MÜNDƏRİCAT-CONTENTS-ОГЛАВЛЕНИЕ

DİLÇİLİK – ЯЗЫКОЗНАНИЕ.......................................................................................................................................................................-5

R.HÜMMƏTOVA. İ. Nəsimi poeziyasında temporallığın leksik və sintaktik vahidlərlə ifadəsi

G. MUSTAFAYEVA. -lı, -li, -lu, -lü şəkilçisi vasitəsilə yaranan toponimlər

A. QARAYEVA. Bəzi dini leksik terminlərin linqvistik təhlili.

L. SEYİDZADƏ.İngilis dilində gənclərin nitqində istifadə olunan slenqlərin xüsusiyyətləri

Г.ТЕЙМУРОВА . Определение специфики паремиологических конст­рукций

V. VƏLİYEVA. İngilis və Azərbaycan dillərində gələcəyin leksik vasitələrlə reprezentasiyası.

Ü. YUSUBOVA. Azərbaycan dilində numerativlərin praqmatik əsasları

N. ABDULHÜSEYNLI. “Kitabi-Dədə Qorqud” dastanının dilində keyfiyyət anlayışı ifadə edən vasitələr

B. MƏMMƏDOVA. Fars dilində /h/ fonemiه//ح)  qrafik nümunələri) əsasinda yaranan omofonlar

И. АТАКИШИЕВА. Современное состояние изучения и представления односоставных номинативных предложений

G. MEHDİYEVA III və V əsrlərdə yaranmiє alban əlifbasina dair  mülahizələr

Y. ORUCOVA.Siyasi diskursda mədəni dəyərlərin reprezentasiyası

A. BAYRAMLI. İngilis dilində tam və natamam omonimlər

M. QURBANOVA. XX əsrin əvvəllərində Azərbaycan dilinin lüğət tərkibi haqqında qeydlər

T. QAFAROVA. Inkişaf etmiş Förs ideyası  və dilin əlaqəli nəzəriyyəsi

S. ƏYYUBLU. Fransiz dilində suffikslər vasitəsilə neologizmlərin   yaranmasina dair

Y. CƏFƏROV. Xüsusi adların big-data analizi və neyrolinqvistik proqramlaşdırma

S. QULİYEVA. Terminologiyanın inkişafında terminoloji lüğətlərin rolu

K. SƏMƏDOVA . Azərbaycan dilinin Şimal qrupu dialektlərində təyini söz birləşmələri, sintaktik əlaqələr

R. HÜMMƏTOVA. İ. Nəsimi poeziyasında temporalliğin leksik və sintaktik vahidlərlə ifadəsi

M.ƏHMƏDOVA. Praqmatikanin linqvistik təsvirdə rolu

Л. ВЕЗИРОВА. Семантическая синонимия отвлечённых существительных в русском  языке  XVIII –  начала XIX века.

N. İBRAHİMOVA. Zaman anlayışının dərk olmasında linqvistik ifadə görümlərinin rolu

T.MEHRABOVA.Oğuz dastanlarında türkmənşəli onomastik vahidlər

 S. ABBASOVA,S. SEYIDOVA. Azərbaycan demokratik cümhuriyyəti dövründə milli dil uğrunda mübarizə

C. MƏHƏRRƏMOVA, A. Passiv fonda keçmiş etnooykonimlərinin linqvistik təhlili

E.BABAYEVA İngilis və Azərbaycan dillərində milli mədəniyyətlərin xüsusiyyətləri

A. HAQVERDIYEVA. Cümlədaxili vahidlər arasında ikili qrammatik əlaqə

K. SADIQOVA. Azərbaycan dilinin Şimal-Qərb bölgəsi şivələrində sinonimlik

Ş. QASIMOVA Dilin inkişaf prosesi haqqında ümumi qeydlər

F. MUSTAFAYEV. Kino dilində orfoepiyanın əhəmiyyəti

P.ABDULLABƏYOVA. Bədii dildə qirmizi rəngin semantikası

V.BAĞIRZADƏ. Fransız dilində nisbi budaq cümlələrin ekvivalentləri

Ü. HƏKIMOVA-AYDIN. Alınma hüquq terminlərinin tarixi-sosioloji prinsipdən tədqiqi

F.ASLANOVA. Yarımçıq cümləvə mətnin aktual üzvlənməsi

Ф. МАМЕДОВА.Употребление форм прошедшего времени в русском языке

F. QURBANZADƏ. Ellipsisin sintaktik fenomen kimi müasir dilçilikdə yeri

R. FEYZİYEVA. Tarixi romanlarda işlənmiş dialekt səciyyəli frazeoloji birləşmələrin  üslubi xüsusiyyətləri

M. MEHDİYEVA. Türkologiyada feil tərzlərinin mövcudluğu   haqqindaki  fikirlər

Ш. ГАСАНОВА. Фразеологические единицы русского языка: мужское и женское начало

N.HACIYEVA. A.A.Bestujev – Marlinski və Azərbaycan dili

G. ABBASOVA. Azərbaycan və ingilis dillərində sinonimik leksik paralelizmin linqvopoetik xüsusiyyətləri

T. ƏSGƏROVA. À la leçon l`enseignement de la comparaison des civilisations  françaises et azerbaijanaises actuelles.

S. İSKƏNDƏROVA. Müqayisə dərəcələri kateqoriyası və isim                             

G. KƏRİMOVA, N. SEYİDZADƏ. Sifətin mənasına görə təsnifi və dərəcələri

A. QULİYEVA. Dil variativliyinə müxtəlif yanaşmalar

B. ГУСЕЙНЗАДЕ. К вопросу о составлении «Pусско-Aзербайджанского словаря эпонимов»

X. ABDULLAYEVA. Azərbaycan və Fransız dillərinə dair informatika terminlərinin düzəlməsində iştirak edən məcazlar

T. HÜSEYNOVA. Cümhuriyyətdən bu günə - 100 illik Azərbaycan ədəbi                                                             

A. İSGƏNDƏROVA.Diskursun leksik-qrammatik aspektlərinin öyrənilməsində tərcümənin rolu

A. RAFİXANOVA. Urdu dilinin formalaşma tarixi

İ. ŞİRİNOVA. Müasir dilçilikdə cümlə problemi

Y.HACIYEVA Dərələyəz toponimlərinin leksik – semantik xüsusiyyətləri

ƏDƏBİYYATŞUNASLIQ-ЛИТЕРАТУРОВЕДЕНИЕ.......................................................................................................................

A. DADAŞOVA. İbn Abd Rəbbihinin “əl-Iqd əl-fərid”əsərində musiqi və mahnı sənəti

S.  BAYRAMOVA. Əhməd bin Həsən Çarpərdinin “Şərh əş Şafiyə” əsərinə yazılan şərh və haşiyələr

Q. SAYILOV. “Azərbaycan folkloru və islam dini” mövzusu nəzəri-fəlsəfi problem kimi

Q. RZAYEVA. Xəlil Rza Ulutürkün “Krasnodon qartallari” poemasinda qəhrəmanliğin bədii əksi

S. ƏLİYEVA.Doris Lessinqin sufi görüşlərində Şərqin izi

V. MİRZƏYEVA.Fransua Rablenin yaradıcılığındahumasnist təlim-tərbiyənin nəzəri ifadəsi

Z. ƏHMƏDOVA, S.SƏFƏROVA.Dünya şöhrətli ArturKonan Doyulun “Şerlok Holms” obrazı

F. SÜLEYMANOĞLU. Bulud Qaraçurlu Səhəndin “Araz” poeması

G. ABDULLAYEVA. Karaim ədəbiyyatinin səciyyəvi xüsusiyyətləri

A. SADIXOVA.Con Qrinin “Ulduzlar  günahkardır” romanında ekzistensial problemlər

Y. BABAYEV. Əhməd Yəsəvi və ana dilli Azərbaycan şeiri

K. ƏLİYEVA. Çalğıçı Barbədin nəğmələri

E. MƏHƏRRƏMOVA . Nizami Gəncəvinin əsərlərində əxlaq tərbiyəsi

P. HƏSƏNLİ. “Söhbətül-Əsmar” əsərinin tekstoloji tədqiqi

T. ƏSGƏROVA A.Bakıxanovun yaradıcılığında tərbiyə məsələləri

T. XANVERDİ. Ədəbi-tarixi, nəzəri-estetik fikirdə psixologizm  probleminin öyrənilməsi və qoyuluşuna dair

T. HƏŞİMOVA. Müstəqillik dövründə Özbəkistanda Azərbaycan ədəbiyyatının öyrənilməsi və təbliği

N. MƏMMƏDOVA. Məsud Əlioğlunun araşdırmalarında resenziya janrı

A. HƏŞİMOVA. Sabir Əhmədlinin yaradıcılığında sosial-psixoloji axtarışlar

F. MİRZƏZADƏ.Elçinin “Baş” romanında tarixi prosesin bədii ifadəsi

Ş. HƏSƏNLİ-QƏRİBOVA. IX-XII əsrlər ərəbdilli türk elmi qaynaqlari

D. ADİLOVA. M.Hüseynin povestləri silsiləsindən

Ə. BAXŞƏLİYEV. Səməd Vurğun və Qazax ədəbiyyatı

E. NƏCƏFOV. Cəlil Məmmədquluzadə  dramaturgiyasinda özünüdərk problemi

M. MƏMMƏDOVA . Nizami Gəncəvinin “İsgəndərnamə” əsərində canli aləmdən alinmiş təşbih obrazlari

Ü. SƏMƏDOVA.Tənzimat ziyalılarının ədəbi- estetik axtarışları

Q. ALXANOVA. Türk romanında intiharın psixoloji motivasiyası

S.  CƏLİLOVA. Füzulitürkdilli şeirin  sultanı

M. MƏMMƏDOV. Bəkir Çobanzadə və xalq ədəbiyyati

V. MƏMMƏDƏLİYEV, N. İSMAYILZADƏ. Mövlana, Qur’an, ilahi eşq

M. HÜSEYNOV,A. ŞELEMENOVA. M.Cəfərin lirik üslubuna nəzəri baxışlar

Ş. DADAŞOVA. Həyat hekayələri və müəlliflərin epistemoloji dinamikası.

P. MƏMMƏDOVA. Cəlil Məmmədquluzadə və ailəsi elmi araşdırmalarda

S. XAVƏRİ. Əfsanələrin funksional semantikasında yaradılış arxetipi

S. MUĞANNA. Həqiqət axtarışında “Tapdın? tapmadım!”

E. GƏRAYZADƏ.Cəlil Məmmədquluzadənin hekayələrində XIX əsrin real mənzərəsi

V. ƏLİYEV. Təmsillərdə alleqoriya üsulunun rolu və qarşılıqlı əlaqə məsələləri

T. МАМЕДОВА. Роль прозаического творчества A. Блока в формировании историко-литературного процесса

İNSANŞÜNASLIQ-ЧЕЛОВЕКОВЕВЕНИЕ..................................................................................................................................3

E. HƏSƏNOV. Об искусственном  интеллекте. Проблемы, прогнозы и общая планировка.

J. MUSTAFAYEVA. Lider

S. SƏFƏROVA, T. SƏDRƏDDİNOVA. Milli  dəyərlərimiz və müasirlik

İ. ŞƏMSİZADƏ.İnsan və onun mənəvi gözəllikləri haqqında düşüncələri

M. ALIYEVA. İşletmelerin ayrılmaz bir parçası olarak sosyal sorumluluk

PEDAQOGİKA-PSIXOLOGIYA, ПЕДАГОГИКА-ПСИХОЛОГИЯ .........................................……………..…………........

T. ДЖАФАРЛИ, Л.АЛЕКПЕРОВА. Об информативной роли памяти в обучении второму языку

N. SADIQOVA. Usage Of Newspaper In English Teaching “The most powerful teacher on the planet is media”

J. SEYİDZADƏ. Xarici dillərin tədrisində fəal təlim üsullarindan istifadəyə dair

E.MƏMMƏDOVA.İbtidai siniflərdə inteqrasiya

A. KƏRIMOVA, R. QULİYEV. Azərbaycan dili dərslərində nitq inkişafi və üslubiyyatla bağli məsələlərin mahiyyəti

X. АХУНДОВА.АГАМИРОВА. Лингвистические особенности прилагательных с мягкой и твёрдой основой на –н

F. ŞİRİNOVA.Xüsusi məqsədli dil dərslərində yeni metodların tədrisi zamanı yaranan problemlər və onların həll yolları

N. CƏFƏROVA, N.YUSIFOVA .Nitq inkişafi təfəkkürün inkişafinin, təfəkkürün inkişafi nitq inkişafinin tənzimləyicisidir

M.QULİYEVA,N.İMAMVERDİYEVA, A.BAYRAMOVA. Milli ləyaqət hissinin gözlənilməsində vətəndaşlıq borcu........... HÜMMƏTOVA. Nitq mədəniyyətinin əsas şərtlərinin tədrisi

K.ƏLİYEVA. Məktəbdaxili rəhbərlik və nəzarət- yeni məktəb modeli

M. SƏRDAROVA. Azərbaycan-Türkiyə təhsil əlaqələri Türk dünyasına inteqrasiya hadisəsi  kimi.

S. SADIQOVA. Fəal təlimdə qiymətləndirmə

JURNALİSTİKA - ЖУРНАЛИСТИКА…………………....…………………........…...……….................................................

N. ƏHMƏDLİ, S. MUSAYEVA. Jurnalist nitqinin özəllikləri

M. ASLANLI, G.ASLANLI. XX əsr Azərbaycan publisistikasında fiziki tərbiyə və sağlamlıq motivləri

A. AĞBABA. Məhəmməd Əmin Rəsulzadənin publisistikasinda  erməni məsələsi

C. ГУЛИЕВА.Процессы перехода на цифровое телевещание и мультимедиатизации в Азербайджане

N. SALAMOV. Sosial media: növləri və kommunikativ-psixoloji mahiyyəti

Ş.ABDULLAYEVA. Beynəlxalq informasiya məkanında Azərbaycanın tanınmasında AzərTAc-ın rolu

KİTABŞUNASLIQ-КНИГОВЕДЕНИЕ……………...………………………………………

S.İSMAYILOVA Molla  Pənah  Vaqif: biblioqrafik göstərici

MƏRUZƏ VƏ MƏQALƏLƏR – ДОКЛАДЫ И СТАТЬИ.................................................................................................................

A.ASALIYEVA. Ana   dili   dərslərində   inteqrasiya

V.QURBANOV,Q. ƏHMƏDOVA. Diləməhəbbətvətənəməhəbbətdir

M. İSMIXANOV, G.KƏRİMOVA, C.HÜSEYNOVA. Müəllimlərlə metodik işin təşkili

R. QULİYEV. Leksikologiya təlimi prosesində üslubiyyat  üzrə aparılan işlərin məzmunu

А. ГАСЫМОВА. Идея и образы романа Якуба Kадри Kараосманоглу «Aнкара»

G. MUXTARZADƏ.Azərbaycan dili dərslərində qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan söz qruplarının tədrisi R. MƏMMƏDOVA.  Orfoepiya  təliminin əhəmiyyəti

A. QULİYEVA. Feili birləşmələrin öyrənilməsinin praktik əhəmiyyəti

G. QULİYEVA. V sinfin ədəbiyyat dərslərində Cek Londonun “Kiş haqqinda hekayə”ti əsərinin öyrədilməsi

G. ALİYEVA Azərbaycan dili dərslərində fəndaxili əlaqənin nəzəri əsasları

H. VƏKİLOVA. Heydər Əliyevin təhsil strategiyası

K. НУРИЕВА, И.КУЛИЕВА. «Преподаватель – студент – учебник» как ведущие компоненты обучения

A. QULİYEVA. Feilibirləşmələrinöyrənilməsinin praktik əhəmiyyəti

A. NƏCƏFOVA. Çingiz Aytmatovun “manqurt” hekayəsinin tədrisi

İ.  ƏLİFLİ.Müasir ingilis dilində mürəkkəb cümlə problemi

K. ASLANLI. Hüseyn Cavidin “Şeyx sənan” əsərində mömin və aşıq qarşidurması

G. HACIYEVA. Some Fundamentals in the Teaching of Diplomatic Writing to High School Students

Г. РАСУЛОВА. Актуальные проблемы преподавания русского языка в современной школе.

B. QƏDİMOVA. Kiçik yaşlı məktəblilərdə şifahi nitq bacarığının  inkişaf etdirilməsi

T. VƏLİYEVA. Etiket qaydalarinin və nitq etiketlərinin ünsiyyətdə rolu

Д. КАЗИ -ЗАДЕ .Проблемы стилистики  в преподавании русского языка как  иностранного

N. RZAYEV. Meyxana ustası Ağakərim.                                                

N. HƏSƏNZADƏ. İlqar Fəhminin “Bakı tarixindən kollaj” əsərində fraqmentarlıq

E. BABAYEVA/ MÖVLUD SÜLEYMANLININ ƏDƏBİ QƏHRƏMANLARI

YUBİLYARLAER-ЮБИЛЯРЫ ………………………………………………………………...................................................….

SAMƏT  QÜRBƏT  oğlu ƏLİZADƏ – 80

                                                                                

 

5

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

    Hümmətova Rəhilə Əşrəf q.

İ. NƏSIMİ POEZİYASINDA TEMPORALLIĞIN LEKSİK VƏ SİNTAKTİK

VAHIDLƏRLƏ İFADƏSİ

            Azərbaycan bədii fikir tarixində poetik-fəlsəfi şeirin əsasını qoymuş  İmadəddin Nəsimi XIV yüzilliyin qüdrətli söz xiridarı idi.  Həm fars, həm ana dilində divan bağlayan şairin ölməz misraları leksik-semantik tutumu, ifadə imkanlarının zənginliyi, üslub gözəlliyi, forma və məzmun vəhdəti ilə seçilir. Orta çağların poeziyasına  tərtəmiz, ilıq yaz nəfəsi gətirən İ. Nəsimi ana dilimizi, xalqımızın poetik təfəkkürünü inkişaf etdirərək elə bir söz xəzinəsi yaratmışdır ki, onun mənəvi dəyəri əsrlər keçdikcə daha da artır. Zaman bu möhtəşəm xəzinənin hər bir ləl-cəvahiratını göz bəbəyi kimi qoruyur. Baxmayaraq ki, zaman çox-çox xəzinələri – Fironların, Süleymanların, İsgəndərlərin, yüzlərcə şahların, sultanların xəzinələrini udub, mal-mülkü kimsəyə buraxmayıb:

                               Mülk ilə mal, ey məlik, kimsəyə çün qalmamış,

                               Yox tut anı, heçə say, baxma anın varına. (s. 36)

         (Ey hökmdar, mülk ilə mal kimsəyə qalmamışdır, onu yox bil, heçə say, onun varına baxma).

         Var-dövlətin, mal-mülkün, xəzinələrin heç kimə qalmadığını söyləyən Nəsiminin söz xəzinəsi isə əbədidir. Çünki Nəsimi zamanın fövqündə dayanır, onun poetik-fəlsəfi təfəkkürü bütün çağlarda təzə-tərdir.

        Görəsən, zamana sinə gərən İ. Nəsimi poeziyasında  temporallıq (dil zamanları) necə ifadə olunmuşdur?  İ. Nəsimi poeziyasında zaman anlayışının (temporallığın) ifadəsi olduqca zəngindir. Şairin misralarında temporallıq müxtəlif dil vahidləri ilə – leksik, morfoloji, sintaktik vahidlərlə ifadə edilmişdir. Xüsusilə qrammatik zaman (feillərlə ifadə) misralardakı əsas zaman məzmununun yaradılmasında xüsusi bir lay təşkil edir.

         İ. Nəsimi poeziyasında temporallığın leksik və sintaktik vahidlərlə ifadəsi də olduqca maraqlıdır. Bu möhtəşəm poeziyanın dilində önəmli yer tutan  temporal leksikanın və sintaktik vahidlərin istiqamətlərini nəzərdən keçirək: Zərflər –  zaman zərfləri: yarın, əbəd, əzəldən, genə, imdi, ildə, yenə, hey, əvvəl, şam, gecə-gündüz, zaman-zaman, daim, bir dəxi, hərdən, müdam, hər dəm,  dün-gün (gecə-gündüz), həmişə, sübhdəm, naharü leyl (gecə-gündüz), gecələr, cavidan, dünü gün, dəmbədəm, danla, bu gün, şamü səhər, anda (onda), dün (gecə), imruz (bu gün), fərda (sabah), yaz, küz, hərgiz (heç vaxt), sübhü-şam və s. Nümunələrə nəzər yetirək:

                       Yürəgim yaralı eylədi qəmzən, iriş,

               Yarasına bax bu gün, qoyma anı yarına (s. 36).

      

                Yara, Nəsimi, bu gün canını qurban qılana,

                Məhrəm olur ta əbəd məxzəni əsrarına (s. 37).

               

                Eşq içində dinü dildən gəl keç imdi, ey fəqih,

                Şeyx Sənan kimi ol gəl sən dəxi tərsayi-eşq  (s. 43).

 

               Kim əvvəl tanımadı kəndi vücudi şəhrini,

               Ol gədahimmət nə yoldan varə sultan istəyə? (s. 51)

 

               Düşdü saçının zülmətinə könlüm, ilahi!

               Şol hali-pərişanə bu şamı səhər eylə  (s. 56).

              

               Münacat eylərəm, dün-gün sənin dövlətli kuyində,

               Üzün nuri-təcəllidir, dəxi mən eylərəm Turi   (s.101).

          

                Qaşındır vəhy, eynin ayətullah,

                Naharü leyl anın ağı, qarasi     (s. 112).

 

                 Mən bu gün səbr etsəm, danla fəğanı neylərəm?   (s. 143)

 

                 Dün də keçdi, danla qaib, bəs bu dəm xoş dəmdrür   (s. 257).

 

                 Mən ol zahid sözündən qorxmazam, çün

                 Ki, imruzi qoyub fərdaya düşmüş   (s. 340).

         İ. Nəsimi  bəzən  bir beytdə qədim türk leksik layında intensiv işlənən zaman zərfləri ilə bərabər ərəb mənşəli zaman zərflərini qoşa işlədir. Zaman zərflərinin bu cür işlədilməsi beytin semantik tutumunu, poetik siqlətini qüvvətləndirməyə, lirik qəhrəmanın çəkdiyi iztirabın zamana sığmadığını, miqyasının böyük olduğunu ifadə etməyə xidmət göstərir:

                    Zülfü rüxün hədisini necə unudum, ey pəri,

                   Çün dünü gün anınla mən leylü nahar içindəyəm (s.153)

           Misralarda işlənmiş türk (dünü gün) və ərəb mənşəli (leylü nahar) mürəkkəb zaman zərfləri öz semantikasına görə ümumi xarakter daşıyır və bütün zamanları da ehtiva edir.

          Əslində zaman zərflərinin böyük əksəriyyəti semantik cəhətdən feillə ifadə olunan qrammatik zaman anlayışının məna tutumunu daha qabarıq şəkildə üzə çıxarmağa,  konkretləşdirməyə xidmət göstərir. İsmi xəbərli cümlələrdə isə məhz zaman məzmunu zaman zərfləri ilə yaradılır.

          İ. Nəsimi poeziyasında işlənmiş zaman zərfləri mənşəyinə və quruluşuna görə fərqlidir. Poeziyadakı zaman zərflərini mənşəyinə görə üç qrupa ayırmaq olar: ərəb mənşəli olan zərflər: əbəd, əzəldən, əvvəl, daima, müdam, zaman-zaman, naharü leyl...; fars mənşəli olanlar: şam, həmişə, sübhdəm, cavidan, dəmbədəm, imruz, fərda, hərgiz...; türk mənşəli zaman zərfləri: yarın, imdi, yenə, dün, dünü gün, ildə, danla, bu gün, anda, yaz, küz, qış və s.

       Klassik ədəbiyyatımızın, o cümlədən İ. Nəsimi poeziyasının dili üçün səciyyəvi olan temporal zərflərin bir çoxunun müasir Azərbaycan dilində işlənmə səviyyəsi eyni deyildir. Temporal zərflərin bir çoxu müasir ədəbi dilimiz üçün arxaikləşibdir: dün, dünü gün, danla, naharü leyl, sübhdəm, cavidan, imruz, fərda, küz və s. Bəzi zərflər fonetik cəhətdən dəyişilərək dilimiz üçün sabitləşmişdir: anda\onda, imdi\indi, genə\yenə və s. (Azərbaycan dilinin qərb şivələri baxımından imdi, genə zərfləri intensivliyi ilə seçilir).

        Temporal zərflərin bəzilərinin semantikasını nəzərdən keçirək:

        Dün (dünən) – gecə, axşam, qaranlıq.

        Dünü gün – gecə-gündüz.

        Əzəldən. Ərəb mənşəlidir, “ əzəl ” ilkin, başlanğıc və s. deməkdir; -dən türk mənşəli şəkilçidir.

        Müdam. Ərəb mənşəlidir, “ həmişə ”, “ daimilik ”, “ əbədi ” anlamlarını bildirir.

        Naharü leyl. Ərəb mənşəlidir – gündüz-gecə  deməkdir.

        Şam. Fars mənşəli olub “ axşam ” anlamındadır.

        Sübhdəm. Fars mənşəlidir, “ səhər vaxtı, səhər çağı ” deməkdir.

        Cavidan. Fars mənşəlidir, “ daimi ”, “ əbədi ”, “ ölməz ”, “həmişəlik” deməkdir.

        İmruz.  Fars mənşəlidir, “ bu gün” deməkdir.

        Fərda.  Fars mənşəlidir, “ sabah, sabahkı gün ” deməkdir.

        Danla. Qədim türk sözüdür, dilimiz üçün arxaikləşib; “ sabah ” anlamındadır.

        Küz. Müasir ədəbi dilimiz üçün arxaik türk sözüdür; “payız” anlayışını bildirir. Bir çox toponimlərdə (Küzdək) qalmaqdadır.

        Zaman məzmunlu isimlər:  dövran, bahar, əyyam, zəmanə, vədə, axır, gün, məcal, aqibət, vəqt, dəm, gün,  dəhrü zəmanə,  qış və s.Nümunələri nəzərdən keçirək:

                 Ey saqi, gətir dövr əyağın, dövr elə, sun kim,

                 Bu dövr əyağın dövran bilir ancaq   (s. 41).

             “ Ey saqi, dövr qədəhini doldurub dövr elə, ver. Bu dövr qədəhinin dövr etməsini  ancaq dövran bilir ”.

                  Bahar oldu, gəl, ey dilbər, tamaşa qıl bu gülüzarə,

                  Buraxdı qönçələr pərdə bəşarət bülbüli-zarə    (s. 54).

 

                  Bu halə qərar eyləmə əyyam, keçər ömür,

                  Ey əhli-nəzər, baxma bu halə, nəzər eylə    (s. 56).

 

                  Gəl bu dəmi xoş görəlim, ol keçən dəm dəm degil... (s. 126).

                  Gör bu lətifeyi ki, mən dəhrü zəmanə sığmazam   (s. 169).

                  Vədəyi qoy, ey könül, gəl bu dəmi xoş görəlim   (s. 257).

 

                   Sənnə qış oldun ki, sənin təzə baharın yox imiş   (s. 346).

                  Yazü küzündür suyumuz, mai-nəindir meyimiz...   (s. 346).

        Göründüyü kimi, temporal isimlər leksik-semantik cəhətdən olduqca rəngarəngdir. Bu cür temporal isimlər “Kitabi-Dədə Qorqud” un dili üçün də səciyyəvidir: ay, yıl, küz, kış, vədə, məhəl (zaman),  vəqt, əyyam, zəman və s.  Məsələn, Axır zamanda xanlıq geri Qayıya dəgə, kimsənə əllərindən almaya, axır zaman olub qiyamət qopunca.   Əcəl vədə irməyincə kimsə ölməz.  Bu məhəldə oğuz ərənləri bir-bir yetdi.  Küz almasına bənzər al yanaqlım...

       İ. Nəsimi poeziyasında müşahidə olunan zaman məzmunlu isimlər vaxt, zaman anlayışını ümumi şəkildə ifadə edir. 

         Zaman məzmunlu sual əvəzlikləri – qaçan, xaçan.

               Cəhli-namərdin qaçan meydan günündə yeri var?

               Ər bilir meydan qədrin kim, qədərlər ağrımaz   (s. 90).

 

                Könlün mənə nə dürlü cəfayı dilərsə qıl,

                Səndən  gələn cəfaya xaçan mən cəfa derəm?   (s. 161)

        Misralarda işlənmiş qaçanxaçan sual əvəzlikləri müasir Azərbaycan ədəbi dilində işlək olan nə vaxt,  nə zaman, haçan əvəzliklərinin arxaik (fonetik arxaizm) formasıdır, hər biri, məlum olduğu kimi, zaman bildirmək üçün verilir. Bu sual əvəzliklərinin cavabında zaman zərfləri və ya zərflikləri durur.

        Qədim tarixə malik olan əvəzliklərdə müxtəlif fonetik dəyişmələr zaman-zaman özünü qabarıq şəkildə göstərib. Müasir Azərbaycan ədəbi dilində ilk səsi “h” olan bir sıra sual əvəzliklərinin “Kitabi-Dədə Qorqud” dastanında, həmçinin klassik ədəbiyyatımızda  “qe” hərfi ilə yazılışına,  yaxud q//x paralelliyinə və həmçinin “h” ilə işlənməsinə təsadüf olunur: qanı, xanı, qansı, xansı, xaçan, qaçan, qancaru, qanda, xanda, hancarı və s. Məsələn,  İki vardın, bir gəlirsən, yavrum qanı? Qaranğu dündə bulduğum oğul qanı? (KDQ).  Xansı aşiqdir kim, ondan başqa bir sevdası yox? (Ş.İ.Xətai). Zahida, sən xandasan kim, nuri-iman məndədir? (Ş.İ. Xətai). Qanda kim, yatım cahanda uyğu gəlməz çeşmimə, Bu Xətai yatmağa yar asitani xandadır? (Ş. İ. Xətai).  Qansı mülkü tutsa, dəyməz kimsəyə şuri-şəri (M. Füzuli).

         Araşdırmaya cəlb etdiyimiz Nəsimi poeziyasında işlənmiş əvəzliklər də bu qəbildəndir.

         Qoşmalar: sonra, əqdəm, bəri, dək, qəbl və s.     

         Sonra. Bu qoşma özündən əvvəl andan (ondan) zərfinə qoşularaq zaman məzmununu daha da qüvvətləndirir. Sonra qoşmasının “türkoloji ədəbiyyatda son+ğaru” modelinin inkişafı əsasında yarandığı göstərilir. İ. Nəsiminin misralarında   o qədər də intensiv işlənməyib:

                  Çün Süleyman mülkünü qoydivü getdi dünyadan,

                  Qaldı andan sonra bu mülki-Süleyman sizlərə  (s. 47).

                  Qəbl (qabaq). Ərəb mənşəlidir. Qəbl  “ əvvəl, qabaq, irəli, ön” mənalarını bildirir: 

       

                  Dərdə müştaq olmayan kimdir ki, dərman istəyə?

                  Qəbləlmövti bilməyən sən sanma ki, can istəyə   (s. 51).

        Qəbl qoşması, demək olar ki, digər misralarda müşahidə edilmir. Qoşmanın qoşulduğu mövti sözü də ərəb mənşəlidir (mövt), “ölüm” mənasını verir. Qəbləlmövti  “ölümdən qabaq”  deməkdir.

        Əqdəm. Ərəb mənşəlidir, “daha əvvəl” mənasına uyğun gəlir:

                   Yer ilə göy bina olmazdan əqdəm,

                   Nəsimi aşiq idi ol cəmalə   (s. 70).

         Dək. Şəkilçi formasında olan dək qoşması fars mənşəli sübh (səhər tezdən) sözünün temporallığını qüvvətləndirir:

                  Bu Nəsimi nalə eylər sübhədək bülbül kimi... (s. 171).

                  Cümlələrin hər birinin semantik yükünü müəyyənləşdirərkən məlum olur ki, qoşmaların, onların  qoşulduğu sözlərin və feillərin arasında zaman baxımından çox güclü semantik bağlılıq var. Göründüyü kimi, temporallıq həm qoşma, həm də qrammatik zaman forması və zaman zərfləri ilə qovuşuq şəkildə təzahür edir.

         Zaman məzmununun I növ təyini söz birləşməsi  ilə ifadəsi: buraya I növ təyini söz birləşməsi modeli əsasında yaranan, lakin cümlə daxilində məntiqi cəhətdən bəzilərinin ayrılması mümkün olmayan ol dəm, bir dəm, ol zəman, bu gün, beş gün, hər səhər, bir zəman, axır zaman, hər dəm, hər saat, mübarək vəqt, hər gecə, hər irtə, bir ləhzə, bu mövsüm, bu il,  gələn il, ol gün, şol zaman  və s. kimi  birləşmələr daxildir. Göründüyü kimi, birinci növ təyini söz birləşmələrinin əsas tərəfləri əsasən temporal zərflər, ya da isimlər, asılı tərəfləri isə ol, şol, hər əvəzlikləri, bir sayı ilə formalaşmışdır. Bəzi nümunələri nəzərdən keçirək:

                     Zülfünü vəl-leyl oxuram hər gecə,

                    Yüzünü hər irtədə şəmsüz-züha   (s. 27).

         Beytin mənası: Saçını hər gecə “and olsun gecəyə” deyə anıram, üzünü də hər ertədən günəş kimi gözləyirəm.

       Və yaxud:

                     Qəmindən olmadım bir ləhzə azad   (s. 44).

                      Bu il böylə qılam dersən, gələn il dəxi böylə  (s. 104).           

        Zaman anlayışının II növ təyini söz birləşməsi ilə ifadəsi. Bu cür birləşmələrin bir çoxu zaman məzmunlu isimlərin birləşməsi ilə formalaşır: şəb qaranğuda,  həşr günü, qismət günü, şənbə günü, yekşənbə günü, düşənbə günü, seşənbə günü, çərşənbə günü, pəncşənbə günü, yövmilhesab (hesab günü), vəhdət dəmi və s. Zaman məzmunlu II növ təyini söz birləşməsinin tərəflərinin ya hər ikisi, ya da biri mənşəyinə görə ərəb-fars dilinə məxsusdur. Verdiyimiz nümunələr də bunu sübut edir. Bu da təbiidir.

      Dil faktları və hadisələrin şərhi tarixilik prinsipinə söykənməlidir. Nümunələrə nəzər salaq:

                   Sən Nəsimi razını, ey dan yeli, yarə yetir... (s. 49).

           Tan – dan: sabahın açılması, göy üzünün yavaş-yavaş ağarması anlamını verir. Dan yeli birləşməsi “sabahın açılması, günəşin üfüqdə ilk ağarması ilə müşayiət olunan sərin meh, yel” deməkdir. 

         Yeri gəlmişkən, II növ təyini söz birləşməsi modeli əsasında formalaşan “dan yeri” birləşməsində də zaman məzmunu açıq hiss olunur: Dan yeri sökülür – Günəş doğur; İşıqlaşır; Səhər açılır; Sübh vaxtıdır və s. Bu cümlələrin hər birinin məzmununda “sübh gün çıxan vaxt, səhər çağı, ala-toran” anlamını verən zaman anlayışı vardır.

        Digər misraları nəzərdən keçirək:

                    Bu gün yovmilhesab oldu üzün dövründə, ey mahru... (s. 101).

                   Çünki mana eşq oldu qismət günü hərdən nəsib   (s. 40).

                   Çərşənbə günü yar gözə gəldi çəmən içrə...  (s. 69).

                  Vəhdət dəmində dərvişü sultan çü bir imiş    (s. 108).

     Yovmilhesab – ərəb mənşəli olub “hesab günü” deməkdir.

     Qismət – ərəb mənşəli olub “bölünmüş, ayrılmış, pay” anlamındadır; gün isə türk mənşəlidir. Misranın semantik tutumundan bəlli olur ki, eşq lirik qəhrəmanın qismətinə hərdən nəsib olur.

      Vəhdət dəmi – “birlik zamanı”  deməkdir. Hibrid birləşmədir. Vəhdət ərəbcə “birlik”,  dəm farsca “zaman, an” anlamını verir.   

      Verilən nümunələrdən  aydın görünür ki,  zaman məzmunununII növ təyini söz birləşmələri ilə ifadəsində ümumi, nisbi zaman anlayışı üstün mövqedədir.  

       Zaman anlayışının III növ təyini söz birləşməsi ilə ifadəsi:  qönçənin dövrü, xarın zamanı, ömrümün sübhü, bəxtimin şamı, sübhdəm (sübh çağının) yeli və s.:

                             Bahar olduvü açıldı üzündən pərdə gülzarın,

                            İrişdi qönçənin dövrü, zamanı qalmadı xarın  (s. 215).

 

                            Ömrümün sübhü üzündür, bəxtimin şamı saçın,

                            Getmə, ey dilbər, gözümdən, sübhümü şam eyləmə!   (s. 366)

 

                           Ey sübhdəm yeli, nə ögərsən tatarını...   (s. 156).

          Zaman məzmunlu izafət tərkibləri:    mövsümi-novruzü neysan,  dövri-rövnəq, fitneyi-axirzəman,  fəsli-novbahar, şəbi-hicr, vəqti-səhər, sübhi-əzəl, şəbi-yelda (ən qaranlıq gecə) və s.  Aparılan müşahidələr onu deməyə əsas verir ki, Nəsimi poeziyasında temporal məzmunlu izafət birləşmələri üstün mövqedədir. Nümunələri nəzərdən keçirək:                                

                               Xəcil eylər rüxün hüsn ilə ayı,

                               Məgər sən fitneyi-axirzəmansan?   (s. 292)

       Ərəb mənşəli  “fitneyi-axirzəman”   qiyamət gününün fitnəsi modelinə (III növ t\b) uyğundur.

          Yaxud:                 

                              Od ola qəbrin dolu, ta ruzi-məhşər dərəzab,

                              Yem olasan murü marə, əqrəbü subanə sən  (s. 192).

         Ruzi-məhşər izafəti hibriddir. Fars və ərəb sözlərindən formalaşaraq “qiyamət günü” mənasını bildirir, II növ təyini söz birləşməsi modelinə uyğundur.

       Yaxud:

                           Çün gördü Nəsimi üzünü zülfə dolaşmış,

                           Bildi şəbi-hicr ötdüvü vəqti-səhər oldu   (s. 328).

       Şəbi-hicr izafəti də hibriddir. Fars və ərəb mənşəli olub “ayrılıq gecəsi” semantikasına uyğundur, II növ təyini söz birləşməsidir.

       Vəqti-səhər izafəti də hibriddir; ərəb və milli mənşəli olub “səhər vaxtı, səhər çağı” deməkdir.

        Və yaxud:

                         Mövsümi-novruzü neysan aşikar oldu yenə...   (s. 49).

      Mövsümi-novruzü neysan “bahar (yeni gün) mövsümünün – aprel ayının yağışı” deməkdir.

     Zaman anlayışının bağlayıcı sözlərlə ifadəsi: şol gün ki, ta ki, hər qaçan kim, qanda kim və s.:

                       Nəsiminin tənin şol gün ki, torpaq eyləyə eşqin,

                       Sinindən keç, niyaz eşit həzəran mərhəbasindən   (s. 184).

                      Vəsfində hər qaçan kim, Nəsimi açar ağız,

                      Kövsər ləbindən axarü gövhər nisar edər   (s. 253).

     Bu vasitələr tabeli mürəkkəb cümlələrdə budaq cümləni baş cümləyə bağlayır. Bağlayıcı sözlərə (nisbi əvəzliklərlə) formalaşan bu quruluş tipində zaman budaq cümləsi əvvəl, baş cümlə isə sonra gəlir.

         Yaxud:

                        Ey Nəsimi, qılma yarın sirrini əğyara faş,

                        Ta ki yar olsun bu sirrə məhrəm, əğyar olmasın   (s. 186).

      Zaman anlayışının hansı vasitələrlə formalaşmağından  asılı olmayaraq, nəticədə hər bir hadisə, iş, hal və hərəkət müəyyən zaman və məkan daxilində icra edilir. Leksik, morfoloji və sintaktik vasitələr obyektiv zamanın dildə ifadə vasitələridir.

                     İstifadə edilmiş ədəbiyyat

  1. Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb və fars sözlər lüğəti (Tərtib edənlər:  A.M.Babayev, C.B.İsmayılzadə). “Maarif”. Bakı, 1981
  2. Ə. Tanrıverdi. “Dədə Qorqud” un möcüzələr dünyası. “Elm və təhsil”. Bakı, 2015
  3. İmadəddin Nəsimi. Mən bu cahana sığmazam. “Gənclik”.  Bakı, 1991
  4. Q. Kazımov. Müasir Azərbaycan dili. Sintaksis. “Ünsiyyət” 2000
  5. M. Kaşğarlı. Divanü lüğat-it-türk. II cild, Bakı, 2006
  6. M. Hüseynzadə. Müasir Azərbaycan dili. Morfologiya. “Şərq – Qərb”. Bakı, 2007
  7. Y.Seyidov. Seçilmiş əsərləri. III cild. Bakı, 2007

Açar sözlər: Nəsimi şeirləri, vaxt, zərf zərfləri, adların birləşməsi

Kлючевые слова: Насими поэзия, временность, языковые конверты времени, комбинации имен

Key Words: Nasimi poetry, time, envelope envelope, combination of names

                                                                                                           Xülasə

Məqalədə İ.Nəsimi poeziyasında dil zamanlarının ifadə vasitələri açıqlanır. Zaman anlayışının yaranmasında zaman zərfləri xüsusi əhəmiyyət daşıyır. Məqalədə zaman zərfləri mənşəyinə görə təsnif edilmişdir. Ərəb-fars mənşəli zaman zərfləri mənası izah edilmişdir.Zaman məzmunlu isimlər, sual əvəzlikləri də araşdırmaya cəlb edilmişdir. Zaman mənasının qabardılmasında xüsusi əhəmiyyət daşıyan qoşmalar da araşdırılmışdır.Onların mənşəyi və mənası aşıqlanmışdır.

İ.Nəsimi poeziyasında temporallığın sintaktik vahidlərlə formalaşması üstün mövqedədir. Zaman məzmunu ismi birləşmələrlə daha çox yaradılıb. Bu möhtəşəm poeziyada temporal məzmunlu izafət tərkibləri də xüsusi çəkiyə malikdir. Məqalədə bağlayıcı sözlərin zaman anlayışının yaranmasındakı rolu da açıqlanır.

 

Выражение временности в лексических и синтаксических единицах в поэзии Насими

РЕЗЮМЕ

В статье описываются способы выражения языка в поэзии I Насими. Временные конверты имеют особое значение при создании концепции времени. В статье конверты времени классифицируются в соответствии с их происхождением. Объяснены значения огибающей арабско-персидского происхождения. В исследовании также включены имена и вопросники с учетом времени. Также были изучены привязанности, которые имеют особое значение с точки зрения значения. Их происхождение и их значения были раскрыты.

В поэзии Насими во временности преобладают синтаксические единицы. Содержимое времени было создано больше по комбинациям имен.

В этой великолепной поэзии временное содержание весов также имеет определенный вес. В статье также объясняется роль связывания слов в формировании понятия времени.

 

SUMMARY

The duration of time in the lexical and syntactical texts in Nasimi poetry

The articles describe the verses of poetry as I Nasimi. The time envelopes have a special meaning at the time of the concept. In the latter the time of the envelope is classified according to its origin. Announced the significance of the Arab-Pascal derivation. The research included also the name and the problem with the time. It has also been investigated by the additive that has a special value at the point of view. It was a breakthrough and a breakthrough.

In the poetry of Nasimi, the synthesis of the same thing prevails. The final time has been created by a combination of more than one name.

At the time of the poetic poetry, there is a contradictory statement of this kind. The article also describes the role of the word in the formulation of the term.

 

 

Rəyçi: dos.L.Ələkbərova

 

 

 

 

 

 

 

 

                         

 


Mustafayeva Günay Vaqif qızı

-lı, -li, -lu, -lü ŞƏKİLÇİSİ VASİTƏSİLƏ YARANAN TOPONİMLƏR

Dilin lüğət tərkibindəki xüsusi sözlərin məcmusu onomastika adlanır. Onomastika xüsusi adların tarixi inkişafı və işlənməsinin əsas qanunauyğunluqlarını öyrənir. Ad insanların əldə etdiyi ictimai-mədəni və sosial nailiyyətlərdəndir. Hər bir adda tarixin əlamətləri, nişanə və izləri yaşayır. Məlumdur ki, ibtidai icma dövründə xüsusi adlar çox az olmuşdur. Bunlar get-gedə cəmiyyətin inkişafı ilə bağlı artmış və zənginləşmişdir. Xüsusi ad müəyyən obyekti başqalarından fərqləndirməyə xidmət edir. Hər bir dilin onomastik leksikası uzun illərin inkişafı nəticəsində formalaşır. Bütün onomastik vahidlər dilin tələb və qanunlarına uyğun yaranır və milli dil əlamətlərini özündə aydın şəkildə əks etdirir. Onlar insan cəmiyyətinin özü kimi qədimdir. Dildə xüsusi və ümumi adlar arasında daimi mübadilə, qarşılıqlı əlaqə baş verir. Bu da dilin lüğət tərkibini zənginləşdirir. Onomastika dilçiliyin semasiologiya, fonetika, morfologiya, sintaksis, derivatologiya və digər şöbələri  və s. ilə əlaqədar­dır.       Toponimika onomastikanın toponimləri – coğrafi adları, onların işlənməsini, mə­na və mənşəyini, strukturunu, yayılma arealını, inkişafını, dəyişməsini və s. öyrə­nən şöbədir. Toponimlər onomastik leksik fondun böyük hissəsini təşkil edir. Azər­baycan dilinin toponimik vahidləri hələ qədim dövrlərdən diqqəti cəlb etmişdir. Qədim Azərbaycan yer adları haqqında ilk məlumatlara hələ antik dövrün müəllifləri, xüsusilə yunan və Roma yazıçılarının əsərlərində təsadüf edilir. Azərbaycan dilinin toponimik sistemi sabit qalmayıb, daim müəyyən dəyişikliyə uğrayır. Dildəki topo­nimik vahidlər dəyişir, yeni köhnəni əvəz edir. Bu proses  ictimai, siyasi, iqtisadi, tarixi, mənəvi hadisələrlə bağlı olaraq baş verir. Toponimik  vahidlərin yaranması və dəyişməsinin öyrənilməsi Azərbaycan dilinin leksik sisteminin öyrənilməsi baxımın­dan böyük əhəmiyyət daşıyır.  Onomastik leksikanın öyrənilməsində qarşıda duran məsələlərdən biri də toponimlərin yaranma yollarının ətraflı araşdırılmasıdır.  Topo­nim­lərin yaranma yollarının öyrənilməsi dilin bir sıra problemlərinin həllinə kömək edir. Xüsusi adların yaranma yolları içərisində morfoloji üsul geniş yayılmışdır.

Morfoloji yolla söz yaradıcılığının mahiyyəti ondan ibarətdir ki, köklərə şəkilçilər artırmaqla mənaca yeni, qululuşuna görə düzəltmə sözlər əmələ gəlir. Müasir Azər­baycan dilində morfoloji yolla söz yaradıcılığı prosesi digər yollara nisbətən daha məhsuldardır. Bu dilimizdəki sözdüzəldici şəkilçilərin çox zəngin olması ilə əlaqə­dardır. S.Cəfərov yazır:” Dilimizin qədim dövrlərində uzun zaman sadə söz­lərdən  mü­rəkkəb sözlər düzəlməsi prosesi mühüm yerlərdən birini tutmuşdur. Sonralar mürəkkəb sözün tərkibində olan bir sözün şəkilçiyə çevrilməsi yolu ilə morfoloji proses meydana gəlmişdir.” ( 1. s. 153) Azərbaycanın toponimik sitemində  topo­nim­lərin bir qismi morfoloji yolla yaranmışdır. Bu cəhət türk dillərində sözdüzəldici şəkil­­çilərin çoxluğu ilə bağlıdır. Azərbaycan ərazisində morfoloji yolla yaranan coğ­rafi adların zəngin  nümunələri  mövcuddur. Morfoloji yolla toponim yaradıcılığı pro­se­sində iştirak edən bütün şəkilçilər özlərinin yeni adyaratma bacarığına görə eyni deyildir. Bəzi şəkilçilər müxtəlif sözlərə artırılaraq bir çox toponimik vahidlər əmələ gətirdiyi kimi, bəzi şəkilçilər məhdud sözlərə artırılaraq az miqdarda toponim əmələ gətirir. Dilimizdə şəkilçilər variantına görə üç qrupa ayrılır: 1) birvariantlı; 2) iki­variantlı; 3) dördvariantlı şəkilçilər. Birinci qrupdakı şəkilçilərin hamısı (bəzi istisna­lar­dan başqa) mənşəcə alınma şəkilçilərdir: -bi, -na, -i, -gər, -izm. İkinci və üçüncü qrupdakı şəkilçilərin hamısı milli şəkilçilərdir. Variantlaşma ahəng qanunu ilə bağlıdır.

Azərbaycan dilçiliyində morfoloji üsulla toponimlərin  əmələ gəlməsi haqqında müxtəlif fikirlər vardır. T.Əhmədov toponimlərin morfoloji yolla yaranması  barəsində yazır: «Şəkilçilər yalnız toponimik səciyyə daşımayan bir sıra isim, sifət və başqa nitq hissələrinə mənsub ümumi leksik vahidlərin yaradılmasına xidmət edirlər. Toponimiyaya isə onlar qoşulduqları sözlə birlikdə (semantik bütöv kimi) gəlirlər. Bu o deməkdir ki, topo­ni­mik səviyyədə şəkilçilərin funksiyası sıfıra bərabər olub, bu baxımdan onlar ase­man­tik səciyyə daşıyırlar. Elə buna görə də, ümumiyyətlə, türk və o cümlədən Azər­bay­can toponim yaradıcılığında morfoloji üsuldan bəhs etmək düz deyildir (2. s.144).  Toponim yaradıcılığında sözdüzəldici şəkilçinin rolunu tamamilə inkar etmək olmaz.  Azərbaycan toponimik  sistemində morfoloji yolla toponimlərin yaranması prosesi çox məhsuldardır.  

Azərbaycan dilçiliyində morfoloji üsulla toponimlərin  əmələ gəlməsi fikrinin tərəfdarları çoxluq təşkil edir. A.Qurbanov araşdırmalarında qeyd edir ki, Azərbaycan dilçiliyində belə bir yanlış meyl vardır ki, toponimlərin əmələ gəlməsi tamamilə sırf leksik və semantik hadisələrlə bağlıdır. Burada heç bir morfoloji amil rol oynamır. Müəyyən bir toponimə çevrilmiş söz ona qədər kök və şəkilçi şəklində mövcud olmuşdur. Şübhəsiz bu fikirdə də həqiqət vardır. Lakin toponim yaradıcılığında sözdüzəldici şəkilçinin rolunu tamamilə inkar etmək səhv nəticələrə gətirib çıxara bilər. Çünki dilimizdə elə faktlara rast gəlinir ki, orada mütləq toponim dfüzəldən xüsusi şəkilçinin varlığını təsdiq etmək lazım gəlir (3. s.453).                                              

Toponimlərin tərkibində iştirak edən şəkilçiləri müəyyənləşdirmək, onların yarat­dıqları məna çalarlarını geniş şəkildə nəzərdən keçirmək Azərbaycan onomologiya elminin qarşısında duran problemlərdəndir. Azərbaycan toponimik sisteminin söz yaradıcılığında iştirak edən şəkilçilər mənşəyinə  görə müxtəlifdir.. Şəkilçiləri mənşəyinə görə iki qrupa ayrılır: 1) əsil Azərbaycan (türk mənşəli) şəkilçilər; 2) başqa dillərdən alınan  şəkilçilər. Təbiidir ki, toponimlərin yaranmasında milli şəkilçilər daha fəaldır. Alınma şəkilçilərin işlənmə dairəsi məhduddur.

Müasir dilimizdəki şəkilçilər işlənmə yerinə görə iki qrupa ayrılır: sözün əvvəlində işlənən şəkilçilər və sözün sonunda işlənən şəkilçilər. Ön şəkilçilər arasında milli şəkilçilər yoxdur. Çünki bu, dilimiz üçün səciyyəvi deyil. Milli şəkilçilərin hamısı, alınma şəkilçilərin də əksəriyyəti sözün sonunda işlənir. Toponimlərin yalnız sonunda şəkilçilər işlənir.

Azərbaycan ərazisində bir çox toponimlərin tərkibində -lı, -li, -lu, -lü şəkilçisi  iştirak edir. Bu şəkilçi müxtəlif sözlərə artırılaraq müxtəlif mənalı toponimlərin formalaş­ma­sında fəal iştirak edir.  -lı, li-, -lu, -lü şəkilçisi türk dilləri arealında çox funksiyalıdır. Y.Məmmədov müasir Azərbaycan və bəzi türk dillərindəki –lı, -li şəkilçisinin qədim türk abidə­lə­rin­də geniş yayılmış –lig, -lıg şəkilçisinin fonetik dəyişikliyə uğramış forması olduğunu yazır (4.s.10). S.Cəfərov bu şəkil­çinin 6 məna qrupuna malik söz əmələ gətirdiyini yazır (1.s.175). Toponimlərdə -lı, -li, -lu, lü şəkilçisi vasitəsilə yara­nan toponimlərin aşağıdakı kimi qruplaşdırmaq olar.  Onlara diqqət yetirək. -lı, -li, -lu, lü şəkilçisini şəxs adlarına artırmaqla düzələn oykonimlər: Həsənli  (Masallı rayo­nu), Hüsülü  (Laçın rayonu) və s. -lı, -li, -lu, lü şəkilçisini qohumluq bildirən sözlərə artırmaqla yaranan toponimlər: Babalı  (Xaçmaz rayonu), Dədəli (Xaçmaz rayonu).

-lı, -li, -lu, lü şəkilçisi vasitəsilə peşə-sənət mənası bildirən oykonimlər yaranır: Mollalı (Bərdə rayonu) Qazılı ( Salyan rayonu) və s.  -lı, -li, -lu, lü şəkilçisini tayfa adlarına artırmaqla düzələn oykonimlər: Qaraxanlı ( Tovuz rayonu), Qaraqocallı (Kürdəmir rayonu), Kəngərli (Naxçıvan) və s. -lı, li, -lu, -lü şəkilçisini fitonimlərə əlavə etməklə yaranan to­po­nimlər: Armudlu (Qax rayonu ), Almalı  (Daşkəsən rayo­nu). -lı, li, -lu, -lü şəkilçisini heyvan adlarına əlavə etməklə yara­nan toponimlər: Dəvəli (Vedibasar) , Tülkülü (Cəlilabad rayonu), Camışlı (Kəlbəcər rayonu).   -lı, li, -lu, -lü şəkilçisinin qoşulduğu oykonimlər başqa ərazilərdən gəlməni bildirir: Ərəbqubalı (Kürdəmir rayonu), Şamlı (Zəngilan rayonu), Şirvanlı (Oğuz rayonu)  və s. -lı, li, -lu, -lü şəkilçisini su obyekti bildirən sözlərə əlavə et­mək­lə yaranan oyko­nim­lər: Çaylı (Qazax rayonu), Bulaqlı (Sabirabad rayonu) və s.              -lı, li, -lu, -lü şəkilçi­sini relyef quruluşunu, ərazinin xüsusiy­yətini bildirən sözlərə əlavə etməklə yaranan toponimlər: Çınqıllı (Şahbuz rayonu), Daşlı  ( Kəlbəcər, Laçın, Vedibasar rayonu).

-lı, li, -lu, -lü şəkilçisini ümumi isimlərə artırmaqla yaranan toponimlər: Çaxçaxlı (Xaçmaz  rayonu), Günəşli (Xaçmaz  rayonu), Qayalı (Qubadlı rayonu) və s. Tərkibində -lı, li, -lu, -lü şəkilçisi işlənən bəzi toponimlərin mənasını müasir Azərbaycan ədəbi  dili baxımından izah etmək mümkün deyil. Bu sözləri qədim və qohum türk dilləri, dialekt materialları əsasında izah etmək mümkündür. Belə toponimlərdən biri də Laçın rayonu ərazisindəki Tarxanlı kəndidir. Dilimizin leksik arxaizmlərindən biri bu oykonimin tərkibində mü­ha­fizə olunmuşdur.  «Qədim türk lüğəti»ndə tarxan «hökm­dar­lara aid titul» mənasını bildirdiyi göstərilir. [6,s. 539].

Xatınlı Tovuz rayonu ərazisində yerləşir. Toponimin tərkibində işlənən xatun sözü qədim leksik vahidlərdəndir. Xatun sö­zü­ türk dillərində «əsilzadə qadın, şahzadə, ümumiyyətlə qadın» mənasını ifadə edir. Azərbaycan dilinin Şəki dialektində xatun «arvad»mənasında işlənir [13,s.406].                Dibəkli Şahbuz rayonu ərazisində dağ. Dibəkli yaşayış məntəqə adı dibək sözü əsasında formalaşmışdır. Dibək sözü dialektlərimizdə müxtəlif mənalarda işlənir: Zəngilan, Cəbra­yıl, Şahbuz dialektlərində «çəltik döymək üçün yerdə qazılan çala», İmişli, Naxçıvan, Ordubad dialektlərində isə «həvəngdəstə» [13. s.62].

Küdürlü kəndi Şəki rayonu ərazisində yerləşir. Küdürlü oykonimi dialektlərimizdə işlənən küdrü sözünə -lü şəkil­çi­sini artırmaqla əmələ gəlmişdir. Küdri/küdrü/küdürü sözü Azər­baycan dilinin dialektlərində «quru, su çıxmayan yer, düzən­lik» mənalarında işlənir [13, s.271].

Ədəbiyyat                                          

  1. Cəfərov S. MüasirAzərbaycan dili leksikası. II hissə, Bakı: Maarif, 1982, 215 s.
  2. Əhmədov T.M., Azərbaycan toponimikasının əsasları.Bakı:Bakı Universiteti, 1991,312 s.
  3. Qurbanov A. Azərbaycandilininonomologiyası. Bakı: Maarif, 1988. 595 s
  4. Məmmədov Y. Orxon-Yenisey abidələrində adlar. Bakı: APİ, 1979, 111 s.
  5. Древнетюркский словарь. Л: Наука, 1969, 676 с.
  6. Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı: Azərbaycan SSR Elmlər Akademiyasının nəşriyyatı, 1964, 480 s.

Açar sözlər: toponim, şəkilçi, söz yaradıcılığı, morfoloji üsul.

Key Words:toponym, affix, word building morphological method

Ключевые слова: топоним, окончание, словообразование, морфологические   способы

Xülasə

Məqalədə toponimlərin morfoloji üsulla, yəni kök və şəkilçi əsasında əmələ gəlməsi haqqında müxtəlif fikirlərə nəzər yetirilir və  Azərbaycan  ərazisində -lı, li, -lu, -lü şəkilçisi yaranan toponimlər qruplaşdırılaraq tədqiqata cəlb olunur. Tərkibində -lı, li, -lu, -lü şəkilçisi işlənən bəzi toponimlərin mənasını müasir Azərbaycan ədəbi  dili baxımından izah etmək mümkün deyil. Məqalədə tərkibində -lı, li, -lu, -lü şəkilçisi iştirak edən Tərxanlı, Xatınlı, Dibəkli, Küdürlü toponimlərinin etimologiyası izah edilir.

Summary

Toponyms formed by affix –lı,-li,-lu,-lü

This article gives an overview of toponyms on the basis of morphological  root affixs - lı, -li, -lu,-lü  toponyms are grouped into the study in the territory of Azerbaijan. The meaning of some of the toponyms used in the composition –lı,-li,-lu,-lü can not be traced from modern Azerbaijan literary language. The article describes the etymology of Tarıhanlı, Khatınlı, Dibekli,Kudunlu toponyms which contains –lı, -li,-lu,-lü.

Резюме

Топонимы овразующиеся с помощью окончаний -лы, -ли,-лу,-лю

В статье возникают различные версии об образовании морфологическим спо­собом топонимов, на основе окончания и корня. На территории Азербай­джана сгруппировав топонимы с окончаниями -лы, -ли,-лу,-лю привлекалось исследо­ванию некоторые торонимы, значение которых невозможно было объяснить на современном Азербайджанском языке с составе которых используются окон­чания лы, -ли,-лу,-лю. В статье овьясняеться этимология топонимов в которых имеються окончания -лы,-ли,-лу,-лю имеющиеся в словах Тарханлы, Хатынлы, Дибанли, Кудурлу.

Qarayeva Aynur Valeh

LEKSIK TERMİNLƏN NQVİSTİK HLİ

            Dini terminlər müxtəlif dini anlayışları dildə gerçəkləşdirən sözlər və söz birləşmələridir. Dini terminlər icərisində ilkin və başlanğıc söz din leksemidir.Dini söz dini leksikanın ,terminlərin nüvəsidir.

T.R.Yaqubova mətbuat dili əsasında apardığı araşdırmaya görə hesab edir ki, dili­mizdə rast gəlinən dini terminlərin mənşə tərkibi belədir: Avrоpa mənşəlilər: bud­dizm, xristian, iudaizm, katоlik, papa, panteizm, paster, prоtestant, prоvоslav, teleо­rant, teоkratik, teоkratiya, teоlоgiya. Ərəb, fars mənşəlilər: Adəm, Adil, axund, Allah, aşura, atəşpərəst, ayətullah, ayə, azan, batil, bəqərə, bidət, biət, bismillah, bütpərəst, cami, cəhənnəm, cənnət, cihad, dua, ehsan, Əli, Əzrayıl, fatihə, Fatimə, fəzl, fitrə, güm­bəz, Habil, Hacı, Hatəm, Həsən, Həvva, həzrət, Həzrət Abbas, hicrət, hizbullah, hürufi, Hüseyn, Xıdır İlyas, xuda, xurafat, xüms, ibadət, İbrahim, iftar, İlahi, imam, iman, İmran, imsak, İncil, İsa, İslam, İsmayıl, İsrafil, kafir, Kəbə, kəlmeyi-şəhadət, Kər­bəlayi, keşiş, küfr, Qabil, qiblə, Quran, qurban, merac, Mədinə, Məhəmməd, Məhər­rəm, Məkkə, mələk, mərsiyə, mərsiyəxan, Məryəm, məscid, minacat, minarə, minbər, mоlla, möhür, mövhumat, Musa, mürid, mürşid, müsəlman, namaz, nazil, nət, Nuh, оruc, övliya, peyğəmbər, pir, Ramazan, Rəbb, Rəhim, Rəhman, ruh, rükət, salavat, seyid, siğə, sufi, surə, sünnət, sünni, şeyx, şeytan, şəbeh, şəhadət, şəriət, şiə, şükür, təriqət, təsbeh, Tövhid, Tövrat, üləma, vəhabi, yasin, Zəhra, zəkat, zəvvar, Zülfüqar  [1, 82].

Maraqlı haldır ki, uzun illər təsirinə məruz qaldığımız rus dilindən Azərbaycan dilinə bircə dənə də olsun dini termin keçməmişdir.

Din müasir insanların həyatına təfəkkürünə, şüuruna o qədər güclü şəkildə hakim kəsilib ki, bir çox dini ayin və mərasimlər, bayramlar xalqın milli-tarixi adət-ənə­nə­ləri ilə sıx şəkildə bir-birinə qarışmış, bəziləri isə mütləq bir hala çevrilmişdir. Bu qrupa namaz qılmaq, orucluq, Qurban bayramı, Pasxa, Ramazan bayramı, abdəst, azan vermək, dua oxumaq və s. dini terminlər daxildir. Bunlardan bəzilərini nəzərdən keçirək:

Abdəst dəstəmaz sözünün sinonimidir.Müsəlmanları ibadətdən, xüsusilə namazdan əvvəl paklıq niyyəti ilə yuyunmasıdır.Abdəst, farscadır. Abdəst almaq feili birləşməsində işlənir; Qalın Oğuz bəgləri arı sudan abdəst aldılar.

Dəstəmaz paklanmanın bir növüdür. Qüsldən fərqli olaraq, dəstamaz alan şəxs bədəninin yalnız bəzi üzvlərini yuyur, yaxud onlara məsh çəkir (yəni yaş əlini həmin bədən üzvlərinin üzərinə sürtür). Namaz qılmaq, Quran yazısına, peyğəmbər və imamların adına toxunmaq üçün mütləq dəstəmazlı olmaq lazımdır.

Azan vermək: azan— namazdan əvvəl müsəlmanlar tərəfindən deyilən cümlələr, namaza çağırış məzmunlu mətndir. Azanın mətnində Allahın böyüklüyü, təkliyi, Həzrət Məhəmmədin (s) peyğəmbərliyi xatırlanır və namaza çağırış səslənir.Azanı obrazlı ifadə ilə “İslamın şüarı” adlandırırlar.

Aşura— lüğəti mənası “onuncu gün” deməkdir.Termin olaraq üçüncü İmam Hüseynin (ə) Kərbəla səhrasında faciəvi ölüm günü — yəni hicri-qəməri təqvimlə məhərrəm ayının 10-u “aşura” adlanır.Bu günə el arasında “qətl sınan gün” də deyirlər və matəm günü kimi qeyd edilir.

Ziyarət— müqəddəs şəxslərin ruhuna salam göndərmək məqsədi ilə onların məzarı yerləşən yerə səfər etmək. Bəzən dini şəxslərin görüşünə getmək də ziyarət adlanır.

Salavat çevirmək: salavat dua növüdür. Həzrət Məhəmməd Peyğəmbərin (s) adı çəkildikdən sonra onun ruhuna həmişə salavat demək lazımdır.Yas məclislərində ölmüş, dünyasını dəyişən insanların ruhu şad olsun deyə onların da ruhuna salavat deyirlər.

ÜmrəMəkkə ziyarətinin bir növüdür.Həcdən fərqli olaraq, ümrə ziyarətini ilin müəyyən günlərində yerinə yerirmək vacib deyildir.İstənilən vaxt Məkkəyə getmiş şəxsin ziyarəti ümrə sayılır.

Dini ayinlərin yerinə yetirilməsi zamanı bir sıra predmet və əşyalardan istifadə edilir ki, onların adlarının da bu qrupda verməyi məqsədəuyğun hesab edirik.

Dini ayinlərdə istifadə edilən predmet və əşyalara bunları aid edə bilərik: kəfən, təsbeh, möhür, əba, əmmamə, çadra, hicab və s. Dini ayinlər zamanı istifadə edilən bir çox əşyalar məişətimizə islam dini vasitəsilə daxil olmuşdur ki, bunlar arasında ən məşhuru namaz qılmaq üçün istifadə edilən canamazdır. Canamaza möhür, təsbeh və bəzi məzhəblərə görə ayna daxil edilir.

Təsbih(yaxud təsbeh) – lüğəti mənada tərcüməsi “müqəddəsləşdirmək, həmd etmək”dir. Allahı gözəl adlarla öymək, onun müqəddəs sifətlərini tərifləmək “təsbih” sayılır.Lakin termin kimi təsbih adı altında, sapa düzülmüş 33, yaxud 100 dənədən ibarət müxtəlif materiallardan hazırlanmış muncuqlar nəzərdə tutulur.Dini adət-ənənəyə görə, təsbihin dənələri su ilə yoğrulub qurudulmuş torpaqdan (bu, adətən müqəddəs yerlərin torpağı olur), şüşədən, bəzən isə qiymətli daşlardan ibarət olur.Təsbih çevirərkən adətən zikr adlı dualar oxunur.Elə təsbih çevirməyin məqsədi də 33 dəfə təkrarlanan zikrlərin sayını yadda saxlamaqdır.

Ehram – həcc zamanı hacıların geyindiyi xüsusi libasdır. Ehram iki ədəd tikişsiz, ağ parçadan ibarətdir. Hacılar bu parçaların birini çiyinlərinə salır, o birini isə bellərinə bağlayırlar.

Gülab– gül yağı ilə suyun qarışığı.Mənası gül suyu deməkdir.Dini adət-ənənəyə əsasən, dini məclislərdə (xüsusilə yas yerlərində) gülab paylayırlar (məclisə gələnlərin ovcuna azacıq gülab tökürlər). Gülab alan şəxs isə ovcundakı gülabı üzünə sürtüb salavat çevirir.

Xatəmul-ənbiyaərəb dilindən tərcümədə “peyğəmbərlərin möhrü” deməkdir. Pey­ğəm­bərlərin sonuncusu olan Həzrət Məhəmməd (s) bu ləqəblə tanınır. Qədim dövr­lərdə (s) yazıların lap sonuna möhür vurulardı. Buna görə də Həzrət Məhəmmədi (s) peyğəmbərlər siyahısının sonunda tamamlayıcı möhürə bənzədərək, ona bu ləqəbi vermişlər.

 Dini mətnlərin və kitabların adları

Bu qrupa aid edilən leksik vahidlər bunlardır: ayə, yasin, ələtə, fatihə, təfsir, hədis, “Qurani-Kərim”, “Tövrat”, “İncil” və s.

Ayə sözü  lüğəti mənada “nişanə və rəmz” deməkdir. Lakin bir termin kimi “Qurani-Kərim”in hər cümləsinə ayə deyilir.

Minacat Allaha müraciət şəklində deyilən şeir və nəsr nümunəsidir. Minacatın əsas məzmunu Allaha həmd, şükr və duadan ibarətdir.Duaların mətnində, habelə müsəlman ədəbiyyatında, o cümlədən Azərbaycan klassik ədəbiyyatında xeyli gözəl minacat nümunələri vardır.

Bu qəbildən olan dini məzmunlu klassik şeir növü olan nət ədəbiyyatda peyğəmbər Həzrət Məhəmməd (s) haqqında deyilmiş şeir nümunəsidir. Nizami, Füzuli, S.Ə.Şirvani kimi Azərbaycan şairlərinin dəyərli nətləri məşhurdur.

Rükət.Namazda bir dəfə ayağa qalxma (qiyam), bir dəfə əyilmə (rüku) və iki dəfə üzünü yerə sürtməkdən (səcdə) ibarət hərəkət.Eyni zamanda rükətşərti olaraq namazın bölündüyü hissələrə deyilir.Hər rükətdə mütləq qiraət (Quran surələrinin oxunuşu), rüku və iki səcdə olur.Sübh namazı iki rükət, məğrib namazı üç rükət, zöhr, əsr, və işa namazları isə dörd rükətdən ibarətdir.

Hədis Həzrət Məhəmməd Peyğəmbərin (s) dilindən söylənilən kəlamlar və ya dini rəvayətlərdir. Cəfəri məzhəbinə görə, on iki imamın dilindən rəvayət edilən hədislər də peyğəmbərin hədisləri qədər əhəmiyyətli sayılır. İslam tarixi boyunca on minlərlə hədisi əhatə edən iri hədis məcmuələri tərtib olunmuşdur.

“Avəst” // “Avesta” zərdüştilərin müqəddəs kitabıdır. “Avəst” və ya “Avesta”nın ən qədim variantının müəllifi Zərdüşt hesab olunur. Bu kitabın yaranması tarixi era­mız­dan VII-VIII əsr əvvələ təsadüf edir. Rəvayətə görə, Cəmşidin abad etdirdiyi İstəxr qalasında qədim Ariya dövlətinin beşinci hökmdarı Gəştasib öz müasiri Zər­düş­tün dinini qəbul etdikdən sonra “Avesta”nı inək dərisi üzərində zərlə yazdıraraq həmin qalada mühafizə etdirmişdi. Eramızdan əvvəl IV əsrdə Makedoniyalı İskəndər (bax) İranı istila etdiyi zaman, İstəxr şəhərinin bir hissəsini yandırmış, 12 min inək dərisinə yazılmış “Avesta”nı məhv etmişdi. Bu kitab müqəddəs sayıldığından Zərdüşt kahin­ləri onun ehkamlarını öz hafizəsində yaşatmışdır. Sasanilər (226-651) dövründə “Avesta”nın 350000 sözü əhatə edən mətni 21 kitabdan ibarət dini məcəllə şəklində tərtib olunmuşdu. Bunun yalnız 83000 sözdən ibarət bir hissəsi hazırda elm aləminə məlumdur.

“İncil” adlı müqəddəs kitab guya Allah tərəfindən İsa peyğəmbərə göndərilmişdir. Əslinə qalsa, “İncil”(“Bibliya” – Müqəddəs Yazılar külliyyatı və ya sadəcə olaraq “Kitab” iki kitabdan ibarətdir. Onlardan birincisi Musa peyğəmbərin Qanunlar kitabı olan “Tövrat”, ikincisi isə İsa peyğəmbərə aid edilən “İncil”dir. Dini ədəbiyyatda birinci “Əhdi Ətiq”, ikincisi isə “Əhdi Cədid” adlanır. “Əhdi Ətiq” miladdan əvvəl, “Əhdi Cədid” isə Miladın birinci əsri ərzində Müqəddəs Ruhdan ilham almış 40-dan artıq müəllif tərəfindən yazılmışdır [2, 189-190].

“Quran” müsəlmanların müqəddəs dini kitabıdır. Allah tərəfindən Məhəmməd peyğəmbərə nazil olan ilahi vəhylərin məcmusudur. “Quran” ərəb sözüdür və “oxumaq, tələffüz etmək” deməkdir. “Quran” surə adlanan 114 fəslə bölünür. Surələr bir-birindən “bismillah”la ayrılır. Yalnız 9-cu və 12-ci surələrin əvvəlində “bismillah” yoxdur. Ən uzun surə olan 2-ci surədə 286 ayə, ən qısa surə olan 112-ci surədə isə 3 ayə vardır. Ayələrdə 1-dən 68- dək söz vardır. “Quran”ın müxtəlif variantlarında 6204-dən 6236-dək ayə, 77934 söz vardır.

Ədəbiyyat siyahısı.

1.Yaqubova T.R. Azərbaycan mətbuat dilində alınmalar (1990-2000). Bakı: MBM, 2008, 153 s.

2. Paşayev A.M. Xəmsədə işlənən xüsusi adların izahlı lüğəti (Poetik onomastikan). Bakı, 2013, 423 s.

3. Seyidəliyev N.F. Dini terminlər lüğəti. Bakı: Elm və təhsil,  2015, 132 s.

4.Seyidəliyev N.F. Dini Terminlər. Bakı: Bilik, 1996, 96 s.

5. Həzrət Məhəmmədin hikmət xəzinəsindən örnəklər. Bakı: Şərq-Qərb, 2012, 247s.

6. “Qurani-Kərim” (ərəb dilindən tərcümə Z.M.Bünyadovundur), Bakı: Çıraq, 2004, 633 s.

7.Sail Sudef A.F. Ənbiyalar məclisi. Bakı: Adiloğlu,  5-ci c., 2012, 324 s.

Açar sözlər: dini ayinlər, Aşura, namaz, dini kitablar, Quran, İncil

Ключевые слова: Религиозные ритуалы, Ашура, малитва, религиозные        книги, Каран, Инджил

Key words: religious rituals, Ashura, Namaz, religious books, Koran, Bible

Xülasə

Bəzi dini leksik terminlərin linqvistik təhlili

Məqalədə bir sıra dini ayinlər və bayramlarla bağlı dini terminlər yer almışdır. Bundan başqa dini mətnlər, dini kitab adları və   onların  linqvistik təhlili verilmişdir. Ümumiyyətlə bir çox dini ayin və bayramlar xalqımızın milli tarixi ənənəsini özündə əks etdirir.

Summary

Linguistic analysis of some religious lexical terms

This article deals with some religious rituals, religious terms related to holidays. Besides it you can find religious books, and their linguistic analyses. Generally majority of religious rituals and holidays reflect our nation s national historical traditions in themselves.

Резюме

Лингвистический анализ некоторых религиозных терминов

В стаъе говорится о религиозных оврядах и праздниках, которые связаны с религиозными терминами. Кроме этого религиозные тексты и имена религиозные книги и их лингвистические анализы. Многие религиозные ритуалы и праздники отражают национальные исторические традиции нашего народа.

 

Leyla Seyidzadə

İNGİLİS DİLİNDƏ GƏNCLƏRİN NİTQİNDƏ İSTİFADƏ OLUNAN SLENQLƏRİN XÜSUSİYYƏTLƏRI

   Hər bir dildə mövcud оlаn bir qrup sözlər vаrdır ki, bunlаrı slеnq аdlаndırır­lаr. Bu qrup sözlər аdətən bizim dövrümüzdə, хüsusilə gənclər аrаsındа çох istifadə olunur. Uzun müddət ictimаi həyаtdа və şəхsi həyаtdа müəyyən məhdudiyyətlər оlmuşdur. Məhz bunа görə də cəmiyyətdə birmənаlı şəkildə fikir fоrmаlаşmışdı ki, slеnqlərdən istifаdə еtmək savadsızlığın nəticəsidir və digər tərəfdən bu qəbildən оlаn sözlər – slеnqlər ümumi qəbul оlunmuş ədəbi dаnışıq nоrmаlаrınа uyğun gəlmirlər. Söhbət gənclərdən gеtdikdə isə əksinə həmişə оnlаr ilk оlаrаq sоsiаl həyаtdа bаş vеrən dəyişikliyə dаhа tеz rеаksiyа vеrirlər və bunа görə də slеnqlər gənclər аrаsındа çox məşhurdur.

Slеnqlərdən bəhs еdərkən İ.V.Аrnоld yаzır ki, slеnq sözlər stаndаrt ədəbi lüğətlərlə qаrşılаşdırılıb, аydınlаşdırılıb müəyyənləşdirilən sözlərdir. Həmin qəbildən оlаn sözlər bir çох hаllаrdа irоnik sözlərdir və yеni sözlər yаrаtmаğа хidmət еdir, yеni krеаtiv аdlаndırmа yаrаdır və gənclərin diskurslаrındа tеz-tеz rаst gəlinir. Müəllif slenqlər haqqında dediklərini davam еtdirərək qeyd edir ki, bu qrup sözləri məsələn, money - pul əvəzinə beans, brass, dibs, dough, chink, of wads  slеnqlərə misal gətirmək оlаr (1, s.249).

Təbii оlаrаq müəllifin nümunə kimi gətirdiyi həmin sözlər аyrılıqdа pахlа, lоbyа, mаş mənаsını vеrsə də gənclər həmin bean sözünü sleng kimi money sözünün sinоnimi kimi işlədir. Həttа bаşqа hаldа mürаciətdə bean sözü old sözü ilə birləşərək old bean - köhnə dоst kimi işlədilir. Həmin qrupа dахil оlаn brass sözünün lеksik mənаsı lаtun, bürünc, mis оlduğu hаldа vurğulаmаq lаzımdır ki, izаhlı lüğətdə оnun mənаlаrındаn biri money-pul mənаsındаdır. Brass Am.E noun Br.E old fashioned informal money (2, s.140).

Еləcə də dough sözünün də ingilis dilinin izаhlı lüğətində fashioned - аmеr. vаriаntındа pul-pаrа mənаsında göstərilmişdir (2, s.377).

Chink - slаnq sözünün izаhlı lüğətdə qаrşılığı (slenq) a very offensive word for a chinese person (2, s.204) vеrildiyi hаldа bаşqа bir tərcümə lüğətində mənаlаrındаn biri məhz sikkə, pul, mеtаl pul, nаğd pul, chink - dövlətli/vаrlı/zəngin аdаm (3, s.251).

Həmçinin slenq kimi qеyd оlunmuş wards sözü də həm izаhlı lüğətdə, həm də tərcümə lüğətində pul - money kimi göstərilmişdir. İzаhlı lüğətdə həmin söz аşаğıdаkı kimi izah оlunub.

Was – a thick pile of pieces of paper, paper money etc. folded or rolled together.

He pulled a thick wad of $10 notes out of his pockets.

They had a wad/wads of money (= a large amount). (4, s.145)

О cibindən bir paçka 10 dоllаrlıq pul çıхаrtdı.

Оnlаrın çохlu pulu vаr idi (= kаlаn pulu)

Tərcümə lüğətində də еyni mənаdа birləşmə şəklində işlədilməsinin şаhidi оluruq.

A ward of money - bir pаçkа pul

Biz təhlil еtdiyimiz bir slеnq-sözün sinоnimlərinin hər birinin аyrı-аyrılıqdа mənаlаrındаn birinin slеnq kimi işlədildiyi mənаyа mаlik оlmаsı və insаnlаrın, gənclərin оnlаrı işlətməsi оnа dəlаlət еdir ki, həmin məfhumun (pulun) еlə аdlаndırılmаsı fikrimizcə, birbаşа kоqnisiyа ilə əlаqədаrdır, çünki оlа bilməz ki, müхtəlif səviyyəli insаnlаrın nitqində bеlə sözlərin işlədilməsi təsаdüf olsun.

Bizim vurğulаdığımız bu məsələni İ.V.Аrnоld dа хüsusi olaraqqеyd еtmiş vəgəldiyi qənаəti bеlə ifаdə еtmişdir. Bir çох müəlliflər tərəfindən qəbul оlunmuşdur ki, slеnqlər müəyyən müddət ərzində nitqdə istifаdə еdilir və оnlаrdаn bəziləri ədəbi dilə dахil оlur, оnlаrdаn bet, bore, chap, donkey, fun, humbug, mob, odd, pinch, shabby sham, sham, snob, trip və bəzi Аmеrikаn slеnqləri grafts, hitch-hiker, sawbones (1, s.249).

Müхtəlif situаsiyаlаrdа insаnın fəаliyyəti dаirəsində gənclər аrаsındа işlədilən slеnqlər vаrdır, оnlаrdаn bəzilərinə diqqət yеtirək. İlk növbədə insаnın sifəti ilə bаğlı gənclər аrаsındа bir nеçə sinоnim slеnqlər mövcuddur. Оnu qеyd еtmək lаzımdır ki, face-sifət sözünün аşаğıdаkı sinоnimlərivаrdır: smiler, snoot, kisser, dish, mask. Bu slеnq sözləri nəzərdən kеçirdikdə bir qədər əvvəl vurğulаdığımız kimi həmin sözlərin əsаsındа əslində tаm mənаlı sözlərin olduğunu görürük yəni, smiler - təbəssümlü; snoot - təkəbbürlü, lоvğа; kisser - öpən; dish - yеmək qаbı; mask - mаskа, örtük və burdа müəyyən dərəcədə mеtаfоrlаşmа vаrdır və yumоr hissi ilə öz tаy-tuşlаrınа mürаciət еdirlər, bir növ zаrаfаtlа dеyilir və оnlаr hеç zаmаn bu slеnqlərdən incimirlər, bu slenqlər ziyаfətdə və kоmpаniyаlаrdа istifаdə еdilən slеnqlərdir.

Təbii оlаrаq gənclər аrаsındа həmişə lider оlmаq istəyənlər vаrdır ki, bu zаmаn ahead of the game - ən yахşı оlmаq, birinci оlmаq kimi slеnqi işlədilir. Əslində bu birləşmənin kоmpоnеntlərinin mənаlаrı müəyyən mənаdа qоrunub və kаlkа еtsək оyunun bаşındа оlmаq, оyunu idаrə еtmək mənasındadır və bir qədər mеtаfоrlаşmа оlmuşdur və gənclərin nitqində slеnq kimi işlədilmişdir.

Əslində cаvаnlаrın işlətdiyi slеnqləri öyrənmək о qədər çətin dеyil. Bunun üçün оnlаrın аrаsındа daimaоlmаq və оnlаrlа ünsiyyət qurmаq, lаzım оlаn slеnqləri еşitmək və mənаlаrını аsаnlıqlа аnlаmаq mümkündür. Bütün hаllаrdа hər bir şəхs üçünqrаmmаtikаnı yахşı bilmək vаcib şərtlərdəndir, еləcə də dildə sözlərin mеtаfоrlаşаrаq işlədilməsini dəqiq bilməsi lаzımdır. Bizə elə gəlir ki, slеnqləri mənimsəmək müхtəlif nitq üslublаrını аnlаmаq dеməkdir, еləcə də həmin slеnqləri lаzım оlаn hаldа və lаzımi yеrdə işlətmək bаcаğırınа mаlik оlmаq dеməkdir. Bunun üçün hər bir insanın öz nitqinə məhşur аdаmlаrın dеyimlərini, bədii ədəbiyyаtdаn və bədii filmlərdən olan ifаdələri dахil еtməsi vаcibdir. Çünki indi еlə bir zаmаndır ki, slеnqə hər yеrdə rаst gəlmək оlаr, onu hər yerdə еşitmək оlаr. Məsələn,

“Did you see Harry last night?” said the girl at her left, addressing her neighbour.

“No”.

“You ought to have seen the tie he had on. Gee, but he was a mark.

-Sən dünən Hаrrini gördün? – dеyə Kеrrinin sоl tərəfində оturаn qız qоnşusundаn sоruşdu.

-Yох.

-Sən оnu yеni qаlstukdа görəydin! Аh, о nə qədər gözəl idi.

Misal gətirdiyimiz bu cümlələrdə kоntеkst dахilində he was a mark slеnqdir. Əgər biz оnun tərcüməsinə diqqət yеtirsək görə bilərik ki, həmin ifаdənin mənаsı tаmаmilə mеtаfоrlаşmış bir cümlədir və kоntеkstdən məlumdur ki, həmin sеmаntikа оrаdа özünü göstərir, çünki оndаn əvvəlki cümlədə You ought to have seen the tie he had on. - Sən оnu yеni qаlstukdа görəydin!” fikri həmin mеtаfоrlаşmаnı yаrаdıb və оnun dа əsаsındа həmin slеnq fоrmаlаşıb və nitqdə istifаdə оlunub.

Həmin əsərin bаşqа bir hissəsində digər bir slеnqin işlədilməsinə diqqət verəndə görürük ki, ingilis dilində işlədilən slеnqlər Аzərbаycаn dilinə fərqli tərcümə оlunur.

A youth with tan-coloured hair, that needed clipping very badly, came shuffing along between the machines, bearing a basket of leather findings under his left arm, and pressed against his stomach. When near Carrie, he stretched out his right hand and gripped one girl under the arm.

“Aw”, let me go, she exclaimed angrily. “Duffer” (4, s.61).

Bаşı çох tüklü оlаn gənc, ucа bоylu, kürən bir оğlаn, içərisində dəri qırıntı­lаrı оlаn səbəti qаrnınа sıхаrаq аyаqlаrını sürüyə-sürüyə mаşınlаrın аrаsı ilə kеçirdi. Kеrriyə yахınlаşаrkən о, əlini cəld uzаdıb qızlаrdаn birinin dirsəyindən tutdu.

-Əl çək! – dеyə qız hirslə qışqırdı, ахmаq!

Əslində аltındаn хətt çəkdiyimiz “Aw” nidаsı nədənsə nаrаzı qаlmаq, nəyəsə аcığı tutmаq ifаdə еdir. Lаkin оnun qаrşılığı аnа dilimizə tаmаmilə başqa cür yəni, “əl çək” kimi tərcümə оlunub, lаkin cümlənin sоnundа Аzərbаycаn dilində jаrqоn hеsаb еdilən “ахmаq” sözü də işlədilib.

Bütövlükdə biz аbzаsın hаmısını vеrməsəydik həmin slеnqi kоntеkstdən kənаrdа tаm аnlаmаq оlmаzdı, çünki, qəbul оlunmuş bir qаydа vаrdır ki, hər bir sözün, söz birləşməsinin və cümlənin sеmаntikаsının tаm bаşа düşülməsi yаlnız və yаlnız kоntеkst dахilində mümkündür.

I have managed to look the best seats at the theatre for us this weekend!

Wicked! Thank you. I’m really excited!

Hörmətli insаn, çох sаğ оl, məni həqiqətən duyğulаndırdın!

Bu həftə sоnu bizim üçün tеаtrdа iki yеr sifаriş еtmək mənə müyəssər оldu.

Əlbəttə bu kоntеkstdə wicked sözü hеç də “şеytаn” və yахud “pis” mənasını ifаdə еtməyib.

Bu kоntеkstdə həmin wicked sözü-slеnqi “brilyаnt” və yахud “çох hörmətə lаyiq, еhtirаmlı, hörmətli” mənalarını ifаdə еtmişdir ki, infоrmаsiyаnı vеrənin hərəkətlərinin həddindən аrtıq lütvkаrlığını, hörmətə lаyiq оlmаğını təqdir еdir və wicked slеnqini işlədir. Hаlbuki həmin sözün lüğətdəqеyd еtdiyimiz mənаlаrı yохdur.

Dilçilik ədəbiyyаtlаrındа dа qеyd оlunduğu kimi slеnqlər jаrqоnun bir növüdür ki, müхtəlif  kiçik qrup insаnlаrın nitqində istifadə olunur, оnlаrın söhbətləri, ünsiyyətləri zаmаnı həmin sözlər işlədilir, оnlаrın özləri üçün müəyyən mənаyа mаlik оlur və bu sözlər mеtаfоrlаşır, dəyişir və slеnq оlur. Bizim misal gətirdiyimiz wicked sözü məhz bеlə sözdür, çünki оnun lüğətdəki mənаsı müsbət оlmаdığı hаldа, vеrilmiş kоntеkst dахilində isə bu söz tаmаmilə əks bir mənanını ifаdə еtmişdir, əlbəttə buna sübut bu sözü işlədənin оnа vеrdiyi dərin sеmаntikа оldu, оnа görə ki, birinci cümlənin nəticəsi kimi wicked həmin mеtаfоrlаşmış sеmаntikаnı ifаdə еtmişdir. Gümаn еdirik ki, ingilis dilinin öyrənilməsində çətin аspеktlərdən biri slеnqlərdir, оnа görə ki, müхtəlif kiçik şəhərlərdə bu dildə dаnışılаrkən slеnq işlədilir, bir çох ölkələrdə ingilis dilli əhаli vаrdır ki, onların dа öz nitqlərindəfərqli slеnq-sözlər işlətmələri təbiidir. Bir məqаm dа vаrdır ki, insаnlаr slеnq sözləri аz  işlədirlər və bu оnlаrın dаhа rаhаt yоllа ünsiyyət qurmаlаrınа şərаit yаrаdır.

İngilis dilinin izаhlı lüğətlərində həmçinin tərcümə lüğətlərində mate - dоst, yоl­dаş. Lаkin аşаğıdаkı cümlədə həmin söz, хüsusilə gənclər аrаsındа slеnq kimi işlədilir.

I’m going to the cinema with my mates tonight.

İzаhlı lüğətdə mate sözü friend, chum, pal or buddy dеməkdir. Məhz bu misal gətirdiyimiz cümlədə həmin mənaları: dоst, səmimi dоst, yоldаş dоst, əlbəttə, həmin sözlər də təхminən Аzərbаycаn dilinə еyni sözlərlə tərcümə еdilir, lаkin bizə еlə gəlir ki, işlənmə yеrinə görə, kоntеkstə görə fərqlənir, çünki оrijinаl vаriаntdа misal gətirdiyimiz cümlədə həmin söz mate slеnqdir. Аzərbаycаn dilində bizə еlə gəlir ki, hətta mate – pal mənasında kоntеkst dахilində həmin хüsusiyyəti özündə əks еtdirir.

We are great pals. - Biz çox yaxın dostuq.

Now look here pal, you’re asking for trouble.

Burа bах dоst/dоstum, dеyəsən sənin/sizin bаşınız/bаşın gicəlir.

Bəzən dаnışıq zаmаnı nəsə kiminsə хоşunа gəlmirvə bu zаmаn mеtаfоrlаşmış slеnq işlədilir.

I don’t really like this sort of music. It is just not my cup of tea.

Mən bu növ/tip musiqini həqiqətən хоşlаmırаm. Bu mənim zövqümə uyğun dеyil.

Hi Sarah! What a surprise to see you here. I haven’t seen you in donkey’s years! How have you been?

Sаlаm Sаrа! Səni burаdа görmək necə sürprizdir. Mən səni çoxdandır ki, görməmişəm. Sən nə işlə məşğul оlmusаn? Hаrаlаrdа idin?

Аltındаn хətt çəkdiyimiz in donkey’s years slеnqi uzun müddət bir kəslə görüşməmək mənasını ifаdə еdir. Təbii оlаrаq burаdа mоtivləşmə və mеtаfоrlаşmа mövcuddur və bu kоntеkstdən аsılıdır.

Bəzən bir nəfər bаşqаsındаn prоblеmin həll оlunmаsını sоruşаrkən, еləcə də hаnsısа məsələni həllеdib qurtаrа bildinmi ifаdəsini sоruşаrkən get it sorted işlədilir.

What is happening about that roof leak then?

Oh that is sorted now. I found a really good builder to do the job.

Sizin dаmınızın su burахmаsı nə yеrdədir, təmir еtdiniz?

Оh, indi о məsələ həll оlmuşdur. Mən həqiqətən yахşı bir iş görən tаpdım, о işi həll еtdi.

Cümlələrin tərcüməsindən, еləcə də оrijinаl vаriаntа görə qеyd еtmək istərdik ki, məqalənin əvvəlində vurğulаdığımız kimi slеnqlər bəzən ümumişlək sözə kеçə bilir, bəzən isə tərsinə. Axırıncı mısalda get it sorted - nəsə çеşidlənmişdir, məsələ çözülmüşdür, həll еdilmişdir mənаlаrını ifаdə еdir və tаmаmilə təbii оlаrаq işləndiyi kоntеkstdən аsılı оlаrаq mеtаfоrlаşmа hаdisəsi bаş vеrmişdir.

Beləliklə, yuxarıda deyilənləri nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, nə qədər insаn cəmiyyəti mövcuddur, yеni slеnqlər yаrаnаcаq və nitqdə istifаdə olunacaq.

 

Ədəbiyyаt

  1. Arnold I.V. The English word. Moscow., 1986, 295 p.
  2. Oxford Advanced Learner’s Dictionary. Oxford University Press, 2005, 1539 p.
  3. Veliyeva N.Ch. Azerbaijani-English-Russian Idiomatic Dictionary. Mutarcim, Baku, 2017, 764 p.
  4. Dreiser Th. Sister Carry. Moscow., 1968, 593 p.

Аçаr sözlər: slenq, metafor, kontekst, motivləşmə

Key words: slanq, metaphor, context, motivation

Ключевые слова: сленг, метафора, контек

ст, мотивация Leyla Seyidzadeh

SUMMARY

Peculiarities of English slang in youth's  speech

The article deals with youth's slang in English. The author gives information about slang generally. At first the article is considered some peculiarities of slang, then with the help of context the author explains the slang, studies cognitive features of slang and their metaphoric usage. The author bases the article on dictionaries, textbooks of modern native and foreign authors' novel.

РЕЗЮМЕ

Особенности сленга английского языка в речи молодежи

В статье рассматривается молодежный сленг в английском языке. Автор также дает информацию о сленге в целом. В первый очередь, в статье рассматривается особенности сленга современного молодежного поколения, затем с помощью контекста автор даёт объяснении о сленге, расс­мат­ривает когнитивные особенности сленга и их метафорическое использование. Автор основывает свою статью  словарях, учебнике и романе отечественных и зарубежных авторов.

 

                                               

RƏYÇİ:       fil.f.d. A.S.Seyidova

                            

     

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Теймурова Гюляра

ОПРЕДЕЛЕНИЕ СПЕЦИФИКИ ПАРЕМИОЛОГИЧЕСКИХ КОНСТ­РУКЦИЙ

 

НА УРОВНЕ КАТЕГОРИАЛЬНО-ГРАММАТИЧЕСКИХ ПАРАМЕТРОВ

            Паремиологические единицы – пословицы, поговорки, загадки, общеиз­вестные афоризмы, крылатые слова и т.д. – были предметом изучения с давних пор. В их изучении исторически выделяются чисто литературоведче­ское, лингвистическое, этнокультурологическое, сугубо структурное и т.п. нап­равления, которые были обусловлены теми или иными научными установ­ками, характерными для определенных этапов общефилологического развития об­щества.

Так, в отмеченном ряду научных направлений исторически первичным был литературоведческий анализ паремий как образцов малых жанров фоль­клора. Роль фольклористики в историческом становлении паремиологических исследований, безусловно, значительна. Первые исследователи фольклора – лите­ратуроведы, языковеды – проводили серьезные работы по собиранию, науч­ной систематизации и лексикографической обработки этих жемчужин на­родной мысли, народного художественно-образного и даже «мифологиче­ского мышления». Среди ученых -паремиологов были весьма известные исследователи, авторитет которых в научных кругах был непререкаем. Достаточно назвать И.М.Снегирева, Ф.И.Буслаева, В.И.Даля, А.А.Потебню, И.И.Иллюстрова, Г.Л.Пермякова, А.Н.Гусейнзаде, З.А.Ализаде и мн.других, разработавших те или иные аспекты паремиологической науки.

Между тем литературоведческий аспект изучения паремиологических еди­ниц акцентировался на квалификации композиционно-художественных и идей­но-тематических свойств этих малых жанров литературы народа, их, без­условно, глубинных поэтических своеобразий, мимо которых не могли пройти даже те, кто предпринимали сугубо лингвистический анализ пословично-по­го­ворочных конструкций. Действительно, трудно не замечать в этих перлах тво­р­ческого ге­ния народа «коротких изречений, выведенных из долгого опыта» (Сервантес) или «мудрость многих и остроумие одного» (Бертран Рассел).

В последние два-три десятилетия особый размах получили    лингво-этно­куль­турологический, а также страноведческий аспекты изучения паремиологи­ческих (и шире - паремиофразеологических) единиц, поскольку последние но­сят печать народного этнопсихологического бытия, его неповторимого сво­е­об­разия. Недаром великий Френсис Бэкон говорил – «Гений, ум и дух нации об­на­руживаются в его пословицах». И коль скоро в паремиях представлены все от­ме­ченные константы, то пословицы, поговорки и т.п. жанры вполне объективно становятся объектами этнокультурологических изысканий, столь важных для системы изучения иностранных языков и страноведческих исследований.

В области сугубо лингвистического, лингвостилистического изучения пос­ловично-поговорочных конструкций тоже сделано немало как в русистике, так и в азербайджанистике, хотя, отметим сразу, ставить знак равенства между сте­пенью изученности русской и азербайджанской паремиологии было бы не сов­сем корректно как в плане количества теоретических исследований, так и в плане качества лексикографических (паремиографических) разработок. Это, на наш взгляд, объективная констатация факта относительно двух языков, паре­миологический материал которых в данном случае является объектом анализа. Правда, предварительно заявляем о том, что паремиологический фонд азер­байд­жанского языка ни по каким параметрам – стилеобразующим или чисто семан­тическим – не уступает самым развитым языкам современности, в том чис­­ле и русскому. Речь может идти лишь о той или иной степени исследо­ва­тель­ского внимания к этим шедеврам народной поэзии «квинтэссенции народ­ной мудрости».

Основная масса паремиологических единиц как в русском, так и в азер­бай­д­жанском языках представлены предикативными единицами, т.е. построены по моделям предложения. Поэтому вопрос о том, какова синтаксическая (и ши­ре – грамматическая) природа пословиц, поговорок и прочих фразеологизиро­ван­ных конструкций «предикативного строения», требует своего теоретического ос­мыс­ления. Как справедливо отмечает З.А.Ализаде, изучение паремиологиче­ских единиц на разных уровнях языковой системы, в различных категориаль­ных аспектах имеет огромное значение для иллюстрации нравственного роста многих поколений и для подтверждения развития творческого мышления на­рода. Более того, если исходить из справедливого замечания Г.А.Пер­мя­кова о лингво-логической разноплановости этих единиц,  из того, что «пос­ло­вицы и поговорки представляют весьма сложные образования», что они, с одной стороны, «явления языка, устойчивые сочетания, во многом сходные с фразеологическими оборотами», с другой – они «какие-то логические единицы, выражающие то или иное суждение», а с третьей – «это художественные мини­а­тю­ры, в яркой, чеканной форме моделирующие факты самой действи­тель­ности»,  то вполне объективно перед исследователем выстраивается целый комплекс не до конца решенных серьезных вопросов. Так, при всей кажущейся решенности некоторых литературоведческих и социо-этнокультурологических проблем, связанных с функционированием паремиологических единиц в языке худо­жест­венной литературы, сугубо лингвистическая, а конкретно, катего­ри­аль­но-син­так­­сическая трактовка этих единиц  отстает по многим позициям, актуали­зи­рующим наше исследование.

Выделяются три принципиальные позиции – на уровне

а) теоретического синтаксиса структурации предложения (его структурной схемы, модели),

б) пре­дикативных категорий, конститутивных для предикативных единиц вообще,

в) се­мантической структуры, определяемой в пределах известных (относительно обычных предложений) параметров.

Немаловажным для теории языка, на наш взгляд, можно считать вопрос о соотнесенности паремиологического фонда языка и фразеологической системы. Здесь накопилось также множество вопросов, нуждающихся в оптимальном решении. До сих пор остаются дискуссионными вопросы разграничения посло­вич­ных и поговорочных конструкций, пословиц и загадок, пословиц и общеиз­вест­ных афористических конструкций и многие другие, на которые указывают почти все паремиологи.

Особенно остро стоит вопрос об этимологии паремиологических единиц, об установлении и систематизации этимологических данных, которые проли­ва­ли бы свет не только на динамику синтаксического механизма или становление семантической структуры пословиц, но и на существенные показатели сущ­ност­ного развития поэтического мышления народа – создателя этой «окаме­нев­шей музыки» нашей речи.

Как видим из неполного перечня, в паремиологии дискуссионных вопросов накопилось довольно много. Наша задача в данном случае более конкретная – системати­че­ская квалификация категориально-синтаксических параметров пословично-по­го­ворочных единиц с тем, чтобы можно было избежать ставшую уже тра­ди­ци­он­ной фронтальную недифференцированность обычных предложен­ческих еди­ниц и пословичных конструкций. Ведь нетрудно, по элементарной логике ве­щей, понять, что категориальные параметры обычного (канонического) пред­ло­же­ния (предикативность, модальность, синтаксическое время и т.п.) и пара­мет­ры паремиологических конструкций, построенных по модели предикативных единиц, не могут покрывать друг друга однозначно, они не могут совпадать принципиально. Для предварительной иллюстрации сказанного приведем прос­то (без анализа) ряд следующих единиц:

1)             – Я помню наш старый двор на окраине села;

2)             – Все новое рождается с криком (афоризм) ;

3)             – С одного вола двух шкур не снимают (пословица) ;

4)             – Ничего не болит, а все стонет (поговорка-загадка) ;

5)             – Игра не стоит свеч (фразеологизм) ;

Не менее красочные и эффектные примеры можно привести и из азербай­джан­ского языка. Однако считаем достаточным ограничиться справедливым за­ме­чанием известного синтаксиста-паремиолога З.К.Тарланова: «... Разграни­че­ние фольклорного и нефольклорного языков, с одной стороны, разных жанров внутри фольклорного – с другой, невозможно без учета типических функций исследуемых явлений в каждом из произведений и жанров фольклора. Именно функциональные, интенсиональные характеристики языковых единиц создают объективную основу для оценки фольклорного языка в его противопостав­лен­нос­ти нефольклорным разновидностям языка».

Из вышесказанного явствует, что фольклорное и нефольклорное предло­же­ния по своим синтаксическим качествам не во всем могут быть одинаковыми. Ведь невооруженным глазом можно увидеть разницу между примером (1) и остальными конструкциями из только что приведенного ряда примеров; семан­ти­че­ская структура конструкции «Я помню старый двор на окраине села» складывается из широкого синтагматического потенциала, из свободного пара­дигматического ряда ее форм, из возможного вариативного оформления утвер­ди­тельной и отрицательной форм, включая систему форм по цели выска­зыва­ния (по целеустановке). По многим этим позициям (а иногда и по всем) данное обычное предложение противопоставлено всем остальным, представляющих несвободные, фразеологизированные единицы. Последние или вовсе не входят в парадигматико-синтагматические системы, или же слабо «работают» в этой сфере ассоциативных рядов, не формируют утвердительно-отрицательные па­ры, не функционируют на уровне целеустановки.

Дело в том, что практически во всех учебниках по синтаксису (даже в чисто теоретических разработках) в качестве иллюстративного материала для анализа без особого разграничения привлекаются как предложения свободной структуры, так и паре­миофразеологические конструкции. Так, например, при изучении грамма­тического членения предложения привлекаются простые распространенные мо­дели как свободных предложений (Все дети нашего двора играли в детском го­родке), так и связанных, фразеологизированных единиц (Все дети мира пла­чут на одном языке или; Все равны детки, что пареньки, что девки; Все черти одной шерсти и т.п.). То же самое наблюдается при изучении типов одно - дву­сос­тав­ных, простых - сложных, осложненных - неосложненных предложений. Ина­че го­во­ря, не принимается в должное внимание, что

а) свободные и паремиологи­че­ски связанные предложения представляют неодинаковые модели (струк­тур­ные схемы) предикативных единиц, если даже они с виду кажутся таковыми;

б) степень семантической, смысловой абстракции, обобщения в свободных и паремиологизированных единицах совершенно не совпадают;

 в)  потому нет оснований анализировать эти модели как идентичные, поскольку в них лексическое наполнение носит совершенно различный характер и т.д.

В поддержку приведенных тезисов высказываются  многие синтаксисты, считающие, что парадигматико-синтагматические контуры паремиологических единиц «определяются не реляционными потенциями глагола-сказуемого, а так называемым актантным составом концептуализирующегося фрагмента дей­ст­ви­тельности»; актантный состав устанавливает жесткие границы лексического наполнения паремио-фразеологических единиц, а также элементов, состав­ля­ющих модель этих конструкций. Вот почему представляется абсурдным анализировать, подвергать одинаковому традиционному синтаксическому раз­бо­ру конструкции типа «На смерть и на солнце в упор смотреть нельзя» и «Нель­­зя смотреть на электросварку в упор» или «Damazlığını yeyən tamarzı qalar» и «Dərmanını vaxtında qəbul etməyən xəstələr müayinə olunmayacaqlar».

Эти противопоставленные во многих своих семантических и   кате­гори­аль­но-грамматических показателях синтаксические единицы требуют дифферен­ци­рованного исследовательского отношения в следующих планах:

а) понятия «предложение-высказывание», «предложение-модель» и т.п. должны применяться к свободным и паремио-фразеологическим конструкциям дифференцированно; определение, например, паремио - афористических единиц как «абстрактных предложений, которые содержат всеобщее или вневременное утверждение», также оказывается не адекватным семанти­ческой сущности конструкций типа «Удовольствие жить влечет за собой обязанность умереть» (М.Горький); Дорога милостыня во время скудости; Sözün də su kimi lətafəsi var (Nizami); Köç geri dönəndə axsaq qabağa düşər и т.п. Иначе говоря, специфи­ческое синтаксическое явление должно иметь специфи­че­ское метаязыковое обозначение;

б) существующая система семантико-структурных и функционально-ком­му­никативных аспектов изучения предикативных единиц не охватывает один из ведущих аспектов квалификации предложенческих структур - аспект семан­ти­че­ской генерализованности, при котором дифференцируются степень семан­ти­ки обычных предложений, степень семантической абстракции афориз­мов (об­ще­известных), степень семантической абстракции паремиологических кон­ст­рук­­ций и степень семантической обобщенности фразеологических единиц пре­ди­ка­тивного строения; в этом ракурсе конструкция (1) составляет первую груп­пу единиц, конструкция (2) – вторую группу, конструкции (3, 4) – третью, а кон­струкция (5) – четвертую;

в) обычное предложение в теории синтаксиса (как в русистике, так и в тюр­ко­логии) изучено достаточно емко в плане всех категориально-грамматических свойств; подобное утверждение по отношению к паремиофразеологическим еди­ницам, по отношению к их модально-предикативным категориям не соот­вет­ствует реальности, если не иметь в виду отдельные попытки системного описания так называемых универсально-аналитических конструкций (УАК), т.е. афоризмов аксиоматического характера;

г) немало частных вопросов связано с определением того, как действуют паремиофразеологические конструкции в сфере актуального членения высказы­ва­ния, т.е. его тема-рематического деления; решение данного вопроса выд­ви­гает проблему рассмотрения реакции изучаемых единиц в плане их констру­иро­вания на базе категории утверждения/отрицания, которая иной раз рассмат­ри­ва­ется даже как парадигмообразующая категория обычного предложения;

д) абсолютно нерассмотренной остается область квазипаремиологических форм в плане модально-предикативного осмысления и характеристики; пред­став­ляется, что модальная, категориальная оценка таких контекстуально адап­ти­рованных форм как «Святы нары пусты не бывают» («Свято место пусто не бывает») или транс­фор­ми­ро­ван­ных структур как «Ты – полный отдых природы» (из «На детях гениев природа отдыхает») ждет своего решения и поможет уточнению принципов определения категорий модальности и предикативности предложений различной моди­фи­кации и типов.

е) до сих пор не решен вопрос о том, имеют ли паремиологические едини­цы свою специфическую модель или все же строятся по известным моделям обычных предложений, которые описываются в академических грамматиках русского или азербайджанского языков; не определен также уровень соотно­си­тельности моделей паремий и моделей обычных предложений.

 

Таким образом, можно сделать выводы, что:

1. Категориально-синтаксические свойста обычных предложений и единиц паремиологического фонда языка требуют дифференцированного отношения как на уровне моделей, так и на уровне так называемого лексического наполнения этих  предикативных единиц.

2. Для полнокровного и оптимального описания семантической структуры предложения следует разграничивать типы предикативных единиц по степеням семантико-синтаксического обобщения, представленного в их смысловой струк­­­туре.

3. Материал сопоставления двух неродственных языков подтверждает системность иерархического противопоставления обычных предложений и пред­ложенческих единиц из паремиологического фонда по линии парадиг­ма­ти­ко-синтагматического развертывания, а также по линии нейтрализации бинар­нос­ти категории утверждения/отрицания, нейтрализации потенциального вхождения в систему актуального и грамматического членения.

4. Наличие и возможность функционирования несистемных форм (кон­тек­с­туально трансформированных, окказиональных форм) паремиологиче­ских еди­ниц по-своему подчеркивают признак устойчивой воспроизводимости пареми­оло­гических единиц объективно представляют противопоставленность устой­чиво воспроизводящихся и свободно строящихся предикативных единиц, доказывая реальность лингвокреативного мышления (по Б.А.Серебренникову).

5. Материал, его анализ подтверждает типологически универсальный характер категориального функционирования паремиологических единиц в обоих языках и поддерживает мнение о том, что широкое понимание фразеологии (паремиофразеологии) должно исходить не из лексицентричности ее трактовки, а из ее трансъязыковой сути. 

СПИСОК ИСПОЛЬЗОВАННОЙ ЛИТЕРАТУРЫ

  1. Алекперов А.Г. Синтаксис русского словосочетания в сопоставлении с син­таксисом азербайджанского словосочетания // Aydın Ələkbər. Yazı- pozularımda сечмяляр. Бакы, 2006, с.58-148.
  2. Амрахова Р.Ф. Окказиональные (несистемные) формы паремиологиче­ских единиц русского языка и вопросы их перевода на азербайджанский язык: Автореферат дисс... канд. филол. наук. Баку, 2005.
  3. Гамидов И.Г. О разграничении пословиц и поговорок // Филоло­ги­че­ский сборник (Сб. Статей, посвященных 80-летию М.Т.Тагиева). Баку: изд-во БСУ, 2001, с.238-252.
  4. Крикманн А.А. Некоторые аспекты семантической неопределенности пословицы // Паремиологический сборник. М., 1978, с.82-104.
  5. Савенкова Л.Б. Русская паремиология: семантический и лингвокуль­ту­ро­логический аспекты. Ростов-на-Дону, 2002, 240 с.
  6. Тарланов З.К. Русские пословицы. Синтаксис и поэтика. Петрозаводск: изд-во Петрозаводского гос. ун-та, 1989, 448 с.

Аçаr sözlər: slenq, metafor, kontekst, motivləşmə

Key words: slanq, metaphor, context, motivation

Ключевые слова: сленг, метафора, контекст, мотивация

 

PAREMİOLOJI VAHİDLƏRİN XÜSUSİYYƏTLƏRİNİN KATEQORİAL-QRAMATİK PARAMETRLƏR SƏVİYYƏSİNDƏ MÜƏYYƏN EDİLMƏSİ.

Xulasə

Məqalədə rus və azərbaycan dillərinin materialı əsasında paremioloji strukturların predikativlik, modallıq, sintaktik zaman, şəxs və məkan kimi kateqorial-qrammatik parametrlər   kontekstində aparılan müqayisəli təhlil, eləcə də paremioloji vahidlər və adi cümlələr arasında olan nisbi əlaqələrin  müəyyənləşdirilməsi haqqında bəhs edilir.

 

DETERMINATION OF SPECIFICITY OF PAREMIOLOGICAL CONSTRUCTIONS AT LEVEL OF CATEGORY-GRAMMATIC PARAMETERS

Summary

The article deals with the comparative analysis of paremioloji structures in the context of categorical-grammatical parameters such as predictability, modality, syntactic time, personality and space, as well as the identification of relative relationships between paremological units and ordinary sentences on the basis of the Russian and Azerbaijani languages.

 

 

Rəyçi: dos.E.VƏLİYEVA
Vəliyeva Vəsilə Fəxrəddin qızı

İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ GƏLƏCƏYİN LEKSİK VASİTƏLƏRLƏ REPREZENTASİYASI

Leksik göstəricilər sahəsində zaman münasibətlərinin ifadə üsullarının leksik aspektdən araşdırlıması son illərdə ciddi maraq doğurur. Məlumdur ki, leksemlər dil işarələri kimi gerçəkliyin mənimsənilməsi, onun verbal­laşmasının müxtəlif formaları ilə bağlı dil şüurunu əks etdirir. Dil şüuru işarə­lə­mənin nəticə­lərini və dilin kateqori­yalaşdırma funksiyası planında leksemlərin fəaliy­yətini sistemləşdirməyə imkan verir ki, bu da bütövlükdə nominasiya prosesini təq­dim etmək üçün insanın nitq-təfəkkür fəaliyyətini modelləşdirməyə və leksik vahid­lərin təsnifinə zəmin yaradır. Dil kateqo­riyalarının insanın mentallığı ilə bağlılığının, onun şüur və təfəkküründə təkamül pro­seslərinin inikasının bariz nümunəsi kimi ontoloji əhəmiyyəti və obyektivliyi mü­əy­yən semiotik sistem olan dilin varlığı və tə­biəti ilə təyin olunan leksik və qram­ma­tik kateqoriyalar çıxış edir. L.Talminin fik­rin­cə, “”koqnitiv sistem olan dil əlavə funksi­yalar yerinə yetirən iki yarımsistemə malik­dir: konseptual məzmunun təmin olunması və konseptual strukturun təyin olunması”  [1,103].

Dilin qnoseoloji funksiyasının reallaşdığı leksik kateqoriyalaşma təbii və in­sa­nın daxili dünyasının obyektlərinin kateqoriyalaşmasının dil ana­loqu kimi çıxış edir. İstənilən dil vahidi subyektin fəaliyyətilə bağlı prosesi şərtləndirir. Bu baxımdan pred­­­met və ətraf dünya hadisələrini əks etdirən leksik mənalar məzmunu obyektlər və gerçəkliyin təzahürləri haqqında təsəvvürlərlə bağlı analoji formaya malik reprezen­tantlardır. Leksik vahidlər koqnisiya, nominasiya (işarələmə) və kommunikasiyanın vəhdətini təm­sil edir. Leksik vasitələrsiz ünsiyyətin ehtiyaclarına adekvat şəkildə za­manın ifadə funksiyalarının tam reallaşması mümkün deyildir. Zamanın leksik kate­qo­riyalaşması, hər şeydən əvvəl, isim və zərflərin tematik qrupla­rında öz əksini tapır. Leksik göstərici söyləmin formalaşmasında müəyyən zaman formasını tələb edən zaman planını təyin edə bilər. Dildə leksik vahidlər çoxlu məna və onların variasiyalarından ibarət konsep­tual məzmun sistemini təmsil edirlər [7, 50] . Leksik vahidlər dünyadakı var­lıq­ların və onların dərkinin nəticələrinin dildə əks etdirməyə xidmət edirlər. Leksik mə­na­lar və sözlərin onların əsasında qruplaşdırılmış tematik sinifləri dil tə­fəkküründə təbii obyekt və kateqo­riyalar haqqında anlayışları formalaşdırır. Sözlər və onların mental reprezen­tasiyası haqqında təqdim olunmuş bilikləri Y.S.Kubrya­kova mental leksikon adl­andırmağı təklif edir [2,23].

Ç.Friz  gələcək zamanın ifadə vasitələrinin indiki və keçmiş zamandan iki əsas səbəbə görə fərqləndiyini qeyd etmişdir:

1) digər iki zamandan (indiki və keçmiş) fərqli olaraq, gələcək zamanın bir çox ifadə vasitələri vardır (188, s. 87). Müasir ingilis dilində “shall/will+infinitive”birləş­məsindən savayı “to be to”, “to be going to”, “to be about to” ifadələri, “can”, “may”, “must”mo­dal feilləri, “to desire” “to expect” kimi modallıq bildirən feil­lər gələcək zamanın ifadə vasitələri kimi çıxış edirlər;

2) leksik vasitələrin çoxunun iki və daha artıq modal mənası vardır. Bunu sü­but etmək üçün o, alman dilindəki “warden” feilini nümunə kimi göstərir. Belə ki, bu feil gələcək zaman mənasından əlavə mümkünlük mənasında da işlədilə bilir.

M.Hilbert ingilis dilində gələcək zamanın ifadə vasitə­lə­rindən bəhs edərkən qeyd edir ki, “ingilis dilində “in five minutes”, “tomorrow”, “soon”kimi leksik vasi­tə­­­­­lər gələcək zamanı bildirdikləri halda, hərəkətin baş verdiyi zamanla onun haqqında danışılan zaman arasındakı vaxtın çox zaman qrammatik mar­kerlər (ifadə vasitələri) vasitəsilə ifadə edilməsinə üstünlük verilir. Qrammatik vasitələrin leksik vasitələrdən əsas fərqi onların köməkçi feil, şəxs sonluqları qəbul etməsindən ibarətdir” [4,17]. Bundan savayı, M.Hilbet “shall/will+məsdər” birləşməsini gələcək zaman kons­truksiyası adlandırmışdır [4,15].

Gələcək zaman planına aid olan hərəkətlər müxtəlif  leksik və qrammatik üsul­larla ifadə oluna bilər. Məsələn, /I will do it with pleasure// (лексический способ  употребление модального глагола “will” modallıq bildirən feilin leksik işlədil­məsinin leksik üsulu).

Gələcək zaman konstruksiyası leksik vasitələrin qrammatikləşməsi yolu ilə yaranmışdır. C.Baybi və digərləri qeyd edir ki, tipoloji olaraq leksik mənbələrın bəzi­ləri bacarıq, məcburiyyət və arzu, bəziləri isə hərəkət bildirirlər. Qrammatik­lə­şən­dən sonra onların hamısı təxminən eyni mənanı (gələcək zamanı) ifadə edirlər. C. Baybi- nin fikrincə, qrammatikləşməmişdən öncə bu feillər müxtəlif mənalar (obligation - məcburiyyət, ability - bacarıq, desire - arzu, to come to - gəlmək, to go to - getmək, possibility - mümkünlük) bildirmişlər. Tarixi inkişaf nəticəsində bu feillər intention (niyyət) mənasını ifadə etmiş, sonralar bu gələcək zaman konseptinin ifa­də­sinə yol açmışdır. Müəllifin fikrincə, ən son İmperative (feilin əmr şəkli) və proba­bility (güman) mənaları inkişaf etmişdir [5, 56]. İrəlidə qeyd edilənləri aşağı­dakı kimi sxemləşdirmək mümkündür:

Sxem 2.1

 

İngilis dilində gələcək zamanla bağlı digər mübahisəli məsələ onun hansı vasitələrlə ver­ballaşmasıdır. Müasir ingilis dilində “time” sözü ilə birlikdə işlədilən xeyli sayda nümunələr var: “periods of time”, “for the first time”, “at the time”, “at any time”, “for some time”, “the same time”, “from time to time”, “in modern times”, “for a short time”, “we have little time”, “night time”, “time limits”, “dinner time”, “valuable time”, “the last time”, “over time”, “waste of time”, “next time”, “time flies”. Bundan başqa, ingilis dilində “time” sözünün semantik sahəsi hər hansı bir zaman kəsimləri bildirən sözlərlə tamamlanır. Məsələn, “hour”, “day”, “night”, “morning”, “evening”, “week”, “month”, “year” və s.

İngilis dilində zamanın dəqiqləşdirilməsi zərflər köməyi ilə baş tutur. İngilis di­lində “ago”, “last”, “next” zərfləri zaman göstəricilərinin çoxsaylı kombinasi­ya­sın­da tez-tez işlədilir. Məsələn, “long ago”, “not long”, “a while ago”; /It was five years ago that we met// və s.Əlavə etmək istərdik ki, yuxarıda sadalanan zərflər mü­əyyən zaman kəsiyi üçün zəruri olan zaman göstəriciləri keyfiyyətində tətbiq edilir.

Dil materialının nəticələri göstərir ki, ingilis dilində modallığın ən geniş ya­yılmış ifadə vasitəsi “shall / will” və ya “should / wouldfeillərinin infinitivlə bir­ləş­məsidir. Qeyd edək ki,  bu feillərdə gələcək və zaman mənaları arasında fərqləri ayırd etmək heç də asan məsələ deyildir. Dil materialının təhlili mətndə modallıq və gə­lə­cək zaman komponentlərinin eyni dərəcədə reallaşdığı halların olduğunu göstərir ki, bu da onların ikili şərhinə imkan verir. Məsələn,

 /That's may be, - said Chrystal. - But they're also two influential old men. They get round, they won't letyou in by default I didn't mean to say we shan't workit. I think we've got a very good chance//[6, 124]. (Bu tamamilə mümkündür - Kristal dedi. Bundan savayı onlar iki nüfuzlu qocalardır. Onlar yanından keçəcəklər və əgər müflis olsan, sənə içəri daxil olmağa icazə ver­məyəcəklər. Mən demək istəmirəm ki, bu işləməyəcək, lakin fikirləşirəm ki, bu yetərincə yaxşı şansdır).

Göründüyü kimi, bu mətn parçasında gələcək zamanın modallıqdan asılılığı, habelə subyektin xatakteristikası və müəyyən vacib hərəkətlərini təxmin edən pro­po­zisiyanın iştirakı faktiki olaraq modallıq və futurallıq komponentlərinin eyni dərəcədə ifadə olduğunu nümayiş etdirir.

İngilis dilində gələcək zaman formasında modallıq və futurallıq kom­po­nent­lərinin bərabər dərəcədə iştirak etdiyi hallar kifayət qədərdir. Məsələn, ingilis dilində /They getround, they won’t let you in by default I didn’t mean to say we shan’t work it// (С.P.Snow,  )[6,143].

İkinci şəxsin mübtədası ilə yerinə yetirilən əmretmə funksiyası nitq subyektini hərəkətə təhrik etmək üçün işlədilir və beləliklə, əmretmə funksiyası ilə bağlıdır. Bu funksiyanın əsas xüsusiyyəti onun kontekstə istinad etməsidir. Nitq subyektinin söy­ləmin müəllifinə münasibəti də əmretmə funksiyasının reallaşmasında az əhəmiyyət kəsb etmir.

V.M.Kolmoqortseva “shall/will +məsdər”, The Present Simple, The Present Continuous, “to be going to”-nu gələcək zamanın qrammatik ifadə vasitəsi adlan­dır­mışdır. Onun fikrincə, “shall/will +məsdər” feilin bütün paradiqmini əhatə edir. Məsələn, “will +V”, “will + be +Ving”, “will have+Ven”, will have been +Ving” [7, 4].V.M.Kolmoqortseva “the present perfect” zamanın zərflik budaq cüm­lə­sin­də gələcək kontekstində işlənə bilməsini də qeyd etmişdir (92, s. 4). Məsələn, ingilis dilində:

/You will feel better after you have hadsomething to eat// ( Bir şey yeyəndən sonra özünü daha yaxşı hiss edəcəksən);

/I’ll come as soon as I finish/have finished my work// (İşimi qurtaran kimi gələcəm).

Qeyd etmək lazımdır ki, ingilis dilində “shall/will +məsdər”, “can”, “must”, “to be” ilə olan birləşmələr gələcək zamanın leksik-qrammatik, The Present Simple, the Present Continuous və “to be going to” ifadəsi isə gələcək zamanın qrammatik ifa­də vasitələrinə aid edilməsi daha məqsədəuyğundur. İngilis və Azərbaycan dillərində gələcək zaman mikrosahəsinin uzaq peri­fe­riyası kimi qeyd edilən ikinci qat gələcək zamanı leksik səviyyədə təmsil edən zərf­lər, sifətlər, isimlər, müəyyən frazeoloji temporal birləşmələr və sərbəst söz birləş­mələri olan sintaktik vahidlərdir.

Azərbaycan dilində zərflər (sabah, səhər, sübhdən, obaşdan, həmişə), sifətlər (gələcək, növbəti, sonrakı), isimlər (sabah, gələcək), müxtəlif söz birləşmələri (bir gün, o gün, günlərin bir günü, sabah yox birisi gün, gələn ayın əvvəli, iki həftə sonra), frazeoloji vahidlər (dəvənin quyruğu yerə dəyəndə, qum göyərəndə) gələcək zaman kontekstində işlənə bilərlər. Məsələn, /Əzizim, tələsmə, bizim arzularımız qum göyərəndə baş tutacaq//; /O gün olsun ki, sənin də toyunu görək//; /Sabah tezdən hamı bir nəfər kimi iməciliyə qatılıb işləməlidir//.

İngilis dilində zərflər (tomorrow, soon, hereafter), sifətlər (future, next, oncoming), isimlər (future, moment), müxtəlif söz birləşmələri (in a minute, in an hour, in the future, early or late, soon or late) və frazeoloji vahidlər (in coming days, for tthe moment, in near future) müvafiq olaraq gələcək zaman kontekstində işlənə bilirlər.

Beləliklə, qarşılaşdırılan dillərdə gələcək zamanın leksik vasitələrlə reprezentasiyası yolları müxtəlif olur.

Ədəbiyyat:

  1. Талми Л. Отношение грамматики к познанию //Вестник Московского уни­вер­ситета. Сер. 9, Филология, 1999, № 1, c. 91–115.
  2. Кубрякова Е.С. и др. Краткий словарь когнитивных терминов /Е.С.Кубр­яко­­ва, В.З.Демьянков, Ю.Г.Панкрац, Л.Г.Лузина. -М.: Филол. ф-т МГУ им. М.В. Ломоносова, 1997, 245 с.
  3. Fries Ch. C. American English Grammar. New York - London, 1940, 313 р.
  4. Hilbert M. Germanic Future Construction, A usage based approach to language change,  John benjamins Publishing House, Amsterdam-Philadelphia, 178 p.
  5. Bybee J., Perkins R., Pagliuca W. The Evolution of Grammar: Tense, Aspect and Modality in the Languages of the world. University of Chicago Press, 1994, 394p.
  6. Колмогорцева В.М. Система грамматических средств выражения будущего времени в современном английском языке : автореф. дис. … канд. филол. наук. –М., 1965, 24 с.
  7. Einstein A. Relativity: The Special and the General Theory / A.Einstein. - New York: Martino Fine Books, 2010, 184 р.
  8. Snow C.P.The Masters, A Strangers and brothers, 2005, U.K., p.214

Açar sözlər: leksik vahid, leksik kateqoriyalaşma, tematik qruplar, reprezentasiya.

Ключевые  слова: лексическая единица, лексическая категоризация, тематические группы, репрезентация

Key words: lexical unit, lexical category, tematic groups, representation.

Резюме

Репрезентация будущего лексическими способами в английском  и азербайджанском языках.

В статье повествуется о выражении комбинации когниции, номинации и коммуникации в значении лексических единиц. Лексическая категоризация времени, прежде всего, отражается в тематических группах существительного и наречия. В языке лексические единицы представляют концептуальную систему содержания, состоящую из многозначности и ее вариаций. Лексические единицы отражают в языке результаты осознанного понимания всего, что происходит в мире.

 

Summary

Representation of  future by lexical means in the English and Azerbaijani languages.

                The article mentions lexical units as representing cognac, nomination and unity of communication. Firstly the lexical classification of time is represented in the thematic groups of nouns and adverbs. Lexical units in the language represent a conceptual content system with a broad meaning and their variations. Lexical units are referenced  to the reflection of the results of world's beings and  their cognition in the language.

 

Rəyçi: dos.E.Vəlyeva

 


Ülviyyə Yusubova

AZƏRBAYCAN DİLİNDƏ NUMERATİVLƏRİN PRAQMATİK ƏSASLARI

Praqmatika, praqmalinqvistika semiotikanın bölməsi olub, əsasən, istifadə olunan və qəbul edilən hər hansı bir işarələr sistemini tədqiq edir.

 Praqmatika işarə sistemi ilə onu tətbiq edənin arasındakı əlaqəni öyrənən bilik sahəsidir. «Praqmatika» «pragmaticus» latın və yunan sözlərindən ibarət «pragmaticos» olub «iş, hərəkət, təsir» mənasındadır (1, p. 346)

 Q.Kazımov yazır ki, praqmatika-işarələr sistemi ilə oxucu münasibətlərini öyrənir (2, s. 448(500 s.)

 Praqmatika gənj elmdir. «Praqmatika»termini linqvistika elmində fərqli şəkildə izah olunur. Bəzi tədqiqatçılar praqmatika deyərkən nitq aktını nəzərdə tutur­lar, nitq aktı və onun məhsulları (söyləmlərin uyğunluğu) bu termin adı altında öyrə­nilir. Dil vahidləri, konkret olaraq sözlər konkret nitq kontekstlərində tədqiq edilir. Digərləri buraya nitq fəaliyyətini və onların ierarxiyasını (ierarxiya sözü mənşəjə yunan dilinə məxsusdur. Mənası- hieros müqəddəs, arxee-hakimiyyət demək­dir. İerarxiya sözü termin kimi elementlərin yuxarıdan aşağıya doğru qayda üzrə düzülüşü və yerləşməsi mənasındla işlədilir (3, s.44 (320 s.), baş və ikinji dərəjəli nitq aktlarını, konkret əlaqə, ünsiyyət, qarşılıqlı münasibət məsələlərini daxil edirlər.

 İerarxiya termini mənaca numerativlər sisteminə də tətbiq edilir. İerarxiya qaydası üzrə numerativlərin düzülüşünü aşağıdakı kimi xarakterizə etmək olar: a) dilin üfiqi vəziyyətində yaranan numekrativlərin ierarxiyası; b) dilin şaquli vəziyyətində yaranan numerativlərin ierarxiyası.

 Numerativlər mikrokomponentlərin birliyi kimi dərk edilir. Məs.: beş kloqram alma, bir dənə əşya, bir ədəd dəftər və s.

 Fikri dinləyənə çatdırmaq öz niyyətini dilə gətirmək üçün numerativlərdən də istifadə olunur. Bu isə müəyyən məqsədlə edilir. Məsələn, Praqmalinqvistikada numera­tik­lər intensivlik üzrə yuxarıdan aşağıya bir-biri ilə daxili, üzvi bir əlaqəyə malikdir.

 «Hər bir elm sahəsində olduğu kimi, dilçilikdə də zaman-zaman yeniliklər olur, bir paradiqm başqası ilə əvəzlənir. Ötən əsrin ortalarından bu yana semiolinqvistik tədqiqatlar geniş vüsət almağa başladı və bunun nətijəsi olaraq semiotikanın tərkib hissəsi olan praqmatika yeni elm sahəsi kimi formalaşmağa başladı» (4, s.5 (120 s.)

 Praqmatika – dilin dildən isifadə edən bu və ya digər şəxsə münasibətini tədqiq edən və seçən dil tədqiqatının plan və aspektlərindən biridir.

 Ünsiyyət prosesində numerativlərin praqmatik cəhətlərinin araşdırılması ilk dəfədir.

 Praqmatika semiotikanın bir sahəsidir. Praqmatik aspektdə numerativlərin başlıca özəlliklərini öyrənilir.

Praqmatizm təliminin əsaslarını ABŞ filosofu Çariz Pirs (1839-1914) davam etdirmişdir. Bu təlimin əsasları demək olar ki, həmin alim tərəfindən qoyulmuşdur. O, bu cərəyanın proqramını formulə edib onun adını təklif etmişdir. Bu təlimə görə insanın hərəkətlərinə, fəaliyyətinə yeni tərzdə baxılır. İnsanın hərəkətləri ətrafında bütün anlayışlar və konsepsiyalar formalaşır.

 Praqmatizm XIX əsrin 70-ci illərində Kembricdə (ştat Massaçusets) toplaşan və Pirs tərəfindən «Metafizik klub» adlandırılan kiçik bir elmi işçilər klubunun fəaliyəti nəticəsində meydana gəlmişdir. Pirsin bu sahədə yazmış olduğu məqalələr bir müddət nədənsə diqqəti cəlb edə bilməmişdir. Praqmatikanın bir növü linqvopraqmatikadır. Linqvopraqmatika (yaxud praqmalinqvistika) - praqma- iş, proses; dilçilik və semiotikanın bir sahəsidir, nitqdə dil işarələrinin funksionallığını öyrənir. Münasibət «işarə - istifadəçi işarə» kimi formullaşır.

 Numerativlər-sabit ifadələr bir sıra funksiyaları yerinə yetirir: nominativ (adlandırma), kommunikativ, ekspressiv, praqmatik və ümumiləşdiriji.

 Bu məqalədə yalnız praqmatik funksiyadan bəhs olunur. Söyləmlər, o cümlədən numerativlər kommunikativ-praqmatik məkanda qərarlaşığı üçün hər iki funksiyanı, həm kommunikativ, həm də praqmatik funksiyanı yerinə yetirir.

 Linqvistik praqmatika bir dil işarəsi kimi numerativlərin nitqdə funksionallaşma qanunauyğunluqlarını öyrənir. Praqmalinqvistika numerativlərin kontekstdəki məna­sını tədqiq edir. Linqvistik pranqmatikada resal kommunikasiya prosesində işarələr və ondan istifadə edənlər arasında, adresant və adresat arasında sosial münasibət qurulur.

Qeyd edək ki, semantika və praqmatika məna problemləri ilə məşğul olan sahələrdir. Semantika-kontekstdənkənar, yəni kontekstdən asılı olmayan, praqmatika isə – kontekstdən asılı olan mənadan danışır. Bu ideyanı birinci olaraq C.Katz söyləmişdir. Beləliklə, praqmatika- semantikanın əhatə etmədiyi mənaları araşdırır. Bir sıra üstün cəhətlərinə baxmayaraq, bu şərh praqmatik fenomenin vahid səciyyəvi xüsusiyyətlərini özündə toplaya bilmişdir. Bu barədə daha bir definisiyanı da göstərmək olar: «Praqmatika- dil ilə kontekst arasındakı əlaqəni öyrənir» (5, p.21)

 Praqmatika bir tərəfdən ümumi işarələr nəzəriyyəsinin (semiotika) bir bölməsidir. Dil işarələri və ondan istifadə edən interpretant arasında münasibətdir, nitqdə numerativ vahidləri bir söyləm kimi istiqamətləndiritr.

 Praqmatik tədqiqatların məqsədi dil vahidlərinin nitq aktında oynadığı rolu meydana çıxarmaqdır. Bu baxımdan Azərbaycan dilində numerativlərin praqmatik potensialı genişdir. Ş.Nansi yazır ki, «kommunikativno-praqmatiçeskiy potenüial numerativnıx ustoyçivıx vıraceniy pozvoləet im formirovatğ raznoobraznıe requlətivnıe reçevıe aktı, realizuöhie şirokiy spektr intenüiy» (6, s. 5)

 Numerativlər praqmatik informasiyanı çatdıra bilir. Əşya və hadisələr haqqında informasiyalara emosional qiymət verir. Məs.: bir damçı su onun xilası ili (Ə.Məm­məd­xanlı). Burada damçı numerativində emosionallıq vardır. Həm də bu ifadə də (bir damçı su) estetik praqma mövcuddur. Bu cəhətdən müasir praqmatik araşdırmalar nitq fəaliyyətinin effektli olmasını tələb edir.

Nitq fəaliyyəti funksional praqmalinqvistikanın anlayışıdır. Nitq fəaliyyəti nitqin koordinasiya edilməsində əsas hesab edilir. Bu nəzəriyyəni Con Serl hazırlamışdır (7)

 Nitq aktında bu vahidlərin də rolu özünəməxsusdur. Ona görə də numerativlər praqmatik xüsusiyyətlərə malikdir. İntesiya- xəbərdarlıq, xəbərdarlıq edilmə xüsusiy­yəti numerativlər üçün əsas əlamətlərdəndir. Məs.: Bir torba pambıq aldım.- cümlə­sində pambığın ədəbi funksiyası intensiya olunur. Yəni bu haqda xəbərdarlıq olunur. (8; 9 (320 s.)

 Numerativlər üçün bir qədər səciyyəvi olan intensiya arzu, niyyət, məqsəddir.Müxtəlif illokutiv güc yaranır. Nitq aktı bu hesaba güclənir. Məs.: Numerativlər də dilin müstəqil işarələrdəndir. Onu digər kəmiyət bildirən sözlə birləşdirən əlaqə sərbəstdir (müq.et: bir sürü maral, bir yumru təpə və s.). Bəzən bunlar xətti xarakterə malik olur. Bunlar predmet xəttidir.

 Bununla yanaşı, zaman xətti nitq aktında fəaldır. Məs.: Beş günlük dünya deyə ömrü hədər verərdim (İ.Kazım); Şair iki əsr arası yaşamışdır.

 Bu kimi numerativlər- sabit ifadələrin kommunikativ-praqmatik potensialı nitq aktını nizama salır, geniş spektrli intensiyanı gerçəkləşdirir. «İntensiya».

Qeyd edək ki, ölçü adlarının tarixi inkişaf prosesi xalqın tarixi keçmişi, məişəti, məşğuliyyəti, qazanılmış bilik və təcrübəsi ilə əlaqədardır. Qədimliyi ilə fərqlənən bu adların mühüm bir hissəsini də numerativlər təşkil edir. Tarixi qədim olan mumerativ sözlərə «Kitabi-Dədə Qrqud»da, klassik şair və ədəblərin əsərlərində təsadüf etmək olur. Zaman keçdikcə bu cür sözlərin bir hissəsi köhnəlmiş, bir qismi isə ində də is­ti­fadə olunmaqdadır. Qədim yazılı abidələrimizdə: belələri aktivliyini, işləkliyini itir­mişdir: çin, gəz, qatla, kərrə, misqal, batman, girvənkə, verst, ağac, arşın, çərək və s.

Qat: Saylardan sonra işlənir və feilə aid olur: Yeddi qat meydanı dolandı (KDQ), Əlbəttə, yüz qat boğulmağım, Tarverdiyə arvad olmaqdan yeydir (M.F.Axundov), Qazancım əvvəlkindən beş qat artıqdır (S.Qədirzadə).

Dialekt və şivələrdə: qatla (Üç qatla yarasın əlilə sığadı (KDQ)

Yüz siğəyilə tövbə verir özgəyə zahid

Amma özü min qatla peşiman olacaqdı (Q.Təbrizi).

İsgəndərdən də yüz qatla zülalım behtər istərdim (M.P.Vaqif)

 Kərrə (dəfə) sözünün sinonimdir. Məs.: Boz atlı Zızır manna gəldi, üç kərrə yaramı sığadı; Xanlar xanı xan Bayapndır yildə bir kərrə toy edib, Oğuz bəglərin qonaqlardı; Üç kərrə ağzından iraq eylədi, günahına tövbə eylədi (KDQ).

 Çin numerativi dəfə sözünün mənasını bildirir. Məs.: Hər kim ki, bu rüxsar ilə bir çin səni görsə,

Min yol mənə söylər ki, gözün var, nəzərin var. (Q.Təbrizi)

Gər könlümü alırsan,

Gər yüz çin öldürürsən. (Q.Təbrizi)

Gəz numerativi də dəfə sözünün sinonimii kimi çıxış edir:

Susızam bir gəz bu səhradə bənimçün ara su,

Seyrü-gülzar etdigin bir gəz səbadan fəhm edüb. (M.Füzuli).

Numerativ söz mövqeyində işlənən sözlər qismində ölçü vahidlərinin adları da daxildir (qramm, metr, misqal, batman, girvənkə, çətvər, verst, ağac, arşın, çərək və s.)

Batman (səkkiz kiloqramlıq ölçü): Hər çanağı bir batman buğda tuturdu («Koroğlu» dastanı)

Girvənkə (dörd yüz qramlıq ölçü): Allahyar beş-on girvənkə düyü, kişmiş, qaysı aldı (İ.Şıxlı); Yeddi girvənkəlik qənddən bir kəllə alıb vurdu geyməsinin altına və bazardan çıxdı. Bəli, sən məndən yarım girvənkə qənd alacaqsan, mən durmaram sənin əllərindən öpəm (C.Məmmədquluzadə).

Çətvər (iki yüz əlli qramm). Sənə ağzımda söz deyirəm, bir çətvər ət çox azdır («Koroğlu» dastanı).

Misqal (dörd qramm). Bir misqal iksir bir batman misə vurur, xalis gümüş alır (M.F.Axundov).

Çərək (fars mənşəli, dördə bir). Beş arşına sürüşdülər üç çərək (Q.Zakir).

Verst (kilometr). Elədir, Dimitri Dimitriyeviç üç min beş yüz verst yol getmişəm (İ.Şıxlı).

 Vaxtı ilə uzunluq ölçüsü kimi işlənən ağac sözü altı-səkkiz kilometrlik məsafəni bildirmişdir. Məs.: On dörd ağac yolu cənabi qazi, beş-altı saatda getdi çaparaq (Q.Zakir).

Arşın (ərzin sözündəndir, fars dilində qolun dirsəkdən ucuna qədər olan his­sə­sinə deyilir). Vaxtilə bədənin bu hissəsindən uzunluq ölçüsü kimi istifadə edirdilər. Məs.: Rus arşını, xan arşını, «öz arşını ilə ölçmək». Əvvəllər Kərbəlayı Məhəm­mədəli fəhləlik edərdi və iki-üç ayda bir üç-dörd manat xərclik və altı-yeddi arşın çit göndərərdi evinə. Əgər usta Zeynal bu şərti vaxtında əmələ gətirsə, utaya daha altı arşın mahud verəcəkdi. (C.Məmmədquluzadə) (10, s. 67-69)

 Bu kimi numerativlər tarixən nitq aktının məzmun və mahiyyətinin nizama salınmasında mühüm rola malik olmuşlar.

 Bütün numerativlər, sabit ifadələr adresat üçün yeni informasiya daşıyır, çoxəsrlik insan təcrübəsində məlum faktları qlobal məqsəd kəsb edərək aktuallaşdırır.

Numerativlər praqmatik dəyərinə görə məlum situasiyaları fokus olaraq adesata yönəldir. Ona görə də yuxarıdakı kontekstdə göstərilmiş numerativlərin praqmatik xüsusiyyətləri qüvvətlidir və milli-mədəni spesifikaya malikdir. Numerativ sözlərdə praqmatik əlamətlərin öyrənilməsi xalqımızın mentalitetinin əsaslarını, mili-mənəvi səciyyəsini və s. tədqiqi baxımından əhəmiyyətlidir.

Praqmatika- kontekstdən asılı olan mənalardan bəhs edir, Bu o deməkdir ki, praqmatika semantikanın əhatə etmədiyi mənanı öyrənir. Praqmatika numerativ sözlərin işləndiyi zaman onların ifadə etdikləri mənalardan bəhs edir.

Numerativlərin praqmatik təhlili qeyri-sabitliyi ilə fərqlənir. Numerativlərin semantikası onun həqiqilik meyarıdır. Məsələn, «bir cüt ayaqqabı» dil vahidində həqiqilik ayaqabının iki olmasındadır.

Kontekst numerativlərin iştirak etdiyi mətni əhatə edən bir mühitdir və həmişə onun mənasını müəyyən edir. Kontekst müxtəlif sferalara ayrılır və subyektin biliyi kontekstin bir hissəsidir.

Müasir Azərbaycan dilində danışan zaman nitq aktları yaranır və həmin aktlar da bir sıra vəzifələri yerinə yetirir.

Numerativlərin praqmatik cəhətləri ilə əlaqədar elmi-nəzəri baxışlar hələ formalaşmamışdır. Bu tədqiqat işində həmin yanaşmalar təyin olunur. Bizə elə gəlir ki, sözügedən tədqiqat numerativlərin yalnız funksional-kommunikativ deyil, həmçinin də praqmatik xüsusiyyətlərinin də interpretasiyasında önəmli bir qaynaq rolunu oynaya bilər.

Numerativlərin praqmatik xüsusiyyəti deyərkən onların nitq aktında- ünsiyyət vasitəsi kimi iştirak etməsi dərk edilir. Digər bir istiqamət- dilin «qeyri-standart» isti­fa­dəsi prinsipidir. Belə «konversasion praqmatika» (danışıqda praqmatika) insanın fəaliyyəti ilə bağlıdır. İnsan fəaliyyətinin semantikası-mənaja ifadəsi bui şin əsasını təşkil edir. Praqmatika və onun konsepsiyasının insanın fəaliyyətinin dildən, dilin hər hansı sözündən istifadəsinin məqsəd və nətijəsi ilə təyin olunur. Yəni semantik ifadənin hansı mənası var. Digər tərəfdən, praqmatikanın qayda-qanun (strategiya) danışıqda replikaların intenpretasiyası kimi anlamaq olar. Bu interpretasiya aşağıda­kıları üzə çıxarır:

- söyləmin motivləşməsi və danışığın strategiyası;

- nitq vasitələri sinfi, həmin strategiyada təmsil olunur.

 Praqmatik şərhin (interpretasiya) iki növü özünü göstərir: a) qarşılıqlı əlaqə və ünsiyyətin tipləri (münasiblik, uyğunluq dərəcəsi) və b) dil ifadəsinin lokasimyası, söyləmin (numerativlərin) çıxış nöqtəsi.

C.Morris praqmatikanın sahələrini müəyyənləşdirmişdir.C. Morris yazır ki, işarə canlı orqanizmdir, praqmatik səciyyəlidir. Praqmatika funksional işarələri müşahidə edir (11, s.60, 63).

C.Morris bu baxımman 3 səviyyəni müəyyənləşdirmişdir: 1) işarələrin obyektə münasibəti, 2) semiozisin semantik cəhətdən dəyişməsi, 3) semiotika-işarələr arası münasibət, semantik dəyişmə.

Linqvistik praqmatikada numerativlərin özünəməxsus tipologiyası vardır. Numerativləri nitq aktında tipologiyası təyin edilir və danışanın intensiyası-niyyəti, məqsədi aydınlaşır.

Praqmalinqvistika gerçək kommunikativ prosesdə numekrativləri işarələrin qarşılıqlı əlaqəsi kimi öyrənir.

 «Nitq aktı- praqmatik anlayışlar üçün mərkəzlir» (E.V.Paqiçeva)

 Nitq aktı - müəyyən ünsiyyət şəratində danışan və dinləyənin eyni məna ilə əlaqələndirdikləri artikulator-akustik ifadə forması ardıcıl və məqsədyönlü nitq parçasıdır. C.Ostinə görə hər nitq aktı 3 səviyyədə fəaliyyət göstərir: 1) lokutiv akt (qrammatik struktur səviyyəsi) , 2) illoktiv akt (nitqin ölçüsü) , 3) perlokutiv akt (həmsöhətlərin bir-birinə təsiri).

O, mənə bir top parçaverəcəyini bildirmişdi (İ.Şıxlı); Taxta evciyin cəmi iki göz otağı var idi (İ.Məlikzadə).

Bu cümləlrdə işlənmiş ədədi sözlər (top, göz) vasitəsi ilə nitq aktının təsdiq reprezentativliyi əks olunmuşdur. Eləcə də burada şərh, cavab vermə perlokutiv aktı vardır. Məqsəd aydın olur: bir top parça, iki göz otaq komponentlərində praqmatik əqli nəticə çıxarılır. Həmçinin də burada adresat ünsiyyət yaradır. «Adresatlar danışanın sözlərinin nə ilə ifadə etdiyini zənn edir və həmin mənanı aydınlaşdırmağa çalışırlar» (12, s.10 (26 s.)

Nitq fəaliyyətində numerativlər müvəffəqlilik, uyğunluq, münasiblik, effektiflik xüsusiyyətləri qazanırlar. Bu əlamətlər nitq aktında numerativlərin praqmatik gücünü açıb göstərir.

 Nitq aktı praqmatikadan asılı olmadan meydana gəlib. Nitq aktında danışan və adesat iştirak edir.

Praqmatik interpretasiya nitqin xüsusi tip əlaqəsidir. Praqmatizm mahiyyət etibarilə birbaşa dil işarələrinin qeyri-dəqiqliyinin, qeyri-aşkarlığının nəticəsitdir. Numerativlərin praqmatikası üzərində müşahidələrimizi davam etdirsək görərik ki, elementlərin sosial statusu onların kommunikativ valentliyi ilə düz mütənasib gəlir. Müəyyən münasibətləri bildirən numerativlərin funksional genişliyi xüsusilə diqqəti cəlb edir. Söhbət «nəfər», «qat», «nüsxə», «dənə», «cüt» və s. numerativ sözlərin praqmatik-üslubi dəyərləndirilməsindən gedir. Həmin siyahıya «dəfə», «qarış» numerativlərinin daxil olmaması, daha doğrusu, daxil ola bilməməsi də praqmatik mülahizələrlə, dünya bilikləri konteksti və həyat təcrübəsi ilə əlaqədardır.

Numerativlər potensial nitq aktında təsdiq və inkar mənalarını ifadə edə bilir, praqmatik cəhətdən istiqamətlənir. Məs.: Nə beş arşın parça, nə də bir top qumaş aldım (inkarda); Ağcabədi bazarından beş arşın parça və bir top qumaş aldım (təsdiqdə).

Deyildiyi kimi, praqmatika müxtəlif linqvistik, fəlsəfi və sosial ənənələrdən yaranan təbii dil ifadələrilə onların spesifik tətbiq məqamları arasındakı əlaqələri öyrənir. Praqmatika anlayışı semiotikadan götürülüb. Dilçilikdə praqmatika bir tərəfdən semantika, digər tərəfdən isə geniş mənada sosilinqvistik məsələlərdən nəzəri baxımdan sərhədlənir. Bu yarımbölmədə numerativ sözlərin dildəki funksiyaları və bununla ifadə olunan propozisiyaları, onların spesif məqamda işlənməsi öyrənilir. Çünki praqmatika dildə hər cür söyləmin funksiyalarını tədqiq edir. Həmçinin bu hissədə numerativlərin ünsiyyət prosesində dil işarələrini və onların birləşməsini təsvir edir və onları açmağa çalışır.

«Beş adam»«beş nəfər adam» numerativlərinin praqmatik potensialı fərqlədir. Konkret praqmatik məqsəd nitqin açılması, şəffaflaşması tələbi ilə tərs mütənasilik təşkil etdiyindən nitq hərəkətini daha çox sinsemantiklik, çatışmazlıq və natamamlıq əlamətini özündə daşıyan cümlə çərçvəsində gerçəkləşdirmək daha münasib olur.

Numerativlərin ifadə imkanlarını, praqmatik-kommunikativ potensialını araş­dır­maq dilin bütün leksik-semantik sistemini işə salmaq, onu hərəkətə gətirmək, hərə­kət­də müşahidə etmək deməkdir. Dilin leksik arsenalından uyğun numerativi seçmə və ayırma texnologiyası məzmunca tematik qrupun açılması prosesi olan mətn­yarat­mada ilkin-zəruri prosedur mərhələ kimi özünü göstərir: əvvəlcə potensial şəkildə yaddaşda mövcud olan tematik qrup canlanır, sonra semantik qrupun açılması prosesi baş verir. Sosial situasiya və praqmatik məqsəddən asılı olaraq numerativlərin mani­pul­yativ imkanlarına da məhz bu ümumi fonda yanaşmaq lazım gəlir. Numera­tivlərin mətndə gerçəkləşməsi və seçimi daha çox dil istifadəçisinin fərdi-utilitar maraq və meyilləri ilə əlaqədardır. Hər bir konkret ifadə forması danışanın fərdi-subyektiv təəssüratları, şüur gerçəklikləri ilə ən çox zənginləşib genişlənir. Buna görə də numerativləri üslubi və kommunikativ-praqmatik imkanları çox geniş bir mövzudur.

Bu məsələlər bir tərəfdən də funksional ekvivalentləri doğurur. Məsələn, Azərbaycan dilində «dəfə» sözünün «yol», «kərə», «kəz», habelə «mərhələ» kimi sinonimləri, funksional ekvivalentləri vardır. Həmin numerativlərin hər birinin öz işlənmə məqamları, normativ və ekspressiv çalarları mövcuddur.

Bir dil işarəsi olaraq hər bir numerativ variantın reallıqdan ayırıb fərqəndirdiyi fakt, əlamət, detal qavrayışın həm az-çox obyektiv, həm də subyektiv əsaslarını yaradır. Numerativlərin praqmatik məzmununu, effektivlik və kommunikativ məqsədəuyğunluğunu ümumi tematik və semantik sahə, mətn əlaqələri və kontekst daxilində müəyyənləşdirmək lazımdır.

Numerativlərdən bir qismi yalnız numerativ söz kimi işlənir. Bunlar xalis numerativlərdir. Başqa bir qisim numerativlər isə həm əsas nitq hissəsi, həm də numerativ söz kimi istifadə olunur. Məs.:bir çuval buğda, iki səbət meyvə və s.

Qədim dövrə aid çəki, uzunluq, gündəlik kəmiyyət əlamətlərini təyin etmək və onları ifadə edən anlayışları-sözləri müəyyənləşdirmək numerativ məsələsinin tarixini izləmək baxımından əhəmiyyətlidir. Bu ölçü vahidləri numerativləri konkret təyin edir.

Bəzən dildə miqdar sayları ilə yanaşı numerativlərdən də istifadə olunur, bunlar predmetin miqdarını bildirir, predmetə aid kateqoriya və qrupu müəyyənləşdirir.

Numerativlər nəzər nöqtəsini, hədəfləri dəyişməklə görüş bucağını da dəyişir, dil istifadəçisinin subyektə mövqeyini, praqmatik gözləyiş və maraqlarının ruporuna çevrilir.

 Məsələn, saylar poetik mətnlərdə mühüm amil kimi özünü göstərir. Kontekstdə dəqiqləşdirici rol oynayır. Dəqiq kəmiyyət haqqında adresatın adresanta informasiyasını çatdırır. Məs.:

Bir gün,

Bir saat,

Bir an

Ayrıla bilsəydim yaddaşımdan,

Dincələrdim (R.Rza)

«Bir» sayının xüsusiyyətləri və funksiyaları haqqında çox yazılıb (13)

Burada isə şair «bir» sayından istifadə etməklə praqmatik effekt yarada bilmişdir. Praqmatik effekt aşağıdakı şeir parçasında da özünü göstərir:

Bir bölük fəxr əhli gördüm yar idi (Nəsimi əsərləri. Bakı, 1973, s. 198)

Ol şad ki, düşdü gül rüxsarımız üzrə

Bir qətrə yağış damdımı min jalə tər oldu (Nəsimi əsərləri. Bakı, 1973, s.279)

Burada qətrə müxtəlif mayələri, bölük insan toplusunu bildirmək üçün ölçü vahidi kimi işlədilmişdir.

 A.Əlizadə Nəsimi haqqında yazdığı məqaləsində şairin əsərlərində yol, göz, görə sözlərinin dəfə sözünün sinonimi kimi çıxış etdiyini və hərəkətin icrasını kəmiyyət etibarilə konkretləşdirdiyini göstərir və aşağıdakı misalları verir:

Hər bibəsər səni neçə yol bulla görməgə

Həq əhlini görməyə əhli-nəzər gərək (Nəsimi. Seçilmiş əsərləri. Bakı, 1973, I, s.434)

İglimi səkkiz hərf kim, həqqin kitabıdır üzü

Oxugil dörd göz yenidən sirri ma-bvhayi gör (I, s.453)

Cəhd et məcalın əldə ikən yarə-yarə kim,

Bir göz əcəl irər dəxi verməz məcalını (Nəsimi əsərləri, Bakı, 1973, s.144)

Şol rəqibi görə idim cah içində bir kərə

Gillələydim başına ol səd həzəran daş yenə (Nəsimi əsərləri. Bakı, 1973, s. 128)

Yeddi qat yer, yeddi dəxi gögdür,

Anla bu yeddini ki, ülfətdir (yenə orada, s.131)

Bu numerativlərdən göz sözü çağdaş Azərbaycan dilində işlənmir, yol, kərə numerativləri dialekt və şivələrdə, həmçinin canlı danışıq dilində istemal olunur (14, s.12 ( 3- 15)

Digər nümunə: Min bahar, min payız görsə də xilqət,

Onun gənclik çağı qayıtmaz olur (Əli Tudə)

Burada numerativ komponent «min» sayının təkrarı ilə aktuallaşır, konseptual mənalar gerçəkləşir. Numerativin mətndə mövqeyi assosiativ obraz yaradır. (15)

 Beləliklə, tədqiqatın nəticələri göstərir ki, numerativlər kəmiyyətin dəqiq, düz mənasını qəbul edir və ötürür, bu zaman simvolik mənalar meydana gəlir, ideya tez qavranılır, aydınlaşır.

 Numerativlərin kommunikativ-praqmatik aspektdə təhlili göstərir ki, göstərilən dil vahidlərinin böyük əksəriyyəti köhnə, arxaik xarakter daşısa da, bunlar kifayət qədər canlı nitqdə istifadə olunur.

 Belə bir nəticə də alınır ki, numerativlər qiymətləndirmə, obrazlılıq, emosional­lıq və ekspressivlik semlərini qazanır, əldə edir. Həmçinin həmin dil vahidləri intensivləşir və hiperbollaşır.

 Kommunikativ-praqmatik aspektdə təhlil göstərir ki, kommunikativ şərt numerativlərin işləndiyi kontekstdə əhatə olunur, müasir nitqdə, dialoqlarda həmin vahidlər funksionallaşır.

 Aparılan tədqiqatdan bəlli olur ki, konkret nitq situasiyalarında istifadə olunan numerativ söz və ifadələr öz praqmatik potensialını lazımi qaydada gerçəkləşdirə bilir. Diskurs praqmatik potensialı gücləndirir. Bu baxımdan o, nitq prosesində «yüklənmiş həyat»dır (N.D.Arütyunov). Diskurs mürəkkəb kommunikativ hadisədir. Diskurs həm də praqmatikdir. Burada kommunikativ strategiyalar aktuallaşır. Praq­matik istiqamət mətndə işlənmiş numerativlərin adresata çatdırılması ilə bağlıdır. Nu­merativlərin çox işləndiyi mətnlərdə praqmatik təsir güclü olur. Mətnin digər hissələri ilə numerativlər praqmatik münasibət qurur. Praqmatik münasibətlər müxtəlif xarakterə malik olur: intellektual, emosional, hissi.

 Nəhayət, numerativlərin praqmatik yöndə araşdırılması həmin tərkibin ( iki nəfər insan, bir tuluq şərab, beş qətrə maye və s.)) praqmatik niyyət, məqsəd və nəticəsini, adresant və adresatın praqmatik səciyyəsinini, həmçinin də adresantın seçiminə təsir edən mühüm amilləri aşkar edir. Bundan savayı, ünsiyyətin praqmatik funksiyası müəyyənləşir. Bu tədqiqatın sonucu kimi nikt aktı praqmatikanın aspekti kimi dərindən öyrənilir.

İstifadə edilmiş ədəbiyyat

1.Trask R.L. Dictionary of Grammatical Terms in Linguistics, Routledge, 1993

2.Kazımov Q.Ş. Seçilmiş əsərləri. X cilddə, V cild, Bakı, Nurlan, 2008

3.Yusifov M. Azərbayjan dili fonetikasının əsasları Bakı, «Elm və təhsil», 2013

4.Veysəlli F.Y. Koqnitiv dilçilik: əsas anlayışları və perspektivləri. Studıa Philologica. VII, Bakı, Mütərjim, 2015

5.Qevinson S. Pragmatics. Cambridge: CambridgeUniversity Press, 1983

6.Шао Наньси. Нумеративные устойчиваые выражения в русском языке. АКД, Воронеж, 2009

7.Серль Дж. Природа интенциональных состояний. – В кН.: Филолософия, логика, язык. Пер. с анг. И нем. М., 1987

8.Арутюнова Н.Д. Речевой акт.- В кН.: Лингвистический энциклопедический словарь. М., 1990

9.Клюсев Е.В. Речевая коммуникация. М., ПИРОЛ Классик, 2002

10. Əliyeva Əfsanə. Dilimizdə arxaikləşmiş numerativ sözlər.- Azərbaycan dili və ədəbiyyatı tədrisi. Bakı, 2006, № 1

11.Моррис Ч. Основные теории знаков \\Семиотика\ Под ред. Ю.С.Степанова) М., 1983

12.Abdullayeva İ.Ə. Müasir İngilis və Azərbaycan dillərində müraciət bildirən sözlərin praqmatik xüsusiyyətləri. Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı, Bakı, 2012

13.Xəlilov R. Azərbaycan dilində bir sözü və onun törəmələri haqqında.- Azərb. SSR EA Xəbərləri, Bakı, 1961, № 6

14.Əlizadə Afina. Nəsimi əsərlərində saylarla bağlı hürufizm məsələləri.- Türkologiya. 2012, № 1

15.Зинченко А.В. Нумеративы как элемент коммуникативных стратегий в рекламном дискурсе. М., 2002-1\8

ar zlər: numerativlər, praqmatika, praqmatik əsaslar, arər sistemi, semiotika.

Keywords: numeric words, pragmatics, pragmatic bases, notation, semiotics.

Ключевые слова: нумеративы, прагматика, прагматические основы, система знаков, семиотика

Summary

Pragmatic basics of numeric words in Azerbaijani language

This article identifies the pragmatic aspects of the numeric words in both diachronic and synchronous levels of the Azerbaijani language. The nature of the pragmatic level is explained. It is appear that although the number of numeric words is small in the language, they are appear in a special pragmatic condition and adjust the speech act and speech activity.

Numeric words are used between the numeral and noun related to the numeral. If we continue our observations on pragmatics of the numeric words, we discover that the social status of elements is directly proportional to their communicative valence. The large functional range of the numeric words which expresses the certain relationships especially attaches importance. 

The meaning-generated function of the numeric words in the content of the fixed expressions and the emergence of communicative-pragmatic potential in the speech is studied. The article also analyzes semantic, functional and pragmatic boundaries of the numeric words. As well as, the pragmatic postulates are identified.

Резюме

Прагматические основы нумеративов в азербайджанском языке

 В статье определяются прагматические аспекты нумеративов как на диахронном, так и на синхронном уровнях азербайджанского языка. Раскрыва­ется характер прагматической категории. Устанавливается, что нумеративы пусть и в малом количестве, возникают в специальных условиях и регулируют акт и деятельность речи. Нумеративные слова используются между числитель­ным и существительным, связанным с данным числительным. Если продолжить наблю­дения прагматики нумеративов, можно увидеть, что социальный статус элементов прямо пропорционален с их коммуникативной валентностью. Осо­бое внимание привлекает функциональная расширенность нумеративов, выажающих опреде­лен­ное отношение. 

Исследуется смыслообразующая функция нумеративных компонентов в составе стабильных выражений и возникновение коммуникативно-прагма­тичес­кого потенциала в речи. В исследовательской работе определяются семан­ти­чес­кие, функциональные и прагматические грани нумеративов. Определяются прагматические постулаты. 

Rəyçi: prof.N.M.Xudiyev

 

DILÇİLİK-ЯЗЫКОЗНАНИЕ

 

Abdulhüseynli rmin Allahverdi

TABİ-QORQUD” DASTANININ NDƏ KEYFİYYƏT ANLAYIŞI

İFADƏ EDƏN VASİR

 Türkdilli xalqların XI əsrdə qələmə alınmış ən qədim şifahi abidəsi olan “Dədə Qorqud” dastanı dil tarixinin öyrənilməsində mühüm əhəmiyyət daşıyan dil faktları ilə zəngindir. Dastanın dili, qrammatik quruluşu müasir dilçiliyimizin qrammatik qu­ru­luşu ilə, demək olar ki, üst-üstə düşür, səsləşir. Ə.Dəmirçizadə  “Kitabi-Dədə Qor­qud” dastanlarının dili” adlı monoqrafiyasında da bu məsələyə toxunaraq yazır: “Ki­tabi-Dədə Qorqud” dastanlarının dili qrammatik quruluşca da, müasir Azərbaycan di­li kimi, iltisaqidir və  türk dilləri ailəsinə daxil olan dillərə, xüsusən onun cənub-qərb qru­pundan olan dillərə çox oxşardır” (1, 27). Bu baxımdan dastanın dilində işlənmiş keyfiyyət bildirən sözlərin semantik xüsusiyyətlərinin tədqiqi böyük əhəmiyyət kəsb edir.

 Xarici aləmə nəzər salan insan onun müxtəlifliyi, rəngarəngliyi ilə qarşılaşır, dünya insanın qarşısına müxtəlif xassələrə, keyfiyyətlərə malik predmetlərin, hadi­sələrin, proseslərin çoxluğu kimi çıxır. Bu çoxluqlar insan təfəkküründə müxtəlif for­malarda, müxtəlif aspektlərdə inikas olunur və bu müxtəliflik ayrı-ayrı dil biçimlərinə hopur. Belə ki, zaman-zaman kəmiyyət, mənsubiyyət, zaman, məcburiy­yət və s. mən­tiqi-fəlsəfi anlayışların dildə ifadə olunmaları dilçilik elminin, xüsusilə də funksional qrammatikanın tədqiqat obyekti kimi öyrənilir. Sadaladığımız anlayışlardan biri də keyfiyyət məzmunudur. Müxtəlif fəlsəfi konsepsiyalarda keyfiyyət hələ qədim dövrdən diqqət mərkəzində olmuş və bu məsələyə yanaşma aspektləri müasir dövrə qədər təkmilləşə-təkmilləşə gələrək formalaşmışdır. M.Qıpçaq qeyd edir ki, “dilçilik elminin inkişafının bütün dövrlərində elmin bu sahəsinin fəlsəfə ilə bağlı problemlərinə bu və ya digər dərəcədə nəzər salınmışdır. Başqa sözlə desək, dilçilik bir elm kimi formalaşdığı bir dövrdən ta bu günə qədər dilin fəlsəfi problemlərinin araşdırılması öz aktuallığını itirməmişdir” (4, səh. 3).

Keyfiyyət mənalı sözləri araşdırarkən ilk öncə əlamətlə keyfiyyətin fərqini müəyyənləşdirmək lazım gəlir. Keyfiyyət predmet və hadisənin onun özü ilə bağlı olan elə müəyyənliyidir ki, məhz o, predmet və hadisəni bütün başqalarından ayırır, onu başqası  deyil, məhz həmin şey edir, bir sözlə, öz mahiyyətini qabarıqlaşdırır. Predmet və hadisə məhz həmin əlamət müəyyənliyi sayəsində konkret bir şey kimi dərk olunur. Məsələn, əsas nitq hissəsi olan sifət digər əsas nitq hissələrindən yalnız onun özü üçün səciyyəvi olan dərəcə, keyfiyyət və s. bildirmək xüsusiyyətlərinə görə fərqlənir. Başqa sözlə desək, sifət bir söz qrupu kimi onu digər əsas nitq hissələrindən ayıran keyfiyyət müəyyənliyinə malikdir.

  “Kitabi-Dədə Qorqud” dastanının lüğət tərkibini araşdırarkən keyfiyyətin müxtəlif dil səviyyələrinə - leksik, leksik-qrammatik, frazeoloji ifadə vasitələrinə rast gəlirik.

   Məlum olduğu kimi, dilimizdə keyfiyyət anlayışının ifadəsində sifət nüvə rolunu oynayır. Çünki əsas nitq hissəsi kimi sifətin öz daxili semantikasında keyfiyyət məzmunu aparıcı mövqedədir. Məsələn,

      Acı ayran tökiləndə çap-çap içən... (5, 42).

      Qaraca çoban zərb eylədi, qaba ağacı yeriylə-yurdıyla qopardı, arqasına aldı, Qazanın ardına düşdi (5, 44).

      Qanı xanım, altunda yaxşı atı yoq!  (5, 136)

    Verilən nümunələrdə “acı”, “qaba”, “yaxşı” sifətləri keyfiyyətin leksik yolla ifadə vasitəsinə çevrilmişdir. Belə sifətlər semantik cəhətdən predmetin məhz keyfiyyətini bildirməyə xidmət edir.

    Abidənin dilində rəng bildirən sifətlərin də keyfiyyət bildirməsini müşahidə edirik. Məsələn, “qara qıyma gözlərin uyxu almış...” (5, 32) ifadəsində “qara” rəng yox, daha çox “gözəl göz” mənasını ifadə edir.

    “Qara ölüm gəldigində keçit versün!” (5, 36) misrasında isə “qara” rəngi mənfi məzmunlu keyfiyyət bildirən sifət kimi çıxış edir, ölümün pisliyinə işarə edir.

       Dolması altun beşikdə bələdügim oğul (5, 45).

       Qaytabanda qızıl dəvə sənin gedər,

              Mənim də içində yüklətim var,

                                      qomağım yoq qırq namərdə! (5, 35).

      Aruz, mana bu işi edəcəgin bilsəydim,

      Qaraqucda Qazılıq atuma binərdim!

      Əgni bərk dəmür donum geyərdim!

      Qara polad uz qılıcım belümə bağlardim! (5, 166) – nümunəsindəki “altun”, “qızıl”, “dəmür”, “polad” isimləri də keyfiyyətin leksik ifadə vasitəsidir, başqa sözlə, bu tip isimlərin daxili semantikasında keyfiyyət məzmunu gizlənmişdir və aid olduqları “beşik”, “don”, “qılıc” sözlərinin bərkliyinə, möhkəmliyinə, dözümlülüyünə işarə edir.

      Keyfiyyət məzmununun leksik-qrammatik ifadə vasitəsi dedikdə, leksik şəkilçilər vasitəsilə yaranan keyfiyyət mənalı sözlər nəzərdə tutulur. Məsələn,

      Boynı uzun bədəvi at vergil,

      Binər olsun hünərlidir!

      Ağayıldan tümən qoyun vergil bu oğlana,

      Şişlik olsun, ərdəmlidir! (5, 28)

      Sarp yürirkən Qazılıq ata namərd yigit binə bilməz,

      binincə, binməsə yeg!

      Qaranqu axşam olanda qayğulu çoban! (5, 42)

      Güclü belim qüvvəti,

                              Qarannu gözlərimün aydını, qardaş!

     Nümunədən də göründüyü kimi, “hünərli”, “ərdəmli”, “namərd”, “qayğulu”, “güclü” sözləri “-li4”, “-na” şəkilçiləri vasitəsilə yaranmış keyfiyyət bildirən sözlər­dir.

    Dastanın dilində frazeloji vahidlərlə ifadə olunmuş keyfiyyət məzmunlu ifadələrə də rast gəlirik. Məsələn, “ata adını yüritməyən xoyrad oğul”,

    Keyfiyyətin ifadə vasitələrindən biri də feili sifətlərdir. Feili sifətlərin keyfiyyət semantikasını bildirə bilməsinin əsas səbəbi onların əsas nitq hissəsi olan sifətlə ikili xüsusiyyət daşımasıdır. Nümunələri nəzərdən keçirdikdə məlum olur ki, feili sifətlər cümlədə, əsasən, aid olduqları sözlərin keyfiyyətini ifadə etməyə xidmət edir. Məsələn,

Qonuğı gəlməyən qara evlər yıqılsa yeg!

At yeməyən acı otlar bitincə, bitməsə, yeg!

Adam içməz acı sular sızınca, sızmasa, yeg! (5, 20)

Və ya:

Qarılar dört dürlüdür:

Birisi solduran sopdur.

Birisi dolduran topdur.. (5, 22)

 “Kitabi-Dədə Qorqud”un lüğət tərkibinə nəzər saldıqa hətta mürəkkəb feili sifətlərlə ifadə olunan keyfiyyət mənalı nümunələrə də rast gəlmək mümkündür. Məsələn,

Qaranqu axşam olanda güni doğan,

Qar ilə yağmur yağanda ər kibi duran,

Qaraquc atları gördügində bozlaşdıran,

Ağca qoyun gördügində quyruq çırpıb qamçılayan,

Arqasını urub bərk ağılın ardın sökən,

Qarma-bükəc səmüzin alub tutan,

Qanlu quyruq üzüb çap-çap yudan,

Avazı qaba köpəklərə ğavğa salan,

Çaqmaqluca çobanları dünlə yügürdən,

Ordumun xəbərin bilürmisin, degil mana! (5, 41)

Və ya

İtümlə bir yalaqda yundım içən azğun kafir,

Altındağı alaca atın nə ögərsin,

Ala başlu keçimcə gəlməz mana! (5, 39).

Və ya

Bərü gəlgil, aq südin əmdigim qadunım ana! (5, 33)

   Qazan xanın dilindən verilən nümunədə mürəkkəb feili sifətlərlə ifadə olunan həmcins üzvlər Qazan xanın ordusunun keyfiyyətini bildirir.

Məmmədəli Qıpçaq "Dədə Qorqud kitabı"nın dilində əlamət və keyfiyyət bildirən sözlər" kitabında keyfiyyət mənalı sözləri iki qrupa ayırır: 1. "Dədə Qorqud kitabı"nın dilində xasiyyət, daxili keyfiyyət, psixoloji xüsusiyyət və əlamət bildirən sözlər, 2. "Dədə Qorqud kitabı"nın dilində ümumi keyfiyyət bildirən sözlər.

Birinci qrupa o, "alçaq", "aciz", "çıplaq", "dəli", "imirzə (abidədə "yaraşıqlı", "göy­çək" mənasında)", "imrənçi ( abidədə "sevimli" mənasında)", "incə", "qarı", "kahil ( abidədə "tənbəl" mənasında)", "yazıq", "zəlil", "yaman" və s. kimi sözləri aid etmişdir (3, 37-58).

İkinci qrupa isə "ac", "arı", "bədəvi", "bəg", "bol", "daz", "düz", "eyü", "ərkək", "əsən", "əzvay", "xoş", "möhkəm", "şən", "yalın", "yaxşı", "açuq", "bağlu", "eyiblü", "ərəbi", "qardaşsız", "ötkün", "qutlu", "qutsuz" və s. kimi sözlər daxil edilmişdir (3, 58-100).

Məmmədəli Qıpçaq bu bölgüdə əlamət və keyfiyyət anlayışını eyniləşdirmişdir, daha doğrusu, o, əlamət bildirən sözləri də keyfiyyət mənalı sözlər kimi qəbul edərək bölgünü iki cür aparmışdır: əlamət və keyfiyyət bildirənlər, sırf keyfiyyət bildirənlər. Zənnimizcə, bu bölgüdə dolaşıqlıq vardır. Məqalənin əvvəlində də göstərdiyimiz kimi, əlamət və keyfiyyət anlayışları bir-birindən semantik cəhətdən fərqlənir. Keyfiyyət predmetləri bir-birindən fərqləndirən, birini digərindən ayıran spesifik xüsusiyyətlərdir.

Dastanın dilində bu və ya digər əşyanı keyfiyyətcə başqa əşya ilə müqayisə edilməsi hallarına da rast gəlinir. Bu zaman müqayisə meyarı olan əşyanın adı –ca, -cə şəkilçisini qəbul edir. Fikrimizi dəqiqləşdirmək üçün nümunələrə nəzər yetirək:

Başındağı tuğulğanı nə ögərsən, mərə kafir,

Başımdağı börkümcə gəlməz  mana!

Altmış tutam göndərini nə ögərsin, murdar kafir,

Qızılcıq dəgənəgimcə gəlməz mana!

 Qılıcunı nə ögərsən, mərə kafir,

 Əgri başlu çovkanımca gəlməz mana!

 Biləgündə doqsan oqun nə ögərsən, mərə kafir,

 Ala qollu sapanımca gəlməz mana! (5, 39)

    Göründüyü kimi, verilən nümunədə Salur Qazan börkünün, dəyənəyinin, çov­kanının, sapanının keyfiyyətcə düşmənin tuğulğanından, göndərindən, qılıncın­dan, oqunundan üstün olduğunu bildirir.

    Keyfiyyət anlayışını ifadə edən söz birləşmələri də dastanın dilində çoxluq təşkil edir. Məsələn:

  Qara tonlu, azğun dinlü kafirlərə

                       bir oğul aldırdınsa, degil mana! (5, 31)

  Ağ birçəklü, izzətlü canım ana! (5, 33)

    Verilən nümunələrdəki “qara tonlu”, “azğun dinlü”, “ağ birçəklü, izzətlü” söz birləşmələri keyfiyyət məzmunu bildirmək məqsədilə işlədilmişdir.

    Beləliklə, aparılan tədqiqatlar zamanı məlum olur ki, abidənin dilində mövcud olan keyfiyyət məzmunlu sözlərin, ifadələrin əsas ağırlıq mərkəzini sifətlər təşkil edir. Lakin sifətlə yanaşı isimlərin, sayların, feili sifətlərin, frazeoloji vahidlərin də həmin mənanı, yəni keyfiyyəti əks etdirdiyini müşahidə edirik.

         Ədəbiyyat:

1. Dəmirçizadə Ə. "Kitabi-Dədə Qorqud" dastanlarının dili. Bakı, "Elm", 1999, 140 s.

2. Zeynalov F. Türk dillərinin müqayisəli qrammatikası. Bakı, ADU nəşri, 1974, 140 s.

3. Qıpçaq M. "Dədə Qorqud kitabı"nın dilində əlamət və keyfiyyət bildirən sözlər. Bakı, "MBM", 2012, 103 s.

4. Qıpçaq M. Kəmiyyət anlayışının dildə ifadəsi (Tarixi-tipoloji tədqiqat). Bakı, “Elm”, 2000, 100 s.

5. "Kitabi-Dədə Qorqud" (əsli və sadələşdirilmiş mətnlər). Bakı, "Öndər", 2004, 376 s.

 

Xülasə

Məqalə “Kitabi-Dədə Qorqud” boylarında işlənmiş keyfiyyət anlayışının ifadə vasitələrinin təhlilinə həsr edilmişdir. Burada keyfiyyətin yalnız sifətlə deyil, müxtəlif ifadə vasitələri ilə ifadə olunduğu məlum olur. Lakin abidənin dilində mövcud olan keyfiyyət məzmunlu sözlərin, ifadələrin əsasını sifətlər təşkil edir. Müəllif bu mülahizələrini nümunələr əsasında sübut etməyə çalışır.

Açar sözlər: keyfiyyət, sifət, funksional qrammatika, əlamət, frazeoloji birləşmələr.

 

Резюме

Статья посвящена анализу средств выражения концепции качества, разработанного «Китаби-Деде Горгудом». Здесь становится ясно, что качество выражается не только прилагательными, но и различными способами выражения. Однако суть слов и фраз качественного содержания, доступного на языке памятника, является прилагательными. Автор старается доказать все эти предположения на основе примерах.

Ключевые слова: качество, прилагательное, функциональная грамматика, знак, фразеологические комбинации.

 

Summary

The article is devoted to the analysis of means of expression of the quality concept developed by Kitabi-Dede Gorgud. Here it becomes clear that quality is expressed not only by adjectives, but also by different ways of expression. Simultaneously, the word and phrase of the qualitative composition, accessible to the language of the writing, is apparent. The author tries to prove these assumptions on the basis of examples.

Key words: quality, adjective, functional grammar, sign, frazeological combinations.

 

Rəyçi:    prof. S.Ə.Abdullayeva

 

 


Əsmətxanım Bəyəhməd qızı Məmmədova

FARS DİLİNDƏ /h/ FONEMİه//ح)  QRAFİK NÜMUNƏLƏRİ) ƏSASINDA YARANAN OMOFONLAR

                Giriş:     “Omofonlar – yazılış və məna cəhətdən müxtəlif, tələffüzə görə eyni olan müxtəlif morfoloji tərkibli sözlərdir. İngiliscə - homophones; fransızca – homophones adlanır. (1, 288) Yunanca “homos” – oxşar;  “fonem”- səs sözlərinin birləşməsindən əmələ gələrək, “oxşar səslənmə” mənasına gəlir. (4, 395) Omofonlar, omonimlər, omoqraflar, cinaslar hər biri ayrı-ayrı dil hadisələri olduğundan dilçilik lüğətlərində, ensiklopediyalarda onların hər birinə ayrıca tərif verilmiş və ayrı-ayrılıqda izah olunmuşlar.  Lakin Azərbaycan və fars dillərində əlaqədar ədəbiyyatda bunlar arasında o qədər də ciddi fərq qoyulmur, demək olar ki, hər iki dildə bunların hamısı omonimlər başlığı altında tədqiq olunur. 

           Fonetik prinsiplərə əsaslanan əlifbaya malik dillərin lüğət tərkibində omofonlar demək olar ki, az miqdardadır. Fars dilinin istifadə etdiyi qeyri-fonetik əsaslı ərəb qrafikasının xüsusiyyətlərindən asılı olaraq bu dil omofonlarla zəngindir. (14, 188)

 1.1 /h/ foneminin fonetik xüsusiyyəti.  Ərəb dilində  “ح” və “ه” hərflərinin verdiyi səslər müxtəlif məxrəclərdə tələffüz edilir. Demək lazımdır ki, onlar daha çox boğaz, xirtdək və qırtlaq samitləri funksiyasını yerinə yetirirlər. Emfatik boğaz samiti olan /h/ səsinin tələffüzü ərəb dilində xüsusi məxrəcə malikdir. Belə ki, bu dildə əvvəla bu səslərin hər biri yaxın məxrəcli səslər olsalar da onlar eyni səslər deyildir. Əgər eyni səslər olsa idilər , onda onların dildə paralel işlənməsinə də  ehtiyac qalmazdı. Bu baxımdan “ح” hərfinin, başqa sözlə “hay-e hotti”nin verdiyi /h/ səsi, “ه”-nın, yəni “hay-e həvvəz”in verdiyi /h/  səsinə nisbətən  boğazın daha çox ön tərəfində formalaşır. Bu səslərin hər ikisi kar olsalar da “ح” /h/-nin tələffüzündəki nəfəslilik daha çox nəzərə çarpır ” ه”-in verdiyi /h/ səsi isə daha çox boğazın dərinliyində formalaşır.  Emfatik boğaz samiti olan bu səsin tələffüzü zamanı qırtlaq əzələləri birləşməyə yaxın bir vəziyyət alır. Buraxılan hava axını səs tellərində titrəyiş əmələ gətirmədən xaricə çıxır. Bu səs dediyimiz kimi boğazda tələffüz olunur. Bu baxımdan ərəb dilindəki /h/ samitləri ilə Azərbaycan və fars dilindəkı /h/ samitindən tamamilə fərqli məxrəcdə tələffüz edilən bir səsdir. Əvvəla onu qeyd etmək lazımdır ki, Azərbaycan və fars dili bu iki fərqli samitlərin iştirak etdiyi sözləri alaraq,  bu sözlərdəki hər iki samiti eyni məxrəcdə , bir /h/ kimi tələffüz edirlər.

 Azərbaycan dilindəki /h/ səsi udlaq samitidir. Həmin samit dilin dibi ilə udlaq boşluğunun əmələ gətirdiyi novda yaranır. Bu barədə A.Axundov yazır: “Dilimizdəki /h/ samitinin başqa dillərdəki /h/ samiti ilə tutuşdurulması və uzun müşahidələr nəticəsində bu qərara gəlmişik ki, Azərbaycan dilindəki /h/ samitini udlaq samiti hesab etmək  daha doğrudur.”(1,181)

Müasir fars dilində mövcud /h/ küylü, kar, nəfəsli, sürtünən novlu cingiltili qarşılığı olmayan samitdir. /h/ səsinin tələffüzündə səs telləri, dilin orta hissəsi, xirtdək qapağı iştirak edir. Səs tellərini sakit titrəyişi ilə səsə çevrilən hava axını qırtlaq ilə dildibi arasında əmələ gələn cığırdan sürtünərək xaricə çıxır. Nəticədə /h/ samiti əmələ gəlir.

Y. Səməreh  /h/ fonemi, onun əmələ gəlməsi və formalaşması haqqında maraqlı fikirlər   sərgiləyir: “Yuxarıda adı çəkilən samiti əmələ gətirən tələffüz orqanları əsasən səs telləridir. Belə ki, bu orqanlar bir-birindən çox az bir məsafədə qarşı-qarşıya durur, yumşaq qamaq yuxarıya dartılaraq hava cərəyanının burun yoluna daxil olmasına mane olur. Başqa tələffüz orqanları ısə /h/ samitindən sonra gələcək  səsi tələffüz etmək üçün hazır bir vəziyyətdə olur. Boğaz  yolu açıq bir şəkildə özündən sonra gələcək fonemi ifadə etmək üçün hazırlanmış bir şəkil alır (əlbəttə, /h/ - dan sonra gələn səs sait olarsa). Bu səbəbə görə demək olar ki, /h/ səsinin tələffüz variantlarının sayı özündən sonra gələn saitlərin sayı qədərdir.”(12, 62)

Göründüyü kimi müəllif həm də tətbiqi dilçilik baxımından araşdırma aparır və /h/ səsinin tələffüzünə onu izləyən səslərin təsirindən bəhs edir. Fikrimizcə məsələyə düzgün yanaşır.

1.2 /h/-foneminın distribusiyası.  Bizim tədqiqatımızda /i/, /o/, /u/ fonemlərindən sonra /h/ samitinin tələffüzü zamanı danışıq üzvlərinin formalaşdığı ağızın şəklinin dəyişikliyi  bariz şəkildə nəzərə çarpır. Qeyd edilməlidir ki,  tələffüz orqanlarının yaratdığı novdan keçən hava cərəyanının nəfəslilik dərəcəsi deyildiyi kimi /h/ söz başında, vurğulu hecaların başlanğıcında  daha çox nəzərə çarpır. Bizim tədqiqatımızda bu fonem : (gereh), (zereh), (qah), (kuh) və s. sair sözlər daxilində araşdırılmışdır./h/ samiti söz sonunda , xüsusilə samit səslərdən sonra  nəfəslilik xüsusiyyətini qismən, bəzi hallarda isə tam şəkildə itirərək, tələffüzdən düşür.Bu xüsusiyyət  fars danışıq dilində daha çox müşahidə olunur. “/h/ səsi sözlərin əvvəlində oxunur. Lakin bəzən sözlərin axırında və ortasında düşür.Məsələn: cobh-sob; məşhədi-məşədi; çehel-çel”(2,16)

Müasir fars dilində /h/ samiti hər cür sövti şəraitdə bütün saitlərlə yanaşı gələ bilir:

söz əvvəlində: /hal/   حال  , /həft/   هفت, /hic/     هیچ , /həvəs/  هوس , حالا/hala/

söz ortasında: /mehr/    مهر, /təhsel/  تحصیل, /səhl/ سهل , /mehreban/مهربان       

söz sonunda: /kuh/   کوه, /deh/ ده, /fəth/   فتح , /sepah/     سپاه , /sobh/ صبح 

Gördüyümüz kimi bü samit səs fars dilinin mövcud monoftonq saitlərindən həm əvvəl, həm də sonra gələ bilir. Samit səslərə gəldikdə isə vəziyyət bir qədər başqa şəkildədir. /h/ bəzi samitlərlə bir kombinasiyada  gələ bildiyi halda bəziləri ilə yanaşı gələ bilmir.

izləyənlər:  ت/t/, د /d/,ر  /r/,س /s/,ش /ş/,ظ /z/,ل /l/,م /m/,ن /n/,و /v/,ی /y/

izləməyənlər:ب /b/, پ/p/, ث/s/,ج/c/, ح/h/,خ /x/,ذ /z/, ز/z/, ژ/j/, ص/s/, ط/t/.ظ /z/, ع/”/,غ     /q/,ق/q/, ف/f/, ک/k/, گ/g/,ه /h/  

   Bu samit hərflər əsaında yaranan omofonların xüsusi tədqiqatına keçməzdən əvvəl, onların fars dilinin fonetik və qrammatik strukturundakı rolunu, fonetik baxımdan bu samitlərin hansılarının bir-birni izləyib, izləməməsi və distribusiyasını araşdıraq (məllumdur ki, bunu bir hecalı sözlərin sonundakı yanaşı gələn iki samitə əsasən etmək imkanımız vardır). Bildiyimiz kimi tərkibində iki samitin yanaşı gələ bildiyi iki bir hecalı formulumız vardır. V/CC/, CV/CC/. Əgər

müasir fars dilində mövcud 31 samit hərf növbə ilə yer dəyişib, bir-birinin yanında işlənə bilsəydi, onda fars dilinin lüğət tərkibində iki samitin yanaşı işləndiyi 961 söz olmalı idi.

                                                         Söz cc1=C x C1=31x31=961

          Tədqiqatdan məlum olmuşdur ki, heç də bütün samitlər bir heca daxilində bir-birini izləyə bilmirlər. İki samitin yanaşı işlənə biləcəyi 961 sözdən bu gün fars dilinin lüğət tərkibində yalnız 290 söz  işlənir və  661-i isə dildə potensial vəziyyətdə qalır. Buradaca qeyd etmək lazımdır ki, fars dili yeni söz yaradıcılığı ilə məşğul olduqda məhz öz fonetik, fonotaktik imkanları çərçivəsində bu işi yerinə yetirəcək və öz potensialından istifadə edəcəkdir. (12, 255)

 

     2. 1 .   ه//ح= /h/-nın yaratdığı omofonlar

   1.حاج  hac  [ə.is.] Məkkə səfəri; Məkkəni ziyarət etmiş, hacı

   2.هاج  hac  [fa. sif.] heyran, mat, məəttəl, təəccüblənmiş

   1. حادی hadi  [ə.is.] nəğmə ilə dəvələri sürən dəvəçi

   2.هادی hadi  [ə. sif.; is.] yol göstərən; hidayət edən; Allahın adlarından biri

   1. حار  har [ə. sif.] isti, insan bədəninə məxsus dörd xüsusiyyətdən biri

   2. هار  har [fa. sif.] quduz; quduzluq(xəstəlik); əsəbi, həyasız

   1. حاصر haser [ə. sif.]hasarlayan; mühasirəyə alan; qoruyan

   2. ها سر haser [pəhl. is.] sahə ölçü vahidi

   1.  حاصل hasel [ə.is.] nəticə; hasil (riy.);  məhsul; xülasə

   2.  هاصل hasel [ə.is.] şir, meşədə yaşayan yırtıcı şir

    

  Qeyd etmək lazımdır ki, bu tipli 75 cüt omofon olduğunu tədqiqatımız nəticəsində müəyyənləşdirmişik. Lakin məqalənin həcmini nəzərə alıb, onları başqa bir məqalənin öhdəsinə buraxaraq, burada yalnız 3, 4 və 7 variantlı omofonlardan bəhs edəcəyik.

 

2.2. Üç variantlı omofonlar:

1. حازم  hazem   [ə. sif.] ağıllı, düşüncəli; uzaqgörən

2. هازم  hazem [ə. sif.] düşməni əzən; düşmənə qalib gələn  

3. هاضم  hazem   [ə. sif.] həzm olunan; həzmə kömək edən

1.حتم  hətm [ə.sif.] qəti, qətiyyətlə; yəqinliklə; vacib

2.حطم  hətm [ə.f. is.] sındırma (quru bir şeyi)

3.هتم  hətm [ə.f. is.] qırma; kiminsə dişini qırma

1.حذر  həzər [ə. f.is.]uzaqlaşdırma; çəkindirmə; pərhiz etmə; çəkinmə    

2. حضر  həzər  [ə.f. is.]  oturaq həyat; şəhər həyatı  

3. هذر  həzər [ə. f.is.] boş danışma; faydasız danışma;  boşboğazlıq etmə

1. حرز  hərz  [ə.sif.] malın, əmlakın qorunması; 

2. هرز  hərz  [ə.sif.] xarab olmuş; faydasız; vecsiz

3.هرض  hərz [ə. f.is.] paltarın köhnəlikdən cırılması; geyimin süzülüb,yırtılması  

1. حریسه hərise [ə.is.] qoyunların gecələməsi üçün tikilən tövlə

2. حریصه hərise [ə.is.] güclü yağış yağdıran bulud

3. هریسه hərise [fa.is.] həlim; həlim aşı

1. حیات   həyat [ə.f.is.] həyat; yaşama; həyatda olma

2.حیاط    həyat [ə.is.] həyət; evin hasarla ayrılmış sahəsi

3.هیاط    həyat [ə.f.is.] fəryad etmə; qışqırma; yaxınlaşdırma

1. حازم  hazem   [ə. sif.] ağıllı, düşüncəli; uzaqgörən

 

 2.3.  Üç variantlı omofonların dil faktları ilə şərhi:

1. حازم  hazem   [ə. sif.] ağıllı, düşüncəli; uzaqgörən

  آورده اند که در آبگیری سه ماهی بود. دو حازم، یکی عاجز... آن که حزم زیادت داشت... از آن جانب که آب در آمدی، بر فور بیرون رفت.      (نصر الله منشی،93-92)                                      

 /Deyirlər ki, bir gölməçədə üç balıq var idi. İkisi ağıllı, o birisi isə aciz... Ən çox ağıllısı elə ki, gölməçədə su artdı, tez kənardakı arxa sıçradı və xilas oldu./    

2. هازم  hazem [ə. sif.] düşməni əzən; düşmənə qalib gələn

3. هاضم  hazem   [ə. sif.] həzm olunan; həzmə kömək edən

                                                         (  خوردن برف هاضمه را تقویت می کند. (شهری،5،224    /Qar yemək həzmi gücləndirir./

1.حتم  hətm [ə.sif.] qəti, qətiyyətlə; yəqinliklə; vacib

- qəti mənasında:

به طور حتم به تبریز رفتن خواهد شد. (نظام السلطنه، 2،457)                                            

/Qəti şəkildə Təbrizə getməli olacaq/

- vacib, lazım mənasında:

احترام و اطاعت پدر و مادر در هر موقع براولاد حتم و فرض است. (مشفق کاظمی،112)         

/Hər zaman ata-anaya hörmət və itaət övlad üçün vacib və zəruridir./

2.حطم  hətm [ə.f. is.] sındırma (quru bir şeyi)

3.هتم  hətm [ə.f. is.] qırma; kiminsə dişini qırma

1.حذر  həzər [ə. f.is.]uzaqlaşdırma; çəkindirmə; pərhiz etmə; çəkinmə  

دور نگر کز سر نا مردمی         بر حذر است آدمی از آدمی

(نظامی، مخزن الاسرار،  ١٠٤)  

   /Uzaq tut(uzaqlaş) namərdlik üzündən, insan övladı, insan övladından çəkinir./

 2. حضر  həzər  [ə.f. is.]  oturaq həyat; şəhər həyatı

خویش را پیشتر از مرگ خبر باید کرد         درحضر فکر سر انجام سفر باید کرد     

          (صائب تبریزی، ص. ٣٧٣)

/Özünü ölümdən qabaq xəbərdar etməlisən(ölümə hazır olmalısan), oturaq həyat keçirərkən səfər edəcəyin haqqında düşünməlisən./

3. هذر  həzər [ə. f.is.] boş danışma; faydasız danışma;  boşboğazlıq etmə

حکما گفته اند- هذر گو یک وقت چشم باز می کند و خودش را تک و تنها می بیند .             

(از کتاب دوازده هزار مثال فارسی و سی هزار معادل آن،ص. ٧٠٠)                                    

/Müdriklər demişlər: boşboğaz bir gün gözünü açıb, özünü tək-tənha görər./

1. حرز  hərz  [ə.sif.] malın, əmlakın qorunması;

مهتران از بهر حرز مال خود سازند گنج     او زحرز مال باشد روز و شب بر احتراز (سوزنی،129)

/Dövlətlilər sərvətlərini qorumaq üçün xəzinə tikirlər, o isə malını qorumaq üçün gecə -gündüz dərdi-sər içindədir(narahatdır)./

2. هرز  hərz  [ə.sif.] xarab olmuş; faydasız; vecsiz

اشیا یی که جلو خان... عرضه می شد... مانند تکه پارۀ آهنی های با مصرف و بی مصرف و پیچ مهره های سالم و هرز.  (شهری،  333،2  )

/Xanın qarşısına gətirilən əşyalar... istifadə olunmuş və ya olunmamış xırda para dəmir, açar, burğu və vecsiz şeylər idi./

 هرز sifəti fars dilində aşağıdakı tərkiblər daxilində də işlənir:

هرز دادن، هرز رفتن، هرز شدن، هرز کردن، هرزکار، هرز کار گشتن، هرزگرد، هرز گری، هرزه ، هرز لافیدن، هرز آب، هرز مرض و غیره                                                                                  (Daha ətraflı məlumat almaq üçün bax: (  فرهنگ بزرگ سخن –nin 8 – cildi,8328-8332-ci səhifələr.)

 3.هرض  hərz [ə. f.is.] paltarın köhnəlikdən cırılması; geyimin süzülüb,yırtılması

1. حریسه hərise [ə.is.] qoyunların gecələməsi üçün tikilən tövlə

2. حریصه hərise [ə.is.] güclü yağış yağdıran bulud

3. هریسه hərise [fa.is.] həlim; həlim aşı

برای پختن هریسۀ با برنج  سه  کیلو گوشت فربه و آب در دیگ... بیندازند ویک  کیلو گندم سفید بشویند و بیندازند توی دیگ... (پاورچی، 95)                                 

/Südlü həlim aşı bişirmək üçün üç kiloqram yağlı əti və bir kiloqram ağ buğdanı yuyub qazana tökürlər... /

1. حیات   həyat [ə.f.is.] həyat; yaşama; həyatda olma

از وی هیچ خبر ندارم، نه از حیات ، نه از ممات. (نظامی عروضی ، 95)                      

/Onun nə ölüsü, nə də dirisindən, heç xəbərim yoxdur./

2.حیاط    həyat [ə.is.] həyət; evin hasarla ayrılmış sahəsi

خانۀ مهین حیاط کوچکی با یک حوض و دو درخت سیب داشت. (نورا حق پرست، 3،15)

 /Məhingilin evlərinin  bir hovuzu və iki alma ağacı olan balaca həyəti var idı./

3.هیاط    həyat [ə.f.is.] fəryad etmə; qışqırma; yaxınlaşdırma

 

2. 4. Dörd variantlı omofonlar:

1. حاذر hazer [ə. sif.] qorxudan, çəkinən; pəhriz edən

2.حازر hazer [ə. sif.] ölçən, ölçü götürən; qaşqabaqlı ; acıqlı

 3. حاضر   hazer [ə. f.is.] hazır, iştirak etmə; bir işi icra etmə ; indiki, müasir

4.  هاذرhazer [ə. sif.] çox isti gün; hərarətli, yandırıcı gün

1. حرث hərs [ə.f.is.] əkin işi ilə məşğul olma; əkinçilik etmə; [ə.is.] tarla; əkin yeri

2.هرس  hərs[ə.f.is.]  qoruma, hifz etmə ; [ə.is.]zamanın gərdişi, dünya   

3.حرص  hərs[ə.f.is.]    paltarın cırılması, otlaqdan otların biçilməsi

4.هرس  hərs[ə.f.is.] tikilinin damının ağacla örtülməsi

1. حزم  həzm [ə. f.is.]   ehtiyat; ağıllı olma; ehtiyatlı tərpənmə 

2. حضم həzm [ə.f.is.] həzm, həzm etmə, həll etmə

3. هزم həzm [ə.f.is.] mehribanlıq etmə; birinin haqqına girmə

4.   هضمhəzm [ə.f.is.]həzm; izdiham; zülm etmə

 

 2.5. Dörd variantlı omofonların dil faktları ilə şərhi:

1. حاذر hazer [ə. sif.] qorxudan, çəkinən; pəhriz edən

2.حازر hazer [ə. sif.] ölçən, ölçü götürən; qaşqabaqlı ; acıqlı 

3. حاضر   hazer [ə. f.is.] hazır, iştirak etmə; bir işi icra etmə ; indiki, müasir  

- iştirak etmə mənasında:

آن جا جمعی از فضلا و ادبا حاضر بودند. (علوی،2،207)                                                  

/Orada ədib və alimlərin bir qrupu iştirak edirdi./

- bir işi icra etməyə hazır olma mənasında:

 من حاضرم این  زحمت را بر عهده بگیرم. (جمال زاده،  76)                                                                                  

/Mən bu işi (bu əziyyəti) öhdəmə götürməyə hazıram./

- indiki, müasir mənasında:

فلاماریون عالم منجم مشهور فرانسوی... از مشهورترین علمای عصر حاضر است   .

 (جمال زاده، 18،4)

/Fransanın tanınmış astrofiziki Flomaryun... müasir dövrün ən məşhur alimlərindəndir./

حاضر  feili ismi fars dili lüğət fondunun zənginləşməsində ən fəal iştirak edən ərəb alınmalarındandır. Onun yaratdığı leksem və tərkiblər həm klassik, həm də müasir  dildə böyük işlənmə tezliyinə malikdir. Bunların bəzilərinə diqqət yetirək:

حاضر بودن، حاضرآوردن، حاضر کردن، حاضر شدن، حاضره، حاضره وآماده،   حاضر و غیاب ....  

   Daha ətraflı məlumat almaq üçün bax: (Fərhəng-e bozorg-e soxən, 3-cü cild, səh. 2447-2450)  

 4.  هاذرhazer [ə. sif.] çox isti gün; hərarətli, yandırıcı gün

1. حرث hərs [ə.f.is.] əkin işi ilə məşğul olma; əkinçilik etmə; [ə.is.] tarla; əkin yeri

- əkinçilik mənasında:

در راستی در میان دهقنت و صلاح کار حرث و زرع فاودۀ بسیار است. (عقیلی، گنجینه، 6،43)   

/Həqiqətən əkin- biçin, yaxşı işlər arasında əkinlə məşğul olmağın faydası çoxdur./

- tarla mənasında:

هر کجا که رسیدند نه نسل گذاشتند و نه حرث . (بیهقی ، 679،1)                          

/Çatdıqları yerlərdə nə nəsil qoydular, nə də tarla(hamını məhv etdilər.)./

2.هرس  hərs[ə.f.is.]  qoruma, hifz etmə ; [ə.is.]zamanın gərdişi, dünya  

هر دو را ضم کن و خطی بفرست           تا بر آسایم از گرانی  حرس  (سوزنی)          

  /Hər ikisini birləşdir və bir məktub yaz ki, bu dünyanın əzablarından asudə olum./

3.حرص  hərs[ə.f.is.]    paltarın cırılması, otlaqdan otların biçilməsi

حرص- کفانیدن و شکافتن چنانکه گارزجامه را از کوفتن سخت/چراگاه گیاهی بر جای نگذشتن.                                                          (لغتنامه،ج.5، ص.،7768 )    

/hərs - deşmək, dəlik açmaq; paltaryuyanın paltarı yuyarkən bərk döyəcləyib,    deşməsi; otlaqdan bütün otların biçilməsi/   

 4.هرس  hərs[ə.f.is.] tikilinin damının ağacla örtülməsi

بنای مسجد بنهاد... هفت هرس پوشیده شد. (محمود بن عثمانی، 27 ،1 )                                

/Məscid inşa etdi, damı yeddi ağac örtülmüşdü./

1. حزم  həzm [ə. f.is.]   ehtiyat; ağıllı olma; ehtiyatlı tərpənmə

- ehtiyat mənasında:

دوستی را چو نباشد بنیاد،    حزم را باید از دست نداد    (پرویز ناتل خانلری ، عقاب)       /Dostluğun keçmişdən əsası olmazsa, ehtiyatı,  əldən  vermək   olmaz/   

- ağıl mənasında:  

حالی جزم اقتضای آن می کند که جای نگاه دارم، می نگرم تا ببینم که چه از پرده بیرون می آید.

(کلیله و دمنه)  

/İndi  ağıl onu məsləhət görür ki, bir yerdə gizlənim, nə baş verəcəyini görüb, öyrənim./

 2. حضم həzm [ə.f.is.] həzm, həzm etmə, həll etmə

                          افرادی که بسوءحضم مبتلاء هستند در هوای خیلی  گرم مبتلاء به وبا می شوند.

(از کتاب تباخی نو)

/Həzm sistemləri yaxşı olmayan insanlar çox isti havada vəba xəstəliyinə tutula bilərlər./  

3. هزم həzm [ə.f.is.] mehribanlıq etmə; birinin haqqına girmə

4.   هضمhəzm [ə.f.is.]həzm; izdiham; zülm etmə

صبح نهد طرف زر بر کمر آسمان     آب کند دانه هضم در شکم آسیاب (خاقانی)

/Səhər asimanın kəmərinin küncünə qızıl köz qoyur, su isə dəyirmanda öz yetirib, bitirdiyini həzm edir, üyüdür./

 

2.6. Yeddi variantlı omofonlar:

1. حذّ həz/z/ [ə.f. is.] kəsmə, qısaltma; sürətlə yol getmə

2.  حزّhəz/z/ [ə.f. is.] saçı qısaltma; paltarı biçmə

3.  حضّhəz/z/ [ə.f. is.] sövq etmə; kimisə vuruşa təhrik etmə

4.  حظّhəz/z/ [ə.f. is.] həzz alma, ləzzət çəkmə ; bəhrə, səmərə görmə

5. هذّ həz/z/ [ə.f. is.] kəsmə üsulu; Quranı sürətlə oxuma

6. هزّ həz/z/ [ə.f. is.] hədis danışma; cismi tərpədərək, səs salma

7. هضّ həz/z/ [ə.f. is.] əzmə, ayaq altında əzib, xırdalama; xarab etmə

 

2. 7. Yeddi variantlı omofonların dil faktları ilə şərhi:

1. حذّ həz/z/ [ə.f. is.] kəsmə, qısaltma; sürətlə yol getmə

2.  حزّhəz/z/ [ə.f. is.] saçı qısaltma; paltarı biçmə; qaşıma; nəyisə cızma

Bu söz maddəsi üçün “Lüğətnamə”də aşağıdakı şərh verilmişdir:

جز – رخنه در چیزی افکندن. رخنه در چوب افکندن. (لغتنامه، ج.6، ص.7820)                              /cəzz – bir şeyi cızma. Ağac üzərində yarıq açma./

3.  حضّhəz/z/ [ə.f. is.] sövq etmə; kimisə vuruşa təhrik etmə

4.  حظّhəz/z/ [ə.f. is.] həzz alma, ləzzət çəkmə ; bəhrə, səmərə görmə

شعر فارسی...  برای مردم صاحب دل منبع حظ روحی ... بود. (جمال زاده ، 8 ،144               /Fars şeiriyyatı... ruh sahibi , müdrik insanlar üçün ləzzət. zövq mənbəyi... idi. /

5. هذّ həz/z/ [ə.f. is.] kəsmə üsulu; Quranı sürətlə oxuma

“Lüğətnamə” müəllifi bu maddəsinin şərhində منتهی الارب -ə əsaslanaraq aşağıdakı şərhi vermişdir:

 هذّ – با شتاب خواندن قرآن و مکتوب را. (لغتنامه، ج.14، ص. 20716)                             

  /həz/z/- Quranın, məktubun sürətlə oxunması/

6. هزّ həz/z/ [ə.f. is.] hədis danışma; cismi tərpədərək  səs salma

7. هضّ həz/z/ [ə.f. is.] əzmə, ayaq altında əzib, xırdalama; xarab etmə  

ƏDƏBİYYAT 

1. Axundov A., Azərbaycan dilinin fonetikası, “Maarif ” nəşriyyatı,  Bakı,1984, 391 s. 

2. Dehxoda Ə., Loğatname, moəssese-ye enteşarat və çap-e  daneşqah-e Tehran,  

    celdha-ye  6 və 14, Tehran: 1372,

3. Ənvəri H.. Fərhəng-e bozorg-e soxən, həşt celdi,  enteşarat-e soxən,celdha-ye 3 və

     8, Tehran: 1381

4.  Hatəmi N.Z., Fars danışıq dili, Bakı:  1964, 317 səh.

5.  Hatəmi N.Z., Farsca Azərbaycanca lüğət, 2 cilddə, Tehran : 1999

6.  Məhəmməd M ., Fərhəng-e Moin, şeş celdi, Tehran:  1364  

7. Məmmədova Ə.B., Omofon, omonim, omoqraf, yoxsa cinas? Az. MEA M. Füzuli adına         Əlyazmalar İnstitutu, Filoloğıya məsələləri, 5, Bakı, 2007  

8. Məmmədova Ə.B.Müasir fars dili samit fonemlərinin distribusiyası, AMEA, Şərqşünaslıq Şərq     filologiyası məsələləri, Dördüncü buraxılış, səh. 252-275, Bakı: 2009

9. Рубинчик Ю.А., Русско-персидский словарь, в двух томах, Москва :   1970   

10. Səməreh Y. , Avaşenasi-ye zəban-e farsi, Tehran,1378,195 s.

Açar sözlər: fonetik quruluş, fonem, samit, sait, omofonlar

Ключевые слова: фонетическая система, фонемы, согласный, гласный, омофоны

Key words: phonetic systems, phonemes, consonant, vowel, homophones

 

РЕЗЮМЕ

Омофоны, образующие на основы   ه=/h/  в персидском языке

                Одной из особенности персидского языка использующего арабскую графику является наличие данным языке омофонов, которые образуются по графическому принципу. Данной статье речь идет об особенностях  произношения 2  букв - ه//ح     выражающих в звук /h/.  Как известно,  эти две  буквه в персидском языке произносятся посредством  фонемы /h/.  В результате этого, вне предложения или контекста представляется, сложным определить с каким из двух букв пишется  отдельно взятое слово. 

                                                                                

Summary

ه= /h/ grounds homophones in the Persian languages

One of main problems distinguishing the Persian using from the Arabian alphabet homophones arising  according to drawing being in this language. Consonant /h/ in the Persian language also forms numerous homophones. The article investigates / h/ having to 2 graphic examples in the Persian language lettersه  phoneme in this article is been pronunciation. Sentence and context it if isles impossible to define write with which /h/ of the any word and is difficult therefore.

   

 Rəyçi : dos. M . N. Məmmədova


Илаха  Расим  гызы Атакишиева

СОВРЕМЕННОЕ СОСТОЯНИЕ ИЗУЧЕНИЯ И ПРЕДСТАВЛЕНИЯ ОДНОСОСТАВНЫХ

 НОМИНАТИВНЫХ ПРЕДЛОЖЕНИЙ

В истории изучения грамматического статуса ОНП существует целый ряд теоретических установок и аналитических размышлений. Однако, синтаксические идеи А.Шахматова и А.Пешков­ского оказали наиболее сильное влияние на становление теории назывных (номинатив­ных) предложений в русском языко­знании. С 50-х годов ХХ века стали выхо­дить вузовские учебники по синтаксису, а также академические издания, в кото­рых непременно рассматривались номина­тивные пред­ло­жения как самос­тоятельная разновидность именных односоставных предложений. Это свиде­тель­ствовало о том, что ученые-синтаксисты всецело признают объек­тивность существования и языковую реальность назывных предложений, не считая их вариантами неполных предложений или каких-то иных структур. Так, напри­мер, в известном двухтомном учебнике по современному русскому языку под редакцией Е.М.Галкиной-Федорук (см.1) дается абсолютное описание номи­нативных предложений как с точки зрения семантики («значение и функции номи­нативных предложений»), так и с точки зрения «грамматических приз­наков и структуры». Вслед за А.А.Шахматовым, авторы учебника придер­жива­ются деления номинативных предложений на номинативно-сказуемостные и номинативно-подлежащные с дальнейшим членением этих двух групп на под­группы. Представленная в данном учебнике классификация ОНП во многом (и в теоретической части, и в самой классификации) совпадает с той, которую пред­ставлял А.А.Шах­матов (см.2, с.50-64). Но в части, где определяются грамма­ти­ческие признаки ОНП, последние сформулированы более четко и после­до­вательно; в этом ряду отмечается: а) ОНП состоит из одного главного члена, кото­рый равен «одному слову» и этот член предложения «по своей синтак­си­ческой природе то ближе к подлежащему, то к сказуемому»; б) основное смы­с­ловое содержание номинативных предложений – выражение «наличие явлений, предметов, состояний, утверждение их существования, бытия или в настоящем времени, или безотносительно ко времени» (1, с.126); в) ОНП служат «выра­жением особых суждений, единственным главным членом которых является предикат» (1).

При всей стройности и последовательности описания ОНП, авторы дан­ного учебника оставляют нераскрытым критерии, по которым определяется противо­поставление подлежащных и сказуемостных номинативных предло­же­ний; так, напри­мер, трудно определить, почему номинативное предложение «Темнота-, говорил Виктор, вглядываясь в огни за окном» является ска­зуемостным, а в случае «Полночь. Все в доме уснули» - подлежащным. И те объяснения, которыми сопровождаются конкретные предложения в конкретных случаях не дают возможности окончательного решения противопоставления подлежащных и сказуемостных ОНП. Такое состояние теоретического освещения того или иного языкового явления порождают трудности в процессе преподавания как в школьной, так и в вузовской аудитории.

В академической «Грамматике русского языка» (см.3, с.55-68) ОНП рас­сматриваются без излишней теоретизации. Отмечается, что эти предло­же­ния ут­верждают «наличие, существование предмета или явления», главный член пред­ложения в них выражается именем существительным в именительном па­де­­же или «количественно-именным сочетанием (реже – именем числитель­ным или личным местоимением), напр.: Ночь. Тишина. Двенадцать часов» (3, с.55).

Далее в этом издании дается достаточно объемная классификация ОНП на основе признаков распространенности /нераспространенности, способа выра­же­ния главного члена предложения (местоименные /субстантивные) количест­венно-именные сочетания). Особое внимание уделяется авторами на случаи, по форме совпадающие с номинативными, но не являющимися номинативными предложе­ниями (3, с.68-77).

Практически одновременно с вышеотмеченными серьезными исследова­ния­ми – учебниками 60-х годов ХХ столетия (см. также 90), были представлены диссертационные работы Л.Н.Санжарова «Номинативные предложения в сов­ре­менном русском языке» (4), Л.В.Лебедевой «Субстантивные эмоционально-оце­ноч­ные предложения в современном русском языке» (5). В известной кни­ге В.В.Бабайцевой (6) дается довольно емкая и непротиворечивая характерис­ти­ка ОНП. Такой интерес к этим единицам, на наш взгляд, был обусловлен наличием большого их разнообразия в живой речи и их синтаксическим, функциональ­ным многообразием в русском языке. В диссертационной работе Л.Н.Санжарова обобщаются существовавшие теоретические характеристики ОНП, которые неоднократно становились пред­метом отдельного изучения (7; 8; 9). Л.Н.Сан­жаров в ком­плекс определения ОНП включает признаки: а) обязательную форму нас­то­ящего времени, б) именительный падеж субстантивного слова или именного со­четания, в) выражение значения бытия-существования, г) возможность /не­воз­можность трансформации на двусоставное предложение при «подключении гла­гола есть» (4, с.8). Поскольку эти свойства «релевантные также для так на­зы­ваемого именительного представления», то по мнению автора диссер­та­ции, последние должны быть признаны назывными предложениями (там же, с.14). Однако следует отметить одно весьма серьезное положение: автору отмеченной диссертации не удалось выработать единый критерий при классификации ОНП. Предложенная классификация оказалась поэтому расплывчатой (одни и те же единицы можно включать в разные подклассы) и понимание ОНП – расшири­тель­ной вплоть до включения в систему ОНП так называемых вокативных од­носоставных предложений (Братцы! Братцы мои!). Более того работа Л.Н.Сан­жарова допускает некоторую неясность в толковании смысловой функции эмо­ционально-оценочных ОНП. Одни и те же единицы (О, беда, беда!) поясняются по-разному – либо с точки зрения смысла, либо с точки наличия экспрессивной окраски. Поэтому эти единицы оказываются одновременно в различных под­классах общей классификации.

Такое положение, видимо, стало вызывать теоретические и практические споры, и стало причиной отдельного исследования субстантивных эмоциональ­но-оценочных односоставных предложений, которое было подготовлено Л.В.Ле­­бедевой (5).Л.В.Лебедева в основу классификации названных единиц кладет «струк­тур­ный принцип» и выделяет три их типа: 1) однословные субстантивные пред­ложения, 2) предложения, образуемые сочетанием существительного и прилага­тель­ного; 3) субстантивные предложения с местоименными словами и частицами (5, с.6). Как отмечает автор, по характеру отношения к предмету весь материал распределяется на: а) предложения со значением оценки лица и б) предложения со значением оценки пред­мета, явления, ситуации (там же). Речь идет о таких единицах: - У меня есть фельд­шер, который никогда не ска­жет «идет», а «идеть». Мошенник страшный (5, с.9). «По своей предикативной основе эти предложения совпадают с однословными (ср.: Мошенник страшный – Мошенник!; ужасный болван – Болван!..)» (там же, с.10).

На наш взгляд, главный теоретический недостаток диссертации Л.В.Лебе­девой заключается в том, что автор недостаточно четко разграничивает кон­текстуальные смыслы отмеченных единиц. Дело в том, что эти эмоционально-оценочные предложения могут выступать не только в функции некоторой субъективной оценки со стороны говорящего, но и чаще всего в функции оцен­ки, звучащей как «обзывание» (по обозначению Н.Д.Арутюновой «обзывной функ­ции»). Все зависит от того, в каком контексте или ситуации произносится данная «оценка» - в присутствии того, кого обзывают или при его отсутствии: - Да вот, с приказчиком поругался, он меня и турнул. Собака рыжая! (5, с.10). Это сказано в ситуации, когда приказчика нет в самой ситуации, оценка звучит в беседе с другим человеком. В ситуации, как если бы адресат оценки нахо­дился в беседе (Это ты меня турнул. Собака рыжая!), в роли непосред­ственного адресата оценки, то данную оценку следовало бы характеризовать с точки зрения уже не просто речи, а категории речевого акта. «Оценка» имела бы значение перформативного выражения, а не констатации какого-то свойства че­ловека или предмета, явления.  

Тем не менее диссертационное исследование Л.В.Лебедевой явилась нуж­ной работой, освещающей большой разряд номинативных предложений в рус­ском языке, хотя многие вопросы, связанные с квалификацией рассматри­вае­мых в ее диссертации единиц, все еще ждут своего однозначного решения.

Н.С.Валгина пишет: «Номинативные предложения как факт речевой дейст­вительности давно уже не вызывают никаких сомнений, однако сущность но­ми­нативных предложений, их грамматические признаки и, наконец, отграни­ченность номинативных предложений от схожих по форме, но функционально иных синтак­сических явлений до сих пор считаются проблематичными» (10, с.182-183). В справедливости этих слов сомневаться нет оснований. Объектив­но и то замечание Н.С.Валгиной, что проблема наличия или отсутствия у но­минативных предложений специальной структурной схемы также остается дис­куссионной (там же, с.183).

Автор довольно распространенного учебника по синтаксису сужает круг кон­струкций, могущих входить в сферу номинативных предложений: «Номина­тивные предложения лексически ограничены словами, способными передавать значение бытийности» (там же, с.184). Это означает, что Н.С.Валгина исходит из единого смыслового плана – бытийности, идеи существования. Кроме этого семантического свойства она отмечает следующий ряд характерных признаков ОНП: 1) главный член – субстантив в именительном падеже; 2) утвердительный характер предложения (отрицательная форма, отрицательный смысл проти­во­речат «самой сущности номинативного предложения – значению бытийности»); 3) они не обладают модальными модификациями: значение и форма других форм времени, кроме настоящего, делают их двусоставными; многие раз­но­видности ОНП (напр. указательные – Вот мельница) вообще не имеют вре­мен­ную парадигму; 4) грамматическое значение предикативности в них выража­ется констатирующей интонацией (см. там же).

Классификация ОНП, представленная в этой книге, не всегда строго подчиняется отмеченным признакам. Значение «статической бытийности, кото­рое объявляется Н.С.Валгиной доминирующим (там же, с.186), обходится в слу­чаях, когда в классификацию включаются такие единицы, как желательно-бытийные: Только бы здоровье! Лишь бы не смерть» и т.д. (там же, с.188). На наш взгляд, модальное значение этих предложений настолько четко и сильно, что оно нейтрализует в них значение бытийности, существования чего-либо. Поэтому, если исходить из определения ОНП, данного автором здесь же (ОНП – это односоставные предложения «субстантивного типа, главный член кото­рых имеет форму именительного падежа и совмещает в себе функцию имено­вания предмета и идею его существования, бытия»), то, видимо, единицы типа Лишь бы не болезнь! Только бы не смерть! трудно считать номинатив­ными – бытийными. В них есть только модальное значение неопределенности, желания, чтобы чего-то не было. А значение отрицания, как выражается автор, противоречит самой сущности номинативных предложений (там же, с.184).

Так что и в этой книге ОНП не получили своего строгого системного опи­сания. Такие конструкции, как «Только не болезнь!», представляют рема­ти­ческий элемент выражения. А в истоках представленной Н.С.Валгиной класси­фикации нет свойства противопоставления элементов актуального членения высказывания. Более строгое описание ОНП представлено в академической «Русской грамматике». Здесь номинативные предложения сопровождаются структурной схемой –  η1 и считается, что данная структурная схема является обобщенным, абстрактным образцом, схемой системы парадигматических форм номи­натив­ного предложения (см. 11, с.358-366). Автор этого раздела «Русской грамма­тики» Н.Ю.Шведова считает, что номинативные предложения в пределах се­мантики бытия, существования следует рассматривать шире – в объеме всей парадигмы, поскольку они представлены не только формой «настоящего индикатива» (Зима), но также формами прошедшего и будущего, а также фор­мами ирреальных наклонений (Была зима; будет зима и т.п.). Все эти формы автор относит к бытийным номинативным предложениям одночленного типа, несмотря на двусоставность предложений Была зима, Будет зима. Отметим, что данное мнение было представлено в «Основах построения описательной грам­матики» (11, с.152). В «Русской грамматике» автор не ведет разговора об односоставности /двусоставности номинативных предложений. Здесь дается прин­­ципиальная характеристика типов предложения с позиций а) структурной схемы, б) семантической структуры, в) парадигмы и г) регулярных реализаций. Поэтому ОНП квалифицируются на фоне этих параметров и распределяются по семантике структурных схем: выделяются две основные группы ОНП – лично-субъектные и нелично-субъектные. Дальнейшее деление проводится также ис­хо­дя из семантики структурной схемы, при котором в первой группе выде­ля­ют­ся 10 подгрупп, а во второй – четыре. Для того, чтобы убедиться в степени се­ман­­тизации предложенной классификации, назовем подгруппы из второй груп­пы единиц. Так, в этой (нелично-субъектных) группе выделяются предло­жения, «сообщающие» 1) о бытийном, никому не принадлежащем сос­тоянии; 2) о си­ту­ации или событии в полном отвлечении от их носителя или производителя; 3) о существовании предмета (не лица или лица); 4) о наличии непосредственно воспринимаемого, в данный момент обнаруживаемого предмета, явления. Под­группы единиц из первой группы, как мы уже отметили, более дробные – де­сять разновидностей.

Строгое соблюдение принципов описания и классификации ОНП в наз­ван­ном замечательном труде все же не смогло освободить авторов от некоторых неувязок, которые, по нашему глубокому убеждению, происходят в силу мно­голикости самого материала ОНП, в силу его «неподатливости» для построения единой классификации на основе единого критерия. Думается, что некоторые натяжки при определении подгрупп ОНП связаны именно с этим. Так, единицы Пожар! Воры! и т.п. в одной из работ Н.Ю.Шведова рассмат­ри­вает как пред­ложения, имеющие «значение констатации наличие разового, непос­редственно воспринимаемого единичного явления или акта, и в силу этого своего значения не имеющих форм прошедшего и будущего времен» и других, ирреальных наклонений (12, с.33). Однако некоторые подобные номинативные предло­же­ния (Пожар. Мороз) в «Русской грамматике» оказы­ваются в подгруппе единиц со значением «сообщения о бытийном состоянии, т.е. о состоянии природы, внеш­ней среды, о стихийном явлении…» (11, с.359).Некоторые типы ОНП вообще не входят в парадигматическую систему не потому, что они нелично-субъектные или же выражены словами с неконкрет­ной семантикой. Например, «Стамеска. Клещи. Смятая коробка с гвоздями всех калибров. Молоток». (П.Анто­коль­ский) – ни один из примеров не может быть в данном случае включен в парадигматическую систему хотя бы в объеме временных форм изъявительного наклонения, т.е. сочетаться со связкой быть (был, будет, есть) (см. об этом 13, с.178-179).Кроме того, в «Русской грамматике» конструкции с зависимыми обсто­я­тель­ственными или субъектными элементами рассматриваются в качестве но­ми­нативных: Без хлеба не обед; Кругом все хитрость и ложь… (11, с.359-360).Эти предложения характеризуются многими авторами иначе – как непол­ные (эллиптические), поскольку считается, что предложно-падежные формы (без хлеба, кругом все) сигнализируют об их «сочетаемости» с глаголом-ска­зу­емым, а не с именем: по словам Е.М.Галкиной-Федорук «косвенный падеж сущес­т­вительного имеет к подлежащему только опосредствованное отношение через глагол» (14, с.433).

Таким образом, по краткому обзору из современного состояния изучения ОНП обнаруживается, что все еще много нерешенных вопросов относительно этих единиц как в области установления их синтаксического характера (при­ро­ды главного члена), так и в плане способа выражения предикативности. Не до конца решен вопрос о соотношении ОНП и единиц, внешне сходных с ними – некоторых типов неполных и эллиптических конструкций. Нет также единой общепринятой, логически непротиворечивой классификации ОНП в существу­ющих синтаксических источниках. Сказанное вполне подводит к мысли о необходимости внесения некоторых корректив в квалификацию грамматической природы обозначенных односоставных единиц.

В основе интерпретации языкового материала во всяком учебнике или исследовательской работе, естественно, лежат какие-то теоретические прин­ципы, которые являют собой исходные позиции при квалификации конкретного материала. Эти принципы в той или иной форме, в том или ином количестве были, как мы убедились выше, представлены во всех рассмотрен­ных нами синтаксических источниках. Но по целому ряду причинам эти принципы не стали основополагающими в определении синтаксической природы единиц из области ОНП. Для ясности сказанного вспомним трактовку ОНП Г.Паулем. Он, казалось бы, для своего времени дал вполне оригинальную оценку характера назывных предложений: в одних случаях предложение Пожар! является психологическим подлежащим (для слушателя, который еще не увидел огня), а сама ситуация – сказуемым, и наоборот, это предложение для того, кто сообщает об этом, является подлежащим, а сказуемым – само понятие пожара (15, с.153). С точки зрения психологии восприятия речи такое толкование, может быть, и не противоречит природе предложения «Пожар!», а также его «ассоциативному восприятию». Но синтаксическую проблему одночленности /двучленности назывных и других предложений не следует, как об этом пишет С.Д.Кацнельсон, решать таким способом: «Предлагаемый Паулем выход не обла­дает достаточной силой убеждения… Включение представления о внеш­нем (внеязыковом – И.А.) объекте в число внутренних элементов предложения само по себе (т.е. по принципам синтаксической орга­низации предложения – И.А.) недопустимо, подобно тому как, с точки зрения самого Пауля, недо­пус­тимо предполагать эллипсис в случае неполного пред­ложения… Ведь представ­ление о внешней ситуации сопровождает любой акт речи. Если включение внешней ситуации позволяет превратить одночлененные предложения в двух­чле­ненные, то… в результате такой операции основной, двух­членный тип пред­ложения превратится в трехчленный» (16, с.248).

Логичность рассуждений С.Д.Кацнельсона нельзя не принимать. Он исхо­дит из того факта, что привлечение «структурных элементов» внеязыковой си­ту­ации должно быть общим для квалификации или всех предикативных единиц или же никаких: элемент ситуации не может быть включен в структуру син­таксической единицы в качестве определяющего элемента. Трудно не при­ни­мать такое толкование одного из основных принципов установления струк­туры предложения. Такие факты объяснения синтаксической природы ОНП свидетельствуют прежде всего, на наш взгляд, о том, что в квалификации характера форми­ро­ва­ния и функционирования ОНП все еще осталось многое из традиционного, ис­то­ри­чески сложившегося.

Для реализации попытки системного описания ОНП русского языка и типо­логически оптимальной их классификации считаем необходимым вырабо­тать единые принципы подобного описания и единый критерий классификации ОНП. Эти задачи прояснятся после ответа на вопрос, какие мы предполагаем исходные принципы анализа. Исходными, основополагающими для нас являются положения,  связанные с интегра­цией отмеченных уже в синтаксической теории свойств ОНП и их квалифи­ка­ционных параметров в свете новейших теоретических установок относи­тельно предложения как центральной единицы синтаксиса. Это касается трактовки ОНП не только как единицы конструктивного синтаксиса, но и как единицы актуального синтаксиса.

Литература

  1. Галкина-Федорук Е.М., Горшкова К.В., Шанский Н.М. Современный русский язык. Синтаксис. М.: Учпедгиз, 1958, 198 с.
  2. Шахматов A.A. Синтаксис русского языка. Л.: Учпедгиз, 1941, 620 с.
  3.    Грамматика русского языка / Под ред. В.В.Виноградова, т.2, ч.2 (про­дол­жение). М.: Наука, 1960, 440 с.
  4.     Санжаров Л.Н. Номинативные предложения в современном русском языке. Автореф. дисс… канд. филол. наук. М., 1961, 32 с.
  5. Лебедева Л.В. Субстантивные эмоционально-оценочные предложения в сов­ре­менном русском языке.  Автореф. дисс… канд. филол. наук. М., 1967, 26 с.
  6. Бабайцева В.В. Односоставные предложения в современном русском языке. М.: Просвещение, 1968, 160 с.
  7. Ардентов Б.П. Номинативные предложения в современном русском языке // Ученые записки Кишиневского государственного университета, Т.55. Кишинев, 1959, с.69-72.
  8. Попов А.С. Изменения в употреблении номинативных предложений // Развитие синтаксиса современного русского языка. М., 1966, с.74-95.
  9. Попов А.С. Функциональные типы номинативных предложений // Ученые записки Курского педагогического института, вып. 9, 1959, с.71-78.
  10. Валгина Н.С. Синтаксис современного русского языка. М., 1978, 438 с.
  11. Валгина Н.С. Синтаксис современного русского языка. М., 1978, 438 с.
  12. Шутова Е.И. Вопросы теории синтаксиса. М., 1984, 260 с.
  13. Попова И.А. О «двусоставности» номинативных предложений // Иссле­до­вания по современному русскому языку. Сб.ст. посвящ. Е.М.Галкиной-Федорук. М.: Изд. МГУ, 1970, с.177-181.
  14. Современный русский язык / Под ред. Д.Э.Розенталя, ч.II. Синтаксис. Изд. 2-ое. М.: Высшая школа, 1976, 221 с.
  15. Пауль Герман. Принципы истории языка. М., 1960, 498 с.
  16. Кацнельсон С.Д. Общее и типологическое языкознание. Л., 1986, 298 с.

Açar sözlər: təktərkibli cümlələr, adlıq cümlələr, adlıq cümlələrin baş üzvü, mövcudluq cümlələri.

Ключевые слова: односоставные предложения, номинативные предло­же­ния, главные члены номинативных предложений, бытийные предложения.

Keywords:the single-component sentences, the nominative sentences, main members of nominative sentences, the existing sentences.

Təktərkibli adlıq cümlələrin müasir vəziyyətinin öyrənilməsi (TAC)

Xülasə

Təktərkibli adlıq cümlələr problemi hələ də nəzəri sintaksisin aktual məslələrindən biri kimi qalır. Rus dilçilik ənənəsində bu cümlələr haqqında ən önəmli fikirlər A.Şahmatova və A.Peşkovskiyə məxsusdur. Təktərkibli cümlələr sintaksisi əsasən bu müəlliflərin ideyalarına söykənir. Buna baxmayaraq adı çəkilən problem hələ də birmənalı həllini tapmamışdır. Fikrimizcə, adlıq cümlələrin sistemli kvalifikasiyası və təsnifatı onların konstruktiv və aktual sintaksis vahidləri kimi differensiasiyaından çox asılıdır.

The current state of the study and presentation of single-component nominative sentences (SNS)

Summary

The problem of single-component nominative sentences is still one of the topical issues of the theoretical syntax. The most important ideas about these sentences in the Russian linguistic tradition belong to A.Shakhmatov and A.Peshkovskiy. The sentence syntax is mainly based on the ideas of these authors. Nevertheless, the problem is still uncertain. In our view, the systematic qualification and classification of sentences is much more dependent on the differentiation of their constructive and actual syntax units.

Rəyçi: prof. İ.H.Həmidov

DILÇİLİK-ЯЗЫКОЗНАНИЕ

                                                                 

Gülbəniz Hacıbaba qızı Mehdiyeva

III VƏ V ƏSRLƏRDƏ YARANMIŞ ALBAN ƏLİFBASINA DAİR  MÜLAHİZƏLƏR (M.Kalankatuklunun “Alban tarixi” əsəri üzərində)

Azərbaycan xalqı tarixi inkişaf prosesində bir neзə əlifbadan istifadə etmiєdir. Elmə maraqlı məqamlardan biri də xalqın bu əlifbalardan sistemli yazı şəklində istifadə etməsidir. Alban əlifbasının yaranışı da bu dövrə təsadьf etmiєdir.I əsrə qədər, yəni xristianlıq qəbul edilənədək və Albaniyada dövlət dininə зevrilənədək albanların öz yazısı olmuşdur. Antik müəlliflərin  məlumatlarına görə,  albanlar e.ə. I əsrdən başlayaraq öz yazılarından istifadə edirdilər. Tarixi faktlara əsaslanaraq qeyd etmək istədik ki, Alban hökmdarı Oroyz e.ə. I əsrdə, Pompeyə məktub göndərmiєdi. III əsrdə isə albanlar Romaya yazılı məlumat çatdırmışdırlar. V əsrdə qarqar dili əsasında düzəldilmiє əlifbadan istifadə edərək alban dilində fərman tərtib edilmiєdir. S.A.Pletnyova “Xəzərlər” əsərində yazırdı: “V əsrin başlanğıcında Albaniyada artıq hansısa bir köhnə əlifba vardı ki, Maştots təzələdi” [15, s.57]. K.V.Trever də belə bir mülahizə irəli sьrmьєdьr: “Mesrop Maєtosun єagirdi və müasiri olan Koryunun əsərinin Venesiyadakı 1854-cü il nəєrində belə sətirlər var ki, Maєtos gələrək albanların ölkəsində onların əlifbasını təzələdi, elmi biliklərin dirзəliєinə kömək etdi” [16, s.387].

Yesvagenin hakimiyyəti dövründə köhnə yazının islahı yolu ilə yeni alban ya­zı­sı yaradılmışdır. Adı mənbədən məlum olan, alban dilini bilən, savadlı  tərcü­mə­зi, təd­qiqatçı milliyyətcə özü də alban olan Beniaminin köməyilə “Mesrob Maştos fışıl­tılı, qaba səslərlə zəngin, alban əlifbasını təzələdi” fikirinə istinadən Q. N.Akin­yan yazır: “...aqvan Beniamin dedikdə yaxın olan şimali –şərqi, dost- təkallahlı xalq nəzərdə tutulur” [4, s.145] Qədim erməni mənbələrində Beniamini bir tədqiqatçı kimi qələmə verirlər. Hətta alban Beniamin əlifbanı  tərtib etmək üçün İrəvana ezamiyyətə gedir və orada Mesrobdan bəzi məsləhətlər alır. Bu sual həmiєə bizi narahat edir. Mövcud olan qədim əlifbanı təzələyən niyə alban Beniamin olmamalıdır? Niyə biz əlifbanı təzələyəni Albaniyanın içində deyil onun xaricində axtarmalıyıq?!  Düşünü­rük ki, Akinyan N.Q. Beniamin haqqında “Yaxın olan”- dedikdə heз də  onlardan biri, yəni  erməni olmasını nəzərdə tutmamışdır. O hesab edirdi ki, alban Beniamin alban-qarqar dilini bilən və məhz əlifbaya yaxın olan biridir. Üç Qafqaz xalqının - albanların, gürcülərin və ermənilərin əlifbasının yaradıcısı Mesrop Maştots hesab edilsə də, mənbələrin müqayisəli təhlili əsas işin istedadlı tərcüməзi sьnikli Beniamin tərəfindən yerinə yetirildiyini sübut edir. Deməli, tərcüməзilik iєinin sьnikli Benia­min tərəfindən görülməsi deməyə imkan verirdi ki, alban əlifbasının təzələnməsində də Mesrop iєtirak etməyib. Məhz sünikli Beniamin alban əlifbasının üzərində iєləmiє, onu təkmilləєdirmiєdir. Lakin gьrcь və alban əlifbalarını özününküləєdirən ermənilər nədənsə bu tarixi həqiqəti uydurma tarixləri ilə bağlayırlar. Və зox gьman ki, abidə ermənilər tərəfindən kцзьrьlən zaman bir зox tədqiqatçıların gözündən yayınmayan mətnə uyğun olmayan əlavələrdən biri də budur. Stepan Taronlu, Stepan Orbelian, Kirakos Gəncəli, Böyük Vardan və XI-XV əsrlərin  baєqa erməni müəllifləri Koryu­nun məlumatlarını təkrar edərək yazmışlar ki, Mesrop Maştos alban əlifbasını alban yazısı əsasında məhz bu yazıya istinad edərək sistemləєdirmiєdir [14, 32] Qeyd et­mək istəyirik ki, qədim erməni mənbələrində Mesrop Maєtosun Gьrcьstan və Alba­niyada olan fəaliyyətindən  (burada əlifba tərtibi nəzərdə tutulur) söz açılmır. Yeri gəlmiєkən, V əsrdə yaşamış ilk erməni kitabxanaçısı Lazar Parbetsiyə görə də Mes­rop Maştos yalnız erməni əlifbasının müəllifidir [5, s.478]. O (Lazar Parbetsi) ya­zırdı: “Əgər kimsə bunu dəqiq bilmək istəyirsə müqəddəs Mesrobun єagirdi istəkli Koryunun yazdığı “Tarix” əsərini oxusun və bu əsərdə müqəddəs Mesrobun həyatı, yazısı və əlifbalar ilə bağlı hadisələrlə tanış ola bilər” [11, s.181].

Q.Voroєil “Alban salnaməsi” kitabında N.Q.Akinyanın “Müqəddəs  Maєtos  Var­dapet” adlı əsərindən  sitat  gətirmiєdir: “Akinyan N. Q. Maєtosu  alban  əlifba­sının  tərtibçisi sayanların hamısına etiraz edərək yazır ki, albanların yazısı və əlifbası olmamışdır. O (Mesrob Maştos) xaçpərəst alban xalqı üçün heç vaxt əlifba  yaratma­mışdır. Alban deyəndə Qafqazda yaєayan albanlar deyil, məhz Avropada yaєayan qotlar nəzərdə tutulur Maєtosun  əlifba  düzəltməsi  albanlar  ьзьn  deyil, qot – alan tay­fa­larına aiddir”  [14, s.315-320]. Qeyd etmək istəyirik ki, həqiqətən onların (ermə­nilərin) alan tayfaları  ilə yaxın olmaları  Xorenli Movsesin əsərində öz əksini tapmış­dır. “Artaşes(I Trdat) və Satinik” əfsanəsindən (bizə aid  olan fikirlər: Kalankatuklu Musanın “Alban tarixi” əsərindən təhrif olunmuє єəkildə) kiçik parçaları öz əsərinə köçürmüş Movses Xorenli alan tayfaları ilə ermənilərin yaxın olmasından bəhs edir [7, s.378]. Və  bununla Xorenli Movses Mesrop Maєtosun albanlara deyil məhz alanlar ьзьn əlifba yaratmasını bir daha öz əsərində təsdiqləyir. “Alban tarixi” əsərinə əsasən, Urnayrdan sonra Yesvagen hцkmdar olmuєdur. Onun hakimiyyəti dövründə köhnə yazının islahı yolu ilə yeni alban yazısı yaradılmışdır.

Erməni və gürcülərin V əsrdən əlifbalarının olması da göstərir ki, albanların əlifbası mütləq olmuєdur, зьnki Alban dili Qafqazda və Ön Asiyada daha böyük rola malik idi. Görkəmli gьrcь alimi Qamkrelidze T.V.Mesrob Maєtosun gürcü əlifba­sının yaratmasına kəskin єəkildə etiraz edirdi. O  yazırdı:  Mesrob Maştosun yaratdığı qədim erməni əlifbasında, (yazısında) yunan yazısının ümumi xarakteri hiss olunsa da qrafik cəhətdən  (yazı işarələri) tam fərqlidir. Mesrob Maєtos erməni əılifbasını (yazı­sını yəni qrabarı) yaradan zaman  yunan yazı sistemindən və istifadə etdiyi digər əlifba sistemlərinə bənzəməsin və  asılı olmasın deyə iєarələrdə o qədər dəyiєiklik et­miєdi ki, yunan  əlifbasının  qrafikası və digər  əlifbaların qrafikaları ilə heç bir bağı  qal­mamışdı. Mesrob Maştos qrabarın yaradılmasında erməni-pəhləvi, suriya, efiop, yunan qrafikalarından istifadə etmiєdir. Beləliklə, konkret bir sistemdən deyil bir-neзə əlifba sistemindən istifadə etmiş olan Mesrob, qrabarın işarələrini yaratmışdır [12, s.5-25].

Tьrk-alban dili qonєu dilləri də öz təsirialtına almışdı. Sovet ensklopediyasının verdiyi məlumata görə, indiki Azərbaycan ərazisində Qafqaz albanlarının əlifbası  V əsrin başlanğıcında arami qrafikası əsasında alban yazısı-əlifbası təkmilləєdirildi. Təkmilləєdirilmiє 52 fonemli alban əlifbası fışıltılı və boğaz səslərilə zəngin idi.  Bu əlifba 52 hərfdən ibarət olmuєdur. Əlifbada 10 sait,42 samit olmuєdur. V əsrin I rübündə yaradılmış VIII əsrə qədər davam etmiєdir. Alban əlifbasının mənєəyi məsə­ləsinə gəldikdə isə Q.Voroєil qeyd edirdi ki, “Alban əlifbasının mənєəyi məsələsi aydın deyil. Aydın olan budur ki, V əsrdə ya həmin əlifba təzələnmiє, yaxud da hə­min əlifba əsasında qarqarlar üçün yeni əlifba tərtib edilmiєdir [14, s.17]  Dövrümüzə gəlib зatan tarixi məlumatlara əsasın V-VII əsrlərdə alban əlifbası geniş yayılmış və qədim Albaniyada mövcud olan məktəblərdə tədris edilmiєdir. Məhz buna görə də o dövrdə yaşamış tarixi şəxsiyyətlər öz əsərlərini alban dilində yazıb yaratmışlar.  “...Alban – türk dilinin daşıyıcıları olan alban etnosuna Alban dili doğma idi. Bu dil­dən həm də tayfalar arası ümumdanışıq dili kimi Qafqaz dillilər və İran dillilər də istifadə edirdi. Albaniyada yazının yaranması isə ümumxalq alban dilinin artıq möv­cud olması demək idi. Lakin bu ümumxalq dilin hansı qohum dillər əsasında yaran­masını biz dəqiq deyə bilmərik” [13, s.65-72]. Buna əsas səbəblərdən biri elmə alban əlifbası ilə yazılı abidələr, xüsusən əlyazmaların hələ bəlli olmaması, mövcud epiq­rafik abidələrin həddən artıq yarımçıq və qüsurlu olmasıdır. Bundan başqa, XIV və XV yüzilliklərə aid həmin əlifbanın tapılmış siyahısında hərflərin adı ermənicə yazılmışdır ki, bu da alban hərflərinin istər fonematik əhəmiyyətini, istərsə də sırasını müəyyənləєdirməkdə зətinlik törədir [14, s.27]. Elə buna görədir ki, öncə alban dilində yazılmış, lakin sonradan erməni dilinə tərcümə olunmuє M.Kalankatuklunun “Alban tarixi” əsəri elmdə зox mьbahisələrə səbəb olmuşdur. Bu sırada öncə əsərin yazıldığı dövrün mübahisəli olması nəzəri cəlb edir. Avropa alimlərinin fikrinə görə, alban əlifbası Albaniyada V əsrdən təxminən 300 il цmьr sьrmьєdьr. VII əsrin orta­larından başlayaraq ərəb orduları Albaniyaya daxil olmuş, VIII əsrin 30-cu illərindən albanların ərəb xəlifəliyinə tabe edilmiє və o vaxtdan da ərəb əlifbasından istifadə edilməyə başlanmışdır [1, s.32]. Araşdırmalardan belə məlum olmuşdur ki, albanların uzun müddət elmi, bədii, publisistik əsərləri, sənədləri alban dilində yazılmışdır. Musa Kalankatuklunun “Alban tarixi” kitabı da ermənicəyə tərcüməyə qədər orijinal olaraq alban müəllifi tərəfindən alban dilində yazılmışdır. Lakin alban əlifbasının kim tərəfindən yaradıldığı hələ də elmə müəmma olaraq qalır. Göründüyü kimi, ayrı-ayrı­lıqda hər bir dilin konkret adı vurğulanmışdır və hətta əsər erməni dilində yazılsaydı belə ayrıca alban əlifbasının adı çəkilməzdi. Bu isə güclü əsas verir deyək ki, “Alban tarixi” əsəri məhz erməni dilində deyil, ulu alban dilində, yəni qədim türk dilində yazılmışdır. Digər tərəfdən, Musa Kalankatuklunun alban olduğunu nəzərə alsaq, əsə­rini öz ana dilində, yəni qədim türk dilində yazması daha ağlabatandı və onun dövlət dilini qoyub, hansısa etnik tayfanın dilində əsər yazması nə qədər inandırıcı ola bilər?!

Abeqyan M.X. yazır:  Hələ bizə antik ədəbiyyatdan məlumdur ki, Levonddan 300 il qabaq Koryun “İncil”in alban dilinə tərcümə olunması haqqında xəbər ver­miєdir [2, s.370]. Levond “Xəlifələrin tarixi” əsərində 717-720-ci illər əməvi xəlifəsi Ömərlə Bizans imperatoru III Lev İsavrın məktubları barədə oxuyuruq: “...elə həmin kitab-İncil bütün dillərdə sağ-salamat durur. Alban dilinin, yazısının və əlifbasının olduğu M.Kalankatuklu öz əsərində зox geniє və ətraflı şəkildə belə təsvir edir: “Yazıya malik olan xalqlar budur: yəhudilər, romalılar, (bunların yazısından bizanslar istifadə edirdilər) ispanlar, yunanlar, midiyalılar, ermənilər və albanlar” [10, s.16].

Göründüyü kimi, antik dövrün müəllifləri roma, yunan, iver, erməni əlifbaları ilə bərabər alban dilinin də mövcud olmasından xəbər verirlər. Strabon bu tayfaların ümumi dili olmadığında, bir-biriləri ilə зətin ünsiyyətə girdiklərinə iqtisadi cəhətdən geri qaldıqlarına görə bu 26 tayfanın möhkəm sıxlaşıb xalq əmələ gətirməsinin də qeyri-mümkün olmasını deyirdi. Lakin burada maraqlı bir təzad yaranır. Məsələ burasındadır ki, Musa Kalankatuklunun “Alban tarixi” əsəri bir-birinin dilini baєa dьєməyən 26 Qafqaz tayfasının (çox millətli xalq desək, yanılmırıq) mövcudiyyətini təsdiqləyən antik dövr ədəbiyyatına daxildir və bu abidə verilən məlumata görə, tayfa və qəbilə rəhbərləri bir-birilə gцrьєər, əlaqələr yaradar, bir зox problemləri həll edərdilər. Çox güman ki, Musa Kalankatuklunun doğma alban dilində yazdığıı “Alban tarixi” əsərinə də  məhz bu səhifədə və  bu sətirlər arasında təcavüzkar erməni keєiє babalar tərəfindən əlavə olunub. Deməli, alban xalqının özünəməxsus qədim bir yazısı vardı ki, onun əsasında yaxud daha dəqiq desək, ona istinad edərək alban əlifbası yaradılmışdır. Antik dövrün bəzi müəllifləri alban əlifbasının yaranışını Mesrop Maştosla əlaqələndirsələr də, Mesrop Maєtos alban dilini bilmirdi. Və məhz buna görə də onun Alban xalqı üçün  nəinki alban əlifbasının yaratması hətta əlifbanın təzələnməsi böyük sual altındadır?! Bu fikir adlarını yuxarıda çəkdiyimiz antik dövr müəllifləri və yaxın keçmişdə yaşamış bəzi tarixзilərimizin əsərlərində dəfələrlə qeyd olunmuєdur. Mənbədə verildiyi kimi, Mesrop Maєtos alban dilini bilmədiyinə görə ona Beniamin adlı tərcüməзi təhkim olunur. Lakin dili bilməyən bir єəxs (tərcüməзisi olsa belə) savadlı olub olmamasından asılı olmayaraq yad olan bir xalq üçün əlifba yarada bilərdimi? Təbii ki, bu mümkün deyil.

Alban dilinin mövcudluğu haqda da mənbələrdə bir sıra məlumatlar var. Tədqi­qatçılar müəyyənləєdirmiєlər ki, uzun müddət elmi, bədii, publisistik əsərlər, kar­güzarlıq sənədləri alban dilində yazılmışdır. X əsrdə daxil olmaqla alban mənbələri başlanğıcdan alban dilində tərtib olunmuєdur. Bura alban dini rəvayətləri, ədəbiyyatı (aqioqrafiya), məktub єəklində yazışmalar, kanon ədəbiyyatı, qərarlar, salnamələr daxildir [13, s. 373]. “...Alban əlifbası da erməni və gürcü əlifbaları kimi orijinaldır. Onda erməni dilində olmayan özünəməxsus samitlər və fonemlər ьзьn hərflər vardır. Dağlıq Qafqaz dillərindən birini bilməyən adamın bu fonemləri eєitməklə qavraması çətindir” [9, s.242]. Qeyd edilməlidir ki, alban əlifbası erməni əlifbasından fərqlidir. Hərflərin qrafik baxımdan quruluşu erməni əlifbasındakı hərflərin quruluєundan kəskin surətdə fərqlənir. Formaca fərqli olan bu qrafemlər sayca da bir-birinə uyğun gəlmir. Təqribən bu dövrlərdə yaranmış alifbalar hansısa qədim bir əlifbaya əsaslanır. Yeri gəlmiєkən, qeyd edək ki, Albaniya tarixinin tədqiqi ьзьn “Albaniya tarixi” əsəri yeganə qaynaq deyil. V əsrdə qəbul edilmiş “Ağuen qanunu”, VII əsr alban Dəvdəyin “Bцyьk hцkmdar Cavanєirin цlьmьnə ağı”sı, Nizami Gəncəvinin müasir və həmєəhərlisi olan Mxitar Qoєun və Kirakos Gəncəlinin əsərləri bu günəşli diyarın tarixini öyrənmək ьзьn yerli alban mənbələridir [14, s.15]. Əlbəttə, bütün bu sadaladığımız əsərləri yazmaqdan ötrü öncə dildə olan hansısa əlifbanın olması vacibdir. “Deyilənə görə, V-VII əsrlərdə bu əlifba geniş yayılmış, məktəblərdə tədris edilmiє, həmin əlifba ilə dini, elmi və bədii əsərlər yaradılmışdır. Həmin dövrdə bu əlifba ilə alban təqvimi də tərtib olunmuєdur” [19, s.31- 71, s. 214-215].

Alban əlifbasını 1937-ci ildə İ.V.Abuladze XV əsr əlyazmalarını öyrənərkən 7117 saylı əlyazmada tapmışdır. Bundan az sonra T.İ.Ter-Qriqoryan daha iki (3124 və 2013) alban əlifbasına məxsus əlyazmanın siyahısını Mətindarəndə tədqiq edərək aşkara çıxardı [6,s.106]. A.Q.Єanidze alban əlifbasını diqqətlə araşdıraraq başqa Qafqaz xalqlarının əlifbaları ilə müqayisə etmiєdir. XV əsrə aid bu əlyazma keşiş Mkrtıçın sifarişi ilə rahib Foma Metsopski tərəfindən monastr məktəbinin єagirdləri ьзьn erməni dilində tərtib olunmuє dərsliyin iзərisindən aşkara çıxmışdı. Burada yunan, suriya, latın, gürcü, ərəb əlifbaları ilə birlikdə 52 hərfdən ibarət alban əlifbası da verilmişdir [20,s.68]. Bu müqayisə R.Açaryanın da diqqətini cəlb etmiє, o da albanların özlərinin əlifbasının olduğunu və bu əlifbanın həqiqətən albanlara məxsuslu­ğunu geniş şəkildə dünya elmi ictimaiyyətə çatdırmışdı [6, s.3-11].

1948-52-ci illərdə Azərbaycanın Mingəзevir rayonunda qazıntı zamanı alban yazıları (kitabələri) [3, s.214]. 1970-ci ildə isə Dağıstan MSSR-in Yuxarı Labko kəndində yastı daşın üzərində alban əlifbasının siyahısı tapılmışdır. Daşın bir tərə­fində 25, o biri tərəfində 19 hərf vardır [3, s.214]. Buna əsasən, belə nəticəyə gəlmək olar ki, alban dilinin yazısı V əsrə deyil, daha əvvəllərə aiddir. Bu barədə Ə.S.Sum­batzadə yazır: “...VI əsrin əvvəlində albanlar öz yazılarından artıq beynəlxalq yazışmalarda da istifadə edirlər [17, s.68]. Bundan əlavə, Albaniyada Зar Vaçaqanın dövründə məktəblər mövcud idi. Və əlbəttə, ki uєaqlar yeni tərtib olunmuє əlifba üzrə doğma alban dilini öyrənirdilər [14, s.17]. VIII əsr erməni tarixçisi Gevond “Tarix” kitabında qeyd edir ki, “məktəblərdə digər dillərlə bərabər alban dili də ( “Möcüzəli xilaskar xaçın allaha ibadəti”) öyrədilirdi. Həmin kitab Yevangel bütün dillərdə qorunub saxlanılır” [8, s.123]. Beləliklə, alban dilinin yazısını və digər dillərlə bəra­bər alban dilini “Möcüzəli xaçın Allaha ibadəti” fənni adı altında öyrədirdilər. Elmdə isə Alban yazısının öyrənilməsi İlya Abuladzenin 1937-ci ilin sentyabrında Yerevanda “Matenadaran”nın Eşmiədzin fondunda (Eзmiədzin №7117) alban əlifbasının üzə çıxarılması ilə başlanır [14, s.35].

Hər bir xalqın mədəniyyətinin inkiєaf dцvrь olduğu kimi, alban xalqının da yazısının, mədəniyyətinin inkiєaf dцvrь V-VIII əsrə aid edilir. “Alban yazısı uzun müddət hətta ərəb işğalından çox sonralar da ölkədə mövcud idi” [18, s.73]. Yenə orada:  VII əsrin ortalarından ərəb orduları Albaniyaya daxil olmuє, VIII əsrin 30-cu illərindən albanlar ərəb xəlifəliyinə tabe olmuєlar. O vaxtdan da ərəb əlifbası tətbiq olunmağa başlamışdır [18, s.32]. Deməli, Alban əlibası və alban yazısı artıq III-IV əsrdən baєlayaraq meydana gəlmiє, V əsrdə зiзəklənmə dövrünə qədəm qoymuşdur. Albanların doğma alban dilində fəaliyyət göstərən məktəbləri olmuє və bütün dövlət iєləri məhz alban dilində görülmüşdür. Yalnız VIII əsrdən baєlayaraq alban əlifbası tədricən dünya dil səhnəsini tərk etməyə başlamış və bu proses əsrlər ötdükcə davam etmiєdir. Qədim Albaniya getdikcə doğma əlifbasından, ənənələrindən,  mədəniy­yətindən  uzaqlamışdır. Lakin Azərbaycan ərazisində yaşayan alban tayfalarının əlifbası və yazısı unudulsa da, dünya dil səhnəsindən silinsə də  alban dili, yəni qədim türk dili  tayfaların dilində qalmış və tarixi inkiєaf prosesində özünün yeni mərhələ­lərinə qədəm qoymuє və çağdaş dövrümüzə qədər gəlib çatmışdır.

Ədəbiyyat siyahısı

  1. Abdullayev Ə. Azərbaycan dili məsələləri. Bakı, 1992, 329 s.
  2. Абегян М.Х. Корюн, Житие Маштоца, текст, новоарм, русск пер.
  3. Абуладзе И. К открытию алфавита кавказских албанцев. Изв. Ин-та Языка истории и материальной культуры Груз. Фан ССР, т. IV, Тбилиси, 1938
  4. Акинян   Н. Св.Вардапет Маштоц, Вена, 1949,350 с. (на арм. З)
  5. Babayev A. İsmayılzadə C. Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb və fars sözləri lüğəti. Bakı, Maarif, 1966, 219 s.
  6. Bünyadov Z. Azərbaycan tarixi VII-IX əsrlərdə. Bakı, Azərnəєr, 1989, 336 s.
  7. Еремян С.Т. Моисей Каланкайтукский о посольстве албанского князя Вараз-Трдата к хазарскому хакану Алп-Илитверу. Записки Института востоко­ведения, АН СССР, т. VII, 1939, с. 129-155.
  8. История Халифа Вардапета Гевонда писателя VIII века, Репринтное издание Перевод с древнеарм, Патканова К.П. СПб, в типографии Императорской Академии Наук, 1862, 165с.
  9. Хоренский Моисей История Армении. Пер.Н.O.Емин. M.,1893, кн. II, гл.8, 245s.
  10. Kalankatuklu M. Albaniya tarixi. Müqəddimə,  tərcümə, qeyd və   єərhlər Z.Bünyadovundr, Bakı: “Elm” ,1993,  269 s.
  11. Корюн, Житие Маштоца. Перевод древнеармянского Ш.В.Смбатяна, Мелик-Оганджаняна К.А.  Москва, 1962, 640 с.
  12. Гамкрелидзе Т.В. Происхождение и типология алфавитной системы     письма. (Письменные системы раннехристианской эпохи) Вопросы языкознания теоретический журнал по общему и сравнительному языкознанию, Издательство «Наука» Москва,1988, с.5-34.
  13. Геюшев Р.Б. О Хотованском храме и его надписях.  Изв. АН Азерб. ССР. Серия истории, философии и права.1972, №3. 238c, 65-72 c.
  14. Qukasyan V. Qafqaz Albaniyası, Bakı: “Öyrətmən”1993,108s
  15. Плетнева С.А.   Хазары. Москва: Наука, 1976 г. 106с
  16. Тревер К.В.  K изучению Кавказской Албании / Тез.докл. на пленар.засед. Конф. По археологии Кавказа. Ереван, окт.1956, Москва, с 27-28, 419 с.
  17. Сумбатзаде А.С. Азербайджанцы - этногенез и формирование народа Баку: Элм, 1990, 304 s.
  18. Шанидзе А.Г. Новооткрытый алфавит кавказских албанцев и его значение для науки. Изв.ИЯИМК.Груз,ФАН СССР,т и албанского алфавита. МИА, Баку: АН. Азерб. ССР,1957,189c.
  19. Шанидзе А.Г. Порядок букв грузинского, армянского и албанского алфавитов. Материалы по истории Азербайджана 2, Баку: 1957, 469 s.
  20. Щербаков В.А. Город Богов. Москва: Молодая гвардия, 1991, 254 с.

Açar sözlər: “Albaniyanın tarixi”, əlifba, mənєəyi.

Ключевые слова: “История Албан”, алфавит, происхождение.

Key words: "History of Alban", alphabet, origin.

 

 

 

Рассуждения относительно албанского алфавита, созданного в III и V веках (на материале произведения М.Каланкатуклы «История Албании»)

Резюме

На протяжении долгих лет Азербайджанский народ пользовался несколь­кими алфавитами. Албанский алфавит был богат гортанными, горловыми звуками и состоял из 52 фонем, особенно свистящими и щипящими звуками. В алфавите было 10 гласных и 42 согласных букв. Албанский алфавит был создан в I четверти V века и существовало до VIII века.

 

Reasoning about the Albanian alphabet, created in the III and V centuries (based on the work of M. Kalankatukly "History of Albania")

Summary

Over the years the Azerbaijani people used several alphabets. The Albanian alphabet was rich in guttural, throaty sounds and consisted of 52 phonemes, especially whistling and twitching sounds. There were 10 vowels and 42 consonants in the alphabet. The Albanian alphabet was created in the first quarter of the 5th century and existed until the 8th century.

 

Rəyзi: dos. D.T.Əliyeva


Yeganə Orucova

SİYASI DİSKURSDA MƏDƏNİ DƏYƏRLƏRİN REPREZENTASİYASI

(Fransız dilinin materialları əsasında)

          Dəyərlər istənilən mədəniyyətin əsasını təşkil edir. Onlar bu və ya digər halda ictimai-siyasi həyatın bütün sahələrində təzahür edir. Mədəni dəyərlərə bilavasitə müraciət etmə daha çox təsisat, ayin, ideoloji ünsiyyət, siyasi diskurs və onun müxtəlif tipləri üçün xarakterikdir [Шейгал 2004; Бакумова 2002; Светоносова   2006; Фомина 2006].

          Seçkiqabağı siyasi kompaniya zamanı siyasətçilər dövlətin inkişaf istiqamətlərini müzakirə edərək ölkənin bütün vətəndaşlarına aydın və yaxın olan dəyər dominantlarına istinad edirlər.

         Fransız mədəni dəyərlərinin dilçilikdə təsviri (adətən müvafiq mədəni kon­septlər, «dünyanın dəyər mənzərəsi» ilə əlaqədar olaraq) bir sıra tədqiqatlarda təsvir olunur [Кирнозе 2001; Грабарова 2004; Седых 2004].  Z.İ.Kirnoze “tənqidçilik ruhu”, “azadlıqsevən”, “respublika dəyərləri”, “sevgi”, “cəngavərlik ruhu”, “fərdiy­yəçilik”, “eleqantlıq”, “ehtiyatlılıq”, “rahatlıq zövqü” kimi konseptləri fransızların milli xarakterinin daha parlaq göstəriciləri hesab edir  [Кирнозе 2001: 197]. E.V.Qra­barova savoir vivre konseptini fransızların həyata qarşı münasibətinin özünəmə­x­sus­luğunu linqvokulturologiyada qəbul olunan üçkomponentli modelə əsasən təhlil edir:

  • obrazlı komponent – ünsiyyətə, məhəbbətə, hərəkətə, qidaya, yeniliyin tanınmasına, gözəlliyin, dəbin dərk olunmasına olan adi tələbatların təmin olunması ilə əlaqədar olan bir növ zövqdür;
  • anlayış komponenti  – ölümə, pessimizmə və yaşamaq zərurətinə qarşı münasibətlə ziddiyyət təşkil edən həyata qarşı münasibətin müxtəlifliyidir;
  • dəyər komponenti isə – fransız dilçilik mədəniyyətinin dominantı kimi həyata qarşı major münasibət və fransız kommunikativ davranışın tənzimləyicisidir [Грабарова 2004: 7].

      Məlum olduğu kimi, fransız dilində siyasi diskurs müxtəlif aspektlərdən təhlil edilsə də, Fransada  prezident seçkiləri kompaniyasında namizədlərin nitqlərində istifadə olunan dəyərlərin linqvokulturoloji tədqiqi həyata keçirilməmişdir. Buna görə də, bizim qarşıya qoyduğumuz əsas məqsəd namizədlərin nitqində işlənən mədəni dəyərlərin təhlilidir. Qarşıya qoyulan məqsədin həllinə keçməzdən əvvəl siyasi diskursun əsas dəyər xarakteristikalarını qısa şəkildə nəzərdən keçirək.

         Hakimiyyət uğrunda mübarizə siyasi diskursun əsas funksiyasıdır. Bu funksiya­ların yerinə yetirilməsində bir sıra strategiyalardan istifadə olunur. Məhz onların əksəriyyəti sosial, iqtisadi, sosial mədəni dəyərlərlə əlaqədardır. Məsələn, partiyanın siyasi proqramında əsas məqsəd yeni ideyalara inandırmaq və onları təbliğ etməkdən ibarət olub, ideoloji baxımdan sübuta yetirilməlidir. Siyasətçilər bu qrupun bütün üzv­ləri tərəfindən qəbul olunan və seçkilərdə maksimal dəstəyi təmin edə biləcək reallığın ideoloji qiymətini işləyib hazırlamağa can atırlar. Dəyərlər bu və ya digər mədəniyyətin (ya bütöv bir xalqın, ya da ayrıca sosial bir qrupun) uzunmüddətli inki­şafının nəticəsidir. Proqram yalnız bu günün əsas tələbatlarına yönələn ünsiyyət əsa­sında qurularsa, o zaman o, perspektiv və inandırıcı olmayacaqdır. Proqramın tər­ti­ba­tında indiki dövrlə gələcək dövr arasında əlaqənin təmin olunması vacib amillər­dəndir.

         Siyasi diskursda dəyər oriyentasiyasının yaradılması üçün müxtəlif kommu­ni­kativ-nitq vahidləri istifadə olunur: nitq strategiyaları və taktikası, janrlar, qiymətlən­dirici məna ilə yüklənmiş leksika, məsələn, şüarlar, aforzmlər, sitatlar, iddiaçı mətnlərə dair alluziyalar, evfemizmlər [Шейгал 2004]. Dəyərlər əsas və tematik sözlərin, metaforaların, implikasiyaların, alluziyaların, arqumentativ strategiyaların vasitəsilə aktuallaşdırılır [Бабаева 2004: 114]. Manipulyativ təsir hamı tərəfindən qəbul olunan dəyərlərə müraciət etməklə məqsədlərin gizlin şəkildə qəbul etdirilmə­sini nəzərdə tutur. Е.V.Bakumova  dəyərləri xarakterinə görə  növbəti qruplara bölür:

          1) ümumbəşəri, mənəvi-etik dəyərlərlə əlaqədar olan  (xeyir, vicdan, şüur);

           2) sosiumun əsas siyasi qüvvələrinin dəyər oriyentasiyaları: vətənpərvər (hakimiyyət, slavyan qardaşılığı), paternalist (ədalət, təminat, qayğı), liberal (azadlıq, demokratiya, mülkiyyət, uğur);

          3) işarə olunan  peşəkar-işgüzar dəyərlər (təcrübə, düzgünlük, prinsipiallıq, peşəkarlıq) [Бакумова 2002: 60].

          Dəyələr siyasi diskursda mifologemalar kimi fəaliyyət göstərə bilər  və onların əsasını uydurma – ya ümumiyyətlə mövcud olmayan, ya da aydın olmayan və məhv olmuş denotat təşkil edir. «Əsatirlər ictimai, o cümlədən də, siyasi dəyərləri möh­kəmləndirir və təsdiq edir, cəmiyyətdə qəbul olunan sosial və mədəni davranışın para­diqmasını strukturlaşdıraraq mədəniyyətin məna oriyentirlərini verirlər» [Шей­гал 2004:152]. Aksioloji nöqteyi-nəzərdən əsatirlər müsbət dəyərləri təsdiq edən əsatirlər (qərb, kapitalizm, azadlıq) və əks dəyərləri təsdiq edən əsatirlər  (kom­munistlər, demokratlar, oliqarxlar) [Шейгал 2004:162] olmaqla iki qrupa bölünür. Rusiya və amerika siyasi diskursunda dəyərləri tədqiq edən Т.А.Svetonosova, bu və ya digər dəyərlərin aktuallaşmasına işarə edən əsas və əlavə kommunikativ amilləri ayırd edir. Əsas amillərə bunlar aiddir:

  • müvafiq dəyərlərin (antidəyərlərin) işarələrinin kəmiyyətcə təqdimatı;
  • müvafiq fenomenin dəyər (antidəyər) kimi verbal təsviri, cəmiyyət və ölkə üçün dəyərlərin əhəmiyyətinə, vacibliyinə işarə etmək (anti dəyərlərin əhəmiyyətsizliyi və ziyanı);
  • dəyərlərin məqsədlər, mübarizə obyekti və ya tapşırığı kimi təqdim olunması (prezidentlərin haqqında məlumat verdikləri və  mübarizə apardıqları – antidəyərlər);
  • dəyərlər haqqında təsəvvürlərin konkretləşdirilməsi;
  • dəyərlərin temporal xarakteristikası.

Əlavə dəyərlərə:

  • dəyərlərin metaforik qaydada işarə olunması, dəyərlərin iddia fenomeni kimi təqdim olunması, “bizim” və “yad” dəyərlərin xarakteristikası, ayrı-ayrı hallarda bu və ya digər dəyərləri işarə edən sözlərin etimoloji xarakteristikasına və lüğət təriflərinə müraciət etmək [Светоносова 2006: 8].

         Yuxarıda deyilənlərdən çıxış etsək, siyasi diskursda dəyərlərin üç mərhələsi haqqında bəhs etmək mümkündür: birincisi, siyasətçi dəyərləri siyasi proqramın struktur elementləri kimi bəyan edir (daha çox universal xarakterli: demokratiya, azadlıq, bərabərlik); ikincisi, o, hakimiyyət uğrunda mübarizə strategiyalarının çərçi­vələri daxilində dəyərlərə müraciət edir (və burada ictimai fikrin manipulya­siyası, mifologemaların dəyərlər kimi istifadə olunması ehtimalı böyükdür); üçüncüsü, müəy­­yən mədəniyyətin daşıyıcısı və ifadəçisi olmaqla siyasətçi bu dilçilik mədə­niyyəti üçün relevant olan dəyərlərə müraciət edir (bu planda onun mövqeləri səmimi olur).

          Bu və ya digər dəyərlərin, mədəni səciyyəvi xüsusiyyətlərin siyasi diskurslarda aşkar olunması və izah olunması aktual məsələlərdən biridir. Fransa hər zaman unikal və daha zəngin siyasi və mədəni tarixə malik ölkə olduğundan fransız siyasi diskursunun aspektində mədəni dəyərlərin tədqiqatı xüsusi maraq kəsb edir. Təhlil zamanı nəinki bu və ya digər dəyərlərə (eləcə də antidəyərlərə) bilavasitə işarə edən sözlər, eləcə də, dolayı yolla işarə edən sözlər nəzərə alınmışdır.

          Bu materiallar üzərində müşahidə apararkən bəlli olur ki, Fransada prezident seçkiləri kompaniyası ərəfəsində (2012-ci ildə) namizədlərin diskursunda dəyərlərə işarə edən kifayət qədər sözlər qeydə alınmışdır. N.Sarkozinin nitqində ən çox France (20), république (6), droit (9), état (14),  pays (5), peuple (20) və s. sözləri istifadə olunur  [Hebert 2013: 35].

[...] Aidez-moi à construire la France forte.

Mənə güclü Fransanı qurmağa kömək edin  [15].

[...] C’est la France que je veux construire avec vous.

Mənim sizinlə qurmaq istədiyim Fransadır [15].

         F.Hollandın nitqində üstünlük təşkil edən sözlər : France (30), nation (17), État (12), pays (11), république (9), peuple (9), valeur (8), liberté (7) və s. sözləridir [Ivana Hébert 2013: 35].

       Müxtəlif kommunikativ strategiyalarda müəyyən dəyərləri nəzərdən keçirək:

1) performativ strategiya: dəyərin adını çəkməklə dəyərə birbaşa işarə.

[...] Les valeurs de la République, c’est aussi le droit de vivre en sécurité. Nul ne doit être au-dessus des lois... (F.Olland) [13].

2) obyektivləşmə strategiyası: modal şəxssiz konstruksiyalardan (il faut, il y a) istifadə etməklə dəyərləri ümumiləşdirmək:

[...] Il faut que les Français se sentent protégés, pas exposés (N.Sarkozi) [15].

3) interpretativ strategiya: bu və ya digər təzahürün mənasının açıqlanması, ona qarşı diqqətin cəlb olunması və konkretləşdirilməsindən ibarətdir. Qeyd etmək lazımdır ki, interpretasiya bir qayda olaraq, işarə olunmuş sözlərin sayəsində formal xarakter daşıyır :

[...] La France c`est le nom de notre destin commun. Fransa bizim ümumi taleyimiz deməkdir  (N.Sarkozi) [15].

4) affektiv strategiya: şüarlar, çağırışlar, ritorik suallar. Y.İ.Şeyqalın fikrincə, şüarlar dəyərli-əhəmiyyətli anlayışlara işarə edir və onlar üçün yüksək emosional gərginlik xarakterikdir [Şeyqal 2000: 287].

[...] Vive la République. Yaşasın Respublika (N.Sarkozi) [15].

5) vəd vermə strategiyası: gələcək zaman forması və feilin lazım formasının işlənməsi bu strategiyanın formal göstəricisidir. Semantik göstəricilərə  «istəmək», (vouloir, rêver və s.), «leyhinə və əleyhinə mübarizə aparmaq» (lutter contre, défendre, mettre la  fin à və s.), eləcə də, gələcəyə, perspektivliyə, dəyişikliklərə işarə edən (projet, reformer, créer, garantir) məna daşıyan feillər aiddir:

[...] Je veux vous dire que ce sera difficile. Mais je veux vous dire que ce sera, aussi, un beau combat que nous allons livrer. Mən sizə demək istəyirəm ki, bu çətin olacaq. Lakin mən sizə demək istəyirəm ki, bu həmçinin bizim başlayacağımız gözəl bir döyüş olacaq (N.Sarkozi) [15].

6) qiymətləndirici-xarakterizəedici strategiya: burada qiymətləndirici sözlər (précieux, terrible, insupportable, intolérable, fort, faible) anlayışı müsbət və ya mənfi kimi qiymətəndirməyə imkan yaradır:

[...] Le rêve français, c’est la confiance dans la démocratie, la démocratie qui sera plus forte que les marchés, plus forte que l’argent... Fransız arzusu, bu demokra­tiyada inamdır, puldan, bazardan daha güclü olacaq demokratiya. (F.Olland) [13].

7) təsdiq strategiyası: əks məna daşıyan sözlərlə dəyərlərə işarə edilir.

[...] Son projet, c’est lui. Mon projet, c’est vous, c’est la France, c’est sa réussite. Onun layihəsi o özüdür. Mənim layihəm isə siz, Fransadır, onun uğurudur. (F.Olland) [13].

8) kritik vəziyyətlərin modelləşdirilməsi strategiyası: dəyəri itirilən və ya ədalətsiz şəkildə sarsıdılan dəyər kimi təsvir olunur.

[...] c`est un drame dans notre pays... bu bizim ölkədə bir faciədir [13].

9) müraciət olunan şəxslə (adresatla) həmrəylik yaratma strategiyası. Bu strategiyada irəli sürülən prioritetlər şəxsi deyil (siyasətçidən irəli gələn), mədəniyyətin bütün nümayəndələri, ən azı çıxışda birbaşa iştirak edən bütün seçicilər üçün ümumi, vacib prioritetlər kimi çıxış edir. Nous, vous, notre, votre, tous, chacun əvəzlikləri, “ümumilik” mənası verən sözlər -  сommun, ensemble, la France, le peuple français, tous les Français kimi sözlər  bu strategiyanın həyata keçirilməsində iştirak edən əsas vasitələrdir.

[…] elle n’arrivera pas, nous l’empêcherons, nous l’arrêterons! (O, nail olmayacaq, biz ona mane olacağıq, biz onu dayandıracağıq  (F.Olland) [13].

       Siyasətçilər daha çox nitqlərinin giriş və yekun hissəsində ümumi mədəni dəyərlərə müraciət edirlər və bir qayda olaraq, xüsusi terminlərdən istifadə etməklə sosial – iqtisadi və siyasi proqramlarını açıqlayırlar. 

        N.Sarkozi çıxışlarında istifadə etdiyi ümumi mədəni (qeyri-siyasi, qeyri-iqtisadi dəyərlər) dəyərləri bir neçə qrupa bölmək mümkündür:

  • identité française: identité nationale, identité républicain, identité culturelle – fransız fərdiliyi (orijinallıq): milli eynilik, respublika eyniliyi, mədəni eynilik;
  • solidarité – həmrəylik, birlik;
  • mouvement: changement, créativité, énergie – hərəkət: dəyişiklik, yaradıcılıq, enerji;
  • justice: droits de l’homme, liberté, égalité – ədalət: insan haqları, azadlıq, bərabərlik;
  • la morale – mənəviyyat;
  • mondialisation – qloballaşma.

         Təəssüflər olsun ki, məqalənin çərçivələri bütün göstərilən dəyərləri nəzərdən keçirməyə icazə vermir və buna görə də, biz, yalnız həm siyasətçilər, həm də ümumilikdə, fransız dilçiləri üçün daha böyük əhəmiyyət daşıyan dəyərləri təhlil edəcəyik. Siyasətçilərin hər birinin nitqində dəyərlərin necə təqdim olunduğunu nəzərdən keçirməyi məqsədəuyğun hesab edirik. Namizədlərin müxtəlif siyasi partiyalara məxsus olduğundan şübhəsiz ki, onların nitqində işlənən dəyərlər toplumu və onların qarşılıqlı nisbəti də müxtəlif olacaqdır. Əvvəlcə N.Sarkozinin çıxışlarına müraciət edək. Məhz o, sağçı respublikaçılar partiyasının ideallarını müdafiə edir. Sarkozinin sözlərinə görə - bu nizam – intizam, ədalət, fəaliyyət, məsuliyyət, qüdrətli dövlət deməkdir. Bizim müşahidələrimizdən çıxış edərək deyə bilərik ki, Sarkozinin nitqində “identité française” böyük üstünlük təşkil edən dəyərdir (fransız millətinə və mədəniyyətinə mənsubluq). Siyasətçinin çıxışlarında   bu dəyərə dəfələrlə birbaşa və dolayı yolla işarə etməsinə rast gəlmək mümkündür (France, français, les Français, Nation, Etat, République, républicain, citoyen, citoyenneté, identité, culture, histoire sözləri + Fransanın tarixinə və mədəniyyətinə aidiyyəti olan xüsusi adlar). N.Sarkozi qeyd edir ki, fransız fərdiliyi Fransanın əsrlərlə təşəkkül tapan, qürur mənbəyi olan və fransızlar üçün dəyər oriyentiri olacaq mədəniyyətinə istinad edir.

         N.Sarkozinin çıxışlarında aşkar olunan digər dəyər “solidarité”  sözüdür. Fransız izahlı lüğətinə uyğun olaraq, “solidarité” – insanların bir-birinə qarşı tələbatı sayəsində mövcud olan qarşılıqlı asılılığın təbii vəziyyətidir: [DAF; CNRTL: www].

         Sarkozinin çıxışlarında “solidarité” ilk növbədə, «milli həmrəylik», yəni, Fransanın ümumi məqsədlər, maraqlar ətrafında birləşməsi, fransızlar arasında irqi, mədəni və dini fərqlərə qarşı tolerantlıq kimi başa düşülür; bu cür birlik, siyasətçinin fikrincə, mədəniyyətin və tarixin ümumiliyi sayəsində mümkündür. Bu dəyəri dəstəkləyən sözlər və söz birləşmələri, ümumilik və birlik kimi mənalara malikdir: fraternité, projet partagé, projet collectif, solidarité nationale, République fraternelle, intégration, volonté/destin commune, tous ensemble réunis, assemblée, vivre ensemble. Sarkozi, bir qayda olaraq, bu dəyər haqqında ümumi dəyər, həmrəylik, birlik kimi fikir sürür, çünki o, mücərrəd təsir bağışlamaqla yanaşı, konkret insanlardan uzaq olan dəyərdir. Siyasətçinin diqqət mərkəzində fransızların keyfiyyəti kimi qiymətləndirilən «həmrəylik» deyil, məhz Fransadır. Maraqlısı budur ki, Sarkozu “solidarité” sözü ilə yanaşı, “fraternité” sözünü də işlədir, hərçənd ki, ümumilikdə bu iki anlayışı fərqləndirmir. “Fraternité” sözünün lüğəti şərhi insanlar arasındakı daha sıx və dərin əlaqələrə işarə edir: [DAF: www].

          İzahlı lüğətdə növbəti sinonimlər göstərilir  “fraternité”: accord, amitié, amour, camaraderie, charité, concorde, confiance, ensemble, harmonie, intelligence, lien, solidarité, sympathie, union, unité (ahəngdarlıq, dostluq, sevgi, yoldaşlıq, etimad, razılıq, bütövlük, harmoniya, qarşılıqlı anlaşma, əlaqə, həmrəylik, simpatiya, ittifaq, birlik) və onların əksəriyyəti insanlar arasındakı daha sıx və möhkəm münasibətləri ifadə edir, hərçənd ki, “fraternité” – məhz “solidarité” sözünün daha yaxın sinoni­midir [CNRTL: www]. Fraternité məşhur “Liberté, Égalité, Fraternité” respublikaçı şüarının üçüncü elementidir və o, dahi Fransız İnqilabı vaxtlarından Respublikanın əsas prinsipi olmuşdur. İnqilab dövründə fraternité azadlıq və bərabərlik uğrunda birliyə çağırış olmuşdur. Beləliklə, bu söz Fransanın dahi keçmişinə işarə edən  dəqiq tarixi və vətənpərvər konnotasiyadır.

        Sarkoziçıxışlarında antidəyərlər kimi kəskin mənfi və emosional çalarlara malik olan söz və ifadələr işlədir. Qeyd olunur ki, bölünmə, ayrılma vəziyyəti ilk növbədə, ümumilikdə, bir ölkə kimi Fransanın həyatına mənfi təsir göstərir və bu milli qürura  toxunur. Sarkozinin digər dəyərlərə müraciət etməsi zamanı (məsələn, mouvement, droits de l’homme, mondialisation) eyni tendensiya müşahidə olunur: «Fransa» və «fransız eyniliyi» başqalarının yaşamını təmin edən ən böyük dəyər kimi fokusda qalır.

        Sarkozi müxtəlif dəyərlər haqqında bəhs edərək, qeyd edir ki,  “identité française”, onun çıxışlarında böyük üstünlüyə malik olsa da, digər dəyərlər kölgədə qalmır, onlar da öz növbəsində böyük əhəmiyyətə malikdir.

      S.Royalın çıxışlarında fərqli məqam isə həmrəyliyin məhz humanist aspektinin vurğulanmasıdır. Onun diskursunda  hər bir insan, kişi və ya qadın ayrıca nəzərə alınır. Ruyalin nitqində  gender fərqlərinə işarə edən sözlərin istifadə olunması xüsusi diqqətəlayiqdir: chacun et chacune, tous et toutes, citoyens et citoyennes, Français et Françaises, observateurs et observatrices.

      Beləliklə,apardığımız tədqiqat nəticəsində belə qənaətə gəldik ki, diskursda mədəni dəyərlərə işarə edən sözlər müəyyən diskursiv strategiyalar – performativ, interprerativ, affektiv və s. strategiyalar vasitəsilə həyata keçirilir və hakimiyyət uğrunda mübarizədə böyük rol oynayır.

 

Ədəbiyyat:

  1. Məmmədov A. Məmmədov M. Diskrs tədqiqi. Bakı: 2016.
  2. Бабаева Е. В. Лингвокультурологические характеристики русской и немец­кой аксиологических картин мира. Дис... .канд. филол. н. Волгоград, 2004.
  3. Бакумова  Е. В. Ролевая структура политического дискурса. Автореф. дис. ... канд. филол. н. Волгоград, 2002.
  4. Грабарова Э. В. Концент “savoir-vivre” во французской лингвокультуре и его русские соответствия. Автореф. дис. ... канд. филол. н. Волгоград, 2004.
  5. Кирнозе З. И.  Межкультурная коммуникация. Учебное пособие. Нижний Новгород, 2001.
  6. Светоносова  Т. А. Сопоставительное исследование ценностей в российском и американском политическом дискурсе. Автореф. дис. . канд. филол. н. Екатеринбург, 2006.
  7. Седых А. П. Языковая личность и этнос. М., 2004.
  8. Фомина Т. Д. Динамика концепта в политическом дискурсе (на материале выступлений Д. Буша и Т. Блэра, посвященных второй военной кампании в Ираке). Автореф. дис. ... канд. филол. н. М., 2006.
  9. Шейгал Е. И. Семиотика политического дискурса. М., 2004.
  10.  Ivana Hébert.  Analyse textométrique, prosodique et gestuelle des discours présidentiels : comparaison Sarkozy – Hollande. 2013.
  11.  CNRTL - Centre National de Ressources Textuelles et Lexicales, 2005 // http://www.cnrtl.fr
  12.  DAF - Dictionnaire de l'Academie francaise (8e edition) // http://dictionnaire. mediadico.com/
  13.  DLF - Dictionnaire de la langue frangaise /http://www.linternaute. com/dictionnaire/fr/
  14.  Discours de François Hollande. Toulon, le 24 janvier 2012. URL : http://linkfluence.com/projects/discours/2012/Hollande-2012-01-24.html
  15.  Les symboles de la Republique, 2006 // http://www.elysee.fr/elysee/elysee. fr/francais/les_symboles_de_la_republique/liberte_egalite_fraternite/liberte_ egalite_fraternite.76982.html.
  16.  Nicolas Sarkozy : Discours 2007 // Union pour un Mouvement Populaire http://www.u-m-p.org/site/index. php.
  17.  Segolene Royal: Discours et interviews 2007 // Le site officiel de Segolene Royal http://www. desirsdavenir.org/index.php.

Açar sözlər: fransız dili, siyasi diskurs, mədəni dəyərlər, dəyərlərin repre  zentasiyası

Key words: cultural values, the French language, political discourse, representation of values

Ключевые слова: культурные ценности, репрезентация ценностей, политический дискурс, французский язык

 

Summary

The representation of cultural values in political discourse

(on the basis of materials in the French language)

The aim of the article is to investigate the words which indicate cultural values in French political discourse. First of all, a number of works on French cultural values as well as different concepts showing French national character have been regarded in the article. Moreover, words indicating cultural values in various communicative strategies (per formative, promising, stating strategies, etc.) have been analyzed in speech of different politicians (F.Olland, N.Sarcozy, S.Royal) and given the examples on them here.

Резюме

Репрезентация культурных ценностей в политическом дискурсе

(на основе материалов французского языка)

Целью настоящей статьи является исследование слов, указывающие на культурные ценности во французском политическом дискурсе. Здесь в первую очередь рассматривается ряд работ, касающиеся французские культурные ценности (Kirnoze 2001; Qrabarova 2004; Sedıx 2004), а также анализируются различные концепты, являющиеся показателями национального характера французов. Более того, слова, указывающие на культурные ценности в различных коммуникативных стратегиях (перформативных, обещающих, стратегиях утверждения и т.д.), исследуются в речи разных политиков (Ф.Олланд, Н.Саркози, С.Роял), а также даны примеры с их использованием.

 

Rəyçi: prof.B.İsmayılov

 


Bayramlı  Aynur  Humay

İNGİLİS DİLİNDƏ TAM VƏ NATAMAM OMONİMLƏR

         Dil hər bir xalqın maddi və mənəvi mədəniyyətinin parlaq göstəricisidir. O, insanların əmək və ictimai fəaliyyəti ilə bilavasitə bağlıdır. Cəmiyyətdə inkişaf edən və dəyişən nə varsa, dərhal dildə öz əksini tapır. Dilin lüğət tərkibi daim artır və inkişaf edir, yeni məfhumlar yeni sözlər, yeni adlar tələb edir.

         Söz yalnız dilçilik elminin yox, həm də məntiq, psixologiya və fəlsəfənin obyektidir. Söz dilçilikdə fonetik, leksik, etimoloji, sözyaratma, morfoloji, sintaktik və üslubi cəhətdən öyrənilir. Sözlər dil sisteminin ünsürləri kimi bir-biri ilə əlaqədardır, onlar arasında daxili əlaqə mövcuddur. Söz və onun mənaları müxtəlif qruplarda birləşir və bu birləşmə oxşarlığa və ya mənaya əsaslanır.

          Sözün mənaca dəyişməsi həmin dilin quruluşunun spesifik xüsusiyyətlərindən, daxili qanunlarının inkişafından asılıdır. Sözün mənaca dəyişməsi tarixidir, onlar tədricən dəyişir.

          Leksikanın başqa kateqoriyaları kimi sözün semantik sərhəddini təşkil edən omonimlərin də əsl təbiəti cümlə daxilində, mətndə aydınlaşır. Məhz kontekst hər dəfə sözün mənasını konkretləşdirir.

          Omonimlər probleminin dilçilikdə mürəkkəb olmasının səbəbini bu kateqoriyanın müəyyən nöqtədə polisemiya ilə toqquşması ilə izah etmək lazımdır. Məlumdur ki, omonimlərin bir qismi polisemiyadan əmələ gəlir. Həmin proses çoxmənalı sözün mənalarından birinin inkişaf etməsi və əsas mənadan uzaqlaşıb tam müstəqil sözə çevrilməsi nəticəsində baş verir.

         Hər bir dilin omonimləri struktur cəhətdən öz rəngarəngliyi ilə fərqlənir. Bəzi hal­larda omonimlərin qrammatik cəhətdən bütün formaları uyğun gəlir. Məsələn, scale – balığın pulları; scale – nərdivan. Bəzi hallarda isə qrammatik cəhətdən yal-nız müəyyən bir hissəsi uyğun gəlir: son- oğul, sun - günəş, sea – dəniz, see – görmək.

          Struktur tərkibinə görə omonimlərin müxtəlifliyi müəyyən bir təsnifatın hazır­lan­ması tələbatını yaradır. İngilis dilçilik ədəbiyyatında omonimlərə aid material çoxdur, lakin bu ədəbiyyatda omonimlərin təsnifatına rast gəlinmir. Bununla əlaqədar olaraq, müxtəlif dövrlərdə İngiltərədə, Almaniyada və Yaponiyada tərtib edilmiş ingilis dilinin omonimlər lüğətində omonimlərin növləri verilməmiş və aşağıdakı şəkildə tərtib edilmişdir: know (bilmək) – no (yox, deyil);  knows (bilir) – nose (burun); knew (bilirdi) – new (təzə); lie (uzanmaq) – lie (yalan danışmaq); light (işıq) – light (yüngül); die (ölmək) – die (oyun zəri); feat (şücaət) – feet (ayaq); loaf (çö-rək kömbəsi) – loaf (avaraçılıq); one (bir) – won (qalib gəldi); I (mən) – eye (göz); your (sizin) – yaw (atın çapması) – yore (qədim zamanlarda) və s. (8).

       Rus dilçiliyində omonimlərin təsnifi professor A.İ.Smirnitski tərəfindən ingilis dili materialı əsasında işlənib hazırlanmışdır. Onun təsnifinə görə  “sözlərin ayrı-ayrı formaları yox, bütün formalar sistemi omonim olduqda tam leksik omonimlər yara­nır. Həm də omonim məhz qrammatik cəhətdən oxşar formalar arasında müşahidə olunur” (3,56).

          Bir müddətdən sonra V.V.Vinoqradov müasir rus dilçiliyində omonimlərin təsnifini verməklə A.İ.Smirnitskinin bəzi fikirlərini tənqid etdi (2,14). Təbii ki, V.V.Vinoqradov öz təsnifini rus dili faktlarına əsasən aparmışdır. Bu təsnifi isə kortəbii şəkildə ingilis dilinin omonimlərinə tətbiq etmək olmazdı. V.V.Vinoqra­do­vun irəli sürdüyü fikir belədir: “Yalnız elə leksik vahidlər omonim adlana bilər ki, onlar bütün qrammatik formalarında səslənməsinə görə uyğun olsunlar” (2, s.12).

          Omonimləri təsnif edərkən sözlərin səslənmə və yazılış eyniliyi, məna müxtəlifliyi və nitq hissələrinə mənsubiyyəti əsas götürülməlidir. Eyni zamanda dil vahidlərinin omonimik səciyyəsi, omonim vahidlərin tamlıq dərəcəsi, onların mənşə və mənbələri, morfoloji quruluşları və mənaları da nəzərə alınmalıdır. Bütün bunları nəzərə alaraq omonimlərin bölgüsünə nəzər salaq.

Dil vahidlərinin omonimlik xarakterinə görə. Bu prinsipə görə omonimlərin aşağıdakı növlərini göstərmək olar: omonim morfemlər; omonim sözlər; omonim birləşmələr; omonim cümlələr; qarıçıq omonimlər; şəkilçi ilə sözün omonimliyi; sözlə söz birləşməsinin omonimliyi; söz birləşməsi ilə cümlənin omonimliyi.

Qrammatik formaların uyğunluğuna görə omonimləri iki yerə ayırmaq olar.  Müasir ingilis dilində  bu bölgüyə əsasən omonimlərin təsnifini sinxron planda  aşağıdakı kimi  təsvir etmək olar : tam və natamam.

Tam omonimlər eyni nitq hissəsinə aid olub bütün formalarında bir-birinin tam eynini təşkil edən omonimlərdir. Məsələn, goose (qaz) – goose (dərzi ütüsü); run (idarə etmək) – run (qaçmaq); too (həddindən artıq) – too (həmçinin) və s.

                Omonimlərin təsnifatı zamanı omonimik formaların müqayisə olunan para­diqmalarda hansı “xüsusi çəkiyə” malik olmalarını bilmək lazımdır. Təsadüfi deyil ki, bütün tədqiqat işlərində tam və natamam omonimlər haqqında məlumat verilir (2; 3; ). Bu zaman tədqiqatçılar onların yalnız kəmiyyətini nəzərə alırlar.

          Əgər sözlər bütün formalarında omonimlik təşkil etmirlərsə, onda söz forma­la­rının yarısının həmahəng olmasını fərqləndirici amil hesab etmək olar. Sözün for­malarının yarısının və ya əksər hissəsinin bir-birinə uyğun gəlməsi tam omonimiya adlanır. Sözün formalarının az bir qismi uyğun gəlirsə bu, natamam omonimiyadır.

                V.V.Vinoqradov natamam omonimləri öz təsnifinə daxil edir. Bununla bərabər, o, hər iki paradiqmada (keçid və qarışıq proseslərin) ayrı-ayrı formalarını yox, onların əksər hissəsinin uyğun gəldiyi halları natamam omonimiyaya aid edir (2, s.12).

          A.İ.Smirnitski də tam və natamam omonimlər arasındakı fərqi göstərir, lakin o, səslənməsinə görə uyğun gələn sözlərin yalnız bəzilərini natamam omonimlərə aid edirdi (3, 92):

lie (uzanmaq) – lie (yalan demək); lies (uzanır) – lies (yalan deyir); lying     (uzanan) – lying (yalan deyən).

Hər paradiqmada üç dənə olmaqla altı söz forması omonimdir: light (işıq) – light (yüngül);    found (təməlini qoymaq) – found (tapdı).

Hər iki cütlükdə ayrı-ayrı formalar omonimdir. V.V.Vinoqradov bunu omofon (2,15), A.İ.Smirnitski isə leksik-qrammatik omonim adlandırır (3, 57). Bununla bərabər, o hesab edir ki, əgər eyni nitq hissəsinə aid olan sözlər bir-birinə uyğun gəlirsə, onda bu sadə leksik-qrammatik omonimlərdir. Məsələn,

         find (tapmaq)  - found (təməlini qoymaq);  finds  -  foundsfound    -   founded  - finding   -     founding .            

                Əgər sözlər bir tərəfdən fel sisteminə, digər tərəfdən isə isim sisteminə aiddirsə və bununla bərabər ös əsas formalarında uyğun gəlirsə, demək onlar xəbər formasının indiki zamanında III şəxsin tək və cəm halında, eyni zamanda, əgər varsa, ismin yiyəlik halında da uyğun gəlir. Məsələn,

bear (daşımaq, dözmək) – bear (ayı),     bears (daşıyır) – bears (ayılar).

         Göründüyü kimi, felin iki forması omonimlik təşkil edir, bu da paradiqmadakı bütün söz formalarının 40 faizini təşkil edir. Digər tərəfdən isə ismin bütün formaları omonim olur.

Natamam omonimlərmüxtəlif nitq hissələrinə aid olub, köklərinə görə tam uyğun, sonradan qəbul etdikləri formal əlamətlərə görə isə fərqlidirlər. Məsələn, spring (bahar) – spring (tullanmaq); board (lövhə) – board (yeri döşəmək); father (ata) – father (törətmək) və s.

                Omonimləri yaranma yollarına görə aşağıdakı kimi qruplaşdırmaq olar:          Mənşəyinə görə. Omonimlər mənşəyinə görə iki yerə bölünür: 1) bir kökdən əmələ gələnlər; 2) müxtəlif  kökdən əmələ gələnlər.

          Bir kökdən əmələ gələn omonimlərə etimoloji-semantik omonimlər, müxtəlif kökdən əmələ gələn omonimlərə tarixi omonimlər deyilir. Etimoloji omonimlər müxtəlif mənşəli olub, tarixən fonetik dəyişməyə uğrayaraq tələffüzcə eyniləşən, eləcə də qrafik cəhətdən eyni olan omonimlərdir. Məsələn, cotton (pambıq) – cotton (razılaşmaq); toast (qızartmaq) – toast (sağlıq demək).

           Semantik omonimlər bir sözün bir və ya iki mənasının əsas mənadan ayrılaraq müstəqil məna ayrılığına malik olması nəticəsində əmələ gəlir. Məsələn, wage (zəhmət haqqı) – wage (döyüşə çağırış); trust (inam, etibar) – trust (etibar etmək); kind (cins, növ) – kind (mehriban) və s.

Yaranma yollarına görə. Omonimlər yaranma yollarına görə iki yerə bölünürlər: 1) dilin daxili imkanları hesabına yarananlar: long (uzun) – long (asta, darıxdırıcı) – long (darıxmaq); miss (ötürmək) – miss (darıxmaq) və s. 2) başqa dillərdən alınma sözlər hesabına yarananlar: staff (taxta, çomaq) – staff (heyət); iron (ütü) – iron (zəncir, qandal); air (nəğmə) – air (hava) və s.

                Quruluşuna görə isə omonimlər aşağıdakı  bölgülərinə  görə fərqlənir:          Onlar quruluşuna görə üç yerə bölünür: sadə, düzəltmə və mürəkkəb  omonimlər. Sadə omonimlər həm fonetik amillər nəticəsində, həm də bir sözün mənaca obyektiv şəkildə inkişaf etməsi nəticəsində yaranır. Bunlar dilin öz sözləri, həm də alınma sözlərdən ibarətdir. Məsələn, iron (ütü) – iron (dəmir) – iron (qandal) və s.

            Düzəltmə omonimlər etimoloji cəhətdən bir-biri ilə əlaqəli olan və eləcə də olmayan sözlərdən şəkilçilər vasitəsilə əmələ gəlir. Düzəltmə omonimləri müəyyən etmək nisbətən asandır, çünki onlar diqqətli tarixi araşdırmalar tələb etmir. Onlar sözyaratma prosesi nəticəsində əmələ gəlir. Məsələn, earnest (beh) – earnest (ciddi);  irons (ütülər) - irons (müxtəlif dəmirlər).

         Mürəkkəb omonimlər sadə və düzəltmə omonimlərə nisbətən sayca azdır və onlar daha çox termin kimi işlənir.

Mənalarına görə omonimlərin təsnifi.

        Natamam omonimlər  öz növbəsində leksik və leksik-qrammatik omonimlərə ayrılırlar. Natamam leksik omonimlər qrammatik cəhətdən oxşar, əksər formalarında üst-üstə düşən sözlərdir. Məsələn,

lie (uzanmaq)  -  lie (yalan danışmaq); lies  -  lies; lying    -  lying; lay   -  lied; lain   -  lied; piece (tikə)   və   peace (sülh);                

                Natamam leksik-qrammatik omonimlər qrammatik cəhətdən fərqli, əksər formalarında isə uyğun olan sözlərdir. Məsələn,

witch (cadugər) -which (hansı);arm (qol)  -   arm (silahlanmaq); arm - arms;

                Müasir ingilis dilində omonimlərin təsnifini sinxron planda  təsvir etsək  görərik ki, qismi omonimlər adlanan bölmə də vardır.Bu bölmə öz növbəsində yenə də leksik və leksik-qrammatik omonimlərə ayrılır.

                Qismi leksik omonimlərin qrammatik cəhətdən oxşar formaları qismən (az hissəsi) üst-üstə düşür. Məsələn,

found1(təməlini qoymaq)  -   find (tapmaq);  founds -  finds; founding -   finding; founded-   found2; can (konservləşdirmək) - can (bacarmaq);  could ; canned

          Qismi leksik-qrammatik omonimlər qrammatik cəhətdən fərqli olaraq qismən (az hissəsi) üst-üstə düşürlər. Məsələn,

blue1 (mavi)     -     blow(üfürmək)  ;              maid1 (qız)   - make (etmək)

bluer                      blows  maids              makes 

bluest                     blowing                              making

                               blew2made2;

                               blown;

nose (burun)     -     know (bilmək)                      week (həftə) - weak (zəif)

noses                       knows                                    weeks              weaker   

                                knew                                      weakest

                                known

                                knowing;

          Misallardan göründüyü kimi, sözlərin bir-biri ilə omonimliyi müxtəlif leksik-qrammatik formalara uyğundur. Bu qrammatik formalar yalnız bəzi məqamlarında omonimlik yarada bilirlər (bu məqamlar 1, 2 rəqəmləri ilə işarə edilib). 

 

Ədəbiyyat:

  1. Амосова Н.Н. Этимологические основы словарного состава современного английского языка, М., 1956, 219 c.
  2. Виноградов В.В. О грамматической  омонимии в современном языке (1940)//Виноградов В.В. избранные труды, Исследования по русской грамматике, Мю, Наука, 1975. с.13-32
  3. Смирнитски А.И. Лексикология  английского языка, М., 1956, 260 с.
  4. Everyman`s English Dictionary by D.C.Browning. London, 1962.
  5. Branys E. Homonym Substantive in Neunglischen, Postberg, 1938.
  6. Bridges R. On English Homonyms, Oxford, 1950.
  7. James A.H. Murray, HenryBradley, W.A.Kraigie, C.T.Onions. The Oxford English Dictionary on Historical Principles, Oxford, 1933.
  8. Menner R.J. The Conflict of  Homonyms in English, “Language”, 1936.
  9.  Ogatto H., Inglott R. A Dictionary  of  English Homonyms, Pronouncing and  Explanatory,Тokyo, 1943.
  10.  Skeat W.W. F Concise Etymological Dictionary of the English Language, Oxford, 1963, 780 p.

Açar sözlər: omonim, etimologiya, çoxmənalı sözlər, substantivləşmə, evfemizm

Key words: homonym, etimology, polysemy, substutivized, euphemizm

Ключевые  слова: омоним, этимология,многозначные слова, substuntion, эвфемизм

 

Summary

Full or   Perfect  and  Partial Homonyms  in English

                The article deals with full and partial homonyms. There two types of ho-monyms in English. Full or  perfect homonyms are words, which represent the same category of parts of speech  and  have the same paradigm. They are  such words identical both in spelling and sound form, but different in meaning . 

                But  partial homonyms  are  subdivided  into three groups. This classification  of homonyms  are given by prof.A.I.Smirnitsky.They may  be classified by the type of meaning into lexical, lexico-grammatical and grammatical homonyms. Lexical homonyms differ  only  in lexical  meanings. Lexico-grammatical  homonyms  differ both  in lexical and in grammatical meanings, They either belong to different parts of speech or present grammatical forms of different words.

                All the types of homonyms are based on the language materials.

 

Резюме

Полныеилисовершенные и частичныеомонимыванглийскомязыке

В статье рассматриваются полные и частичные омонимы. Существует два типа омонимов в английском языке. Полные или совершенные омонимы - это слова, которые представляют одну и ту же категорию частей речи и имеют одну и ту же парадигму. Это такие слова, которые идентичны как в написании, так и в звуковой форме, но различны по смыслу. Но частичные омонимы подразделяются на три группы. Этаклассификация омонимов в первые было предложено профессором А.И. Смирницким. Их можно классифицировать по типу значения в лексические, лексико-грам­матические и грамматические омонимы. Лексические омонимы отличаются только лекси­чес­кими значениями. Лексико-грамматические омонимы разли­чают­ся как в лекси­ческом, так и в грамматическом значении. Они либо при­надлежат к разным частям речи, либо представляют грамматические формы разных слов. Все типы омонимов основаны на языковых материалах.

 

 

Rəyçi – f.e.d., prof.  Hacıyeva Əzizə Hüseyn qızı


Məhbubə Qurbanova

XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCAN DİLİNİN LÜĞƏT

TƏRKİBİ HAQQINDA QEYDLƏR

Azərbaycan dili türk dilləri ailəsinin oğuz-səlcuq yarımqrupunda mərkəzi mövqe tutan, möhkəm zəmin və geniş nüfuz dairəsinə malik olan bir dildir.

                Azərbaycan dili leksikasının əsasını türk mənşəli sözlər təşkil edir. Lakin bununla yanaşı, dilimizdə xeyli miqdarda alınma sözlər təbəqəsi də mövcuddur. Buraya, əsasən, ərəb-fars, həmçinin monqol mənşəli sözlər, eyni zamanda rus dili və Avropa dillərinə aid sözlər daxildir (4, s. 444). 

Azərbaycan ədəbi dilinin lüğət tərkibinin inkişafında ictimai-siyasi hadisələrin təsiri böyükdür. Belə ki, cəmiyyətin iqtisadi, siyasi, ictimai-mədəni həyatındakı inkişafla əlaqədar olaraq dilin leksik potensialının zənginləşməsinə real zəmin yaranır. Dilin yeni sözlərlə zənginləşməsi və mövcud mənalarının dəyişilməsi ictimai həyatda və ictimai fikirdə yaranan yeni inkişafla əlaqədardır. Yəni dilin lüğət tərkibi tələbatla bağlı müxtəlif dəyişikliklərə məruz qalır. Odur ki, ədəbi dilin lüğət tərkibinin tərcümə hesabına zənginləşməsi milli dil əlaqələri  zəminində mühüm istiqamətlərdən biri hesab olunur. Zənginləşmə elə bir prosesdir ki, burada lüğət tərkibinin diaxron mənzərəsi açılır, tarixi-mədəni inkişafın dildə faktlaşma üsulları meydana çıxır. Ona görə də dilin lüğət tərkibinin zənginləşməsində əsas mənbə dilin daxili imkanlarıdır (7).

Müasir dövrdə ciddi zərurət yaradan problemlərdən biri də dilimizin zəngin və rəngarəng olan lüğət tərkibinin araşdırılmasıdır. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında hazırlanmış Dövlət Proqramının qarşısında dayanan əsas vəzifələrdən biri də “Azərbaycan dilinin lüğət tərkibinin və qrammatik normalarının sistemləşdirilməsi” dir. Məlum olduğu kimi, dilin ən çox dəyişikliyə uğrayan hissəsi onun lüğət tərki­bidir. Bu, təbiidir, ona görə ki, cəmiyyətin arasıkəsilməz iqtisadi-siyasi, elmi-mədəni inkişafı prosesində müəyyən tələbatlar əsasında meydana gələn hər bir söz və ifadə dilin lüğət tərkibindəki sözlər cərgəsində özünə yer tutaraq, digər lüğəvi ünsürlərlə birgə fəaliyyətdə olur.

                Belə mürəkkəb proseslərin müxtəlif sahələri ilə bağlı linqvistik mövqedən tədqiq olunası onlarla elmi-nəzəri məsələ və mövzu meydana gələrək, diqqət və nəzərləri cəlb edir. Elə buna görə də dilin lüğət tərkibinə dair çoxsaylı problemlər heç vaxt dilçiliyin tədqiqat gündəliyindən tamamilə çıxmır (5, s. 65).

                Hər bir dilin ilk yaranış dövründə onun söz ehtiyatı və lüğət tərkibi o qədər də zəngin olmur. Lüğət tərkibinin zəngin olmaması, onun kasıblığı xalqın hərtərəfli inkişaf tarixi ilə bağlı olaraq, tədricən zənginləşmə prosesi ilə əvəz olunur.

                Lakin hər bir dilin lüğət tərkibi öz inkişafı yolunda müəyyən mərhələlər  və dövrlər keçirir. Bu mərhələ və dövrlər arasında dilin lüğət tərkibi müəyyən dərəcədə inkişaf prosesinə malik olur. Bu cür inkişaf prosesinin nəticəsi olaraq hər hansı bir dilin lüğət tərkibində baş verən dəyişikliklər müxtəlif tipli olur. Xalqın həyatının inkişafında baş verən dəyişikliklər ilk növbədə öz əksini dilin leksikasında – dilin lüğət tərkibində əks etdirir. Bunun nəticəsində dilə təzə-təzə sözlər gəlir. Həmin yeni sözlərin bir hissəsi dilin daxili qayda-qanunları əsasında əmələ gəlir. Və təbii ki, belə sözlər ümumünsiyyət bazasına daxil olmazsa, əks təqdirdə o, heç kəs tərəfindən anlaşıla bilməz.

                Dildə yeni sözlərin işlənmə dərəcəsi eyni səviyyədə olmur və bunlar dilin zənginləşməsinə və inkişafına heç də eyni dərəcədə təsir göstərə bilmir. Buna görə də yaranan təzə sözlərin bir qismi dilin zənginləşməsində müəyyən dərəcədə rol oynasa da, digər qismi, yəni dilin özünün daxili qayda-qanunlarına uyğun gəlməyənlər dilin inkişafına bəlkə də maneçilik törədir.

                Azərbaycan ədəbi dilinin inkişafında alınma sözlərin müstəsna əhəmiyyəti olsa da, birinci yerdə, təbii ki, dilin öz daxili imkanları hesabına yaranan sözlər və ifadələr durur. Daxili imkanlar əsasında yaranan sözlər isə bilavasitə ictimai-siyasi inkişafla, elmi-texniki tərəqqi ilə, həmçinin mədəniyyət və məişətin, texnikanın yüksəliş səviyyəsi ilə bağlıdır. Lakin bu yolla yaranan sözlərin heç də hamısı dilin inkişafına və zənginləşməsinə eyni dərəcədə təsir göstərə bilmir. Xüsusən, XX əsrin əvvəllərində, daha doğrusu, Azərbaycan Demokratik Respublikası və ondan sonra Sovet hakimiyyətinin ilk dövrlərində dilin daxili imkanları hesabına yaranmış bir sıra sözlər vətəndaşlıq hüququ qazana bilməmiş və unudulub getmişdir.

                XX əsr bütün dünyada ictimai-siyasi həyatda baş verən böyük çevrilişlərlə, dəyişmələrlə xatırlanır. Dünyanın sosialist və kapitalist düşərgələrinə ayrılması, yenidən vahid istiqamətdə inkişafa qayıdış, informasiya texnologiyasının sıçrayışlı inkişafı nəticəsində informasiyanın qəbulu və ötürülməsinin yeni yollarının əmələ gəlməsi dilə xüsusi təsir göstərmişdir. Bu təsirlər Azərbaycan dilindən nəinki yan keçməmiş, bu dilin lüğət tərkibinə də təsir göstərərək onda dərin izlər buraxmışdır. Qeyd olunduğu kimi, bu reaksiyalar ilk növbədə leksik sistemdə öz təzahürünü tapır. Leksik sistem açıq bir sistemdir. Bura yeni sözlər daxil olur, köhnəlmiş sözlər isə ümumişlək leksik qatdan çıxır.

Azərbaycan ədəbi dilinin tarixində XX əsrin əvvəlləri ən mürəkkəb bir dövrdür. Çünki bu illərdə ictimai-siyasi həyatda müxtəlif dil-üslub təmayüllərinin geniş fəaliyyəti üçün şərait var idi; ədəbi norma müzakirələrin gedişində müəyyənləşirdi, XX əsrin əvvəllərinə aid mübahisələr davam edirdi. Lüğət tərkibinin bu dövrdəki inkişafı, mahiyyəti etibarilə, mürəkkəb hadisədir – burada həm ədəbi dilin struktur-funksional təkamülü, həm də ictimai idrakın tərəqqisi ehtiva olunur. Odur ki, lüğət tərkibi eyni zamanda həm linqvistik, həm də fəlsəfi-psixoloji məzmunda dərk edilir.

Xüsusilə, oktyabr inqilabından sonra ölkədə baş verən ciddi sosial dəyişikliklər milli dillərin inkişafına, xüsusən geniş vüsətli dil quruculuğu işlərinə çox güclü təsir göstərdi. Ədəbi dilin bütün sahələri və şaxələr üzrə yenidən qurulması uğrunda ciddi və mürəkkəb mübarizə aparılırdı. XX əsrin əvvəllərində ədəbi dilə münasibətdə ziyalılar arasında vahid mövqe, vahid meyil olmadığı kimi, inqilabdan sonrakı ilk dövrdə də üslub pərakəndəliyi davam edirdi. Ədəbi dildə XX əsrə qədər kök salmış ərəb-fars elementləri, XX əsrin ilk onilliklərində meydana çıxmış türkizmlər bu dövrdə birbiri ilə çulğalaşmış şəkildə işlədilirdi.

20-ci illərdə Azərbaycan ədəbi dilini səciyyələndirən əsas xüsusiyyətlərdən biri lüğət tərkibində bir sıra ərəb-fars, türk (osmanlı) və rus mənşəli sözlərin vahid normaya uyğun işlədilməməsi idi. Bununla yanaşı, sosializm quruculuğu ilə əlaqədar baş verən ictimai proseslərə dair yeni sözlərin dilə daxil olması, daxili imkanlar əsasında yeni leksik vahidlərin yaranması və s. də bir proses kimi güclənməkdə idi.

                Bəşəriyyətdə qapalı şəkildə mövcud olan dil, demək olar ki, yoxdur. Elə dillər var ki, tayfa, qəbilə, qrup dili və ünsiyyət vasitəsi kimi fəaliyyət göstərir. Lakin bunlar da tədricən digər mədəniyyətlərə yaxınlaşdıqca həmin dillərdə də alınma sözlər ən çox ksenomaniya formasında sabitləşir. Daxili imkanları geniş olan dillərdə alınmalar 2 müstəvidə mənimsənilir:

1. Utilitarizm: burada başqa dilin vahidi milli dilin köhnəlmiş sözü ilə əvəzlənir. Buraya ana dilimizdə olan “olay” (hadisə), “durum” (vəziyyət), “uğur” (müvəffəqiyyət), “dəstək” (müdafiə) və s. sözləri nümunə kimi verə bilərik.

                Yeri gəlmişkən, Azərbaycan dili ümumtürk bazasından qaynaqlandığı üçün, həm də ortaq türk dilində olan, lakin dilimizdə arxaikləşmiş hesab olunan dil vahidlərinin aktivləşməsini xüsusi olaraq qeyd etməliyik.

                Utilitarizm yolu ilə alınma dil vahidlərinə münasibət ədəbi dilin və danışıq dilinin qarşılıqlı şəkildə mövcudluğunu sübut edir. Burada alınma sözlərə münasibət zamanı məhz danışıq dilində, bəzi hallarda dialekt və şivələrdə qorunub saxlanan milli və ya milliləşmiş arxaik sözlərin aktivləşməsini müşahidə edirik.

2. Purizm: bu üsulla alınma sözlərə münasibət daha çox dilin öz daxili imkanlarına söykənir. Bu, müxtəlif mənalarda həm də “sözqondarma” və ya “sözyaratma özfəaliyyəti” kimi anlaşılır.

Ümumiyyətlə, götürdükdə, əsrin əvvəllərində, xüsusilə 20-ci illərdə purizm Azərbaycan dili üçün müsbət rol oynamışdır; ana dilinin nəinki konkret milli materialla zənginləşməsi, hətta bu istiqamətdə xüsusi söz yaradıcılığı prinsiplərinin müəyyənləşdirilməsi baxımından purizmin əhəmiyyəti böyükdür.

XX əsrin əvvəllərində puristlər tərəfindən bir sıra qondarma və uydurma sözlər də düzəldilmişdir ki, bunlar sonralar zamanın sınağından çıxa bilmədi və yaşamaq imkanını itirdi. Ə.Şıxlinski, Ü.Hacıbəyli və bir sıra digər ziyalılarımız daha çox bu üsulla rus və Avropa dillərindən gələn bir sıra sözlərin əvəzlənməsinə üstünlük verirdilər. Məsələn, Ə. Şıxlinskinin «Döyüş sözlüyü» adlı lüğətində salıq, toqunaq, üstünc, yənəldici, cızğıc, kandırğac, bilməksiniz, düşünməksiniz, görüntü, öndül, tasarlayış və s. kimi sözlər vardır ki, sonralar onların heç biri lüğət tərkibinə daxil ola bilmədi. Həmin yolla düzələn bu tip başqa sözlər də dilimizin lüğət tərkibində yer ala bilmədi:  coğrafiya – yerbil, astronomiya – göybil, petrologiya – daşbil, vertolyot – dikuçan, fortoçka – yelçəkən, hidrologiya – subilik və s.

                Bu sözlərin bəziləri o zamankı lüğətlərdə öz əksini tapmış, lakin işləklik qazana bilməmişdir. Prof. A.Qurbanov Azərbaycan ədəbi dilində sözyaratmadan danışarkən bu sahəni daha çox derivatologiyaya aid edir (5, s. 426).

                Qeyd etmək istəyirik ki, purizm yolu ilə sözyaratma hələ də dilçilik ədəbiyyatında öz əksini tapmadığından, bu sahədə müəyyən qədər yanlışlıq var. Təbii ki, purizm yolu ilə sözyaratma sosiolinqvistik prosesdir, onu yalnız semantik yola aid etmək doğru olmazdı.

                Öz dilimizə aid sözlərdən o zamana qədər işlənməyən yeni sözlər, adlar – xüsusi isimlər yaradan böyük yazıçı-dramaturq C.Cabbarlının bu sahədə xidmətləri danılmazdır. XX əsrin əvvəllərindən bu günə qədər bir çox azərbaycan vətəndaşları öz övladlarına böyük yazıçımızın yaratdığı adları verir. Nümunə üçün belə adlardan bəzilərini nəzərə çatdırmağı lazım bilirik: Sevil, Gündüz, Gülüş, Gültəkin, Gülarə, Dilarə, Gülər, Yaşar, Dönüş, Aydın, Oqtay, Aqşin, Solmaz və s.

                XX əsrin əvvəllərində Azərbaycan ədəbi dilində osmanlı türkcəsinə məxsus bir sıra sözlər də işlənirdi. Ərəb-fars mənşəli sözlər kimi, türk dili elementlərinin Azərbaycan dilinin lüğət tərkibinə daxil olması inqilabdan əvvəlki dövr ədəbi dilindən qalmış miras idi. Həmin dövrdə türk ədəbi mühitinin Azərbaycan ziyalılarına təsiri onların dilində özünü xüsusi şəkildə göstərirdi. Bu təsir altında türk dili elementləri bəzi ziyalıların dilində geniş işləklik qazanmışdı. Bu elementlər XX əsrin birinci rübündə Azərbaycanda nəşr olunmuş “Füyuzat” və “Şəlalə” kimi jurnalların dilində daha çox idi. Ancaq böyük sənətkarlar: C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, M.S.Ordubadi, N.Nərimanov, Ü.Hacıbəyov öz ana dillərini incəliklərinə qədər öyrənib təbliğ etdilər, eyni zamanda axıra qədər doğma dillərinin saflığı uğrunda mübarizə apardılar, onu hər cür yad ünsürlərdən qorudular.

                Ü.Hacıbəyov məqalələrindən birində Azərbaycan dilinin söz ehtiyatına dərindən bələd olmağı ən ümdə vəzifələrdən sayırdı. “Öz sözümüzdə ifadəsi imkan daxilində olan təbiri ərəb və ya fars kəlaməti vasitəsilə istemal etməyimizin heç bir mənası olmasın gərək”- deyən ədib dilin əhəmiyyətini, xalqın mədəni inkişafında göstərdiyi müsbət təsiri elmi cəhətdən olduqca aydın izah edirdi (1, s. 276).

                XX əsrdə yaşayıb-yaradan söz ustaları: M.Cəlil, C.Cabbarlı, M.S.Ordubadi, A.Şaiq və başqaları da dilimizin zənginləşməsində rus dilinin müsbət təsirini qeyd etmişlər. O dövrdə rus dili ilə paralel şəkildə Azərbaycan ədəbi dilində Türkiyə türkcəsi sözlərinə meyil bir sıra ideya-mədəni və sosial-linqvistik səbəblərdən yaranırdı. XX əsrin əvvəllərində, xüsusən, romantik yazıçılar olan H.Cavid, A.Şaiq və başqaları Osmanlı ədəbiyyatının və dilinin Azərbaycanda təbliği sahəsində çox mühüm işlər görmüşlər. XX əsrin əvvəllərində, daha dəqiq desək, 1918-ci ildə Azərbaycana yardım məqsədilə gələn türk ordusu ölkədə türkçülüyün nüfuzunu artırmış, vətənə dönməyib Azərbaycanda qalmış türk zabitləri bizim əsgərlərimizlə ünsiyyətdə olaraq türk dilinin inkişaf edərək yayılmasına şərait yaratmışlar.

                20-ci illərdə orta məktəblərdə və yenicə təsis edilmiş Azərbaycan Dövlət Universitetində müxtəlif fənlərin tədrisi üçün milli kadrlar, müəllimlər çatışmadığına görə Türkiyədən müəllimlər dəvət olunurdu ki, bu da təhsil və tədris işinə öz təsirini göstərirdi.

                Görkəmli ədəbiyyatşünas F.Köçərli Abdulla Şaiqə ünvanladığı məktubunda o zamankı mətbuat dilinin pis vəziyyətdə olduğu barədə yazırdı: “Fars və ərəbə meyil və rəğbətimiz o dərəcədə çox olubdur ki, öz dilimizdə olan sözəri atıb əvəzinə əcnəbi dillərin qəliz ibarələrini və sözlərini götürmüşük. Bizim qəzetlərdə çap olunan məqalələrdə teleqram tərcümələri, hətta elanlar o qədər dolaşıq və çətin dildə yazılır ki, oxuyanlar başa düşmürlər” (3, s.85).

                Digər mətbuat orqanlarından fərqli olaraq, xalqa daha yaxın olan Molla Nəsrəddin jurnalının mövqeyi düzgün idi və dilimizi türkləşdirmək, farslaşdırmaq istəyən ziyalılara qarşı mübarizə aparırdı. Təsadüfi deyil ki, Mirzə Cəlilin hekayə, felyeton və məqalələrinin bəziləri bu mövzuya həsr olunmuşdu.

                Göründüyü kimi, 20-ci əsrin əvvəllərində Azərbaycan dilinin lüğət tərkibinə 3 istiqamətdə sözlər daxil olmaqda idi:

1)            Ərəb-fars dillərindən

2)            Rus dili və rus dili vasitəsilə Avropa dillərindən

3)            Türkiyə türkcəsindən

Azərbaycan dilinə kənardan, başqa xalqların dillərindən gətirilən söz və ya anlayışlar ilk dəfə mətbuatda gözə görünməyə başlayır. Bir müddət keçəndən sonra gəlmə sözlər tədricən ədəbi dilə və nəhayət, ümumxalq dilinə yayılır.

Müxtəlif mənbələrdə, rəsmi dövlət sənədlərində, mətbuatda rastlaşdığımız əcnəbi sözlərin öz doğma dilimizdə qarşılığı axtarılmadan, cüzi fonetik dəyişiklik edilərək olduğu kimi dilin lüğət tərkibinə gətirilməsi çox təhlükəli haldır. Əgər bu cür sözlərin dilimizdə qarşılığı yoxdursa, həmin anlayışlar kalka yolu ilə tərcümə olunmalı və ya dilin daxili imkanlarından istifadə edərək sintaktik üsulla yeni sözlər yaratmağa cəhd edilməlidir.

Dünya dəyişib inkişaf etdiyi kimi, dil də, dilin lüğət tərkibi də dəyişir, dilə yeni sözlər daxil olur.

Qloballaşma və inteqrasiyanın böyük vüsət aldığı bir dövrdə dünyanın müxtəlif yerlərində yaşayan xalqlar arasında əlaqələr inkişaf edir. Bir dövlət digər bir dövlətlə iqtisadi, siyasi və mədəni əlaqə və əməkdaşlıq yaradır, müxtəlif istiqamətlərdə müqa­vilələr, sazişlər bağlayır. Elmi-texniki tərəqqidə yeni uğurlar, modern avadan­lıqlar və əşyaların adları, müxtəlif elmlərlə bağlı anlayışların adlandırılmasında beynəlxalq dillər böyük rol oynayır və nəticədə yeni sözlər, terminlərin sayı sürətlə artır, dilin lüğət tərkibi də dəyişir, inkişaf edir.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

  1. Abasov A. Yazıçı Üzeyir bəy Hacıbəyov.Bakı: “Elm və təhsil”,  2013
  2. Azərbaycan dilçiliyi problemləri. I c, Bakı, 2004
  3. Xudiyev N. Azərbaycan ədəbi dilinin sovet dövrü. Bakı: “Maarif”, 1989
  4. Qurbanov A. Ümumi dilçilik. I c. Bakı: “Maarif”, 1989
  5. Qurbanov A. Müasir Azərbaycan ədəbi dili. I c., Bakı: ”Nurlan”, 2003
  6. Rəcəbov Ə. Dilçilik tarixi. II c., Bakı: “Nurlan”, 2006
  7. Sadıqova S. Azərbaycan dilinin lüğət tərkibinin zənginləşməsində tərcümənin rolu / www.translit.az/ANA%20SEHIFE/ana%20sehife-2.htm

 

XÜLASƏ

Məqalə XX əsrin əvvəllərində Azərbaycan ədəbi dilinin lüğət tərkibinin öyrənilməsinə həsr olunub. Xüsusilə burada Azərbaycan dilinin lüğət tərkibinin mən­şəcə xüsusiyyətləri haqqında geniş məlumat verilir. Dilin lüğət tərkibinin dəyişmə­sinə və formalaşmasına, ümumilikdə, leksik normanın sabitləşməsinə təsir göstərən amillər ətraflı izah olunur. Lüğət tərkibində yer alan ərəb-fars, rus-Avropa mənşəli leksik vahidlərlə yanaşı, o dövrdə dilimizə daxil olan türkizmlərin dilimizdəki taleyi haqqında da məlumat verilir. Qeyd edilir ki, lüğət tərkibinin bu dövdəki inkişafı, mahiyyəti etibarilə, mürəkkəb hadisədir – burada həm ədəbi dilin struktur-funksional təkamülü, həm də ictimai idrakın tərəqqisi ehtiva olunur. Odur ki, lüğət tərkibi eyni zamanda həm linqvistik, həm də fəlsəfi-psixoloji məzmunda dərk edilir. Həmçinin o dönəmdə həyata keçirilən özləşmə meyillərindən, xüsusən purizm hərəkatının əhəmiy­yətindən söz açılır. Ədəbi dilin lüğət tərkibinin zənginləşməsində görkəmli alim və yazıçıların roluna da toxunulur. Məqalədə mövzu üzrə müvafiq elmi ədəbiyyatlara istinad olunur.

Açar sözlər: Azərbaycan dili, XX əsrin əvvəlləri, lüğət tərkibi, söz yaradıcılığı, yeni sözlər, purizm, milli və əcnəbi mənbələr.

РЕЗЮМЕ

Статья посвящена изучению лексического состава азербайджанского литературного языка в начале XX века. Особенно здесь представлена ​​обширная информация об особенностях происхождения словарного запаса азербайджан­ского языка. Факторы, влияющие на изменение и формирование лексического состава языка, в целом, на стабилизацию лексической нормы, подробно объясняются в этой статье. Нам предоставляется информация о судьбе туркизмов, которая была включена на наши языки в то время, наряду с арабско-персидскими и русско-европейскими лексическими единицами в этой статье. Отмечается, что развитие словарного состава нашего языка - это сложное событие по существу - здесь структурная и функциональная эволюция литературного языка и прогресс общественного восприятия. Поэтому компо­зиция лексики понимается одновременно как в лингвистическом, так и в философско-психологическом отношении. В этой статье также упоминается отношение притяжения, выполненное в то время, в частности, важность движения пуризма. Здесь упоминается о роли выдающихся ученых и писателей в обогащении словарного состава нашего литературного языка. Это относится к соответствующей научной литературе по этому вопросу в этой статье.

Ключевые слова: азербайджанский язык, начало двадцатого века, содержание словаря, создание слова, новые слова, пуризм, национальные и зарубежные источники.

 

SUMMARY

The article is dedicated to studying the vocabulary composition of Azerbaijani literary language at the beginning of XX century. Especially here, the  extensive information is provided about the origin  features of the vocabulary composition of the Azerbaijani language. Factors, affecting to the changing and shaping the vocabulary composition of the language,  in general,  to the stabilization of the lexical norm, are explained in detail in this article. We are provided the information  about the fate of  the turkisms which was included to our languages at that time, along with the Arabic-Persian and Russian-European lexical units in this article. It is noted that, the development of the vocabulary composition of of our language is the complicated event in essence –the structural and functional evolution of literary language and the progress of public perception includes here. Therefore, vocabulary composition is understood both in the linguistic and the   philosophical-psychological content at the same time. The attitudes of attraction carried out at that time,  in particular, the importance of the purism movement is olso mentioned in the article. Here is mentioned about the role of prominent scientists and writers  In the enrichment of the vocabulary composition of our literary language. It was referring to relevant scientific literature on the subject in this article.

Key words:the Azerbaijani language, the beginning of the twentieth century,   dictionary content, word creativity, new words, purism, national and foreign sources.

 

RƏYÇİ: prof.L.ƏHMƏDOVA

 


Qafarova Tamilla Fərman

İNKİŞAF ETMİŞ FÖRS İDEYASİ  VƏ  DİLİN ƏLAQƏLİ NƏZƏRİYYƏSİ

 

Dilçilik, dilşünaslıq, linqvistika — Dildilçilik, onun ictimai təbiəti və funksi­yaları, daxili quruluşu, funksiyalarının qanunauyğunluqları, tarixi inkişafı və konkret dillərin təsnifatı haqqında elm. Dil (mövcud və ya nə vaxtsa mövcud olmuş dillər) haqqında elm. Dilçiliyə qədərki, mikrodilçilik və metadilçilik kimi hissələrə bölünür. Avropa­da xristianlığın yayılması orta əsrlərdə elmin bütün sahələrində o cümlədən dilçilik sahəsində də durğunluğa səbəb oldu.Orta əsrlərdə yalnız latın dili öyrənilirdi. Bu dövrdə elmi əsərlər, bədii əsrlər latın dilində yazılırdı. Bu dövrdə latın dili ilə yanaşı, yunan dili də tədqiqat obyektinə çevrilir. İntibah dövrü feodalizmdən kapi­taliz­mə keçid dövrü idi.A.A.Reformat­skinin fikrincə.bu dövr dil qarşısında üç əsas problem qoyur;

1. Milli dillərin yaranması və inkişafı.

2.Beynəlxalq miqyasda müxtəlif dillərin öyrənilməsi və mənimsənilməsi.

3.Antik dövr və orta əsrlər dilçilik irsinə münasibətin dəyişilməsi.

Bu dövrdə "insanlar arasında ən mühüm ünsiyyət vasitəsi" olan dil ümummilli xarak­ter daşımağa başlayır.Bu dövrdə məşhur İtalyan alimi Aligerin Dante kimi sima olmuşdur.A.Dantenin böyüklüyü ondadır ki o, nəinki ölməz "İlahi komediya" poemasını və şeirlərini,habelə elmi əsərlərini də ölü latın deyil,canlı ümumxalq danışıq dilində yazmışdır. Dante eyni zamanda dil məsələləri ilə maraqlananlardan olmuşdur.O,elmi əsərlərində bir sıra dilçilik problemlərinə toxunmuşdur.Dante "xalq dilinin bəlağəti haqqında" adlı elmi riyaləsində dilin mənşəyi məsələsinə toxunaraq yazır ki,insanlar təkcə əl hərəkəti vasitəsilə bir-birini başa düşə bilməzlər.Yeni dövrün əvvəllərində mill dillərin qrammatikaları məlum olduğu kimi,kanonik-Qərbi Avropanın yeni dilləri üçün latın dilində,Şərqi-Avropa dilləri üçün kilsə-slavyan dilində yazılırdı.İntibah dövrü qrammatikları arasında Pyotr Pameni xüsusi qeyd etmek lazımdır.O,Aristotelin sxolastikası əleyhinə çıxmış,yunan,latın və fransız dillərinin qrammatikalarını yazmışdır.Rame məktəbinin nümayəndələrindən olan Jakov Madsen Aarusu Danimarka dilinin səs quruluşunun sistemli təsvirinə və həmin dilin dialektlərinin bəzi xüsusiyyətlərinə həsr edilmiş "Hərflər haqqında iki kitab" adlı əsərini yazmışdır.İngilis filoloqu C.Uollisin "İngilis dilinin qrammatikası" əsəri də bu dövrün məhsuludur.Bu dövrdə dilçilik nəzəriyyəsində də əhəmiyyətli dəyişiklər baş verir.Milli dilin mənşəyi,formalaşma,mənbəyini və səbəblərini tədqiq edən əsərlər İtaliya, afransa, İngiltərə və Rusiya da çap edilir. Belə əsərlərəJ.Menajın "Fransız dilinin mənbələri", və "Fransız dilinin etimoloji lüğəti" əsərlərini və Ferrarinin "İtalyan dilinin mənbələri" əsərlərini nümunə göstərmək olar. Əvvəllər lüğət-komen­tariyalar və lüğət kataloqlar tərtib edilirsə,XVII əsrin sonu XVIII əsrin əvvəllərində yeni tipli lüğətlər-normativ izahlı lüğətlət tərtib edilir.İlk akademikizahlı lüğət 1612-ci ildə nəşr edilmiş İtalyan dilinin "Kruska Akademiyasının lüğətidir". 1694-cü ildə "Fransız Akademiyasının leğəti",İspan Akademiyasının "Nüfuzlular lüğəti", "Rus akademiyasının lüğəti" adlı izahlı lüğətlər nəşr edilir.İntibah dövründə dilçiliyin ən böyük nailiyyətlərindən biri milli dillərdə milli qrammatikaların yazılmasıdır.Nəzəri dilçilik şərti olaraq ümumi və xüsusi dilçiliklərə bölünür. İngilis və fransız mənbə­lərində linqvistika işlənsə də o, dilçiliyin sinonimi kimi başà düşülür. Strukturalizmdə daxili və xarici dilçilik fərqləndirilsə də, linqivistika ümumi və nəzəri dilçiliyin bir hissəsi kimi başa düşülür. XX əsrin 50-ci illərindən bu yana linqvistika çağdaş, sinxron, daxili struktura yönəlikli bir elm kimi götürülür və bütün səviyyələrdə dil qanunauyğunluqlarını aydın və formal təsvir metodlarla tədqiq edir

Dil çox-çox qədim zamanlarda toplu halında yaşayan insanların bir-birinə söz demək ehtiyacından, bir-biri ilə ünsiyyət saxlamaq zərurətindən ortaya çıxmışdır. Deməli, dil insanlar arasında ünsiyyət vasitəsidir. Dil ünsiyyət vasitəsi kimi yalnız müəyyən şəraitdə - insan cəmiyyətində yaranır və fəaliyyət göstərir. Buna görə də dil ictimai hadisə sayılır. Dilin varlığı üçün bəşər cəmiyyətinin olması mühüm şərtdir. Insan cəmiyyəti olmayan yerdə dil mövcud ola bilməz. Belə ki, yeni doğulan uşaq insanlarla ünsiyyət saxlamasa, yəni insan yaşamayan mühitdə böyüsə (və ya lal adamlar arasında tərbiyə olunsa), o danışa bilməz.

     Dil irqi və irsi cəhətlərlə bağlı deyil. Buna sübut olaraq, belə bir nümunə göstərmək olar: bir zənci balası körpəlik çağından valideynlərindən ayrı düşərək Azərbaycan ailəsində böyüyərsə, o, Azərbaycan dilində danışmağa başlayacaq. Dil mənsub olduğu xalqın həyatı ilə sıx bağlıdır. Hər hansı bir xalqın milli şüuru, mədəni səviyyəsi inkişaf etdikcə onun dili də inkişaf edir, təkmilləşir

      Struktur dilçilik  XX yüzillikdə - F.de. Sössürün 1916 – cı ildə nəşr edilmiş “Ümumi dilçilik kursu” adlı əsərindən sonra yaranmışdır. O, XX əsrdə təzahür edən dilçilik cərəyanları  arasında ən geniş yayılmışdı. Struktur dilçiliyin irəli sürdüyü yeni ideyalardan ən çox tənqid ediləni hələ Ferdinand de Sössürün  söylədiyi “dilin xalis münasibətlər sistemi ” olması haqqındakı fikir və ” dilçilik elə bir formal nəzəriy­yədir ki, bu nəzəriyyə  mövcudluğu müşahidə edilən dil faktlarından bilavasitə  hasil edilməyən obyektləri öyrənir” ideyasıdır.

        Elmi ədəbiyyatda London dilçilik məktəbi adlanan London struktur dilçilik  mək­təbinin ideya təşkilatçısı və rəhbəri Con Rupert Förs (1890 -1960)olmuşdur. Məktəbin linqivistik doktoriasının əsasında Försün linqivistik konsepsiyası durur. Förs elə tip dilçilərdən idi ki, onların fikirləri yazdıqları əsərlər vasitəsilə deyil, onlar­la şəxsi ünsiyyət vasitəsilə başqalarına təsir edir. O, çox vaxt hələ püxtələşdirmədiyi çap olunmuş  əsərlərində yayğın şəkildə ifadə etdiyi, o qədər də müfəssəl olmayan, işlənilib hazırlanmayan ideyalarnı başqaları ilə bölüşərdi. O, ideyalarını inkişaf et­dirən, onun konsepsiyalarını dəqiləşdirən bütöv bir dilçilər nəslini öz ətrafında birləşdirmişdi.

         Försün və onun  ardıcıllarının fəaliyyət göstərdiyi  illərdə Londonda iki dilçilik məktəbi fəaliyyət göstərirdi. London dilçilik məktəbi və İngilis fonetika məktəbi. London  fonetika məktəbinin  vaxtilə  məşhur  ingilis dilçisi H. Suit təşkil etmişdi və London dilçilik məktəbi fəaliyyət göstərdiyi illərdə  həmin məktəbə D. Counz rəhbərlik edirdi; London dilçilik məktəbini isə C.R.Förs və onun ardıclıları təşkil etmişdi. Şübhə yoxdur ki, ingilis fonetika məktəbi ilə  və London dilçilik məktəbi  arasında dərin əlaqələr mövcud olmuşdur və ənənələrin  varisliyi  də göz qabağın­da­dır. Məsələn, alman dilçiliyindən fərqli olaraq, hər iki dilçilik məktəbi canlı dillərin fonemlərini öyrənirdi.

Canlı dilləri öyrənmək, araşdırmaq,  tələbindən çıxış edərək, bu tələbi həyata keçirərək London struktur dilçilik məktəbinin nümayəndələri ən müxtəlif dillərin, o cümlədən nadir, indiyədək araşdırılmamış dillırin materiallarını toplayırlar. Amerika deskriptiv məktəbinin nümayəndələri kimi, London struktur dilçiləri də indiyədk öyrənilməmiş  dilləri araşdıraraq yunan – latın dilçiliyi ənənələrini bu dilləri tədqiqinə yaramadığını ğörürdülər və rast gəldikləri yeni tipli dil hadisəslərini araşdırmaq, izah etmək üçün yeni dilçilik metodları axtarmağa, tətbiq etməyə məcbur olurdular. London struktur dilçilik məktəbinin  nümayəndələri dilin ele bir təsvirini nəzərdə tuturdular ki, bu təhlildə dilin spesifikası ciddi nəzərə alınsın və universal qrammatikanın heç bir kateqoriyası dilə süni  surətdə qəbul etdirilməsin.  Göründüyü kimi, dilin ümumi nəzriyyəsini yaratmaq məqsədini qarşıya qoyan London struktur dilçilik məktəbi bu məsələdə Kopenhagen qlossematika məktəbinə yaxınlaşır.    La­kin onlar dilin universal qrammatikası yaratmaq ideyasını rədd edirlər. Canlı dilləri öyrənmək, araşdırmaq,  tələbindən çıxış edərək, bu tələbi həyata keçirərək London struktur dilçilik məktəbinin nümayəndələri ən müxtəlif dillərin, o cümlədən nadir, indiyədək araşdırılmamış dillırin materiallarını toplayırlar. Amerika deskriptiv mək­tə­binin nümayəndələri kimi, London struktur dilçiləri də indiyədk öyrənilməmiş  dilləri araşdıraraq yunan – latın dilçiliyi ənənələrini bu dilləri tədqiqinə yaramadığını ğörürdülər və rast gəldikləri yeni tipli dil hadisəslərini araşdırmaq, izah etmək üçün yeni dilçilik metodları axtarmağa, tətbiq etməyə məcbur olurdular. London struktur dilçilik məktəbinin  nümayəndələri dilin ele bir təsvirini nəzərdə tuturdular ki, bu təhlildə dilin spesifikası ciddi nəzərə alınsın və universal qrammatikanın heç bir kateqoriyası dilə süni  surətdə qəbul etdirilməsin.  Göründüyü kimi, dilin ümumi nəzriyyəsini yaratmaq məqsədini qarşıya qoyan London struktur dilçilik məktəbi bu məsələdə Kopenhagen qlossematika məktəbinə yaxınlaşır. Lakin onlar dilin universal qrammatikası yaratmaq ideyasını rədd edirlər. Onlar həm dilin mumi nəzariyyəsini dil təhlilinin konkret metodiklaraı ilə əvəz edilməsinə, həm də “universal” dil nəzəzriyyəsi yaradılması  təsəvvürunə qarşı  çıxırdılar.

Försin fonoloji fikirlərindən bəziləri 1930-1955-ci illərdə sonuncu əsas nəşrində, Linqvistik nəzəriyyənin icmalında yenidən əks olunur. Bu da birbaşa danışıqlardan və insanların dilindən sitat gətirirək onun digər fikirlərinin bir çoxunu təkrarlayır və həmkarları tərəfindən məqalələr toplusu kimi təqdim edilirdi.1957-ci ildə, Försin məqalələri, 1934-1951-ci illərdə Linqvistik sənədlər toplusu kimi çıxdı.Bu toplular onun karyerasına bir xülasə və praktik olaraq son nöqtə kimi xidmət etmişdir.1956-cı ildə SOAS-dan təqaüdə çıxmışdı. Bundan sonra Firt yalnız dörd il yaşadı, bir çoxları iddia edirdi ki, onun fikirlərinin çoxu yazılmamışdı, çünki onun səhhəti çox pis idi (baxmayaraq ki, Edinburqdə yarım iş günü dərs vermişdi). Ölüm ərəfəsində Förs, Britaniyada dilçilik mərkəzində görkəmli bir şəxs olaraq tanınmışdı. O, Filologiya Cəmiyyətinin prezidenti olmuş və fəxri dərəcə ilə təltif olunmuşdur. O, 40-a yaxın məqalə dərc etdirmişdir, lakin, onlar onun bütün fikirlərini aydın və ardıcıl şəkildə göstərməmişdir. Förs, Avropa və Amerika qitələrində dilçiliyin inkişafı iləyaxından tanış idi, amma onun əsərləri İngiltərədən kənarda o qədər də tanınmırdı. O, xaricdə dərs dedi, konfranslara qatıldı və Amerika Dil Cəmiyyətinin Dil İnstitutuna müəllim kimi dəvət edildi; buna baxmayaraq, bəziləri iddia edirlər ki, Försin öz ideyalarının başqa yerlərdə bölüşdürmək istəyi olmamışdır.

Kennet Pike kimi xadimlər istisna olmaqla, o, ABŞ-da başa düşülməmişdir. İngiltərədə isə Firtin fərdi təsiri mübahisəsizdir. O, təşkilati bacarıq və öz yolunu əldə etmək vasitəsi ilə ruhlandırıcı müəllim kimi tanınmışdı. Yazısı pis olan halda belə, mühazirələrdə və fərdi söhbətlərdə göstərdiyi performans heyranedici olabilərdi. Onun ətrafında dilçilik nəsli yaranmışdır; onlar Britaniyada yeni qurulan şöbələrə dilçiliyin yayılmasına müəyyən ‘Försist’ yanaşması ilə kömək etmişlər.Bəziləri Firti mütləqiyyətçi və nadan kimi təsvir edən təsirinin mənfi və müsbət cəhətlərini təsdiq edirlər.London Məktəbinin bir çox üzvünün dilçiliyə dair fikirlərinin, məsələn LUK-də fonologiyaya dair fikirlərinin onun razı qalmadığı nümunələrinin dərc edilməsinə nəzarət edirdi və aşkara çıxmasının qarşısını alırdı. Bu təcavüzkar münasibət, onun ruhlandırıcılığını qəbul etmək üçün fərdi əlaqəyə olan ehtiyacla birləşərək, Firtist fikirlərinə marağın azalmasına səbəb ola bilərdi. Prosodik Təhlil üzrə tədqiqat İngiltərədə 1960-cı və 70-ci illərə qədər davam etdi, lakin sonralar Morris Halle və Noam Xomski tərəfindən hazırlanan Ümumi Fonologiyanın inkişafı ilə üst-üstə düşdüyü halda, digər Firtist fikirləri Ümumi Dilçilik tərəfindən qəbul edilmədi.

Försin ölümündən sonra onun intellektual təsirininin qiymətləndirilməsi çətin­dir. Bəzi dilçilər (əsasən spektrin “tətbiqli” sonuna doğru yönəlirlər) Firtı açıq-aşkar ilham kimi təsdiq edirlər; birbaşa təsir xəttinin asanlıqla müəyyən edilmə­mə­sinə baxmayaraq, başqaları onu xatırladan fikirlərlə işləyir.Onun məna və kontekstə dair fikirləri artıq bəzən müzakirə təhlili, korpus dilçiliyi, praqmatika və sosio dilçilikdə sitat gətirilir.Onun bir sıra əsas fikirləri indi dünyada geniş yayılan Sistemli Funk­sional Dilçiliyin banisi M.A.K. Halliday tərəfindən qəbul edilmişdir. İlk növbədə “neo-Firtist” adlı Halliday fikirləri, Firitin dilin funksiyasını kontekstdə nəzə­rə alan və qrammatika sahəsində fəaliyyət göstərən ümumi yanaşmasını seçdi və dil sistemlərinin anlayışını paradiqmatik seçim toplusu kimi genişləndirdi, və Firtlə mübahisəsiz uyğun olan yeni fikirləri inkişaf etdirirdi (əslində monosistemik olsa da). Firt xüsusilə də York Universitetində bir qrup ətrafında fonologiya üzrə aparılan tədqiqatlara hələ də dəstək olur.Bundan əlavə, bir çox müasir fonoloji fikirlər əksər hallarda yenidən yaradılmış formada olsa belə Förs tərəfindən təqdim edilmişdi. İndi müstəqil fonemin əsassız bir obyekt olduğu qəbul edilir və London Məktəbi möv­qelərinin (a) seqmentlərin ümumi qeyri-xətti, “avtoseqment” anlayışı, (b) fonoloji təhlildə digər linqvistik səviyyələrə dair məlumatın geniş istifadəsi, (c) bir çox fono­loqların dinamik fonoloji “proseslərdən” imtina etməsi, (d) bəzi fonoloqlar arasında fərziyyə göstərir ki, “qeyri-təbii” fonologiya fonetikadan ayrılmalıdır. Förs 14 dekabr 1960-cı ildə Lindfield, Surrey şəhərində qəflətən vəfat etdi. O, onun yolunu açan imkanlara nail oldu və ingilis dilçiliyini başladığı vaxtdan daha güclü formada tərk etdi. Britaniya imperiyası ilə əlaqələri onun karyerasına imkan yaratmışdır, lakin İmperatorluğun bir çox araşdırılmamış dilləri üzərində işləyərək onun əvəzini ödəmişdi. Onun nəzəriyyələri roman, ruhlandırıcı düşüncənin məhsuludur: 1966-cı ildən etibarən, onun fikirlərlə dolu yazıları ölümündən sonra nəşr olunmuşdur. 

 

Ədəbiyyat siyahısı

  1. Əbülfəz Rəcəbli “London struktur dilçilik məktəbi” Bakı – 2016                  
  2. Əbülfəz Rəcəbli . “ Struktur dilçilik”Bakı – 2005
  3. Əbülfəz Rəcəbli “Deskriptiv dilçilikdə fonologiya və qrammatika problemləri.Bakı – 2016
  4. Fəxrəddin Veysəlli”  “Struktur Dilçiliyin Əsasları” Bakı – Mütərcim 2008
  5. Fəxrəddin Veysəlli “Dilçilik Ensiklopediyası”Bakı – Mütərcim – 2006
  6. https://az.wikipedia.org/wiki/Dilçilik
  7. https://az.wikipedia.org/wiki/XVII-XVIII_əsrlərdə_dilçilik
  8. Firth, J. R. “Tekhnika semantikj.” In Novoe v lingvistike, vol. 2. Moscow, 1962.
  9. Kubriakova, E. S. “Iz istorii angliiskogo strukturalizma.” In Osnovnye napravleniia strukturalizma. Moscow, 1964.
  10. Firth, J. R. Papers in Linguistics. London, 1957.
  11. Studies in Linguistic Analysis. Oxford, 1957.
  12. Langendoen, T. D. The LondonSchool of Linguistics. Cambridge, 1968.

Açar sözlər: London dilçilik məktəbi, İngilis  fonetika məktəbi, Struktur dilçilik, Dil nəzəriyyəsi, Dilçilik elminin tarixində

Ключевые слова: Лондонская школа лингвистики, Английский фонетическая школа,Структурная лингвистка,Теория  языка, история  лингвистической науке

Key words: The London School of  Linguistics, The English School of Phonetics, Structural linguistics, Theory of  language,  in the history of linguistics

SUMMARY

Developed Firs’s idea and related theory of  linguistics

          This research looks at the work and the respectable members of the London School of Linguistics. This project involves discovering how the London School of Linguistics was arranged and improved in the middle of  twentieth century.  The goal is to provide  the Azerbaijani readers information about the London School of Linguistics  Besides this the purpose of this research is to identify  the work of the researchers of the  London School of Linguistics.  The article also deals with the relationship of the London School of Linguistics with the other linguistics schools like as American Descriptive School of Linguistics, Prague Functional School of Linguistics, etc. The article is considered to be interesting for young researchers as well as, to those who are interested in theory of linguistics.

 

Резюме

Разработанная идея Форса и связанная теория лингвистики

          Данная статья исследует работы Лондонской школы лингвистки и уважаемых представителей этой школы. Статья  включает в себя исследования о том, как возникла и прогрессировала  Лондонская  школа лингвистики в средине 20 века, цель этой статьи заключается в  том чтобы ознакомить Азербай­джанского читателя информацией  о Лондонская  школы лингвистики. Кроме того, цель работы направлена на изыскание процесса исследования  Лондонская  школы лингвистики. Статья также тесно связана с взаимно  отношением между Лондонской  школой лингвистики и другими лингвисти­ческими школами, такими как Американская Дескриптивная Школа Лингвис­тики, Пражская Функциональная Школа  Лингвистики,  и т.д.

 

Rəy verən    professor, Əbülfəz Rəcəbli

 

 

 

                                                                                                    

 

Sücəddin  Əyyublu

FRANSIZ DİLİNDƏ SUFFİKSLƏR VASİTƏSİLƏ NEOLOGİZMLƏRİN  

YARANMASINA DAİR

Digər dillərdə olduğu kimi, fransız dilinin lügət tərkibi də durmadan zənginləşir, yeni termin və sözlər meydana gəlir və bu proses dilin bütün yaruslarında baş verir. Fonetik, morfoloji və sintaktik dəyişikliklər qanunauyğun şəkildə dilin bütün tələblərinə uyğunlaşir. Əlbəttə, dilin lüğət tərkibinin zənginləşməsində bir sira üsul və vasitələr var. Bunların sirasında suffiksasiya, prefiksasiya, verballaşma, parasintez, metonimiya, konversiya və s. xüsusi qeyd edilməlidir. Aparılmış tədqi­qatların nəticələrinə əsaslanaraq demək olar ki, bu üsullar içərisində ən məhsul­dar olan suffikslər vasitəsilə sözdüzəltmədir. Bəzi fransız suffiksləri çox­mənalı olduğu üçün onların təsnifatını ya sözdüzəltmə elementinin özünün mənasına görə, ya da düzəltmə sözün aid olduğu nitq hissələri üzrə aparmaq olar.      

Fransız dili çox geniş və inkişaf etmiş söz düzəltmə sisteminə malikdir. Müasir tədqiqat əsərlərində dilin digər  elementləri ilə yanaşı, suffikslərin struktur və seman­tik planda, yəni forma və məna baxımindan neologizmlərin yaranmasında rolu bütün dilçilər tərəfindən etiraf edilir. Semantik variativlik məsələsinin həllini çətinləşdirən məqamlardan biri də, bu məsələnin  dilçilikdə birmənalı qarşılanma­masıdır. Bəziləri hesab edir ki, suffiksal morfemlərin mənası yoxdur, digərləri isə suffiksin leksik mənasının olması fikrini irəli sürür. Birincilər suffikslərin təkcə sözun müəyyən  bir qrammatik sinfə mənsub olması əlamətini  deyil, həm də eyni qrammatik sinif daxi­lində onların mənafərqləndirmə funsiyasına malik olması faktını nəzərə almır. Digər nöqteyi-nəzərlə də razilaşmaq mümkün olmur, çünki semantikanın konkretliyi (kiçiltmə, əlamətin tamlığı və s.)  suffikslərə xas olan əlamətdir. Suffikslər düzəltmə sözü bir kateqoriyadan digərinə keçirmə xüsusiyyətinə malik deyillər. Suffiksin mənasının mahiyyəti yalnız düzəltmə sözün tam mənası nəzərə alınmaqla adekvat olaraq izah edilib anlaşıla bilər. Q. V. Ovçinnikova hesab edir ki, “sözün kateqorial, ifadə, sözdüzəltmə və denotativ mənaları öz aralarında qarşılıqlı surətdə sıx bağlıdır. Mənanın hər bir aspektinin ayrıca öyrənilməsi  sözün mənasının daha dərindən başa düşülməsi məqsədi  güdür, yəni bu aspektlərin bu cür ayrılması elmi düşüncənin mücərrəd məhsuludur. (9, s. 7).

Məlum olduğu kimi neologizm yunan dilində “neos” yeni və “logos” söz terminlərindən yaranmışdır və fransız dilində ilk dəfə 1735-ci ildə işlədilmişdir. Sonra bu termin ingilis, italyan və digər dillərə keçmişdir. Elmin, texnikanın, ictimai-siyası həyatın müxtəlif sahələrinin inkişafı ilə əlaqədar olaraq yeni sözlər daim yaranır və bu proses bir an belə dayanmır.

 Neologizmlərin ümumi və xüsusi işlərdə araşdırılan tipoloji xüsusiyyətlərinin rəngarəngliyi və kəmiyyəti göstərir ki, heç bir təsnifat bu sahədəki qeyri-dəqiqliyi aradan qaldırmaq üçün mütləq sayıla bilməz. Odur ki, bu anlaşılmazlığı aradan qaldırmaq üçün neologizmlərin əmələ gəlməsinin yeni üsullarının yaradılması zərurəti ortaya çıxır. Hal-hazıra qədər bəzi fransız dilçiləri Jan Turnye tərəfindən 1985-1991-ci illərdə təklif olunan və ingilis dili üçün ciddi iyerarxik ardicıllıqla fəaliyyətdə olan yeni sözlərin yaranması üsulları təsnifatını əsas götürürlər. Bu haqda dəyərli fikirlərə Con Embleyin və Jorj Sabrelorun tədqiqatlarında rast gəlinir. Onlar öz növbəsində yarımqruplara bölünən morfosemantik, sintaktik-semantik, sirf morfoloji və praqmatik mənbələr olmaqla sözdüzəltmənin dörd qrupundan bəhs edirlər. Aşağida  J. Pruvo və J. Sabrelorun  yeni söz yaratma üsullarını əks etdirən bölgüsünü təklif edirik və düşünürük ki, burada neologizmlərin yaranma üsullari çox aydın şəkildə qruplaşdırılmışdır :

Daxili mənbələr kimi dilçilər morfosemantik, sintaktik- semantik, morfoloji, praqmatik üsulları qeyd edirlər. Morfosemantik baxımdan  yeni yaranan söz bu struktura malik olur: affikslər (prefiks, suffiks, “dérivation impropre”, şəkilçi və parasintez), sözdüzəltmə (sinapsiya, sözyaratma, telescop söz), təqlid etmə və formanın dəyişməsi (təqlidi sözlər, yanlış ixtisarlar, qrafik oyun, paronimiya). Sintaktik-semantik baxımdan funksiyanın dəyişməsi (konversiya, leksik-sintaktik uyğunluq) və mənanın başqa cür ifadə olunması (metafora, metonimiya, digər üslubi vasitələr) üsulları təklif edilir. Morfoloji baxımdan sözün formasının ixtisarı (qısaltma, hərf ixtisarı) üsulu önə çəkilir. Praqmatik baxımdan isə sözün əvəzlənməsi vurğulanır. Xarici mənbə kimi dilçilər alınma sözləri qeyd edir (4, s. 118).

Yuxarida adlarını sadaladığımız üsullar sirasında hazirkı işimizin əsas məziyyətini təşkil edən suffikslər üzərində dayanmaq istərdik, çünki sonuncular neologizmlərin yaranmasında xüsusi rola malik olmaqla xüsusi əhəmiyyət kəsb edirlər.

          Suffikslər vasitəsilə yaranan neologizmlərdən bəhs etməyi qarşımıza məqsəd qoyduğumuz üçün bu yolla yaranan sözlərə nəzər salaq. Sözün əsasına qoşulduğu üçün suffikslər  onun qrammatik kateqoriyasını dəyişə bilir.

                     1. Suffikslər vasitəsilə səxs adları bildirən isimlərin yaranması.

Müasir fransız dilində şəxs adları bildirən isimlərin bir neçə tipi vardır və onlar, bir qayda olaraq, öz semantikasi və məhsuldarliq dərəcəsi baxımından bir-birin­dən fərqlənirlər. Fransız dilində daha çox məhsuldar olan və bu növ isimləri yara­dan suffikslər içərisində ən xarakterik olanlar “eur”“ard” suffiksləridir. ”Eur” suffiksi ilə düzələn şəxs bildirən  isimlər adətən onlarin yerinə yetirdiyi fəaliy­yətlə bağlı olur. Misal olaraq aşağıdakı isimləri göstərə bilərik  (qeyd: bu isimlər XXI əsrdə yaranmış neologizmlərdir- S. Ə.) : graffeur, (divar freskasi ilə məşğul olan artist), hardeur (porno filmdə çəkilən aktyor), profileur (yalnız öz mənfəətini güdən qənimətçi), raveur (kefcil adam, eyş-işrət həvəskarı), rolleur (rollerlə məşğul olan adam, roller sürən), sourceur (müəyyən ideyalar işlətməklə müştərini razı salmağı bacaran adam), teufeur (yeyib-içən, kef sürən adam), bisseur (kursda qalan, təkrar oxuyan tələbə), youtubeur (youtube sosial şəbəkəsində video və reportajyerləşdirən şəxs) və s.

Məlum olduğu kimi, sapeur  sözü əsasən mina axtaran əsgər  mənasında işlənir, müxtəlif kontekstlərdə bu söz sapeur-pompier kimi işlənərək yanğinsöndürən mənasi kəsb edir. P. Merlin təbirincə (1, s. 45) “sapeur n’ a rien à voir avec les pompiers, mais bel et bien avec les  sapes (eleqant geyim mənasında). Ce qui est piquant, c’est que ce mot  ne désigne pas, comme on pourrait s’y attendre, celui qui sape les auteurs (mettons: un fripier quelconque), mais bel et bien  celui qui se sape, donc l’élégant, le... bien sapé, quoi!” (1, s. 211).

Bu halda düzəltmə söz  isim əsasında yaranır. ”Eur” suffiksi  feildən də isim əmələ gətirə bilir, misal olaraq  décider feilindən düzələn décideur isminə nəzər salaq. Bu söz “rəis”, “ağa”, “müəssisə rəhbəri”, “boss”, “menecer”, “icracı direktor,  baş direktor” və s. mənaları ifadə edir. Fikrimizi genişləndirmək uçun  misallara baxaq:

    - “Comment voulez-vous que les décideurs ne soient pas sceptiques dans le contexte mondial actuel?” s’interrogeait un jour Jean Gandois, ex-PDG (ou ex- décideur,  peut être) de Rhône- Poulenc (cité par Pierre Boncenne dans Lire). /décideur = PDG /

    - “Des lettres ont été envoyées à 13 000 décideurs du pays pour la libération de prisonniers pour délit d’opinion”, écrit le Quotidien de Paris du 27 mai 1986 dans un article sur  Amnesty İnternational. / Décideur = chef /.

İngilis dilindən alınma sözlər əsasında da yeni sözlərin yaranmasına kifayət qədər tez- tez rast gəlinir. Məsələn, P. Merl diqqəti clip sözundən yaranan clippeur ( klip çəkmə üzrə mütəxəssis, klipmeyker) sözunə yönəldir. (1, s. 45)

Ard” suffiksi ilə yaranan sözlər bu və ya digər şəxsin  mənəvi xarakteristi­kasını, onun xarakterindəki  xüsusi cizgiləri, özünəməxsusluğunu, davranış tərzini və meyillərini ifadə edir. Müasir fransız dilində bu suffikslə yaranan sözlərin demək olar ki, hamısı kiçildici məna kəsb edir. Bu suffiks vasitəsilə həm isim, həm də feil əsaslarından yeni sözlər yaranır. Məsələn, franchouillard= fransiz (etinasiz) (Fran­çais moyen (donc minable), vieillard və s. “Mon pauvre, mais t’es franchouillard jusqu au bout du béret!”- s’écrit Mireille Darc à Pierre Mondy dans le téléphone rose d’Edouard Molinaro. (1, s. 79). Bu suffikslə yaranan yeni söz kontekstdən asılı olaraq həm isim, həm də sifət  funksiysı yerinə yetirir. Məsələn, ringard konteksdən asılı olaraq həm istedadsızlıq, kütlük, qabiliyyətsizlık, alababat aktyor, həm də  fərsiz, küt, qabiliyyətsiz, fağır, yaziq kimi işlənir.

İste” suffiksi ilə əsasən isimlərdən, yəni isim əsaslarından yeni sözlər yaranır və sözün geniş mənasında həmin sözlər  əlamət mənası ifadə etməklə peşə fəaliyyəti yaxud müəyyən bir sahəyə (siyasət, ədəbiyyat, rəssamlıq) mənsubluq bildirir. Sözdüzəltmənin bu tipi müasir fransız dili üçün çox məhsuldar hesab olunur. Əsasən mücərrəd  isim köklərinə artırılan bu suffiks istənilən mücərrəd məna bildirən ismə artırılır. Misal üçün lobbyiste yaxud lobbyman  sözünü götürək. Məlumdur ki, bu söz ingilis dilindəki lobby-dən düzəlib və ABŞ-da qanunverici orqanlar nəzdində müəyyən qanunların qəbulu zamanı hökumət orqanlarina və yüksək çinli məmurlara təsir edərək öz iri monopoliya şirkətlərinin xeyrinə qərarlar qəbul etdirən agentlik və ya idarə anlamı daşıyır. Lobbiçilər də bu idarə və agentliklərin nümayəndələri (təmsilçiləri) adlanırlar (les lobbyistes). ”Les lobbyistes sont une poignée en pression sur les pouvoirs en place; vaste programme”. (1, s. 191). Téléologiste-téléologie- telekommunikasiya və televiziya sahəsində mütəxəssis. “Michel Rdyé, téléologiste, concepteur et commissaire de l’exposition “Les allumés de la télé” (note de présentation du livre de M. Rdyé, J. Mongenot et J. Royer, la Télé des allumés / voir ce mot dans le français branché / İNA- AUBİER: 1988).

Télévangélisteévangilevaiz. Lüğətdə bu söz belə izah olunur : -Prédicateur fou, pas si fou que cela, puisque proposant ses services aux télévisions pour un cachet de 250 000 francs. Y’en a qu’une, c’est la Une, pour avoir entamé des pourparlers avec un télévangeliste américain”. (1, s. 218). “İste” suffiksi ilə 1990- cı ildən bu yana yarnmış və lüğət tərkibinə daxil olmuş bir neçə  neologizm: bloquiste, campaniste, cerf-voliste, communautariste, deltiste, djihadiste, expressiste, globaliste, kinéiste, lucaniste, mentaliste, plaquiste, droniste, complotiste, standiste, tégéviste, libriste, zadiste, complotiste və s.

                 II. Suffikslər vasitəsilə mücərrəd mənalı isimlərin əmələ gəlməsi

Bu tip isimlərə əksərən hərəkət və keyfiyyət mənalı isimlər daxildir. Müasir fransiz dilində hərəkət və onun nəticəsini bildirən isim düzəltmə sahəsində ən çox məhsuldar olan suffiks “age” suffiksidir. Bu yolla yaranan yeni söz-isimlər əsasən feil kökündən əmələ gəlir. Misal üçün “garage” sözünü götürək. Məlumdur ki, bu söz “garer” feilindən yaranıb və qaraj, avtobaza mənaları verir. Amma öz lüğətində P. Merl  bu sözə belə izahat verir: “En langue rock ordinaire: garage = tout ce qui peut rappeler le son (ou le look) des groupes garages des années 60, les Sids par exemple. Les groupes garages étaient ainsi nommés parce que la volontaire rusticité de leur son lassait penser qu’ils enregistraient dans des locaux genre garage. Libération du 14 mai 1989: “Au moment où se saborde Nineteen, le Fanzine des groupes garages, trois d’ entre eux passent à l’abordage”. (1, s. I76). Bu suffikslə yaranan və əsasən XX əsrin sonu və XXİ əsrin birinci onilliyi ərzində lüğət tərkibinə (10, 2014) daxil edilmiş bir neçə nümunə: autopartage, clavardage, dégraffitage, dégroupage, écoemballage, écorecharge, foutage, génotypage, hamecçonnage, hydromassage, nommage, photocopillage, profilage, rétroéclairage, frontage, télépéage, tractage, virophage, écopaturage və s. Yuxarıda qeyd etdiyimiz kimi, bu suffiks məhsuldarlığı ilə seçilır və feil kökündən yeni isim və yeni sözlər əmələ gətirir.

Məlumdur ki, müasir fransız dilində “ation” suffiksi də hərəkət mənalı isimlər düzəltmək sahəsində xüsusi çəkiyə malikdir.Bu suffiks vasitəsilə yaranan isimlər əsasən “iser” sonluqlu feillərdən əmələ gəldiyi üçün tam əsasla demək olar ki, “isation  suffiksi  onun variantı “ation”-dan daha çox işlənir və bir o qədər də məhsuldardır. Məs, “isation” suffiksi ilə neologizmlər:

Altermondialisation – mondialiser + ation

 Antimondialisation – mondialiser + ation;

 Géolocalisation – géolocaliser + ation;

Mastérisation – mastériser + ation;

Végétalisation  – végétaliser + ation;

Baremisation – baremiser + ation;

ation” suffiksi ilə yaranmış bir neçə neologizm:

Autodescription – autodécrire + ation;

Rétrotranscription – rétrotranscrire + ation;

Télédéclaration – télédéclarer + ation;

Ecoparticipation – participer + ation; və s.

Misallardan da göründüyü kimi,“isation” suffiksi  öz variantı “ation” -dan daha çox məhsuldardır. Seçdiyimiz misallar arasında  “ification” suffiksi ilə yaranmış və “isation” suffiksilə düzələn düzəltmə sözlərlə eyni, yəni hərəkət mənası ifadə edən çox maraqlı nümunəyə  də rast gəldik. Belə bir məna “ation”-la düzələn isimlərə aid olmur.

Məs, Présentation – présenter + ification.

          Présentification du réel = réalité. Yuxarıda gətirdiyimiz misallardan görünür ki, “isation” suffiksi ilə düzələn neologizmlər əsasən ictimai-siyasi və iqtisadi sahələrə aiddir.

İsme” suffiksi ilə düzələn neologizmlər, sözün geniş mənasında, hərəkət deyil, keyfiyyət bildirir. Bu suffiks ümumi isimlərdən, sifətlərdən və nidalardan yeni sözlər əmələ gətirir.

Məs: caméléonisme – caméléon + isme. Caméléon  sözün həm həqiqi, həm də məcazi mənasında buqəlamun mənası verir. Caméléonisme = buqəlamunçuluq (la faculté de changer de couleur en accord acec celle de son environnement immédiat, qui est aussi, souvent, une “vertu” typiquement humaine). ”Le dictionnaire du francais branché” adlı lüğətində P. Merl bu isimlə bağlı nümunə gətirir və buradan görünür ki, keyfiyyət xüsusiyyəti bu ismə tam xasdır: “Le caméléonisme de De Niro brouille les pistes au point qu’ il est la star la moins abordée dans la rue” s’emeuvent en choeur Eve Mavrakis et Stéphane Benamou dans le mensuel (toujours ) chicos Globe d’octobre 1988”. (1, s. 162).

Sifətdən düzələn neologizmlərə də tez- tez rast gəlinir: bioterrorisme, yézidisme, jeunisme, vieillisme və s. Bu misallarin hamısında isimlər mücərrəd anlayışlar ifadə edir. Eyni qəbildən olan “biisme” = bi – sexuel + isme (bi = bisexuel sifətininixtisarı olub “ikicinsli” mənası bildirir.) Müvafiq olaraq “biisme” ikicinslilik nəzəriyyəsini  ehtiva edir. P. Merl bu sözə belə izah verir : “Biisme ou bi-isme = doctrine fort en vogue dans les eighties reposant sur la théorie de la quasi inévitable bisexualité de tout être humain sachant pleinement. L’avenir est aux bis est la clé de voûte du biisme contemporain (bi: abréviation – fort commode par les temps qui courent-de bisexuel). İl vit pleinement son biisme (il est à voile et à vapeur, il le sait, il aime ça, et il ne craint pas d’en parler, bien au contraire). (1, s. 33-34). Yuxarıda qeyd etdiyimiz kimi, bu tip neologizmlər həm də nidalardan əmələ gəlir. Məs : “Euhisme” = euh + isme. Fransiz dilində “euh” nidadır və bu əsasdan “isme” suffiksinin köməyilə müvafiq isim əmələ gəlmişdir.

İté” suffiksi ilə yaranan neologizmlər çox aydın ifadə olunan keyfiyyət mənası verir. Bu onunla bağlıdır ki, belə isimlər əsasən sifət köklərindən düzəlir. Sifət + “ité” suffiksi ilə olan sözdüzəltmə tipi müasir fransiz dilində çox məhsuldar bir üsuldur. Məs:

   Opportunité = opportun + ité = fürsət, məqam, münasibət.

Merl bu sözlə bağlı aşağıdakı nümunəni verir: “Et si on n’emploie pas encore l’expression voiture d’opportunité pour voiture d’occasion, il faut bien reconnaitre qu’on s’excuse souvent de ne pas avoir eu l’opportunité de faire de telle ou telle chose, alors qu’il eut sans doute été tout à fait opportun d’utuliser le mot occasion” (1, s. 108 ). Bu qəbildən digər nümunələr:

Horribilité = horrible + ité (horrible və foi yerinə);

Chretienneté = chretien + ité (croyance yerinə);

Jouabilité = jouable + ité (accard yerinə);

Traçabilité = traçable + ité (origine yerinə);

Viralité = viral + ité, électrosensibilité = électrosensible + ité və s.

XX əsrin sonlarına doğru “tique” suffiks varianti ilə yaranan sözlər də çoxluq təşkil etməyə başlayır. Bu suffikslə əmələ gələn sifətlər asanlıqla substantivləşir və əsasən sənaye və elm sahələrində işlənir. Məs. bureautique n. f. (müəssisə və kargü­zarlıq işlərinin avtomatlaşması; ofis avadanlıqlarının kompüterləşdirilməsi), connectique (f) (elektrik birləşməsi texnikası), créatique (f) (yaradıcılıq bacarığının inkişafına yönəlmiş üsullar kompleksi), domotique (f) (ev avadanlıqları, evdə istifadə olunan elektrik texnikası), monétique (f) (elektonika və informatikanın bank işlərində istifadəsi), privatique (f) (ümumi sxemdən ayrı işləyən müstəqil qurğu), procréatique (f) (meyvənin süni yolla əmələ gəlməsi barədə elm), productique (f) (istehsalın kompleks avtomatlaşdırılması; hesablama texnikasının istehsal ehtiyacları üçün istifadə olunması).

Aparılmış analizdən çıxış edərək belə bir nəticəyə gəlmək olar ki, suffikslər, həmçinin affiksləşmə yolu ilə sözdüzəltmə müasir fransiz dilində yenə də ən məhsuldar üsullar olaraq qalmaqdadır. Buna sübut kimi son zamanlar yaranmış vieillardisme, ringardisme, polisiarisation  və s. isimləri göstərmək olar. Suffiks həmçinin ixtisarlara da əlavə olunur: UMP (umpiser). Mürəkkəb sözlərə suffiks artırmaqla yeni sözün yaranması həmişə uğurlu alınmır. Məs, ferroviaire əvəzinə chemin de ferresque yaxud cheminesque de fer  işlənmir, çünki bu sözlər hələ mövcud  lüğətlərdə qeydə alınmamışdır və okkazionalizmlər hesab edilə bilərlər. Növbəti nümunə də eyni qəbildəndir: “Que se passe-t-il à la prison de Guantanamo? La question peut sembler saugrenue alors que les feus d’actualité demeurent braqués sur les pays victimes du tsunami. On parle un peu des morts en İrak, où la violance est à son comble.Quant au sort des prisonniers supsonnés de terrorisme et détenus pour certains depuis près de trois ans, il reste en suspens, dans un no man’s land du droit, à l’écart des conventions de Genève et de toute notion d’humanisme. Tout cela parait ubuesque ou dentesque, ou alors, tant qu’on y est, guantanamesque (11, s. 31). Seçdiyimiz nümunələr sirasında bien-pensance, droit de l’ hommismedroit de l’ hommiste kimi yeni yaranmış sözlər də yer alır. Hamısı olmasa da, bəzi suffikslər yeni yaranan sözün hansı kateqoriyaya aid olduğunu da göstərir, belə ki, “ette” suffiksi həm isim, həm də sifət düzəldə bilir.

Beləliklə, dildə  məhsuldar sözdüzəltmə tiplərinin kompleks mövcudluğu, müəyyən dövr üçün, sözdüzəltmə sisteminin spesifikasını təşkil edir.

Növbəti məqalələrimizdə sözdüzəltmə üsullarından digərlərinin tədqiqini də nəzərdə tuturuq. Bu üsullar arasında prefikslər, ixtisarlar, teleskopiya, metanimiya, alınma sözlər və s. xüsusi əhəmiyyətə malikdir və fransız dilinin lüğət tərkibinin durmadan zənginləşməsində öz müsbət təsirləırini göstərməkdədir. Bu istiqamətdə araşdırmalar kifayətdir desək, zənnimizcə, yanlış olardı. Dilin açıq bir sistem olduğunu nəzərə alsaq, araşdırmaların davam etməsi labüddür.

 

ƏDƏBİYYAT

  Fransız dilində

1. Merle P. Dicvtionnaire du français branché/ - Editions du Seuil, 1989. – 233 p.

2. Merle P. Précis du français précieux au XXI siècle, Mayenne, 2002. – 176 p.

3. Pruvost J. Dictionnaire et nouvelles technologies. – P. : PUF, 2000. – 177 p.

4. Pruvost J., Sablayrolles J-F. Les néologismes. – Paris, Presses Universitaires de           France, 2003; - 127 p.

5. Sablayrolles J-F. Néologisme et nouveauté(s)// Cahiers de lexicologie, vol. LX, 1996 – P. 5-42.

6. Sauvageot A. Valeurs des néologismes // La banque des mots. – Presses Universitaires de France. – 1971. –N1.

7. Tournier J. Les mots anglais du français. – Luçon. Editions Belin, 1999. – 558 p.

  Rus dilində

8. Катагошина Н. А. Как образуются слова во французском языке. – М: Комкнига, 2006. -112 с.

9. Овчинникова Г. Б. Сопостовительный анализ признаковых слов во французском, итальянском и русском языках. Тула, 1999. – 250 с.

 İstifadə edilmiş lüğətlər :

10. Josette R.D, Alain R. Le Petit Robert, dictionnaire alphabétique et analogique de la langue française, 2014. – Paris- 2838 p.

 İstifadə edilmiş mənbələr :

11. Le Monde, jeudi 6 janvier 2005 : 31.

Açar sözlər : suffiks, semantik variativlik, neologizmlər, mücərrəd isimlər;

Key words : suffix, semantic variability, neologisms, abstract nouns;

Ключевые слова: суффикс, семантическая вариативность, неологизмы, абстрактные существительные;   

 

ON THE  FORMATION OF NEOLOGISMS WITH THE HELP OF SUFFIXES IN THE FRENCH

SUMMARY

      This article research methods of forming neologisms in French through a variety of suffixes. It is genarally known that the basic concept of derivation is the concept of a family of words such as, without which it is impossible to stady the processes of word formation. In the process of formation of new words suffix can change its grammatical category. In this article we highlighted the suffix forming nouns with the meaning of the character and nouns with an abstract value. We have tried to clearly define new nouns, which are part of these groups. Based on the above analysis, we concluded that the suffix formation of nouns, as well as affixation, remains in French productive way of word formation.

 

ОБ ОБРАЗОВАНИИ НЕОЛОГИЗМОВ С ПОМОШЬЮ СУФФИКСОВ   ВО ФРАНЦУЗСКОМ ЯЗЫКЕ

РЕЗЮМЕ

     В настоящей статье исследуются способы образования неологизмов во французском языке с помощью различных суффиксов. Известно, что основным средством словопроизводства является понятие словообразовательного типа, без которого невозможно изучать словообразовательные процессы. В процессе образования новых слов суффикс может изменять их грамматическую категорию. В статье мы остановились на суффиксальном образовании имен существительных со значением действующего лица и имен существительных с отвлеченным значением. Мы попытались определить новые существительные, которые входят в данные группы. Исходя из проведенного анализа, мы пришли к выводу, что суффиксальное образование имен существительных, так же как и аффиксация, остается во французском языке продуктивным способом словообразования.

Rəyçi: dos.T.Cəlilova 

 

 

 


Cəfərov Yedgar M.

XÜSUSİ ADLARIN BİG-DATA ANALİZİ VƏ NEYROLİNQVİSTİK

 PROQRAMLAŞDIRMA

Xüsusi adların statistik təhlili ilə bağlı böyük maraq doğuran məsələlərdən biri də bu təhlillərdən alınan nəticələrin indiyə qədər elmdə mübahisəli qalmış bir çox məqam­ların aydınlaşdırılmasından ötrü müəyyən perspektivlər yaratmasıdır. Məlumdur ki, hələ lap qədimlərdə, antik yunan filosofu Platonun irəli sürdüyü “sözlər və şeylər” nəzəriyyəsinə görə, sözlər mənalı səslər kimi qəbul edilirdi. Lakin sonradan yeni dil nəzəriyyəsi – strukturalizm klassik dilçiliyi alt-üst edən dilin işarəviliyi anlayışını irəli sürdü. Sözün yeni formulu belə oldu: işarə edilən – işarə – məna. Bu nəzəriyyədə sözlə onun bildirdiyi şeylər arasında heç bir əlaqənin olmadığı müəyyənləşdi. Sözü işarə, dili isə işarə sistemi kimi təqdim edən semiotikanın əsas müddəalarını amerikan filosofu Çarlz Pirs (1839-1914) və isveçrəli dilçi-psixoloq Ferdinand De Sösür (1857-1913) irəli sürdülər [1, s.24].

Bu gün də bütün dünyada qeyd-şərtsiz qəbul edilən əsas düşüncəyə görə, əşya və söz, adla onun fərqləndirdiyi obyekt arasında heç bir birbaşa bağlılıq yoxdur. Eləcə də xüsusi adlar onu daşıyan insanların taleyinə, həyat və fəaliyyətinə hər hansı şəkildə təsir göstərmir. Karl Marks bir zamanlar bunu nəzərdə tutaraq yazırdı ki, “Əgər bir adam haqqında bildiklərim ancaq onun adının Yakov olmasıdırsa, deməli onun haqqında heç nə bilmirəm”. 

Bununla belə, son illər dünyanın müxtəlif ölkələrində müəyyən praqmatik məqsəd­lərlə aparılan araşdırmalar, həmçinin psixologiya elminin mövqeyinin getdikcə güclən­məsi “sözlər və şeylər nəzəriyyəsi” nin yenidən aktuallıq qazandığını,bu nəzəriyyə ilə bağlı mübahisələrin hələ tam bitmədiyini göstərir. Məsələn, bir çox ölkələrdə marka adlarının nə dərəcədə uğurlu seçildiyini müəyyənləşdirmək üçün hətta sözdəki hərflərin belə analizi aparılır. Stiv Rivkinin apardığı bir araşdırmaya görə, ABŞ-da yaradılan mar­ka adlarının çoxu C və S hərfləri ilə başlanır. Şirkət adlarında ilk hərf kimi A saitindən də çox istifadə olunur.  Türkiyədə isə, marka adlarının ilk hərfi kimi S-Ş, T-A üstün­lük təşkil etdiyi halda, şirkət adlarında A və B hərflərinə daha çox təsadüf edilir [3]. 

Əlbəttə, burada dildəki sözlərin istifadə sıxlığının, sözlərin asan tələffüzünün və yaddaqalan olmasının da böyük rolu vardır. Məsələn, ABŞ-da  marka adlarında I, W, J, Z, Q, U, X və Y, şirkət adlarında yenə Q, X, Y və Z ən az istifadə olunan  hərflərdir. Türkiyədə də marka adlarında J, U-Ü və Z, şirkət adlarında isə F, L, R, V və Z çoxda üstün sayılmır.

Professor Selime Sezgin, Türk dilindəki Ç, Ü, Ğ kimi hərflərin dildə çox yer  alma­dığına diqqət çəkir. “Dildə fonetik olaraq hansı hərf sözün əvvəlində ən çox istifadə olunursa, marka və şirkət adlarında da o qədər çoxüstün tutulur” deyən Sezgin, Türk dilin­də olmayan X, W, Q hərfləri ilə başlayan əcnəbi marka adlarının çətin xatırlandığını bildirir[3].

Lüğətlərdə S hərfi ilə başlanan sözlərin sayı digər hərflərlə müqayisədə üstünlük təşkil etsə də, marka və şirkət adlarında S hərfi ikinci yerdə gəlir. L hərfi ilə başlayan kəlmələr həm lüğətdə, həm marka, həm də şirkət adları sırasında səkkizinci yerdə qərarlaşır. X və Y ilə başlayan sözlər bu üç kateqoriya üzrə sonuncuyerdədir.P ilə başlayan kəlmələr isə sözlük sıralamasında ikinci olmasına rəğmən,şirkət adlarında beş, marka adlarında altıncı sırada gəlir. C hərfi şirkət və marka adlarında ilk sırada yer alır. A hərfi şirkət adlarında ilk sırada, ancaq marka adlarında dördüncü, lüğətdə isə altıncı sıradadır. Deməli, əlifbanın nisbətən sonlarında gələn J, K, X, Y və Z hərfləri marka adlarının yaradılması üçün bir o qədər də uyğun deyildir.

Hərflərlə bağlı araşdırmalar bununla da bitmir. Məsələn, A hərfinin populyarlığı ta­rix boyunca əlifbanın bu saitlə başlaması ilə əsaslandırılır. Bu səbəbdən də, təsəv­vürlərə görə, A saiti yüksək dəyərləri təmsil edir. İngilis dilində A saiti çox nadir hal­larda ard-arda gəlir və bu hala da, əsasən, başqa dillərdən alınmış sözlərdə təsadüf edilir. Tədqi­qatçılara görə, A saiti marka adına əcnəbi, ekzotik, romantik bir assosiasiya qazandırır [3].

O saiti isə, əsasən,italyan və ispan dilləri kimi romantik dillərdən olan sözlərin (amigo, bambino) sonunda işlənir. Bu hərfin kökü latın və yunan dillərinə gedib çıxır. Bu hərf sadəcə olaraq sözlərdə deyil, mədəniyyət simvollarında da özünü göstərir. Eyni zamanda, bir çox musiqi terminlərində, təəccüb, rahatlıq, xoşbəxtlik və s. kimi hiss-həyəcan bildirən nida səslərində də özünə yer alır. Bu səbəbdən O hərfi 19-cu əsrdən bəri bir çox marka adlarında böyük populyarlıq qazanmışdır. Hətta bəzən eyni bir marka adında birdən çox O saitindən istifadə edilə bilər (Bronco, Omo, Polo, Volvo, Yo-Yo). 

İstifadə sıxlığı baxımından deyil, görünüş baxımından O hərfindən sonra digər uğurlu bir hərf X hərfidir. İngilis dilindəki “ex” səsinin yerində istifadə edilən bu samit, əsasən, yunan mənşəli sözlərin əvvəlində, latın mənşəli sözlərin isə sonunda gəlir. Xristian dünyasında Həzrət İsa, xaç işarəsi kimi müqəddəs dəyərləri ifadə edir. Riyaziyyatda məchulu, yanlış bir cavabı işarələyir. İdeoqrafik işarə olaraq çarpma təhlükəsini bildirir. Genetika elmində X kişi xromosomlarınınişarəsidir.Roma rəqəmlərində 10 rəqəminin yerinəistifadə olunur [3].

Hərflərin bu rəmzi mənaları bir çox xalqlarda yeni doğulan uşaqların adlandırılması zamanı xüsusi şərt kimi nəzərə alınır. Məsələn, Çində şəxs adlarının hərf kombinasiyası çox mühümdür. Çin ailələrində uşaqların adlandırılması məsələsinə hər hansı şirkət və məhsulaad tapılması qədər böyük əhəmiyyət verilir. Bir çox ürəyəyatımlı hərflərin birləşdirilməsi ilə gözəl bir məna yaradılır. Dünyanın bir sıra ölkələrində rəqəmlərin təkcə riyazi deyil, həm də magik xassələrə malik olduğunu sübut etməyə çalışan numerologiya, göy cisimləri, onların hərəkətləri ilə yerdəki insanların xarakterləri, sosial əlaqələri və s. arasında əlaqəni hesablayan, təxmin edən və sistemləşdirən astrologiya kimi, hərflərin magik xassələri, daşıdığı adın insanın taleyinə təsiri ilə bağlı müəyyən iddialar irəli sürən akrofonologiya adlı yeni bir sahə də formalaşmışdır [5].

Rus folklorunda belə bir kəlam var: “Gəmini necə adlandırsan, elə də üzər”. Bəs ad insanın taleyinə hər hansı şəkildə təsir göstərə bilərmi? Əlbəttə, bu sualın cavabını sözlərin, hərflərin, onların kombinasiyalarının mistik təsir gücü ilə əlaqələndirmək məsələyə qeyri-elmi yanaşma olardı. Çünki akrofonologiyanın irəli sürdüyü iddialar,hər nə qədər maraqlı görünsə də, elmi prinsiplərə ziddir. Bununla belə, qoyulmuş suala qloballaşma dövründə bir çox ölkələrdə, o cümlədən Azərbaycanda da böyük populyarlıq qazanmaqda olan Neyrolinqvistik Proqramlaşdırma (NLP) təliminin prinsipləri əsasında müəyyən qədər aydınlıq gətirmək mümkündür.

Neyrolinqvistik proqramlaşdırma insanların öz məqsədlərinə çatmaqdan ötrü neyrolinqvistik proqramlarını müəyyənləşdirmələrini qarşısına məqsəd qoyan psixoloji terapiya anlayışıdır. NLP abbreviaturasındakı neyro sözü nevroloji sistemi – yəni, bədənin fiziki fəaliyyətləri və beş duyğu orqanımızdan gələn informasiyaları  öyrənmə tərzini, linqvistik termini - istifadə edilən dil vasitəsilə çevrəylə qurulan əlaqəni və bu əlaqənin təsirini, proqramlama isə - kompüter elmlərindəki proqramlaşdırma anlayışından alınmış zehni prosesləri ifadə edir. NLP təlimini 1973-cü ildə, o zaman hələ tələbə olan amerikalı professor Richard Bandlerlə dilçilik üzrə professor Con Grinder birgəyaratmışlar. Bu təlim Milton Erikson, Virciniya Satir, Fritz Perls, Qreqori Bateson kimi öz dövrlərinin tanınmış həkim və dilçilərinin irəli sürdükləri zehni proseslərin modelləşdirilməsi üsulları əsasında ortaya çıxmışdır [6].

Neyrolinqvistik Proqramlaşdırma ifadəsi zehinlə insan bədənindəki sinir sahəsi (nevrologiya), dil modelləri (linqvistik), insan hisslərinin təşkili, düşüncənin sistematik modelləri (proqramlama) ilə insan davranışları vəsubyektiv gerçəklik arasındakı əlaqəni kəşf etməyə yönəlmiş model vəqanunauyğunluqlar sistemini əks etdirir. Bununla belə, NLP-nin özünün də elmiliyi hələ mübahisəlidir. Onun metodologiyası modelləşməyə əsaslanır. NLP konkret bir sahədə uğurlu nəticələr əldə etmiş insanların təcrübəsini öyrənməyi qarşısına məqsəd qoyur. Onun müdaxilə vasitələri zehni funksiyaları inkişaf etdirir, insanın potensialını yüksəldir, yeni modellər yaratmaq və inkişaf etdirməkdən ötrü insanın ehtiyacı olan dəyişiklikləri asanlaşdırır. NLP üç əsas müddəaya əsaslanır:

Nevroloji: Bütün davranışlar nevroloji bir prosesin nəticəsidir. NLP ixtisarının birinci komponentini təşkil edən neyro sözü insanların görmə, eşitmə, hissetmə, qoxu, dadma duyğularını və bu duyğuların yönəldiyi beyin və sinir sistemini nəzərdə tutur.

Linqvistik: Sinir prosesləri, dil vəkommunikasiya sistemləri yolu ilə model və strategiyalar formasında təşkil edilərək sıralanır. Linqvistik deyərkən burada həyat təcrü­bələrinin dil vasitəsilə kodlanması, dilin təcrübə qazanma və dəyişiklik proseslərindəki təsiri vurğulanır.

Proqramlaşma. Bir sistemin ünsürləri müəyyən nəticələrə çatmaqüçün təşkil olunur və ya proqramlaşdırılır. Bu proqramlaşmada insanın iradəsi daxilində və iradəsi xaricində  gerçəkləşən, öyrənilmiş davranış qəlibləri əks olunur [2, s. 7].

Beləliklə, NLP gündəlik həyatımızda biz fərqinə belə varmadan avtomatik baş verən hissetmə, düşünmə və davranış proseslərini şüurlu hala gətirərək inkişaf etdirmə məqsədinə yönəlmiş psixoloji üsuldur. NLP-nin əsasını insanların öz çevrələrini necə hiss edib nə şəkildə reaksiya vermələri, başqaları ilə əlaqələri necə qurmaları və onların davranış qəlibləri üzərində qurulan araşdırmalar təşkil edir.

NLP-də bu cür araşdırmalar,qeyd etdiyimiz kimi, əsasən, öz sahələrində çox böyük uğur qazanmış insanların strateji fəaliyyəti üzərində genişləndirilir. Ona görə də NLP-də modelləşdirmə mühüm yer tutur və bu, sürətli öyrənmənin (Accelerated Learning) əhəmiyyətli bir hissəsini təşkil edir. NLP araşdırmaları nəticəsində inkişaf etdirilən texnologiya və üsullar, insanlar arasındakıəlaqələrin yaxşılaşdırılmasında müsbət rol oynadığı kimi, hədəflərin müəyyənləşdirilməsi və problemlərin həlli proseslərində də uğurla istifadə olunur.

NLP-nin bütün model və texnologiyaları özündə iki təməl yanaşmanı birləşdirir:

1. Xəritə yanaşması: İnsan öz ətraf mühitindən mütəmadi olaraq emal edə bilə­cəyindən daha çox informasiya alır və bu informasiyaları fərdi süzgəcindən keçi­rərək qavrayır. Fərdi süzgəc insanın xarakterindən, düşüncə tərzindən, inanc­larından, o an içində olduğu fiziki-ruhi durumdan asılı olaraq dəyişir. Yəni, başqa sözlə, biz ətraf aləmdən gələn məlumatları öz şərhlərimizlə birgə qavrayırıq. Dolayısı ilə mütləq ger­çəyədeyil, məhz qavradığımız gerçəyə uyğun davranırıq. NLP hər kəsin özünə uyğun olaraq fərdi şəkildə müəyyənləşdirdiyi bu gerçəkləri neyrolinqvistik xəritə adlandırır. İnsanların fəaliyyət imkanlarını məhdudlaşdıran əsas amillər də mütləq gerçəklər deyil, bu xəritələrdir [2, s. 26].

2. Sistem yanaşması: Real insanın daxili aləmində baş verən proseslər, onun başqa insanlarla ünsiyyəti sistematik xarakter daşıyır. İnsanlar, toplumlar, kainat, bir-biri ilə sürəkli təsir halında mövcud olan qarışıq sistemlər və alt-sistemlər yaradır. Bu sistemin hər hansı bir parçasını sistemdən ayırmaqmümkünsüzdür. NLP-ninirəli sürdüyü fərziy­yələrə görə insanların tam və doğru olaraq gerçəyi bilməsi mümkün deyildir. Bu vəziy­yətdə məqsəd, sistem yanaşmasına uyğun olan ən “zəngin xəritə”ni formalaşdır­maqdır. Hər hansı bir məsələ qarşısında nə qədər çox davranış alternativləri varsa, uğur qazanma ehtimalları da bir o qədər artmış olar. Bu baxımdan, mükəmməl insanlar çox­çeşidli baxış bucaqları və çoxsaylı davranış seçimlərinə malik olan insanlardır. NLP də insanlara öz baxış bucaqlarını və davranış seçimlərini artıraraq zənginləşdirmək üsullarını öyrədir [2, s.29]. 

Xüsusi ad da NLP yanaşmalarının formalaşmasında çox mühüm rol oynayır. Bu baxımdan, adın insanın taleyinə təsiri böyükdür. Doğularkən şəxsə verilən ad  onun maddi dünyası ilə mənəvi dünyası arasında bir bağlantıdır. Ad insanın vizit kartı, onun simasıdır. Bir çox hallarda insanın adı ünsiyyətin ilk anlarından onun haqqında müəyyən təəssürat formalaşdırır, ünsiyyətə təsir göstərir. İnsanın adı onun mənsub olduğu nəslin xarakter və dünyagörüşü, uğur və uğursuzluqlarını əks etdirir, başqaları ilə qarşılıqlı ünsiyyətində mühüm rol oynayır.

Adlarda səslərin kombinasiyası çox əhəmiyyətlidir. Əgər adın səslənişi daxili ritmlərlə harmoniya təşkil edirsə, başqalarının alt şüurunda müsbət emosiya doğurur: qürur, hörmət, sevinc, xoş xatirələr və ad sahibinə rəğbət doğuracaq digər üstünlüklər qazandırır. Bu zaman insan konkret situasiyalarda,eləcə də virtual mühitin üstün­lüklərindən istifadə zamanı xoşbəxt və uğurlu  biri olmaqdan ötrü daha çox imkan əldə etmiş olur. Əgər şəxs adının səslənişindən hər dəfə daxili narahatlıq hiss edir və gözəl adı olan insanlara həsəd aparırsa, bu hiss onun həyatında müəyyən uğursuz­luqlara yol açacaq. Belə məqamlarda psixoloqlar yubanmadan adı dəyişməyi tövsiyə edir.

Hər bir ad özünün fərdi obrazına malikdir. Görkəmli insanların adları ictimai şüurda müəyyən qayə və nailiyyətlərlə assosiasiya olunur. Bu zaman şəxs əmin olur ki, o da həmin insanın nailiyyətlərinə çata bilər.Bundan başqa, adın milli xarakteri insana özünü xalqının milli mədəniyyətinin bir parçası kimi hiss etmək imkanı yaradır.

Bəzən valideynlər nadir adlara üstünlük verirlər. Amma nadir adlar ictimai münasibətlərdə uyğunsuz tələffüzü ilə narahatlıq yarada bilər. Bundan başqa, adların qafiyələnməsi məsələsinə də diqqət yetirmək lazım gəlir. Ola bilər ki, insanlar adın qafiyələnmə imkanından istifadə edərək ondan təhqiramiz ifadə yaratmaqla həmin adı daşıyan şəxsi istehza obyektinə çevirsinlər. Psixoloqların qənaətinə görə, uyğun variant kollektiv üçün doğma olan neytral ad seçməkdir.Bu zaman adı daşıyan şəxs həm kollektiv enerjini duya, həm də özünü rahatlıqla təqdim edə biləcək.

Alimlərin rəyinə görə, ad təkcə insanın xarakterinə yox, onun sağlamlığına da təsir göstərir. Məsələn, ingilis terapevtlərindən biri üzə çıxarıb ki, adı əlifbadakı son 3 hərflə tamamlanan pasiyentlər ürək-damar xəstəliklərinə başqalarından daha tez-tez yoluxurlar. Başqa bir maraqlı statistika isə bundan ibarətdir ki, adı cəlbedici olan qızların vəzifə irəliləyişi göstəriciləri daha zəif olur [7].

Əlbəttə, bütün bunlar bir çoxlarına subyektiv yanaşma kimi görünə bilər. İnsan adlarının psixoloji təsiri, xüsusi adın insanın taleyindəki rolu barədə irəli sürülən müd­dəaların sübuta yetirilməsindən ötrü indiyə qədər konkret bir alət mövcud olmadığından bütün bu məsələləri elmi cəhətdən təsdiq, yaxud inkar etmək mümkün olmamışdır. Çünki belə bir alətin formalaşdırılması fərqli coğrafiyalarda, müxtəlif mühitlərdə yaşayan  minlərlə insanın həyat və fəaliyyəti üzrə əsrlərlə davam etməli olan kompleks tədqiqatlar tələb edir. Amma big data texnologiyaları belə bir alətin formalaşdırılmasına və ondan məqsədyönlü şəkildə istifadəyə imkan verir. Belə ki, adların elektron bazalarının yaradılması və hər bir adı daşıyan insanların həyat və fəaliyyətinin hərtərəfli statistik təhlili (ömür həddi, sənət-peşə mənsubiyyəti, karyera irəliləyişləri, maddi durumu, xəstəlikləri, ailə vəziyyəti, maraqları, siyasi mənsubiy­yəti, dini baxışları və s.)  hesabına adların insan taleyindəki rolu barədə müəyyən nəticələrə gəlmək mümkündür. Azərbaycanda da adların statistik təhlili və neyro­linqvistik proqramlaşdırma üzrə müvafiq elmi layihələrin başlanmasına böyük ehtiyac vardı.

İstifadə edilmiş mənbələr:

1.Rəcəbov Ə.Ə. Dil, şüur, cəmiyyət, tarix. Bakı, Azərbaycan Dövlət  Nəşriyyatı, 1993,157 s. http://www.achiq.org/anadil/dcs_1ci_dL.pdf

2.Joseph O’Connor. The NLP workbook. The practical guidebook to achieving the results you want. London, HarperCollins Publishers, 2013, 303 s.

3.https://www.capital.com.tr/yonetim/pazarlama/markada-s-s-sirkette-ab

4.https://anetteinselberg.com/2013/12/05/bas-harfiniz-kisiliginizi-anlatiyor-harflerin-anlamlari/

5. http://www.acrophonology.net/

6.https://tr.wikipedia.org/wiki/N%C3%B6rolinguistik_Programlama#TAR.C4.B0H.C3.87E

7. https://shkolazhizni.ru/psychology/articles/3995/

Xülasə

Məqalədə xüsusi adların insanın həyat və fəaliyyətindəki rolu nəzərdən keçirilmişdir. Bu məsələ neyrolinqvistik proqmalaşdırmanın baxış bucağından təhlil edilmişdir. Belə bir müddəa irəli sürülmüşdür ki, big-data texnologiyalarının köməyindən istifadə etməklə adın insanın fərdi inkişafındakı, son nəticədə isə taleyindəki rolunu müəyyənləşdirmək olar. Bu nəticələr isə konkret fərdlərlə bağlı NLP texnologiyalarının tətbiqində böyük fayda verə bilər. Bunun üçün big-datanın tərkib hissəsi kimi adların elektron məlumat bazasının yaradılması və adlar üzrə müvafiq statistik təhlillərin aparılması zəruridir.

Açar sözlər: xüsusi adlar, antroponim, NLP, neyrolinqvistik proqramlaşdırma, akrofonologiya

 

Перспективы статистического анализа имен собственных в нейролингвистическом программировании

Статья рассматривает роль имен собственных в жизни и деятельности человека. Этот вопрос анализируется с точки зрения нейролингвистического программирования.

 Выдвигается предположение, что при помощи технологий big-data можно будет определить роль имени в судьбе человека. Эти результаты смогут быть полезными в применении NLP технологий к конкретным индивидуумам. Для этого  необходимо создание электронной базы данных имен, в качестве составной части big-data, и проведение соответствующих статистических анализов.

Ключевое слово: имя, антропоним, НЛП, нейролингвистическое программирование, акрофонология

                  

                   Perspectives of statistic analyze  of proper nouns in neuro-linguistic programming

The article covers the role of proper names in our everyday life. This issue is analyzed from the Neuro-linguistic programming point of view. It also presents the idea, that with the support of big-data technologies it will be possible to determine the role of name in person’s destiny. These results may be useful in adaptation of NLP technologies to individuals. It reveals the necessity of creation of the proper names electronic database, as the main part of big-data, and making some statistical analyses.

Key words: name, anthroponymy, NLP, neuro-linguistic programming, acrophonology

Sima Quliyeva

TERMİNOLOGİYANIN İNKİŞAFINDA TERMİNOLOJİ LÜĞƏTLƏRİN ROLU

Dilin lüğət fonduna daxil olan vahidlərin qeydə alınması, toplanması, mürəkkəb və çətin başa düşülən sözlərin izah olunması dildə yazının yaranmasından sonraya təsadüf edir. Bu sahədə ilk işlər əlyazma mətnlərində səhifələrin kənarında mürəkkəb və çətin başa düşülən sözlərin izahlarının qeyd olunması ilə başlanmışdır. Belə iş həm əlyazmanı yazan xətatlar tərəfindən, həm də belə əlyazmaları oxuyanlar tərəfindən həyata keçirilmişdir. Əlyazmalarda səhifə kənarında qeyd olunan belə sözlər qlossalar adlandırılmışdır. “Qlossa -1. Söz. 2. Əlyazmalarının mətnində və ya haşiyədə aydın olmayan, qəliz sözlərin şərhi, tərcüməsi. 3. Nitqdə sözün hər hansı tərzdə realizə olunmuş forması. 4. Çox işlənən sözlərin nisbətən az işlənən sözlə əvəz edilməsindən ibarət bədii üsul” (1, s. 52). 

Azərbaycan dilşiliyində leksikoqrafiya tarixinə aid araşdırmalarda göstərilir ki, “qlossarilər (qədim sözlər lüğəti) söz, söz birləşməsi və ya ifadələrin birbaşa əlyazmasında vəya izah olunan yerdə mənalandırılmasıdır. Deməli, qlossa əlyazmaların mətnində və ya kənarında, mətnin cətirləri arasında verilən şərhdir. Qloslaşdırmanın iki növü məlumdur: marginal (əlyazmanın kənarında) və interlinear (əlyazmanın mətninin sətirlərarası). Ayrı-ayrı qıoslar tədricən müntəzəm işlədilmə nəticəsində kitaba çevrilmiş, kitabın xüsusi izahlı tipinin yaranmasına səbəb olmuşdur” (2, s.12). 

Beləliklə, aydın olur ki, lüğətçiliyin inkişafı qlossarilərin tərtibi ilə başlanmışdır. Tədricən lüğətçilik inkişaf etmiş, müxtəlif lüğət növləri yaranmışdır. İkidilli tərcümə lüğətləri və izahlı lüğətlər leksikoqrafiyanın ilkin dövrlərində yaradılmışdır. Elm və texnikanın inkişafı terminologiyanın bir sahə kimi formalaşmasına gətirib çıxarmışdır. Hər bi sahənin özünün terminologiyası vardır. Sahə inkişaf etdikcə bu sahənin terminlərinin siyahısını düzəltmək, ikidilli və izahlı terminoloji lüətlərin hazırlanmasına ehtiyac artmışdır.

Terminlərin seçilməsi, leksikoqrafik emalı, qeydə alınması, son nəticədə ter­minoloji lüğətlərin hazırlanması sahə terminologiyasının və ümumiyyətlə termino­logiyanın inkişafında xüsusi əhəmiyyət kəsb edən dördmərhələli prosesi özündə birləşdirir. Bu prosesdə yalnız terminoloji lüğət hazırlanmır, terminoloji sistemdə inventarlaşdırma aparılır, sistem nizama salınır, terminlərin standartlaşdırılmasının bəzi işləri görülür. Terminoloji lüğətlər birdilli və çoxdilli olmaqla iki qrupa bölünür. Birdilli lüğətlərin aşağıdakı tipləri vardır: 1) izahsız (terminoloji siyahı şəklində olan) lüğətlər; 2) izahlı terminoloji lüğətlər; 3) ensiklopedik; 4) məlumat-sorğu lüğəti.

Terminoloji lüğətlərin tərtibinin ilkin mərhələsi sahə terminlərinin təyin edilməsi və onların siyahısının hazırlanmasıdır. Terminin müəyyənləşdirilməsi üçün aşağıdakı kriteri­ya­lar­dan istifadə olunur: 1) definisiya kri­te­riyası; 2) kon­sep­tual tamlıq kriteri­yası; 3) məlumat krite­riyası; 4) sta­tistik kri­teriya; 5) məntiqi teoremlər krite­riyası; 6) distribu­tivlik kri­teriyası.

Terminologiyada sahə terminlərinin öyrənilməsi prosesində onların yaradılma­sı­nın üsullar və yolları, terminlərin dilin leksik sisteminə uyğunluğu, terminlərin sino­nim­liyi, omonimliyi, çoxmənalılığı, dubletliliyi və variantlılığı ilə bağlı araşdırmalar aparılır.

Müasir dövrdə terminologiya sahəsində mühüm elmi-nəzəri və praktik əhəmiy­yəti olan məsələlərdən biri terminoloji lüğətlərin hazırlanmasıdır. Leksikoqrafların terminlərlə işi termi­no­lo­giyanın qeydolunma sahəsinə aid olub, terminləri qeydə almaq məqsədi daşıyır. Terminşünaslar da terminlərin qeydolunma sahəsi ilə işləyir və sahə mütəxəs­sislərinin artıq lüğətlərə daxil etdikləri vahidləri tədqiq edirlər.

Məlumdur ki, terminlərin standartlaşdırılması zamanı terminlərin qeydəalınma sahəsi ilə işlənmə sahələri bir-birindən fərqləndirilir. İşlənmə sahəsi elmi dildir. Qeydəalınma sahəsi lüğətdir.  Adi ikidilli terminoloji lüğətlərdə, terminoloji siyahı­larda isə qəbul olunmayan, terminə qoyulan tələblərə cavab verməyən terminlər, ter­min variantları da qeyd oluna bilər. Çünki belə lüğətlər terminlərin işlənmə sfera­la­rında rast gəlinən bütün terminləri əhatə edir. Terminlər elmi-texniki tərəqqi prose­sində yaranır. Bu tərəqqi ilə bağlı dilin lüğət fondundakı terminlərin sayı mün­təzəm artır. Göründüyü kimi, anlayış bildirən hər hansı bir söz elm sahəsində predmetin, hadisənin, gerçəkliyin elmi təsəvvüründən keçərək xüsusiləşməsi yolu ilə terminləşir.

Çoxdilli terminoloji lüğətlərdə, adətən üç və daha artıq dilə məxsus terminlər əhatə olunur. Indiyədək nəşr edilən çoxdilli terminoloji lüğətlərin sözlüyü əksər hallarda beynəlxalq miqyasda ünsiyyət üçün yararlı sayılan dillərdən biri rus dili və milli dil əsasında qurulmuşdur. Belə lüğətlərdə hansı dilə məxsus terminlərin birinci yerdə, hansının isə ikinci, üçüncü və s. yerlərdə verilməsi lüğətlərin tərtibi zamanı qarşıya qoyulan məqsədlə əlaqədar olur. Azərbaycanda çoxdilli terminoloji lüğətlərin nəşrinə 1930-cu illərdən başlanılmışdır

Terminlərin müəyyən qismi ümumi leksikoqrafiyada hazırlanan lüğət korpusuna daxil edilir. Filoloji lüğətlərdə xüsusi terminlərin izahı bir qədər fərqli xarakter daşıyır. Filoloji izahla ensiklopedik izah arasında müəyyən fərq vardır. Izahlı lüğət sözləri və onların mənalarını açır. Ensiklopedik lüğətdə isə terminin ifadə etdiyi məfhumun geniş xarakteristikası verilir. Burada əşya, məfhum və hadisələrin mahiyyəti müfəssəl şəkildə şərh və təsvir edilir. Aydın olur ki, izah və təsvirin bir-birindən ayrılmasının səbəbi lüğətlərin növlərə bölgüsünə təsir edir və keyfiyyətcə ciddi fərqlər əmələ gətirir. Onu da qeyd etmək lazımdır ki, sözlərin mənalarının şərhində vahid standart yoxdur. Hər bir lüğətdə qarşıya qoyulan məqsəd və lüğətin funksiyası, nəzərdə tutulan istifadəçilər tərtib prinsiplərinə, izahlara, təsvirlərə yeni baxış bucağından yanaşmanı zəruriləşdirir. Ona görə də, tərtibçi hər bir lüğətin həyatdan daim geri qaldığını, ikincisi lüğətdə sözlərə izah verilərkən onların bu və ya digər bir yerdə işlənən məhəlli mənalarının deyil, başa düşülən və işlədilən mənalarının verildiyini nəzərdə tutmalıdır.

Sahə terminlərin elə bir qismi vardır ki, onlar ümumişlək leksik qata da daxil olur. Belə terminlər dilin müxtəlif növ lüğətlərində yer alır. Bu fikri nümunələr əsasında təsdiq etmək olar. Azərbaycan dilinin izahlı lüğətinə daxil edilmiş bəzi terminləri təhlilə cəlb edək.

ABBASİLƏR is. tar. Bağdad xəlifələri sülaləsi (750-1258). Harunərrəşiddən sonra abbasilərin istiqlaliyyət bünövrəsinə rəxnə düşdü. A.Bakıxanov.

ABİD is. [ər.] din. İbadətlə məşğul olan adam, vaxtını ibadətlə keçirən adam. Hiç abid anmadı ləlin ki, gözdən qan töküb; Səcdədən durduqca təğyiri-müsəlla etmədi. Füzuli. Məscidləri ver zahidə, qoy xanəgahı abidə; Gəl sən, Nəbati, məskən et meyxanəni, meyxanəni. Nəbati. [Oruc:] ...Bir abid peyda olub, bunun ismi-şərifi Şeyx Nəsrulladır. C.Məmmədquluzadə.

ACIBALDIRĞAN is. bot. Rütubətli yerlərdə bitən zəhərli ot bitkisi.

ACIBİYAN is. bot. Çoxillik alkaloidli bitki.” (3).

İzahlı lüğətdən götürülmüş bu dörd nümunədən biri tarix, biri dini, ikisi botanika terminologiyasına aiddir. Hər üç sahə yalnız mütəxəssisləri deyil, əhalinin geniş təbəqəsini maraqlandırır. Bu baxımdan həmin terminlərin izahlı lüğətdə verilməsinə ehtiyac duyulur. Ümumiyyətlə, leksikoqrafiyada terminlərin bilavasitə sahə termino­loji lüğətlərinə deyil, başqa lüğətlərə, o cümlədən izahlı lüğətə daxil edilməsi məsələ­si lüğətçilərin daim diqqətini özünə cəlb edir. Burada həll olunması tələb olunan odur ki, bilavasitə sahə mütəxəssislərinin istifadə etdikləri terminlər sahəyə aid olmayan terminoloji lüğətlərin izafi baş sözlərlə yüklənməsinə yol verilməsin.

Nümunələr gətirdiyimiz lüğətdə verilmiş bir lüğət məqaləsini də nəzərdən keçirək.

“ABSENTEİZM is. [lat.] Seçkilərdə iştirak etməkdən kütləvi imtina, boyun qaçırma. Absenteizmə yol verməmək”(3).

Bu söz ictimai-siyasi terminologiyaya aiddir və Azərbaycan dilinin izahlı lüğətinə daxil edilmişdir. Göründüyü kimi, lüğət məqaləsində sözün hansı sahə terminologiyasına aidliyi barədə məlumat verilməmişdir. Halbuki yuxarıda eyni lüğətdən gətirilmiş nümunələrdə baş sözdən sonra verilən lüğət qeydlərindən biri sahə ilə bağlı idi. Məsələn, “tar.”, “din”, “bot.” Lüğət ixtisarı olan bu qeydlərdən birincisi “tarix”, ikincisi “din”, üçüncüsü “botanika” anlamındadır. Bu ixtisarlar lüğətdə ayrıca ixtisarlar siyahısı şəklində yerləşdirilir. “ABSENTEİZM” terminindən sonra göstərilən formada qeyd yoxdur. Apardığımız araşdırma belə qənaətə gəlməyə əsas verir ki, izahlı lüğətdə əcnəbi sözlərin bir qismi verilmişdir. Təbii ki, işlək əcnəbi sözləri izahlı lüğətə daxil etmək lazımdır. Bu məqsədlə əcnəbi sözlərin işləklik dərəcəsi müəyyənləşdirilməlidir. Adıçəkilən lüğətin tərtibi zamanı belə tədqiqat olmadığından tərtibçiləri subyektiv fikirləri bəzi sözlərin lüğətə daxil edilməsinə səbəb olmuşdur. Onu da qeyd edək ki, ayrı-ayrı dillərdə xüsusi əcnəbi sözlər lüğətləri, yeni sözlər lüğətləri hazırlanır ki, onların sözlüyündə əcnəbi sözlər yer alır. Bəzən yeni sözlər lüğəti mənşəcə dilin özünə aid olan və yeni yaranmış sözləri əhatə edir. Bu halda yeni sözlər lüğətinə əcnəbi leksik vahidlər salınmır.

Xüsusi linqvistik vasitə kimi lüğətlərin ən əhəmiyyətli əlamətlərini iki cəhətdən ayırmaq mümkündür: 1) terminin işarələnməsi, qeyd olunması baxımından lüğət məlumat kitabı, dil vahidlərinin toplusu, bütün dil vahidləri haqqında biliklərin ümumiləşdirilib qeyd olunma vasitəsi, dil vahidləri təşkiledicilərinin toplusu, verbal və qeyri-verbal işarələr kompleksi kimi formalaşan xüsusi mətn, intramətn vahidlərinin avtonom çoxluğudur; 2) anlayışların məzmun planı baxımından lüğətin tərkibinə morfemlər, sözlər, frazeologizmlər, atalar sözləri, zərb-məsəllər daxil olur. Bütün bu dil vahidləri müəyyən qaydada düzülür, çoxtərəfli semantik informasiya ilə təchiz olunur. İnformasiya həm dil vahidləri, həm də onların arxasında duran gerçəklik fraqmentləri haqqında olur [4, s. 82].

Terminoloji lüğətlərin əsas funksiyalarından biri sahə terminlərinin toplanmasıdır. Əgər dildə hər hansı sahənin terminoloji lüğəti yoxdursa, bu, o deməkdir ki, həmin sahə terminologiyası qeydə alınmamış, nizama salınmamışdır. Bundan başqa, müasir dövrdə dilin zənginlik dərəcəsinin öyrənilməsinə xüsusi diqqət verilir. Dilin lüğət fondunda terminologiya xüsusi lay təşkil edir. Dilin ümumi sözlərinin miqdarı hesablanarkən yalnız ümumişlək leksik lay nəzərə alınmır. Eyni zamanda terminlər də hesablanır. Azərbaycan dilinin terminoloji sisteminə daxil olan bütün terminlərin miqdarı ilə bağlı elmi araşdırma aparılmamışdır. Çağdaş dilçilik üçün aktual olan bu məsələ müxtəlif sahə terminlərinin hesablanmasını və bu hesablamalar üzrə ümumi terminlərin sayının təyin edilməsi tələb olunur. Onu da qeyd edək ki, belə tədqiqatda hansı sahə terminologiyasının daha zəngin olması, həmçinin müxtəlif sahələrdə müştərək işlədilən terminlər haqqında da lazımi faktları ortaya qoymaq olar. Terminoloji layın kəmiyyət göstəricilərinin hesablanması müvafiq lüğətlər əsasında yerinə yetirilə bilər.

Müəyyən sahəyə aid terminoloji lüğətin tərtibi zamanı bu sahəyə aid olmayan terminlərin lüğətin sözlüyünə daxil edilməsi məqbul sayılmır. Müştərək sahələrin terminlərinin müəyyən qisminin sahə terminoloji lüğətinin sözlüyünə daxil edilə bilər. Məsələn, tətbiqi dilçilikdə ehtimal nəzəriyyəsi, riyazi statistika, çoxluqlar nəzəriyyəsi, qraflar nəzəriyyəsi terminologiyalarından və eyni zamanda dilçilik terminolo­giyasından da istifadə olunur. Tətbiqi dilçilik əsas iki sahənin -riyaziyyat və dilçilik qovşağında yaranmışdır. Lakin tətbiqi dilçilikdə bütün riyazi terminologiya istifadə edilmir. Daha çox ehtimal nəzəriyyəsi və riyazi statistikanın linqvistikaya tətbiqi ilə üzləşirik. Ümumiyyətlə, terminoloji lüğət konkret sahənin adı ilə təyin olunduqda bu lüğətə başqa sahə terminlərinin salınması düzgün sayılmır. Çünki mütəxəssis olmayan istifadəçi belə terminlərin semantikasını aydınlaşdırmaqda çətinlik çəkəcəkdir. Deməli, digər sahələrin terminoloji lüğətlərində verilmiş terminləri başqa sahənin lüğətlərinə daxil etməyə ehtiyac yoxdur.

Elmlərin diferensiasiyası prosesində yeni sahələrin yaranması sürətlənir. Məsələn, dilçilikdə kommunikasiya nəzəriyyəsi, koqnitiv dilçilik, mətn dilçiliyi, diskurs təhlili, konseptlər nəzəriyyəsi, ümumi semantika, korpus dilçiliyi kimi sahələr müstəqilləşmişdir. Hazırda terminoloji lüğətçiliyin də terminoqrafiya ilə əvəzlənməsi və müstəqil istiqamətə çevrilməsi, eləcə də elektron leksikoqrafiyasının diferensiasi­yası haqqında fikirlər söylənməkdədir. Bir çox dilçilik məktəblərində leksikoqrafiya terminologiyasına dair lüğətlərin hazırlanması və belə problemlə bağlı dissertasi­yaların yazılması da məlumdur. Qeyd olunan faktlar terminologiyanın dövrümüzdə sürətlə inkişaf etdiyini, terminoloji fondun zənginləşməsini təsdiq edir.

Ayrılıqda götürülmüş hər hansı sahə üzrə lüğətçilik terminoloji lüğətçiliyin tərkib hissəsidir. Terminoloji lüğətçilikdə sahə üzrə tam və qısa lüğətlərin hazırlanması mümkündür. Qısa terminoloji lüğətlər daha çox tədris məqsədi daşıyır. Bu baxımdan dar sahə lüğəti anlayışı qeyri-dəqiqdir. «Elmi lüğət» terminini də qüsurlu saymaq olar. Elm və texnika daim vəhdətdə inkişaf edir. “Təbiət elmləri”, “ictimai elmlər”, “ictimai-siyasi elmlər”, “texniki elmlər” kimi terminoloji birləş­mələr leksikoqrafiyada belə adlar altinda lüğətlərin tərtibini imkan verir. Məsələn, məktəblinin təbiət elmləri lüğəti, ictimai-siyasi terminlər lüğəti, politexnik lüğət və s. Qeyd edilən lüğətlərin hər biri terminoloji lüğətçiliyə aiddir. Lüğət adlarının seçimi zamanı leksikoqraf tərtibçilər verilmiş ad altında hansı sahələri birləşdirdiklərini qeyd etməli və əsaslandırmalıdırlar. Aparılmış təhlil və araşdırmalar terminoloji leksiko­qrafiyanın tərkibində yarımqruplar kimi elmi və peşə-sənət leksikoqrafi­yalarını ayırmağa əsas verir. Qeyd olunanlar terminoloji lüğətlərin terminologiyanı və o cümlədən də dilin lüğət fondunu zənginləşdirən vasitə olduğunu təsdiq edir. Yuxarıda terminoloji lüğətlərin tərtibinin ilk növbədə bütün sahə terminologiyasını əhatə etməklə terminoloji sistemi zənginləşdirmə vasitəsi kimi çıxış etməsini qeyd etmişdik. Bu, birinci istiqamətdir. İkinci istiqamət isə müasir dördə gedən proseslərlə bağlıdır. Dövrün səciyyəvi xüsusiyyətlərindən biri informasiya mübadiləsinin sürətlənməsi ilə əlaqədar dilə keçən terminlərin sayının sürətlə artmasında özünü göstərirsə, ikinci cəhət yeni terminlərin yalnız mütəxəsislərin deyil, dil daşıyıcılarının əksəriyyətinin istifadəsinə verilməsidə təzahürünü tapır. Kompüter texnologiyaları, mobil rabitə əhalinin böyük əksəriyyətinin alınma terminlərdən istifadə etməsinə səbəb olur. Bu məqamda internet dili lüğətlərinin hazırlanmasına ehtiyac artır. Hazırda kütləvi informasiya vasitələrinin dilində işlənən terminlərin də sayı artmaqdadır. Dövrün səciyyəvi cəhətlərindən biri də ümumişlək sözlərin deyil, terminlərin sayca çoxalma tendensiyasının müşahidə edilməsində özünü göstərir.

Terminoloji lüğətlərin dilin terminoloji və ümumiyyətlə leksik fondunun zəngin­ləşməsinə təsirini öyrənmək yollarından biri də tarixi terminologiyanın tədqiq edil­məsini diqqət mərkəzinə çəkməkdir. Məlumdur ki, müxtəlif sahə terminologiya­larını araşdırmış mütəxəssislər bu sahə terminologiyalarının təşəkkül tarixini də aydınlaş­dırmağa çalışırlar. Eyni zamanda yazılı abidələrin dilində və müxtəlif dövrlərdə terminologiyanın inkişafına dair işlər də yerinə yetirilir. Fikrimizcə, bu cür tədqi­qatlarda əldə olunan nəticələrdən istifadə etmək vacibdir. Bununla yanaşı, Azərbay­can dili terminologiyasının müxtəlif əsrlərdəki vəziyyəti, ayrı-ayrı yazıçı və şairlərin dilindəki terminlərin üzə çıxarılması tarixi terminologiya üçün əsaslı zəmin yaradır. Məsələn, XVIII əsrdə Azərbaycan ədəbi dilinin elmi üslubunun formalaşması üçün geniş imkanlar açılmışdı. Bu imkanlar Azərbaycan dilində müxtəlif elm sahələrinə aid kitabların yazılması ilə gerçəkləşirdi. Ancaq bununla yanaşı, qeyd etmək lazımdır ki, «XIX əsr Azərbaycan ədəbi dilində elmi üslub funksional cəhətdən yeni üslub kimi götürülsə də, bu üslubun tarixi dilimizin daha qədim dövrlərinə gedib çıxır»(5, s. 15). Lakin heç şübhə yox ki, elmi üslubun formalaşmasında elmi kitabların və kitabçaların, dərs vəsaitlərinin yazılması xüsusi rol oynamışdır. Belə əsərlər isə XVIII əsrin əvvələrində və ondan sonrakı dövrlərdə daha çox qeydə alınır.

N.Cəfərov terminologiyanın formalaşmasının daha əvvəllərdən, hələ XVI əsrdən başlamasını göstərir. XVI əsrdən etibarən Azərbaycan ədəbi dili milli əsaslar üzərində yenidən qurulmağa başlamışdır. Bu proses elmi üslubun strukturuna da təsir etmiş və terminologiyada keyfiyyət dəyişməsi yaratmışdır. Keyfiyyət dəyişməsi müxtəlif sahələrə aid terminologiyada özünü göstərir (6, s.145).

Lakin şübhə yox ki, terminologiyanın möhkəm əsaslar zəminin­də forma­laşmasında elmi kitablar daha böyük təsir göstərmişdir.

Ə.Dəmirçizadə yazır: «Son zamanlarda əldə edilmiş sənədlərə, xüsusən əlyazmalarına əsaslanaraq belə nəticəyə gəlmək olur ki, XVIII əsrdə azərbaycanca bir neçə tibb kitabı, kitabçası, bir neçə tarix kitabı, kitabçası, bir sıra sərf kitabları, lüğətlər, hesab, astranomiya, coğrafiya məsələlərinə həsr edilmiş kitabçalar, eləcə də dini təbliğat-təlimat məzmunlu kitab və kitabçalar yazılmışdır»(7, s. 250).

Elmi kitabların yazılması, terminoloji bazanın inkişaf etməsi XIX əsrdə Azərbaycan dilinin elmi üslubunun diferensiyasına gətirib çıxartdı.

ƏDƏBİYYAT

  1. Adilov M.İ., Verdiyeva Z.N., Ağayeva F.M. İzahlı dilçilik terminləri. Bakı, Maarif, 1989, 364 s.
  2. Həsənov H. Azərbaycan lüğətçiliyinin nəzəri əsasları. Bakı, BU nəşri, 1999, 336s.
  3. Azərbaycan dilinin izahlı lüğəti. Bakı, “Şərq-Qərb”, 2006
  4. Новодранова В. Ф. Когнитивное терминоведение // Общее терминоведение: Энциклопедический словарь.  Москва, Московский Лицей, 2006. - С. 82-84.
  5. Adilov V.Z. XIX əsr Azərbaycan ədəbi dilinin elmi üslubu. Bakı,Elm, 2002,
  6.  Cəfərov N. XVIII əsr Azərbacjan ədəbi dilinin terminoloji leksikası (ticarət terminləri)// Azərbaycan terminologiyası problemləri. Bakı, 1988
  7.  Dəmirçizadə Ə. Azərbayjan ədəbi dilinin tarixi. Bakı, Maarif, 1979.
  8.  Adilov V.Z. Azərbaycan ədəbi dilində tibb terminləri. Xəbərlər, 1977, № 1,

Açar sözlər: lüğət, leksikoqrafiya, terminologiya, terminoloji lüğət, terminoloji fond.

Ключевые слова: словарь, лексикография, терминология, терминологический словарь, терминологический фонд.

Key words: dictionary, lexicography, terminology, terminological dictionary, terminological fund.

 

Роль терминологических словарей в развитии терминологии

РЕЗЮМЕ

В данной статье исследуются вопросы, связанные с развитием терминологической лексикографии. Проводится анализ материалов по истории лексикографии. В ходе такого анализа было выявлено, что в определенный период в словарном деле открываются новые направления. Эти направления связаны с созданием словарей по специальной лексике языка. Специальная лексика составляет терминологический фонд языка. Развиваются различные области науки. Каждая новая область имеет свою терминологию. Множество терминов отдельно взятой науки дает возможность для создания различных видов словарей данной отрасли. Таким образом увеличивается количество терминологических словарей. Каждый новый словарь обогащает терминоло­гический фонд языка.

 

Role of terminological dictionaries in development of terminology

SUMMARY

In the article is investigated development of terminological lexicography. The analysis of materials is conducted basing on history of lexicography. Due to analysis, it was revealed that within certain period new directions are founded in dictionaries field. These directions are related with creation of dictionaries on special lexicon language. Special lexicon bases terminological fund of language. Various fields of science are developing. Every new field has its own terminology. Numerous terms in any single science give opportunity to create various types of dictionaries in its field. Thereby, number of terminological dictionaries is increased. Every new dictionary enriches terminological fund of language.

 

Rəyçi: dos.S.Abbasova


Səmədova Könül İbrahim qızı

AZƏRBAYCAN DİLİNİN ŞİMAL QRUPU DİALEKTLƏRİNDƏ TƏYİNİ SÖZ BİRLƏŞMƏLƏRİ, SİNTAKTİK ƏLAQƏLƏR VƏ ONLARDA QIPÇAQ ELEMENTLƏRİ.

Dialekt və şivələrimizdə oldugu kimi Şimal qrupu dialekt və şivələrində də təyini söz birləşmələrin hər üç növünə təsadüf edilir.

I. Hər iki tərəfi şəkilçisiz işlənən birinci növ təyini söz birləşmələri. Bu söz birləşmələri o birilərinə nisbətən daha qədimdir. Bu cür birləşmələrdə təyin təyin olunan sözün keyfiyyət, əlamət, miqdar və hansı əşyadan, materialdan hazırlandığını bildirir. məs. taxta qapı, habu uşax. qızıl üzük və. s. Bu birləşmələr arasında yanaçma sintaktik əlaqəsi özünü göstərir.

II. Birinci tərəfi şəkilçisiz, yalnız ikinci tərəfi sözdəyişdirici şəkilçi qəbul edən təyini söz birləşmısi. Bu növ təyini söz birləşmələrində birinci tərəf ikinci tərəfin hansı kollektivinə və ya hansı bir koteqoriyaya aid olduğunu göstərir. ikinci tərəf III şəxsin mənsubiyyət şəkilçilərini qəbul edir. (-ı4, sı4)

Zaqatala –Qaxdialektlərininəksəriyyətində bu söz birləşmələrində ikinci tərəfi mənsubiyyətşəkilçisiz işlənilir və birinci növ təyini söz birləşmələrinə uyğun gəlir. məs. qolxoz idarə, dağ ara, baş ağrı, göz ağrı, qoz ağrı, diş ağrı , iş gün və s. Amma tamamilə ikinci növ təyini söz birləçmələridirlər.

İkinci tərəfimənsubiyyət şəkilçisiz işlənən ikinci növ təyini söz birləşmələri Azərbaycan dilinin Şimalvə həmçinin cənub dialektləriylə bərabər türkologiyada tatar dilinin dialektlərində də müşahidə olunur. Bundan başqa bu formaya oğuz qrupu türk dillərindən o, cümlədən qumuq, qaraçay-balkar, dillərində də rast gəlinir. N. K. Dimitriyev qumuq dilində işlənən bu tipli birləşmələrin təyini söz birləşmələrinin digər növlərindən daha qədim hesab edir. [1, s. 230; 2, s. 180]

III. Hər iki tərəfi müəyyən sözdəyişdirici şəkilçilərlə ifadə olunan təyini söz birləşmələri;Bu növ təyini söz birləşməsində birinci tərəf ümumilik, bütövü deyil, fərdi, konkretəşyanı bildirir. Belə təyini söz birləşmələrində birinci tərəf ismin yiyəlik hal şəkilçisini , ikinci tərəf isə mənsubiyyət şəkilçilərini qəbul edir. Zaqatala, Qax və Salyan rayonlarının bəzi kənd şivələrində hər iki tərəfi isimlə ifadəolunan təyini söz birləşmələrində, ədəbi dil və başqa dialektlərdən fərqli olaraq ikinci tərəfin şəkilçisi (III şəxs mənsubiyyət şəkilçisi) olmur; məs. : evin lampa, əsgərlərianalar. - O evin lampadır (Qax-İ. Su); - Axşamçağıı yığdılar arabıya, gətdilər qalxozıməntaqiyə (Sal. -Cən. ). Bəzən də əksinə, birinci tərəfin şəkilçisi (yiyəlik hal şəkilçisi) olmur. Belə hala birinci tərəfı əvəzliklərlə ifadə olunan təyini söz birləşmələrində təsadüf edilir; məs. : mən istədigim, sən istədigün, o istədigi, biz istədigimiz, süz istədigüz, onlar istədigi (B. , Ş. , Mər. , İsm. ). - Bınnar ikisi də alaçəngənəfəs gəldilər çıxdılar ağacın dibinə (Şah.).Zaqatala-Qax şivəsində bəzən təyini söz birləşməsinin birinci tərəfi yönlük halda (yiyəlik hal əvəzinə), ikinci tərəfı isə adlıq halda işlənir; məs. : - Mənim atama on uşaq vardi (Qax-Əmr.). [3, s. 83; 4, s. 19]Bu xüsusiyyət həmçinin VIII əsrə aid”Orxan-Yenisey”abidələrində(meniq er, bizin su, sizin er) [5, s. 34; 6, s. 76] vəqazax, qumuq, tatar, türkmən, karaim dillərində də özünü göstərir. (bax səh 233 də dərbənd dialektləri ədəbiyyatı yaz). H. Mirzəzadə birinci tərəfi yiyəlik hal şəkilçisi qəbul etmədən işlənən üçüncü növ təyinisöz birləşmələrinin orta əsrlərin ədəbi və bədii əsərlərinin dilində də müşahidə olunduğunu qeyd edir və göstəririr ki, bunlar formal cəhətdən ikinci növ təyini söz birləşmlərinə oxşasa da, məna və vəzifə cəhətdən üçüncü növ təyini söz birləşmləri kimi dərk edilir. Azərbaycan dilinin dialekt və şivələrində müşahidə olunan, belə təyini söz birləşmələri “Kitabi-Dədə Qorqud “da və klassiklərimizin əsərlərindədə öz əksini tapmışdır. Bəzən ikinci tərəfi ikiqat mənsubiyyət şəkilçisi ilə işlənən üçüncü növ təyini söz birləşmələri də Azərbaycan dilinin dilekt şivələrində o cümlədən, Şimal qrupu dilaekt və şivələrində özünü biruzə verir və həmçinin XVI əsrə aid yazılı mənbələrində “Kitabi-Dədə Qorqud” abidələrdəd də, türkologiyada tatar, qaqauz, özbək, dillərində də rast gəlinir.

Şimal qrupu şivələrində bəzən üçüncü növ təyini söz birləşməsinin birinci tərəfindəki yiyəlik hal səkilçisinin “n” səsi düşür. bu hal birinci tərəfi isim və əvəzliklərlə ifadə olunan üçüncü növ təyini söz birləşməlrində olur. məs. Meni uşax hordaca oturuf qalıfdi. (Zaq. Gözbarax, Qımır vəs). Seni qözlər ne yaman qaralıfdi? ( Qax. Bal). Bu proses türkologiyada qumuq, qaraçay-balkar dilektlərindəd də özünü göstərir. Bundan başqa digər şivələrdə məs Şimal qrupu şivələrinə yaxın olan Dərbənd dialektlərində də üçüncü növ təyini söz birləşmələrinin müxtəlif xüsusiyətləri verilir ki, həmin üsusiyyətlər məhz Zaqatala. Balakən, Qax rayonlarında da eyni formada işlədilir. Bu dialektlərdə;1) hər iki tərəfi şəkilçisiz işlənən III növ t. s birləşmələrinə, 2). Üçüncü növ təyini söz birləçmələrinin tərəfləri öz yerini dəyişir. Başqa sözlə yiyəlik hal çəkilçisi qəbul etmiş birinci tərəf ikinci tərəfin yerində işlədilir və s. bu kimi xüsusiyyətlər eyni zamanda Şimal qrupu dialektlərində də işlədilir.

XVI əsr Qıpçaq –poleves dilinin qrammatikasını araçdıran Ə. Tanrıverdiyev də qıpçaq sənədlərinin dilində təyini söz birləşmələri haqqında maraqlı faktlar söylüyür. O. birinci növ təyini söz birləşmsini şəkilçisiz olduğu üçün analitik yolla əmələ gələn, ikinci və üçüncü növ tayini söz birləşmələrində isə morfoloji əlamətlərin olduğuna görə isə sintaktik yolla əmələ gələn birləşmələr olaraq qeyd edir. Sənədlərdə birincivə üçüncü növ təyini söz birləşmələrinin üstnlük təşkil etdiyini, ikinci növ t. s. birləşmələrinin isə azlıq təşkil etdiyini sözyləmişdir. [7, s. 78-83]

Sintaktik əlaqələr. Ədəbi dildə olduğu kimi Şimal qrupu şivələrində dialektlər sintaktik xüsusiyyətlərinə görə fərqlənir. Bufərqli xüsusiyyətlər yuxarıda qeyd etdiyimz təyini söz birləşmlərində oldugu kimi sintaktik əlaqələrdə, söz sırasının pozulmasında da özünü göstərir. Şimal qrupu dialektlərində tabelilik əlaqəsinin üçnövü. 1)uzlaşma. 2)idarə. 3)yanaşma əlaqələri özünü göstərir.

Uzlaşma;Azərbaycan ədəbi dilində uzlaşma əlaqəsi şəxs və kəmiyyətə görə olur. Tabe edən tərəf hansı şəxsə aitdirsə, tabe terəf də həmin şəxsə məxsus qrammatik əlamətlər qəbul edir. tabe edən tərəfin tək və cəmliyi də tabe tərəfdə əks olunur. Bu əlaqə həm prediktiv əlaqəli birləşmələrin, həm də başqa, xüsussən atributiv əlaqəli birləşmələrin tərəfləri arasında olur. [8, s. 13]Azərbaycan dilində uzlaşma əlaqəsi şivələdə də öz əksini tapır. Zahirən uzlaçmanın “pozulma” halı şivələrdə rast gəlirsə də , bu hal umumxalq dilinin şifahi çəklinə aid elə xüsusi bir vəziyyətdir ki, onu konkret her hansı bir şivəyə aid etmək düzgün sayılmazdı. Mübtəda və xəbərdən ibarət olan cümlələrdə mübtəda şəs əvəzliyi ilə ifadə edildiyi zaman, xəbərdə şəxsi ifadə edən uzlaşma şəkilçisi işlənməyə də bilər. Ona görə ki, məntiqi vurğu mübtəda üzərində işlədilir. və subyet üzərində predikasiyanı ifadə edilməsi imkanını yaradır. Mübtədası birinci və ikinci şəxsinəvəzliklərinin təki ilə ifadə olunmayan, canlıları bildirən digər mübtədalardan sonra gələn xəbərdə üçüncü şəxsin təkində olduğu üçün xəbərlik şkilçisi qəbul etmədən də işlənə bilir. Bu daha cox şifahi xalq ədəbiyyatında özünü göstərir. Əksər ləhcə və şivələrdə o cümlədən şimal qrupu sivələrində də mənsubiyyət kateqoriyasına gəlincə , şəxsı görə uzlaşmanın izlərini aydinca görmək olar. Bu hal, yəni sahib şəxslə mənsub əşya arasındakı şəxs uzlaşmasının xüsusi arxaik səviyyə izlərini daha çox Qax-Zaqatala və Səlyan rayonunun bəzi kənd və şivələrində daha qabarıq görmək mümkündür. bu da daha cox üçüncü şəxsdə özünü göstərir [9. s. 68-69]. Buludxan Xəlilov uzlaşma əlaqəsini iki yerə bölür: 1) predikativ birləşmələrdə uzlaşma. 2)qeyri-predikativ birləşmələrdə uzalaşma. [10, s. 17-21]Uzlaşmada söz asılı olduğu sözün qrammatik şəklini qəbul edir ki, bu da istər ədəbi dil və istərsə də dialekt və şivələrimizdə şəxsə və kəmiyyətə görə olur. Zaqatala-Qax şivəsində uzlaşma (sahiblə mənsub aşya arasında olan uzlaşma) nəinki I və II şəxs cəmdə, hətta bütün şəxslərdə belə pozulur. Belə ki, mənsub əşya mənsubiyyət şəkilçisi olmadan işlənir; məs. : menin // meni qız; senin // seni qız, onun // onu qız, bizim qız, sizin qız, onların qız. - Habu menin qız mağa çox qomak` edir (Z. -Aş. T. ); - Senin üç ip var horda (Qax-İ. Su); - Meni qıçdarı yoruldıı (Z. -Qım. ). Sahiblə mənsub əşya arasında şəxsə görə uzlaşmanın olmamasını Orxon abidələrini və müasir türk dillərinin materiallarını gözdən keçirdikdə də görə bilirik; məs. : benim at, senin at, bizim at. sizin at [11, s. 30], minen, at [12, s. 58].Kəmiyyətə görə uzlaşma ədəbi dildə oldugu kimidə Şimal qrupu dialektlərində də mübtəda və xəbər arasında olur. bu da üç şəkildə özünü göstərir. 1)mübtəda insanvə heyvan anlayışı bildirdikdə xəbər kəmiyyətə görə mübtədayla uzlaşa da bilər uzlaşmaya da bilər. məs. adamlar gəldilər, onlar gəldi, quşlar uçdular, və ya adamlar gəldi, quşlar uçdu vəs. 2)Mübtəda qeyri-müəyyən əvəzlik və III növtəyini söz birləşmələri ilə ifadə olunduqda xəbər cəmdə işlənə bilir. məs. -Hamıtanıdılar, gördülər, . Bəzən 2-ci tərəf saydan sonra da cəm şəkilçisi də qəbul edir. məs. Padçahın iki qızdarı da dayanmışdılər. vəs. 3)Mübtəda konkret olaraq cəm şəkilçisi qəbul etmiş isimlə ifadə olunduqda xəbər təkdə olur. məs. Qocalar olan yerdən keçməzdi cavan. vəs

 İdarə;İdarə əlaqəsi, əsasən obyekt və relyativ ılaqəli birləçmələrin tərəfləri arasında olur. İdarə əlaqəsinin əsas xüsusiyyəti bundan ibarətdir ki, burada tabe söz tabe olduğu sözün tələbi ilə ismin bu və ya digər halında durmalı olur. idarə əlaqəsi ismin halları ilə əlaqədar olduğundan, bu əlaqə əsasında yaranan birləçmələrin tabe tərəfi hallana bilən, yəni substantiv, yada müvəqqəti olaraq substantivləşən sözlərdən ibarət olur. [13, s. 18]Hal kateqoriyası vahidlərinin –qrammatik halların həm feillə, həm də qoşmalarla əlaqədar olması bir tərəfdən sintaktik əlaqə üsulu olan idarənin şivədəki vəziyyətini aydınlaşdırmağa, ikinci tərəfdən də hal kateqoriyası vahidlərinin qrammatik vəziyyətini təyin etməyə imkan vermir. Qrammatik halların işlənməsindəki arxaik əlamətlər, izlər və dialektal xüsusiyyətlər buradan öz izahını tapa bilir.

Feillərlə idarə. Şimal qrupu dialektlərində halların feillərlə idarəsinə aid xüsusiyyətlərini aşagıdaki kimi quruplaşdırmaq olar.

1.Ədəbi dil və bir çox dialektlərimizdə söymək, vurmaqfeilləri təsirlik halı tələb etdiyi halda, Qarabağ dialektində, Zaqatala-Qax (şivəsində yönlük halı tələb edir; məs. : - Məndə nə ixtiyar kişiyə söyəm _ Kimə söyürsən? - Vəliyə söyürəm (Qar. ); - Əliyə söyüf (A. );-Mənona vurmuşam (Z. , Qax). A. Hüseynov təsirlik “əvəzinə”yönlük halın tələb edilməsi haqqında fikiri tarixi hesab edir. Təsirlk halda işlənmə məhz sonrakı hadisə hesab oluna bilər. ”söymək “ tipli feilləri məhz bu qəbildən hesab edilmılidir.

2. Ədəbi dil və bir çox dialekt və şivələrimizdə getmək, xoşu gəlməkfeilləri (xəbər) çıxışlıq halı tələb edir. Lakin bir sıra dialekt və şivələrdə bu sözlər bəzən yönlük halı tələb edir; məs. : - Suyi içmaqa xoşum gəlir; - Bənəvşə iyləmağa xoşum gəlir (Ord. ); - Bayrama 15 gün gedmiş o suyi Kürdən bıraxardux yerin üstünə (Sal. -Qaç. ); - Sizin öyə xoşım gəlir (Z. -Qım. ); - Mənim ağaca da xoşum gəlir (Şah. ).

3. Ədəbi dil və bir çox dialekt və şivələrimizdə istəməkfeili adi, halı tələb etdiyi halda, Zaqatala-Qax şivəsində bəzən yönlük halı tələb edir; məs. : - Mən bu qıın ova getmağa isdəyirəm (Z. -Aş. T. ).

Dərbənd dialektlərində də Şimal qrupu dialeklərinə yaxın xüsusiyyətlər çoxdur və orada da feillərin hallarla idarə olunmasının beş forması göstərilmişdir. burada yönluk halın yiyəlik hal funksiyasındaişlənməsi, yönlük halın təsirlik hal funksiyasında işlənməsi, yönluk halın yerlik hal funksiyasında işlənməsi, yönlük halın çıxışlıq hal funksiyasında işlənməsi, yerlik hal çıxışlıq hal funksiyasında işlənməsi halları qeyd olunur.Yerlik halın çıxışlıq hal funksiyasında işlənməsi Azərbaycan dilinin bəzi dialekt və şivələrində, ”Kitabi-Dədə Qorqud”-da və VIII əsrin Orxan yazılarında da müşahidə olunmuşdur. [1, s. 229]

Halların qoşmalarla işlənməsi;Məlum olduğu üzrə. ədəbi dildə işlənən qoşmalar sözün ismin müəyyən bir halında gəlməsini tələb edir. Bu xüssusiyyət Şimal qrupu dialekt və şivələrində də eyni formada öz əksini tapır. lakin müəyyən fərqli xüsusiyyətlər də var ki, bu qoşmaların Şimal qrupu şivələrində öz əksini tapır.

Şimal qrupu dilalektlərində daha çox işlənən qoşmalar aşağıdaklardır;üçün, kimi, təki, təkin, sarı, sari, görə, ötrü, başqa, savayı. qabaq, qavax, -soora, bəri, qədər. (qışçün odun, almaxçün gedif, öyə kimi, mənə sarı, hona qora, buna qora, səndən ütrü. unnan soura, bunnan soura. və. s )Üçünqoşması, ədəbi dildə oldugu kimi, əvvəl adlıq və yiyəlik halları tələb edir. Şimal qrupu dialektlərində isə çox hallarda ixtisar olunur və sözə bitişik yazılır. -Qışçün odun hazırramax lazımdı(Şəki). Kimi-qoşması özündən əvvəl yiyəlik və yönlük halları tələb edir. -Öyə kimi məni ötürdü. Təki-təkin qoçması özündən əvvəl adlıq və yiyəlik halları tələb edir. bağman oldum sən təkin bağa. (Zaq. Muğ). vəs. kimi qoşmalrın fərqli xüsusiyyətləri vardır. Bundan başqa ədəbi dildə feillərin isimlərlə, sifətlərlə, saylarla idarəsi var.

Yanaşma;Yanaşma əlaqəsinin yaranması üçün heç bir formal-qrammatik vasitə iştirak etmir. Buna görə yanaşma əlaqəsinə belə bir tərif verilir;tabelilik əlaqəsində olan iki söz arasında uzlaşma və idarə əlaqələri yoxdursa, bu sözlərin əlaqəsi yanaşmadır. Yanaşma əlaqəsi əsasında yaranmış birləşmələrin tabe olan tərəfi yanaşan, tabe edən tərəfi isə yanaşılan söz kimi qeyd edilir. Azərbaycan dilində yanaşan söz əvvəlcə, yanaşılan söz isə sonra gəlir.

Ədəbi dildə olduğu kimi, dialekt və şivələrimizdə də tabe tabeedici söz heç bir şəkilçi qəbul etmədən yanaşı işlənir. Tabeedici söz (təyin) tabe sözdən (təyin olunan) əvvəl gəlir və heç bir şəkilçi qəbul etmir. Tabeedici söz cümlədə təyin və zərflik kimi meydana çıxır. Təyin və zərflik ədəbi dildə olduğu kimi, dialekt və şivələrimizdə də müxtəlif nitq hissələri ilə ifadə olunur; məs. : əntiqə işdir (B. ), taxda qapı (Qar. ), birimci manqada (Ş. ), becid gəl (B. ), qəşəng yazır (Qar. ) və s. Yanaşma əlaqəsinin ədəbi dildə iki forması tam yanaşma və tam olmayan yanaşma frmaları vardır ki, tam yanaşmada sözlər arasına heç bir söz girə bilmir. Tam olmayan yanaşma da isəsözlər arasına söz daxil ola bilir. və araya daxil olan söz də yanaşma əlaqəli birləşmənin ikinci tərəfi ilə yanaşma əlaqəsində deyil başqa əlaqəda olur. məs. O, hemmeşe qonaxlıxlardan qaçır. Bu cümlədə həmişə və qaçır sözləri arasına yığıncaqlardan sözü daxil olmuşdur. lakin həmisə qaçır yanaşma əlaqəsində olduğu halda, yığıncaqlardan sözü qaçır sözü ilə idarə əlaqəsində olmuşdur. Şimal qrupu dialektlırində yanaşmanən daha çox tam olmayan növləri özünü göstərir. Yanaşma əlaqəsində ismin ismə yanaşması(qızıl üzük, dəmir qapı), sifətin ismə yanaşması(böyük şəhər), sayın ismə yanaşması(beş kitab, üç qələm), əvəzliyin ismə yanaşması(heblə iş, ho adam) feili sifətin ismə yanaşması (döqünən ürak vəs) daha çoxdur.

Bundan başqa ədəbi dildə sayın saya yanaşması, (dörd yüz milyon), zərfin feillərə yanaşması(xeyli danışmaq), feili bağlamaların öz aralarındakı yanaşma əlaqəsinin də (durub baxmaq, görüşərək ayrılmaq və. s) izlərinə Şimal qrupu dialektlərində tez-tez rast gəlinir.

İstifadə edilmiş ədəbiyyat:

  1. Azərbaycan dilinin Dərbənd dialekti. Bakı "Elm" 2009.
  2. Н. К. Дмитриев Грамматика кумыкскогоязыка. с 180. М. А. Хабечев, Местоимение в карачаево- болгарскомязыке. Черкесск , 1961.
  3. M. Şirəliyev Zaqatala-Qax şirəliyev (əlyazma),
  4. 4.                     Ж. М. Молла-заде Говоры Камского говора Азербайджанской СССР. АКД.
  5. Н. К. Дмитриев Категория принадлежности. Исследовано по сравнительной грамматике тюркских языков, II том.
  6. Y. Məmmədov Orxon-Yenisey abidələrində adlar. Bakı 1979.
  7. Əzizxan Tanrıverdiyev XVI əsr qıpçaq (Polovest) dilinin qrammatikası. Bakı, “Nurlan” nəşriyyəti, 2009.
  8. Müasir Azərbaycan dilinin sintaksisi. IV hissə. Maarif, Bakı, 1972.
  9. AzərHüseynov, Azərbaycan dialektologiyası (dərs vəsaiti). APİ. Bakı, 1979.
  10. Buludxan Xəlilov Müasir Azərbaycan dili (Sintaksis). Bakı, “Adiloğlu”, 2017.
  11. Н. К. Дмитриев Строй турецкого языка. Ленинград, 1939.
  12. Н. К. Дмитриев Грамматика башкирского языка. Москва, 1948.
  13. Müasir Azərbaycan dilinin sintaksisi. IV hissə. Maarif, Bakı, 1972.

Açar sözlər: Şimal qrupu, dialektlər, təyini söz birləşmələri, sintaktik əlaqələr, Qıpçaq elementləri.

Ключовые слова: Северная группа, диалекты, определенные словоеогетание, синтактические отношение, элементы Кыпчак.

Key words: Northern group, dialects, attributive word combinations, syntactical relations, Kipchak elements.

 

B ceверных группы диалектах азербайджансого языка определенное словасочетания и  синтаксические отношение  содерженное элементы Гыбчак.

Резюме

В статье на диалектах Северную группу азербайджанского языка определение элементов Кыпчак,найденных в синтаксических отнешениях  и определенных словосочетаниях. Все нашы диалекты и оксенты как и Северная группы диалекты и оксенты все три типа в определение словосочетание: 1. Каждый двух стороное безоканчание первый вид в определенние словосочетания. 2. Первая сторона безокончании, только вторая сторона имеюнший слово изиеняющие оканчание в определеным слово соченаниях. 3. Вторая сторона принадлежащий безоканчании исползующие второй тип выражения в словосочетании совпадение в элементы кыпсак. Кроме этого к синтаксическим отношениям: соглашение, управление, превосходных отношениях имеется элементы кыпчак.

İn the dialects of the North group of the Azerbaijani language attributive word combinations, syntactical relations and Kipchak elements in them.

Summary

In the dialect of the North group of the Azerbaijani language Kipchak elements has been researched which in attributive word combinations and sntactical relations. All dialects and slangs as well as the dialects and slangs of the North group and all three types of the attributive word combinations:1. In the first type of the attributive word combinations processed both sides without affix.2. The first side without affix, only in the second side of the attributive word combinations which accepting inflectional affix. 3. İn the second type of the attributive word combinations used in the second side without affiliation affix Kipchak elements are found. İn addition, in syntactic relations: Kipchak elements are coincided in agreement, in adjoining and in government.

                                                                                       Hümmətova Rəhilə Əşrəf q.

İ. NƏSİMİ POEZİYASINDA TEMPORALLIĞIN LEKSIK VƏ SİNTAKTİK

VAHİDLƏRLƏ İFADƏSI

            Azərbaycan bədii fikir tarixində poetik-fəlsəfi şeirin əsasını qoymuş  İmadəddin Nəsimi XIV yüzilliyin qüdrətli söz xiridarı idi.  Həm fars, həm ana dilində divan bağlayan şairin ölməz misraları leksik-semantik tutumu, ifadə imkanlarının zənginliyi, üslub gözəlliyi, forma və məzmun vəhdəti ilə seçilir. Orta çağların poeziyasına  tərtəmiz, ilıq yaz nəfəsi gətirən İ. Nəsimi ana dilimizi, xalqımızın poetik təfəkkürünü inkişaf etdirərək elə bir söz xəzinəsi yaratmışdır ki, onun mənəvi dəyəri əsrlər keçdikcə daha da artır. Zaman bu möhtəşəm xəzinənin hər bir ləl-cəvahiratını göz bəbəyi kimi qoruyur. Baxmayaraq ki, zaman çox-çox xəzinələri – Fironların, Süleymanların, İsgəndərlərin, yüzlərcə şahların, sultanların xəzinələrini udub, mal-mülkü kimsəyə buraxmayıb:

                               Mülk ilə mal, ey məlik, kimsəyə çün qalmamış,

                               Yox tut anı, heçə say, baxma anın varına. (s. 36)

         (Ey hökmdar, mülk ilə mal kimsəyə qalmamışdır, onu yox bil, heçə say, onun varına baxma).

         Var-dövlətin, mal-mülkün, xəzinələrin heç kimə qalmadığını söyləyən Nəsiminin söz xəzinəsi isə əbədidir. Çünki Nəsimi zamanın fövqündə dayanır, onun poetik-fəlsəfi təfəkkürü bütün çağlarda təzə-tərdir.

        Görəsən, zamana sinə gərən İ. Nəsimi poeziyasında  temporallıq (dil zamanları) necə ifadə olunmuşdur?  İ. Nəsimi poeziyasında zaman anlayışının (temporallığın) ifadəsi olduqca zəngindir. Şairin misralarında temporallıq müxtəlif dil vahidləri ilə – leksik, morfoloji, sintaktik vahidlərlə ifadə edilmişdir. Xüsusilə qrammatik zaman (feillərlə ifadə) misralardakı əsas zaman məzmununun yaradılmasında xüsusi bir lay təşkil edir.

         İ. Nəsimi poeziyasında temporallığın leksik və sintaktik vahidlərlə ifadəsi də olduqca maraqlıdır. Bu möhtəşəm poeziyanın dilində önəmli yer tutan  temporal leksikanın və sintaktik vahidlərin istiqamətlərini nəzərdən keçirək: 

         Zərflər –  zaman zərfləri: yarın, əbəd, əzəldən, genə, imdi, ildə, yenə, hey, əvvəl, şam, gecə-gündüz, zaman-zaman, daim, bir dəxi, hərdən, müdam, hər dəm,  dün-gün (gecə-gündüz), həmişə, sübhdəm, naharü leyl (gecə-gündüz), gecələr, cavidan, dünü gün, dəmbədəm, danla, bu gün, şamü səhər, anda (onda), dün (gecə), imruz (bu gün), fərda (sabah), yaz, küz, hərgiz (heç vaxt), sübhü-şam və s. Nümunələrə nəzər yetirək:

                       Yürəgim yaralı eylədi qəmzən, iriş,

               Yarasına bax bu gün, qoyma anı yarına (s. 36).

      

                Yara, Nəsimi, bu gün canını qurban qılana,

                Məhrəm olur ta əbəd məxzəni əsrarına (s. 37).

               

                Eşq içində dinü dildən gəl keç imdi, ey fəqih,

                Şeyx Sənan kimi ol gəl sən dəxi tərsayi-eşq  (s. 43).

 

               Kim əvvəl tanımadı kəndi vücudi şəhrini,

               Ol gədahimmət nə yoldan varə sultan istəyə? (s. 51)

 

               Düşdü saçının zülmətinə könlüm, ilahi!

               Şol hali-pərişanə bu şamı səhər eylə  (s. 56).

              

               Münacat eylərəm, dün-gün sənin dövlətli kuyində,

               Üzün nuri-təcəllidir, dəxi mən eylərəm Turi   (s.101).

          

                Qaşındır vəhy, eynin ayətullah,

                Naharü leyl anın ağı, qarasi     (s. 112).

 

                 Mən bu gün səbr etsəm, danla fəğanı neylərəm?   (s. 143)

 

                 Dün də keçdi, danla qaib, bəs bu dəm xoş dəmdrür   (s. 257).

 

                 Mən ol zahid sözündən qorxmazam, çün

                 Ki, imruzi qoyub fərdaya düşmüş   (s. 340).

         İ. Nəsimi  bəzən  bir beytdə qədim türk leksik layında intensiv işlənən zaman zərfləri ilə bərabər ərəb mənşəli zaman zərflərini qoşa işlədir. Zaman zərflərinin bu cür işlədilməsi beytin semantik tutumunu, poetik siqlətini qüvvətləndirməyə, lirik qəhrəmanın çəkdiyi iztirabın zamana sığmadığını, miqyasının böyük olduğunu ifadə etməyə xidmət göstərir:

                    Zülfü rüxün hədisini necə unudum, ey pəri,

                   Çün dünü gün anınla mən leylü nahar içindəyəm (s.153)

           Misralarda işlənmiş türk (dünü gün) və ərəb mənşəli (leylü nahar) mürəkkəb zaman zərfləri öz semantikasına görə ümumi xarakter daşıyır və bütün zamanları da ehtiva edir.

          Əslində zaman zərflərinin böyük əksəriyyəti semantik cəhətdən feillə ifadə olunan qrammatik zaman anlayışının məna tutumunu daha qabarıq şəkildə üzə çıxarmağa,  konkretləşdirməyə xidmət göstərir. İsmi xəbərli cümlələrdə isə məhz zaman məzmunu zaman zərfləri ilə yaradılır.

          İ. Nəsimi poeziyasında işlənmiş zaman zərfləri mənşəyinə və quruluşuna görə fərqlidir. Poeziyadakı zaman zərflərini mənşəyinə görə üç qrupa ayırmaq olar: ərəb mənşəli olan zərflər: əbəd, əzəldən, əvvəl, daima, müdam, zaman-zaman, naharü leyl...; fars mənşəli olanlar: şam, həmişə, sübhdəm, cavidan, dəmbədəm, imruz, fərda, hərgiz...; türk mənşəli zaman zərfləri: yarın, imdi, yenə, dün, dünü gün, ildə, danla, bu gün, anda, yaz, küz, qış və s.

       Klassik ədəbiyyatımızın, o cümlədən İ. Nəsimi poeziyasının dili üçün səciyyəvi olan temporal zərflərin bir çoxunun müasir Azərbaycan dilində işlənmə səviyyəsi eyni deyildir. Temporal zərflərin bir çoxu müasir ədəbi dilimiz üçün arxaikləşibdir: dün, dünü gün, danla, naharü leyl, sübhdəm, cavidan, imruz, fərda, küz və s. Bəzi zərflər fonetik cəhətdən dəyişilərək dilimiz üçün sabitləşmişdir: anda\onda, imdi\indi, genə\yenə və s. (Azərbaycan dilinin qərb şivələri baxımından imdi, genə zərfləri intensivliyi ilə seçilir).

        Temporal zərflərin bəzilərinin semantikasını nəzərdən keçirək:

        Dün (dünən) – gecə, axşam, qaranlıq.

        Dünü gün – gecə-gündüz.

        Əzəldən. Ərəb mənşəlidir, “ əzəl ” ilkin, başlanğıc və s. deməkdir; -dən türk mənşəli şəkilçidir.

        Müdam. Ərəb mənşəlidir, “ həmişə ”, “ daimilik ”, “ əbədi ” anlamlarını bildirir.

        Naharü leyl. Ərəb mənşəlidir – gündüz-gecə  deməkdir.

        Şam. Fars mənşəli olub “ axşam ” anlamındadır.

        Sübhdəm. Fars mənşəlidir, “ səhər vaxtı, səhər çağı ” deməkdir.

        Cavidan. Fars mənşəlidir, “ daimi ”, “ əbədi ”, “ ölməz ”, “həmişəlik” deməkdir.

        İmruz.  Fars mənşəlidir, “ bu gün” deməkdir.

        Fərda.  Fars mənşəlidir, “ sabah, sabahkı gün ” deməkdir.

        Danla. Qədim türk sözüdür, dilimiz üçün arxaikləşib; “ sabah ” anlamındadır.

        Küz. Müasir ədəbi dilimiz üçün arxaik türk sözüdür; “payız” anlayışını bildirir. Bir çox toponimlərdə (Küzdək) qalmaqdadır.

        Zaman məzmunlu isimlər:  dövran, bahar, əyyam, zəmanə, vədə, axır, gün, məcal, aqibət, vəqt, dəm, gün,  dəhrü zəmanə,  qış və s.Nümunələri nəzərdən keçirək:

                    Ey saqi, gətir dövr əyağın, dövr elə, sun kim,

                 Bu dövr əyağın dövran bilir ancaq   (s. 41).

 

             “ Ey saqi, dövr qədəhini doldurub dövr elə, ver. Bu dövr qədəhinin dövr etməsini  ancaq dövran bilir ”.

 

                  Bahar oldu, gəl, ey dilbər, tamaşa qıl bu gülüzarə,

                  Buraxdı qönçələr pərdə bəşarət bülbüli-zarə    (s. 54).

 

                  Bu halə qərar eyləmə əyyam, keçər ömür,

                  Ey əhli-nəzər, baxma bu halə, nəzər eylə    (s. 56).

 

                  Gəl bu dəmi xoş görəlim, ol keçən dəm dəm degil... (s. 126).

 

                  Gör bu lətifeyi ki, mən dəhrü zəmanə sığmazam   (s. 169).

 

                  Vədəyi qoy, ey könül, gəl bu dəmi xoş görəlim   (s. 257).

 

                   Sənnə qış oldun ki, sənin təzə baharın yox imiş   (s. 346).

                  Yazü küzündür suyumuz, mai-nəindir meyimiz...   (s. 346).

        Göründüyü kimi, temporal isimlər leksik-semantik cəhətdən olduqca rəngarəngdir. Bu cür temporal isimlər “Kitabi-Dədə Qorqud” un dili üçün də səciyyəvidir: ay, yıl, küz, kış, vədə, məhəl (zaman),  vəqt, əyyam, zəman və s.  Məsələn, Axır zamanda xanlıq geri Qayıya dəgə, kimsənə əllərindən almaya, axır zaman olub qiyamət qopunca.   Əcəl vədə irməyincə kimsə ölməz.  Bu məhəldə oğuz ərənləri bir-bir yetdi.  Küz almasına bənzər al yanaqlım...

       İ. Nəsimi poeziyasında müşahidə olunan zaman məzmunlu isimlər vaxt, zaman anlayışını ümumi şəkildə ifadə edir. 

         Zaman məzmunlu sual əvəzlikləri – qaçan, xaçan.

 

               Cəhli-namərdin qaçan meydan günündə yeri var?

               Ər bilir meydan qədrin kim, qədərlər ağrımaz   (s. 90).

 

                Könlün mənə nə dürlü cəfayı dilərsə qıl,

                Səndən  gələn cəfaya xaçan mən cəfa derəm?   (s. 161)

        Misralarda işlənmiş qaçanxaçan sual əvəzlikləri müasir Azərbaycan ədəbi dilində işlək olan nə vaxt,  nə zaman, haçan əvəzliklərinin arxaik (fonetik arxaizm) formasıdır, hər biri, məlum olduğu kimi, zaman bildirmək üçün verilir. Bu sual əvəzliklərinin cavabında zaman zərfləri və ya zərflikləri durur.

        Qədim tarixə malik olan əvəzliklərdə müxtəlif fonetik dəyişmələr zaman-zaman özünü qabarıq şəkildə göstərib. Müasir Azərbaycan ədəbi dilində ilk səsi “h” olan bir sıra sual əvəzliklərinin “Kitabi-Dədə Qorqud” dastanında, həmçinin klassik ədəbiyyatımızda  “qe” hərfi ilə yazılışına,  yaxud q//x paralelliyinə və həmçinin “h” ilə işlənməsinə təsadüf olunur: qanı, xanı, qansı, xansı, xaçan, qaçan, qancaru, qanda, xanda, hancarı və s. Məsələn,  İki vardın, bir gəlirsən, yavrum qanı? Qaranğu dündə bulduğum oğul qanı? (KDQ).  Xansı aşiqdir kim, ondan başqa bir sevdası yox? (Ş.İ.Xətai). Zahida, sən xandasan kim, nuri-iman məndədir? (Ş.İ. Xətai). Qanda kim, yatım cahanda uyğu gəlməz çeşmimə, Bu Xətai yatmağa yar asitani xandadır? (Ş. İ. Xətai).  Qansı mülkü tutsa, dəyməz kimsəyə şuri-şəri (M. Füzuli).

         Araşdırmaya cəlb etdiyimiz Nəsimi poeziyasında işlənmiş əvəzliklər də bu qəbildəndir.

         Qoşmalar: sonra, əqdəm, bəri, dək, qəbl və s.     

         Sonra. Bu qoşma özündən əvvəl andan (ondan) zərfinə qoşularaq zaman məzmununu daha da qüvvətləndirir. Sonra qoşmasının “türkoloji ədəbiyyatda son+ğaru” modelinin inkişafı əsasında yarandığı göstərilir. İ. Nəsiminin misralarında   o qədər də intensiv işlənməyib:

                  Çün Süleyman mülkünü qoydivü getdi dünyadan,

                  Qaldı andan sonra bu mülki-Süleyman sizlərə  (s. 47).

                  Qəbl (qabaq). Ərəb mənşəlidir. Qəbl  “ əvvəl, qabaq, irəli, ön” mənalarını bildirir: 

       

                  Dərdə müştaq olmayan kimdir ki, dərman istəyə?

                  Qəbləlmövti bilməyən sən sanma ki, can istəyə   (s. 51).

        Qəbl qoşması, demək olar ki, digər misralarda müşahidə edilmir. Qoşmanın qoşulduğu mövti sözü də ərəb mənşəlidir (mövt), “ölüm” mənasını verir. Qəbləlmövti  “ölümdən qabaq”  deməkdir.

        Əqdəm. Ərəb mənşəlidir, “daha əvvəl” mənasına uyğun gəlir:

                   Yer ilə göy bina olmazdan əqdəm,

                   Nəsimi aşiq idi ol cəmalə   (s. 70).

         Dək. Şəkilçi formasında olan dək qoşması fars mənşəli sübh (səhər tezdən) sözünün temporallığını qüvvətləndirir:

                  Bu Nəsimi nalə eylər sübhədək bülbül kimi... (s. 171).

      Cümlələrin hər birinin semantik yükünü müəyyənləşdirərkən məlum olur ki, qoşmaların, onların  qoşulduğu sözlərin və feillərin arasında zaman baxımından çox güclü semantik bağlılıq var. Göründüyü kimi, temporallıq həm qoşma, həm də qrammatik zaman forması və zaman zərfləri ilə qovuşuq şəkildə təzahür edir.

         Zaman məzmununun I növ təyini söz birləşməsi  ilə ifadəsi: buraya I növ təyini söz birləşməsi modeli əsasında yaranan, lakin cümlə daxilində məntiqi cəhətdən bəzilərinin ayrılması mümkün olmayan ol dəm, bir dəm, ol zəman, bu gün, beş gün, hər səhər, bir zəman, axır zaman, hər dəm, hər saat, mübarək vəqt, hər gecə, hər irtə, bir ləhzə, bu mövsüm, bu il,  gələn il, ol gün, şol zaman  və s. kimi  birləşmələr daxildir. Göründüyü kimi, birinci növ təyini söz birləşmələrinin əsas tərəfləri əsasən temporal zərflər, ya da isimlər, asılı tərəfləri isə ol, şol, hər əvəzlikləri, bir sayı ilə formalaşmışdır. Bəzi nümunələri nəzərdən keçirək:

                     Zülfünü vəl-leyl oxuram hər gecə,

                    Yüzünü hər irtədə şəmsüz-züha   (s. 27).

         Beytin mənası: Saçını hər gecə “and olsun gecəyə” deyə anıram, üzünü də hər ertədən günəş kimi gözləyirəm.

       Və yaxud:

                     Qəmindən olmadım bir ləhzə azad   (s. 44).

                 

                      Bu il böylə qılam dersən, gələn il dəxi böylə  (s. 104).           

        Zaman anlayışının II növ təyini söz birləşməsi ilə ifadəsi. Bu cür birləşmələrin bir çoxu zaman məzmunlu isimlərin birləşməsi ilə formalaşır: şəb qaranğuda,  həşr günü, qismət günü, şənbə günü, yekşənbə günü, düşənbə günü, seşənbə günü, çərşənbə günü, pəncşənbə günü, yövmilhesab (hesab günü), vəhdət dəmi və s. Zaman məzmunlu II növ təyini söz birləşməsinin tərəflərinin ya hər ikisi, ya da biri mənşəyinə görə ərəb-fars dilinə məxsusdur. Verdiyimiz nümunələr də bunu sübut edir. Bu da təbiidir.

      Dil faktları və hadisələrin şərhi tarixilik prinsipinə söykənməlidir. Nümunələrə nəzər salaq:

                   Sən Nəsimi razını, ey dan yeli, yarə yetir... (s. 49).

           Tan – dan: sabahın açılması, göy üzünün yavaş-yavaş ağarması anlamını verir. Dan yeli birləşməsi “sabahın açılması, günəşin üfüqdə ilk ağarması ilə müşayiət olunan sərin meh, yel” deməkdir. 

         Yeri gəlmişkən, II növ təyini söz birləşməsi modeli əsasında formalaşan “dan yeri” birləşməsində də zaman məzmunu açıq hiss olunur: Dan yeri sökülür – Günəş doğur; İşıqlaşır; Səhər açılır; Sübh vaxtıdır və s. Bu cümlələrin hər birinin məzmununda “sübh gün çıxan vaxt, səhər çağı, ala-toran” anlamını verən zaman anlayışı vardır.

        Digər misraları nəzərdən keçirək:

                    Bu gün yovmilhesab oldu üzün dövründə, ey mahru... (s. 101).

 

                   Çünki mana eşq oldu qismət günü hərdən nəsib   (s. 40).

 

                   Çərşənbə günü yar gözə gəldi çəmən içrə...  (s. 69).

 

                  Vəhdət dəmində dərvişü sultan çü bir imiş    (s. 108).

     Yovmilhesab – ərəb mənşəli olub “hesab günü” deməkdir.

     Qismət – ərəb mənşəli olub “bölünmüş, ayrılmış, pay” anlamındadır; gün isə türk mənşəlidir. Misranın semantik tutumundan bəlli olur ki, eşq lirik qəhrəmanın qismətinə hərdən nəsib olur.

      Vəhdət dəmi – “birlik zamanı”  deməkdir. Hibrid birləşmədir. Vəhdət ərəbcə “birlik”,  dəm farsca “zaman, an” anlamını verir.      

      Verilən nümunələrdən  aydın görünür ki,  zaman məzmunununII növ təyini söz birləşmələri ilə ifadəsində ümumi, nisbi zaman anlayışı üstün mövqedədir.  

       Zaman anlayışının III növ təyini söz birləşməsi ilə ifadəsi:  qönçənin dövrü, xarın zamanı, ömrümün sübhü, bəxtimin şamı, sübhdəm (sübh çağının) yeli və s.:

                            Bahar olduvü açıldı üzündən pərdə gülzarın,

                            İrişdi qönçənin dövrü, zamanı qalmadı xarın  (s. 215).

 

                            Ömrümün sübhü üzündür, bəxtimin şamı saçın,

                            Getmə, ey dilbər, gözümdən, sübhümü şam eyləmə!   (s. 366)

 

                           Ey sübhdəm yeli, nə ögərsən tatarını...   (s. 156).

               Zaman məzmunlu izafət tərkibləri:    mövsümi-novruzü neysan,  dövri-rövnəq, fitneyi-axirzəman,  fəsli-novbahar, şəbi-hicr, vəqti-səhər, sübhi-əzəl, şəbi-yelda (ən qaranlıq gecə) və s.  Aparılan müşahidələr onu deməyə əsas verir ki, Nəsimi poeziyasında temporal məzmunlu izafət birləşmələri üstün mövqedədir. Nümunələri nəzərdən keçirək:                                

                               Xəcil eylər rüxün hüsn ilə ayı,

                               Məgər sən fitneyi-axirzəmansan?   (s. 292)

       Ərəb mənşəli  “fitneyi-axirzəman”   qiyamət gününün fitnəsi modelinə (III növ t\b) uyğundur.

          Yaxud:                 

                              Od ola qəbrin dolu, ta ruzi-məhşər dərəzab,

                              Yem olasan murü marə, əqrəbü subanə sən  (s. 192).

 

         Ruzi-məhşər izafəti hibriddir. Fars və ərəb sözlərindən formalaşaraq “qiyamət günü” mənasını bildirir, II növ təyini söz birləşməsi modelinə uyğundur.

       Yaxud:

                           Çün gördü Nəsimi üzünü zülfə dolaşmış,

                           Bildi şəbi-hicr ötdüvü vəqti-səhər oldu   (s. 328).

        Şəbi-hicr izafəti də hibriddir. Fars və ərəb mənşəli olub “ayrılıq gecəsi” semantikasına uyğundur, II növ təyini söz birləşməsidir.

       Vəqti-səhər izafəti də hibriddir; ərəb və milli mənşəli olub “səhər vaxtı, səhər çağı” deməkdir.

        Və yaxud:

                         Mövsümi-novruzü neysan aşikar oldu yenə...   (s. 49).

      Mövsümi-novruzü neysan “bahar (yeni gün) mövsümünün – aprel ayının yağışı” deməkdir.

     Zaman anlayışının bağlayıcı sözlərlə ifadəsi: şol gün ki, ta ki, hər qaçan kim, qanda kim və s.:

 

                       Nəsiminin tənin şol gün ki, torpaq eyləyə eşqin,

                       Sinindən keç, niyaz eşit həzəran mərhəbasindən   (s. 184).

 

                      Vəsfində hər qaçan kim, Nəsimi açar ağız,

                      Kövsər ləbindən axarü gövhər nisar edər   (s. 253).

     Bu vasitələr tabeli mürəkkəb cümlələrdə budaq cümləni baş cümləyə bağlayır. Bağlayıcı sözlərə (nisbi əvəzliklərlə) formalaşan bu quruluş tipində zaman budaq cümləsi əvvəl, baş cümlə isə sonra gəlir.

         Yaxud:

                        Ey Nəsimi, qılma yarın sirrini əğyara faş,

                        Ta ki yar olsun bu sirrə məhrəm, əğyar olmasın   (s. 186).

      Zaman anlayışının hansı vasitələrlə formalaşmağından  asılı olmayaraq, nəticədə hər bir hadisə, iş, hal və hərəkət müəyyən zaman və məkan daxilində icra edilir. Leksik, morfoloji və sintaktik vasitələr obyektiv zamanın dildə ifadə vasitələridir.

İstifadə edilmiş ədəbiyyat

  1. Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb və fars sözlər lüğəti (Tərtib edənlər:  A.M.Babayev, C.B.İsmayılzadə). “Maarif”. Bakı, 1981
  2. Ə. Tanrıverdi. “Dədə Qorqud” un möcüzələr dünyası. “Elm və təhsil”. Bakı, 2015
  3. İmadəddin Nəsimi. Mən bu cahana sığmazam. “Gənclik”.  Bakı, 1991
  4. Q. Kazımov. Müasir Azərbaycan dili. Sintaksis. “Ünsiyyət” 2000
  5. M. Kaşğarlı. Divanü lüğat-it-türk. II cild, Bakı, 2006
  6. M. Hüseynzadə. Müasir Azərbaycan dili. Morfologiya. “Şərq – Qərb”. Bakı, 2007
  7. Y.Seyidov. Seçilmiş əsərləri. III cild. Bakı, 2007

Kлючевые слова: Насими, поэзия, временность, Обстоятельство  времени, комбинации имен.

    Açar sözlər: Nəsimi şeirləri, vaxt, zərf zərfləri, adların birləşməsi

     Key Words: Nasimi poetry, time, envelope envelope, combination of names

 

Xülasə

Nəsimi şeirində leksik və sintaktik mətnlərdə vaxtın müddəti

Məqalədə İ.Nəsimi poeziyasında dil zamanlarının ifadə vasitələri açıqlanır. Qeyd edilir ki, zaman anlayışının yaranmasında zaman zərfləri xüsusi əhəmiyyət daşıyır. Məqalədə zaman zərfləri mənşəyinə görə təsnif edilərək, ərəb-fars mənşəli zaman zərflərinin mənası izah edilmişdir. Zaman məzmunlu isimlər, sual əvəzlikləri, zaman mənasının qabardılmasında xüsusi əhəmiyyət daşıyan qoşmalar və bağlayıcı sözlərin zaman anlayışının yaranmasındakı rolu  geniş araşdırılmışdır.

Nətəcə kimi qeyd olunur ki, İ.Nəsimi poeziyasında temporallığın sintaktik vahidlərlə formalaşması üstün mövqedədir.

 

Выражение временности в лексических и синтаксических единицах в поэзии Насими

РЕЗЮМЕ

В статье описываются способы выражения языка в поэзии И Насими. Временные обстоятельство имеют особое значение при создании концепции времени. В статье обстоятельство времени классифицируются в соответствии с их происхождением. Объяснены значения слов арабско-персидского происхождения. В исследовании также включены имена и вопросники с учетом времени. Также были изучены привязанности, которые имеют особое значение с точки зрения значения. Их происхождение и их значения были раскрыты.

В статье также объясняется роль связи слов в формировании понятия времени.

 

SUMMARY

The duration of time in the lexical and syntactical texts in Nasimi poetry

 

The articles describe the verses of poetry as I Nasimi. The time envelopes have a special meaning at the time of the concept. In the latter the time of the envelope is classified according to its origin. Announced the significance of the Arab-Pascal derivation. The research included also the name and the problem with the time. It has also been investigated by the additive that has a special value at the point of view. It was a breakthrough and a breakthrough.

In the poetry of Nasimi, the synthesis of the same thing prevails. The final time has been created by a combination of more than one name.

 

Rəyçi: dos. S.Abbasova

 

 


Əhmədova Maya İsgəndər qızı

PRAQMATİKANIN LİNQVİSTİK TƏSVİRDƏ ROLU

“Praqmatika” teminiXIX əsrin sonlarında Ç.Pirs tərəfindən müraciət olunmuş (o, praqmatikanı işarənin mahiyyətini müəyyənləşdirməyin əsas vasitəsi kimi götürmüşdür) və XX əsrin əvvəllərində isə Ç.Morris tərəfindən semiotikanın bir bölməsi kimi işlədilmişdir. Ç.Morris  Ç.Pirsin konsepsiyasını  davam etdirmişdir. Ç.Pirs və Ç.Morris bu fikri ilə o, işarələrin qlobal sistemi olan mətnin cəmiyyətdəki  rolunu, onun sosial-mədəni xüsusiyyətini ön plana çəkmişdir. Çünkimətn özü də hadi­sələrin linqvistik ifadəsidir; işarələrlə maddiləşir. Bu xüsusiyyət onun cəmiy­yətdəki funksiyasına böyük imkanlar açır; cəmiyyətdəki kommunikasiyanın əsasında dayanır. Dilçilikdə mətnlə bağlı belə bir fikirdə vardır ki, bizi əhatə edən ətraf aləm və onunla bağlı hadisələr mə­tn­­dir, yaxud ətraf aləm mətnlər silsiləsidir, müəllif in­ten­si­ya­sından asılı olaraq  seçim müəllifindir. Ona görə də mətn müəllif intensiyası­nın daşıyıcısıdır, onun məğzıində müəllifin niyyəti dayanır. Mətn praqmatikası da budur.  Bu problem dilçilikdə uzun müd­dət böyük maraq doğurmuş və XX əsrin ikinci yarısında mətnə sintaktik-semantik yanaşma, eləcə də nitq aktı kontekstində inkişaf etdirilmişdir. Bunların içərisində L.Vitgen­şteyn dilin praqmatik aspektini  mütləqləşdirir,  Onun  fikrincə, dilin  mənası onun fəaliy­yətidir. Bu onun təkcə pred­met­ləri adlandırma, mental əlamətləri ifadə etmək xüsusiy­yətindən irəli gəlmir, müəyyən qaydalar əsasında insanların birgə fəaliyyətini təmin edir (5). Deyilənlərə əsasən, nitq aktı subyektin dil fəaliyyətindən asılıdır. Linq­vistik təs­virdə praq­ma­ti­kanın öz yeri vardır. Linqvistik təsvir deyəndə düşündükləri­mi­zin, ifadə etdiklərimi­zin maddiləşməsi, onun material forma alması, müvafiq dil vasitə­lərinin seçilməsi, fikrin necə strukturlaşması, eləcə də dil vasitələrinin necə işlədilməsi  və s. kimi məsələlər daxildir. Mətn praqmatikası  qeyd olunan dil vasitələri ilə verilir (2, 231).

Linqvistik təsvirdə praqmatik yükdən asılı olaraq  dil vasitələrinin hamısı eyni səviyyədə işlənilmir, yaxud da praqmatik nöqteyi-nəzərdən eyni dərəcədə yüklənmir. Məsələn, L.Teyner sual cümləsindən danışarkən sual cümlələri üzrə  sual sözünün  işlənməsi və işlənməməsindən asılı olaraq  formal-semantik təsnifat aparır, ümumi sualı xüsusiyə qarşı qoyur: ”(Alfred chante une chanson): 1) qui chante une chenson? 2) que fait Alfred? 3) Que chante Alfred? (Alfred chenta une chanson) Alfred chante-t-il une chanson? (3,192-216); (4,11). Burada əsas meyar sual cümləsinin strukturu deyil, onun praqmatik yüküdür. Eləcə də sual sözü iştirak edən sual cümlələri ilə iştirak etməyənlərin praqmatik yükü müqayisə olunmuşdur. Deməli, istənilən hal­larda dil vahidləri mətn üzrə mətn praqmatikasından asılı olaraq yerləşdirilir; bu aspektdə fonetik aspekt pöraqmatika kontekstində tənzimlənilir. Digər bir misal: Mətndə assonans və allitrasiyaların işlənilməsi birbaşa mətn praqmatikası ilə bağlıdır. Bu səslərin yaratdığı nominasiya çərçivəsindən çıxaraq, yeni məzmun kəsb etməsi ilə bağlıdır. Buna da səbəb dildə mövcud olan fonetik vahidin kommu­nikasiyada müəllif məramından asılı olaraq yenidən işlənilməsidir;müəyyən səslərin mətn praqmatika­sından asılı olaraq kontekstual yükə malik olmasıdır.B.de Krute yazırdı ki, bizim şüurumuzda səslərin ideal portreti formalaşmışdır, dil daşıyıcısı o səslər vasitəsi ilə ideal portret arasında bağlantı yaradılır. Dil daşıyıcısı konkret səslərdən abstrakta və ya əksinə keçə bilir. Bu fonetik vahidlərin dildəki ümumi xüsusiyyəti ilə bağlıdır. Onların funksional tərəfi isə müəllif tərəfindən mənalandırılır. Məsələn: as old as rass (досл. ‘дерзкийкаклатунь’) (Oxf, 129); tolz wie ein panier tioli (досл. ‘гордыйкакиспанец’) (DudId, 695)(5).

Bu misallarda başlanğıc sözün bir hissəsi sonuncu sözdə təkrar olunur.Təkrara da səbəb həmin sözlərdəki fonetik  təkrarların  xüsusi məqsəd daşımasıdır;həmin cümlədə fonetik praqmatika da onun üzərində köklənib. Digər dillərdə olduğu kimi, ingilis dilində də dil səviyyələrinin ümumi linqvistik funksiyasından əlavə, mətn praq­matikasına xidmət edən yenidən işlənmiş- funksional tərəfi də vardır. Bədii mətnlərdə onların işlənmə səviyyələri nisbidir. Buna da səbəb müəlliflərin intellektual səviyyəsi və dili dərinliyinə qədər bilmə bacarığıdır. Ona görə də hər bir müəllifin düşüncə tərzindən asılı olaraq dil vahidlərinin praqmatik yüklənməsi baş verir. İngilis dilində təkrarlar çoxlu funksiyalar yerinə yetirir. Adətən, dilçilikdə təkrarlardan danışılarkən onun üslubivə sırf praqmatik xüsusiyyətlərindən bəhs edirlər.İngilis dilində bu istiqamətdə aparılan tədqiqatlar təkrarların funksional dairəsinin daha geniş olduğunu göstərir(1, 261). Leksik təkrarlar həm fonetik, həm də qrammatik təkrarlardan mətn praqmatikası nöqteyi-nəzərindən fərqlənmir, onların mətndəki prqamatik funksiyasl birdir.Lakin leksik təkrarların özünəməxsus quruluş xüsusiyyətləri vardır.Leksik təkrarlar adı altında bir mürəkkəb sintaktik bütöv çərçivəsində həm sözlərin və söz birləşmələrinin, həm də çümlələrin təkrarını nəzərdə tutur.  Bütün hallarda leksik təkrarlar müəllif intensiyasına xidmət edir. Ona görə də praqmatikanın linqvistik mənzərəsində təkrarlar mühüm yer tutur. Təkrarlar, adətən, cümlənin əvvəlində və ya sonunda gəlməklə nitqə xüsusi bir ritm, ahəng verir; eləcə də cümlənin ortasında da gələ bilir. Ancaq həm anaforik(öndə gələn), həm də epiforik(sonda gələn) təkrarlar praqmatika baxımdan daha məhsuldardır. Onların da mətn praqmatikası nöqteyi-nəzərindən müəyyən parametrləri vardır.İngilis bədii mətnləri üzrə onları təsnif etmək də mümkündür.Əlimizdə olan faktik materiallar əsasında leksik təkrarların praqmatik mənzərəsini belə ümumiləşdirdik: 

1.Leksik təkrarlar təsvir olunan hadisəyə, fakta aydınlıq gətirir;yəni təsvir olunanın lazımi şəkildə anlanımmasına imkan verir.Buməqsədlə ingilis bədii nəsrində və folklo­runda təkrarlara geniş yer verilir.Bəzən şeir bütövlükdə təkrarlar üzərində qurulur. Tomas Qudun "November", Skela Veirtimd və başqalarının şeirlərində bu faktlarla tez-tez üzləşirik:

My heart’s in the Highlands, my heart is not here,

My heart’s in the Highlands a- chasing the deer

A-chasing the wild deer, and following the roe,

My heart’s in the Highlands, wherever I go

(Skela Veirtimd: My heart is in the highlands...

2.Leksik təkrar qradiativ funksiyaya malik olur, nəzərdə tutulan mənanın gücləndirilərək xüsusi olaraq diqqətə çatdırılmasına xidmət edir:

Should the Skimpole have refused the note? WHYshould the Skimpole have refused the note?Paralel cümlələr daxilində verilən anaforik təkrarlar hər dəfə təkrarlan­dıqca nostalji hisslərə aydınlıq gətirilir, duyğuların, hisslərin canlı mənzərəsi yara­dılır. 

3. Üslubi funksiyaya malik olur.Yəni leksik təkrarlar mətn praqmatikasına xidmət etdiyi kimi, stiliometrik xüsusiyyətə də malik olur. Məsələn,Tomas Qudun və bu kimi digərlərininəsərlərində təkrarlıq faktorunun olması onların özünəməxsus poetik düşüncə tərzini müəyyənləşdirir; onun xüsusi fikri ifadə ifadə forması kimi müəyyənləşməsini şərtləndirir:

No sun- no moon! No morn-no noon-

No dawn-no dusk- no proper time of day(T.Hood) 

4. Təkrarlar monotonluq yaradır. Adətən, bədii mətnlərdə monotonluq yorucu təsir bağıçlayır, lakin linqvistik vasitə kimi praqmatik kontekstdə bu cür təkrarlar ritmə, ahəngə çevrilməklə müəllif ideyalarının daçıyıcısına çevrilirlər.Tomas Qudun aşağıdakı şeirinə nəzər salaq:

“Work! Work! Work!While the cock is crowing aloof!

And work-work-work,Till the stars shine through the roof?

Şeirdə hər dəfə təkrar olunan “Work—work—work”, “And work—work—work” monoton olduğundan da çox ahəng yaradıcıdır, sanki şeirin praqmatikası bu ritm üzərində köklənir

5. Emosiyanın, hissin ritmik-ahəngdar ifadəsinə xidmət edir

   Praqmatikada linqvistik mənzərənin verilməsində sintaksisin böyük rolu var. Əvvəla, cümlə quruluşları dünya xalqlarının dil düşüncəsindən asılı olaraq müəyyən­ləşir. İstənilən məlumat da həmin quruluş əsasında qarşı tərəfə çatdırılır. Lakin insanlar baza sintaksisi əsasında onun funksional tərəfini də həyati ehtiyacdan asılı olaraq yaratmışlar.Bir dilin sintaksisinin ikili funksiyası biri-birini inkar etmir, əksinə mətn praqmatikasının optimal ifadəsinə şərait yaradır. Ümumiyyətlə, praqmatik baxımdan sintaksisin imkanları böyükdür. Məsələn, sintaktik paralelizm, inversiya, cümlə intonasiyası və s. Sintaktik paralelizm cümlələrin, yaxud cümlə daxilində tərkiblərin eyni tipli strukturu əsasında formalaşır.XVIII əsrdən üzü bəri öyrənilməyə başlayan sintaktik paralelizm dünya xalqlarının folklorunda geniş yayılmış və müasir ədəbiyyatında da həmin ənənə canlı şəkildə yaşayır. Bu da mətn praqmatikasına xidmət edən təsirli sintaktik vasitələrdən biridir. Sintaktik paralelizm ritm, harmoniya yaradıcı vasitədir, folklor və klassik şeir ənənəsinin melodik vasitəsidir.Buna görə də  müasir ingilis dilində sintaktik paralelizmə melodik-estetik vasitə olaraq mətn praq­matikasının əsas daşıyıcılarından biri kimi tez-tez müraciət olunur. Mətn praqmati­ka­sının verilməsində sintaktik vasitə kimi inversiyanın da mühüm rolu vardır. İnversiya mətn praqmatikasına müvafiq olaraq baza sintaksisində inversiya əməliyyatının aparılması əsasında formalaşır. Bu da mətn praqmatikasının verilməsində bir linq­vistik priyomdur. Bildiyimiz kimi hər bir dildə cümlə ona aid olan üzvlərin müvafiq düzülüşü əsasında reallaşır, lakin aktuallaşma fonunda onların inversiyası mətn semantikasına xidmət etmiş olur.Bunu ingilis dilində inversiyanın timsalında nəzər­dən keçirək.İngilis dilində xəbərin mübtədadan sonra, Azərbaycan dilində isə xəbərin cümlənin sonunda gəlməsi aktual üzvlənmə üçün invariant hesab olunur; bu, struktur invariantdır. İnvariant struktur ilkindir, davamlı­dır və törəmə qabiliyyətinə malikdir. Əgər cümlə üç üzvdən (mübtəda, tamamlıq və xəbər) ibarətdirsə, ingilis dilində ta­mamlıq bir qayda olaraq, xəbərdən sonra gəlir: I leave you to arrange that (E.Waugh, p.68). Tamamlığın inver­siyası obyekt və ya subyektin aktuallaşması şəklində təzahür edir. Sintaktik vahid kimi, ingilis dilində tamamlığın inversiyası özünəməxsusluğa malikdir. Tamamlığın inver­si­yası prinsip etibarı ilə digər cümlə üzvlərindən fərqlənir: To regular and serious custom­mers it was an inexpensive place – fifteen francs to the house, ten to Fatima, five for the mint tea a few sons to the old fellow who tidied Fatima’s alcove and blew up the brazier of sweet gum (E.Waugh. Prose Memories Essays, Moscow: Progress, 1980, p.275).

Tamamlığın “to regular and serious customers” bu cümlənin əvvəlinə yer­dəyişməsi inversiyadır. Cümlə üzvlərinin mətndə aktuallaşması mətn pramatika­sına xidmət edir; qarşı tərəfə-qəbulediciyə müəllif məramını dəqiq və təsirli çatdırmaq, üçün bir vasitə kimi istifadə olunur. Başqa bir misal:Robert Jordan rode thirty yards father up the road, beyond that the bank was too steep. The gum was firing now with the rocket which and the cracking dirt sponting boom (E.Hemingway. For whom the Bell Tales, Panther, 1976, p.402).

 “Now” zərfinin cümlənin ortasında gəlməsi inversiya ilə bağlıdır, bunda da məqsəd oxucunun diqqətini zaman anına yönəltməkdir. Bu vaxt zaman zərfi remalaşır. Nəticə etibarı ilə sintaktik hadisənin praqmatik potensialından biri reallaşır. Bundan əlavə, fonosintaksisin də praqmatik yükü vardır. Şifahi nitqdə cümlə tonunun enməsi və ya yüksəlməsi və ya lazımi ironik tona salınması praqmatikadan asılı olaraq baş verə bilər. Bunlar hamısı sintaktik səviyyənin praqmatik aspektidir. Dil səviyyəsi kimi morfoloji vahidlər də prqamatik yükə malikdir. Morfoloji vahidlərin linqvistik təsvirdə öz yeri var. Müəllif intensiyasının verilməsi zamanı müxtəlif şəkilçilərin nitq prosesində yenidən işlənilməsi, praqmatika axarına salınması müəllif yaradıcılığıdır, morfologiya­nın praqmatik aspektidir.İnsan şüuru inkişaf etdikcə dilin funksional aspekti genişlənir. Bu da onunla bağlıdır ki, dil lazım gəldikcə daxili resurslarına müraciət etməyə meyil­lidir. Bunu istər söz semantikasının inkişafına aid olan sözün semantik genişlənməsi və ya qrammatik vahidlərin kommunikativ baxımdan lazımi axara salınması sübut edir.

 

 

İstifadə olunmuş ədəbiyyat

1.Кухаренко В. А. Виды повторов и их стилистическое использование в произведениях Диккенса, канд. дисс., М., 1955. 261). 

2.Падучева Е.В. Семантические исследования (семантика времени и вида в русском языке; семантика нарратива). М., 1996., с. 231;

3.TeniereL. Elementsdeeyntaxestruoturale. P., 1959, p.192-216;

4. Фонетика в аспекте прагматики. Кишинев «Штииица.1989, с.11

5.elib.bsu.by/.../Долгова%20А.О.%20Рифма2C%20аллитерацияассонанс

Açar sözlər: praqmatika, inversiya, fonetika, yüklənmə, dil səviyyələri, təkrar işlənmə.

Key words: pragmatics, inversion, phonetics, downloads, language levels, reusing.

Ключевые слова: прагматика, инверсия, фонетика, загрузки, уровни языка, повторное использование.

 

THE ROLE OF PRAGMATICS IN THE LINGUISTIC DESCRIPTION

Summary

The article deals with the role of pragmatism in linguistic illustration in English. It shows that the pragmatic is the bearer of authorship, and it deals with the social and social function of the text and its public value. The value of each work is measured in this way. The article concludes that all the units of the language can be functionally loaded in the text pragmatic.

 

РОЛЬ ПРАГМАТИКИ В ЛИНГВИСТИЧЕСКОМ ОПИСАНИИ

Pезюме

В статье рассматривается роль прагматизма в лингвистической иллюстра­ции на английском языке. Это показывает, что прагматика является носителем авторства, и она затрагивает социальную и социальную функцию текста и его общественную ценность. Значение каждой работы измеряется таким образом. В статье делается вывод о том, что все модули могут быть функционально загружены в текст прагматичным.

.

Rəyçi: f.e.d., prof. Ə.Ə.Abdullayev


Лейла  Везирова

СЕМАНТИЧЕСКАЯ СИНОНИМИЯ ОТВЛЕЧЁННЫХ СУЩЕСТВИТЕЛЬНЫХ

В РУССКОМ  ЯЗЫКЕ  XVIII –  НАЧАЛА XIX ВЕКА

                Различные   способы  словообразования  обусловливали  возникновение  однокоренных  синонимических  рядов,  например:  бесстыдность- бесстыдство- бесстыдность, беспокойность - беспокойствие, глупость- глупство, любопытность- любопытство,  доброкотность -  доброкотство- доброкотствие; неприличность- неприличие, фальшивость – фальшиство, проворность – проворствие  и т.д.

                Как и в случае  со славянизмами, подобная  синонимия  приводила  к лексической  избыточности, что приводило  к  победе  одних  форм над другими  и отмиранию  последних.

                Интересный пример  синонимии  дают  сложные  слова  интересующего  нас  лексико-грамматического  разряда. Одна часть  таких слов  одинакова, а другая  - синонимична  с соответствующей  частью  другого  слова. Множество  синонимических  рядов  основаны  на синонимии  слов  благо  и добро, а также  само -  и свое-:  благополучие  - доброполучие, благостность- добростность, самонравный и своенравный и т.п.

                Однако, всё это  -  так сказать,  низшие  «механистичные» виды синонимии, по которым  нельзя  судить ни о богатстве  языковых  средств  с родственной  семантикой, ни об основных  типах  синонимических  отношений в языке.

                Выяснение  этих  вопросов возможно  лишь  при  рассмотрении высших  типов  синонимии -  семантической  и стилистической.

                Под  семантической  синонимией, как  правило, понимается  семантическое  родство  между  словами,  лежащими  в одном  стилистическом  поле, то есть  взаимозаменяемыми  в рамках  одного стиля  речи.

                Прежде  чем   переходить  к рассмотрению  семантической  синонимии  от­влечённых существительных, введём обозначения, предложенные  С.Курилови­­чем в « Заметках  о значении  слова» (3,27): разные  слова  обозначаются  как С  с цифрой – индексом, например, С1, С2, С3, слово, являющееся  ядром  (центром)  синонимического  ряда  обозначается  как  Сц и заключает  в  себе  как  правило  наиболее  чёткое  воплощение  понятия, варьирующегося  в  синонимическом  ряду.

                Семантическую  синонимию  представляют   почти  все  лексико-тематические  группы отвлечённых  существительных  периода XVIII  - начала  XIX в., причём  синонимические  ряды  отличаются  многочленностью, чего нельзя  сказать  о конкретных  существительных  этого  периода. Например:  мзда-воздаяние – возмездие - мздовоздаяние- плата-цена; печаль -  скука- грусть – тоска – уныние -  скорбь – сокрушение (эти  два  синонимических  ряда  были  выделены  ещё  М.В. Ломоносовым1

рост – процент – лихва – интерес (излишек  при  каких-либо  денежных  оборотах), иждивение- содержание; богатство- состояние – имущество-собственность- стяжание – капитал;  великодушие – милосердие -  мужество – щедрость – великосердие -  доброта; веселье – радость -  счастье – довольство- забава, взнесение (вознесение) – возвеличиванье – воспевание – прославление; отвага – геройство – смелость – храбрость – мужество, отечество – отчизна – родина и т.д.

                Однако  рассмотрение  уже  вышеуказанных  синонимических  рядов показывает, что  члены  синонимического ряда  для  разных  рядов  обладают  различной  степенью  близости, то есть  можно говорить  о  полном  и неполном  семантическом  положении как  внутри  одного ряда, так  и в  соотношении  между  различными  типами  синонимических  рядов. Проведённый  нами анализ  обширного  литературного  и словарного  материала  показывает, что  наибольшее  семантическое  положение  наблюдается  в лексико-тематических  группах  отвлечённых  существительных, значение  которых  имеет  предметно-понятийную  соотнесённость, то есть  в той  или иной  степени  приближается к сфере  конкретной  лексики, например, богатство – имущество – состояние - …; рост – процент  -  лихва  -  интерес; иждивение  - содержание; отечество – отчизна – родина; погребенье  - похороны и т.д.

                По сути, употребление  их  диктуется, как правило, стремлением избежать  тавтологии. Рассмотрим  это на примере ряда  богатство – имущество – достаток. В «Толковом словаре…»  В.И.Даля (2,1,15) «богатство»  трактуется  как  «множество -  обилие, изобилие, избыток, излишество»;   «состояние»  как   «богатство, зажиточность, имение,  достаток»;  «имущество» -  «скарб, пожиток, достаток, состоянье»;   «достаток» -  «зажиточность, обилие, довольство, избыток»

                Как видно, центральные  семантические  значения  этих слов  не имеют  полной  соотнесённости, хотя, безусловно, находятся  в одном  семантическом поле;  полную соотнесённость  проявляют  лишь их  частные  значения. Это  отчётливо проявляется  и в примерах  их  литературного  использования:  Отец  твой  любит  богатство…:  (Фонвизин. Ком., 1960, с. 43), и тут  же: … что твоё  состояние  поправилось (Фонвизин. Ком., 1960, с.43). Невозможно  заменить  второе  слово на первое, хотя  обратная замена  и вероятна.

                К  следующей  по частотности   полного  семантического  положения  следует, видимо, отнести «метафизическую  лексику», то есть  ряды  типа  существо  - созданье, средоточие- центр, естество – вещество – предмет, абстракция – отвлечение, вечность – неизмеримость -  бездна -  бессмертие и т.п.

                Однако  здесь ещё  более  отчётливо  проступает неравноценность, неравноположенность  синонимических  отношений    внутри  ряда.  Так, ряды  вечность  - бессмертие, бездна -  неизмерность имеет  значительно  более  узкую  область  полного  положения, чем, например,  имущество – состояние - …

                Так,   слово  «бездна»  трактуется  В.И.Далем (2,1,14)  как  «неизмеримая  глубина, бездонная  пропасть, глубокий   обрыв»,   а  «неизмеримость» - как «состоянье, свойство. Слово  «неизмеримость  обладает  более  отвлечённым  значением, в то время как  у слова «бездна»  отвлечённое  значение – дополнительное, и именно эта  небольшая  область  перекрытия и позволяет им  взаимозаменяться:

                                … Из  бездн  ты  вечности  возвал…

                                                                           (Державин, Стих-я, 1981,с.44)

                                …. В неизмеримости текут…

                В словах, характеризующих  состояние, моральный облик человека, мир  его чувств,  практически  уже  не встречается  с полным  семантическим  положением, а имеет  дело  скорее  с взаимодополнением,  уточнением, оттеночности  семантики. Именно  поэтому  эти слова  в литературе  того времени  зачастую  стоят  рядом  одновременно  дополняя  и уточняя  друг друга и  демонстрируя  возможности  автора:

                                                                   В нём геройство  возрастает,

                                                             Но так и мужество пройдёт…

                                                                                                (Державин. Соч.1983)

                                                             Тебя  быть  мыслил  в восхищеньи,

                                                              И лил  в восторге  токи  слёз 

                                                                                                   (Там же, с.43)

                Число  синонимических  рядов  такого типа  чрезвычайно  велико и они, как правило,  многочлены, т.е.  можно считать этот  тип  синонимии наиболее  продуктивным, причём  не только  среди  отвлечённых  существительных, но и вообще  во всей  русской  лексике  того времени. Например:  честь – целомудрие -  добродетель -  достоинство, отвага – храбрость- мужество – геройство; мудрость – разумность -  прозорливость, смирение;  восторг – восхищение, веселье – забава -  радость и многие  другие.

                Эта группа  синонимических  рядов  демонстрирует  большое  разнообразие  синонимических  отношений, которые  мы сейчас  и рассмотрим.

                Во-первых, это чисто  оттеночные    отношения.  Типичными  для данного  вида  отношений  являются  ряды  типа  отвага – храбрость – геройство  и  восторг -  восхищение…

                В словаре  В.И.Даля (2,1,16)  наблюдаем  следующие  трактовки  слов  этого  ряда: « Восхищены  ср.  дьяств.  и  сост.  по  знач.  гл. на   ть  и  ся.  Более  употребляется в значении   восторга, неистовой  радости»; «Восторг   м. 

состояние  восторженного, в значении   нравственном;  благое  исступление,

восхищенье, временное  отрьшение   духа  отъ  мiра  и  суетъ     его, воспарение  духа….»

                Значения  слов  другого  ряда:  «геройство  ср.  доблесть, славная отвага, самоотвержение»;   доблесть  ж.  высшее  душевное  мужество, стойкость, благородство:  высокое  свойство  души, высшая  добродетель, великодушие  и  пр.»  « храбрость   ….  смелость, решимость, мужество, воинская  доблесть, отвага...»

                Различие здесь, как  видно, достаточно  условное  и  заключается  скорее    в  постоянстве, непостоянство  признака;  храбрость, например, более  постоянная  черта, чем отвага, которая  может быть  проявлена  в конкретном  бою. 

                В  большой  группе   рядов  отношения  между  синонимами  напоминают  отношения  частного  к  общему. Рассмотрим  в качестве  примера  ряд  целомудрие  - честь- добродетель. Обратим  внимание  на трактовку  этих слов  у  Даля (2, 1,18) «цъломудрие  ср. цплоумие, цьлость  и  здравость  ума,  полное  обладание  разумом  своим, благоразумие; добродетель  эта, плотская чистота;  «Добродетель  ж. доблесть, всякое  похвальное  качество  души, дьятельное  стремление  къ  добру, къ избежанию  зла»

                Как  видно, понятие  добродетель  включает  в себя  как  частное  честь, а честь, в свою очередь, целомудрие. Эту синонимию  можно выразить  следующей схемой, в которой  заштрихована  область  возникновения  синонимических  отношений.

                Это  отчётливо  проявляется  в  многочисленных   примерах  из  литературы  того времени, в которых  эти слова  легко  заменяются  друг другом:  Целомудрие  её  известно… (Фонвизин, Комедии, 1960, с.54); Целомудрие – вот  прямая   добродетель (Там же, с.18);

             Во вред  добродетели  не  строй

              Сей  дар  богов  лишь  к  чести

                                                      (Державин. Соч., с.215)

                Следует  отметить, что  слово  целомудрие  образует  также  синоними­ческие  отношения  со  словами  чистота -  невинность. Например: Нам нужна-то  девица  честная,  целомудренная  (Фонвизин. Ком., 1960, с.141);

                Понеже  красоты  целомудрие  славлю.

Литература

1. Александрова З.Е. Словарь синонимов русского языка. М.2010

2. В.И.Даль. Толковый словарь живого великорусского языка.

3. С. Курилович. Заметки о значении слова. (Княжнин. Стихотворения. 1958).

 

Ключевые слова: семантическая синонимия, отвлечённые существительные словообразование, семантика, стилистика.

Açar sözlər:  semantik sinonimiya, mücərrəd isimlər, söz düzəltmə semantika,  stilistika.

Key words: semantik synonymy, abstract nouns, word formation, semantics,   stilistics

 

Xülasə

XVIII -  XIX əsrin əvvələrində mücərrəd isimlərin semantik sinonimiyası

Məqalədə eyni kökdən olan sinonimik cərgələr,  mücərrəd sözlərin sinonimiyasından danışılır. Burada semantik sinimiyaya tanınmış dilçilərin müxtəlif olan münasibətləri göstərilir. Məqalədə, nümünə kimi, bədii ədəbiyyata müraciyət olunub, şerlər əsasında sinonimlər göstərilib.

 

Summary

Semantic  synonymy  of  abstract  nouns  Rour  of  at  the  beginning  of  VXIII-XIX  centuries.

                Synonym  roots  of, the abstract  words  synonymy  are  analysed here.  The  opinio  as  of  famous  scientists  concerwing  synonymy  are  shown  here. As  an  example  pieces  from  literature  and  poems  are  shown  here.

 

Rəyçi: dos. E.Vəliyeva


İbrahimova Nabat Fuad qızı

ZAMAN ANLAYIŞININ DƏRK OLMASINDA LİNQVİSTİK İFADƏ

GÖRÜMLƏRİNİN ROLU

Azərbaycan dilində əsasən bütün fəlsəfi anlayışların linqvistik təzahür formaları, yaxud ifadə görümləri vardır. İnsanın real aləmi dərk etməsinin-anlamasının müxtəlif formaları onun dilində əks olunur, gerçəkləşir. İnsan yaradıcı şəkildə düşünmək bacarı­ğının daşıyıcısıdır. Düşüncənin çox geniş anlayış olduğu məlumdur. Real aləmi dərk etməyimizin bütün formaları həmin anlayışla bağlıdır. Dil düşüncəni ifadə edən alətdir. Buna görə də dilsiz düşüncəni təsəvvür etmək mümkün deyildir. Düşüncənin formalaş­masında dilin xüsusi və həlledici rolu danılmazdır. Gerçək aləm, yaxud xarici aləm, bü­ün kainat materiyadır. Materiyanın varlığı insan düşüncəsindən asılı deyildir. Dünyanı dərk etmək birdən-birə yaranmamış, tədricən, təcrübələr, ənənələr, pillələr üzrə olmuş­dur. Dünyam dərk etmənin iki mərhələsi - ilkin (birinci) və ali (ikinci) mərhələ müəyyənləşdirilmişdir.

İlkin mərhələ duyğu, qavrayış və təsəvvürlə əmələ gəlir. Onun dərketmə, yaxud hissi mərhələ adlanması bununla bağlıdır.

Ali mərhələni yaradanlar dedikdə şüurda anlayış, anlayış, mühakimə, əqli nəticə və təsəvvür canlanır. Məntiqi formalarla ifadə edilən bu mərhələ məntiqi dərketmə, yaxud rasional mərhələ adlanır.

Düşüncə prosesinin duyğudan əqli nəticəyə doğru yönəldiyi məlumdur. Duyğu, qavrayış, təsəvvür, anlayış, mühakimə və s. bir-biri ilə zəncirvari bağlılığı, düçüncə prosesində bunlarm hər birinin müəyyən vəzifələrinin mövcudluğu, hissi idrakm duyğulardan başladığı, onların ilk pillə kimi bütün idrak proseslərinin bünövrəsini təşkil etdiyi məlum həqiqətlərdir.

Duyğuları- indiki anda hiss üzvlərinə təsir göstərən əşyaların, hadisələrin ayrı-ayrı keyfiyyət və xassələrinin beyində inikası adlandıranların fikrində böyük həqiqət vardır.

Duyğulardan fərqlənən daha mürəkkəb idrak prosesi qavrayışa duyğularla yanaşı, insanın keçmiş təcrübəsi də daxil edilir. Bundan başqa qavrayışın nitq, təfəkkür, iradə və s. kimi mürəkkəb psixi proseslərlə birbaşa bağlılığı diqqəti çəkir.

Bütün bu söylənilənlər materiyanın mövcudluq formalarının- hərəkəti, zamanı və məkanı elmin müasir tələblərinə uyğun anlamağa xidmət edir.

Göründüyü kimi, zaman. məkan anlayışları insan həyatında mühüm rol oynayan problemlərdir. Araşdırmalar, faktlar üzərində canlı müşahidələr göstərir ki, “dil və dü­şüncə”, onun tərkib hissələri ilə bağlı məsələlər dar çərçivədə deyil, geniş dairədə öyrənilməlidir.

Zaman və rnəkan anlayışları fəlsəfi mahiyyətli məsələlər olduğuna görə onların linqvistik təzahür formaları, yaxud ifadə görümləri yalnız linqvistik yönümdə araşdırıla bilməz. Həmin məsələnin - problemin əhatə dairəsi genişdir’ Yəni Azərbaycan dilində zaman və məkan anlayışlarının linqvistik ifadə görümləri mövzusu təkcə linqvistik yönümlü məsələ adlandırıla bilməz. Bu mövzu dilçilik məsələləri ilə yanaşı, fəlsəfi, məntiqi və psixoloji məsələləri özündə birləşdirir. Çünkü dil coxcəhətli, olduqca mürəkkəb təbiətli və geniş funksiyalı bir hadisədir. Dilsiz dünyanın dərk olunması mümkün deyildir. O, insanların dünyanı anlamasında böyük, həm də həlledici faktor sayılır. Dünyanın dərk edilməsində, gerçəkliklə bağlı fəlsəfi anlayışların anlaşılmasında, dillə, düşüncənin və təfəkkürün vəhdətinin, təsəvvürün- indi birbaşa təsir etməyən, lakin keçmişdə bu və ya başqa şəkildə qav­ranılan əşya və hadisələrin sürətinin, təfəkkürün - əşya və hadisələrin mahiyyətinin, onlar arasındakı əlaqələrin, asılılıqların insan şüurunda ümümiləşmiş və vasitəli inikası olan idrak prosesinin böyük rol oynadıqları müəyyən edilmişdir (1, 7-17).

Bütün fəlsəfi, məntiqi anlayışlar- psixi hadisələr obyektiv aləmin subyektiv inikasının görüntüləridir. Zaman və məkan anlayışları psixologiya elminin də fəlsəfi problemləri arasındadır. Psixikanın fəaliyyət və ünsiyyət prosesi ilə qırılmaz bağlılığı, onun həmin prosesdə müxtəlif görümlərlə təzahürü kimi mühüm məsələlər psixologiya elminin öyrəndiyi problemdir. Zaman anlayışını psixologiyadan ayrılıqda təsəvvürdə canlandıra bilmərik.

Psixi həyatın çoxcəhətliliyinin vəhdətdə olması qanunauyğunluğu vardır.

Psixi proseslərin psixologiya elminin əsas kateqoriyası olması, idrak prosesində (duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, nitq, təxəyyül), iradiproseslərin, emosional proseslərin birlikdə psixi proseslər adlanması elmi həqiqətlərdir.

Prosesin latın sözü olması, hər hansı bir hadisənin başlanması, gedişi, eləcə də inkişaf mərhələlərini əks etdirməsi, bu baxımdan bütün psixi hadisələrin - istər psixi proseslərin, istərsə də psixi hal və xassələrin prosessual xarakter daşıması psixologiya elminin təyin etdiyi qanunauyğunluqlardır. Məsələnin belə qoyuluşunun ilk dəfə görkəmli rus alimi İ.M.Seçenovun diqqətini cəlb etdiyi göstərilmişdir ( 7, 8-11).

Psixikanın fəaliyyət və ünsiyyət prosesində müxtəlif formalarda təzahür etdiyi, psixologiyanın bir elm kimi inkişafının əsasən materialist təlimin inkişafı ilə bağlı olduğu; həmin fəlsəfəyə görə psixikanın obyektiv aləmin subyektiv inikası sayıldığı göstərilmişdir (7, 12).

Gəlin əvvəlcə “obyektiv aləm” termininə diqqət edək. “Obyektiv” sözü “obyekt” sözündən əmələ gəlmişdir. Obyekt (latınca- obyectum) cisiıiı, predmet deməkdir. Psixologiyada “obyekt” sözünün özünəməxsus mənası var: insanın fəaliyyət prose­sində bilavasitə iş gördüyü, təsir göstərdiyi cisimlərə “obyekt” deyilir. “Ob­yektiv” sözü isə fəlsəfi termindir. Onun başlıca mənası bundan ibarətdir: predmetlər subyektdən kənarda və ondan asılı olmayaraq mövcuddur. Fəlsəfədə “obyektiv aləmi”, “obyektiv reallığı” göstərmək üçün materiya kateqoriyasından istifadə olunur.

İnikas- materialist idrak nəzəriyyəsinin əsas prinsipidir. İnikas nədir? İnikas materiyanın ən ümumi xassəsidir. İnikas dedikdə iki obyektin qarşılıqlı təsiriprosesi və onun nəticəsi nəzərdə tutulur (2, 12-13).

Göründüyü kimi, zaman və məkan anlayışlarmı yaxşı anlamaqda psixoloji anlayışların köməyi ola bilər. Fəlsəfi və psixoloji anlayışlar arasındakı bir ümumilik, oxşarlıq vardır. Oııa görə də anlayışların bir-biri ilə qarşılılıqlı münasibətləri diqqətdən kənarda qalmamalıdır. Məsələn, subyekt sözü dedikdə obyektiv aləmi dərk edən, dəyişən insan nəzərdə tutulur. İnsan həmişə hərəkət edən varlıqdır. O, müəyyən zamanda, məkanda hərəkət edir. Burada subyekt, obyekt, zaman və məkan qarşılıqlı münasibətləri xüsusi maraq doğurur. Subyekt, obyekt vəzaman bir- birini tamamlayır. Psixi obyektiv aləmin subyektiv sürəti kimi əmələ gəlir. Bütün fəlsəfi anlayışların gerçəkləşdiyi möhtəşəm mənbə olan dil də zamanla, məkanla bağlıdır. Yəni dilin həyatmı, onun keçdiyi prosesi, inkişafı zaman və məkan faktorlarından kənarda düşünmək mümkün deyildir. Dil tarixində, insan həyatında zaman və məkanın ölçüyəgəlməz və nəhəng rolu vardır.

Dillə bağlı, daha doğrusu, ona aid deyimlərdə, söylənilən fikirlərdə zamanın, məkanın çox qüvvətli vasitə olduqları çox parlaq və aydın şəkildə öz əksini tapmışdır.

Alimlərin əksəriyyəti belə bir fikrin-deyimin daşıyıcısıdırlar: dil və təfəkküreyni zamanda yaranmışdır. Onlarınfikrincə, nə təfəkkür dildən əvvəl, nə də diltəfəkkürdən əvvəl yarana bilər. Məsələn, K.K.Koşevoy dil və təfəkkürünqırılmaz vəhdətdə fəaliyyət göstərdiyini, fikirsiz dilin və əksinə dilsiz fikrin,düşüncənin mövcud olma­dığım demiş, A.Bmkov belə hesab etmişdir ki, insan dilivə təfəkkür əmək prose­sində eyni zamanda yaranmışdır. İnsanın mücərrədtəfəkkürü insanın inkişafı ilə birlikdə bir vaxtda fomıalaşmışdır. Dillə təfəkkürünvəhdəti, onların eyni zamanda əmələ gəlməsi, dilsiz təfəkkürün, təfəkkürsüz dilinolmaması haqqında böyük rus materialist fizioloqu İ.M.Seçenov da dəyərli fikirlər irəli sürmüşdür. (76, 256-257). Zaman anlayışının linqvistik ifadə görümləri və qrammatik zaman kateqoriyası idrak prosesinin məhsulu olduğundan onunla məntiqi, obyektiv zaman kateqoriyası arasında sıx əlaqənin olması təbiidir. Bu əlaqə dil və təfəkkürün vəhdətindən törəmişdir. Zaman anlayışının linqvistik ifadə görümləri bir sistem təşkil edir. Bu sistemdə qrammatik zaman kateqoriyasının xüsusi mövqeyi və yeri vardır. Zaman anlayışının linqvistik ifadə görümləri içərisində qrammatik zaman kateqoriyasının ayrıca diqqətə yönəldilməsi, önəmli mövqedə dayanması onun linqvistik təbiəti, daxili mahiyyəti ilə bağlıdır.

Nəzəri dilçilikdə belə bir linqvistik qənaət formalaşmışdır ki, müxtəlif sistemli dillərin strukturunda, quruluşunda qrammatik kateqoriyaların özəl yeri, rolu və əhəmiy­yəti vardır. Ümumi dilçilik üzrə mütəxəssis B.N.Qolovinin qrammatik kateqoriyaya verdiyi tərif belədir: “Qrammatik kateqoriya- bu qrammatik mənanın, onun maddi ifadəsinin real lisani vasitəsidir”.

Bu tərifin qədər də etiraz doğurmadığı diqqətə yetirilmiş, ancaq B.N.Qolo­vi­nin qrammatik kateqoriyalara yanaşma mövqeyi ilə razılaşmadığı üçün həmin tərifin qeyd­siz-şərtsiz qəbul edilməsi mümkün sayılmamışdır. Onun (adı göstərilənlərin bü­tün qrammatik kateqoriyaları dörd qrupa bölməsi elmi tədqiqat baxımından etiraz doğur­maya bilsə də, tədris baxımından o qədər də doğru sayılmadığı deyilir. Burada qram­matik forma dedikdə hələlik yalnız morfoloji kateqoriyaların düşünülməsi, müəl­lifin (B.N.Qolovinin) isə bütün sintaktik cəhətləridə əhatə etməsi doğru hesabolunmur.

Zaman anlayışı qlobal problem kimi diqqəti çəkdiyindən çox elmlərin ortaq tədqiqat obyekti olmuşdur.

Çoxcəhətliliyi onun müxtəlif elmi yönümlərdən tədqiqinə yol açmışdır. Ona görə də ilk öncə təbiət, cəmiyyət və insan təfəkkürünün ən ümumi inkişaf qanuna­uyğun­luqları haqqında təlimin-fəlsəfənin ən qlobal bu problemi ayrı-ayrı müstəqil elmi yönümlərdən araşdırılmışdır. Mövzuya bir-birindən fərqli cəhətlərdən yanaşıl­ma­sına ötəri baxılmamalıdır. Bu birbaşa onunqlobalməzmunundan irəli gələn aktual xarakter daşıması ilə bağlıdır. Onu da deyək ki, zaman anlayışının semantikasının müasir tələb­lərə uyğun aydınlaşmasında, həmin məsələnin qloballaşmasında, müx­təlif elmlərin ortaq tədqiqat obyektinə çevrilməsində, məzmunca hərtərəfli və dərindən anlaşılma­sında dilin, eləcə də onun tədqiqat predmeti olduğu elmin- dilçi­liyin çox dəyərli, əvəz­edilməz rolu vardır. Elə buna görə də həm qohum, həm də yad dillərdə ən qlobal səviy­yəyə yüksəlmiş zaman anlayışının elmi tədqiqinə həsr edilmiş müxtəlif mövzularda linqvistik araşdırmalar aparılmış və aparılır.

Zaman anlayışının dərkolunmasında, anlaşılmasında ən başlıca rolu həmin anlayışın linqvistik ifadə görümləri oynayır. Adı çəkilən ifadə görümünün belə bir statusu qazanmasının səbəbi, mənbəyi dilçilik elminin tədqiqat obyekti və predmeti olan dildir.

İstifadə olunmuş ədəbiyyat

  1. Пасистедт Г.И. Введение в алтайское языкознание. Морфологии. М., 1957, 254 с.
  2. Суник О.П. Вопросы типологии алголютикативных языков- - Морфоло­ги­ческая типология и проблемы классификации языков. М., - Л. «Наука», 1965, с. 26-64.
  3. Суник О.П. Проблема общенсоти Алтайский языков. Сборник «Проблема общности Алтaйских языков», Л., «Наука», 1971.
  4. Afad Qurbanov. Ümumi dilçilik, II cild, Bakı, 2004, 532 s.

Xülasə

Məqalədə fəlsəfi mahiyyətli zaman anlayışının gerçəkləşdirilməsi, onun linqvistik təzahür formaları-ifadə görümləri, həmin məsələnin əhatə dairəsinin genişliyi aydınlaşdırılmışdı. Başqa dillərdə olduğu kimi, Azərbaycan dilində də zaman anlayışının linqvistik ifadə görümlərinin təkcə linqvistik yönümlü deyil, fəlsəfi, məntiqi və psixoloji xarakter daşıdığı da diqqətə yönəldilmiş, çoxcəhətli, mürəkkəb təbiətli, geniş funksiyalı hadisə sayılan dilin dünyanın dərk edilməsində əsas və həlledici rol oynadığı şərh edilmişdir. Məqalədə fəlsəfi, məntiqi anlayışların-psixi hadisələrin obyektiv aləmin subyektiv inikasının görüntüləri olduğu dırılmış, zaman və məkan anlayışlarının müasir elmi tələblərə uyğun başa düşülməsində psixoloji anlayışların rolundan danışılmışdır.

          Резюме

В статье было изучено концепция философской сущности времени, его лингвистические формы выражения, а также вопрос о масштабах проблемы.

В Азербайджанском языке как и в других языках понятие времени интерпре­тируется как ключевая и решающая роль в понимании мира, поскольку лингвистическое выражения понятия времени является не только лингвисти­ческим, но и философским, логическим и психологически о характеризован­ным. В статье упоминается роль философских категорий, а также психоло­гических явлений- субъективных восприятий объективного мира, понимания временных и космических концепций в соответствии с современными научными требованиями.

                           Summary

In the article, the concept of the philosophical essence of time, its linguistic forms of expression, as well as the scale of the problem were studied. In Azerbaijan language as in other languages the concept of time is interpreted as a key and decisive role in understanding the world, because the linguistic expression of the concept of time is not only linguistic, but also philosophical, logical and psychologically characterized. The article mentions the role of philosophical categories, as well as psychological phenomena, of subjective perceptions of the objective world, of understanding temporal and cosmic concepts in accordance with modern scientific requirements.

 

 

Rəyçi: dos. S.Abbasova

 

                         

 


Tamam Mehrabova

OĞUZ  DASTANLARINDA TÜRKMƏNŞƏLİ ONOMASTİK VAHİDLƏR

«Oğuznamə»lər türk xalqlarının həyat haqqında düşüncələrini, dünya­görüşlərini, milli adət-ənənələrini, milli psixologiyasını, onların döyüşkənliyini, qəhrəmanlıq tarixini əks etdirən abidələrdir. «Oğuznamə»lər çoxcəhətliyi ilə fərqlənir. O, yalnız ədəbi abidə olmaqla məhdudlaşmır.

«Oğuznamə»lər rəngarəng leksik-semantik söz qruplarının birliyidir. Bu geniş məzmunlu tarixi, əsatiri səciyyəli folklor nümunəsində müxtəlif söz qruplarının işlənməsi təbii-və qanunauyğundur. Ə.Dəmirçizadə yazır: «Hər bir sözün müəyyən mənası olduğu kimi müəyyən də tarixi vardır. Buna görə də hər bir söz həmin sözdən istifadə edən cəmiyyətin - qəbilənin, tayfanın, xalqın və millətin həm maddi, həm də mənəvi tarixi ilə üzvi surətdə bağlı olan bir vahiddir»

«Oğuznamə»lərdəki xüsusi söz qruplarının varlığı təsadüfi xarakter daşımır. Həm də həmin söz qruplarından biri digərinin də işlənməsini təmin edir. Onların daxili vəhdəti, məcmusu onomastikanı formalaşdırır.

Onomastikada müstəqil xüsusi söz qrupu sayılan antroponimlər  insanları adandıran sözlər olduğu üçün onomastik sistemin zirvəsində dayanır.

Abidədə antrotoponimlər çoxdur. Oğuz sözü həmin antrotoponimlər içərisində daha çox diqqəti cəlb edir.

Oğuznamənin əsasında Oğuz sözünün durması danılmaz həqiqətdir. Həmin leksik vahid «Oğuznamə» adının məna nüvəsidir. Oğuz, Oğuzlar və «Oğuznamə» bir-birindən fərqli anlayışları bildirən sözlərdir. Bunlar onomastik terminlərdir.

Oğuz sözünün mənşəyi barədə müxtəlif fikirlər söylənilmişdir.

«Oğuz Kağan» dastanında «Oğuz» sözünün «İlk süd» mənasım verən «ağız», «oğuz» şəklində olduğu göstərilir.

 Mahmud Kaşğarinin «Divani-luğat-it türk» əsərində ağuz sözü «ilk süd» mənasında verilmişdir.

Araşdırıcılardan Y.Markvart «Oğuz»un mənasını izah etmək üçün həmin sözü «ok+uz» şəklində vermişdir.

Y.Markvartm fikrincə, ok «ok», uz «adam» deməkdir. Oğuz «oxlu adamlar» mənasındadır. Bu fikir elm aləmində qəbul olunmamışdır. Bunun səbəbi türk dillərində «adam» mənasında «uz» sözünün olmamısıdır.

Y.Hamilton isə Oğuz admı «oğuş» sözündən törədiyini bildirir. Oğuş sözü Göy türk kitabələrində «ailə» və «əqrəba» mənalarında işlənmişdir.

Türkoloqların çoxu bu sözü qəbilə, tayfa mənasını əks etdirən «ok» və kəmiy­yət şəkilçisi «uz» şəklində izah edirlər. Oğuz sözünün bu şəkildə təhlilinin daha çox ağlabatan olduğunu söyləyirlər. Buna əsaslanırlar ki, tarixən iki böyük qoldan ibarət olan oğuzların bir boyu «Bozok», ikinci qolu isə «Üçok» adlanmışdır.

«Oğuznamə»lərdə ümumtürk mənşəli antroponimlər alınmalardan müqayisə­edilməz dərəcədə çoxdur. Yaradan, Tanrı, Oğuz, Ay, Günəş, Ulduz, Dəniz, Qara xan, Urum Kağan, Uruz bəy, Qıpçak bəy, Kmıq, İt Barak, İrkil Ata, Toğrul, Çağrı bəy, Kmıq, Qazıqurd, Salvur Dingli bəy və s. adlar dediyimizə nümunə ola bilər.

«Oğuznamə»lərdəki antrotoponimlər simvolik səciyyəlidir.

«Oğuznamə»lərdə qəhrəmanlıq, igidlik anlayışı ilə bağlı şəxs adları, əsasən, iki komponentdən ibarətdir. Bu anlayışlar adın ilkin komponenti olan alp sözlərinin digər adlara yanaşması ilə yaranmışdır. Məsələn: Alp Tağ, Alp Tağvac, Qara Alp və s.

«Oğuznamə»lərdə geniş yayılan antroponimlərdən biri Aslandır.

Ə.Tanrıverdiyev igidlik, məğrurluq, böyuklük mənalı sözlər əsasında düzülən kişi adlarından danışarkən alp antroponiminə də toxunmuşdur. Alp, alpağu, ba­hadır, qəhrəman, düşmənlə meydanda təkbətək döyüşən adam anlamına gəlir

Ona türk folklorunda iki cür Arslan və Aslan formalarında rast gəlirik.

«Oğuznamə»lərə aid şəxs adlarının tərkibində bəy, xan, katun, xatun, ər, kağan yabqu, inal, inak, iliq kimi rütbə, vəzifə anlayışı bildirən sözlərin işləndiyini görürük. Məsələn: Tağ xan, Tenqiz xan, Gün xan, Arslan yabqu, Qayı İlal xan, İnal beq, İlek xan və s.

Bəy boyların başçılarına deyilərdi. Köhnə Azərbaycanda bir və ya bir neçə kəndin sahibi bəy adlanmışdır.

Kan-xan. Xaqanlığa nisbətən kiçik etnik-inzibati əraziləri idarə edən hakimə verilən ad olmuşdur.

Katun-xatun. Qədim türk abidələrinin dilində xaqanın və xanın arvadına verilən addır. Xatun (xanım da) xüsusi qadın adı kimi də işlənir. Müasir Azərbaycan dilində işlənən qadın sözü mənşəyinə görə katun sözündən törəmişdir.

Ər. Bütün türk dillərində öz əvvəlki igid, döyüşçü, erkək cinsi mənalarım qismən saxlamaqla yanaşı, bu dillərin bir çoxunda yeni məna - qadınm həyat yoldaşını da bildirir.

«Oğuznamə»də Yazır antroponimi də maraqlıdır. Abidədə Yazır adının «çox vilayətlər tərəfində olacaq» anlayışmı bildirdiyi göstərilir.

Dadurğa adını Rəşidəddin ölkələr fəth edən və qanun yaradan mənasında izah edir. «Dodu» sözünü köhnəlmiş sözlər sırasına daxil edirlər.

«Dadu» sözünün hiylə, kələk, fənd mənaları da vardır.

Yapaqlı adının mənası abidəyə məxsus əlyazmaların heç birində göstəril­məmişdir. Bu söz Azərbaycan dilinin izahlı lüğətində öz əksini tapmışdır. Qoyu­nun yazda qırxılan yununa yapağı deyilir. Çox ehtimal ki, Yapaqlı «yunlu» mənasını ifadə edir.

Oğuznamələrdəki onomastik vahidlər türk etnik mədəniyyəti ilə sıx bağlıdır. Oradakı antroponim, etnonim və toponimlər bir neçə tarixi dövrün xatirələrini, faktlarını yaşadır. Adları çəkilən sözlər türk etnik mədəniyyətinin bütün kompo­nentlərini özündə saxlamış bitkin, sistemli bir mətnin – «Oğuznamə»lərin lüğət tərkibinin ayrılmaz, zəngin bir hissəsidir.

«Oğuznamə»lərdəki antroponimlər ayrı-ayrı şəxslərə aid olduqlarına görə, leksik məna konkretlikləri ilə bir-birindən fərqlənirlər. Onlar tək-tək halda hər bir insanın özünə məxsus ayrıca xüsusi adıdır.

Oğuz adı Yaradan, Tanrı (Göy) istisna edilməklə göstərilən antropo­nimlərin (xüsusi sözlərin) hamısından zirvədə dayanan, məna genişliyi və üslubi rəngarəngliyi ilə seçilən sözdür.

«Oğuznamə»lərdə şəxs adları zəngin lay təşkil edir. «Oğuznamə» türk xalqlarının bədii, tarixi, coğrafi, etnoqrafik, mifik, əxlaqi və milli görüşlərini əks etdirən dəyərli bir abidədir. Ona görə də bu abidə öz lüğət tərkibinin çoxcəhətliliyi, zənginliyi və qədimliyi ilə xüsusi maraq doğurur.

 Göstərilən abidəyə məxsus antropo­nim­lərin hər birinin leksik-semantik xüsusiyyətləri, fərdi mənaları ciddi araşdırma tələb edir. Həm də haqqında söhbət açdığımız antroponimlərin bir qismi indiki türk dillərinin çoxunda, o cümlədən Azərbaycan dilində işlənmir. Bu linqvistik qanunauyğunluqla bağlı olduğundan təbii sayılmalıdır. Çünki başqa sözlər kimi, bəzi antroponimlər də müəyyən tarixi dövr ərzində işlənib, sonralar passiv lüğət fonduna keçir.

Etnonimlər abidədəki onomastik sistemin ayrılmaz və qədim bir qoludur. Etnonimlər çox uzaq keçmişlərdən xəbər verən linqvistik tarixi faktlardır.

Rəşidəddin 24 Oğuz boyundan danışarkən onların Oğuzun övladlarının (nəvə­lərinin) adlarından ibarət olduğunu göstərməklə yanaşı, həmin adların məna­sını, mən­şəyini, onların əsasında duran ümumileksik vahidləri müəyyən­ləşdirməyə çalış­mış və qismən buna nail olmuşdur. Araşdırıcı  adını çəkdiyi digər türk, türk-monqol tayfa adlarının hər birini ayrı-ayrılıqda, xüsusi başlıqlar altında, et­no­ni­mik səviy­yədə, yəni dildaxili və dilxarici amilləri nəzərə almaqla izah etməyə çalış­mış, hər bir adın törəndiyi leksik vahidi və ya həmin adın daşıdığı mənanı açmışdır. Nü­­munə kimi onlardan bir neçəsi barədə müəllifin şərhini eynilə verməyi lazım bilirik:

«Qıpçak. Oğuz vuruşduğu İt Barak tayfasına məğlub olduqdan sonra iki çayın yaratdığı adada qaldı və orada məskən saldı. Bu zaman əri müharibədə öldürülmüş naməlum bir hamilə qadın ağacın köğuşuna girmiş və orada uşaq doğmuşdu. Bu hadisəni Oğuza danışırlar. Onun qadına yazığı gəlir və deyir: «Madam ki, bu qadının əri yoxdur, onda həmin oğlan mənim olacaq» (Həqiqətən), o, Oğuzun oğlunun vəziyyətinə düşür; Oğuz onu Qıpçaq adlandırır. Bu söz türk dilindəki «özəyi çürümüş ağac» mənalı kabuk sözündən düzəlmişdir. Bütün qıpçaqlar bu oğlandan törəyiblər».

Uyğur. O zaman Oğuzun atası və əmisi bir (tək) Allaha sitayiş etmədiklərinə görə, Oğuzla vuruşmağa başladılar, Oğuzun bəzi qohumları isə onunla birləşdi, ona köməklik göstərdilər, qohumlarından bəziləri isə atası, əmisi və qardaşlarının tərəfinə keçdi. Oğuz ona birləşənlərə, onunla əlbir olan və köməklik edənlərə uyğur adını verdi. Bu türk sözü olub, mənası fars dilində «o bizə birləşib, bizə kömək göstərib və razılıq verib» deməkdir. Uyğurların bütün tayfaları bu xalq yığımından əmələ gəlib. Yalnız və yalnız!».

Qeyd etmək lazımdır ki, buna uyğun olaraq Azərbaycan türkcəsində başqasının təsiri altına düşmək anlamında «uymaq» feli var.

Karluk. Deyirlər ki, Oğuz öz xalqı ilə Qura və Qarçiştan vilayətindən qədim (yurduna) qayıdan zaman yolda onlar böyük bir dağa çatırlar. Bu zaman qar yağır, qarın düşməsi ilə əlaqədar bəzi ailələr ordudan geri qalırlar, lakin onların buna ixtiyarları yox idi. Bu Oğuzun xoşuna gəlmir və deyir: «Bu nədir, qara görə kim isə geri qala bilər?» Buna görə həmin tayfanın bir qisminə o, «qara sahib olan, qarı fəth edən, qarlı» mənasını bildirən Karluk adını verdi. Karluk tayfası da bu adamlardan əmələ gəldi».

Ağacəri. Bu ad qədim dövrlərdə olmamışdır. O dövrlərdə, Oğuz tayfası bu vila­yət­lərə gələndə, meşəlik yerdə yurdu olanlardan bir qrupunu «ağacəri» «meşə ada­mı» adlandırdılar. Buna oxşar bəzi monqol tayfalarına, hansıların ki, yurdları me­şədə yerləşirdi, onlara xoyin-ırgen, yəni «meşə tayfası» adını verirdilər. Bu qədər».

Bütün bunlar belə bir fikri irəli sürməyə imkan verir ki, Azərbaycan və ümumiyyətlə türk, türk-monqol etnonimlərinin tədqiqi tarixi Rəşidəddinin bu əsəri ilə başlanır.

Oğuzların müxtəlif boylardan ibarət olması məlumdur. Çaruqluq, Qayı//Kayıq, Bayat, Alka­rauli// Alkırevli, Qaraviyli//Qaraevli, Yazar// Yazır// Yaz­qır, Dügər, Dudurqa//Tutırka, Yaparlı (Mahmud Kaşğaridə yoxdur), Avşar//Afşar, Karık (Mahmud Kaşğaridə yoxdur), Bekdilli (Beqtili), Karkın (Mahmud Kaşğaridə yoxdur), Bayandur//Bayundur, Çauldur (Çuvaldar), Beçene (Beçenek), Cibni (Çepni), Salor//Salır (Salqur), İmur//İmyur (Eymur), Alayuntlı//Alayuntlu (Ulayundlu), Urkik//Urkir (Yuregir), İkdır (İgdir), Bükdür//Bükdüz (böyük düz), Yivə//İvə (Yuva), Kanik (Kınık).

Oğuzların etnik tərkibini təşkil edən ayrı-ay­rı etnik komponentlərin, demək olar ki, hamısının əsasında şəxs adları – Oğu­zun törəmələrinin adları durur.

Oğuz xanın Gün, Ay, Yulduz, Göy, (Sə­ma), Tağ, Dengiz adlı 6 oğlu və 24 nəvəsi olmuşdur. Nəvə adlarının hamısı da Oğuz boy adlarına çevrilmişdir. Bunlar arasında tarixən və indi Azərbaycan etnonimiyası, həmçinin etnotoponimiyasında öz əksini tapanlar vardır.

Qay/Qayı etnonimi. Mənbələrdə Qay//Qayi//Qayı ilk Oğuz boylarından birinin adı kimi qeyd edilir. Rəşidəddinin fikrincə, onların adı Gün xanın birinci oğlu – Qayı ilə bağlıdır.

Bayat/Boyat/Bayaut/Boyad etnonimi. Rəşidəddinin fikrincə, bayatlar Oğuzun oğlanlarından biri olan Gün xanın oğlu Bayatın nəslidir. Müəllifə görə, antroponim bay, «zəngin, xoşbəxt, mərhəmətli, lütfkar» mənalı bayat ümumi leksik vahidindən törəmişdir. Bayat sözünün «dövlətli» mənasını verən baydan əmələ gəlməsini, söz sonundakı «t» ünsürünün qədim türk dilində cəm şəkilçisi olduğundan bəhs edilir. Adın mənası «adlı-sanlı», «məşhur» deməkdir.

Bayandır//Bayandur sözü. Bu söz də tayfa adını bilidrən etnonimdir.

«Kitabi-Dədə Qorqud»da Bayandır Oğuz dövlətinin başçısının, ümumən oğuzların rəhbərinin adıdır. O, Qamğan oğlu xan Bayandır adlanır. Həmin başçının Bayandır boyunu təmsil etdiyini güman etmək mümkündür. Mahmud Kaşqariyə görə, o üçüncü Oğuz boyudur.

Bayandur etnotoponiminin Azərbaycan və və həmhüdud bölgələrdəki yer adlarında geniş yayılması həmin tayfanın çox qədimlərdən Azərbaycanda məskun­laş­masını Azərbaycan xalqının və dilinin təşəkkülündə əhəmiyytəli rol oynadığını bird aha təsdiq edir.

Qırıqlı etnonimi. Qırıqlı «Qırıq boyuna mənsub olanlar» deməkdir. Qırıqlı etnonimi də ümumitürk antroponimləri sırasına daxildir. Bu etnonimin Oğuzun oğlu Yulduz xanın ikinci oğlu Kırık ilə bağlı olması şübhəsizdir. Həmin antroponim Mahmud Kaşğaridə Kırık, Əbulqazi Bahadur xanda və Rəşidəddində Kızık variantlarında verilmişdir.

Coranboy, Göygöl rayonları ərazisində Qırıqlı, Tovuz rayonundakı Düz Qırıqlı, Dönük Qırıqlı kəndləri vardır (9, 49). Qırıxlar eyni zamanda etnos-təriqət olmuşdur. Şah İsmayıl Xətayinin şeirlərində Qırxlar dərviş təriqəti hörmətlə xatırlanır.

Bəydili etnonimi. Etnonim Mahmud Kaşğari və Rəşidəddin tərəfindən Beqdili şəklində yazıya alınmışdır. Beqdili oğuzların on birinci boyu idi. Həmin boy öz adını başçılarının adından-Oğuzun üçüncü oğlu Yulduz xanın oğlu Bəy­dilidən almışdır. Bu tayfanın Azərbaycanda yayılması barədə yazılır: «Bəy­dililər Oğuz tayfalarından olub orta əsrlərdə digər türkdilli tayfalarla birlikdə Orta Asi­yadan Azərbaycana və Yaxın Şərq ölkələrinə gəlmişlər, Azərbaycanda qalan bəy­dəlilər öz adlarını olduğu kimi saxlamışlar. Onlar digər türkdilli tayfa­larla ya­naşı, Səfəvilər dövlətinin ictimai-siyasi həyatında fəal iştirak etmişlər» (8, 139-140).

Antropoetnonim Azərbaycan dilində həm müstəqil etnonim kimi, həm də bir sıra toponimlərin tərkibində mühafizə olunub qalmışdır. İndi Yevlax, Salyan, Biləsuvar, Cəbrayıl rayonlarıda Bəydili etnotoponimləri və etnohidronimləri vardır.

Biçinə/Beçenənin adından törəmişdir (67, 287-288; 123, 62). M.H.Vəlili (Baharlı) yazır: «Peçeneq adını, türk əfsanələrinə baxılarsa, Göy xanın ikinci oğlu Peçenedən almışdır». Ehtimal olunur ki, Şahbuz rayonu ərazisindəki Biçənəq aşırımının adı həmin etnonimindən düzəlməlidir. Göstərilən etnonimi əks etdirən yer-yurd adları Türkiyə əraizisində daha çox qeydə alınmışdır.

Salur etnonimi. Salur etnik adına mənbələrdə Salur və Salqur şəkillərində rast gəlirik. Bu etnonimlər daha qədim forması Salqur olmuşdur. Salurlar 24 Oğuz boyundan biri olmuşlar. Onların adı Oğuzun beşinci oğlu Tak xanın övladı Salur//Salorla əlaqələndirilir (91, 89).

Salur etnik adı monqollara qədər Salqur şəklində işlənirdi. Əbülqazi Bahadur xanın yazdığına görə, Dib Yavkunun böyük bəylərindən Ulaş və onun oğlu Ulat, həmçinin İnal xanın oğlu İval Soyram Yavkunun vəziri Salur boyundan çıxmışdır. Eləcə də Orta Anadolu hökmdarı, görkəmli Azərbaycan şairi Qazi Bürhanəddin əslən salurlardandır.

Türk etnik mədəniyyətində spesifik hadisə kimi qiymətlədirilən «Oğuz­namə»lərin varlığını təmin edən vasitələrdən biri də antroponim və toponimlərdir.

«Oğuznamə»ləri türk bədii təfəkkürünün və türk dillərinin möhtəşəm abidəsi adlandırmaq olar.

«Oğuz» etnonimi mənşəyi. Bir sıra türk xalqlarnın və dillərinin təşəkkülündə əsas rol oynayan Oğuzlar olmuşlar. Oğuzlar türk xalqlarının və dillərinin formalaşmasından əsas etnik hadisə kimi çıxış etmişdir. Müasir türk, türkmən qaqauz dilləri Oğuz dilləri hesab edilir.

Azərbaycan ədəbi dilinin formalaşması Oğuzlarla bağlıdır. “Oğuz” etnoniminin mənşəyi ilə abağlı fikirlər müxtəlifdir. Bir qism alimlər “Oğuz” sözünü etnonim, bir qismi isə antroponim kimi tədqiq etmişdir. Türkdilli xalqlarda antronimlərin etnonimə çevrilməsi geniş yayılmışdır.

«Oğuznamə»lərdəki onomastik vahidlərin mühüm və zəngin qolunu təşkil edən, rəngarəng leksik-semantik xüsusiyyətləri ilə seçilən növü toponimlərdir. Onu da deyək ki, abidənin türk mənşəli onomastik vahidlərinin növləri, qrupları arasında çox güclü əlaqə olmuşdur. Bunun nəticəsində müxtəlif anlayışların adları bir onomastik vahidlə ifadə olunmuşdur. Yəni eyni fonetik tərkibli onomastik söz həm antroponim, həm etnonim, həm də toponim ola bilər. Dediyimiz «Oğuzna­mə»lərin onomastik sisteminin fərqləndirici əlamətidir.

«Oğuznamə»lərdə xeyli maraqlı toponimlərə rast gəlinir. Onların bəzilərinin izahı da verilmişdir, yəni abidədə linqvistik düşüncələr, dilçilik görüşləri də əks olunmuşdur. Lakin həmin dilçilik izahlarının hamısına ciddi yanaşılmalıdır. Yəni oradakı etimoloji əvəzinə ehtimal xarakterli izahları qəbul etmək doğru sayılmamalıdır. Məsələn, Fəzlullah Rəşidəddinin «Oğuznamə»sində oxuyuruq: «Bunu o, özü etdiyi üçün bütün döyüşçülər də onun kimi bir ətək torpaq gətirib tökdülər. Böyük bir təpə düzəldi və adını Azərbaycan qoydular. «Azər» türkcə uca deməkdir, «bayqan» varlıların, böyüklərin yeri mənasını verir. Bu ölkə belə adla tanındı və buna görə də bu gün «Azərbaycan» adlanır».

Abidədə toponimlərin çoxu türk mənşəlidir. Bayad, Qaraca-Bayad, Bayat, Bozox, Bayan, Bayatlu, Yazı-Bayad, Söyüd, Barçınlı və s.

Kaya termini. Qızıl Kaya, Qaraça Qaya, Kayalı. Bu termin həm müstəqil leksem kimi, həm də toponimlərin tərkibində işlənmişdir.

Qaraqum toponimi də «Oğuznamə»lərin xüsusi coğrafi adlar sisteminə aiddir. Abidədə oxuyuruq: «Qaraqumun ən ucqar bucaqlarına qədər onların vilayət və uluslarını özünə tabe etdi». Qədim türk yazılı abidələrində bu topomonimin Kara Kum şəklində işləndiyini görürük. Onu da deyək ki, kara Kum adlı toponimlərə Qazaxıstan, Özbəkistan və Azərbaycan ərazisində təsadüf edilir. Türkmənistandakı məşhur Qaraqum səhrası isə keçmiş Sovet İttifaqının ən böyük qumlu səhrası hesab edilirdi. Qaraqum onomastik vahidi Türkmənistandakı bütün səhranın ümumi adı kimi yalnız XIX-XX əsrlərdə formalaşmışdır.

Qaraqum toponiminin apelyativi haqqında müxtəlif fikirlər vardır. Həmin fikirləri E.Murzayev belə ümumiləşdirmişdir: «Coğrafi terminologiyada Kara sözü qədim türk dilində həmçinin «torpaq», «quru» mənasını da verir. Odur ki, Kara­qum sözünün «torpaq+qum», «torpaq qumları» kimi tərcümə etmək lazımdır». Bulaq suyu, hərfi mənada «torpaq suyu», «yerdən çıxan su» mənasını verir. Beləliklə, Karakum Qobi adında olduğu kimi, «tərpənməz», bitki ilə bərkidilmiş qum» mə­na­sı­na malikdir. Bu sözü populyar nəşrlərin səhifələrində tez-tez rast gəlinin «qara, tutqun və ya qəddar sərt qum» kimi tərcümə etmək lazım deyil».

Oğuznamələrdə coğrafi anlayış ifadə edən teminlərdən biri dağ sözüdür. Bu coğrafi anlayışı bildirən termin abidədə Tağ və Dağ formalarındadır. Dağ (tağ) həm müstəqil leksem kimi, həm də tponimlərin tərikbində işlənmişdir. Həmin söz Oğuznamədə antronoim kimi də diqqəti cəlb edir. Oğuzun oğlanlarından birinin adı Tağdır, Abidədə Aladağ (Alataq), Turkunlu tağ toponimlərindən dağğ sözü işlənmişdir. Dağ yüksək, hündür, uca yerlərə demşilər. Yənihəmin mənaya uyğun dağ sözü yaranmışdr.

 

Ədəbiyyat

1.Rəşidəddin Fəzlullah. Oğuznamə. Bakı., Azərb.Milli ensiklopediyası Nəşriyyat Pliqrafiya Birliyi, 2003, 574 s.

2. Qurbanov A.M. Azərbaycan Onomastikas. Bakı: APİ-nin nəşri, 1986, 147 s.

3.Qurbanov A.M. Azərbaycan dilinin onomologiyası. BAkı: Maarif, 1988.

4. Tanrıverdiyev Ə. Türk mənşəli Azərbaycan antroponimləri. Bakı, 1996, 160 s.

5. Budaqov B.Ə. Türk uluslarının yer daları. Bakı: Elm, 1994, 270 s.

6. Oğuznamələr. Bakı: BDU-nun nəşri, 1993, 359 s.

 

Açar sözlər: onomastik vahidlər, anroponimlər, etnonimlər, toponimlər

Ключевые слова: ономастические единцы, антропонимы, этнонимы, топонимы

Key words: onomastic, units, antroponims, ethnonyms, toponims

 

РЕЗЮМЕ

Туркские ономастические единиы в огузских эпохах

В этой статье были изучены собственные имена которые являются культурном наследием, древний памятники тюрских народов. Этимологии ономастических единиц было выяснено.

 

SUMMARY

İn this article proper names whisch are called cultural heritage in Oghuz epics, an ancient monument of Turkic peoples have been widely studied. The ethimology of Onomastic units has been clarified/

 

Rəyçi. dos.S.Abbasova

 


Səidə Vaqif qızı Abbasova,Seyidova Sultan Muxtar qızı

AZƏRBAYCAN DEMOKRATİK CÜMHURİYYƏTİ DÖVRÜNDƏ

MİLLİ DİL UĞRUNDA MÜBARİZƏ

                                                 Dil-hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş

                                                zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir,

                                                ölməzdir, böyük gələcəyə malikdir. Bizim çox gözəl,

                                                zəngin dilimiz var.Azərbaycan dili şeiriyyət dilidir.

                                                                                                             Heydər Əliyev

                Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tariximizdə müstəsna əhəmiyyətə malik olan səhifələrdən biridir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə itirilmiş dövlətçiliyimizin bərpası reallaşmış, milli şüurun oyanışı mümkünləşmişdir.

                Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması əlamətdar hadisə olmaqla xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən birini təşkil etmişdir. Cümhuriyyətin yaradılması və milli dövlət quruculuğunun bərqərar olması milli düşüncə tərzinin formalaşmasında müstəsna əhəmiyyət kəsb etmişdir.

                Azərbaycan  Respublikasının yaradılmasında və ona rəhbərlik edilməsində çox böyük rolu oynamış M.Ə.Rəsulzadənin, F.Xoyskinin, N.Yusifbəylinin, A.Səfikürd­skinin, Ə.Topçubaşovun, X.Xasməmmədovun, C.Hacinskinin, S.Mehmandarovun və başqalarının məntiqi düşüncə, praqmatik təfəkkür və siyasi fəaliyyətləri Azər­bay­ca­nın sonrakı ictimai-siyasi xadimlərinin yetişməsində mühüm əhəmiyyət kəsb etmişdir.

                Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökümətinin yaranmasının əsasını qoydu. Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin milli dövlətçilik tarixində mühüm rol oynamaqla 23 aylıq fəaliyyəti müddətində çox böyük işlər görmüş, iqtisadi-siyasi, sosial-mədəni islahatlara təkan vermişdir.

                Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil Azərbaycan Respublikasına verdiyi böyük töhfələrdən biri və bəlkə də ən əsası ondan ibarətdir ki, dünyanın bütün Şərq, müsəlman aləmində ilk dəfə Azərbaycanda demokratik üsul-idarə prinsipinə əsaslanan dövlət, hökümət yaranmış, beləliklə Azərbaycanda həm müstəqilliyin, həm də demokratiyanın, demokratik dövlət üsul-idarəsinin əsası qoyulmuşdur.

                Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin  varisidir.

                1991-ci il oktyabrın 18-də qəbul edilmiş "Müstəqillik haqqında Konstitusiya Aktı"nda qeyd olunur ki, 1920-ci ildə itirilmiş müstəqilliyimiz bərpa olunur. Xalq Cümhuriyyətinin siyasi varisi olmaqla Azərbaycan Respublikası onun bayrağını, gerbini, himnini qəbul etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə edilmişdir.

                Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1993-cü ildə ölkəmizdə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu daim çıxışlarında qeyd etmiş və xalq cümhuriyyəti dövrü tarixinin araşdırılmasına ciddi diqqət yetirmişdir.

                Bəli, Azərbaycan Demokratik Cümhuriyyəti 23 ay yaşadı (28.05.1918 -27.04.1920) ancaq çox iş gördü. O, Azərbaycan dövlətçiliyinin işıqlı bir parçası kimi tarixə daxil oldu. Onun həyata keçirdiyi tədbirlər arasında milli dil, məktəb, tədris məsələləri xüsusi yer tutur.

                1918-ci il Azərbaycanın müstəqilliyi elan olunandan sonra 1918-ci il iyun  ayının 27-də Nazirlər Sovetinin dövlət dili haqqında məruzəsi dinlənilir və belə bir qərar qəbul edilir. "Türk dili (Azərbaycan dili) dövlət dili hesab edilsin". Parlamentin, hökümətin təşkili, ölkənin ictimai-siyasi, hərbi və s. kimi dövlət əhəmiyyətli problemlərinin həlli ilə eyni vaxtda dövlət dili məsləsinin qoyulması azad, demokratik respublikada bu məsələyə nə qədər mühüm əhəmiyyət verildiyini göstərir. Dövlət dilinin elan olunması haqqında qəbul edilən sənəd Azərbaycanın Gülüstan və Türkmənçay müqavilələri ilə iki hissəyə bölünməsindən sonra ana dilinin işlənməsinə dair ilk rəsmi sənəd idi.

                Ümumiyyətlə, müstəqil dövlətin və bu dövlətin mənsub olduğu xalqın varlığını özündə ehtiva edən dil siyasəti Azərbaycan Xalq Cümhuriyyəti Hökümətinin diqqət yetirdiyi əsas məsələlər idi.

                Hökümət milli kadrların hazırlanması, ana dilində tədrisin həyata keçirilməsi məqsədi ilə bu sahədə təhsilin tamamilə yenidən qurulmasını qərara almışdır.  Odur ki, dil və təhsil sahəsində ilk mühüm tədbirlərdən biri məktəblərin milliləşdirilməsi oldu. Azərbaycan hökümətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai məktəblərdə təhsil şagirdlərin öz ana dilində aparılmalı və dövlət dili olan Azərbaycan dili icbari surətdə həyata keçirilməlidir. Azərbaycan dilini bilməyən şagirdlər üçün üçüncü və dördüncü siniflərdə rus şöbələri açılmışdır. Bu şöbələrdə Azərbaycan dili intensiv şəkildə tədris olunurdu ki, iki ildən sonra həmin şagirdlər  artıq ana dilində təhsillərini davam etdirə bilsinlər.

                Azərbaycan Hökümətinin reallaşdırdığı tədbirlər nəticəsində bölgələrdə, idarə və təşkilatlarda böyük çoşqu ilə savadsızlığı ləğvetmə kursları işə başlamışdı, artıq 1919-cu ilin əvvəllərində ölkədə dövlət hesabına 637 ibtidai və 23 orta ixtisas məktəbi, kişi və qadın gimnaziyaları, 3 müəllimlər seminariyası və s. var idi. Parlament üzvləri Azərbaycan dilinə vaxtaşırı münasibət bildirir, yeni kursların, məktəb, seminariya və institutların açılmasına xüsusi diqqət yetirirdilər.  Parlamentin avqustun 21-də keçirilən iclasında Bakı Universitetinin açılması ilə bağlı deputatların çıxışlarında dil məsələlərinə xüsusi diqqət yetirilmişdir. Çıxış edənlərin demək olar ki, hamısı universitetdə, ölkənin bu ilk ali məktəbində tədrisin ana dilində aparılması məsələsinə böyük əhəmiyyət vermişdi.

                Bakı Universitetinin açılması məsələsinə həsr olunan iclasda Azərbaycan dilinin dövlət dili kimi inkişafı, onun təhsil və tədrisində yeri haqqında ciddi mülahizələr söylənilmişdir.

                Azərbaycan dilinin sözün əsil mənasında, dövlət dili kimi işlənməsi təcrübəsi geniş şəkildə Azərbaycan Parlamentinin dilində də öz əksini tapmışdır. Cümhuriyyət Parlamentinin dili dövlət statusuna malik Azərbaycan türkcəsi idi.  Qeyri yerli parlament nümayəndələrini nəzərə alaraq rus dilində də çıxışlar olur, bəzi sənədlər iki dildə oxunur, tərcümələr edilirdi. Hətta bəzən rus dilində çıxışlara etiraz səsləri də eşidilirdi. Məsələn, Parlamentin altıncı iclasında Gürcüstandan gələn bir məktub oxunur. Məktub təbii olaraq rus dilindədir və rus dilində oxunur. Bu zaman Məhəmməd Əmin Rəsulzadə yerindən söyləyir: "Mən təklif edirəm ki, bundan belə Parlamentə gələn məktublar qabaqca ana dilimizə tərcümə edilsin və oxunsun. Burası Azərbaycandır". Parlament üzvləri Məmməd Əminin bu təklifinə əl çalırlar və yerlərdən onu dəstəkləyərək : "Bu dil ana dilimizdir və çox yaxşı da dildir" deyirlər. Bu dövrdə rəsmi sənədlərin hamısı dövlət dilində tərtib olunurdu. Dövlət dilində olmayan sənədlərin üstündə parlamentin sədr müavini Həsən bəy Ağayev, adətən, belə bir məzmunda dərkənar qoyurdu: " Ərizə türkcə olmadığı üçün  əncamsız qalır".

                1918-ci il dekabrın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun 34 saylı əmri ilə Azərbaycan-türk dili orduda dövlət dili kimi qəbul edilmişdir. Hərbi nazir orduda xidmət edən, lakin dövlət dilini bilməyən zabitlər qarşısında tələb qoymuşdu ki, bir ay müddətində, heç olmasa, komanda sözlərinin azərbaycanca qarşılıqlarını öyrənsinlər və əsgərlərə Azərbaycan dilində komanda versinlər. Bir ay müddətində bu tələbi yerinə yetirə bilməyən zabitlər dərhal ordudan xaric edilməli idilər. Azərbaycan dilinin öyrənilməsi və savadsızlığın ləğvi üçün orduda müvafiq kurslar təşkil edilir və həmin kursların aparılmasına müvafiq təcrübəli mütəxəssislər cəlb olunurdu. Hökümət 1919-cu ildə fevralın 11-də Azər­baycan milli ordusunda türk dilində süvari qoşunların nizamnaməsinin təsdiqi haq­qında qərar qəbul etmişdir. Cümhuriyyət Hökümətinin başçısı Fətəli xan Xoyskinin çıxışlarında dövlət dili sahəsində görülən işlər barəsində vaxtaşırı verilən məlumatlar ana dilinin hökümətin daim diqqət mərkəzində durduğunu göstərirdi: "İndi məktəblər milliləşmişlər, bir çox yeni məktəblər açılmışdır" və yaxud  " İndi şükürlər olsun ki, bir çox ədliyyə idarələrinə türk dilini bilən adamlar təyin edilmişdir".

                Parlamentin 1919-cu ilin iyulunda keçirilən iclasında Bakıda Universitet açıl­ması məsələləri müzakirəyə qoyulur. M.Ə.Rəsulzadə çıxışında deyir: "Milli univer­sitetimizdə elm mənbəyi  türk dilində olsaydı, yaxşı olardı, ancaq hələlik bu mümkün deyil. Amma bu bizi dayandıra bilməz. Universitetdə milliliyin təməli onun açılması ilə qoyulur. Universitetdə türk dili (Azərbaycan dili) tədris olunacaqdır, tələbələr də Bakıda doğma ab-havada doğma şeirə və özünün doğma xalqına yaxın olacaqdır".

                Parlament 1919-cü il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qərar qəbul edir. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti  misilsiz rol oynadı.

                Azərbaycan Xalq Cümhuriyyətinin bir çox təşəbbüs və ideyaları, planlaşdırılan böyük işləri 1920-ci ilin aprel işğalı nəticəsində yarımçıq qaldı.

                1920-ci il aprelin 27-də arxalarında rus bolşevik qoşunu dayanan Kommunist Partiyası tələb etdi ki, axşam saat yeddiyə kimi hakimiyyət onlara təhvil verilsin.

                Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay ömür sürsə də, çox şərəfli və mürəkkəb bir yol keçdi. Tez süqut etsə də, onun kütlələrin şüurunda yaratdığı milli istiqlal ideyaları əbədiyaşar oldu.

                Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra müstəqilliyini itirərək bu dəfə 70 il müddətinə sovet imperiyasının  tərkibinə qatılan Azərbaycan mürəkkəb, ziddiyyətli hadisələrin bir-birini əvəzlədiyini o illərdə böyük məhrumiyyətlərə və itkilərə, represiyalara və soyqırıma məruz qalmasına baxmayaraq yaşayıb-yaratdı, inkişaf etdi, böyük nailiyyətlər qazandı, elmi və mədəni yüksəlişə nail oldu.

                Məhz əsası Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulmuş dövlətçilik ənənələrinin, mədəni, elmi kadr potensialının mövcudluğu xalqımıza  öz varlığını, mədəniyyətini, dilini, milli mənliyini qorumağa,  SSRİ-nin tərkibində hər hansı bir vilayət deyil, 15 respublikadan biri olmağa, onun süqutundan sonra isə yenidən dirçəlib Azərbaycan Respublikası kimi tarixin səhnəsinə çıxmağa imkan verdi.

                Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan tarixində oynadığı böyük rola ən yüksək qiyməti uzun illər sonra müasir müstəqil Azərbaycan dövlətinin banisi və memarı, ümummilli lider Heydər Əliyev vermişdir: " Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, mədəniyyət, təhsil, hərbi quruculuq, səhiyyə sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da xalqımızda azadlıq, müstəqillik fikirlərini gücləndirmiş oldu".

                Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikası 1918-1920-ci illərdə toplanmış böyük tarixi təcrübəyə söykənərək, demokratik dövlət quruculuğunu dönmədən həyata keçirir və inkişaf etdirir. Bu gün Ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyatın bütün sahələrində gerçəkləşdirilən möhtəşəm islahatların bəhrələrini gördükcə tam əsasla demək olar ki,  Azərbaycanın müstəqil­liyi dönməz və əbədidir.

                Bu il 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisə ilə bağlı olaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi ilə bağlı sərəncam imzalayıb.

                Bu Azərbaycan dövlətinin başçısının Cümhuriyyət tarixinə olan xüsusi ehtiramı­dır. Tarixi-siyasi, ictimai, mənəvi əhəmiyyət daşıyan və bütövlükdə Cümhuriyyət dövrünün araşdırılmasında yeni səhifə açan bu sərəncam və 2018-ci il Cümhuriyyət ili çərçivəsində həyata keçiriləcək çoxsaylı tədbirlər xalqımızda, xüsusən gənc­ləri­mizdə müstəqil dövlətçilik və vətən sevgisi hisslərinin artırılmasında mühüm rol oynayacaq.

 Ədəbiyyat siyahısı

1. Azərbaycan Xalq Cümhuriyyətinin Ensiklopediyası. II cilddə.  I cild. Bakı. Lider nəşriyyatı. 2004. 440 səh.

2. Azərbaycan Xalq Cümhuriyyəti. Parlament. I-II cildlər. Bakı. 1998.

3. İbrahimova A.Z. “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması”. Azərbaycan tarixi. 2011.

4. Məmmədova N. “Müasir Azərbaycan: varislik və yeniliyin vəhdəti”. News. Lent.az. 21.12.2013

5. News.milli.az. “Azərbaycan Xalq Cümhuriyyəti və milli mədəni intibah”.  26 may 2011

6. Rəsulzadə M.Ə. “Azərbaycan Xalq Cümhuriyyəti”. Bakı. Elm.1990.

7. Salmanlı R. “Azərbaycan Xalq Cümhuriyyətinin dil siyasəti”. 05.27.2016.

8. Seyidov Y., Abbasova S. “Azərbaycan Demokratik Cümhuriyyəti dövründə dil, məktəb və tədris problemləri”. Bakı Universiteti nəşriyyatı . 2010. 187 səh.

 

Борьба за национальный язык в период Азербайджанской Демократической Республики

Резюме

В статье предоставлена ​​информация о том, что Азербайджанская Демократическая Республика была исключительной важной страницей нашей истории, борьбой за национальный язык в республиканский период и работами в этом направлении. На протяжении всего 23 месяцев Азербайджанская Демократическая Республика проделала большую работу. Он вошел в историю как часть азербайджанской государственности. Особое место среди реализован­ных мер занимают национальный язык, школа и образовательные вопросы.

27 июня, через месяц после 28 мая 1918 года, даты государственной независимости Азербайджана, Совет Министров принял решение о государ­ственном языке. В целом политика языка была одной из главных проблем, на которые обратило внимание правительство Азербайджанской Демократической Республики. Была расширена сеть общеобразовательных школ, созданы уни­вер­ситеты, а с другой стороны, образование осуществлялось на азербайджан­ском языке, а в университетах были созданы кафедры азербайджанского языка.

Несмотря на то, что Азербайджанская Демографическая Республика прожила всего 23 месяца, но прошла очень почетный и сложный путь. Идеи национальной независимости, которые она создала в сознании масс, были вечными.

Сегодня Азербайджанская Республика, являющаяся юридическим и духовным наследником Азербайджанской Демократической Республики, постепенно воплощает демократическое заявление и развивается изо дня в день, основываясь на великом историческом опыте, который собрала в 1918-1920 годах.

 

Fight for the national language during the period of the Azerbaijan Democratic Republic

Summary

In the article have given the information about that Azerbaijan Democratic Republic was the exceptional important page of our history, struggle for national language during the Republic period, and the works done in this directions. Altough lived only 23 months, Azerbaijan Democratic Republic had done a lot of work. He entered the history as a part of the Azerbaijani statehood. The national language, school and the educational issues took special place among the implemented measures.

In June 27, one month after May 28 1918, the date of the state independence of Azerbaijan, the Soviet of Ministers accepted the decision about the state language. In general politics of language was one of the cardinal problems that  the Government of Azerbaijan Democratic  Republic paid attention. On the hand the net of general education schools were broadened, the universities were created, and on the other hand, the education was carried out in the Azerbaijan languages and the chairs of Azerbaijan languages was formed in the universities.

In spite of the AzerbaijanDemoraticRepublic lived only 23 months, he passed very honourable and complex way. Ideas of national independence which he created in the consciousness of the masses was eternal.

Today the AzerbaijanRepublic which is the legal and spiritual heir of the Azerbaijan Democratic Republic gradually implements the democratic statement and develops day by day, based on the great historical experience which he has gathered in the 1918-1920 years.

Açar sözlər: milli, cümhuriyyət, müstəqillik, demokratiya, parlament, maarif, dövlət, xalq.

Key words: national, republic, independence, democracy, parliament, enlightenment, state, people

Ключевые слова: национальный, республика, независимость, демократия, парламент, просвещение, государство, люди

 


Cəmilə Məhərrəmova, Aysel Eminova

PASSİV FONDA KEÇMİŞ ETNOOYKONİMLƏRİNİN LİNQVİSTİK TƏHLİLİ

(Babək rayonu ərazisində)

Naxçıvan Muxtar Respublikası ərazisinin təbii coğrafi şəraiti, iqlimi, relyefi, yerləşmə arealı, strateji mövqeyi-ticarət və karvan yollarının üzərində yerləşməsi və ən böyük svilizasiya mərkəzi olması burada etnotoponimlərin çoxluq təşkil etməsinə səbəb olmuşdur. Qədimdən bu ərazidə daimi məskunlaşan tayfalar ərazi toponimlərində öz izlərini də qoymuş və  bir çox toponimlərin adlandırılması da yerli tayfaların adları ilə bağlı olmuşdur. Babək rayonu ərasisi daxilində etnos adı ilə bağlı oykonimlər çoxluq təşkil edir. Etnooykonimlərin yaranmasında əsasən tayfa adları üstünlük təşkil edir. Naxçıvan Muxtar Respublikası, bununla bərabər Babək rayonu ərazisində mövcud olan bütün oykonimlərin dil mənsubiyyətini, leksik- semantik və qrammatik xüsusiyyətlərini açıqlamaq, onları tarixi-linqvistik planda tədqiq etmək imkanı xaricindədir. Çünki bu   oykonimlər leksik, semantik və qrammatik xüsusiyyətlərinin zənginliyinə, müxtəlif xalq, nəsil, qəbilə, tayfa, tirə, şəxs, quş, heyvan, bitki, və s. adları ilə bağlı yarandığına görə məna və qrammatik formalarına görə biri-birindən seçilir. Ona görə də ərazidə hidrotoponim, zootoponim, fitotoponim, kosmotoponim, antrotoponim, etnotoponim kimi zəngin toponimlər sistemi yaranmışdır.

Toponimlər tarixin yaddaşını yaşadan əhəmiyyətli abidələrdəndir. Bu abidələrin öyrənilməsi və müasir elmi səviyyədə araşdırılması üçün xaraktercə müxtəlif mənbələr vardır. Belə mənbələr sırasına qədim və müasir xəritələr, müxtəlif lüğət və ensiklopediyalar, tarixi sənəd və arxiv materialları, qəzet və jurnal materialları, statistika idarəsinin məlumatları və s. kimiləri daxildir. Onomologiya üçün xarakterik olan bu mənbələr Naxçıvan Muxtar respublikası Babək rayonun ərazisindəki onomastik vahidlərin də araşdırılıb üzə çıxarılmasında mühüm rol oynayır. Ərazidə aparılan arxeoloji qazıntılar, əldə edilən maddi mədəniyyət abidələri, yer-yurd adları  bu diyarın qədimliyini tarixi faktlar əsasında təsdiqləyir.

Oykonimlər bir neçə səbəbdən passiv fonda keçir:

1.Məntəqə adının səs tərkibində müəyyən dəyişikliklər  baş verməsi səbəbilə bəzi adlar passiv fonda keçmişdir. Babək rayonu ərazisində Alagözməzrə kəndi, Didabad kəndi, Ərəfsağı qışlağı kəndi

Didabad kəndi. Babək rayonunda qədim kənd adıdır. Məntəqə adına 1590-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə Naxçıvan qəzasının Naxçıvan nahiyəsində Dendabad, 1727-ci il tarixli “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə Naxçıvan nahiyəsində Dendavar və Dendabad şəklində(12, s. 148), 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə Naxçıvan livasının Qışlağat nahiyəsindəDidabad şəklində qeydə alınır(9, s. 112). Müasir dövrdə Didivar şəklində Babək rayonunun Şıxmahmud inzibati ərazi vahidində daxil olan kənddir. Naxçıvan çayı ilə Cəhriçayın qovuşduğu yerdədir. Tədqiqatçıların bir qismi belə hesab edir ki, oykonim qədim İran dillərindəki didi “qala” və var“möhkəmləndirilmiş kənd, şəhər, yurd, məskən” sözlərindən ibarət olub, “qala kənd” mənasındadır (1, s). Bəzi tədqiqatçılar isə oykonimi fars dilindəki didi“görüş, görüşmə” və var“yer, yurd, məskən” komponentlərinin birləşməsi kimi “iki çayın görüşdüyü yerdə kənd” mənasında izah edirlər. Fikrizicə məntəqə adı “iki çayın görüşdüyü yerdə kənd” mənasında kimi izah olunmalıdır.Məntəqə adının səs tərkibində müəyyən dəyişikliklər  baş vermişdir ki, bu da özlüyündə adın passiv fonda keçməsinə səbəb olmuşdur.

Ərəfsağı qışlağı. 1590-cı ilə aid sənədlərdə bu məntəqə adı  Naxçıvan sancağının Sair Məvazai, Qarabağ, Ordubad qəzasının Əlincə və Sisyan nahiyələrində “böyük”, “kiçik” fərqləndirici coğrafi ad göstəricisi ilə “Ərəfsaq”, “Ərəfsa”, “Ərəfsağı”, “Ərəfsəcik”, 1728-ci ilin məlumatlarında isə Sisyan nahiyəsində “Ərəfsayi” kimi yazılışlarında qeydə alınırlar (18, s. 27,29;  13, s.150, 182-183). Bu adlar müxtəlif tədqiqatlarda ərəb fars sözləri ilə “üç ərəb ” kəndi mənasında izah edilmişdir. K.N.Smirnov, İ.N.Şopen, B.Ə.Budaqov və başqalarına istinad edən Adil Bağırov adın kəngərlilərin “ərəfsəli”  tayfası adından, yarandığını, həmçinin də bu tayfa adının da “Sofulu” qolundan ayrılma olduğunu yazmaqla adın yazılşındakı  “saq” komponentini sak tayfa adına bağlamağı da ehtimal edir (1, s. 69). F.Rzayevin isə bu adın sak tayfa adı ilə bağlı olduğunu tam əminliklə yazır. Adın yazılışına diqqət yetirsək, adın üç komponentdən “ər-əf-sağ” tərkib hissələrindən ibarət olduğunu aydın şəkildə görürük(14, s.171). Məntəqə adı üç (ər, əf,sağ) komponentərindən və qışlaq nomen-ad göstəricisindən ibarətdir. Burada “ər”  - kişi, igid, “əf”-əv kimi f ≈ v fonetik dəyişmədə ifadə etsək,  ev yaşayış yeri, “sağ” isə ğ ≈ k səs əvəzlənməsi şəklində sak tayfa adı ilə bağlı olmuş,  qışlaq sözü isə “yurd”, “kənd”mənalarındaişlənmişdir. Bütövlükdə bu məntəqə adının mənasını “Sak ərlərinin evi, yurdu, kəndi” kimi izah etmək daha məqsədə uyğundur.

2.Tarixdə baş vermiş müəyyən səbəblərlə əlaqəli ya kəndlər dağılmış ya da kənd əhalisi köçdüyü üçün məntəqələr boş qalmış bu səbəbdən də belə məntəqə adları passiv fonda keçmişdir.Qaraquş kəndi, Tüqavil kəndi, Naxçedəniz kəndi, Əlincə məzrəsi kəndi, Kolanı kəndi, Qızılca qışlaq kəndi, Dərəşam kəndləri kimi məntəqə adlarını məqaləmizdə tədqiqata cəlb etmişik.

Tüqavil. Bu məntəqə adına ilk dəfə 1728-ci il tarixli “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə Naxçıvanın sancağının Qarabağ nahiyəsinin Qıvraq və Sənkam kəndləri arasında Tüqavil formasında rast gəlinir (12, s. 29). Sonrakı mənbələrdə bu məntəqə adına rast gəlinmir. Həm tarixi, həm də dilçilik baxımından Tuq +av+il quruluşunda birhecalı yaranışla bir daha qədimliyini təsdiq edən bu məntəqə adı, etimoloji cəhətdən ilk dəfə izah olunur. Tuq tayfa adına qoşulan av sözü qədim türklərdə əcdad mənasını daşımış, il isə bəzi sözlüklərdə “tutan, saxlayan” mənalarında işlənmişdir.Bununla bərabər biz il sözünə “Oğuznamədə” və “Orxan-Yenisey” yazılarında, eləcədə V.V.Radlovun sözlüyündə “yurd, bölgə” mənalarında da rast gəlirik. Bu gün də söz xakas, şor, tuvin dillərində “ulus”, “kənd”, osmanlı türklərində isə “bölgə”, “inzibati ərazi” mənalarında “il” şəklində işlənməkdədir(14, s. 457). Biz bu məntəqə adının “tuq tayfalarının evi, yurdu” mənasında olduğunu düşünürük. Məntəqə adı tuq tayfalarının adı ilə bağlı yarandığı üçün etno oykonimlər sırasına daxildir. Müasir dövrdə bu məntəqə adına rast gəlinmir, bu səbəbdən də oykonim passiv fonda keçmiş hesab olunur.

 Naxçedəniz. Məntəqə adı 1727-ci il tarixli “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə Naxçıvan livasının Sair Məvazi nahiyəsində, 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə Naxçıvan livasının Sair Məvazi nahiyəsində qeydə alınır (18, s.30).Bu ada sonrakı tarixi qaynaqlarda yaşayış olmayan kəndlər sırasında Naxış Nərgiz, Nəqşi Nərgiz kimi variantarında rast gəlinir. Qədim yaşayış məntəqəsi olan bu kənd Babək rayonun Pircuvar düzündə Əshabül-kəhf yolunun kənarında yerləşir. Hazırda kənd yoxdur, ancaq kəndin ərazisi el arasında Naxışnərgiz kimi tələffüz olunur. Adın izahı barədə danışan mərhum akademik Ziya Bünyadov yazır ki, Naxçe-dəniz yaşayış məntəqəsinin yerini  müəyyənləşdirərkən maraqlı bir faktla qarşılaşdıq “Naxçedəniz” adlı yaşayış məntəqəsi bu günkü “Nəqşi-nərgiz ” kəndinin ərazisinə təsadüf etdi. K.Anikitin “Dəniz” kəliməsinə belə aydınlıq gətirir: Naxçıvanın 7 verstliyində dağ çayının axarı boyunca “Naxşu-narqiz” adlı karbonat bulaqlara rast gəlmək olar. Görünür ki osmanlıların “dəniz” kimi yazdıqları kəlimə “bulaq” mənasında, “naxçe” sözü isə bəlkə “turş, duzlu” anlamında işlənmişdir (18, s.20). Adil Bağırov isə Naxçedəniz adındakı  Naxçe komponentinin Naxçıvan sözündəki “naxç” komponenti arasında bir yaxınlıq, eyniköklülüyün özünü göstərdiyini yazır. Lakin F.Rzayev adın izahı ilə bağlı yazır ki, bu ad Nax etnos adından, eləcə də yazıyaqədərki  dövr türk dili elementləri olan -çı məsubluq şəkilçisi, “ten”- düzən,  “iz/ is”- zəkalı, ağıllı mənalı leksik vahidlərdən formalaşmışdır və Naxçedəniz sözünün mənasını Ağıllı Nax düzənliyi kimi izah etmişdir. Aparılan bütün tədqiqatlardan sonra bu məntəqə adının mənasını “Naxlara-nax tayfasına  məxsus bulaqlar”  kimi izah edə bilərik.

Qızılca qışlaq kəndi.Məntəqə adına 1590-cı il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə Naxçıvanın Məvaziyi-Xatun nahiyəsində Qızılca məzrəsi, 1727-ci il tarixli “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə, 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə Naxçıvan livasının Qışlağat nahiyəsində Qızılca qışlaq şəklində (18, s.30), 1874-1892- ci illərə aid arxiv materiallarında Naxçıvan qəzasının tərkibində Qızılca kəndi kimi qeydə alınır, Bu ada sonrakı tarixi qaynaqlarda rast gəlinmir. Tədqiqatçılar məntəqə adının mənasını “qızıl”, “keyfiyyət”, “bərəkət” sözləri ilə izah etməyə çalışmışvə bəzi tədqiqatlarda da bu adları ərazidəki torpaq layının qırmızı rəngi ilə bağlamışlar. Lakin bu ərazilərdə torpaq layının rəngi nə qırmızıdır nə də ki bu ərazilərdə qızıl kimi əlvan metallar çıxarılır. F.Rzayev isə tədqiqatlarında bu adın kas tayfa adı ilə bağlı olduğunu qeyd etmişdir(19, s.241). Məntəqə adı Qızıl+ca+qışlaq komponentlərindən ibarətdir. Burada qışlaq sözü “yurd”, “kənd”mənalarına daha uyğun gəlir.

Tədqiqatdan belə elmi nəticəyə gəlirik ki, Babək rayonunda mövcud olan digər məntəqə adları kimi etnonim səciyyəli oykonimlərdə milli mənşəlidir. Azərbaycan, həmçinin də  Naxçıvan Muxtar Respublikasının ərazisində yaşamış qədim türk etnoslarının adları, adət-ənənəsi, yaşayış tərzi və məişəti ilə bağlı adlardır ki, bunlar da özlüyündə bu oykonimlərin     tarixini, qədimliyini, milliliyini özündə əks etdirir.

ƏDƏBİYYAT

1.Bağırov A. Naxçıvan oykonimləri. Bakı: Nurlan, 2008, 333s.

2.BağırovA. Naxçıvan toponimlərinin linqvistik xüsusiyyətləri.Bakı: Elm, 2002,286 s.

3.Bağırov A.Onomologiya problemləri I cild Bakı: Elm və təhsil, 2010, 436 s.

5.Bağırov A.Onomologiya problemləri II cild Bakı: Elm və təhsil, 2012, 413 s.

6.Budaqov B, Qeybullayev Q.Naxçıvan diyarının yer yaddaşı Bakı:Nafta-press,2004,120s.

7.Budaqov B, Qeybullayev Q.Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı:Oğuz eli,1998,452s.

8.İmanlı A. Qədim türk oykonimləri.Bakı:«Ləman» nəşriyyat poliqrafiya, 2017, 95 s.

9.İrəvan əyalətinin icmal dəftəri.Bakı: Elm,1996, 184 s.

10. Kəlbizadə E. Naxçıvanın tarixi Coğrafiyası(XII-XVIII əsrin birinci yarısı), Naxçıvan:Əcəmi NPB, 2016, 200 s.

11.Гейбуллаев Г. К этногенезе азербайджанцев. T.I, Баку:Элм, 1986,192 с.

12. Naxçıvan sancağının müfəssəl dəftəri. Bakı: Sabah, 1997, 336 s.

13.Rzayev F.Naxçıvan əhalisinin etnogenezi tarixindən. I c. Bakı: ADPU, 2013, 528 s.

14.Rzayev F. Naxçıvan əhalisinin etnogenizi tarixindən. IIc.Bakı: ADPU, 2017, 589 s.

15.Seyidov M. Azərbaycan xalqının soykökünü düşünərkən.Bakı:Yazıçı,1989, 500 s.

16. Naxçıvan MR Dövlət Arxivi, fond 40, siyahı 1, iş.348

17. Naxçıvan MR Dövlət Arxivi, fond 24, siyahı 1, iş.4344

Açar sözlər: Babək rayonu, oykonim, passiv fond, Didabad kəndi, Naxzedəniz, Arafsağı qısınlağı Tuqavil

Keywords: Region Babek, oykonym, passive fond, Didabad, Nakchedaniz, Arafsagэ gэshlagэ

Ключевые слова: Бабакская область, oйконим, пассивный фонд, Dидабад, Арафсагы гыснлагы, 

Лингвистический анализ етноойкониумы явлений на пассивном фонде

(Территория Бабакского района)

Статья посвящена етноойкониумы включенных в состав пассивного фонда Бабекской области, а также путям неясности Бабекской области и прототермических племен, живущих на территории Нахчывана, чтобы играть ключевую роль в создании этих имен.

Lingiustic analysis of past ethnooykonymes in passive background (Babek district )

SUMMARY

In the article is about the etnooykonymes formerly realted Babek region and currently staying in a passive background, as well as generation of them and important role of prototuk tribes settled in Nakhichevan region in formation of these etnooykonymes.

 

Rəyçi: AMEA-nın müxbir üzvü, prof. Ə.A.Quliyev

 

Elvira Abas qızı Babayeva

İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ MİLLİ MƏDƏNIYYƏTLƏRİN

 XÜSUSİYYƏTLƏRİ

                Dil və mədəniyyət bəşər övladının müştərək həyatının bir məhsulu olduğu üçün daima bir-birinə qarşılıqlı təsir göstərir. İstər dillə bağlı məsələlərin mədəniyyətə, is­tər­sə də, mədəniyyətlə əlaqədar proseslərin dilə təsiri, əsasən, kollektiv şüursuzluq səviyyəsində baş verir. Sözügedən məsələ dilçilik elminin qarşısında duran aktual prob­lemlərdən biridir. Dilin insanın təfəkkürü və fəaliyyəti ilə bağlılığı, bununla yanaşı, mədəniyyət faktorlarının dilə və insan təfəkkürünə təsiri bunu bir daha təsdiqləyir.

                Dil insanların biliyini, təfəkkürünü, dünyagörüşünü özündə ehtiva edən fakt­la­rı, fikirləri və hadisələri ifadə edir. Linqvistik vahidlər danışan şəxsin mövqeyi, ba­xışları, habelə, həmin şəxsin mənsub olduğu mədəniyyətin reallıqlarını əks etdirir. [9, səh.4] 

                Cəmiyyətin üzvləri və ya ayrı-ayrı sosial qruplar mövcud təcrübəni dillə ifadə etməklə yanaşı, bu vəsilə ilə onu həm də yaratmış olurlar. Bu, ayrı-ayrı xalqların bir-biri ilə paylaşdıqları ümumi dünya bilgisinə və dünyagörüşünə siraət edir. Sözlər həm də insanların inam və dəyərlərini, nöqteyi-nəzərləri, yanaşmaları, həyat mövqeyi və ətraf aləmə olan münasibətlərini ifadə edir.

                Dilin mədəniyyətə daxil olması və orada inkişafı ilə bağlı fikirlər ötən əsrin 90-ci illərində təşəkkül tapmışdır və bu proseslər dilçilikdə təmamilə yeni bir sahənin – “Dil və mədəniyyət” elminin yaranmasına səbəb olmuşdur. [4, səh.19]

                Dil mədəni dəyərləri özündə əks etdirən işarələr sistemidir. Bəzi sosial dilçilər he­sab edirlər ki, mədəniyyət olmadan dilin mövcudluğu, ümumiyyətlə, mümkün deyil. Dil mədəniyyəti əks etdirdiyi kimi, mədəniyyət də dilə təsir göstərir və onu formalaşdırır. Da­ha geniş mənada, dil xalqların tarixi və mədəni dəyərlərini, onların həyata baxışını, təfəkkürünü, psixologiyasını və düşüncə tərzini sərgiləyir. Odur ki, həm mədəniyyət dilin, həm də, dil mədəniyyətin daxili bir parçası kimi daima bir-birinə təsir göstərirlər və onları bir-birindən ayrı təsəvvür etmək qeyri-mümkündür. Odur ki, dili mədəniyyətin aynası hesab edənlər yanılmır. Müxtəlif xalqların mədə­niyyəti ilə bağlı ən müfəssəl məlu­matlar elə həmin xalqların dillərində yer almışdır. Fərqli cəmiyyətlərin, ya da sosial qrupların üzvləri yalnızca öz mədəniyyətlərini dil vasitəsilə ifadə etməklə kifayətlənmirlər, onlar eyni zamanda dil daxilində, onun vasitəsilə öz mədəniyyətlərini yaradırlar. Tarixi inkişaf əsnasında insanlar ayrı-ayrı sözlərə öz mədəniyyətləri çərçivəsində müəyyən mənalar yükləyirlər.

                Bu məsələni araşdıran dilçilər dil və mədəniyyətin qarşılıqlı əlaqəsini metafo­rik dillə ifadə edərək, onlar arasındakı münasibəti buz dağına bənzədirlər. Buz dağı­nın gö­rü­nən qismi dildir və o, mədəniyyətin sadəcə kiçik bir hissəsini əks etdirir. Buz dağının su altında qalan daha böyük hissəsi mədəniyyət aspektinin görünməyən tərəfini əks etdirir. [9, səh.5]

                Fərqli mədəni dəyərlərə malik insanların ünsiyyəti olduqca çətindir. İlk baxışda qeyd olunan çətinliyin dillə əlaqəli olduğu zənn edilə bilər. Lakin fərqli mədəniyyət daşıyıcılarının zamanla eyni dili danışması belə, bu ünsiyyətdə özünü göstərən çətin­likləri tam olaraq aradan qaldırmır. İnsanın hansı mədəniyyətə mənsub olması onun düşüncə tərzinə, həyatı necə görməsinə, dünyanı nə formada, hansı prizmadan qavra­ma­sına təsir göstərir.

                Mədəni xəzinəni özündə ehtiva edən linqvistik vahidlər dildə ayrı-ayrı forma­larda özünü göstərir: sözlər, ifadələr, frazeoloji birləşmələr, ibarələr, metaforlar, me­to­ni­miyalar, atalar sözləri və.s. Bunlar ayrı-ayrı xalqların həyatı və tarixi ilə bağlı qədərsiz informasiyalarla zəngindirlər.

                İngilis dilinin tarixini nəzərə alsaq, bu kimi hadisələr sözügedən dildə özünü daha qabarıq şəkildə göstərir. Dildəki ayrı-ayrı reallıqları nəzərdən keçirəndə anlayırıq ki, onlar birbaşa mədəniyyəti inikas etdirirlər. Məsələn, Gretna Green marriage ifadəsinin mənası ancaq Britaniya ərazisində yaşayan ingilislərə aydındır. Bu ifadə “asan üsulla evlilik” mənasında dildə aktiv formada istifadə olunur. İfadənin tarixi çox maraqlıdır və heç təsadufi hal deyil ki, onun yaranması bilvasitə bu xalqın adətləri ilə əlaqədardır. Gretna Green İngiltərə və Şotlandiya dövlətlərinin sərhədində yerləşən bir kənddir. Asan yolla, qısa müddətdə evlənmək istəyən gənclər sürətlə oraya axışardılar. Bunun əsas səbəbi isə o idi ki, orada evlilik üçün heç bir rəsmi sənəd və öhdəlik tələb olunmazdı.

                Bu cür mədəniyyətin siraət etdiyi dil reallıqlarını ingilis xalqının həyatının hər bir sahəsində görə bilərik. Elə onların mətbəxinə də bu məsələ nüfuz etmişdir. Məsələn, ploughman`s lunch yüngül səhər və ya şam yeməyi anlamına gəlir. Bu yeməkdə pendir, yağ, çörək, təzə pomidor, balıq və.s. olur və adətən İngiltərənin barlarında servis edilir.

                Gaelic coffee ifadəsi birbaşa İrlandiyada yaşayan ingilislər tərəfindən yaradılmış bir ifadədir və “viski, turş krem və şəkər”dən ibarət olur.

                Shepherds pie və ya cottage pie birbaşa ingilis mədəniyyəti ilə bağlı yaranmış bir ifadədir, kartof və ətdən ibarət bir yemək növüdür.

                Spesifik ingilis mətbəxindən olan balqabaq (squash, pumpkin), şirin kartoflar (sweet potatoes), qoz (pecan nuts), fıstıq (peanuts),  mərcanı (cranberry), qarağat (blueberry) və.s. amerikan hindilərinin dilindən gəlmədir. Heç təsadüf deyil ki, ingi­lislərin Şükranlıq bayramında servis etdikləri Balqabaq piroqu (pumpkin pie), mər­canı sousu ilə (cranberry sauce) qızardılmış hinduşka (roast turkey) və şirin kartof (sweet potatoes) erkən immiqrasiya edən amerikalılar tərəfindən dilə gətirilmişdir. İngilis dilində işlək olan bir çox  mədəniyyət reallıqları birbaşa tarixi əsasa malikdir. Məsələn, dördkünc yemək ( a square meal) – bu deyim Nelsonun dövründə mövcud olan kral dəniz qüvvələrindən gəlir. O dövrdə dənizdə fəaliyyət göstərən donanma yemək üçün istifadə olunan qab-qacağın dənizin axıntı və dalğalarının təsirilə sürüşüb yerə düşərək sınmasının qarşısını almaq üçün onları kvadrat formasında masaya bərkidilmiş dörd taxta parçasının ortasına yerləşdirirdilər. [9, səh.13]

                Sincere (səmimi) sözünün tarixi də çox maraqlıdır. Onun etimologiyası Qədim Romada istifadə olunan mərmər dördkünc abidələrlə bağlıdır. Heykəltaraşlar mər­mər­lərin üzərindəki qüsurları örtmək üçün mumdan istifadə edirdilər. Mövcud vəziy­yətin fərqinə varan Roma İmperiyasında bütün mərmərlərin mumdan təmizlənməsi əmri verildi. Sözügedən əmrə görə bütün mərmərlər mumdan təmizləndi və “sine cera” və ya “sincerus” oldu, bu söz isə mumsuz, qatqısız mənasında istifadə olunurdu.

                Fortnight ( iki həftə) sözünün tarixi roman qardian divarları ilə bağlıdır. Belə ki, romanlar şimali ingilis sərhədlərini şotlandlardan qorumaq üçün bu divarları inşa etmişdilər. Divarların daxilində müəyyən yerlər vardı ki, mühafizə məqsədilə orada əsgərlər yerləşdirilirdi. Həmin əsgərlər hər iki həftədən bir oraya göndərilirdi və bu sözün etimalogiyası da sırf o hadisəylə bağlıdır.

                Cold enough to freeze the balls off a brass monkey ifadəsinin də tarixi əsası ol­duqca maraqlı fakta əsaslanır. Bu ifadənin etimalogiyası Britaniya dəniz donan­ması­nın qış vaxtı dənizdə keçirdiyi müddətlə bağlıdır. Belə donanmanın istifadə etdiyi bəzi silah və sürsatlar göyərtəyə bərkidilirdi. Havanın həddindən artıq soyuq olduğu gün­lərdə silahlar bərkidildiyi yerdən qopurdu. Bu ifadənin mənası məhz həmin faktla bağlıdır.

                Dear old Blighty Britaniyanın digər bir adıdır. Birinci dünya müharibəsində əsgərlər “blighty” üçün dualar edərdilər. Onlar inanırdılar ki, sırf  belə etdiklərinə görə “Blighty” onları hər cür təhlükə və yaralanmalardan qoruyacaqdır.

                Don`t throw the baby out with the bath water – ingilis xalqının tarixi, mədəniyyəti və adət ilə bağlı bir ifadədir. Qədim dövrlərdə, daha dəqiq desək, orta əsrlərdə ingilislər iyun ayında evlənərdilər, bunun əsas səbəbi isə o idi ki, onlar illik hamamı məhz may ayında qəbul edərdilər. Bu hadisə xüsusilə vurğulanmalıdır, çünki onların çox qeyri-adi bir hamam adətləri var idi. Belə ki, isti su ilə doldurulmuş hamam tasında ilk öncə ailənin ən böyük kişi fərdi çimərdi, sonra növbə ilə ailənin digər kişi fərdləri və oğulları eyni su ilə yuyunardılar. Daha sonra eyni su ilə ailənin xanımları və uşaqlar yuyunardılar. Ən sona isə körpələr qalardı. Körpələrə sıra çatanda bu su o qədər çirkli olurdu ki, hətta onun içində körpə belə itə bilərdi. İfadə hal-hazırda “tələsmə!” mənasında ingilis dilində geniş şəkildə istifadə olunur.

                It is raining cat and dogs ifadəsi də öz mənasını ancaq ingilis mədəniyyətində aktuallaşdırır, çünki bu ifadənin tarixi izahı da sırf bu xalqın adı ilə bağlıdır. Qədim zamanlarda ingilislər öz evlərinin damlarını nazik samandan düzəldərdilər. Bu yer bir sıra heyvanlar, o cümlədən, it, pişik, siçovul və bu qəbildən olan digər heyvanlar üçün isti olması səbəbiylə ən uyğun sığınacaq idi. Lakin yağış yağdığı zaman çox qəribə bir vəziyyət müşahidə olunurdu. Belə ki, yağış suyunun təsirilə dam elə sürüşkən olurdu ki, orada olan heyvanlar sürüşərək sakinlərin başına düşürdü. Nəticədə şiddətlə yağışlar özü ilə “havadan tökülən” bu heyvanları da gətirirdi. Çox maraqlı tarixə malik olan bu ifadə hal-hazırda sözügedən dildə “intensiv yağış yağması”nı təsvir etmək üçün istifadə olunur.

                Burning a candle at both end ifadəsi də olduqca maraqlıdır və sırf ingilis mədəniyyətinin dilə siraət etdiyi məqamı nümayiş etdirir. Qədim zamanlarda ingilislər gündüz işığının olmadığı zamanlarda öz evlərini evin bir tərəfində yandırılımış şamla işıqlandırardılar. Nəticə etibarilə, ətraf bir qədər görünsə də, o qədər də aydınlıq olmurdu. Lakin qonaq gəldiyində hörmət əlaməti olaraq və qonağı daha da məmnun etmək məqsədilə evin hər iki başında şam yandırılardı. [9, səh. 15]

                Rule of thumb qədim tarixə malik olan bu ifadənin hansı mədəniyyəti özündə əks etdirməsi ilə bağlı fikirlər bir qədər mübahisəlidir. Bəzi müəlliflər bildirirlər ki, bu ifa­dənin tarixi qədim zamanlarda pivənin mayasını nizamlamaq üçün baş barmaqdan isti­fadə edilməsi ilə bağlıdır. Belə ki, pivə hazır olduqda baş barmaq oraya daxil edi­lərdi, burada əsas məqsəd pivənin temperaturunu bilmək idi. Çünki pivə soyuq olsa onun mayası şişməzdi, yox əksinə həddindən artıq isti olsa idi, pivə çürüyə bilərdi. Digər müəlliflər isə təkidlə israr edirlər ki, bu ifadənin tarixi qədim  zamanlarda kişi­lərin öz xanımlarını döymək adətindən gəlir. Belə kişilər öz xanımlarını döymək üçün məhz elə baş barmaq qalınlığında olan bir çubuqdan istifadə edərdilər. İstənilən halda ifadə birbaşa ingilis xalqının mədəni-tarixi adətləri ilə bağlı həqiqətləri özündə ehtiva edir.

                Azərbaycan xalqı da öz növbəsində dərin, qədim və dəyərli mədəni irsə malik­dir. Əlbəttə bu fakt dilə və onun inkişafına da əhəmiyyətli dərəcədə təsir göstər­mişdir.

                Azərbaycan dili daşıdığı mədəni dəyərlər etibarilə dünyanın ən zəngin dillərindən biridir. Azərbaycan dilində mədəni dəyərlərin hansı formada təzahür etdiyini müəyyənləşdirmək üçün ən əhəmiyyətli və zəngin qaynaq dildə yer alan frazeoloji vahidlər, atalar sözləri və məsəllər, habelə, söz ustadlarının ərsəyə gətirmiş olduğu bədii nümunələrdir. Məsələn: "Sən çaldın", "Qələt yağ küpəsindədir", "Dava yorğan davasıdır" kimi məsəllər, Molla Nəsrəddin lətifələri, "Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu", "Ölüb Fərhad, gəlmir külüngünün səsi", "Leyliyə Məcnun gözü ilə bax", "Bütövü kəsmə, paraya dəymə, doğra, doyunca ye"  və s. [10]

                Azərbaycan xalqı ilə bağlı mədəni dəyərləri və görüşləri özündə əks etdirən bəzi nümunələrin dildə necə və nə üçün reallaşdığına nəzər salaq. Azərbaycan dilində işlənən “elə bil yeri-göyü bu yaradıb” ifadəsi, əsasən, lovğa, özünü bəyənmiş, eqoist insanları təsvir edərkən işlənir. Bu ifadənin yaranmasını belə bir əhvalatla əlaqələn­dirirlər ki, xalq rəvayət və lətifələrinin ənənəvi qəhrəmanlarından biri olan Bəhlul Danəndə bir gün öz qardaşı xəlifə Harun-Ər-Rəşidin sarayda taxt üstündə özündən çox razı bir şəkildə əyləşdiyini görür. Bəhlulun öz qardaşına “Nə üçün özünü çəkib elə yuxarıda oturubsan? Elə bil yeri-göyü sən yaradıbsan...”  deməsiylə qeyd olunan ifadə dildə aktuallaşıb və bu günün özündə də zaman-zaman istifadə olunur.

                Azərbaycan dilində istifadə olunan metaforik bənzətmələr də dildə təsadüfən yaranmayıb. Məsələn, “novruz şəkərburası” və ya “novruz paxlavası” ifadəsi uzun müddətdir ki, görmədiyin, nəzərlərdən uzaq qalan birini görərkən istifadə olunan metaforik bir xitabdır. Məlum olduğu kimi, Novruz bayramı Azərbaycan xalqının tarixini, bir çox mənəvi dəyərlərini təcəssüm etdirən ən gözəl bayramlarından biridir. İldə bir dəfə baharın gəlişi ilə əlaqədar qeyd olunan Novruz bayramı özünəməxsus adət-ənənələri və təamları ilə seçilir. Azərbaycan xalqının hər bir nümayəndəsinə bələd olduğu kimi, şəkərbura və paxlava birbaşa olaraq Novruz təamları  - şirniyyatları kimi qəbul olunmuşdur. Bayramın gəlişi ilə bu şirniyyatları heç yeməyən insanlar belə süfrəsini ildə bir dəfə onlarla bəzəyirlər. Beləliklə, insanlar çoxdandır görmədiyi birinə də məhz bu yolla, yuxarıda qeyd olunan ifadələrlə müraciət edirlər.

                “Qaşınmayan yerdən qan çıxartma”, “Qurddan qorxan qoyun saxlamaz”, Ac özünü oda vurar”, “Özgəyə quyu qazan özü düşər”, “Cücəni payızda sayarlar”, “Yıxıla­na balta vurmazlar”, “İtə hörmət edərlər, yiyəsi xatirinə”, “Qozbeli əbir düzəldər”, “Bir əldə iki qarpız tutmaq olmaz”, “Ağıl ağıldan üstündür”, “Tək əldən səs çıxmaz”, “Bişmiş toyuğun da gülməyi gəlir”, “Olacağa çarə yoxdur”, “Hayla gələn vayla gedər”, “Artıq tamah baş yarar”, “Od olmayan yerdən tüstü çıxmaz”, Günəşdə də ləkə var”, “Bir güllə bahar olmaz”, “Gözdən uzaq, könüldən iraq”, “Zər qədrini zərgər bilər”, “Müsəlmanın sonrakı ağlı”, “Dostunu göstər, deyim sən kimsən”, “Yeyərsən qaz ətini, bilərsən ləzzətini”, “Ac toyuq yuxusunda darı görər”, “Danışmaq gümüşdürsə, susmaq qızıldır” və s. kimi atalar sözləri və məsəllər Azərbaycan dili və mədəniyyəti arasındakı əlaqələri bir daha sübut edir. [1]

                Beləliklə, bir daha vurğulamaq istərdik ki, dil, idrak, təfəkkür və mədəniyyət arasında qırılmaz bir əlaqə vardır. Elə bu səbəbdən də, bu münasibətlər bir çox elm sahələrinin, o cümlədən də, dilşünaslığın tədqiqat obyektlərindən birinə çevrilmişdir. Mədəniyyətlərin sürətli və dinamik inkişafı dilə də siraət edir. Buradan belə bir nəticəyə gəlirik ki, dil həm mədəniyyətin, həm də cəmiyyətin inkişafına təsir göstərdiyi kimi, cəmiyyət və mədəniyyət də öz növbəsində dili formalaşdırır.

Ədəbiyyat siyahısı:

  1. Abbasov A.Q. İngiliscə-azərbaycanca atalar sözləri və zərb-məsəllər lüğəti. Bakı, Turan, 2009, 472s.
  2. Abdullayev Ə.Ə. Koqnitiv dilçiliyin əsasları. Bakı, “Sabah”, 2006, 228s.
  3. Axundov A. Dil və mədəniyyət. Bakı, Yazıçı, 1992, 190s.
  4. Cahangirov F. Dil və mədəniyyət. Bakı, “Elm və təhsil”, 2014, 306s.
  5. Xəlilov B. Dil, ədəbiyyat, mədəniyyət. Bakı, “Bakı çap evi”, 2013, 484s.
  6. Məmmədov A., Məmmədov M. Diskurs tədqiqi, Bakı, 2013, 111s.
  7. Маслова В.А. Лингвокультурология, Москва, “Академия”, 2008, 266с.
  8. Brian V. Street (E.d.): Cross-Cultural Approaches to Literacy. Cambridge University Press, 1993, 336p.
  9. Garasharli Chingiz. Language and Culture (English speaking countries). Baku, “Elm və təhsil”, 2014,150p.
  10. https://az.wikipedia.org/wiki/M%C9%99s%C9%99l
  11. https://www.britannica.com/topic/language/Language-and-culture

Açar sözlər: dil, mədəniyyət, qarşılıqlı təsir, ünsiyyət, təfəkkür.

Key words: language, culture, interaction, communication, thinking.

Ключевые слова: язык, культура, взаимодействие, общение, мышление.

 

The Features of the National Cultures in English and Azerbaijani

Summary

                Language and culture are always interdependent. The interaction and intercourse between them is one of the topical issues that linguistics faces. We can observe the influence of cultural values in both English and Azerbaijani. These languages also affect cultures to which ones they belong. Thus, his mutual relation between language and culture causes them to be both protected and promoted by each other.

 

Особенности национальных культур на английском и азербайджанском языках

Резюме

Язык и культура всегда взаимозависимы. Взаимодействие и общение между ними - одна из актуальных проблем, с которыми сталкивается лингвистика. Мы можем наблюдать влияние культурных ценностей как на английском, так и на азербайджанском. Эти языки также влияют на культуры, к которым они относятся. Таким образом, взаимоотношения между языком и культурой приводит их к защите и содействию друг другом.

 

Rəyçi: Dos., f.f.d. N.X.Ibrahimova

 


Haqverdiyeva Aysel  Aydın qızı

CÜMLƏ DAXİLİ VAHİDLƏR ARASINDA İKİLİ QRAMMATİK ƏLAQƏ

       Müasir Azərbaycan dilində cümlədaxili vahidlər arasında ikili əlaqə də özünü göstərir. İkili əlaqə II və III növ təyini söz birləşmələri arasında, cümlənin həmcins üzvləri və həmcins üzvlərlə aid olduqları cümlə üzvləri, feili tərkiblərin tərəfləri arasında reallaşır. Söz birləşmələrinin komponentlərinin, həmcins üzvlərin bir- biri ilə olan əlaqəsi daxili əlaqə, söz birləşmələrinin, həmcins üzvlərin özünün digər cümlə üzvləri ilə əlaqəsi isə xarici əlaqə adlanır. İkili qrammatik əlaqələr daxili və xarici əlaqələrə aiddir.   

Xarici əlaqə: Cümlədaxili vahidlərdə xarici əlaqə dedikdə həmcins üzvlərin aid olduğu üzvlə arasındakı əlaqə, feili tərkiblərdə aid olduğu üzvlə və təyini söz birləşmələrinin aid olduğu üzv arasındakı qrammatik əlaqəni nəzərdə tuturuq. Söylədiyimiz hər bir komponentlər əvvəlcə öz aralarında kompleks şəkildə qurulur. Bu komplekslərin qurulması fikri ifadə etmək üçün cümləyə daxil olaraq müəyyən vəzifə daşımasını tələb edir. Cümlədən kənarda qurulan və nominativ xarakterə malik bu ifadələr (həmcins üzv və əlavədən başqa) cümlədə yeni əlaqə ilə digər üzvlərlə bağlanırlar. Bu bağlılıq xarici əlaqə adlanır. Onların kənarda birləşərək birlikdə kompleks hala düşməsi isə bir-biri ilə daxili qrammatik və məna bağlılığı nəticəsində baş verir. Əlavə və həmcins üzvlər isə cümlənin daxilində komplektləşirlər.

 “Bəzən danışan və ya yazan şəxs cümlə strukturunda yer tutan bir sözün, ifadənin, birləşmənin mənası ilə kifayətlənməyərək,həmin söz, ifadə, birləşmə haqqında əlavə məlumat vermək, onu izah edib aydınlaşdırmaq məqsədi güdür və buna görə də cümləyə əlavə sözlər, birləşmələr daxil edir. Əlavə adlandırılan bu cür sözlər və birləşmələr izah edib aydınlaşdırdığı üzvdən sonra işlənir” (1,160). Əlavə cümlənin hər hansı bir üzvünə aid olur, onu konkretləşdirir, aydınlaşdırır. Bu zaman həmin üzvlə məna və qrammatik cəhətdən bağlanır. Sonradan üzvün bağlandığı digər  üzvlə də bağlanmalı olur. Aid olduğu üzvlə daxili, sonrakı bağlandığı üzvlə xarici əlaqə ilə bağlanır.

Məsələn,  Qoşulma daxili

Onu                                       anamı    çox sevir

                                 Xarici   idarə

Universitetin tələbələri çıxış etdilər. Bu cümlədə  “universitetin tələbələri” ifa­də­si ilə “çıxış etdilər” ifadəsi arasındakı uzlaşma əlaqəsini xarici əlaqəyə aid etmək olar.

        Universitetin tələbələri                                                        çıxış etdilər

 Daxili əlaqə: Universitetin tələbələri

                      

        İkinci və üçüncü növ təyini söz birləşmələrinin tərəfləri arasında uzlaşma və idarə əlaqəsi eyni zamanda özünü göstərir. İlk öncə bu birləşmələr arasındakı uzlaşma əlaqəsinə nəzər salaq. Uzlaşma əlaqəsində II növ təyini söz birləşmələrində birinci tərəf ikinci tərəfi özünə tabe edir. Hər iki tərəf eyni qrammatik formada olur. Nümunələr: Əjdər yetirmələrinə məhz həmin mübarizə ruhunu aşılayırdı. (B. Mikayıllı.”İşıq”s. 281);  Alman uzmanlarının qənaətinə görə, dava –dalaş ailəni möhkəmləndirir. (B. Mikayıllı “İlk sınaq” s. 251); Mən Romanın boğulma faktını araşdırmaq üçün Bakıdan gəlmişəm (Müşfiq Xan  “Milanaya məktub” s. 22)

“İkinci növ ismi söz birləşmələrində bu və ya digər tərəfin cəm olması üçün –lar (lər) şəkilçisindən istifadə olunur ki, bunun da tərəflər arasındakı kəmiyyətə uzlaşmaya aidiyyatı yoxdur. Çünki həmin şəkilçilər burada sintaktik tələb nəticə­sində meydana çıxmır. Əşyanın cəm olmasından asılı olaraq –lar (lər) şəkilçisini ayrılıqda bu və ya digər tərəf, bəzən də hər iki tərəf qəbul edə  bilər” (2,57).

Üçüncü növ təyini söz birləşmələrinin tərəfləri arasında daxili uzlaşma əlaqəsi olur. Birinci tərəf tabeedici, ikinci tərəf tabe olur. “....ikinci tərəf birinci tərəfin qrammatik əlamətini qəbul edərək, onunla eyni qrammatik forma ilə uyğunlaşır” (2,57). Bu növ söz birləşmələrində uzlaşma əlaqəsinin reallaşmasında mənsubiyyət şəkilçilərinin əlahiddə rolu vardır. “Birinci tərəfdəki yiyəlik hal şəkilçilərinin isə uzlaşmaya dəxli yoxdur” (2,57).  III növ təyini söz birləşmələrinin elə tipləri vardır ki, bunlarda uzlaşma zəif iştirak edib. Çünki mənsubiyyət şəkilçiləri yoxdur. Belə tipli birləşmələri uzlaşma deyil, yanaşma deyənlər bizcə, haqlıdırlar. Məsələn, Bizim ev kənddə ən böyüyü idi. Bu cümlədə ikinci tərəf uzlaşmanın əsas göstəricisi olan mənsubiyyət şəkilçisini qəbul etməyib. Bu tip cümlələrdə uzlaşma idarədən daha qabarıq şəkildə təzahür edir və əsasən birinci və ikinci şəxsin cəmində özünü göstərir. Bəzən isə II növ təyini söz birləşmələrinin özündə uzlaşma idarədən daha qabarıq olur. Məsələn, Siz özünün  buna görə məsuliyyət daşıyırsınız. (A. Rəhimov “Nişan üzüyü”, s. 56).

 II və III növ təyini söz birləşmələri arasında uzlaşma və idarə əlaqəsi reallaşır ki, bu da ikili əlaqəni təşkil edir. Hər iki növ söz birləşməsinin tərəfləri arasındakı əlaqə iki və qarşılıqlı xarakter daşıyır. “Uzlaşma əlaqəsinə görə hər iki tərəf eyni qrammatik formada olur. İdarə əlaqəsində isə ikinci tərəf birinci tərəfi özündən asılı edərək onun müəyyən yiyəlik halda işlənməsini tələb edir” (2,74). 

III növ təyini söz birləşməsinin tərəfləri arasında ikili əlaqənin-idarə və uzlaşma əlaqəsinin olması bütün dilçilər tərəfindən birmənalı şəkildə qəbul olunmuşdur. Yəni, istər elmi qrammatikada,  istərsə də məktəb qrammatikalarında III növ təyini söz birləşməsinin komponentləri arasında həm uzlaşma, həm də idarə əlaqəsi reallaşır. Lakin bu sözləri II növ təyini söz birləşmələri haqqında deyə bilmirik. Ümumiyyətlə, II növ təyini söz birləşmələrinin tərəfləri arasındakı əlaqə ilk tədqiqatlardan etibarən mübahisəli olmuşdur. Hələ 1958-ci ildə R. Xəlilov “Müasir Azərbaycan dilində ikinci və üçüncü növ təyini söz birləşmələrinin tərəfləri arasında sintaktik əlaqə üsulları adlı məqaləsində II növün tərəfləri arasında yanaşma əlaqəsinin varlığından söz açmışdır (3,942). R. Xəlilov bu haqda yazır: “...ikinci növ, təyini söz birləşməsinin tərəfləri arasında yanaşma əlaqəsi də vardır. Bu əlaqəyə görə ikinci tərəf tabeedici, birinci tərəf isə tabe tərəfdir. Birinci tərəf heç bir formal əlamət qəbul etmədən ikinci tərəfə yanaşır və birləşmə daxilində ikinci tərəfdən asılı olaraq heç bir dəyişikliyə uğramır. İkinci tərəf isə başqa sözlərlə əlaqəyə girərək dəyişir ” (3,942). Lakin R. Xəlilovun bu fikirləri ilə razılaşmayanlar da vardır. Məsələn, “Müxbirlər qeyd dəftərçələrini hazırladılar. R Xəlilov  “qeyd dəftərçələrini”  birləşməsinin tərəfləri arasında yanaşma əlaqəsinin olduğunu düşünmüşdür. Alim bu fikri üçün əsas kimi “qeyd” sözünün heç bir morfoloji göstərici qəbul etməməsini əsas götürmüşdür. Lakin bu yanlış bir fikirdir. “Qeyd” sözü burada qeyri-müəyyən yiyəlik haldadır. Bu birləşmə arasında yalnız idarə və uzlaşma əlaqəsi var. Qeyd sözündə sıfır variantlı şəkilçinin olması dilçilər tərəfindən qəbul edilir.

II növ təyini söz birləşmələrinin tərəfləri arasında uzlaşma əlaqəsinin varlığı birmənalı şəkildə qəbul olunsa da, idarə əlaqəsinin olub olmaması mübahisəli olaraq qalmışdır. Son illərə qədər məktəb qrammatikalarında II növ təyini söz birləşmələrinin tərəfləri arasında yalnız uzlaşma əlaqəsinin olması qeyd olunurdu. Lakin 2015-2016-cı tədris ilinin proqramına əsasın II növ təyini söz birləşməsinin tərəfləri arasında idarə və uzlaşma əlaqələrinin olduğu qəbul olunmuşdur.  Bu           T.Hacıyev tərəfindən yazılmış 8-ci sinif Azərbaycan dili dərsliyində öz əksini tapmışdır. Beləliklə, müasir Azərbaycan dilində II və III növ təyini söz birləşmələrinin tərəfləri arasında ikili əlaqə forması - idarə və uzlaşma əlaqəsi mövcuddur. Biz də T.Hacıyevin bu fikrini dəstəkləyir və idarə əlaqəsinin olduğunu qəbul edirik. İsmin halının adı çəkilirsə burada yalnız idarədən danışmaq lazımdır. Yanaşma isə formal cəhətdən iki yanaşı sözün durması kimi özünü göstərir. Hər yanaşı duran sözlərə qrammatik yanaşma demək olmaz.

Daxili və xarici əlaqə daha çox özünü həmcins üzvlü cümlələrdə göstərir. Məsələn: Universitetin müəllimləri, tələbələri və texniki işçiləri iməcliyə toplaşmışdılar. Bu cümlədə həm tabesizlik və tabelilik əlaqəsi vardır.

                    Daxili                          daxili

Müəllimləri                                           tələbələri                texniki işçiləri

                                                                                    xarici

Universitetin müəllimləri, tələbələri və texniki işçiləri                                  toplaşdılar.

        Cümlənin daxilindəki həmcins üzvlər arasındakı tabesizlik əlaqəsi daxili əlaqə adlanır. Həmcins üzvlərin aid olduqları  “toplaşdılar”  xəbəri arasındakı əlaqə isə xarici əlaqəyə aiddir. Digər nümunələrə nəzər salaq:

Günəşin şüaları yeri, göyü, dənizi bürümüşdür (İ.Hüseynov). Bu cümlədə vasitəsiz tamamlıqlar həmcinsdirlər və öz aralarında tabesizlik əlaqəsi ilə bağlanmışlar. Lakin yeri, göyü, dənizi  sözləri ilə bürümüşdür sözü arasında tabelilik əlaqəsi mövcuddur.

yeri                               göyü            dənizi                      bürümüşdür

Həmcins təyinlərin və zərfliklərin işləndiyi cümlələrə də nəzər salaq.

Vətənimi sevən , onu qoruyan, təəssübünü çəkən hər kəs qardaşımdır.

Sevən                          qoruyan             təəssübünü çəkən                 qardaşımdır.

İnanırıq ki, Azərbaycan bayrağı bir gün Xankəndində, Şuşada, Ağdamda, Füzulidə dalğanacaq.(Xalq qəzeti).

Xankəndində,                       Şuşada, Ağdamda,                       Füzulidə                dalğalanacaq.

Müasir Azərbaycan dilindəki feili tərkiblərin komponentləri arasında da daxili və xarici əlaqəyə rast gəlinir. “Feili birləşmələrdə hərəkətlə onun aid olduğu . ya da aid olan müxtəlif anlayışlar arasındakı əlaqələr əks olunur. Buna görə də ümumi şəkildə götürdükdə feili birləşmələrin məzmununu proseslə onun aydınlaşdırıcıları arasındakı əlaqələr təşkil edir”(4,54).  Bu əlaqələr  proseslə onun subyekti, obyekti,  zamanı, məkanı, tərzi, kəmiyyəti, səbəbi, məqsədi  arasında reallaşır. Feili birləşmələrin komponentləri arasında daxili əlaqə, tərkiblərlə onların aid olduqları üzvlər arasında isə xarici əlaqə olur.  Bu iki əlaqə bir yerdə ikili əlaqəni yaradırlar. İlk öncə məsdər tərkiblərini nəzərdən keçirək. Azərbaycan dilçiliyində məsdər tərkibləri adlarla feillərin birləşməsindən əmələ gələn feili birləşmələr adlanır(4,56).

İsim+məsdər; əvəzlik+məsdər; sifət +məsdər; say+məsdər. Bu birləşmələr tərkiblər yaradır. Bu tərkiblər isə həm öz aralarında, həm də tərkib halında  cümlənin digər üzvləri ilə sintaktik əlaqəyə girirlər.

Nümunələrə nəzər salaq:

                     Xarici

 

Qarabağı azad görmək arzumdur.                       

        daxili

         Daxili               xarici

 

Səni sevmək mənim xoşbəxtliyimdir.

 

 idarə                uzlaşma

Bu tip ikili əlaqə birinci tərəfi müxtəlif nitq hissələri ilə ifadə olunmuş bütün məsdər tərkiblərinə aiddir.

İkili əlaqələri feili bağlama və feili sifət tərkibləri və onların aid olduqları üzvlər arasında da görə bilirik.

          Daxili

 

Universitetə gələndə keçmiş sinif yoldaşımla rastlaşdım. 

 

 

                                      xarici       

             Daxili         

     Onu görəndə sevinirəm.

 

               Xarici

        

ƏDƏBİYYAT

  1. Kazımov Q. Ş. Müasir Azərbaycan dili. Sintaksis. Bakı: Ünsiyyət, 2000, 496s
  2. Müasir Azərbaycan dili. 3 cilddə, III c. Bakı: Elm,  1981, 442 s.
  3. Xəlilov R. Müasir Azərbaycan dilində ikinci və üçüncü növ təyini söz birləşmələrinin tərəfləri arasında sintaktik əlaqə üsulları// Azərbaycan SSR EA Məruzələri. XVI c., 1958, s. 941-945
  4. Abdullayev Ə. Z., Seyidov Y. M., Həsənov A.Q. Müasir Azərbaycan dili. Sintaksis. Bakı: Maarif, 1985, 467 s.

İstifadə olunmuş bədii ədəbiyyat:

1. B. Mikayıllı.”İşıq”

2. B. Mikayıllı “İlk sınaq”

3. Müşfiq “Xan  Milanaya məktub”

4. A. Rəhimov “Nişan üzüyü”

Açar sözlər: ikili, əlaqə, sintaktik, daxili, xarici

Ключевые слова: двойная связь,  предложение, синтаксический, внутренний, внешний

Keywords: double connection, syntactic, internal, external

 

Двойная грамматическая связь между единицами в предложении в

современном азербайджанском языке

Резюме

В статье речь идет о двойной грамматической связи между единицами    в предложении. Существуют два вида двойной грамматической связи: 1) связь между компонентами внутри предложения; 2) связь между сочетаниями, демонстрирующими свою двойную связь и вне предложения. Между компонентами определительных словосочетаний II и III типов существует следующая двойная связь – согласование и управление. Деепричастные обороты, однородные члены предложения, приложения, сочетания с послелогами имеют двойную связь только в пределах предложения. Мы придерживаемся той точки зрения,что связь между членами предложения следует называть внутренней связью. Связь же между компонентами и членами, к которым они относятся, именуется внешней связью. Нашу мысль мы обосновываем цитатами и ссылками  на научно- теореческую    литературу. Существование такой связи подтверждается конкретными примерами, выбранными нами из художественной литературы.


           The double grammatical connection between the units in a sentence in

the modern Azerbaijani language

Summary

The article deals with the double grammatical connection between the units in a sentence. There are two kinds of the double grammatical connection: 1) connection between the components inside a sentence; 2) connection between the combination that demonstrates their double connection outside a sentence. There is the following double connection between the components of the attributive combinations of  words of the  II and III types: agreement and government. Verbal adverb phrases, similar parts of  a sentence, apposition,  postpositive combinations have a double connection only  within a sentence. We are of  the opinion that connection between  the parts of  a sentence should be named an inner connection. The connection between the components and parts that they are related to is named an external connection. Our standpoint is substantiated by the citations from the scientific - theoretical literature. Existence  of such a connection is confirmed by the concrete examples chosen from the belles-lettres.

 

Rətçi: dos.S.Abbasova

 

 


Könül Rəşid qızı Sadıqova

AZƏRBAYCAN DİLİNİN ŞİMAL-QƏRB BÖLGƏSİ ŞİVƏLƏRİNDƏ SİNONİMLİK

Dilin leksik-semantik məna qruplarından biri də sinonimlərdir. Sinonimlər fonetik şəkilcə fərqlənən, məna baxımından yaxınlıq təşkil edən sözlərdir. Bu leksik-semantik məna qrupu dildə əsasən yersiz təkrarların qarşısını almaq üçün işlədilir. Sinonimlər eyni anlayışı ifadə etsə də, onların işlədilməsində üslubi baxımdan müxtəlif incəliklər vardır.

Müəyyən bir məfhumu ifadə edən sinonimlər qrupu sinonimik cərgəni və məna incəliyi baxımından dominant mənanı müəyyənləşdirir. Dilimizdə eyni anlayışı ifadə edən, ancaq məna fərqi yarada bilməyən sözlər də mövcuddur ki, bunlar dublet adlanır.

Sinonimlər ədəbi dildə olduğu kimi dialekt və şivələrdə də rəngarənglik təşkil edir. Həmin leksik vahidlərin istər ədəbi dildə, istərsə də şivələrdə işlənməsi müəyyən fikrin daha dürüst ifadəsinə xidmət edir.

Sinonimlər yaxın mənanı ifadə etməli və quruluşundan asılı olmayaraq eyni nitq hissəsinə aid olmalıdır. Əsasən isim, sifət, feil, zərf kimi əsas nitq hissələri sinonimik cərgə yarada bilir.

İsimlərin sinonimliyi. Azərbaycan dilinin şimal-qərb şivələrində isimlərin sinonimliyinə ədəbi dildən fərqli olaraq daha çox təsadüf edilir [6, s.193].

Ocax - törəmə (Zaq.) “nəsil”, “tayfa” mənasında mütləq sinonimdir. - Kimin törəməsidi? (Zaq.). Mütləq sinonimlər istənilən kontekst daxilində və kontekstdən kənarda mənaca yaxınlıq kəsb edən sözlərdir.

Urux-turuğ  - co:ğa - törəmə ifadə etdiyi məna ümumiliyi baxımından eyni sinonim cərgədə birləşən müxtəlif quruluşlu sözlərdir. Co:ğa sözü “tayfa”, “nəsil” mənasında (Oğ.) işlənir: - O co:ğaya qatış get (ADDL, 80). Bu şivələrdə “nəsil” anlamında törəmə sözünə də rast gəlinir: - Bu üç yüz öyün hamısı mənim törəməmdi (ADDL, 505). Urux-turuğ (Oğ.) “tayfa”, “nəsil” mənasındadır: - Urux-turuğunu götürüb gəlmişdi (Oğ.).

Nağız sözü (Q., Zaq.) “ana tərəfdən olan qohum” mənasındadır. “Qohum” mənalı simsar (Zaq.) nağız sözü ilə mütləq sinonim hesab olunur. Simsar “ümumən qohum” anlamında, nağız “ana tərəfdən qohum” mənasında sinonimik cərgəni təşkil edir. Ümumən sinonimik cərgənin təşkilində əsas tələb ümumi əsas mənanın ifadə edilməsidir. İki leksik vahiddən ibarət: nağız - simsar sinonimik cərgəsindəki sözlərin əsas maddi mənasında “qohumluq” anlayışı dayanır.

Çucey (Zaq.) “qardaş” mənasındadır: - Çuceyin əsgərdən kağızı gəlibdi (ADDL, 108). Didey “böyük qardaşa müraciətlə deyilən söz”, ici “qardaş” mənasında işlədilir: - İci, mənim kərkimi usduya aparsana (ADDL, 231). Balakən rayon şivəsində “böyük qardaş” mənasında lələ sözündən də istifadə olunur. Deməli, çucey – didey – ici - lələ “qardaş” anlamındakı mütləq sinonimlərdir. Eyni məfhumun ancaq çox yaxın mənalarını ifadə edən sinonimlərin sinonimik cərgəyə daxil olması üçün təkcə ümumi əsas mənanın varlığı deyil, həmçinin eyni qrammatik qəlibdə morfoloji cəhətdən formalaşması da vacib nüanslardandır [3, s. 27, 28].

Əyaxçı (Ş.) – buyruxqul (Ş.) - icra:çı (Ş.) – miyanda // miyəndə (Ş.) - təfildar // təfillər (Ş.). Əyaxçı (Ş.) “toy və yas kimi məclislərində ofisiantlıq edən şəxs və ya şəxslər”.  - Holarda da əyaxçı elə hoydu. Buyruxqul (Ş.) “verilən tapşırıqları yerinə ye­tirən şəxs, köməkçi”. – Elə bil dədəsi:n buyruxquliyəm. İcra:çı (Ş.) “xidmətçi”, “kur­yer”. Miyanda // miyəndə (Ş.) “xidmətçi”. - Həyindi  icraçı diyillər, hunda miyanda diyirdilər (ADDL, 359). Təfildar // təfillər (Ş.) “vergiyığan”. - Təfildar vergi yığardı // - Təfillər töyci yığana diyirdilər (ADDL, 488).  Əyax; icra, təfil kimi mənalı kök morfemlərə  -çı4, -dar müvafiq şəkilçilərin əlavəsilə düzələn əyaxçı, icraçı, təfildar;  buyrux və qul müstəqil köklərindən əmələ gələn buyruxqul sözləri miyanda // miyəndə, təfildar // təfillər kimi sinonimlərlə həmin sistem daxilində geniş əhatə dairəsinə malik sinonimik cərgəni təşkil edir. Bu sinonimik cərgədəki sözlərin quruluş baxımından sadə, düzəltmə və ya mürəkkəb olması, mənşəyi baxımından milli və ya alınma olması sinonimlərin müxtəlif yollarla meydana gəlməsinin göstəricisidir.

Ərdov (Zaq.) - innəcuz (Zaq.). Ərdov (Zaq.) “başqasını qorxutmaq üçün xəyali varlıq”, “qulyabanı”, innəcuz (Zaq.) “ifritə” mənalarındakı mütləq sinonimlərdir. Ümumən, müəyyən bir sinonimik cərgəni təşkil edən sözlər məna ümumiliyinə malikdir və həmin məna ümumiliyini müəyyənləşdirmək üçün sinonim sözlərin mənalarındakı incəlikləri nəzərə almaq kifayətdir. Bu baxımdan ərdov və innəcuz sözləri bədheybət, qorxunc və iyrənc olan eyni məfhumun nisbətən fərqli mənalarını da ifadə edir. Belə ki, qulyabani “canavar cildindəki kişi cinsinə mənsub xəyali varlıq” [9], ifritə isə “çox kifir qadın” anlamındadır.

Peşəkər (Q.) “balaca çoban” - sığırçı (Q.) “naxırçı” - güdükçü (Q.) “malotaran, naxırçı, çoban”. Sinonimik cərgədə güdükçü sinonimi sözün maddi mənasını daha dolğun, daha ümumi və mücərrəd şəkildə ifadə etdiyindən dominant - aparıcı məna kimi fərqlənir: - Sığırçının vəziyyəti çovanınkınnan yunuludu (Şəm.). (ADDL, 432).

Qışqa (Ş.) “zoğ” - zorapa (Ş.) “zoğ, pöhrə” - şüşə (Ş.) “ağacın cavan zoğu, xırda budaq”. - Ağaşdan qışqa qopardıf, atı çafdı getdi (ADDL, 303); - Yuxudan duran­nan so:ra şüşə qırıf töküllər qurda (ADDL, 476); - Pöhran calğalar den­nən­dıxcə zorapa sürüf gidən şeydi (ADDL, 565). H.Həsənova görə, “Sinonimlərin bir qismi bir məfhumu birbaşa leksik mənasına görə mətnli və ya mətnsiz ifadə edirsə, digər qismi isə bir məfhumla dolayı, işlənmə məqamlarına, müəyyən mətnə əsasən əlaqədar olur” [4, s.75]. Nümunələrdəki sinonimlərdən ikisi, xüsusilə şüşə lek­sik vahi­di daha çox baramaçılıqla əlaqədar işlədilir, sinonimik cərgənin dominant üz­vü isə zorapa sözüdür ki, digər cərgə üzvləri ilə müqayisədə ümumi mənanı ifadə edir, neytrallığı ilə seçilir.

Çekil (Ş.) “cır tut ağacı” - gər (Ş.) // gərə (Ş.) “iri cır tut ağacı” mənalarında mütləq sinonimlik təşkil edir. Ümumən sinonimlik üçün əsas semantik meyar yaxın mənalı leksik vahidlərin müəyyən məna incəliyinə malik olmalarıdır. Q.A.Talıbova görə, “sinonimləri polisemantik sözlərdən və omonimlərdən fərqləndirən cəhətlərdən birincisi, onun məna ümumiliyidir, ikincisi, sinonim cərgəyə  daxil olan hər sözün özünəməxsus spesifik rəngarəngliyidir” [8, s.86]. Məs.: Çekil - gər // gərə sinonimik cərgəsində üzvlərin ifadə etdiyi məna ümumiliyi “cır tut ağacı”dır. Gər // gərə sino­nim ekvivalentinin isə göstərilən əlamətindən başqa əlavə mənası da var: “iri + (cır tut ağacı)”.

Göbər // gövər (Oğ.) - quranqaz (Oğ.) - şeşə (Oğ.) “dik” mənasında  mütləq sinonimlərdir. Sinonimik cərgəni birləşdirən əlamət “dik” mənasıdır. Ancaq cərgədə göbər // gövər - quranqaz “dik yer” mənasında şeşə sözünün ekvivalenti ola bilmir: - Quranqaz yerə su çıxmaz (Oğ.) (ADDL, 316). - Şeşə buynuz cöngədən yaxşı öküz çıxajax (Şəm.) (ADDL, 459).

Qabaxlıx (Zaq.) “alınlıq, qadınların alınlarına bağladıqları bəzək əşyası” - qarmax (Zaq.) “qadınların başlarına bağladıqları qızıl və ya gümüş pul (bəzək)” –mütləq sinonimlərdir. Sinonimlərin öz aralarında sinonimik cərgələri təşkil etməsi və cərgədəki sözlərdən birinin əsas – dominant mənalı söz olması faktı məlumdur. Həmin dominant məna adlandırılan sözün açar söz mövqeyində aparıcı olması və ya dolğun mənanı ifadə etməsi əsas şərtdir. Yuxarıdakı sinonimlərdən qarmax dominant mənalı sözdür.

Sinonim cərgələrin yaranması üçün yaxın mənanı ifadə edən sözlərin morfoloji cəhətdən eyni qrammatik qəlibdə formalaşaraq ümumi qrammatik mənaya görə fərqləndirilməsi əsas şərtlərdən hesab olunur. Bu baxımdan aşağıdakı sinonimlər əsas nitq hissələrindən sifətə aiddir:

Sinonimik cərgədə işlənmiş söz sayına görə geniş əhatə dairəsinə malik bu sinonimlər: saqat (Q., Zaq.) “şikəst” - mayıf (Q., Ş.)  “şikəst” -  falığ (Q.) “çolaq” – taytax (Q., Ş.) “axsaq” bir-birilə ifadə etdikləri əlamət baxımından əlaqələndirilmişdir. Elə “sinonimlikdə məna yaxınlığı” deyərkən, bir məfhumu və ya anlayışı ifadə edən müxtəlif quruluşlu sözlərin məna tutumundakı bir əlamətin oxşarlığı nəzərdə tutulur” [5, s.13].

Sinonimlərin fikri daha düzgün çatdırması cərgə üzvlərinin müxtəlif məna incəliyinə malik olması nəticəsində baş verir. Cələb (Zaq.) “arıq, zəif” - qazul (Zaq.) “arıq” - soqqur (Zaq.) “arıq (at)” - tırımtız (Zaq.) “arıq, arıqlayıb əldən düşmüş”. Həmçinin sinonimlərə xas olan xüsusiyyətlərdən birisi “ən zəngin semantikalı söz cərgədə ön plana çəkilir. Üzvlər onun mənalarına müvafiq müəyyənləşir” [6, s.147]. Bu baxımdan cələb - qazul - soqqur - tırımtız sinonimik cərgəsində cələb əsas – dominant sözdür.

Midix/ (Ş.), midik // midiy “astagəl, çox ləng iş görən, asta hərəkət edən” - salız (Ş.) “yavaşca və ehmallıca, altdan-altdan iş görən, hərəkət edən”. Midix/ // midik // midiy - salız eyni məfhumun nisbətən uzaq, fərqli mənalarını bildirən sinonimlərdəndir [3, s. 27[.

Sayların sinonimliyi. Azərbaycan dilinin şimal-qərb şivələrində saylara aid sinonimlər məhdud saydadır.

Dö:rrü (Ş.) “çoxlu” - karrı (Ş.) “çoxlu, bol” sinonimik cərgəsində -lı 4 (-rı 4) sözdüzəldici şəkilçiləri ilə əmələ gələn quruluş etibarilə düzəltmə sözlər birləşmişdir. Ümumiyyətlə, linqvistikada mütləq sinonimliyin daha çox alınma və ya düzəltmə (derivativ) sözlərin hesabına yaranması iddia olunur [6, s. 77].

        Zərflərin sinonimliyi. Ədəbi dildə olduğu kimi şimal-qərb şivələrində də isim, sifət və feillərdən fərqli olaraq zərflərə aid sinonimlərə daha az təsadüf edilir.

        Öyün (Ş.) “o gün” - öyralı (Ş.) “bir neçə gün bundan qabaq”. Hər iki zərfin leksik-semantik əsasında “hər hansı hadisənin baş verdiyi gün, zaman” mənası dayanır.

        Aldas (Q.) “tez, tələsik” - dəsbəcə (Q.) - tasamas (Q,) - yeltəmə-yeltəmə (Q.) “tələsik” - yelyelpənək (Q.) “sürətlə” sinonimləri leksik vahidlərinin sayına görə geniş əhatə dairəsinə malik cərgəni təşkil etmişdir [3, s. 29].

        Cınxır (Ş.) // cımxır (Ş., Zaq.) “xalis, tamam, lap” - cırt (Ş.) “tamam, düz”, köhlü-kömələx/li (Ş.) “yerli-dibli, tamam, bütövlüklə” - omalax-çomalax (Ş.) “birlikdə, ucdantutma” - div-dəhnə (Ş.) “tamamilə, ucdantutma, dərindən” məna­la­rın­dakı mütləq sinonimlərdir. - Öyləri div-dəhnədən təmizdamax lazımdı. Dib-dəhnə sözünün semantikasına aydınlıq gətirən K.Bəşirova görə; “tərkibin ikinci sözü dəhnə çaydan və ya kanaldan ayrılan qolun başlanğıcını bildirir. Suyu müəyyən məcraya yönəltmək üçün dəhnə açılıb-bağlanır. Müasir mərhələdə dəhnə əvəzinə şlüz terminindən istifadə edilir. Tərkibdəki dib sözü çoxmənalı olsa da, o burada semantik cəhətdən dəhnə sözü ilə birləşərək mənbə, başlanğıc mənası da­şıyır. Dib digər mənalarda da işlənir: Ağacın dibi, dağın dibi, quyunun dibi, hasarın dibi, dizin dibi, suyun (dənizin, çayın, gölün və s.) dibi və s. Dib-dəhnə tərkibi daha çox məcazi xarakterlidir: Mən bunları elə dib-dəhnədən mərdimazar görmüşəm” [2, s. 48].

Feillərin sinonimliyi. Əsas nitq hissələri içərisində feillər də sinonimik cərgələrin üzvlərini təşkil etməsi etibarilə seçilir. Feillərin sinonimliyində həm özlərinin leksik məna növləri, morfoloji-qrammatik xüsusiyyətləri, həm də digər nitq hissələrindən olan sözlərlə əlaqəsi mühüm rol oynayır. 

Dişəmax (Ş.) “dişli kəsici alətləri (mişar, oraq və s.) itiləmək”, xartdamax (Ş.) “xart daşı ilə itiləmək” sinonimləri Şəki rayon şivəsində əsasən birləşmə daxilində işlədilir: - Ata:n gözü orax dişiyəndə olutdu (Ş.). Göründüyü kimi, birləşmənin birinci tərəfi qeyri-müəyyən təsirlik haldadır. Bu cür sinonim feli birləşmələr əsasən şivələr üçün səciyyəvidir [7, s. 61].

        Bö:max (Ş.) “gölləndirmək məqsədilə axar suyun qarşısını kəsmək”, coğma­lamax (Ş.) “boğmaq” - nisbi sinonimdir. Sinonimik cərgədəki feillərdən biri coğma­la­max çoxmənalıdır. Ümumən sinonim cərgənin səciyyəvi xüsusiyyətlərindən biri yal­nız bir üzvünün çoxmənalı olmasındadır, “birmənalılıq, eynimənalılıq (şərikli, ortaqlı adlandırma ilə, yəni maddi müxtəlifliklə bərabər) sinonimyanın təbiətini təşkil edir” [6, s. 75]. 

        Qazaylammax (Q.) “gileylənmək” - zalav: zalav çekmağ (Q.) “dad çəkmək”. Cərgədəki üzvlərdən biri idiomla ifadə olunmuş nisbi sinonimlərdən hesab olunur.

Hö:ür: hö:ür salmax (Zaq.) “məhəbbət salmaq” - quraxsımax (Zaq.) “darıxmaq, könlü istəmək” - feili sinonimlərdən olub, məcazlaşma əsasında yaranmışdır [5, s.41-42].

Dubletlər – ekvivalentlərini “tam şəkildə” əvəz edə bilən sözlərdir. Bu sözlərdə mütləq və nisbi sinonimlərdən fərqli olaraq məna incəliyi yoxdur. Deməli, dubletlərlə sinonim cərgələri təşkil edən cərgə üzvləri arasındakı münasibətlər fərqlidir, yəni “əgər sinonim sözlər eyni predmet bildirirsə, deməli, onlar semantik cəhətdən eynidir. Sinonim sözlərin əlavə məna çalarlarına malik olması isə əsas şərtdir” [5, s. 11].

Aba – ciyi - ədə - ida // idə (Q.) “ana” mənasındadır. - Mən abamı görmağ isti:rəm (ADDL, 11). Ciyi (Ş.) sözü “ana” mənasında daha işləkdir: - Ciyin gələr cavaf verərsən. “Ana” mənasındakı aba, ciyi, ədə, ida, idə sözləri tamamilə  eyni məfhumu iifadə etdiyindən sinonim deyil, dublet hesab olunur. S.Cəfərov bu qəbildən olan sözləri belə xarakterizə edir: “Dubletlər forma və mənşəyi müxtəlif olan sözlərdir; onlar mətnə görə neytral olur, çünki mənaca bir-birinin tam eyni olan sözlərdir. Buna görə də müxtəlif şəraitdə (mətn, nitq, situasiya) məna fərqi yaratmır və bir-birini əvəz edə bilir” [3, s. 27].

Burc (Ş.) - qunut (Ş.) “tumurcuq” – vahid mənanı ifadə edən terminoloji sinonimlərdəndir.

Quzuqarnı (Ş.) - quzuqulağı (Ş.) “yeməli göbələk növü”. Sinoniim-dubletlər quruluşu etibarilə mürəkkəbdir.

Beliquru (Ş.) “tənbəl” - həməyil (Ş.) “işdən qaçan, tənbəl”, qəf (Ş.) - lantır (Ş.) “tənbəl” - las (Ş.) “tənbəl, işdən qaçaraq oturaq həyat tərzi keçirən adam”. Şimal-qərb şivələrində işlənən və forma etibarilə sinonimlərlə oxşar olan dublet cərgələri nəzərdən keçirdikdə məlum olur ki, cərgə üzvləri arasında məna incəliyi olmadığı kimi dominantlıq da yoxdur. Bu üzvləri birləşdirən cəhət sinonimik cərgə üzvlərindən fərqli olaraq, ümumi, ortaq, eyni və ya vahid mənadır.

ƏDƏBİYYAT

  1. Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı: Şərq-Qərb, 2007, 568 səh.
  2. Bəşirov K.K. Azərbaycan dilində sinonim qoşa sözlərin izahlı lüğəti. Bakı: Elm və təhsil, 2012, 180 səh.
  3. Cəfərov S.Ə. Müasir Azərbaycan dili. II hissə. Leksika. Bakı: Şərq-Qərb, 2007, 192 səh.
  4. Həsənov H.Ə. Müasir Azərbaycan dilinin leksikası. Bakı: Maarif, 1987, 308 səh.
  5. Məmmədov N.B. Müasir Azərbaycan dilində feillərin leksik sinonimliyi. Bakı: Maaarif, 1991, 112 səh.
  6. Müasir Azərbaycan dilinin semasiologiyası (oçerklər). Bakı: Elm, 1985, 244 səh.
  7. Nağdalıyev A. Sinonim feili söz birləşmələrinin bəzi üslubi xüsusiyyətləri // ADU-nun elmi əsərləri, dil və ədəbiyyat seriyası, 1977, №2, səh. 57-61.
  8. Talıbov Q.A. Semantik söz qrupları və onların üslubi cəhətdən qarşılıqlı əlaqəsinə dair // Azərbaycan SSR EA-nın xəbərləri, ədəbiyyat, dil və incəsənət seriyası, 1970, №2, səh.84-90.
  9.  https://www.merakname.com/ gulyabani-nedir/

İXTİSARLAR

ADDL - Azərbaycan dilinin dialektoloji lüğəti

Bal. – Balakən

Q. – Qax

Oğ. – Oğuz

Ş. – Şəki

Zaq. – Zaqatala

Açar sözlər: isimlərin sinonimliyi, mütləq sinonimlər, nisbi sinonimlər, sinonimik cərgə, dominant məna, dubletlər.

Ключевые слова: синонимия имён существительных, абсолютные синонимы, относительные синонимы, синонимический ряд, доминантное значение, дублеты.

Keywords: synonymy of nouns, absolute synonyms, relative synonyms, synonymous series, dominant meaning, doublets.

СИНОНИМИЧНОСТЬ В РЕГИОНЕ СЕВЕРО-ЗАПАДНЫХ ДИАЛЕКТОВ

АЗЕРБАЙДЖАНСКОГО ЯЗЫКА

Резюме

          В статье рассматриваются синонимы, употребляющие в северо-западных диалектах азербайджанского языка. В общем, синонимами являются слова, отличающиеся по фонетической форме и грамматической категории, но близкие по значению. Синонимы, наблюдаемые в Шекинском, Гахском, Загатальском, Балаканском, Огузском районах, в основном сгруппированы в соответствии с их общим грамматическим значением и частями речи, к которым относятся. Эти лексико-семантические группы слов, которые употребительны как в нашем литературном языке, так и в диалектах, делятся на абсолютные и относительные с точки зрения их близости. В диалектах можно столкнуться и с дублетами, которые обозначают одно и то же понятие. И синонимы, и дублеты по структуре и этимологии являются различными.

Sadikhova Kenul Rashid gizi

SYNONYMY IN THE REGION OF NORTH-WESTERN DIALECTS

OF THE  AZERBAIJANI LANGUAGE

Summary

        In the article synonyms used in the northwestern dialects of the Azerbaijani language are considered. In general, synonyms are words that differ in phonetic form and grammatical category, but close in meaning. The synonyms observed in Sheki, Gakh, Zagatala, Balakan, Oghuz districts are basically grouped according to their common grammatical meaning and parts of speech to which they refer. These lexical-semantic groups of words, which are used both in our literary language and in dialects, are divided into absolute and relative from the point of view of their closeness. In dialects, one can also encounter doublets, which denote the same concept. Both synonyms and doublets in structure and etymology are different.

 

Ş.V.Qasımova

DİLİN İNKİŞAF PROSESİ HAQQINDA

ÜMUMİ QEYDLƏR

Hayman Paulun “Dilin inkişaf prosesi haqqında ümumi qeydlər” adlı əsərini oxuyarkən bir hissə məndə xoş təəssürat yaratdı.

Həmin hissəyə oxucuların nəzər-diqqətini cəlb etmək istərdim.

Tədqiqə məruz qalan əşyanın hüdudunun və mənşə inkişafının müəyyən­ləşdirilməsi tarixçi üçün mühüm əhəmiyyətə malikdir. Bu qayda, deyəsən, özlüyündə zənn olunur və anlaşılır. Bununla belə dilçilik bu boşluğu, ələlxüsus on illərlə görülmüş işləri yalnız bu yaxınlarda həyata keçirmişdir.

Tarixi qrammatika əvvəlki təsviri qrammatikalardan əmələ gəlmiş və özündə bu sonuncunun bir çox əlamətlərini saxlamışdır. Ələlxüsus bu, şərhetmə qaydasına aiddir.

İlk əvvəl yeni elm üçün ən xarakterik olan inkişafı yox, müqayisəni göstərməyi lazım bilirlər.

Bizim üçün ümumi mənbələri itirilmiş qohum dillərin qarşılıqlı münasibətlə­rini öyrənən müqayisəli qrammatika, hətta abidələrdə müşahidə olunan  ilk mənbələrdən başlayan tarixi, ardıcıl inkişafla qarşılaşdırılır.

Hələ indi də bir çox dilçilər və filoloqlar bu məsələdə bu və ya digərinin eyni elm sahəsi olması, eyni məsələ və metoddan bəhs etməsi fikrindən uzaqdırlar. Fərq müşahidə olunan abidələrdə baş verən hadisələrlə bərpa əsasındakı alınma­ların əsas düzülüşündən ibarətdir. Həmçinin tarixi qrammatika məfhumu məhdud mənada eyniylə müqayisə mənasında işlənmişdir ki, təsviri qrammatika da müxtəlif dövrlərdə ona paralel tutulmuşdur. Belə bir şərh və ya izah metodu prak­tik tələbə səbəb olmuş və olacaqdır. Ancaq, belə şərh üsulunun dil konsepsiyasının inkişafına səbəb olduğunu və gələcəkdə də səbəb olacağını inkar etmək olmaz.

Təsviri qrammatika hazırda mövcud olan ümumi dillə əvvəllər hansı forma və qrammatik münasibətlərdən necə istifadə olunduğunu quraşdırır. O, cəmiyyət üzvlərinin bir-birini başa düşmək, onların nitqlərində nə isə qəribə və yad bir təəssürat yaratmaqla ümumi norma müəyyən edir.  Onun məzmununu faktlar deyil, müşahidə olunmuş faktlardan alınmış mücərrədlik təşkil edir.

Bu və ya digər cəmiyyətin dilinə buna bənzər mücərrəd hüdud qoymuş olsaq da, onların müxtəlif dövrlərdəki mövcudluğu bir-birinə oxşamayacaq. Tutuşdurma yolu ilə onların aralarında köklü dəyişikliklərin baş vermiş olduğu da aşkar olur. Ancaq baş vermiş dönüşün mahiyyətini belə üsulla aydınlaşdırmaq olmaz. Birinin həqiqətən də digərindən əmələ gəlməsi təsəvvürünü yaradan bu mücərrədlik aydınlaşdırılmayanadək, bu əlaqə də aydın olmaz.

Ümumiyyətlə isə mücərrədliklər arasında heç bir səbəb əlaqəsi mövcud deyildir. O yalnız real obyekt və faktlarda mövcuddur. Nə qədər ki, tədqiqatçı təsviri qrammatikanın bu mücərrədliyi hüdudlarından kənara çıxmayıb, o, dilin həyatiliyi elmi anlayışından çox kənarda qalmır.

Dilçi üçün bu doğru obyektin ziddiyyətliliyi bütün fərdlərin bir-biri ilə qarşı­lıqlı dil fəaliyyəti zamanın əmələ gələn hadisələrindən ibarətdir. Bütün səs kompleks­ləri-kim tərəfindənsə, nə vaxtsa simvollarla bütün emosionallığı ilə eşidilmiş və ya təsəvvür olunmuş müxtəlif əlaqələr, fərdin ruhunda ifadə olunan dil elementləri-bütün bunlar dilin tarixi sahəsinə aiddir və onun tam inkişaf tarixini başa düşmək üçün bunlar öyrənilməlidir.

Tarixi dil prosesləri yalnız nitq fəaliyyəti və eşitmə deyil, şüurla səssiz təfək­kürlə baş verən dil əmələ gəlmələridir. Ola bilsin ki, müasir psixologiyanın nəzərə çarpacaq dərəcədə olan müvəffəqiyyəti onun psixi proseslərini şüursuz baş verməsini və nə vaxtsa şüurda baş veribsə, yenə də şüursuz fəaliyyət faktoru olaraq qaldığını qeyd etməsindədir.

Bu vəziyyətin dilçilik üçün çox böyük əhəmiyyəti olmuş və Şteytal ondan geniş bir şəkildə istifadə etmişdir

Dilçilik fəaliyyətindəki bütün başvermələr insan ruhunun dumanlı tərzdə düşüncəsindən törəyir. Burada insanın zənn etdiyi dil vasitələri mövcuddur və başqa şəraitlə müqayisədə onlar buradan daha çox şey əldə edirlər. Bu dil vasitələri özlüyündə son dərəcə mürəkkəb psixi birləşmələrə malikdir ki, onlar öz aralarında müxtəlif cür toxumalardan ibarət olan qruplarla təsəvvür olunur.

Bu cür qrupların əmələ gəlməsinin ümumi qruplarına baxmaq bizim məqsə­dimiz deyildir. Bu məsələ ilə əlaqədar mən Şteytalın “Psixologiya və dilçiliyə giriş” əsərinə istinad edə bilərəm. Hələlik bizə bu qrup təsəvvürlərin yalnız məzmununu və mexanizmini başa düşmək vacibdir.

Ən yeni psixoloqların etirazına baxmayaraq mən bu baxışın tərəfdarlığını vacib sayıram, bu məsələ əsasən Vundta aiddir. O, intellektual, şüursuz əhatə dairəsinin açılmasının mümkünlüyünü qəbul etmir. Vundta görə şüurdan kənarda heç bir ruh mövcud deyildir. Şüursuz nə baş verirsə, o fiziki təsirin nəticəsidir. Onun fikrincə, nəticədə mübahisəsiz, sonuncu iki akt arasında mövcud olan əlaqə arasında fiziki yolla şüur həyata keçir. Elə bu sonuncu növbəti fiziki effekt guya bunu, bir dəfə mümkün olmuş yeni hissetmə təəssüratının köməyi olmadan, bilavasitə onun səbəbi kimi deyil, bunu şüurda ikinci əmələgəlmə kimi qəbul etməlidir. Əgər hətta, desək ki, vəziyyət elə belədir, onda yenə də etiraf etməliyik ki, sonuncu bütün effektlər, möv­cud olanlarla mən mübahisə etmək istəmirəm, fiziologiya və təcrübi psixolo­gi­yanın müvəffəqiyyətlərinə baxmayaraq, demək olar ki, bizə hələ məlum deyil. Hətta bun­larla biz yaxşı tanış olsaydıq belə, hissin təsiri olmadan onların hansı düşüncə pro­sesindən necə çıxarılmasını təsəvvür etmək çətindir. Əgər biz ümumiyyətlə, düşünmə prosesində keçmiş ilə gələcək arasında əlaqəni qorumaq istəyiriksə, görürük ki, bizə psixi sahədə bu əlaqəni düşünmə prosesinə oxşar əlaqə kimi fikirləşməkdən başqa heç bir şey qalmır.

Mən güman edirəm ki, mənə icazə veriləcək ki, mənim yanaşdığım nöqteyi-nəzər az da olsa qanunauyğundur, hər hansı bir elmi hipoteza, fərziyyə kimi imkan verəcək ki, ayrı-ayrı faktlar arasında olan əlaqələri müəyyənləşdirsin.

Bu güman ediləcək müəyyən şərtlər şəraitində baş verməlidir. Mən zənn edirəm ki, mənim kitabım həqiqətən də buna bənzər nöqteyi-nəzərin həllinin xeyrinə olan kifayət qədər dəlilə malikdir.

Onlar əvvvəllər nə vaxtsa, başqa hissələrin eşidib başa düşmələri əhatəsi dairəsində və həmçinin xüsusi nitq fəaliyyətinin və təfəkkürünün dil formalarındakı məhsulundan ibarətdir.

Mövcud qruplar əlverişli şəraitdə əvvəllər baş vermiş və beləliklə də artıq əvvəllər söylənilmiş və dərk edilmişlərin şüur dairəsində qaytarılmasına imkan verir. Nə qədər ki, mən indiki və gələcəkdəki təsəvvürlər haqqında danışıram, onun üçün də qeyd etmək lazımdır ki, bununla mən həmçinin onları müşaiyət edən duyğu və niyyətləri güman edirəm, fərz edirəm. Yadda saxlamaq vacibdir ki, onlar yalnız dil fəaliyyəti vasitəsilə şüura ötürülmüş, çatdırılmış təsəvvürlərdir və tam iz buraxmadan silinmir. Hərçənd bu izlər o dərəcədə zəif olur ki, onun yenidən dərk edilməsini müm­kün etmək üçün tamamilə xüsusi şərait vacib olur, belə şərait isə heç vaxt olmaya da bilər.

Ardıcıllıqla ifadə olunan səslərin verilməsi, ardıcıl nitq orqanları hərə­kətlərinim təqdim edilməsi ilə həyata keçir.

Simvollarla ifadə olunan bu və ya digər əlaqəni verilmələr sözün yalnız məna­sını deyil, həmçinin onun sintaktik münasibətini də göstərir. Yalnız tək-tək sözlər deyil, daha mürəkkəb səs cərgələri, bütöv cümlələr bilavasitə onlarda mövcud olan fikrin məzmununu ifadə edir. Öz mənbələrinə görə xarici aləmlə daha az dərəcədə əlaqəsi olan bu qruplar daha sonra hər bir fərdin aləmində daha zəngin və mürəkkəb əmələgəlmələr təşkil edir ki, bunlar əvvəlcə öz növbəsində nəzərə çarpmayacaq dərəcə zəif, sonralar isə tamamilə şüursuz baş verir. Bu özlüyündə heç vaxt şüurluq dərəcəsinə çatmasa da, bunula belə özünün təsirlik gücünü mü­hafizə edir, saxlayır. Hər hansı bir sözün və ya ifadənin mənimsənilmiş formaları öz aralarında belə təsir­lənir. Eyni bir adın müxtəlif hallarının oxşar mənaları və uyğun səslənməsi öz ara­larında assosiasiya gücünə malik olur. Müxtəlif zamanlar, şəkillər, eyni feilin şəxs­lənməsi, bir kökdən olan sözün düzəltmə müxtəlifliyi, son­ra yekdil funksiyaya malik olan bütün sözlər, məsələn, bütün isimlər, bütün sifət­lər, bütün feillər, daha sonra müxtəlif köklərdən düzələnlər, ancaq eyni şəkilçilərin köməyi ilə düzələnlər, sonra funksiyalarına görə həmcins, müxtəlif söz formaları, yiyəlik halın forması, məchul halın forması, perfekt forması, konyunkt (vəziyyət) forması, birinci şəxsin forması, sonra bir tipli fleksiyaya malik səslər, məsələn, alman dilində güclü feillərin əksini təşkil edən zəif feillər mövcud olmayan ismin əksinə ..... köməyi ilə cəm halını əmələ gətirən kişi cinsini ifadə edən bütün isimlər, hətta bir tip fiksiyalı sözlər belə mövcud tipin kəskin tərzdə əksinə olan qrupla öz aralarında əlaqələnə bilir; sonra, funksiya və formasına görə öz arala­rında oxşar cümlə növləri assosiasiya yaradır. Assosiasiyanın çoxlu növləri möv­cud­dur. Buraya, qismən bir neçə dəfə vasitəçilik və dilin həyatının mənasına az və ya çox dərəcədə mühüm əhəmiyyətə malik olması daxildir. Bütün bu assosiasiyalar gələcəkdə tam anlaşılma üçün nəzərə çarpacaq dərəcədə təsir göstərə bilər. Onları heç də qrammatik abstraksiya yolu ilə baş vermiş kateqoriyalar ilə qarışdırmaq olmaz. Onlar, adətən, sonuncu ilə uyğun gəlir.

Ədəbiyyat

  1. Axundov A.A. Ümumi dilçilik. Bakı, 1979
  2. Adilov M.M. Dilçilik problemləri. Bakı, 1982
  3. Qurbanov A. Ümumi dilçilik. Bakı, 2004
  4. İzahlı dilçilik terminləri. Bakı, 1989
  5. Rəcəbli Ə.Ə. Dilçilik tarixi. Bakı, 1987. Səh-316-341
  6. Rəcəbli Ə.Ə. Dilçilik tarixi. Bakı, 2007. Səh-332

Резюме

Общие замечания о процессе развития языка

    В статье речь идет о младограмматизме и его представителях. А.Лескин, Г.Остхоф, К.Бругман и Г.Пауль являются выдающимися представителями «младограмматизма» - направления, возникшего в европейском языкознании в последней четверти XIX в. Они считали, что в фонетических законах не может быть исключений. «Младограмматисты» собирали фактический материал, но с осторожностью выдвигали теоретические предположения. Они брали за основу индивидуальную речь, пропагандировали индивидуальный психологизм. В изучении языка у младограмматиков господствовал атомизм: язык раздроблял­ся на отдельные мельчайшие явления и исследовался изолированно. В истории языков главное внимание уделялось движению языкового материала от пра­языка в последовательном расщеплении последнего на языковые ветви. Младограмматики внесли весомый вклад в развитие языкознания.

Ключевые слова: развитие языка, младограмматисты, праязык, атомизм

The general notes about the development of the language

Summary

    The article deals with the leading linguistic trend that since the-ies of the XIX century became a school of German scholars nder the title “Neogrammatian” the most outstanding representatives of which were A.Leskin, H.Osthoff, K.Brugman, H.Paul. They thought that there couldn’t be any exception in phonetics. Neogrammatians collected material but they advanced propositions carefully. They based their arguments upon individual speech, propagated individual psychologizm. In their opinion the object of linguistic investigation is not the language system, but rather the idiolect, that is language as it is localized in the individual, and there fore is directly observable. Neogrammatian atomism and overwhelming historicism are emphasized. Neogrammatians made significant contribution to the development of linguistics.

Keywords: development of the language, neogrammatians, idiolect, atomism

                                                               Mustafayev Fizuli Nəcməddin oğlu

                                          KİNO DİLİNDƏ ORFOEPİYANIN ƏHƏMİYYƏTİ

Dilçiliyin tədqiqat obyekti olan orfoepiya kinoaktyor və kinorejissor tərbiyəsi ilə sıx bağlıdır. Orfoqrafiya düzgün yazı qaydalarını öyrətdiyi kimi, orfoepiya da düzgün tələffüz qaydalarından bəhs edir.

“Hərflərin dəqiq yazılıb-yazılmaması, bir-birinə düzgün bitişdirilib-bitişdirilməməsi, xəttin aydınlığı və eybəcərliyi, sözlərin ayrı və bitişik yazılması kimi hallar yazı üçün nədirsə, sözün, ifadənin tərkibindəki fonetik vahidlərin ümumiləşdirilmiş normalara müvafiq tələffüz edilib-edilməməsi də şifahi nitq üçün eyni mahiyyətli bir haldır” [1, 172].

Bəllidir ki, televiziya, səhnə,radio və kinoda aktyor nitqi formaca şifahi ədəbi dil auditoriyalarındandır, janrca, məzmunca isə şifahi publisist əsərlərdir, janrlardır. Bu şifahilik həmin janrların quruluşunda, dil baxımından isə, xüsusən orfoepiya və sintaksis sahəsində daha aydın nəzərə çarpır. Kütlələrlə, xalqla daha asan, anlaşıqlı, təsirli bir dildə danışmaq üçün nümunəvi ədəbi tələffüzə - orfoepiya normalarına əməl etmə başlıca və vacib şərtlərdəndir. Bu mövqedən yanaşılarsa, ədəbi dilin orfoepiya normalarına, ədəbi tələffüzə televiziya, radio və kino qədər qayğı ilə yanaşan, şifahi ədəbi dilimizə gözəl boyalar, çalarlar verən başqa şifahi nitq tribunaları tapmaq çətindir. Məhz buna görə də adları çəkilən vasitələrdə ədəbi tələffüz məsələsi hər zaman ciddi narahatlıq doğurmalıdır.

Belə ki, istər diktor və ya jurnalist, istərsə alim və başqa sənət sahibi, istərsə də müğənni və kinoaktyor olsun, fərqi yoxdur, onların hamısı orfoepik normalara əməl etməlidir. Bu mənada radio, televiziya, səhnə və kino həm də ədəbi dilimizin, o cümlədən onun orfoepiya normalarının ən fəal yayıcısı, təbliğatçısı və normalasdırıcısıdır. Bu vasitələr Azərbaycan ədəbi dilinin işlənmə imkanlarını daha da genişləndirməkdən başqa doğma dilimizin lüğət tərkibini zənginləşdirir, intonasiya çalarlarını, xalq dilinin təravətini, canlı danışığın rəngarəng nitq əlvanlıqlarını şifahi ədəbi dilin aparıcı keyfiyyətləri səviyyəsinə yüksəldir.

Bəllidir ki, normallaşma dildə tarixən həmişə davam edən hadisədir. Akademik T.Hacıyev yazır: “Normallaşdırma ədəbi dili geniş xalq dilindən uzaqlaşdırmamalıdır. Xalq dilinin mahiyyətini təşkil edən faktlar ədəbi dildə də işlənməlidir. Seçmə işin elə həddə çatdırılmamalıdır ki, xalq dilinin zənginliyini təmin edən çoxlu nümunələrdən birini götürüb, başqalarını atasan” [2, 13].

Mövcud təcrübə və müşahidələrimizi ümumiləşdirib kino dilində orfoepiya normalarını müəyyənləşdirərkən aşağıdakı prinsiplərə görə çıxış etməyi məqsədəuyğun saymaq olar:

1. Filmdə kinoaktyorların tələffüzündə asanlıq;

2. Kino dilində danışığın təbiiliyini qorumaq.

Bu, yalnız fonetik, orfoepik normalara əməl etmək üçün vacibdir. Nümunə üçün -la, -lə şəkilçiləri ilə düzələn feillərin təsriflənərək tələffüz edilməsini göstərmək olar: gözlə, gözləyirlər – gözdə, gözdüyüllər; başla başlayırlar – başda, başdayırlar; bağışla, bağışlayırlar – bağışda, bağışdayırlar; işlə, işləyirlər – işdə, işdiyillər və sair.

3. Kino dilində qənaət prinsipi. Məsələn, -ma, -mə inkar şəkilçilərindən, -sınız, -siniz, -sunuz, -sünüz şəxs şəkilçilərindən, -dır, -dir, -dur, -dür xəbər şəkilçisindən heca və ya bir səsin ixtisar olunması nəticəsində orfoepik norma yaranır:

Yazıda                       Deyilişdə

yazmayır                    yazmır

gəlməyir                     gəlmir

Yazıda

gəlirsiniz

oxuyursunuz

atadır

Deyilişdə    

dəlirsiz

oxuyursuz

atadı

Bu günkü yazılı ədəbi dildə artıq “yazmır”, “gəlmir”, “bilmir” şəklində feilin indiki zanının III şəxs inkar forması norma mövqeyindən çıxmışdır.

4. Kino dilində çətin tələffüz olunan, yazılışı deyilişindən fərqli olan söz və ifadələrin xalq danışıq dilinə uyğun variantlarının qəbul edilməsi.

5. Kino dilində fonetik hadisələrə əməl olunması prinsipi. Bu, orfoepik, fonetik normaları müəyyənləşdirməkdə əhəmiyyətli işlərdəndir.

6. Filmlərdə Azərbaycan dilinin təbiəti, səs və heca sistemi nəzərə alınıb bir çox sözlərin tələffüz formaları dəqiqləşdirilməlidir.

7. Kinoda dilin özünəxaslığını ifadə edən fonetik hadisələrin alınma sözlərə tətbiqi nəticəsində fonetik normaların qətiləşdirilməsi (komunis, qramatika, dos, radiyo, tiyatr və s.).

Alınma sözlərin tələffüzünü dilimizin qayda-qanunları, qrammatik quruluşu əsasında qurmaq.

8. Kino dilində orfoepik, fonetik normalar müəyyənləşdirilərkən ahəng qa­nu­nunun gözlənməsi. Tarixi ənənəvi prinsip bəzi alınma sözlərin orfoqrafiya­sında vacib götürülsə də (əslində belə sözləri də fonetik prinsipə əsaslandırmaqla ümum­xalq tələffüzünə uyğunlaşdırmağın vaxtı çatıb), orfoepiyada onlar ahəng qanununa uyğun qəbul edilməlidir. Orfoqrafiyası münbit, müdrik, müdir, müxbir, münsif, müdhiş olan sözlərin ədəbi tələffüzdə münbüt, müdrük, müdür, müxbür, münsüf, müdhüş şəklində səslənməsi təbii çıxardı.

Azərbaycan filmlərində fonetik, orfoepik normalardan danışırıqsa, şübhəsiz, fonemlərin sayından, müxtəlif mövqelərdə tələffüzündən (öz sözlərimizdə və alınma sözlərdə tələffüz şəkillərindən) hökmən bəhs etməliyik.

Fonemlərin tarixindən geniş bəhs etmək məqsədimizə aid deyilsə də, bu xüsusda ötəri danışmağa ehtiyac var. Ədəbi dilimizin və tarixi qrammatikamızın görkəmli mütəxəssisləri H.Mirzəzadə, Ə.Dəmirçizadə, T.Hacıyev, A.Axundov və başqalarının əsərlərində də, göründüyü kimi, əsaslı fərqlər yalnız müasir dilimizdə “h” fonemi ilə deyilən və yazılan bir çox sözlərin tarixən “q” – “x” səsləri ilə işlənməsində özünü göstərmişdir.

H.Mirzəzadə bəhs etdiyimiz məsələ haqqında yazır: “Müasir ədəbi dilimizdə h səsi ilə başlayan sual əvəzlikləri XVIII əsrə qədər, əsasən, bütün yazıçıların əsərlərində q səsi ilə işlənmişdir. Məkan bildirən söz və təyin əvəzliklərində də bu hal vardır... Eyni sözlərin XV və bir az sonrakı əsrlərdə yerinə görə (q) ilə deyil (x) ilə yazıldığını görürük...” [3, 37]

O, daha sonra yazır: “XVIII əsrdən etibarən yazılarımızda həmin səslərin əvvəlində q – x səsi deyil, h səsinin üstün olduğunu görürük...” [3, 38]

Mərhum prof. H.Mirzəzadə XVIII əsrdən sonrakı ədəbi dilimizin inkişafını izləyərək bu gün üçün köhnəlmiş fonetik normaların sıradan çıxmasını, müasir dövrümüz üçün norma səviyyəsində möhkəmlənməsini göstərib qeyd edir: “XVIII əsrdən sonra başlanan realist ədəbiyyatın inkişafı, bununla əlaqədar olaraq xalq dilinin təntənəsi və bu dilin ədəbi dil səviyyəsinə qədər yüksələrək, fonetik xüsusiyyətlərinin, əsasən mühafizə edilməsi nəticəsində əski normalar sıradan çıxır, Azərbaycan dilinin özünəməxsus fonetik xüsusiyyətləri öz yerini alır” [3, 41]

Kino dilində səslərin, şəkilçilərin, söz və sintaqmların, cümlələrin Azərbaycan dili deyilişinə uyğun, bu dilin özünəməxsusluğunu əks etdirəcək bir şəkildə səslənməsi, alınma sözlərin tələffüzündə belə yenə də ana dilimizin imkanlarından, tələffüzü asanlaşdıran forma və vasitələrdən istifadə olunması hər zaman şifahi ədəbi dil auditoriyalarında müşahidə olunur.Məsələn, “Hökmdarın taleyi” (2005), “Köhnə bərə” (1984), “Qisas” (1991), “Ağ atlı oğlan” (1995), “Qəribə adam” (1979), “Od içində” (1978), “Odla qol-boyun” (2002), “Sürəyya” (1987), “Sovet pəhləvanı” (1942), “Sarı gəlin” (1998), “Yuxu” (2001), “Xəyalların gündəliyi” (2008), “Psixiatr” (2009), “Yalan” (2005), “UstaYusifin kamançası” (2010) və başqa filmlərdə elə sözlər var ki, onların deyilişi yazılışından fərqlənir. Məsələn, püstə, kəskin, saqqal, bağça, mürəkkəb, qardaşımdan, saçsız, bilərsiniz, gəlinlər yazıldığı halda həmin sözlər orfoepik tələffüzə müvafiq olaraq  püsdə, kəsgin, sakqal, baxça, mürəkgəb, qardaşımnan, saşsız, bilərsiz, gəlinnər kimi deyilir. Yazı ilə tələffüz arasında bu cür fərqlərin olmasına görə məhz orfoepiya qaydalarının yaradılmasına ehtiyac əmələ gəlmişdir.

Orfoepiya tələffüzün düzgünlüyü, onun vahidliyi deməkdir. Bəzən həyatda bir sözün yerli şivənin təsiri altında müxtəlif cür deyilməsinə baxmayaraq (məsələn, deyil sözünün döyür, dəgil, döği, döli; nə üçün sözünün isə nöşün, neçin, nöş, nəyşə, neyçin, niçin) filmdə buna yol vermək olmaz. Hələ daha sözünün dayı, həyat sözünün həyət, elə və belə sözlərinin ələ, bələ şəklində tələffüz olunaraq məna təhrifinə gətirdiyini demirik.

Orfoepik tələffüzün əlamətdar cəhətlərindən biri də sözlərdə heca vurğusu­nun düzgün işlədilməsidir. Danışıq prosesində vurğu düzgün vurulmadıqda sözün mənası anlaşılmır, fikir ağırlaşır. Məsələn, iyun, iyul, Haqverdiyev, Əfəndiyev, İngiltərə, Paris, kafedra, opera, dialoq, monoloq kimi tələffüz tərzi düzgün sayıla bilməz. Belə tələffüz istər adi həyatda, istərsə də filmdə ünsiyyətə pis təsir göstərir, diqqəti yayındırır, fikrin tez və asan qavranılmasına əngəl törədir.

Azərbaycan dilinin orfoepiyası haqqında  ilk irihəcmli əsər 1947-ci ildə Kazım Ziya tərəfindən çap olunmuşdur. Maraqlıdır ki, onu aktyor yazmışdır. Daha sonra hörmətli alimimiz Ə.Dəmirçizadə 1969-cu ildə “Azərbaycan dili orfoepiya­sı­nın əsasları” adlı tədqiqat əsərini çap etdirir. Bu əsər onun orfoepiya məsələlərinə həsr olunmuş əvvəlki əsərindən həcmcə geniş, məzmunca dolğun, sanballı və diqqətəlayiqdir.

Ə.Dəmirçizadə bu əsərində orfoepiya ilə bağlı  olan bir sıra məsələləri nəzəri cəhətdən əsaslandırmağa çalışmışdır. Əsər 1972 və 1984-cü illərdə alimin çap etdirdiyi “Müasir Azərbaycan dili (I hissə)” dərsliyinin II hissəsi kimi təkrar nəşr etdirilmişdir.”Müasir Azərbaycan dili (I hissə)” dərsliyinin II hissəsində - “Müasir Azərbaycan dili orfoepiyası”nda “tələffüz”, “orfoepiya” anlayışlarının mənası aydınlaşdırılır, tələffüz üslublarından, tam və sərbəst üslubdan söhbət açılır, ədəbi tələffüzün mənbələri göstərilir, tələffüz şəraiti haqqında, ədəbi tələffüzün pozulma mənbələri haqqında yeni, dəyərli fikirlər söylənilir, tələffüz vasitələri və tələffüz şəraitindən danışılır.

Müəllif saitlərin tələffüzündən bəhs edərkən onları “samitlərlə yanaşı saitlərin tələffüzü”, “yanaşı saitlərin tələffüzü”, “eyni sait qoşalığı”, “müxtəlif sait qoşalığı” başlıqları altında izah edir.

Ədəbi tələffüz (orfoepiya) məsələləri ilə məşğul olmuş alimlərimizdən biri də Ə.Əfəndizadədir. O, Azərbaycan dilinin orfoepiyasına aid dissertasiya və məqa­lələr yazmışdır. Bu mənada onun “Azərbaycan dili və ədəbiyyat tədrisi” məc­mu­əsində çıxmış “Azərbaycan ədəbi tələffüzü haqqında” məqaləsi diqqəti cəlb edir.

Bundan əvvəl isə Ə.Əfəndizadə ədəbi dil, ədəbi tələffüz üslubları, orfoepiya­nın ictimai mahiyyəti və s. haqqında məlumat verir. Onun başqa bir məqaləsi belə adlanır: “Orfoepiyanın, ədəbi tələffüzün təlimi”. Bu 1966-cı ildə çapdan çıxmış “Azərbaycan dilinin tədrisi” (II hissə) kitabının I fəslidir. Həmin fəsildə orta mək­təbdə orfoepiyanın təlimindən  bəhs olunur. Orada aşağıda göstərilən məsələlər işıqlandırılır:

 1. Şifahi və yazılı nitq. Orfoepiyanın əhəmiyəti.

2. Orfoepiya təliminin ümumi məsələləri.

3. Orfoepiya təliminin başlıca yolları.

Böyük alim M.Şirəliyevin əsəri daha böyük maraq doğurur. O yazır: “Ədəbi tələffüzün əsas prinsipi tələffüzdə ağırlıq törədən, kobudcasına səslənən, dilin ahəngini pozan cəhətlərdən qaçmaq...[4, 5]

Akademik M.Şirəliyevin fikrinə əsaslanıb demək olar ki, son illər ölkəmizdə çəkilən bəzi filmlərdə, o cümlədən, “Dərvişin qeydləri” (2013), “Mən mahnı qoşuram” (1979), “Qərib cinlər diyarında” (1977),  “Babək” (1979), “Tütək səsi” (1976), “Qızıl uçurum” (1980), “Ad günü” (1977), “Arxadan vurulan zərbə” (1977), “Dörd bazar günü” (1975), “Dədə Qorqud” (1975), “Dərviş Parisi partladır”, “Qaynana” (1978) və digər filmlərdə kinoaktyorların tələffüzündə və nitqində kobud səhvlərə rast gəlmək olur. Amma bu gün bir qədər razılaşmaq olar ki, radio-televiziya aparıcıları, ziyalılar, natiqlər, kinoaktyorlar və kinorejissorların əksəriyyəti ədəbi dilimizin tələffüz normalarına uyğun şəkildə danışır, onun aydınlığına və səlistliyinə az da olsa riayət edirlər.

 

Ədəbiyyat

1. Dəmirçizadə Ə.M. Müasir Azərbaycan dili. I hissə. Bakı, “Maarif” nəşriyyatı, 1984, səh. 172.

2. Hacıyev T. Azərbaycan ədəbi dili tarixi. Bakı, BDU nəşri, 1976, səh. 13.

3. Mirzəzadə H. Azərbaycan dilinin tarixi morfologiyası. Bakı, 1962. səh. 37, 38, 41.

4. Şirəliyev M. Azərbaycan dili orfoepiyasının əsasları. Bakı. “Azərnəşr”, 1970, səh. 5.

Açar sözlər: dil normaları, orfoepik qaydalar, kinoda nitq, rejisor sənəti, ssenari, aktyor oyunu, montaj, çəkiliş pavilyonu.

Ключевые слова: ударение, произношение слова, грамматические нормы, речь в кино, актёр, киносъёмка, режиссёрское искусство, орфоэпические правила.

Keywords: stress, pronunciation of words, grammar norms, speech in cinema, actor, shooting a film, directing craft, orthoepic rights

 

РЕЗЮМЕ

Cущность орфоэпии на языке кино

Представленная статья рассматривает сущность орфоэпии на языке кино и вопросам ударения. В статье отражены точное написание букв при под­готовке отдельных киносценариев, правильное соединение друг с другом, четкость и кривизна линии, слитное и раздельное написание, произношение, соответствующее обобщенным нормам фонетических норм в составе выра­жений и прочие проблемы. В статье указаны примеры из отдельных фильмов, представлены изъяны в речи и письме киноактёров и кинорежис­сёров. В статье в достаточной степени использованы богатые литературные образцы.

 

SUMMARY

Importance of orthoepy in cinema language

Submitted article is dedicated to the importance of orthoepy and stress issues in cinema language. The problems such as whether letters recorded accurately, their fusing to each other correctly, writing style is clear and ugly, words written separate or adjacent, phonetic units pronounced in the composition of expression in accordance with generalized norms or not and other problems were reflected in the article. Separate cinemas were indicated as an example in the article, the mistakes in languages and writings of movie actors and filmmakers are submitted. Rich literary examples and interesting sources were used sufficiently in article.

 

 

RƏYÇİ: dos.L.Ələkbərova.

 

 

                                                                                      


Pərvin Abdullabəyova

BƏDİİ DİLDƏ QIRMIZI RƏNGİN SEMANTİKASI

Yarandığı gündən təbiətlə təmasda olan insan onu gözəlləşdirən, əlvanlaşdıran rənglərə münasibət göstərmişdir. Təbiətdəki rənglər insanın mənəvi aləminə və psixologiyasına müəyyən dərəcədə təsir etmiş, insan ən azı gül-çiçək yığımında, yemək və geyim rənglərində seçim edərək, onlardan necə faydalandığını büruzə vermişdir. Rənglər insanın dilindən də kənarda qalmamış, müxtəlif məzmunlu əsərlərdə onların məna çalarlarından istifadə edilmişdir. Xüsusilə də bədii dili rənglərsiz təsəvvür etmək mümkün deyil. Rənglərlə bağlı bir çox mətləbləri anladan Azərbaycan folklorunun müxtəlif janrları, yazılı ədəbi örnəklərimiz diqqətədəyər qaynaqlardandır. Rənglərin üslub məqamlarından istifadədə N.Gəncəvinin poetik irsi zənginliyi ilə seçilir. “Azərbaycan yazıçılarının bir qismi, eyni zamanda, böyük alimlər olmuşlar. Nizami Gəncəvinin, sözün əsl mənasında, elmi əsəri məlum deyil. Ancaq onun bədii yaradıcılıq sənəti ilə bərabər, elmi dünyagörüşü bir sıra elm sahələri üçün material verir” (5,  37). Onun rənglərə bələdliyi insanı heyrətdə buraxır. Şairin “Yeddi gözəl” poemasında yeddi rəngin hamısına aid ədəbi-bədii materiallarla qarşılaşırıq. Bu baxımdan, qırmızı rənglə bağlı misralar diqqəti çəkir. “Bəhramın çərşənbə günü qırmızı günbədə getməsi və dördüncü iqlim padşahı qızının hekayə söyləməsi”(4, 168-182)bölməsində qırmızı rəngə daha geniş yer verilsə də, əsərin digər hissələrində də, məsələn, “Bəhramın şənbə günü qara günbədə getməsi və birinci iqlim padşahı qızının hekayə söyləməsi” (4, 127-155) hissəsində də qırmızı rəngdən bəhs edilən məqamlar vardır:

Onun vardı əvvəl bəzək paltarı,

Bəzən al geyərdi, bəzən də sarı.

O, söyüdlər içrə bir gül dəməti,

Yumşaq, nazik, ağ, qırmızı, isti.

Teşt verdi qüsl üçün o könül yarı,

Yaqutdan qırmızı, qızıldan sarı (4, 144).

                Buradan məlum olur ki, Bəhram şahın bəzək paltarlarında al (qırmızı) və sarı rəng üstünlük təşkil edir. Bundan başqa, gül-çiçək dəstələrində də qırmızı əsas rəng­dir. Qırmızı rəng həyəcanlandırıcı, diqqətçəkici təsir yaradır. Bu rəngdən istifadə edənlər enerjili və gülcü olurlar. Qırmızı isti rənglərdən hesab olunur. Fəallığı ilə seçilən bu rəng özünəxas özəlliklərə malikdir. Bundan əvvəl, xalça toxuyanlar və ev­lərini xalça ilə bəzəyən xanımlar bu rəngə üstünlük verərdilər. Əgər xalçaların üstün­də qırmızı və qara rəng yoxdursa, həmin xalçanı bəyənməzdilər. Qırmızı rəng hər hansı bir məkanı olduğundan kiçik göstərir və soyuqluğa istilik, istiliyə isə rahatsızlıq qatır.Mars planetinin təsirialtında olan qırmızı rəngin mələyi Samayeldir. Hər bir rəngin rəqəmləri vardır. Qırmızının rəqəmi 5 hesab olunur. O, həftənin ikinci günü­nün rəngidir. Lakin maraqlıdır ki, Bəhram ikinci yox, üçüncü gün qırmızı ge­yi­nir və qırmızı günbədə gedir. Bunun səbəbi diqqətli araşdırma tələb edir. Çünki Ni­zami heç nəyi elə-belə demir, böyük  və dərin savada malik olan şairin əsər, beyt və misrala­rının məna açılımına ehtiyac vardır. “Yeddi gözəl” poemasında şair rənglərin bilicisi kimi yadda qalır. Onun rənglər haqqında dedikləri hələ tam şəkildə açılmamış qalır.

N.Gəncəvinin “Yeddi gözəl” poemasının “Bəhramın çərşənbə günü qırmızı günbədə getməsi və dördüncü iqlim padşahı qızının hekayə söyləməsi” hissəsində qırmızı rəngin bir sıra üslub keyfiyyətləri açılmışdır:

O gün al rəngini bəzədi ala,

Qırmızı günbədə düzəldi yola.

Sudan lətafətli, oddan qırmızı

Səqlab ölkəsinin slavyan qızı

Bağladı Bəhramın hüzurunda əl,

Günə səcdə edən ay olar gözəl (4, 183).

                Bu misralarda qırmızı rəngin bəzək kimi işlənməsindən danışılır. Aşağıdakı misralarda isə qırmızı rəngin başqa bir məqamı qeyd edilmişdir. Belə ki, insan utandıqda üzü qızarır. N.Gəncəvi bu əlaməti həftənin üçüncü günü qırmızı günbəddə Bəhram şaha  nağıl danışan şah qızının simasında vermişdir:

Əyləndirdi onu gözəl şah qızı,

Paltarı üzütək oldu qırmızı (4, 199).

Əsərdə Bəhramın al-qırmızı geyimi arzuya çatmaq, xeyirdən nişan vermək kimi mənalandırılmışdır:

Al geyimlə yetib kama o cavan,

Al rəng oldu ona xeyirdən nişan (4, 199).

El arasında qara rəngin mənalarından biri zülmət, yas, qırmızının əsas mənalarından biri isə sevinc, şadlıq bildirməsidir. N.Gəncəvinin aşağıdakı misralarında bu mənalar yerinə düşmüşdür: 

Al geyib zülmətdən çıxdı bu minval,

Bu gündən bəzəyi onun oldu al.

Geyindi qırmızı, yaşadı gümrah,

Ona ad verdilər: Al geyimli şah (4, 199).

Qırmızı istilik, qan, od, ehtiras, eşk, hərəkət, qüvvət və aqressivlik anlamlarını da ifadə edir. Bu rəng qan dövranını gücləndirə bilir. Qırmızı rəng onunla təmasda olan insanları tez qərar qəbul etməyə təhrik edir.  N.Gəncəvinin yaradıcılılğından məlum olur ki, qırmızı, həm də təzəlik nişanəsidir:

Al təzə bəzəkdir qəlbə, əziz tut,

Hər zaman bahadır qırmızı yaqut.

Zər qırmızı kükürd adını aldı,

Qırmızı geyməkdə adı ucaldı (4, 199).

Qırmızı rəngin diqqətə səbəb olması bəllidir. Belə ki, qırmızı qələmlə yazılan sözlər, qırmızı rəngli əşyalar insanların diqqətini tez çəkir. İnsanın gözü qırmızı rəngi tez seçə bilir. Qırmızı rəngli patlarlar insanın ruhunu oxşayır və duyğularını oyadır. Hər bir rəngin həm mənfi, həm də müsbət çaları olduğu kimi, qırmızı da belə keyfiy­yətlərə malikdir. O, mübahisələrin qızışmasına da səbəb ola bilir. Təsadüfi deyildir ki, bu rəngin eqoizm rəngləri sırasında olması haqqında fikirlər formalaş­mışdır. Araşdırmalar göstərir ki, harda qırmızı rəngdən adda-budda istifadə edilirsə, insan­larda zaman anlayışı zəifləyir və onlar zaman haqqında düşünmürlər. Qida qəbul olu­nan otaqda qırmızı rəngin olması iştahı artırır. Bu rəng əsəb sisteminə ağrıkəsici təsir edir, həzm prosesini nizama salır. Yəqin ki, yeməkxanalarda qırmızı rəngə fikir veril­məsi bununla bağlıdır. Belə ki, qırmızı əşya və pərdələrdən istifadə insanları burada uzun zaman qalmağa və sözsüz ki, pul xərcləməyə sövq edir. Dünyadakı ərzaq firmalarının çoxunun loqosunda qırmızı rəngin işlənməsi bununla bağlıdır. Məsuliy­yətli yarışlardan əvvəl idmançılara qırmızı eynək taxmaq tövsiyə olunur. Araşdır­malar qırmızı rəngi xoşlayan uşaqların digərləri ilə müqayisədə daha səmimi və fəal olduqlarını müəyyənləşdirmişdir.

N.Gəncəvinin dilində qırmızı rəngin, əsasən, müsbət anlamlarından danışılır. Şairin dilində insanın yaşamını şərtləndirən qanın qırmızı rəngdə olması bir daha vurğulanır:

Qan ki ruhumuza qarışıb yaşar,

Canın bu lütfündə qırmızılıq var.

Ey insan oğlunda yaxşılıq gəzən,

Əsl yaxşılığı al rəngdə bil sən (4, 199).

Şair qızılgülün güllər içərisində “qızıl” sayılmasını, “güllərin şahı” hesab edilməsini onun qırmızı rəngi ilə əlaqələndirir:

Qızılgül olmasa qırmızı hərgah,

Güllərin içində sayılmazdı şah (4, 199).

                N.Gəncəvinin dilində qırmızının od rəmzi olması, əlvanlıq yaratması və sevilən meyvələrdən narın da bu rəngə sahibliyi qeyd olunur:

Əlvan torpağının mənzərəsi var,

Rəngi qıpqırmızı, özü od saçar (, 208).

Al şərab bağıymış sanki almalar,

Əqiq sandığına oxşayırdı nar (4, 210).

                Maraqlıdır ki, rənglərin də bir-biri ilə “ünsiyyəti” vardır. Belə ki, onların hamısı bir-birinin yanında ola bilmir. Bəzən belə hesab edirlər ki, qırmızı ilə yaşıl isə bir yerdə olmamalıdır. Fikrimizcə, bu, düzgün fikir deyil. Belə ki, qırmızı ən çox sarının və yaşılın yanında gəlir. Aşıq Qurbaninin məşhur qoşmasında da belədir:

Al-yaşıl geyinib durma qarşıda,

                                  Yayın, bədnəzərdən, göz dəyər sənə (2,49).

                N.Gəncəvinin dilində də qırmızı rəng yaşıl və sarı ilə qoşa dayanır:

Mən hələ demirəm bir yanı sarı,

Bir yanı qırmızı şaftalıları (4, 210).

 

Nəhayət, başını qaldırdı yerdən,

Gördü qabağında bir insan birdən.

Yaşıl geyinmişdi asiman kimi,

Üzü qırmızıydı aydın dan kimi (4, 213).

                N.Gəncəvinin “Yeddi gözəl” poeması göstərir ki, qırmızı enerji və gücü çoxal­daraq hakimiyyət qurmağa sövq edən bir rəngdir. Bu rəng, bir tərəfdən də,  insanın yaşam haqlarının ve həyata bağlılığının simvoludur, o, fiziki sağlamlığı da göstərir.  Bu rəngdən çox istifadə həyəcana səbəb olur, hər hansı bir şeyə diqqəti artırır.

Əli bəy Hüseynzadə “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” əsərində qırmızı, qara və yaşıl rənglərin dərin siyasi məna qatlarını üzə çıxarır (1). Əsərin adı simçvolik xarakter daşıyır. Əli bəy Hüseynzadə rəngləri dilimizin qüdrəti ilə bağlayır. Onun dilində “qırmızı yalanlar”ifadəsi vardır. Sözsüz ki, bu rəngin mənalarından biri ilə bağlıdır. Məqalənin adındakı “qırmızı qaranlıq” ifadəsi Əli bəyin qələminə xas olan dil-üslub faktıdır.  Qırmızı burada inqilab rəmzi kimi diqqəti çəkir. 

Bütün rənglər kimi qırmızı rəngin də müxtəlif çalarları və məna anlamları vardır. Ona fasiləsiz olaraq baxdıqda sinir gərginliyi yaradır. Bu baxımdan, xəstəxanaların həyətində qırmızı çiçəklərin çoxluq təşkil etməsi düzgün deyil. Qırmızı rəng qan təzyiqinin yüksəlməsinə və qanın sürətli axmasına səbəb olur.

Qırmızı rəngin çalarları çoxdur. Bu rəng ikili xüsusiyyətə malikdir. Parlaq və şəffaf olduqda insanda bir həvəs və coşqunluq yaranmasına təsir edir. Bəzi hallarda üsyankarlıqdan nifrətə qədər müxtəlif cəhətlərə yol açır. Mozaikal (qarışıq) qırmı­zının müxtəlif mənaları vardır. Tünd-qırmızı rəng ehtirası gücləndirir, qarışıq, du­manlı qırmızı isə onu azaldır. Şabalıdı tona malik olan qırmızı qorxu ifadə edir. Qır­mızının tərkibindəki şabalıdı rəng tündləşərək qaraya çevrildikdə mənfi niyyət­lərin daşıyıcısı kimi təsir bağışlayır. Yüngül sarı rənglə qarışan qırmızı rəng arzulara aid olmayan duyğular oyadır. Açıq-qırmızı sinirli vəziyyətlərə yol aça bilir. Parlaq gül rəngi tonuna malik olan qırmızı övlad və ailə məhəbbətinin rəmzi hesab olunur. Bəl­kə də buna görədir ki, analar övladlarını evləndirərkən aldıqları əşya və geyim­lərin daha çox qırmızı rəngdə olanlarını seçirlər. Deməli, qırmızı sevinclə bərabər, məhəbbət də ifadə edir. Qırmızının qızılgül çaları ürəyiyumşaqlığa və rahatlığa işarə edir.  Ağla qarışıq qırmızı ürəyəyatan bir təsir oyadır. Onların ahəngi təmizlik və harmoniya assosiasiyası yaradır. Qırmızı ən isti rəng hesab olunur. O, hərəkət, həyat və gənclik rəngidir, fiziki mənada dinamikliyi, duyğu və düşüncə anlamında isə xoşbəxtlik və əzmi ifadə edir. Beləliklə, rənglərin də dili vardır. Yaxın məsafələrdən  qırmızı rəngi seçmək asan olur. Ona görə də xəbərdarlıq işarələrində qırmızı rəng üstünlüyü ilə seçilir. Lakin uzaq məsafələr üçün bu rəng əlverişli deyil. Ona görə də belə zamanlarda mavi rəngə daha çox önəm verilir.  Buradan bəlli olur ki, qırmızı və mavi rənglər arasında incə bir ziddiyyət vardır. Spektrdəki rənglərin sıralanmasında da bu, aydın şəkildə görünür. Belə ki, qırmızı əsəb yaradan rənglərin birincisi, mavi isə sakitlik ifadə edən rənglərin ikincisidir. Qırmızı diqqətçəklici olsa da, uzun zaman onunla təmasda olmaq rahatsızlıq və narahatlıq yaradır. Burada qırmızının daxili təzadları meydana çıxır: o, əvvəlcə insanın diqqətini çəkir, bir qədər sonra isə diqqətin özündən uzaqlaşmasına səbəb olur. Əgər diqqət uzun müddət qırmızı rəngə yönələrsə, hiddət və kopbudluğa səbəb ola bilər. İflic və qan azlığı xəstəliklərinin müalicəsinə, qəmginliyi aradan qaldırmaqda kədərli insanlara  kömək edə bilər.

Beləliklə, qırmızı rəngin məna və xüsusiyyətləri bədii dilə də dərindən təsir edir və müxtəlif üslub imkanları və keyfiyyətlərinin yaranmasına səbəb olur.

ƏDƏBİYYAT

  1. Hüseynzadə Ə. Qırmızı qaranlıqlar içində yaşıl işıqlar / Hüseynzadə Ə. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2007, 480 s., s. 181-190.
  2. Qurbani. Əsərləri. Bakı, Şərq-Qərb, 2008, 232 s.
  3. Mədətoğlu A. Türklərdə rənglər və rəng anlayışı / “Türküstan” qəzeti, 24-fevral-02 mart 2013-cü il, s. 14.
  4. Nizami Gəncəvi. Yeddi gözəl. Bakı, Lider, 2004, 336 s.
  5. Seyidov Y. Xalq yazıçısı Elçin. Bakı, Bakı Universitetri Nəşriyyatı, 2012, 324 s.

 

BƏDİİ DİLDƏ QIRMIZI RƏNGİN SEMANTİKASI

                                                                          XÜLASƏ

Məqalədə rənglərin linqvistik xüsusiyyətlərindən danışılır. Bu baxımdan, bədii üslubda qırmızı rəngin mövqeyi aydınlaşdırılır. Müxtəlif bədii əsərlərdəki dil faktlarından istifadə olunur və qırmızı rəngin üslub imkanları üzə çıxarılır. Məqalədə göstərilir ki, poetik dildə rənglər zəngin üslub xüsusiyyətlərinə malik olan leksik-semantik vahidlərdir. Rənglərin üslub keyfiyyətlərinin təyin edilməsində Azərbaycan bədii dili maraqlı materiallar verir. Araşdırma çox qədim zamanlardan bəri türk xalqlarının rənglərin anlamlarına dərindən bələd olduğunu göstərir.

Açar sözlər: rəng, yaşıl, poetika, ədəbi dil, üslub.

                                                                                             

СЕМАНТИКА КРАСНОГО ЦВЕТА В ПОЕТИЧЕСКОМ ЯЗЫКЕ

РЕЗЮМЕ

                В статье говорится о лингвистических особенностях красок. С этой точки зрения поясняется позиция красного цвета в художественном стиле. Исполь­зуются языковые факторы различных  художественных произведений и выяв­ляются стилевые возможности красного цвета. В статье отмечается, что краски, являясь лексико-семантической единицей, обладают богатыми стилевы­ми особенностями. Азербайджанский художественный язык дает интересные мате­риалы для определения стилевых качеств красок.

Ключевые слова: краска, красный, поэтика, художественный язык, стиль.

 

SEMANTICS OF RED COLOUR IN POETİCAL LANGUAGE

                                   SUMMARY

The article deals with the linguistic features of  colours. For this purpose, the position of red colour is clarified in poetical style. The language facts in different literary works are used and the style possibilities of red colour are presented. The article points out that, the colours in the poetic language are the lexical-semantical units which have rich poetical features. Azerebaijan literary language gives interesting materials in determining the style qualities of colours. Investigation shows that, turkish people are deeply aware of the meanings of colours from the ancient times.

Key words: colour, red, poetic, literary language, style.

 

RƏYÇİ: dos. E.Vəliyeva                     

 


Vəfa Vaqif qızı Bağırzadə

FRANSIZ DİLİNDƏ NİSBİ BUDAQ CÜMLƏLƏRİN

EKVİVALENTLƏRİ

Dil mürəkkəb bir sistem kimi daim inkişaf edir və dəyişir. Cəmiyyətin inkişafı, insanların getdikcə daha mürəkkəb münasibətləri ifadə etmək ehtiyacı ilə dildə yeni-yeni dil vahidləri yaranır. Bu və ya digər fikrin müxtəlif dil vahidləri ilə ifadə edilə bilməsi isə dilin hərtərəfliliyi və imkanlarının tükənməz olması ilə əlaqədardır. Sintaktik səviyyədə bir kateqoriyadan olan cümlələrin digər kateqoriyadan olan cümlələrlə, qarşılıqlı olaraq, cümlələrin əsas mənasına xələl gətirilmədən əvəz edilə bilməsi dili stilistik baxımdan daha rəngarəng edir.

Dil vahidlərinin bir-birilərini əvəz etməsi özünü sintaktik səviyyədə də göstərir. Demək olar ki, əksər dillərdə tabeli mürəkkəb cümlələri digər sintaktik vahidlərlə ifadə etmək  mümkündür. Bu hal fransız dilinin nisbi sifət budaq cümlələri üçün də keçərlidir.

Fransız dilinin nisbi budaq cümlələrinin məna və vəzifə baxımından digər sintaktik vasitələrlə əvəz oluna bilməsini qeyd edən “Fransız dilində cümlə sintaksisi” (Syntaxe de la phrase française) kitabının müəllifləri A. G. Basmanova və A. N. Tarassova əsasən “qui” və “que” nisbi əvəzlikləri ilə daxil olan nisbi budaq cümlələrin ekvivalentlərini nəzərdən keçirmişlər [1; 128-129]. Belə ki, onlar fransız dilinin “qui” nisbi əvəzliyi ilə daxil olan nisbi budaq cümlələrinin həm məna, həm də funksiya baxımından indiki zamanda işlənən, ismə və şəxs əvəzliyinə aid olan feili sifətlərə, keçmiş zaman feili sifətlərinə, sifətlərə, sözönülü və sözönüsüz məsdərlərlə işlənən cümlələrə uyğun gəldiyini qeyd edirlər.

“Qui” nisbi əvəzliyi ilə daxil olan budaq cümlələr :

1. İndiki zaman feli sifətinə uyğun gəlir:

Budaq cümlə ismə aid olduqda : Le garçon jouait avec son chien qui jappait de joie – Le garçon jouait avec son chien jappant de joie (Oğlan sevincdən hürən iti ilə oynayırdı). Cette fois il avait distingué nettement une phrase qui s’élevait pendant quelques instants au dessus des ondes sonores – Cette fois il avait distingué nettement une phrase s’élevant pendant quelques instants au dessus des ondes sonores (Bu dəfə o gurultulu dalğaların içərisindən bir anda yüksələn bir cümləni aydın şəkildə eşitdi) (Proust).

Budaq cümlə şəxs əvəzliyinə aid olduqda: Je l’ai vu qui descendait l’escalier – Je l’ai vu descendant l’escalier. Qeyd etmək lazımdır ki, bu cümlə atributiv nisbi budaq cümlədir. Azərbaycan dilində bu cümlə həm iki müstəqil cümlə ilə, həm də bir tamamlıq budaq cümləsi ilə verilə bilər. Mən onu görürəm. O pilləkəni düşür və yaxud Mən onun pilləkəni düşdüyünü görürəm. Digər bir cümlə: Je les ai laissés hurlant à pleine gueule (Mən onları ucadan qışqıra-qışqıra danışan yerdə qoyub çıxdım).

2. Keçmiş zaman feili sifətinə, ayrıca işlənən sifətə uyğun gəlir: Bu zaman nisbi budaq cümlənin predikatı “être” köməkçi felindən ibarət olmalıdır və bundan əlavə, burada keçmiş zamanlılıq göstərilməlidir.

Maman, qui était assise près du feu, lisait une lettre – Maman, assise près du feu lisait une lettre (Ocağın yanında oturmuş ana məktub oxuyurdu), İls avaient souvent fréquenté ensemble ce genre de restaurants-là, qui étaient plus nombreux autrefois - İls avaient souvent fréquenté ensemble ce genre de restaurants - là, autrefois plus nombreux (Simenon) (Onlar əvvəllər daha çox olan bu tip restoranlara tez-tez gediblər).

3. Məsdərli cümləyə uyğun gəlir :

Budaq cümlə qavrama feillərindən birinin vasitəsiz tamamlığı vəzifəsində çıxış edən ismə və əvəzliyə aiddirsə, bu zaman məsdər sözönüsüz işlənir. Je l’entendais qui faisait les cent pas dans sa chambre – Je l’entendais faire les cent pas dans sa chambre (Mən onun öz otağında 100 addım atdığını eşidirdim və ya mən otağında 100 addım atanı eşidirdim, Mən onu eşidirdim. O, otağında 100 addım atırdı). Digər bir misal: Elle les entendait bavarder dans le couloir.(O onları eşidirdi. Onlar koridorda söhbət edirdilər və ya o onların koridorda söhbət etdiyini eşidirdi). Qeyd edək ki, bunlar atributiv budaq cümlələrdir.

Əgər budaq cümlə “il y a” ifadəsi ilə işlənən sözü tamamlayırsa bu zaman məsdər “pour” sözönüsü ilə işlənir. İl y a des femmes qui souffrent en silence – İl y a des femmes pour souffrir en silence (Qadınlar gizli-gizli, sakitcə əzab çəkirlər); İl y avait des gens pour se moquer de Reeves, mais il y en avait d’autres pour le soupçonner d’être un redoutable humoriste (Simenon) (Bəzi gənclər, Rivi ələ salırdılar, lakin elələri də var idi ki, onu dəhşət güclü bir yumorist hesab edirdilər). Qeyd etmək lazımdır ki, fransız dilinin “il y a” ifadəsi ilə başlayan və H. Prebensenin yalançı təyinedicilərə aid etdiyi bu təqdimedici nisbi budaq cümlələr zahirən Azərbaycan dilində əsl təyin budaq cümlələrinə uyğun gəlir. Məsələn: Elə gəlinlər var ki, yumurtanın ağını bu gün yeyir, sarısını sabaha saxlayır. Lakin bu cümlələr bir-birinə bənzəsələr də fransız dilinin “İl y a” ifadəsi ilə başlayan nisbi budaq cümlələri anaforik əlaqə əsasında qurulmadığına görə əsl nisbi budaq cümlələr hesab edilmir.

“Que” nisbi əvəzliyi ilə daxil olan budaq cümlələr:

Qeyd etmək lazımdır ki, müəlliflər “qui” nisbi əvəzliyi ilə daxil olan cümlələrdən fərqli olaraq “que” nisbi əvəzliyi ilə daxil olan nisbi budaq cümləli tabeli mürəkkəb cümlələri əsasən məsdərli cümlələrlə əvəz etmişlər. Onlar nisbi budaq cümlələrin əvəz edildiyi məsdərli cümlələrdə məsdərlərin “à” və “de” sözönüləri ilə müşayiət olunduğunu qeyd etmişlər. “Que” nisbi əvəzliyi ilə daxil olan nisbi budaq cümlələrin əvəz edildiyi məsdərli cümlələrin əsas 3 tipini verən A.G. Basmanova və A.N. Tarassova səhvən I tipin 2- ci cümləsində, III tipdə yenə də “qui” nisbi əvəzliyi ilə daxil olan cümlələri qeyd etmişlər [1 ; 128-129].

1. De + məsdərlə əvəz oluna bilər, o halda ki, nisbi budaq cümlə özü məsdərdən ibarət olsun. C’est bête, ce besoin que nous avons de plaire aux hommes – C’est bête, ce besoin de plaire aux hommes. Bizim insanlara xoş gəlmək istəyimiz (həvəsimiz) axmaqlıqdır. C’est pourquoi des millions de dollars sont dépensés chaque année dans le fol espoir (qui la rend) de la rendre plus tolérable (Courtade) (Ona görə də hər il axmaq ümidlə onu daha münasib etmək üçün milyonlarla dollar xərclənir).

2. Â + məsdərlə əvəz oluna bilər, o halda ki, nisbi budaq cümlə nail olunacaq bir məqsədi və ya mümkün bir nəticəni vurğulasın. Il n’y avait plus chez elle rien qu’on puisse vendre – İl n’y avait plus chez elle rien à vendre (Onlarda daha satılmalı (satılası, satılacaq) heç bir şey yox idi). Le chef a apporté des papiers qu’on devait taper – Le chef a apporté des papiers à taper (Chef çap olunmalı (çap olunacaq) kağızlar gətirdi). Qeyd etmək lazımdır ki, Azərbaycan dilində fransız dilindən fərqli olaraq gələcək zamanda işlənən feli sifətlər mövcuddur.

3. Â + məsdərlə əvəz oluna bilər, o halda ki, nisbi budaq cümlədə le seul, le premier, le dernier sözləri işlənsin. Paul était le seul qui travaille jour et nuit – Paul était le seul à travailler jour et nuit (Pol gecə və gündüz işləyən yeganə adam idi və ya Pol yeganə adam idi ki, gecə və gündüz işləyirdi). Elle était la première à reconnaitre au bout du chemin le pas de Mm Naquet (Simenon). O uzaq məsafədən Madam Naketin addımını tanıyan yeganə adam idi və ya o yeganə adam idi ki, uzaq məsafədən madam Naketin addımını tanıyırdı.

Belə ki, I tipin 2-ci cümləsinə və III tipdə yerləşdirilən cümlələrə baxsaq bu cümlələrin “qui” nisbi əvəzliyi ilə daxil olan nisbi budaq cümlələr olduğunun şahidi olarıq. Bundan əlavə müəlliflər “que” nisbi əvəzliyinin yalnız məsdərli cümlələrlə əvəz oluna bildiyini qeyd etmiş və onların feli sifətlərlə əvəz oluna bilməsindən bəhs etməmişlər.

A.L. Afanasyeva “Təyini konstruksiyalarda əvvəlkizamanlılığı ifadə edən vasitə­lərin sinonimliyi” adlı məqaləsində (Синонимия способов выражения предшество­вания определительной конструкции) “qui” və “que” nisbi əvəzlikləri ilə daxil olan nisbi budaq cümlələrin, əsasən, feli sifətli cümlələrlə əvəz olunduğunu qeyd edir [2 ; 59-69]. Belə ki, müəllif hər iki konstruksiyanın malik olduğu funksiyalardan birinin də cümlədə bir hərəkətin digər hərəkətdən əvvəl gəlməsini göstərməkdən ibarət olduğunu qeyd edir. Lakin, cümlədə əvvəlkizamanlılığı göstərmək üçün şəxsli (nisbi budaq cümlə) və şəxssiz (feili sifət) feil formalarını tədqiq edən A.L.Afanasyeva qeyd edir ki, zaman münasibətlərinin dəqiq ifadə olunmasında – cümlədə hadisələrin qarşılaş­dırılması, hadisələrin ardıcıllığının daha düzgün verilməsində nisbi budaq cümlələrinin rolu feili sifət tərkiblərinə nisbətən daha üstündür. A.L.Afanasyevaya görə, feili sifət konstruksiyası cümlədə o zaman işlənir ki, o orada kifayət qədər məna dəqiqliyinə malik olsun. Yəni cümlədə əvvəlkizamanlılığın mənası təkcə feili sifətlə deyil, digər leksik vahidlərlə də möhkəmlənməlidir. Məsələn: İl vit que la mère de ... Letelier, morte depuis quelques années, était né à Alevin (O gördü ki, Lötöliyenin bir neçə il bundan əvvəl ölmüş anası burada anadan olubmuş). Bu cümlədə leksik vahid “depuis quelques années” ifadəsidir [2; 64].

“Que” nisbi əvəzliyi ilə daxil olan nisbi budaq cümlələrə gəldikdə isə A.G. Basmanova və A.N.Tarassovadan fərqli olaraq A.L. Afanasyeva bu konstruksiyaların feili sifət tərkibləri ilə əvəz olunduğunu qeyd edir. Məsələn: Une chaise qu’elle avait aimée (onun sevdiyi stul) – une chaise aimée (sevilən stul) və yaxud Le spectacle qu’il avait vu cent fois (Onun yüz dəfə gördüyü film) – le spectacle vu cent fois (yüz dəfə baxılmış film). Lakin verilmiş konstruksiyalardan da aydın görmək olur ki, ikincilər – une chaise aimée, vu cent fois feli sifətləri nəinki əvvəlkizamanlılığı, hətta hərəkətin subyektini də dəqiq verə bilmir [2 ; 68]. Beləliklə, müəllifin fikrincə, bu konstruksiyalar arasında tam eyniyyət yoxdur. Doğrudan da nisbi budaq cümlələr feili sifətlərlə əvəz edildikdə feili sifətlər əvəz etdiyi konstruksiyaların ümumi mənasını, yəni baş cümləyə lazım olan təyinlik mənasını ifadə edə bilirlər. Lakin yuxarıda da qeyd edildiyi kimi zaman münasibətlərinin dəqiqləşdirilməsini, subyektin vurğulanmasını nəzərə alsaq deyə bilərik ki, onlar tam olaraq eyni deyillər.

Nisbi budaq cümlələrin digər sintaktik vasitələrlə əvəz olunmasının mümkün oldugunu qeyd edən V.Q. Qak məhdudlaşdırıcı nisbi budaq cümlələrin sinonimi kimi təyini - Le chat qui appartient à ma voisine est très beau – Le chat de ma voisine est très beau, izahedici budaq cümlələrin sinonimi kimi isə ayrıca yazılan təyini (yəni xüsusiləşmiş təyini), zərflik budaq cümləsini və müstəqil cümləni qeyd edir. Lechat, quiestsatisfait, ronronne – Lechat, satisfait, ronronne – Lechatronronneparcequ’ilest satisfait – Le chat ronronne. Elle est satisfait [3; 199].

Qeyd etmək lazımdır ki, fransız dilində feili sifətlər də nisbi budaq cümlələr kimi baş cümlənin mənası üçün zəruri olub olmamasına görə iki qrupa ayrılır. Belə ki, nisbi sifət budaq cümlələrinin məhdudlaşdırıcı növünə feili sifətin “birləşmiş” (intégré) növü, izahedici növünə isə feili sifətin “détaché” (ayrılmış) növü müvafiq gəlir. Əslində, “birləşmiş – ayrılmış” dixotomiyası Kleyberdən gəlir və klassik “məhdudlaşdırıcı-izahedici” (restrictive - appositive) dixotomiyasını əvəz edir [4; 153].

Saskia Kind özünün “Təyini konstruksiyalarda indiki zaman feili sifəti “qui” nisbi əvəzliyi ilə başlayan nisbi sifət budaq cümlələrinin təxmini ekvivalenti kimi” (Le participe présent en emploi adnominal comme prétendu équivalent de la relative en qui) adlı məqaləsində nisbi budaq cümlələrin indiki zaman feili sifətləri ilə bir sıra xüsusiyyətləri bölüşdüyünü qeyd edir [5]. Belə ki, o, indiki zaman feili sifətinin bir­ləşmiş növünün məhdudlaşdırıcı nisbi sifət budaq cümlələr kimi ismə birləşərək II predikativlik yaratmadığını, indiki zaman feili sifətinin ayrılmış növünün isə əksinə nisbi sifət budaq cümlələrinin izahedici növü kimi isim qrupundan vergüllə ayrıldığını və II predikativlik yaratdığını qeyd edir. Müəllifin fikrincə, indiki zaman feili sifətinin birləşmiş növü isim qrupuna asanlıqla birləşərək onun tərkib hissəsi olduğuna və predi­kativlik yaratmadığına görə II dərəcəli statusa malikdir. Belə ki, həm nisbi sifət budaq cümlələrinin məhdudlaşdırıcı növü, həm də indiki zaman feili sifətinin birləşmiş növü isimlə və isim qrupu ilə tam bir vahid təşkil edir. S. Kind birləşmiş və məhdud­laşdırıcı kostruksiyalar arasında daha bir oxşar cəhət görür. Belə ki, bu konstruk­siya­ların hər ikisi cümlədən çıxarıldıqda cümlə mənasını itirir. Müəllif misallarla fikrini əsaslandırır:

1. Le général Jeremy Moore, commandant les forces terrestres débarquées aux Malouines, s’adresse, lundi 7 juin, par radio, au général Mario Benjamin Menendez, assiégé dans Port Stanley (Le Point, 1982) (Falklənd adalarındakı quru qoşunlarının komandanı Jeremi Mur 7 iyun, bazar ertəsi radio vasitəsilə Stenli limanında mühasirəyə alınmış Mario Benjamin Menendezə müraciət edir).

2. Les gens venant de Bruxelles doivent prendre l’autoroute de Luxembourg (Brüsseldən gələn adamlar Lüksemburq yolu ilə getməlidirlər).

3. J’ai parlé à des gens venant de Bruxelles (Mən Brüsseldən gələn adamlarla danışdım).

Bu cümlələrdən yalnız birincisində indiki zaman feili sifəti “ayrılmış” növdədir və nisbi sifət budaq cümlələrinin izahedici növünə müvafiq gəlir. Digər cümlələrdəki feili sifətlər “birləşmiş” növdə işlənmişlər. Bu (II və III cümlədən) cümlələrdən “venant de Bruxelles” feili sifətini çıxardıqda cümlələr cümlə halında qalır, yəni müəyyən bir məna verir. Lakin verməli olduğu mənanı verə bilmir. Bu zaman I cümlə - Brüsseldən  gələn adamlar Lüksemburq yolu ilə getməlidirlər – cümləsi -  Adamlar Lüksemburq yolu ilə getməlidirlər, II cümlə - Mən Brüsseldən gələn adamlarla danışdım cümləsi isə - Mən adamlarla danışdım – cümləsi ilə əvəz olunacaq. Hər iki cümlədə hansı sualına cavab verən təyin götürülmüşdür. Saskiya Kind təyin funksiyası daşıyan hər iki konstruksiya ilə bağlı deyir: “ Belə ki, isim qrupuna birləşən, isim qrupu ilə birlikdə tərkib əmələ gətirən birləşmiş feili sifət nisbi sifət budaq cümlələrinin semantik növü olan məhdudlaşdırıcı nisbi budaq cümlələr kimi təyin funksiyasında çıxış edir”. Adamlar sözünün Brüsseldən gələnadamlara qədər məhdudlaşdırıldığına görə belə nəticəyə gəlirik ki, indiki zaman feili sifəti də məhdudlaşdırıcı nisbi budaq cümlə kimi məhdudlaşdırıcılıq xüsusiyyətinə, yəni ümumidən bir hissəni ayira bilmə xüsusiyyətinə malikdir.

Nisbi budaq cümlələrin izahedici növünə müvafiq gələn indiki zaman feili sifə­tinin ayrılmış növünə gəldikdə isə S. Kind belə cümlələrin, əsasən, jurnalistikada iş­lən­diyini qeyd edir. Jurnalistlər hər hansı bir subyekt funksiyası daşıyan isim qrupunun re­ferenti haqqında toplanmış məlumatları qəzetin və jurnalın məhdud bir hissəsinə yer­ləşsin deyə bir qədər sıxmaq məqsədilə bu cür cümlələrdən istifadə edirlər. Bu zaman feili sifət isim qrupu haqqında əlavə məlumat verməklə mətnin və ya məqalənin an­laşılmasına kömək edir, lakin baş cümlədə təsvir olunan işə və ya hadisəyə dəxli olmur.

S.Kind G. Kleyberin nisbi budaq cümlələrlə bağlı apardığı tədqiqatlardan bəhs edərək  qeyd edir : G. Kleyber xüsusiləşmiş təyin funksiyasını icra edən feili sifətlər, yəni ayrılmış feili sifətlər və izahedici nisbi budaq cümlələr arasında bir sıra ümumi xüsusiyyətlər görür. Kleyber baş cümlədən ayrılan və baş cümləyə münasibətdə müəyyən bir müstəqilliyə malik olan bu konstruksiyaların hər ikisinin zərflik çaları daşıdığını qeyd edirvə misallar üzərində fikrini izah edir: Un loup, qui sentait venir la mort, se coucha à terre (Ölümün yaxınlaşdığını hiss edən canavar yerə uzandı). Müəllif “qui sentait venir la mort” nisbi budaq cümləsini “sentant venir la mort” feili sifəti ilə əvəz edərək hər iki cümlədə (Un loup, qui sentait venir la mort, se coucha à terre və Un loup, sentant venir la mort, se coucha à terre) zərflik çalarının olduğunu qeyd edir. Lakin qeyd etmək lazımdır ki, cümlədə bu konstruksiyaların, əsasən, hansı funksiyanı daşıması bizim üçün əhəmiyyət daşıyır. Belə ki, ayrılmış təyin funksiyasında işlənən indiki zaman feili sifətinin əsas funksiyası birinci predikativlə (və ya birinci predikativə nəzərən) zərflik əlaqəsi yaratmaqdırsa, izahedici nisbi budaq cümlənin başlıca funksiyası isim qrupu ilə bağlı əlavə məlumat verməkdən ibarətdir. Buradan da görünür ki, nisbi budaq cümlə feili sifətlə əvəz olunduqda bu cümlələr arasında müəyyən məna fərqləri özünü büruzə verir [4 ; 134].

S. Kind indiki zaman feili sifəti ilə “qui” nisbi əvəzliyi ilə daxil olan nisbi budaq cümlələr arasında digər bir fərqi də nəzərimizə çatdırır. Bu fərq ondan ibarətdir ki, indiki zaman feili sifəti ancaq mübtəda rolunda çıxış edən isim qrupunu müəyyən edə bilir. Belə ki, feili sifət baş cümlənin nə vasitəli, nə də vasitəsiz tamamlığını müəyyən edə bilir. Məsələn:  1. Olivier a téléphoné à Pierre, qui voulait plus d’informations sur l’emploie d’un appareil (Olivye aparatın istifadəsi ilə bağlı daha çox məlumat istəyən Pyerə zəng etdi).  2. Olivier a téléphoné à Pierre, voulant plus d’informations sur l’emploie d’un appareil. Birinci cümlədə istifadə olunan izahedici nisbi budaq cümlə baş cümlədə vasitəli tamamlıq rolunda çıxış edən Pyerə aiddir, halbuki ikinci cümlədə xüsusiləşmiş təyin funksiyasında çıxış edən feili sifət Olivyeyə aiddir. Bu cümlədən də aydın görünür ki, yuxarıda qeyd etdiyimiz kimi feili sifət heç də həmişə “qui” nisbi əvəzliyi ilə daxil olan cümlələri əvəz edə bilmir. Belə ki, birinci cümlədəki izahedici nisbi budaq cümlə feili sifətlə əvəz edilidikdə məna tamamilə dəyişir. Feili sifət təyinedici, müəyyənedici funksiyasını yalnız mübtəda yerində işlənən isim qrupunun yanında yerinə yetirir.

Ümumiyyətlə, indiki zaman feili sifəti ilə nisbi budaq cümlə arasında ən əsas fərq isə birincilərdə feilin bitməmiş formasının, ikincilərdə isə feilin bitmiş formasının işlən­məsidir. Bitməmiş feil formaları, əsasən, feilə məxsus əlamətlər daşıyır və feilin növünü ifadə edirsə, bitmiş feil forması bunlardan başqa həmçinin şəkil və zaman münasibət­lərini də ifadə edir. Kleyber feili sifətin nisbi budaq cümlədən fərqli olaraq xəbər şəkli ilə ifadə olunmuş feillə arzu şəklində ifadə olunmuş feil arasında heç bir fərq görmə­diyini qeyd edir [4 ; 59]. Bundan başqa fransız dilində indiki zaman feili sifəti nisbi budaq cümlədən fərqli olaraq əsas feilə nəzərən eynizamanlılıq və sonrakı zamanlılıq bildirir. Onu da qeyd etmək lazımdır ki, fransız dilinin indiki zaman feili sifətinin həm eynizamanlılıq, həm də sonrakızamanlılıq bildirməsi üçün eyni sonluğa (ant) malik olmasına baxmayaraq, Azərbaycan dilinin feili sifətləri indiki və sonrakı zamanı bildirmək üçün müxtəlif sonluqlara malikdir. İndikizamanlılığı bildirmək üçün “an2” feili sifət şəkilçisindən (Görül(ən) işlər, yazıl(an) məqalələr, həllolun(an) məsələlər və s.), sonrakı zamanlılığı bildirmək üçün isə “ası2”, “acaq2” feili sifət şəkilçilərindən istifadə olunur. (Görül (əcək) (əsi) işlər, yazıl(acaq) (ası) məqalələr, həll olun(acaq) (ası) məsələlər və s.).

Doğrudur, sintaktik baxımdan tabeli mürəkkəb cümlələr və feili sifət və feili sifət tərkibləri ilə genişləndirilmiş sadə cümlələr sinonimdir. Onları çox asanlıqla bir-biriləri ilə əvəz etmək mümkündür. Lakin S. Kindin indiki zaman feili sifəti və nisbi budaq cümlə ilə bağlı yazdığı məqalənin adından da göründüyü kimi feili sifət nisbi budaq cümlələrin yalnız təqribi, zahiri ekvivalentidir. Beləliklə, təyin funksiyasında çıxış edən feili sifətin və “qui” nisbi əvəzliyi ilə daxil olan nisbi budaq cümlələrin hansı məqamlarda bir-birini əvəz edə bilməsini müəyyən etməyə çalışdıq və belə nəticəyə gəldik ki, onlar yalnız qismən ekvivalentdir, yəni onlar arasında tam eyniyyət yoxdur.

Ədəbiyyat

  1. A. G. Basmanova və A. N. Tarassova, Syntaxe de la phrase française, Moscou “Vysşaja Šcola”, 1986, 208 p.
  2. A.Л. Афанасьева, Синонимия способов выражения предшествования в определительной конструкции, Структура предложения и лексико-грамматические отношения (на материале французского языка), Ленинград 1972,стр 59-70.
  3. В.Г.Гак Теоретическая грамматика французского языка. Синтаксис. Москва. Высшая школа 1981, 208 c.
  4. G. Kleiber, 1987: 153, Relatives restrictives et relatives appositives; une opposition “introuvable” ?, Tübingen, Max NiemeyerVerlag, 166 p.
  5. S. Kind, Le participe présent en emploi adnominal comme prétendu équivalent de la relative en qui, Université d’Anvers (UFSIA),  http://www.persee.fr/doc/lgge _0458-726x_2003_num_37_149_2432

Açar sözlər: nisbi əvəzlik, nisbi budaq cümlə, feili sifət,məsdər, ekvivalent, sintaksis

Ключевые слова: относительное местоимение, относительное придаточное предложение,

Key words: relativepronoun, relative clause, participle, infinitive, equivalent, syntax

 

Fransız dilində nisbi sifət budaq cümlələrinin ekvivalentləri

Xülasə

Məqalədə fransız dilinin nisbi sifət budaq cümlələrindən, bu cümlələrin digər dil vahidləri ilə ifadə edilə bilməsindən, daha dəqiq desək, onların sintaktik ekvivalent bəhs edilmişdir. Məlum olmuşdur ki, fransız dilinin “qui” və “que” nisbi əvəzlikləri ilə daxil olan nisbi budaq cümlələri həm məna, həm də funksiya baxımından, əsasən, indiki və keçmiş zaman feili sifətlərinə uyğun gəlir. Məqalədə sintaktik sinonimlər hesab edilən həmin konstruksiyalarla işlənən cümlələr müqayisə edilmiş və onlar arasında oxşar və fərqli cəhətlər aşkar edilmişdir. Bu konstruksiyaların hər ikisinin təyin funksiyası daşı­ma­sına baxmayaraq onlar arasında tam eyniyyətin olmadığı müəyyən edilmişdir. Belə ki, müqayisə edilən konstruksiyalardan birincisi, yəni nisbi budaq cümlə həm əvvəlkizamanlılığı, həm də hərəkətin subyektini dəqiq ifadə etdiyi halda, onun ekvi­valenti olan feili sifət zaman münasibətlərini və hərəkətin subyektini dəqiq ifadə etmir.

Məqalədə, həmçinin nisbi budaq cümlələrin məhdudlaşdırıcı və izahedici növlərinin feli sifətin birləşmiş və ayrılmış növlərinə müvafiq olması məsələsinə də aydınlıq gətirilmişdir.

 

Эквиваленты относительных придаточных предложений во французском языке

Резюме

В статье рассказывается об определительных придаточных предложениях с относительными местоимениями, возможности их выражения с другими языковыми единицами, точнее об их синтаксических эквивалентах. Выяснилось, что относительные придаточные предложения французского языка, введенные относительными местоимениями «qui»и «que» соответствуют как по смыслу, так и по функциям причастиям настоящего и прошедшего времени. В статье были сравнены предложения с теми конструкциями, которые считаются синтаксическими синонимами и выявлены сходства и различия между ними. Не смотря на то что обе эти конструкции употребляются в функции определения, было установлено, что между ними нет полной идентичности. Таким образом, в то время как первый из сравняемых конструкций –относительное придаточное предложение точно выражает и предшествование и субъекта действия, причастие, который считается его эквивалентом не может выражать временные отношения и субъекта действия.

В статье также уточняется, соответствуют ли ограничительные и не ограничительные виды относительных придаточных предложений комби­ни­рован­ным и разделенным типам причастий.

                                                                               

Equivalents of relatives clauses in french

Summary

In the article it is told about the relative subordinate clauses with relative pronouns, the possibility of their expression with other linguistic units, more precisely about their syntactic equivalents.It turned out that the relative subordinate clauses of the French language introduced by the relative pronouns "qui" and "que" correspond both in meaning and in functions to the present and past participles.In the article were compared sentenceswith those constructions that are considered sintactic synonyms and were revealed similarities and differences between them.Despite the fact that both of these constructions are used in the definition function, it was found that there is no complete identity between them.Thus, while the first of the comparable constructions-the relative subordinate clause precisely expresses both the precedence and the subject of the action, the participle, which is considered its equivalent, can not express temporal relations and subject of action.

The article also clarifies whether restrictive and non-restrictive types of relative subordinate clauses correspond to combined and divided types of participles.

RƏYÇİ: prof.L.Əhmədova

Həkimova-Aydın Ülviyyə İsmayıl qızı

AlINMA HÜQUQ TERMİNLƏRİNİN TARİXİ-SOSİOLOJİ

PRİNSİPDƏN TƏDQİQİ

(Fransız və Azərbaycan dilləri materilları əsasında)

Ümumiyyətlə, tədqiqatlar göstərir ki, Azərbaycan dilçiliyində olduğu kimi fransız dilçiliyində də alınma terminlərin tədqiqində oxşar prinsiplər nəzərə alınır. Bu da leksik alınmaların istifadəsindəki ekstralinqvistik amillər, tarixi-mədəni amillər və alınma dövrlərinin müəyyənləşdirilməsidir. Xüsusilə Mari-Dominik Qaviar alınmalarda tarixi kontekstin müəyyənləşdirilməsi prinsipini dəstəkləyir. O qeyd edir ki, “...alınma tarixi müəyyən edilə biləndir, müəyyən dəqiqləşdirmə ilə alınma zaman qavramı daxilində öz yerini ala bilər” [10;28]. Alınma hüquq terminlərinin mənbələrinə görə tədqiqi mütləq bir şəkildə bu dillərin inkişaf tarixinin izlənilməsini vacib edir. Yuxarıda qeyd edilən ekstralinqvistik, tarixi-mədəni amillərin fransız və Azərbaycan hüquq terminologiya­sın­da alınma terminlərin formalaşmasındakı roluna və alınma hüquq terminlərinin mənbələrinə qısaca nəzər salaq.

Latın dili. Fransız hüquq terminoloji layında alınma hüquq terminlərinin ilk mənbəsi olaraq latın dili göstərilir. Fransız dilinin tarixini tədqiq edən A.Doza qeyd edir ki, xalq dili ilə latın dili arasında əlaqə mütəmadi olmuşdur. Hələ VIII əsrin sonlarından etibarən kilsə dili hesab edilən latın dili xüsusilə də XIII-XIV əsrlərdə tərcüməçilər tərəfindən şüurlu və qəsdən geniş şəkildə istifadə edilməyə başlanmışdır. Məhz XIII əsrdən etibarən hüquqşünaslar mövcud olmayan hüquq terminlərini ifadə etmək üçün fransız dilinə latinizmləri daxil etməyə başlamışlar. Fransız dilində ilk məhkəmə aktı da XIII əsrin əvvəlinə aiddir [6;153, 376]. Lakin artıq XVI əsrdən, daha dəqiq desək, 1539-cu ildə I Fransua məhkəmə ilə bağlı bütün sənədlərin fransız dilində tərtibi ilə bağlı məşhur Vil-Kotre qərarını çıxarır və beləliklə, latın dili bu sahədə öz yerini dövlət dilinə çevrilən fransız dilinə verir [6;377, 5;159]. Fransız hüquq terminlərinin birbaşa və ya dolayı yolla latın terminlərindən törəməsi haqqındakı fikri davam etdirərək J.Kornü qeyd edir ki, fransız dilinin hüquq terminlərinin latın dilindən alınması faktının əsas səbəbi ümumən fransız dilinin latın dili bazasında formalaşmasıdır. Lakin belə alınma terminlərin xüsusilə fransız hüquq dili vokabulyarında yüksək səviyyədə özünü göstərməsinin başlıca səbəbi onunla bağlıdır ki, fransız hüquq terminləri elə həmin dövrdə mövcud olan latın hüquq terminləri ilə eyni hüquqi mənaya malik olub, eyni huquq sisteminə mənsub idi və hazırki Fransa hüquq sistemi də bunun varisidir. Yəni dil qohumluğu ilə yanaşı, mənanın hüquqi statusu da davam edir. Belə ki, latın dili fransız dilinə təkcə latın sözlərini deyil, Roma hüquq sisteminin bir hissəsi olan hüquq anlayışlarını da ötürmüşdür. Bu miras o qədər əhəmiyyətlidir ki, o, lex – la loi (qanun), judex – le juge (hakim), juridictio – la juridiction (məhkəmə orqanı), justus – juste (ədalətli), legislator – le législateur (qanunverici), testamentum – le testament (vəsiyyətnamə), legatus – le légat (leqat) kimi fransız hüquq vokabulyarına açar sözlərin böyük bir qismini ötürməklə yanaşı, həmçinin fransız dilində bu açar sözlərdən törəmiş yüzlərlə hüquq termini də bəxş etmişdir [4;139, 183-188)

Yunan dili. Fransız hüquq terminoloji layında alınma terminlərlə bağlı ikinci mənbə olaraq yunan dili vurğulanır. Klassik alınmaların mənbəyi olaraq qeyd edilən yunan dilindən hələ XII əsrdən etibarən istifadə edilməsinə baxmayaraq bu alınmalar birbaşa deyil, latın dili vasitəsi ilə – “latınlaşmış formada” [19;252] baş vermişdir. Xüsusilə intibah dövründən başlayaraq XVI əsrdə yunan sözləri ədəbiyyat vasitəsilə deyil, elm vasitəsilə fransız dilinə daxil olmağa başlamışdır [6;155]. Hüquq sahəsində isə əsasən hakimiyyət, idarəçilik anlayışları ilə bağlı açar-sözlər daxil olmuşdur. Məsələn, bunlar la démocratie (demokratiya) – ƍƞμοs (demos-xalq) və χρατειν (kratein -idarə etmək), l`autocrate (avtokrat ) – αυτοs (autos-öz) və χρατειυ (krateiu-idarə etmə), la politique (sif. siyasi) – πoλιτικοs (politikos -şəhərlə bağlı; polis –şəhər sözündən), l`hypothèque (ipoteka, girov) – υποθήχη (upotixe- υρο (upo-alt) və τιθήμι (titimi-qoymaq)”,  və s. kimi morfemlərdən ibarət terminlərdir. Bundan başqa qeyd edilir ki, elmin davamlı inkişafı ilə bağlı yaranmış yeni anlayışların ifadə edilməsində yunan sözləri kifayətsiz qalmış, lakin yunan dilinə məxsus sözyaratma imkanlarından istifadə etməklə yeni ellinizmlər də formalaşmağa başlamışdır. Ümumiyyətlə, fransız dilçili­yində konfiks (əvvəl və son mövqedə işlənən elmi köklər və bəzən də qaynaqlanmış suffikslər) [14;94] adlandırılan, rus dilçiliyində isə suffiksləşmiş elementlər, sərbəst morfemlər, suffiksoid, suffiks rolunda iştirak edən tam mənalı sözlər, xüsusi statuslu vahidlər və s. kimi qəbul edilən “leksik mənalarını itirməmiş söz yaradıcılığı formatları” [19;274] daxil olduğu dili yeni süni yaradılmış konstruksiyalar ilə zənginləşdirən termin elementlərdir. Lakin burada da nəzərə çatdırmaq lazımdır ki, fransız hüquq termino­logiyasında belə termin elementlər təkcə yunan dilinə deyil, həmçinin latın dilinə də mənsubdur. Qeyd etmək lazımdır ki, Azərbaycan dilçiliyində N.Məmmədli alınma ter­min elementlərini funksionallığı nöqteyi-nəzərdən prepozitiv və postpozitiv derivasiya elmentləri adı altında daha müfəssəl tədqiq etmişdir [19;280-310]. Mürəkkəb terminlər haqqındakı bəhsdə fransız hüquq terminologiyasında belə termin elementlər vasitəsilə yaradılmış terminlərdən bəhs açdığımız üçün burada sadəcə l`autogestion (özünüidarə) – αυτοs (öz) və la gestion (idarə), l`autodétermination (özünütəyinetmə),– αυτοs (öz) və la détermination (təyinetmə), multinational (çoxmillətli) – multus (sifət çoxlu, çoxsaylı) və national (milli) kimi tərkibində müstəqilliyini saxlayan konservativ elementlərdən, l`anomie (norma və qanunların olmaması) – α (yox edən, məhrum edən) və νομοs (mifo­lgiyada qanun qoruyucusu, qayda, qanun), l`apatride (vətənsiz) – α (yox edən, məhrum edən) və πατριs (vətən), l`expropriation (ex (lat.-keçmiş, kənarda)- milliləşmə), və s. kimi affiksal xarakterli deformativ elementlərdən təşkil edilmiş terminləri misal gətirməklə [13;313, 19;281] kifayətlənəcəyik.

Digər mənbələr. Fransız dilində italyan, ispan dilindən və xüsusilə də VII əsrdə İspaniyanın işğalı, daha sonra X və XI əsrlərdə xaçlı yürüşləri nəticəsində qərb mədəniyyəti üzərində geniş təsirə malik olan ərəb dilindən çox sayda müxtəlif sahələrə aid söz və termin alınmasına baxmayaraq hüquq terminoloji layını zənginləşdirəcək alınmaların olduqca məhdud olduğunu görürük [6;140, 32, 2;128;140]. Lakin məhdud olsa da belə terminlərə misal olaraq italyan dilindən keçmiş la bande (banda, quldur dəstəsi), le brigand (quldurluqla məşğul olan şəxs), le citadin (şəhər, şəhərli), le crédit (kredit, bank borcu), le groupe (qrup, dəstə), la banque (bank), le banqueroute (iflas, bankrotluq), le cabinet (kabinet), italyan dili vasitəsilə ərəb dilindən keçmiş le douane (gömrük), l`avarie (qəza, zədələnmə), l`assassin (muzdlu qatil) və s. göstərmək olar. Fransız dilində xüsusilə də hüquq sahəsində ərəb dilindən birbaşa alınmalar XIX əsrin birinci yarısından etibarən ərəb ölkələrinin Fransa tərəfindən işğalından sonra baş vermişdir. Ərəb ölkələrinin təhsil və hüquq sistemində müstəmləkəçilik dövründə fransız dili və fransız hüquq sistemindən istifadə edilmişdir. XX əsrin birinci yarısından etibarən isə məğrib ölkələri müstəqilliklərini əldə etmiş, ərəb dilini vahid dövlət dili elan etmişdir. Lakin bir tərəfdən yeni institutları olan müasir Dövləti yaratmaq, etnik sistemdən uzaqlaşaraq xalqların birliyini qüvvətləndirmək, mərkəzi hakimiyyəti gücləndirmək, cəmiyyətdə yeni siyasi və ideoloji baxışlar əsasında yeni həyat konsepsiyalarını həyata keçirmək, mövcud ictimai-siyasi və sosial asayişi qoruyub saxlamaq məqsədilə fransız hüquq sistemindən tamamilə imtina edə bilməyən ərəb dövlətləri digər tərəfdən ailə və vərəsəlik hüququ kimi sahələrdə milli varolmanın bir elementi olan islam hüququnu da tətbiq etmək istəyir [9;102-103] və bu səbəblə də öz hüquq sistemlərini fransız və islam hüququna əsaslanan ikili hüqüq sistemi üzərinə qurmağa üstünlük verirlər. Beləliklə, qeyd edilir ki, ərəb ölkələrində fransız və islam hüquq sisteminin harmonizasiyasının (qarışdırılmasının) özünəməxsus çətinlikləri vardır ki, bu çətinlik təkcə ərəb ölkələrindəki hüququn iki fərqli mənbəyə əsaslanmasından irəli gəlmir, bu həmçinin hər iki hüquq sisteminin ifadə edildiyi fransız və ərəb dili ilə də bağlıdır və vurğulanır ki, xüsusilə iki hüquq sistemi və iki hüquq dili arasında sıx əlaqələr səbəbilə zəruri olan hüquqi tərcümə bu çətinliklərin başında gəlir [9;104) Belə ki, ərəb ölkələrində bir tərəfdən dövlət dili ərəb dili elan edildikdən sonra fransız dili rəsmi dil olma xüsusiyyətini itirmiş olsa da praktikada xüsusi hüququn digər sahələrinin fransız hüququndan alınmış qanunvericiliklə idarə edilməsi və fransız hüquqşünaslarının iştirakı ilə işlənilib hazırlanması və daha sonra ərəb dilində yayımlanması, digər tərəfdən isə islam hüququ ilə idarə edilən hüquq sahələrinə aid qanunların da fransız dilinə tərcümə edilməsi faktı ilə qarşılaşırıq [9;113, 24;124]. Xüsusilə islam hüquq ilə bağlı anlayışların tərcüməsi ilə bağlı iki problemin olduğu vurğulanır ki, bu, bir tərəfdən birbaşa ekvivalentin olmaması kimi linqvistik problem, digər tərəfdən isə islam hüququ faktı kimi mədəni və konseptual nöqteyi-nəzərdən olan problemdir [24;119] Belə ki, islam hüququ ilə bağlı olan və fransız dilinə tərcümə edilərkən qarşılığı tapılmayan bir sıra anlayışlar mövcuddur. Belə anlayışların fransız hüquq sistemində qarşılığının olmaması həmin anlayışların fransız dilində birbaşa alınmasına səbəb olmuşdur. Məsələn, fransız dilində ərəb dilindən keşmiş le wali (ليو - hami, himayəçi), le nikah (نكه - nikah, izdivac), le diah (ديت - qanbahası), le tabanni (تبنى – öğulluğa götürmə, övladlığa götürmə), l`idda (عده- ərindən ayrılan ya əri ölən qadının təzədən ərə getmək üçün gözləməyə məcbur olduğu müəyyən bir müddət), la nisba (نسبت – bir qrupa, qəbiləyə bağlılıq, əlaqədarlıq), le nasab (نسب - uşağın valideynləri ilə olan bağlılığı, soy, nəsil) və s. kimi terminləri görmək olar. Qeyd etmək lazımdır ki, ərəb ölkələrinin ailə hüququ ilə bağlı qanunlarının tərcüməsi nəticəsində yaranmış bu alınmalara fransız dilində, xüsusilə həmin ərəb ölkələrinin hüququ ilə bağlı araşdırma əsərlərində və məqalələrdə təsadüf edilir [12, 25], yəni bu terminlər fransız hüququna təsir edib bu hüquq siteminə daxil ola bilməyən terminlərdir. Lakin elə terminlər də vardır ki, onlar ailə hüququnun millətlərarası xüsusiyyətindən irəli gələn mübahisələri həll etmək məqsədi daşıyan beynəlxalq xüsusi hüququn elementinə çevrilir. Belə ki, miqrasiyanın artması, qarışıq evliliklər, övladlığagötürmə və s kimi məsələlərdən doğan problemlər ailə hüququnun da get-gedə beynəlmiləlləşməsinə gətirib çıxarmışdır. Məsələn la kafala (azyaşlı uşaqların qanunən qəbul edilməsi) bu tip terminlərdəndir. Beləliklə də fransız dilinə və fransız hüquq sisteminə, xüsusilə də məhkəmə diskursuna la kafala (كفالت - azyaşlı uşaqların qanuni olaraq qəbul edilməsi), le makfûl (مكفل - qanuni olaraq qəbul edilmiş azyaşlı uşaq) le kafil (كافل - azyaşlı uşağı qanunən qəbul edən şəxs) kimi anlayışlar da daxil olmuşdur [26].

İngilis dili. Fransız dilində ingilis dilli alınmaların tarixi əsasən XVIII əsrdən etibarən İngiltərənin sənaye, texnika və ictimai-siyasi həyatda irəliləyişi sayəsində artmağa başlamışdır. Roje Levi M.Kohenin “Histoire d`une langue: le français” (Bir dilin tarixi: fransız dili) adlı əsərinin təhlilində qeyd edir ki, 1714-cü ildə Radştat müqaviləsi imzalanarkən yeganə diplomatiya dili hesab edilən fransız dili artıq iki əsr sonra bu hegemonluğunu ingilis dili ilə paylaşmalı oldu. Nəticədə, fransız hüquq terminologiyasına əsasən siyasətlə bağlı terminlər daxil olmağa başlayır [18;102). Bu terminlərin bəziləri birbaşa ingilis dilindən alınmışdır. Məsələn, le club (klub, cəmiy­yət), le dumping (dempinq –rəqabət məqsədilə xarici bazarlarda malların öz dəyərindən ucuz qiymətə satılması). Bəzi terminlər isə təkrar-qayıdış və ya geriyə alınma tipli terminlər olub, vaxtilə fransız dilindən ingilis dilinə və təkrarən fransız dilinə alınmış terminlərdir. Məsələn, le parlement (parlament), le label (yarlıq, etiket), le jury (məhkəmə iclasçıları) charter (təyin kimi - kirayə edilmiş, icarə edilmiş reys). Bəzi terminlər isə latın dilindən ingilis dilinə daha sonra isə fransız dilinə keçmiş termin­lərdir. Məsələn, le verdict (verdikt), la minorité (qanunla nəzərdə tutulan həddi-buluğ yaşına çatmama), la dominion (dominyon), la coalition (koalisiya), la corporation (eyni ixtisaslı şəxslərin korporasiyası, ittifaqı, cəmiyyəti), le vote (səsvermə), le briefing (informasiya almaq üçün keçirilən qısa iclas) və s. Xüsusilə, maliyyə və vergi sahələ­rində Common Law-nun təsiri ilə ingilis dilindən alınmış və fransız qanunvericiliyində də öz əksini tapmış le trust (sadə etibar edilmiş mülkiyyət) [27, 28]və fransız hüquq diskursunda işlənən le trustee (vəkil edilmiş şəxs, müdir), le settlor (iştirakçı) le contrat de swap (mübadilə müqaviləsi) və ya le swap du taux d`intérêt (faiz svopu) [7] kimi terminlər daxil olmuşdur.

Azərbaycan dilində isə alınmaların dövrləşdirilməsi ilə bağlı İ.Qasımov qeyd edir: “Tarixi inkişaf prosesində Azərbaycan ədəbi dilinin lüğət tərkibində özünü gös­tərən xarici dil təsirləri müxtəlif dövrlərdə ayr-ayrı dillərdən olmuş və təsirlər müxtəlif tarixi, ictimai-siyasi amillərlə bağlı olaraq meydana çıxmışdır. Belə ki, hələ ədəbi dili­mizin ümumxalq dili əsasında ilkin formalaşma dövrlərindən başlayaraq ərəb və fars, sonra isə rus dili təsirinin güclü şəkildə özünü göstərdiyi müşahidə edilir. Ərəblərin bir çox ölkələrlə yanaşı, Azərbaycanı da istila etməsi Azərbaycan dilinə bu dilin təsirini gücləndirmiş, dilimizdə ərəb mənşəli sözlərin geniş yayılmasına şərait yaratmışdır.” [15;196].

Dilimizdə alınma sözlərin, o cümlədən hüquq terminoloji leksikasına mənsub alınmaların tarixi dövrlərə görə mənbələrinə nəzər saldıqda da əsasən iki mərhələni görmək olar. 1) VII əsrdən başlayaraq XIX əsrə qədər olan ərəb-fars mənbəsi 2) XIX əsrdən başlayaraq rus dili və bu dil vasitəsilə keçən Avropa dilləri mənbəsi. Bu ikinci mərhələ öz növbəsində 1920-1930, 1930-1945, 1945-ci illərdən sonrakı illərdə termin yaradıcılığı şəklində dövrləşdirilmiş və N.Məmmədli həmin dövrləşməni 1945-1991 və 1991-ci ildən sonrakı illərdə termin yaradıcılığı şəklində tamamlamışdır [19;127-128].

Ərəb-Fars dili mənbəsi. Birinci mərhələ ilə bağlı N.Süleymanovanın “Orta əsr Azərbaycan hüquq məktəbi və onun nümayəndələri” adlı əsərində qeyd edilir ki, Аzərbаycаn Хilаfətin tərkibinə dахil оlduqdаn sоnrа bаşqа ölkələrdə оlduğu kimi burаdа da iqtisаdiyyаtın, еlm və mədəniyyətin inkişаfı üçün köklü dəyişikliklər baş verir, ərəb dili, ilаhiyyаt еlmləri, tаriх, cоğrаfiyа və s. elmlər, o cümlədən islam hüququ tədris edilməyə başlanır. İslamın hüquqi idelogiyasının və şəriət qanunlarının tam qüvvədə olduğu bir dövrdə Azərbaycanın ictimai həyat tərzinin, adət və ənənələrinin formalaşmasında islam hüququnun hökmləri və prinsipləri böyük rol oynayır [23;37;43].Bu səbəblədir ki, Azərbaycan dilinə məhz ərəb dilinə məxsus qanun (yun.), haqq, hüquq, ədalət, məhkəmə, hökm, hakim, məhkum, həbs, məhbus, təqsir, müqəssir, ittiham, müttəhim, istintaq, müstəntiq, qətl, qatil, cinayət, cəza, qərar, vəsiyyət, miras, varis, mal, mülk, əmlak  və s. kimi hüquqla bağlı açar terminlərlə yanaşı, vaxtilə islam hüququnda işlənən, hal-hazırda isə Azərbaycan dilində sadəcə dini termin olaraq qəbul edilən və ya ümumişlək leksikada arxaik sözlər hesab edilən nəfəqə, iddət, mehr, qanbahası, diyət kimi terminlər də daxil olmuşdur. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Azərbaycan dilinə hüquq diskursunun şərtləndirməsi ilə hüquqi termin hesab edilən külli miqdarda övlad, valideyn, zərər, cəsəd, nikah, qaimə, iflas, müflis, ifadə, icbari kimi ərəb mənşəli, rəftar, işğəncə kimi fars mənşəli ümumişlək leksikaya və digər sahə terminologiyasına mənsub dil vahidləri də daxil olmuşdur.

Rus dili və Avropa dilləri mənbəsi. Azərbaycan dilində XIX əsrdən başlayaraq alınma terminlərin rus dili və bu dil vasitəsilə Avropa dillərindən alınması mərhələsi barədə məlumata M.Hüseynzadə [11;28-31]M.Qasımov [16;145-173], A.Babayev [3; 297], T.Əfəndiyeva [8;200], N.Məmmədov və A.Axundov [21;213], N.Məmmədo­vun [22;143] əsərlərində rast gəlinir. Azərbaycan dilində sözlərin, eləcə də hüquq termin­lərinin alınmasının ikinci mərhələsi ilə bağlı demək olar ki, 1813 və 1827-ci il tarixli Gülüstan və Türkmənçay müqavilələrininin imzalanması ilə cənub və şimal hissələrinə bölünən Azərbaycanın şimalında çarizm üsul-idarəsinin bərqərar olması onun islam hüququndan fərqli olan bir hüquq sistemi ilə idarə edilməsinə gətirib çıxarır. [23;47] Nəticədə, XIX əsrin başlanğıcından etibarən başqa bir tarixi zərurətlə əlaqədar olaraq Azərbaycan dilinə bu dəfə rus dilindən və bu dil vasitəsilə Avropa dillərindən hüquqla bağlı çox sayda termin daxil olmağa və bəzən də mövcud termini əvəz etməyə və ya onunla paralel işlənməyə başlayır. Bu terminlərin bir çoxu tədqiqatçıların da araşdır­malarına görə Azərbaycan dilində XIX əsrin sonlarından və XX əsrin əvvəl­lərindən başlayaraq M.F.Axundovun, H.Zərdabinin, N.Nərimanovun, Q.Zakirin əsərlərində, Ü.Hacıbəyovun tərtib etdiyi lüğətdə təsadüf edilməyə başlayır [1;27-28, 17;172, 20;8]. Düzdür, bu terminlərdən bəziləri, məsələn, silisçi, zakon, sud, boykotirovat, qubernator, prikaz, politika, sudya kimi terminlər Azərbaycan dilində daha sonralar mənimsənil­mə­miş, bəziləri isə, məsələn, prokuror, advokat, pasport, despot, podrat, notarius, boykot, anarxiya, aksioner, amnistiya, yurisprudensiya kimi terminlər Azərbaycan hüquq terminologiyasının vahidlərinə çevrilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, Azər­bay­canda sovet hakimiyyətinin qurulması və RSFSR-in sosialist hüququnun mənimsənil­məsindən sonra digər ittifaq respubliklarında olduğu kimi 20-ci illərdə birinci və daha sonra 60-cı illərdə ikinci məcəllələşdirmə aparılmış və nəticə etibarilə RSFSR-in müva­fiq məcəllələrindən fərqlənməyən yeni CM, CPM, MM, MPM və digər məcəllələr qəbul olunmuşdur [29]. Bu da Azərbaycan hüquq terminoloji leksikasına rus dili vasitəsilə çox sayda Avropa mənbəli, məsələn, CM-də koloniya, residivist, profilaktoriya, protest, sanksiya, arxaikləşmiş olan milis, drujinaçı və s., MM-də reqres, komissiya, komis­sioner, komitent, renta, komplekt və s. kimi alınma terminlərin daxil olmasına səbəb olmuşdur. Bu məcəllələr demək olar ki, bir sıra əlavə və dəyişikliklərlə müstəqil Azər­baycanda yeni məcəllələşmiş aktlar qəbul olunana qədər qüvvədə olmuşdur. Azər­baycan üçün yeni dövrün başlanması əslində hüquq sistemində də bəzi dəyişikliklərin olmasına gətirib çıxarır. Məsələn, AR Mülki Məcəlləsi bir çox münasibətlərinə görə digər MDB ölkələrinin mülki hüquq münasibətləri ilə eynilik təşkil etsə də, əsasən Avropa ölkələrinin, xüsusilə də Alman mülki qanunvericiliyini özündə əks etdirir [30]. Bu isə N.Məmmədlinin “Müstəqillik qazandığımız müasir dövrdə Avropa xalqları ilə yaxınlaşma, elmi, mədəni qarşılıqlı əlaqələr Azərbaycan dilinin lüğət tərkibinə də ös təsirini göstərmiş, söz alınmasının vasitəsiz sistemi fəallaşmış, terminologiyamızda Avropa qatının dinamizmi daha da intensivləşmişdir.” fikrini dəstəkləyir [19;202]. Lakin qeyd etmək lazımdır ki, müstəqillik əldə etdikdən sonra Rusiyanın üzərimizdəki hakimiyyətinə son qoyulmasına və hüquq sistemimizi əsasən roman-german hüquq sisteminə mənsub olan Avropa dövlətlərinin təcrübəsinə əsaslanaraq hazırlamağımıza baxmayaraq belə Avropa mənbəli terminlərdə yenə də rus dilinin vasitəçiliyi göz önündədir. Belə ki, həmin terminlərin olduqca böyük bir qismi Azərbaycan dilinə rus dilinin fonetik mənimsəməsi üzərindən daxil olurlar. Məsələn, AR.MM-də özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququ qismində servitut (lat.,fr., alm., rus), uzufrukt (lat., fr., alm., rus), əşya təminat hüququ qismində ipoteka (yun., fr., rus), müqavilə hüququ qismində oferta (lat, fr.,alm.,rus.), oferent (lat.,rus), aksept (lat., fr., alm., rus), fyuçers (ing., rus), opsion (lat., fr.,ing., rus), svop(ing.), alqı-satqı hüququ qismində faktorinq (ing.rus), françayzinq (fr. və ing., rus), lizinq (ing., rus), mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar qismində inkasso (fr., ital., rus), qiymətli kağızlar qismində indossant (fr.,ital.,rus), indossament (fr., ital., rus) və s. Başqa bir misal dəniz hüququ ilə bağlı terminlər ola bilər ki, bu sahədə ingilis dilindən acharter (ing.) – чартер – çarter (çarter üzrə gəmini kirayəyə vermək, fraxt etmək), time-charter (ing.) – тайм-чартер – taym-çarter (müəyyən müddətə gəmini kirələmə müqaviləsi), a bareboat charter – бербоут чартер – berbout çarter (heyətsiz gəminin kirayəsi müqaviləsi), a demurrage – демередж – demerec (gəminin boşdayanmasına görə daşıyıcya çatacaq haqq), a despatch – диспач – dispaç (yükvurmanın vaxtından əvvəl qurtarmasına görə mükafat), alman dilindən fracht (alm.) – фрахт – fraxt (gəmi ilə yük daşımanın dəyəri), fransız dilindən le conaissement – konosament (gəmi ilə gətirilən yük üçün verilən sənəd) [31] və s. alınmışdır.

Beləliklə, fransız və Azərbaycan dilləri hüquq terminoloji layında alınmaların mənbələrinin dövrləşdirilməsi bəhsini yekunlaşdıraraq qeyd etmək lazımdır ki, fransız hüquq sistemi Roma hüququ üzərinə qurulduğundan əsasən latın mənşəli alınmalarla zəngişləşmişdirsə, Azərbaycanda ilk fundamental hüquqi sistem islam hüququ olduğundan açar hüquq terminlərinin böyük əksəriyyəti ərəb mənşəli olmuş, yalnız XIX əsrdən başlayaraq hüquqi sistemdə baş vermiş dəyişiklə əlaqədar olaraq hüquq terminologiyamıza rus və Avropa mənbəli alınmalar daxil olmuşdur.

Ədəbiyyat

1.Allahverdiyeva G.T. Türk və Azərbaycan dillərində hüquq terminologiyasının formalaşması və inkişafı, fil. e.n. a.dər. al. üçün təq. Ol. dis., 10.02.06, AMEA, Nəsimi ad. Dilçilik İn-tu., Bakı, 2005, 143 s.

2.Андреева В.Н. Лексикология современного французского языка, Учпедгиз, 1955, 195 с.

3.Babayev A. Dilçiliyə giriş, Bakı, “Maarif”, 1992, 502 s.

4.Cornu G. Linguistique juridique, Paris, Montchrestien, 2005, 443pp.

5.Cohen M. Histoire d’une langue : le francais (des lointaines a nos jours). Paris : Messidor/Editions sociales. 1987, 515pp.

6.Доза А. История французского языка, Москва, Изд. Иностранный лит. 1956, 471 с.

7.D`Hollander J.La qualification juridique des swaps en droit civil québécois, Revue juridique Themis, vol.30, Québec, 1996, pp.69-88

8.Əfəndiyeva T. Azərbaycan dilinin leksik üslubiyyatı, Bakı, “Elm”, 1980, 250 s.

9.Filali A. Bilinguisme & bi juridisme, l’exemple du droit Algérien, Le bilinguisme juridique dans les pays du maghreb, Colloque international, Perpignan, 2&3 avril, 2012, pp.70-115

10.Gaviard DunandM-D.Les emprunts linguistiquesEncuentro 15, 2005, pp.25-31

11.Hüseynzadə M. Müasir Azərbaycan dili, Bakı, ADU, 1954, 243 s.

12.Houhou Y. La Kafala en droit Algérien et ses effets en droit français, Université de Pau et des pays de l`Adour, Ecole doctorale sciences et humanités, doctorat en sciences juridiques, Pau, 2014, 359 pp.

13.Kazımovİ. Müstəqillik qazanmış türk xalqlarının dilində alınma leksika,Türk dillərinin tarixi-müqayisəli leksikologiya məsələləri, I cild, Bakı, BSU, “Kitab aləmi”, 2004, səh. 294-319

14.Kokourek R., La langue française de la thechnique et dela science, Wiesbaden, Oscar Brandstetter Verlag GMBH&CO.KG, 1982, 259 pp.

15.Qasımov İ. Z. Azərbaycan dilində hərbi leksika: təşəkkülü, inkişafı və sabitləşməsi, fil.e.d-ru a. Dər. al. üçün təq. Ed. Dok. dis., 10.02.02, Azərbaycan Dillər Univ. Bakı, 2002, 302 s.

16.Qasımov M. Azərbaycan dili terminologiyasının əsasları, Bakı, “Elm”, 1973, 186 s.

17.Quliyev T. Z. Azərbaycan ədəbi dilində terminoloji yeniləşmə prosesi (1920-90-cı illər), fil.e.d-ru a. Dər. al. üçün təq. Ed. Dok. dis., 10.02.01, AMEA, Nəsimi ad.Dilçilik İn-tu., Bakı, 2005, 262 s.

18.Lévy R. Marcel Cohen. Histoire d’une langue : le français, Politique étrangère, №1, 1948, 13ᵉannée. Pp. 102-103

19.Məmmədli N. Azərbaycan dilində alınma terminlər, Bakı,“Elm və təhsil”, 2017, 487 s.

20.Məmmədli N. M.F.Axundovun dilində alınma terminlər, Filologiya məsələləri №12, 2017, “Elm və Təhsil”, səh. 3-11

21.Məmmədov N.,Axundov A. Dilçiliyə giriş, Bakı, “Maarif”, 1966, 300.s.

22.Məmmədov N. Azərbaycan dilinin nəzəri əsasları, Bakı, “Maarif”, 1971, 368 s.

23.Süleymanova N. Orta əsr Azərbaycan hüquq məktəbi və onun nümayəndələri, Bakı, “Nurlan”, 2011, 93 s.

24.Trescases A. La traduction juridique : un art difficile dans lespays du Maghreb, Le bilinguisme juridique dans les pays du maghreb, Colloque international, Perpignan, 2&3 avril, 2012, pp.116-153

25.https://www.memoireonline.com/02/07/359/les-droits-de-l-enfant-en-algerie.html

26.https://www.village-justice.com/articles/transformation-une-kafala-adoption,19811.html

27.Code générale des impôts, https ://www.legifrance.gouv.fr/affichCodeArticle.do?cidTexte=LEGITEXT000006069577&idArticle=LEGIARTI000024416632&dateTexte=&categorieLien

28.http://www.etudes-fiscales-internationales.com/le-trust-en-droit-civil.html

29.https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_cinay%C9%99t_h%C3%BCququ

30.https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_m%C3%Bclki_h%C3%BCququ

31.Ticarət gəmiçiliyi məcəlləsi, Azərbaycan Respublikasının qanunu, http://www.constcourt.gov.az/laws/57

32.https://is.muni.cz/th/80324/pedf_m/DP-emprunts_arabes_en_francais-.pdf

Açar sözlər: alınma hüquq terminləri, tarixi-mədəni və ekstralinqvistik amillər, alınma mənbələri və alınmaların dövrləşdirilməsi

Ключевые слова: заимствованные юридические термины, историко-культурные и экстралингвистические факторы, происхождения и периоды заимствований

Key words: borrowed legal terms, historical, cultural and extralinguistic factors, originsand periods of borrowings

Xülasə

Fransız və Azərbaycan dillərində alınma hüquq terminlərinin tarixi-sosioloji prinsipdən tədqiqi

Məqalə fransız və Azərbaycan dillərində alınma hüquq terminlərinin tarixi-sosioloji prinsipdən tədqiqinə həsr edilmişdir. Ümumiyyətlə, Azərbaycan dilçiliyində olduğu kimi fransız dilçiliyində də alınma terminlərin tədqiqində oxşar prinsiplər nəzərə alınır ki, bunlardan biri də tarixi-mədəni, ekstralinqvistik amilləri nəzərə almaqla alınma mənbələrinin və dövrlərinin müəyyənləşdirilməsidir. Beləliklə, məqalədə tarixi-mədəni, ekstralinqvistik amillərdən çıxış edərək hər iki dildə hüquq terminlərinin alınma mənbələri dövrləşdirilmiş və belə nəticəyə gəlinmişdir ki, fransız hüquq sistemi ingilis, italyan, ispan, ərəb dillərindən hüquq terminləri alsa da, mahiyyət etibarilə, Roma hüququ üzərinə qurulduğundan əsasən latın mənşəli alınmalarla zəngişləşmiş, Azərbaycanda isə ilk fundamental hüquqi sistem islam hüququ olduğundan açar hüquq terminlərinin böyük əksəriyyəti ərəb mənşəli olmuş, yalnız XIX əsrdən başlayaraq hüquqi sistemində baş vermiş köklü dəyişiklə əlaqədar olaraq hüquq terminologiyamıza geniş miqyasda rus və Avropa mənbəli alınmalar daxil olmuşdur.

Резюме

Изучение заимствованных юридических терминов с учетом историко-социологического принципана французском и азербайджанском языках

Статья посвящена изучениюзаимствованных юридических терминов во французском и в азербайджанском языках с точки-зрения историко-социоло­гического принципа.В целом, как в азербайджанской, так и, во французской лингвистикепри изучении заимствованных терминов учитываются аналогичные принципы, одним из которых является определение исходных языков и периодов заимствований с учетом историко-культурных и экстралингвисти­чес­ких факторов. Таким образом, исходя из вышесказанных факторов, в статье, было определено периоды заимствования юридических терминов, и сделано вывод, что несмотря на то что, французский язык заимствовал юридических терминов и из английского, итальянского и арабского языков, в принципе, он обогащен латинскими заимствованиями, так как французская правовая система основана на римского права. А в Азер­байджанском языке большинство клюю­чевых юридических терминов являются арабского происхождения, поскольку первая фундаментальная правовая система в Азербайджане основано на исламского права. Только начиная XIX века, в связи с изменением правовой системы в азербайджанскую юридическую терминологию вошли заимство­вания из русского и Европейского языков.

 

Summary

Studying of borrowed legal terms in French and Azerbaijani languages considering

the historical and sociological principle

The article is devoted to the study of borrowed legal terms in French and Azerbaijani languagesfrom the point of view of the historical and sociological principle. In general, both in Azerbaijan and in French linguistics, when studying borrowed terms, analogous principles are taken into account, one of which is the determination of the original languages and periods of borrowing, considering historical, cultural and extralinguistic factors. Thus, based on the above factors, in the article are defined the periods of borrowing legal terms and it was concluded that although French borrowed legal terms from English, Italian and Arabic languages, in principle, it is enriched with Latin borrowings, since the French legal system is based on Roman law. And in the Azerbaijani language most of the key legal terms are of Arabic origin, since the first fundamental legal system in Azerbaijan is based on Islamic law. Only from the beginning of the XIX century, in connection with the change of the legal system, Azerbaijani legal terminology included borrowings from Russian and European languages.

 

RƏYÇİ: dos.: L.Ələkbərova

 


Aslanova Fəridə Razim qızı

YARIMÇIQ CÜMLƏ (SÖYLƏM) VƏ MƏTNİN AKTUAL ÜZVLƏNMƏSİ

Dilin mühüm səviyyələrindən birini də supersintaktik səviyyə təşkil edir. Bu, aktual səviyyədir. Bu, aktual üzvlənmədir. Qrammatik üzvlənmənin ən yuxarı yarusudur.

Nitqin kommunikativ funksiyası nəzərə alındıqda həmin səviyyənin antroposentrik mahiyyəti aşkar oluna bilir. «…dil sisteminin sintaktik layını iki yarusa- potensial (sintaktik) və aktual (supersintaktik) yaruslara ayrılması, aktual sintaksisi ayrıca bir səviyyə kimi nəzərdə tutmaları təsadüfi sayılmamalıdır» Bu xüsusiyyətləri nəzərə aldıqda məlum olur ki, sintaktik vahidlər indiyə qədər potensial aspektdə öyrənilmişdir. Həmin sintaktik vahilərin supersintaktik əlamətləri tədqiqat işlərindən kənarda qalmışdır. «Halbuki alimlərin araşdırmaları göstərir ki, supersintaktik səviyyənin, aktual səviyyənin öyrənilməsi çox vajibdir və yalnız bu yolla dilimizin funksional- kommunikativlik imkanlarını, dialoji və monoloji nitqin nə üçün bu və ya digər şəkildə qurulduğunu müəyyənləşdirmək mümkündür»[1, 887]

Buraxılma əlaməti güclü olan cümlələrdə-yarımçıq cümlələrlə mətnin super­sintaktik cəhətləri, demək olar ki, öyrənilməmişdir. Əslində bizim tədqiqatımızında başlıca məğzini bu cəhətlər təşkil edir. Biz bu zaman «yarımçıq cümlə» yox «yarımçıq söyləm» termin-ifadəsindən istifadə etmək məcburiyyətindəyik.

Məqsəd yarımçıq söyləmlərin mətndəki çıxış nöqtəsinin, sonra isə bu vahid vasitəsilə məqsədin, niyyətin işlənmə məqamlarını isbat etməkdir.

Aktual üzvlənmə problemləri ilə məşğul olan alimlər də (xarici və yerli) burada söyləmlərin (o cümlədən, yarımçıq söyləmin) funksional-kommunikativ funksiyasını önə çəkmək, bir dil-nitq hadisəsi kimi onun «xeyirli əlamət»lərini qabartmaqdır. Bu baxımdan yanaşsaq, yarımçıq cümlə (söyləm) təkcə mətn şəraitində bütün quruluş-məna tamlığını ortaya qoya bilər. Yəni müəyyən fikir-ideya çərçivəsində yarımçıq cümlənin-söyləmin əlaqəli birliyi (inteqrasiyası) mətnin formalaşmasına səbəb ola bilir. Mətnin təşkili mexanizmi, formalaşması əlaqəli cümlələrdə aktual üzvlənmənin proqressiv inkişafı ilə bağlıdır.

Elə yarımçıq cümlənin mətndə funksional-kommunikativ aspektləri bu fikri genişləndirməyi tələb edir. Araşdırmada nəzərdən keçirilən məsələlər kommunikativ istiqamətdəki problemlərlə, yəni müəyyən həcmdə informasiyanın ötürülməsi ilə bilavasitə bağlıdır. Mətn, kommunikativ vahid kimi müəyyən koqnitiv informasiyaya malik olduğu üçün onun informanta-mətn qəbuledicisinə ötürülməsi mətnin kom­munikativ funksiyasına aiddir. Həmin informasiyanın ötürülməsində mətndə istifadə olunan formal vasitə kimi yarımçıq cümlələrin rolu böyükdür və onların da sistemli biçimdə araşdırılması mətnin qrammatik kateqoriyaları sisteminin aşkar edilməsinə və sistemləşdirilməsinə xidmət edir.

Yarımçıq cümlənin funksional-kommunikativ tərəfi nisbi xarakterə malikdir, həmin keyfiyyət sonrakı prosesdə meydana çıxır, ona kimi həmin sintaktik vahidlərin qrammatik-semantik və digər əlamətləri nəzərdən keçirilir. Müəyyən müddətdən son­ra yarımçıq cümlə nitq aktında gerçəkləşir ki, bu zaman həmin vahidin funksional­laşma qanunauyğunluqlarının öyrənilməsinə cəhd və maraq artır. Mətn müəyyən konkret uyğun məlumatın maksimal dərəcədə optimal ötürülməsi prosesini əldə et­mək üçün müəyyən sintaktik çərçivədə yaradılır ki, bu da onun bütövlüyünü şərt­ləndirir. Mətndaxili əlaqələr, yarımçıq cümlənin struktur, semantik parametrləri, ümumiyyətlə, mətn dilçiliyi üçün önəm daşıyır. Yarımçıq cümlə mətndaxili əlaqə­liliyi təmin edir Yarımçıq cümlə 3 əsas mətnyaradıcı vasitəyə çevrilir: intonasiya, söz sırası, deyktik elementlər. Mətndə bütöv və yarımçıq cümlələrlə əlaqədar mübahi­sələrin bir səbəbi də dil və nitq məsələlərinin fərqləndirilməməsi ilə əlaqədardır. Yarımçıq cümlələr daha çox canlı nitq aktlarıdır, ona görə də dilin quruluş sxemləri bu zaman pozula bilir. Q.Kazımovun bir fikri də maraqlıdır ki, mətnin qurulma texnikası belədir ki, hər bir nitq aktı temadan remaya doğru irəliləyir, çünki danı­şıqda, yazıda məqsəd tema deyil və qeyd edildiyi kimi, tema danışana da, dinləyənə də məlumdur. Əsl məqsəd temanı nəzərə çatdırmaqla həmin tema haqqında yeni məlumat verməkdir. Yeni məlumat cümlənin kommunikativ əsasıdır, nüvəsidir, məq­səd onu çatdırmaqdır. Rema («predikat» deməkdir) adlanan bu hissə fikrin inkişafına, irəliləməsinə, dərinləşməsinə, dinləyicinin, oxucunun yeni məlumatla təmin edilmə­sinə səbəb olur və nəticədə temanın situasiyadan, danışanın, yazanın məqsədindən asılı olaraq, yeni əlamətləri açılmış olur.

Aktual üzvlənmə və «mütləq məna bitkinliyini nümayiş etdirən» mətn sintak­sisinin öyrənilməsi həm mətnin konkret kəsiyində, həm də onun bütün təşkili ərzində «məlum»un və «yeni»nin vəziyyətini, mətnin digər linqvistik əlamətlərini araşdır­mağa, xüsusiləşmə, parselyasiya, referensiya, ellipsis və yarımçıq cümlə kimi mü­hüm sintaktik hadisələrin, bədii əsərlərin müəllif və janr xüsusiyyətlərinin, funksional üslubların ən səciyyəvi əlamətlərini öyrənməyə kömək edir» [2 s.889, 892].

Referensiya. Referent- hər hansı dil vahidi ilə obyektiv aləmdəki əşya və ya predmetin adlandırıla bilən adı.

Birinci növ təyini söz birləşməsinin ikinci tərəfindəki isimlə ifadə olunmuş mübtəda buraxılır. Məs.: Kişi soruşdu: Bura qıraq adam gəlmişdi? Arvad sozaldı: - Qıraq gələn yoxdu…Onun qədəmi qırılsın! [3: 189]

Buraxılmış üzvün əvəzinə substantivləşmiş üzv («gələn») işlənmişdir.

-Bənövşə bu gün görünməyib,- dedi kişi(…*- buraxılmış üzvü bildirir) Uşaqları hamama aparmışdı,- (…) başı qarışıb. [3,190]

Aktuallaşma baxımdan mübtəda mətnin əvvəlində buraxılır: (…) Gəldi. Bir qoltuğunda korrektura bağlamaları, bir əlində kartof və göyərti yığdığı zəmbil mətbəxə keçdi. Çırma vursan qanı damardı. [4,192]

Cümlənin xəbərinin buraxılması iki formada ola bilir: 1) mətni buraxılma, 2) elleptik buraxılma. Birinci buraxılmada xəbər mətnlə əlaqədar «sıfır variant»da olur. Yəni mətnin öncəki cümlələrindəki xəbər «məlum olan»ı ifadə etdiyindən ötrü yenidən işlədilmiş, təkrar edilmir və nəticədə buraxılır. Məs.: Tapdıq getdi. Amma, əlində bağlama, dabanı üstündə geri qayıtdı:

-Ağa, Şahnigar xanım evdə yoxdur.

-Haragedib?

-Meyxanaya?!

-, meyxana?! [4,173]

«Getmək» feili xəbəri bu dialoq nitqində «məlum olan»ı bildirir. «Meyxanaya», «nə, meyxana» dialoq vahidlərində- cavab replikasında mətnin sual komponentindəki xəbər buraxılmışdır, Çünki xəbər “məlum olan”dır, onun yenidən işləkliyinə lüzüm yoxdur. Buraxılmış xəbəri sual cümləsindəki duruma görə bərpa etmək mümkündür: «Meyxanaya gedib», «Nə, meyxanaya gedib».

Bu tip yarımçıq cümlələri mətndən çıxarmalı olsaq, o zaman aydın fikir ifadəsini tapa bilməz.

Xəbəri elliptik buraxılması da aktuallaşmanın və situasiyanın kommunikativ nüvəsini təşkil edir. Məs.: - Hələ bundan sonra o qədər paltar yumalıyam, paraşokdanötrüneçədükana…(…) [3: 92]

Burada rema (predikat) sıfır variantdadır. Rema (predikat) implisit durumdadır, yəni gizlidir. «İmplisit- gizli halda ifadəsi nəzərdə tutulan hər hansı məna»dır. Külli miqdarda implisit eynilik cümlələrində (o cümlədən yarımçıq söyləmlərdə) predikativ hissələr qrammatik baxımdan feili xəbərlərlə ifadə olunur. [5 s.241 (360 s.)] Bədii mətnlərdə, danışıq nitqində xəbərin bir hissəsinin buraxıldığı durumla da rastlaşmaq olur. Müşahidələr göstərir ki, deyimlərlə ifadəsini tapan xəbərin «məlum olan»ı buraxıla bilir. Məs.:- Onun başını qatdın? –Qatdım.

«Verilən»i və «məlum olan»ı ifadə etdikdə cümlənin baş üzvlərinin hər ikisi buraxıla bilər. Məs.: Qadın qəlbinin kövrəkliyi ilə anlatdı: Onlarla bizim naxırımız, qoyun-quzumuz başqa-başqa örüşlərdə otlayır, Əbil! Biz harada, necə görüşək? –İdarəsində. Gülənbər susdu. Əbil müəllim o biri qaçacağı kəsdi. –EvindəQaplıboranlıgünlərdə[3: 136-137] . Cümlədə söyləmlərdən (söz birləşməsindən) ibarət olan mübtədanın aktual komponentinənə «əl dəyilmir», yəni saxlanılır, bir tərəfi xəbərlə birlikdə buraxılır. Məs.: - Nəcəfalının çörəyi onun burnundan gəlsin.- Nəcəfalının…[3, 137]. «Nəcəfalının çörəyi» 3-cü növ təyini söz birləşməsinin yiyəlik komponentli hissəsi buraxılmışdır.

Bunun əksi ilə də qarşılaşmaq olur. Mübtəda bütöv, xəbərin bir hissəsi buraxılır, amma xəbərin kommunikativ-funksional cəhətdən aktuallaşan mühüm hissəsi saxlanılır. Məs.:- Heç kənd xəyalından keçir?- Keçir.

«Verilən»in bildirildiyi məqamda cümlənin ikinci dərəcəli üzvləri də mətndə buraxıla bilir. Üzərində işi icra olunan və ya hərəkətlə dolayı yolla əlaqələnən əşyanı, obyekti ifadə edən tamamlığın buraxıldığı durumlar çoxdur. Tamamlıq, ümumiyyətlə, güclü aktuallaşma pozisiyasında (mövqeyində) buraxıla bilir. Məs.: Uşağın iki böyüyü harasa əkildi. Yük düşdü balaca qızın boynuna. Dinməz-söyləməz gəlib babasının baş tərəfində əyləşdi. Budağı götürdü, gözləri yolda-yolağada (budağı-buraxılmış tamamlıq) hərdən babasının başı üstə, dövrəsində dolandırdı. [3,182];

-Sərdarı tanımırsan? – Tanıyıram[3, 184]

Bəzən cümlədə təyin aktuallaşa bilmir. O zaman buraxılır.

Zərfliklər və onların növləri «məlum olan»ı» ifadə etdikdə təkrar olunmaqdan ötrü, vacib fikri ən tez, intensiv çatdıra bilmək üçün buraxılır.

«Verilən» i «məlum olan»ı bildirdikdə təktərkibli cümlənin müəyyən üzvləri buraxılır. Məsələn, qeyri-müəyyən şəxsli cümlələrdə:

-Deyirlər, heyvan qırılıb. Sizin mal-davar nə kökdədir?

Qırılmağına qırılıb[3,132]

- O hinduşqalara səhər dən vermisiniz?- Veriblər. [3,183]

ƏDƏBİYYAT

1.Kazımov Qəzənfər. Azərbaycan dilinin qrammatikası. Morfologiya, sintaksis. Ali məktəblər üçün dərslik. Bakı, «Elm və təhsil», 2017, s.887 ( səh. 944 s.)

2. Kazımov Qəzənfər. Müasir Azərbayjan dili. Sintaksis. Bakı, 2005.

3. Əhmədov Sabir. Seçilmiş əsərləri. 2 jilddə, I jild, Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1989.

4. İsmayıl Şıxlı. “Dəli Kür”, Yazıçı, Bakı, 1983.

5.Kamal Abdulla. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Yenidən işlənmiş və əlavələr edilmiş ikinci nəşri, Bakı, MTM-İnnovation, 2016.

Açar sözlər: yarımçıq cümlə, söyləm, sintaktik və supersintaktik səviyyə,üzvlənmə, predikat, buraxılmış cümlə üzvü

Key words: incomplete sentence, collocation, syntactic and super syntactic level, splitting, predicate, missing part of sentence

Ключевые слова: неполное предложение, словосочетание, синтаксический и супер синтаксический уровень, членение, предикат, пропущенный член предложения

 

The incomplete sentence and actual text splitting

Summary

The article is devoted to the study of the actual or super syntactic level of speech. It allows us to identify the functional and communicative opportunities of the Azerbaijani language and determines the methods for the formation of dialogues and monologues. Integration of incomplete sentences within a certain thought contributes to the creation of an artistic text. During this process, the incomplete sentence is implemented by three ways: intonation, alternation of words, deictic elements. Incomplete sentences are a small, but indispensable mechanism in order to strengthen the interrelation of sentences within an artistic text. The main purpose of incomplete sentences in the process of text structure is the emergence of new information, transmission and refinement of this information on the basis of already known information from the informant to the addressee.

Furthermore, the article shows the forms of the actual omission of the main and secondary parts of the sentences. On the basis of extracts from works of art, omissions of nominal and verbal predicates are graphically shown, where the predicate is in a latent position. The most commonly omitted member of a sentence is the attributive. Along with such syntactical phenomena as isolation, parcellation, reference, ellipsis, incomplete sentence allows to study in detail the specifics of the stylistics of literary texts.

 

Неполное предложение и актуальное членение текста

Резюме

Статья посвящена изучению актуального или супер синтаксического уровня речи. Оно позволяет выявить функционально-коммуникативные возможности азербайджанского языка и определяет методы формирования диалогов и монологов. Интеграционная связь неполных предложений в рамках определенной мысли способствует формированию художественного текста. Во время данного процесса неполное предложение  осуществляется тремя способами: интонацией, чередование слов, дейктическими элементами.

Неполные предложения являются небольшим, однако, незаменимым винтиком для укрепления взаимосвязи предложений внутри художественного текста. Главной целью неполных предложений в процессе строения текста является возникновение новой информации, передача и уточнение этой информации на основе уже известных сведений от информатора к адресанту. Далее в статье указаны формы актуального пропуска главных и второстепенных членов предложения. На основе отрывков из художественных произведений наглядно приведены примеры пропуска именных и глагольных сказуемых, где предикат оказывается в скрытом положении. Наиболее часто опускаемым членом предложения становится определение. Наравне с такими синтаксическими явлениями как обособление, парцелляция, референция, эллипсис, неполное предложение позволяет детально изучить специфику стилистики художественных произведений.

 

Rəyçi:  dos.Ş.Albalıyev

 


Мамедова Фарах Алихангызы

УПОТРЕБЛЕНИЕ ФОРМ ПРОШЕДШЕГО ВРЕМЕНИ В РУССКОМ ЯЗЫКЕ

Морфологическая категория времени глагола - это система противопоставленных друг другу рядов форм, обозначающих отношение действия ко времени его осуществления. Строение системы форм времени в их отношении к виду глагола свидетельствует об отсутствии тождества между грамматическим временем и представлениями о членении реального времени.

Каждая из противопоставленных друг другу рядов форм времени характеризуется не только особым категориальными значением, но и особым средствами выражения, к ним относятся, например, аффиксы (суффикс-л у форм прошедшего времени, окончания со значением лица и числа у других форм) а также типы основ, к которым эти аффиксы присоединяются).

Категориальные значения форм времени ориентируются на единую исходную точку - грамматическую точку отсчета. Это абстрактное грамматическое понятие отражает в обобщенном виде, как момент речи, так и любой другой момент, по отношению к которому определяется время действия и речи.

Формы настоящего времени обладают категориальным значением одновременности (настоящего) по отношению к грамматической точке отсчета:

  • [Лидия] Вот идет Миша. (Горький).

Формы прошедшего времени имеют категориальное значение предшествования (прошедшего) по отношению к грамматической точке от счета:

  • Только что сейчас рассуждала опять, в тридцатый раз: как хорошо нам отказала и не буду вашей женой. (Достоевский).

Категория времени глагола тесно связана с категорией вида. Глаголы несовершенного времени в изъявительном наклонении имеют три формы времени - настоящего, прошедшего и будущего сложного:

  • строю; строил; будустроить. глаголы совершенного вида имеют две формы времени — прошедшего и будущего простого:
  • построил; построю.

Морфологическая категория времени свойственна не всем формам глагола. Из спрягаемых форм этой категорией обладают только формы изъявительного нак­ло­нения. Повелительные и сослагательные наклонения форм времени не имеют.

Основу категории времени глагола составляют формы времени в рамках изъявительного наклонения. Морфологическая категория времени строится на основе противо поставления следующих рядов форм

  • формы настоящего времени представлены только формами глаголов несовершенного вида, например:
  • веду; ведешь; ведет; ведем; ведете; ведут;
  • формы прошедшего времени представлены: глаголами несовершенного вида;
  • вел; вела; вело; вели

б) глаголов совершенного вида:

  • закрыл; закрыла; закрыло; закрыли;
  • формы будущего времени представлены формами будущего сложного глаголов несовершенного вида:
  • буду вести; будешь вести; будет вести; будем вести; будете вести; будут вести;

и будущего простого глаголов совершенного вида;

  • закрою; закроешь; закроет; закроем; закроете; закроют; а также глаголов быть:
  • буду; будешь; будет; будем; будете; будут.

В Грамматике русского языка, (М.80) выделяются два типа прямого употребления формы прошедшего времени глаголов совершенного вида: перфектное и аористическое.

А) Перфектное употребление уже охарактеризовано выше с точки зрения категории вида: действие относится к прошлому (в этом проявляется категориальное значение формы прошедшего времени), а его результат - к настоящему:

  • Алеша ты озяб, ты в снегу был, хочешь чаю? (Достоевский).

Особая, разновидность перфектного употребления представлена в тех о случаях, когда результат предшествующего действия отнесен не к настоящему, а к прошлому - ко времени осуществления тех событий, о которых идет речь в повествовании:

  • Только и жила бедная памятью о милом сердцу...Истаяла вся. (М.- Печ.).

Эта разновидность перфектного употребления объединяется его типом общим признаком: выражается актуальность результата действия для более позднего временного плана.

Формы прошедшего времени глаголов совершенного вида выступая перфектном типе употребления, тесно связывают план прошедшего времени с планом настоящего времени. Напротив, при несовершенном виде глагола формы прошедшего времени, как правило, обозначаю: действие, полностью отнесенное к прошлому и не имеющее связи с настоящим. Сравним значения форм прошлого времени глаголов несовершенного и совершенного вида:

  • Попробуй только ослушаться, немедленно Клавдию Петровичу расскажу, кто портрет спрятал... Я видел вчера, как ты его прятал. (А.Н.Толстой).               1

Лишь в редких случаях, в строго ограниченных условиях, формы прошлого времени глаголов несовершенного вида способны выступать в перфектном употреблении:

Б) Формы прошедшего времени глаголов совершенною вида аористическом употреблении обозначают прошедший факт без указания на наличный результат прошедшего действия:

  • Во Владивосток я приехал в начале июля 1943 года. (жури.)

Возможно, особое аористическое употребление обычно при повествовании о сменяющих друг друга фактах: напр.:

  • Парамонуперся ногой в плетень, дернул из плетня тонкую слегу, сунул в окно и кинул. (Д.Калиновская).
  • Червяков сконфузился, глупо улыбнулся и начал глядеть на сцену. Особое аористическое употребление, связанное с последовательностью фактов.
  • Генерал состроил плаксивое лицо и махнул рукой. (Чехов; Чиновник)
  • Дымов быстро выпил стакан чаю, взял баранку и, кротко улыбаясь, пошел на станцию (Чехов; Попрыгунья)
  • На другой день Червяков надел новый вицмундир, подстригся и пошел к Бризжалову объяснить. (Чехов; Чиновник)
  • Червяков кашлянул, подался туловищем в перед и зашептал Генералу на ухо.. (Чехов; Чиновник)

В) Формы прошедшего времени глаголов совершенного вида могут выступать в переносном употреблении. Ниже характеризуются основные- типы такого употребления.

  1. Прошедшее время глаголов совершенного вида при обозначении будущих действий. Контекст указывает на будущее, форма же прошедшего времени сохраняет свое категориальное значение. В результате объективно будущее действие представляется 1ак, как будто оно уже осуществилось. Особенно часто в таком употреблении выступают формы прошедшего времени глаголов погибнуть, пропасть.
  • Если он не вернется, мы погибли (... мы пропали). (Русская грамматика) Реже используются другие глаголы:
  • Бежать, бежать! Иначе я умер.(Фед.). (Русская грамматика)

В подобных случаях выражается модальный оттенок уверенности говорящего в том, что действие осуществится.

К такому употреблению примыкают эмоционально-экспрессивные предложения типа: Так я и поверил! Как же, испугался я! Отрицание факта в будущем эмоционально выражается какироническое признание его уже осуществившимся. Разговорный характер имеет употребление типа: Я пошел; Мы побежали.

  1. Прошедшее время глаголов совершенного вида в контексте абстрактного настоящего. Формы прошедшего времени глаголов совершенного вида используются для наглядной конкретизации обычного действия (налицо наглядно-пример­ный тип употребления совершенного вида). Демонстрируется единичный факт, который представлен так, как будто он уже осуществился, но контекст указывает на то, что такие факты обычны, причем их обычность отнесена к широкому  плану настоящего:
  • Такая птичка ... понимает, что человек ее любит. Если напал на нее коршун, то она куда, думаешь, бросается? Либо в сеялку, либо прямо за пазуху,под ватник(Троепол).
    • Из чужого табачка всегда такие крутят: утром закурил к по юру вынул. (Ант.).
    • Бывает ведь так: уехал человек, которого боялись, он уже не у власти, и тут-то начинается, на ушко: «Вы знаете...». (Овечк.).
    • Осмотрев больницу, Андрей пришел к заключению, что это учреждение безнравственное и в высшей степени вредное для здоровья жителей. (Чехов. Палата)

Г) В зависимости от типа употребления глаголов несовершенного вида форма прошедшего времени в прямом употреблении может передавать прошедшее действие: а) в процессе его протекания; б) в его неограниченной повторяемости; в) в его постоянном существовании; г) действие как обобщенный факт.    Как правило.выражается действие, замкнутое всферее прошлого, не связанное с настоящим:

  • а) Сергей говорил, а Всеволода Андреевича занимали не только его слова, но и лицо. (Л.Карелин)
    • Она вспоминала, как было мучительно венчание
    • Мы долго изучали особенности этого растения
    • Композитор создавал эту симфонию в течение трех лет.
    • О женщинах о любви он всегда говорил страстно с восторгом (Чехов, Палата)
    • б) К полуночи комната выстывала. Он бесшумно открывал железную дверцу печи, складывал костерчиком с вечера приготовленные дрова и щепки, сидя на корточках, поджигал их. (Г.Бакланов).
    • Он уже не боялась Модеста Алексеевича и тратила его деньги. (Чеков)
    • Прядок жизни был такой же, как в прошлом году. По средам бывали вечеринки. Чехов, Попрыгунья)
      • Ольга Ивановна сидела у себя в спальне и думала о том, что это бог ее наказывает за то, что обманывала мужа. (Чехов Попрыгунья,)
      • После обеда Ольга ехала к знакомым, потом в театр или на концерт и возвращалась домой после полуночи. (Чехов Попрыгунь)
      • Ежедневно от 9 часов утро до полуночи он принимал больных и занимался у себя в палате, а после полудня ехал на конке в другую больницу, где вскрывал умерших больных. (Чехов Попрыгунья,)
      • в) Леса, что кроют песчаное Заволжье, прежде сплошным кряжем между реками Унжей и Вяткой тянулись далеко на север. (М.-Печ.).
      • г) На третью после войны зиму... ты брал у ней корову на зимний прокорм. Брал? (Д.Калиновская).
      • Она любила на балконе

Предупреждать зари восход (А.С.Пушкин) (Русская грамматика)

  • Он не ел, не пил, лежал неподвижно и молчал. (Чехов, Палата)
  • Он прыгал, дурачился и на серьезные вопросы отвечал шутками.

Редкое исключение из итого правила составляют случаи перфектного употребления тина: Он многое видел, образован.

 

Литература

  1. Грамматика русского языка, ч .I ,М., “Наука” 1980 г.
  2. Теория функциональный грамматики. Темноральность. Модальность (подредакции Л.В. Бондарко), Л, “Наука”
  3. А.Чехов, рассказы (Москва, 1976)

Ключевые слова: прошедшее время, современный, действие, значения, форма, язык, актуальный, привычки, выражение, употребление

Açar sözlər: keçmiş zaman, müasir, hərəkət, məna, forma, dil, aktual, vərdiş, ifadə, istifadə.

Key words: Past Simple, modern, action, meaning, form, langauge, actual, habits, expression, using

 

Xülasə

Felin zamanlarının morfoloji kateqoriyalarının formalarının əks olan seriya sistemidir. Hansıki, hərəkətinin həyata keçirdiyi zamanla əlaqəndirir. Zaman formalarının sistemli quruluşu və felin formaları ilə əlaqəsi qrammatik zamanla real zaman bölümündə şəxsin olmadığını göstərir. Rus dilində felin keçmiş zaman formalarının istifadə istiqamətində iki tip var: bitmiş və linqivistik

Summary

The morphological category of the tense verb is a system of opposing series of forms that denote the ratio of the action to the time of its implementation. The structure of the system of tense forms in their relation to the tense of the verb testifies to the lack of identity between the grammatical time and the concepts of real-time division. Forms of the past tense have a categorical meaning of the preceding (past) in relation to the grammatical reference point. In Russian language, (M.80) there are two types of direct use of the past tense form of verbs: the perfect and aoristic

 

RƏYÇİ: dos.L.Ələkbərova


Fatma Nazim qızı Qurbanzadə

ELLİPSİSİN SİNTAKTİK FENOMEN KİMİ MÜASİR DİLÇİLİKDƏ YERİ

Deskriptiv və preskriptiv növləri ilə daha çox analiz olunan qrammatika daima inkişaf edir. Daha çox cümlə quruluşu və yaradıcılığı ilə məşğul olan sintaksis hissəsi isə müasir linqvistika elmi üçün olduqca aktualdır.

Ellipsisin sintaksisdə yerini müəyyən etmək üçün əvvəla, isim, əvəzlik, söz birləşməsi və cümlə (ana cümlə, ixtisar cümlələr, yarımçıq cümlələr və anafora) anlayışlara nəzər salmalıyıq. Belə ki, Jeffrey P.Kaplan özünün “English grammar principles and facts” (1989, by Prentice Hall, 28-31) kitabında qeyd edir ki, anafora o əvəzliklərdir ki, onlar cümlədə ismin və ismi söyləmlərin əvəzinə işlənir. Məsələn,

The boy went back to school when he heard the news.

İsim (1) əvəzlik (2). Göründüyü kimi, əvəzlik (2) ismi (1) yerində əvəz etmişdir. Lakin bu o demək deyil ki, bütün əvəzliklər ismi əvəz edə bilir.

“Mən, sən, biz və məni, mənə” kimi əvəzliklər ismi və ismi söyləmlərin əvəzinə işlənə bilmir. Əvəzlik və anafora ifadələrini sintaksisdə araşdırdıqda, “antisident” termini ilə də rastlaşırıq və qeyd edirik ki, antisident (antesedent) əvəzliyin istinad etdiyi söz, fraza və ya birləşmədir. Antisidenti olan söz və ya söz birləşməsi isə “Anafora” adlanır:

1) Marco entered the room because he wanted to see the woman in black.

(1) isim, mübtəda

(2) əvəzlik, antisident

Anaforik birləşmələrə dillərdə müxtəlif ifadələrdə rast gəlmək olar. Bu haqda hələ 1989-cu ildə Jeffrey P.Kaplan qeyd edirdi:

1) Joe (painted the box) before Sam could do so / do it.

           VP (feli)

2) Joe is not really (lazy), he just seems so/it.

                   Pro Aps

3) a) They say (Fidel fired Fernando), but I don’t believe it.

                            (sen.)

b) I will believe that (Fidel fired Fernando), if you say so.

                                          (sen.)

4) In the fifties gas prices were low. Also, back then, American cars were reliable.                                                                                                            adv.prepos.                                     

Müəllif göstərilmiş cümlələrin hər birini tipik anafora adlandırır və əlavə edir ki, hər birinin kontekst daxilində öz antisidentlərin götürülmüş mənaları vardır.

Amma bizim fikrimizcə, (3) və (4)-cü cümlələr anaforik əvəzlənmələr olsa da, (1) və (2) cümlələr elliptik konstruksiyalardır. Bir sıra digər nümunələrdə də müəllif “do it” və “do so” ifadələrinin anafora olmasını təkidlə vurğulayır.

a) Max bought the old chest before Barbara was able to do so.

                                                Δ

                                               VP

Barbara was able to do so.

b) Although I did not want him to do it, Garth sold the old truck.

Garth sold the old truck.

                    VP           [9, s.197-201]

Ellipsisin sintaksisdə yeri cümlənin sintaktik quruluşunun müəyyənləşməsi və funksionallığının öyrənilməsində labüddür. Çünki sintaktik ellipsis termin məhz cümlənin buraxılmış sintaktik quruluşudur. [8, s.55-69] Lakin müasir dilçilikdə artıq ellipsisin sintaksisdə yeri gündən-günə genişlənir. Marjokil J. Mcshane ellipsisi bir sintaktik fenomen kimi təsnif edərkən deyir: “Ellipsis ana dilinin elə universal xüsusiyyətidir ki, məna və quruluş baxımından dildən dilə fərqlənir.” Yəni dil quruluşunda, dil yaradıcılığında ellipsis hər zaman önəmli yer tutur. Əgər biz

a) Janes got an A on the literature and Julio a B.

cümləsində sintaktik ellipsisin cümlənin sintaktik quruluşundakı önəmli təzahürünü müşahidə edə biliriksə, o zaman

b) He is reading Chingiz Abdullayev

cümləsində “He is reading a book written by Chingiz Abdullayev” gizli semantik məna buraxılışını aydın müşahidə edə bilərik.

Əgər “ellipsis, elliptik konstruksiyalar bu günə qədər dilçilikdə sintaktik dilçi­lərin təbirincə desək, sintaktik fenomen kimi araşdırılırdısa, hal-hazırda diskursçular tərəfindən tema-rema strukturu münasibətlərinin açılmasında deskriptiv topologistlər tərəfindən isə dilin diskurs oriyentasiyasının müəyyənləşməsində ellipsis bir diaq­nostik termin kimi qələmə verilir. Bu isə terminin müasir sintaksisin hüdudlarından çıxıb leksikal semantikaya, diskursa, prosodiyaya, semantika və stilistikaya da yaxınlaşır. Lakin terminin əhatə dairəsini nə qədər genişləndirməsindən asılı olma­yaraq “sintaktik fenomenlik” anlayışı yenə də öz önəmini saxlayır. Elliptik konstruk­siyaların öyrənilməsi və araşdırılması təkcə dilçilər üçün deyil, həmçinin də xarici dil öyrənənlər və kompüter proqramçıları üçün bir o qədər önəmlidir. [6, s.100-114]

Deskriptiv analitik dilçilərin dili ilə desək, ellipsisin öyrənilməsi təkcə qrammatika kitabları oxuyan tələbələr üçün yox, dilə adekvat yanaşan və dildən informasiya mübadiləsi üçün istifadə edənlər üçün önəmli və labüddür. Məsələn, ingilis dilində verilmiş bu nümunələrə diqqətlə baxaq:

a) I bought two chic designer dresses made of Chinese silk, my mother bought three chic designer dresses made of Chinese silk, and my grandmother bought four chic designer dresses made of Chinese silk.

b) I bought two chic designer dresses made of Chinese silk, my mother bought three Ø, and my grandmother bought four Ø.

Xatırladaq ki, elliptik söz və ya fraza cümlədə məhz “Ø” işarəsi ilə göstərilir. Əlavə olaraq, ellipsis təkcə cümlədə buraxılma funksiyası daşıyıb, fikri sonradan bərpa etmir, həmçinin də vurğulanan və nəzərdə tutulan mətn elementi arasında real və konseptual kontekst çərçivəsində əlaqə yaradır. [10, s.191]

 İngilis dilində verilmiş nümunələrə nəzər salaq:

a) Last week Secretary of State Colin Powell went to Belgium;

b) The goal of his visit there was to take part in a meeting of the foreign ministers of the NATO countries;

c) This was the Secretary’s third overseas trip in less than two months.

Azərbaycan dilində isə:

Belə olduğu təqdirdə, icazənizlə, sizə nə demək istədiyimi izah edərdim. Söh-bət bizim məşhur siyasətçimiz cənab Predraq Baştiçin öldürülməsindən gedir. O, iki ay əvvəl, qonşu respublikalardan gəlmiş müxalifət partiya nümayəndələrinin məxfi görüşü zamanı öldürülüb. Nəticə etibarilə bu cinayət işində əsas şübhəli şəxs qismin­də cənab siyasətçinin keşikçisi həbs olunub (Ç.Abdullayev. “Balkan sindromu”).

Belə ki, nümunələrdən göründüyü kimi, kontekstin tam semantik məna zənginliyini almaq üçün, kontekst daxilində kifayət qədər koqnitivliyə xidmət edən (ismi feli) söyləmlər olmalıdır ki, cümlə interlinksiyası (mətndaxili əlaqəlilik) alınsın.

Ellipsisi bir sintaktik vahid kimi analiz edərkən anlayırıq ki, sintaktik buraxılmalarda semantizm var. Yəni məna etibarilə cümlədə sintaktik boşluq, həmçinin də buraxılmış amalinqvistik və ya ekstralinqvistik kontekstdən bərpası asanlıqla mümkün olan mənaya xidmət edir. Məsələn, Azərbaycan dilində:

•        Pendiri dəri saxlar, arvadı əri. Ø (sintaktik ellipsis)

•        Xalq gedər quş gətirər, Xanalı bayquş gətirər (semantik ellipsis)

İngilis dilində:

•        Peter started her speech at 10, Adrian at 12. (sintaktik ellipsis)

•        Promises are commonly made, then broken. (semantik ellipsis)

Linqvistik fərqlərə baxmayaraq, hər iki tipli (semantik və sintaktik strukturlu) buraxılmalarda məna asanlıqla bərpa olunur və əlaqə sual doğurmur:

Azərbaycan dilində:

•        Varlı umduğunu yeyər, kasıb olduğunu.

•        Özgəyə it hürər, bizə Mazandaran çaqqalı.

•        Öküzü buynuzundan, adamı sözündən tutarlar.

İngilis dilində:

•        Penny wise, pound-foolish. (Put all your eggs in one basket)

•        Early to bed, early to rise. (Experience in the father of wisdom)

•        Do as you would be done by. (Do into others, as you would have them do to you)

Nümunələrdən göründüyü kimi, müxtəlif linqvistik köklərə malik olan hər iki dildə kifayət qədər elliptik konstruksiyalara rast gəlmək olar. Sintaksisdə ellipsisin dildə işlənmə tezliyi və cümlə daxilində funksionallığını nəzərə alsaq, onda belə izah üçün bir qrafikdən istifadə edə bilərik. Əlavə olaraq qeyd etməliyik ki, bəzi Avropa dilçiləri əvəzlikləri dildə sintaktik vahidlərin qənaətində əsas vasitə hesab edir və qayıdış əvəzliklərini kontekst daxilində elliptik koqnisiyalar hesab edir.

 

İstifadə olunan ədəbiyyat siyahısı

  1. Abdullayev K. M. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı: Maarif 1998, 280 s.
  2. Axundov A. Ümumi diliçilik. Bakı: Şərq-Qərb, 2006, 280 s.
  3. Cəfərov S. Müasir Azərbaycan dili. Bakı: Maarif 1970, 234 s.
  4. Cəfərov S. Müasir Azərbaycan dili (leksika), 1-ci  hissə. Bakı: Maarif, 1982, 216 s.
  5. Dəmirçizadə Ə. Müasir Azərbaycan dili I hissə. Bakı: Maarif, 1972, 308 s.
  6. Fəxrəddin Veysəlli. Semiotika. Bakı: Mütərcim, 2010, 334 s.
  7. F.Y.Veysəlli. Dil. Bakı, 2007, “Təhsil”, 291 s.
  8. Dijk Teun A. Van. Semantic Discourse Analysis // Handbook of Discourse Analysis. London: Academic Press, 1985, 228 p.
  9. Dijk Teun A. Van. Discourse and Context: A Sociocognitive Approach Cambridge University Press, 2008, 267 p.
  10. DijkTeun A. Van. Society and Discourse:  How Social Contexts Influence Text and Talk. Cambridge, U.K.: Cambridge University Press, 2009, 287 p.

Açar sözlər: sintaktik ellipsis, antisident, koqnisiya, anafora.

Key words: syntactic ellipsis, antesedent, cognition, anaphora.

 Ключевые слова: синтаксический эллипсис, антеcедент, познание, анафора.

 

 

The place of ellipsis as a syntactical phenomenon in modern linguistics

Summary

The article is about the syntax of sentence structure in modern linguistics. As we know, up to know, the term “ellipsis” is defined as a syntactical phenomenon in linguistics. However, it is a fact that, sometimes it is very difficult for the reader to guess the meaning of gaps in the sentences for the mentioned contexts. The author tries to define ellipsis as a “diagnostic” term with the words of descriptive topologists. Here, the term itself loses its real meaning and follows lexical semantics, discourse, semantics and stylistics. Nevertheless, obviously, it does not go far from syntactical paradigm. To analyze the term of ellipsis and elliptical constructions is not important only for linguists, but at the same time for language learners, computer specialists. While defining the notion, we can easily get to know that there is a semantic value in each syntactic gap. These kinds of gaps can be filled easily again. It will happen both from linguistic and extra linguistic points of view. In the end of article, the author gives a number of examples in syntactic gaps of sentences within the real cognitive meanings.

 

Место эллипсиса как синтаксического явления в современной лингвистике

Резюме

Статья посвящена синтаксису структуры предложения в современной лингвистике. Термин «эллипсис», как известно, определяется как синтаксичес­кое явление в лингвистике. Но факт состоит в том, что читателю иногда трудно понять значение пробелов в предложениях для упомянутых контекстов. Автор пытается определить эллипсис как «диагностический» термин со словами описательных топологов. Здесь сам термин теряет свой реальный смысл и следует лексической семантике, дискурсу, семантике и стилистике. Но, очевид­но, это далеко не синтаксическая парадигма. Анализ термина эллиптических и эллиптических конструкций не важен только для лингвистов, но в то же время для языковых учащихся, компьютерных специалис­тов. Определяя понятие, мы можем легко узнать, что в каждом синтаксическом промежутке есть семан­тическое значение. Эти виды можно легко восстановить снова. Это произойдет как с лингвистической, так и с дополнительной лингвистической точки зрения. В конце статьи автор приводит ряд примеров в синтаксических пробелах предложений в реальных познавательных значениях.

 

Rəyçi: prof. A.Y.Məmmədov


Ruxsara Feyziyeva

TARİXİ ROMANLARDA İŞLƏNMİŞ DİALEKT SƏCIYYƏLİ FRAZEOLOJİ BİRLƏŞMƏLƏRİN  ÜSLUBİ XÜSUSİYYƏTLƏRİ

Xalqın milli xüsusiyylərini özündə birləşdirən, ağızdan-ağıza keçərək yaşayan və bu günümüzə qədər gəlib çatan, xalqın psixologiyası, düşüncəsi, yaşam tərzi, məişəti, həyata baxışı, çoxcəhətli əlaqələrini özündə əks etdirən yığcam, obrazlı ifa­də­lər ‒ frazeoloji birləşmələr ədəbi dilin inkişafında xüsusi önəm daşıyır. Prof. M.Mirzəliyeva ”Türk dilləri frazeologiyasının nəzəri problemləri” əsərində yazır: “Təsadüfi deyildir ki, dilin ən qədim laylarına məxsus olub, müasir günümüzdə öz ilkin mənasını itirmiş və ya ondan uzaqlaşmış, müəyyən morfoloji dəyişikliklərə uğramış hər hansı söz və ya ifadə bu gün məhz frazeoloji vahidin komponenti kimi yaşayır, müstəqil söz kimi işlənməsə də, frazeoloji vahidin məhz sabitliyi gücünə dildə mühafizə olunub qala bilmişdir” (14, 17).

Dilçilik ədəbiyyatında frazeoloji birləşmələr, frazeoloji tərkiblər, frazeologizm­lər, idiom, qanadlı sözlər və s. kimi  müxtəlif adlarla adlandırılan frazeoloji vahidlər birləşmə daxilində öz əvvəlki mənalarından uzaqlaşır, tam bir məna kəsb edir, müs­tə­qil morfoloji və sintaktik mənasını itirir, nitq hissəsi olmaq, cümlə üzvü kimi işlən­mək imkanlarıından məhrum olur. Azərbaycan dilçiliyində frazeoloji birləşmələrin ilk tədqiqatçısı olan professor S. Cəfərov frazeoloji birləşmələrin bu xüsusiyyətini nəzərə alaraq yazır: “sabit söz birləşmələrində sözlər üzvi surətdə elə birləşir ki, onları bir-birindən ayırmaq, birini digəri ilə əvəz etmək və hər sözü müstəqim mənada düşünmək olmur“ (12, 23).

Frazeoloji birləşmələrin bədii ədəbiyyatda üslubi imkanları daha genişdir. Bədii dilin inkişafında özünəməxsus yeri olan frazeoloji birləşmələr, obrazlılıq, yığcamlıq, ahəngdarlıq kimi xüsusiyyətləri özündə birləşdirir, obrazların dilinin fərdiləşdirilmə­sində, mənəvi keyfiyyətlərinin açılmasında, əsərə milli koloritin verilməsində, süjet xəttinin qurulmasında, ideyanın təsirli olmasında, təhkiyə dilinin ümumxalq dilinə yaxınlaşdırılmasında böyük rolu vardır və o, yazıçı dilini zənginləşdirir, əsərə oxucu marağını artırır. Prof. R. Məhərrəmova “Mirzə Ələkbər Sabirin söz dünyası” əsərində yazır: “frazeologiya elə bir nitq vahididir ki, onun xüsusi üslubi cəhətləri, funksiyaları ekspressiv, emosional rəngləri ilə birlikdə bədii dilə xalqın ruhunu, nəfəsini, ifadə tərzini gətirir” (13, 268). Yazıçılar mənsub olduqları xalqın milli ruhunu, adət-ənə­nə­sini yaxşı bildiklərindən personajların zövqünə, dünyagörüşünə, psixologiya­sına uy­ğun olaraq öz əsərlərində atalar sözləri, zərbi-məsəllərdən, frazeoloji vahidlərdən isti­fadə edir, bu yazıçı dilinin nöqsanı sayılmır və frazeoloji birləşmələri fərdiləşdirmə, tipikləşdirmə vasitəsinə çevirir. Hər bir yazıçının təhkiyə dilində frazeoloji vahidlərin müəyyən rolu vardır.

Frazeoloji birləşmələri xalq və yazıçılar yaradır. Tədqiqatlar göstərir ki, yazı­çı­lar həm təhkiyə, həm də personajların dilində təkcə ədəbi dildə işlənən frazeolo­gizm­lərdən yox, həm də ədəbi dillə qarşılıq, sinonimlik təşkil edən frazeoloji vahidlərin dialekt variantlarından da istifadə edirlər. Bu ifadələrdən həm danışıq dilində, həm də müasir və klassik şair və yazıçılarımızın dilində üslubi məqsədlə istifadə olunur.

Frazeoloji vahidləri tədqiq etmək Azərbaycan dilçliyi üçün əhəmiyyətli məsələ­lər­dəndir. Frazeoloji birləşmələrin tədqiqi söz və söz birləşmələrinin tədqiqi ilə də bağlıdır. Dildə vahid söz kimi hazır şəkildə və məna tamlığına malik olan frazeoloji birləşmələrdə sabitlik yox, qrammatik formalar nəzərə alınmalıdır.

Ədəbi dilin zənginləşmə mənbələrindən olan, dilin tarixi keçmişinin araşdırılma­sında əvəzsiz xəzinə sayılan, dilin qızıl fondunu təşkil edən söz qruplarından biri olan dialekt və şivələr bu gün ədəbi dildə işlənməyən, dilin arxaik fonduna keçən, müasir dildə yaddaşdan silinən ifadələri, söz formaları özündə qoruyub saxlayır, onları kənar təsirlərdən, itib-batmaqdan qoruyur, tədqiqat zamanı dilin tarixi inkişafında baş verən bütün dil hadisələrini, dil faktlarını araşdırmaçıya təqdim edir. Dialekt və şivələrdə qorunub saxlanan ifadələr içərisində frazeoloji birləşmələr də xüsusi yer tutur. Dialekt və şivələr təkcə sinonim cərgələri, omonim, antonim və s. söz qruplarını zəngiləşdirməklə qalmır, həm də frazeoloji birləşmələrin zəngiləşmə mənbələrindən sayılır. Xalqın milli və mənəvi dəyərlərini, ruhunu özündə əks etdirən frazeoloji bir­ləş­mələr dilin tarixi keçmişini, dünəni və bu gününü özündə yaşadır. Prof. R. Məhərrəmova yuxarıda adı qeyd edilmiş əsərində yazır: “Dilin frazeoloji sistemi mövcuddur və daima inkişafdadır. Elə buna görə də hər bir frazeoloji vahiddə müasirliklə keçmişin çulğalaşdığı, tarixin ən qədim laylarına məxsus keyfiyyətlərinin əks olunduğunu görürürük” (13, 268).

Frazeoloji birləşmələrin tədqiqində xüsusi yeri olan şair və yazıçılarımız tərə­fin­dən bədii dilə gətirilən frazeolji dialektizmlər frazeoloji birləşmə cərgələrini zən­ginləşdirir. Dialekt və şivələrdə olan frazeloji birləşmələr əksər hallarda ədəbi dildə işlənən frazeologizmlərlə sinonimlik təşkil edir. Yazıçılar bu ifadələri işlətməklə əsərlərinin dilini zənginləşdirməklə qalmır, həm də əsərə oxucu və dinləyici marağını artırır. ”Frazeoloji ifadələr bədii ədəbiyyatın elə mühüm ifadə vasitələridir ki, onları öyrənmədən hər hansı bir yazıçının dilini, üslubunu hərtərəfli tədqiq etmək mümkün deyildir” (13, 268). Frazeoloji vahidlərin üslubi xüsusiyyət­lərindən danışarkən bu məsələyə müxtəlif cəhətdən yanaşmaq lazımdır.

Frazeoloji ifadələr ayrı-ayrı nitq hissələrindən yaranır. Bu ifadələr əksər halda iki isim, isim - sifət və isim - feil birləşməsindən əmələ gəlir. Buna görə də frazeoloji birləşmələri iki qrupa bölmək olar: ismi və feili frazeoloji birləşmələr. Tədqiqatı­mızda İ. Şıxlının “Dəli Kür”, F. Kərimzadənin “Xudafərin körpüsü”, “Çaldıran döyüşü”, Ə. Məmmədxanlının “Babək”, Q. İlkinin “Qalada üsyan”, Ə. Cəfərzadənin ”Aləmdə səsim var mənim”, “Yad et məni”, “Cəlaliyyə”, ”Bakı 1501”, M. İsmayılo­vun ”Ağ yapıncı”, “El üçün yan” tarixi romanlarına istinad etdik. Adlarını qeyd etdiyimiz əsərlərin dilində dialekt səciyyəli feili (predikativ) frazeoloji birləşmələrə da­ha çox təsadüf etdik. Semantik müxtəlifliyinə görə digər qrup birləşmələrdən fərq­lənən feili frazeoloji birləşmələri akad. V.V. Vinoqradov felin üslubi imkanları­nın ge­niş olması ilə izah edir (16,112). Feli birləşmələrdə ifadə olunan əsas fikir feilin lek­sik məzmunundan asılı olur. Feili frazeoloji birləşmələrdə feil ya öz ilkin məna­sından uzaqlaşır, ya da tamamilə mənasını itirir, bəzi ifadələrin tərkibindəki sözlər isə bir-biri ilə  sıx bağlanır və tam bir leksik vahidə çevrilir. Araşdırdığımız tarixi roman­ların dilindən topladığımız nümunələrin demək olar ki, əksəriyyəti feili frazeoloji birləş­mə­lərdir. Burada diqqəti cəlb edən əsas məsələ bəzi birləşmələrin birinci, bəzi birləş­mə­lərin isə ikinci tərəfinin dialekt sözləri olmasıdır. Birləşmələrdə tutmaq, çalmaq, qırılmaq, kəsilmək, vurmaq, almaq və s. fellər daha çox işlənmişdir. Tarixi roman­lardan topladığımız nümunələrdə aşağıdakı frazeoloji dialektizmlərə təsadüf etdik ki, bunların da birinci tərəfi ismin bütün halları ilə işlənmişdir. Nümunələrə diqqət edək:

Loş çıxmaq: 1. Süst, ölgün; 2. Boş, yerində və qaydasında bağlanmamış (3, III c. 269). Bu  nədir, Əmiraxur, sənin gətirdiyin atların loşçıxır (FKX, 29). Mətndəki məna süst, ölgün ifadəsinə uyğun gəlir. F. Kərimzadə bu sözü çıxmaq sözü ilə birgə işlədərək  frazeoloji birləşmə yaratmışdır.

Sayır-bayır vurmaq: sayır-bayır vurmaq // sayır-bayır danışmax,Şahbuzda sayıq­lamaq, hətərən-pətərən danışmaq (4, 213). Qızdırmam qalxmış, sayır-bayır vururdum(ƏCY, 13), Qızdırman bu gecə qalxa bilər, sayır-bayır vurarsan. (ƏCY, 95). ADİL-də həmin söz mənasız, məzmunsuz, rabitəsiz, məntiqsiz mənalarında işlənmişdir (3, IV c. 51). 

Zaval toxunmasın: Zaval toxunmaq // zavala gəlmək // zavala uğramaq (əksər şiv.)-məhv olmaq, puça çıxmaq mənalarında işlənir. (4, 287). Danışıq dilində zavala düşmək // zaval görməmək // zaval olmaz // zaval yoxdur // zaval yetirmək // zaval vurmaq // zavala getmək // zaval vermək şəklində 1) bədbəxtliyə uğramaq, fəlakətə uğramaq // müsibətə uğramaq mənalarında işlənir. (3, IV c, 645). Lənkəranda “zavalın güjdü gəlsin”, “zavala gələsən” şəklində eyni mənada işlənir. Amma desə də, o gözəl qıza zaval toxunmasını istəmirdi (ƏCB, 51); Bəlkə oğlanı düşünə-düşünə, bir zavala rast olmasın deyə, dua edə-edə ürəkciyi üzülmüşdü (ƏCC, 157);İsgəndərlə və Roma qeysərləri silah gücüylə yığın-yığın parakəndə xalqları və ölkələri vahid siyasi bir orqanizimdə birləşdirmişdilər və böyük cahan dövlətləri qurmuşdular, sonra içəridən çürümüş, zavala uğramış, çökmüş və məhv olmuşdular (MB, 133); Belədisə xoşa-xoşluqla get tövləyə, sənə zaval yoxdu (MİE, 90). Ə. Məmmədxanlı bu ifadəni- “zavala uğramış // məhv olmuş // çökmüş” bir cümlə içərisində ədəbi dildə işlənən qarşılıqları ilə eyni anda işlətmişdir.

Həqqə irişmək: yetişmək, çatmaq: Həqqə irişmək üçün yolun məhəbbətdən keçir (ƏCB, 118); İnsan təriqətə qovuşub ikinci dəfə doğulmayınca, haqqa irişmir (ƏCB, 138); Mənəvi cəhətdən isə yenidən dünyaya gəlir, haqqa irişmiş olur (ƏCB 138); ...şiə-ələvi təriqətinin qibləgahı, gənc olmasına baxmayaraq həqiqətə irmiş ərənlər pir kimi şöhrət qazanmışdır. Bu söz qədim və orta əsr türk yazılı abidələrində, klassik ədəbi dildə çox işlək olmuşdur. Dialektoloji lüğətlərdə və ADOL-da üç mənası qeyd edilmişdir (5, 44). Ə. Cəfərzadənin “Bakı 1501” romanında bu sözün feilin qayıdış növündə işlənməsinə də təsadüf olunur. Qazi bəyin könlü irişilməmiş ‒  hələ əl çat­mayan bir eşq ilə çırpınırdı (ƏCB, 10). “İrişmək” feilinin qədim və orta əsr abi­dələrində geniş işlənmiş “irmək” variantı vardır. Bu feili Ə. Cəfərzadə “Bakı1501” ro­manından verilmiş nümunələrin hamısında frazeoloji birləşmə kimi işlətmişdir. ...gənc olmasına baxmayaraq həqiqətə irmiş, ərənlər kimi şöhrət qazanmışdı ( ƏCC, 111).

Qahmar çıxmaq: Qahmar çıxmaq // qahmar çıxmax // qahmar durmax (Cəb­rayıl, Qazax, Salyan, Şəmkir, Tərtər, Tovuz, Zəngilan) ‒ tərəfini saxlamaq, tərəfdar çıxmaq mənalarında işlənir (4, 155). Daha sonrası yoxdur ki, anası qızına qahmar çıxıb, Qüdrəti tərifləyib (MİE, 109); Əziz bacım, sən ərinə qahmar çıxmaqnan bizi məhv edəcəksən (ƏCB, 155); Qorxuram bəyin adamları onların gününü göy əskiyə­bükə, qahmar duranları olmaya (MİE, 95). ADİL-də qahmar durmaq // qahmar çıx­maq şəklində kömək çıxmaq, tərəfini saxlamaq, havadarlıq etmək mənalarında işlənmişdir (3, III c,17).

Rəncidə düşmək: İncik, rəncidə etmək (salmaq), incitmək, küsdürmək, ürəyini sındırmaq; rəncidə olmaq-incimək, ürəyi sınmaq, küsmək məcazi mənalarında ADİL-də işlənmişdir (3, IIIc, 651). Yığın əmirləri, indiyə kimi əmirlər məndən rəncidə düşüblər ki, niyə bizi müharibələrə aparmırsan (FKX, 263).

Amanı qırılmaq: Amanı qırılmaq // amanı kəsilmək (qırılmax) (əksər şivələrdə) ‒ əldən düşmək, taqəti qalmamaq (4, 30); (3, Ic s 111). Bir az səbir elə, amanın qırılmayıb ha! (İŞD,170).

Qaranlığa bürkələnmək: Bürgələnmək // bürüncəklənmək ‒ üz-gözünü bük­mək; bürüttənmək ‒ bükülmək, qalın geyinmək, üst-başını pal-paltarla bükmək (6, Ic, 27); bürkəlnmək // bürkələnməx' Naxçıvan dialektində bürünmək mənasında ADDL-da (1, 69) qeyd olunub. Qoca hər dəfə susanda elə bil mağaranın aşağısındakı bu nəmli qaranlıq bir az irəli gəlirdi və o qaranlığa bürkələnmiş iyrənc bir az yaxınlaşırdı və marığa dayanırdı...; ...istəmirdi ki, qoca bu gecə ölsün və qaranlığa bürkələnmiş o iyrənc varlıq yaxın gəlsin (MB, 225); ... və yenə ona elə gəldi ki, qaranlığa bürgələnmiş o iyrənc varlıq yenə bir az yaxına gəlib qaramat baxışlarıyla qocaya baxır (MB, 233). Ə. Məmədxanlı “Babək” romanında “qaranlıq” sözü ilə birləş­dirərək “qaranlığa bürkələnmək” şəklində frazeoloji birləşmə məqamında işlətmişdir.

Sərasimə qalxmaq: Bu ifadə izahlı lüğətdə fars sözü olaraq verilib, hövlnak, qorxu içərisində, dəhşət içərisində, vahiməli mənasındadır. (3, IVc, 87) Anasının səsinə sərasimə yuxudan qalxan Bəhram köhnə arxalığını çiyninə atıb tez həyətə endi (QİQ, 39). Yazıçı Q. İlkin bu sözü “qalxmaq” feili ilə yanaşdıraraq sərasimə qalxmaq frazeoloji birləşməsini yaratmışdır.

Dınqıra süzən qurumsaq: ADİL-də “dınqır” məhəlli söz kimiqavala oxşayançalğı aləti; kiçik qutu; çox çılpaq; daz, keçəl (3, IIIc, 536,) mənaları verilmişdir. Dədəmin Molla Sadıqdan zəndeyi-zəhləsi gedir, həmişə ona “dınqıra süzən qurum­saq” deyir (İŞD, 207); Kəs səsini, dınqıra süzən qurumsaq!(İŞD, 167); ‒Molla, mənə lotuluq gəlmə, get dınqırına süz (İŞD, 180). İ. Şıxlı həmin ifadədən obrazın daxili aləmini açmaq üçün istifadə etmişdir.

Ovsanata düşmək: Ovsanata düşmək // ovsanıya düşməg (Salyan) –vaxtı ilə edilmiş yaxşılığın, köməyin qarşılığını görmək, əvəzi çıxmaq, yerinə düşmək (4,185). Bir tikə çörəyimiz ovsanata düşüb (CBS, 83). ADİL-də ovsanata düşmək // ovsanadan çıxarmaq ‒ 1. Edilən yaxşılığa, köməyə qiymət verməmək; unutmaq, qiymətdən salmaq; 2. Vaxtı ilə edilən yaxşılığın, köməyin qarşılığını görmək, əvəzi çıxmaq, bədbəxt bir hadisədən, təsadüfdən xatadan qurtarmaq, yerinə düşmək mənalarında işlənmişdir (3, III c. 546).

Sümüyü eymənmək: Sümüyü eymənmək // sümüyü eymənməx' (Qazax) ‒ canına qorxu düşmək, qorxu hissi keçirmək. (4, 228); ADİL-də də qorxmaq, vahiməyə düşmək, xoflanmaq mənaları vardır (3, II c, 50). Allahyarın həmişə olduğu kimi, indi də bu dərəyə çatanda sümüyü eyməndi ( İŞD, 56).

Əlifi yanılmaq: məcazi mənada “düz şaquli, əlif qəddi dal olmaq (yay, nun), əlif qəddi dala dönmək ‒ beli bükülmək” işlənmişdir (3, IIc, 103). Allah atan Cahandar ağanın əlifini yanıltsın (IŞD, 45 ).

Tutar qalmaq: güc, qüvvət, taqət, təpər (3, IVc 379.) Bəsdir, ay insafsız, tutar qalmadı ( İŞD, 23).

Sızı keçmək: məcazi mənada xəfif və incə ağrı, göynərti, sızı sızıldama; 2. Taleyindən, həyatından, halından şikayətlənmə, inildəmə, ağlayıb sıtqama (3, IVc, 110). Hamının qəlbindən bir sızı keçirdi: “kaş burada gecələyə idik” (ƏCY, 133).

Şırıqqa tutmaq // şırıqqa tutmağ (Göyçay) // vurmağ (İmişli): musiqinin ritminə uyğun çırtıq çalmaq (4, 234). Toyun yaraşığı oynamaqdı, qızlar, şırıqqa tutun (ƏCY, 157).

Ixlasla qulluq etmək: ADİL-də İxlasla qulluq eləmək ‒ sədaqətli, sadiq, ixlas edən, səmimi; İxlaskarlıq ‒ sədaqət, səmimiyyət, səmimi məhəbbət (3, II c. 509) verilmişdir. Mən də sənə ixlasla qulluq eləmisəm (MİE, 39).

Qaşqabağını turşaltmaq: Şəmkirdə-qaşqabağını turşaltmaq // qaşqabağını sallamaq (tökmək) (əksər şivələrdə); sifətinə acıqlı və narazı bir ifadə verməklə narazılığını bildirmək (4, 161). Yoxsa sözlərimdən incidin, ay qardaş, niyə qaşqabağını turşaltdın? (İŞD, 265).

Gürrah vermək: ADİL-də gürrah verdilər // gürrah vurmaq (çəkmək) ‒ səs-küylə, qışqırıqla, birdən-birə bir işə başlamaq, yaxud yüyürüşmək, axışmaq, hücum etmək verilmişdir. Uşaqlar da onların dalınca koridora doğru gürrah verdilər (ƏCY, 239).

Amanı kəsilmək //amanı qırılmaq // amanı kəsilmək (əksərşivələrdə):əldən düşmək, taqəti qırılmaq (4, 30). ADİL-də taqət, güc, qüvvət mənalarında amanı kəsilmək // amanı qırılmaq, üzülmək, əldən düşmək, yorulmaq, taqətdən düşmək; amanını kəsmək ‒ yormaq, üzmək, əldən salmaq, taqətdən salmaq mənalarında verilmişdir (3, Ic, 111). Amanı kəsilmişdi (ƏCB, 19).

Şəbədələr bağlamaq: Şəbədə bağlamaq // şəbədə diməx′ (Şəki), düzməx′ (Qazax), şəbədə eləməx′ (Cəbrayıl, İsmayıllı, Lənkəran, Zəngilan); Şəbədə qoşmax” (Ağcabədi, Cəbrayıl); şəbədiyə qoymax (Ağdam, Cəbrayıl, Lənkəran, Şuşa); şebədiyə qoymağ (Bakı, Salyan) ‒ rişxənd etmək, lağa qoymaq, ələ salmaq (4, 231); ADİL-də şəbədələr bağlamaq // şəbədə qoşmaq // şəbədəyə qoymaq ‒ rişxənd eləmək, ələ salmaq, söz qoşmaq (3, IVc, 200) mənaları verilmişdir. Qayınxatınlar qaxıncı olacaq bu iş yazıq Soltanbikə anaya, nə şəbələr bağlayacaqlar (ƏCC, 238).

Cikkə çəkmək: ADİL-də (3, Ic, 411) cikkə çəkmək-nazik səslə bərk qışqırmaq -nazik səslə bərk qışqırmaq. Görmürəm bir zənən görən kimi səsüvü başuva atıb “ay qız deyib” cikkə çəkirsən? (ƏCY, 140).

Qadoy alım: ADİL-də Qadoy alım // qadanı alım ‒ yalvarışlı, yaxud nəvazişli xahiş bildirir; qadam sənə (olsun)! ‒ qarğış ifadəsi; qadası canıma ‒ əzizləmə, pərəstiş ifadəsi (3, IIIc, 14). Sən ağanın canı incimə məndən, qadoy alım (ƏCY, 165).

Simsarlığı çatmaq: Simsarlığı çatmaq-simsar (fars) 1. Yaxın, daha yaxın; 2. Gümüş rəngli, gümüşü (ADİL, IVc, 120) mənalarında verilmişdir. Bir tərəfdən də Ələnddövlə bəyə simsarlığı çatır (FKÇ, 86).

Yağı kəsilmək // yağı düşmək: ADİL-də yağı kəsilmək, yağı ‒ düşmən; yağı kəsilmək ‒ düşmən olmaq, yağısı yarılmaq-bərk qorxmaq, bağrı yarılmaq, düşmən kəsilmək (3, IVc, 501) mənalarında işlənir. Ədəbi dildə yaranan frazeoloji vahidlərin tərkibində kəsilmək sözü geniş şəkildə işlənir. Sultannan çox oğlun mənə yağı kəsilərdi (FKÇ, 127).

Ləc salmaq: Ləc salıram // ləjdix' salmax (Gəncə, Goranboy)-düşmənçilik salmaq, düşmən etmək (4, 173); Ləlec vərmeg (Bakı)-qızışdırmaq, aranı qarışdırmaq (4, 174); ADİL-də ləc-tərs, höcət, inad verilmişdir. Məcazi mənada ləc düşmək // ləcləşmək, ləc salmaq-iki adam arasında düşməncəsinə münasibət yaratmaq işlənmişdir (3, IIIc, 250). Bir körpə uşağa görə özümə iki hökmdarı ləc salıram (FKÇ, 327).

Dalına bülöv çaldırmaq: “Bülöv” sözü ADİL-də bıçaq və başqa kəsici alətləri itiləmək üçün daş mənası verilmişdir (3, Ic. 370). Yazıçı İ. Şıxlı isə bu ifadəni personajın dilində dalına bülöv çaldırmaq şəklində məcazi mənada, təhqir ifadəsi kimi işlətmişdir. Bu saatrədd ol burdan, yoxsa dalına bülöv çaldırram (İŞD, 324).

Xəyalı allanmaq: ADİL-də al rəngə boyanmaq, bəzənmək, al çiçək açmaq mə