Tahir Əşrəf oğlu Cəfərli

 

 

 

 

 

BİR ƏSR BİR NƏSİL

 

 

BALALAR

Beşinci kitab

 

Məni boya başa çatdırmış

Seyid Bikə və Məşədi Fazilin

 əziz xatirəsinə həsr edirəm

                                                                            

 

 

 

 

 

 

 

BAKI - 2003

       Bismillahir-rəhmanir-rəhim!

 


GİRİŞ

 

Bakı 50-ci illərin axırlarından başlayaraq tikinti meydanını xatırladırdı. Şəhərdə yeni qəsəbələr salınırdı, yuxarı məhəllələrin evlərinin qarşısında tikilən binalar sanki onu mühasirəyə alırdı.

            Bütün günü mühəndislər məhəllələrdə hesablamalar aparırdılar. Buraların plana gedəcəyini deyirdilər

            60-cı ilin əvvəllərində yuxarı məhəllələrin sakinlərinə Yasamalda ev tikmək üçün yer və materiallar verirdilər. Dağlı məhəlləsində olanların çoxu Yasamalda, Tövlələrin yanında yer götürüb, köçməyə başlamışdılar. Şəhər qəbiristanlığının sağında yeni qəsəbə yaranırdı.   

            Yasamala köçmək istəməyənlərə hökumət binalarında  mənzil verirdilər.

            4-cü, 5-ci xrebtovu küçələrində tikinti  texnikası yamyaşıl çəmənliyi qazıyır, burada bitmiş bitkiləri tələf edirdi. Çalalara dəmir-dümür gətirilir, tikinti kranları qurulurdu.           

Yuxarılarda, Yasamal dikliyində tikilən binalar şəhərin hər tərəfindən görünürdü. İndi Bakının mənzərəsi  başqa cizgilər alırdı.

60-cı illər Azərbaycanın tarixində özünəməxsus yer tutur. Bu illərdə faktiki olaraq Azərbaycan SSRİ respublikaları arasında mədəniyyət, elm və iqtisadiyyat sahəsində yüksək göstəricilərə malik olan bir dövlətə çevrilmişdi.

Xalqın təhsilə, elmə, mədəniyyətə sönməz marağı öz bəhrəsini vermiş, dünya şöhrətli alimlər, rəssamlar, heykəltəraşlar, kompozitor və  müğənnilər yetişmişdir.

Başqa xalqlara münasibətdə tolerantlıq göstərən Bakı şəhəri 60-ci ilin ortalarında YUNESKO tərəfindən dünyanın ən mədəni şəhəri adlandırılmışdı.

60-cı illərdə Bakının Neft və kimya institutu «Dünyanın neft Akademiyası» adlandırılırdı.

Çoxmillətli Bakı bu təşkilatın hesabatında insanlar arasında münasibət mədəniyyətinin zirvəsi kimi qeyd edilmişdi.

Bakı 66-cı ildə Novruz bayramını milli bayram kimi qeyd etdi və çoxmillətli xalqına sevdirdi. Bununla belə SSRİ-də ilk xalq idi ki, milli bayramını dövlət səviyyəsinə keçirirdi.

SSRİ xalqlarına nisbətən xalqımızın oyanma prosesinə tez başladığından xəbər verirdi.

Beçinci kitaba daxil olan hadisələr ya müəllifin özü tərəfindən yaşanmış ya da onun tanıdığı və təmasda olduğu insanlar tərəfindən danışılmışdır. Bununla belə baş vermiş hadisələrin iştirakçıları bədiiləşdirilmiş və ümumiləşdirilmiş obrazlar vasitəsi ilə oxuculara çatdırılmışdır.

      

Müəllif


MƏHƏLLƏ

           

Məşədi Fazilin Bakıda olduğu xəbəri zavmaq Abasdan eşidən kimi Əlağa vaxt tapıb ona dəymək istəyirdi. Küçəyə çıxıb «Həmşəri palanı» ilə yuxarı qalxmaq istəyirdi ki, Şeyxin oğlu Məsuda rast gəldi.

Əlağa bu balanın xətrini çox istəyirdi. Məşədi Fazilin oğlu Əlisəttar kimi çox savadlı və bilikli insan idi. Şıxəlinin də dostlarından biri idi.

Onunla rastlaşan adamlarda yaranan ilk təəssürat, insanı özünə cəlb etməsi idi. Həqiqi  Bakı ziyalılarını xatırladırdı.

-Əlağa dayı, sabahınız xeyr!

-Sabahun xeyr, bala! - deyə Vahid ona xas olan Bakı ləhcəsilə cavab verdi.

-Allah qoysa, hara belə?

-Məşədi Fazilgilə gedirəm!

-Əyləş maşına? aparım! - deyə qarşısında dayanmış "Pobeda" maşınını göstərdi.

Keçib maşına oturdular. Məsud Məşədi Fazili məhəllə ağsaqqalı kimi tanıyırdı. Atası da onun haqqında həmişə yaxşı sözlər deyərdi. Son zamanlar Şıxəli də onunla görüşlərindən çox danışardı. Necə müdrik insan olduğunu qeyd edərdi.

-Əlağa dayı, mən də səninlə Məşədi Fazilgilə qonaq getsəm, inciməz? - deyə birdən soruşdu.

-Məsud, Məşədi Fazil düz-çörək adamıdır. Əksinə, daha da sevinər.

Onların hər ikisini hərarətlə qarşılayan Məşədi Fazil həyətin ortasında, üzümlü çardağın altına qoyulmuş dördkünc stolun arxasına dəvət etdi. Yayın ortaları olmasına baxmayaraq, çardağın altı sərin idi. 

            -Məşədi, tanış ol! Şeyximizin oğludur. - deyə Əlağa Məsudu ona təqdim etdi.

            -Çox şadam! Ancaq qiyabi olaraq sizin barədə çox eşitmişəm! - deyə Məşədi Fazil cavab verdi.

             Məsudun üzündən hiss olunurdu ki, cavab onu təəccübləndirmişdi.

            -Sənin haqqında, mənim balam, Şıxəli mənə həmişə ağız dolusu danışır. - deyə Məşədi Fazil sözünə qüvvə verdi.

Ortaya çay gətirdilər.

-Bu məhəllələri niyə sökürlər? - deyə Əlağa üzünü Məsuda tutdu.

-Buralar genplana daxildir. Tezliklə Bakının ən gözəl məhəllələrinə çevriləcək! - deyə Məsud izah etməyə çalışdı, ancaq cavabın yarımçıq olduğunu o saat başa düşdü,

Məşədi Fazilin nə deyəcəyini gözlədi. Bir-neçə saniyə belə ötdü.

-Əlağa, sənin sualının arxasında nə durduğunu hiss edirəm. Ancaq gərək sualını mahiyyətini əvvəl bu cavan oğlana açıqlayasan. Onun böyük gələcəyi var. Vaxt gələcək ki, bu məsələləri həll etməkdə,  böyük imkanları olacaq! - deyə Məşədi Fazil Vahid tərəfə baxdı.

-Mən təzə evlərdə çox olmuşam. İt yiyəsini tanımır. Aləm qarışıb, məzhəb itib. Məhəllələr  söküldükdən sonra,  yəni sırf müsəlman məhəllələri, Bakının abı-havası dəyişib nə hala düşəcək? Erməni məhəllələrinə dəymirlər, Yəhudi məhəllələrinə dəymirlər, ancaq yuxarı məhəllələri sökürlər.

Sən dünya görmüş kişisən. Dünyanın dəyişkən olduğunu bilirsən. Yadına 18-ci il gələr. Məgər bu bizim birliyimizə vurulan zərbə deyil? - deyə şair öz fikrini əsaslandırdı.

-Vahid, sən deyəndə böyük həqiqət var! Bu məhəllələr Bakıya gələnləri bakılılaşdırır, sonra şəhərə buraxır. Burda adət-ənənəmiz yaşayır, dinimiz-imanımıza riayət olunur. Bu adət-ənənələr mənəvi dəyərlərə arxalanır və bu bizi birləşdirir. Dar gündə hamımızın bir yerə axışıb gəlməyimizə kömək edir. Bakılılığın mahiyyəti də elə bundadır.

Elə bir gün gələcək ki, Bakımızı qorumalı olacağıq. Bu birlik dağıldığından sonra Bakımızı itirəcəyik.  Dərin düşünəndə bunu edənlər bizi istəməyənlərdir.

-Belə çıxır ki, erməni, yəhudi məhəllələrində adət-ənənələr davam edəcək, bizimkilər isə pərən-pərən olub, hərə qapısını örtüb, heç qonşusundan da xəbəri olmayacaq. - deyə Məsud fikrini bildirdi.

- Sözünün qüvvəsi, Məsud!  Ağa Hüseynin neftçi əmisi oğluna prospektdə ev veriblər.  Getdik, ev gördüyə. And içir ki, üç aydır yaşayırlar, qonşuları kimdir, bilmirlər. Bloklarında erməni, rus, gürcü, xaxol, nə bilim kimlərdir. Bir müsəlman yoxdur.

 -Əlağa, buna deyirlər, böyük siyasət oyunu. Bu oyunu quranlar isə Müşfiqin, Cavidin başını yeyənlərdir. Bunlar heç vaxt Azərbaycana dost olmayıblar.

-Bəs bunun axırı nə olacaq?

-Bu məhəllələr söküldükdən sonra bakılıların psixologiyası dəyişəcək. Burada gördüklərimiz nağıla çevriləcək. İnsanlar arasındakı mehribançılığı görməyəcəyik.

Bundan sonra hər üçü susdu. Daha danışmaq belə istəmədilər.

                                              ***

Məşədi Fazilgildən komsomolun Mərkəzi komitəsinə ayaq basan Məsud yaman fikirli idi. Eşitdikləri ona o qədər pis təsir etmişdi ki, kabinetinin qapısını açıb, necə içəri girdiyini hiss etmədi.

Qapıda  hündür qamətli, iri göy göz, ağ bəniz, uzun sarı saçları çiyinlərinə atılmış, baxanı gözəlliyi ilə valeh edən rus katibəsi göründü.

Qız adətinə sadiq qalaraq, armudu stəkanda pürrəngi çayı onun qabağına qoydu və geri çəkilərək nə əmr verəcəyini gözlədi.

Məsud o qədər fikirli idi ki, nə baş verdiyini sanki görmürdü. Qız isə hələ də durub, ona tamaşa edirdi. Məsudun başı isə stoldan qalxmırdı.

- Масуд Гусейнович, что с Вами?1 -deyə onu heç vaxt bu cür görməyən qız soruşdu.

-А, Наташка?! Ничего Ты, скажи, кто меня искал?

-Звонили из ЦК и из БК. Попросили, чтобы вы звонили. Чай остывает.- deyə qız qarşısındakı stəkanı göstərdi.

Katibə bunları bir nəfəsə dedi. Sonra dinməzcə durub, onun nə deyəcəyini gözlədi.

Məsud bir neçə saniyə gözlərini qızın üzünə dikib, dinməzcə dayandı.

Bir-neçə dəqiqə bundan qabaq otağa girəndə, üzündə təbəssüm olmayan qızın, indi gözləri gülürdü. Elə bil Məsudun bu baxışını çoxdan gözləyirdi.

Belə şeylərdə həmişə ayıq olan Məsud qızın  baxışlarındakı təbəssümü hiss etdi

-Хорошо, милая, можете идти!2 - deyə ondan başqa şey gözləyən qızı iş yerinə qaytardı. Dəstəyi qaldırdı. Şıxəliyə zəng vurdu. Məşədi Fazilgildəki söhbəti ona danışdı.

***


AMERİKADA CAZ VURUR BALALARI

ŞİRMƏMMƏDİN

           

            Yasamalda dağlıların toyu idi. Yuxarı məhəllələrin adətinə görə bütün keçmiş qonşular da bura dəvət olunmuşdular. Yuxarı məhəllələr plana düşdüyündən hökumət çoxlarına mülk tikmək üçün yer təklif etmiş, istəməyənləri isə Nərimanov prospekti və onun ətrafında tikilən beş mərtəbəli evlərə köçürmüşdü.

Yasamala köçənlərin əksəriyyəti dağlılar idi. Bunun da səbəbi vardı. Onların əvvəldən buralarda tövlələri vardı. Mal-qara   saxlayır və bununla dolanırdılar.

İndi tövlələrin yaxınlığında mülk tikmək icazəsini alan dağlılar üçün bundan əlverişli nə ola bilərdi?

Tövlələri yaxınlıqlarında və gen-geniş mülklərinin həyətində isə təsərrüfatla  məşğul olmaq üçün hər bir imkan vardı.

            Yasamal təpəsinin necə dəyişdiyini şəhər mərkəzindən də seyr etmək olurdu, təpəcikdə beş mərtəbəli binalar tikilməyə başlanmışdı.

Yeni qəsəbə çox qısa müddətdə Bakının xəritəsinə daxil oldu.

Məhəllə dağılsa da, köhnə qonşular arasında əlaqələr kəsilmirdi. Gediş-gəliş, mehribançılıq davam edirdi.

            Son zamanlar hamının ağzından Şirməmməd düşmürdü. Dağ  adamına xas olan  hündür boylu, güclü, altmış beş, altmış altı yaşlı bir kişiydi. Arvadı çoxdan ölmüşdü. Danışırdılar ki, müharibədə iki oğlunun  itkin düşmə xəbərini alan, ananın ürəyi partlamışdı, Şirməmmədin isə başına hava gəlmişdi.

            Yasamalda həyət-bacası olsa da, kasıb olduğundan iki otaqdan ibarət balaca koma tikdirə bilmişdi.

            Şirməmməd hər səhər sankasında “Kömür meydanında” satmağa göy-göyərti, şoraba, süd - qatıq aparardı.

.     Sankasının uzunluğu iki metr eni bir metr olardı. Sankanın təkərləri iri podşipniklərdən idi. Döşəməsinə içi şorabayla dolu böyük malakan çəni yükləyərdi, qalan malları isə çənin qabağına və yanına yerləşdirərdi.

            Yasamala təzə çəkilmiş yola çıxardı. Sankasına minib, üzü aşağı  itələyərdi.

 Sükan rolunu oynayan ipləri əlinə alardı və ildırım sürət ilə Yasamal enişindən düz “Kömür meydanına” qədər gəlib çıxardı.

            175-nömrəli məktəbin yanından Şirməmmədin sankası düz saat səkkizdə keçərdi. Uşaqlar zəng səsini eşitməzdilər. Sankanın təkərlərinin səsi zəngin səsini batırırdı. Elə bil ki, yuxarıdan aşağı tank gəlirdi.

            Şirməmədin bir neçə gün "tankının səsi" gəlmədi. Həyət-baca qonşuları tək qalmış kişinin başına nə isə gəldiyini düşünüb, qapısını döydülər - səs verən olmadı. Axır cavanlardan biri divardan həyətə endi, darvazanı açdı. Qapı-baca bağlıydı.

            Adətən bazardan qayıdan Şirməmməd sankasını divara söykəyərdi. Sanka da divara söykənməmişdi. Deməli, o, evə qayıtmamışdı.

            Məhəllə bir-birinə dəydi. Buranın yazılmamış qanununa görə məhəllə xəstəsinə, kimsizinə, hətta dəlisinə də yiyə durmalıydı. 

         Məhəllənin ağsaqqalları Bığlı Əligilə gəldilər. Həyat yoldaşı söylədi ki, iki gündür işdədir. Ondan xəbərsizdir.

            Onu evdə tapmayıb  «Üçüncü otdeleniyə" getmək qərarına gəldilər. Həsənbalalnın “Alabaşına” doluşdular.  Ancaq “otdeleniyə” çatan kimi, maşından düşmək istəmədilər.

- Görənlər bizə nə deyər? Deyərlər dağlılar milisə gəlirlər.

            O zamanlar belə idi: yuxarı məhəllələr. milisdə işləyənə salam belə vermirdilər. O ki qalsın milisə gələnə.

            Ora çatan kimi “Alabaşın” şoferini göndərdilər ki, Bığlı Əlini çağırsın.

Həsənbala tək qayıtdı. Dedi ki, Əli yoxdur, onları mayor Qəhrəmanov gözləyir.

Maşından heç kim düşmək istəmirdi. “Bizə nə deyərlər” –deyinirdilər. Axır Möhüb kişi onları sakitləşdi.

-A kişilər, biz getmirik ki, bizi mayor Qəhrəmanov çağırır da!

            Ağsaqqallar “otdeleniyə” girdilər, “Alabaş” isə çıxıb getdi.  

            Qəhrəmanovun üzü gülürdü. Niyə gəldiklərini heç soruşmadan o, özü sözə başladı:

-Xəbəriniz var? Bığlı Əlinin qohumları tapılıb! Xalası oğulları! Amerikadan gəliblər. «İnturist»də qalırlar.  

            Atalarını da onların yanındadır. Sanka sürən kimdir? Yadıma düşdü: Şirməmməd. Müharibədə itkin düşmüş oğullarıdır.

-Biz də elə ona görə gəlmişik?

-Bığlı Əli iki gündür onlarladır. Xızıya getdilər. Gedin, camaatı sakitləşdirin. Narahatçılığa əsas yoxdur.

-Allah səni saxlasın, yoldaş Qəhramanov. Yoxsa Yasamal bir-birinə dəymişdi.

Qəhrəmanov düyməni basdı. Otağa növbətçi daxil oldu:

-Düş aşağı, şoferimə denən ki, ağsaqqalları Yasamala aparsın! -  deyə  mayor əmr verdi.

-Əziyyət olar, yoldaş mayor. Özümüz gedərik.

 -Siz nə deyirsiniz? Bəs mənim qanacağım? - deyə o, razılaşmadı. Onlarla birlikdə küçəyə çıxdı. Qapının ağzında milis maşınına otuzdurdu.

-Yaxşı yol! - dedi.

"Vilis"maşını Yasamalda Şirməmmədin həyətinin qarşısında dayandı. Bayaqdan onların qayıtmasını gözləyən adamların sayı birə-beş artmışdı. Milis maşınından düşən ağsaqqalları camaat əhatəyə aldı.

-Hər şey qaydasındadır. Şirməmmədin oğlanları tapılıb. Əmrikədən gəliblər.  «İnturist»də qalırlar. Bığlı Əli də onlarladır. Xızıya gediblər. - deyə Möhüb kişi dağlıları sakitləşdirməyə çalışdı.

-Necə yəni Əmrəkədən gəliblər? Bəs onları tutmayıblar? -deyə cavanlardan biri soruşdu.

-Bala, mən də yol boyu elə bunu düşünürdüm. Möcüzədir. -deyə Möhüb kişi gəncin şübhələriylə razı olduğunu gizlətmədi.

Möhübün yadına Məşədi Fazilin baldızı oğlu Məmmədin başına gələnlər düşdü. O, indiyədək Orta Asiyada didərgin idi.

-İndi vəziyyət dəyişib! - deyə hündür boylu idmançı görkəmli cavanlardan biri sözə qarışdı.

-Nadir bala, bunu necə başa düşək?

-Möhüb dayı, Xruşov Amerikaya gedib-gəldikdən sonra yollar açılıb. Bakıya oxumağa minlərlə tələbə gəlir. AZİ[1]-də təhsil alacaqlar. - deyə Nadir izahat verdi.

-Bəlkə Xızıya gedəsiniz? Gedib orda görüşəsiniz? - deyə Möhüb öz fikrini bildirdi.

-Əsası odur ki, sağ-salamatdırlar. Ürəyimiz də yerindədir. Gəlin onları burda qarşılamağa hazırlaşaq. Allaha min şükür, hər imkanımız var.

Günortaya Bığlı Əli gəlib özü çıxdı. Məhəllənin hazırlığını görüb sevindi:

-Şirməmmədi tanımayacaqsınız. Köpək uşağı elə bil Amerika prezidentidir.

-Sən uşaqlardan danış! - deyə Səkinə qarı üzünü Bığlı Əliyə tutdu: - Bəlkə mənim balalarımdan da xəbərləri var. Axı mənimkilərdə onlar kimi itkin düşüblər.

-Tələsmə, ana, axşam onlar götürüb bura gətirəcəyəm. Özünüz söhbət edərsiniz.

-De görüm, Amerikada nə ilə məşğul olurlar.

-Onu bilirəm ki, milyonerlərdir. Bunu mənə “İnturst”dəki KQB-eçilər dedilər. Bakıya Amerikadan gələn nümayəndə heyətiylə gəliblər.

 Üçüncü “otdeleniyə” gəldilər. Məni tanıdılar. Mən də onları götürüb, “Kömür meydanına”, Şirməmmədin yanına apardım. Gərək bunu öz gözünüzlə görəydiniz. Oğlanlarını bağrına basan Şirməmməd bircə anın içində dəyişdi.

Onu "Volqaya" oturdurub «İnturist»ə gətirdilər, çimizdirdilər, geyindirdilər, onun üçün şəhərin mərkəzində ev aldılar. Bir təptəzə "Volqa" verdilər. Qulluqçu tutdular.

Şirməmməd elə bil köhnə Bakının xozeyinlərindəndir. İndi onu şofer gəzdirir. Görsəniz tanımazsız!

-Ola bilməz? - deyə kimsə dözmədi

-Məni yalan danışan görmüsünüz? - deyə Bığlı Əli səsini qaldırdı: - Axşam özünüz görərsiniz!

          Hamı axşamın düşməsini gözləyirdi. Möhüb kişinin evinin divarı qarşısında çadır qurulmuşdu. Aşağı məhəllənin ağsaqqalları da  dəvət olunmuşdular.

            Axşam üstü Bığlı Əli məhəllə uşaqlarının birinin maşınına minib, qonaqların dalınca getdi.

Yasamalda isə hazırlıqlar hələ də davam edirdi. Qoyunlar kəsilir, qazanlar qoyulur, çadırda süfrələr açılırdı. Bütün məhəllə əldə-ayaqda idi.  

Axşam saat altıda çadırın qabağında iki dənə qara "Volqa" dayandı.

«Volqa»nın birindən Bığlı Əli düşdü. İkincisindən isə heç kimin tanımadığı uzun boylu, şlayapalı, "qaberqot" plaşda, qara kostyumda üç nəfər çıxdılar. Əlini gözləmədən çadıra tərəf yaxınlaşdılar.  

Çadırın qarşısında onları qarşılayan Möhüb kişinin ağzı açıla qalmışdı.

-Şirməmməd, bu sənsən? - deyə soruşdu

-Necə bəyəm, mən ola bilmərəm? - deyə Şirməmməd suala sualla cavab verdi.

Ətraf donub qalmışdı. Heç kim gözlərinə inanmırdı. Şirməmməd elə bir iyirmi il cavanlaşmışdı. Geydiyi kostyum ona elə yaraşırdı ki. doğurdan da, Amerikanın prezidentini xatırladırdı.

-Tanış olun, mənim oğullarım: Həsənbala və Hüseynbala!

Möhüb kişinin göstərişiylə onların ayağı altında qurban kəsdilər.

Hüseнnbalayla Həsənbala əsr düşdükdən, sonra Türkiyəyə, oradan, isə Amerikaya getdikləriтш dedilər.

Amerikada bir az işləyiblər. Sonra torpaq sahəsi kirayə götürüb, Şərq göyəritiləri əkməklə var-dövlətə sahib olduqlarından, indi özlərinin çoxlu fermer təsərrüfatları və emal edən zavodları olduğundan danışdılar.

-Xruşovun Amerikaya gəlməyi hər şeyi dəyişib. İndi tez-tez görüşəcəyik. Xızı məktəbinə pul keçirtmək istəyirəm. Getdim, gördüm dağılır.

Xızıda adam qalmayıb. Xızı ki cənnətdir! - deyə Həsənbala məclisdəkilərə üzünü tutdu.

Həsənbalanın Xruşovu tərifləməsi məclisdəkilərin ürəyincə olmadı.

-Hamı indi şəhərə köçür. Kəndə yaşamaq çətinləşib. Sənin Xruşovun eşşəyə də naloq qoyub. Bakı ətrafına fikir versən, eşşəklə doludur. -deyə dağlı balası Sahibin dili dinc durmadı. 

Əlavə etmək istəyirdi ki, şəhər kənarındakı eşşəklərin boynuna Xruşov sözü yazılmış lövhələr asılıb, kimsə ayağını basdı. Qardaşı Nadir olduğunu gördü.

-Xızının bu hala düşməsini istəməzdim. - deyə Hüseynbala öz narazılığını bildirdi.

-Biz də istəməzdik. Ancaq neynəməli: Cəfər Cabbarlının, Mikayıl Müşfiqin yurdu xarabazara çevrilir. - deyə ağsaqqallardan kimsə əlavə etdi. Hamı fikrə daldı. Məclisə sükut çökdü.

-Əsası odur ki, siz gəlib çıxmışsınız! Atanıza yiyə durmusunuz! - deyə Şirməmmədin həmyaşıdı  İbrahim kişi dilləndi. Onun bu sözləri məclisdəkiləri sanki həyata qaytardı.

-Şirməmmədin daha dərdi olmaz? - deyə kimsə arxadan söz atdı.

-Biz də istəyirik, belə olsun! - deyə Şirməmmədin böyük oğlu  danışmağa başladı: - İstəyirik, atamızı özümüzlə Amerikaya aparaq, ancaq razılıq vermir. Deyir, ananızın məzarı burdadır.  Mən də burda öləcəyəm. Siz də burda qalın!

-Məgər düz demir? - deyə İbrahim kişi üzünü Hüseynbalaya tutdu.

-Biz burda qala bilmərik. Orda arvad-uşaqlarımız, varımız-dövlətimiz Burda nəyimiz var? Daşı daş üstündə qalmayan kəndimiz! Babamın uçuq qalmış daxması.

-Gəlin burada, qaldırın dədə mülkünü! - deyə Şirməməd söhbətə qoşuldu: - Gözlərimi siz bağlayarsınız. Nəvələrmi görərəm.

-Dədə, biz də bunu istəyirik. Ancaq keçmişə baxıb, çox ağılanmışıq. Bura bizim yerimiz deyil.

Uşaqları bura töküb cındır içində yaşaya bilmərəm.

-Biz pis yaşasaq da, vətəndəyik. - deyə İbrahim kişi dözmədi.

-Atam nə kökdə idi? İki oğul frontda itirmiş, ataya hökumət baxırdı?

 Biz də, Amerikada belə deyil. Amerikan əsgəri əgər həlak olubsa, onun ailəsinə dövlət yüksək qayğı göstərir.

  -Bilmirəm, Amerika nə çəkir, ancaq sizin vətəniniz buradır! -  deyə İbrahim kişi dözmədi.

 Onun sözləri o qədər qətiyyətli idi ki, Hüseynbala susmağa məcbur oldu.

Qardaşının pis vəziyyətdə qaldığını görən Həsənbala durub İbrahim kişinin yanında oturdu və sol əliylə onun çiyinlərini qucaqladı:

-İbrahim dayı, biz atamızı sizə tapşırıb, gedəcəyik, bir də bu məhəllənin adamlarına. Çalışacağıq ki, hər il atamıza dəyək. Biqeyrət oğullar deyilik. Elə bilməyin ki, atamızı atıb gedirik. Biz onu axtarıb ona görə tapmamışıq ki, atıb gedək?

 Şəhərin mərkəzində ev almışıq. Qulluqçu tutmuşuq. Atamızı maşın gəzdirəcək. Əmanət kassasına adına pul qoymuşuq, nə qədər istəyir xərcləsin.

Bu pulun faizindən onun şoferinə, qulluqçusuna, birdə özünə hər ay pul veriləcəklər. Gözümüz həmişə üstündə olacaq. Elə bilin iki nəfər dağlı balasını Amerikaya pul qazanmağa göndərmisiniz, orda işləyirlər. Başqa cürə fikirləşməyin!  Siz bizim ağsaqqallarımız və böyüklərimizsiniz!

Həsənbalanın danışığı hamını xoşuna gəldi. Cavanlar arasından:

 -Düz deyir də! Orda adam kimi yaşayırlar! Yoxsa biz? Dünənki Şirməmmədlə bugünkü Şirməmmədin fərqinə baxın. Hər şey aydındır. Mənim balalarım, Allah oradakı işlərinizi avand eləsin! -deyə Möhüb kişi Şirməmmədin övladlarına müraciət etdi və söz söhbətə son qoydu.

 Bir neçə gündən sonra Şirməmmədin oğlanları Amerikaya qayıtdılar, o, isə Bakıda qaldı.

***

Məşədi Fazil Dəyanətin əlindən tutub, Nərimanov prospektinə çıxdılar. Orada bir neçə dəqiqə gəzişdikdən sonra arxadan Volodyanın «Pobeda»sının siqnalı eşitdilər.

-Gəldin?-deyə  Məşədi Fazil  soruşdu.

-Fazil dayı, gəl maşını "Volqaya" dəyişdirək. Bu maşın daha əziyyət verir. "Pobedalıq" deyil. İki gündən bir remonta gedirəm.

-Razılaşdıq. Sabah bunu apar sat! İki gündən sonra mənimlə Səmərqəndə gedərsən. Oradan alıb gətirərsən!

Məşədi Fazilin bu sözləri Volodyanı sevindirdi:

-Belə dayısı olan, məgər «Pobeda»da gəzər? Dünən məhəllə uşaqları zarafat edirdilər. İndi görüm nə deyəcəklər.

-Uşaq ağlamasa, ona süd verməzlər! - deyiblər. Könlündən keçəni demək lazımdır. Təki imkanlarımız olsun!

Məşədi Fazil Yasamala keçmiş məhəllə qonşusu İbrahim kişinin nəvəsinin kiçik toyuna gedirdi.

            O, bir-neçə günlük Bakıya gəlmişdi. Yenidən Səmərqəndə qayıtmalıydı. Namiq əkəylə birlikdə.

İbrahim kişi pis qonşu olmamışdı. Hamının xeyrində-şərində başda idi. Onun istədiyi adamlardan idi. Əlağa da bu məclisdə olmalıydı.

Səmərqənddən gələndən sonra onu görməyə macal tapmamışdı.

Volodya gec gəldiyindən, bir balaca məclisə gecikirdilər.

"Pobeda" İbrahim kişinin evinin qabağında dayandı. Həyətdən musiqi səsləri eşidilirdi. 

İbrahim kişinin qulağına kimin gəldiyini pıçıldayan kimi o, özü qonaqlarını qarşıladı və məclisə daxil oldular. Hamı ayağa qalxdı və onlara məclisin yuxarı başında yer göstərdilər.

- Məşədi, sənin gəlməyinə çox şadam. Heç ağlıma gəlməzdi. Seyid qızı dedi ki, Səmərqəndəsən. O gün olsun, Dəyanətinin böyük toyunu görəsən!

-Bəs Əlağagil hanı?

-Demişəm, gələcəklər. Kiçik oğlanların da buradadır. 

İbrahim kişi Əyyubla, Nərimanı nəzərdə tuturdu. Hər ikisi daha ailə başçısı olduqlarından, ayrıca çağırmışdılar.

Hər  ikisi atasını salamladı, ancaq yuxarı başa keçmədilər, çünki ora ağsaqqalların yeri sayılırdı.

Toy davam etsə də, hamının gözü qapıda idi. Hərdən birdən gənclər bir-birinə baxıb «Bu harada qaldı?»- deyə soruşurdular.

Əlağa Vahidin gəlişi bu narahatlığa son qoydu. O, tək gəlməmişdi. Ağa Hüseyn yenə də kölgəsi kimi onu müşahidə edirdi.

-Məşədi, heç ağlıma gəlməzdi, sən burdasan?! -deyə Fazilə müraciət etdilər.

-İki gündür Bakıdayam, ona görə səninlə görüşməyə macal tapmamışam. Görürsən də, Allahın işlərini, qismətimdə varsan, bu toyu yetirdi. Ağa Hüseyn də Maşallah pis deyil.

Əlağa Ağa Hüseynlə çalançıların yanında oturmuşdular ki, qapının ağzında Şirməmmədin "Volqası" dayandı.

Onu qarşılamağa cavanlar çıxdılar, ancaq İbrahim kişi isə  yerindən tərpənmədi.

Şlyapada, qara kostyum və qalstukda, par-par parıldayan lak tuflilərdə toyxanaya daxil olan uzunboylu Şirməmməd moda jurnallarında şəkilləri çap olunan fotomodelləri xatırladırdı.

-Şirməmməd dayı, buyurun yuxarı başa! - deyən oğlu Feyzullaya İbrahim kişi göz ağartdı, ancaq, deyəsən, oğlu bunu görmədi və yaxud gördüsə də, özünü görməməzliyə vurdu.

Feyzullanın bu hərəkəti çoxunun xoşuna gəlmədi. Çünki Şirməmmədin  saçının tükü ağ olsa da, ağsaqqal sayılmırdı.

-Pul adamı gör nə edir? - deyə İbrahim kişi üzünü Məşədi Fazilə tutdu.

-Pul eləmir, zəmanə edir!

-Bu kimdir ki, yuxarı başda otursun?

-Xətrinə dəymə! İnsanları çox vaxt geyimlə qarşılayırlar, ağılla yola salırlar. Gör, necə qəşəng geyinib?!

 -Oğlanları onun üçün əllərindən gələni edirlər, o, isə axmaqlığından qalmır. Qardaşı uşaqlarının əli aşağıdır. Birinə də əl tutmur. Elə bil o Şirməmməd deyil. - deyə İbrahim kişi öz narazılığını bildirdi.

Toyxanada rəqs edən gənclər yorulub meydandan çıxdılar. Hamının gözü Əlağa Vahidlə Ağa Hüseyndə idi. Onların gözü isə Məşədi Fazildə. Bunu hiss edən ağsaqqal ayağa qalxdı və əl elədi ki,  teşt gətirsinlər.

Teşti stolun üstünə qoydular. Məşədi Fazil əlini cibinə atıb bir əllilik çıxartdı və teştin içinə atdı.

-Bu olmadı? - deyə yerinə qayıtmaq istəyən Məşədi Fazili Əlağanın səsi dayandırdı.

-Niyə ki, Əlağa?

-Bəs beyt?

-Bunu mən deməliyəm?

-Süfrəni sən açmısan da!

-Doğurdan a? - deyə Məşədi Fazilin nəzərini İbrahim kişinin gülər üzü cəlb etdi.

-Ay İbrahim! Deyirsən, Şirməmmədin uşaqları Amerikada caz vurur? - deyə bərk səslə soruşdu.

-Elədir Meşədi, elədir! - deyə İbrahim kişi qəh-qəhə çəkdi.

-Onda qoy beytimiz olsun:

«Amerkada caz vurur balaları Şirməmmədin!» - dedi və teştə yenidən bir əllilik də saldı. Bu balaca pul deyildi.

Məşədi Fazil yerinə oturmuşdu ki, Vahidin səsi eşidildi:

-«Amerikada caz vurur balaları Şirməmmədin.

Volqadan da bərk gedir sankası Şirməmmədin.»

Səhərisi günü Bütün Bakı gəncləri bu meyxananı oxuyurdular. Hərə özü bildiyi qədər.

Əlağa Vahidin ağzından çıxan söz o saat xalqın malı olurdu. Çünki bu sözlər ürəkdən gəlirdi. Ürəkdən deyilən sözlər isə həmişə ürəklərə çatırdı.

***

 

 XRUŞOV VƏ POMİDOR

 

172 № -li məktəbdə bir-neçə gün idi ki, dərs keçməyib, Xruşovu qarşılamağa hazırlaşırdılar. Bütün günü məktəb həyətində marş keçən şagirdlər və müəllimlər boğaza yığılmışdılar.

-Rəfiqə müəllimə, marşirovat etməkdən ayaqlarım ağrıyır.  Bizə yazığınız gəlmirsə, heç olmasa, qızlarımıza gəlsin! - deyə Aslan sinif rəhbərinə müraciət etdi.

-Görmürsən, direktor gözlərini zilləyib bizə baxır. Uşaqlar sonuncu dəfə tribunanın qarşısından keçirik. Bir, iki, üç! Farağat! Getdik! - deyə Rəfiqə xanım sinfinin qabağına düşdü. 

Şagirdlər müəllimənin əmrindən sonra şax dayandılar və iri addımlarla tribunanın qarşısından ötdülər.

 -Bitdi! - deyə Rəfiqə müəllimə uşaqlarla birlikdə tribunanın arxasındakı meydançaya keçdilər. Sanki  qəfəsdən qaçan quş kimi şagirdlər məktəbin arxa qapısı tərəfə elə götürüldülər, heç izləri də qalmadı.

Boyuna görə arxada qalan və müəlliməsi tərəfə baxan Dəyanət gördü ki, Rəfiqə xanım onların arxasınca gülür. Elə bil uşaq bunu gözləyirdi, yerindən götürüldü və özünü dostlarına yetirdi.

-Arif, boynundan "Xruşov" sözü  yazılmış lövhələr asılan  eşşəklər harada otlayır? - deyə Aslan soruşdu.

-Harada otlayacaqlar, Təzə tikilən universitetin arxasında,  Sallaqxananın qabağında!

-Uşaqlar, getdik baxmağa! - deyə Aslan lider kimi səsini qaldırdı. Sinfin bütün oğlan və qızları razılıqlarını bildirdilər.

Çəmənlik əvvəllər olduğu kimi yenə də yamyaşıl idi.

-Tezliklə burda heç nə qalmayacaq! - deyə Gülər üzünü uşaqlara tutdu.

-Niyə Gülər? - deyə Nigar rəfiqəsindən soruşdu.

-Burada tələbə şəhərciyi salınacaq!

-Bunu sənə kim dedi? - deyə Aslan sərt səsini ucaltdı.

-Atamın dostu Bakının arxitektorudur.

-Arxitektor nədir? - bu sözü Aslan birinci dəfə idi eşidirdi.

-Arxitektor- memar deməkdir.

-Mən də arxitektor olacağam! - deyə Vəfa öz fikrini bildirdi.

-Pis sənət deyil!? Ancaq gül kimi çəmənimizi tarımar etmək! - deyə Aslan əlavə etdi.

-Arxitektor təkcə sökən deyil, o, yeni binalar yaradandır.

Uşaqlar Sallaqxananın ətəyinə yetişdilər. Qayanın altında bir-neçə eşşək  qanqal otlayırdı

-Aslan, sən bu eşşəyə bax! Novxanılı Kəblə Salehin eşşəyi deyil? - deyə Aslan boynundan «Xruşov» sözü yazılmış lövhə asılan eşşəyi göstərdi.

-Vallah, özüdür ki, var! Yadındadır, bağda qaçırdıb, çapırdıq.

-Aslan, Kəblə Saleh bu eşşəyi atasından çox istəyirdi. İndi nə oldu ki, başdı-başına buraxıb?

-Nə olacaq? -deyə Dəyanət özünü qabağa verdi: -Xruşov kəndlilərdən eşşəyə görə “naloq” yığır. Qoca kişidir, haradan onda o qədər pul. Odur ki, kimin eşşəyi var, heyvanın boynuna "Xruşov" yazılmış lövhə asır, küçəyə buraxır.

-Sən ağacları demirsən. Meyvə ağaclarına görə də! - deyə Gülər əlavə etdi: - Odur ki, kəndə camaat meyvə ağaclarını doğrayır ki, “naloq” verməsin deyə.

-Belə olsa, bağlarda meyvə ağacları qalmayacaq - deyə Validə öz fikrini bildirdi.

Kəblə Salehin eşşəyi Aslanı görüb anqırdı və qaçıb  yanında dayandı.

Aslan onun boynunu qucaqladı. Qızlara elə gəldi ki, heyvanlar da bu görüşə sevinirlər.

Doğrudan da, belə idi. Kəndlərinə qayıtmaq istəyən eşşəkləri daş-qalaq edib, qovlayırdılar. Sallaqxanaların qabağındakıları isə tutub kəsirdilər. Aslan tullanıb, eşşəyin belinə mindi.

-Höş-şə, Xruhov, hoş-şə!- deyib, ayaqlarını astaca heyvanın belinə vurdu. Heyvan onun iradəsinə tabe olub, yerindən götürüldü. Sinfin qızları onlara baxıb gülüşdülər.

Aslan bir az uşaqlardan uzaqlaşıb geriyə qayıtdı:

-Qızlar, kim eşşəyə minmək istəyir, gəlsin bura! - deyə yerə endi.

Aslan bu qədər qızın eşşəyə minəcəyini ağlına belə gətirməzdi. Növbə əmələ gəldi.

-Mənəm birinci! - deyə Esmira ürəklə qabağa çıxdı.

-Ay qız, yıxılarsan! - deyə  rəfiqəsi Mehparə onu saxlamaq istədi.

-Nə yıxılmaq? Görmürsən, hər tərəf dizə qədər otdur.

Aslan Esmiraya minməyə kömək etdi.

-Hoş-şə! - deyə əlindəki çubuqla eşşəyin arxasına bir zərbə endirdi. Ağrıdan eşşək yerindən götürüldü.

-Ay ma.a.a.!- deyə uşaqlardan uzaqlaşan Esmiranın qışqırığı eşidildi. Ancaq uşaqların gülüşü onun səsini susdururdu.

Qız özünü itirmədi, iki əlilə eşşəyin boynunu qucaqlayıb çubuğun ağrısından hürkmüş heyvanı sakitləşdirdi və üzünü uşaqlara tərəf çevirib, yavaşca onlara yaxınlaşdı.

-Sən bir qıza bax! Elə bil eşşəyin üstündə böyüyüb! - deyə Nigar əl çaldı.

-Bravo, Esya! - deyə uşaqlar ona qoşuldular. Ancaq bu əyləncə çox çəkmədi. Haradansa milisionerlər peyda oldular. Eşşəkləri tutub, onların əllərindən aldılar. Qabaqlarına qatıb sallaqxanaya apardılar.

-Apardılar, kəsməyə!

-Kəsib nə edəcəklər7

Dərisindən gön! Ətindən kolbasa,

-Sən nə danışırsan, Aslan?

-Bəs kolbasanı nədən hazırlayırlar?

-Axı bu eşşək ətidir! - deyə Gülər narazılığını bildirdi.

-Nə olsun? SSRİ-də o qədər eşşək yeyənlər var. Göndərəcəklər Moskvadakılar yesin!

-Allah Xruşovun evini yıxsın! Camaatı eşşəksiz qoyur ki, Moskvadakılar  kolbasa yesinlər! - deyə Mehparə qarğış etdi.

-Bu eşşəklər adi eşşəklər deyil! İnqilabçı eşşəklərdir.

-İqtidar eşşəklərlə mübarizə aparanda, camaatını da ac qoyar.

-Aslan, mən qaçdım. - deyə Arif uşaqlardan ayrılmaq istədi.

-Bratişka, hara gedirsən?

-Çörək “oçeredinə”. Səhər saat altıdan oçered tutmuşam. Növbəm indiyə çatar. Xudafis. - deyə  uşaqlara əl eləyə-eləyə Politexnik tərəfə qaçdı.

-Bəs biz, niyə durmuşuq? Məgər bizim evdə çörəyimiz var?-deyə o birisi oğlanlar da öz fikirlərini bildirdilər. -Gedək girək  Arifin oçerdinə. Qızlarımız üçün də çörək alaq.

-Nə yaxşı oldu? - deyə qızlardan kimsə arxadan dilləndi.

-Bizdə də çörək yoxdur. - deyə Validə üzünü Aslana tutdu.

***

Politexniklə üzbəüz Ceyran kafesinin yanında Firudinin qastronomunun sağındakı çörək dükanının qarşısındakı növbə prospekt Nərmanovdakı binanın tinindən aşağı küçəyə qədər uzanırdı. Aslanla Dəyanət yenicə dükanın ağzına çatmışdılar, Arifin səsini eşitdilər.

-Budur əmi, bizimkilər gəldilər! - deyə Dəyanət yoldaşlarını qapının ağzında dayanan milisionerə göstərdi.

-Biz səhər oçered tutub, dərsə getmişdik. İndi növbəmiz çatır. - deyə Aslan özünü qabağa verdi.

- Keçin, yerinizi tutun! -deyə milisioner sərt səslə oğlanları növbəyə saldı. Qızlarsa kənarda durub, onlara tamaşa edirdilər.

-Bunlar haradan çıxdı? - deyə kimsə növbədəkilərdən  dilləndi.

-Laxçıxanlı olma! Görmürsən uşaqdırlar! - deyə başqa birisi onun üstünə düşdü: -Keçin uşaqlar! Siz növbədən kənarsız! Bu biabırçılığı görməsələr, daha yaxşı olar. Dünyanın bu cür çağında, milləti acından qırmağı, ancaq axmaq hökumət bacarar.

-Müharibə vaxtı Bakıda belə biabırçılıq olmayıb. Növbəni də qaydasına sala bilmirlər.

-Xruşovun axmaqlıqlarıdır. Deyirlər, taxıl əvəzinə qarğıdalı əkdirib.

-Allah bizi belə axmaqlardan saxlasın! - deyə başqa birisi dilləndi.

-Bu axmaq tualetlə vannanı birləşdirdi, indi polla potoloku birləşdirmək istəyir. - deyə arxadan kimsə dilləndi. Bütün növbə gülüşdü. Milisioner isə özünü karlığı vurdu. Elə bil heç nə eşitmir.

Dəyanət fikir verdi ki, o, da gülmək istəyir.

-Validə, ağ çörək yoxdur. «Seridir»! - deyə Aslan növbədən qızlar tərəfə qışqırdı.

Validə adını eşidən kimi arxaya boylandı:

-Al! Onsuzda ağ gətirməyəcəklər.

On dəqiqə  keçmədi ki, on üç nəfər oğlan uşağı bir-birinin ardınca çörək dükanından çıxdılar. Qızlar oğlanları hay-küylə qarşıladılar.

-Ac olan bura gəlsin! - deyə Validə Aslandan götürdüyü çörəyi əlilə parçaladı və qızlara uzatdı.

-Əcəb istidir! Pendir olsaydı, zor olardı! - deyə Gülər üzünü uşaqlara tutdu.

-Bu saat! - deyə Aslan Firudinin qastranomu tərəfə qaçdı.

Beş dəqiqə keçməmişdi ki, qızlar Aslanun gətirdiyi pendiri bölüşdürürdülər.

-Dəyanət, Arifə denən, sabaha hazır olsun! Məktəbə gələndə sapanını da gətirsin. - deyə Aslan uşaqların arasında Arifi görməyib, Dəyanətə müraciət etdi, çünki onun qonşuluğunda yaşayırdı.

-Arxayın ol! Kişi kimi söz verib!- deyə Dəyanət çörəkləri  qoltuğunun altına alıb nənəsigil tərəfə qaçdı.   

         

***

Bazar günü 172 nömrəli məktəbin uşaqlarını Xruşovu İnşaatçılar prospektində qarşılamağa hazırlaşdırırdılar. Hamı məktəbli formasında idi.

Rəfiqə xanımın başı qızlara qarışdığından, həyətindəki sinfin dəcəlləri qayışlarını çıxardıb başlarının üzərində fırladır, yuxarı sinfin oğlanlarını vururdular.

Hərdən birdən qayışın şarpıltısına "Uyy!" səsi qarışır və zərbə endirənin şən qışqırığı  eşidilirdi. 

Rəfiqə xanım bir-birindən qəşəng olan sinif qızlarını sahmana saldıqdan sonra, pəncərədən aşağı boylandı. Aşağıda qırğın idi. «4-a» sinfinin oğlanları 7-ci sinfin oğlanlarını qabaqlarına salıb döyürdülər.

Müəllimə həyətə necə düşdüyünü heç özü də bilmədi.

-Dayanın! - deyə qışqırdı.

Müəllimənin səsini eşidən uşaqlar o saat sakitləşdilər.

Qayışlarını bellərinə bağlayıb, Rəfiqə xanımın qabağına düşüb sinfə qayıtdılar.

Sinif otağının qapısını bağladıqdan sonra, üzünü başını aşağı salıb danlaq gözləyən oğlanlara yox, qızlara tutdu:

-Qızlar, bilirsiniz, bu gün Bakıya Xruşov gəlir. Məktəbin bir-neçə sinfi "İnşaatçılar prospektində" yolun kənarında durub, onu salamlayacaq. Odur ki, sizi bu bazar günü məktəbə çağırmışam.

-Bəs biz Rəfiqə xanım? - deyə Aslan yerindən donquldadı.

-Siz?

-Bir özünüzə baxmısınız? Sizi adam arasına çıxartmaq olar?

-Bizə nə olub ki? - deyə bu dəfə Ağaismayıl yerindən dinləndi.

-Oğlanlarımız getmirsə, biz də getmirik! - deyə Validə oğlanların tərəfinə keçdi.

Rəfiqə xanım sanki bunu gözləyirdi.

-Qurban olasınız qızlara! - dedi və güldü.

-Mən qurban olmağa hazıram! - deyə yerindən Arif donquldandı və Vəfa tərəfə boylandı. Hamı gülüşdü.

-Özünüzü qaydaya salın! Beş dəqiqədən sonra küçəyə çıxmalıyıq.

Uşaqlar sakitləşdilər. Qızların bəziləri oğlanların qalstukların qaydaya salır, arxadan köynəklərinin tozunu silirdilər.

-Şərtimiz şərtdir! - deyə Aslan Arif tərəfə boylandı.

-Sapandımı götürmüşəm.

-Bəs  pomidor?

-Onu sən gətirməli idin.

-Siz nədən danışırsınız? - deyə Arifin köynəyinin arxadan  tozunu şotka ilə çırpan  Validə soruşdu.

-Bu qız işi deyil! Kişi işidir.

-Yenə nə kişi işi? Kiminləsə dalaşmaq istəyirsiniz?

-Heç kimlə dalaşmaq istəmirik. Sadəcə olaraq, Xuruşovu yaxşı qarşılamaqdan danışırıq! - deyə Aslan bu söhbətə son qoymaq istədi.

-Bəs sapand nəyinizə lazımdır?

-Sapand nədir, Validə? -deyə Arif təəccüblə soruşdu.

-Oğlanlar onunla daş atırlar.

-Mən birinci dəfədir eşidirəm. Biz daşı raqata ilə atırıq! -deyə Aslan cibindən raqatkasını çıxartdı.

Rəfiqə xanım raqatkanı Aslanın əlində gördü və barmağı ilə onu yanına çağırdı.

-Aslan, hayıf raqatqadan? - deyə kimsə uşaqlardan ona sataşdı. O, isə dinməzcə müəlliməsinə yanaşdı, əlindəki raqatkanı ona uzatdı.

Sonra Arifin yanına qayıtdı. Validə daha Arifin yanında deyildi.

-Aslan, getdik pomidor tapmağa! - deyə Arif onun əlini dartdı.

Ancaq yenə də onların qabağını Rəfiqə xanım saxladı:

-Sıraya düzülün, getdik! -deyə əmr verdi.

Əl-ələ vermiş dördüncü sinif şagirdləri Rəfiqə xanımın arxasınca düşüb, «İnşaatçılar» prospekti tərəfə addımladılar.

Arxada gedən Aslan Arifin əlini dartdı.

-Qaçdıq məktəbə!

-Ora niyə?

-Məktəbin damına çıxaq!

-Necə çıxacağıq?

-Görmürsən, heç kim qalmayıb. Qapıçı də yerində yoxdur.

-Bəs pomidor?

-Qapıçının setkasında var. Bayıra çıxanda gördüm.

Onlar məktəbin qapısından içəri girdilər. Həmişə hay-küylü olan məktəbdə bir  nəfər də qalmamışdı. Arif qapıçının setkasından üç-dörd dənə pomidor götürdü.

-Niyə üç dənə? Birdən dəymədi?

-Bəsdir! Bir də qapıçı yazıqdır. Kasıb kişidir.

Məktəbin damına çıxdılar. Buradan hər tərəfə gözəl bir mənzərə açılırdı. Şəhər ayaqlarının altında idi.

Aslan damın tinindən «İnşaatçılar» prospektində yolun kənarına düzülmüş məktəb uşaqları arasında sinif yoldaşlarını axtarırdı.

-Ora bax! Bizimkilər ordadır.

-Aslan, Xruşovun maşını hansı tərəfdən gələcək?

-Prospekdən gələr! - deyə Aslan Nərimanov prospektini nəzərdə tuturdu.

-Sən gözdə, qulaqda ol! Mən sapandı tarazlaşdırım.

-Dəyməsən, batdıq!

-Qorxmursan, bizi tutarlar?

-Nədən qorxuram. Bizi tutmaq olar? Cin kimi uşaqlarıq. Sən at! Qaçıb uşaqların yanında dayanaq.

-Mən elə atacağam ki, heç kimin ağlına gəlməz ki, məktəbin damından atıblar.

-Sən canım, elə at, oğraşa dəysin! Milləti boğaza yığılıb. Xalq ağac əkdiyinə görə də gərək naloq versin. Ev heyvanına görə də naloq qoyub.

-Aslan gəlir! - deyə Arif sapandına pomidor qoydu və bir-neçə dəfə başının üzərində onu fırlatdı. Sapandın ipinin birini buraxdı.

Pomidor sapanddan çıxıb vıyıltıyla uşaqların üzərindən keçib,  düz Xruşovun maşının qabağında düşdü. Aslan bunu görmədi, Arif öz başına qapaz vurdu.

-Nə oldu, Arif?

-Mimo!

-Birini də at!

-Çatmarıq, qaçdıq. Ora bax, itlər  bizi tərəfə gəlirlər.

Arifin bu sözü Aslanı ayıltdı. Damın kənarına yanaşmadan dama aparan nərdivana birinci tullandı.

 Bircə anın içində hər ikisi ikinci mərtəbənin tualetinə, oradan həyətdəki qumun üstünə atıldılar, məktəb həyətinin çəpərini aşdılar.

«İnşaatçılar» prospektindən geri qayıdan uşaqlara qarışdılar. Aslan dəstəyə ondan qabaq qoşulmuş Arifin başına arxadan bir qapaz vurdu.

-Aslan, nə edirsən? -  deyə Rəfiqə xanımın səsi eşidildi.

-Rəfiqə xanım, heç nə! Mənə uduzub.

-Nə? nə?

-Mərc qoşmuşduq, mənə uduzub.

-Qapazdan mərc olar?

-Belə adamla olar! Bir də bu qapaz bilsəydiniz nə qapazdır?

-Zənnimcə, ağıl qapazıdır.

Uşaqlar gülüşdülər. Validə isə arxaya dönüb, üzünü onlara tutdu.

-Aslan, düz iş gördün! Arifə qapaz halladır. «Mazilladır»[2].

-Mazila nədir, ay qız? - deyə Arif soruşdu.

-Atanda düz atarlar! - deyə Validə arxasını onlara çevirdi.

-Gördün, deyəndə ki, qızlarımız od parçasıdır, inanmırdın! -deyə Aslan əlini onunu çiyninə qoydu.

 

***


XƏSTƏ

 

Məktəbdən nənəsigilə gələn Dəyanət çantasını stolun üstünə atıb, Seyid Bikənin qucağına tullandı:

            -A bala, daha böyümüsən, sənə gücüm çatmır.

            Dəyanət nənəsinin üzündən öpməklə kifayətləndi və keçib divanda əyləşdi.

            -Nənə sənə qurban! Aclığın var?

            -Yox, nənə! Baba üçün darıxmışam. Görəsən, haçan gələcək?

            -Allah qoysa gələr, mənim balam!

Dəyanət on iki yaşın içində idi. Onu kitabdan və texniki jurnallardan ayırmaq mümkün deyildi. Uşaq onu əhatə edən texnikanın modellərini düzəldir və evlərinin qarşısındakı tikintidə işləyən ustaların işlərinə tamaşa edirdi.

Hər həftənin sonunda Volodya ailəsilə və balaca oğlu  Genayla onlara gəlirdilər.

            Volodya maşına baxanda ondan əl çəkmirdi ki, qoy, sənə kömək edim. Ən çox xoşladığı iş - Volodyanın maşınını sürmək idi.

Yayın axırı idi. Dəyanət Genanı qabağına salıb yeni tikilməkdə olan binaların arasından keçib, onu çəmənliyə  gətirdi. Uşaq buranı çox sevirdi və anası üçün çiçəklərdən çələng hörürdü.

Dizə qədər qalxmış otların üstünə uzanan Dəyanət gözlərini oxuduğu kitabdan çəkmirdi. Əmisi Əlisəttar ona Sverdlovskidən  yazırdı ki, mütləq hansı kitabları oxusun.

Əlisəttarı həbs etmişdilər. Deyilənə görə, kimisə dənizə atmışdı, o, da boğulub ölmüşdü. O, əmisini günahkar saymırdı, çünki onun uşaq aləmində Əlisəttar qədər ağıllı və ədalətli insan yox idi.

Yaşının azlığına baxmayaraq, oxuduğu kitabların təsirindənmi, ya da ki, nənəsindən aldığı tərbiyədənmi o, özünü uşaq kimi aparmırdı. Öz  dünyası və aləmi vardı. Bu aləm Əlisəttarın tövsiyə etdiyi kitabların qəhrəmanları, hiss və duyğularıla dolu idi.

 O, özünü bu qəhrəmanlara bənzətmək istəyir, çalışırdı ki, heç vaxt heç kimə pis olmasın.

Tay-tuşlarıyla oturub durmurdu. Çalışırdı ki, vaxtını boş keçirtməsin.

            1962-ci ilin may ayının axırı idi. Məşədi Fazil xəbərsiz Səmərqənddən Bakıya qayıtdı.

            Həmişəki kimi balalarla gülər üz olan ərinin nədənsə əziyyət çəkdiyini Seyid Bikə o saat hiss etdi və uşaqlar gedəndən sonra soruşdu:

            -Deyəsən, kefsizsən?

            -Bir balaca var.

            -Sən düzünü denən, haran ağrayır?

            -Mədəm! Demək olar ki, heç nə yeyə bilmirəm!

            -Niyə həkimə getməmisən?

            -Gəlmişəm, burada uşaqlar aparsın!

            -Hay-hay, bu yaşa çatdın, yenə də hər şeyi məsləhətlə etmək istəyirsən. Sağlamlıq işində məsləhət etməzlər. Qoy, sabah Əşrəf gəlsin. Səninlə o, bacarar.

            Əşrəf Səmərqənddən xəstə qayıtmış atasını "Leçkomisiya" xəstəxanasında yatırtdı. Həkimlərin ən yaxşısını onun başı üstünə gətirdi. Ancaq diaqnozları xoşa gələn deyildi. Müalicə edən həkim Əşrəfə  atasının "xərcənk" olduğunu söylədi.

            Əşrəf  evə gələndə özündə deyildi. Dərdini kimə açacağını bilmirdi.

            Xasiyyətinin tündlüyünə bələd olan Raziyə əvvəl heç nə soruşmaq istəmədi, bilirdi ki, cavab verməyəcək. Ancaq ömründə birinci dəfə idi ki, ərini yazıq vəziyyətdə görürdü, odur ki, ürəklənib soruşdu:

            -Əşrəf, nə olub?

            İki əlilə başını tutub, dirsəklərini stola söykənən Əşrəf yerindən belə dəbərmədi. Ancaq sonra həyat yoldaşının ona baxdığını görüb, başını azca qaldırdı:

-Dədənin yanından gəlirəm. Həkimləri deyir ki, xərçəngdir. Bir-iki ay ömrü qalıb! - dedi və heç vaxt ağlamayan Əşrəfin gözlərindən yaş sel kimi axmağa başladı.

-Eh, həkimlər nə bilirlər? Dədə möhkəm adamdır. Gəl, onu götürək Moskvaya aparaq.

-Sən demə, Namiq əkəynən orada olublar. Oradakılar da bunu deyib. Kişinin Bakıya qayıtmasının səbəbi də elə budur. 

-Ana bilsə, ürəyi partlayar.

-Həkimlər deyir ki, heç nə etmək mümkün deyil. Çıxarıb evə aparın.

-Özü necə vəziyyətindən xəbərdardır?

-Danışdın da!? O, bilmədiyi şey var. Ölən gününü də bilir. Dünən mənə vəsiyyətini edirdi. - deyə Əşrəf özünü saxlaya bilmədi, hönkür-hönkür ağladı.

***

Bir neçə gündən sonra Məşədi Fazili xəstəxanadan çıxartdılar. O, özünü pis hiss etmirdi.

İyunun istiləri daha düşmüşdü. Bakıda nəfəs almaq mümkün deyildi. Əşrəfin ağlına gələn ilk fikir bu oldu ki, atasını və anasını götürüb Basqala getsinlər.

-Dədə, gəl Basqala gedək! - deyə fikrini bildirdi.

-Mən nə deyirəm, gedək! - deyə Məşədi Fazil oğlunun təklifinə razılıq verdi.

Hamıdan çox Dəyanət sevinirdi. Maşının arxasında babası və nənəsi ilə oturan uşaq yol boyu babasına oxuduğu kitablardan, Əlisəttar əmisindən aldığı məktublardan, ona yazdığı cavablardan danışırdı.

-Dünən "Dekomeronu" oxudum. Onun haqqında öz fikirlərimi məktubda yazdım, aparıb yola saldım. - dedi, ancaq hiss etdi ki, babası ona qulaq asmır. Bu birinci dəfə idi ki, belə idi.

Dəyanət babasının xəstə olduğunu bilirdi. Odur ki, şıltaqlıq etmədi.

«Qurd təpəsində» dayandılar. Dəyanət babasının əlindən tutub bulağın başına endi.

Məşədi Fazil bulağın suyundan içdi, və keçib qaralmış sal daşının üstünə oturdu. Dərin xəyala dalmışdı. Onunla gələnlərdən biri də onu fikirdən ayırmaq istəmirdi.

Keçib yanında oturmuş və sağ əlilə belini qucaqlamış Seyid Bikəyə baxan Dəyanətə elə gəlirdi ki, dünyada onun nənəsindən və babasında xoşbəxt adam yoxdur.

Ağlına belə gəlməzdi ki, tezliklə bu insanların birindən əbədi ayrılacaq.

Məşədi Fazil birdən ayağa qalxdı və ömründə birinci dəfə uşaqların yanında arvadının üzündən öpdü. Onlara baxıb gülən Əşrəfin üzünə qəmgin gözləriylə baxdı.

-Basqala getməyək. Gəl, dala qayıdaq. Mən o həyəti görsəm, ürəyim partlayar. Necə gedə bilərəm? Biz oradan çıxanda yeddi qardaş çıxardıq. İndi biri də yoxdur. Məni kim qarşılayacaq? Mən orada ölmək istəmirəm. Gəl, Bakıya qayıdaq, Əşrəf! - dedi və yenidən nəvəsinin qoluna girib yuxarı qalxdı. Bakıya qədər onun ağzından bir kəlmə belə söz çıxmadı.

Bakıya qayıdan Məşədi Fazil gecəni rahat yatıb səhəri oyanmadı.

             Səhər çağı Seyid Bikə babası yatdığı otaqdan çıxıb, gözlərin yaşını sildikdən sonra Dəyanətin alnından öpdü:

-Dəyanət bala, baban əbədi yuxuya  getdi. Sən onu bir daha görməyəcəksən. Yeri behiştlik olsun! - dedi və yerə yıxıldı. Seyid Bikənin ürəyi keçmişdi.

Dəyanət qaçaraq nənəsinin başını dizi üstünə qoydu. Əmisi gəlininin üzünə tərs-tərs baxdı.

-Hanı nanə cövhər? - deyə qışqırdı.

Baş vermiş hadisədən çaşıb qalmış gəlin yenidən Məşədi Fazilin keçindiyi otağa keçdi və bircə anın içində əlində nanə cövhərli su ilə qayıtdı.

Qonşu arvadları Seyid Bikənin əl-ayağını ovxalayırdılar. Dəyanət isə nənəsinin gözlərinin açıldığı görüb, əlindəki  stəkanı onun dodaqlarına yaxınlaşdırdı.

-Ay nə, xahiş edirəm bunu iç! - dedi və nənəsinin içdiyini görüb, onsuz da çaşıb qalmış gəlinə üzünü tutdu:

-Papaya, mamaya tez xəbər çatdır De, tez bura gəlsinlər! - deyə Seyid Bikə üzünü Dəyanətə tutdu.

Qonşu  arvadlar köməyilə nənəsini divana əyləşdirdilər, özü isə heç kimdən icazə almadan babasının otağına keçdi.

Çarpayıda yatan babasının üstünə ağ örtük salınmışdı. Dəyanət stulu çəkib çarpayının yanında oturdu. Bir-neçə an üzünü çarpayıdan çəkmədi. Sonra örtüyü qaldırdı, çarpayıda rahat uzanmış, gözləri bağlı, sanki rahat yuxuya getmiş babasını gördü.

O, həmişə belə yatardı, sakit, bağlı gözləri tavana dikilərdi. Dəyanətə bir an elə gəldi ki,  nənəsi onunla zarafat edib. Bəs onda niyə ürəyi keçdi?

 O, əlini babasının alnına qoydu. Bumbuz idi. Arxasından kimsə örtüyü babasının üzünə çəkdi.

Dəyanət onun əlini saxlamaq istədi, ancaq bacarmadı. Gözləri atasının ağır baxışlarına dəydi, yerindən sıçradı. Dik durdu.

-Çıx bayıra! - deyə atasının əmrini eşitdi. Ancaq yerindən tərpənmədi.

-Sənə nə dedim? - deyə atasının zəhmli səsi eşidildi.

Dəyanətin ayaqları getməsə də, bir təhər bayıra çıxdı. Bir daha babasının müdrik sifətini görmədi.

                                      

                                             ***

 


UŞAQLIQ Kİ, UŞAQLIQ

 

Babasının ölümündən bir il keçmişdi. 63-cü ilin mayı Bakıda sakit və təravətli keçirdi.

Səhər sübhdən həyət uşaqlarına qoşulub, çörək dükanının qabağında saatlarla növbəyə dururdular. Növbələri çatanacan günorta olurdu.

Dəyanətin məktəb yoldaşları da çörək növbəsində olurdular.

Məktəbin direktorunun qorxusundan, daha doğrusu, hamı hörmətini saxladığından, oğlan uşaqları adətən səhər saat beşdən çörək növbəsinə gedirdilər. Növbələri çatana qədər saat səkkiz olurdu. Gəl indi çörəyi evə qoy, qaç məktəbə.

Məktəbin qarşısında isə əllərini belinə qoymuş bahadır qüssəli Məmməd Tağı müəllimin ağır baxışlarıyla üzləşirdilər.

Direktorun sərtliyinə baxmayaraq, o, şagirdləri öz övladlarından çox istəyirdi. Ağır ata baxışlarıyla qarşısında başını yerə dikmiş, gecikən şagirdini süzdükdən sonra, baxmayaraq ki, qarşısındakı hər gün gecikirdi, mülayim səslə:

-Keç içəri! Bir də gecikmə! - deyirdi.

Şagird ondan harada olduğunu belə soruşmayan direktoruna:

-Çörək növbəsində idim! - deyə içəri keçirdi. Şagird sanki bəraət qazanmaq üçün bu sözləri deyirdi.

Direktor isə başını dik qaldırıb, heç onu tərəfə belə baxmırdı. Yəni keç içəri. Sənin harada olduğun məni maraqlandırmır. Keç dərsini oxu, özü də yaxşı oxu!

Ona gərə də Məmməd Tağı  müəllimi hamı sevirdi. Elə bil bu kişi hamını başa düşürdü, hamının dərdinə şərik olurdu.

Birinci dərsdə çörək növbəsində gəlmiş uşaqların çoxu mürgüləyirdi.

Qayğıkeş Rəfiqə müəllimə sinfinin asta-asta mürgüləyən oğlanları oyanmasın deyə, yarım səslə dərsi başa salar, sinfin qızlarına üzünü tutub deyərdi:

-Elə edin, oğlanlarınız bir az dincəlsinlər. Bilirsiz də, haradan gəlirlər?

Ancaq 6/a sinfin dəcəl qızlarını sakit saxlamaq olardı. Birdə görürdün ki, Gülər arxasında  mürgüləyən  Əkbərin burnuna hörüyünün ucunu soxur. Yazıq uşaq yerindən dik atılır. Bütün sinif qəhqəhə çəkirdi.

-Ay qız, Gülər, sənə demədim sakit  otur! - deə Rəfiqə müəllimənin ciddiləşən səsi eşidilirdi.

-Rəfiqə  müəllimə, düz qulağıma  xoruldayır! - deyə qəhqəhəsi davam edirdi.

 Bundan sonra dərs öz  tempiylə gedirdi.

***

Növbəyə durmuş yaşlı kişilər danışırdılar ki, Xruşov Kubaya kömək etdiyindən Amerika və Kanada SSRİ-yə taxıl satmağı dayandırıb. Odur ki, çörək qıtlığı yaranıb. Hamı Xruşovu söysə də, növbəni qaydaya salan milis yaxınlaşdıqda susurdular.

May ayı Bakı baharının ən gözəl çağı sayılırdı. Ayın sonu dərslər bitdikdən sonra çəmənlik səhərdən başlayaraq uşaqla dolu olurdu.

Daha çörək növbəsinə getməyən uşaqlar səhərdən axşamacan burda oynayırdılar. Onların oynadığı yerlər isə əsasən tikinti meydançaları idi.

Aslanla Dəyanətin dostlarının oynadığı oyun "dava-dava" idi.

Məhəllə uşaqları yarıya bölünmüşdülər. Hərənin öz komandiri və dəstəsi vardı. Sözün həqiqi mənasında ölüm-dirim "müharibəsi" gedirdi.

 Dəyanətlə Aslan Seyfullanın dəstəsindən yaxasını qurtarmaq, üçün təzə tikilən  beşmərtəbəli binanın üçüncü mərtəbəsinə çıxmışdılar.

Dallarınca qaçan uşaqlardan  qurtarmaq üçün təkcə bir yolları qalırdı: ya təslim olmaq, ya da üçüncü mərtəbədən tullanıb qaçmaq.

-Aslan, bura gəl! Aşağı bax, qum töküblər. Tullandıq! - deyə Dəyanət qaçaraq, hasarsız balkondan aşağı tullandı və düz qumun üstünə düşdü. Üst başını çırpıb, ona yuxarıdan baxan dostunu harayladı.

-Tullan, Aslan! Yoxsa səni «plen» götürərlər!

Dostunun sözündən ürəklənən Aslan onu tutmaq istəyən Seyfullanın uşaqlarından birini sinəsindən itələdi. Uşaq yanı üstə döşəməyə dəydi.

Yaxasını " düşmənin " əlindən qurtarmış Aslan qartal kimi qumun üstünə şığıdı. Üst-başını silirdi ki, «düşmənlərə» üzünü tutan Dəyanətin səsini eşitdi:

-Nə oldu? Tuta bildiniz? Kişisiniz tullanın! -deyə yuxarıdan onlara tamaşa edənlərə acıq verib, əlinə dostunu çiyninə qoydu.

-Bunlar hərifdirlər, bizimlə bacarmazlar! - dedi.

Məhəlləyə gələndə üst başları toz-torpaq içində idi.

Seyid Bikənin sərt baxışından qorxan Dəyanətin bir xilas yolu vardı, cumub nənəsinin üzündən öpmək və Aslanın  igidliyindən danışması.

Aslan isə ondan hesabat gözləyən Seyid Bikəyə nə baş verdiyini elə həvəslə danışırdı ki, nənənin üzünə gülüş qayıdırdı.

Seyid Bikə Aslanı həyətə dəvət edirdi. Nikolay sandığını açıb oradan "Moskovski" pletka şokoladını çıxardıb Aslana uzadırdı. Payını almış Aslan götürülürdü.

«Tullanan mən, şokoladı Aslan qazandı»- deyə Dəyanət özlüyündə düşünürdü.

Onun dalınca qaçan Dəyanətdən Aslan uzaqlaşmaq istəyirdi.

-Hara qaçırsan? Gəl bölək! «Şotuma» yaşayırsan, bölüşdürmək istəmirsən.

-Yox, Dəyanət bu mənə lazımdır.

-Nəyinə lazımdır.?

-Validəyə verəcəyəm!

Bu sözlərdən sonra hər ikisi dayanırdı. Daha Aslan qaçmırdı.


ŞAMAXIDA TOY

 

Əşrəfgil dünən səhər Şamaxıya çatanda şəhərcik onları sakit və təravətli dağ havasıla qarşıladı.

Volodya "Volqanı" Seyid Bikənin əmisi oğlu Mir Əzizin qapısı ağzında saxladı və Seyid Bikə, Nataşa, Raziyə, Dəyanət  və Əşrəf maşından düşdülər.

Maşının siqnal səsinə küçəyə çıxmış Mir Əziz əmisi qızı Seyid Bikənin və Nataşa xalanın  əlini öpdü, əmi nəvəsi Əşrəfi  bağrına basdı.

-Bizdə belədir: ya toyda görüşürük, ya da, Allah eləməsin, yasda! - deyə zarafatla həqiqəti söylədi. Cəfərlilər və Bədirxanlılar çox olsalar da, çox nadir hallarda görüşürdülər.

Dəyanət üçün Şamaxı hər şeydən əvvəl gəzmək üçün yer idi. Onu toy maraqlandırmırdı. Özü də "Qız toyu".

Həyətə girən kimi ətrafa boylandı. Mir Əzizin kiçik oğlu Hafizi gözlərilə gəzdi.

Əşrəf oğlunun narahatlığını o saat hiss etmişdi. Ağır baxışlarıyla onu tərəfə baxdı ki,  özünü yığışdırsın. Odur ki, atasının arxasınca eyvana qalxdı.

Buradan həyətdə qurulmuş toyxana aydın görünürdü.

-Mir Əziz, yaxşı bəs biz burada nə edəcəyik? - deyə Əşrəf axşam burada olmayacağına  işarə verdi.

-Əl-Əşrəf, görürəm necə narahatsan! Qoy bizimkilər yığışsınlar, özümüzü verək Mir Əzimin yanına. Bizim burada olmağımız ayıbdır. - deyə o, adət-ənənədən xəbərdar olduğunu bildirdi. "Qız toyu" vaxtı qız atası həyətdə gözə dəyməzdi.

-Gəl belə edək: sən hələlik qonaqlarını qəbul elə,  biz isə özümüzü veririk Mir Əzimin yanına, gələnləri göndər ora!

-Ağıllı fikirdir. Bir-iki saata istidən burada cəhənnəm olacaq.

Küçəyə çıxıb maşına əyləşmək istəyirdilər ki,  «Volqa»nın arxasında "Zim" dayandı.  Əşrəfin xalası oğlu Ağarıza və uşaqları maşından düşdülər. Hamı əllərilə maşının damının kənarından yapışıb, düşmək istəyən Barat xatını gözləyirdi.

Barat xatın ayağının birini aramla yerə qoyub, başını maşından çıxartdı və həmişə zarafatdan qalmayan seyid qızı aydın və gurultulu səslə, hamı eşitsin deyə, üzünü onlara tutdu:

-Mənim balalarım da burdadır ki?!

 Maşından çıxan kimi Əşrəfi bağrına basdı, Sonra Volodyanın üzündən öpdü.

-Nataşaka da gəlib? - deyə ondan  soruşdu.

-Xala, bacın onsuz məgər küçəyə çıxar? Özü də haraya, Şamaxıya?

-Bala cavanlığı burada keçməyib? - deyə Barat xatın  zarafatından qalmadı.

Dəyanət Barat xatını hamıdan çox istəyirdi. Qapının ağzında atasının nə deyəcəyini gözləyirdi ki, o, da görüşsün.

Qapıdan baxan uşağın Dəyanət olduğunu görən kimi seyid qızı onu yanına çağırdı.

-Qara bala, da buradadır! Maşallah, nə böyük oğlan olub? -deyə Dəyanətin üzündən öpdü. 

-Nəvəmi alırsan? - deyə nəvəsi Lalənin ona göstərdi və ciddi şəkildə uşağı süzdü.

Dəyanət utandığından başını aşağı saldı. Barat xatının üzünə baxa bilmədi. Hamı gülüşdü.

Uşaq buna dözmədi, qaçıb, içəri keçdi. Həyətin axırında qızıl güllərin arasında bir «raskladuşka» gördü. Özünü ora atdı.

Hiss etdi ki, kürəyinə nə isə əziyyət verir. Əlini uzadıb döşəyin altındakı əşyanı çıxartdı. Bu kitab idi. Kitabın üzünə baxdı "Min bir gecə" sözləri yazılmışdı.

Özünə əziyyət vermədən çoxdan oxuduğu kitabı bir daha varaqlamağa başladı. Ona elə gəldi ki, bu kitabı yenidən oxuyur. Elə bil ki, oxumamışdı.

Günəşin şüalarını və havanın istiliyini raskladuşkanın üstünü örtən qoca armudun qalın budaqları tuturdu. 

Böyük həyətin kənarının sakitliyindən həzz alan Dəyanət, özü də bilmədən yuxuya getdi.

Oxuduğu nağılın təsirindən yuxuda onu xəyal gəmisində gəzdirən Sindibadı gördü. Məşhur səyyah ona qırmızı ipək paltar geymiş badamı gözlü çavan qız uşağını göstərib, «Bu qız sənin nişanlın olacaq! - deyirdi.

Dəyanət nə qədər yatdığından xəbərsiz idi. Yuxudan oyadan qarmanın səsi oldu. Ətrafa qaranlıq çökməkdə idi. Sakit həyət bir anın içində sanki oyanmışdı. Qadınların, qızların səsləri və gülüşləri eşidilirdi.

Yerindəcə gərnəşdi. Ayağa durmaq istəyirdi ki, Seyid Bikəni qarşısında gördü:

-Mənim balam, sən  burada nə endirsən? Atanla niyə getməmisən?

-Burada uzanıb kitab oxuyurdum. Məni yuxu apardı.

-Görürəm, mənim balam! Gözlərin şişib. Həm də acsan. Gəl, səni yedizdirim.

-Pis olmaz, nənə!

Seyid Bikə gəldiyi tərəfə getdi, bir göz qırpımında əlində podnos qayıtdı. Podnosda göy-göyərti, qızardılmış tikə ət, xiyar-pomidor və yarım dənə fətir çörəyi vardı. Nənə raskladuşkaya oturub podnosu dizinin üstünə qoydu.    

Dəyanət nənəsinin qarşısında dizi üstə yamyaşıl otların üstünə əyləşdi və tələsə-tələsə yeməyə başladı.

Adətən belə hallarda tələskən nəvəsinə nəsihət verən nənə onun nə qədər acıdığını görüb, gülümsədi, ancaq bir söz demədi.

Seyid Bikə arıq və sıqqa  nəvəsinin belə iştah açmasına sevindi. Podnosda heç nə qalmadığını görüb, gözlərinə inanmadı:

-Gedib, yenə gətirim! – dedi və Nəvəsinin müqavimətini görməyib, ayağa qalxdı. Gəldiyi yerə qayıtdı və yenə də əlində podnos geri döndü.

Dəyanət bayaqkı acgözlüklə podnosdakıları boşaltmağa başladı.  

Birdən ona elə gəldi ki, bu gün qeyri-adi bir gündür, nə isə yaxşı bir hadisə baş verəcək.

-Nənə, toyxanaya baxmaq istəyirəm.

-Olmaz, daha böyük oğlansan! İki-üç ilə sənin özünü evləndirəcəyik. Atan deyir ki, Dəyanətin on altı yaşı olan kimi evləndirəcəyəm.

Dəyanət dinmədi. Nənəsini qucaqladı, üzündən öpdü. O, bu saat dünyanın ən xoşbəxti idi.

-Mənim balam, mən gedirəm toyxanaya, ayıbdır. Sən isə Mir Əzizin nəvələrilə oyna.

Mir Əzizin oğlan nəvələri yaşda Dəyanətdən kiçik olduqlarından, onlarla oynamaq maraqsız idi. Ancaq qoşulub toyxanaya baxmağa getdi.

Çadırın xalçalı divarları arasından görünən meydançaya baxdı. Anası ilə nənəsi rəqs edirdi.

-Dəyanət, baxırsan, nənən necə rəqs edir?! - deyə Mir Əzizin nəvəsi Kamal onun köynəyini dartdı.

Ancaq Dəyanətin gözü başqa yerdə idi.

O, durduğu yerdən al qırmızı paltar geymiş, saçlarını fransız qızları kimi daramış, qız görünürdü (siniflərindəki qızlar buna "kare" deyirdilər, Gülər belə daramağı xoşlayırdı). İri uzun kirpiklərini hərdən-birdən bağlayanda hiss olunurdu ki, qarşında oturan gəlincik deyil.

Birdən Dəyanətə elə gəldi ki, yuxusu çin olur. Elə qarşısındakı qız Sindibadın göstərdiyi qızdır.

Gözləri qızın gözlərinə dəydi, elə bil ürəyi yerindən oynadı. Qeyri-adi bir hissiyyat onu utandırdı və gözlərini yerə dikdi. O, daha qız tərəfə baxa bilmirdi. Ancaq  daxili intuisiyası deyirdi ki, qızın gözləri ondadır.

Başını bir daha qaldırıb, qız tərəfə baxdı. Gözləri yenidən qızın gözlərinə dəydi. Qız da ona tərəf baxırdı. Hər ikisi gülümsədi.

Ortada rəqs edən qadınlar aralarına girdilər. Dəyanət daha qızı görmürdü. Toyxanadakı qadınlar elə bil onun acığına qarşısını kəsmirdilər.

Birinci dəfə hirsləndi və çadırı hərlənib, qız oturan tərəfə keçdi, ancaq orada xalça qıza baxmağa mane olurdu.

Kor-peşman bayaqkı yerinə qayıtdı. Ancaq yenə də həmən vəziyyət yarandı. Qızı görmək mümkün olmadı. Qadınlar ortadan çıxmaq bilmirdilər. Get-gedə sayları isə artırdı.

Bir-neçə an beləcə ötdü. Dəyanət yerindən tərpənmək istədi. Ancaq elə bil ayaqları daşa dönmüşdü. Hansısa bir qüvvə onu yerindən tərpənməyə qoymurdu.

Birdən qadınların arxasından həmin qızın üzü görünməsə də, al qırmızı paltarlı qız ayağa qalxıb, toyxananın qapısı tərəfə getdi.

Yerindən necə götürüldüsə, toyxananın qapısının ağzında oldu. Yenə də qızla üz-üzə gəldi. Qız ona baxıb gülürdü.

Bu qeyri-adi bir gülüş idi. Siniflərində gülüşən qızların gülüşündən fərqlənirdi.

-Hm!- deyə qız yanından ötüb binaya tərəf addımladı, pilləkənə çatıb, aramla ikinci mərtəbəyə qalxdı. İkinci mərtəbənin eyvanında göründü və Dəyanətin durduğu yerə boylandı.

Birdən kiminsə əlini çiyninə qoyduğunu hiss etdi. Arxaya çevrildi, nənəsini gördü:

-Sən burada nə edirsən? Bura kişi yeri deyil! Daha böyük oğlansan, qalx eyvana! - deyə Seyid Bikə ciddi səslə nəvəsini  toyxananın qabağından uzaqlaşdırdı.

Dəyanət əvvəl günorta uzandığı raskladuşka tərəfə qaçmaq istədi, ancaq həyətin axırında işıq olmadığını görüb, geri qayıtdı, ancaq eyvana qalxmaq istəmədi. Daha nə edəcəyini bilmirdi.

Onu fikirdən Mir Əzizin nəvəsi ayırdı:

-Dəyanət qaqaş, gəl gedək nərd oynayaq! - dedi və əliylə eyvanı göstərdi.

Eyvandan aşağı yenə də həmin qız baxırdı. Dəyanət başını aşağı salıb pillələri qalxmağa başladı. Nədənsə ürəyində qorxu vardı. Birinci dəfə idi ki, qorxurdu. Ancaq nədən bilmirdi.

Aslanla beşmərtəbəli binanın dördüncü mərtəbəsindən tullanırdı, amma qorxmurdu. Damdan dama tullanırdı - qorxmurdu. Ancaq indi nədənsə adicə eyvana  çıxmağa qorxurdu.

Eyvanda  stolun arxasında oturan anasını gördü. Raziyə xanım bir qadınla oturub, şirin-şirin söhbət edirdi. Başları söhbətə elə qarışmışdı ki, sanki toy yaddan çıxmışdı.

-Məryam, tanış ol! Budur mənim igidim! - deyə Raziyə rəfiqəsinə oğlunu təqdim etdi.   

Məryam xanım ayağa qalxdı onu başıyla salamlayan Dəyanətin üzündən öpdü, sonra arxaya baxmayan qırmızı geyimli qızı harayladı:

-Ната, оглянись! Посмотри, какой парень1-deyə Dəyanəti qıza göstərdi.

Qız bir-neçə saniyə qarşısındakı oğlanı iri gözləriylə süzdü və gülümsədi:

-Очень приятно! Нatavan!2-dedi və əlini ona uzatdı.

-Dəyanət! - daha bir söz deyə bilmədi. Ancaq qız yenə dinc durmadı. Mir Əzizin nəvəsinin gətirdiyi nərdi Dəyanətə göstərdi və soruşdu:

-Играть можете?

-Конечно, могу!-3deyə Dəyanət ona rusca cavab verdi.

-Тогда давай сыграем! - deyə qız təklif etdi.

Dəyanət bayaqdan onların danışığını izləyən anası tərəfə baxdı. Sanki onun icazəsini istədi.

-Nə üzümə baxırsan? Görmürsən, qız səninlə nərd oynamaq istəyir! Gedin, oynayın! - deyə Raziyə güldü.

Dəyanətin özünü itirdiyini görən Məryam xanım da ona ürək-dirək verdi.

-Bala, qorxma, get, onun xoruzunu ver qoltuğuna! Çox özündən deyir! - deyə  nərd stolunu göstərdi. Sonra üzünü Raziyə xanıma tutdu:

-Gəl, düşək aşağı! Toyxanada hələ olmamışıq! - dedi və rəfiqəsinin qoluna girib, onlara əl eləyə-eləyə pillələri düşməyə başladılar.

-Ну что ж начнем? - deyə nərdtaxtanı açıb daşları xanələrə düzən qızın səsini eşitdi.

-Я не против! - deyə Dəyanət qızın təklifindən sonra ürəkləndi.

Mir Əzizin nəvəsi nərdi onun əlindən aldıqlarını görüb, bir az oyuna baxdı, sonra  musiqinin təsirindən təzədən toyxana tərəfə qaçdı.

Dəyanət yaxşı nərd oynasa da uduzurdu. Nədənsə əli gətirmirdi. Natəvan isə hər uğurdan sonra qəhqəhə çəkib gülür, onu hövsələdən çıxartmaq istəyirdi.

Dəyanət isə dinməzcə məğlubiyyəti ilə razılaşırdı.

-Мне показалось, что ты нарочно проигрывал.- deyə Natəvan soruşdu.

-Это не так! Ты хорошо играешь. Мне не повезло! Мой дедушка говорил, что удача все решает, а не человек.

-А мой папа говорит: кому в картах не везет, тому в любви везет!

Qızın bu sözləri Dəyanəti təşvişə saldı:

-Это же нарды?!

-А не все равно! - deyə qız onu iri gözlərilə süzdü: - Мне очень нравится улицы Шамахи, давай выдим на улицу.

-А свадьба?

-Не интересно.

-Тогда, давай, спросим разрешения у мамы. Уже темно1

-Что же темно? Ты, что маленький? Еще мальчиком называешься! -deyə Natəvan tənə etdi. -Давай выйдем! 

Birinci dəfə idi Dəyanət icazəsiz küçəyə çıxırdı. Ağıla gələsi deyildi.

Küçəyə çıxan kimi Natəvan üzbəüz küçədəki iki mərtəbəli evi göstərdi.

-Там живет моя бабушка. Мы у нee гостим. Мы из Баку.

-Я тоже!

-Я знаю. Утром твоя мама была у нас. Она о тебе все рассказала. Я все о тебе знаю: учишься в 172 школе. Перешел в восьмой класс. Неплохо учишься. Твои стихи печатались в "Гегерчине", да еще ты получил премию ВДНХ. О тебе писали в газетах. Видишь, я все знаю?

-А я о тебе ничего не знаю...

-Я учусь в 132 школе. Перешла в шестой класс.

Natəvan əlini ona tərəf uzatdı və birinci dəfə azərbaycanca "Qaçdıq! - dedi və əl-ələ verib, hər ikisi qaranlıq küçəylə aşağı qaçmağa başladılar. Toy olan küçədən uzaqlaşdıqca, onların qəhqəhəsi daha aydın eşidilirdi.

                     ***

Küçənin axırına çatdıqda Natəvan dartındı, Dəyanət dayanmağa məcbur oldu.

-Что случилось? - deyə üzünü qıza tutdu və özü də bilmədən bu sualı rusca verdi.

- Почему ты о себе ничего не говоришь? - deyə Natəvan soruşdu.

-Nədən danışım?

-О себе!

-Я не знаю, о чем говорить.

-Расскажи о друзьях.

-Давай, говорить на азербайджанском. Прекрасный язык, не хуже других языков. Мы же азербайджанцы.

-Я тоже люблю этот язык, но не говоряю

-Почему?

-Во-первых, плохо говорю, во-вторых, у нас во дворе горорят, что этот язык чушкарей

-У них с головой не в порядке!

-Sən mənə öyrədərsən?

-Sən ki pis danışmırsan!?

-Onda danışdıq!

-Bizi axtarmazlar?

-Axtararlar! - deyə Natəvan cavab verdi.

-Bəs onda nə edək?

-Qoy axtarsınlar!

-Gəl, qayıdaq! Burada qızla oğlanın küçədə gəzməsinə pis baxırlar! - deyə Dəyanət qətiyyətini bildirdi.

Dəyanətin səsinin tonundan Natəvan diskinsə də, birdən küçənin tininə yığışmış yeniyetmələrin onlara baxdığını gördü.

-Bunlar bizə niyə belə baxırlar?

-Çünki onların adətinə zidd gedirik. Sən örpəksiz küçəyə çıxmısan! Bura Bakı deyil.

-Sən onlardan qorxdun?

-Mən qorxaq deyiləm, ancaq dala qayıtmağımız pis olmaz!

Qız onun sözlərini diqqətlə dinlədikdən sonra, bir daha tində dayanmış gənclərə tərəf baxdı. Sonra  əlini ona uzatdı. Dəyanət əlindən tutdu.

Natəvan uzaqdan onların arxasınca baxan yeniyetmələrə əl edərək sanki acıq verirdi.

Şıltaq  qız Dəyanətin əlini darta-darta küçə yuxarı qalxırdı.

Həyətə girəndə Seyid Bikə, tavandan onlara baxırdı.

-Siz bir bunlara baxın! Mənim balalarıma! - deyə  eyvandan küçə aşağı baxan Seyid Bikə gəlinini və Məryam xanımı çağırdı: -Səhərdən onlara  baxıram, ölməyəydim  toylarını görəydim!

-Ay na, kimin toyunu deyirsən?

-Aşağı baxın, görün, bir-birinə necə yaraşırlar? - deyə həyətə ayaq basan Dəyanətlə Natəvanı göstərdi. 

-Ay qız Raziyə, oğlun mənimdir! - deyə Məryam rəfiqəsinin belini qucaqladı: - Qızım hələm-hələm oğlanı xoşlamaz.

-Məryam, bunlar ki, uşaqdırlar!

-Mənimkini bilmirəm, ancaq sənin ki, əsil bəydir. Necə məgər, qızım xoşuna gəlmir? - deyə Məryam ciddiləşdi.

-Sən nə danışırsan, mənim minnətim olsun!

Natəvanla Dəyanət həyətin ortasına çatanda qapının ağzında sarı "Volqa" dayandı, ancaq bu "Volqa" Volodyanın maşını deyildi. Toy isə hələ də davam edirdi.

Qapı ağzında onları  Məryamla  Raziyə qarşıladı.

-Dəyanət, qızım xoşuna gəldi? - deyə Məryam zarafatla soruşdu.

Dəyanət isə utandığından çuğundur kimi qızarmışdı. Qəhqəhə çəkib, gülən qadınlara nə cavab verəcəyini bilmirdi. Təkcə Natəvanın ona baxıb gülümsədiyini gördü.

-Daha getmək vaxtıdır! Arxamızca maşın gəlib. - deyə Məryam xanım üzünü  Natəvana tutdu.

Maşından düşən şofer qapını açdı, qız dinməzcə  arxa oturacağa əyləşdi.

            Dəyanət yerindəcə donub qalmışdı. Maşın yerindən götürüldükdə, arxa pəncərədən kiminsə ona əl etdiyini gördü.

***


SİDİQƏ XALANIN GƏLİŞİ

 

Həsənbala "«İnturist»in" qabağında maşınını saxlayıb adminstratorın tapşırığını gözləyirdi. Sarı rəngli cağbacağ "Volqası" səhər günəşini özündə əks etdirərək qızılı rəngə boyanırdı. Odur ki dostları onun maşınına Həsənbalanı "Qızılı Volqası" deyirdilər.  

Adminstrator mərmər pillələrlə aşağı enib yuxarı qalxmaq istəyən Həyənbalanı qabaqladı:

-Həsənbala, "Qızılı Volqanı" hazırla, beş dəqiqədən sonra bir xanımı gəzdirəcəksən!

«İnturist»də sürücü işləyən Həsənbala üçün bu adi hal olduğundan, "Baş üstə!"- deyib maşın tərəfə qayıtdı. Onu diqqətlə süzdü. Hər şey qaydasında idi.

Adminstrator «İnturist»in qapısı ağzında 50-55 yaşlı bir xanımı qarşıladı.

Avropa zövqüylə geyinmiş bu xanımın azərbaycanlı olacağı Həsənbalanın ağlına belə gəlməzdi. Həmişə turistlərlə fransızca və yaxud ingiliscə  danışan adminstrator onunla azərbaycanca danışırdı.

-Xanım, bu maşın sizindir! - deyə "Qızılı Volqanı" göstərdi: - Sürücünüz isə bu oğlan. Adı Həsənbaladır.

-Həsənbala, xanım hara istəsə, aparmalısan və həmişə onunla olmalısan! - deyə adminstrator tapşırığını verdi.

Bir daha Həsənbala xanımı nəzərdən keçirtdi. Heç  bakılıya da oxşamırdı. Bura gələn fransız qadınlarını xatırladırdı.

-Buyurun xanım!- deyə Həsənbala  arxa qapını açıb xanımı maşına dəvət etdi.

-Mənə şəhəri göstər! - deyə maşına minən xanım əmr verdi və arxaya söykəndi.

Təlimata görə Həsənbala xariclərin bütün xahişlərini yerinə yetirə yetirməli və axırda bu haqda adminstratora hesabat verməli idi. Xarici soruşmasaydı, cavab verməməliydi. Onlarla danışmağa icazə vermirdilər.        

Yarım saata qədər xanımı Bakının görməli yerlərini gəzdirdi. Xanım isə boylanıb heç yana baxmırdı. Dərin fikrə dalmışdı. Həsənbala  maşını Kirov parkının qarşısında saxladı.

-Xanım, bəlkə parka baxmaq istəyirsiniz? - deyə soruşdu. Onun bu sualı xanımı fikirdən ayırdı.

-Qayıt" «İnturist»ə"- dedi.

Həsənbala xanımı gətirib, «İnturist»də düşürtdü. Qadin yuxarı qalxdıqdan sonra, Həsənbala keçib qapının yanındakı ağacların altında özlərini günəş şüalarından qoruyan sürücülərin yanına verdi:

-Həsənbala, sənə kimi veriblər, fransızdır?

-Yox e! Azərbaycanlıdır.

-Haradan gəlib?

-İrandan.

-Niyə çıxıb getmirsən? - deyə sürücülər Həsənbalanın boş dayandığını görüb, soruşdular. Adətən «İnturist»in sürücüləri vaxt tapan kimi "xalturaya" qaçırdılar. Onların maşınlarını "qaişniklər" saxlamadığından burada işləmək prestijli və pullu yer sayılırdı. 

-Mənə heç nə demədi. Odur gözləyirəm.

-Bayaqdan durmusan burda, indi on-on beş manat qazanmışdın. Yerinə olsaydım, qalxıb ondan soruşardım : Haçan gəlim?

Yoldaşının təklifi Həsənbalanın çox xoşuna gəldi. Tələsik pillələrlə yuxarı qalxdı. Qapını döydü:

-Buyurun! - deyə içəridən səs gəldi.

Həsənbala içəri daxil oldu.

-Xanım, icazə versəydiniz, mən nahara gedərdim. Bir saata buradayam. - dedi.

-Mənə hələlik lazım deyilsən. Axşam üstü gələrsən. Saat 5 üçün.

-Baş üstə, xanım! - deyə Həsən bala koridora çıxdı. Tələsik aşağı endi və maşınına minib, «İnturist»dən uzaqlaşdı.

İndi o, evə gedib nahar edəcək, sonra isə bir-iki saat "xaltura" vaxtı qalacaqdı. Yoxsa aldığı maaşla dolanmaq olardı?

***

Axşam üstü Həsənbala özünü yenə «İnturist»ə yetirdi. Dediyi kimi saat 5-də xanım qapının ağzında göründü. Sanki Həsənbalanın orada gözlədiyini bilirdi.

-Həsənbala, məni yuxarı məhəlləyə apara bilərsən? - deyə maşına oturan  xanım soruşdu. 

 -Gedərəm, ancaq gəzməli yer deyil. Gəlin sizi "Atəşgaha" aparım.

-Yuxarı məhəllələri görmək istəyirəm.

 Maşın "Çəbərəkəndi" keçib “Sovetskinin kruquna” çatanda, Həsənbala üzünü  xanıma tutdu:

-Yuxarı məhələdə kimisə axtarırsınız, xanım? - deyə Həsənbala soruşdu.

-Sən orada Atabbanı tanımırsan?

-Necə tanımıram, o mənim qardaşımdır.

Həsənbalanın Atabbaya qardaş deməsi xanımı çaşdırdı. Odur ki, "Onda mən deyən deyil"- düşündü.

-Onun qardaşının adı Sabirdir.

-Elədir xanım! Qardaşı Sabir, bacısı Raziyə.. 

            -Dayan!"-deyə xanım onun səsini kəsdi: - Məni ora apar!

            -Atabba sizin nəyinizdir, xanım?

            -Onlar necə yaşayırlar? - deyə Həsənbalanın sualına cavab əvəzinə sual verdi

            -Necə bəyəm? Bəy kimi.        

            -Onların evini tanıyırsan?

-Mən demədim, mənim qardaşımdır.

-Hə! Hə! Lap unutmuşdum! - deyən xanımın çaşqın qaldığı hiss olunurdu.

-Onlar sənin qohumundur? - deyə Həsənbala dözmədi.

-Atabba, Sabir mənim qardaşım, Raziyə isə bacımdır. Sür ora!

-Siz onların İrandakı bacısı Sidiqəsiniz? - deyə Həsənbala təəccüblə soruşdu.

-Elədir! - deyə gözü yaşla dolmuş Sidiqə cavab verdi: -Şükür Allaha tapmışam. 26 ildir onları görmürəm.

-Mən qabağam !- deyə Həsənbala əlini-əlinə vurdu. Əşrəf dayıdan, Atabbadan bilirsiniz, nə qədər muştuluq alacağam.

-Sən onları tap, mən sənə gör necə hörmət edəcəyəm.

-Sidiqə xanım, Əşrəfin, Atabbanın verdikləri mənə bəs edəcək.

-Bəs İranda deyirlər ki, onlar çox kasıb yaşayırlar?

-Təki bütün kasıblar onlar kimi yaşasınlar.

            -Hm.

-İndi gedərik, görərik! - deyə "Volqanın" radiosunu qoşdu. Radioda Fatma Mehrəliyeva "Qara gilə"ni oxuyurdu. Həsənbalanın baş vermiş hadisədən və musiqinin həzinliyindən gözləri dolmuşdu. Arxada isə Sidiqə xanım ağlayırdı. 

***

            Dəyanətgilin eyvanına çəmənlikdən ətirli meh əsirdi. Axşamın sakitliyini pozan qaranquşlar göylərə dikəlir və dairə vurduqdan sonra göydə fırlanan dəstəyə qoşulur, sanki nəyi isə müasirəyə alır və birdən onun üzərinə  şığıyırdılar.

Eyvandan aralı açılıb-bağlanan çarpayıda uzanmış Dəyanətin gözləri quşlarda qalmışdı. Şüşəbəndlə dam birləşən yerdə qaranquşlar yuva salmışdılar. Bala çıxartmışdılar.

Hərdən birdən ana qaranquş uçaraq balaları üçün dimdiyində gətirdiyi yemi onların açıq  qalmış ağızlarına doldururdu, yenidən uçub göydə hərlənən qaranquşlara qoşulub, yoxa çıxırdı.

            Həyətdə hamı yayın istisindən dincəlirdi. Burada hökm sürən sakitlik Dəyanətin ürəyincə idi.

Seyid Bikə də onu həyətdə tək qoyub, qonşu arvadgilə getmişdi.

            Birdən küçədən "Volqanın" siqnal səsi eşidildi. Ona elə gəldi ki, gələn Volodya əmidir.

Maşının səsinə küçəyə atılan Dəyanət Həsənbala və onun yanında bir qadınla üzləşdi.

            Qadının əyin-başı, qeyri-adi geyimi, yaxasından asılmış qırqızılı və ləl cavahiratı onun gözlərini qamaşdırdı.

Qadını həyətə  məhəllə adamı,  Həsənbala şofer gətirmişdi.

-Raziyə bacının oğlu Dəyanətdir! - deyə şofer onu təqdim etdi.

Arvadın gözləri yaşardı. Balacanı bağrına basdı:

-Xalanı tanımadın? - deyə soruşdu. 

Dəyanət gözlərini qarşısındakı xanımın gözlərinə dikib,  nə edəcəyini bilmirdi.

-Dəyanət, Sidiqə xalandır da!- deyə Həsənbala özünü itirmiş uşağı düşdüyü vəziyyətdən çıxartmağa çalışdı.

Dəyanət bir söz demədi, əllərini ona uzatmış xanımı sanki tanıdı və birdən onun mehriban qucağına atıldı.

-Xalacan, xoş gəlmisən! - deyərək, onun üzündən öpdü .

Həsənbala  həyətə girdi. Eyvandan düşüb küçəyə çıxmaq istəyən Raziyə ilə üzləşdi.

-Raziyə bacı, muştuluq! - deyə gülərək qarşısında durdu.

-Nə muştuluq, Həsənbala? - deyə təəccüblə soruşdu.

-Sidiqə bacın İrandan gəlib! - dedi və gördü ki, Raziyə yerində dondu. "Hanı?!" demək istədi, ancaq bacarmadı. Dili tutulmuşdu.

 -Özünü ələ al, Raziyə bacı! Evin qabağındadır.

Raziyə ayaqyalın. küçəyə atıldı. Onu dalınca həyətin  arvadları.

-Bacı! - deyə Raziyə Sidiqənin boyuna sarıldı.

Ona qoşulub küçəyə çıxan həyətin  arvadları onlara baxıb ağlaşırdılar.

-Bəs anamgil hanı? - deyə sakitləşən Sidiqə gözünün yaşını silib soruşdu.

Raziyə əliylə Atababagilin evləri tərəfi göstərdi. Həyətin qadınlarından kimsə, onun ayaqqabısını gətirdi. O, ayaqqabını ayağına geydi.

-Əşrəf də olardadır. Gəl, ora gedək!

Raziyəgilin evinin tinindən üçüncü xrebtovunun tini görünürdü.

Əlli-altmış metr oradan aralı küçədə, söyüd ağacı evlərinin qabağını tutduğundan Sidiqə oranı tanıya bilmirdi.

-Bax, Atabba da ordadır.

Raziyə Sidiqənin qoluna girdi və piyadə anasıgil tərəfə addımladılar. Küçəyə çıxmış həyətin sakinləri onları müşahidə etməyə başladılar.

Bir dəstə adamın onlar tərəfə gəldiyini görən söyüd ağacının altında oturan kişilər ayağa qalxdılar.

Adətən məhəllə adamlarının bir yerə yığışması nəsə baş verdiyindən xəbər verirdi.

Atabba bacısını o saat tanıdı. Qaçıb Sidiqənin boynundan sarındı. Küçəyə çıxmış Səriyə arvad nə baş verdiyini anlamadı.

-Ay mə! Sidiqə gəlib! - deyə Raziyə bacısını anasına göstərdi və hönkür-hönkür ağlayan arvadlara qoşuldu.

Qardaşından ayrılıb anasını qucaqlayan Sidiqə nə edəcəyini bilmirdi. Duz kimi anasının üzünü yalayırdı. Hamı dinməzcə onlara baxırdı. Kişilərin hamısının gözü dolmuşdu.

-Sən qayıtdın, mənim qızım! - deyə Səriyə arvad onun saçlarını sığalladı.

Səriyənin kiçik oğlu Sabir isə nə edəcəyini bilmirdi.

-Nə durmusuz? - deyə uzaqdan onlara yaxınlaşan Əşrəfin zəhmli səsi eşitdi. - Get, Qəssab Əjdəri bura çağır. Qoyunları kəssin!

Əşrəfin səsi Səriyə arvadı sanki oyatdı.

-Əşrəf, bala, Sidiqə gəlib! - deyə qızını ona göstərdi.

-Bacım xoş gəlib, səfa gətirib! Həmişə evində eşiyində! İndi isə evə buyurun! - deyə onları Atabbagilə dəvət etdi.

Əşrəfin göstərişilə  həyətin ortasında çadır qurdular.

Atabbanın bacısının İrandan gəlmə xəbəri bütün məhəlləyə yayıldı.

Şirməmmədin oğlanlarının gəlişindən sonra bu hadisə ikinci hadisə idi.

Məhəllə bura axışırdı. Çoxunun İranda bacısı, qardaşı, anası, atası, dayısı, əmisi, bibisi daha nə bilim kimləri yox idi? Hamı öz qohum-əqrəbasını soruşmağa gəlirdi. Gələnlər isə əli dolu. Əliboş gələn yox idi. Hərə öz hədiyyəsilə gəlirdi. İstəyirdilər ki, qonaq Bakıdan narazı getməsin.

Gələnlər Sidiqənin ətrafına yığışır, onun danışığına diqqətlə qulaq asmaq istəyirdilər.

-Eşidəndə ki, Bakıya  “tur”[3] var, mən tez gedib, “tur” götürmək istədim. Dedilər ki, xanım sən hara gedirsən, ora vəhşixanadır. İnsanlar acından bir-birinin ətini yeyir. Tək qadınsan, hara getmək istəyirsən? Görəndə ki, fikrim qətidir, “turu” mənə verdilər, dedilər ki, ehtiyatlı olum «İnturist»dən kənara çıxmayım.

Bakıya dünən səhər "Quryev" gəmisiylə gəldik. Turist gəmisidir. Mənə maşın verdilər ki, şəhəri gəzim. Allah Həsənbaladan razı olsun, o, məni bura gətirdi...deyə Sidiqənin gözləri yenidən doluxdu.

***

Sidiqə Bakıya bir həftəlik gəlmişdi. Gələn kimi də «İnturist»dən  maestro Niyaziyə zəng vurmuşdu.

Maestro Tehranda olarkən Sidiqə xatın onu qonaq aparmış, bu şəhərdə yaşayan azərbaycanlıları başına yığmışdı. Odur ki, telefonda Niyazı Sidiqə xatının səsini eşidən kimi  xanımını götürüb «İnturist»ə gəlmişdi.

 «İnturist»in foyesinə enəndə  maestro adminstratorla üzləşdi. Adminstrator onu  şirin dillə salamladı. Kimi axtardığını soruşdu.

-Sidiqə xatını, görmək istəyirdim. Otağında yoxdur.

-Maestro, bayaq gəzməyə getmişdi. Geri qayıtdı, dedi ki, qohum-əqrəbalarını tapıb.

-Yadımdadır, Tehranda olanda, mənə danışırdı ki, anası, bacı və qardaşları Bakıdadır. Yuxarı məhəllələrdə olurlar. Nə yaxşı oldu. O, özü tapıb. Gəl gedək, yuxarı məhəlləyə! - deyə Niyazı arvadının qoluna girdi.

-Dayan, a kişi! Əli  boş hara gedirik? - deyə qadın onun təklifi ilə razılaşsa da, ancaq Bakı adətindən qırağa çıxa bilməzdi: qonaq əliboş gəlməzdilər.

 -A bala, qalx yuxarı yaxşı bahalı bir «İnturist» tortu al, düş aşağı! Ən yaxşısını! - deyə pillələrin ağzında onların qayıtmasını gözləyən sürücüsünə maestro göstəriş verdi.

Küçəyə çıxıb arxa qapını açdı, xanımı əyləşəndən sonra, maşının dal qapısını örtdü, özü isə keçib qabaq tərəfdə oturdu.

Sürücünün qayıtması ilə yola düşmələri bir an çəkmədi.

-Niyazi müəllim, hara gedirik?

-Sür Sovetskiyə, Əlağa Vahidgilə, onu da götürək. Gedəsi yerimiz var.

Əlağa Vahidi evdə tapmadılar. Həyətdəkilər dedilər ki, yuxarı məhəlləyə Əşrəfgilə gediblər. Onun baldızı İrandan gəlib. Üçüncü xrebtovuda olurlar.

-Həsənbalagilin məhəlləsidir! - deyə sürücü çətinlik çəkməyəcəyini dedi.

-Sən onu haradan tanıyırsan?

-Onu Bakıda tanımayan var?

-Onda sür onların məhəlləsinə.

Küçədə maşınlar yanbayana düzülmüşdülər. Həyət ağzınacan adamla doluydu. Uzaqdan burada məclis olduğu o saat gözə çapırdı. Sürücü heç kimdən soruşmadan maşınının söyüd ağacının altında saxladı.

Niyazinin maşından düşdüyünü görənlər ayağa qalxdılar və qarşılamağa getdilər. Əşrəfi də maestro çoxdan tanıyırdı.

-Mənə aşağıda deyəndə ki, Əşrəfin baldızı gəlib, elə səni düşündüm. Taleyin işinə bax, keçən il İranda olanda heç ağlıma belə gəlməzdi ki, Sidiqə xatın Bakıya gələcək və mənim dostumun baldızı çıxacaq.

-Niyazi müəllim, xoş gəlmisiniz! - deyə Əşrəf onu salamladı və otağa dəvət etdi.

Atabbanın iri otağında tərpənməyə yer yox idi. Gələnlərin çoxu 36-ci ildə qohum-əqrəbalarından ayrı düşənlər idilər. Hərə özününkünü Sidiqədən soruşurdu.  Yazıq qadın çaşıb qalmışdı.

Qarşısında oturanlara isə elə gəlirdi ki, Sidiqə onların qohum-əqrəbalarından xəbərdardır.

 Hamı onu öz bacısı sayırdı. Bu qeyri-adi bir hissiyyat idi. Bakılıya və Bakıda böyüyüb normal tərbiyə almış adama xas olan cəhət idi. 

-Sidiqə xatın, sizi xoş gördük! -deyə Niyazi  onu salamladı.

Maestro yoldaşı ilə keçib yuxarı başda əyləşdilər.

-Siz dahi adamsınız, maestro! Yadınızda var, demişdiniz ki, əgər mən bura gəlmişəm, deməli, yolları açmışam, qalır sizin növbəniz bu yolları işlədəsiniz! Sizin dediklərinizə sadiq qalıb, gəlib bura çıxmışam! - deyə Sidiqə xatın ona müraciət etdi.

-Hər şey insanın qismətindən asılıdır. Əvvəl insanın qəlbində arzu yaranır, Allaha bu arzu xoşdursa, həyata keçir. Mən İrandan sizin evi tərk edərkən bir arzuyla ayrılmışdım. İlahi, bu xanımı arzusuna çatdır.

            -Allah məni arzuma yetirdi! Mən bu saat dünyanın ən xoşbəxtiyəm.

***


CADUGƏR

           

Həyət uşağı Seyfulla yerdən götürdüyü daşla qapını döyürdü. Həmişə açıq olan qapının niyə bağlandığı ona yaxınlaşan Dəyanətə də aydın deyildi.

Dərsdən gələn hər iki uşaq qapı arxasında qalmışdı.

Qapının arxasından Seyid Bikənin səsi eşidildi:

-Gedin çəməndə bir az oynayın! Yarım saatdan sonra qayıdarsınız!

-Ay nə, axı acımışıq! - deyə Dəyanət dilləndi.

-Bir az dözün! Axı kişisiz! - deyə Seyid Bikə oradan uzaqlaşdı.

Seyfulla qapıdan uzaqlaşsa da, fikri Dəyanətin yanında qalmışdı. Sanki onun nə deyəcəyini gözləyirdi.

-Seyfulla, sən bilən orada nə baş verir?

Seyfulla əvvəl nə deyəcəyini bilmədi. Bir az dinməzcə dayandı:

-Heç nə. Anama cadugər gətiriblər ki, cadunu tapsın.

Cadugər sözünü oxuduğu kitablardan eşitmişdi. Nağılların qorxulu qəhrəmanları idi. Həyatda bellərinin olduğu heç ağlına gəlmirdi.

-Nə? Nə?

-Nə nə-nə? Həyətə cadugər gəlib, ona görə bizi buraxmırlar.

-Sən zarafat elə!

-Zarafat deyil, həqiqətdir.

-İnanmıram?

-İnanmırsan, gəl dama çıxıb, baxaq!

Seyfullanın ciddi olduğunu görən Dəyanət onun arxasınca divara dırmaşıb dama çıxdılar.

-Aşağı əyil, bizi görməsinlər. Onlar damı keçib evin divarının ucuna qalxmış üzüm tənəyinin arxasında gizləndilər.

Seyfullanın anası Sürayya xala yaman xəstə idi. Ayağa da qalxa bilmirdi. Altı aydan artıq idi ki, bu xəstəliyə tutulmuşdu. Bütün günü halsız çarpayısında uzanırdı. Həkimlər də əlac tapa bilmirdilər. Belə getsəydi tezliklə gedəcəkdi…

Yuxarıdan hər şey yaxşı görünürdü. Həyətdə tam sakitlik idi. Arvadların hamısı Dəyanətgilin eyvanına yığışmışdılar. Heç biri ağzını açıb bir söz demirdi. Diqqəti hamamxananın qapısına dikilmişdi. Elə bil oradan kiminsə çıxacağını gözləyirdilər.

Birdən hamamxananın qapısı açıldı. Lüm-lut, daha doğrusu, anadangəlmə lüt orta yaşlı qadın oradan çıxdı. Qadını belə halda görən uşaqlar utandıqlarından geri çəkilmək istədilər. Ancaq maraq onları geri gətirdi. Gözlərini açıb həyət tərəfə baxırdılar.

Bayaq tər-təmiz ayıbsız ağ bədəni ilə onları utandıran cadugər  özünü göy-göyərti əkilmiş ləklərin üstünə atır, göy-göyərtini yerindən çıxarıb bədəninə yaxır və qışqırırdı:

-Sənə deyirəm, de: cadını harada gizlətmisən?

Bunları görən Dəyanət üzünü Seyfullaya tutdu:

-Bu deyəsən, ağlını itirib!

Seyfulla güldü.

-Görmürsən, dəli olub?

-Dəli deyil. Cadugərdir. - deyə Seyfulla fikrini bildirdi.

-Elə danışırsan ki, sanki onları görmüsən.

-Bunu görmüşəm. Keçən il Xızıda. Əmim arvadının üstünə gətirmişdilər ki, sağaltsın.

- Sağaltdı?

- Sağaltdı.

- Deməli, ananı da sağaldacaq?!

İndi cadugər özünü təzə şumlanmış ləkə atdı.  Bütün bədəni palçıqa bulaşmışdı. Təkcə üzü təmiz qalmışdı. Bu da uzun çəkmədi. Üzüqoylu özünü palçığa vurdu, başını qaldırıb palçığa batmış gözlərini əlləri ilə sildi.

-Səndən soruşuram, de: cadu haradadır? - deyə qışqıraraq qəşş edib, yenidən üzüqoylu palçığın üstünə yıxıldı. Palçıqdan onun bədənini ayıran torpağın titrəməsi idi.

-Deyəsən, öldü. - deyə Dəyanət dilləndi.

-Sən də danışdın? Cadugər da ölər?

-Cadugər ölən deyil?

Torpağa qarışmış bədən birdən yenidən tərpəndi. Yerindən qalxıb həyətin ortasındakı çarhovuzun yanına gəldi. Yaxınlıqdakı ləkdən beli götürdü və torpağı qazımağa başladı. Yarım metrə qədər qazıdı. Birdən əyilib çaladan balaca bağlama çıxartdı.

Tapdım! - deyə üzünü həyətdəki arvadlara tutdu və bağlamanı onlara göstərdi. Sonra çarhovuzun suyu ilə bağlamanı yudu və kənara qoydu.

-Buna mənsiz əl vurmayın. Mən bu dəqiqə  çimib gəlirəm, -deyə hamamxanaya girdi.

Arvadlar yenə də eyvandan aşağı baxırdılar. Heç biri dinmirdi. Cadugərin çıxmasını gözləyirdilər.

Beş-on dəqiqə beləcə keçdi. Hamamxanadan cadugər çıxdı, çarhovuzun kənarına qoyduğu bağlamanı götürüb, eyvana qalxdı. Əlindəkini stolun üstünə qoydu.

İplə bağlanmış bağlamanın ipini kəsdilər, içindən sapa taxılmış bir neçə iynə çıxdı.

«Bismillahir-rəhmanir-rəhim!»-deyib iynənin birini sapdan çıxartdı, sonra isə ikincisini...  

- Sürayyə bütün xəta-bəlalardan qurtardı! - deyə rahat nəfəs aldı.

Hamının gözü cadugərdə olduğundan Sürayyə arvadın eyvana necə gəldiyini görmədilər.

-Ay na, deyə Seyfulla yuxarıdan qışqırdı.

Seyfullanın qışqırığına arvadların gözləri dama dikildi. Yenə də Sürayyə arvadı görmədilər.

Seyfulla üzüm tənəyi üçün düzəldilmiş çardaqdan sallanaraq yerə endi və qaçıb anasını qucaqladı.

Dəyanət gözlərinə inanmırdı: Sürayyə arvad sağalmışdı. Xəstəliyindən əsər-əlamət qalmamışdı. Ona elə gəldi ki, bu gün gördükləri onu nağıllar aləminə aparmışdı.

***


BAKIDA SEL

           

            63-cü ilin iyul ayı həmişə Bakıda isti keçdiyindən adətən çoxları  məzuniyyət götürür və özlərini ya Bakı bağlarına ya da Kislovodskiyə verirdilər. Ancaq bu dəfə iyulun axırı havalar kəskin şəkildə dəyişdi.

Göy üzündən qara buludlar çəkilmirdi. Onlar daha da ağırlaşır və sanki yerə enməyə  çalışırdılar.

Ağırlaşan buludlar bir-birinə yaxınlaşdıqca göy guruldayır, elə ildırım çaxırdı ki, adamı lərzə salırdı. Dayanmadan yazış yağırdı. Elə sel gedirdi ki, küçənin bu başından o biri başına keçmək mümkün olmurdu. Selin gücündən yıxılırdın və səni dala atırdı.

 Nərmanov prospektindən  «Pojarnikə» tərəf gələn axın daha güclü idi.

İkinci xrebtovi küçəsində «Pojarnik»in qarajlarına toxunduğu yerdə su asfaltı qaldırıb, onun altına gedirdi. Yuxarı məhəllənin həyət evlərinin çoxunu su basmışdı.

Raziyənin anasıgilin 3-cü xrebtovudakı həyəti biabırçı vəziyyətdə idi.  Evlər  qurşağa qədər suyun içində qalmışdı. Həyət uşaqları  dalandan küçəyə qədər sıraya düzülüb əllərindəki vedrələrlə  suyu bayıra atırdılar. Ancaq su azalmırdı ki, azalmırdı. Yorulub hamı əldən düşmüşdü 

Həyətin sakini "Kirovabadlı[4] Mamed" iri "Zil" avtobusunu  evin qabağında saxladı, uşaqları  harayladı:

-Ay uşaqlar, doluşun maşına! Vedrələrinizi də götürün. Gedirik Baksovetə! - dedi və hay-küylə maşına doluşan uşaqlara baxıb gülümsədi.

-Mamed, nə edirsən? - deyə Atabba ondan soruşdu.

-Atabba dayı, belə olmaz da. İki gündür suyun içindəyik, bir adam gəlib, soruşmur ki, nə haqq-hesabdır? Aparıram uşaqları Baksovetə. Tökəcəyəm onları Ləmbərənskinin kabinetinə!

-A kişi dayan, ağlın olsun! - deyə Atabba onu saxlamaq istədi.

-Atabba dayı, narahat olma! Görəcəksən, hamı mənə dua oxuyacaq!

Uşaqların ağırlığından avtobus palçığa batmışdı. Təkərlər sürüşür, maşın isə yerindən tərpənmirdi. Həyətin kişiləri uşaqları maşından endirdilər, çiyinlərin avtobusun arxasına  söykəyib, itələməyə başladılar. Ağır təkərlərin altına odun atdılar ki, sürüşməsin.

Avtobus ləhləyə-ləhləyə yerindən götürüldü və bataqlıqdan çıxaraq, asfaltın üstündə arxayın dayandı. Uşaqlar elə bil bunu gözləyirdilər. Qışqırıqla maşına doluşdular. Avtobus yola düşdü.   

***

Baksovetin binasına hücum çəkən uşaqların hay-küyü kabinetində iclas aparan Əliş Ləmbərənskinin sözünü kəsdi.

-Nə baş verir? -  deyə katibəsindən soruşdu.

-Əliş müəllim, bir dəstə uşaq əllərində qazan, vedrə, kruşka kabinetin qarşısında hay-küy salırlar. Qışqırırlar ki, evlərini su basıb.

Əliş Ləmbərənski daha bir şey soruşmadı. Kabinetdən  çıxdı. Gözləmə otağında otuzdan çox uşağın oynadığını görüb, özündən asılı olmayaraq gülümsədi və arxasına boylanıb dedi:

-Görürsünüz, əlac qılmasaq, camaat bura axışacaq!

Sonra balaca bir qızcığazı yerdən qaldırdı və üzündən öpdü.

-Bu Janna de Ark kimin qızıdır?- deyə üzünü uşaqların arxasında duran Mamedə tutdu.

-Yoldaş Ləmbərənski, mənim qızımdır. Evimizi su basıb!

-Hardadır eviniz?

-Üçüncü xrebtovı 63!

-Gedin, evini su basmışlara deyin ki, pasport və doğum haqqında şəhadətnamələrini yığsınlar, yarım saata gəlirəm. - deyə kabinetə qayıtdı.

Kabinetin qapısı bağlanan kimi uşaqlar -Ura! - qışqıraraq  mərmər pillələrlə aşağı qaçışdılar və Mamedin avtobusuna doluşdular.

Məhəllədə  onları qaliblər kimi hamı  qarşıladı.

-A bala, nə xəbərlə qayıtmısan? - deyə Atabba Mameddən soruşdu

-Hər şey qaydasındadır. Yarım saata bura gəlirlər. İndi isə gedin dokumentlərinizi yığın. Komissiya gəlir.

-Bu saat gəldilər?- deyə kimsə arxadan dilləndi.

-Deyəsən, sən Ləmbərənskini tanımırsan? Kaş ki bütün kişilər onun kimi olaydı! - deyə Mamed  evinə tərəf yollandı.

***

Yarım saat çəkmədi, Ləmbərənskinin qara «Volqası» 3-cü xrebtovı küçəsinin qarşısında dayandı. Balaca boy, ancaq enerjili Bakı rəhbərinin  ayağı yerə dəyəndə, dizə qədər suyun içinə girdi.

Dalanın girəcəyinin solunda  suy "şotçiki" üçün qazılmış dərinliyi metrə yarım, uzunluğu və eni bir metr olan quyucuq vardı.

Quyucuğun üstünü bağlayan taxta örtüyünü su aparmışdı. Həyət bulanıq suyun içində olduğundan quyucuq görünmürdü. Odur ki həyətin sakinləri dalanın sağı ilə hərəkət edirdilər.

Əlbəttə ki, Ləmbərənsiki bundan xəbərsiz idi. Dalanın solundan içəri girmək istədi. Bircə anın içində gözədən itdi. Bakı rəhbəri quyuya düşmüşdü.

Həyətin qadını Narınc arvad özünü irəli verdi, uzaqdan o, nəhəngi xatırladırdı. İki əlini uzadıb quyuya düşmüş Ləmbərənskinin  pencəyinin çiynindən yapışdı və oradan çıxartdı. Onu uşaq kimi qucağına götürüb, maşını tərəf apardı.

Bu hadisə gözlənilməz olduğundan Ləmbərənski şaşqın qalmışdı. Ancaq özünü itirmədi. Qəhqəhə çəkib güldü.

-Raykom, bu həyətin sənədlərini topla, yanıma gətir! - deyə onunla gəlmiş bir nəfərə müraciət etdi.

Sonra üzünü sürücüsünə tutdu:

-Gedik! - dedi.

İki saatdan sonra bu həyətinin qırx üç sakini yeni binalarda ev aldılar. Ev alanların arasında Dəyanətin  nənəsi Səriyə arvad da vardı.

 

TƏZƏ EV

 

Atabbagilin həyəti köçməyə hazırlaşırdı. Təzə ev alanların arasında Dəyanətin nənəsi Səriyə arvad da vardı. Nənənin evi Azərbaycan mehmanxanasının arxasında, kinoprokatla bir cərgədə Tiflis prospektinin qurtardığı Sovet döngəsində idi. Bu bina Sekanın binası olduğuna baxmayaraq seldən, əziyyət çəkənlərin çoxuna  burda ev vermişdilər.

Nənə onsuz da Atabbagillə qalmaq istəyirdi. Səriyə arvadın onlarla qalmaq xəbərini Atabba yoldan qayıtmış Əşrəfə çatdırdı.

-Niyə köçmürsünüz?

-Tək qalmaq istəmir.

-Köçməsə, evi əlinizdən alarlar.

-Mən də bunu deyirəm.

-Bəs nə edək?

-Gəlin, siz köçün! Sekanın həyətidir. Mədəni həyətdir. Dəyanəti də məhəllədən uzaqlaşdırın. Tin uşaqlarına qoşulmasın. Gələcəyi var. - deyə Atabba evin açarlarını Əşrəfə uzatdı.

-Təklifin ağıllı təklifdir. Görək, Raziyə nə deyir?

-Sən haçandan arvaddan icazə almısan? - deyə Atabba təəccübləndi

-Bu da qardaş! Bacısının fikri onu maraqlandırmır.

-Mənə sənin sözün lazımdır.

-Mən razı. Ağıllı fikirdir.

***

Təzə həyətdə Dəyanətin diqqətini o saat  cəlb edən bloklarının üçüncü mərtəbəsindən ona əl eləyən, Şamxıda tanış olduğu Natəvan oldu.

-Divanı yuxarı qaldıran fəhlələrin arxasınca yuxarı çıxanda Natəvangilin qapısı açıldı. Qapının ağzında Məryam xanım dayanmışdı.

-Dəyanət, oğlum, bura siz köçürsünüz?

-Bəli, Məryam xala!

-Niyə bir otaqlıya?

-Bunu nənəyə veriblər.

-Maman necədir?

-Yaxşıdır. Bir azdan gələcəklər.

-Mənə xəbər verərsən!

-Baş üstə!-deyə Dəyanət cavab verdi və anasının arxasından gülümsənən Natəvanın qara gözlərini gördü. Elə hər şey də bundan sonra başladı.

 

DAŞKƏND ZƏLZƏLƏSİ

 

Aprelin 26[5]-da axşam televiziya ilə Daşkəndə zəlzələ olduğu haqda məlumat yayıldı. Bakıda şəhər bir birinə dəymişdi. Küçələrdə hamı Daşkənddən danışırdı.

Bəd xəbəri eşidən Raziyənin ürəyi yerindən düşdü. O saat Nərqizgili düşündü.

 Əşrəf yolda idi,  hələ iki  gündən sonra  Moskvadan Bakıya qayıdacaqdı.

Raziyənin ağlına gələn ilk fikir Daşkəndə zəng vurmaq oldu. Tələm-tələsik yığışıb, Rouşangilə üz tutdu. Məhəllədə telefon ancaq onlarda vardı. Kəlağayısını başına atdı və rəfiqəsigilə tələsdi.

Rouşənin də üzü gülmürdü. Rəfiqəsini də qaş-qabaqla qarışladı:

-Səhərdən ürəyim partlayır. Deyirəm, bu qız harada qaldı? Tez ol, Nərgizgilə zəng vur!

Raziyə dinməzcə otağa keçdi, stolun üstündəki dəstəyi qaldırdı və şəhərlərarası telefonun nömrəsini yığdı.

            -Cavan qız, mümkünsə Daşkəndlə məni calayın! - deyə sifariş verdi. 

            -Daşkənd cavab vermir, onlarla əlaqə kəsilib. Əlaqə olan kimi sizi birləşdirəcəyik.

            Bu cavab Raziyənin  narahatlığını daha da artırdı. Başı hərləndi. Bir təhər özünü divana yığdı.  Rəfiqəsinin nə hala düşdüyünü görən, Rouşən özünü ona yetirdi.

            -Ay qız, sənə nə oldu? - deyə soruşdu.

            -Heç nə, Rouşən. Fikrim qızın yanında qalıb.

Televizorda xəbərlərin təkrarı verildi. Daşkəndə zəlzələdən  dağıntı nəticəsində beş-altı adamın xəsarət aldığından xəbər verdilər.

-Görürsən, elə bir ciddi hadisə olmayıb.

-Allaha min şükür! Ay qız ürəyim yerinə gəldi. Mən evə qayıdım. Bikə arvadın ürəyi partlayır. Gedim, onu sakitləşdirim. Sən isə, Daşkəndlə birləşdirsələr, özün danış! Uşaqlarla xəbər göndərərsən.

Raziyə Rouşəngildən arxayın çıxdı. Həyətə girəndə qaynanasıyla üzləşdi:

-Nə oldu? - deyə soruşdu.

-Rouşangildən gəlirəm, Daşkəndlə əlaqə yoxdur. Televizorda dedilər ki,  Daşkənddə elə bir  ciddi dağıntı olmayıb.

Seyid Bikə gəlinin sözlərini diqqətlə dinlədi və onun gözlərini içinə baxdı. Raziyə qayanasının yaman narahat olduğunu hiss etdi.

-Ay na, halın xoşuma gəlmir. - deyə onun qoluna girdi, eyvandakı kresloya oturtdu.

-Yaman narahatam. Ürəyim yerində deyil. Nərimanı göndərmişəm bizə təyyarəyə bilet alsın. Mən Daşkəndə getmək istəyirəm.

-Ay na, qoy Əşrəf gəlsin sonra. Qaça-qaç deyil ki.?!

Nərimanın gəlişi çox çəkmədi. Gətirdiyi xəbərdə o oldu ki, Bakıdan Daşkəndə sərnişin daşınmır. Ancaq həkimlər və “pojarniklər” ora gedirlər. Dörd-beş gün belə olacaq. Deyirlər ki, Daşkənd bağlı şəhərdir.

***

Bir neçə gün hamı xəbərsiz-ətərsiz dolandı. Təkcə mərkəz qəzetlərində Daşkəndə vəziyyətin pis olduğundan yazırdılar, ancaq nə baş verdiyindən bir kəlmə də demirdilər. Bütün respublikaların  Daşkəndin  köməyinə  gəldiklərindən ağız dolu danışırdılar.

 Əşrəfin gəlişi hər şeyi dəyişdi. Əvvəla, gələn kimi  general Morozova zəng vurdu, təfərrüatı ilə nə baş verdiyin öyrənib, qaşqabaqlı həyətə qayıtdı.

Dilxorçuluğundan başını qaldırıb bir adamın üzünə belə baxa bilmirdi.

Qapıdan Şıxəli içəri girdi. Əşrəf o qədər fikirli idi ki, onun gəlişini hiss etmədi. Raziyə qonağı qarşıladı:

-Şıxəli qardaş, xoş gəlmisiniz! - dedi və içəri dəvət etdi.

Şıxəli içəri keçib, əlini fikir dəryasından ayrıla bilməyən Əşrəfin çiyninə qoydu. 

Dostunun ona toxunması Əşrəfi diksindirdi. O, yerindən atıldı və ayağa qalxdı:

-Şıxəli?

-Nə fikirləşdiyini  bilirəm. Uşaqları düşünürsən. Gəlmişəm, sənə deyim, Daşkəndə getmək istəyirsənsə, gəl səni indi yola salım. Maşın səni küçədə gözləyir. Aeroporta çatmaq lazımdır.

-Mən iki dəqiqəyə hazıram. - deyə Əşrəf Raziyə ilə otağa girdi və bir anın içində hazır oldu. Küçəyə  çıxan dostunun arxasınca getdi.

*****

Bir həftədən sonra Əşrəf Daşkənddən qayıtdı. Dəyanət atasını tanımadı. O, yaman dəyişmişdi. Qapqara saçları çallaşmışdı. Başını yerdən qaldırmırdı. Onu əhatə etmiş qardaşları və dostlarının birinin də suallarına cavab vermirdi. Sanki heç nə eşitmirdi.

 Qayıtdığı eşidib, gələnlər də həyətdəkilərə qoşulub, nə deyəcəyini gözləyirdilər.

Əşrəf anasının gəldiyini belə hiss etmədi. Seyid Bikə keçib onun yerə dikilmiş başını iki əliylə qaldırdı, oğlunun gözlərinə baxdı.

-Ana? - deyə Əşrəf ayağa qalxdı. Sanki indi ətrafdakıları gördü. Üzünü Dəyanətə tutdu:

-Keç içəri! - deyə səsini qaldırdı.

Uşaq dinməzcə atasının yanından ötüb, otağa girdi.

-Bala, nə olub? - deyə Seyid Bikə bir daha soruşdu.

-Daşkənd batıb! Bütün şəhər batıb! Elə Aşqabad kimi. - dedi və başını yerə dikdi.

-Bəs bizimkilər? - deyə Seyid Bikə təkrar soruşdu.

Əşrəfdən daha səs çıxmadı. Yenidən oğlunu başını yerə dikib, susduğunu görən ana bayaqkı kimi onun başını qaldırdı:

-De, görüm nə olub? - deyə soruşdu, ancaq oğlunun gözlərinin yaşla dolduğunu gördü. Daha Seyid Bikə də bir söz soruşmadı. Hamı kimi Əşrəfin nə deyəcəyini gözlədi.

-Namiq əkənin kiçik qardaşıyla Əsədgilin məhəlləsini tapdıq. Uşaqları daşların altından çıxartdıq, Namiq əkə də onların arasında idi. Srağa günü torpağa tapşırdıq. Bütün şəhər  həlak olub. - deyə Əşrəf bu sözləri bir nəfəsə dedi və ayağa qalxdı. Sonra qarşısında ağlayan anasını qucaqladı

-Ağlama ana! Allah bilən məsləhətdir! Yas məclislərini həyətimizdə keçirəcəyəm. - deyə  müharibənin dəhşətlərini görmüş Əşrəf özünü ələ aldı.

Həyətdə nə baş verdiyini otaqdan eşidən Dəyanətin isə keçən ilə Daşkəndə keçirdiyi yay tətil yadına düşdü.

Nərgiz iki balasını evdə qoyub, onunla uşaqlıqda olduğu kimi əl-ələ verib şəhəri gəzirdilər.

Daşkənd Bakıdan böyük olsa da, o qədər də qəşəng şəhər deyildi. Çiy kərpicdən tikilmiş evlər Ağ şəhəri əhatə edirdi. Şəhərin ətrafı, doğrudan da, kəndi xatırladırdı.

Ancaq Dəyanəti Daşkənd maraqlandırmırdı. Bacısı ilə olmaq onun üçün hər şeydən artıq idi. Bütün günü Nərgizin bir birindən qəşəng dörd-beş yaşlı iki qızına nağıllar danışırdı. Balacalar başlarını dayılarının dizlərinə qoyub, ona qulaq asırdılar.

Nağıl sona çatana qədər uşaqlar yatırdılar.

-Dəyanət, nənə yazır ki, böyük oğlan olmusan, çox qəşəng bir qızla görüşürsən. - deyə Nərgiz elə gəldiyi günü ondan soruşdu.

Bu söhbət Əsədin yanında olduğundan  Dəyanət utandı.

-Yeznə, sənin belə işlərin var? - deyə Əsəd sataşdı.

Dəyanət başını aşağı salıb heç nə demədi.

-Uşağın xətrinə dəymə! - deyə Nərgiz əlini yanında oturmuş Əsədin çiyninə qoydu.

-Nərgiz, yadında var, səni necə qısqanırdı. Səninlə danışmağa qoymurdu.

-Yadımdadır.

-İndi istədiyi qızın qardaşı səni qoymayacaq bacısıyla danışın! - deyə Əsəd daha da ciddiləşdi.

-Prokuror ki, prokuror! Hamıya cinayətkar kimi baxır. Sizdə bu xəstəlikdir.

-Həkim ki, həkim. Hamıya xəstə kimi baxır. - deyə Əsəd cavabsız qalmadı.

-Qoyacaqsan, qardaşımla danışım. - deyə Nərgiz Əsədə göz vurdu. Əsəd otağı tərk etdi. Daha doğrusu, balacaları bir-bir qucağına alıb yataq otağına apardı.

-Nənə yazır ki, hər gün birlikdəsiniz. - deyə Nərgiz ondan söz almaq istədi.

-Nərgiz, mən özüm də bilmirəm nədən danışım.

-Gözəl adı var - Natəvan. Nənə şəkilini də göndərib! - deyə ayağa qalxdı, yataq otağına keçib qayıtdı: -Al bax!  

Dəyanət şəkili əlinə aldı. Bura gəlməmişdən qabaq özü çəkib çıxartmışdı. Birini Natəvana vermişdi, birini özündə saxlamışdı. Sən demə, bura gələnəcən sorağı ondan qabaq gəlmişdi.

-Mənim çox xoşuma gəlir! - deyə Nərgiz qardaşının karıxdığını gördı.

-Mənim də xoşuma gəlir! - deyə Əsədin şüşəbənddən səsi eşidildi: -Halal olsun, yeznə, mənə oxşamısan. Qəşəng qızları seçməyi bacarırsan,

-Əsəd! - deyə Nərgiz qardaşının doğrudan da utandığını görüb, söhbəti dəyişdi.

Balacalar Dəyanətə saqqız kimi yapışırdılar. Onlarla şəhərə çıxanda, şəkillərini də çəkdirdi. İndi onlardan xatirə kimi çarpayısının üstündən asdığı şəkilləri dururdu: Nurcahanla Gülcahanın.

 

 

NOVRUZ BAYRAMI ƏRƏFƏSİNDƏ

           

            67-cı ilin Mart ayının əvvəli idi. Gecəyə yaxın Əşrəfgilin qapısı döyüldü. Həyətin qapısı heç vaxt bağlanmırdı. Qapının döyülməsi məhəllə adamı olmadığını göstərirdi.    

Əşrəf stolun arxasından durub darvaza tərəf getmək istəyən Dəyanətin əlindən tutdu və özü ayağa qalxdı.

Həyət iki nəfər daxil oldu. Hər iki qara kostyumlu və qalstuklu idilər. Qapıdan içəri girən kimi Əşrəfin arxasınca onun mənzilinə keçdilər. Gələnlərdən biri dostu Şıxali idi.

Otaqdan tələm-tələsik çıxan Raziyə  həyət arvadlarını harayladı və həyətin ortasında həmişə qonaq gözləyən samovara su tökməyə başladı.

Həyətin ənənəsinə sadiq qalaraq həyət arvadları Raziyənin ətrafına yığışdılar və ona kömək etməyə başladılar.

Şıxəlilə gələn adam Əşrəfə tanış göründü. Bura  boş-boşuna gəlmədikləri də o saat anladı. Çünki Şıxəli katib seçildikdən sonra nadir hallarda görüşə bilirdilər. 

Əşrəf dost olduğu bu adamın işinə getməyi isə özünə yaraşdırmırdı. «Görənlər nə deyər? Deyərlər Əşrəf Sekanın[6] qarşısında veyllənir ki, vəzifə alsın.»

-Tanış ol komsomolnan! Məsud, mənim ən istəkli dostlarımdandır. - deyə, Şıxəli onu Əşrəfə təqdim etdi.

-Mən Məsudu tanıyıram. Məhəllə adamdır. Şeyximizin övladlarındandır. Allah ona rəhmət eləsin! Ağsaqqalımız idi.

Raziyə stola çay gətirdi. Şıxəli qarşısında xalçanın üstündən asılmış Məşədi Fazilin şəkilinə baxırdı.

-Allah sənin də atana rəhmət eləsin! O, mənim yaddaşımda həmişə yaşayacaq. - deyə Şıxali Məsuda divardan asılmış şəkli göstərdi.

-Şıxali müəllim, mən də onu tanıyırdım. Bakıya gələndə atamla tez-tez görüşərdi. Dünya görmüş insan idi.    

 -İndi onun yeri görünür. Bütün məhəllə onun sözünü eşidərdi. -deyə Şıxəli üzünü Əşrəfə tutdu və sonra susdu. Sanki nədən başlayacağını bilmirdi.

Əşrəf sıxıntı keçirdiyini hiss etdi, üzünü çay içən Şıxəliyə tutdu:

-Qonaqdan niyə gəldiyini, soruşmazlar, ancaq gəlməyinizin səbəbsiz olmadığını hiss edirəm.

-Düşündüyün kimidir. Bəzi məsələlər var, sizinlə müzakirə etmək istəyirəm. -deyə Şıxəli əlindəki stəkanı stolun üstünə qoydu.

-Mən hazır! - deyə Əşrəfin üzü güldü.

-Süfrəyə fikir verirəm, Novruz şirniyyatını görmürəm. Deyəsən, heç bir hazırlıq görmürsünüz? -deyə Şıxəli  yarı zarafat Əşrəfə müraciət etdi.

-Hələ tezdir. Həyətin arvadları adətən 8 martdan sonra bişirməyə başlayırlar.

-Bəs çərşənbələrdə nə edirsiz? - deyə Məsud soruşdu.

-Aydındır ki, nə edirik: tonqal qalayırıq, papaq atanların papağına konfet, qoz-fındıq doldururuq.

-Deyirsən, yaxşı  hazırlığınız olacaq?

-Bəs necə? Xalqımızın ən çox istədiyi sevimli bayramıdır.

-Biz də belə düşünürük. Gəlişimizin səbəbi də elə budur.-deyə Şıxəli təəccüblə ona baxan Əşrəfin üzünə güldü.

-Maraqlıdır: Seka Novruz bayramıla maraqlanır.

-Siz deyən kimidir. Şıxəli müəllim bu bayramın Bakıda keçirilməsinə icazə alıb. Ancaq onu elə keçirməliyik ki, bütün bayramlardan üstün olsun. Xalq həqiqətən iştirak etsin. Gələcəkdə bu bayramı Milli bayram kimi qeyd etməyimiz xalqın aktiv iştirakından asılıdır. Nə fikirdəsiz? - deyə  Məsud soruşdu.

-Nə fikirdə ola bilərik? Keçirtməliyik, özü də yüksək səviyyədə!

-Xalqı hazırlamaq lazımdır. Qorxuruq, az adam küçələrə çıxsın.

-Onu tapşır bizə. Məhəllə uşaqları bütün Bakı kəndlərini töksünlər şəhərə.

-Bunu elə etmək lazımdır ki, heç kim bilməsin. Martın 21-i Novruz bayramını rəsmi şəkildə keçirəcəyik. 

Bu haqda məlumatı isə ayın 15-də eşidəcəksiz.

Bununla belə əvvəlcədən bilməyiniz lazımdır ki, yaxşı keçsin. Əhalinin bütün təbəqələri burda iştirak etməlidirlər: rusu da, ukrainalı da, tatarı da, gürcüsü də, ermənisi də… Elə etməlisiniz ki, birinin da bu bayramda xətrinə dəyməsinlər. Hamı bu bayramda iştirak etsin.

-Mən qulaqlarıma inanmaq istəmirəm? Doğurdanmı bayram edirik? - deyə Əşrəf öz təəccübünü gizlətmədi

-Bu boyda zarafat olar? - deyə Şıxəli Əşrəfin üzünə baxıb güldü.

-Elə etmək lazımdır ki, yuxarı məhəllələr hamıdan aktiv olsunlar. Ümidimiz sizədir.

-Narahatçılığa əsas yoxdur. Bunu eşidib-bilənlər bayram günü küçələrə töküləcəklər. Məhəllə uşaqları ilə elə sabahı söhbət apararam. Bizdən arxayın ola bilərsiniz.

-Mənim telefonum səndə var. Əgər işlər yaxşıdırsa, mənə zəng edib, hal-əhval soruşursan. Bu o deməkdir ki, hər şey sizin tərəfdən qaydasındadır.

İndi isə bizə icazə ver gedək. Komsomolnan Moskva üçün hesabat tərtib edirik ki, bu bayram necə keçirəcəyik. Ən əsası odur ki, onun dinlə  heç bir əlaqəsi yoxdur. Bu minilliklərin bayramıdır. -deyə Şıxəli ayağa qalxdı.

-Allah amanında! - deyə Əşrəf onları qapıdan yola saldı  

***

Qonaqlar yenicə çıxıb getmişdilər ki, Əşrəf həyətin kişilərin  eyvanına çağırdı. Həyətin bir neçə qadını Raziyəyə qoşulub samovarı eyvanın aşağısına qoydular və podnosda yuxarı çay daşımağa başladılar.

Əşrəf qonşularının hamısının yığışdığını görüb sözə başladı:

-Sizi çağırmağımın bir səbəbi var. İstəyirəm sizə birinci olaraq şad xəbər çatdırım. Bu ilki Novruz bayramını dövlət səviyyəsində bayram edəcəyik. Bu gün sabah  bu haqda qərar olacaq. Nə fikirdəsiniz?

-Bu mümkün olası deyil! - deyə Əşrəfin dostu prokror Ağaqulu birinci öz təəccübünü bildirdi.

-Məndən hələ indiyə qədər çiy söz eşitmisən? - deyə Əşrəf səsini ciddiləşdirdi.

-Qardaş, inanılası deyil?

-Ancaq bu belə olacaq. Allah bizə gələn oğulları qorusun! Onların işidir. Biz kömək etməliyik.

-Edək də! Ancaq necə? -deyə Əhməd soruşdu.

-Hərə  öz qohum-əqrəbasına, dost-tanışına deməlidir ki, hamı hazırlaşsın! Xonçalar hazırlasınlar. Evlərinin  qabağına bayram günü stollar çıxartsınlar, stolları şirniyyatla bəzəsinlər. Tonqallar qalamaq üçün odun toplasınlar, daha nə bilim nə?

-Ağıllı fikirdir. Ancaq yenə də Əşrəf inanmağım gəlmir. Bununla belə əlimizdən gələni etməliyik ki, bu bayram xalqımızın yaddaşında qalsın. Bizdən nə lazımdır, edəcəyik. - deyə Ağaqulu mövqeyini bildirdi.

Hamı Əşrəfin fikir ilə razılaşdı.

Səhərisi günü bütün məhəllə Novruz bayramının dövlət səviyyəsində keçiriləcəyindən danışırdı, həm də hazırlıq görürdü.

Bayramın keçiriləsi xəbəri Bakı kəndlərinə də yayılmışdı.

Məhəllə uşaqları daha aktiv idilər. 172, 161, 175, 176, 173 nömrəli məktəblərin yuxarı sinif şagirdləri bayram günü nə edəcəklərini saatlarla müzakirə edir, hətta dərs vaxtı  müəllimlər də onlara qoşulurdular.

 Bayrama hələ on gün qalmasına baxmayaraq, daxildən gələn bayram həvəsi və sevgisi, xalqın oyanmasına, özünü dərk etməsinə gətirib çıxartmışdı.

 Rus məktəblərində oxuyan uşaqlar da sinif yoldaşları olan qeyri-azərbaycanlıları da qarşıda gələn bayramda iştirak etməyə sövq edirdilər.

Maraqlısı bu idi ki, başqa millətdən olan bu şagirdlər Novruzu öz bayramları, Bakı bayramı kimi qəbul edirdilər və analarının, atalarının razılığı ilə bütün günü azərbaycanlıların yanında olurdular.

Yuxarı məhəllənin bayrama hazırlıq ehtirası və həvəsi Ağ şəhərə də keçmişdi. İçəri şəhər isə çoxdan yuxarı məhəllələrə qoşulmuşdu.

Əşrəf Şıxəli ilə görüşün səhəri günü bir-bir məhəllə ağsaqqallarıyla görüşmüş, məsələni agah etmiş və arxayın qayıtmışdı.

Məktəbli uşaqların aktivliyi şəhərin mədəniyyət və incəsənət xadimlərinə də keçmişdi. Novruzun keçiriləcəyi xəbəri o qədər böyümüşdü ki, klublar, teatrlar, musiqi məktəbləri yuxarıdan göstəriş olmasa da, bayrama hazırlaşırdılar.

Yuxarı məhəllə uşaqları hər tinin ucunda qurduqları tonqalların böyüklüyü hamının diqqətini cəlb edirdi.

Üçüncü çərşənbənin təm-tərağı, tonqalları böyüklüyü, göylərə yüksələn qığılcımları şəhərin mərkəzindən elə aydın görünürdü ki, bütün şəhər sonuncu çərşənbəni də bu cür keçirtmək qərarına gəlirdi.

 Üçüncü çərşənbə sanki bayramın nəyə qadir olduğunu göstərən məşqi xatırladırdı.

Bakının böyük bayram ərəfəsində olduğunu daha hamı hiss edirdi. İnsanlarda sabaha inam yaranmışdı. Azərbaycanın azarbaycançılığı özünə qaytarırdı.

Üçüncü çərşənbənin səhəri Azərbaycan Mərkəzi komitəsinin bayramı keçirmək haqında qərarı bütün müəssisə və təşkilatlara çatdırıldı. Elə bil xalqın «ikinci nəfəsi» açıldı.

Daha da ciddi hazırlıqlar başlandı. Tədbirlərin keçirilməsinə, küçə və bağların bəzədilməsinə ciddi hazırlıqlar görüldü.

Hamıdan çox əldə-ayaqda Bakı şəhəri icra hakimiyyətinin başçısı  Əliş Ləmbərənski idi.

Balaca boy, temperamentli, şirin dil, xalqın həqiqi mənada hörmətini qazanmış altmış yaşa yaxın yaşı olan bu şəxsi bütün məhəllələr tanıyırdı və hörmətini saxlayırdı.

Sonuncu çərşənbə gecəsi Əliş  Ləmbərənskinin  qara «Volqası» yuxarı məhəllədə, «pojarını»nın qarşısında yandırılmış tonqalın qabağında dayandı. Aşağı düşdü, camaatla  salamlaşdı.

Məhəllə uşaqları onu qarşılayıb, tonqalın ətrafına gətirdilər. Orda meyxana gedirdi. Əliş Ləmbərənski meyxanaçların Novruza həsr elədikləri bir neçə kupleti dinlədi və üzünü Əşrəfə tutdu:

-Maşallah, hazırlığınız yüksək səviyyədədir. Ümidvarıq ki, bayram günü bundan da qəşəng olacaq.

Şıxəli zəng eləmişdi. Dedi ki, gəlim bunları öz gözümlə görüm, təkliflərimi hazırlayım.

-Məsud da səhər gəlmişdi. Yaman narahat idi. Mən onu hələ belə görməmişdim. Sakitləşdirib yola saldıq.

-Sənə asan gəlir, bu cür tədbiri keçirtmək?! Xalqın bayramını bərpa edirik. Bilirsən, SSRİ yaranandan sonra bir xalq belə açıq şəkildə milli bayramını keçirtməyib. Qorxulusu da elə budur.

-Niyə ki, Əliş müəllim?

-Bizə millətçi donu geydirə bilərlər. Belə olsa, batdıq…

Əliş müəllim sözünü yarımçıq qoydu, qəlbindən gələn lazımsız qorxunu büruzə verdiyinə görə başını aşağı saldı.

-Kim geyindirə bilər? Görmürlər ki, bütün Bakı bunu  bayram edəcək? - deyə Əşrəf təəccüblə soruşdu.    

 Qarşısında kimin olduğunu yaxşı bilən Əliş müəllim qəlbini boşaltmaq istədi:

-Qorxduğumuz Moskvadakılar deyil. Özümüzkülərdir. Məsud deyir ki, bürosunda[7] bir-neçə azərbaycanlı bu bayramın keçirilməsinə qarşı çıxıb.

-Onların kökü azərbaycanlı ola bilməz. Allah bilir haradan gəlmədirlər, indi özlərini azərbaycanlı adlandırırlar. - deyə Əşrəf hirsləndi.

-Məsud, düzdür, onları yerində oturdub, ancaq ağıllı adam üçün bu siqnaldır. Çalışmaq lazımdır ki, bayram günü bütün Bakı küçələrə çıxsın.   

-Bu haqda Şıxəlinin xəbəri var?

-Var.

-Problem yarada bilərlər mi?

-Mənə elə gəlir ki, yox! Ancaq danışanların kim tərəfindən idarə olunduğunu bilsəydik, pis olmazdı. Vəli Axundov da bunu Şıxəlidən xahiş edib.

-Burada nə var ki? Aydındır ki, komsomolçular haradan idarə olunurlar[8].

-Şıxəli də Vəliyə bunu deyib.

-Vəli məsələnin ciddi olduğundan danışıb. Bir də bizim əl-ayağa düşməyimizin səbəbi də elə budur.

Vəli Axundov ondan xahiş edib ki, çox ciddi hazırlaşsınlar, bütün bakılılar küçələrə çıxmalıdırlar: ermənisi də, gürcüsü də, rusu da.

-Elə də olacaq!

-İnanırıq, ancaq…

-Əliş müəllim, söz şərtdən keçər. Bu uşaqlar hələ bir kəsi belə darda qoymayıblar. Bu məhəlləmizə şərəf gətirməz.

-Əşrəf, sən bilmirsənmi nə yükün altına girmişik?

-Hiss edirəm.

-Onda Allah əmanətində!

Əliş müəllim hamıyla görüşdükdən sonra qara «Volqasına» tərəf addımladı, qapının açmaq istəyən şoferə, qapını açmağa icazə vermədi, özü açdı və keçib arxa oturacağa əyləşdi.

Tonqalın ətrafından isə uşaqların şən səsləri göylərə ucalırdı.

-Əşrəf, qorxuram, bayramı təxirə salarlar!? - deyə işdən xəbərdar olan dostu Abas soruşdu.

-Sən nə danışırsan, Abas? Min illərdir xalq bunu bayram edir. Kim bunun qabağını ala bilər?

 Qırx beş ildir bunu xəlvəti və icazəsiz edirik. Bundan sonra da edəcəyik. Xalqın istəkli bayramıdır. Ağılları varsa, icazə verəcəklər, verməsələr hörmətdən düşəcəklər. İndi isə əlimizə imkan düşüb, bu bayramın mahiyyətini bütün dünyaya çatdıraq. Bir şeyi bilməliyik ki, bu bünövrədir, başlanğıcdır.

Başlanğıc yaxşı olarsa, qalanı qaydasına düşəcək. Sən mənə de görüm: «Kubinukanın» uşaqları neynəyirlər?

-Problemimiz yoxdur. İçəri şəhər kimi onlar da hazırdırlar. «Çəmbərəkənd» uşaqları dağın kəlləsində böyük bir tonqal qalayacaqlar. Sekadan yaxşı görünsün. Qırx pilləkənin başında dağlı uşaqları yandıracaqlar: bütün şəhər görsün.

-Bəs park Kirovda?

-Orda da lazımdır?

-Əlbəttə ki.

-Elədirsə, məhəllə uşaqlarını ora göndərərəm. Başqa nə tapşırıq.

-Görək Şıxəligil nə deyirlər, sabah onunla görüşəcəyəm.

*****

Filarmoniyanın qabağından Əşrəf Şıxəliyə zəng vurdu. Katibəsi kimin olduğunu soruşduqdan sonra bir neçə saniyə gözləməli oldu.

-Qardaş, haradan zəng vurursan? - deyə dəstəkdən Şıxəlinin səsi gəldi.

-Filarmoniyanın qabağındayam! - deyə Əşrəf cavab verdi.

-Məni gözlə, bu dəqiqə düşürəm! - deyə Şıxali dəstəyi asdı.

Günorta çağıydı. Hava istiləşməyə başlamışdı. Baharın gəlişi hiss olunurdu. «Gomurnat» bağından sərin meh əsirdi.

 Havaları belə keçməsi Əşrəfi sevindirirdi. Bütün əlamətlərə görə bayrama havalar daha da yaxşılaşacaqdı. Deməli, bayram pis keçməyəcək. Bu fikirdəydi ki, Şıxəlini yanında gördü. Görüşdülər.

-Nə edək?- deyə Şıxəli soruşdu.

-Sən nə desən, o da olacaq!

-Gəl özümüzü verək bulvara. Bir çay içək, orada ətraflı söhbət edərik. Kabinetdə oturmaqdan yorulmuşam. Hanı maşının?

-Yolun o birisi tərəfində. - deyə Əşrəf əlilə «Moskviçini» göstərdi. Keçib maşına oturdular.

Maşını «İnturist»lə üzbəüz, bulvarın sağ kənarında, yay kinoteatrının qabağında saxladılar. Ağacların  altında qoyulmuş stolların birinin arxasına keçib oturdular.

Buradan dəniz də yaxşı görünürdü. Meh  qərbdən əsdiyindən dalğalar dənizə çəkilmişdi, yamyaşıl suların yaratdığı böyük güzgünü xatırladan səth hərdən birdən pozulur və sakit dalğalar şapıltıyla sahillə çırpınırdı.

-Görürsən, təbiət necə dəyişir? - deyə Şıxəli dostundan soruşdu.

-Bahar hiss olunur. Hətta dənizin mehində də.

-Sənin işin yaxşıdır. Həftədə heç olmasa beş-on şəhər-kənd görürsən. Mən yazıq, bütün günü kabinetdə, oturmaqdan belim ağrıyır.

-Bir xeyri o oldu ki, Novruzu bayram edəcəyik.

-Elədir. Ancaq…

-Gördüyünüz iş böyük işdir. - deyə fikrə dalmış dostunu fikirdən ayırmaq istədi. 

-Düzdür, bütün işləri mən edirəm, ancaq Vəli nəhəngdir. Onun rolunu unutmaq olmaz. İcazəsi olmasaydı, mən kiməm?

-Camaat hər şeyi sənin adınla bağlayır.

-Çünki göz qabağındayam. Hamı məni görür. Ancaq Vəlinin rolu inkar olunmazdır. Sən mənə denən, işlər necə  gedir?

-Pis olmayacaq! Hamımız hazırıq.

-Əliş də belə deyir.

-Məhəllə Əlişin xətrini bilirsən necə istəyir?

-«Navodnenidə»ki qəhrəmanlığından xəbərdaram. - deyə Şıxəli  üç il bundan əvvəl baş vermiş hadisəni yadına saldı. - Ona dediklərinə əməl etsəniz, igidsiniz.

-Şıxəli, edəcəyik. Buna arxayın ola bilərsən.

 

NİZAMİ KİNOTEATRINDA

 

Kinonun başlamasına on dəqiqə  qalsa da, kinomexanik heç yerindən tərpənmək belə istəmirdi. Elə bil kino olmayacaqdı.

            Kino, doğurdan da, olmayacaqdı. Bura gələnlər iclasa gəlmişdilər. Direktor ona demişdi ki,  zalda işığı söndürməsin. İclas qurtaran kimi kinonu buraxsın.

            Şıxəli Məsudun təşkilatçılıq qabiliyyətindən həmişə razı qalırdı. Bütün düşündüklərini həyata keçirməkdə bu komsomol liderinin rolu böyük olurdu.

            İndi də Novruz bayramıyla bağlı təşkilatı işin başında Məsud dururdu. Bu insanın gəncləri ələ almaq bacarığı vardı.

            Nizami adına kinoteatra bu gün də Məsudun inandığı Azərbaycanlı gənclər yığışmışdılar. Novruz bayramının təşkilatı işlərində yaxından iştirak edən komsomolçular dəvət olunmuşdular.

            Məsud kinoteatrın axşam seansına satılan bütün biletləri almış və öz adamlarına paylamışdı.

            Şıxəlini Məsud kinoteatrın arxasında qarşıladı və dal qapıdan zala keçdilər. Onların gəldiyini görənlər ayağa qalxdılar.

«Təşkilatçılarla» Şıxəlinin burda birinci görüşü deyildi. Üçüncü və ya dördüncü dəfə idi ki, buraya gəlirdi.

            Ekranın qarşısına heç nə qoyulmadığından hər ikisi ayaq üstündə qaldılar, ancaq bu onları narahat etmədi.

            -Uşaqlar! – deyə Şıxəli bir böyük və ağsaqqal kimi qarşısında oturanlara müraciət etdi: - Bu günki görüşümüz sonuncudur. Novruzun sanballı və təmtəraqlı keçməsi sizin aktivliyinizdən asılıdır. Bütün qeyri-millətləri bayrama dəvət edin! Onlara qarşı əvvəlki kimi nəzakətli olun! Biz birinci dəfədir dünyaya milli mədəniyyətimizi göstəririk.

Birdə bütün yazılarda «Novruz baramı» sözünü «Bahar bayramı» sözüylə əvəz edin! Bizim aramızdan olan bəzi ağzıgöyçəklər isbat etmək istəyirlər ki, bu fars bayramıdır. Onların ağzından vurmaq üçün pis olmaz.

Bir daha sizə uğurlar diləyib, ayrılmaq istəyirəm. İndi isə icazənizlə! - deyə o, qapıya tərəf addımladı.

Onu yola salıb geri qayıdan Məsud üzünü zala tutdu:

-Dedikləri hamıya aydın oldu?

-Hər şey adındır, Məsud müəllim! - deyə yerlərdən səslər ucaldı.

-Onda gəlin kinoya baxaq! - deyə kinomexanikə əl elədi.

Zalın işığı söndü. Kino başladı.

***

 


NOVRUZ BAYRAMI

           

Günəş Şubanı dağları tərəfə hərəkət etdikcə dənizin dalğalarında üfüq güzgü kimi əks olunurdu. Baharın ilk təravətli gecəsi yaxınlaşdıqca “Qız qalası” ilə üzbəüz bulvar adamla dolurdu. “Qız qalasına” yaxınlaşmaq isə mümkün deyildi.

 Bütün bakılılar burada idilər: gürcüsü, yahudisi, rusu, ləzgisi, talışı, avarı, ermənisi, və s.

Bu bayram qədər möhtəşəm bayram Bakı şəhəri hələ görməmişdi. Onu ancaq Qələbə günü ilə müqayisə etmək olardı.

Axşam saat beş idi Dəyanətlə Natəvan «Qız qalasının» qarşısında göründülər. Qalanın qapısı bağlı idi. Ancaq bəzi adamları içəri buraxırdılar.

            -Bizi ora buraxmazlar! - deyə Natəvan qalanın qapısını döymək istəyən Dəyanəti saxlamaq istədi.

            -Tələsmə! Bu  dəqiqə içəri girəcəyik.

            Qapını qalanın gözətçisi Mirzə Səftər kişi açdı. Səftər kişi Fazilin nəvəsini tanıdı:

-Tez olun içəri keçin! - dedi və uşaqlar daxil olan kimi qapını bağladı. İçəridə rəqs ansamblının uşaqları və çalançılar oturmuşdular.

            -Adaxlınla gəlmisən? - deyə Mirzə Səftər zarafat etdi. İçəridəkilər gülüşdülər. Uşaqların pərt olduqlarını görüb müdrik qoca tərs-tərs gülənlərə baxdı və sonra üzünü  Dəyanətə tutdu:

            -Qalxın yuxarı! Oradan şəhərə tamaşa edin! Deyirlər, indi «Bahar qızı» buralara yaxınlaşacaq.            

            Dəyanət Natəvanın əlindən darta-darda qalanın damına qaldırdı. Qalanın damında onlardan başqa on-on beş adam vardı.

            Qabaqlar qalaya heç kimi buraxmırdılar. Sonuncu dəfə Dəyanət bura sinif yoldaşları Gülər, Nigar, Validə və Aslanla qalxmışdılar. İndi qalanın damı da dəyişmişdi. Onun hündür yerində, böyük kasaya bənzər dəmirdən məşəli xatırladan qaz cihazı quraşdırmışdılar. Mirzə Səftər deyirdi ki, axşam onu yandıracaqlar. 

Cavanlar qala divarının söykənəcəyindən şəhərin əsas küçəsi olan Neftçilər prospektini izləyirdilər. Aşağıda isə adamların sayı artırdı: küçələrin kənarına doluşur və elə bil yüksək qonağı qarşılamaq üçün canlı koridor yaradırdılar.

Dəyanətin yadına gəldi ki, Xruşov Bakıya gələndə məktəbliləri belə sıraya düzmüşdülər, ancaq bu gün küçələrə xalq öz istəyi ilə Bahar qızını qarşılamağa, onu salamlamağa çıxmışdı.

  -İndi faytonda «Bahar qızı» gələcək! - deyə Natəvan Dəyanətə küçədə canlı sədd qurmuş  insanları göstərdi.

Aşağıda isə musiqi sədaları ucalırdı. Qalanın içərisində olan rəqqaslar qala qarşısında rəqs edirdilər. Cavanlar onlara qarışmışdı. Qalanın qarşısında camaat əlindən tərpənməyə yer yox idi.

Uzaqdan gələn fayton atlarının ayaq səsi musiqi sədaları altında eşidilmirdi.

Natəvan özülə götürdüyü çantanı açdı və atasının hərbi durbinini Dəyanətə uzatdı:

-Al, bax! Gör, uzaqda nə görürsən?

Dəyanət durbinlə küçənin axırına baxdı. Uzaqda bəzədilmiş faytonun içində ağ geyimli «Bahar qızını» və onun ardınca qaçışan yüzlərlə uşağı seyr etdi və durbini Natəvana qaytardı:

-Nata, gəlirlər.

Qız aşağı boylandı. Sonra üzünü Dəyanətə tutdu:

-Gəl biz də aşağı düşək! - dedi

-Bəs burda yandırılacaq məşələ baxmayaq?

-Aşağıdan yaxşı görünəcək.

Dəyanət daha bir söz demədi, pillələri düşməyə başladılar.

Qapı ağzında onları qarşılayan Mirzə Səftər yenə də gülümsündü və soruşdu:

-Niyə yuxarıdan baxmaq istəmirsiniz?

-Mirzə dayı, yuxarılar darısqaldır.

-Sizə indi genişlik lazımdır! - deyə qapını açdı və onlar ayaqlarını bayıra qoyan kimi qapını bağladı.

Bircə anın içində kütlə az qaldı ki, onları qapıya sıxsın. Dəyanət özünü qabağa verdi və itələyənlərin qarşısını aldı.

Qapını daha açılmadığını görən kütlə dala çəkildi. Onları itələ-itələyə indi Dəyanət Natəvanı arxasınca aparırdı, ancaq kütlənin sonu olmurdu ki, olmurdu.

Birdən kütlə onlara arxasını çevirib, Neftçilər prospekti tərəfə qaçışmağa başladılar.

Ara seyrəldi. Dəyanət Natəvanın əlindən tutub Kərvansaray tərəfə apardı.

-Lap canım çıxmışdı! - deyə azadlığı hiss edən Natəvan özünə gəldi.

-Gəl, İçəri şəhərdən çıxıb bulvara düşək. Oradan baxaq!

Gəlib bulvara çatdılar. Dənizdən sərin meh əsirdi. Dəyanət pencəyini çıxarıb, qızın çiyninə saldı.

-Nənəm deyir ki, bu gün gərək ürəyində heç nə gizlətməyəsən? Ürəyindən keçəni gərək deyəsən! - deyə Natəvan üzünü Dəyanətə tutdu.

-Mən mi?

-Yox, hamımız!

-Onda birinci səndən başlayaq...

-Məndən? - deyə Natəvan şaşqın qaldı.

Hər ikisi susdu. Dəniz sakit ləpələrini sahilə çırpırdı. Ətrafdakıların hamısı Qız qalası tərəfə axışırdı. Onlar isə söykənəcəkdən  Nargil adasını tərəfə baxırdılar. Birdən Dəyanət Natəvanın üzündən öpdü və günahkar kimi başını aşağı salıb:

-Nata, mən səni sevirəm...- dedi.

Qızdan səs çıxmadı. Dəyanətə elə gəldi ki, ətrafında heç kim yoxdur. Başını qaldırdı. Natəvan ona baxıb gülürdü. Dəyanət özünə gəldi.

Qız iki əlini onun çiyninə qoydu, ətrafa boylandı. Dəniz kənarında adam qalmamışdı, hamı “Qız qalası” tərəfə qaçırdı.

Qız dodaqlarını onun dodaqlarına yaxınlaşdırdı. Dodaqları dodaqlarına dəydi.

Dəyanət sanki diskindi. Ona elə gəldi ki, bu yuxudur.  ancaq bunun yuxu olmadığını anlayıb, qızı bağrına basdı.

 Bu gün onlar bütün azərbaycanlılar kimi dünyanın ən xoşbəxt insanları idilər.

***


BAYRAMDAN SONRA

                       

            Məsud tələsik Şıxəlinin kabinetinə girdi. Həmişə  üzü gülər gördüyü insanın üzündən elə bil gülüş əbədi qaçmışdı. Dilxorçuluğu o saat gözə dəyirdi.

 Dostunun belə hala düşməsindən daxilən təşviş keçirdi, ancaq üzündən gülüş çəkilmədi, adətinə sadiq qalaraq onunla gülərüzlə görüşdü.

            -Görürəm yorğunsan? - deyə Məsud soruşdu.

            -Yorğun deyiləm, dilxoram!

            -Niyə, qardaş?

            -Al, oxu! Gör nə yazırlar? Yazanlar kimdir? Özümüzkülər...

            -Axı nə yazırlar?

            -Yazırlar ki, bizim millətçiliyimizə son qoymaq lazımdır. Biz Bakıda yaşayan xalqlara qarşıyıq. O nə bayramdır keçirmişik.

            -Bunları sənə kim verdi?

            -Vəli müəllim, məni yanına çağırmışdı. Hamısını da Moskvaya SK-ya yazıblar. Yazanlar isə özümüzkülərdir. Nə bir rus, nə bir erməni, nə bir gürcü var.

            -Bunların yazdıran var! - deyə Məsudun ağlına gələn ilk fikir bu oldu.

            -Mən də bu fikirdəyəm. Məktubların məzmunları da eynidir. Elə bil hamısını bir adam yazıb, ancaq müəllifləri bambaşqadır. Məsud, gəl bunlara bir də baxaq, sonra Vəli müəllimə hər şeyi danışaq. Bu məktubları yazdıran Respublikamızın üstünə bəla gətirəcək.

           

***

            Novruz bayramından sonra əhalini əhval-ruhiyyəsinin necə dəyişdiyini onların gülər üzlərindən hiss edirdin. Müharibənin  qurtarması xəbəri ilə müqayisə etmək olardı. Camaat keçmiş bayramın hələ ləzzəti ilə yaşayırdı.

Bayramdan sonra hamının əhval-ruhiyyəsi yüksək idi. Sabaha ümid daha da artmışdı. Bir insan tapmazdın ki, bayram haqda pis fikir söyləsin. Kefsiz olsun.

Əşrəf Şıxəlilə Məsudun niyə kefsiz olduqlarını başa düşə bilmirdi.

            -Qədeş, sənə nə olub? Yaman narahatsan? - deyə görüşərkən soruşdu.

            -Elə bir şey yoxdur…-deyə Şıxəli dostuna dürüst cavab vermədi. Ancaq Əşrəf  hiss etdi ki, nəsə ciddi işlər gedir.

            Axşam Məsudla “Dağ üstü” parkda görüşdükdə, o özünü saxlaya bilmədi:

            -Bayramdan sonra Moskvaya minlərlə teleqramlar gedib. Hamısında yazırlar ki, Bakıda millətçilik  yer alıb gedir. Səbəbkarı kimi Şıxəlini yazırlar.

-Yazanlar kimdir?

-Əşrəf inanmazsan? Yazan nə ermənidir, nə də rus.  Özümüzkülərdir.             

-Buna görə sizə bir şey edə bilərlər?

-Nə edə bilərlər? Ən çoxu işdən azad edəcəklər. Cəhənnəmə ki! Amma qorxduğumuz başqa şeydir. Novruz bayramını ləğv edə bilərlər.

-Sən nə danışırsan, Məsud? Məgər bu mümkündür? Verilən qərarı dala götürərlər?

-Əşrəf, hər şey mümkündür.

-İndi dövran başqa dövrandır.

-Elədir, ancaq bizim xalq sən deyən xalq deyil. Dəyişmir ki, dəyişmir.

-Yaxşı indi nə edək?

-Şıxəlini qorumaq lazımdır.

Məsuddan ayrılandan sonra Əşrəfin ürəyindən elə bil daş asılmışdı. Həyət qapısından içəri girəndə, gözlərindən hirs yağırdı. Sanki acığını kiminsə üstünə tökmək istəyirdi. Bayramdan sonra Əşrəf birinci dəfə idi qaşqabaqlı görünürdü.

            Əşrəfin xasiyyətinə bələd olan Raziyə bir söz belə soruşmadı, dinməzcə eyvanda əyləşən ərinin qabağına çay qoydu. Onun dərin fikrə daldığını görüb, Raziyə həyətdəki  arvadların yanına düşdü.

            Həyət böyük olduğundan arvadların qəhqəhəsi Əşrəfin qulağına çatmırdı. Daxilən narahatlıq keçirirdi. Elə Şıxaliyə sabahısı günü zəng vurmaq qərarına gəldi.

            Səhər günü saat 10-da ona zəng vurdu və görüşməyə qərarlaşdılar.     

            Şıxəli adəti üzrə Sekadan filarmoniyanın qarşısına düşdü.  Həmişə  dostunun gözlədiyi yerə gəldi.

            -Allah səndən razı olsun, məni işdən ayıran sənsən! - deyə dostuna əl uzatdı.

 Şıxəlinin kefi kök idi. Əşrəf Məsudun dediklərinə az qalmışdı ki, şübhə etsin, ancaq onun hər sözünün çəksi olduğunu bildiyindən bir az səbirli olmağı qərara aldı.

-Mən fikir vermişəm, sən həmişə vaxtında gəlirsən, bir də lazım olanda.

-Başqa vaxt nəyinə lazımam? - deyə Əşrəf zarafat etdi

-Sən həmişə lazımsan!- deyə Şıxəli gülümsündü.

Şıxəlinin əhval-ruhiyyəsinin belə olması Əşrəfi də sevindirirdi. Ancaq dəniz kənarında çay içərkən, dostunun nədənsə narahat olduğunu hiss etdi. Məsudun sözləri onun yadına düşdü. Düzdür onun dediklərindən söhbət salmasa da, Novruz bayramından danışmağı özünə borc bildi:

-Bilirsən, sən nə etmisən? Beyinləri dəyişmisən! Millətin bayramını ona qaytarmısan. Rəhmətlik atam deyərdi ki, millətin millət olması üçün gərək onun özünün adət-ənənəsi, bayramları, kitabları və bundan irəli gələn mənəviyyatı olsun. Bu hadisə millətimizin  özünə qaydışının  bir növüdür.

-Ağsaqqal düz deyirdi. Əfsuslar olsun ki, o, bu bayramı görmədi. Allah onun ruhunu şad eləsin! Onun bir sözü yadıma düşür. O, deyirdi ki, meyvə yetişən vaxt dərilməlidir. Tez dəriləndə, kal olur. - deyə Şıxəlinin gülər üzü dəyişdi.

Əşrəf dostunun bu hala düşməyinin səbəbini dediyi sonuncu cümlədə axtarmaq istədi. Amma düşünməyə vaxt tapmadı. Bunula belə «Gərək kal dərməyəsən!» cümləsinin Məsudun dedikləri ilə əlaqəsi olduğunu anladı.

-Sənin sözlərində məna var!? -deyə soruşdu.

-Elədir! Elə bilmə ki,  bu bayramı keçirtdiyimizə görə bizə sağ ol! - dedilər. Nə isə səni dilxor etmək istəmirəm. Deyirsən hamı məndən razıdır.

-Bəs necə?

-Bax bu mənim üçün ən böyük hədiyyədir.

-Şıxəli, üzündən yorğunluq yağır. Sənə istirahət lazımdır.

-Yayda vaxt tapıb Basqala dincəlməyə gedək! Nə fikirdəsən?

-Səndən bir işarə bəsdir!

-Onda razılaşdıq! - deyə Şıxəlinin üzünə gülüş qayıtdı.

***


ŞIXƏLİ

           

Şıxəli Vəli Axundovun yanından çıxıb eşitdiklərini təhlil etmək üçün tez kabinetinə qayıtdı.

Adətən tək qalmaq istəyəndə, onun çox işi olurdu. Bunun niyə belə olduğunu, yəni təsadüfi olmadığını, düşünürdü. Elə bil hansısa qüvvə onunla belə anlarda zarafat edirdi.

            Kabinetin qarşısında bir neçə adamın olduğunu görüb sevindi. Beş-on dəqiqəyə onların məsələlərini həll edib, kənara çəkilə bilərdi.

            İntuisiyası onu aldatmadı. Gələnlər tez çıxıb getdilər. İşi qurtardığını görüb, küçəyə çıxdı. Filarmoniyanın  tininlə bulvar tərəfə üz tutdu.

             Birdən fikrini dəyişdi. Teymur Quliyevin bağındakı boş  skamyanı uzaqdan gördü, qərara gəldi ki, bura sərin yerdir, həm də sakitlikdir.

            Oturacağa əyləşdi. Bir an ətrafa boylandı-heç kimi görmədi. İki əlilə arxadan başını qucaqlayıb rahatlandı və Vəli ilə söhbəti yadına salmağa çalışdı.

            -Şıxəli, ehtiyatlı olmağın lazımdır. Çünki Azərbaycanı mən iki adama həvalə edə bilərəm sənə ya da ki Məsuda. Başqası gəlsə, batdıq.

            -Vəli müəllim, bunu mənə niyə deyirsən?

            -Mən sizin ikinizi Moskvaya özümə əvəz kimi göstərmişəm. Novruz haqq-hesabı balaca iş deyil. Tökülüblər mənim üstümə.  Mənə qarşı böyük bir dəstə gecə-gündüz Moskvaya yazır.

            Kim olduqlarını bilmirəm, ancaq bir şey aydındır: bu işləri quranlar müəyyən məqsəd güdürlər, bu da mənim hakimiyyətdən getməyimdir. Odur ki, sizləri öz yerimə təklif etmişəm.

            -Bunu Bakıda bilirlər mi?

            -Əlbəttə ki! KQB.

Şıxəli KQB-nin bilməsini təbii qəbul etsə də, ürəyində bu təşkilata qarşı inamsız olduğunu gizlətmədi.

            -Vəli müəllim, KQB indi hər şeyə başını soxur.

            -Haçan belə olmayıb?

            Şıxəliyə elə gəldi ki, Vəli Axundov bu haqda daha danışmaq istəmir.

***

 

XƏLVƏTİ KABİNETDƏ XƏLVƏTİ SÖHBƏT

 

Pəncərələri düz Nargil adasına baxan kabinetdə üç nəfər üzbəüzə oturub, ciddi söhbət edirdilər. Başları söhbətə elə qarışmışdı ki, bu yay günü nə Xəzərdən açılan  mənzərəni, nə də səhəri görürdülər.

            Onlardan ikisi dərin kreslonun içindən görünmürdü. Biri isə ayaq üstə durub, əl-qol ata-ata danışırdı:

             -Vəliylə qurtarmışıq! Novruz bayramı onun elə evini yıxmayıb ki, birdə o, yerində qala bilsin. Onu Xruşov gedəndən sonra çıxartmalıydılar. Ancaq təmiz adam olduğu üçün qaldı. Ancaq daha iş-işdən keçmişdir.

            -Biz də əlimizdən gələni etdik ki, Vəlinin getməyini sürətləndirək. - deyə kresloda oturanlardan biri donquldandı.

            -Bilirəm, bilirəm! Ancaq bir maneə də ortaya çıxmışdır.- deyə ayaq üstə gəzişən pəncərəyə yaxınlaşdı və ağır məxmər pərdəni dartıb çəkdi, pəncərənin arxasından Xəzər göründü.

            Kresloda oturanlar ona tərəf baxdılar, ancaq bir  söz soruşmadılar. Bir-neçə dəqiqə beləcə keçdi. Pəncərəyə baxmağa davam edən qara geyimli adam stolunun arxasına keçdi. 

            -O, kimdir? - deyə oturanlardan biri üzünü ona  tutdu.

            -Hələlik, Şıxəli!  -deyə qətiyyətlə əlini stola vurdu və ayağa qalxdı.

            Bu sözdən sonra kresloda oturanlar bir-birinin üzünə baxdılar və yenə də onun yerinə qayıtmasını gözlədilər.

            -Məgər başqası da ola bilər? - deyə kresloda oturanlardan biri soruşdu.

-Hələlik mən birini bilirəm. Başqası olsa, sizə deyəcəyəm.

-Problem yoxdur! Hər şey qaydasında olacaq.

-Mən sizdən çox razıyam. Siz mənim sağ əlimsiniz. İndi isə tələsmək lazımdır.

Kresloda oturanlar ayağa durdular, onunla vidalaşıb kabinetdən çıxdılar.   

 

MƏNİ ÖLDÜRƏCƏKLƏR!

           

Şıxəli özünə gələ bilmirdi. Küçə ilə SeKa-dan evlərinə gedərkən, arxadan bir «Volqa» maşını səkiyə çıxaraq az qalmışdı ki, onu bassın. Hadisə o qədər sürətli oldu ki, heç maşının nömrəsini görməyə macal tapmadı.

            Onu cəldliyi xilas etdi. «Bundan sonra yenə də hər səhər idman edəcəyəm». - deyə öz-özünə söz verdi. Düşündü ki, bu  maşın haradan çıxdı.

            Aşağıdan yuxarı qalxan bir yaşlı qadın onun qabağını kəsdi:

            -Bala, yaxşı qurtardın! Köpək uşağı elə bil nəşəli idi. Sizə bir şey oldumu?

            -Yox, ana, heç nə olmadı. Çox sağ olun! - deyə şirin dillə qadını yola saldı.

            Şıxəli tək qaldığını görüb özünü yolun kənarındakı bağa saldı. Ağacın altındakı oturacağın birinə oturdu. Baş vermiş hadisə onu düşünməyə vadar edirdi. Özü də ciddi düşünməyə. Ağılı ona dikdə edirdi ki, düşünsün.

Son zamanlar baş vermiş bir-neçə belə oxşar hadisənin təsadüfü olmadığını anladı.

            Srağa günü Bakı bağlarında  gəzərkən ov tüfənginin gülləsi onun yanından keçib,  yaxınlıqdakı qocaman əncirin gövdəsində iri dəlik açdı. İnsana bu dəysəydi bədənini pərən-pərən edərdi. 

            Fakt aydın idi: kimsə onu aradan götürmək istəyirdi. Axı bu kim ola bilərdi? O, kimə pislik etmişdi? Ömrü boyu ona-buna əl tutmuş, yazıb-yaratmış, həmişə istəmişdi ki, insanlara fayda versin.

            -Nə olursa olsun, mən bu yoldan geri çəkilən deyiləm! - deyə öz-özünə danışdı. Ayağa qalxdı, ətrafa boylandı. Sanki kimi isə axtarırdı. Adətən bu vaxtlar bağın tinində Əşrəfin «Moskviçi» dayanardı. O, maşından düşüb Şıxəli tərəfə gələr, ürək dolusu danışardılar. Maşına  minib şəhəri fırlandıqdan sonra həyətlərinə gətirərdi.

            Bədbəxtlikdən Əşrəf bu gün yolda idi. Həftənin axırı Moskvadan qayıdacaqdı. Onun bu dar anda yeri görünürdü.

Mənzilin qapısını üzünə açan Xavər xanım ərinin kefsiz olduğunu gördü. Həssas qadın nə baş verdiyini anlamaq üçün mülayim səslə ərindən soruşdu:  

            -Niyə kefsizsən?

            -Xavər, deyəsən, məni öldürəcəklər

***

    XALQ BAŞSIZ QALDI

           

Dəyanət ömrü boyu belə izdiham görməmişdi. Derjinski adına saraydan şəhərin yuxarı məhəllələrinə qədər olan məsafəni piyada atasının yanında addımlayan, bığ yeri yenicə tərləmiş gəncin hamı kimi üzü gülmürdü. Bütün adamlar kimi o, da qəmgin idi.

            Ailələrinin adətinə görə valideynləri uşaqlarını heç vaxt öz yanlarına salıb, belə yerə aparmazdılar. Ancaq bu gün atası həyətə girən kimi birinci onu soruşdu. Həmişə onun tərəfini saxlayan  nənəsi özünü qabağa verdi:

            -Əl-Əşrəf, təzə həyətdədir. İndi uşaq göndərərəm gələr.

            -Ay na, gedirəm. Onu tap, göndər Derjinski sarayının qabağına. Məhəllə uşaqları ilə birlikdə olacağıq.  Şıxəlini oradan götürəcəklər.

            Seyid Bikə sanki oğlunun əmrini gözləyirdi. Balağını əlinə alıb  həyətin piləkanları ilə aşağı endi. Səriyəgildən təzə məhəlləyə, Məryəmgilə zəng elədi. Seyid Bikə nəvəsinin macaralarından xəbərdar idi.

            -Ay Məryəm, mənim balam sizdə deyil? - deyə  Seyid Bikə salamlaşmadan soruşdu.

            -Bikə xala, indicə yuxarı qalxıb, çağıraram. - dedi və balkona çıxıb üzünü beşinci mərtəbəyə tutdu:

            -Dəyanət, aşağı en! Nənən səni telefona çağırır!

            Uşaqlar balkonda dərs edirdilər. Dəyanətin əvəzinə yuxarıdan Natəvan boylandı:

            -Mama, bu dəqiqə düşür! - dedi.

            Dəyanət qızı balkonda qoyub üçüncü mərtəbəyə endi və telefonu qaldırdı. Diqqətlə nənəsini dinlədi:

            -Bu saat gedirəm, nənə! Arxayın olsun! - dedi və Məryəm xanımla sağollaşıb ildırım sürətilə yuxarı qalxdı.

            Natəvan onu otaqda qarşıladı. Qapı örtülən kimi iki əlini onun boynuna saldı:

            -Bütün məsələləri etdim! İndi gəzməyə gedə bilərik.

            Dəyanət qızın üzündən öpdü və əlləri ilə saçlarını sığalladı.

            -Bu gün alınmır. Dədəm məni Derjinski adına sarayın qarşısında gözləyir. Mən getməliyəm.

            -Bəs mən?

            -Axşam qayıdaram, baxarıq. Mən qaçdım. - deyə bu dəfə onun dodaqlarından öpdü və qapıdan çıxdı.

             Qəflət ayrılıqdan qız özünü itirmədi, divana əyləşdi. Televizora baxmağa başladı. Darıxdı,  durub qapını açıb koridora çıxdı. Aşağıya, evlərinə endi.

            Dəyanət özünü 8 nömrəli trolleybusa çatdırdı. 26-lar bağının yanında düşdü və nənəsinin dediyi yerə gəldi. Atası və məhəllə adamları  burada idilər. Atasının çox ciddi baxışları ilə qarşılanan gənc, hamı kimi məyus bir vəziyyət aldı.

Xalq Şıxəli Qurbanovla vidalaşmağa gəlmişdi.

Dəyanət birinci dəfə idi ki, böyüklərlə bir cərgədə durmuşdu. İndi özünü onlara tay tuturdu. Daxilən bununla fəxr etsə də, on altı yaşlı Dəyanət atasının baxışlarından hiss edirdi ki, bu cərgədə addımlayan adamların hamısı qəm-qüssə içərisindədirlər.

-Bala, diqqətlə bax! Azərbaycan ən qeyrətli balasını itirib. Bu cür insanı qoruya bilmədik. Deməli, gücsüzük. - deyə Əşrəf oğluna ciddi səslə başa saldı.

Həmişə atasının iradəli və güclü olmasıyla fəxr edən Dəyanət birinci dəfə idi atasından «Deməli gücsüzük!» sözünü eşidirdi. Qorxu-hürkü nə olduğunu bilməyən bu insanın belə düşünməsi, gənci təşvişə salırdı.

-Dədə, niyə gücsüzük? - deyə Dəyanət cürətlənib atasından  soruşdu.

-Çünki biz onu qoruya bilmədik. Bizi ağır günlər gözləyir. -deyə Əşrəf bu sözləri niyə oğluna dediyini düşünmədi. Bir şey aydın idi ki, daha oğlunu uşaq hesab etmirdi.

Başını aşağı salıb kütlə ilə Fəxri Xiyabana tərəf irəliləyən Əşrəf daha susurdu,  Dəyanətin qulaqlarına isə arxadan danışanların səsləri gəlirdi:

-Kişini öldürdülər.

-Bunu necə qıydılar.

-Dişdən də adam ölər?

-MİLLƏT BAŞSIZ QALDI!

-İgid ölər, adı qalar!

-O, bizə Novruz bayramını verdi! - deyə Dəyanət bu söhbətə qoşuldu və birinci dəfə atasının ona tərəf baxışında mülayimlik hiss etdi.

-Elədir, bala! Biz onu qoruya bilmədik. Ancaq Novruzumuzu qoruyacağıq. Mən qoruya bilməsəm, sən qoruyarsan.  Sağam nəsiyyətim! Ölsəm vəsiyyətim! - deyə söhbətə qoşulan Əşrəf üzünü Dəyanətə tutdu.

Atasının onunla bu rəftarı Dəyanətin ürəyincə idi. Ancaq hamı kimi o, da qəmgin idi.

«Fəxri xiyabana» qədər camaatın çiynində aparılan yazıçı, dramaturq, xalqın sevimlisinin cənazəsi küçələri keçdikcə dəstəyə adamlar qoşulur, məhəllə-məhəllə adamların sayı artırdı. Bütün Bakı istəkli oğluyla vidalaşmağa çıxmışdı...      

HALALLIQ

 

-Mən ora köçən deyiləm!- deyə Seyid Bikə Nərimanın ailəsi ilə ona verilmiş təzə evə köçmək istəmirdi.

4-cü xrebtovu 52-də  yaşayan bütün həmxanaları və qonşuları köçhaköçdə idilər. Çünki evləri plana gedirdi. Həyətdə təkcə onlar qalmışdılar.

-Ay na, niyə köçmürsən? Bilirsən, nə qədər yaraşıqlı yerdir? -deyə Yasamaldakı evə baxıb, bəyənib  gələn gəlini danışırdı. 

-Mən köçə bilmərəm, halallıq olmalıdır.

-Ay na, nə halalıq?

-O ev Cütçü Kəblə Mustafanın yerindədir. Onlardan halalıq almaq lazımdır.

-Ay na, nə Kəblə Mustafa, nə cütçü? Ərəb köçüb, yurdu qalıb. Ağsaqqallar deyirlər ki, Cütçü Mustafa 30-cu illərdə ruhunu dəyişib, ondan necə halalıq alaq? İndi 60-cı illərdir.

-Onun oğul-uşağı qalmayıb? Tapın, ondan alın! - deyə Seyid Bikə qətiyyətlə cavab verirdi.

-Ay na, Kəblə Mustafanın Yasamalda evi olmayıb heç, tarlası olub. Onun ailəsini mən yazıq haradan tapım?

-Kəblə Mustafa İçəri şəhərlidir. Kimdən soruşsan, evlərini barmağnan göstərərlər.

***

Axşam Nəriman Volodya ilə özlərini İçəri Şəhərə saldılar. Kəblə Mustafanı tanıyan olmadı. Kor-peşman məhəlləyə qayıtmaq istəyirdilər ki, "Qoşa qala" qapısının ağzında Kababçı Məmmədəlinin  oğlu Vəliyə  rast gəldilər. Vəli onlardan beş-on yaş böyük idi. Deyilənlərə görə İçəri Şəhərin hər küncünə bələd idi.

-Siz hara, buralar hara?

-Məhəlləmiz deyil? - deyə Nəriman ona əl uzatdı.

-Sizi burdan elə sürgün etməyiblər ki, bir daha bura ayaq basasınız! - deyə Vəli acı zarafat etdi və  hər ikisi ilə görüşdü.

-Olmasın o günlər! - deyə Nərimanın anasından eşitdikləri yadına düşdü.

-Rus balası, xalam necədir? - deyə Vəli Nərimanın dilxor olduğunu görüb, üzünü Volodyaya tutdu.

-Vəli, xalan başımıza bəladır. Ev veriblər, köçmək istəmir...

-İstəyir ki, yenə də Şura hökuməti gəlib, onu sürgün etsin?

-Yox, ala! Elə deyil! Deyir, ev Kəblə Mustafanın odanlığındadır. Gedin, oğul-uşağını tapın, halallıq istəyin. Vəli kömək elə tapaq!

 -Hansı Kəblə Mustafa? Cütçü, ya pinəçi?

-Elə onu! Cütçünü! Lap yadımdan çıxmışdı! - deyə Volodya cütçünü axtardıqlarını təsdiqlədi.

Hər şeynən maraqlanan Vəli bu səfər susdu. Pis oxuyan şagird kimi başını qaşıdı.

-Çətin məsələdir. Buradan çoxdan köçüblər. Zənnimcə, Binəyə.  “Moltanı”[9]nın arxasında olurdular. Onun ancaq bir oğlu vardı. Dayan-dayan! - deyə Vəli birdən onlardan uzaqlaşdı və Qala qapısından içəri girən bir nəfər yaşlı kişini saxladı. Nə isə soruşdu. Sonra onlara yanaşdı.

-Baxtınız gətirdi. Köhnə qonşusunu gördüm. Deyir, Kəblə Mustafanın oğlu Mahmud "Təzə bazarda" hambal işləyir.

***

Həyətə hər ikisi qalib kimi girdilər.

-Ay na, tapmışıq. Oğlu Mahmud "Təzə bazarda" işləyir. Sabah onu götürüb gələrik. - deyə Nəriman anasının üzündən öpdü.

-Daha bu sizlik deyil. Allah qoysa, sabah Əşrəf yoldan gələr, o, tapar!

-Siz deyən məsləhətdir! - deyə Nəriman hətta sevindi də.

****

Günortadan azca keçmiş Volodya «Volqasını» «Təzə bazarın» qarşısında saxladı. Maşından Əşrəf düşdü. Qapının girəcəyinin sağında nasilkalarına söykənmiş bir-neçə hambal dayanmışdı. Onlara yaxınlaşıb salam verdi.

-Mahmudu axtarıram! - deyə Əşrəf onlara müraciət etdi.

Hamballar bir-birinə baxdılar. Sanki nə cavab verəcəklərini  düşünürdülər. Aralarında uzunboy, 60-65 yaşlı, enli kürək birisi qabağa çıxdı:

-Nəyinə lazımdır?

-İşim düşüb.

-Hansı Mahmudu axtarırsan? Burda bir-neçəsi işləyir.

-Mənə "İçəri şəhərli" Kəblə Mustafanın oğlu lazımdır.

-Mahmud, bu sənin lap atanı da tanıyır! - deyə dəstədən biri Əşrəflə danışanla zarafat etdi.

-Hə, mənəm! Nə işin var? - deyə Mahmud soruşdu.

-Gəl, qırağa çəkilək! Səninlə söhbətim var.

Mənim “obed” vaxtımdır. Bəlkə “obeddən” sonra  gələsən! -deyə Mahmud bic-bic ona tərəf baxdı.

-Nə deyirəm. Gəl, qarşıdakı “stolovuda” səninlə nahar edək, elə oradaca danışarıq.

-Nə deyirəm? Sən bilən məsləhətdir!

Küçənin tinindəki yeməkxanaya daxil oldular. Xörək paylayan onları boş qalmış stola dəvət etdi :

-Bura  sakit yerdir. Nə zakaz edəcəksən?

-Mənə həmişəki kimi! - deyə Mahmud Əşrəfə ağız açmağa macal vermədi.

-Bəs siz?- deyə  xörək paylayan yenidən soruşdu.

-Nəyin var?

-"Küftə","Lülə","Kabab",””””” “Borş","Katlet"...

-Bizə «Küftə” gətir. - deyə bu səfər Volodya Əşrəfi qabaqladı.

-İçməyə nə gətirim?

-İki dənə "Moskovski" - deyə bu dəfə Mahmud qımıldandı. Xörək paylayan Əşrəf tərəfə baxdı.

-Nə deyir elə!-deyə Əşrəf zakazı təsdiq elədi. 

-Deməli, dörd küftə, iki araq! - deyə xörəkpaylayan stoldan uzaqlaşdı və  tezliklə əlində iri podnosla qayıtdı. Süfrənin üstünə dörd kasa küftə iki araq, "Badamlı" , tutma, salat və göyərdi qoydu:

-Daha nə buyurursunuz?

-Hələlik bəsdir! - deyə Mahmud donquldandı.

Volodya yenə də, Əşrəfin boğazından yemək getmirdi. Mahmud qarşısındakı kasanı bircə anın içində boşaltdı. Sonra ikinci kasanı qabağına çəkib, araq şüşəsinin birini açdı və tilli stəkana  yarısını tökdü. Əşrəfin içmədiyini görüb, əlindəkini şüşəyə vurdu:

-Sizin sağlığınıza! - dedi və bir nəfəsə stəkanın axırına çıxdı. Bir-iki tikə ağzına göyərtilə çörək qoydu, yenidən əlini arağa uzatdı:

-Niyə içmirsiniz? Mən ikisini üçümüz üçün gətizdirmişəm! -deyə ikinci stəkanı başına çəkdi. Qarşısındakı kasanı da boşaltdı.

Əşrəf qarşısındakı kasanı ona tərəf itələdi. Mahmud dinməzcə təndir çörəyini kasaya doğradı, əlini ikinci şüşəyə uzatdı, stəkanına araq süzdü. "Sağ ol!" deyib, axıra qədər içdi və yenidən kasadakına girişdi.

İndicə kasasını güclə yarı etmiş Volodya da Əşrəfə qoşulub onun yeməyinə baxırdılar.

İkinci şüşənin arağını başına çəkdikdən sonra stolun üstündəki tutmanı gördü və əlini uzadıb, götürdü və ağzına apardı:

-Yaman iştaha açır! - dedi və heç nəyə fikir vermədən "obedini" davam etdi.

Volodya qardaşının səbirsiz olduğunu bilirdi. Ancaq indi ona heyran qalmışdı. Əşrəf dinməzcə Mahmuda baxırdı.

Axır ki, o, yeyib qurtardı.

-İndi mən sizin qulluğunuzda hazıram! - dedi və bütün vücudu ilə stula arxalanıb Əşrəf tərəfə baxdı.

-Mən basqallı Məşədi Fazilin  böyük oğluyam.

-Tanıyırdım! - deyə Mahmud başınıyla təsdiqlədi  

-Çox yaxşı! Səninlə görüşümüzün səbəbi budur ki, anamgilə sizin odanlıqda ev veriblər. Anam ora köçmək istəmir, deyir ki, səni tapım, halallıq istəyim! - deyə Əşrəf bu görüşün səbəbini ona anlatmaq istədi.

-Nə? Nə? - deyə Mahmud sanki yeridən dikəldi.

-Halallıq almaq!

-A kişi sən nə danışırsan? Nə halallıq? Səni anan, deyəsən,  naftalində saxlayıb. Get, işinlə məşğul ol!

Bu sözləri eşidən Əşrəf az qaldı kasanı vursun onun təpəsinə, ancaq Seyid Bikənin tapşırığı yadına düşdü. Özünü ələ aldı. Deyəsən, Mahmud onun nə hala düşdüyünü hiss etdi Bir litr içsə də, araq ona təsir belə etməmişdi. 

-Bu qədər vurandan sonra nə halallıq? Sabah yox o birisi günü sizdəyik! - deyə Mahmud ayağa qalxdı və iri addımlarla yeməkxanadan çıxdı. Əşrəflə Volodya onun arxasınca baxa-baxa qaldılar.

***

Dəyanət nənəsigilin balkonunda dərsini edirdi ki, "Təzə Pirin" şeyxi və başında buxarı papaqlı hündür boylu bir kişi həyətə daxil oldular. Seyid Bikə qonaqları görüb, üzünü Dəyanətə tutdu:

-Qaç evinizə, atanı bura çağır! - dedi və gələnləri balkona dəvət etdi.

Beş dəqiqədən sonra Əşrəf həyətə daxil oldu. Şeyxi o saat tanıdı, ancaq yanındakının kim olduğunu başa düşmədi.

-Əl-Əşrəf, bu kişi məni bura gətirib ki, sizə halallıq versin! -deyə Şeyx üzünü  ona tutdu.

«Halallıq» sözünü eşidən sonra Əşrəf anladı ki, qarşısındakı Hambal Mahmuddur.

-Xoş gəlib! Səfa gətirib! - deyə Əşrəf gələn qonağı salamladı. Ancaq qarşısındakının Mahmud olduğuna yenə də inanmadı.

-Atədimizə görə, gərək biz  namaz qılaq! Canamazı gətirin! -deyə Şeyx üzünü Seyid Bikəyə tutdu.

-Şeyx həzrətləri, siz həyətdəki hovuzun yanında dəstəmaz alın, mən  otaqda hər şeyi hazır edəcəyəm.

Gələnlər həyətə düşdülər. Əşrəf isə üzünü anasına tutdu:

-Ay na, bunlara yemək hazırlamaq lazımdır?

-Yox, bala!

-Niyə?

-Onda halallıq halallıq olmadı ki. Halallıq təmənnasız olmalıdır. Sən daha heç nəyə qarışma. Şeyximiz hər şeyi bilir. 

Həyətə düşənlər dəstəmaz alıb, eyvana qalxdılar. Namaz qıldılar, bundan sonra Seyid Bikədən xahiş etdilər ki, həyətdə olanları çağırsın.

Az keçmədi həyətdə qalan sakinlər eyvanın qarşısına yığışdılar. Şeyx üzünü Mahmuda tutdu:

-Mahmud, buyura bilərsən! - dedi.

Mahmud stolun üstündəki "Quranı" götürüb öpdü, alnına qoydu və şeyxə uzatdı.

-Bisimillahir-rəhmanir-rəhim! Mən bu müsəlman əhli qarşısında, atamın  odanlıqdakı əkin yerini Məşədi Fazilin ailəsinə halal edirəm! - deyə sakinlərə müraciət etdi.

-Allah halallığını qəbul etsin! - deyə həyətdəkilərin səsləri eşidildi.

-Allah, ürəyincə versin! - deyə Seyid Bikə dua etdi.

Qonaqlar gedəndən sonra Seyid Bikə üzünü Əşrəfə tutdu:

-İndi köçmək olar. Tez Vovanı tap! - deyə ana Volodyanı nəzərdə tuturdu. 

***

 


ÜÇ MANAT

 

Dəyanətin atası Moskvada idi. Qarajın açarı isə divardan asılmışdı. Gözünü açarlardan çəkməyən Dəyanət anasının həyətə düşməyini gözləyirdi. Birdən pəncərənin şüşəsi döyüldü. Əlindəki kitabı stolun üstünə atıb, pəncərə tərəfə tullandı və diqqətlə küçə tərəfə baxdı. Pəncərənin şüşəsindən Əmiraslan durub ona baxırdı.

Dəyanət pəncərəni açdı və reşotkadan əlini ona uzatdı. Yadına düşdü ki, sinif yoldaşı Vəfaya konspektləri aparmalı idilər.

-Çıxmırsan?

-Bir-iki dəqiqədən sonra. - deyə o, pəncərəni bağlayıb otağa keçdi, anasını mətbəxdə görmədi. Sevindi. Rahatca açarları cibinə atdı.

Küçəyə çıxmazdan əvvəl həyətdəki arvadların arasında söhbət edən anasına yanaşdı.

-Ay na, mən getdim uşaqlarla oynamağa! - dedi və həyətin qapısı tərəfə götürüldü.

Küçədə onu gözləyən dostunu kənara çəkdi.

-Aslan, gəl qaraja gedək, maşını çıxardaq. Vəfagilə maşınla gedək. Həmdə akkumlyatoru yükləyək. Dörd gündür maşın qarajdadır. Atam özü deyib.

-Raziyə xala bilsə, ciyərini çıxardar. -deyə Əmiraslan razılaşmaq istəmədi.

-Qorxma, heç nə olmaz.

Könülsüz olsa da, Əmiraslan ona qoşuldu. Ancaq maşına oturub beş-on metr getməmişdilər ki, elə bil həmin  Əmiraslan deyildi.

Əlini pəncərədən çıxarıb tində dayanan uşaqlara əl eləyir və  yaxud küçədən keçənlərin bəzilərinə fit çalırdı.

Həmişə belə idi. Dəyanətin atası yola gedən kimi, qarajı açardılar. Maşını yuyurdular. Ətrafa boylanaraq Qaişniklərin küçədə olmadığını görüb, rulun arxasına keçirdilər. Onu da demək lazımdır ki, pis maşın sürmürdülər. Müəllimləri Volodya idi. Hər şeyi öyrətmişdi. Maşını bu saat söküb yığardılar. 

İkinci xrebtovun axırında 172 nömrəli məktəbin yanından keçəndə qapının ağzında dayanan Məmməd Tağı müəllimə Aslan əl elədi.

-Ay ağıllı, nə edirsən? - deyə, Dəyanət onun əlini dartı: - Görsə, qanımız getdi.

İnşaatçılar prospektinin yoxuşunu  rahatca enib, «rəssamlar» evinin həyətinə döndülər. Vəfagilin qapısı ağzında dayandılar. Siqnal verdilər.

-Konspektləri ver, düş aşağı! - deyə Dəyanət dostunu yuxarı göndərdi, özü isə balkondan ona təəccüblə baxan Vəfaya əl elədi.

Əmiraslanın yuxarı çıxıb düşməsi çox çəkmədi. Ancaq o, maşına oturmağa macal tapmadı. Qarşısında Səttar Bəhlulzadəni gördü.

-Al bunları maşının arxasına at! - dedi və keçib Dəyanətin yanında əyləşdi.

Təəccübdən ağzını büzən Əmiraslan dinməzcə arxa oturacağa əyləşdi və Dəyanətin nə edəcəyini gözlədi.

-Nə üzümə baxırsan? Sür getdik! -deyə Səttar müəllim ona əmr verdi və iri, yanar gözlərilə onu süzdü.

Dəyanət özündən asılı olmayaraq, üzünü sükan tərəfə çevirdi və soruşdu:

-Səttar müəllim, hara sürüm?

-Sür Şıxova.

Aslan hiss etdi ki, Dəyanət kimi o, da heç nə edə bilmir. Rəssamın əmrindən çıxa bilmirlər. Elə bil hər ikisini ovsunlamışdı.

Rahatca Şıxova çatdılar. Səttar müəllimin göstəriş ilə qayalığın arasında saxladılar.

Dənizdən mülayim payız küləyi əssə də, cənub küləyi olduğundan hava isti idi.

Rəssam dinməzcə molbertini açdı və bir-neçə dəqiqə gözlərini üfüqlərə tutub, dənizi seyr etdi. Birdən keçib molbertin arxasında durdu, dəlicəsinə, ancaq belə demək düzgün olardı, işləməyə başladı. Bir-neçə kist molbertə bərkidilmiş kağıza vurduqdan sonra, əlini uzadıb çəkdiyi çızmaqaranı molbertdən qoparıb dənizə atdı və yenidən təzə kağızı molbertə knopkalarla bərkidib işləmək istədi. Vaxt isə ötürdü.

İki dost tez-tez saatlarına baxır və rəssama yaxınlaşıb saatı ona göstərmək istəyirdilər.

Molbertdən və dənizdən gözünü çəkməyən rəssam isə onları sanki görmürdü.

-Səttar dayı, biz evə getmək istəyirik. Saat beşdir. Anam məni axtaracaq. - deyə Əmiraslan onun qolunu dartdı.

-Çəkil! Mane olma! - deyə rəssam onun əlini qolundan çəkdi.

-Dəymə, Aslan! O, onsuz da heç nə eşitmir. - deyə Dəyanət dilləndi.

-Sən haradan bilirsən?

-Vəfa danışırdı ki, Səttar müəllim işləyəndə heç nəyi və heç kimi görmür. Belə ki, yaman ilişmişik! - deyə Dəyanət  güldü.

-Nə gülürsən? Bu saat Raziyə xala bütün Bakını ayağa qaldırıb, oğlum hanı? Seyid Bikəni hələ demirəm.

-De görüm, nə edək?

-Nə edə biləcəyik? Gözləyək.

Bir az keçdi, Aslan onun əlini çəkdi:

-Dəyanət, qarnım quruldayır. Səhər yediyimin üstündəyəm.

-Aç onu! - deyə Dəyanət Səttar müəllimin arxasında, qayanın kənarına atılmış çantanı göstərdi.

Əmiraslan çantanı açdı, içindən termos və qəzetə bükülmüş fransız bulkasını çıxartdı. Bulkanın arasına doktor kolbasasının nazik kəsilmiş layı görünürdü.

 Əmiraslan bulkanın ağzına aparmaq istəyirdi ki, burnunun ucunda rəssamın arıq və  damarları çıxmış, sanki günəşin şüaları ilə yandırılmış əllərini gördü. 

Əmiraslana elə gəldi ki, rəssam ondan bulkanı istəyir. Özü də hiss etmədən, bulkanı ona uzatdı.

Səttar müəllim arxaya boylanmadan Əmiraslandan bulkanı aldı və ac adamlar kimi yarısını ağzına soxdu, ağzındakıları çeynəyə-çeynəyə molbertdən kənara çəkildi, gözlərini çəkdiyi şəkilə dikib, ağır baxışlarıyla onu süzdü.

Bu bir-neçə dəqiqə belə çəkdi. Bulkanın yedikdən sonra rəssam qayanın üstündə oturdu. İndi fikri və xəyalları uzaqlarda idi.

-Acından öldük!

-Daha demə! - deyə Dəyanət keçib rəssamın yanına verdi. Dostu da o, etdiyini etdi. Buradan dəniz daha aydın görünürdü. Qaranlığın düşməməsinə baxmayaraq, dənizdəki neft vışkalarının işıqları yanırdı.

-Səttar  dayı, qaranlıq düşür! - deyə Dəyanət onun qolunu dartdı.

Rəssam heç nə demədi. Ayağa qalxdı. Molbertə yanaşdı, çəkdiyi mənzərə şəkilini sümükləri görünən əllərilə dartıb cırdı, hirsli-hirsli yerdən çantanı qaldırdı, maşının içinə atdı. Keçib qabaq oturacağa oturdu. İndi şüşədən görünən dənizə baxsa da, sanki heç nəyi görmürdü. Molbert də yaddan çıxmışdı.

Əmiraslan molberti yığışdırdı və maşının baqajnikinə atdı.

Rəssam dinməzcə oturub, nəyi isə düşünürdü və bir kəlmə belə danışmırdı. Zəhimli sifətindən dilxor olduğu hiss olunurdu.

-Patamdardan sür! İt-qurda rast gəlməyək! -deyə Əmiraslan Dəyanətə məsləhət verdi.

-Qorxma! Kim bizi saxlasa, buraxacaq. Kim dünya şöhrətli rəssamın maşınını saxlayar. 

Doğurdan da, avtoinspektorlar rulun arxasında uşaqların olmağına fikir vermədilər. Çünki şüşənin arxasından müdrik rəssamın qeyri-adi fiqurası ağızlarındakı fiti çalmağa qoymurdu.

"Rəssamlar evinin" həyətinə girəndə Dəyanət yenə də siqnal verdi. Vəfa balkona çıxdı.

-Raziyə xala bizə zəng vurmuşdu. Sizi soruşdu. Dedim, Səttar əmiylə getmisiniz.

-Maşınla necə getdiyimizi bildi?

-Yox! Elə bilir, onun maşınında getmisiniz.

-Əla, Vəfa! Çox sağ ol! Sən həmişə bizim gönümüzü sudan çıxartmısan.

Əmiraslan molberti baqajnikdən çıxardıb rəssama uzatdı.

Səttar Bəhlulzadə əlini cibinə saldı və bir əzik «üçlük» çıxardıb Əmiraslanın pencəyinin döş cibinə basdı. "Sağ ol! Deyib bloka girdi.

Hər iki dost bir-birinə baxıb gülüşdülər və tez maşına minib məhəlləyə qayıtdılar. Maşını qaraja qoyub hərəsi öz evlərinə qaçdı. Çünki yaman ac idilər. 

 

***

QARA ADAMLAR

 

Üç qara geyimli adam yenə kabinetə yığışmışdılar. Hər üçü dərin kresloda oturub bu səfər şirin-şirin söhbət edib gülüşürdülər. Xəzərdən bu səfər kəskin külək əsirdi. Pəncərənin şüşələrinə dəyib səs-küy salırdı.

-Birndən qurtardıq. İndi qarşınızda heç kim yoxdur. Yol açıqdır. - deyə balaca boy qara geyimli adam kreslodan güclə görünən başını çıxardıb?  yanındakı kresloda oturana sanki hesabat verirdi.

-Elədir!- deyə boylu-buxurlu adam balaca boylunun sözünü təsdiq etdi.

-Sənin fikrincə biz daha nə etməliyik? - deyə üçüncü adam kreslodan boylandı.

-Hələlik, mənə  lazım deyilsiniz. Gedin, Moskvada vəziyyəti öyrənin. Görün, Şıxəlinin ölümü ilə əlaqədar nə deyirlər?

Yoldaşlara göstəriş verin: Bakıda hər yerdə danışsınlar ki, Şıxəlini Vəli Axundov öldürtdürüb. Çünki  Şıxəli ona konkurent idi. Çalışın, qara camaat buna inansın!

Məktubların yazılışını təşkil edin! Mən isə öz növbəmdə Moskvaya hesabat verim ki, xalq Şıxəlinin ölümü ilə əlaqədar hər yerdə Vəli Axundovu qatil adlandırır. Xalqın ondan zəhləsi gedir.

-Ağıllı siyasətdir. -deyə o birisi yoldaşının fikrini təsdiq etdi.

-Mənə də çatdı! - deyə balacaboy  söhbətə qarışdı.

-İndi zaman Vəli Axundovun əksinə işləyir. Oyun bizimdir.

 

***

MƏŞƏDİ FAZİLİN QAZANDIQLARI

 

Dəyanətin indiyə qədər yadındadır atasının o gecə anası ilə söhbəti. O, yuxudan oyanmasın deyə valideynləri pıçıltı ilə danışırdılar.

-Mən istəyirəm, Səmərqəndə gedim, dədənin qoyduqlarını götürüb, gəlim. Orada qalması nəyimizə lazımdır. Kişinin vəsiyyətinə əməl edim.

-Evi neynəyəcəksən?

-Kişi, evi Camala vəsiyyət edib. Gedib onun adına  keçirəcəyəm.

-Pis olmaz!

Dəyanət bütün bu danışıqları eşidə-eşidə yuxuya getdi. Səhər oyananda atasını evdə görmədi.

-Ay na, dədə hanı?

- Özbəkistana getdi. 

***

 Təyyarə meydanında Əşrəfi Namiq əkənin kiçik qardaşı Camal qarşıladı. Günorta çağları idi.

67-ci ilin qışı Bakıda sərt keçsə də, Səmərqənddə elə bil qış deyildi. Yazdakı kimi şəhər gül-çiçək içində üzürdü.

Reystan meydanının yanından keçən taksi azərbaycanlılar məhəlləsinin başında dayandı. Maşından düşdülər. Camalla qapını açıb içəri girdilər.

Sonuncu dəfə Əşrəf burada dörd il bundan qabaq olmuşdu. Onda atası hələ sağ idi.

Atası rəhmətə gedəndən sonra isə bura ayaq belə basmamışdı. Evə binanın ikinci mərtəbəsində yaşayan  Camal baxırdı.

Yataq otağında, çarpayının qabağında, Fazilin yazı stolu olduğu kimi dururdu. Dörd divara vurulmuş rəflərin şüşələri arxasından səliqə ilə düzülmüş kitablar görünürdü.

-Camal, bu kitabları kişi mədrəsəyə verməyi vəsiyyət eləyib.

-Əşrəf əkə, bu ki böyük sərvətdir.

-Bilirəm. Ancaq kişinin sözü qanundur.

-Nə etmək fikrindəsən?

-Ora xəbər vermək ki, gəlib aparsınlar.

-Bəs evi?

-Evi sizə vəsiyyət edib. Evin içində nə var, hamısı sizindir. Kişi dedi ki, ailən böyükdür. Uşaqlar böyüdükcə yerləşdirərsən.

-Allah Fazil əkəyə rəhmət eləsin. - deyə Camal onu tək qoyub, otaqdan çıxdı.

Əşrəf divana oturdu. İki əlilə başını tutub nə edəcəyini düşündü.

Divanla üzbəüz holland peçinin altında kaşı daşıla hörülmüş  divarın bir hissəsi diqqətini cəlb etdi.

Yadına  dədəsinin dedikləri düşdü: «Divarı sökərsən! Çox asanlıqla sökülməlidir. Elə sök ki, kaşı daşlarına xətər dəyməsin. Sonra yenidən hörərsən.

Kaşı daşlarını götürdükdən sonra, arxada siyirtmə olduğunu görəcəksən. Siyirtməni boşalt. Təzədən kaşı daşları ilə hör! Yığdıqlarım nəvələrimə min il bəs edər!».

Camalın qayıtması onu fikirdən ayırdı.

-Neçə gün qalacaqsan?

-Mənə elə gəlir bir həftəyə qədər burada olmağım vacibdir. Evi sənin adına keçirtməliyəm.

-Əşrəf əkə, mədrəsəyə sabah gedəcəyəm. Gəlib kitabları aparsınlar. İndi isə qalxaq yuxarı nahar edək.

Yuxarı qalxdılar. Camalın həyat yoldaşı süfrə açmışdı. Altı baş ailə iki otaqda yaşayırdılar.

-Rəhmətlik necə müdrik kişiydi! Vəsiyyətində onu əhatə edən bütün adamları nəzərə alıb! - deyə Əşrəf düşündü.

Çay içdikdən sonra  Əşrəf tək aşağı endi. Divana əyləşdi. Gözünü kaşı daşı ilə hörülmüş peçə dikmişdi. Xəyalına atası ilə görüşləri gəlirdi.

Sürgün olduqdan sonra atası ilə çox az-az görüşürdü. Elə vaxt olurdu ildə bir-ki dəfə görə bilirdi. Ancaq bu görüşlər çox qısa olurdu. Bununla belə hər görüş onun xəyalında idi.

Kənardan baxana elə gələ bilərdi ki, o, ata tərbiyəsi görməyib. Əslində isə belə deyildi.

Görüş anları qısa olsa da, Fazil balalarına özlərini necə aparmağı, dostlarla necə rəftar etməyi, hətta necə geyinməyi də öyrədirdi.

-Çalış həmişə dar günündə «mayan» olsun. Ona buna ağız açmayasan. Qazandığının bir hissəsini kənara qoy. Çalış heç vaxt kasıb olma, var-dövlət yığmağa çəkinmə.

Atası rəhmətə gedəndən sonra Əşrəfin ağlına belə gəlməzdi ki, Səmərqəndə gəlsin. Düşünürdü; «Qalıb da! Kimə mane olur? Lazım olar gedib  gətirərəm.»

Son aylar atası tez-tez yuxusuna girirdi. Səhər yuxudan oyanarkən, yadına atasının dedikləri düşürdü.

Səmərqəndə anladı ki, neçə ildir kişinin vəsiyyətlərinə əməl etməyib.

-Kaşı daşının arxasındakı siyirtmədə nə var? - deyə öz-özünə danışan Əşrəfin marağı daha da artırdı: -Görəsən, kişi nə yığıb?  

Əvvəl kaşı daşlarını söküb oradakıları çıxartmaq istədi, ancaq düşündü ki, sonra oranı necə tikəcək? Axı əlinin altında heç bir alət yox idi.

İlk növbədə  alət tapmaq lazım gələcəkdi. Bir balaca sement və qum lazım olacaqdı.

Qapını bağlayıb küçəyə çıxdı. Saat altıya qalırdı. Əşrəfin yadına buradan bir az aralı təsərrüfat mağazası düşdü.

Mağaza tərəfə getdi. Lazım olan aləti alıb, evə qayıtdı.

Səhərisi Səmərqəndi gəzə-gəzə tikinti gedən binaların birinin prorabından  bir manat verib bir az sement və qum aldı. Taksi tutdu və ağırlığı üç-dörd kilo olan meşoku taksinin dalına atdı. Evə qayıtdı.

Bir az dincəldi. Atasının kitabxanasına nəzər yetirdi. Nə qədər burada kitab vardı. Rus, fars, ərəb, özbək, tacik, Azərbaycan, türkmən ədəbiyyatından tutmuş dünya ədəbiyyatına qədər yüzlərlə kitablar səliqə ilə rəflərə yerləşdirilmişdi.

Günortaya Camal Mədrəsənin rəisilə təşrif gətirdilər.

Əşrəf atasının vəsiyyətini rəis Cəlaləddin xocaya bildirdi və yataq otağındakı bütün kitabları ona göstərdi.

-Əşrəf əkə, bu böyük sərvətdir. Heç bizim mədrəsədə belə kitablar yoxdur. Ən əsası odur ki, burada qədim ərəb, fars və özbək dillərində əski əlifba ilə yazılmış kitablar var. Bu kitabların çoxu itmiş sayılır. Çünki 30-cu illərdə bunları yığıb yandırırdılar. Nə qədər dini kitablar var?

-Atam kitab həvəskarıdı. Kitabı cırana düşmən kimi baxırdı.

-Allah atanızın ruhunu şad eləsin.

-Haçan bunları aparmaq imkanınız olacaq?

-Elə sabah səhər sübhdən. Mədrəsənin tələbələri ilə gələcəyəm.

-Danışdıq! - deyə Əşrəf Camalla rəisi yola saldılar.

Yenə də Camalgildə nahar etdilər. Bir az dincəldikdən sonra Səmərqəndi gəzməyə çıxmağı qərara aldılar.

-Əsədin yeri görünür. İndi rəhmətlik hər binanın qarşısında dayanıb tarixçəsini danışırdı. -deyə Əşrəf ötən günləri yadına saldı.

Qızının toyundan iki ay sonra bura Raziyə ilə qonaq gəlmişdilər. Nərgizlə  birlikdə gəzməyə çıxmışdılar.

Əşrəf özünü dünyanın ən xoşbəxt insanı sanırdı. Axı niyə sanasın? İstəkli balasının gözlərindən səadət yağırdı...

            Camalın gözləri yaşarmışdı.

            -Özünü ələ al! - deyə Əşrəf səsini qaldırdı.

            -Allah bunu bizə niyə qıydı?

            -Allah bilən məsləhətdir. Onun yazdığını heç kim poza bilməz...-deyə Əşrəf də özünü ələ aldı.

            SSRİ-nin bir çox şəhərlərini gəzən Əşrəf üçün bu qədim torpağın əsrarəngliyini heç bir şəhər verə bilməzdi. Çünki bu şəhər elə bil qədimdə yarandığı kimi qalırdı: həmin meydanlar, həmin məscidlər, həmin insanlar...

            Bu şəhərə düşən elə bil keçmişə qayıdırdı, ancaq sözün həqiqi mənasında gözəl keçmişə, nağıllar aləminə.

            Qədim müsəlman adət-ənənələri, böyük-kiçiklik, ağsaqqal sözünün üstünlüyü, haya-abır və yüksək tərbiyə.

Bu tərbiyəni nə məktəb verirdi, nə də kommunist partiyası. İnsanların əsrlər boyu yaxşını pisdən ayırmaq qabiliyyəti əsasında yaranan gözəl insanı münasibətlər  bu şəhərə hələ də  yaşayırdı və yaşayacaqdı da.

Burada hər şey çayxanadan başlayır-deyən camaatın haqlı olduğunu düşündü.

Səmərqəndlilər çayxana daxil olan adamın qonaq olub olmadığını o saat başa düşürlər. Qonağı görən kimi ayağa qalxır, əgər boş dəstərxan yoxdursa, cavanlar öz yerlərini qonağa verib, oradan uzaqlaşırdılar. Qalanlar isə bacardıqları qayğını qonağa göstərmək istəyirdilər.

            Çayxanadan bu təəssüratla geri dönən Əşrəfi fikir aparmışdı. Görəsən, bu kaşı daşlarının arxasında nə var?

            Yadına Namiq əkənin Nərgiz üçün elçi gələrkən dedikləri düşdü. «Fazil əkə ilə o qədər pul qazanmışıq balalarımız min il yesə, bəs edər!».

            Əşrəfin özü həmişə pul qazanmağı bacardığından heç vaxt atasının varidatı onu maraqlandırmırdı. Qardaşları da onu kimi hərəkət edirdilər.

Əşrəfə atasının dediyi «Yaxşı oğul neynər, ata malını? Pis oğul neynər ata malını?» sözləri öz təsirini göstərirdi. Qardaşlarının pul sarıdan çətinlikləri olmadığından, atanın nəyi var, nəyi yox?-onları heç düşündürmürdü.

Qardaşları bilirdilər ki, atalarının çoxlu pulu var, ancaq böyük qardaşları Əşrəf olduğundan heç vaxt bu haqda söhbət salmırdılar. İndi isə ata əvəzi kimi Əşrəfi görürdülər. Onun hər sözü qanun idi.

Gecəni səhərə qədər gözünə yuxu getmədi. Kaşı daşının arxasında nə olduğu maraq doğururdu.

İndiyə qədər atasının həqiqətən nə ilə məşğul olduğunu bilməyən Əşrəf üçün burada gördükləri və eşitdikləri yenilik olsa da, atasının xasiyyətindən irəli gələn alicənablıq, insanlara əl tutmaq, yaxşılıq etmək və s. ona məlum idi.

Atasında olan ürəyiaçıqlıq, pul xərcləmək həvəsi, ümumiyyətlə təm-tarağı sevməsi, dostlarına əl tutması, dar gündə yiyə durması - bütün bunlar üçün çoxlu pul-para lazım idi. Məşədi Fazil yaxşı pul qazanmasaydı, bunları necə edə bilərdi.

Dostlarına və yoldaşlarına etdiyi köməyin hərdən həcmi o qədər böyük olurdu ki, Əşrəfə elə gəlirdi ki, atasının bir qəpiyi belə qalmayıb.

Ömrü boyu öz işindən az danışan, həqiqətdə isə ancaq öz işi ilə yaşayan Məşədi Fazil haqqında Səmərqəndə eşitdikləri atası barədə bütün təsəvvürlərini alt-üst edirdi.  

 Səhər açılan kimi Camalla çayxanaya getdilər. Boş dəstərxanda oturdular. Çayçı süfrəyə çaydan, piyalələri, qənd qabı, qaşıqları düzdü, sonra Səmərqənd fətiri, bal, yağ, pendir gətirdi.

-Camal əkə, gələn qonağını bizimlə tanış etmədiniz! - deyə  yanbayan dəstərxanda oturanlardan biri soruşdu.

-İsfəndiyar əkə, Əşrəf əkə Məşədi Fazilin böyük oğludur.

Bu sözləri eşidənlərin hamısı ayağa qalxdılar. Onların dəstərxanına yanaşıb Əşrəfin əlini sıxmağı özlərinə borc bildilər.

-Əşrəf əkə, sənin atan bizim hamımızın ağsaqqalı olub. Bu şəhərdə elə bir adam tapılmaz ki, onun köməyi dəyməsin, dar gündə əl tutmasın. Kombinatın işçiləri bilsələr ki, buradasız, işi atıb gələrlər.

Siz bizim əziz qonağımızsız. Sizin qulluğunuzda hazırıq! - deyə bayaq onun kimliyini öyrənmək istəyən adam hamının adından danışdı.

-Çox sağ olun, çox şadam! - deyə Əşrəf minnətdarlığını bildirdi.

-Allah Fazil əkəylə Namiq əkəyə rəhmət eləsin! Onlar bizə yaşamağı öyrədirdilər. Onların indiyə qədər verdiyiləri çörəyi yeyirik. - deyə başqa birisi dua etdi.

-Cavan oğlan, sənin atanın fəhlələrinə verdiyi çörəyi Şura hökuməti verə bilmirdi. Fəhlələri onu atalarından çox istəyirdilər. -deyə bayaqkı  adam danışdı.

-Sənin atan mənim oğlum, Səlimin, elçiliyini və toyunu edib. Bizim ailəmiz ömürlük ona minnətdarıq! - deyə dəstərxandan başqası danışdı.

Evə qayıdarkən Camal çayxanada nə baş verdiyini Əşrəfə izah etmək istəyirdi:

-Kombinatda Fazil dayını hamı öz ağsaqqalı  kimi tanıyırdı. Bilsələr ki, oğlu bura gəlib hamı işi atıb sizinlə görüşə gələr.

-Lazım deyil, Camal! -deyə Əşrəfin gözü qarşısında atasının yeni obrazı yaranırdı.

 Evə çatandan yarım saat sonra mədrəsənin rəisi talibləri[10] ilə gəldilər.

İyirmiyə yaxın talib səliqə ilə kitabları  qucaqlarına alıb, evi tərk etdilər. Mədrəsə ilə ev arasındakı məsafədə bir-birinin ardınca qucaqları kitabla dolu taliblər sıra ilə rəisin arxasınca gedirdilər. Bu qeyri-adi bir səhnə idi.

Yol boyu keçən adamlar dayanıb onlara tamaşa edir, nə baş verdiyini soruşub, öyrənmək istəyirdilər.

Kiçik şəhərdə nə baş verirdisə, o saat hamıya aydın olurdu.

Məşədi Fazilin mədrəsəyə vəsiyyət etdiyi kitabxananı indi hamı müzakirə edirdi.

-Niyə dövlət kitabxanasına vermədi, mədrəsəyə verdi? -deyə küçədə duranlardan biri soruşdu.

-Çünki orada din var, iman var! - deyə başqası cavab verdi.

-Düzdür, Məşədi Fazil Allah adamı idi.

 Taliblər gedəndən sonra Əşrəf yorğunluq hiss etdi. Gecəni yatmağı  özünü göstərirdi. Divana uzandı. Bir az mürgülədi.

Günorta yuxudan durub yenə də şəhərə çıxdı. Rastına gələnlər onu köhnə, hörmətli tanışları kimi salamlayır, tənzim edib gedirdilər. Beş-on dəqiqədən sonra Əşrəfə elə gəldi ki, bütün şəhər onu tanıyır və salamlayır.

O, özünü atasının yerinə qoydu.

-Kişi küçəyə çıxarkən, əlbət, belə idi. Hamı onu tanıyır, hamı onu salamlayırdı. - deyə öz-özünə düşündü.

Evə qayıtdı. Pəncərədən otağa günəşin sönməkdə olan şüaları düşürdü və kaşı daşında əks olunurdu.

Pərdəni örtdü. Durub qapını bağladı. Dünən aldığı alətləri qarşısına tökdü. Çəkiclə iskənəni götürdü.

Astaca iskənəni kaşı daşının arxasına saldı və özü tərəfə çəkdi.  Kaşı daşı çox asanlıqla yerə düşdü. Ancaq sınmadı.

Əşrəf bu asanlıqla kaşı daşlarını qoparacağını gözləmirdi. Heç beş dəqiqə çəkmədi ki, əmələ gəlmiş dəliyin arxasında, taxtadan hazırlanmış siyirtməni gördü, özü tərəfə çəkdi. Siyirtmə asanlıqla qabağa gəldi. İki taylı sandığı xatırladırdı.

Birincinin qapağını qaldırdı. Gözlərinə inanmadı. Sandığın bu hissəsi qızıl pullarla dolu idi. İkinci qapağı qaldırdı. Burada zinət əşyaları və bir-neçə balaca torbacıqların içində qiymətli daşlar yığılmışdı.

Əşrəf ömründə bu qədər qızıl və zinət əşyaları görməmişdi. Gözlərinə inanmırdı. Çaşıb qalmışdı. Nə edəcəyini bilmirdi. Zarafat deyil qarşısında qiyməti milyonlara bərabər sərvət dururdu.

Bir-neçə dəqiqə beləcə ötdü. Qapı döyüldü. Əşrəf sanki yuxudan ayıldı.

Yerindən tərpənmədi. Qapının arxasından səslər gəlirdi. Camalın səsini tanıdı, ancaq ikincisinin kim olduğunu bilmədi.

-Əlbət, gəzməyə gedib! - deyə Camal kimisə başa salırdı.

Qapının ağzından səslər kəsildi. İndi Əşrəf tez hərəkət etməyi qərara gəldi. Otaqda olan şifoneri açdı. İçindən yol çamadanını götürdü. Paltarlarını yataq otağına apardı.

Siyirtmədəki qızılı və zinəti çamadana boşaltdı. Ağzını bağlayıb şifonerə qoydu.

İndi siyirtməni içəri salıb, kaşı daşlarıyla ağzını hörmək lazım idi.

Amma Əşrəf bunu etmədi. Yataq otağına keçdi. Qərara gəldi ki, gecə yarısı bu işlə məşğul olsun. Zəngli saatı qurdu. Özünü yatağa atdı ki, bir balaca dincəlsin.

Gecə yarısı bu işlə məşğul olmaq qərarına gəldi.  

***

Moskva-Səmərqənd qatarı Kazan vağzalına yan aldı. Qatardan düşən Əşrəfə Moskvada hər yer bəlli idi. Tanımadığı yer yox idi.

Bir başa Moskva-Bakı qatarına minib geri qayıda bilərdi.

 Ancaq fikrini dəyişdi. Bir-ki gün burada qalmaq qərarına gəldi

«Kiev» mehmanxanasında administratorunu tanıdığından taksini ora sürdürdü. Lükuslardan birinə yerləşdirildi.

Elə mehmanxanadan «Bakı» restoranın direktoru Muxtara zəng vurdu və axşam restorana gələcəyini dedi.

Muxtarı Bakıdan tanıyırdı. Hər dəfə bura gələndə ondan qızıl əşyalar alırdı. Əşrəf onu tanıyandan Muxtar qızıl alveri ilə məşğul olurdu.

Hələ Səmərqənddən çıxanda Əşrəf özüylə götürdüyü bəzi əşyaları ona göstərmək və qiymətini öyrənmək istəyirdi.

Axşam «Bakı» restoranının qapısını açıb içəri girdi. Rəngarəng şüşələrdən düşən işıq ancaq estradanı işıqlandırırdı. Stolların arasında isə xəfif qırmızı işıq yanırdı.

Əşrəf stolun arxasında oturub sifariş verdi. Ancaq gözləri Muxtarı axtarırdı.

Şam yeməyini yenicə qurtarmışdı ki, Muxtarın ona yanaşdığını gördü.

-Əşrəf, səni xoş gördük! - deyib, stolun arxasına keçdi.

-Sənə işim düşüb!

-Mən sənin qulluğunda hazır. Keçək kabinetə.

Ayağa qalxdılar. Stolların arasıyla dəhlizə tərəf getdilər.

Muxtarın kabineti çox gen-keyiş idi. Otağın ortasında «T» hərifinə bənzəyən stol qoyulmuşdu. Arxada  divara söykənmiş seyf vardı.

Muxtar dinməzcə seyfi açdı və Əşrəfin qabağına qızıl əşyaları qoydu.

-Hansını istəyirsən, seçə bilərsən! - dedi.

-Muxtar, bu dəfə qır-qızıl almağa gəlməmişəm. Özüm sənin üçün bir-kisini gətirmişəm ki, qiymət qoyasan. - deyə Əşrəf gəlişinin məqsədini anlatdı. Əlini cibinə saldı və bir-neçə zinət əşyasını çıxardıb, ona uzatdı.

Muxtar əlini seyfə uzatdı, saatsaz eynəyini götürüb gözünə taxdı və diqqətlə daşlarını seyr etdi. Başını bir anlıq qaldırıb Əşrəfə baxdı və yenidən diqqətini daşlara yönəltdi. Bir-neçə saniyə beləcə ötdü.

-Nə qədər istəyirsən? - deyə soruşdu.

-Mən gətirmişəm ki, sən qiymət qoyasan!

-İkiyüz min!

-Az deyil?

-Yaxşı ikiyüz əlli. Artığa gücüm çatmır.

-Razılaşdıq. Bəs pulu haçan götürüm?

-Elə indicə.

Muxtar seyfi açdı, stolunun altından boş diplomat çıxartdı. Seyfdən əlli paçka əllilik götürüb diplomata atdı.

-Al, düz ikiyüz əlli min! - deyə Muxtar diplomatın içindəkiləri  Əşrəfə göstərdi, və ona uzatdı.

Əşərf diplomata baxmadan ağzını bağladı. Kabinetdən çıxdılar. Muxtar onu qapıya qədər ötürdü:

-Belə şeylər oldu, mənə gətir. Politbüronu mən «obespeçit» edirəm. Qorxusu-hürküsü yoxdur. Onları “krışası” altında işləyirəm.

-Tapsam gətirərəm!

-Pulunu nağd verəcəyəm! - deyə Muxtar əlini onun çiyninə qoydu.

-Maşın olsaydı, pis olmazdı! - deyə Əşrəf ətrafa boylandı, ancaq taksi görmədi.

-Gəl səni özüm aparım!

Onlar qapıdan aralı dayanmış «Volqa» tərəfə getdilər. Maşına  əyləşdilər. «Kiev» mehmanxanasına gəldilər.

-Başqa nə qulluq? - deyə Muxtar ayrılarkən soruşdu.

-Hələlik heç bir!

-Bəs haçan qayıdırsan?

-Hələlik üç-dörd gün buradayam.

-«Bakı» restoranına gələcəksən?

-Vaxt tapsam gələrəm! - deyə Əşrəf onunla vidalaşdı.

Düz üç gündən sonra Əşrəf «Moskva-Bakı» qatarına mindi və doğma şəhərinə üz tutdu.

***


VAQONDA

 

Qatar Dərbəndi keçib Yalama tərəfə gedirdi ki, kupenin qapısı açıldı. İçəri Əşrəfin xalası oğlu Oktay girdi. O, DTK-nın polkovniki, Xədicə xatunla Şamil Nəzərlinin tək oğlu idi

-Oktay?!-deyə Əşrəf təəccübləndi.

-Təəccüblü heç nə yoxdur. Sənə görə gəlmişəm.

-Nə olub ki?

-Səni Moskvadan satıblar. Deyiblər ki, ikiyüzəlliminlə Bakıya qayıdırsan. Bütün DTK-ni ayağa qaldırıblar. Bu qatarla qayıtdığını bilirlər. Xaçmazda səni tutacaqlar.

Xaloğlu tez tərpən, yeganə yolun pulları pəncərədən atmaqdır. Nə badə Moskvada satdıqlarını boynuna alasan. Yoxsa batdın.

-Bəs bu qızılları nə edim, Oktay? - deyə Əşrəf yuxarıdan çamadanı göstərdi.

-Nə qızıllar?

-Məşədi Fazilin bizə qoyub getdiyi var-dövləti.

 -Fazil dayının?

-Hm! Bəlkə sən özün aradan çıxarasan!

-Sən nə danışırsan? Bu saat hamısının at bayıra!

-Hamısını?

-Elə gözümün qabağında.

Əşrəf vaqonun pəncərəsini açdı. Səhər hələ yenicə açılmaq istəyirdi.

Birinci  diplomatı atdı, dalınca çamadanı.

-Bəlkə sən tullanıb onları götürəsən? - deyə Əşrəf təklif etdi.

-Məni də Xaçmazda gözləyirlər. Bacarmaram! - deyə kupedən çıxdı və arxa vaqonlara tərəf üz tutdu. Bir neçə dəqiqə beləcə ötdü. Birdən ağlına başqa fikir gəldi.

- Bəlkə özüm tullanım.

Vaqondan tullanmaq Əşrəf üçün o qədər də çətin iş deyildi. Kupedən çıxmaq istəyirdi ki, üç nəfər qabağını kəsdi və çıxmağa qoymadı.

-Keç içəri! - deyə general geyimli bir adam ona əmr verdi.

Əşrəf keçib oturdu. General otağa tək girmişdi.

-Pullar haradadır? - deyə soruşdu.

-Hansı pullar?

-Muxtardan aldığın pullar.

-Mən heç kimdən pul almamışam.

-Axtarın! - deyə general üzünü onunla gələn iki nəfərə tutdu. Axtarış heç bir nəticə vermədi.

General göstəriş verdi ki, kupeni tərk etsinlər.

-Bəlkə pulları Moskvada başqa adamlara vermisən? Muxtar deyir ki, o qədim zinət əşyalarını səndən alıb və ikiyüzəllimin pul verib.- deyə onlar çıxan kimi general soruşdu.

-Mən Muxtar adlı adam tanımıram və ona heç nə satmamışam. Bu yalandır.

-Gəl belə şərt kəsək. Mən bilirəm ki, səndə haradasa qır-qızıl var. Çünki Muxtara demisən ki, bu maldan ona yenə də gətirəcəksən. Sən mənə onların yerini de, elə səni buradaca buraxacağam. Başqaları tapsa, qızıl və valyuta alverçisi kimi, səni tutacaqlar. Axırısa «vışkadır»[11]. Yaxşı fikirləş!

-Məndə heç nə yoxdur.

-Bəs Muxtar üzünə dursa nə edəcəksən?

-Muxtar nə deyir - yalandır. Mən ona heç nə satmamışam! 

Əşrəfin bu cavabı generalın səbir kasasını dağıtdı.  

-Yalan ya doğru olduğunu KQB-də deyərsən! - deyə o, küpedən çıxdı.

***

KQB-nin  zirzəmisi heç də atasından eşitdiyini xatırlatmırdı. Burada səliqə-səhmat hökm sürürdü. Birdə ki, iyirmi səkkizinci illə altmışıncı illər arasında nə qədər fərq vardı.

İki gün idi Əşrəfi yuxarı aparıb, gətirirdilər. General özü onu dindirirdi.

-Qızılları kimdən almışdın?

-Hansı qızılları?

-Muxtara satdığın qızılları.

-Mən Muxtara heç nə satmamışam.

-Bəs ikiyüzəllimin hanı?

-Hansı ikiyüzəllimin?

-Sənə verdiyi.

-Mənə Muxtar heç nə verməyib! - deyə Əşrəf qətiyyətlə cavab verirdi.

İndi iki müstəntiq onu sorğu suala tuturdu.

-Səndən soruşuram, qızılları kimdən almısan?

-Mən heç kimdən qızıl almamışam.

-Bəs Muxtara verdiyin haradan?

-Mən Muxtara heç nə verməmişəm.

-Muxtar deyir ki, ikiyüzəllimin manatı sənə verib.

-Mənə heç kim heç nə verməyib! - deyə Əşrəf yenə də eyni cavabı verib.

General Əliyev bizə göstəriş verib ki, nəyin bahasına olursa olsun pulun yerini səndən öyrənmək.

Əşrəf başını aşağı saldı.

-Səndən soruşuram, pul haradadır.

Əşrəf dinmədi. Müstəntiq onun yaxasından yapışdı və silkələdi.

-Hanı pul?

-Mən heç nə bilmirəm. Birdə mənimlə belə rəftar etsəniz, heç danışmayacağam.

Bu sözlərdən sonra müstəntiq stolun üstünə bir ovuc zinət əşyaları qoydu.

-Bunlar bəs sənə haradan? -deyə müstəntiq soruşdu.

Əhrəf diqqətlə əşyalara baxdı. Qarşısında Raziyənin qızıllarını gördü. Anladı ki, evlərində axtarış aparıblar və tapdıqları elə həyat yoldaşının zinət əşyaları olub.

-Bunlar bizdə çoxdandır. Həyat yoldaşımın zinətləridir.

-Sovet vətəndaşında bu qədər qızıl olar?

-Bu bizə ata-babadan qalmadır. Məgər sizin həyat yoldaşınız belə əşyalardan istifadə etmir?

-Mənim həyat yoldaşıma toxunma!

-Onda o, azərbaycanlı deyil.

-Kəs səsini!

Müstəntiq hirslənib otaqdan çıxdı.

***

 Daha iki gündən sonra onu türmə maşınında Aeroporta gətirdilər. Təyyarəyə mindirib Moskvaya yola saldılar.

Moskva KQB-də onu Muxtarla üzləşdirdilər.

-Muxtarı tanıyırsan?

-Tanıyıram. «Bakı» restoranının direktorudur.

-Sən ona bu qızıl əşyalarını satmısan?

-Yox!

-Bəs o, deyir ki, səndən alıb.

-Mən hara bu cahi-cəlat hara? Mən sadə sovet vətəndaşıyam.

Sonra Muxtardan soruşdular

-Əşrəfi tanıyırsan?

-Tanıyıram.

-Bu qızıl əşyaları sənə o, verib?

-O, verib! Ancaq yadımda deyil! Mənə o qədər qızıl əşyalar gətirdilər.

-Sən özün demirdin ki, Əşrəf sənə verib.

-Deyirdim, indi dediyimə peşmanam. Çünki təmiz adamı şərləmişəm.

-Niyə?

-O, Moskvada olanda. mənimlə mübahisə etmişdi.

-Niyə mübahisə etmişdi?

-Deyirdi ki, mənim ofisiantlarım ondan artıq pul alıblar. Məni təhqir etdi, mən də əvvəzin çıxdım.

            Bununla üzləşmə bitdi.

            İki gündə beləcə ötdü. Tək kamerada oturub, başına gələn son hadisələri anlamağa çalışırdı. Bakıda olsaydı bir-təhər özünü qurtara bilərdi. Belə hadisə başına birinci dəfə gəldiyindən nə edəcəyini bilmirdi.

            Kameranın qapısı açıldı. İçəri girən müstəntiq üzünü ona tutub, bir kağız uzatdı.

-Siz azadsınız!

                              ***

Küçəyə çıxan kimi, əlini cibinə saldı. Xırda pul axtardı ki, General Morozova zəng vursun. Ancaq cibində bir qəpik belə yox idi. Bu boyda Moskvada ağlına gələn fikir dostunu tapmaq idi.

Djerzinskinin heykəlinin yanından ötüb gəzə-gəzə metro tərəfə keçdi. Metronun qabağında durub, tanış sifət axtarırdı ki, heç olmasa onu metroya qonaq etsin.

-Azərbaycanlısan?-deyə kimsə arxadan soruşdu.

-Azərbaycanlıyam.

-Siz Bilən Kazan vağzalı haradadır.

-Mən də ora gedirəm! Gedək göstərim.

Metronun kassasında yeni tanışı pul xırdaladı və ona beşqəpiklik uzatdı. İçəri keçdilər.

Kazan vağzalında bir-birindən ayrıldılar. Yeni tanışı Moskva-Bakı qatarının 11-ci  vaqonuna mindi. Əşrəf isə axırıncı vaqon tərəfə getdi ki, görsün qatarın rəisi kimdir.

-Əşrəf, Əşrəf! - kimsə arxadan qaçaraq onu dayandırmağa çaldışdı.

-Sabir? - deyə tanış səs eşidib, geri döndü.

-Bakıda deyirdilər ki, səni tutub saxlayıblar. Özü də KQB. Bəs burada neynirsən? - deyə həmkarı soruşdu. Sabir də Əşrəf kimi qatar rəisi idi.

-Buraxdılar.

-Nə olmuşdu?

-Məni şübhəli kəs kimi saxlamışdılar.

-Sən zarafat elə.

-Doğru deyirəm. Bir saat olar buraxıblar. Gəldim görüm Bakıya kiminlə qayıdım. Sən demə, sənin sostavındır.

-Getdik e, bunu yumağa! - deyə  Sabir qabağa düşdü və Əşrəfi vaqon-restarana apardı.

***

Əşrəfin taksidən düşüb həyətə girməsi bircə anın içində həyəti hərəkətə gətirdi.

-Raziyə, Raziyə, muştuluğumu ver, Əşrəf qədeş gəldi!-deyə arvadlardan birinin səsi həyəti götürdü.

Həyətdə kim vardısa hamı onu qarşıladı.

-Həmişə evində, eşiyində Əşrəf qədeş! - deyə qonşusu Əhməd onu bağrına basdı.

-Kişinin başı darda gərək! - deyə Ağaqulu zarafat etdi.

Bazar günü olduğundan hamı evdə idi. Sözün həqiqi mənasında həyət bayram edirdi.

   

 

İLK XƏLVƏTİ GÖRÜŞ

      

             Bu gecə qeyri-adi bir gecə idi. Seyid Bikə kiçik oğlugilə, Natəvanın ailəsi isə Şamaxıya getmişdilər. Həm qız, həm də oğlan tək qalmışdılar. Adətən Natəvan tək olanda rəfiqəsi Məlahətə zəng vururdu ki, gəlib onunla qalsın.

            Bu gün isə maşınları günorta yola düşən kimi qız Dəyanəti balkondan səslədi ki, aşağı düşsün. Ancaq  o haray vermədi.

Gecə saat onda, o, özü Natəvana zəng vurdu.

-Sən haradasan? - deyə qız soruşdu.

-İndicə qayıtmışam. Fərhadla şəhərdəydik.

-Düş aşağı! - deyə qız sakit səslə dedi.

-Nə dedin, eşitmədim? - deyə Dəyanət qulaqlarına inanmadı.

-Düş aşağı! Biz də heç kim yoxdur.

-İndi düşürəm...-deyə Dəyanət fikrə daldı. Nə edəcəyini bilmədi.

Telefon yenidən zəng vurdu. Bu dəfə Fərhad idi:

-Çumib gəlirəm sizə. Petyanı zadı çağıraq bir balaca kartda qulaqlarını kəsək. Onlara zəng vurum?

-Fərhad, baş tutmur. Mən gedirəm nənəmi gətirməyə, qalsın sonraya.

-Sən özün demədin tək qalacaqsan?

-Dedim. Ancaq neynəyim, nənə evə qayıtmaq istəyir. - deyə Dəyanət birinci dəfə idi dostuna yalan danışdı. "Məhəbbət nə pis şeydir? Adamı yalançı da edir. - deyə öz-özünə düşündü. Otaqdan çıxıb qapısını bağladı və üçüncü mərtəbəyə etdi.

Natəvangilin qapısı açıq idi. Qız elə bil hər şeyi əvvəlcədən götür-qoy etmişdi. İçəri keçib qapını örtdü. Natəvanla  üzbəüz gəldi.

 İri qara gözləri ilə onu süzən qızın yanaqları qızarmışdı. Qız qollarını onun boynuna saldı.

Bir-birinə dikilmiş gözlər nədənsə gülürdü. Dəyanətin sanki bədəni alışıb yanırdı, daha özünü idarə edə bilmirdi. Birdən dodaqları qızın dodaqlarına toxundu.

Daha nə baş verdiyini hiss etmirdilər. Hər ikisinə elə gəlirdi ki, qədimlərdən bəri sevgililər üçün yaranmış bir adətə əməl edirlər.

 Hissiyyat onların təmiz qəlblərini idarə edir, dünyanın ən xoşbəxt insanına çevirirdi.

Vaxtın necə keçdiyini  hər ikisi heç hiss etmədilər.

-Daha gecdir, saat birdir, mən gedim

-Bəs mən? Tək qalmağa qorxuram.

-Mən burda qala bilmərəm.

-Demirəm ki, mənimlə yat! Sən qonaq otağında qal, mən yataq otağında... Hələlik isə yatmaq istəmirəm! - deyə keçib kresloda Dəyanətin dizi üstə oturdu və üzündən öpdü.

-Ancaq bir şərtlə, səhər-sübhdən yuxarı qalxıram.

-Oldu! - deyə qızın dodaqları bu səfər Dəyanəti susmağa vadar etdi 

****

 Gecənin bir aləmi qapının zəngi çalındı. Divanda yastığı qucaqlayıb yatan Dəyanət yerindən dik atıldı və tez Natəvan yatan otağa keçdi. Üzüqoylu uzanmış qızın çiyninə tökülmüş saçlarının üstündən onu silkələdi və yerində çevrilən və təəccüblə ona baxan qız sakitləşdirmək üçün üzündən öpdü. Qızın bu xoşuna gəldi.

            -Mənsiz yata bilmirsən? - deyə zarafat etdi.

            -Yox, elə deyil! Qapınız döyülür.

            -Ola bilməz? Papagil hamısı Şamaxıya getdilər. Çıx o biri balkona, gör maşınımız həyətdədir.

            Dəyanət xəlvəti balkona çıxdı. Aşağı boylandı. Natəvanın qardaşı maşının baqajnikindən nəsə boşaldırdı.

O, tez otağına qayıtdı.

            -Sizinkilərdir.

            -Что будем делать? Мы пропали![12] - deyə Natəvan özünü itirdiyindən rus dilinə keçdi. Dəyanət çoxdan bunu hiss etmişdi. Qız dara düşəndə rusca danışırdı.

            -Qorxma, aşağı tullanaram!

            -Ты что, чокнулся?[13]

            -Qorxma! Не в первой! - deyə Dəyanət küçəyə baxan balkona çıxdı. Qapının zəngi isə dayanmadan çalınırdı.

            Onun arxasınca balkona çıxan Natəvan yağış navalçası ilə aşağı enən Dəyanəti gördü. Qız balkonun dayanacağından sallanıb, üzü aşağı  arxasınca baxırdı.

-Nə baxırsan. Keç, qapını aç! - demişdi ki, navalça bərkidildiyi yerdən qopdu və Dəyanət kürəyi üstə ikinci mərtəbədən düz balkonun altına tökülmüş qumun üstünə düşdü. Ağrıdan sızıldasa da, özünü itirmədi, yuxarıdan aşağı baxan qıza :.

-Get, qapını aç! - dedi və daha özünü bilmədi.

Nə qədər keçdiyini hiss etməyən Dəyanət birdən üzünə tökülən soyuq sudan diskindi və gözləri göyə baxdığından balkonda ağlayan Natəvanı gördü.

-Nə ağlayırsan? Keç içəri! Fərhada zəng vur! Gəlib məni götürsün. Tez elə nə qədər səhər açılmayıb!

             Hava hələ qaranlıq idi. Ətrafda  sakitlik hökm sürürdü. İsti yay havasını qum özündə saxladığından Dəyanətə elə gəlirdi ki, çimərlikdə qumun  içindədir. Ancaq əlini tərpədən kimi, kürəyindən gələn ağrı gözlərini yaşardırdı. Daha tərpənmədi. Yerincə də qalmağa üstünlük verdi.

            Birdən kiminsə onun başı üstündə durub, güldüyünü gördü. Gülən Fərhad idi.

            -Ayağa dura bilərsən? - deyə Fərhad soruşdu.

-Elə bil məni göydən yerə vurublar.

-Bəs sən nə bilirdin, bazılığa getmək asan işdir?

-Kəs səsini, oğraş-oğraş danışma! - deyyə Dəyanət dostunun üstünə çımxırdı.

-Zarafat edirəm!

-Məgər bilmirsən, mən onu istəyirəm? Belə zarafat etmək bizə yaraşmaz!

-Yaxşı. Səhv etmişəm. Qalx ayağa!

Dəyanət qalxmağa cəhd etdi, ancaq bacarmadı. Üzündən yağan zəhrimardan Fərhad dostunun halının pis olduğunu anladı və dostunu dikəltdi. Əlini boynuna salıb inildəyən Dəyanəti oradan  uzaqlaşdırmaq istədi. Ancaq yuxarıdan gələn səs Fərhadı dayandırdı.

-Фaрxад, что с ним[14]?-deyə asta səslə Natəvan yuxarıdan soruşdu.

-Ничего, Ната. До свадьбы доживет![15]- deyə rusca cavab verdi.

-Спасибо тебе, Фaрxад! - deyə qızın incə səsi eşidildi.

***

Fərhad Dəyanətgilin qapısını açanda evdəki zəngli saat dördü vurdu.

Dəyanəti divana uzadıb mətbəxə keçdi və soyuducudan sifonu götürüb, geri qayıtdı. Sudan stəkana töküb, dostuna uzatdı, sonra isə özü üçün süzdü.

-İndi necəsən?

-Pis deyiləm. Ancaq belim ağrıyır.

-Sabaha özünə gələrsən. Yaxşı ki, qumun üstünə düşmüsən.

Dəyanət hiss etdi ki, tərpənə bilmir:

-Komanda batdı. Sabah necə oynayacağam?

-Futbol gözləyər. İndi isə yat!

-Bəs sən?

-Mənsə kresloda mürgüləyərəm.

-Yaxşı olar raskladuşkanı açasan! Hələ səhərə çox qalıb.

Seyid Bikə tez-tez oğlanlarıgildə qonaq qaldığından Fərhad çox vaxt Dəyanətlə qalırdı.

-Dəyanət, məni yuxudan mama oyatdı ki, Natəvan səni telefona çağırır! Telefonu götürdüm. Qız ağlayırdı. «Dəyanətə kömək et! Balkonumuzun altındadır!» Daha heç nə demədi. Qalanını bilirsən!- deyə Fərhad açdığı raskladuşkaya uzandı.

- Tez  ol, ona zəng elə! Arvad əlbət nigarandır. - deyə Dəyanət ayağa qalxmaq istədi, ancaq ağırdan qışqırdı. 

Fərhad yenidən ayağa qalxmağa məcbur oldu, telefonun dəstəyini qaldırdı, evlərini yığdı.

-Mama, narahat olma, Dəyanətgildəyəm! Bir az xəstələnib. - dedi və otağa qayıtdı.

 

QISQANCLIQ

           

            Dərsin qurtarmasına onbeş dəqtiqə qalırdı. Rəfiqə xanım Dəyanətə yaxınlaşıb əlini onun çiyninə qoydu. Bu onun üçün işərə idi ki, sinif otağını onbeş dəqiqə tez tərk etsin. O, əvvəlcədən Rəfiqə xanımdan icazə almışdı.

            Altıncı dərsin qurtarmasına onbeş dəqiqə qalmış bütün müəllimlər ona onbeş dəqiqə tez çıxıb getməsinə icazə verirdilər. Bunun səbəbini isə bir nəfər də olsun sinif yoldaşı bilmirdi. Çünki Dəyanət bu haqda danışmağı sevmirdi.

 172 nömrəmi məktəb 2-ci xrebtovi küçəsində yerləşdiyindən Bakı Sovetinin qarşısındakı 132 nömrəli məktəbə qədər məsafə çox da az deyildi. Küçəyə çıxan Dəyanət o saat götürülürdü.

Adətən bu məsafəni on dəqiqəyə qaçırdı. «Çadrovunu» düşüb özünü «Sovetskiyə» verirdi, oradan aşağı düz «Şors» küçəsi ilə Verxni Naqornuya, «Təzə Pirin» qarşısı ilə düz küçənin axırına qədər qaçırdı. Axundov bağı qarşısında saata baxıb, hələ beş dəqiqə qaldığını görən Dəyanət bir az nəfəsini dərirdi.

132-nin uşaqları bayıra çıxanda o, özünü darvazanın ağzına rahat yetirirdi. Natəvanın dərsdən çıxmasını gözləyirdi.

Ancaq bu gün Natəvan qapıdan çıxmadı. Onların siniflərindən də bir nəfəri görə bilmədi. Anladı ki, qız evə tez gedib.

Məktəbin qarşısından keçən 8 nömrəli trolleybusun açıq qapısından içəri tullandı. Qapının ağzındakı dəstəkdən yapışıb içəri keçdi.

Trolleybusdan Azərbaycan mehmanxanasının yanında düşdü. Həyətə girəndə gözlərinə inanmadı.

Natəvan həyətin ortasında durub bir oğlanla söhbət edirdi. Uzaqdan onu görən Natəvan oğlana nəsə dedi və ondan uzaqlaşaraq bloka girdi.

Dəyanət Natəvanı ikinci mərtəbədə arxadan saxladı və özü tərəfə çəkdi.

-O oğlan kim idi! - deyə qızın üstünə çımxırdı.

-Heç kim, Dəyanət! Voeni qorodokda yaşayır. Məndən Nastyananı soruşurdu. - deyə Natəvan özünə bəraət qazandırmağa çalışdı.

-Bilmirsən, həyətdəkilər nə düşünər? Həyətin ortasında dayanım özgə oğlanla danışırsan! - deyə hirsindən Dəyanət onu itələdi. Qızin kürəyi divara dəydi. «Ah»-deyə qız ağrıdan çımxırdı.

Elə bu zaman Natəvanın qardaşı yuxarıda göründü.

-Qalx evə! - deyə o bacısının üstünə qışqırdı. Yanından keçən qızın  başına qapaz da vurdu. Qız başını aşağı salıb yuxarı qaçdı.

Vaqif aşağı enən kimi Dəyanətə bir yumruq atdı, ancaq yumruq onu tutmadı.

Özünə əla alan Dəyanət onu sakitləşmək istədi. Amma bacarmadı. İkinci dəfə Vaqif ona yumruq atdı. Yenə də boşa çıxdı.

Dəyanət ancaq müdafiə olunurdu. Vaqifə əl  qaldırmaq istəmirdi. Həyətdə onunla dostluq edirdi. O, ağır anlarda özünü idarə etməyi bacarırdı. Bunu ona yuxarı məhəllələr öyrətmişdi. Dava düşəndə sakit olmağı, özünü itirməməyi… Vəziyyətin belə gərginləşəcəyinə inana da bilmirdi.

Vaqif isə ona əl-qol atmaqada davam edirdi.

-Dayan! Xahiş edirəm, dayan! - deyə Dəyanət onu sakitləşdirməyə çalışırdı.

-Kəs səsin, vicdansız! - deyə Vaqif ona növbəti zərbəni endirdi.

 Bu dəfə də onun zərbəsi boşa çıxdı. Ancaq yenə də o, sakitləşmədi. Söyüş söydü.

Dəyanət özü də hiss etmədən Vaqifin çənəsindən bir yumruq vurdu. O, şapıltı ilə yerə dəydi.

Arxaya baxmadın Dəyanət yuxarı, mənzillərinə qalxdı. Daha aşağıdan xəbərsiz qaldı.

Divana uzanıb nə baş verdiyini düşünməyə başladı. Babası yadına düşdü. Sonuncu dəfə onunla hansı kitabısa müzakirə edirdilər. Əsərin qəhrəmanı qısqanclıq etdiyinə görə bəlaya düşmüşdü…

Babasından qısqanclığın nə olduğunu soruşmuşdu. Onun sözləri indiyədək qulaqlarında idi: «Kişi heç vaxt qısqanclıq etməz. Qısqanclıq edənlər qeyri-kamil insanlardır. Özlərinə arxayın deyillər. Özünə və məhəbbətinə arxayın olan insan qısqanmaz! Gedəni isə saxlamaq axmaqlıqdır.».

-Necə də baba haqlı idi! Mən axmaqlıq etmişəm - deyə Dəyanət özünü danladı.

Blokun içində Vaqif burnun qanını silirdi ki, qarşısında Dəyanətin atasını və anasını gördü.

-Sənə nə olub, bala? - deyə Əşrəf kişi soruşdu.

-Dəyanət məni vurdu.

-Niyə dalaşdınız? Siz ki dostsiniz?! - deyə Əşrəf təəccübünü gizlətmədi.

-Natəvana sataşırdı….-deyə Vaqif burnunun qanını sildi.

-Sən Vaqifdən muğayat ol! - deyə Əşrəf iri addımlarla yuxarı qalxmağa başladı.

Qapının zənci Dəyanəti fikirdən ayırdı. Durub qapını açdı. Atasının ancaq sifətini görə bildi.

Əşrəfin iri yumruğunun zərbəsindən başı divara dəydi, yerə yıxıldı. Atası onu təpiyinin altına salmışdı. Özünü itirdiyindən Dəyanət ağrıdan inildəyə də bilmirdi.

-Dayan, Əşrəf sən nə edirsən? – sonuncu dəfə Dəyanət Natəvanın atasının səsini eşitdi. Ancaq daha o heç nə hiss etmirdi. 

-Natəvana sataşıb, əcəb eləyib. Deyəsən, işlərdən xəbərsizsən? -  deyə Ramazan soruşdu.

-Hansı işlərdən?

-Denən, Vallah xəbərim yoxdur? - deyə Ramazan soruşdu.

-Ramazan, nə danışırsan? - deyə Əşrəf təəccübləndi.

-Qız atası ağır olar, ancaq mən yüngüllük etməyi özümə şərəf bilirəm ki, mənim qızım Dəyanət kimi oğlanı istəyir, o, da qızımı. İndi söz sənindir. Alırsan ya almırsan? - deyə Ramazan güldü.

-Sən nə danışırsan, qardaş? Bundan böyük xoşbəxtlik olar?!

-Bəs onda mənim kürəkənimi bu hala niyə salmısan? - deyə Ramazan iri əlləri ilə Dəyanəti yerindən qaldırdı və divana uzatdı.

-Qardaş, səndə insaf yoxdur! - deyə Ramazan başını yellədi: Gör, nə haldadır. Məgər faşist-zaddır. Bu cür oğlu!

-Vaqifi o vəziyyətdə gördüm…- deyə Əşrəf özünə bəraət qazandırmaq istədi.

-Dalaşıb bərkiyəcəklər.  İndi isə düşdük bizə! Bunu yumaq lazımdır.

Hər iki kişi gülə-gülə aşağı endilər. Raziyə ilə Məryam isə huşunu itirmiş uşağı özünə gətirmək istəyirdilər.

Məryam aşağı düşdü, flakonda naşatır spirti gətirdi, ağzını açdı və Dəyanətin qan axan burnuna yaxınlaşdırdı.

Spirtin kəskin iyində Dəyanət asqırdı və anası ilə Məryam xanımı başı üstündə gördü.

-Məryam  xala…- dedi və anası tərəfə baxdı.

-Dincəl!- deyə Raziyə xatun oğlunun üzündəki qanı sildi və yaş əsgini  burnuna qoydu.

-Belə tut, qan kəsilsin!

Məryam xanım onun alından öpdü və hər iki qadın otağı tərk etdilər.

Dəyanətin qulağına pillələri enən qadınların zarafatları çatırdı. Onu şirin yuxu tutdu.

Natəvan nə baş verdiyini bilmirdi. Öz otağına çəkildiyindən atası ilə anasının yuxarı qalxmaqlarından xəbərsiz idi.

Ramazan otağa girən kimi qızını harayladı.

-Bəli, papa! - deyə qız otağa daxil oldu. Hamı ilə salamlaşdı.

-Qızım, bizə çay gətir, özü də şirin çay! - deyə birdən  Əşrəf üzünü Natəvana tutdu.

Əşrəfin bu təklifi qızı qeyri-adi göründüyündən qız tutuldu, ancaq mətbəxə keçdi.

Hər iki kişi gülüşdülər. Otaqda görünən qadınlara fikir belə vermədilər.

Raziyə Əşrəf baxıb, başını yelləyirdi ki, bu nə işdir tutmusan.

  -Əşrəf qərdəş, uşaqda sağ yer qalmayıb? - deyə Məryam xanım tənə etdi: -Hamısı bu qızın üstündə. -deyə əlində podnos içəri girən Natəvanı göstərdi.

-Ona mənim canım qurban! - deyə Əşrəf qızın əlindən stəkanları alıb stolun üstünə qoydu və üzünü ona tutdu:

-Deməli, mənim gəlinim olmaq istəyirsən? Gözlənilməz sualdan qız qıp-qırmızı qızardı.

-İstəsə də, istəməsə də, Natəvan Dəyanətindir! - deyə Ramazan qızının köməyinə gəldi: - Sən şirin çayını iç!

            Əşrəf stəkanın yarısına qədər qənd doldurdu. Qaşıqla qarışdırmağa başladı.

            -Qoy bəxtləri şirin olsun! - deyə ona diqqətlə baxan qadınlara müraciət etdi.

            -Başa düşdüm! Başa düşdüm! Bu şirinlikdir. –deyə Raziyə barmağından tək qaş brilyant üzüyünü çıxartdı və Natəvanın barmağına taxdı.

-Qızım, bu oldu sənin bəxt üzüyün. Allah səni xoşbəxt etsin! -dedi və qızın üzündən öpdü. Stolun üstünə qoyulmuş çay stəkanını əlinə aldı və qəndqabından içinə beş-altı dənə qənd satdı: - Qoy bəxtləri şirin olsun! - deyə  stəkanı Ramazana uzatdı.

            -Nə gözünü döyürsən? - deyə Ramazan başını yerə dikmiş qızına tutdu: - Get, gör, Dəyanəti sənin üstündə nə hala salıblar?

Qız qapıdan necə çıxdığını bilmədi. Yuxarı qalxdı.

Dəyanət üzünü divara çevirib inildəyirdi. Natəvanın gəldiyini hiss etmədi.

-Sənə nə olub? - deyə qız onun çiynini əli ilə dartışdırdı.

Dəyanət üzünü onu tərəfə çevirdi. Natəvan onu tanımadı: üz-gözü qan içində idi. Sifəti şişmiş, gözlərin altı qapqara idi.

-Sən bura kim göndərdi? -deyə ağrıdan gözlərini güclə açan Dəyanət soruşdu.

-Papa!- deyə qız gülümsədi və barmağındakı üzüyü ona göstərdi.

Üzük Dəyanətə tanış gəldi.

-Başa düşmədim? - deyə Dəyanət təəccübünü gizlətmədi.

-Səni necə başa salım? Məni sənə nişanladılar.

-Necə? Necə?

-Məgər razı deyilsən?

-Sən nə danışırsan ay qız? - deyə qızı özü tərəfə çəkdi, birdən dayandı. Burnundan hələ qan açıldı.

Natəvan ona güzgünü uzatdı ki, Dəyanət özünə baxsın. Üz-gözü qan içində idi.

 

NOVRUZDAN SONRAKI NOVRUZLAR  

           

            Yasamal təpəciyinin altında yerləşən AQU[16]-nun yataqxanalarında tələbələr Novruz bayramını keçirtməyə hazırlaşırdılar.

            Bayramın keçirilməsinin dövlət tərəfindən ləğv olunması xəbəri birinci çərşənbə gecəsi yataqxanaya gələn universitetin komsomol komitəsinin katibi ağzından qaçırtmışdı.

            Bəd xəbər tələbələrin hiddətinə səbəb olsa da, təşkilatçı tələbələr açıq şəkildə bayrama hazırlaşırdılar. Elə bir otaq yox idi ki, bayram süfrəsi açmasın və stol üstünə səməni düzməsin.

            KQB-nin Şıxəlinin ölümü ilə bağlı həqiqətə bənzəməyən şayiələri, tələbələrin gözündə  Novruzun milli mahiyyətini artırırdı.

            67-cı ildə Novruzun keçirilməsi çoxu üçün gözlənilməz olduğu halda, indi bu bayramın nəyin bahasına olursa olsun keçirilməsi hamı üçün azərbaycançılığın, Azərbaycan millətinin təşəkkül tapması, oyanması faktoruna çevrilmişdi.

            Həmişə hər işdə qabaqda gedən AQU tələbələri indi heç kimdən göstəriş almadan öz işlərini və nə edəcəklərini bilir, ətrafda olan tikinti meydanından odun daşıyır, bayram axşamına hazırlaşırdılar.

            Bayram ərəfəsində həyətdə Dəyanət  təzə məhəllədəki dostu Fərhadla üzləşdi. O, AQU-nun filfakında oxuyurdu.

            -Səhərdən səni uşaqlardan soruşuram! - deyə Fərhad onun qoluna girib qırağa çəkdi.

            -Dayan, bir uşaqlarla görüşüm, Fərhad! İnciyərlər. - deyə o, skamyada oturmuş həyət uşaqlarına əl elədi.

            -Dəyanət sənə işim düşüb.

-Mən hazır!

-Bizim tələbələr Novruzu keçirməyə hazırlaşırlar. Yasamaldakı yataqxanaların qarşısında. Məktəbinizin uşaqlarını gətirə bilərsənmi?

-Bundan asan nə var ki! Məktəbin uşaqları bayramı keçirəcəyinizi bilirlər, onsuzda gələcəklər.

            -Bilirsən, Dəyanət bunu etməliyik. Elə etməliyik ki, Şıxəlinin ruhu şad olsun. Bunu millətimizin gələcəyi üçün etməliyik. Xahiş edirəm, məktəb uşaqlarını bayram günü bura gətirəsən.

            -Arxayın ol, Fərhad! Bütün yuxarı məhəllə, Yasamal hamı burada olacaq. İndi gedib məktəb uşaqlarına hay verəcəyəm.

            Dəyanət Fərhaddan ayrılanda axşam çağı idi. Hələ  hava işıq idi. O, qaça-qaça Sovetski vıyezd küçəsindən keçən trolleybusun açıq qapısından içəri tullandı. Keçib arxa pəncərədən baxmağa başladı.

 Politexnik institutuna tərəf gedirdi. Sinif oğlanlarının hamısı Nadir müəllimin boks dərnəyinə yazılmışdılar. Sinifdə ondan başqa hamı boksla məşğul  olurdu. Təkcə o, futbolla gedirdi.

İdman zalında hay-küy idi. Rinqdə sinif yoldaşı  Ağaismayıl kimi isə yumruqlarıyla döyəcləyir, rəqibini əl atmağa qoymurdu.

 Nadirin fiti döyüşənləri dayandırdı.

-Ağaismayıl, yaxşı döyüşürsən! Səndən yaxşı idmançı olacaq! - deyə əllərini onun çiyninə vurdu.

Dəyanət rinqin içinə qalxdı və Nadir müəllimlə salam verdi.

-Qardaş oğlu, xeyr ola? - deyə Nadir ona əl uzatdı.

-Gəlmişəm bunları döyəcləyəm! - deyə Dəyanət dostlarını göstərdi.

-Bacararsan?

-Bacarmağına bacararam, ancaq əlim gəlməz. Dostlarımdır axı!?

-Bəs onda xeyr ola?

-Nadir müəllim! AQU-nun uşaqları Novruz bayramını keçirlər. Gəlin onlara kömək edək! Biz məktəbimizi, sən isə məhəlləmizi ora aparın. Uşaqlar, siz nə deyirsiz? - deyə Dəyanət  üzünü dostlarına tutdu.

-Sabah məktəbi qaldırırıq! - deyə Aslan qabağa çıxdı.

-Onda 17-ni İslama tapşıraq. Məhəllələridir. Oranın uşaqlarını yaxşı tanıyır-deyə Ağaismayıl təklifini verdi.

-Üçdü-dördü! Gəlməyən...deyə Aslanın gur səsi eşidildi.

***

Həyətə qaydıb, eyə qalxan Dəyanət anası Raziyəni otaqda ğörmədi. O, saat başa düşdü ki, anası Məryam xalagildədir.

Qapını onun üzünə elə Məryam xala açdı.

-Səni belə xoş gördük! - deyə onun üzündən öpdü: -Keç, içəri anan da bizdədir.

 Məryam xalanın dəvəti Dəyanətin ürəyincə oldu. Çünki Natəvanla danışmağa imkan olacaqdı.

Dəyanət otaqda anasının üzündən öpdü. Gözləriylə Natəvanı axtardı. Bunu o saat başa düşən Məryam xala əliylə o biri otağı göstərdi:

 -Axtardığın o otaqdadır.

Dəyanətin  utandıqdan yanaqları qıp-qırmızı qızardı.

-Nə baxırsan? Keç adaxlının yanına! - deyə Məryam xala qəhqəhə çəkdi. Bayaqdan Məryamın zarafatlarına ürəyində sevinən Raziyə gülümsədi.

Dəyanətin başqa yolu qalmadı, o qapını açıb Natəvan olduğu otağa girdi.

Qız balkonda idi. Balkondan bütün şəhər ayağının altında idi. Uzadan dəniz və Nargil adası görünürdü.

Dəyanət əlini qızın çiyninə qoydu. Qız arxaya çevrildi və onu gördü. Otağa keçdilər.

-Sənə bayaqdan zəng edirəm. Telefonu niyə götürmürsən?

-Evdə deyildim. Məktəbin uşaqları ilə Novruza hazırlaşırıq. Hamı baram günü AQU-nun yataqxanalarına gedəcək, istəsən səni də apararam. Nə fikirdəsən?

-Mən də səninlə gedəcəyəm! - deyə Natəvan razılığını verdi. Otağa daxil olan Məryam xanım üzünü qızına  tutdu:

-Yenə oğlanı yoldan çıxarıb hara aparırsan?

-Məryam xala, bu səfər mən onu bayrama aparmaq istəyirəm. Bütün sinfimiz gələcək.

-Nə deyirəm? Qız sənindir! - deyə gülümsənib Raziyə oturan otağa keçdi.

***

Natəvanın dayısı Politexniklə üzbəüz həyətdə yaşayırdı. Bayram axşamı Dəyanət qızı bura nənəsilə bayramlaşmağa gətirmişdi. Ancaq özü utandığından yuxarı  qalxmamışdı. Şərtləşmişdilər ki, axşam saat səkkizdə aşağıdan o, bir-neçə dəfə  fit çalacaq. Natəvan aşağı enəcək.

Dəyanət iki barmağını ağzına saldı. Quşbazlar kimi yanaqları şişdi. Həyətə gur fit səsi yayıldı.

Beşinci mərtəbədə Dəyanətin fit səsini eşidən, daha doğrusu bunu çoxdan gözləyən, Natəvanın dayısı arvadı Almaz xanım qız tərəfə baxdı. Onun narahatçılıq keçirdiyini gördü.

-Getmək istəyirsən?

-Bəli bibi, elə evə getməliyəm.

-Bilirəm, gəl səni  yola salım.

Almazın təklifi Natəvanın ürəyincə olmasa da, nə deyə bilərdi-razılaşdı. Aşağı endilər.

Blokun içində Dəyanət Almaz xanımla üzləşdi:

-Sən burda neynəyirsən? - deyə o, Dəyanətdən soruşdu.

-Heç, Almaz xala! Məhəllədən  gəlirəm, evə gedirdim.

-Bəs burda nə edirsən? Çaşıb bu qızı gözləyərsən ha? Yoxsa Natəvan sənə «svidanie» verib?

Dəyanət qıpqırmızı qızardı. Natəvanın da büzüşdüyünü gördü. Yazıqlar haradan biləydilər ki, Raziyənən Məryam çoxdan hər şeyi ona danışıblar.

-Nə üzümə baxırsan? Evə getmirsən? Qızı da yola sal! - deyə onu Natəvanla üzbəüz qoyub yuxarı qalxdı.

Hər ikisi çaşıb qalmışdılar. Nə edəcəklərini bilmirdilər. Hər şey yaddan çıxmışdı.

Natəvan pilləkənin dəstəyinə söykənib, aşağıdan yuxarıya, nazik kabluklarını pilələrə çırpa-çırpa uzaqlaşan Almaz xanımın itməsini gözləyirdi.

  Qız sakitliyin çökdüyünü görüb, Dəyanətin boynundan sallandı.

-Biyabır olmuşdum. - deyə Dəyanət qızın saçlarını sığalladı. Sonra üzündən öpdü.

-Qaçdıq! - deyə onun bu hərəkətindən ruhlanan qız əlini dartdı və hər ikisi bircə anın içində küçəyə çıxdılar.

Xoşbəxtlikdən hava sakit və isti idi. İki gün bundan qabaqkı soyuqdan əsər-əlamət qalmamışdı. Yazın gəlişi hər tərəfdə hiss olunurdu.

Yenicə tikilmiş Elmlər Akademiyası və Azərbaycan dövlət universitetinin yeni binaları uzaqdan hamını özünə cəlb edirdi. Qarşıdakı bağ-bağat isə sanki baharın təravətini ətrafa yayırdı.

Bağın içindən keçib universitetin qarşısına çıxanda yol boyu yüzlərlə adamın yataqxana tərəfə qalxdıqlarını gördülər. Onlara universitet və politexnikin  axşam şöbəsinin tələbələri də qoşulurdular.

Yataqxana həyətində isə adam əlindən tərpənmək mümkün deyildi. Gələnlər həyətin qarşısında qoyulmuş böyük tonqal ətrafına yığışırdılar.

-Bizim uşaqlar o tərəfdə oturacaqlar! - deyə Dəyanət Natəvana tonqalın arxasını göstərdi. Oradan hər yaxşı görünür.

Tonqaldan aralı, hündür yerdə stol qoyulmuş və bir-neçə stul düzülmüşdü. Bu yerlər tələbə musiqiçilər üçün düzəldilmişdi. Tələbələrdən kimsə "usiliteli" quraşdırırdı.

-Deyəsən, musiqi də olacaq! - deyə Natəvan stolun ətrafında əlləşən oğlanı göstərdi.

Bayram birdən başlandı. Daha doğrusu, hava qaralan kimi tonqala od vuruldu və musiqi sədası ətrafa yayıldı. Elə bil Yasamal camaatı elektrogitaranın reproduktordan çıxartdığı həzin səsi gözləyirdi. Təpə aşağı yüzlərə gənc-cavan enirdi.

Yataqxananın qarşısındakı  düzəndə tərpənməyə yer olmasa da, tələbələr tonqal ətrafında yallı gedirdilər.

Ancaq bu şənlik çox uzun çəkmədi. Yataqxananın qapısı qarşısında bir-neçə yanğınsöndürən və iki avtobus milis maşını dayandı. Maşından düşən milislər bura yığışanlardan aralı dayansalar da, onların bura boş-boşuna gəlmədikləri hamıya aydın oldu. Ancaq milislər durub heç nə etmirdilər.

Birdən yataqxana ətrafında bütün işıqlar söndü. Ətrafa zil qaranlıq çökdü. Elektriklə işləyən gitaranın və başqa alətlərin səsi kəsildi.

Təkcə tonqalın alovu beşmərtəbəli yataqxanaların damından da yüksəklərə qalxırdı. Şəhərin hər tərəfindən görünürdü.

 İşığın keçməsi tonqalın alovunda qızışan tələbələrə daha da ruh verirdi. Elektrogitara susa da klarnet susmurdu. Onun ucalan həzin səsi tələbələri və bura gələnləri elə bil rəqs etməyə vadar edirdi.

Klarnetin səsi yenicə kəsilmişdi ki, UAZ maşınının üstünə qoyulmuş reproduktordan gur səs eşidildi:

-Diqqət! Diqqət! Siz tələbələrin istirahətinə mane olursunuz! Dağılışın!

Bu səsə heç kimin fikir vermədiyini görən milis rəisi yanğınsöndürənlərə "Tonqalı" söndürün əmrini verdi.

Əl-ayağa düşən yanğınsöndürənlər şlanqlarını ora-bura dartışdırsalar da, tonqal ətrafı sıx əyləşmiş insanlara yaxın gələ bilmirdilər. Burada elə bil nə baş verdiklərini belə hiss etmirdilər.

-Niyə söndürmürsən, kapitan Nəcəfov? - deyə Oktyabr rayon milis rəisi Cavanşir Əliyev soruşdu.

-Yoldaş mayor! Suyumuz yoxdur.

-Necə yəni suyunuz yoxdur?

-Bu şlanqları taxmaq üçün su yeri olmalıdır. Bura isə düzəngahdır.

-Onda bura niyə gəlmisiniz?

            -Çağırmısınız, gəlmişik. Demisiniz, pojardır, gəlmişik söndürməyə. Ancaq Novruz tonqalını söndürmək günahdır.

            -Bilirəm qərdeş, bilirəm. Mən nə edim? Əmr adamıyam.

            -Denən, suları yoxdur. Onsuz da yarım saata tonqal özü yanıb qurtaracaq.

            Cavanşir Əliyev maşınına qayıtdı və bayaqdan onu ratsiya ilə telefona çağıran nazirə hesabat verdi.

            -Burda hər şey nəzarət altındadır. Tələbələr indi dağılışırlar. Xuliqanlıq zad yoxdur. Bizə təzyiq də olmayıb.

 


FƏRHADIN “DOPROSU”

 

Günortadan çox keçmişdi. Fərhad dərsdən çoxdan qayıtmalı idi, ancaq gəlib çıxmırdı ki, çıxmırdı.  Bayaqdan həyətdə durub yolunu gözləyən Dəyanət, dostunun gəlmədiyini görüb, tək başına stadion tərəfə üz tutdu. Hər ikisinin Spartak stadionunda məşqi vardı.

Dəyanət narahat olsa da, dostunun sakit uşaq olduğunu bilirdi. Bir şey ona aydın idi: məşqə gəlməməyinin ciddi səbəbi vardı.

Məşqin ortasına Fərhad özü stadiona gəldi. Ancaq özü ilə çantasını gətirməmişdi.

Məşqçinin qulağına nə isə dedi və keçib yuxarıdan aşağı futbol oynayan yoldaşlarına tamaşa etməyə başladı.

Dəyanət onu tribunada görüb əl elədi, amma o, yerindən tərpənmədi. Sanki fikirli idi.

Dəyanət hiss etdi ki, Fərhad özündə deyil. Topu ayağı ilə qapıya tərəf atdıqdan sonra məşqçidən kənara çıxmaq üçün icazə aldı.

Stadionun skameykalarının üstü ilə qaça-qaça yuxarı dırmanmağa başladı. Özünü dostu oturan skamyaya atdı.

-Nə olub, Fərhad? Özündə deyilsən? - deyə soruşdu.

Fərhaddan səs çıxmadı. O, başını aşağı salıb elə bil nə deyəcəyini düşünürdü.

-Məni universitetdən qovlayırlar? - deyə sakit səslə fikrini dostuna çatdırdı.

-Niyə?

-Srağagünkü bayrama görə. Deyirlər, təşkilatçılardan biriyəm.

-Nə pis iş görmüsən? Hamının etdiyi bayramı etmisən də! Qələt eləyirlər.

-Sən bunu dekanımıza de! Məni dərsdən qovladı. Anama necə deyəcəyəm. İşimə komsomol komitəsində baxacaqlar.

-Səni kimsə satıb.

-İnanma, uşaqlarımız rayon uşaqları olsalar da möhkəmdirlər.

-Bəs onda nədən qorxursan?

-Heç nədən. Qovlayırlar qovlasınlar. Gedib Moskvada girərəm. Sən ki bilirsən,  anam xəstədir. Arvad bilsə, bir təhər olar.

-Özünü ələ al bu saat gəlirəm.

 Dəyanət  skamyaların üstü ilə qaça-qaça məşqçinin yanına gəldi. Ona nə isə deyib "razdivalkaya" qaçdı. İki dəqiqə çəkmədi ki, arxasında idman çantası qaçıb Fərhadın yanına durdu.

-Gəl, gedək bizə. Hər şeyi atama danışaq. Universitetin prorektoru onun uşaqlıq dostudur. Basqallıdır.

Dəyanətin təklifi dostunun ürəyincə oldu. Hər ikisi aşağı enib məşqçilə sağollaşdılar və "Spartak" stadionunun  qarşısından keçərək 8 nömrəli trolleybusun dayanacağı tərəfə qaçdılar.

Yaz təravəti özünü hər yerdə göstərirdi. Üçüncü xrebtovu küçəsindəki bütün ağaclar yaşıl donuna bürünmüşdü.

Məhəllənin kişiləri söyüd ağacının altında oturub  nərd oynayırdılar. Əşrəf də onların arasında idi. Məhəllənin kişiləri ötmüş bayramı müzakirə edirdilər. 

-Əşrəf, sən yoldan bir-iki saat bundan əvvəl gəlmisən. Bayramı burda olmamısan. AQU-nun tələbələrinin necə bayram keçirtdiklərindən xəbərin var? - deyə  dostu Abas soruşdu.

-Yox, xəbərim yoxdur. Nə olub ki?

-Yadında var? Sən deyirdim ki, bundan sonra Novruzu heç kim qadağan edə bilməz! Bilirsən  tələbələr nə etdilər? Universitet  yataqxanasının qabağında bayram keçirtdilər.

 -Allah onları bizə çox görməsin. Xalqımızın gələcəyi onlardan asılıdır...- Əşrəf elə bu sözləri demişdi ki, oğlu Dəyanətin ona tərəf yaxınlaşdığını gördü.

Əşrəf oyunu yarımçıq qoyub, nərd taxtanı bağladı və ayağa qalxdı.

-Ay ta, tanış ol! Mənim komanda yoldaşım Fərhadır. Sizə işimiz düşüb.

Oğlunun bu sözlərindən sonra Əşrəf Fərhada əl uzatdı. Salamlaşdılar.

-Gəlin bura! - deyə söyüd ağacından bir az aralı, divarın dibində qoyulmuş skameykanı göstərdi. Keçib əyləşdilər.

-Xeyr ola? - deyə Əşrəf hər iki gənci süzdü.

-Ay ta, Fərhadı AQU-dan qovurlar. - deyə Dəyanət  Fərhadın əvəzinə cavab verdi.

-Niyə?

-Novruz bayramını universitetin qarşısında təşkil etdiyinə görə.

-Siz gələnə qədər qonşular mənə azdan-çoxdan danışdılar.-deyə Əşrəf fikrə daldı və birdən yerindən sıçradı:

-Bunu belə qoymaq olmaz. Getdik Maqsudgilə - deyə evin qabağındakı  «Moskviçə» tərəf irəlilədi.

***

Qapını açan Maqsud günorta kabinetinə çağırdığı tələbələrdən birini Əşrəflə yanbayan gördü.

-Salam, Maqsud əmi! - deyə onu birinci Dəyanət salamladı.

-Xoş gəlimisiniz! - deyə Maqsud onları içəri dəvət etdi.

Dəyirmi stolun arxasına keçən qonaqların niyə gəldiyi professor Maqsud Cavadova o saat aydın oldu.

-Əşrəf, gəlişini səbəbini təxmin edirəm. Bilirəm ki, bu oğlana görə gəlmisən. Onu qovlayacağam. -deyə gülümsündü. Ancaq onun bu gülüşündən Fərhad hiss etdi ki, işi o qədər də çətin deyil.

-Niyə əmioğlu?

-Əşi, necə yəni niyə?

-Az qalıb ki, universitetin yataqxanalarına od vursunlar.

-Biz od vurmamışıq, tonqal qalamışıq! - deyə Fərhad etirazını bildirdi.

Bəs günorta niyə boynuna almırdın ki, tonqal qalamısan?

-Uşaqlarla söz vermişdik, heç nə danışmayaq...

-Düz iş görmüsünüz. Bəs indi niyə danışdın?

-Əşrəf əminin yanında yalan deyə bilmərəm.

-Mənə niyə deyirdin?

-Sən hökumət adamısan.

-Bəs Əşrəf əmin?

-O, bizim adamdır. Keçən il Novruzu bizim uşaqlar onunla birlikdə təşkil edirdilər.

-Məsələ aydındır. İndi də əmini gətirmisən ki, hər şeyin səbəbkarı Əşrəf əmindir. - deyə Maqsud yenə güldü.

Əşrəf bu söhbətə qulaq asıb, onları kəsmirdi. Araya sükut çökdüyünü görüb üzünü Maqsuda tutdu:

-Görürsən, necə gənclərimiz var? Mən sənə danışanda inanmırdın. Allah belə gəncləri bizə çox görməsin! - deyə Əşrəf ayağa qalxdı.

-Hara belə? Bəs çay?

            -Sonra Maqsud. Uşaqdan muğayat ol! - deyə qapıya tərəf addımladı.

***


ƏLVİDA MƏKTƏB

           

Axşam çağı dəniz kənarı bulvarda bütün kafelər və restoranlar ağzına qədər adamla dolu idi.

May ayının axırıncı həftəsi bulvar «Son zəng» keçirən onuncu sinif şagirdlərinin  ixtiyarında idi.

172 nömrəli məktəbin  10 «a» sinfinin  şagirdləri  bulvarın Venesiya deyilən hissəsindəki adalardan birini axşamdan zəbt etmişdilər. 

-İllər necə də tez ötdü? - deyə Gülər üzünü sinif yoldaşlarına tutdu.

-Elədir, Gülər! - deyə Validə onun sözünə qüvvə verdi.

-Görəsən, bundan sonra da sinfimiz belə mehriban olacaq? - deyə o, rəqs edən dostların göstərdi.

-Mən özümə görə cavabdehəm. Deyə bilərəm ki, həmişə bu cür qalacağam. - deyə Validə cavab verdi

-Söz bizdən getmir.  Başqalarını düşünürəm. İllər ötdükcə hərə bir tərəfə qaçacaq. Hərənin öz tale yolu olacaq. İstəyirəm  ki, dostluğumuz bu cür qalsın...

-Ürəyini sıxma, Gülər! Biz nə götürmüşüksə, Rəfiqə müəllimədən götürmüşük. O, isə dostluqda sədaqətli olmağı bizə yaxşı öyrədib. Bax, hamı buradadır. Hər il də belə olacaq.

-Mən inanmıram. Bu gün Dəyanət mənə zəng edib dedi ki, gələ bilməyəcək.

-Nə etməlidir? Axı, qızının ad günüdür.

-Elə deyil. Gərək qızla gələydi.

-Dəyanət özü gələrdi, ancaq qızının ad gününə qızın sinif yoldaşları da gələcək. Sən olsaydın nə edərdin?

-Düşünürəm ki, Dəyanət edəni. Bizi həmişə tapa bilər.

-Mən inanmıram ki, Dəyanət dostluğu unutsun.

-Təki hamı onun kimi olaydı.

-Gülər, indi bu haqda düşünməyin, vaxtı deyil, zaman göstərər! - deyə Validə onun əlindən tutub rəqs edənlərə qoşuldu.  

AD GÜNÜ

 

            Otaqda təkcə Dəyanət qalmışdı. O, da yorğunluqdan divana oturub qızın ona nə deyəcəyini gözləyirdi.

            Adam nə qədər rəqs edər. Maqnitofonun gur səsi, Allah bilə, qonşuları boğaza yığmışdılar. Ancaq hamı bilirdi ki, Natəvanın anadan olan gündür. Bu gün onun 15 yaşı tamam olurdu.

            Gecənin ortasında uşaqlar Natəvangildən dağılışdılar

            Ramazanla Məryəm xanım hələ də evə qayıtmamışdılar-bilirdilər ki, uşaqlar səhərə qədər çalıb oynayacaqlar. Odur ki, Dəyanət hələ Natəvangildə idi. Onun atası ilə anasının gəlməsini gözləyirdi.

            Uşaqlar getsələr də hələ Natəvanın ata-anası gəlib çıxmırdılar.

            -Mamangil harada qaldı? - deyə Dəyanət divanda başını onun dizinə qoyub uzanmış Natəvanın saçlarını sığalladı.

            Qızın iri gözlərini örtmüş üzün kirpikləri aralandı və yorğun baxışlarla aşağıdan yuxarı Dəyanəti süzdü. Sanki onu yuxudan oyatmışdılar.

            -Gələrlər də...- dedi və yorğun gözlərini yumdu, mürgüləməyə başladı.

            Otaqdakı qaranlıqdanmı, ya da ki yorğunluqdanmı Dəyanəti də yuxu tutdu.  

            Dəyanəti qız yuxudan  oyatdı. Ona əvvəl elə gəldi ki, qızın valideynləri qayıdıb, ancaq Natəvan arxasını ona çevirib ağlayırdı.

            -Ay qız, niyə ağlayırsan? - deyə arxadan onun çiynini öpdü. Ancaq qız sakitləşmədi. Hönkür-hönkür ağlamağa davam etdi.

Dəyanət divandan qalxdı qızın başını iki əlilə tutub gözlərini onun gözlərinə dikdi. Ağlamaqdan qızın gözləri qızarmışdı.

Cibindən yaylığını çıxardıb, qızın gözlərini sildi. Sonra jurnal stolunun üstündən "Badamlı" şüşəsini götürüb bakala su süzdü və Natəvana uzatdı. Qız tələsik suyu içdi.

            -İndi de, görüm nə olub?

            -Heç nə. Yuxu görmüşəm.

            -Elə bu?

            -Bu azdır? Danışım?

            -Danış!

            -Yuxuma qaranlıq bir yerə girmişdim. Birdən bir qara geyimli qarı peyda oldu. Çox eybəcər qarı idi. Mənə dedi ki, sənin on altı yaşın olan günü, yanıma gətirəcəyəm. Soruşdum, sən kimsən? Qəhqəhə çəkib güldü. Onun gülüşü o qədər qorxulu və vəlvələli idi ki, yerimdən sıçradım.

            -Elə bu?

            -Bu azdır?

            -Sənin qorxaq olduğunu bilmirdim. Nədir ki,  yuxudur da.  Yuxu çox vaxt yalan olur. Birdə mən heç yuxu görmürəm. - dedi və qızı divandan qaldırıb birlikdə balkona çıxdılar.

            Açıq səmadan ulduzlar sayrışırdı. Həyətdəki uşaqlar skameykada oturub bahar gecələrindən həzz alırdılar. Heç kim evə getmək istəmirdi. Aşağıdan kimsə onlara əl elədi. Dəyanət özündən asılı olmayaraq cavab verdi.

            -Gəl, içəri keçək! - deyə Dəyanət qızı otağa dəvət etdi. Elə bunu demişdi ki, aşağıdan Ramazanın "Volqa"sının səsi eşidildi. Dəyanət onları  qarşılamaq üçün aşağı endi.

 

***

 

 

 

 

 

 

 

 

 

 

ALİ MƏKTƏB

 

            Dərs cədvəlindən qruplarının harada olduğunu öyrənib, otaqları soruşa-soruşa Dəyanət lazım olan auditoriyanı tapdı. İçəri daxil oldu. Qızları qəhqəhəsi onu çaşdırdı:

            -Allaha min şükür, indi iki kişimiz olacaq! - deyə qızlardan biri aralandı və ona yaxınlaşdı:

-Esmiralda! - dedi və əlini ona uzatdı.

-Çox şadam, Dəyanət. - deyə o, hamı ilə tanış oldu.

Dəyanətgilin qrupu Bakının rus məktəbini qurtarmış qızlardan ibarət idi. Qızların dediyinə görə, ondan başqa qruplarında Tofiq adlı bir oğlan da var. İndi gələr küçəyə çıxıb, qızlar üçün dondurma almağa gedib.

Onun yeni insanlarla tanışlığı beləcə başladı.

Qızlar bir-iki yaş böyük olduqlarından Dəyanət aralarında uşağa oxşayırdı. Buna baxmayaraq qızların ona münasibəti  yaxşı mənada gün-gündən dəyişirdi.

Qrup qızları ilk gündən hiss etmişdilər ki, bu oğlan ancaq onların gözünə baxır. Bir dəfə də olsun bütün institutun məftun olduğu mini yubkalı gözəllərin birinin baldırına baxmayır, sanki onları görmürdü.

-Dəyanət, məgər biz sənin xoşuna gəlmirik? - deyə dilli dilavər Esmiralda bir gün soruşdu.

-Esya, niyə ki, siz hamınız qəşəngsiniz, ancaq mən sizə öz bacım kimi baxıram. Axı biz birlikdə oxuyuruq.

-Bəs sənin bacı kimi baxmadığın qız var? - deyə Nina  soruşdu.

-Var! - deyə Dəyanət düşünmədən cavab verdi.

-Qəşəngdir?

-Çox!

-İndi aydındır, niyə bizə baxmırsan.

***

           


ƏLVİDA MƏHƏBBƏT

 

Şəhərin küçələri həmişəki kimi küləkli və natəmiz idi. Dayanmadan əsən külək sanki nəyinsə baş verdiyini və ya verəcəyindən xalqı xəbərdar edirdi. Dəhşətli payız küləyi dərsdən çıxmış tələbələri qapıdan bayıra buraxmaq istəmirdi. Bayıra ayaq basanı külək geriyə atırdı. Əlləri ilə gözlərini  tozanaqdan qoruyan şəhərin sakinləri ya ona müqavimət göstərib əksinə gedirdilər, ya da arxalarını ona çevirib özlərindən asılı olmayaraq külək istiqamətində qaçışırdılar.

            Dərsdən çıxan Dəyanəti qapının ağzında dostu Fərhad gözləyirdi. Dəhliz ağzına qədər tələbə ilə dolu olduğundan o, divara söykənib küləkdən həm özünü qoruyurdu, həm də dostunu gözləyirdi. 

Fərhadın adətən onu gözləməsi Dəyanət üçün adi hal olduğundan dostuna əl elədi, ancaq onun yerindən tərpənmədiyini görüb ona yaxınlaşdı.

            Dostu yaman dilxor idi.

            -Sənə nə olub? Gözlərinə qum düşüb?

            -Yox, Dəyanət! Məsələ başqadır. Getdik!-  deyə Fərhad qabağa düşdü.

            -De, görüm nə olub? - deyə Dəyanət əlini dartdı.

            -Həyətdə bilərsən!

            -Səndən soruşuram: de görüm nə olub? - deyə Dəyanət cavabsız qaldığından daha da hirsləndi. Birdən Natəvanжn xəstəliyi yadına düşdü.

            Yerində donub qaldı. Susan dostundan heç nə soruşmadı. Başını aşağı salıb onun arxasınca getdi.

            Natəvan bir həftə olardı ki, Fransadan qayıtmışdı. Üzü gülər, əvvəlki kimi şən.  Dəyanət onun sağalmağına sevinirdi. Qrup qızlarına söz vermişdi ki, nişanlısı ilə onları tanış edəcək…

            -Natəvana nəsə olub? - deyə başını qaldırmadan soruşdu. Fərhad dinməsə də, hönkür-hönkür ağlamağa başladı.

            Dostunun hərəkətləri hər şeyi etdiyindən daha heç nə soruşmadı və onu küçənin kənarına keçdi. Qarşıdan ötən taksiyə əl elədi. Dayandı. Qapısını açdı:

-Keç, otur!- dedi, sonra üzünü sürücüyə tutdu: - Şamaxinkaya.

Dal oturacaqda oturan Fərhad yenə də özünü ələ ala bilmirdi.

-Özünü ələ al, Fərhad! - deyə Dəyanət dostunu sakitləşməyə çalışdı.

-Sən necə möhkəm adamsan?! - deyə Fərhad hirsli-hirsli soruşdu.

-Əlimizdən nə gəlir? Allah bilən məsləhətdir! - deyə Dəyanətə elə gəldi ki, indi o, özü də ağlayacaq.

Həyətə çatanda gözlərinə inanmadı. Blokun ağzında iki dənə iri əsgər palatkası qurulurdu.

Külək şiddətlənsə də Salyanskinin əsgərləri səylə onun iplərini dartıb, asfalta basdırdıqları dayaqlara ilişdirirdilər. Əsgərlərin etinasız və ardıcıl hərəkətləri qapını ağzına yığışmış camaatın fikrini dağıdırdı.

Üçüncü mərtəbədən isə arvadların şaxsey-vaxseyləri  aşağıda durmuş kişiləri diksindirir, yuxarıya boylanırdılar.

Qapının ağzında Dəyanət atası ilə Ramazan kişinin durduqlarını gördü. Bir daha özünü yığışdırdı və Fərhadla birlikdə keçib onların yanında durdular.

Ramazanın gözləri qan içində idi. Başını aşağı salıb ağlayırdı. Pəhləvan qüssəli insanın sanki beli bükülmüşdü. Yanında Dəyanətin durduğunu görüb, əlini onun çiyninə qoydu.

-Özünü ələ al! - dedi. Ancaq Dəyanət tam sakit idi. Ətrafındakıların isə hamısı ağlayırdı. Təkcə atası Əşrəfdən başqa. Onun gözlərində yaş olmasa da, yenə də əvvəlki kimi gözlərindən zəhm yağırdı. Hərdən birdən oğlunu ağır baxışlarıyla süzüb, nəsə demək istəyirdi, ancaq susurdu.

Dəyanət birinci dəfə onun zəhmli baxışlarında özünə qarşı rəhm hiss etdi. Ona elə gəldi ki, atasının ona yazığı gəlir.                  

Başını aşağı salsa da, xəyalları onu keçmişlərə aparırdı. Gözlərini önündə olub keçənlər dururdu.

Dörd ay bundan əvvəl Natəvanın on altı yaşı tamam oldu. pasportunu da aldı. Qohum olmuş ailələr "Drujba" restoranında bunu qeyd etdilər. Heç kimin ağlına gəlməzdi ki, onları bu faciə gözləyəcək.

Yay yenicə girmişdi. Natəvan məktəbi qurtarmışdı.  Dəyanətgildə oturub  instituta girməyə hazırlaşırdı.

Dəyanət ona tez-tez sataşırdı. Əlindən kitabı alır, oxumağa qoymurdu.

-Dəyan, Dəyanət! Mane olma! Yaxşı olar, kömək edəsən. Riyaziyyatı başa düşə bilmirəm. - deyə qız kitabı əlindən alıb, həll edə bilmədiyi misalı göstərirdi.

Dəyanət də ona kömək edirdi. Misalı başa salır, təzəsini etdirirdi.

Natəvanı stolun arxasında qoyub  balkona çıxmışdı, küçəyə tamaşa edirdi.

Birdən qızın onun çağırdığını eşitdi. Otağa keçdi. Qız başını stollun kənarına qoyub ona halsız gözləri ilə ona baxırdı

-Sənə nə olub? - deyə Dəyanət soruşdu.

-Mənim başım hərlənir.

-Bu çox oxumaqdandır.

-Mən ki kitabı indi əlimə götürmüşəm. Yox, mənim vəziyyətim...- daha qız bir söz demədi. Başını stolun üstünə qoydu.

-Natəvan! Natəvan! Sənə nə oldu?

Dəyanət üçüncü mərtəbədən necə endiyini bilmədi. Tələsik Məryəm xanımı yuxarı qaldırdı. Tez "Təcili yardıma" zəng vurdular. Qızı xəstəxanaya apardılar. Diaqnoz - ağ qan.

Daha nə etmədilər ki, Natəvan sağ qalsın. Axırda Fransaya apardılar...

Qrup qızları Dəyanətə həmişə sataşırdılar ki, «Sən necə oğlansan, gül kimi qızları qoyub bir nəfərin yaxasından yapışmısan? Kimdir e, bu Natəvan?»

İndi onlar da bu gün həyətdə idilər. Natəvanla vidalaşırdılar. Haradan bildilər?

Bütün Tiflis prospekti bağlanmışdı. İnsan əlindən tərpənməyə yer yox idi. Küçə boyu irəliləyən cənazənin qarşısında «Vağzalı» çalırdılar. Natəvan belə istəmişdi. Bu onun sonuncu arzusu idi.

Hamı ilə birlikdə irəliləyən Dəyanət daha heç nə hiss etmirdi.

Sürü instinqi onu hamının arxasınca aparırdı. Nə itirdiyini də düşünmürdü. Dostlarının təsəllisini də eşitmirdi. Sanki kar olmuşdu.

Başını aşağı salıb Natəvanı düşünürdü. O, instituta girəndə Natəvan hamıdan çox sevinmişdi. Çünki atası «İnstituta girməsə, qız yoxdur! - demişdi. Odur ki, gecə-gündüz kitab oxuyurdu. Yorulmaq nə olduğunu bilmirdi. Hətta Natəvanla gəzməyə belə getmirdi. «Sonra!» deyirdi. Qoy «Papan deyəni yerinə yetirim!»-deyə fəxrlə qızı sakitləşdirdi.

            İndi bütün bunlar yoxdur. Ömrünün ən gözəl günləri. Çəkdikləri planlar. Görəcəyi işlər. Daha bunlar olmayacaq. Yuxudur. Geridə qalacaq. Bir də geri qayıtmayacaq...

 

***


QATARDA SƏRGÜZƏŞT

           

İnsan yaxın adamını itirəndə həmişə təklik hiss edir. Kənara çəkilir, sanki onun üçün həyat öz mənasını itirir.

Natəvansız dünyanı təsəvvür etməyən Dəyanət üçün isə bu, doğurdan da, faciə idi. Hara getdiyini, nə etdiyini bilmirdi.

Bir də gördün evdən çıxdı. Başını aşağı salıb, Bakının küçələri ilə dinməzcə gəzişirdi. Yanından keçən dostları-yoldaşları görmür, sanki özündə deyildi. Üzünün  güldüyünü isə görən olmamışdı.

Oxuduğu qrupun qızları könlünü almaq istəsələr də heç nə alınmırdı. Dərsə gecikmirdi, mühazirələrə çox diqqətlə qulaq asırdı,  ancaq heç nə yazmırdı, heç nə də oxumurdu. Odur ki, yoldaşlarını imtahanları necə verəcəyi narahat edirdi.

Qrup yoldaşı Nina bir-neçə dəfə zəng edib, görüşmək istəmişdi. Həmişə də cavabı eyni olmuşdu: - Vaxtım yoxdur!

Özgəsi ondan inciyərdi. Qız başına nə gəldiyini bildiyindən küsmürdü. Onu başa düşməyə çalışırdı.

İmtahanlarının hamısını müvəffəqiyyətlə verdi, hazırlaşmadan verdi. Bu ağıla gələsi deyildi. Yenə də üzü gülmədi.

Təkcə Seyid Bikəni görəndə Dəyanət özünə gəlirdi. Raziyə xatın oğlunun nə vəziyyətdə olduğunu bilsə də, nənəsi təsəllisi idi.

-Raziyə, Əşrəfə denən uşağı götürüb, Moskvaya, Vitya gilə aparsın! Qoy, fikri dağılsın! Axı tətildir. Bakıda nə edəcək.

  Seyid Bikənin sözündən kim çıxa bilərdi. O ki qaldı Raziyəyə!

Yanvarın ortasında onu Moskvaya yola saldılar. İndi isə fevralın əvvəli idi. Dəyanət Moskvadan qayıdırdı.

Kupedə ondan başqa iki cavan oğlan və qız oturmuşdu. Onlarla salamlaşıb yerinə keçdi, sonra yuxarı polkaya qalxdı.

Cavanların hay-küyü, zarafatları, lətifələri, sanki onun qulağına çatmırdı, gözlərini vaqonun tavanına dikib dərin xəyala dalmışdı.

Kupedəkilər qaşqabaqlı olduğunu görüb sakitləşdilər. «Oqonyok» jurnalını açıb krossvord həll etməyə başladılar.

-Bəlkə siz bilərsiniz: «19-lar» poemasını kim yazıb?- deyə qız aşağıdan yuxarı soruşdu.

-Blok. Aleksandr Blok! - deyə Dəyanət düşünmədən cavab  verdi

-Düzdür! - deyə qız əlindəki "Oqonyok" jurnalına nə isə yazdı. Sonra başını yuxarı qaldırdı: - Bəlkə bizə qoşulasan! - deyə təmiz azərbaycanca danışdı.

Qızın qəşəng çöhrəsi və iri qara gözləri onu özünə cəlb etdi.

Dəyanət  aşağı endi və özü də hiss etmədən dodaqlarına gülüş qayıtdı. Çünki bu həyatdır. Onun dərdlərini müalicə edən isə zamandır.

Sən demə, bunlar MQU-nun qiyabiçi tələbələri idilər. Sessiyadan sonra evlərinə qayıdırdılar. Qızın adı Güləşən idi.

 Dəyanətin kompaniyaya qatılması kupedəki əhval- ruhiyyəni daha da dəyişdi. Gülüşləri kupenin divarlarını silkələyirdi.

-Mən öz yerlimi tapdım, siz isə Rostovda düşüb gedirsiniz! - deyə Gülşən tezliklə onlardan ayrılacağına işarə vurdu və əlini Dəyanətin çiyninə qoydu.

-Təki sən öz yerlini tapasan! Biz də arxayın evimizə dönək.- deyə oğlanlardan biri gülümsədi.

Hiss olunurdu ki, qrup yoldaşları qızın xətrini çox istəyirdilər. Gülşən isə özünü rus qızlarına xas olan açıq-saçıqlıqla aparırdı. Elə bil Bakılı qız deyildi.

Rostovda oğlanlar kupeni tərk etdilər. Pironda dayanıb qatarın yola düşməsini gəzlədilər, yerindən tərpəndikdə isə pəncərənin qarşısından onlara əl etdilər.

Qızın  əli hələ də onun çiyninə idi. Dəyanət sıxıntı hiss etdi.

-Sən provodniklə danış, bizim kupeyə heç kimi buraxmasın. Bakıya qədər ikimiz qalaq! – deyə Dəyanətə göstəriş verdi.

Dəyanət üçün bu problem deyildi. Atasını bütün "provodniklər" tanıyırdı. Ancaq tanışlıq vermədi, sadəcə olaraq, cibinə bir onluq saldı.

-Problem yoxdur! - deyə Dəyanət kupeyə daxil oldu.

-Çox gözəl! İndi şənlənə bilərik! - deyə qız qarşısındakı şampan şüşəsini götürdü və stəkanlara  şərab süzdü. Birini ona uzatdı. Axıra  qədər içdilər.

Kupenin radiosu işləməyə başladı. Şirin və mülayim  musiqi elə bil onları  rəqs etməyə vadar edirdi.

Qız ayağa qalxdı, Dəyanət onun hərəkətinin mahiyyətini o saat anladı və iki əlini onun boynuna saldı. Təkərlərin səsilə tam ahəng olan musiqi elə bil hər şeyi unutdururdu.

Gülşənin dodaqlarını necə öpdüyünü hiss etmədi. Natəvandan sonra birinci qız idi ki, onunla öpüşürdü. Bir an ona elə gəldi ki, ilk məhəbbətinə xəyanət edir. Ancaq Gülşənin şən çöhrəsi bütün pərdələri aradan götürürdü. O, düşünməyə belə macal tapmırdı. Bir şey ona aydın idi: həyat necə gözəldir. İnsana bir dəfə verilmiş bu həyatdan həzz almaq lazımdır. İnsana bu qalacaq!

-Mən necə də xoşbəxtəm! Səninlə hər gün görüşəcəyəm! -deyə Gülşən qatar Bakıya yaxınlaşanda onun üzündən öpdü.

-Səni necə tapım? - deyə Dəyanət soruşdu.

-Al telefonu, mənə zəng et! - deyə qız stolun üstündəki kağıza nəsə yazdı və ona uzatdı: - Gözləyəcəyəm.

 

***

İki-üç gün Gülşənin verdiyi telefonu bir nəfər belə qaldırmadı.

Bir həftə beləcə ötdü. Hansı bir qüvvəsə indi onu vadar edirdi ki, birdə zəng vursun.

Hissiyyatı onu aldatmadı, dəstəyi Gülşən qaldırdı.

-Alo! Gülşən?

-Bəli!

-Mənəm, Dəyanət!

-Çox şadam!

-Səni necə görüm?

-Gəl, bu gün saat beşdə "Nizami" kinosunun qabağına.

-Oldu! - deyə dəstəyi asdı.

***

Moskvadan qayıdan Dəyanət yaman dəyişmişdi. Raziyə xatın hər şeyə etinasız olan oğlunu gülər üz görüb, əllərini göyə uzatdı. "Şükür Xudaya! Uşaq özünə gəlir! - deyə oğluna yanaşdı, boynuna taxdığı qalstukun düyününü düzəltdi.

-Öyrədə bilmədim də, qalstuku necə bağlayırlar?

-Ay na, dədəm, babam qalstuk taxıb?

-Sənin dədən də, taxıb baban da taxıb! - deyə Raziyə xatın onun üzünə çımxırdı.

-Hirslənmə ana! Əsəb hüceyrələri bərpa olunmur. Bir də hirslənənlər tez qocalırlar! İstəmirəm ki, mənim anam qocalsın! -deyə Dəyanət onun üzündən öpdü və qapıdan çıxdı.

***

Nizami kinosunun qarşısında görüşə gələn Dəyanət Gülşəni tək görmədi. Ucaboylu bir oğlan yanında dayanmışdı.

-Sahib, tanış ol! Mənim xilaskarım! - deyə qız yanındakı oğlana Dəyanəti təqdim etdi.

-Sahib! - deyə oğlan onun əlini sıxdı.

-Dəyanət!

-Sahib nişanlımdır. Məndən xahiş etmişdi ki, səni onunla tanış edim.

-Çox şadam! - deyə Dəyanət gülümsündü.

-Gəlin, birlikdə kinoya gedək! - deyə qız təklif etdi.

-Başqa vaxt!

-Niyə ki? - deyə Sahib soruşdu.

-Третий лишний! - deyə Dəyanət üzünü Gülşənə çevirdi və yenə də gülümsündü.

-Sən bilən məsləhətdir! Gedəni saxlamaq olmaz! - deyə qız  Sahibin qoluna girdi. Dəyanət onlardan uzaqlaşdı.  

Axşam düşdükcə şəhərə soyuq gəlirdi. Fevral  ayının axırı adətən Bakıda soyuq keçir.

Gəzə-gəzə gəlib "Torqovi" küçəsinə çatdı. 

-Bundan sonra bunlara inan! - deyə Dəyanət öz-özünə deyindi. Ancaq ətrafından keçən bir-birindən gözəl qızlar onu cəlb edirdi. Özündən asılı olmayaraq arxaya çevrilir, yanından ötən qızların qəşəng simalarını görüb gülümsünürdü.

-Bakı gözəllər diyarı imiş! - deyə özü-özünə təskinlik verdi.

Evə qayıdanda Dəyanətin üzünə gülüş gəlməsi Raziyə xatının gözündən qaçmadı:

-Sənə Nina zəng etmişdi. Dedi, zəng vurasan!

-İndi vuraram. - deyə Dəyanət yataq  otağına keçdi və çarpayıya atıldı. Gecə hələ yenicə düşmüşdü. Gec yatmağa adət etməsinə baxmayaraq, yorğunluq öz sözünü deyirdi. «Nizami» kinosunun qarşısından evə qədər piyada gəlmişdi Bu isə az yol deyildi. Ayaqları gizildəyirdi.

***

İki gün beləcə ötdü. Ağlına belə gəlmirdi ki, Gülşənə zəng vursun. Babasının dediyi «Özü gedəni axtarmazlar!» - sözləri yadına düşdü. «Baba, sən nə qədər müdrik insan idin?!»-deyə öz-özünə danışdı.

O, dincəlmək istəyirdi. Heç kimi isə görmək istəmirdi. Dəyanətin bu vəziyyəti anasını talaşa salmışdı. Ancaq oğlunun üzündə gülüşü görüb sakitləşirdi. İndi oğlu daha bir ay bundan qabaqkı Dəyanət deyildi.

Telefonun zəngi onu fikirdən ayırdı. Dəstəyi qaldırdı.

-Privet! - deyə Gülşənin səsini eşitdi.

-Privet! - deyə könülsüz cavab verdi.

-Məndən incimisən?

-Niyə ki?

-Sahibə görə.

-Ayıb deyil?

-Elə alındı! Hazırlaşıb evdən çıxırdım. Qabağımı kəsdi. Soruşdu, hara gedirəm? Dedim, məni çeçenlərin əlindən alan xilaskarımla görüşməyə.

-Niyə yalan danışmısan?

-Bəs ona nə deməli idim? Deməliydim ki, sənə buynuz asmağa gedirəm.

-Mənə nişanlı olduğunu demədin.

-Sənə mən lazımam, ya nişanlı olmağım. Gəl, görüşək!

-Hara?

-Gəl, bağımıza gedək, hər şərait var.

-Oldu!

-Hara çıxım!

-"Gənclik" metorsunun qabağında. Stadion tərəfdən. Mavi "Jiqulidə" olacağam. Neçə dəqiqəyə çatarsan?

-Mən on dəqiqəyə orada ola bilərəm! Düz evimizin yanıdır.

-Onda on dəqiqəyə oradayam! - deyə Dəyanət dəstəyi asdı.

***

Qızlar onun üçün həmişə tapmaca idi. Bu tapmacanı açmaq, həyatı başa düşmək demək idi. Nə etdiyini həmişə düşənsə də, bu dəfə hissiyyat ona qəlib gəldi. Nişanlı qızla görüşə getdiyni ağlına belə gətirmədi.

Bir şey ona aydın idi ki, Güləşən onu görmək istəyirdi. Özünü centlmen hesab edən adam üçün qızın çağırışına haray verməməyi nakişilik sayırdı.

-Görüm, nə istəyir? - deyə dəstəyi asıb həyətə düşdü. Maşının qapısını açdı. Anasının arxadan baxdığını hiss etdi. Balkondan baxan Raziyə xatının üzü gülürdü.

Yerindən tərpənən kimi anasına əl elədi.

Çox çəkmədi «Gənclik» metrosuna çatdı, çıxışın qarşısında dayanan kimi, qız maşına mindi.

-Sür, getdik! - deyə qız arxa oturacağa söykənən kimi dilləndi: - Görən olar!

Şəhərin "Moskva prospektinə" çatanda Gülşən arxaya boylandı. Sonra əlini Dəyanətin çiyninə qoydu.

-Ehtiyat igidin cövhəridir. Sür, Mərdəkana! Bizim bağa!

-Bəs sizinkilər haradadır?

-Hamı Gəncəyə toya gediblər.

-Belə təklifdən əl çəkmək axmaqlıqdır! - deyə Dəyanət zarafat etdi.

Maşın yerindən götürüldü. Sanki o da sahibini sevindirmək istəyirdi.

***

-Səni başa düşə bilmirəm: nişanlı qızsan, özü də, deyəsən, nişanlın pis oğlan deyil, mənimlə niyə kənara qaçırsan? – deyə hamamxanadan çıxıb kaminin qarşısında qurulanan Dəyanət soruşdu.

-Deyirsən, onunla olum? - deyə Gülşən təəccübləndi.

-Səni başa düşə bilmirəm?

-Başa salım? - deyə qız əllərini onun boynuna saldı.

-Pis olmaz!

-Onda qulaq as! - deyə Dəyanətin üzündən öpüb, kaminlə üzbəüz kresloya oturdu. Dəyanətin gözü onda idi.

-Səni necə başa salım? Mən həqiqətən onu sevirəm, ancaq o, mənim ona olan məhəbbətimi duysa qudurar.

-Anlamadım?

-Bilirsən, siz oğlanların qızları sevməkləri sizləri yaxına buraxana qədərdir. Siz kölgəyə bənzəyirsiniz. Kölgəyə yaxınlaşdıqca, kölgə səndən qaçır, yaxınlaşdıqca uzaqlaşır. Sizdən kölgədən qaçan kimi qaçmalıyıq ki, bizi sevəsiniz.

 -Səni anladım. Ancaq elədirsə, bəs mənimlə niyə görüşürsən?

-Bəs sən niyə görüşürsən?

-Elə belə. Mənim xoşuma gəlirsən, qəşəngsən...

-İnsan həddi-bulağa çatdı, gərək kefindən qalmasın. Sahiblə toyumuza hələ üç il var. Evi hazır olana qədər. Deyirsən, ölüm?

-Niyə ki, Sahiblə yaxınlıq et!

-Heç vaxt!

-Səbəbini başa düşmürəm? Deyirsən ki, onu sevirsən.

-Onunla olsam, məndən doyar. Nə qədər aralı saxlasam, bir o qədər sevər. Görürəm, məni başa düşə bilmirsən. Lazım da deyil. Vaxt gələcək, özün başa düşəcəksən...

 Dəyanət qızı anlaya bilməsə də, ondan uzaqlaşmaq istəmədi. Bəlkə də Gülşən ondan ağıllı idi. Ayağa qalxdı, qızı qucağına aldı, müqavimət göstərməyən qızın dodaqlarından öpdü. İndi bir daha anladı ki, həyat necə də gözəldir.

 

JURNALİSTİKA ARZUSU

 

 «Ağıllı insan heç vaxt heç kimdən asılı olmamalıdır!» deyən babasının bu sözləri həmişə onun qulaqlarında səslənirdi. Yaxşı tələbə dərslərdən sonra vaxt tapıb işləməlidir - düşündüyündən dinc dayana bilmirdi. Oxuduğu kitabların sayı çox olsa da, yenə də boş vaxtı qaldırdı.

Taleyini jurnalistika ilə bağlamaq istədiyindən «Gənclər» qəzetləri ilə əməkdaşlıq edirdi. Eyni zamanda iki qəzetin ştatdan kənar müxbiri idi. 

İşini elə qururdu ki, dərsdən çıxan kimi ora qaçırdı. Elə bil orada nə vardı? Dostları da hərdən inciyirdilər ki, onlardan ayrılıb redaksiyaya qaçır.

-Əvvəl dərs, sonra iş, daha sonra gəzmək! - deyə dostlarının təkliflərinə «yox!» deyirdi  

Qəzetin adı bir olsa da, iki dildə çıxdığından redaksiyaları da ayrı idi, mövzuları da. Bir-birini təkrar etmirdilər.

Rus dilində çıxanın mövzu dairəsi geniş idi. Fərq o saat gözə dəyirdi.

Bir dəfə ona Rusiyada geniş hərəkat almış «morjçuluqdan» yazmağı tapşırığı almışdı.

Çoxlu jurnal və rus qəzetlərini oxuduqdan sonra  öz fikirlərini ümumiləşdirdi və iki dildə hər iki qəzet üçün məqalə yazdı. Hətta bu məqalələr də məzmun etibarı ilə fərqlənirdi.

Rusca çıxan qəzetin oxucularının o qədər reaksiyası olmadı, çünki bu haqda başqa qəzet və jurnallardan çox oxumuşdular, ancaq Azərbaycandilli oxuculardan redaksiyaya çoxlu məktublar gəldi.

-Bu məktubdan xəbərin var? - «Gənclər» qəzetinin məsul katibi Zeynal Babayev məktubu ona uzatdı.

Məktubu yazan «AZİ[17]»-dən tələbə qız idi. O, yazırdı:«Rusiyadakı «morjlardan» yazmaqdansa, özümüskilərdən yazın. Soruşa bilərsiniz, kimdən? Elə məndən. Mən hər gün dənizdə çimirəm. Soyuqdan qorxmuram. İnamırsınız? Gəlin öz gözünüzlə görün!...»

-Nə deyirsən?

-Maraqlı faktdır.

-Yaxşı məqalə alınar: Bakı morjları.

-Elədir!

-Onda nəyi gözləyirsən? Konvertdə ünvan yazılıb, get faktı yoxla.

-Zeynal müəllim, bu havada?

-Havaya nə olub ki? Asta qar yağır. Jurnalistin qarşısını heç nə kəsə bilməz. O ki, olsun təbiətin şıltaqlığı.

-Mən nə deyirəm...

-Keç, laboratoriyaya fotoaparatı da götür.

«Baksovetin» qarşısından ötən maşınlar yerə düşən qarı əridib yolu təmizləmişdilər, ancaq onun «Jiquli»sinin üstü qarla dolu idi.

Əlləri ilə şüşəni təmizlədi, qapını açıb maşına mindi.

Motoru işə saldı. Qızmasını gözləməli oldu. Döş cibindən məktubu çıxartdı və ünvanı oxudu. Bibiheybət qəsəbəsinə getməli idi.

Bibiheybət yolu magistral olduğundan qəsəbəyə rahatlıqla çatdı, ancaq «Pir» yerini keçib, qəsəbəyə enəndə hiss etdi ki, maşının təkərləri sükanın sözünə qulaq asmır. Astaca beş-on metr getdikdən sonra dayandı. Çünki daha irəli getmək mümkün deyildi: yol sürüşkən idi.

Xoşbəxtlikdən axtardığı ünvanın qarşısında dayanmışdı. Maşının pəncərəsindən evin nömrəsini görüb aşağı düşdü.

Axtardığı evin qapısını döydü. Qapını orta yaşlı, yaraşıqlı,  gülərüz rus qadını açdı.

 -Saidə Muxtarbəyova burada yaşayır? - deyə Dəyanət soruşdu.

-Mənim qızımdır. İçəri girin! - deyə qadın təklif etdi. 

Dəyanət ona məktubu uzatdı.

-Bu məktubdan xəbərim var. Redaksiyadansınız? - deyə məktubu görən ana soruşdu.

-Elədir.

-Buyurun! - deyə qadın  onu qonaq otağına dəvət etdi.

-Görürəm, burada yazılanlardan xəbəriniz var?

-Düzdür. Mənim yanımda yazıb. İstədik ki, dəniz kənarında özünün çəkdiyi şəkilləri göndərək, mən icazə vermədim. Bilirsiniz də, bura Azərbaycandır. Hamı həya abrını gözləyir.

Qadın pianinonun üstündən bir yığım fotoşəkil götürdü və ona uzatdı.

Şəkildə qış mənzərələri çəkilmişdi.  Hər tərəf ağ qarla örtülmüş, dəniz kənarında qayalığın üstündə çimərlik geyimində yarı-lüt bir qız onun diqqətini cəlb etdi

-Bu mənim qızımdır - Saidə. Gözümün ağı-qarası. - deyə fəxrlə dilləndi.

-Gözlərimə inana bilmirəm! deyə şəkli qadına qaytardı.

-Keçən həftə çəkmişdi. Sizin redaksiya üçün...

-Maraqlı qızdır.

-Dərs əlaçısıdır. İdmançıdır. Üzgüçülük ustasıdır...

-Bəs özü haradadır?

-İndi gələr. Çoxdan dərsdən çıxıb. - deyə ana saatı göstərdi.

Saat ikiyə az qalırdı. Dəyanət öz-özünə nə edəcəyini götür-qoy etdi.

-Onu gözləyə bilərəm mi?

-Əlbəttə ki! - deyə qadın ayağa qalxdı. Mətbəx tərəfə keçdi. Bir-neçə dəqiqə gözə dəymədi. Podnosda çay və boşqab dolu «peraşki» geri döndü.

-Nuş olsun! Özüm hazırlamışam! - deyə qonağa təklif etdi.

Bir-neçə peraşkini yemişdi ki, qapı açıldı, içəri uzun-boy, göygöz, sanki modist jurnalındakı qızlardan biri daxil oldu.

-Nuş olsun! - deyə qız güldü.

-Seda, Dəyanət redaksiyadan gəlib! Səndən məqalə yazacaq!- deyə ana onu təqdim etdi.

-Yazsın da.

-Doğrusu, inanmıram!

-Mama şəkilləri göstərmədi?

-Göstərdi. Ancaq keyfiyyətsiz olduğundan qəzetə verə bilməyəcəyik. Gərək yenidən çəkək...

-Çəkək də!

-Bu havada mənimlə dənizə gedə bilərsiniz?

-Elə bu dəqiqə! - deyə qız anasının üzünə baxdı. Sanki icazə istəyirdi.

-Mən nə deyirəm! - deyə ana razılığını bildirdi.

Qız o birisi otağa keçdi. Bir-neçə dəqiqə keçməmişdi ki, idmançı formasında qayıtdı və tələm-tələsik idman çantasına iki iri dəsmal qoydu.

-Ma[18], biz getdik! Papaya hara getdiyimi demə! Hirslənər.

-Tez qayıdın!

-Oldu, ma!

 Küçəyə çıxdılar. Qız yeri ötmüş qarı ayaqlaya-ayaqlaya yoxuşu qalxmağa başladı.

-Siz hara gedirsiniz? - deyə Dəyanət onun dayandırdı.

- Şıx çimərliyinə!

- Piyada?

- Bəs nəylə? Mən hər gün belə edirəm.

- Maşınla gedək!

- Bizi bu havada heç kim ora aparmaz.

- Mən maşınlayam.

- Hanı?

- Qarşındakı «Jiquli» - deyə keçib qapını açdı. Oturdular.

Maşının təkərləri əvvəl sözünə qulaq asmadı. Yerində fırlandılar. Sürüşdülər. Sonra qarı əzə-əzə irəli getdilər.

Magistral yola çıxana qədər belə oldu. Əsas yolu maşınlar təmizləmişdi.

Şıx çimərliyinə çox tez çatdılar. Beş-altı dəqiqə çəkmədi.

Dənizin kənarına qədər hər tərəf ağappaq qarla örtülmüşdü. Hətta yol da görünmürdü. Ancaq Dəyanət  bura bələd olduğundan təxmini hara sürdüyünü bilirdi.

-Sən deyirsən ki, belə havada çimirsən? - deyə maşından düşüb dənizə baxan qızdan soruşdu.

Qız bir söz demədi, maşına qayıtdı. Əynindəki idman kostyumunu soyunub oturacağın üstünə atdı. İndi yarımlüt, çimərlik geyimində idi.

-Sən fotoaparatı götür! – deyə qız dəniz tərəfə qaçdı. Ayaqları ilə dalğaları yara-yara dərinliyə qərq oldu. Uzaqdan  qızın ancaq başı görünürdü.   

-Uzağa getmə! - deyə  Dəyanət gödəkcəsinin yaxasını qaldırdı ki, arxadan əsən küləkdən qorunsun. Maşın tərəfə getdi. Fotoaparatı götürüb qayıtdı. Qızı geri çağırdı:

-Gəl, bir-neçə şəkil çəkək!

Qız sanki bunu gözləyirdi. Üzə-üzə sahilə döndü. Bədənindən buğ çıxırdı. Dəyanətə baxıb gülürdü.

Yaranmış vəziyyətdən istifadə edib bir-neçə kadr çəkdi.    

-Sənə soyuq deyil? - deyə gözünü fotoaparatın dəliyindən götürən kimi soruşdu.

-Mən daha vərdiş etmişəm. Soyuqdan qorxmuram. Kim qorxmursa, heç vaxt xəstələnmir. - deyə yenidən dənizə qaçdı. İndi dalğaları əlləri ilə yara-yara sahildən uzaqlaşırdı. Əlli metrə qədər üzdü.

Dəniz tərəfə əsən külək sərtləşdikcə qar yağışı daha da güclənirdi. Dalğaların arasından qızın başına qoyduğu sarı rəngli üzgüçü papağı görünürdü.

 Birdən Dəyanətin ağlına gəlməyən hadisə baş verdi. Qız bir az geriyə üzdükdən sonra, otuz-qırx metrlik məsafədə çapalamağa başladı.

-Kömək edin! Kömək edin! Batıram! - deyə dalğalar arasında yoxa çıxırdı.

 Dəyanət nə edəcəyini düşünmədən, tez əynindəkiləri soyundu. Soyuq sulara atıldı. Sanki suyun soyuqluğunu hiss etmirdi. Saidə tərəfə üzürdü.

Birdən başını qaldırdı.  Qarşısında qəhqəhə çəkən qızı gördü.

-Qorxdun? Elə bildin batıram? - deyə soruşdu.

-Elə bildim...-deyə Dəyanəti də gülmək tutdu.   

Sahilə tərəf üzdülər.

-Sən hələ çıxma! Soyuq olar. Qoy, indi mən sənin şəkilini çəkim. - deyə qız sudan çıxdı. Fotoaparatı götürüb bir-neçə kadr çəkdi. Sonra maşın tərəfə getdi. Bir iri dəsmalı öz çiyninə atdı. İkinci dəsmalı sahilə çıxan Dəyanətə uzatdı ki, qurunsun.

-İndi mənə çatdı ki, niyə iki dəsmal götürmüşdün. Nə dəcəl qızsan?!

-Elədir. Ağlıma gəlmişdi ki, sənin özünü bu soyuq havada dənizdə çimizdirim.

-Sən bunu niyə etdin?

-Bəs sən bunu niyə etdin? Məgər evdəki şəkillər keyfiyyətsiz idi?

-Mən öz gözümlə bunu görmək istəyirdim.

Dəyanət hiss etdi ki, soyuq onun sümüyünə işləyir.

-Keç maşına, tez geyin! Mən isə bir az qaçım! - deyə qız maşından uzaqlaşdı.

Maşına keçən kimi mühərriki işə saldı ki, qızdırıcı işə düşsün. Tez geyindi. Aşağı düşüb qızı harayladı.

İndi qız maşına keçdi. O, isə sahilə yanaşıb dənizi seyr edirdi.

Arxadan əsən külək güclənsə də, ona soyuq deyildi.

Maşını siqnalı onu geri çağırdı.

- Məqalənin adını nə qoyacaqsan? - deyə qız  soruşdu.

- Hələ bilmirəm.

- İstəyirsən, mən deyim?

- Pis olmaz!

- Bu başlıqda ver: Morj qız jurnalisti necə morj etdi?

- Maraqlı təklifdir?

-Sən şəkilləri çıxardandan sonra, özün də bu fikrə gələcəksən.

- Baxarıq. -deyə Dəyanət razılaşdı.

İki gündən sonra məqalə elə bu başlıqla çıxdı. Ancaq şəkillərin müəllifi kimi Saidənin adı yazılmışdı.

 

DİLARƏ

 

            Dəyanətin qrupunun yarısını universitetdən Tula şəhərinə aparmışdılar. Məqsəd böyük rus yazıçısı L.Tolstoyun vətəni ilə Azərbaycan tələbələrini tanış etmək, yazıçının yaşadığı  "Yasnaya Polyanada" folklor təcrübəsini keçirmək İstəyirdilər.

            "Yasnaya Polyanadakı" on beş günlük təcrübə bir anda keçdi. Qayıdan kimi, həyət uşaqları ilə görüşdü.

O, Tulada olanda həyətdə maraqlı hadisələr baş vermişdi. Həyətə yeni ailə köçmüşdü. Ailə başçısı hərbiçi, yoldaşı həkim idi. Onların isə gözlərinin ağ-qarası on altı yaşlı Dilarə adlı qızı vardı.

            Bütün həyət uşaqları o qızdan danışırdılar. Qız oğlanlar kimi şalvar geyir, besedkada gecəyə qədər oturur, bəzən onlara qoşulub futbol da oynayırdı. Saçları da oğlanların saçı kimi qısa idi. Hərdən onu heç oğlanlardan ayırmaq belə mümkün olmurdu.

            Dəyanət həyətə çıxanda Fərhadgilin blokunun ağzında  Dilarə atasının "Juqulisini" yuyurdu.

            -Fərhad, bu kimir?- deyə  Dəyanət qızı göstərdi.

            -Dilarədir! Dünən dediyim qızdır! - deyə Fərhad onlara baxan Dilarəyə salam verdi. Sonra Dəyanəti Dilarə tərəfə aparıb onunla tanış etdi.

            - Çox şadam! - deyə Dilarə bic-bic Dəyanətin üzünə baxdı.

- Mən də şadam!

            -Dəyanət, sən də deyirsən mən maşın sürürəm. Dilya "Juqulini" iki təkəri üstə qaldırır.

            - Maraqlıdır.

            Dilarənin gözü Dəyanətdə idi. Fərhad kənara çəkilməyi üstün bildi. Natəvan rəhmətə gedəndən sonra birinci dəfə idi ki, onu qızla danışdığını görürdü.

-Deyəsən, özünə gəlir! - deyə Fərhad düşündü və onları tək qoyub evlərinə qalxdı.

Ancaq Dəyanət qızla çox danışa bilmədi. Sağollaşıb  həyətdən çıxdı.

***

Bazar günü Dilarə həyətə çıxmışdı. Besedkada oturmuş oğlanların arasından keçib Dəyanətə əl uzatdı.

Oradakılar gülüşdülər. Həyat uşağı Gülağa hətta bərkdən "Novaya jertva[19]"- dedi. Qız başını arxaya çevirdi. Güloğlan əlini üzünə gətirdi. Elə bil əli ilə nəyi isə qızın yadında salırdı.

 Dəyanət uşaqların Güloğlana baxıb gülüşdüyünü gördü.

-Gəl, burdan gedək! - deyə Dilarə  əlini Dəyanətə uzatdı.

Dəyanət oturacaqdan durub? qızın əlini əlinə aldı. Onlar besedkadan çıxdılar.

Həyətin oğlanlarının buna heç bir reaksiya verməməsi, əksinə onların üzlərindəki təbəssüm, Dəyanətin nəzərindən qaçmadı. Hətta Fərhadın də susması nədənsə xəbər verirdi.

Besedkadan uzaqlaşarkən arxadan kiminsə "Cavan getdin!" deməsi Dəyanətin marağını artırsa da, Dilarənin gülüşü və əlini dartması onu fikirdən ayırdı.

 Gəzə-gəzə Salyanski kazarmasının arxasına gəlib çıxdılar. Bura boş çəmənlik idi. Təkcə Salyanski kazarmanın divarlarının qarşısında əsgərlər yer qazıyırdılar. Bir əlli metr aralı tikanlı məftillərdən çəkilmiş hasarın qarşısında bir nəfər əsgər qarovul xidməti çəkirdi. O başdan bu başa gəlib gedirdi və hərdən birdən onlara tərəf boylanır, silahını onlara yönəldir, sanki qorxutmaq istəyirdi.

-Qorxduq! - deyə Dilarə bunu görüb, bərkdən əsgərin üstünə qışqırdı.

-Sən igid qızsan! - deyə Dəyanət bu hərəkətini dəstəklədi.

-Gəl onlarla dava salaq! Sən vuruş, mən tamaşa edim. Uşaqlar danışırlar ki, sən yaman dalaşqansan.

-Başıma at təpib. Bir rota soldatla vuruşum. Niyə?

-Mənim xətrimə.

-Axı onların günahı nədir?

-Mənim xoşuma gəlmirlər.

-Başa düşmədim? Sənin xoşuna gəlməyəni mən niyə döyməliyəm?

-Məgər sən məni sevmirsən?

-Bunu sənə kim dedi?

-Bəs onda bura niyə gəldin?

-Bura gələnlər məgər səni sevməlidir? - deyə Dəyanət hiss elədi ki, qızı dolamağa başlayır.

-Mən səni oğul bilirdim! - deyə Dilarə acıq elədi və iri addımlarla, ondan uzaqlaşdı.

Dəyanət bir an arxasınca baxdı. Ancaq qızı tək başına çəməndə buraxmadı. Asta-asta onun dalınca gəldi.

Həyətə çatanda Dəyanəti Gülağa qarşıladı.

-Sən sağsan?-deyə soruşdu.

-Necə bəyəm?

-Dilarə ilə gedən döyülüb qayıdır. Həyətdə bir oğul qalmayıb döyülməsin.

-Kimə döydürür?

-Özü döyür. - deyə Gülağa əlini üzünə apardı.

-Sən nə danışırsan?

-Dilarənin atası hərbiçidir, həm də idmançı. Onu oğlan kimi böyüdüblər. Bu qız hələ əyninə qız paltarı geyməyib. Sambistdir. Uşaqlarımız hamısı ondan çəkinir. Hətta Fərhadın də ənginə vurub.

-Səndə sözlər var, Gülüş!

-Bu qız hamı ilə yaxınlıq edir. Oğlanlarımızı salır dalınca. Əvvəl onu sevmələri haqda yazılı etiraflarını və şəkillərini alır. Albomuna yığır. Sonra Salyanski tərəfə aparır...- deyə Gülüş qulağının dibini ovuşdurdu.

-Aydındır.

-İndi sənə ilişib. Mila deyir ki, kimin başına nə oyun açıb, gündəlik tutur. Qız deyil, od parçasıdır. Ehtiyatlı ol!

Dəyanət evə qayıdıb divana uzanmışdı ki, telefon zəng vurdu. Telefonda Fərhad idi:

-Hələ sağsan? - deyə soruşdu.

-Mənə nə olmalı idi ki?

-Sən canım, nə oldu?

-Heç nə!

-Ola bilməz?

-Yekə kişisən, sənə söz deyirəm də.

-Dəyanət, bu qız bəladır. Bayaq sənə xəbərdarlıq etmədim: həyətdə oğlan qalmayıb ki, qulağının dibindən vurmasın...

-Deyəsən sənə də dəyib?

-Qardaş, deyiləsi deyil. Adam onu yemək istəyir. Köpək qızı kukladır. Özünü elə aparır, elə bil səninçün ölür. Qucaqlayıb, öpmək istəyirsən - birdə görürsən tapılıtıynan yerə dəymisən, gözünün altında da fənər.

-Qorxmadın, Məlahət bilər?

-Dəyanət, çox möhkəm qızdır. Qızlara qoşulmur, işi oğlanlarladır. Ehtiyatlı ol, növbədə sənsən.

***

Axşam Dilarə zəng vurdu:

-Mən səndən incimişəm! - deyə ilk sözü bu oldu.

-Əgər incimisənsə, onda niyə zəng vurursan? - deyə qızın danışıq tonu Dəyanətin xoşuna gəlmədi.

-Səni görmək istəyirəm!

-Nəyinə lazımam?

-Sən başqalarından fərqlənirsən. İstəyirəm səninlə dostluq edim. Nə fikirdəsən?

-Pis olmaz!

-Həyətə indi gələ bilərsən?

-Bu gün yox! Sabah seminarımız var. Gəl, sabaha saxlayaq. Razılaşdıq?

-Razılaşdıq!- deyə Dəyanət qızın könülsüz cavabını eşitdi. Ona elə gəldi ki, qızın planlarını pozub. Axı o bu gün onunla görüşmək istəyirdi.

***

            Səhərsi günü günorta çağı Dəyanət həyətə gəldi. Besedkada oturub uşaqlarla nərd oynayırdı ki, Dilarənin  yaxınlaşdığını gördü. Zərləri Gülüşə ötürdü.

            -Ehtiyatlı ol! - deyə Gülüş xəbərdarlıq etdi.

            Dilarənin üzü gülürdü. Dəyanət başı ilə onunla salamladı.

            -Nə edək? - deyə qız ondan soruşdu.

            -Sən nə desən onu!

            -Gəl, ogünkü yerə gedək! Çəmənlik mənim çox xoşuma gəlir.

            Razılaşdılar. Salyan kazarmaları tərəfə üz tutdular.

            Payız olmağına baxmayaraq, günəş yazdakı kimi torpağı qızdırırdı. Çəməndəki göy otlar göz oxşayırdı.

            Dilarə özünü otların üstünə atdı. Dəyanət isə keçib arxası tərəfə oturdu. Ətraf sakitlik və təravətli idi. Hündür otların arasından  ancaq başları görünürdü.

            -Necə də gözəl yerdir! - deyə Dilarə ona müraciət etdi.

            -Elədir! - deyə Dəyanət məcbur olub üzünü onu tərəfə çevirdi.

            -Dəyanət, sən mənim xoşuma gəlirsən! - deyə qız başını qaldırıb onun dizi üstünə qoydu və gözlərini Dəyanətin gözünə dikdi ..

            Qızın özünü belə aparması ürəyincə olsa da, Dəyanətə elə gəldi ki, bunu arxasında nə isə gizlənir. Həyət uşaqlarından eşitdikləri yadına düşdü.

-Sənin çox gözəl, mavi gözlərin var! - deyə o, qızın saçlarını sığalladı. Hiss etdi ki, sözləri və hərəkəti sanki qızın ürəyincə oldu. Saçlarını sığalladıqca, qızın mavi gözlər yumulurdu.

Bu idilik səhnə az çəkmədi. Hər ikisi susurdu. Bir-birinə nə deyəcəklərini bilmirdilər.

-Həyətdə deyirlər ki, sən Natəvanı yaman sevirdin! - deyə birdən qızın gözləri açıldı.

 Dəyanət dinmədi. Ona elə gəldi ki, o, Natəvana xəyanət edir.

-Niyə dinmirsən? - deyə qız soruşdu.

-Gəl, bu haqda danışmayaq! - deyə Dəyanət özünü ələ aldı və qızın saçlarını bir daha sığalladı. Mavi gözlər yumuldu. Dəyanət elə gəldi ki, o yeni məhəbbətin astanasındadır.

-Mən necə, xoşuna gəlirəm? – deyə mavi gözlər bir daha açıldı. Dəyanət dinmədi, ancaq gülümsədi.

Qız yerindən sıçradı və ayaq üstə durdu. Dəyanət iki əlilə torpağa söykənib altdan yuxarı ona baxırdı.

-Mən necə, xoşuna gəlirəm? - deyə Dilarə bir daha təkrar etdi.

Dəyanət ayağa qalxdı, qızın başını iki əlilə tutdu.

-Sən doğurdan da, qəşəngsən. Səni sevməmək isə günahdır! - deyə gözlərini qızın mavi gözlərindən çəkmədi.

Dilarə deyəsən Dəyanətin nə demək istədiyini başa düşmədi.

-Sən  heç nə demədin! - deyə qız şikayətləndi

            Dəyanətə elə gəldi ki, qız ondan çox şey gözləyir. Yenidən başını əlinə aldı, dodaqlarını qızın üzünə yaxınlaşdırmaq istəyirdi ki, qızın ayağının ayağına dolaşdığını duydu. Birdən Fərhadın dedikləri yadına düşdü. Qız onu fəndə salırdı.

            Cəld hərəkətlə Dəyanət fəndən çıxdı və hər ikisi otun üstünə düşdülər, ancaq altda  Dilarə, üstə Dəyanət qalmışdı. O, dodaqlarını fəndən hələ özünə gəlməmiş qızın al dodaqlarına yaxınlaşdırdı və ürəkdən öpməyə başladı.

Şaşqın qalmış qız müqavimət göstərmirdi. Əllərini onun boynuna salıb Dəyanətin saçlarını sığallayırdı.

-İndi necə, sənin xoşuna gəlirəm? -  deyə qız öpüşdən doyub, yanında uzanan Dəyanətdən soruşdu.

            -Sən dünyanın ən gözəl qızısan!

                                                  

SEKA İŞLƏYİR

           

            Şıx çimərliyi ilə üzbəüz təpənin ətəyinə bütün Bakının tələbələrini tökmüşdülər. Aprel ayının 22 -si olmasına baxmayaraq boz qayalar üzərində bir dənə də göyərti yox idi. Dəcəl külək isə sanki bura yığışmış tələbələrə sataşır, tozanaq qaldırıb onları buradan qovmaq istəyirdi.

            İnstitutun komsomol komitəsinin katibi Eldar Məmmədov ora-bura qaçışaraq, «Qurban olum, dağılmayın! Atamızı yandırarlar!» - deyə, küləyin əlindən təngə gəlmiş tələbələri sakitləşdirmək istəyirdi.

İki saatdan artıq idi ki, çimərliyin yuxarı hissəsindəki sahələr ali məktəblər arasında bölüşdürülmüşdü,  hərəsinə qırmızı  bayraqcıqlarla nişanlanmış meydançalar göstərilmiş, bellər paylanmışdı ki, onlar çuxurlar qazısınlar, çünki  ağac əkəcəkdilər.

Dəyanətgilin meydançasında isə iş heç cürə getmirdi. Çünki qayalıq idi. Küt bellə burada çala qazımaq mümkün deyildi.

-Eldar, burda çuxur qazımaq qeyri-mümkündür. O ki qaldı ağac əkməyə - baş tutan iş deyildir. Nə ağılla bizi bura gətiriblər.

-Yaxşı da, uşaqlar! Siz özünüzü göstərin ki, işləyirsiniz! Baxın politexnikə! Görün necə can yandırırlar.

-Onlar axmaqlıq edirlər, biz niyə edək?

-Genplana görə burda böyük park salınacaq. "Dostluq" parkı. Şəxsən Moskvadan yolka ağacları göndəriblər. İşləmək lazımdır yoldaşlar! - deyə Eldar ora-bura qaçışırdı və sanki kiminsə gələcəyini bildiyindən daha da həyəcan keçirirdi.

Doğurdan da yüksək  vəzifəli adamların gələcəyi gözlənilirdi. Televiziya işçilərinin və maşınlarının bura gəlməsi də, bunda işarə idi.

Dəyanətgilin meydançasından aralı Mərkəzi komitənin işçiləri fəhlələri işlədirdilər.

Fəhlələr bir-neçə çala qazıyıb, içinə yumuşağ torpaq tökürdülər. Bu Dəyanətin  gözlərindən qaçmadı. Onu təəccüb götürdü. Əgər ağac əkirlərsə, bəs onda qazıdıqları çalaları niyə doldururdular. Burada maraqlı şeylər baş verirdi.

Dəyanət qulpu sınıq vedrəni çevirib, üstündə oturdu. Bütün diqqətini fəhlələrin qazıyıb, doldurduğu çalalarda cəm etmişdi. Elə bil tezliklə nə baş verəcəyini gözləyirdi

Onu hissiyyatı aldatmadı. Uzaqdan tozanaq qaldıraraq onlar tərəfə  bir-neçə "Qaz 24" gəlirdi.

-Gəlilər! Belləri götürün! İşləmək lazımdır! - deyə yenə Eldarın gur səsi eşidildi.

Fəhlələr bircə anın içində yoxa çıxdılar. Onların yerini bayaqdan kənardan baxıb ,əmr verən «SeKa»nın işçiləri tutdular. Fəhlələrin yerə atıb, qaçdıqları belləri götürdülər və doldurulmuş çalaları ürəklə qazımağa başladılar.

"Qaz 24"-də gələnlər maşından düşən kimi arxalarınca kino operatorlar və televiziya işçiləri qaçışmağa başladılar.

 -Hər şey hazırdır! - deyə kinooperatordan biri üzünü Sekanın işçilərinə tutdu.

Sanki gələnlər elə bunu gözləyirdilər. Onlardan biri dəstədən ayrıldı və əlində bel tutmuş nəyisə gözləyən başqa birisinə yaxınlaşdı:

-Qeydar Alieviç, mojno! - deyə yaxınlıqda yerə atılmış yolka ağacının tənəyini qaldırdı və əvvəlcədən hazırlanmış çalaya saldı.

Onun ardınca beli işə salan Heydər Əliyev kameraya baxa-baxa işləyirdi ki, yaxşı düşsün. Kinooperatorlar  da elə bil bunu istəyirdilər.

-Bircə anın içində çala torpaqla doldu. Ayaqları ilə tənəyin ətrafındakı torpaq bastaladı və əlini uzadıb susəpəni götürdü ki, sulasın, gözləri belə söykənib gülən Dəyanətə sataşdı.

-Niyə gülürsən? Gülməli nə var? - deyə Heydər Əliyev sərt səslə ondan soruşdu.

-Gülməlidir də! SeKa işləyir! - deyə Dəyanət gülməyinə davam etdi.

-Onu bura gətirin - deyə H.Əliyev ətrafdakılara əmr verdi. Ancaq özü də güldü.

Dəyanət üstünə gələn bir neçə zırpını gördü və yerindən təpə aşağı götürüldü.

Kim ona çata bilərdi? Ayağında «kitayski ketilər», özü də idman formasında.

Qabağını kəsmək istəyən  politexnikin komsomol komitəsi katibinin üstündən tullandı. Çimərlik tərəfə götürüldü.  Daha ona heç kim çata bilməzdi.

Səhəri günü dərsə gələndə, qızlar o, qaçdıqdan sonra nə baş vediyini danışdılar.

-O, hansı institutun uşağıdır? - deyə Seka işçisi Eldardan soruşdu.

-Buranın avaralarındandır! Qızları görüb gəlmişdir.

Eldarın hazırcavablığı vəziyyəti gərginləşdirməmişdi. Birdə deyəsən, Dəyanətin dedikləri çoxunun ürəyincə olmuşdu.

***

 


«DRUJBA» RESTORANI

               

Məhəbbətin yolları sirlidir. Aşiq olmaq da asandır, sevgilini itirmək də. Bir sözlə həyatdır. Tez-tez Dəyanətin rusca gündəliyinə yazdığı bir beyt yadına düşürdü :

Из тысячи одна своей любви верна.

Из тысячи один своему слову господин.

Такова жизнь[20].

Ancaq bu sözləri Dilarədən küsməmişdən qabaq yazmışdı.  Özü də bilmirdi, haradan ağlına gəlmişdi. Hərdən birdən ona elə gəlirdi ki, ağlına gələnlər başına da gəlir.

Dəyanət hər gün dərsdən çıxanda qrup yoldaşlarının bəzilərini ötürürdü. Bu özündən asılı olmurdu. Qızlar ona qoşulub dayanacağa qədər gəlir və bəzisi onunla avtobusa minib, evlərinə gedirdilər.

Əşrəf kişi maşınla instituta getməyə icazə vermirdi. Dərsdən sonra Dəyanət, evə qayıdar, anasını və ya nənəsini bir yerə aparmaq lazım olarsa, maşını qarajdan çıxardı.

Və yaxud Seyid Bikədən icazə alıb, maşını qarajdan götürürdü. Sonra məhəllədən aralı onu gözləyən Dilarəni mindirib şəhərə çıxırdılar.

Nənəni nəvəsinin hara getdiyi maraqlanmırdı. Dəyanət evə qayıdanda özü bu haqda söz salırdı.

-Ay nə, niyə soruşmursan, haradan gəlirəm?

-Haradan gəlirsən? Qəşəng bir qızın yanından.

-Sənə söz demək olmur, nə deyəcəyimi əvvəlcədən bilirsən.

-A bala, mən neynəyim, Allah belə yaradıb. Dur gəl yeməyini ye!

-Bax, yenə də məni qabaqladın. Haradan bildin, acam?

-Sənin tox vaxtın olub?

-Ay nə!? - deyə, Seyid Bikəni qucaqladı.

-Yavaş! Canım çıxdı. Qızları da belə qucaqlayırsan?

-Hm.

-Anan deyir ki, qrupundakı qızlara göz istəyir ki, tamaşa edəsən. Birin seç, toyunu edək.

-Ay nə, tez deyil. Mənim hələ on doqquz yaşım var.

-Hə, hələ tezdir. Əvvəl institutu qurtar. Ancaq qızların da könüllərini sındırma. Bilirəm ki, dinc dayanan deyilsən. Maşını da ehtiyatla sür! Bir də qızla aranızda olanları bir kəsə danışma, hətta ən yaxın dostuna da. Kişi qadından və qızdan danışmaz. Bu oğraşlıqdır.

-Oldu, nənə!

Dəyanəti öldürsəydin də nə danışardı, nə də sataşardı. Uşaqlıqda başına gələn bir əhvalatı hələ də unutmamışdı.

«Azərbaycan» mehmanxanası ilə üzbəüz həyətdə Tofiq adlı bir həmyaşıdı ilə dostluq edirdi. Bir gün onların həyətinə gələndə 14-15 yaşlı bir qızla üzləşdi.  Qız onun çox xoşuna gəlmişdi.

Həyətə düşən Tofiqlə küçəyə çıxmışdılar ki, həmin qız onlarla üzləşdi.

-Nə yaxşı şeydir! - deyə Dəyanət qızı Tofiqə göstərdi. Ancaq dostunun üzü gülmədi. Qıp-qırmızı qızardı. Tofiqin əlində «knopkalı» bıçağı açıldı:

-Qurban olasan, dostluğumuza! - dedi və oradan uzaqlaşdı.

Dəyanət isə dostunun bu hala düşməyinin səbəbini də başa düşmədi. Sonra uşaqlar dedilər ki, qız Tofiqin əmisi qızı olub. Bundan sonra o, bir daha Tofiqin üzünə baxa bilmədi. Onun üçün bu dərs oldu.

                                         ***

Dilarə bir həftədən yuxarı idi Dəyanətdən qaçırdı. Hətta zəng etdikdə belə səsini eşidib, telefonun dəstəyini yerinə qoyurdu.

Dilxorçuluqdan o, Məlahətə zəng vurdu. Fərhadın sevdiyi qızla rəfiqəlik edirdi:

-Məlahət, Dilarəyə nə olub? Məndən qaçır. -deyə soruşdu.

-Günah özündədir! - deyə Məlahət cavab verdi.

-Mən axı neynəmişəm?

-Nə edəcəksən? Gündə bir qıznansan!

-Mila, sən nə danışırsan?

-Bilirəm günahın yoxdur. Ancaq Dilarəni başa salmaq mümkün deyil ki, onlar sənin qrup yoldaşındır.

Məlahətin bu sözləri Dəyanəti dilxor etmədi.

-Necə bəyəm, qısqanır? - deyə soruşdu.

-Belə çıxır.

Dəyanət güldü.

-Niyə gülürsən? Sənin yerinə olsaydım ağlayardım.

-Mən Natəvandan sonra ağlamıram. - dedi və dəstəyi yerinə qoydu.

Məlahətlə söhbətdən sonra Dəyanət bir daha Dilarəyə zəng vurmadı. Sanki bu söhbət onunla Dilarənin arasındakı münasibətlərə son qoydu.

O, Dilarəni sevmirdi. Onu qızın gözəlliyi cəlb edirdi. Heç ağlına belə gəlməzdi ki, bundan sonra o, kimisə sevə bilər. Bu cür gözəl qızla elə bil vaxt keçirirdi. Ancaq günlər ötdükcə Dilarənin şıltaqlığından doyurdu, ondan uzaqlaşmaq istəsə də, qeyri-adi heyvani hislər onu qıza bağlayırdı. Qızdan ayrılan kimi onun üçün darıxırdı, birlikdə olduqda isə tez ayrılmaq istəyirdi.

Xəlvət anlarda həddini bilməyən Dilarə sözün həqiqi mənasında qeyri-adi bir məşuqəyə çevrilir və elə hərəkətlər edirdi ki, bu Dəyanətin özünü də qorxuya salırdı.

Dilarənin uzaqlaşmasına o, təbii hal kimi baxırdı, çünki bu belə olmalı idi: qız həddindən artıq qısqanc idi.

Dəyanət isə gün-gündən uşaqlıq xülyalarından uzaqlaşırdı. Anlayırdı ki, ondan qaçan adamı dala qaytarmaq olmaz. Odur ki, bir daha telefonu qaldırıb Dilarəyə zəng etmədi, ancaq unuda da bilmirdi...   

***

Beş altı ay beləcə ötdü. Dəyanət daha həyətə ayaq basmırdı. Məlahətə də zəng vurmurdu. Başı dərslərə elə qarışmışdı ki, heç nə onu maraqlandırmırdı.

Staroslavyan dilindən imtahandan beş alandan sonra  Dilçilik kafedrasının müdiri Prokoviy Vasiliviç Kravçenko onu yanına çağırdı və bildirdi ki, ona bolqar dilini öyrətmək istəyir. Kafedrasına belə bir tapşırıq veriblər. Dili yaxşı öyrənsə, onu Bolqarıstana oxumağa göndərəcəklər.

Prokofiy  Mixayloviç çox müdrik və xeyirxah insan  idi. Hamı onu Azərbaycan rusistlərinin ağsaqqalı hesab edirdi.

Odur ki, dərsdən sonra bütün günü dilçilik kafedrasında olurdu və bu müdrik müəllimin verdiyi kitabları oxuyub, onunla fikir mübadiləsi yürüdürdü, həm də dil öyrənirdi.

Dəyanəti kitabdan başqa heç nə maraqlandırmırdı. Kitablara yaxın olduqca o, özü üçün yeni aləmlər açır, axtardığı hər suala cavab tapmaq istəyirdi.

Daha köhnə dostları ilə görüşməyə vaxt belə  tapa bilmirdi. Sevdiyi futbola da daha getmirdi.

Axşam çağı yazı stolunun arxasında oturub, kitabxanadan aldığı kitabları varaqlayirdi ki, həyət dostu Oktay zəng vurdu:

-Dəyanət səni görmək istəyirəm.

- Şerlok Xoms, xeyr ola?

- Sənin üçün darıxmaq olmaz? Uşaqlar deyir ki, bütün günü evdəsən. Bayıra da çıxmırsan. O, gün futbola da gəlməmisən - uşaqlar uduzub.

-Elə deyil, sadəcə olaraq vaxtım yoxdur.

-İndi necə, vaxtın var?

-Belə də.

-Gəl görüşək.

-Hara gəlim? - deyə Dəyanət Oktayın könlünü sındırmadı.

-Düş həyətə! - deyə Oktay təklif etdi.

Həyətdə Oktay tək deyildi. Yanında son modla geyinmiş cavan bir oğlan dayanmışdı. Üzü gülmürdü, ancaq özünü elə göstərməyə çalışırdı ki, bu tanışlığa şaddır.

-Tanış ol, Cahangir! Mənim köhnə məhəllədə yaşayan dostumdur - deyə Oktay oğlanı təqdim etdi.

-Tanışlığa çox şadam! - deyə Dəyanət oğlana əl uzatdı, hiss etdi ki, təzə tanışı əlini bərkdən sıxmadı.

Son zamanlar o, hər şeyə fikir verməyə başlamışdı. Seyid Bikə bunu kitablarla dostluğu ilə izah edirdi. İnsanlarda və əhatəsində baş verən dəyişiklikləri o saat tuturdu.

-Oktay, eşidirəm! - deyə Dəyanət nədənsə susan dostunu söhbətə qaytardı.

-Heç! Cahangir mənə restoran uduzub. Görmürsən, qaş-qabağı yerlə gedir. İstəyirik səni də dəvət edək! - deyə Oktay Cahangirin soyuqluğunu mərci uduzmağı ilə izah etməyə çalışdı.

-Nə deyirəm? Mən hazır! Hara gedirik? - deyə o, soruşdu.

-Gəlin küçəyə çıxıb taksi saxlayaq! Qalanı mənim boynuma! - deyə Cahangir Oktayın sözlərindən sonra açılışdı.

Onlar küçəyə çıxdılar. Tiflis prospekti ilə çoxlu maşınlar ötüşsə də, taksi tapmaq çətin olurdu.

-Gərək taksi olsun?  Gəlin, xolturşik tutaq. -deyə Oktay əlini qaldırdı və qarşılarından keçən "Moskviç" onlardan beş-on atdım aralı dayandı.

-Getdik! - deyə Oktay maşının qapısını açdı və Dəyanətnən arxa oturacağa keçdilər. Cahangir qabağa əyləşdi.

-Hara gedirik? - deyə sürücü soruşdu.

-"Drujba" restoranına! - deyə Cahangir birnəfəsə dedi. Oktay Dəyanət tərəfə baxıb göz vurdu. Yəni "görürsən necə oğlandır?"  O, dinmədi.

 "Drujba" restoranı Bakının Dağ üstü  parkında, Kirovun heykəlinin altında yerləşirdi. Xəzərə baxan iri pəncərələrindən dənizin panoraması bütün gözəlliyi ilə insanı cəlb edirdi.

 Axşamın düşdüyündən uzaqdan Nargin adasındakı mayakın işıqları dənizim güzgü kimi sakit sularında əks olurdu. Hava çox mülayim, ən əsası, küləksiz idi.

Adətən bura Bakının pulluları və onların uşaqları gəlirdilər. Bura çox bahalıq idi.

«Drujba» restoranında Cahangiri çox yaxşı qarşıladılar. Elə bil gələcəyini gözləyirdilər.

-Cahangir, stolunun hazırdır!- deyə qapıdan içəri girən kimi qarşılarına qaçan ofisant pəncərənin yanındakı stolu göstərdi.

Dinməzcə stolun arxasına keçdilər. Ofisiant Cahangirin üzünə baxıb nə deyəcəyin gözləyirdi.

-Nə üzümə baxırsan? Nə lazımdır gətir! - deyə o, əmr verdi.

  Süfrəyə nə gəlmədi: qara və qırmızı kürü, Moskva araqları, gürcü limonadları, cürbəcür tutmalar və salatlar... Həqiqətən şahanə stol idi. Bütün bunlar Dəyanəti təəccübləndirmədi. Onun üçün adi hal idi. Ancaq Oktayı guşə gətirdi:

-Buna deyərəm yemək-içmək! - deyə stolu Dəyanətə göstərdi.

-Süz! - deyə Cahangir üzünü  ofisianta tutdu.

Məclis çox sakit keçirdi, heç kim dinib-danışmaq istəmirdi. Hər üçü sakitcə yeyir və hərdən birdən badələrini qaldırıb toqquşdurur, sonra qarşılarında dayanıb oxuyan müğənniyə kompliment deyirdilər.

Süfrənin arxasındakı soyuqluğu Dəyanət o saat hiss etmişdi. Bu bir balaca sıxıntı yaradırdı.

-Mən bilməzdim ki, insan uduzanda yaman dilxor olur! -deyə Dəyanət, sükuta son qoymaq istədi.

-Uduzmaq pis şeydir! - deyə Cahangir üzünü ona tutdu.

-Əgər sənin dilxorçuluğun Oktaya uduzduğuna görədir, hesabı mən verəcəyəm! - deyə Dəyanət güldü.

-Sən nə danışırsan? Təki Oktay kimi oğula uduzum! Nə qədər istəyirsiniz yeyin, için! Ölməmişəm! - deyə Cahangirin üzünə xəfif gülüş qayıtdı.

-Bilirsən, yeyib içməkdə zarafat, gülüş olmadı, iştaha açılmır. - deyə Oktay qara kürünü çörəyinə yaxdı.

-Mən də bu fikirdəyəm! - deyə Cahangir gülümsədi və qarşısındakı büllur qabdan Dəyanətin badəsini araqla doldurdu:

-İçgi can cövhərinin düşmənidir!

Gəl içək canımızın sağlığına! - deyə Cahangir badəsini onun badəsinə vurdu.

Dəyanət axıra qədər içdi, ancaq Cahangirin badəni dodağına vurub, yerə qoyduğunu gördü. Bu bir-neçə dəfə təkrar oldu. Həmişə ayıqlığını və içki məclislərində heç vaxt özünü itirməyən Dəyanət üçün burda içdikləri azca yorğunluq gətirsə də, anladı ki, qarşısındakı adam onun dəm olmasını gözləyir.

Müğənni qızla birlikdə üç qız icazəsiz gəlib stollarının arxasında oturdular. Altı nəfərlik stulların niyə qoyulduğu Dəyanətə aydın oldu.

Cahangir əvvəlcədən onları dəvət etmişdi.

-Necədir? - deyə Dəyanətə üzünü tutdu: - Badə olan yerdə gözəllər də olmalıdır.

-Bunu Sədi  demişdir! - deyə Oktay sözə qarışdı: Mənim şəxsən ürəyimcədir.

-Gəl olmasın! Bakının ən gözəl xanımları sənin stolunun arxasındadır. Qul kimi hər əmrini yerinə yetirməyə hazırdırlar.-deyə Cahangir tənə etdi.

Sonra o, üzünü qızlara tutdu:

-Ну, как девушки? Будем кайфавать? Поужинаем и едим на дачу![21]- deyə Cahangir yanında oturmuş qızın belini qucaqladı.

-Мы не против! - deyə qız rəfiqələrinin əvəzinə də cavab verdi.

-Dəyanət nə fikirdəsən? - deyə Cahangir soruşdu.

Dəyanət əvvəl gülümsündü. Ancaq Cahangirin onu içirtmək istəməsi yadından çıxmadı. O, da yanında oturan rus qızının belini  qucaqlayıb, üzündən öpdükdən sonra, özünü dəmliyə vurdu. Başını aşağı dikdi:

-Dostlar, daha başım hərlənir. Qızlarla gələn dəfə...-deyə əlindəki badəni Cahangirin badəsinə vurdu və arağı axıra qədər içdi.

-Qızlar necə? Xoşuna gəlmir.- deyə Cahangir soruşdu.

-Mənim? Niyə ki, hər biri mələkdir...

-Bəs onda niyə bizimlə getmirsən? - deyə bu səfər müğənni qız soruşdu.

-Getməz də! Bilirsən, necə çuvixaları var? Dilarəsi sizin mininizə dəyər! - deyə Cahangir əvəzinə cavab verdi.

-Nə Dilarə? Hansı Dilarə? - deyə başını güclə süfrədən qaldıran Dəyanət soruşdu.

-Gəl məni də tanıma!? Həmişə maşınında apardığın qızı deyirəm də. - deyə Cahangir əlavə etdi.

-Mənim Dilarə adlı qızım yoxur! - deyə Dəyanət səsin qaldırdı və stoldan dikəndi.

-Ala, bizim qonşumuzu deyir də! - deyə Oktay yerindən mırıldadı və başını qızın sinəsinə qoydu. Hiss olunurdu ki, dəmdir.

-Qonşu qızıynan mənim nə əlaqəm?

-Bəs deyirlər ki, qabaqlar bütün günü sənin maşınında... -sonrasını Cahangir deyə bilmədi.

-Deyənlər qələt eləyir, sən də onun içində! Bu nə sözdür, oğraşın-biri oğraş! - deyə Dəyanət stolun arxasından durdu.

Dəyanətin bu hərəkətinə Cahangir bir söz demədi.

-Bağışla, qardaş! Qələt eləmişəm! - deyə qalxıb Dəyanəti qucaqladı: - Xahiş edirəm, əyləş!

Ancaq Dəyanət əyləşmədi. Qapının ağzında  ofisiantı tutdu:

-Hesab nə qədərdir?- soruşdu.

-Nə hesab? Hər şey çoxdan çatıb.- deyə Cahangir özünü ona yetirdi: -Sən nə dəymədüşərsən? Axı beş dəqiqə bundan əvvəl səninlə çörək kəsirdik.

"Çörək kəsirdik" sözü Dəyanəti sakitləşdirdi:

-Ancaq bu o demək deyildir ki, camaatın qızına vedrə bağlayasan!

-Dəyanət, qardaş bağışla! Oldu da! Hamısı arağın təsirindəndir.

-Ola bilsin?! - deyə Dəyanət onunla vidalaşdı.

****

Evin qapısını açanda nənəsini görmədi. Stolun üstündəki kağız parçasına nəsə yazılmışdı, oxudu. Seyid Bikə əmisi Nərimangilə qonaq getmişdi. Özünü divana atdı və “Drujba“ restoranında nə baş verdiyini  anlamaq üçün dərin fikrə daldı.

Ancaq bu uzun sürmədi. Telefon zəng çaldı. Qaldırdı.

-Sən ona nə dedin? - deyə telefonun dəstəyindən Dilarənin səsi gəldi.

-Kimə?

-Cahangirə?

-Hansı Cahangirə?

-Mənim nişanlıma.

-Cahangir sənin nişanlındır?

-Məgər bilmirsən?

-Birinci dəfədir eşidirəm.

-Sən ona nə dedin? - deyə qız sualını təkrar etdi.

-Dedim, dünyada səndən gözəl qız yoxdur! - deyə Dəyanət hiss etdi ki, araq başına vurur və kefini qaldırır. Özü də bilmədən telefonun şunurunu dartı. Xətti yerindən qırdı. Hətta düzəlmək belə istəmədi də, arağın təsirindən onu yuxu tutmuşdu.

Qapının açılmağını belə hiss etmədi.

-Dəyanət, Dəyanət! Dur!

 Gözlərini  açan  Dəyanət Dilarəni başı üstə gördü.

-Qoymazsan, yatım! - deyə Dəyanət dikəldi.

-De, görüm nə olub?

-Həyət uşaqlarından biri Cahangirə ağzından qaçırdıb ki, biz gəzmişik. O, da yapışmışdı yaxamdan: belə şey olub ya olmayıb. Dedim, olmayıb. Uşaqlar axşam üstü mənə dedilər ki, onunla getmisən. Ürəyim partlayırdı. De, görüm nə oldu?

-Heç nə. Yedik, içdik.

-Səndən nə soruşdu?

-Dedi ki, deyirlər, Dilarə ilə gəzmisən. Düzdür?

-Qalxdım ayağa, istədim onu vurum. Məni sakitləşdirdi ki, qələt eləyib

-Bəs sonra?

-Durub evə gəldim.

-Bəs o?

-Vallah, o, məni maraqlandırmır. Oktayla qaldı.

Dəyanətin gözləri yumulurdu. Həqiqətən yatmaq istəyirdi. Gecədən çox ötmüşdü.

-Sən doğurdan belə demisən?

-Axı mən bundan başqa nə deyə bilərdim!

Bu sözlərdən sonra Dilarə sakitləşdi. Telefonu qaldırıb, harasa zəng vurdu.

-Allah bilir yenə də qızlara qoşulub hara qaçıb. - deyə qız öz-özünə danışdı.

-Kim?

-Cahangir!

Dəyanət gülümsədi. Ancaq hiss etdi ki, Dilarənin mavi gözləri onu özünə cəlb edir.

-Nə baxırsan? - deyə qız soruşdu.

-Sən nə qədər qəşəngsən! Adam səni yemək istəyir. - deyə Dəyanət ayağa qalxdı.

-Nənə gəlməyəcək? - deyə Dilarə keçib divanın qırağına əyləşdi və koftasını soyunmağa başladı.

-Ay qız nə edirsən?

-Dəyanət, məni bağışla. İndi mən ancaq səninlə olmaq istəyirəm.

-Dilarə, lazım deyil! Əsası odur ki, o, səni sevir. Qısqanclığın səbəbi də, elə budur.

-Sevir, ancaq özgələri ilə gedir. O, kef çəkmək istədiyi kimi, mən də istəyirəm. - deyə qız dodaqlarını onun dodaqlarına yaxınlaşdırdı.

-Lazım deyil, Dilarə!

-Məgər birinci dəfədir?

O, daha dayana bilmədi, qızı qucağına alıb, divana yıxdı.

Səhərin günəşi otağa düşəndə, başı üstə Dilarəni gördü. Qız fikrə dalmışdı.

-Nəyi düşünürsən? - deyə yerindən qalxaraq soruşdu.

-Bu hadisələrdən mənə bir şey aydın oldu ki, qısqanan kişi kişi deyil! Çünki arxayın deyil. Özünə arxayın olsa, qısqanmaz!

-Belədirsə, niyə ona ərə gedirsən?

-Başqa çarəm yoxdur... Sənin yanına isə daha qayıda bilmərəm. Çünki sənə də xəyanət etmişəm... Sən isə kişisən! Həqiqi kişisən! - deyə qapı tərəfə üz tutdu.

***

 


NƏNƏ, NƏNƏ CAN NƏNƏ!

 

«Hər sevincli anların kədərli dəqiqələri var!» - deyənin sözləri nə qədər  düzdür. İnsan sonrakı anı görə bilmədiyindən həyat ona  qeyri-adi sürprizlər hazırlayır. elə hadisə baş verir ki, özün də inana bilmirsən.

Dilarə ilə xəlvəti görüşdən kefi durulmuş Dəyanətin ağlına belə gəlməzdi ki, səhər çağı qapını açıb, həyətə düşəndə onu bəd xəbər gözləyəcək.

  Həyətdə heç kim yox idi. Bazar günü olsa da, həyət bombuluboş idi.

Təkcə Gülüş ayağının birini divara söykəyib durmuşdu. Başını sağa-sola çevirib elə bil kimisə axtarırdı.  

-Privet, Dəyanət! - deyə Gülüş ona harayladı.

Dəyanət ona yaxınlaşıb əl uzatdı.

-Yuxarı məhəllə bizimlə futbol oynamaq istəyir. Uşaqları yığmaq lazımdır. Saat 5-ə gələcəklər. Zənnimcə, sən də olacaqsan. -deyə Gülüş fikrini bildirdi.

-Baxarıq! - deyə Dəyanət razılığını bildirmədi.

-Sənin olmağın vacibdir. Həyətdə profesional təkcə sənsən.

-Fərhadı çağır.

-O sənin kimi oynaya bilmir.

-Yaxşı baxarıq! - deyə ondan uzaqlaşmaq istəyirdi ki, Fərhadın özü gəldi.

 -Anan bizə zəng eləmişdi. Dedi səni tapım, deyim ki, tez yuxarı evə gəlsin.

Dəyanət qapılarının ağzında dayanmış maşınına mindi. Evlərinin həyəti adamla dolu idi.

-Nə olub? - deyə o, həyətə girən kimi soruşdu.

-Nənən bir on dəqiqə olar keçindi. - deyə qonşulardan biri dilləndi.

Dəyanət tez özünü otağa saldı. Seyib Bikəni çarpayıda gördü. Nənəsi elə bil yatmışdı. Dodaqları elə bil gülümsəyirdi.

-Nənə, nənə can nənə! - deyə Dəyanət nənəsinin üzündən öpürdü.

O, inanmaq istəmirdi ki, nənəsi onu eşitmir.

-Qalx ayağa! Kişi ağlamaz!

Dəyanət atasının sərt səsini eşitdi. Gözlərindəki yaşı silib ayağa qalxdı. Həyətə çıxdı.

Həyətin ortasında çadır qururdular. Tut ağacının altındakı skamyaya oturdu. Bir vaxt vardı bu həyətdə babası və nənəsilə birlikdə oturub, şirin-şirin söhbət edirdilər. Ona elə gəlirdi ki, dünyada ondan xoşbəxt adamı yoxdur, çünki belə babası və nənəsi var.

 Əvvəl babasını itirdi, sonra Natəvanı, indi isə nənəni - dünyada dərdini-sərini bölüşdürdüyü adamı.

Əvvəldən nənəsi ilə qaldığından Dəyanət onu anasından çox istəyirdi. Birdə Seyid Bikə qeyri-adi bir qadın idi. Onu başa düşən və yol göstərən.

Dəyanət indi tək qaldığını hiss etdi.

***


BREJNEVİN GƏLİŞİ

 

Bütün tələbələri dənizkənarı parka tökmüşdülər. Əllərində bel bulvarı zir-zibildən təmizləyirdilər. Altı aydan artıq idi ki, bulvarda təmir və genişləndirmə işləri gedirdi. Deyilənə görə bütün bunlar Brejneyin Bakıya səfəri ilə bağlı idi.

Mərkəzi Komitə küllü miqdarda pul buraxmışdı ki, Bakıya ayaq basan Leonid İliçin bulvar ürəyincə olsun.

Boş-boşuna pulların belə işlərə xərclənməsi onminlərlə  ev növbəsində duran bakılıların heç ürəyincə deyildi, çünki bulvarın genişləndirilməsinə ayrılan pullar, əlbəttə ki, xalqın boğazından kəsiləcəkdi. Bunu hamı bilirdi.

Son illər respublikada baş verən neqativ hadisələr tələbələrin ağzından düşmürdü. Moskvanın xoşuna gəlmək üçün nələr edilmirdi.

Moskva qəzet və jurnallarına verdikləri intervülərdə respublikanın partiya rəhbərləri əhalini alverçi, oğru, sosialist əmlakını dağıdan elan edib ağız dolusu, bunlara qarşı mübarizə apardıqlarını bəyan edirdilər.

Əslində isə respublikadakı özbaşınalığı ört-basdır edirdilər.

Bakıdan Moskvaya yazılmış bir şikayət məktubu da adresata çatmırdı. Qlavpoçtamtdan kənara çıxmırdı. Oradan düz Mərkəzi Komitəyə göndərilir, şikayətçini gözümçıxdıya salırdılar.

Brejnevin gəlmə xəbəri isə haqq-ədalət axtaranların ümidini qırırdı.

Tələbələr vaxt tapan kimi Brejnev haqqında lətifələr danışırdılar. Axı danışmayıb neynəsinlər?

Bakının mağaza-dükanlarında nə ət vardı, nə yağ, nə də qənd.

Respublika 150% -dən artıq yerinə yetirdiyi kənd təsərrüfatı məhsullarının üzünə həsrət qalmışdı. Azərbaycan talon sisteminə keçmişdi. Bir aya adambaşına bir kilo qənd, bir kilo mal əti, yarım kilo yağ verirdilər.

Balıq, qoyun əti, keyfiyyətli toyuq yoxa çıxmışdı.   

Mağazadan Rusiyətdən gələn iyirmi-otuz il bundan qabaq Sibir Tayqasında dondurulmuş mal ətini almaq üçün müharibə dövrünü xatırladan növbəyə durmalıydın. Çox vaxt durduğun növbədən əliboş çıxırdın. Hər gün gözdə qulaqda idin ki, bəlkə dükana ət və ya yağ gəldi.

Bununla belə, radio və televiziya əmək qəhrəmanlıqlarından, xalqımızın xariqələr yaratdığından daqnışırdılar. Əslində isə kağızda belə idi. Acı həqiqət ondan ibarət idi ki, respublika rəhbərliyi əlindən gələni edirdi ki, Kremldə oturan çoxdan pensiya yaşı ötmüş qocaların nazı ilə oynasınlar.

Xalqın vəziyyətini düşünən yox idi. Oğula atanın maşınını sürməyə icazə vermirdilər ki, eyni ünvana qeydiyyatı yoxdur. Rayon yerlərində raykomlar xalqı soyur, planı yerinə yetirmək bəhanəsi ilə mal-qaranı, öz sahələrindən yığdıqları məhsulları əllərindən alırdılar, sözdən çıxanı isə şərləyib türməyə saldırırdılar.

Başqa Qafqaz respublikalarında tikinti baş alıb gedirdi. Gürcülər, ermənilər iki-üç mərtəbəli imarətlər tikirdilər, onlara dəyib dolaşan yox idi. Azərbaycanda isə hər şey tərsinə idi. Bir daşı daş üstünə qoyanı həbs edirdilər, Bakı bağlarındakı  evlərini təmir etmək istəyənlərin bağlarını əllərindən alırdılar ki, «icazəsiz rekonstruksiya edib». Odur ki, Vəli Axundovdan sonra Bakı bağları xarabalığa çevrilirdi.

«Sosialist əmlakını dağıdanlar» adı ilə respublika rəhbərliyi respublikanın kənd və qəsəbələrində faktiki olaraq şəxsi tikintinin qarşısını almışdı. Ən çox əziyyət çəkən Bakı əhalisi idi.

 Evi-eşiyi olmayan gənclər Bakını və rayonları tərk edib üzlərini Rusiyyətə tuturdular. Həddi bulağa çatmış qızlar evdə qalırdılar…

Günbəgün artan özbaşınalıqlar, yerlibazlıq hamını boğaza yığmışdı. İnsanlarda belə təsəvvür yaranırdı ki, klan hakimiyyəti güclənir və buna qarşı mübarizə aparmaq qeyri-mümkündür.

Azərbaycanı sanbalı adamlar tərk edirdilər. Ağıllı alimlər və ziyalılar Moskva və Leninqrada üz tuturdular.

Brejnevin Bakıya gəlişi isə xalqda Sovet hökumətinə olan bütün ümidləri öldürürdü. Bununla belə təsəvvür yaranırdı ki, bu ağılla çox da uzağa getmək olmaz. Yalan və yaltaqlıq üstündə qurulmuş ölkənin axırı olmayacaq.

Brejnev ağanın xoşuna gəlmək üçün  Azərbaycan rəhbərliyi dəridən, qabıqdan çıxırdı.

Brejnev Bakıya gəlməsinə bir-neçə saat qalmışdı. Tiflis vağzalının qabağı tələbələrlə dolu idi.

Dəyanətgili vağzal dairəsində, pilləkənlərin qarşısında yerləşdirmişdilər. Göstəriş vermişdilər ki, Brajney pillələrdə görünəndə, əl-ələ tutub heç kimi irəliyə buraxmasınlar.

Tələbələr də, əlbəttə ki, bu göstərişi eşidib, ona əməl etmədilər. Brejnev pillələrdə görünən kimi, reproduktorlar «Yaşasın Leonid İlyiç – Ura!» qışqırdı, ancaq tələbələrdən səs çıxmadı. Elə bil tələbələrin qışqırmayacağını nəzərə almışdılar. Reproduktorla onların əvəzinə sürəkli «Ura!» qışqırmağa başladılar. Bu elə gülünc alındı ki, Dəyanət özünü saxlaya bilmədi qəhqəhə  çəkdi. Hətta onu tərəfə  yaxınlaşan Brejnevi belə görmədi.

Birdən kimsə onun qabağından qaçıb özünü Leornid İlyiç tərəfə atdı.

-Уважаемый Леонид Ильич, возьмите мою жалобу![22]-deyə  əlindəki məktubu ona uzatdı.

 Bircə anın içində Dəyanətin yanında dayanan iki nəfər şikayətçini çiynindən tutub, arxa tərəfə atdı. Üstünə tullanıb, ağzına elə bir zərbə vurdular ki, başı asfalta  dəydi, asfaltdan səs çıxdı, ondan çıxmadı.

Brejnev isə heç nə olmamış kimi, arxasını onlara çevirdi, nə baş verdiyini sanki görmədi. «Çaykaya» minib camaata əl elədi

Dəyanət bunları görüb, «Tfu!» deyib oradan uzaqlaşdı.

***


XARİC

 

            Üçüncü kursun axırında rus dilçiliyi kafedrasının  müdiri Prokofiy Mixayloviç Kravçenko Dəyanəti yanına çağırdı

            İki ilə yaxın idi ki,  Dəyanət Prokofiy Mixayloviçlə məşğul olurdu.

            Prokofiy Mixayloviç bolqar dilindən başqa slavistikaya aid bütün kitabları ona verir, konkret müddət ərzində oxumasını istəyir, gün təyin edirdi ki, oxuduğunu onunla müzakirə etsin.

            Dəyanətə elə gəlirdi ki, bu insan kitabları ona verəndə qabaqcadan neçə günə oxuyacağını da  bilirdi. Vaxtında yanına gəlib kitabları qaytaranda, sevinirdi və tələbəsinin zəhmətkeşliyini qiymətləndirirdi.

              Bolqar dilini  isə elə bil ana dili kimi öyrənirdi. Əvvəla rus dilini bilməsi, daha doğrusu qədim slavyan dilindəki yazıları oxuyan üçün, cənubi slavyan dillərinin anası olan bolqar dilini  mənimsəmək  o qədər də çətin deyildi.

            Dəyanətin nailiyyətləri göz qabağında idi. Gənc bolqar yazıçılarının əsərlərini Azərbaycan dilinə çevirirdi və ədəbi jurnallarda çap etdirirdi.

            Dərsdən sonra Dəyanət dilçilik kafedrasına gəldi. Prokofiy Mixayloviç onu gözləyirdi. 

            -Salam, Pokofiy Mixayloviç!-deyə müəllimini salamladı.

            Prokofiy Mixayloviç stolunun gözündən bir məktub çıxartdı və Dəyanətə uzatdı.

-Bunu MK-dan göndəriblər. Bolqar dilindədir. Tərcümə et!

-Bu dəqiqə! - dedi və çap maşının arxasına keçdi. İki səhifəlik məktubu Azərbaycan dilinə çevirdi və elmi rəhbərinə uzatdı.

-Afərin bala, indi isə götür MK-ya, xarici əlaqələr şöbəsinə apar.

***

Dəyanət deyilən yerə getdi. Onu çox yaxşı qarşıladılar. Şöbənin rəhbəri məktubu oxuyub, sağ ol dedi və qarşısına kadr uçot vərəqəsi qoydu:

-Al bunu, doldur! Səni şöbəmə ştatdan kənar slavyan dilləri üzrə tərcüməçi götürürəm. Prokofiy Mixayloviçin pis kadrı olmaz! Mənim də müəllimim olub. Müdrik insandır. Biz hamımız onun kadrlarıdır. Sabah səni gözləyirəm.

Səhəri günü kadr uçot vərəqəsini şöbəyə gətirdi. Şöbənin rəhbəri onu gülər üzlə qarşıladı və sənədləri ondan aldı və dedi ki, şef hər dəfə Bolqarıstandan məktublar və yazışmalar gələndə onu çağıracaq. Bu ölkə ilə əlaqələrimiz güngündən genişlənir. Bolqarıstan sovxozu buna misaldır. Ola bilsin ki, səni ora oxumağa  göndərdik. İndi isə düş «buxalteriyaya» qanararı al!

Əlli manat qanarar aldı. Az pul deyildi. Müəllimin yarım aylıq maaşı idi.

Dəyanətin yadına düşdü ki, qrup yoldaşı, rus qızı Ninaya İnturistdən mərc uduzub. "Yerinə düşdu" -deyə o, düşündü.

Ninanı Dəyanət "Voyenni qorodok"dan tanıyırdı. Hərbiçi qızı idi. Natəvanın oxuduğu məktəbdə oxumuşdu. Onda ukraynalı qızlara  xas olan gözəllik və cazibədarlıq vardı. Dəyanət qrupda onunla dostluq edirdi. 

Evə gələndə nə atası, nə də anası evdə deyildi. Düşünmədən telefonun üstünə atıldı. Tanış olan nömrəni yığdı:

-Ninka, nə ilə məşğulsan? - deyə telefona cavab verən qızdan soruşdu.

-Heç evdəyəm. Yaman darıxıram.

-Onda geyin, dalınca gəlirəm. Qızlardan kimi istəyirsən götür. Sizi «İnturist»ə aparacağam. «Kiyev kotleti» yeməyə.

-Daha doğrusu, uduzduğunu verməyə!

-Fərqi nədir? Fakt odur ki, uduzduğumu alıram.

-Hamı səni kimi olsaydı, nə dərdimiz?

-Yarım saata sizin həyətdəyəm.

Dəyanət keyinib hazır olanda, atası ilə anası otağa daxil oldular.

-Hara belə axşam vaxtı? -deyə anası ciddi soruşdu.

-Ay na, uşaqlarla şəhəri gəzməyə çıxırıq! İcazə verin! - deyə atası tərəfə baxdı.

Əşrəf kişi başı ilə razılıq verdi.

***

Nina artıq onu həyətdə gözləyirdi. Ancaq tək idi.

-Bəs qızlar hanı? - deyə o, soruşdu.

-Gəl, bu gün özümüz gedək! Onları başqa vaxt apararıq.

-Sən bilən məsləhətdir.

Nina onun qoluna  girdi. Həyətdən çıxdılar.

-Papa zəng eləmişdi. Hələ bir ay da Almaniyada qalacaqlar. Mama üçün darıxmışam. – qız şikayətləndi.

Nina general qızı idi. Bakıya Kiyevdən gəlmişdilər. Atası indi Almaniyada xidmət edirdi. Nina Bakıda oxuduğundan qızı burada qoyub getmişdilər. Qrupun qızları bütün günü onlarda olurdular. Bəziləri isə çox vaxt onlarda qalırdılar.

«İnturist»in restoranında adam az idi. Qabaqlar burada yer olmazdı.

-Maraqlıdır, çox az adam var! Sən bilən niyə?- deyə Nina dilləndi.

-Deyirlər ki, burada tez-tez yeyib-içəni KQB nəzarət altına alır.

-Bunu mən də eşitmişəm. Bəs sən qorxmursan? - deyə qız bic-bic ona baxdı.

-Biz bura ayda-ildə bir dəfə gəlirik. Qorxulu heç nə yoxdur.

-Yaxşı ki, adam azdır - rahat dincələcəyik. Yaman kefin kökdür.

-Məni işə götürüblər.

-Hara?

-MK-ya ştatdan kənar tərcüməçi. 50 manat da qanarar veriblər. Tak çto...yeyib içə bilərik.

Ofisiant menyunu əvvəl qıza uzatdı, Nina seçəndən sonra isə, Dəyanətə göstərdi.

-Mənə də qızın istədiyindən?

-Nə içəcəksiniz?

-Şampan! - deyə Dəyanət Nina tərəfə baxdı. Qız başı ilə razılıq verdi.

Nina "Kiyev kotletindən" başqa heç nə yemədi. Onsuz da az yeyən idi. Şampanı isə su kimi içdi.

Dəyanət ofisianta əl elədi:

-Bizə dondurma, yenə də şampan gətir. Çərəz də olsun. -dedi.

 Dondurma ilə şampanı Nina çox həvəslə içdi. Sonra isə üzünü Dəyanətə tutdu:

-Daha bəsdir! Çıxaq, şəhəri gəzək.

Dəyanət ofisiantı yenə çağırdı:

-Hesabımız?

-On beş manat.

Dəyanət göy əlliliyi cibindən çıxardıb, ofisianta uzatdı. Ofisiant qalığını Dəyanətə qaytardı və "Çox sağ ol!" dedi.  

Bulvara çatanda qız onun qoluna girib, başını çiyninə qoydu. Dəyanət Ninanın məst olduğunu hiss etdi.

Saat hələ səkkizin yarısı idi. Sentyabr ayının ortaları isti keçdiyindən camaat bulvara axışırdı. «İnturist»lə üzbəüz kinoteatrın arxası, daşlı-kəsəkli qayalığa əsasən gənclər gəldiyindən buraları "sevgililər guşəsi”  adlandırdılar.

-Gəl, ora gedək! - deyə Nina Dəyanətin əlini dartdı. O, isə müqavimət göstərmədi.

Dənizdən sərin meh əsirdi. Sahildən Nargin adasındakı mayakın yanıb sönən rəngli işıqları görünürdü. 

Qayanın üstündə oturdular. Onlardan beş-on metr aralı qızla oğlan öpüşürdü.

-Necə də xoşbəxtdirlər! - deyə Nina onları göstərdi və başını yenə çiyninə qoydu.

Dəyanət bunu təbii qəbul etdi. Ninanın belini qucaqladı və üzündən öpdü.

-Qızlar bu saat sənə "rozısk" veriblər! - deyə Dəyanət dilləndi.

-Heç nə olmaz! Zəng edib yorulacaqlar, elə biləcəklər ki, xalamgildəyəm. Sən mənə zəng edəndən sonra Turana zəng edib demişdim ki, xalamgildə qalacağam. Belə ki...

-Səni heç kim axtarmayacaq!

-Elədir!

Nina ayağa qalxdı, əlini ona uzatdı.

-Getdik!- deyə ayağa qalxan Dəyanətin qoluna girdi. Onlardan aralı oturan qızla oğlan onlara əl elədi. Adət belə idi, gedənlərə əl edirdilər.

            Bulvarın içərisinə girmədilər. Gəldikləri yol ilə İnturistin qarşısına çıxdılar.

            -Mən içmək istəyirəm!

            -Gedək «İnturist»ə!

            -Yox, lazım deyil! Taksi tut! Bizə gedirik! Ancaq yolda şampan alarsan!

            Taksi hərbi şəhərciyin girəcəyindəki qastronomun qabağında dayandı. Ninagil dükanla üzbəüz binada olurdular. Maşından düşdülər.  Dəyanət taksiçinin pulunu verdi.

            -Sən evə get, mən bazarlıq edib gəlirəm!- deyə Ninanı yola saldı.

            O, bazarlıq edib, beş mərtəbəli evin üçüncü mərtəbəsinə qalxdı. Əlindəki kulyoku yerə qoyub, zəngi çaldı. Qapını Nina açdı.

            -Nə çox şey almısan! - deyə qız onun əlindəkiləri aldı və mətbəxə keçdi. Telefon zəng çaldı.

            -Səhərdən telefon zəng edir, qaldırmıram. Sən də qaldırma! -deyə mətbəxdən Ninanın səsi eşidildi.

            Qonaq otağının təkcə tarjeri yanırdı. Dəyanət əlini uzadıb işığı yandırmaq istəyəndə, Nina qoymadı:

-İşıq lazım deyil! Qonşu qızı gələ bilər. Mən isə səninlə olmaq istəyirəm. - deyə pəncərələrin qalın pərdələrini çəkdi.

Nina stolun süfrəsini dəyişdi, üstünə iki böyük fujer qoydu:

-Bu gün kef çəkəcəyik! - deyə Dəyanətin üzünə baxdı.

 Qızı mavi gözləri elə bil yanırdı. Onlar o qədər cazibədar və qəşəng idi ki, Dəyanət bir söz demədi. Ümumiyyətlə, nə deyə bilərdi. Nina qrupun ən gözəl və cazibədar  qızı idi. Nə qədər şən və gülərüz olduğu haqda hamı danışırdı. Elə bir oğul tapılmazdı ki, onun könlündən keçməsin.

-Sənə bu gün nə olub? - deyə Dəyanət onun üzündən öpdü.

-Heç nə! Mən həmin Ninayam! - deyə qız şampan şüşəsini ona uzatdı: -Aç! - dedi, mətbəxə keçib özünün bişirdiyi şirniyyatı gətirdi.

Dəyanət şampanın ağzını sakitcə açdı və fujerlərə şərab süzdü.

-Sənin sağlığına! - deyə Dəyanət badəni qıza uzatdı.

-Sənin sağlığına!- deyə Nina badəsini qaldırdı və hamısını içdi.

-Bunları sən özün hazırlamısan?- deyə o, stolun üstündəki şirniyyatı göstərdi: - Çox ləzzətlidir.

-Hamı belə deyir! Sən mamanın hazırladığını görməmisən.

-Nənəmin rəfiqəsi vardı, Nataşa xala. O, da yaxşı hazırlayırdı. Köklü rus zadəganlarından idi. - deyə vazadan "Napolyonu" götürdü.

Nina isə radiolanın qarşısında vallara baxırdı.

-Sakit musiqi qoy! - deyə Dəyanət yerindən dilləndi.

-Mən də elə sən deyəni axtarıram! - deyə Nina əlindəki valı radiolanın diskinə qoydu.

Həzin "Tanqonun" sədası otağa yayıldı. Dəyanət əlindəki "Napolyonu" yerə qoydu və ona yaxınlaşan Ninanın əllərini çiyninə qoydu. İndi oynaya-oynaya qızın dodaqlarından öpürdü.

-Sən heç də soyuq deyilsən! - deyə Nina onun hərəkətlərinə cavab verirdi. Şampanın və musiqinin səsindən daha heç nə duymurdu.

Ninanı yataq otağına gətirdi və döşəyin üstünə yıxdı. Qız müqavimət göstərmirdi.

            -Sən necə qəşəngsən!? - deyə qızı soyundurmağa başladı. Nə baş verəcəyi onu maraqlandırmırdı.

            Saat 12-nin yarısı idi. Telefon zəng çaldı. Onlar dəstəyi götürmədilər. Telefon susan kimi Dəyanət dəstəyi qaldırdı və nömrə yığdı.

            -Kimə zəng vurursan? - deyə Nina soruşdu.

            -Evə! Evdəkilər nigaran qalmasın!

            -Nə deyəcəksən?

            -Deyəcəyəm, Ninanın yanındayam! Anam sevinəcək. Bilirsən də səni nə qədər istəyir? - deyə Dəyanət tam ciddiliyi ilə dilləndi.

            -Lazım deyil, Dəyanət! - deyə qız onun əlini tutdu.

            -Niyə? - deyə o, dəstəyi yerinə qoydu. -Bəs onda nə deyim?

            -Denən, Fərhadgildə qalacaqsan!

-Səni başa düşmürəm?

-Sən zəng elə, sonra danışarıq.

Dəyanət  telefonu  yenidən qaldırdı.

-Ay na, mənəm. Narahat olma. Fərhadgildəyəm. Orda qalacağam.

-Səhərdən ürəyimizi yeyirik. Niyə bayaqdan zəng vurmursan?

-Bağışla, ana! Başımız qarışıq idi. İstəyirsən gəlim.

-Daha gecdir! - deyə Raziyə xatın dəstəyi asdı.

Dəyanət Ninanın belini qucaqladı:

-Səni başa düşə bilmirəm? Aramızda nə baş verdiyini anlamırsan?

-Anlayıram!

-Bəs niyə həqiqəti deməyi qoymadın?

-Dəyanət, sən məni sevmirəm, sən də mənim sevmədiyimi bilirsən. İkincisi, mən qız deyiləm. Adaxlım Andrey sən etdiyini iki il bundan qabaq edib. İndi o, atamla eyni diviziyada xidmət edir. Bakıya dönən kimi toyumuzu edəcəyik.

-Elədirsə, onda bu nə deməkdir?  Sənki onun başına buynuz qoyursan?

-Elə deyil! Əvvala, səni kişi sayıram. Necə ağzı möhkəm oğul olduğunu bilirəm. Birdə bilməlisən ki, qadın olandan sonra nadir hallarda tək qalmış qız kişisiz yaşaya bilir. Bunu yadından çıxartma! Mən səndən iki-üç yaş böyüyəm, sən isə qrupumuzun sevimlisi. İstəyirəm hər şeyi biləsən.

-Başa düşmədim?

-Burda nə var ki, qadın orqanizmi kişi tələb edir. O olmayanda az qalır, dəli olsun.

-Maraqlıdır! - deyə Dəyanət fikrə daldı.

-Dur gedək çimək! Su gəlir. Tərləmişik.

Hər ikisi hamamxanaya girdilər. İsti su sinirlərini sakitləşdirir və başlarından məstliyi çıxardırdı.

Dəsmala bürünüb qonaq, otağına qayıtdılar.

-Al iç! - deyə Nina fujeri ona uzatdı.

            -Sənin sağlığına! -deyə hər ikisi yataq otağına qayıtdılar.

            -Nə qədər adaxlım qayıtmayıb, mən səninlə olacağam. Mənə kişi lazımdır. Qızların arasında isə özümü elə aparacağam, hamı düşünəcək ki, bir-birimizdən zəhləmiz gedir. Razısan?

            -Bu cür təklifdən hansı axmaq  qaçar?

            -Dəyanət, bil ki, mən ancaq səninlə olmuşam. - deyə qız onun üzündən öpdü.

            -Mən qorxuram, sənə aşiq olum.

            -Qorxma! İnanmıram ki, sən Natəvandan sonra kimi isə sevə biləsən. Ancaq səni sevənlər çox olacaq. Çünki özünü kişi kimi aparırsan, birdə qadınların xətrinə dəymirsən.

            -Sən lap falçı kimi danışırsan.

            -Bilsəydin qrupun qızları sənin xətrini necə istəyirlər? Kimi istəsən aparıb, mənim günümə salarsan!

            -Nina, gəl özümüzdən danışaq!

            -Bax, elə buna görə səni sevirlər.

            -Daha yatmaq vaxtıdır. - deyə Dəyanət işığı söndürdü.

 

***

Səhər dərsdə Nina ilə nə baş verdiyini anlamaq istəyirdi. Dəyanətin gözü isə onda idi. Qız elə bil daha da gözəlləşmiş, yanaqları qızarmışdı. Həddindən artıq şən idi.

-Ay qız dünən harada idin? - deyə Turan hamının yanında soruşdu.

-Harada olacağam evdə!

-Yalan danışma! Düzünü de! - deyə rəfiqəsi təkid etdi.

Nina nə deyəcəyini bilmirdi. Ətrafdakılar da qulaqlarını sallayıb iki rəfiqənin söhbətinə qulaq asırdılar.

-Necə deyim, inanasan? - deyə Nina saçlarını əli ilə sığalladı: - Əvvəl bir «çuvakla»[23] «İnturist»ə getdik. «Kiev kotleti» yedik, şampan vurduq, sonra bizə gəldik, doyunca çalıb oynadıq.

 -Çaşıb çuvak Dəyanət olar? Axı o sənə «Kiev kotleti» uduzmuşdu. - deyə Esmiralda soruşdu və Dəyanət tərəfə baxdı.

-Kim?

-Dəyanət.

-O, uduzduğunu heç alandır? Mən həqiqətən dünən «İnturist»ə idim. Çox xoşuma gəldi. Sizdə gedin. Uduzduğum mərci Dəyanətdən alın.

-Ura! - deyə qızların səsi ucaldı.

-Hə, Dəyanət, nə deyirsən?

            -Mənim üçün fərqi yoxdur. Borcumu kimə qaytaracağam. -deyə Dəyanət hirsli-hirsli Nina tərəfə baxdı.

            -Oldu! Stependiyanı alıb, bizi «İnturist»ə apararsan! - deyə Esmiralda söhbətə son qoydu. Turan isə Ninanı qırağa çəkdi:

            -Doğurdan, harada idin?

-Evdə.

-Bəs telefonu niyə götürmədin?

-Telefon yerə düşüb sınmışdı.

-Onda bu zarafat nə üçün idi?

-Turan, əvvəla, sənin sualına belə cavab verməsəydim, heç kim mənə inanmayacaqdı. İndi özün görürsən: qurbağa gölünə necə daş atmışam. Bunlar həqiqət olsa da, heç kim inanmayacaq. Hamı düşünəcək ki, mən kopa basıram. Birdə, harada olduğum, nə etdiyim haqda qızların yanında soruşma. Onların fantaziyası bizə istədiyin vedrəni bağlayar. Mən isə bunun qabağını aldım. Anladın.

Nina ilə keçib parta arxasında əyləşdilər. Turan anlaya bilmədi ki, həqiqətdə nə olub.

Dəyanət isə yaman dilxor idi. Dərsdən sonra Ninanın hara getdiyini bilmədi. Prokofiy Mixayloviçin yanına gəldi. Dünən MK-da nə baş verdiyni ona danışdı.

-Çox gözəl! Xaricdə oxumaq üçün ilk addımı atdıq. İndi sənin hazırlığına ciddi fikir verməliyəm. - deyə Dəyanəti kitablarla yüklədi.

Raziyə xatın Dəyanətin gəlişini səhərdən gözləyirdi. Atası evdə yox idi. "Yola getmişdi»[24].

-Dünən nə olmuşdu?

-Heç nə ana! Məni MK-ya ştatdan kənar tərcüməçi götürdülər. Qanarar da veriblər. - deyə Dəyanət əlini cibinə saldı, pulu çıxarıb stolun üstünə qoydu: - Fərhadla yuduq. Azca içmişdim. Atadan utandım. Odur onlarda qaldım.

Raziyə oğlunun alnından öpdü:

-Acsan?

-Ölürəm! - dedi və qarşısındakı kitabları varaqlamağa başladı.

***


QAZAX ƏHVALATI

 

Nina beş-altı gün Dəyanətə elə üz göstərdi ki, elə bil heç nə olmayıb. Əvvəllər tez-tez ona zəng vurardu. Zənglər də kəsilmişdi. Dərsdə isə ona tərəf belə baxmırdı.

Həftənin axırında hamını qrup yoldaşı Eldar Lomidze qonaq çağırdı. Eldarın familiyası gürcü familiyası idi, ancaq atası da, anası da azərbaycanlı idilər.

Gürcüstanda yaşamışdılar. Eldarın atası rəhmətə getmişdi. İndi evin həm atası, həm anası Çimnaz xanım idi.

 Gürcüstanda Eldara pasport verən şöbə Məmədov əvəzinə Lomidze yazmışdı. Gürcülər beləliklə millətlərinin sayını artırırdılar.

Eldar onlardan bir kurs aşağı Qazax şəhərindən qıza aşiq olmuşdu, nişanlanmışdılar da. İndi gəlin gətirməli idi. Bir həftədən sonra "Səadət" sarayında toyu olmalıydı.

Çimnaz xanım Eldarın qrup yoldaşlarını məsləhətə çağırmışdı.

 Esmiralda qrup nümayəndəsi kimi özünü göstərmək istədi:

-Biz hamımız gedirik. Dəyanət, sən də papanın maşınını götürürsən. Gəlini sizin maşınında gətirərik

-Problem yoxdur!

-Bizim qrup üçün bir "Raf" bəs edər. On dörd adam gedəcəyik. Maşını özüm təşkil edəcəyəm.

-Bəs qalanları? - deyə Çimnaz xanım soruşdu.

-Onlar toya gələcəklər.

Esmiraldanın hamının adından danışmağa haqqı vardı. O, qrupun lideri kimi bütün çətin vəziyyətlərdə qrupun köməyinə gəlirdi.

Bazar günü səhər sübhdən yola çıxmaq qərarına gəldilər.

 

***

Şənbə günü axşam Nina Dəyanətə zəng vurdu və əmryanə dedi:

-Bizə gəl!

Dəyanət dəstəyi yerə qoydu, əvvəl nə edəcəyini bilmədi. Anasından maşının açarlarını aldı. Əşrəf kişi «yolda» idi.

-Sabah Eldarın toyudur. Səhər sübhdən Qazaxa gəlin dalınca gedəcəyəm. Ola bilsin Fərhadgildə qaldım. Narahat olma! -deyə evdən çıxdı.

Qaraja enib maşını çıxartdı Ninagilin həyətinə gəldi. Tələsik yuxarı qalxdı. Qapını açan Nina onun boynundan sarıldı:

-İçəri keç! Stolu sənin üçün açmışam!

-Səni başa düşmürəm?

-Burda nə var ki? Şərtimizə əməl edirəm.

-Sənə elə gəlmir mi, biz həddini aşırıq.

-Biz çoxdan həddini aşmışıq. Ancaq mənim ürəyimcədir. Sənin necə? Xoşuna gəlmirsə, gedə bilərsən!

-Məni başa düşmədin. Gəl həmişə olduğu kimi özümüzü aparaq. Anlamalısan ki, nə qədər sənin xətrini istəyirəm. - deyə Dəyanət qızın dodağından öpdü.

-Sabah sənin maşınında gedəcəyəm.

-Bu pis olmaz!

-Səhər maşını bura gətirərsən.

-Mən maşınla gəlmişəm. Fikirləşdim burda qalacağam.

-Düzgün fikirləşmisən.

-İstəyirsən düşək, şəhəri gəzib gələk. Hələ tezdir.

-Mən razı! Bir az gözlə geyinim. - deyə Nina o biri otağa keçdi.

***

Dəyanətin şəhərin kənarında xoşladığı yer vardı. Bura Şıx çimərliyi idi. Tək anlarında o, bura gəlməyi xoşlayardı. Sonuncu dəfə Natəvanla gəlmişdi.

-Nina, bura mənim ən çox xoşladığım yerdir! - dedi və maşından düşdü.

Sahilin kənarındakı qayanın qırağına əyləşdi və gözünü dənizə dikdi.

Sentyabrın son günləri olsa da hava isti idi. Elə bil payız girməmişdi. Qaranlıq çöksə də dənizdəki buruqların işıqları yanırdı.

-Bura Bakının həqiqi panoramasıdır! - deyə Nina onun boynunun arxadan qucaqladı.

-Mənim üçün Bakıdan gözəl şəhər yoxdur.

-Sən Kiyevi görməmisən! Şəhər elə bil meşənin içindədir. Bakı mənim üçün ikinci şəhərdir. Çünki burda sənin kimi mehriban insanlar var.

***

Evə gec qayıtdılar. Əməlli-başlı acımışdılar. Gələn kimi stolun üstündəkilərə od vurdular və yatağa tullandılar.

Dəyanətə elə gəlirdi ki, öz evindədir, ailə qurub. Bu qeyri-adi bir hissiyyat idi. Ancaq  düşünəndə ki, ömrünün az hissəsini bu qızla keçirəcək, sonra isə ayrılacaq, dərdə-qəmə qərq olurdu.

-Bu gün sənin kefin yoxdur! - deyə Nina üzündəki dəyişikliyi hiss etdi: - Sənə nə olub?

-Heç, Nin!

-Bəs niyə dilxorsan?

-Keçən səfərdən özümə gələ bilmirəm. Düşünəndə ki, bir vaxt gələcək biz ayrılacağıq, dilxor oluram. Gün-gündan sənə elə öyrəşirəm ki, ayrılmağımız çətin olacaq... - deyə yanağından öpdü.

Dəyanətin bu sözləri Ninanın da üzündəki gülüşü söndürdü. Qız bir az fikrə daldı:

-Bilirsən, belə olması yaxşıdır. Sən mənim, mən isə sənin xatirələrində yaşayacağam. Yaxşı mənada. Bir vaxt gələcək bu günləri yada salıb, kitab yazacaqsan. Mənə də aid orda beş-altı kəlmə yaxşı söz olacaq.

-Sən çox uzaq görən qızsan.

-Bilirəm, səni çoxlu-çoxlu qızlar istəyir. Aralarında ağıllıları da var. Ancaq səni başa salmaq istəyirəm ki, məhəbbət seks deyil. Məhəbbət çox ali anlayışdır. Sən bundan sonra məhəbbət oyununu oynamalısan. Məhəbbətin isə Natəvanla getdi.

-Elə deyil, sənə qarşı münasibətim çoxdan dostluq  çərçivəsindən çıxıb.

-Məni istəsən də, Natəvaı sevdiyin kimi ola bilməz. Bu ilk məhəbbətdir və əbədi yadda qalır. İstəyirəm səni hissiyyat idarə etməsin, ağıl idarə etsin, çünki çox dəyərli insansan. İndi isə yataq sabah tezdən durmalıyıq. Yol uzaqdır.

***

Səhər-sübhdən Eldargilin həyətində maşınlar hazır vəziyyətdə idi. Onların gəlməsini gözləyirdilər. Təkcə Dəyanətin maşıni bəzədilməmişdi.

Dəyanət əlində qırmızı lentb götürüb, maşını bəzəmək istəyirdi ki, Emiralda onu qırağa çəkdi:

-Harada qalmışdın. Səhərdən səni gözləyirik?

-Elya, Nina zəng elədi ki, onu da götürüm.

-Mən elə bilirdim küsülüsüz?

-Bunu sənə kim dedi?

Esmiralda Nina tərəfə baxdı.

-Bunu sənə özü dedi?

-Yox ey! O gün görmədin! Dedi ki, «İnturist»ə getməyəcək. Mərci bizə verdi.

-Allah heç kimi sizə möhtac etməsin. - deyə Dəyanət əlindəki lentləri qızlara uzatdı, özü isə Eldara yaxınlaşdı.

-Təbrik edirəm!- deyə Dəyanət üzündən öpdü: - Sağ əlin bu qızların başına.

-Bəs sənin?- deyə yaxınlarında olan Turan soruşdu.

 -Turançik, mənim hələ yaşım çatmır. - deyə qızın belini qucaqladı.

-Raziyə xala, bilsə ki, dostların evlənir, qanın getdi.

-Bilir.

Onlara Çimnaz xanım yanaşdı:

-Qabağda sən gedirsən! Elə sürürsən ki, heç kim səndən qabağa keçmir. Elə etməlisən ki, saat 6-da Bakıya qayıdaq.

-Oldu.

Çalançılar  "Vağzalı" çala-çala maşına mindilər.

***

Qazaxa çatanda saat birin yarısı oldu. Dağların ətəyindən sərin meh əsirdi. Bakıya nisbətən bura soyuq idi.

 Qız evinin qabağında dayandılar. Çalançılar "Vağzalı" ilə həyətə girdilər. Qrupun qızları əllərində xonçalar rəqs edə-edə eyvana qalxdılar, qızın otağına keçdilər. Həyətdə isə çalıb oynamaq davam edirdi.

 Heç yarım saat keçmədi. Eldarla Aybəniz balkonda göründülər. Dəyanət əlindəki gülü qıza uzatdı.

-Təbrik edirəm.

Qız anası Səlimə xanım qızla oğlanı Quranın altından keçirtdi.

-İndi  Qazaxın ZAQS-ına gedib kəbin kəsdirmək lazımdır! -deyə qızın atası Mikayıl kişi öz fikrini  bildirdi.

***

ZAQS bir mərtəbəli köhnə binada yerləşirdi. Qapıdan içəri qızla oğlan, qız atası, Çimnaz xanım, Dəyanət və Esmiralda daxil oldular. Dəyanət elə gəldi ki, bura anbardır.  

 ZAQS-ın müdiri əvvəl onları salamladı, sonra isə pasportlarını istədi. Eldar pasportunu ona uzatdı.

Müdir pasporta diqqətlə baxdıqdan sonra qızın atasını yanına çağırdı:

-Əmoğlu sən neynirsən? Qazaxda oğul yoxdur, qızını gürcüyə verirsən! Elə dedi ki, hamı eşitsin.

-Sən nə danışırsan? - deyə Mikayıl kişi onun üzünə çımxırdı.

-İnanmırsan bax!- deyə müdir pasportu ona göstərdi.

-Bu nə deməkdir? -deyə Mikayıl kişi  özündən çıxdı.

-Mikayıl kişi! Biz gürcü deyilik  azərbaycanlıyıq. Pasportu verəndə gürcülər Məmmədov əvəzinə Lomidze yazıblar. - deyə Çimnaz xanım yalvarmağa başladı.

-Mən heç nə bilmirəm, gedin pasportu dəyişdirin, sonra gələrsiniz!

-A kişi 400 km yol gəlmişik. Şəhərdə toyxanada gəlinlə bəyi gözləyirlər. Necə yəni sonra gələrsiniz?

-Mənim sözüm qətidir! - deyə ağlayan qızının əlindən tutub ZAQS-dan çıxdı.

Kor peşman maşınlara minib Bakıya üz tutdular.

Çimnaz xanım Dəyanətin maşınında gedirdi.

-Dəyanət, oğul, batdıq! Camaata nə deyəcəyəm? Gəlinsiz toy olar?

-Deyərik oğlan toyudur!

-Bəs hara getdiyimizi necə gizlədək?  Belə olmaz.

-Ürəyini sıxma bir şey fikirləşərik! - deyə Nina onu sakitləşdirməyə çalışdı.

Ninanın sözləri Çimnaz xanımı azca sakitləşdirdi. Araya sükut çökdü. Hamı susurdu. Heç kim danışmaq istəmirdi. Təkcə maşının təkərlərinin şırıltısı eşidilirdi.

Ağdaşı keçəndən sonra Dəyanət birdən maşını yolun sağına verdi, arxadan gələn maşınları saxladı.

-Məni Bakıda "Sovetski kruqunda" gözləyirsiniz. Çalışacağam sizdən qabaq çatım. Bizsiz toyxanaya getmirsiniz. -deyə Dəyanət üzünü Eldarın dayısı Kamilə tutdu.

-Niyə? - deyə Kamil soruşdu.

-Orada hər şeyi başa salaram. - deyə keçib maşına əyləşdi. Oturmağı ilə maşın yerindən götürüldü.

-Dəyanət, nə edirsən? - deyə məəttəl qalmış Çimnaz xanım soruşdu.

-Bakıya tez çatmaq lazımdır. Ninanı gəlin kimi geyindirək. Toyxana aparaq! Kim bilir kimdir? –d eyə qız tərəfə baxıb güldü.

-Nə? Nə?- deyə Nina deyəsən başa düşmədi.

-Axı gəlinlik paltarını haradan tapacaqsan. Aybənizin əynində qaldı. Geri qayıdaq?

-Geri niyə? Düz gedirik bizə. Xalam mənim gələcək gəlinim üçün Fransadan göndərib.

-Dəyanət, maman razı olarmı?

-Sən mənim anamı  tanımırsan?

-Nina, qızım nə fikirdəsən? Bizi xilas et! - deyə Çimnaz xanım arxaya boylandı.

Nina fikrə dalmışdı.

-Deyirsiz gəlin kimi geyinim?

-Bəs sonra?

-Nə sonra? Sonra dağılışacağıq hərə evinə, sən də öz evinə.

-Məni başa düşmədiniz? Camaat görəcək ki, toyum olub. Şəkillərimizi çəkəcəklər. Bunun biri Andreyin əlinə düşsə nə deyər?

-Sənin şəkillərini çəkməyə qoymarıq. Çəksələr də alıb sənə qaytararıq. Nina söz verirəm! -deyə Dəyanət gülümsədi.

-Gəlinlik paltarı xoşuma gəlməsə «ərə getməyəcəyəm».-deyə Nina gülərək zarafat etdi.

-Sən işə bax! Qız ərə getməyə hazırlaşır, oğlanın xəbəri yoxdur.

***

Bakıya çatanda saat 5 idi. Dəyanətgilə gəldilər.

Raziyə xatın qapını açdı. İçəri onunla birgə  Nina ilə Turan daxil oldular.

-Ay na, hanı Sidiqə xalanın mənə göndərdiyi gəlinlik paltarı?

-Nəyinə lazımdır bala?

-Ninanı geyindirmək lazımdır. Sən özün də hazırlaş bizimlə toya getməyə.

-Nə toy bala?

-Eldarın toyuna.

-Ninanı niyə geyindirirsən?

-Sən paltarı çıxart, geyindirəndə qızlar başa salarlar nə olub?

-Çaşıb özün evlənərsən? Mənim Nina kimi gözəl qızım olar.

-Mən də o baxt. Nina mənə gələr məgər?

Qızlar onun anası ilə yataq otağına keçdilər. Beş dəqiqə keçmədi ki, Nina gəlinlik paltarında qonaq otağına qayıtdı.

-Nina? - deyə Dəyanət ağzı açıla qaldı.

-Görürsən, mənə necə yaraşır?

-Elə bil əynimə tikilib, Raziyə xala! - deyə Nina dilləndi.

-Qızım, bu oldu səninki! - deyə Raziyə xatın Ninanın üzündən öpdü .

-Raziyə xala, başa düşmədim? - deyə Nina soruşdu.

-Qoy bu geyim məndən sənə toy gününə hədiyə olsun, qızım!

-Bəs Dəyanətin nişanlısı nə geyəcək?

-Ay qız məni düşünmə, mən evlənənə qədər bu moddan düşəcək.

-Tez evlən!

-Sənə evlənərdim.

-Gecikmisən! - deyə Nina qapı tərəfə addımladı.

Gəlini maşına otuzdurlar və "Sovetski kruquna" gətirdilər.

"Saədət sarayında" Eldarla Ninanı yuxarıbaşda otuzdurdular. Qrupun qızları isə gəlinin sağında yerləşdilər.

Eldarın sağı boş qalmışdı O yeri  Dəyanət üçün saxlamışdılar. O, isə anasının yanında idi.

 Dəyanət gəlinlə bəy tərəfə baxırdı. Raziyə xatın elə bil oğlunun nə düşündüyünü başa düşmüşdü.

-Oğul, görürəm, Nina xoşuna gəlir. İstəyirsən onu sənin üçün alaq.

-Ay na, nə danışırsan? Ninanın nişanlısı var!  Dəyanət elə bil yuxudan ayıldı:

-Allah qoysa ondan da gözəlinin alacağam! - deyə ayağa qalxdı, keçib bəyin yanında oturdu.

Eldar özünü elə aparırdı ki, elə bil yanındakı doğurdan da onun gəlinidir.

 Ninanın əlini əlinə almaq istədi. Qız çəkindi.

-Yolunu azma! Özgə malıdır! - deyə Turan tərs-tərs Eldara baxdı.

Fotoqraf bir-birinin ardınca zaldakıların şəkillərini çəkirdi. Növbə bəylə gəlinə çatanda, bir-neçə şəkil çəkdilər. İçkidən mi və ya Ninanın gözəlliyindən mi məst olmuş Dəyanət yerindən :" Qorka!" qışqırdı.

Zarafat yerinə düşdü. Qızlar da onun dediyini təkrar etdilər.  Yaxşı ki, musiqi sədaları onların nə dediyini zaldakılara çatmağa qoymadı.

-Вы чокнулись? Сейчас уйду[25]! - deyə Nina ayağa qalxdı.

-Yaxşı da! Zarafat edirik! - deyə qızlar «gəlini» sakitləşdirdilər.

Vəziyyətin gərginləşdiyini görən Dəyanət ayağa qalxdı və Turanı rəqsə dəvət etdi. Qrupun qızları onlara qoşuldular.

-Dəyanət, fotoqrafdan bizim şəkillərin hamısını al! Yoxsa səndən inciyəcəyəm. - deyə Nina yerinə qayıtmış Dəyanətə üzünü tutdu.

-Narahat olma! Onsuzda şəkilləri sabah verəcəklər! Birlikdə gələrik.

Toy qurtardı, gəlinlə bəyi Dəyanətin maşınına otuzdurdular. Raziyə xatın qabaqda oturmuşdu.

 -Allah amanətində! -  deyə Çimnaz xanım onları yola saldı.

İki tin keçməmişdilər ki, Dəyanət taksi gördü, sinqal verdi. Taksi dayandı:

-Bəy həzrətləri, düşüb gedə bilərsiniz! - deyə üzünü Eldara tutdu.

-Bəs gəlinim?

-Səni xarab edər! - deyə bu dəfə Raziyə xatın dilləndi. Eldar gülə-gülə maşından düşdü.

Dəyanətgilə çatdılar. Ninanın paltarları onlarda qalmışdı. Nina aşağı düşmək istədi.

-Niyə düşürsən? - deyə Raziyə xatın onu saxladı.

-Paltarımı dəyişim.

-Evə belə get! Sənə çox yaraşır. Yuxarı qalxıb, paltarını indi   Dəyanətlə göndərərəm! - dedi və qızın üzündən öpdü.

Dəyanət yuxarı qalxdı. Qızın paltarlırını idman çantasına yığdı.

Telefon zəng vurdu. Raziyə xatın dəstəyi götürdü:

-Fərhad bala salam! Evdə deyildik. Toydan gəlirik. Bu dəqiqə verim. - deyə dəstəyi oğluna uzatdı.

-Bu dəqiqə gəlirəm. Yarım saata məni gözlə! - deyə Dəyanət dəstəyi yerinə qoydu.

Yazıq Fərhad dostunun nə dediyini belə başa düşmədi.

-Ay na, bəlkə mən gəlmədim. Fərhadın anasının  təzyiqi qalxıb. Arvadı həkimə aparmalı olacağıq. Onlarda qalacağam.

Dəyanət tələm-tələsik həyətə düşdü. Maşında mindi, üzünü Ninaya tutdu:

-Bu gün sizdə qalacağam!

-Bəs Raziyə xatın?

-Fərhad zəng eləmişdi. Dedim onlarda qalacağam.

Ninagildə Dəyanətə elə gəldi ki, kimsəsiz adada düşüblər. Bu adada onlardan başqa heç kim yoxdur.

Nina paltarını dəyişdi, səliqə ilə gəlinlik paltarını şfanerdən asdı, sonra Dəyanətin boynunu qucaqladı:

-Bu öpüş Raziyə xala üçündür. Sənin çox gözəl anan var. Mən belə ürəyi açıq insan görməmişəm. Qızlarımız danışırlar ki, sizə gələndə az qalır gözünün yağını onlara yedizdirsin. Kimin nə xoşuna gəlir, o saat çıxarıb verir.

Mən adımı dəyişdirərəm, əgər Bakıda mənə bağışladığı gəlinlik paltarından bir adamda varsa.

-Anam xoşuna gəlirsənsə, mənə ərə get! - deyə Dəyanət tam ciddiliyi ilə təklif etdi.

Nina dərin fikrə daldı. Nə deyəcəyini bilmirdi: Dəyanətin səmimiyyətinə və vəfalığına özü kimi inanırdı. Qızın gözləri yaşardı, boğazı qəhərləndi.

-Mən həqiqət səni sevirəm! Bunu bil, ancaq sənə hələ ailə qurmağı məsləhət görməzdim. Qədim yunan filosofları deyirdilər ki, " Otuz yaşına qədər tələsmə, otuzdan o yana qoyma!" Mən isə həmişə sənin üçün varam istər Bakıda, istərsə Kievdə... Birdə yadından çıxartma, məhəbbət təmənnasız olmalıdır.

Ninanın gözlərindən axan yaş yanaqlarına süzülürdü. Dəyanət ovcunun içilə qızın yanaqlarını sildi:

-Mən xoşbəxtəm ki, dar günümdə arxalana biləcək, sənin kimi kişi tanıyıram. - deyə qız güldü.

-Kişinin arvadı olar!

-Bəs mən kiməm? - deyə Nina özünə gəldi

-Qanundan kənar arvad.

-Qanunu olub sevilməməkdənsə, qanunsuz sevilmək mənim ürəyimcədir.

-Sən qeyri-adi bir qızsan!

-Bilirəm.

***

Bir neçə həftədən sonra arxa partada oturan Eldarın isə üzü gülmürdü.

-Yenə nə olub? - deyə Esmiralda onu bu vəziyyətdə görüb soruşdu.

-Esya, bilmirəm nə edim? Pasportumu dəyişə bilmirəm. Dedilər gedib, nəslimlə bağlı arxivi gətirim. Tiflisə getdim, gürcülər vermədilər. Bilmirəm gəlini necə gətirim.

-Ürəyini sıxma, bir şey fikirləşərik. Qoy Dəyanət gəlsin.

Ancaq Dəyanət gəlmədi. Onu MK-ya çağırmışdılar. Eldar məcbur olub onlara getdi.

-Gəl Elçinə zəng vurum. Mənimlə «Dinamoda» futbol oynayır. MVD-də pasport şöbəsində işləyir.

-Nə qədər istəyir verməyə hazıram, təki pasportumu dəyişsinlər. - deyə Eldar təklif etdi.

-Sənin başın işləmir! Elçin məndən pul götürər?

-Al, burada iki min manat puldur. Pulsuz bunu etmək mümkün olmayacaq! - deyə pulu stolun üstünə qoydu.

-Nə deyirəm? qoy qalsın. Bu axşam onu tapıb görüşərəm.

Axşam Elçinlə zəngləşdikdən sonra  görüşdülər.

-Qoy öz rayon milis idarəsinə ərzə yazsın ki, pasportunu itirib. Qəzetdə elan verdirəcəklər. Ondan sonra təzə pasport verəcəklər. Yeni pasportu tərtib edəndə familiyasını dəyişdirsin.

-Eldar soruşur ki, bu ona neçəyə başa gələcək?

-Hə neçəyə? On beş manat cərimə ödəyəcək.

-Bəs nə gözləyirdin?

-Belə də… 

-Ora gedəndə mənim adımı versin!

İki həftədən sonra Eldar yeni pasportunu aldı. İndi ürəklə Qazaxa gedib qızı gətirə bilərdi.

                                        ***

Bazar günü Mikayıl kişinin evi qarşısında Bakıdan gəlmiş iki maşın dayandı. Gələnlər maşından düşdülər və həyətə daxil oldular.

Çimnaz xanım Dəyanətlə birlikdə Mikayıl kişiyə yaxınlaşdılar.

-Mikayıl kişi, gəlmişik gəlinimizi aparaq! - deyə qadın pasportu ona uzatdı.

-Bax bu başqa məsələ. - deyə qız atası diqqətlə pasporta baxdı, sonra gələnləri, yuxarıya dəvət etdi. Çünki payız çoxdan girmişdi. Hava yaman soyuq idi.

Qızlar gəlini geyindirməyə apardılar. Ancaq Mikayıl kişinin yenidən tərsliyi tutdu:

-Bəs çalançılarınız hanı?

-Bakıda qaldı. - deyə Dəyanət cavab verdi.

-Sız nə danışırsınız? Gözümün ağı-qarası bir qızımı evindən çıxardıram, çalığıçız - bütün Qazax məni lağa qoyar.

-Çalançı ilə gəlmişdik də? –deyə Çimnaz xanım dilləndi.

-Çalançısız qız həyətdən çıxmayacaq!

Dəyanət bu sözlərdən sonra Çimnaz xanım nə hala düşdüyünü gördü.

-Çimnaz xanım, ürəyinizi sıxmayın, bu saat çalançıları gətirirəm?

-Haradan, ay bala?

-Mədəniyyət sarayının qabağından. Bayaq yanından keçəndə gördüm. Buradan on addımlıq yoldadır. Bu dəqiqə gətirirəm.

Dəyanət Eldarı tək qoyub, maşınını və Mədəniyyət sarayının qabağına  sürdü.

Qapısının ağzında aşıqlar kürəklərini və sazlarını  divara söykəyib, günəşin istisinə qızınırdılar.

-Mənə Mikayıl kişinin həyətində çalmağınız və oxumanız lazımdır, birdə çalançıları da götürsək pis olmaz! - deyə Dəyanət onlara təklif etdi.

-Biz hazır, ancaq çalançıların gərək rəhbərini görəsən, içəridədirlər.

Dəyanət aşıqların birilə Mədəniyyət sarayına girdi və tezliklə oradan nağaraçı, qarmonçu və klarnetçi ilə qayıtdı.

Bir azdan Mikayıl kişinin  həyətdən musiqi sədaları ucaldı. Aşıq musiqisi rəqs musiqisinə qarışmışdı.

-Sağ ol, bala! Yetimimə yiyə durdun! - deyə Çimnaz xanım Dəyanətin alnından öpdü: -Gör sənin toyunda xalan neynəcək.

Həyətdə camaatın sayı artırdı. Birdən musiqi səsi kəsildi. Mikayıl kişi evin balkonunda durub əlindəki pasportu hamıya göstərərək deyirdi:

-Ay camaat baxın! Məmmədov Eldar Mahir oğlu. Gürcüstanda, Batumda anadan olub. Bilin mən qızımı azərbaycanlıya verirəm!

Vağzalı çalındı. Eldar yuxarı qalxdı və Aybənizlə birlikdə göründülər.

Mikayıl kişi onları Quranın altından keçirdi. Bundan sonra bəylə gəlin maşına mindilər.

Dəyanət isə çalançıların pulunu verib, maşınına oturdu. İndi Bakıya qayıtmaq olardı.

***

Şəhərə çatanda saat səkkizi keçmişdi.

- Çimnaz xanım, qanımız getdi. Qızlar bizi öldürəcəklər.

-Niyə? - deyə ana təəccübləndi.

-«Sputnikin» içində indi ürəklərini yeyirlər ki, bunlar harada qaldı.

-Onlar orada nə edirlər?

-Ayıb deyil! Aybənizi bir-başa toysuz evə aparmaq!

-Necə bəyəm?

-Çimnaz xala, qrupumuz onlara «Sputnikdə» toy eləyir. -deyə Dəyanətin əvəzinə Nina cavab verdi.

Maşınlar şüşəli kafenin qarşısında dayandı. Aşağı endilər. Kafedən içəri girəndə çalançılar «Vağzalı» çaldılar.

Toyun axırında Dəyanət sağ cibindən bir zərf çıxartdı və Eldara uzatdı.

-Bu nədir?

-Sənin pasportu düzəltmək üçün verdiyin pul.

-Məgər onu Elçinə vermədin?

-Məgər Elçin məndən pul götürər? - deyə Dəyanət gülümsədi. 

***

 

ZDRAVEYTE DRUQARİ[26]!

 

            Üçüncü kursun əvvəli idi. Dəyanəti Komsomolun mərkəzi komitəsinə çağırdılar. Xarici ölkələrlə əlaqələr şöbəsinin müdiri Ramiz onu Baksovetin binasının yan qapısında qarşıladı və kabinetinə apardı:

-Sizi bizə MK-dan təqdim ediblər. Biz isə öz növbəmizdə Moskva ilə əlaqə yaradıb razılaşmışıq ki, səni bir illik Bolqarıstan Xalq respublikasına göndərək. Bolqar dilini təkmilləşdirəsən, birdə ölkəni öyrənəsən. Odur ki, sənədlərini hazırla! - deyə anketləri onun qabağına qoydu: - Uğurlar diləyirəm!

                         ***

On beş gün ərzində Dəyanət bütün proseduraları keçdi və onu Moskvaya yolladılar.

Komsomolun Mərkəzi komitəsində də onu yaxşı qarşıladılar, Sergey İvanov adlı bir gənclə tanış etdilər ki, ona instruktaj versin.

Biləndə ki, Dəyanət türkcə də bilir, Sergey şöbə rəisinin yanına girdi:

-Bu oğlan türk dilini də bilir. Bolqar türklərinin əsərlərini Azərbaycan dilinə tərcümə etməklə məşğul olub. Bolqarıstanı beş barmağı kimi tanıyır. Qədim yazılı abidələrindən xəbərdardır. Mən "Hə!" deyirəm.

-Sən dediyinə əminsən?

-Bəli, yoldaş Petrenko.

-Onda sənədlərini hazırla! -deyə ona göstəriş verdi.

***

Bir aydan sonra Dəyanət Bolqarıstan dövlət universitetində stajor təcrübəsi keçməli idi.

Bakıda o, xarici pasport almalı və oradan Bolqarıstana özü getməli idi.

 Qrup yoldaşları Dəyanəti çox səmimiyyətlə qarşıladılar. On gündən artıq idi ki, o, dostlarını görmürdü. Gözləri isə Ninanı axtarırdı.

-Necə keçdi? Gedirsən? - deyə Esmiralda soruşdu.

 -Hər şey qaydasındadır. Gələn ay vizam başlayır. Xarici pasport alıb gedirəm.

Qızlar  "viza" sözünü birinci dəfə eşidirdilər. Dəyanət onlara başa salmalı oldu. Zəng vuruldu. Nina isə dərsə gəlmədi.

Dəyanəti dərsin içindən Prokofiy Mixayloviçin yanına çağırdılar. Rektorata getdilər. Kabinetin qarşısında gözləmədilər.  

Rektor onu altdan-yuxarı süzdu:

-Cavan oğlan, danış görüm Moskvada nə etdin? - deyə soruşdu.

Dəyanət özünü itirmədi. Başını dik qaldırıb rektorun gözlərinin içinə baxdı:

-Musahibəni keçdim, Bolqarıstana stajor təcrübəsinə göndərirlər.

-Prokofiy Mixaylıç deyir sən çox istedadlı oğlansan. Çalış hər şeyi qavrayıb vətənə qayıt. Bizə talantlı insanlar lazımdır.

 

BOLQARISTAN

 

Dunayın üstündən keçən qatar Ruse şəhəri tərəfə irəliləyirdi.  Sərhəd yoxlaması deyilən prosedura elə qatarın içində keçdi.

Bolqar sərhədçiləri sərnişinlərə bir-bir yanaşır, pasportlarını rica edir, diqqətlə sərnişini süzdükdən sonra, pasportu qaytarıb təşəkkür edirdilər.

Növbə Dəyanətə çatanda o, yaşıl pasportu sərhədçiyə uzatdı. Sərhədçi onunla rusca danışdı, o, isə bolqarca cavab verdi.

Sərhədçi onun adını və familiyasını oxudu. Gözlərinə inanmadı.

-Кой сте?-deyə soruşdu

-Аз съм азери. От Съветски Съюз.

-Аз първи път чувам този имя.

-Зная!

-Откъде ви?

-От Баку.

-Добри път другари![27]- deyə pasportunu ona uzatdı.

***

Sofiya universitetinin mühiti, tələbələrin hər şeylə maraqlanması, dərsə həvəs onun ürəyincə idi.

Hələ sərhədi keçəndə onlarla danışanda, Dəyanətə elə gəldi ki, bu dili pis başa düşür.

Professor Qeorqi Delevski onunla görüşəndə o saat bunu hiss etdi:

-Siz Bakıda bir adamla məşğul olmusunuz, ona görə qulağınız bu dili eşitməyi öyrənməyib. Bir-iki gün sən çətinlik çəkəcəksən. Bu olmasın deyə, qayıdırsan yataqxanaya, oturursan radionun qabağında, bolqarca nəyə qulaq asırsan, onu təqlid edirsən. Əvvəl öz-özünə, sonra isə bərkdən təkrarlayırsan. Sənə ilk tapşırığım budur.

Bütün bunları  Dəyanət başa düşsün deyə rusca dedi.

-Dobre!-deyə Dəyanət cavab verdi və yataqxanaya qayıtdı.

Yataqxanadakı tələbələrin mehribanlığı və onunla ünsüyyətdə olmağı Dəyanət üçün təbii  kommunikativ şərait yaratdı və o, sözün həqiqi mənasında dil açdı. Bunun səbəbkarı isə Lidiya oldu.

Müəlliminin sözündən heç vaxt çıxmamağı özünə adət etmiş Dəyanət saatlarla radionun qarşısında oturub, Delevskinin ona verdiyi tapşırığı yerinə yetirirdi.

 Yataqxanada onu filfakın üçüncü kurs tələbəsi Yasinlə bir otaqda qalacağını dedilər.

Yataqxana otağı 18-20 kv.metr olardı. Üçüncü mərtəbədən pəncərəsi qarşıdakı bağa çıxırdı. Burada hər tərəf bağ-bağat idi. SSRİ-nin bir-çox şəhərlərini gəzən Dəyanət üçün Sofiya  böyük bağ təəssüratını yaradırdı. 

-Bura gözəl bir bağı xatırladır! - deyə balkonda çıxan Dəyanət komendanta bolqarca müraciət etdi.

Təmiz bolqar dilini eşidən komendant qulaqlarına inanmadı. Ona demişdilər ki, Sovet İttifaqından bir stajoru burada yerləşdirməlidir. Qafqazlıdır. Ancaq inana bilmədi ki, bu həmin oğlandır.

-Siz haradan gəlmisiniz?

-Bakıdan.

-Bakı böyük neft şəhəridir.

-Bakı Azərbaycanın paytaxtıdır.

-Orada ruslar yaşayır?

-Çox az. Əsasən  Azərbaycanlılardır.

-Mən elə bilirdim ki, SSRİ-də ancaq ruslar yaşayır.

-Elə deyil, bizim öz respublikamız, öz dilimiz, öz mədəniyyətimiz var.

Axşama qədər otaqda tək qalsa da, radiodan qulağını çəkmirdi. Çarpayıya uzanıb, eşitdiyini təqlid edirdi. Deyəsən, qulaqları dilə öyrəşməyə başlayırdı.

 Yasin ilə tanışlıq isə "Slivovka[28]"dan başladı. Bolqarlara xas olan gülərüzlüklə Dəyanətin otaq yoldaşı bir anın içində qonşu tələbələri otağa yığdı və Bakı dilində desək "sobrazim" etdi və aşağı kursun tələbəsini "Slivovka"nı dalınca göndərdi.

-Dəyanət bizimlə bir ilə qədər olacaq. - deyə Yasin üzünü dostlarına çevirdi.

-Biz bu günü qeyd etməliyik! - deyə  tələbələrdən biri təklif etdi.

-Biz razı! Ancaq qızları bura qoymayacaqlar.

-Gəlin kluba düşək! -deyə Yasin fikrini bildirdi.

-İndi qızlarımız ordadır.

 Tələbə şəhərciyinin klubu qeyri-adi bir yer idi. Axşam tələbələr bura yığışar, şam edər və gecənin yarısına qədər çalıb oynayardılar. Adətən saat səkkizdən sonra diskoteka işləməyə başlayırdı. 

Bura başqa aləm idi. İnsanların psixologiyası da bakılılarından fərqlənirdi. Münasibətlər açıq və səmimi idi. Dəyanəti əksinə bu qorxutmurdu. "Yorğana bürün, el ilə sürün!" atalar sözü yadına düşürdü.

Klubda Yasin stoları birləşdirdi. Sakitlik çökən kimi üzünü dostlarına tutdu:

-Mən sizə yaxşı xəbər gətirmişəm! Tanış olun, bizim azərbaycanlı dostumuz Dəyanət. Bakıdan gəlib bizimlə oxuyacaq.

Dəyanət ayağa qalxdı.

-Bu azərbaycanlılar elə bizə oxşayırlar! - deyə yerindən bir qız söz atdı.

-Heç bizim oğlanlardan fərqlənmir! - deyə başqa birisi dilləndi.

Dəyanət bolqarca danışandan sonra isə çoxları qulaqlarına inanmadı.

-Yasin, sən zarafat edirsən? Nə azərbaycanlı, nə Azərbaycan? Bu ki bizdən yaxşı danışır. Özü də ədəbi dildə! - deyə qızlardan biri üzünü ona tutdu.

-Lidiya, mən zarafat etmirəm. -  deyə Yasin susdu.

-Pasportumu göstərə bilərəm! - deyə Dəyanət Lidiyaya müraciyət etdi.

Qız yerindən qalxdı və Dəyanətdən  pasportunu aldı.

-Qızlar, Yasin zarafat etmir. Bu oğlan doğurdan da azərbaycanlıdır.

Lidiya ilə Dəyanətin tanışlığı bu gecədən başladı.  Sofiyanı tanımasa da gecədən  sonra onu evlərinə ötürdü. Çalışdı ki, keçdiyi hər küçəni yadında saxlasın.

Geri qayıdan Dəyanəti Yasin gülər üzlə qarşıladı.

-Necədir bolqar qızları? -deyə soruşdu

-Elə bizimkilər kimi.

-Lidiya maraqlı qızdır. Gözəl olsa da, çox soyuq qızdır. Bir oğlanla yaxınlıq etmir. Birinci dəfədir, onu oğlan ötürdüyünü görürdük.

-Çox məlumatlı və geniş dünya görüşünə malikdir.

-Siz dünyadan danışırdınız, yoxsa məhəbbətdən?

-Əlbəttə ki, dünyadan.

-Söz qəhət idi.

-Deməli, belə lazım idi.

***

Noyabr ayının ortalarında Qeorqi Delevski Dəyanətin kafedrasındakı uğurları haqda  universitetin elmi şurasında danışdı. Alimin xoşuna onun bolqar dilinə türk dilindən keçmiş bəzi sözlərin  etimologiyasının təhlili gəlmişdi.

-Məsələn mən elə bilirdin ki, xan, xançe sözləri türk dilindən bizə keçib. Bu oğlan başa saldı ki, bu fars sözləridir. Xane-yəni «ev» sözündən düzəlib. Ümumiyyətlə türk, ərəb və başqa şərq dillərində  də çoxlu fars sözləri var.

Bolqar dilində fars sözlərinin keçməsi məsələsi maraqlı mövzu kimi baxılmalıdır. Mən dostum Kravçenkoya minnətdaram ki, bu cür oğlanı Bolqarıstana göndərib.

Delevski Prokofiy Mixayloviç ilə Leninqrad universitetində aspiranturada oxumuşdu. Hər ikisi akademik Marın tələbəsi olmuşdular. Delevski bunula fəxr edirdi.

Onu da demək lazım idi ki, professor Delevski türk dilinin bilicilərindən sayılırdı. Tər-təmiz türkcə danışırdı.

-Bu oğlan dil dərslərindən əlavə Bolqar ədəbiyyatı, tarixi və mədəniyyəti ilə bağlı dərslərə gedir. Nailiyyətləri isə məni sevindirir.

Professor Delevski nadir hallarda tələbəni tərifləyərdi.  Onun tərifi ancaq layiqlilərə aid idi. Sevimli  tələbələrindən biri də Lidiya idi.

Qızın Dəyanətlə yaxınlığı professor Delevskini daha çox sevindirirdi və Lidiyaya xüsusi tapşırıqlar vermişdi ki, Dəyanətə Bolqarıstanı sevdirsin və hər yeri göstərsin.

Dəyanətin Şərq mədəniyyətini bilməsi, tez-tez  Hind, Çin, İran,Türk, Ərəb və Azərbaycan  ədəbiyyatından nümunələr gətirməsi və bunlar haqqında inamla danışması, qızın  Avropa və slavyan ədəbiyyatına və mədəniyyətinə olan fikirlərini dəyişirdi.  

Lidiya özünü avropalı hesab edirdi. Çalışırdı ki, Avropalı alimlərin mədəniyyətlərin inkişafı ilə maqlı fikirlərini ona çatdırsın. sevdirsin. Ancaq Dəyanətin qətiyyətli fikirləri onun dediklərini alt-üst edirdi.

 -Avropanın Avropa olmasında Şərqin rolu böyük olub. Avropa Şərqi öyrənəndən sonra oyanıb. Demək olar ki, Avropa elmi, mədəniyyətinin formalaşmasında da Şərqin  rolu böyük olub.

-Sən demək istəyirsən ki, yerin günəş ətrafında fırlanmağını da Bruno yox, ilk dəfə Şərq alimləri ortaya atıblar.

-Elədir, Lidiya. Özbək alimi Biruni 973-cü ildə riyazi hesablamalar vasitəsi ilə bunu dünyaya izah etmişdir. Sizin Bruno Biruninin əsərlərini oxuyub, Bruno ləqəbini götürüb, yəni Bruninin italyan variantı.

-Bu boş fantaziyadır! - deyə Lidiya eşitdiklərinə inanmadı.

-Mən həqiqəti deyirəm. - deyə Dəyanət güldü.

 Dəyanətin gülməyi Lidiyanın xoşuna gəlmədi. Düşündü ki, ona yuxarıdan aşağı baxır. Heç nə demədən otağı tərk etdi.

Bir neçə gün belə keçdi. Lidiya gözə dəymədi.

1972-ci ilin dekabr ayının əvvəli idi. Lidiya özü onun otağına gəldi. "Kuryer YUNESKO" jurnalının sonuncu nömrəsini stolun üstünə atdı. Keçib Dəyanətin üzündən öpdü.

-Sən bir keç bu jurnala bax! - deyə özü divana əyləşdi. Jurnal bolqar dilində idi. Ancaq üz səhifəsində Nizami Gəncəviyə oxşayan bir nəfərin şəkli vurulmuşdu.

-Bu ki Birunidir! - deyə Dəyanət üzünü Lidiyaya tutdu. Yadında var, sonuncu dəfə biz ondan danışırdıq.

-Elədir. Yunesko Biruninin  min illiyini, Azərbaycan şairi Nəsiminin beş yüz illiyini keçirtməyi qərara alıb. Nəsimi haqqında içəri səhifədədir. Belə ki, vətənə qayıdanda səni maraqlı hadisələr gözləyir.

-Görürsən, insanlar arasında mübadilə artıqca, həqiqətlər də üzə çıxır.

-Mən o gün səni barədə düz fikirdə olmamışam. Məni bağışla.  Gəl sabahkı şənbəni və bazarı Troyan monastırında keçirək. Professor Delevski özü mənə göstəriş verib. Dərsdən ikimizi də azad etdirib. Nə fikirdəsən?

-Pis olmaz!- deyə Dəyanət otağı tərk etmək istəyən qızı qapıya qədər ötürdü.

***

 

TROYAN MONASTIRI

 

Çayların gur axarı nəticəsində dağları iki yerə parçalamış yarğanların arasıyla salınan yolla şütüyən maşının üstünü örtən sıx meşə ağaclarının sərin nəfəsi Dəyanətə Basqalı xatırladırdı.

Maşın dağ aşağı endikcə meşə sıxlaşır, günəş görünmürdü. Hərdən sıldırım qayaların altına girən maşının üstünə elə bil ağaclar aşacaqdı. Belə mənzərə özündən asılı olmayaraq, Dəyanəti təşvişə salırdı. Sükanın arxasında oturan Lidiya isə hərdən onu tərəfə boylanır və sanki yol yoldaşının nə hala düşdüyünü görmək istəyirdi. Daxili səs Dəyanətə deyirdi ki, hisslərini büruzə verməsin, qızın fikri ondadır.

-Bura çox qorxulu yerlərdir! - deyə Lidiya maşının sürətini azaltdı. Sıldırım qayalar üstümüzə gələ bilər. Odur ki, gözdə qulaqda ol! Gurultu eşidən kimi dayanmalıyıq.

-Nə etməliyik?

-Maşından düşüb, qayalara sığınmalıyıq.

Dərəyə endikcə təkcə onların maşınının motorunun əks sədası eşidilirdi. Sanki bu meşənin dərinliyində onlardan başqa heç kim yox idi.

-Bir tərəfli yol başlayır. Dərəni keçib dağın ətəyində monastırı görəcəyik.

-Niyə belə gizlin yerdə yerləşir? -deyə Dəyanət maraqlandı.

-Əvvəla bu dinin qayda-qanunundan irəli gəlir. Monastrda yaşayanlar tərkidünyadılar. Digər tərəfdən işğalçılara qarşı monastrların böyük rolu olub. Elə götürək bu monastırı. Türklər uzun müddət bura yaxın dura bilməyiblər. Hayduklar[29] məskəni olub bu monastır.

Maşın açıqlığa çıxsa da dərə aşağı enirdi. Uzaqdan görünməyə başlayan monastır cəngavər yuvasını xatırladırdı. Hündür qala divarının arxasında geniş həyət, həyətin ətrafında iki, üç mərtəbəli tikililər gözə çarpırdı.

Uzaqdan maşının monastıra tərəf gəldiyini görən monaxlar ağır darvazanı açıb, gələnləri gözləyirdilər.       

Lidiya maşını həyətin ortasında saxladı və onları qarşılayan privratniklə1 danışmağa getdi.

Dəyanətin isə fikri monastırın daxilində idi. Qeyri-adi bir yer idi. Qara geyimli monaxlar hərə bir işlə məşğul idi. Darvazanın girəcəyində balaca, günbəzi çox da hündür olmayan kilsə vardı. Kilsə onu əhatə edən binaların içində itirdi.

Kilsənin qapısının ağzında oturmuş monax Dəyanətin ona yaxınlaşdığını görüb, ayağa qalxdı və onu salamlayaraq tənzim etdi.

Dəyanətin diqqətini  kilsənin qapısının solunda və sağında qədim slavyan əlifbası ilə yazılmış lövhələr cəlb etdi. Onları oxumağa başladı.

Privratniklə Lidiya ona yaxınlaşdılar. Dəyanətin başı lövhələrə qarışdığından onların arxada olduqlarını görmədi. Ancaq Lidiyanın eşitdi.

-Bunları oxuya bilirsən?

-Biz bunları oxumağı birinci kursda öyrənmişik.

Privratnika Dəyanət cavabı maraqlı göründü.

-Bu yazının min ilə yaxın tarixi var! - deyə o, Dəyanətin cavabına  təəccübləndi.

Dəyanət üzünü lövhəyə tutdu və bərk səslə oxumağa başladı:

-Spasibo te, Qospodi! upodobi mi napisati tezi dumi v Evanqilie si[30]..

Privratnik, Lidiya və monax Dəyanətin avazla oxumasını dinləyirdilər. O, oxuyub qurtardı və üzünü dinləyicilər tərəfə çevirdi.

Privratnik qapının ağzında tumbanın üstünə qoyulmuş və   satışa çıxarılmış, təmiz gümüşdən hazırlanmış xaçı  götürdü və Dəyanətin boynuna salmaq istədi.

Dəyanət onun əlini saxladı və privratnikdən xaçı alıb, Lidiyanın boynuna saldı və kilsəyə daxil oldu.  

Dəyanətin bu hərəkəti privratniki şaşqın saldı. O, Lidiya tərəfə baxdı. Qız deyəndə ki, Dəyanət Azərbaycandan gəlib və azərbaycanlılar müsəlmandır, qulaqlarına inanmadı.

-Bu oğul təmiz bolqarca danışır, slavyan yazısını bizim monaxlardan yaxşı oxuyur .-deyə privratnik kilsənin içinə girmiş Dəyanətin arxasınca danışdı.

-Müqəddəs ata, bu belədir! Dəyanət bizim stajordur. Gəlib Bolqarıstanı öyrənsin. Bizim universitetin qonağıdır.

 Monastır həm də mehmanxana kimi fəaliyyət göstərirdi. Qədim hücrələri mehmanxana otaqlarına çevirib monaxlar beləliklə pul qazanırdılar və bu qazancla monastırı saxlayırdılar.

***

Tryan monastırı gözdən uzaq olduğundan çox az halda bura zəvvarlar gəlirdilər, ancaq turistlərin xoşladığı yer idi.

Hücrə dağlara baxan pəncərəsinin qarşısına qoyulmuş  çarpayıdan, stol,  iki stul,  ağır qədim şkafdan və əl-üzyuyandan ibarət idi.

Axşam yeməyindən sonra privratnik Lidiya onu monastrın arximandrının yanına gətirdi və başqa monaxlarla da tanış etdi. Kitabxanaya endilər.

-Lidiya, burada bir az çox qala bilərik mi? - deyə Dəyanət ondan soruşdu.

-Gərək professor Delevskiyə zəng vurum. Nigaran qalmasın.

-Denən buradakı kitablar onu maraqlandırır.

Privratnik Lidiya ilə aşağı endilər. Dəyanət isə öz hücrəsinə qalxdı, yorğunluq hiss etdiyindən çarpayıya uzandı.

Dağ havasının təmizliyi mi və ya meşənin ətri mi ona yuxu gətirdi. Gözləri yumulmağa başladı.

            Kiminsə əli ilə onun başını sığalladığını hiss etdi. Gecə hələ düşməmişdi. Meşənin arxasında gizlənən günəşin şüaları dağların zirvəsini işıqlandırırdı.

            -Nə tez yatırsan?

            -Bilmirəm nədən, məni yuxu apardı.

            -Bu havanın təmizliyindəndir. Sofiyada belə hava yoxdur. Nəfəs almaq qeyri-mümkündür. Buralar müqəddəs yerlərdir.

            Dəyanət Lidiyanın boynundan tutub çarpayıya yıxdı.

-Müqəddəs yerdə məhəbbətlə məşğul olmaq günah sayılır? -deyə qızın gözlərinə baxdı.

            -Sənin üçün yox! - deyə Lidiya müqavimət göstərmədi.

***

            Səhəri günü monastır həyətində Dəyanət hamının görmək istədiyi insana çevrilmişdi.

            Monastırın rəhbərliyi onların çalışması üçün hər şəraiti yaratmışdı. Monaxlar onlara kitabxanadakı kitabları göstərir və hər nüsxə haqqında məlumatlar verirdilər.

            -Tanış olun, qədim Mineyalar![31] Bizim monastır bu kitablarla fəxr edir. Burada slavyanların ən müqəddəs və qədim kitabları yığılmışdır. - deyə ariximandr əlindəki qədim kitabı Dəyanətə uzatdı.

            -Bu kitablar haqqında çox eşitmişəm. Mənə elmi rəhbərim Prokofiy Mixayloviç danışıb. Hətta Mineyaların kopiyalarını da təhlil etmişik! - deyə Dəyanət kitabı vərəqləməyə başladı.

-Belə çıxır sən Mineyaları da bilirsən? - deyə Lidiya təəccüblə soruşdu.

-Bilirəm! 

-Sənin biliyinə heyran olmağa başlayıram. -deyə Lidiyə ona sıxındı.

-Bu kitab haqqında isə deyə bilərəm bu X əsr Mineyalarının birinin kopiyasıdır. Kitaba daxil olan dini himləri oxumaq üçün xüsusi işarələr qoyulub. Bunu o dövrün not işarələri adlandırmaq olar. Monaxlar bu işarələr vasitəsi ilə dini himnləri oxuyurdular. Bura baxın, hecanın üstünə qoyulmuş işarələrə!- deyə kitabı arximandra uzatdı.

-Bu işarələri mən çox görmüşəm, ancaq sən deyənləri  birinci dəfədir ki, eşidirəm. - deyə arximandr təəccübünü gizlətmədi.

-Diqqətlə fikir versəniz görərsiniz ki, burada on beş cürə işarə var. Bunları mövcud olan on iki musiqi səsləri ilə kodlaşdırın, siz Mineyanın dəqiq oxunuşunu alarsınız - deyə Dəyanət izah etməyə başladı.

Onun danışdıqları o qədər maraqlı idi ki, monaxlar ətrafına yığışdılar. Arximandr isə qədim kitabdakı işarələri ardıcıllıqla yazmağa başladı.

-Mən düz kodlaşdırıram? - deyə soruşdu.

-Düzdür, ancaq piano olsaydı dəqiq yoxlayardıq. - deyə Dəyanət təklif etdi.

Arxmandr ayağa qalxdı və onları  «Trapeznya» deyilən yerə dəvət etdi.

Trapeznya restoranı xatırladırdı. Balaca estradada pianino qoyulmuşdu. Lidiya alətin arxasına  keçdi və bir neçə akordu tutdu və hiss olundu ki, qız kamil çalğıçıdır.

-Nəyi çalacayıq? -deyə Dəyanətdən soruşdu.

-Bir az gözlə, qoy müqəddəs ata kodlaşdırmanı qurtarsın. Sən isə hələlik bolqar havalarından ifa et! - deyə Dəyanət stolların birinin arxasında oturmuş arximandrın yanına keçdi.

-Bura baxın! Ardıcıllığı görürsünüz. İndi bunu nota çevirib Lidiyaya çalmağa verərəm. Mənə elə gəlir, hər himn bir nəğmə alınacaq.

-Maraqlıdır, biz əsrlərdən bəri bu mineyaları musiqilə oxuyuruq, görəsən sənin nota aldığın musiqi bizim oxuduğumuzla eyni gələcək? - deyə arximandr öz fikrini bildirdi

Pianonun arxasında bayaqdan onları gözləyən Lidiyanın səbri kəsildi, gəlib onların başı üstündə durdu.

Dəyanət arximandrın on ikiyə qədər nömrələdiyi işarələri nota çevirib Lidiyaya uzatdı.

-Mən bunu hansı tempdə çalım? - deyə qız soruşdu.

-Əlbəttə ki, Mosartın qəmgin üslubunda.

-Mosartın Mineyalara nə dəxli? - deyə arximandr soruşdu.

-Çünki Mosartın musiqisi Mineyalar kimi qəmgindir. 

 Lidiya kağızda yazılanları bircə anın içində oxuyub musiqiyə çevirdi. Qəmgin musiqi ətrafa yayıldıqca monaxlar pianonun ətrafına yığışdılar və Mineyanı oxumağa başladılar.

Dəyanətlə arximandrın  notlara çevirdiyi musiqi ilə monaxların oxuduqları arasında demək olar ki, heç bir fərq yox idi. Əsrlərdən bəri gələn musiqi dəyişməmiş, sadəcə olaraq illər ötdükcə sözlərin üzərinə qoyulmuş işarələrin müəyyən səs verdiyi yaddan çıxmışdı.

-Baxmayaraq ki, sənin nota yazdığın musiqi bizimkilə eynidir, bu kəşfin bizə qalan mineyaları oxumağa kömək edəcək. Ancaq mənim üçün möcüzə görünən başqa şeydir: heç cürə inanmıram ki, sən bu musiqini birinci dəfədir eşidirsən.

-Əfsuslar olsun ki, bu belədir. - deyə Lidiya pianonun arxasından durdu və keçib Dəyanətin qoluna girdi: - Mən qonağımıza Troyan monastrının ətrafını göstərməsəm, deməli heç nə göstərməmişəm. - deyə onlar həyətə endilər və monastırın darvazasından bayıra çıxdılar. Günortaya qədər ətraf meşəni gəzmək qərarına gəldilər.

Meşənin dərinliyinə endikcə monastırdan gələn  səslər karlaşır və get-gedə heç eşidilmirdi. Təkcə ağacdələnin dimdiyi ilə çıxardığı tık-tık və nəğməsini  dayanmadan oxuyan quşların səsləri eşidilirdi.

Çayın qırağında əmələ gəlmiş düzəngahda yenicə çalınmış ot tayalarının yanında qoyun sürüsünü otaran çoban üzüqoylu yerə uzanıb iki əli çənəsində onlara tərəf baxırdı. Lidiya onu çoban tərəfə apardı.

-Orada nə var? Qoyun görməmişik.  Gəl, aşağı tərəfi gəzək! - deyə Dəyanət könülsüz onun arxasınca irəlilədi.

-Mən səni elə bir şeyə qonaq edəcəyəm, ömründə yeməmisən.

Çoban Lidiyanı tanıdı:

-Lidiya! - deyə çoban onlara hürməyə başlayan itləri sakitləşdirdi.

Çoban qaragözlü, qıvrım saçlı, bədən quruluşundan atleti xatırladan 25-30 yaşlı cavandı.

-Siz hara buralar hara?

-Salam Yılmaz! - deyə qız ona əl uzatdı: -Tanış ol, Dəyanət Cəfərli. Bakıdan  gəlib.

-Sovet İttifaqından? - deyə Yılmaz soruşdu.

-Bəli! Mənim qonağımdır. Sənə da qonaq gətirmişəm.

-Qonaq xoş gəlib! Buyurun alaçığa.

Onlar alaçıq tərəfə bir əlli metr getdilər. Alaçıqda əllibeş, altımış yaşlı qadın onları qarşıladı. Qadın da deyəsən Lidiyanı tanıyirdı:

-Qızım, bizə xoş gəlmisən! - deyə onları  alaçığa dəvət etdi.

-Bu qadın Yılmazın anasıdır. Otlaqda  qoyun sürüsünə  baxırlar. Kazanlık  türkləridir. - deyə Lidiya Dəyanətin qulağına pıçıldadı.

Bolqarıstan türklərinə xas olan qonaqpərvərliklə Səlimə ana samovara od salıb, əllərini alaçığın yanından axan arxda yudu. Alaçığa qayıdıb süfrə açdı.

-Mən bu saat gəlirəm!-deyə Yılmaz ayağa qalxdı və sürüyə tərəf getmək istədi.

-Lazım deyil, Yılmaaz!-  deyə Lidiya sanki nə edəcəyini əvvəlcədən bilib, getməyə qoymadı :- Biz  bir yarım saata qayıtmalıyıq.

Çoban bir söz deməyib yerində oturdu.

-Sizin bu çəmən bizim yerləri xatırladır! - deyə Dəyanət təmiz türkcə Yılmaza müraciət etdi.

-Sən  türkcə də bilirsən? - deyə Lidiya təəccübləndi.

-Azərbaycan dili türk dillərinin bir qoludur, bolqar dili slavyan dillərinin qolu olduğu kimi.

-Ancaq bolqar dili qalan slavyan dillərindən  fərqlənir. Bizim öz ədəbi dilimiz var.

-Lidiya, bizimki də fərqlənir, bizim də öz ədəbi dilimiz var.

-Mən bilmirdim ki, SSRİ-də də türklər yaşayır. -deyə Lidiya təəcübləndi.

-SSRİ respublikalarının beşi türkdillidir Azərbaycanlılar da onlardan biri.

Səlimə arvad süfrəyə lavaş, yağ və pendir gətirdi.

-Buranın pendirindən dünyada yoxdur!-  deyə Lidiya əlini kasaya uzatdı.

-Onu da burada türklər düzəldir! -deyə Yılmaz əlavə etdi.

-Nə olsun? Ad ki, Bolqarıstanındır. -deyə Lidiya ciddiləşdi.

-Lidiya, dərinə gedəndə bolqar dövlətini yaradanlar  bulqar xaqanı Asparuxdur.- deyə Dəyanət gülümsədi

-Sənin sözündən belə çıxır, Asparux türkdür.

-Belə çıxmır. Bu belədir.

-Bəs bu haqda bizim kitablarda1 niyə yazmırlar?

-Onu sizin tarixçilərdən soruşmaq lazımdır.

-Sən olsaydın, nə yazardın?

-Mən yazardım ki, Xan Asparux Ural Bulqariyasından gəlib və slavenlərin Bizans tərəfindən qırılmasının qarşısını alıb.

 Asparux bura gələndə bizanslılar bütün kişiləri qırmışdılar. Qadınlar və qocalar qalmışdılar, kişiləri edəm etmiş, uşaqları qul edib aparmışdılar. Bulqar xaqanı onları bir yerə yığdı, qadınlar və qocalar onlara qoşuldular. Beləliklə bolqar dövləti yarandı. Odur ki, bolqarların ata qanı türk, ana qanı slavenlərdir.

-Mən buna inanmaq istəmirəm.

-İnanmırsan bolqarları türklərlə tutuşdur - fərq görməzsən. Səbəbi də mən danışdığım tarixi köklərdir.

-Lidiya, yadına sal: Biruni haqqında mübahisəmizi. Bir-neçə gündən sonra həqiqət üzə çıxdı. Asparux xan haqqında da bir vaxt gələcək bütün bolqar xalqı hər şeyi biləcək. Çünki dünya XX1 əsrə gedir.  Bu əsr yüksək texnologiya və informasiya əsri kimi tanınacaq. Bu o deməkdir ki, bütün gizli mətləblər ortaya çıxarılacaq.

Lidiya Dəyanəti dinləyir, əlində əsas olmadığından mübahisəyə girişmək istəmirdi. Öz-özündə qərara gəldi ki, bu haqda professor Delevski ilə danışsın. Dəyanətin nə qədər haqqı və haqsız olduğunu öyrənsin.

Səlimə arvad Dəyanətin qarşısında soyumuş çayı təzələdi:

-Cavan oğlan, qızımız səni o qədər danışdırdı ki, çayın yaddan çıxdı. Heç çörək də kəsmədin.

-Bu dəqiqə ana!- deyə Dəyanət əlini süfrəyə uzatdı, lavaş götürüb içinə pendir qoydu. Pendirin, doğurdan da, qeyri-adi dadı vardı.

-Bu qoyun pendiridir! - deyə Dəyanət pendiri ağzına apardı: - Azərbaycanda yaşayan ləzgilər pendiri çox vaxt keçi südündən tuturlar. Onda çox yağlı və ləzzətli olur.

-Hər yerdə belədir. Yılmaz keçi pendirini təzə tutub, hələ özünə gəlməyib. Bir-iki həftədən sonra gəlin, dadına baxın.

-Doğurdan da, Bolqarıstanın pendiri dadlıdır! - deyə Dəyanət öz fikrini bildirdi və Lidiya tərəfə baxdı.

-Xüsusən, əgər bunu  türklər tutublarsa. - deyə qız əlavə etdi. 

Bir yarım saatdan sonra onlar alaçıqdan ayrılıb, meşəyə üz tutdular. Yoxuşu qalxmaq çətin olsa da, heç biri yorğunluq hiss etmirdi.

- Gəl bir az qarşıdakı düzənlikdə dincələk. Otların üstündə uzanmağı xoşlayıram. - deyə qız dayandı və irəlidə açılan düzəngahı göstərdi.

Səma aydın, günorta günəşi qızmar, torpaq quru idi. Otların qoxusu Dəyanətə uşaqlıqda oynadığı Bakı ətrafındakı çəmənliyi xatırladırdı.

O, Lidiyadan əvvəl otların üstünə atıldı. Elə bil burada zaman dayanmışdı, dünyada onlardan başqa heç kim yox idi.

-Sakitliyə fikir ver! Bilirsən, buranı necə xoşlayıram?! Yaz-yay ayları çalışıram buralara gəlim. Şəhərin səs-küyündən, dostlarımın mənasız əylənmələrindən qaçıram. - deyə Lidiya iri gözlərini Dəyanətin gözlərinə dikdi.

-Haradasa sən haqlısan! Ancaq həmişə kənara çəkilmək olmaz.

- Mənə elə gəlir ki, dostlarım mənə nisbətən cavandırlar və dünya görüşləri dardır. Mənim ki, yaşıdlarımla tutmur. Onlara yovuşa bilmirəm.

- Oxuduğun kitabların təsirindəndir. Həddindən artıq kitab oxuyursan.

- Bu  belədir.

- Odur ki, heç kimi də bəyənmirsən!

- Bəyənirəm, ancaq ağıllıları. Əfsuslar olsun, çox azdırlar. Məhəbbətə münasibətim də ağıl prizmasındandır. Mənə elə gəlir ki, insanlar bir-birlərini başa düşmürlərsə, çox uzağa gedə bilməzlər. Ağlım  sənə yaxın ol deməsəydi, çoxdan uzaq idim.

-Bəs dünən ki, münasibətimizə necə baxırsan?

-Çox sadə! Bir dəqiqəlik zəiflik kimi.

-Yaxınlıq etdiyin insanın münasibəti, səni maraqlandırmırmı?

-Bir şeyi bilirəm: etdiyimiz hər ikimizə xoşdur. Başqa nə ola bilər?

-Bəs məhəbbət?

-Aramızda bir-birimizə məhəbbət olmasaydı, mən səninlə gecələyərdim?

-Axı bu müvəqqəti əlaqədir!

-Sənə elə gəlir. İllər keçəcək. Bir gün bu xoş dəqiqələr yadına düşəcək. Onda anlayacaqsan ki, bu dəqiqələrin yaddaşda yeri əbədidir.

-Maraqlıdır…

Biz ayrılacağıq söz ola bilməz, ancaq bu xoş anlar qəlbimizdə ən gözəl xatirə kimi yaşayacaq. Həmişə biləcəksən ki, Lidiya adlı birisi sənin məhəbbətinin qulu olub.

Dəyanət qızın bu izahına qəlbində sevindi və Lidiyanın saf duyğularına inanmaq istədi. Məhəbbətin qanunsuz oyun olduğunu bildiyindən, qızın  üzündən öpdü:

-Bilirsən, Lidiya nə deməkdir? - deyə soruşdu.

-Yox! Bilmirəm.

-Lidiya Qədim Yunanıstanda məhəbbət quluna deyərdilər. Gözəl lidiyalar Afrodita məbədində məhəbbətə xidmət edərdilər. Bu torpağa gələnlərə məhəbbət bəxş edərdilər.

 -Mənim kimi! - deyə Lidiya güldü.

Dəyanət isə qızı özü tərəfə çəkdi.

Günortadan sonra Monastıra qayıtdılar. Nahar edib kitabxana endilər.

-Bura mənim Bolqarıstanda gördüyüm ən gözəl yerlərdir. -deyə Dəyanət kitabları seçərkən  öz fikrini bildirdi

-Bu hələ harasıdır? Səni Plevenə aparacağam. - deyə Lidiya gülümsədi.

PLEVEN

 

Bazar ertəsi Dəyanət professor Delevskini yanına  gələndə, o,  qonağın Troyan monastırı haqqında düşüncələrini öyrənmək istədi.

-Məni maraqlandıran sənin baxışların və təəssüratlarındır. -deyə o, müraciət etdi.

Bu sual Dəyanəti çox düşündürmədi. Hələ Bakıda Prokofiy Mixayloviç ona Bolqarıstanın bu dilbər guşəsi haqqında təfərüatı ilə danışmışdı. Mineyaları oxumağı da ona Prokofiy Mixayloviç öyrətmişdi.

-Monastırı anlayışı Azərbaycana yad olsa da, biz bu haqda çox oxumuşuq. Monaxlar bizim sufiləri xatırladır. Tərkidünyalıqdır. Allahı dərk etmək üçün sufilər öz həyatını bu yolda fəna verirlər.

Ancaq Troyan monastırı təkcə tərkidünyalıqla deyil, partizan hərəkatına da  qoşulmuşdu. Bununla belə bu monastırda çoxlu nadir kitablar var.

-Lidiya zəng edib dedi ki, sizin orada ki, çıxışınız monaxları heyrətləndirmişdir.

-Ordakı qədim himnlərin üzərindəki səs işarələrini göstərdim və not halına salıb Lidiyaya verdim. Onun çaldığı musiqi ilə monaxların oxuduğu musiqi arasında heç bir fərq olmadı.

-Bu özünün kəşfidir.

-Yox! Prokofiy Mixayloviç etmişdir və mənə oxumağı öyrətmişdi.   

-Bəs mənə bu haqda niyə xəbər göndərməyib? Belə işlər olanda həmişə, xəbər göndərərdi…

-Bu yaxınlarda kitabça halında öz təhlillərini çap etdirəcək. Ondan sonra sizə göndərəcək.

-Lidiya səni gələn həftə Plevenə aparmaq istəyir? Necə baxırsan?

-Dünənki səyahətdən sonra nə deyə bilərəm? Çox yaxşı olardı.

Professordan ayrıldıqdan sonra düz altı gün Lidiyanı görə bilmədi. Əvvala vaxt tapıb zəng vura bilmirdi. Digər tərəfdən, professor Delevski onu elə yükləmişdi ki, dərslərdən sonra yataqxanadan bayıra belə çıxa bilmirdi.

Dəyanətin özünü belə aparmağı Yasini hövsələdən çıxardırdı.

-Nə qədər adam oxuyar? Düş bizimlə həyətə, gör nə qədər qız var?  İstədiyinlə tanış ol. Gəz, şənlən! İnsana bu qalacaq.

-Yasin, incimə! Bolqarıstanda nə var bilməliyəm. Bu bizim dostluğumuza kömək edə bilər.

-Yaxşı, qızlarla gəzməyə getmirsən, heç olmasa, gedək futbol oynayaq.

Futbol sözü  Dəyanəti stuldan qaldırdı. Yadına köhnə dostları düşdü. Axı o, pis futbol oynamırdı.

-Harada oynayırsınız?

-Necə yəni harada? Stadionda. Bizim fakültə ilə tarixçilər oynayırlar.

-Mənə icazə verərlər?

-Niyə vermirlər?  Sən bizim fakültənin tələbəsi sayılırsan?

-Gərək idman forması alaq!

-Formanı orda sənin üçün təşkil edərəm. İndi isə getdik.

Stadion şəhərin aşağı başında idi. Sofiyanın adi idman meydançalarından biri bu stadionun yaşıl örtüyü və səliqə-sahmanı Bakının "Nefçi" stadionundan heç də geri qalmırdı.

-Sən hansı nömrədə oynamaq istəyirsən? - deyə Yasin "razdivalkada" qarşısındakı maykaları seçməyə başladı.

-"11"

Yasin 11 nömrəli maykanı tapıb, Dəyanətə uzatdı. O, maykanı aldı, ancaq əyninə geyməmişdən əvvəl üzünü komandanın ona baxan üzvlərinə tutdu:

-Mən sizin oyununuza xətər gətirmirəm? - deyə soruşdu.

-Eybi yoxdur! Onsuz da dostluq oyunudur. - deyə komandanın sol hücumçusu Yasinin tərəfə baxdı.

Universitet  komandası həmişə rəqibləri "Avtokar"a böyük hesabla uduzurdu. Onları udacaqları isə ağıllarına belə gəlməzdi.

Meydana çıxandan sonra Dəyanətə məlum oldu ki, Yasin komandanın kapitanıdır.

Qapının ağzında komandanı bir yerə yığan məşqçi yeni oyunçunu başdan ayağa süzdü.

-Yasin, bakılı balası budur? - deyə soruşdu.

-Bəli, Bay Vasili.

-Onunla hansı dildə danışım ki, göstərişlər verim? - deyə məşqçi üzünü Yasinə tutdu.

-Öz dilimizdə.

-Deyirsən, məni başa düşər?

-Səni başa düşməyə nə var!? - deyə Dəyanət bolqarca danışdı.

 -Elədirsə, onda hamınız qulaq asın! Biz elə oynamalıyıq ki, heç olmasa uduzmayaq. Bu biabırçılığa son qoymalıyıq. Bu dəfə heç olmasa heç-heçə edək! - deyə məşqçi Dəyanət tərəfə baxdı:

-Sənin oyununu görməmişəm. Odur ki, bir şey deyə bilərəm: pis oynasan dəyişik edəcəyəm.

-Oldu! - deyə Dəyanət komanda yoldaşlarına qoşulub, meydanın mərkəzinə qaçdı.

Yeni hücumçu elə bil komandanın oyununu dəyişmişdi. Məşqçi gözlərinə inanmırdı: Yesin sağdan, Dəyanət soldan rəqibin qapısından əl çəkmirdilər. On beşinci dəqiqədə Dəyanətin pası ilə vurulan birinci topu tordan çıxardan qapıçını görəndə, Bay Vasili yerindən tullandı:

-Tilsim sındı! - deyə qışqırdı. Elə qışqırdı ki, iyirmi metr aralı  skamyada oturan "Avtokar"-ın məşqçisi eşitsin.

Birinci taym «1-0»  hesabı ilə qurtardı. İkinci taym "Avtokarın" hücumu  ilə başlasa da, bir-neçə dəqiqədən sonra məlum oldu ki, universitet təşəbüsü öz əlinə alıb. Meydanın sol tərəfilə irəliləyən Dəyanət yenə də yaxşı pas verdi. Top 9 nömrəlinin ayağına düşdü və topa zərbə vurdu. Qapıçı topu tuta bilmədi.

«2-0» hesabı ilə oyun bitdi. Məşqçi hakimin fitinin səsini eşidib, meydanın içinə qaçdı. Dəyanəti qucağına alıb fırlanmağa başladı:

-Sağ ol, bakılı balası!

***

Axşam Lidiya Dəyanətin yanına gəldi. Qızın iri mavi gözləri gülürdü.

-Səni xoş gördük! - deyə Dəyanət qızın dodağından öpdü.

-Sənin üçün yaman darıxmışam! - deyə Lidiya başını sığalladı.

-Elə mən də!-deyə Dəyanət onu çapayıya otuzdurdu.

-Limonad istəyirsən?- deyə Dəyanət soyucunun qapısını açdı və şüşəni götürüb, qıza uzatdı, birini də özü üçün götürdü.

-Bütün universitet səndən danışır! Özündən xəbərin yoxdur?  Qəhrəmana  çevrilmisən.

-Hm!

-Məndən niyə soruşmursan, haradaydın?

-Buna mənim ixtiyarım yoxdur.

-Niyə?

-Çünki mən bilirdim qayıdacaqsan. 

-Birdən qayıtmasaydım?

-Onda günahkar özümü sayacaqdım. Deməli, pisəm ki, məndən qaçırsan.

-Sən pis deyilsən, çox yaxşı adamsan! Sadəcə olaraq sənin dediklərinin əsası olub olmadığını yoxlayırdım.

-Nəyin əsası?

Asparuxun...

-Yoxladın?

-Yadında varmı sən Asparuxun türk olduğunu demişdin. İnanmadım. Dedin ki, onun kimliyi haqda susurlar: bu bolqar tarixinin ağ ləkəsidir. Mən professor Delevskidən bunu soruşdum. Bilirsən, nə dedi? Dedi ki, bu həqiqətdir. Ancaq Bolqarıstanda bununla razılaşmaq istəmirlər...

- Gəl, bu haqda daha danışmayaq.

- Gəlmişəm səni evimizə aparım. Bizimkilərə  təqdim edim. Nə fikirdəsən?

-Mən hazır.

***

Lidiya evdə Troyan monastırına ezamiyyətə getdiyi oğlanı qonaq çağırması haqda xəbərdar etmişdi, ancaq Dəyanətin xarici olduğu barədə bir kəlmə belə deməmişdi.

Valideynləri birinci dəfə idi ki, qızlarının oğlandan danışdığını eşidirdilər. Bu ana qədər onlara elə gəlirdi ki, qızları bir oğlanla belə maraqlanmır. Bütün məhəllə cavanları və arvadları da belə düşünürdülər. Ümumiyyətlə Lidiya çox ciddi qız idi. Tələbə olandan sonra isə kitablardan heç ayrılmırdı. Rəfiqələrinə də qoşulmurdu.

Odur ki, Dəyanəti çox səmimi qarşıladılar. Mariyana xanım çay gətirdi, Stefan kişi isə heç tanış olmadan nərdi qabağına qoydu:

-Yaxşı ev yiyəsi qonağı udmalıdır. - deyə daşları düzdü.

Dəyanət dinməzcə nərdtaxtanın arxasına keçdi.

- Nə oynayırıq?

- Döymə! - deyə Stefan kişi təklif etdi.

- Mən razı! -deyə Dəyanət zərləri ona uzatdı.

Birinci oyun ev yiyəsini məyus saldı:

- Sən yaman oynayırsan! Bu məhəllədə məni udan olmayıb.

- Bizim məhəllədə də məni udan olmayıb.

- Sənin məhəllən haradadır?

- Mənim məhəlləm  uzaqdadır.

- Sən kənd uşağısan?

- Yox, mən şəhərliyəm. Bizim şəhər isə sizinkindən də böyükdür.

- Bolqar üçün Sofiyadan böyük şəhər yoxdur.

- Bolqar üçün!

- Məgər sən bolqar deyilsən?

- Mən aəzrbaycanlıyam.

- Cavan oğlan, zarafat etməyin!

-Mən həqiqəti deyirəm: atam da, anam da azərbaycanlılardır.

- Lidiya, bu cavan oğlan nə deyir? - deyə Stefan anasına mətbəxdə  kömək edən qızını çağırdı.

Qız atasının boynunu qucaqladı:

- Ata, nə deyir, düz deyir.

-Bəs dili belə təmiz haradan bilirsən? -deyə Dəyanətin üzünə baxdı.

-Lidiya mənə öyrədib. -deyə Dəyanət güldü.

-Mən inanmaq istəmirəm. Sən bizdən yaxşı danışırsan. Ləhçə hiss olunmur.

- Çünki məni ədəbi dilə öyrədiblər.

-Yadıma düşür: sizin respublikanın paytaxtı Bakıdır. Çoxlu nefti var. Bizim nazirlik Bakı ilə əlaqəlidir. Çox şadam. Bəs nərdi haradan bilirsən?

-Nərd bizim milli oyunumuzdur.

-Bu nərdi hamı özünunki hesab edir.

- Əslinə qalsa, kökü İrandandır. Biz də bir vaxt İranın bir hissəsi olduğumuzdan, nərdi öz oyunumuz hesab edirik.

- Maraqlıdır. - deyə bir az fikrə daldı, sonra Dəyanətdən soruşdu:

 Vətən üçün darıxmırsan?

- Çox! Ancaq dostlar darıxmağa qoymurlar.

- Bolqarıstan necə xoşuna gəlir?

- Gözəl ölkədir, gözəl insanları var. Maraqlısı odur ki, bizim Azərbaycana oxşayır.

- Lidiyaya demək lazımdır ki, səni dağlara aparsın. Onun xoşladığı yerlərdir.

- Mənə söz verib ki, Plevenə gedəcəyik.

Lidiya bu mehriban ailənin gözlərinin işığı idi. Partiya işçisi olan Stefan qızının hər şıltaqlığını yerinə yetirməyə hazır idi. Ancaq qız yaşa dolduqca ciddiləşir, sadəliyi xoşlayır, daha çox elmi işə həvəs göstərirdi. Bütün cavanlar ata və ana üçün əziyyət olduğu halda, bu qız heç bir problem yaratmırdı, əksinə onların problemlərini həll etməyə çalışırdı.

- Bazar günü yola çıxarsınız. Mən Plevenin başçısına zəng edəcəyəm ki, sizi qarşılasın.

Lidiyagildən ayrılarkən Dəyanət dünyada nə qədər qayğıkeş və qonaqpərvər insanlar olduğunu düşündü.

***

Pleven qeyri-adi şəhərcikdir desək, yanılmarıq. Çünki balaca Qafqaz şəhərciklərini xatırladırdı. Dar küçələri buranın qədimiliyindən xəbər versə də, buranın yeni məhəllələri Avropa şəhərlərini xatırladırdı.

Pleven tarixi şəhər idi. Şipka döyüşündən sonra əsr düşmüş türk Sultanı bu şəhərdə rus çarı Aleksandrın fəxri əsiri olduğu haqda hekayəni bütün plevenlilər  ağız dolusu danışırlar.

Çarla Sultanın qaldıqları bina isə bu şəhərin muzeylərindən biridir.

Pleven dağ ətəyi şəhərdir, qayalıqların içərisində, bəlkə də qədim yunan şəhərciklərinin üzərində salınmış şəhərdir, Azərbaycanın Zaqatalasını xatırladır.

- Bolqarıstanın azadlığı bu şəhərdən başlayıb. - deyə Lidiya şəhərə çatan kimi bəyan etdi.

- Bolqarlar bu azadlığa görə ruslara minnətdar olmalıdırlar.

- Elədir. Sofiyadakı Aleksandr Nevski kilsəsi elə bu şərəfə tikilib.

Şəhər payız geyiminə keçsə də, yarpaqların qıpqırmızı qızılı çalarlığı adamı heyran edirdi.

-Bu rəngarənglik Sofiyada yoxdur! - deyə Dəyanət ağacları göstərdi.

- Yuxardakı qayalıqları görürsən? - deyə Lidiya qarşıdakı  dağlıqları göstərdi: - Bizi orada atamın dostları gözləyirlər. Orada çoxlu mağaralar var. Vaxtıkən hayduklar orada gizlənirdilər. İndi oralar restoranlar və otellərə çevrilib.

"Qaylıq"[32]restoranı düz dağın içində yonulmuş mağaradan ibarət idi. Dizayner bu mağaranı restorana elə çevirmişdi ki, mağara olduğunu həmişə hiss edirdin. Başının üstündən stoluna sallanan və işıqlandırılan qaya parçaları elə bil bu saat üstünə düşəcəkdi.

 Lidiya "Qaylıqın" qapısı ağzında oyana bu yana boylanan kişini o saat gördü və ona tərəf addımladı.

- Salam, Pavlo dayı! - deyə onun üzündən öpdü.

- Bəs sənin qonağın hanı? - deyə Pavlo soruşdu.

- Odur, ətrafa baxır.

Bu sözlərdən sonra Pavlo Lidiyadan ayrıldı və Dəyanətə yanaşdı:

- Xoş gəlmisiniz! - deyə Dəyanəti salamladı.

Onlar görüşdülər. Stolun arxasına keçdilər.

- Xoşunuza gəlir? - deyə Pavlo soruşdu

-Mən belə yeri birinci dəfədir ki, görürəm. Dizaynerlərin ağlına isə məəttəl qalmışam. Kimin ağlına gələr ki, mağaranı qeyri-adi bir restorana çevirsin.

-Bizim millət çox istedadlıdır. Hələ bu harasıdır. Bolqarıstanda elə gəzməli və görməli yerlər vardır.

Xəfif musiqi restoranda oturanları rəqs etməyə sövq edirdi. Bura gələnlərin üzündə həyat qayğısı, ev qayğısı hiss olunmurdu. Sanki dünyanın ən xoşbəxtləri bura yığışmışdı.

Dəyanət musiqini dinləyir, ətrafında rəqs edənlərə fikir belə vermirdi. Ona tərəfə fağır-fağır baxan Lidiyanın üzünə hərdən birdən gülür, qızın nə istədiyini anlayır, əlini əlinə alıb səbirli olmağını istəyirdi.

Mağarın quruluşu, cazibədarlığı onu məftun etdiyindən elə bil o, hər şeyi unutmuşdu. 

- Sizi rəqsə dəvət etmək olarmı? – birdən kimsə ona azərbaycanca müraciət etdi.

O, başını qaldırdı və qarşısında iyirmi yeddi-iyirmi səkkiz yaşlı bir qadın durduğunu gördü.

Ana dilində dəvəti eşidən Dəyanət şaşqın qaldı, ancaq özünü ğlə alıb tez ayağa qalxdı. Qadın əllərini onun boynuna qoydu. Rəqs etməyə başladılar.

- Siz Azərbaycandan gəlmisiniz? - deyə qadından soruşdu.

- Elədir. Ancaq çoxdan. Beş il olar

- Nə məqsədlə?

- Mən bolqara ərə getmişəm.

- Məgər Azərbaycanda oğul yox idi?

- Siz də mənim valideynlərim kimi danışırsınız.

- Mən valideynlərini anlayıram. Azərbaycanlı qızı xristiana ərə gedib.

- Ərim xışıdır, rəyət deyil.

- Başa düşmədim?

- Xışılar müsəlmanlardır. Odur, oturub orda bizə baxır.

- Harada onunla tanış olmuşdunuz?

- İkimiz də MQU-nu qurtarmışıq. Gəl, səni onunla tanış edim! - deyə qadın onu stollarına dəvət etdi.

- Ancaq mən tək deyiləm?

- Bilirəm! Pavlo bizə deyib.

- Elədirsə bizim stola keçək!

İlk baxışdan Stefan Dəyanətin və Lidiyanın xoşuna gəldi. Söhbətcil və şirindil adam idi. Həyat yoldaşı Gülnar eyni yaşda olardılar. Bir-birlərinə isə çox yaraşırdılar.

-Biz bura dincəlməyə gəlmişik. Balaca şəhər olduğundan  nə baş verirsə bircə anın içində hamıya məlum olur. Gülnar səni görən kimi dedi ki, bu oğlan  bakılıdır. Soruşdum haradan bildin? Dedi Bakı stilində geyinib. Saçları da qısadır.

Müdiri yanıma çağırdım. O, Gülnarın sözlərini təsdiq etdi.

- Biz sizinlə tanışlığa çox şadıq! - deyə Dəyanətin əvəzinə Lidiya dilləndi:  Mən sizi komsomol qurultayından tanıyıram.

- Mən də səni tanıyıram. Universitet bürosunun katibisən. -deyə Stefan güldü.

- Yoldaş Stefan sizin necə gözəl yaddaşınız var?

- Sizi kimi gözəli heç unutmaq olar? - deyə Stefan zarafat etdi.

- Şəhərimiz xoşuna gəlir? - deyə Stefan Dəyanətdən soruşdu.

- Çox! Bizim Zaqatalanı xatırladır.

- Mən isə Azərbaycanda olmamışam.

- Allah qoysa, olarsan!

- Bütün günü Gülnar Salyanı tərifləyir. Bu xəstəlik uşaqlara da keçib. Belə getsə turst kimi Salyana gələcəyik.

- Neçə uşağınız var?- deyə Lidiya soruşdu.

-İki. Biri oğlan, biri qız. Tam komplekt!

- Siz necə xoşbəxtsiniz!? -deyə Lidiya əlinə əlinə vurdu:

- Mən ərə getsəm, istərdim ki, mənim də bir qızım, bir oğlum olsun.

- Gözəl arzudur. - deyə Gülnar bu söhbəti tamaladı.

Yenə də musiqi çalındı. Bu dəfə Lidiyanı rəqsə Stefan  dəvət etdi.

- Sən Bakıya haçan dönürsən? - deyə Gülnar soruşdu.

- İki aydan sonra. Qışda tətilə çıxanda.

- Bunula qurtarıb gedirsən?

- Yox, Gülnar! Ondan sonra sentyabra qədər burda olacağam.

- Nə yaxşı oldu. Biz səninlə tez-tez görüşəcəyik. - deyə Gülnar fikrə daldı. Ancaq birdən başını qaldırıb Dəyanətin gözünün içinə baxdı:

- Mənə kömək edə bilərsən mi?

- Baxır, nə kömək?

- Məni valideynlərimlə barışdır.

- Məgər küsülüsünüz?

- Düz beş ildir, Salyana məktub yazıram, bir adam cavab yazmır.

- Niyə?

- Deyirlər ki, niyə xariciyə ərə getmişəm? Azərbaycanlı qızına yaraşmaz xristiana ərə getsin.

- Başa sala bilmirəm ki, mənim ərim müsəlmandır.

- Mən valideynlərin vəziyyətini anlayıram. Rayon yeri, kənd yeri - sözbaz yeri! Sən ürəyini sıxma, Vətənə qayıdanda hər şeyi qaydasına salacağam! - deyə ayağa qalxdı və Gülnarı rəqsə dəvət etdi.

CAMİYYƏ

 

Sofiya gözəl şəhər olsa da, Bakının yerini vermirdi. Birinci dəfə idi ki, o, Vətənin uzaqlığını hiss edirdi. Daxildə hansısa qüvvə onu dala qaytarmaq istəyirdi.

Bunları düşünürdü ki, Sofiyanın mərkəzində azan səsi onu özünə cəlb etdi.

Hər səhər sübhdən "Təzə Pirin" hündür minarələrindən gələn həzin səslər uşaqlıqda onu yuxudan oyadardı. Çarpayısında əyləşib diqqətini bu səsə tutlaşdırır və ləzzətlə qulaq asardı.

- Lidiya, bu səs haradan gəlir? - deyə soruşdu.

- Bu küçənin arxasında! - deyə qız qarşıdakı meydanı göstərdi. - Orada Bolqarıstanın ən böyük camiyyəsi yerləşir.

Osmanlı İmperiyasının möhtəşəmliyini duymaq üçün bu camiyyə baxmaq bəs edirdi. Kaşı daşlarından tikilmiş qeyri-adi sənətkarlıq nümunəsi olan bu məscid öz fəaliyyətini davam etdirirdi.

Dəyanətlə Lidiyanı camiyyənin ağsaqqal xocası qarşıladı. Onunla bolqarca yox türkcə salamlaşdılar.

- Xocam, mən Azərbaycandan gəlmişəm. Adım Dəyanətdir. Müsəlmanam.

- Xoş gəlmisən bala! -deyə ağsaqqal kişi onun salmladı. -Bura Allahın evidir, bütün insanlara yer var.

- Çox sağ olun, xocam! Ancaq məni bura gətirən başqa bir arzu da var. Siz onu yerinə yetirə bilərsiniz!

- Sizin qulluğunuzda hazıram.

- Mümkünsə bizə türkcə «Quran» verəsiniz. Satılırsa almağa da hazırıq.

Dəyanətin sonuncu sözləri xocanın xoşuna gəlmədi.

- Yavrum, Quran satılmaz! - deyə qətiyyətlə cavab verdi. Xocanın bu cavabı Dəyanətin ürəyincə olmadı.

- Siz məni pis başa düşməyin. Mən iki aya Bakıya qayıdacağam. Evim üçün ən gözəl hədiyyə «Quran» olardı. Mənim  ana nənəm «Quran» oxuyan qadındır. - deyə Dəyanət taxçaya qoyulmuş «Quranı» götürdü, iki dəfə öpdü və yerinə qoydu.

 Dəyanətin bu hərəkəti deyəsən xocanın xoşuna gəldi, hətta gülümsəndi də. "Bir dəqiqə!"- deyib hücrəyə qayıtdı.

Lidiya isə Dəyanətə qoşulub camiyəni seyr edirdilər.

-Mən birinci dəfədir camiyyə daxil oluram! - deyə Lidiya dinləndi.

-Mən isə o qədər kilsə görmüşəm. Sən bilirsənmi, bizim dinə görə xristianlar kafir deyil?

-Yox, birinci dəfədir ki, eşidirəm.

Məscidə qayıdan Xoca əlində qızıl suyuna salınmış dəri qabıqlı iki qalın kitabı Dəyanətə uzatdı:

-Allah əmanətində! -dedi.

Dəyanət kitabları öpüb gözünün üstünə qoydu, təşəkkürünü bildirdi.

-Sən bu kitabları apara biləcəksən mi? - deyə Xoca soruşdu.

-Çalışacağam.

 

SƏLYAN

 

            Bakıya qış gələndə birdən gəlir. Soyuq külək buludları şəhərin üstünə qovur və bircə anın içində günəşli hava gözdən itir, aləm qarışır bir-birinə.

            Kiyevdən Bakıya uçan təyyarə hava limanında yerə endikdən sonra da, onun qanadlarını külək silkələyirdi. Trapa ayaq basdıqda isə anladı ki, bura onun vətənidir. Çünki bu cür külək ancaq Bakıda əsə bilərdi.

            Aeroportun zalında Dəyanəti  qrup  yoldaşları: Turan, Esmiralda və  anası Raziyə xatın qarşıladılar. Nina isə gəlməmişdi.

            -Bu havada adam da küçəyə çıxar? - deyə o, bir-bir onun üzündən öpən qızlardan soruşurdu.  Əlacsız qalmış anası qızlara baxıb gülürdü. Sonuncu onu anası qucaqladı.

            -Bala, səni xoş gördük! - deyə üzündən öpdü.

Sonra uzun saçlarını sığalladı:

-Sən bunun saçına bax! - deyə Raziyə xatın qızlara Dəyanətin çiyinlərinə tökülən saçlarını göstərdi: - Bəxtin gətirib, atan burda deyil: görsə başını kəsər.

            Dəyanətin saçları, doğurdan da, çox uzanmışdı. Bakılılara xas olan dəbdə deyildi.

-Raziyə xala, Dəyanətə çox yaraşır. Avropada belə moddur. -deyə Turan Dəyanətin qoluna girdi.

-Turan, hazırlaş sabah səninlə “kəndinə”, Salyana gedəcəyik.

-Orda sənin nə işin var? - deyə qız təəccübləndi.

-Qonaq gedəcəyik. Evdə danışarıq.

Taksiyə mindikdən sonra Dəyanət üzünü Esmiraldaya tutdu:

-Uşaqlar necədir?

-Hamısı bizdədir. - deyə Raziyə xatın qızın əvəzinə cavab verdi:  - Aləmi dağıdırlar.

- Deməli yeyib içəcəyik.

Evə çatanda nə yeyib içmək? Raziyə xatın çamadanların ağzını bir-bir açmağa başladı.

Anasının xasiyyətinə bələd olan Dəyanət, anası sonuncu çamadanı götürəndə əlini saxladı:

- Ana, buna dəymə. Bizimki deyil. Gülnarın əmanətidir.

- Nə Gülnar, bala? Mən səni Bolqarıstana tək göndərmişəm. -deyə ana təəccübləndi.

- Qızlar burda sözlər var? - deyə Esmiralda Dəyanətin nə deyəcəyini  gözlədi.

- Salyanlı qızıdır, bunları ata-anasına göndərib.

- İndi başa düşdüm məni niyə Salyana aparmaq istəyirsən? -deyə Turan söhbətə qovuşdu.

-Biz də getmək istəyirik! - deyə Nurcahan Turanın belini qucaqlayıb, Dəyanətin üzünə baxdı.

- Sonra kim getmək istəyir? - deyə Dəyanət soruşdu.

- Mən! - deyə Esmiralda razılığın bildirdi.

- Daha kim?

- Evdən qoysalar, məndə! - deyə Səidə də getmək arzusunda olduğunu bildirdi.

Raziya xatın isə otaqda olan qızların sayına uyğun hədiyyələri stolun üstünə düzürdü. Ana nə qədər oğluna bələd idi: özü üçün gətirməz, ancaq dostları üçün nəyi vardısa, xərcləyərdi, canını verərdi. Raziyə xatının elə bil öz əli ilə bu hədiyyələri qoymuşdu.

- Çox sağ olun, Raziyə xala! - deyə hədiyyələrini alan qızlar onun üzündən öpürdülər.

- Bəs mən? - deyə Dəyanət zarafat etdi.

- Sən payını aeroportda almısan, - deyə Esmiralda güldü.

- Bu isə Nina qızımın payı! - deyə Raziyə xatın hədiyyəni Turana uzatdı.

- Doğurdan ha. Bəs Nina hanı?

- Ninanın nişanlısı gəlib, onunladır.

- Allah onu xoşbəxt eləsin! Yaxşı qızdır. - deyə ana dua etdi

Bu xəbər Dəyanətin kefini pozdu. Bayaqdan ürəyi Ninanın yanında qalmışdı. Ancaq heç kim nə baş verdiyini anlamadı. Yorğun olduğunu düşündülər və dağılışdılar. 

Qonaqlar gedəndən sonra ana balasının boynun qucaqladı:

- Mənim gül balam! İndi sənin hər bir şəraitin var. Evlən!

- Ana, on beş gündən sonra yenidən Bolqarıstana qayıdıram. Hələ tələsmə.

Bir-neçə saatdan sonra telefon zəng çaldı. Raziyə xatun dəstəyi qaldırdı.

- Ninadır! - deyə dəstəyi oğluna uzatdı.

- Xoş gəlmisən! Hədiyyə görə isə çox sağ ol!

- Dəyməz!

- Turan deyir ki, sabah qızlarna Salyana gedirsən?

- İstəyirsən səni də özümlə aparım?

- İstərdim, ancaq indi mümkün deyil. Biz evlənmişik.

- Təbrik edirəm! Oğullu-qızlı olasız!- deyə Dəyanət hirsli-hirsli cavab verdi. Digər tərəfdən o, haqlı olmadığını da anladı. "Həyat belədir! Çox vaxt istədiyinə nail olmursan!" düşünməklə özünə təskinlik verdi. Telefonun o biri tərəfində isə Ninanın gözləri dolmuşdu. Qız qəhərlənib dəstəyi yerinə qoydu.

Səhər Bakıya qar yağmağa başlamışdı. Ancaq yollar təmiz idi.

1972-ci ilin yanvarın 25-i günü qarlı havada üç qız Dəyanətin zəngini  gözləyirdi. Bir həftədən artıq idi ki, atası maşını qarajdan çıxartmadığından akkumulyator yatmışdı. Həyət uşaqlarını köməyə çağırdı və bir təhər mühərriki işə saldılar.

Evə qalxıb bir-bir qızlara zəng etdi ki, gəlirəm. Sonuncu Səidəgilə zəng vurdu.

- Dəyanət, papaya demişəm, ancaq mamanı sən bişirlə! -deyə Səidə xahiş etdi.

- Telefonu ona ver!

- Bu qız nə istəyir, Dəyanət bala? - Dəstəkdən Səidənin anası Mehri  xanımın səsi eşidildi.

- Mehri  xala, bizimlə  Salyana getmək.

- Bu havada? Qara bax!

- Salyan istidir.

- Kimlər gedir?

- Özümüzük: Esmiralda, Turan, Nurcahan...

- Sən bilirsən də, mən qızı gözdən qoymuram.

- Necə yəni bilirsən? Bunu bütün aləm bilir: sizdən ciddi ana yoxdur.

- Sən olsan, neynərsən?

- Qoymaram!

- Səidə, görürsən, necə oğuldur. O, məni başa düşür, sən isə düşmək istəmirsən. - deyə Mehri xanım sonuncu sözlərini qızına ünvanladı.

- Düz iş görürsüz, Mehri xala! Qızını döyməyən, dizini döyər!

- Elədir, bala! Ancaq həddindən artıq ciddi olmaq da lazım deyil. Məsələn, sizinlə getməyə niyə qoymayım? Müasir uşaqlarsınız!

- Özünüz bilən məsləhətdir.

- Dəyanət, qızımı sənin kimi oğlana həvalə edə bilərəm. Sən ona qardaş kimisən. Həmişə sənə qardaş deyir.

- Mən də getməzdim. Bizi  Salyana Turan qonaq çağırıb. Səidənin də rəfiqəsidir. Elə Səidəyə görə gedirəm.

- Onda belə olmaz! Gərək getsin!

- Siz nə desəniz, o olacaq!

- Dəyanət, bala! Özünüzdən muğayat olun!  Ay qız, sən isə geyin! Hamını avara etmisən! - deyə sözünü yarısını qızına ünvanladı.

- Mehri xala, neçə dəqiqədən sonra hazır olar!

- Yarım saata!

- Onda gəlirəm! - deyə Dəyanət dəstəyi yerə qoydu, anasının üzündən öpdü və həyətə çıxdı. Bu şaxtalı havada ana oğulun arxasınca su atdı.

Üç qızı: Nurcahan, Esmiralda və Turanı Gənclik metrolsundan götürdü və Azneft tərəfə üz tutdular.

- Səidəni necə, götürürük? - deyə Nurcahan soruşdu.

- Götürürük!-deyə Dəyanət cavab verdi.

- Baş tutan iş deyil! Mən dünən anası ilə danışmışam. - deyə Esmiralda  fikrini bildirdi.

- Mən də deyirəm, işləri kim korlayıb? - deyə Dəyanət başını yellətdi.

- Deyəndə qızınızı Salyana aparmaq istəyirik, elə bil Mehri xanımı ilan çaldı. Abrımı verdi.

- Mən isə deyəndəki qızınızı Salyana aparıram dedi ki, götür apar!

- İnanmıram?

- Gəl, mərc qoşaq!

- Gəl, qoşaq!

- Bütün stipendiyandan.

- Razıyam.

- Heç yuxarı qalxmayacağam, özü düşəcək.

- Şərtləşdik! - deyə Esmiralda  əlini-əlinə sürtdü. Elə bil əlinə nə isə gələcəkdi.

 Maşın Səidənin balkonunun altında dayandı. O, bir-iki dəfə siqnal verdi.

- Sür, getdik! Gələn deyil. - deyə Esmiralda arxadan Dəyanətin kürəyinə əlini qoydu.

- Mən hərifə oxşayıram, ay qız! Bir torba puldan mərc qoşmuşam.

- Sən elə bilirsən udacaqsan?

- Mən çoxdan udmuşam! Bax, gəlir.

Tinin ucundan Səidə göründü. Aşağıdan anasına əl elədi. Dəyanət isə başını maşının pəncərəsindən çıxarıb Mehri xanımla sağollaşdı.

Səidə maşına oturan kimi qızların "Ura!" ilə qışqırığı bir-birinə qarışdı.

- Getdik!

                                               ***

Bakıdan cənuba uzaqlaşdıqca qar azalır, yollar isə təmizlənirdi. Elə bil buralara qar yağmamışdı. Maşını içində qızların zarafatları və qıyıltısından Salyana niyə getmələrinin səbəbi nədir? - heç kimin ağlına gəlmirdi ki Dəyanətdən soruşsunlar. Hətta Turan da bilmirdi. Salyana çatar-çatda Dəyanət özü söhbəti  saldı:

- A qızlar, niyə soruşmursunuz ki, Salyana niyə gedirik?

- Doğurdan a? - deyə qızlar Turan tərəfə baxdılar.

- Mənə niyə baxırsınız? Dəyanətdən soruşun! -deyə Turan səbəbkarı göstərdi.

Daha Salyana çatmışdılar. Yolun kənarında maşını saxladı və üzünü qızlara tutdu:

 - Gülnar adlı bir salyanlı qızı bolqar müsəlmanına ərə gedib. Gülnarın atası-anası qəbul etmir ki, xariciyə ərə gedib. Sizinlə gedirik ki, onları yola gətirək. Əvvəl maşını sürürük Turangilə, bir az dincələrik, atası ilə məsləhətləşib, birlikdə Gülnargilə gedərik. Gülnarın atası Vasif sovxoz poliklinikasının baş həkimidir. 

- Sən bilən, baş tutacaq? - deyə Esmiralda soruşdu.

- Çalışmalıyıq.

***

Turanın atası Mahal kişi Vasif doktor haqqında ona hərtərəfli məlumat verdi. Ancaq bu işə girişmədi. Səbəbini isə belə izah etdi:

- Dünən çayxanada onunla tutuşmuşam!

- Niyə? - deyə Dəyanət soruşdu.

- Elə qızına görə.

- Məni başa salın! - deyə Dəyanət təkid etdi.

- Əvvəla, Gülnar Vasif doktorun gözünün ağı qarasıdır. Çox  istiqanlı və abırlı qızdır. Turanın yadına gəlməz, o uşaq idi, qız Moskvaya oxumağa gedəndə... Öz balam kimi xətrini istəyirdim. Çayxanada "Qızından nə xəbər?" - deyə soruşdum. Elə bil atasını söydüm. Məni nə günə saldı. Yox! Dünənkindən sonra, mən onunla üzləşə bilmərəm.

- Onda özümüz getdik. - deyə Dəyanət ayağa qalxdı.

Turan da onlara qoşulmaq istəyəndə atası onu saxladı:

- Sənlik deyil! Doktor səni tanıyır.

***

Darvazanın qapısını gülər üzlə 50-55 yaşlı qadın açdı. Bir suyu Dəyanətə Gülnarı xatırlatdı.

- Axşamınız xeyr, xanım! Qonaq qəbul edirsiniz! - deyə Dəyanət arxasında gələn qızları görsətdi.

Qadının gözləri Dəyanətin çiyninə tökülən saçlarda qalmışdı. Nə deyəcəyini bilmirdi. Axır ki, özünə gəldi:

- Nə? Nə?

- Deyirik, Allah qonağı qəbul edirsiniz? Doktorun yanına gəlmişik. - deyə Dəyanət səsini qaldırdı.

- Allaha da canımız qurban, qonağa da! Buyurun içəri. -deyə qapının ağzından çəkildi.

Vasif doktor Turan atasının dediyi kimi çox da qaraqabaq adam çıxmadı. Süfrə salındı və qızlardan Səidə, Həmidə xalanın köməyinə gəldi.

Oturub çay içdikdən sonra Vasif doktorun gözü Dəyanətdə idi.

- A bala, sən bizim adama oxşamırsan? - deyə o, söz saldı.

- Elədir, Vasif dayı, Dəyanət gəlmədir. Bolqarıstandan gəlib! - deyə Esmiralda dözmədi.

Bolqarıstan sözü həm əri, həm də arvadı şəkləndirdi. Ancaq Dəyanətə elə bu lazım idi.

- Bolqarıstanda neynəyirsən? - deyə Həmidə xala soruşdu.

- Oxuyuram!

Otağa təzədən sükut çökdü. Elə bil Vasif doktorun ürəyinə nəsə dammışdı. Dərin fikrə daldı.

Dəyanət anladı ki, indi sözü açmalıdır.

- Vasif doktor, bizim bura gəlişimizin boş-boşuna olmadığını sizin dərin fikrə dalmağınızdan görürəm. Odur ki, məqsədimizi açıqlamalıyam. Deyirlər sizinlə qarpı-qonşu bir molla olur və siz ona çox hörmət edirsiniz. Mümkünsə onu da bura dəvət edin! Bizim söhbətdə o, da iştirak etməlidir.

Vasif doktor özü ayağa qalxdı və otaqdan çıxdı. Həmidə xala isə keçib, stolun arxasında oturdu.

- Oğul, sən doğurdan Bolqarıstandan gəlibsən? - deyə ana həyəcanla soruşdu.

- Nəyin ki Bolqarıstandan, hələ qızınızın yanından gəlmişəm! - deyə Dəyanət güldü.

- Ay bala, adını çəkmə! Ərim eşidəndə dəli kimi olur. - deyə ana xəbərdarlıq elədi.

-Mən bura ona görə gəlmişəm ki, sülh yaradım və sizi özümlə Bolqarıstana aparım.

- On ildir mən qızımı görmürəm! - deyə ananın gözləri yaşla doldu.

- Ağlama ana! - deyə Nurcahan onun boynunu qucaqladı.

- Qızlar, molla əmi gələn kimi durub, o birisi otağa  keçirsiniz! Bizim kişi söhbətimiz olacaq.

- Kişiyə bax! - deyə Esmiralda zarafat etmişdi ki, qapıdan içəri çal papaqlı mola ilə Vasif doktor içəri girdi. Qızların suyu süzülə-süzülə o biri otağa keçdilər.

- Salam əlyekun! - deyə Molla salam versə də, gözləri onun saçlarında qaldı.

- Salam, molla əmi! - deyə Dəyanət onun salamını qəbul etdi. Molanın isə diqqətinin onda olduğunu görüb davam etdi:

-Mən görürəm mənim bu qiyafəm sizi çaşqın salıb. Mən Bolqarıstandan gəlmişəm. Sizə hədiyəm var. İcazə versəniz, sizə təqdim edərəm! - deyə Dəyanət düz mollanın gözlərinə baxdı.

- Buyurun, cavan oğlan! - deyə molla öz razılığını verdi.

- Bir dəqiqə! - deyə Dəyanət ayağa qalxıb otaqdan çıxdı. Darvazanın qarşısında dayanmış maşının baqajnikini açdı və iki dənə çamadanı götürüb yerə qoydu. Daşıyıb evə gətirdi. Çamadanın birindən zərli parçaya bükülmüş «Quranı» çıxartdı:

- Bunu sizə mənim qardaşım, Stefan göndərib, türk dilindədir. – deyə «Quranı» molaya uzaitdı. Mola Quranı öpüb gözünün üstünə qoydu.

- Çox sağ olsun! - deyə  molla təşəkkürünü bildirdi.

- Bizim bura gəlməyimizin səbəbi bu kağızdır. Deyirlər ki, siz çox savadlı mollasınız. Bu kağızı oxuya bilərsiniz! - deyə Dəyanət cibindən ərəbcə yazılmış bir parça möhürlü kağız çıxartdı və Molla Yavərə uzatdı.

Molla Yavər diqqətlə kağızı gözdən keçirdikdən sonra Dəyanətə  müraciət etdi:

- Bu kəbin kağızıdır. Əski türkcə yazılıb.  - dedi.

- Mümkünsə bərkdən oxuyun!

- Bismillahir-rəhmanir-rəhim! Allahın əmrilə və tərəflərin razılığı ilə Stafan Çelebov və Gülnar Vasif qızı Həsənova ər-arvad elan edilir. Sofiya camiyəsinin imamı Hacı Vəli Xoca

Mollanın sonuncu sözlərindən sonra Vasifin rəngi - rufu dəyişdi.

- Mola əmi, bu kəbin qanunudur ya yox?

- Necə yəni qanunudur?  Əsl kəbin kağızıdır. Ancaq kəbini ancaq müsəlmanlar kəsdirə bilərlər?

- Molla əmi Stefan mənim qardaşım, Gülnar isə bacımdır. Stefan Vasif doktorun qızının əridir. Müsəlmandır. Bura gəlmişik, bizi barışdırasan!

Dəyanətin bu sözlərindən sonra Vasif doktor dik atıldı. Molla isə onu əlini dartıb yerinə oturtdu.

            - Biz elə bilirdik ki, Stefan xristiandır. Ona görə yaxın qoymurduq. Sən demə kürəkənin də bizlərdən imiş, Vasif. Biz Allahın yanında günah iş tutmuşuq! - deyə üzünü doktora tutdu. 

             - Molla əmi, bolqarlar iki cürə olurlar: xışılar və rəyətlər. Xışılar müsəlmandırlar. Əsl müsəlman, elə bizim kimi...

Dəyanəti son sözləri otağa sükut gətirdi.

O biri otaqda Qızlar ananı hər şeydən agah etmişdilər. Ordakıların da qulaqları  qonqa otağında idi. Sakitliyə dözmədilər və kişilər oturan otağa qayıtdılar. Hamını gözü Vasif doktorda idi.

- Danış, görüm nə ilə məşğuldurlar? - deyə Vasif doktor üzünü Dəyanətə tutdu.

- Stefan Boqarstan komsomolunun katiblərindən biridir. Maşın gəzdirir. Gülnar isə Texniki institutda ingilis dilindən dərs deyir. İki nəvəniz var! - deyə Dəyanət ayağa qalxdı və çamadanın birinin ağzını açdı, bir albom çıxartdı və ataya uzatdı.

Albomun üstündə iki uşaq şəkli, altında azərbaycanca: "Nənəyə və babaya hədiyə!" sözləri yazılmışdı.

Vasif doktorun gözləri yaşarsa da, özünü ələ aldı və albomu Həmidə  xanıma verdi.

- Lap yadımdan çıxmışdı! Esya, çantanı o kağızları çıxart!- deyə Nurcahana göstəriş verdi.

Qız çantanı açıb içindən iki vərəq kağız çıxartdı.

- Bunlar vizadır! Uşaqlarınız sizi Bolqarıstana qonaq çağırır. Özləri yazda gələ biləcəklər. Bir-iki günə Bakıya  bizə gəlin, istəyirsiniz indi gedək, sizə sənədləri rəsmiləşdirməkdə  kömək edərəm. İki həftədən sonra mənimlə Bolqarıstana gedərsiniz.

Bayaqdan «Quranı» varaqlayan molla başını qaldırdı:

- Allah balalarını xoşbəxt etsin! Bundan gözəl hədiyə olmaz! - deyə «Quranı» bir-neçə dəfə öpüb gözünün üstünə qoydu. Sonra üzünü doktora  tutdu:

- Cavan oğlan, ağıllı məsləhət verir. Mən deyəcəyimi deyir. - deyə molla qəti fikrini bildirdi.

Dəyanət ayağa qalxdı, bu qızlara işarə oldu ki, ayağa qalxsınlar.

- Hara belə, qoymaram! - deyə Həmidə arvad qapının ağzını tutdu.

- Bu nə deməkdir? Bu cür qonaqları evdən ac buraxarlar. Bütün Salyan bizə vedrə bağlayar. - deyə bu səfər Vasif doktor dilləndi.

- Biz Mahalgilə düşmüşük, onlar da hazırlıq görüblər! - deyə Esmiralda dözmədi.

- Hansı Mahal? Bizim qonşu? Dünən onun da xətrinə dəymişəm! - deyə Vasif doktor ayağa qalxdı: -Siz oturun bu saat gedib onları da bura gətirəcəyəm. - dedi və otaqdan çıxdı.

- Dəyanət, sən hara  gedirsən ora ümid gətirirsən! - deyə Nurcahan qalxıb onun üzündən öpdü. Qızlar isə boynundan sarıldılar. Bu hamının qələbəsi idi.

 

***

"Qaranlıq gecə, şaxtalı  hava, isti çarpayı, yuxudan şirin nə ola bilər dünyada?" düşünən Dəyanət maşını qaraja qoyub qaça-qaça özünü mənzillərinə çatdırdı. Qapını üzünə anası açdı.

- Ay na, yatmamısan? - deyə üzündən öpdü.

- Mehri xanım zəng elədi ki, narahat olmayım: uşaqlar gəldilər. Necə getdiniz?

- Pis keçmədi. Sabah ya o birisi gün qonaqlarımız gələcək. Gülnarın valideynləridir. Onları da götürüb Bolqarıstana aparacağam.

- Savab iş görürsən, mənim balam!

Dəyanət o birisi otağa boylandı. Atasını görmədi. Əliylə "haradadır? - deyə soruşdu:

- Sabah gəlir! - deyə ana mətbəxə keçdi.

- Ay na, ac deyiləm! - deyə anasının xasiyyətinə bələd olan Dəyanət onu saxladı.

- Səni kim belə yedizdirib?

- Salyanlılar. Üç gün yeməsəm, acımaram. İndi isə yatmaq istəyirəm.

- Hələ tez deyil? Saat on birdir! - deyə ana oğlunun belə tez yatmasını istəmədi.

- Ana, sabah doyunca danışarıq. Vallah, yatmaq istəyirəm! -deyə üzündən öpdü.

Dəyanət otağına keçib çarpayıya tullandı, yorğanı başına çəkdi. Səsə Raziyə xatın diskinsə də gülümsədi.

- Oğul, evin çırağıdır! - düşündü və "Yaxşı oğul! - deyə əlavə etdi.

Gözləri xumarlanırdı ki, telefon zəng vurdu:

- Alo! - deyə Dəyanət dəstəyi qulağına qoydu.

- Gəlmisən?- dəstəyin içindən Ninanın uzaqdan gələn səsi eşidildi.

- Sən haradasan? - deyə Dəyanət dikəldi.

- Pyatiqorskda, Andreyin valideynlərinin yanında.

- Haçan qayıdırsan?

- Tətildən sonra. Bəs sən?

- Mən on gündən sonra.

- Belə çıxır, səni görməyəcəyəm.

- Belə çıxır...deyə Dəyanət susdu.

- Mənə niyə zəng vurmurdun?

- İmkan olmurdu.

- Başın bolqar qızlarına qarışmışdı.

- Hm! Sən qısqanırsan?

- Yadında vardı mənə şer oxuyurdun:

Из тысяча одна-

Своей любви верна.

Из тысячи один-

Своему слову господин!

Такова хизнь!

- Bunun bizə aidiyyəti yoxdur!

- Sənə elə gəlir...

Bir neçə saniyə telefondan səs gəlmədi.

- Nina, niyə susursan?

- Heç!- Dəyanət qızın hıçqırığını eşitdi.

- Bakıya qayıdanda mamama dəy! Onu, tək qoyma! Sənin xətrini hamıdan çox istəyir! - deyə Dəyanət dəstəyi yerindən asdı.

Dəyanət Ninanın hərəkətini anlamadı. "Qızlar oğlanların kölgəsidir!"- deyə özünə təsəlli verdi.  Ancaq qızın fikri yatmağa qoymadı.

- Məndə nə günah var? -deyə yatağında vurnuxurdu.

***

Sofiyaya asta-asta qar yağırdı. Lopa-lopa dənəciklər uçaraq yerə enir, yenicə təmizlənmiş asfaltın üstünü örtürdü. Vağzala daxil olan qatarın pəncərəsindən bir-nəfər qadının qatarla yanaşı qaçdığı aydın görünürdü.

- Ana! - deyə azərbaycanca perona girən qatarın ardınca uşaq kimi qaçan qadının səsi eşidilirdi. Bu səs kupedə sakit oturmuş Həmidə xalanı diksindirdi. O, yerindən atıldı və alnını  vaqonun pəncərəsinə dikdi.

- Qızım! - deyə indi yorulub qatardan geri qalan  Gülnarı əliylə göstərdi.

- Çatırıq! İndi görüşərsiniz .- deyə Dəyanət vaqunun qapısına çıxdı.

"Moskva-Berlin" ekspressinin parovozunun qara tüstüsü buraxdığı ağ buxara qarışdığından qatarın yanına qaçan Gülnar görünmürdü.

Nahəyət qatar dayandı. Dəyanət yerə endi və Vasif doktorla Hamidə xalanın düşməsinə  kömək etdi.

- Hanı mənim qızım? - deyə ana o yana bu yana boylanırdı. Sanki indi qızının bu ağ dumanın içindən çıxıb onu qucaqlayacağını gözləyirdi.

- Ata, ana! - deyə dumanın içindən Gülnar çıxdı. O, anasının boynundan sallandı, doyunca onu öpdükdən sonra  qaraqabaq atasının qarşısında başını aşağı salıb dayandı.

Ata  yerində donub qalmışdı.  Daş ürəyi Sofiya qarı kimi gec əriyirdi. Ancaq gözləri yaşarmışdı.

Stefan uşaqlarının əlindən tutub özünü vaqonun qabağına çatdırdı. Vasif doktorun Gülnarın atası olduğunu o saat anladı.

- Xoş gəlmisən, ata! - deyə onu qucaqladı və şaşqın qalmış Gülnarı da özü tərəfə çəkdi.

- Bunlar kimdir? - deyə Vasif doktor balacaları göstərdi.

- Dədə, nəvələrin...deyə Gülnar dil açdı.

- Məni balalarım, babanı qucaqlasın! - deyə Vasif doktor iki əlini açdı. Uşaqlar elə bil onu başa düşdülər. Qaçıb sözün əsil mənasında babalarının üstünə dırmaşdılar.

Hamı ağlayırdı. Təkcə Dəyanətdən başqa, o, sevinirdi ki, yenə də yaxşı və savab bir iş tutub.

****

Baharın sonu Bolqarıstanda çiçək açmış ağaclarını budaqlarının mer-meyvəyə bəzəndiyi vaxtdır. Bolluq və əminamanlıq hökm sürən ölkə üçün bundan yaxşı nə ola bilərdi.

Kazanlıq adının  bu qədim şəhərə verənlər bəlkə bura gəlmiş qədim bulqarların Kazan haqında xatirələri yaşatmaq üçün yaratmışdılar. Kimsə onu iri, qaynar  qazana bənzətməklə bu əlaqənin olduğunu izah etmək istəsə də, zəhmətkeşliyi və işgüzarlığı ilə fərqlənən bu şəhər bulqarların qədimdən qalan məkanıdır və bunu  Türkiyə ilə bağlamaq və bu torpağa bağlı insanları gözümçıxdıya salanlarda olduğu hiss olunurdu.

Lidiya Dəyanətlə şəhəri gəzərkən yenə də onu camiyəyə aparmalı oldu.

-Bura Sofiyadan yaxşı ola bilməz, ancaq deyirlər ki, buranın imamına hamı inanır. - deyə Dəyanət gəlmələrin səbəbini anlatdı.

Camiyənin həyətində onları elə imam özü qarşıladı, 50-55 yaşlı orta boylu, girdə sifətli xocanın üzündən nur yağırdı.

Son zamanlar boqar monastırları, kilsə və  camiyələrini  gəzdikdən sonra onda belə təsəvvür yaranmışdı ki, din xadimlərinin üzündən dindən gələn müqəddəs nur yağır.

 Azərbaycandakı mollalarıla buranın mollaları arasında fərq onda idi ki, Azərbaycandakıların üzünə baxandan kimi kafir olmaq istəyirsən, buradakıların keyimi, keçimi, hərəkətləri İslama hörməti birə-beş artırırdı.

- İlahi, bizdə niyə belə cındırdılar! - deyə Dəyanət düşünürdü.

 Bu insanların özlərini aparma mədəniyyəti Dəyanəti valeh etdiyi kimi, Lidiyanı da valeh edirdi.

- İslam mədəniyyətini, etikasını görmək istəyirsənsə Bolqarıstan xocasına baxmaq bəs edər.

Bu insanlar burada yaşayan qədim bulqarların ümidgahı idi. Xoca Qasım ona xas olan qonaqpərvərliklə gələnləri hücrəyə dəvət etdi:

-Allah evinə xoş gəlmisinz! - deyə elə bil Dəyanətin türk olduğunu gözlərindən oxuyur və türkcə danışırdı.

- Mən bura Azərbaycandan gəlmişəm. Buranın türk  mədəniyyəti və ədəbiyyatı maraqlandırır. - deyə Dəyanət azərbaycanca danışdı.

- Sizin çox kamil diliniz vardır. Kazanlıq dilinə yaxındır. Türkiyənin dilindən isə fərqlənir. Fərqin  səbəbi Atatürk ermənisinin oyunbazlığıdır. Türk dilini avropalaşdırıb. Siz isə dilinizi yaxşı cəhətdən çox yaxşı inkişaf etdirmisiniz. Öz xatirələrində Nazim Hikmət bu haqda ətraflı yazıb! - dedi və əlini uzadıb qarşısındakı rəfdən iki kitab götürdü.

-Bu Nazim Hikmətin burda çap olunan əsərlərinin külliyyatıdır. Türkiyədə bu cür böyük yazıçını oxumaq qadağandır. Kimdə bu kitabları tutsalar həbs edirlər. Türkiyədən gələn turistlər heç nədən qorxmayıb bu kitabları alıb aparırlar.

- Azərbaycanda da bu kitablar çapdan çıxıb. Nazim Hikməti biz bütün yazıçılarımızdan çox istəyirik. Yaradıcılığı bütün ali məktəblərdə öyrənilir, "Həyat gözəl şeydir!" kitabına bu yaxınlarda kino çəkilib.

- Burda biz baxmışıq! Bolqar dilinə də kinonuz tərcümə olub.

- Maraqlıdır, Nazim Hikmət ömrü boyu Türkiyənin rifahı uğrunda vuruşub, onu qədər xalqını sevən olmayıb, bütün türk xalqlarının müəllimi olub. Sayəsində Azərbaycan ədəbiyyatı görkəmli şəxslər yetirib. Bütün türkdilli  xalqların sevimli yazıçısıdır. Türkiyə nə üçün bu cür mütəfəkkiri bəyənmir?

- Atatürkün "Dəniz  Yelenasına" baş əymədiynə görə.

            - Mən bu haqda babadan eşitmişdim. Deməli bu hadisəni bütün dünya bilir.

- Əfsuslar olsun! Türkiyədəkilərdən başqa...- deyə Xoca Qasım fikrə daldı. Sonra başını qaldırıb soruşdu:

            - Sizin  bura gəlməyinizin səbəbi nədir?

- Sofiya universitetinin stajoruyam. Bolqarlar çalışırlar ki, ölkələrini mənə göstərsinlər. - deyə  onlara diqqətlə qulaq asan, ancaq bəzi sözləri başa düşən Lidiya tərəfə baxdı.

- Qəşəng qızdır! - deyə Xoca gülümsədi.

- Hm! - deyə Dəyanət də güldü.

- Türk ki, türk! «Gözəllər onun olmalıdır».

- Bəlkə də belədir. Ancaq mən bura oxumağa və öyrənməyə gəlmişəm. - deyə Dəyanət əlindəki diplomatın içindən Azərbaycanın şəkilləri olan bukleti çıxartdı və  xocaya təqdim etdi.

- Çox sağ ol, bala! - deyə Xoca öz növbəsində rəfdən «Quran» götürüb ona uzatdı və Dəyanətin nə edəcəyinə baxdı.

Dəyanət «Quranı» öpdü və gözünün üstünə qoydu.

- Mən sizi qonaq edə bilərəm mi? - deyə Xoca təklif etdi.

- Dəvətinizə görə sağ olun! Biz buradan çıxıb, Sofiyaya yola düşürük. Budur mənim koordinatlarım! - deyə diplomatdan bir vərəq çıxartdı və Sofiyadakı ünvanını və telefonunu ora yazdı.

- Gələn həftə Sofiyaya gələcəyəm. Sizə dəyərəm.

Onlar ayağa qalxdılar və küçəyə çıxdılar. Kazanlığın küçələrindən qızıl gül ətri gəliri. Gəlməliydi də, çünki bura "Qızıl gül vadisi" idi.

RODOPİ  ƏFSANƏSİ

 

Bakı qayıtmağa beş-altı gün qalırdı. Dəyanət isə bütün günü otaqdan bayıra çıxmırdı, nə isə yazırdı.

- Sən bütün günü nə yazırsan? - deyə Dəyanətin otağına girən Lidiya şikayətləndi.

- Rodopi əfsanəsini!

-Anlamadım?

-Yadında var, Arximandr Troyan monastırının kitabxanasında qədim kitabları mənə göstərirdi. O kitabların çoxu dini kitablar deyildilər. Arasında  ötən əsrin  jurnaları da vardı.

Jurnalların birində "Magidoniya əfsanələri" adlı məqalədə İsgəndərin yeddinci qələbəsindən bəhs edən hekayə oxudum.  Onun istədiyi qız Radopi haqqındadır. 

- Radopi Bolqarıstanla Makedoniya arasında olan dağdır.

- Deməli o, qızın adınandır.

- Bizdə bu adda siqaret də buraxırlar. - deyə Lidiya  başını yazı stoluna əydi: -Sən poema da yazırsan? - deyə soruşdu.

- Məgər şer yazdığımı sənə deməmişdim?

- Yox, birinci dəfədir.

- Bu indiyə qədər yazdığım ən gözəl əsərdir.

- Mümkünsə mənə oxu!

- Axı azərbaycancadır?!

- Səslənməsindən və heca quruluşundan necə şer olduğunu anlayacağam.

Dəyanət stolun üstündəki dəftəri götürdü:

-Geteralar gözəli

Rodopinin sorağı

Gəzirdi hər ölkəni,

gəzirdi hər torpağı.

-deyə bir kupleti oxudu, qızın üzünə baxdı. Lidiya deyəsən Radopi sözündən başqa heç nə başa düşməmişdi.

- Gəl sənə, əfsanəni danışım! - deyə bolqar dilinə keçdi.

- Pis olmaz!

 -İsgəndər hökmdar olan kimi ən gözəl qızları sarayına çağırırdı. Dostlarından kimsə Makedoniyalı Rodopinin ən gözəl getera olduğunu İsgəndərə dedi, o, isə inanmadı.

Bir gün ov zamanı qızı görür, söz deyə bilmir, dili tutulur. Qızı sarayına gətirtdirir. Ancaq yaxınlıq edə bilmir. Müharibə başlayır.

İsgəndər heykəltəraş dostunu yanına çağırır və əmr edir ki, bu qızın heykəlini düzəldib, ardınca göndərsin. Hansı ölkəni alsa, o ölkədə bu qızın heykəlini qoyacaq. Belə adəti vardı qədim Yunanıstanın.

Nə qədər ölkə alır, İsgəndər onun paytaxtında dostunun göndərdiyi heykəlləri qoyurdu.

İsgəndərin niyə belə etdiyini ətrafı tez anlamışdı. Hamı ona qızın sarayda nə ilə məşğul olduğundan xəbər çatdırırdı.

Bir gün dedilər ki, heykəltəraşla qız sevişirlər. Əmr etdi ki, həbs etsinlər dostu heykəltəraşı. Qızı isə özüm qılıncdan keçirəcəyəm! - dedi.

Əlində misri  qılınc sarayına qalxır və Rodopini dəlicəsinə axtarır tapır. Ancaq qızın gözləri onun gözlərinə dəyəndə, misri qılınc titrəyir İsgəndərin əlində.

Geri qayıdır, əmr edir ki, kef məclisi qurulsun. Hamı çalıb oynamaqda, İsgəndər isə dərd-qəm içində düşünürdü:

- Bu necə oldu? Dünyada qalib gəldim sultanlara, şahlara, ancaq gücüm çatmadı, əl qaldırım qızlara? Dostumu bunlara görə həbs etdirmişəm.

Dedilər ki, qız hazırdır, gözləyir yolunu.

İsgəndər otağa qalxdı, çarpayıda uzanmış Radopinin bədəni onu özünə çəkirdi.

İsgəndər özünü ələ aldı. Əynindən ləbbadəni çıxarıb yarı çılpaq qızın üstünə atdı. Nökərlərə əmr verdi: Qoy çalınsın şeypurlar, qoy vurulsun təbillər. Yeni bir qələbəni, bayram edir İsgəndər. Belə adəti vardı, qədim Yunanıstanın. Təbillər çalınardı şəninə qəhrəmanların.

- Nə deməkdir təbillər? - soruşdu Aristotel.

- Bu mənim yeni qələbəmdir.

- Axı müharibələr çoxdan qurtarıb?

- Bu mənim ən böyük qələbəmdir.

- Axı sən kimə qalib gəlmisən? - deyə müəllimi soruşur.

- Özüm özümə! İndi isə əmrimi dinləyin: heykaltaraşı azad edib, Radopiyə evləndirin...

Lidiya divanda başını onun dizinə qoyub dinməzcə qulaq asırdı.

- Xoşuna gəldi?

- Maraqlı əfsanədir, mən birinci dəfədir eşidirəm. Ümumiyyətlə, səndən nə eşidirəm birinci dəfədir.

- Bu əfsanəni elə işləyəcəyəm, sizin ballada üslubunda, hamını valeh edəcək.

- Deməli sən indi poeziyaya qovuşmusan?

- Vətəndən uzaqlıq adama nostalji gətirir.

- Elə  bilirdim ki, darıxmırsan.

Hər ikisi susdu. Dəyanət nə deyəcəyini bilmirdi. Lidiyanın üzü gülmürdü.

- Sən düşünmürsən, mən necə qalacağam? - deyə qızın gözləri yaşardı.

- Düşünürəm. Sən və professor Delevski üçün viza almışam. Gəlib Azərbaycanı görəsiniz. - deyə  qızın dodağından öpdü: - Odur ki, sənin vizanı indidən verirəm. Dünən Sovet səfirliyindən almışam.

Qızın gözlərinə gülüş qayıtdı.

- Lidiya, mən doqquz aydır burdayam. Doqquz aydır biz birik. İki gənc, mehriban, bir-birini istəyən insan. Bizi bir-birimizə bağlayan hislərdən çox ağıldır. Hərəkətlərimizi anladan ağıl. Mənim elə vaxtımdır ki, mən məhəbbətə hissiyyat kimi baxıram, ancaq aramızdakı münasibəti dərk etdiyimdən, sənə Bakıya getməyi və ailə qurmağı təklif edirəm. Fikirləş və gəl! Gözüm üstə yerin var. Bu haqda axşam sənin atana və anana deyəcəyəm.

- Atamla anam bizim münasibətləri yaxşı bilirlər. Onlar istəyirlər ki, sən burda qalasan! Mən onların gözünün ağı qarasıyam. Onlarsız yaşaya bilmərəm.

- Səni gözləyəcəyəm. - deyə qızı bağrına basdı. Bu onların sonuncu görüşü oldu.

                                                 ARZU

           

İnsan başına nə gələcək bilmir. Bilsəydi yaşamaq maraqsız olardı. Həyət özü sənin üçün  problem yaradır ki, onu həll edəsən. Səni nə gözləyir heç vaxt bilə bilməzsən. Bu Allahın işidir.

Bakıya avqust ayında dönən Dəyanət anasıla atasını evdə tapmadı. Harada olduqlarını da bilmirdi.  Qonşuları Kislovodskda dincəldiklərini dedilər.

Axşam çağı şəhəri təkbaşına gəzməyə çıxdı. Şəhər həmənki şəhər idi, heç nə dəyişməmişdi. Köhnə hamam köhnə taz. Avropanın kənarı olan Bolqarıstandan sonra Bakıda gördükləri onu vətənə qaytardı. Natəmiz kofelər, çirkli küçələr, toz basmış binalar, QAİ maşınların sirenası, saysız-hesabsız milisionerlərin küçələri gəzməsi…

Bombolu-boş dükanlarda ət, qənd və yağ talonları ilə mal almaq istəyən adamların növbələri…

Birinci dəfə olaraq dünyadan nə qədər dalda qaldıqlarını anladı.

Evə qayıdanda  telefon özünü öldürürdü. Qapıdan içəri girən kimi dəstəyi götürdü. Anasının səsini eşitdi.

- A bala haçan gəlmisən? - deyə Raziyə xatın soruşdu.

- Bu gün səhər.

- Bəs niyə telefonu götürmürdün.

- Şəhərə çıxmışdım. Allah qoysa siz hacan qayıdırsınız?

- Sentyabrın əvvəli. Yığış get Basqala bir az orada dincəl. Dərslərin başlamasına hələ çox var.

- Atam hanıı?

- Dostları ilə parkı gəzməyə getdi. Gəlib o, da zəng edəcək.

            Dəyanət Basqala getmədi. Bolqarıstandan sonra ancaq Bakıda qalan dostlarını görüşmək, onlarla bir olmaq istəyirdi.

            - Böyük Şorda avtoşkola açılıb. Gəl, gedək yazılım! - deyə qonşusu Əsgər ona təklif etdi. - Sənin pravan var, mənimsə yox. Gəl axşam sərini piyada ora gedək. Evimizin yanıdır.

            Əsgərin təklifi Dəyanətin ürəyincə oldu. Avtoşkola 7-ci mikrorayonun qarşısındakı təpəciyin arxasından keçən dəmir yolunun o biri tərəfində idi. Piyada  beşyüz-altıyüz metr olardı. Uzaqdan o təpəciyə baxanda, yamyaşıl görünən bu təpəcik adamı özünə cəlb edirdi.

            Əsgər də onun kimi tələbə idi. Bir yaşda idilər. Hərdən Əsgərlə gəzişmək üçün piyada o təpəcik tərəfə gedər, oradan açılan Böyük Şor gölünün mənzərəsinə yuxarıdan tamaşa edərdilər.

            Əsgər dərslərə elə həmin yolla da gedib gəlirdi.  Dərslər bir həftə idi ki, başlamışdı. Dəyanət Əsgərə qoşulub bura gəlirdi, gölün ətrafında gəzişirdi.

- Xaricdə belə göl olsaydı çoxdan buranı laləzara çevirmişdilər! - deyə o, düşündü: -Elə bil buranın yiyəsi yoxdur.

Bir az gölün ətrafında gəzişdikdən sonra o avtoşkolaya döndü. Həyətdə oğlanların arasında bir qız xeylağı gəzişirdi.

- Bu kimdir, Əsgər? - deyə dostundan soruşdu.

- Direktor gətirib otuzdurdu ki, yeni kursantdır.

Bir az çəkmişdi ki, DOSAF-ın qarşısında hökumət nömrəli qara "Volqa" dayandı, sürücü düşüb qapını açdı. Qız maşına əyləşdi. Maşın yerindən götürüldü.

Evə qayıdanda Əsgərin sözü-söhbəti qız oldu:

- Sən gördün? Allah bilə, hansı şişkanın qızıdır?

-Söhbət qəhətdir? Başqa sözün yoxdur. - deyə Dəyanət dostunun ağzından vurdu.

İki gündən sonra Əsgər onu vadar etdi ki, yenə də onunla məktəbə getsin. Bekarçılıqdan Dəyanət ona qoşuldu. Birdə göl onu məftun etmişdi.

Evdən çıxanda günorta çağı idi. Şəhər istidən yanırdı. Gölün sahili isə səringah idi. Sahildə qoyulmuş skamyada əyləşib ətrafı seyr edən Dəyanətin ağlına belə gəlməzdi ki, burada qız xeylağına rast gəlsin.

- Arzu! - deyə o günki qız özünü təqdim etdi 

- Dəyanət! - deyə özündən asılı olmayaraq cavab verdi. Qızın üzü gülürdü. O, da gülümsədi.

Qız sanki səmimiyyətini hiss etmişdi, hətta əlini də ona tərəf uzatdı ki, keçib skamyada otursun.

- Sənin haqqında Əsgər ağız dolusu mənə danışıb. Deyir xaricdən yenicə qayıtmısan.

- Düz deyir.

- Bəs bura niyə gəlirsən?

- Elə belə. Buralar mənim çox xoşuma gəlir.

Məktəbin zəngi vuruldu.

- Siz dərsə getmirsiniz? - deyə Dəyanət təəccüblə soruşdu.

- Zəhləmi töküb. Getmək istəmirəm. Bütün ili oxumuşam. Sopramat beynimi elə yorub ki, heç nə oxumaq istəmirəm.

- Bəs necə prava alacaqsan?

- Hamı necə mən də elə! Papa QAİ-yə zəng vuracaq, bununla da hər şey qaydasına düşəcək.

- Bəs onda dərsə niyə gəlirsən?

- Maşın sürməyi öyrənmək üçün.

Təpələrdən göl tərəfə meh əsirdi.

- Mən o gün evə gedəndə dostunla qarşıdakı təpəyə dırmaşırdınız? Orda yaşayırsınız? - deyə Arzu təpələri göstərib, soruşdu.

- Elədir! Ancaq   təpələrin arxası 7-ci mikrorayondur. On dəqiqəlik yoldur. Maşından tez çatırsan.

- Mənim xalam da orda yaşayır. “Kakraz” bu gün onlara getməliyəm.

- Bilirsən, yuxarıdan Böyük Şorun qəşəng mənzərəsi görünür.

- Gəl ora qalxaq! - deyə qız təklif etdi.

- Bəs sürücün?

- Ona deyərik, 7-ci mikrorayona gələr! Razılaşdıq?

- Oldu.

Arzu sürücünü yanına çağırdı və dedi ki, 7-ci mikrorayonun dairəvi yolunun aşağısında onu gözləsin.

Dəyanət Arzuyla qarşılarına çıxan cığırla təpəyə dırmaşmağa başladılar

Cığırın ortasında Dəyanət dayandı, arxasınca gələn qızın iri mavi gözlərinə baxdı.

- Yorulmadın? - deyə soruşdu

- Yox! Dəyanət, sən bir gölə bax! Necə mavidir? - deyə soruşdu.

- Sənin gözlərini xatırladır. - deyə Dəyanət ağlına gələni söylədi. Elə bil bu qızın xoşuna gəldi. Güldü, ancaq heç nə demədi. Deyəsən kompliment çox xoşuna gəlmişdi. Hansı qızın xoşuna gəlmir?

Qarşılarından qatar keçdi. Təkərlərin relslərə dəyməsindən alınan  monoton səslər elə bil Arzunu oyatdı:

- Hələ çox qalır?

- Yox, çatmışıq. Relsləri keçəndən sonra aramızda yüz metr yol var.

Qalan yolu dinməzcə gəldilər. Maşın hələ gəlib çıxmamışdı.

- Biz 7-ci mikrorayona çatdıq. - deyə qız əlini-əlinə vurdu. - Bəs maşın haradadır?

- Tələsmə, indi gələrlər.

- Mən tələsmirəm. -deyə Arzu bic-bic Dəyanətin gözlərinə baxdı.

- Yolun axırındakı bina bizimdir! - deyə Dəyanət qarşısındakı evi göstərdi.

- Sənin üçün çox yaxındır. Mənim xalam isə bu evin arxasında olur! - deyə qız yolun sağındakı bina tərəfə əlini uzatdı.

Maşın çox gec gəlmədi. Sürücü qapını açdı:

-Arzu xanım, buyurun! -dedi.

Qız Dəyanətdən azca aralandı və sürücünü qırağa çəkdi:

- Sən evə get! Mamaya denən, mən xalagilə getdim.

- Niyə maşına minmirsiniz? - deyə sürücü soruşdu.

- Buradan on addımlıq yoldur.

Dəyanət Arzunu xalasıgilə yola saldı.

- Şənbə günü dərsdən sonra yenə də gəzə-gəzə bura  gələrik. - deyə Arzu təklif etdi: -Səni gözləyəcəyəm.

- Oldu!-deyə qızla vidalaşdı.

 

İNTURİST

             

            Avqustun axırına qədər qrup yoldaşlarından xəbərsiz idi. Yayın təravətli vaxtları idi.  Bir adama gəlişi haqda xəbər belə vermək istəmirdi. Sadəcə olaraq bir az dincəlmək, doyunca yatmaq...

            İki gündən sonra anladı ki, daha bəsdir dincəldi. Axşam qrup yoldaşlarına zəng vurmaq qərarına gəldi. Birinci Esmiraldanın nömrəsini yığdı.

            -Sən haçan gəlmisən? - deyə qız soruşdu.

            -Dörd-beş gün olar.

-Yaxşı, Raziyə xala burda yoxdur-yoxdur. Bəs qonaqlıq? -deyə Esmiralda yenə də hamının adından danışdı.

- Mən hazır! Yığışın bizə gəlin!

- Qoy qızlarla danışım.

- Razılaşdıq.

Bir on dəqiqədən sonra Esmiralda zəng vurdu.

- Uşaqlardan üçünü tapdım. Qızlarımız «İnturist»ə gedib «Kiev kotleti» yemək istəyirlər».

- Mən hazır! Hara gəlim?

- Yarım saata qızlar bizə gələ bilərlər.

- Onda mən də gəlirəm. - deyə Dəyanət evdən çıxdı və qarajları tərəfə üz tutdu.

İnturistdə yemək yeməyə Bakıda heç kim cürət etməzdi. Ancaq xaricilər və xaricdə işləyib gələnlər burada şam edə bilərdilər. Yerliləri nadir hallarda bura buraxardılar. Bununla belə hamı oranın menyusundan danışardı.

Qızlar İnturistin qabağında Dəyanətin maşından düşükdən sonra, o, qabağa keçdi və qapını açıb qızları içəri buraxdı. Avropa modası ilə geyinmiş Dəyanəti və onunla gələn dörd nəfər qız estradanın qarşısındakı stolun arxasında oturanda ofisiantların ağlına belə gəlmədi ki, gələnlər yerlilərdir.

- Hamı üçün «Kiev kotleti» - deyə Esmiralda hamının adından danışdı.

- Bəs içgi?

- Şampan!

***

Ofisiant geri qayıdıb, sifarişi çatdıranda, qara kostyumlu bir nəfər ona yanaşdı.

- Bizimkilərdir! - deyə ofisiant nə soruşacağını gözləmədən cavab verdi.

- Haradan bildin? Görmürsən necə geyiniblər?

- Bizim dildə danışırdılar.

- Get qulluq elə! - deyə qara kostyumlu adam göstəriş verdi. Sonra öz-özünə deyindi: - Allah bilir hansı şişkaların uşaqlarıdırlar.

****

Gecə çağı Dəyanət evə yenicə dönmüşdü telefon zəng çaldı.

- Belə olmaz! - deyə dəstəkdən Turanın səsi gəldi.

- Nə olub ki, ay qız?

-Xəlvəti  «İntursitə» gedirsiniz, mənim yaddan çıxardırsınız.

- Zəng etmişdik. Hələ Salyandan gəlməmişdin.

- Biz də ora getmək istəyirik! Bizi də apar!

- Mən nə deyirəm. Sabaha axşama komandanı yığ! - deyə Dəyanət qızla razılaşdı və özünü çarpayıya atdı.

***

Səhəri günü axşam Dəyanət maşınını ««İnturist»in» həyətində saxlayıb qızlarla restorana daxil olanda, onları gülərüzlə dünənki ofisiant qarşıladı və dünənki stolun arxasında əyləşdirdi.

Qızlar üçün Dəyanən dünənki sifarişi verdi.

***

Səhəri günü yenə də bura gəlməli oldu. Qrup qızları ilə yeyib içdikdən sonra, hesabı ödəyib bayıra çıxmaq istədi. «İnturist»in həyətində, maşının yanında,  qızlar onu gözləyirdilər.

Foyenin qapısı ağzında iki nəfər qara kostyumlu onun qabağını kəsdi, Dəyanətə KQB-nin vəsiqəsini göstərdi və təklif elədi ki, yan otağa keçsin.

-Bir dəqiqə. İcazə verin, qızları maşınıma mindirim, geri qayıdıram.

KQB - eşniklər bir-birinin üzünə baxdılar. Sanki nə edəcəklərini düşündülər.

-Gedək! - deyə onlardan biri Dəyanətlə aşağı endi.

Dəyanət qapını açdı, qızlar maşına oturdular.

- Beş dəqiqəyə qayıdıram, dostların mənimlə işi var.

***

«İntursit»in qapısından içəri girib yan otağa keçdilər.

- Xahiş edirik, suallarıma cavab verəsən! - deyə stolun arxasına keçən KQB-eşniklərdən biri təklif etdi.

- Buyurun!

- Sən üç gündür bura gəlirsən. Hər gələndə, dörd-beş qızla. Birinci gün 39 manat, ikinci gün 35 manat, bu gün isə 31 manat pul xərcləmisən. Haradan sənə bu pullar?

- Özümündür. Xaricdə oxuyub və işləyib gətirmişəm.

- Anlamadıq.

- Məni Bolqarıstana oxumağa göndərmişdilər.

KQB-eşniklər elə bil onun sözünə inanmadılar.

- Xahiş edirik, cibindəkiləri stolun üstünə qoyasan.

Dəyanətin cibindən bolqar levası, rumın lirası, alman markası, fransız frankı və amerikan dolları çıxdı.

- Aydındır! Volyuta alveri! - deyə KQB-eşnik əlini stola vurdu. Cavan oğlan siz bizimlə getməlisiniz! - deyə stolun siyirtməsində  konvert çıxartdı və pulları ora yığdı.

- Siz nə danışırsınız? Nə valyuta alveri. Bunları kolleksiya üçün gətirmişəm. - deyə Dəyanət hirsindən al qol atmağa başladı.

- Sakit ol! Orada hər şeyi danışarsan. - deyə indi KQB-eşnik ciddiləşdi.

- Yaxşı gedirəm! Ancaq bir şərtlə, icazə verin qızları evlərinə aparım. Qrup yoldaşlarımdır. Ailələri bilir ki, Sizdən biriniz mənimlə gedin!

KQB-eşniklər onunla razılaşdılar. Elə də etdilər.

Nə baş verdiyindən xəbərsiz olan qızlar yol boyu öz təəssüratlarından danışır, o, Bakıda olmayanda baş vermiş hadisələrdən söhbət açırdılar.

Qızları yola salıb, saat 12-də onlar Dzerjinski klubu ilə üzbəüz KQB-nin binasının qarşısında maşından düşdülər. Qapıdan içəri girdilər. Onu kabinetlərdən birinə apardılar.

Stolun arxasında indi başqa adam oturmuşdu. İnturstdəki konvert də stolun üstündə idi.

Oturmağı təklif etdilər. Əyləşdi.

- Cavan oğlan, deyin görək bu valyutalar səndə haradandır? - deyə stolun arxasında oturan xarici pulları ortaya atdı.

- Sofiyada xarici tələbələrlə görüşəndə onlar mənə xatirə kimi hədiyə vermişdilər. - deyə Dəyanət düşünmədən cavab verdi.

- Niyə pul hədiyyə verirdilər?

- Çünki bu pulların üzərində ölkələrini yada sala biləcək atributlar var.

- Atribut nədir?

- İşarələr, elementlər…

- Bu pullardan yenə də var?

- Bunlardan yox, levlərdən 1000 dənə.

- Onlar sənə haradan?

- Bolqarıstandan.

- Sən Bolqarıstanda nə edirdin?

- Oxuyurdum.

- Başa düşmədim?

- Komsomolun Mərkəzi komitəsinin göndərişi ilə…

- Elədirsə özünü komsomol kimi niyə aparmırsan? Əyninə geyindiyin Amerika cinsisi və mayeçkası. Gündə dörd-beş qızla da «İnturistə» gəlirsən?

- Məgər bura gəlmək olmaz?

- Olmaz! Çünki bura xaricilər üçündür.

Deyəsən bununla sorğu-sual qurtardı. Otaqda olan KQB-eşniklər bir-birinin üzlərinə baxdılar. Elə bil nə edəcəklərini bilmirdilər.

- Görürəm mənə inanmırsınız? Gəlin bizə gedək. Xidməti pasportumu və bu pulları SSRİ-yə keçirtməyi haqda deklarasiyamı sizə göstərim. - deyə Dəyanət təklif etdi.

- Əvvəl bu işi protokollaşdıraq sonra! - deyə stolun arxasında oturan KQB-eşnik  təklif etdi.

Onun necə saxlanılması və sorğu-sualla necə cavab verməsi haqda protokol bağlandı.

- İndi durun gedək! - deyə yerində oturan təklif etdi.

Küçəyə çıxdılar. Binanın qabağında onun  «Jiqulisindən» başqa maşın yox idi. Elə onun maşınında da 7-ci mikrorayona gəldilər.

 Dəyanət evin qapısını açanda, qu quşlu saat on iki dəfə «qu» etdi.

Qonaq otağına keçdilər. Dəyanət divar mebelinin barının qapısını açdı, xidməti pasportunu götürüb onlara uzatdı.

Xidməti pasportunun içindən yerə «deklarasiya» kağızları töküldü. Bu dəfə onları yerdən KQB-eşnik qaldırdı. Diqqətlə oxuyub dostuna uzatdı.

- Sizin dedikləriniz, həqiqətdir cavan oğlan, ancaq gərək özünüzü sovet gənci kimi aparasınız. - deyə pasportu və deklarasiyanı ona qaytardı: - İndi isə KQB-yə qayıtmalıyıq ki, bütün bunları protokollaşdıraq və sizdən izahat alaq.

Dediklərini etdilər. Səhər saat dörddə onu KQB-dən buraxdılar.

Evə gələndə yorğunluğundan başı ağrıyırdı. Nə baş verdiyini dərk belə edə bilmirdi. Gələn kimi çarpayıya atıldı.  Günortaya qədər yatdı. Telefonu da qaldırmadı. Ayılanda dünən baş verənləri dərk etməyə çalışdı. Başa düşə bilmədi.

***

Arzu ilə Dəyanətin tanışlığı yeni məhəbbətin başlaması ilə nəticələndi.

Ancaq bu dəfə o, hissiyyatdan çox ağıla yer verirdi, çalışırdı ki, qızın hərəkətlərinə düzgün qiymət versin. Arzu ilə gələcəkdə ailə qurmaq fikrinə də düşmüşdü.

Gözəlliyindən və özündən razı olan Arzu ilk dəfə sevdiyi insanın soyuqluğunu duyub, daha da alışırdı, onu gözdən belə qoymaq istəmirdi.

 Arzunun anası ilə tanışlıqdan sonra, Dəyanət anladı ki, Lalə  xanım qızıyla nəfəs alır.

 

- Dəyanət oğul, sən məni yaxşı başa düş! Mən Arzusuz yaşaya bilmərəm. Çalış onun qəlbini sındırma!

Dəyanət gələcək qaynanasına diqqətlə qulaq asır, bir söz demirdi. Lalə xanıma isə elə gəlirdi ki, kürəkəni ipə-sapa yatan uşaqdır.

Evə qayıdanda Dəyanət anasının üzü gülürdü.

- Ay na, yaman xımır-xımır gülürsən? - deyə o, dözmədi.

- Niyə gülməyim? Gəlinimlə danışmışam.

Onun ağlına belə gəlməzdi ki, anası hər şeyi bilir, onun hər addımından xəbərdardır. Odur ki, soruşdu:

- Ay na, nə gəlin?

- Arzunu deyirəm də! - deyə ana onun üzündən öpdü: -Mənə zəng vurmuşdu. Qiyabi tanış olduq. Anasıla da, danışdım. Sabah onlara qonaq gedirəm.

            İki gündən sonra anası onu yenidən söhbətə tutdu,

- A bala, gəl sən tərsliyin daşını at! Arzu yaxşı qızdır. Tək oğlansan, biz  nəvə istəyirik! - deyə Raziyə xatın onu yenə bişirməyə başladı.

- Ay na, mən nə deyirəm ki. Ancaq evlənməyə hələ çox var! Mən oxumalıyam. Bir az gözləyək.

Dəyanətin cavabı Raziyə xatını məyus etsə də, ətrafında bir-birindən qəşəng qızları görüb təsəlli tapırdı.

Ancaq beş aydan sonra Arzuyla nişanlandı.

***

AY OĞLANLAR ALIN BİZİ !

 

İkinci semestrin dərsləri yenicə başlamışdı, ancaq qrupun qızlarını hamısını başında bir fikir vardı. Təyinatdan necə qaçmaq. Dərsdən sonra oturub dərdləşirdilər.

- Qanunu qanunla pozarlar! - deyə Turan qızlara ağıl dərsi verirdi. - Biriylə yalandan ZAQS-a gedin, sonra boşanarsınız.

- Bəs pasport? Axı ora ZAQS-a gedən kimi möhür vururlar ki, evlilsən. - deyə qızlardan biri onunla razılaşmadı.

- Boşanan kimi pasportu cır tulla, get on beş manat cərimə ver, təzəsini al!

- Belə etməliyik başqa yolumuz yoxdur. - deyə Səidə sözə qarışdı: - Dünən "Komsomolkanı" oxuyuram. Yazırlar ki, 40 nəfər ərə getməyə hazır olan qıza, bir nəfər evli-eşiyi, işi olan kişi düşür.

- Düz yazırlar. Baxmayaraq ki, qızlarla oğlanların sayı  eynidir, imkanları isə azıdır. Mənə elə gəlir ki, min qıza bir oğlan düşür! Bu da sənin üçün "Elmi kommunizm"-deyə Turan ağıllı gözləri ilə Səidənin üzünə baxdı. Gənc elmi kommunizm müəllimi ona aşiq olmuşdu.

- Belə  çıxır ki, biz ərə getməyib qarıyacağıq? - deyə Səidə soruşdu.

- Belə çıxır, Səidə! Mən boylanıb ətrafımıza baxmışam. Dəyanətdən başqa bu fakültəni qurtaran bir oğlanın evlənmək imkanı yoxdur. O, da gəlini anası-atası yaşadığı evə aparacaq.

- Onunku iki tərəfli gətirib: həm özü imkanlıdır, həm də nişanlandığı qız . -deyə Səidə dilləndi.

- Biz Dəyanəti müzakirə edirik ya özümüzü? - deyə Turan hirsləndi.

- Hirslənmə, ay qız! Dəyanət bizim hamımızın qardaşıdır. Təki bütün oğlanlar onu kimi düz olsunlar. Bu insan yalanı xoşlamır. Gəlin özümüzdən danışaq.

-Mən qonşuluqda bir oğlanı bişirləmişəm. Mənimlə ZAQS-sa gedəcək! - deyə Sevil söhbəti dəyişdi.

-Atan-anan bilir?

-Vaxt tapmamışam. Mən burda, onlar Naxçıvanda. Azad təyinat almasam ürəyim partlayar. Mənim Naxçıvanda nə işim?!

- Birdən bildilər.

- Ay qız, kim kimə ZAQS kağızını göstərir? Mənim "ailə həyatım" ZAQS kağızını təyinat komissiyasına verənə qədərdir. Çox yaxşı oğlandır, hər şəraiti var. Ancaq ürəyim onu istəmir.

- Ay axmaq, ürəyin buna nə dəxili? Görmürsən, qəzetlər nə yazır? Tək qızsan. Bəlkə Allah özü sənin üçün qapı açıb, xəbərin yoxdur. - deyə Turan güldü.

- ZAQS-dan sonra fikirləşərəm!

- Camaatın bəxti gətirir, hələ naz eləyir. Görüm məni alan tapılar?- deyə Fəridə qapını açıb onlara marıt-marıt baxan oğlanlara tərəf getdi. İkisinin əlindən tutub, auditoriyaya dartdı. Dostlarının arxasınca tərcümə fakültəsinin dörd-beş tələbələri auditoriyaya girdilər.

- Ay oğlanlar, kişi olun, görün nə qəşəng qızlarıq! Kimi istəyirsiniz seçin, sizə ərə getməyə hazırıq, ancaq iki ay müddətində. Sonra boşanacağıq! -  deyə Fəridə güldü.

 Oğlanlar Fəridəni yaxşı tanıyırdılar. Onlardan biri qabağa çıxdı:

- Bu saat səninlə ZAQS-a getməyə hazıram, ancaq təzə qaydaya görə əgər adaxlının ali savadı yoxdursa, ZAQS-a getməyinin heç bir əhəmiyyəti yoxdur. onu da  götürüb kəndə aparmalısan?

- Əgər adaxlım tələbədir?

- Fərqi yoxdur! Odur Fəridə sənin bir-iki aylıq ərin olmaq səadəti mənə qismət deyil. Mən kəndə gedən deyiləm! - deyə oğlan sözünü qurtardı.

- Allah qoysa, gələn il gedəcəksən, kak milenkiy! - deyə qızlardan kimsə söz atdı və hamı gülüşdü.

            Sonuncu kurs qızlarının  mart ayındakı problemlərindən biri təyinatdan qaçmaq idi.

 

TƏYİNAT - QUTKAŞEN

           

            Nazir müavini Rəfiqə Hüseynova rektoratın qapısından içəri girən tələbələrlə bir-bir danışmaq istəyirdi. Nazir mavini üzərinə düşən ən məsuliyyətli işi yerinə yetirirdi - institut qurtarmış gəncləri təyinatla seçdikləri rayonlara göndərmək, çətinlik çəkənlərə isə kömək etmək idi.

             Dəyanət birinci dəfə idi ki, yerlipərəstliyin nə olduğunu görürdü: bütün institutların və universitetlərin rektorları Birinci katibin adamları ilə əvəz olunurdu, hətta tələbələr arasında seçim də bu meyarla aparılırdı.

            Təyinat ərəfəsində institutun rektoru dəyişilmişdi. Köhnə rektorun bütün qərarlarını ləğv edən bu adam, Dəyanətlə bağlı    Elmi Şuranın çıxartdığı qərarı da ləğv etmişdi. Bu qərara görə Dəyanət talantlı dilçi kimi institutda qalmalı idi.

Qərarın ləğvi haqda məlumatı ona fakültənin dekanı verdi və onun da təyinat komissiyasına gələcəyini dedisə də, ona ürək-dirək verirdi ki, hər şey yaxşı olacaq. O, Rusiyanın istədiyi ali məktəbinə  aspiranturaya girə bilər.

            Müəllimin dediklərinin nə qədər ciddi olduğunu anlayırdı, bununla belə o,  təyinat məsələlərinə çox etinasız yanaşırdı. Heç fikirləşmirdi ki, Bolqarıstandan sonra onu harasa göndərəcəklər. Dostlarına qoşulub rektorata gəlmişdi və öz növbəsini gözləyirdi.

            Axır ki, növbə ona çatdı.

            -Cavan oğlan, siz hansı rayona getmək istəyirsiniz? - deyə Rəfiqə xanım soruşdu.

            -Mən rayona yox, kəndə getmək istəyirəm! - deyə Dəyanət düşünmədən cavab verdi.

            -Görürsünüz uşaqlar! Dostunuz rayona yox, kəndə getmək istəyir. Kəndlərdə, doğrudan da, rus dili müəllimləri çatışmır. De görüm, cavan oğlan, hansı kəndə  getmək istəyirsən?

            -Mən?

            -Bəs kim?

            -Mən Çənbərə kəndinə getmək istəyirəm.

            Dəyanətin zarafatını başa düşən bir-iki bakılı gülüşdü. Komissiyanın sədri rektor tərəfə boylandı. O, da gülürdü.

            -Gülməli burda nə var? - deyə nazir mavini soruşdu.

            -Rəfiqə xanım, Çənbərə kəndi SK-nın qabağıdır.

            Dəyanət birinci dəfə deyildi, qadının özündən çıxdığını görürdü. Ancaq bu arvad lap ağlını itirmişdi.

            -Çıx bayıra, sənə göstərərəm Çənbərə kəndə getmək nə deməkdir?! - deyə qışqırırdı.

            Dəyanət bir söz deməyib, aramla  rektoratı tərk etdi.

            -Ona nə var ki, nazir müavini də dolayar! - deyə qızlardan biri dilləndi.

-Arzunun atası ölməyib ki! - deyə başqa birisi əlavə etdi.

Axşam Esya onlara zəng vurdu:

-Sənin təyinatın  Qutqaşendir! - dedi.  

 

BÖYÜK KİŞİNİN QIZI

 

            "Bakı" mehmanxanasının sonuncu mərtəbəsinin barında ad günü keçirilirdi.  Bara daxil olan qızları və oğlanları Dəyanətlə Arzu qarşılayıb içəridə yerləşdirirdilər.         

            Dünənki təyinatdan sonra Dəyanətin tələbə dostlarının həyəcanları uzaqdan gələn həzin musiqinin səsindən  sanki sakitləşir. Həyatın gözəl olduğunu düşündürürdü. Bu gün Dəyanətin anadan olduğu gün idi.

            -Onun nə dərdi var? - deyə Tofiq Esmiraldanın rəfiqələrinə deyirdi: - Vay sizin halımıza. Не успели выйти замуж. İndi get Azərbaycanın ucqar rayonuna. Ему то что? Qaynatası nazir müavini, sevgilisi красавица, özünün cibi dolu, atası şikarnı mujik.

            -Sən niyə ağlayırsan? Səni ki, kəndə göndərmirlər? Sən özün hamını qabaqlayıb evləndin. Dəyanətin təyinatı isə Qutkaşenədir. Bir adama ağız açan oğlan deyil. O, heç vaxt ona-buna əyilməyib və əyilməz də.  O ki, qaldı Arzuya, onu  Dəyanət hara istəsə ora aparar. Bax, Raziyə xaladan isə nigaranam. O, Dəyanətsiz bir gün də yaşaya bilməz. - deyə qrup nümayəndəsi Esmiralda Tofiqin söhbətinə son qoydu.

            -Qızlar gedək rəqs edək. Dəyanəti tək qoymayaq! - deyə Nurcahan estradanın qabağında Arzuyla rəqs edən Dəyanətə yaxınlaşdı və Arzunun əllərini onun çiynindən ayırdı:

            -İndi növbə bizimdir. Ola bilsin gələn il bir daha sənin sevgilini görə bilmədik. Yolumuz kəndədir. Kənddə belə şeylər yoxdur. Qoy, yadımızda bu günlər qalsın. Sən isə dincəl! Oynamağa çox vaxtın olacaq.

            Arzu Dəyanətdən aralandı və kənara çəkilib uzaqdan  nişanlısının qrup qızlarıyla bir-bir rəqs etdiyinə tamaşa edib ürəyində güldü:

- Rəqs edin! Onsuz da o, mənimdir!

 

LENİNQRAD UNİVERSİTETİ

 

            Təyinatdan sonra sonra ilk növbədə Prokofiy  Mixayloviç Dəyanəti daha da öz üzərində işləməyə vadar edirdi. Tələbə elmi cəmiyyəti xətti ilə o, məruzəsinin tezizlərini Leninqrada dövlət universitetinə göndərdi və tezliklə may ayında Beynəlxalq konfransa dəvət aldı.

            May ayının 10-da Dəyanət Leninqrada ilk dəfə ayaq basdı. Bu şəhər onun gözündə muzeylər şəhəri idi. Buranın hər guşəsi haqqında  xəbəri vardı.

            Məşədi Fazil Leninqraddakı dostları haqqında Dəyanətə çox danışmışdı. Babasının xoşladığı şəhər idi bu şəhər.

            Yadına düşdü ki, babası həmişə "Baltiyskaya mehmanxanasına düşərdi. Odur ki, taksini düz Nevski prospektinə sürdürdü.

            -Burda yer olmaz! - deyə mehmanxananı qarşısında maşınını saxlayan sürücü dilləndi.

            -Mən bunun aidiyyəti yoxdur! - deyə Dəyanət maşından düşdü.

            Elə bil tanış qapını açıdı, düz qoca adminstratorun üstünə getdi.

Adminstrator cavan oğlanın qafqazlı olduğunu o saat başa düşdü:

-Doroqoy, burda yer yoxdur! Xaricilər üçündür! - dedi.

-Mənim üçün tapılar! - deyə Dəyanət uca səslə xidməti pasportunu1 ona uzatdı.

Adminstrator pasportu götürdü və diqqətlə baxdı. Sonra üzünü Dəyanətə tutdu:

-Tanış famiyadır. Təsadüfən, sən Fazil Cəfərlinin qohumu deyilsən? Sənin gözlərin onu xatırladır. - deyə soruşaraq  əlindəki  anketi ona uzatdı.

-Mənim babamdır. Siz onu haradan tanıyırsınız?

-Mən mi onu tanımayım? Sənin babanı burada çox adam tanıyır.

"Dünya doğurdan da dardır"- Dəyanətin beyninə gələn ilk fikir bu oldu.

-Sənə lüksü verirəm, baban oranı  xoşlayırdı. Balkonu Nevskiyə çıxır. - deyə aministrator hətta soruşmadı ki, pulu var ya yoxdur. 

            -Nəyin çatışmasa zəng vurarsan. Baban bizə həmişə əl tutub.

            Otaq  Dəyanətin ürəyincə oldu. Həm rahat idi, həm də hər şəraiti vardı.

***

            Slavyan yazılı abidələrinə həsr olunmuş Beynəlxalq Konfrans LDU-nun akt zalında işinə başladı. Zal ağzına qədər dolu idi. Televiziyadan da gələnlər  vardı.

  LDU-nun filfakının dekanı professor A. Safronov çıxış edib,  iştirakçıları salamladı və qeyd etdi ki, Yuqoslaviya, Polşa, Bolqarıstan, Çexoslovakiyanın səfirləri buradadırlar:

            -Ən əsası odur ki, Moskva, Leninqrad tələbələri arasında Bakının nümayəndəsi də vardır və ilk sözü biz ona verməyi özümüzə borc bilirik.

            Məruzəsinin  mövzusu "Dil arası omonimlərdir". Müəllif məruzəsini bolqar, fars, türk və Azərbaycan dillərinin müqayisəsi üzərində qurmuşdu.    

            Dəyanət yerindən aramca tribunaya qalxdı. Ancaq zala baxa bilmədi. Sanki başı hərləndi. Qarşısına qoyduğu məruzənin mətninə baxdı, heç nə görmədi. Birinci dəfə idi bu cür mötəbər yerdə çıxış edirdi. Nə qədər susduğunu bilmədi.

            -A bala, danış! - deyə aşağıdan azərbaycanca səs eşitdi. Səs gələn tərəfə baxdı. Sanki qarşısından bulud çəkildi. Səməd Vurğunun kopiyasını xatırladan ağ baş bir  adam ona əl edirdi.

            Dəyanət özünü ələ aldı və bir nəfəsə məruzəsini oxumağa başladı. Mətinə baxmırdı. Hiss edirdi ki, hamının fikri ondadır. Məruzəni qurtardı.

Professor A.Safronov üzünü zala tutdu:

- Kimin sualı var? - deyə soruşdu.

- Hər şey aydındır!- deyə yerdən kimsə dilləndi.

Tribunadan aşağı enəndə həmın ağ baş adam onun yanında oturtdu. Ancaq bundan sonra Dəyanət sinif yoldaşı Ağaismayılı da onun yanında gördü. Dostu LDU-nun hüquq fakültəsində oxuyurdu:

-Bratik privet! Adam gələndə deməz! - deyə Ağaismayıl şikayətləndi. - Tanış ol, Əfrasiyab müəllim.

- Dəyanət. -deyə ona əl uzatdı.

-Mən buranın professoruyam, adım Əfrasiyabdır! -deyə ağ baş adam üzünü Dəyanətə tutdu.

- Siz mənə Səməd Vurğunu xatırladırsınız!

- O, mənim əmim oğludur. Sənin deyəsən, birinci çıxışındır.

- Birincidir.

- Hiss olunurdu. Ancaq çıxışın çox gözəl alındı. İnanmıram belə çıxış olsun.

Əfrasiyab müəllimin qabaqgörənliyi iki gündən sonra məlum oldu. Dəyanət yaxşı çıxışına görə Birinci dərəcəli diplomla təltif olundu. Televiziya bütün bunları çəkirdi. 

Axşam Bakıda  əri ilə  "Zaman" proqramına baxan Lalə xanım birdən yerindən sıçradı:

 -A kişi, kürəkənimizə bax! "Vremya“ da göstərirlər. Arzu! Bura gəl! - deyə qızını harayladı.

Telefonu götürüb Raziyə xatına zəng vurdu:

- Oğlumuza bax, Raziyə xanım. Leninqradda diplom alıb.-deyə muştuluq istədi.

Raziyənin isə gözləri sevincindən yaşarmışdı..

***

LƏKİ ƏHVALATI

 

Səhər saat altının yarısında Ləki qəsəbəsində qatardan düşən Dəyanətin gözünə heç kim dəymədi. İki saat burada qalmalı idi ki, saat 8-də avtobusa minib Qutqaşenə getsin. Ora təyinatı ilə işləməyə gedirdi. O, təyinatla işləməsəydi, bir ildən sonra Leninqrad universitetinə məqsədli aspiranturaya girə bilməzdi. Atası ilə məsləhətləşəndən sonra, Qutqaşenə getməyi qərara aldı.

Ləkiyə birinci dəfə idi ki gəlirdi. Vağzala bələd deyildi.  Fikirləşdi ki, iki saatı çayxanada keçirtsin. Gözüylə çayxananı axtardı. Ağacların arasında balaca pavilyonun bacasından tüstü çıxırdı. Dəyanət anladı ki, elə çayxana oradır.

İçəri girdi. İki stolun arxasında bir-neçə adam oturub, söhbət edirdilər.

Dəyanət qıraqdakı stolun arxasına keçdi. Çayçını harayladı.

-Çay verin, mümkünsə. –d eyə sifarişini ona çatdırdı.

Başını aşağı salıb, Qutqaşendə nə gözlədiyin düşünürdü. Ancaq bu uzun sürmədi. Qonşu stolların arxasında oturanların səsi elə uca idi, özündən asılı olmayaraq onların danışığını eşidirdi.

-Bizdə kişilik qalmayıb, səhər tezdən raykom arvad–uşağı salır zəhərli çöllərə pambıq yığ! Onlarda zəhərlənirlər. Anam xəstəlikdən ayağa qalxa bilmir.

-Nə var ki, Qırmızı bayraq alacaqlar.

-Nə qədər rusa girmək olar? Milyon ton pambıq yığmaq olar. Keçən il Ağdaş planı verə bilmirdi, raykom döşəkləri sökdürüb, içindəki pambığı çıxartdırırdı. Zalım oğlu elə bil itdir.

-Mənim dünən inəyim, ipindən açılmışdı, Kəndin bağına girmişdi. Tutub əlimdən aldılar. Ət planı adıyla şəhərə göndərdilər. Evdəki körpələr südsüz qalıb. Mal-qara saxlamağa qoymurlar. Nə qədər insafsızlıq olar. Başdan ayağa yalanın içindəyik.

-Səhər saat altıdan, axşama qədər arvad-uşaq tarlada olur. Rayonlarda sovet hökumətindən əsər-əlamət qalmayıb.

Dəyanət eşitdiklərinə inanmaq istəmirdi, ancaq hamı yalan danışmazdı.

Çayçı çayniki Dəyanətin qabağına qoymuşdu ki, birdən bir nəfər ləhləyə-ləhləyə içəri girdi:

-Ay camaat, raykom gəlir! Rastına gələni tutub, maşına basır, tarlaya göndərir.

Bir anın içində çayxanada heç kim qalmadı. Təkcə özünü itirmiş çayçı çaşqın vəziyyətdə qalmışdı. Bir təhər özünü ələ alıb ctolların üstündə qalan çaynik və nəlbəkiləri tez yığışdırıb pərdənin arxasına aparırdı. Bayırdan kiminsə söyüş səsləri eşidilirdi. Deyəsən bayaq bərkdən söhbət edənləri kimsə söyürdü. Çünki burdakıların səsləri yadında qalmışdı.

-Yoldaş raykom, vallah tarlaya gedirik! - deyən bi-neçə dəqiqə bundan qabaq qeyrətdən danışırdı.

-Köpək uçaqları, ayağınız bura dəymir.

Çayçı qulaqlarını şəlləyib, küçəyə qulaq asırdı. Birdən nəsə yadına düşdü. Dəyənətə yanaşdı:

-Cavan oğlan, bəlkə gedəsiniz, raykom gəlib səni burda görsə işimiz pis olacaq. Səni də, məni də maşına basıb, pambıq yığmağa göndərəcək.

-Başa düşmədim?

-Çay pulu da istəmirəm, burdan get!-deyə cayxanaçı az qaldı yalvarsın Ancaq macal tapmadı. İçəri raykom girdi.

-Kim sənə  icazə verim çayxananı açasan? Bilmirsən bura tənbəllər yığışır? – deyə qışqırdı.

-Yolldaş raykom, təsadüfən açdım ki, buranı sahmana salım. Bakıdan gələn bu oğlan içəri girdi, Qutqaşenə gedir. Gəlmədi çay istədi, ona verdim.

Çayçının bu sözü raykomu sakitləşdirdi.

-Mənə də çay gətir!- deyə Dəyanətin ctolu arxasında oturdu:- Ağdaş rayonuna xoş gəlmisiniz!

-Sağ olun!-deyə Dəyanət cavab verdi, ancaq hiss etdi ki, raykom onu altdan-üstən süzür.

Çayçı sevinə-sevinə podnosda çaynik, stəkan-nəlbəki, qabda mürəbbə gətirdi. Onun stəkanına çay süzdü.

Raykom stəkanın qırağını dodağına yaxınlaşdırdı və demək olar ki, bir damla da içmədi. Sanki hiss etdi ki, yaman istidir. Dəyanət də hələ çayını içməmişdi.

-Bizim yerlərdə xeyr ola?- deyə raykom soruşdu.

-Qutqaşenə gedirəm. İstəyirəm orada olum, “Azərbaycan gəncləri” üçün məqalə yazım.

-Siz jurnalistsiz?

-Bəli! – deyə Dəyanət cavab verdi.

-Ağıllı fikirdir. Bir dəfə də bizim işlərdən yazın. Bütün günü tarlalardayıq.

-Redaksiya ilə danışaram...-deyə Dəyanət cavab verdi və ürəyində düşündü ki, niyə danışmasın. Axı o, hələ də  gənclər qəzetinin ştatdan kənar müxbiri idi.  

-Gözümüz üstə yeriniz olacaq. - deyə raykom çayını içdi və ayağa qalxdı. Üzünü çayçıya tutdu:

-Jurnalistə hörmət et! Qonağımızdır.

Raykom çayxanadan çıxdı, çayçının ürəyi yerinə gəldi. Gəlib Dəyanətin qabağında oturdu:

-Allah sizdən razı olsun! Yaxamı əlindən qurtardın. Siz olmasaydınız balalarım çörəksiz qalacaqdı. Sizə nə qulluq edim?

-Çox sağ ol! Çay məs edər.

Çayçı durub, mürəbbə qabı gətirdi ki, Dəyanət çay içsin.

-Bu ev mürəbbəsidir. Qızıl gül mürəbbəsidir, arvadım bişirib. Bir dadına baxın!

-Çox sağ olun! Xəcalət verirsən!

-Yox he! Sən məni xilas etdin, mən sənə borcluyam. Könlün nə istəsə, qulluğunda hazıram.

Çayxanada onlardan başqa heç kim qalmamışdı. El bil ki, müştəriləri süpürgə ilə süpürüb bayıra atmışdılar.

 -Daha müştərilər qorxudan bura gəlməz. Çay dəmləməyə dəyməz ! - deyə çayçı əlindəki çayniki samavarın qabağına qoydu. Keçib, Dəyanətin solunun arxasına əyləşdi.

-Bilirsiz bu üç ay ərzində buralar cəhənnəmə çevrilir. Göydən təyyarə ilə tarlalara dərman tökürlər ki, pambıq yarpağın töksün. Külək dərmanı kəndlərin üstünə gətirir. Xalq zəhərlənir. 

            -Dünyanın bir yerində belə şey yoxdur. Belə texnologiyanı çoxdan ləğv ediblər. BMT qərarı var. Ekologiyanı korlayır.

            -Ekologiyanın nə olduğunu bilmirəm, ancaq xalqı planlı şəkildə qırdırırlar, nə var ki İvandan Qırmızı bayraq alsınlar...

            Dəyanət heç nə demədi, amma ürəyində gördüklərindən, eşitdiklərindən ağır təəssürat qaldı.

Səkkizə 10 dəqiqə qalırdı. Dəyanət ayağa qalxdı. Çayçıya pul uzatdı.

-Ayıb deyil, cavan oğlan?! Mən sizə borcluyam. Qonağımsan.

Çayçı onu avtobusa qədər ötürdü və yola saldı.

 

***

 

 

 

 

 

 

SOLTAN ƏZİZ MÜƏLLİM

           

            Qutqaşenin payız mənzərəsinə ilk gündən o, valeh olmuşdu. Görəsən, bu gözəlliyində məkan var? - deyə öz-özünə düşünürdü.

            Mavi səmanın altında, təbiətin qoynunda insan daha da paklaşır. Gözəlliyi sevən üçün isə bundan yaxşı yer ola bilməzdi. Təkcə narahatlığı atası və anasına görə keçirirdi. Görəsən onlar nə edirlər? - təklikdə düşünürdü.

            Dəyanətin Qutqaşenə gedəcəyinə heç kim inanmırdı. Ancaq o, getdi. Heç kim də anlaya bilmirdi, niyə getdi? Ancaq o, nə etdiyini bilirdi.

            Təyinat yeri 1 №-li məktəb oldu.  Dağ adamlarına xas olan səmimiyyətlə onu məktəbdə çox səmimiyyətlə qarşıladılar.      

            Məktəbin direktoru Sultan Əziz müəllim onu məktəb müəllimlərinə təqdim etdikdən sonra, kabinetinə apardı, seyfi açıb içərisindən iki yüz manat pul çıxartdı və ona uzatdı.

            - Bu gələcək maaşının yarısıdır. Maaşı alanda çıxacağam. Ola bilsin pulun olmasın! Axşama səni evlə də timin etdirəcəyəm.

            - Soltan Əziz müəllim, çox sağ olunu!- deyə Dəyanət pulu ona qaytardı. Hələlik varımdır.

            - Qurtarsa, müraciət edə bilərsən.

            Dəyanət direktorun kabinetindən müəllimlər otağına gəldi.

- Görürsən, necə direktorumuz var? - deyə ondan qabaq təyinatla Bakıdan Qutqaşına gəlmiş ingilis dili müəlliməsi Məlahat onu gülər üzlə qarşıladı.

- Mila, doğurdan, nə qabiliyyətli adamdır?!

- Burda hamı belə deyil. Bu məktəb onun sayəsində respublikanın ən tanınmış məktəblərindən birinə çevrilmişdir.

Axşama internatın həyətində iki mərtəbəli "Müəllimlər evində" iki otaqlı mənzilin açarını ona verdilər.

Mənzil boş qalmadı. Soltan Əzizin təsərrüfat üzrə müavini Şirin kişi çarpayı, şkaf, divan, stol və stullar - əlinə düşən nə vardısa otağa doldurdu.

-  Şirin dayı, bəs edər! Hamısını təzələyəcəyəm

- Nəyini təzələyəcəksən, bala! Hamısı təzədir. Sənə nə lazımdır rahat işləyəsən. Allah qoysa, adaxlın cehiz gətirər.

Axşam məktəbin cavan müəllimləri Dəyanətə dəyməyə gəlmişdilər. Onlar da əllərinə nə keçmişdi gətirmişdilər. Əsası odur ki, yemək içmək.

Dəyanətə əvvəl elə gəldi ki, onlar Bakıdakı dostlarıdır. Bu mehribançılığı gözləmirdi. Doğurdan da, dağ adamları onların şəffaf suları kimi təmiz olurlar.

 

ŞAGİRD ÜSYANI

           

Qutqaşına qar yağırdı. Bu qeyri-adi qar idi. Sakit, küləksiz havada lopa-lopa dənəciklər fırlanıb sanki yerə düşmək istəmirdilər. Balaca  şəhərciyi əhatəyə almış dağlar dümağ rəngə boyanmışdı.

Dəyanət Bakıdan indicə qayıtmışdı. Bu mənzərəni seyr etdikcə, bura təyinatla gəldiyinə görə səhv etmədiyini düşünürdü.   Havanın sakitliyi və təbiətin gözəlliyi insanın ağlına belə gətirə bilməzdi ki, bu cür sakit havada nə isə xoşə gəlməz hadisə baş verə bilər.

         Avtovağzalda maşından düşüb, bir başa məktəb tərəfə addımlayan Dəyanət məktəbin qarşısında şagirdlərin yığışdığını gördü. Hətta zəng vaxtı şagirdlər bura çıxmırdılar. İlk ağlına gələn fikir o oldu ki, burda nə isə baş verib.

         Müəllimlərini görən 10-cu sinfin uşaqları  qabağına qaçdılar.

         - Burda nə baş verib? -deyə Dəyanət onlardan soruşdu

         - Sultan Əziz müəllimi həbs ediblər! - deyə şagirdlərdən biri dilləndi.

- Nə? –deyə o, təəccübləndi. Ağlına  belə gəlməzdi ki, Soltan Əziz müəllimin başına faciə gələ bilər. Dəyanət  ömründə onun kimi sakit və təmkinli  adam görməmişdi.

- Ötən ay, yadınızda varsa, altıncı sinifdə Feyzi adlı bir oğlan yıxılıb ayağını sındırmışdı. Atası şikayət yazıb ki, Soltan Əziz müəllimdən qorxub, qaçıb yıxılıb.

- Bu ki yalandır!

- Nə olsun ki, yalandır. Məgər buna baxan var. Soltan Əziz müəllimin üstünə şər atıb tutdurublar! - deyə 10-cu sinif nümayəndəsi Gültəkin sözünü bitirdi.

- Niyə, qızım? - deyə Dəyanət birinci dəfə hiss etdi ki, uşaqlardan fərqlənir.

- Çünki o, başqalarından fərqli olaraq yuxarılara pul vermir.

- Ay qız nə danışırsan?

- Dəyanət müəllim, sən elə Sultan Əziz müəllim kimi təmiz insansınız, şəhərdən gəlmisiniz. Rayonda nə baş verdiyindən xəbərsizsiniz.

- Rayonda nə baş verir ki?

-Bütün rəhbərlər pul yığıb yuxarı göndərməlidir. Sultan Əziz bunu etmirdi.

- Axı niyə etməlidir?

- Deyirlər ki, rayon ət, süd, yumurta planını yerinə yetirə bilmir, pul yığıb müəyyən hesaba köçürtməlidirlər.

- Bunun məktəbə nə dəxili?

- Nə dəxili ola bilər? Məsələn, yüz min yumurtanın pulunu Raypiştorqa keçirə bilər ki, məktəbin bufetində şagirdlərə satılıb. Əslində isə ancaq pul keçirilir, şagirdlər isə yumurtanın üzünü belə görmürlər. Pulu isə hər müəllimin maaşından yığmalı idi. Sultan Əziz müəllim bunu etmirdi. - deyə Saleh adlı şagirdi izahat verdi.

- Sən bunu haradan bilirsən?

- Sultan Əziz müəllim atamın dostudur. Özü atama danışıb.

- Məgər burda  Şura hökuməti yoxdur?

- Yoxdur müəllim! Olsaydı bu cür təmiz adamı tumazdılar.

Onlar məktəbin həyətinə çatdılar. Pilləkənin üstündən altıncı sinfin şagirdi Nigar üzünü həyətdəki şagirdlərə tutub deyirdi:

- Müəllimimizi buraxmasalar biz dərsə getməyəcəyik.

Həyətdəkilər ona qoşulub qışqırırdılar:

- Biz də getməyəcəyik.         

Tələsik müəllimlər otağına qalxdı. Müəllimlərin hamısı burda idi.

- Budur Dəyanət müəllim də gəldi. - deyə zauç ayağa qalxıb onunla görüşdü.

-Bu nə deməkdir? - deyə Dəyanət öz təəccübünü gizlətmədi.

-Bakılı balası, görürsən də? - deyə qocaman müəllimlərdən biri dilləndi. - Sən nə fikirdəsən?

O, əvvəllər belə düşünürdü ki, xalqa fayda verən insanlar həmişə qabağa çəkilir, onlara vəzifə verilir ki, onlar Vətənə daha da çox fayda versinlər.

- Vallah, çaşıb qalmışam! Belə şey ola bilməz? Gəlin, bir raykoma zəng vuraq, görək nə deyir?

            - Vurmuşuq. Buralarda  deyil. Deyirlər, Bakıdadır.

            - Bullayev yoldaş burda olsaydı, buna yol verməzdi. - deyə zauç öz fikrini bildirdi.

            - Sən nə danışırsan? Ondan xəbərsiz rayonda nə baş verə bilər? Özü əmrini verib, çıxıb aradan Bakıya.

- Axı səbəbi nədir?

- Soltan Əziz müəllimlərdən pul yığıb, ona xərac vermir. -deyə cavan müəllimələrdən biri dilləndi.- Başqa məktəblərdən xəbərsizsiz.

- Bəs onda neyləyək? - deyə zauç soruşdu.

Heç kim cavab vermədi. Başlarını aşağı salıb, otaqda var-gəl etdilər. Uşaqları isə heç kim dərsə dəvət etmirdi.

Dəyanət müəllimlər otağının qapısını aralayıb onlara baxan Gültəkini gördü. Qapıya tərəf irəlilədi. Qız elə bil gəlməyini gözləyirdi.

- Dəyanət müəllim, nə edək? - deyə soruşdu

- Nə edəcəksiniz? - deyə Dəyanət qapının ağzında suala sualla cavab verdi.

Məktəbin  həyətində qaynaşan mindən yuxarı şagirdin səs-küyünə gələn rayon əhli də məktəbin həyətinə axışırdı.

- Dəyanət, müəllim, nə edək? - deyə Gültəkin bir daha sual verdi və fikrə dalmış müəllimini ayıltmaq istədi.

Dəyanətin qarşısında bir yumruq kimi birləşmiş məktəb şagirdləri durmuşdu. Onların etirazının həddi-hüdudu yox idi. Bu qüvvə istədiyinə nail ola bilərdi.

- Gedin, kim onu həbs eləyib, tələb edin buraxsın! - deyə Dəyanət müəllim qətiyyətlə sözünü bildirdi və müəllimlər otağına qayıtdı.

- Şagirdlər nə istəyirlər? - deyə “zauç” ondan  soruşdu.

- Heç nə! - deyə Dəyanət keçib divana əyləşdi.  Başqaları kimi dinməz-söyləməz oturub, nə olacağını gözləməyə başladı. Hamı dilxor idi. Müəllimə qarşı belə ədalətsizlik olmazdı.

Bir neçə dəqiqə belə keçdi. Şagirdlərin hay-küyündən elə bil əsər-əlamət qalmamışdı. Müəllimlər otağında olanlara elə gəldi ki, şagirdlər dağılışıblar.

Birdən həyətdən "Ura!" səsləri ucaldı. Müəllimlər otağından hiss olunurdu ki, bu səs get-gedə məktəb həyətindən uzaqlaşır.

Müəllimlərlə birlikdə Dəyanət məktəb həyətinə çıxanda uşaqların dəstəylə "Ağ evə", yəni raykom binası  tərəfə qaçdıqlarını gördü. Camaat da onlara qoşulmuşdu.

 Raykomun balkonundan məktəb tərəfə ehtiyatla baxan raykom işçiləri kütlə axınının  onlara tərəf gəldiyini görüb içəri keçdilər. Bir-neçə dəqiqənin içində raykomun binası minlərlə şagird tərəfindən mühasirəyə alınmışdı.

- Soltan Əziz! Soltan Əziz! Soltan Əziz! - deyə şagirdlər qışqırırdılar. Raykomun binasının balkonuna isə bir kəs çıxmırdı.

Uşaqlardan kimi isə yerdən daş qaldırdı və binanın şüşəsinə atdı. Daş şüşəyə dəymədi, ancaq bu başqaları üçün nümunə oldu. Bircə anın içində "Ağ evin" pəncərələrində şüşə qalmadı.

- Yoldaş Rustəmov! Xalqın qarşısına çıxmasaq, raykomdan heç nə qalmayacaq. - deyə Bullayevin katibəsi ikinci katibə müraciət etdi.

- Sənə demədim, tap, yoldaş Bulayevi?! Gör nə deyir?

- Nə deyir? Deyir ki, yoldaş Rustəmova denən çıxsın xalqın qarşısına. Desin  ki, biz tutmamışıq. Tutan prokurordur.

İkinci katib aşağı endi. Qapıdan çıxanda atılan daş qulağının  dibindən keçdi. Yoldaş Rustəmov özünü itirmədi. Hətta gülümsündü də. Soyuqqanlığı kütləni sakitləşdirdi. Hamı nə deyəcəyini gözlədi.

- Məgər biz Soltan Əzizi tutmuşuq! - deyə yoldaş Rustəmov soruşdu.

- Bəs kim?- deyə uşaq səsləri ucaldı.

-Prokuror. Gedin ondan istəyin! - dedi və gəldiyi yerə qayıtdı.

Ətrafa sakitlik çökdü. Elə bil kütlə nə edəcəyini bilmirdi. Ancaq bu çox çəkmədi. Uşaqlardan biri qışqırdı:

- Getdik prokurorluğa!

Bu söz kütləni hərəkətə gətirdi. İndi axın prokurorluğa tərəfə idi. İnternatın və 2 nömrəli məktəbin şagirdləri də onlara qoşuldular.

 Qutqaşenin bir məktəbində belə dərs  getmirdi. Hamı Sultan Əzizi tutanlara qarşı mübarizəyə qalxmışdı. 

Bir nömrəli məktəbin müəllimlər otağında isə sükut hökm sürürdü. Bir-neçə dəfə raykomdan zəng olmuşdu ki, gəlin şagirdlərinizi yığışdırın.

Məktəbin zauçu, partkom və komsomol katibləri telefonun yanından əl çəkmirdilər.

-Hara baxırsınız? Uşaqlarınız prokurorluğu dağıdırlar? - deyə Rayon  komsomol komitəsini katibi zəng elədi.

Beş dəqiqə keçməmişdi yenə də zəng oldu:

- İndi uşaqlar milisi mühasirəyə alıblar.

Yazıq milislər qorxularından şöbənin qapısı ağzına belə çıxmırdılar.

Rayon prokuroru uşaqlara «Mən tutmamışam, tutan Naçalnik-milisiyadır! Sultan Əziz ordadır!»- deməsi uşaqları milis şöbəsinin qarşısına gətirmişdi.

Rayon milis şöbəsinin rəisinə Sultan Əzizi tutub Ağdaş milis şöbəsinə aparmaq əmri vermişdilər. Onlarda müəllimi Ağdaşa aparmışdılar.

İndi binanın pəncərələrini daş-qalaq edənlərin qarşısına çıxıb desəydi ki, Soltan Əziz burada deyil, onların özlərini daş-qalaq edəcəkdilər. Raykomdan bir-neçə dəfə zənglər oldu. Hara baxırsınız sakitləşdirin!

Ancaq kütləni sakitləşdirmək qeyri mümkün idi.

-Sultan Əziz müəllimi biz tutmamışıq! Onu Ağdaşa aparıblar. İnanmırsınız girin baxın. Gedin, raykomdan istəyin. Qaytarsınlar. - deyə uşaqların qarşısına çıxan milis rəisi özünə bəraət qazanmağa çalışdı.

Məktəbə isə xəbər çatdı ki, yenə də raykom müasirədədir.

- Bakının bundan xəbəri yoxdur! Bakıya xəbər vermək lazımdır ki, bu biabırçılığa son qoysunlar. Gəlin teleqram vuraq! -deyə Dəyanət təklif etdi.

- Kimə?

- Elə Heydər Əliyevə!

- Sən nə danışırsan? Məgər bunlar onun hoqqabazlığı deyil. Hər rayon başçısından barc yığmaq. Sözündən çıxanı şərləyib aradan götürmək. Aşağıdakı toyuq fermasını görmüsən?  Cəmi beş-on toyuğu var. Bilirsən, ildə dövlətə nə qədər yumurta verir? Bir milyon. Fermanın direktoru Lenin ordeninə layiq görülüb.

- Ola bilməz?

- Qohumları deyir ki, Bakıda əlli min xərci çıxıb.

- Onda gəlin Moskvaya vuraq!

- Vuraq! - deyə Dəyanətlə razılaşdılar.

Beş altı teleqram yazıldı. Dəyanət onları rus dilinə tərcümə etdi. Kollektiv hamısı ora qol çəkdi. Poçta getdilər teleqramı SK KPSS-ə, SSRİ prokurorluğuna və hətta Bakıya da göndərdilər. Özü də "uvedomleniylə," yəni kim tərəfindən alındığı barədə xəbərdarlıqla. Axşama yaxın bir-birinin ardınca teleqramlara cavab gəldi.

Uşaqlar isə daha Qutqaşenin bütün təşkilatlarını mühasirədə saxlayırdılar. Onların qeyrəti və qətiyyətliyi Soltan Əziz kimi təmiz bir insanı şərdən xilas etdi.

 

ARZUNUN  GƏLİŞİ

 

            Soltan Əzizi buraxdılar, ancaq rayonun rəhbərliyi aldığı töhmətdən başları ayıldıqdan sonra əvəzini uşaq üsyanında iştirak edən ziyalılardan çıxmağa başladı. Məktəbin zavuçu, parkomu dəyişdirildi. Soltan Əziz müəllimi vadar etdilər ki, o, ərizə yazıb vəzifədən getsin.

             Rayonda isə vəziyyət xoşa gələn deyildi. Rayona yenicə təyinatla gəlmiş, universitetin jurnalistika fakültəsinin məzunu, burada onun yaxın dostu, Adil Hüseynov idi.

            Qutqaşen qəzetində işləyirdi. Baş vermiş hadisələr haqqında «Kommunist» qəzetinə məqalə yazmışdı. Məqalə çap olunmamışdı.

 Adili raykoma diplomu ilə gəlməsinə xahiş etmişdilər. O, da gəlmişdi. Onu qəbul edən birinci katib diplomunu istədi. Sonra diplomu ondan alıb cırdı:

            - Sən kimsən məndən qəzetlərə məqalə yazasan? - deyə “Kommunist” və “Bakı” qəzetlərinə göndərdiyi yazıları onun üzünə vurdu. Birdə səni buralarda görməyim.

            Adil kabinetdən çıxan kimi raykom telefonu qaldırdı. Rayon qəzetinin baş redaktoruna zəng vurdu:

            -Sən Bakıdan kimi gətirmisən? - deyə qəzetin baş redaktorunun üstünə qışqırdı: - Mənə mənə xidmət edən adamlar lazımdır. Mənə problem lazım deyil. “Rasşotun” ver, rədd olub getsin!

            - Baş üstə yoldaş Bulayev, bir qələtdir eləmişəm.

            - Yönsüz adamları birdə ətrafına yıxma!

- Baş üstə...

Adil raykomdan çıxıb düz Dəyanətin yanına gəldi. Baş vermiş hadisəni danışdı.

- Dəyanət, mən bu cür qudurğanlıq görməmişəm. Onu  məhkəməyə verəcəyəm. Hökumətin verdiyi diplomu cırdı.

- Özünü ələ al! Diplomunu cırıb, dublikatın alarsan! Allah üzünə baxıb səni Soltan Əziz kimi şərləməyiblər.

-Mənim rayon haqqında yazdığım bütün məqalələri Bakıdan onun özünə göndəriblər. Bunlar mafiozdurlar.

-Sənin birinci katibin ən böyük mafiozdur. Kim bunlara belə səlahiyyətləri verib?

-Belə çıxır, Azərbaycanda Sovet hökuməti yoxdur?!

-Heydər gələndən sonra heç nə yoxdur, yalandan başqa. Planlar yalan, öhdəliklər yalan, qaliblər yalan. Hər şey yalanın üstündə qurulur. Hər şey rüşvətlə həll olunur. Budur Azərbaycan.

- Bunun axırı nə olacaq?

-Heç nə! Dalını güclə çəkən, gözləri görməyən politbürodan nə gözəyirsən.

Adil başını aşağı salıb dostuna nə cavab verəcəyini bilmirdi.

-Mən burdan çıxıb Rusiyətə gedəcəyəm. Başqa yolum yoxdur. Nə evim var, nə eşiyim.

Adil yetim oğlan idi. Qutqaşena təyinatla gəlmişdi ki, burada özünə ev-eşik eləsin.

-Nə kömək lazımdır, mən edərəm! Bizim Marina Moskvadadır. - deyə təklif etdi.

- Mən Moskvaya getdim, bu mənə nə verəcək?

- Orada işə düzələrsən. Sənin gözəl qələmin var. Rus dilini də gözəl bilirsən. Sən ki, praktikanı da MQU-da keçmisən!?

- Marina məni qəbul edər?

- Marina mənə bacı kimidir. Atamın dostunun qızıdır. İndi ona zəng edərəm. - deyə Dəyanət otaqdakı telefonun dəstəyini qaldırdı. Kommutatordan xahiş etdi ki, Moskva ilə birləşdirsinlər.

Bir saata kimi gözləməli oldular. Axır ki, birləşirdilər.

-Маринька, милая, здравствуй! Это Даянет!

-Здравствуй, братик! Как ты там?

-Учительствуем в  маленьком городке Куткашень.

-Как дядя Ашраф, наверняка, не доволен.

-Наоборот, считает, что становлюсь мужчиной. Сам себе зарабатываю на жизнь.

-Я рада за  дядь Ашрафа.

-Маринька, у меня к тебе одна просьба. К вам приедет мой друг. Примите его, как следует. Он хочет работать в Москве.

-Проблем не будет.

-Сестричка спасибо!

-Передай привет теть Рае!

-А ты, всем вашим!

Dəyanət dəstəyi yerinə qoydu.

-Adil sənə adres və telefon verəcəyəm. Marina atamın əsgərlik dostu general Morozovun qızıdır. Məndən iki yaş böyükdür. Komsomol işçisidir. Sənə kömək edəcək.

-Dəyanət, sən məni xilas etdin. Sənə ömürlük qardaşam.

Səhər Dəyanət məktəbə gələndə yeni direktor onu yanına çağırdı.

-Moskvaya zəng edirsən? - deyə soruşdu.

Yeni direktorun sualı Dəyanəti çaşdırmadı. Əksinə mafioz bir ölkədə yaşadığı fikri daha da möhkəmləndi.

- Olmaz? Orada mənim atamın dostları və tanışları yaşayır. -deyə acıqlı-acıqlı soruşdu.

- Ehtiyatlı ol! Burada hər belə zəngə qulaq asırlar.

Direktorla bu söhbətdən sonra anladı ki, onun hər addımını güdürlər

***

            Qutqaşenə gələndən bəri bir dəfə də olsun Arzuyla görüşməmişdi. Hətta qış tətilində Bakıda olanda da qıza zəng etməmişdi, atasına qoşulub Moskvaya getmişdilər.

            Onun bu şəhəri sevməyə haqqı vardı. Uşağlığının ən gözəl anlarını Serpuxovda keçirən Dəyanətin həqiqi dostları da burda idi. Mişa, Vladik, Yura... bacı qədər sevdiyi Marina, Yulya.

            Moskva gənclərinin bir-birinə münasibəti qeyri-adi idi. Onlar insanı nə varına, nə dövlətinə, nə puluna, nə də vəzifəsinə görə istəmirdilər. Onlar üçün bir anlayış vardı - insanlıq.

            Arzu ilə hər görüşdən sonra Dəyanət onu tanıdığı rus qızlarla müqayisə edirdi. «Götürək elə Marinanı. O boyda generalın qızıdır. Bir dəfə burnunu qaldırıb demir ki, mən flankəsin qızıyam, nə istəsəm edərəm». 

            Ancaq Arzu başqa cürə idi. Ərköyün, naz-qəmzəli, hər şeyə ağız büzən, hələm-hələm adamı tanımaq belə istəməyən. 

            Anası Lalə xanım qızı ilə nəfəs alırdı, hər arzusunu yerinə yetirirdi.

            Arzu  «Barbi» gəlinciyini xatırladırdı. Anası onu elə Barbi çağırırdı. Dəyanəti də elə onun bu gözəlliyi məftun etmişdi. Qıza daha da yaxın olduqca, ərköyünlüyü, başqalarına yuxarıdan aşağı baxması xoşuna gəlmirdi. Çalışırdı, onunla çox az-az görüşsün.

            Qutqaşenə təyinatla getməzdən əvvəl onunla görüşdü. Ora gedəcəyini bildirdi.

            Qız ağzını büzdü:

-Hara gedirsən?

-Qutqaşenə.

-Orda nə var?

-İşləmək.

-Burda iş tapılmır?

-Niyə ki var.

-Bəs onda niyə gedirsən?

-Özüm işləyib, qazanmaq istəyirəm.

-Dəyanət, sənə gülərlər. Müəllimliklə nə qazana bilərsən? Mən Əşrəf dayıya heyran qalmışam: o, səni niyə buraxır?

-O, da mən deyəni deyir: kişi özünə görə kişi olmalıdır.

-Sən heç vaxt atan qazanan qədər qazana bilməzsən!

-Arzu, həyatda pul hər şeyi həll etmir. Puldan da başqa şeylər var.

-Bunu bilirəm. Ancaq pullu olmağın kimə zərəri var. Bakıda qal, heç bir problemin olmasın.

-Mənim heç bir problemim yoxdur, təkcə ...

-Təkcə nə?

-İstəyirəm, sən də mənə qoşulub rayona gedəsən!

-Dəyanət, sən nə danışırsan?

            Daha ona heç nə demədi. Evlərinə qədər yola saldı. Üzündən öpüb ayrıldı.

İndi peçin qırağında oturub Qutqaşendə baş verən hadisələri görüb peşmançılıq çəksə də, o, Arzunun ancaq onu sevməyindən arxayın idi.

Elə dünən anası zəng edib onu danlamışdı: «Getmisən-çox gözəl! Qızın nə günahı var? Hər gün zəng edir, səni soruşur. Adam insafsız olmaz. Bundan qəşəng qız tapacaqsan? Ona zəng elə!»

            Adili yola salandan sonra yaman darıxırdı. Düzdür otaq yoldaşı Oktay onu tək qalmağa qoymurdu. Əvvəl gündən bu Gəncəli balası ilə dostlaşsa da, onun etinasızlığından zəhləsi gedirdi.

-Nə belə qırağa çəkilib, otağından belə bayıra çıxmaq istəmirsən? Fikir ver, bizi nə qədər dağ gözəlləri əhatə edir? Ənik- kirşansız, al yanaqlar, qıpqırmızı dodaqlar. Bundan dünyada nə gözəl ola bilər? Dur getdik gəzməyə!

O, məcbur olub geyinirdi və naməlum olan şəhərciyin küçələr ilə gəzişirdilər. Bir gün Dəyanət başa düşdü ki, bütün Qutqaşen onu tanıyır və hörmətini saxlayır. Axı o Sultan Əzizi buraxdırmışdı.

- Arxalı oğlandır! Heç kimi vecinə almır. Əsl bəy balasıdır! - deyə dalınca eşitdirirdilər.

Dəyanət hiss etmişdi ki, hamı onunla məsləhətləşməyə çalışır. Tez-tez onu nişana, toya çağırırdılar.

Uşaqlıqda atası və anası heç vaxt onu toya və yaxud başqa məclislərə aparmırdılar. Ailələrinin qaydası belə idi. Ancaq evin böyüyü bu işlərlə baş qoşmalı idi. Nadir halda o, atasının əvəzinə gedərdi.

 Burda isə hamı ona ağsaqqal kimi baxırdı. Küçələrdən keçəndə məhəllədə düzəldilmiş oturacaqlarda əyləşənlər ayağa qalxır, onu  salamlayırdılar.

Hiss eləyirdi ki, böyük hörmət qazanmışdır.

Məktəbin təzə təyin olunmuş direktoru və zauçu, ikisi də başqa məktəbdən gəldiklərindən çoxuyla yola getmirdilər. Dəyanətə qarı da  belə olmağa çalışırdılar. Bu o qədər açıq şəkildə baş verirdi ki, bunu hamı görürdü.

Bir gün pedsovetin iclası vaxtı «-Bura Bakı deyil, Qutqaşendir! Biz yol vermərik Bakidakı kimi hərə bildiyini eləsin! - dedikdə Dəyanət  ayağa qalxdı və üzünü danışığını bilməyən direktora tutdu:

 -Bu nə deməkdir Bakıda hərə bildiyini edir?  Sən danışığına fikir ver! Bakı respublikamızın  paytaxtıdır. Özbaşınalıq  burda baş verir. Elə olmasaydı kəndə oturub Bakıda nə baş verdiyini biləni bizə direktor qoymazdılar. - deyə Dəyanət ayağa qalxdı və qapını bərk çırpıb getdi.

Direktor çaşıb qalmışdı. Müəllimlər isə xımır-xımır ona baxıb gülürdülər. İclas beləcə də qurtardı.

Səhəri günü elə bil heç nə olmamış kimi direktor onunla çox səmimi görüşdü. Sanki kimsə onu başa salmışdı ki, sən kimə ilişirsən, ona  bata bilərsən? Raykom onunla bacarmır. Səni ortaya salıblar, oyuncaq kimi. Hərəkətini bil. Gör Qutqaşen onun hörmətini necə saxlayır.

Dəyanət fikrə getdiyindən «burjuykanın» odunu qurtarmışdı. Otaq soyumağa başlamışdı. Məktəbə getmək vaxtı idi. Saat səkkizə iyirmi dəqiqə qalırdı.

Müəllimlər otağına daxil olduqda “zavuç” onu yanına çağırdı.

- Dəyanət müəllim, dərs planınız hanı? Ona baxıb qol çəkməliyəm.

- Buyurun! - deyə o, portfelini açdı və dəftəri çıxarıb ona uzatdı.

- Bu cür olmaz!- deyə zavuç dəftəri varaqlaya-varaqlaya ona ağıl vermək istədi.

-Məgər düz deyil?

-Düzlüyünə düzdür. Ancaq bütün dərsi bura yazmalısan.

-Mən necə lazımdır elə plan tutmuşam. - deyə Dəyanət dəftəri zavuçun əlindən aldı və hamı eşitsin deyə bərkdən dedi:

- Birindən qurtarıb, birinə ilişimrəm!

Müəllimlər otağındakılar gülüşdülər.

- Yoldaş zavuç, sənki rus dilini bilmirsən. Sən nə qanırsan, rusca plan nədir? -  deyə Abzər müəllim zavuçun ağzından vurdu:

-Otuz ilə yaxın mən də zavuç olmuşam. Ancaq bu cür tələbkarlıq kimə və nəyə lazım? İndiki cavanlar bizdən ağıllı və çoxbilənlərdir. Qoy, özləri bildikləri kimi dərs desinlər.

Günorta vaxtı müəllimlər otağında oturub dəftərləri yoxlayırdı ki, səs-küy birdən kəsildi. Elə bil qurbağa gölünə daş atdılar.

Sakitlik Dəyanət üçün gözlənilməz oldu. Adətən burdan səs-küy əskik olmurdu. Müəllimlərdən biri gəlib biri gedirdi. Hər gələn hay-küy salırdı.

Məktəbin müəllimlər otağı dərdlərə dərman axtaranların yerdir. Hərə öz dərini danışır, başına gələnləri otaqdakılarla bölüşdürmək istəyirdi.

Belə sakitliyi o, birinci dəfə ili ki, duyurdu. Qarşısında kiminsə dayanıb ona baxdığını hiss etdi.

 Başını qaldırdı - Arzunu gördü.

Qız ayağa qalxan Dəyanətin boynuna sarıldı. Üzündən  öpməyə başladı. Bir az sakitləşdikdən sonra geriyə çəkildi.

-Sən lap kəndçiyə oxşayırsan? Bu nə geyimdir? - deyə ona yaxınlaşıb saçlarını sığalladı.

- Kəndçi kimi xoşuna gəlmirəm? - deyə Dəyanət gülümsündü.

Otaqda elə bil heç kim yox idi. Əslində isə hamı içəridə idi. Qeyri-adi bir gözələ tamaşa edirdilər.

- Yorulmadın burda işləməkdən? - deyə Arzu soruşdu.

Heç kəsə fikir vermədən, keçib stolun arxasında oturdular.

- De, görüm: bura kiminlə gəlmisən?

- Papanın şoferi gətirib. Mama papaya dedi, o, da göndərdi.

Dəyanət birdən ətrafdakıların onlara baxdığını gördü. Düşünürdü ki, otağı tərk edəcəklər.

- Gəl, evə gedək! - deyə Dəyanət əlini uzatdı ki, qız dursun və qoluna girsin. Otaqdan çıxdılar.

 Müəllimlər otağının pəncərəsindən Qutqaşenli küçəsi ilə qol-qola İnternat tərəfə gedən iki gənc görünürdü.

Müəllimlər pəncərəyə söykənib bayıra baxırdılar. Gənclərin arxasınca hökumət nişanlı qara «Qaz 24» gəlirdi.

-Deyəsən, böyük şişkanın qızıdır. Maşını görmürsüz! - deyə  Abdulla müəllim yoldaşlarına öz fikrini bildirdi.

-Bu Dəyanət olmasaydı Sultan Əzizi basmışdılar türməyə. Arxalı adamdır. Odur ki, heç raykomu adam yerinə qoymur. - deyə başqa birisi əlavə etdi.

Təzə zavuç  o saat telefonun dəstəyini qaldırdı, raykoma zəng vurdu. Gözü ilə gördüklərini və eşitdiklərini raykoma xəbər verdi. Burda belə idi Bakıdan gələn haqqında o saat raykoma xəbər verirdilər.

***

Arzu Dəyanətin yaşadığı mənzilinin balkonuna  çıxdı. Qutqaşenin məftun edici mənzərəsi aydın görünürdü.

-Nə gözəl yerdir. Mamaya deyəcəyəm yayda gələk burada dincələk.

-Sən dağlara bax! 

-Doğurdan da, gözəldir.

-Mən dərsə getməli idim!  Səni görəndən, hər şey yaddan çıxdı. - deyə Dəyanət qızı qucaqladı. Bu elə təbii alındı ki, sanki Bakıdadilar.

Qızın dodaqları onun dodağına dəydi. Küçədən keçənlər bunu görüb başlarını yelləyib keçirdilər.

-Gəl içəri keçək, burada ayıbdır! - deyə qızı qucağına alıb otağa apardı.

- Hazırlaş, Bakıya qayıdırıq! Hamı sənin yolunu gözləyir! -deyə Arzu onun isti münasibətindən ürəkləndi.

-Bakıda nə var? Gəl, sən də mənimlə qal! Özümüz özümüzə yol açaq!

-Müəllimliklə sən hara çıxa bilərsən, Dəyanət. Sən ki ağıllı adamsan! Birdə ki, mən hələ tələbəyəm.

-Arzu, mən istəmirəm ki, desinlər Dəyanət filankəsin qızını alıb, vəzifəyə gəldi. Həyatda hər şeyə öz gücümə nail olmaq istəyirəm.

-İndi mən nə edim ki, səni sevirəm? Atama deyib işdən çıxsın.

- Yox, söhbət bundan getmir. İstəyirəm öz ağlımla oturub durum. Səni bura gətirim. Hər şeyi buradan başlayaq!

- Sən məni heç fikirləşmirsən? Dünyanın nazi-neymətinə  öyrənmiş qızı dağa-daşa salmaq istəyirsən?

- Əksinə, istəyirəm sən də həyatda hər şeyi görəsən, dərk edəsən.

- Məni axmaq sanırsan? - deyə Arzu ayağa qalxdı.

- Yox! Belə deyil. İstəyirəm hər şeyə özüm nail olum.

- Axı bu belə deyil. Sən Azərbaycandan xəbərsizsən! Kim deyə bilər ki, özünə görə adam olub? Birinin zəngi olmasa, kim kimə yaxşılıq edər. Sən sadəlövh adamsan. Bunları görmürsən?

Arzunun bu sözlərində həqiqət vardı. Hər gün eşitdikləri və gördükləri bunları təsdiq edirdi.

- Götürək, buranın katibi Bulayevi. Məgər Ukraynanın birincim katibi olmasaydı o, vəzifədə qala bilərdi? Heydər Əliyev onu yemişdi. Yerinə isə öz yerlisini göndərmimşdi. - deyə qız yaman hirslənmişdi. 

- Gəl bir az gözləyək! Sən ki hələ tələbəsən. Onsuzda Lalə xanım səni mənə verməyəcək. - deyə Dəyanət qızı sakitləşdirməyə çalışdı.

- Niyə belə fikirləşirsən? Məgər nişanlın deyiləm?

-Lalə xanım demişdi ki, qızım institutu qurtarmasa, gəlin getdi yoxdur.

-Bakıda olsan, icazə verər. Qayıt Bakıya, işlərimizi qaydasına salaq. - deyə qız əllərini onun boynuna saldı və üzündən öpdü.

- Fikirləşərəm.

-İndi isə məni yola sal, mən qayıtmalıyam. - deyə pəncərədən həyətdə dayanan «Qaz-24»-ü göstərdi.

Dəyanət bir söz demədi. Çarpayının üstünə atılmış çantanı ona uzatdı.

-Deməli gedirsən? - deyə Dəyanət soruşdu.

- Elədir. Birdə bil ki, özüm də bura gəlmək istəsəm nə atam qoyar, nə anam. Odur ki, fikirləş! Yoxsa üzüyünü qaytaracaqlar...

Qızın gözləri yaşarmışdı. Elə bil Dəyanətin tərsliyini bilirdi.

O, daha heç nə demədi. Qapını açdı, həyətə düşdülər. Yenə  də hamının gözü qarşısında öpüşdülər. Qızı maşına otuzdurdu.

- Hələlik! - deyə Arzu maşını pəncərəsindən sağollaşdı. -Bakıda görüşənədək!

Dəyanət bir-neçə saniyə uzaqlaşan «Qaz 24»-ün arxasınca baxdı və evə qayıtdı.

***

            İki gündən sonra axşam Raziyə xatun Dəyanətə zəng vurdu:

            -O nədir qızın könlünü sındırmısan? - deyə danladı: - Dünən qızın anası abrımızı verdi. İstəmirsiniz - deyir, qızın başını beynini yoldan niyə çıxarırsınız? Qızımıza oğlan yoxdur məgər?

            - Ana, elə belə dedi?

            - Bəs nə deyəcəkdi?

            -Elədirsə, ana, onlara xəbər göndər: oğlum deyir ki, əgər qız məni istəyirsə, gəlib toy eləyim, Qutqaşenə aparım.

            -Elə atan da sənin kimi danışır. O, da deyir ki, oğul özünə görə oğul olmalıdır, qayınataya görə yox. Gözümüz aydın ki, dədəsi böyük vəzifədədir.

            -Atam düz deyir.

            -Onda mən neynəyim?

            -Atam  deyəni elə! Öpürəm sizi!

            Dəyanət dəstəyi yerə qoydu. Arxayın idi ki, anası o deyəni edəcək.

OVDA

           

            Qutqaşenin ən mənzərəli və qeyri-adi kəndi Lazadır. Burada ta qədimdən ləzgilər məskunlaşmışlar. Bazar düzünün ətəyində olduqlarından ancaq maldarlıqla məşğul olurlar.

            Köçəri kənddir. Daha doğrusu bura yaylaqdır. Deməli, qışlağı da vardır. Qışlamaq üçün bu kəndin çobanları ailələri ilə Kür sahillərinə köçürlər. Bu adətən payızın əvvəllərində baş verir. Qutqaşendə belə kəndlər bir-neçədir.

            Laza məktəbi çox mənzərəli bir yerdə yerləşir. Kəndin ən yüksək yerində, dağın ətəyində…

            Dəyanətin ağlına belə gəlməzdi ki, o, bu məktəbdə də dərs deyəcək.

            Payızın əvvəli onu maarif müdiri Firəngiz xanım  yanına çağırdı. Müdir onu  gülər üzlə qarşıladı:

            -Qutqaşen mənə elə gəlir sənin ürəyincədir. Danışırlar ki, vaxt tapan kimi elə bulağı, elə gölməçəsi, elə tarixi yeri yoxdur ki, gedib görməyəsən. Yerlilər deyirlər ki, sən Qutqaşeni onlardan yaxşı tanıyırsan.

            -Elə yerləri var, hələ görməmişəm. - deyə Dəyanət razılaşmadı.

            -Biz də belə düşünürük. Məsələn, Lazada, Bazar düzündə olmusan?

            -Yox!

            -Qutqaşenə gələsən, ova getməyəsən - bu günahdır.

            -İstərdim gedim, ancaq kimdi məni aparan.

            -Mən Laza məktəbinin direktoruna göstəriş verərəm səni aparar.

            -Pis olmaz! Ancaq işi necə atım?

            -Ağlıma bir fikir girib. Gəl səni ora komandirovkaya göndərim. Həm orda işlə, həm də yerli camaat səni dağları gəzdirsin. Nə fikirdəsən?

            -Bəs burdakı işim?

            -Burdakı işin yerində qalır. Komandirovka qurtaran, kimi yerinə qayıdırsan.

            -Frangiz xanım, nə müddətədir?

            -İkinci rübün axırına qədər. Dəyanət bala, oranın rus dili müəlliminin ayağı sürüşüb yıxılıb. Başı daşa dəyib. Bakıda müalicədədir. Müalicənin qurtarıb, gələnə qədər... Ərkim sənə çatır. Sən əla bir ov tüfəngi də verəcəyəm

-Haçan gedə bilərəm?

-Sabah direktor özü gəlib məktəbdə səni tapacaq. Dərslərini isə məktəbdə kimə istəyirsən hələlik təhvil ver!

Frəngiz xanımın kabinetindən çıxanda, Dəyanətin ağlına gələn ilk fikir bu oldu ki, "nə ağıllı və bic qadındır bu maarif müdirəsi.  Şirin dillə bu insan  nəyə desən nail ola bilər."

Səhəri günü evlərinin qarşısında "Vilis" maşını dayandı və siqnal verdi. İkinci dünya müharibəsinin alovlarından çıxmış maşının yorulmaq bilməyən mühərrikinin gurultusu, Dəyanətin diqqətini çəkdi və sürücünün kimisə axtardığını gördü. Aşağı endi.

-Mən Nurəddin müəlliməm, Laza məktəbinin direktoru. Sizin aparmağa gəlmişəm. -deyə o, Dəyanətə özünü təqdim etdi.

- Bu dəqiqə şeylərimi gətirim.

Yuxardan Oqtay çamadanı aşağı düşürtdü, Dəyanət isə kitabxanadan götürdüyü kitabları aşağı endirdi:

-İki ay az müddət deyil! Bunları oxuyacağam! -dedi.

-Bazar günü yanındayam! - deyə Oqtay öz adından dedi

***

Maşın Qutqaşenin qarşısını kəsmiş dağlara tərəf irəlilədikcə, ona elə gəlirdi ki, bu yerlərə hələ insan ayağı dəyməyib. Hətta maşının getdiyi yolu birinci dəfə keçilirdi.

Qutqaşendən uzaqlaşdıqca yer ağarmağa başlayırdı. Səhər günəşi altında insanın gözlərini qamaşdıran bəyazlıq hər tərəfi bürüyürdü.

Noyabrın 12-si Qutqaşendə təmiz yay havası duyulurdu. Ancaq indi oradan beş-alığı kilometr yuxarıda dümağ qar hər tərəfi bürümüşdü.

Dağın ətəyi ilə yuxarı qalxan maşının təkərləri tez-tez sürüşür, onu təşvişə salırdı. Qonağını maraqla izləyən Nurəddin isə hətta gülürdü.

- Nurəddin müəllim, axı yol görünmür? Sən hara getdiyini necə bilirsən? - deyə o, maraqlandı.

- Can kardeş, gürürəm qurxursun? Qurxulu heç nə yoxdur. Saq-salamat Allahın küməyi ilə çatacağıq. Yuxarıda maraqlı ulacaq.- deyə ləzgi ləhcəsi ilə danışdı.

Maşın təkərləri sürüşə-sürüşə dağ ətəyi boyu Nurəddinin tapdığı cığırla yuxarı dırmaşırdı.

Birdən qarşılarına çıxan uçurum Dəyanəti təşvişə saldı:

-Nurəddin müəllim, indi uçuruma düşəcəyik!

-Qurxma, kardeş! - deyə Nurəddin ayağını qaza basdı və maşın quş kimi yerindən götürülüb, sola döndü və uçurumu arxada qoydu.

-Bura Pir yeridür. Dağın başındakı ağacı gürürsən. Bu ağaca görə yolun bu hissəsini düzəltməyə qoymuruq. Dədə-babanın inancıdır. Gürdüyün yeri isə ancaq Lazalı şuferlər keçə bilirlər. Bir səhf hərəkət - maşın baş-ayaq  Dəmiaparan çayına düşər. - deyə Nurəddin maşını saxladı: - Düş baxaq!

Pirin altındakı keçid bir maşınlıq idi. Burada dağın bir ətəyi uçurumla qurtarırdı və yol kəskin şəkildə sola dönüb, uzaqda görünən Laza kəndi tərəfə aparırdı. 

Keçidin sonundakı sıldırım qayadan aşağıda şırıltı ilə axan çay görünürdü. Ancaq çay çox dərində idi. Dəyanət ora baxmaq istədi, ancaq başı gicəlləndi.

- Hələ gürürəm güzün vərdiş etməyib! Tezliklə üyrəşər!-deyə Nurəddin onun vəziyyətini başa düşdü. 

            Laza kəndinin bacalarının göylərə yüksələn ağ tüstünün sayından bilmək olardı ki, kəndə neçə ailə qalıb. Ağ qar damları örtsə də, aşağıdan bütün evlər görünürdü. Evlər elə bil qoyun sürüləri kimi dağa dırmaşırdı.

- Üzün üçün hansı evi istəsən seç!  Sən kendin qonaqısan!

- Sən hansını desən, orda qalaram!

- Məktəbə yaxın olanı götürərik.

- Oldu!

Kəndin yuxarısında, daha doğrusu lap yuxarı başına, məktəb yerləşirdi. Nurəddin məktəbdən iki bina aşağı həyətin qapısını açdı,  maşını içəri saldı. Bir mərtəbəli evin qarşısında saxladı.

- Sən qapını aç! Mən gedim uşaqları göndərim odun gətirsinlər ki, peçi yandırsınlar.

- Bəs açar?

- Can kardeş, bizdə qapıya açar vurmazlar!

Nurəddinin bu sözləri Dəyanətin yadına köhnə məhəllələrini saldı. Əvvəllər onlarda da belə idi.

Qapının ağzını qar tutmuşdu. Dəyanət qapını itələyib evə daxil oldu. Otaq elə ilk baxışdan xoşuna gəldi. Tər-təmiz süpürülmüş otağın  kənarında çarpayının üstü ağ örtüklə örtülmüş və iki dənə üst-üstə balınc qoyulmuşdu. Otağın kənarında "burjuyka"nın bacası pəncərədən bayıra çıxırdı, ortasında  stol və stollar düzülmüşdü.

Dəyanət keçib stolun arxasında oturdu. Bir-neçə dəqiqə gözləməli oldu.

Eyvandan səslər eşidildi. Bir-neçə uşaq qucaqlarında gətirdikləri odunları səliqə ilə eyvana yığıb, yenidən məktəb tərəfə getdilər. Bir azdan birdə qayıtdılar və yenidən odunları səliqə ilə eyvana yığdılar.

Qapı döyüldü. Qapını açdı. Qarşısında on iki-on üç yaşlı oğlan uşağı durmuşdu.

-Dəyanət müəllim, icazə olar?

-Buyur, bala!

-Məni Nurəddin müəllim göndərdi, peçi qalayım. Bir azdan özü də gələcək.

Oğlan  peçin içini təmizlədi. Cibindən  kibriti çıxardıb, yandırdı və peçin altında olan quru  çırpıdan birini alışdırdı və peçin içinə atdı. Sonra yerdən quru çırpılardan götürüb yanan çırpının üstünə yığdı. Peçin qapısını bağladı.

-Bəs odun niyə qoymursan?

-Odunlar yaşdır. Qoy, peç qızsın, sonra.

-Sənin adın nədir?

-Seyfəddin!- deyə uşaq peçin qapısını açdı: - İndi odun yığmaq olar. Çırpılar alışdı.

Yerdən üç-dörd dənə odun götürdü və peçə atdı. Peçin içinə atılan odunları alov bürüdü, peç çır-çır salmağa başladı. Pəncərədən sobadan çıxan ağ tüstü göründü. Peç alışdıqca otaq istiləşdirdi.

-Dəyanət müəllim, elə ki gördünüz yanıb qurtarır, bir-iki odun atın! - deyə uşaq getmək üçün izin istədi və otağı tərk etdi

Dəyanət çamadanını açıb geyimini dəyişdirmişdi ki, Nurəddin müəllim əlində örtüyə bürünmüş tüfənglə qayıtdı.

- Bu nə top-tüfəngdir, Nurəddin müəllim?

- Mən də bilmirəm. Dünən Firəngiz xanım verdi. Dedi ki, sizə çatdırım. Həm də ova aparım-deyə əlindəkini ona uzatdı.

Dəyanət tüfəngi alıb örtüyünü açdı. İçindən "Vinçester" çıxdı. Nurəddin heyrətdən əllərini əllərinə vurdu:

- Can kardeş, bu ki, "Vinçesterdir. Heç Raykomun beləsi yoxdur. Sağ ol, Firəngiz xanım!

- Məni ova apararsan?

- Bu cür silahla apararam,  gərək yüksəkliyə öyrənəsən.

- Öyrənərəm!

- Bəs atmağı necə bilirsən?

- Bakıda çox atmışıq. Uşaqlarla stend atıcılığına getmişik. Bəs haçan ova gedəcəyik?

- Qoy, Qutqaşenə də qar yağıb bura gələn yolları tutsun, ondan sonra.

-Niyə belə edirsiz?

-Bizim kənddə qalanlar  ovçulardır. Ancaq ov etməyə qoymurlar. Yollar ki, bağlandı, biz buraların ağasıyıq. Gələn inspeksiya isə "Pir yerinə" qədər gəlir. Oradan bura qədər qalxmağa qorxurlar. Gor-peşman geri qayıdırlar.

-Belə çıxır Pir sizi qoruyur.

-Hələlik, ev ətrafında ov edə bilərsən. Gecələr kəndimizin içi ovla doludur. Həyətdəki zibilliyə donuz, dovşan, çaqqal daha nə bilim nə gəlir. Gecə tapbatub düşsə, qorxma. İstəsən sən də yatma pusquda dur! Dovşandan-zaddan vurarsan.

-Bəs onda "Bazar düzünə" niyə qalxırsınız?

-Kəl vurmağa, keçi vurmağa...

-Bəs burda vurduqlarınızı neynəyirsiniz?

-Adətən gecələr bir-neçə donuz vururuq. O saat poçtun müdiri zəng eləyir Nicə, udinlər gəlib aparırlar. Həm pulumuz olur, həm də zoğal arağı vururuq.

-Udinlərin yaxşı zoğal arağı çəkdiklərini eşitmişəm.

-Qar kəndi örtüb, tezliklə dadına baxarsan.

-Necə məgər?

-Qar dağ ətəyi meşəsindəki donuzları aşağı endirir. Bizim üçün donuz vurmaq asanlaşır. Odur ki, qar yağanda udinlərin gəlişinə hazırlaşırıq.

-O birisi otaqda kim qalır? - deyə Dəyanət soruşdu.

-O da sənindir. Bütün ev əşyaları o otaqdadır. Sənə nə lazımdırsa, işlədə bilərsən! - deyə Nurəddin ikinci otağı göstərdi: -İndi isə getdik bizə. Yoldaşım nahar hazırlayıb.

-Əziyyət olar!

-Sən nə danışırsan? Camaat nə deyər? Sən mənim qonağımsan.

-Nurəddin müəllim, bu gün üçün mən razı və bəs sonrası günlər.

-Bizim məktəb internatdır. Oranın aşbazı yeməyini hazırlayacaq. Onsuz da bütün günü məktəbdəyik. Özün görəcəksən.

***

Nahardan sonra məktəbə qalxdılar. Dəyanət balkona çıxanda ayağı altında açılan boşluqdan səksənib geri çəkildi. Ona baxan müəllim yoldaşları gülüşdülər:

-Gözləri öyənməyib.

Ancaq yenə də geri qayıtdı. Aşağıdan duman qaynayıb dağlara qalxırdı. Adama elə gəlirdi ki, bu kənd dumanların üstündə tikilib. 

-Mən hələ bu gözəllikdə mənzərə görməmişəm. Bilsəydim, fotoaparatı götürərdim. Çamadanda qaldı.

-Ürəyini sıxma, belə mənzərələri hər gün görəcəksən. Hələ bu harasıdır. - deyə Nurəddinin fəxrlə qeyd etdi.

Məktəbin kollektivin hamısı kənd adamları idi. Təkcə Dəyanət burda gəlmə idi.

Dağ əhlinin qonaqpərvərliyi isə o saat gözünə dəyirdi.

Axşama qədər onlar məktəbdə qaldılar. Dağlarda qaranlıq birdən düşür.

Məktəbin qapısından küçəyə çıxan Dəyanətin gözləri göydəki ulduzlara sataşdı. Ona elə gəldi ki, əlini uzatsa ulduzlara dəyər.

-Burda yaşayanlar ulduzlara daha yaxındırlar! - deyə onu yola salan Nurəddin deyəsən onun nə düşündüyünü başa düşmüşdü.

-Maraqladır! Həm də parlaqdırlar.

Evə çatdılar. Nurəddin müəllimlə otağa daxil oldular. Gurultuya yanan peçin istisi soyuq havadan gəlmişlərin üzünə vurdu:

-Bunu kim yandırıb! - deyə Dəyanət soruşdu.

-Mən uşaqları göndərmişdim!

-Çox sağ olun!

-Gecə otağın soyuq olmasın deyə, gərək durub peçə hərdən odun atasan! Bir də peçin qapısını açıq qoysan ki, odun asta-asta yansın. Bacararsan?

-Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu!

-Onda arxayın gedə bilərəm. Hə, lap yadımdan çıxdı. Səhər saat 7-dən durub, məktəbin yeməkxanasına gələ bilərsən. Səhər yeməyini orda yeyəcəksən.

-Oldu!

Nurəddin müəllim çıxıb getdi. Otağa sükut çökdü. Elə bil o, dünyadan təcrid olunmuş, sakit bir guşəyə düşmüşdü. Buna baxmayaraq, qulaqlara dərədən axan Dəmiraparan çayının şırıltısı çatırdı.

Soyunub çarpayıya atıldı. Yorğanı başına çəkdi. Hiss etdi ki, nəfəsi yatağını qızdırır.

Soyuq çarpayı gözünün yuxusunu qaçırtdı. Əlini uzadıb işığı yandırdı və pəncərəyə qoyduğu kitablardan birini götürdü. Daha üşümürdü. Peçin istisi çarpayısını da qızdırırdı.

Kitabı açıb oxumağa başladı. Ancaq isti hava onu məst etmişdi. Gözləri yumulurdu. Durub peçin ağzını açdı, bir-neçə dənə içinə odun atdı. Yenidən yerinə girdi. Tezliklə onu yuxu apardı.

 Səhərə yaxın  kəndin sakitliyini pozan bir atışma düşdü. Dəyanət yerindən dik atıldı, şalvarını əyninə çəkib tüfəngi götürdü. Qapını ağzına çıxdı. Atışma kəsilmişdi, ancaq yuxarıdan aşağı gurultu salaraq, nəsə düşürdü. Evin sağından diametri metrə yarım olan qar topu keçdi.

- Qorxdun?- arxadan Nurəddinin səsi eşidildi.

- Nurədin müəllim, bu nədir?

-Yuxarıda uşaqlar bir-neçə donuz vurublar. Aşağı gillədirlər.  Sabahdan kefdəyik. Ov başlandı. Hazırlaş, zoğal arağı vurmağa.

***

            Dərslər Lazada bir növbəli idi. Saat birdə dərs qurtaran kimi məktəbin çayxanasında oturub, söhbət edirdilər. Müəllimlərin hamısı ovçu olduqlarından bütün günü ovda baş vermən əhvalatlardan danışırdılar.

            -Məni haçan ova aparacaqsınız? - deyə Dəyanət  soruşurdu.

-İstədiyin vaxt, ancaq bir balaca dağ havasına "akkumlasiya" ol! - deyə Nurəddin cavab verdi.

 - Bir aydan yuxarıdır burdayam, bu bəs deyil?

- Dəyanət müəllim, sənin dağa çıxmaq üçün ayaqqabın yoxdur.

- Qutqaşenə zəng edərəm, göndərərlər.

- Sənin deyəsən yoldan xəbərin yodur.

- Yola nə olub?

- Yollar bağlandı. Rayona ancaq piyada getmək olar.

- İndi məni ova aparmayacaqsınız?

- Aparacağıq. Bir az səbirli ol. Sənin üçün ayaqqabı  tapan kimi.

- Necə ayaqabıdır ki, bu ayaqqabı?

- Özün gərəcəksən.

Həftənin axırında Nurəddin otağa bir cüt uzunboğaz ovçu ayaqqabısı gətirdi.

- Elə bilirdim, mənim üçün alpinist ayaqqabısı gətirəcəksən. Bununla ördək ovuna getmək olar.

-Elə deyil, çığırda bu ayaqqabılar misilsizdir. Sürüşmür. Hazırlaş, axşam çıxırıq. İki gün dağlarda olacağıq. Dözə bilərsən?

-Nurəddin müəllim, mən uşağa oxşayıram?

-Siz bakılılar uşaq kimi şeysiz! - deyə Nurəddin müəllim zarafat elədi. - Baxarıq!

***

  Qalxdığı ən yüksək dağ Basqalın Əmrəki dağı idi. Bir də uşaqlıqda oynadığı Dağ üstü parkın aşağısı. Əmrəkiyə Basqaldan dümbədüz yol vardı. Təkcə daşlar adamın ayağını əzirdi.

Lazanın qarşısındakı dağın ətəyində Dəyanətə aydın oldu ki, bu yol gördüyü yollardan deyil. Ona yoldaşlıq edən müəllimlərin yanında özünü sındırmasın deyə, sürətli addımlarla irəliləyirdi.

-Bakılı balası, sürətini azalt! Belə getsə təngənəfəs olarsan, bizi də bir təhər edərsən.

Axşam düşməyə başlayanda dəstə Lazanın qarşısında duran dağın üstünə çıxdı. Buradan aşağı baxmağa Dəyanətə icazə vermədilər.

-Başın hərlənər! - deyə Məhiyəddin müəllim irəli getməsini xahiş etdi.

-Daha gözlərim vərdiş edib! - deyə Dəyanət öz gücsüzlüyünü görsətmədi. Dağın kənarına gəldi və yuxarıdan aşağı Lazanı seyr etdi.

-Yenə də fotoaparat yaddan çıxdı. - deyə o, əlini əlinə vurdu. Bu cür mənzərəni çəkə bilmədim.

-Hələ buralara çox çıxacağıq! - deyə Nurəddin əlini onun çiyninə qoydu. - Tərpənmək vaxtıdır. Axşama cığırlara çatmalıyıq.

Qar irəliləməyə qoymurdu. Bu dağdan o biri dağ zirvəsinə aparan ensiz cığırlarla keçəndə, Dəyanətin az qalırdı başı hərlənsin.

-İrəli bax, Dəyanət! - deyə arxasına baxmadan Nurəddin müəllim qışqırırdı.  

"Cığır" sözünün mənasını anlasa da, onun həqiqi mənasını Bazardüzü ətəyinə çatanda başa düşdü. Bu heyvan sürülərinin sıldırım qayalar arası ilə gediş-gəliş yolları idi. Ovçular bu cığırların qarşısında pusqu qurar və sürünün gəlməsini gözləyərdilər.

Qaranlıq çökməyə başlamışdı ki, ovçular arxalarındakı veşmeşokları qarın üstünə atdılar. Şaxta hiss olunurdu. Ancaq Dəyanət isti geyindiyindən soyuğu elə bil duymurdu.

Dağın zirvəsində balaca qayaya söykənən çadır qurdular. Nurəddin Dəyanətin yanında qaldı. Qalan üç ovçu bir az onlardan uzaqlaşdı və əllərində odunla qayıtdılar.

- İndi ocaq qalayıb bir balaca dincələrik. Gecə cığıra çıxacağıq.

Çadırın qarşısındakı qarı ayaqları ilə təmizlədilər. Uzunboğaz çəkmələrin altından  dümağ qarın üzərinə keçmişdən qalmış ocağın qapqara kömür  qırıntıları göründü.

-Deyəsən, həmişə burda dayanırsınız? - deyə Dəyanət soruşdu.

-Hardan bildin?

-Ayağınızın altındakı kömür qırıntılarından.

-Yaman müşahidəçisən.

Ovçular gecələmək üçün elə məharətlə yer seçmişdilər ki, tonqalın  istisi ancaq qayaya vururdu. Qayanı qızdırırdı. Çadırın üstünə tökülən qar onu örtdükcə sanki içəriyə istilik gəlirdi.

 Ocağın üstünə qoyulmuş çaynik qaynadı. Məhiyyəddin çay dəmlədi və yenidən özünü çadıra verdi.

-İndi ləzgifasonu yüngülvarı yeyək, səhər erkən ovumuz baş tutsa dağ kəlinin iç-ciyərini yeyəcəyik. - deyə veşmeşokundan lavaş, pendir və kərə yağı çıxartdı, çadırın içində süfrə saldı və çıxıb çayniki içrə gətirdi.

Çadırın söykəndiyi qayanın  dibindəki qarı təmizlədi. Əlini daşın altına salıb bir neçə alüminium krujka çıxartdı. Ona maraqla baxan Dəyanəti görüb gülümsədi:

-Biz ova gələndə həmişə burada qalırıq. Burada bizə nə lazım olacaqsa hər şey var. Qayıdanda yerinə qoyuruq.

Məhiyyəddin krujkaları isti suda yaxaladı və çay tökdü. 

-Nuş olsun! - deyə yoldaşlarını içəri dəvət etdi.

Hər üçü qayaya söykənib gecənin keçməyini gözləyirdi.

- Səhərə yaxın hərəkətə keçəcəyik. Səninlə mən cığırın bir tərəfində Məhiyyəddingil o biri tərəfində duracağıq. Səhərə yaxın sürü hərəkətə keçəndə biz atmalıyıq. - deyə Nurəddin Dəyanəti başa salırdı.

-Çalış birincidən vur, dəymədi, ürkütdün batdıq. Heyvanlar bir anın içində yoxa çıxacaqlar.

Dəyanət xam olduğundan qərara gəldilər, onu aşağı cığırı həvalə etsinlər, çünki bu cığırla çox nadir hallarda hevan sürüsü keçirdi.

Məhiyyəddin ocağa odun saldı və keçib çadırda mürgüləməyə başladı. Dəyanətin isə gözünə yuxu getmirdi. Yoldaşların yatdığını görüb, ocağa odun salırdı.

Daha qar yağmırdı. Səmadakı ulduzların parıltısı düm ağ qara bürünmüş Bazar düzünü işıqlandırırdı.

-Nurəddin doğru deyir: Buralar insan ayağı dəyməyən yerlərdir! - deyə Dəyanət düşündü.

Bir-neçə saatdan sonra Nurəddin yerində eşələnib ayağa qalxdı. Sanki qalanları da bir əsgər kimi komandirinin durmasını gözləyirdi.  Onunla yanbayan yatanlar ayağa qalxdılar.

- Hazırsan? - deyə Nurəddin üzünü Dəyanətə tutdu.

- Səhərdən bunu gözləmirəm? - deyə o, suala sualla cavab verdi.

- Siz aşağıya enin, biz yuxarı qalxaq. Əgər rastınıza gəlsələr ürküb yuxarı qalxacaqlar. Burada isə cığır ensizləşir, asanlıqla vura bilərik.

Nurəddinin sözündən belə çıxdı ki, əsas pusquda onlar duracaqlar. Ovçular Dəyanətin xam olmasına belə işarə vurmadılar.

-Bakılı balası, indi möhkəm dur! - deyə Nurəddin onu arxasınca apardı.

Sıldırım qayanın üstü ilə qarşıdakı dağa keçdilər.

- Aşağı baxma! Ancaq mənim kürəyimə! - deyə Nurəddin  dar cığırla Dəyanəti qarşıdakı dağın ətəyinə keçirtdi.

Nurəddin ayağı ilə qarı təmizlədi. Qardan düzəltdiyi sədə uzandı və Dəyanətdə bir on-onbeş metr aralıda belə etməyi tapşırdı. Haradansa ağ prostınya çıxarıb Dəyanətə verdi ki, pusquda  durarkən üstünə atsın.

Dəyanət Nurəddin dediklərini etdi və yerə uzanıb pusquda durdu. Şaxtalı hava Dəyanətin qulaqlarını didirdi. Papağının qulaqlarını açdı və ipini boğazından bağladı. İndi daha onu heç nə narahat etmirdi.

Ətrafda qeyri-adi sakitlik vardı. Hərdən birdən Nurəddin sakit fit çalırdı  ki, ayıq olsun.

            Birdən bu sakitliyi pozan gurultu səsləri eşidildi. Elə bil at ilxısının ayaq səsləri idi. Səslər düz Dəyanət  tərəfə yaxınlaşırdı.

O, «Vinçestri» çəkdi. İçinə Nurəddinin verdiyi "donuz" güllələrini doldurmuşdu. Uzaqdan qarı toz kimi qaldıraraq ona tərəf sürü qaçırdı. On metrə qədər aralarında məsafə olardı ki, Dəyanət nişan aldı və atəş atdı.

Düz qarşısında uzun buynuzlu bir kəl yerə dəydi. Arxadan Nurəddinin özünü ona yetirdi:

-Sən neylədin? Başçını vurdun.

-Gördüm gəlir, atdım.

-Biz başçını heç vaxt vurmuruq. Bu vaxt aparır. Sürüyə yaxınlaşmaq olmur.

-Niyə?

-Hamısı onun əhatəsinə yığışıb, canı çıxana qədər ətrafında fırlanacaqlar və heç yana qaçmayacaqlar.

-Bəs niyə qalanların vurmuruq?

-Fərz elə ki, vurdun. Necə aparacaqsan?

Onlar durduqları yerdən uzaqlaşıb, sığınacaqlarına qayıtdılar. Tezliklə Məhiyyəddin də yoldaşlarıla qayıtdı.

-Bakılı balası deyəsən başçını vurub! - deyə Məhiyyəddin güldü. 

 Aşağıda bütün sürü qarın üstünə sərilmiş başçının ətrafına yığışmışdılar. Elə bil onun qalxmasını gözləyirdilər. Hərdən biri ona yaxınlaşıb dili ilə  belini yalayır və qalanlara qoşulurdu.

Hava açıldıqca qarın üstünə tökülmüş qan görünməyə başlayırdı. Sürü isə başçıdan uzaqlaşmırdı.

- Düşüb qovlayaq! - deyə Dəyanət təklif etdi.

- Sən nə danışırsan? Dəli olmusan?! Onlara yanaşmaq olar? Didərlər bizi. - deyə Nurəddin cavab verdi.

-Bir yarım saata hamısı qaçışıb gedəcək. Düz alnından vurmusan! - deyə Məhiyyəddin əlini Dəyanətin kürəyinə vurdu.

-Bir iki yüz kilo olar. Sümükdən ayırsaq, adambaşına bir otuz kilo yükümüz olacaq. - deyə o birisi ovçu fikrini bildirdi.

Kəl sürüsü bir-bir  başçısını dilləri ilə  yalayaraq onun  sanki keçindiyinə inanmaq istəyirdilər. Birdən aralarında biri nərə çəkdi və bircə anın içində sürü ətrafa səpələndi.

-İndi onları bir yerə yığan başçı tapılmayınca hərə ayrılıqda başını girləyəcək. - deyə Nurəddin dilləndi

-Bu çox çəkər? - deyə Dəyanət soruşdu.

-Bir həftə çəkir. İndi isə aşağı düşək heyvanın dərisini soyaq.

Güllə kəlin düz alnından dəymişdi. Sümüyü keçib beynini dağıtmışdı.

-Nə gözəl buynuzu var? - deyə Dəyanət üzünü kəlin dərisini soyan Məhiyyəddinə tutdu.

-Məhiyyəddin, mümkünsə kəlləsini mənim üçün  saxlayın. Aparacağam Bakıya. Göstərməsəm, heç kim inanmaz ki, mən kəl vurmuşam.

-Heç kənd camaatı da inanmaz. Birinci dəfə ova gedəsən, belə uğurla qayıdasan!

Məhiyyəddin kəli soydu, sonra əti sümükdən ayırdı. Əti çadıra daşıdılar. Kəlləni də çadıra gətirdilər.

Vurulmuş kəlin iç-ciyərindən qovurma bişirdilər.  Zoğal arağıını vurub yedikdən sonra, günəşin dağların üstünə qalxmasını gözlədilər.

Günəş dağlara qalxan kimi aşağı enməyə başladılar.

Kəndə enib, məktəbə gəldilər, çiyinlərindəki əti aşpazın qabağına qoydular.

-Ev-ev bölüşdür! - deyə Nurəddin göstəriş verdi.

Özü isə kəlin kəlləsini Dəyanətə evinə aparmağa kömək etdi.

Nurəddin kəlin kəlləsini həyətin qarşısındakı çəpərdən asdı:

-Qoy bütün kənd bilsin ki, sən də ovçu tayfasına qoşulmusan və kəndə fayda vermisən. Kəndimizin adəti belədir: ovçu vurduğunu ata malı kimi bölməlidir.

-Nurəddin müəllim, mən istəyirəm kəlləni Bakıya aparım.

-Bir az gözlə, qurusun. Məhiyyəddin onun içini samanla doldursun. Ömürlük olar.

 

VAQİFİN "ZIPISI"

 

Qutqaşenə dekabrın əvvəlində dönən Dəyanət ilk növbədə maarif müdirliyinə dəydi. Firəngiz xanım onu gülər üzlə salamladı.

- Necə keçdi? Xoşuna gəldi?

-İmkanım olsaydı orada qalıb, yaşayardım. Bu mehribanlığında insanlar və kənd görməmişəm.

- Səni ora kim qoyar? Dədən on dəfə mənə zəng eləyib ki, oğlumu ora niyə göndərmisən? Ancaq məndən çox razıdır ki, səni sərbəst yaşamağı öyrədirəm.

- Mən doğru deyirəm. Bu diyar çox gözəl diyardır.

- Elədir, ancaq sənə buralarda yaşamaq çətin olar.

- İstəsəm də, istəməsəm də iki il təyinatım qurtarana qədər sizin qonağınızam.

- Elədir bala! Ancaq evə tez-tez zəng et!

- Söz verirəm.

- Sən müəllimlik edə-edə rayonun rus dili üzrə metodisti təyin etmişəm. Həm rayonu gəzərsən, həm də bütün məktəbləri görəsən. Razısan?

- Siz bilən məsləhətdir.

***

 Günorta mənzil qonşuları Oktay və Yaşarla görüşdü. Onlar bu il təyinatla rayona gəlmişdilər. Oktay Kirovabad pedaqoji institutu, Yaşar isə Bakı idman institutunu qurtarmışdı. Birincisi kimya, ikincisi idmandan dərs deyirdi.

Yaşar üstəlik güləş üzrə tələbə-gənclər arasında respublika çempionu olmuşdu. Əvvəl gündən həm yoldaş, həm də sirdaş olmuşdulər. Məktəbdə deyirdilər ki, bu gəlmələr heç kimə qarışmır,  özlərindən başqa heç kimə qoşmurlar. Əslində isə belə deyildi.

Nahardan sonra Yaşar dərsə getdi, Oktay isə onunla qaldı.

- Dəyanət dəllək Vaqifi tanıyırsan da? - deyə Oktay soruşdu.

- Necə bəyəm?

- «Zıp»ısını satır. Gəl alaq!

- Bakıda mənim, Kirovabadda sənin maşının var. Nəyimizə lazımdır.

- Burda gəzməyə. Bir də Yaşarın maşını yoxdur. Maşını olarsa, mən də o birisi məktəblərdə dərs götürərəm.

- Gəl, Vaqifin dəlləkxanasına gedək, başımı tük basıb! - deyə Dəyanət təklif etdi.

Vaqif qonşuluqdakı dəlləkxanada işlədirdi. Hər ikisi dəlləkxanaya getdilər. Əvvəl Dəyanət başını qırxdırdı.

- Vaqif eşitmişik "Zıpını" satmaq istəyirsən? - deyə Dəyanət soruşdu.

- Hə, istəyirəm. "Jiquli" növbəm çatıb. Adımda «Zıpı» olduğundan, mənə maşın vermirlər. Deyirlər, qanun var bir adamın adına iki maşın ola bilməz.  Alansa yoxdur. Hamı növbədədir. Kim «Zıpı» alar?

- Sat bizə!

- Sən zarafat edirsən?

- Yekə kişisən! De neçəyə?

- Dörd yüz manata!

- Aldıq!

Dəyanət əlini cibinə saldı. İki yüz manat çıxartdı. Vaqifə uzatdı. sabah qalanın alarsan!

- Niyə sabah?- deyə Oktay Dəyanətə bir yüzlük uzatdı. Sonra üzünü Dəyanətə tutdu: - Bir yüzlük də ver!

Dəyanət Vaqifə bir yüzlük uzatdı.

- Sabah maşını keçirərsən Yaşarın adına! - deyə Dəyanət Vaqifə göstəriş verdi. - Maşının necə xoda düşür?

- Maşın deyil he, ceyrandır.

- Onda getdik onu yumağa.

- Yaxşı, Dəyanət. Ancaq bu gün mənə qonaqsız! - deyə Vaqif razılaşmadı. Əynindən xalatını çıxartdı və onlarla küçəyə çıxdı.

Alış-veriş etmiş dostlar özlərini dəlləkxananın yanındakı pavilyona verdilər. Vaqifin hesabına bir yüz manat xərclədilər də.

- Vaqif, bədxərclik etdin! Təzə maşına pulun çatmaz.

- Ürəyini sıxma, nə qədər ki, saç-tük var mən puksuz qalan deyiləm.

Pavilyondan çıxıb "Zıpıya" oturdular. Vaqif maşını sürüb internatın həyətinə, onların evinin qabağında saxladı. Qapını bağlayıb, açarları Yaşara uzatdı:

- Sağlıqla işlədəsən! - dedi və yelənə-yelənə piyada evlərinə tərəf üz tutdu.

 Səhər tezdən idman edən Yaşar "Zıpı"nı əməli-başlı süzəndən sonra mühərriki işə saldı. Hələ səhər yuxusundan oyanmamış Qutqaşeni dairə vurdu, geri döndü. Otağa girib  Oktayı durquzdu:

- Maşın alanda baxarlar da nə alıbsan! - deyə onu yatağında silkələdi.

- Nə olub ey? - deyə dostu tənbəl-tənbəl yerindən qalxdı.

- Dörd təkəri var hamısı bir-birindən balaca. Maşının dalı bir tərəfə çəkir, qabağı bir tərəfə.

- Matoru necə çəkir?

- Şir kimi.

- Daha nə istəyirsən? Qoy yataq da! - deyə yorğanı başına çəkdi.

 

YETİM OĞLANAM NƏ ATAM VAR NƏ ANAM

 

Qış tətilindən bir-neçə gün Dəyanət gec qayıtdı. Bakıda görəcəyi işlər vardı. Oxuduğu institutda konkursu keçib, Leninqrad universitetinə göndəriş almışdı. Yayda LDU məqsədli aspiranturasına qəbul imtahanları verəcəkdi.

- Xəbərin var, Oktay aşiq olub! - deyə Yaşar dostu ilə görüşən kimi xəbər verdi.

- Oktay təbrik edirəm. Əvvəl axır bununla qurtarmalı idi. Poçtdakı qızdır əlbət? - deyə Dəyanət soruşdu.

- Sən haradan bildin? Sən ki, burda deyildin - deyə Yaşar soruşdu.

- Eh Yaşar! Lazada ovçular deyirdilər ki, tülkü dadandığı yerdən, toyuq aparar! Oktay hara dadanmışdı? - poçta. Poçtda kim işləyirdi? Bir qoca arvad, bir qəşəng qız. Hansını seçməli idi? Əlbəttə ki, qızı.

- Sən dəhşət ağıllısan! - deyə Yaşar əlini onun kürəyinə vurdu.

- Dəyanətin gəlişini yumaq lazımdır. Sonra keçərik mətləbə. -deyə Oktay təklif etdi.

- Nə mətləbə? - deyə Dəyanət təəccüblə soruşdu.

- Oktay təkcə aşiq olmayıb, o, hələ evlənmək də istəyir.

- Lələ, səni təbrik edirəm! - deyə Dəyanət Oktayın əlini sıxdı. Ancaq dostunun üzü gülmədi.

- Dəyanət, mənim üçün elçiliyə getməli olacaqsız! - deyə Oktay onlara müraciət etdi.

Bu təklifi Dəyanət birinci dəfə eşidirdi. Bir tərəfdən bu onu sevindirirdi ki, dostları ona böyük bir adam kimi baxırlar, digər tərəfdən, çox məsuliyyətli iş idi.

- Oktay,  bunu sənin valideynlərin entməlidirlər. - deyə Dəyanət öz fikrini bildirdi.

-Mən də sən deyəni deyirəm! - deyə Yaşar ona qoşuldu.

-Siz dəli olmusuz! Anam bilsə Qutqaşendən qız alıram, şalvarımı çıxardar. - deyə Oktay hirsləndi.

-Məgər Qutqaşendən qız almaq günahdır? - deyə Dəyanət təəcübləndi.

-Yox, Dəyanət! Mama istəyir ki, «padruqasının» qızını alsın. Mən isə Aybənizi istəyirəm.

Aybəniz yuxarı məktəbin  komendantı Tacəddinin qızı idi.

-Nə deyirsən, Yaşar?

-Mən hazır.

-Gəl, onda Mahmud müəllimlə məsləhətləşək.

Mahmud müəllim Oktayala Yaşarın işlədiyi  internatın direktoru idi.

-Mahmud müəllim də mən deyəni deyəcək: qoy Oktayın atası-anası gəlsin, gedək-deyə Yaşar öz fikrini bildirdi.

-Deyərəm ki, nə atam var, nə anam. Yetim oğlanam! - deyə Oktay ayağa qalxdı.

-Getdik direktorun yanına.

***

Mahmud müəllim onları gülər üzlə qarşıladı. Eşidəndə ki, onu elçi kimi aparmağa gəliblər, ilk sözü bu oldu:

-Oktay bala, səni təbrik edirəm! Ancaq bu işdə gərək atan, anan qabağa düşsün.

-Oktayın nə atası var, nə anası. Sizi ağsaqqal bilmişik! - deyə Yaşar izah etdi.

-Bu başqa məsələ. Bəs qızı alıb, harada saxlayacaqsan? - deyə üzünü Oktaya tutdu.

-Dəyanət Yaşarın yanına yataqxanaya köçəcək. İki otaqlı evi mənə verəcək.

-Ağıllı fikirdir. Sənin gözəl dostların var. Gedin, hazırlaşın mən zəng edərəm Tacəddinə ki, axşam onun qonağıyıq.

***

Axşam Mahmud müəllim öz maşınında onların dalınca gəldi. Oktayı aparmadılar. Burada bu ayıb sayılırdı.

Tacəddingil İnternatdan çox da uzaqda yaşamırdılar. Onların evi bir küçə yuxarıda idi.  

 Elçilər Tacəddin müəllimi qapının ağzında durduğunu gördülər. Ortaboy, 50-55 yaşı olardı. Boyu çox da hündür deyildi. Yanaqları qıp qırmızı idi.

-Oktayın bəxti gətirəcək. Məsələsi müsbət həll olacaq, qayınatası yolumuzu gözləyir.

-O, bizim yolumuzu yox, naxırdan qayıdan heyvanlarını gözləyir. - deyə Dəyanət güldü.

Tacəddin maşından düşənləri salamladı və evə dəvət etdi. Həyət girən kimi kiçik oğlunu  harayladı:

-Vəliədin, düş aşağı heyvanları qarşıla! - dedi və qonaqları yuxarı otağa dəvət etdi.

Elçilər keçib stolun arxasında oturdular. Evin xanımı podnosda çay gətirdi.

-Mahmud müəllim! Mənə zəng edib, demişdin ki, səninlə işim var. Mən hazır. - deyə Tacəddin  ona müraciət etdi.

-Vallah, özüm də bilmirəm nədən başlayım. Mən bura cavan müəllimlərim gətirib. Onların sənə işi düşüb...

Hiss olunurdu ki, Mahmud müəllim Tacəddindən çəkinir. Daha doğrusu, elə bil çaşıb qalmışdı.

-Dəyanət, bala, sözünü de! - deyə üzünü ona tərəf tutdu. Yaşar da başı ilə danışmasına işarə etdi.

Hamının ona baxdığını görüb, Dəyanət qarşısına qoyulmuş armudu  stəkanı götürdü, bir-neçə qurtum çay içdi, astaca əlindəkini nəlbəkiyə qoydu.

-Tacəddin müəllim, siz də zər var, biz zərgər!- dedi və dayandı. Bu sözlər haradan onun ağlına gəldiyini düşündü.

Deyəsən Dəyanətin nə dediyini Tacəddin başa düşmədi:

-Dəyanət müəllim, biz kəndçi babayıq, aydın danışın!

Dəyanət bir daha onunla gələnlərə baxdı. Hər ikisi başı ilə danış işarəsi verdi.

-Bizim dostumuz Oktay müəllim, çox ağıllı oğlandır. Parlaq gələcəyi var. Bizdən xahiş edib ki, Sizə elçilini edək

-Bəs onun valideynləri hanı?

-Tacəddin, yetim oğlandır, nə atası var, nə anası - deyə Mahmud müəllim əlavə etdi.

Tacəddin fikrə daldı. Nə deyəcəyini bilmirdi. Dəyanət isə çayını axıra qədər içdi.

-Elçiyə zaval yoxdur! Ancaq mənim cavabım xoşunuza gəlməyəcək.

-Biz yaxşı cavab gözləyirik. Qızınız da onu istəyir! - deyə Yaşar əlavə etdi.

-Mənim üçün fərqi yoxdur. Qərarım isə budur: itə verərəm, qurda verərəm, müəllimə vermərəm.

Bu sözlər Dəyanəti yaman tutdu. Yerindən dik atıldı:

-Tacəddin, danışığını bil. Biz də müəllimik!

-Dəyanət müəllim, inanmıram ki, sən ömrünün axırına qədər müəllim işləyəcəksən. Təyinat müddətin qurtaran kimi, Bakıya qayıdıb, bir kabinetdə oturacaqsan. Fikrim  isə qətidir. Mənim ona veriləsi qızım yoxdur.

Bu sözdən sonra hamı ayağa qalxdı.

-Hara gedirsiniz? Bəs yemək?

-Sənin bu sözlərin bizim iştahamızı öldürdü! - deyə Mahmud müəllim qabağa düşdü.

-Sən qudurğanlığa bax! Müəllim bunun xoşuna gəlmir. -deyə Yaşar maşına oturdu.

-İndi Oktaya nə deyəcəyik? - deyə Mahmud müəllim soruşdu.

-Tacəddinin dediyini. -deyə Dəyanət cavab verdi: - O mənim boynuma.

****

Oktay rədd cavabını mərdliklə qarşıladı. Mahmud müəllimlə vidalaşandan sonra elə bil heç nə olmamışdı. Hamıyla zarafat etməyə başladı.

-Onun hələ minnəti olsun ki, məni kimi oğlan onun qızını alır.- deyə güldü.

-Bəs qıza nə deyəcəksən? Axı sən onu sevirsən!? - deyə Yaşar hirsindən əlini stola vurdu. Hələ maşında Yaşar hirsindən parlayırdı:

- Mahmud müəllim, bu nə sözdür o deyirdi - itə verərəm, qurda verərəm, müəllimə vermərəm!"- deyə ondan soruşurdu. İndi isə acığını Oktayın üstünə tökürdü.

Yaşar çox ağır oğlan idi. Zarafatdan zəhləsi gedirdi. Oktay ağın çıxardan kimi cumurdu üstünə. Bu səfər də belə olacaqdı.

-Dayan, Yaşar! O, ağlını itirib. Danışığını bilmir. - deyə Dəyanət Yaşarı saxladı.

-Görmürsən! Biz onun üçün hər axmağa ağız açırıq, bu isə  zarafat eləyir.

-Oktay, nə etmək fikrin var? De, biz də sakitləşək. Hələlik isə dilxoruq.

Oktay heç fikrə getmədi:

-Əlimdən nə gəlir? Mamaya zəng edib hər şeyi danışacağam. Qoy, onlar özləri elçiliyə gəlsinlər! Arşınmalçı Əsgərə  vermirlərsə, Əsgər bəyə verərlər!

-Ay qırışmal, onda bizi niyə elçiliyə göndərdin? - deyə Yaşar özünü saxlaya bilmədi.

-Mən istəyirdim özümə görə versinlər! Atama anama görə handa bir kişinin qızını verərlər.

-Sizin işlərinizdən daha yorulmuşam! - deyə Dəyanət otaqdan çıxdı.

Mənzilinə daxil olub divana atıldı. Yarımçıq qalmış kitabı stoldan götürdü. Kitabın arasından Arzu ilə Bakıda çəkildiyi şəkil düşdü. Yerdən qaldırdı və cırıq-cırıq eləyib, zibil vedrəsinə atdı.

O birisi mənzildə isə iki dostun mübahisəsi davam edirdi.

-Dəyanəti gördün, Yaşar? Arzuya niyə  evlənmədi?

-Onun işindən heç kim baş çıxara bilməz.

-Mən isə çıxarıram. Dəyanət qayınata şotuna adam olmaq istəmədi. Əsl kişi özünə görə kişi olar!

***

Sabahı günü yenə də düşərli olmadı. Bu səfər Yaşarla bazarlıq edib otağa girəndə daha Oktay özündə deyildi. Elə bil dəvəsi ölmüş ərəb idi.

-Yenə nə olub Oktay?- deyə Dəyanət dodaqaltı onları salamlayan Oktaydan soruşdu.

-Poçta getmişdim. Aybənizi atası gəlib işdən çıxardıb. - deyə Oktay könülsüz donquldandı.-Qız evdə məni istədiyini deyib.

-Nə olsun ki, çıxardıb. Onsuz da səninkilər elçiliyə gələcək.- deyə Dəyanət onu sakitləşdirməyə çalışdı.

-Onu sənə kim dedi?

-Sən özün!

-Eh Dəyanət! Mən deyən kimi olsaydı, nə dərdim. Anama zəng edib, deyəndə ki, buradan evlənmək istəyirəm, arvadı elə bil ilan çaldı. Qışqırığı indiyə qədər qulağımdadır...

-Deməli, səninkilər əleyhinədir. Nə edəcəksən? -  deyə Yaşarı maraq götürdü.

-Heç özüm də bilmirəm. Aybənizi qaçırdacağam.

-Qız buna razılığın verəcək mi?

-Necə yəni verməyəcək? Bəs məhəbbət?

-Məhəbbət başqa şeydir, atanın-ananın sözündən çıxmaq başqa şey. Hər adamın işi deyil!

-Aybəniz mən deyəni edəcək!

-Təki sən deyən olsun!

***

Gecə yarısı Oktay geyinib küçəyə çıxdı. Tacəddingil tərəfə üz tutdu.

Onların evi İnternatla paralel olan küçənin yüz əlli – iki yüz  metrliyində idi. İri addımlarla o tərəfə irəlilədi. İtləri qovlamaq üçün əlində götürdüyü  çomağı fırlada-fırlada fit də çalırdı. Getdiyi yerə çatar-çatmazda birdən qarşısını zırpı bir it kəsdi.

İtin başı iki insanbaşı boyda olardı, boyu bir metrdən çox idi. Bazardüzünün cins çoban itiydi.

İt onu elə yerdə haqlamışdı ki, Oktayın az qaldı dili tutulsun. O, ömründə bu böyüklükdə, daha doğrusu, nəhəngliyində it görməmişdi.

Oktay itdən qorxan deyildi. Qarşısında durub itin düz gözünün içinə baxırdı. Al qaranlıqda itin parıldayan gözləri hikkəsindən  qanla dolub qızarırdı.

İtlərə yaxşı bələd olan Oktay anladı ki, vəziyyəti çox ciddidir. Bir-neçə dəfə itin burnu qarşısında çomağı hərlədi ki, it geri çəkilsin. Ancaq əksinə burunun ucuna çomağın yaxınlaşdığını duyan it, birdən dişləri ilə çomağı tutdu və özü tərəfə dartdı.

Oktay da elə bunu gözləyirdi. Çomağı əlindən buraxıb İnternat tərəfə götürüldü. Otağa girəndə Yaşar oyandı. Gözlərini açıb dostu tərəf baxdı, əynindəki şalvar və kostyum cırıq-cırıq idi.

-Oktay, bu nə kökdür?

-Heç nə, yatdıq! - dedi, əynindəkiləri soyunub yerə atdı və çarpayısına girdi.

Səhər Yaşar yuxudan oyananda Oktayın dünənki paltarlarını görmədi.


TACƏDDİNİN İTİ

 

Bu hadisədən üç gün keçmişdi. Dərslərdən sonra Oktay otağa qayıtmadı. İnternatın həyətində də onu görənlər olmadı. Axşam da gözə dəymədi. Qaranlıq çoxdan düşmüşdü. Dostlar narahatlıq keçirməyə başladılar.

-Bu harada qaldı?- deyə Yaşar soruşdu: - Başına iş gələ bilər. Ərköyün uşaqdır.

Qutqaşeni ələk-vələk eləyib geri döndülər. Yuxarı sinfin uşaqlarından biri dedi ki, Oktay müəllim idman zalındadır.

-Orada nə edir? - deyə Dəyanət təəccüblə soruşdu, çünki Oktay  idman zalına ayaq belə basmırdı.

-Allah bilir! - deyə Yaşar Dəyanətlə idman zalına üz tutdular.

Bu səhnəni gərək öz gözünlə görəsən. Oktay uzunluğu üç, eni iki metr olan idman döşəklərinin birinin içindəki pambığı hirslə yerə tökürdü. Üstü, başı, saçları pambığın içindəydi. Yanında beş-on metr uzunluğunda qalın kəndir vardı:

-Dəyanət, bu qızın dərdindən dəli olub! - deyə Yaşar üzünü  dostuna tutdu.

-Özümüzü sakit aparaq, yoxsa əlindən xəta çıxar!

-Mən də belə düşünürəm

Hər ikisi keçib düz onunla üzbəüz dayandılar. Onları Oktaydan yerə tökülmüş pambıq və döşək ayırırdı. Oktay isə elə bil həç nə görmürdü, başını  döşəyin içinə soxub pambıq çıxardırdı.

-Deyəsən, dəli olmusan! - deyə Dəyanət keçib döşəkdən başını çıxardan Oktayın əlini tutdu.

-Məne olma! Mən bu gün Aybənizi qaçırtmasam, kişi deyiləm! - deyə Oktay yenidən əlini döşəyin içinə soxdu.

-Yaxşı bunu bildik. Bəs döşəyin nə günahı var?

-Mənə lazım olacaq!

-Qızı onun içinə söxacaq - deyə Yaşar güldü.

-Qızı niyə? Ağlını itirmisən? - deyə Oktay Yaşarın üstünə düşdü.

-Bəs bu döşək nəyinə lazımdır? Bilmirsən, sabah mən ona görə cavabdehəm? - deyə Yaşar səsini qaldırdı.

-Bağışla, Yaşka! Səndən icazə almağa vaxt tapmamışam!

-Deyəsən, ağlı özünə gəlir. - deyə Yaşar Dəyanət tərəfə boylandı.

-De, görüm idman döşəyini niyə bu günə salmısan? - deyə Yaşar yenə də səsini ucaltdı.

-Tacəddinin itini oğurlayıb, həyətə girmək üçün. İndi evə qayıdaq, acından ölürəm. Planı yuxarıda müzakirə edərik.

Dostlar Dəyanətin mənzilinə qalxdılar. İçəri girən kimi Oktay soyuducunun üstünə cumdu. Servilatı götürüb kəsmədən dişinə çəkdi.

-Bakının yeməyindən olmaz da! - dedi və ona təəccüblə baxan dostlarına üzünə güldü.

-Şübhəsiz, bunun ağlı başına gəlib! İştahasına da söz ola bilməz! - deyə Dəyanət üzünü Yaşara tutdu.

- Aşiq olmuşa da oxşamır. Aşiq olan nə yeyər, nə içər. Bu isə, Maaşallah, qarınpadır.

-Mən demişəm: Aybənizi qaçırtmasam, kişi deyiləm. Plan da hazırlamışam. - deyə Oktay ağzındakı kolbasanı  çeynəyə-çeynəyə izah etməyə başladı.

-İdman döşəyinin içinə soxub qaçırdacaq! - deyə Yaşar başını yellədi.

-Bəsdir də Yaşar! Sən həmişə mənim əksiməsən.

-Özünü ağıllı apar, əksinə olmayaq! - deyə Yaşar Dəyanət tərəfə baxdı.

-Uşaqlar, görürəm mənə inanmırsız?

-Niyə ki, inanırıq! Ancaq əvvəl kolbasanı ye!

Oktay mətbəxə qayıtdı. İndi əlində təndir çörəyi vardı. Qarşısına qoyub ya çörəkdən dişdəm götürürdü, ya da servilatdan.

-Qoy qarnı doysun! Ağlı başına gələr. - deyə Yaşar televizorun düyməsini basdı.

 Oktayın başı, doğurdan da, yeməyə qarışmışdı. Dəyanət qəlbində sevinirdi ki, dostu özünü itirməyib, məğlubiyyəti ilə razılaşmaq istəmir.

   -Oktay, nə etmək fikrin var? - deyə Dəyanət yeməkdən doymuş dostundan soruşdu.

-Maraqlı adamlarsınız? Dedim də: qaçırdacağam. Aybənizin podruqası ilə ona məktub da göndərmişdim. O, razıdır. Göndərdiyi məktubda belə yazıb. - deyə cibindən məktubu çıxartdı, Dəyanətə uzatdı.

Dəyanət məktubu oxumadı, özünə qaytardı:

-Özgənin məktubunu oxumazlar.

Oktay iki əli ilə başını tutub, stolun arxasında nə isə düşünürdü.

-Yaxşı qaçırırsan - qaçır! Ancaq necə? Necə? Tacəddinin həyətinə yaxın dura bilərsən? Bütün məhəllə dağdan gətirdiyi itin qorxusundan saat on ikidən sonra küçəyə çıxa bilmir. - deyə Yaşar öz fikrini bildirdi.

-İti oğurlayıb həyətə girəcəyəm, qızı çıxardacağam. Elə döşəyi də onun üçün boşaldırdım. Uşaqlar mənə kömək etsəniz - qız mənimdir! - deyə Oktay xahiş etdi.

-Sənin ağlın çaşıb: mən itdən qorxduğum kimi heç nədən qorxmuram! - deyə Yaşar qətiyyətlə etirazını bildirdi.

-Dayan, tələsmə! Görək nə təklif edir. Tacəddinin ogünkü sözləri məni elə yandırıb, ölsəm də Oktaya kömək edəcəyəm.

 -Onda getdik. - deyə Oktay ayağa qalxdı. Dostlar məcbur olub aşağı endilər.

Gecənin qaranlığında dumana bürünmüş  həyətdəki “Zıpı” görünmürdü.

- Baxtından havada dumandır. Əsl qızqaçırtma vaxtıdır.-deyə Dəyanət gülümsədi.

 Həyətin ortasındakı "Zıpıya" oturdular, Oktay mühərriki işə saldı

-Sür də! Daha nəyi gözləyirsən! - deyə Dəyanət arxadan Oktayı itələdi.

Maşın palçıqlı küçə ilə üzü yuxarı qalxdıqca təkərlərin sürüşdüyü hiss olunurdu.

-Təyyarə təkərləridir, lısıdır[33]. Ona görə sürüşür! - deyə Oktay izah elədi

-Mən də deyirəm təkər almısınız?! - deyə Dəyanət iki gün bundan əvvəl Yaşarın təşəbbüsü ilə dörd dənə təkər almaq üçün pul yığmaqlarına işarə etdi: -Deyirəm də, ucuz şorbanın dadı olmaz!

-Sənə elə gəlir. Bunlar  ömürlük təkərlərdir. - deyə Yaşar öz fikrini bildirdi.

"Zıpı" Tacəddinin mülkünün hündür divarı qarşısında dayandı. Oktay maşını evin arxasına sürmüşdü, darvaza o biri tərəfdə qalmışdı. Divarın altından keçən arxın şırıltısı eşidilirdi. Arxın üstündə isə divara bitişən qoz ağacının budaqları divara dirənmişdi.

Oktay maşının içindən divarın altındakı arx keçən dəliyi göstərdi:

-Gecə yarı mən  bu dəliydən içəri girəcəyəm!

-Bəs içəridəki it! - deyə Dəyanət təəccüblə soruşdu.

-İti salacağam döşəkdən düzəltdiyim torbanın içinə!

-Necə?

-Gecə yarısı bura gələndə görərsən.

-Oktay, bəlkə başqa günə keçirək! - deyə Yaşar şəksiz aradan çıxmaq istəyirdi.

- Qıza söz vermişəm ki, bu gün dalınca gələcəyəm.

-Yaşka, gəl Oktayı yalançı etməyək. Mən səninləyəm Oktay!

-Siz ağlınızı itirmisiniz. - deyə Yaşar yenə də müqavimət göstərdi: - Qardaşları bilsə bizi doğrayarlar. Qızın yeddi qardaşı var.

-Sür evə, hazırlıq görək! - deyə Dəyanət söhbətə son qoydu. Ürəyində isə fikirləşdi ki, Yaşar deyinsə də, onlara qoşulacaq.

***

Gecə saat ikinin yarısı Dəyanət kiminsə onu silkələdiyni hiss etdi.

-Nə yatmısan?! Getmək lazımdır! Oktay aşağıda gözləyir. -deyə Yaşarın səsini eşitdi.

-Sən düş, mən də geyinib gəlirəm.

"Zıpı"nı Oktay axşam gəldikləri yerdə, divardan on-on beş metr aralı saxladı. Maşından endilər. Ətraf qaranlıq, tam sakitlik idi. Təkcə divarın o biri tərəfində  itin zingiltisi eşidilirdi.

-Gecələr Tacəddin iti açıq saxlayır, səhər isə təzədən yerinə bağlayır. - deyə Oktay sakit səslə izah etdi.

Baqajnikdən torbanı çıxartdı və sakitcə arxın üstündəki ağaca dırmandı. Torbaya bağladığı ipi budağın üstündən atıb, yerə endi. İpi Yaşara uzatdı.

-Möhkəm durun! İndi isə torbanın ağzını divardan çıxan arxın dəliyinə tutmaq lazımdır. - deyə Oktay planı  həyata keçirən sərkərdə kimi danışdı.

-Bu nəyinə lazımdır? - deyə təəcüblənən Dəyanət soruşdu.

-İti hirsləndirəcəyəm, dəlikdən çıxıb, torbanın içinə düşəcək. Onda ipi dartıb,  iti torba-qatışıq ağacdan sallayacağıq.

Oktay torbanı dəliyin ağzına yerləşdirib, geri qayıtdı. Yerdən bir neçə xırda çınqıl daşı götürüb, divarın üstündən həyətə atdı. İtin zingiltisi və hürüntüsü eşidildi. Bu səsi o qədər dəhşətli idi ki, Yaşar az qalmışdı, qoyub qaçsın.

Birdən onların əllərindəki ip dartındı. Nə isə  torbanın içinə düşmüşdü.

-Dartın nəyə baxırsınız! - deyə Oktayın səsi gəldi.

Yaşarla Dəyanət torbanın ipini dartdılar. Torbanın ağzı dartılıb bağlandı. Torbanı yerdən iki-üç metr hündürlüyə güclə qaldırdılar. Yaşar ipin ucunu ağaca bağladı. Oktay isə  yoxa çıxmışdı.

-Bu hara getdi? - deyə Yaşar soruşdu.

-Deyəsən, divarın dəliyindən içəri girdi.

-İndi nə edək?

-Nə edəcəyik, gözləyək.

Beş dəqiqə keçməmişdi ki, həmin dəlikdən Oktayla Aybəniz çıxdılar.

-Getdik! - deyə Oktay qızı gətirib, maşına oturtdu. "Zıpı"nı işə salmaq istədi. Mator xırıldadı, ancaq işə düşmədi. Bir-neçə dəfə starter motoru işə salmağa çalışdı. Olan qalan cərəyanı da yedi.

-Batdıq! - deyə Oktay pəncərədən dilləndi.

-İtələmək lazımdır! - deyə arxadan Aybəniz təklif etdi.

-Doğurdan a! - deyə Yaşar "Zıpı"nın arxasına  keçdi.

Nə qədər çalışdılarsa, maşını itələyə bilmədilər. Çünki bir on metr üzü yuxarı itələməli idilər. Yol isə sürüşkən palçıq.

-Nə durub üzümüzə baxırsan? Düş, maşını itələ! - deyə Dəyanət Oktayı "Zıpı"dan düşürtdü. Aybəniz isə rulun arxasına  keçdi.

-Ya Allah!- deyə Oktay maşını itələməyə başladı. İndi maşının təkərləri gilli palçığı yara-yara irəliyə getməyə başladı.

Qız qaçıranların ayaqları dizə qədər palçığın içində idi. Yoxuşun başına çatanda itələmək asanlaşdı. Oktay yenidən rulun arxasına keçdi.

-İtələdik! - deyə Yaşar üzünü Dəyanətə tutdu. Ancaq Dəyanət ona kömək etmədi. Arxaya boylandı. Torbanın cırılmış dibindən itin adamyeyən başı görünürdü.

-Yaşka, arxaya bax! - deyə Dəyanət İnternat tərəfə götürüldü. Elə qaçırdı ki, ayaqları görünmürdü. İnternatın qapısına necə çatdığını bilmədi, ancaq hiss etdi ki, kimsə o, içəri girən kimi qapını bağladı. İtin iki pəncəsi  dəmir  qapının armaturlarının arasından keçdi.

-Yaşka, bu sənsən? Sən haçan bura çatdın? Axı sən məndən arxada idin.

-Sənə elə gəlir. İti görən kimi götürüldüm.

İt bir neçə dəfə zingildədi və geri qaçdı. Dəyanət qapını açıb yola çıxdılar. "Zıpı" gəlib onların qarşısında dayandı.

-Allah sizi xoşbəxt etsin! - deyə Yaşarla Dəyanət bir ağızdan təbrik etdilər.

-Yolçu yolda gərək! - deyə Oktay maşını yerindən götürdü.

-Oktay, sən kişisən! - deyə yenə də hər ikisi birlikdə maşını arxasınca qışqırdılar.  

****

Səhər sübhə qədər rahat yatdılar, ancaq sübh tezdən hay-küy Dəyanəti yuxudan oyatdı. Mənzillərinin qapısı elə döyülürdü sanki göy guruldayırdı.

Dəyanətin yadına dünən etdikləri düşdü. Anladı ki, qapını sındıran qız evidir.

Balkondan həyətə boylandı. Hay-küyə bütün İnternat ayağa qalxmışdı.

 O, düşünmədən qapını açdı. Aybənizin qardaşları ilə üzbəüzə dayandı.

-Bu nə hay-küydür? - deyə güldü.

-Hanı Oktay?- deyə qızın böyük qardaşı əlindəki tüfəngi Dəyanətin sinəsinə söykədi.

Dəyanət soyuqqanlığını itirmədi. Tüfəngin lüləsindən tutub kəskin şəkildə özündən itələdi.

-Mən nə bilim haradadır? Bir də nə olub ki?

-Sən özünü bicliyə vurma? De, görüm Oktay haradadır? -deyə qızın o birisi qardaşı bərkdən qışqırdı.

-Harada ola bilər? Evdə yoxdursa, deməli Kiravbada[34] gedib. Onun işindən Allah da baş çıxara bilməz! - deyə Dəyanət gülümsündü.

Dəyanətin səsini eşidən Yaşar qapını açdı. Yazığın dili qarnına girmişdi.

Qapı açılan kimi qız evi otağa girdi.

-Hanı Oktay?-deyə qızın böyük qardaşı indi tüfəngi Yaşarın sinəsinə dirəmişdi.

-Bir dəqiqə, bir dəqiqə! - deyə Dəyanət özünü qabağa verdi. Tüfəngin lüləsindən tutub yerə endirdi. Sonra üzünü qızın qardaşına tutdu:

-Görmürsən yoxdur! Deməli Kirabada gedib. Yaşar müəllimin nə günahı?

Qızın adamları bir az sakitləşdilər. Ancaq Dəyanət anladı ki, bunlar əl çəkən deyillər.

-Yaxşı! Deyin görüm, axı nə olub?

-Heç nə! - deyə qəzəblə qızın qardaşı  cavab verdi.

-Kirabadda harada yaşayır? Bizə adresi lazımdır. - deyə başqa qardaşı Dəyanətin yaxasından yapışdı.

Dəyanət sakitcə onun əlini yaxasından uzaqlaşdırdı, sonra üzünü böyük qardaşa tutdu:

-Qardaşını yığışdır. Adamını tanısın! Oktayın isə adresini biz bilmirik. Bilmədiyim şeyi sizə necə deyə bilərəm? - dedi.

Dəyanəti daha nə olacağı maraqlandırmırdı. Bilirdi ki, daha hissiyyatlar yatırılıb. Mahmud müəllimin gəlişi isə hər şeyi öz yerinə qoydu:

-Düşün aşağı! - deyərək qardaşları oradan uzaqlaşdırdı: - Siz ağlınızı itirmisiniz? Kimin üstünə tüfənglə gəlirsiniz? Onlar neynəsinlər ki, bacın Oktaya qoşulub qaçıb.

Sonuncu söz həyətdəkilərin gülüşünə səbəb oldu. Gələnlər gülünc vəziyyətinə düşdüklərindən başlarını aşağı salıb, İnternatın həyətini tərk etdilər.

  -Kişisən Dəyanət! - deyə Yaşar əlini balkondan baxan dostunun kürəyinə qoydu.

***

Bu hadisədən beş gün keçmişdi. Bazar axşamı idi. Saat on ikini vurmuşdu.  Otaqdan Dəyanət həyətdə ona tanış olan "Juqulinin" siqnalını eşitdi.

-Yaşar düş aşağı! Deyəsən mənimkilər gəlib.

Aşağıda Raziyə xatın balkona tərəf boylanırdı. Əşrəf isə Mahmud müəllimlə söhbət edirdi.

-Salam Raziyə xala! - deyə aşağı düşən Yaşar əvvəl Dəyanətin  anası ilə, salamlaşdı, sonra atasına yanaşdı.

-Mənim igidim hanı? -  deyə Əşrəf kişi soruşdu

-Əşrəf əmi, indi düşər.

Raziyə xatın dözməyib, yuxarı qalxdı. Əşrəf kişi isə maşının açarını Yaşara uzatdı.

-Baqajnikdə nə var, hamısı sizindir. Yuxarı qaldır. Raziyə xalana denən aşağı ensin, Rustəm müəllimgilə gedirik. Oktayın atası anasıyla gələcək. Onları götürüb Rustəmovgilə gəlin.

Əşrəf kişi yuxarı qalxmadı. Həyat yoldaşının aşağı düşməyini gözlədi. Dəyanətə tərs-tərs baxdı. Sonra üzünü Mahmud müəllimə tutdu:

-Bunlardan nə gözləmək olar? Başımıza bəladırlar. Üç gündür Oktayın atası ilə anası yalvarır ki, bura gələk: Oktay qız qaçırdıb. İndi qız evi ilə barışmaq istəyirlər ki, düşmənçilik olmasın.

Yoldaşımın ürəyi burada qalmışdı. Eşidən kimi dedi: gedək, Oktayın valideynləri də bura gəlsinlər.

-Məgər Oqtay yetim deyil? - deyə Mahmud müəllim təəccübləndi.

-Başa düşmədim.

-Heç! Deyirdi ki, yetim oğlandır nə atası var, nə anası.

-Belə de!  Allah bilir nə bicliyi vardı?

-Belə deyib, bizi qız evinə elçiliyə aparmışdılar. Vermədilər.

-Verməzlər də! Kim yetimə qız verər? Halal olsun Oktaya! Gəlmişik onları barışdıraq.

     -Narahatçılığa əsas yoxdur! Hər şey qaydasında olacaq. – deyə Mahmud müəllim gənc müəllimlər tərəfə baxdı.

-Mahmud müəllim, bağışlayın!- deyə Yaşar üzr istədi.

Əşrəf kişi oğluna  tərs-tərs baxdı:

-Sən isə yaxşı iş gördün: arxanca gəlməyəndən uzaqlaşdın!

Dəyanət atasının səsinin acılığından o saat anlamadı kı, atası nəyə işarə edir.

-Biz Rüstəm müəllimgilə gedirik.

Raziyə xatın maşına mindi, çıxıb getdilər.

Dəyanət isə Yaşarla yuxarı qalxdılar. Bir-birin ardınca kağız kulyokların içindəkiləri stolun üstünə boşaltmağa başladılar.

Yenicə qurtarmışdılar ki, aşağıdan onları çağırdılar. Bu dəfə  Oktayın atası idi.

Yaşarla Dəyanət aşağı endilər.

-Əşrəf müəllim hanı? - deyə Muxtar kişi soruşdu.

-Çoxdan gəliblər. Bəyimiz necədir?

-Xətəkarlar! Oktay hər şeyi bizə danışıb! - deyə Oktayın atası zarafat etdi.

-Elnarə xanım, görürsünüz nə gözəl gəlininiz var? - deyə Dəyanət ananın könlünü almağa çalışdı.

-Gəlinimə canım qurban! Mən səhvə yol verirdim. - deyə Elnarə xanım güldü.

-Sən demə, gəlin elə Elnarənin ürəyicən imiş! - deyə Muxtar kişi üzünü uşaqlara tutdu. 

- Bizimkilər sizi Rüstəm müəllimgildə gözləyirlər. - deyə Dəyanət gülümsədi.

-Oturun maşına getdik! - deyə Muxtar müəllim göstəriş verdi.

***

   Tacəddin evinin qarşısında beş maşın dayandı. İkisi raykomun maşını idi. Qapını Dəyanət döydü.

Darvazanı  evin kiçik qızı yeddi yaşlı Təranə açdı. Dəyanət içəri keçdi. Beş-altı metrlikdə qarşısına Tacəddin çıxdı:

-Sən burada  neynəyirsən?

-Gəlmişəm deyim ki, Oktayın atası ilə anası gəlib?

-Nə atası, nə anası? Demirdin, yetimdir?

-Tacəddin müəllim, xahiş edirəm bu haqda sonra. Qapını ağzında yoldaş Bullayevnən Rüstəmov gözləyirlər.

Raykomun familiyasını eşidən Tacəddin özünü yığışdırdı. Eyvana çıxan dörd oğluna əli ilə sakitləşin deyə, işarə etdi. İri addımlarla keçib qapıdan bayıra çıxdı. Dəyanət isə darvazanı açdı. Maşınlar böyük həyətə girdilər.

-Xoş gəlmisiniz! - deyə Tacəddin qarşısındakı vəzifəli adamlara ancaq bu sözləri deyə bildi.

-Buyurun! - deyə Bullayev qonaqlara eyvanı göstərdi. Sonra üzünü Tacəddinə tutdu:

-Tacəddin müəllim tanış ol: bu Oktayın atası mənim institut dostum Muxtar müəllim, anası, bacım Elnarə xanım. Dəyanətin atası Əşrəf bəy, anası Raziyə xatın. Evdəkilərə denən ki, sizə xoş xəbərlə gəlmişik.

-Xoş gəlib, səfa gətirmisiniz! Buyurun! - deyə Tacəddin onları eyvana dəvət etdi.

 

QOCA ŞABALID

 

            İnsan birdən aşıq olur. Heç kim məhəbbətdən qorunmayıb. Haradan gəlib, hara gedir?- heç kim bilmir. İnsanlıq yaranandan şairlər, filosoflar cavab axtarıblar, ancaq cavabsız qalıblar. Məhəbbət sabahkı günə inam yaradır. Məhəbbətsiz insan təkdir.

Arzunun başqasına ərə getmə xəbərini Dəyanəti qəmgin belə etmədi. Ona xas ironiya ilə ona zəng eləmiş  anasına " Allah xoşbəxt eləsin!" - dedi.

-Səninlə atanı başa düşmürəm! - deyə Raziyə xatın  şikayətləndi.

-Ay na, mən hələ həyatda heç nəyə nail olmamışam. Hələ oxumalıyam. Mənim LDU-nun məqsədli aspiranturasına göndərişim var. Bir üç il mənə möhlət verin.

-Sən anlamaq istəmirsən ki, bir oğulsan! Toyunu tez görmək istəyirik. Sən ki, Arzunu almaq istəyirdin?

-Ay na, Arzuyla qurtardıq. Mən seçdiyim brak çıxdı. Bundan sonra siz kimi seçsəniz, ona evlənəcəyəm! - deyə Dəyanət anasını sakitləşməyə çalışdı.

  Dəstəyi yerə qoyub İnternatın həyətinə düşdü. Cümə axşamı idi. Qutqaşen rayonuna təyinat almış və kənddə işləyən Dəyanətin qrup yoldaşları: rus dili müəllimələri adətlərinə sadiq qalaraq onlara qonaq gələcəkdilər.

Nahidə, Xalidə, Esmiralda bir də Rəna eşidən də ki, Dəyanət təyinatla bura işləməyə gəlib,  özləri onu axtarıb tapdılar. Söz vermişdilər ki, hər həftə görüşsünlər.     

 Adətən şənbə günləri qızlar Dəyanətin mənzilinə gəlirdilər, o, isə Yaşarın mənzilinə köçürdü. Qızlar otağını əvvəl qadasına salırdılar, çimirdilər, şənlənib dincəlirdilər, səhəri günü onları yola salırdılar. Çox vaxt qızların ardınca valideynləri də gəlirdilər.   

-Yaşka, qızlar gələcək! - deyə günortadan yatmış dostunu yuxudan oyatdı.

-Qardaş, lap yadımdan çıxmışdı. Bu dəqiqə düşürəm.

Həyətdə şagirdlər "Zıpını" yuyurdular. Onlar heç vaxt şagirdlərə tapşırıq verməzdilər ki, maşını yusunlar. Şagirdlər özləri bunu edirdilər.

-Sür, bazara! Əvvəl ət və göy-göyərti alaq, sonra qalanlarını ərzaq mağazasından götürərik.

-Nahidənin atasıyla anası gələcək. Dədəsi vurandır. Bəlkə Nicə gedək?  Kişiyə zoğal arağı söz vermişəm. Əti də ordan alarıq.

"Zıpı" Nicə tərəf götürüldü. Zarağanın yanından keçəndə bir hərbiçi əlini qaldırdı. Dəyanət saxladı.

-Вы куда, ребята?

-В Нидж!

-Меня тоже берите!

-Садитесь!

-Там живут ваши родственники? - deyə Dəyanət soruşdu.

-Нет! За зогал араги! Я поспорил c полковником, что самая лучшая водка производится в этом селении.

-Выгрыш будет вашим, товарищ майор! Мы тоже за этой водкой.

Nicdə maşını Sarkisin evinin qabağında saxladılar. Köhnə müştərilərini görüb özü aşağı endi:

-Arvad, mənim qardaşlarım gəlib, arağın təmizindən gətir.- deyə Sarkiz arvadına göstəriş verdi. Xam adam gələndə zoğal arağına alça arağına qatırdılar. Alanlarının çoxu fərqi bilmirdilər. Sarkiz isə dilinə vuran kimi, nə qədər qatıldığını o saat deyirdi.

-Bunu haradan tapmısınız? - deyə zabiti göstərdi.

-O, da araq almağa gəlib!

-Arvad gəlhagəldir, ruslar da bura dadanıblar! - deyə arvadına xəbər çatdırdı.

             Soltan Nuxa kəndində hərbi obyektin tikintisi başlayandan rus zabitləri Nicə dadanmışdılar. Bu niclilərin ürəyincə idi. Əməlli başlı araq alverinə girişmişdilər. Şorabanın isə bazarda qalmağa qoymurdular.

            -Sarkis, arvadına denən bizim üçün şoraba da çıxartsın.

Əlində dörd dənə litrlik butulkada Anais arvad zirzəmidən çıxdı.

-Düş, bir balon şoraba da gətir! - deyə Sarkis arvadını yenidən zirzəmiyə yolladı.

-Вам сколько? - deyə üzünü zabitə tutdu.

-Мне тоже столько! - deyə hərbçi stolun üstünü göstərdi.

Anais geri qayıtdı. Əlindəki balonu stolun üstünə qoydu.

-Arvad, urusçun da dörd butulka çıxart! - deyə Sarkis arvadı zirzəmiyə qaytarmaq istədi.

-Təmizindən? - deyə arvad soruşdu.

-Ağlını itirmisən? Təmizini ancaq Dəyanət müəllimə veririk.

Zabit onların nə danışdığını başa düşmədiyindən, Yaşardan soruşdu:

-Что в этих балонах?

-Соленья

-Я тоже хочу.

-Sarkiz, bunun üçün də şoraba gətir! - deyə Yaşar xahiş etdi.

Dəyanət əlini cibinə saldı iki dənə əlliliyi stolun üstünə atdı:

-Bəsdir?- deyə soruşdu

-Allah verən əlini kəsməsin! - deyə Sarkiz pulu cibinə qoydu.

Anais butulkaları stolun üstünə qoyub, şoraba dalınca gedəndə zabit də yüz manat stolun üstünə atdı.

Maşın yola düşəndə Dəyanət üzünü zabitə tutdu:

-Мы сейчас поедим на базар, а потом в Куткашен. Это займет мало времени.

-Я не против. За одно селение увижу.

-Ты каждый раз у Саркиса покупай. У него чистая водка. Все это знают

-Я так понял!.

Bazarda çox durmadılar. Ət alıb Qutqaşenə üz tutdular. Maşının içində zabit sanki dil açdı.

-Мы едим-едим, а не знакомы? - deyə zabit özü tanış olmaq istədi. Bu qeyri-adi hal idi. Çünki tikintinin zabitlərinə yerli əhali ilə danışmağa icazə vermirdilər.

-Меня завут Яшар, а друга Таир. Мы работаем в школе-интернате.

-Очень приятно. Офицер связи, майор Виктор Андреевич.

-Приходите к нам в гости. Мы живем в учительском доме, прямо рядом с Интернатом.

-Обязательно приду

Zarağanda mayor düşdü, onlar isə Qutqaşenə gəldilər.

***

Evlərini qabağında «Zıp»ıdan düşdülər Yaşarla yuxarı qalxanda Dəyanət qızların səsini eşitdi. Qapını döydü. Qapını Nahidənin anası açdı.

-Sona xala, sizi xoş gördük! - deyə üzündən öpdü və içəri daxil oldu.  Qızların  hamısı otaqda idi. Yaşar əlindəkiləri  qızlara uzatdı:

-Bəs Valid dayı hanı? - deyə soruşdu.

-Bazarlıq etməyə getdi.

-Nə bazarlıq? Hər şey almışıq!

-Nə zərəri var? - deyə Sona xala onları sakitləşdirməyə çalışdı.

-Bizdə qonağa əziyyət verməzlər. Getdik onun dalınca. -deyə Yaşar Dəyanətə işarə verdi.

Hər ikisi aşağıya endilər. Ancaq Valid kişinən üzbəüz gəldilər.

-Hara qaçırsız? Camaat sizə gəlir! - deyə Valid onları saxladı.

-Valid dayı, sizi xoş gördük! Bu isə lazım deyildi! - deyə Dəyanət onun əlindəki zənbili aldı.

-Jenski batalyonun payokudur! - deyə Valid kişi qabağa düşdü.

-Biz də bazarlıq etmişik! - deyə Yaşar onun arxasınca dilləndi.

-Bunun sizə nə zərəri var? Sovet İttifaqı bu saat talonla[35] yaşayır. 40-ci illərdən saxlanılmış, donmuş ətini yemək istəyirsiniz. Bu hökumətə inam yoxdur. Sabah bir də gördün millət acından ölür.  Siz həmişə tədarükünüzü saxlayın.

-Valid dayı, düz deyirsən! Bu hökumətin nəyi var, kağızdadır. Kağızda birinciyik[36]

-Odur ki, bu avantyuraların üstü açılanda, gör xalqın başına nə oyun açacaqlar.- deyə Valid kişi daha daşınmaq istəmədi.

Yuxarı qalxdılar. Zənbili  Sona xalaya verib, Yaşarın otağına keçdilər

-Oktayın yeri görünür! -deyə Valid kişi divardan asılmış kamançanı göstərdi.

-Hə, Oktaysız darıxmışıq! Mən mənzilimi  boşaldıb, onlara verəcəyəm, özüm Yaşarın yanına keçəcəyəm.. Qoy gəlib yaşasınlar! - deyə Dəyanət Valid kişiylə razılaşdı.

-Bəs sabah Yaşar evləndi, neyləyəcəksən? - deyə Valid kişi soruşdu və otağa çay gətirən qızı tərəfə baxdı. Dəyanət o saat bu zarafatın mahiyyətini tutdu:

-Onda keçəcəyəm, internatın qonaq evinə! Valid dayı, təki Yaşar evlənsin! - deyə Yaşara göz vurdu. Deyəsən, qızlar Sona xalanın hələ Qutqaşenə gəlməzdən əvvəl razılığını alıblar.

Dilsiz-ağızsız Yaşarın gözü Nahidədə olduğunu dostlar bilirdi. Ancaq Yaşar qıza yaxınlaşıb, söz deməyə qorxurdu.

-Yaşka, özün deyirsən ki, Nahidə xoşuna gəlir. Bəs bunu niyə ona demirsən! - deyə Oktay onu  danlayardı, Dəyanət isə qızların əliylə hər şeyi qaydasına salmışdı.

Nahidə Yaşarın ciddi qərarından xəbərdar idi. Qızlar ona çatdırmışdılar, həm də Yaşarın bu fikrini alqışlayırdılar.

-Boy onda, buxun onda! Appolona oxşayır. İkiniz də müəllim. Bundan böyük xoşbəxtlik nə ola bilər? - deyə qızlar Nahidəni danlayırdılar.

Bakılı qızı Nahidə ata-anasının razılığı olmasaydı bir atdım da  atmazdı.

-Deyirsiniz, toy olacaq! - deyə Dəyanət Valid kişinin Yaşarın fikrindən xəbərdar olduğunu yoxlamaq istədi.

-Niyə olmasın?!- deyə Valid kişi güldü.

***

Səhərisi günü Valid kişi Sona xala ilə yola düşəndə cavanlar Yaşarla Nahidəni stolun arxasında  otuzdurdular.

-Bilirsiniz, nə var? Bəsdir bizi aldatdınız? Hər ikiniz bir-biriniz üçün ölürsünüz, razılığınızı gözləyirik. - deyə Xalidə üzünü onlara tutdu. Yaşar Nahidəyə baxıb başını aşağı saldı.

-Nə yerə baxırsan? Sözünü denən! Dünən mənə dediklərini! - deyə Dəyanət arxadan onu itələdi.

Hamının gözü Yaşarda idi, onunku isə yerdə.

-Nahidə, mən istəyirəm sənə elçi göndərim! Fikrin nədir? -deyə Yaşar başını yerdən qaldırmadan soruşdu.

Nahidə isə ondan fərqli olaraq güldü və Yaşarın nə hala düşəcəyini gözlədi.

-Nə deyə bilərəm? Atam var, anam var. Elçi gəlsə...deyə Nahidə susdu.

-Elçi gəlsə, nə? - deyə Rəna Nahidənin boynunu arxadan qucaqladı.

Nahidə rəfiqələrinin cavab gözlədiyini görüb, üzünü  gözlərini yerdən qaldırmış Yaşara baxdı:

-Onda mən "Hə!" deyərəm.

-Urrrrra! - cavanların qışqırtısı Qutqaşenə yayıldı.

***

Bazar ertəsi dərsdən sonra evə qayıdan Dəyanətin diqqətini məktub cəlb etdi. Əvvəl elə bildi ki, bu məktubu səhər kəndlərinə yola düşən qızlar qoyub gedib. Birdə düşündü ki, qızlar ona niyə məktub yazsınlar. Konvert onu maraqlandırdı. Stolun üstündən götürüb, divana uzandı.  Başını divanın kənarına qoyub məktubu açdı.

Gözərinə inanmadı. Onuncu sinif şagirdi Gülcahanın məktubu idi. Bircə anın içində sinif gözü qabağında canlandı. Həqiqətən gözəlliyi ilə insanı cəlb edən sakit bir qızın yazdıqlarına inanmadı, daha doğrusu inanmaq istəmədi. Qız yazırdı: "Siz bizim məktəbə gələndən sonra mənim nə gecə, nə gündüzüm var. Mən sənsiz yaşaya bilmirəm! Gülcahan"

Dəyanəti fikir apardı. Ömründə birinci dəfə idi ki, belə məktub alırdı. Birinci dəfə idi ki, belə işlə üzləşirdi. Özünün seçmədiyi adam onu sevirdi.

O, nə edəcəyini bilmədi. Qıza yaxınlaşıb deyə bilməzdi ki, sən düz fikirdə deyilsən. Bir də niyə düz fikirdə deyildir? Məgər onun sevmək və sevilmək hüququ yoxdur.

Axşama qədər Gülcahan başından çıxmadı. Ömründə bu qədər qız haqqında düşünməmişdi. Ancaq qızı sevən kimi yox, müəllim kimi düşünürdü.

-Ay Allah, mən nə edim? - deyə o, gücsüz olduğunu anlayırdı. Belə hallarda fikrini və dərdini dostları ilə heç vaxt bölüşdürməyən Dəyanət bu dəfə Yaşarla məsləhətləşmək istədi. Ancaq etmədi. Babasının sözləri yadına düşdü: "Oğul ölsəndə qızdan, qadından heç kimə danışma! Ən yaxın dostuna belə! "

Babasını yada saldı. O, həmişə belə hallarda onu xatırlayırdı.  Ona oxşamaq istəyirdi. Onun kimi səbirli və sakit olmağa çalışırdı.

Nənəsi danışırdı ki, o, ölümlə üzləşəndə belə sakitliyini itirmirdi. Silahı səbir idi.

-Baba deyən kimi edəcəyəm. Yaxşısı budur hadisələr öz axarı ilə getsin! - dedi və olmuşları unutmaq istədi.

Səhərisi günü qızı dərsdə görmədi, ürəyində sevindi də. Ancaq narahatçılıq keçirdi.

Dərsdən evə qayıdanda də stolun üstündə yenə məktub gördü.

-Ay Allah, bu haradan çıxdı? - deyə məktubu açdı. Ancaq oxumadı. Məktubun bura necə düşdüyünü düşündü. Qapını kim aca bilərdi? Yaşarda açar vardı. Aşağıda  xarici dil müəlliməsi Zöhrəyə açar vermişdilər...

-Ancaq Yaşar bunu bura gətirə bilər! - deyə düşündü.

Axır ki, Yaşar da gəlib çıxdı.

-Bu məktubu sənə kim verdi? - deyə Dəyanət soruşdu.

-10-cu sinifdə oxuyan Nigar! Dedi ki, Ağdaşdakı tələbə dostların göndəriblər.

Nigar Gülcahanın rəfiqəsi idi. Həmişə koridora birlikdə gəzişərdilər və birlikdə dərsə gələrdilər. Bu gün hər ikisi yox idi.

Dəyanət indi anladı ki, qızlar çox ağıllı və tədbirlidirlər.

Nahar edib məktəbin həyətinə düşdülər. Yaşarın gözləri Nahidəni axtarırdı.

-Bu harada qaldı? - deyə Yaşar dostuna şikayətləndi.

-Ürəyini sıxma, gəlib çıxar. - deyə Dəyanət onu sakitləşdirdi.

Nahidə iki məktəbdə dərs deyirdi. İndi yuxarı məktəbdə dərsdə idi.

-Mən sənin yerinə olsaydım, arxasınca gedərdim!

-Utanıram!

-Nədən utanırsan? Nişanlın deyil?

Yaşar daha bir söz demədi. İri addımlarla ondan uzaqlaşdı.

Dəyanətə də elə bu lazım idi. Bayaqdan həyətdə onu sözün həqiqi mənasında güdən Nigarı barmağı ilə yanına çağırdı.

-Sənin  rəfiqən niyə dərsə gəlməyib? - deyə ona yaxınlaşan qızdan soruşdu.

-Xəstələnib!

-Yaşar müəllimə verdiyin  məktubu sənə kim vermişdi?

-Mənə, Gülcahan verdi.

 -Aydındır! Çox sağ ol!

Nigar ondan uzaqlaşan kimi, Dəyanət rahat nəfəs aldı. "Allaha şükür! Bu xəbərsizdir! - deyə düşündü.

Rayon yerində belə xəbərlər bir an içində yayılır. Lazımsız söz-söhbəti isə Dəyanət xoşlamırdı.

***

Səhər dərsə gələndə məktəbin koridorunda  hamının gözü qabağında Gülcahan özü ona məktub uzatdı.

-Bunu sizə Ağdaşdan göndəriblər.

-Göndərən, sağ olsun! - deyib Dəyanət məktubu cibinə qoydu. Ancaq birinci dəfə qızı diqqətlə süzdü. Bu özündən asılı olmayaraq baş verdi - gülümsündü. Qız deyəsən onun gülüşünü tutdu, uşaq kimi oradan siniflərinə qaçdı

Yaxşı ki, bu gün Gülcahangilin sinfində dərs yox idi.

Dərsdən sonra qırağa çəkilib məktubu oxumaq istədi. Ancaq müəllim otağında lazımsız sual-cavabdan qaçdı və həyətə düşüb mənzilinə qalxdı

Bədbəxtlikdən Yaşar evdə idi. Mətbəxdə nahar hazırlayırdı. Yaşar belə işlərin ustası idi.

-Sən niyə evlənirsən, Yaşar? - deyə Dəyanət hirsindən zarafata keçdi.

-Yaxşı da! - zarafatı xoşlamayan Yaşar qarşısındakı boşqabı götürüb stolun arxasına keçdi: -Az danış, otur ye! Kişinin arvadı olar.

-Nə əcəb Nahidənin dalınca getməmisən?

-Hələ dərsdədir.

Dəyanət səbirsizlikdən partlayırdı. Məktubu oxumaq istəyirdi, ancaq Yaşarın görəcəyindən qorxurdu. Rayon uşaqları həmişə başlarını hər şeyə soxurlar.

Qonaq otağına keçdi və divana uzandı. Gözlərinə şirin yuxu gəldi. Kiminsə üstünə yorğan saldığını gördü. Gözlərini açdı.

-Dəyanət, mən getdim! Sən dincəl! - deyə Yaşar ona əl edib çıxdı.

Hara dincəlirdi. Tez əlini cibinə saldı, əzilmiş məktubu açdı və oxudu. Ancaq bu dəfə qız öz məhəbbətindən yazmırdı. Məktubun içində insancığa bənzəyən 32 iki şəkilin qarşısında Azərbaycan hərifləri düzülmüşdür. - Şəkillərin altında qız yazırdı "Bundan sonra mən sənə bu cür həriflərlə məktub yazacağam!"

Bu cür hərfləri Dəyanət  Kanan Doylun "Şerlok Xoms kitabında görmüşdü.

***

İki gündən sonra səhər altıncı sinfə girəndə lövhənin üstündə tabaşirlə bu insancıqların şəkilləri çəkilmişdi.

Uşaqlar lövhənin qarşısında durub diqqətlə adamcıqlara baxırdılar, ancaq bu şəkilciklərin nə olduğunu başa düşə bilmirdilər.         

Dəyanət isə nə şəkilciklərin nə olduğunu başa düşməsə də, insancıqların şəkillərini ayrıca vərəqəyə çəkdi və sonra lövhəni pozdurdu.

Evə qayıdan kimi  kitabın arasına qoyduğu məktubu çıxartdı və hərifləri insancıqlarla tutuşduraraq lövhədə nə yazıldığını oxudu: "Axşam saat 12-də qoca şabalıdın qabağında məni gözlə, gələcəyəm! "

Dəyanət gözlərinə inanmadı.

O, nə edəcəyini bilmirdi. Bütün günü divana uzanıb tavana baxırdı. Hətta kitabı belə əlinə götürmürdü. Yaxşı ki, Yaşarın başı nişanlısına qarışmışdı. Sorğu-sualdan başı dəng olacaqdı.

Oktayın Kirovabadda qalması, Yaşarın nişanlanması bu otaqda hökm sürən şənlikdən əsər-əlamət qalmamışdı. Təkcə altıncı və bazar günləri bakılı qızlar gələndə canlanma olurdu.

Təkliyi xoşlamayan, həyatının hər dəqiqəsini mənalı keçirtmək istəyən Dəyanət üçün bundan ağır gün ola bilməzdi.

21 yaşlı Dəyanət üçün Natəvandən, Dilarədən, Ninadan, Lidiyadan, Arzudan sonra məhəbbət ola bilərdi mi?

İndi o, qızlara və qadınlara başqa gözlə  baxırdı. Bu məsələdə o, daha hissiyyatdan üstün idi. Ancaq hansı bir gizli qüvvə isə onu bu görüşə dartırdı.

Gecənin necə düşdüyünü Dəyanət heç hiss etmədi. Saat onbiri vuranda da, Yaşardan xəbər olmadı. Adətən o, yatana qədər Yaşar onun yanında olurdu. Yerli camaatla oturub durmurdular, ancaq yaxşı münasibətdə idilər.

Dəyanət qapını bağlayıb aşağı endi. Bir-neçə dəfə evlərinin yüz metrəliyində bitən qoca şabalıdın altına gəldi. Qoca şabalıd qaranlıq bir yerdə idi. Gecə çağı ona söykənib məktəbin həyətinə baxmaq olurdu, ancaq məktəbdən ora baxanda heç nə görünmürdü, çünki məktəbin həyəti işıqlandırılırdı.

Dəyanətin ağlına gələn ilk fikir "nə ağıllı qızdır "oldu.

Küçəyə çıxdı və Qütqaşenlı prospekti ilə yuxarı qalxdı. Küçənin sağ tərəfində avtovağzalın qarşısında Qutqaşen-Ağdaş marşrutu ilə işləyən avtobusların bir-neçəsinin işığı yanırdı. On ikiyə qədər bu marşrutla gediş-gəliş olurdu. Birdə bu yol kəndlər arasında əlaqə yaradan yeganə marşrut idi.

Onu tanıyan sürücülərdən kimsə əl elədi. Məktəbin həyətinə girdi, uzaqdan qoca şabalıdı seyr etdi. Bayaqkı kimi heç nə görünmürdü.

Vaxta bir on beş dəqiqə vardı. Əvvəl istədi evə qayıtsın. Çünki otağında işığın yandığını gördü. Anladı ki, Yaşar qayıdıb.

Evə qayıtsaydı, görüş yerinə gecikəcəkdi. Dostu onu söz-söhbətə tuta bilərdi.

Qoca şabalıd tərəfə addımladı. Kürəyini ağacın gövdəsinə söykəyib məktəbin həyəti tərəfə baxdı. Vaxta hələ vardı.

-Mən bilirdim ki, gələcəksən! - birdən arxadan qızın səsini eşitdi, ancaq özünü görmədi. Üzünə düşən işıq  qızı gizlədirdi.

-Sən haradasan? Görünmürsən! - deyə Dəyanət qızın susduğunu görüb soruşdu.

-Ağacın arxasına keçin!

Qoca şabalıdın gövdəsinin diametri iki metr olardı. Yerlilər onun ən azı 5-6 yüz il yaşı olduğunu deyirdilər. Gövdənin içində oyuq əmələ gəlmişdi. Bura iki nəfər rahat yerləşə bilirdi. Bu oyuq elə ağacın arxasında yerləşirdi.

Ağacın arxasına keçən Dəyanət yenə də qızı görmədi.

-Mən buradayam! - ağacın içindən səs gəldi və kimsə əlini onun çiyninə qoydu.

Qız boşluqda idi. O, elə bil qapıdan içəri girdi.

Ətrafda sakitlik və qaranlıq hökm sürürdü. Təkcə qaranlıqda qızın gözləri işıldayırdı.

-Qorxmursan, bizi  görərlər? - deyə Dəyanət soruşdu.

-Bura elə bir yerdir, heç kim bura gələ bilməz!

-Bəs  evdəkilər nə deyər,  səni  evdə görməyib?

-Adətən bu vaxtlar bizdəkilərin hamısı yatır. Ora bax! - qız qarşıdakı çəpərin arxasındakı evi götərdi: - Mənim otağımın qapısı həyətə çıxır.

Doğurdan da, ev elə tikilmişdi ki, otaqların qapısı eyvana çıxırdı. Eyvanda isə işıq yanırdı.

-Əgər bizdən kimsə eyvana çıxsa, buradan görünəcək, o, isə bizi görməyəcək. - deyə qız əlavə etdi.

Dəyanət daha nə soruşacağını bilmirdi. Yenə də qız sakitliyi pozdu:

-Sən belə dayanıb duracaqsan?

-Mən nə etməliyəm?

-Bilmirəm!

Dəyanətin bu romantik görüşü elə bil qanını qaynatmışdı. Qızın əlini öz çiyninə qoydu və onun müqavimət göstərmədiyini görüb dodağından öpdü.

-Mən istəyirəm həmişə səninlə olum! - deyə qız onun başını sığalladı. Dəyanətə elə gəldi ki, qarşısında Natəvan dayanıb. Bu qeyri-adi bir hissiyyat idi.

-Bilirsən, aramızda ki, bu münasibət sevgiyə çevrilə bilməz! - deyə Dəyanət birdən özünü yığışdırdı.

-Bilirəm, sənin nişanlın var, özü də çox gözəldir.

-Bunu sənə kim dedi?

-Bura gələndə görmüşdüm.

Arzunun nişan üzüyünü qaytarmasının qızın xəbəri yox idi.

-Görürsən, mənim vəziyyətimi?

-Bəs onda məni niyə öpdün?

-Özüm də bilmədən, bu niyə belə oldu?

-Məni birinci dəfədir ki, oğlan öpürdü...

-Biz görüşməsək yaxşıdır. Bura gəldim ki, bunları sənə deyim! -deyə Dəyanət  əlini qızın belindən götürdü.

-Bunu onsuz da bilirdim! - deyə qızın səsində məyusluq hiss olundu.

-Bəs onda məni bura niyə çağırdın?

-Mən sənin olmaq istəyirəm! - deyə qız qətiyyətlə cavab verdi.

-Nişanlı olduğumu bilə-bilə... Maraqlıdır, bizim münasibətləri necə görürsən?

-Mən ərə getmək istəmirəm. Hələ oxumalıyam. Ancaq istəyirəm ki, istədiyim insanla yaxın olum.

-Kimdir bu insan?

-Məni indicə öpən.

-Sən maraqlı qızsan! Ancaq bu çox təhlükəli işdir. - deyə Dəyanət əlavə etdi.

-Mən heç kimdən və heç nədən qorxmuram.

-Mən deyənləri, fikirləş!

-Fikirləşmişəm! Ancaq səni sevirəm və səninlə olmaq istəyirəm...

Bu dəfə qız əlini onun çiyninə qoydu və dodaqlarını onun dodaqlarına yaxınlaşdırdı. Dəyanətin onu öpmədiyini görüb geri çəkildi.

-Daha bəsdir! Mən getməliyəm! - deyə Dəyanət oyuqdan çıxdı. Arxaya baxmadan oradan uzaqlaşdı.

Otağa girəndə saat birin yarısını vurdu. Yaşar dik atıldı və qarşısında dostunu görüb soruşdu:

-Haradaydın?

-Səni axtarırdım!

-Başım Nahidəyə qarışmışdı.

-Belə olar da?

-Yaxşı-yaxşı! Daha yatmaq vaxtıdır. Sabah danışarıq.

Səhərə qədər Dəyanətin gözünə yuxu getmədi. Gülcahanı düşündü. 

                                            ***

Şənbə günü idi. Bir-birinin arıdınca qızlar gəlib çıxdılar. Günortaya qədər Yaşarla bazarlıq etdikdən sonra hər ikisi məktəbin həyətindəki çardaqda oturub dincəlirdilər.

Təmiz bahar havası idi. Aprel günəşi dağların zirvələrindəki ağ papağa bənzər qarları elə bil əritməyə can atmırdı, ya da bacarmırdı.

Sakit meh aşağıdan yuxarı əsdikcə baharın təravəti hiss olunurdu, əksinə, yuxarıdan aşağı əsdikdə isə elə bil qız peşman olub qayıdırdı. Günəş çıxsa da, şaxta hiss olunurdu. Bu gün isə qeyri-adi gün idi.

-Gedim, görüm Nahidəyə nə lazımdır? - deyə Yaşar ayağa qalxdı.

Dəyanət dostunu saxlamadı. Sakitcə oturub dağlara baxırdı. Şənbə günü dərslər qurtardığından dərs dediyi İnternat-məktəbinin  uşaqları bir-birinin ardınca kəndlərinə qayıdırdılar. Məktəb həyətindəki sakitlik də elə bununla izah olunurdu.

Qoca şabalıdın arxasından Gülcahangilin evi görünürdü. Qeyri-ixtiyarı hərdən birdən o tərəfə baxsa da, qız gözə dəymirdi.

            Xalidə, Esmiralda və bir də Rəna aşağı enib onu tərəfə gəldilər. İki tərəfdən onu əhatəyə alıb oturdular.

            Rəna başını Dəyanətin çiyninə qoyub, onun belini qucaqlamışdı. Uzaqdan baxanda idillik səhnə idi: üç  qızın arasında cavan oğlan.

            Belə səhnələr Qutqaşenə yad idi. Qızların ona münasibəti instinktiv olduğundan, burada oturanların ağlına başqa fikir gəlməzdi. Onların bir-birinə bacı-qardaş münasibəti vardı, bu da rus məktəblərinə xas olan davranış idi.

Ancaq Gülcahanın eyvanda görünməsi işləri deyəsən korladı. Dəyanəti qızların arasında görən qız qapılarını elə çırpdı ki, səsi Dəyanətin qulağına çatdı.

O, qızın hərəkətinin səbəbini anladı, ancaq Rənanın başını çiynindən götürmədi. Əksinə yanında oturmuş Esmiraldanın  belini  qucaqladı.

-Qoy, qısqansın! Bəlkə uzaqlaşdı! - deyə öz-özünə pıçıldadı.

-Nə dedin? - deyə Rəna başını onun çiynindən qaldırdı.

-Deyirəm, aşağı niyə düşdünüz? - deyə Dəyanət nə pıçıldadığını Rəna eşitmədiyini düşünüb soruşdu.

-Məgər bilmirsən? Nahidəyə görə. Ayılıb görəcəklər ər-arvaddırlar, bir dəfə olsun belə ürəyincə danışmayıblar.

-Hay-hay! -deyə Dəyanət əlini yellədi: -Siz nədən danışırsınız? Bu saat ya Yaşar utandığından ölür, ya da qıza bozbaş bişirməyi öyrədir. İnanmırsız, gedək baxaq. - deyə açıq-aydın Dəyanət evə qayıtmaq istədi.

-Yazıqdırlar, mərdimazar olmayın! - deyə Rəna təzədən başını onun çiyninə qoydu və düz Gülcahangilin eyvanına tərəf baxdı.

-Deyirəm baxta bax, taleyə bax! Bir il bundan qabaq, Bakıda kimin ağlına gələrdi ki, Nahidə səadətini Qutqaşında tapacaq-deyə Esmiralda susmadı və söhbəti davam etdi.

-Esya, bəlkə elə sən də kimisə burada tapdın! - deyə Xalidə zarafat etdi.

-Mən özümü deyə bilmərəm, ancaq deyəsən Dəyanəti tapıb. -deyə Esmiralda güldü.

-Başa düşmədik? - deyə Rəna başını Dəyanətin çiynindən götürdü və Esmiraldanın üstünə çımxırdı: -Deyəsən çuşkalaşırsan?

-Sən niyə özünə götürürsən? Ну и дурочка!?

-Bəs sən kimi nəzərdə tutursan?

-Üzbəüz binaya bax! Səhərdən bir qız qapının arxasından boylanıb gizlənir. Çox qəşəng qızdır. Mənə elə gəlir ki, Dəyanətə görədir.

Dəyanət bu sözlərdən sanki tutuldu. Ona elə gəldi ki hətta qızardı da. Ancaq bir söz demədi. Gülümsündü.

-Səndə sözlər var! - deyə Xalidə Esmiradanı danışmağa sövq etdi.

-Bayaqdan gözüm o qızdadır. - deyə Esmiralda sözünü tamamladı.

-Özgənin qızına vedrə bağlama! Bu çuşkalıqdır. - deyə Xalidə onu susdurdu.

-Qız evində toydur, ancaq oğlanın xəbəri yoxdur. - deyə bu dəfə Dəyanət sözə qarışdı: - Yaşardan sonra məni də tələyə salmaq istəyirsiniz?

-Raziyə xalanın "sağ olunu" eşitməliyik ya yox! - deyə Rəna yenidən ona sığındı.

-Qızlar, qalxdıq! Belə getsə evimi yıxacaqsız. Getdik yuxarı! - deyə Dəyanət Rənanı yerindən qaldırdı.

Yaşarla Nahidəni mətbəxdə tapdılar: qız kartof soyurdu, Yaşar isə soğan doğrayırdı. Oğlanın gözləri hətta yaşarmışdı da.

-Mən deyəndi ya yox? - deyə Dəyanət Yaşarla Nahiydəyə baxıb gülüşən qızlara qoşuldu.

                                                ***

Bazar günü səhər çağı balkondan aşağı baxan Dəyanətin gözlərinə  məktəbin divarlarına çəkilmiş  "insancıqlar" dəydi. Yazan elə yazmışdı ki, o, görsün. Aydın idi ki, kimin işi idi. İçəri keçib bloknotunu götürdü, divarda yazılanları  oradakı əlifba ilə tutuşdurub oxudu:

"Həmin yerdə axşam." - daha heç nə yazılmamışdı.

Qızlar hələ yatırdılar. Adətən bu gün gec dururdular. Sonra birlikdə bazara, dükana gedirdilər. Saat beşə qədər onların nazı ilə oynadıqdan sonra, evə dönürdülər. Səhəri günü sübh tezdən  kənd avtobuslarına minib, hərə öz məktəbinə qayıdırdı.

Dəyanət içəri keçmək istədi, ancaq yan balkona Rəna çıxdı.  

-Privet bratik! - deyə onu salamladı və sonra Dəyanətin baxdığı divar tərəfə boylandı: -Sən orada, divarda çəkilən insan şəkilciklərinə fikir vermisən?-deyə soruşdu.

-Yox! Necə bəyəm?

-Uşaqlarınız Konon Doyldan xəbərlidirlər. Ağıla gələsi deyil! Ora bax! İnsancıqlara... Biz də uşaqlıqda bir-birimizdə belə məktub yazardıq. Ancaq mən bilməzdim ki, Şerlok Xomsu Azərbaycan dilinə tərcümə ediblər?

-Görəsən nə yazıblar? - Dəyanət soruşdu.

-Onu əlifbanın ikinci hissəsi kimdədir ondan soruşmaq olar. Başqaları heç vaxt oxuya bilməz! Çünki bu əlifba iki adamındır.

-Maraqlıdır, mən Şerlok Xomsu oxumuşdum, ancaq buna fikir verməmişdim.

-Uşaqlar bicləşirlər! - deyə Rəna  gülümsündü.

 Dəyanətə isə qızın gülüşü uşaq gülüşünü xatırlatdı. Ona elə gəldi ki hələ onların özləri uşaqdırlar. "Nə tez böyüdük." - deyə ürəyində düşündü.

GÜLCAHAN

 

Aprel ayı Qutqaşendə axşamlar dumanlı olur. Aşağıdan gələn isti hava dağlara dəyib soyuqlaşır, dumanlaşıb gecələr aşağı enirdi. 

Bu dəfə Qoca şabalıd dumanda itmişdi. Elə bil həyətin üstünə ağ dumandan pərdə çəkilmişdi. Duman o qədər sıx idi ki, adam ayağının altını görə bilmirdi.

Dəyanət saata baxıb eyvana çıxdı. Vaxta çox az qalırdı. Elə bil dumanın içində üzürdü. Duman soyuqluq gətirmişdi. Azca üşüdü və otağa keçdi.

Yaşar onun yanında deyildi, çoxdan mənzilinə keçib yatmışdı. Sakitlik və təklik yenə də Dəyanətin fikrini  həyətə yönəldirdi. "Getsin ya getməsin?" - deyə düşünürdü. Qərara gəlməyə çətinlik çəkirdi.

Bolqarıstanda belə deyildi. Kiminlə hara gedəcəyinin düşünmürdü. Lidiya ondan əl çəkməsə də, başqa qızlarla da kənara çəkilirdi. "Hər gülün öz ətri var. Cavanlıq isə rəngarəngliyi xoşlayır!" fikirləşirdi. Ancaq bura Azərbaycan idi. Burada belə işlərə pis baxırdılar.

 Qızın könlünü sındırmayım! - deyə düşündü və həyətə endi. Elə bil təbiət özü də onların görüşməsi üçün şərait yaradırdı. Bəzən belə hadisələrin şahidi olan Dəyanət bu əlamətlərə inanmağa başlamışdı.

            Həyətin ortasında yanan fənərin işığı ağ şəfəq saçsa da, asıldığı dirək görünmürdü. Ətrafda elə bil bu yanan işıqdan və dumandan başqa heç nə yox idi. İnsan dumanın içində itirdi. Ayağının altını görməyən Dəyanət  instinktiv olaraq seçdiyi tərəfə addımlayırdı. Bir təhər gəlib  qoca şabalıdın üstünə  çıxdı.

Əlilə ovuğu axtardı, içinə girdi, ancaq kiminsə əlləri ona dəydi. Diskindi. Özünü ələ alıb onu qucaqlayan qızın üzündən öpdü.

            -Qızların getdi? - deyə  Gülcahan soruşdu.

            -Hamısı!

            -Bilirsən, Qutqaşendə onlar haqqında nə danışırlar? 

-Maraqlıdır.

-Hamısını sənin bacıların bilirlər.

-Məgər elə deyil?

-Elədir.

-Bəs onda niyə qısqanırsan?

-Mən qısqanmıram.

-Axı səhər görürdüm, necə məni güdürdün. Qapını hirsdən bərk vururdun.

-Hm! - deyə qız bu dəfə özü onu öpdü.

-Sənə elə gəlmir biz ağını çıxarırıq? - deyə cavab öpüşündən sonra dilləndi.

-Niyə?

-Aramızda məhəbbət olmaya-olmaya bu oyunlardan çıxırıq.

-Məgər etdiklərim ürəyincə deyil?-deyə qızın incikli pıçıltısı eşidildi.

-Yox! Bütün bunlar xoşdur, ancaq...

-Nə ancaq? Məgər bütün gənclərin arzusu deyil öz istədiyilə xəlvətə çəkilsin?

-Eləliynə elədir!

-Bəs onda nə istəyirsən?

-Biz hədd qoymuruq, çızığından çıxmayaq.

-Mən çoxdan həddindən çıxmışam.

-Anlamadım?

-İstəmədiyim oğlana nişanlamağa keçən il icazə verdim.

-Başa düşə bilmədim. Sən hələ məktəbi bu il qurtaracaqsan. Dərs əlaçısısan, istədiyin instituta girə bilərsən.

-Kim qoyur girməyə?

-Məgər atan-anan oxumağının əleyhinədir?

-Əksinə onlar istəyirlər.

-Bəs onda niyə getmirsən?

-Mən hüquqda oxumaq istəyirəm. Ora isə vəzifəli və ticarət işçilərinin övladlarının[37] sənədlərini götürməyirlər.

-Bunu sənə kim dedi?

-Dəyanət, sənin Bakıdan xəbərin yoxdur.

-Başqa fakültəyə gir!

-Ürəyim heç birinə yatmır. Arzum hüquqşünas olmaq idi. O qədər kitab oxumuşam…

-Görürəm. Konon Doyldan da xəbərdarsan. Əlifbanı da onun üsulu ilə düzəltmisən.

Dəyanət qaranlıqda hiss etdi ki, qız ağlayır. 

-Niyə ağlayırsan?

Dəyanən qızın başını əlinə alıb, barmaqları ilə gözünün yaşını sildi.

-Görürəm ki, peşmansan.

-Mən nə edəcəyimi bilmirəm.

-Burada nə var ki, nişanını qaytar!

-Axı alınmır! - deyə qız bu dəfə hönkür-hönkür ağladı.

Dəyanət yenə də onun başını əlinə aldı. Gözlərinin yaşını sildi.

-Məni başa sal, görüm nə etmisən? - deyə o, çox ciddi tonla soruşdu.

Bir neçə dəqiqə qız başını onun çiyninə qoyub susdu.

-Keçən ilin yayında eşidəndə ki, hüquq fakültəsində oxuya bilməyəcəyəm, məndə yaşamağa həvəs öldü. Atam soruşanda ki, məni istəyən var, yaxşı oğlandır. Düşünmədən «Hə!» dedim.

-İndi «yox!» denən!

-Nigarı da o il nişanlamışdılar. İstədiyi oğlandır. Nigar nişanlısı ilə beş gündən bir xəlvəti görüşürlər. İndi isə oğlanı Bakıda tələbədir. 

Nigar hirsindən yanır. Hər şey edirdilər. O, da nə olub mənə danışırdı. Elə danışırdı ki, mən də onlar edəni etmək istəyirdim. Nişanlım isə aşağıda briqadirdir.

-Harada?

-Kür qırağında veterenardır. Köçlə gedir. Məni görməyə gəlmişdi. Nigargil edəni etdik. İndi özüm də bilmirəm nə edim?

Dəyanət bu sözlərdən sonra nə deyəcəyini bilmirdi. Ağlına bir fikir belə gəlmirdi. Qızın gözəlliyi və  səmimiyyəti onu məftun etmişdi.

-İndi hiss edirəm ki, tələsmişəm. İstədiyim adamla əlaqə qurmamışam…-deyə qız yenə də başını onun çiyninə qoydu.

-Mən özüm də bilmirəm sənə nə deyim? - deyə o, susdu. Ancaq hiss etdi ki, qız onun üzündən öpür. Müqavimət göstərmək istədi, ancaq bacarmadı.

-Axı sənin nişanlın var? - deyə acizcəsinə soruşdu.

-Nə olsun, axı mən səni sevirəm.

-Bəs mənim səni sevməyim?

-Məni qucaqlamağın bu sevgidən deyil?

Dəyanət qızın arqumentlərinə cavab verə bilmirdi.

-Birdən səni doğrudan sevdim, götürüb qaçırdacağam!

-Mən getmərəm, çünki şəhəri sevmirəm. Şəhərli olmaq istəmirəm. Qutqaşen gözəlliklər məskənidir. Sən isə hələ cavansan, evlənmə!

-Bəs sən niyə ərə gedirsən?

-Mənə olar! Hər şeyi ölçüb biçmişəm.

-Necə ölçüb biçmisən?

-Nişanlımın 29 yaşı var, evi-eşiyi, maşını, pullu vəzifəsi. Kef içində yaşamağım üçün isə hər şərait yaradıb. Odur ki, indi səninlə istədiyimi edirəm.

-Qorxmursan bilərlər?

-Sevənlər kor olurlar,

Görməyirlər gözləri.

Kardır şəlpə qulaqlar-

Yalan sayır sözləri.

-Sən Beranjeni haradan bilirsən?

-Dəyanət, mənim on səkkiz yaşım var! Oxumadığım kitab qalmayıb. Qızlar isə həmişə kişilərdən ağıllı olurlar. Bir də mən bilirəm, kiminlə nə edirəm. Sənə inanmasaydım, bura gəlməzdim. Bilirəm möhkəm oğlansan.

-Maraqlı qızsan! Filosof kimi düşünürsən. Elə bil öz fəlsəfən var. Həyat fəlsəfən.

-Mən bilirəm ki, həyatda bu qalacaq. Nə qədər cavansan kef çək, ancaq ağılla.

Daha qız bir söz demədi iki ayağı ilə ona sarındı və onun dodaqlarını öpməyə başladı. Dəyanət daha nə etdiyini bilmirdi.

-Sabah da görüşürük? - deyə o, sakitləşən qızdan soruşdu.

-Bir on beş gün yox!

-Niyə?

-Bunu bilməsən yaxşıdır. Mən özüm sənə işarə edəcəyəm.

-Necə?

-Əvvəlki kimi, "insancıqlarla". -deyə Dəyanətin üzündən öpdü və dumanın içində yoxa çıxdı.

 

NİGAR

 

Bir-ki gün beləcə keçdi. Hər şey əvvəli qaydasında  gedirdi. Məktəbdə  Gülcahanla Nigar rastına gələndə başqa qızlar kimi başlarını aşağı salıb salam verib keçirdilər. Qoca şabalıdakı qıza bir damla belə oxşamırdı. Dəyanətə elə gəlirdi ki, o gün gördükləri yuxudur.

Evə dilxor qayıtdı. Ninanı xatırladı, ancaq Nina ilə münasibətləri belə deyildi. Onların yaşları da uyğun gəlirdi. Bəs bunların? Üç yaş fərqi vardı, ancaq Ninadan çox bilirdilər.

Olmuşları isə kiməsə danışmağı yersiz sayırdı, çünki onu belə tərbiyə etmişdilər: "Kişi qızdan danışmaz! Nə qədər sənə əziyyət versələr də sus!" - deyə Seyid Bikənin öyüd-nəsihəti yadına düşdü.

-Ay nə, Ay nə! Yerin necə görünür? - deyə Dəyanət bərkdən öz-özülə danışdı. Yaxşı ki, Yaşar evdə deyildi.

Eyvana çıxdı, gözləri o saat divara dəydi. Divarda köhnə insancıqlar pozulub, əvəzinə təzələri çəkilmişdi. Yenə bloknotunu götürdü və yazılanları tutuşduraraq oxudu:

-Axşam yatanda qapını açıq qoy! Xahiş edirik!

Oxuduqları onu şaşqın saldı: Niyə xahiş edirik? Niyə çox halda: Anlaya bilmədi. Düşündü ki, tələsdiyindən belə yazıb.

Gecə Yaşar saat 1-də öz otağına yatmağa getdi. Dəyanət isə onun  arxasınca qapını bağlamadı. İşıqları söndürdü və yerinə girdi.      

Beş-on dəqiqə qulaqlarını şəkləyib sakitliyə qulaq asdı. Hərdən birdən həyətlərdə hürüşən itlərin səsi eşidilirdi. Üzünü divara çevirib? yıxılıb yatdı.

Nə qədər vaxt ötdüyünü bilməyən Dəyanətin arxadan çiyinlərini kimisə dili ilə qıdıqladığını hiss etdi. Diksinib yerində fırlandı. Ancaq gözlərinə inanmadı. Onunla üzbəüz uzanan Gülcahan yox? Nigar idi.

-Bu nə deməkdir? -deyə Dəyanət ayağa qalxdı.

-Məni Gülcahan göndərdi ki, sən darıxmayasan! Hələlik o, səninlə ola bilmir. Xahiş etdi? onu əvəz edim.

-Axı bunu necə başa düşək?

-Burda nəyi başa düşməlisən? Kişi deyiləsən? Mən kişinin yanına gəlmişəm. - deyə qız utanmazcasına üzünə baxdı.

Dəyanət birinci dəfə idi ki, Nigarın gözlərini görürdü. Qızın rus qızları kimi mavi gözləri vardı. İri kirpikləri iri gözlərinə qeyri-adı yaraşıq verirdi.

-Durum qapını bağlayım! - deyə Dəyanət işığı yandırdı. Qızın çılpaq olduğunu gördü. Nigar döşək ağını üstünə çəkdi.

-Deyəsən utanırsan? - deyə Dəyanət zarafata keçdi.

-Qapını bağlamışam. Yaxşı olar işığı söndürəsən!

-Utanırdın, niyə gəldin?

Qız ayağa qalxdı və büründüyü döşək ağını üstündən atdı:

-Nədən utanmalıyam? gül kimi seksual bədənim. Diqqətlə baxsan? mənimki Gülcahanan qəşəngdir.

-Mən Gülcahanı lüt görməmişəm?

-Bilirəm!

-Haradan bilirsən?

-Biz bir-birimizə söz vermişik nə etsək  hər şeyi danışaq.

-O, da danışdı?

-Bəs necə? İki gün bundan qabaq onunla nə iş görmüsən! Necə olub, olduğu kimi. Elə danışdı ki, məni də həvəsə gətirdi. Dedim, mən də səninlə olmaq istəyirəm. Dedi təşkil edim? Etdi. Gülcahan qeyri-adı bir qızdır. Mənə onunla ölümə gedərəm. Bura necə gəlmək planımı o, cızdı.

-Bəs sizdə evdəkilər? Bilmirlər haradasan?

-Elə bilirlər, Gülcahangildəyəm. Onun atası-anasıla Kür qırağına gedəndə, mən onunla qalıram.

-Belə de!

-Gülcahangildən işığın haçan sönəcəyini gözlədik, Gülcahan gəlib bura qədər məni ötürdü, getdi. Səhər sübhdən qayıdacağam. Hələlik saat üçdür. İki saat bəsindir. İşığı söndür? xahiş edirəm.

Ancaq Dəyanət işığı söndürmədi, qızı süzdü. Otağın ortasında ona baxıb nə edəcəyini gözləyən qızın üzünə güldü.

 Soyuducunun qapısını açdı, limonad çıxartdı stəkana töküb qıza uzatdı.

Nigər çəkinmədən əlindəki döşək ağını çarpayıya atdı və Dəyanət tərəfə gəldi. Stəkanı onun əlindən aldı. Arxasını Dəyanətə sökədi ki, onu qucaqlasın...

 

LENİNQRAD

 

Gözləri Niva çayının sakit dalğalarına dikilmiş Dəyanətin diqqətini heç nə özünə cəlb etmirdi. Sonuncu imtahandan sonra elmi rəhbəri professor Petr Safronov onu görmək istəyirdi. Elmi  məzuniyyəti isə bu gün qurtarırdı. Ancaq elmi rəhbərindən tapşırıq almamışdı. Tapşırıq alandan sonra isə Bakıya qayıda bilərdi.

 Bir həftədən artıq idi professoru tapa bilmirdi Evlərinə zəng edirdi, telefonu götürən olmurdu.

Bu gün yenə kafedraya dəydi. Laborantkalardan başqa heç kim yox idi. Aqcaq laborantlardan biri onu tanıdı və saxladı:

-Siz Dəyanətsiniz?

-Bəli!

-Petr Vladimirovaiç dedi ki, bir saata kafedraya gələcək, onu gözləyəsiniz. İstəyirsən, burada gözlə.

-Sağ olun! Bir saata qayıdaram.

 Küçəyə çıxdı. Parapetin açıq tərəfindən çayın sahilinə düşdü və qranit daşın üstündə oturdu. Hava boğanaq olsa da, burada sərinlik duyulurdu. Qarşıdan İssaki və Admiralteystvanın qüllələri görünürdü. Bu gözəllik onun diqqətini cəlb etsədə, Dəyanəti Qutqaşenin fikri aparmışdı.

            Bütün dostları-yoldaşları yolunu gözləyirdilər. Xoş xəbərlə gəlməsini. İki dəfə Leninqraddan Qutqaşenə zəng vurmuşdu. Atası anası Kislovodskda olduğundan onlara da zəng vura bilmirdi ki, xəbər çatdırsın.

Bir saatın necə ötdüyünü hiss etmədi. Geriyə qayıtdı, Kafedranın qapısını açdı. Bayaqkı laborantka yenə onu gülüşlə qarşıladı:

-O, sizi çoxdan gözləyir! - deyə başı ilə kabineti göstərdi.

Petr Vladimiroviç LDU filfakının dekanı idi. Sir-sifətindən babasının tez-tez haqqında danışdığı insanları  xatırladırdı.

 -Cavan oğlan, mənə deyiblər ki, siz bakılısınız. Mənim atamın xoşladığı şəhər idi. Bakıdan dostları vardı. Bilirsiniz, necə xoş sözlərlə bakılıları xatırlayırdı. Blokada illərində və sonra bir bakılı dostu Fazil  Səmərqənddən Leninqraddakı dostlarına çoxlu kömək edib.

Mənim atam bakılı idi. İnqılabdan sonra bura köçmüşdülər.

Fazil atamın üşaqlıq dostu idi.

            -Petr Vladimiroviç, mənə elə gəlir ki, siz mənim babamdan danışırsız. Əgər yanılmıramsa, sizin ananız da bakılı qızı olub.

-Elədir.

-Onda sizin ananız, mənim nənəm Seyid Bikə ilə  Qızllar gimnaziyasında oxuyublar.

-Sən dünyanın işlərinə bax. O nə qədər dardır. Heç ağlıma gəlməzdi ki, atamın dostunun  nəvəsini görəcəyəm, hələ üstəlik elmi rəhbəri olacağam.

Baxmayaraq ki, Səninlə mənim tanışlığım iki il bundan qabaq olub. Konfransda.  Sənə birinci dərəcəli diplom vermişəm, Meşədi Fazilin nəvəsi olduğunu bilməmişəm.

-Doğurdan da, dünya dardır.

-Konfransdakı çıxışın indiyə qədər yadımdadır. Bakılı tılıbınin bolqar dilində çıxışı qeyri-adi hadisə idi. Odur ki, qələbəni sənə verdilər.

 -Mən o gün dünyanın ən xoşbəxt adamı idim.

-Sənin çap olunmuş məruzəni bir də oxudum. Bəlkə elə bu mövzunu inkişaf etdirəsən?

-Məgər mənim məruzəmi çap ediblər?

-Çoxdan elə həimin ay. Təşkilat komitəsi Bakıya  sizin instituta da göndərmişdi.- deyə  Petr Vladimiroviç stolun üstündən kitabçanı götürüb ona uzatdı.

Dəyanət kitaçanı aldı və açıb adını birinci səhifədə gördü.

-Çox sağ olun!- deyə Dəyanət təşəkkürünü bildirdi.

-Mənə yox, sənə təşəkkür etməliyik ki, bu cür maraqlı bir məruzə etmisən.

Sonra Petr Vladimiroviç Dəyanətə mövzu seçməkdə kömək etdi.

LDU-dan çıxan kimi, taksi tutub Aeroporta gəldi. Özünü bir təhər təyyarə çatdırdı. Yerinə keçib oturduqdan sonra yorğunluq hiss etdi. Hələ təyyarə yuxarı qalxmamışdı, Dəyanət mışıl-mışıl yatırdı.

***

 Evə qayıdan kimi  telefonu qaldırdı, Qutqaşeni yığdı. Telefonu Oktay götürdü.

- Sən hara, Qutqaşen hara? - deyə Dəyanət soruşdu.

- Qayınatam buralı deyil? Sən haradan zəng vurursan?

- Bakıdan!

- Nə oldu? Qəbul oldun?

- Təbrik edə bilərsən.

- Haçan gəlirsən?

- İki gündən sonra Qutqaşendəyəm.

- Bratik, tez gəl! Məndən qonaqlıq.

- Gəlirəm.

DƏCƏLLİK

 

Qutqaşen onu qalib kimi qarşıladı. Aspirant bileti əldən-ələ gəzdi. İyul  ayının əvvəli olmağına baxmayaraq hələ müəllimlər məktəbə gəlirdilər. Məktəb uzaq rayon yerində xaricdəki ziyalı klubunu xatırladırdı. Müəllimlər həyətdəki çardaqda yığışıb hər şeyi müzakirə edirdilər.

Tətil olmasına baxmayaraq, Yaşar da Qutqaşendə qalmışdı. Səbəbkar Oktay idi. Qızların isə hamısı Bakıya qayıtmışdılar.

Səhər çağı Dəyanətin gəlişini dostları  çox şən qarşıladılar. Axşama hazırlıq gördülər ki, məktəbin direktoru gəlib Dəyanəti təbrik edəcəkdi.

Ancaq onları yanına çağıran direktor, Dəyanəti kabinetdə təbirik etdikdən sonra, üzünü  cavan müəllimlərinə tutdu:

-Bu gün hamınızı məsləhətə çağırıblar! Birlikdə Vəli müəllimgilə getməliyik! - deyə Mahmud müəllim xəbər verdi.

-Mahmud müəllim, bizim olrada nə işimiz? - deyə Oktay soruşdu.

-Nigara dərs deməmisən? Gələn həftə toyudur. Bizi məsləhətə çağırırlar. Adətimiz belədir.

-Sən demə, biz "salidni" adammışıq! - deyə Yaşar zarafat etdi. Dəyanət isə eşitdiyindən dilxor oldu. Bura gələ-gələ yol boyu Gülcahanla Nigarı düşünürdü. Dünən yuxusuna girmişdilər. Yuxu necə çin olarmış.

-Bizim hələ nə yaşımız var, Mahmud müəllim? Toya gələrik! - deyə Dəyanət getmək istəmədi.

-Əksinə, yaşının azlığına baxma, sən bu gün şərəfimizsən. O boyda universitetin aspiranturasına girmisən. Rədd cavabı vermək olmaz.

Mahmud müəllimin sözündən çıxa bilmədilər. Razılaşdılar.

Axşam Nigargilin eyvanın qabağında stol açılmışdılar. Oğlan evinin kişiləri stolun arxasında əyləşmişdilər. Gələn müəllimləri görüb ayağa qalxdılar.

-Buyurun yuxarı başa, Mahmud müəllim! - deyə qız atası onlara yer görsətdi.

Adətə görə qız eviylə oğlan evinin toy ərəfəsində sonuncu görüşləri idi. Bu gün bütün məsələlər həll olunmalı idi.

Dəyanət söhbətləri elə bil eşitmirdi. Söhbətə qarışımaq belə istəmirdi. Fikrə dalmışdı. Olanlar göz önünə gəlirdi. Nigarı özgəsi ilə təsəvvür edə bilmirdi.

Süfrəyə podnosda çay gəldi. Gətirən Gülcahan idi. Uzaqdan Dəyanətə baxıb, gülümsədi. Dəyanəti fikirdən yayındırsa da, bu bir an davam etdi. Yenə də Nigarın fikri başından çıxmadı. Sadəcə olaraq qızı başa düşmək istəyirdi.

-Siz nə fikirdəsiniz, Dəyanət müəllim? - deyə oğlan atası üzünü ona tutdu.

Dəyanət nədən söhbətin getdiyini bilmədiyindən bir az fikrə daldı və nə deyəcəyini düşündü. Ancaq elə bir söz tapma bilmədi.

-Mənə elə gəlir ki, biz əlimizdən gələni etməliyik ki, gənclər xoşbəxt olsunlar. Nə deyə bilərəm? Allah xoşbəxt eləsin!

Dəyanətin sözləri deyəsən hamının xoşuna gəldi.

Qalanları da onu kimi danışdılar. Bunula da söz-söhbət qurtardı. Süfrəyə yemək-içmək gətirildi.

Hamının başı yeməyə qarışmışdı. Dəyanət isə nə baş verdiyini anlamaq istəyirdi. Hərdən birdən başını qaldırır, süfrə sahibləri inciməsin deyə qarşısına nə isə qoyur, yenidən fikir dəryasına qərq olurdu.

Nigarın niyə ərə getdiyi və yaxud aralarında olan bu münasibətlərin nə qədər  davam edəcəyi də düşündürmürdü. Beynində bu səfər qaynayan fikir - Avropa qızları ilə bizimkilər arasında fərqi tapmaq istəyirdi. "Elə bir fərq varmı? "- deyə düşünürdü.

"Əlbəttə zahirən gözə dəyən çox fərq tapmaq olar, ancaq bizim qızlardan ağıllı ola bilməzlər. Elə götürək bu iki rəfiqəni. İstədiklərini edirlər. Avropalı heç nəyə və heç kimə fikir vermədən, bunlar isə çox ağılla və ehtiyatla. Onların azadlıqlarını əllərindən alan çərçivədən qırağa çıxmaqla, elə bil nəyə isə qalib gəlir, daha doğrusu, bundan əməlli-başlı həzz alırdılar.

Nigar və Gülcahan nə itirirlər? Hər ikisi gələcək ərlərinin  başlarını buynuzlarla bəzəyib, istədikləri kimi onları idarə edəcəklər." - deyə düşündü.

Dəyanət haradasa oxumuşdu ki, qadınlar ya qızlar kişiləri özləri seçirlər və bu seçim həmişə birtərəfli olur. Məgər belə deyil?

Yeməkdən sonra bağçaya düşdülər ki, süfrəni qızlar yığışdırsınlar, çay süfrəsi hazırlasınlar.

 Meyvə ağaclarında gilas və albalı dəymişdi. Yerdə isə tağlardan çiyələyin qırmızılığı diqqəti cəlb edirdi. Həyət boyu gözə çarpan "Qızıl Əhmədi" və fındıq ağacları idi.

Dəyanət dostları ilə birlikdə durub bağçanı seyr edirdilər. Bu zaman onlara qara kostyumda, qalstukda bir gənc yanaşdı.

-Siz Nigarın ən istəkli müəllimisiz! - deyə bəy Dəyanətə müraciət etdi.

            -Heç ağlıma gəlməzdi ki, şagirdlərim məni xoşlasın! - deyə Dəyanət özü də bilmədən cavab verdi.

            -Siz nə danışırsınız? Bütün builki buraxılış sizi tərifləyir.

-Allah sizi xoşbəxt eləsin! Sənin çox ağıllı adaxlın var! -deyə Dəyanət gülümsündü.

Eyvanda Gülcahan göründü. O, nədənsə əlini qabağa uzadıb elə bil daş hasarın arxasından görünən qoca şabalıdı göstərirdi. Qız bu hərəkəti bir-neçə dəfə etdi.

Qızın bu hərəkəti bir adamın da diqqətini cəlb etmədi. Ancaq Dəyanətə aydın oldu ki, gecə saat 12-dən sonra qaca şabalıdın altına gəlmək lazımdır. Qızın bu hərəkəti Dəyanətin əhval-ruhiyyəsini qaldırdı.

***

Saat on-on bir olardı ki, evə döndülər. Ancaq Oktay qayınatasıgilə getmək istəmirdi.

-Burda qalacağam! - deyə öz fikrini bildirdi.

-Get, qayınatan gilə! Yoldaşın da oradadır! Səhər görüşərik! - deyə Dəyanət Oktayı burdan uzaqlaşdırmaq istədi.

-Sən mənə deyəsən «otval»[38] vermək istəyirsən?!

-Nə «otval»? Əvvəla xoruldayırsan, sonrası isə Aybənizin yanında  qalmağın məsləhətdir. Rayon əhli sözbaz olur.

Deyəsən Dəyanətin bu arqumentini Oktay qəbul etdi və kor peşman durub getmək istədi.

-Gəl, səni  ötürək! Rastına itdən-zaddan gələr. - deyə Yaşar zarafata keçdi.

-Bunlara bax, küçük görəndə deşik axtarırlar, məni itlə qorumaq istəyirlər.

-Ay Allahın fərsizi, bu havada evdə oturmaq olar? Başını qaldır bir səmaya bax!

Hər üçü həyətə endilər. Göy üzü par-par işıldayan ulduzlarla bəzənmişdi. Qutqaşenin yay ayları həmişə belə olur. Dağlara çıxdıqca ulduzlar daha da parlaq yanırdı.

-Vallah, buradan gözəl yer yoxdur! - deyə Oktay əllərini göyə qaldırdı.

-Sənin üçün əlbəttə belədir. Çünki buranın yeznəsisən!

-Başa düşmədim?

-Oktay, demək istəyir ki, yezneyi mən, xəri mən!- deyə Dəyanət güldü.

-Sən bir adam dilində danış! Başa sal!

-Yəni sən daşını bu dağlara atmısan, hələ məlum deyil Dəyanət haraa atacaq! - deyə Yaşar güldü.

-O, Allahın qismətidir. Bura gələndə heç ağlıma belə gəlməzdi ki, buradan evlənim.

- Qismət Allahdandır! - deyə  Dəyanət sözünü qurtardı.

Tacəddingilin evinə çatdılar.

- Sənə qayınana evində uğurlar! - deyə Yaşar zarafat etdi.

-Sağ əlin Yaşarın başına!

-Yaşarın ki, bu gün-sabahlıqdır. Sən özünü düşün!  Xudahafiz! -deyə Oktay darvazanı açıb içəri girdi.

Dostlar isə asta-asta Qutqaşenli prospekti ilə internat məktəbi tərəfə enməyə başladılar.

-Dəyanət, Oktay düz deyir! Sən də subaylığın daşını at!

-Kefdən danışırsan, Yaşar! Mənim o qədər görəcəyim işlər var!

-Bəs onda Arzuya niyə nişanlanmışdın?

-Bir səhv idi etmişdim.

-Elə deyil. O cür qızı bəyənmədin! Papasının gül balasıdır, deyə.

-Deməli qismət deyil! Yazını pozmaq olmaz!

-Sən lap filosof kimi danışırsan!

-Yaşka, Bolqarıstanda Lidiya adlı bir qız tanışım var. O, deyir ki, otuza qədər tələsmə, otuzdan sonra gecikmə. Mən otuz yaşına qədər evlənməyəcəyəm.

-Bu saat, Əşrəf kişi qoydu.

Evlərinə çatdılar. Yaşar yuxarı çıxan kimi  mənzilinə keçib yatmağa getdi.

Saat 12-ni vurdu. Dəyanət ayağa qalxdı və yenidən həyətə düşdü. Ətraf sakitlik idi. Adətən yerli camaat tez yatırdı. Yay aylarında saat 5-6 üçün çoxu tarlada işləməyə gedirdi. On-on bir üçün qayıdırdılar. Birdə axşam sərini işləyib, şam yeməyindən sonra yatırdılar.

Gecikdiyini hiss edirdi. Ancaq tələsmirdi. Ay işığında hər tərəf elə bil insanın ovcunun içində idi. Qoca şabalıd uzaqdan çətiri xatırladırdı. Qalın budaqları aşağı əyilmiş, yerə dəyirdi.

Dəyanət qırağa çəkilərək ətrafa boylandı və heç kimin olmadığını görüb, ovuğa girdi. Onu kimsə qucaqladı, ancaq bu Gülcahan deyildi.

-Nigar, sən burada nə edirsən?

-Bəs sən nə edirsən? - deyə qız suala sualla cavab verdi!

-Deyəsən, başını itirmisən? Axı sənin nişanlın var.

-Elədir. Ancaq o başqa, sən başqa. - deyə qız gülümsədi

-Mən Gülcahanı gözləyirdim.

-O, indi gələ bilmir. Xəstədir. Sabah Bakıya instituta girməyə gedir. Mən onunla  qalacağam.  Telefonunu istəyir. Bakıya olanda səninlə görüşəcək.

-Mən sizi başa düşmək istəyirəm? Hərəkətlərinizi anlaya bilmirəm.

Nigar başını onun çiyninə qoydu. Dəyanət hiss etdi ki, qız nəyisə düşünür.

-Biz çox ağıllı qızlarıq. - deyə birdən qızın incə səsini eşitdi: - Uşaqlıqdan rəfiqələrik Həyatda nə var bilirik. Bilmədiklərimizi öyrənib bir-birimizə başa salırıq. O, mənim sirlərimi bilir, mən onun. Bir gün anladıq ki, biz təkcə ayrılmaz dostlar deyil, yarıya bölünmüş almalarıq.

-Maraqlıdır.

-Özümüzü anlayan gündən söz verdik ki, tez ərə gedək… Gülcahan səninlə nə etmişdi, mənə danışdı. Dedim mən də istəyirəm. O, da təşkil elədi.

-Niyə məni seçdiniz?

-Çünki hiss etdik ki, sən həqiqətən kişisən. Kişilər isə məhəbbət işlərində həqiqətən möhkəm olurlar.

-Bunu haradan bilirsən?

-Məgər bizim oxumadığımız kitab qalıb mi. «Eleanoranı» oxumusan?

-Yox!

-Çox şey itirmisən. İstəyirsən danışım Eleanora nə edirdi.- deyə qız ona sıxındı.

-Yox, hələlik lazım deyil! Telefonu hara yazım?

- Sən denən yadımda saxlaram.

Dəyanət telefon nömrəsini qızın qulağına pıçıldadı və sonra qulağını dişlədi. Arxadan səs eşidildi. Qızı dala atdı ki, ovuğun içərisindən görünməsin.

Gələn adam məktəbin gözətçisi idi. Düz onlara baxıb uzaqlaşdı.

-O bizi gördü. - deyə Nigar qorxuya düşdü.

-Sən burada gözlə gəlirəm! - deyə Dəyanət keşikçinin arxasınca qaçdı və məktəbin divarının dibində yaxaladı. Əli ilə boğazından tutub silkələdi:

-Bilsəm ki, ağzından bir söz qaçırıb birinə nəsə demisən, kökünü kəsərəm! - deyə Dəyanət onu hədələdi.

-Vallah, Dəyanət bala! Arxayın ol! Danışsam, kişi deyiləm. Məgər belə şeyləri danışmaq kişilikdəndir?

-Bu başqa  məsələ! - deyə əlini onun boğazından götürdü.

-Dəyanət, bala sən şir ürəyi yemisən! Sənə halaldır! - deyə gözətçi uzaqlaşdı.

Oyuğa qayıdan  kimi üzünü qıza tutdu:

-Gördün, nə ola bilərdi?

-Sən ona nə dedin?

-Qoruxulu daha heç nə yoxdur.  Yaxşı olar, xəlvəti bizə gələsən, ogünkü kimi.

-Bəs Oktay?

-Orada deyil.

-Yaxşı, sən get, gəlirəm! Gülcahana dəyim, bilsin haradayam.

O, qızı qucaqladı üzündən öpdü və oyuqdan çıxdı.

Qaça-qaça evə gəldi, otaqda yır-yığış elədi. Sonra özünü çarpayıya atdı. Ancaq çox uzana bilmədi. Balkona çıxıb həyəti seyr etməyə başladı.

Həyət asta-asta dumana bürünməyə başlamışdı. Burada həmişə belədir. Aşağıdan gələn isti hava dağlara dəyib soyuyaraq dumana çevrilib şəhəri ağuşuna alırdı.

Gözləri ilə onlara gələn qızı axtardı, ancaq gözlərinə dəyən olmadı.

Mətbəxdə işıq yandı. Balkondan içəri keçdi. Gözlərinə inanmadı. Qarşısında  Nigar durmuşdu.

-Sən haradan çıxdın? Bayaqdan həyətə baxırdım, səni görmədim.  - deyə təəccüblə qızdan soruşdu.

-Dumana bürünüb gəldim! - deyə qız gülümsədi.

Qız soyuducudan Şampan şüşəsini götürsü. Dəyanətə üzatdı.

Dəyyanət qızın əlindən şüşəni alıb açdı və bakallara şampan süzdü. Sonra bakalın birini qıza uzatdı.

-Sənin sağlığına» - deyə sonra bakalını onun bakalına vurdu. Axıra qədər içib, bir-birinin gözünün içinə baxdılar. Sanki qız onun nə edəcəyini gözləyirdi.

Bakalı əlindən qoyub qızı qucaqladı, üzündən öpdü. Nigar dodaqlarını onun dodaqlarına yaxınlaşdırdı…

-Mən nə edirəm? -  birdən özü-özünə sual verdi: - Doğrudan   da, şir ürəyi yemişəm. Nişanlı qızla görüş təyin edirəm. Sonuncu dəfə olsun!

 

PROKOFİY MİXAYLOVİÇ

 

Bakıya qayıdan kimi Dəyanət ilk növbədə qoca müəlliminə dəyməyi qərara gəldi. Ancaq onu evdə tapa bilmədi. Həyat yoldaşı onun xəstəxanada, Bilgəhdə kardioloji mərkəzdə yatdığını dedi.

            Günorta çağı şəhər istidən yanırdı. Sanki göydən yerə alov tökülürdü. 

            Ancaq  Bilgəhə çataçatda dənizdən gələn sərin «Xəzri» rahatlıq gətirirdi.  

            Dəniz kənarındakı yüksəklikdəki mərkəz ürək açan yer idi. Burada qayalıq dənizlə toqquşurdu, aşağıdan daşlara çırpınan dalğaların səsi gəlirdi.

            Müəllimi otağında olmadı. Növbətçi qadın  onun həyətə düşüb gəzişdiyini dedi.

Prokoviy Mixayloviç Kravçenko sözün həqiqi mənasında Azərbaycan ziyalılarından idi. O, Bakıda doğulub boya-başa çatmış malorus idi. Bu insan ömrü boyu milliyyətindən asılı olmayaraq, talantlı cavanlara əl tutmuş, onlara düzgün yol göstərmiş, bacardığı yaxşılığı etmişdi. Vətəni  Azərbaycan üçün yanan adam idi.

Dəyanət isə bu insanın nə qədər tələbəyə yol göstərdiyini, öz balası kimi sevdiyini öz gözləri ilə gördüyündən, onu özünün mənəvi atası sanırdı.

-Əgər dünyada belə insanlar çox olsaydı, dünya necə də gözəl olardı. - deyə Dəyanət düşünürdü.

Qoca alim uzaqdan onu tanıdı, əl elədi ki, Dəyanət onu görsün.

Prokofiy Mixayloviçlə dənizə baxan skamyaya əyləşdilər.  

-Mənə bilirdim ki,  sən qəbul olacaqsan. Leninqradlılar hələ keçən il gücünü görmüşdülər. Ancaq indi sənə dediyim sözləri yadından çıxartma. Çalış həmişə xeyirxah olasan.

Bilirəm ki, tezliklə Bakıya qayıdacaqsan, iş axtaracaqsan. Odur ki, dünən universitetin kafedra müdiri Fəridə Sultanzadəyə səni təqdim etmişəm. Rayondan qayıdan kimi onun yanına get. Sənin yaxşı gələcəyin var. Çalış gələcəkdə talantlı və ağıllı insanları ortaya çıxarasan. Sənə öyrətdiklərimi onlara öyrədəsən.

-Prokofiy Mixayloviç, sizi heç kim əvəz edə bilməz!

Bu sözlərdən sonra qoca alim fikrə daldı. Bir daha dəniz tərəfə baxdı. Dəniz ləpələrində günəş suları sayrışırdı.

 -Görürsən günəşi. İstisi və şüaları ilə dünyanı yaşadır. Ancaq bir şair görmədim ki, ondan şer yazsın. Bilirsən niyə? Çünki o yaxşılıqdır. Yaxşılıq isə tərifə möhtac qalmır. Adətən axmaq adamları tərifləyərlər. - deyə qoca alim gülümsədi.

-Prokofiy Mixayloviç, bu həqiqətən belədir. Bu məntiqdən belə çıxır ki, televizorda gecə-gündüz təriflənənlər axmaqdırlar?

-Elə çıxır! Çünki ağılları olsa, bu işə baş qoşmazlar. Çünki tərif yalandır. Yalanın və yalançının isə axırı pis qurtarır.

-Buna mən də inanıram. Ancaq bu böyüklükdə ölkəni yalanla idarə edirlər.

-Gec-tezi var. Axırı pis olacaq. –deyə Prokofiy Mixayloviç yenidən dənizi seyr etməyə başladı. Dəyanətə elə gəldi ki, müəllimi nəyisə düşünür.  

-Rayonda nə var? - deyə fikirdən ayrılan Prokofiy Mixayloviç soruşdu.

-Raykom ağadır, bildiyini edir. Qayda-qanun yoxdur.

-Elədir bala, nə vaxta qədər hər şeyi plan çərçivəsinə salıb, olmayanı tərifləyəcəklər, bu ölkə tənəzzülə gedəcək. Qorx ki, dağılsın.

Mənim qulağıma çatıb ki, gənclər indi özlərinə «day-day» axtarır.  «Day-day»nədir bala?

-Yəni yüksək vəzifədə olan adam.

-Niyə görə?

-Səni istədiyin işə qoysun! Yerlibazlıq və rüşvətxorluq indi hər şeyi həll edir

-Bu Azərbaycanı mənəviyyatsızlığa aparacaq. - deyə qoca alim başını yellədi. Sonra onun əlindən tutub ayağa qalxdı:

- Çalış sən belə olmayasan. Bu mənim sənə vəsiyyətimdir.

Dəyanət onu mərkəzə qədər müşayiət etdi. Heç ağlına belə gəlməzdi ki, onu sonuncu dəfə görür.

(Ardı var)

***

 

 

 

Milanı qaçırılması. Dazil. Milisdə olmağım

 



1 -Сизя ня олуб?

-Щеч ня Наташка!

-МК-дан вя БК-дан зянэ вурмушдулар. Хащиш етмишдиляр ки, сиз онлара зянэ вурасыныз.

2 -Йахшы, язизим, эедя билярсиниз!

[1] Азярбайъан нефт вя кимйа институту

Дцз атмайан-русъа

1 Ната,бир бах! Эюр неъя огландыр?

2 Чох шадам ! Няргиз!

3 Ойнамаьы баъарырсан?

-Ялбяття баъарырам!

-Онда эял ойнайаг!

1 -Мяня еля  эялди ки, сян, билярякдян удуздун?.

-Бу беля дейил. Сян йахшы ойнайырсан. Мяним бахтым эятирмяди. Бабам дейирди ки, щяр шейи бахт щялл едирдир, инсан юзц йох.

-Бу ки нярддир?!

-Фярги нядир! Мяним Шамахынын кцчяляри хошума эялир. Эял кцчяйя чыхаг

-Бяс той?

-Марагсыздыр.

-Онда эял анамдан иъазя алаг.1

-Сян балаъаса задсан? Щяля юзцнц оьлан  адландырырсан.

 -Эял эетдик!

[3] Тур- турист сяфяри

[4] Кировабад

[5] 1966-ъы ил

[6] Мяркязи комитя

[7] Азярбайъан ленинчи коммунист эянъяляр иттифагынын бцросуну нязярдя тутурду-ред.

[8] ДТК-йа кадрлар анъаг АЛКЭИ-дян сечилирди.-мцяллиф

[9] Щинд мещманханасы

[10] Тялябяляр

[11] Эцллялянмя- мцяллиф

[12] Ня едяъяйик? Батдыг!

[13] Сян дяли олмусан?

[14] Ф’rhad она ня олуб?

[15] Щеч ня! Тойа гядяр саьалар.

[16] АДУ-Азярбайъан дювлят университеты

[17] Нефт кимйа институту

[18] Бакылыларын миллятиндян асылы олмайаураг анайа мцраъияти

[19] Русъа- йени гурбан

[20] Миндян бири мящяббтиня садигдир

Миндян бир сюзцнцн аьасыдыр.

Щяйат белядир

[21] Щя гызлар кеф чякирик? Шам едиб баьа эедирик.

-Биз разы!

[22] Щюрмятли Лионид Илйич, мяним шикайятими эютцрцн!

[23]  Гыз жаргону- оьлан

[24] "Йола эетмишди»- дямирйолчу жаргону- йяни сяфярдя иди.

[25] Сиз дяли олмусунуз. Инди мян чыхыб эедяъяйям!

[26] Салам достлар!- болгаръа

[27] -Сян щаралысан?

-Мян азярийям. Совет Иттифагындан

-Биринъи дяфядир бела ад ешидирям.

-Билирям!

-Сиз щарадансыныз?

-Бакыдан.

               -Хош эялмисян достум.

[28] Эавалы араьы- мцяллиф

[29] Гийамчылар, партизанлар

1 Монастра эялянляри гаршылайан вя йерляшдирян вязифяси. Тяръцмяси -гапы йанында дуран

[30] Чох саь олун ки, Илащи бизя иъазя вермисиниз ки, бу сюзляри Инъилдя йазаг

[31] Минейалар- гядим дини текстляр, адятян няьмя кими охунур.

1 Сон дюврляря гядяр Болгарстан тарихиндя Аспарухла баьлы чохлу аь лякяляр варды. 1973-ъц иля гядяр Болгарстанда Аспарухун ким олдуьу щагда илк дяфя Хабургайев "Стараславйанский йазык" китабында данышыб.

[32] Гайалыг

1 Хидмяти паспорта бцтцн мещманханаларда о саат йер верирдиляр

[33] Сцрцъц жаргону- йяни цзсцздцр.

[34] Кирабад-Кировабад- индики Эянъя

[35] Талонла йашайыр. 70-ъи иллярдя Азярбайъан рящбярлийинин апардыьы сийасят нятиъясиндя Азярбайъанда адам башына талонла бир кило мяншяйи мялум олмайан донмуш ят, йарым кило кейфиййятсиз йаь, бир кило гянд вя йа гянд тозу верилирди. Бцтцн республикалардан щяйат шяраитиз ашаьы олдуьу щалда рящбярлийя Ленин ордени верирдиляр, чцнки няйимиз варды Москвайа эюндярирдик.

[36] Каьызда биринъийик. О дюврдя Азярбайъанын ады щяр йердя планы биринъи йериня йетирян республика кими чякилирди. Яслиндя ися щяр шей каьызда иди.

[37] О дюврдя Азярбайъан рящбярлийинин эцлмяли гярары иди. Щеч бир совет республикасында беля гярар йох иди. Нятиъядя оьлан ушаглары республиканы тярк едирдиляр.

[38]Отвалить рус сюзцндян. Шящярлиляр тяряфиндян юзцндян узаглашдырмаг, далындан дяймяк мянасында илядилир