T.Ə.CƏFƏRLİ BİR ƏSR BİR NƏSİL Budur gəldi bahar fəsli Üçüncü kitab

 

                                                         MÜQƏDDİMƏ

 

Aləmi dərk yolu özünü dərkdən keçir. Özünü dərk etmək üçün isə insan öz keçmişini, keçdiyi ömür yolunu, tərbiyə olunduğu ictimai-sosial mühiti və bütün bunları özündə birləşdirən Vətən anlayışını başa düşməlidir.

Geniş oxucu kütləsinin mühakiməsinə təqdim olunan bu kitabda müəllif təsvir etdiyi hadisələrdə  bir nəslin nümayəndələrinin bir əsr ərzində keçdiyi ağır və keşməkeşli həyatından söz açsa da, tam tarixi gerçəkliyi və reallığı saxlamağa çalışmışdır, əlbəttə ki, bir yazıçı kimi obrazların həyatiliyini təmin etmək üçün yeri gəldikcə bədii ümumiləşdirmələrdən və mövcud ədəbi üsullardan istifadə etmiş, zaman-zaman bədiiliyə geniş yer vermişdir.

Kaleydoskopik sürətlə dəyişən XX əsrin əvvəlindən başlayaraq sonuna qədər baş vermiş hadisələri ehtiva edən üç kitab bir ad altında - “Bir əsr bir nəsil”də birləşsə də, hər kitabın öz adı vardır və əsrin üçdə birini özündə əks etdirə bilmişdir.

Bizə təqdim olunmuş, zorla təbliğ edilmiş kitablarda əsl həqiqəti aşkarlamaq olduqca imkansız bir işdir. Hər şeyin yuxarıların təqdiri ilə öyrənildiyi və öyrənildiyi bir dönəmdə başlıca qayə insanlara keçmişi unutdurmaq olub. İndiyə qədərki Xalqımızın faciəli tarixinin ağ ləkələrini real obrazlar vasitəsilə xalqa çatdırmaq məqsədini qarşısına qoyan müəllif Azərbaycanı və azərbaycanlılığı hər şeydən üstün tutur və bu mövqedən uzaqlaşmanın nə ilə nəticələnəcəyini xalqa göstərmək istəyir.

Doğma Azərbaycanımızı milli müstəqilliyə, suverenliyə və azadlığa aparan yollarda 20-ci illərdə qardaş sifəti ilə sıralarımıza qoşulanların arasında bəzən elələri də olmuşdur ki, yeri gələndə bizi su qiymətinə satmışdır. Amma bu məşum məlumat on illərlə sirr kimi saxlanılmış, xalqdan gizlədilmişdir.

Müəllif öz oxucularını həmin dönəmin faciələrindən ibrət almağa, müasir dövrdə  daha ayıq olmağa çağırır. Azərbaycan tarixinin obyektivliyindən doğan obrazlar vasitəsi ilə XX əsrdə keçdiyimiz keşməkeşli yollara bir daha nəzər salmaq istəyir, xalqımızı ayıq, ehtiyatlı olmağı tövsiyə edir, onları millət və vətən marağından çıxış etməyə səsləyir.

Qədirşünas oxuculara təqdim olunan bu kitabda müəllif özünə  yaxın və doğma olan insanların bədii obrazlarını qələmə almağa çalışmışdır. Təbii ki, müəllif mükəmməl sənət nümunəsi yaratdığını söyləmək iddiasından uzaq olsa da kitabında təsvir etdiyi insanların düşdükləri dözülməz mühitdə özlərini itirməməkləri, çətin anlarda riskə getmələri, dostluqda sədaqəti, Vətən sevgisi, təhsilə və mədəniyyətə münasibətlərini örnək  verməklə oxucuları belə mənəvi dəyərlər üzərində ciddi düşünməyə səsləyir. 

Üçlüyə daxil olan ikinci kitab “Budur gəldi bahar fəsli" adlanır.

Bu trilogiya dünyasını erkən dəyişsə də adı xalqın dilindən düşməyən Aşıq Şakir dühasından yaranmış "Bala Nərgiz" mahnısının dostluq və sədaqət rəmzi olduğunu göstərir, bu nəğmədə əks olunmuş obrazları açır, Aşıq Şakirin ən yaxın dostlarından və pərəstişkarlarından olan Ələşrəf Cəfərlinin ailəsinin timsalında və unudulmaz mərhum Aşıq Şakirin  nəğməsində işlənilən ifadələr üzərində qurulur..

 Hörmətli oxucuları əvvəlcədən xəbərdar etmək istərdik ki, Aşıq Şakirin «Bala Nərgiz»in arxasında  konkret obrazlar durur və bu obrazların tam açılmasını müəllif özü üçün məqsəd qoymuşdur, çalışmışdır ki, bu əsərdə dostluğun, sədaqətin, insanlığın, qeyrət və birliyin, vətən məhəbbətinin hər şeydən üstün olduğunu göstərsin..

 "Budur gəldi bahar fəsli" bilavasitə Cəfərli nəslinin tarixinin bir hissəsini əks etdirdiyindən kitaba daxil edilməyən Cəfərli nəslinin bəzi üzvləri inciməsinlər. Sadəcə olaraq, "Bala Nərgizin" Məşədi Fazil şəcərəsinə aid olduğundan bu nəslin XX əsrdə keçdiyi yolu yazıçı ümumiləşdirilmiş  və bədiiləşdirilmiş obrazlarla  göstərmişdir. Odur ki, bir obrazda bir neçə insanın xarakterik cəhətlərini görmək mümkün olmuşdur.

Hər şeydən əvvəl, yaddan çıxarmaq olmaz ki, «Budur gəldi bahar fəsli» nə qədər tarixi əsər olsa da, bir o qədər də bədii əsərdir. Odur ki, Sizlərə təqdim olunan kitabda bəzi hallarda yazıçı fantaziyasına  daha çox yer verilmişdir.

Bir daha xatırladırıq ki, əsərdəki obrazlar  həqiqi obrazlardır və onların bəzisi həyatda olan, bəzisi isə aramızdan köçən insanlardır. Bu insanların keçdiyi ağır və şərəfli yolu göstərməklə xalqımızın gələcəyə olan inamını oyatmaq istəyirik.

Bu kitabda təsvir edilən obrazlar nə kommunizmə, nə sosializmə, nə də hər hansı bir  iqtidara xidmət ediblər. Onlar bəlli siyasi rejimdə istədikləri kimi yaşamış, quruluşun imkan verə bildiyi şəraitdən maksimum yararlanaraq istədiklərini etmişlər və heç vaxt ədalətsizliyə yol verməmişlər. Təbiətcə nikbin olan bütün yaxşı insanlar kimi həyatı seviblər, firavan yaşayıblar və onları əhatə edənlərin yaxşı yaşaması üçün imkanları daxilində şərait yaratmışlar.

Sonda möhtərəm oxucularımızın diqqətinə çatdırmaq istəyirik ki, onların geniş mühakiməsinə təqdim olunan bu əsər həm də təhkiyə üslubu ilə qeyri-adi olduğundan bəlli bir dərəcədə adət edilən dil normalarından fərqlənir. Bu fərqlilik eyni zamanda özünü fonetik və qrammatik normalarda da büruzə verir. Hörmətli oxucularımızın bu fərqliliyi ciddi qüsur və səhv kimi qəbul etməyəcəklərinə inanmaq istərdik. Əsər rus dilindən Azərbaycana dilinə çevrilib.

Müəllif gələcək oxucularının hamısına xoş niyyətlə edəcəkləri bütün tənqidi qeyd və iradlara görə əvvəlcədən səmimi təşəkkürünü bildirir.

 

Müəllif

 


DÖNÜŞ

 

Êðàñíîâîäñêäàí ýÿëÿí ýÿìè Íàðýèí àäàñûíûí àðõàñûíäàí ÷ûõäûãäàí ñîíðà ÿñÿí êöëÿê uzaqdan Áàêûíûí äÿíèçäÿí òàìàøàñûíà ÷ûõìûø ñÿðíèøèíëÿðèí áóðóíëàðûíà "Ãàðà øÿùÿðèí" èé âÿ ãîõósunu ýÿòèðèð, ïàéûçûí ñîéóüóíäà ýþéÿðòÿéÿ ÷ûõìûøëàðû ïåøìàí åäèá ýåðèéÿ ãàéòàðûðäû. 

Äÿìèð íÿùÿíý êöëÿéÿ ñèíÿ gərərək øÿùÿðÿ éàõûíëàøäûãúà ôèò ÷àëûð âÿ ñàíêè ëèìàíäà ýþçëÿéÿíëÿðÿ ýÿëäèéèíäÿí õÿáÿð âåðèðäè.

Ãàðøûëàéàíëàð ïåíúÿkëÿðèíèí, ïàëtîëàðûíûí yaxalığını éóõàðû ãàëäûðûá àðõàäàí ÿñÿí êöëÿéÿ güclə äþçöðäöëÿð.

Ýÿìè ñàùèëÿ éàí àëàíà ãÿäÿð ýþçëÿéÿíëÿð àðàñûíäà ñàêèòëèê ùþêì ñöðöðäö: ùÿð êÿñ óçàãäàêû ýÿìèäÿ þç àäàìûíû àõòàðûb ýþðìÿê èñòÿéèðäè.

1942-ci ilin payızının sərtliyi uşaqları evlərinə qaçırtsa da, şəhərdə canlanma əvvəlki illərə nisbətən daha çox idi. 

Bóõàð ìöùÿðèêèíè ôûñûëäàäàn gəminin áþéöê ýþâäÿñèíè êþðïöéÿ éanaşdırmaq üçün bir neçə işçi onu bàëàúà áèð áàðæàya ãîøóá àðõàdan äàðòûá sahilə bağlamaq èñòÿéèðäè.

Áó ÿìÿëèééàò ÷îõ àç ÷ÿêäè. Az sonra ýÿìèíèí ýþéÿðòÿñèíäÿí òðàpı àøàüû åíäèðäèëÿð.

Áèðúÿ àíûí è÷èíäÿ hÿðáè êîìåíäàòóðàíûí ÿñýÿðëÿðè ýÿìèíè ìöùàñèðÿyéÿ àëäûëàð âÿ òðàïûí aşağısında Áàêûéà ãÿäÿì ãîéìàã èñòÿéÿí ñÿðíèøèíëÿðèí ñÿíÿäëÿðèíè éîõëàìàüà áàøëàäûëàð.

Məşədi Fazil gəminin  trapıyla aşağı enmişdi ki, burnuna "Qara şəhərin" oksid iyi dəyməyə başladı. Bakının bu kəskin iyini, istər bura qatarnan gəl, istər gəmiynən, ayaq basan udmalı idi. Əfsuslar olsun ki, bu cür gözəl  şəhər qonaqlarını belə qarşılayırdı.

Məşədi Fazil başını sağ tərəfə çevirdi. Şəhər bacalardan çıxan qara tüstüdən görünmürdü.

Şimali-qərb küləyi bu tüstüləri Qara şəhərdən Ağ şəhərə qovurdu.

Səmərqəndin təmiz və şəffaf havasına vərdiş etmiş Məşədi Fazil ürəyinin  bulandığını hiss etdi. Müharibə başlanandan sonra o, birinci dəfə idi ki, bura ayaq basırdı.

Bakı müharibənin tempinə uyğun olaraq gecə-gündüz çalışırdı. Onun hər bucağı işləyirdi. Dənizdə nəzərini  barjlara qoşulmuş neft çənləri cəlb etdi. Birinci dəfə idi ki, neftin bu cür daşındığını görürdü.

Onun ardınca trapdan düşən kayut yoldaşı üzünü ona tutdu:

-Nefti daşımaq üçün qatarlar çatışmır, odur ki, bu üsulnan daşıyırlar. Nemeslərin ağlına belə gəlmir ki, bu cür neft daşımaq olar. Beş-altı çəni bir-birinə trosnan bağlayıb, Həştərxana qədər dartırlar. Gülbala Əliyevin təklifidir. Buna görə ona Sosialist Əməyi qəhrəmanı adını veriblər. Kişidə ağla bax!

-Bakılılar, doğrudan da, ağıllı insanlardır! - deyə Məşədi Fazil bakılıları səmərqəndli kimi təriflədi. Sonra öz-özlüyündə güldü. Əslində isə kayuta yoldaşı çox şeyi bilmirdi.

Azərbaycanlılar, Mikoyanın qurduğu plana görə, Qazaxıstana köçürülməli, neft mədənlərini isə yandırmalı idilər ki, almanlara qalmasın.

Mir Cəfər Bağırov Mərkəzi Komitədə bir qram da olsun Bakı neftin almanlara çatmaması və neft mədənlərinin yandırılması haqqında Stalinin qərarını tanınmış neftçilərlə müzakirə zamanı Gülbala Əliyevin maraqlı təklifini eşitdi: Partladılacaq çənləri neftlə doldurub, bir-birinə troslar vasitəsilə bağlayıb dənizlə Həştərxana göndərmək...

Mir Cəfər Bağırovu Moskvaya Politbüroya çağırıb qərarın yerinə yetirilməsi haqda izahatını eşitmək istəyən Stalinə Həştərxan vilayət komitəsinin katibi zəng edir.

-Yoldaş Stalin, Bakıdan gələn neft dolu çənləri hara yerləşdirək!

-Nə neft, nə çən?-deyə Stalin soruşur.

-Bakıdan bura buksirlər vasitəsilə bir-birinə bağlanmış içi neftlə dolu yüzlərlə çən gəlib

-Belə belə! Afərin Bağırov! - deyə Stalin bığlarını eşir. Sonra üzünü Kalininə tutur:

-Yoldaş Bağırovun Sosialist Əməyi Qəhrəmanı ordenilə təltif olunması haqqında qərar hazırlayın!

-Yoldaş Stalin! Bu mənim ideyam olmayıb! İdeyanın müəllifi tanınmış neftçi Gülbala Əliyevdir!-deyə Bağırov düz Stalinin üzünə baxır.

Stalin bir anlığa fikrə dalır.

-Onda Gülbala Əliyev Sosialist Əməyi Qəhrəmanı, yoldaş Bağırov isə Lenin ordeninə layiq görülsünlər!- deyə Stalin  Kalininə göstəriş verir..

Politbüro ondan sonra azərbaycanlıların köçürülməsi haqqında qərarını dəyişir. Deyilənə görə Bağırovun sayəsində.

Bunu bilən Məşədi Fazil kayuta yoldaşına heç nə danışmadı. Bağırovu sevməsə də ürəyində bu işinə görə təşəkkür etdi.

            Zəmanə, doğrudan da, insanları dəyişir. Düşmənə də tərif yağdırırsan.

 Nə qədər idi ki, bu şəhərdən uzaq düşmüşdü. Gələndə də gizli gəlirdi. İndi isə yox. Hər şey qaydasında idi. Staxanovçu kimi, Səmərqənd toxuculuq fabrikinin nümayəndəsi kimi, direktorun təchizat üzrə müavini kimi ayaq basırdı.

  Dəniz kənarından şəhərin necə qorunduyu gözə çarpırdı. Bulvar boyu səngərlər qazınmış, zenit toplarının  lülələri səmaya yönəldilmişdi. Şəhərdə hərbi vəziyyət e*elan edildiyindən, hər addım başı hərbi patrullar insanları saxlayıb sənədlərini yoxlayırdılar.

Trapın aşağısında hərbi patrulun leytenantı  onun  sənədlərini yoxladıqdan sonra, gülər üzlə sənədlərini ona qaytardı:

-Bakıya xoş gəmlisiniz!

-Sağ ol, bala!-deyə Məşədi Fazil oradan uzaqlaşdı. Leytenant ona böyük oğlu Əşrəfi xatırlatdı. “Görəsən. ondan nə xəbər var?”-deyə düşündü. Ancaq leytenantın gülər üzü ona yaxşı təsir bağışlasa da, nigarançılığı azalmadı.

Gəmidən düşənlər  dəmir yolu vağzalı tərəfə addımlayırdılar. Şəhərin bütün tramvay yolları burada birləşirdi. Oradan şəhərin hər tərəfinə marşrut vardı. O, da kütləyə qoşuldu və ardınca irəliləməyə başladı. Əlindəki çamadanın ağırlığını belə hiss etmirdi.

Payızın sərt küləyi paltosunun yaxalığını qaldırmağa vadar etdi. Külək adamın sümüyünə işləyirdi.

 Küçə boyu Qara şəhərin tüstüsündən qaralmış binaların şüşələrinə  bir-birilə kəsişən xaç şəkilli ağ kağızdan düzəldilmiş qoruyucular yapışdırılmışdı ki, atılan mərmilərin, partlayan bombaların təsirindən qırılmasın.

Maşınların hərəkəti şəhər boyu demək olar ki, gözə dəymirdi. Arabaçıların isə sayı deyəsən artmışdı. Tək atlı arabalar şəhərin küçələrilə ora-bura gedib gəlirdi. Ağlına gələn ilk fikir bu oldu ki, bəlkə araba saxlasın. Daha piyada  irəliləmək mümkün deyildi. Ayaqları qara palçığa batırdı.

Yanından ötən arabaçıya əl elədi. Arabaçı arabanı dayandırdı. Arabanın üstünə  brezentdən tent çəkilmişdi. Arabaçı kürəyini tentə söykəmişdi, elə bil bununla küləkdən gizlənirdi.

-Məşədi Fazil, xoş gördük! -deyə arabaçı onu tanıdı.

-Həsənbala?

-Özüdür ki, var.

Həsənbala Bakının faytonçularından idi. Əvvəllər bir-neçə faytonu vardı. Yuxarı məhəllənin adamlarından idi. Faytonçuluqla ailəsini dolandırardı. 

-Bəs faytonun hanı?

-Qarajda.

-Niyə qarajda?

- “Hər şey müharibə üçün” şüarından sonra atların birini tutub əlimdən alıblar ki, müharibəyə aparırıq. Bir atdan artıq saxlamağa icazə vermirlər. Odur ki, arabaya keçmişəm. Buna da şükür!

-Allah, köməyin olsun!

-Evə gedirsən də?

-A kişi, haram var ki?

Həsənbala arabadan düşdü. Onun  çamadanını qaldırıb arabaya atdı. Məşədi Fazilə kömək elədi ki, arabanın arxasından minsin. Tentin içi külək tutmadığından elə bil isti idi. Həsənbalanın taxtadan düzəltdiyi və üstünə xalça parçası vurduğu oturacağın üstündə oturdu. 

-Hoş-ə!-deyə Həsənbala qırmancını havaya çaxdı. Onun səsindən sakit durmuş at yerindən tərpəndi və asta-asta bulvarın qırağıyla yuxarı məhəlləyə tərəf irəlilədi.

-Məşədi, məhəllədən xəbərin var? Bilirsən, nə qədər ailələr “qara kağız” alıb?

-Xəbərim yoxdur, ancaq təsəvvür edirəm.

-Sən bilən, Stalin müharibəni udacaq?

-Düşünürəm ki, belə olacaq. Çünki Stalin Hitlerdən ağıllıdır. Sərkərdə ki, ağıllı oldu, döyüş uduzulmaz!

-Ancaq cavanlar hayıf olacaq!

-Allah onları qorusun!

 Araba Bakı Sovetinin ötüb,  “Çin evinin” qarşısından Qırx pilləkənə tərəf döndü. Yuxarıda tramvay yolu ilə tənləşərək Çəmbərəkəndə üz tütdü.

Şəhərin dağüstü tərəfində  zenit qurğuları göyə dikəlmişdi.

-Hələ bu harasıdır, bizim evlərdən yuxarı okoplar qazıyırlar. Arvad-uşağı, tələbələri-şagirdləri tökürlər ki, işləyin. Ovdanlığı tanımayacaqsan. Hər tərəf okopdur. - deyə Həsənbala izahat verdi.

Dağın ən yüksək yerində projektorlar qurulmuşdu. Bütün günü zenit qurğuları döyüş vəziyyətində idi.

-Bizim evdən aralı, Ovdanlığın böyründə zenitçilər bir nemes təyyarəsini vurdular. Gecə məhəlləyə baxasan: projektorlar göydə təyyarə axtarır. Deyirlər ki, Bakını Moskvadan yaxşı qoruyurlar.

-Bakısız müharibəni uduzarlar. Yüz maşından həşdadı bizim benzinlə gedir. Bütün sürtgü yağları burada istehsal olunur.

-Hələ sən Bakıda istehsal olunan silahdan, sursatdan demirsən. Bax, zavodların tüstüsünə! Dayanmadan işləyir.

Yuxarı məhəllənin palçıqlı küçələri başlandı. Həsənbalanın arabasının təkərləri hündür olduğundan ata o qədər də əziyyət düşmürdü. Heyvan başını aşağı salıb  hər gün tövləyə döndüyü yolu tanıdığından addımlarını da yeyinləşdirirdi. Onu tövləsində isti guşə, gövşəmək üçün isə quru saman gözləyirdi. Ancaq Həsənbala arabanı sola yox, sağa döndərdi və hələ üstəlik onun üstündə qırmancını səsləndirdi.

Qırmancın qorxusundan at addımlarını  becidləşdirdi. Çox da uzağa getmədi. Məşədi Fazilgilin darvazasının qarşısında Həsənbala atı dayandırdı və aşağı düşüb arabadan çamadanı yerə qoydu.

Qapının qarşısında arabanın dayandığını görən həyət qadınları küçəyə çıxdılar. Məşədi Fazili salamladılar, xoş gəldin dedilər, çamadanını götürüb bir göz qırpımında həyətə keçdilər.

Məşədi Fazil əlini cibinə salıb Həsənbalaya pul uzatdı. O, qəbul  etmədi.

-Bərəkətini rədd etmə! İndiki dövrdə hər qəpiyin qiyməti var. Sənin isə çörəyin bundan çıxır.

-Allah verən əlini var etsin! - deyə Həsənbala pulu götürdü.

 Seyid Bikə onun gələcəyini heç gözləmirdi. On beş gün bundan qabaq yazdığı məktubunu elə dünən almışdı. Əri gələcəyindən heç nə yazmırdı. Odur ki, Məşədi Fazili görən kimi duruxdu:

-A kişi, sən haradan çıxdın?

-Komandirovkaya gəlmişəm.

-Nə komandirovka müharibə vaxtı?

-Doprosu sonra edərsən. Qoy bir içəri keçək!

Dinməzcə hər ikisi eyvana, oradan isə otağa keçdi. Sonuncu dəfə Məşədi Fazil bura qırxıncı ildə gəlmişdi. Ev necə vardı, elə də qalmışdı. Heç nə dəyişməmişdi.

Yataq otağında divar boyu düzülmüş rəfdə kitabları dururdu. Əlini uzadıb onlardan birini əlinə götürdü. Pencəyinin qoluyla kitabın üzünü sildi, qoluna baxdı, tərtəmiz idi.

-Arvad, bilirsən ki, mən kitab aşiqiyəm!

-Görürəm. Arvad da, uşaq da yaddan çıxıb düşmüsən  kitabların üstünə.  Hətta soruşmursan ki, uşaqlar haradadır?

-Uşaqlar haradadır?

-Eyyub, Əlisəttar məktəbdə, Nəriman isə Nataşagildədir.

-Əşrəfdən nə xəbər var? - deyə Məşədi Fazil qorxa-qorxa soruşdu.

Böyük oğlu Ələşrəf əsgərliyə gedərkən o oğluyla görüşməmişdi. Seyid Bikənin göndərdiyi adresə məktub yazsa da, bir dəfə də olsun oğlundan məktub almamışdı.

Nigarançılığına həmişə Seyid Bikə son qoyurdu. Oğlunun sağ və salamat olması haqqında ona xəbər çatdırırdı, hətta Əşrəfin  yazdığı məktubu da ona göndərirdi.     

            -Al, oxu! Dünən almışam! - deyə Seyid Bikə, stolun üstündən məktubu götürüb ona uzatdı.

 Məşədi Fazil kitabı rəfə qoyub stolun arxasına keçdi. Dinməzcə məktubu açdı. Oğlunun xəttini tanıdı. Gözləri yaşardı. Ancaq Seyid Bikə görməsin deyə, tez sildi. Məktubu bağlayıb stolun üstünə qoydu.

-Niyə oxumadın, Fazil?

-Sonra oxuyaram. Əsası odur ki, sağ və salamatdır

****


VOLQANIN SAHİLİNDƏ

 

Volqanın sağ sahilindən əsən külək şaxtanı daha da gücləndirirdi. Uzaqda, dağılmış şəhərin xarabalıqlarında, hərdən bir atışma bərpa olurdu və atılan trasser güllələri havanı xırdaca işıq şırımlarıla cızırdı.

İndiyə qədər belə şaxta olmamışdı. Havanın hərarətini ölçən cihazlar da yox idi. Şaxtanın neçə dərəcə olduğunu bilmək mümkün deyildi. Bir də ki, səngərdə əsgərləri qorxudan havanın sərtliyi yox, almanların atdığı mərmilərin parlamasınındın ətrafa yayılan qəlpələr idi.

Dərin səngərlər əsgərləri yaxşı qorusa da, onun ağzında yerə düşən mərmilər çoxunu kontuziya edirdi. Ən qorxulusu da elə bu idi.

 Dekabr ayının sərtliyi şaxtaya vərdiş etmiş sovet əsgərlərinin xeyrinə idi. Almanlara şaxtanın vurduğu qədər zərəri onun qarşısında duran ordu hələ vurmamışdı. Yüzlərlə, minlərlə alman əsgəri donub səngərlərdə qalırdı. Çox vaxt döyüşsüz bu və digər səngər təslim olurdu. Almanların bu və digər batalyonunun, diviziyasının bir gecə səhərə qədər səngərdə qalması faciə ilə nəticələnirdi.

Rus şaxtası təcavüzkarları tarakan kimi qırırdı. Gecəni dayanmadan atışan alman səngəri səhərə yaxın susurdu. Səhərin ilk şəfəqlərilə  səngər sovet döyüşçüləri tərəfindən döyüşsüz tutulurdu. Ora şaxtadan donmuş  alman meyitlərlə dolu olurdu. Təbiət də sankı almanlara qarşı vuruşurdu.      

Səngərdə  şinelini başına çəkmiş  baş leytenant Əşrəf Cəfərli özünü isti nəfəsilə qızdırmağa çalışırdı… Bir-birinin ardınca ətrafında partlayan mərmilərin səsinə etinasızcasına baxır, əhəmiyyət belə vermirdi. Müharibənin ərzində başına o qədər belə mərmilər tökülmüşdü ki...

Bir şeyi həmişə öz-özünə təkrar edirdi: “Taleyimə nə yazılıbsa, o da olacaq! Allahın qismətidir!”

Belə dəhşətli anlarda insanlar Allaha daha yaxın olurlar.

 Kəşfiyyat batalyonunun komandirinin burnu rusların sözü ilə desək "barıt iyinə daha öyrəşmişdi". 

Qaranlıq çökdüyündən ətrafında olanları görünmürdü. Səngərlərarası gediş-gəliş kəsilmişdi. Hər iki tərəf dekabr ayının şaxtasından gizlənməyə isti yer axtarırdı. Hər tərəf ağ sükunət idi. Əsən külək isə insanın sümüyünə işləyirdi.

Metodik şəkildə almanlar tərəfindən atılan top atəşləri ağ qarı göyə qaldırır, bir-neçə an düşən mərmi tərəfdən göyə alov yüksəlir, ətrafı işıqlandırırdı. 

Şaxtanın və küləyin təsirindən alov bircə anın içində yoxa çıxır, qaranlıq və sükunət yenidən ətrafı bürüyürdü.

Bir ara keçdikdən sonra yenidən atılan mərminin səsi eşidilir. Eyni şey təkrar olunurdu. .

 Səngərlərdə bişmiş əsgərlər bilirdilər ki, almanların gecə vaxtı atdıqları metodik atəşlər, səhər hücuma keçəcəklərindən xəbər verirdi.

Stalinqrada Xarkovdan göndərilmiş Əşrəfin kəşfiyyat batalyonu rahatca dincəlirdi. Batalyonun əsgərləri səngərin  qızınmış zemlyankalarda bir-birinə söykənib istinin təsirindən mürgülüyürdülər. 

Əşrəf iki ilə qədər idi ki, odun-alovun içərisində idi, gözü hər şeyə öyrənmiş, daha qorxunun nə olduğunu bilmirdi.

Müharibə ona bir şeyi öyrətmişdi.

 -Qorxaqlıq fəlakətə aparır, ehtiyatlı olmaq isə həmişə lazımdır! - deyə həmişə əsgərlərinə tövsiyə edirdi.

Komandir zemlyankada sakitcə mürgüləyənləri seyr etdikcə onların necə yorğun olduğunu, yuxunun şirinliyindən həzz aldıqlarını duyurdu.

Müharibədə əsgəri əldən salan yuxusuzluqdur. Elə vaxt olub ki, dəstəsi həftələrlə yatmayıb, uzaq məsafəni piyada qət edib. Belə hallarda dəstəsi ayaqüstü yatırdı. Nə qədər gözübağlı əsgərlərinin addımlamasını görüb.  

Haradansa Əşrəf oxumuşdu ki, əgər insan bir neçə gün yatmasa ölər. Ancaq indi bunun yalan olmadığını inkar etməsə də, bir şeyi anlayırdı ki, gecə-gündüz yol gedən əsgərlər sıranın metodik addım səslərinə yuxulayır və maraqlısı burdur ki, gözü açıq, hərəkətdə ola-ola yatırdılar. Özü də buna öyrəşmişdi.

-Komandir, kəşfiyyata gedənlər qayıdıb, gəlsinlər? - deyə serjant Andreyev Əşrəfi fikirdən oyatdı.

-De, gəlsinlər.

Səngərdə ki, zemlyankaya daxil olan əsgərlər komandirin qarşısında farağat durdular. Onların üzündə yorğunluq yox idi. Qarşısında qarabuğdayı, hündür boylu enlikürək, iri gözlü əsgərin üzü gülürdü.  

-Əjdər, vəziyyət necədir? - deyə Əşrəf ondan azərbaycanca soruşdu.

Əjdər onun batalyonunda olan bir neçə azərbaycanlıdan biri idi. Müharibənin əvvəlindən birlikdə idilər. Burada tanış olub dostlaşmış, birlikdə bütün əzab və əziyyətləri bölüşdürmüşdülər.

Əjdər dağlı balası idi. Xızı kəndindən əsgərliyə çağırılmışdı. Kəşfiyyat rotasının komandiri idi…

-Qədeş, almanlar çay aşağı toplaşırlar. Deyəsən, sabah yenə də hücuma keçəcəklər, bu dəfə aşağı flanqdan. İki nəfər alman tutub gətirmişik. Onlar da bunu təkrar edirlər.

-Onları ştaba aparın, mən də gəlirəm!

Bu səngərdən başqa səngərə keçən Əşrəfin arxasınca bir neçə snayper gülləsi torpağı eşdi. Arxasına boylanıb Əjdərin üstünə qışqırdı:

-Yerə əyil!

Əjdər özünü ona yetirib, səngərin arxasına keçdi. Əşrəf rahat nəfəs aldı.

-Əjdər, sabah bura yenə cəhənnəmə çevriləcək. Almanlar, doğurdan da, yaxındadırlar və hücuma hazırlaşırlar.

-O biri batalyonun lap yüz metrliyindədirlər. Ancaq hələlik atmırlar.

-Qarşıdakı batalyonda vəziyyət necədir?

-Bizimkilərin qüvvəsi azdır. Bilmirlər ki, nə etsinlər? Silahları da tükənir. Kömək gəlməsə, çətin olacaq. Bəlkə geriyə çəkilsinlər...

-Hara? Arxada  Volqadır.

-Onlar sənə xəbər göndərdilər ki, kömək edəsən.

Əşrəf fikrə daldı.

-Əlbəttə kömək etməliyik. Bu haqda polkovnikə demək lazımdır.

Ştabın qarşısında Əşrəflə Əjdər  polkovnik Morozovnan üzləşdilər.

O, hündür qamətli, orta yaşlı bir insan idi. Hərbiçilərə xas olan gurultulu səsi vardı.

Səngərə atılmış iki əsgərini  diqqətlə  süzdü. Üzünü Əşrəfə tutdu:

-Görürəm yaxşı dincəlmisən. Sir-sifətindən yorğunluq duyulmur. Əsgərləriniz necə?

-Yaxşı əsgər komandirinə oxşayar! - deyə Əjdər cavab verdi.

Polkovnik onun hazırcavablığına gülümsündü. Ancaq  narahatçılıq keçirdiyi hiss olunurdu.

 -Sabah bizi, deyəsən, ağır döyüşlər gözləyir. Bu haqda  tutub gətirdiyiniz alman zabitləri də deyirlər. Hitlerin xüsusi tapşırığı var, nəyin bahasına olursa olsun Volqa alınmalıdırlar.

 Faşistləri bir addım da daha irəli qoymaq olmaz. Əsgərlərə bunu başa salmaq lazımdır.

-Bizim batalyon döyüş vəziyyətindədir. Ancaq qabaq sıralarda olanların, demək olar ki, hər şeyləri tükənmək üzrədir. Onların təchizatı gücləndirmək lazımdır. Yoxsa vəziyyətləri çox pis olacaq. Əlaqə məsələsi də çox pisdir. Onlarla telefon əlaqəmiz belə yoxdur -deyə baş leytenant Cəfərli məlumat verdi.    

-Səbrli olun! Hər şey olacaq.

-Oldu! -deyə Əşrəf zemlyankanı tərk etmək istədi. Polkovnik Morozov onu saxladı:

-Bir də, səngərlərə faşistlər belə bir kağız atıblar, deyirlər, azərbaycancadır. Yeni təxribatdır. Azərbaycanlı əsgərlərə deyin,  birini də götürməsinlər. Xüsusi şöbə kimdə o kağızı tapsa, bilirsiniz də onu nə gözləyir?

Əşrəf bu kağızların müharibədə azərbaycanlıların başlarına açdığı bəlalardan xəbərdar idi. Bu kağızlarda adətən Azərbaycan, Vətən haqqında gözəl bir şer, sonra isə Azərbaycanın “Mühacirət hökumətinin” bəyanatı verilirdi. Bəyanatda deyilirdi "Bu kağızı cibində saxlayan azərbaycanlı yaralansa və yaxud əsr düşsə, almanlar onlara dəyməyəcək və Azərbaycan legionuna göndərəcəklər ki, onlar vətəni Azərbaycanı kommunizm bəlasından qurtarsınlar."

Ana dilində yazılmış şerlərdən həzz alan vətəndən uzaq, nisgillik və hicran əzabı çəkən əsgərlər bu kağızların onların başına nə oyun aça biləcəyini düşünmədən,  ciblərinə qoyurdular.

Bir neçə saatdan sonra bu kağızları azərbaycanlıların cibində tapan xüsusi şöbənin zabitləri hamının gözü qarşısında onları güllələyirdilər. Bəli, güllələyirdilər. Vətən xaini elan edib güllələyirdilər.. 

Bu adnan minlərlə azərbaycanlını qətlə yetirən sovet zabitlərinin özbaşınalığına, deyilənə görə, Azərbaycan kommunist partiyasının birinci katibi Mir Cəfər Bağırov son qoymuşdu.

O, Stalinin razılığını almış və azərbaycanlılardan ibarət Taqanroq diviziyasını yaratmışdı. Bu diviziyanın uğurları haqqında Stalinqrad cəbhəsindəki bütün azərbaycanlı əsgərlər xəbərdar idi.

Əşrəfin dərin düşüncəyə daldığını görən polkovnik Morozov sükutu pozdu.

-Qayıdın batalyona. Sizə arxayınam. Möhkəm dayanmaq lazımdır. Bir də, ehtiyatlı olun!

Polkovnik Viktor Vladimiroviç Morozov Əşrəfin xətrini çox istəyirdi. Onu cəsur bir döyüşçü kimi tanıyırdı. Müharibəyə gələn gündən onlar bir yerdə idilər.

Əşrəf batalyona çatar-çatmaz yenicə əsgərliyə çağırılmış ikinci azərbaycanlı balası Yusif özünü zemlyankaya saldı.

-Komandir, bir şerə bax, gör necə gözəl yazılıb. Əhməd Cavadındır!- deyə bir parça kağızı Əşrəfə uzatdı.

Əşrəf kağızı ondan alan kimi "burjuykaya" atdı.

-Komandir, niyə belə edirsən?

-Zalımın oğlu, bir də bunları səndə görməyim. Bunlara əlin belə dəyməsin!

Əşrəf elə bunu demişdi ki, üç nəfər xüsüsi şöbənin zabiti zemlyankaya girdi. O yana bu yana boylandılar. Sanki kimi isə axtarırdılar.

-Faziliç, yerlilərin hanı?- deyə soruşdular.

-İkisi də buradadır. Nə baş verib ki?

-Onların ciblərin yoxlamalıyıq. Vərəqələr götürüblər, ya yox?

-Buna ehtiyac yoxdur. Çünki onlar bütün günü mənlə olublar. Bir də bizim səngərə bu cür kağızlar atılmayıb. Atılsaydı da bizimkilər götürməzdilər. Təxribat olduğunu çox yaxşı bilirlər.

 Polkovnik Morozov bizi hələ keçən həftə bu haqda  təlimatlandırıb, odur ki,  inanmıram ki, mənim əsgərlərim o kağızlara əl vursunlar. Budur ikisi də yanımdadır.

-Biz sizə inanırıq! - deyə onlar zemlyankanı tərk etdilər.

Əşrəf üzünü Yusifə tutdu:

-Cibində yenə var! Gördüm, rəngi-ruhun qaçıb. Qələt elə, belə şeyləri yerdən qaldırma! Bu kağızlar minlərlə azərbaycanlının başını yeyib. Neçə adamı bunun üstündə güllələyiblər. Allah, bunu yazanın  evini yıxsın!.

Yusif cibindəki kağızları çıxarıb peçə tulladı.

-Daha qalmadı? - O, sanki Yusifi bir də yoxlamaq istədi.

-Vallah, hamısıdır.

-Gedə bilərsən!-deyə Əşrəf səsin ucaltdı.

Bayıra çıxan Yusif bir də içəri girdi

-Komandir, çox sağ ol! Mənə indi çatdı. Axı sən məni xilas etdin.

- Dəyməz! Özündən muğayat ol, sabah ağır günümüz olacaq.

Almanlar səhər açılan kimi Əşrəfgilin səngərlərini top atəşinə tutdular. Partlayan  mərmilərin yağış kimi yağan qəlpələri əsgərləri başını qaldırmağa qoymurdu. Digər tərəfdən, minomyotlar da dinc durmurdu.

Ştabdan xəbər gəldi ki, yarım saatdan sonra almanlar top atəşini kəsəcəklər və hücuma keçəcəklər.

Almanların qarşısını alıb, əks hücuma keçmək lazımdır. Əşrəfin batalyonu hücumu dəf etmək əmri aldı.

Almanlar  adətlərinə sadiq qalaraq hücuma keçdilər.

Əşrəf belə döyüşlərdə çox görmüşdü. Odun-alovun  içində bişmişdi.

Gecə-gündüz ölümlə üzləşən, güllənin qabağına gedən Əşrəf bir arzula yaşayırdı - qalib gəlmək, sağ-salamat Bakıya qayıtmaq, xoşbəxt həyat qurmaq, bir də onu əhatə edən yoldaşlarını sağ-salamat görmək...

Atışma iyirmi dəqiqə idi ki, davam edirdi. Qarşı tərəfdən irəliləyiş hiss olunmurdu. Alman avtomatlarının səsi eşidilmirdi. Ancaq hərdən birdən snayperin gülləsi şaxta vurmuş qarlı torpağı eşirdi.

Atışma başlananda isə heç kim  başını səngərdən qaldıra bilmirdi. İrəli getmək isə mümkün deyildi. Qarşıdakı səngərdə olanların isə sursatı qurtarmaq üzrə idi.

Əşrəf  minomyot rotasına almanlar tərəfindən gur atılan atəş tərəfi nişanlayıb susdurmaq əmrini verdi. Bir-birinin ardınca almanların səngərlərində minalar partlamağa başladı.

Onun qərarının düzgün olduğu bir neçə dəqiqədən sonra özünü göstərdi. Almanların atəşləri demək olar ki, kəsildi. Bunu görən baş leytenant Cəfərli səngərin üstünə çıxdı, rusca:

-За Родину! За Сталина!- дейя иряли атылды.

Səngərdəki rota komandirləri onun ardınca “Ura!” deyərək əsgərlərilə birlikdə irəli tullandılar. Bir neçə dəqiqənin içində əvvəl öz səngərlərinə çatdılar və onları da qaldırıb düşmən səngərlərinə hücuma keçdilər. 

“Ura”dan güllə səsləri eşidilmirdi. Təkcə səngərlərdə partlayan qumbaraların gurultusu qarşıda döyüş getdiyindən xəbər verirdi.

Döyüşü binoklla izləyən Polkovnik Morozovun gözü Əşrəfdə idi. Ancaq o səngərin arxasına keçdikdən sonra, gözdən itdi.

- Связиста ко мне!-deyə polkovnik əmr verdi.

Bircə anın içində rabitəçi zabit onun qarşısında durdu.

-Установи связь с передовой, немедленно!

Rabitəçi zabit səngərdən bayıra atıldı, polkovniki isə yenə də qarşıda döyüşən dəstənin taleyi maraqlandırırdı. Alayının ən döyüşkən və elit hissəsi düşmənlə üzbəüzə idi.

Binoklun şüşələri tez-tez qarla örtüldüyündən Polkovnik Morozov şinelinin qolu ilə onu silir, ancaq baxdığı uzaq səngərdə axtardığı döyüşçünü tapmayıb, hirslənirdi:

-Ну, где же он? Почему не показывается? Даже со фланга не видно. Наши же заняли передовые окопы немцев? - deyə Polkovnik öz-özünə bərkdən danışırdı.

Birdən onun nəzərini bir-neçə dəqiqə bundan qabaq səngərdən çıxmış rabitəçi leytenantın iki əsgərlə rabitə barabanını darta-darta irəlilədiyi cəlb etdi. 

Onların necə rahatlıqla səngərləri keçdikləri  binoklundan yayınmadı, ancaq onlar da Əşrəfin itdiyi dərədə yoxa çıxdılar. Atəşin həmin dərədə kəsildiyini bayaqdan hiss edən polkovnik orada nə baş verdiyindən xəbərsiz olsa da, bir şey aydın idi: Dərədə daha döyüş getmirdi. Polkovnik üzünü yanıтdakı zabitə tutdu:

-Узнай, как там со связью?      

Zabit səngərdən çıxdı və çıxmağıla qayıtmağı bir oldu.

-Tоварищ, полковник, нет никакой связи!-deyə  məlumat verdi.

-Немедленно восстановите! Узнайте, как там Ашраф?

Polkovnikin fikri-zikri Əşrəfin batalyonunda qalmışdı. Daha doğrusu, komandiri Əşrəfin. Rabitənin olmamasına baxmayaraq, daxildən gələn intuitiv səs qarşıda hər şeyin yaxşı olduğunu deyirdi. “Səbrli olmaq lazımdır! Əşrafdən xəbər çıxacaq!”- düşünürdü.

Polkovnikin  intuisiyası onu aldatmadı. Bir dəstə alman əsgəri ağ bayraq qaldıraraq ssəngərə tərəf irəliləyirdi. Onların qabağında isə  Əşrəfin rota komandiri Əjdər əl eləyirdi ki, atəş açılmasınlar.

-Орлы! Мои орлы!-deyə Polkovnik Morozov üzünü ətrafdakılara çevirdi.-Немедленно представить к награде!

Polkovnik heç kimin adını çəkməsə də, sözün kimdən getdiyini zabitlər o saat başa düşdülər. Onlardan biri planşetini açdı və komandirin əmrini ora yazmağa başladı. Həmişə bu əmri eyni şablon-tekstlə yazdığından zabit bircə anın içində yazdığını komandirə oxudu.

-Хорошо! A почему нет связи?- polkovnik yenidən soruşdu.

-Tолько что сообщили, что американская техника подвела. Не работает.- deyə rabitə zabiti cavab verdi.

-Найдите нашу аппаратуру. Немедленно туда!

Polkonikin sözü ağzında qaldı. İçəri Əjdər daxil oldu.

-Товарищ командир, ваш приказ выполнен! Mы взяли вражские окопы и вошли в город, освободили несколько домов.- deyə Əjdər gülə-gülə məlumat verdi.

-По твоему виду вижу. С Ашрафом все в порядке?-polkovnik soruşdu.

-Все в порядке.

-Где он?

-Окопались в здании и пьют чай с американским шоколадом. Там у немцев целый ящик нашли.

Əjdər əlini cibinə saldı üç-dörd plitka şokоlad çıxartdı.

-Это Вам! Остальное от нашего батальона имени девушкам- связистам!

Polkovnik şokоladın rəngli örtüyünü oxudu, sonra onu ətrafındakı zabitlərə göstərdi:

-Эти американцы действительно торгаши: и нам, и немцам. Для них ничего святого нет! Лишь бы деньги дали.

  Sonra əlindəki şokоladın birini bir neçə hissəyə böldü,  zabitlərə uzatdı. Qalanların isə kiçik leytenanta verdi ki, rabitəçi qızlara çatdırsın.

-Теперь покажи, где вы находитесь?- deyə  Polkovnik Əjdəri döyüş xəritəsinin arxasına apardı.

Əjdər bircə anın içində karandaşla aldıqları səngərləri və harada yerləşdiklərini xəritəyə çəkdi və ayağa qalxdı:

-Мне надо идти! Разрешите? Ашраф там один!

-Подожди земляк! Попей со мною чаю!- Polkovnik Morozov  özünün də  Azərbaycandan olduğunu  onun yadına saldı.

-Товарищ командир, еще успеем!

-Mожете идти! –deyə Polkovnik Morozov onu saxlaya bilmədi. Binoklla səngərlərə qədər onu müşahidə etdi. Gözdən itdikdən sonra nə baş verdiyindən xəbərdar ola bilmədi.

Dərənin içində partlayan minomyot gülləsi Əjdəri qaldırıb yerə vurdu.

***

Dostunun  gəlmədiyindən nigarançılıq Əşrəfi sakit oturmağa qoymurdu. İki nəfər kəşfiyyatçını geriyə göndərdi ki, gedib öyrənsinlər, o harada qaldı. Ürəyinə min fikir gəlirdi.

 Çox çəkmədi ki, əsgərləri  geriyə döndülər. Ona  xəbər verdilər ki, Əjdər ağır yaralanıb, onlardan otuz-qırx metr aralı səngərdədir. Əşrəfi görmək istəyir.

Elə bir onun başına qaynar su tökdülər. Qulaqlarına inanmadı. Nə edəcəyini bilmirdi. Kəşfiyyatçılar komandirin halının dəyişdiyini o saat hiss etdilər.

-Товарищ командир, пойдемте, покажем! Oн Вас ждет!

 Əşrəf dinməzcə onların arxasınca getdi.

Almanlar daha boş olan səngərlərini atəşə tutduqlarından, sürünə-sürünə sökülmüş divarın arxasına keçdilər. Şəfqət  bacısının onlara əl etdiyi  gördülər. Əşrəf anladı ki, Əjdər ordadır.

Şəfqət bacısı onun çiynini divara söykəmiş, qarnından axan qanı saxlamaq istəyirdi. Ağrıdan və halsızlıqdan Əjdərin gözləri yumulurdu.  Əşrəfin ayaq səsi sanki onu oyatdı:

-Qədeş, gəldin? Ölürəm.

-Əjdər, özünü ələ al! Hər şey yaxşı olacaq!

-Yox, mən axırımı hiss edirəm. Ancaq narahat getmək istəmirəm. Ümidim  sənədir...

Xızıda qoca  xəstə atam bir də iki yaşlı qızım qalıb. Bu gün mənə məktub verdilər. Məktubu cibimdən götür! Yazırlar ki, arvadım ölüb. Atama və balama isə baxan yoxdur... Qərdeş, onları sənə tapşırıram,  halal et...

Bir anın içində Əjdər keçindi. Əşrəf yerindəcə donub qalmışdı. Nə baş verdiyini anlamaq istəmirdi. Gözlərinin yaşardığını hiss etdi.

Əjdərin yerdən başını qaldırıb dizinin üstünə qoydu və əlilə onun gözlərini bağladı, sonra dediyi məktubu cibindən çıxartdı, öz döş cibinə qoydu.

***

Atəşin kəsilməsindən istifadə edərək Əşrəf,  Yusif və bir neçə əsgər Əjdərin cəsədini Volqanın yaxınlığındakı təpəliyə apardılar. Qəbir qazıdılar və basdırdılar.

Qəbir itməsin deyə qalın baş daşının üstünə dəmir lövhə vurdular və Əjədərin adını, familiyasını atasının adını, doğulduğu yerin adını yazdılar. Yusif cibindən balaca Quran çıxartdı. "Yasin" surəsini oxudu. "Fatihə" çəkib batalyona qayıtdılar. 

Səngərə qayıdan Əşrəfin dərddən ürəyi partlayırdı. Nə qədər çalışırdısa, özünü sakit edə bilmirdi. Birdən yadına məktub düşdü.

Məktubun üzərində Əjdərin qurumuş qanının izini gördü. Əşrəfin əlləri titrədi. Məktubu açmağa gücü çatmadı. Başı fırlandı. Təzədən məktubu  döş cibinə qoydu.

-İndi bunun oxumağın, heç bir əhəmiyyəti yoxdur. Allah can sağlığı versin! Verdiyim sözə əməl edə bilim. Yaradan o imkanı yaradan kimi məktubun üstündəki adresi oxuyacağam.

 

***

1944-cü ilin qışında Karpat dağlarında kəşfiyyat batalyonunun komandiri kapitan Əşrəf Cəfərli mərmi qəlpəsindən ayağından yaralandı. Qəlpə onun dabanının sümüyünü siyirib aparmışdı.

Aldığı bu yaradan sonra onun cəbhə macəraları qurtardı. hospitalın hərbi komissiyası Əşrəfi "komisovat" etdi və yarası sağalan kimi Vətənə qayıtmasına icazə verdi.

Hərbi komissiyanın qərarından sonra Əşrəf hələ iki həftə hospitalda qalmalı oldu. Hələ dabanını yerə basa bilmirdi.

Əşrəfi müalicə edən həkim evə necə tələsdiyini hiss etmişdi. İkinci həftənin axırında dabanını yerə basa bildiyini görən həkim, özüylə bir əsa da gətirdi, onun üçün  düzəltdirmişdi:

-Tam sağalana qədər bununla gəz! Dabana güc düşməsin. Sümüklərini bir-birinə güclə bitişdirmişəm. Çox gəzmək olmaz! Gərək dözəsən.- deyə həkim ona sonuncu göstərişlərini verdi.

***

Qərbi Ukraynadan Cənuba gedən qatarın pəncərəsindən dağıdılmış kəndləri, şəhərləri seyr edən Əşrəf birinci dəfə idi ki, müharibənin gətirdiyi faciənin miqyasını öz gözü ilə görürdü.

-Görəsən, Bakıya bomba atıblar?-deyə düşünürdü.-Ola bilməz? Deyirlər, Bakını yaman qoruyurlar.

Birdən Əjədər gözünün qarşısına gəldi. Yadına onun vəsiyyəti düşdü. Əlini döş cibinə saldı, iki ildən artıq təbərrük kimi ürəyinin üstündə daşıdığı məktubu çıxartdı. Etdiyi əhdə sadiq qalaraq oxumaq istədi. Üzündəki təbəssüm bircə anın içində yoxa çıxdı.

Birinci dəfə ünvana baxdı."Azərbaycan, Bakı, Xızı kəndi. Cəbrayılvov Hüseyn". Hüseyn kişi Əjdərin atası idi. Məktubun içinə baxmadı.

"Özgənin məktubunu oxumazlar" - anasının uşaqlıqda dediyi sözləri yadına düşdü. Ürəyində bir neçə dəfə ünvanı təkrar etdi. Beynində plan cızdı: Bakıya gələn kimi Xızıya gedəcək, Hüseyn  kişiyə və Əjdərin balasına baş çəkəcək.   

 

***

 


QAYIDIŞ

 

Aprel ayının  ortalarıydı. Bakı vağzalına çatan qatarın parovozu yerində dayansa da fısıldayırdı. Bacasından çıxan qara tüstüdən yağan qara dudanı təkərlərin altından püskürən ağ buxar qovurdu Vağzala xas olan qarşılama mərasimi gözə çarpmırdı. Gələnlərin sayı çox az idi: əsasən hərbiçilər, bir də müharibədə yaralanmışlar idi.

Qarşılayanların arasında demək olar ki, birinin də qohumu və yaxud tanışı yox idi. Hərbi vəziyyətə uyğun olaraq vağzal öz həyatını yaşayırdı.

Qatardan düşmüş hərbiçilər patrulun müşahidəsi ilə vağzalın gözləmə otağına keçir, sənədləri yoxlanıldıqdan sonra şəhərə çıxmağa icazə alırdılar.

Əşrəfin əli əsalı olmasına baxmayaraq, eyni proseduranı da keçməli oldu. Başqalardan fərqli olaraq yaralılığını görüb, onu tez yola saldılar. 

Vağzalın qarşısındakı tramvay dayanacağına qədər yol çox da uzaq deyildi, ancaq ayaqlarında ağırlıq hiss etdi.

 11-ci marşrutun dayanacağında tramvaya minmək istəyənlərin sayı həddindən artıq idi, hamı dayanacağa yan almış tramvaya soxulmağa çalışırdı.

Tramvaya yanaşan Əşrəf anladı ki, bura minmək qeyri-mümkün olacaq. Dayanıb gözləmək istədi.

 Birdən tramvayın qapısının ağzında duranlar geri çəkildilər və yaralı əsgərə kömək edib tramvaya mindirdilər, sonra isə özləri yenə də basa-bas saldılar.  

Tramvay onu tanış küçələrlə “Dağlıq məhəlləsinə” aparırdı. Bakının yuxarı məhəlləsinə. Tramvayın sonuncu dayanacağı “Dağlıq məhəllənin”  "kruqun"da idi.

“Dağlıq  məhəlləsinin” “kruquna” necə çatdığını  hiss etmədi. Konduktor qız sonuncu  “ostanovka” olduğunu ona dedikdə, elə bil gözlərinə inanmadı.

Ayağından əziyyət çəkdiyini görən konduktor qız  qoluna girdi və tramvaydan düşməsinə kömək etdi.

Bircə anın içində məhəllə cavanları onu əhatəyə aldılar. Elə bil hamı onun gələcəyini gözləyirdi.

Əsasına güclə söykənən Əşrəfin üzündəki ağrını məhəllə uşaqları o saat hiss etdilər.

-Deyəsən, ayağın ağrıyır? -deyə kimsə soruşdu.

-Dabanımdan yaralanmışam, azca incidir.

           Asta-asta yuxarı küçələrə qalxmağa başladılar. Onun arxasınca gələn məhəllə uşaqlarından ikisi qolunun arasına girdilər ki, o rahatlıqla yeriyə bilsin.

Onu bir dəstə cavan müşayiət edirdi. Əşrəfgilin  evi isə tramvay kruqundan çox aralı, 4-cü xrebtovuda olsa da,  hamı onları tanıyırdı.

Dağlı Möhüb kişinin evinin yanıdan keçəndə Əşrəf yorğunluq hiss etdi. Qonşu balası İbiş qaçıb haradansa bir taburetka gətirdi. Möhüb kişi küçəyə çıxdı, yaxınlaşıb üzündən öpdü:

-Bala, həmişə evində, eşiyində. Mənikindən nə xəbər? - deyə soruşdu.

-Möhüb dayı, mən onunla Xarkovda ayrılmışam. Allah saxlasın, igid baladır.  Onu Ukrayna cəbhəsinə göndərdilər.

-Çoxdandır ondan xəbərsizik!

-Allah qoysa, qayıdıb gələr!-deyə Əşrəf narahat atanı sakitləşdirməyə çalışdı.

Əşrəfin müharibədən dönməsi xəbəri bir anda ətraf evlərə yayıldı. Övladlarını əsgərliyə göndərmiş atalar-analar küçəyə tökülüşüb, Əşrəfin başına yığışırdılar. O zamanlar əsgərlərin sağ-salamat evə qayıtması nadir hal idi.

Həyətin qadınları da Əşrəfi əhatəyə aldılar.

-Bala, al bunu iç, yoldan gəlmisən!- deyə Sürayyə xala, Möhübün arvadı, əlindəki çayla dolu tilli stəkanı Əşrəfə uzatdı. -Bu saat qaçıb Seyid Bikədən muştuluq alacağam!

-Sürayyə, sən get, qonşun Səriyyədən muştuluq al, qızının baxtı açılıb, nişanlısı qayıdıb. Bikə xalagilə bizim uşaqlar çoxdan qaçıblar. - deyə qadınlardan biri dilləndi

                                        ***

Aşağı məhəllənin uşaqlarından biri ləhliyə-ləhliyə özünü həyətə saldı:

-Bikə xala, muştuluğumu ver! Əşrəf qədeş qayıdıb!-dedi.

 Ana üçün oğulun müharibədən qayıtma xəbərindən əziz nə ola bilərdi. Xəbəri eşidən kimi Seyid Bikənin ürəyi getdi. Hay-küyə qonşular yığışdılar. Ananı qaldırıb eyvana apardılar. Kimi nənə cövhər, kimi isə gülab gətirdi, əl-ayağını ovuşdurmağa başladılar. Onu özünə gətirdilər. Seyid Bikənin ikinci oğlu, Əyyub anasının alnından öpdü:

-Ay na, nə özündən gedirsən?  Əşrəf ki qayıdıb, sağdır!?

Anaya elə bil güc gəldi. Qadın yerindən dikəldi:

-Hanı mənim balam?  Haradadır?

 -Ana, indi gələr, "Dağlıq məhəlləsinin" uşaqlarının arasındadır. Sürayyə xalagilin evinin qabağında çay içir. Dur, uşaqların muştuluğunu ver!- deyə Əyyub anasının qalxmasına kömək etdi.

Sanki heç-nə olmamış kimi Seyid Bikə qubarlara xas olan ağayanalıqla yataq otağına keçdi. Sandığının ağzını açdı. Basqalda ipəkdən toxunmuş Bakıda dəbdə olan "Bəy yaylıqlarından" bir dəstə əlinə alıb həyətə çıxdı və paylamağa başladı. Hamıya çatdığını görüb, əlində qalanlarını qonşulara paylamağa başladı.

            Həyətə 19-20 yaşılı, incə sifətli, bəstəboy, saçı topuğa qədər hörülmüş  bir qız və 14-15 yaşlı gözəl bir oğlan uşağıyla həyətə girdilər.

            Oğlan Seyid Bikənin üçüncü oğlu, Əlisəttar, qız isə Əşrəfin nişanlısı Raziyə idi. Onları görən Seyid Bikənin sevinci birə-beş artdı.

-Qızım, gözün aydın, adaxlın qayıdıb! - deyə keçib Raziyənin üzündən öpdü.

Bu xəbərdən Raziyə də doluxdu. Seyid Bikənin dediyini zarafat sandı.

-Bəs hanı? - deyə Raziyə şübhəynən  soruşdu, ancaq bu xəbərdən sevindiyini büruzə vermədi.

-İndi gəlib çıxar! - deyə Seyid Bikə hamını həyətin ortasında olan dəstərxana dəvət etdi.

-Qızlar, samovarı qaynadın, bu gün bizdə bayramdır. Oğlum gəlib. Sağ əlim başınıza. Əlisəttar, nə baxırsan? Tez  ol, atanı tap. Denən, məxluq bizdədir.

-Bu dəqiqə, əvvəl gedim Əşrəfi tapım görüşüm sonra.

-Sonra görüşərsən, mənim balam! Atanı tap gətir.

 Əlisəttar “Baş üstə!” deyib həyəti tərk etdi. Küçəyə çıxdı bir an dayandı, atasının harada ola biləcəyini düşündü və təxminən müəyyən etdiyi səmtə götürüldü.

Məşədi Fazil yenə də  Bakıya məzuniyyətə gəlmişdi.

Lenin adına toxuculuq kombinatından Səmərqəndə xammal aparmalı idi.

1927-ci ildə Məribə sürgün edilmiş, ailəsindən uzaq düşmüş, müharibəyə qədər Bakıya xəlvəti gələn Məşədi Fazil  indi evə  "Staxanovçu" kimi dönürdü. Bakıya gələn kimi ilk növbədə dostlarını və tanışlarını axtarıb tapdı.

O,"İçəri şəhərdə" müsadirə edilmiş ata-baba mülklərinin yaxınlığında yaşayan uşaqlıq dostu və qonşusu Mirzə Səftərlə onların həyətində söyüd ağacının altında oturub  söhbət edirdi. Əli ilə əvvəllər yaşadığı evləri dostuna göstərib deyirdi:

-Mirzə, o evə bax!  Bir vaxt var idi bu həyətdən yeddi qardaş çıxardıq. İndi hamımız ələk-vələk qalmışıq. Kimimiz Tiflisdə, kimi Basqalda, kimi Aşqabadda, kimi Allah bilir harada? Evimizi də görürsən, itə-qurda paylayıblar. Dağılır.

 Öz halal zəhmətimizlə tikdirdiyimiz mülkdür. Eybi yoxdur, bir zaman nəvələrim yiyə çıxacaqlar.

-Sən inanırsan ki, hər şey dəyişəcək.

-Niyə ki, o günü də görəcəyik.

            Səs-küylə həyətə girən Əlisəttar atasına tərəf qaçdı:

-Dədə, muştuluğumu ver, Əşrəf qayıdıb. Evə dönməliyik.

-A bala muştuluğun məndə! - deyə Mirzə Səftər onları saxladı, evə keçdi. Əlində ki, “Krasnaya Moskva” sabununu ilə qayıtdı, Əlisəttara uzatdı:

-Al, bala, Bu gün sabah Əşrəfin  toyu olacaq. Qardaşının xonçasına qoyarsan.

-Çox sağ ol Mirzə, o gün olsun sənin balan da sağ-salamat qayıtsın! -deyə Məşədi Fazil dostu ilə vidalaşdı. -Axşam bacımla bizdəsən!

Əşrəf isə hələ “Dağlığ məhəlləsində ” onu əhatəyə almış adamların özündən asılı olmayaraq təskinlik verirdi. Hamını arxayın edirdi ki, tezliklə müharibə qurtaracaq, hamı evinə dönəcəkdir.

            Möhüb kişi Əşrəfin yorulduğunu hiss etdi:

-Ay camaat, icazə verin, balamız evinə getsin, O gün olsun, sizinkilər dönsünlər.

-Amin! - dəyə hər tərəfdən səslər eşidildi.

Əşrəf ayağa qalxdı. Qarşısında Əlisəttarı gördü. Qardaşı onun boynuna sarıldı. Ayağında ağrı hiss etsə də, dözdü. Sonra əsanı ona verdi. Əlini onun çiyninə qoydu və ona arxalanaraq evlərinə tərəf yollandılar. "Dağlıq məhəlləsinin" gəncləri  onları evlərinə qədər  müşayiət  etdilər.

***

 


XAÇMAZDA İCLAS

 

Həmin gün Dadaş xan Xaçmazdan Bakıya təzəcə dönmüşdü. Həyətdə gözünə  uşaqlardan heç kim  dəymədi. Arvadı Səriyə də evdə yox idi. Ətrafa boylandı. Həmxanalardan da biri görünmədi. Məhəllədə nə isə baş verdiyini düşündü. Adətən belə hallarda həyətdə adam az olurdu.

Dadaş xan çox ağır təbiətli bir insan idi. Bakı həmşərilərinin ağsaqqalı olan bu boylu-buxunlu kişinin gəlişini hiss edən həyətin sakinləri bir qayda olaraq səs-küylərini kəsirdilər.

"Harada olsalar, indi gələrlər" - deyə düşündü və eyvandakı stolun arxasına keçdi. Qollarıyla stola dirsəklənərək iki əlilə başını tutub dərin xəyala daldı.

Şeyx Xiyabanını hərəkatının aktiv iştirakçısı  Ərdəbil  zadəganı Dadaş xan son həftə baş verən hadisələri özlüyündə götür-qoy edirdi.

O, indi Xaçmazda çörək zavodunun direktoru idi. Hamı onu çörək verən, ağsaqqal bir insan kimi tanıyırdı.

Onun Xaçmaza göndərilməsi maraqlı əhvalatdır.   Böyük qardaşı Hacı Kamal xan  oğlu Alması 30-cu illərdə Bakıya göndərmiş. Parapet bağındakı Pasajda onuncun dükan açmış, İrandan gəmi ilə mal göndərərək ikitərəfli ticarət əlaqələri yaratmışdı.

Almas Dadaşgilin həyətində yaşayırdı. Tezliklə onun böyük qızı Sidiqəyə Aşıq olmuş və atasına məktub yazaraq, əmisi qızına nişanlanmaq istədiyini bildirmişdi.

 Oğlunun bu fərasətindən sevinən ata  kiçik qardaşına bir məktub göndərmiş və bu sözləri "Dadaş, sənin qızını oğluma ad etdim!" - yazmışdı.

Məktubu alan gününün səhəri Dadaş xan bir kəlmə də nə qızı, nə də arvadı ilə məsləhətləşmədən qohum-əqrəbanı yığdı və elan elədi:

-Qızım Sidiqə, mən səni qardaşım oğlu Almasa nişanlayıram.

Sidiqə dədəsinin qorxusundan çınqırığını belə çıxartmasa da, ürəyində sevinirdi, çünki o, məhəllənin ən qəşəng və ağıllı oğlanına nişanlanırdı.

Almas əmisi kimi boylu-buxunlu,  qürurlu bir insan idi. Sidiqəyə nişanlananda 1935-cı il idi. Üç il idi ki Bakıya gəlmişdi. Onun 19, Sidiqənin isə 15 yaşı vardı.

İran şahı Hitlerlə sazişə girən kimi Bakıdakı iranlıları İrana köçürtməyə başladılar. Ümumiyyətlə, 36-37-cı illərdə on minlərlə iranlı-azərbaycanlılar İrana köçürüldülər.

Almas da onların arasında idi. Sidiqə isə Bakıda qaldı.Hələ toyları olmamışdı.

            Almas İrana gedəndən sonra  Dadaş xan böyük qardaşından yenə məktub aldı. Məktubda deyilirdi: " Gəlinimizi İrana göndər! ".

            Böyük sözü qanun olan ailədə Dadaş xan  qardaşının sözündən çıxa bilməzdi. Odur ki, qızını, onun üçün hazırladığı cehizi gəmiyə yüklətdirib Ənzəliyə yola saldı.

            Bolşevikin bu hərəkəti, əlbəttə ki, gizli qalmadı. Bir də ki, Dadaş xan balaca adam deyildi - vəzifəli şəxs idi..

Dadaş xanın məsələsinə Bakı Şəhəri Partiya komitəsində baxılanda Mir Cəfər Bağırov özü gəldi.

Dadaş xan ağzına su alıb susmuşdu. Onu daha nədə günahlandırmırdılar. Bolşeviklər qızını İrana göndərməsini  vətənə xəyanət kimi qəbul edirdilər, NKVD və partiyadan uzaqlaşdırması  tələbini qoyurdular.

İşin belə şəkil aldığını görən Mir Cəfər Bağırov ayağa qalxdı:

-Dadaş xan sədaqətli bolşevikdir. Səhvə yol verib. Yoldaşları ilə məsləhətləşməyib. Buna görə günahkardır. Ancaq digər tərəfdən, qızını ərə verməyi günah saymaq olmaz. Bir-birini sevən iki gənci birləşdirib. Yenə də bizimlə məsləhətləşmədən. Axı biz yoldaşıq !?

Sidiqəni mən yaxşı tanıyıram, Sovet qızıdır. İranda öz adamımızın olması pis deyil!

Mir Cəfər Bağırovun çıxışı hissləri yatırtsa da, Dadaş xanı NKVD-dən uzaqlaşdırdılar. 

Ümumiyyətlə bu illərdə  xaricdə qohumu olanları məsuliyyətli işlərdən uzaqlaşdırırdılar. Dadaş xanı  partiyada saxlasalar da ciddi töhmət verdilər.

O, bu iclasdan sonra işsiz qalmışdı. İş üçün bir təşkilata belə müraciət etməmişdi. Bilirdi ki, əvvəl-axır Mir Cəfər özü onu çağıracaq. Buna o, əmin idi. Odur ki, sakitcə oturub heç-nə etmirdi.

Bir müddət keçdikdən sonra onu yenidən Mərkəzi komitəyə çağırdılar. Onu gülər üzlə qarşılayan Mir Cəfər ona əl uzatdı:

            -Dadaş xan, sən elə bilirsən ki, rahat nəfəs alacaqsan. Bolşevik hara, işsizlik hara? Keç, əyləş! Sənə iş tapşırmaq istəyirik. Özü də otvetostvennı uçastokda. Qoy, yoldaşlar gəlsinlər.

Bir-birinin ardınca içəri girən Seka işçiləri stolun arxasına keçdilər. Hamı dinməzcə “Birincinin” nə deyəcəyini gözləyirdi.

-Xaçmas çörək zavoduna bolşevik Dadaş xan Dadaşovu təklif edirəm. Xahiş edirəm, fikrinizi bildirəsiniz.

-Yoldaş Bağırov, Dadaş xan Dadaşovun partiya töhməti var!- deyə təşkilat şöbəsinin müdirü öz fikrini bildirdi.

-Yoldaş Dadaşova verilmiş töhmətin götürələcəyi haqda Bakı komitəsi bizi xəbərdarlıq edib. Zannimcə, gələn iclasında bu işə baxılacaq.

İndi isə bizə, Xaçmas Çörək zavodunun direktoru vəzifəsinə əqidəli bolşeviki və təşkilatçılığı bacaran kadrı təyin etməyimiz vacibdir. Çünki o zavodun işi bizi razı salmır. Orada ciddi dəyişikliklər etmək lazımdır. Biz bilməliyik,  yoldaş Dadaşov bu otvetstveni zadaçanı yerinə-yetirə bilər ya yox?

 Kim yoldaş Dadaşovun Xaçmaz çörək zavodunun direktoru vəzifəsinə təyin olunmasını istəyir, əlini qaldırsın!

Stolun arxasında oturanların hamısı əlini qaldırdı.

-Sizi təbrik edirəm, yoldaş Dadaşov. Təşkilat şöbəsi, xahiş edirəm, yoldaş Dadaşovu instruktaj edəsiniz. Gedə bilərsiniz!

Təşkilat şöbəsində təlimatlandırılan Dadaş xan ağır yükün aldına girdiyini anladı. Əvvəl istədi ki, Mir Cəfərin yanına girsin, ancaq sonra fikirindən döndü. Başqalarından fərqli olaraq Dadaş xan Mir Cəfərdən qorxmurdu. Onların bir-birinə böyük hörmətləri vardı.

"Deməli belə lazımdır!" düşünən Dadaş xan, keçmişləri bir də xatırladı. "Bundan ağır yüklərin altına girmişik!" - deyə Sekanı tərk etdi.

 

***

Baharın əvvəli idi. Xaçmaz yazın bütün gözəlliklərini özündə əks etdirirdi. Ağaclar ağ, narıncı və qırmızı çiçəklərə bürünmüşdü. Uzaqda, dağların başında hələ qar vardı. Oradan gələn mehin sərinliyi insanı dağlara baxmağa vadar edirdi. Sanki bu şəhərin üstündə baharla qış toqquşurdu.

Xaçmaza ilk dəfədən məftun olan Dadaş xan: " Hayıf deyil, burada qalmayasan! Bura ki, cənnətdir. - deyə düşündü. Bir də dağlar ona yurdunu - Savalanı, şəhər isə Ərdəbili xatırladırdı.

Qətiyyətli və təmkinliyi ilə qısa müddət ərzində Çörək zavodunun kollektivini ələ alan Dadaş xan, orada fəhlələrin işləməsi üçün gözəl şərait yaratmış, bişirdikləri çörəyin keyfiyyəti ilə ciddi məşğul olmuşdu.

O dövrdə Xaçmazda hamı çörəyi evində bişirirdi. Zavod çörəyini dükandan almırdılar. Çörəyin satılmamağı zavoda böyük maddi zərər vururdu. Ev çörəyinin keyfiyyətini heç-nə vermirdi.

İlk  növbədə elə çörək bişirmək lazım idi ki, Xaçmazın təndir çörəyindən dadlı, keyfiyyətli və ucuz olsun. Ancaq belə olduqda, camaat çörək üçün dükana gedə bilərdi. 

Dadaş xan anlayırdı ki, zavodda bişən çörəyin keyfiyyəti camaatın bişirdiyi çörəyin keyfiyyətindən artıq olmalıdır. Buna görə bütün texnologiyanı dəyişdirmək lazım idi.

O, zavoda Bakıdan Hatəm adlı bir texnoloq gətirmişdi. Onu Kiyevə ezamiyyətə göndərdi ki, Ukraynanın kalaçının bişirmə texnologiyasını öyrənsin və qayıtsın.

İki həftədən sonra Hatəm Xaçmaza döndü. Onun qaydışı ilə əlaqədar Dadaş xan iclas çağırdı.

-Bala, danış görək nə gördün, nə götürdün və nə təklif edirsən? 15 gün səni Kiyevə boş-boşuna göndərməmişik ki.  Kollektivlə öz fikirlərini bölüşdür. - deyə Dadaş xan, Hatəmə söz verdi.

Bu sözlərdən ürəklənən Hatəm irəli çıxdı və bayaqdan bəri qoltuğunun arasında tutduğu çertyojları divardan asmağa başladı:

-Bu əyani vəsaitdir. Öz gözünüzlə görsəniz, məni tez başa düşərsiniz. Bunları ukraynalı qardaşlar verdilər. Biz də onlar kimi işləyə bilərik. Vaxtıykən onların da vəziyyəti bizimki kimi olub, çörəklərini almırdılar.  İndi hamı kalaclarından danışır...

O cür çörək bişirmək üçün bizdə lazım olan bütün avadanlıq var, ancaq bu avadanlıqları öz təyinatı üzrə işlətmirik. Bu şəkillərdə onlardan necə istifadə etmək lazımdır, göstərilib. Texnologiyaları çox asan və səmərəlidir.

Yoldaş Dadaşov, iki gün bizim gənclərə icazə verin, bu texnologiya ilə tanış olsunlar və sonra yeni çörək növünə keçə bilərik.

-Gənclər, söz sizindir! - deyə direktor onlara müraciət etdi

Komsomol komitəsinin katibi Faiq ayağa qalxdı:

-Biz dünən axşamdan bu çertojlarla və şəkillərlə tanış olmuşuq. Bunları həyata keçirtmək çox asandır. Sadəcə olaraq, bir neçə gün hazırlaşmalıyıq.

-Bu mənim də ürəyimcədir. Gənclərimiz düşünməyi öyrənib. Tələm-tələsik heç nə etmək olmaz! Dövlət çörəyini sizə həvalə edib. Siz Sovet dövləti üçün çörək bişirirsiz. Bu çörəyin keyfiyyətinə söz olmamalıdır.

Bir də ki, texnologiyanı dəyişdirmək məsuliyyətli işdir. Mən də yoldaşlarla məsləhətləşməliyəm, görək raykomda nə deyirlər. Bütün bunlara baxmayaraq, sizin təkliflərlə razıyam və sizi müdafiə edəcəyəm. - deyə Dadaş xan sözünü qurtardı.

Bu sözlərdən ruhlanan zaldakı gənclər al çalmağa başladılar

İclasdan sonra texniki heyəti otağında qəbul edən Dadaş xan bir daha Hatəmin məntiqli çıxışına qulaq asdı. Bir daha çertojları nəzərdən keçirtdi. "Doğurdan da, belə çörək bişirilsə, əhalinin alıcılıq qabiliyyəti artacaq!" - düşündü.

-Balalarım, elə bu gündən işə başlaya bilərsiniz!

            Yeni texnologiyanı həyata keçirtmək o qədər də asan olmadı. İclasdan sonra raykoma gedən Dadaş xan işin mahiyyətini  rəhbərliyə anlatdısa da, onu başa düşən olmadı.

-Bilirsiz, buranın adı şəhərdir, əslində kənd kimi yerdir, burada heç kim Ukrayna çörəyini almayacaq! - deyə raykom, narazılığını bildirdi.

-Mən məsuliyyəti öz üzərimə götürməyə hazıram. Bakıda olanda da yoldaşlar demişdilər, burada dəyişikliklər etməliyik! Məni buraya köhnə qaydada işləmək üçün  göndərməyiblər.

Dadaş xan heç nəyə fikir vermədən zavoda islahatlar apardı, yeni maşınlar aldı və işə saldı. Nəticə isə göz qabağında idi.

O. bura  gələn gündən məsləhətinə hamı gəlirdi.

Raykom da ona qarşı qısqanclıq yaranmışdı. Köhnə bolşevikin zavod direktoru vəzifəsinə təyin olunması raykomu qıcıqlandırırdı. Ona elə gəlirdi ki, əgər Dadaş xan Sekanın tapşırığını yerinə yetirsə, onu işdən çıxardıb Dadaş xanı yerinə qoyacaqlar. Raykom Dadaş xanın qətiyyətliyini görüb sussa da, daxilində başına  bəla olacağını düşündü.

                             ***

Cavanlar möcüzə etmişdilər. Yeni  çörək növü hələ bişirilməmişdi, amma bütün rayon bu çörəkdən danışırdı. Çörəyin keyfiyyəti, ucuzluğu haqqında  söz-söhbət hər tərəfə yayılmışdı. Hamı çörəyin bişiriləcəyi günü gözləyirdi. Balaca rayon miqyasında bu böyük hadisə idi.

İlk çörək arabası mağazaya çörəyi boşaldıb qayıtmışdı ki, xəbər gəldi ki bütün çörəklər satılıb. Bir-birinin ardınca çörəyi dükanlara aparan arabaçılar qayıdıb daşımaq üçün növbə gözləyirdilər.

Günorta Hatəmin dəstəsi işini qurtarıb sexdən bayıra çıxdı. Hamı onları təbrik edirdi.

Hatəm üzünü həyətə yığışmış yoldaşlarına  tutdu:

 -Bu günün planının yerinə yetirmişik. Planı artırmaq lazımdır. Görək, yoldaş Dadaşov nə deyir? Sexdə bişirilməmiş un qalmayıb.

Dadaş xan gəncləri qələbə ilə təbrik etdikdən sonra, anbardara dedi:

-Nə qədər tələbat var, nə qədər lazımdır, un ver! Zavodun tamlığı ilə işləmək qabiliyyətini müəyyən edək. Bilin ki, bizim müəssisə strateji əhəmiyyətli müəssisədir.

Yeni texnologiyaya keçdikdən sonra zavodun işi çox yaxşı gedirdi, bütün göstəricilərə riayət edərək, dövlətə fayda verməyə başlamışdı, onun rentabelliyi artmışdı.

Odur ki, Dadaş xanın heç ağlına belə gəlməzdi ki, işini yoxlamağa gəlsinlər.

Komissiya, daha doğrusu partkomissiya, Bakıdan gəlmişdi. Raykomun Sekaya göndərdiyi hesabatda Xaçmaz çörək zavodunun  direktorunun özbaşınalığından, plan və göstəricilərin dəyişməsindən, planın yerinə yetiməməsindən söz açılırdı.

Komissiyanın sədri Alxasovun ilk sualı da bununla əlaqədar idi:

-Yoldaş Dadaşov, nə üçün sizə qədər 20 min ədəd çörək bişirilirdi, indi cəmi 15 min bişirilir? Belə çıxır ki, zavod dövlətin qoyduğu planı yerinə yetirmir?! Siz bütün işi pozmusunuz?

-Yoldaş Alxasov, bizim zavodun buraxdığı çörəyin çəkisi, o dövrdə buraxılan çörəyin çəkisindən iki dəfə ağırdır, işlədilən un bir tam onda beş dəfə çoxdur, zavodun gəliri o dövrə nisbətən iki dəfə artıb, bizim raykoma verdiyimiz hesabatda bütün bunlar göstərilib.

Un ilə təminatımız yaxşılaşdırılsa, 20 min ədəd bişirib satacağıq. Bizim çörəyi Dəvəçi, Quba, Qusar və s. rayonlar da almaq istəyir. Buraxdığımız çörəyin həcmi keçmişdə buraxılanın həcmindən iki dəfə artıqdır: qiymətdə də fərq var, keyfiyyətdə də. Satılmayan  çörəyimiz yoxdur. Bu isə mənə elə gəlir əsas amildir.

Partkomissiya çıxıb getmişdi ki, Bakıdan jurnalistlər gəldilər. Zavodu gəzdilər, çörəyini daddılar, hərəsi bir "buxanka"  qəzetə büküb çıxıb getdilər. İki gün sonra "Kommunist", "Bakinskiy raboçiy" Xaçmaz çörək zavodunda aparılan islahatların səmərəliyi və kollektivin uğurlarından söhbət açırdılar. Ancaq raykomun Dadaş xanla mübarizəsi bunula bitmədi.

                           

***

Müharibə başlanan gündən Xaçmaz çörək zavodunun hasilatı daha da artırıldı. Ətraf rayonlarda olan hərbi hissələr və hospitallara buradan çörək göndərilirdi.

 Bir dəqiqə belə başını qaşımağa vaxt tapmayan Dadaş xanın  evlə əlaqəsi kəsilmişdi. Bakıya iclasa çağırılanda  evə dəyə bilirdi.

İclasların birində Mir Cəfər Bağırov qeyd etdi ki, "Müharibədə övladlarını itirmiş, kimsəsiz qalmış ailələrə kömək etmək lazımdır. Qoy, dövlətin onları darda qoymayacağını başa düşsünlər və xalqın dövlətə inamı sönməsin! ".

Bu sözlər Dadaş xanın ürəyindən idi. Xaçmaza qayıdan kimi Hərbi komissarlıqdan həlak olmuş və itkin düşmüşlərin siyahısını əldə etdi və ailə vəziyyətlərini öyrənməyə başladı. Vəziyyətləri daha ağır olan ailələrin ünvanlarını götürdü.

Çörəyi hospitallara və hərbi hissələrə daşımaq üçün zavoda iki çörəkdaşıyan maşın vermişdilər. Sübh tezdən maşınlar çörəklə doldurulur əvvəlcədən müəyyənləşdirilmiş  marşrutla hərəkət edirdilər. Günortaya qədər maşınlar kənara aparılan bütün çörəyi daşıyırdılar. 

            43-cü ilin yazı idi. Stalinqraddakı qələbədən sonra xalqda inam hissi daha da artmışdı. Çörək daşıyan sürücülərin hər ikisi əməli və sözü düz adamlar idi. Müharibəyə qədər və ondan sonrakı dövrlərdə də azərbaycanlılar halallıqla dolanmağı hər şeydən üstün tutardılar.

Dadaş xan sürücü Səlimi yanına çağırdı. O birisi sürücüdən fərqli olaraq, o yerli adam idi, bütün kəndləri  tanıyırdı.

-Səlim, mənim balam, sənə  dövlət əhəmiyyətli bir tapşırıq verəcəyəm. Al, bu ünvanları, hər ünvanın qabağında rəqəm göstərilir. Maşınla bu kəndlərə gedib bu ünvanlara  çörək paylayacaqsan. Bu kimsəsiz qalmışların ünvanlarıdır. Çörək talonları əllərində qalır, batır.

 Anbardara göstəriş vermişəm, hər axşam qənaət etdiyimiz çörəkdən götürüb bu ailələrə paylamalısan. Qoy, camaat əziyyət çəkməsin!

Beləliklə, Səlim kəndbəkənd maşını sürərək Dadaş xanın göstərdiyi ünvanlara çörək aparırdı. Təbiətin şıltaqlığından bəzi kəndlərlə əlaqələrin kəsildiyini görən Dadaş xan, bu kəndlərə çörək yox un da göndərməyə başladı.

            Günü-gündən xalqın məhəbbətini qazanan Dadaş xanın bu əməli gizlin qalmadı. Hamı ona dua oxuyurdu. Bir adam ondan şikayət etmirdi. Kollektivi bütün öhdəçilik və tapşırıqları canla başla yerinə yetirirdi.

İki sürücüdən başqa işçiləri qadınlar və az yaşlı uşaqlar olan bu müəssisə inanılmaz dərəcədə tam gücüylə işləyirdi.

 

****

 Aprelin əvvəli idi, hələ dağlarda qar vardı. Gecənin qaranlığında kirayə qaldığı evə qayıdan Dadaş xan həyətlərinə qara rəngli minik maşınının girdiyini gördü. Addımlarını artırdı, özünü  həyətə saldı, maşından düşən Mir Cəfər Bağırovu qarşıladı:

-Ağa, xoş gəlmisiniz! - dedi.  Görüşdülər. 

Sürücü bir anın içində mühərriki işə salıb oradan uzaqlaşdı.

Evlərinə qonaq gəldiyini görən ev sahibəsi əl-ayağa düşdü. Stolun süfrəsini dəyişdi. Həyətdəki samovara od saldı.

Qonaq stolun arxasına keçdi. Dadaş xan onun gəlişinin səbəbini öyrənmək istəsə də, anladı ki, soruşsa yerinə düşməz. Lazım olsa, o, özü deyəcək.

-Gəlmişdim,  Vətənə baş çəkim, düşündüm ki, yol üstü Xaçmaza da dəyim. Bəzi məsələləri həll etməliyəm. Sənin isə qonağınam.

Bu sözləri deyən Mir Cəfərin səsində gəlişinin ona aidiyyəti olduğunu duyan Dadaş xan özünü itirmədi. Fikrə getdi. Onun eynəkli gözlərinə dik baxaraq ayağa qalxdı

- Qonaq xoş gəlib, səfa gətirib! Qonağa – qulluq, bizim borcumuzdur. .

Dadaş xan həyətə çıxdı. Tövlədə ki iki qoyunu çıxardıb, ev yiyəsindən hər ikisinin kəsməsini xahiş etdi.

-Qoyunu kəsəndən sonra can ətini çıxart, ayrılıqda onun kababını bişirərsən.

Evə qayıdan Dadaş xan Mir Cəfərin yaman fikirli olduğunu gördü. Divarın zəngli saatı 12-ni vurdu. Bu da onu fikirdən ayırmadı.

 Mir Cəfər başını qaldırıb onun üzünə baxanda Dadaş xan soruşdu:

-Ağa, çörək gəlsin?

Çox az adam Mir Cəfərə "ağa" kimi müraciət edərdi. Onun ən yaxın dostları və keçmiş silahdaşları...

Mir Cəfər ağır seyid nəslindən olduğundan, qəlbində Allaha itaət edənlər ona bu cür müraciət edərdilər.

-Tələsmə, Dadaş xan, otur! Danış görüm işlərin necə gedir?

-Ağa, pis deyil. Zavod bütün tapşırıqları yerinə yetirir. Kollektivim çox mehribandır. Yaxşı komanda yığmışam.

Otağın qapısı döyüldü. İçəri zavodun sürücüsü Səlim daxil oldu.

-Axşamınız xeyr! - deyə evdə Dadaş xandan başqa özgəsinin olduğunu görüb susdu.

 Mir Cəfəri Bağırovu Dadaş xanın yanına gələn şəhərlilərdən biri kimi qəbul edən Səlim, onların sözlərinə mane olmamaq üçün bayıra çıxmaq istədi.

-Sözünü de, bala?- deyə Dadaşxan onu saxladı.

-Heç, gəlmişəm deyim ki, hər şey hazırdır, kəndlərə gedirəm.

            İçəri girən evin sahibəsi Nurcahan xala süfrəyə pendir, çörək, göyərti qoydu:

-Bir yarım saata hər şey hazır olacaq! - deyə qadın otaqdan çıxdı.

Əlini süfrəyə uzadıb çörək kəsən Mir Cəfər üzünü  Səlimə tutdu:

-Otur, bala, bizimlə çörək kəs!

Bu sözlər elə bir hökmlə deyilmişdi ki, Səlim özündən asılı olmayaraq stolun arxasına keçdi.

-Ləzətli çörəkdir. Bakıdan yaxşı bişirirsiz! - deyə süfrədən göyərti ilə pendir götürüb Səlimə uzatdı.

-Bala, ye!

Səlimin iştahla yediyini görən, Mir Cəfər üzünü Dadaş xana tutdu:

-Bilirsən ruslar nə deyirlər. Yaxşı işçi yeməyindən bəlli olur. - Sonra Səlimə müraciət etdi:

-Deyirsən, kəndlərə gedirsən. Yerinə düşdü, məni də gəzdirərsən! - deyə ayağa qalxdı. Onun durduğunu gərən Dadaş xanla Səlim də ayağa qalxdılar.

-Getdik bala, yolçu yolda gərək! - deyə Səlimə yol göstərdi:

-Dadaş xan Səlimlə kəndləri gəzib qayıdıram. Hələlik!

Səlimin arxasınca həyətə çıxan Mir Cəfər "poluturkanın" qapısını açdı və keçib oturdu.

Çörək maşını həyətdən çıxan kimi Mir Cəfər  üzünü Səlimə tutdu:

-Dadaş xan, mənim cavanlıq dostumdur! Bakıda hamı onun xətrini istəyirdi, bəs burada necə onu istəyirlər?

-Necə deyim? O, çox ciddi adamdır. Rəhbər kimi mülayim deyil. Ümumilikdə isə çox yaxşı insandır. Hamıya əl tutur, kömək eləyir.

- Niyə  əsgər getməmisən?

-Mən getmək istəyirəm. Qoymur. Deyir,  sən burda lazımsan! Hərbi komissar da o, dediyin deyir. Dostlarımın  hamısı müharibədə, mən isə burda. Düzgün çıxmır. Vallah, utanıram, dostlarımın valideynlərinin üzünə baxmağa...

Mir Cəfər Səlimin bu sözlərindən anladı ki, onu əsgərliyə burmadığına görə direktorundan narazıdır.

-Bu gecənin qaranlığında kəndlərə niyə gedirsən?

-Dadaş dayı, mənə göstəriş verib ki, kimsəsiz qalmışların evlərinə çörək paylayım.

-Haradan bilirsiniz ki, onlar kimsəsizlərdir?

-Dadaş dayı hərbi komissardan onların siyahısını və ünvanlarını alıb.

-Onların məgər kartoçkaları yoxdur?

-Var, ancaq kartoçkaları işlədə bilmirlər. Gərək kənddən Xaçmaza gəlsinlər. İndi özünüz görəcəksiniz, aralarında qocalar, uşaqlılar var. Necə gəlsinlər? Çörəyi kəndlərdə kartoçkaya dəyişirik, kartoçkaları dükana təhvil veririk. Vəssalam, şüttamam! Bir ev də çörəksiz qalmır. Savab iş görürük.

 Maşın kəndin girəcəyində alçaq bir daxmanın qarşısında dayandı. Daxmadakılar elə bil onun yolunu gözləyirdilər, qucağı uşaqlı və yanında iki körpəsi ilə bir gəlin küçəyə çıxdı.

Səlim onun çıxmasına fikir vermədən, kabinədən düşdü, maşının budkasının qapısını açdı. Üç dənə "Kalaç" götürüb  gəlinə yaxınlaşdı. Çörəyi  ona verdi və nə isə ondan aldı. Maşına qayıdıb əlindəkiləri Mir Cəfər tərəfə əyilərək "bardaçoka" atdı. Mühərriki işə salaraq yoluna davam etdi.

Kəndin başqa məhəlləsində onları bir qarıyla qoca qarşıladı. Səlim onlara da iki "buxanka" verdi, əvvəlki kimi aldığı kartoçkaları "bardaçoka" atdı. Qaranlıq olduğundan Səliminin "bardaçoka" nə atdığını görməyən Mir Cəfər hələlik heç nə soruşmurdu.

-Bunlar kartoçkalarıdır! - deyə Səlim özü aydınlıq gətirdi.

            Sübh səhər açılana qədər Mir Cəfərin gözü qarşısında Səlim qapı-qapı çörək payladı. O, isə sakitcə oturub sürücünün hər kənd haqqında dediklərinə qulaq asır, təbiətin cənnət guşələrini seyr edirdi.

Maşın qapının Dadaş xanın evinin qarşısında dayananda o, başını stolun üstünə qoyub mürgüləyirdi. Maşının səs-küyünə o, ayağa qalxdı. Səhər saat altının yarısı idi.

Mir Cəfər içəri girən kimi üzünü Dadaş xana tutdu.

-Denən süfrə açsınlar, çörək yeyək.

            Səlim Nurcahan arvadı yuxudan durğuzdu və qadına yenidən süfrəni açmağa  kömək etdi.

-Otur bala, bizimlə çörək ye! Səhərdən ayaq üstəsən  -deyə, Mir Cəfər təklif etdi.

-Mən gərək zavodda olum, hərbi çasta çörək daşımalıyam. İcazə versəydiz, gedərdim.

-Gedə bilərsən, Səlim bala! Bir də çox sağ ol. Mənə  bütün rayonu tanıtdın. -deyə Mir Cəfər gülümsədi.

Sonra stolun arxasına keçdi. İştahla çörək yeməyə baıladı.

Dadaş xan hiss etdi ki, gəzintidən razı qayıdıb.

 Niyə kəndləri gəzdiyini bilməsə də, Dadaş xana bir şey aydın idi ki, o, Səlimin çörək payladığın görmüşdü.

O, bir kəlmə də olsun bu haqda soruşmadı, Mir Cəfər də dinmədi.

Yenicə yeyib durmuşdular ki, raykomun maşını qapının qarşısında dayandı. İcazə alıb, içəri girən raykomu qara eynəyilə süzən Mir Cəfər bir qədər susdu.

-Get, raykomu yığ Mədəniyyət evinə! Çörək zavodunun kommunistlərini və komsomolçularını da çağır gəlsinlər. Saat 8-də orda olacağam.

Raykomun həyətdən necə götürüldüyünü görən Nurcahan arvad üzünü qızı Gülşənə tutdu:

-Ay qız, qonağımız kimdir ki, raykom belə götürüldü.

-Mən haradan bilim, ana? – deyə, qız üzünü görmədiyi adam haqqında nə deyə bilərdi.

Yarım saatdan sonra Mir Cəfərin maşını qapının ağzında dayandı. O, həyətə çıxdı. Nurcahan arvadı görüb onunla sağollaşdı. Üzünü Dadaş xana tutdu:

-Mən gedirəm, bir-iki yerə də dəyməliyəm. Sən də saat 8-də mədəniyyət evində olursan! -deyə maşınına oturdu. Qara rəngli "M-1"oradan uzaqlaşdı.

Səhər saat 8-də mədəniyyət evində adam əlindən tərpənmək mümkün deyildi. Mir Cəfərin rayonda olduğunu eşidənlər bura axışırdılar. Dadaş xan orta sıraların birində oturmuşdu.

 Mir Cəfər zala daxil olanda hamı ayağa qalxdı və əl çalmağa başladılar.  O, qətiyyətli addımlarla  kürsünün arxasına keçdi. Bir neçə saniyə zala boylanıb oranı süzdü və sonra sözə başladı:

-Mənim bura gəlməyimin  səbəbi - çörək  zavodunun direktoru yoldaş Dadaşova olan münasibətinizi  bilməkdir.

Zala tam sakitlik çökdü. Bir adam cürət edib, nə isə demək istəmədi.

-Mən zavodun fəhlələrinə söz vermək istəyirəm! Qoy, onlar desinlər, görək, zavodda vəziyyət necədir? Kommunistlərdən kim çıxış istəyir?

   Zalda oturan fəhlələrin arasında pıçıldaşma başladı. Bunu görən Mir Cəfər zalı sakitləşdirmədi. Bir balaca sərbəstlik verdi ki, danışmaq istəyən cürətlənib kürsünün arxasına çıxsın.

Zavodun xəmir sexinin fəhləsi, altmış yaşlı Nurdidə arvad kürsiyə tərəf addımladı. Kürsünün arxasına keçdi.

-Mümkünsə, özünüzü təqdim ediniz! - deyə Mir Cəfər Bağırov şirin dillə təklif etdi.

-Yoldaş Bağırov! Mən xəmir sexinin fəhləsi, Nurdidə Qasımovayam. On ildən artıqdır ki, kommunistəm. Bu zavod açılan gündən burada fəhləlik edirəm. Siz dediniz ki, yoldaş Dadaşova münasibətimi bildirək.

 Nə deyə bilərəm?  Yoldaş Dadaşov bura direktor təyin olandan sonra hər şey yaxşılığa doğru dəyişib. Bu zalda oturanlar qoy desin, məgər belə deyil?

Zaldan "Elədir!" səsləri" eşidildi. Nurdidə arvad davam etdi:

 -Mənim iki balam frontdadır. Vətən uğrunda vuruşurlar. Bir ana kimi ürəyim onların yanında qalıb. Hamı front üçün işləyir. Bir adam tapılmaz ki, işdən qaçsın. Yoldaş Stalin demişkən: Arxa cəbhə möhkəm olsa, ordumuz basılmaz!”

Ancaq daxilən hiss edirəm ki, bizim işimizə mərdimazarlıq edənlər var. Sizin gəlişinizin səbəbi də elə bununla bağlıdır.    

Vətənin bu ağır günlərində partiya Azərbaycanı Sizə tapşırıb, Sizi işdən ayırıb bura gətirənlər bizim ümumi işimizə zərbə vuranlardılar. Mən inanmıram ki, vicdanı olan adam zavodumuzda bu dəyişikləri görməsin. Kimsə yoldaş Dadaşovdan şikayət yazsın. Kimdir, durub desin! Ola bilməz!

Bu sözləri deyən Nurdidə arvad düz Mir Cəfərin gözünün içinə baxdı.

-Aydındır! - deyə Bağırov Nurdidən sonra başqalarına da söz verdi.

 Bir-birinin ardınca çıxış edənlərin hamısı Dadaş xanı tərifləməyə, əqidəli kommunist, yaxşı təşkilatçı olmasından danışdı.

Hər çıxışdan sonra danışanı qara eynəyindən süzən Mir Cəfər sanki hislənirdi. Dadaş xanın ünvanına deyilən sözlərlə sanki razılaşmırdı. Hamını dinlədikdən sonra raykoma söz vermədi.

 Özü ayağa qalxdı. Qarşısındakı qovuğu açıb içindən bir topa məktub çıxartdı:

-Bəs bunlar nədir? - deyə üzünü zala tutdu: - Bu məktublarda yazırlar ki, hər gün gecə, bir maşın çörək zavoddan oğurlanır və naməlum istiqamətə gedir. Bundan niyə danışmırsınız? Bütün bu adsız məktublar bu haqdadır.

Mən özüm dünən gecədən bu faktları yoxlamaqla məşğul olmuşam. Doğurdan da, zavoddan hər gecə bir maşın çörək çıxarılır! – dedi və susdu. Zalda pıçıldaşma başladı.

 -Ancaq bu çörəklər oğurlanmır. Kəndlərdə tək qalmış qocalara, uşaqlı analara kartoçkalarla paylanılır. Bunun nəyi cinayətdir.

Mən bilmək istəyirəm bu böhtanları kim yazır? Hamısı anonimdir. Yazılmamış təşkilat qalmayıb. Hətta Moskvaya da yazıblar. Odur ki, bu işlə özüm məşğul oldum. Səlim balamız isə mənə kömək oldu.

Üzümü rayonun rəhbərliyinə tuturam. Təmiz adamların ünvanlarına belə məktub yazanlarla mübarizə aparmaq əvəzinə, siz belə məktubları təşkil etməklə məşğulsunuz. Bunların təşkilatçıları daha mənə məlumdur. Odur ki, tezliklə buna özüm əncam çəkəcəyəm.

Raykomun rəngi-rufu qaçmışdı. Hamı onun tərəfə baxırdı. Mir Cəfər ayağa qalxdı və iri addımlarla zaldan küçəyə çıxdı. Camaatla görüşdü və maşına minib oradan uzaqlaşdı.

*****

 Səlim çörəyi paylayıb, Xaçmaza qayıdanda günəş dağların arxasında gizlənirdi. Dadaş xanın çoxdan evdə olacağını düşündü. Maşını da onun qaldığı evin qarşısında saxladı. Həyətə girdi.  Dadaş xanın mənzilinin qapısını döydü.

-Hər şeyi qaydasındadır? - deyə içəri girən kimi Dadaş xan ondan soruşdu.

-Bütün obyektlərə çörək vermişəm. Maşın bu dəfə də məni pərt eləmədi. Gərək ona əl gəzdirim.

-Bakıya gedəndə, yazarsan nəyin çatışmır?

Heç vaxt Dadaş xandan yanına gələn adamların kimliyi ilə maraqlanmayan Səlim bu dəfə dözmədi. Çünki direktorun bu qonağı onun çox xoşuna gəlmişdi:

- Dadaş dayı, qonağınız kim idisə, çox maraqlı adam idi. Kəndləri niyə gəzirdi?

-Özündən soruşardın! -deyə Dadaş xan güldü.

-Çəkindim. Ancaq mənə tanış gəlirdi.

-Bədbəxtin oğlu, Mir Cəfər Bağırovu da tanımamısan.

Səlim bir anın içində dizləri üstə yerə çökdü. Dili tutuldu. Eşitdiklərinə inanmaq istəmədi.

-Qalx ayağa, özünü ələ al, hər şey qaydasındadır.

-Dadaş dayı, Vallah kim olduğunu bilməmişəm.

Dadaş xan gülümsündü:

-Yaxşı, gedə bilərsən.

Səlim maşını zavodun həyətinə sürəndə, fəhlələr onu əhatəyə aldılar. Hamının gözündə qəhrəmana dönmüşdü. Səlimdən əl çəkmirdilər:

-Səlim, danış, o necə adam idi? Nə danışdın?

                          ***

Mir Cəfər Xaçmazdan gedən kimi raykomu Bakıya çağırdılar. Bir də onu görmüşəm, deyən olmadı.

 Yeni raykom Dadaş xanla hər işini məsləhətləşirdi. Hətta dostlaşmışdılar da. İşinin yaxşı getdiyi görən Dadaş xan Bakıya, ailəsinə dəyməyi qərarına gəldi.

Bakı onu əvvəlki kimi canlı, işgüzar sifət ilə qarşıladı. Hər yerdə iş qaynayırdı. Zavod və fabriklərin tüstüsü göylərə ucalırdı.

Yuxarı məhəlləyə qalxdıqca tüstülü şəhərin havasını  təmiz dağ ətəyi havası əvəz edirdi. Həyətə girəndə isə o, rahat nəfəs almağa başladı. Keçib eyvanda əyləşdi. Səriyyə arvad gözünə dəymədi.

Qonşu qadını Dadaş xanı görüb salamlaşdı və həyətdən çıxdı. Çox çəkmədi Səriyə arvad tələm-tələsik həyətə girdi.

-A kişi, xoş gəlmisən! - deyə otağa keçdi. Süfrə gətirib stolun üstünə çəkdi. Keçib həyətdəki samovara od saldı. Sonra qayıdıb onun qarşısında oturdu. Dadaş xan başını qaldırıb dodaqaltı soruşdu:

-Uşaqları başlı başına buraxmırsan. Hanı uşaqlar?

-Hamısı Məşəd Fazilgildədirlər. Əşrəf frondan qayıdıb.

-Bəs Raziyə haradadır?

-O, da orda.

-Onun orda nə işi var?

-A kişi, axı nişanlısı qayıdıb.

-Nə olsun qayıdıb? Qız yüngül olmaz! Camaatı bizə güldürmə! - deyə Dadaş xan səsini qaldırdı.

-Dadaş, sən hansı dövrdə yaşayırsan? Halalca nişanlısıdır da!

-Arvad, məni hirsləndirmə. Azərbaycanın adət-ənənəsi var. Onu heç cürə pozmaq olmaz! Qorumalıyıq! Hər şeydən... Get, çağır gəlsin!

Səriyə arvad başını yelləyə-yelləyə həyətdən çıxdı. Digər tərəfdən sevindi ki əlinə fürsət düşüb – deyə Seyid Bikəyə gözaydınlığı verəcək.

 Seyid Bikəgildə isə həyət adamla dolu idi. Qızı Raziyə  Əşrəfin yanında oturmuşdu. Səriyə arvad keçib Əşrəfin üzündən öpdü:

-Bala, həmişə evində-eşiyində. Seyid Bikə, sənin isə gözün aydın olsun! - dedi

Sonra qızı Raziyəni qırağa çəkdi:

-Tez ol, qaç evə, atan gəlib.

Atasının adını eşidən Raziyə Əşrəfə əl elədi və həyətdən çıxdı.

Evlərinə necə çatdığını hiss etməyən qız Dadaş xanla üzbəüz gəldi. Qız atasını qaş-qabaqlı görüb cürət etmədi ki, yaxınlaşıb üzündən öpsün.

            -Ay qız, haradasan?

            -Seyid Bikəgildə. Əşrəf qayıdıb.

            -Niyə qayıdıb?  Camaatın  uşaqları frontda vuruşur.

            -Yaralanıb...

            -Nə olsun  yaralanıb? Sən ağır ol! Qoy,  özü ayağına gəlsin. Sən xan qızısan!

            Raziyə daha söz deyə bilmədi. Başını aşağı salıb mətbəxə keçdi. Çayniki maşınkanın üstünə qoydu.  Dadaş xanın da bununla tənəsi bitdi.

***


BALA NƏRGİZ

 

Bir beş-on gün belə keçdi. Əşrəf demək olar ki, məhəllənin bütün camaatıyla görüşmüşdü. Gözaydınlığa gələnlərin sayı isə azalmırdı. Onun gəlişinə hamıdan çox qardaşlığı Volodya sevinirdi.

Volodya on doqquz yaşında bir rus balası idi. Seyid Bikənin gimnaziyadan rəfiqəsi və bu günə qədər bacıları qədər sevdiyi Nataşanın oğluydu.

Volodyanın ciyərlərində vərəm tapıldığından əsgər aparmırdılar. O, avtotexnikumu da qurtarmışdı. Sürücülük məktəbində dərs deyirdi. Məktəbin “Polutrokasını” ona təhkim etmişdilər və həmişə onun rulunun arxasında idi.

Məhəllə uşaqları deyirdilər ki, o, maşının dahisidir. Onu söküb yığar. Volodya maşınla istənilən yerə “Putyovka” yazıb gedə bilərdi.

Müharibə şəraitində bu balaca güzəşt deyildi. Bunu Volodyanın özündən eşidən Əşrəfin beyninə o saat Xızıya getmək fikri düşdü. Daha doğrusu, bu fikir beynindən çıxmırdı. Ancaq imkan tapa bilmirdi. İmkanı isə Allah özü yetirmişdi. 

Volodyayla qarşıdakı səfərin mahiyyətini bütün təfərrüatı ilə götür-qoy etdikdən sonra, Əşrəf evdəkilərə hara getmək istədiklərini bildirdi.

-Pis fikir deyil? Dostunun ruhu şad olar! - deyə Məşədi Fazil Əşrəfə xeyr-dua verdi.

- Mənə elə gəlir ki, Əjdərin atasına əl tutmalıyıq! Nə lazımdırsa sübh tezdən “Kömür meydanından” alıb yola çıxın! Xızıya qədər vur-tut iki-üç saatlıq yoldur. Anandan pul götürərsən. İstədiyin qədər!

Səhər sübhdən "Polutorka" Əşrəfgilin həyətindən çıxanda Seyid Bikə əlindəki camdan onların dalınca su atdı.

 “Kömür meydanında” bazarlıq ancaq səhər çağı mümkün olurdu. Sonra hamı dağılışırdı.

Hərbi vəziyyət olduğundan hərə müəyyən işin ardınca getməli idi. Səhər saat yeddiyə qədər bazardan nə aldın almısan, yoxsa əli boş qayıdırdın.

Bazardan bir az yuxarda, “Kubinkada” da camahat alış-verişlə məşğul olurdular, ancaq orada əsasən keyim-keçim satılırdı. Nadir halda  yeyinti şeyləri çıxarırdılar.

“Kömür meydanından” bir meşok un, bir-neçə kilo qənd, çay, sabun, konserva və s. aldılar.

“Kubinkanın” yanından keçəndə isə, Volodya maşını saxlayıb yaraşıqlı  bir gəlincik də aldı.

Maşın Şamaxinkadan çıxıb Nasosnu tərəfə üz tutdu. Əşrəf kabinkadan ətrafa boylanır, baş vermiş dəyişikləri öz gözü ilə görmək istəyirdi.

 Əşrəf dörd-beş gün idi ki, müharibədən qayıtmışdı. Ancaq gecə-gündüz Xızıdakıları düşünürdü. Əjdərin ruhu ona o qədər əziz idi ki, o, evdə qala bilməzdi. Digər tərəfdən hansı bir qüvvəsə onu Xızıya çəkirdi.

Yaralı ayağının yarasının açılması təhlükəsinə baxmayaraq, onun Xızıya getmək istədiyini görən Seyid Bikə oğluna bir neçə gün gözləməyi məsləhət bildi. Ancaq Əşrəf anasına hansı bir qüvvəninsə onu ora çəkib apardığını dedi.

 Oğlunun bu iddiası ananı düşünməyə vadar etdi. Ancaq bir-neçə dəqiqədən sonra Seyid Bikə yenidən Əşrəflə bayaqkı söhbətə qayıtdı:

-Bala, sənin ora getməyin vacibdir. Səni ora tələsdirən qüvvə Xızıda olmağını istəyir. Mənə elə gəlir ki,  orada olmağın daha vacibdir. Yolun uğurlu olsun, oğul!

                          ***

İki saata qədər yol getdikdən sonra maşın dağlara tərəf döndü.

Boz qayaların arası ilə irəliləyən maşın islanmış sarı torpağın üzəri ilə sürüşə-sürüşə dağ ətəyinə qalxmağa başladı. Gecədən  yağış yağdığından torpaq sürüşkən idi.

Daha irəli getməyin mümkünsüzlüyünü görən Volodya maşından düşdü və  üzünü Əşrəfə tutdu:

-Qardaş, bir balaca gözləməli olacağıq. Xızıya çox az qalıb. Sarı palçıq podyomu qalxmağa qoymur.

 Sarı qayaların arxasından yaşıl dağlar görünürdü. Bayaqdan bəri bu qayaların qurtarmayacağını fikirləşən Əşrəfin qarşısında qeyri-adi mənzərə açılırdı, qayanın ətəyində bir bulaq qaynayırdı.

Volodya əyilərək onun gözündən su içdi.

-Bura bir bax, gör nə əla sudur. Bumbuz.

Bulağın ətrafında da oturdular. Volodya maşının arxasında düzəltdiyi şkafdan çaynikini çıxartdı. Ətrafdakı ağacların quru budaqlarını sındırıb od qaladı, daşlarından ocaq düzəldi.  Çayniki su ilə doldurub, ocağın üstünə qoydu.

Maşının arxasından bir yeşik çıxartdı. Oturduqları yerdən on-on beş metr aralı yeşiyin ağzını balaca çubuqla qaldırdı, yeşiyin altına bir az arpa tökdü. Çubuğa ip bağlayıb gəlib Əşrəfin yanında oturdu.

-Yeşik nəyinə lazımdır? -  deyə Əşrəfi maraq götürdü.

-Bu yeşik sehrli yeşikdir.

-Başa düşmədim?

-Biz nahar etməliyik ya yox? İndi səni əla göyərçin kababına qonaq edəcəyəm. Ömründə belə şey görməmisən. 

Sürücüləri yetmiş ikinci millət adlandıranlar yanılmırdılar. Bir neçə dəqiqə içində yeşiyin altında beş-altı göyərçin, yeddi-səkkiz qaratoyuq dənləyirdi.

-Müsəlman demişkən, "Bismillah" - deyə Volodya ipi dartdı. Yeşik ağzı üstə yerə düşdü və quşların çıxış yolu bağlandı. Ovçunun tələsi  ağzına qədər quşla dolu idi.

Volodya göyərçin və qaratoyuqların başını bir anda üzüb bulaq başına gətirdi və suyun içinə atdı ki, tükləri islansın. Qayanın ətəyindəki, zoğal ağacının budaqlarından bir-neçəsini qıraraq Əşrəfə atdı.

-Mən quşları təmizləyim, sən isə bunların qabıqların soy, şiş düzəlt.

-Volodya, çay da qaynadı.

-İndi dəmlərəm.

Ocağı bir anın içində manqala çevirdilər, adama üç-dörd qaratoyuq və iki dənə göyərçin düşdü.

-Mən belə yerdə ac qalmaram. Cənnətdir buralar. - deyə Volodya ləzzətlə kababını yeyirdi.

Qayaların arasından göylərə ucalan bahar günəşi günortaya doğru getdikcə yol quruyurdu. Bayaqkı palçıqdan iz-toz qalmırdı.

Havanın sakitliyi və təravəti, bulaq suyunun çayı səhər sübhdən Bakının tərk etmiş cavanlara yuxu gətirirdi.

 Volodyanın göy otların üstündə mürgülədiyini görən  Əşrəfin səbri tükəndi, onu silkələdi ki, oyansın.

-Volod, yolçu yolda gərək - dedi.

Volodya gərnəşərək, ürəksiz ayağa qalxdı.

-Hara tələsirik? Oturmuşuq da.

-Yox, getməliyik!

Könülsüz çayniki közün üstündən götürdü. Boşaltdı, bulağın altında yuyub, kuzovdakı şkafa atdı. Maşının mühərrikini işə saldı. Yenicə yola düşmüşdülər ki, maşını saxladı:

-Çörək ağacını yaddan çıxartmışam.

Qaça-qaça gedib  yeşiyi götürüb kuzovun içinə atdı və qayıdıb rulun arxasına keeçdi.

Maşın yerindən rahat götürülsə də, Xızının ayağında başladı sürətini azaltmağa.

“Xızı podyomunu” birinci sürətlə çıxdıqlarından motor qaynatmağa başladı. Volodya maşını saxladı, kapotu açdı ki, motor soyusun.

 “Doğurdan da, bu podyomda motoru qaynatmasan Xızıya çıxa bilməzsən!” - mənə dağlı uşaqları demişdilər. - deyə üzünü Əşrəfə tutdu. . 

Xızını bahar yaşıllığa bürümüşdü.

Yağan yağış, mayın istisi hər tərəfi laləzara çevirmişdi. Əşrəfin qonşuları-dağlılar danışırdılar ki,  yerli camaatın bu aylarda xoşladığı yemək "Göy qutabıdır". Elə bir həyət, baca olmaz ki, bu aylarda sacın arxasında qız-gəlin  olmasın. Təbiətin verdiyi yeməli otlardan Xızı qadınlarının hazırladığı göy qutabın dadını heç nə verə bilməz.

Həyətlərdə sacın tüstüsünə tərəf maşının pəncərəsindən boylanan Əşrəf üzünü Volodyaya tutdu:

-Vova, deyəsən, qutab yiyəcəyik. Bir saxla, soruşaq, Əjdərgil harada olurlar?

 Əşrəf maşından düşdü və təndir ətrafına yığışmış qadınlara yanaşdı, salamlaşdı, sonra soruşdu:

-Deyə bilərsiniz, Əjdərgilin evi haradadır?

Qadınlar hərbi geyimindəki qonağı altdan-yuxarı süzdükdən sonra, yaşlı bir qarı sac arxasından durdu, ona yaxınlaşdı.

-Xoş gəlmisiniz! Oturun, qutaba qonaq olun! –dedi.

-Sağ ol, ana! Getməyimiz vacibdir. Harada olduqlarını bilmək istəyirik.

Qarı əlini yola uzatdı:

-Bala, odur qabaqda, camaat yığılan ev onlarındır.

Əşrəf yenidən maşına qayıtdı. Maşın yerindən götürüldü, qarşıdakı təpənin üstündəki evin yanında dayandı. Həyət camaatla dolu idi. 

Onları  kəndin cavanları qarşıladılar və içəri dəvət etdilər.

Qoca atanın vəziyyəti çox ağır idi. Kənd camaatının bura yığılmasının səbəbi də elə bu idi.

Hüseyn kişinin çarpayısının üstündə Əjdərlə Əşrəfin Rostovda çəkdirdiyi şəkili asılmışdı.

Ataya oğlunun dostunun gəldiyi xəbərini verdilər.  Hüseyn kişi çarpayıdan dikəldi. Əşrəf keçib Hüseyn kişinin əlindən öpdü.

Qoca titrək əllərilə onun başını sığalladı və xırıltılı səslə müraciət etdi:

-Bala, bilirdim ki, gələcəksən. Mənim balam sənin dostun-qardaşın olub, dizinin üstündə keçinib. Gözlərini də sən yummusan. Mənimkini də yumarsan. Yusif bura gəlmişdi. O, bunları danışdı. Yenidən müharibəyə getdi.

Əjdər müharibəyə gedəndən sonra gəlinim də dünyasını dəyişdi. Tifilləri qalıb - deyə əli ilə küncə sığınmış balaca qızcığazı göstərdi.

-Nərgiz, bala, yaxına gəl, Əşrəf əmi ilə görüş!

Balaca qız yerindən tərpənmədi.

Əşrəf özü ona yaxınlaşdı, balacanın alnından öpdü. Bu görüşü izləyən Volodya həyətə çıxdı. Maşından gəlinciyi gətirdi. Nərgizə uzatdı.

Gəlinciyi götürən qızcığazın gözləri sevinclə doldu. Onu götürüb həyətə qaçdı.

- Əşrəf, bala, mən də bu gün - sabahlığam. Camaatın bura yığılmağının da səbəbi mənim xəstəliyimdir. Bilmirəm, məndən sonra nəvəmə kim baxacaq? Mən ölsəm, sərgərdan qalacaq. Ona yiyə dur! Apar Bakıya! Öz balan kimi böyüt! Mənim sənə vəsiyyətimdir. Gözlərimi də sən yumarsan!

Bu sözləri Əşrəfə deyən Hüseyn  kişi sanki bir rahatlıq hiss etdi. Üzünü  qibləyə çevirdi:

-La İlahə İlləllah, Məhəmmədən Rəsul Allah! - deyə təkrar eləməyə başladı. Səhərə yaxın Hüseyn  kişi keçindi.

             Səhərin gözü açılan kimi bütün Xızı və ətraf kəndlər axışıb Hüseyngilə gəldi.

            Günorta Hüseyn kişinin cənazəsi Əşrəfin və Volodyanın çiynində həyətdən çıxdı.

            Onu torpağa tapşırdıqdan sonra, yerli adətə görə üç gün təziyə məclisi verdilər.

Əşrəf xızılılarla halallaşaraq Hüseyn kişinin evinin qapısını bağladı. Nərgizi qucağına alıb maşına mindirdi. Üzünü Hüseynin qonum-qonşularına tutdu:

-Halal edin! Uşağı öz balam kimi böyüdəcəyəm. Hüseyn dayının vəsiyyətinə əməl edəcəyəm.

Nərgiz gəlinciyini ürəyinə sıxıb, onu ötürməyə gələn rəfiqələrinə maşından əl edirdi. Uşaq birinci dəfə idi ki, maşına minirdi. Dünəndən qonşular saçlarını daramış, iki balaca  hörük hörmüşdülər.

 Dörd yaşlı qızcığaz sanki onu gözləyən qeyri-müəyyənliyi hiss etmişdi, onu bağrına basmış Əşrəfin münasibətində ata nəvazişini duymuşdu.

Xızı dağlarını endikcə qızcığaz oyana-buyana boylanır, nəyisə burada qoyub getdiyini duyub, sanki sıxıntı keçirirdi.

-Darıxma, mənim balam, səni Bakıya, evimizə aparıram! Orada səni Bikə nənə gözləyir. - deyə Əşrəf onun əllərini əlinə aldı.

-Bakı yaxşıdır ya Xızı?

-Əlbəttə ki, Bakı

Səhərdən bəri dinməyən Volodya Xızı yolundakı həmin bulağı gördü.

-Əşrəf, gəl yenə ov edək. Hara tələsirik. Bakıya hələ çox var. Özümüzlə yemək götürməmişik. Nərgizi də yedizdirmək lazımdır.

Əşrəf başı ilə razılıq verdi. Volodya maşını bulağın başına verdi. Əvvəlki kimi ocaq qaladı, his basmış çaynikini çıxardıb, ocağın üstünə qoydu. Yeşiyini götürüb ağaclığa tərəf addımladı.

Baharın ortaları idi. Bərəkətli Xızı torpağı gül-çiçək içində idi. Əşrəf arxasındakı ağaca baxan Nərgizin baxışlarını tutdu.

-Dədə, alçaya bax! Dərə bilərsən? Arxada gilas da bitir.

-Bu dəqiqə mənim şeytan balam! - deyə Əşrəf əlini alça budağına uzatdı. Bir budaq sındırıb Nərgizə verdi. Keçib gilas ağacından da bir budaq kəsdi və onu da qızcığaza uzatdı.

-Dədə, bəs sən? Gəl, birlikdə yeyək.

Nərgiz alça və gilasları bir-bir budaqdan qıraraq  Əşrəfin ağzına qoyurdu. Qızcığaz ona elə isinmişdi ki, öz atası kimi qəbul edirdi.  

                                       

ŞAYİƏ

 

Nərgizi bağrına basan Seyid Bikənin sevinci yerə-göyə sığmırdı. Ömrü boyu  qız arzusunda olmuşdu. O, dörd oğul anası idi. Düzdür, oğullar da pis deyildilər. Ancaq qızın yerini heç nə vermirdi.

O, bilmirdi ki, nə etsin. Nərgizin üzündən-gözündən öpürdü:

-Gör, indi nənə sənin üçün nə edəcək?

Əşrəf ayağının ağrısından eyvandakı çarpayıya uzanıb mışıl-mışıl yatırdı. Volodya isə xalasının üzünə baxıb gülürdü. Bir-neçə dəfə Seyid Bikə ora-bura var-gəl etdi. Elə bil ki, nə edəcəyini bilmirdi. Sevincindən özünü itirmişdi.

-Fazil harada qaldı? Səhərdən evdən çıxandır.- deyinməyə başladı.

-Xala, dayı nəyinə lazımdır?

-Gedərdi “Həmşəri palanına”1 uşaq üçün mer-meyvə alardı.

-Xala, elə buna görə danışırsan? Bu dəqiqə özüm gedərəm.

-Həm bazarlıq elə, həm də dayın rastına gəlsə, evə göndər.

Volodya gedən kimi Nargizi evdəki sandığın yanına gətirdi, ağzını açdı. Bütün bər-bəzəkləri qızcığazın qabağına tökdü. Sandıqda qat-qat düzülmüş parçaların içərisindən zərxaranı çıxartdı. Bircə anın içində Nərgizin ölçülərini götürdü və parçanı doğramağa başladı.

 Nərgiz isə yerə tökülən kəsiklərlə gəlinciyini bəzəyirdi.

-Nənə, bax necə örpək düzəltdim? Kuklaya necə yaraşır! - deyə Seyid Bikəin ətəyini dartdı.

-Mənim ağıllı balam! İndi sənin özünü  kukla edəcəyəm. - deyə onun üzündən öpdü.

 Divarın küncünə qoyulmuş “Zingerini” götürdü. Dəirimi stolun üstünə qoydu. Paltartikən maşının arxasına keçdi.  Nərgizin əyninə  don tikməyə başladı.

Məşədi Fazil axşam evə dönəndə eyvanda balaca bir qızın həyət uşaqlarına gəlinciyini göstərirdi. Uşaqlar Məşədi Fazilin gəldiyini görüb dağılışdılar.

-Bu balaca şeytan kimdir? - deyə qızcığazdan soruşdu.

-Mən şeytan deyiləm, mən Nərgizəm.

-Sən kimin qızısan?

-Bikə nənənin!

-Bəs nənən hanı?

-Atamla içəridə söhbət eləyir.

-Məni onların yanına apara bilərsən mi?

Nərgiz yaxınlaşıb əlini ona uzatdı, Məşədi Fazilin əlindən tutub içəri keçdilər. Əşrəflə Seyid Bikə stolun arxasında oturub söhbət edirdilər.

-Deyəsən tanış olmusunuz? - deyə Seyid Bikə soruşdu.

Məşədi Fazil əlilə “kimdir?” işarə ilə soruşdu

-Qızımızdır da. Əşrəfin qızı.

-Belə çıxır bu şeytan mənim nəvəmdir?

-Belə çıxır.

-Onda qızım, gəl, bir babanı qucaqla!

Nərgiz ağıllı gözlərini Məşədi Fazil üzünə qıyıb nə baş verdiyini anlamaq istəyirdi.

-Sən babanı qucaqlamaq istəmirsən? - deyə Seyid Bikə Nərgizdən soruşdu.

-Bu babanı birinci dəfədir görürəm.

-Bundan sonra hər gün görəcəksən!  Sənin babandan isə dünyada yaxşı kişi yoxdur.

-Sağ ol, Seyid qızı! Bilməzdim ki,  məni bu qədər qiymətləndirirsən.

-Neynəməli, beləsən də!

Nərgiz babayla nənəsinin zarafatına son qoydu. Başını ona tərəf əyən Məşədi Fazilin boynunu qucaqladı. Sonra üzündən öpdü.

Bu an təzə baba və nənə olmuş Məşədi Fazillə Seyid Bikə dünyanın ən xoşbəxt insanları idilər

                           ***

Əşrəfin Xızıdan balaca uşaqla qayıtma xəbərini Raziyəyə çatdıran qonşu qızları, hirslənəcəyini düşünürdülər. Ancaq o, hər sözə gedən qızlardan deyildi. Deyilənləri qulaq ardına aldığın görən qızlar, gedib öz gözü ilə görməsini təklif etdilər.

 Evdə iş-gücünü qurtarıb, Seyid Bikəgilə gəldi. Əşrəf eyvandakı taxtda oturub dincəlirdi.

 Raziyənin sir-sifətindəki narahatlığı hiss etdi. Ancaq bir söz demədi. Nişanlısının dözməyib  soruşacağını bilirdi.

 Əşrəf axta oturması üçün yer boşaltdı. Nişanlısının oturduğunu görüb əlini onun çiyninə qoydu:

-Niyə qaşqabağın yer süpürür?

-Qonşular dedilər ki, Xızıdan bir qızcığaz gətirmisən? Birinci arvadındandır.

-Sən də inandın?

-Mən necə inana bilərəm ki,  həmişə mənim gözümün qabağında olmusan, təkcə üç il müharibə bizi ayırıb.

-Sən düz fikirləşirsən! Ancaq mən, doğrudan da, Xızıdan qız gətirmişəm. Sənin də xoşuna gələcək. Dostumun yetim qalmış qızıdır.

-Hansı dostunun?

-Yadında var, sənə Əjdərdən yazırdım. Onun qızıdır. Babası da öldü. Qız yiyəsiz  qalmışdı. Götürdüm gəldim. Mən düz iş görməmişəm?

-Əlbəttə ki, düz iş görmüsən.

-Gərək öz balamız kimi böyüdək!

-Mən razı. Bəs qızcığaz hanı? - deyə soruşdu.

-Məmə[1] onu hamama apardı.

-Mən həmişə qız arzusunda olmuşam. Allah, özü bizə yetirdi.

Baxçada qadınlar olmasaydı Əşrəf bu sözlərə görə Raziyəni bağrına basardı. Çünki o, indi dünyanın ən xoşbəxt adamı idi. Həyatda yanılmamışdı. Gələcək həyat yoldaşı özü kimi ürəyi açıq və comərd idi.

-Dur, çayniki maşınkanın üstünə qoy, həm özümüz çay içək, həm də məməgil hamamdan qayıdacaqlar, onlar da içsinlər.

Yenicə stolun arxasına keçmişdilər ki, Əlisəttar içəri girdi.

-Hanı balaca? Vova deyir ki, bir gül parçasıdır. Hanı meymuncuq? - deyə  Raziyədən soruşdu.

-Mənim qızıma, xahiş edirəm meymun demə! - deyə Raziyə sərt cavab verdi.

-Yaxşı da, gəlinbacı! Xahiş edirəm, qızınızı göstərəsiniz.

-Mən özüm də görməmişəm. Məmə, hamama aparıb.

-Məmənin kefidir. İnanmıram, o, qızı sizə versin. Allah bizə bacı yetirib.

-Mən qızımı heç kimə verməyəcəyəm. Özüm böyüdəcəyəm! - deyə Raziyə  Əlisəttarı susdurdu.

Əşrəf isə onların mübahisəsini dinləyib ürəyində sevinirdi. Hər şey onun gözlədiyi kimi gedirdi.

Raziyə getmək istəyən Əlisəttarı saxladı:

-Hara gedirsən? Qal, çay iç, indi gələrlər.

Raziyənin sözündən sonra Əlisəttar da keçib stolun arxasında oturdu. Raziyə stəkana çay töküb onun qabağına qoydu.

  Raziyə çayniki plitənin üstünə yenicə qoymuşdu ki, Seyid Bikə Nərgizlə əl-ələ içəri girdilər.

 Raziyə əvvəl keçib Seyid Bikənin sonra isə Nərgizin üzündən öpdü.

-Bu nə qəşəng qızdır? - deyə Raziyə Nərgizi qucağına aldı..

-Xoşuna gəlir? - deyə Seyid Bikə gəlinin sir-sifətinə baxdı. O, oğluyla gəlinin söhbətindən xəbərsiz idi.

 Qaynanasından heç də az arif kişinin qızı olmayan Raziyə xatın sınandığını anladı. Bununla belə, Nərgizi toylarından sonra öz evlərinə aparacağını yəqin edən Raziyə qaynanasının üzünə güldü:

-Ana, Əşrəflə qərara gəlmişik ki, ona öz balamız kimi baxaq!

Seyid Bikə gəlinin boynunu qucaqladı:

-Gəlin ocağa çəkər! - dedi. Üzünü Nərgizə tutdu: - Qızım ananı niyə öpmürsən?

Nərgiz gözlərini qıyıb Raziyənin topuğuna çatan hörüklərinə baxırdı. Uşaq "ana" sözünü eşidib, başını yerdən qalırdı və iri gözlərini sevincdən parıldayan Raziyənin gözlərinə dikdi. Anasının üzünün sevinci qıza da keçdi. Ürəkləndi və anasına yaxınlaşdı.

-Nə şirin qızdır! - deyə Raziyə onun üzündən öpdü.

-Bəs əmi? Bəs mən? - deyə Əlisəttar Nərgizi Raziyənin əlindən aldı.

-Salam, əmi! - deyə Nərgiz üzünü ona yaxınlaşdı.

-Mənim gül balam, mənim şirin balam! Sən nə şirin qızsan! - deyə Əlisəttar cibindən plitka-şokaladı çıxarıb Nərgizə verdi.

Seyid Bikə Əlisəttarın Nərgizlə oynadığını görüb, Raziyəni stolun arxasına çəkdi:

-Daha heç yerdə hay-küy salmayın! Toyunuza qədər, bizdə qalar. Arxasına sonra baxarıq. Bu hamımızın balasıdır! -deyə Seyid Bikə sözünü qurtardı.

Axşam Əşrəf Raziyəni evlərinə yola salanda Seyid Bikə  gəlinin alnından  öpdü:

-Qızım, sən məni qabaqladın! Oğul evləndirmədən məni nənə etdin, ərə getmədən ana oldun! Mənim balamsan. Uşağın qəlbini sındırmaq olmaz! Toyunuzu tez etmək lazımdır.

 

***

                    

 

DADAŞ XANIN TƏRSLİYİ

 

İnsanlar genlərindən gələn alicənablığı heç vaxt itirmirlər. Əsrlər boyu öyrəndiyi, adət etdiyini çox çətin unudurlar. Bu adət-ənənələr onların  genlərinə yazılır və onları pozmaq, dəyişdirmək isə qeyri-mümkündür.

 Şura hökuməti zahirən kəndlini, fəhləni zadəgana, ziyalıya tay etsə də, nəsildən gələn alicənablıq, mədəniyyət onlar arasında olan fərqi o saat büruzə verirdi.

Dadaş xanı görənlər ondakı qaməti, qüruru, böyüklüyü bircə anın içində hiss edir, hakim bir təbəqədən olduğunu duyurdular. Şirin dilinə, yüksək mədəniyyətinə baxmayaraq ətrafdakılara qarşı münasibətdə özünü həmişə yüksək tutar, zəhmli baxışı ilə bir anın içində hamını susdurardı.

-Qaynatan patriarxal İranın həqiqi nümayəndəsidir! -deyə günlərin bir günü Məşədi Fazil Əşrəfə öz fikrini bildirmişdi.

Məşədi Fazillə Dadaş xanın söhbəti tuturdu, ancaq həmişə ondan ayrılanda belə bir fikirlə qayıdırdı ki, Dadaş xan hamıya yuxarıdan aşağı baxır.

Onun  nəslinə-nəcabətinə yaxından bələd olan Məşədi Fazil deyirdi ki, bu xanlığından irəli gəlir.

Nərgiz Məşədi Fazil ailəsinin bütün planlarını pozmuşdu. Onlar gəlinlərini evə tez gətirmək istəyirdilər.

 İlk növbədə Əşrəfin fikrini öyrənməyi ana kimi özünə borc bilən Seyid Bikə hiss edirdi ki, övladlarından heç biri onun sözündən çıxa bilməz. Digər tərəfdən, Seyid Bikə Raziyənin də razılığını aldığını ərinə demişdi.

Əşrəf evə gələn kimi Seyid Bikə onu kənara çəkdi:

-Bu qızcığazın qəlbini sındırmaq istəmirsənsə, toyunu tez etməlisən!

-Qoy onda Raziyə ilə danışım.

-Mən danışmışam, o razıdır.

-Eləsə məsləhət sizindir.

-Qoy atan gəlsin, gedək Raziyəgilə.

Məşədi Fazil Dadaş xanın tərsliyinə bələd idi.  Onu qarşıda çətin söhbət gözləyirdi.

***

1944-cü ilin baharı bütün təravəti ilə 4-cü xrebtovu êö÷ÿñèídən yuxarıda olan çəmənliyi yamyaşıl etmişdi. Məhəllənin qadınları, qızları çəmənlikdə bitən yeməli otlardan yığırdılar. Əşrəfgilin küçəsindən əlli metr aralı, xırman yerində qadın, qız əlindən yer yox idi.

Məşədi Fazil həyətə girəndə Seyid Bikə sacın kənarında oturub qonşu arvadı Səriyə ilə göy qutabı bükürdülər.

-A kişi yuxarı keç, bir-iki qutab ye, gedək Raziyəgilə.

            -Əşrəfin fikrini öyrəndin?

-O, da razıdır. Qız  da razıdır.

-Eləsə getdik, mən ac deyiləm.

Seyid Bikə unlu əlini çarhovuzun kranından gələn su ilə yudu. Tələm-tələsik evə keçdi. Əvvəlcədən hazırlanmış bir xonça ilə həyətə çıxdı. Nərgizi Səriyə arvada tapşırdılar.

-A kişi getdik! - deyə qabağa çıxdı. Bütün həyət anladı ki, tezliklə toy olacaq.

Seyid Bikənin əlində qırmızı qumaşla bəzədilmiş xonçanı məhəllədə görənlərin üzləri gülümsəyirdi.

            Dörd il idi ki, məhəllə toy arzusunda idi. "Deyəsən yaxşılığa gedir. Amin Allah, balalarımızı qoru! Biz də onların toyunu görək! Allah xoşbəxt eləsin! – deyə ətrafdakılar alqışlayırdılar.

            Onları salamlayanlara «O gün olsun sizinkilər qayıtsın, toylarında oynayaq!» - deyə Seyid Bikə dua edirdi.

            Qapını Seyid Bikənin üzünə Dadaş xan özü açdı.

-Buyurun, xoş gəlmisiniz!  Məşədi üzünü görək! - deyə Məşədi Fazillə görüşdü.

            Onların qarşılayan Səriyə arvad  da gülər üzlə görüşdü:

-Qıza, xoş gəlmisən! – deyə Ərdəbil ləhcəsində Seyid Bikəni salamladı. Raziyə də həyətə çıxdı.

-Xoş gəlmisiniz! -  dedi və evə keçdi.

Həyətdəki çarhovuzun yanında qoyulmuş stolun arxasına dəvət olundular. Evin kiçiyi Süniyə süfrəni dəyişdi. Qənd qabını və samovar altını stolun üstünə qoydu.

Seyid Bikə xonçanı Süniyəyə verdi.

-Qızım, apar bunu evə!

Ciddi baxışları ilə xonçanı müşahidə edən Dadaş xanın sifətində bir qram da olsun razılıq hissi duyulmurdu. Dəvəsi ölmüş ərəbə oxşayırdı. Xonçanın niyə gəldiyini o saat anlayan qız atasının  sifətinin dəyişdiyini hiss edən Məşədi Fazil sözə başlamaq istəmirdi.

-Süniyə də Maşallah böyük qız olub! - deyə sükutu  Seyid Bikə pozdu.

-Qız xeylağı tez böyüyür! - deyə Məşədi Fazil onun sözünə qüvvə verdi.

Dadaş xan  yenə də reaksiya vermədi.

Məşədi Fazil "onun tərsliyi tutub" - deyə düşündü. Bununla belə o, da bir kəlmə dinmədi. 

Dadaş xan qarşıdakıların kim olduğunu unutmuş kimi elə bil birdən ayıldı.

-Məni bağışlayın, qız yükü, duz yükü. Adamı fikir aparır. - deyə gələnlərin danışmağı üçün şərait yaratdı.

-Dadaş, dörd ildir ki, Raziyə Əşrəfin adaxlısıdır. Dörd ildir ki, qızın onun yolunu gözləyir. Gəlmişik icazəni alaq toylarını edək. Nə fikirdəsən, de!

Dadaş xan sanki bu sözləri eşitmək istəyirdi. Elə bil əvvəlcədən buna hazırlaşmışdı.

-Mən sözə əməl edən insanam. Məni hamı əməli saleh adam kimi tanıyır. Ancaq deyirlər ki, Əşrəfin Xızıda arvadı olub. Arvad ölüb, qızını götürüb, gəlib Bakıya.

-Dadaş, sən də inandın? Yalan sözdür! Qız Əşrəfin dostunun qızıdır. Kimsəsiz qalıb. Götürüb saxlamağa. Qızın ki, bilir.

-Məndə olan məlumata görə Əşrəfin hələ evi də yoxdur.

-Dadaş, sən nədən danışırsan? Tiflisdə evi, Basqalda evi, Səmərqəndə, Məribdə evi. Hələlik bizdə yaşayarlar və yaxud aşağılarda kirəyə ev tutarlar. Sonra  həyətdə ev tikərik.

-Xan qızını kirəyəşin edirsən?

-Dadaş, bura İran deyil, Şuravidir. Xan, bəy qalmayıb. Tərslik eləmə. Əşrəf fərasətli oğuldur. Hər şeyi olacaq.

-Evi olmayınca, ona qız verən deyiləm! – deyə qətiyyətini bildirən Dadaş xanının sözündən sonra Məşədi Fazil ayağa qalxdı.

-Allah işinizi avand eləsin! - dedi və qapıya doğru irəlilədi. Ərinin küsdüyünü görən Seyid Bikə da ayağa qalxdı.

Dadaş xan heç nə olmamış kimi yerindən  qımıldanmadı da. Seyid Bikənin  həyəti tərk etdiyini görən Səriyə arvad onun dalınca qaçdı.

-Qıza, hara gedirsiz? Oturun çay için! - dedi.

-Allah artıq eləsin! - deyə Seyid Bikə iri addımlarla oradan uzaqlaşdı.

Dadaş xan həyətə qayıdan Səriyənin üstünə düşdü:

-Deməmişəm, yüngül olma. Özünə qiymət verməyi bacar. Şərtlərimə əməl etsinlər. Sonra aparsınlar.

Həyətə qayıdanda Seyid Bikənin  məyusluqdan qonşular anladılar ki, Dadaş xan toya icazə verməyib.

 

***


ATA -BALA SÖHBƏTİ

 

Məşədi Fazil övladları ilə münasibətdə atasından götürdüyü adətdən istifadə edirdi. Oğullarını yanına çağırar, hal-əhval tutardı. Sonra isə onların bu və digər məsələyə dair fikrini bilmək istəyərdi.

Əşrəfin gəlməsini səbirsizliklə gözləyən Məşədi Fazil  Dadaş xanın rədd cavabından sonra, onun özünü necə aparacağı maraqlandırırdı.

O, anlayırdı ki, Dadaş xanın tərsliyi nə ilə əlaqədardır. "Bu adam var-dövlətə, şana-şöhrətə öyrənib. Anlamır ki, dövran daha o dövran deyil. Bircə anın içində olan qalanını itirirsən!" – düşünürdü.

Məşədi Fazil çıxış yolunun nədə olduğunu görmürdü və oğluna nə təklif edəcəyini də bilmirdi.

Seyid Bikə isə hirsindən var-gəl edirdi. Dadaş xanı söyürdü:

-Mürtəd oğlu, mürtəd! Eşşək həmşəridir də? Xan oğludur. Başına dəysin xanlığın!

-Ay arvad, bəsdir! - deyə Məşədi Fazil onu sakitləşdirirdi.

Seyid Bikə hirsli-hirsli həyətə endi.

Günəş şüalarını Şübanı dağlarının arxasında gizlədirdi. Yasamalın arxasından buludları aşağıdan yuxarı qızardırdı. Bakını əhatə edən dağların üzərini qırmızı rəngə çalırdı.

Əşrəf həyətə daxil olanda atasının fikirli olduğunu gördü. Anladı ki, yenə də nə isə baş verib. Onun qarşısına qaçan Nərgizi göyə qaldırdı, üzündən öpdü, yerə qoydu Əlindəki şirniyyatı qızcığaza verdi. Atasına yaxınlaşdı, salamlaşdı:

-Dədə, niyə belə dilxorsan? Nə baş verib?

-Heç nə, bala! Qaynatan qarşımıza şərtlər qoyub. Deyir ki, bunları edin, sonra qızı aparın.

-Dədə, elə bu?

-Bala, bu azdır?

-Təki dərdimiz elə bu olsun!

Ata oğlunu başa düşmədi. Əşrəf isə dinmədi.

-Bala, uşağı anasız böyütmək olmaz!

-Biz də belə düşünürük.

-Biz, kim?

-Raziyə də, mən də.

-Başım çıxmır?

-Dədə, səbirli ol! Hər şey düzələcək.

Oğlunun arxayınçılığı onu sakitləşdirdi. Ancaq Seyid Bikə az qalmışdı ki, hər şeyi korlasın.

Oğlunun gələndə, Seyid Bikə həyətdə qonşu arvadlarla söhbət edirdi. Oğlunun gəldiyini görən ana Nərgizin əlindən tutub eyvana çıxdı.  Keçib oğlunun üzündən öpdü:

-Qaynatan qudurub. Get, qızı götür qaç! Qaçırtmasan, kişi deyilsən!

-Ay arvad, kəs səsini! - deyə sakitləşmiş Məşədi Fazil onun üstünə çımxırdı.

-Səndən fərsizdir? Sən qaçırtdın, o, qaçırda bilmir.

-Camaat nə deyər?

-Nə deyir, desin! Ayıb iş tutmur ki? Mir Hüseyn ağanın qızını qaçırdanda, heç bunu düşünmürdün?! Tiflisdəki evimiz durur, versinlər özlərini ora.

-Kəs səsini, arvad. Ayıbdır. Uşağı yoldan çıxartma!

-İndiki uşaqlar çoxdan yoldan çıxıblar! - deyə Seyid Bikə Nərgizin əlindən çarhovuzun yanına apardı. Elə bil Məşədi Fazilin fikri onu maraqlandırmırdı. Əslində isə atayla oğlun danışması üçün şərait yaradırdı. Fikrini də demişdi. Bu yeganə çıxış yolu idi. Qalırdı Əşrəfin fərasətinə.

Məşədi Fazil isə, doğurdan da, hirslənmişdi. Hirsini tökmək üçün isə arvadı əlinə keçmirdi. Hirsindən  bilmirdi ki, nə etsin.

-Dədə, hirslənmə, bir şey fikirləşərik! - deyə Əşrəf atasını sakitləşdirdi.

 Əşrəfin ağlına gəlməyən fikri anası başına salmışdı. "Görəsən, Raziyə nə deyəcək?" – deyə düşündü. Qəlbində qeyri-bir arxayınçılıq vardı, Raziyə də onu başa düşəcəkdi.

 Ertəsi günü Məşədi Fazil Tiflisə getməli oldu.

 

***

 


TİFLİS

 

"Bakı-Tiflis" qatarı adamla dolu idi. Pəncərəyə sığınan Raziyə Nərgizi dizinin üstündə oturtmuşdu. Qızcığaz birinci dəfə idi ki, qatara minirdi.

- Ana, parovoz nəynən işləyir?

-Qızım, buxarla.

-Onda gərək içində samovar olsun ki, suyu qaynatsınlar.

-Elədir qızım! - deyə Əşrəf də sözə qarışdı: - "Onun içində samovara oxşayan böyük qazan var, qazan qaynayır, buxar olur, buxar isə mühərriki işə salır. Odur ki, parovoz buxar buraxır.

-Ana, ora bax, biz körpünü keçirik.

Qatar Keşlə körpüsünü keçirdi. Raziyəni fikir aparmışdı. Dünən Əşrəfin təkidinə və məntiqinə davam gətirməyən Raziyə ona qoşulub, Tiflisə getməyə razılıq vermişdi.

Dünənki söhbət Nərgizin taleyi üzərində  qurulmuşdu.

-Raziyə, gəl, elə edək ki, Nərgiz atasız, anasız olduğunu  duymasın. Onu öz balamız kimi böyüdək. Atanın şərtlərinə əməl etməyə isə bir-iki il lazımdır. Gedək, Tiflisə orada evimiz var. Dədənin kəlağayı sexində işləyəcəyəm. Çoxlu pul qazanaram, Bakıya dönərik.

Raziyə Əşrəfin bacarığına, ağlına, igidliyinə, dediyi sözə sahib duracağını bilirdi, razılığını verdi. Dadaş xan Xaçmaza gedən kimi onlar da Tiflisə getmək qərarına gəldilər.

-Görəsən, indi bizimkilər nə edirlər? - deyə Raziyə soruşdu.

-Nə edəcəklər? Bir-iki saatdan sonra, anan qaçacaq bizə: – «Qız hanı?» Hamı düşəcək əl-ayağa, bircə Məmədən başqa" - deyə Əşrəf cavab verdi.

O, uşaqlıqdan Seyid Bikəyə "Məmə" deyirdi. Qalan qardaşlar da Əşrəf kimi belə çağırırdılar.

Qatar ağ tüstüsünə bürünüb qaranlığın içərisinə girirdi. Pəncərədən çəkilməyən Nərgiz ilan kimi sürünən qatarın təkərinin səsindən mürgüləmək istəsə də, maraq ona üstün gəlirdi. Bayaqdan dinməyən qızcığaz pəncərədən gözünü çəkdi.

-Ata, biz hara gedirik? - soruşdu.

-Mənim balam, Tiflisə! -deyə gənc ata cavab verdi.

-Ata, Tiflisə niyə? Bəs nənə?

-Mənim balam, bizim evimiz Tiflisdədir. Nənəgilə  tez-tez  qonaq gələcəyik.

-Ananı da aparacaqsan?

-Onsuz olarmı?

Nərgiz yenə də Raziyəyə sığındı. Başını onun dizinə qoyub mürgüləməyə başladı.

***

Bakıda isə aləm, doğurdan da, bir-birinə dəymişdi. Qızının evə gəlmədiyini görən Səriyə xatın tələm-tələsik özünü Seyid Bikəgilə verdi:

-Qıza, bu başıbatmışlar hanı?

Seyid Bikə heç nə olmamış kimi:

-Mən də nigaranam! - dedi.

            -Qıza, ikisi də yoxa çıxıb. Heç yerdə yoxdular. Mən nə edim? Başıma nə çarə qılım?

-Sakit ol, Səriyə xatın! Əşrəflə Raziyə balalarını götürüb Tiflisə gediblər.

-Qıza, nə danışırsan? Dadaş məni öldürəcək!- deyə ağlamağa başladı.

-Heç nə etməyəcək. Niyə ağlayırsan? Bu gün-sabah toylarıdır. Əsası odur ki, onlar xoşbəxtdirlər.

-Elədir, Seyid qızı.

****

Qatar Tiflisə çatanda günorta olmuşdu. Baharın təravətindən şəhər yaşıllıq içində idi. Sanki buralara müharibənin səsi, sorağı dəyməmişdi. Xalqı gülər üz, şirin dil idi.

Gürcü dilini yaxşı bilən Əşrəf bir anın içində faytonçunu dilə tutdu:

-Katso, "Orta çalaya " apar! - dedi.

Raziyə gördü ki, Əşrəf özünü Bakıda kimi hiss edir.

-Yaxşı sən, gürcülərlə danışdın, bəs mən kiminlə danışacağam?

-Ay qız, ürəyini sıxma, Cəfərli tayfası buradadır. Özün görəcəksən. Digər tərəfdən, gürcü dilini öyrənməyə nə var ki? Sözlərinin çoxu azərbaycancadır.

 Kürün sahilindəki körpünü keçib fayton Nadvarski küçəsindəki mülkün qarşısında dayandı.

Əşrəf faytonçunun pulunu verib qapını döydü. Qapını cavan qadın açdı.

-Bəs Qoqi hanı? – deyə Əşrəf gürcücə soruşdu.

-Onu əsgər apardılar. Sən Əşrəfsən?

-Bəli, bəs sən?

-Marqo. Mən onun həyat yoldaşıyam.

-Tanış ol! Bunlar isə mənim həyat yoldaşım Raziyə və qızım Nərgizdir.

-Xoş gəlmisiniz! Buyurun keçin!

Qadının dəvət etdiyi həyət çox böyük idi. Qarşıda iki mərtəbəli mülk  dururdu.

-Qoqi haçan evləndi? Bəs bizə niyə xəbər vermədi?

-Fazil dayı gəlmişdi. Sən frontda idin.

Əşrəf anladı ki, qız hamını tanıyır.

-Fazil dayı da burdadır. Səməd ağa ili sexə getdilər. Gedim çağırım.

-Yox, mən özüm gedərəm. Marqo, Nərgizlə Raziyəni yerbəyer elə, gəlirik!

***

Basqallıların Tiflisdəki kəlağayı sexi Seyid Bikənin bacısı Baratgilin həyətinin arxasında idi. Kəlağayı sexini    Səməd ağa idarə edirdi.

Tiflisdə onun qədər hörmətli adam çox az tapılardı. Tanıyanlar  bilirdilər ki, Səməd ağanın bir sözü iki olmur. Sözü ilə əməli həmişə düz gəlirdi. Tiflis qədər qarmaqarışıq bir yerdə onun hörmətini hamı saxlayırdı.

Səməd ağa yaraşıqlı,  boy buxunlu, hündür qamətli bir  insan idi. Duruşunda və hərəkətlərində qətiyyətlilik duyulurdu.

Əşrəf sexin qarşısından keçib özünü xalasıgilin həyətinə salmaq istəyirdi ki, sexin ağzınsan Səməd ağa onu gördü, Məşədi Fazil də onun yanında idi. 

-Bacı oğlu, xoş gördük! Sən hara, bura hara? - deyə Səməd ağa Əşrəfi qabaqladı.

-Səməd dayı, salam! Dədə salam! - dedi və keçib hər ikisini əlindən öpdü.

-Bacı oğlu, xeyr ola? Əvvəl dədəni qabağa buraxırsan, sonra özün gəlirsən!

Əşrəf onlara nə deyəcəyini bilmirdi. Planına görə,  xalasıgilə getməli idi ki, onu evlərinə gətirsin və məsələni agah etsin. Ancaq idi vəziyyət dəyişmişdi.

-Bala, nə gözünü döyürsən, düş qabağıma, gedək xalandan muştuluq alaq! - deyə Səməd ağa özü də bilmədən Əşrəfin işini yüngülləşdirdi.

-Niyə görə muştuluq alırsınız?

-Necə yəni niyə görə? Frontdan qayıtmısan.

-Elə buna görə?

-Bəs niyə görə?

-Başqa bir iş də tutmuşam! - deyə Əşrəf atasının baxışlarındakı mülayimliyi görüb ürəkləndi.

-Siz Cəfərlilər, yenə nə iş görmüsünüz?

-Pis iş görməmişik! Dədəm etdiyini etmişəm.

-Başa düşmədim? - deyə Səməd ağa çaşqın qaldı

-Səməd, sonra səni başa salaram. - deyə söhbətə qoşulan  Məşədi Fazil oğlunun nə demək istədiyini o saat tutdu. Üzünü Əşrəfə çevirdi:

-Get, xalanla görüş! - dedi.

Əşrəf çıxıb getdi. Səməd ağa sexdəki uşaqlara tapşırıqlar verib Fazilin yanına qayıtdı. 

-Bizim burda daha işimiz qalmadı. Fazil, gedək bir az Baratı sevindirək. Ancaq yenə də başa düşmədim nə xəta çıxardıb ki,  sən belə sevinirsən.

-Tələsmə, Səməd! Bacım sənə hər şeyi başa salar. Ancaq Əşrəf dediyini olduğu kimi Barata deyərsən.

Səməd ağa Fazilnən sexdən çıxıb Seyid Baratın süfrəsinə təşrif gətirmək istəyirdilər. Əşrəfin onların qabağına çıxmağı da yerinə düşdü.

-Bıy, bıy! Kimi görürəm? A bala bir bəri gəl! - deyə Seyid Barat bacısı oğlunu bağrına basdı, özünü saxlaya bilmədi, gözlərindən yaş sel kimi axmağa başladı.

Əşrəf əllərilə onun gözünün yaşını sildi:

-Xala, ağlama! Səni ağlatmağa gəlməmişəm. Allah qoysa Məmməd də qayıdar. –deyə Əşrəf frontda olan xala uşağını nəzərdə tuturdu.

-Bala, bu sevincdəndir. Keç, stolun arxasına! İndi Səmədlə Fazil də gələcəklər. Mən gedim, hazırlıq görüm. Uşaqlara da gəlməyini xəbər verim! - deyə Seyid Barat  otağa keçdi.

 Əşrəf həyətdəki söyüd ağacının altında qoyulmuş stolun arxasına keçdi. Bir-birinin ardınca həyətə düşən xalası uşaqları Əşrəfin boynuna sarılırdılar. Ondan dörd-beş yaş cavan olan Ağarza ilə Davud qanad açıb uçurdular, balaca Rafiqlə Almaz isə sevindiklərindən bilmirdilər ki, nə etsinlər.

Seyid Baratın böyük qızı 7-8 yaşlı Firəngiz anasına qoşulub süfrəni bəzəyirdilər.

-Xala, Məmməddən nə xəbər var? - deyə Əşrəf soruşdu.

-Gedəndən nə səs var, nə soraq. Nə ölüsü var, nə dirisi. Başıma nə çarə qılacağıq bilmirik...

-Allah qoysa qayıdar. Məmməd diribaş oğuldur.

-Nə əcəb buralara təşrif gətirmisən? Ananı tək qoymusan, xala sənə qurban?!

-Xala, sənə sözüm var! - deyə Seyid Baratı qırağa çəkdi.       -Xala sənə qurban, de görüm nə olub?

-Xala Raziyəni götürüb bura gətirmişəm.

-Denən ki, qaçırtmısan.

-Xala, zarafatın yeri deyil. Dədəyə necə deyim?

            -Ay xətəkar burda çətin nə var ki? Əsası odur ki, qaçırmısan. Əlbəttə ki, Bikənin razılığıynan. Mən bacıma bələdəm.

-Xala, nə edim?

-Bu daha sənlik deyil!

            Bacanaqlar həyətə daxil oldular, həyətin ortasındakı təmtərağı gördülər. Səməd ağa süfrənin necə bəzədildiyin görüb üzünü Məşədi Fazilə tutdu, ancaq bərkdən dedi ki, Seyid Barat da eşitsin:

            -Məşədi, bu bizə görə deyil e! Görürsən, baldızın bacı oğluna necə qulluq edir?

            -Bəs sizə qulluq edəcəyəm? Bu mənim balamdır. Siz kimsiz? -  deyə Seyid Barat zarafata zarafatla cavab verdi.

            -Biz heç kim? Ələşrəfin şotuna yeyənlər. - deyə Səməd ağa arvadını susdurmağa çalışdı.

            -Özgə şotuna yemək istəyənlər, keçin süfrə başına.

-Bu şamaxılıları basqallılar hər şeydə ötürlər, ancaq dildə yox!

-Ay arvad, de görüm, Əşrəfə nə muştuluq verdin!

-Mən nə vercəyəm, özüm bilərəm! Ancaq tez olun hər ikiniz mənə muştuluq verin!

-Biz niyə verməliyik? Sənin bacın oğlu frontdan qayıdıb.

            -İkimiz niyə? Seyid qızı? - deyə Məşədi Fazil təəccüblə soruşdu.

-Səndən iki qat muştuluq düşür. Özü də sabah Səmərqəndə qayıtdı yoxdur. Əşrəf qız qaçırdıb. Gətirib bura. Deməli, toy olacaq. Oturun yeyin, mən qaçdım gəlinimizin yanına.

-Ay arvad, dayan, səni görən qaçar. Qız yazıqdır! - deyə Səməd ağa zarafatından qalmadı.

Seyid Baratın Almazla tələsik həyətdən çıxdıqlarını seyr etdikdən sonra Səməd ağa Əşrəfə yaxınlaşdı, alnından öpdü:

-İndi başa düşdüm, nə deməkdir, “Dədəm etdiyini etmişəm!” Dədənin yadına belə düşmür, cavanlıqda nə edib?

 Məşədi Fazil  Səməd ağanın bu zarafatına güldü.

-Gəlin,  cavanların sağlığına bir badə qaldıraq! Allah onları xoşbəxt eləsin! - deyə hamını stolun arxasına dəvət etdi.

-Toyda sərpayılığı mən edəcəyəm.  Fikirləşək, haçan toyu edəcəyik? Səmərqəndə getməyin isə qaldı sonraya.

***

Seyid Barat qızıyla  Əşrəfgilin həyətinə daxil oldular. Həyətdəki kollar gül-çiçək tökmüşdü. Bacısı Seyid Bikənin zövqü ilə əkilmiş cürbəcür çiçək kolları və ləklərdəki  güllər həyətdəki yaşıllıqla vəhdət təşkil edirdi.

Tiflisin qışının soyuq olmasına baxmayaraq Məşədi Fazilin səyi nəticəsinə bu həyətdə elə ağaclar bitirdi ki, şəhərin heç bir yerində belələrini görmək mümkün deyildi.

Tale Seyid Bikəynən Fazilə burada daimi yaşamaları üçün şərait yaratmadı. Onlar 27-ci ildən başlayaraq Tiflis-Bakı-Səmərqənd arasında qalmışdılar.

Mülk Səməd ağanın adına olduğundan onu müsadirə etməmişdilər. Seyid Bikə Tiflisə hərdən bir gəlirdi, gələndə isə çox vaxt elə Baratgildə qalırdı və nadir hallarda bura ayaq basırdı. Adətən onlar bura yaz və yay vaxtları təşrif gətirirdilər.

 Kürün sahilinə daha yaxın olduqlarından Məşədi Fazilgilin həyətindən Tiflisin sol sahilindəki qayaların üstündəki evlər açıq görünür, gözləri önündə gözəl mənzərə açılırdı.

İndi onlar bacısının həyətini Səməd ağanın dostunun oğlu Qoginin ailəsinə vermişdilər ki, həm yaşasınlar, həm də həyət-bacaya baxsınlar. Mülkün birinci mərtəbəsində Qogigil yaşayırdı. İkinci mərtəbəsində isə Cəfərlilər Tiflisə gələndə qalırdılar.

 Marqo əlli-ayaqlı, təmizkar bir qadın idi. Bütün günü bağda-baxçada çalışardı. Ləklərdə istədiyin  göy-göyərti və tərəvəz əkərdi. Evin ətrafında əkdiyi qızıl güllərin ətri eyvana vururdu. Adama elə gəlirdi ki, cənnətdədir. Bağda quşların cəh-cəhi insanın əsəblərini sakitləşdirir, rahatlıq verirdi.

Vaxt vardı yay aylarında iki bacı yamyaşıl otların üstündə oturub qarşılarındakı bu cazibədar mənzərəni seyr edirdilər.

Barat xatın ikinci mərtəbəyə qalxanda, eyvanında  Marqo Nərgizlə oynayırdı. Raziyə isə otağına keçib yır-yığış edirdi.

-Bu balaca şeytan kimdir? - deyə Barat xatın Nərgizi göstərdi.

-Əşrəfin qızıdır! - deyə Marqo gürcücə cavab verdi.

-Marqo, axı onların qızları olmamalıdır! - deyə Barat xatın  gürcücə soruşdu.

-Barat xala, mənə Raziyə belə dedi.

Otaqda adını eşidən Raziyə diskindi. Eşiyə çıxmaq istədisə də çıxmadı. Utandı.

-Yaxşı, hanı mənim balam? –deyə  Barat xatın Nərgizdən soruşdu. O, isə əlilə otağı göstərdi.

Barat xatın tərəddüd etmədən otağa keçdi. Raziyəni güzgünün arxasında oturduğunu gördü.

-Halal olsun, bacı oğlu! Buna deyərəm "mamlı-matan". Gəl, səni bağrıma basım, mənim balam.

 Barat xatının arxasınca Nərgiz qaçıb anasının balağından yapışdı.

-Bu kukla kimdir?

-Bizim qızımızdır.

-Axı sizin olmamalıdır...?

-Bu haqda sonra danışa bilərik mi?

-Əlbəttə!

-Nərgiz, keç Marqo xala ilə oyna! - deyə Nərgizi eyvana göndərdi.

-Əşrəfin müharibədə həlak olmuş dostunun qızıdır. Yiyəsiz qalmışdı, övladlığa götürdük. Ancaq bu haqda heç yerdə danışmaq lazım deyil, bilən olmasın. Qızın qəlbini sındırmayaq.

-Qızım, Allah ürəyincə versin! İndi isə tez geyin, gedirik bizə. Toya qədər sən bizim evdə qalacaqsan. Belə olmasa, basqallıların ağzını bağlaya bilmərik. Al, bu kəlağayını, at başına. Səni başıaçıq görməsinlər. Tiflisdə azərbaycanlılar baş açıq gəzmirlər.

             Barat xatın, Raziyə və Nərgizin Səməd ağagilin həyətinə daxil olduğunu birinci Əşrəf gördü. Yerindən durub onları qarşıladı.

-Xala, onları bura niyə gətirdin? Ayıb deyil?

-Bala, belə lazımdır.

Əşrəf xalasının qətiyyətli cavabından sonra susdu. Səməd ağa eyvandan  Barat xatını və yanındakıları gördü.

-Məşədi, aşağı bax! Arvad deyil, od parçasıdır. Biz burada vurmaqdayıq, baldızın isə bizim üçün düşünməkdə. Deyəsən, gəlinini bizim evdən köçürəcəksən.

Babasını eyvanda görən Nərgiz qaça-qaça gəlib Məşədi Fazilin boynundan sarındı.

-Bu şeytan kimdir, Məşədi?- deyə Səməd ağa təəccüblə soruşdu.

-Gülüm, çiçəyim, gözümün nuru nəvəm. - deyə Məşədi Fazil gülümsədi və nəvəsinin alnından öpdü.

Səməd ağa müdrik kişi idi. Anladı ki, qızın kimliyi haqda indi danışmaq olmaz. Ancaq yenə də zarafatından qalmadı:

-Məşədi, sən birinci qocaldın, içirəm gənc babanın sağlığına!" - deyə Səməd ağa ona məxsus qürurla çaxır dolu badəni axıra qədər içdi.

Məşədi Fazil isə keçib Raziyənin alnından öpdü:

-Qızım, Allah sizi xoşbəxt eləsin! - dedi.

-Xeyr-duanı aldın, indi keç otağa! Bir həftə Əşrəfi gördü yoxdur-deyə Barat xatın ərkiyanə Raziyəni kürəyindən irəli itələdi.

-Ana, bəs Nərgiz?

-O, da bizdə qalacaq. Ondan arxayın ol!

Əşrəfin gəlmə xəbəri bir anın içində "Orta çalada"  yaşayanlara yayıldı. Uşaqlıq dostları, məhəllə uşaqları,  tanıyanlar hamısı Səməd ağa gilə axışmağa başladılar.

Raziyəni tələm-tələsik otaqların birinə yerləşən Barat xatın həyətə düşdü:

-Səməd, keçin həyətin aşağısına! Əşrəfin adına tutdurduğum çaxır küplərindən birini açın! Uşaqlar göz aydınlığına gəlirlər.

Komendant saatına qədər Səməd ağanın həyətində Əşrəfin məhəllə dostlarının şən səsləri ucaldı.

***


MƏMMƏDİN QAYDIŞI

 

Müharibə iki il idi ki, qurtarmışdı. Məmməddən nə səs vardı, nə soraq. Barat xatının isə elə gözü yol çəkirdi. Gündə birinin balası geri dönürdü. Gündə bir ailə sevinirdi. Onların qulaqları isə səsdəydi.

Seyid Bikə də bir-neçə gün əvvəl, balalarını görmək üçün Tiflisə gəlmişdi. Bacısının əhval-ruhiyyəsi ona da keçmişdi.

Adətən  Seyid Bikə Tiflisə gələndə, Barat xatın onlardan əl çəkmirdi. İndi isə hər şey tərsinə idi. Baratda sanki hər şeyə maraq ölmüşdü.

Səməd ağagilin həyətində hamı Seyid Bikənin başına yığışmışdı. O, isə fil sümüyündən düzəldilmiş yarım  metr uzunluğunda müştüyünə "Belomor" siqaretini taxırdı.

Kiçik qardaşı Seyid Əhməd anası Zübeydə xatını daŞamaxıdan götürüb Tiflisə gətirmişdi.

Zibeydə xatın qızının bu hərəkətini pisləməsə də, istehzalı zarafatından qalmırdı:

-Gorun çatlamasın, Mir Hüseyn, qızın siqaret çəkir.

-Ay nə, həkimlər ona məsləhət görüblər də. Məmə xəstədir, asmadır. - deyə Raziyə qaynanasının tərəfini saxladı.

-Qızım, bizdə qadının siqaret çəkməsinə pis baxırlar.

-Ay na, burada bir qəbahət yoxdur. Bunu çəkməsəm ölərəm. - deyə Seyid Bikə analığını sakitləşdirdi.

            Həyətin qapısı açıldı. Marqo  içəri girdi. Raziyəni kənara çəkdi:

-Həyətimizə bir kişi gəlib, Əşrəfi istəyir. Xahiş elədi, tez gələsiniz. Sizin eyvanda oturub mənim ərimlə söhbət edirlər. Deyəsən, bir-birini çoxdan tanıyırlar.

            Gəlinin ayağa qalxdığını görən Seyid Bikə ona yaxınlaşdı:

            -Ay qız, hara belə?

            -Məmə, qonağımız gəlib. Əşrəfi axtarır, o, isə sexdə deyil.

            -Onda məni də gözlə! - deyə ayağa qalxdı və gəlinin dalınca yollandı.

***

Eyvanında yaxşıca stol açılmışdı. Marqo evdə nə vardısa,  süfrənin üstünə düzmüşdü. Qogi ortadakı çaxır  bardağından  badələrə şərab süzürdü:

-Sənin sağlığına Mamed! - deyə Qogi onunla axıra qədər badəni boşaltdı.

Raziyənin başı eyvandan görünəndə, qonaq ayağa qalxdı.

            -Məmed, Raziyə xatın sizin gəlinizdir! - deyə Qoqi onu qonağa təqdim etdi.

Raziyə “Xoş gəlimisiniz!”- deməyə macal tapmadı.  Ləhləyə-ləhləyə eyvana özünü salan Seyid Bikə yerindəcə dondu.

-Bala! - deyib yerə yıxıldı. Seyid Bikənin ürəyi keçmişdi.

 Məmməd xalasının başını dizi üstə qoydu, Raziyədən stolun altından balaca çantasını götürməyi xahiş etdi. Çanta həkim çantası idi. Raziyə Məmmədin həkim olduğunu başa düşdü.

Məmməd çantanın ağzını açdı, içində naşatır spirti flakonunu götürdü, xalasının burnuna yaxınlaşdırdı  Seyid Bikə asqıraraq oyandı.

-Ay ana, mən səni görməyə gəlmişəm, öldürməyə yox! -deyə Məmməd zarafat elədi.

-Ay qız, nə gözləyirsən, get, Seyid Baratdan muştuluq al! - deyə Seyid Bikə üzünü Raziyəyə tutdu.

-Mənim bacım, tələsmə! Lazım deyil! Mənim üçün Əşrəfi tapın! Gəlməyim haqda səs-küy salmayın! - deyə Məmməd Raziyəni dayandırdı.

Məmmədin üzündən yorğunluq yağırdı. Seyid Bikə bunu o saat hiss etdi:

-Qoqi, apar Məmmədi hamamxanaya, qoy çimsin. Mən isə yerini salım, bir az yatsın!

Sonra Məmmədi Əşrəfgilin otağına saldı, şfanerin qapısını açdı:

-Əşrəfin şkafında beş-altı kostyum var. Hansını istəyirsən seç! Əynindəki adımıza-sanımıza yaraşmır. Alt tuman-göynək də götür. Hamısı təzədir.

Hamamdan çıxan Məmmədi eyvanda Əşrəflə Qoqi gözləyirdi. Əşrəf onu bağrına basdı.

-İndi, de görüm, niyə istəmirsən sizinkilər bilsin! - deyə Seyid Bikə soruşdu.

 -Ana, mən Sibirdən qaçmışam. Mən qaçqınam, gəlməyimi bu həyətdən qırağa çıxartmaq olmaz!

-Aydın oldu. Ürəyini sıxma, bala, bizim nəsil min-bir bəladan qurtarıb. Eşitdiniz, bir adam bilməməlidir! - deyə Seyid Bikənin səsi mətinləşdi.

Çay içdikdən  sonra Məmməd keçib otaqdakı çarpayıya uzandı. Şirin yuxuya qərq oldu.

***

 Seyid Bikə Əşrəfi bazarlığa göndərdi. Özü isə düşündü ki, Baratı oğluyla necə görüşə hazırlasın. Kişilər onsuz da axşam hər şeyi biləcəklər.

Baratgilin evinin  yanına  yenicə çatmışdı ki, NKVD-nin maşını qapının ağzında dayandı. Seyid Bikə dinməzcə dönüb geri qayıtdı. Həyətdə Qogiyla Marqo baxçada işləyirdilər.  Ləkdə nə isə əkirdilər.

-Qogi, “İt maşını” Səmədgilin qapısının ağzında dayandı. Get, qıraqdan bax! Gör, nə baş verir?! Mən Marqoya kömək edərəm! -  deyə Seyid Bikə onu işdən ayırdı.

 Qogi dinməzcə həyətdən çıxdı.

 Səməd ağagilin həyətində isə NKVD-nin Baş leytenantı Barat xatınu sual-cavaba tutmuşdu:

-Məmməd Bağırov, sizin oğlunuzdur?

-Mənim oğlumdur. Necə bəyəm?

-Biz onu axtarırıq.

-Məgər o sağdır?- deyə həyətə girən Qogi söhbətə qarışdı.

-Siz kimsiz?

-Mən Məmmədin köhnə dostu, həm də qonşusu. Bura qonaq gəlmişəm.

-Məmməddən nə xəbər var? Biz ondan altı ildir xəbərsizik.

-Məmməd sağdır. Əsrlikdə olduğu üçün Sibirə sürgün edilmişdi. Oradan qaçıb!

-Şükür Allaha, oğlum sağdır!- deyə Barat xatın az qaldı sevindiyindən baş leytenantı öpsün.

Baş leytenant ağıllı adam idi. Barat xatının bu hərəkətindən başa düşdü ki, oğlunun sağlıq xəbərini birinci dəfədir ki, ondan eşidir. Bir də Sibirdən göndərilmiş teleqrama görə o, bu həyətə bir-ki həftəyə gələ blərdi. Onun heç ağlına belə gəlmirdi ki, Məmməd Tiflisə teleqramdan tez çata bilərdi.

-Eşitdin, Qogi? Məmməd sağdır. Məndən muştuluq! -deyə Barat xatın otağa keçib əlində bir-neçə dənə sexdə hazırlanan ipək dəsmalla qayıtdı.

-Bala bu sənin! Bunlarda dostlarının! - deyə Baş leytenanta uzatdı.

-Biz gəlmişik, sizin evi “Obısk” edək, sən isə bizə hədiyyə verirsən.

-Mənim balam, mən inanmıram ki, Məmməd cinayətkardır. Lap elədir. Ancaq sağdır. Ana üçün oğlunun sağlığı əsasdır. Qalanlar yerini alacaq. Buyurun,  axtarın, tapsanız mənə də göstərin ki, ürəyim yerinə gəlsin.

Baş leytenant dəstəsilə bütün otaqları gəzdi, protokol bağladı, ki Məmməd buralarda yoxdur, protokola hamıya qol çəkdirdi. Dəstəsini yığıb çıxıb getdi.

 

***

Qogi həyətə qayıdıb olanların hamısını Seyid Bikəyə danışdı. O, isə balağını əlinə alıb üz tutdu Baratgilə.

Seyid Bikə həyətə bacısını, qızları Frəngiz və Almazla birlikdə həyətin ortasına əllilitirlik samovarı dartıb gətirdiklərini gördü.

-A bacı, bu nə üçündür? - deyə Barat xatından soruşdu.

-Axşam qonağımızsiz, məndə şad xəbər var! Desəm, oynayacaqsan!

-Bilirəm nə deyəcəksən! NKVD-e tökülüb buralara.

-Yox! Yox! Yox! Oyna, deyim!

-Mənim oynamağa vaxtım yoxdur. İndi isə gedək bizə! Uşaqların hamısı bizə yığışacaq.

“Uşaqlar” dedikdə iki bacının balalarını və onların dostlarını nəzərdə tuturdular.

Onlar bir gün Fazilgildə, bir gün isə Səməd ağagildə yığışırdılar. Ancaq növbə bu gün Seyid Baratın idi.

-Belə niyə, ay qız? Hər şey bişirmişik. Hamı bizə gəlməlidir. Qızlar samovar qoyurlar. - deyə Barat xatın təəccüblə soruşdu.

-Ay qız, qazanların dalınca sonra adam göndərərik. İndi isə bizə gedək! - deyə Seyid Bikə səsini qaldırdı.

-Ailədə balacalığını qəbul edən Barat xatın böyük bacısının sözünə əməl etdi.

Seyid Bikənin ciddi rəftarı Baratın əhval-ruhiyyəsini dəyişdi. Bacısının təkidinə dözməyib dalınca düşdü. Qol-qola girib həyətdən çıxdılar.

Dinməzcə düz Əşrəfgilin eyvanına qədər gəldilər. Eyvanın qırağında Barat xatının Raziyəyə cehiz verdiyi patefonu işə saldı. Fatma Mehrəliyevanın plastinkasını qoydu, üzünü bacısına tutdu:

-İndi sən oyna!

-Mən niyə?

-Məni niyə oynadırdın ona görə?

Səs-küyə eyvana Raziyəynən Əşrəf çıxdı.

-Bu nə səs-küydür, amma dava yoxdur? - deyə Əşrəf onlardan soruşdu.

-Xalana deyirəm oyna, oynamır. Öz həyətlərində məni oynatmaq istəyirdi. Gətirmişəm ki, burda oynasın.

-Xala, sənin yerinə olsaydım, oynayardım!

-Raziyə, ərin düz deyir? - deyə Barat xatın gəlinindən soruşdu.

-Mən də olsaydım oynayardım.

-Cəfərlilər, deyəsən, hamısı səs-səsə veriblər.

-Barat xala, lazımdır! Mən də sənə qoşulacağam! Gör nə qəşəng mahnıdır. - deyə Nərgizin səsi eşidildi.

Barat xatın eyvana yığışmış Qoginin, Marqonun, Əşrəfin, Raziyənin, hətta balaca Nərgizin üzündən bu rəqsin arxasında nə durduğunu duymaq istəyirdi. Ancaq bir şeyi aydın şəkildə görürdü. Burdakılar ona qarşı nə isə tələ qurmuşlar ki, o oynasın.

Uşaqlıqdan bacısının şux zarafatların öyrəşən Barat xatın əlini qaldırıb ortaya düşmək istəyirdi ki, patefon dayandı, musiqi kəsildi.

-Görürsüz də, musiqi kəsildi! - deyə Barat xatın ortadan çıxmaq istədi.

-Xala, ürəyini sıxma, bu saat işə salarıq. Nərgiz, qızım, patefonu qur! - deyə Əşrəf qızına göstəriş verdi.

Musiqi sədası yenidən eyvana yayıldı. Barat xatın əlini qaldırıb oynamağa başladı. Nərgizlə Raziyə də ona qoşuldu.

Seyid Bikə isə musiqinin taktına uyğun olaraq iki əlini birləşdirib “şaka-şak” salan çırtıma çalırdı. Bayaqkı xəbərdən ruhlanan ana balasının sağ olması xəbərini burdakılara deməmişdi. Başı aşağı oynaya-oynaya fikirləşirdi ki, rəqs edib qurtaran kimi hər şeyi bacısına danışsın. Onun özünü oynatsın. Ancaq kim isə iki əlilə onun iki gözünü bağladı.

Kim olduğunu anlamaq üçün Barat xatın gözlərini bağlamış əllərə barmaqlarını sürtdü ki, kimin olduğunu müəyyən etsin.

Uşaqlıqda, “Gözbağlayıcı” oyununu oynayarkən o, həmişə kimin onu apardığını tapırdı. Bu səfər, deyəsən, yanılırdı.  Bu əl, nə Raziyənin, nə Əşrəfin, nə Qoginin, nə də  uşaqlarının  əli deyildi. Naməlum, qabarlı, kobud bir əl onun gözlərini bağlamışdı

-Uduzdum! Tapmadım. Mən təslim! - deyə iki əlilə onun gözlərini bağlamış əlləri gözünün üstündən götürdü. Qarşısında Məmməd dayanmışdı:

-Mənim balam! Səni əllərindən tanıya bilmədim. - deyə qollarını balasının boynuna saldı. 

  Ana-bala bir-birinə sarılnmışdı. Hamı ağlayırdı.

 Səməd ağanın eyvana necə qalxdığından xəbərləri belə olmadı. Seyid Baratın kimi isə  bağrına basdığını gördü.

Baratın qucaqladığı adamın arxası ona tərəf idi. Zarafatından qalmayan Səməd ağa Barat xatınun ondan ayrılmadığın görüb:

-Mənim arvadımı qucaqlamağa kimin hünəri çatar? - deyə zarafatla soruşdu.

 Barat xatın ərinin səsini eşidib, Məmmədin boynunu buraxdı.

Səməd ağanın rəngi-ruhu qaçdı. Oğlunun qayıdacağına ümidini itirmiş atanın, sevincdən gözləri yaşardı. Yerindəcə donub qaldı.

-Sənə canım qurban, bala! Ürəyim yerinə gəldi. Daha dərdim yoxdur! - deyə Səməd ağa Məmmədin alnından öpdü. Sonra əlilə stolu göstərdi ki, hamı keçsin stolun arxasına otursun.

-İndi danış, hardaydın? - deyə ata oğuldan soruşdu.

Məmməd atasından bu sualını gözləyirdi. Sibirdən Tiflisə xəlvəti gələ-gələ, yol boyu bu və digər qəsəbədə və yaxud daldalanmaq üçün çəkiliyi yerlərdə, tək qaldığı anlarda bu suala necə cavab verəcəyini düşünürdü.

Səməd ağa oğlundan ancaq həqiqəti gözləyirdi. Həqiqəti isə bəzən çatdırmaq çox çətin olur. Məmməd nədən başlayacağını bilmirdi. 

-Dədə, danışılası deyil. Güclə gəlib bura düşmüşəm.

Məmməd elə bunu demişdi ki, qardaşları Ağarza, Davud, Cavad, Rafiq eyvana qalxdılar.

Cavanların sevinci, səs-küyü aləmi götürmüşdü. Hay-küyə qonşuların da yığışacağını hiss edən Seyid Bikə Məmmədin qarşısına keçdi:

-Sakit! Hay-küy salmayın! Görüşünüz, indi isə qayıdın evinizə! Siz bizdə Məmmədi görməmisiz! Ümumiyyətlə, heç yerdə görməmisiz! Onun arxasınca NKVD-dən gəlmişdilər. Axtarırlar. Odur ki, çıxıb gedin!

-Məmə, axı nə olub? - deyə Əşrəf dözmədi.

-Hələ heç nə bilmirik. İndi isə marş buradan. Qogi sən qal! Qalanlar getsin!

Səməd ağa Seyid Bikənin necə ayıq qadın olduğunu bilirdi. Ancaq nə baş verdiyini anlamırdı.

-Seyid qızı, nə olub axı? -  deyə soruşdu.

-Eşitdiyin! Odur ki, uşaqları evə göndər! Barat, sən də getsən pis olmaz! Burda ciddi söhbətimiz olmalıdır.

Qardaşlar keçib Məmmədlə xudahafizləşdilər. Onlar həyəti tərk edən kimi, Seyid Bikə üzünü Qogiyə tutdu:

-Qogi, sən bayaq öz gözünlə gördün ki, nə baş vermişdi. Danış Səməd ağanın xəbəri olsun!

Qogi  gördüyünü olduğu kimi danışdı.

-İndi nə edək? - deyə Seyid Bikə soruşdu.

-Qoyun, Məmməd mənə nə baş verdiyini danışsın, sonra bir şey fikirləşərik. - dedi və ayağa qalxıb Əşrəflə Məmmədi otağa dəvət etdi.

Ortada tək qalan Seyid Bikə üzünü eyvanda qalan Raziyə, Marqo və Nərgizə tutdu:

 -Heç biriniz Məmmədi görməmisiz! Bu haqda bir yerdə danışmırsınız. Elə etməlisiniz ki, bir adam da onun burda olduğunu bilməsin. görməsin!

-Ana, bunu bizə demək lazım deyil! Narahat olmayın! -deyə Marqo dilləndi

-Narahat deyiləm. Ancaq ehtiyatı əldən vermək olmaz! Mənə elə gəlir ki, vəziyyət çox ciddidir...

 

                               ***

Əşrəfgilin otağında çox ciddi söhbət gedirdi. Səməd ağa nə baş verdiyini bilmək istəyirdi və arxayın idi ki, oğlu ona həqiqəti danışacaq. Əşrəf də bunu gözləyirdi. Xalası oğlunun üzünə diqqətlə baxırdı. Ancaq heç nə soruşmurdu. Səməd ağa olan yerdə cavanlardan biri cürət edib danışmazdı. 

-Bala, olduğu kimi danış, görüm nə olub? - deyə ata mülayim səslə soruşdu. Əşrəf başa düşdü ki, onların söhbəti uzun çəkəcək. Səməd ağanın mülayim rəftarı isə atanın oğlunun günahkar olmaması ilə əlaqəli idi.

Atasının təkrar sualı Məmmədi fikirdən ayıltdı. Diksindi. Yenə də xəyala daldı.

 Sanki bu sual onu alovlu keçmişinə qaytarmışdı. Tiflisə qədər gəldiyi yolun əzablarını xatırladıqca qəmginləşirdi. Nədən danışsın? Əsir düşməyindən. İtaliyada əsirlikdən qaçmağından. Alman və latın dilini bildiyindən qısa müddət ərzində italyanlardan italyanca yaxşı danışmasından. İtalyanın partizan hərəkatının liderlərindən biri olmasından.

Müharibə qurtarandan sonra üzü açıq Sovet İttifaqına dönməyindən. Sərhədi keçən kimi həbs olunmağından. Sibirə sürgün edilməyindən. Sürgündən qaçmağından.

Məmməd bütün bunları xatırladıqca mənəvi sarsıntı keçirirdi. Hirsindən gözləri yaşarırdı.

-Ata, mənim heç bir günahım yoxdur!

-Bilirəm, bala, bilirəm! Bizim ailədən namərd çıxmayıb! İndi isə get dincəl. Özünə gəl, sonra danışarsan! Bir şey fikirləşərik.

 

***

Səməd ağanın göstəriş ilə Məmməd gözə görünmürdü. Hətta  darıxanda belə  eyvana çıxmır. Otağının pəncərəsi qarşısında oturub Kürə və onun sahili boyu uzanan  şəhərə baxırdı. Atasının otağında olan bütün kitabları Nərgiz Məmmədin otağına daşımışdı.

 O, isə bütün günü Nərgizlə birlikdə kitab oxuyurdu, bəzən isə əl-ələ tutub həyətin aşağı hissəsində gəzirdilər. Ağacların altında oturub Tiflisin mənzərələrini seyr edirdilər. Həyətdə isə Marqo və Raziyə gözdə-qulaqda idilər.

Hər şey adi qaydasıla gedirdi. Nadir hallarda, adətən, sakitlik olduğunu dəqiq bildikdən sonra, Səməd ağanın böyük uşaqları bu həyətə ayaq basar, Nərgiz isə hər gün onlara gedər, qızlarla oynayıb,  geriyə dönərdi. Barat xatından xəbər-soraq gətirərdi.  Heç kimin ağlına belə gəlməzdi ki, Məmməd  bu həyətdə gizlənir. Hamı özünü çox sakit və təmkinli aparırdı.

Səməd ağa isə Əşrəflə sexdə görüşürdü və  onu qırağa çəkib vəziyyətin necə olduğunu öyrənirdi.   

NKVD-dən yenə də Məmmədin dalınca bir-neçə dəfə gəldilər. Ancaq onu görən oldum - deyən tapılmadı. Sanki hər şey öz məcrasına düşmək üzrə idi. Daha onu axtaran yox idi.

            Hadisələrin belə  inkişaf etdiyini görən Məmməd axşamlar xəlvəti Tiflisi gəzməyə çıxırdı.

            Bu şəhər  Məmmədin doğma şəhəri idi. Burada uşaqlığı və gəncliyi keçmişdi: orta məktəbi qurtarmış, ali məktəbə girmiş, həkimlik diplomu almışdı. Odur ki, Məmmədi evdə saxlamaq mümkün deyildi.

İtaliyada partizan həyatı keçmiş Məmməd üçün doğma şəhərdə gəzmək və gizlənmək o qədər də çətin görünmürdü. Şəhərin sahil küçələrini addımladıqca Adriatikin sahilləri yadına düşürdü.

 İtaliyan dostları və silahdaşları göz qabağına gəlirdi.  Məmməd hiss etmişdi ki, italyanlar onun danışığından həzz alırdılar. Latınca hər sözün mənasını bilirdi, haradan gəldiyini, necə işləndiyini onlara anladırdı. İtalyanlar çox vaxt Məmmədin italyanlı olmadığına hərdən şübhə edirdilər.

 Məmməd isə sakit anlarda dənizin sahilinə çəkilib dəniz dalğalarının ahənginə uyğun Azərbaycan mahnılarını qımıldadırdı.

            Ətrafında bir nəfər də azərbaycanlı yox idi. İtalyanlar ingilislər, amerikanlar, ruslar, yunanlar, serblər, fransızlar - demək olar ki hamısı əsirlikdən qaçmış və yaxud qaçırılmışlar idilər.

Almanlar Məmmədi italyan hesab edirdilər. Onların bütün axtarış vərəqələrində adı Mikailo gedirdi. Dəstəsi o qədər mobil və cəld idi ki, bir dəfə də olsun ələ keçməmişdi.

Bütün qurduğu əməliyyatlar uğurla nəticələnirdi. Yerli camaatın gözündə əfsanəvi qəhrəmana çevrilmişdi. Ancaq indi bunu burada, vətəndə, bilən yox idi. Bilmək belə istəmirdilər. Stalin üçün bir meyar vardı: Əsir düşmüsən - düşmənsən! Partizanlıqda nə etmisən, orda qaldı.

Qəmgin-qəmgin Tiflisin küçələrin gəzdikcə, Məmmədi bir hiss narahat edirdi. Nə qədər dostları və yoldaşları döyüş meydanından dönməyib. İndi görəsən, qalanlar haradadır? Onun qaçaqlığı nə qədər davam edəcəkdir?

Məmmədi düşündürən başqa fikir Bakıda qalmış nişanlısı Şəfiqə idi.

            O, Tiflisi heç cürə tərk edə bilməzdi. Hələ də onu axtarırdılar.

Əlbəttə, o Bakıya getməli, hər şeyi qaydasına salmalı idi. Bakı onun üçün Tiflis kimi doğma bir şəhər idi. Tez-tez gəldiyi, xalası uşaqları ilə gəzdiyi şəhər idi. Səməd ağa isə onu gözündən qoymurdu.

Şəfiqəyə sağ-salamat olması haqqında xəbər çatdırmaq lazım idi. Ümid təkcə xalası Seyid Bikəyə idi.

Nişanlısı xalasıgildən bir neçə küçə aşağıda olurdu. Xalası Bakıya qayıtmamışdan əvvəl onunla hər şeyi götür-qoy etmişdilər, razılığa gəlmişdilər ki, qızı Tiflisə gətirsinlər.

            Seyid Bikə Bakıya  qayıdandan sonra Məmmədin gözü yolda qalmışdı. Bilirdi ki, onun "şirin dil" xalası bütün işləri qaydasına qoyacaq.

Üstündən üç-dörd gün keçməmişdi ki, Əşrəfgilin qapısı döyüldü. Qapını açan Marqonun qarşısında zövqlə geyinmiş gözəl-göyçək bir gəlin dayanmışdı.

Marqonun gürcü qızı olduğunu görüb ondan rusca:

 -Əşrəfgilin evi buradır?- deyə soruşdu.

Marqo altdan-yuxarı qızı süzdükdən sonra, ətrafa boylandı. Sakitliyi  görüb azərbaycanca soruşdu:

-Sənin nəyinə lazımdır?

-Mən onların qohumuyam! - deyə qız rusca cavab verdi.

-Nələrisən?- deyə Marqo birdə  azərbaycanca soruşdu.

-Mən, Məmmədin nişanlısıyam! - deyə Şəfiqə bu səfər azərbaycanca cavab verdi.

-Raziyə, Raziyə! Bəri gəl! - deyə Marqo həyətin ortasında çarhovuzun qarşısında nahar üçün göy-göyərti yuyan rəfiqəsini çağırdı.

 Raziyə tələsik əlindəki tası yerə qoydu və qapıya tərəf addımladı. Gözlərinə inanmadı. Qarşısında Bakıda qonşuluqlarında yaşayan Məmmədin nişanlısı Şəfiqə durmuşdu.

O, Şəfiqənin əlindən çəkib içəri saldı. Marqo tez qapını bağladı. Raziyənin bu hərəkətindən şaşqın qalan Şəfiqə nə deyəcəyini bilmirdi.

-Xoş gəlmisən! - deyə Raziyə qapı bağlanan kimi onu qucaqladı, o üzündən, bu üzündən öpdü. Evə dəvət etdi.

-Bəs Məmməd haradadır?

-Məmməd axşam qayıdacaq! Gəl, otağını göstərim.

Onlar eyvana qalxdılar. Otağa  keçdilər. Stolun  arxasında oturub kitab oxuyan Nərgizi gördülər.

 Qızcığaz ayağa qalxdı. Tanış olmayan xanımı salamladı. Keçib anasının yanında durdu

-Qızım Nərgizdir! -deyə Raziyə təqdim etdi.

-Çox şadam! Şəfiqə xala!

-Mən də çox şadam! Siz Məmməd əminin nişanlısınız! - deyə Nərgiz əli ilə güzgün qarşısına qoyulmuş şəkli göstərdi: - Məmməd əmi səndən o qədər danışıb ki...

***

Şəfiqənin gəlişi həyətdə hər şey dəyişdi. Daha ehtiyatlı və ayıq olmaq lazım gəlirdi. İki sevgili qorxu-hürkü bilmədən bütün günü Tiflisin küçələrində gəzir, şəhərdə baş verən bütün hadisələri öz gözlərilə görmək istəyirdilər. Hamıdan çox nigarançılığı Raziyə çəkirdi:

-Şəfiqə, az gəzin!  Səməd ağa bilsə ayaqlarınızı qırar. Qoy işlərinizi qaydasına salsın, ondan sonra nə qədər gəzirsiniz gəzin.

Onların evdə oturmadıqlarını Marqo olduğu kimi Barat xatına danışdı:

-Barat xala, onlarla bacarmırıq! Bir çarə qılın. Heç kimi eşitmək istəmirlər.

Barat xatın Marqoya bir söz demədi, fikrə daldı.

Kor-peşman evə qayıdan Marqo Raziyəyə şikayətləndi:

-Barat xala da elə oğluna oxşayır! Bir kəlmə olsun belə söz demədi.

-Sən Barat arvadı pis tanıyırsan! Baxarsan! -deyə Raziyə gülümsədi.

Barat xatın axşam hər şeyi ərinə danışdı. İndi Səməd ağa fikrə daldı.

Şəfiqənin gəlişindən on-on beş gün keçirdi. Səməd ağa bir çarə qılmalıydı. Nə qədər oğluyla nişanlısının münasibəti belə qalmalı idi. Basqallılar nə deyər? Əvvəl – axır onların toyunu etməlidir ya yox?

Səməd ağa aranın sakitləşməsini gözləyirdi. NKVD-dən daha onun oğlunun dalınca gələn yox idi. Bir də ki, yaşadığı məhəllədə heç kim satqınlıq etməzdi. Tiflisin bu məhəllələrində satqınlığı şərəfsizlik sayırdılar. Camaat nahaq yerə heç kimi güdaza verməzdi. Məhəllə uşaqları onu qoruyurdular.

Bunları düşünən Səməd ağa üzün arvadına tutdu:

-Tez onların toylarını etməliyik!

-Bəs  Məmmədin sənədləri? Bəs ZAQS?

-Ay arvad, mən səni alanda ZAQS vardı? Nə olub mollaya? Bir kəbin kağızı verər, bu da sənin ZAQS-ın.

-Qız evini necə? Çağırmayaq?

-Bəlkə NKVD-ni çağıraq? Öyrən də bacın Bikədən. Bakıda işi elə qurub ki, qız evinin çınqırığı çıxmır. Qızım haradadır? - soruşan yoxdur. Sən toya hazırlaş!

Məmmədin toyu Əşrəfin toyundan fərqli keçdi. Sadəcə olaraq ailə üzvləri, Tiflisdəki qohumlar və dostlar. Məşədi Fazilgilin eyvanında bunu bayram etdilər...

***

Tiflisin təravətli yay günləri idi. Şəhər yaşıllığın içərisində üzürdü.  Kürün bulanıq suları durulmağa başlamışdı. Sahil boyu  qeyri-adi bir canlanma vardı. Gənclərin-cavanların şən səsləri bu sahildən o biri sahilə çatırdı.

Hər  gün sabaha ümid yaradırdı. İnsanları bir-birinə daha mehriban edirdi. Oxumaq, yaratmaq, tikmək həvəsi hamını sanki xəstə etmişdi.

Tiflisi yarıya bölmüş çay şəhəri daha da gözəl göstərirdi. Müharibənin qurtarmasından keçən iki il ərzində Kürün sahili boyu tikintilər gedirdi. Yeni prospektlər salınırdı.

Günbəgün insanların yaşayışı yaxşılaşırdı. Şəhərdə yeni binalar tikilir, yeni-yeni poliklinikalar və xəstəxanalar açılırdı.   Bütün bunlar Tiflisin küçələrini axşamlar Şəfiqəylə gəzən Məmmədin gözündən qaçmırdı.

Toydan sonra da onun eyni açılmırdı. Müharibəyə qədər Məmməd Tiflisin tanınmış diş həkimi idi. Mamed-doktor adnan idi. Hamının hörmətini qazanmışdı.

Müharibədə bir arzusu vardı: qalib gəlmək, qayıdıb köhnə iş yerində işləmək ...  Sağ  qalsa da, ancaq sevdiyi işlə məşğul ola bilmirdi. Uğrunda şərəflə vuruşduğu ölkə onu düşmən elan etmişdi.

Hər dəfə anasıgilə gələndə evlərindəki “Diş kabinetinə” və orada yığılıb qalmış diş alətlərinə həsədlə baxırdı, ancaq onlara əlini belə uzatmırdı. O saat gözü önündə alovlu illər canlanırdı.           

                          ***

Axşam çağı eyvanda Məmmədlə Əşrəf nərd oynayırdılar, Raziyə ilə təzə gəlin çay içirdilər. Günortadan yatan Nərgiz hələ də yuxudan durmamışdı.

Bu il Nərgiz birinci sinfə getməliydi. Bütün gələcək məktəblilər kimi onun da süd dişləri tökülürdü. Eyvandakı səsə yuxudan oyanan qızcığaz əlilə üzünü tutub anasının qucağına qaçdı:

-Ana, yenə dişim ağrıyır. Bax, necə laxlayırlar.           

Raziyə əlini qızının ağzına salıb laxlayan dişi əlilə müayinə etdikdən sonra üzünü Əşrəfə tutdu:

-Əşrəf, Nərgizi diş həkiminə aparmaq lazımdır. Mən gedim keyinim?       

Əşrəf “diş həkimi” sözünü eşidən Məmmədin halının necə dəyişdiyni gördü. Öz-özünə "Sən həyatın işinə bax, Məmmədin diş həkimi olduğunu unutmuşuq!" - deyə düşündü.       

 -Ay qız, həkimə niyə? Bəs Məmməd?   

Raziyə Əşrəfin tənəsini anladı.        

-Vallah, lap özümü itirmişəm. Məmməd qardaşı yaddan çıxartmışam. Sən Allah bir uşağın dişinə bax! - deyə Raziyə Məmmədə müraciət etdi.         

- Mən mi?- deyə Məmməd sanki eşitmədi.

-Bəs kim? Burda səndən başqa həkim varmı? - deyə Əşrəf əlavə etdi

Məmməd də elə bunu gözləyirdi. Nərgizi yanına çağırdı.

-Ağzını aç!- dedi. Çay qaşığı ilə onun dilini basdı ki, dişlərini yaxşı görsün. Qaşığı uşağın ağzından çıxartdı, başını sığalladı.

-Laxlayan dişlərin hamısı çəkilməlidir ki, yerinə gələn dişlər düz çıxsın. Yoxsa balamın dişləri əyri çıxacaq.

-Eləsə neynəyək? - deyə Əşrəf soruşdu.

-Aparıb həkimə çıxartdırmaq lazımdır.

-Bəs sən?

-Burda aparatura yoxdur.

-Bəs xalagildəkilər nədir?

-Doğurdan a!

-Onda dur, getdik!

-Gərək bəzi dərmanları alıb gətirəsən! –deyə Məmməd əlavə etdi. 

-Nəyi gözləyirsən? Nərgiz hazırlaş! Barat xalagilə gedirik.

Qızcığaz elə bil bunu gözləyirdi. Tez həyətə düşdü, bircə anın içində əl-üzünü yudu, geyindi və gəlib onların qarşısında durdu.

Həyətdən çıxanda qaranlıq çökmüşdü. Küçələrdə işıq olmadığından ayaq altı görünmürdü. Bəzi evlərin pəncərələrindən düşən işıq küçənin bir hissəsini işıqlı etsə də, bütün məhəllə demək olardı ki, qaranlığa qərq olmuşdu. Təkcə göylərdə parıldayan ulduzlar bu qaranlığı söndürməyə çalışırdı. Əşrəf fikir vermişdi - Tiflisdə ulduzlar Bakıya nisbətən daha parlaq yanırdı. Ona bu qəribə görünsə də, Məşədi Fazilin bu haqda dedikləri çox mətləblərə aydınlıq gətirirdi:

 -Əvvala, Tiflis Bakıyadan fərqli olaraq dəniz səviyyəsindən hündürdə yerləşir, digər tərəfdən, Tiflisin səmasını zavodların tüstüsü gecə-gündüz örtmür. Fərq bundadır. Ancaq ulduzlar hər tərəfə eyni cürə şəfəq saçırlar.

Məmmədlə Əşrəf hərəsi Nərgizin bir əlindən tutub Səməd ağagil tərəfə apardılar.

 Qapıdan içəri girən kimi onları Barat xatın qarşıladı:

-Bu axşam çağı xeyr ola? - deyə Əşrəfdən soruşdu.

-Xeyrdi, xala! Nərgizi gətirmişik, burda dişini çəksin.

Birdən Əşrəfin yadına düşdü ki, dərmanlardan almalıdır. Odur ki, həyətə keçmədi.

-Məmməd, hansı dərmanları alım?

Məmməd cibindən bloknotunu çıxartdı, qələmlə ora dərmanların adını yazdı. Vərəqi cırıb Əşrəfə verdi.

Əşrəf gedəndən sonra yuxarı qalxdılar. Səməd ağa evdə deyildi. Harasa getmişdi.

Barat xatın niyə gəldiklərini öyrənib, gedib açarları gətirdi, “Diş kabineti”nin qapısına açdı. Ana-bala dinməzcə kabineti qaydasına salmağa başladılar.

 Nərgiz də onlara qoşuldu, anasının aşağı mərtəbədə qaldığını görən Firəngizlə Almaz da aşağı düşdülər. Qaçıb həyətdən şvabra ilə vedrəni gətirdilər. Kabinetin döşəməsini yumağa başladılar. Almazla Firəngiz diş alətlərini yaş əskilə silib, Məmmədə verirdilər o, isə sterlizatora yerləşdirirdi.

-Mən də həkim olacağam, qardaşım kimi!- deyə, sakitliyi Almaz pozdu.

-Sən də diş çıxardacaqsan? - deyə Nərgiz soruşdu.

-Yox, mən can həkimi olacağam! Kimin başı, ürəyi ağrıyır onları müalicə edəcəyəm.

Söhbəti qayıdan Əşrəf pozdu. Dərmanları Məmmədə uzatdı:

-Məmməd, hamısını almışam! Almadığım qalmayıb!

Barat xatınla qızlarla bircə anın içində hər şeyi qaydasına salmışdılar. Məmməd stelizatora baxdı. O qaynayırdı. Deməli işləmək olar.

 Nərgizin üzündən öpüb diş kreslosuna oturtdu. Səs-küyə Səməd ağanın bütün külfəti yığışmışdı. Hamısı tamaşa edirdi ki, görsünlər Məmməd, necə işləyir. Hamının gözü Nərgizdə idi.

            -Mənim balam, ağzını aç! - deyə Məmməd Nərgizin çənəsini əlinə aldı.   

-Məmməd əmi, iynə vuracaqsan? - deyə Nərgiz məyus-məyus soruşdu.    

-Yox, qızım.

            -Onda incidəcək?       

            -Yox, mənim balam!        

-Əmi, mən sənə inanıram.        

-Elə mən də sənə inanıram. Deyəsən, qorxursan?       

 -Mən? Mən heç qorxağa oxşayıram?        

-Əlbəttə, yox, mənim balam. Gözünü yum, ağzını aç! Qorxmayasan. Heç hiss etməyəcəksən.

          Nərgiz gözlərini yumdu. Ancaq heç nə olmadığını görüb, darıxırdı. Ona  elə gəlirdi ki, zaman keçməyir.

            -Əmi, gözümü açım?

-Hələ tezdir, mənim balam.

Məmməd balaca kəlbətinlə Nərgizin ağrıyan dişini tutdu. Nərgiz "ağrıdır" deməyə belə macal tapmadı.        

-Aç gözlərini, al bu biri! Ağrıtmır?

-Heç hiss etmədim də,

-Qorxmursan?

-Yox, əmi!

-Onda gözlərini yum, birini də çıxardım.

Nərgiz bu dəfə də "ağrıdır" deməyə belə macal tapmadı.

-Bir güzgüyə bax! Səni kaftar etmişəm. -deyə,  Məmməd güzgünü qızcığaza uzatdı. Qabaq dişləri qalmamışdı

Ətrafdakılar gülüşdülər. Nərgizin qaşqabağını görüb Məmməd onun üzündən öpdü.

-Dilxor olma, mənim balam. Tezliklə bu dişlərin əvəzinə sədəf kimi qəşəng dişlər çıxacaq! Al bu dişlərini, aparıb evdəkilərə göstərə bilərsən.

Hamı “Diş kabinetini” tərk etdikdən sonra, Məmməd özü kreslo arxasına keçdi. Dərin düşüncəyə dalmışdı.

O, sənətinə qayıtmaq, işləmək istəyirdi. Anasının yenidən geri qayıtdığın görüb ayağa qalxdı. Barat xatın oğlunun nə düşündüyünü qəlbən hiss edirdi:        

-Bala, Allah Nərgizdən razı olsun! Səni işinə qaytardı. Hiss  edirdim ki, sən necə sevinirsən.

-Elədir, ana! 

            -Onda işinlə niyə məşğul olmursan?        

-Ana, axı mən qaçağam. Görmürsən, nə baş verir? Əsirlikdə olanları həbs edib sürgün edirlər və yaxud güllələyirlər...        

-Bunun sənə nə dəxli?

-Məni məgər axtarmırlar?

-Axtarırlar. Ancaq sən işləyə bilərsən. Elə  özümüzkülərin dişlərini düzəltsən, bəsdir. Onların ağızları isə möhkəmdir.

***

            Həyatın maraqlı bir qanunu var. Ətrafındakılar özündən asılı olmayaraq sənin taleyinə  müdaxilə edirlər. Məmmədin dünənki həkimliyi  Səməd ağanın da gözündən qaçmadı. Barat xatının fikirlərilə razılaşdı və evlərindəki  “Diş kabinetini” gecəynən Məşədi Fazilgilə daşıtdı.         

Nərgizin dişini çıxardandan sonra Məmmədin özünə inamı artmışdı. Barat xatın isə onun beyninə işləməyi yerləşdirirdi:        

-Əgər bu mamlı-matanın dişini çəkdin, səs-səmiri çıxmadı, deməli, sən həmin Məmmədsən.        

Vaxtıykən Məmmədin necə diş həkimi olduğu bütün Tiflisə məlum idi. Şəhərin və onun qəsəbələrinin əhalisi «Orta çalaya» axışar, Məmməd doktorun qəbuluna yazılar, dişlərini müalicə edərdilər. Gəncliyinə baxmayaraq, Məmməd doktor  qısa müddət ərzində məşhurlaşmışdı.

                             ***      

            Məmməd-doktor  Tiflisin  Orta çala, Şeytanbazarı, Naftaluq və s. məhəllələr və qəsəbələrdən xəstələr  qəbul edir, onların dişlərini müalicə edirdi,  diş düzəldirdi.

Bununla belə ehtiyatını da əldən vermirdi. Gələn adamın kimliyini müəyyən etdikdən sonra onu məhəlləyə gətirərdilər.       Məmməd Şəfiqəylə Tiflisin küçələrini gəzməyi xoşlayırdı. Bütün günü həyətdən bayıra çıxmayan Məmməd üçün axşamın düşməsi sanki həyata qayıtmaq demək idi.

Tanış olduğu şəhərdə bir kəsi axtarmırdı. Təkliyə öyrəndiyindən, ancaq ətrafı onu maraqlandırırdı: ana, ata, bacıları, qohumları, bir də çox az dostları... 

Gəzinti sinirlərin sakitləşdirirdi. Keçdiyi qorxunc və faciəli yolları yaddaşından silirdi. Onun qarşısında başqa dünya: sakit və gözəl, rahat və təravətli aləm açılırdı.

Ancaq bu çox uzun çəkmədi. Bir gün axşam çağı Şəfiqə ilə şəhərin mərkəzinə yaxınlaşanda qara bir maşın dayandı və onu tutub maşına basdılar.        

Küçənin ortasında tək qalan Şəfiqə nə baş verdiyini anlamadı. Əvvəl ona elə gəldi ki, Məmmədin üstünə quldurlar hücum çəkdilər. Sonra camaatın arasından çıxan bir yaşlı gürcü qadını Şəfiqənin sakitləşdirsə də,  bərkdən dediyi sözlər onu daha da sarsıtdı.

-Mənim oğlumu da 39-da belə maşına basıb apardılar...

Gürcü arvadı bu sözlərilə on il bundan əvvəl baş vermiş hadisəylə  bugünkü hadisə arasında əlaqə görürdü.  

                           ***

Şəfiqə ağlaya-ağlaya özünü həyətə salanda hamıya Məmmədin tutulduğu aydın oldu. Ağlamaqdan qızların gözləri şişmişdi. Qız həyətə necə qayıtdığını bilmirdi.

Raziyə onun gözünün yaşını sildi, sakitləşdirməyə çalışdı.

Nərgizi Səməd ağagilə, Marqonu isə sexə göndərdilər ki, oradakılara nə baş verdiyini agah etsinlər.

 Bütün qohum-əqrəba bircə anın içində  Əşrəfgilə yığışdı. Sexdəki bütün basqallıların hamısı axışıb onlara  gəldilər. Səməd ağa da onların içində idi. O, tələm-tələsik Şəfiqəyə yanaşdı:

-Qızım, kimlər idi onu aparan?- deyə təmkinlə soruşdu.

-Dədə, dedilər ki, NKVD.

Səməd ağa dərin fikrə daldı. NKVD bir neçə il bundan qabaq DİN və DTN-nə bölünmüşdü.   

-Sən bilən hara apararlar? - deyə üzünü Əşrəfə tutdu.

            -Hələlik bilmirik, uşaqları göndərmişik axtarmağa.    

-Onda gözləyək.

Hamı eyvanda oturub dinməzcə şəhərə getmiş adamların qayıtmasını gözləyirdi. Hamı fikirli idi. Ancaq  Səməd ağanın özünü aparmasından arxayınçılıq duyulurdu. Elə bil heç nə olmamış kimi, ətrafdakıları sakitləşdirirdi:

-Səbirli olun! Hər şey yaxşı olacaq.

Bir neçə saat beləcə keçdi.

-Səməd ağa, onu aparıb NKVD-nin türməsinə saldılar. -deyə həyətə daxil olan Əşrəfin əmisi oğlu Teymur dilləndi.       

-Kim tutub - bizə sataşıb! Mənim oğluma yox, Basqala sataşıb. - deyə Səməd ağa birdən təmkinin itirdi və yumruğunun stolun üstünə vurdu. Stolun üstündəki çay stəkanları cingildədi.

-Onu orada qoymaram qalsın! Onda mən Səməd deyiləm!

                                 ***       

Səməd  ağanın oğlunun tutulma xəbərini hər bir  basqallı öz bədbəxtliyi kimi qəbul etdi. Bu Basqal psixologiyası idi. Səməd ağa isə basqallıların Tiflisdə ağsaqqalı idi.

Tiflisdə  basqallılara bir adam bir söz deyə bilmirdi. Bütün pullu yerləri onlar idarə edirdilər. Digər tərəfdən, basqallılar da özlərini həmişə həya-abırla aparırdılar. Bir adama sataşmaz, birinin işinə mərdimazarlıq etməzdilər, sataşanlar isə cavabsız qalmazdılar.

Basqallılara batmaq mümkün deyildi. Yeri gələndə Tiflisi barmaqlarına fırladırdılar. Onların birliyindən, ədalətliliyindən, zəhmətkeşliyindən Allah adamları olduqlarından bütün Tiflis danışardı.

Bunun səbəbi onların hamısını birləşdirən sanballı, ağıllı, dərrakəli, savadlı ağsaqqallarının olması idi.

Basqallılar bir-birinə əl tutar, işsizə iş tapar, kasıbını kasıblıq girdabından qurtarardılar. İstər pul cəhətdən, istərsə cəsarət və cürət cəhətdən basqallıların qarşısına  çıxa bilən tapılmazdı.

 Basqallılar bir çox müşkül məsələlərin həllində də əsas rolu oynayırdılar. Tiflisin kölgə iqtisadiyyatını onlar idarə edirdilər.      

Tiflisin partiya və dövlət işçiləri də onlara toxuna bilmirdilər. Bir də ki,  basqallılar işlərini elə qururdular ki, nə ilə məşğul olduqlarını heç kim anlaya bilmirdi.

Tiflis ziyalılarını çoxunu basqallılar təşkil edirdilər. Dərin  savadları və biliklərilə fərqlənirdilər.            

Basqallıdan heç vaxt milis olmazdı. Onlar milisə ev yıxan kimi baxırdılar, adam yerinə qoymurdular. Milis olmaq, nəsli biabır etmək demək idi. 

O dövrdə basqallılar arasından bir  milis çıxmışdı - milisioner  Cəlil. 

Bütün basqallı nəsli milisioner Cəlilə sözün həqiqi mənasında borclu idi.

Cəlil çox əlaqəli adam idi. Milis sistemində onun xətrini və hörmətini hamı saxlayırdı.  Bir  sözünü iki edən tapılmazdı. O, yüzlərlə basqallını həbsdən qurtarmış, ailələri başsız qoymamış, xətadan-bəladan uzaqlaşdırmışdı. Ancaq bununla belə onlardan biri də Cəlili bəyənmirdi, ona tənə edir, “Basqala ləkə vurub!” deyirdilər.

Əşrəf isə Cəlilin xətrini hamıdan çox istəyirdi.            Basqallıların bir-birinə qohum olduqlarından  Cəlil də Səməd ağaya qohum idi. Cəlil Bakıda işləyirdi. O, Məmmədin uşaqlıq dostu idi.

Məmmədin tutulma xəbərini eşidən kimi özünü Tiflisə yetirdi. Gələn kimi də yoxa çıxdı. Hamı Əşrəfgilin həyətinə yığışmışdı. Gələnlər Səməd ağanın yanına keçir, nə lazım olduğunu soruşur. Əşrəflə məsləhətləşirdilər. O, da Səməd ağa kimi, “Səbirli olun! Hər şey yaxşı olacaq! - deyə gələnləri sakitləşdirirdi.

Nərgiz gələnlərin qarşısına çay qoyur, boşalmış istakanları mətbəxə aparırdı.

 Həyətə Tiflisdə yaşayan bütün basqallıların ağsaqqalları yığışırdı. Hamı susurdu, heç kim heç nə danışmırdı.

Səhərdən yoxa çıxmış Milsioner Cəlil geri qayıtdı. Səməd ağa onu görüb ayağa qalxdı:       

-Bala, de görüm, nə oldu?         

-NKVD-də sabah qapalı məhkəməsi olacaq. Nə ilə qurtaracağını isə bilirsiniz.        

Cəlilin bu sözündən hamı ayağa qalxdı. Elə bil ki onların başına soyuq su tökdülər.

Səməd ağa əlilə hamının oturmağını xahiş etdi.         

-Fikrin nədir? - deyə Səməd ağa üzünü Əşrəfə tutdu.        

-Qaçırtmaq lazımdır. - deyə Əşrəf düşünmədən cavab verdi.      

 Səməd ağa fikrə daldı. Əşrəfin kiçik qardaşı Əlisəttar irəli keçdi:       

-Səməd ağa, siz razılığınızı verin! Qalanı bizim işimizdir.        

Səməd ağa bir neçə dəqiqə susdu.       

-Daha əlimizdən nə gəlir? Ancaq bizim uşaqlar olsun! Başqalarını güdaza verməyə razı ola bilmərəm.       

Səməd ağanın sözlərindən bəzi ağsaqqallar incisələr də üzə vurmadılar. Amma hər şeydən arif olan  Səməd ağa bunu duydu:                

-Görürəm, ağız büzürsüz. Biliniz, hamınız canım-gözümsüz. Kömək etməyə də hazırsız. Burada bu qədər uşaq var, bəs edər. Bir də ki, görək: bizimkilər nəyə qadirdirlər. İnciməyə isə əsas yoxdur. Hər şey yaxşı olacaq!      

            Bu an Səməd ağa qətiyyətli komandiri xatırladırdı. Onun bir sözünü isə  iki etmək olmazdı.         

Ailənin gəncləri Əlisəttar, Davud, Cavad, Eyyub isə çoxdan qırağa çəkilib plan qururdular.

Səməd ağa hələ dünəndən işin nə ilə qurtaracağını bilirdi. Odur ki, evin bütün gəncləri ayaq üstündə idi.

Məmmədi məhkəməyə gətirəcək maşının haradan keçəcəyi dəqiqləşdirildi və bir neçə mümkün variantlar müzakirə olundu. 

         Gənclər Cəlillə Əşrəfi də eyvandan aşağı endirdilər ki, “Söhbət var!”. Həyətin aşağısına düşdülər. Bura sakitlik idi. Rahat danışmaq olardı.

Cəlil dedi ki, hərbi tribunaldan sonra Məmməd komendaturaya aparacaqlar, sonra qatarla harasa yola salacaqlar.       

-Maraqlıdır.  Hara apara bilərlər? - deyə Əşrəf soruşdu.        

-Əşrəf, mən özüm də bunu bilmirəm niyə? Bakıda da belədir. Kimə güllələmmə verirlər, Bakıda güllələmirlər, harasa göndərirlər.

-Sən arxayınsan ki, güllələmə verəcəklər? - deyə Ağarza soruşdu.

-Bir nəfər göstərə bilərsən ki, yaxasını tribunaldan sağ qurtarıb? - deyə Cəlil sual verdi.

-Marqlıdır ki, hara aparırlar?  .    

-Mən bilirəm hara?- deyə Əlisəttar sözə qarışdı. -Onları adətən uran mədənlərinə aparırlar. Uran çıxartmağa. Ondan atom bombası düzəldirlər. Orada şüalanma var. İnsan çox yaşaya bilmir. Bir-iki aya tələf olur...   

Əlisəttar qədər savadlı gənc basqallıların arasında yox idi. Ondan nə soruşsaydın, ətraflı cavab alardın. ADU-nun şərqşünaslığında oxuyurdu.

Bundan əlavə Əlisəttar çox igid və cazibədar bir gənc idi. Ona Allah qız gözəlliyi vermişdi. Əlisəttar keçən küçənin qızları ona sarı boylanır, özlərindən asılı olmayaraq ona tərəf baxırdılar. O, bütün basqallıların sevimlisi idi. Qorxu nə olduğunu bilmirdi.

 Bakıda oxusa da, tətilini Tiflisdə keçirirdi. Tiflisin bütün dillərini bilirdi. Rusla rus idi, gürcüylə gürcü, abxazla abxaz, farsla fars. Əlisəttar qədər kitab oxuyan olmazdı.

Səməd ağa deyirdi ki, bu uşaq canlı ensiklopediyadır. Əlisəttar Əşrəfin ikinci qardaşı idi.     

-Cəlil, Məmmədi komendaturaya haçan aparacaqlar? -deyə Əşrəf soruşdu.       

-Elə bu gecə.       

-Onda hazırlaşın! - deyə Əşrəf üzünü cavanlara tutdu.

-Biz isə Cəlillə bir şəhərə dəyək.

***

Gecənin qaranlığında peyda olmuş dəstə qara maşının qarşısını kəsdi. Bircə anın içində maşını müşayiət edən əsgərlərin və sürücünün əlini bağlayıb, başlarına torba saldılar.  Arxa qapını açdılar. Bayıra çıxan Məmmədin də başına da torba keçirtdilər və oradan uzaqlaşdılar.

Maşının içində qalan məhkumlar da düşüb hərə bir tərəfə qaçışdılar. Küçənin ortasında əli bağlı konvoylar çapalayırdılar. Silahlı dəstə necə peyda olmuşdu, eləcə də yoxa çıxdı.          

***

Üstündən bir saat keçməmişdi ki, Səməd ağagilin həyəti NKVD-çilərlə dolu idi.

Səməd ağanın yuxudan durğuzdular. Heç nədən xəbəri yoxmuş  kimi  o, gözlərini ovuşdururdu:      

 -Yenə nə baş verib? 

-Oğlunuzu aparan maşına basqın olub, maşındakılarla birlikdə onları qaçırıblar. - deyə NKVD-dən gəlmiş  mayor cavab verdi. -Bilmək istəyirik, oğlunuz  haradadır?

-Yoldaş mayor, siz mənə deyin haradadır? Onu bir həftə bundan qabaq tutub aparandan sonra biz də xəbərsizik.  Evdəkilərin ağlamaqdan gözləri ağrıyır. Siz bilirsinizsə, bizə deyin.      

-Mən bura zarafat eləməyə gəlməmişəm? Oğlunuz haradadır?        

-Bir şeyi bilirəm ki, heç nə bilmirəm, siz bilirsiz deyin! -  deyə Səməd ağa ciddiləşdi - Axtarmağa gəlmisən, axtar! Bilmədiyim şeyi  sənə necə deyim?  

Səməd ağanın yuxudan durması, gözlərini ovuşdurması, evdəkilərin xəbərsizliyi gələnləri sakitləşdirirdi.         

-Oğlunuzla birlikdə altı adam da qaçıb! - deyə mayor sözünə davam etdi: -Dövlətə xəyanət etmiş adamlardır, mümkünsə kömək edin, tutaq. Özünüz də vəzifə sahibisiniz. Mayorun bu sözü, doğrudan da, Səməd ağanı yuxudan oyatdı. Səməd ağa mayoru çox yaxşı tanıyırdı, həmişə birlikdə olduğu adam idi. Odur ki, onu diqqətlə dinlədi. Bir sözünü də kəsmədi. Hamının susduğunu görüb üzünü mayorla gələn dəstəyə tutdu:         

-Biz basqallılarıq, bizdən vətənə xəyanət edən çıxmaz. O ki qaldı mənim oğluma, oğlum namərd olsaydı mən özüm onu güllələyərdim. O, qəhrəmancasına almanlarla vuruşub, yaralanıb əsr düşüb, əsrlikdən qaçıb, partizan dəstəsinin komandiri olub, siz isə belə bir oğulu tutmaq istəyirsiniz. Bu ədalətsizlikdir. Mən Stalinə yazacağam!            Stalinin adını eşidən NKVD-çilər dik durdular.          

-Səməd ağa, sakit olun, biz sizi yaxşı tanıyırıq, bilirik ki, cinayətkarı gizlətməzsiz. Soruşmaq  istəyirik ki, onlardan xəbəriniz var ya yox? - deyə mayor sükutu pozdu   

-Mən dedim ki, sizdən artıq bilmirəm.

            Səməd ağanın bu sözündən sonra NKVD-çilər çıxıb getdilər.          

-Şükür Allaha, uşaq xilas oldu! - deyə bayaqdan dinməyən  Barat xatın dilləndi: -Əşrəfgil haradadır? – deyə üzünü Ağarzaya tutdu.         

-Hamı Naftaluqdadır. Bakıya gedəcəklər. - deyə  Ağarza cavab verdi.       

-Ağarza, səhər açılan özünü yetir Əşrəfin yanına, denən ki, Bakı bağlarında bir-neçə gün  qalsınlar.

Məmməd üçün Cəlil pasport düzəldəcək. Pasportu alan kimi Məmmədi Səmərqəndə göndərsin. Qoy, oradakı sexlərimizdə  işləsin. Şəfiqədən nigaran qalmasın. Hələlik bizimlə qalar, sonra göndərərik onun yanına.           

Səhər erkən evdən çıxan Ağarzanın qabağını məhəllə uşaqları kəsdi:       

-Biz dünəndən burada karaldayıq, bizi Əlisəttar qoyub. Bir-neçə  agent buralarda vurnuxur. Sizi güdürlər. Yaxşı olar evə qayıdasan!

            Ağarza evə qayıtdı. Uşaqların dediklərini atasına çatdırdı.        

-Olan işdir. Sən çıx küçəyə! Heç yana getmə, hər şeyi qaydasına salaram.      

***

Axşam üstü Səməd ağa Nərgizin əlindən tutub gəzdirmək bəhanəsi ilə evdən çıxdı. Agentləri yayındırmaq üçün Səməd ağanın ağlına gələn ağıllı fikir bu idi. Doğrudan da, onlar uşaqla çıxan Səməd ağaya fikir vermədilər.

Agentlərin yanından ötəndə Nərgiz onları Səməd ağaya göstərib bərkdən dedi:  

-Baba, bunlar dünəndən bizin həyətə boylanıb baxırlar.

Adicə qızcığazın onların yerli adam olmadığını başa düşdüyünü görən agentlər bircə anın içində yoxa çıxdılar. Səməd ağa Nərgizi evlərinə ötürdü və küçədən uzaqlaşdı. 

O, xəlvəti NKVD-nin mayoru ilə görüşə gedirdi. Çoxdan bəri dostluq elədiyi Vano Qoqiaşvilidən o, çox şey öyrənə bilərdi. Dünən gecə Səməd ağagilə Vano gəlmişdi.

            Qapını Vanonun özü açdı. Cavanlıqdan dostluq etdiyi Səməd ağanın onlara gələcəyini gözləyirmiş kimi, bir anın içində süfrə açıldı, şərab gətirildi.         

-Səməd ağa, icazə ver, bu badəni sənin sağlığına içim!  Kişilərin  kişisisən!

Vano badəni dibinə qədər içdi.

            -Vano, mən nə halda, sən nə halda?       

-Qardaş vur! Bil ki, Məmmədin qaçması üçün mən şərait yaratmışam. İnanmırsan, Cəlildən soruş! Mən razı olardımmı ki, qardaşım oğlu güllələnməyə getsin.

Dostunun sözlərinə məəttəl qalan Səməd ağa badəni qaldırdı.         

-Sənin sağlığına! - deyə Səməd ağa badəni boşaltdı.  

-Mən çalışacağam ki, izi itirim. Siz isə onun üçün Bakıda sənəd düzəldin. Bir də konvoylardan biri sizin Əşrəfi tanıyıb, onu da buradan uzaqlaşdırın. Nə qədər gec deyil! Konvoy deyir ki, onu özü axtarıb tapacaq, tez-tez Şeytanbazarda gəzir.    

-Allah səni bizə çox görməsin, Vano, arxayın ol, hər şeyi qaydasına salacağam. O dövrdə Tiflisdə dostluq vəzifədən üstün tutulurdu. Tiflislilər sanki  başqa ölkənin adamları idilər.         Səməd ağa Vanogildən düz Əşrəfgilə gəldi. Dördüncü oğlu Cavad da orda idi.

 Səməd ağanın həyətə girdiyini görən Raziyə Nərgizin başını dizindən götürdü, ayağa qalxdı. Barat arvad Marqo ilə nə isə hazırlayırdılar.   

-Qızım, tez ol, geyin, səni Cavad qatarla Bakıya aparacaq. Əşrəfi Bakıda tapın! Deyin ki, Tiflisə dönməsin. Onu axtarırlar. Qoy Bakıda qalsın! - deyə üzünü gəlinlərinə tutdu.

            Səməd ağanın sözünün qanun olduğunu bilən Raziyə dinməzcə otağa keçdi. Yır-yığış etdi. Qayıdıb Səməd ağanın qarşısında dayandı:      

-Haçan gedirik?      

-Elə bu gecə!

Raziyənin gözləri yaşarmışdı. Barat xatın qızın boynunu qucaqladı:         

-Bala, ananın-atanın olduğu şəhərə gedirsən. Bundan yaxşı nə ola bilər?

-Barat xala, axı mən sizə elə öyrəşmişəm...      

-Allahın yazısıdır qızım. Deməli, belə lazımdır.            

Gecənin qaranlığını Raziyəgilin evinin qabağında dayanan maşın pozdu. Çamadanlarını maşına yüklədilər.

            -Bunsuz mən neynəyəcəyəm? - deyə Barat xatın yatmış Nərgizin alnından öpdü.          

Yatmış Nərgizi Cavadın qucağında maşına mindirdilər. Qızcığaz mışıl-mışıl yatırdı. Dünyadan xəbərsiz idi.

***

Səhər sübhdən gözünü açan Nərgiz qatarda olduğun görüb təəccübləndi:            

-Ay ana, biz burada nə edirik?    

-Heç nə qızım, Bakıya gedirik.

-Bikə nənənin yanına?      

-Onun yanına, mənim balam.        

-Nə yaxşı oldu, onun üçün elə darıxmışdım.    

-O, da  çox darıxdığından, Cavad əmiyə deyib ki, bizi götürüb Bakıya gətirsin.  

-Bəs, dədə? O, tək qalacaq?         

-Yox, qızım, o da arxamızca gələcək.    

Qatar vağzalda dayananda Bakıda yenə külək əsirdi. Elə tozanaq qopmuşdu ki, göz açmaq olmurdu. Taksi şoferi tozanaqdan maşını çox ehtiyatla sürürdü. Yuxarı məhəlləyə çatanda isə sürəti lap azaltdı.

Torpaq  yolları keçdikcə maşının  təkərindən qalxan toz arxadan əsən küləyin gücündən qabağı görməyə mane olurdu.

Məhəllənin küçələrini keçdiyini görən Nərgiz maşının bağlı pəncərələrindən evlərini axtarırdı. Hamıdan birinci evlərinin tinini sürücüyə göstərdi:

-Bax, o tindən sonra bizim evimizdir! –deyə sürücüyə müraciət etdi.  

Maşını sürücü Məşədi Fazilin evinin qarşısında dayandırdı. Bir-neçə dəfə siqnal verdi ki, evdəkilər qapını açıb küçəyə çıxsınlar. Çünki maşından düşmək mümkün deyildi.

  Siqnalın səsinə  küçəyə Seyid Bikə çıxdı. Gəlininin və  bacısı oğlunun maşından düşdüyünü görən Seyid Bikə bu gəlişin səbəbsiz olmadığını anladı. Başı min bəla çəkmiş bu qadının belə düşünməyə haqqı vardı:

 Qardaşı Seyid Rza həyat yoldaşı Hümayunla 37-ci ildə Səmərqənddən Şamaxıya gəlmişdilər. Dincəlmək üçün Çuxuryurda  qalxmışdılar. Seyid Rza Özbəkistanda böyük vəzifə sahibi idi. Tanınmış dövlət xadimi idi.   

Seyid Bikə uşaqlarıyla birlikdə qardaşının yanında dincəlirdi. Bu xoşbəxtlik uzun çəkmədi. Yarımçıq qaldı. Çuxuryurda Seyid Rzanın dalınca "Qara maşın" gəldi. Qardaşını arvadı ilə birlikdə tutub apardılar. Sonralar Seyid Bikəyə onların güllələndiyi xəbəri çatdı.            

-Cavad, bu nə gəlişdi? De, görüm nə olub? - deyə Seyid Bikə bacısı oğlundan tələm-tələsik soruşdu.        

-Xala, evə keçək, hər şey yaxşıdır. Gəlmişik,  sizi görək. - deyə Cavad cavab verdi.      

Nərgiz qaçıb Seyid Bikənin boynundan sallandı:       

-Nənə, can nənə ! -deyə qızcığaz onun üzündən öpdü.           Raziyə də keçib qaynanasıla görüşdü: 

            -Ana, xoş gördük! 

Ürəyi Seyid Bikəyə deyirdi ki, nə isə olub, vəziyyət o qədər də xoşa gələn deyil. Onlar içəri keçdilər.       

-Ay qız, de görüm nə olub? - deyə  Seyid Bikə sərt baxışla gəlinini süzdü. Raziyə qayınanasına baş vermiş hadisələrdən olduğu kimi danışdı.        

-Şükür Allaha, itki yoxdur.          

-Əşrəfgil hələ gəlməyib? - deyə Cavad soruşdu.         

-Mənim balam, xəbərsizik.

Onlar həyətə keçdilər.

***

Gələnlər nahar etdilər. Onların rahatlandığını görən qaynana üzünü gəlininə tutdu:

-Raziyə, anangilə xəbər göndər! Qoy, gəldiyini bilsinlər.

 -Ana, olarmı mən özüm gedim? 

-Qızım, getmə, atan Xaçmazdan gəlib.   

-Ana, getsəm yaxşıdır, Onun könlünü alacağam. İcazənizlə axşam gedərəm.

***

Axşama yaxın külək elə bil əsməmişdi. Tozanaq yatmış. Günəş solğun şüalarını şəhərin sonuncu  binalarının üstünə salırdı.

Havanın yaxşılaşdığını görən Raziyə qayınanasından icazə aldı ki, atasıgilə getsin.

Raziyə üç ildən artıq idi ki, ata evini tərk etmişdi.

Məhəlləyə yaxınlaşdıqca böyüdüyü həyətin abı-havası onu özünə çəkirdi.  Nərgizi də özülə  aparmaq qərarına gəlmişdi.

Raziyə haqlı olduğuna əmin idi. O, düz iş görmüşdü. Qoşulub-qaçmağa bu məhəllədə pis baxsalar da, o öz nişanlısıla getmişdi. Həyatında ilk dəfə atasının iradəsinin tərsinə hərəkət etmişdi.

İndi o, üç il bundan qabaqkı Raziyə deyildi.  Özü  ailə başçısıydı.

Tiflisdən anası, bacısı və qardaşlarıla məktublaşırdı. Bir-neçə dəfə böyük qardaşı Tiflisə qonaq gəlmişdi.

O, qayıdandan sonra məktubda yazırdı ki, Dadaş xanın da ürəyi yerinə gəlib. Raziyəni görən kimi ürəyi yumşalacaq.

Raziyə həyətin qapısını açıb içəri girəndə doğma evinə ayaq basdığını anladı. Ətrafa boylanmağa macal tapmadı, Dadaş xanla üzbəüzə gəldi.

Nəhəng boy-buxuna sahib olan bu insanın sir-sifətindən kin yağırdı. Ancaq ata ilə qız arasında bu soyuqluğa Nərgiz son qoydu.      

Nərgizi Dadaş xan görməmişdi. Oğlu Atabanın otağında Raziyənən bu qızın şəkili asılmışdı. Otaqda heç kəs olmayanda o, şəklə xəlvəti baxardı.

Nəvəsinin şirin baxışları və iri gözlərindən onların necə xoşbəxt olduğu hiss edirdi.  Dadaş xan o saat balacanı tanıdı. Qızcığazın boyu artmışdı. Sifəti isə demək olar ki, dəyişməmişdi. Uşaqlara xas olan nur yağırdı.

Dadaş xan iki əlini açdı. Nərgiz babasının boynuna sarıldı. Qızcığazın qəhqəhəsi Dadaş xanın ciddiliyinə son qoydu.

            -Ay qız, dayan, məni boğdun! - deyə  boynundan sallanmış Nərgizi fırlatdı və yerə qoydu.            

-Baba, mən anamla hər gün sənin şəkilinə baxırdıq. Ana deyirdi ki, mənim Dadaş babadan qəşəng kişi yoxdur.

            Dadaş xan Raziyə tərəfə baxdı. Onun gözləri dolmuşdu. Qızına nə deyəcəyini bilmirdi. Bir daha Nərgizi göyə qaldırdı:           -Mənim nə qəşəng nəvəm var? Nəvələrin nəvəsidir!   Raziyənin gözlərindən sel açıldı. Yanaqları yaşardı.  Qızının doluxduğunu görüb, Dadaş xan özü irəli keçdi, balasını bağrına basdı.          

-Günah məndədir, qızım! Mənim də səhvim olub. Sən düz iş gördün. Körpənin qəlbini sındırmadın.            

Raziyə atasının əlini öpdü.           

-Ay Səriyə, bir bayıra çıx! Məni boğurlar. – deyə Dadaş xan həyat yoldaşını köməyə çağırdı. Ərinin harayına çatan  Səriyə xatın özünü itirdi:        

-Qıza, mənim balam gəlib, mənim gülüm gəlib! - deyə Nərgizi bağrına basdı. Dadaş xanın qorxusundanmı və yaxud nə baş verdiyindən xəbərsiz olduğundanmı, Raziyəyə yanaşmadı.   Anasının çaşqın qaldığını görən Raziyə özü anasının  boynunu qucaqladı.   

-Deməli, sülh!- deyə Səriyə xatının gözləri yaşla doldu.       

                                 ƏŞRƏF

           

Əşrəflə Məmməd Bakıya beş gündən sonra gəlib çıxdılar. Yaman yorğun-arğın idilər. Gecə vaxtı idi. Hamı yatmışdı. Səs-küy olmasın deyə qapını döymədilər, ancaq  qapını açıb içəri keçdilər.

 Otağın qapısını açan oğlunu Seyid Bikə birinci gördü. Çarpayısında  uzanan Nərgizə nağıl danışırdı ki, qızcığaz yatsın. O, isə birini də danış, birini də deyərək, nə özü yatırdı, nə də nənəsini yatmağa qoyurdu. Qızcığaz sanki  kiminsə gələcəyini gözləyirdi.

Ananın ürəyi yerinə gəldi. Seyid Bikə sevincinin həddi-hüdudu yox idi.

 Nərgiz isə atasının boynundan sallanıb onu duz kimi yalayırdı.     

-Dədə, Vallah Bakı  Tiflisdən yaxşıdır. Buranın dənizi var. Tiflis kəndə oxşayır. Nənə də burdadır, baba da burdadır. Gəl, burada qalaq.     

-Mənim gülüm belə istəyir?

            Nərgiz başıyla razılıq verdi.         

-Onda qalırıq, bir də heç yana getməyəcəyik.  

-Gəzməyə də?

            -Gəzməyə gedəcəyik. Hara  istəsən!?    

***

Səhər yenicə açılmışdı. Əşrəf adəti üzrə hamıdan tez durmuşdu. Məşədi Fazil isə Səmərqənddə idi. Qardaşlar böyük qardaşın yuxudan durduğunu görüb bir-birinin ardınca həyətə çıxdılar. Özünü Əlisəttar da yetirdi.     

-Məmməd hanı? - deyə Əşrəf üzünü qardaşı Əyyuba  tutdu.            

-Hələ yatır. Yaman yorğun görünür. Durğuzmadım.   

-Qoy yatsın. Bəs Cavad hanı?      

-Cavadı dünən gecəyənən Tiflisə göndərdim. Səməd ağanın ürəyi yerinə gəlsin. Göndərdim ki, ordakıları sakit etsin -deyə Seyid Bikə oğlunun əvəzinə cavab verdi.        

-Cəlili tapdın? -deyə üzünü Əlisəttara çevirdi.            

-Yoldaşı dedi ki, işdədir. Axşam işdən sonra bizə gələcək.   

Əşrəf daha bir söz demədi. Ailə dinməzcə oturub səhər yeməyini yeyirdi. Hamının fikri onda idi. Onun isə  qaş-qabağı açılmırdı. Qardaşlar hiss edirdilər ki, vəziyyət çox gərgindir. Elə olmasaydı, böyük qardaşları boş-boşuna bu hala düşməzdi.          Nərgizlə Raziyə süfrəni yığışdırdılar. Qardaşların biri də stolun arxasından durmadı. Hamı Əşrəfin ayağa qalxmasını gözləyirdi. O, qardaşlarının onu gözlədiyini hiss etdi.       

-Hərəniz öz işinizlə məşğul olun! Axşam hamı burda olsun! -deyə göstəriş verdi.

***

Evin kişiləri yenicə dağılışmışdı Raziyənin uşaqlıq rəfiqəsi Rouşən qapıdan içəri girdi. Rəfiqələr üç ildən artıq idi ki, bir-birini görmürdülər. Gənc qadınların qəh-qəhi bütün həyəti bürümüşdü. Səs-küyə Seyid Bikə  həyətə çıxdı:  

-Xoş gəlmisən, qızım! Daha dərdin olmaz!       

Qızlara mane olmasın deyə, təzədən evə girdi. Ancaq bir-neçə dəqiqə keçməmişdi ki, bir dolu podnos çərəz, mer-meyvə və  soyuq kompot gətirdi. Stolun üstünə qoydu.          

-Bikə xala, çox sağ olun, lazım deyil, xəcalət verirsiz! -deyə Rouşən öz təşəkkürünü bildirdi.            

-Qızım, cavan gəlinsən, sənə yaxşı yemək lazımdır. Nuş olsun! - deyərək Seyid Bikə oradan uzaqlaşdı.     

-Təzə gəlin? - deyə Raziyə sual etdi.      

-İki aydır Babəliyə ərə getmişəm.

            Raziyə durub onun bir də üzündən öpdü.          Babəli məhəllə uşağı idi. Əşrəfin ən yaxın dostlarından idi. Gecə-gündüz bir olardılar.     

-O, niyə gəlməyib? - deyə Raziyə soruşdu.       

-Axşam gələcək. Haçan qayıdırsız?       

-Qayıtdı yoxdur, burada qalacayıq.

***

Axşam Əşrəf hamıdan tez evə döndü. Seyid Bikə onu xalası oğlu Nəsrullayevin yanına göndərmişdi.

Nəsrullayev Bakının tanınmış dövlət rəhbərlərindən biri idi. Basqala gələndə həmişə Əşrəfgilin Qələmliyində dincəlməyi xoşlayardı.

Qələmlikdə Məşədi Fazilin əkdiyi "Böyük zoğala" heç kimi əl vurmağa qoymurdu. Zoğalın meyvəsinin böyüklüyü Qara Məryəm gavalısı boyda idi.

Basqalın yaşlıları deyirdilər ki, Məşədi Fazil bu ağacı Türkiyədən gətirmişdi. Basqallılar ondan qələm götürüb başqa ağaclara vursalar da, o böyüklüyündə meyvə ala bilmirdilər.        

"Böyük Zoğalın" sirrini bağbanlar onun əkildiyi torpaqla Əmrəkidən axan suyun vəhdəti ilə izah edirdilər. Bu ağac Basqalın girəcəyində  Qələmliyin başlandığı yerdə bitirdi.      

Zoğal  dəyəndə adı olan, özü olmayan  kolxozun  sədri  dəymiş meyvəni qoruyar, Nəsrullayevin ailəsi Basqala gəlmədikdə,  yığdırar  və Bakıya göndərərdi.

Basqallılardan ancaq Cəfərli uşaqları bu ağaca  yaxın dura bilirdilər.       

Nazirlikdə Nəsrullayev Əşrəfi çox mehriban qarşıladı. Onun indiyə qədər niyə gəlmədiyini soruşdu.        

-Tiflisdə idik. Bir-iki gündür ki, qayıtmışam. Anam dedi ki, sizə dəyim... Əşrəf gəlişinin səbəbini deməyə çəkindi.      Onun niyə gələ biləcəyini təxmin edən Nəsrullayev onu qabaqladı:          

-Nə ilə məşğul olmaq istəyirsən?            

-Mən özüm də heç bilmirəm.       

-Dəmir yoluna gedərsənmi? Orada kadr çatışmır. Sən frontoviksən. Hərbi rütbən var. Bu işi bacararsan. 

-Nə deyirəm ki...

-Mən Dəmir yolu idarəsinə zəng edəcəyəm. Sabah rəis səni qəbul edib, işlə təmin edər.

Atan yenə  Məribdədir?

-Yox! İndi Səmərqəndədir.

-Çox bacarıqlı və ağıllı insandır. Mənim salamımı çatdırın! Bacımdansa  müğayət olun!

***

Babəli həyətə əli dolu girdi. Əllərində tutduğu kağız klyokları həyətin ortasındaki stolun üstünə qoydu, sonra Seyid Bikənin üzündən öpdü:     

-Ana, gözün aydın! İndi hamı yanındadır? Nərgiz qızım hanı?

            Seyid Bikə eyvanı göstərdi. Nərgiz əlində kitab atasına nə isə oxuyurdu. Adını çəkildiyini görüb kitabı bağladı və atasına dostunun gəldiyini bildirdi.

Ayağa qalxıb onu qarşıladılar.

-Qədeş, Maşallah, qız bu gün - sabah gəlinlikdir! - deyə Nərgizi bağrına basdı. Cibindən bir baş yaylığı çıxartdı:

            -Bunu Seyid Bikə üçün gətirmişdim. Bu oldu qızımızın. Bu şokaladı isə verək Seyid Bikəyə.

-Babəli əmi, şokaladı verin mənə, yaylığı nənəyə! Bu düzgün olar! - deyə Nərgiz Babəlini fikrindən döndərmək istədi.         

-Şeytana bax, şokaladı özü yemək istəyir.        

-Mən yaylığı nənənin başına bağlayacağam, şokaladı Rouşan xala və anamla  yeyəcəyik. Nənəyə şokalad olmaz! Təzyiqi var.         

-Bu qız bizi adam eləyəcək! - deyə Babəli  əlini Əşrəfə uzatdı.       

-Təbrik edirəm! Ay mə, Babəlinin hədiyəsini gətir.     Seyid Bikə içəri keçdi, əlində iki heyratı kəlağayı və qırmızı rəngdə xara parça  həyətə qayıtdı.          

-Bala, bu Rouşənin!- deyə Seyid Bikə kəlağayıları Babəliyə göstərdi,

- Bu isə sənin - xaranı ona uzatdı.          

-Basqallı ki, basqallı! kəlağayıdan başqa heç nə hədiyyə vermir. - deyə Babəli adətilə zarafata keçdi.

            -Bala, kəlağayıdan yaxşı nə var? - deyə Seyid Bikə təəccüb etdi.   

-Mən də deyirəm, də! Bunu verəcəyəm Telli arvada, birini  Rouşənə, xaranı da əlimdən qardaşlarım alacaq! Mənə nə qaldı?      

-Seyid Bikənin bişirdiyi dadlı yeməklər! - deyə Əşrəf onu stolun arxasına dəvət etdi.  

-Əşrəf, bəs mənim yarım hanı?

            -İndi gələrlər, Raziyəynən həkimə getdilər.      

.***

Yeyib-içmək davam edirdi ki, qardaşlar da qayıtdılar. Məmməd də onlarla idi.  Elə bu an  qapı döyüldü.  Əşrəfin kiçik qardaşı Nəriman qapını açdı.            

Əlağa Vahid və onunla həmişə bir olan maştağalı Ağa Hüseyn həyətə daxil oldular. Şairin gəldiyini görən gənclər ayağa qalxdılar. Stolun arxasına dəvət etdilər.           

-Əşrəf, bəs  Məşədi hanı? Məgər gəlməyib? Bizə demişdi ki, mayın axırında qayıdacaq.          

-Allah qoysa qayıdar! - deyə Əşrəf cavab verdi.

            Əlağa ilə Ağa Hüseyn tez-tez Məşədi Fazilin yanına gəlirdilər. Fazillə onların söhbətləri də tuturdu. Hər şeydən və hər yerdən xəbərli, dünyanın hər sınağından çıxmış Məşədi Fazil Cəfərli xalqımızın sevimli şairinin ən istəkli dostu idi. Süfrəsi onların üzünə həmişə açıq idi.  Gəlişləri  bayrama çevrilirdi.  Onlar saatlarla söhbət edərdilər.  Söhbətlərin sonu isə həmişə belə qurtarardı.        

-Əlağa, təzə nə yazmısan? - deyə Məşədi Fazil soruşardı.      O isə, yazdığı şerini oxuyar, dostunun nə deyəcəyini gözləyərdi.

Məşədi Fazil onu çox diqqətlə dinləyər, qiymətləndirər və bəzi hallarda səhvlərini də düzəldərdi. Bu səhvlər adətən islamla əlaqədar bəzi anlayışların və fars sözlərinin işlədilməsi ilə bağlı olardı.   

Ağa Hüseynin yadında idi. Məşədi Fazil bir gün Əlağaya fars sözlərinin işlədilməsinin  məhdudlaşdırmağı təklif edirdi:   -Əlağa, bilirəm ki, əruzda fars sözləri işlənilməsə, lazım olan musiqi effektinə nail  olmaq mümkün olmayacaq. Odur ki, elə sözlər işlətmək lazımdır ki, onlar Azərbaycan dilində var və özümüzküləşdirilib. Belə halda şerin məzmunu anlamaq asanlaşar.

Füzulini, Seyid Əzimi oxuyurlar, ancaq başa düşmürlər. Sənin yaratdığın əruz fərqlənməlidir.            

Ağa Hüseyn deyirdi ki, Məşədi Fazilin bu sözlərindən sonra Əlağa qəzəllərindəki sözlərə daha diqqətlə yanaşırdı. Onlar Məşədi Fazili qəzəlin bilicilərindən biri hesab edirdilər.         Süfrə təzələndi. Şairlər süfrə arxasındakılara qoşuldular.           Həyətdə evin damı səviyyəsində çardaq tikilmişdi. Yay gecələri uşaqlar orada qalırdılar. Sərin  və mənzərəli idi. Buradan bütün Bakı görünürdü.       

Cəlil gəldi. Üzü gülürdü. Üzündəki gülüşündən Əşrəf işlərin yaxşı getdiyini anladı. Ancaq süfrənin arxasında söhbət salmadı.

Cəlilin gəldiyin görən Seyid Bikə qonaqlara çardağa qalxmağı və orada çay içməyi təklif etdi. Şairlər də gənclərə qoşuldular.     Adətən Əlağa və Ağa Hüseyn kiminlə görüşürdülərsə heç vaxt onları meyxanasız qoymurdular. Cavanların təkidlərinə davam gətirmirdilər.     

Cəlillə Əşrəf çardağa qalxmadılar. Qırağa çəkildilər.

            -Əşrəf, Əlisəttara denən, Məmmədi aparsın Məmmədağanın yanına, pasportçun şəkilini çəksin, sabaha hazır olsun! - deyə təklif etdi.  

Əşrəf əlilə Əlisəttarı çağırdı. O, qardaşının işarəsini görüb aşağı endi.      

-Apar Məmmədi  Məmmədağagilə, pasport üçün şəkilini çəkdir!

 Məmmədağa yuxarı məhəllənin fotoqrafı idi. Burda yaşayanların hamısı şəkilini ona çəkdirirdi.

 Məmmədağa həmişə velosipeddə olardı. O, aparatını  velosipedə yükləyər həyətbəhəyət gəzər, camaatın şəklini çəkərdi.

Qapıdan içəri Məmmədağanın özü girdi.          

-Adını çək, qulağını bur!- deyə Əşrəf onu Cəlilə göstərdi.     -Gördüm, yenə millət  yığılıb sizin  çardağa, dedim şəkillərini çəkim.           

-Yerində gəlmisən, hər şeydən əvvəl mənim xalam oğlunun şəkilini çək! Pasportçun. Yoxsa lentin qurtaracaq.

***

Cəlil od parçası idi. Onun xətrini məhəllədə istəməyən yox idi. Dar ayağın dayağıydı.

Yuxarı məhəllədə belə söhbət gedirdi ki, onun həll eləmədiyi iş yoxdur. Bununla belə, Cəlil hər adama yaxşılıq etməzdi. Nahaq yerə tutulmuşlara, haqsızlığa və ədalətsizliyə məruz qalmışlara kömək edərdi.

Cəlilin sayəsində iki gündən sonra Məmmədin pasportu hazır oldu.          

Əşrəfin Cəlillə zarafatı vardı. Bu dəfə də  Məmmədin  pasportunu əlinə alan kimi zarafatından qalmadı:       

-Cəlil, belə getsə Bayıl türməsi kliyentsiz qalacaq. Camaatı ora düşməyə qoymursan? Hökumətin də ağlı yoxdur, sənə  premiyə verir. Bu hökuməti başa düşə bilmirəm?     

-Dayı oğlu, mənə sataşma, o ki qaldı hökumətə - füqara hökumətidir. Kimsəsizləri köməksiz qoymur. Onun siyasətini həyata keçirirəm. Sən mənə de, haçan Məmmədi yola salmaq istəyirsən?   

-Əlisəttar Tiflislə danışıb. Səməd ağa deyir ki, tez yola salmaq lazımdır. Şəfiəqəni də Bakıya göndərir. Bilet hazırdır ya yox?  

-Sabah alacağam.    

-Belə çıxır o birisi gün yola salacağıq.

***

            Dəniz qırağına birinci dəfə çıxan Nərgiz üçün hər şey maraqlı idi.

Körpüyə yan almış  paroxodun ağ tüstüsü göylərə ucalırdı. Qız üçün burada hər şey birinci dəfə idi.

Tiflisdə Kürdə üzən xırda barkazları və qayıqları çox görmüşdü. Ancaq bu böyüklüyündə gəminin olduğunu ilk dəfə idi görürdü. 

            Dəniz uzaqlarda üfüqün arxasında göylərə söykənirdi. Qıza elə gəlirdi ki, bu sonsuzluğun axırı yoxdur.

Seyid Bikə Nərgizin əlindən tutub paroxoda tərəf irəliləyirdilər. Arxada isə Məmməd, Əşrəfin qoluna söykənmiş Raziyə, Cəlil, Əşrəfin qardaşları Eyyub və Əlisəttar gəlirdilər.  Hamı  Məmmədi Məribə yola salmağa gəlmişdi.    

-Nənə, bu dənizin o birisi tərəfi haradır? - deyə Nərgiz soruşdu.     

-Krasnovodsk.        

-Neçə günlük yoldur?        

-Bir günlük. Sabah bu paroxod ora çatacaq.     

-Biz ora qalxıb onun içinə baxa biləcəyik?      

-İndi qalxarsan! - deyə Seyid Bikə arxaya boylandı:

-Məmməd, Nərgizi də yuxarı qaldır! Qoy, gəmiyə baxsın!

Sonra üzünü nəvəsinə tutdu:

-Qaç, Məmməd əmiyə, mənim qızım!    

Gəminin yola düşməsinə hələ yarım saata qədər vaxt vardı.

Məmməd Nərgizin əlindən tutdu, pilləkənlərlə yuxarı qalxdılar. Göyərtədən  Nərgizin səsi eşidildi:            

-Nənə, buradan bütün Bakı görünür. Bura nə qədər qəşəngdir. Siz də yuxarı qalxın!     

Gəminin dayanacağına söykənən Nərgiz Raziyənin canına qorxu saldı:   

-Nərgiz, dala çəkil! Yıxılarsan! Düş aşağı!        Anasının qətiyyətli səsini eşidən qız Məmmədə nə isə dedi. Sonra isə boynundan sallanıb öpdü:  

-Sizə yaxşı yol, Məmməd əmi!    

Qız pillələrlə aşağı enəndə gözləri yaşarmışdı.            

-Ay qız, niyə ağlayırsan? - deyə Seyid Bikə soruşdu.

-Nənə, bilmirəm... Biz də gəmiynən gedəcəyik?

            -Allah qoysa qızım. Səni ərə verəndə.

Sonuncu cümləni niyə dediyini Seyid Bikə özü də başa düşmədi. Ancaq düşündü ki, bu heç nədən onun ağzından çıxmazdı. Deməli qızın baxtına bu yazılacaq. Həmişə belə olub. Ağlına və dilinə gələn, qarşısına çıxıb.       

****

Axşam Cəfərlilər dinməzcə oturub çay içirdilər. Hamını bir fikir narahat edirdi

-Məmmədin sağ-salamat Məribə çatması. Təkcə Əşrəf arxayın idi. Krasnovodskda onu Məşədi Fazilin dostu və silahdaşı Namiq əkə qarşılayacaqdı. 

            Onun adamları Mərib və Səmərqənd özübəyləri tez-tez Bakıya gələr, Basqaldan və Tiflisdən gətirilmiş kəlağayını alar, Türkmənistana və Özbəkistana aparar və satandan sonra puluni göndərərdilər.

Namiq əkənin halal insan olduğuna söz ola bilməzdi. Məşədi Fazilin ən çox istədiyi dostlarından biri  idi.

            Namiq əkə igid insan idi.  Rusların basmaç adlandırdığı, Türkistan əsgəri idi. Ənvər paşanın sağ əli olmuşdu. Bunu hamı bilirdi və heç kimin cürəti belə çatmırdı ki, ona yaxın dursun.

            O, silahını yerə qoyduqdan sonra Məşədi Fazillə dostlaşmış, onun yaxınına çevrilmişdi.

Namiq əkəyə bir neçə dəfə NKVD-dən ilişmək istəmişdilər, Məşədi Fazil yeznəsi, Özbəkistan bolşevik partiyasının siyasi bürosunun üzvü Seyid Rza Əlizadənin köməyi ilə ondan bəlanı  uzaqlaşdırmışdı.     

Sürgün illərində Namiq əkə də öz növbəsində Məşədi Fazilin  gizli yolla Bakıya qayıtmasına kömək edirdi. Belə adamlar üçün, demək olar ki, hakimiyyət yox idi. Sanki hakimiyyət onların nazı ilə oynayırdı, onlar isə hakimiyyətdən istədikləri kimi istifadə edirdilər.

Basqaldan Məribə gələn kəlağayını Səmərqəndə, Daşkəndə və s. şəhərlərə Namiq əkənin adamları aparırdı və halallıqdan heç vaxt qırağa çıxmırdılar.

             Məşədi Fazil yaşda bir on il böyük olsa da, onlarınkı tuturdu. Hər ikisi Səmərqənd toxuculuq kombinatında işləyirdilər.

Bütün çətin işlərdə o, Məşədi Fazilin məsləhətçisi və köməkçisi idi.

Namiq əkənin gözünün ağı qarası on bir yaşlı Əsədi isə Məşədi Fazil öz oğlanları qədər istəyirdi.            

Məmməd Krasnovodskda gəmidən düşəndə ona bir nurani kişi yaxınlaşdı.

            -Məmməd, sənsən? - deyə  azərbaycanca soruşdu.

-Mənəm, əkə-deyə Məmməd inamla cavab verdi        

-Onda getdik. Məni Məşədi Fazil göndərib! - deyə Namiq əkə  çıxışa tərəf irəlilədi.      

-Bəs Fazil dayı hanı?         

-Ona indi Səmərqənddən çıxmaq olmaz! Mənim adım Namiq əkədir. Sən məni görməmisən?

-Yox. Amma adını eşitmişəm.

-Sənin atan Səməd ağa mənim ən yaxın dostumdur.

Məmməd anladı ki, xalası dediyi adam elə budur, odur ki, dinməzcə onun dalınca getdi.

***


NECƏ GEDİM YOLA, NƏRGİZ ?       

 

Bakıda hər şey qaydası ilə gedirdi. Elə bil heç nə olmamışdı. Məmməd sağ-salamat Məribə çatmışdı. Yerləşdirilmişdi. Oradan gələn xəbərlər də xoş idi.

Dəmir yolu idarəsində Əşrəfin heç bir problemi olmadı. Çox az çəkən söhbətdən sonra ona qatar rəisi vəzifəsini təklif etdilər, o da razılığını verdi.  

Səhəri günü yenidən idarəyə gələndə əmri hazır idi. Bakı-Ağstafa qatarına rəis təyin edilmişdi.

            Əşrəf kadrlar şöbəsindən əmri götürüb  iş yerinə yollandı.

Bakının gözəl yay səhəri idi. Parlaq günəş şəhəri qızdırsa da, vağzal ətrafında əkilən ağaclar sərinlik gətirirdi. 

Dispeçer binasının vağzalın axırında olmasına baxmayaraq Əşrəf bu uzunluğunda yolu necə keçdiyini hiss etmədi.

Binanın qarşısında məhəllə dostları Babəli və Sabirlə rastlaşdı. Babəlinin dəmiryolçu olduğunu bilirdi, Sabiri burada görməyi gözlənilməz oldu.        

-Siz burada nə edirsiniz? Dəmir yolu "Həmşəri palanı "zaddır məgər?      

-Əşrəf, səni gözləyirik. İdarədə dedilər ki, səni rəis təyin ediblər. Briqada  yığacaqsan, Babali ilə fikirləşdik ki, gələk elə səninlə birlikdə işləyək. Nə fikirdəsən?     

-Nə fikirdə ola bilərəm? Əlbəttə ki, razıyam! Gedək, görək, dispeçerskidə nə deyirlər.

Dispeçer otağında Xətt rəisi onları gülər üzlə qarşıladı:

-Sizə çox çətin bir sahə həvalə olunub. Briqadanı da özün yığmalısan.

-Axı mən burda heç kimi tanımıram?

-Sabirnən Babəli sizə kömək edərlər. Səhərdən sizi tərifləyirlər. Qoy kömək etsinlər.              

Əşrəf Babəli və Sabirin köməyi ilə əla bir briqada yığdı. O dövrün sözülə desək, gənc komsomol briqadası. Maraqlısı bu idi ki, hamısı yuxarı məhəllənin uşaqları idi.        

Dispetçer Əşrəfi onlara təqdim etsə də, onlar rəislərini çox gözəl tanıyırdılar.    

Qırx yeddinci ilin yayı çox isti keçirdi. Günəşin qızmar şüaları havanı elə qızdırmışdı ki, təqdimat qurtaran kimi bütün briqada pivəxanaya axışdı.         

-Rəis qonaq edir! - deyə hamı bir ağızdan dilləndi. Əşrəfin  reaksiyasının necə olacağını gözləyən dəmiryolçuların gözləri ona dikilmişdi.            

-Hamıya pivə tök, mən qonaq edəcəyəm! - deyə Əşrəf vəziyyətdən çıxdı. Briqada axşama yaxın dağılışdı. Sabah onlar ilk səfərə çıxacaqdılar.  

Nərgiz səhərdə evdən çıxmış atasının yolunu gözləyirdi.

 -Ay  nə, atam harada qaldı? - deyə qızcığaz ora-bura vurnuxurdu.

Seyid Bikə onu yanına çağırdı: 

            -Özünü əla al, indi gələr. Atan dəmiryoluna işə düzəlib. Elə vaxt olacaq ki, dörd-beş gün evdə olmayacaq. Onda nə edəcəksən?   

-Ay  nə, onda biləcəyəm hara gedir. İndi isə harada qaldı?

            -Get, anana kömək et! İndi gələr.            

Bir neçə dəqiqə də belə ötdü. Qapıdan içəri girən Əşrəfi görən Nərgiz qaçıb boynundan sallandı.            

-Ay ta, haradasan? Acından ölmədin? Anam da nigarandır.

Əşrəf qızının yanağından öpdü. Qəlbən dostunu yada saldı. "Sən mənə qız yox, qızıl hədiyə etmisən Əjdər! Arxayın yata bilərsən! Öz balamdan ona yaxşı baxacağam!"

Əşrəfin qeyri-ixtiyari gözləri yaşardı. Onun gözləri önündə müharibənin dəhşətləri dururdu.

Qızcığazın gözlərinin ona dikildiyini hiss edən Əşrəf özünü ələ aldı, bir daha Nərgizin üzündən öpdü.

-Qızım, gedək, görək anan nə bişirib?!  

-Ata, bu gün mən bişirmişəm. - deyə Nərgiz cavabsız qalmadı.  

-Bu qız mənə gündə bir sürpriz hazırlayır.

-Qız deyil,  şeytandır.

***

            Səhər sübhdən atasını yuxudan durğuzmaq əvəzinə, Nərgiz onun başı üstündə sakitcə oturub yuxudan oyanmasını gözləyirdi. Atası gecə yarısına qədər qızına nə edəcəyindən, qatarda nizam-intizam yaradacağından, onunla işləyəcək dostlarından danışmışdı.

Yorulmadan ona qulaq asan qızcığaz birdən anlamışdı ki, atasından üç-dörd gün ayrılacaq.   

Anasının içəri girib atasını yuxudan durquzmaq istədiyini görən Nərgiz onu qabaqladı:          

-Ana, hələ tezdir, qoy yatsın! Mən özüm durğuzaram.            Raziyə xatın bir söz demədi. Keçib qızının boynunu qucaqladı.         

-Mən süfrəni açıram, gəl, mənə kömək elə. Əmilərin də yuxudan durub.  

Hər səhər Məşədi Fazilgilin eyvanında samovar tüstülənərdi, bu tüstünün işarəsinə sanki bütün həyət yuxudan oyanardı. O zamanlar yuxarı məhəllələrdə nə işıq, nə su, nə də qaz vardı. Bununla belə həyətin arvadları "maşınka" deyilən kerosin plitələrini yandırar, səhər yeməyinə hazırlıq görərdilər.

Su məsələsini də Məşədi Fazil yaxşı həll etmişdi. Həyətdə böyük bir çən qoymuşdu, çarhovuz və hamam tikdirmişdi. Üç gündən bir pojarniklər öz maşınlarında buraya su gətirər, çəni və çarhovuzu doldurar, sakinlər əziyyət çəkməzdilər.            

Yuxarı məhəllələrdə şər qarışanda küçələr səssiz-səmirsiz olardı. Heç kim küçəyə çıxmazdı, evində oturub səhəri gözləyərdi. Şəhərdə belə söz-söhbət gəzirdi ki, yuxarı məhəllələrdə gecələr şəhərin bütün lotu-potusu yığışır. Əlbəttə  ki, bütün bunlar şayiə idi.

Bu məhəllənin əhalisi Bakının bütün məhəllələri kimi eyni dərd-sərlə yaşayır, öz gündəlik problemlərini həll edirdilər. Başqa məhəllələrdən fərqli olaraq yuxarı məhəllələrdə insanı münasibətlər çox diqqətli, həya-abır yüksək idi.         

Əşrəf gözlərini açanda günəş pəncərədən içəri girməyə çalışırdı. Pəncərənin orta şüşələrinə şüaların düşdüyünü görəndə anladı ki, saat ondur. O, həmişə saatı pəncərənin təbəqələri ilə müəyyən edirdi.           

-Ay qız, Nərgiz, məni niyə yuxudan durğuzmamısan? - deyə Əşrəf otaqdan səsini qaldırdı.    

-Ay  ta, sabahın xeyir! - deyə qız eyvandan dilləndi. İçəri qaçdı, atasının boynundan sallandı:

-Mən özüm qoymurdum ki, səni durğuzsunlar. Deyirdim, dincələsən.       

-A, şeytan!   

Süfrənin arxasında Əşrəfin oturduğunu görən qardaşlar bir-birinin ardınca stolun arxasına keçdilər.

 Böyükləri stolun arxasına oturmayana qədər Cəfərlilərdən biri də oturmazdı. Böyük-kiçiklik, böyüyə hörmət həyat tərzinə çevrilmişdi.         

-Mən bu gün yola gedirəm, üç gündən sonra qayıdacağam. Evdən müğayət olun! Məriblilər gəlsə, Basqaldan gələn kəlağayının yaxşılarını onlara verərsiniz. Qonaqpərvərliklə yola salırsınız! - deyə Əşrəf göstəriş verdi.         

-Məmmədən nə xəbər var? - deyə Əlisəttar stolun arxasına keçən kimi soruşdu.            

-Sağ-salamat çatıb. Namiq əkə qarşılayıb, dədənin yanındadır.

Bir də "Həmşəri palanın" uşaqlarına qoşulma! Sən tələbəsən, onların çoxu avara. Axırı pis qurtarar, başını aşağı sal, dərsinlə məşğul ol! - deyə Əşrəf Əlisəttarı danladı.      

-Ay ta, mənə nə gətirəcəksən? - deyə Nərgiz sözə qarışdı.

-Qızım, nə istəsən-onu.     

-Mən heç özüm də bilmirəm nə istəyim?-

           -Nə istəsən, gətirəcəyəm.

-Orda nə var?

-Çoxlu meyvə.

-Onda meyvə gətir! - deyə Nərgiz əmisinə göz vurdu. Əlisəttar anladı ki, Nərgizin uzunçuluğu nə ilə əlaqədar idi.

Volodiyanın "polutrukası"nın səsinə süfrə arxasında oturanlar ayağa qalxdı.     

-Deyəsən, Volodya gəldi. - deyə Əşrəf qapıya tərəf addımladı.       

-Privet, qaqaş! Заходи во двор!

-Нет, Ашраф! Сеид Бикэ убьет меня!

-Почему?     

-Она хотеля с мамой встретиться … Я не мог выполнить обещание.    

-Ничего зайди!      

Seyid Bikə Volodyanı görən kimi əli ilə onu hədələdi:          

-С каких пор ты стал обманщиком? Где Наташа?

            Volodiyanın anası Seyid Bikə ilə bir gimnaziyada oxumuşdular. Nataşa onun bacılığı idi. Onunla olduqda Seyid Bikənin xoş günləri qayıdırdı.

             Saatlarla danışardılar. Qonşu arvadları onlara yaxınlaşanda o saat fransız dilinə keçirdilər.   

Nataşanın da taleyi faciəli olmuşdu. Onun injener ərini heç nədən həbs edib sürgün etmişdilər. Orda həlak olmuşdu. Volodyanını bir təhər böyüdüb boya-başa çatdırmışdı.      

Məşədi Fazil hər gələndə bacı adlandırdığı Nataşanın payını birinci ayırırdı. 

            -Клянусь, Бике хала, нет времени! Провожу Ашрафа, приведу!            

-Xoroşo, xoroşo!  Potom poqovorim. Zaydi!- deyə Seyid Bikə səsini qaldırdı. Çarəsiz qalmış Volodya içəri keçdi:           

-Бикэ хала, вы знаете, когда дяд Фазиль дома, интересно бывает.

 -Почему это так?

-С ним можно за рюмкой сидеть …          

-Ox негодник, водки захотелось?  Я те покажу, как маму обидеть!?- deyə Seyid Bikə baş barmaqınan hədələdi.

  -Bikə xala! Zarafat edirəm. İcazə ver, Əşrəfi aparım, gəlirəm.       

Seyid Bikə evə keçdi, əlində ərəbcə Quran ayələri yazılmış camla həyətə çıxdı. Hovuzdan su götürdü. Nərgizin əlinə camı verdi:        

-Биссмиллащ, де, ат суйу атанын далынъа!       

 Əşrəf hamıyla vidalaşıb küçəyə çıxanda, Nərgiz onun dalınca su atdı.

***

 


AŞIQ ŞAKİR

 

Qatar Biləcəriyə yenicə yetişmişdi. Bələdçilərdən biri rəisin qapısını döydü:     

-Əşrəf, müəllim! Aşağıda iki nəfər aşıq durub.  Biletləri yoxdur. Sizi görmək istəyirlər.           

-Çağır gəlsinlər bura!        

Kupeyə əlində saz, orta boylu, cingiltili səsli, gözlərindən sevinc yağan yetgin bir gənc girdi. Arxasında da bir nəfər dayanmışdı. O, üzünü  Əşrəfə tutdu:            

-Mən Aşıq Şakirəm! Evə, Kürdəmirə, gedirəm, bilet yoxdur. Kömək edin!       

Əşrəf onu və onunla gələni diqqətlə süzdükdən sonra əlilə oturacağı göstərdi:

-Buyurun içəri! Heç bir narahatlığınız olmayacaq! Mənim kupemdə gedərsiniz.            

Onlar kupeyə keçən kimi Əşrəf özü bayıra çıxdı, bələdçini çağırdı və qulağına  pıçıldadı:      

-Get restorana, hazırlıq görsünlər, gəlirik.

            Şakirin yanıda onun zurnaçısı İzzətalı idi. Toydan qayıdırdılar. Dəstəsindən ayrılıb Bakıda qalanları da vardı.  

Bir neçə dəqiqə kupedə sükut sürdü. Sükutu Şakir özü pozdu:        

-Qardaş, Vallah sənə əziyyət veririk!

-Щеч бир язийyəti yoxdur, özünüzü evinizdə hiss edin!-deyə Əşrəf  cavab verdi.

-İstəyirəm Bakıya köçüm, ancaq ürəyim yatmır. Kəndin təbiətini heç nə vermir. Odur ki, Kürdəmirin istisinə dözürəm. Elə vaxt olur, Bakıya həftədə beş dəfə gəlirəm. Dostlar-aşnalar nə qədər desən, ancaq qala bilmirəm ki, bilmirəm.          

-Torpaq çəkir. Torpağın qədrini bilənlər onu tərk edib getməzlər. Burada ulu babalarımızın ruhları gəzir. Bu ruhlar bizi torpağımıza bağlayır.- deyə Əşrəf əlavə etdi.  

-Mən də belə hesab edirdim. Ancaq bizim kənd ətrafındakı kəndlərə köçürülmüşlər var, bəzilərinin heç vecinə deyil torpaq həsrəti, vətənə qayıtmaq eşqi...        

-Onların çoxunun zatı qırıqdır. Kökləri naməlumdur. - deyə İzzətalı da söhbətə qatıldı.

            -Bakı da Şirvandır, Kürdəmir də Şirvanın bir hissəsi. Ancaq ordan çıxan kimi, elə bil, ürəyimdən daş asırlar.  O insanları başa düşə bilmirəm. Əgər onları insan adlandırmaq mümkünsə...            

-Belələrini sovet hökuməti qudurdur. Yoxsa, kim onları əl-qol açmağa qoyardı?! İt kimi qovlayardıq, gedin, torpağınızı dığalardan alın! - deyə İzzətalı yenə əlavə etdi.  

-Sovet hökuməti elə ona görə dağılacaq! Hər dığanı adam etməklə... - deyə Şakir yorğunluqdan gərnəşdi.       

Bələdçi içəri daxil oldu:   

-Əşrəf müəllim, hər şey hazırdır.            

-Çox sağ ol! İndi gəlirik! - deyə Əşrəf ayağa qalxdı:

            -Şakir, siz bizim qonağımızsız!  Odur ki, buyurun süfrəmizə.          

Əşrəfin bu təklifi qonaqların ürəyincə oldu. Qatara minənə qədər üç-dörd saat Biləcəridə veyillənmişdilər. Daldalanmaq üçün isə bir yer də tapa bilməmişlər.

Ayağa  qalxdılar və Əşrəfin arxasınca vaqon-restorana tərəf irəlilədilər. Əşrəflə Şakirin dostluğu bu gündən başladı.

 

***

           

MƏKTƏB

 

Qırx yeddinci ilin sentyabrın biri səhər çağı bütün həyət Nərgizi məktəbə yola salırdı. Kimi onun önlüyünü ütüləyir, kimi uzun saçlarını hörürdü. Qız hamının sevimlisinə çevrilmişdi.

Seyid Bikə qonşu arvadlarına evlərindəki stolları çıxartdırıb, həyətin ortasında ardıcıl düzdürmüşdü. Axşam  həmxanaların hamısı  bu stolun arxasına dəvət olunmuşdular.     Səhər sübhdən həyətin mətbəxində qazanlar qurulurdu. Bütün bunlara rəhbərlik edən Seyid Bikənin, elə bil, Nərgiz də yadından çıxmışdı.

Çarhovuzun yanında ipə bağlanmış iki qoçun birini kababçı İbad gəlib kəsib soymuşdu. İkincisini  isə dərsə gedəndə Nərgizin ayağı altında kəsməyə hazırlaşırdı.       

-Ay na! - deyə Raziyə Seyid Bikəni eyvandan çağırdı, -Vaxtdır.

Seyid Bikə bulaşıq əllərini balağına sildi. Ət doğrayan İbadı işindən ayırdı.

İbad ikinci qoyunun ipini açdı və çəkib eyvanın pilləkəninin yanına gətirdi. Pilləkəndən düşən Nərgizin ayağının altına yıxdı. Qızcığaz yerindəcə donub qaldı.

Seyid Bikə  içində üzərrik yandırdığı “Beş barmağlı” qabı qızcığazın başı üstünə tutdu və dua oxuyub bir-neçə dəfə  hərlətdikdən sonra, ona üflədi.

Bu zaman İbad kişi bıçağı qoyunun boğazına çəkdi. Al qan şırıltıyla Nərgizin ayağının altına tökülməyə başladı.

Raziyə əyilib barmağını qana batırdı və qızının alnına xal qoydu.

Nərgiz dinməzcə qoyunun üstündən keçdi və anasıla qapıdan çıxdı. Qonşu qızlarından biri qaçaraq onların dalınca su atdı.

Əşrəf günortaya Bakıya qayıdırdı. Bütün dostlarını axşama dəvət etmişdi. Hamı  Nərgizin məktəbə getməsi gününü yumağa hazırlaşırdı.

Babası Məşədi Fazil Səmərqəndən ona “ Pasılka” göndərmişdi. Paltarlıq bir-neçə  “otrez” və iki dənə qəşəng özbək araqçını. Dadaş xan Bakıda olduğundan məclisdə o, da iştirak edəcəkdi.

Seyid Bikənin haq-hesabına görə bir əlli-altmış adam olmalı idi.

Nataşa xalayla Raziyənin rəfiqəsi Rouşənin gəlişi qadınların əhval-ruhiyəsini daha da qaldırdı. Hər ikisi əllərini çırmalayıb piroq və s. şirniyyatlar hazırlamağa başladılar.

Həyətin ortasında böyük bir mis teştin içindən buxar çıxırdı. Seyid Bikələ Səriyə xatın iç-ciyəri günorta üçün qovururdular.

 Oğlanlarının dostlarının qarnını doyurmaq asan iş deyildi. Yemək-içmək başladımı, bütün günü çəkirdi.

Saat on ikidə Nərgiz məktəbdən qayıtdı. Gözlərinə inanmadı. Elə bil həyətlərində toy olacaqdı.

-Nənə, burda nə var? - deyə qız təəccüblə Seyid Bikədən soruşdu.

-Necə yəni nə var? Bu gün sən məktəbə getmisən. Odur ki, qeyd edəcəyik. Keç içəri, paltarını dəyiş! Bizə kömək edəcəksən. Bir -iki saata atan da gələcək.

Nərgiz dinməzcə evə girdi, heç beş dəqiqə keçməmişdi ki, yenidən həyətə düşdü, anasına qoşulub onlara kömək etməyə başladı.

-Ana, məktəbə getmək istəmirəm! - deyə Nərgiz başı işə qarışmış Raziyəyə müraciət etdi.

-Niyə, mənim balam?

-Maraqsızdır. Oradakılar hələ indi yazmaq, pozmaq öyrənir. Mən isə bunları bilirəm.

-Doğrudan a! Müəllimənlə danışaram, sənə başqa tapşırıqlar versin. Bilmədiklərini öyrətsin.

-Bilmədikləri məgər var? - deyə Rouşən sözə qarışdı: -Seyid Bikə məktəbini keçib, müəllimlərinə mənim yazığım gəlir.

-Niyə, Rouşən xala? - deyə Nərgiz soruşdu.

-Çünki sən, şeytan, oxuduqlarını müəllimlərin oxumayıb.

-Onda mən nə edim?

-Onu sənə nənə başa salar.

***

Əşrəfdən qabaq həyətə Volodya girdi. Xalasının ocağın arxasında nəyisə qarışdırdığını görüb, stolun üstündən təzə bişirilmiş təndir çörəyini qapdı və özünü  Seyid Bikənin yanına verdi:

-Xala, mən yetimə yazığın gəlsin! Payımı bura ver! -deyə çörəyin içini araladı və Seyid Bikəyə göstərdi.

-Gözlə, hamıynan birlikdə yeyərsən!

-Yox xala, qaqaş məni Dadaş əminin dalınca göndərib. O, isə tərpənənə qədər axşam olar. Acından ürəyim gedir.

Seyid Bikə başını yelləyə-yelləyə kəfgirlə çörəyin içinə qovurmadan doldurdu. Volodya elə bil bunu gözləyirmiş kimi həyətdən çıxdı.

Əşrəf  həyətə tək gəlməmişdi. Babəli, Sabir, bir də Cəlil onu müşayiət edirdilər.  

-Hanı mənim şeytanım? Hanı mənim gül qızım? - deyə Əşrəf iki əlini açıb gur səsiylə Nərgizi haraylayırdı.

Atasının harayını eşidib Nərgiz yerindən götürüldü və atasının boynuna sarıdı.

-Necədir məktəb, mənim balam?

-Ay ta, pis deyil! Oxumaq olar... Nərgiz atasına məktəbdən şikayət etmədi.

Nərgizin məktəbə getməsilə əlaqədar bütün qohum-əqrəba tökülüb gəlmişdi. Hamı qızcığazı təbrik edir, ona hədiyyələr verirdilər.

Gecəyə qədər həyətdə şənlik hökm sürdü.

-Ay nə! Mən məktəbi qurtaranda da belə olacaq? - deyə Nərgiz yorğun-arğın nənəsinin çarpayısına girib onu qucaqladı.

-Bundan da yaxşı olacaq, mənim balam! - deyə Seyid Bikə onun alnından öpdü.

-Bircə məktəbi tez qurtaraydım!

 

***

 


ƏLİSƏTTAR

 

1948-ci ilin avqust ayının ortalarının küləkli günlərindən biri idi. Xəzrinin qaldırdığı tozanaq göz çıxarırdı. Küləkli havaya baxmayaraq vağzal adamla dolu idi.

Bakı-Akstafa qatarı perrona yenicə yan almışdı.

Volodya dayanmış qatarın orta hissəsində gözləri ilə Əşrəfi axtarırdı. Onu qarşılamaq Volodyanın adətinə çevrilmişdi. Bir yola gedəndə, bir də qayıdanda  onunla evdən çıxar və onu evə gətirərdi.

Arxa vaqonların birindən Əşrəfin başı göründü. O, boylanıb kimi isə axtarırdı.  

-Qardaş, salam! - deyə Volodya ona əl elədi.   

-Privet Volod! Bir dəqiqə! Qoy nosilşik gəlsin, tərpənək!     Əşrəf ona yaxınlaşan yükdaşıyandan vaqona çıxmasını xahiş etdi. İçəridəki zənbilləri arabasına yükləməsinə göstəriş verdi. Aşağı düşüb Volodiyaya yan aldı:         

-De, görüm evdə nə var?   

-Hər şey qaydasındadır. Ancaq deyəsən toy olacaq.

-Kimin toyu? - deyə Əşrəf təəccübləndi.          

-Əlisəttar qız qaçırdıb.      

-Kimi?          

-Vallah bilmirəm, iki gündür sizə gəlib gedirlər, qız haradadır?      

-Kim gəlib gedir?    

-Qızın atası, qohum-əqrəbası.      

Əşrəf fikrə daldı. Zənbilləri arabaya yığan nasilşiki tələsdirdi:       

-A kişi, tez ol!

Sonra Volodyadan soruşdu:

-Maşını harda saxlamısan?          

-Əvvəlki yerdə.       

-Onda getdik!          

***

Qapıdan içəri girən Əşrəf görən Nərgiz qaçaraq atəti üzrə onun boynundan sallandı.    

-Ay na! Ata gəldi! - deyə hay-küy saldı. Nərgizin səsinə Seyid Bikə, Raziyə xatın da həyətə çıxdı.            

Əşrəf  anasının üzündən öpdü,  Raziyə xatına isə əlindəki papkasını verdi:         

-Bunu evə apar! - dedi.     

Seyid Bikə aranın sakitləşdiyini görüb üzünü oğluna tutdu:  

-Əlisəttar qız qaçırdıb, Basqaldadırlar. Məşədi Fazilə xəbər göndərmişəm, bu gün-sabah gələcək.

Dünən burada qızın atası hay-küy salırdı. Bizimkiləri bilirsən də. Kişiyə bir toy tutdular, qızı da yaddan çıxdı. Bala, belə olmaz! Axşam üstü gedərik qız evinə, barışığa. Cəlilə də xəbər göndərmişəm, gələcək.        

-Ay na, kimlərdəndir bu qız?       

-Vallah, heç soruşmaq belə ağlıma gəlməyib. Bir də bunun nə əhəmiyyəti? Təki balalarım xoşbəxt olsun!

 Seyid Bikənin “balalarım” deməsini Əşrəf o saat tutdu. Anladı ki, anası bu nikahın tərəfdarıdır. Deməli, Əlisəttar qız haqqında anasına çox şey danışıb.       

-Ay na, məgər sən özün demirdin ki, gərək qızın əsli olsun, nəsli olsun!   

-Məgər indi demirəm? Bir də, bala, zadəgan dövrü keçdi. Hər yerindən xortlayan çoban indi xandır, bəydir...      

-Gədalığı ki, qalır. "Eşşəyi nə qədər bəzəyirsən bəzə, eşşəkdir. Fərqi yoxdur hansı vəzifədədir!" -  ana, sən demirdin? -Mənim balam, bu indiki həyat həqiqətidir. Başımıza gələn bəlaların kökü də bu eşşəklərin vəzifəyə gəlməsi və insanların taleyini onlara həvalə olmasındadır.   

Seyid Bikə birdən susdu, dərin xəyala daldı. Anasının qoluna girən Əşrəf  hiss elədi ki, qadın daha heç kimi eşitmir. O, öz dünyasına qatılıb, nəyi isə düşünür. Bilirdi ki, onu bu düşüncədən ayırmaq mümkün deyildir.   

Anasını sakitləşdirib eyvana aparmışdı ki,  həyətin qapısı döyüldü. Qapının ağzında bir neçə milisioner dayanmışdı. 

            -A bala, bu nə qoşun-ləşkərdir? - deyə Seyid Bikə Əşrəfi dala çəkdi və özünü qabağa verdi.            

Dağlı balası milisioner Bığlı Əli Seyid Bikənin kim olduğunu bilirdi, yoldaşlarından ayrılıb irəli keçdi.

            -Bikə xala, bu kişi şikayət yazıb ki, onun üstünə bu həyətdə tapança çəkiblər və az qalıb ki, öldürsünlər, qızını da qaçırdıblar. Odur ki, gəlmişik, axtarış aparaq. Naçalnik dedi ki, belə şey ola bilməz! Bu isə dediyindən dönmür. - deyə qızın atasını göstərdi       

-İndi ki  belədir, keçin içəri! - deyə  Seyid Bikə onları  dəvət etdi.

Milislər içəri keçib çarhovuzun yanında oturdular. Bığlı Əli üzünü şikayətçiyə tutdu:  

-De görüm, bunlardan kim sənin üstünə tapança çıxarıb? Göstər!  

Şikayətçi tutuldu.     

-Bax, o evdən bir oğlan çıxdı, hamımızı qabağına qatdı. Tapança ilə. Mənə elə gəlir ki, bu onların evidir. - deyə Seyid Bikəgili göstərdi.

-Bizim evdə? A kişi, sənin başın xarab olub! - deyə Seyid Bikə onun üzünə çımxırdı.  

-Deyirsən, tapança bu evdə ola bilər? -deyə Bığlı Əli şikayətçidən soruşdu.

Şikayətçi başıla  -“Hə!”- dedi.     

Bığlı Əli onun bu sözündən sonra nə edəcəyini bilmədi. Əşrəfin üzünə baxdı.

-Nə tapança, nə filan? - deyə Əşrəfi od götürdü. Üzünü şikayətçiyə tutdu:           

-Gəlmisən, denən qızım bunların oğluna qoşulub qaçıb. "Hardadır?"- bilmirik. Yoxsa, tapança belə gəldi, tüfəng belə getdi. Allah üzünə baxıb mən dünən burda olmamışam. Ciyərini çıxardardım. Yığıb “Sovetskinin şpanalarını” üstümüzə gətirmisən.

Bilmirsən bura kimin həyətidir? Hələ o qoduqların başına gör, nə oyun açacağıq. Sən öl, gözünü çıxardaram! - deyə Əşrəf iki barmağını az qaldı ki, onun gözünə soxsun.

-Əşrəf, dayan! Bu olmadı ki! - deyə Bığlı Əli onu sakitləşdirdi.

 -Görmürsən? Gəlib, hələ yalvarsın ki, onun qızına yiyə duraq. Yoxsa haranın qoduğudur ki, üstümüzə lotuları töküb, qoduğun biri, qoduq!

            Bığlı Əli Əşrəfin xasiyyətinə bələd idi. Bir balaca da hövsələdən çıxsaydı, doğrudan da, bu həyətdə qana batacaqdılar.          

-Qədeş, sakitləş! Atadır da, neyləsin, ürəyi yanır. Bir də onun minnəti olsun ki, sizinlə qohum olur! - deyə Bığlı Əli sakitlik yaratmağa çalışdı.       

-Axşam istəyirdik, onlara gedək həya-abırla barışıq elan edək, toya hazırlaşaq, töküb itləri həyətimizə! -  deyə Əşrəf həmişə açıq şəkildə milisin üzünə it deyirdi.     

-Mən də bu  itlərdənəm! - deyə həyətə daxil olan Cəlil uzaqdan haray verdi.

Stola yaxınlaşdı, hamıyla salamlaşdı.

-Bu nə hoqqabazlıqdır? - deyə Cəlil səsini ucaltdı.     Milisoner Cəlil üzünü şikayətçiyə tutdu:

-A kişi, sən şir ürəyi yemisən? Bu ailəyə sən şər ata bilərsən?         

-Mən...?, mən...?     

-Məildəmə qurtardı! Get, evdə hazırlıq gör. Axşam sizə gəlirik, barışığa. Qızın qardaşım Əlisəttarla qaçıb Basqala. İstəyirsən, bura Voroşilovun soldatlarını tök, sənə qız verən deyilik. Cəfərlilər biqeyrətlik etməzlər.

Sonra milislərə müraciət etdi:

            -Siz nə marıt-marıt baxırsız? Qurtardı!  

Sanki Cəlilin göstərişini gözləyir kimi Bığlı Əli və onunla gəlmiş milislərlə həyəti tərk etdi. Tək qalmış qız atası nə edəcəyini bilmirdi.

Cəlil onun nə vəziyyətdə olduğunu anladığından, kişiyə yaxınlaşdı, əlini onun çiyninə qoydu:            

-Narahat olma, hər şey yaxşı olacaq! Sən toya hazırlaş, sabah onların dalınca gedib, Basqaldan gətirəcəyəm.

Qız atası kor-peşman həyəti tərk etdi.

***

                            


BASQAL

 

 Volodya səhər sübhdən Əşrəfgilin evlərinin qabağında "Pobedasını" saxladı, siqnal verdi ki, gəlmişəm. Onun səsinə qapını açan Nərgiz maşınına tərəf qaçdı, keçib içində oturdu:  

-Mən də, ana da, Basqala gedirik! - dedi.          

-Səni aparmayacağam! Mənə heç salam da vermədin! Salam verməyənləri mən maşınıma qoymuram!  

Nərgiz səhvini o saat başa düşdü, Volodyanın üzündən öpdü:        

-Volodya əmi, məni bağışla! Tələsdikdən hər şey yaddan çıxır!     

-İndi oldun ağıllı qız. Əvvəl salam verərlər, sonra maşına minərlər. 

Qapıdan bayıra çıxan Əşrəf qızının Volodya ilə danışdığını gördü. Üzünü onlara tutdu:          

-Yenə nəyi bölüşdürə bilmirsiz?

Nərgiz və Volodya sanki bu sözləri gözləyirdilər, gülüşməyə başladılar.  

Oğlunun arxasınca Seyid Bikə əlində içi su ilə  dolu camla küçəyə çıxdı.

-Bəs, Raziyə hanı? - deyə təəccüblə soruşdu.  

-Nənə, indi gələr! Xonça hazırlayır.

            Üstünə al qırmızı Basqal xarası atılmış böyük bir podnosla Raziyə xatın küçəyə çıxdı. Ağ kəlağayının altından onun belinə çatan dörd qat bağlanmış iki hörükləri görünürdü.

Dörd ildən artıq idi ki, Raziyə xatın bu evin gəlini idi, onun üzündən yağan uşaqlıq təravəti hələ də itməmişdi. 22 yaşı olmağına baxmayaraq 13-14 yaşlı qız uşağını xatırladırdı.      Maşını əhatə edən qonum-qonşular tezliklə həyətdə toy olacaq xəbərini tutdular. Hamı sevinirdi. Belə hadisələrdə adətən bütün məhəllə iştirak edirdi. Bu gün isə başlanğıc idi.           

-Haydı, min maşına - deyə Seyid Bikə gəlinə göstəriş verdi.            

Maşını yerindən tərpənmişdi ki, Seyid Bikə camdakı suyu onların arxasınca atdı          

-Sağ gedib, salamat gələsiz! - dedi.

 Bu sözlərin məzmunu başa düşmək üçün Seyid Bikə taleyini yaşamaq lazımdır. O, nə qədər qohum-əqrəba itirmişdi. Sağ yola salmışdı, salamat görməmişdi. Ancaq bununla belə qanından gələn qürur sönməmiş, qamət əyilməmişdi.     

Maşın Bakını tərk etdikdən sonra iki saata Şamaxıya çatdılar. "Pobedanın" pəncərəsindən ətrafı seyr edən Nərgiz şəhərin girəcəkdə iri hərflərə yazılmış "Şamaxı"sözünü oxudu.           -Ay ta, nənənin kəndinə çatdıq! - deyə dilləndi.

            -Ay qız, nənə bilsə ki, şəhərinə kənd demisən səndən inciyər! - deyə Raziyə  qızının səhvini düzətdi         

-Kəndə oxşayır da, burada nə var? Qoy Basqala çataq! Şəhər oradır. - deyə Volodya sözə qarışdı.            

-Xalana bunu deyə bilərsən? – deyə Əşrəf üzünü Volodyaya tutdu.          

-Qədeş, ona menya ubyot.            

-Bəs onda, niyə Şamaxını kənd edirsiz?            

-Qədeş, Vallah buranın yiyəsi yoxdur. Mama qovorit,  çto sən Şamaxını zəlzələyə qədər görəydin. O boyda şəhər, doğrudan da, kəndə çevrilib.

 Basqal isə həminki Basqaldır. Təmiz küçələri, gur bulaqları, ürək açan bağları. Hamının məşğul olması üçün karxanaları. Basqallılar arasında avara tapa bilməzsən.         

-Nərgiz, nənənin yanında Şamaxını kənd adlandırma, bura nənənin vətənidir. Şamaxı tezliklə böyüyəcək, gözəlləşəcək! -deyə Əşrəf qızına öyüd-nəsihət verdi. 

Kələ-kötür küçələrdən keçdikcə Nərgiz üz-gözünü turşudur, maşın yerində atıldıqca o da atılırdı.

            -"Qurd təpəsində" saxla, gedək Seyid Əzim dayını görək. Yoxsa inciyəcək. - deyə Əşrəf Volodyaya göstəriş verdi. Seyid Əzim Seyid Bikənin əmisi oğlu idi. Bədirxan nəslinin bir qolu idi. Muğanlının girəcəyində bulağın başında Mir Cəfər Bağırovun tikdirdiyi  restoranın müdiri idi.

Restoran indiyə qədər durur, çox mənzərəli yerdə tikilmişdir. Bulağının suyu isə həmişə buz kimidir. Bakıya gələn qonaqları partiya bosları bura gətirər,  onlara qonaqlılar verərdilər.      

Bu restoran Sekanın həmişə nəzarətində olan obyekt idi. Odur ki, yerli çinovliklər və başqaları onun həndəvərinə belə yaxın durmurdular.

Seyid Əzim buranın tam ağası idi. Onun yuxarılarla yaxınlığını hamı bilirdi və dar ayaqda  ətəyindən yapışardılar. Bu insan yüzlərlə insanı bəladan qurtarmış, Şirvanda nəslinə layiqli ad qazanmışdı.

Nərgizin əlindən tutub ağ daşlardan hörülmüş hündür pilləkənlərlə aşağı, bulağa, enən Əşrəf ətrafa boylanıb, dayısını axtarırdı. Onların  arxasınca Volodya ilə Raziyə də gəlirdi.    

Nərgiz hündür ağacların budaqlarının kölgəsi altında itmiş bulağın şırıltısına qaçdı. Əlini gur axan suya tutdu və tez kənara çəkdi:   

-Ay ta, əlim dondu.             Qızın səsinə Seyid Əzim  eyvanda göründü və aşağıya boylandı.   

-Əzim dayı, salam! - deyə Əşrəf aşağıdan onu salamladı.

Seyid Əzim asta-asta pillələri düşməyə başladı:

            -Əşrəf, mənim balam, sən hara bura hara? Maşallah!  Bu qız kimdir?        

-Dayı, qızımızdır.

            -Sən haçan evlənmisən?   

-Dayı, çoxdan.        

-Bəs bizə niyə xəbər verməmisiz?          

-Dayı, Tiflisdəydik.           

-Bəs Məşədi, yenə də Orta Asyadadır?  

-Hələlik ordadır.     

-Əlisəttarın toyuna gəlib çıxar.    

-O şeytan da evlənir?        

-Qız qaçırdıb, Basqala dalınca gedirik. Düşdük su içək.         -Neynəyək?

-Su içək.       

-Deyəsən korlanmısız? Rəhmətlik əmim Mir Hüseynə atam deyəndə ki, bu basqallılara qız vermə, demə, doğrudan da, haqlı imiş. Bunlar bəylə oturmurlar ki, bığları yağa batar, seyidnən salamlaşmırlar ki, millət onları avam sayar.

A bala, dayının çörəyin kəsmədən hara tərpənirsən? Deməzlər ki, Seyid Əzimin çörəyini kəsməyib, getdilər. Köçünü sal aşağı, gör dayın sənə nə qonaqlıq verəcək.

            Seyid Əzim keçdi "Pavilyona" göstəriş verməyə. Çarəsiz qalan Əşrəf isə üzünü Volodyaya tutdu və Azərbaycan atalar sözünü rus dilinə tərcümə etdi:

-В хорошем месте заночевали.

-Qədeş, xalamın qorxusundandır.           

-Sən də söz danış, bu ocağa gələn gərək Seyid Əzimin çörəyini dadsın. Biz isə onun əqrəbasıyıq. Düz getsək, pis olar.          

Tezliklə Seyid Əzim geri qayıtdı:           

-Gəlin oturaq ağacların altında, həm sərindir, həm də buradan kənd görünür.      

Dərənin dibindən başlayaraq aşağılara uzanan düzəndə kənd evləri nəzəri cəlb edirdi. Uzaqda, dağların döşündə "Ağsu aşırımı" görünürdü.    

-Qayıdanbaş yenə də burada dayanarsız! Gəlinimizə xeyr-dua verim.      

Stolun üstü bir anın içində mer-meyvə, göy-göyərti düzüldü. Təndir çörəyi, pendir, qatıq və s. qoyuldu.       

-Kabab indi hazır olar! – Seyid Əzim qonaqlarına "Nuş olsun!- dedi.        

Nərgiz yerində otura bilmirdi. Hər şey onu maraqlandırırdı. Uzaqdan boylanan dağlar, aşağıdan şırıltısı eşidilən bulaq...     

-Ay ta, burada kəndçilər gəlib çörək yeyirlər? - deyə Nərgiz atasına müraciət etdi.        

-Kəndli hara? Belə restoran hara?          

-Bəs müəlliməmiz deyir ki, bizim dövlət fəhlə-kəndli dövlətidir, hamı bərabərdir .       

-Dildə belədir, əməldə başqa. Odur ki, belə quruluşun axırı yoxdur.          

-Ələşrəf, qızın başından böyük şeylər danışır. başımız az bəla çəkib? - deyə Seyid Əzim bu məzmunda söhbəti kəsmək istədi.          

-Dayı, geriyə bax, gör kimləri qurban vermişik? Seyid Rzası elə bəsdir.   

-Bala, elədir. Ancaq dövlətlə dövlətçilik etmək olmaz. Ondan istifadə edib irəli gedə bilərsən.

-Aşağı bax, dayı! "Kəndçi Qasımı" görürsən gecə- gündüz işləyir, əkir, biçir, hamısını dövlətə təhvil verir. Əvəzində heç nə - bir həsir, bir Məmməd Nəsir. Qorxusundan pavliona hərlənə də bilmir ki, raykom görər. Raykom isə hər gün burda kefdədir.

Seyid Rza belə dövlət qurmaq istəmirdi. İstədiyi başqa idi. Allah onun ruhunu şad eləsin! - deyə Əşrəf sübutlarla dayısının fikrini dəyişmək istədi. 

-Səhərdən soruşmaq istəyirəm, gəlinimiz kimlərdəndir?

Bu sualı verən Seyid Əzim elə fikirləşirdi ki, Cəfərlilər qıraqdan qız almaz. Ancaq öz ocaqlarından qız götürərdilər. Sualın arxasında nə durduğunu başa düşən Əşrəf zarafatla dedi:           -Həmşərilərdəndir.            

-Bacı oğlu, Basqal hara, həmşəri hara?

            -Dayı, Basqalı da həmşəriləşdiririk.       

Əşrəfin cavabı yerinə düşdü. Çünki o dövrdə İran demokratları Azərbaycanın kənd və rayonlarına yerləşdirilirdi.          -Bu da qaçqın qızıdır? -deyə Seyid Əziz bulaq başında əlini yuyan Raziyəni göstərdi            

-Yox, dayı, Raziyənin atası çoxdan gəlmişlərdəndir. Xaçmazda çörək zavodunun direktorudur.            

-Dadaş xanın? Onlar hara, siz hara? Ondan qız almaq olar? Adamı yiyər! -  deyə Seyid Əzim təəccübləndi            

-Biz almamışıq,  qaçırtmışıq.       

-Mən həmişə demişəm də, basqallılar igiddirlər. Qorxu-hürkü bilmirlər. Yoxsa bizmikilər?    

Seyid Əzim sözünü yarımçıq qoydu. O bilirdi ki, Seyid Bikə əsli-nəcabəti olmayana qohum olmazdı.

Əmisi qızını bir şey düşündürə bilərdi: övladları köklü nəsillə qohum olsı.         

Raziyə süfrənin arxasına keçib oturdu. Bayaqdan susub danışanları sakitcə dinləyirdi.           

-Qızım, indi mənə məlum oldu ki, Cəfərlilər adət-ənənələrini niyə dəyişib? - deyə Seyid Əziz üzünü gəlinə tutdu.             Dayının bu sualına Raziyə gülümsəsə də, heç nə başa düşmədi və soruşmadı.            

-Mən sənin atanın dostuyam, qızım. Bilirsən, onunla burda nə qədər vurmuşuq? Dədən tez-tez buraya taxıl dalınca gəlir və hər dəfə mənim qonağımdır. Bilmirdim ki, bizə qohum olub.       

-Dadaş kişi qaraqabağın biridir. O, bir adama söz deyər? Tem bolee qızını qaçırdıblar. - deyə Volodya zarafat elədi.       

-Dünyanın işinə bax! Doğrudan da, gənclərin kəbini göylərdə kəsilir. Su axır, çuxurunu tapır. Bütün bunlar Allahın işidir. Ruhun şad olsun Mir Hüseyn ağa, övladların fərasətlidir. Qoyduğun yolla gedirlər.

***

"Qurd təpəsi"ni enən "Pobedanın" arxasından toz yağırdı. Buna baxmayaraq Nərgiz arxa pəncərədən boylanır dağların döşündə gördüklərini yadda saxlamaq istəyirdi. 

Nikolay vaxtından çox-çox əvvəl tikilmiş bu aşırım rusların Qafqazda əsas gediş-gəliş yolları idi. Sonradan, sovet dövründə inşa edilmiş “Ağsu aşırımı”  Şirvan torpağını dəmir yoluna yaxınlaşdırırdı.  Odur ki, bu aşırımın yolları olduğu kimi qalmışdı. Yolun torpaq olmağına baxmayaraq təcrübəli sürücülər həmişə bu marşurutu seçirdilər.

Aşırımın aşağısında, dəyirman yeri deyilən yerdə, qədimlərdə körpü vardı. Dəcəl Ağsu çayı tez-tez məcrasından çıxdığından köhnəlmiş körpünü yuyub aparmışdı

Bu körpü olana qədər Basqal rayon mərkəzi idi. Çaya tez-tez su gəldiyindən o dövrin kommunistləri körpünü bərpa etmək əvəzinə rayon mərkəzini Basqaldan qat-qat balaca olan İsmayıllıya keçirtmişdilər. Bundan narazı olan basqallılara izah etmişdilər ki, İsmayıllı dəmir yoluna daha yaxındır.

İndiyə qədər köklü basqallılar İsmayıllını rayon mərkəzi hesab etmirlər və basqallılara "İsmayılıdansan?- deyəndə sanki onları təhqir edirlər. İsmayıllıların çoxunu gəlmə sayırlar. Dərin düşünəndə bu həqiqətdə də belədir.       

Dəyirman yerində Volodya "Pobedanı" saxladı, aşağı endi. Maşından düşən Əşrəfə üzünü tutdu:            

-Qədeş, buranı necə keçəcəyik? - deyə qarşısında axan gur çayı göstərdi.            

-Volod, tələsmə, bir ağaç kəs, ver mənə. Sonra baxarıq.

            Volodya maşının baqajnikini açdı həmişə özülə gəzdirdiyi balaca baltasını götürdü və meşəyə yollandı. 

Atasının da maşından düşdüyünü görən Nərgiz ona qoşuldu.

İki dağın arasında olan bu dərənin sakitliyini çayının şırıltısı pozurdu. Bununla belə meşədən bir-birinə səs verən quşların nəğmələri eşidilirdi. Nərgizə elə gəlirdi ki, onlardan başqa burda heç kim yoxdur və onlar ilk adamlardır ki, bura ayaq basırlar.

Volodya meşədən  uzun çomağa bənzəyən ağacla çıxdı və əlindəkini Əşrəfə verdi. Raziyyə və Nərgiz keçib maşında oturdular.

Əşrəf ayaqqabısını çıxartdı, balaqlarını qatladı və əlində çomaq çaya girdi. O, çomaqla atdım-atdım irəliləyərək "Pobedanın" o biri sahilə keçməsi üçün yol axtarırdı.

Su bütün mövqelərdə Əşrəfin dizindən yuxarı çıxmadı. O biri sahildən Volodyaya əl elədi ki, hərəkətə keçsin.      

"Pobedanı" gur suya salan Volodya daxilən təşviş keçirtsə də, Əşrəfin rahatlıqla keçməsi onu özünü ələ almağa vadar edirdi. Maşın suyu rahatlıqla keçdi.

Əşrəf qapını açıb yerinə əyləşdi:            

-Ya Allah! Buradan Basqala qədər beş-altı kilometr ola, ya olmaya. Ancaq ehtiyatlı ol, yol çox qorxuludur. - deyə Volodyaya göstəriş verdi   

-Çaydan da qorxulu? - deyə Volodya soruşdu

-İndi özün görərsən.          

Volodya güclə birinci sürətlə dağa dırmaşan maşının mühərrikinin uğultusundan hiss etdi ki, bu yol onun indiyə qədər gördüyü yollardan deyil.

Çar hökumətinin yüz il bundan qabaq çəkdirdiyi yola bir maşın güclə yerləşirdi. O dövrdə araba-fayton yolu idi. Buradan "Pobedaların"  keçəcəyi nəzərə alınmamışdı.     

Maşının yan pəncərələrindən yolun üstünü örtmüş ağacların budaqları içəri soxulur, pəncərədən boylanmaq istəyən Nərgizin az qalırdı ki, üz-gözünü cızsın.           

-Ay qız, bağla pəncərəni! - deyə Raziyə Nərgizin üstünə çımxırdı. 

-Ay na, axı istidir!  

-Bir az səbirli ol!  Elə bağla ki, budaqlar sənə dəyməsin. Dağı çıxaq, açarsan.     

Sıldırım qayaların ətəyi ilə irəliləyən maşın dağın başına çatan kimi qarşısına meşəliyin içiylə qaçan düz yol çıxdı. Yolu əhatə edən çoxillik ağaclar sərinlik gətirirdi.    

           -Görəsən, Basqaldan gözəl yer var? - deyə Nərgiz atasından soruşdu.

-Fikirləşəndə, yox! Bura, qızım, qeyri-adi yerdir. Burada həmişə qeyri-adi adamlar yaşayıb. Qeyri-adi şeylər yaradıblar. Tariximizin bir çox səhifələri bu şəhərcikdə yazılıb. Əfsuslar olsun ki, bu diyar hələ tamlığı ilə öyrənilməyib.             

Birdən meşə geriyə çəkildi. İndi maşın bağ-bağatın içi ilə irəliləyirdi.

Şamaxıdan fərqli olaraq Basqalın yolları çox səliqəli və rahat idi. Yol boyu döşənmiş çay daşları üzərində hərəkət edən maşın atılıb tutulmur, döngələri rahatlıqla keçirdi.            

Basqal dağların əhatəsində, bağların içərisində salınmış Azərbaycanın qədim şəhərciklərindən biridir. Tarixi və mədəniyyəti olduqca qədimdir. haqqında çox şey danışmaq olar.

Basqallıların mərdliyi, kişiliyi, qorxmazlığı, qüruru haqında çoxlu sənədlər var. Ömrü boyu heç bir hökumətə  baş əyməyən basqallılar zəhmətkeş və işgüzardırlar və həmişə  rahat və firavan həyat sürüblər.

Maşın “İsa” bulağının yanında dayandı. Maşındakılar aşağı düşüb bulağa tərəf addımladılar. 

"İsa bulağı" maraqlı yerdir. Qəsəbənin ayağında yerləşir. Bütün gələnlər özündən asılı olmayaraq burda su içirlər.

Əşrəf bulağın ətrafında oturmuş cavanların onlara baxdığını hiss etdi.

O, bilirdi ki, bulaqdan su içənə qədər, onları əhatə edənlər bircə anın içində kimin gəldiyi xəbərini bütün Basqala çatdırırlar.             

Bu basqallıların sovet dövründə əldə etdikləri vərdiş idi. Azərbaycanda Şura hökumətinin qurulmağına baxmayaraq, Basqalda heç vaxt hökumət olmayıb.

Basqallı psixologiyası sənətkarlığa, ipəkçiliyə və kəlağayı dəzgahına, bir sözlə fərdi istehsala  bağlı idi.

Basqallı gün ərzində on-onbeş kəlağayı toxuduqdan sonra, ailəsini firavan dolandırırdı, sosializm, kommunizm sözləri onların həyat  məntiqlərinə sığışmayan bir anlayış idi. Onların sənətkarlıq psixologisl dəyişməz qalmışdı. Bir  şeyi bilirlər,  yaratdıqları təsərrüfat əlaqələrini qorumaq.         

Əşrəf üzünü Raziyəyə tutdu:

            -Mənə elə gəlir ki, onlar ata mülkümüzə düşərlər. Bir balaca gözləyin indi gəlirəm.      

Əşrəf bulaqdan bir az aralanmışdı ki, uzaqdan bir ağsaqqalın onlara əl etdiyini gördü. O, Əşrəfin kiçik əmisi Əbülfəz kişi idi.         

-Əmi, salam! - deyə Əşrəf ona yaxınlaşdı.        

-Qardaş oğlu, sənsən? Vallah, tanımadım! - deyə nurani baxışlarıla onu süzdü.

-Əlisəttar bizdədir! Uzaqdan gördüm. Başa düşdüm ki, sizsiz. Yolunu gözləyirlər. Gedim, deyim ki, gəlmisiniz. Siz isə maşını bizə sürün!    

Ondan uzaqlaşan əmisinin arxasınca baxan Əşrəfin ağlına gələn ilk fikir bu oldu ki, "Gör neçə ildir, Basqala gələ bilmirəm".      

Bir neçə dəqiqədən sonra bulağın başına Əlisəttar özü gəlib çıxdı. Raziyəni bağrına basdı, Nərgizin üzündən öpdü, qardaşı və Voloya ilə görüşdü.            

Əlisəttarın dalınca gələn Əbülfəzin böyük oğlu Ələmdar elə Nərgiz yaşında olardı. Uşağın gözləri əmi oğlanlarına baxıb gülürdü.    

-Bu oğlan kimdir? - deyə Raziyyə Əlisəttardan soruşdu.        -Əbülfəz əminin oğludur.

            -Maşallah, nə qəşəng oğlandır! - deyə Raziyə onun üzündən öpdü.           

-Siz maşına minin, mən Əlisəttarla gəzə-gəzə gəlirik-deyə Əşrəf bulaq başındakılara göstəriş verdi.            

Qardaşları arasında Əlisəttarı Əşrəf hamıdan çox istəyirdi.

            Allah  Əlisəttara iti ağıl, dərin düşüncə, igid ürək bəxş etmişdi. Onun iri gözlərinin bir baxışıla qarşısında duranı lərzə salırdı.

Əşrəf qardaşının başıbəlalı olacağından qorxurdu, çalışırdı ki, onu qorusun.      

Əlisəttar qeyri-adi bir təfəkkürə və yaddaşa malik insan idi. Qafqazın çox dillərini bilirdi, təmiz rusca, farsca danışardı. Kitab həvəskarı idi.  Kitabların  çoxunu orjinaldan oxuyurdu.  

-Üstümüzə gəlmişdilər.  Qızın  atası, çox atılıb-düşdü. Heç  xoşuma gəlmədi. Demaqoqa oxşayır. Naxçıvanlı deyil ki?- deyə Əşrəf soruşdu.        

-Şamaxılıdır. Pis kişi deyil.

            -Nəsə, özünü demaqoq kimi aparırdı.    

-Aparsın da, mən etdiyimi etmişəm. İndi sən nə desən onu edəcəyəm.      

-Nə deyə bilərəm? Sənin ürəyincədirsə, bizim də ürəyimizdəndir. Götürüb apararıq, Bakıya toyunuzu etməyə.    Qapının ağzında Əbülfəz kişi qardaşı balalarının gəlməsini gözləyirdi.    

-A, bala harada qaldınız?! Bütün qohum-əqrəba bizə axışır, siz isə gəzməyə vaxt tapdınız.     

Bağın ortasında, armud ağacının altında, qoyulmuş böyük bir stolun arxasında Basqallın ağsaqqalları oturduğunu gördülər. Məşədi Fazil də onların arasında idi.   

-Dədə burdadır? - deyə Əşrəf üzünü qardaşına tutdu.

            -Gecəynən gəlib.

-O, Səmərqənddən nə tez gəldi?

-Tiflisdəymiş. Təyyarələ  ora uçub. Eşidib gəlib. Səməd ağa da, Barat xala da burdadırlar.

            Onlar ağsaqqalların yığışdığı bağın ortasına tərəf addımladılar.

 Basqalda baş verən bütün hadisələrdə ağsaqqallar bir yerə yığışır, müzakirə edir, çıxış yolu axtarır və öz məsləhətlərini verirdilər. Bir basqallı tapılmazdı ki, onların sözündən çıxsın. Basqallılar böyük-kiçik bilən, böyüyünü tanıyanlardır.      

Əşrəf qardaşı ilə onlara yanaşdı, salam verib kənara çəkildilər. Onların hələ bu stolun arxasına keçmələrinə hüquqları çatmırdı. Maraqlısı budur ki, bura seçilmənin hansı prinsiplər əsasında aparıldığı heç kimə məlum deyildi. Ancaq hamı bilirdi ki, ağsaqqal olmaq üçün saqqalın ağarması əsas deyildir, gərək hörmət qazanasan.

Səməd ağa üzünü Məşədi Fazilə tutdu:        

-Məşədi, Əşrəfin toyunu Tiflisdə elədin! Müharibə idi, gediş-geliş çətin idi. İndi zaman dəyişib. Hər imkanlarımız var. Əlisəttarın toyunu Basqalda etməlisən!        

Səməd ağanın boş-boşuna danışmadığını anlayan Məşədi Fazil, yerlilərinə qarşı Cəfərlilərin etinasızlıq etmədiklərini göstərmək üçün ayağa qalxdı və süfrənin ətrafında oturanlara müraciət etdi:            

-Mən nə deyirəm, həftənin axırında, elə bu həyətdə sizi toya dəvət edirəm. Razılaşdıq?          

Hamının adından danışan Səməd ağa üzünü ağsaqqallara tutdu:     

-Nə fikidəsiniz? Razılaşaq?         

-Razılaşaq! Razılaşaq!      

Bir-birinin ardınca fikirlərini bir sözlərlə ifadə edən ağsaqqallar ayağa qalxdılar və Məşədi Fazili təbrik etdilər.            

Səməd ağa ilə onları yola saldıqdan sonra yenidən süfrənin arxasına keçdilər.   

-Bacanaq, gəl bir dərsini verim! - deyə Səməd ağa qarşısındakı nərdtaxtanı açdı.           

-Oynamağı öyrənmisən? - deyə Məşədi Fazil zərlərə baxdı

            -Nədən oynayırıq?

-Gəlağayıdan.

-Neçəsindən.      

-Yüz dənə. Bir tas.        

-Mən razı!    

Basqallıların qumar oynamaq qanında idi. Düzdür gənclər arasında ağsaqqallar heç vaxt oynamazdılar və gəncləri bundan yayındırardılar.

Səməd ağa ilə Məşədi Fazilin oynamaları isə onların gəncliyindən gəlirdi.

            Bir-birini udsalar da və yaxud bir-birinə uduzsalar da onlar heç vaxt udduqlarını götürməz, sadəcə olaraq, uduzduqlarını b’hanə edib uzun müddət bir-biri ilə zarafatlaşardılar.    

Oyunun ortasında Məşədi Fazil Səməd ağanın əlini saxladı:            

-Səməd, bir dayan! Seyid Bikənin arxasınca getmək, bir də Bakıdan şey-şüy alıb gətirmək lazımdır.

            Sonra kənarda dayanan Əşrəfi əli ilə yanına çağırdı:

-Qayıt Bakıya! Ananı və Nataşa xalanı gətir! Bir də iki-üç kisə yaxşı düyü, beş-altı yeşik içki, qalanları burda var. Çörək yeməmiş getməyin.  

 

***

Bakı, küləkli Bakı! Sənin küləkli günlərin olmasaydı şəhər istidən qırılardı. Yayın istisini qovan, dənizdən təmiz hava gətirən, xəzri əsirdi. Xəzri belə əsəndə bakılılar deyirlər ki, yenə də dənizdə kimsə batıb. Bu inam bütün bakılılarda var.

Külək Xırdalandan Bakıya irəliləyən "Pobedanın" sükanını Volodyanın əlindən alırdı:           

-Qədeş, mən belə şey görməmişəm.        

-Volod, bu harasıdır. Ötən həftə qatarı yerindən oynadırdı.

-Adam da Basqalı qoyub bura gələr. Ora cənnətdir.   

-Eybi yoxdur, sabah qayıdırıq!   

-Xalanı yerindən tərpətmək asan olmayacaq. Hələ  mamamı demirəm.      

-Ürəyini sıxma, toydur. Tərpənəcəklər.

***

Axşam evdəkilər və həyətdəkilər hamısı çarhovuzun yanındakı stolun arxasında oturub təzə gəlinin gəlməsini gözləyirdilər ki, Əşrəf həyətə girdi.

-A bala, uşaqlar hanı? - deyə Seyid Bikə ayağa qalxdı.

-Məmə, hər şey qaydasındadır. Ağsaqqallar dedilər ki, toyu Basqalda etmək lazımdır.

            -Bəs burdakılar?     

-Gəlib burada da edəcəyik. Odur ki, hazırlaşın, səhər sübhdən çıxırıq. Nataşa xalanı da aparacağam.

-Onda nə oturmusan get, onun dalınca.

-Ay arvad, qoy bir stəkan çay  içək!  Volodya da mənimlədir. İndi qayıdar. Gedib, gətirər.      

-Tez edin! Bilir ki, Əlisəttar qız qaçırdıb. Nigarandır.

Həyətə Volodya daxil oldu.         

-Ay yetim, səni öldürəcəyəm. Arvadı niyə qorxutmusan? Bizə kim dəyə bilər? - deyə Seyid Bikə düşdü Volodyanın üstünə.           

   -Bikə xala, Vallah, mama özü nigarandır. Bilirsən də xasiyyətini.

            -Di, dayanma, get mamanı gətir. Siz gələnə qədər mən stolu hazırlayaram.           

Belini tutan Seyid Bikə birinci dəfə idi ki, narahatçılıq keçirtdi. Raziyə ilə Nərgizin yeri göründü. O, birinci dəfə idi ki, deyindi:     

-Mən hara, süfrə açdı hara? Allah, evini yıxsın Şura hökumətinin! Harada qaldı o günlər?

***

Nataşanın üzü gülürdü. Seyid Bikən stolun üstünə samovarı özü qoydu.

            -Как, в лучшие времена! Bacişka - deyə rəfiqəsi onu işdən ayırdı.           

-Милая моя! Добро пожаловать! Дай я тебя поцелую! - deyə Seyid Bikə Nataşaya tərəf atdımladı.

 Rəfiqələr öpüşdülər.

            -Kak быстро летит время! Вчерашние мальчики женятся.           

Nataşa başıyla təsdiqlədi. Bu rus aristokrat qızının hündür boyu, xanımyana baxışı həmişə həyətdəkiləri heyran edirdi.

Nataşanı burada hamı yaxşı tanıyırdı. Həyət qızları ilə o təmiz azərbaycanca danışardı. Ancaq Seyid Bikə ilə rusca.          

Nataşa həyətə girən kimi Seyid Bikə dilini dəyişirdi. Bu onda daxildən gəlirdi. O, istəmirdi ki, uşaqlıq rəfiqəsi öz dilində danışmasın. Bunu hörmətsizlik hesab edirdi. Tiflisdə də Seyid Bikə gürcülərlə gürcücə danışardı.

Baxmayaraq ki, Orta çalada yaşayan gürcülərin hamısı  Azərbaycan dilini bilirdi və yaxud başa düşürdü, o, heç vaxt onlarla azərbaycanca danışmazdı.        

Azərbaycan dili o vaxtlar Tiflisin əsas dillərindən biri idi. Azərbaycan musiqisi isə məclislərinin yaraşığı.        

-Наташка, мы должны завтра отправиться в Басгал .

            -Это зачем?

-Твой братишка решил сыграть там свадьбу. Традиция требует.

-Какая традиция?  

-В Басгале принято, что басйалец должен свадьбу сыграть в Басгале  

-Неужели ничего там не изменилось, Я помню и твоя свадьбу там сыграли, а потом в Баку.

-Сама увидишь! Готовься завтра едем туда.

-Я не против.          

-Tak и думала. Пройди, пока переоденься! - deyə Seyid Bikə onu evə apardı.

Seyid Bikə Nataşanı həmişə qırağa çəkməsinə baxmayaraq həyətin qadınları bilirdilər ki, onlara da növbə çatacaq.        

Hər gəlişində Nataşa onlara nə isə öyrədirdi. Onun əli qızıl idi. Sayəsində həyətin qadınları elə xörəklər, içkilər, kompotlar, kokteyllər, dondurmalar hazırlayırdılar ki, belə şeyləri ancaq İnturistdə görmək olardı.         

Geyimini dəyişib həyətə düşəndə qızlar o saat başa düşürdülər ki, Nataşa nə isə təzə bir şey öyrədəcək.   

-Qızlar, deyəsən işləmək istəyirsiniz? - deyə Nataşa üzünü həyətdəkilərə tutdu

-Tet Nataşa, nə bişirəcəyik? - deyə həyətin gəlini Xanmana soruşdu.        

-Sabaha, gəlin, pirojna və bir neçə tort bişirək. Basqala da aparaq.

-Ay ana, acından öldük. Qoy, bir çörəyimizi yiyək - deyə Volodya donquldandı           

-Acları doydurmaq Seyid Bikənin işidir. Mömün qızıdır. Özünü ver xalanın yanına. Biz aristokratıq, aristokrat yeməyi yeyəcəyik.        

-Bikə xala, görürsən, acından öldük axı! - deyə balkonda görünən xalasına müraciət etdi.

-Qalx eyvana, indi Əşrəf də gələr.          

Bir az keçdi. Volodya eyvanda oturub çay içirdi. Əşrəf içəri girdi.            

-Volodya, gəl arvadlara məne olmayaq, gedək İçəri şəhərə, Məmmədəlinin kabaxanasına. Həm Əlağa dayını tapaq, həm də çörək yeyək. Sonra isə girək Abasın dükanına dədə nə tapşırıb alıb ataq maşına. Bir də bir "alabaş" tapaq ki, buradan gedənləri Basqala aparsın.

 

                               ****

 


MƏMMƏDƏLİNİN KABABXANASI

 

Məmmədəlinin kababxanası İçəri şəhərin aşağısında, dənizə baxan tərəfində  yerləşirdi. Köklü bakılılar deyirlər ki, Məmmədəli kimi kababbişirən dünyada olmayıb.

Kababxananın İçəri şəhərin mərkəzində yerləşməsi, oradakı ucuzluq və yaxşı xidmət hamını bura cəlb edirdi.    Məmmədəli orta boylu, yaşı altmışı keçsə də cavanlıq təravətini itirməmiş, gülər üz, şirin dil bir insan idi.

Ticarətçilər kimi acgöz adam deyildi. Hərəkətində və camaata münasibətində alicənablıq hiss olunurdu. Elə bir insan tapılmazdı ki, ondan şikayət etsin.

Şairlər, yazıçılar, jurnalistlər, rəssamlar, müğənnilər və artistlərin tez-tez gəldikləri yer idi bu kababxana. Oranın yarı qaranlıq zalında nədən danışılmırdı: əsərləri müzakirə olunar, yazdığı şerlər və nəğmələr səslənər, oradakıların ilk tənqidlərini eşidərdilər.

Axşam bura yığışanlar hər şeydən xali olan adamlar idilər. Hər axşamın öz gözəlliyi və təkrarolunmazlığı vardı.   

Hər səhər bakılılar bir-birinə Məmmədəlinin kababxanasında baş vermiş maraqlı əhvalatlardan danışardılar. Ancaq bunların arasında Əlağa Vahidlə bağlı məzəli əhvalatlar daha çoxluq təşkil edirdi.

Məmmədəlinin kababxanası Əlağa Vahid dəstəsinin xoşladığı, demək olar ki, hər gün gəldiyi yer idi.     

"Vahid dəstəsi" tanınmış meyxana deyənlərdən ibarət idi. Onlar adətən  bura iki-üç nəfər gələrdilər,  gələndə də ancaq Vahidlə olurdular.         

Onu çox vaxt Ağahüseyn müşayiət edirdi. Məmmədəlinin kababxanasında üç-dörd gündən bir onların meyxanaları səslənirdi.   

Əvvəllər bu meyxanalara görə başı çox ağrayırdı. Hətta bir neçə dəfə işdən də çıxartmışdılar.

Məmmədəli kababxanadan gedəndən sonra hamının ayağı buradan kəsilirdi.

Kababxana Raypiştorq[2] planını verə bilmirdi. Odur ki, Məmmədəlini yenidən qaytarmağa məcbur olurdular. Çünki o, əvəzolunmaz adam idi.      

Məmmədəlinin qayıdışı kababxananın adət-ənənəsini bərpa edirdi. Yenə də meyxana sədaları eşidilirdi.      

Bakılı olasan, meyxananı sevməyəsən!

Məmmədəli də bakılılardan bir idi.

Yüksək dövlət kürsülərindən görünməyən,  şerləri dillər əzbəri olan Əlağa Vahidin həm dostu, həm dayağı, həm də pərəstişkarı idi Məmmədəli.   

Vahidi görmək istəyənlər hamı bura yığışardı. Ağa Hüseynlə Vahidin deyişmələri baş verəndə kababxananın çox da böyük olmayan zalında insan əlindən tərpənməyə yer tapılmazdı. Hətta kababxananın qapısı və açıq pəncərələrinin qabağı da adamla dolu olurdu.

Dar pəncərə və qapıdan küçəyə çıxan çırtma səsinə qarışmış meyxana beytləri içəridəkiləri və küçədəkiləri  vəcdə gətirirdi.       

Kababxananı tərk edənlər qeyri-adi bir hadisənin şahidi olduqlarına sevinir və ağız dolusu danışırdılar.

Əlağa Vahidin saçlarının çallaşan vaxtları idi. Şair gəncliyin ondan uzaqlaşdığı hiss edirdi. Qəlbində niskinlik yaranırdı. Çox vaxt üzündən gülüş çəkilib gedirdi. İki əlilə başını tutub dərin fikrə dalırdı. Nələr gəlmirdi ürəyinə?   

Məmmədəli yazıq əlindən gələni edirdi ki, onun könlünü alsın, ancaq bacarmırdı. Piştaxtanın arxasında dilxor oturub etinasızlıqla qapıdan girənlərin üzünə baxırdı.

            Əşrəflə Volodya   kababxanaya girəndə günorta idi. Adamların sayı çox deyildi.

-Qardaş oğlu, xoş gəlmisən! - Məmmədəlinin piştaxtanın arxasından səsi eşidildi.        

-Məmmədəli dayı, salam! Sizi görmədik! - deyə Əşrəf onu salamladı.

            -Nə qulluq etsinlər sizə?

            -Məmmədəli dayı, əvvəlki kimi: lülə, tikə.       

-Baş üstə, qardaş oğlu.      

-Məmmədəli dayı, Vahid dayını görməmisən?

-Bu gün gəlməyib. İnanmıram gəlsin, çünki dünən burdaydı. Hər gün gəlməyi xoşlamır. Deyir ki, özümü hörmətdən salaram. Allah ona can sağlığı versin! Evini tanıyırsan. Evində olar.

 Nahar etdikcə Əşrəfin gözü qapıda qalmışdı. Şairin içəri girməsini gözləyirdi. Ancaq Vahid kababxanaya ayaq basmadı.

Yeməkdən sonra  Abasın mağazasına getməli oldular. Sovetski küçəsində yerləşən balaca daxmanı xatırladan mağaza Vahidin yaşadığı evin tininin ucunda idi.            Əşrəfin uşaqlıq dostu Abasın mağazası bu küçədə adla idi. İstədiyin şeyi buradan tapmaq olardı.

Əşrəflə  Volodya dükana girib, müdirin oturduğu balaca otağa keçdilər. Qarşısındakı şotkası ilə əlləşən  Abas onları görüb ayağa qalxdı:          

-Qədeş, xoş gördük! - deyə salamlaşdı.

-Abas, al bu spisoku, gör, dədə nə deyib, onları təşkil elə! Sabah hamımız gedirik Basqala, vaxtın varsa, qoşul bizə. Əlisəttara  toy edəcəyik.       

-Bəs burda?

-Burda da olacaq. Gedirsən?        

-Sözsüz!       

-Onda hazırlaş, sabah səhər çıxırıq.

Abbas siyahıya baxıb üzünü Əşrəfə tutdu:

-Bütün bunlar var! Nə edim? - deyə soruşdu.

-Volodyanın maşınına yığ, aparsın. Sonra özün nə məsləhət bilirsən, onları da əlavə et! Özümüzü də nəzərə al! Mən indi gəlirəm.

-Hara belə?

-Əlağa dayını axtarıram.

-Hamam tərəfə bax! Gözümə bayaq onun qabağında dəydi.

Əşrəf qaranlıq dükandan bayıra çıxanda gözləri qamaşdı. Əlağagil tərəfə addımladı. Hamam tərəfə diqqətlə nəzər saldı, onu hamamdan çıxan gördü. Ona yaxınlaşdı:

            -Əlağa dayı, həmişə təmizlikdə! Maşallah, özünüzə qulluq edirsiz.           

- Neyləyək xalqın istəklisiyik. Gözə yaxşı dəymək lazımdır. Məşədi necədir?    

-Əlağa dayı, elə onun tapşırığı ilə gəlmişəm. Sabah yox o birisi gün  Əlisətarın toyudur. Sizi  dəvət edir və deyir ki, sabah bizə qoşulub Basqala gələsiz. Ağa Hüseyni də özünüzlə gətirəsən.       

Vahid bir az fikrə daldı:    

-Mən hazır, ancaq Ağahüseyni tapmaq lazımdır. Onu gedib gətirməli olacaqsız. Bizdə qalar, səhər yola düşərik.           

-Yarım saata mən maşınla hazır qulluğunuzda. - deyə onunla  Əşrəf sağollaşdı.

***

            Həyətdə, eyvanın ortasında, Seyid Bikə oğlanlarına yer salmışdı. Ananın qarşısında üç oğul mürgüləyirdi. Ana dinməzcə oturub onlara baxırdı.

Yay mehi onların həyətinə ətraf çəmənliyin ətrini gətirirdi.

"Dördüncü xrebtovı" küçəsinin qarşısında heç nə yox idi. Şəhər burada qurtarırdı.

Yuxarıda, uzaqda təpənin üstündə, qəbiristanlığın sağında, qırmızı rənglə boyadılmış sallaqxana və türmənin binaları görünürdü. Onlardan bir az aşağı hospital və müharibədən yarımçıq qalmış politexnik institutun binası nəzərə çarpırdı. Deyirdilər ki, plenləri gətirib burada işlədəcəkdilər.

            Müharibənin cırhacırında Bakının bütün qadın-kişisi şəhər ətrafı səngərlər qazıyırdılar.

Məhəllədə adam əlindən  tərpənməyə yer yox idi. Seyid Bikə əlində lapatka başqaları kimi nə qədər səngər qazımışdı.     48-ci il başqa illərə nisbətən onun qəlbinə sakitlik gətirirdi. Qarşısında uzanmış üç oğuldan biri evlənmiş, ikinci oğlu Eyyub nişanlanmış, kiçiyi Nərimanın isə hələ 12 yaşı vardı. Əlisəttar isə Eyyubu qabaqlamışdı.        

Seyid Bikənin istəklisi Ələşrəf idi. O, evin böyüyü və dayağı idi.

Seyid Bikə gəlinindən də razı idi. Toylarından sonra Əşrəflə Raziyənin  övladları olmurdu. Həkimlər də bunun səbəbini bilmirdilər. 

Seyid Bikə isə həmişə "Allahın məsləhətidir! Allaha belə xoşdur! Səbirli olun! Gül kimi Nərgizimiz var!" - deyə evdə sakitlik yaradardı. Gəlini Raziyə təbiətcə xoşrəftar, gülərüz, gözüaçıq və cəmiyyət arasında olmağı xoşlayan qadın idi.

Əşrəf bütün günü ora bura qaçdığından narahat yatırdı. Yuxuda öz-özünə danışırdı.

Ana əlini uzadıb onun başını sığallamağa başladı. Anasının əlinin təsirindən Əşrəfin bədəni sakitləşdi, rahatlandı.         Seyid Bikənin əlinin yüngülüyünü bütün məhəllə bilirdi. Danışırdılar ki, kimin boğazı, başı, bədəni ağrıyırdısa Seyid Bikə bir dəfə əlini xəstənin başında və yaxud boğazında gəzdirməklə müalicə edirdi. Odur ki, bütün həyət-baca ona tez-tez müraciət edərdilər.            

Seyid Bikə balaların rahat olduğunu görüb içəri keçdi. "Səhər ağır gündür! Mən də yatım." -  deyə yataq otağına keçdi.

 

***

 Günəşin ilk şəfəqləri Seyid Bikənin mənzilinin üstünə düşməsə də, hamıdan tez ayılan onun balaları oldu. Həyətə atılan Nəriman bircə anın içində samovarı tüstülətməyə başladı. Bir-birinin ardınca həyətə tökülüşən qardaşlar çarhovuzun ətrafında əl-üzlərini yudular və keçib stolun arxasında əyləşdilər.            

Nataşa xala əlində buxarlanan bir neçə dağlı çörəyini stolun üstünə qoydu.

 Çörəyi elə həyətdəki təndirdə dağlı qızı  Səriyə arvad bişirirdi. Həyətin bütün sakinləri çörəyi onlardan alırdılar.

Səriyənin bişirdiyi çörək çox dadlı və ləzzətli olurdu. Bakıda onların çörəyi adnan idi.

Danışırdılar ki, Moskvada Bakı restoranı açanlar Səriyə arvadı ora işə dəvət etmişdilər. Onun ailəsinə Moskvada ev və iş verəcəklərinə də söz vermişdilər. O, isə getmədi, əvəzinə özü kimi yaxşı çörək bişirən xalası qızı Səliməni göndərdi.     

-Sabahınız xeyr, mənim balalarım! - deyə Nataşa çörəkləri stolun üstünə düzdü.

-O gün olsun, sizin toyunuzu görək.       

-O gün olsun, Volodyaya toy edəsiniz, Nataşa xala! Deyə - hamı bir ağızdan təkrar etdi.         

-Eyyub, nişanlını özünlə aparacaqsan? - onlara yaxınlaşan Seyid Bikə soruşdu.            

-Məmə, yox! Bir də onun orda nə işi var?

 -Özün bilən məsləhətdir.

Küçədən maşın siqnalı eşidildi və onun dalınca böyük bir maşının dayandığı da hiss olundu.            

-Gələn Volodya və "Alabaşdır". - deyə Əşrəf izah etdi.          Volodya ilə birlikdə Əlağa dayı və Ağa Hüseyn içəri girdilər.         

-Allah xoşbəxt eləsin, olmayanlarçun olsun! - deyə Vahid süfrə ətrafındakıları salamladı.      

-Keçin süfrə arxasına, tərpənməyimizə az qalıb! Bir balaca çörək kəsin!-deyə Seyid Bikə Basqala gedənləri stola dəvət etdi.

İsti dağlı çörəyi, təmiz dağ pendiri və nehrə yağı, samovar çayı bircə anın içində elə iştahla yeyildi və içildi ki, süfrənin boş qaldığını görən Seyid Bikə üzünü Nərimana tutdu:        -Get Səriyədən beş-altı dənə çörək gətir! -dedi.

            Bir-neçə dəqiqə də belə ötüşdü. Evin qabağında bir-neçə maşın da dayandı. Həyətə Əlisəttarın dostları da daxil oldular.   

Dünəndən Əşrəf onlara da xəbər göndərmişdi. Onları gəldiyini görən Əşrəf üzünü stolun arxasından oturanlara  tutdu:

-Ya Allah! Tərpənmək lazımdır.

Hamı ayağa qalxdı. Hərə bir maşına minməyə başladı. Qapıdan çıxan kimi Əlağa dayı ilə Ağa Hüseyn həyətin adamlarına qoşulub "Alabaşa" qalxdılar.

 -Əlağa dayı, ora niyə? Aşağında maşın var da? - deyə Əşrəf onları "Pobedaya" dəvət etdi.     

-Bala, qoy qadınlar, orada getsinlər!      

"Alabaş" adamla doldu. Oturmağa yer qalmamışdı. Sürücü oturacaqlar arasına səliqə ilə gəsilmiş, üstünə dermatin çəkilmiş taxta parçalarını yerləşdirdi. Bir altı adama da yer düzəldi.   

Əşrəf karvanı yola saldıqdan sonra yarım saata qədər  Abasın gəlməyini gözlədi.

Çox çəkmədi ki, Abasın "Moskviçində" klarnetçi Hüseynağanın dəstəsi gəldi.   

-Abas, tərpəndik! - deyə Əşrəf maşına mindi.  

Beş adam maşına güclə yerləşmişdi. Abasın "Moskviçinin" damı açılırdı. Nağaraçalan Həsən nağaranı Hüseynağaya verib arxa oturacağın söykənəcəyində yerləşdi.    

-Abas, qaza bas, onlara çataq. Bir yarım saat olar ki, yoldadırlar.   -deyə Əşrəf dostuna müraciət etdi.   

-Yaddan bir şey çıxmayıb ki? - deyə Abas soruşdu.   

-Aşıq Şakiri tapa bilməmişəm. Gərək onun da arxasınca gedək!     

Yayın təravətli havasını Sumqayıtın Xırdalana çatan tüstüsü korlayırdı. Sanki göydən zəhər yağırdı.

Qara buluda bənzəyən tüstülər göyə ucalır, günəşin qarşısını alırdı. Ətrafdakı çəmənlik boz rəngli ölmüş otlarla örtülmüşdü.

            -Bu Sumqayıt, xarabalığa çevirir ətrafı! - deyə Hüseynağa təzə salınmış şəhər tərəfi göstərdi.            

-Hələ bu harasıdır! “Qara şəhər” bunların yanında toya getməlidir. - deyə Əşrəf əlavə etdi.    

-Nijni-Tagili xatırladır. - deyə Abas davam etdi.         

-Ay Abas, sən hara, Nijni hara?   

-Sovetskidən deyiləm məgər? Biz belə yerləri gəzməyi xoşlayırıq.            

-Yer qəhətdir? - deyə nağaraçı soruşdu.            

-Onlara qalsa, Montekarloya gedərlər! - deyə Hüseynağa Abasın əvəzinə cavab verdi. Anladı ki, həmkarı Abasın nə demək istədiyini başa düşmədi.

-Ora bax bizimkilərdir! - deyə Abas sözü dəyişdi. Çatmışıq.

-Öt, keç! Qoy arxamızca gəlsinlər.

***

            Şamaxı yaşılıq içində idi. Abas maşını burada saxlamadı. Əşrəf düz sürdürdü Muğanlıya. Ora çatar-çatmaz hamını maşınlardan düşürtdü və dayısını axtarmağa getdi. Xoşbəxtlikdən Seyid Əzim yerində idi.  

-Bacıoğlu, salam! - deyə dayısı onu bağrına basdı. -Qayıdırsız?

            -Yox, dayı. Toyu Basqalda edəcəyik. Məməni də gətirmişəm.         

Seyid Əzim aramla otaqdan çıxdı. Ağ daşdan salınmış pillələrlə enməyə başdadı. Çoxdan bəri görmədiyi əmisi qızının xanımyana qamətini uzaqdan tanıdı. Gözləri doluxdu. Bacısına yaxınlaşdı. 

            -Anam, Allah mübarək eləsin! - deyə Seyid Bikəyə müraciət etdi.  

-Qardaş, ürəyimin düzdüyünə bax. Uşaqları dalınca göndərəcəkdim. Sabah, bazar axşamı, Əlisəttarımın Basqalda toyudur. Xanımınla və uşaqlarınla Basqala dəvət edirik. Məşədi Fazil də, Səməd ağa da ordadırlar. Bir də, qardaşım Mir Əhmədə də xəbər göndər. Gözləyəcəyik.

            Seyid Bikədən başı ayılan kimi Seyid Əzim Əlağa Vahidi gördü:   

-Şairimizi xoş gördük! Həmişə toylarda. Ağa Hüseyn də burdadır. Şamaxı bilsə, bura axışacaq. - deyə Seyid Əzim onlarla görüşdü.          

-Tərpəndi yoxdur. əvvəl burda yeyib içərsiz, sonra Basqala yol tutun!

Üç saatdır yol gəlirsiz. Saat hələ ondur. Burdan Basqala isə qırx dəqiqəlik məsafədir.

Basqal hələ heç oyanmayıb. Nə kolxozu var, nə sovxozu.     Seyid Əzim bulağın başına stolları daşıtdırdı.

-Elə buradaca oturaq! Bura çox mənzərəlidir" - dedi.             Hüseynağa onu əhatə edən füsunkar mənzərəni seyr etdikcə sanki canlanırdı. Nəsə onda baş qaldırırdı:

            - Əşrəf, bura cənnətdir. Quşların səsini duyursan?      Hüseynağa qeyri-adi talanta malik bir musiqiçiydi. Azərbaycan musiqisini klarnetlə ifa edən ilk sənətkarlardan biriydi. Onun məharətli ifası hamını heyran edirdi.

 O, Dadaş xanın bacısı uşaqlarından idi. Onun musiqisində İran musiqisini cazibədarlığı Azərbaycan musiqisinin ahənglərinə qarışırdı. Elə gözəl bir musiqi alınırdı ki, insanın ürəyini döyündürürdü.

            Klarnetini qabından çıxardan Hüseynağa üzünü zurnaçalan Əhədə tutdu:           

-Hazırlaş, zü tutmağa, çalacağam!          

Sakit Muğanlı dərəsi klarnetin ecazkar səsindən sanki diskindi. Musiqiyə  dağlar əks-səda ilə cavab verdi. Səssiz-səmirsiz dərə böyük bir rupora çevrilmişdi.

Musiqi hər tərəfdən eşidilirdi. Sanki Muğanlıda möcüzə baş vermişdi. Çoxları bu musiqinin nədə çalındığını bilmirdi. Qoşa balabanı xatırladırdı, ancaq onun səsi nə qədər gur olsa da, bu səs daha incə idi.            

Hüseynağa çalırdı, ürəkdən çalırdı, xarici alətə Azərbaycan musiqisini qatıb çalırdı. Çaldıqca, ona elə gəlirdi ki, bu aləti Azərbaycanda o, yaratmışdı. Çaldığı  hər musiqi bu alətdən elə qəşəng çıxırdı ki, özünün də inanmağı gəlmirdi.     

Hüseynağa az çalmadı. Dayanmadan klarnetin həzin səsi dağlara ucalırdı. Birdən o susdu.

Bir anın içində ətrafa sakitlik çökdü. Hətta quşların səsi də eşidilmədi. Sanki bu musiqi bütün səsləri susdurmuşdu. Kənd camaatı bu ecazkar səsə bulaq tərəfə axışmağa başlamışdı.            

Bu zaman pillələrlə əllərində saz iki aşıq aşağı enirdi. Əşrəf gözlərinə inanmadı:          

-Şakir, Pənah siz hara? Bura hara?         

-Şamaxıda konsertdə idik. Klarnetin səsinə Pənaha dedim ki, bu Hüseynağadır. Bu cür ancaq o, çala bilər. İnanmadı, odur ki, düşdük bulağa. Bəs siz?           

-Vallah, adamınkı gətirəndə, bütün qapılar üzünə açılır. Basqalda qardaşımın toyudur. Camaatı  Basqala çatdırıb, dalınca gəlirdik. Allah özü yetirdi. Marşrutunu dəyişdik. Basqala gedirsiz.  

-Mən hazır, gör Şakir nə deyir? - deyə Pənah razılığını verdi.          

-Mən də hazır. Pənah sən Basqalı görməmisən!?        

-Deyilər əla yerdir. 

-Yüz eşitməkdənsə bir dəfə görmək yaxşıdır.  

-Keçin, əyləşin. Çörək yeyib tərpənək! - deyə Əşrəf onları süfrəyə dəvət etdi.    

Klarnetin səsinə yığışmış kəndlilər elə bilirdilər ki, kolxozlarına artistlər gəliblər.

Kənd klubunun qarşısına yığışmış camaat müdirin bundan xəbərsiz olduğunu görüb, bulaq başına axışdılar.       Onlara musiqiçilərin Basqala toya getdiyini desələr də, kənd əhalisi uzaqda dayanıb tamaşa edirdi.

Hərə radioda eşitdiyi və valeh olduğu sənətkarı öz gözlərilə görmək istəyirdi.    

Əşrəf hamını Basqala yola saldıqdan sonra Aşıq Şakir və Aşıq Pənah üçün başqa maşın tutdu. Onlarla birlikdə maşına minib Basqala üz tutdular.

***

Avqust  Basqalın ən gözəl vaxtlarıdır. Həyətlərdə yay hələ yenicə şahlığını edirdi. Təkcə tut  yetişmişdi, başqa meyvələr hələ kal idi. Meşələrdə gilə-meyvə yığılırdı.

Basqalın məşhur armudları isə dəyməmişdi. Bununla belə təbiətin rəngarəngliyi insanın qəlbinə sakitlik gətirirdi.      Cəfərli həyətində böyük mağar qurulmuşdu.  Tiflisdən, Şamaxıdan, Bakıdan gələnləri Cəfərlilərin evlərinə yerləşdirirdilər.     

Bakıdan kimlərin gəldikləri xəbəri Basqala ildırım sürəti ilə yayılmışdı. Hamı toya hazırlaşırdı.            

Basqalda  Əşrəf  əlini ağdan qaraya vurmağa  macal tapmadı. Əmi uşaqları hər şeyi qaydasına salmışdılar.

Oğlunun bekar durduğunu görən Məşədi Fazil onu yanına çağırdı:            

-Qonaqlarını götür, apar Qartapıla!        

Qartapıl Basqalın girəcəyində Qələmlik deyilən yerdən bir az aşağı, yerli camaatın istirahət etdiyi bulağın adı idi.

Əşrəf atasının təklifini Əliyağa dayıya və Aşıq Şakirə bildirdi. Hüseynağa isə  onsuz da gedəcəkdi.            

Hamısı razılaşdı. Volodya maşının baqajnikinə yarım şaqqa ət, samovar və beş-altı  çörək qoydu.

Əlağa dayıla Ağa Hüseyn maşına mindilər, çalanlar və aşıqlar alətlərini maşına qoydular. Qalanları Əşrəflə birgə piyada getmək qərarına gəldilər. Dedilər ki, şəhərciyi bir seyr edək, sonra imkan olmayacaq. 

Cəfərli obasından bir az aralı, Qoşa bulağın yanına çatanda, Əşrəf onları bulağa endirdi.

Bulaq başındakı qızlar, qadınlar örpəklərini başlarına çəkib qırağa çəkildilər.

Qadınlardan biri nəfis naxışlar  vurulmuş camı ona uzatdı. Əşrəf  cama su doldurub dostlarına uzatdı:          

-Bura "Qoşa bulaqdır" . Bizim bulaq sayılır. Hər məhəllənin öz bulağı var, hər məhəllə öz bulağını səliqəli və sahmanlı saxlamalıdır.

Bu bulağın iki gözü var birindən içmək üçün, çay dəmləmək üçün su götürürlər, digərindən xörək bişirmək üçün. Tərsinə etdikdə, dad itir.

            Günorta olmağına baxmayaraq, onların üstünə gün düşmürdü. Minillik ağacların yaratdığı çətir günəş şualarını buraxmırdı. Havanın istiliyi isə hiss olunmurdu.       

Aşıq Şakir üzünü  Aşıq Pənaha tutdu:    

-Buranın camaatının niyə bir sifətli olduğu indi aydınlaşır: yedikləri, içdikləri təmizdir, qarışıq yoxdur.

            -Şakir, maraqlı yerdir. Fikir ver, bizi dağlar necə əhatə edir. Sanki onların ovcunun içindəyik.     

-Sən bulaqların sayına bax, hər bulağın bir adı, təkrarolunmaz dadı vardır.         

Bağların içərisi ilə addımlayan bu insanlar yoğunluq nə olduğunu hiss etmirdilər. Bütün günü ayaq üstə olan Əşrəfin sifətindən yorğunluq duyulmurdu.

"Qartapıl" yeni qonaqlarını qəbul edirdi. Kimlər onun suyundan içməmişdi. Kimlər ona tərif deməmişdi. 

Yaşıl məxmərin üstünə sərilmiş sehrə gələn qonaqlar sanki cənnətdə idilər.

 Volodya ilə Hüseynağa çay daşlarından manqal düzəltmişdilər.

Aşıq Pənah sazını kökləyirdi. Əşrəf, Aşıq Şakir, Vahid, Ağa Hüseyn yerdən qurumuş odunlardan yığıb manqalın ətrafına gətirirdilər.

Nəriman zoğal budaqlarından qırıb şiş hazırlamaqda idı.

 Pənahın sazının sədası sakitliyi pozdu. Bircə anın içində hər tərəfə dağılmış qonaqları bulağın başına yığdı.            

Volodya ilə Hüseynağanın manqalının ağ tüstüsü ətrafa yayılırdı.             

Bulaqdan bir az aralı Əbülfəz əminin oğlu Əlikram samovarı alışdırırdı.

Hər şey təmtəraqlı istirahət üçün hazır idi. Basqal torpağı öz gözəliyi ilə Azərbaycanın ən əziz adamlarını sevindirirdi.

                           ***

Axşam sərini Cəfərli obasına qayıdanlar Məşədi Fazili altı qardaşı ilə dəyirmi stolun arxasında oturduğunu gördülər.

Əliyağanı və onunla gələnləri salamlayan Cəfərlilər hamısı ayağa durdular və süfrənin arxasına dəvət etdilər.

Əlağa Vahid oturmadı, üzünü Məşədi Fazilə tutdu:    

-Məşədi, mənə ləzzət verdi "Qartapıl", Basqala söz ola bilməz.      

Neynəyirəm mən cənnəti?            

Cənnət qabağımda mənim.           

Hər tərəfim abı kövsər -    

Dadı damağımda mənim -

Vur nağaranı Həsənbala - deyə Vahid meyxanaya başladı     Ağahüseyn onun dediyni bir dəfə təkrar etdi və ona qoşulan nağaranın ritmiylə davam etdi:    

Bilməziydim ki, bu dünyanın        

Cənnəti bizim kənddədir   

İnsanın fəxri nədədir?      

Etdiyi əlamətdədir.

İstəyir ki, çox öyrənsin      

Bilməyir ki, həyat nədir?

            Neynəyirəm mən cənnəti?            

Cənnət qabağımda mənim.           

Hər tərəfim abı kövsər      

Dadı damağımda mənim   

 

Vahid davam etdi:  

 

Məşədi çox yaşı bilir         

Heyranıyam bu dağların  

"Qələmlikdir" bir tamaşa  

Sultanıdır bu bağların      

Şakirə də fərəh verir         

Şır-şır axan bulaqların     

Neynəyirəm mən cənnəti?            

Cənnət qabağımda mənim.           

Hər tərəfim abı kövsər      

Dadı damağımda mənim   

 

Ağahüseyn dedi:     

 

Ustadım da tez-tez deyir,  

Kimi sevirsə yaradan.       

Onun tökəcək başına         

Var dövləti o, bacadan.     

Eşitdim bu cur  sözləri      

Rastıma gələn qocadan:   

Neynəyirəm mən cənnəti?            

Cənnət qabağımda mənim.           

Hər tərəf Abı kövsər          

Dadı damağımda mənim   

 

Vahid dedi: 

 

Sən mənim bir işimə bax:  

Gözüm qalıb dağ dərədə.  

Gül-çiçəklər əkilibdir        

Səliqəylə  pəncərədə.        

Belə şeyləri, Ağöyüsön!    

Görmərsən bizim dərədə   

Neynəyirəm mən cənnəti?            

Cənnət qabağımda mənim.           

Hər tərəf abı kövsər           

Dadı damağımda mənim   

 

Vahidin susduğunu görən Ağahüseyn hiss etdi ki, daha davam etmək lazım deyil. Görüləcək işlər var.    

Seyid Bikənin əlində xonça Nərgizlə stola tərəf yaxınlaşdığını görən, Məşədi Fazil ayağa qalxdı.

 Seyid Bikə əlindəki xonçanın Nərigizə verdi və üstündəki xara örtüyü qaldırdı. Xonça təmiz ipəkdən toxunmuş ipək şərf və yaylıqla doluydu.

 Basqal adətinə görə toya gəlmiş qonaqlara toy sahibi bu şərfləri və "Heyratı" yaylıqları hədiyyə verərdi.   

Seyid Bikə şərfı Əlağa Vahidin boynuna saldı və ona bir yaylıq verdi. Sonra isə süfrə arxasında oturanların hamısı hədiyyələrini aldılar.           

Məşədi Fazil dədə-baba mülkündə otursa da, toyxana qardaşı Əbülfəzin həyətində qurulurdu. Bütün gənclər orada idi.

 

***

            Ərinin qırağa çəkildiyini görən Raziyə Nərgizi göndərdi ki, atasını çağırsın.       

Əşrəf qızının əlindən tutub xanımına yaxınlaşdı.       

-Nə var?- deyə soruşdu.    

-Gəlinimizi görmüsən?      

-Yox!            

-Burdadır. İstəyirsən, keç içəri, bax!

            -Olmaz!        

-Niyə?           

-Ay qız, sən nə danışırsan? Bura Basqaldır. Arvadlar olan yerə kişi girməz.

Bilirsən, basqallılar necə sözbazdırlar. Allah göstərməsin!

Bizimlə gələn qızların isə başlarına kəlağayı salın! Burda qadın və qızlar başaçıq gəzməzlər. Nərgizin başına da kəlağayı ört. Bura Bakı deyil!

Əşrəf bir nəfəsə bunları deyib Raziyədən uzaqlaşdı.   

***

Basqalın “Aşağı o tayından ” gələn musiqi sədaları toyun başladığından xəbər verirdi. Adətə görə o iki gün sürməli idi - şənbə-bazar. İki günün azuqəsi, içkisinin dərdini burada heç kim çəkmirdi.

Basqal pullu qəsəbədir. Burada kasıb ola bilməz. Fərsiz tapılmaz. Beləsin görsən, deməli kökü buradan deyil.          Basqalda toy edən bu və digər nəsil əlindən gələni etməlidir ki, toy süfrəsində bolluq olsun, toya gələnlər sıxıntı hiss etməsinlər. Toyun pis keçməsi nəslin başını uca etməz. Odur ki, toy ərəfəsində bütün nəslin ağsaqqalları bir yerə yığılır, hər tayfa öz üzərinə bir məsuliyyət götürür, kimin imkanı nəyə çatırsa, onu ortaya çıxarırdı.         

Məşədi Fazilin təkidinə baxmayaraq ki, "Heç nə lazım deyil! Hər şeyi özümüz edəcəyik!" qardaşları və onların uşaqları az qalmışdı ki, incisinlər.       

-Qardaş, camaat bizə nə deyər? - deyə Əbülfəz qardaşının belə işlərə qatışmamasına işarə etdi.             Məşədi Fazil Əbülfəzi qırağa çəkdi, cibindən iki üç paçka pul çıxartdı, qardaşına göstərdi:    

-Bu pulu indi xərcləməsəm, haçan xərcləyəcəyəm? - dedi.

            -Qardaş, adəti pozma. Pulumuz olmaz, gəlib götürərik.

            -İndisə hər imkanımız var, hər şeyi də özümüz edəcəyik.

            Məşədi Fazil və Səməd ağa  toyxanada ağsaqqallar üçün düzəldilmiş  çadra keçdilər. Basqalın bütün ağsaqqalları burada idi. Nəslin ağsaqqalı toya gəlməsəydi, bütün nəsil gəlməzdi.

Belə hadisələr Basqalda nadir halda olardı. İncimiş nəsilləri ağsaqqallar tez barışdırardılar. Toylar, bayramlar isə həmişə bunun üçün bəhanə olardı.

            Basqallılar arasında qeyri-adi birlik vardı, bu birliyin səbəbi ağsaqqalların bir-birini eşitməsi və cavanların onların sözlərindən çıxmaması idi.

            Məşədi Fazilin indiyə qədər yadındadır. Erməni-müsəlman davası başlayan kimi tez Basqala gəlmişdi. Bütün  basqallılar ayaq üstündə idi. Bir-iki günün ərzində elə bir dəstə yaratmışdılar ki, bunun qarşısında heç kim dayana bilməzdi.

             Basqalın yolu üstündə olan Gürcüvan və başqa erməni kəndlərinə gəlmiş daşnaqlar qorxularından qəsəbənin ətrafına belə hərlənmirdilər. Bu davada bir basqallının burnu belə qanamamışdı.

Davanın qızğın çağında Gürcüvandan atla keçən Məşədi Fazilin ortancıl qardaşını  daşnaq saxlamaq istəmiş, o, əlini "mauzerinə" atıb dığanı yerində də gəbərtmişdi. Qorxmadan atını kəndin içinə sürüb meydana yığışmış ermənilərə demişdi:

            -Bu qoduqları, burdan qovlayın! Sizə ki, əl qaldıran yoxdur. Sabah yenə də burada yaşamalı olacaqsınız. Bacarmırsız, gələk qovlayaq.

            Gürcüvanlılar Bakıdan gəlmiş daşnaqları, doğurdan da, qovlamış, sonra bu kəndin başçılarını Basqala göndərmiş, and içmişlər ki, bir müsəlmana əl belə qaldırmayacaqlar.

            - Bunlar gəldi-gedərdi. Mehriban qonşuyuq, belə də qalacağıq.- demişdilər.

            Bir ara keçdikdən sonra Gürcüvandan qovlanmış daşnaqlar Şamaxıda qüvvə yığıb ora dönmək istəyəndə "Qurd təpəsinda" basqallılar onların qarşısını kəsdilər və  geri oturtdular.

            Basqal ağsaqqalları İslam xilas ordusunu çox təmtəraqla qarşıladılar. Osmanlılar gürcüvanlılara dəymədilər.

            Ümumiyyətlə, osmanlılar silah qaldırmayana əl qaldırmırdılar. Nuru  paşanın dəstələrinin başında basqallılar da  Şamaxıya daxil oldular.

Məşədi Fazilin yaxşı yadında idi: Nuru paşanın ştabı "Bədoda" dincəlirdi. Məşədi Fazil onu İstanbuldan tanıyırdı.

             Nuru paşa ilə Məşədi Fazilin görüşü də elə Bədoda baş verdi. Generalı və onun istəkli çavuşunu, on-yeddi, on səkkiz yaşlı cavan oğlanı Basqala dəvət etdi. At üstündə basqallıların əhatəsində Nuru paşa qəsəbəyə daxil oldu.

            Qəsəbədəki səliqə-sahman, təmizlik, firavan həyat generalı məftun etdi.

            -Əfəndim, şura  cənnətdir. Siz bu cənnəti əlinizlə yaratmısız. Bən bütün dünyanı gəzmişəm, yavrum, belə yer görməmişəm. Vallahı, bu azərbaycanlılardan biz çox şey öyrənməliyik.

            Osmanlıların təriflərini gülüşlə qarşılayan Məşədi Fazil "İsa" bulağında atdan endi və generalı da atdan endirdi.

            Basqal ağsaqqalları Nuru paşanın ayağı altında qurbanlar kəsdilər və kəsilmiş heyvanları və osmanlı əsgərləri üçün yığılmış azuqəni arabalara yükləyib "Bədoa" göndərdilər.

Azərbaycanı xilas etmiş iki qardaş, Osmanı generalları Nuru paşa ilə Ənvər paşanın Azərbaycana olan məhəbbəti belə yerlərdən başlayırdı.

            Azərbaycanlıların heç vaxt yadından çıxmayan bu iki şəxsiyyət leninlərdən də, stalinlərdən də həmişə əziz olub, əziz də qalacaqdır.

***

            Basqal ağsaqqalların bir-birinə münasibəti, özlərini aparmaqları  çox maraqlı idi. Zarafat etməz, özlərini çox ağır aparardılar. Gənclər  onları görən kimi ayağa qalxar, başların aşağı salıb, nə isə eşitmək istəyirdilər.

Onlardan biri günah işlətmiş gəncin qarşısında dayanar iki-üç kəlmə qətiyyətli söz deyər, bir-iki addım uzaqlaşdıqdan sonra dayanar, "Bala, adımızı batırma! Sən ki ağıllı balasan!" deyə gəncin könlünü alardı.

İllər boyu bu səhnələrin təkrar olunması, ondan xəbər verirdi ki, ağsaqqalların sözlərinin təsiri olurdu.

            Basqalda tez-tez deyirdilər: Var-dövlətsiz evə get, ağsaqqalsız evə getmə!

            Məşədi Fazil "Bəy atası" olduğundan bu məclis onunku sayılırdı. Toyxanaya girib rəqs edənlərin üzərinə bir paçka pul yağdırdı. Bu da adət idi.

            Nikolay vaxtı basqallılar bəyin başına qızıl tökərdilər. "Getdi o günlər"-deyə ağsaqqallardan kimsə keçmişi yada saldı.

            -Məşədi, sənin toyunda başına  qızıl tökürdük, sənsə kağız tökürsən.

            -Buna da şükür! Zəmanə başqadır. - deyə Məşədi Fazil cavab verdi

            Basqala respublikanın tanınmış adamlarının gəldiyini eşidən raykom işçiləri dayanmadan toy yerinə təşrif gətirmişdilər.

            Rayonun rəhbəri ağsaqqallarla birlikdə oturmuşdu. Məşədi Fazilin əsginasları oynayanların başına tökdüyünü görüb,  ona yanaşdı. Qulağına pıçıldadı:

            -Məşədi, axı biz qardaşıq! Mən ölüm belə eləmə! Söz-söhbət olmasın. Dəqiqə başı Bakıdan zəng edirlər ki, niyə Basqalda Şura hökuməti yoxdur.

            -A canım, niyə yoxdur, bax sədrimiz, hesabdarımız, briqadirimiz... Daha nə istəyirsiz? Basqallı hara lapatka hara? Biz sənətkarıq. Kəndçi deyilik. Hesabat verərsən ki, toyda şuluqluq salanlar Bakıdan gələnlər olub. Toy sahibləri də onlardır.

            -Deməzlər ki, toyxanada pul niyə zibil kimi idi. Özü də təzə pul. Məşədi rayonumuz hələ bu qədər pul almayıb.

            Raykomu başa düşmək olardı. Pullar hələ təzə dəyişdirilmişdi. Pul reformasından sonra hələ heç kəsdə bu qədər pul ola bilməzdi.

            -Stalin demir ki, pul gələcəkdə zibilə çevriləcək. Biz də Stalinin sözünə indidən əməl edirik. Canım qorxma, bura  Basqaldır, burdan söz çıxmaz. Səninlə gələnləri isə o qədər yedirdib, içirdəcəyik ki, heç özlərini də bilməyəcəklər.

            Doğrudan da, bir neçə saatdan sonra raykomdan gələnlərin hamısı dəm idi, hətta bəziləri Basqal gənclərinə qoşulub Əhmədli bağında qumar oynayırdılar.

            Qumar oynamaq da Basqal toyunun bir adəti idi. O dövrdə vaxt öldürmək üçün, ən yaxşı əyləncə yolu qumar oynamaq idi. Demək olar ki, hamı qumarı sevirdi, ancaq nə qədər uduzacağı ilə razılaşdıqdan sonra basqallı qumar oynayırdı.

            Basqallı beş-on kəlağayı toxuyub qazancının hamısını evə qoyar, onda bir hissəsini cibinə götürüb yeyib içməyə və yaxud qumara qoyardı. Adətən yaz, yay aylarında dostları ilə bağların birinə çəkilib qumar oynayardılar.

Bir də görürdün ki, Basqalın bazarına soraq çatıb ki, Sadıqın oğlu Əli  yüz min udub, Qartapılda beş-altı qoyun kəsib çalıb oynamaqdadır.

Basqala hərdən-birdən başqa yerlərdən də qumarbazlar da gələrdilər və həmişə uduzub gedərdilər.

Basqalda udanlar da, uduzanlar da özləri idilər. Bir-birinin əmiuşağı, dayıuşağı. Odur ki, basqallılar uduzduqda dərd çəkməzdilər. Bilirdilər ki, indi bəxtləri gətirməyib, sabah gətirəcək. Onların optimizmi, gülərüzlülüyü özlərinə inamdan irəli gəlirdi.

            Əlağa Vahid, Ağahüseyn, Aşıq Şakir, Aşıq Pənah, Hüseynağanın dəstəsi bir-birin ardınca dayanmadan məclisə şənlik gətirirdilər.

            Əlağa Vahidlə Ağa Hüseynin meyxanaları basqallıları valeh etmişdi. Sanki qeyri-adi bir yerə düşdüklərini hiss etmiş şairlər ağına-qarasına baxmayaraq istədiklərinə döşüyürdülər.

            Aşıq Şakir isə Aşıq Pənahla  deyişirdi, Hüseynağanın  klarnetdəki oyun havaları cavanların sümüyünü oynadırdı, toyxanaya o qədər adam yığışmışdı ki, iynə atmağa yer yox idi.

Aşpazlar əllərini qurulamağa macal tapmırdılar. Yeyib içməkdən isə korluq yox idi.

            Cəfərlilər toyun belə keçməsindən qürurlanırdılar. Bütün Cəfərli gəncləri ayaq üstə idi. Onlar qonaqları qarşılayır, toyxanada yerləşdirir, qulluqlarında dururdular. Doğurdan da, Basqalda böyük şənlik idi.

            Toyun sonuncu günü, axşam sərini Səməd ağa çadıra girdi və üzünü ağsaqqallara tutdu:

            -Gəlinin  arxasınca getmək vaxtıdır.

            Sanki çadırdakılar elə bunu gözləyirdilər. Hamı ayağa qalxdı.

Qapının ağzında bir ağ at bəzədilmişdi. Atın ipini Əlisəttara verdilər. Qabaqda ağsaqqallar, arxada çalanlar və onların ardınca gəlini gətirməyə gedən Cəfərli nəsli.

            Gəlin  Cəfərli obasından aparılmalı idi. Məşədi Fazilin ortancıl гардашыэилин евиндян чыхарылмалы иди. Басгалын "Ашаьы тайындан"  " Йухары тайына" гядяр ъамаат щярякят етмяли иди.

            Basqal küçələri ilə irəliləyən dəstənin qarışında gedən çalanlarda daha taqət  qalmamışdı.

Hüseynağa klaneti qoyub qara zurnanı götürürdü. Və yaxud əksinə, bu eyni musiqiyə elə rəngarənglik verirdi ki, qulaqasanlar özlərindən aslı olmayaraq bu iki alətin fərqini görürdülər.

            Basqal şənlik içərisində idi. Hamı da bilirdi ki, hələ belə toy olmayıb, hamı da bilirdi ki, bundan sonra bütün toylar belə olacaq, bundan yaxşı olacaq.

            Basqallılara paxıllıq hissi yad idi. Onlar yaxşını götürər, pisdən qaçardılar. Bu sənətkarlıq psixologiyası illərlə bunların qanına keçmiş, sənətlərini kamilləşdirmiş,  gözəlliyi dərk etmiş,  yaxşını pisdən ayırmağı öyrətmişdir.

            Minillər ərzində kəlağayıya vurulan naxışlar dəyişsə də, onun keyfiyyəti, dəbi dəyişməyib. Bütün Azərbaycan daxil olmaqla Orta Asiya, İran, Türkiyə və s müsəlman ölkələri qadınları-qızları onların toxuduqları bu sənət incilərinin həsrətindədirlər.

            Toy mərasimi Cəfərli obasına yaxınlaşdıqca hərarət daha da artırdı. Tüfənglərdən bir-birinin ardınca göyə atəşlər atırdılar. Sanki bununla gəlin evinə yaxınlaşdıqlarını xəbər verirdilər.

            Əlisəttar və onu müşayiət edənlər atla birlikdə Cəfərli həyətinə daxil oldular.

            Seyid Bikə və Məşədi Fazil içəri girən oğluna və onun yanında durmuş gəlininə xeyr-dua verdilər.

            Qız həyətə düşəndə ayağının altında böyük bir özbək boşqabı qoyub sındırdılar.

 Əlisəttar gəlini ata mindirdi. Atın ipindən asta-asta dartaraq hərəkətə gətirdi. Onların arxasınca camaat "Aşağı tay" tərəfə hərəkətə gəldi.

Elə bu vaxt, həyətdən çıxar çıxmaz göylərə fişənglər atıldı.

Basqalın səmaları rəngarəng ulduzcuqlarla işıqlandı. Fişəngin gözəlliyini bəlkə də birinci dəfə görən Basqal uşaqlarının özündən asılı olmayaraq "ura" səsləri göylərə ucaldı.

            Bu qeyri-adi toy idi. Bunu hamı hiss edirdi. Basqal sevinc içərisində idi. Bu sevinci onlara bəxş edən Şeyda ilə Əlisəttar idi.

            Hamı onların ardınca  deyirdi:

            -Allah xoşbəxt eləsin!

***

            Toyxanada qızğın aşıq deyişməsi gedirdi. Aşıq Şakirnən  Aşıq Pənahı saxlamaq mümkün deyildi. İki böyük sənətkar var gücü ilə öz məharətlərini göstərməyə çalışırdı.  

            Deyişən  aşıqların dünyaya görüşü, həyata baxışı, hər  şeydən xəbərdarlığı hamını heyran edirdi. Bir-birindən özünün üstün olduğunu göstərmək üçün meyxanada olduğu kimi bu iki böyük sənətkar nə etmirdi. Şirin  musiqi və nəğmə çalarları ilə bir-birinə sanballı cavab verir, cavabın əvəzinə başqa bir sualla rəqibini düşündürməyə vadar edirdilər.

            Bütün bunlar  basqallılar üçün təzə deyildi. Şirvanın, Muğanın elə bir aşıqı olmamışdı ki, Basqala gəlməsin, bu cənnət guşədə öz məharətini göstərməsin. Ancaq, bu günün başqa təmtərağı vardı. Yenə də Şirvanla Muğan aşıqları deyişirdi.

            Məşədi Fazil deyirdi ki, şer yaranan gündən Şirvanla Muğan həmişə deyişib. Deyişənlərsə həmişə böyük sənətkarlar olublar.

            -Yadınıza gəlirsə, Seyid Əzimin Muğanlıynan deyişməsi. Elə bil bu sənətkarların qanındadır.

Muğanlı göstərmək istəyir o üstündür, şirvanlı isə özünü üstün sayır... - deyə Məşədi Fazil toyxanaya daxil oldu. Keçib əldən düşmüş aşıqların ikisini də arxadan qucaqladı. Ağsaqqalın hərəkətindən bir anlığa sakitlik çökdu.

            -Hüseynağa, bir "Qoç Əli"- deyə üzünü toyxanaya yenicə daxil olan musiqiçilərə tutdu

- Səmədağa, irəli gəl oynayacağıq, bu aşıqlarla.- deyə dostunu çağırdı.

            Musiqinin sədası altında iki ağsaqqalın oynaması hamını toyxanaya cəlb etdi. Şabaş əlindən yer yox idi. Paçka-paçka əsginaslar göyə atılır,  zibil kimi yerə tökülürdü.

Hər nəslin ağsaqqalı əlindəki pulu havaya tullayır, qırağa çəkilir, başqaları üçün şərait yaradırdılar.

Bir basqallı balası əyilib yerdən bir qəpik belə götürməzdi. Özgənin puluna göz tikmək, Basqalda haram sayılırdı. Hamı bilirdi ki, bu pulların hamısı çalanların və aşıqlarındır. Odur ki, heç vəchlə bir uşaq əyilib yerdən götürdüyü pulu cibinə qoymazdı.

            Raykomun başını yellədiyini görən Səməd ağa uşaqların birinə böyük bir un torbası verdi və pulları ora yığmasını tapşırdı.

            Uşaqlar bir anın içində yerə tökülən pulları torbaya yığsalar da, pul axını davam edirdi. Bir neçə torba dolmuşdu və şabaş isə davam edirdi.

            İki gün, iki gecə Basqalda çalıb oynamaqda idi. Müharibədən sonra birinci dəfə idi ki, camaat bu cür şənlənirdi. "Deməli, hər şey bundan sonra yaxşı olacaq" - deyə düşünürdülər.

            Başqa cürə ola da bilməzdi. Çünki hamı əlinin zəhmətilə dolanırdı. Sənətkarlıq isə inkişafından qalmırdı.

***

            Bazar ertəsi səhər bütün Bakıdan gəlmişlər geri qayıtdılar. Seyid Bikə, Raziyə, Nərgiz  gəlinlə bəyin maşınında idilər. Məşədi Fazil, Səməd Ağa, Əlağa Vahid və Ağahüseyn birdə Əşrəf Volodyanın maşınında qayıdırdılar.

            Aşıq Şakirlə Aşıq Pənah səhər sübhdən Abasın "Moskviçində"  yola düşmüşdülər. Hüseynağanın dəstəsi və Bakıdan gələn qonaqlar isə " Alabaşa" mindilər.  

            Basqallılar Bakıya gedən maşınların kopotunun üstünə qırmızı kəlağayı örtmüş, sürücülərin boynuna xaradan şərf  salmışdılar.

            Hüseynağa yenə klarnetini çıxartdı. Gəlin maşını "Vağzalı" sədaları altında yola düşdü.

Cəfərli ağbirçəkləri mis piyalələrdə maşın karvanının arxasınca su atırdılar ki, yolları aydın olsun.

***

            Bakıda həyət adamları çoxdan hazırlıq görmüşdülər. Toyxana düzəlmiş, xalçalarla bəzədilmiş, samovarlar gətirilmiş, ocağın üstünə su ilə doldurulmuş böyük mis qazanlar qoyulmuşdu. Basqalda olduğu kimi bütün məhəllə toya hazırlaşırdı.

            Yuxarı məhəlləyə bələd olanlar bilirdilər ki, buranın dəyişməz adət və ənənələri vardır: hamı bir-birinə əl tutar, kömək edərdi. Məhəllənin toyu, yası hamının idi. Onların arasında qeyri-adi birlik mövcud idi.

Tutduğu vəzifədən, gördüyü işdən asılı olmayaraq yuxarı məhəllənin sakini onun yazılmamış qanunlarına tabe olmalı idi. Məhəllə oğrusuna da, doğrusuna da münasibətdə eyni idi.

Bu qanunlar əsrlərdən bəri xalqın arasından formalaşmış, hamı tərəfindən qəbul edilmiş həyat tərzi idi. Bu tərzə uyğunlaşmayanlar bu məhəllədə yaşaya bilməzdilər.

            Maşın karvanı Məşədi Fazilin evlərini qabağında  dayandı. Məhəllənin kişiləri, qadınları, qızları evin qarşısına yığışıb bu karvanın gəlməsini gözləyirdilər. 

Maşında birinci düşən çalançılar evin darvazasının qarşısına keçib alətlərini işə saldılar. Bir anın içində xəfif, şirin "Vağzalı" sədası bütün məhəlləyə yayıldı.

            Gəlin camaatın arası ilə evə tərəf addımlayanda Əlisəttarın və Şeydanın başına şirniyyat və pul səpələməyə başladılar.

            Yerdən pulu və şirniyyatı yığan uşaqların çığırtısı, sevinci mərasimə daha da gözəllik verirdi.

            Axşam bütün məhəllə toyxanada idi.

            Stolun üstündə istənilən qədər içki olmasına baxmayaraq, məhəllənin cavanlarından çoxu içkiyə yaxın durmurdu.

            O dövrdə içki içmək ayıb sayılardı. Fərqi yoxdur nə içir, nə qədər içir. İçki içənə yuxarı məhəllələrdə qız verməzdilər.

            İçkini yuxarı məhəllələrə dəb salanlar müharibə iştirakçıları oldular.  

Cəhənnəmin dəhşətlərindən çıxmış bu insanlar gecə-gündüz gördükləri ilə mübarizə edir, hər şeyi unutmağa çalışırdılar. Düşdüyü mühitin sakitliyinə, onlara qarşı münasibətlərin istiliyinə baxmayaraq,  birdən halları dəyişir, sanki yenə də müharibənin dəhşətləri ilə üz-üzə durduqlarından döyüşə atılmağa hazır olan əsgər kimi hirslənir və ətrafdakılarına əziyyət verirdilər.

            Müharibədən sonra yüzlərlə, minlərlə kontuziyalı Bakıya dönmüşdü. Bakılılar bu insanlara qarşı nə qədər diqqətli olsalar da, onların həyat tərzi çox dəyişmişdi. Çoxu  içkiyə qurşanaraq, Bakı dili ilə desək "piyaniskəyə" çevrilmişdilər.

            Ata-ana və böyüklərinin yanında vaxtıykən popiros belə çəkməyə utananlar, indi bu adəti özləri də bilmədən pozurdular.

Müharibədən gələnlərin hər şeyə etinasızlığı hər sahədə hiss olunurdu. Bununla belə məhəllə ağsaqqalları əllərindən gələni edirdilər ki, onları öz həyat məcralarına qaytarsınlar və özlərini əvvəlki kimi aparsınlar.

            Cavanlar çox vaxt tinə yığışardılar. Tindəkilər  məhəllədə nə baş verdiklərindən, həmişə xəbərdar idilər. Məhəllənin elə bir cavanı olmazdı ki, tinə gəlməsin. Fərqi yoxdur avaradır və yaxud tələbədir, oğrudur və milisdir. Tin məhəllənin qapısı idi, gözü idi.

Yenə də tinə çoxlu adam yığılmışdı 

            -Əlağa dayı toydadır! - deyə tindəkilərə balaca bir uşaq qaça-qaça xəbər gətirdi.

            -Qədeş, mən nə dedim? Məşədi Fazilgilin toyunda yuxarı başda Əliağa dayı olacaq!

            -Allah mübarək eləsin! Əlisəttar kişi oğlandır. Onun gələcəyi var. Bu gün isə kefə baxacağıq! Getdik! - deyə məhəllənin qədeşlərindən biri - İbiş təklif etdi.

            Toyxana adamla dolub boşalırdı. Gələnlərin sayı o qədər çox idi ki, o böyüklüyündə həyətə adam yerləşmirdi.

            Məşədi Fazil toya o qədər də adam çağırmamışdı. Ümumiyyətlə, yuxarı məhəllələrdə kimliyindən asılı olmayaraq, hamı toya dəvət olunurdu və yaxud dəvət olunmasa da hörmət əlaməti olaraq gəlirdi. Bir kəs də inciməzdi ki, onu niyə dəvət etməyiblər. Məhəllənin toyudur, yasıdır gərək iştirak edəsən - bu yuxarı məhəllənin yazılmamış qanunu idi.

            Hüseynağanın klarnetinin səsi divarların qaralmış daşlarında əks-sədasını tapıb "Dördüncü xrebtovı" küçəsindən yuxarılardakı çəmənliyə yayılır, sanki uzaqda görünən Şübanı dağlarına  çatırdı.

            Məharətli sənətkarın bütün çalışmalarına baxmayaraq hamının fikri Əlağa Vahiddə qalmışdı.

Yuxarı başda Ağahüseynlə birlikdə oturmuş Vahidin könlü olmasaydı  bir adam tapılmazdı ki, onu meyxana deməyə vadar etsin.

            -Görəsən, Vahid meyxana deyəcəkmi? - deyə toyxanadakılar bir-birindən soruşurdular.

            -Şairin sir-sifətindən yorğunluq var. Deyəsən "duxda" deyil.

            -Məhəllə onu "duxa" gətirər! - deyə başqa birisi cavab verirdi.

            Bir az keçdikdən sonra Vahidin gözləri qaynamağa başladı. Əşrəfin göstərişilə onun qarşısına böyük bir teşt qoydular.

            -Şair, millət səni dinləmək istəyir! -deyə Məşədi Fazil teştə beş-on dənə yüzlük saldı.

            -Onda qafiyəni də özün de! - deyə Vahid cavab verdi.

            Məşədi Fazil bir an fikrə daldı.

            -Qoy, belə keçsin an ağır günümüz! - deyə əlavə etdi.

            Meyxananın bir adəti vardı. Hər deyilən  qafiyədən sonra gərək teştə pul salasan. Teştə pul salındıqca, meyxanaçılar davam edirlər.

            Teştə pul salanların isə sayı-hesabı yox idi. Nağaraçı nağaranı vurduqca teştə pul atılırdı. Beytlər Vahidin ağzından su kimi axırdı.

Ağahüseynsə heç də ondan geri qalmırdı. O, da Vahid keçdiyi məktəbi keçmişdi. Cavabları heç də Vahidinkindən pis alınmırdı.

            Köhnə toyxananın adətinə görə meyxanaçılar yığdığı pulun yarısını bəyin qabağına tökürdülər.

            Meyxana qurtardıqda,  Vahid teşti götürüb Əlisəttarın qabağına qoydu:

            -Qardaş oğlu, bunlar sənindir! - dedi.

            Əlisəttar atası tərəfə boylanmağa başladı. Məşədi Fazil ayağa qalxdı. Çalanların stolunun üstünə qoyulmuş balışüzünün birini götürdü. Bəyin qabağına gəldi.  Cibində bir paçka əlliliklər çıxartdı, balışüzünün içinə atdı. Ona uzatdı.

            Bəy teştdəki pulları öz əliylə balışüzünə doldurdu və keçib Əlağa Vahidin qabağına qoydu.

            -Əlağa dayı, bunlar isə sizindir! - dedi və keçib yerində oturdu.

            -Allah verən əlinizi həmişə açıq etsin! - deyə Əlağa balışüzünü Ağahüseynə uzatdı.     

            Ağahüseynin üzünə sevinc gəldi. Çünki onların da çörəyi bundan çıxırdı. Toylara gedib bu cür pul qazanmaq.

Əlağa daha nadir hallarda toylara gedirdi. Odur ki, gücla dolanırdılar.

Ağahüseynin təkidinə baxmayaraq, Vahid heç vaxt tanımadığı yerə getməzdi.  Apardığı  toyun sorağı isə hər yerdən gələrdi, dediyi meyxanalar dillər əzbəri olardı.

            Hökumət Vahidə geniş auditoriya vermirdi. Toyxanalar isə Vahidin xalqla kontaktı idi. Onu məşhur edən də bu toylara gəlmiş xalq idi.

            O, hamının sevimlisi idi. Qəzəlləri və şerləri qəlbləri oxşadırdı. Hamı əzbərdən bilirdi.

            Yuxarı məhəllələr Əlağa Vahidlə nəfəs alırdı. Pərəstişkarları bu məhəllənin hər şeydən xəbərdar əhalisi idi. Vahid  onların məhəbbət şairi idi.

Məşədi Fazilin Əlağa Vahid poeziyasına böyük hörməti vardı. Hamıdan da üstün tuturdu.

 Vahidlə əlaqədar Məşədi Fazil Səməd Vurğunla olan söhbətini yada saldı.

O, bir-iki il bundan əvvəl Səmərqəndə gəlmiş Səməd Vurğunla görüşdükdə,  hər şeydən əvvəl oradakı azərbaycanlılar Vahidi soruşmuşdular. Şair bundan təəccüblənmişdi:

            -Məşədi, başım çıxmır, onun populyarlığının səbəbi nədir? Köhnə üsulla yazır. Məzmun başa bəla məhəbbət, bir də meyxana...

            -Səməd, meyxana Şərq poeziyasının ən gözəl janrlarındandır. Burda bədiyə adıyla məşhurdur. Bütün İran, bütün Turan şairləri bədiyə deməklə məşğuldurlar. 

Bakıya da bunu farsdilli tayfalar gətirib. Qazaxda meyxana ola bilməz. Sizdə aşıq deyişməsidir.

Səmərqəndin çayxanalarına bax. Dəstərxana oturan bədiyə deyir.

O ki, qaldı Vahid yaradıcılığına, Vahid klassik formada yazsa da, onun dediklərini indiyə qədər heç kim deməyib. Sözlərə bax:

            Bu dünyada çox yaşadıq, bilmədik bu dünya nədir,

            Bircə tez gələydi əcəl, görəydik o dünya nədir.

            Səməd forma məzmunu gözəlləşdirmir, məzmun formaya daha artıq gözəllik verir.

            Yaradıcılığın aşıq poeziyası üzərində kökləndiyinə görə lirikan daha təravətlidir.

            -Burdakılar mənim 26-larımı niyə eşitmək istəmədilər?

            -Səməd, 26-ların kim olduğunu sən ki hamıdan artıq bilirsən. Axı onları bu cür ideallaşdırmaq olmaz? Vaxt gələcək, haqq-ədalət yerini tapacaq. Biz bildiklərimizi, xalq biləcək. Bu cür sənət əsərini heç kim oxumuyacaq. Yalan üstündə nə qurulubsa, o dağılmalıdır.

            Yenə qayıdıram Vahidə. Onun yaradıcılığında yalan yoxdur. Odur ki, onun poeziyası əbədidir. Mərib, Səmərqənd, Aşqabad azərbaycanlıları, ancaq Vahidi oxuyur. Onun kitabı burada təbərrükdür. Ondan Bakıda muğayət olun!

            -Məşədi, sənin dünya görüşünə həmişə heyran olmuşam. Ancaq mənim poemalarım Sovet dövlətçiliyinə dayaqdır.

            -Sovet dövlətçiliyi Stalinə qədərdir.

            -Bunu necə başa düşək?

            -Stalindən sonra bu ölkə dağılacaq. Məgər görmürsən, onun yumruğu üstündə qurulub.  Ətrafındakılar  isə Stalin ola bilməz. Odur ki, hər şey öz məcrasına qayıdacaq.

            -İndi ki, inkişafdayıq.

            -Sən fikirləş, ondan sonra nə olacaq?

            -Maraqlı sualdır? - şair fikrə daldı.

            Qırxıncı illərin axırları Səmərqənd, Mərib, Daşkənd, Aşqabad Azərbaycandan sürgün olunmuşların məskəninə çevrilmişdi. Özbəklər, türkmənlər onları özlərindən ayırmır, ələ-ələ verib dolanırdılar.

            Sürgün olunanlar arasında ziyalı və aristokratlar çoxluq təşkil edirdi. Əlağa Vahid onlara daha yaxın idi. Çünki o da onlardan biri idi. Partiya, komsomol, kommunizm bu insanlar  üçün boş söz idi.

            Vurğunun gəlişi isə doğrudan da bayrama çevrilmişdi. Qarşısında olan auditoryanın kimlər olduğunu görən şair, ancaq lirik şerlərini oxudu.

             Vətənin ətrini bu şerlərdən alan həmvətənlərimiz şairi çox hərarətlə qarşıladılar.

            Axşam Səmərqəndin küçələrini Məşədi Fazillə gəzən Səməd keçmişləri yada salırdı:

            -Məşədi, elə bilmə bizimkilərin vəziyyəti sizinkilərdən yaxşıdır. Əmim, əmim uşaqları Türkiyədədir, hər atdım başı bunu başıma çaxırlar...

 Səməd Vəkilovları nəzərdə tuturdu. Məşədi Fazilin onları tanıdığını çox yaxşı bilirdi. Neçə dəfə Seyid Hüseynin məclislərinə əmisi ilə təşrif gətirmişdilər.

            -Səməd, sən onlarla fəxr edə bilərsən! Yaratdıqları  dövlətdir, Azərbaycan. Azərbaycan dövləti adını da onlar dünyaya bəyan ediblər.

Azərbaycan xalqı minnətdar olmalıdır ki, onların qoyduğu yolla gedirlər. Bu düzgün yoldur. Baxmayaraq ki, indi onları qəbul etmirlər.

            -Məşədi, bu sözləri Bakıda desən, səni yox edərlər.

            -Bizləri yox etmək mümkün deyil! Allah bizi qoruyur. Allah mənim üçün haqdır. Haqq sözü deməyən ziyalını ziyalı hesab etmək olmaz! Elə kəslər hakimiyyətin quludur.

            Ziyalılıq həqiqətə, xalqa, vətənə xidmətdə özünü büruzə verir, hakimiyyətə xidmətdə yox.

            -Əfsuslar olsun ki, cəmiyyətimiz belə insanları qəbul etmir. Müəyyən çərçivələri var, o çərçivəyə uyğun gəlməlisən. Gəlməsən, səni qəbul etməzlər.

            -Qoy etməsinlər, qoy səni xalq qəbul etsin. Xalqa nə qədər yaxın oldun, bir o qədər poeziyan da kamilləşər.

            Vahid fenomeni də bununla izah olunur. Vaxt gələcək xalqımız Vahidə heykəl qoyacaq. Çünki o, həqiqətən xalqın şairidir. Bu adı ona xalq verib. Kommunist partiyası yox.

            Səməd dərin fikrə dalmışdı. Uşaqlığından tanıdığı, ziyasına, ağlına pərəstiş etdiyi insanla vətəndən uzaqda görüşdüyünə sevinsə də, digər tərəfdən, bu görüş onun qəlbində inandığı quruluşa, şerlərində tərənnüm etdiyi dövlətə, qarşı şübhələr yaradırdı.

            Məşədinin bu sistemi qəbul etmədiyini yaxşı bilirdi. Ancaq onun arqumentlərinin məntiqliyi, ardıcıllığı şairi düşünməyə vadar edirdi.

ADR haqqındakı fikirləri, məgər həqiqət deyildi. Öz dövlətçiliyini elan etmiş Azərbaycan ziyalılarının bu hala düşməsinin səbəbi nə idi? Məgər onların ağlından, biliyindən istifadə etmək olmazdı? Vətən həsrəti ilə yaşayan minlərlə ziyalı sürgündə, xaricdə... Minlərlə ziyalı güllələnmiş. Heç qəbirlər də məlum deyil. Özü də onları əhatə edən dostlarının əlilə.

            Azərbaycan yazıçılar ittifaqının Hüseyn Cavid faciəsində əli olduğunu Səmərqəndə sürgündə  olan azərbaycanlılar çox yaxşı bilirdilər. Ancaq onun üzünə vurmadılar.

Səmərqəndəkilər onu ancaq şair kimi qəbul etdilər, şirin söz ustadı kimi. Faciənin iştirakçısı kimi yox. Çünki ziyalılıq insanın bəd əməlini üzə vurmaqla ölçülmür. Hər şeyi insanın vicdanına tapşırırlar, birdə Allahın  məsləhətinə.

            Məşədi Fazil onunla birlikdə Səmədi Səmərqəndə müşayiət edən dostlarının Hüseyn Cavid haqqında soruşacaqlarından tam əmin olmadığından, üzünü Səmədə tutdu:

            -Quruluş şairi olmaq çox çətindir. Gərək çaldığı hava ilə oynayasan. Elə deyil Səməd?

            -Məşədi, Allah heç kimi bizim vəziyyətə salmasın!

            Restoranda Səməd hamıdan çox içirdi. Demək olardı ki, durmadan. Buna baxmayaraq heç vaxt sayıqlığını itirmirdi.

            Səhəri günü Məşədi Fazillə birdə görüşəndə o, Səmədə dünənki yeyib içməkdən söhbət saldı:

            -Səməd, yaman içirsən. Belə olmaz!

            -Məşədi, bu fikrimi dağıdır.

            -Səni belə dərdli bilməzdim. Allaha şükür hər şeyin var!

            -Elə deyil! Özün də görürsən, elə deyil! Xoşbəxt  Vahiddir. Xəbərin var da, Mir Cəfər onu yanına çağırıb deyib ki, sən də fəhlədən, kəndlidən yaz.

Vahid iki-üç gündən sonra gəlib onun yanına, kəfəni də boynunda. Mir Cəfər soruşanda “Bu nədir?"

-Ağa, güllələ məni! Yaza bilmirəm: "Ay qara şalban, mən sənə qurban!- deyə cavab verib

  Vahid doğurdan da Vahiddir.

            Biz isə bədbəxtik, özümüz istədiyimizi yazmağa qoymurlar.

            Yazıçılar ittifaqı şer, hekayə, povest, roman atelyesidir. Sifarişçisi isə hökumətdir. Cızıqdan qırağa çıxmaq olmaz!

            Məşədi Fazilin bu hala düşmüş böyük talanta yazığı gəldi.

            -Qəm yemə, hər şey öz yerini alacaq! - deyə Məşədi Fazil dərin fikrə daldı.

            Qur Əmiri ziyarət edərkən, onu möhtəşəmliyinə heyran qalmış şair üzünü Məşədi Fazilə tutdu:

            -Görəsən, bunu yaradan bilirdi ki, əbədiləşir?

            -Əmir Teymur əbədidir, onun yaratdığı şəhər kimi.  

            Şərqdə çoxlu hökmdarlar olub, Qüdrətli Çingiz xan, Batı, ancaq heç biri onun yerini vermir.

            Teymur başqalarından fərqli olaraq, zəbt elədiyi ölkəyə mədəniyyət gətirib, aqil adamları bu şəhərə yığıb.

 İndi avropalılar Səmərqəndi, onun dünyaya verdiyi mədəniyyəti, elmi  qəbul etmək  istəmirlər, o cümlədən, sizin kommunistlər də. Çünki tədqiqatların nəticələri bir mənalı olacaq - Dünya elminin və mədəniyyətinin inkişafına təkan vermiş şəhər buradır.

 Biruni Cordano Brunodan beş yüz il əvvəl yerin günəş ətrafında fırlandığını deyirdi. Uluqbəy, ulduzların xəritəsini tutanda Avropada vəhşilik hökm sürürdü.

            Səmərqəndin, o cümlədən, türk respublikalarının  əski əlifbasını dəyişdirməklə və bu əlifbada yazılmış kitabları yandırmaqla tarixi yaddaşını pozmaq  istədilər. Osmanın Quranını özbəklərin əlindən aldılar. Bu barbarlıqdır.

Vaxt gələcək bu ölkənin xalqı yenə də Şərqin möhtəşəm xalqına çevriləcək. Quyuya bir dəfə su gəlibsə, birdə gələcək. Dünya müdrikləri belə deyirlər.

            Biz  azərbaycanlılar da bu mədəniyyətin bir hissəsiyik. Özümüzü bunlardan ayırmağımız qeyri-mümkündür.

            Fikir verin, qədim şairlərimizə, onlar nə qədər bir-birlərinə yaxın idi. Bəs biz? Aramızda sərhədlər olmasa da, əlaqələrimiz çox cüzidir.

            Şərq mədəniyyəti dəryadır. Biz hələ çox şeyləri öyrənməliyik. Bizim babalarımız bu mədəniyyəti yaradıb. Biz isə hələ bunu dərk edə bilmirik.

***

             Bakıda payız küləkləri əsirdi. Xəzri yuxarı məhəllərin üstünə solmuş çəmənliyin toz-torpağını qaldırır, var gücü ilə pəncərələrin şüşələrinə döyəcləyir, adamın gözlərini çıxardırdı.

Toz dumanının əlindən adamlar başlarını qaldırıb bir-birinin üzünə baxa bilmirdilər.

Küçəyə çıxmışlar qaça-qaça harasa tələsir və yaxud bu həyətdən başqasına keçirdilər.

Külək tində duran qədeşləri də evlərinə qovmuşdu. Məhəlləyə sükut çökmüşdü. Təkcə 4-cü xrebtovudan  iki-üç yüz metr aralı alman dilində səslər eşidilirdi.

            Yenidən tikintisi başlamış Politexnik institutunun müharibədən yarımçıq qalmış binasını tikən alman əsrlərinin gözləri tozanaqdan  traxoma xəstəliynə tutulmuşdu.

            Xəzri sanki yerlilərin qisasını bu əsrlərdən alırdı.

            Müharibənin qurtarmasına baxmayaraq “plenləri”  Bakının bir çox yeni tikintilərində işlədirdilər.

            Almanlar Hökumət evi, Bağırov körpüsü, politexnikin yanında iki yaşayış binası və başqa obyektlərdə işləyirdilər. Onların səliqəli və ağılla işləmələri haqqında məhəllədə yaxşı söhbətlər gedirdi. Bu söhbətlər əsirlərə qarşı nifrəti azaldır, hətta onlara çoxlarının yazığı gəlirdi.

            -İt kimi yaşayırlar, amma baxın, necə işləyirlər. Tikdikləri Bakımızın yaraşığı olacaq.

Hərdən birdən məhəllədən keçəndə, müharibə görməmiş gənclər bakılıya xas olan ürəyiaçıqlıqla “plenlərə” ciblərindən papiros qutusunu atır, onları götürməyə mane olan konvoyları söyürdülər.

            Günlərin bir günü Əlisəttar konvoyun uşaqların atdığı siqareti “plenin “əlindən aldığını görüb, irəli sıçradı. Konvoyun əlindən qutunu aldı, başqa “plenə” uzatdı.

            Zabit bunu görüb tapançasını çıxartdı və Əlisəttarın üstünə cumdu:

            -Tы, что делаешь?Врагу помогаешь? Сейчас тебя  убью! -deyə tapancanı Əlisəttar tərəfə yönəltdi.

            Əlisəttar isə düz onun üstünə gəldi. Qqətiyyətliyindən zabit şaşqın qaldı və əlini aşağı saldı.

            -Убери свое пишто! Здесь не Сталинградский фронт, a улица Советская.

            -Дорогой, недьзя, не положено.

            -Мы тоже знаем, но они же люди!

            -Oни немцы!

            -A что говорил товарищ Сталин? Oн говорил, что мы враги фашизма, а не немецкого народа..

            -Дорогой, я знаю это. Но выполняю приказ.

            -A мы выполняем приказ души: оказать помощь беспомощному.

            -Хорошо, только, чтобы никто не узнал.

            -Родной, мы на улице Советской y. A эта улица умеет молчать.

            Zabit Bakıda çoxdan xidmət etdiyindən, harada olduğunu yaxşı anlayırdı. Bu küçədən keçəndə qorxa-qorxa keçirdilər. Buranın əhalisindən qorunmaq əmrini həmişə alırdılar. 

İndi də qeyri-ordinar hadisə baş verirdi. Almanlara yerli camaat kömək edirdi.

            Müharibəyə qədər yuxarı məhəllələrdən azca aşağıda almanlar yaşayırdılar. Məhəllənin uşaqlarının çoxları onlarla dostluq etdiyindən, almanlar dillərini də bilirdilər. Odur ki, konvoyun mülayimləşməsi, “plenlərlə” ünsiyyət yaradırdı.

            Əlisəttarın bu əməli axşam tin uşaqlarının söhbətinə çevrildi:

            -Mən ölüm, bunun gözündə qorxu yoxdur! - deyə Dağlı Qədir sözə başladı.

            -Əlisəttar intelligentni oğlandır. Tin uşaöı deyil. -deyə kimsə bu söhbəti dayandırmaq istədi.

            -Mən demirəm ki, bizə qoşulmur, ona görə pisdir. Yox, mən deyirəm ki, məhəllə yetir də.

            -Qədir, mən Ağ şəhərə baxıram. Məhəlləmiz onlardan geri qalır. Bizim nəyimiz əskikdir. Əlisəttar təmiz oğlandır. Savadlıdır. Universitetdə oxuyur. Onu bizim oyunlara qoşmaq günahdır.

            -O, bizə heç qoşulmaz da! - başqa birisi əlavə etdi.

            -Maraqlı oğlandır, həm bizimlədir, həm də bizimlə deyil.

            -Gəlin, ondan danışmayaq, o kişidir. Kimin g-i çatardı, ofiseri bu hala salsın. Qurtardıq bu söhbəti. Əlisəttar təzə evlənib, bir-iki ilə universiteti qurtarır. Fəxrimizdir.

            Müharibədən sonrakı dövr maraqlı dövr idi. Bütün məhəllənin psixologiyasını dəyişmişdi. Uşaqlarından  çoxu  ali məktəblərə qəbul olmuş, kimisi qurtarmış, vəzifəyə getmişdi. Frontoviklərin çoxu ali təhsil alırdı. Yuxarı məhəllələrdə də  ziyalıların sayı artırdı.

***


TAHİR  və ZÖHRƏ

           

İyun ayının on ikisi idi. Bakının gözəl vaxtları. Evin qarşısındakı yam-yaşıl çəməndən  gül-çiçəyin ətri gəlirdi. Ətraf elə sakit idi ki, quşların cik-ciki eşidilirdi.

Seyid Bikə bu sakitliyi seyr etdikcə qəlbinin nədənsə sevinəcəyini hiss edirdi. Ona elə gəlirdi ki, bu gün ən gəzəl günlərindən biri olacaq.

Səhər açılandan bu fikir onu rahat qoymurdu. Ancaq bu haqda heç kimə heç nə demirdi. Dinməzcə nə baş verəcəyini gözləyirdi. İndiyə qədər intuisiyası onu heç vaxt aldatmamışdı. Başına nə gələcəyini əvvəlcədən hiss edə-edə heç nəyin qabağını almağa çalışmamışdı, onda belə qüvvə olmamışdı.

Hər şeyi Allahın məsləhətinə, zamanın axırına tapşırmışdı. İndi onun qəlbi yaxşı hisslərlə dolmuşdu.

             Əlisəttargil toydan bir-neçə aydan sonra Verxni Naqornı küçəsinə köçmüşdülər. Tez-tez  onlara qonaq gəlirdilər.

            Əlisəttarın toyundan on bir ay keçmişdi ki, Seyid Bikənin iki gəlini: Raziyə və Şeyda  uşaq gözləyirdi. 

            Günorta çağı idi. Nərgiz eyvanda başını Seyid Bikənin dizi üstünə qoyub mürgüləyirdi. İstidən nəfəs almaq mümkün deyildi.

Raziyə daha da ağırlaşmış tərpənə bilmirdi. Gəlini bir daha diqqətlə süzən qayınana Nərgizin başını sığalladı.

            -Nərgiz, qızım, hazırlaş bu gün-sabah qardaşın olacaq-dedi.

            -Ay nə, haradan bilirsən? - deyə Nərgiz əkəc arvadlar kimi soruşdu.

            -Anana bax, gör, necə gözəlləşib. Mənim balam, anam deyərdi ki, qız doğan kifirləşir, oğlan doğan isə gözəlləşir. Çünki qadın öz bədənindən qızına verir, oğlan isə onu cavanlaşdırır.

             Bıy, ay qız mən bunları kimə danışıram? - deyə Seyid Bikə sanki birdən uşaqla söhbət etdiyini anladı.

            -Ay nə, doğurdan da, oğlan olacaq, çünki mən də qardaş istəyirəm.

            Nərgiz həyətdə gəzərkən, həyətin arvadları onu saxlayıb onunla zarafat edirdilər:

            -Nərgiz, baxarsan bacın olacaq!

     O, isə başını uca qaldıraraq:

            -Yox, mənim qardaşım olacaq! - deyə qürurla cavab verirdi.

            Həyət arvadların Nərgizin "qardaşım olacaq!" kəlməsini qətiyyətlə deməsini təsadüf saymırdılar.

            -Nərgiz, bunu sənə kim dedi?

            -Nənə!

            -Seyid Bikənin dedikləri həmişə düz çıxıb: Töhrəyə dedi: oğlun olacaq, oldu. Narınca dedi: qızın, qızı oldu. Bütün məhəllə deyir ki, gəlinə baxan kimi, nəyi olacaq deyir və həmişə də sözləri düz çıxır.

***

            Əşrəf "yoldan"  yenicə qayıtmışdı. Əlindəki içi mer-meyvələ dolu iki gürcü səbətini eyvanın kandarına  qoyub içəri keçdi.

            Çarpayıda ağrıdan uzanmış həyat yoldaşını görən kimi Əşrəf üzünü anasına tutdu və adəti üzrə zarafata keçdi:

            -Ay na, bilirsən, həmşərilər nə deyirlər arvadları xəstələnəndə?

            -Nə deyirlər, mənim balam? -  deyə Seyid Bikə soruşdu.

            -Kişi iki dəfə sevinir: evlənəndə, birdə arvadı əldən gedəndə.

Ana bala gülüşdülər

            -Mən ölürəm, siz sevinirsiz?

            -Niyə sevinməyək, oğlumun oğlu olacaq!

            -Ay na, haradan bilirsən oğlum olacaq?

            -Mənim balam, haçan sözüm yalan çıxıb? - deyə suala sualla cavab verdi.

            Əşrəf sussa da, fikri arvadının yanında qalmışdı. Raziyyə yerində vurnuxurdu.

            -Ay qız, nə olub? Özünü ələ al! Hamının keçdiyi yoldur! -  deyə ona təssəlli verməyə çalışdı.

            Əşrəf çox ağır adam idi. Boş-boşuna danışmağı xoşlamazdı. Raziyyənin bu hala düşməsi, həqiqətən onu təşvişə salmışdı. Seyid Bikə də bunu hiss etmişdi. Odur ki, xasiyyətinə bələd olan ana zarafatından qalmırdı.

            -Bəlkə sən onun əvəzinə doğasan! - deyə oğlunun halının dəyişdiyini görən ana məğrur səsini qaldırdı.

            -Çıx bayıra, özünü kişi kimi apar! Hər şey yaxşı olacaq. Get, Yaxşıxanımı gətir!

            Yaxşıxanım qarı məhəllənin maması sayılırdı. Belə hallarda hamı ona müraciət edirdi. Heç  bir tibbi savadı yox idi. Deyilənə görə, onların qadın nəsli anadangəlmə bu işlə məşğul olmuşlar.

Yaxşıxanım dağlı qızı idi. Türkəçarəni, otların sirrini, sözün qısası hər şeyi bilən dünya görmüş anadangəlmə təbib idi.

Yuxarı məhəllələrdə xəstələnllər həkimə-zada getmirdilər. Yaxşıxanımın bir baxışı bəs idi ki, xəstəyə düzgün diaqnoz qoysun və bir neçə dəqiqə ərzində otdan-ələfdən düzəltdiyi dərmanı ona verib, yola salmasın. Onun sağaltmadığı adam yox idi.

            Məhəllədə xəstə ilə zarafat edəndə deyərdilər ki, "Get özünü ver Yaxşıxanımın yanına!" Hətta Əlağa Vahidin onun haqda  meyxanası da vardı :

            Yaxşıxanım, get sənə bankə qoysun

            Yanan qəlbin dərd-bəladan sovuşsun

            Anasının Yaxşıxanımı çağırması vəziyyətin ciddi olduğundan xəbər verirdi.

            -Ay na, bəlkə skorı çağıraq? Xəstəxanaya aparaq! - deyə Əşrəf anasına müraciət etdi.

            -Bala, Yaxşıxanım arvaddan başqa ona heç kim lazım deyil. Get, mən dediyimi elə!

            Əşrəf həyətə düşdü, bütün qardaşlar orada idi.

            -Volodya, get, Yaxşıxanımı tap, gətir! - dedi

            Nəriman Volodyaya qoşulub həyətdən çıxdılar.

***

            Yaxşıxanım ətəyini əlinə yığıb qapını açanda qarşısındakının Seyid Bikənin kiçik oğlu Nərimanı tanıdı.

            -Bala, xeyr ola?- deyə Nərimandan soruşdu.

            -Yaxşıxala, anam sizi çağırır.

            -Raziyəyə görə?

            -Deyəsən elədir. Yaxşıxala, maşın sizi gözləyir.

            -A bala, on addımlıq yoldur. Özüm gələrəm. Siz gedin.

            Volodya "Pobedanını" hərlədənə qədər Yaxşıxanım həyətə çatmışdı.

            -Ay Bikə xatın, nə olub? - deyə hay-küy sala-sala içəri girdi.

-Səs-küy salma! Raziyənin sancısı var! - deyə səsə çıxan Seyid Bikə Yaxşıxanımı sakitləşdirdi.

            Yaxşıxanım Raziyə yatan otağa keçdi.

            Əşrəf, Əlisəttar, Əyyub, Nəriman və Volodya eyvanda oturub Raziyənin otağdan gələn hay-vayını eşidirdilər.

            Birdən həyətə qaça-qaça Sara daxil oldu. Sara Əlisəttarın baldızı idi. O, Əlisəttarın qulağına nə isə dedi.

            Baldızının dediklərindən Əlisəttarın rəngi-ruhunun dəyişdiyini görən Əşrəf qardaşına yaxınlaşdı.

            -Nə olub? - deyə Əlisəttardan soruşdu.

            -Şeydanı, doğum evinə aparıblar. Mən nə edim?

            -Volodyanı götür, ora get! Lazım olarsa, mən də gələrəm.

            Əşrəf əlini cibinə saldı. Bir paçka pul çıxartdı.

            -Al bu pulu, lazım olar. Tələbə adamsan!

             Onlar həyəti yenicə tərk etmişdilər ki, içəridən Raziyənin qışqırtısı gəldi.

            Birdən həyətə sükut çökdü. Bu sükutu uşağın ağlar səsi pozdu.

            Yaxşıxanım, ağ cunaya bükülmüş balaca insancıqla eyvana çıxdı:

            -Ələşrəf, muştuluqmu ver! Oğlun oldu!

            Yaxşıxanım arvad uşağı ona uzatdı. Əşrəf uşağı başının üstünə qaldırıb, ona qaytardı.

            -Yaxşı xala, muştuluğun məndə! - dedi. Əlini cibinə salıb on dənə "palazqulaq yüzlüyü" Yaxşıxanıma uzatdı.

            -Cibin bol olsun, bala! - dedi və otağa keçdi.

            Seyid Bikə eşiyə çıxıb oğlunun boynuna sarıldı:

            -Mənim balam, böyük oğlan olsun! - dedi.

            -Ay na, sağ ol! Sənə başqa xəbərim var: Şeydanı da doğun evinə apardılar. 

-Nə? Nə? Səni şad xəbər olasan!

Sonra üzünü oğlanlarına tutdu:

            -Tez bazarlığa, nə lazımdır alın! Qonaq əlindən yer olmayacaq. Möhüb kişidən bir qoç götürün, kəsdirin. Tez olun!

            Seyid Bikə içəri girib süfrə çıxartdı. Eyvanda ki, böyük stolu açdırdı. Üstünə qab-qacağı yığdırdı.

              Köməyinə gələn həyət arvadları aşağıda yüzlitrlik sarı samovarı  yuyub, içinə su doldurdular.

            Həyət qarışqa kimi qaynayırdı. Hamı bilirdi ki, həyətdə şənlik olacaq. Bu Seyid Bikənin və oğlanlarının hərəkətlərindən də hiss olunurdu.

            Raziyə azad olandan bir saat keçmişdi ki, Əlisəttar Volodya ilə içəri girdilər:

            -Nə oldu? - deyə Seyid Bikə onları qarşıladı.

            Əlisəttar dinmədi.

            -Bikə xala, muştuluğumu ver, qaqaşın qızı olub! - deyə Volodya dilləndi.

            Ana oğlunun boynuna sarıldı. Nərgiz də gəlib əmisinin üzündün öpdü:

            -Əmi, muştuluq, mənim qardaşım olub! - dedi.

            Sanki yuxudan oyanmış Əlisəttar qızı başı üstünə qaldırdı.

            -Mənim gülüm, nə istəyirsən, mən hazır? - O əlini cibinə saldı. Cibində olan pulları qızın başına səpdi. Böyük qardaşına yaxınlaşdı, onu qucaqladı.

            Əşrəfin oğlu, Əlisəttarın qızı olması xəbəri bir an keçmədi ki, bütün məhəlləyə yayıldı. Bunu eşidən dostları onlara tərəf axışırdı.

            Babəli tez qaçıb Abasın dükanına gəldi. Onu qırağa çəkib, qulağına nəsə dedi.

            Abas otağından çıxdı, “raboçusuna” maşının açarını verdi:

            -Get skladdan bir yeşik araq, iki yeşik pivə, üç yeşik limonad yığ. İki dənə də "Ədes" pendir çıxart, yüklə maşına!

            Özü isə Babəlinin yanına qayıtdı.

            -Qoy mən dediklərimi maşına yıxsın, gedək! Bir də gedək, Hüseynağanı götürək.

            -Tanıyırsan, harada olur?

            -Kubinkada.

            -Onda getdik.

***

Fazilgilin həyətinin ağzında klarnet səsi ucaldı. Qapını açan həyət uşaqları məəttəl qalmışdılar. Axı həyətdə toy yox idi. Hüseynağa dəstəsilə qapının ağzında çalırdılar.

            Oynaya-oynaya içəri girən Abasa qoşulan Babəli eyvanın qabağında Əşrəfi rəqsə dəvət etdi. Onunla birgə ortaya düşən Əlisəttar, Əyyub, Nəriman, Volodya Hüseynağanın "Şalakosunun" ecazkar səsinə uyğunlaşaraq, elə ləzzətlə rəqs edirdilər ki, elə bil həyətə rəqs ansamblını dəvət etmişdilər. 

            -Qədeş, oğlunun kirvəsi mənəm! Onun duduxuna qurban! - deyə Abas əlini Əşrəfin çiyninə qoyub birlikdə rəqs edirdi.

            Seyid Bikəni ortaya salan və onu rəqs etməyə vadar edən Əşrəfin dostları, həmişə olduğu kimi,  zarafat etməyə başladılar.

            -Seyidlər rəqs etmirlər, günahdır, Bikə xala?

            -Nə danışırsan?  Quranda bu yoxdur.

            -Vallah, rəqqasə kimi oynayırsan?

            -Mən gimnaziyada oxuyanda, bizə bal rəqsləri öyrədiblər.

            -Məşədi Fazilnən vals oynayırdınız?

            -Niyə ki bala, kimnən əksiyik?

            -Onda mənimlə “Tərəkəmə” oyna!  Hüseynağa bir “Tərəkəmə”!- deyə Abas qışqırdı

            Seyid Bikə şahanə qamətilə onu əhatə edən oğullarının arasında süzürdü. Bəlkə də ondan çox sevinən yox idi. Çoxdan gözlədiyi arzusuna çatmışdı. Balaları ağıllı, başı aşağı. İyirmi yeddinin, otuz yeddinin, müharibənin dəhşətləri uzaqda qalmış, Cəfərli nəsli qanadların göylərə tuşlamışdı. Hər tərəfdən xoş xəbərlər gəlirdi.

Bağırov vəzifədən götürülmüş, deyirdilər ki, sürgün olunanları tezliklə Stalin əhf edəcəkdir.

Hər şey öz qaydasına düşməkdə idi. Nəvələri pis zamanda doğulmamışdılar.  Gün-gündən bolluq yaranırdı.

            -Ay na, dədəyə necə xəbər verək? - deyə Əyyub rəqs edən anasından soruşdu.

            -Heç cürə bir-iki həftəyə özü gələcək, məktubda yazıb!

            Su pərisini xatırladan ağayana xanımın, ağır seyid qızının rəqsi hamının könlünü oxşayırdı. Kənardan əl çalan Abas hərdən birdən söz atırdı:

            -Məşədi Fazil, deyəsən sizi rəqs edəndə qaçırdıb, Bikə xala?

            Seyid Bikəyə qoşulan həyət qadınları və kişilərini gülüşləri, zarafatları bütün məhəlləyə yayılırdı.

Nərgiz isə anasının çarpayısından uzaqlaşmırdı. Anasının alnını sığallayır,  qardaşından gözünü çəkmirdi.

             Yaxşıxanım Nərgizi qırağa çəkdi:

            -Qızım, get, nənəni çağır!

            Nərgiz bir anın içində eyvana çıxdı. Qızcığazın evdən çıxdığını görən Nəriman onu qucağına aldı. Ortaya gətirdi.

            -Gülüm, əmiçün  bir oyna! - dedi.

            Nərgiz əmisinin sözündən çıxmadı, bununla belə  oynaya-oynaya nənəsini axtarırdı. Onu görən kimi əli ilə işarə etdi ki, evə keçsin.

            Nəvəsinin işarələrini o saat anlayan, Seyid Bikə eyvana qalxdı. Qız tərəfə boylandı. Nərgizin başını yelləndiyini görüb otağa keçdi.

            Yaxşıxanım balağını əlinə alıb Seyid Bikəyə yan aldı:

            -Bikə xatın, gəlinin südü yoxdur. Uşaq acdır! - deyə ağlayan uşağı göstərdi: - Qonşu qızlarından gör, kim uşaqlıdır, çağır, qoy uşağa süd versin!

            Seyid Bikə vəziyyətin necə ciddi olduğunu o saat anladı  və həyətə düşdü. Nisə adlı həyətin qadınlarından birini  yuxarı çağırdı.

            -Nisə, Raziyənin südü yoxdur. Uşağı yedizdirmək lazımdır.

            Nisə düşünmədən içəri keçdi. Uşağı qucağına aldı. Süd dolu döşünü onun ağzına saldı. Bircə anın içində uşağın səsi kəsildi. Acgözlüklə süd anasının döşlərini əmməyə başladı. Həyətdəki səs-küyə baxmayaraq, evdə onun ağzının marçıltısi eşidilirdi.

***


ADQOYDU

 

İyulun əvvəlləri olardı Məşədi Fazil Məribdən qayıdanda. Səhər çağı həyətə girəndə, eyvanda heç kim yox idi. Gəlişini heç kim hiss etmədi.

Qapını açdı, içəri keçdi. O dövrdə qapıda  kilid olmazdı. Yuxarı məhəllələrdə bu ayıb sayılardı. Həyətdə qonşu qonşunun malına əl uzatmazdı. Qonşuluğun yazılmamış qanunları vardı. Bu illərdən bəri xalqın bir-birinə hörmətindən yaranmışdı.

            Məşədi Fazil otağın ortasında açılmış nənnini gördü.

            -Bu kimdir? - deyə nənniyə yanaşdı. Bələyə bərk bükülmüş uşağın mürgülədiyini gördü. Anladı ki, ailəsində artım var. Ancaq oğlan və yaxud qız olduğunu başa düşə bilmədi. 

Məşədi Fazil eyvandan boylanaraq arvadların harada olduğunu görmək istədi. Uzaqda, çərhovuzun arxasından, təndir olan yerdən, səs-küy eşidilirdi.

 Məşədi Fazil anladı ki, dağlı qızı Səriyə arvad təndir salıb və hamı  onun ətrafındadır, birlikdə çörək bişirilər.

Yerində dinc oturmayan Nərgiz dəqiqə-başı ayağa qalxır eyvana qayıtmaq istəyirdi.

            Bunu görən Seyid Bikə Səriyə arvadın təndirdən çıxartdığı bir-neçə çörəyi onun qucağına qoydu:

            -Apar evə, mən də gəlirəm! - dedi.

            Eyvanda Nərgiz babasının uca qamətini gördü. Qaça-qaça gəlib əlindəki çörəkləri stolun üstünə qoydu.

            -Baba, baba, can baba! - deyə qızcığaz Məşədi Fazilin boynuna sarıldı. O üzündən, bu üzündən doyunca öpdü.

            Nəvəsinin alnından öpdükdən sonra Məşədi Fazil Nərgizi yerə qoydu.

            -Qızım, bu balaca kimdir? - soruşdu.

            -Baba, muştuluğumu ver, sonra deyim!

            Məşədi Fazil əlini cibinə saldı və nəvəsinin ovcuna pul basdı:

            -Mənim qardaşım!

            -Hm, - deyə, Fazil qımıldandı.

            -Bəs anan hanı?

            -O biri otaqda yatıb.

            -Gəl gedək, qardaşına bir də baxaq.

            Məşədi Fazil içəri keçdi. Əlini cibinə saldı. Bir paçka yüzlük çıxartdı. Balacanın başının altına qoydu və eyvana qayıtdı.

            -Ay nə, baba gəldi! -deyə Nərgiz ləhliyə-ləhliyə özünü nənəsinə çatdırdı.

            Seyid Bikə elə bil heç nə olmayıb kimi, tələsmədən  ayağa qalxdı, Nərgizin əlindən tutub eyvana tərəf yaxınlaşdı:

            -A kişi, xoş gəlmisən! - deyərək ərini salamladı.

-Gözün də aydın nəvələrin olub!

            -Mən birini  gördüm, qalanı hanı?

            -Əlisəttarın da qızı olub! Öz evlərindədir.

            -Arvad, səni xoş xəbər olasan! - dedi. Fikrə daldı: Arvad, daha qocaldıq! - kədərli səslə əlavə etdi.

***

            Bakının adətinə görə uşağın qırxı çıxmayana qədər ona ad qoymazdılar. Ad qoydu qırxdan sonra olurdu.

            Adətən uşağın adını evin böyüyü adqoyduya çağırılan yaxın dostların və qohumların qarşısında molla "Quran"  oxuduqdan sonra, uşağın qulağına üç dəfə onun adını deyərdi. Sonra camaatı süfrəyə dəvət edərdilər.

 Məşədi Fazilin gəlişi uşağların qırxı ərəfəsinə düşdüyündən Seyid Bikə əlini göyə uzatdı:

            -Allahıma qurban olum! Bizi naümid qoymadı. Hər şeyi vaxtında edəcəyik.

            -Ay arvad, nəyi?

            -A kişi, bəs uşağlara adqoydu eləməmişik. Səni gözləyirik. Sabah yox o birisi günü qırxları çıxır.

            Məşədi Fazil dərin fikrə daldı:

            -Bəli, uşaqlarım daha ev-eşik sahibi olurlar. Mən isə hələ xəlvəti, qorxa-qorxa yol ölçürəm. Ürəyim qalır burada. Daha bəsdir. Hər şeyi qaydaya salıb, geriyə dönmək vaxtı çatmışdır.

Axı necə?

Hamı dəyişiklər olacağını gözləyirdi. Səməd də ona bu haqda yazmışdı. Ancaq ortada heç nə yox idi. Bir də Səmərqənddəkilərin, Məribdəkilərin çörəyi idi, onların dolanışı Məşədi Fazildən asılı idi.

            Seyid Bikə çay gətirdi. Soruşmadı ki, acsan ya yox? Təndir çörəyini dinməzcə ərinin qabağına qoydu. İçəri keçib qabın içində dağlı pendiri və nehrə yağı ilə qayıtdı.

Seyid Bikə bilirdi ki, evə qayıdanda o, həmişə ac olurdu.

            Məşədi Fazil bir az çörək yedi. Təzədən fikrə daldı. Eşitdiklərinə qəlbən sevinsə də, ürəyində narahatçılıq keçirirdi.

            -Uşaqların adını nə qoymaq istəyirsiz? - deyə soruşdu.

            -Əlisəttar Fərhad və Şirin qoymağımızı istəyir. Yaxşı adlardır. Necə baxırsan?

            -Onların adını mən qoyacağam! Çoxdan seçmişəm. Ad qoydu-günü deyəcəyəm.

            -A kişi insafın olsun, heç olmasa mənə denən!

            -Olmaz! - deyə Məşədi Fazil arvadının ağzından vurdu. Onun necə tərs olduğunu bilən Seyid Bikə birdə bu söhbətə qayıtmadı.

            Seyid Bikə Nərgizin necə şeytan olduğunu və ərini  necə istədiyini bilirdi. Ürəyində "Dayan, mənə demirsən, nəvənə deyərsən!" - deyib ondan uzaqlaşdı.

            -Ay qız Nərgiz! Bəri gəl! - deyə nəvəsini çağırdı. Qaçıb özünü ona yetirən Nərgizi qırağa çəkdi:

            -Mənim balam, babanı dilə tut! Gör, qaqaşa nə ad qoymaq istəyir? Bilək də.

            Nərgiz yenidən eyvana qayıtdı. Dinməzcə stolun üstünü yığışdırdı. Süfrəni çırpıb, stolun üstünə sərdi.

            -Ay qız, niyə danışmırsan? Dərslərin necədir? Neçəyə keçdin?

            -Baba, dördə. Hamısı beşdir.

            -Təbrik edirəm, mənim balam! Sabah səhər tezdən nə edirik?

            -Sən, mama birdə mən univermağa gedirik!

            -Elədir, mənim balam. Nə edirik?

            -Mən nə istəyirəm, onu alırsan.

            -Elədir, mənim balam!

            -Ancaq alınmayacaq.

            -Niyə, mənim balam?

            -Çünki mamaya olmaz, qırxı çıxmayıb. Sonraya qalır.

            -Qoymarıq qalsın! Nənəni apararıq.

            Nərgiz başını yellədərək razılığını bildirdi, ancaq sonra yenə susdu. Qız elə bil fikrə dalmışdı.

            -Sənə nə oldu, mənim  balam? - deyə narahat qalan Məşədi Fazil soruşdu.

             -Heç nə, baba!

            -Sən düzünü de!- deyə Məşədi Fazil təkid etdi.

            -Baba, qaqaşa nə adı qoyacaqsan?

            Məşədi  Fazil anladı ki, bu arvadının qurduğu oyundur.

            -Sən də sınıq plastinka kimi nənən deyəni soruşursan şeytan? Nənə səni öyrədib?

            -Yox, baba! Bütün həyət bilmək istəyir.

            -Allah qoysa, ad günü bilərsiniz.

            -Özün də deyirsən, mənim gül nəvəmsən! - deyə Nərgiz narazılığını bildirdi.

            -Sən mənim gül nəvəmsən, ancaq adəti pozmaq olmaz, adqoydu günü hər şeyi bilərsən. İki gün qalır?

            -Baba, yaxşı addır?

            -Baban məgər pis ad fikirləşər?

            -Mən də o fikirdəyəm, nənəyə də onu deyirdim... Nərgiz sirri açdığından tutuldu.

            -Deməli, nənənlə  tələ qurdunuz?

            -Yox baba, yox! Biz səni çox sevirik. Qızcığaz Məşədi Fazilin boynuna tullandı.

            Nərgiz nənəsinin yanına qayıtdıqda, Seyid Bikə soruşdu:

            -Uşağa nə ad qoyacaq?

            -Baba dedi ki, yaxşı ad!

***

            Adqoyduya gəlmiş qohum-əqrəba, dost-tanış, həyət adamları eyvana yığışmışdılar. Məşədi Fazilgildən bir neçə həyət aralı Təzə Pirin şeyxi yaşayırdı. O,  da dəvət olunmuşdu.

Bu məhəllələrdə adqoydu İslam adəti ilə keçirilərdi. Evin ağsaqqalları dəstəmaz alar, namaz qılar, namazdan sonra "Quran" açılar, istixarə edilər və sonra evin ağsaqqalı  və yaxud şeyx uşağın adını qulağına oxuyardı.

Namazdan sonra şeyx, Məşədi Fazil, Dadaş xan eyvana qayıtdılar. Dadaş xan üzünü qızına tutdu:

            -Uşağı gətir.

            Raziyə içəri keçdi, qucağında uşaqla qayıtdı. Dadaş xan körpəni götürüb Məşədi Fazilə uzatdı:

            -Məşədi, sənin nəslindir, adı da sən qulağına oxumalısan!

            Məşədi Fazil  Dadaş xanın əlindən uşağı aldı, üzündəki tülü açdı,  qulaqlarını tutmuş papağı çıxartdı və gəlininə verdi. Balacanın üzündən öpdü.

Sakitcə durmuş uşaq vurnuxdu. Nəvəsinin sakitləşdiyini görən Məşədi Fazil ağzını uşağın qulağına yaxınlaşdırdı:

            -Adın Tahir, Rəbbin Allah, Peyğəmbərin Məhəmməd, Dinin İslam, Nəslin Cəfərli, Allah səni saxlasın balaca insan! -dedi və uşağı gəlininə qaytardı.

            Raziyə uşağı içəri aparan kimi, otaqdan qucağında qızı ilə Əlisəttarın yoldaşı Şeyda çıxdı.

Məşədi Fazil körpəni qucağına aldı və onun da üzündəki tülü və papağını açdı, ağzını uşağın qulağına yaxınlaşdırdı:

            -Adın Zöhrə, Rəbbin Allah, Peyğəmbərin Məhəmməd, Dinin İslam, Nəslin Cəfərli, Allah səni saxlasın balaca insan! - dedi və uşağı gəlininə qaytardı. Sonra üzünü eyvana yığışmış qohum-əqrəba və dost tanışa tutdu:

            -Yaxına gəlin! Şahid olun və şəhadət edin! Mən oğul nəvəmin adını Tahir, qız nəvəmin adını Zöhrə qoydum.

            Sanki Hüseynağa bunu gözləyirdi, klanetin səsi bütün məhəlləni bürüdü. Həmin günü bütün həyət bayram etdi. İndiyə qədər məhəllənin qocalarının yadındadır. Bunu qələmə alan onların dillərindən yazır.

***

            1953-ci ilin martın əvvəli  Stalinin ölüm xəbəri bütün dünyaya yaydı. Rəhbərin ölümü demək olar ki, hamını kədərləndirmişdi. Onu istəyənləri də. istəməyənləri də.

            Dəmir yumruğu ilə böyük bir ölkəni saat kimi idarə etmək hələm-hələm iqtidara nəsib olmayıb.

Bu insanın ölümü isə ölkədə sanki boşluq yaratmışdı. Özündən sonra fərasətli bir rəhbər qoymayan Stalin sanki  əvəzedilməzliyini göstərirdi.

            53-cü il Cəfərlilərin üçün xoşbəxt il idi. Məşədi Fazil məzuniyyətə çıxmış, Səmərqənddən Bakıya qayıtmış, ailəsini başına yığmışdı, hərdən bir iş yerinə zəng vururdu.

 Hər şey öz axarı ilə gedirdi. Səməd ağa ilə Tiflisdəki kəlağayı sexini işlədirdilər, Basqaldan və Tiflisdən gələn kəlağayını Aşqabada, Məribə, Səmərqəndə və Orta Asiyanın başqa şəhərlərinə göndərirdilər.

            Namiq əkə də öz adamlarıla Bakıya gəlmişdilər. 

            Bu səfər Namiq əkə Bakıya gələndə Nərigiz on üç yaşın içində yaraşıqlı xanıma çevrilmişdi. Onun iri qara gözləri, dağ qızına məxsus qaməti, incə beli, topuqlarına çatan hörükləri vardı. Yeddinci sinfə gedirdi.

            Süfrəni açan Nərgizə Namiq əkə göz altı baxır, onu hər tərəfli süzürdü. Hiss olunurdu ki, Namiq əkə Məşədi Fazilə nəsə demək istəyir, ancaq cürət etmirdi.

            Fikirlərini  cəmləşdirdikdən sonra  Məşədi Fazilə müraciət etdi:

            -Fazil əkə, Vallah, bu qızı gözüm tutub, icazə versən, oğlum Əsədə nişanlayardım.

            Söhbətin belə məcra aldığını görən Məşədi Fazil  susdu. Fikrə daldı. Bir an gözləri önündə Namiq əkənin gözünün ağı-qarası Əsəd durdu. Ağıllı və qabiliyyətli bala. Onun gözü qabağında böyümüş, boya çatmış oğul. Demək olar ki, öz balaları qədər sevdiyi bir övlad.

            Namiq əkənin bu gözlənilməz təklifi nə qədər onun ürəyincə idi. Məgər Məşədi Fazil bundan ağıllı övlada qız verəcəkdi. Ancaq hələ hər ikisi uşaq idi.

            -Namiq əkə, sən ürəyimdən deyirsən. Əsəd mənim öz balamdır. Öz gözümün qabağında böyüyüb. Əsədin vur-tut on altı yaşı olar olmaz. Hər ikisi hələ uşaqdır, bu haqda danışmaq tezdir.  Vaxtı deyil.

            -Fazil əkə, mən əl yeri qoyuram da. Bilin, bu qızın adaxlısı Əsəddir.

            -Mənim atam deyərdi ki, qızı verdin, sevin! Ancaq Nərgiz bizim gözümüzün nurudur. Onu necə gözdən qoyacağıq, heç özümüz də bilmirik.

            -A kişi, sən elə danışırsan, elə bil  Səmərqənd, Mərib sənin evin deyil? Əsəd igid oğlandır. Yaraşıqlı gəncdir. Bir-birlərinə də yaraşırlar.

            -Namiq əkə, gəl bir az gözləyək. Allah bilən məsləhətdir. Qoy bir az böyüsünlər. Bir də Əşrəfi dilə gətirmək asan olmayacaq.

            -O mənim boynuma.

***

            Nərgiz üç yaşlı Zöhrənin saçını darayırdı. Tahir isə gah Zöhrənin, gah da Nərgizin saçını dartır, qəhqəhə çəkib gülürdü.

            -Tahir, dayan, qoy qızın saçını darayım. Əmi gələr, bizi danlayar.

            -Mən qoymaram! Əmi məni çox istəyir. Gedək bayıra, gedək! Mən gəzmək istəyirəm.

            Tahirin mane olduğunu görən Nərgiz eyvanda xörək bişirən anasına üzünü tutdu:

            -Ay na, Tahir qoymur, Zöhərənin saçını darayım. Əmigil indi gəlib, onu qonaq aparacaq!

            -Tahir, qızlardan əl çək! - deyə Raziyə acıqlandı. Uşaq isə ağlamağa başladı.

            Səsə eyvana Seyid Bikə çıxdı.

            -Mənim balamın xətrinə kim dəyə bilər? Onların gözlərini çıxardaram.

            -Nənə, bizim saçımızı dartır! - deyə Nərgiz şikayət etdi.

            -Əcəb edir! Qız hörüyü nə üçündür? Oğlanlar dartmaq üçün! Qoy, öyrənsin! Vaxt gələcək birinin hörüyündən tuta-tuta evimizə gətirəcək.

Mənim balım, gəl, nənəylə gedək gəzməyə.

            Seyid Bikə Tahirin əlindən tutub həyətdən çıxdılar. Çox  çəkmədi ki, həyətə Əlisəttarla Şeyda daxil oldular. 

Atasının gəlişini görən Zöhrə tez ayağa qalxdı. Başını aşağı salıb divara sıxındı.

Əlisəttar bir kəlmə belə  uşaqla danışmadı. Boynuna sarılan Nərgizin alnından öpdü.

            -Özünü necə aparıb? - deyə Zöhrəni göstərdi.

            - Zöhrə? Çox gözəl. Aləmi bir-birinə Tahir qatır.

            -Ona olar, çünki oğlandır. Qıza olmaz! Qız yerini bilməlidir.

            -Əmi, axı sən mənimlə belə dolanmırsan?

            -Çünki sən mənim böyük balamsan.

            -Zöhrə də böyüyəcək.

            -Onda baxarıq. İndi isə yerini bilsin.

            Raziyə eyvana çıxdı.

            -Yuxarı niyə çıxmırsız? - deyə soruşdu.

            -İstəyirik bir Ağaxəlilgilə dəyək. Zakazımız var.

            Ağaxəlil Əlisəttarın bibisi oğlu idi. Bakıda tanınmış zərgər idi.

Əlisəttar təhsilini başa vurandan sonra, onu Xəzər gəmiçiliyinə təyinatla tərcüməçi göndərmişdilər. Ənzəliyə gedən gəminin birində tərcüməçi işləyirdi.

Qıza müddət ərzində iş yerində  hörmət qazanmışdı, hamı onun xətrini istəyirdi. Yaxşı dolanırdılar. Məşədi Fazilin onunla bağlı dərdi yox idi.

            Fazil Bakıda günlərini kitablarla keçirirdi. Nə cür yorğun olsa da, kitab onun əsəblərini sakitləşdirirdi. Sanki o özünü dünyadan təcrid etmişdi. Təkcə Seyid Bikə bilirdi ki, bu saat bütün dünya onundur. Düz bir ay Məşədi Fazil gecə gündüz kitablardan əl çəkmədi. Hətta oxuduqları kitabları bir daha təkrar oxuyurdu.

            Seyid Bikə etiraz edəndə ki, bir kitabı nə qədər oxumaq olar? Gülərdi.

-Mir Hüseyn ağa deyirdi ki, Peyğəmbər həzrətlərinin kitab oxumaq haqqında maraqlı sözləri vardır. Peyğəmbərimiz bir kitabı oxumaq və onu qırx il təkrar etməyi məsləhət bilirdi. Onun bu sözlərinin müdrikliyinə hər gün şahid oluram. Oxuduğum kitabları təkrar etdikcə, yeni detalları aşkar edirəm. Gözdən qaçırtdıqlarımı yenimdən oxuyuram. 

            Məşədi Fazil Seyid Bikənin aşağıdan yuxarı ona baxdığını görüb, kitabı əlindən yerə qoydu və üzünü ona tutdu:

            -Seyid qızı, Aqutaqava Rünoskenin  kitabını oxumamısan? -  deyə soruşdu.

            -Bəlkə də. Ancaq yadımda deyil.

            -Bilirsən nə yazır?

            -Yazır ki, "Ömrümüzün yarısını valideynlərim məhv etdi, yarısını uşaqlarım." Maraqlı burasıdır ki, bu romanı yazan özü iyirmi səkkiz il yaşayıb. Şükür Xudaya, bunu bizə aid etmək olmaz. Biz valideynlərimizdən əziyyət çəkməmişik, Allahın köməyilə balalarımızdan da çəkməyəcəyik.

            -Nə olsun, Şura hökumətindən ki, çəkdik. Vətəndən digərgin düşdün.

Kimləri itirmədik. Atamı, qardaşlarımı... O cür qohum-əqrəbamı, dostları, ziyalıları... Eh Fazil-Fazil! Nə tez unutdun? Allah bunları heç kimə göstərməsin.

            -Bikə, sən nə danışırsan? Bunları unutmaq olarmı? Yada salanda başımın tükləri biz-biz olur. Nələrdən keçməmişik.

27-ci ildə kamerada oturub güllələnməyimi gözləmirdim? Kameradan çıxarıb hara apardıqları indiyə qədər yadıma gəlmir. Fikir məni elə aparmışdı ki, ayılanda gördüm Krasnovodskidiyəm. Nə qədər adamı bunlar bədbəxt etdilər, ailələri başsız qoydular...

            -O cür Seyid Rzaya əl qaldırdılar. Ondan savadlı adam vardı mı? Bəs Mir Kamil qardaşım? - Seyid Bikənin gözləri yaşardı.

            Mir Kamil Seyid Bikənin 20-ci ildən itkin düşmüş,  igid, sözü əməlilə düz gələn gözəl, savadlı, qabiliyyətli, tərbiyəli, vətənpərvər bir gənc idi. Ordu yaranan kimi Bakı universitetində təhsilini dayandırdı, əlinə silah alıb cavan Azərbaycan respublikasını qorumağa getdi.

Əlisəttar Mir Kamilə elə oxşayırdı ki, tkı çil bir almadı, yarı bölünüb. Hərdən Seyid Bikə çaşıb ona "qardaş" deyirdi. Mir Kamilə olan məhəbbəti Əlisəttara keçmişdi. 

            -Deyirlər ki, Mir Kamil qardaşın İranda generaldır

-İnanmıram! Mənə təskinlik vermə, Fazil! İyirmi beş il keçib. Nə izi var, nə tozu.

            -Al, buna bax! - deyə Məşədi Fazil əlindəki "Pravda" qəzetini Seyid Bikəyə uzatdı.

            Qəzetin birinci səhifəsində İran şahı və onun ətrafında general geyimində iki nəfərin şəkli vardı. Seyid Bikə  qəzetə baxdı. Şappıltı ilə yerə dəydi. Onun ürəyi keçmişdi.

            -Ay qız, Nərgiz! Hardasan? - deyə Məşədi Fazil Seyid Bikənin başını azca yerdən qaldırdı.

            Qaynatasını səsinə Raziyə eyvana çıxdı. Seyid Bikənin yerə yıxıldığını, görüb qaçıb onun başını dizinin üstünə qoydu

            -Dədə, anaya nə oldu?

            -Heç mənim balam. İndi keçib gedər.

            Məşədi Fazil otağa keçdi, apteçkadan naşatır spirti ğötürdü. Eyvana qayıtdı.

 Gəlin Seyid Bikənin əllərini ovxalayırdı.

Məşədi Fazil naşatır spirtini flakonunu Seyid Bikənin burnuna yaxınlaşdırdı. Qadın sanki diksinərək gözlərini açdı.

            -Mən bilirdim, belə olacaq, odur ki, sənə göstərmirdim.

            -Fazil, belə çıxır ki, Mir Kamil ağa sağdır. - deyə gözlərini ərinə tutdu.

            -Belə çıxır, özü də Allaha min şükür! Böyük vəzifədə, ad sanda. Ancaq xahiş edirəm, hay-küy salma!

            -Ver, bir də baxım!

            -Yenə də bu hala düşmək istəyirsən?

            -Daha olmaz! Xəbər qəfil deyil. Ver, baxım!

            -Əvvəl özünə gəl!

            Raziyəylə onun qoluna girib, otağa keçirtdilər. Çarpayıya uzatdılar.

            Ərinin otağı tərk etdiyini görən Seyid Bikə üzünü gəlininə tutdu:

            -Qızım, eyvandakı stolun üstündəki qəzeti evə gətir.

            Raziyə eyvana çıxdı. Qaynatasının qəzetə diqqətlə baxdığını gördü.

            -Dədə, ana qəzeti istəyir.

            -Denən, hələ tezdir. Bir balaca gözləsin.

            -Qəzetdə nə var ki, ana bu hala düşdü?

            -İtmiş qardaşı Mir Kamilin şəkli. -deyə Məşədi Fazil qəzeti gəlinə uzatdı.

            Raziyə diqqətlə qəzetə baxdı.

            -Dədə, məgər ananın Mir Kamil adlı qardaşı var?

            -Var, mənim balam, itkin düşdüyündən bu haqda heç vaxt danışmırdı.

            -Dədə, necə də Əlisəttara oxşayır. Elə bil, bir almadırlar. Ancaq bu bir balaca yaşlıdır. Bir əlli yaşı olar?

            -20-ci ildə on doqquz yaşı vardı. Otuz dörd il keçir... Qızım, apar anana! Ona həyəcan keçirtmək olmaz!

            Məşədi Fazil dərin fikrə daldı. "Dünya necə dardır!? Hər şey öz yerini alır." - düşündü.

Mir Kamilin şəklini bir ay bundan qabaq qəzetdə Səmərqəndə olanda görmüşdü. Namiq əkəyə qəzeti göstərib, məsləhət istəmişdi.

 Belə qərara gəlmişdilər ki, Namiq əkə İrandakı qohumlarına bu qəzeti göndərir və şəkildəki generalın  kimliyi haqqında məlumat öyrənsinlər. Çünki qəzetdə generalın adı yazılmamışdı. Mir Kamil ağaya oxşayan bir adam ola bilərdi...

Tehrandan gələn xəbərlər də sevindirici idi.

Namiq əkəyə yazırdılar ki, şəkildəkinin adı Mir Kamil ağadır. Şah qvardiyasının generalıdır və Mir Kamil ağa hər həftənin axırı Tehranın Cümə məscidində Şahənşahla  birlikdə  namaz qılırlar.

-Məşədi, istəyirsən səni İrana keçirdim, onunla görüşəsiniz. - deyə Namiq əkə təklif etmişdi.

-Baxarıq! - deyə Məşədi Fazil cavab vermişdi.

            Seyid Bikə kiçik qardaşı Mir Kamili hamıdan çox istəyirdi.

            -Ana, nə gözəl kişidir?! Necə  də Əlisəttara oxşayır! - deyə Raziyə qəzeti Seyid Bikəyə  uzatdı.

  Qayınanasının gözlərindən  yaş sel kimi axırdı.

            -Ana, ağlama! Allaha min şükür, hər şey ki yaxşıdır. Niyə ağlayırsan?

            -Qızım, sevindiyimdən. Sən bilmirsən, onu nə qədər istəyirdim. Bakıda ondan gözəl və ağıllı oğul yox idi. Evdən çıxanda gimnaziyanın qızlarının əlindən universitetə gedə bilmirdi. Qız gözəlliyi vardı. O, isə heç  birinə baxmırdı. Çox ciddi və igid oğlan idi. Qorxunun nə olduğunu bilmirdi. Ölümün üzünə dik baxardı. Sənin Tahirin də bu xasiyyət var. Balacalığına baxma, o boyda dağlı itlərinin burnundan tutur. Quyruğunu dartır.

            -Ay na, sən niyə keçmiş zamanda danışırsan? Axı o sağdır!

            -İnanmağım gəlmir, Raziyə!

            -Bu boyda yalan olmaz! Gözünüz aydın olsun!

            -Qurban olum Allaha, bu gün ki günüm üçün! Ürəyimdə ki xisləti çıxartdı. Qardaşımın sağ olması xəbərini eşitdim. İnanıram ki, Allah qoysa, özünü də görəcəyəm.

            Məşədi Fazil sakitcə otağa daxil oldu, Raziyə ayağa qalxdı:

            -Sakitləşdin?

            -İndi pis deyiləm. Qəzetə baxdım, üç-dörd ay bundan qabaq çıxıb. Niyə mənə demirdin?

            -Səmərqənddə olanda bu qəzeti almışdım. Hər şey yaxşıdır. Qismət Allahındır, rəvadırsa, görüşəcəyik. Ancaq bu haqda daha heç kimə bir söz demə!

            -Uşaqlara da olmaz?

            -Uşaqlara demək olar, ancaq ağızlarını möhkəm saxlasınlar. Başımıza bəla aça bilər. Əlisəttarın işinə xələl gətirə bilər. Heç kimə deməyin.

            -Baratgilə də?

            -Onlara göndər.

            -Axı,  qəzet bir dənədir.

            -Doğurdan ha!

            Məşədi Fazil otağına keçdi.

            -Nərgiz harda itib, batıb? -  deyə Seyid Bikə soruşdu.

            -Tahiri gəzdirir. İndi çağırtdıraram.

            Raziyə həyətdə oynayan qonşu uşağı Seyfullanı səslədi:

            -Seyfulla, get Nərgizi çağır, bura gəlsin!

            Seyfulla elə bil bunu gözləyirdi. Qaça-qaça həyətdən çəmənliyə götürüldü.

            Bir neçə dəqiqədən sonra eyvanın altından Nərgizin səsi eşidildi:

            -Ay na, nə var?

            -İçəri keç, səninlə işimiz var.

            Nərgiz içəri keçib nənəsinin qarşısında dayandı:

            -Nənə, nə lazımdır? -  soruşdu.

            Seyid Bikə əlindəki qəzeti qıza uzatdı.

            -Mənim balam, Tahiri götür, gəzə-gəzə Sovetskiyə düş! Bu qəzetdən beş-altısını al gətir. Al, bu da pul.

            Nərgiz diqqətlə qəzetə baxdı, birdən qəzetin birinci səhifəsindəki şəkli nənəsinə göstərdi:

            -Nənə, bu necə Əlisəttar əmiyə oxşayır. Elə bil əmidir, zabit formasında.

            -Əmin deyil, mənim balam! Bu mənim qardaşımdır.

            -Nənə, hansı qardaşınız?

-İrandakı, mənim balam! Qəzetləri elə onun üçün alırsan.

            Nərgiz qəzeti nənəsinə qaytardı. Həyətdən çıxan kimi geri qayıtdı.

            -Ay nə, səndəki qəzetin tarixinə birdə baxım?-deyə müraciət etdi.

Nənəsi  saralmış qəzeti ona uzatdı.

-Ay nə, bu qəzet iki ay bundan qabaq çıxıb! Bunu necə ala bilərəm?

-Vay,  sən bir bizə bax, lap özümüzü itirmişik. Qayıdın geri!

            Məşədi Fazil qəzetdə gördüklərinin kim heç kimə danışmamağı Raziyəyə Nərgizə də tövsiyə etdi.

          

***

            Bu hadisədən bir həftə də keçdi. Hər şey əvvəlki qaydasıla gedirdi. Elə bil heç nə baş verməmişdi.

Seyid Bikə isə özünə yer tapa bilmirdi. Bir tərəfdən sevindiyini, digər tərəfdən səbirsizliyini təkcə Məşədi Fazil hiss etmirdi. Bütün həyət bu fikirdə idi ki, Seyid Bikə dəyişib, cavanlaşıb, sanki uçur.

Gecə yarsı Məşədi Fazil çarpayısında vurnuxan arvadına üzünü tutdu:

            -Ay arvad, niyə yata bilmirsən?

            -Fazil, görəsən Mir Kamili görə biləcəyik?

            -Dərdin elə budur?

            -Bundan başqa nə dərdim ola bilər? Onu görmək istəyirəm.

            -İstəsən, təşkil edə bilərəm.

            -Deyirsən, İrana gedək? Kimdir  bizi ora qoyan?

            -Qoy, Namiq əkə gəlsin, onunla məsləhətləşək.

            -O, nə edə biləcək?

            -Namiq əkə üçün sərhəd yoxdur. Adamları hər gün  İrana, Əfqanıstana, daha nə bilim hara, gündə beş-altı dəfə keçirlər.

            -Nə olsun?

            -O olsun ki, onların adamlarından biri ilə Mir Kamilə xəbər çatdırarıq. Sərhədi keçək.

Mənə elə gəlir ki, səni gəzməyə aparacağam. Hazırlaş, gedirik Aşqabada!

            -Sən zarafat edirsən? Bəs uşaqlar?

            -Niyə ki? Maşallah evləri-eşikləri. Gəlinlərin də top kimi. Daha nə istəyirsən? Elə də qayınanalıq!

            -Fazil, bəs uşaqlara nə deyək?

            -Onlara heç nə.

            -Nərgizi də onda özümüzlə aparaq. Tətildir.

            -Sən bilən məsləhətdir.

 

                                    ***

            1953-cü ilin iyun ayının axırı idi. Namiq əkə əvvəllər olduğu kimi yenə də hay-küylə Məşədi Fazilin həyətinə daxil oldu.

            Qonaqları gülər üzlə qarşılayan Seyid Bikə onları eyvana dəvət etdi. Məşədi Fazil otağında kitab oxuyurdu.

            Bu dəfə Namiq əkə tək gəlməmişdi. Oğlu Əsədi də özülə gətirmişdi.

            Namiq əkənin özbəkliyinə baxmayaraq azərbaycanca çox gözəl danışırdı. O, Bakıya gələndə hamı onun azərbaycanlı olduğunu düşünürdü. Azərbaycan ədəbiyyatını, mədəniyyətini, musiqisini elə  bilirdi ki, hərdən Məşədi Fazilin özünü də heyrətə gətirirdi.

            -Ay Namiq əkə, bunları sən haradan bilirsən? - soruşurdı.

            -Bu mənim qanımdadır, Məşədi. Dərinə getsək, bizim nəsli Səmərqənddə və Məribə Teymurləng Azərbaycandan köçürdüb.

Deyirlər ki, ulu babalarımız çox  savadlı və dərrakəli insanlar olduğundan, Əmir onları öz dəstəsinə qatıb Səmrqənddə gətirmiş,  mülk, malikanə, kəndlər vermiş və özünə yaxınlaşdırmışdır. İndiyə qədər bizimkilərin çoxu elə azərbaycanca danışırlar da.

Səmərqənd ətrafındakı kəndlərin çoxu musiqilərini də saxlayıblar. Görmürsən, necə muğamat oxuyurlar.

 Teymurləng dahi insan olub. Bütün ağıllı insanları bir yerə yığıb, İslam aləminin ən qüdrətli səltənətini yaradıb. Ancaq əfsuslar olsun ki, ondan sonrakılar dağıdıblar.

            -Namiq əkə, indi mənə aydın olur ki, Səmərqəndlilərin çoxu niyə bizim dili bilirlər.

            Seyid Bikə Əsədin alnından öpdü. O, böyüyüb boya çatmışdı. Hündür qamətli bir oğul olmuşdu, iri qara gözlü, incə  sifətli, aristokrat baxışlarından nəciblik yağırdı.

            -Maşallah, bu nə böyük oğul olub. Bəydir! Qızımı alırsan? - deyə Seyid Bikə Əsədi zarafatla diqqətlə oğlanı süzən Nərgizi göstərdi.

            Nərgiz nənəsinin gözlənilməz bu sözlərindən Əsədin qıpqırmızı qızardığını və utandığını gördü. Bu sözlərin ona da aid olduğunu anlayan Nərgiz də başını aşağı saldı.

            -Hə bala! Qızım xoşuna gəlmir? - deyə Seyid Bikə davam etdi.

            Əsəd daha da sıxıldı. Uşağın sanki dili tutulmuşdu.

            -Səni igid bilirdim. Sən demə, heç  dilin də  yoxmuş? Gül kimi qız verirəm sənə, ağzını açıb bir «Sağ ol»» da demirsən. Belə getsə, səninlə mənimki tutmayacaq.

            Namiq əkə oğlunun nə hala düşdüyünə fikir vermirdi. Seyid Bikənin isə bu zarafatına sevinirdi. Onun gözü Nərgizdə idi. 

            Başını aşağı salmış Nərgiz nənəsinin zarafatlarını eşitdikcə hərdən birdən başını qaldırıb Əsəd tərəfə baxır, nə hala düşdüyünü görmək istəyirdi. Qızın oğluna etinasız olmadığını Namiq əkə o saat hiss etdi.

            -Nərgizim, bəs sən? Bu igidə ərə gedərsən? - deyə Namiq əkə soruşdu.

            Nərgiz utandığından gözlərini yerə dikdi. Qımıldanmadı da.

            Seyid Bikəylə Namiq əkə qəhqəhə çəkərək gülüşdülər.

            Bu  gülüşün səsinə səhərdən yazı stolunun arxasından durmayan Məşədi Fazil otaqdan çıxdı:

            -Ay qardaş, xoş gəlmisən! - deyə Məşədi Fazil və Namiq əkə iki dəfə qucaqlaşdılar.

            -Mən kimi görürəm, kürəkənimiz də gəlib! Əsəd bala,  bizə xoş gəlmisən! - deyə oğlanı bağrına basdı. Sonra evdən Raziyəni çağırdı.

            -Qızım, bayıra çıx. Bir kürəkəninə bax!

            Qayınatasının bu sözünə doluxan Raziyə dinmədən eyvana çıxdı. Onun nə dediyini anlamaq istədi.

 Məşədi Fazil ona Əsədi göstərdi:

            -Bir oğula bax! Buna qayınanalıq edərsən?

            İndi Raziyəyə çatdı ki, Məşədi Fazil kimi nəzərdə tuturdu. Dinməzcə Əsəd tərəfə baxdı. Gənc, doğrudan da, onu özünə cəlb edirdi. Çox yaraşıqlı oğlan idi.

            -Dədə, bu cür balaya qızımı verməyə hazıram. Ancaq hələ Nərgiz uşaqdır. Böyüyər, sonra baxarıq.

            Bayaqdan söhbətin onların xeyrinə getdiyini görən Namiq əkə dinmirdi. Ancaq Raziyənin sonuncu sözünə o, dözə bilmədi.

            -Qızım, bir bunlara bax! Bir almadırlar, iki bölünüblər. Bunları ayırmaq olmar?

            -Namiq əkə, mən ayırmıram. Bunun mən də tərəfdarıyam. Bəlkə də sizdən də çox. Ancaq hələ tezdir.

            -Mən nə deyirəm?  Gəlin, ad edək, nə qədər lazımdır gözləyək. - deyə Namiq əkə dilləndi.

            -Hamımız razıyıq ki, pişiyin boğazından zınqırov asaq. Bəs zınqırovu kim asacaq? - deyə Seyid Bikə dilləndi.

            -Ay arvad, sən nə deyirsən? - deyə Məşədi Fazil təəccübləndi.

            -A kişi, Əşrəfdən qız ala bilərsən? Onun yanında Nərgizin adını tutmaq olar?

            -Namiq əkə, arvad düz deyir. Gərək tədbirlə iş görək. Xətrinə dəyməyək. Əşrəf Nərgizlə nəfəs alır. Ürəyinin parasıdır. Onu mənə tapşır. Bir balaca gözləyək.

Qoy, qız bir az da böyüsün. Özün də görürsən ki, biz hamımız razıyıq.

Əşrəf mənim boynuma, ancaq gözləyək. İndi isə keçin içəri, xoş gəlmisiniz!  Canım ciyərimsən.

            Söhbətin onlara aid olduğunu görən gənclər utandıqlarından başlarını aşağı dikmişdilər. Bununla belə Nərgiz hərdən-birdən başını yuxarı qaldırıb, Əsəd tərəfə baxırdı. Onun iri gözləri oğlanın gözlərinə dəyən kimi başını aşağı salırdı. Deyəsən, bu gündən yeni bir məhəbbətin tarixçəsi başlayırdı.

 

***

            Məşədi Fazili tanıyanlar yaxşı bilirdilər ki, o heç vaxt Seyid Bikənin xətrinə dəyməzdi. Bu mehribanlıqda cütlüyü hələ heç kim görməmişdi. Həyat yoldaşının ağzından çıxan sözü əvvəlcədən hiss edirdi, ürəyindən nə keçdiyini bilirdi.

            O, seyid Bikənin ürəyinin qardaşının yanında qaldığını o saat duydu. Anladı ki, onunla görüşmək üçün canını verərdi. Fazilin əlindən bir şey gəlirdi - İrana keçmək və Mir Kamilə Seyid Bikəni görüşdürmək.

            Azərbaycanın Cənub bölgəsindən keçmək qeyri-mümkün idi. Çünki bu bölgənin əhalisi sərhədçilərə elə xidmət edirdilər ki, elə bil sərhəddə duranlar ataları idilər.

             Kəndə ayaq basan kimi "Zastavaya" xəbər çatdırırdılar. Nə hır qanırdılar. nə zır. Qardaş qardaşı satırdı. Son nəticədə hər ikisi NKVD-nin agenti çıxırdı.

            Seyid Bikəni sərhədin o biri tayına keçirtməsəydi, onu sakitləşdirə bilməyəcəkdi. Odur ki, axşam yeməyindən sonra Namiq əkəni qırağa çəkdi Fikrini ona açdı.

            -Mənimçün çətin iş deyil. Adamlarımı İrana keçirdərəm, xəbər gətirərlər.

            -Namiq əkə, istəyirəm ki, Seyid Bikəni götürüb Aşqabada aparım. Oradan Məşhədə keçmək olur. Bəlkə keçib.  görüşdük.

            -Lazım bilərsən, mən özüm sizinlə keçərəm.  İran mənim ikinci vətənimdir. Bizim qohum-əqrəbaların çoxu elə o taydadır.

            -Onda danışdıq. Sizinlə birlikdə biz də Aşqabada qayıdırıq.

            Seyid Bikə ərinin Namiq əkə ilə nədən söhbət etdiyini sanki hiss etmişdi.

            -Fazil, Aşqabada getməyimizi Namikə dedin! - deyə onlara çay gətirən Seyid Bikə öyrənmək istədi.

            -Bikə xatın,  sən  haradan bildin ki, biz nədən danışırıq? - deyə Namik əkə ondan soruşdu.

            -Gördüklərimi görsəydin, sən də hər şeyi uzaqdan hiss edərdin! - deyə Seyid Bikə cavab verdi.

            -Mənim bacım, biz çəkdiyimizi, Allah heç kimə göstərməsin. Ancaq Məşədi Fazil, doğurdan da, xoşbəxtdir ki, onun belə ağıllı xanımı var.

Gəlin, bazar günü birlikdə çıxaq. Nərgizi də özümüzlə aparaq. Qoy, balalarımız bir-birinə öyrəşsinlər. Bizim arzumuzdur, Allahın qisməti. Əşrəf balamızı da dilə gətirərik.

            -Mən razı! - deyə Seyid Bikə ondan uzaqlaşdı, Nərgizə yaxınlaşdı. Qulağına nəsə pıçıldadı.

            -Ora bax! - deyə Məşədi Fazil Nərgizlə Seyid Bikəni Namik əkəyə göstərdi

-Namiq əkə, Nərgizə xəbər verməsəydi, ürəyi partlayardı. Bu arvad bu qızsız yaşaya bilmir. Bütün dərdi-səri bu qızladır.

            -Allah qoysa, hər şey yaxşı olacaq! -deyə Namiq əkə eyvanda qoyulmuş stolun arxasına keçdilər.

 

***

            Səhərki günü Tiflisdən qayıdan Əşrəfə Seyid Bikə Məşədi Fazilin qərarını çatdırdı.

            -Biz Aşqabada gedirik, Nərgizi də özümlə aparıram. Qoy, o da gəzsin, dünyanı görsün. Gördükləri elə buradır! - deyə oğlunun ağzını bağladı.

            -Ay na, bəs anası nə deyir? Bəs Tahiri kim yola verəcək? - deyə Əşrəf soruşdu.

            -Mən haçandan gəlindən icazə alan qaynana olmuşam. Tahirə Raziyə özü baxar! Nərgizi isə aparıram.

            -Ana, məni başa düşmədin!?

            -Çox yaxşı başa düşdüm. Bitdi!  Hazırlaş,  bizi yola salmağa!

            Anasının bu qətiyyətini görən Cəfərli uşaqları o saat susurdular. Biri istəməzdi ki, Seyid Bikə hirslənsin. Onun hər sözü qanun idi.

Üç gün sonra Aşqabada gedənlər Abasın və Volodyanın "Pobeda"larına doluşdular. Bakı limanına üz tutdular.

Gəminin yola düşməsinə  hələ vaxt var idi. Buna baxmayaraq liman adamla dolu idi.

 Şəhərdə əyləncə yerlərinin az olduğundan gəminin qarşılanması və yola salınması bir əyləncəyə çevrilmişdi. Odur ki, burada sakinlər vaxt öldürürdülər.

            Gəmiyə "posadka" üçün ayrılmış yerə ancaq bileti olanları və  yola salanları buraxırdılar.

            Çətinliklə qapıya tərəf irəliləyən sərnişinlər çalışırdılar ki, diqqətlərini itirməsinlər, çünki Bakı limanı oğru, cibgir və fırıldaqçılarla dolu olurdu. Bircə anın içində olan qalanının itirərdin.

            Əşrəf, Abas, Volodya "posadkaya" keçmək üçün onlara yol ayırdılar.

            Məşədi Fazil, Namiq əkə, Seyid Bikə, Nərgiz və Əsəd trapla yuxarı qalxmağa başladılar.

            Nənəsindən ayrılan Tahir ağlamağa başladı:

            -Mən də gəmiyə istəyirəm. Nənə, məni də apar.

            Seyid Bikə arxaya baxa bilmirdi. Nəvəsinin hönkürtüsü onu dala qayıtmağa vadar edirdi.

            Arvadının nə hala düşdüyünü görən Məşədi Fazil onun qoluna girdi və gəminin arxa tərəfinə keçirdi. Geri qayıdıb yuxarıdan Əşrəfi səslədi:

            -Bala, hər şey yaxşıdır. Sağ olun! Uşağı buradan uzaqlaşdırın! Ayıbdır!  Uşaqla bayıra çıxmazlar.

            Birinci dəfə idi ki, Raziyə qayınatasının səsini qaldırdığını görürdü.

 Həmişə mülayim və gülər üz olan bu insanın nədən dəyişdiyini bilmədi. Ancaq anladı ki, Tahirin küçədə ağlamasına o, pis baxır.

            Əşrəf atasının dediklərini eşidib, dəstəsini oradan uzaqlaşdırdı. Maşınlara oturub evə qayıtdılar.

Əsədlə Nərgiz Bakı buxtasından uzaqlaşan gəminin göyərtəsindən üfüqə qatışan şəhəri izləyirdilər.

            Uzaqdan təzə salınan Dağüstü parkın ağaclıqları asanlıqla seyr etmək mümkün idi. Gəmi  Nargil adasının arxasına keçdikdən sonra dənizdə bir-birinin ardıca düzülmüş neft estakadalarının yanından ötürdü.

Nargilin arxası ilə  Bayıl burnu arasında yüzlərlə neft platformaları qurulurdu. Neft vışkalarının başından qırmızı bayraqlar yellənirdi. Dənizdə ki buruqlar meşəliyi xatırladırdı və İliç buxtasına qatılırdı. 

Bakıdan uzaqlaşdıqca dənizin Krasnovodsk istiqamətində  ara-sıra buruqlar gözə çarpır, sanki səyahətə çıxmışların sonsuz sularda azmamaqları üçün onlara yol göstərirdi.

            Axşama qədər göyərtədə gəzişdilər, şam yeməyindən sonra hərə öz kayutasına dağılışdılar.

            Krasnovdskya səhər çağı yetişməli idilər. Nənəsilə babasına elə bil dalğalar layla çalırdı. İçəri girən kimi onları yuxu tutmuşdu. Nərgizin isə gözünə yuxu getmirdi. Narahatlıq hiss edirdi. Daxilində qorxu vardı. Nənəsi ilə babası yanında olmasaydı bəlkə də ağlayardı.       

            Kayutun balaca, insan başı boyda illyuminatorundan  gözünü çəkmirdi.  Qızın gözlərini qaranlığa sinə gəlib irəliləyən dəmir nəhəngin işıqları qamaşdırırdı.

            Səhərə yaxın üfüqləri qovlayıb görünməyə başlayan günəşin şəfəqləri daha da yuxusunu qaçırdırdı. Sakitcə kayutdan göyərtiyə çıxan qızın qarşısında günəş get-gedə yaxınlaşdıqları şəhərin arxasından görünürdü.

Dünən axşam günəş qərbə hərəkətində dənizdə yoxa çıxmışdı, bu gün isə Nərgizin tanış olmadığı şəhərin arxasından görünürdü.

            Göyərtədə dayanacağa söykənmiş Əsədi gördükdə daha da sevindi.

            -Sən deyəsən, heç yatmamısan? - deyə Nərgiz soruşdu.

            Əsəd bir söz demədi, susdu. Sanki nə deyəcəyini bilmirdi. Qarşısındakı qızın səhərə qədər fikrindən çıxartmayan gənc üçün ən çətin məsələ hansı sözü deməsi idi.

 Maraqlısı bu idi ki, Əsəd tər-təmiz azərbaycanca danışırdı. Dildən də pərgar idi. Ancaq Nərgizin gözləri gözlərinə dəyən kimi özünü itirirdi.

Bütün axşamı göyərtədə bir olmaqlarına baxmayaraq, ağzından bir kəlmə də ağıla batan söz eşitməmişdi.

            -Bilmirəm, niyə gözümə yuxu getmir? - deyə Əsəd söz tapdı.

            -Bəlkə dəniz sənə düşmür?

            -Bəs sən niyə yatmırsan?

            -Gözümə yuxu getmir, fikrim qalıb Tahirin yanında. İndi aləmi bir-birinə qatır.

            -Çox maraqlı uşaqdır: həm ağıllıdır, həm də dəcəl. Elə ki, görürdü, mən sənə yaxınlaşmaq istəyirəm, aramıza girirdi. Balacadır, ancaq elə bil hər şey bilir.

            -Nəyi bilir?

            -Bilir ki, səni...-Əsədin dili tutuldu.

            Göyərtədə görünən Seyid Bikə işləri lap korladı. Onun gözünə görünməsin deyə, Əsəd göyərtədə olan boçkaların arxasına keçdi.

            -Ay qız, səhər sübhdən burada neynirsən? Keç içəri! -deyə Seyid Bikə nəvəsini harayladı. Əsədin orada olduğunu bilsəydi, bəlkə çağırmazdı.

 Nənəsinin sözünün qanun olduğuna adət etmiş Nərgiz bir anın içində kayutaya qayıtdı. Beləliklə Əsədin Nərgizə deyiləsi ürək sözünün ilk səyi boşa çıxdı.

 

***


AŞQABAD

 

            Aşqabad zəlzələdən sonra iki dəfə balacalaşsa da, Seyid Bikənin gördüyü şəhər deyildi. Köhnə şəhərdən əsər-əlamət qalmamışdı. Yeni küçələr salınmış, şəhərdə gözəl binalar tikilmişdi.

            Seyid Bikənin yadında idi: Məşədi Fazil yenicə sürgün olunmuşdu. Qardaşı Seyid Rzanın yanına Səmərqəndə gedirdi. Onu Krasnovodskda qarşılayan qardaşı Aşqabada da gəlmişdi. Şəhərin mərkəzində bir evə düşmüşdülər. Ev yiyələri Seyid Rzanın dostları idilər.

            Mərkəz heç vaxt yaddan çıxmazdı. Bir neçə gündən sonra Seyid Rzanın tapşırığı ilə Məşədi Fazili Məribdən Aşqabada gətirdilər. 

            Bir-neçə həftə Aşqabadda sakit həyat sürdükdən sonra Seyid Bikə tez Bakıya qayıtdı.

 Uşaqları Nataşanın və Tiflisdən qonaq gəlmiş bacısı Baratın yanında qoymuşdu. Bacısı onun qayıtmasını gözləyirdi.

            Köhnə Aşqabadın hər küçəsi Seyid Bikəyə tanış idi. Ancaq indi hər şey dəyişmişdi. Zəmanə kimi.

            Seyid Bikənin nəyi düşündüyünü Məşədi Fazil sanki hiss etmişdi.

            -Hə, arvad, gördüklərinə oxşamır?

            -Elə bil,  yerlə-yeksan olub.

            -Odur ki, türkmənlər birinin işi düz gəlməyəndə deyirlər: "Aşqabad batan kimi batıb!". Köhnə Aşqabad zəlzələdə, doğurdan da, batmışdı.

            -İndi bizim gördüyümüz şəhər deyildir.

            Əsəd hələ maşında Nərgizə yaxşı tanıdığı şəhəri göstərmək istəyirdi:

            -Bura Məhtimqulu meydanıdır! -deyə böyük şairin heykəlini göstərdi. Səni bura gətirəcəyəm.    

            Oğlan sanki dil açmışdı. Aşqabadda nə vardısa onu Nərgizə göstərmək istəyirdi.

            Qızcığaz isə iri gözlərini pəncərədən çəkmirdi, oğlanın göstərdiyi istiqamətlərə baxırdı.

            Dağların ətəyində yerləşən bu şəhərin çayı olsaydı Nərgiz onu  Tiflisə oxşadardı. Ancaq Aşqabad heç bir şəhərə oxşamırdı. Bu Əsədin xoşladığı şəhər idi.

            -Əsəd, mən eşitmişəm ki, Səmərqənd Aşqabaddan gözəldir. Düzdür?

            -Səmərqənddən dünyada qəşəng şəhər yoxdur. Allah qoysa, onu da görəcəyik.

            -Məribi də?

            -Mərib doğma şəhərimizdir, bizim evimizdir.

            -Bəs onda buraları niyə sevirsən?

            -Çünki Türkistan mənim vətənimdir. Vətənin isə hər tərəfi əzizdir.

            Maşın Namiq əkənin kiçik qardaşı Səlimin evinin qapısının ağzında dayandı. Divarların yenicə tikildiyi hiss olunurdu, suvaqlarından sement iyi gəlirdi.

Qapıdan içəri girərkən Nərgizi özünə həyətin böyüklüyü cəlb etdi. Hər tərəf ağaclarla örtülmüş, Basqal bağlarını xatırladırdı. Yaşıllığın arasından həyətin axırında ağ daşdan hörülmüş bir mərtəbəli, zövqlə bəzədilmiş qəşəng bina onun nəzərini özünə cəlb edirdi.

            Qonaqlırı həyətdə Səlim özü qarşıladı:

            -Xoş gəlmisiniz, Məşədi Fazil əkə! - deyə onları salamladı.

            -Sağlıqla işlədəsən, Səlim! Qəşəng ev tikmisən! -deyə Məşədi Fazil həyətin axırındakı binanı göstərdi.

            Həyətin ortasında ağır tut ağacı bitirdi. Beş-altı adam onun gövdəsini güclə tutardı. Budaqları həyətin hər tərəfinə kölgə salırdı. Qonaqları bu ağacın altındakı  dəstərxana dəvət etdilər.

            Əsəd Səlimin uşaqlarıyla çamadanları otaqlara daşıdılar. Nərgiz dəstərxanda qala bilmədi, o, da gedib  Əsədə kömək etmək istədi:

            -Nənə, Əsədə kömək edim mi? -deyə soruşdu.

            -Otur yerində, yüngül olma!

            Məşədi Fazilin susduğunu görən  Namiq əkə tut ağacını göstərdi.

            -Bütün Aşqabad batdı, ancaq bu ağaca bir şey olmadı. Bir budağı da sınmadı. Səlimin uşaqları bu ağacın gövdəsinə sığınıb, sağ qalmışdılar.

Zəlzələ olanda Səlim  Səmərqəndə bizimlə idi. Eşidəndə ki, Aşqabadda zəlzələ olub tez ora yola düşdü. Batmış şəhərdə bu ağac vasitəsi ilə arvad-uşağını tapdı.

            Zəlzələyə qədər bu ağac evlərinin qabağında, küçədə bitirdi. İndi isə həyətində bitir. Səlimlə elə elədik ki, küçənin istiqamətini dəyişdirsinlər. Bu ağac onun həyətində qalsın.

            -Ağacın az yaşı yoxdur! -deyə Məşədi Fazil sözə qarışdı: -Basqalda, bizim həyətdə ki tutu xatırladır.  

            -Səlim deyir ki, bu ailəsinin dirəyidir.

            -Marqlıdır ki, biz də öz ağacımız haqqında belə düşünürük.

            -Məşədi, dərin düşünsək heç bir fərqimiz yoxdur. Bir xalq, bir millətik. Avamlığımızdan, axmaqlığımızdan ayrılmışıq. İndi isə kiməsə quluq.

            -Biz heç vaxt qul olmamışıq. Olmayacağıq da!

            -Söhbət bizdən getmir. Bir fikir ver, bizi əhatə etmiş avamlara. Savadları var, diplomları var, elmi adları var-ancaq ağlıları yoxdur. Çünki ziyalı deyillər.

            -Sözünün qüvvəsi, o gün bunların Lunaçarskiy adlı bir maarif nazirləri olub, Leninin vaxtında. Kitabı əlimə keçmişdi. İngilislərin “Tayms” jurnalına intervüsü çox maraqlıdır.

             İngilis jurnalisti ondan soruşur ki, siz hər yerdə deyirsiniz "Sovet ziyalısı, sovet ziyalısı!" - nə zaman bu anlayış sözün həqiqi mənasında öz mahiyyətini alacaq? Bu anlayışlı sovet ziyalısı olacaq?”

            Lunaçarskiy düşünmədən cavab verir ki, əgər sovet ziyalısının atası, anası, babası, babasının babası ziyalı olarsa, onda biz sovet ziyalısının olduğu haqqında danışa bilərik.   

            Bunlar özləri də hiss edirlər ki, çobandan ziyalı düzəltmək olmaz. Belə getsə, tezliklə bir axmağın biri hakimiyyəti tamlığı ilə ələ alacaq. Lenin-Stalin nağılını dağıdacaq. Dünya öz məcrasına qayıdacaq.

                            

***

Gecənin qaranlığında Səlimin qapısını döyüldü. Qapıdan içəri girənlərin arasında Məşədi Fazilin çoxdan görmədiyi Hüseyn əkə də vardı.

Hüseyn əkə rusların it kimi qorxduğu basmaçıların başçısı idi. Türkistanın tanınmış zadəgan nəslinin nümayəndəsindən idi. Sovetlər

Türkistana ayaq basan gündən əlində silah onlara qarşı vuruşmuşdu. Deyirdilər ki, Ənvər paşa onun dizləri üstündə keçinib. Generalın gözlərin bağlayan da o, olub. Mərasimini aparan da o.

            Hüseyn əkə Namiq əkənin dayısı oğlu idi. O, İrana keçəndən sonra, onu görən olmamışdı.

Məşədi Fazilin yaxşı yadında idi. Onu Səmərqəndə Namiq əkəgildə görmüşdü. Özbəklərin, türkmənlərin, taciklərin arasında igidliyi və düzlüyü ilə seçilən cavanlardan idi.

Ənvər paşa bütün ciddi tapşırıqları ona verərdi.  Onun  atmaqda, qılınc vurmaqda tayı bərabəri yox idi. Qazaxıstan düzlərində türkmən atlarından ilxıları vardı.

Eşidəndə ki, sovetlər atları müsadirə edib. Ənvər paşadan bir-neçə günlüyə icazə alır. İlxıları   sovet əsgərlərinin əlindən alaraq İrana keçirir. 

Namiq əkəgilin İrandakı malikanəsinə aparır.

Hüseyn əkə Məribə üz tutanda Məşədi Fazilgildə gizlənərdi. Ancaq qoxu nə olduğunu bilməzdi.

            Məşədi Fazil Namiq əkədən onu soruşanda, o, cavab verirdi ki, "İrandadır. Sənə haçan lazımdır, çağırım, gəlsin".

            Hüseynlə bir dəstə igid gəlmişdi. Dəstə dəstərxana yerləşdikdən sonra, süfrə açıldı.

            Söhbəti başlamazdan əvvəl Namiq əkə Nərgizi harayladı. Onun çağırışına gələn Nərgiz oturanlara salam verdi.

            -Qızım, o qəzeti tap, mənə gətir! - deyə Namiq əkə qızı evə yolladı.

            Bir-neçə dəqiqə keçmədi ki, qız geriyə döndü. Qəzeti Namiq əkəyə uzatdı.

            -Qardaş, al, buna bax, gör buradakılar sənə tanış gəlir ya yox? -deyə Hüseyn əkəyə müraciət etdi.

            O, qəzetdəki şəklə  diqqətlə baxdıqdan sonra üzünü Namiq əkəyə tutdu:

            -Demək olar ki, hamısını.

            -Kimlərdir onlar?

            -Necə yəni ki, kimlərdir? Biri bizim şahımız, biri generalımız, qalanları isə dostlarımız.

            -Generalın adı nədir?

            -Mir Kamil ağadır. Ağır seyid nəslinin oğludur. Şahın sağ əlidir. Bakıda sovet hökuməti qurulandan bizimlə Türkistanda Ənvər paşanın rəhbərliyi altında vuruşurdu. Mənim sərdarım olub. İrana da onunla birlikdə keçmişik. 

Şah onun şücaətindən, nəsli-nəcabətindən xəbərdar olduğundan, ordusunda əvvəl polkovnik, sonra isə general etdi. Bir ailə kimiyik. Məşhədə gələndə bizə dəyməmiş getmir. Mən isə Tehranda onu görməsəm, geri qayıtmıram.

            -Sən bilirsən, Mir Kamil ağa kimdir? - deyə Namiq əkə birdə soruşdu.

            -Mən dedim də!

            -Yox, sən çox şeyi bilmirsən. Mir Kamil ağa Seyid Bikənin doğma qardaşıdır, Məşədi Fazilin yeznəsidir.

             -Allahın işinə bax ey!  Dünya necə dar imiş!?  Sən işə bax: min ildir Məşədi Fazili tanıyıram, bir dəfə də olsun, Mir Kamil  ağadan danışmamışam. - deyə Hüseyn əkə öz təəccübünü bildirdi.

            -Təəccüblü nə var ki, Allah əgər hər şeyi yerinə qoyursa? - deyə Namiq əkə əlavə etdi.

-Hüseyn əkə, işimiz elə yaxşı gətirir ki, deyəsən biz səninlə İrana keçməli olacayıq! - deyə Məşədi Fazil sözə qoşuldu.

            -Mən və mənim dəstəm hazır, ustədiyiniz vaxt çıxaq! - deyə Hüseyn əkə qətiyyətlə cavab verdi.

            -Mən Seyid Bikəni də keçirtməli olacağam. Bunu da nəzərə al!

            -Burda da heç bir çətinlik yoxdur. Bəs balacanı nə edəcəksiz?

            -Biz gedib gələnə qədər, Namiq əkənin qonağı olacaq. Birdə yaxşı olar ki, keçib Mir Kamil  ağaya onunla görüşə gələcəyimiz haqda xəbər verəsiniz. Bu neçə gün çəkə bilər?

            -Bizə bir həftə bəs edər! - deyə Hüseyn əkə cavab verdi. Bir həftədən sonra qayıdarıq və onun bizi harada gözlədiyini sizə çatdırarıq.

****

            Səhər erkən Hüseyn ağanın dəstəsi dağlara tərəf yol tutdu. Atların yedəklərinə Namiq əkənin adamlarının basqallılardan aldığı kəlağayı yüklənmişdi.

Namik əkənin dediyinə görə onlar ayda iki dəfə sərhədi keçirlər.

Dağda böyüyən bu insanlar təhlükəli sərhəd zonalarından elə rahatlıqla ötürdülər ki, heç sərhədçilərin ruhi incimirdi.

Dəstə bir həftədən sonra geri qayıtdı. Xəbərlər şad idi. Hüseyn generalını tapmış, muştuluq  almış, Məşhədin yaxınlığındakı Şiravan şəhərinə gəlmələrinə şərait yaratmışdı.

            Hüdeyn əkə sabah erkən yola çıxmağı  məsləhət gördü.

            -İki günlük yolumuz var. Narahatlığa isə heç bir əsas yoxdur. Rahatlıqla keçəcəyik! -deyə sözünü qurtardı.

            Getmək xəbərini eşidən Seyid Bikə Nərgizi gecə yanına çağırdı.

            -Nərgiz qızım, səninlə söhbətim var! -deyə onu qırağa çəkdi: -Biz beş-altı gün olmayacağıq. Özünü yaxşı apar. Darıxma, tezliklə qayıdacağıq.

            Səhər yuxudan duranda Nərgiz  nənəsini yanında görmədi. Dəstə səhər erkən dağ ətəyi ilə İran istiqəmətində hərəkətə keçmişdi.

            Bütün günü cənuba doğru hərəkət edən dəstə at üstü yemək yeyir, dayanmadan, dincəlmədən, tanış keçidləri ötür və qabaqda gedən bələdçilərin işarələrinə əməl edərək, bəzi yerlərdə gizlənir, gözləyir, təhlükə sovuşduqdan sonra yenidən hərəkətə keçirdilər.

            Dəstə elə keçidlərlə hərəkət edirdi ki, qarşılarına bir nəfər belə çıxmırdı. Əgər qarşıda şübhəli bir şey görünürdüsə, dayanaraq ağaclığa və yaxud kolluğa sığınır, sakitlik yaranan kimi  irəliləyirdi.

Bələdçilər dağ keçidlərinə elə bələd idilər ki, özləri ilə  apardıqları insanlar demək olar ki, əziyyət çəkmirdilər. Dərin düşündükdə isə çox böyük riskə gedirdilər.

Sovet-İran sərhədini  bu asanlıqla keçmək hər igidin işi deyildi.

Bu insanların da yaşayışı burdan çıxırdı. Dəstə dağ kəndlərinin az olduğu yerlərlə irəliləyir, rastlarına kənd gəldikdə, ora daxil olmayıb ətrafından ötürdülər.

 Dağ boyu hərəkət çox təhlükəli aşırımlardan və sıldırım qayalıqlardan keçirdi, bu yerlərə quş-quşluğunla qonmurdu. Hüseyn ağanın dəstəsinin keçdiyi yollarla bir sərhədçi keçə bilməzdi.

            İkinci günü, günortadan sonra sərhəd xəttinə az qaldığını bildirən bələdçilər, sıldırım qayaların dikliyinə tərəf dəstənin gəlməsini tövsiyə etdilər və özləri qabaqda gedərək, dəstəni dağın ətəyinə çıxardırdılar.

 Dağ ətəyinin söykəndiyi dağın divarı qarşısındakı iri qaya parçasının arxasına keçdilər və atları da özləri ilə apardılar.   

Məşədi Fazil, Hüseyn ağa, birdə Seyid Bikə qarşılarında açılan qeyri-adi gözəlliyi seyr etməyə başladılar.  

            -Məşədi, qarşımızdakı dağ Rizə dağıdır. Allahın köməyi ilə sabah səhər onun o biri ətəyində olacağıq. Ora İrandır. Aşağını görürsən, ora rusların zastavasıdır. Onlar bura çıxa bilmirlər, elə fikirləşirlər ki, bura çıxmaq qeyri-mümkündür.

            -Bəs biz necə çıxdıq?

            -Bizim çıxdığımız yol "İpək yoludur", qədim karvan yoludur.

            Türkmənlər hələ Nikalay vaxtı bu yolla qaçaqmalçılıqla məşğul olurdular. Bu yolun marşrutunu ancaq mənim bələdçilərim bilir, onlara da bunu ata-babaları öyrənib. Onların ailə sirləridir, heç kimə deməzlər və göstərməzlər. Belə sirlər nəsildən nəslə keçir. Həzrətqulu nəslinin çörək ağacıdır.

            -Onlar hara yox oldular? - deyə Seyid Bikə yoxa çıxmış bələdçiləri və atları göstərdi.

            -Seyid Bikə xatın, narahat olmayın, mağaradadırlar. Gəlin, bizdə içəri keçək. Aşağıdan sərhədçilər binoklla baxa bilərlər.

            Qayanın arxasında  bir metr eni, uzunluğu insan böyü ölçüsündə mağaraya keçid vardı. Atları mağaraya salmaq üçün  yükləri boşaldılmışdı.

 Bələdçilər bir-bir bayıra çıxıb, yükləri içəri daşıyırdılar. Yeddi at yükünü mağaraya yerləşdirdilər.

            Məşədi Fazillə Seyid Bikə içəri daxil oldular. Böyük bir mağarada olduqlarını anladılar. Mağaranın ortasında ocaq qalanmışdı.

 -Bura yolu ancaq bizim adamlar tanıyırlar. Bu mağaradan yol Rizə dağına qədər gedir və aşağıdakı “zastavanın” söykəndiyi dağ ətəyinin içindən keçir. O taydakılar da, bu taydakılar da bizi nə görə bilərlər, nə də hiss edə!  - deyə Hüseyn əkə Məşədi Fazili başa salmağa çalışdı.

            -Əkə, bəs bizim qaladığımız ocağın tüstüsünü necə, görə bilmirlər?

            -Heç vaxt, çünki tüstü mağaranın  tavanından dağın zirvəsinə qalxır və oradakı  dumana qarışır. Bizim bütün çətinliklər arxadadır, bütün təhlükələri sovuşmuşuq. İrəlidə Rizə dağın ətəyidir, onu da rahatlıqla keçəcəyik. Sabah günorta İrandayıq.

            Dəvə dərisinin üstünə atılmış qalın türkmən xalçasının üstündə oturdular. Bələdçilər süfrə açdılar.

            -Mən yaman narahat idim ki, Seyid Bikə dağlarda əziyyət çəkəcək. Maşallah, bizdən geri qalmadı. - deyə Hüseyn əkə sözünü davam etdi.

            -Ay Hüseyn, sən bilsəydin, onun başı nələr çəkib? Bu dağlara dırmanmaq, onların yanında su içmək kimi bir işdir. - deyə Məşədi Fazil cavab verdi.

            -Dünyanın işinə bax: öz torpağımızdan öz torpağımıza gizlin keçirik. Dünyada bir nəfər düşünmür ki, bunlar birləşməlidirlər.

            -Vaxt vardı, vahid bir ölkə idi Türkistan, böldülər, parçaladılar. On əsrdən artıq idi ki, azərbaycanlılar İranın taxtı-tacına sahib idilər. 1923-cü ildə alıb farsa verdilər. Bütün bəlalarımız da elə buradan başladı.

İki Azərbaycanın birləşməsi də tələyə düşdü. Çünki İranın rəhbərinin dəyişməsi fars  azərbaycanlı qarşıdurması yaratdı. Əlbəttə ki, bu "Demokratik inqilab" adı ilə Cənubi Azərbaycana İranın tərkibində avtonomiya da verdilər. Ancaq Peşəvərinin iki Azərbaycanı birləşdirmək və vahid Azərbaycan müstəqil dövləti yaratmaq fikrini həyata keçirtmək istəməyən Stalin onu Gəncədə avtoqəzaya salıb öldürtdü.

Amerikanlara İranı hədiyyə verdi ki, doyunca Köhnə Şahın əliylə azərbaycanlıları qırsın.

            -Təzə şah bir balaca, deyəsən, mülayim adamdır. Onda o qədər də qəddarlıq yoxdur.

            -Bu deyəsən bir balaca ağıllı tərpənir, ətrafındakılar demək olar ki, azərbaycanlılardır. Odur ki, Cənubi Azərbaycanda iğtişaşlar kəsilib.

            -İranı idarə etməyin yolu budur.

            -Elədir, farslar azərbaycanlılara vəzifə verməklə İranın birliyini və bütövlüyünü saxlamağa çalışırlar. Qorxulusu da budur, belə getsə, nə farsdan farslıq qalacaq, nə azərbaycanlıdan azərbaycanlılıq. Bir qazanda əriyib bişəcəklər və iranlıyıq deyəcəklər.

            Bakıda yaşayan Cənublulara xalq həmşəri deyir, onlar özləri isə farslığından, azərbaycanlılığından asılı olmayaraq, özlərini iranlı adlandırırlar.

            -Maraqlı müşahidələrdir. Mənə elə gəlir ki, dövlətçilik baxımından bu Şah ağıllı addımdır.  Hamı  üçün bərabər şərait yaradır, əks halda İran dağıla bilər.

            -Bu belədir. Baxın, SSRİ-nin siyasətinə. Beynəlmiləlçilik siyasətinin, daha doğrusu, kommunist siyasətinin mahiyyəti bu prinsipdədir. Əgər xalqlar arasında fərq qoyma siyasətinə keçsələr, SSRİ-nin izi tozu qalmaz.

Leninin rus şovinizminə qarşı çıxmasının əsas səbəbi də elə bu idi.

            -Belə çıxır ki, mövcud böyük dövlətlərin dağılma mexanizmi millətçilikdir.

            -Bəli belədir. Fikir verin, Azərbaycanda nə baş verir. Azərbaycanca məktəb var? Var. Azərbaycan dilində teatr, kino, radio, qəzet, kitab və s. var?  Var. Belə şəraitdə bir tərəfdən dilimiz inkişaf edir, digər tərəfdən rus dilinin dövlət dili olması və rusdillilərin vəzifəyə çəkilməsi, ona gətirib çıxardır ki, ağlı başında olanlar balalarını rus məktəbinə qoyurlar.

Çünki Azərbaycan cəmiyyətinin inkişafı üçün bu dilin öyrənilməsinin vacibliyini hamı duyur. Bu  ağıllı siyasətdən qırağa çıxsalar, məsələn, bütün məktəbləri ruslaşdırsalar, milli oyanış başlayar.

            -İranda məktəblərin hamısı fars dilindədir.

            -Bu İranın başına bəla açacaq. İranın düşmənlərinin əlinə əsas verəcək.

Bir neçə müddətdən sonra əgər İranın iqtisadi vəziyyəti korlansa, Şaha qarşı mübarizənin ana xətti burada yaşayan xalqlara qarşı ədalətsizliyin olması və onların ana dillərində dərs almaması olacaq.

            -Təzə şah, deyəsən, bunları başa düşür. Düzdür ana dilində məktəb açmır, ancaq ətrafına milliyyətindən asılı olmayaraq ağıllı insanları yığır.

            -Təki belə olsun. Ancaq millətçilik İranın üzərindən asılmış Demokl qılıncıdır. İstədiyi vaxt İranı parçalaya bilər.

            Seyid Bikə ərilə Hüseyn ağanın danışığına dinməzcə qulaq asdır, onların söhbətinə qarışmaq istəmirdi.

            Seyid Bikəni bir şey düşündürürdü. İstəkli qardaşı ilə görüş.

***

            Dəstə atlarını Rizə dağın ətəyində saxladı.

            Dağın döşündən axan bulaqdan heyvanlara su içdirdi, boşalmış qabları doldururdu. Əlində gümüş camla bulağın gözündən su dolduran bələdçi ora yaxınlaşan Seyid Bikəni görüb, dolu camı ona uzatdı:

            -Xanım, buranın suyundan dünyada ləzzətli su yoxdur! -dedi.

            -Günəşin şüalarından bulağın gözündən axan su büllur kimi şəfəq saçırdı və göy rəngə çalırdı. Əlindəki suyun necə soyuq olduğunu camın soyuqluğundan duymaq mümkün idi. Odur ki, Seyid Bikə asta-asta sudan içirdi.  Gözəl  su idi. Basqalın sularını xatırladırdı.

            -Buradan qayıdan kimi, uşaqları götürüb Basqala aparacağam. Qoy dincəlsinlər! - deyə düşündü.

            -Aşağıya bax! - deyə Məşədi Fazil onu düşüncədən ayırdı. Zastava gör, harada qalıb!

             İki zastavanın  arasından dəstənin necə keçdiyi möcüzə idi.  Nə sovet, nə də İran sərhədçiləri onların izini tozunu belə görməmişdilər.

            Yenidən süfrə açıldı. Bulağın başında əməlli-başlı dincəldikdən sonra da dəstə hərəkətə keçmək istəmirdi.

            Bir-neçə saat da belə ötdü. Aşağıda görünən yolun kənarında iki dənə "Ford" maşını dayandı.

            Hüseyn əkə dəstəni aşağı endirtdi və maşındakı yükləri yerə-atların üstündəkini isə maşınlara yüklədi.

            Maşınlar boşaldıqdan sonra Hüseyn ağa Məşədi Fazillə Seyid Bikəni maşına dəvət etdi və onlar sürətlə dağ ətəyindən uzaqlaşdılar.

            "Fordlar" sıldırım qayalıqlarla aşağı endikcə Seyid Bikənin ürəyi qopurdu.  Qarşısındakı uçurumunun sonsuzluğu sürücünü  heç də narahat belə etmirdi. Onun sakitliyi Seyid Bikəni də sakitləşdirirdi.

            Məşədi Fazilin isə heç nə vecinə deyildi. Dağlarda böyümüş insana yüksəkliklər əksinə ləzzət verir.

            Şirvana çatanadək saat on ikidən keçmişdi. Məscidlərdən gələn azan səsi günorta namazına çağırırdı.

            Şirvan dağların ətəyində balaca bir şəhərcik idi. Şəhərin dar küçələri dağ daşlarından düzüldüyündən maşın toz-torpaq qaldırmırdı.

Şəhərciyin girəcəyindən başlayaraq  mərkəzinə qədər gedən yola maşın yolu demək olmazdı, çünki ora bir maşın güclə yerləşirdi.

            Mərkəzindən dağ ətəyinə tərəf uzanan yolun qırağında Hüseyn ağa maşından düşdü və qonaqları qarşıda duran iki mərtəbəli, hasarlı evə dəvət etdi:

            -Məşədi Fazil çatdıq! Burada qalmağımız məsləhətdir. Mir Kamil ağa özü gəlib sizi tapacaq.

            Həyətə daxil olduqda Seyid Bikə anladı ki, böyük bir bağ-bağatın içindədirlər. Hər tərəf gül-çiçək idi. Ona  Şamaxıdakı evlərini xatırladırdı. Bir an ona elə gəldi ki, bu gül-çiçəklər atası Mir Hüseyn ağanın əlilə əkilib və bu bağ-bağat onun göstərişi ilə salınıb.

            -Fazil, bu həyət sənə Şamaxıdakı həyətimizi xatırlatmır? Yadındadır bizim çarhovuz. İçindəki balıqlar. Ora bax, sarı samovara, elə bil həyətimizdən gətirilib.

            -Bikə, mənə də elə gəlir ki, öz evimizə düşmüşük. Məni  də bu hisslər tərk etmir.

            Həyətə çıxan dörd qulluqçuyla birlikdə, onların başçısı farsca gələnlərə xoş gəldin dedi və çarhovuzun yaxınlığında qoyulmuş böyük bir dəyirmi stolun arxasına dəvət etdi.

            Məşədi Fazil ona farca «Çox sağ ol!» dedikdən sonra üzünü Seyid Bikəyə  tutdu, ona da farca müraciət etdi:

            -Bikə xatın, Vallah elə bil 1916-cı ildir, məndə sizin həyətdəyəm.

            Hüseyn ağa  Məşədi Fazilin belə səlis fars dilini bilməsinə heyran qalmışdı.

            -Məşədi, sənin ərəb, türkmən, özbək, gürcü dilini bildiyini eşitmişdim. Ancaq farsca belə danışmağını görməmişdim. - deyə Hüseyn ağa öz təəccübünü gizlətmədi.

            -Hüseyn ağa, azərbaycanlı ziyalıların demək olar ki, hamısı fars dilini bilirlər. İndikilər əldə qayırmadır. Fars dilində Azərbaycanın dahiləri yazıb yaradıblar. Onları başa düşmək üçün bu dili bilməmək günahdır.

            Nizaminin "Həfti peykini" farsca oxumaq, "Yedi gözəlini" azərbaycanca oxumaqdan yaxşıdır. Adı, bütün məzmunu, astroloji mahiyyəti tərcümə vaxtı dəyişdirilib. Demək olar ki, adi nağıla çevrilib.

            Ərinin Nizamidən hələ çox danışacağını görən Seyid Bikə üzünü Hüseyn ağaya tutdu:

            -Hüseyn ağa, bu mülkün sahibi kimdir? – deyə soruşdu.

            -Məgər deməmişəm?

            -Yox, bu haqda bir kəlmədə...

            -Kamil ağanındır! - dedi.

            -Kimin?

            -Qardaşınızın. Yayda bura gəlib ailəsilə dincəlir.

            Seyid Bikənin durduğu yerdə ayaqları titrədi. Arvadının halının dəyişdiyini görən Məşədi Fazil onun qolundan yapışdı:

            -Özünü ələ al! Hər şey qaydasındadır. - dedi. Aparıb dəyirmi stolun arxasında oturtdu.

            -Fazil, Allah sənin atana rəhmət eləsin! Mənim  yolumda nə etməmisən?

            -Seyid qızı, kişi arvadının naz qəmzəsini yerinə yetirməyə borcludur.

            Qulluqçular nahar üçün stolun üstünü bəzəməyə başladılar. Seyid Bikə stolun arxasından durdu və xanımyana Fazilin qoluna girdi: .

-Mən yerimdə otura bilmirəm, gəl, evə baxaq!

-Mənim boğazımdan da çörək keçmir.

         Evə tərəf addımladılar. Hüseyn ağa da onları müşayiət edirdi.

 Sütunlu zaldan içəri girdikdə, nəzərini ingilis ocağının üstünə vurulmuş rəngli şəkil cəlb etdi. Bu Mir Hüseyn ağanın Bakıdakı evindəki portreti idi.

            -Aman Allah, Fazil, dədənin portreti də burdadır. Elə bil evimizdir.

            -Evimiz deyil, bəs haradır?

            -Ötən günlərə qaytarır. Mən burada qalıram. Heç yana getmirəm.

            -Sən zarafat elə, bəs Bakıda qoyduğun külfətinə kim baxacaq?

            -Özləri özlərinə baxarlar.

            -Ay arvad, bəs Nərgiz?

            Sanki Seyid Bikə bu sözü eşidib yuxudan ayıldı.

            -Vallah, farca danışmağım, mənim nənəliyimi də yaddan çıxartmışdı. Mənə elə gəlirdi ki, yenə də Mir Hüseyn obasındakı Bikə xatınam. 

            -Mir Hüseynin obasındayıq, buna söz ola bilməz. Bikə xatınlığına da şübhəm yoxdur. Ancaq bizim evimiz burda deyil. Bakıdadır.

            Hüseyn ağa onları dinləyə-dinləyə qulluqçulara göstəriş verirdi.

Bir neçə dəqiqədən sonra Baş qulluqçu ona yanaşdı və  qulağına nə isə pıçıldadı. Bir neçə dəqiqədən sonra Hüseyn ağa evi tərk etdi. Tezliklə qayıdacağına söz verdi.

 

***

                             

 

QARA GİLƏ

 

             Hüseyn ağa  qayıdanda axşam düşmüşdü. Dağlar ətəyində yerləşən Şirvana asta-asta yay sərinliyi gəlirdi. Həyətdəki meyvə ağaclarının yarpaqları günəşin istisindən qurtarmış kimi şaxlanır, quşların şirin cingiltisi ətrafı bürüyürdü. Qaranlığın buralara hücum çəkməsinə baxmayaraq, buludsuz səmada aydın şəkildə ulduzlar görünürdü.

            İran gecələrinin qeyri-adiliyindən nə qədər şerlər və qəzəllər yazıldığını düşünən Məşədi Fazil bu ölkənin poeziyasının rəngarəngliyini təbiətinin gözəlliyi ilə əlaqələndirirdi.

Budaqlarını onun başı üstünə çətir kimi salmış böyük bir ərik ağacının gövdəsinə söykənmiş Məşədi Fazilin fikrini Hüseyn ağa ilə birlikdə həyətə daxil olan tanış bir sima cəlb etdi.

            -Mustafa? Bu sənsən? Vallah, dünya çox dar imiş!? -deyə heyrətindən ayağa qalxdı və gələnə müraciət etdi.

-Sən dünyanın işinə bax! Kimi, harada görürəm?

            Müstafa Payan otuzuncu illərdə Bakının ən məşhur xanəndələrindən biri idi. O, yeganə muğam ustadı idi ki, Bakı kəndlərində qabağına nərdivan çıxartmamışdılar.

“Əsli və Kərəmdə” Kərəm, “Aşıq Qəribdə” Qərib və s. rolların “Opera və Balet” teatrında ifaçısı idi.

            Otuz altıncı ildə cənubi azərbaycanlılar İrana departasiya ediləndə qohum-əqrəbalarına qoşulub İrana keçə bilməmişdi.

Onu NKVD Bakıdan qırağa çıxmağa qoymurdu. Ancaq buna baxmayaraq Mustafa ləqəbinə sadiq qalaraq yoxa çıxmışdı.

Mustafa Payanın yoxa çıxması teatrın uzun müddət işini pozmuş, aylarla NKVD-e onu axtarmış, nə ölüsünü, nə də dirisini tapa bilməmişdi. Mustafa iki Azərbaycanın həqiqi bülbülü idi.

            -Bikə xatın, bəri gəl gör kim gəlib? - deyə Məşədi Fazil həyat yoldaşını harayladı.

            Otaqdakı albomu vərəqləyən və şəkillərin içində qardaşından başqa heç kimi tanımayan Seyid Bikənin, ərinin səsini eşidər-eşitməz, az qaldı ürəyi yerindən çıxsın.

            Mir Kamil ağanın gəldiyin  düşündü. Ancaq uzaqda durmuşların arasında qardaşını görmədikdə sakitləşdi. Diqqəti səristləşdi. Mustafanı tanıdı. Həyətə düşdü:

            -Mənim bu il bəxtim çox gətirir. Bütün itirdiklərimi tapıram. Ay Mustafa, Mustafa... Sən Bakını bülbülsüz qoymusan! - deyə Seyid Bikə onun “Bakı bülbülü” ləqəbinə işarə vurdu və onu salamladı.

            -Seyid qızı, mənimkilərin hamısını bura sürgün etdilər. Mən nə edə bilərdim? Atam-anam, qardaşlarım-bacılarım, qohum-əqrəbam hamısı burdadır. Allah qoysa, yollar açılar, qayıdarıq.

-Sən təsadüfə bax! - deyə Hüseyn ağa söhbətə qarışdı.

-Mən bilirdim ki, siz İran musiqisini sevirsiniz, çıxdım mərkəzə ki, buranın ən gözəl musiqiçilərini gətirim, darıxmayasınız. Allah Müstafanı özü yetirdi, qalanları bir azdan gələcəklər.

            Seyid Bikə qulluqçuya əli ilə işarə etdi. Qulluqçu bir anın içində, qarşısında hazır oldu:

            -Dəyirmi stolu qaysı ağacının altına çəkin! Üstünü şirniyyat və çərəz düzün! Şam yeməyini də burada yeyəcəyik! - deyə onlara farsca göstəriş verdi.

            -Seyid qızı, xanımlıq sənin qanındadır. Cəmi-cümü beş-altı saatdır burdayıq, sən daha ağalıq edirsən!

            -Burda etməyim, harada edim? Bakıya qayıdıb nökərçilik edəcəyik. Qoy, atamın evində ağalıq edim. Fazil, elə bil on beş yaşındaki Bikəyəm.

            -Et, arvad! Et! Sənə həqiqətən hər şey yaraşır.

            Seyid Bikə onları stolun arxasına dəvət etdi. Özü isə yenidən otağa keçdi.

            Mustafa Payan Seyid qızının uzaqlaşdığını görüb Hüseyn ağaya üzünü tutdu:

            -Hüseyn, səni Allah biabır etməsin! Məni kimlərin yanına gətirdiyini demədin. Biri ağsaqqalım, biri isə anamız-bacımız. Mən əliboş gəlməzdim.

            -Ürəyini sıxma, sənin səsin bizə bəsdir. Bilsən, bura daha kimlər gələcək, sakitləşərdin.

            -Hüseyn, axı bu insanların üstümüzdə haqqı var?

            -Bilirəm, odur ki, dilini dilçək saxlamalısan! Gəliblər, qayıdacaqlar. Seyid Bikə qardaşıla görüşə gəlib.

            Mülkün qarşısında maşın siqnalı səsləndi. Ev yiyəsinin bayıra çıxmasını istəyirdilər. Gələn çalançılar idi. Onları həyətə dəvət etdilər.

Çalançıları dəyirmi stolun qarşısında qoyulmuş mizin arxasına yerləşdirildilər. Bir-neçə dəqiqə keçməmişdi ki, musiqi sədaları ətrafa yayılmağa başladı.

            -Dünyanın ən xoşbəxt adamlarından biriyik. Ruhumuzu oynayan ecazkar  İran musiqisi, sakit və təlatümsüz Şirvan. -deyə Məşədi Fazil Seyid Bikəyə müraciət etdi.

            -Nə qədərdir, biz fars musiqisini eşitmirik?

            -Hansı axmaqsa, onun radioda çalınmasına da bizdə icazə vermir. Hətta İran artistlərini Bakıya da dəvət etmirlər.

Biz bir şeyi anlamırıq ki, Azərbaycan musiqisi İran musiqisi ilə türk musiqisinin sintezidir, hələ bura əlavə etmək olar-ərəb, hind, rus, qaraçı və Avropanı.

Azərbaycan uzun müddət İranın tərkibində olub və onun tarixi İranın tarixilə elə sıx bağlıdır ki, çox vaxt bunaları ayırmaq mümkün olmur.

İran musiqisi dedikdə burada məskunlaşmış xalqların yaratdığı musiqi nəzərdə tutulmalıdır. Bu musiqinin bir qolu da Azərbaycan musiqisidir.

Odur ki, indi Azərbaycan respublikasında yaranan və dünya mədəniyyətində iz qoyan musiqimiz heç də İran musiqisindən geri qalmır. Əksinə onları qabaqlayıb. Bizim muğamları götürək. Adları fars adları olsa da, fars muğamlarından köklü şəkildə fərqlənir.

            -Həqiqətən Azərbaycan elə bir yerdir ki, Şərqlə Qərb orada toqquşur. Odur ki, biz bütün musiqiləri özümüzki kimi qəbul edirik! -deyə Mustafa Payan əlavə etdi.

            -Lenin ona görə deyirdi ki, "Baku-vorota Vostoka!" Elə bilirsiniz, o, axmaq adam idi? –deyə Məşədi Fazid onun fikrini davam etdirdi.

            -Məşədi, siz deyəsən zarafat edirsiniz? - deyə Hüseyn ağa eşitdiklərinə inanmadı.

            -Huseyn ağa, bizim nəsil düşmənlərimizin ağıllılarına da hörmətlə yanaşır. Ağıllısına ağıllı, dəlisinə dəli deyirik. Ağıllı adamlardan öyrənməmək, axmaqlığa aparır. Ağıllı düşmənimizi axmaq dostdan üstün tuturuq.

Musiqi kəsildi. Musiqiçilərlə Mustafa Payan nə isə danışırdı. Bir-neçə dəqiqə belə ötdü. Mustafa Payan dəyirmi stola yanaşdı. Üzünü Seyid Bikəyə tutdu:

            -Seyid qızı, hansı mahnını xoşlayırsız?

            -Mustafa, sənin bütün mahnılarını xoşlayırdıq, ancaq onların arasında "Qara gilə" nin misli-bərabəri yoxdur.

            "Qara gilə" Azərbaycan  nəğməsinin şahıdır. Yadımdadır, Bakıdakı "Həmşəri palanın" farsları da deyirdilər ki, bundan gözəl mahnı yoxdur.

            Mustafa Payan musiqiçilərə əl elədi. Musiqi sanki onun bədənini lərzə gətirdi. Müğənninin gözləri bu ecazkar səslərdən yumuldu. Bir anın içində yaranmış fasilədə Mustafanın səsi eşidildi:

            -Gəlmişəm otağına oyadam səni,

Qara gilə, oyadam səni

            Nə gözəl xəlq eləyib yaradan səni,

Qara gilə, yaradan səni.

            Götürüb mən qaçaram aradan səni,

         Qara Gilə, aradan səni

            Qızıl gül əsdi, səbrimi kəsdi

            Sil göz yaşını, Qara giləm

            Ağlama bəsdi

                            ***

        Təbrizin küçələri dolanbadolan,

        Qara gilə, dolanbadolan.

        Nə mənə qız qəhətdir, nə sənə oğlan,

        Qara gilə, nə sənə oğlan.

        Əgər məni sevmirsən, get ayrı dolan,

        Qara gilə, get ayrı dolan! 

        Qızıl gül əsdi, səbrimi kəsdi.

        Sil göz yaşını, Qara giləm!

        Ağlama bəsdi!

            Seyid  Bikənin gözlərindən sel axırdı. Məşədi Fazil bunu birinci hiss etsə də, Hüseyn ağa Seyid qızının ağladığını Məşədi Fazilə göstərdi. O, Hüseyn ağanı sakitləşdirdi:

            -Hüseyn ağa, qoy ağlasın! Dərdini-qəmini qəlbindən çıxartsın. Ağlayan gözlər ürəyin dərd-qəmini çıxarır. Qadını sakitləşdirir. Seyid Bikəni sakitləşdirsə, elə bu musiqi sakitləşdirə bilər.

            Mustafa Payan mahnını oxuyub qurtardı. Seyid Bikə uşaq kimi əl çalmağa başladı

            -Hüseyn ağa, görürsən! Pir mənimdir, kəramətin mən bilirəm. - deyə Məşədi Fazil Seyid Bikəni göstərdi.

            Mustafa Payan yenə də stola yaxınlaşdı.

            -Seyid qızı, daha nə oxuyum?

            -"Qara gilə"dən sonra başqaları çiy çıxacaq. Sən mənə Şərq mahnılarının şahını oxudun. Daha heç nə istəmirəm.

            -Bakıda səsi olan çoxdur, ancaq səsdə məlahət hələm-hələm adama qismət olmur. - deyə Məşədi Fazil əlavə etdi,

            - Maraqlıdır ki, "Qara gilədə" səsin məlahətliliyi üzə çıxarır. Bu mahnını oxuyan müğənni isə çox azdır.

            -Niyə ki, Bakıda Fatma Mehrəliyeva çox gözəl oxuyur. -deyə Seyid Bikə sözə qarışdı.

            -Odur ki, hamı onu sevir. Gürcülər Tiflisdə radio pulu vermirlər ki, Fatmanın vallarını niyə oxutmursuz? Böyük istedaddır. Ancaq kişi müğənnilərdən bizdə "Qara giləni" səni kimi oxuyan yoxdur, bəlkə də olmayacaq! - deyə Məşədi Fazil Mustafa Payana bir də təşəkkürünü bildirdi.

            -Hüseyn ağa, çalançıları yola sal getsinlər! Sabah da təşrif gətirsinlər. Elə bu vaxt! - deyə Seyid Bikə göstəriş verdi.

            Hamı dağıldıqdan sonra Seyid Bikə üzünü Məşədi Fazilə tutdu:

            -Səndən igid, ürəkli kişi dünyada yoxdur. Mən sənə minnətdaram, Fazil!

            Şirvan şəhərini  bürüyən dağların sərin nəfəsi gecəni daha da  mülayimləşdirirdi. Yayın istisini günəşin batması ilə bir anın içində yoxa çıxardan dağ havası insana qüvvə gətirir, bədəndəki ləmisliyi çıxardır, qeyri-adi bir gümrahlıq verirdi.

            Şirvanın yay gecələri çox sakit və mülayim keçir. Bağları, bağçaları bürümüş gül-çiçəyin ətri aləmə yayılır, açıq səmadakı  ulduzlar isə elə bil əlinin içindədir. 

            Qulluqçu qız Seyid Bikəyə eyvanda yatmağı məsləhət görmüşdü. Odur ki, Hüseyn ağa onları tərk etdikdən sonra çarpayıları eyvana çıxartmağı göstəriş verdi.

            Seyid Bikə çarpayıya uzansa da, gözlərinə yuxu getmirdi. Məşədi Fazilin də yuxusu qaçmışdı. Hər ikisi gözlərini səmaya dikib, dinməzcə ulduzları seyr edirdilər.

            -Bikə, uşaqlıqda anam mənə danışardı ki, göylərdə hərənin bir ulduzu var. O ulduz onun başı üstündə olur. Mən də ulduzlara baxıb öz ulduzumu axtarırdım ki, tapım. Ancaq tapa bilmirdim.

            -Bəs mən?

            -Sən mənim yerdəki ulduzumsan!

            -Fazil, görəsən Nərgiz bizsiz nə edir? Heç kimçün yox, qız üçün yaman darıxmışam.

            -Sən ürəyimdən deyirsən? Şeytançın ürəyim gedir.

            -O yazıq da bəlkə bizimçün darıxır.

 

***


AŞQABADDA

 

            Nənə-babasız qalmış Nərgizin üzü gülmürdü. Səhərdən axşama qədər oturub ya kitab oxuyur, ya da ki Səlimin arvadı Ruhsarəyə kömək edirdi. Bir adamla bir kəlmə belə söz kəsmirdi.

            Bədbəxtlikdən Əsəd də harasa çıxıb getmişdi. Təkcə Namiq əkə Səlimlə hərdən bir evə dönür, sonra isə yoxa çıxırdılar. Axşam isə  şam etdikdən sonra  dəstərxanda oturub nərd oynayırdılar.

            İki gün beləcə ötdü. Əsəd  həyətə girəndə, hava qaralmışdı. Evlə dəstərxan arasında məsafə uzaq olduğundan evdəkilərin gəlişindən xəbəri olmadı.

            Səlimin balaca oğlu qaça-qaça mətbəxə girdi.

            -Əsəd əmi gəlib, atam deyir ki, süfrə açasız.

            Əsədin gəliş xəbəri sanki evdəki abu-havanı dəyişdi. Nərgizin gözləri parıldamağa başladı.

            Bayaqdan hər şeyə etinasız yanaşan qızın dəyişməsi Ruhsarənin gözündən qaçmadı.

            -Nərgiz, bəlkə stolu birlikdə açaq? Nə fikirdəsən?

            -Mən? Mən hazıram. Gəl, Bakı stolu açaq.

            -Məgər bizimki sizinkindən fərqlidir?

            -O qədər də yox! Ancaq nənə mənə elə şeylər öyrədib ki, onları heç kim bilmir.

            -Onda hazırla, baxaq!

Nərgiz mətbəxdəki stolun üstündə olan göyərtini, tərəvəzi, limonu, meyvələri qablaşdırdıqca, onların arasından bəzilərini seçir, qruplaşdırır və ayrıca boşqaba qoyurdu. Nə isə etmək istəyirdi.

            Dəstərxanı sahmana salan Ruhsarə geri döndükdə, gözlərinə inanmadı. Boşqablara tərəvəzlər və meyvələr elə yığılmışdı ki, elə bil sənət əsəri idi.

            Bunlar ortaya çıxdıqda Namiq əkə üzünü Ruhsarəyə tutdu:

            -Gəlin, bu sənin işin deyil. Qızımın işidir.

            -Adamın yeməyə əli gəlmir. -deyə Səlim əlavə etdi.

            -Mən isə ürəklə yeyəcəyəm, Nərgiz təzəsini düzəldər. -deyə Əsəd əlavə elədi. Birdən atasının yanında yüngüllük etdiyini anladı. Başını aşağı saldı.

            Oğlanın tutulduğunu görən Namiq əkə və Səlim gülüşdülər.

            -Biz də elə onu istəyirik də! - deyə Səlim əlini Əsədin çiyninə qoydu: - Bu bizim hamımızın arzusudur.

            Uzaqdan dəstərxanda nə baş verdiyini görməyən Nərgizin ürəyi orada qalmışdı:  "Görəsən, hazırladığım salatlar onların xoşuna gəldi mi?" -  düşünürdü.

            Həyətin ortasından gələn gülüşmənin səbəbini isə bilmək istəyirdi. Limondan hazırladığı şərbəti dolçalara töküb dəstərxana tərəf apardı.

             Nərgiz dolçaları  süfrənin üstünə qoydu.

            -Şərbət yaddan çıxmışdı.

            -Qızım, çox sağ ol! Çox gözəl hazırlamısan. O qədər qəşəng bəzəmisən ki, yeməyə əlimiz gəlmir.

            -Namiq əkə, siz yeyin, mən yenə də hazırlayaram.

            -Bizim elə istəyimiz budur da.

            Hamı gülüşdü. Təkcə Əsəd və Nərgiz susurdu. Bu gündə belə keçdi.

***

            Səhərki günü nahardan sonra Namiq əkə üzünü Əsədə tutdu:

            -Nərgiz darıxmasın deyə, onu apar, Aşqabadı gəzdir.

            -Ata, mən ona necə deyim ki, səni istəyirəm aparım gəzdirməyə?

            -Doğrudan da, uşaqsan. Məşədi Fazil ona görə sənə hələlik qızı vermək istəmir. Əl-Əşrəf də bunu deyəcəkdi. - deyə narazılığını bildirərək başını yellədi. - Sənin daha kişiləşən vaxtındır. Dur get, fikirləş!

            Həyətin ortasında qızıl gül ləkləri adamı özünə cəlb edirdi. Dəstərxandan baxanda ağ, qırmızı, al, çəhrayı güllər türkmən xalçaları kimi elə bil həyətə sərilmişdi.

             Ruhsarənin xoşladığı iş bu gülləri sulamaq və dəymiş gül ləçəklərini yığıb mürəbbə hazırlamaq idi.

             Bu səhər Nərgiz Ruhsarəyə gülləri sulamaqda kömək edirdi ki, dəstərxandan onlara baxan Əsədi gördü. O, dəstərxanın kənarına söykənib qəmgin-qəmgin onlar tərəf baxırdı.

Susəpənin suyu qurtardı. Yenidən ona su doldurmaq lazım idi. Özü də bilmədən Nərgiz Əsədi yanına çağırdı.

            -Əsəd, nə ordan baxırsan?  Gəl, bizə kömək elə, gülləri sulayaq! - dedi.

            Əsəd əmr gözləyən əsgər kimi bir anın içində onlara tərəf qaçdı. Susəpəni götürüb krantın altına qaçdı. Su ilə doldurub geri qayıtdı. Nərgizə uzatdı. Susəpəni güclə götürdüyünü görüb Əsəd soruşdu:

            -Ağır deyil?

            -O qədər də yox. Gücüm çatar.

            -Kömək edim?

            -İstəyirsən et! Çox az qalıb.

            Əsədin istədiyi elə bu idi. Qızın əlindən susəpəni aldı, ləklərin arasıla keçib gülləri sulamağa başladı.

            Nərgiz isə əlini belinə qoyub, ona tamaşa edirdi. Bir neçə an belə davam etdi. Susəpəndə su qurtaran kimi qaçıb onun yanına gəldi.

            -Qurtardım!.- deyə susəpəni ona uzatdı. - Darıxmırsan?- soruşdu

            -Yaman darıxıram. Hamıdan çox, nənə üçün.

            -Onlar üçün darıxma, hər şey qaydasındadır. Tezliklə qayıdacaqlar.

            -Sən haradan bilirsən?

            -Bəs mən iki gün harada idim? Xəbər gətirməyə getmişdim.

            Ruhsarə da əlindəki susəpəni yerə qoydu. Onlara yaxınlaşdı.

            -Nə durmusunuz burda? Gedin, şəhəri gəzin. Yaxşı kinolar gəlib. Hamı "Tarzana" baxmağa gedir, siz niyə  getmirsiniz?

            -Namiq əkə nə deyər? Ayıbdır axı?

            -Namiq əkə özü deyib ki, səni Əsəd gəzdirsin. O, isə utanır. İgid də utanar?

             -Mən... mən? - deyə Əsədin dili tutuldu və heç nə deyə bilmədi.

            -Niyə susursan? Qız, cavabını gözləyir! - deyə Ruhsarə onun köməyinə çatdı..

            -Əgər Nərgiz istəyirsə, apara bilərəm.

            -Niyə istəmir? Bundan yaxşı nə ola bilər?! Ancaq tez gəlin!

            Nərgizin güldüyünü görüb, Əsəd ürəkləndi:

            -Necə, gedək? - deyə ondan soruşdu.

            -Qoy geyinim, sonra. - deyə Nərgiz cavab verdi.

            Yarım saatdan sonra hər iki gənc yeni salınmış şəhərin küçələri ilə gülüşə-gülüşə addımlayırdılar.

 

***


MİR KAMİL

 

            Günorta namazından sonra Mustafa Payan qaldığı evin qapısından çıxdı. Qoltuğunda albomu xatırladan bağlama vardı. Dünənki mülk tərəfə addımlamağa başladı.

İş günü olduğundan Şirvanın küçələri bomboş idi. İşsizlər öz bağ-baxçasına çəkilmiş, günəşin yandırıcı şüalarından sərinlik gətirən ağacların altında vaxt öldürürdülər.

O, dünən gəldiyi yolu yada sala-sala, axtardığı küçəni tapdı, uzaqdan mülkü gördü. 

İçəri  daxil olanda  müğənnini gülər üzlə Seyid Bikə qarşıladı və onu həyətin içərisindəki dəyirmi stola dəvət etdi.

Məşədi Fazillə Hüseyn ağa Şirvanı gəzməyə getmişdilər.

Mustafa Payanın əlindəki bağlamanı Seyid Bikəyə uzatdı:

-Seyid qızı, bunları sənin üçün gətirmişəm. Bakı dilində desək, mənim plastinkalarımdır. Bilirəm ki, tezliklə vətənə qayıdacaqsınız. Qoy, məndən hədiyyə olsun! Sağ-salamat olduğumu dostlarım da bilsin!

-Mustafa, hədiyyəyə görə çox sağ ol! Bu dəyərsiz diqqətinizdən xəbər verir. Göz bəbəyi kimi onları qoruyacağam.

-İcazə versəydiniz, sizdən ayrılardım.

-Heç yana getdi yoxdur. Bu gün də bizim qonağımızsan. Kamil ağanın gəlişini gözləyirik. İndi Məşədi Fazillə Hüseyn ağa da qayıdacaqlar.

Qulluqçular dəyirmi stolun üstündəki süfrəni dəyişdirdilər. Yenidən ora mer-meyvə və çərəz qoydular.

-Buyurun! - deyə Seyid Bikə onu stola dəvət etdi.

Stolun arxasında Seyid Bikə Mustafanı söhbətə tutdu:

-Nənəş, arvaddan nə xəbər var? -  deyə soruşdu.

            -Bakıdan bura köçürülən kimi Ənzəlidən Tehrana gəldilər. Stambulidə dükanlar aldılar. Pis yaşamırlar. Bakıda necə idi, burada da elədir.

            Üç gün bundan qabaq Şirvanda idi. Məşhədə ziyarətə gedirdi. Tez-tez görüşürük. Oğlanlarıla dostluq edirəm.

            -Gələn səfər gəlməli olsam, onunla görüşəcəyəm. Nənəş arvad kişilərdən igiddir. Bakıda tək başına dəvəni yerə yıxıb, başını kəsərdi. Nəhəng qadındır.

Onun qardaşı qızı Raziyəni Əl-Əşrəfə almışam. Mənim salamımı çatdırarsan. Bəs oğlu Sarı necədir?

            -Bakıdakı kimi, qabağından yeyən deyil. Tehranın tanınmış adamlarından biridir. Hamının köməyidir. Farslar ondan it kimi qorxurlar.

            -Təbriz də necə, olursan?

            -Demək olar ki, ayda bir dəfə konsertim olur. Yenə də əvvəlki kimi mövhumat içindədirlər. Ancaq deyəsən oyanma da var.

            -Təbriz bütün Azərbaycanın mərkəzidir. Əfsuslar olsun, hələ birləşməyimiz çox çəkəcək.

            -Bircə yollar açılsaydı. Bakının yerini heç nə vermir. Bakı-Bakıdır. Orada hər şey var. Xalqı da çox ağıllı, dərrakəli, uzaqgörəndir. Bakılılar qonaqpərvər gülərüzdürlər.

            -Mustafa, səni bilirsən necə sevirdilər? Əfsuslar olsun ki, Bakıda sənin plastinkaların yazılmadı. İndi mən aparacağam, hamı səsini eşidəcək.

Əşrəfin müharibə dostu onun üçün maqnitofon deyilən bir şey alıb. Bakıya göndərəcək. Əşrəf deyir ki, səsi indi lentə yazırlar. Gələn kimi plastinkaları lentə köçürdəcəyəm. Orda deyirlər yaxşı alınır.

            -Bizdə də var. Ancaq hələm-hələm adamda yoxdur.

            -Allah qoysa, hamıda olar. Bir də gəlməli olsam, sənin üçün gətirərəm.

            -Seyid qızı, Allah ürəyincə versin.

            Söhbətin şirin yerində qulluqçular təşvişə düşdülər. Qaçaraq evin darvazasını taybatay açdılar.

 Qapıdan içəri qara rəngli iki "Ford" minik maşını girdi və evin eyvanın altında  dayandı.

Maşının qabaq qapısından düşən hərbiçi arxa qapını açdı. Oradan qara kostyümlu qara şlyapalı hündür boylu bir kişi düşdü. O, əlini uzadıb yanındakı xanımın düşməsinə kömək etdi. Arxadakı maşından isə iki cavan oğlan və bir  qız düşdü. 

Hamının düşdüyünü gözləməyən Mir Kamil ağa ora bura boylandı. Qulluqçular  həyətin ortasını göstərdilər. O, başındakı şlyapanı çıxarıb yerə ataraq, həyətin ortasına tərəf qaçdı:

            -Bikə xatın, Bikəm mənim. Anam mənim, canım mənim, gözüm mənim, gəl səni bağrıma basım! - deyə qışqırdı.

            Seyid Bikənin ayaqları daşa dönmüşdü. Nə eşitdiklərinə, nə də gördüklərinə inanmırdı.  "Bu yuxudur? Ya həqiqət? "- düşünürdü. Onun dili tutulmuş, özünü itirmişdi. Seyid Bikənin ürəyi keçmişdi.

            -Tez olun, bura gəlin! - deyə Mir Kamil ağa gələnləri haraya çağırdı. Yerə yıxılan bacısının başını götürüb dizi üstünə qoydu.

            Mir Kamil ağanın xanımı Xalidə baldızının ürəyinin keçdiyini dedi. O, həkim idi.

            -Qorxulu heç nə yoxdur. Sevincdəndir. Bu dəqiqə hər şey qaydasına düşəcək! - deyə qulluqçulara evdən dava-dərman gətirməyi əmr etdi.

            Mir Kamil ağa Seyid Bikənin başını sığallayır, əllərini ovxalayırdı. Gözlərindəki yaşı saxlaya bilmirdi. Bu qeyri-adi bir hal idi. İndiyə qədər bir insan deyə bilməzdi ki, Mir Kamil ağanın göz yaşlarını görən olub.

            -Bikə xatın, oyan anam! Bilsəydim, belə olacaq, heç gəlməzdim. Oyan, gülüm! - deyə Kamil ağa özünü saxlaya bilmirdi, gözlərindən sel axırdı.

            Xalidə xatın, naşatır spirtini Seyid Bikənin burnuna yaxınlaşdırdı. Onun kəskin iyi baldızını özünə qaytardı. Gözləri açıldı. Xalidə onun üzündən öpüb, ayağa qalxdı.

            Seyid Bikə başı üstündə qardaşını gördü. İki əlini uzadıb  ona tərəf əyilən Kamil ağanın boynunu qucaqladı.

            -Atam, sənə canım qurban! - dedi və Xalidənin və Kamilin köməyi ilə ayağa qalxdı. Seyid Bikə özünə gəldikcə gözləri yaşla dolurdu. Otuz üç ildən sonra itkin düşmüş qardaşını görürdü.

            -Bu yuxu deyil? Mən səninləyəm, qardaş? - deyə soruşdu.

            -Mənim bacım, ürəyim həmişə səninlə olub. Anamı düşünəndə, sən gözümün önünə gəlmisən. Ancaq səni yada salmışam. Son zamanlar tez-tez  yuxuma girirdin. Həmişə səni arzulamışam.

            Seyid Bikə onun başını tumarlayır. Ətrafdakılara belə fikir vermirdi. Mir Kamil ağanın arvadı və uşaqları dinməzcə durub onlara tamaşa edirdilər. Bu səhnə bir-neçə dəqiqə davam etdi.

            -Mənim bacım, sən bir bunlara bax! Mir Hüseyn nəslidir! -  deyə Mir Kamil ağa uşaqlarını bacısına göstərdi.

- Bu mənim böyük oğlum, Mir Hüseyndir, kiçiyim Mir Mahmud, qızım isə Fatimədir.

            -Atamın və anamın adını yerdə qoymamısan! Adlarıycan yaşasınlar! - deyə Seyid Bikə keçib əvvəl Mir Hüseynin, sonra Mir Mahmudun, axırda isə Fatimənin üzündən öpdü.

            -Bu isə külfətimizin xanımıdır - Xalidə xatın. Baldızlıq edə bilərsən! - deyə Mir Kamil ağa zövcəsini göstərib zarafata keçdi

            -Axı mən necə edim? İndicə məni ölümdən qurtardı! -deyə Seyid Bikə gəlinin üzündən öpdü.

            Mir Kamil ağa onları sakitcə durub seyr edən Mustafa Payana üzünü tutdu:

            -Mustafa, bağışla səni görmədim. Xoş gəlmisən! Lap yerinə düşdü! - deyə Mir Kamil ağa Mustafa Payanla görüşdü.

            -Sən Allahın işinə bax! Kim inanar ki, otuz üç ildən sonra bacı qardaş görüşər. Gözlərimə inanmıram.  Xoşbəxtəm ki, bütün bunları görürəm.

            -Bəs yeznəm, hanı? - deyə Mir Kamil ağa bacısından soruşdu.

            -Hüseyn ağaynan şəhərə çıxıblar.

            Onlar söhbət edə-edə həyətin ortasında qoyulmuş dəyirmi stol tərəfə keçdilər.

            Axşam düşməyə başlayırdı ki, Meşəd Fazillə Hüseyn ağa həyətə geri döndülər. Onları Mir Kamil özü qarşıladı. Hər ikisinin gözləri dolmuşdu.

            -Fazil, sən bilmirsən, nə qədər xoşbəxtəm? Ömrümdə bu qədər sevinməmişdim. Ən yaxın adamlarımı görürəm. 

Mənə demişdilər ki, səni sürgün ediblər. Elə bir yerə ki, ordan geri dönmək mümkün deyil.

Evinizi də müsadirə ediblər. Şəhərdən yoxa çıxmısınız. Nə iziniz var, nə də sorağınız! Sən isə sağsan! Hələ üstəlik bacımı götürüb, Sovet sərhədini keçib İrana  gəlmisən.

 Dədəm düz deyirdi: "Basqallılar od parçasıdır, istədiklərini edirlər, hər bəladan canlarını qurtara bilirlər!"

            -Biz də səni itkin bilirdik. Qəzetdə şəkilini gördük. Axtarıb tapdıq.

            Çalançıların gəlmə xəbərini qulluqçu Mir Kamil ağaya çatdırdı. O, üzünü Müstafa Payana tutdu:

            -Mustafa, sən onlarla məşğul ol! Yerləşdir. Bu gün burda bayramdır.

            Musiqiçilər dünənki stolun arxasında yerləşdirildi. Hüseyn ağa isə dəyirmi stolun qaydaya salınması ilə məşğul oldu.

            -Məşədi Fazil, oğuldan-qızdan nəyiniz var? -  deyə Kamil ağa soruşdu.

            -Dörd oğuldur. Qızım yoxdur.

            -Dədəm həmişə deyərdi ki, basqallıdan soruşma, dolanışın necədir? Bunu xoşlamırlar. Onların ki, heç vaxt pis olmaz, çox zirəkdirlər.

            -Mir Hüseyn ağa həmişə düz deyib. Əvvəlki kimi.

            -Deməli yaxşıdır.

            -Elədir. Yenə də dəzgahlarımız işləyir, pulumuz var. Böyümü və ortancılımı  evləndirmişəm. Biri hələ cavandır, ikincisini buradan qayıdım, nişanlayacağam.

Mir Kamil ağa qulluqçuya əl elədi. Qulluqçu tez ona yaxınlaşdı. Tapşırığını alıb ev tərəfə yol tutdu.

            -Mənimkilər indi gələrlər. Seyid Bikənin yanındadırlar. İki oğlum var, bir qızım. Böyüyüm oğlandır, ortancılım qız, kiçiyim yenə oğlan. Böyüyümün on yeddi yaşı var. Adı Mir Hüseyndir. Qızıma anamın adını - Fatimə, balacamsa Mir Mahmud qoymuşam. Qızın on beş, kiçiyin on dörd yaşı var.

            -Niyə belə balacadırlar?

            -Mən gec evləndim.

            -Bizim atanız haqqında heç bir məlumatımız yoxdur. Biz İstanbuldan qayıdanda dedilər ki, 20-ci ilin mayından yoxa çıxıb, onu görən olmayıb.

Mir Kamil bir az fikrə daldı.

-Onu, ADR-in bütün həbs olunmuş üzvlərilə birlikdə Xəlil paşanın göstərişilə Salyan körpüsündə güllələyib, Kürə atmışdılar. Yerli camaat cəsədlərini Kürdən çıxarıb körpünün sağındakı qəbiristanlığda basdırıblar…

Mir Kamil qəhərləndi, gözləri yaşarmışdı.

            -Mənə Aşqabadda danışdılar ki, Ənvər paşanın son ana qədər yanında olmusan. - deyə Meşədi Fazil onu fikirdən ayırdı.

            -Eşidəndə ki, Xəlil paşa Azərbaycan hökumətinin yüzdən artıq üzvünü aparıb, Salyan körpüsündə güllələyib, mən Lənkəranda hərbi hissədə idim. Dədənin ölümü haqda orada eşitdim.

            Hərbi hissənin zabitlərindən heç biri bolşeviklərə qoşulmaq istəmədi. Hərə bir yana dağıldı.

Salyan körpüsündə güllənənlərin arasında mənimlə xidmət edənlərin ataları, qardaşları vardı. Onlar da mənə qoşulub, Xəlil paşanı axtarıb, tapmaq qərarına gəldik. Bir neçə adamını Gəncədə tapıb gəbərtdik. Xəlil paşa isə yoxa çıxmışdı.

            Gəncədən yenidən Muğana qayıtdıq. Lənkərandan xəlvəti barkasla Türkmənistana keçdik. Orda Ənvər paşaya qoşulduq. Ənvər paşanın ölümündən sonra da Tükistanda qalıb on ilə qədər ruslarla vuruşduq. İrana keçməli olduq. Dədənin Şirvandakı bu mülkünə gəldik. 

Rəhmətlik necə qoymuşdu, eləcə də dururdu. Bir ara burada yaşadıqdan sonra Şaha bizim haqda xəbər çatdırdılar.

Əsli-nəcabətli olduğumuza görə çox gözəl qəbul etdi. Mən və mənimlə gələn zabit dostlarımı orduya dəvət etdi.

 İndi buranın generalıyam və mənimlə sərhədi keçənlərin hamısı mənsəb sahibidirlər. Bəs sənin başına nələr gəlib, Fazil?

            -28 aprel çevrilişindən sonra  İstanbulda təhsilimi davam etdirirdim. 23-cü ildə Seyid Bikə ilə Bakıya qayıtdıq.

            Məcbur olduq, yenə də kəlağayıçılıqla məşğul olaq. Tiflisdəki, Basqaldakı dəzgahları işə saldıq. Yaxşıca dolanırdıq. Uşaqların ikisi anadan oldu.

            İyirmi yeddinci ildə İçəri şəhərdəki mülkümüzü əlimizdən aldılar və məni qolçomaq elan edib tutdular. Güllələmək istəyirdilər. Bacın Xədicənin əri Şamil NKVD-də böyük vəzifədə olduğundan bir təhər məni aradan çıxardı, Məribə sürgün etdirdi.

            -Bəs Bikəgil?

            -Bikə və uşaqları yuxarı məhəllələrdə evimizdə yerləşdirdi.

 Məribdə də ipəkçilik sexini təşkil etdim.   Vəziyyətimiz düzəldi. Bunlara  rüşvət verməklə  istədiyim vaxt Bakıya, Tiflisə gedib gələ bilirdim.

Səmərqəndə, Aşqabadda, Daşkəndə, Düşənbədə alış verişim vardı, Mərib də ipək sexi açmışam, işləyənlər sürgün olan azərbaycanlılar və yerli camaatdır. Hamının kefi yaxşıdır. Pis dolanmırlar. İndi Səmərqəndə kombinatın direktor müaviniyəm.

            -Xədicəni dedin, Bəs Barat bacım? Əhməd qardaşım?

            -Barat basqallı Səməd ağaya ərə getdi. Yadındadır, sənin uşaqlıq dostun idi. Tiflisdə məşhur adamdır. Kəlağayı sexi işlədir. Beş oğlu var: Məmməd, Ağırza, Davud, Cavad, Rafiq, iki qızı: Almaz, birdə Firəngiz. Xədicənin bir oğlu iki qızı var. Oktay, Tamilla - Toma deyirlər , birdə Cülleta. Xədicəgil bu saat Çindədirlər. Yoldaşı Şamil Nəzərli Sovet səfirliyinin yüksək vəzifəli işçisidir.

            Qardaşın Əhməd Şamaxıda komsomolun böyüyüdür, institut qurtarıb ali savadlı müəllimdir. Həm də dərs deyir.           Bircə nigarançılığımız səndən idi. Allaha min şükür! Hər şey qaydasındadır.

            -Bəs Seyid Rzadan nə xəbər var?

            -Seyid Rza Özbəkistanın siyasi bürosunun üzvü idi. 37-ci ildə Şamaxıya gəlmişdi. Çuxuryurda arvadı ilə dincəlirdi. Tutub aparıb güllələdilər. Adını da qoydular vətən xaini.

            -Dədəm ona deyirdi ki, bolşeviklərə qoşulma! O, isə bildiyini edirdi.

            -Seyid Rza çox savadlı, dərrakəli adam idi. Çoxlu dil bilirdi. Marksı, Engelsi özbək, fars, türkmən və s. dillərə çevirmişdi. Onlara çox inanırdı. Sonu nə oldu? Azərbaycanın əsl ziyalılarının başına gələn oyunları onun da başına açdılar.

-Bakı necə, dəyişib?

            -Alman əsrləri bir neçə yaxşı bina tikiblər. Stalin öləndən sonra göndərdilər evlərinə. Başlı başına qalıb.

            -Stalin öləndən sonra SSRİ dağılmağa başlayacaq. Onun qorxusu bu dövləti saxlayırdı.

            -Mir Kamil, bacına bax! - deyə Məşədi Fazil Mir Kamilin oğlanlarının qoluna girib onlara yaxınlaşan Seyid Bikəni  göstərdi.

            -Sənin nə cəngavər oğulların var, Mir Kamil? Mənim Nərgizimə yaraşırlar. Nərgiz qızımı nahaq bura keçirtmədim. Mir Hüseynə verərdim. Yaşları tən gəlir. 

            -Nərgiz mənim ürəyimin parasıdır. - deyə nəvəsinin adını eşidən Seyid Bikə davam etdi:

-Gəlinimizə deyirəm ki, Xalidə, bilsəydin necə qızdır? Xalidə deyir alıram. Əsl mənim adamımdır.

            -Ay arvad, bura elçiliyə gəlməmisən. Hərənin öz qisməti, öz taleyi var .- deyəMəşədi Fazil dilləndi

            -Mən bacımın təklifi ilə razıyam. Bacım mənə pis qız təklif etməz! Adam göndərək, gedib gətirsinlər. - deyə Mir Kamil ağa sözə qarışdı.

            -Mir Kamil, Sovet sərhədi Həmədan bazarı deyil, burdan gir, ordan çıx. Qorxuludur.

            -Ürəyini sıxma, Hüseyn ağa sovet sərhədini elə Həmədan bazarına çevirib. İstədiyiniz vaxt gəlib, gedə bilərsiz. Mənimlə sizin aranızda əlaqəçi olacaq. Bəs Xalidə və Fatimə hanı? -  deyə Seyid Bikədən soruşdu.

            -İndi hazırlaşıb düşürlər! Qoy, gəlinimizi  Məşədi Fazil qəşəng görsün. Basqallılar sözbazdırlar. Sabah deyəcək ki, Mir Kamilin yoldaşı gözəl deyil.

            Məşədi Fazilin sözü ağzında qaldı. Zadəgan geyimində bir-birindən yaş fərqi hiss olunmayan iki gözəl onlara yaxınlaşırdı.

            -Bikə, bunlardan hansı anadır, hansı qız? - deyə soruşdu.

            -Onu Mir Kamil ağadan soruş! - deyə cavab verdi.

            Mir Kamilin qızı ilə yoldaşı arasında yaş fərqinin olmasına baxmayaraq, Məşədi Fazil hansının ana, hansının qız olduğunu müəyyən etməyə çətinlik çəkirdi.

            Xalidə və Fatimə eyni cürə geyinmiş, eyni zinnət əşyaları taxmış, eyni cürə gözə dəyirdilər.

            -Bunları son zamanlar bir-birindən ayırmaq mümkün deyildir. - deyə Mir Kamil ağa üzünü Məşədi Fazilə tutdu: - Fatimə böyüdükcə elə bil Xalidəyə çatır, Xalidə isə necə var elə də qalmaqdadır.

            -Mənim qocalmağımı istəyirsən? - deyə Xalidə ərinin dediklərinə qarşı çıxdı.

            Məşədi Fazil indi anladı ki, danışan Bikənin baldızıdır.

            -Xanım, Mir Kamil ağa sizə çox yaxşı baxıb, yoxsa mən Seyid Bikəni qocaltmışam! - deyə üzünü Xalidəyə tutdu.

            -Fazil, məni sən yox, zəmanə qocaltdı. Gördüklərimi  heç kim görməsin! - deyə Seyid Bikənin əhvalı döndü.

            -Mənim anam, hər şey arxadadır. İstəyirsiz, burada qalın! Hər şəraitiniz olacaq. - deyə Mir Kamil ağa onu qucaqladı.

            Mir Kamil ağa hamını dəyirmi stolun arxasına dəvət etdi. Mustafa Payana əl elədi. Şirvanın sakit gecələrini musiqi sədaları pozdu.

Kiçik  şəhərcik nəfəsini dərərək, bir-birinin ardınca çalınan azərbaycan-fars müsiqisindən həzz alırdı. Hərdən birdən Mustafanın həzin muğamı qulaqlarını şəkləyib qulaq asanların bədənlərinə qeyri-adi şirin bir titrətmə gətirir, bu ecazkar sədanın kimin olduğunu düşündürürdü.

            Mustafa Seyid Bikənin xahişiylə birdə "Qara giləni" oxudu.

            -Mustafa, bu sənin vizit kartoçkandır! - deyə Seyid Bikə onu təriflədi. Birdən fikrə daldı. "Vizit kartoçkası" sözünün haradan ağlına gəldiyini düşündü. Mustafa Payanın bu sözün mənasının nə olduğunu başa düşməyəcəyini anladı

            -Mustafa, Bakıda böyük adamlar Nikolay vaxtında bir adama özünü təqdim etmək istədikdə, ona öz "vizitkasını" verərdi.  Sənin "Qara gilən" sənin səsinin "vizitkasıdır".-deyə Seyid Bikə əlavə etdi.

            Arvadının ağzından bu sözləri eşidən Məşədi Fazil douxdu.

            -Bikə, bu sözlər haradan ağlına gəlir? - deyə soruşdu.

            -Fazil, elə bir əhatəyə düşmüşəm ki, ata evimdə olduğum kimi özümü hiss edirəm. Sanki o dövrü yaşayıram. Fikir ver, özümdən asılı olmayaraq burada özümü Bikə xatın kimi aparıram. - deyə Seyid Bikə gülümsədi.

 

****


BACI VƏ QARDAŞ

 

            Günəşin  şəfəqləri dağları aşaraq Şirvanın üzərinə düşməmiş Seyid Bikə yuxudan durub həyətdə gəzişirdi. Yorğunluq hiss edib, Ərik ağacının altında oturdu. Dizlərini qucaqlayaraq dağların ətəyinə düşən işığı seyr edirdi. 

Səhərə  qədər yata bilməmişdi. Bir həftəyə yaxın idi ki, burdadır. Ancaq fikri-zikri bakıdakıların, birdə Nərgizin yanında idi. Özü də bilmədən ev üçün darıxmağa başlamışdı.

            Arxadan ayaq səslərinin gəldiyini hiss edərək arxaya döndü. Mir Kamili gördü. Əlində kiçik döşəkcəni  və dəvə yunundan örtüyü ona uzatdı:

            -Ana, sənə soyuq olar! Dağ ətəyində səhərlər nəmişlik olur. - dedi.

             O, uşaqlıqda olduğu kimi bacısını belə çağırırdı. Seyid Bikənin əlindən tutub ayağa qaldırdı. Döşəkcəni yerə atdı, örtüyü çiyninə saldı:

            -İndi arxayın ola bilərəm, sənə heç nə olmayacaq.

            Qardaşının üzündən öpdü, sonra hər ikisi oturdular.

            -Səhərdən uşaqları düşünürəm, gözümə yuxu getməyib.-deyə Seyid Bikə burada olmağının səbəbini anlatdı.

            -Sən heç onlardan danışmadın.

            -Böyüyüm Əşrəfdir, iki uşağı var? Böyüyü Nərgizdir, kiçiyi Tahir. Gəlinim Ərdəbildəndir. Dadaş xanın qızıdır. İnqilabdan sonra İrandan Bakıya köçmüşlər.

            İkincim Əyyubdur, hələlik təhsil alır, nişanlıdır, gedib toyunu edəcəyəm. Onun nişanlısı da Ərdəbilli qızıdır, Dadaş xanın nəslindəndir. Üçüncüsü  Əlisəttardır, elə bil sənsən, təhsilini qurtarıb. Qırmızı diplom alıb. Ənzəli - Bakı arasında işləyən “Dərbənd” gəmisində tərcüməçidir. Həftədə bir dəfə Bakıdan Ənzəliyə gedib gəlir. Evlidir, hələlik bir qızı var, adı Zöhrədir. Tahirdən bir saat balacadır. Ondan bir saat sonra dünyaya gəlib.

            -Məşədi Fazilin yanında soruşmağa çəkindim. Yaşayışınız necədir? Kömək lazımdır?

            -Çox sağ ol, mənim atam. Hər şəraitimiz var. Əvvəllər necə idik, indi də elə yaşayırıq. Necə deyim ki,  arxayın qalasan? Basqallı kimi.

            -Mir Hüseyn ağa deyərdi ki, basqallı heç vaxt ac olmaz! Məni arxayın etdin.

Ənzəliyə gəlib, Əlisəttarla görüşəcəyəm. Bakıya çatanda ona denən ki, ola bilsin səni orada dayın və yaxud dayının adamları qarşıladılar. Çəkinməsin və qorxmasın! Nə lazımdır, sizin üçün göndərəcəyəm. Bakıda yaşamaq çətindirsə, köçün gəlin bura.

            Hüseyn ağa deyir ki, bu gün qayıtmalısınız. Mən göstəriş vermişəm hazırlıq görsünlər.

            -Heç inanmaq istəmirəm ki, biz ayrılırıq.

            -Əsas odur ki, biz bir-birimizi tapdıq. Qalanı asandır.

            -Dədənin məzarı haradadır? Biz onu bilmirik.

            -Xəlil paşa, onları Salyan körpüsündə ADR hökumətinin 120 nəfərini güllələyib. Onlar xalqımızın qaymaqları idilər. Yerli camaat sağ olsun, güllənənlərin kim olduğun bilib, onları ədəb-ərkanla basdırıblar.

            -Yerli camaat məzarların harada olduğunu bilir?

            -Kimdən soruşsan, göstərər.

            -Burdan gedən kimi ora baş çəkəcəyəm. Dədəmizin ruhu şad olsun.

            -Ürəyimdən tikanı çıxartdın, bacı!

            -Bu sözləri sənə demək istəyirdim. Dədə hər cümə axşamı yuxuma girir. Məscidə hər cümə Quran oxutdururam. Ancaq qəbir çəkir, məni onların ruhları rahat qoymur. Bir oğul kimi məzarın üstünə gəlməliyəm. Ancaq gələ bilmirəm. Heç olmasa sən Fazillə ziyarət et! Mən onların qanını almışam, alacağam da. Qoduq Xəlilləri Azərbaycana buraxanlar xalqımızın düşmənləridir. Onların Azərbaycandan ayağını kəsmək lazımdır.

            Allah sərhəd çıxardanın evini yıxsın! Biz sizdən uzaq, siz bizdən. Bircə yollar açılsaydı.

            -Bunu siz etməlisiniz!

            -Şahın fikri də belədir ki, sərhədi qıfılda saxlamaq lazım deyil. Amerika ilə sıx əlaqə yaratdığından sovetlər, onu bəyənmirlər. Mənə elə gəlir ki, düz yol tutmuşuq. Bu İranın inkişafı deməkdir. Onsuz da sovetlərdən kömək gözləmək axmaqlıqdır.

-Oğlanların, Maşallah, böyüyüb, nə fikirdəsən?

            -Dədəmiz dini rəhbər olsa da, nəslimiz Şirvanda savadı və mədəniyyəti ilə ad çıxartmışdı. Gələn il böyük oğlum məktəbi qurtarır, fikrim budur ki, Amerikaya göndərim, yaxşı savad alsın. Qızı da ali savad verəcəyəm. Dədə səni oxudan kimi. Xalidəyə oxşamaq istəyir. Fikri həkim olmaqdır.

            -Lap yadımdan çıxmışdı, sənə deyim! Hamımızın şəkillərini Xalidyə vermişəm. Sizinkilərin də götürmüşəm.

            -Heç bilmirəm səndən necə ayrılacağam. 20-ci ildən bu günə qədər düşündüyüm sən idin. Səni də mənə Allah yetirdi. Qəlbim rahatlandı. O dövrlərdə ki, Mir Kamilə çevrilmişəm. İstədiyim adamların əhatəsindəyəm. Fazilin xətrini necə istədiyimi də bilirsən? 

            -Atam, əsası odur ki, qəlbimizdə ki, nigarançılığı sildik. Dədəmin  məzarının harada olduğunu öyrəndim. Bizi burda birləşdirən Peyğəmbər nəslinin ruhudur. Şəhidin  məzar yerini  balalarına göstərir.

            -Sizdən daha nigaran olmayacağam. Çətinliyə düşsəniz, xəbər göndərin! Lazım gələrsə, Hüseyni tapın, sizi sərhəddən keçirtsin.

            -Darıxsam, belə edəcəyəm. Xalidəyə ünvanlarımızı yazmışam. Sizinkini də götürmüşəm. Məktub yazacağam.

Dağ şəhərcik və kəndlərində səhər birdən açılır. Qaranlıq yoxa çıxır, elə bil gecə olmayıb.

Eyvanda həyətə baxan Məşədi Fazilin silueti göründü. Mir Kamil bacısının əlindən tutdu. Ayağa qaldırdı. Seyid Bikə qardaşının qoluna girib evə tərəf irəliləməyə başladılar.

            Məşədi Fazil bağın ortasında qardaşla bacının gəzişdiyini gördü. Onların aram addımlarından səadət, xoşbəxtlik və rahatlıq duyulurdu. Bu da Məşədi Fazili sevindirirdi: "Bikə daha xəstələnməyəcək!" - deyə düşünürdü. Zaman hər şeyi yerinə qoyur.

 

****

 


ƏLİMİ  VERMİŞƏM ƏLƏ

 

            Nənəsigil gedəndən sonra Nərgizin üzü gülmürdü. O, qırağa çəkilir və dərin fikrə dalırdı. Hiss olunur ki, qız onları düşünür.

 Ruhsarə əlindən gələni edirdi ki, qız darıxmasın, onun gözəl çöhrəsindən gülüş yağsın. Çaplışırdı ki, onun könlünü alsın

-Nərgizim, bəsdir də Əsədi düşündün! - deyə zarafat edirdi.

            -Mən Əsadi yox, babala nənəni düşünürəm. Görəsən, harada qaldılar?

            -Nərgi,z arxayın ol, Hüseyn əkəylə gediblər, sağ-salamat qayıdacaqlar.

            -Bircə tez qayıdaydılar! – deyə qızcığaz yenə də fikrə dalırdı.

             Güngündən Nərgizin Əsədi  isindiyi hiss olunurdu. Namiq əkə bunu görür, qəlbində sevinirdi. Nərgiz isə öz növbəsində bütün qonum-qonşunu fəth edirdi.

            Ruhsarə ilə bütün günü çalışırdı, səliqəsi, sahmanı, bişirib düşürməsi isə hamını valeh edirdi.

        Həyətə Ruhsarənin yanına gələn qadınlar, qızlar  Nərgizin kim olduğunu soruşduqda, "Əsədin nişanlısıdır!" - deyə türkməncə cavab verirdi.

            Nərgiz onun dediklərini başa düşsə də, özünü bilməməzliyə vururdu.

Namiq əkə qızın darıxdığını görüb onu yanına çağırdı:

-Qızım, darıxma, bir-iki günə qayıdarlar. İndi isə gedin, Əsədlə şəhəri gəzin!

            Qızın razılaşması Namiq əkənin ümidlərini artırırdı. Deyəsən, hər şey onun istədiyi kimi olacaqdır.  

            Nərgizin əlindən tutub Aşqabadın küçələrini gəzdirən Əsədin sevincinin həddi hüdudu yox idi. Onun qəlbində oyanan məhəbbəti sanki qız da hiss edirdi, ancaq Seyid Bikə tərbiyəsi  görmüş Nərgiz özünü elə aparırdı ki, elə bil heç nə hiss etmirdi.

            Yaşıllıq içinə qərq olan şəhərin küçələrini hər gün gəzirdilər. Elə bir küçə, elə bir məhəllə yox idi ki, Əsəd ona göstərməsin və onlar haqqında maraqlı şeylər danışmasın.

            Nərgiz isə ona qulaq asır, danışdıqlarını yadında saxlamağa çalışırdı, ancaq bu yad şəhər onu maraqlandırmadığından, eşitdiklərini tezliklə unudurdu.

            “Tarzana” baxdıqdan sonra isə bütün günü Əsəd Tarzandan danışırdı. Başqa söhbətə isə keçə bilmirdi. Tarzan  hər ikisini söhbətinə çevrilmişdi.

-Görəsən, bu doğurdan belədir? - deyə Ruhsarə Əsədi dinləyərkən soruşdu.

            -Niyə ki, belə adamlar olub! - deyə Əsəd cavab verdi

            -Gərək onu öz gözünlə görəsən! - deyə Nərgiz sözə qarışdı:  -Gəl sabah birlikdə gedək, baxaq!

            -Bəs uşaqlar? - deyə Ruhsarə çiynini çəkdi.

            -Biz uşaqlara baxarıq, sən isə Səlimlə kinoya gedərsən! -deyə Nərgiz təklif etdi.

            Səlim üçün gözlənilməz olan bu təklif, onu karıxdırdı. Namiq əkənin üzünə baxdı. Böyük qardaşının nə deyəcəyini gözlədi:

            -Nə üzümə baxırsan? Götür arvadını, apar kinoya. Yazıq gəlin bir küçəni-bacanı görsün də. Qızım  isə uşaqlarına baxar!

            -Bəs xörəyi kim bişirəcək? Bəs sən? - deyə Səlim təəccüblə soruşdu.

            -Nərgizimizə nə olub ki? Durun ayağa hazırlaşın, mən də sizinlə gedirəm! -deyə Namiq əkə göstəriş verdi.

            Sevincindən Ruhsarə Nərgizin boynuna sarıldı. O, bilmirdi ki, sevincindən nə etsin.

Hər ikisi Ruhsarənin otağına keçdilər. Çox keçmədi ki,  geri qayıtdılar. Namiq əkəylə Səlimin qarşısında təmtəraqla geyinmiş başqa bir qadın durmuşdu.

Səlimə elə gəldi ki, onu yenidən evləndirirlər.

            -Namiq əkə, Rahibi də götürək, dəcəldir, Nərgizə əziyyət verəcək! - deyə Ruhsarə yerində donub qalmış ərinə baxa-baxa dilləndi

            -Nə edirsiniz edin, ancaq tez! - deyə Namiq əkə cavab verdi.

Ruhsarəgil  getdikdən, sonra həyətdə Əsədlə Səlimin balaca qızı qalmışdı. Bütün ailə kinoya getmişdi.

            Nərgiz isə özünü mətbəxə vermişdi. "Maşınkanın" altını yandırdı. Əsədi harayladı:

            -Əsəd, gəl mənə kömək elə. Onlar iki saata qayıdacaqlar. Xörəyi tez hazırlamaq lazımdır.

            -Mən nə edə bilərəm?

            -Sən həyətdəki ləkdən göyərti yığ, səbzi qovurma bişirək. Bakılıların sevdiyi yeməkdir.

-Axı mən bilmirəm, nə yığım?

            -Ora bax, beş  lək var, hərəsindən bir dəstə yığ bura gətir, mən isə əti hazırlayım.

            Balacanın əlindən tutub ləkliyə apardı, Əsəd gördü ki, ləklərin sayı yeddidir.

            -Nərgiz, burada yeddi lək var. Hansından dərim?

            -Hamısından dər, ancaq nanə ilə reyhandan az.

            Əsəd bir on-on beş dəqiqə ləkdə eşələndikdən sonra geri qayıtdı.

            -İndi nə edim?

            -İndi ket, bulağın başına bunları yu!

            -Qonşular məni görsələr, nə deyərlər? Bizdə kişi bulaq başında göyərti yumaz!

            -Onda sən burda qal, mən özüm yuyum. - deyə Nərgiz  içi göyərtilə dolu teşti götürüb həyətdən çıxdı.

            Əsəd sakitcə oturub qızın qayıtmasını gözləyirdi. Bir-neçə dəqiqəyə o, geriyə döndü. Gülə-gülə teşti Əsədə ötürdü:

            -Bulaqda deyirlər ki, Əsəd niyə sənə kömək eləmir? Sən nə desən onu edər. Qoy, gəlib teşti o daşısın.

            -Sən nə dedin?

            -Mən dedim ki, bu kişi işi deyil. Evdə qadının qadın işi var, kişinin kişi.

            -Sən belə dedin?

            -Bəs mən nə deməliydim?

            -Heç! Düz demisən. Mən sənin üçün hər şey etməyə hazıram.

            -Onda al bu bıçağı, göyərtini doğra?

-Axı mən bacarmıram.

-Bacararsan!

            Nərgizin söz-söhbəti tez asanlıqla dəyişməsi, Əsədi məyus etsə də, qızın üzündəki təbəssüm onu canlandırırdı. Qızın ürəyinə yatan bir söz demək istəyirdi, ancaq bacarmırdı. Əlindəki bıçaqla acığını göyərtilərdən salan Əsəd az qalmışdı barmaqlarını doğrasın. Nərgiz isə diqqətlə onun hərəkətlərini izləyirdi.

            -Ehtiyatlı ol, barmaqlarını kəsərsən! Hələ sən mənə lazımsan!

-Doğurdan?- Əsəd qulaqlarına inanmadı.

-Qazanı qarışdıracaqsan! - deyə Nərgiz onu daha da hirsləndirdi.

            -Bu kişi işi deyil! - deyə göyərtini doğrayıb bıçağı əlindən qoydu.

            -Mən də bilirəm. Sən özün dedin ki, nə istəyirsən eləyim, odur ki dedim göyərti doğra! - deyə Nərgiz onun könlünü aldı.

            Göyərti dolu teşti, götürüb qazana yaxınlaşdırdı, göyərtinin hamısını ora tökdü.

            -İndi qalır gözləmək. Bu gün səni ləzzətli yeməyə qonaq edəcəyəm. Ömründə belə yemək yeməmisən. - deyə əlavə etdi.

            Əsədin gözləri Nərgizdə idi. Əmisi qızı isə həyətdə xalçanın üstündə gəlinciyi ilə oynayırdı.

            -Ora fikir ver, gör nə qədər ağıllı qızdır? - deyə Əsəd körpəni göstərdi. -Bizim də belə uşaqlarımız olacaq!

            -Kimin belə uşaqları olacaq? -  deyə Nərgiz səsini ucaltdı

            -Bizim...

            -Başa düşmədim?

            -Nərgiz, mən səni sevirəm. Valideynlərim isə istəyir Əşrəf əminin yanına elçiliyə gəlsinlər. Sənin razılığın olmalıdır.

            -Mənim? Mən kiməm? Mən nəkarəyəm? Bu haqda mənlə danışma!  Sənə heç nə deyə bilmərəm. - bütün bunları birnəfəsə deyən  Nərgiz başını aşağı saldı. Qəlbində isə oyanan hisləri cilovlaya bilmədi. Bir-neçə dəqiqə beləcə qaldı.

            Əsədin ona yaxınlaşdığın görmədi. O,  iki əli ilə qızın başını yuxarı qaldırdı və əlini çəkdi. Onları gözləri  bir-birinə toqquşdu.

            -Mən səni doğurdan sevirəm! - deyə indi Əsəd başını aşağı saldı. Bir an araya sükut çökdü.

            -Mənim də sən çox xoşuma gəlirsən, Əsəd. Ancaq nə edə bilərəm?

            Əsəd başını qaldırdı. Özü də bilmədən qızın üzündən öpdü. Otağa sükut çökdü.

            Nərgiz nə edəcəyini, nə deyəcəyini bilmirdi. Gözlərindən yaş sel kimi axırdı.

            -Sən neylədin? - deyə hirsli-hirsli Əsəddən soruşurdu.

Əsəd nə deyəcəyini bilmirdi, hərəkətindən peşman olacağını düşünməmişdi. Özünü ələ aldı. Başını qaldırdı, sakitliyə son qoydu:

            -Mən səni, ancaq səni sevirəm! İstəyirəm ki, həmişə mənimlə olasan. İndi isə ağlama.

            Nərgiz gözlərini yaşını sildi.

            -Nənə bilsə, məni öldürər! - dedi

            -Nənə özü istəyir ki, sən mənim nişanlım olasan. Baba da razılığın verib. Təkcə qalır Əşrəf əmi.

            -Yalan deyirsən!

            -Nənə gələr, özün soruşarsan. Bəs sən? Məni sevirsən?

            -Nənə gələr, baxarıq! - deyə Nərgiz ondan uzaqlaşdı. Qazana tökdüyü göyərtini qarışdırdı.

            -Nə mənə baxırsan, get, uşaqla oyna! Xörəyi  hazırlamalıyam, ya yox! İndi qayıdarlar. İki saatdan çox keçib! -deyə Nərgiz Əsədi otaqdan qovladı.

            Kor peşman uşaq oturan xalçaya özünü salan Əsəd, gəlinciyi onun əlidən aldı və üzünü beş yaşlı  Səyyarəyə tutdu və Nərgizi göstərdi:

            -Səyyarə, gəlincik gözəldir, yoxsa o qız? - deyə bərkdən soruşdu ki, Nərgiz də  eşitsin.

            -Qaqa, o qız.

            -Onun adı nədir?

            -Nərgiz.

            -Bəs onunla niyə oynamırsan.

            -Özün dedin ki, ona mane olma. Otur burda, oyna! Mən də oynayıram. Mən istəyirəm o, mənə yenə nağıl danışsın.

            -İndi xörəyi bişirib, sənin yanına gələr.

            Əsəd başını yuxarı qaldırdıqda Nərgizin əlini belinə qoyub ona baxdığını gördü.

            -Niyə mənə tərs-tərs baxırsan?

            -Get, samovara kömür sal!

            -Bu mənim işim deyil. Bunu kişi etməz.

            -Deməli belə? Onda mən də sənə "yox" deyəcəyəm.

            -Yaxşı-yaxşı, bu dəqiqə. Hər şeyi qaydasına salaram. Sən başımın bəlasısan.

            -Bax, bu başqa məsələ. Mən  dediyimi edəcəksən.

            Qızın sonuncu sözünü qulaq ardına alan Əsəd samovar səmtə qaçdı. Nərgiz isə qızcığazı yenidən xalçanın üstündə oturdub, ona nağıl danışmağa başladı.

            Hava yenicə qaralmışdı ki, kinoya gedənlər geri döndülər. Ruhsarə içəri girən kimi keçib Nərgizin üzündən öpdü:

            -Evlənəndən sonra birinci dəfədir ki, kinoya gedirik. Allah səni xoşbəxt eləsin! Sən gəldiyin evə sevinc gətirirsən.

            -Hm!?- deyə Nərgiz qımıldandı. Üzünü Əsədə tutdu:

-Görürsən, gəlin nə deyir? Sən isə deyirsən ki, mən bəlayam.

            Əsəd dinmədi. Anladı ki, dediyi bütün sözlərə Nərgiz o saat reaksiya verir. Odur ki, bundan sonra danışığına fikir vermək qərarına gəldi.

            Nərgiz isə Ruhsarə ilə əl-ələ verib, o saat dəstərxanda süfrə açdılar. Xörəkləri ortaya gətirən də, Namiq əkə üzünü qardaşı arvadına tutdu:

            -Sən gərək kiçik gəlindən dərs alasan! - deyə türkməncə dedi. Namiq əkə üzünü Nərgizə tutanda gördü ki, qızın üzü utandığından qızarıb. Anladı ki, qız dediklərini başa düşüb.

            Dediyə  peşman oldusa da, digər tərəfdən ürəkdən sevindi. Deyəsən, hər şey öz yerini alır. Üzünü Nərgizə tutdu:

            -Qızım, Allah səni xoşbəxt eləsin! Şamını yandırdığın evdə həmişə səadət olsun! Gəl, sən də bizimlə otur, ürəyimin parasısan. Allah Əl-Əşrəfə insaf versin!

            Nərgiz son sözlərə fikir vermədi, ancaq anladı ki, atasından onlar yaman çəkinirlər və qorxurlar.

 

***


RİZƏ DAĞIN ƏTƏYİNDƏN

 

            Səhərin qaranlığında Hüseyn ağanın dəstəsi Rizə dağının ətəyində Məşədi Fazillə Seyid Bikənin gəlməyini gözləyirdilər. Səhərin açılmasına hələ çox qalırdı. Dağın ətəyindən yamac boyu duman uzanırdı. Meşələrin üstünü örtürdü. Qarşıdakı düzəni ağ örpəkdə gizlədirdi. Demək olar ki, qarşıda heç nə görünmürdü.

Dəstə İran tərəfindən ehtiyat etmirdi. Sərhədi ancaq Sovet tərəfi qoruyurdu. İran tərəfində isə sərhədi adı vardı. Sərhədçilər isə nadir halda gözə dəyirdilər.

            Həzrətqulu uşaqlara diqqətli olmağı tapşırmışdı. Çünki  dumanda gələnlər aza bilərdilər. Uzaqda, sıx dumanının arasından yarıb keçən bir neçə maşın  farasının işığı görünüb itirdi.  Maşınların işıqlarını yoldaşlarına göstərən Mehmanqulu  "Narahat olmasınlar!" - deyə əlilə gizlənməyin lazım olmadığını işarə etdi.

            Dumanın içindən bir-neçə gün bundan əvvəlki "Fordlar" çıxdı. Maşınlar düz dağın ətəyindən başlayan cığırın yanında dayandı.

Bura maşını ilk dəfə sürdürüb gətirən də Hüseyn ağa olmuşdu və bura qədər yolu çəkdirən də o.

Gələnlər arasında  general geyimində bir nəfərin olduğunu görən Həzrətqulu və dəstəsi bir az şaşqın qaldı. Ancaq  keçmiş komandirini gördükdə ona tərəf cumdular:

            -Sənə canım qurban, Mir Kamil ağa, bu sənsən?

            -Bəs sən kimi gözləyirdin? - deyə general səsini qaldırdı.

            -Neçə ildir ki, sizi görmürük? Nə xoşbəxtəm. İndiyə qədər türkmənlər sizdən danışır. Hüseyn ağa demişdi ki, elə bir adamı gətirəcək, heç gözlərinə inanmayacaqsan.

            -Hüseyn ağa düzünü deyib?

            -Elədir sərdar! - deyə Həzrətqulu diz üstə çöküb onun əlindən öpdü.

            Qardaşının buralarda belə şan-şöhrətli olduğunu əvvəl hiss etmişdisə də, indi gözü ilə görən Seyid Bikə Məşədi Fazilin qoluna sığınıb bu səhnəni fərəhlə seyr edirdi.

            -Həzrətqulu, sənə çox minnətdaram! Məni bacımla və qardaşımla görüşdürdün! Bu tayda nə istəsən, sənin üçün etməyə hazıram. Hüseyn ağaya denən, mənə çatdırsın.

Hüseyn ağa sizinlə gələn səfər qayıdacaq. Hələlik o, burada mənə lazımdır. İndi yenə də qardaşımı və bacımı sənə tapşırıram. Sağ salamat keçirtməlisən!

            - Baş üstə, sərdar!- deyə Həzrətqulu o saat cavab verdi.

            Mir Kamil ağa ondan aralanıb Seyid Bikəyə yaxınlaşdı, onu bağrına basdı. Hər ikisi özünü saxlaya bilmədi. Gözləri dolmuş, dilləri tutulmuşdu. Bir kəlmə deməyə gücləri çatmırdı.

            -İstəyirsiniz, qalın! Uşaqları da bura keçirdək. Hər şəraitləri olacaq! - deyə Mir Kamil ağa özünü ələ aldı.

            -Kamil, onlar Bakısız yaşaya bilməzlər. Ora öyrəşiblər. Bir də hərəsinin ailəsi, işi-gücü. Elə eləyin ki, İranla Sovetlərin arası yaxşı olsun! Gediş-gəliş açılsın, elə Nikolayın vaxtındakı kimi, biz də rahat gedək, gələk.

            -Anam, mən əlimdən gələni edəcəyəm ki, belə olsun. Ancaq hər zamanın öz hökmü var! - demişlər.

            Seyid Bikədən sonra üzünü Məşədi Fazilə tutdu:

            -Tam arxayınlıqla keçəcəksiz! Nəyin çatışmasa Hüseyn ağayla xəbər göndər. Nə lazımdırsa, göndərəm. Bunları isə al, balalarına  dayılarından hədiyyə olsun! - deyə Mir Kamil ağa əlindəki balaca portfeli ona uzatdı:

            -Korluq çəksən, xəbər göndərin! İndi isə ayrılmalıyıq. Hava işıqlanmağa başlayır. Sağ və salamat qalın!

            Seyid Bikəni ağlaya-ağlaya ata mindirdilər. Hamı atlandı. Dəstə bir anın içində dağın ətəyi boyu uzanan ağ dumanın içində yox oldu.

            Bir-neçə saat dağ cığırları ilə sakitcə yuxarı qalxdılar. Zirvəyə çatdıqca arxadan duman seyrəlirdi. Atlar sanki dumanın arxasınca gedirdi.

Aşağı baxdıqca maraqlı bir səhnəni seyr etmək olurdu. Duman çəkildikcə yuxarı qalxırdı. Dumanın altından aşağıdakı meşələr, çöllər, göllər, kəndlər, yollar görünürdü.

Şərqdən düzənin arxasından görünməyə başlayan günəşin qırmızı şüaları da dumandan aşağı idi. Dumanı altdan işıqlandırırdı.

            -Tələsin, tez olun, dumanın içinə girin! - deyə Həzrətqulu atlıları və onlara bələdçilik edənləri dumanın içinə girmələrini əmr edirdi.

            Arxada isə elə bir gözəl mənzərə yaranmışdı. Seyid Bikəyə elə gəlirdi ki, onlar göyün yeddinci qatındadırlar. Yuxarıdan aşağı baxırlar. Ancaq tələsmək lazım idi. Bura  gəzməyə gəlməmişdilər.

            -Xanım görürəm, təbiətə valeh olmusunuz, ancaq tələsməliyik! - deyə Həzrətqulu onun atının arxasına çubuq vurdu.

            Həzrətqulunun tələsməsinə əsas vardı. Daha sovet sərhədini keçmişdilər, duman isə onların indi yeganə müttəfiqi olaraq qalırdı.

            Sərhədçilər onların çıxdığı yerlərə çıxa bilməsələr də, aşağıdan binoklla dağlara baxırdılar. Əgər onları görsələr, dağa dırmaşacaq, keçidi axtarıb tapacaqdılar. Odur ki, dumanın içindən çıxmaq keçidi itirmək demək idi.

            Dəstə sağ-salamatlıqla mağaranın içinə daxil oldu. Atlardan düşdülər.

            Mağaranın ortasında yenə də tonqal yanırdı. Ətrafında oturanlar dəstənin gəldiyini görüb, ayağa qalxdılar və Həzrətquluya yaxınlaşdılar:

            -Şükür Allaha! Gəlib çıxdınız. Yaman gecikirdiniz. Ağlımıza çox şey gəlirdi. - deyə ötən səfər onlardan ayrılıb mağarada qalan türkməni Məşədi Fazil o saat tanıdı. Bu Həzrətqulunun köməkçisi və yerlisi idi.

            -Narahatçılığa əsas yoxdur. Sən denən, aşağıda vəziyyət necədir?

            -Aşağıda vəziyyət xoşa gələn deyil. Gözləməli olacağıq. Sərhədçilər dağ ətəklərini addım-addım gəzirlər. Odur ki, axşama qədər  burada qalmalıyıq. Gecənin qaranlığında yola çıxmalıyıq.

            -Malları niyə yola salmamısan?- deyə mağaranın o biri tərəfində dayanan atları göstərdi.

            -Sənin yolunu gözləyirdim.

            -Onda onları da gecə yola salmalı olacaqsan. Hüseyn ağa, aşağıda sizi gözləyir. Biriniz keçin, ona məsələni agah edin! Sabah malların ona çatacağını deyin!

            Həzrətqulu dəstənin üzvlərinə göstərişlərini verdikdən sonra, Seyid Bikə ilə Məşədi Fazili tonqalın ətrafına dəvət etdi.

            -Məşədi yorulmusunuz, axşama qədər burada dincələcəyik, gecə yola çıxacağıq.

            Seyid Bikən yenə də o günki dəvə dərisinin üstünə atılmış xalçanın üstündə oturdu.

Tonqalın istisi dağların soyuqluğunu Seyid Bikənin bədənindən çıxarırdı. Yorğunluq və isti  ona sakit bir yuxu gətirdi.

            Məşədi Fazil başının altına  döşəkcəni qoydu və üstünə yorğançanı çəkdi, ayağa qalxıb bələdçilərin yığışdığı mağaranın o biri tərəfinə keçdi.

Burada da ocaq qalamışdılar, üstünə çaynik və qazan da qoymuşdular. Yemək hazırlayırdılar.

            Məşədi Fazili  görən Həzrətqulu ayağa qalxdı və ona yer göstərdi:

            -Məşədi, buyurun əyləşin! Deyəsən, bacımız yatıb? Yarım saata yemək hazır olacaq.

            -Qoy yatsın! Deyəsən, yaman yorulub. Yuxudan durar, sonra baxarıq. At üstündə onu yedizdirmişəm. - deyə Məşədi Fazil keçib döşək üstündə oturdu. Həzrətqulu əlilə  mağaraya işarə edərək dedi:

            -Bura bizim ikinci evimizdir. Elə vaxt olur ki, burada beş-altı gün qalırıq. Odur ki, hər dəfə mağaraya un, yağ, qənd, pendir və başqa məhsullar gətiririk. Bir hissəsin yeyir, qalanını isə saxlayırıq buradakı anbarda.

Burada hər şey var. Hətta hamamımız da. Mağaranın içində dincəlmək üçün hər bir  şərait yaratmışıq. 

Divarların birindən gurultu ilə axan suyun səsi eşidilirdi. Məşədi Fazilin suyun şırıltısına qulaq asdığını görən Həzrətqulu ayağa qalxdı.

            -Məşədi, gəl, sənə mağaranı göstərim! -dedi.

            Məşədi Fazil ayağa qalxdı. Su səsi gələn tərəfə irəlilədilər. Qarşısındakı divara yaxınlaşdılar. Yuxarıdan axan sudan buxar çıxırdı. Əlini suya uzatdı və tezliklə çəkdi:

            -Əlim yanmışdı! Bu ki, qaynar sudur. - dedi.

            -Məşədi, bu möcüzədir. Siz o birisi tərəfdən  axan suya baxın.

            Məşədi Fazil əlini qaynar şırımdan yarım metr aralı axan suya tutdu.

            -Həzrətqulu, bu isə bumbuz! - deyə əlini geri  çəkdi.

            -Bu sular haradan çıxır və hara gedir, heç kim bilmir. İsti suyun axarını aşağı yönəltmişik, aşağıda beş-altı çala qazımışıq, su axıb çalalara dolur. Biz də orda çimirik. Adını da qoymuşuq - hamamxana.

            Buranın suyuna sabun lazım deyil, suya girən kimi insanın bədənini təmizləyir. Beş dəqiqədən artıq qalmaq mümkün deyil.

-Kükürd iyi gəlir. Deyəsən, kükürdlü sudur.

            -Mən də belə düşünürəm.

            Ocağın ətrafına qayıtdılar. Mehmanqulu əlindəki çaynikdən piyalələrə çay süzürdü. Keçib yerlərində oturdular.

            Həzrətqulu ona piyalədə çay uzatdı:

            -Bizlər yaşıl çayı xoşlayırıq. Qara çayda tam olmur! -dedi.

            -Qara çayın da öz ləzzəti var. Ancaq hər şey vərdişdən asılıdır. İnsan nəyə vərdiş edibsə, onu xoşlayır. Mən yol boyu fikir verirdim, o tayda da çoxlu türkmən yaşayır.

            -Bu dağların qarşısı: Şiravan və Məşhəd xətti boyu bizim ata-baba yurdlarımız uzanır. Oralar türkmən yerləridir.

            -Sizləri də bizim kimi bölüblər.

            -Biz məgər boş-boşuna qaçaqçılıqla burdan ora, ordan bura keçirik. Qohum-əqrəbanın çoxu orda olmasaydı, biz nə edə bilərdik? Həm özümüz dolanırıq, həm də onları dolandırırıq.

            -Bir vaxt vardı, hamımız bir idik: azərbaycanlı, özbək, türk, türkmən

            -İndi də ola bilərik, əfsuslar olsun ki, bizi birləşdirəcək ağsaqqallarımız qalmayıb. Bizi parçalayıb asta-asta soyurlar. Maraqlıdır ki, özümüzkilərin əlilə.

            -Biz Sultandan kömək istədik, ordusunu  Bakıya çağırdıq, bizə Ənvər paşa, Nuru paşa kimi igidləri göndərdi. Bizi azad etdilər. Ancaq sonra nə oldu? Atatürk Leninə qoşulandan sonra, Xəlil paşa gəldi. Bizi ruslara tabe etdirdi... Ənvər paşanı, Nuru paşanı türk xalqının düşməni elan etdi. İndiyə qədər onların adını çəkənin Türkiyədə dədəsini yandırırlar. Gəl, bundan sonra bu birliyə inan.

            -Ənvər paşa deyirdi ki, Osmanlı imperiyasına son qoyanlar özümüzkilər olub. “Demokratam” deyə böyük dövləti dağıdıb, beşdə bir hissəsini saxlayıblar.

            Xəlifəti də dağıtdılar. İslam birliyinə son qoyublar. Baxın, indiki Türkiyəyə: camaatı cındır içindədir. Hələ bir əlli il də cındır Türkiyə olub qalacaq. Onun bunun əlində oyuncaq olacaq. Çünki böyüklüyünü kiçikliyə dəyişdirib.

            -Onların böyüklüyü Osmanlı imperatorluğu ilə qurtardı. Bizim böyüklüyümüz yenidən Şərqdən başlamalıdır. Onlardan fərqli olaraq, biz bir-birimizə daha yaxınıq. Bizi bir sərhəd birləşdirir. İndi bundan istifadə edib, daha sıx birləşməliyik.

            -Sovet dövləti də dağılacaq, Osmanlı dövləti kimi. Bir axmağın əlinə düşəcək, dağıdacaq.

            Stalindən sonra dövlətə sahib duran ağıllı bir insan yoxdur. Ondan sonra hakimiyyətə gələn bu axmaqlar dağıdacaq.

            -Allah ağzından eşitsin, biz də bir rahat nəfəs alarıq.

            Seyid Bikə gözlərini açıb ətrafa boylandı. Həyat yoldaşının onu axtardığını  görən Məşədi Fazil ayağa qalxdı, üzünü Həzrətquluya çevirdi:

            -Seyid Bikə oyandı, gedim görüm nə istəyir, -deyə oradan uzaqlaşdı.

            Seyid Bikə  ərinin ona yaxınlaşdığını görüb əlləri ilə dizlərini qucaqlayıb oturdu.

            -Yaman yatmışdın! Ürəyim gəlmədi, səni durğuzum. Dur, gedək isti sula əlini-üzünü yu!

            -Burada isti su nə gəzir?

            -İndi özün görərsən. Qayaların arasında isti su bulağı qaynayır.

 

***


ƏSƏDİN ETİRAFI

 

            Namiq əkə Əsədi Məribə göndərmişdi. İki gün idi ki, ondan xəbər yox idi. Nərgiz yenə də darıxırdı.

            Namiq əkə ilə gülər üzlə görüşsə də, ondan ayrılan kimi gülüş üzünü tərk edirdi.

Namiq əkə qızın qəmginliyinin səbəbini oğlunun gedişi ilə əlaqələndirdi, buna görə sevinsə də, qızın dərd çəkməsi onun qəlbini kövrəldirdi.

 On dörd yaşlı Nərgizin gözlərinin yolda qaldığını gördükcə, özü hirslənir və ürəyində özünü danlayırdı: Əsədi niyə göndərdim? Qaça-qaç idi? - düşünürdü.

            Axşam sərini yenicə düşməyə başlamışdı ki, Ruhsarəni  Namiq əkə yanına çağırdı:

            -Ruhsarə, Nərgizi bütün günü işlədirsən. Qızı, heç olmasa, bir az gəzdirin! Buraya ev təmizləməyə gəlməyib ki. Götürün, aparın gəzməyə!

            -Namiq əkə, bizdə günah yoxdur. Özü heç yana getmək istəmir. Bu qız mətbəxdən çıxmır.

            - Onu bir yanıma göndər!

            Nərgiz dinməzcə Namiq əkəyə yanaşdı. Salam verdi. Namiq əkə onun alnından öpdü:

            -Qızım, kiminçün belə darıxırsan? - deyə soruşdu.

            -Nənəynən baba üçün...

            -Allah qoysa, bu gün-sabah qayıdarlar. Hər şey öz qaydasına düşər.

            -Namiq əkə, yaman nigaranam, axı bu gün gəlməlidirlər.

            -Narahat olma, səbirli ol, tezliklə qayıdacaqlar. Nənən qardaşını tapıb onunla görüşüb. Gəlib özü hər şeyi danışar.

            -Siz haradan bilirsiz?

            -Mənim balam, məgər onları aparanlar mənim qohum-əqrəbalarım deyil? Hər şey qaydasındadır. Əsəd də sabah səhər gələcək. İndi isə  darıxmayasan deyə, Səlim, Ruhsarə ilə gedin şəhəri gəzməyə!

            -Namiq əkə, olarmı heç yana getməyək. Sabah gedərəm. Mən istəyirəm ki, evdə qalım.

            -Nə deyirəm, mənim qızım? Sənə necə xoşdur, mənə də elə...

            Səhəri gün Nərgiz  yuxudan duranda həyətdə heç kim yox idi. Sübh-tezdən olduğundan hamı yatırdı. Təkcə Nərgiz yuxudan durmuşdu.

Hansı bir qüvvəsə sanki Nərgizi həyətin ortasına gətirdi. Gözləri dəstərxana dikildi.

Əsəd arxasını evə çevirib oturmuşdu. Nəyisə düşünürdü.

Oğlan qızın gəldiyini hiss etmədi. O, dəstərxana çox asta yanaşdı. Qəlbində sevinsə də, Nərgiz bu sevinci biruzə vermədi. Hisslərini gizlətdi.

            -Sən haçan qayıtmısan? - deyə qəfildən soruşdu.

            Qəflət səsdən Əsəd diskindi. Ancaq tez özünü ələ aldı:

            -Sən durmusan? - soruşdu.

            -Haçan gəlmisən?

            -Səhər sübhdən. Gördüm, hamı yatıb, keçib burda oturdum.

            -Deyəsən, yorğunsan? Sənin üçün çay hazırlayım?

            -Yox, lazım deyil.

            -Onda mən gedim?

            -Xahiş edirəm, getmə. Deyiləsi  sözüm var.

            -Nə demək istəyirsən?

            -Gedəndən, səni düşünürəm, ancaq səni. İstəyirəm ki, fikrini bilim. İstəyirəm, sən də məni sevəsən, mən səni sevdiyim kimi... - daha Əsəd bir söz demədi. Başını aşağı salıb susdu. Qızın gözünün içinə belə baxa bilmədi.

            Həyətdə tam sakitlik idi. Hamı yatmışdı. Hətta quşların səsi də eşidilmirdi. Təkcə axan bulağın suyu bu sakitliyi pozurdu.

            Nərgiz başı üstündə durub onu süzürdü, bu hala düşməyinə sevinirdi. Dinmirdi. Yenə də Əsədin danışmağını gözləyirdi. Bir neçə dəqiqə belə keçdi.

            Evin astanasında Ruhsarə göründü.

            -Mən gedim, Ruhsarə bacıya gömək edim! - deyə Nərgiz oradan uzaqlaşmaq istədi.

            -Dayan! Axı sən mənə cavab vermədin?! - deyə Əsəd qəmgin-qəmgin soruşdu.

            Nərgiz yenə də susdu.

            -Xahiş edirəm, mənə bir söz de! - deyə Əsəd təkid etdi.

            Nərgiz bu təkidin qarşısında dayana bilmədi. Birdə ki, onlara Ruhsarə yaxınlaşırdı.

            -Bizə elçi gəlsəniz, mən yox deməyəcəyəm! - deyib Ruhsarəyə tərəf qaçdı.

 

***


DAĞLARDA

 

            Dağları duman bürüdükcə, hər şeyin üstünə ağ pərdə çəkilirdi. Görüntü itirdi. Avqust ayının ortalarında  duman axşam saat altıdan sonra dağın ətəyindən başlayaraq dağ boyu yuxarıya dırmanır, sanki qaranlıqla görüşə can atırdı. Yay ayları dağlarda səma çox aydın, ulduzlar isə parlaq olur.

Ancaq yay axıra çıxdıqca, axşamlar dağlar dumanlaşır, qaranlıq tez düşür,  qayalıqlara nəmişlik gətirir.

            Axşam öz hüquqlarını bərpa etdikcə duman mağaranın hər tərəfindən içəri girməyə can atırdı, oranın içini yüngül ağ pərdə örtüyünə bürüyürdü.

            Həzrətqulu dumanın hərəkətə keçdiyini görüb, atları yükləməyi əmr verdi. Sonra üzünü Məşədi Fazilə tutdu:

            -Məşədi, hazır olmağınız məsləhətdir, bir yarım saata hərəkətə keçəcəyik! - dedi.

            Mağarada sönmüş ocağın ətrafında oturmuş Seyid Bikə atların yükləndiyini görüb, özü ayağa qalxdı və Məşədi Fazilə yaxınlaşdı:

            -Allah qoysa, deyəsən, tərpənirik! - dedi

            -Möhkəm geyinməyin məsləhətdir. Dağlara çən düşür. Səni bura xəstələnməyə gətirməmişəm.

            -A kişi, bundan sonra mən  xəstələnmərəm. Ürəyim sakit, qəlbim dərdsizdir. Ürəyimin parasını və onun övladlarını gördüm. Təkcə Nərgiz üçün darıxmışam.

             Mağaradan hamı piyada çıxdı və qabaqda gedən atların dalınca cığırlarla hərəkətə keçdilər.

            Hava qaralmamışdı. Ancaq duman öz hüqülarından bərpa  edərək ətrafı bürüyürdü. Bürüdükcə isə göz-gözü görmürdü.

            Qarşıda gedənlərdən ancaq bir-iki addım geri qalmaq olardı, çünki irəlidə üç-dörd metrlik məsafəni görmək mümkün idi.

            Seyid Bikə dumanın sıxlaşmasından təşvişə düşdü, üzünü onun arxasında gələn Məşədi Fazilə tutdu:

            -Duman ayağımızın altını görməyə qoymur, bəs qaranlıqda nə edəcəyik?

            -Seyid qızı, arxayın ol, bunların gözlərini bağlasan belə, bu aşırımları rahatlıqla keçərlər.

            -Fikrim qalıb, Nərgizin yanında... Namiq əkənin onu istəməsinə necə baxırsan? - deyə Seyid Bikə ərini söhbətə tutdu.

            -Seyid qızı, mənim ürəyimdən danışırsan. Əsəd çox yaxşı oğlandır. Gözümün qabağında böyüyüb, öz balam  bilirəm. Qızımızın, deyəsən, taleyi bu ailəyə bağlı olacaq...

            -Fazil, mən də sən fikirdəyəm. Ancaq kimin cürəti çatar ki, Əşrəfdən qız istəsin.  Odur ki, Namiq əkə özündə deyil.

            -Mən "Hə" desəm, Əşrəf nə karadır? - deyə Məşədi səsini qaldırdı.

            -Ancaq bir balaca tezdir. Hələ Nərgiz on dörd yaşın içindədir.

            -Ad edərik, deyərik, gözləsinlər.

-Bir şeydən tam arxayın ola bilərik, qızımızı öz sıramızdan olan adamlara vermişik. Bizim kimi zadəgan nəslindəndir.

-Bu elə bizə bəsdir.

            -Əşrəfi mən dilə tutaram. Nərgizi özündən çox istəyir.

-Nərgizi istəməyən var?

-Qız deyil, od parçasıdır. Ağıl dəryasıdır. Nə deyirəm, götürür. Ondan ayrılmaq mənim üçün də ağır olacaq.

-Nə etməli? Bu həyatdır. Övladlar isə köçəri quş. Hərəsi bir yana uçmalıdır. Allahın qoyduğu qanundur. Biz bununla razılaşmalıyıq.

            -Qəm yemə, a kişi, bu gün-sabah nəvələrin böyüyəcək, onları da Nərgiz kimi sevəcəksən. Onlar da Nərgiz kimi şirin olacaqlar.

            Gecənin qaranlığının necə düşdüyünü heç kim hiss etmədi.

Qaranlığa və dumana baxmayaraq dəstə ehtiyatla bütün maneələri keçdi.  Səhər açılar-açılmaz meşədən magistral yolun kənarına çıxdılar.

Bələdçilər  onları atdan düşürdərək, özləri atlarla birlikdə meşənin içində qaldılar. Təkcə Həzrətqulu hərdən-bir  motor səsi gəldikdə yola yaxınlaşır, diqqətlə nəyisə dinləyib geri dönürdü.

-Bu bizim maşın deyil! - deyirdi. Gələn maşın ötdükdən sonra yenə də sakitliyi pozan səsi tuturdu və diqqətlə dinləyirdi.

İyirmi ildən artıq idi ki, Həzrətqulunun dəstəsi İrana keçib qayıdırdı. Son iyirmi il ərzində onun başına nələr gəlməmişdi. Sərhədçilərlə atışmadan tutmuş, dağ aşırımları, sel aparması və s. Bununla belə o, heç vaxt ehtiyatını əldən verməmişdi. Apardığı adamları sağ salamat mənzillərinə çatdırmışdı.

Həzrətqulunun düzlüyündən, təmizliyindən, halal insan olmasından, onu tanıyanlar ağız dolusu danışardılar.

            Yarım saata qədər vaxt ötdü.

            -Bəlkə düz gəlməmişik? - deyə, Məşədi Fazil Həzrətquludan soruşdu.

-Birinci dəfədir? Mənim burada tanımadığım kol-kos yoxdur, hər addımımda məni nə gözləyir, hansı çığır hara aparır, bilirəm, bizdən qabaq buradan kimin və nəyin keçdiyini  görürəm. Bu mənim sənətimdir! - deyə Həzrətqulu cavab verdi.

            Havanın işıqlanması yenidən onları meşəyə çəkilməsinə  səbəb oldu.

            Yolun kənarında ancaq Həzrətqulu var-gəl edirdi. Birdən dayanaraq diqqətlə nəyi isə dinləməyə başladı. Sonra əli ilə meşədəkilərə əl elədi ki, çıxsınlar.

            Uzaqdan heç nə görünmürdü. Yenicə açılmış səhərin saldığı şeh damcıları günəşin şüalarından büllur kimi parlayırdı.

            -Həzrətqulu, hələ heç bir maşın səsi gəlmir? Çıxmağa tələsmədik mi?- deyə, Məşədi Fazil soruşdu.

            -Məşədi, mən ovçuyam. Mahir ovçuyam. Sizin görmədiyinizi, eşitmədiyinizi mən görürəm və eşidirəm. Beş dəqiqəyə bura maşın gələcək, bu bizim maşındır. İnanmırsan saatına bax. Düz beş dəqiqəyə...

            Həzrətqulunun dediyi beş dəqiqənin dördə dəqiqəsi keçdi. Ancaq sakitlik pozulmadı. Daha yarım dəqiqədən sonra meşəni iki yerə yarıb keçən yolun döngəsindən "Sudabekker" göründü.

            Düz beşinci dəqiqədə maşın onların yanında dayandı. Maşının kabinəsinin sərnişin oturacağından Namiq əkə düşdü.

            -Xoş gəlmisiniz! Həmişə evinizdə-eşiyinizdə! - deyə, Məşədi Fazillə qucaqlaşdı. Sonra üzünü Seyid Bikəyə tutdu:

            -Bacımı da xoşbəxt görməyimə şadam!

            -Sənə bacın qurban, Namiq əkə! Mən sənin xəcalətindən necə çıxacağam? Cəfəli nəsli sənə borcludur. Onlar isə borclu qalmağı xoşlamırlar.

            -Elə isə, borcumuzu qaytarın! - deyə  yarı-ciddi şəkildə tələb etdi.

            -Biz hazır! - deyə, Məşədi Fazil davam etdi.

            -Məşədi, sizin bizə nə borcunuz ola bilər? Bütün nəslim sənin çörəyinlə dolanıb adam olub. Sən bizim çörək ağacımızsan...

            -Elə isə nə borc istəyirsən?

            -Mən zarafat elədim. İstədiyim isə Nərgizdir.

            -Biz razılığımızı verdik. Bakıya Əşrəfgilə elçiliyə gələ bilərsən! Bir şərtlə: gözləməli olacaqsınız.

            -Nə qədər istəsəniz, gözləməyə hazırıq.

            -On altı, on yeddi yaşı tamam olmayınca,  Bakıdan apardı yoxdur.

            -Sən nə demisən, hamişə bizim üçün qanun olub, bundan sonra da olacaqdır!

-Onda razılaşdıq! Bakıda gözləyəcəyik.

            -Əşrəfdən çəkinirəm axı?

            -Mən razılıq verəndən sonra, Əşrəf nə deyə bilər. Biz Cəfərlilərdə atanın sözü qanundur.

            -Məşədi, Allah səni ağsaqqallıqdan əskik etməsin!

            Bələdçilər bir göz qırpımında atların yüklərini maşına doldurdular. Seyid Bikənin sürücünün yanında oturdular. Məşədi Fazillə Namiq əkə  kuzova qalxdılar.

            Həzrətqulu onlara vidalaşıb bələdçilərin arxasınca meşənin içində yox oldu. Maşın isə  geriyə dönərək, gəldiyi tərəfə istiqamət götürdü.

            -Bir saata Aşqabaddayıq! - deyə Namiq əkə üzünü Məşədi Fazilə tutdu.

            -Allaha min şükür! Sağ salamat qayıtdıq. Hər şey yaxşı oldu. Təkcə qızımız üçün darımışam.

            -Qız da sizin üçün...

***

 

KRASNOVODSK LİMANI

 

            Məşədi Fazillə Seyid Bikənin Aşqabada gəlişi hər şeyi dəyişdi. Nərgiz qanad açıb uçurdu. 

Seyid Bikə ondan əl çəkməyən Nərgizlə İranda gördüklərini bölüşdürür, gətirdiyi şəkilləri ona göstərirdi.

Səhəri günü Nərgiz nənəsindən xahiş elədi ki, şəkilləri ona versin.

            Nənə şəkilləri ona uzatdı. Nəvəsinin özü baxacağını zənn etmişdi. Ancaq qız onları götürüb dəstərxan tərəfə getdi. Orda təkcə  Əsəd oturmuşdu.

            Seyid Bikə evdən çıxıb dəstərxana getmək istəyən Məşədi Fazilin qabağın kəsdi:

            -Fazil, dayan! Evə keç!

            İşdən xəbərsiz olan Məşədi Fazil Seyid Bikənin bu cür özünü aparmasına təəccübləndi:

            -Ay arvad, yenə nə olub? - soruşdu.

            -Heç nə soruşma, içəri keç!

            Məşədi Fazil dinməzcə içəri keçdi. Ancaq daha heç nə soruşmadı. Arvadının xasiyyətinə yaxşı bələd idi. Bilirdi ki, əgər özü deməsə, ondan heç kim söz çıxara bilməzdi.

Bir neçə dəqiqə o, stolun arxasında oturub, qarşısındakı, qəzetləri varaqladı. Oxumağa həvəsi olmasa da, özünü elə apardı ki, Seyid Bikə onun məşğul olduğunu görsün. Etinasızlığı, həmişə  Seyid Bikəni danışmağa vadar edirdi. Bu dəfə də belə oldu.

            -Niyə soruşmursan, niyə səni içəri saldım?

            -Mən nə bilim? Sən dedin, içəri keç, mən də keçdim.

            -Dəstərxanda heç kimi görmədin?

            -Heç kimi...

            -Nərgizlə Əsəd orada oturub söhbət edirlər. Qızdan çıxmayan iş.

-Bunun nəyi pisdir?

            -Mən də deyirəm, nəyi pisdir? Odur ki, səni evə qaytardım. Gənclərə mane olmayasan. Nərgiz səni görsəydi, evə qayıdacaqdı.

            -Bircə onların toyunu görəydim!

            -İndi mənim də arzum budur. Əşrəfi yola gətirmək mənim boynuma.

            Səhəri günü axşam Dəmir yolu vağzalına Məşədi Fazili, Seyid Bikəni və Nərgizi yola salmağa hamı gəlmişdi. Rühsara Nərgizi bağrına basaraq, gözündə ki, yaşı saxlaya bilmirdi.

Namiq əkə qızın alnından öpdü. Qatara onlarla birgə təkcə Əsəd mindi. O, qonaqları Krasnovodskdan yola salıb Məribə, oradan isə Səmərqəndə qayıtmalı idi. Məşədi Fazil  ona oradakı sexlərlə bağlı  tapşırıqlar vermişdi.

 Qatar yola düşən kimi hamı kupeyə keçdi, ancaq Əsəd qapının ağzında dayandı.

            -Sən niyə qapıda durmusan? -  deyə Seyid Bikə soruşdu.

            Əsəd cavab vermədi.

            -İçəri keç, yoxsa qızımı sənə vermərəm! - deyə, Seyid Bikə zarafatla üzünü Nərgiz tərəfə tutdu. Qız utandığından çuğundura döndü.

Əsəd Nərgizi pis vəziyyətə saldığını anladı. İçəri keçdi. Məşədi Fazil Seyid Bikəyə baxıb gülümsündü.

            -Bax, bu başqa məsələ! Özünü evindəki kimi hiss et.

            Kupedə Əsədin gözləri uzun müddət yerdən qalxmadı. Başını qaldırıb bir kəlmə də danışmadı, heç kimin üzünə baxa bilmirdi. Dinməzcə oturub, pəncərədən təbiəti seyr edirdi. Bu sakitlik bir neçə dəqiqə davam etdi.

            -Fazil, siz koridora çıxın, Nərgiz yerinizi salsın. Səhər tezdən Krasnovodskaya çatacağıq, yatmaq lazımdır. - deyə Seyid Bikə onları kupedən çıxartdı.

            Kupeyə girəndə Nərgiz də, Seyid Bikədə öz yerlərinə uzanmışdılar. Məşədi Fazillə ilə birlikdə hər ikisi yuxarı polkaya qalxdılar.

            Qatarın təkərləri ilə relslərin yaratdığı monoton musiqi gözlərinə yuxu gətirdi. Kupeyə tam sakitlik çökdü.

             Səhər sübhdən Krasnovodskya çatdılar. Vokzaldan düz limana gəldilər.

            Seyid Pikə ərinə uşaqların ac olduqlarına işarə etdi.

Odur ki, körpüyə çatar çatmaz Məşədi Fazil onları restorana apardı. Yemək içmək sifariş verdikdən sonra,  üzünü Seyid Bikəyə tutdu:

            -Krasnovodskda xoşa gələn bir şey varsa, o da bu restorandır, bir də burdan dənizə açılan mənzərə.

            Doğrudan da, körpünün on-on beş metrliyində olan restoranın balkonunun sağ tərəfindən Xəzərə uzanan burun cazibədar mənzərə yaradırdı. Sanki dənizin onun vasitəsi ilə qarşısı tutulmuş, coşqun dalğaların qabağı alınmışdı. Belə ki, istər küləkli, istərsə küləksiz havalarda körfəzdəki dalğalar sakitcə sahilə toxunub geriyə qayıdırdılar.

Burunun arxa tərəfi isə çox küləkli və tozanaqlı olurdu. Külək əsərkən toz havaya qalxır, insanların gözlərini doldurur, qabağı görməyə mane olurdu.

Sakit günlərdə isə bu yerlərin misli-bərabəri yox idi. Körfəzin sahilləri adamla dolur, dənizin suları onlar üçün dalğaların yaratdığı əbədi nəğməsini oxuyurdu.

            Nərgizlə Əsədin balkona çəkilmişdilər. Seyid Bikə onlara mane olmadı. Restoranın zalından onlara tamaşa edərək ər-arvad çay içirdilər, ürəklərində isə sevinc vardı: "Balaları necə xoşbəxt idilər. "

            Zadəgan tərbiyəsi görmüş ər-arvad cavanlar tərəfə baxmağın gədalıq olduğunu bilsələr də, hərdən birdən balkon tərəfə boylanırdılar.

            -Ay arvad, hara baxırsan, ayıb deyil?

            -Fazil, ürəyim onların yanında qalıb, Nərgiz ərköyün qızdır, Əsəd utancaq oğlan, birdə gördün Nərgiz aləmi bir-birinə qatıb.

            -Ürəyini sıxma, heç nə olmayacaq. Onların bir-birilə rəftarına bax.

            -Deyəsən, biz deyən olacaq!

            -Əlbəttə, biz deyən olacaq. Odur ki, uşaqları utandırma. Otur çayını iç!

            Əsəd Nərgizin əlindən tutub sahil boyu gəzişməyə başladılar. O, qıza körfəzi əhatə edən burunu göstərirdi:

            -Bilirsən, bu burnun arxasanda nə qədər ova getmişik. Orda çoxlu ceyran, cüyür olur. Elə qəşəngdirlər. Adam vurmaq istəmir.

            -Mən ceyran görmüşəm. Bakıda zooparkda.

            -Zoopark nədir?

            -Bizim dildə "heyvanxana".

            -Buralarda yoxdur.

            -Bakıya gələndə gedərik.

            -Bilirsən, biz tezliklə gələcəyik. Nə fikirdəsən?

            -Mənim fikrim pis deyil.

            -Deyəsən başa düşmədin.

            -Niyə ki, çox yaxşı başa düşdüm.

            Əsəd bu cavabdan sonra daha danışmaq istəmədi. Dərinə getməkdən qorxdu. Nərgizin hər sözə çox ciddi fikir verdiyini hiss etmişdi. Onunla danışarkən çox ehtiyatlı olmaq lazım idi. Mənasız sözlərdən zəhləsi gedirdi. Yaşından çox bilirdi.

            -Dalğaların üzərində uçan quşlara bax! Nə qədərdir? -deyə, Nərgizin səsi Əsədi fikirdən ayırdı.

            -Qağayılardır. Balığa gəlirlər. Dəniz sakit olanda ova çıxırlar.

            -Bakıda da qağayılar var, ancaq bunlar bizimkilərdən fərqlənirlər.

            -Ola bilsin. hər sahilin öz quşları var.

            -Marqlıdır...

            Yenə də hər ikisi susdu. Elə sakitlik idi ki, uzaqdakı qağayıların və dalğaların səsi eşidilirdi. Limandan aralı olduqlarından gəminin necə körpüyə yan aldığını görmədilər.

            -Nərgiz, mənə sən heç nə demədin? - deyə Əsəd ona müraciət etdi.

            -Mən nə deməliyəm? Hər şey aydındır.

            -Bizimkilər gəlsinlər ya gəlməsinlər.

            -Elə məsələləri mən həll etmirəm. Baba nə deyibsə, onu edin!

            Əsəd Məşədi Fazilin nə dediyini bilmirdi, Seyid Bikə isə Nərgizə eşitdirmişdi. Namiq əkə isə oğluna deməyə macal tapmamışdı. Qızın cavabı odur ki, Əsədi pərişan etdi.

-Niyə susdun? Rəngin-rufun da qaçıb.

            -Sən məni dilxor etdin.

            -Niyə?

            -Heç nə demədin.

            -Mən nə lazımdır, onu dedim, qalanını Namiq əkədən öyrənərsən.

            -Nəyi?

            -Ondan soruşarsan! - deyə, Nərgiz Əsədin işdən xəbərsiz olduğunu görüb, onunla zarafat etməyə başladı.

            Radio "pasadkanı" elan etdi. Sərnişinlər bir-birinin ardınca trapla gəmiyə qalxmağa başladılar. Seyid Bikə ətrafa boylandı. Nərgizlə Əsədi axtardı.

Onlar uzaqda daşların üstündə oturub dənizə tamaşa edirdilər. Əsəd Seyid Bikənin əl etdiyini gördü.

            -Nərgiz, nənə bizi çağırır. Getmək lazımdır.

            Qız könülsüz ayağa qalxdı. Birdən anladı ki, Əsəddən ayrılır. Üzündəki gülüş yoxa çıxdı. Başını aşağı salıb nənəsi tərəfə irəlilədi. Babasının da onları gözlədiyini gördü.

            -Mənim balam, biz ayrılmalıyıq. Getmək vaxtıdır. -deyə Məşədi Fazil Əsədin alnından öpdü.

            -Kürəkən, gəl səni bir bağrıma basım! - deyə, Seyid Bikə zarafata keçdi. Əsəd bu sözlərdən yerindəcə  dondu qaldı.

            -Yoxsa qızımı istəmirsən? - deyə, Seyid Bikə yenidən soruşdu. Bu səfər Nərgiz qıpqırmızı qızardı.

            Əsəd dinməzcə Seyid Bikəyə yaxınlaşdı. O, da Məşədi Fazil kimi onun alnından öpdü.

            -İndi isə qızımla sağollaş! - deyə, Seyid Bikə Məşədi Fazilin qoluna girdi, şahyana addımlarla hər ikisi trapla gəmiyə qalxmağa başladılar. Trapın ortasına çatanda, geriyə boylandı:

            -Tez olun! - dedi.

            Nərgiz əllərini Əsədə uzatdı:

            -Sağlıqla qal, Əsəd! Mənə məktub yazarsan, adresi bilirsən.

            -Sənə yaxşı yol arzulayıram. Tezliklə Bakıya gələcəyəm.  Səni görməyə...

            Nərgiz trapla göyərtəyə qalxdı. Qızın gözləri yaşarmışdı.

Nəvəsinin nə hala düşdüyü Seyid Bikənin gözündən qaçmadı. Ona yaxınlaşmadı. Məşdi Fazillə kayutaya keçdi.  Qız isə gəminin çəpərinə söykənib gözünün yaşını axıdırdı.

            Fit çalınan kimi gəmi yerindən götürüldü. Körpüdən uzaqlaşmağa başladı.

            Əsəd gəmidən çıxan ağ tüstünün arasından ona əl edən Nərgizi güclə görürdü.

Əsəd gəmi üfüqlərə qərq olana qədər körpüdə dayandı. Ancaq Nərgizdən fərqli olaraq ürəyi sakit idi. Baş vermiş hadisələr indi ona çatırdı.

 ***


BAKI GÖZƏL ŞƏHƏR, MEHRİBAN DİYAR

           

Körpüyə yan almış gəminin trapından sərnişinlər bir-birinin ardınca düşməkdə idilər. Səhərin günəşi göz qamaşdırırdı.

Bakıda sakit, küləksiz yay havası idi. Külək sahilə dənizdən neft qovub gətirdiyindən dalğaların səsi eşidilmirdi. Onlar  körfəzin üzərinə çəkilmiş  neft pərdəsinin içində itirdilər.  

Gəmi sanki qara suların içinə girmişdi.  Sərnişinlərin burnuna Bakı sahillərinə xas olan kəskin neft iyi dəyirdi.

            Məşədi Fazil trapdan aşağı düşdükcə haradan maşın tapacağını düşünürdü.

             Bakıda maşın tapmaq çətin  idi. Nə edəcəyini bilmirdi. Ancaq qarşılayanların arasından Volodyanın səsini eşitdi:

            -Дядя Фазил, мы здесь! Подойдите k ограде!

Gözləyənlər içəri keçməsin deyə, körpüdə çəpər qoymuşdular. Məşədi Fazil çəpərə yanaşdı.

            -Ты окуда узнал, что мы прибудем?- soruşdu

            -Mы телеграмму получили от Асада.

            -Вот умница! Хорошо, помоги тете!

            Seyid Bikə Volodyanın üzündən öpdü. Nataşanın hal əhvalını soruşdu, sonra Nərgizin əlindəki balaca çаmаdanı ona ötürdü.

Nosilşiklər Məşədi Fazilin gətirdiyi yükü "Pobedanın" baqajnikinə yüklədilər. Keçib maşına oturdular.

            -Володя, как там наши?

            -Дядь Фазил все в порядке. Все дома, кроме Алисаттара.

            -Где он?

            -Вчера проводили его в Анзали, в загранпоездку.

            -Он что? Работу поменял?

            -Вф нет! Наоборот, повысили. Теперь в качестве старшего переводчика Каспара будет работать.Хорошие деньги будет получать. Нас будет угощать "Kişmiş arağı ".

Разия боьше всех радуется. Ee сестра в Иране. Aлисаттар сможет ее найти.

            -Ну, родной, у тебя вместо слов мед течет из уста.

            -Я такой!

            Həyətə  girər-girməz Seyid Bikə ilk növbədə Tahiri soruşdu.

            -Ana, yatır.- deyə Raziyə cavab verdi.

            -Onun üçün yaman darıxmışıq.

            -Tahirdən xəbəriniz yoxdur. Gözün açır: "Nənə niyə gəlmədi?" - deyir. Uşağın üzü gülmür.

            -İndi gülər! - deyə, Seyid Bikə gəlinin üzündən öpdü.

            -Nərgiz hanı?

            -Bu dəqiqə gələr, babasıla küçədədir. Volodyanın çamadanları içəri daşımasını gözləyirlər. Nataşadan nə xəbər var?

            -Nataşa xala axşam bizə gələcəkdir.

            -Bəs Əlisəttargil necədir?

            -Əlisəttar dünən İrana yola düşdü. Şeydagildə bir azdan  burdadırlar. Adam göndərmişəm çağırsınlar.

            Nərgiz içəri girən kimi anasının boynundan sarıldı O üzündən, bu üzündən doyunca öpdü.

            -Qaqaş hanı? - soruşdu.

            -İçəridədir, yatır. Səs salma.

            -Bəs papa?

            -Abbas dayıla bazara gediblər, indi gələrlər.

            Həyətə Seyid Bikənin qayıtma xəbəri bir an içində yayıldı. Arvadlar sarı samovarı darta-darta həyətin ortasına gətirdilər. Raziyə kömək edib içinə su tökdülər. Hamı bilirdi ki, bu gün həyətdə yenə də yeyib içmək olacaqdır.

            -A qızlar, həyətin ortasındakı stolun üstündəki süfrəni dəyişdirin! Stullarınızı da onun ətrafına düzün! - deyə, onlara  qoşulmuş Seyid Bikə  göstəriş verdi.

            -Bikə xala, tez deyil? Kişilərimiz hələ işdən gəlməyib! - deyə həyətin sakini Narınc bildirdi.

            -Ay qız, kişilər üçün sonra süfrə açarsınız! İndi özümüzçündür. Sizinçün darıxmışam.

            Seyid Bikənin səsi yatmış Tahirin qulağına çatan kimi, uşaq çarpayısından yerə endi. Qapını açıb eyvana çıxdı:

            -Nənə, Nənə. Nənə!-deyə eyvandan həyətə boylandı.

            Nəvəsinin səsini eşidən nənə eyvana qaçdı.

            -Mənim balam, yavaş yıxılarsan. Bu dəqiqə gəlirəm.

            Bir anın içində Seyid Bikə eyvana qalxdı. Balacanı bağrına basdı.

-Sən gəlmisən, nənə? - deyə uşaq onun üzündən öpürdü.

            -Gəlmişəm, mənim balam! Mənim gülüm!

-Sən daha getməyəcəksən?

-Daha heç zaman.

-Birdən getdin?

-Getsəm, səni də aparacağam.

-İndi isə otur boynuma, içəri girək. Sənə soyuq dəyər!-deyə, uşağı qaldırıb boynuna oturtdu və evə apardı.

Seyid Bikə Tahirin başına Aşqabaddan gətirdiyi araqçını qoydu, zərparçadan tikilmiş uşaq köynəyini geyindirdi, əlindən tutub həyətə çıxdı.

            -Bu özbək balası kimdir? - deyə, Narıc zarafat etdi

-Necə ona yaraşır? Elə bil özbək balasıdır.

            Tahir isə başını qaldırıb Narıncın üzünə dik baxırdı. Hərdən birdən  nənəsinin ətəyindən çəkib, həyətin ortasındakı stolu göstərirdi.

-Nənə, stolun üstündə nədir?

-Cərco yemişdir. Namiq əkə sənin üçün göndərib.

-Nənə, sağ ol demək lazımdır? Kimə deyim?

-Mənə desən, bəs edər. Çatdıraram  Namiq əkəyə.

-Onda ona «Sağ ol!» deyərsən. Bəs mənim bacım hanı?

-İndi geyinib düşər. Sən yatmışdın, odur ki, gəldiyini görməmisən.

-Nənə, mən sənin üçün, baba üçün, bir də Nərgiz üçün çox darıxırdım.

            -Daha darıxmayacaqsan. Biz hamımız gəlmişik.

            Seyid Bikə stolun arxasına keçdi. Həyətin qadınları qızları bir-bir gəlib onun üzündən öpdülər. O, isə onların arasında Nərgizi axtarirdı. Onu görmədi.

            -Mənim balam, qaç bacını çağır! - deyə, üzünü Tahirə tutdu.

-Nərgiz, Nərgiz, nənən çağırır! -deyə, Tahir qışqıra-qışqıra eyvana dırmandı.

            Tahirin hay-küyünə çıxan, Nərgiz onu bağrına basdı:

            -Mənim qaqaşım, mənim şəkərim! Mənsiz darıxmısan?

-Nərgiz, səni nənə çağırır. Sonra danışarıq! - deyə, Tahir ciddiləşdi.

-Ay nə, nə lazımdır? - deyə, eyvandan nənəsini harayladı.

-Ay qız, iki yemiş bu həyətdə kimə çatar. Qırx yeddi uşaq var. Hələ arvadları demirəm. Ordan bir dördünü də gətir.

Sonra üzünü Narınca tutdu:

 -Narınc, get ona kömək elə. Gücü çatmaz.

Narınc stoldan uzaqlaşan kimi, Seyid Bikə əlindəki  ləzgi bıçaqıyla Cərco yemişini doğramağa başladı.

-Əvvəl uşaqlara paylayaq, sonra özümüz yeyərik. Nə qədər ərləriniz gəlməyib, bir balaca dincəlin! Gələndən sonra imkanınız olmayacaq.

            Nərgizlə Narıncın gətirdiyi yemişləri də doğramağa başladı. Həyətin uşaqlarının hərəsinin əlinə bir böyük dilim verərək, yola salırdı. Axırıncı balaca payını alan kimi, üzünü qadınlara tutdu:

            -İndi növbə bizimdir. Keçin,  süfrə arxasına özümüzə qulluq edək.

            -Bikə xala, çayımız da hazırdır.

            -Ay qız, çayı neynəyirsən? Bunun bir dilimi yanqını yatıracaq. Çay, qoy, kişilərə qalsın!

İşdən qayıdan kişilər qadınların çarhovuzun yanındakı stolun ətrafında oturduqları görüb, onlara salam verib, başlarını aşağı salıb, evlərinə keçirdilər.

Həyat yoldaşlarını çağırmırdılar. Samovarın tüstüsü ondan xəbər verirdi ki, həyətdə məclis olacaq, sadəcə olaraq dözmək lazımdır. Axşamları şən keçəcəkdir.

            Yuxarı məhəllələrin həyətlərini evlərini qıfılı olmazdı. Qapını külək çırpmasın deyə, dəmir məftildən düzəldilmiş  qırmaqla bağlayardılar. Həyətdə baş verən nə vardısa, hamının idi. Toydursa toyları idi, yasdırsa yasları. Haralığı, milliyyəti heç kimi maraqlandırmırdı.

Buranın yazılmamış qayda-qanunları tabe olmaq lazım idi. Bu qaydalara uyğunlaşmayanlar yuxarı məhəllələrdə yaşaya bilməzdilər.

            Həyətin qapısı açıldı. Nataşanı qapıdan içəri ötürən Volodya heç eyvana da qalxmadı.

            - Батушки, какой пир? И это устраивает моя любимая подружка, а меня не зовет.- deyə Nataşa Seyid Bikəylə qucaqlaşdı.

            -Я знала, что ты придешь. Твой «пай» наверху..-deyə Seyid Bikə cavab verdi

            -Ты углшай меня со стола. То, что в твоме доме об этом потом.

            -Nataşa xala, buyurun stolun arxasına, bizə qoşulun! -deyə Narınc onu stola dəvət etdi.

            -Bu dəqiqə qızım! Qoy, Seyid Bikədən payımı alım.

            -Ты не беспокойся, я привез для тебя хорошие подарки.

            -Тогда давай поднимимся, покажи! -dedi, qulağına isə pıçıldadı ki, gəl cavanlara mаne olmayaq.

            Onlar eyvana qalxıb, balaca mizin arxasında oturdular. Raziyə eyvana boşqabın içində dilim-dilim doğranmış yemişlə çıxdı. Əlindəkiləri mizin üstünə qoydu.

-Мне бы такой невестки!

            -Не беспокойся, в скором времени и у тебя будет. Я сама выберу для Володи.

            -Сделаешь доброе дело.

            -Сделаю, вот увидешь!

            Həyətə Əşrəflə Эyyub daxil oldular. Həyətin ortasında qadınları görüb tez eyvana qalxdılar:

            -Tet Nataşka, konfet davay! - deyə Əşrəf onu qucaqladı. Uşaqlıqda olduğu kimi yanağını yanağına sıxdı.

-A balam, canımı çıxartma!

            -Onda konfet ver!

            Nataşa Əşrəfin üzündən öpdü. Əşrəf ciddiləşdi. Əyyub da keçib xalasını üzündən öpdü.

            -Xoş gəlmisən, Nataşa xala! -dedi.

            -Əşrəf, görürsən, Əyyub necə mədəni oğlandır?!

            -Nataşa xala, ona sən dərs demisən. Mən isə Sovetski küçəsində oxumuşam. “Belıy qorod”nan, dağlı məhəlləsinin fərqi olmalıdır da.

            -Özünü bicliyə vurma, Cəfərli nəslindən səndən qabiliyyətlisi yoxdur. Ancaq mənimlə dəcəllik edirsən.

            -Nataşa xala neynəyim? Xalamın biri Çində, Biri Tiflisdə, əlimə keçəni sənsən də. - deyə Əşrəf yenidən onu qucaqladı.

            -Sakitləş! - deyə Seyid Bikə səsini qaldırdı: -İçəri keçin!

            Hər iki qardaş dinməzcə otağa keçdilər.

-Сестричка, с ними так строго не надо!

            -A kak надо?

            -Чутучку  вежливо.

            -Наташка, ты о чем говоришь? Чем строже, тем лучше. Мы живем в плохое время.

            - Я с тобой согласна, но они же прелесть.

            -Тем более. Они всегда должны чувствовать надзор матери.- deyə, Seyid Bikə az qalmışdı desin ki, Volodyanı bu günə salan sənsən. Ancaq susdu. Bir neçə saniyə belə ötdü. Nataşanın yadına nəsə düşmüş kim soruşdu:

            -Чуть не забыла, ты смогла встретиться с братом?

            -Да, родная!

-Не может быть!

            -Сейчас покажу фотки.

            -Nərgiz, bəri gəl, get içəridən şəkilləri gətir, sonra atanla əminə çay ver!

            Nərgiz tələsik otağa keçdi. Şüşəbəndin arxasından qızın otaqda çemodanları yerə tökdüyü görünürdü.

            -Ay qız, tez gəl!-deyə Seyid Bikə onu harayladı.

            -Nənə, bu dəqiqə, tapa bilmirəm.

            Bir neçə qəqiqədən sonra qız onaqdan çıxdı. Nərgiz əlindəki şəkilləri Seyid Bikəyə uzatdı. Onun dalınca Əşrəflə Əyyub çıxdı və mizin ətrafına keçdilər.

            Seyid Bikə əlindəki şəkilləri rəfiqəsinə uzatdı.

            -Это он сам. Это его жена и дети. Какие красивые!?

            -Oн не изменился, такой же красавчик, как раньше. Помнишь, все девушки гимназии были влюблены в него.

            -Помню.

            -O koм вы говорите, теть Наташа?-deyə Əşrəf soruşdu.

            -O твоем дяде, Мир Камиле! -deyə, Nataşa şəkilləri ona uzatdı.

            Otağa tam sakitlik çökdü. Əşrəf dayısı haqqında çox eşitməmişdi. Anası ondan az danışardı, adını ancaq dualarında çəkərdi:

            -İlahi, sən özün itkin düşmüş qardaşım Mir Kamilion sorağını mənə çatdır! - deyə, gözləri dolardı.

 Bu gün Əşrəf anasının tamamilə dəyişdiyinin şahidi olmuşdu. Üzündəki solmayan gülüşün səbəbini indi anladı.

Ürəyində "Vallah, arvad gül açıb!" - deyə, düşündü. Sonra o birisi otaqda dinməzcə kitab oxuyan atası tərəfə boylanıb baxdı. Onun də əhvalının xoş olduğunu hiss etdi.

            -Nataşa xala, necə sanballı kişidir? – deyə Əşrəf şəkli Nataşa xalaya uzatdı.

-Sənin qardaşına oxşayır!

            -İndi mən anlayıram, anam niyə Əlisəttarı bizdən çox istəyir.

            -Oğul, bilsəydin: onlar bir-birini necə istəyirdilər. Bakının adlı sanlı ailələrinin qızları dayının aşiqidilər. Yazıq Bikə poçtalyona dönmüşdü. Bütün günü qızların məktublarını ona çatdırırdı.

Bikə onunla nəfəs alırdı.

            Əşrəf Nataşa xalanı dinlədikcə anasının nələr çəkdiyini,  nələr gördüyünü başa düşürdü.

            Seyid Bikə  dərdini heç kimə açmazdı. Onda olan qeyri-adi qürur bunu qoymurdu. Odur ki, nə çəkirdisə, içində keçirdi.

            Seyid Bikə Əşrəfin qabağına çay qoydu.

            -Raziyəyə nə olub, sən çay gətirirsən? - deyə Əşrəf soruşdu.

            Bu məhəllədə gəlin olan yerdə qaynana oğlun qabağına nə çörək, nə çay gətirərdi. Bu qayda pozulan evə çox pis baxardılar.

            -Aşağıdadırlar, qoy dincəlsin!

            -Ay na, görən nə deyər!

            -Yaxşı hirslənmə! Günah məndədir. Birdə ki, o səni görmədi.

            -Çağırardın.

            Seyid Bikə oğlunun cızıqdan çıxdığını görüb səsini ucaltdı.

            -Qurtar söz söhbəti! Bu nə deməkdir? Mənə ağıl öyrədirsən?

            Əşrəf anasının səsini ucaltmasından başa düşdü ki, özü səhvə yol verib. O saat susdu. Ancaq çox çəkmədi, anası ilə birlikdə Nataşa xalanı da qucaqladı:

            -Теть Наташа, я не понимаю, почему мама защищает своих невест?  Qaynana должна  сажать сажать на голове невестки репки, а у нас что получается? Моя мама им как мать. Нам проходу не дает.

-И хорошо делает! A что вы думали? Она будет на вашей стороне? Какие глупые! Сынуля, азербайджанцы поэтому говорят: Будь холястяком, будь султаном! Вы ужепроиграли. Превратились в слуги своей семьи.- Nataşa  arvad zarafat etdi.

-Ты так не говори при  Володи! Его потом не сможем женить.- Seyid Bikə xəbərdarlıq etdi.

            -Ana, indi danış  necə keçdi.

            Seyid Bikə bir an fikrə daldı:

            -Namiq əkənin dayısı oğlanları Hüseyn ağa ilə Həzrətqulu bizi Aşqabaddan Riza dağının ətəyilə İrana keçirdilər. Sən demə, onların ikisi də Türkistanda dayınla birlikdə Ənvər paşanın dəstəsində vuruşublar. Dayın sərdarları olub. Sonra İrana keçib, indi İranın generallarından biridir. Şirvan şəhərində, sənin baba mülkündə onunla və arvad-uşaqlarıla görüşdük...

            -Ay na, mən sizi Aşqabada göndərmişdim, siz isə İrana keçib qayıtmısınız. Nərgiz də sizinlə olub?

            -Yox, mənim balam, Nərgiz Namiq əkəgildə qalmışdı.

            Əşrəfin ürəyi yerinə gəldi:

            -Dədəni sən yoldan çıxartmısan?

            -Öyrənəndə ki, Mir Kamil ağa ilə görüşmək mümkündür, dədən özü İrana keçməyi təklif etdi.

            -Ay na, yazıq kişi neynəsin? Sonra sənin dilinin altından çıxa bilərdi?

            -Düz deyirsən, mənim balam, arvadın dilinin altına düşdün, götür başını qaç! O Fazildir ki, Seyid Bikəyə dözür. - deyə Nataşa xala zarafat elədi.

            Seyid Bikə şəkilləri Əşrəfə uzatdı. O, şəkillərə bir-bir baxıb stolun üstünə qoyduqca, hər iki qadın onu dinməzcə  süzürdü. Əşrəfin qaşları çatılır, gah ciddiləşir, gah də dodaqları gülümsəyirdi. Hərdən birdən başını qaldırıb onlara baxırdı. Nə isə demək istəyirdi.

            -Dədə düz eləyib, səni ora aparıb. Mən də olsaydım gedərdim. Allaha min şükür!  Onları görə bilmisən.

            Sonra otağa keçdi. Atasının əlindən öpdü.

            -Dədə, xoş gəlmisən! - dedi.-İcazə versəydin, qeyd edərdik. Dostlarım eşidib bizə gəlirlər.

            -Pis olmaz! Ancaq Əlağanı da dəvət edin.

            Əşrəf "Baş üstə!" deyib, eyvana çıxdı. Seyid Bikə Nataşa xalayla yenə də nədənsə danışıb gülüşürdülər.

            Əşrəf eyvandan enib üzünü həyətdə nərd oynayan Nərimanla Volodyaya tutdu.

            -Volodya, Nərimanı özünlə götür, get, dağlı Əjdərin yanına, denən, bir yaxşı quzu versin! At maşının dalına. Sonra Abbasın dükanına dəy! Ona denən, hazırlıqlı gəlsin! Babəlini, İbişi, Sabiri də gətirsin! Haydı! Əjdərin  özünü də gətirin ki, qoyunu kəssin!

            Volodyayla Nəriman həyətdən çıxan kimi, Əşrəf Raziyəni harayladı.

            -Qonaqlarımız gələcək! Səriyə xalaya denən ki, çörəyi azdırsa, təndirə yenidən çörək yapsın. Uşaqlar hamısı tökülüb gələcəklər.

Uşaqlar deyəndə Əşərəf həmişə dostlarını nəzərdə tuturdu.

            Yarım saat keçməmişdi ki, Əjdər bir quzunun ipindən darta-darta həyətə girdi. Əşrəflə salamlaşdı.

            -Əjdər, bu balaca deyil? - deyə Əşrəf soruşdu.

            -Quzu istəmişdin, quzu gətirmişəm. Bunun on-beş on altı kilo əti olar. Bundan böyüyü qoyundur.

            -Yaxşı, çatmaz, birini də kəsərsən. Hələlik bunu kəsmə, bu bizimçündür. Get, bir dənə də böyüyünü  gətir.

            Əjdər qoyunu hovuzun üstündə bitən söyüd ağacına bağladı. Həyəti tərk etdi.

            -Nə fikrin var?-deyə Raziyə soruşdu.

            -Qurbanlıq paylamaq istəyirəm. Dədəynən, məmə, sağ salamat qayıdıblar.

            Əjdər bu səfər quyruğu yerə dəyən bir qoçla həyətə girdi. Əşrəf qoyuna diqqətlə baxdıqdan sonra üzünü Əjdərə tutdu:

            -Bax, bu başqa məsələ. Özü də Ələt qoyunudur. Dişlərinə bax!

            -Əşrəf, mən qəssabam, ancaq heyvanı sən məndən yaxşı tanıyırsan.

            -Nərgiz, qızım dədəynən məməni çağır.

Qonşular nə baş verəcəyini o saat anladılar. Bir-bir yaxınlaşıb "Allah qəbul eləsin!” - dedilər.

Məşədi Fazillə Seyid Bikə həyətə çıxan kimi qoyunu onların ayağının altına yıxdı. "Bissimillah! "-deyib Əjdər biçağı qoyunun boğazına çəkdi. Al qan Məşədi Fazillə Seyid Bikənin ayaqları altına töküldü.

Seyid qızı əyilərək barmağını al qana batırdı. Barmağıyıla qanı  Nərgizin alnına yaxdı. Sonra Əşrəfin, Raziyənin və qalanların da alnına yaxdı. Bu qədimdən belə idi.  Ancaq bir adam bilmirdi ki, niyə belə edirlər.

Seyid Bikə Əjdərin yanına qayıtdı və barmaq hesabı neçə adama pay göndərəcəyini dedi. Sonra üzünü Əşrəfə tutdu:

            -Burda içki-mikgi olmayacaq! –deyə xəbərdarlıq etdi.

            Anasının sözündən sonra Əşrəf kor-peşman keçib yerində oturdu. Raziyə isə stolunun üstündə qalmış çayını təzələdi.

            Qoyun kəsilib soyulandan sonra, Əjdər üzünü Əşrəfə tutdu:

-Bəs quzunu nə edim?

-Onu da kəs. Qoyunu pay-pay elə ki, qonum-qonşuya paylayaq. Quzu özümüzündür. Götürüb aparacağıq çəmənə. Qurban kəsilən yerdə, yeyib-içmək olmaz!

            4-cü xrebtovı küçəsindən ta ki Yasamala qədər məsafə göm-göy çəmənlik idi. Yamyaşıl otlar və rəngbərəng gül-çiçək insanın dizindən idi.

            Yerli əhali bekar vaxtlarını burada keçirərdi. Tər-təmiz otların üstünə sərilər, dincələrdilər. Məhəllənin uşaqlarının gecə-gündüz oynadığı yer idi çəmənlik. Deyirdilər ki, inqilabdan əvvəl buralar bakılıların xırman yeri olub. Burada taxıl əkərmişlər.

            Abbasın maşının siqnalından Əşrəf dostlarının gəldiyi  başa düşdü. Küçəyə çıxdı. Abbasın maşınından  Babəli yenicə düşmüşdü ki, Volodyanın da  "Pobedası" qapıya yan aldı.

-Şakiri gördüm, flomonyadadırlar. Sabah konsertləri olacaq. Aşıq Pənahla birlikdə çıxış edəcəklər! - deyə Volodya üzünü Əşrəfə tutdu.

-Bəs niyə onları gətirmədin?

-Özləri gəlmək istəyirdilər. Dedilər ki, bir saatdan sonra dallarıycan gəlim. Nə deyirsən?

-Yaxşı indi keçin içəri. Bir stəkan çay içək. Çəmənə seyrə çıxacağıq.

Sonra Abasla Babəliyə kənara çəkdi.

-Abbas, Volodya getmişdi, dükanına heç nə gətirə bilməyib. Səni axtarıb ki, özün hər şeyi seçəsən! Get, baqajniki doldur qayıt, bir də yol üstü Əlağa dayını götür! Qoy, şairin də ruhunu açaq.

            Yarımsaata Əyyub da qayıtdı. O, da Voloyaya və Nərimana qoşulub, maşınla çəmənin ortasına manqalı, samovarı, qab-qacağı daşıdı. Nərgiz də əmilərinə kömək edirdi.

            Volodya yenidən geri qayıtdıqda, Əşrəf onu aşıqların dalınca göndərdi.

            -Yenə də çalıb oynamaq olacaq? - deyə Babəli soruşdu.

            -Qardaş, bizə bu qalacaq. Yediyin sənindir, yemədiyin özgənin.

            -Əşrəf, dilə-dişə salırıq özümüzü.

            -Belə şeylərə fikir vermə! Əsası odur ki, bizə heç nə edə bilməzlər. Belə yaşamışıq, belə də yaşayacağıq.

            -Təkcə balaları düşünməliyik.

            -Allahın köməyilə, onların da yaşayışı yaxşı olacaq.

***

            Volodyanın maşınından düşən Aşıq Şakirlə Aşıq Pənahı Nərgiz qarşıladı. Onları ədəb-ərkanla salamladı. Atasının çəmənlikdə gözlədiyini dedi.

            -Nərgiz, orda nə edirlər?

            Qızcığaz əli ilə çəmənliyin ortasından qalxan tüstünü göstərdi:

            -Hamı oradadır.

            -Bəs Məşədi Fazil?

            -O, da gələcək.

            "Pobedanın" siqnalı otun üstünə sərilmiş və mürgüləyən Əşrəfi yuxudan oyatdı. Ətrafına boylanıb dostlarına bir daha diqqət etdikdən sonra, maşının dayandığı yeri təxmin edərək, oraya yollandı. Gələnləri qarşıladı.

            Qonaqları qarşılarında şəhərin gözəl panoraması gördülər.

            -Əşrəf, nə gözəl yer seçmisən. Bütün şəhər ayağımızın altındadır. 

            -Bizim uşaqlığımız bu dağın yamacında keçib. Arxa tərəf odanlıqdır,  qarşında isə Şubanı dağlarıdır.

            Çəmənlikdə süfrə arxasında qonaqlar Əlağanı salamladılar

            -Deyirlər ki, hər il mayın ikisi camaat bura "mayovkaya" gəlir. Buralarda bir vur-çatlasın olur ki.- deyə Şakir ona müraciət etdi.

            -İndi də belədir. - deyə Əlağa Vahid bir an fikrə daldı. Sonra əlavə etdi: - Ancaq əvvəllər belə olmayıb. Erməni-müsəlman davasında aşağı məhəllənin camaatı buralara yığışardı, gecələyərdi.

            Məşədi Fazil deyir ki, Nuru paşanın qoşunlarının bir tayı  şəhərə Yasamal tərəfdən girmişdi və bu düzəndəki qaçqınlar onlara qoşulub, silahlanıb, daşnaqların üstünə getmişdilər.

            -Mən bunları bilmirdim. - deyə Aşıq Şakir qarşısındakı "okoplara" tərəf irəlilədi. Əlağa Vahidə üzünü tutub soruşdu:

            -Bu "okoplar"da o dövrdən qalanlardır?

            -Yox, bunları Bakının qadınları Vətən müharibəsi illərində qazıyıblar. Şəhərin qoruyucu xətti buradan keçirdi. Hər tərəfindən evdar qadınları bura işləməyə gətirdilər.

            Səhərdən axşama, axşamdan səhərə qədər əllərində “lapatka”  "okop" qazıyırdılar. İndi okopların içində camaat gəlib dincəlir, vaxt keçirir.

Manqalın başında Abas Kababçı İbada kömək edirdi.  Onu yuxarı məhəllədə tanımayan yox idi. Şura hökuməti qurulana qədər şəhərin mərkəzində böyük restoranı vardı. Deyirlər ki, "Parapet" bağının yanında idi.

Hökumət əlindən restoranını alandan sonra bir az sakitcə oturdu. Heç nə ilə məşğul olmadı.

 O, ancaq bir şey bacarırdı - yaxşı kabab bişirmək. Elə bişirə-bişirə pul yığıb restoranı da almışdı.

            Pulsuz qaldığını görüb, yenə də kabaçılığa başladı, ancaq harada? Camaatın yığışdığı yerlərdə manqalını qurub, kababını bişirdi.

Kababçı İbad həftədə bir dəfə, bazar günləri, Yasamala qalxar, it-döyüşünə baxmağa gələnlər üçün manqalını qoyub kabab bişirərdi.

            Dağlı Soltan kişinin bişirdiyi təndir çörəyinin arasına kababını qoyub çox ucuz qiymətə satardı. Camaat  çox vaxt it döyüşünə  baxmağa yox, İbadın kababını yemək həvəsinə gəlirdilər.

            İt döyüşdürənlər də bunu yaxşı bilirdilər. Özləri ona kömək edirdilər ki, manqalını, kömürünü gətirsin.

            Kababçı İbad yuxarı məhəllədə baş verən bütün məclisləri yola verərdi. İndi də Əşrəfin məclisinin başında idi.

            -Əşrəf qardaş, kababın bir partiyası hazırdır. Süfrəyə verə bilərəm! - deyə İbad ona müraciət etdi.

            -Buyurun!- deyə Əşrəf qonaqlarını süfrə başına dəvət etdi.

            Məclisdə ağsaqqalıq edən Əlağa Vahid badəni qaldırdı:

            -Böyük Mirzə Möcuz Şəbüstəri deyirdi ki,

            "İçki can cövhərinin düşmənidir.

            Gəl içək canımızın sağlığına"

- Mən bu sağlığa qaldırıram.

Hamı onunla razılaşdı. Axıra qədər içdilər. Sonra Aşıq Şakir ayağa qalxdı:

            -Mən çox da içən olmasam da, bu məclisdə sağlıq demək istəyirəm. Bir el sənətkarı kimi, bir dost, bir tanış kimi bu badəmi bu süfrə arxasında oturan dostlarımın sağlığına, bir də hamımızın ağsaqqalı Məşədi Fazilin şərəfinə qaldırıram. Kaş bütün insanlar ona oxşayaydılar! Xeyirxah, çörək verən, adil və ədalətli insan, Məşədi Fazil! Mən istərdim ki, bütün savadlı insanlar ona bənzəsinlər. Mən onu kəşf etmişəm. Ondan çox şey öyrənirəm. Məşədi Fazilin sağlığına! Xəyyam buyurub ki:

             Şərabı ən arif insanlarla iç,

             Gül üzlü nazənin cananlarla iç.

             Arabir, gizlicə, alışma, az-az,

             Meyin hörmətini qananlarla iç.

Düşünürəm ki, məclisimiz ürfan məclisidir və hamı hal əhlidir. Eşq olsun, Məşədi Fazil ocağının işığına toplaşanlara!

Aşıq Şakirin tostu məclisdəkiləri guşə gətirdi. Əlağa Vahid onun qulağına nəsə pıçıldadı. O, əlini sağına uzatdı.

-Bəs mən? - deyə Aşıq Pənah soruşdu.

-Bu gün çaldı var, oxudu yoxdu! – deyə, Aşıq Şakir dostunu sakitləşdirdi:

- Əlağa Vahid qəzəllərini oxuyacaq. İstəyirsən, sən də mənə qoşul!

            Aşıq Şakir segah üstündə çalmağa başladı.

Əlağa ağzındakı  "Kazbeki" çıxartdı. Barmağını ucu ilə siqaretin külünü tökdü. Musiqinin ahəngi ilə qəzəlini deməyə başladı:

           - Bu dünyada çox yaşadıq, bilmədik bu dünya nədir?

            Bircə tez gələydi əcəl görəydik o dünya nədir?

Qəzəli oxuyub qurtaran Vahid başını aşağı salıb, daha nə baş verdiyini görmürdü. Sanki xəyalları göylərdə uçurdu. Şairə ilham gəlmişdi. O, heç kimi eşitmirdi. İki əlilə başını tutub dərin xəyala dalmışdı. Onu bu xəyaldan ayırmağa heç kim cürət etmirdi. Şairi bu vəziyyətdə görənlər sakitcə oturub onun reallığa qayıtmasını gözləyirdi.

-Şakir, sən niyə oxumursan? - deyə, birdən şair başını qaldırıb soruşdu.

-Əlağa dayı, sənin bu qəzəlindən sonra mənim oxumağım yersizdir. Sizin hamınızı sabah filarmoniyaya dəvət edirəm. Gələrsiniz.

            Şair ayağa qalxdı:

-Mən gedib, Məşədi Fazillə görüşüm! O, kişilə danışmaq mənə fərəh verir. Məni anlayan və mənimlə yanan da odur.

            Şair iri addımlarla çəmənlikdən uzaqlaşdı.

***

Üçüncü kitabın sonu.

 

 

 

 

 

 

 

 

 

 



1 Йухары мящяллянин базары

[1] Məmə - ana deməkdir. Müəllif.

[2] Rayon yeyinti ticarəti.-müəllif.