədən istifadə edilmir:

ظریفه خوب مادری است

Zərifə yaxşı anadır.

Sifət cümlədə xəbər və zərflik funksiyalarını da yerinə yetirirlər:

دانشجو کوشا است

راننده خوب ماشین می راند

Tələbə çalışqandır

Sürücü yaxşı maşın sürür

Sifət ismləşdikdə (substantivləşdikdə) isə ismin bütün funksiyalarını yerinə yetirir. Həsən Ənvəri və Əhməd Givi öz kitablarında bunu cədvəl şəklinə salaraq çox gözəl formada vermişlər:

Sıra

Cümlə

Sifət

Funksiya

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

 

9

 

10

مرد دانشمند آمد

Elmli kişi gəldi

علی خوب می نویسد

Əli yaxşı yazır

علی دانشمند است

Əli alimdir

دانشمند وارد شد

Alim daxil oldu

دانشمند را دیدم

Alimi gördüm

به دانشمند نامه نوشتم

Alimə məktub yazdım

کتاب دانشمند اندتشار یافت

Alimin kitabı çap edildi

آرامگاه ابن سینا دانشمند ایرانی در همدان است

İranlı alim İbn Sinanın qəbri Həmədandadır

من او را دانشمند می دانم

Mən onu alim hesab edirəm

ای دانشمند

Ey alim!

دانشمند

(alim, elmli)

خوب

(yaxşı)

دانشمند

(alim, elmli)

دانشمند

(alim, elmli)

دانشمند

(alim, elmli)

دانشمند

(alim, elmli)

دانشمند

(alim, elmli)

دانشمند

(alim, elmli)

دانشمند

(alim, elmli)

دانشمند

(alim, elmli)

 

Təyin

 

Zərf

 

Xəbər

 

Mübtəda

 

Obyekt

 

Tamamlıq

 

İzafət

 

Əlavə

 

 

Aydınlaşdırıcı

 

Çağırılanlıq

 

(2, səh.126)

Sifət cümlədə əlavə rolunda iştirak edərkən özündən əvvəlki komponentlərə kəsrə olmadan əlavə edilir:

باران،مايهاميدمرد،زمينراسيرابكرد

Yağış – insanların ümid mənbəyi yeri sirab etdi.

(7, səh.40)

Fars dilində işarə əvəzlikləri və saylar daşıdıqları funksional vəzifə baxımından sifət sisteminə daxil edilirlər. Məsələn:

این ماجرا مربوط به سال 1930 است

Bu hadisə 1930-cu ilə aiddir (2, səh.129)

Əvəzliklər ismləri əvəz etdikləri üçün ona aid olan müxtəlif funksiyaları yerinə yetirirlər. Əvəzliklərin yerinə yetirdiyi əsas funksiyalar aşağıdakılardır:

Mübtəda funksiyası yerinə yetirən əvəzliklər: Şəxs əvəzliyi (ayrı), qayıdış əvəzliyi, işarə əvəzliyi, sual əvəzliyi, təəccüb bildirən əvəzlik, qeyri-müəyyənlik əvəzliyi:

من مقاله را امروز تمام کردم

Mən məqaləni bu gün tamamladım.

خودت از اینجا رفتی

Özün buradan getdin

این آمد. آن رفت...

Xəbərlik funksiyası yerinə yetirən əvəzliklər:Şəxs əvəzliyi, qayıdış əvəzliyi (خود), işarə əvəzliyi, sual əvəzliyi, qeyri-müəyyənlik bildirən əvəzlik.

Obyekt funksiyası yerinə yetirən əvəzliklər: Şəxs əvəzliyi (ayrı), bitişən şəxs əvəzliyi, qayıdış əvəzliyi (خود و خویشتن), işarə əvəzliyi, sual əvəzliyi, təəccüb bildirən əvəzlik, qeyri-müəyyənlik bildirən əvəzlik.

Tamamlıq funksiyası yerinə yetirən əvəzliklər:

Şəxs əvəzliyi, bitişən şəxs əvəzliyi, qayıdış əvəzliyi (خود و خویشتن), işarə əvəzliyi, sual əvəzliyi, qeyri-müəyyənlik bildirən əvəzlik.

Çağırılanlıq funksiyası yerinə yetirən əvəzliklər:Şəxs əvəzliyi və işarə əvəzlikləri.

Aydınlaşdırıcı funksiyası yerinə yetirən əvəzliklər:Sual əvəzliyi və qeyri-müəyyən əvəzlik.            

Zərflik funksiyası:İşarə əvəzliyi, sual əvəzliyi, təəccüb bildirən əvəzlik, qeyri-müəyyənlik bildirən əvəzlik.

İzafət funksiyası yerinə yetirən əvəzliklər: Şəxs əvəzliyi, bitişən əvəzlik, qayıdış əvəzliyi (خود و خویش وخویشتن), işarə əvəzliyi, sual əvəzliyi, qeyri-müəyyənlik əvəzliyi.

Əlavə funksiyası:Qayıdış əvəzliyi (خود) və işarə əvəzliyi.

Fel. Xanləri feli tərif edərkən yazır ki, fel üç anlayışı – hal, zaman və şəxs məfumunu özündə ehtiva edir (1, səh.19). Məhəmmədcavad Şəriət isə yazır: - hər hansı işin icrasını, şəxsin və ya əşyanın indiki, keçmiş və gələcək zamandakı halını və vəziyyətini ifadə edir (6, səh.126). Həsən Əhmədi Givi və Həsən Ənvəri yazırlar: - Fel hər hansı işin bir şəxsin və ya əşyanın üzərində icarə eidlməsi və ya icra olun­ması, hal, vəziyyət, xüsusiyyət və səciyyənin kiməsə və ya nəyəsə aid edilmə­sidir. Bu fel zaman, şəxs, say və zaman anlayışlarını da ehtiva edir (2, səh.21-23). Sultani yazır: - Feldə hərəkət, şəxs, zaman və say məzmunları mövcuddur. Bununla belə, məsdər, feli sifət, ismi məsdər və sair fellərin tərkib hissəsinə aid deyil. Çünki bu kateqoriiyalarda hal, şəxs, say və zaman məzmunlar yoxdur (3). Beş müəllifin (Qərib, Bahar, Foruzanfər, Humayi və Yəsi) “Fars dilinin qrammatikası” əsərində felə belə bir tərif verilmişdir: “Sözün doqquz formasından biri də feldir. Fel olmaq və ya etməyin keçmiş, indiki və gələcək olmaqla üç zamandan birinə aid edilməsidir” (4, səh.133).

Şəhin Şeyx Səngəcin və Raziyə Məşhədinəjad “Fars dilində aktor fellərin sintaktik və semantik tədqiqi – funskional prinsip əsasında” adlı məqaləsində yazırlar: “Fellər real həyatda baş verən işləri, hadisələri və halları ifadə edir. Deməli, hər hansı vəziyyət felin növlərindən biri vasitəsilə göstərildikdə və felin növündən danışıldqıda əslində xüsusi bir vəziyyətə işarə edilir” (9, səh.1195).

Fikir ifadəsi zamanı cümlənin əsas komponenti olan felin xəbər və digər şəkilləri hər bir dilin özünməxsus prinsipləri ilə səciyyələndiyi kimi, fars dilində də felin bütün şəkilləri öz funksional müxtəlifliyi və bu müxtəlifliyin nümayiş etdirdiyi zənginliklə seçilir. Fars dilində felin keçmiş zaman formasının şühudi, nəqli, bitməmiş, bitməmiş nəqli keçmiş, uzaq, daha uzaq, iltizam, davam etməkdə olan, nəqli davam etməkdə olan şəkilləri mövcuddur.

İndiki zaman formasının iltizam vədavamedici şəkilləri. Gələcək zaman isə qəi və qeyri-qəti formalara malikdir. Bundan əlavə, felin əmr, arzu, vacib, şərt şəkilləri var.

Fellərin funksional səciyyəsi bütün digər nitq hissələrindən daha geniş və daha rəngarəngdir. Proseslərin növlərinin ifadəsi fellərin ayrı-ayrı formalarından asılıdır. Ümumilikdə fellərin ifadə etdiyi proseslərin aşağıdakı növləri müəyyən edilmişdir:

  1. Maddi (material) proses. Hər hansı işin icrası və hadisənin baş verdiyini göstərən bütün növ fiziki aktlar maddi proses hesab edilir. رفتن، ساختن، آمدن، نوستن  (getmək, düzəltmək, gəlmək, yazmaq) və sair fellər bu qəbildən olan fellərdir. Hər bir maddi prosesin iki qütbü olur: akor və obyekt. Aktor feilin icraedicisi, obyek isə feilin qəbuledicisidir.
  2. Mental proses. Hiss, idrak və düşüncə bildirən proseslərin hamısı mental proseslər hesab edilir. Bu prosesdə iki iştirakçı olur: - dərk edən və fenomen. Dərk edən hadisəni dərk edən, hiss edən və düşünən şüurlu varlıq, dərk edilən, hiss olunan, düşüncə obyekti olan vasitə isə fenomen adlanır. دانستن، دریافتن، ترسیدن، تصمیم گرفتن، دوست داشتن، اعتقاد داشتن (bilmək, anlamaq, qorxmaq, qərara gəlmək, sevmək, inanmaq) və sair mental  prosesləri ifadə edən fellərdir.
  3. Əlaqələndirici proses. Bu prosesdə əşyalar və fenomenlərin keyfiyyəti və onlar arasındakı əlaqədən danışılır. Hər hansı vəziyyət malik olmanın kiməsə və ya nəyəsə aid edilməsi bu proses vasitəsilə ifadə edilir. Bu cür proseslər adətən, بودن، به نظر رسیدن، شدن، داشتن  (olmaq, görünmək, hesab edilmək, olmaq, malik olmaq) və sair kimi fellərlə ifadə edilir.
  4. Davranış prosesi. İnsan və ya hər hansı canlının bütün növ fiziki və psixo­loji davranışı bu prosesə aiddir. Bu prosesin bir iştirakçısı olur. خندیدن، گریستن، آواز خواندن (gülmək, ağlamaq, oxumaq) və sair fellər bu qəbil prosesləri ifadə edir.
  5. Verbal proses. Danışığa aid edilən bütün prosesləri bu kateqoriyaya aiddir. گفتن، توضیح دادن، پرسیدن، دستور دادن (demək, izah etmək, soruşmaq, göstəriş vermək) və sair fellər bu prosesin ifadəediciləridir.
  6. Eqzistensial proses. Hər hansı fenomen, şəxs və ya əşyanın mövcud olub, olmaması bu proses üçün səciyyəvidir. Bu prosesبودن، ظاهر شدن، وجود داشتن (var olmaq, zahir olmaq, mövcud olmaq) və sair felləri ilə ifadə edilir. Varlıq və yoxluq haqqında xəbər verən bu proses növünün iştirakçısı mövcud adlanır.

Ümumiyyətlə, fel zaman, şəkil və məna zənginliyi, eyni zamanda ətrafda baş verən proseslərin tam ifadəsi üçün ən akiv və ən zəruri nitq hissəsidir.

İstifadə edilmiş ədəbiyyat siyahısı

  1. پرویز ناتل خانلری، دستور زبان فارسی. نشر توس 1395
  2. حسن انوری و حسن احمدی گیوی، دستور زبان فارسی. نشر فاطمی 1375
  3. سلطانی گرد فرامرزی علی، دستور زبان فارسی. تهران: ناشر مؤلف 1368
  4. عبدالرحیم همایونفرخ، دستور جامع زبان فارسی. چاپ علی اکبر علمی 1364
  5. قریبعبدالعظیم، بهار ملک الشعرا، فروزانفر بدیع الزمان، همائی جلال، یاسمی رشید، دستور زبان فارسی پنج استاد. تهران: فردوسی 1380
  6. محمد جواد شریعت، دستور زبان فارسی. انتشارات اساطیر 1364

İnternet resursları

  1. دکتر سید مهدی سمایی، پردازش گروه اسمی،

http://jipm.irandoc.ac.ir/files/site1/user_files_e1671e/18_1_2_4.pdf

  1. ژینوس شیروان، بررسی جمله واره های ذهنی از دیدگاه هالیدی،  

http://functional-ling.iauctb.ac.ir/Files/1/Congress/1_2014-06-28_02.29.23_6%20shirvan.pdf

  1. شهین شیخ سنگ تجن و راضیه مشهدی نژاد، بررسی نحوی و معنایی فعلهای کنشی زبان فارسی بر اساس دستور نقش و ارجاع 

http://www.anjomanfarsi.ir/pdf/pa8/1083.pdf                                                                                                           

  1.  معصومه امیرخانلو، سبک شناسی غزلیات حافظ بر اساس فعل، رویکرد نقشگرا

https://jpl.ut.ac.ir/article_57813_85c492a1ed9e9fb5993a33fbce51c3b7.pdf

 

On some notes of the functional studies of nthe parts of speech in Persian

Summary

The paper deals with one of the most interesting field of research in the contemporary grammar of Persian, i.e. the functional studies of the parts of speech in this language. The functioanal aspects of the parts of speech based on their different categories, their different grammatical principles ,  as well as their semantic system have been under systemic investigation for recent years. The paper focuses on certain functional aspects  of these categories.

 

Некоторые заметки о функциональных исследованиях частей речи в персидском языке

Резюме

Статья посвящена исследованию одного из самых интересных областей грамматики персидского языка, а именно функциональных аспектов частей речи в этом языке. Последние годы функциональные аспекты частей речи на основе их различных категорий, их различные грамматические принципы, а также их семантическая система были системно  рассмотрены. В данной работе уделяется внимание  функциональным аспектам этих категорий.  

                                                                                                            RƏYÇİ:  dos. S.Abbasova

 


Pərvin Eyvazov

BƏKİR ÇOBANZADƏNİN DİL TƏDQİQATLARINDA SAYLARIN ETİMOLOGİYASI HAQQINDA

Bəkir Çobanzadənin əsərlərində toxunduğu məsələlərdən biri də türk dillərində, o cümlədən Azərbaycan türkcəsində sayların tarixən yaranması, onların etimologiyasıdır. Əvvəla, qeyd edək ki, sayların etimologiyasından danışarkən onların spesifik xüsusiyyətləri həmişə nəzərdə tutulmalıdır. Məsələn: kontekstdə daha çox sadalama intonasiyası ilə deyilən saylarda sait uzanması baş verir, geminantların yaranması üçün şərait yaranır, deməli, saylarda rast gəldiyimiz uzanmalar ilkin deyil, sonrakı vəziyyət kimi qiymətləndirilməlidir. Yaxud sayların morfonoloji quruluşu pratürk dilinin keçdiyi inkşaf mərhələləri fonunda izah olunmalıdır. F.Cəlilov yazır: “Türkologiyada sayların etimologiyası barədə çox yazılsa da, inandırıcı nəticə ələ edilməmişdir. Ümumiyyətlə, bütün say sistemini türk dilləri fonunda rekonstruksiya etmədən nə onların etimologiyası haqqında tutarlı söz demək olar, nə də başqa dillərlə müqayisə aparmaq olar. Əks təqdirdə, təsadüfi oxşarlıq həqiqi əlaqə kimi təqdim olunacaq” (1, s.172). B.Çobanzadə də sayların inkişaf tarixini məhz bu məzmunda və istiqamətdə araşdırmışdır.    

Türk dillərində onluq say sistemindən istifadə edildiyini göstərən (4, s.52) dilçi alim səkkiz, doqquz, iyirmi, otuz, qırx, əlli, altmış, yetmiş, səksən, doxsan, yüz, min saylarının etimologiyasını araşdırır, onların fonosemantik quruluşunu türk dillərinin inkişaf tarixi fonunda izah edir. Qeyd etdiyimiz kimi, türk dillərində sayların adlandırılmasında desimal say sistemindən geniş istifadə olunur. Buna uyğun olaraq B.Çobanzadə yazır ki, səksən və doxsan sözləri “səkiz+on”, “doquz+on” saylarının birləşməsi nəticəsində əmələ gəlib. Ancaq bunu bütün saylara şamil etmək olmaz. Belə ki, bu gün türk dillərində on sayı mövcud olduğu halda, onun arxetipi olan mış sözü artıq arxaikləşmişdir. H.Mirzəzadə bu münasibətlə yazır: “Onluq məfhumu ifadə edən və vaxtilə müstəqil söz olan mış hələ çox əvvəllər tarixin uzaq keçmişində öz müstəqilliyini itirmiş və bizə bir şəkilçi kimi gəlib çatmışdır” (10, s.99). 

 B.Çobanzadə göstərir ki, bu gün mış sözünün tarixi izlərini fin-uqor dillərində müşahidə etmək mümkündür. Əslində bu söz türk dillərindən fin-uqor dilləri ailəsinə daxil olan Perm qrupu dillərinə keçmişdir (8, s.63). B.Çobanzadənin qənaəti də odur ki, mış sözü Ural-Altay dillərinə aid leksik vahid olub, bütün dillərdə on mənasını ifadə edir. Ancaq alim qeyd edir ki, çuvaşcada otmal=60, simtel=70 sözlərində ot=olt=6, sit=7 olduğundan, burada mal//mel hissəciyi on sayını göstərir (4, s.90). Bu mənada, altmış sözü “altı+on”, yetmiş sözü “yeddi+on”, səksən sözü “səkkiz+on” formasında meydana gəlmişdir: “Bu təqdirdə alt+mış=altı+on, yet+miş=yeddi+on olur. Netəkim, bir çox türk-tatar ləhcələrində böylə də qullanılıyor. Məsələn, yakutcada və bəzi Altay türk şivələrində mış yerinə on vardır” (2, s.52).    

B.Çobanzadə əlli sayının morfonoloji quruluşunu dəqiq şəkildə izah edir. Ümumən, əlli sayının türk dillərində müxtəlif fonetik variantlarda işləndiyini görürük: elli, əlli, ellik, elü, eliq, ələ, ille və s.  Bu allomorfları nəzərdən keçirdikdən sonra artıq əlli sayının arxetipi haqqqında təsəvvür yaratmaq mümkündür. B.Çobanzadə doğru olaraq əlli sözünü əlli morfemlərinə ayırır. O göstərir ki, türk dillərində [ş]səsinin[l] səsinə keçməsi hadisəsinə rast gəlmək mümkündür və bu fonetik hadisə hal-hazırda çuvaş dilinin əsas xüsusiyyətlərindən biridir. Bundan çıxış edən tədqiqatçı əl sözünün morfeminə və onun da fonetik dəyişikliklə beşə çevrilməsi qənaətinə gəlir (2, s.54). M.Qıpçaq da beş sayının əl mənasında olan bet (<ket) sözündən törədiyini qeyd edir (9, s.362).

Əlli sayının əski variantını əllig//ilig şəkillərində verən İ.Z.Əyyuboğlu da sözün kökünü əl lekseminə bağlayır: “Əlli sayının əl ilə bağlantısı beş barmağın varlığına dayanır. O cümlədən bütün dillərdə beş anlamına gələn sayın “əl”in beş barmağı ilə əlaqəsi açıqdır. Bütün “əlli”lərin kökü beş sayıdır” (5, s.229). 

–li hissəciyinə gəlincə isə B.Çobanzadə qeyd edir ki, bu şəkilçi -mi formasında olub, sadəcə iki morfemin qovuşması zamanı assimilyasiya hadisəsi baş vermişdir: [m] səsi [l] səsinin təsiri ilə onun məxrəcinə uyğunlaşmışdır. Və bu –mi morfemi də əslində mış – on sayının törəməsidir ki, nəticə etibarilə əlli sayı bu formada təkamül etmişdir: beşmiş=bəyalmış=bəyalmı=bəyallı=əlli (2, s.54). Demək ki, B.Çobanzadənin gətirdiyi arqumentlər real elmi faktlara əsaslanır.  

Məlumdur ki, otuz sayı da iki komponentin birləşməsindən meydana gəlmişdir. Monqol, tunqus-mancur və fin-uqor dillərinin materiallarına istinadən ot morfeminin üç mənasında olduğu aydın görünür. Bəkir Çobanzadə də otuz sayını otuz morfemlərinə ayırır. Qeyd olunur ki, ot sözündəki [t] səsi [ç] səsinin ilkin səslənməsidir, çünki “əsasən ç=t+ş olduğundan sövtiyyatca bu mümkündür və türk-tatar dillərinin tarixini tədqiq edəcək olursaq, buna bir çox misallar bula biliriz”. Sözün uz hissəsinə gəlincə isə bildirilir ki, bu morfem mış və ya mıs hissəciyinin fonetik variantıdır. Beləliklə, tədqiqatçının gəldiyi nəticə budur: ut=uç, uz=mış, otuz=üçmış=üçon (2, s.54). 

M.Qıpçaq da sözün arxetipinin iki komponentdən ibarət olması fikrini təsdiqləyir: “ot (ot<ut) – üç. Bu, monqol, tunqus-mancur dillərinin materialları ilə təsdiq olunur. Türk dillərində desimal say sistemindən istifadə olunduğunu nəzərə alsaq, onda otuz sözünün 3x10 sxemi üzrə meydana çıxdığını söyləməliyik” (9, s.379).

İyirmi sayına gəlincə, ilk növbədə onu deyək ki, bu say bəzi türk dillərində işlənmir. Bu sözün qarşılığı kimi şor dilində iyqon, sarı uyğur dilində işkon, tofalar dilində ihyon və s. sözlər işlənir. Bu sayların quruluşuna diqqət yetirdikdə iyirmi sözünün etimologiyası haqqında təsəvvür yaranır. Bəkir Çobanzadə iyirmi sayının quruluşunu izah edərkən sözü iyir+mi morfemlərinə ayırır. Bildirir ki, türk dillərində ş>l hadisəsi mövcud olduğu kimi, iyirmi sözündə də r>z səs əvəzlənməsini diqqətə almaq lazımdır. Çünki türk dillərində r səsinin z səsinə keçdiyini göstərən çoxlu nümunələr vardır. Məsələn, öküz=ökür(mək), göz=gör(mək), quduz=qudur(maq) və s. Hazırda bu dil hadisəsinə digər türk ləhcələri ilə müqayisədə çuvaş dilində daha çox rast gəlinir və bu dildə [z] səsinə qarşılıq [r]səsindən istifadə olunur. Bu faktlara istinadən tədqiqatçı göstərir ki, yegir=yegiz, yaxud yekiz olur ki, iki və yaxud eki sözünün mənşəyi məhz buna söykənir (2, s.54).  

F.Cəlilov türk dillərinin materiallarına istinad edərək iyirmi sayının ilkin variantını diqerbe şəklində göstərir (1, s.164).  M.Qıpçaq haqlı olaraq yazır ki, əgər mış//miş sözlərini on mənasında qəbul ediriksə, onda iyirmi sözündə birinci komponent olan iyir(<yigir) sözünün də iki mənasında olduğunu qəbul etməliyik. Alim fikrini belə yekunlaşdırır ki, iki sayını ifadə edən sözün daha qədim səs cildi digir olmuş və sonrakı dövrlərdə iki-eki formalarına düşmüşdür (9, s.376).

B.Çobanzadə  yazır ki, iyirmi sayındakı –mi morfemi isə əlli sözündə rast gəldiyimiz mış-ın mi formasından başqa bir şey deyildir. Bu mənada iyirmi sayı yigirmi=ekizmi=ekizmiş=egiz on=eki on formasında təkamül etmişdir (2, s.53).  

Bəkir Çobanzadə səkkiz və doqquz saylarının quruluşunda diqqəti eston və fin dillərinə yönəldir. Göstərir ki, fincədə uhdekesen=doqquz, kahdekesen=səkkiz deməkdir ki, dekesen fin dilinə daxil olmuş əski german sözü olub on mənasındadır, uh=bir, kah=iki deməkdir.

    Bu mənada, uhdekesen=bir on, yəni bir – on=doqquz, kahdekesen=iki on, yəni iki – on=səkkiz edir. Türk dillərinin səkkiz və doqquz sayları da eynilə bu formadadır.  Beləliklə, dilçi alimin qənaəti budur ki:

Sək=eki, iz=miş olduğu təqdirdə, sək iz=sək - iz=eki – on=8;

Doq=ek, uz=miş olduğu təqdirdə, doq uz=doq - uz=bir – on=9 edər (2, s.54).

“Halbuki, bu iz//uz (mış//miş) sözünün, yəni Ural-Altay “on”un parçası olduğundan yerinə mış//miş yaxud on sözlərini qoysaq, biron=doqquz, eki on= səkkiz olur” (4, s.90).

M.Qıpçağın da fikirləri səkkiz sayının bu arxetipə söykəndiyini bir daha təsdiq edir: “Güman etmək olar ki, bu sözün arxetipi digiriz~yigiriz formasında olmuşdur. Türk dillərinin sonrakı inkişafı zamanı anlautdakı d/j s-ya çevrilmiş, bunun nəticəsində isə sigiriz forması yaranmış, sıxılma və heca düşməsi nəticəsində səkkiz sayını ifadə edən söz meydana çıxmışdır” (9, s.375). Tədqiqatçı qeyd edir ki, buradakı digir~yigir – iyirmi sayının tərkibindəki iki sözüdür, iz(<uz) isə “on” mənalı sözdür. Bərpa olunan sigiriz arxetipinin mənası “10-2” deməkdir, yəni on olmağa iki qalır (9, s.375). Və görkəmli türkoloq doqquz sayını da eynilə B.Çobanzadənin yanaşmasına uyğun şəkildə izah edərək bildirir ki, doqquz sözündə birinci komponent tok – bir mənasındadır, ikinci komponent uz isə “on” mənalı sözdür (9, s.376).   

Qırx (40) sayının etimologiyası haqqında da B.Çobanzadənin fikirləri maraqlıdır. O qeyd edir ki, bu söz yakutcada türdon=dörd on şəklindədir. Şərqi Sibir və Türküstan xalqlarının bir çoxunda da bu formada işlənir. Tədqiqatçının fikrincə, qırx sayının arxetipini müəyyən etmək üçün monqol dilinin say sisteminə müraciət etmək lazımdır: “Bizim fikrimizcə, qırx sözünün nə olduğunu monqolcadan öyrənə bilərik. Belə ki, monqolca iki=kuyer, iyirmi=kurın olur. Kuyer+kurın=kurkırın və nəhayət, müqayisəli-analoji yolla -urın hissəsi düşərək kurk-kırkx meydana gələ bilər. Lakin bütün qənaətlər tarixi dəlillərə möhtacdır” (4, s.91). Deməli, müəllif qırx sayının yaranmasını iki iyirmi (2x20) şəklində izah edir.

T.Gülənsoy sözün arxetipini kırk (6, s.513), F.Cəlilov isə dörton (1, s.166) şəklində göstərir. F.Cəlilov onu da əlavə edir ki, rus dilindəki sorok sözü kırk/sorok paralellərinin qədim k/s dialekt fərqini əks etdirir (1, s.166). M.Qıpçaq yakut dilinə əsaslanaraq (B.Çobanzadə də elə ilk bu formaya diqqət çəkmişdi) sayın arxetipini törton şəklində bərpa etməyin mümkünlüyünü göstərir: “Başqa sözlə, pratürk səviyyəsində bu sözün mürəkkəb söz şəklində deyil, söz birləşməsi quruluşunda arxetipinin bərpası həqiqətə daha çox uyğundur” (9, s.381).

Bəkir Çobanzadə min sayının etimologiyasını da monqolcayla əlaqələndirir.  Müəllif yazır ki, monqolcada yüz yerinə cavun, min yerinə minqan sözü işlənir ki, onların cüz, min sözləri ilə yaxınlığı aydın görünür. Ancaq min sayının hind-Avropa mənşəli kil-mil sözləri ilə əlaqəli olduğunu demək də mübahisəlidir (4, s.91). T.Gülənsoy min sayının arxetipini mınq~minq~bınq, (6, s.147). A.Tietze və F.Cəlilov biŋ (13, s.347; 1, s.169), Ə.Rəcəbli bıŋ (11, s.175), B.Serebrennikov və N.Hacıyeva isə pin (12, s.166) şəklində qeyd edirlər. Ə.Tenişev altmış, yetmiş saylarındakı mış/mişiyirmi sözündə mi hissəciyi ilə min~bin sözü arasında əlaqə görür. Onun fikrincə, mi=ondursa, min=100 (9, s.364).   

B.Çobanzadənin yüz (100) sayı ilə bağlı mülahizələri bir qədər fərqlidir.  Tədqiqatçı yazır ki, hind-Avropa dillərində satemkatem sözlərinin törəmələri olan satam, santam və ya kento, kentum, farscada sada (sad), fransızcada sent, ruscada sto şəkillərinin işləndiyini görürük. Digər tərəfdən, fin dilində sata, eston dilində sada, macarcada saz formalarında müşahidə olunur. Fin-uqor dillərindəki saz, sada, sata sözləri də əski aricədə “sada”dan törəmədir (4, s.91). Görkəmli türkoloq belə hesab edir ki, “bunları diqqətə alsaq, türk-tatar yüz sözünün bütün şəkillərlə sıx qohumluğu ortaya çıxar. Çünki s səsinin y səsinə, yaxud d, t səslərinin z-ya keçə biləcəyi türk-tatar fonetik qanunları ilə isbat etmək rahatdır. Bu cür dəyişikliyə dair əlimizdə çox örnəklər vardır” (3, s.109). 

Müəllif Yulius Nemətin türk dillərini fonetik cəhətdən təsnif etməsindən danışarkən “s”-li türk dilləri və “y”li türk dilləri bölgüsünü qəbul etməsə də, burada çuvaşyakut dillərində anlautda “s” əvəzinə qarşılıq digər türkcələrdə “y”-nin işlənməsinə diqqəti yönəldir: yakutca sette (yeddi), sus (yüz); çuvaşca ser (yüz), sirem (yigirmi), sis (yeddi) və s. (3, s.89).  

Beləliklə, B.Çobanzadənin yekun qənaəti odur ki, s=z, z=r səs dəyişikliklərini nəzərə alsaq, onda, “yüz, sus, ser sözlərinin bir şəklin fərqli budaqları” olduğunu görə bilərik. “Bu da babalarımızın Ari xalqları ilə bir arada yaşaması ilə bağlıdır” (4, s.91).  

Maraqlıdır ki, bu gün də tükologiyada yüz sayının arxetipi ilə bağlı fikirlər stabil deyildir. T.Gülənsoy onun qədim variantının yüz olduğunu yazır (7, s.1196). F.Cəlilov sözün arxetipini d`üz/d`ür şəklində bərpa edir (1, s.169). Ə.Rəcəbli yüz sayının Orxon-Yenisey abidələrinin dilində işləndiyini və onluq say sisteminə keçid dövründən etibarən yarandığını bildirərək yazır ki, “on onluq üçün, başqırd dilində mühafizə edilmiş “tam onluq” (on-on) ilə yanaşı, gərək ki, kifayət qədər izah edilməmiş müstəqil yüz sözü yaradılır” (11, s.180). M.Qıpçaq isə yüz sayının ibtidai türkün təfəkküründə çoxluq anlayışının inkişafı ilə bağlı sonradan meydana çıxdığını göstərir: “Vaxtilə “əl” və “on” anlayışları eyni sözlə ifadə olunursa, təfəkkürdə çoxluq anlayışının inkişafı ilə bağlı olaraq “əl” sözü  artıq yüz anlayışını bildirməyə başlayır: əl>yəl>yən>yon>yüz” (9, s.363). Bütün bu yanaşmaların fonunda deyə bilərik ki, fikrimizcə, bu məsələdə B.Çobanzadənin mülahizəsi dil faktlarının genişliyi və izahının məntiqliliyi baxımından üzərində dayanılası bir mövqedir.

B.Çobanzadə dilimizdəki sayların təhlilindən sonra qeyd edir ki, bu fikirlər o dövr dilçilik elminin nailiyyətlərinə söykənən “fərziyyələrdir”. “Bəlkə, yarınkı tədqiqat bunları qüvvətləndirəcək, bəlkə, büsbütün yıxacaqdır”, -deyən görkəmli türkoloqun bu mövzuda apardığı araşdırmaların məzmunu, düzdür, bu gün daha da dərinləşdirilmişdir, ancaq onun fikirlərinin elmi çəkisi öz əhəmiyyətini və aktuallığını itirməmişdir. Və əminliklə deyə bilərik ki, ilk dəfə olaraq B.Çobanzadənin sayların mənşəyi haqqında tədqiqata cəlb etdiyimiz fikirləri bugünkü dilçilik tədqiqatları ilə, demək olar ki, üst-üstə düşür.  

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1.Cəlilov F. Azərbaycan dilinin morfonologiyası. Bakı: Maarif, 1988

2.Çobanzadə B. Seçilmiş əsərləri: 5 cilddə, I c., Bakı: Şərq-Qərb, 2007

3.Çobanzade B. Türk-Tatar Dil Bilimine Giriş (Hazırlayanlar: Ufuk Deniz Aşçı ve Fatih Numan Küçükballı). Konya: Palet Yayınları, 2015

4.Çobanzade B. Kırım Tatar İlm-i Sarfı (Hazırlayan: Nariman Seyityahya). Ankara: Türk Dil Kurumu, 2009

5.Eyuboğlu İ.Z. Türk Dilinin Etimoloji Sözlüğü. 2. Baskı. İstanbul: Sosyal Yayınlar, 1991

6.Gülensoy T. Türkiye Türkçesindeki Türkçe Sözcüklerin Köken Bilgisi Sözlüğü: 2 ciltte, I c., Ankara: Türk Dil Kurumu Yayınları, 2007

7.Gülensoy T. Türkiye Türkçesindeki Türkçe Sözcüklerin Köken Bilgisi Sözlüğü: 2 ciltte, II c., Ankara: Türk Dil Kurumu Yayınları, 2007

8.Qıpçaq M. Türk say sistemi. Bakı: Yazıçı, 1996

9.Qıpçaq M. Kəmiyyət anlayışının dildə ifadəsi. Bakı: Elm, 2000

10.Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı: ADU, 1990

           11.Rəcəbli Ə. Göytürk dilinin morfologiyası. Bakı: BDU, 2002

            12şSerebrennikov B., Hacıyeva N. Türk dillərinin müqayisəli-tarixi qrammatikası. Bakı: Səda, 2002

           13.Tietze A. Tarihi ve Etimolojik Türkiye Türkçesi Lugati: 2 ciltte, I c., İstanbul: Simurg Kitapçılık, Yayıncılık ve Dağıtım, 2002

            14. Tietze A. Tarihi ve Etimolojik Türkiye Türkçesi Lugati: 2 ciltte, II c., Viyana: Avusturya Bilimler Akademisi Yayınları, 2009

Açar sözlər: B.Çobanzadə, Azərbaycan dilçiliyi, saylar, etimologiya, tarixi-müqayisəli təhlil

Ключевые слова: Б.Чобанзаде, азербайджанское языкознание, числительные, этимология, сравнительно-исторический анализ

Keywords: B.Chobanzadeh, the Azerbaijani linguistics, numerals, etymology, the comparative-historical analysis

РЕЗЮМЕ

Об этимологии числительных в лингвистических исследованиях Б.Чобанзаде

         В статье прокомментированы взгляды видного тюрколога, проф. Бекира Чобанзаде на этимологию числительных. Здесь впервые к исследованию привлечены мнения ученого-языковеда о появлении и историческом развитии этого разряда слов. В ходе анализа выяснилось, что именно Б.Чобанзаде является автором первого исследования по этимологии и морфонологической структуре числительных в азербайджанской тюркологии. Взгляды ученого на проблему генезиса числительных были сопоставлены с современными тюркологическими исследованиями в сравнительно-историческом и синхронном аспектах.  Следует отметить, что мнения Б.Чобанзаде по данному вопросу почти полностью совпадают с мнениями современных лингвистов, а его исследования могут расцениваться как первоисточник для дальнейших исследований в этом направлении.

 

SUMMARY

About etymology of numerals in B.Chobanzadeh’s linguistic researches

 

         In the article are commented sights on etymology of numerals by Prof. Bekir Chobanzadeh, outstanding turkologist. There for the first time opinions of the linguist on occurrence and historical development of this of word category are involved in research. During the analysis, it was found out, what exactly B.Chobanzadeh is the author of the first research on etymology and morphonological structure of numerals in Azerbaijani turkology. Sights of the scientist at a problem of genesis of numerals have been compared with modern turkological researches in comparative-historical and synchronous aspects. It is necessary to notice, that B.Chobanzadeh’s opinions on the given question almost completely coincide with opinions of modern linguists, and its researches can be regarded as the primary source for the further researches in this direction.

 

Rəyçi: prof. T.M.Hacıyev


Тахмазова Р.Я., Ширализаде Н.Н.

ТЕКСТ КАК ПРЕДМЕТ ИЗУЧЕНИИ СТИЛИСТИКИ

Одно из основных положении стилистики декодирования гласит, что объектом стилистического исследования должен быть целостный  текст. От­дельные стилистические приемы, типы выдвижения, функнионально-стилис­тические пласты лексики и другие подобные вопросы входят в стилистику декодирования не как самоцель, а как расчленение всей задачи в целом на ее составные компоненты, что необходимо во всяком научном познании.

Число работ по обшей теории текста непрерывно растет, текст и его теория занимают в лингвистике все больше места, растет одновременно и число спорных положений. Неясно, например, что является конститу­иру­ющим факто­ром текста, отделяющим его от других фактов речи. Каковы границы текста? Определяются ли они размером? Является ли фиксация на письме обязателъ­ным признаком текста? Каково взаимоотношение текста и других единиц, и уровнеи языка? Все эти вопросы нам предстоит  рас­смот­ретъ.

Начнем с последнего вопроса, т. е. обратимся к соотношению текста и других единид языка: фонемы, морфемы, слова, предложенин. Можно ли счи­татъ, что в языке сушествует текстовой уровень, а текст является едини­цейэтого уровня? По-видимому, такая уровневая схема оправдана. В языке каждый последующий уровень имеет элементы, состоящие из элементов пре­ды­дущего: фонемы объединяются, образуя морфемы; морфемы обединяются в слова; слова - в предложения, а последние - в текст. Можно было бы еще добавить промежуточ­ные факультативные уровни, а именно –уро­вень слово­сочетаний и фразеоло­гических единств, уровенв сверх-фра­зовых единств. Однако если морфемы функционируют в речи только в составе слова, а слово без морфем так же невозможно, как морфема без фонем или предложение без слов, то далеко не все предложения содержат фразео­ло­гизмы и далеко не все тексты можно сегментировать на сверх­фразовые единства.

Рассмотренная  выше схема уровнейявляется обшеязыковой. С точки зрения стилистики, т.е. в речи, можно было бы в порядке обсуждения пред­ложить такую последовательность уровней графическии уровень, звуковой уровень, лексический уровень, синтаксический уровень, и факультативно: уровень стилистических приемов, уровень образов, уровень типов выдви­жения, уровень текста.

Важно подчеркнуть интересную аналогию между единицами разных уровней  и математическим понятием множества. Подобно тому как в мате­ма­тике множество остается множеством, даже если оно содержит только один элемент, а возможны и пустые множества, так и в языке слово может состоять только из одной морфемы, а предложение только из одного слова и, соответственно, текст из одного предложения.

Наиболее строгим нам представляется определение текста как «упор­ядоченного определенным образом множества предложений, объеди­ненных единством коммуникативного задания». Это определение приводится в содержательном докладе Г.В.Ейгера и В.Л.Юхта на научной конференции по лингвистике текста. Оно требует только одной оговорки – подра­зу­ме­вается  непустое множество. Заметим попутно, что встречающееся, иногда утвер­ждение, что в тексте должно содержаться хотя бы два слова, совсем нелогично: текст как единида операционная (коммуникативная) не может не­по­средственно сегментироваться на слова, текст сегментируется на предложения.

Таким образом, число единиц, образующих текст, для его определения нерелевантно. Мы разделяем точку зренин М.Холлидея, считающего, что текст состоит из предложении, число которых n не может быть меньше, но может быть сколь угодно больше 1:

 

Холлидей пишет: „Текст - операционная единица языка, подобно тому как предложение есть его синтаксическая единица; текст может быть письменным или устным; он включает как специфическуго разновидность литературно-художественный текст, будь то хаику  или  гомеровскии эпос. Объектом    сти­лис­тического исследования является именно текст, а не какое-нибудь сверхфра­зовое единство; текст - понятие фуикционально-семантическое и размером не определяется».

Итак, на вопрос о том, обязательна ли письменная форма фиксации текста, Холлидей отвечает отрицательно, и мы не можем ним не согласиться. Действи­тель­но, не только гомеровскии эпос, но и любая народная сказка или песня, даже до того как их записали фольклористы, обладали большим числом харак­терных текстовых свойств, чем телефонныи справочник, как бы хорошо он ни был издан. Невозможно также согласиться с И.Р.Гальпериным, когда он пишет: «Текст может состоять из двух предложении (редко) и до N предложении».

Тексты из одного предложения, и помимо названных Холлидеем хаику, совсем не редкость.

Любопытно, что, хотя для  определения понятия«текст» и для того, чтобы отличитьтекст от нетекста, длина во внимание не принимается и нерелевантна, она имеет существенное значение для классификации текстов по жанрам и литературным формам. Так, например, краткость входит обязательным компо­нентом в определение пословиц- почти все пословицы состоят из одного предложения. Роман, напротив, характеризуется как большая форма эпического жанра, отличающася болышим по сравнению с другими жанрами объемом.

В поэзии, как известно, существенным параметром является не только метрика, но и число стихов. Причем этот количественный показатель тесно связан с содержанием.

Так, например, в античнои поэзии использовалась афористическая форма стихотворного поучения длиной в один стих, так называемый моностих. Широ­ко известной формой мировой поэзии является двустишие, воплощающее, в образной форме обобщения философского, этического и другого характера. Примером может служить знаменитое двустишие Р.Фроста.

ТНЕ SPAN  ОFLİҒЕ

Тһеоld dog bаrкs backward without getting up

I can remember when he was a pup.

Выше уже упоминалисьяпонские трехстишия- хаику. Перенесенные на европеискую почву, они иногда могут быть не лирическими, а фило­софскими. ЭтоиформойширокопользовалсяУ.X.Оден:

Needing above all

Silence and warmth, we produce

Brutalcoldandnoise.

Персидские четверостишия- рубаи Омара Хаинма воскресил на англииской почве Э.Фипджеральд. Рубаи в восточной поэзии имеют преиму­шественно гедонистическое содержание.

Древняя форма японскои поэзии - танка состоит из пяти строк и тридцати двух слогов.

Пять строк - обязательныи признак шуточных, первоначально фоль­клорных стихов „лимериков", в которых более длинные первая и вторая строки рифмуются с пятои, а более короткие третья и четвертая- между собой. Лимерики стали широко известны во всех странах благодаря английскому поэту Э.Лиру.

Тһегеwasауоung Lady of Niger

   Who rode with a smile on a tiger;

   They returned from the ride

   With the lady inside

   And the smile on the face of the tiger.

Число строк, число стоп и число рифм - существенные дифферен­циальные признаки строфы. Минимальная строфа - двустишие. Но строфика знает и секстины (секстеты), септимы, октавы (октеты), ноны. Десятистиш­ная строфа характерна для русской классической оды, в которой, как писал Тредиа­ковскии, «описываетсл всегда материя благородная, важная». Одиннадца­тистишной строфой  написано «Бородино» М.Ю.Лермонтова. Таким образом, взаимо­связанность и взаимо­обуслов­ленность всех аспектов художественного текста в этом отношении прояв­ляется в том, что характер и длина строфы связаны с жанром, а жанр - с содержанием.

Этот список можно было бы продолжить, но ограничимся только напоминанием о том, что сонет не только обязательно содержит 14 строк, но и число стоп и слогов в нем тоже регламентировано, так как, как правило, сонеты пишутся  амбическим  пентаметром.

Итак, длина является сушественным параметром для типологии внутри художественных текстов, но отделить текст от нетекста не позволяет.

Попробуем обратиться к семиотике. В семиотике термин «текст» получил более широкое толкование, чем в лингвистике. Так, по Ю.М.Лот­ману, искусство рассматривается как особым образом органи­зованныйязык; под языком понимается любая упоридоченная система, служащая  средством коммуникации и пользующася знаками, а произведения искусства рас­сматриваются как сообщения на этом языке и называются текстами.

Текстами для Ю. М. Лотмана и его школы являются любые произ­ведения искусства:  поэмы,  картины, симфонии,  архитектурные ан­самбли. Пример интересен тем, что наглядно показывает детерминированность понятий задачами той или инои науки, в которой они используются. Было бы очень желательно, чтобы при использовании в разных науках понятия получали бы эти разные особенности в соответствии со спецификои этих наук и их задач, но не противоречили бы своим определениям в других науках, а только уточнялись бы в зависимости от ситуации. В отношении термина «текст»это представляется возможным. Деиствителвно, предста­ви­тели семиотики, так же как и представители стилистики декодировании, рассмат­ривают текст как сообщение, передающее худо­жествен­ную инфор­мацию.

Обратимся к теории информации. Там под сообщением понимается информаия  о свойствах и состоянии однои системы, намеренно переда­вае­мая другои системе. Целостное и связное сообщение, специальным обра­зом орга­низованное для передачи и хранения информации, называется текстом. Следовательно, текст, закодированныи кодом языка, т.е. вербаль­ный, и от­ве­чающий своиствам канала, именуемого литературой, есть литера­турно-худо­жественный текст, а текст, соответствующии свойствам канала сим­фо­ни­ческой музыки, еств симфонический текст.

Поскольку не все вербальные сообшенияявляются художественными и не все художественные вербальными, нужно подчеркнуть, что множество литера­турно-художественных текстов составляет пересечение множества вербальных текстов с множеством художественных. Следовательно, элемен­ты интересую­щего нас множества (объекты толкования на старшем курсе) об­­ла­­дают свойствами сообщенин (теория информации) текстов вообще (се­миотика), текстов художественных (эстетика), текстов вербальных (линг­вис­тика) и текстов литературно-художественных (поэтика).

Будучи предназначенным не толькодля передачи, но и для хранения информации, литературно-художественный текст представляет собой внут­ренне связанное, законченное целое, обладающее идейно-худо­жественным единством.

Подобно тому как слово выделяетса в речи специфическои для него отделностью, законченностью и оформленностью, так и текст выделяется во всем множестве (или корпусе) высказыванийцельностью своего строения, своей, употребляя выражение А.И.Смирницкого, цельнооформленность. По­доб­но тому как определение целостности, а следовательно, и отдельности, т.е. границ слова, осуществляется применительно к тому окружению, в ко­то­ром оно функционирует, так и литературный текст выделяется в своем окружении своей отдельностью и целостностью.

Внешне целостность литературного текста сигнализируется для читателя различными закрепленными в истории культуры средствами: пуб­ли­кация отдельнои книгой или на отдельном листе, наличие отдельного наз­ва­ния, заголовка, указание имени автора и других выходных данных, титуль­ный лист, оглавление и т.п.- все зто внешние, конституирующие текст факторы.

Решение о законченности текста принимается его автором. Публикуя тот или иной роман, повесть, позму и т. д., автор обнзательно информирует читателя о том, считает ли он сообшение законченным или предполагает его продолжить, для чего существует и определенная формула: «продолжение следует». Соответствущее решение по договоренности с автором при необ­хо­ди­мости такого сегментирования при публикации может принимать и ре­дактор или издатель. Можно даже утверждать, что из всех выражений замысла автора именно зто решение о начале и конце, т.е. целостности текста, является наиболее обязательным для читателя. Выше уже говорилось о том, что, в отличие от некоторых других направлении, стилистика декодирования обращает внимание прежде всего на то, что в тексте деиствительно сказано, а не на то, что, возможно, хотел сказать автор, поскольку автору далеко не всегда удается реализовать свой замысел. Но в вопросе цельности текста и его отдельности все зависит от автора.

Главным конституирующимфакторомтекста является его коммуни­кативное назначение, т.е. его прагматическая сушность, поскольку текст предназначен для әмонионалвно-волевого и эстетического воздеиствия на тех, кому адресован, а прагматическим в лингвистике называется функциони­рование языковых единиц в их отношении к участникам акта обшения.

Внутренная смысловаяцельность текста и его цельнооформленность, обеспечивающие выполнение текстом его основного назначения передачи и хранения информации, создается его связностью логической, тематической, струк­турной и опять-таки прагматической. Как и на всех других уровнях языка, смысл целого не являетсяпростой суммой смыслов компонентов; только в тексте эта идиоматичность, естественно, сложнее, чем у единиц других уровней.

Внутреннаяцелостность текста воспринимается читателем из самого текста, она обеспечивается тремя типами отношений между его единицами, а именно: отношениями парадигматическими, синтагматическими и интег­ративными. отношения-это нелинейные отношения, связывающие единицы одного уровня и имеющие ассоциа­тивныи характер. Синтагматические отношения тоже связывают единицы одного уровня,  но они основаны на линей­ном характере текста,на последовательности единиц. Интегративные отношения складываются между единицами разных уровней. «Единица приз­нается различи­тель­нои для данного уровня, если она может быть идентифицирована как «сос­тавная частв» единицы высшего уровня, «интегран­том» которого она становится».

Главную опору при обнаружении внутренней связности текста читатель получает от повторяющихся в тексте значений, составляющих его тематическую сетку. Теория тематической сетки подробнее будет рас­смот­рена в главе о лексической стилистике.

Здесь достаточно упомянуть о том, что повторение значений выражается в повторе сем, слов или в тематическом повторе. Связи лексического харак­тера могут быть синонимическими, гипонимическими, антонимическими, созда­вать­ся общностьюэмопиональных, оценочных или функпионально-стилистических коннотаций, или, наконец, общностью референтной отнесенности. В последнем случае большую  роль играют местоименные связи. Повторяться  могут образы, символы, темы, отдельные сцены и т. д. Связность, обеспечиваемая лексическими средствами, орга­низуетсн при помощи синтаксических средств.   

Литературно-художественныи текст,а стилистика декодирования зани­мается именно художественнымтекстом, есть вербальное сообщение, передающее по каналу литературы или фольклора предметно-логическуго, эстетическуго, образную, эмопиональную и оценочную информацию, объеди­ненную в идейно-художественном содержании текста в единое сложное целое.Основная характеристика текста - коммуникативно-функцио­наль­ная: текст служит для передачи и хранения информации и воздеиствия на личность получателя информации.Важнейшимисвойствами всякого текста (не только художествен­ного) являютсяего информативность, целостность и вязность.Текст может бытьписьменным и устным (фоль­клор). Величина текста может бытьочень различной и зависит от автора, жан­ра и других факторов.

В пределах художественной литературы величина текста и его сегмен­тация могут быть регламентированы применительно к литератур­ному жанру. В обеспечении связности текста и его запоминаемости боль­шую роль иг­рают разные типы выдвижения, способствующие экспрес­сивности, эмоциональ­ности и эстетическому зффекту. Конституирующим фактором является комму­ника­тив­ное задание, т.е.реше­ние отправителя сообщения или, другими словами, праг­матический аспект. 

 

Литература

  1. Ейгер Г.В., Юхт В.Л.К построениго типологии текста. -В сб.: Лингвистика текста. Материалы научнои конферендии. Ч.  1. М.,   1974.
  2. Хаику (хокку) - лирическое японское стихотворение из трех строк и семнадцати слогов. Число предложений не регламентировано, на практике в нем обычно одно предложение.
  3. Гальперин И.Р.О принципах семантического анализа стилистически маркированных отрезков текста. - В сб.: Принципы и методы семантических исследований. М., «Наука», 1976. Подобная формулировка неприемлема такжеи потому, что N может бытв равно и 0, и 1, и 2 и т.д.
  4. Лотман Ю.М.Структура художественного текста. М., «Искусство», 1970, с, 11.

5. Бенвенист Э. Общая лингвистика. М., «Прогресс», 1974. См.также: Ту­ра­ева З.Я. Время грамматическое и время художественное. М. «Высшая школа», 1979.

Ачарсюзляр: стилистика, мювзу, ялагя, ъцмля сявиййяси, мялумат, коммуникасийа, интерасийа

Ключевые слова: стилистика, текст, предложение уровень, связи, информация, коммуникативный, интеграция

Keywords: stylistics, text, sentence, level, ties, information, communicative, integration.

 

Resume

The stylistics of the text is described in this article. The main feature of the text is communicative-functional. The most important characteristics of any text is its integrity, coherence and ability to give information.

 

Хцлася

Məqalədə mətnin stilistikası təsvir olunur. Kommunikativ funksionallıq mətnin əsas xüsusiyyətidir. Mətnin vacib xüsusiyyəti onun informativliyi, tamlığı və əlaqəliliyidir.

 

Рецензент: Н.Оруджева


ƏfəndiyevaLaləRasimqızı

REKLAMLARINDİLİNİTQMƏDƏNİYYƏTİKONTEKSTİNDƏ

Dil daim dəyişən, inkişaf edən, canlı bir orqanizmdir. Ancaq bu dəyişkənlik daha çox dilin şifahi qoluna xas xüsusiyyətdir, şifahi nitq dəyişən həyat şəraiti, cəmiyyətdə baş verən ictimai və siyasi proseslərə dərhal reaksiya verir, bu proseslərin təsirini özündə əks etdirir. Dildə yaranan hər bir hadisə, anlam ilk növbədə öz başlanğıcını şifahi nitqdən alır.

Yazılı ədəbi dil isə dəyişikliklərə o qədər də tez uyğunlaşmır, baş verən bütün prosesləri dərhal qəbul etmir və bəzən ümumiyyətlə, bəzi xüsusiyyətlər yazılı dildə özünə yer tapa bilmir. Çünki yazılı ədəbi dil cəmiyyət tərəfindən, konkret mütəxəssislərin fəaliyyəti sayəsində daim nəzarətdə saxlanılır və qorunur. Bu, hər bir xalqın milli mədəni sərvətidir. Şifahi nitqdə baş verən dəyişiklik və yeniliklərin yalnız bir qismi ciddi seçim və sınaqdan sonra ədəbi dilin xəzinəsinə keçə bilir. Sözü seçərkən onun mənasına, üslubi çalarlarına, işlənmə dairəsi və tezliyinə, digər sözlərlə uyğunlaşmasına diqqət yetirməliyik. Belə ki, bu meyarların hər hansı birinin pozulması nitqdə səhvlərə gətirib çıxara bilər. Hal-hazırda nitq mədəniyyəti elə bir vəziyyətə çatmışdır ki, cəmiyyətin istənilən sahəsində səslənən nitqlərdə kifayət qədər səhvlərlə, nitq normalarının pozulması halları ilə qarşılaşmalı oluruq. Ancaq bəzən normadan kənara çıxma hallarından üslubi vasitə kimi də istifadə edilir, halbuki bu, bütün hallarda özünü doğrultmur. Belə hallarla xüsusən müasir reklamların dilində rastlaşmaq mümkündür.

Müasir dövrdə ölkəmizdə mal və xidmətlərin çeşidi genişləndikcə və bütün sahələrdə özünümaliyyələşdirmə prinsiplərinə görə rəqabət də artır və bu reklamların da geniş yayılmasına gətirib çıxarır. Reklam yerləşdirmək istəyən hər bir sifarişçi, təbii ki, öz reklamı üçün daha geniş auditoriya axtarmağa çalışır. Bu mənada kütləvi informasiya vasitələrində, xüsusən də daha çox tamaşaçı və dinləyici toplamaq xüsusiyyətinə görə, radio və televiziya kanallarında reklam yerləşdirmək istəyənlərin sayı artır. Ancaq təəssüflə qeyd etmək lazımdır ki, reklamlar heç də həmişə arzu olunan səviyyədə olmur və gözlənilən effekti yarada bilmir. Bəzən reklamların mətnində anlaşılmaz, Azərbaycan dilinin qrammatikasına yad olan ifadələrdən istifadə edilir. Reklam mətnlərində təsadüf edilən bəzi söz və ifadələr, həmçinin, cümlələr dilimizin qaydalarına uyğun gəlmir, bəzən ümumiyyətlə başa düşülmür, bunların keyfiyyətsiz, qeyri-peşəkarcasına hazırlanmış dublyaj olduğu diqqəti cəlb edir. Bu da, öz növbəsində, kütləvi informasiya vasitələrində nitq mədəniyyəti normalarının pozulması ilə bağlı problemlər yaradır. Təbii ki, bu problemlər dilçiləri daha çox narahat etməkdədir, vaxtaşırı bu məsələlərlə bağlı monitorinqlər, müzakirələr aparılır və müəyyən tədbirlər görülür. 2016-cı ildə  Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik institutunda məhz bu aktual problemlə bağlı “Reklam çarxlarında və reklam lövhələrində Azərbaycan ədəbi dilinin qorunması” layihəsi üzrə monitorinq keçirikmişdir. Monitorinqdə  müasir reklamların dil xüsusiyyələri, Azərbaycan dilinə uyğunluğu və yol verilən nöqsanların dilimizə vurduğu ziyandan söhbət açılmış, problemin həlli ilə bağlı konkret təkliflər irəli sürülmüşdür. (3) Ancaq bu problem yalnız qərarlarla aradan qaldırıla bilməz, bu, müntəzəm nəzarət və sistemli araşdırmalar tələb edən prob lemdir.

Oxucu istər reklamlarda, istərsə də hər hansı bir digər mətndə, adətən, sözü oxuyur, yəni onun bütün orfoqrafiya normalarına əməl edilməklə ənənəvi yazılış formasını görür. Bu normalara əməl edilmədikdə nitq mədəniyyətinin ümumi səviyyəsi aşağı düşür və bütövlükdə milli mədəniyyətə ciddi ziyan dəyir. Deməli, istər yazılı, istərsə də şifahi nitq xalqın milli sərvətidir və özünə hörmət edən hər bir xalq onu tarixlərdə yaşadan, onun dəyərlərini qoruyub saxlayan sərvətlərə biganə qala bilməz. Reklam mətnləri də mədəniyyətin bir hissəsi olmaqla cəmiyyətin yalnız iqtisadi inkişaf səviyyəsini əks etdirmir, eyni zamanda həmin cəmiyyət üzvlərinin davranışını müəyyənləşdirir, insanların nitq mədəniyyətinə bilavasitə təsir göstərir. Hal-hazırda reklam mətnlərinin araşdırılması ilə məşğul olan mütəxəssislər reklam mətnlərində dil vasitələrindən istifadə edilməsinə xüsusi diqqət yetirirlər. Bir sıra müəlliflər qeyd edirlər ki, «reklam mətnlərinin əsas dəyəri onların əsas ideyasını açıqlamağa yönəldilmiş mükəmməl dil formasından asılıdır» ( 4, 9). Burada reklam mətnlərində istifadə edilən leksik vahidlərin üslubi rəngarəngliyi, reklam texnologiyalarının sürətli inkişafı ilə əlaqədar olaraq reklam mətnlərinin leksik tərkibindəki dəyişikliklərə də həmçinin xüsusi diqqət yetirilir. Reklamların dil kontekstində araşdırılması ilə məşğul olan rus dilçilərindən N.N.Koxtev, D.E.Rozental qeyd edirlər ki, müasir reklamların dili üçün həm ədəbi dildə olan bəzi sözlərin adi danışıq üslubundakı sinonimlərindən, jarqonlardan istifadə etmək imkanı yaranmışdır, həm də başqa dillərdən alınan ifadələrin geniş yayılması baş verir (4). Eyni zamanda, başqa dillərdən alınmış ifadələrin geniş yayılmasından danışarkən onu da qeyd etmək lazımdır ki, bu proses reklamlarda bir neçə istiqamətdə baş verir. Bir tərəfdən, reklam edilən məhsulların adları alınır (bunlar isə təbii ki, tərcümə edilmir) və həmin məhsulların daha yaxşı tanınması üçün yeni sözlərin yaradılması üsulları da alınır. Beləliklə, xarici reklam təcrübəsi, texnikası: elanların kompozisiyası və infor­ma­siyanın çatdırılma üsulları milli zəminə köçürülür. Reklam mətnlərinin leksik tər­ki­bini və özünəməxsus cəhətlərini araşdırmaqla yanaşı, həmçinin bunların normalara uyğunluğu məsələsinə də xüsusim diqqət yetirmək lazımdır, bəzən müəyyən nor­ma­lar reklamların xüsusiyyətindən irəli gələrək pozula bilər, ancaq bunlar da müəyyən hədd daxilində olmalıdır. Reklamlar üçün ümumi cəhət mətnin sadəliyidir. Reklam mətnlərində sözlərin çoxluğu və mürəkkəb sintaktik fiqurlar özünü doğrultmur, çünki reklam təbiəti etibarilə dinamiklik tələb edir, o, diqqəti cəlb etmək üçün sürətli və hətta ani olmalıdır.

Reklam mətnlərinin məzmunu olduqca rəngarəngdir. Bu, öz məhsulunu realizə etməyə çalışan müxtəlif ticarət və sənaye müəssisələri, əhalidən və müxtəlif müəssi­sələrdən vəsait cəlb etməyə, kredit xidmətləri göstərməyə çalışan bank, investisiya və digər maliyyə fəaliyyəti sahələrinin strukturlarıdır. Təhsil müəssisələrinin dinləyici cəlb etmək üçün yerləşdirdikləri materiallar, həmçinin tibbi, kosmetik, məişət məhsullarının, istirahətin təşkili və turizm sahəsinin təbliği ilə bağlı reklamlar daha çox yer tutur. Çap məhsullarının (kitab, qəzet, jurnalların) reklamları xüsusi sahə təşkil edir: çap məhsullarının reklamları mümkün istifadəçilərinə sosial-mənəvi təsir göstərmək imkanına görə daha mühüm mahiyyət kəsb edir. Reklamların iqtisadi inkişafa da təsiri təkzibedilməzdir, çünki hər bir reklam edilən məhsul və ya xidmət müəyyən maddi vəsait qoyuluşu tələb edir. Buna görə də bütün reklamların məqsədi ilk növbədə istifadəçi cəlb etməyə yönəldilir və reklam hazırlayan mütəxəssislər bu işdə daha orijinal və maraqlı olmağa, rəqiblərini geridə qoymağa çalışırlar, həm də onların hazırladıqları hər bir reklam onların özlərini reklam etmələri, yeni sifarişçi cəlb etmək imkanıdır. Bu sahədə çalışan mütəxəssislər orijinallığa, konkretliyə çalı­şar­kən dilin daxili imkan və qanunlarını unutmamalı, ona diqqət və məsuliyyətlə ya­naş­malı, heç bir reklam və maddi gəlir xatirinə dilimizdə qüsurlara yol verməməlidir. Təəssüf ki, yuxarıda qeyd etdiyimiz kimi, bu gün tam əminliklə bunu göstərə bilmirik.

Məlumdur ki, reklam yaradıcılarını, ilk növbədə, onun zahiri görünüşü, mətnin effektli təqdimatı maraqlandırır. Ancaq məsələyə nitq mədəniyyəti mövqeyindən yanaşdıqda nəzərə alınmalıdır ki, istənilən mətnin yaradılması zamanı dilin təmizliyi həmin mətnlərə verilən ən mühüm tələb olmalıdır.

Reklam müəllifləri televiziya reklamlarının dili və üslubu üzərində işləyərkən hazırladıqları məhsulun sözlə ifadəsinin daha yaxşı olmasına, mətnin qavranılmasına mane olan halları aradan qaldırmağa çalışırlar, xüsusən də əlavə təəssüratlarla bağlı sözlərin işlədilməməsi, bəzi sözlərin semantik cəhətdən modernlədirilməsi, müxtəlif dil vahidlərinin birmənalı qarşılanması üzərində işləyirlər. Televiziya və radio verilişlərinin nitqini təhlil edərkən iki məqamı qeyd etmək lazımdır: bir tərəfdən, şifahi kütləvi informasiya vasitələrinin dili nümunəvi olmağa, rəsmi qəbul edilmiş normalara əməl etməyə çalışır, digər tərəfdən şifahi ədəbi dil normalarının uzuallığı səbəbindən buna həmişə əməl etmək mümkün olmur. Beləliklə, kütləvi informasiya vasitələrinin dilində rəsmiləşdirilmiş ədəbi dil normaları, kitab üslubu (yazılı mətni səsləndirərkən) və şifahi ədəbi dil normaları – monoloji nitq, şifahi danışıq normaları təqdim olunur. Son dövrlərdə televiziya və radio verilişlərində dil vahidlərinin həmişə dəqiq seçilmədiyini, aparıcıların, veriliş iştirakçılarının daha çox adi məişət səviyyəsində danışıq üslubuna üstünlük verdiyini müşahidə etmək olar. Adi şifahi və ya yazılı mətnlərdən fərqli olaraq, televiziya daha çox informasiya çatdırmaq imkanına malikdir. Televiziyadan yayımlanan mətnlər videosüjet, nitq və musiqinin vəhdətindən ibarət olur. Tamaşaçı qarşısında ekranda hərəkətlər baş verir, o, təsvirləri izləyir və bu zaman audio ilə müşayiət edilən məlumat alır. Bu üçlük vəhdətindən də yüksək dəqiqlik və səmərəliliklə reklamlar qarşısında qoyulan məqsədlərə nail olurlar. Ancaq müasir reklamlarla bağlı mühüm problem reklam mətnlərində nitq normalarının pozulmasıdır. Reklam mətnlərində əsas leksik səhvlər, hər şeydən əvvəl, sözün semantikasının nəzərə alınmadan işlədilməsidir. Sözdən dəqiqliklə istifadə etmək nitq mədəniyyətinin əsas tələblərindəndir. Mətn üçün sözləri seçərkən onların semantik və leksik əlaqələrini nəzərə almaq lazımdır. Leksik uyğunluğun hüdudları sözlərin semantikası, onların üslubi mövqeləri, emosional çaları, qram­matik xüsusiyyətləri ilə müəyyənləşdirilir. Reklamların dilində işlədilən söz birləş­mələrində, cümlənin qurulmasında, bütövlükdə sintaktik strukturda yol verilən səhv­ləri sintaktik qüsurlar kimi qeyd etmək olar. Hər şeydən əvvəl, bunu cümlə üzvləri – mübtəda ilə xəbər arasındakı uzlaşmanın pozulmasında, təyinlənənlə təyin olunan arasında görmək olar. Sözlərin əsaslandırılmadan ixtisar edilməsi qrammatik əlaqənin pozulmasına, hətta bəzən mənanın da təhrifinə səbəb ola bilər. Çox zaman xaricdə istehsal edilmiş məhsulların reklamları da milli televiziyaya çıxarıldıqda, təbii ki, bunlar dublyaj edilir və müşahidə edilən qüsurlar da daha çox burada özünü göstərir. Adətən, belə reklamlar ya rus, ya da ingilis dillərindən dublyaj edilir və elə bu zaman da ciddi fərqlər ortaya çıxır. Tamamilə başqa struktura malik olan dillərdəki reklam­ları eyni mahiyyəti ilə təqdim etmək reklam hazırlayanlardan daha çox məsuliyyət və peşəkarlıq tələb edir. Burada həm reklam işinin tələbləri, həm də təqdim olunacaq dilin xüsusiyyətləri nəzərə alınmalıdır. Məsələn, son zamanlar televiziya kanallarında nümayiş etdirilən bir reklamda deyilir: «Yeni reksona antibakterial». Doğrudur, bü­tün­lüklə reklam çarxından aydın olur ki, burada bakteriyalarla mübarizə etmək qabi­liy­yətinə malik olan «Reksona» dezodorantlarından söhbət gedir. Ancaq nitq mədə­niyyəti, Azərbaycan dilinin normaları nöqteyi-nəzərindən yanaşdıqda bu birləşmənin tam nöqsanlı olduğu aydın görünür. Əgər həmin reklam «Yeni antibakterial Rek­sona» ifadəsi ilə yekunlaşdırılmış olsaydı, nə məhsulun reklamında, nə də Azər­baycan dilində səsləndirilməsində belə uyğunsuzluq yaranardı. Reklam mətnlərinin sintaksisi, əsasən, sadə cümlələrlə məhdudlaşır. Sadə cümlələrə üstünlük verilməsi reklam mətninin başlığı və şərh hissəsinin mümkün qədər qısa və aydın olmasına meyillə izah edilir. Reklam mətnlərində daha münasib variant adlıq cümlələrdir. Bu cəhətdən yuxarıda adını çəkdiyimiz reklam həmin prinsiplərə əsaslanır, qüsur yalnız Azərbaycan dilinin sintaksisinin nəzərə alınmaması ilə bağlıdır. Qeyd etdiyimiz kimi, reklam mətnlərində adlıq cümlə ilə təqdimat xüsusi yer tutur. Bu, mətnin sintaktik tərtibatında çox dinamik üsuldur: cümlə üzvlərindən biri cümlədən «çıxarılır» və əsas cümlənin qarşısında yerləşdirilir, nöqtə və ya nida işarəsi ilə onlardan ayrılır, yəni həmin reklamın səsləndirilməsində, heç olmazsa, şifahi nitqin normalarına əməl edilsə idi, yəni, «Reksona» sözündən sonra fikir bitkinliyi yaratmaq üçün kifayət edə­cək fasilə olsa idi, göstərdiyimiz nöqsana da yol verilməzdi. Yaxud «Azad Azər­baycan» televiziya kanalında nümayiş etdirilən «Blend-a-med pro ekspert» diş məcununun “Sağlam dişlər bəyaz təbəssüm” reklamı bu sözlərlə başlayır: «Xalq ola­raq yemək yeməyi çox xoşlayırıq, elə deyilmi?...” Bu cümlənin üslubi və məntiqi cəhətdən düzgün olmadığı dərhal diqqəti cəlb edir. Sual yarana bilər ki, “Məgər yemək yeməyi xoşlamayan bir xalq varmı?” Qeyd etdiyimiz kimi, ölkəmizə xaricdən idxal edilən məhsulların reklamları, adətən, ingilis, türk  və əksər hallarda rus dilin­dən dublyaj edilir. Orijinalda “Millətcə yemək yeməyi çox seviyoruz” kimi səslən­dirilən bu reklam türk dilindən hərfi tərcümə edilmişdir. Mümkündür ki, müasir türk dilində bu formada ifadə məqbul hesab edilsin, ancaq Azərbaycan dilinin üslubu mövqeyindən qətiyyən yolverilməzdir.

Göstərdiyimiz bu nöqsanlarla yanaşı, eyni zamanda, son dövrlərdə dublyaj edilmədən, məşhur brendlərlə bağlı milli zəmində hazırlanmış reklamların bəzilərində müəyyən xırda tələffüz və üslubi nöqsanları istisna etməklə, müəyyən irəliləyişləri də qeyd etmək olar. Bu, dilimizə göstərilən dövlət qayğısı, Azərbaycan dilinin vəziy­yə­tinə biganə qala bilməyən ziyalıların və bilavasitə bu sahədə çalışan mütəxəssislərin göstərdikləri fəaliyyətin nəticəsi kimi qiymətləndirilməlidir.

Son zamanlar bilavasitə reklam mətnlərinin dili ilə məşğul olan mütəxəssislər arasında belə bir fikir də yayılmaqdadır ki, reklamın dili müəyyən mənada «qarışıq» üslub yaradır, yəni reklamlar vasitəsilə kütləvi ünsiyyət sahəsinə eyni bir kontekstdə elmi, elmi-publisistik, rəsmi-işgüzar və məişət danışıq üslubu daxil olmaqdadır (5). Buna görə də reklamların dili ilə məşğul olan rus linqvistləri arasında belə bir fikir formalaşmaqdadır ki, artıq reklam mətnlərini öz xüsusiyyətləri olan xüsusi bir üslub – reklam üslubu kimi nəzərdən keçirmək vaxtı gəlib çatmışdır. Fikrimizcə, əgər reklam mətnlərinə bu mövqedən yanaşılsa, onda bunlarda yol verilən nitq qüsurlarını və nöqsanları daha asanlıqla tənzimləmək və gələcəkdə müəyyən sistem yaratmaq olar.

 

ƏDƏBİYYAT 

  1. Atakişiyev H. Azərbaycanda reklam sahəsinə nəzarət etmək üçün Reklam Şurası yaradılmalıdır. – «525-ci qəzet», 2007, 19 oktyabr, s.2.
  2. Əbilov A. Reklamların dili bərbad vəziyyətdədir. 2012, 16 iyul –  olaylar.az/news/social/6380 “Reklam çarxlarında və reklam lövhələrində Azərbaycan ədəbi dilinin qorunması” layihəsi üzrə monitorinqin hesabatı. Arsyış - kitabça. Bakı, 2016.
  3. Баженова Е.А., Протопопова О.В. Язык и стиль// Стилистический  энциклопедический словарь. Mосква, 2003.
  4. Кохтев Н.Н., Розенталь Д.Г. Реклама: искусство слова: Рекомендации для составителей рекламных текстов. Москва, 1997.
  5. Липатова В. О. Реклама//Педагогическое мастерство: Словарь- справочник. Moskva, 1998.

 

Р Е З Ю М Е

                Усиление конкуренции во всех сферах общественной жизни в условиях современной рыночной экономики приводит к широкому распространению рекламного дела. Любой рекламодатель, естественно, будет стремиться завоевать для своей рекламы достаточно широкую аудиторию. В связи с этим, для быстрого и эффективного распростране­ния сведений о товаре, продукте, компании-производителе, многие стремятся разместить рекламу в средствах массовой информации. Однако надо отметить, что не всегда та или иная реклама с точки зрения культуры речи соответствует должному уровню. В статье ставится и решается проблема соответствия рекламных текстов нормам азербайджанского литературного языка, выявляются некоторые ошибки и недочёты в данных текстах, и приводится ряд предложений по решению данной проблемы.

 

SUMMARY

In modern condition in the market economy develops a competition of the thief in all spheres and it leads to expansion of the advertising plots. Every customer of the advertisement, in his or her turn attempts to find more widespread audience for his or her production. In connection with this it increases the amount of persons interested put his or her advertisement in the means of mass media. However, it should be noted that unfortunately, advertisement doesn’t always respond the requirements of culture and style of speaking. In the article is analyzed the accordance the advertisement of the texts to the norms of the Azerbaijan literature language, it is also shown some mistakes and shortages and it is expressed the sentences for solving this issues.

 

Rəyçi: dos.Reyhan Həbibli

                                                          


İsmayılova Vüsalə Məmməd qızı

İNGİLİS DİLİNDƏ OMONİMLƏRİN TƏSNİFATI, İNKİŞAFI VƏ YARANMA YOLLARI

Omonimlər deyilişi və yazılışı və yaxud ən azı bu aspektlərdən biri eyni olan sözlərdir. Məsələn:bank(n.)– a shorebank(n.) an institution for receiving, lending, exchanging, and safeguardingmoney ball(n.) – a sphere; any spherical body                               ball(n.) – a large dancing party İngilis dilinin lüğət tərkibi, belə cütlüklərlə zəngindir[1, s.128]. Bir qrup omonimlər arasındakı münasibət omonimika adlanır [2].İngilis dilində omonimika xüsusilə təkhecalılar arasında geniş yayılıb. Məsələn: Ieye; tootwo; rightwrite; orore; stealsteel; tailtale    [3, s.141]                Omonim termini Yunan mənşəli olan homōnymous sözündən törəyib. Homos eyni, onomaad mənasını verir[4, s.182]. Omonimlik eyni sözlə müxtəlif anlayışların ifadə edilməsi zamanı yaranır [5, s.85].Omonimlər çox dillərdə mövcuddur lakin İngilis dilində xüsusilə də təkhecalı sözlər arasında tez-tez rast gəlinir [4, s.182].Omonimlərin identik formaları əsasən təsadüfidir. Onların əksəriyyəti fonetik dəyişiklər səbəbi ilə üst-üstə düşür.               

                Sinonimlər və antonimlərin ünsiyyət prosesi zamanı istifadə olunmağı dilin zənginliyi kimi hesab olunduğu halda omonimlərin ünsiyyət üçün xüsusi bir dəyəri olması gözlənilmir. Sinonim qrupları və antonim cütlükləri xüsusi məqsəd ilə lüğət sistemi tərəfindən yaradıldığı halda omonimlər təsadüfi nəticədə yaranır [1, s.128]. Sinonimlər dildə mənanı daha dəqiq ifadə etmək üçün işlədilərək dil üçün müsbət hal kimi qiymətləndirilir lakin omonimlər dilin söz kasıblığını göstərir [5, s.87]. Ünsiyyət prosesi zamanı omonimlər bəzən yanlış anlamaya və çaşqınlığa səbəb ola bilir. Və bu omonimləri  yumorun ən əhəmiyyətli mənbələrindən biri edir [1, s.128]. Oxşar formalı lakin müxtəlif mənalı sözlərə əsaslanan deyim söz oyunu adlanır.Məsələn:                                                   “A tailor guarantees to give each of his customers a perfect fit.”          

Həmin bu zarafat omonimlərə əsaslanır. Fit sözünü iki mənada başa düşə bilərik: fit(perfectly fitting clothes), fit(a nervous spasm). Bu qeyd olunan omonim nümunəsi həqiqi omonimlər sırasına daxildir.                                                    

Waiter!”                                                                                                                                                          

Yes sir.”                                                                                                                                                                           

What’s this?”                                                                                                                                                  

It’s bean soup,sir.”                                                                                                                         

Never mind what it has been. I want to know what it is now.”            

Bean beenomofondur. Nümunədə göründüyü kimi onlar yazılışca müxtəlif lakin oxunuş baxımından eyni sözlərdir.Omofonlara aid digər müxtəlif nümunələr də göstərmək olar.Məsələn: night (n.) – knight (n.); piece (n.) – peace (n.); scent (n.) – cent (n.) – sent (v.); rite (n.) -to write (v.) – right (adj.); sea (n) -to see (v.) – C[si:] (the name of a letter).                                                      

Omonimlərin digər tipi omoqrafiya adlanır. Bu tipə daxil olan sözlər oxunuşca fərqli lakin yazılış baxımından eynidirlər [1, s.129].Məsələn:                                              

to bow [bau] (v.) to incline the head or body in salutation                                             

bow [bou] (n.) a flexible strip of wood for propelling arrows

to lead [li:d] (v.) to conduct on the way, go before to show the waylead [led] (n.) a heavy, rather soft metal (qurğuşun)[6, s.879]

to tear [teə] (v.) to pull apart or in pieces by force [7, s.783]        

tear [tiə] (n.) a drop of the fluid secreted by the lacrimal glands of the eye(göz yaşı)                                  

Omonimlər hər bir dilin lüğət tərkibində müəyyən miqdarda mövcuddur. Lakin bəzi dillərdə belə sözlər çox, bəzilərində az olur. Bu və ya digər dildə omonim sözlərin çox, ya az olması müxtəlif hadisə və səbəblərlə əlaqədardır. Bu hadisəni bir dilin daha ibtidai, digərinin daha çox inkişaf etmiş olması ilə, dildə hər məfhum, hər məzmun üçün xüsusi bir vasitənin, ifadə şəklinin yaranıb-yaranmaması ilə, çoxmənalılıq (poliseman­tizm) ilə və daha bir sıra hallarla da izah edirlər. Əlbəttə, bu səbəblər omonimlərin törəməsində mühüm rol oynayır [8,  s.143].                                                               Dildə omonimlərin inkişafı və artımı bir sıra amillərlə bağlıdır. Omonimlərin əmələ gəlmə yolları dillərdə ümumi və xüsusi ola bilər. Ümumi cəhət dillərin hamısına xasdır. Xüsusi cəhət isə ayrı-ayrı dillərin daxili qanunları ilə bağlıdır. Omonimlər, əsasən, dilin daxili imkanları hesabına yaranır, lakin başqa dillərdən sözalma ilə əlaqədar olaraq dildə omonimləşmə prosesi gedə bilir [9, s.57].                                                                                     Omonimlər müxtəlif yollar ilə yarana bilir. Omonimlərin mənbələrindən biri artıq qeyd etdiyimiz kimi, onların tarixi inkişafı zamanı məruz qalmış olduğu fonetik dəyişikliklərdir. Belə dəyişikliklərin nəticəsi kimi əvvəllər fərqli tələffüz olunan bəzi sözlər inkişaf nəticəsində eyni tələffüz olunmağa başlamış və beləliklə omonimlər olmuşlar. Məsələn:                                        nightknight                                                                                                                                                    

to knead to need                                                                                           

Qədim ingilis dilində knight sözünün ilk hərfi olan k tələffüz edilib. Lakin müasir ingilis dilində bu sözlər omonim cütlükdür.                                   

Omonimlərin digər bir mənbəyi alınma sözlərdir.Məsələn: rite(n.) -  to write (v.) – right (adj.)                                Nümunə kimi qeyd olunan sözlərdən ikinci və üçüncü doğma mənşəli olduğu halda, rite sözü latın dilindən alınma sözdür.bank (n.) – a shore                                                                                                                                             

bank (n.) – a financial institution                                                                           

  Bu nümunədə göstərilən sözlərdən birincisi doğma mənşəli sözdür lakin ikincisi İtalyan dilindən alınma sözdür.      Bəzən omonim cütlükləri təşkil edən sözlərdən biri doğma mənşəli olduğu halda, digəri Fransız dilindən alınma söz ola bilir. Məsələn:  fair (adj.) – as in a fair deal, it’s not fair (native) fair (n.) – a gathering of buyers and sellers (French borrowing)match (n.) – a game; a contest of skill, strength (native)          match (n.) – a slender short piece of wood used for producing fire  (French borrowing)                   

Sözdüzəltmə əhəmiyyətli dərəcədə omonimlərin inkişafına kömək edir və bu baxımdan ən vacib tip şübhəsiz ki konversiyadır.Məsələn:comb(n.) – to comb (v.)                                                                                                                                          pale(adj.) – to pale(v.)                                                                                                                               

to make (v.) – make(n.)                                                                                  

Belə söz cütlükləri lüğət tərkibində çoxsaylıdır. Yazılış və deyiliş baxımından eyni lakin nitq hissəsinin müxtəlif kateqoriyasına istinad edən omonimlər leksik-qrammatik omonimlər adlanır [1, s.130].                                                          Qısaltma omonimlərin sayını artıran sözdüzəltmənin daha bir tipidir.Məsələn: fan(n.)(an enthusiastic admirer of some kind of sport or of an actor, singer, etc). Bu söz fanatic sözünün qısaltmasından yaranmışdır və Latın dilindən alınma söz olan fan(n.) (an implement for waving lightly to produce a cool current of air) ilə omonimdir. Rep (a kind of fabric) isminin qısaltma yolu ilə yaranan üç omonimi var: rep(<repertory), rep(<representative), rep(<reputation). Səs imitasiyası ilə yaranan sözlər də həmçinin, digər sözlər ilə omonim cütlüklər formalaşdıra bilir. Məsələn:          bang(n.) – a loud, sudden, explosive noisebang(n.) – a fringe of hair combed over the forehead                                 mew(n.) – the sound a cat makes      mew(n.) – a sea gull                                                                                                         

mew (n.) – a pen in which poultry is fattened                                                                  

mews – small terraced houses in Central London [1, s.131].       

Omonimlərin yaranma yollarından biri də polisemiyanın disinteqrasiyasıdır. Polisemiyanın disinteqrasiyası zamanı çoxmənalı sözün bir mənası çoxmənalı sözdən ayrılır və müstəqil söz olur.Çünki semantik olaraq həmin söz özünün ilkin mənasına qayıda bilmir. Məsələn: board – blank of wood  mənasını verib. Daha sonra o a side of a ship (gəminin bir tərəfi) mənasında işlənib. Sonra food (yemək, ərzaq) mənasını verib, çünki yemək taxtadan hazırlanan masada verilirdi. Bundan sonra isə council (şura, sovet) və digər mənalarda işlənmişdir.                                                                         Omonimlərin meydana çıxması yolu kimi fonetik və morfoloji dəyişikliklər nəticəsində müxtəlif kökdən törəyən sözlərin formaca yaxınlaşmasınıda göstərmək olar. Məsələn:                                                                                                     ear = qulaq – A.S. = eare                                                                                                               

ear = sünbül – A.S. = ear [10, s.168]                                                                            

Sadalanan bütün omonim mənbələrinin, konversiya istisna olmaqla, əhəmiyyətli bir ümumi xüsusiyyətləri var.  Bu xüsusiyyət ondan ibarətdir ki, omonimləriki və yaxud daha artıq sözlərdən inkişaf edir və onların oxşarlıqları tamamilə təsadüfidir.                                    

Omonimlər müxtəlif formada təsnif olunur.        Professor A.İ.Smirnitsky omonimləri iki geniş sinifə ayıraraq təsnif edib:.Tam omonimlər                                                                                                                                                             2.Natamam omonimlər                                                                                     

Tam leksik omonimlər nitq hissəsinin eyni kateqoriyasina aid olan və eyni paradiqması olan sözlərdir. Məsələn: Match(n.) – a game, a contest                                                                                                                

Match (n.)– a short piece of wood used for producing fire

                Wren (n.)– a member of the Women’s Royal Naval Service Wren(n.)– a bird [1, s.134]                                                      Natamam omonimlər isə  üç yarımqrupa bölünür:                                                            

1.Sadə leksik-qrammatik natamam omonimlər nitq hissəsinin eyni kateqoriyasina məxsus olan sözlərdir. Onlarınparadiqmalarının bir identik forması var lakino heçvaxt eyni forma deyil. Məsələn:                                 

To found(v.)                                                                                                                                                     

Found(v.) (past indef., past part. of to find)                                   

To lay(v.)                                                                                                                                           

Lay(v.) (past indef. of to lie)                              

To bound(v.)                                                                                                                     

Bound(v.) (past indef., past part. of to bind)

2.Mürəkkəb leksik-qrammatik natamam omonimlər, paradiqmalarında bir identik forması olan, nitq hissəsinin müxtəlif kateqoriyasına mənsub olan sözlərdir. Məsələn:

Rose (n.)                                                                                                                                                                            

Rose (v.) (past indef. ofto rise)                          

Maid (n.Made (v.) (past indef., past part. of to make)

Left (adj.)                                                                                                                                          

Left (v.) (past indef., past part.of to leave)      

Bean (n.)                                                                                                                                            

Been (v) (past part.of to be)

One (num.)                                                                                                                                        

Won (v.) (past indef., past part. of to win)

3. Natamam leksik omonimlər yalnız onların müvafiq formalarında identik olan, nitq hissəsinin eyni kateqoriyasına aid olan sözlərdir.                                                                                                To lie (lay, lain)                                                                                                                                                                        To lie (lied, lied)

To hang (hung, hung)                                                                                                       

To hang (hanged, hanged)

To can (canned, canned)                                                                                                 

Can (could) [1, s.135]

İ.V.Arnolda görə omonimlərin ən geniş yayılmış qəbul edilən təsnifi həqiqi omonimlər, omofonlar və omoqraflar kimi tanınır.Həqiqi omonimlər yazılış və tələffüz baxımından eyni olan sözlərdir.Məsələn:                                                                          

Back (n.) – part of the body                                                                                                                            

Back (adv.) – away from the front                                                                                                  

Back (v.) – go back                                                                                                                                                                                                                                                                                                                                     

Ball (n.) – a round object used in games                                                                                        

Ball (n.) – a gathering of people for dancing

                               Bark (n.) the skin of a tree                                                                                                                 Bark (n.) – a sailing ship

Base (n.) – bottom                                                                                                                                                           

Base (v.) – build or place upon                                                                                                                                                        Bay (n.) – part of the sea or lake filling wide-mouth opening of land                        

Bay (n.) – recess in a house or a room                                                                                                           

Bay (v.) – bark                                                                                                                                                 

Bay (n.) – the European laurel

Əhəmiyyətlisi odurki omonimlər bir söz daxilində fərqli mənalar deyil, fərqli sözlərdir.  Omofonlar yazılışı və mənası fərqli lakin tələffüzü eyni olan  sözlərdir.Məsələn: air – heir; arms – alms; buy – by; him – hymn; knight – night; not – knot; or – oar; piece – peace; rain – reign; scent - cent; steel – steal; storey – story; write – right[2, s.184]           Omoqraflar tələffüz və məna baxımından fərqli lakin yazılışca təsadüfi olaraq eyni olan sözlərdir.Məsələn: Row [rou] - row [rau]                                                                                                                              

Sewer [souə] – sewer [sjuə]                                                                                                                           

Wind [wınd] – wind [waınd] [4, s.185]                                          

R.S.Ginzburga görə omonimlər tam və natamam omonimlər kimi təsnif edilir. Tam omonimlər toplusu nitq hissəsinin eyni kateqoriyasına aid olur: seal (n.) – seal (n.), natamam omonimlər isə bir qayda kimi müxtəlif nitq hissələrinə mənsub olan söz formalarında müşahidə edilir: seal (n.) – seal (v.). Lakin bu o demek deyilki natamam omonimlərin nitq hissəsinin eyni kateqoriyası daxilində olması qeyri-mümkündür. Məsələn:                                         lie [laı] (v.)  to be in a horizontal or resting position                                                          

lie [laı] (v.) to make an untrue statement                                                          

Eyni zamanda tam omonimlər nitq hissəsinin müxtəlif kateqoriyasında rast gəlinə bilər.Məsələn:                                for [fo:] – preposition                                                                                                                                       

for [fo:] – conjunction                                                                                                                                       

four [fo:] – numeral                                                                                           

Omonimlər həmçinin mənanın növünə görə leksik omonimlər, leksik-qrammatik omonimlər, qrammatik omonimlər kimi təsnif edilə bilir. Leksik omonimləri müəyyən edərkən sözlərin nominativ mənası və sintaktik cəhəti nəzərə alınır.Əgər omonim cütlük təşkil edən sözlər nitq hissəsinin eyni kateqoriyasına aiddirsə və qrammatik mənaları identikdirsə, lakin leksik mənaları fərqlilik təşkil edirsə, həmin omonimlər leksik omonimlər adlanır.Məsələn:seal (n.) – a sea animal; the fur of this animal         seal[si:l] – Common Case Singular seal’s [si:lz] – Possessive Case Singularseal (n.)- a design printed on paper, the stamp by which the  design is made                                     

seal[si:l] – Common Case Singular                                                                                                 

seal’s [si:lz] – Possessive Case Singular

Müxtəlif nitq hissələrinə aid olub, bir-birindən leksik və qrammatik mənalarına görə fərqlənən omonimlər leksik-qrammatik omonimlər adlanır.Məsələn: seal(n.) – a sea animal                                                                                                                                          seals[si:lz] – Common Case Plural of the noun                                                                                                      (to) seal(v.) – to close tightly                                                                                                                           

(he) seals[si:lz] – third person Singular of the verb Nümunədən göründüyü kimi biz yalnız omonimlərin leksik mənalarında olan fərqliliyi deyil, o cümlədən onların qrammatik mənalarında olan fərqliliyi də müşahidə edirik. Leksik-qrammatik omonim­lərin komponentləri müxtəlif nitq hissələrinə aid olsa da, onların səslənmələri və yazılışı eynidir.            

Kökləri omonim olan sözlərə şəkilçilər artırmaqla əmələ gələn omonimlər  qrammatik omonimlər adlanır.Məsələn: asked [a:skt] – Past Tense                                                                                                                  

asked [a:skt] – Participle II                                                                                                                                               brother’s [brᴧðəs] - Possessive Case Singular brothers [brᴧðəs] –

  Common Case Plural[11, s.40]                      

Dünya dillərində omonimlik hadisəsi geniş yayılmışdır. Omonimlər öz zahiri cəhətinə görə çoxmənalı sözlərə oxşayır. Çünki çoxmənalı sözlər də formaca eyni, mənaca müxtəlifdir. Dilçilikdə omonimləri çoxmənalı sözlərdən fərqləndirmək üçün dəqiq meyar indiyədək müəyyənləşdirilmə­mişdir. Bu məsələ dünya dilçiliyində hələ tam həll olunmamışdır. Lakin bu sahədə müəyyən fikirlər mövcuddur. Omonimlərin çoxmənalılıqdan fərqi ondadır ki, sözdə omonimlik müstəqil mənadır, lakin çoxməna­lılıq isə bir sözün müxtəlif məna variantlarından ibarət olur [12, s.235].     Bütün bu deyilənləri ümumiləşdirərək qeyd etmək istərdim ki, omonimlər dilin inkişafının nəticəsi olaraq meydana çıxır, omonim sözlərin ingilis dilinin zənginləş­məsində müəyyən rolu var və geniş tədqiqatın lazım olduğu mövzulardan biridir.                                                                                                                                      

 

Ədəbiyyat                                                                                                                                                                                                                                         

1. Antrushina G.B., Afanasyeva O.V., Morozova N.N. English Lecicology. Москва “Высшая школа”,1985

2. https://en.wikipedia.org                                                                                                                                                                                         

3. Hajiyeva A., Najafli E. Contrastive Lexilogy. Baku, 2013                                                   

4. Arnold V. The English Word. Москва “Высшая школа”, 1986                                   

5. Veysəlli F.Y., Yunusov D.N., Cəfərova L.M. German dilləri ixtisası üzrə materiallar toplusu. Bakı - Mütərcim, 2014                                                                                

6. Musayev O. English-Azerbaijani Dictionary. Bakı, 2008                                                  

7. Collins. English Dictionary                                                                                                                                                                                  

8. Dəmirçizadə Ə. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1962                                                                     

9. Həsənov H. Müasir Azərbaycan dilinin leksikası. Bakı, 2001                                           

10. Hajiyeva A. English Lexilogy. Baku, 2011                                                                                                    

11.Ginzburg R.S., Khidekel S.S., Knyazeva G. Y., Sankin A.A. A course in modern English Lexicology. Moscow, 1979                                                                            

12. Qurbanov A. Ümumi dilçilik. Bakı, 2011                                                    

Açar sözlər:təsnifat, omofon, omoqraf, həqiqi omonimlər, tam omonimlər, natamam omonimlər, məna, leksik, leksik-qrammatik, qrammatik

Keywords:classification, homophone, homograph,  perfect homonyms,  full homonyms,  partial homonyms, meaning, lexical, lexico-grammatical, grammatical                            

Ключевые слова:классификасия , омофонами, омограф, совершенные омонимы, полныеомонимы, частичные омонимы, значение, лексический,  лексико-грамматический,  грамматический

 

Summary

The classification of homonyms and the ways of development and formation of homonyms

in the English language

The article is devoted to the classification of homonyms and the ways of development and formation of homonyms in the English language. Homonyms are words that sound alike but have different semantic structure. Homonymy in English is wide-spread especially among monosyllables. The article highlights the main sources of formation of homonyms in the language, considering borrowed words, conversion and phonetic changes.Homonymy of words and homonymy of individual word-forms may be regarded as full and partial homonymy. Cases of full homonymy are generally observed in words belonging to the same part of speech. Partial homonymy is usually to be found in word-forms of different parts of speech. Homonymous words and word-forms may be classified by the type of meaning that serves to differentiate between identical sound-forms. Lexical homonyms differ in lexical meaning, lexico-grammatical in both lexical and grammatical meanings, whereas grammatical homonyms are those that differ in grammatical meaning only. If the graphic form of homonyms is taken into account, they are classified on the basis of the three aspects – sound form, graphic form and meaning – into three big groups. Homophones – identical sound form, homographs – identical graphic form, and perfect homonyms – identical sound form and graphic form.                                                                                           

Резюме

Классификация, развитие, и способы появлений омонимов на английском языке.

Данная статья посвящена к проблеме классификации, развитию и способом создания омонимов на современном английском языке. Одинаковые по написанию (форме), но разные по значению лексические единицы называют омонимы. На английском языке омонимы особенно распространены среди односложных слов. Это статья рассматривает заимствование, конверсию, фонетическое изменения как основные источники формирования омонимов на языке. Омонимы делятся на две группы: полные (абсолютные) и частичные омонимы. Полные омонимы обычно наблюдаются между одинаковыми категориями слов принадлежащей той или иной части речи. Частичные омонимы встречаются между разными частями речи. Омонимические слова и формы классифицируется как лексические омонимы, лексическо-грамматические и грамматические омонимы. Лексические омонимы отличаются по смыслу, лексическо-грамматические по лексическому, а также по грамматическому значению, а грамматические омонимы отличаются только по грамматическому значению. Омонимы классифицируется на основе трех аспектов: омографы, омофоны и поделенные омонимы. Омографы слова, совпадающие по написанию, омофоны по звучанию, а поделенные омонимы это слова, имеющие одинаковые письменные формы и звучание.         

                                                                             

Rəyçi: dos.A.M.Cəfərov


Türkan Nəzərova

AKADEMİK N.Y.MARR QƏDİM ERMƏNİ DİLİNİN İLTİSAQİLİYİ HAQQINDA

Erməni dili və qədim erməni dili haqqında bir çox dilçi alimlər məqalələr yazmışlar. Bunların arasında həqiqəti əks etdirənlər də, etdirməyənlər də var. Həmin əsərlər içərisində akademik N.Y. Marrın məqalələri və iki kitabı xüsusi əhəmiyyətə malikdir.

N.Y.Marr qədim erməni dili haqqında son tədqiqat əsərini XIX əsrin sonlarında yazmış və 1903-cü ildə Sankt-Peterburqda Rusiya İmperatoru Akademiyasının qərarı ilə çap etdirmişdir. Kitab böyük giriş hissəsindən və 303 səhifədən ibarətdir. Giriş hissəsi ayrıca 38 səhifədir.

N.Y.Marr bu kitabda Qrabar adlanan qədim erməni və ya H'Ay dilinin qrammatikası üzərində geniş dayanır və qısa şəkildə olsa da, bəzi sözlərin etimoloji mənasını izah edir.

Ermənilər 100 ildən artıqdır iddia edirlər ki, onların dili qrammatik quruluşuna görə flektivdir və Avropa və İran dillərinə yaxındır.

N.Y.Marr bu nəzəriyyəni öz məqalələrində və kitablarında alt-üst edir. Çoxsaylı faktoloji materiallar əsasında sübuta yetirir ki, qədim erməni dili İran və Avropa dillərinə qohum olmamışdır (1, I-XXXV).

N.Y.Marr belə hesab edir ki, qədim erməni dili öz quruluşuna görə iltisaqi olub, Asiya mənşəlidir. O, sonralar Ari dillərinin təsirinə məruz qalmış iltisaqi bir dildən tədricən qatışıq-flektiv bir dilə çevrilmişdir (1, I-IV)

Ermənilər öz dillərini “Aşxarabar və Qrabar” adlandıraraq iki yerə bölürlər. Qrabar  və ya H'Ay dili qədim erməni dilidir. Aşxarabar isə yeni erməni dilidir. N.Y.Marr bu məsələyə başqa yönümdən yanaşır. Yazır ki, həm Aşxarabar , həm də Qrabar dilləri qədim dillərdir. Ancaq bu dillər qohum deyildir (1, I,XXIX).

H'Ay dili bütün xalqın dili yox, yalnız hakim feodalların və kahinlərin dilidir. Aşxarabar isə qara camaatın, tabe olan xalqın dilidir. Aşxarabar dili indiki ermə­ni­lərin dilinə xeyli yaxındır. O, əsasən Ari və Sami dillərinin qatışığından ibarətdir. Ancaq güclü şəkildə həmin sözlər deformasiyaya uğramışdır, yəni formasını dəyişmişdir.  Məsələn:

Նստել [ nsdel] –сидет [ sidet ] - oturmaq

Ունենալ [unenal]– иметъ [ imet ] – malik olmaq

Qrabar və ya qədim erməni dilində isə sistem tamamilə başqa cürdür. Şəkilçilər tamamilə qatışıqıdır.

Birhecalı və ikihecalı sözlər və söz kökləri isə daha çox iltisaqi dillərə  uyğun gəlir. N.Y.Marr qədim erməni dilinin türk dillərinə qohumluğunu təsdiq etməsə də yazır ki, qədim erməni dili iltisaqi olmaqla yanaşı həm də Turan mənşəlidir.

N.Y.Marr maraqlı fikirlər irəli sürərək yazır ki, “bilmirəm nəyə görəsə türk dillərinin hamısında Yafəs dillərinin çoxunda yerə yer, suya su, göyə gök , dəmirə tebir deyilir” (1, XXXI-XXXII).

N.Y.Marr yaxşı bilirdi ki, bütün Yafəs dillərindəki o cümlədən, qədim erməni dilindəki yer, göy, su sözləri türk sözləridir. O, bunu birbaşa yazsaydı yalnız ermənilərin yox, Qafqazşünasların çoxunun qəzəbinə düçar olardı.

N.Y.Marr onu da tam inkar edə bilmir ki, Ön Asiyanın bir sıra qədim dillərində, o cümlədən,  H'Ay dilində “tebir” sözü vardır. “Tebir” döyülərək silah hazırlanan metal­lara, o cümlədən dəmirə deyilirdi. Bəzi türk dillərində dəmirə indi də “tebir” deyilir.

N.Y.Marr yazır ki, Yafəs dilləri öz qrammatik quruluşuna görə Sami dillərinə bənzəsə də, burada çoxlu qeyri- Sami mənşəli sözlər vardır. Həmin sözlər Ari mənşəli də deyildir.

N.Y.Marr III qrup sözlərin türk sözləri olduğunu təsdiq etmir, ancaq belə bir gerçəkliyi də dana bilmir ki, Yafəs xalqlarının dəmirə və kömürə olan etiqadının kökləri Altaydan və Sibirdən gəlir .(2, 80-86)

N.Y.Marr üstüörtülü şəkildə irəli sürdüyü fikirləri R.İ.Şor açıq şəkildə ictimaiyyətə irəli sürür. Yazır ki, Yafəs dilləri 3etnolinqvistik faktorun qarışması nəticəsində yaranmışdır. Yəni Ari, Sami və Turan dillərinin bir-birinə qarışması nəticəsində Yafəs dilləri, o cümlədən, qədim erməni dili yaranmışdır.

R.İ.Şorun bu məqaləsi 1931-ci ildə SSR Elmlər Akademiyasının məruzələrində çap olunmuşdur. Müəllif  burada konkret şəkildə göstərir ki, Yafəs dillərinin formalaşmasında Ari və Sami dilləri ilə yanaşı türk dilləri də iştirak etmişdir.

N.Y.Marr 1920-ci ildə Almaniyanın Leypsik şəhərində yeni bir kitabını çap etdirdi. Həmin kitab “Yafəs Qafqazı və Aralıq dənizi mədəniyyətinin yaranışında III etnik element” adlanır. Müəllif  burada da III etnik elementin türk elementi olduğunu birmənalı şəkildə təsdiq etmir. Ümumi şəkildə göstərir ki, Yafəs və Turan dillərində çoxsaylı sözlər həm mənasına, həm də formasına görə bir-birinə uyğun gəlir (3, 3-54).

Qrabar adlanan qədim erməni dilində çoxsaylı sözlər var ki, onlar türk dillərinin həm müasir, həm də tarixi leksikası əsasında  izah olunur. Məsələn:

Հովիւ-[hovuv] (1,28) - çoban. Azərbaycan dilində “ho” iribuynuzlu heyvan­lara müraciətlə deyilən sözdür. “Ho” dedikdə  inək, öküz irəli gedir, “hoha” dedikdə isə dönür və ya dayanır.

Էշ- [eş] (1,38) - eşşək, uzunqulaq. “Eş” Azərbaycan dilindəki “eşşək”, türk dillərindəki “eşək” sözünün köküdür. Mən belə hesab edirəm ki, “eşşək” sözü  “ışqırmaq” felindən törəmişdir. Çünki o ışqırır, yəni anqırır.

Դե -[dev] (1, 10) - bədxah ruhlardan biri. Azərbaycan mifik təfəkküründə dev mənfi obrazdır. O, buynuzlu, qulaqlı, quyruqlu bədheybət varlıq kimi təsəvvür olunur. İltisaqi dilli H'Ayların bədxah ruh mənasında “dev” sözü Azərbaycan dilindəki mənası ilə tam üst-üstə düşür.

Bir bədxah ruh kimi devlərə Xristianlıqdan əvvəlki Albanlarda sitayiş edirdilər. Bu barədə Musa Kaqankatuklunun “Albaniya tarixi”ndə bir yerdə məlumat vardır. Həmin məlumatdan aydın olur ki, Albaniyada yaşayan  Argeşlər devlərə sitayiş etmişdir.

Diri şəhərinin əhalisi Arşakilərə qarşı üsyana qalxmışdır. Bu üsyanlardan istifadə edən Argeşlər şəhərə hücum etmiş, keşiş Danieli öz şagirdləri ilə bərabər həbs etmişdir.

Argeşlər həmin adamları tutub bir meşənin dərinliyinə apardılar və onları devlərə baş əyməyə məcbur etdilər (4,24).

İslam dininin qəbul olunmasından sonra Albaniya əhalisi devlərə sitayiş etməkdən əl çəkdi. Ancaq buna baxmayaraq Azərbaycan folklorunda dev hələ də mənfi obraz olaraq qalmaqdadır. Biz bunun bariz nümunəsini “Cırtdan”ın nağılında görürük.

İnsanların bir zamanlar devlərə sitayiş etməsi yaddaşlardan silinsə də Azərbaycanın tarixi toponimiyasında öz izlərini qoymuşdur.

XIX əsrin rus etnoqrafları Qafqazın hərbi xəritələrini tərtib edərkən Azərbaycan ərazisində bir neçə devlər kəndinə rast gəlmişlər (5, 69).

Բան -[ban] (1, 68) – söz. Bu sözü müasir erməni dilində də həmin mənada işlənir. Qarabağ erməniləri isə sözə բեն [ben] deyirlər.

Mənim fikrimcə, H'Ay dilindəki բան  [ban] sözü türk dillərindəki banlamaq feli ilə bir kökdəndir. Azərbaycan dilində buna uyğun olaraq “xoruzun banlaması” ifadəsi vardır.

Բան  [ban] sözünə buna yaxın mənada Dədəmiz Qorqudun kitabında da rast gəlirik. Orada azan oxuyan Molla haqqında bəhs olunarkən deyilir: Saqqalı uzun tat əri banlayanda.

Շէն-[şen] (1,68) – kənd. Bu söz Azərbaycan dilinin ləhcələrində “şenlik” kimi işlənir. Əhalinin gur toplaşdığı yerə, şənlik əhvali-ruhiyyəsi olan yerə “şenlik” deyilir. Hal- hazırda Ağcabədi rayonunun bir kəndinin adı “ Şənlik” dir. O cümlədən, Türkiyə ərazisində də “Amişen” adlı etnik qrup yaşayır.

Abdulla Şaiq “şenlik” sözünü qələbəlik, gur yığıncaq sğzləri ilə sinonim işlədir.

Qarabağ ermənilərinin bəziləri kəndə  Շէն[şen] deyirlər. Ədəbi dildə isə kəndə գյուղ [gyuğ] deyilir.

Խոթ- [xot] (1,70) - ot. Azərbaycan dilində ota ot deyilsə də, müəyyən məqamlarda onun  “xot” variantına da rast gəlirik. Azərbaycan dilinin Qərb ləhcələrində balaca ot topalarına “xotma” deyilir (6, 120-129).

Ճրագ -[cıraq] (1,103) – çıraq, şamdan. Bu söz demək olar ki, eyni formada Azərbaycan dilində mövcuddur. Əgər qədim erməni dilində çırağa və şamdana Ճրագ [cıraq] deyilidirsə Azərbaycan dilində bu mənada çıraq sözündən başqa “çilçıraq” sözü də vardır.

Կոիւ – [qov] (1,41) – müharibə. Qədim Erməni dilində bu söz Azərbaycan dilindəki “qovğa” yəni, “dava-dalaş” sözünün köküdür. Azərbaycan dilinin bəzi ləhcələrində “qovğa” sözü “qovqac” şəklində işlənir.

“Koroğlu” dastanında “qovğa” sözünə azca fonetik dəyişikliklə rast gəlirik.

Hər nə oldu mənə oldu,

Qaynadı peymanım doldu.

Gördünki düşmən güc gəldi,

Qov bir yana, qaç bir yana.

Շող – [ şoğ ] (1,44) – şüa. Bu söz Azərbaycan dili ləhcələrində şüa mənasında indi də işlənməkdədir. Bu sözə Aşıq Ələsgərin qoşmasında şüa mənasında rast gəlirik.

Əslin mələkzadə, cismin qılmandı.

Camalın şoğundan ciyərim yandı

Bimürvətdi, çox nainsaf qılmandı.

Rəhm eləmir günahkara qaşların.

Արու – [ aruv ] (1,41) – erkəklik, ərlik. Buna uyğun olaraq  Azərbaycan dilinin tarixi leksikasında “er” sözü olmuşdur. İndi bu söz dilimizdə “ər” şəklində işlənir və əvvəlki mənasını qismən saxlamışdır.

Arxaik forması “ar, er” olan “ər” sözü “erkək”, “ərlik”, “ərənlik” və s. sözlərin kökündə qalmışdır.

Սիր -[sir], սիրել - [sirel], սիրուն - [sirun]- sev, sevmək, sevimli. (1,70). Türk dillərinin Çuvaş qrupunda da sir- sev, sirel- sevmək deməkdir. Çuvaşlar xristianlığı qəbul edənə qədər “sire”- sevgi ayini keçirirdilər və bakirəlik ilahəsi “Aslı”ya ağ qaz qurban kəsərdilər. (7,19-28 )

Bu sözlər hal-hazırda Erməni dilində işlənir və iltisaqi dilli H’Ayların dilindən Erməni dilinə keçmişdir.

Աղջիկ – [axciq] (1,53) – qız. Buna uyğun olaraq Tatar dilində “eq”- dişi və qədim türk abidələrinin dilində “ög” – ana sözləri vardır. Azərbaycan dilindəki “ögey ana” sözünün kökündəki “ög” arxaizmini görmək mümkündür.

“Axciq”, “ögciq”, “egciq” sözləri “kiçik ana” deməkdir.

Էգ – [eq] (1,64) – dişi. Azərbaycan dilində dişi mənasında bu sözə təsadüf etmirik. Ancaq başqa türk dillərində həmin sözə qadın və ümumiyyətlə dişi cinsi mənasında rast gəlirik.

Bəzi Azərbaycan tədqiqatçıları köhnə nəsil Erməni Qafqazşünaslarına istinadən yazırla ki, “Eçmiadzin” kilsəsinin adı “ Eqmiadzin” olmuşdur. Kilsələrin anası mənasında işlənən “Eqmiadzin” sözünün kökündəki “eq” türkcə ana, “miadzin” isə Sami dillərindəki “müəzzin” sözündəndir. (2, 80-86).

Քաղաք – [kağak] – şəhər (1,64). Qədim Erməni dilində qala şəhəri mənasında bəzən “kalak”, bəzən “kağak” sözü işlənir. Sinay dağının ətəyindəki müqəddəs Katerina monastrında tapılan Alban dilində olan kitabədə qala mənasında “kalak” sözü işlənmişdir. (8,45)

Mənim fikrimcə, Alban, İber və H’Ay dillərindəki “kalak” sözü türk dillərindəki “qala” sözündən alınmadır. Müasir Azərbaycan dilində bu söz qala şəklində işlənsə də Azərbaycan dilinin ləhcələrində bu sözün “qalaq” variantına rast gəlirik. Məsələn, daşları üst-üstə yığmağa qalaqlamaq deyilir.

Իշխան – [işxan] (1,64) – knyaz, zadəgan. Qədim Erməni dilində olan bu sözün mənası haqqında N.Y.Marr bir söz demir. Ondan fərqli olaraq İ.İ.Şopen yazır ki, həmin söz türk dillərindəki “şi xan”, yəni “şərqin xanı” sözündəndir.

Belə hesab edirəm ki bu etimologiya o qədər də dəqiq deyildir. “İş xan” işçilərin, tabe olan xalqın hakimlərinə verilən ad olmuşdur.

İş xanlar sadəcə zadəgan deyildilər, onlar çar tərəfindən rəiyyət üzərinə hakim təyin olunan adamlar idilər.

Կրտսեր – [qrdser] (1,118) –balaca uşaq. Bu söz yalnız qrammatik quruluşuna görə iltisaqi dillərə aid olan söz deyil, qədim türk sözlərindən biridir.

Azərbaycan dilinin ləhcələrində buna uyğun olaraq “qırtmaq” feli vardır. Bir şeyin üstündən kəsməyə, kiçiltməyə qırtmaq deyilir.

Qırtmaq sözünə yaxın olan “kərtmək” sözü də vardır. “Kərtmək” sözünün bir mənası da kəsərək kiçiltmək deməkdir. Yaxud “toyuğun qırt düşməsi” ifadəsi də vardır. Toyuq yumurtlayıb cücə çıxartmaq üçün yumurtaya oturanda qırt düşür.

Արկղ – [arqğ] (1,80) – Nuhun gəmisi. Bu söz “Nuhun gəmisi” adının şifahi yox, yazılı formasıdır. Erməni salnaməçiləri dini mətnlərin üzünü köçürərkən yeni tələblərə uyğun olaraq həmin sözlərdə müəyyən səsləri dəyişdirirlər. Yəni “Arqa” sözünü  “Arqğ” şəklinə salırdılar.

Digər müqəddəs kitablara baxanda görürük ki, Nuhun gəmisinin bir adı Arqa olmuşdur. Peyğəmbərin gəmisi 6ay suda qalandan sonra Arqa adlanan silsilə qayalara ilişib dayanmışdı.

Buna uyğun olaraq türk dillərində “arxalı dağlar” ifadəsi vardır. Silsilə, bir-birinin ardınca uzanan dağlara arxalı dağlar deyilir.

“Arqa” eyni zamanda türk dillərində dağ təkəsinin adıdır. Burada da “arqa” sözünün silsilə, arxa mənasını görmək mümkündür. Belə nəticəyə gəlmək olar ki, Qrabar mətnlərinin “arqğ” sözü türk dillərindəki “arqa” sözündən törəmişdir.

N.Y.Marr Erməni dilinin etimologiyasına aid digər əsərləri, məqalələri də vardır.  Ancaq  onun 1903-cü il nəşri daha geniş, əhatəli, fundamental bir əsər olduğundan  mən daha çox müəllifin bu əsərinə müraciət etmişəm.

ƏDƏBİYYAT:

1.Марр Н. Я. Грамматика древнеармянского языка. Санкт - Петербург, 1903.

2.И.Джафарсой. Хай не армяне// “Азербайджан и азербайджанцы” (Президиум  НАН Азербайджана), Баку, Элм, 2008, №1-4, 80-86.

3.Марр Н. Я. Яфетический Кавказ и третий этнический элемент в созидании средиземноморской культуры. Лейпциг. 1920, 54с.

4. “Albaniya tarixi” . Bakı, Elm, 1993.

5.Гейбуллаев  Г. А. Топонимия Азербайджана. Баку, Элм, 1986, 191с.

6.Cəfərsoy İ. Y. H’Aydilinin türk leksikası //AMEA Dilçilik İnstitutunun “əsərləri”. Bakı, 2009, №1, s.120-129.

7. Родионов В.Г. К образу лебеда в жанрах чувашского фольклора //  Советская тюркология. Баку:  Элм,1983, №6, с. 19-28

8.Cəfərsoy İ.Y. İber və H’Ay folklorunda türk mifik təfəkkürünün izləri. Bakı, 2014.

Açar sözlər: Yafəs dilləri, Erməni dili, İltisaqi dillər, Flektiv dillər, H’Ay dili, Qrabar və ya qədim Erməni dili.

Keywords:Yafas languages,Armenian language, agglutinative languages, flexion languages, H'Ay language, Grabar or ancient Armenian language.

Ключевые слова:Яфетические языки, Армянский язык, Агглютинативные языки, Флективные языки, Х'aйский язык, Грибинский или древнеармянский язык.

 

Xülasə

Bu məqalədə akademik N.Y.Marrın Qrabar adlanan qədim erməni dili haqqında fikirləri linqvistik tədqiqatın obyektinə çevrilir. Müəllifin belə bir nəticəsi yeni faktlarla əsaslandırılır ki, H'Ay və ya Qrabar dili əvvəlcə iltisaqi olmuş, V-VII əsrlərdə flektivləşmişdir. N.Y.Marrın 1903-cü ildə Sankt Peterburqda çap olunan "Qədim erməni dilinin qrammatikası" kitabı bu tədqiqatın obyekti olmuşdur.

 

РЕЗЮМЕ

В данной статье рассматриваются мысли академика Н. Ю. Марра о древнеармянском языке, так называемом Грабаре, который  являлся объектом  его лингвистического исследования. 

Автор приводит новые факты, что  Хайский язык или же Грабар первоначально был агглютинативным, а в V-VII веках подвергся флексизации. Книга  Н. Ю. Марра  «Грамматика древнего армян­ского языка», напечатанная в Санкт-Петербурге  в 1903-ом году, стала объектом этого исследования.

 

SUMMARY

n this article object is turn to linguistic research by academic Marr’s called Grabar an old Armenian language opinions. This author’s result is based on with new facts that at first H’Ay or Grabar language has been agglutinative, was inflected V-VII centuries. N.Y.Marr’s book called “The grammar of an old Armenian language” which was published in Saint Petersburg in 1903 has been the object of this research.

 

Rəyçi: Fil.ü.e.d. İlhami Cəfərsoy

                        


Qəribova Pərvin Yaşar qızı

AZƏRBAYCAN VƏ TÜRK DİLLƏRİNDƏ KİÇİLTMƏ ŞƏKİLÇİLƏRI

                Azərbaycan dilində kiçiltmə semantikası -ça (-çə), -cıq (-cik, -cuq, -cük), -cığaz (-ciyəz, -cuğaz, -cüyəz) şəkilçiləri ilə ifadə olunur. Qeyd edək ki, tərkibində bu morfemlər olan sözlərdə kiçiltmə mənası ilə yanaşı əzizləmə mənası da olur. Məsələn, M.Hüseynzadə göstərilən şəkilçilərin kiçiltmə və əzizləmə semantikalı yeni sözlər yaratdığını göstərir (1, 29). Buradan aydın olur ki, müəllif bu morfemləri sözdüzəldici şəkilçi hesab edir.M. Hüseynzadə -ça (-çə) şəkilçisini kiçiltmə, -cıq (-cik, -cuq, -cük), -cığaz (-ciyəz, -cuğaz, -cüyəz) şəkilçilərini isə kiçiklik və əzizləmə məzmunlu sözlər yaradan şəkilçi kimi səciyyələndirir. B.Xəlilov da -ça (-çə), -cıq (-cik, -cuq, -cük), -cığaz (-ciyəz, -cuğaz, -cüyəz) şəkilçiləri ilə düzələn sözlərdə kiçiltmə semantikasının olduğunu qeyd edir. Müq. et: kitabça, dəftərçə, yorğança, gəlincik, evcik, körfəzcik, adacıq, uşaqcığaz, quşcığaz, qızcığaz və s. (2, 30-31). O, -ça2-cığaz4 şəkilçilərinin formadüzəldici şəkilçi hesab olunmasını daha düzgün sayır (2, 30-31). Kiçiltmə semantikası ifadə edən -cıq4 şəkilçisinin -ça2-cığaz4 şəkilçilərindən bu şəkildə fərqləndirilməsi başa düşülmür.

                Azərbaycan dilinin tarixinə həsr olunmuş əsərlərdə də bu şəkilçilərə münasibət fərqlidir. H.Mirzəzadə bu şəkilçilərdən ümumiyyətlə bəhs etmir (3, 53-70). Ə.Tanrıverdi-cıq (-cik, -cuq, -cük), -cığaz (-ciyəz, -cuğaz, -cüyəz) şəkilçilərinin Azərbaycan yazılı abidələrinin dilində işləndiyini qeyd edərək yazır ki, bu şəkilçilər vasitəsi ilə kiçiltmə və əzizləmə mənasını bildirən isimlər yaranır. Müasir ədəbi dilimizdə məhsuldarlığı ilə fərqlənən  -cıq4 -cığaz4 şəkilçiləri yazılı abidələrimizdə də müşahidə olunur. Müq. et: Əlcügəzi qınalı qızcığazları çoq yemişəm (7, 215).    1980-ci ildə "Elm" nəşriyyatında çap olunmuş "Müasir Azərbaycan dili, Morfologiya" kitabında isə bu şəkilçilər sözdüzəldici deyil, formadüzəldici şəkilçi hesab olunur: "Formadüzəldici şəkilçilər əşyanın, əlamət və keyfiyyətin, miqdarın əsasda ifadə olunan leksik mənasına bu və ya başqa dərəcədə təsir edir və əksər hallarda sözdə yeni məna çalarlıqları yaradır. Digər tərəfdən, onlar artırıldığı sözlərdə müəyyən qrammatik xüsusiyyətlər əmələ gətirir. Bu cəhətlərinə görə onlar həm sözdüzəldici, həm də sözdəyişdirici şəkilçilərdən fərqlənir. Belə şəkilçilərdən felin növ şəkilçilərini, sözlərə əzizləmə və kiçiltmə mənası verən şəkilçiləri, feili sifət və feili bağlama, məsdər şəkilçilərini, sifətin dərəcə şəkilçilərini və s. göstərmək olar" (4, 19).

                Müasir türk dilində də kiçiltmə və əzizləmə semantikalı uyğun şəkilçilərlə qarşılaşırıq. Bu dildə kiçiltmə və əzizləmə semantikası aşağıdakı morfemlərlə düzəlir: -cık (-cik, -cuk, -cük), -cak (-cek), -cığaz (-ciğez, -cuğaz, -cüğez), -cağız (ceğiz). M.Ergin -cık4 şəkilçisi ilə bağlı qeyd edir ki, bu şəkilçi qərb türkcəsində lap əvvəllərdən mövcud olmuş, sonralar öz işləkliyini artırmış şəkilçilərdəndir. Əsas funksiyası isimdən kiçiltmə və sevgi ifadə edən isimlər əmələ gətirməkdir. Bu iki funksiya bəzən bir-birinə qarışmış şəkildə, bəzən isə ayrıca görünürlər (12, 163). Müəllif -cak2 şəkilçisinin də uyğun funksiyada işləndiyini, -cık4 şəkilçisinin tarixən -cak2 şəkilçisindən törədiyini söyləyir (12, 165). M.Ergin -cığaz4 şəkilçisinin kiçiltmə semantikası ilə yanaşı sevgi, mərhəmət, şəfqət, acıma ifadə etdiyini də qeyd edir və -cağız2 şəkilçisinin də uyğun semantikada işləndiyini göstərir (12, 166-167).

                Z.Korkmaz da göstərdiyimiz şəkilçilərin türk dilində istifadə olunduğunu qeyd edir. Onun fikrincə, -cak2 şəkilçisi -ca-k ünsürlərinin birləşməsindən törəmişdir və kiçiltmə, sevgi semantikalı sözlər yaradır: küçücek "kiçicik", yavrucak "balacıq", kuyucak "quyucuk" və s. (15, 39-40).Müəllif -cağız2 şəkilçisinin -cak-az ünsürlərindən ibarət olduğunu, kiçiltmə, sevgi və zavallılıq semantikalı sözlər yaratdığını göstərir. Müq. et: adamcağız "adamcığaz", çocukcağız "uşaqcığaz", kuşcağız "quşcuğaz", köylüceğiz "kəndliciyəz" və s. (15, 41).  Z.Korkmazın -cık4 şəkilçisi barədəki mülahizələri M.Erginin mülahizələrindən bir o qədər də fərqlənmir. O da bu şəkilçi ilə kiçiltmə, sevgi, zavallılıq semantikalı sözlərin yarandığını göstərir. Müq. et: adamcık "zavallı adam", bebecik"zavallı körpə", kadıncık "zavallı qadın", kedicik "zavallı pişik" və s. (15, 42-43).

                T.Banquoğlu -cek-cik şəkilçilərinin yeni sözlər əmələ gətirdiyi kimi, kiçiltmə semantikası yaratdığını da göstərir. Müq. et: odacık, gelincik, tosuncuk, dağarcık, incecik, ufacıq və s.  O, kiçiltmə şəkilçiləri arasında -cağız2 şəkilçisini qeyd etmir, M.Ergin və Z.Korkmazdan fərqli olaraq -ce şəkilçisinin kiçiltmə semantikası yaratdığını göstərir (10, 158-164).

                M.Hengirmen türk dilində kiçiltmə semantikası yaradan -cak (-cek)-cık (-cik, -cuk, -cük)şəkilçilərini göstərir (Müq. et: büyük "böyük"- büyücek "az böyük", küçük "kiçik"- kükücek "az kiçik", kuzu "quzu" - kuzucak "sevimli, kiçik quzu" və s.) və bu şəkilçilərin kiçiltmə semantikası ilə yanaşı sevgi, şəfqət mənaları da yaratdığını qeyd edir (14, 287-288).

                R.Rüstəmov da -cık şəkilçisinin məhsuldar şəkilçi olub, ahəng qanununa tabe olaraq -cık, -cik, -cuk, -cük, -çık, -çik, -çuk, -çük variantlarında işləndiyini, kiçiltmə (Müq. et: kale-cik, çöl-cük, pınar-cık, bahçe-cik, ova-cık), əzizləmə və acıma semantikalı (Müq. et: yavru-cuk, anne-cik, mehmet-çik, Ayşe-cik) sözlər yaratdığını göstərir. Müəllifin fikrincə, türk dilində -cağız, -ceğiz şəkilçisi də uyğun semantikalı sözlər, yəni kiçiltmə və əzizləmə mənalı sözlər yaradılmasına xidmət edir. Müq. et: adam-cağız, hayvan-cağız, yavru-cağız, çocuk-cağız, kız-cağız və s. (6, 23).

                Burada bir məsələnin üzərində dayanmağı vacib bilirik. Türk dilçiliyində kiçiltmə şəkilçisi olan -ça, -çe şəkilçisi fars dilindən alınma hesab olunur. Məsələn, T.Ban­quoğluya görə, türk dilində fars dilindən alınmış -çe kiçiltmə isimləri vardır ki, bun­lar­dan bir qismi eşitmə yolu ilə (Müq. et: bahçe ‹ bağçe ‹ bağ-çe, nalça ‹ na′l-çe, kelepçe ‹ külepçe, kepçe ‹ kefçe), bir qismi isə yazı yolu ilə (tarihçe, lûgatçe, divançe, kemançe, dimağçe) alınmışdır (10, 159-160). İ.Tosun da -ça, -çe şəkilçisini fars dilindən alınma hesab edir və göstərir ki, bu şəkilçinin tərkibində olduğu divançe, lügatçe kimi sözlər artıq istifadədən çıxaraq, haradasa yalnız ayrı-ayrı lüğətlərdə qalmışdır (16, 1485).Lakin türk dilçilərinin müəyyən qrupunun -ça, -çe şəkilçisinin fars dilindən alınma olması barədəki bu mülahizəsi hamı tərəfindən birmənalı şəkildə qəbul edilmir. F.Zeynalov bu şəkilçi ilə bağlı yazır: "Bu şəkilçi də isim kateqoriyası daxilində işlənərək müəyyən dərəcədə kiçiklik və s. bildirməyə xidmət edən sözlər əmələ gətirir. Məs.: xalça, baxça, döşəkçə, meydança, kitabça (Azərbaycan); xalıça, bakça, düşekçe, meydança (türkmən) və s." (8, 83).O, -ça, -çe şəkilçisinin fars dilindən alınma olması barədə heç bir fikir söyləmir. A.M.Şerbak da bu morfemin fars dilindən alınma olmadığını,türk mənşəli olduğunu göstərir. Türk dillərində -ça, -çe, -ca, -ce şəkilçisinin istifadə olunması ilə bağlı onun gətirdiyi nümunələr də bunu aydın şəkildə göstərir: azərbaycanca bağça, meydança, bircə; qazaxca öqizşə "kəlçə", butakşa "kiçik budaq"; karaimcə anaça "ana, sevimli ana", barmaqça "barmaqcıq"; qırğızca təkəçə "kiçik təkə, biryaşar keçi balası"; qaraqalpaqca colşa "kiçik yol, cığır"; türkməncə kitapça "kitapça", öküzçə "kəlçə"; özbəkcə kizça "kiçik qız", toplamça "kiçik toplanış", uğulça "kiçik oğul", toyça "dayça"; uyğurca bağçə "bağça"; çuvaşca peqəcə "kiçik əymə (qoşqu ləvazimatı)" və s. (21, 101).Müasir xakas dilində -ça şəkilçisi xüsusi isimlərə (şəxs adları və soy adları) artırılır və əzizləmə semantikası yaradır. İ.M.Tarakanovaya görə, -ça şəkilçisi artırılmış xüsusi isimlər qohumların bir-biri ilə söhbəti zamanı istifadə olunur (20,43).

                Buradan aydın olur ki, türk dilçiliyində -ça, -çe kiçiltmə şəkilçisinin fars dilindən alınma olması barədə fikir özünü doğrultmur. Ayrı-ayrı regionlarda yaşayan türk xalqlarının dilində müşahidə olunması bu şəkilçinin türk dillərindən fars dilinə keçdiyini söyləməyə imkan verir.

                Azərbaycan və türk dillərində kiçiltmə, əzizləmə və acıma semantikası bildirən şəkilçi morfemlərə qədim türk dilində rast gəlmirik (5, 206-243; 18, 84-88). Lakin bu şəkilçilərin bir qismi, daha dəqiq desək, -caq (-cək), -cak (-cek)-cıq (-cik, -cuq, -cük), -cık (-cik, -cuk, -cük) şəkilçiləri orta türk dövrü abidələrinin dilində, eləcə də müasir türk dilləri və şivələrində fəal şəkildə işlənməkdədir. Müq. et: altayca balaçak "balacığaz", börüçek "canavar balası", başqırdca kulunçak "kiçik qulun", qaqauzca kuyruçak "quyruqcuq", qazaxca toktişak "quzucuq", qaraçay-balkarca taşçık "kiçik daş", oyunçuk "oyuncaq", tuvaca xölçük "kiçik göl", türkməncə köprücük "kiçik körpü", yakutca kulunçuk "quluncuq" və s. (21, 100).

                Qeyd edək ki, istər Azərbaycan, istərsə də türk dilində -cıq4 (-cık4) şəkilçiləri -caq2 (-cak) şəkilçilərini sıxışdırmışdır. Hər iki dildə kiçiltmə və əzizləmə semantikasının yaradılmasında -cıq4 (-cık4) şəkilçiləri daha fəaldır. Bu cəhət digər türk dillərində müşahidə olunur. Məsələn, özbək dilində -çaq, -çək şəkilçisi (11, 177) işləndiyi halda, -çık şəkilçisi müşahidə olunmur. Qırğız dilində isə həm -çak2, həm də -çık4 şəkilçisi işləkdir (11, 347). Eyni xüsusiyyət Altay (13,1020), Tuva (9,1165) dillərində də müşahidə olunur. Azərbaycan dilindəki -cığaz4, türk dilindəki -cağız2 şəkilçilərinin meydana çıxması daha sonralar, orta türk dövründə baş vermişdir. Güman etmək olar ki, bu morfemlər ümumoğuz dövründə formalaşmağa başlamış, ümumoğuz dilinin süqutundan sonra Azərbaycan və türk dillərində fərqli şəkildə qorunub qalmışdır. Oğuz qrupuna daxil olan qaqauz və türkmən dillərində bu morfemin müşahidə olunması -cığaz4-cağız2şəkilçilərinin ümumoğuz dili ilə bağlılığını bir daha təsdiq edir. Müq. et: qaqauzca yolcāz "yolcığaz", sucāz "sucığaz", kuşcāz "quşcuğaz", topcāz "yumrucığaz"; türkməncə taycağaz "daycığaz (kiçik biryaşar at balası)", atcağaz "atcığaz", səncağaz "sənciyəz", ocağaz "ocuğaz" və s. (21, 102).İstər qaqauz, istərsə də türkmən dillərindəki formalar müəyyən fonetik dəyişiklik nümayiş etdirir.Qaqauz dilindəki forma -cağız, yaxud -cağaz formasından [ğ] samitinin itirilməsi nəticəsində yaranıb: cāz ‹ cağaz. [a] səsinin uzun tələffüz olunması məhz [ğ] səsinin itirilməsinin refleksidir. Türkmən dilindəki forma isə -cak2 kiçiltmə şəkilçisi ilə sürəklilik bildirən -z morfeminin birləşməsi nəticəsində törəmişdir. Deməli, Azərbaycan dilindəki -cığaz4 şəkilçisi -cıq4kiçiltmə şəkilçisi ilə -z morfeminin, türk dilindəki -cağız2 şəkilçisi isə -cak2kiçiltmə şəkilçisi ilə -z morfeminin birləşməsinin nəticəsidir.

                Qeyd eləmək lazımdır ki, haqqında danışdığımız şəkilçi morfemlərdə kiçiltmə semantikası ilə əzizləmə, sevgi, şəfqət, acıma mənaları bir-biri ilə elə çulğaşmışdır ki, onların arasında hər hansı bir sərhəd müəyyənləşdirmək kifayət qədər çətindir. Ona görə də bu morfemlərin nə vaxt kiçiltmə, nə vaxtsa da əzizləmə semantikası ifadə etməsini dəqiqliklə söyləmək olmur. Dünyanın digər dillərində də bu cəhət özünü göstərir. Bir çox tədqiqatçılar diminutivlik kateqoriyasını dilin dominant kateqoriyalarından hesab edirlər. A.A.Burkovskaya rus dilindəki Водитель, пожалуйста, на остоновочке "Sürücü, zəhmət olmasa, dayanacaqda (saxlayın)" ifadəsini şərh edərkən yazır ki, burada xahişin nəzakətliliyi təmin olunur, lakin haqqında danışılan obyektin, yəni dayanacağın balacalığı öz əksini tapmır (17, 7). Deməli, kiçiltmə şəkilçisinin özünün varlığıkiçiltmə semantika­sı­nın yaranmasını təmin edə bilmir. Ümumən, diminutivlik anlayışının ifadəsində daha çox sintaktik üsuldan istifadə olunur. Dünyanın bəzi dillərində, məsələn, şimali german dil­lərində kiçiltmə şəkilçilərinin olmaması bunun geniş yayılmış bir təzahür olduğunu aydın göstərir (19, 8).

                Azərbaycan və türk dilçiliyində kiçiltmə və əzizləmə şəkilçilərinin dilin qram­matik sistemində tutduğu yer problemi həll olunmamış qalır. Belə ki, bəzi tədqiqatçılar bu şəkilçiləri sözdüzəldici şəkilçilər kimi səciyyələndirir, onların köməyi ilə meydana çıxan sözləri yeni sözlər hesab edirlər. Tədqiqatçıların başqa bir qrupu kiçiltmə və əzizləmə şəkilçilərini formadüzəldici şəkilçilərə aid edir. Biz Azərbaycan və türk dillərindəki kiçiltmə və əzizləmə şəkilçilərini funksional şəkilçilərə aid edirik. Bu zaman müasir dillər səviyyəsində həmin şəkilçilərin yeni sözlər yaratmaq qabiliyyətinin olma­sını da qəbul etmirik. Məhz bu cəhətini nəzərə alaraq, A.M.Şerbak kiçiltmə və əzizləmə semantikası yaradan morfemləri aralıq morfoloji törəmələr adlandırır (21, 102-103).

                Tədqiq etdiyimiz dillərdəki kiçiltmə, əzizləmə, sevgi, şəfqət, acıma semantikası ifadə edən şəkilçilər ümumoğuz dövründən başlayaraq bu funksiyada işlənməyə başlayır. Bu şəkilçilər başlanğıcdan artırıldıqları sözlərin mənasında heç bir dəyişiklik etməmiş, artırıldığı sözə müəyyən məna çaları, modal çalar əlavə etmişdir. Bu şəkilçilər indi də həmin funksiyanı yerinə yetirirlər. Məsələn, müasir türk dilində tərkibində-cağız2 şəkilçisi işlənən adamcağız, coçukcağız, evceğiz, kadıncağız, kediceğiz, kızcağız, kuşcağız, köyceğiz, köylüceğiz, oncağız, şuncağız, yavrucağız, eləcə də tərkibində -cık4 şəkilçisi olan adamcık "zavallı adam", annecik, Ayşecik,babacık, bebecik "zavallı körpə",kadıncık "zavallı qadın", kedicik "zavallı pişik", yavrucuk sözlərini isimlərdən yaranmış yeni sözlər hesab etmək özünü doğrultmur. Yuxarıdakı nümunələrdə sözlərə əlavə olunmuş -cağız2-cık4 şəkil­çiləri artırıldıqları sözlərin leksik mənasına heç nə əlavə etmir, onlara yalnız modal çalar, funksiya əlavə edir. Məhz bu funksiya nəticəsində həmin sözlər müəyyən situasiyada işlənə bilmək xüsusiyyəti əldə edirlər. Bunu nəzərə alan Z.Korkmaz qeyd edir ki, -cık4 şəkilçisi mənsubiyyət şəkilçilərindən əvvəl işləndikdə sevgi semantikası daha qabarıq formada ortaya çıxır. Müq. et: anneciğim, babacığım, halacığım, Ayşeciğim, Dilekciğim; senin an­neciğin, teyzeciğin, kardeşciğin, komşucuğu, komşucukları və s. (15, 43). Eyni sözü Azərbaycan dilində tərkibində -cıq4-cığaz4 şəkilçiləriişlənən sözlər haqqında da demək olar. Müq. et: quşcuğaz, qızcığaz, evciyəz, daxmacıq, lampacıq, gülciyəz və s. Bu nümu­nələrdə də yeni leksik vahidin əmələ gəldiyini söyləmək mümkün deyil. Türk dilində ol­du­ğu kimi, Azərbaycan dilində də göstərilən şəkilçilər sözlərin müəyyən situasiyada işlənməsi üçün şərait yaratmışdır ki, bu baxımdan da özlərini funksional şəkilçi kimi aparmışlar.

                Yuxarıda qeyd etdiyimiz kimi, bir çox dilçilər kiçiltmə və əzizləmə şəkilçilərini sözdüzəldici şəkilçilər kimi səciyyələndirirlər. Həqiqətən də, həm Azərbaycan, həm də türk dilində bir çox nümunələrdə kiçiltmə şəkilçiləri artırılmış sözlər yeni məfhum ifadə edir. Məsələn, Azərbaycan dilindəki oyuncaq, gəlincik, evcik, dəftərçə, almacıq (sümük), arpacıq, badamcıq, buruncuq, türk dilindəki arpacık, bademcik, beyincik, bürümcük, dağarcık, derecik, fidancık, maymuncuk, tatarcık, tomurcuk, yılancık kimi sözlərdə bu cəhət özünü aydın şəkildə göstərir. Bu nümunələrdə sözlərə artırılmış kiçiltmə şəkilçiləri yeni məfhum yaradır və yeni söz semantik cəhətdən əvvəlki sözdən fərqlənir. Bununla belə, bu sözlərin daxili strukturu itirilmişdir. Yəni bu leksik vahidlərin tərkibindəki şəkilçi morfemlər sözlə qovuşmuşdur və onları müasir dil səviyyəsində üzvlərə ayırmaq mümkün deyil. Bu sözlərin sözyaradıcılığı baxımından təhlili də bu qənaəti əsaslandırır. Tərkibində -cıq şəkilçisi olan sözlərdən biri arpacıq sözüdür. Məlumdur ki, Azərbaycan dilində arpa sözü "yazlıq taxıl bitkisi" mənasında işlənir. Arpacıq sözünün mənası isə "nişan almaq üçün tüfəng, tapança və ya pulemyot lüləsinin uc tərəfində çıxıntı"dır. Badam sözü lüğətdə "isti ölkələrdə yetişən sərt qabıqlı, ləpə şəklində ləzzətli bir meyvə" mənasında qeydə alınırsa, badamcıq sözü "boğazda və əsnəkdə olan və görünüşcə badama oxşayan vəzi" kimi şərh olunur. Arpa ilə arpacıq, eləcə də badam ilə badamcıq arasındakı semantik əlaqə qırıldığından arpacıq badamcıq sözlərində -cıq4 şəkilçisinin işlənməsi motivlənmir. Tərkibində -cıq4 şəkilçisi olan almacıq, evcik, gəlincik,körpücüksözləri haqqında da eyni sözü söyləmək olar. Buradan aydın olur ki, tarixən kiçiltmə şəkilçiləri sözə yalnız modal çalar vermiş, onun semantikasında heç bir dəyişiklik yaratmamışdır. Tərkibində kiçiltmə şəkilçisi olan bir çox sözdə çoxmənalılıq yaranmış, dilin sonrakı inkişafı zamanı sözün mənalarından biri xüsusiləşmişdir. Başqa sözlə desək, bu şəkilçilər kiçiltmə semantikası yaratmırsa, işlək halda deyildir, daşlaşmış vəziyyətdədir. Yəni müasir dil baxımından almacıq, evcik, gəlincik, körpücük sözləri düzəltmə söz kimi deyil, sadə söz kimi qiymətləndirilməlidir. Türk dilində tərkibində -cık4 şəkilçisi olan sözləri təhlil edən Z.Korkmaz yazır ki, -cık4 şəkilçisi daşlaşma mərhələsindən keçdikdən sonra yeni söz yaradıcılığında iştirak edə bilmişdir (15, 43). Yəni türk dilində də bu sözlər Azərbaycan dilində olduğu kimi öz daxili formasını itirmişdir və onların tərkibindəki kiçiltmə şəkilçiləri daşlaşmış vəziyyətdədir. Bu səbəbdən də həmin şəkilçi morfemləri sözdüzəldici şəkilçi hesab etmək mümkün deyil.

                Burada bir məsələni də qeyd etmək istəyirik. Diminutivlik konsepti dünyanın bütün dillərində (hətta bu dillər yaxın qohum dillər olsa da) eyni şəkildə və tam həcmdə ifadə oluna bilmir. Bu konseptin ifadəsi zamanı bəzi dillər leksik, bəzi dillər morfoloji, bəzi dillər isə sintaktik üsula daha çox üstünlük verir. Bəzi dillərdə diminutivlik tam həcmdə, bəzi dillərdə isə qismən öz əksini tapır. Azərbaycan və türk dillərini bu baxımdan müqayisə etdikdə belə bir qərara gəlmək olar ki, türk dilində (istər yazılı, istərsə də şifahi dildə) diminutivlik daha dolğun şəkildə öz əksini tapır. Məsələn, türk dilində müraciət zamanı istifadə oluna anneciğim, babacığım, abiciğim, ablacığım, halacığım, teyzeciğim və s. sözlər, yaxud yaşca cavanlarla bağlı deyilən koçum, aslanım kimi ifadələri Azərbaycan dilində olduğu kimi işlətmək mümkün deyil. Buna əsaslanaraq deyə bilərik ki, türk dilində diminutivlik daha geniş şəkildə əks olunur.

                Azərbaycan və türk dillərində kiçiltmə və əzizləmə semantikası yaradan şəkilçi morfemlərin nəzərdən keçirilməsi aşağıdakı nəticələrə gəlməyə imkan verir:

                1. Azərbaycan və türk dillərindəki kiçiltmə və əzizləmə semantikası yaradan şəkilçilərin sözdüzəldici, yaxud formadüzəldici şəkilçilər kimi cəciyyələndirilməsi özünü doğrultmur. Bu şəkilçilərin sözdüzəldici şəkilçilərlə sözdəyişdirici şəkilçilər arasında aralıq mövqe tutması ilə bağlı söylənilən fikirlər də bu qəbildən olan morfemlərin dilin qrammatik sistemində tutduğu yeri müəyyənləşdirməyə imkan vermir.

                2. Tərkibində kiçiltmə və əzizləmə semantikası yaradan şəkilçi morfemlər olan sözlərin böyük qismi öz daxili formasını itirmiş, şəkilçi morfemlər köklə qovuşmuşdur. Belə vəziyyətdə həmin sözlərin tərkibində sözdüzəldici şəkilçinin olmasından söhbət gedə bilməz.

                3. Azərbaycan və türk dillərində kiçiltmə və əzizləmə semantikası yaradan şəkilçiləri funksional şəkilçi hesab etmək olar. Çünki sözlər müəyyən modal funksiyanı yerinə yetirmək üçün həmin şəkilçilərlə işlənirlər.

 

ƏDƏBİYYAT

1. Hüseyinzadə M. Müasir Azərbaycan dili. Morfologiya, Bakı: "Maarif" nəşriyyatı, 1983. 320 səh.

2. Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası, II hissə, Bakı: "Adiloğlu" nəşriyyatı, 2003. 354 səh.

3. Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası, Bakı: Bakı Universiteti nəşriyyatı, 1990. 376 səh.

4. Müasir Azərbaycan dili, Morfologiya, Bakı: "Elm" nəşriyyatı, 1980. 510 səh.

5. Rəcəbli Ə. Göytürk dilinin leksikası, Bakı: "Nurlan", 2004. 428 səh.

6. Rüstəmov R. Türk dilinin morfologiyası, Bakı: "Nurlan" nəşriyyatı, 2007. 208 səh.

7. Tanrıverdi Ə. Azərbaycan dilinin tarixi qrammatikası, Bakı: "Elm və təhsil", 2010. 458 səh.

8. Zeynalov F. Türk dillərinin müqayisəli qrammatikası, I hissə (Fonetika, leksika, morfologiya), Bakı: "MBM" nəşriyyatı, 2008. 354 səh.

9. Arıkoğlu E. Tuva Türkçesi // Türk Lehçeleri Grameri, Editör A.B.Ercilasun, Ankara: Akçağ yayınları, 2007. 1089-1228 ss.

10. Banguoğlu T. Türkçenin Grameri, 8. Baskı, Ankara: Türk Dil Kurumu yayınları, 2007. 628 s.

11. Buran A., Alkaya E. Çağdaş Türk Lehçeleri, 9. Baskı, Ankara: Akçağ yayınları, 2013. 483 s.

12.  Ergin M. Türk Dil Bilgisi, 16. Baskı, İstanbul: Boğaziçi yayınları, 1985. 407 s.

13. Güner Dilek F. Altay Türkçesi // Türk Lehçeleri Grameri, Editör A.B.Ercilasun, Ankara: Akçağ yayınları, 2007. 1009-1084 ss.

14. Hengirmen M. Türkçe Dil Bilgisi, 8. Baskı, Ankara: Engin yayın evi, 2005. 611 s.

15.Korkmaz Z. Türkiye Türkçesi Grameri (Şekil Bilgisi), 3. Baskı, Ankara: Türk Dil Kurumu Yayınları, 2009. CV + 1224 s.

16. Tosun İ. Türkiye Türkçesinde -ca Ekinin Kullanım ve Anlam Çeşitliliği // Turkish Studies. İnternational Periodical For the Languages, Literature, and History of Turkish or Turkic, Volume 5/4, Fall 2010. p. 1472-1486.

17. Бурковская А.А. Диминутивность в английской языковой картине мира. Автореферат диссертации на соискание ученой степени кандидата филологических наук, Воронеж: 2008. 23 стр.

18. Кононов А.Н. Грамматика языка тюркских рунических памятников (VII-IX вв.), Ленинград: Наука, 1980. 255 стр.

19. Либерт Е.А. Типология суффиксальных диминутивных моделей в западно­германских языках. Автореферат диссертации на соискание ученой степени канди­дата филологических наук, Новосибирск: 2012. 21 стр.

20. Тараканова И.М. Диминутивы в хакасском языке, Абакан: Издательство ООО "Сервисный пункт", 2011. 116 стр.

21. Щербак А.М. Очерки по сравнительной морфологии тюркских языков (Имя), Ленинград: Наука, 1977. 191 стр.                

 

Xülasə

Azərbaycan və türk dillərindəki kiçiltmə şəkilçiləri bəzən sözdüzəldici, bəzən də formadüzəldici şəkilçilər kimi səciyyələndirilir. Tərkibində kiçiltmə şəkilçiləri olan sözlərin təhlili bu şəkilçiləri funksional şəkilçi kimi qiymətləndirməyə imkan verir. Diminutivlik ifadə etmək üçün sözlərin qəbul etdiyi bu şəkilçiləri sözdüzəldici şəkilçilər kimi səciyyələndirmək özünü doğrultmur.

Açar sözlər: funksional şəkilçilər, diminutivlik, kiçiltmə və əzizləmə şəkilçiləri.

 

Уменьшительные аффиксы в азербайджанском и турецком языках

Резюме

Уменьшительные аффиксы в азербайджанском и турецком языках выступают в качестве словообразовательных и формообразовательных аффиксов. Анализ слов, содержащих уменьшительные аффиксы, позволяет охарактеризовать последние в качестве функциональных аффиксов. Вместе с тем, представляется нецелесообразным оценить эти аффиксы в качестве словообразовательных, в случае принятие их словами с целью выражения диминутивности.

Ключевые слова: функциональные аффиксы, диминутивность, уменьшительные и ласкательные аффиксы.

 

Diminutive affixes in the Azerbaijani and Turkish languages

Summary

Diminutive affixes in the Azerbaijani and Turkish languages act as word-formation and form-formation affixes. The analysis of the words containing diminutive affixes allows to characterize the last as functional affixes. At the same time, it is represented inexpedient to estimate these affixes as word-formation, in a case acceptance by their words for the purpose of expression of a diminutivity.

Keywords: functional affixes, diminutivity, diminutive and caressing affixes.

 

 

RƏYÇİ: dos. S.Abbasova


Saidə Şirzad qızı Mustafayeva

AZƏRBAYCAN DİLİ TARİXİNİN ARAŞDIRILMASINDA

PROFESSOR ƏZƏL DƏMİRÇİZADƏ MƏRHƏLƏSİ

Azərbaycan mərhələsi tarixində öz misilsiz xidmətləri ilə seçilən alimlərimizdən biri, hətta deyərdim ki, birincisi professor Əzəl Dəmirçizadədir. Onun dilçiliyimizin müasir, istərsə də tarixi dövrlərinin Azərbaycan ədəbi dili tarixinin araşdırılmasında böyük xidmətləri olmuşdur. Sovet rejiminin, türkçülüyə qarşı mübarizə aparıldığı bir dövründə Azərbaycan dilinin tarixi inkişaf yolunu araşdırmaq, bir dilin tarixi köklərinin türk etnogenezinin, həm dil, həm də soy etibarilə türk olduğunu faktlar əsasında sübut etmək bir alimdən çox böyük fədakarlıq tələb edirdi. Milli mənsubiyyətini, xalqını, dilini şəxsi həyatından, yaşamından daha üstün tutmaq, üzləşəcəyi təhlükələri göz önünə alıb belə bir addım ataraq Azərbaycan xalqının dili milli-ədəbi dilin söykökünü araşdırıb faktlarla sübut etməyi  yalnız professor Ə. Dəmirçizadə kimi alimlər özünün şərəf işi bilib, həmin məqsəd uğrunda öz qətiyyətlərini göstərə bilərdilər.

Azərbaycan dili tarixi müstəqil bir elm sahəsi kimi XX əsrin 30-cu illərində təşəkkül tapıb formalaşmışdır. Həmin illərdə, xüsusilə professor Ə.Dəmirçizadənin böyük zəhməti nəticəsində ilk «Azərbaycan dili tarixi» yaradıldı. Azərbaycan dili tarixi elminin banisinin 30-cu illərdən etibarən çap etdirdiyi kitablar «Azərbaycan dili tarixi»nin əsaslarını müəyyən etməklə yanaşı, bu sahədə mövcud olan problemləri də bütün mürəkkəbliyi ilə qarşıya qoydu (1, s.6).

Elə bunun nəticəsi idi ki, öz elmi fəaliyyətini «Müasir Azərbaycan dili»nin tədqiqi ilə paralel ədəbi dilimizin yaranma və inkişaf tarixinin müəyyənləşdirilərək dəqiqləşdirilməsi sahəsindəki araşdırmalara həsr edən alim, bir-birinin ardınca, «Azərbaycan ədəbi dili tarixi xülasələri (XX əsrə qədər)», «Azərbaycan ədəbi dilinin inkişaf yolları», «Azəri ədəbi dili tarixi» və digər bu kimi əsərləri, dərslikləri hazırlayaraq Azərbaycan elminə təqdim etdi.

Ümumiyyətlə, müşahidələr göstərir ki, Azərbaycan ədəbi dili tarixi sahəsində aparılmış araşdırmalar aşağıdakı mərhələlərdən keçmişdir.

1. 30-50-ci illər;

2. 60-80-ci illər;

3. 80-ci illərdən sonra...

Birinci mərhələdə ən çox prof. Əzəl Dəmirçizadənin araşdırmaları diqqəti cəlb edir və elə buna görə də həmin mərhələni prof. Ə.Dəmirçizadə mərhələsi adlandır­maq mümkündür: bu zaman Azərbaycan ədəbi dilinin tarixi ancaq ən mühüm mənbələr («Kitabi-dədə Qorqud», İ.Nəsimi, M.Füzuli, M.P.Vaqif...) əsasında öyrə­nilir, normanın təkamülündən çox, janr-üslub proseslərinə diqqət yetirilir və bir növ «fundamentalizm»ə meyl göstərilir (2, s.3).

Alimin Azərbaycan ədəbi dili tarixi sahəsində apardığı araşdırmaların ilk bəhrəsi 1938-ci ildə çap etdirdiyi «Azərbaycan ədəbi dili tarixi xülasələri (XX əsrə qədər)» əsəridir.

Əsərdə Azərbaycan ədəbi dilinin yaranma və inkişaf tarixi altı mərhələdə dövrləşdirilir və təhlil edilir:

1. XIII XIV əsrlərdə formalaşdırılan Azərbaycan ədəbi dili

2. XV- XVI əsrlərdə Azərbaycan ədəbi dili

3. XVII əsrdə Azərbaycan ədəbi dili

4. XVIII əsrdə (xanlıqlar dövründə) Azərbaycan ədəbi dili

5. Azərbaycan ədəbi  dilinin yeni dövrü (XIX əsr)

6. XIX əsrin sonlarında Azərbaycan ədəbi dili

Kitabın əvvəlində müəllif tərəfindən «Bir-iki söz» başlıqlı öz sözdə qeyd edilir ki, «Azəri ədəbi dili tarixi bu vaxta qədər tədqiq edilməmiş bir sahədir. Bu xüsusda ayrıca bir məqalə belə yazılmamışdır. Azəri ədəbi dili tarixini tədqiq etmək üçün lazım olacaq xam material belə kafi qədər yoxdur.

Bu vaxta qədər ali məktəblərimizdə bu kurs, pantürkist xalq düşmənlərinin əlində olduğu üçün, Azərbaycan dili tarixi əvəzinə Orxan- uyğur yazıları keçilmiş.

Beləliklə, Azəri ədəbi dilinin müstəqil tarixi pərdələnmiş və bu kurs son illərə qədər yaradılmamış qalmışdı. Yalnız indi bu sahədə ilk addımlar atılmağa başlamışdır (3, s.4).

Əsərdə Azərbaycan dilinin əmələgəlmə və inkişaf tarixi real faktlar və nümunələr əsasında araşdırılır və öz təsdiqini tapır. Müəllif  XIII əsrə qədərki Azəri ədəbi dilini xarakterizə edərək, həmin vaxtlarda Azərbaycanda olan hakim sinfin dilinin- ərəb və fars dillərinin olduğunu qeyd edir, həmin dillərin xalq dili (yerli dil) ilə qarışaraq, XIII əsrdən başlayaraq, yeni bir ədəbi dilin Azərbaycan ədəbi dilinin həm dövlət, həm sənət, həm də elm dili olaraq fəaliyyət göstərdiyini qeyd edir. Tarixi faktlarla yanaşı digər, türkoloqlarında bu sahədəki tədqiqatlarını nəzərdən keçirən alim, belə bir xüsusiyyəti və tərkib elementini ön plana çəkir: XIII-XIV əsrlərdə təşəkkül edən, formalaşdırılan Azərbaycan ədəbi dilinin iki böyük tərkib elementi, iki tarixi mənbəyi olmuşdur.:

1. Yerli xalqın dili – Azərbaycan dili (ki, bu əsasdır).

2. Hakim sinfin ədəbi dil məqamında işlətdiyi ərəb və fars dili (ki, yardımcı və tamamlayıcıdır) (3, s.10)

Bu məqsədlə də, əsərdə  Azərbaycan ədəbi dilinin əsasını təşkil edən, əsas tərkib elementi olan o zamankı, XI- XIII əsrlər arası yerli Azərbaycan dilinin (Ə.D.) əsas xüsusiyyətlərini, mühüm cəhətlərini öyrənmək məqsədilə «Kitabi-Dədə Qorqud» dastanlarının dili təhlil edilir. Müəllif belə bir nəticəyə gəlir ki, XIII əsrə qədərki xalq dilinin xüsusiyyətlərini özündə əks etdirən bu dastanda işlənmiş yabançı dilə (ərəb-fars) məxsus sözlər təxminən 2-3 faiz təşkil edir ki, onlardan çoxu da öz sözlərimizlə paralel işlənmişdir. Digər fonetik, morfoloji, sintaktik xüsusiyyətlərdə isə demək olar ki, bütün xüsusiyyətlər yerli-Azərbaycan dilinə məxsusdur.

Dastan üzərində analiz aparan alim Azərbaycan ədəbi dilinin təşəkkülündə iştirak edən dil elementlərini aydın etmək məqsədilə belə bir qənaətə gəlir:

«Məlum olduğu üzrə dil tarixi üçün leksikonun böyük rolu və əhəmiyyəti vardır. lakin leksikonun ancaq kəmiyyətini nəzərə alıb da onun nə kimi xarakter daşıdığını, öz dövrü üçün nə kimi ictimai mahiyyətə malik olduğunu unutmaq olmaz; əksinə hər bir sözü öz dövrü ilə bağlı olaraq götürülməli, ədəbi dildə işlənən hər bir ifadənin daha çox, dövrün ədəbi dilinə məxsus bir ifadə olduğu nəzərə almalıdır.

Əslində XIII –XIV əsrlərin «Azərbaycan ədəbi dili deyilərkən, ədəbi-bədii dil nəzərdə tutulur. Çünki araşdırma aparan alim klassik sənət nümunələri, yəni İ.Nəsimi və Q.Bürhanəddinin «Divan»ları ilə kifayətlənməli olur. Bu onu göstərir ki, həmin dövrlərdə Azərbaycan dilində həm elmi, həm də fəlsəfi əsərlərin yazıldığına təsadüf edilmir. Elə bu səbəbdən də müəllif XIII- XIV əsr ədəbi dilinin iki mənbəyini müəyyənləşdirir.

Sözsüz ki, ədəbi dilimizin əsasında Azəri türkcəsi dursa da, onun formalaşması və inkişafında yerli ərəb və fars dillərinin də rolu az olmamışdır. Bu mülahizə bütün dövrlərdə və hər bir ədəbi dil tədqiqatçısı tərəfindən vurğulanmışdır. Amma həmin mülahizəyə fərqli yanaşmalar da olmuşdur. Həmin fərqli yanaşmalara laqeyd qalmayan alim, bütün fikirləri nəzərdən keçirərək, belə bir mülahizə irəli sürmüşdür ki, “bəziləri o zamankı ədəbi dilimizin əsasının 80-90 % ərəbcə-farsca təşkil etdiyini irəli sürür. Şübhəsiz, bu yanlışdır...”.

Bəziləri də ədəbi dilimizin təşəkkülündə ərəb-fars dillərinin rolunu tamamən inkar edirlər. Bu iddia da həqiqətə müvafiq deyildir.

XIII –XIV əsrlər ədəbi dili (Həsənoğlu və xüsusən Nəsimi şeirləri) leksikonunun ikinci mühüm elementi də ərəb və fars dillərindən alınmış sözlərdir (1, s.29).

Prof. Ə.Dəmirçizadə qeyd etdiyi həmin mülahizələri klassik ədəbiyyatdan seçdiyi aşağıdakı nümunələrlə də təsdiq etmişdir.

a) Qurandan alınmış sitatlar, ifadələr və s. məs.:

Ey cəmalın (qülqül-hüvə- llahü-əhəd)

surətin nəqşidir (allahüssəməd)...Nəsimi

b) Bu dövrdə islam xalqları arasında, yaxın şərq qultura dairələrində ümumi surətdə işlənən elmi, fəlsəfi. xüsusən dini-məzhəbi-təriqəti terminlər və simvollardır, məs.:  xəlvəti-ərbəin-sufilərin qırx gün yer altı xəlvətdə ibadət etmələri, ...

c) Məhz tamalamaq üçün təsvir məqamında işlənən sözlər və ifadələr:

Yüzünü məndənnəhan etmək dilərsən, etməgil,

Gözəlrin yaşın rəvan etmək dilərsən, etməgil,

Bərgi-nəsrin üzrə müşkin zülfünü sən dağıdıb,

Aşiqi bixamüman etmək dilərsən, etməgil... (Nəsimi).

Ayırdı göndümü bir xoş qəmər yüz canfəza dilbər,

dilbər? dilbəri-şahid, nə şahid, şahidi-sərvər (Həsənoğlu) (1, s.29-30)

Bu xüsusiyyətlər nəinki Həsənoğlu və Nəsimi yaradıcılığında, müəllifin özünün də vurğuladığı kimi IX əsrə qədər ədəbi dilimizdə  fəal işlənmişdir. Hətta müasir qəzəlxanlarımızın şeirlərində də həmin ifadələrə təsadüf edilir.

Kitabda, ədəbi dilimizin inkişaf tarixində tərcümənin də mühüm rol oynadığını göstərən alim, həmin dövrdə tərcümənin iki üsulla aparıldığını vurğulayır:

1) doğrudan-doğruya ləfzi tərcümə (yəni ərəb və fars ədəbiyyatında işlənən müəyyən ifadələr, xüsusən epitetlər, tərkiblər azərbaycanca sözlərlə ifadə edilmişdir, Məs.:

Şəmsi-xavər əvəzinə xavər günəşi

Xavər günəşi və məhliqasən (Nəsimi)

(Tutdun bu zəminü-asimani)

2) İkinci üsul tərcümə...sistema tərcüməsidir (yəni ərəb və fars dilinə məxsus tərkiblər Azərbaycan dilindəki söz birləşmələrinə uyğun hala çevrilir). Məs.:

Abi-həyat əvəzinə həyatabi

Xızır kimi içdi həyat-abım (Nəsimi).

XIII XIV əsrlərdə formalaşan ədəbi dilimizin sintaksisindən bəhs edən alim, burada  yalnız güzəşt budaq cümləsini yaradan elementlərin ərəb-fars dillərinə məxsus olduğunu göstərmişdir.

«Surətdə gərçi dilbər məşuqədr vəleyk

Mə’nidə fil həqiqə dəxi aşiq həm odur» (1, s.32)

Ə.Dəmirçizadə XIII –XIV əsrlər ədəbi dilimizin sintaksisində olduğu kimi, morfoloji xüsusiyyətlərinin də araşdırılması zamanı əsas mənbə kimi Dədə Qorqud dastanlarının dilinə müraciət edir. Dastanların dili böyük klassik İ.Nəsiminin əsərlərinin dilinin morfoloji xüsusiyyətlərinin müqayisəsini verərək belə bir nəticəyə gəlir ki, dastanların dilində gələcək zamanı ifadə etmək üçün şəkilçi olmadığı halda, XIII –XIV əsrlərdə formalaşan ədəbi dilimizdə relementindən isər alınma şəkilçidən istifadə edilmişdir. (Tamunun narında şəksiz yanısərdir ta əbəd, kim ki, eşqin atəşindən bihərarətdir bugün İ.Nəsimi!).

Digər gəlmə, fərqli xüsusiyyətlərin isə feli bağlama (KDQ-ubəni, madın//mədin, digində, anda//ndə, dıqdaə// dikdə; XIII- XIV əsrlər: dikcə duqunca, əndən, əlindən), və köməkçi sözlərdə (mürəkkəb bağlayıcılarda: gərçi, vəleykin, nəcünki və d.; mürəkkəb qoşmalarda: ta, bəlkə, özgə, qarşı) olduğunu qeyd edir.

Ə.Dəmirçizadə «Kitabi-Dədə Qorqud»un dilindən bəhs edərkən bu abidədə məsdər formasının – maq//- mək şəkilçisi, feli isimlərin isə –ma//-mə şəkilçisi vasitəsilə düzəldiyini, - maq +gərək analitik formasının felin vacib şəkli kimi intensiv şəkil əmələ gətirdiyini qeyd edir (4, s.23).

Əslində, XIII- XVI əsrlərdə Azərbaycan mədəniyyəti bu baxımdan (ədəbi dili folklor dilindən kənarda təsəvvür etmək olmaz) diqqəti cəlb edir, - qeyd olunan dövrün dili milli dilin təşəkkülündə bilavasitə iştirak etmir, əksinə, demək lazımdır ki, ədəbi dilin milli əsaslar üzərində yenidən təşkili orta əsrlərin yazı dilinin XVI əsrdən sonra tədricən arxaikləşməsi hesabına gedir.

Şifahi xalq ədəbiyyatının dili ədəbi dilə onun inkişafının bütün tarixi dövrlərində eyni intensivlikdə təsir göstərmir, XVII əsrdəki və XVIII əsrin birinci yarısındakı təsir tarixi təsiridir (5, s.65-66).

XV- XVI əsrlər Azərbaycan ədəbi dilindən bəhs edən alim XII- XIV əsrlərdən işlənməkdə olan Şirvan, Bağdad dialektləri əsasında formalaşmış ədəbi dil ilə (eyni zamanda da, klassik poeziya dili ilə) paralel olaraq XV əsrin sonları və XVI əsrin əvvəllərindən cənubi Azərbaycan-xüsusən Təbriz və Təbriz həndəvəri dialektləri əsasında formalaşmış yeni bir ədəbi dilin də işləndiyini göstərir.

Ə.Dəmirçizadə göstərir ki, «Təxminən XV əsrə qədər Azərbaycan ədəbi dilinin qida mənbəyi Şirvan şivələri olduğu halda, XV- XVII əsrlər arasında Şimal Cənub və qərb şivələri olmuşdur. Halbuki XVIII əsrdə Azərbaycan ədəbi dili daha çox Qarabağ-Gəncə-Qazax şivələrindən qida almışdır» (5, s.5-66).

İstər XII- XIV, istərsə və XV – XVI əsrlərdə formalaşdığı qeyd edilən ədəbi dillərin hər ikisi ümumi bir ədəbi dil- Azərbaycan ədəbi dili idi. Onları bir-birindən fərqləndirən isə yalnız dialekt və şivə xüsusiyyətləri idi. Çünki bu gün (XXI əsrdə) də İ.Nəsimi, Xətai, M.Füzuli və digər klassiklərin əsərlərini oxuyan, dinləyən hər bir Azərbaycanlı, həmin ifadələri tam aydın şəkildə anlayır və başa düşür.

XVII əsri «köhnə klassik ədəbi poeziya dilinin «durğunluq» dövrü kimi xarakterizə edən alim «XVIII əsrdə (xanlıqlar dövründə Azərbaycan ədəbi dili») adlı hissədə isə dövrün dil-üslub mənzərəsini, öz ifadəsi ilə desək, çox müxtəsər, təqribi və ümumi şəkildə təsvir edir o, belə bir qənaətə gəlir ki, xanlıqlar dövründə, xüsusən ştfahi rəsmi dil kimi Azərbaycan dili geniş dairədə işlənilmiş və ərəb, fars dilləri məhdud dairədə yazılı sənədlərdə qalmışdır.

40-cı və 50-ci illərdə nəşr olunmuş bir sıra proqram və məqalələrdə isə XVIII əsr (Vaqif mərhələsi xüsusi şəkildə fərqləndirilmiş, lakin ədəbi dilin həmin mərhələdəki funksional məzmunu aydınlaşdırılmamışdır (6).

Azərbaycan ədəbi dilinin dövrləşdirilməsi məsələsinə münasibət bildirən gör­kəmli alim, professor Tofiq Hacıyev qeyd edir ki, ədəbi dil tarixinin dövrləşdirilmə­sində müxtəlif prinsiplərdən çıxış etmək olar: ədəbi şəxsiyyət və abidələrdən, tarixi formasiya və müxtəlif sülalələrlə bağlı ictimai-siyasi şəraitdən, adi xronoloji ardıcıl­lıqdan, dilin quruluşundakı inkişafdan və s. Bu prinsiplərin təxminən hamısı (...) Azər­baycan ədəbi dili tarixinin dövrləşdirilməsində sınaqdan keçirilmişdir. təkcə prof. Ə.Dəmirçizadə 1938-ci ildən 1971-ci ilədək 5 variantda dövrləşdirmə vermiş, hər dəfə müxtəlif kəmiyyətdə dayanmışdır (altıdan ikiyə qədər). Əlbəttə, ən təkmili son dövrləşdirmədir ki, burada 3 dövr təklif olunur: 1. Azərbaycan xalq dili əsasında ədəbi dilin formalaşıb inkişaf etmə dövrü (1820-ci ilə qədər). 2) Azərbaycan milli dili əsasında ədəbi dilin sabitləşməsi dövrü (1820-1920). 3) Azərbaycan ədəbi dilinin dövlət dili kimi yenidən qurulması və sosialist milli dili əsasında inkişaf etməsi dövrü-sovet dövrü (7, s.71-72).

Bu sahədəki araşdırmalarını davam etdirən  professor Ə.Dəmirçizadə sonrakı kitablarında Azərbaycan türk ədəbi dilinin tarixini, ümumiyyətlə, aşağıdakı dövrlərə bölmüşdür.

I.Ümumxalq dili əsasında Azərbaycan ədəbi dilinin formalaşıb inkişaf etməsi dövrü.

II.Azərbaycan milli dili əsasında ədəbi dilin sabitləşməsi dövrü.

III.Azərbaycan ədəbi dilinin dövlət dili kimi yenidən qurulması və sosialist dili əsasında inkişaf etməsi dövrü-sovet dövrü.

Müəllif göstərir ki, I dövr «təqribən XI-XII əsrlərdən başlayır və XVIII əsrin sonlarına qədərki müddəti əhatə edir», - həmin dövr, tədqiqatçının fikrincə, aşağıdakı mərhələlərdən ibarətdir:

I.Başlanğıc mərhələsi;

II.Xətai-Füzuli mərhələsi;

III.Vaqif mərhələsi (9)

«...XV əsrə qədərki ədəbi dil XVI-XVII əsrlərdəki ədəbi dildən az-çox fərq­ləndiyi kimi, XVIII əsr dili də əvvəlki mərhələlərdəki ədəbi dilə nisbətən  daha çox fərqli xüsusiyyətlərə malikdir»- beləliklə, Ə.Dəmirçizadə XVIII əsr Azərbaycan türk ədəbi dilinin müstəqilliyini qəbul edir, bununla belə, XVII əsri ədəbi dilin tarixində Xətai-Füzuli mərhələsinin sonu hesab etməkdə onun XVIII əsrə aparan inkişaf mən­tiqini nəzərdən qaçırır və nəticə etibarilə, XVIII əsr Azərbaycan türk ədəbi dilinin (Vaqif mərhələsinin) müstəqilliyini mütləqləşdirir, ona görə də əsrin dil-üslub mühiti bu və ya digər dərəcədə təsvir olunur, lakin dinamikası, demək olar ki, aşkarlanmır.

Ə.Dəmirçizadənin bölgüsündə XVIII əsr Azərbaycan türk ədəbi dili I mərhələnin sonuna düşür – bu isə o deməkdir ki, XVIII əsrdə dilin qədim dövrü yekunlaşır (5, s.61-62).

 

ƏDƏBİYYAT:

  1. N.Cəfərov. Ön söz, yaxud Azərbaycan dili tarixinin metodoloji problemləri. Seçilmiş əsərləri, I c. Bakı: Elm, 2007, s.6-11Ə.M. Dəmirçizadə. Azərbaycan ədəbi dili tarixi xülasələri. Bakı: XMQ, 1938
    1. N.Xudiyev. Azərbaycan ədəbi dili tarixi. Bakı: Maarif, 1995
  2. R.Mədətova. XIII -XVIII əsrlər Azərbaycan dili yazılı abidələrində məsdər. Bakı: Nurlan, 2002
  3. M.Cəfərov. Azərbaycan türkcəsinin milliləşməsi tarixi. Seçilmiş əsərləri. I c., Bakı: Elm, 2007 s.56-120Ə.M. Dəmirçizadə. Azərbaycan ədəbi dilinin inkişaf yolları. Bakı: Qızıl Şərq, 1958
    1. Ə.M. Dəmirçizadə. Azəri ədəbi dili tarixi. ADPİ. Bakı, 1967
    2. T.Hacıyev. Azərbaycan ədəbi dilinin tarixi. I c., Bakı: Elm, 2012
  4. Ə.M. Dəmirçizadə. Azərbaycan ədəbi dilinin tarixi. Bakı: Maarif, 1979

 

Açar sözlər: Azərbaycan, ədəbi, dil, tarix, dövrləşdirmə

Ключевые слова: Азербайджан, литературоведение, язык, история, обращение

Keywords: Azerbaijan, literary, language, history, circulation

 

Период Азель Демирчизаде в изучении истории азербайджанского языка

Резюме

В статье рассматривается один из актуальных вопросов, первый этап истории изучения, становления и развития азербайджанского литературного языка.

В то же время в данной статье проанализированы исторические этапы азербайджанского литературного языка, и исследовал отношение ученых к этим подразделениям.

 

 

Azel Demirchizade's period in studying the history of Azerbaijani language

Summary

In the articlehad been mentionedthe one of the topical issues, the first stage of the history of studying of the formation and the developmentof the Azerbaijani literary language.

At the same time,in this article had been analyzed the circulation divisionsin different quantities that the scientist did about the history of Azerbaijani literary language and had been research the attitudesof the scholars to these divisions.

 

Rəyçi:                                                                      prof. H.A.Əsgərov


Leyla Şövlət qızı Qədimova

MƏHƏBBƏT ANLAYIŞINI BİLDİRƏN FRAZEOLOJİ

BİRLƏŞMƏLƏRƏ DAİR

    Dilçilik ədəbiyyatında «sabit birləşmə» anlayışından daha çox «sabit söz birləşməsi» ifadəsinin ilkin anlayış kimi götürülməsi müşahidə olunur. Ancaq əksər hallarda sabit söz birləşməsi özü də yalnız «frazeoloji söz birləşməsi» anlayışı ilə eyniləşdirilir və bununla sabit söz birləşməsinin hansısa başqa bir növünün ola biləcəyi diqqətdən kənarda qoyulur. Halbuki frazeologiya haqqında təlimin inkişaf tarixi frazeoloji birləşmələrin sabit birləşmələrin özünəməxsus xüsusiyyətlərə malik bir növü olduğunu müəyyənləşdirmişdir.Onda belə bir sual ortaya çıxır ki, sabit birləşmələrin frazeoloji birləşmələrdən fərqlənən hansısa başqa bir növü və ya növləri də varmı? T.M.Məmmədova özünün avtoreferatında haqlı olaraq qeyd edir ki, əslində V.V.Vinoq­ra­dovun frazeoloji tərkiblərin intensiv tədqiqatına yol açan əsərləri bitkin bir konsep­siyanı deyil, problemin qoyuluşunu əks etdirir [2, s.8]. Ancaq bu məsələdə böyük rus dilçisinin nəzəri fikirlərindən o qədər də uzaqlaşmaq mümkün deyildir. Çünki məhz bu alim frazeoloji birləşmələrin ciddi hüdudlarını müəyyənləşdirməklə, frazeoloji olmayan hansısa başqa bir sabit sintaktik birləşmə növünün ortaya çıxarılmasına şərait yarat­mışdır. Həqiqətən də V.V.Vinoqradov və onun məktəbinin davamçıları vaxtilə fraze­oloji sistem haqqında ciddi hüdudlar müəyyənləşdirmişdilər və bu normativ məhdudiy­yətlər o qədər kəskin qoyulmuşdu ki, dildə sabit cümlə şəklində mövcud olan sintaktik birləşmələri bu sistemə daxil etmək mümkünsüz sayılırdı. Bunun əsas səbəbi ilkin anlayış kimi «sabit birləşmə» təsəvvürünün deyil, «sabit söz birləşməsi» ideyasının əsas götürülməsi (başqa sözlə, problemin həllində sırf sintaktik söz birləşməsi məsələsinə istinad edilməsi, yəni cümlə strukturunun «yaxın qoyulmaması») ilə bağlı olmuşdur.  

Bu məsələyə toxunan N.Ç.Vəliyeva yazır ki, frazeologiya təliminin sonrakı inkişafı frazeoloji vahid anlayışının genişləndirilməsi ilə nəticələndi. Hazırda dilin frazeoloji sistemi dedikdə, buraya idiomatik ifadələr, paremioloji vahidlər, həmçinin «müəllifli frazeologizmlər» adlanan vahidlər şamil edilir. Atalar sözləri və zərbi-məsəllər, rəvayətli ifadələr, obrazlı ifadələr, atmacalar, aforizmlər, ədəbi sitatlar, hikmətli sözlər, qanadlı sözlər kimi anlayışlar müasir dilçilikdə geniş yayılmışdır və guya alimlər bir qayda olaraq onların hamısının dilin frazeoloji sistemində mövqeyi haqqında yekdil fikrə gəlmişlər [4, s.71-72].Əslində bu istiqamətdə mübahisələr hələ də davam etməkdə­dir və zənnimizcə, problemin həllində «sabit söz birləşməsi» deyil, «sabit birləşmə» anlayışının birinci (bütöv, küll) kimi götürülməsi öz bəhrəsini verə bilər. Məsələ burasındadır ki, «sabit birləşmə» anlayışı sintaktik birləşmənin qrammatik strukturu, onun söz birləşməsi, yoxsa cümlə şəklində olması məsələsini deyil, məhz leksik tərkibi­nin sabitliyini, semantik dəyişməzliyini, məna sabitliyini əhatə edir. Burada birləşmənin zahiri strukturu deyil, daxili semantik-sintaktik xüsusiyyətləri əsas götürülür; sabit birləşmənin xarici qişasına isə sonra diqqət yetirilir və bu onun struktur növlərinin müəyyənləşdirilməsində böyük rol oynayır.H.Ə.Həsənovun yalnız frazeologizmlərə aid etdiyi aşağıdakı fikri əslində bütün sabit birləşmələr haqqında söyləmək mümkündür: «Məna bütövlüyü, işlədilmə, semantik, leksik və sintaktik sabitlik frazeologizmlərin sabitliyi üçün əsas şərtlərdir. Bunlar frazeologizmlərin mikro­sabitliyini və ya invariant­lılığını göstərən amillərdir. Bunlarda leksik sabitlik komponentlərin daimiliyinə, sintaktik sabitlik isə tərkib üzvlərinin sıraca dəyişilməz qalmasına əsaslanır» [1, s.209].

M.T.Tağıyev yazır ki, söz birləşmələrinin xarici əlaqələri müxtəlif tiplidir: bu əlaqələr birləşmənin komponenti funksiyasını yerinə yetirən sözlərin valentlik münasibətinə əsaslana bilər; belə əlaqələr vasitəsilə söz birləşməsi nitq axınında nitq situasiyasının tələblərinə müvafiq şəkildə yayılır. Bu cür əlaqələr bütövlükdə söz birləşməsinə məxsus ola, sırf struktur əlaqəsi ola və söz-komponentlərin valentlik münasibətlərinə müvafiq olmaya bilər [2, s.6]. Bu zaman birinci halda sərbəst sintaktik birləşmələr, ikinci halda isə frazeoloji birləşmələr haqqında danışmaq mümkündür.Müəllifin fikrincə, birləşmə o zaman frazeoloji sayılır ki, söz-komponentlərin valentlik münasibətlərindən irəli gəlməyən xüsusi əhatəyə malik olmuş olsun, əksinə, birləşmə öz komponentlərinin valentlik münasibətləri əsasında yayılırsa, onda bu sərbəst birləşmə hesab edilir. Sərbəst birləşmə özünün məxsusi struktur əlaqəsinə malik olmur. Bu əlaqədə nitq situasiyasında söz-komponentlərin valentlik münasibətlərindən irəli gəlməyən heç nə təzahür etmir.

Beləliklə, birləşmənin frazeoloji olub-olmaması məsələsi onun sözlər, morfemlər və sintaktik konstruksiyalar kimi nitqdə işlədilməsi, leksik müqabilinin olub-olmaması, sabitliyi, ekspressivliyi, komponentləri arasında sintaktik əlaqələr, cümlədəki funksiyası əsasında deyil, yalnız sırf dil əlaməti, bütövlükdə söz birləşməsinə məxsus əhatə əsasında həll olunur. Təhlil göstərir ki, ədəbiyyatda sabit adlandırılan frazalar və birləşmələr əslində struktur baxımından heç də vahid bir sinif əmələ gətirmir; onlardan bəziləri bütövlükdə birləşmənin xüsusi struktur əlaqəsinə əsaslanan əhatəyə malik olur və buna görə də dil vahidi kimi çıxış edir, digərləri isə belə vacib struktur əlamətinə malik olmur [2, s.6-7].

Buradan məlum olur ki, sabit birləşmələr əslində təkcə frazeoloji birləşmələr deyildir və onların başqa növü və ya növləri də ola bilər.Birləşən sözlər öz müstəqilliyini, əşyaya aidliyini itirərək tam məcazlaşma yolu ilə mənaca bütöv və cümlə daxilində bir üzv kimi çıxış edən frazeoloji birləşmələr əmələ gətirir.Onları yaradan sözlərin hər biri ayrı-ayrılıqda məna strukturuna malik olur. Lakin onlar tərkibdə öz məna strukturlarını dəyişərək bütövlükdə birləşmənin məna strukturunun elementlərinə çevrilir [1, s.209].Ümumiyyətlə sintaktik birləşmə anlayışı, o cümlədən sabit sintaktik birləşmə termini ən azı iki söz arasındakı münasibətləri əks etdirir.Təbii ki, belə birləşmədə bundan da artıq sayda sözlər iştirak edə bilər.Bəs onda sabit birləşmə tərkibində iştirak edən bütün sözlər «öz müstəqilliyini, əşyaya aidliyini» itirib «tam məcazlaşma» yolu keçirmi?

Müşahidələr göstərir ki, sabit birləşmələrin heç də az olmayan bir hissəsi frazeoloji məna bütövlüyünə malik olsa da, tam məcazlaşmır, belə birləşmələrin komponentlərindən ən azı biri özünün məna müstəqilliyini, əşyaya aidliyini qoruyub saxlayır. Belə birləşmələr sözlərin valentlik qabiliyyətinə istinad edir: sözlərdən biri məhz bu birləşmə daxilindəki başqa sözlə sabit birləşmə yaradır.   

M.T.Tağıyevin nəzəriyyəsi baxımından (müəllif bəzən bunu «konfiqurasiya» da adlandırır) «əhatəsinə görə təhlil frazeoloji və qeyri-frazeoloji vahidlərin diferensiasiya metodu kimi qəbul edilə bilər» [2, s.46].Onun birləşmələrin frazeoloji meyarı haqqında irəli sürdüyü fikrə görə, analitik birləşmələr, atalar sözləri və zərb-məsəllər, qanadlı ifadələr, terminoloji birləşmələr, eləcə də frazeoloji mənalı sözlə birləşmələr frazeologiya sinfinə aid edilmir.Birləşmə o zaman frazeoloji sayıla bilər ki, onun xüsusi struktur əlaqəsi əsasında əhatəsi formalaşmış olsun. Müəllifin göstərdiyinə görə, безвыходноепо­ложение, закадычныйдруг, зак­ля­тыйвраг, скоропос­тижная смерть və s. kimi birləşmələr də frazeoloji deyildir. Bu birləşmələrdə komponentlərdən biri müstəqim nominativ, başqa sözlə, sərbəst mənada işlədilir, eləcə də belə komponent özünün həm semantik, həm də qrammatik müstəqilliyini saxlayır [2, s.8].Həqiqətən də bu cür söz birləşmələrində «heç bir komponent (belə qəti demək də özünü doğrultmur, əslində, zənnimizcə, ən azı bir komponent – L.J.) desemantizasiyaya uğramır və buna görə də belə birləşmələr frazeologiyaya aid edilmir.Onlar başqa birləşmələrdən hansısa bir sözün yalnız bir sözlə birləşə bilməsi ilə fərqlənir.Ancaq bununla həmin söz birləşmələrinin xarakteri heç də dəyişmir» [2, s.8].

Nümunə üçün ingilis dilində an act of faith «çətin iş, səbr tələb edən iş, böyük zəhmət tələb edən iş», come into action «hərəkətə keçmək, işə başlamaq, mübarizəyə girişmək», come out of action «sıradan çıxmaq, hərəkətdən qalmaq», put out of action «sıradan çıxarmaq, hərəkətdən saxlamaq», old as Adam «Adəm qədər qoca, dünya qədər qədim, köhnə», be in advance «irəlidə olmaq, hamıdan əvvəl gəlib çıxmaq, ötmək», love at first sight «ilk baxışdan məhəbbət», in poor condition «pis gündə, pis vəziyyətdə», in one’s birthday suit «anadan olduğu paltarda (lüt-üryan)» qəbilindən bir çox sabit birləşmələrin ayrı-ayrı komponentlərinin öz məna müstəqilliyini saxlamasına diqqət yetirmək olar.

An act of faith birləşməsində faith komponenti özünün «1) inam, 2) etiqad, 3) sadiqlik, 4) vəd» lüğəvi mənalarından uzaqlaşsa da, act komponenti müstəqim mənada çıxış etməkdə davam edir və ifadə özü də bütövlükdə məhz act «iş» anlayışı ilə əlaqədardır. Come into action, come out of action, put out of action birləşmələrinin hər iki leksik komponentləri öz ilkin mənasından heç də tam uzaqlaşmamışdır və bütün bu birləşmələr də action «iş və hərəkət» ilə əlaqədar olaraq işlədilir.  Old as Adam ifadəsinin qədimliklə, qocalıqla əlaqədar işlədilməsi göz qabağındadır və burada as Adam komponenti həmin xüsusiyyətin yalnız gücləndirilməsini əks etdirmək üçün old sözünə qoşulmuşdur.Be in advance ifadəsinin ikinci komponenti advance də özünün «1) irəliyə hərəkət, 2) müvəffəqiyyət, tərəqqi, 3) artım, 4) nədənsə əvvəl» və s. müstəqim mənalarını itirməmişdir; bütövlükdə bu sabit birləşmə də məcazlıqdan uzaqdır.İlk baxışdan adama elə gəlir ki, dillərarası ünsiyyət nəticəsində yayılmış love at first sight – ilk baxışdan məhəbbət – любовьспервоговзглядаinternasional anlayışının sabit tərkibi birləşmənin frazeolojiliyini təmin edir, əslində burada da birləşməni yaradan üç leksik vahiddən hər biri özünün lüğəvi mənasında çıxış edir.

In poor condition birləşməsində poor «1)yoxsul, 2) pis, 3) yazıq, 4) bədbəxt» və s. mənalarından birini condition isə «1) şərait, 2) hal, vəziyyət, 3) tərz» mənalarını qoruyub saxlamışdır və birləşmə də bütövlükdə bu mənalara istinadən işlədilir. Bədii təsvir vasitəsi kimi çıxış edən in one’s birthday suit birləşməsi də sabit struktura malikdir.Buna baxmayaraq, burada da komponentlərin əslində müstəqim mənada işlənməsi və birləşmənin məcazlaşmaması özünü göstərir.Sabit birləşmələrin başqa növləri də geniş yayılmışdır. Məsələn, onomastikada «mürəkkəb ad» termini ilə ifadə olunan və əslində struktur baxımından sabit birləşmə şəklində təqdim olunan Ənvər Məmməd oğlu Əliyev, Firuzə Əsgər qızı Lətifova eləcə də Molla Pənah Vaqif, Səməd Vurğun, Səttar Bəhlulzadə, William Shakespeare, Lord Gordon Byron, Samuel L. Jackson, Edson Arrantes do Nassimentu qəbilindən antroponimlər, Əli Bayramlı, Daş Salahlı, Böyük Dəhnə, New Zeland, New York, Santa Fe qəbilindən toponimlər, Qara dəniz, Arpa çayı, Göy göl, Pacific Ocean, Orange River, Red Sea qəbilindən hidronimlər və s. buna misal ola bilər. Göründüyü kimi, sabit birləşmələrin ayrıca bir qrupu ilk baxışda frazeoloji birləşmə təsiri oyatsa da, əslində ondan məcazlaşmaması və ya tam məcazlaşmaması ilə fərqlənir və semantik baxımdan frazeoloji və sərbəst birləşmələr arasında ortaq mövqe tutur. Bu cür sabit birləşmələr üçün «frazemkimilər» mənasını verən və «frazem» termininə dixotomiya kimi təklif edilmiş (klassik elementlər əsasında tərtib edilən) «frazeid» neoterminindən istifadə etmək olar.Qeyd edək ki, frazeidlər arasında cümlə strukturlu vahidlərə rast gəlmirik.Bu onu göstərir ki, frazemlərdən (frazeoloji birləşmələrdən) fərqli olaraq, frazeidlər (qeyri-frazeoloji birləşmələr) yalnız sabit söz birləşmələri sinfinə aid edilə bilər.

Bununla sabit sintaktik söz birləşmələrinin iki növünü fərqləndirmək mümkündür: frazeloji birləşmə və frazeid.Frazeoloji birləşmələrdən fərqli olaraq, frazeidlər bir sıra hallarda nəinki dildə məcazlaşmır, həm də nitqdə sözü əvəz edə bilmir və bu xüsusiyyətlərinə görə də frazeoloji sistemə daxil edilmir.Tədqiqatını yuxarıda verilmiş bölgünün frazeoloji vahidləri əhatə edən «frazem» pilləsindən başlayan və«bəzi dilçilər frazeologizmlərə yalnız sabit söz birləşmələri adı altında idiomatik ifadələri (söz birləşmələrini), bəziləri isə həm də cümlə quruluşlu ifadələri daxil edirlər», - deyə yazan M.M.Mirzəliyeva özü söz şəklində məcazlaşan leksemləri də frazeologiyaya aid edərək, təsnifatın sonrakı mərhələsini aşağıdakı kimi verir.Müəllif göstərir ki, «ədəbi dildə mövcud olan sözlərdən əksəriyyəti öz əsas mənaların­dan başqa bir çox əlavə mənalara da malik olur.Belə ki, sözün semantik zənginliyi məcazi mənaların qanunauyğun şəkildə yaranması ilə əldə olunur.Söz səviyyəsində olan frazeoloji vahidlər də sadə, düzəltmə və mürəkkəb sözlərin məcazlaşmaya məruz qalma prosesi nəticəsində meydana gəlmişdir. Düzdür, dilçilikdə bu fikir nadir hallarda söylənilir və bu cür fikrin tərəfdarları o qədər də çox deyildir». O, fikrini bununla əsaslandırır ki, «frazeoloji vahidin müəyyənedici xüsusiyyətlərini (məcazilik, sabitlik, dildə hazır vəziyyətdə olma və s.) onlarda da aydın görmək mümkündür» [3, s.13-14].

Zənnimizcə, burada bir-iki məsələ diqqətdən kənarda qalmışdır və bunun əsas səbəbi, ola bilsin ki, «frazeoloji vahidlər» termininə istinad edilməsi ilə bağlıdır. Belə ki, «frazeoloji  vahid» termini əslində «leksik vahid» termininə qarşılıq kimi işlədildikdə özünü daha çox doğruldur. Birbaşa frazeoloji sistemin öyrənilməsinə həsr edilmiş tədqiqatlarda «frazeoloji birləşmə» anlayışını əsas götürmək daha dəqiq nəticə əldə etməyə yol açır. Bu halda frazeoloji birləşmə frazeoloji söz birləşməsini və frazeoloji cümləni əhatə etmiş olur: tədqiqatçının frazeoloji sistemə daxil etdiyi «sözlər» isə, təbii olaraq, «frazeoloji birləşmə» anlayışından kənarda qalır: «söz» nəinki «frazeoloji birləşmə», ümumiyyətlə heç «birləşmə» anlayışına da yaxın düşə bilmir. Halbuki frazeologiya özü, yuxarıda da göstərdiyimiz kimi, istər ən kiçik nitq vahidi, istərsə də ən böyük fonetik vahid olmaq üzrə yalnız və yalnız «sabit birləşmə» kimi başa düşülür ki, bu da ən azı iki sözdən ibarət sintaktik konstruksiyanın meydanda olmasını şərtləndirir. Sadə, düzəltmə və mürəkkəb sözlərin «məcazlaşmaya məruz qalma prosesi» heç də onların frazemləşmə əlaməti kimi götürülə bilməz. Dildə bütün leksik vahidlər ya tarixi inkişaf nəticəsində, ya da hansısa nitq məqamında (situativ, okkazional tərzdə) məcazlaşa bilər, onlar özlüyündə sabitdir və hazır şəkildə nitqə daxil olur.Buna görə də məcazilik, sabitlik, dildə hazır vəziyyətdə olma heç də «frazeoloji vahidin müəyyənedici xüsusiyyətləri» deyildir. Daha doğrusu, frazeoloji vahidin birinci müəyyənedici xüsusiyyəti onun sabit birləşmə (məhz birləşmə) şəklində təşəkkül tapmasıdır; qalan xüsusiyyətlər isə bu birləşmənin ayrı-ayrı əlamətləri kimi qəbul edilir: yalnız sintaktik birləşmənin bütövlükdə məcazlaşması, sabitliyi və nitqdə hazır vəziyyətdə işlədilə bilməsi frazeologizmləşmə sayılır; ayrıca bir sözün göstərilən xüsusiyyətləri isə ancaq leksikologiya üçün maraq doğurur.Əlavə edək ki, «idiomatikliyi ilə» seçilən tək-tək sözlərin frazeoloji vahid kimi təqdim olunmasına bir sıra başqa dilçilərin əsərlərində də rast gəlirik.

Beləliklə, bizim bölgümüzdə sabit birləşmə dedikdə:1) frazeoloji birləşmə (frazeoloji söz birləşməsi və frazeoloji cümlə); 2) qeyri-frazeoloji birləşmə nəzərdə tutulur.Ayrı-ayrı mənbələrdə «frazeoloji» kimi təqdim edilən sözlər frazeoloji vahid deyil, leksikoloji vahidlərdir: frazeoloji vahidlər frazeologiyanın, leksikoloji vahidlər isə leksikologiyanın tədqiqat obyektidir. Bir daha təkrar edək ki, frazeologiya sözün deyil, yalnız sintaktik birləşmənin (söz birləşməsinin və cümlənin) məcazlaşması deməkdir.

 

ƏDƏBİYYAT

1. Həsənov H.Ə. Müasir Azərbaycan dilinin leksikası. Bakı: Maarif, 1987.

2. Мамедова Т.М. Сопоставительный анализ русской и азербайджанской компаративной фразеоло­гии: Автореф. дисс. к.ф.н. Баку, 1998.

3. Mirzəliyeva M.M. Türk dilləri frazeologiyasının nəzəri problemləri: Doktorluq diss… avtoref. Bakı, 1996.

4. Vəliyeva N.C. Müəllifli frazeologizmlər. Ortoloji linqvistik fənlərin tədrisi problemləri. Bakı: ADPİ, 1994. 

Açar sözlər: dilçilik, frazelogiya, frazem, frazeid, söz birləşməsi.

Key words: linguistics, frazelogy, frazem, frazeid, word combination.

Ключевые слова: лингвистика, фразелогия, фразем, фразеид, словосочетание.

 

Фразелогия в фиксированных синтаксических соединениях

Резюме

В статье рассмотрены виды устойчивых синтаксических сочетаний, в частности фразеологические и нефразеологические сочетания, их отличительные особенности. Далее в статье представлена дифференциация слова, словосочетания и предложения, а также дифференциация терминов «фразема» и «фразеда».

 

Frazelogy in fixed syntax compounds

Summary

The present article deals with the types of the stable syntactical combinations, phraseological and non-phraseological combinations, and their distinguishing features. Also, the differentiation of the word, word-combination and the sentence, and the differentiation of the terms “phraseme” and “phrasede” are presented in the article.

 

 

Rəyçi: prof. F.F.Cahangirov

                                                

 

Gülzar Qənbərəli qızı Xanbabayeva

GERMANİSTİKADA FEİLLƏRİN  SEMANTİK

TƏSNİFATI MƏSƏLƏLƏRİ.

 Feil bir nitq his­səsi kimi bütün dillərdə aparıcı mövqeyi, leksik-semantik xüsusiyyətlərinin zən­gin­liyi ilə seçilir. Unikal bir nitq hissəsi kimi feilin müxtəlif aspektlərdən tədqiqata cəlb edilməsi leksikologiyanın da bir sıra problemlərinin həlli istiqamətində atılan cid­­­di addımlar kimi dəyərləndirilə bilər. Bu, bütün dillər kimi ingilis dilinə də şamil edilir.

   Feillərin leksik-semantik qruplarını tədqiq etmədən onun sistemli şəkildə təs­viri mümkün deyildir. Türkoloji, eləcə də, daha öncə nəzərdən keçirdiyimiz Azər­bay­can dilçiliyində olduğu kimi, ingilis dilçiliyində də feillərin leksik-semantik təsnifatı məsələsinə geniş yer ayrılmış, bir çox məşhur dilçi-alim və tədqiqatçılar bu məqamla bağlı olaraq bir-birindən fərqli təsnifatlar təqdim etmişlər.

Feillərin formalaşmasında komponentlərinin müəyyənləşdirilməsi formal nöq­teyi-nəzərdən feillərin semantik təsnifatında ən əsas məqsəd kimi çıxış edir. Bu za­man ön planda onların bir-birinə yaxın məna komponentlərinin müxtəlifliyinin ortaya çıxarılması, sintaksis və semantika arasında qarşılıqlı əlaqəsinin öyrənilməsi dayanır. Feillərin leksik-semantik qruplarının təhlilinin vacibliyini vurğulayan D.N.Şmelev göstərir ki, bu söz qruplarında ümumi semantik ünsürlər tapmaq mümkündür [90, 13]. Müəllif eyni zamanda onu da qeyd edir ki, feillərin qruplarının təhlili ilə yanaşı bu söz qruplarında ümumi semantik ünsürlər axtarıb tapmaq lazımdır [90, 13].

Bu məqamla bağlı olaraq N.N.Veçer feillərin leksik-semantik qruplarını tədqiq edərək bu məsələnin aktual olduğunu xüsusilə göstərir [56, 20].

Daha öncə qeyd etdiyimiz kimi, dilin lüğət tərkibində hansı nitq hissəsinə aid olmasından asılı olmayaraq bütün sözlər bir-biri ilə müəyyən leksik-semantik əlaqədə olur. Belə ki, hər hansı bir hərəkət müəyyən əşya və ya obyektə, hər hansı bir əlamət yalnız müəyyən əşyaya aid olur və dildə onların işləkliyi bu leksik vahidlərin se­mantik ortaqlığı ilə şərtlənir. Çünki sözlər dildə heç də təcrid olunmuş şəkildə mövcud olmur. Bu fikir ingilis dilşçiliyində də işlənməkdədir [68, 340].

Bu məsələdə özünəməxsus mövqedən çıxış edən B.M.Strank feilləri aşağıdakı semantik prinsipə uyğun olaraq fərqləndirir:

1. Nitq feilləri (tədqiqatçı bu qrup feilləri iki yarımqrupa bölür: a) ümumi mə­­­na­lı nitq feilləri; b) nitqi səciyyələndirən və müşayiət edən feillər); 2. Zehni fəa­liy­­yət bil­dirən feillər; 3. Qavrayış bildirən feillər (bu qrup feillər iki yarımqrupa bölünür: a) fi­zi­ki qavrayış bildirən; b) hissi qavrayış bildirən feillər); 4. Emo­si­o­nal vəziyyət bildirən feillər; 5. Mərhələ, dövr, konkretlik bildirən feillər [116, 54].

B.S.Xaymoviç və B.İ.Roqovskaya ingilis dilindəki feillərin leksik mənalarını əsas götürüb onları davamsız (terminative) və davamlı (non-terminative) başlıqları al­tında iki qrupda cəmləşdirirlər. Bunları bitmiş və bitməmiş feillər kimi də adlan­dırmaq olar [110, 124].

Feillərin semantik təsnifatı məsələsinə ingilis dilinin qrammatikasına həsr edilən kitablarda xüsusi bir yer ayrılmır, lakin bununla belə, biz bu qəbil elmi-nəzəri ədə­biyyatlarda hissi-qavrayış feilləri (verbs of sense perception), əqli fəaliyyət bildirən feillər (verbs denoting mental activity), arzu, istək bildirən feillər (verbs denoting wish and desire), hiss bildirən feillər (verbs denoting feeling), məlumat bildirən feillər (verbs of declaring), əmr-icazə bildirən feillər (verbs denoting order and permission), mücərrəd münasibət bildirən feillər (verbs denoting abstract relations) kimi semantik qruplaşmalar aparıldığını müşahidə edə bilirik [109, 94; 195-198].

N.A.Kobrinanın rəhbərliyi ilə müəlliflər kollektivinin ingilis dilinin qram­ma­­ti­ka­sına həsr etdikləri əsərdə feillər iki qrupa bölünərək tədqiq edilir. Müəlliflər ingilis dilindəki feilləri hüdudlu feillər və hüdudsuz feillər kimi fərqləndirirlər. Onlar hüdudlu feillərdən danışarkən qeyd edirlər ki, onların bir çox spesifik cə­hətləri vardır. Bu qrupa daxil olan feillər sona çatmış, məntiqi cəhətdən tamamlan­mış, müəyyən ana, məqama qədər bitmiş hərəkətləri bildirir. Belə feillərə aşağıdakılar da­xil edilir: to come, to fall, to stop, to begin, to close, to shut, to die, to bring, to find və s.

Hüdudsuz feillər qeyri-müəyyən müddətdə davam edən, məntiqi sona çatmayan hərəkəti göstərən feillərdir. Bunlara to carry, to run,to walk, to sleep, to stand, to sit, to live, to know, to suppose, to talk, to speak və s. kimi feillər daxildir [111, 12-19;72, 15-16].

İngilis dilində feillərin semantik təsnifatı müxtəlif nöqteyi-nəzərdən, yönümdən götürülə bilər. N.A. Kobrina ingilis dilində feillərin aşağıdakı semantik bölgüsünü fərqlən­dirmişdir:

  1. Hərəkət feilləri (Actional verbs). Bu feillər, əsl, tam hərəkətləri bildirmək üçün işlədilir. Məsələn: do, make, go , read və s.

2. Vəziyyət feilləri (Statal verbs). Statik və ya vəziyyət feilləri adlandırılan bu qrup feillər özləri də vəziyyət (state) bildirən feillər (məs.: be, exist, lie, sit və s.) və əla­qə (relation) bildirən feillərə (fit, belong, have, match, cost və s.) ayrılır. Vəziyyət feillərinin kateqorial mənasındakı fərq onların morfoloji paradiqmasına da təsir edir. Statal və ya vəziyyət, relasion və ya əlaqə feillərinin məchul növü olmur. Ancaq on­ların bəzilərinin məchul növlə oxşar və ya uyğun formaları var. Məsələn: The curtains and the carpet were matched. Vəziyyət və əlaqə feillərinin xüsusi cəhəti onların davamedici və bitmiş davamedici zaman formalarında işlənməməsidir. Həmin zaman formala­rında bu feillərin ara-sıra işlənməsi həmişə istisna hal olur və onların məna dəyişməsi ilə nəticələnir.

Sintaktik nöqteyi-nəzərdən feillər təsirli (transitive) və təsirsiz (intransitive) feillərə ayrılır. Tamamlıqsız təsirli feillərin mənası natamamdır. Kobrina təsirli feilləri üç qrupa bölür:

1)        Monotransitiv feillər (monotransitive verbs) — bir vasitəli tamamlıqla işlənən təsirli feillər: Ted told me. 2) Ditransitiv feillər (ditransitive verbs) — vasitəli və vasi­təsiz tamam­lıq­la işlənən feillər: Jane gave her sister an apple. 3) Önlüklü tamamlıqla işlənən təsirli feillər (prepositional transitive verbs): Jane looks after her sister.

Vasitəsiz feillər mənanın tamamlanması üçün heç bir tamamlıq tələb etmir. Məsələn: The sun is rising.

İngilis dilində bir sıra feillər var ki, onlar həm təsirli, həm də təsirsiz feillər kimi səciyyələndirilir. Məsələn: The pupils are writing a test (təsirli);The pupils write clearly (təsirsiz); The boy has broken the glass (təsirli); Glass breaks lasily (təsirsiz) [72, 16].

N.A.Kobrina ingilis dilindəki feilləri daha bir bölgüdə fərqləndirir. Bu bölgü feillərin tərz (aspect) formalarına təsir edən leksik mənada aspektual səciyyəyə əsaslanır: 1) Ter­­minativ feillər (terminative verbs); 2) Qeyri-terminative feillər (non-terminative verbs) [72, 17].

Müəllif daha sonra qeyd edir ki, terminativ feillər öz səciyyəvi mənalarından başqa belə bir anlayışı əhatə edir ki, hərəkət sona çatdırılmalıdır, bitməlidir, məntiqi çəhətdən dayanmalı nöqtəyə çatmalıdır. Məsələn: sit down, come, fall, stop, begin, open, close, shut, die, bring, find və s.

Qeyri-terminativ feillərlə ifadə olunan hərəkətlər və vəziyyətlər heç bir məntiqi tərzdə final nöqtəyə çatmadan qeyri-müəyyən tərzdə davam edir. Məsələn: carry, run, walk, sleep, stand, sit, live, know, suppose, talk, speak və s.

Bu yarımqrupa daxil olan feillər həm terminative, həm də qeyri- terminative feillər kimi funksiya daşıya bilir. Bu feillərin ikiqat aspectual mənası var. Məsələn: Can you see well? (qeyri-terminativ)

I see nothing there. (terminativ)

Feillərin bu təsnifatı N.A.Kobrina və həmmüəlliflər tərəfindən təqdim edilən təsnifata yaxınlığı ilə seçilir. Bu bölgüdən bəhrələnən E.M.Qordon və İ.P.Krılovanın təsnifa­tına görə feillər semantik cəhətdən hüdudlu (terminative) və davamlı (durative) kimi iki qrupa bölünür [106, 8].

Hüdudlu (terminative) feillər hərəkətin müəyyən limitdən sonra davam edə bilmədiyini bildirir. Başqa sözlə desək , həmin feillərdə son nöqtə, hüdud nöqtəsi özü­nü göstərir. To come, to put, to bring, to jump və s. feillər bu qəbildəndir. Deyək ki, to open feili göstərir kı, məsələn, qapı açıldıqdan sonra hərəkət bitmiş olur və onu davam etmək qeyri-mümkün olur [106, 8].

Davamlı ( durative) feillərdə hüdudlu feillərdən fərqli olaraq hansısa hüdud, limit yoxdur və belə hərəkətlər qeyri-müəyyən müddətə davam edə bilir. Belə feillərə to carry, to live, to know, to sit, to play və s. aid edilir [106, 8].

Bir nitq hissəsi kimi feilə aid edilən leksik vahidlər isimlə müqayisədə sayca az olsa da, onların işləkliyi daha yüksəkdir. Bu, feillərin polisemantik xüsusiyyəti və müx­təlif məna çalarları bildirmək bacarığından irəli gəlir. Bu ümumi fikri bir qədər konkretləşdirsək, qeyd etməliyik ki, heç də bütün feillərin işləkliyi eyni də­rəcədə de­yil. Məsələn, nitq feillərindən “demək”, eşitmə feillərindən “eşitmək” sözləri daxil ol­duqları qrupda işləkliyinə görə dominantdır. Bu hal qeyd olunan leksik vahidlərin semantik tutumunun daha rəngarəng, mənşə baxımından isə digərlərinə nəzərən bəlkə də daha ilk olmalarından irəli gəlir.

O.Musayev də ingilis dilindəki feillərə oxşar təsnifatla yanaşır. Amma yuxarı­da­kı­lardan fərqli olaraq, o, feilləri bir qədər fərqli terminlərlə adlandırır. O.Mu­sayev ingilis dilindəki feilləri nominativ məna baxımından nəzərdən keçirərək onları terminativ non-terminativ adı altında təsnif edir: “Feilləri onların malik olduqları nominativ məna baxımından nəzərdən keçirdikdə məlum olur ki, onlara xas olan leksik mənaların özlərində təbii, ilkin olaraq tərz mənası mövcuddur; bəzi feillər hüdudlu, digər feillər isə hüdudsuz hərəkətlər bildirir           ” [33, 91]. Müəllif to take, to die, to fall,to stand up, to sit down, to stop və s. tipli feillərin hər birinin ifadə etdiyi hərəkətin proses baxımından hüdudlanıb, onların bildirdiyi hərəkətin uzun müddət davam edə bilmə­diyini qeyd edir və belə feilləri terminativ feillər adlandırır. O qeyd edir ki, “İkinci qru­pa elə feillər daxil edilir ki, onların “bildirdiyi hərəkətlər proses baxımından qeyri-məh­duddur; onların ifadə etdiyi hərəkət subyektin arzusundan asılı olaraq uzun və ya qısa müddət davam edə bilər” [33, 93]. Müəllif to work, to sing, to breath, to speak, to dream, to walk və s. feilləri bu qəbildən sayır və onları non- ter­minativ feillər adlandırır.

M.Svan isə feilləri üç qrupa ayıraraq onların aşağıdakı növlərini qeyd edir: 1. Se­man­tik cəhətdən tam mənalı və bitkin feillər: bu qrupa aid olan feillər obyekt tələb edir, amma ikinci qrupda olan feillərdə bu xüsusiyyət yoxdur. Tədqiqatçı birinci qrupa hal-vəziyyət bildirən feilləri də daxil edir. 2. Mənaca bitkin olsa da, mənanı dolğun­laş­dır­maq üçün tamamlıq qəbul edən feillər; 3.Mənaca bitkin olmayan feillər [117, 136]. Müəllif üçüncü qrupa daxil etdiyi feilləri digərlərindən fərqləndirərək, onların konkret şəraitdə, kontekstdə vasitəsiz tamamlıqdan asılı olaraq bitkin, dolğun məna ifadə etdiyini söyləyir [117,123].

İngilis dilində feillərin tamlığı məsələsinə S.Qrinbaum və G.Nelsonun tədqiqa­tında rast gəlirik. Hər iki müəllif feillərin semantik münasibətlərinin öyrənilməsi üçün bir sıra modellər təklif edərək onların sintaqmatik xüsusiyyətlərinin məhz göstər­dik­ləri modellər əsasında qurulduğunu iddia edirdilər [108, 28].

Feillərin müxtəlif leksik-semantik variantlarının mümkünlüyündən də bəhs edən İ.P.İvanova, V.V.Burlakova, Q.Q.Poçepstov onları 1) kontekstlə əlaqəli və 2) kon­tekstlə əlaqəli olmayan feillər olmaqla iki qrupa ayırır.

Onu da qeyd edək ki, birinci yarımqrupa “to take”, “to give”, “to seise” və s. feillər, ikinci yarımqrupa “to stand”,” to lie”, “to run”, “to sleep” kimi feillər daxil edi­lir [67, 75].

Bu feillərin işlədilməsində müəyyən qanunauyğunluqların olduğunu vurğulayan V.N.Jiqadlo, İ.P.İvanova, L.L.İofik feillərin işlənmə tezliyinə əsasən onları aşağıdakı qrup­lara bölür: 1. Nitq feilləri; 2. Hissi-qavrayış bildirən feillər; 3. Əqli fəaliyyət bil­di­rən feillər; 4. Xahiş və təklif bildirən feillər; 5. Konkret hərəkət bildirən feillər; 6. “Ar­zu”, “güman”, “istək” modallıq ifadə edən feillər [65, 323].

Müxtəlifsistemli dillər olan ingilis, Azərbaycan, alman və rus dillərinin mate­rial­ları əsasında feillərin semantik cəhətdən təsnifatı məsələsinə H.K.Quliyev də toxun­muş­dur. Müəllif ilkin tədqiqat əsərində bu məsələni türk dilləri aspektindən təhlil edər­kən daha az qrup qeyd etməsinə baxmayaraq, sonrakı tədqiqatında müx­təlifsistemli dil­lərin (Azərbaycan, rus, ingilis və alman) materiallarına dayanaraq bu bölgüyə arzu, duyğu, emosional vəziyyət, emosional təəssürat və emosional mü­na­sibət bildirən feillər qruplarını da aid edir [27, 24-25]. Bu təsnifat çox geniş və əhatəlidir və müəllif ümu­milikdə feilləri on bir semantik qrupda cəmləşdirmiş və aşa­ğıdakı kimi geniş şəkildə şərh etmişdir:

1. İş feilləri. Müxtəlif dillərdə feillərin bu qrupuna sayca çox feillər daxildir. Bu feil qrupu beş yarımqrupa bölünür: 1) insanın yaradıcı fəaliyyətini bildirən; 2) insanın dağıdıcı fəaliyyətini bildirən; 3) obyektdə cüzi dəyişiklik yaratma bildirən;4) obyektə dinamik təsiri bildirən; 5) insanın qidalanmasını bildirən iş feilləri. 2. Hərəkət feilləri: Bu semantik qrup dörd yarımqrupa bölünür: 1) hərə­kətin vasitəsini bildirənlər; 2) hə­rə­kətin istiqamətini bildirənlər; 3) hərəkətin vasitəsini, həm də istiqamətini bildi­rən­lər; 4) mücərrəd hərəkət bildirənlər. 3. Vəziyyət feilləri: Müəllif bu feilləri iki ya­rım­­qrupa bölür: 1) canlı aləmdə baş verən fiziki hadisə və prosesləri bildirənlər; 2) can­sız aləmdə baş verən fiziki hadisə və prosesləri bildirənlər. 4. Təbiət hadisələrini bildirən feillər. 5. Psixi fəaliyyət bildirən feillər. Bu qrupa daxil olan feillər dörd yarım­qrupa, onlar da kiçik yarımqruplara: a) nitq feilləri, b) hiss-qavrayış feilləri, c) təfəkkür feilləri və d) idrak feillərinə bölünür. Nitq feilləri iki yarımqrupa ( yalnız danışıq aktını bil­dirən və nitqi bu və ya digər cəhətdən səciyyələndirən feillərə), hiss-qavrayış feilləri dörd yarımqrupa (görmə, eşitmə, iybilmə və dadbilmə feilləri), təfəkkür feilləri isə iki yarımqrupa (zehni fəaliyyət, təfəkkür prosesini bildirən və təfəkkür aktının nəticəsini bildirən feillərə) bölünür. 6. Arzu bildirən feillər. 7. Duyğu (hiss) feilləri. 8. Emosional və­­ziyyət (əhval-ruhiyyə) bildirən feillər. Bu feillər özləri isə altı yarımqrupda cəmləş­mişdir: 1) subyektin sıxıntılı vəziyyətini bildirən, 2) insanın əzgin fikrini və ruhi və­ziyyətdən gümrah vəziyyətə düşməsini bildirən, 3) insanın yüksək ruhi vəziyyətini və onun emosional yaşanmasını bildirən, 4) insanda qorxu, həyəcan, narazılıq, sevinc və s. nəticəsində əmələ gələn həyəcanlı vəziyyətini bildirən, 5) subyektin həyəcanlı və­ziyyətdən sakit, müvazi vəziyyətə keçməsini, düşməsini bildirən, 6) gözlənil­mə­yən, yaxud anlaşılmayan nəyinsə təəssüratından olan vəziyyəti bildirən feillər. 9. Emo­sional təəssürat feilləri. Bu feillərin semantikasına gəlincə, onlar da beş yarım­qrupa bölünür: a) Kənarda mənfi psixoloji vəziyyətdən əmələ gələn emosional təəssüratı bildirən feillər; b) Xətrinə dəyməklə, təhqirlə, iztirabla meydana gələn xoşagəlməz hissi bildirən feillər; c) Qəlb ağrısını və fiziki ağrını bildirən feillər: 1) ruhi ağrını bil­dirən feillər; 2) subyektin keçirdiyi fiziki ağrını bildirən feillər. ç) Subyektin xoş əhval-ruhiyyəsini bildirən feillər; d) Subyektin narazılıq, qeyri-qənaətli hissini bildirən feillər; 10. Emosional münasibət bildirən feillər; 11. Səslənmə bildirən feillər. Feillərin bu qrupuna da çoxlu sayda feillər daxildir. Bunlardan bir qismi insan səslərini, digər qismi insandan başqa, yerdə qalan canlıların səslərini, bir qismi canlıların səslərini, bir qismi isə cansız əşyaların səslərini bildirir. Bildirdikləri denotatdan çıxış edərək həmin feil qrupu da bir neçə yarımqrupa, yarımqruplar isə mikroqruplara bölünür.

Z.N.Verdiyeva və İ.A.Kərimzadənin həmmüəllifliyi ilə hazırlanmış ingilis dili­nin feil, sifət, zərf və isimlərin dörd cilddən ibarət sistemli lüğətində (The Systematic Dictionary of English verbs. Book 1; The Systematic Dictionary of English Ad­jec­ti­ves. Book 2; The Systematic Dictionary of English Adverbs. Book 3; The Syste­matic Dictionary of English Nouns. Book 4) ingilis dilində işlək olan sözlər əhatə olun­maqla sözlər leksik-semantik qruplar üzrə verilir və bu lüğətdə feillər aşağıdakı qruplara bölünür.

1. verbs of state—hal-vəziyyət bildirən feillər; 2. verb of process proses bildirən feillər; 3. verbs of action or activity — hərəkət və ya fəaliyyət bildirən feillər; 4. Cau­sative verbs—kauzativ feillər və s. [120, 178]. Bu bölgüdə nitq və eşitmə feilləri ikin­ci qrupa, yəni proses bildirən feillər qrupuna aid edilir.

Son dövrlərdə elm və texnologiyanın inkişafı ilə əlaqədar olaraq maşın tərcü­məsi sahəsi də geniş şəkildə inkişaf etməkdədir. Bu baxımdan bu tip lüğətlərin işinə əhəmiyyətli dərəcədə yardımçı olmaq üçün ingilis və Amerika dilçiliyində feillərin semantik təsnifatı ənə­nəvi dilçilik yanaşması hüdudlarından çıxaraq, struktur dilçilik, daha çox infor­masiya-kommunikasiya texnologiyala­rı­nın dilə tətbiqi məsələlərinin həlli nöqteyi-nəzərindən yanaşma xarakteri daşıyır. Belə yanaşmada feillərin semantik təsnifa­tında əsas praktik məqsəd olaraq qarşıya leksikonun strukturunun açılmasına yar­dım etmək və onun semantikasının daha həmcins təsvirini vermək vəzifəsi qoyu­lur. Burada əsas məqsəd onların formalaşmasında iştirak edən məna kompo­nentlə­rinin identifikləşdirilməsidir. Bu zaman bir-birinə daha yaxın feillərin məna kompo­nentlərinin müxtəlifliyinin ortaya çıxarılması, sintaksis və semantika arasında qar­şılıqlı əlaqənin öyrənilməsi ön plana çəkilir.

Nəzəri və praktik nöqteyi-nəzərdən dilçilikdə bu yanaş­manın bir sıra əhəmiy­yətli cəhətləri ilə bərabər bir sıra çatışmayan tərəfləri də mövcuddur. İlk öncə onu qeyd edək ki, feillərin bir çox semantik siniflərinin müəyyənləş­mə­sində götürülən me­yar qeyri-müəyyəndir və həmin semantik siniflərdə olan feillərin hamısını əhatə etmir. Seçim se­man­tik sinifdə olan feilləri müəyyən cəhətlərə görə səciyyələn­dirmək­dən iba­rətdir. Sin­fin semantik səciyyəsinə gəlincə, bir sıra feillər vardır ki, onlar sinif­dən kə­narda qalır.

Daha sonra bu məqamla bağlı olaraq, U.Çeyfin bölgüsü də öz özəlliyi ilə diqqəti cəlb edir. Belə ki, o, feilin əsas dörd növünü fərqləndirir: vəziyyət (state), proseslər (pro­­­cesses), hərəkət (actions) və hərəkət-proseslər (action processes). U.Çeyf təd­qi­qa­­tında semantik-sintaktik testlər təklif edir ki, onların köməyi ilə feilin bu dörd növünün fərqini ortaya çıxarır. Tədqiqat­çının modelində aşağıdakı münasibətlər nə­zər­dən keçiri­lir: agens, pasiens, ekspe­rienser, benefisiari, komplement, lokativ və ins­trument (alət). U.Çeyf feilin əsas dörd növü arasında olan törəmə münasibətlərin ön plana çəkilməsini də təklif edir. Bu törəmə əlaqələr feilin mənasını açmağa kömək edir [100, 70].

A.C.Tomson və A.V.Martinet feillərə sırf qrammatik mövqedən yanaşır və cüm­lədə məna və funksiyasına görə feilləri iki qrupa ayırırlar: 1. Köməkçi feillər (The Auxiliary verbs); 2. Adi feillər (The Ordinary verbs). Köməkçi feillərə bütün köməkçi və modal feillər daxil edilir. Bütün qalan feillər isə adi feillər kimi qəbul edilir [118, 105].

L.G.Aleksander feilləri semantik məzmunları ilə əlaqədar olaraq vəziyyət bil­dirən feillərə (verbs expressing the existence of a state), hərəkət bildirən feillərə (verbs expressing the doing of an action) və köməkçi feillərə (the auxiliary verbs) ayırır [96,159]. Bu bölgü də feillərin məna tutumunu bütünlükdə əks etdirmir.

K.N.Kaçalova və E.E.İzraileviç ingilis dilindəki feilləri öz məna­ları­na və cüm­lədəki rollarına görə əsas mənalı feillərə, köməkçi feillərə, bağlayıcı feillərə və modal feillərə ayırır [70, 110-111]. Bu bölgü də feillərin leksik məna çalarlarını əhatə etmir.

B.D.Qraver də ingilis dilindəki feilləri modal-köməkçi feillər və feil formalar kimi iki ümumi qrupda çəmləşdirir [107, 3-5].

C.Yul ingilis dilində feilləri bağlayıcı feillər (link verbs), hərəkət feilləri (action verbs), vəziyyət feilləri (state verbs), köməkçi feillər (auxiliary verbs), modal köməkçi feillər (modal-auxiliary verbs) qruplarına ayırır [121, 3]. Eyni zamanda feillərin özlə­rin­dən sonra tamamlıqla işlənib-işlənməməsindən asılı olaraq feillər həm də təsirli (tran­sitive) və təsirsiz (intransive) feillərə bölünür [121, 6].

C.Yulun bu bölgüsü digər müəlliflərin bölgüsündən o qədər də fərqlənmir və feillərin semantik çalarlarını özündə ehtiva etmir.

C.Liçin feillərin məna qruplarına baxışı əvvəlki bölgülərdən o qədər də fərq­lənmir və bu bölgü də əsas feillər və köməkçi feillərdə ibarətdir. Əsas feillər də di­gər bölgülərdəki kimi hərəkət feillərinə və vəziyyət feillərinə ayrılır [112, 499]. Köməkçi feillər qrupuna isə əsas köməkçi feillər və modal köməkçi feillər daxildir [112, 500].

T.Aronson da ingilis dilində olan feilləri hərəkət (action) və vəziyyət (state) feillərinə və bu feillərin tamamlıqla işlənməsi ilə əlaqədar olaraq təsirli (transitive) və təsirsiz (intransitive) feillərə ayırır [97, 89].

İngilis dilində feillərin semantik təsnifatı M.Y.Bloxun tədqiqatında daha oriji­nal­dır. Belə ki, tədqiqatçı ingilis feillərini bir neçə müxtəlif aspektlərə əsasən qrup­laşdırır. Məsələn:

  1. Feillər tam və qismən nominativ dəyərlərinə görə iki qrupa ayrılır: 1) Əsas feillər (Notional verbs); 2) yarım əsas və funksional feillər (Seminotional and func­tional verbs). Yarım əsas feillərə köməkçi feillər, modal feillər, bağlayıcı feillər daxil­dir. 3) yarım­mənalı şəxssiz formaları təqdim edən feillər (semi-notional verbid int­roducer verbs).
  2. Subyekt- proses əlaqəsinə əsasən bütün əsas feillər iki qrupa bölünür: 1) hərə­kət (actional) feilləri; 2) vəziyyət (statal) feilləri.
  3. Aspektiv verbal semantika feil tərəfindən ifadə olunan prosesin daxili səciy­yə­sini açır və feilləri belə qruplaşdırır: 1) davamlı feillər (durative or continual) (conti­nue, prolong, last, linger, live, exist), 2) təkrarlanan feillər (repated or iterative) (re­peat, revise, retell), 3) hüdudlu feillər (terminative) (terminate, finish, end, con­clude, close, solve, resolve, sum up, stop), 4) hüdudsuz feillər (interminate or not con­cluded), 5) ani baş berən feillər (instantaneous or momenyary) (burst, click, knock, bang, jump, drop), 6) başlayan feillər (starting or ingressive) (begin, start, resume, set out, get down), 7) tam başa çatmış feillər (overcompleted or developed to the extent of su­per­fluity), 8) başa çatmamış feillər (undercompleted or not developed to its full extent).
  4. Ən ümumi bölgü dilin qrammatik quruluşuna əsaslanır. Müəllif ingilis dilində məlum olan feillərin iki aspektiv yarımqrupunu təqdim edir: 1) limitli feillər (limitive verbs). Bu feillər terminative, yaxud hüdüdlu (terminative) feillər adı ilə də adlandı­rılır; 2) limitsiz feillər (unlimited verbs). Bu qrupa daxil olan feillər qeyri- ter­minativ, yaxud hüdudsuz feillər (non-terminative) adlanır [99, 86-99]. Ancaq Blo­xun təqdim etdiyi bu bölgülərin heç biri sırf semantik əsaslar üzərində qurulma­mışdır, başlıca olaraq qrammatik, yaxud leksik- qrammatik əsaslara söykənmişdir.

Göründüyü kimi, hər bir tədqiqatçı ingilis dilində feillərin leksik-semantik qrup­lar üzrə fərqləndirərkən müxtəlif meyarları əsas götürmüş və bu meyarlara əsasən bir-birindən fərqli təsnifatlarla çıxış edərək feillərin müxtəlif qrup və yarım­qruplarını ortaya çıxarmışlar.

 

İstifadə edilmiş ədəbiyyat:

  1. Axundov A. Ümumi Dilçilik, Bakı- Maarif -1979.
  2. Verdiyeva Z.N., Kerimzade I. A. The Systematic Dictionary of English Verbs. Baku- “Elm”-1978.-180 s.
  3. Yule George “ Oxford Practice Grammar”. Advanced. Oxford University Press-2006. 280 s.
  4. Quliyev  H.K.  Müxtəlif sistemli dillərdə feilin semantik təsnifatı. Bakı: Nurlan, 2001, 257s.
  5. Рзаев С.А. Семантические разряды глагола в современном азербайджанском языке. АКД. Баку- 1970.
  6. Большой англо-русский словарь.   Том 1. Под общим руководством доктора филологических наук, профессора И.Р.Гальперина.Москва-«Советская Энсиклопедия»-1972.
  7. Большой англо-русский словарь.   Том 2. Под общим руководством доктора филологических наук, профессора И.Р.Гальперина.Москва-«Советская Энсиклопедия»-1972.
  8. Hornby A.S. Oxford Advanced Learner’s Dictionary . Editor Jonatan Crowther. OxfordUniversity Press-1998.Great Britain.

 

Acar sözlər:   feil, leksik-semantik,təsnifat, köməkçi feillər, davamlı feillər

Ключевые слова: Глагол, лексикo-семантическое, классификация, вспомо­га­тель­ные глаголы, продолжительные глаголы

Keywords: Verb, lexica-semantic, classification, auxiliary verbs, continual verbs

 

Summary

This article deals with the lexico-semantic analysis of the verbs in Germanistics. Various  classifications of verbs by different scientists and linguistics are investigated in this article.These investigation includes both  Azerbaijani  and English languages as well.The differences and similiraties of the classification in Azerbaijan and English language is conclused in it.

 

Резюме

Эта статья посвящена лексико-семантическому исследованию глаголов в Германистике. В этой статье выявлены  различные классификации глаголов о многих исследователей. Эти исследовании рассматриваются на азербай­джан­ских и английских языках.  Здесь подчеркивается сходства и различии между ними .

 

Rəyçilər:  filologiya üzrə fəl.doktoru  prof. A.A.Qurbanov

                 filologiya üzrə fəl.doktoru  dos.M.Əsədova.

 

 

 

 

Ахмадова Эльмира Агазаман к

АНГЛИЙСКИЙ ЯЗЫК В ЕВРОПЕ

В Европе английский язык является языком государст­венным на Британских островах, а также в Средиземноморских владениях Англии - на острове Мальта и в Гиб­ралтаре. В собственно Англии он одновременно и национальный язык английского народа; в Уэльсе, Шотландии, на острове Ирландия, а также на острове Мальта и в Гибралтаре он только официальный государственный язык, который в свое время был насильственно навязан народам этих стран.

Шотландия вместе с прилегающими к ней островами - Оркнейскими, Шетландскими и Гебридскими - состав­ляет часть Соединенного Королевства Великобритании и Северной Ирландии. Свое название Шотландия полу­чила по имени гаэльского кельтского племени скоттов (Scotland ‘страна скоттов’), пришедших из Ирландии при­близительно в V-VI вв. Сначала название Scotland было принято только для части страны, а в XI в. так стали на­зывать всю страну. Римлянам она была известна под названием Каледония (Caledonia).

Скотты встречаются с пиктами, населявшими в то время эту территорию, и ведут войны с ними. В VII в. в Шотлан­дию вторгаются англы из Британии, которая к тому вре­мени была уже завоевана германскими племенами - англами и саксами. Кроме того, туда же переселяются в большом количестве бритты, а в IX в.- скандинавы. C конца XIII в. Шотландия почти непрерывно подвергается нападениям англичан, но шотландский народ ведет само­отверженную борьбу за свою независимость. В 1603 г. в связи с утверждением шотландской династии Стюартов на английском престоле Шотландия была объединена с Англией под одной короной, хотя и сохраняла автоно­мию- свои законы и управление. В 1707 г. автономный шотландский парламент был упразднен и Шотландия была насильственно присоединена к Англии.

Население современной Шотландии составляют шот­ландцы- гаэлы-горцы (Highlanders), населяющие север­ные горные районы и являющиеся потомками древнего кельтского племени, и шотландцы, которые населяют ос­тальную часть страны и по своему происхождению восхо­дят к германским племенам.

Гаэлы-горцы говорят на шотландском - эрском языке, который принадлежит к гаэльской группе кельтских язы­ков и называется также гаэльским. В начале XI в. он был основным языком Шотландии, но уже в середине XI в. его постепенно вытесняет северный диалект английского языка, на котором говорили шотландцы, восходящие по своему происхождению к германским племенам. На ос­нове этого диалекта развивается и в дальнейшем выделяется в самостоятельный the Scottish tongue - шотландский язык. Следует, однако, отметить, что некоторые авторы считают шотландский язык диалектом английского языка. Так Грант различает в современной Англии четыре группы диалектов - шотландскую, северную, центральную и юж­ную.

На гаэльском языке сохранилась, главным образом, фольклорная литература - устная поэзия бардов, кото­рая начала записываться в XVI в.

Основное шотландское население говорит на шотланд­ском языке, принадлежащем к германским языкам. В на­стоящее время этот язык является языком шотландского народа, а также литературным языком Шотландии.

В шотландской литературе в XVIII в. боролись две традиции: подражание английским образцам и стремление сохранить народный язык. Возрождение национальной шотландской литературы связано с такими именами, как Аллан Рамзей, Роберт Фергюссон, Роберт Бернс - поэ­тами, писавшими на своем родном языке несмотря на то, что к этому времени английский язык фактически вытеснил шотландский язык из школы, университета, церкви и дру­гих учреждений и уже появилась часть населения, гово­рившая на английском языке. Такое желание возродить национальную культуру и родной язык шотландского на­рода можно считать реакцией на насильственное насажде­ние английского языка и английской культуры. В то же время многие шотландские писатели XVIII в. писали на английском языке - Смоллет, Томсон, В.Скотт.

В настоящее время шотландская литература продол­жает развиваться как на шотландском языке, так и на английском. Большая часть населения Шотландии владеет этими двумя языками.

Число же говорящих на гаэльском языке непрерывно уменьшается, несмотря на старания основанного в 1891 г. общества Highland Association, целью которого является сохранение гаэльского языка и национальной литературы.

Если письменный английский язык Шотландии ничем не отличается от литературного английского языка, то разница между английской разговорной речью шотландца и англичанина весьма ощутима - особенно в произношении.

         Гласные звуки в конечном положении или перед флексией (звуками [d] и [z])-долгие: row [rо:], rowed [rо:d], rows [rо:z], bее [bi:], two [tu:], frees [fri:z]; в остальных положениях - краткие: week [wık], food [fud], road [rod], rose [roz], freeze [frız].

Вместо литературных английских звуков: [æ] в словах типа bad, man, family, [α:] в словах типа glass, ask, dance, after, path и [ɔ] в словах типа water, was произносится звук [а] - [bad], [man]; [glas], [аsk]; [watər], [waz].

Вместо краткого звука [ı] в положении перед двумя согласными может произноситься звук [ə]: mister ['məstə], fifty ['fəftı], which [hwət∫], instant ['ənstənt]; вместо звука [ə] -звуки [ı] или [ʌ]: in a minute [ın ʌ'mınıt], take it away ['tek ıt ʌ'we], rather ['raðır], the book [ðı 'buk], there is [ðır' ız], as [ʌz], of [ʌv], аround [ʌ'raund].

Гласные [ɔ] и [u] - всегда краткие, и такие пары слов как соt и caught, pull и рооl имеют одинаковое произноше­ние: [kɔt], [pul].

Звук [u] иногда может заменяться более передним зву­ком [ü]: good [güd], full [fül], book            [bük].

Литературный английский звук [e], по сведениям ав­торов Л.Герман и М.Ш.Герман, в положении перед со­гласными звуками [l], [n], [g], [m] может заменяться зву­ком [ı]: tell [tıl], remember [rı'mımbər].

Закрытый звук [е] заменяется более открытым [ε]: edge [εdʒ], strength [strεŋθ].

Дифтонги [оu], [еı ] монофтонгизируются и заменяются звуками [о] или [е]: home [hom], take [tek]; первый элемент дифтонгов [aı], [au] заменяется звуком [ʌ]: iсе [ʌıs], child [t∫ʌıld], house [hʌus], now [nʌu]; дифтонг [оu] в таких словах как home, told, low может также заменяться дифтон­гом [oı]: [hoım], [toild], [loı].

Во всех словах типа firm, dirty, fur, turn, term, early вместо литературного английского [ə:] могут произно­ситься разные звуки: [fərm], ['dərtı], [fə], [tərn] или [tεrm], ['εrlı] или [fırm], ['dırtı] или [fur], [turn].

В словах типа here, beard вместо дифтонга [ıə] произ­носится звук [ı]: [hır], [bırd]; в словах типа there, their bear, bare вместо дифтонга [εə] произносится долгий звук [е:] или [ε]:          [ðεr, ðе:r], [bεr, be:r], [bεr, be:r]; в словах типа зиге, poor вместо дифтонга [uə] произ­носится долгий звук [u:]: [∫u:r], [pu:r]; в словах типа pure, cure вместо дифтонга [juə] произносится звук [ju:]: [рjur], [kjur].

В положении перед [r] в одних словах произносится закрытый звук [о]: more [mor], port [port], floor [flor], board [bord], course [kors], в других - открытый звук [ɔ]: born [bɔrn], lord [lɔrd], short [∫ɔrt]; открытый звук [ɔ] произносится также в словах saw, thought, caught: : [sɔ], [θɔt], [kɔt].

Конечные и серединные [k] и [t] (последний после со­гласных, кроме [f], [k], [l], [n], [p], [s]) могут заменяться гортанной смычкой: bottle [b ’1], flirt [flır’], lake [le’], get it [gε’ı’].

Звук [l] во всех положениях темный; звук [r]-слегка раскатистый или хлопающий, произносится во всех поло­жениях в слове.

Характерную черту шотландского английского языка составляет произношение заднеязычного фрикативного зву­ка [х] в таких словах, как loch, thought, caught: [lɔx], [θɔxt], [kɔxt], палатального фрикативного звука [χ] в сло­вах типа light, night: [lıχt], [nıχt] и               звука [hw] в словах типа what, which, when, why: [hwat], [hwıt∫], [hwen], [waı].

По свидетельству авторов Л. Герман и М.Ш.Герман, английская речь шотландца довольно ровная, имеет незначительный диа­пазон повышения или понижения - чаще один или даже полтона - средний тон и умеренный темп. Кроме того, шотландец не делает сильного ударения в словах. Это придает речи монотонный и почти не эмоциональ­ный характер.

Некоторые глаголы образуют формы прошедшего времени и Participle II по типу правильных глаголов: to tell - telled, или telt; to gang (to go) – gaed – gaen (ye micht gang to the attic; the servant gaed; he’ll be gaen awa); to hod (to hide) – hoded: to see – seed; некоторые неправильные глаголы обра­зуют формы прошедшего времени и Participle II, отличные от соответствующих форм литературного английского языка: to speak – spak; to break – brak и т. п.; суффикс -s, при­соединяемый к глаголу в настоящем времени в 3-м лице единственного числа, встречается и у глаголов в других лицах: I gangs there; форма прошедшего времени глагола be - was может употребляться во всех лицах: I never kent you was here; в перфектных временах употребляется глагол to be: was she been in the room?; существительное после числительного не принимает суффикса множествен­ного числа: twa and three year; некоторые существительные образуют форму множественного числа с суффиксом - n: shoon (shoes), een (eyes), foen (foes).

Поскольку шотландский и англий­ский языки имеют один общий источник, то в английском языке в Шотландии есть много слов, которые отличаются от слов литературного английского языка только своим произношением; эти слова развива­лись по-разному и подвергались различным фонетическим изменениям, что соответственно отразилось и в орфо­графии: richt (right), nicht (night), micht (might), fecht (fight), strecht (straight), brocht (brought), thocht (thought), maun (may), sae или sair (so), frae (from), naething (nothing), mair (more), ain (own), baith (both), weel (well), together (together), mither (mother), brither (brother), hauld (hold), gowd (gold), auld (old), cauld (called), ane (one), twa (two), doon (down), saft (soft), lang (long), toon (town), sic (such), muckle (much), ee (eye), awa (away), wy (way), syne (since), yer (your) rin (run), blaw (blow), tap (top), sal (shall) guid (good), kirk (church), birks (birches).

Кроме того, в английском языке в Шотландии есть так называемые шотландизмы (Scotticisms)- лексика, характерная для английского языка в Шотландии: teind - ‘десятая часть’, lassie - ‘девушка’, laddie - ‘парень’, ‘мо­лодой человек’, wean- ‘ребенок’, lug-‘ухо’, lufe - ‘ладонь’, billy - ‘товарищ’, ‘приятель’, tam-o-shanter или tammy - особый вид шапки, tartan - разновидность шот­ландского пледа, kilt - ‘мужская юбка’, gowan - разновидность цветка, bothie - ‘домик однокомнатный’, feu - ‘кусок арендованной земли’, brae - ‘высокий бе­рег’, bramble - ‘черная смородина’, blether - ‘болтовня’, gob - ‘рот’, wее - ‘маленький’, bonny - ‘красивый’, cantie - ‘веселый’, snell - ‘холодный’ (о ветре), braw - ‘прекрасный’, ‘хороший’, glib - ‘болтливый’, caller - ‘свежий’ (о продуктах), cutty - ‘особо короткий’, eldritch - ‘страшный’, ‘ужасный’, ilk - ‘тот же’, ilka - ‘каждый’, greet (grat – grutten) - ‘плакать’, ken (kent) - ‘знать’, ‘узнавать’, keek - ‘подсматривать’, glint - ‘бро­сать взгляд’, kep (kept) - ‘ловить’, steek - ‘закрывать’, fell - ‘очень’, quaich - ‘чашка’, kebbuch - ‘сыр’.

Некоторые слова отличаются многозначностью: cannie - ‘осторожный’, ‘нежный’, ‘хитрый’, gleg - ‘умный’, ‘быстрый’, ‘живой’, jimp - ‘стройный’, ‘тонкий’, ‘изящ­ный’, ‘скудный’.

В числе шотландизмов могут быть слова германского происхождения: bairn - ‘ребенок’, burgh - ‘небольшой го­род’, couthie - ‘приятный’, ‘симпатичный’, stark- ‘силь­ный’, ‘крепкий’, fleg - ‘пугать’, wale - ‘выбирать’, awe- ‘иметь’, ‘обладать’; и кельтского: brogue - ‘обувь из не- дубленной кожи’, bannock - ‘пресная лепешка’, ingle- ‘огонь’, ‘камин’, binn - ‘водопад’, cateran - ‘погонщик скота’.

Некоторые английские слова в Шотландии приобрели другие значения: to set - ‘подходить’ (do you think this bonnet sets me?), short - ‘грубый’ (my aim wife is short wi’ me…), silly - ‘слабый’ (физически) (I hadna ha’en sic a silly richt leg), gate - ‘путь’, ‘дорога’ [he tint (lost) the gate], change -‘привычка’, turn - ‘работа’ (любого характера) и др.

Некоторые английские слова, употребляемые шотланд­цами, в литературном английском не используются, как устаревшие: bide - ‘жить’, ‘проживать’, thole - ‘стра­дать’, ‘терпеть’, loon - ‘парень’, whittle - ‘нож’ и др.

В фамильярно-разговорной речи широко употребляются слова: high - ‘высшее качество’ (it’s high), fair -‘со­вершенно’, ‘совсем’ (I fair forgot), grand - ‘большой’ (а grand bed), ‘замечательный’, broke-‘прекрасный’, brave - ‘хороший’, glad - ‘радостный’ (а glad cry).

Шотландец в разговорной речи в значительно большей мере, чем англичанин, употребляет слияния слов (особенно глаголов с отрицанием по!) и, соответственно, сокращенное произношение; при передаче особенностей произношения средствами орфографии такие слияния изображаются сле­дующим образом: canna (саnnot), darena (dare not), dinna (do not)< doesna (does not), didna (did not), mebbe (may be), twouldna (it would not), mightna (might not), couldna (could not), winna (will not).

 

ЛИТЕРАТУРА

1. L.Herman, M.Sh.Herman, Manual of Foreign Dialects, N.Y., 1943, p.109

2. W.Grant, The Scottish National Dictionary, Edinburgh, 1952, Introduction

3. Т.М.Беляева, И.А.Потапова. Английский язык за пределами Англии. Ленинград, 1961, 151 с.

 

РЕЗЮМЕ

 

Представленная статья очень полезна для изучающих историю и специфику английского языка в Шотландской литературе. Эта история строится на борьбе двух традиций: подражание английским образцам и стремление сохранить народный язык.

 

SUMMARY

 

The article is very useful for studying the history and specifics of the English language in the Scottish literature. This story is built on the struggle of two traditions: imitation of English models and the desire to preserve the national language.

 

Rəyçi: prof. L. Əhmədova

 


Cumayeva Leyla Arif qızı

İNGİLİS SLENQİNİN SEMANTİK-STRUKTUR

XÜSUSİYYƏTLƏRİ

         Danışıq leksikasına canlı danışıq dilinin əsas nitq vahidləri aiddir. Bu vahidlər xalqın gündəlik həyat və məişəti ilə əlaqədar işlənir və yaxın adamlar (tanış, dost, qohum) arasında əsas ünsiyyət vasitəsi kimi çıxış edir.

         Tərkib etibarilə danışıq dili olduqca müxtəlif və rəngarəngdir. Ümumxalq mahiyyətinə malik olan canlı danışıq dilində müxtəlif səciyyəli sözlər və ifadələrə təsadüf etmək olar. Burada həm ədəbi norma, həm də ədəbi normadan kənar variantlar işlənə bilər.

         İngilis danışıq leksikasının böyük bir hissəsini slenq söz və ifadələr təşkil edir. Xalq arasında geniş yayılmış bu ifadələr sadə danışıqda fikrin obrazlı, bir sıra hallarda ironik-ekspressiv ifadəsinə xidmət edir. Semantikasına görə slenqizmlər əsasən ekspressiv və emosional sözlər və ifadələrdən ibarətdir. Xüsusən, bu cəhət qiymətverici sifətlər, ifadəli fellər və idiomatik-frazeoloji tərkiblərə daha çox məxsusdur. Məhz bu cür söz və ifadələrin hesabına canlı danışıq dili obrazlı və ifadəli olur.

         Tanınmış rus dilçisi V.A.Xomyakov qeyd edir ki, ilk dəfə slenq termini 1756-cı ildə “language of low or vulgar type” mənasında işlənmişdir; 1802-ci ildən isə bu termini “the cant or jargon of a certain class or period” mənasında işlətməyə başladılar. 1818-ci ildən isə slenq termininin mənası bu cür izah edilirdi: “Language of a highly colloquial type, considered as below the level of standard educated speech, and consisting either of new words or of current words employed in some special sense”

         Qeyd etmək lazımdır ki, müxtəlif jarqonizmlərin slenqə daxil edilməsi nəticəsində o dəyişməyə başlayır. Belə ki, ingilis və amerikan leksikoqrafiyasında slenqin müxtəlif növləri əmələ gəlir: hərbi slenq, idman slenqi, teatr slenqi, tələbə slenqi, parlament slenqi və hətta dini slenq.

         Bu sözlərin əsas mahiyyəti onların yeniliyində və işlənilməsinin gözlənilməzliyindədir. Onlar danışıq dili neologizmlərinin xüsusiyyətlərini daşıyırlar.  Amma məhz bu xüsusiyyətlər həmin sözlərin slenq kateqoriyasına daxil olmasına səbəb olurlar. Məsələn, for good – həmişəlik, show – teatr, to crush – qacmaq, idea pot – baş, dirt – pul, dotty – dəli, needle – qılınc (hərdi leksikadan), to eat the ginger - ən yaxşı rolda çıxış etmək, hooper – pis rəqqas, sleeper – mühazirə kursu ( tələbə leksikasından), cut-throat – qatil və s. söz və ifadələr slenq termininə aid edilirlər.

         Uzun illər slenq problemi ilə məşğul olmuş V.Q.Vilyuman və E.Patric slenqin bəzi xüsusiyyətlərini ümumiləşdirərək onun iki formasını ayırd etmişlər: a) ümumi slenq, yəni ədəbi dil sərhədlərindən kənarda olan, danışıq dilində ümumanlaşıqlı və ümumişlək sayılan, emosianal çalarlı obrazlı söz və söz birləşmələri; b) xüsusi slenq, yəni bu və ya digər peşəkar və ya sinfi jarqona aid söz və söz birləşmələri .

         E.Patric də slenqi iki hissəyə ayırır (The Standard or Norm of Slang, Kinds of Slang other than Standard) ki, bu da təxminən ümumi slenq və xüsusi slenq anlayışlarına uyğun gəlir .

         Ümumi slenqin bir sıra fərqləndirici xüsusiyyətləri vardır ki, bu xüsusiyyətlər müxtəlif dilçilərin slenq haqqında fikirlərini müqayisə edərkən üzə çıxmışdır. Subyektiv fikirlərdən uzaq olmaq üçün bu xüsusiyyətlər nəzərə alınmalıdır:

  1. Ümumi slenq geniş yayılmılş olur və cəmiyyətin bütün təbəqələri üçün anlaşıqlı olur.
  2. Ümumi slenq parlaq emosional-qiymətləndirici səciyyəyə malik olur. Eyni zamanda ekspressiv funksiya nominativ funksiyaya nisbətən üstünlük təşkil edir.
  3. Ümumi slenq müəyyən dövr ərzində öz sabitliyini nisbətən saxlayır. Buna baxmayaraq, slenqizmlər asanlıqla kollokvializmlərə çevrilə bilər və ya istifadədən tamamilə çıxa bilərlər.
  4. Ümumi slenq müxtəlif mənbələrdən (jarqonlardan, kentlərdən, professionalizmlərdən və s.) yarandığı üçün öz genetik tərkibinə görə rəngarəngdir.
  5. Ümumi slenq bəzən fonetik, morfoloji və sintaktik xüsusiyyətlərə malik olur.
  6. Xüsusi slenqdən (kent, jarqon) genetik və funksional cəhətdən fərqlənir.

                  Xüsusi slenq – danışıq dilinin ictimai nitq mikrosistemi olaraq öz tərkibinə və strukturuna görə çox rəngarəngdir. Xüsusi slenqə kent və ona yaxın mənalı olan qafiyəli slenq, peşə jarqonları və korporativ (qrupdaxili) jarqonlar daxildir ki, bunlar da həm genetik, həm də funksional cəhətdən ümumi slenqdən fərqlənirlər.  Ümumi dilçilikdə bu termin altında cinayətkar aləmin gizli “dilləri”, jarqonlar və bəzən müxtəlif peşəkar leksik sistemlər başa düşülür .

         İzahlı ingilis lüğətlərində kent sözünün mənası bir neçə cür verilir: 1) Whining speech, as used by beggars. 2) Discourse recited monotonously or mechanically. 3)Hypocritically pious language. 4) The special vocabulary peculiar to the members of a group on the fringe of society, as thieves; argot. 5) The special terminology understood among the members of a profession, discipline, or class, but obscure to the general population; jargon (8; 34; 38).

         Bu izahlardan lingvistik mənada işlənənləri bunlardır:

1)             Özünə qarşı rəğbət hissi oyatmaq məqsədilə riyakarcasına qəliz leksikadan istifadə etmək;

2)             aşağı təbəqələrə məxsus məxfi jarqon və ictimai-peşə jarqonu.

         İngilis danışıq dilində “qafiyəli slenq” (“rhyming slang”) adlanan bir termin də vardır ki, öz mahiyyəti etibarilə o, kentə çox yaxındır, belə ki, qafiyəli slenq də gizli kod şəklində işlədilir. Lakin digər tərəfdən qafiyəli slenq xüsusi “peşəkar” qapalılığa malik deyildir. O daha çox London şəhər dialektinə qarışmışdır və həm slenqin, həm də kentin xüsusiyyətlərini daşıyaraq zarafatyana, obrazlı ifadələr şəklində işlədilir. Açıq-aydın ironiya ilə işlədilmiş və sinonimik cərgə təşkil edən daha bir neçə misala nəzər salaq: ball of lead, crust of bread, lump of lead, pound of lead – a head; carving knife, drum and fife, joy of my life, storm and strife, struggle and strife, war and strife, worry and strife – a wife.

         Bəzən qafiyəli slenqin etimologiyası dumanlı olur, yəni qafiyələşən sözlərin bir-biri ilə əlaqəsi aydın olmur. Məsələn, Barnet Fair – hair; pig`s ear – beer; mince pies – eyes; Cain and Abel – a table; bat and wicket – a ticket, mother and daughter – water.  Lakin bu ifadələrdə də neytral sözlərin üslubi dəyişməsi zamanı diqqəti cəlb edən qeyri-adilik bədii mətnlərdə müəyyən komik effekt yaradır.

         Qafiyəli slenq kimi, “back slang” və “centre slang (medial slang)” də öz quruluşlarına görə ümumi slenqdən və kentdən fərqlənirlər. Lakin bəzi hallarda onlar ümumi slenqə daxil ola bilirlər, məsələn: yob, yobs.

         Onu da qeyd etmək lazımdır ki, slenqin bu növlərini (back slang and sentre slang) spunerizmlərdən (spoonerisms) fərqləndirmək lazımdır. Spunerizmlərin məxfi kodla heç bir əlaqəsi yoxdur, onlar yalnız əyləncə xatirinə yaradılır. Məsələn, butterfly – flutterby; pint of stout – stint of pout; smoke a pipe – poke a snipe .

         Deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, dilin xüsusi kodlaşdırılması və ya məxfiləşdirilməsi üsullarından üç əsasını qeyd etmək lazımdır: 1) sözlərin şərti olaraq dəyişdirilməsi, yəni məxfi kodun yaradılması; 2) xarici sözlərdən istifadə; 3) doğma dilin leksik materialının yenidən mənalandırılması, yəni məxfi leksika və frazeologiyanın yaradılması. Qeyd etmək lazımdır ki, ilk iki üsul olduqca məhduddur: sözlərin şərti olaraq dəyişdirilməsi yalnız “back slanq” və “centre slang” üçün xarakterikdir; xarici sözlərdən istifadə köhnə və olduqca işlənmiş bir üsuldur.

         Slenqlə əlaqədar aktual problemlərdən biri də slenqin statusunun müəyyən edilməsi problemidir, onun vahidlərinin ədəbi dilin vahidləri ilə hansı vəhdətdə olduğunu üzə çaxartmaqdır. Belə ki, slenqlər ədəbi dilə məxsus söz və ifadələrlə omonimik və ya polisemik münsibətlərdə ola bilirlər.

         Polisemiya və omonimiyanın müəyyənləşdirilməsi üçün leksikanın neytral təbəqəsinin və slenqin qarşılıqlı əlaqəsini təhlil edərək, polisemantik sözün semantik quruluşunun nə vaxt pozulduğunu, yeni sözün nə vaxt yarandığını araşdırıb üzə çaxarmaq lazımdır. Məsələn, “pan” – “tava, qazan” mənasında və “pan” – “üz, sifət” mənasında; “copper” – “mis” mənasında və “copper” – “polis nəfəri” mənasında. Bir sözün şaxələnmiş müxtəlif mənalar sistemi olur və yaxud bu sözlər fonetik-orfoqrafik cəhətdən təsadüfən bir-birinə uyğun gələn fərqli (iki və ya daha artıq) sözlərdir.

         Beləliklə, ingilis slenqizmlərini tədqiq və təhlil edərkən onların üç kateqoriyasını müəyyən etmək olur: omonimiya, keçid vahidləri və polisemiya.

         1. Tarixi cəhətdən mənşəyi ayrı-ayri sözlərə gedib çıxan sözlər omonim adlanır. Məsələn, noodle (əriştə) – noodle (baş, kəllə); hood (kapüşon) – hood (xuliqan, quldur); soup (şorba) - soup (nitroqliserin) və s.

         2. Keçid vahidləri o sözlərdir ki, onların neytral və slenq mənaları arasında semantik əlaqə aydın nəzərə çarpmır. Bu əlaqə digər, əlavə mənaların köməyilə üzə çıxır. Başqa sözlə desək, bu, polisemiyanın parçalanması nəticəsində yaranan omonimiyadır. Məsələn,  “belt” (kəmər, qayış) neytral ədəbi sözü ilə “belt” (yumruq zərbəsi) slenqizminin arasında heç bir əlaqə gözə çarpmır. Lakin bu iki söz arasında ümumi əsas əlamətlər əlavə ara mənaların köməyi ilə üzə çıxır. Məsələn, bu ifadələrdə bu aydın şəkildə görünür: to hit (strike, tackle) below the belt – “qurşaqdan aşağı zərbə vurmaq” (boksda, güləşdə), “satqınlıq etmək, arxadan zərbə vurmaq”. Ümumi slenqdə “yumruq vurmaq” mənası yaranır və buradan da konversiya yolu ilə “belt” yumruq zərbəsi ismi əmələ gəlir.

         3.  Polisemantik vahidlər o sözlərdir ki, onların neytral və slenq mənaları arasındakı semantik əlaqə aydın şəkildə müşahidə olunur, slenq məna neytral mənaya nisbətən törəmə hesab edilir və onlar birlikdə eyni söz hesab olunurlar. Burada metaforik əlaqələrin müxtəlif növlərinə rast gəlinir. Bu sözlərdə slenq məna müxtəlif assosiasiyalara əsaslanan məcazlaşmanın nəticəsində əmələ gəlir. 

         Ümumi slenqin yaranması problemi və onun vahidlərinin mənşəyinin müəyyənləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Belə ki, slenqin yaranma mənbələrini aşkar etmədən, leksikanın dil daxilində hərəkəti qanunauyğunluqlarını, müxtəlif üslubi-leksik təbəqələrin qarşılıqlı əlaqəsini və onların daxilində leksik vahidlərin mənalarının inkişaf yolunu da müəyyən etmək mümkün deyil.

           İngilis danışıq dilində elə slenqizmlər var ki, onlar ədəbi dil təbəqəsi ilə nə polisemik, nə də omonimik cəhətdən əlaqədar deyildir, yəni onların ədəbi dildə birbaşa analoqları yoxdur. Lakin bu cür slenqizmlər öz strukturlarına görə neytral leksikanın vahidlərinə uyğun gəlirlər. Onların semantik cəhətdən heç bir əlaqələri olmasa da, ümumi sözyaradıcı vasitələri (üsulları) oxşardır.

         Söz yaradıcılığı sözlərin strukturu və onların əmələgəlmə qayda və üsulları barədə təlimdir. Burada dilin daxili inkişaf qanunauyğunluqları əyani şəkildə nümayiş etdirilir. Söz yaradıcılığı leksika və ya qrammatikanın tərkib hissəsi kimi tədris olunur. Bu, dilçiliyin müvafiq sahələri olan  söz yaradıclığı, leksika və qrammatikanın hüdudunun və obyektinin düzgün müəyyənləşdirilməsindən irəli gəlir. Yeni yaranan sözlər dilin lüğət tərkibini zənginləşdirir

         Slenqizmlər dilin başqa təbəqələrindəki leksik vahidlər kimi arxaikləşir, istifadədən çıxır, dilin başqa bir təbəqəsinə keçir və ya olduğu kimi də qalır. Slenqi diaxronik planda tədqiq edərkən hansı sözlərin tamamilə istifadədən çıxdığını, hansıların kollokvializmlərə çevrildiyini, hansıların slenqizm kimi qaldığını və hansıların vulqarizmə çevrildiyini üzə çıxartmaq olur.

         Bu slenqizmlər köhnəlmiş və ya tamamilə istifadədən çıxmışdır: cat – a common prostitute; to cow – to sleep like a cow; crack – a whore; drunk as a wheel-barrow; drunk as an emperor; etc. Aşağıdakı slenqizmlər indi kollokvializmlər kimi geniş şəkildə işlənməkdədir: April fool; back-biter; to bet; black and white; buggy; cat of nine tails; chatter-box; Cheshire cat; close-fisted; gambler; to giggle; granny; hocus-pocus; Liliputian; pickaninny; rainy day (now: to save money for a rainy day); etc.  İngilis dilində bir çox slenqizmlər elə ümumi slenq daxilində slenqizm olaraq qalmaqdadırlar. Məsələn: beast with two backs; to look blue (now: only sad or disappointed); booze; brat; bull; to kick the bucket; cock and bull story (now: a pack of lies); cock-sure; easy (now: take it easy, will you?); etc.

         Bu cür slenqizmləri daimi slenq də adlandırmaq olar. Belə ki, daim dəyişən, köhnələn və istifadədən çıxan sözlərlə müqayisədə onlar əsrlərdir ki, dildə yaşayır. Bu cür söz və ifadələri sadəcə effektiv adlandırmaq azdır, onlar dilə güc, rəng və həyat verirlər. Bu ifadələr xalq yaşadıqca, inkişaf etdikcə və dəyişdikcə yaşayacaqdır.

     

     Ədəbiyyat

  1. Dəmirçizadə Ə., Azərbaycan dilinin üslubiyyatı, Bakı, Azərtədrisnəşr, 1962, 271 səh.
  2. Baugh A.C., A History of the English Language, N.Y., 1957, 379 pp.
  3. Flexner S.R., Preface, Dictionary of American Slang.
  4. Grose F., A Classical Dictionary of the Vulqar Tongue, London, 1976
  5. Partridge E., A Dictionary of Slang and Unconventional English, vol. 2, London, 1967.
  6. Partridge E., Slang Today and Yesterday, London, 1960, 307 pp.
  7. Хомяков В.А., Введение в изучение сленга – основного компонента английского просторечия, Вологда, 1971, 105 стр.
  8. Ахманова О.С., Словарь лингвистических терминов, М., Советская энциклопедия, 1966.
  9. Беляева Е.М., Хомяков В.А., Нестандартная лексика английского языка, Л.: ЛГУ, 1985, 294 стр.
  10. Береговская Н.В., Молодежный сленг: формирование и функционирование, Вопросы языкознания, М., Наука, 1996, № 3, стр. 32-41.
  11. www.audio-class.ru/slang 
  12. www.english.language.ru/slang

Açar sözlər: dil, slenq, poisemiya, termin

Key words: language, slang, polysemy, terminology

Ключевые слова: язык, сленг, многозначность, терминология

 

Xülasə

        Məqalədə ingilis danışıq dilinin ayrılmaz hissəsi olan slenq anlayışının etimoloji təhlili aparılmış və dəqiq izahı verilmiş; slenqin növləri, struktur xüsusiyyətləri, slenqdə polisemiya və omonimiya halları tədqiq edilmiş; slenqlə jarqonun fərqli və oxşar cəhətləri, eləcə də jarqonun növləri müəyyənləşdirilmişdir.

 

Summary

The article illustrates etymological analyses and accurate explanation of the slang which is the integral part of English speaking language, types of slangs, structural features. The article focuses on cases of polysemia and omonymia of slangs, different and similar features of the slang, as well as the types of jargon.

 

Резюме

В данной статье речь идет o этимологическом анализе и точном объяснении сленга, который является неотъемлемой частью английского языка,. Тут рассматриваются  различные типысленгов, их структурные особенности. Статья посвящена полисемии и омонимии сленгов.

 

RƏYÇİ: dos. E.Vəliyeva

 

 


Babayeva an Ramiz

İNGİS NDƏ Nİ İFADƏN SEMANTİK SUSİYYƏTLƏ

İngilis dilinin leksikasının formalaşmasında bir çox ekstra – linqvistik amillər mənbə rolunu oynamışdır. Bu amillərdən biri də başqa dillərdən dini söz və ifadələrin alınmasıdır. Dini söz və ifadələr ingilis dilinə kelt, yunan, latın və digər dillərdən alınmışdır. Bununla yanaşı ingilis dilindəki dini leksikanın bir mənbəyini ingilis xalqının dini həyatı təşkil edir.

Müxtəlif dillərdən ingilis dilinə mifoloji leksikanın alınması nəticəsində bu dildə müəyyən leksik-semantik proseslər baş verir. Hər şeydən əvvəl alınma dini leksika üslubi-metaforik çalarlıqlar əldə edir və digər sözlərlə sinonimik cütlər yaradır.

Eyni zamanda ingilis dilindən başqa dillərə tərcümə prosesində də müəyyən problemlər ortaya çıxır. Alınma dini leksikanın əsasında əmələ gələn metaforik ifadələrin doğma dilə düzgün tərcüməsi məsələsi ortaya çıxır ki, bu da doğma dilin metaforik, üslubi leksikası üzrə dərin məlumat tələb edir.

Müxtəlif xalqların dillərində dini amillərin təsiri nəticəsində eyni məfhumu ifadə edən tam leksik-semantik ekvivalentlərə az hallarda rast gəlinir. Buna əsaslanan tədqiqatçılar leksik-semantik ekvivalentin olmadığı məqamlarda fikrin düzgün çatdırılmasına imkan verən ifadələrin doğma dildə aşkar olunmasına cəhd edirlər. Çünki orijinal dilin konnotativ-metaforik ifadə vasitələrinin hərfi tərcüməsinin doğurduğu çətinlikləri aradan qaldırmaq zəruridir. Tərcüməçi orijinala o zaman bədii şəkildə yaxın olur ki, funksional baxımdan orijinala tam uyğun olan formanı seçir. Tərcüməçinin vəzifəsi orijinalın elementlərini və strukturunu olduğu kimi yaratmaq deyil, onun funksiyasına uyğun element  və strukturları seçməkdir.

İngilis dilinin formalaşmasına təsir göstərmiş alınma leksik təbəqə daxilində önəmli yer tutan dini ifadə və terminlərin digər dillərdə şərhi haqqında da eyni şeyi demək mümkündür. Dindən qaynaqlanan ingilis söz və ifadələrinin, idiomların digər dilə tərcüməsində şəraitdən asılı olaraq müxtəlif üsullardan-izahatdan, eyni semantik funksiyaya malik olan başqa ifadədən və digər vasitələrdən istifadə etmək olur.

Mədəniyyətlərarası kommunikasiya sahəsində çox mühüm vasitə rolunu oynayan tərcümənin bir linqvistik problem kimi tədqiqində dilçilər müəyyən uğurlar qazanmışlar. Tərcümə nəzəriyyəsinin əsası qoyulmuş, tərcümə metodları hazırlanmış, tərcümənin linqvistik və ekstralinqvistik aspektləri arasında sərhəd müəyyən olunmuş və nəhayət, müxtəlif məfhumları bildirən dəqiq terminlər sistemi yaradılmışdır.

Bir çox dilçilərin tərcümənin xarakterinə dair fikirlərinə əsaslanaraq söylədiyi fikir tamamilə həqiqətə uyğundur. Onların fikrincə, biz orijinala o zaman bədii şəkildə yaxın oluruq ki, zahirən uyğun gələn formanı deyil, orijinala funksional baxımdan uyğun gələn formanı seçirik (3; 5; 6).

Realilərin, o cümlədən də dini ifadələrin tərcüməsi məfhumu əslində şərti səciyyə daşıyır, çünki onlar  əslində «tərcümə olunmayan» məfhumlardır. Dinlə bağlı ifadələrin tərcüməsində əsas çətinlik aşağıdakılardır: 1) Həmin dini realinin ifadə etdiyi metaforik çalarlığın digər xalqlarda olmaması; 2) başqa dillərdən alınan dini ifadələrin semantikasına milli konnotasiyanın da əlavə olunması.

Dini realilərin şərhi prosesində bir çox amillər toplusuna əsaslanmaq lazım gəlir. Belə ki, tərcüməçi tərcüməyə dair ümumi nəzəri müddəalara əsaslanmaqla bərabər, həm də özünəməxsus duyma qabiliyyətinə, hər şeydən əvvəl, kontekstual şəraiti düzgün dəyərləndirmə qabiliyyətinə malik olmalıdır.

Xarici dildən tərcümə zamanı istər tərcüməçi, istərsə də xarici dil öyrənənlər hər an dilxarici amillərin təsiri altında meydana çıxan üslubi çalarlıqlı ifadələrlə, idiomlarla, deyimlərlə, bir sözlə hər növdən olan obrazlı ifadələrlə üzləşməli olurlar ki, bu zaman onların doğma dilə hansı üsulla tərcümə olunması problemi ortaya çıxır. Ötən əsrin sonlarından başlayaraq bu problemin həlli tərcümə nəzəriyyəçilərinin diqqətini daha çox cəlb etməyə başlamış və onlar başqa dillərdən milli-mədəni koloritli ifadə və frazeologizmlərin tərcüməsi üsullarını təkmilləşdirməyə çalışmış, bu sahədə bir çox yanaşmalar meydana çıxmışdır (3; 4; 5).

Milli-mədəni koloritli leksikanın tərcüməsi nəzəriyyəsi sahəsində böyük xidməti olan A.V.Fyodorovun fikrincə, xarici dildə olan mətni tərcümə edərkən analoji strukturları yaratmaq deyil, orijinalın kommunikativ baxımdın semantik qarşılığının yaradılması qarşıya məqsəd olaraq qoyulmalıdır (5, s.28).

Bu fikirlə tamamilə razılaşmpq mümkündür. Misal üçün, ingilis dilində tərkibində dini səciyyəli devil sözünün işləndiyi You lucki devil ifadəsini hərfən («sən, xoşbəxt şeytan») tərcümə etməklə orijinalın ideyasını təhrif etmiş oluruq. İngilis dilindəki həmin metaforik ifadəni Azərbaycan dilində tamamilə fərqli struktur daxilində («allahın xoşbəxti», «bəxtəvər») aşkar edirik. Doğma dildəki bu ifadələr tərcümə zamanı orijinalın, yəni ingilis dilindəki «you lucky devil» ifadəsinin ironik çalarlıqlı semantik-funksional qarşılığı kimi çıxış edir.

A.Fyodorov tərcüməni bir dilin vasitələri ilə vermək kimi qəbul edir! Bu fikir tamamilə həqiqətə uyğundur. İngilis milli mədəniyyəti ilə bağlı olan hər hansı realini doğma dilə tərcümə edərkən heç də onun məzmunu  həmin dildəki forma ilə vermək mümkün deyildir. Həmin məzmunu doğma dildə bu və ya digər dərəcədə əks etdirən fərqli forma vasitəsilə tərcümə etmək lazım gəlir (5, s.48).

İngilis dilindəki alınma dini idiomların digər dillərdə leksik ekvivalenti olmadığından onların başqa dilə tərcüməsi çox zaman təsviri yolla mümkündür.

Dini realini əks etdirən bir cümləyə nəzər salaq:

....and gave poison to Ginevra d'Este in a cup of emerald, and in honour of a shameful passion built a pagan church for Christian worship[2, s.83]; - “və Ginerva d’Esteyə zümrüd fincanda zəhər verdi və rüsvayçı sevgisi şərəfinə xristianların etiqadı üçün bütpərəst kilsəsi tikdirdi”.

Britaniyanın keçmişinə aid olan pagan (“bütpərəst kahin”) bir çox digər realilər kimi alliterasiya (paqan) və həm də izahat yolu ilə oxucuya təqdim olunur: “xristianlıqdan əvvəl Britaniyada bütpərəst kahin”.

Dilin leksik vasitələrini, onların müəyyən mədəniyyət, tarixi dövr və kommu­nikasiya şəraiti ilə bağlılığını araşdıran tədqiqatçılar nitqin etnoqrafiyası məsələsini də ortaya atırlar. Ünsiyyətdə etnoqrafik elementlərin istifadəsi bu ünsiyyət iştirakçı­larının həmin elementlər barədə məlumatının olmasını tələb edir.

İ.Levi nitqin etnoqrafiyasından bəhs edərkən nitq aktının amilləri sırasında məlumatın forması, əlaqə və mövzunu da göstərir. Onun fikrinə görə belə amillər nitqin etnoqrafiyası ilə sıx bağlıdır [3, s.59].

İngilis dilində pagan sözünün “bütpərəst kahin” bildirməsi ingilis dilinin bütün daşıyıcılarına bəlli olmaya bilər. Çünki bu tarixi-etnoqrafik reali müasir ingilis dili üçün çox arxaikdir. Ona görə də belə realinin müasir ingilis ədəbiyyatında işlənməsi onun ingilis oxucusu üçün də izahını tələb edir. Müasir bədii əsərin müəllifi bədii əsərdə realinin mənasını aydınlaşdırır. Bəzən bu aydınlaşdırma tarixi əsərdə qeyd kimi verilir. Bədii əsərdə göstərilən şəkildə yer alan reali barədə tərcüməçi də oxşar şəkildə şərhlə kifayətlənir. Başqa bir tarixi realini nəzərdən keçirək.

Druid. Britaniyanın dini və ictimai keçmişində çox mühüm rol oynamış druidlər qeyri-məhdud funksiyaya malik idilər. Keltlərdən alınmış bu dini titulun funksiyası yalnız din, qurbanvermə, şamanizm ilə məhdudlaşmayıb, hərbi sahəni də əhatə edirdi. Onlar məbədlər tikdirir, orada təntənəli mərasimlərin icrasına başçılıq edirdilər.

Bu realinin Azərbaycan dilinə tərcüməsində eyni zamanda həm translitera­si­ya­dan (druid), həm də təsviri üsuldan istifadə edilməlidir: “Britaniyada və İrlandiyada xristianlıqdan əvvəl mövcud olmuş qədim kelt dini funksioneri”.

Druid realisi da qədim dövrə aiddir. Onun ingilis oxucusuna da aydın olma­ması mümkündür. Belə bir cəhət denotativ realinin adı ilə yanaşı, onun özünün, yəni denotatının da yoxluğu ilə əlaqədardır. Arxaizm və tarixizmlərə bu aspektdən yanaşılır. Denotativ realilərin tərcüməsi denotatın və onun nominatının müasir dövrlə bağlılığı da diqqət mərkəzinə çevrilməlidir. Tərcümə prosesində sanki müxtə­lif mədəniyyətlər qarşılaşdırılır. Belə qarşılaşdırma mətndə tarixlə, bir mədəniyyətlə bağlı leksik vahid üzə çıxdıqda aktuallaşır [47, s.123-124].

Realilərin belə izahı ya mətn daxilində mötərizədə, ya da səhifənin sonunda xüsusi sitatla verilir.

Amerika ingiliscəsində uzun semantik inkişaf yolu keçmiş hindu mənşəli pow-wow sözünün orijinal mənası “şaman”, “ara həkimi” olsa da, sonralar həmin söz “sehirbazlığın icra olunduğu hindu ayini”, daha sonralar isə “hindu şurası” mənalarında işlənmişdir. Hazırda pow-wowAmerika ingiliscəsində yumoristik mənada hər hansı konfrans və yaxud iclası ifadə edir [2, s.1048].

Latın dilindən alınmış dini səciyyəli devil sözünə müraciət edək. İngilis dilində tərkibində devil («iblis») sözünün işləndiyi what a devil happened? İfadəsi hərfən «nə şeytan baş verib» mənasında olsa da, bu struktur Azərbaycan oxucusunda ifadənin semantik-üslubi mənası haqda təsəvvür yaratmır. Halbuki onun üslubi-semantik çalarlığı Azərbaycan dilində başqa strukturda — «Bu nə bəladır düşdük» şəklində dolğun əks olunur.

Dil milli mədəniyyətin bir qolu olan din ilə, inanclar ilə birgə yaranmış və onlar bərabər şəkildə inkişaf yolu keçmişlər. İngilislərin mifoloji dünyasına daxil olan surətlər və ayrı-ayrı əfsanəvi terminlər paralel olaraq dilə daxil olmaş və onun leksik-semantik sistemində müxtəlif çalarlıqlar əldə edərək söz yaradıcılığına təkan vermişdir. Misal üçün, şotland dilindən ingilis dilinə dini ifadə kimi orta əsrlərdə daxil olmuş glamour («sehir», «əfsunlama») sonralar geniş üslubi funksiya əldə etmişdir: «cazibə», «lətafət», «ovsun»: Foreign travel has never lost its glamour for me «Xarici ölkəyə səyahət öz cazibəsini heç zaman itirməmişdir»; They know they’ll get bigger audiences if they give the parts to glamour girls rather than talanted actresses «onlar başa düşürlər ki, rolları istedadlı aktrisalara deyil, füsunkar qızlara versələr daha çox tamaşaçılara yiyələnəcəklər».

Britaniya ingiliscəsində eyni sözün fel və sifət formaları da vardır: glamorize «məftun etmək», «əfsunlamaq»; glamourous «məftunedici», «can alan», «cazibə­dar»: a glamourous woman «məftunedici qadın» (2, s.556).

İngilis dili  ilə ingilis mədəniyyətinin qarşılıqlı təsirdə inkişaf etməsi  nəticəsində dilin leksik-semantik quruluşu zənginləşmiş və genişlənmişdir.

Hər bir dil onu danışan xalqın mədəniyyətini, mənəvi aləmini əks etdirdiyindən onların bu və ya digər məfhumu ifadə etməsində də fərqli cəhətlər vardır. Bütün dillərdə olduğu kimi, ingilis dilində də onu başqa dillərdən fərqləndirən kulturoloji, psixoloji, tarixi amillərlə bağlı dil realiləri formalaşmışdır ki, onların başqa dillərə tərcüməsi müəyyən çətinliklər doğurur. O cümlədən də ingilis dilində mifologiyadan qaynaqlanan konnotativ-üslubi realilərin daşıdığı məna çalarlıqlarını Azərbaycan dilinə tərcümə etmək müxtəlif metod və üsullardan istifadə olunmasını zəruri edir. Çünki yalnız konkret bir xalqın, ölkənin həyatı ilə bağlı olaraq onun dilində öz əksini tapan, milli-tarixi koloritə malik olan denotativ realilər geniş təmsil olunur və həmin realilərdən ibarət leksik təbəqə istər danışıq dilində, istərsə də bədii əsərlərdə milli fon əmələ gətirir. Misal üçün, ingilis mifoloji baxışlarına əsasən xoşbəxtlik məkanı olan heaven («səma») ingilis dilində də «xoşbəxtlik» məfhumu ilə bağlı xeyli ifadə və frazeologizmlərin meydana çıxmasında vasitə rolunu oynamışdır. «I was in the heaven when I heard the good new («Mən bu xəbəri eşitdikdə sanki göylərdə idim») cümləsi yaxşı bir xəbər eşidən şəxsin hədsiz sevinc duymasını bildirir (2, 615). Təbii olaraq, bu ifadənin mənasının başqa bir dil daşıyıcısına çatdırılması hərfi tərcümə yolu ilə mümkün deyildir.

Yuxarıda qeyd olunduğu kimi, tərcümə prosesində orijinal dildəki realinin struktur qarşılığını yaratmaqla deyil, doğma dildəki başqa bir strukturun köməyi ilə orijinal ifadənin funksional-semantik qarşılığını əldə etməklə milli-mədəni realinin düzgün tərcüməsinə nail olmaq mümkündür. Azərbaycan dilində funksional baxım­dan eyni semantikaya malik olan, yəni hədsiz sevinc bildirən «göyün yeddinci qatın­da olmaq» ifadəsini işlətməklə ingilis dilindəki «to be in the heaven» ifadəsinin məna­­sını uğurla çatdırmaq olur: “Mən bu xəbəri eşitdikdə sanki göyün yeddinci qatinda idim”.

Göründüyü kimi, üslubi funksiyaya malik olan metaforik dini realilərin doğma dilə hərfi tərcüməsi istənilən məqsədə nail olmağa imkan vermir və orijinal dildəki üslubi-kommunikativ səciyyəli ifadələrin başqa bir dilə tərcüməsində məhz doğma dildə eyni mənanı metaforik şəkildə ifadə edən obrazlı ifadələrin aşkarlanması tərcüməçinin qarşısında dayanan mühüm bir vəzifədir. Buna nail olmaq isə tərcüməçidən doğma dilin obrazlı ifadələr sistemi haqqında geniş məlumat tələb edir və əks halda çıxış yolu kimi istifadə edilə bilən təsviri tərcümə üsulu isə orijinalın üslubi-metaforik koloritini doğma dildə vermək imkanına malik olmur.

Dini realilərin tərcüməsi yollarına toxunmazdan əvvəl ümumilikdə realilərin tərcüməsi üsullarına dair dilçilikdə formalaşan fikirlərə nəzər salmaq lazım gəlir.

A.V.Fyodorovun qeyd etdiyi kimi, realinin tərcüməsi başqa bir dilin strukturları daxilində ifadə olunmuş fikrin başqa bir dilin strukturları vasitəsilə ifadə olunması deməkdir (5, s.10).

Bu fikrin məğzi ondan ibarətdir ki, tərcümənin son məqsədi orijinal dildəki ifadənin doğma dildə hərfi mənasını vermək deyil, hansı struktur formasında olur olsun, orijinalın funksional-semantik qarşılığını doğma dildə aşkar etməkdən ibarətdir. Orijinal mətnin qavranması prosesi onun tərcümə edilən dildəki mövcud informativ ekvivalentlərinin üzə çıxarılması ilə paralel səkildə həyata keçirilir. Doğma dildə informativ ekvivalentin aşkarlanması bir çox faktorların qarşılıqlı təsiri nəticəsində reallaşır. Bu faktorlara hər şeydən əvvəl tərcüməçinin intellektual səviyyəsi, qarşılaşdırılan dilləri daşıyan cəmiyyətlərin milli-mədəni xarakteri və dünyagörüşlərinin uyğunluq dərəcəsi, eləcə də orijinal mətndəki situativ və kommunikativ əlamətlərin doğma dildə yenidən formalaşdırılması şərtləridir. Misal üçün, heaven («səma») sözünün ingilis dilindəki semantik yükündəki spesifik cəhət, məsələn, onun bəzən təəccüb və narahatlıq bildirən tərkibdə işlədilməsi həmin tərkibin Azərbaycan dilinə tərcüməsində hec də «səma» sözünün işlədilməsini tələb etmir. Çünki Azərbaycan dilində «səma» sözü həmin semantikanı, yəni narahatlıq ifadə edən tərkib daxilində işlənmir. İngilis dilində heaven sözünün semantik yükünə daxil olan «tanrı» anlayışı onun Heaven help us if the newsparer ever find out about us («Tanrı bizi qəzetlərin bundan xəbər tutmasından qorusun») cümləsində işlənməsinə imkan versə də, gördüyümüz kimi, Azərbaycan dilinə tərcümədə biz «səma» sözünü deyil, «tanrı» sözünü işlətməli oluruq (2; s.615).

Heaven xoşbəxtlik məkanı sayıldığından, təbii olaraq, ingilis dilində xoşbəxtlik məfhumu ilə bağlı ifadələrin yaranmasına səbəb olmuşdur. Misal üçün, “I was in the heaven when I heard the good news – “Mən bu xəbəri eşitdikdə sanki göylərdə idim” cümləsi hədsiz sevinc, yəni xəbəri eşidərkən hədsiz dərəcədə sevinmək anlamını ifadə edir.

Azərbaycan dilinə bu dini ifadənin tərcüməsi iki yolla mümkündür: 1. Təsviri yolla: “hədsiz dərəcədə sevinmək”; 2. Azərbaycan dilində oxşar frazeoloji ifadənin köməyi ilə: “göyün yeddinci qatında olmaq”. Bu ifadə ingilis dilindəki to be in the heaven ifadəsinin funksional qarşılığı kimi çıxış edir.

Heaveningilis dilində bəzən təəccüb və narahatlıq bildirən tərkiblərdə də işlənir: Heaven help us if the newspaper ever find out about this [2, s.615]. Bu cümlə hərfən belə tərcümə olunur: “səma/tanrı bizim yardımçımız olsun ki, qəzetlər bundan xəbər tutmasın”.

Göründüyü kimi, dini ifadələrin tərcüməsində, həm orijinal, həm də doğma dilin idomatik ifadələri haqda ətraflı məlumata malik olmaq, mətnin üslub və janrına dair biliyə malik olmaq vacibdir.

Dilçilikdə realilərin fon leksikası, yəni xalqın milli mədəniyyəti, həyat tərzi ilə bağlı olduğunu göstərən alimlər (4, s.59; 6, s.129) tərcümə prosesində orijinal dildəki bu fonu başqa bir dildə ifadə etməyin üsullarını təyin etməyə çalışmışlar. Onlar fon leksikasının tərcüməsini iki xalqın mədəniyyətlərinin qarşı-qarşıya gəlməsi, müqayi­səyə cəlb olunması kimi qəb