MÜNDƏRİCAT-CONTENTS-ОГЛАВЛЕНИЕ

DİLÇİLİK – ЯЗЫКОЗНАНИЕ.......5-197

K.ALIRZAYEVA. Ayrı-ayrı dillərdə müxtəlif fonotaktik strukturların formalaşması sonorluq nəzəriyyəsi işığında.................

H. HEYBƏTOV, T.HÜSEYNBALAYEVA. Uqarit dili.......................................

A. CƏLİLZADƏ. Azərbaycan və ingilis dillərinin poeziyasında mürəkkəb cümlə  tipləri..

D. QULİYEVA. Üslubi sintaksis..........................................................

N. ƏLİYEVA. Diskurs dilin yüksək vahidi kimi........................................

ABDULLAYEVA. Tərcüməçinin məxəz və hədəf mətnlərə münasibətinin təzahürü..............

G. BƏŞİROVA. İngilis dilinin Amerika variantında tarixi sözlərin semantik xüsusiyyətləri....

Ş. BÜNYADZADƏ. Sifətin mənasına görə təsnifi və dərəcələri.

E. ƏLİYEVA. Diskursda universal konseptin təqdim olunmasında istifadə edilən linqvistik və ritorik vasitələr...

U. MİRZƏZADƏ. Genderləşmiş  metaforalara dair  bəzi  qeydlər...................

F. MUSTAFAYEV.Kino dilində  sonu  iki  samitli  sözlərin  işlənmə  məqamları  haqqında....

A. QURBANOVA .`“Dədə Qorqud” dastanlarının S.Əlizadə mətnində soylamaların seçilməsi.

S. RƏHMANOVA. S.Vurğunun “Aygün” poemasının leksik-qrammatik xüsusiyyətləri...........

S. RZAYEVA. Boduen de Kurtenenin linqvistik görüşlərinə dair ......

M. SƏMƏDOVA. Kök  söz  yuvalarının  semantik - funksional və struktur inkişafının tədqiqi  tarixinə  dair.

F. KAZIMOVA. “Dədə Qorqud Kitabı”nda quş adlarının epik-mifoloji semantikası..........

X. ШЮКЮРЛЮ. Антропонимы в медицинской терминологии........

A. XANALIYEVA. Azərbaycan dilində müxtəlif növ variasiya nəticəsində yaranan bəzi frazeoloji variant silsilələri.

N. BAXŞƏLİYEVA. Azərbaycan və ingilis dillərində cümlənin aktual üzvlənməsi, tema-rema anlayışı..

K. CƏFƏROVA. Yerli və xarici dilçilərin dil əlaqələri məsələsinə münasibəti ................

R. ƏLİYEV. M. Müşfiq şeirlərinin mətn semantiası.................................

G. ƏLİYEVA. Bədii mətndə antroponimlərin praqmalinqvistik xüsusiyyətləri....................

Л. МАМЕДОВА. Ритмическая структура фонетического слова в московском и  бакинском вариантах .

A. MƏMMƏDLİ. Konstativ cümlələrin statusu və performativ cümlələrdən fərqli cəhətləri..

C. МАММАДОВА. Лексикология этрусского языка..........

R. FEYZİYEVA. Ə.Məmmədxanlının “Babək” romanında işlənmiş dialekt sözləri................

A. SADIQOVA. Azərbaycan dilindəki teonim və demonim komponentli frazeoloji vahidlərki assonans tipli ifadələr..

V. CƏFƏR-ZADƏ. Koqeziya və koqerentlik mətnin hissələrini bir araya gətirən semantik vahid kimi..

F. ALLAHVERDİYEVA. Orta ingilis və erkən ingilis dili dövrlərində sadə cümləninkommunikativ tiplərində.

A. ƏLİYEVA.   Qarabağın İslam dini ilə bağlı bəzi toponimləri...............

İ. ƏLİYEVA. Postpozitiv baş cümləsi frazeologizm olan tabeli mürəkkəb cümlələr.......

A. FƏRƏCOV. Yaşa görə dilin sosial diferensiallaşması......................................

A. ƏMİRASLANOVA. Azərbaycan və ingilis dillərində işlənən frazeoloji birləşmələr.........

R. HACIYEVA. Sintaksis və nitq mədəniyyəti probemləri..................................

F. İBRAHİMOVA. Dil səriştəsi və sosial kimlik...............................................

M. İLHAMƏ. Qloballaşma və dilin lüğət tərkibində alınma sözlərin mövqeyi................

Ə. PİRİYEVA, H. MEHDIYEVA. Almandilindəfeillərinisimləşməsiyolları.....................

S. NƏBİYEVA.“To get” feilinin frazeoloji feil kimi işlənmə xüsusiyyətləri...................

Ə. ABBASOV. Sadə cümlənin sintaktik semantikasının formalaşmasında fonetik vasitələrin rolu..

M. ALLAHVERDİYEVA.Azərbaycan və ingilis dillərində təyin budaq cümlələrinin linqvistik təhlili.......

A. BAYRAMOVA. Ağbaba  şivəsində  köməkçi nitq hissələri......................................

İ. QULİYEV. “Codex Cumanicus”da dini leksika.......................................

Ş. MAHMUDOVA. Əvəzliklər deyktik element kimi................................ 

M. MƏMMƏDOVA. Azərbaycan və ingilis dillərində ismin hal kateqoriyaları..............

M. QƏHRƏMANOVA, D. QULİYEVA. Azərbaycan və ingilis dillərində sifətin quruluşca növləri…                                                                     

M. QOCAYEVA .Törəmə qrammatik metod və sintaktik omonimlik................

N. QULİYEVA. Mətn komponentlərinin formal sintaktik əlaqə vasitələri arasında söz  sırası...

S. SEYİDOVA.Azərbaycan və ingilis dillərində tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlənin tipləri......

C. АБДУЛЛАЕВА. Принципы разграничения глагола движения «лететь» в азербайджанском и польском языках...

B. ƏSGƏROVA. Azərbaycan dilində Tövratdan gələn şəxs adları......................

N. HÜSEYNOVA,  S. NOVRUZOVA. Türkologiya və dil əlaqələri....................................

S. QARAYEVA. Русская лексика с точки зрения происхождения и заимствования из различных языков...

N. QURBANLI. Azərbaycan və türk dillərində zənginləşmə prosesinin tarixi kökləri...........

R. RZAYEVA. Dildə məkan münasibətlərinin verballaşmasinda sözönülərin rolu.........

L. QURBANOVA. Dil haqqinda fəlsəfi fikirlər...................................................

S. ŞÜKÜRLÜ. Müasir İngilis və Azərbaycan dilində “yaxşı və pis” konseptini əks etdirən atalar sözləri və məsəllər ......

F. NƏSİROVA. Atalar sözlərimizdəki sirrin açılışı və ya “Bizim atalar sözlərimizin sirri”........................................

Ə. MƏMMƏDOVA. Müasir fars dilinin idiofonları və onların fonetik səciyyəsi ...................................

ƏDƏBİYYATŞUNASLIQ-ЛИТЕРАТУРОВЕДЕНИЕ................................198-327

G. AĞABƏY. İskəndər Etibarın satira yaradıcılığı....................................

M. QƏDİROVA. Səməd  Vurğunun nəzəri irsində romantika problemi.....................

A. EMİNLİ. Anjela Karterin “Sehrli oyuncaq mağazası” əsərində gender problemi..........

H. SİRACƏDDİN. Nizamiyə görə bu dünyanın sonu....................................................

C. MƏHƏRRƏMOVA. Azərbaycan uşaq ədəbiyyatında ənənə və novatorluq..............

N. HACIYEVA. X.Şirvani mədhiyyələrində Quran qissələri ilə bağlı təlmihlər..............

Z. ORUCOVA. Hüseynbala Mirələmovun “Gəlinlik paltarı” povestində insan ruhunun əzəmət və faciəsi......

S. KAZIMOVA.  “Ürək fəryadı” romanında sevgi iztirablarının bədii tərənnümü.................

R. MÜRŞÜDOVA. Müasir roman yaradıcılığında intellectual qəhrəmanın özünütəsdiq problemi...

M. KARAHAN. Əhməd bəy Ağaoğlunun ədəbiyyatşünaslıq fəaliyyəti......

A. FƏRƏCOVA. Milli-mənəvi şüurun yüksəlişində “Kitabi-Dədə Qorqud”eposunun əvəzsiz rolu

Э. МАМЕДОВА. Анар и его герой: нравственные параметры личности.........

Н. ГАСАНОВА. Поэзия Oмара Xайяма на Западе.......................................

А. ГУСЕЙНОВА. The research of the problem of “family and children” in the literary creativity of Lyudmila Ulitskaya…..

X. MANAFLI. Bədii təsvir və ifadə vasitələrinin mənimsənilməsi ilə bağlı bəzi çətinliklər haqqında.......

A. SABİTOVA. Tomas Ceffersonun baxışları.................

H. FƏRHADOVA. XX əsr Azərbaycan ədəbiyyatı alman dilində .................................

Ş. MƏMMƏDOVA. Uşaq poeziyasında ana və vətən torpağına məhəbbət .......................

V. MIRZƏYEVA. Kalderon yaradıcılığında dini –fəlsəfi dram janrının xüsusiyyətləri.....

G. KAZIMOVA. N.Gəncəvi  poemalarında  vətənpərvərlik  və  beynəlmiləl  ideyaların  tərənnümü.

S. MƏMMƏDOVA. D.H.Lourens qadına olan münasibətdə yenilikçi ənənələr............

S. RƏSULOVA.  S.M.Qənizadənin “Allah xofu” hekayəsi maarifçi-realist uşaq nəsrimizin dəyərli nümunəsi kimi...

G. ŞIXALIYEVA.  Əli bəy Hüseynzadənin  İohann Volfqanq Hötenin “Faust” əsərindən tərcüməsi.

M. ABBASOVA. Xalq şeirinin poetik sistemində təbiət kultları...................

L. ALLAHVERDİYEVA. Bədii nəsrdən dramaturgiyaya: «Taun yaşayır» dramı........

S.  ƏHMƏDOVA. Hüseyn Nadim Naxçıvaninin dini-fəlsəfi şeirləri...........

S. ABBASOVA. Səid Faiq Abasıyanıkın hekayələrində insanların mənəvi dünyası.......

S. AĞAYEVA. Məqsud  Şeyxzadənin  bədii sənətkarlığı.............................

Ş. BƏHRAMİ. Uilyam Qoldinq yaradıcılığına müharibənin təsiri...........................

Ş. ƏHMƏDOVA.Azərbaycan uşaq ədəbiyyatında elmi-nəzəri  problemler ..

S. ƏLİYEVA. Britaniya uşaq ədəbiyyatının təşəkkülü və inkişafının bəzi aspektlərinə dair..

Z. BAYLAN. Dini ədəbiyyatımızın inkişafında Şah İsmayılın rolu......

Р. БАГИРОВ. Русские поэты-переводчики о Баку.......................

Ф.ДУРСУНОВА . Художественно-документальная  проза в тюркской литературе до середины XIX века .

X. KƏRİMOVA. Tənuxinin yaradıcılığında  Cahiz ənənəsi......................

S. RZAYEVA. Abbasilər dövrü ədəbiyyatında zühdiyyə janrı və nümayəndələri.............

PEDAQOGİKA-ПЕДАГОГИКА………..................................328-412.

Э.КЕРИМОВА, Х. ТАГИЕВА. Своеобразие  обучения студентов азербайджанских групп переводу текстов .

P. PAŞAYEVA. İbtidai siniflərdə bədıı nitq tərbiyəsinin inkisaf etdirilməsi yolları.............

N. SADIQOVA. Teaching english to the international relations students for the purposes of  global communication

Н. БАХРИ. О  формировании  навыков правильного  употребления  вводных  слов  и  сочетаний  слов ......

E. MƏMMƏDOVA.İbtidai siniflərdə morfologiyanın tədrisinə dair...............................

G. QULİYEVA. Müasir təlim  üzrə   işin təşkili...............................................

S. MƏMMƏDOVA, S. HƏSƏNOVA. İngilis dilinin tədrisində diskursun təşkilinə dair.........

E. MOLLAYEVA. Tələbələrlə aparılan tərbiyə işində gender yanaşmasının nəzərə alınmasının əhəmiyyəti..

С. КУЛИЗАДЕ. Функционально- системная  методика  преподавания русского языка как иностранного.....

T. АТАКИШИЕВА. Язык  как  предмет  науки...................................

S. ƏLİYEVA. İbtidai siniflərdə interaktiv təlim metodlarindan və IKT-dən istifadə.....

G. MEHDİZADƏ. İbtidai sinif dərslikləri inteqrasiya tələbini ödəyir...

G. İSRAFİLOVA.Xarici  dillərin tədrisinə psixopedaqoji yanaşmalara dair......

S. MEHDİYEVA. Qloballaşma dövründə ingilis dilinin rolu və yeri..............

Y. QASIMOVA. Ali məktəb tələbələrinin nitq inkişafının başlıca istiqamətləri..............

K. ГУЛИЕВА. Особенности изучения русского языка на подготовительных факультетах ...

F. ŞİRİNOVA, S. MƏMMƏDOVA. Tədris prossesində tənqidi düşünmə...........................

A. MEYBALIYEVA. Developing the English Language Learners'Reading Skills……………

B. XƏLİLOVA. Modern methods and techniques of English teaching……

З. ГУСЕЙНОВА. Использование внеаудиторных форм работы при обучении русскому языку как иностранному.....

F. EYVAZOVA.Speaking in teaching practice…

R. MƏMMƏDOVA. Xarici  dillərin  tədrisində  informasiya – kommunikasiya texnologiyalarindan  istifadənin  rolu………

Б. АЛИЕВА .  О  некоторых особенностях обучения  монологической речи иностранныхстудентов – нефилологов...

R. ƏŞRƏFOV.Azərbaycan dilinin tədrisində tabeli mürəkkəb cümlənin yeri və imkanları...............

C. ВЕРДИЕВА .Приёмы письменного изложения научно-технических текстов...................

JURNALİSTİKA - ЖУРНАЛИСТИКА…………………....……..........................413-414

Q. ABDULLAYEVA. Azərbaycan mətbuatına  Osmanli türkcəsinin təsiri........................................................................................

KİTABŞUNASLIQ-КНИГОВЕДЕНИЕ……………...……………...….… .415-420

S. SADIQOVA. Azərbaycanda informasiya cəmiyyəti şəraitində  İslam həmrəyliyi  ideyalarının informasiya təminatında .....

S. İSMAYILOVA. Akademik Bəkir Nəbiyev yaradıcılığının biblioqrafik tədqiqi.................

MƏRUZƏ VƏ MƏQALƏLƏR – ДОКЛАДЫ И СТАТЬИ................................................421-475

S. ÇƏRKƏZ Azərbaycan ədəbiyyatında İslami dəyərlər....................................................

D. ADİLOVA. Сцлейман Рцстямин поетик мяктублары............................................

S. KƏRİMLİ. Orta məktəbdə Azərbaycan dilinin tədrisi prosesində istifadə edilən  bəzi fəal  təlim metodları haqqında.......

E. TAHİROVA. “Dil qaydaları” məzmun xətti standartlarının reallaşdırılması .....................

Ş. MİRZƏYEVA. Fəal təlimdə motivasiyanın rolu...........................................................

A. MUSAYEVA . Fonetikanın tədrisində fəndaxili əlaqə...............................................

C. QƏHRƏMANOVA. Ədəbiyyat  dərslərində  təhsil standartı və onun mahiyyəti..............

F. RƏHİMOVA. XX  əsrin 50-60-ci illərində   təhsilin məzmunu  haqqında .............

A. SADIQOVA. Sanskrit dilində sinonim sözlər...............................................

E. NƏZİROV.V sinif Azərbaycan dili dərsliyində dinləyib, anlama və danışma məzmun xəttinin təhlili...

Ü. HÜSEYNOVA. Y.V.Çəmənzəminli və A.P.Çexov......................................

E. MURADOV.VI sinif Morfologiya tədrisində orfoqrafiya qaydalarının mənimsədilməsi imkanları......

H. MƏMMƏDOV. Azərbaycan dilinin Qarabağ şivələrinin leksik-semantik sistemində sinonimlərin mövqeyi .....

Ş. QASIMOVA. A.Şleyxer dilin forması və inkişafı haqqında................................

Г. РАСУЛОВА.Коммуникативные задачи при обучении чтению на русском языке..............

Ф. ШИРИНОВА. Ороли оппозиции новой - старой информации в построении текста-дискурса.....

Д. КАЗИ-ЗАДЕ. Анализ текстов по специальности...............................

А. ГАСЫМОВА.   Романистика Якуба Кадри конца 1920-х  - начала 1930-х годов....

S.  ŞİRİNOV. Azərbaycan dilindən əsas nitq hissələrinin tədrisi prosesində (fəal) interaktiv təlim metodlarindan istifadə....

DILÇİLİK-ЯЗЫКОЗНАНИЕ

Kifayət Alırzayeva

AYRI-AYRI DILLƏRDƏ MÜXTƏLİF FONOTAKTİK STRUKTURLARIN FORMALAŞMASI SONORLUQ NƏZƏRİYYƏSİ İŞIĞINDA

Dil insanlar arasında ünsiyyət vasitəsi olmaqla diskret vahidlərin ardıcıl düzü­mündən və onların bir bütövə çevirən prosodik və intonasiya vasitələrindən ibarətdir. (2, s. 3) Dil yalnız öz qanunları əsasında inkişaf edərək daha  da təkmilləşir.  Bu baxımdan hər bir dildə mövcud olan fonemlər, fonemlərin birləşməsinin özünəməxsus qaydaları vardır. Hər bir fonetik söz hecalardan, hecalar isə səslərdən ibarətdir.

Hər bir dilin özünəməxsus fonotaktik strukturu vardır. Azərbaycan dilində hecaların sayı sözdəki sait səsin kəmiyyətindən asılıdır. İngilis dilində isə, saitlərlə yanaşı, /m, n, l, r, ŋ/ sonorları başqa samitlərlə birləşərək heca yaradır. Hecanın  yaranması ilə əlaqədar bir neçə nəzəriyyələr vardır.

Sonorluq nəzəriyyəsini dilçi alim O.Yespersen əsasını qoymuşdur. Onun fikrincə, heca daha çox sonorluğa malik olan səslərlə az sonorlu səslərin birləşməsidir. O.Yespersen dildəki bütün səslərin sonorluğa malik olmasını qeyd etmiş və o sonorluq şkalası yaratmışdır. Onun fikrincə, ən az sonorluğa kipləşən partlayışlı kar samitlər, ən çox sonorluğa isə sait səslər malikdir.

 Sonorluq nəzəriyyəsinə görə,  bir sonor səs hecanın zirvəsini təşkil edir və digər sonor çərçivəsindən az sonorluğa malik olan səslər “çökək” ilə ayrılır. Sonor nəzəriyyəsi ingilis dilində həmişə aparıcı nəzəriyyələrdən biri olmuşdur. Bu nəzəriyyəni inkişaf etdirən alimlərdən D.Counz və P.Rouçu göstərmək olar. İngilis dilində hecanın nüvəsini monoftonq və diftonqlarla yanaşı sonorlar da təşkil edir. İngilis dilindən fərqli olaraq, Azərbaycan dilində heca nüvəsini saitlər düzəldir. Bu dildə saitlərin daşıdığı informasiya yükü daha çoxdur. (1, s 182)

İngilis dilində vurğunun yerinin dəyişməsi fonoloji əhəmiyyət kəsb edir. Onun düz­gün işlənməməsi sözün mənasının təhrifinə, onun perseptiv baxımdan anlaşılımazlığına gətirib çıxarır.

Məsələn: 'conduct  ['kɒndʌkt] - con'duct [kən'dʌkt]

'desert ['dezət]-de'sert [dɪ'zɜ:t]

Samitlər arasında hecayaratma qabiliyyətinə yalnız sonorlar malikdir. Onların bu qabiliyyəti, ətrafındakı səs əhatəsindən asılıdır: bəzən onlar iki variantda çixiş edir.

Məsələn: open /'oʊpn/ və / 'oʊpən/

arrival /ə 'raɪvl/ və / ə 'raɪvəl/

P.Rouç ingilis dilində ən çox /l/ və /m/ sonorlarının hecayaratma qabiliyyətinə malik olduğunu qeyd edir: /m, ŋ/ fonemləri isə yalnız assimilyasiya və eliziya hadisələrinin nəticəsində  hecayaradan ola bilir. Məsələn: happen sözü /'hæpm/, thicken isə /'θɪkŋ/ kimi tələffüz edilə bilir. Lakin bu cür hallara nadir təsadüf edilir. /r/  foneminin də hecayaratma qabiliyyyəti məhduddur.(3, s. 86-89)

Bəzən sözün semantik fərqi /r/ foneminin hecayaradan olub –olmamasında asılıdır. Məsələn: Hungary /'hʌŋɡəri/ və hungry /'hʌŋɡri/   (3, s. 90)

F.Veysəlli Azərbaycan dilinin incəliyini, musiqiliyini bir sait yuvasında bir neçə samitin işlənməsində və əsl Azərbaycan dili sözlərinin ikizirvəli olmasında görür. Onun fikrincə, ahəng qanunu ilə vurğulu hecanın birgə çıxış etdiyi söz rahat deyilir. İkizirvə­lilik qarşılıqlı şəkildə bir-birini tamamlayır. Məsələn: adamlar-adam-adamlardan. (4, s.49 )

Azərbaycan dilində ahəng qanununa görə sözün son hecası qalın saitlərlə bitirsə /a o ı u/ ona qoşulan şəkilçilərin də tərkibində qalın saitlər iştirak edir. Məsələn: adam-dan, qardaş-lar. Əgər sözün son hecası incə saitlə bitirsə, ona qoşulan şəkilçilərin də tərkibində incə saitlər iştirak edir. Məsələn: üzüm-çü-lük, üzgü-çü-lük. Ə.Rəcəbli heca tərkibindən səs düşümünü tələffüzü yüngülləşdirmək ənənəsi ilə bağlayır. O, qeyd edir ki, bütün dillərdə tələffüzü çətin olan səs, yaxud  səs birləşmələri mövcuddur, yaxud mövcud olmuşdur. Lakin tələffüzü yüngülləşdirmək üçün onların bəziləri yoxa çıxmış, yaxud başqa fonemə çevrilmişdir.

İngilis dilinin tərkibinə başqa dillərdən keçmiş alınma sözlər bu dilin fonetik və qrammatik quruluşa uyğunlaşaraq dəyişikliklərə məruz qalmışdır. Məsələn, anlautda örtülü hecalarda /pn/, /ps/, /pt/ samit birləşmələrinin işlənməsi ingilis dili üçün səciyyəvi olmadığından bu birləşmələrin birinci elementi heca tərkibindən düşmüşdür. Məsələn,  pneumonia /nju'məʊnɪə/  ptormigan /'t α:mɪɡən/  və s. XV – XVII əsrlərdə ingilis dilində saitlərdə böyük səs dəyişmə prosesi baş vermişdir. Bu kəmiyyət dəyişikliyi nəticəsində açıq hecalarda gələn samitlərdə müəyyən dəyişikliklər baş vermişdir. Məsələn:

Middle English                                                Modern English

/a/ -/eɪ/ make                                                                                          /meɪk/

/e/ -/i:/ see                                                                                                /si:/

/o/ -/oʊ/ ston                                                                                          /stoʊn/ (5, s.198)

Heca fonemlərin distribusiyasının ən elementar modelidir. Onun tərkibindəki fonemlərin qruplaşması hər bir dilin fonotaktik qanunlarına əsasən həyata keçirilir.

Həm Azərbaycan, həm də ingilis dilində onsetdə sıfırdan üç samit qədər, kodada isə Azərbaycan dilində alınma sözlərdə maksimum dörd /qross-smeystr/,  ingilis dilində isə, maksimum altı samit işlənə bilir. Məsələn: entrants /entrnts/.

Lakin quruluşuna görə həm ingilis, həm də Azərbaycan dilində onsetdə bir-iki-üç, kodada isə ən çox Azərbaycan dilində bir, iki, üç samit işlənə bilər, nüvə isə monoftonqdan yaxud doftonqdan ibarət olur.

Hər bir hecanın özünəməxsus sonorluq pofili mövcuddur: onun əsasında artikulyasiya enerjisinin paylanması durur. Həm ingilis, həm Azərbaycan dillərində  /lp, ls, lk/ kimi samit birləşmələri işlənmir. Lakin bu birləşmələr əks düzümü, yəni /pl, sl, kl/ hər iki dildə rast gəlinir. Deməli,  hecanın strukturunda enerjinin paylanması baş verir; əvvəlcə az sonorlu, sonra isə daha sonorlu səslər işlənir. Hər bir hecanın bir sonorluq zirvəsi olur. Ondan əvvəl və sonra isə tədricən azalan sonorlu seqmentler gəlir, sonorluq danışıq səsinin tələffüzü zamanı artikulyasiya nəticəsində yaranan enerjinin dərəcə­sin­dən asılı olan akustik qavrama terminidir, lakin bu termin həmçinin səs tellərinin nə də­rəcədə gərilməsi ilə də sıx bağlıdır. /a/ kimi açıq sait səslər ən yüksək sonorluğa malik­dir, çünki nitq aparatı açıqdır. Partlayışlı samit səslə ən az sonorluğa malikdir, çünki səs tellərinin gərilməsi zamanı nitq aparatı bağlanarkən bir o qədər böyük enerji yaratmır.

Dildə heca yaranarkən daha çox sonorluğa malik olan sait və sonorlar hecanın mərkəzində, daha az sonorluğa malik olan kipləşən partlayışlı samit səsələr və sürtünən samit səslər hecanın kənarında yer almasına üstünlük verir. Bu cür struktura malik olan heca, demək olar ki, tamamilə sonorluq  profilinə uyğun gəlir.

İ.M.Polyakova qeyd edir ki, ingilis dilində anlautdan /sk, st, sp/ birləşməsinin tez-tez, lakin bu fonemlərin əks düzümü, /ks, ts, ps/ həm mövqedə əsl ingilis sözlərində işlənmir. (6, s.23)  

İngilis dilində fonotaktik məhdudiyyətə aşağıdakı misalları vermək olar:

1) sözün əvvəlində bütün üç samitdən ibarət olan səs ardıcıllığında ilkin səs /s/ samiti ilə başlanır. Məsələn: street, square,  stew və s.

2) əgər sözün əvvəlindəki bütün samit səslər ardıcıllığında ilkin səs /s/ səsi deyilsə bu zaman ikinci yerdə /n/, /m/ sonor səsləri gəlir. İngilis dilində /bm/, /dn/ samit birləşmələri ilə başlanan söz yoxdur. (7, s. 23)

İngilis dilində bəzi kombinator fonotaktik məhdudiyyətlər vardır. Məsələn: /ŋ/ səsindən əvvəl uzun monoftonq və ya diftonq gələ bilməz; /ʧ,ʤ, z /səsləri birləşmə yaratmırlar. /r, h, w, j/ samit səslərinə heca sonunda rast gəlinmir.

Hecanın sonunda hecadüzəltməyən /m/,  /n/ səslərindən əvvəl yalnız /l/ səsi işlənə bilər.

İngilis dilində bir neçə distributiv fonotaktik məhdudiyyətlər də vardır. Məsələn, /ŋ/ səsi sözün əvvəlində gələ bilmir. /e,æ,ʌ, ʊ/  səsləri sözün sonunda açıq hecada /ʊ/ sözün əvvəlində gələ bilmirlər. Fonotaktika sözdəki hecaların dəqiq şəkildə müəyyən edilməsinə bir vasitədir.

Azərbaycan dilinin fonotaktik qaydalarına əsasən heca sonunda bir və yaxud ikiüzvlü samit birləşməsi işlənir. Bu mövqedə yanaşı işlənən iki samitdən biri adətən sonor yaxud novlu samit olur. Məsələn:  üst, əks, qəsd və s.

F.A.Cəlilov Azərbaycan dilində hecasonu mövqedə /lt, st, rt, nc, rd/ samit birləşmələrinin doğma olduğu halda /dr, tr, qr, sm/ samit birləşmələrinin alınma sözlərdə dilə daxil olduğunu qeyd edir. Buna görə də bu qəbildən olan sözlər interferensiya hadisəsinin nəticəsində baş verir. Məsələn: sədr -sədir, sm- isim, qrup- qurup, qram –qıram. (8, s.45) Azərbaycan dilində alınma sözlərdə kodada üç və çox nadir hallarda dördüzvlü samit birləşmələrinə rast gəlmək olur. Aydındır ki, bu cür fonem birləşmələri dilimizə başqa dillərdən keçmiş sözlərdə işlənir. Məsələn: filtr, spektr və s.

Kombinator baxımından onsetdə ən çox ikiüzvlü samit birləşmələrini yaradan fonemlər /s,p,k,s/ fonemləridir. /s/ fonemi /f,x,k,l,m,n,p,t,v/ fonemləri ilə alınma sözlərdə birləşmələr əmələ gətirir. Məsələn: sxem, spazma, snayper, slayd və s. (9, s.569-579, 585, 586, 597)

/s/ fonemi onsetdə üçüzvlü samit birləşmələri yarada bilər. Məsələn: /skle-roz, stress/.

/p/ fonemi onsetdə /l,n,r,s,ş,t,y/ fonemləri ilə birləşmələr yaradır. Məsələn: plan, prins, pyes və s.

/p/ fonemi onsetdə çox məhdud olsa da üçüzvlü samit birləşməsinin birinci elementi kimi çıxış edir. Məsələn:  plyonka,  pryanik və s

/k/ fonemi onsetdə /h,l,r,s,ş,t,v/ fonemləri ilə birləşmələr yarada bilir. Məsələn: klasik,  kvartal və s

/k/  fonemi onsetdə yalnız rus dilindən dilimizə keçmiş “knyaz” sözündə üçüzvlü samit birləşməsi yaradır.

/ş/ fonemi onsetdə /k,l,p,t,r,v/ fonemləri ilə birləşmələr yaradır. Məsələn: şkaf,  ştanq,  şrift. (9, s.609-617)

/ş/ fonemi onsetdə Azərbaycan dilində çox az halda üçüzvlü samit birləşmələri yarada bilər. Məsələn:  şlyapa,  şpris, şlyager və s.

Müasir ingilis dilində /tn, zl/ ikiüzvlü samit birləşmələri hecanın əvvəlində işlənə bilmir lakin bu birləşmələrə sözsonunda rast gəlinir. Məsələn: written /'ritn/, drizzle /'drizl/.

Bundan başqa müasir ingilis dilində bu dilin fonotaktikasına uyğun gəlməyən heca tərkibində /nw, ts, zj/ iki samit birləşmələrinə rast gəlinir ki, onlar bu dilin fonetik quruluşuna yaddır və yalnız alınma sözlərdə işlənirlər. Məsələn: noix /nwα:/, tzwieback /tswi: bak/. (10, s 284 -482)

Türk dilləri ailəsinə mənsub olan Azərbaycan dilinin incəliyi  musiqiliyi ondan iba­rətdir ki, bu dildə bir sait yuvasında bir neçə samit işlənmir, yəni bir heca daxilində sa­mit yığımına yol verilmir. Azərbaycan dilində heca tərkibində CC və CCC samit birləşmərinin morfem qovuşuğunda yarandığı qeyd edilir. Məsələn: /köküs/ - /köks/, /qırık/ - /qırx/ və s. Analoji yolla /alt, üst, dörd/ türk və bir hecalı sözlərdəki samit birləşmələri ortaya çıxmışdır.( 11, s. 46)

Ə.Dəmirçizadə müasir Aərbaycan dilində bir neçə samitin yanaşı işləndiyi hecaları xüsusi tipli hecalar adlandırılmışdır. O göstərmişdir ki, belə hecaların təqribən 90 faizinin tərkibindəki yanaşı samitlərdən biri sonor samitdir. Məsələn: qrafik, şpris, dram və s. (12, s. 105)

Y.Sayqan hecanın sonunda çox elementli samit birləşmələrinin yaranmasının əsas səbəbi kimi müasir ingilis dilində suffikslərin işlənməsini göstərir. Məsələn: mücərrəd isimlərin əlamət (length, width), fellərin müxtəlif zaman və arxaik formaları və s. işlənməsində sonluqların mühüm rolu vardır.(13, s.83)

Müasir ingilis dilində bu mövqedə işlənən üçüzvlü samit birləşmələrinə  /s, z, t, d/ samitləri ilə ifadə olunan forma düzəldici şəkilçiləri əlavə etməklə yaranır. Məsələn: /lifts/, /fifθ/, /træmpt/ və s.

İngilis dilində olduğu kimi müasir Azərbaycan dilində hecanın sonunda ən çox bir və ya ikiüzvlü samit birləşmələri işlənir. Hecanın sonunda üçelementli və hətta dördelementli samit birləşmələrinin işlənməsi ana dilimizə xas olan xüsusiyyət deyil.

Dil inkişaf etdikcə yalnız zəruri olanı saxlayır. Dildə artıq olan hər şey dildən xaric olur. Həm Azərbaycan həm də ingilis dilində baş verən dəyişikliklər tələffüzü yüngülləşdirmək tələffüz məxrəcinə qənaətlə bağlı baş vermişdir.

Azərbaycan dilində fonem düzümündə və sıralanmasında olan ahənglik ingilis dili fonemlərinin düzümündə mövcud deyildir.

 

 İstifadə olunmuş ədəbiyyat

1. Veysəlli F.Y. Dil. Bakı, “Təhsil”, 2007

2. Təhməzova M.M. Çağdaş ingilis və Azərbaycan dillərində periferiya fonemlərinin qarşılıqlı-müqayisəli təhlili: Filologiya elmlər namizedi avtoreferat, B. 2004

3. Roach P. English Phonetics and Phonology Cambridge University press, 2009, fourth edition

4. Veysəlli.F.Y. Struktur dilçiliyin əsasları. Studia Philologica. I cild, Bakı, Təhsil, 2005

5. Armstrong L. Ward I. A Handbook of English Intonation Cambridge, 1926

6. Серебренников В.А. Об относительной самостоятельности развития системы языка. Москва, Наука, 1968

7.Торсуев Г.П. Вопросы фонетической структуры слова. М-Л, Наука, 1962

8. Cəlilov F.A. Azərbaycan dilinin morfonologiyası. Bakı, “Maarif”, 1988

9. Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, “Lider nəşriyyati”, 2004

10. Speake J. Oxford Dictionary of Foreign Words and Phrases. London, Oxford University press, 2005

11. Cəlilov F.A. Türk dillərinin fonotaktikası. Kontrastiv fonetika. Bakı, ADU-nun nəşriyyatı, 1986

12.Dəmirçizadə Ə. Müasir Azərbaycan dili. I hissə, Bakı, “Maarif”, 1972

13. Cygan J. Aspects of English syllable structure.  Wroclaw, 1971

 

Açar sözlər: sonor, fonem, heca, samit birləşmələri, koda, onset, morfem

Key words: sonorant, phoneme, syllable, consonant clusters, coda, onset, morpheme

Ключевые слова: сонорный, фонема, слог, соединение согласных, кода, онсет, морфема

 

 

Formation of various phonotactic structures in diverse languages in the light of the theory of sonority

Summary

This article deals with the formation of various phonotactic structures in diverse languages in the light of the theory of sonority. An attempt is made to study phoneme clusters due to the theory of sonority. In the article, the importance of the theory of sonority, the characteristic features of the combination of phonemes are analysed according to the phonotactic laws and the word stress.   

Образование различных фонотактических структур в свете теории сонорности в отдельных

языках

Резюме

Статъя посвящена формированию различных фонотактических структур в отдельных языках в свете теории сонорности. В статье делается попытка изучения соединений фонем согласно теории сонорности. В статье анализириются важность теории сонорности, характерные черты фонемных соединений согласно фонотак­ти­ческим правилам и словесному ударению.

Rəyçi: dos.Ərəbov V.S.


                                              Heybət Heybətov, Təranə Hüseynbalayeva

                                                                                 UQARİT DİLİ

Bu dil qədim Uqarit məmləkətinin dilidir. Uqarit dövləti Suriyanın şimal-qərbində, Laziqiyyə - Latakiyadan 12 km şimalda, indiki Rəs Şəmra təpəsinin ərazisində yerləşir. Hər şey 1928-ci ildə Burculqasb əhalisindən olan Mahmud əz-Zir adlı şəxsin öz sahəsində yeri qazmaq cəhdi ilə başladı. Kotanın möhkəm bir şeyə ilişdiyini hiss edən Mahmud az sonra buradan gil üzərinə həkk edilmiş kitabələr və saxsı qablarla dolu bir yer tapır. Daha sonra bu işə fransız mütəxəssislər, arxeoloqlar cəlb edilir.Tezliklə, daha dəqiq desək, 1929-cu ilin aprel-may ayında Uqarit mədəniyyəti məşhur fransız arxeoloqu Klaud Armand Şaffer (Claude-Frédéric-Armand Schaeffer,1898-1982) tərəfindən kəşf olunur. Ömrünün sonunadək Rəs Şəmrada arxeoloji qazıntılarla məşğul olan Şaffer burada beş təbəqədən ibarət bir sivilizasiyanın mövcudluğunu aşkara çıxarır (12). Bu qazıntıların sonuncu qatı e.ə.VII-VI minilliyə aiddir. Üst təbəqə isə e.ə.II minilliyə aiddir(təqribən e.ə 1600-1200-ci illər). Uqarit şəhərinin adına Əhdi-Ətiqdə rast gəlinməmişdir. Uqarit şəhərinin kəşfi və arxeoloji tapıntılar qədim şərq tarixi və mədəniyyətinin öyrənilməsində mühüm rol oynayır.İlk öncəmütəxəssislər belə hesab edirdi ki, Rəs-Şəmrada böyük mədəniyyətə malik olan qədim bir şəhər – dövlət mövcud olmuşdur. Lakin şəhərin adı, əhalisi, həmçinin dili haqqında dəqiq məlumat söyləmək çətin idi. Şaffer özü şərqşünas yox, arxeoloq idi. O, bu qədim məskənin adının elmə məlum olmadığını bilmirdi. Həmçinin o, bir zamanlar tədqiqatçıların bu ərazidə yerləşdiyini güman etdiklə- ri şəhərin adını araşdırdıqlarından da xəbərsiz idi. Təl-əl-Amarna gil lövhələrində bu şəhərin mövcudluğunu sübut edən bir sıra istinadlara rast gəlinir. Bu məktublardan birində çar Tir IV Amenxotepə yazır: “Uqarit, şahın şəhəridir və alovlara qərq olmuşdur. Şəhərin yarisi yanmış, yarısı isə yox olmuşdur”. Bu, çox güman ki, həmin ərazidə baş vermiş zəlzələdən xəbər verir. Digər məktubda isə göstərilir ki, “şəhər fironun amansız düşmənləri olan hitti tayfalarının işğalı altındadır” (5, s.74-75). Uqarit haqqında əlavə məlumatlara Boğazköydə yerləşən hitti mixi yazıları arxivində və Hammurapinin məktublarında rastgəlinir. Rəs-Şəmra kəşflərindən bir müddət sonra Şimali Mesopotamiyada amurilərin məskunlaşdığı Mari bölgəsində də aşkar edilən bir çox kitabələr Uqarit şəhərinin mövcudluğu haqqında vacib informasiyalaramalikdir. Bu məlumatlara görə Uqaritnüfuzlu Kənan şəhəri olmuş, Hitti və Misir imperiyalarının torpaq uğrunda döyüş meydanına çevrilmiş bir ərazidə, yəni Suriyanın dənizkənarı bölgəsində yerləşmişdir (5,s74-75). XX əsrin əvvəllərində edilən bu kəşflərdən, tapılan mətnlərin tədqiqi və nəşrindənsonra bu ərazi artıq Rəs-Şəmra deyil, Uqarit, bu ərazidə tapılan mətnlərin yazıldığı dil isə uqarit dili adlandırılmışdır. Bu mətnlərin kəşfi ilə ümumiyyətlə samişünaslığın, xüsusilə də, assurioloğiyanın yeni bir sahəsi – uqaritologiya meydana gəlib inkişaf etməyə başlamışdır. Uqaritologiya bu bölgədə mövcud olmuş dövlətin tarixi, coğrafiyası, ticari-diplomatik əlaqələri, dili, dini, mədəniyyəti, ədəbiyyatı və epiqrafik abidələriniaraşdıran böyük bir elmi tədqiqat sahəsini əhatə edir. Müasir dövrdə uqarit mətnlərinin təhlili bu dilə yaxınlıq təşkil edən ərəb, ibri və s. dillərin linqvistik xüsusiyyətlərinin müqayisəli tədqiqison dövrlərə qədər sirli qalan bir çox anlayışların üzə çıxarılmasında mühüm rol oynayır.

Uqarit dövlətinin ərazisi təqribən iyirmi hektardan ibarət idi. Burada aparılan arxeoloji qazıntılar uqarit mədəniyyətinin qədim şərqin şahidilik etdiyi ən böyük sivilizasiyalar səviyyəsində olduğunu deməyə əsas verir. Burada gil lövhələr üzərində kəşf olunmuş mifik qəhrəmanlıq dastanlarıŞumer qəhrəmanlıq dastanlarından sonra şərqdə məlum olan ən qədim dastanlar sayılır. Uqaritin çox geniş ticari əlaqələri var idi. Hökmdarın divanında diplomatik sənədlər, ticari sazişlər, əhali ilə bağlanan əqdlər, bu məmləkətə tabe kənd və şəhərlərin adları, həmçinin vergilərin miqdarının müəyyən edilməsi ilə əlaqədar sənədlərin saxlandığı xüsusi yerlər aşkar edilmişdir.

Uqaritdünyanın ən qədim şəhərlərindən biri olmuşdur. Bu şəhərin mövcudluğu neolit dövrünə, təxminən e.ə. V minilliyə təsadüf edir. E. ə. II minilliyin başlanğıcında Uqarit amuri tayfalarının əsas şəhərlərindən birinə çevrilir. Amurilər o dövrdə artıq Aralıq dənizinin şərq bölgələrində ən geniş yayılmış etnik qruplar idi. Uqarit şəhərinin şahlarının adları hakimiyyətdə olan sülalənin arami mənşəli olması fikrini yürütməyə imkan yaradır. Misir fironlarının XII sülaləsinın nümayəndələri  (e.ə.1990-1780-cı illər) Uqarit şəhərinin hökmdarları ilə sıx diplomatik və ticari əlaqələrə malik idi. Hələb şahı Yamhad ilə Mari şəhərinin şahı Simri-Lim (təxminən e.ə. 1779-1761-ci illər) arasındakı yazışmalarda Uqarit şəhərinin adı tez-tez çəkilir.E.ə. XV əsrə aid Alalah gil lövhələrində də Uqarit şəhəri haqqında söhbət açılır (13).Həmin lövhələrdən bəlli olur ki, II Amenxotep (e.ə.1436-1416-cı illər) Uqarit şəhərinə hücum etmiş, oranın şahını öz vassalı təyin edərək öz Misir alayını burada yerləşdirmişdir. Həmin dövrdə əhalinin şahı devirərək vassallıq tabeçiliyindən azad olmaq cəhdləri uğursuzluqla nəticələnir.

Təl-əl-Amarna məktublarından məlum olur ki, Uqarit şəhərinin şahı uzunmüddət fironun vassalı olmuşdur. Şəhərin adı III Amenxotepin topoqrafik siyahısında da çəkilir (13). E.ə.XIV əsrin ortalarında Uqarit Hitti krallığının vassalına çevrildi. Beləliklə, bu dövrdə şəhərin ərazisi Misirdən zəbt olunmuş torpaqlar hesabına daha da genişləndi. Uqarit qoşunları hittilərlə birlikdə dəfələrlə Misirə qarşı qiyamlarda iştirak etmişdir. Uqarit şəhəri Hitti imperiyasının ən böyük iqtisadi mərkəzlərindən biri olmuşdur. E.ə. XIII əsrdə Assuriya Hitti imperiyasına qarşı müharibəyə başlayarkən Uqarit hittilərə maliyyə və hərbi köməklik göstərmişdir. “Dəniz xalqları” adlanan amuri tayfalarının hücumları zamanı Uqarit şəhərinin gəmiləri hittilərin dəniz qüvvələrinin əsasını təşkil edirdi. Uqaritin son şahı III Nikməddinin rəhbərliyi ilə silahlı dəstələr də hitti ordusu ilə birlikdə həm qərbdən, həm də şimaldan hücum edən yadellilərə qarşı müharibədə iştirak edir. Bu “dəniz xalqları”nın hücumları zamanı Uqarit şəhəri təxminən e.ə. 1200-cü ildə darmadağın edilərək tamamilə tarixin səhnəsindən silinir.Digər tarixi faktlardan biri də ondan ibarətdir ki, e.ə.1365-ci ildə zəlzələ nəticəsində nəhəng yanğın baş vermişdir (6, s.7).

Əldə olunmuş Uqarit mətnlərinin əksəriyyəti e.ə. 1365-1200-ci illərə, çox az hissəsi isə nisbətən əvvəlki dövrlərə təsadüf edir. Bununla yanaşı, bu yazılı abidələrinməzmununutəşkil edən dini ayinlər, himnlər, əsatir və dastanlar şifahi olaraq əsrlərdən-əsrlərə ötürülərək çox sonralar qələmə alınmışdır. Hələ ki, bu günə qədər aparılan araşdırmalar uqarit dilinin Uqarit şəhəri dağıdıldıqdan sonra dəqiq hansı dövrə qədər mövcud olmasını deməyə imkan vermir. Uqarit dilinin hansı ərazilərə yayılması dəqiq məlum deyil. Uqarit şəhəri şərqdən Cəbəl Ənsəriyyə dağları, şimaldan isə Cəbəl Akra dağlarına qədər bir ərazini əhatə edirdi. Cənubi şərqdən Siannu və Uşnatu kimi bir neçə kiçik şəhər Uqaritə tabe idi. Ola bilsin ki, uqarit dili məhz bu ərazilərdə istifadə edilmişdir. Çünki əldə olunan yazılı abidələrin sərhəddi bu ərazidən kənara çıxmır. Uqarit şəhərinin dağıntıları arasında bir-birindən 50 m aralıda yerləşən Baala və Daqon  adlı iki məbədin qalıqları aşkar edilmişdir. Məbədlər arasında tapılan kahinin evində isə nəhəng bir kitabxana tapılmışdır. Bu kitabxana qiymətli tarixi materialı özündə ehtiva edərək Kənan torpaqlarının işğalına qədərki dövrün sosial-iqtisadi hə­ya­tı barəsində müəyyən təsəvvürlərinyaranmasında böyük rol oynayır. Kitabxanada ədəbi və hüquqi mətnlər çoxluq təşkil edir. Bu yazılı abidələrlə yanaşı çoxsaylı əşyalar da aşkar edilmiş, onların sayəsindəUqarit şəhərinin mədəniyyəti və ticari əlaqələri haqqında müəyyən nəticələrə gəlmək mümkün olmuşdur. Şəhər özünün ən yüksək inkişaf mərhələsinə e.ə.XVII-XIII əsrlərdə çatmışdır. Həmin dövrdə şəhərdə sami tayfaları hittilərlə birlikdə yaşayırdılar. Uqarit şəhərində tapılmış gil lövhələr uqarit, şumer, akkad, huri, hitti, misir dil­lərində yazılmışdır. Həmçinin yazı formaları da öz rəngarəngliyi ilə nəzəri cəlb edir. Aşkar edilmiş lövhələrin üzərində akkad mixi yazısı, uqarit mixi şəkilliəlifba yazısı, misir və hitti heroqlifləri, kipr-mina yazı nümunələrinə rast gəlmək olar. Uqarit dilin­dəki mətnlər Uqarit bölgəsinin cənub-qərbindəki Rəs-Şəmra və Rəs İbn Hanidə kəşf edilmişdir. Bu mətnlər e.ə. XIV-XIII əsrlərə, həmçinin XII əsrin başlan­ğıcına aid edilir. Başqa şəhərlərdə, xüsusilə Fələstin ərazisində də mixi şəkilli əlifba ilə yazılmış bəzi gil lövhələr tapılmışdır. Mifoloji və epik mətnlərlə yanaşı, dilin müəyyən qədər "gənc" dönəmini əks etdirən inzibati-iqtisadi sənədlər və məktublar da aşkar edilmişdir.

Qeyd etmək lazımdır ki, Uqarit mədəniyyətinin bəşəriyyətə təqdim etdiyi ən başlıca məsələlərdən biri uqarit dili və yazısıdır. Məlumdur ki, e.ə 14-cü əsrədək yazının əsasən iki növündən - hər bir işarəsi bir səsi, yaxud sözü bildirən heroqliflərdən, ya da hər bir işarəsi bir səsi ifadə edən mixi yazıdan istifadə olunurdu. Bu yazı növləri bir fikri ifadə edə bilmək üçün çoxsaylı işarələrin bir araya gəlməsini tələb edir ki, bu da, dinamik həyat sürməyə alışmış kənanlılar-uqaritlilər üçün əlverişli deyildi. Buna görə də onlar səsləri ifadə edən hərflər sistemini kəşf edir. Burada tapılan gil lövhələrdə Uqarit dilində  30 hərfin istifadə edildiyi yazılar öz əksini tapmışdır (6, s.18).

Ehtimal olunur ki, Uqarit əlifbası e.ə.XV əsrdə Uqarit şəhərində meydana gəlmiş və yerli sami dillərinin ifadəsi üçün istifadə edilmişdir. Bu əlifba ilə yazılmış çoxsaylı əsatirlər, dini mətnlər, inzibati, hüquqi sənədlər və məktublar tapılmışdır. Əlifbanın 30 mixi işarəsi müəyyən edilmişdir. Uqarit yazısındakı işarələrin sırası və onların tələffüzü tamamilə finikiya əlifbasındakı işarələrin sıralanması ilə üst-üstə düşür. Yalnız bir neçə işarə huri dilindən mənimsənilmiş sözlərin ifadəsi üçün əlavə edilmişdir. 1980-cı ildə uqarit əlifbasının əks olunduğu gil lövhə aşkar edilir. Bu lövhənin üzərindəki əlifba sırası daha çox cənubi ərəb yazı sisteminə uyğun gəlir. Uqarit yazı sistemindəki işarələr həmin dövrdə mövcud olmuş mixi yazı işarələrinə bənzəmir. Lakin işarələrin forması, həmçinin əlifba sırası tədqiqatçılarda belə bir fikir formalaşdırmışdır ki, uqarit əlifbası ilə finikiya əlifbası eyni mənşəyə malikdir.  D.Dirinqer, A. Lundin və digərləri belə hesab edir ki, uqarit əlifbası kənan yazı işarələrinin adaptasiyasından ibarətdir(8, s.205-238).

Uqarit mətnlərinin təhlili göstərir ki, uqarit əlifbası heca şəkilli mixi yazı sis­teminin dəyişilmiş formasından ibarətdir. Uqarit mixi əlifbasında mövcud olan 30 işarədən 27-si samitləri, 3-ü isə əlavə işarələrin ifadəsinə xidmət edir. Çox güman ki, bu əlavə işarələr sait səsləri göstərir. Uqarit dilinin sirləri açıldıqdan sonra bu dillə ərəb dili arasında böyük bir əlaqə olduğumüəyyən edilmişdir. Bu dildə işlənən təq­ribən 700 sözün eynilə ərəb dilində istifadə edildiyi sübut olunmuşdur. Şərqdə ən qə­dim musiqi mətni də məhz Uqaritdə yazılmışdır (14).1950-1955-ci illərdə Uqarit şə­hərində aparılan arxeoloji qazıntılar zamanı gil lövhələr üzərində huri dini nəğmə­lərindən ibarət fraqmentlər aşkar edilmişdir. Bu fraqmentlərdə nəinki mahnıların mətni, həmçinin tarixdə ilk dəfə olaraq onların notları da yazılmışdı (4, s.161-179). Sirləri tədqiqatçı Raul Vitali tərəfindən açılan bu musiqi mətnləri e.ə. II minilliyə aiddir.

N. Ostler qeyd edir ki, uqarit dilində tapılmış yazılar bu dilin ibri dilinə də yaxın olduğunu sübut edir. Lakin bu yaxınlıq finikiya dili ilə uqarit dili arasındakı bənzərlik qədər deyil. Uqarit yazılarındakı sözlərlə Əhdi-Ətiq ifadələrinin bir sıra hallarda eyniyyət təşkil etdiyinin şahidi oluruq. Misal üçün Uqarit ilahəsi “Anat”-ın özünə bəzək-düzək vurması səhnəsində bu ifadələr işlədilir: “O, yerin şirəsi, göyün şehi ilə çimir...”  Bu ifadələr eyni ilə Əhdi-Ətiqdə də təkrarlanır (15, 27:28). Ishaq keçi dərisi geyərək özünü ona Esav kimi təqdim edən Yaquba dua edir: “Allah sənə göylərin şehini, torpağın şirəsini... bəxş etsin” (9, s.120).Uqarit kitabələrinin nəşr və tədqiqindən sonra bu sahədə fəaliyyət göstərən mütəxəssislərhəmin mətnlərin Əhdi-Ətiq mətnləri ilə üslubi bənzərliyə malik olduğunu müşahidə edir.1930-cu illərdə Umberto Kassuto və Harold Qinzberq uqaritmətnləriilə Əhdi-Ətiq ədəbiyyatını müqayisəli tədqiq etməyə başlayır (10, s.50). Araşdırmalar nəticəsində Kassuto belə qənaətə gəlir ki, Əhdi-Ətiq bilavasitə kənan ədəbi ənənəsinin ən bariz nümunəsidir. Bəzi bibleistlərin fikrinə görə öz ritmik quruluşuna görə Əhdi-Ətiqin dili ilə Uqarit poeziyası çox bənzərdir (11, s.62-92). Şeir növləri nöqteyi-nəzərindən həm Uqarit, həm də Əhdi-Ətiq poeziyası bikolon, trikolon, tetrakolon və pentakolon şeir ritmindən ibarətdir. Hər iki mənbənin poeziyasında bərabər (2/2, 3/3, 4/4, 5/5)  və qeyri-bərabər (3/2, 4/3, 5/4 və s.) ritm növü istifadə olunmuşdur. Hər iki ədəbiyyat xəzinəsində üslubi paralelliklər də nəzərə çarpır(3, s.21-41). Uqaritdə tapılan gil lövhələr təkcə dünyəvi sənədlər toplusu deyil, o cümlədən də ədəbi əsərlərin məcmusundan ibarətdir. Bu əsərlər o dövrün dini anlayışları və adətləri haqqında bizdə müəyyən təsəvvürlər yaradır. Uqaritdə mövcud olmuş dini təsəvvürlər çox güman ki, Kənan xalqının dini dünya görüşləri ilə bənzərlik təşkil edir. Rolan De Vo qeyd edir ki, Uqaritdə aşkar edilmiş mətnlər  özündə “Kənan sivilizasiyasını tam əks etdirir” (1, s.202-203).

Rəs Şəmrada aşkar edilmiş mətnlərdə 200-dən çox allah və ilahələrin adı çəkilir. Ali ilah “İlu” olmuş, digər bütün allah və insanların atası hesab edilmişdir. Fırtına allahı  Baal-Xaddad “buludların üzərində çaparaq” şəklində təsvir edilərək yerin sahi­bi adlanır. Kəşf olunmuş dini mətnlər çox güman ki, dini ayinlər, bayramlar zamanı uca səslə oxunurdu.Digər mətnlərlə yanaşı, Uqaritdə “Baal”, “Baal və Anat”, “Nakaal və Avanın nikahı” və s. kimi dini-mifoloji məzmunlu, “Şah Keretin əhvalatı”, “Hakim Daniilin əhvalatı”, “Akxit haqqında” və s. kimi dini-tarixi dastanlar, çoxsaylı dualar, himnlər, cadular və s. mətnlər də aşkar edilmişdir (7).

Uqarit dilinin sami dillərinin təsnifatındakı yeriilə əlaqədar da sabit bir fikir yoxdur. Belə ki, əksər alimlər uqarit dilini şimali-qərb sami dilləri qrupuna aid edərək onu kənan dil qrupunun tərkibinə daxil edir. Bir sıra digər alimlər isə uqarit dili ilə yanaşı təxminən eyni ərazidə istifadə edilmiş amuri dilinidə şimali-qərb sami dil qrupunun müstəqil bir dili hesab edir. Bunu da onunla izah etmək olar ki, uqarit dilini əks etdirən yazılı mənbələr çox azdır. Bu mənbələr yalnız 1929-cu ildə aşkar edilərək tədqiqat obyektinə çevrilmiş, hələ də tam oxunmamışdır. Həmçinin bu mətnlərin qənaətbəxş olmayan orfoqrafik tərtibatı sait və samit sistemini tam izah etməyə im­kan vermir. Eyni zamanda uqarit dilində kənan dillərinə xas olmayan arxaikliyi ilə seçilən, bəzi fərqli xüsuiyyətlər də özünü göstərir ki, bu fərqlər onu bu qrupa daxil etməməyə əsas verir. Məsələn, samit hərflərin zənginliyi, artiklın olmaması, əvəzliyin xüsusi formaları, icbar növ bildirən babın -š- şəkilçisi vasitəsilə düzəlməsi, I şəxs əvəzliyinincəm formasının - nā – sonluğu ilə bitməsi və s. kimi nümunələr digər kə­nan dillərində mövcud deyildir. Lakin eyni zamanda uqarit dili kənan dilləri, əsasən də ibri və finikiya dili ilə sıx əlaqəyə və çoxsaylı müştərək xüsusiyyətlərə də malikdir.

Uqarit mətnlərinin kəşfi, tədqiqi və nəşri çox uzun bir tarixə malikdir. Ilk dəfə olaraq 1929-cu il mayın 14-də Klod F.A. Şafferin rəhbərliyi ilə fransız ekspedisiyası tərəfindən Rəs-Şəmra şəhərində 48 kitabə aşkar edilmişdir. Kitabələr dərhal Şarl Virollo tərəfindən nəşr etdirilir. Kitabələrin nəşri digər alimlərin də bu mətnlərin tədqiq edilməsi işində iştirak etməsinə şərait yaradır.  Tezliklə Hans Bauer və Pol Dorm əldə etdikləri nəticələri nəşr etdirir. Şarl Virollo isə 1930-cu ildə aşkar edilən növbəti kitabələri də istifadə edərək işarələrin böyük hissəsini müəyən etməyə nail olur. Beləliklə, 1932-ci ildə artıq mətnlərin əksəriyyəti tədqiq edilmiş,bütün hərflər müəyyən olunmuşdu.  1940-cı ildən etibarən Sayrus Qordon uqarit dilinin ətraflı qram­matikasını qlossari (qədim mətnlərdə az işlənən və köhnəlmiş sözlərin izahlı lüğəti) ilə birlikdə çap etdirir (2). Daha sonralar bu sahədə saysız-hesabsız işlər aparılır. Hal-hazırda uqarit dilinin tədqiqi ilə dünyanın bir çox ölkələrinin universitetlərində məşğul olurlar.

Ədəbiyyat siyahısı

  1. Briend, Jacques, "Roland de Vaux", in Encyclopedia of the Dead Sea Scrolls, eds. Schiffman, Lawrence H. and VanderKam, James C., Oxford, 2000, Vol.1,  pp. 202–203.
  2. Gordon С. H.,Ugaritic textbook : Grammar, Texts in Transliteration, Cuneiform Selections, Glossary, Indices, Gregorian Biblical BookShop, 1998 , 553 с.
  3. Jason M. H. Gaines.The Poetic Priestly Source. Copyright Date: 2015. Published by: Augsburg Fortress, Publishers. 400 p., pp. 21-41
  4. M. L. West The Babylonian Musical Notation and the Hurrian Melodic Texts-Music & Letters Vol. 75, No. 2 (May, 1994), pp. 161-179, Həmçinin bax: Kilmer, Anne Draffkorn. "The Cult Song with Music from Ancient Ugarit: Another Interpretation". Revue d'Assyriologie 68 (1974): 69–82.
  5. Лео Дойель. В поисках Библии: Тайны древних манускриптов, пер. с англ. Э.Маркова.Санкт-Петербург:Амфора, 2014.383 с.http://www.ereading.club/chapter.php/1034556/9/Doyel__V_poiskah_Biblii__Tayny_drevnih_manuskriptov.html стр. 74-75
  6. Сегерт С., Угаритский язык, М., 1965,106 с., стр-7.
  7. Угаритский эпос / Пер., введ., коммент. И. Ш. Шифмана; отв. ред. А. Г. Лундин. - М.: «Наука»(ГЛВР), 1993. -229 с. - «Памятники письменности Востока».
  8. Языки мира: Семитские языки. Аккадский язык. Северозападно- семитские языки. Ред. колл.: Белова А.Г., Коган Л.А., Лезов С.В., Романова О.И. -М.: Academia, 2009. - 840 с., стр.205-238. Həmçinin bax: Дирингер Д. Алфавит. М.: Издательство иностранной литературы, 1963. 654 с. 
  9. نيقولاس أوستلر، امبراطوريات الكلمة - تاريخ اللغات في العالم، ترجمة د. محمد توفيق البجيرمي، دار الكتاب العربي، بيروت-2011، 792 ص، ص-120
  10. חייםאריהגינזברג, כתביאוגרית – 50 שנותמחקר, הוצאתמוסדביאליק, תרצ''ו, ירושלים., משהדודקאסוטו, האלהענת, הוצאתמוסדביאליק, תשי''א, ירושלים.
  11. משהדודקאסוטו, "שירתהעלילהבישראל'', ספרותמקראיתוספרותכנענית, חלקא, ירושליםתשל"ב, עמ' 62-92 
    1. www.marefa.org/index.php/كلود-فريديريك-أرمان_شيفر
    2. http://cyclowiki.org/wiki/%D0%A3%D0%B3%D0%B0%D1%80%D0%B8%D1%82
    3. http://archive.aawsat.com/details.asp?issueno=9165&article=236416#.VehdN5vxtd2

Xülasə

Məqalə qədim Uqarit məmləkətinin dili olan Uqarit dilinə həsr olunmuşdur. 1929-cu ildə elm aləminə məlum olan uqarit dili əsasən şimali-qərb sami dillərinə aid edilir. Uqarit mədəniyyəti məşhur fransız arxeoloqu Klaud Armand Şaffer tərəfindən kəşf edilmişdir. Ömrünün sonunadək Rəs Şəmrada arxeoloji qazıntılarla məşğul olan Şaffer burada beş təbəqədən ibarət bir sivilizasiyanın mövcudluğunu aşkara çıxarır. Bu qazıntıların sonuncu qatı e.ə. VII-VI, üst təbəqəsi isə e.ə. II minilliyə aiddir (təqribən e.ə 1600-1200). Uqarit dili ilə əlaqədar bir çox maraqlı məlumatları ehtiva edən məqalədə uqarit dilinin ərəb və ibri dilləri ilə bənzər tərəflərindən söhbət açılır, bu barədə müxtəlif samişünasların fikirlərinə müraciət edilir.

Açar sözlər: kənan, uqarit, İlu, Əhdi-Ətiq, Təl əl-Amarna, hittilər

Summary

The article is devoted to the Ugaritic language of the ancient Ugaritic country. Ugaritic, which has been known to the scientific world since 1929, is related to the north-west branch of Semitic languages. Ugaritic culture was discovered by well-known french archaeologist Armand Klaud Shaffer.Shaffer who was engaged in archaeological excavations in Ras Shamra by the end of his life revealed the existence of a civilization consisting of five layers. The last layer of the resources refers to the VII-VI centuries BC, while the top layer refers to the second millennium BC (about 1600-1200 BC). The article contains a lot of interesting information about Ugaritic language, there is talked about its similar sides with the Arabic and Hebrew languages and is resorted to the opinions of the different semitists.  

Keywords: Canaan, Ugaritic, Old Testament, Tel al-Amarna, hittite

Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə yardımı ilə yerinə yetirilmişdi Qrant№EİF-2013-9(15) 46/40/5                                   Rəyçi: Akademik V.Məmmədəliyev


Aidə Cəlilzadə

AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİNİN POEZİYASINDA

MÜRƏKKƏB CÜMLƏ TİPLƏRİ

Poeziya məxsus olduğu xalqın bədii təfəkkürünü əks etdirən ən mükəmməl vasitələrdən biridir. O, insanın qəlb aləmindən başqa, həm də davranış mədəniyyətinə təsir edən amillərdən biri kimi bütün zamanlarda insanların zövqünü oxşamışdır, nitqdə ifadəliliyin yüksəlişini təmin etmişdir. Bualo “Poeziya sənəti” əsərində belə bir qənaətə gəlmişdir ki, bir zaman meşələrdə tək-tənha gəzib dolaşan, qayda-qanunları tanımayan, bilməyən, buna görə də zorakılığı qanun hesab edən insanın mənəvi baxım­dan dəyişməsində söz və kəlamların böyük rolu olmuşdur. Ümumiyyətlə mütə­fəkkirlər belə hesab edirlər ki, gözəl qanunların əsasının qoyulması poetik dillə bağlı­dır. Poeziyanı “xalqın ürəyi”, “bəşəriyyətin qəlbinin tarixi”  hesab edənlər yanıl­mayıblar.Qədim zamanlarda belə bir təfəkkür var idi ki, “şeir Allahların dilidir” (1, 224).

Poetik yaradıcılığın əsası isə dil ilə qoyulur. Bu mənada, Azərbaycan və ingilis dillərinin poetik forması diqqəti çəkən məsələlərdəndir. “Bədii hadisələrə həqiqi sənət meyarları ilə yanaşmağın birinci şərti dil faktorundan asılıdır. Mükəmməl dil və üslub vərdişlərinə yiyələnmədən söz sənətkarlarının özünü təsdiqetmə qətiyyəti nəticəsiz qalır, təcrübə dönə-dönə sübut etmişdir ki, dil duyumundan məhrum olanların nümunəvi poeziya yaratmaq cəhdləri heç bir səmərə verə bilməz” (2, 10).

Məlumdur ki, poetik dil də söz, ifadə və cümlələrdən təşkil olunur. Yəni hər bir dil vahidi müəyyən üslub imkanlarına malikdir. Lakin onlar içərisində hansının daha işlək olması poetiki dilə əsaslı dərəcədə təsir edir.

Dillərin sintaktik quruluşunun gözəllik və incəlikləri poeziyada daha qabarıq hiss olunur. Araşdırmalar Azərbaycan və ingilis dillərinin poetik nümunələrində cümlənin quruluş və mənaca bütün növlərindən istifadəni göstərir. Bu baxımdan, poetik dildə mürəkkəb cümlə tipləri də özünəməxsus mövqeyə malikdir.

                               Badi-səba, əgər düşsə güzarın,

                               Söylə xəlvət bu həmraza bir xəbər (3, 99).

                Göstərilən bu iki misra bir cümlədən – şərt budaq cümləli tabeli mürəkkəb cümlədən ibarətdir. Burada diqqəti çəkən əsas fakt “xəbər söylə” (xəbər ver) sözlərinin bir-birindən ayrılması və ikinci komponentin misranın əvvəlinə gəlməsidir. Bu, bədii üslubda, xüsusilə də poetik dildə tez-tez rast gəlinən hadisələrdəndir. Ümu­miyyətlə, bədii dilin məziyyəti hesab edilən faktlar şeir dilində gaha geniş meydan qazanır. İngilis dinin poetik faktlarında da bu hadisənin şahidi oluruq. Məsələn:

When my aunt died,

my uncle raised his hands

like a prophet in the Bible (5).

                Verilən nümunə zaman budaq cümləsini özündə ehtiva edən mürəkkəb cümlədir. Bu misralarda “When my aunt died (xalam öləndə)” zaman budaq cümlə­sini ifadə edir. Qalan iki misra isə birgə mürəkkəb cümlənin digər hissəsini təşkil edən bir cümlə hesab olunur.

                Poetik dil mənzərələri bəzən cümlə növlərinin əsas fikri ifadə edən misralarda birləşməsi və eyni məqamda işlənməsi faktlarını təsdiq edir. Yəni poetik dildə çox vaxt qarışıq tipli mürəkkəb cümlə konstruksiyaları özünü göstərir. Məsələn:

                               Dözürsən, döz, bu ayrılıq dağına

                               Mən dayannam, amma sən dayanmazsan (3, 72).

Bədii hissədəki iki misrada mürəkkəb cümlənin hər iki tipi – həm tabesiz, həm də tabeli mürəkkəb cümlə işlənmişdir. Birinci misradakı “Dözürsən, döz” sözləri tabeli mürəkkəb cümləni təşkil edən dil vahidləridir (cümlələrdir) və onun tərki­bin­dəki sözlər intonasiya ilə bağlandığından ilk baxışda mürəkkəbliyi formal cəhətdən üzdə olmur. Lakin cümlədə “gizlənmiş”, buraxılmış -sa, -sə şəkilçiləşmiş qrammatik əlamət birinci tərəfi ikinci tərəfdən asılı vəziyyətə salır və nəticədə şərt budaq cümləsi yaranır. Birinci misranın yarısı və ikinci misra birlikdə qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümləni təşkil edir. İngilis dilində də belə faktların bədii dilin sintaksisində müəyyən dərəcədə mövqeyi vardır. Məsələn:

                                        “I’ve lost my girl,” he said,

“I’ve lost my girl,” over and over,

                                   shaking his head (5).

Məsələn, bu nümunədə ilk baxışdan elə görünür ki, birinci misranın tərkib hissələri olan “I’ve lost my girl” və “he said” sərbəst cümlələrdir. Lakin, diqqət yetir­dikdə görürük ki, tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlədir. Yaxud ikinci misra tamamilə fərqli cümlə kimi görünsə də əslində ilk misradakı tamamlıq budaq cümləsinin sonradan tamamlanmış tərkib hissəsidir. Sadəcə olaraq şair emosianallığı artırmaq naminə təkrara yol verərək bu fikrini bu cür ifadə etməyə üstünlük vermişdir.

Araşdırma nəticələrindən biri belədir ki, şeir dilində konkretlik daha yüksək səviyyədədir.

                               Nə anlağın vardır, nə də kamalın,

                               Onun üçün hərgiz sözü qanmazsan! (3, 72).

Bu sintaktik vahidi nəsrə çevirsək belə bir fakt əldə edərik: “Onun üçün sözü qanmırsan ki, nə anlağın, nə də kamalın vardır”. Bu fikrin şeir dili ilə ifadəsi daha gözəl və axıcıdır. Azərbaycan və ingilis dilinin poetik örnəkləri aşağıdakı fikri təsdiq edir: nəsr dilində quruluşca mürəkkəbliyi daha tez bilinən eyni cümlələr şeir dilində elə işlənir ki, bəzən onlar sadə cümlənin tutduğu qədər yer tutur, lakin anlam baxımından əhatəli olur. Doğrudur, bədii dilin əsas keyfiyyətlərindən biri onun yığcamlığıdır. Lakin bu yığcamlıq poetik dildə daha çox qabarıqdır. Təbiidir ki “şeirdə sözün yeri dar, fikrin isə yeri geniş olmalıdır” (4, 93).

Azərbaycan və ingilis dillərinin poeziyasında həm analitik (budaq cümlələrin baş cümlələrə tabelilik bağlayıcıları ilə bağlanması ilə formalaşan), həm də sintetik (budaq cümlələrin baş cümləyə şəkilçilərlə bağlanması ilə formalaşan) tipli tabeli mürəkkəb cümlələrdən istifadə edilir. Lakin analizlər ikinci tip tabeli mürəkkəb cümlələrin daha üstün mövqeyə malik olduğunu göstərir. Bundan başqa, şeir dilində budaq cümləsi baş cümləyə intonasiya vasitəsi ilə bağlanan tabeli mürəkkəb cümlələr də az deyil. Məsələn:

                               Sən gedəli mən ziyada ağlaram,

Vermişəm ömrümü bada, ağlaram (3, 42).

                Burada birinci misra sadə cümlə ilə ifadə olunsa da, ikinci misra mürəkkəb cümlədən ibarətdir. Bu sintaktik vahid aşağıdakı fikri təmsil edir: Ağlaram, çünki ömrümü bada vermişəm və ya Ona görə ağlaram ki, ömrümü bada vermişəm. Göründüyü kimi, onun nəsrlə ifadəsi həcminə görə nəzmlə ifadəsindənböyükdür. İngilis dilindən aşağıdakı şeir örnəyinə nəzər salaq:

                Is all that we see or seem

But a dream within a dream (6)?

                Bu nümunədə ilk baxışdan bir sual cümləsi kimi görünən bu şeir parçası əslində özündə iki cümləni birləşdirir. “All that we see or seem” ayrılıqda özü bir cümlədir.

                Həmin nümunəni nəsrə çevirsək, belə bir variant yaranır : “All that we see or seem is a dream within a dream but nothing else, isn’t it?” Azərbaycan dilindəki nümunəyə aid dediyimiz fikir ingiliscədəki nümunədə də özünü təsdiqləyir. Yəni fikrin nəzmlə ifadəsi zamanı daha az həcmli olması burada da aktuallığını saxlayır.

                Araşdırmalar göstərir ki, poetik dildə mürəkkəb cümlə konstruksiyaları içərisində tabeli mürəkkəb cümlə daha aktiv mövqedə olur. Bu baxımdan, şərt və səbəb budaq cümlələri işləklik dərəcəsinin yüksəkliyi ilə diqqəti çəkir. Poeziya dilində  tabesiz mürəkkəb cümlə örnəklərindən də istifadə edilir:

Doldu damağıma zülfün ənbəri,

Valeh oldu könül havadan sənə (3, 30).

                Bu misralar səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümləni təşkil edir. Cümlədə formal əlaməti təşkil edən bağlayıcı olmasa da, tabesiz mürəkkəb camləyə xas olan əsas cəhət – tərəflər (tabesiz mürəkkəb cümləni təşkil edən sadə cümlələr) arasında məzmun bağlılığı vardır.

Poetik nümunələr üzərində aparılan təhlillər göstərir ki, şeir dilində standart sintaktik quruluş və forma yox dərəcəsindədir. Lakin burada sintaqmlar, sintaktik biçimlər elə tərzdə işlənir ki, çox qüvvətli təsirə malik olur. Bu, dil vahidlərinin poeziya faktına çevrilməsi ilə əlaqədardır. Belə bir proses maraqlı bədii hadisə kimi meydana çıxır. Poetik dilin ən dəyərli funksiyası fikirləri gözəl ifadə etmək, yüksək təfəkkür mədəniyyətinin məhsulu olan düşüncə materiallarını dil faktlarına çevir­məkdir. Azərbaycan və ingilis dillərində sintaksisin üslub imkanlarının genişliyi bu prosesin inkişafını əsaslandıran faktlardandır. Hər iki dildə sintaktik üslub vasitələri vardır. Lakin onların işlənmə məqamları arasında müəyyən fərqlər də mövcuddur. Bu, dillərin eyni sistemdə olmaması ilə bağlı məsələlərdən biri kimi diqqəti çəkir.

Beləliklə, Azərbaycan və ingilis dillərinin poetikası zəngin sintaktik xüsusiy­yətlərə malikdir.

 

ƏDƏBİYYAT

  1. Adilov. M. Klassik ədəbiyyatılmızda dil və üslub. Bakı, Maarif, 1991, 234 s. s. 224.
  2. Hüseynov M. Dil və poeziya. Bakı, Elm, 2008. 434 s.
  3. Vaqif M.P. Əsərləri. Bakı, Şərq-Qərb, 2004, 264 s.
  4. Виноградов В.В. Проблема авторства и теория стилей. Москва, «Художественная литература», 1961, 616 с.
  5. Pat More. “Old Love” from Dizzy in Your Eyes. www.poetryfoundation.org
  6. Edgar Allan Poe. “A dream within a dream”. www.poetryfoundation.org

 

XÜLASƏ

Azərbaycan və ingilis dillərinin poeziyasinda mürəkkəb cümlə tipləri

Məqalədə Azərbaycan və ingilis dillərinin müqayisəli təhlilindən danışılır. Bu baxımdan, poetik dilin sintaktik imkanları ön plana çəkilir. Hər iki dilin poeziyasında mürəkkəb cümlə tipləri elmi-nəzəri təhlilə cəlb olunur. Göstərilir ki, şeir dilində standart sintaktik quruluş və forma yox dərəcəsindədir. Lakin burada sintaqmlar, sintaktik biçimlər elə tərzdə işlənir ki, çox qüvvətli təsirə malik olur. Bu, dil vahidlərinin poeziya faktına çevrilməsi ilə əlaqədardır. Belə bir proses maraqlı bədii hadisə kimi meydana çıxır. Poetik dilin ən dəyərli funksiyası fikirləri gözəl ifadə etmək, yüksək təfəkkür mədəniyyətinin məhsulu olan düşüncə materiallarını dil faktlarına çevirməkdir. Azərbaycan və ingilis dillərində sintaksisin üslub imkanlarının genişliyi bu prosesin inkişafını əsaslandıran faktlardandır.

 

SUMMARY

Types of complex sentences in azerbaijani and english poetry

                In the article it is dealt with the comparative analysis of the Azerbaijani and English languages. From this point of view, syntactic opportunities of poetic language are put forward. Complex sentences of both languages are involved in scientific-theoretical analysis. It is shown that, there is almost none syntactic structure and form in poetry. But here, sytagms and syntactic measures are used in such way that they own great influence. This is related with the fact that language units turn to facts of poetry. Such process shows up as an interesting poetic event. The most valuable function of poetic language is to articulate our thoughts and turn the sense materials, which are the products of high culture of thinking, into language facts. The wide variety of stylistic opportunities of syntax in Azerbaijani and English languages are the facts grounding the improvement of this process.

                                                                                              

РЕЗЮМЕ

Типы сложных предложений в поэзии азербайджанского и английского языках

                В статье говорится о сравнительном анализе азербайджанского и английского языков. В этом случае, синтаксические возможности поэтического языка, выдвигаются на первый план. В поэзии обоих языках вовлечены научно-теоретический анализ типов сложных предложений. Показывается, что в поэзии построение и форма стандартного синтаксиса не существует. Но здесь син­тагмы, синтаксические формы используются в таком стиле, что имеет очень сильное влияние. Это связано с преобразованием языковой единицы в поэти­ческий фактор. Такой процесс всплывае, как интересное художественное собы­тие. Самая ценная функция поэтического языка, красиво выражать мысли, преобразовывать мысленные материалы продуктом которого являются высшее культурное мышление, в языковой фактор. Широкие возможности синтак­сического стиля азербайджанского и английского языков- оправдывающий фактор развития этого процесса.

 

Rəyçi: prof.Həsənova Sədaqət

 


Quliyeva  Dilarə  Rüstəm  qızı

ÜSLUBİ SİNTAKSİS

Sözlərin söz birləşməsi tərkibində birləşməsi, cümlələrin tərtib edilmə qanun-qaydalarının məcmusundan bəhs edən sintaksisin leksik vahidlər kimi üslubiyyatda da rolu mühümdür. M.V.Lomonosovun dediyi kimi, “Bütün elmlərin qrammatikaya ehtiyacı vardır. Qrammatikasız natiqlik kütdür, poeziya pəltəkdir, fəlsəfə əsassızdır, tarix xoşagəlməzdir, hüquqşünas şübhəlidir.” (1: 10)

Üslubiyyat sözlərin və qrammatik formaların nitqdə işlədilməsi keyfiyyətini və imkanlarını araşdırıb tədqiq edir. Dilin lüğət tərkibi, orfoqrafiya və orfoepiya məsələləri, sözlərin məna çalarları da eyni zamanda üslubiyyatın öyrəndiyi sahələrdir. Üslubiyyat dil vahidlərinin leksik-semantik əlaqələrini, üslubi imkanlarını, sözyaratma və söz işlətmənin normativliyini, funksional üslublarını, dildəki üslubların əmələ gəlmə yollarını öyrənir. Üslubiyyatda dilin ifadə vasitələrinin müxtəlif üslublarda işlənilmə üsulları geniş şəkildə öyrənilir.

Azərbaycan ədəbi dilində, qədim dövrlərdən başlayaraq, zəngin üslubi sistem yaranmışdir. Ədəbi dilimizin ayrı-ayrı inkişaf mərhələlərində müxtəlif üslublar olmuşdur. Zaman keçdikcə bu üslublar daha da artmış, zənginləşmiş və təkmilləşmişdir. Hazırda Azərbaycan ədəbi dilinin bədii üslub, elmi üslub, ictimai-publisistik üslub, rəsmi üslub, realist üslub, romantik üslub, poetik üslub, şair və yazıçıların fərdi uslubu kimi çoxlu üslub növləri mövcuddur. Bu üslubların həm ümumi, həm də hər birinin özünəməxsus fərqli xarakterik cəhətləri vardır.

Dilin üslubu ilə yazıçının üslubu fərqli  anlayışlardır. Ona görə bu anlayışlari bir-biri ilə qarışdırmaq olmaz. Dilin üslubu dedikdə, ümumi üslublar, funksional üslublar nəzərdə tutulur. Lakin yazıçının üslubu onun ümumxalq dilindən, dil vasitələrindən öz arzu və zövqünə, mövzu və məqsədinə görə necə seçib işlətməsi üsulları ilə bağlıdır. Hər bir yazıçının üslubu onun həyata münasibəti, elmi və siyasi biliyi, mədəniyyəti və bacarığı əsasında yaranır. Buna görə də yazıçının dünyagörüşü ilə ifadə tərzinin vəhdəti onun üslubudur. Lakin yazıçının üslubu ümumdil xaricində mövcud deyil, belə ki, dil üslubları hər bir söz sənətkarı üçün bir mənbə və vasitə rolundadır.

Bədii yaradıcılıqda hər bir sənətkarın öz üslubunun olması əsas şərtlərdəndir. Çünki fərdi üslub sənətkarın yaradıcılıq orijinallığını müəyyən edir və onu başqalarından fərqli bir sənətkar kimi tanıdır. Bununla bağlı olaraq Səməd Vurğun söyləmişdir: “Öz üslubunu təyin etmək və ona daima sadiq yaşayıb yaratmaq şair üçün səadətdir! Başqalarının söz, düşüncə və duyğu pərdələri altında gizlənib qalmaq isə şair üçün fəlakətdir.” (1: 23)

Dilin üslubları müxtəlif səbəblər nəticəsində əmələ gəlir. Bu hər şeydən əvvəl, insan fəaliyyətinin müxtəlif sahələri ilə əlaqədar olaraq bu və ya başqa şəraitdə fikrin ifadə olunması üçün dil vasitələrindən istifadə edilərkən yaranır. Böyük yunan alimi Aristotel qeyd edirdi ki, üslubun qiyməti onun aydınlığındadır. Əgər nitq aydın deyilsə, deməli, natiq öz məqsədinə çatmışdır. Belə ki, üslub nitqin mövzusuna uyğun gəlməlidir.Hər bir üslub dilin milli xüsusiyyətləri əsasında qurulur. Bunların yaranmasında həm yazıçıların, həm alimlərin, həm müəllimlərin və  həm də digər qrup ziyalıların böyük xidməti olur.

Azərbaycan ədəbi dilində fikrin bədii təsvir və ifadə vasitələri ilə ifadə olunduğu bədii üslubtarixən qədim, mahiyyətinə görə isə çox kütləvidir. Bədii üslub ədəbi dilimizin ilk formalaşdığı dövrdən onun əsasını təşkil etmişdir. Bir sıra cəhətlərinə və əlamətlərinə görə bir-birindən fərqlənən nəzm və nəsr bədii üslubun əsasını təşkil edir. Belə ki, şeirlə yazılan əsərlərdə müəyyən ölçü olur, şeirdə hecalara fikir verilir, qafiyə nəzərə alınır. Lakin nəsr əsərlərində bu ölçülər hazırkı dövrdə nəzərə alınmır. Ədəbi dilin bədii üslubunun özünəməxsus bir sıra xüsusiyyətləri var­dır. Bədii üslubda yazılan əsərlərdə müxtəlif söz qruplarına müraciət olunur və rəng­arəng sözlər seçilib işlədilir. Dildə elə bir söz qrupu ola bilməz ki, bədii üslubda ondan istifadə edilməsin. Bədii üslubda bu və ya başqa üslubi məqam, yaxud surətin nitqini fərdiləşdirmək üçün sənət, peşə ilə əlaqədar və ya dialekt sözlərindən də istifadə edilir.

Nəsr formasında yazılmış hər hansı bir əsərin  hissələrini təşkil edən hər bir makro mətni əmələ gətirən cümlələr, eyni zamanda şeir misraları da həm sintaktik, həm də üslubi vahidlərdir. Elə cümlələr vardır ki, onların mənası yalnız mətn daxilində anlaşılır. Bədii ədəbiyyat dil sahəsinə yeni sözlər gətirmək imkanına da malikdir. Belə ki, bədii əsərlərin dilində mövcud sözlərə yeni məna vermək, sözə emosional çalarlıq gətirmək və bunları  müxtəlif formalarda və müxtəlif məqam və vəziyyətlərdə işlətmək olur. Müxtəlif sözlərin yeni mənalarda işlədilməsi onların məcazi məna kəsb etməsi imkanları ilə bağlıdır. Hər bir sözün məcazi mənası isə dildə müəyyən obrazlılıq yaradır. Məhz sözlərin bədii ədəbiyyatda yaratdığı emosionallıq və obrazlılıq bədii üslubu digər üslublardan fərqləndirir. Bədii üslubda sintaktik fiqurların – ritorik suallar, bədii nidalar və xitabların çox işlənməsi də onu başqa üslublardan fərqləndirir. Xalq danışıq dilinə daha yaxın olan bədii üslub ədəbi dilin və xalq danışıq dilinin xüsusiyyətləri əsasında get-gedə daha da təkmilləşir.

Bədii üslubda məqsəd və intonasiyasına görə cümlə növlərinin, sadə cümlənin növləri olan cüttərkibli və təktərkibli cümlələrin, söz-cümlələrin, yarımçıq cümlələrin, tabeli və tabesiz  mürəkkəb cümlənin növlərinin işlənmə imkanı daha genişdir.

Nəqli cümlələrdə əsasən təbiət tərənnümünə, insanın zahiri görünüşü və daxili aləminin təsvirinə, hadisələrin nəql olunmasına üstünlük verilir.

Ovçular Qarabağ meşələrindən tükləri alov kimi yanan qırqovullar gətirdilər. (İ.Əfəndiyev) . O gecə müəllim uzun zaman yata bilmədi. (İ.Əfəndiyev) 

Görmədiniz qələm qaşlı, durna gözlü o gəlini

Can üstündə mənə sarı uzatmışdı öz əlini (S.Vurğun)

Sual intonasiyasına görə digər cümlələrdən fərqlənən xüsusi və ritorik səciyyəli sual cümlələri  sual əvəzlikləri və sual ədatları vasitəsilə düzəlir.  Ritorik sual cümlələrində danışan öz sualına cavab tələb etmir. Sual ədatlarının iştirak etdiyi, qəti hökmün emosional cəhətlə birləşdiyi belə cümlələrdə danışan sanki öz fikrinin dəqiqliyini, düzgünlüyünü hər kəsə bəyan edir.

Nədir gözlərində bu pərdə, bu rəng

Can dustaq olanda gülərmi ürək? (M.Müşfiq)

Təkliyin əzab-əziyyətini azmı çəkib, subaylığın məhrumiyyətlərini azmı görüb ki, bundan sonra da görsün? (İ.Hüseynov)

Xüsusi sual cümlələrində isə ritorik suallardan fərqli olaraq, suallar

cavab almaq məqsədilə verilir.  Bu cür sual cümlələrində sual əvəzlikləri və sual ədatlarınin iştirakı xüsusilə vacibdir.

Səhər saat neçədə şəhərə gedəcəksiniz? Bəs atası bir o qədər pulu kimin üçün qazanır. Görəsən, dəyirmançı Musa bu saat nə edir. (İ.Əfəndiyev)

Sual cümlələri kimi əmr, arzu, istək, çağırış, təhrik, buyruq, öyüd, nəsihət, məsləhət xarakterli əmr cümlələri  bədii nəsrdə, xüsusilə dramatik əsərlərdə daha işləkdir.

Çalış artıq söz danışma, Müşərrəf. Sualıma cavab ver. ( İ.Hüseynov) Gəlmişəm evə aparım. Xahiş eləyirəm qarışma. ( İ.Hüseynov)

Qoy qızların üzü gün kimi gülsün,

Kişinin üzündən mərdlik tökülsün.(S.Vurğun)

Nəqli, sual və əmr cümlələrinin yüksək tonla tələffüz edilərək hiss-həyəcanla dolğunlaşması nəticəsində nida cümlələri yaranır. Nida sözlərindən, məsdərlərdən və təkrarlardan ibarət olan, hiss-həyəcan bildirən  nida cümlələri də bədii ədəbiyyatın ayrılmaz hissəsidir.

Ay haray, köməyə gəlin, taxta bənd uçdu, adamlar qaldı altında! (C.Cabbarlı). İnanma, başına dönüm, inanma! Aman günüdür! (Ə.Haqverdiyev). 

Qoy göyün ulduzu göyə nur saçsın.

Yerin də arzusu yerdə gül açsın! (S.Vurğun)

Hər iki baş üzvün iştirakı ilə yaranan cüttərkibli və baş üzvlərdən birinin iştirakı ilə formalaşan təktərkibli sadə cümlələr bədii əsərlərin dilində böyük üstünlüyə malikdir.

Cüttərkibli - Buldozerin üstündə oturmuş oğlan parçalanıb yolun ortasına tökülmüş iri-iri daşları maşının qabağı ilə itələyib uçurumun kənarına gətirirdi. Dərələr uğuldadı. Onların hər ikisi bəxtiyar idi. Qeyri-müəyyən şəxsli - Buraxılış imtahanlarından bir neçə gün sonra bizi  Mədəniyyət Nazirliyinə çağırdılar. (İ.Əfəndiyev).Ümumi şəxsli - Sözünün yerini bilməyənin gərək dərsini verəsən. Şəxssiz cümlə - O axşam Hürünün ona yazığı gəldi. Adlıq cümlə - Tərifi dillər əzbəri olan şəhər. Şirin duyğular və sevinclərlə dolu aylar. (M.İbrahimov).

Buraxılmış üzvləri cümləni təşkil edən üzvlərə əsasən bərpa edilən yarımçıq cümlələr, eyni zamanda bir sözdən ibarət olub, sintaktik cəhətdən üzvlənməyən söz-cümlələr də bədii ədəbiyyatda, xüsusilə də dialoqların daha çox işləndiyi dram əsərlərində çox intensivdir.

Kabab necədir? – Yaxşıdır. Buldozerçı sənin nəyindir? – Heç nəyim.  Cərrahiyyəni kim eləyəcək? – Mən. Musiqini çoxmu sevirsiniz? – Çox. (İ.Əfəndiyev). -Sən böyüksən? – Xeyr. –Onda sən kiçiksən? –Xeyr. –Üç günə peyini daşıyarsan sahələrə! – Baş üstə! (M.İbrahimov)

Iki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən bərabər hüquq əsasında və ya tabelilik  yolu ilə birləşməsi nəticəsində yaranan tabesiz və tabeli mürəkkəb cümlələr  də digər üslublara nisbətən bədii üslub üçün daha çox xarakterikdir.

Haradasa lap yaxında at kişnədi, bir-birinin ardınca iki güllə açıldı. (İ.Hüseynov). Qızın  bütün çöhrəsi gülürdü, göyümtül gözlərindəki nurdan otağa hərarət. ilıqlıq yağırdı. Gecə keçəcək, sabah açılacaq və Saday qızı öz elinə, yurduna yola salacaq.  Şoru ağacın dibinə tökürsən, ağac quruyur. Həyətin işığından göz qamaşırdı: hər küncdə süd rəngli  bir  lampa yanırdı. Bu tüfəngi gizlətmisiniz, amma dəhrə, balta, bıçaq yadınızdan çıxıb. (İ.Məlikzadə). Qızdırmalı adam kimi onun bədənini gah üşütmə tutur, gah hərarət bürüyürdü. Amma bu qırxıncı hamısından cavandır; özü də xalis od parçasıdır. Mübahisə nə qədər yumşaq bir şəkildə getsə də, onlar qəti bir qərara gələ bilmədilər. Ürəyinə dammışdı ki, bu gedişdə bir şey olacaq. Bizim məsləhətimiz belədir ki, ondan fermada istifadə edəsiniz. Ona sual vermək istəyirdi ki, Pərşan sözə qarışdı. (M.İbrahimov).

Fikrin elmi şəkildə ifadə olunduğu, obrazlılıq və  emosionallığın müşahidə olunmadığı elmi üsluba bütün elmi və metodik əsərlərin dili daxildir. Hətta ədəbiyyatla bağlı olsa da, ədəbi-tənqidi əsərlər də elmi üslubda yazılır. Bu üslub tarix boyu geniş təkmilləşmə və inkişaf yolu keçirmişdir. Elmi üslub bədii üslub qədər kütləvi xarakter daşımır. Belə ki, bədii üslubda yazılan hər bir parçanı hamı oxuyanda və ya eşidəndə başa düşür, lakin elmi üslubda müxtəlif sahələrə aid yazılan əsərləri hamı dərk edə bilmir, yalnız həmin sahənin mütəxəssisləri üçün anlaşıqlı olur.

Elmi üslubu digər üslublardan fərqləndirən bir sıra xüsusiyyətlər vardır. Elmi üslub mövcud anlayışlara dair dəqiq izahat tələb edir, müəyyən məsələ şərh olunarkən elmi təfəkkür əsas götürülür. Bir sözlə, dəqiqlik, məntiqilik, ardıcıllıq, terminologiya elmi üslubun əsas xarakterik və digər üslublardan fərqləndirən  xüsusiyyətləridir. Elmi üslubda sözlərin məcazi, yaxud bir neçə  mənada  işlədilməsinə,  sözlərin çoxmənalılığına yol verilmir. Elmi üslubda bu və ya digər anlayışı dəqiq və düzgün ifadə etmək üçün dilin bütün qrammatik vasitələrindən, o cümlədən mürəkkəb sintaktik quruluşlu cümlələrdən istifadə edilir. Ayrı-ayrı elm sahələri ilə əlaqədar olaraq elmi üslubda yazılan əsərlərdə müxtəlif  işarələr sistemindən də istifadə edilir.

Sözlər və cümlələr arasında əlaqə, sözlərin və cümlələrin birləşməsi, ümmiləşmiş şəkildə desək, bağlılıq məsələsi sintaksisin əsas məsələsidir. Sözlər arasında əlaqə, bağlılıq nəticəsində iki cür sintaktik vahid yaranır: söz birləşməsi və cümlələr. Cümlələr arasında əlaqə və bağlılıq nəticəsində mürəkkəb cümlələr və sintaktik bütövlər (mətn) əmələ gəlir.  (Q.Ş.Kazımov, Müasir Azərbaycan dili, Sintaksis,2010)

Genlər nə qədər davamlı olsalar da, yenə müxtəlif daxili və xarici amillərin təsiri altında mutasiyaya uğrayır. Mutasiya təsəvvür ediləcək dərəcədə də seyrək baş verən hadisə deyildir.  Ali bitkilərin, heyvanların və insanın genomunda yüz minlərlə və daha artıq gen olur. Onların əmələ gətirdikləri yüzlərlə qamet içərisində müxtəlif mutasiyalı genlər az olmur. (Genetika, Bakı, 1981)

İctimai və siyasi məsələlərin geniş xalq kütləsinin anlayacağı şəkildə, qavrayacağı formada izah edilməsi, yazılması ictimai-publisistik və ya kütləvi üslubadlanır. Bura müxtəlif məzmunlu, adi məlumat xarakterli və tənqidi məqalələrin, jurnalların, yazılı məruzələrin, qəzet xülasələrinin dili daxildir. İctimai-publisistik üslubun əmələ gəlməsində mətbuatın xüsusi rolu olduğundan bu üslubu çox zaman mətbuat üslubu da adlandırırlar. Qeyd etmək lazımdır ki, qəzet və jurnallarda müxtəlif üslublara, bədii, elmi, hətta rəsmi-işgüzar üsluba aid məqalələr, yazılar da olur. Elə bu xüsusiyyələrinə görə də bədii üsluba xas olan mürəkkəb cümlə quruluşları da mətbuat üslubunda öz əksini tapır. Eyni zamanda, qəzet və jurnallardakı yazılar da bir-birindən fərqlənir. Belə ki, qəzetdə əsasən mənası hər kəs tərəfindən asan başa düşülən sözlərə, tərkiblərə üstünlük verilirsə,  jurnalda yeni terminlər, tərkiblər, qısaltmalar  daha  çox işlədilir. Ümumilikdə ictimai-publisistik üslubu digər üslublardan fərqləndirən əsas səciyyəvi cəhəti onun aydın olması, adi danışıq dilinə məxsus cümlələrdən təşkil olunmasıdır. Bununla yanaşı, sözün istehza ilə işlədilməsi, sarkazmlar yaradılması, frazeoloji vahidlərdən geniş istifadə olunması, bədii ədəbiyyatdan sitatlar verilməsi, ifşa və tənqid üçün ən kəskin sözlərin  işlədilməsi də bu üslubun xarakterik cəhətləridir.

Azərbaycan xalqı xristian dünyasının hərbi üstünlüklərinə söykənən, torpaq iddiası ilə soyuq qanını qızdıran erməni faşıstlərilə öz Vətəninin bütövlüyü uğrunda, beynəlxalq qanunlar əsasında tanınmış sərhədlərini və torpaqlarını düşməndən qoruyur. Bu xalqın tarix boyu heç bir dövrdə heç kəsə qarşı torpaq iddiası və qan davası olmamışdır. (“Ədəbiyyat” qəzeti)

Torpağın texniki tərkibi, strukturu, onda yayılan mikroorqanizmlərin aktivliyi, torpaqəmələgəlmə prosesi əzəli ekosistemlərlə müqayisəli götürülməlidir. Müxtəlif kimyəvi elementlərin torpaq-bitki-heyvan-insan qida zənciri boyu hərəkətinin, onların nəsildən-nəslə ötürülmə mexanizminin öyrənilməsi də diqqətdən kənarda qalmamalıdır. (“Azərbaycan” qəzeti)

Cəmiyyətdə rəsmi və işgüzar münasibətləri bildirmək üçün yazılan dövlət sənədlərinin üslubu rəsmi-işgüzar üslub adlanır. Bura bütün dövlət sənədlərinin – protokol, akt, nota, əmr, qərar, bəyanat, qətnamə, arayış, ərizə, izahat  kimi sənədlərin dili daxildir. Rəsmi-işgüzar üslubda yazılan sənədlərdə fikrin konkret şəkildə izahı tələb olunur. Bu üslubu digər üslublardan fərqləndirən konkret  fərqləri nəzərdən qaçırmamaq lazımdır. Belə ki,  hər bir məsələnin qısa  və olduqca aydın izah edilməsi, artıq və lüzumsuz sözlərə, təkrarlara, bədii vasitələrə yer verilməməsi, dolaşıqlığın yaranmaması  üçün sözlərdə ikimənalılığa yol verməmək, hər hansı bir məfhumun izahı üçün ədəbi dilin qrammatik normalarına düzgün riayət olunması  rəsmi-işgüzar üslubun əsas xarakterik cəhətləridir.

Maddə 5. Dövlət dilinin təhsil sahəsində işlənməsi

5.1. Azərbaycan Respublikasında  təhsil dövlət dilində aparılır.

5.2. Azərbaycan Respublikasında  başqa dillərdə təhsil müəssisələrinin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Belə müəssisələrdə dövlət dilinin tədrisi məcburidir.

5.3. Azərbaycan Respublikasında   ali və orta peşə-ixtisas təhsil müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir.

Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq dəyişən və inkişaf edən ədəbi dilin üslubları dilin inkişafının qanunauyğunluqlarına cavab verir.  Qrammatik qaydaları üsluba uyğun olaraq işlətmədən nitqin kommunikativ keyfiyyət dəqiqliyi və məntiqiliyini saxlamaq, nitqin anlaşıqlı və münasib verilməsinə nail olmaq çətindir. Üslubun yaranması dilin özünün inkişafı ilə bağlıdır. Dil üslubları dilin inkişaf səviyyəsindən asılı olaraq meydana gəlib.

 

Ədəbiyyat

  1. A. Bayramov, Z.Məhərrəmov, M.İsgəndərzadə, Azərbaycan dili və nitq mədəniyyəti, Bakı, “ULU”, 2015, 236 s.
  2. Abdullayev  Nadir. Nitq  mədəniyyətinin  əsasları. Dərs  vəsaiti. Bakı,2013, 277 s.
  3. Azərbaycan  dilinin  qrammatikası, II hissə, Sintaksis, Azərbaycan SSR. Bakı: Elmlər  Akademiyası  Nəşriyyatı, 1959, 403 s.
  4. Bayramov Aslan, Rüstəmli Əzəmət, “Azərbaycan dili və nitq mədəniyyəti”, Sumqayıt, 2016, “Zəka Print” Mətbəəsi, 360 s.
  5. Bəylərova Aytən. Bədii dildə üslubi fiqurlar. “Nurlan”, 2008, 210 s.
  6. Kazımov Q.Ş. Müasir  Azərbaycan  dili. Sintaksis. Bakı, “Təhsil”,2007,496  s.  
  7. Müasir  Azərbaycan  dili, III cild, Sintaksis, Bakı: “Elm” Nəşriyyatı,1981,442 s.
  8. Müasir  Azərbaycan  dili. IV hissə. Sintaksis. Bakı, “Şərq-Qərb”, 2007, 424 s.
  9. Novruzova Nuridə. Mətn  sintaksisi. Bakı, “Təhsil” nəriyyatı, 2002, 184 s.

Açar  sözlər: sintaksis, üslubiyyat, bədii üslub, elmi üslub, publisistik üslub, rəsmi üslub.

Ключевые слова: синтаксис, стилистика, художественный стил, научный стил.

                                                                                                                

XÜLASƏ

Sözlərin söz birləşməsi tərkibində birləşməsi, cümlələrin tərtib edilmə qanun-qaydalarının məcmusundan bəhs edən sintaksisin üslubiyyatda da rolu mühümdür. Üslubiyyat sözlərin və qrammatik formaların nitqdə işlədilməsi keyfiyyətini və imkanlarını araşdırıb tədqiq edir. Ədəbi dilin digər üslublarına nisbətən bədii üslub daha gеniş sintaktik-üslubi xüsusiyyətlərə malikdir. Yarımçıq cümlələrin bir növü оlan еlliptik cümlələr bütöv cümlələrlə müqayisədə bədii dildə daha çоx üslubi funksiyalara malikdir. Sual cümlələrinin xüsusi tipi оlan ritоrik sual cümlələri bədii dildə təsdiq və inkarlığın еksprеssiv ifadə vasitəsidir. Qrammatik qaydaları üsluba uyğun olaraq işlətmədən nitqin kommunikativ keyfiyyət dəqiqliyi və məntiqiliyini saxlamaq, nitqin anlaşıqlı və münasib verilməsinə nail olmaq çətindir.

SUMMARY

Words, phrases, sentences are made up of a set of rules about the syntax and stylistica, is important role in the unification of a part. Style of words and grammatical form of speech in quality and study opportunities to explore and use. Art style of literary language styles large syntactic-stylistic has more features than the other. Stylistic functions as a kind of literary language has more than half of the whole sentence more еlliption sentences. As a special type of artistic language is a means of expression of approval and deniality rhetoric question of questions sentences. Grammatical rules in accordance with the quality and accuracy of speech without using a logical and appropriate to provide a comprehensive speech, to save the communicative style is difficult to achieve.

 

Rəyçi: dos. S.Abbasova

 


Nərmin Əbülfəz qızı Əliyeva

DİSKURS DİLİN YÜKSƏK VAHİDİ KİMİ

Nitq fəaliyyətində diskurs dilin yüksək səviyyəsinə aid olan vahid kimidir. Söz və cümlə səviyyəsi üçün səciyyəvi olan bütün sintaktik-semantik proseslər bütöv dis­kurs strukturu yüksək qaydanın müstəqil dil vahidi kimi şərtlənir. Diskurs aşağı sə­viy­yəli fonem və morfemdən fərqlənir, o, nitqdə meydana gəlir. Lakin bununla belə, həmin sözləri cümlə səviyyəsinin vahidləri və nitqdə yaranan sözlər haqqında demək olar.

Qeyd etmək olar ki, diskurs dil vahidi kimi müstəqillik faktını göz qabağına gətirir, dil şüuru bütöv diskurslar dəsti, eləcə də folklor əsərləri ilə əməliyyat aparır. Bununla belə, diskurs başqa dil sistemi vahidləri kimi öz variantları və allovariant­larına malik olmaq qabiliyyətinə malikdir, təbii olaraq, o, müəyyən struktur və sistem əhəmiyyətə malikdir. 

Diskurs etnodil spesifikasına malikdir. Bu fakt tərcümə nəzəriyyəçiləri tərəfin­dən tanınmışdır. Onlar hesab edirdilər ki, tərcümənin əsas vahidi nə söz, nə cümlə, sadəcə bütöv mətndir. Diskurs bütövlük kimi tərcümə edilməlidir. Adi hallarda diskurs sözbəsöz və ifadə tərcüməni önə çəkir ki, bu da ümumi qanunauyğunluqdan kənardır. Diskursun qurulmasında etnospesifik ünsürlər iştirak edir, bu da tərcümə dilində analoqu və ya ekvivalenti olmayanlara görə həmişə tərcüməni çətinləşdirir. Bundan başqa, müxtəlif dillərin diskursları, bir qayda olaraq, “xarici” forma planına görə fərqlənir, linqvokulturoloji kontekst olmadan tərcümə oluna bilməz. 

Beləliklə, diskurs haqqında yuxarı səviyyə vahidi kimi danışmaq imkanı yaradan cəhətləri aşağıda qeyd etmək istərdik:

  • diskurs verilən dilin digər vahidlərdən strukturuna görə fərqlənir;
  •  diskurs verilən dildə bütöv, müntəzəm törəmə xüsusiyyətinə malikdir;
  • bir dilin diskursu digər dilin diskursuna bütöv vahid kimi tərcümə olunur, bu zaman leksik sıranın, eləcə də üslubi sıranın doldurulmamış yerini mümkün edir;
  • diskurs poetik aspektdə dil və etnodil spesifikasına malikdir. Bu da şeirin ritmika və metrikasında saxlanılır. Buraya diskurs səviyyəsində linqvoüslubi və linqvokulturoloji anlar, eləcə də müxtəlif linqvistik mədəniyyətlərdə diskursiv modellərin müxtəlif cür işlədilməsi və janr səciyyəsi aiddir;
  • diskurs verilən dildə müəyyən situasiya modeli kimi struktur spesifikasına malik­dir. O, sistemdə kompleks strukturla birlikdə hansısa dil “sxeminə” uyğundur. 

Bütün göstərilən məqamlar çevrilmiş təsviri tələb edir. Bu zaman diskursun strukturunun göstərilməsində onun daxili formasının parametrləri önə çəkilir.    

Dilçilər tərəfindən öyrənilən diskursiv problematika tarixi epistemologiya sahə­sinə də toxunmuşdur. Tarixi diskursun spesifikasının təhlili semiotik yanaşma ilə kombinə olunur, nəticədə diskursun linqvosemiotik konsepsiyası narrativ kimi inkişafına gətirib çıxartdı (R.Bart, X.Uayt, F.Ankersmit). Bu konsepsiyada, X.Uayta əsasən, diskursun əsas komponentləri süjet qurulması növləridir (bu növlər arasında dördünü: romantik narrativ, faciə, komediya və satira önə çəkir). X.Uayt diskursiv arqumentasiyanın əsas növlərini formallıq və ideoloji implikasiya adlandırır. Dis­kur­sun bütün üç komponenti öz aralarında əlaqədə olur, bu və ya digər diskursu spesifik­ləşdirir. Bununla belə, diskurs təhlilinə belə yanaşma diskursun struktur modeli rolunu oynaya bilmir.

Beləliklə, fənlərarası diskurs nəzəriyyəsinin spesifikləşməsi dilçilikdə onun öyrənilməsinin dar sahəsini meydana gətirdi, bu da diskursun dil səviyyəsində (leksika, sintaksis, qrammatika) təşkilinin formal tərəfidir.

Diskurs problematikası, diskurs kateqoriyası və diskurs təhlili dilçilikdən kənarda – fəlsəfə, kulturologiya, sosial-humanitar elmlərdə öz inkişafını davam etdirir. Bu inkişaf müəyyən mənada yuxarıda adı çəkilən dilçiliyin nailiyyətləri ilə əlaqədardır.               

XX əsrdə diskursun fəlsəfi-kulturoloji nəzəriyyəsi, əsasən, iki istiqamətdə inkişaf edir. Birinci istiqamətə dil fəlsəfəsinin alman məktəbi aiddir (Erlanqen mək­təbinin konstruktiv nəzəriyyəsi, A.fon Savinin “normal dilin fəlsəfəsi”, Y.Haberma­sın və K.O.Apelyanın praqmatik nəzəriyyəsi, E.Tuqendxatın yoxlama semantikası nəzəriyyəsi və b.). Onların görüşlərinin əsasında, bir tərəfdən, Kantın monoloji müha­kimə diskurs ideyaları, digər tərəfdən, danışıq aktının ingilis-amerikan nəzəriyyələri durur. Başqa sözlə desək, diskursun fəlsəfi-kulturoloji nəzəriyyəsi istiqaməti diskursu normativ formal-məntiqi təşkili kimi təbliğ edən tədqiqat ənənəsini davam etdirir.

Yuqen Habermas diskursun məntiqi-etik prinsiplərini formalaşdırır. Y.Habermas “diskurs” anlayışını sosial sferə inteqrasiya etməyə cəhd göstərmişdir. Buraya strateji, normativ, kommunikativ hərəkət aid edilir. Y.Habermasın hərəkətin kommunikativ modeli sabit, qanuni münasibətlərin və şəxsi strukturların formalaşması münasibə­tində daha məhsuldardır. Sosial yönəlmiş təcrübənin növü olaraq, diskurs ideal qav­ranış modelini yaradaraq, kommunikativ hərəkətin reallaşmasını təmin edir. Nor­mativ aspektdə diskurs davranış qaydalarının yerinə yetirilməsi təmin edir, bu da cəmiyyətin inteqrasiyası və həmrəyliyinin əldə olunması aspektində diskursun müs­bət əhəmiyyətini göstərir. Beləliklə, diskurs mədəniyyətin fenomeni kimi  təsəvvür olunur.

İkinci istiqamətə diskurs təhlilinin fransız məktəbi (Mişel Fuko, Jan Bodriyar, Jak Lakan, Mişel Peşe, Pol Anri, Patrik Serio) aiddir. Bu istiqamət, bir tərəfdən, Nişşe və Haydeqqerin rasionallığının, Anri Berqsonun fəlsəfi fikirlərinin tənqidinə yönəlmişdir. Digər tərəfdən, strukturalist və poststrukturalist paradiqmlərə inteqrasiya edilmişdir. XIX əsrin sonunda diskursun ritorik və estetik təşkili kimi öyrənilməsi ənənəsi onu sosial münasibətlər və qarşılıqlı əlaqələri sferi kimi təcəssüm etdirir. Bu istiqamət çərçivəsində diskurs tədqiqatlarına böyük təsir göstərmiş iki dominant nəzəriyyə önə çəkilir: Mişel Fukonun diskursiv formasiya nəzəriyyəsi (arxeologiya və genealogiya nəzəriyyəsi) və Jak Lakanın diskursun psixoanalitik nəzəriyyəsi.

Jan Bodriyar diskurs anlayışını genişləndirərək gündəlik həyat predmetlərini daxil edir, belə ki, onlar nəinki məişət, hətta sosial-kommunikativ funksiyanı yerinə yetirir, sosial mənanı translyasiya edir, sosial status, qrup, institut, mədəniyyətlərin əmələ gəlməsində aktiv fəaliyyət göstərir. Fransız mütəfəkkir qeyd edir: “predmetlər indeksləşmiş sosial mənanın, sosial və mədəni iyerarxiyanın daşıyıcıları olaraq hər bir xırda detalda – forma, material, rəng və s. təcəssüm edərək müəyyən kodu göstərir” (3, 21). Bu kontekstdə onun istifadəsi J.Bodriyar tərəfindən, bir tərəfdən, mədəniyyyətin reproduksiyası, digər tərəfdən, diskursların əldə olunması üçün şərt kimi nəzərdən keçirilir. Onun fikrincə, diskursları əldəetmə bütün simvolik dünyanın əldə olunmasına bərabərdir. Eyni zamanda gücə sahibolma məhz real aləmi əldə etmək deməkdir.

M.Fukoya görə, diskurs reallığın müxtəlif aspektləri haqqında danışma və təfəkkür üsulları münasibəti əks etdirir. “Diskurs bu və ya digər sahədə olan söyləmlərin məcmusunu göstərir və bu və ya obyekt, proses, bu və ya digər mövzu haqqında danışma üsulunu qurur” (9). Diskurslar diskursiv formasiyaların karkasını əmələ gətirir. M.Fukoya görə, onlar (diksurs və diskursiv formasiyalar) biliyin əmələ gəlməsinin müəyyən rejimini müəyyənləşdirir. Beləliklə, onlar kimin, nə vaxt, kim tərəfindən danışmaq hüququnu, kiminsə danışmamaq hüququnu təyin edir.

Fransada elmi fənn kimi diskurs təhlilinin yaranması 1969-cu ildə “L’analyse du discourse” adlandırılmış “Langages” jurnalının xüsusi nömrəsi çıxdıqdan sonra başlamışdır. Diskurs təhlilinin fransız məktəbi XX əsrin 70-80-ci illərində monoloji səciyyəli siyasi yazılı mətnlərin təhlilinin öyrənilməsi ilə məşğul olmuşdur. K.Detri, P.Siblo və B.Verinin fikrincə, bu məktəbin, əsasən, çoxsaylı diskurs təhlili ilə məşğul olduğunu desək, daha düzgün olardı. 

Predmet aləmi diskurs tədqiqatlarına daxil etməklə yanaşı, fransız filosof və kulturoloqları ideoloji formasiyanın təhlilini də buraya cəlb etmişlər. Məsələn, Patrik Serio diskurs təhlilin predmet sahəsini “mətnlər bir termin kimi institut çərçivələrində əmələ gələn söyləm aktına güclü məhdudiyyət qoyan, tarixi, sosial, intellektual istiqamətli mənada işlədir” (4). Diskurs təhlilin hüdudlarının belə genişlənməsi mə­dəniyyət çərçivəsində müəyyən ideoloji mövqeləri özündə daşıyan mətnlərin təhlilini özündə əks etdirir. Qeyd etməliyik ki, diskurs təhlilinin fransız ənənəsində diskursun subyekti problemi formalaşır. Diskursa həsr olunmuş ilk əsərlərdən belə bir fikir formalaşır ki, diskursun əmələ gəlməsi və yayılması subyekti ayrı-ayrı şəxslər deyil, ordu, tibb, məscid, hökümət aparatı və s. kimi güc strukturları bu funksiyanı daşıyır. Bu formasiyalarda əsas məsələ nəyin deyilməsi, nəyin deyilməməsi məsələsidir.

Mişel Peşe isə Fukonun formasiya nəzəriyyəsi ilə Lui Altyusserin ideoloji formasiya nəzəriyyəsi arasında əlaqəni ön plana çəkir. O, diskurs formasiyasını daşıyıcıların ideoloji (sosial, sosio-mədəni, mədəni) fikirlərinin artikulyasiya, reprezentasiya və reallaşması kimi başa düşür. İdeologiya diskursun tərkibi və onun əmələgəlmə üsullarını təyin edən bir proses kimi şərh olunur. Beləliklə, Peşenin nəzəriyyəsində diskurs bir növ şəxsiyyət üzərində zorakılıq forması rolunu oynayır. Bu fikir Jak Derrid, Yuliya Kristeva, Slava Jijek kimi məşhur poststrukturalistlərin tərəfindən əsərlərində inkişaf etdirilmişdir. Bu fikir diskurs nəzəriyyəsi qarşısında qoyulan digər bir qlobal məsələnin – ideoloji zorakılığa müqavimət strategiyaların qurulması və neqativ diskursiv təsirin eliminasiyası üsulları məsələlərinin həllinə köməklik göstərir. Bütövlükdə fəlsəfi-mədəni tədqiqat aspektində “diskurs” ya mühakimələrin məcmusu (məntiqi formalaşmış, anlayış, terminoloji və s.), ya da qeyri-verbal vahidlərin (jest, mimika, bədən dili, sözsüz işarələr, rəmzlər və s.) də daxil olduğu məqsədyönümlü nitq (kommunikativ) təcrübə kimi anlaşılır. 

Sosial-humanitar elmlərdə diskurs nəzəriyyəsi fəlsəfi-mədəni, xüsusən, linqvis­tik konsepsiyaların bu və ya digər fənnin üzərinə köçürülməsi yolu ilə əmələ gəlmişdir. Bu proses XX əsrin 70-ci illərində tədqiqatçıların həmrəyliyi ilə baş vermişdir, yəni dilçilər qərara gəlmişlər ki, dilin təhlilinin mücərrəd və ya ideal dil sistemlərinin qrammatik təhlili ilə məhdudlaşdırılması düzgün deyil. Linqvistik nəzəriyyələrin obyekti sosio-mədəni kontekstdə dilin aktual işlənməsi olmalıdır. Məsə­lən, amerikan sosial psixologiyasında nitq interaksiyalarının tədqiqi nəticəsində “diskursiv psixologiya” (M.Uezerell, Y.Potter), böhran ünsiyyət situasiyaların tədqiqi ilə bağlı “diskurs nəzəriyyəsinin fəaliyyət yönümü” (K.Treysi), siyasi münasibət­lərinin dilçilik modelləri öyrənilməsi nəticəsində “tənqidi diskurs təhlili” (T.A.van Deyk, N.Ferklou, E.Laklau, R.Bodak) istiqamətləri yaranmışdır. Antropologiyanın mədəni sferində əfsanə, nağıl, tapmacaların struktur təhlili müxtəlif mədəniyyətlərdə ünsiyyət üsullarının öyrənilməsinə yol açdı, bunun nəticəsində “nitqin etnoqrafik tədqiqi” (U.Labov, N.Ris, E.Şeqloff) və “interaksional sosiolinqvistika” (C.Qampers, D.Hayms, Z.Bauman) yarandı. Avropa koqnitiv psixologiyasında semantik yaddaş problemlərinə marağın artması ilə diskurs və əlaqəli mətnin öyrənilməsinin koqnitiv modellərinin (D.Kinç, T.A.van Deyk) tədqiqinə yol açdı. 

XX əsrin 70-80-ci illərinə nəzər salsaq, görərik ki, əgər bu dövrlərdə sosial-humanitar elmlərin ayrı-ayrı sahələrində bir-birindən asılı olmayan tədqiqatlar aparı­lır­dısa, artıq 90-cı illərin əvvəllərində diskurs nəzəriyyələrin inteqrasiyasının fəal­laşması dövrü başladı. Dilçilik və psixologiya, dilçilik və sosiologiya, politologiya və etnoqrafiya, psixologiya və antropologiya, semiotika və politologiya kimi elmlərin çarpazlaşması halları artmışdır, bu da diskursun öyrənilməsinin effektini artırmışdır.

M.M.Baxtinin ideyalarına nəzər salaq, belə ki, onlar əsaslı surətdə müasir dis­­kurs tədqiqatları üçün baza yaratmış, bir növ mədəniyyətin diskurs fənlərarası öyrə­nilməsi üçün əsas olmuşdur. M.M.Baxtinə görə, ünsiyyət təkcə indiki zamanda yaşa­mır, o, müəyyən formaya malikdir ki, bu da “şəxslərin ünsiyyət forması” kimi anlaşılır (2, 289), bu da ünsiyyəti yaradır. Dialoq haqqında danışaraq M.M.Baxtin qeyd edir ki, “yad təfəkkürü obyekt kimi müşahidə və təhlil etmək olmaz – onunla ancaq dialoq formasında danışmaq olar. Onlar haqqında fikirləşmək onlarla söhbət etmək deməkdir” (1, 146-147). M.M.Baxtinə görə, dialoq sadəcə ünsiyyət, nitq, nitq fəaliyyəti deyil, dialoq – özünütəsdiq və özünüdərkdir. Dialoq mədəniyyətin mövcudluğu, yaşaması formasıdır. 

Şəxslərin dialoq ünsiyyəti mətnin – müraciətin spesifik tərkibi nəticəsində baş verir. M.M.Baxtinə görə, insanı və mədəniyyəti insanlar tərəfindən yaradılmış və yaradılan mətnlər vasitəsilə öyrənmək olar. Mətn müxtəlif formalarda verilir: insanın canlı danışığı, kağızda həkk olunmuş nitq və ya digər daşıyıcının nitqi, hansısa işarəvi sistem (ikonik) və s. formasında özünü büruzə verir (1).                     

Bu növlərin hər birində mətn mədəniyyətin mövcudluğu forması kimi başa düşülməlidir. Hər hansı bir mətn dünyanın müxtəlif cür dərkini əks etdirən müəllif­lərin yaratdığı əvvəlki mətnlərə bağlılığı göstərir. Bu funksiyada mətn keçmiş və indiki mədəniyyəti özündə əks etdirərək başqasına yönəlmişdir. Mətnin bu xüsusiy­yəti onun kontekstual ətrafına işarə edir. Mətn həmişə başqasına yönəlmişdir, bu da onun kommunikativ səciyyəsindədir. Mətni diskurs kimi qavrayan V.S.Biblerə görə, “diskurs kontekstlərlə yaşayır, məhz onun tərkibi bundadır, onun bütün tərkibi ondan kənarda, onun hüdudları kənarındadır” (2, 76). Məhz burada biz yenə diskursun bir mədəniyyətin forması kimi konseptuallaşması məsələsinə qayıdırıq. Yuxarıda nəzər­dən keçirilən ideyaları qeyd edərək, deyə bilərik ki, diskursun xüsusiyyəti ondadır ki, o,  “müəllif və oxucu”dan təcrid olunmuş ünsiyyətin mövcudluğunu nəzərdə tutur. Bu münasibətdə diskurs vasitəsilə ilk dəfə dünya, sosio-mədəni məkan, gündəlik möv­cudluğun aprior forması açılır.

Mənanın daxili qaydası, dil sistemi və diskurs, dünya xəritəsi mədəniyyətdə təyin edilmiş və möhkəmlənmişdir. Bu da öz növbəsində xüsusi qanunuləşmiş və şərti təcrübələrin mövcudluğunu nəzərdə tutur, onların köməyi ilə “diskursun qurul­ması” (“Discourse order”, Van Deyk) qaydaları və prinsipləri düzəldilir. Bu təcrü­bə­lər nə qədər qanunuləşmiş, vacib və möhkəm olsa, diskurslar bir o qədər spesifik olacaqdır. Başqa sözlə desək, sosio-mədəni reallığın təşkilinin müəyyən formalarını müəyyənləşdirmək lazımdır ki, mədəniyyətdə reallaşan diskurs təcrübələrinin səciy­yəsi təyin edilmişdir. Mədəniyyət mətnlərini öyrənərək M.M.Baxtin diskurs təhlilin açar müddəalarını formalaşmışdır, lakin öz işlərində “diskurs” termini işlətməmişdir. 

Mətnin konseptual göstərişlərində müxtəlif anlayışlarla bərabər, mətnin əlaqə­liliyi və bütövlüyü, mətn boşluğu, məna tamlığı, inteqrasiya və bitkinlik anlayışları da nəzərə çarpır. Bütün bu anlayışlar bu və ya digər mənada bir-biri ilə əlaqəlidir.

Diskursun fasiləsizliyi nisbi anlayışdır. Formal olaraq qeyd etməliyik ki, hər hansı bir diskurs diskretdir, belə ki, nitq fəaliyyəti prosesində ayrı-ayrı hissələrlə yaranan ifadələrdən ibarətdir. Mətnin əlaqəliliyi deyərkən hissələrin bütövlə formal və semantik planda uyğunluğundan söhbət açılır.

Mətndəki söyləmlər arasında semantik əlaqə vasitələrinin aşkara çıxarılması və sistemləşdirilməsi hansısa əlaqəli məntdə semantik komponentlərin təkrarlanması faktını və frazafövqü bütövlüyün formalaşmasında struktur qanunauyğunluğu fərziyyəsini aşkara çıxartdı.

Bu istiqamətdə tədqiqatlar göstərdi ki, belə qanunauyğunluqlar həqiqətən mövcuddur. Onun mövcudluğu semantik təkrar vasitələrinin səciyyəsi, yəni diskursda təkrarlanan məna ünsürləri (sözün təkrarı, əvəzlik anafora, sinonimiya, hipernimiya, metonimiya və s.) buna işarədir.

İfadələrarası əlaqə vasitəsi kimi əvəzliyin anaforik səciyyəsi Lüsyen Tenyer tərəfindən aşkar olunmuşdur. O qeyd edirdi ki, “əvəzlikli sözlər lüğətdə semantik cəhətdən boşdur və mətnə daxil olarkən digər sözlə - antesedent və ya semantik mənbə ilə anaforik əlaqəyə girir, onların mənasını açıqlayır və tam mənaya malik olur, məsələn: I have seen Alfred, he is fine “Mən Alfredi görmüşəm. O yaxşıdır”. Anaforik söz birbaşa sintaktik əlaqədə olmayan iki konstruksiya arasındakı semantik əlaqəni təyin edir, məsələn: I have seen Alfred, he was fine” (5, 88). Məhz L.Tenyer ilk dəfə Lafontenin («Cırcırama və qarışqa» (“La Cigale et la Fourmi”) təmsilini misal çəkərək qeyd edir ki, şəxs əvəzlikləri əlaqəli diskursun yaranmasında iştirak edir. Semantik təkrar mətnin məntiqi əlaqəliliyində iştirak edir, lakin məntiqi cəhətdən əlaqəli olmayan ifadələrdə də müşahidə olunur.

Mətnin məntiqi-kommunikativ əlaqəliliyi ideyası söyləmin aktual üzvlənməsi adlanan “tema” və “rema” planında ümumiləşdirmədə öz əksini tapmışdır. Hər bir cümlənin tema və rema komponentləri, onların arasında tema inkişafını əmələ gətirən əlaqə səciyyəsi, sonda isə sadə zəncirin üç növü: tematik (tema-tema), rematik (rema-rema), qarışıq (tema-rema) mətndə təyin olunur.  Belə zəncirlərin birləşməsi tema inkişafının müxtəlif konfiqurasiyasını, sonra daha böyük vahidləri: abzas, hissə, bütöv mətni əmələ gətirir.

Aktual üzvlənmənin müxtəlif şərhləri aşağıdakılardır:

a) son semantik əsasa (tema) və söyləmin məqsədi arasındakı əlaqəyə və ya onun aktual predikata işarə edən məntiqi-semantik şərh;

b) eşidən üçün danışan tərəfindən “verilən” və “yeni” olan arasında təyin olunan əlaqəyə işarə edən kommunikativ şərh.     

Təbii dilin müxtəlif məntiqi-semantik münasibətləri arasında olan söyləmlər konkret diskursa münasibətdə az tədqiq olunmuşdur. Semiotiklərin işlərində öz əksini tapan semantik və məntiqi metadil təbii dilin materiallarına tətbiqi münasibətində məhdud sahəyə malikdir, bu da bəzi müəlliflərin əsərlərində göstərilmişdir (8, 9). Məntiqi mühakimələrin qanunları adi danışığın qurulmasının bütün qanunlarını əks etdirmir, bu da tədqiqatçını bu məsələləri “dərin” struktura aid etməyə vadar edir. Modal məntiq sahəsində semantik qurulmalar konstrukt vəziyyətində qalmaqda davam edir. Presuppozisiya kateqoriyasını dil-obyektin semantik implisitliyi ilə bağlamaq cəhdləri “dil materialının müqaviməti ilə” qarşılanır (6, 204).

Söz təkrarları və əvəzlikli anaforada söyləmlərin semantik əlaqəsini tədqiq edərək, mətn dilçiliyi bağlayıcı operatorların funksiyasına az diqqət yetirir. Belə bir fikir geniş yayılmışdır ki, bağlayıcıların atılması söyləmlərin məntiqi-semantik əlaqəsinə təsir göstərmir. Mətnin yaranmasında sintaktik bağlayıcılar və bağlayıcı ifadələrin funksiyasına həsr olunmuş əsərlər yazılmışdır ki, bu müəlliflər bağlayıcıları tədqiq edərkən, mətndaxili əlaqə göstəriciləri kimi ədatların, modal sözlərin, bəzi zərflərin semantikasına da toxunmuşlar.

Bağlayıcıların semantikasını ümumi məntiq münasibətinə uyğunlaşdırmaqla böyük müvəffəqiyyət əldə olunmalıdır. Digər bir variant da vardır: məntiqin müvəf­fəqiyyətini nəzərə alaraq, dildən çıxış edərək onun xüsusi məntiqinə yol açmaq. Partik Şarodonun bağlayıcı vasitəsilə frazaarası əlaqələr mexanizmini öyrənən əsəri bu barədə maraqlıdır ki, burada bağlayıcılar məntiqi konnektorlarla müqayisə edilə­rək onların üst-üstə düşməməsi nəticəsi əldə olunur (7, 279-357).

  Bütöv mətn onun struktur planı baxımından, tam/natamamlığı baxımından nə­zərdən keçirilir. Diskursun strukturluğuna gəlincə, biz ona diskursda yarımstruk­tur­ları birləşdirən iyerarxik bütövlük kimi baxırıq. Struktur səviyyəsində onun sıxlığı və bütövün parçalanması məsələsi də nəzərdə tutulur, eyni bir fikir minimum vasitə ilə, sıx, kompakt, açılmış, çevrilmiş vəziyyətdə də ifadə oluna bilər. Bu da bizə dil kon­struksiyalarını onların məzmun cəminə görə müqayisə etmək ixtiyarı verir. İki sino­nimik konstruksiyadan daha tutumlu olan seçilir ki, az həcmdə ifadə planında məz­munu ifadə etsin. Struktur qeyri-tamlıq diskursun tamlığına xələl gətirmir, qısal­dılmış struktur mətn boşluqlarının adekvat rekonstruksiyasını (bərpasını) ehtimal edir.

 

Ədəbiyyat:

1. Бахтин М.М. Эстетика словесного творчества. Изд. Исскуство, М., 1986, 445 с.

2. Библер В.С. От наукоучения - к логике культуры: Два философских введения в двадцать первый век. Изд. Политиздат, М., 1990, 413 с.

3. Бодрийяр Ж. К критике политической экономии знака. М.: Библион, Русская книга, 2004, 272 с.

4. Серио П. Анализ дискурса во французской школе. М., Прогресс, 2001, 415 с.

5. Теньер Л. Основы структурной лингвистики. М., Прогресс, 647 с.

6. Adam J.M. Linguistique et discourse littéraire. Théorie et pratique des texts. Paris: Larousse, 1976, 351 p.

7. Charodeau P. Les conditions linguistiques d’une analyse du discours. Lille: Université de Lille III, 1970, 575 p.

8. Galmich M. Quantificateurs, référence et théorie transformationelle // Languages, 1977. № 48, р. 3-49.

9.  http://www.fd.unl.pt/docentes_docs/ma/amh_ma_4763.pdf    

Açar sözlər: nitq, spesifik, kommunikativ model, fakt, təhlil

Ключевые слова: речь, специфический, коммуникативная модель, факт, анализ

Key words: speech, specific, communicative model, fact, analysis

 

 

Дискурс как высшая единица языка

Резюме

Дискурс должен рассматриваться как высшая единица языка. Таким образом, характеризуя уровни слово и предложение синтаксические и семантические процессы делает дискурс как самостоятельную единицу языка. Спецификация междисциплинарной теории дискурса формирует формальную сторону дискурса в языковом уровне (лексика, синтаксис, грамматика). Изучение дискурса как высшего элемента стало актуальностью этой статьи. Автор пытается подтвердить эту точку зрения.

 

Discourse as the superior unit of a language

Summary

Discourse must be considered as the superior unit of a language. So characterizing word and sentence level the syntactic and semantic processes makes the discourse as an independent unit of language. The specification of interdisciplinary discourse theory formed the formal side of discourse in language level (lexics, syntax, grammar). Studying discourse as the superior unit became the actuality of this article. The author tries to confirm this point of view.

RƏYÇİ: dos.L.Ələkbərova


Fialə Abdullayeva

TƏRCÜMƏÇİNİN MƏXƏZ VƏ HƏDƏF MƏTNLƏRƏ MÜNASİBƏTİNİN

TƏZAHÜRÜ

        Tərcümə fikri yaranmağa başladığı ilk çağlardan üzü bəri orijinala sədaqət məsələsi bir çox mübahisələrin əsas mövzusu olmuş, tərcümə nəzəriyyələri və tərcüməşünasları bu məsələyə münasibət baxımından səciyyələndirmişlər. Müəyyən tarixi dövrlərdə və konkret əsərlərin tərcüməsində orijinala sadiqlik o qədər önəm kəsb etmişdir ki, bu prinsipdən cüzi sapmalar hətta tərcüməçinin həyatı bahasına başa gəlmişdir. İngiltərənin tərcümə tarixi belə hadisələrlə zəngindir. XIV əsrdə Oksford Universitetinin professoru, ilahiyyatçı alim Con Uiklif latın dilində əldə etdiyi Bibliyanı öz tərəfdarları ilə birləşib ingiliscəyə çevirmiş və onlarla nüsxədə üzünü köçürüb yaymışdı. Onun bu hərəkəti kilsəni elə qəzəbləndirmişdi ki, ölümündən 44 il sonra belə Papa bunu unutmamış, alimin qəbrini qazdırıb sümüklərini çıxartdırmış, xurd-xəşil etdirərək çaya tökdürmüşdü (7). XVI əsrin əvvəllərində Bibliyanı ilk dəfə çap etdirən Uilyam Tindeyli də oxşar aqibət izləmiş, 1536-cı ildə onu 500 gün məhbəsdə saxladıqdan sonra boğub tonqalda yandırmışdılar (7). Prof.Q.Bayramov özünün “Tərcümə sənəti” adlı əsərində mərhum akademik Ziya Bünyadovun  ölümünü tərcümə fəaliyyətilə əlaqələndirərək yazır: “Akademik Ziya Bünyadov “Alban tarixi”nin qədim erməni dili qrabardan Azərbaycan dilinə tərcüməsi zamanı Məhəmməd peyğəmbərin ünvanına deyilmiş təhqirləri tərcümə etdiyi üçün İranın fanatik dini bir təşkilatının təhriki ilə öldürüldü” (1,185).

Lakin bu da məlumdur ki, tərcüməni üçbucaqlı proses kimi qəbul edənlər də az olmamışdır, yəni, tərcümə prosesində məxəz mətni yaradan şəxs və onun hədəf dildə informasiyasını qəbul edən tərəfdən başqa, bu informasiyanın ötürücüsü rolunu oynayan tərcüməçinin varlığı da danılmazdır. Burada “tərcüməçinin varlığı” dedikdə onun informasiya ötürücüsü olmaq funksiyası ilə yanaşı, prosesə yaradıcı münasibətinin mövcudluğu və bu münasibətin son nəticəyə, yəni tərcüməyə təsiri də nəzərdə tutulur. Bu baxımdan ayrı-ayrı tarixi dövrlərdə istər “tərcümə”, istərsə də “tərcüməçi” məfhumlarının fərqli anlamda qəbul olunması reallıqdır. Belə ki, Uorik Universitetinin professoru Lin Lonq 2007-ci ildə yazdığı “Tərcümə tərcüməçilərin ideologiyasına şərh kimi” adlı məqaləsində S.Basnet və P.Buşa, eləcə də A.Lefevereyə istinadən tərcüməçilərin “kreativ yazıçı və ya əsəri yenidən yazmış müəllif” olduqları halların da mövcudluğunu bir daha xatırladır (“The idea of the translator as creative writer is not new (Bassnett & Bush, 2006), nor is the idea of the translator as a rewriter of text” (Lefevere, 1992). (11, 9)

Əslində, Orta əsrlərdə belə təsadüflərin az olmadığını Şərq tərcümə tarixinə də nəzər saldırda asanlıqla görmək mümkündür. M.Nağısoylunun “XVI əsr Azərbaycan tərcümə əsəri “Kəvamilüt-təbir” (filoloji-tekstoloji araşdırma, əsərdən parçalar)” adlı əsərində oxuyuruq: “... Orta əsr mütərcimləri tərcümələrinə ad vermək məsələsində tam sərbəst və müstəqil idilər, çünki onlar tərcümələrə özlərinin müstəqil əsəri kimi baxır və çox vaxt özlərini “mütərcim” yox, “müsənnif” (“müəllif”) və “nazim” (“şair”) adlandırıdılar (bax:40, 30-48)” (5, 21). Oxşar fikrə başqa nümunələr əsasında M.Nağısoylunun digər bir əsərində də rast gəlirik: “В большинстве своем древние и средневковые азербайджанские переводчики сами били поэтами и прозаиками, считали перевод самостоятельным видом творчества. Поэтому вместо «мутарджим» (переводчик) они называли себя «мусанниф» (сочинитель, автор) и «назим» (поэт). Переводы же свои они именовали «тарджума» (перевод), «тасниф» (сочинение), а иногда «шарх» (комментарий). Изредка встречается также тюркское слово «дондэрмэ» (перевод)... в предисловиях переводчиков обычно имеются сведения об оргинале, указываются причины,  побудившие иx перевести данный труд. Многие переводчики объясняют это стремлением принести пользу тем, кто не понимал язык оригинала. Некоторые переводы выполнялись по указанию правителей или специально по заказу вельмож” (15, 51) – “Əksər hallarda qədim və orta əsr Azərbaycan tərcüməçilərinin özləri də elə şair və yazıçı olurdular və tərcüməyə sərbəst yaradıçılıq növü kimi baxırdılar. Ona görə də onlar özlərini “mütərcim”  (tərcüməçi) əvəzinə “müsənnif”  (yaradıcı, müəllif) və “nazim” (şair) adlandırırdılar. Öz tərcümələrini isə “tərcümə”, “təsnif” (yazı), bəzən də “şərh” adlandırırdılar. Təsadüf hallarda türk sözü olan “döndərmə”yə də rast gəlinir... Tərcüməçilərin yazdıqları ön sözdə adətən orijinal haqqında məlumat, onları həmin əsəri tərcüməyə sövq edən səbəblər olur. Bir çox tərcüməçilər bunu dili bilməyənləri faydalandırmaq cəhdi kimi izah edirlər. Bəzi tərcümələr hökmdarların göstərişi və ya əyanların sifarişilə yerinə yetirilirdi”.

Hətta elə əsərlər də var ki, uzun müddət onların orijinal iş və ya tərcümə olması mübahisələr doğurmuş, elmi tədqiqatların obyektinə çevrilmişdir. Məhəmməd Füzulinin sərbəst-yaradıcı tərcüməsi “Hədiqətüs-şüəda”nın H.V.Kəşifinin “Rövzət əş-Şühada” əsasında yazılıb yazılmaması barədə geniş müzakirələr olmuşdur. Prof.H.İsaxanlı  bu sahədə geniş araşdırmalar aparmış M.Nağısoyluya istinad edərək yazır: “Current opinions about some creative works of the Middle Ages differ as to whether they are originals or translations. The most cited work on this issue is Hadiqat as-Suada by M. Fuzuli (1483-1556), which remains the subject of debate regarding its identity as an original or as a translation from H. V. Kashifi’s (n.a. - 1505) Rovzat ash-Suhada (Nağısoylu 2000: 36-40)” (9). - “Orta əsrlərdə yaradılmış bəzi əsərlərin orijinal və ya tərcümə olması haqqında müasir rəylər fərqlənir. Bu məsələ ilə bağlı ən çox istinad olunan əsər M.Füzulinin (1483-1556)“Hədiqətüs-şüəda”sıdır ki, bu da onun orijinal yaxud da H.V.Kəşifinin (n.a. - 1505) “Rövzət əş-Şühada”sından tərcümə olub-olmaması barədə mübahisə mövzusu olaraq qalır”.

Orta əsrlərdə bir çox tərcümə əsərlərində orijinala müəllifin münasibəti, ona əlavələri hədəf mətnlə elə çulğalaşmış şəkildə verilirdi ki, bu iki mətn arasında həcmcə, strukturca nəzərəçarpacaq fərqlər ortaya çıxırdı. Məxəz mətnə tətbiq edilən yeniliklərdən biri də onun müəyyən hissələrinin ixtisarı, ya da müəyyən əlavələr olurdu. Məsələn, M.Nağısoylunun apardığı araşdırmalar nəticəsində məlum olmuşdu ki, “Şəbustərinin “Gülşəni-raz”  məsnəvisindəki beytlərin sayı 1000 beytdən azacıq çox (1006-1007 beyt) olduğu halda, bu rəqəm Şirazinin tərcüməsinin ayrı-ayrı əlyazmalarında farsca mətnlə müqayisədə az qala üçqata bərabərdir: 2800-lə 3000 beyt arasındadır (5, 13).

Yuxarıda bəhs edilənlərlə yanaşı, tərcüməçinin orijinal mətnə münasibəti  bir çox hallarda onun yazdığı ön sözdə, girişdə, tərcüməçi qeydləri və ya şərhlərində də öz əksini tapır.  Bunların vasitəsilə tərcüməçi məxəz mətn haqqında, onun yaranma səbəbləri, məzmunu, dili, o cümlədən üslubi və kultural cəhətləri barədə oxucuya əlavə məlumat verir. Eyni zamanda, bu əlavə mənbələrdə tərcümənin yerinə yetirilməsinin zəruriliyindən, konkret şəraitindən, bu prosesdə qarşıya çıxan çətinliklərdən bəhs olunur və tərcüməçi üstünlük verdiyi həll yollarının doğruluğunu sübut etmək üçün öz arqumentlərini oxucuya təqdim edir. Bir növ, ön söz, qeydlər və bu qəbildən olan yazılar hədəf dilin oxucusuna qaranlıq qala bilən məqamlar haqqında müvafiq informasiyanı təmin edir, eyni zamanda tərcüməçinin tutduğu mövqeyi, strategiyaını müdafiə etmək üçün bir sipər rolunu oynayır. Şərhlər və qeydlər mətndə verilmiş mürəkkəb fikirlərin oxucu tərəfindən təhrif olunmasının qarşısını alır. Təsadüfi deyil ki, onlar tərcümənin ən qədim növlərindən sayılan dini tərcüməni müşayiət edən bir element kimi həmişə qaçılmaz olmuşlar. Belə mühüm tənqidi qeydlərin Bibliyanın tərcüməsini müşayiət etməsi ənənəsindən bəhs edərkən qeyd olunur ki, bu hal o qədər böyük əhəmiyyət kəsb edir ki, bəzən mətnin özü səhifənin mərkəzində kiçik bir kvadrat təşkil etdiyi halda, onun ətrafında nəzərəçarpacaq dərəcədə böyük izahat olur. – “Text was embedded in commentary to such an extent that a printed page would consist of a small square in the centre in which was confined the words of the Bible, surrounded by the considerably larger amount of exegesis” (11, 6).  Tərcümə tarixində belə şərhlərin tərcümə prosesindən sonra daha da təkmilləşdirilərək ayrıca kitab şəklində nəşr edilməsi halları da az olmamışdır. Məsələn, Müqəddəs Quranın ingiliscəyə tərcüməsinin təkrar nəşrinə ön sözdə tərcüməçi Mövlana Məhəmməd Əli qeyd edir ki, 1909-cu ildə başladığı tərcüməsinin 1917-ci ildəki ilk nəşrindən keçən 33 illik dövr ərzində İslamla bağlı dini ədəbiyyata öz töhfəsini verməkdə davam etmiş və 7 ilə Urdu dilində  ərsəyə gətirdiyi 2500 səhifədən ibarət 3 cildlik “Bayån al-Qur’ån” adı altında “Şərh” yazmışdır ki, bu da ingiliscəyə tərcümədəki qeydlərdən xeyli çox olmuşdur (14).

Tərcüməçinin yerinə yetirdiyi işə münasibətini ayrıca yazıda ifadə etmə ənənəsi bugün daha inadla və yeni formalarda davam edir. İnformasiya bolluğunun sərhədləri böyük sürətlə aşdığı bir zamanda nəyin və necə tərcümə edilməsinin vacibliyi təkcə sifarişçini deyil, bu sifarişi yerinə yetirən tərcüməçini də bütün məsuliyyətilə düşündürür. Məhz bu sətrlərin müəllifi öz tərcümə fəaliyyətinin nəticəsi kimi Nizami Cəfərovun “Azərbaycan xalqının tarixi və ya “tərcümeyi-halı” adlı kitabının ingiliscə mətnini həm də tərcüməçi hazırlığı üçün material kimi metodik vəsaitdə təqdim edərkən məsələyə ciddi yanaşmanı belə ifadə edir: “Bu kitabı tərcümə obyekti kimi seçərkən əvvəla, tərcümə siyasətinin bütün zamanlar üçün məqbul sayılan bir prinsipini – hədəf dilin daşıyıcılarına lazım ola bilən, onları maraqlandıran və məlumatlandıran bir əsəri ingilis dilli oxuculara təqdim edəcəyimizi düşündük. Bu qərara gəlməkdə bizə dilimizi öyrənən və xalqımızın tarixini tədqiq edən amerikalı tələbə Uesli Lummusin verdiyi suallar və həmin sualların bəzilərinə kitabdakı cavablar yardımçı oldu. Beləliklə, beynəlxalq təcrübədə tərcüməçinin hədəf dil kimi öz ana dilini seçməsinin daha məntiqli olmasına və effektli nəəticələnməsinə baxmayaraq, xalqımız haqqında real informasiyanın geniş ictimaiyyətə çatdırılmasına ehtiyacı nəzərə alaraq, eyni zamanda dilimizi daha dərindən öyrənməyə səy göstərən U.Lummusun da bu kitabı diqqətlə oxuduğunu bilərək, redaktor kimi onun əməkdaşlığına arxalanıb əsərin tərcüməsini öhdəmizə götürdük” (2,5).

Azərbaycanın ensiklopedik alimi Mir Möhsün Nəvvabın ötən əsrin əvvəllərində baş vermiş erməni-müsəlman davasına aid   yazdığı kitabın ingiliscə 2015-ci ildə çapdan çıxmış tərcüməsinə nəzər saldıqda burada müəllifin, redaktor və tərtibçilərin qeydlərilə yanaşı, tərcüməçinin də qeyd və şərhlərinin yer aldığı məlum olur. Bu  son qeydlər o dövrün Azərbaycan reallıqları ilə ingilisdilli oxucunu daha yaxından tanış etmək məqsədi daşıyır. Bura əsasən həmin vaxtlar Azərbaycan məişətində geniş işlənən əşyaların adları, pul vahidləri və digər ölçü vahidləri, çar üsul-idarəsinin hökm sürdüyü dövrə aid inzibati məfhumları bildirən sözlər, hərbi terminlər, İslam dini, mədəniyyəti ilə bağlı lüğət, rusca bəzi ifadələr daxildir. Haqqında söhbət gedən əsərin ingiliscə tərcüməsinə həsr olunmuş ictimai-siyasi tədbirdə bu məqalənin müəllifi tərcümə prosesində qarşılaşdığı çətinliklərdən və işin məsuliyyətindən danışarkən aşağıdakıları qeyd edir: “İstər bir oxucu, istərsə də tərcüməçi kimi əsərin bizdə hansı hisslər oyatdığını ifadə etmək üçün ordan bir neçə sətri diqqətinizə çatdırmaq istərdik:

“BAĞIRQAN DAĞI

Bu halda bir neçə gəlmə erməni tayfasının törətdiyi əhvalatlardan yazmaq lazımdır. Əvvəla, mərhum İbrahim xanın hökmranlığı zamanında Pənahabad, yəni Şuşa qalasının şərq tərəfində Bağırqan dağı deyilən yerdə bir uca qaya vardı. Həmin dağda öz təbəələri ilə Avan Koxa adlı bir erməni yaşayırdı. Avan Koxa öz təbəələrinə buyurmuşdu ki, harada əllərinə müsəlman düşsə, tutub onun hüzuruna gətirsinlər. Avan Koxanın əmrilə tutulmuş müsəlmanı çılpaqlayıb üzü üstə yerə yıxardılar. Sonra onun arxasının dərisindən dörd barmaq enində bıçaqla boynundan qom ətinəcən iki tərəfdən xətt çəkdirər və dərinin ucunu aşağı əydirilmiş ağacın qüvvətli bir budağına bənd edib budağı buraxırdılar. Ağacın budağı qüvvətlə yuxarı qalxanda o yazıq müsəlmanın dərisi boynuna qədər soyulardı və onun bağırtısı o dağa düşərdi. Bu əhvalatı görənin və eşidənin də bağrı qan olardı. Buna görə də həmin qayaya «Bağrıqan dağı» adı vermişdilər.

BAGHIRGAN MOUNTAIN

At this point, one should write a few words about some incidents committed by the Armenian folk. First, during the reign of the deceased Ibrahim Khan there was a high rock in the place called BaghirganMountain to the east of Panahabad, the Fortress of Shusha. An Armenian, by the name of Avan Kokha,[1]used to live on that mountain together with his subjects. He had ordered his subjects to capture Muslims wherever they ran into them and take them to his presence. The Muslim  captured on Avan Kokha’s order would be undressed and laid with his face down. Then with a knife, they would draw two parallel lines on both sides on his skin from his neck to the fleshy part of his body in the width of four fingers, tie the edge of the skin to a strong branch of the lowered tree, and then release that branch. When the branch of the tree went strongly up, that poor Muslim’s skin would be peeled off to his neck, and his scream would echo on the mountain. Those who witnessed or heard this incident would become terrified[2]. Hence, the name of the rock “Baghirgan”…(12,14)

Göründüyü kimi, bu sətirləri oxumaq və dinləmək nə qədər ağırdırsa, onları digər bir dilə çevirmək linqvistik baxımdan bir o qədər mürəkkəb, psixoloji baxımdan bir o qədər gərgin və çətindir. Lakin əsər boyu bu cür hallara tez-tez rast gəlmək mümkündür...Bu vəziyyətə rəğmən, bir tərcüməçi kimi, bütün hisslərimizi cilovlayıb məsuliyyət hissimizi önə çəkdik. Mövzunun tarixi xarakterini və məsələnin məsuliyyətini nəzərə alaraq, tərcümə zamanı isitifadə etdiyimiz söz və ifadələrə təkrar-təkrar diqqət yetirməli olduq. Buna görə də müəyyən məqamlarda dil daşıyıcısına müraciət etməyi məntiqli saydıq...”(3)

Tərcüməçilərin məxəz və hədəf mətnə münasibətinin təzahürlərinə aid ingiliscədən azərbaycancaya tərcümə tarixinin ən son nailiyyətlərindən də ikisini misal çəkmək yerinə düşər. Azərbaycan tərcümə fikrində dahi Şekspirin faciə və sonetlərinin indiyədək dilimizdə olan ən mükəmməl tərcüməçisi kimi tanınan Sabir Mustafa bu sahədəki bütün təcrübəsini və tərcümənin çətin məqamlarında yeritdiyi strategiyanı bir monoqrafiya halına gətirərək “Bədii tərcümədə ekvivalentlər” başlığı altında nəşr etdirmişdir. Burada o, yaradıcılığı boyu rast gəldiyi maraqlı tarixi, kultural və ədəbi hadisələrə toxunmuş, tərcümə prosesində qarşılaşdığı üslubi, leksik çətinlikləri aradan qaldırmaq üçün yararlandığı priyomları əsaslandırmış, yeri gəldikcə mötəbər mənbələrə və özündən əvvəlki təcrübələrə də müraciət etmişdir. Sabir Mustafa bir tərcüməçi kimi öz mövqeyini belə ifadə etmişdir: “Mən bir qayda olaraq həmişə ayrı-ayrı sözləri deyil, ümumi fikri, əsas ideyanı müvəssəl əks etdirməyə, orijinalın poetik ifadə tərzini, milli koloritini saxlamağa çalışıram. Bunun üçün şeir tərcüməsində lazım olan bütün tələbləri imkanım daxilində yerinə yetirir, sanki öz vicdanım qarşısında hesabat verirəm” (4, 46).

Yuxarıda tərcüməçinin orijinala münasibətindən danışarkən geniş bəhs etdiyimiz qeyd və şərhlərə yanaşma baxımından  Valter Skottun “Ayvənhəu” əsərinin dilimizə tərcüməsi xüsusi maraq doğurur (6). Orijinalın sonunda (13) naşirə və müəllifə məxsus 427 qeyd olduğu halda, hədəf mətnə aid qeydlərin sayı 240-a qədər azalır. Tərcüməni müşayiət edən bu qeydlərin böyük əksəriyyətinin kitabın ingilis variantındakılarla üst-üstə düşdüyünün şahidi olsaq da, burada məhz tərcüməçi Q.Bayramova məxsus təxminən 20-dən çox qeydin özəlliyi diqqəti çəkir. Bu qeydlər, əsasən, ingilis realilərilə (məsələn, druidlər, kvaker təriqəti, trubador, Xios şərabı, tan, bard və s.) Azərbaycan oxucusunu tanış etmək məqsədi daşıyır (6, 505-518). Tərcüməçi hədəf mətnin oxucusunun məxəz mətndəki müəyyən kultural cəhətləri anlamayacağı qənaətinə gəldiyi üçün anlaşılmaz məqamları xüsusi qeyd və şərhlər verməklə  açıqlamalı olmuşdur. Orijinaldakı bəzi qeydlərin hədəf mətnin sonunda verilməməsinin isə əsas səbəbi ondan ibarətdir ki, bir sıra hallarda tərcüməçi ingiliscədəki qeydlərin açdığı mənaya uyğun tərcümə variantı seçdiyindən izahata ehtiyac qalmır, ya da müəyyən məqamlarda qısa izah mətnin daxilinə əlavə olunur.

Həm xarici, həm də milli tərcümə fikri tarixinə aid yuxarıda çəkilən misallardan aydın olur ki, tərcüməçi gördüyü işə bəzən aşkar, bəzən isə o qədər də nəzərəçarpmayan tərzdə öz münasibətini ifadə edir. Burada deyilənləri E.Gentzlerin “Tərcümə, poststrukturalizm və hakimiyyət” adlı məqaləsindən gətirilən aşağıdakı məqam da bir daha təsdiqləyir: “By way of conclusion, let me emphasize two points. First, the translator has never been a neutral party in the translation process but, rather, an individual with linguistic and cultural skills and her or his own agenda. Ideology works in funny ways – some of it conscious and some of it unconscious. Contemporary translators tend to be increasingly sensitive to their own worldviews and realize how such views might color the translation process” (8, 216).  (Yekun olaraq, icazənizlə, iki məqamı vurğulayım. Əvvəla, tərcümə prosesində tərcüməçi heç vaxt neytral tərəf olmamışdır, əksinə, o, linqvistik və kultural bacarıqları və özünün müəyyən xətti olan bir fərddir. İdeologiya öz işini məzəli tərzlərdə görür – bəziləri şüurlu, bəziləri şüursuz. Müasir tərcüməçilər öz dünyagörüşlərinə qarşı getdikcə daha çox həssaslığa meyllənirlər və belə baxışların tərcümə prosesinə necə rəng qata biləcəyini dərk edirlər...) Təsadüfi deyil ki, məhz bu cür yanaşmalar bir çox hallarda elə tərcümə əsərlərinin ərsəyə gəlməsinə səbəb olur ki, onlar orijinalın müəllifini çox uzaq ölkələrə aparıb çıxarır (məsələn, ingilis dilli ölkələrdə Ömər Xəyyamı tanıdan onun rübailərinin Eduard Fitcerald tərəfindən ingiliscəyə tərcümələri olmuşdur) , ya da orijinaldan da orijinal bir əsərin meydana gəlməsilə müəllifə hədəf dildə daha çox oxucu qazandırır (Qarsia Markizin öz “Bir əsrlik bikəslik” əsərinin tərcüməçisi Qreqori Rabassanı “”ingilis dilli ən yaxşı Latın Amerikası yazıçısı” adlandırması buna parlaq misaldır) (10). Tərcüməçilərin gərgin fəaliyyəti, ağır zəhməti, gördükləri işə məsuliyyətli, hərtərəfli və fədakarcasına yanaşmaları, ən əsası isə nəticənin keyfiyyəti onları tərcümə etdikləri əsərlərin müəllifi qədər yüksək dəyərləndirməyə layiq edir.

Istifadə olunmuş mənbələr

  1. Bayramov Q. “Tərcümə sənəti”, “OKA Ofset” nəşriyyatı, Bakı 2008, 218s.
  2. Gül Ə., Abdullayeva F. Praqmatik tərcümənin tədrisinə aid metodik göstərişlər” (Nizami Cəfərovun “Azərbaycan xalqının tarixi və ya “tərcümeyi-hal”ı”  adlı əsərinin tərcüməsi əsasında). Qafqaz Universiteti nəşri. Bakı, 2014, 88s.
  3. Mir Möhsün Nəvvabın kitabı ingilis dilində nəşr olundu - YouTube  https://www.youtube.com/watch?v=aqOvEeE1FeQ
  4. Mustafayev Sabir. “Bədii tərcümədə ekvivalentlər”. Bakı, ADU nəşriyyatı – 2010, 287s.
  5. Nağısoylu Möhsün. XVI əsr Azərbaycan tərcümə əsəri “Kəvamilüt-təbir” (filoloji-tekstoloji araşdırma, əsərdən parçalar). Bakı, Elm və təhsil, 2011, 248s.
  6. Skott Valter. Ayvənhəu. Bakı, Şərq-Qərb Nəşriyyat Evi, 2013, 520s.
  7. English Bible History: http://www.greatsite.com/timeline-english-bible-history
  8. Gentzler Edwin. Translation, Poststructuralism, and Power – In TRANSLATION  and Power edited by Maria Tymoczko and Edwin Gentzler, University of Massachusetts Press 2002, 244 pages
  9. Isaxanli Hamlet. History and Policy of Translating Poetry: Azerbaijan and its Neighbors. Khazar University, Baku, Azerbaijan hamlet@khazar.org
  10. Long Lynne, “Translation as commentary on the translators’ ideology” – Warwick Research Archive Portal. wrap.warwick.ac.uk, 2007
  11. Navvab M.M. The Armenian-Muslim War of 1905-1906. Translated by F.Abdullayeva, “Nprint Studiya” LLC, Baku, 2015, 95p.
  12. Sir Scott Walter. Ivanhoe. Introduction and Notes by David Blair. London? Wordsworth Classics, 2000, 440p.
  13. The Holy Quran. Arabic Text with English Translation, Commentary and comprehensive Introduction by Maulana Muhammad Ali Year 2002 Edition Retypeset, redesigned with expanded Index. http://www.muslim.org/english-quran/quran.htm
  14. Нагисойлу Мохсун, Переводческие и языковые особенности «Шухеда-наме» - азербайджанско-тюркского письменного памятника XVI века, НАНА, Институт Рукописей им.М.Физули, Баку – 2014, 230стр.

10.            Is a translator of a book considered a co-author? - Quora: ttps://www.quora.com/Is-a-translator-of-a-book-considered-a-co-author

 

Açar sözlər: tərcümə tarixi, prosesə yaradıcı münasibət, tərcüməçi qeydləri, realilərlə tanış etmək

Key words:translation history, creative attitude to the process, translator’s notes, religious translation,  to introduce the realia

Ключевые слова: история перевода, творческий подход к процессу, примечания переводчика, религиозный перевод, ознакомить с реалией

 

Summary

Manifestation of Translator’s Attitude Towards  the Source and Target Texts

The Present Article studies the translator’s attitude towards the source and target texts as well as its forms. The author reviews some historical facts concerning the manifestation of translators’ creative attitude to some religious translations. Here translator’s notes and comments, introductions are presented as some significant sources serving translators shield to justify their translation strategies which prevents the target readers from misunderstanding. Based on some examples, including S.Mustafa’s monographic work on translation equivalents and G.Bayramov’s Azerbaijani translation of W.Scott’s “Ivanhoe”, the author elucidates her statement about the role of translators’ comments and notes.  In conclusion, the increasing significance of the translator’s creative attitude is re-emphasized with quotations from the suggested sources.

 

Резюме

Проявление отношения переводчика к исходному и переводящему текстам
Настоящая статья рассматривает
 вопрос отношения переводчика к исходному тексту и тексту перевода, а также те формы, которые оно принимает. Автор рассматривает некоторые исторические факты проявления творческого отношения переводчиков к некоторым религиозным переводам. Примечания и комментарии
 переводчика, а также введения представлены в виде некоторых значительных источников, служащих переводчикам неким щитом для оправдания стратегий своего перевода, который предотвращает неправильное понимание читателем текста оригинала. На основе некоторых примеров,
 в том числе монографической работы С.Мустафы по переводу эквивалентов и азербайджанского перевода Г.Байрамовым романа "Айвенго" сэра В.Скотта, автор поясняет свою позицию по поводу роли комментариев и примечаний переводчиков. В заключении снова делается акцент
 на   растущее значение творческого отношения переводчика, что подкрепляется цитатами из предложенных источников.

 

Rəyçi: dos. S.Abbasova

 


Bəşirova Gülbanı Bəhram qızı

İNGİLİS DİLİNİN AMERİKA VARİANTINDA TARİXİ SÖZLƏRİN

SEMANTİK XÜSUSİYYƏTLƏRİ

İngilis dilinin Amerika variantında tarixizmlərin, o cümlədən də üslubi xarakterli tarixizmlərin meydana çıxması Şimali Amerikanın məskunlaşması, bir neçə əsr ərzində avropalı immiqrantların dillərinin, mədəniyyətlərinin qarışması nəticəsində yeni bir millətin formalaşması fonunda baş vermişdir. Yalnız dillər deyil, milli psixologiyalar, adət və ənənələr də qarışmış və bu konsolidasiya prosesində yeni yaranan Amerika millətinin mədəniyyətində və dilində yeni-yeni məfhumları bildirən söz və ifadələr, idiomlar, slenqlər meydana çıxmışdır. Amerika millətinin bir neçə əsr sürən formalaşması prosesində xalqın  üzləşdiyi ekstra-linqvistik amillərlə assosiasiyalar nəticəsində dildə emosional, metaforik ifadələr meydana çıxmış və Amerika ingiliscəsinin leksikasında üslubi ifadə vasitələrinin inkişafına təkan vermişdir. Amerika ingiliscəsinin bu istiqamətdə inkişafını şərtləndirən etnik-tarixi hadisə və proseslərin xroniki şəkildə nəzərdən keçirilməsi və qiymətləndirilməsi bu baxımdan zəruridir, çünki dil və onun metaforik-emosional ifadə sistemi məhz millətin özünün formalaşması fonunda baş vermişdir.

İngilis ədəbi dilindən uzaq düşən, Şimali Amerikada tamamilə yeni mühitdə yaşayan kolonistlər, yeni anlayışlara uyğun yeni sözlər və ifadələr kəşf etməli olmuşlar. Onların əhatə olunduğu əşyalar da, münasibətlər də İngiltərədəkindən fərqli idi (2, 146).

İngilis dilinin Amerika variantının fərqlənməsində, onun özünəməxsus leksikasının formalaşmasında məhz həyat tərzi ilə bağlı leksik təbəqənin rolu böyük olmuşdur. Dilçilik ədəbiyyatında da bu sahəyə xüsusi əhəmiyyət verilir. Məhz bu qrupa aid olan Amerika sözləri ingilis dilinin başqa variantlarına da alınır, çünki onların ifadə etdiyi əşya və məfhumlar Britaniya və başqa ingilisdilli ölkələr üçün səciyyəvi deyildir.

Amerika variantının ingilis dilinin başqa variantlarından fərqlənməsində başqa bir amilin də rolu olmuşdur. Bu, Amerika variantına daxil olmuş alınma sözlərdir və müxtəlif mənbələrdən alınmışdır. Belə sözlər arasında ölkənin yerli xalqı olmuş hinduların dillərindəni alınmış sözlər, Amerikanını koloniyalaşdığı dövrdə buraya gəlmiş immiqrantların dillərindən alınmış sözlər də vardır. Alınma sözlər ispan, italyan, alman, slavyan və başqa ölkələrdən gəlmiş immiqrantalıran dillərindən alınmışdır.

XVII-XVIII əsərlərdə Amerikada danışılan ingilis dilinə daxil olmuş tarixizmlərin əsas qrupu ingilis kolonistlərinin buradakı yeni həyat tərzi ilə bağlı idi. İngiltərədən köçmüş əhalinin məşğul olduğu təsərrüfat fəaliyyəti nəticəsində bir çox yeni sözlər meydana çıxırdı. Misal üçün, meşənin dərinliklərində bir qrup ailənin yaratdıqları uzaq yaşayış məskəni Amerika ingiliscəsində yeni sözlə – back-settlement sözü ilə ifadə olunurdu. Eyni zamanda ölkənin faunası və florası ingilis dilinin həmin sahələrə aid hindu sözləri ilə zənginləşməsinin mənbəyi idi. Misal üçün, hindu dillərindən  alınmış caribou ölkənin faunasına xas olan maral növünü bildirmək üçün qəbul olunmuşdu (1, 99).

Ən mühüm leksik təbəqə isə qitənin yerli əhalisinin həyat və məişətini əks etdirən realiyalardır. Misal üçün, hindu mənşəli tomahawk (alqonkin. tomahaken) «balta» mənasında ingilis dilinə də daxil olmuşdur. Və yaxud hinduların dilindən Amerika ingiliscəsinə daxil olmuş mocassin (alqonkin. mokasin) hinduların geydiyi dəri ayaqqabını bildirirdi.

Amerikanın həyat tərzi ilə bağlı realilər yalnız Amerikanın həyatına xas olduğundan onun dildə meydana çıxan ifadə vasitələri də məhz ingilis dilinin Amerika variantı üçün səciyyəvidir və başqa variantlarda bu leksik təbəqə başa düşülmür. Bu təbəqənin tərcüməsi adətən xüsusi üsullar tələb edir.

XVII-XVIII əsrlərdə xeyli miqdarda tarixizmlər Amerikada ilk ingilis kolonistlərinin yeni həyat şəraitini əks etdirirdi. Hazırda həmin sözlər Şimali Amerikanın tarixi həyatının müxtəlif dövrlərini əks etdirir və müasir Amerika ingiliscəsində onların çoxu dildə artıq tarixizm kimi qəbul olunur.

Əksər ispan sözləri təsərrüfat fəaliyyətinə aiddir: agregado – fermada işləyən meksikalı muzdlu işçi», batea «qızılın yuyulması üçün nov», cabestro «noxta»,rinkon «yazlıq əkin sahəsi».

Digər qrupa dövlət və ictimai fəaliyyət bildirən alınma sözlər daxildir: alguazil «şerif», calaboose «türmə», emperasario «koloniya qubernatoru», padre «katolik ruhani» (3, 154).

Fransız  dilindən alınmış xeyli söz XIX əsrə aiddir. XVII-XVIII əsrlərdə fransız dili Şimali Amerikada səyahətçilərin, ovçuların, xəz dəri alverçilərinin və missionerlərin dili kimi işlənirdi. Həmin qrupa təsərrüfat fəaliyyəti ilə bağlı olan sözlər daxildir: bourgeois «işgüzar şərik», coureur de bois «ovçu», embarras «körpücük», pose «keçid», «bərə».

Digər qrupa Amerikanın həyat tərzini və mədəniyyətini bildirən sözlər daxildir: chowder «balıq və tərəvəzlə bişirilən qatı yemək», quantiers «ayaqqabı növü» və b.

Niderland dilindən Amerika ingiliscəsinə daxil olmuş alınma sözlər mənaca beş əsas qrupa bölünür. Əsas qrupa daxil olan sözlər holland icmasının təsərrüfat fəaliyyətini əks etdirir:

Erve (nid.erve) «kiçik torpaq sahəsi», graght (nid.gracht) «xəndək», scow («barja»), segt (nid.zicht) «oraq».

Digər qrup tarixi alınmalar Amerikanın etnoqrafik mədəniyyətini əks etdirir:

Bowery (nid.bouwerij) «ferma», «malikanə», cansloper (nid. schausloper) «kişi paltosu», kirmess (nid.kermis) «xeyriyyə bazarı», stoop (nid, stoep) «pilləkənli  artırma», «şüşəbənd».

Alman immiqrantlarının dilindən daxil olmuş sözlərin əksəriyyəti yemək və içməklə bağlıdır:

Hamburger (alman. Hamburg). Bu söz içərisində bifşteks olan buterbrod mənasını ifadə edir. Hamburger Amerika ingiliscəsinə XIX əsrin ikinci yarısında daxil olmuşdur.

Kaffeeklatsch (alm. Kaffeeklatsch). Amerika ingiliscəsində bu söz «bayram söz-söhbəti», «laqqırtı» mənasında işlənir. XX əsrdə Almaniyadan gəlmiş immiqrantların dilindən alınmışdır və hazırda da işləkdir (4, 86).

Pretzel – qızardılmış və duzlanmış peçenye;

Frankfurter schnitzel – şnitsel növü;

Wienewurst, qısa forması wiener və yaxud wienie, mövsümü sosiska və s.

Amerika ingiliscəsində işlənən irland mənşəli shebang (“müvəqqəti sığınacaq”) irland dilindəki shebeen (“qeyri-qanuni içki barı”) sözündəndir. Həmin söz qayel dilindəki seibe (“a mug”) sözündən törəmişdir. Başqa bir – irland sözü shanty (“daxma”) irland dilindəki sean-tigh (“shan tee” kimi tələffüz edilir) “köhnə, qədim ev” mənasındadır.

Shanty sözü əsasında hətta başqa leksemlər də meydana çıxmışdır. 1882-ci ildə shantytown ifadəsi meydana çıxmışdı ki, bu da şəhərlərin ətrafında yoxsul təbəqə tərəfindən tikilmiş xırda evləri, daxmaları ifadə etmişdir. Bu adın meydana çıxması irland mənşəli immiqrantların Amerikaya gəldikdə əksər hallarda belə məskənlərdə, yəni şəhərin kənarlarındakı gecəqondularda yaşamalı olması ilə əlaqədardır. Bostonda shanty İrish ifadəsi 1948-ci ildə Bostona köçmüş yoxsul irland immiqrantlarını ifadə edirdi.

İrlandiyadan gəlmiş immiqrantlar, bir qayda olaraq fəhlə, qulluqçu işləyir və yaxud da əskərlikdə xidmət edirdilər. O zaman xalq dilində işlənməyə başlayan biddy (“a servant girl”) ifadəsi irland mənşəli Bridget qadın adının ixtisar edilməsi yolu ilə düzəlmişdi.

Zənci dilindən alınmış sözlərdən biri barb (“at”) sözüdür. Bu söz ingilis dilinə təsadüfən daxil olmamışdır. At zəncilərin əməyində vacib bir yer tuturdu, ona görə də bu heyvanın adı da onların ən çox işlətdiyi bir söz kimi ingilis dilində özünə yer etmişdi.

Afrikalıların adət-ənənələrini əks etdirən geyimlərin adları da  ingilis dilinə daxil olurdu. Məhz Afrika mənşəli olan zəncilərin baş geyimi kimi işlətdikləri fəs zənci dilində fez adlandığı üçün ingilis dilinə də tərcümə olunmadan daxil olmuşdu. Çünki gəlmə avropalılar özləri belə geyimdən istifadə etmirdilər, ona görə də onun ingilis dilinə tərcümə edilməsi də mümkün deyildi (3, 188).

Bir sıra tarixi alınmaların etimologiyasına nəzər salaq. Santa Claus sözünün mənası asanlıqla təyin olunur. «Şaxta baba» mənalı Santa Claus Niderland dilindəki sinterklaas sözündəndir. Kla(a)s niderlandca Nicholaas adının qısa formasıdır. Beləliklə Santa Claus Santa Nikolaas adındandır.

Yankee sözünün mənşəyi isə mübahisəlidir. Ehtimala görə, Yankee Niderland dilindəki Yan Kees (John cheese) sözündədir. 1650-ci illərdən işlənməyə başlamış bu ifadə hollandlara istinadən saymazyana müraciət forması kimi işlənirdi (2, 148).

Amerika Birləşmiş Ştatlarının bir sıra tarixi şəxslərinin adları dildə yeni sözlərin, o cümlədən də məcazi məna daşıyan ifadələrin meydana çıxmasında rol oynamışdır:

Bogus («saxta»). Amerikada nəşr olunan «Boston Courier» qəzeti 1857-ci ildə həmin sözün mənşəyini aşağıdakı kimi aydınlaşdırmağa cəhd etmişdir: Bogus sözü Borghese adlı şəxs ilə bağlıdır. Həmin şəxs 20 il əvvəl Amerikanın Great West adlanan regionunu saxta bank kağızları ilə təmin edən böyük bir biznes əlaqəsinə girmiş və bu saxtakarlığa görə ad çıxarmışdır. Regionun əhalisi Borghese şəxs adını Bogus-a çevirmiş və onun banka sırıdığı çeklər «bogus valyutası» kimi məcazi məna əldə etmişdir.

According to gunter Amerika ingiliscəsində «doğrudur», «bütün qaydalara əsasən dəqiqdir» mənasındadır. Bu ifadə cəbr elminin inkişafında xidməti olmuş, ölçmək üçün zəncir və tərəzi icad etmiş Edmund Qunterin adı ilə bağlıdır.

Bu qənaətə gəlmək olur ki, Şimali Amerikanın məskunlaşdığı dövrdə ingilis dilinin Amerika variantının inkişafında yeni həyat tərzi  və tarixi hadisələrlə əlaqədar olaraq xeyli sayda tarixizmlər meydana çıxmışdır. Bu leksik təbəqə ölkənin mədəniyyətindən tutmuş siyasi həyatınadək  bir çox sahələrə aiddir. Hansı sahəyə aid olmalarından asılı olmayaraq bu tarixizmlər ABŞ dil realilərinin önəmli bir hissəsini təşkil edir və onların bir çoxunun dildə üslubi-emosional funksiyaya malik olması onların, o cümlədən də tarixizmlərin tədqiqinin böyük təcrübi əhəmiyyətə malik olduğunu göstərir.

 

Ədəbiyyat

1. Graidie G. Historical changes and English word-formation. Chicago, 1962.

2.Mencken H. The American language. N.Y., 1945.

3. Serjeantson M. A History of Foreign words in English, London, 1937.

4. Webster’s New World Dictionary of the American Language. Clevelend-New-York. v. 1-2., 1964.

 

Açar sözlər: tarixizmlər, üslubi, emosinal, alınma sözlər, immiqrantlar.

Key words: historical words, stylistic, emotional, borrowings, immigrants.

Ключевые слова: историзм, стилистический, эмоциональный, заимствования, иммигранты.   

 

Xülasə

İngilis dilinin Amerika variantında tarixi sözlərin

semantik xüsusiyyətləri

                Şimali Amerikanın Avropalı immiqrantlar tərəfindən məskunlaşması, yeni həyat tərzi, görkəmli şəxslərin adları və tarixi hadisələr ingilis dilinin xeyli sayda tarixi sözlər və ifadələrlə zənginləşməsinə səbəb olmuşdur. Bu leksik vahidlər həyatın müxtəlif sahələrini əhatə edir və dil realilərinin önəmli bir hissəsini təşkil edir. Eyni zamanda bu tarixizimlərin bir çox üslubi emosional funksiyaya malik olması, bu tarixizmlərin üslubi cəhətdən öyrənilməsinin əhəmiyyətli olduğunu nümayiş etdirir. 

 

Semantic features of historical words in American English

Summary

Settlement of North America by European immigrants, their new life style, the names of outstanding persons and important events gave rise to enrichment of the English lexicon with numerous historical words and expressions. Such lexical units refer to various branches of life and constitute a significant part of language realities. Simultaneously the historical lexical units also include stylistic-emotional colour, which signifies the importance of historical words as stylistically coloured devices.

 

Семантические особенности исторических слов в английском языке Америки

Резюме

Поселение в Северней Америке европейских иммигрантов, их новый образ жизни, имена знаменитых лиц и важных событий, содействовали обо­гаще­нию английского языка и появлению в нем слов и выражений истории­ческого характера. Такие лексические единицы относятся к разным отраслям жизни и составляют значительную часть реалий в английском языке. Одновременно среди историзмов имеются стилистически окрещенные формы, которые демонстрируют важность изучения историзмов в области стилистики.

 

Rəyçi:   b\m. Məmmədova E.

 

 


Bünyadzadə Şəlalə

SİFƏTİN MƏNASINA GÖRƏ TƏSNİFİ VƏ DƏRƏCƏLƏRİ

               Аzәrbаycаn dilindә оlduğu kimi, ingilis dilindә dә şәхs vә yа әşyаnın әlаmәtini, kеyfiyyәtini vә s. bildirәn sözlәrә sifәt dеyilir, mәsәlәn: a  clever boy, a modern  city, long and wide streets, fresh fruit, green leaves və s

                Müаsir Аzәrbаycаn dilindә оlduğu kimi, ingilis dilindә dә sifәtlәr mənа bахımındаn iki qrupа bölünür: әsli sifәtlәr, nisbi sifәtlәr

1) әsli sifәtlәr, mәsәlәn:

long, short, nice, beautiful, deep, thin, wide, big                                                                                                                      

2) nisbi sifәtlәr, mәsәlәn:

woolen, wooden, golden, silken, weekly, Chinese, Italian 

Әsli sifәtlәr (Qualitative Adjectives)

Әsli sifәtlәr әşyаlаrın (1) rəngini, (2) fоrmаsını, (3) әqli vә (4) fiziki kеyfiyyәtlәrini vә s. ifаdә еdir, mәsәlәn:

 (1) a red pencil, a yellow leaf, a black suit, a green car 

 (2) a round table, a large forehead, an oval face, a slender figure 

 (3) a clever boy, a capable pupil, a talented painter, a skilled worker

 (4) a strong man, a healthy child, a week body, a tiny bird 

Әşyаlаrа xas оlаn әlаmәt vә kеyfiyyәtlәr müхtәlif sәviyyәdə müхtәlif dәrәcәdә оlа bilir. Mәsәlәn: аlmаlаr dаdınа, rənginә, böyüklüyünә vә s, insаnlаr аğlınа, qаbiliyyәtinә, хаsiyyәtinә, bоyunа vә s. хüsusiyyәtlәrinә görә fәrqlәnirlәr. Şәхs vә әşyаlаrа хаs оlаn hәmin kеyfiyyәtlәr isə yuхаrıdа dеyildiyi kimi, sifәtlәrlә ifаdә оlunur. Dеmək, әsli sifәtlәr tәkcә şәхs vә әşyаlаrа хаs оlаn kеyfiyyәt vә әlаmәtlәri dеyil, hәm dә оnlаrа аid оlаn әlаmәt vә kеyfiyyәtlәrin dәrәcәlәrini ifаdә еtmәlidir. Bunа müfаviq оlаrаq dа bütün dillәrdә, о cümlәdәn müаsir ingilis dilindә әsli sifәtlәr dәrәcә kаtеqоriyаsınа mаlikdir.

                Әsli sifәtlәrin dәriyа (The Category of Degrees of Comparison) of Qualitative Adjectives)

Müаsir ingilis dilindә әsli sifәtlәrin üç dәrәcәsi vаr:

1) аdi dәrәcә (the positive degree); 

2) müqаyisә dәrәcәsi (the comparative degree); 

3) üstünlük dәrәcәsi (the superlative degree).

Әsli sifәtlәrә xas оlаn әlаmәt vә kеyfiyyәtlәr iki yоllа ifаdә еdilir:
1) sintеtik yоllа, yəni sifәtin sоnunа şәkilçi әlаvә еtmәklә; 

2) аnаlitik yоllа, yəni sifәtin әvvәlinә kömәkçi söz әlаvә еtmәklә. Bu üsullаrdаn hаnsının sеçilmәsi iхtiyаri оlmаyıb, sifәtin fоnеtik tәrkibindәn аsılı оlur: birhеcаlı vә bəzi ikihеcаlı sifәtlәrin dәrәcә fоrmаlаrı sintеtik, iki vә dаhа çох hеcаlı sifәtlәrin dәrәcә fоrmаlаrı isә аnаlitik yоllа düzәldilir.

                Müаsir ingilis dilindә sifәt аdi dәrәcәdә hеç bir mоrfоlоji fоrmаyа mаlik оlmur. Sifәtlәr аdi dәrәcәdә as... as. not so ... as bаğlаyıcılаrı ilә işlәnәrәk müqаyisә оlunаn şәхs vә yа әşyаlаrın еyni dәrәcәli kеyfiyyәtә, әlаmәtә mаlik оlub оlmаdığını bildirir: (1) as... as bаğlаyıcısı müqаyisә оlunаn şәхs vә yа әşyаlаrın еyni kеyfiyyәt, yахud əlаmәtә mаlik оlduğunu, (2) not so... asbаğlаyıcısı isә müqayisə оlunаn şәхs vә yа әşyаlаrın qеyri-bәrаbәr әlаmәt, kеyfiyyәtә mаlik оlduğunu bildirir, mәsәlәn:

My brother is as strong as yours — Mәnim qаrdаşım səninki kimi güclüdür.
Our task is as easy as yours — Bizim tаpşırığımız sizinki kimi аsаndır.
My room is not so large as his — Mәnim оtаğım оnunku kimi geniş dеyil. 
Their way is not so long as mine — Оnlаrın yоlu mәnimki kimi uzun dеyil.
                Birhеcаlı sifәtlәrin müqаyisә dәrәcәsini düzәltmәk üçün оnlаrın sоnunа -er, üstünlük dәrәcәsini düzәltmәk üçün isә -est şәkilçisi аrtırılır, mәsәlәn:

Аdi dərəcə 

Müqаyisә dәrәcәsi 

Üstünlük dәrәcәsi 

long

longer

longest

short

shorter

shortest



                U hәrfi vә ya er. ow, Iе hәrf birlәşmәlәrindәn birn ilә qurtаrаn ikihеcаlı, еlәcә dә vurğusu sоn hеcаyа düşәn ikihеcаlı sifәtlәrin dә dәrәcә kаtеqоriyаsı sintеtik yоllа, yəni оnlаrın sоnunа müqаyisә dәrәcәsindә -er, üstünlük dәrәcәsindә isә -est şәkilçisi аrtırmаqlа düzәldilir, mәsәlәn:

Аdi dәrәcә 

Müqаyisә dәrәcәsi 

Üstünlük dәrәcәsi 

happy

happier

happiest

clever

cleverer

cleverest

narrow

narrower

narrowest

able

abler

ablest

complete

completer

completest

concise

conciser

concisest

                Qeyd. Yuхаrıdаkı ikihеcаlı sifәtlәrin müqаyisә vә üstünlük dәrәcәlәri аnаlitik yоllа, yəni оnlаrın qаrşısındа müqаyisə dәrәcәsindә more, üstünlük dәrәcәsindә isә most sözü işlәtmәklә dә düzәldilә bilәr. Bеlәliklә, müаsir ingilis dilində narrower, narrowest, conciser, concisest işlәnә bildiyi kimi, more narrow, most narrow vә more concise, mest concise dеmәk dә müikündür.
                Ikihеcаlı sifәtlәrin әksәriyyәtinin vә  çохhеcаlı sifәtlәrin hаmısının müqаyisә dәrәcәsi аnаlitik yоllа, yəni müqаyisә dәrәcәsindә sifәtdәn әvvәlә more, üstünlük dәrəccәsindә isә most sözü аrtırmаqlа düzәldilir, mәsәlәn:

Аdi dәrәcә

Müqаyisә 
dərəcəsi

Üstünlük 
dәrәcәsi

famous

more famous

most famous

important

more important

most important

                Sifәtin müqаyisz dәrәcәsindә hәr hаnsı bir şәхs vә yа əşyаnın bаşqа bir şәхs yахud әşyаdаn kеyfiyyәtcә аrtıq olduğu bildirilir. Bu hаldа than bаğlаyıcısındаn istifаdə еdilir. Bu bаğlаyıcı dilimizә -dаn, -dәn bаğlаyıçısı, yахud -dan dаhа, -dәn dаhа tәrkibi ilә tәrcümә еdilir, mәsәlәn:

1) My room is larger than yours — Mәnim оtаğım sizinkindәn (dа) genişdir.
2) This question is more important than that one — Bu mәsәlə оndаn (dа) vаcibdir.
                Аzәrbаycаn dilindә оlduğu kimi, ingilis dilindә dә üstünlük dәrәcәsi әşyа vә yа şәхsin оnun dахil оlduğu sinifdə әn yüksәk kеyfiyyәtә mаlik оlduğunu bildirir, mәsәlәn:
1) Mohammed Ali is the strongest boxer at present — Mәhəmmәdәli hаl-hаzırdа әn güclü bоksçudur.

2) Bangladesh is the most democratic country in the world — Banqladeş dünyаdа әn dеmоkrаtik ölkədir.

                Müаsir ingilis dilindә bir nеçә sifәt vаrdır ki, оnlаrın dərəcə fоrmаlаrı supplеtiv yоllа, yəni hәr bir fоrmаdа (аdi, müqаyisә vә üstünlük dәrәcә fоrmаlаrındа) müхtәlif kökdәn оlаn sifәt işlәnir. Bu sifәtlәr аşаğıdаkılаrdır:

Аdi dәrәcә 

Müqаyisә dәrәcәsi 

Üstünlük dərəcəsi 

good 

better

best 

bad 

worse 

worst 

little 

less

least 


Ingilis dilindә bir nеçә sifәtin müqаyisә vә üstünlük dərəcəsində iki fоrmаsı vаrdır. Bunlаr аşаğıdаkılаrdаn ibarətdir

Adi dərəcə

Müqаyisә dәrәcәsi

Üstünlük dәrәcәsi

Far

farther

further

farthest

furthest

Late

later

latter

latest

last

Near

nearer

nearest

next

Old

elder

older

eldest

oldest

2. Tәk sаmitlә bitәn vә kök sаiti qısа оlаn birhеcаlı sifәtlәrin müqаyisә vә üstünlük dәrәcә fоrmаlаrını düzәldәrkәn sоn sаmit qоşаlаşır, mәsәlәn:

big—bigger—biggest, 
hot—hotter—hottest, 
sad—sadder— saddest

3. E hәrfi ilә qurtаrаn sifәtlәrin müqаyisә vә üstünlük dәrәcә fоrmаsını düzәldәrkәn е hәrfi аtılır vә sifәtin sоnunа müvаfiq оlаrаq -er vә ya -est şәkilçisi аrtırılır, mәsәlәn:

able — abler — ablest; 

brave — braver — bravest;                                                                

large — larger — largest 

Nisbi sifәtlәr  (relative adjectives)

Nisbi sifәtlәr әşyаyа xas оlаn әlаmәt vә kеyfiyyәtlәri birbаşа, bilаvаsitә dеyil, bilvаsitә, dоlаyı yоllа ifаdә еdir, mәsәlәn, wooden door, woolen gloves dеdikdә, biz qаpının аğаcdаn qаyırıldığını, әlcәyin isә yundаn tохunduğunu bildiririk, yəni hәmin әşyаlаrın хаs оlduğu әlаmәt bаşqа bir әşyа (аğаc, yun) vаsitәsilә ifаdә еdilir, bildirilir.
Nisbi sifәtlәri әsli sifәtlәrdәn fәrqlәndirәn bir sırа qrаmmаtik хüsusiyyәt mövcuddur.

Bunlаr аşаğıdаkılаrdır:
1. Nisbi sifәtlәr, әsli sifәtlәrdәn fәrqli оlаrаq dәrәcә kаtеqоriyаsınа mаlik dеyil. Bu vәziyyәt nisbi sifәtlәrin ifаdә еtdiklәri kеyfiyyәtlәrin özlәrinә хаs оlаn хüsusiyyәtlә izаh еdilir. Nisbi sifәtlәrin ifаdә еtdiklәri kеyfiyyәtlәrin dәrәcәsi оlmur. Mәsәlәn, biz  yundаn, nisbәn yundаn vә yа әn (lаp) yundаn tохunmuş әlçәk,  yахud  аğаcdаn, lаp (әn) аğаcdаn qаyrılmış qа dеyә bilmirik, çünki hаqqındа dаnışılаn әşyаlаrdа bеlә kеyfiyyәt növü mövcud оlmur. Bununlа әlаqәdаr оlаrаq dа nisbi sifәtlәr dәrәcә kаtеqоriyаsınа vә dәrәcә fоrmаsınа mаlik dеyil.
2. Nisbi sifәtlәrdәn -ly şәkilçisi әlаvә еtmәklә zәrf düzәltmәk оlmur.
3. Nisbi sifәtlәr хüsusi suffikslәr vаsitәsilә düzәldilir. Bunlаr аşаğıdаkılаrdır:
-en, -an, -ist, -ic, -ical, mәsәlәn:

golden, Italian, marxist, syntactic, analytical.

                Qеyd еtmәk lаzımdır ki, müаsir ingilis dilindә bəzәn nisbi sifәtlәrlә әsli sifәtlәr аrаsındа qәti sәrhәd qоymаq olmur; еyni bir söz bir hаldа nisbi, digər hаldа isә әsli sifәt kimi işlәnir, mәsәlәn, iron —mir sözü iron door söz birlәşmәsindә nisbi sifәt, iron will söz birlәşmәsindә isә әsli sifәt оlаrаq işlәnmişdir. Еyni sözü silken — ipәk sifәti hаqqındа dа dеmәk оlаr: silken thread söz birlәşmәsindә silken sözü nisbi sifәt, silken hair söz birlәşmәsindә isә әsli sifәt kimi işlәnir vә s.

 

Яdяbiyyat

  1. İ.Rəhimov, S.Mir Cəfərova; T.Hidayətzadə: “İngilis dilinin praktik      qrammatikası”
  2. Cялилов Ф. Азярбайcан дилинин морфонолоэийасы. Бакы, Маариф, 1988
  3. O.Musayev: “İngilis dilinin qrammatikası” Bakı, “Maarif” nəşriyyatı, 1996.
  4. Longman Dictionary of Contemporary English. 3d ed. – Harlow: Longman Ltd Group, 1995

 

Açar sözləri: Sifət, əsli sifət, nisbi sifət, təsnif, dərəcə

Key words: adjective, qualitative adjectives, relative adjective, classification, degree

Ключевые слова: прилагательное, качественные прилагательные, относительное прилагательное, классификация, степень

 

The mutual comparison of adjective in Azerbaijani and English.

Summary

The article informs the secularities of the adjective, its structure, and degrees in mutual in English and Azerbaijani. In this article the matter of the structure of this part of speech on the basis has been investigated materials of languages of different systems. The structural groups of simple, derivative and compound adjectives are being analyzed according to the materials of the two languages. The suffixes that take part in the formation of derivative adjectives are being looked through and productiveness and unproductiveness of these suffixes are being learnt. The Structural types of borrowing adjectives in the two languages are being investigated in the article.   

 

Виды прилагательных по составу в азербайджанском и

английском языках

Резюме

В статье рассматриваются виды частей речи по составу на материалах разносистемных языков. Структурные группы простых, производных и сложных прилагательных изучаются на материалах двух языков. В статье рассматриваются суффиксы, которые образуют производные прилагательные, а также изучаются структурные типы заимствованных прилагательных.

 

Rəyçi: prof. L.Əhmədova

 

 


Əliyeva Elmira

DİSKURSDA UNİVERSAL KONSEPTİN TƏQDİM OLUNMASINDA İSTİFADƏ EDİLƏN       LİNQVİSTİK   VƏ  RİTORİK VASİTƏLƏR

Freym termini təkcə koqnitiv dilçilikdə deyil,  sosial elmlər, telekommunikasiya, kompüter şəbəkəsi və s. bu kimi müxtəlif elm sahələrində işlənir. Bu terminin müxtəlif elm sahələrində işlənməsinə baxmayaraq, demək olar ki, onun mənası dəyişmir; ümumən sabit koqnitiv strukturu, hansısa informasiyanı daşıyan mental strukturu bildirir. Bu termin M.Minski tərəfindən geniş işlənmiş və o, freymi belə izah etmişdir:Insan yeni situasiyaları dərk etməyə can atır, adi şeylərə yeni yanaşma ilə yanaşır, yaddaşından bizim freym adlandırdığımız obrazları götürüb onun bəzi detallarını ona lazım olan vəziyyətə salır, onu dar sahədən götürməklə daha geniş sinfə və proseslərə aid edir. T. Van Deyk freym termini ilə yanaşı olaraq, biliyin situasiya modelini irəli sürür. Onun fikrincə, biz mətni o vaxt qavrayırıq ki, situasiyanı anlayırıq; bu xüsusilə sosial fəaliyyət sahəsinə aiddir.Bu mənada, süni intellekt sahəsində freym tədqiqinin xüsusi əhəmiyyəti vardır. Buna görə də müasir koqnitiv dilçilikdə freym tədqiqatlarına geniş yer verilir.Yuxarıda deyilənlərdən belə qənaətə gəlmək olur ki, freym strukturun öyrənilməsi dil materiallarının təhlilini asanlaşdırır. İnsan hansısa informasiyanı eşidərkən onun yaddaşındakı müvafiq freymlər ayrılır, hərəkətə gəlir, hansısa informasiyanın freym strukturu formalaşır. Ümumən, insan şüurunda freym-struktur məzmunca çox genişdir, burada bütün biliklər strukturlaşır .Bizi bu xüsusda,  linqvistik freymlər maraqlandırır. Mədəni freymlər insan həyatının mədəniyyətlə bağlı bütün anlayışlarını əhatə edir, dil də mədəniyyətlə bağlı olduğundan onun linqvistik tərəflərini də öyrənmək çox vacibdir. Linqvistik freym ayrıca freym - strukturdur  və insanın dil biliminin modelidir, məhz bu dil oyunlarını oynamağa imkan verir, müxtəlif səviyyələrdə dil vasitələrindən istifadə imkanı reallaşır. Bu məsələ koqnitiv dilçiliyin, psixolinqvistikanın, tətbiqi dilçiliyin, psixologiyanın prioritet tədqiqat sahələ­rindən biridir. Linqvistikada bu məsələninn kommunikasiya ilə bağlı tərəfləri öyrənilir.

 Deməli, bizim dünya haqqında biliklərimiz freym şəklində mövcud olur və freym-strukturda öz yerini tutur. Məsələnin bir qədər tətbiqi tərəfinə fikir versək, əgər kimsə xarici dil öyrənirsə, onun beynində yeni freymlər yaranır və bu əsasda yeni freym-struktur formalaşır, yaddaşa verilir. İnsan şüuru demək olar ki, mədəni estetik əsasda, emosionallıq çərçivəsində freymlərlə zəngindir.Mədəni freymlər içərisində linqvistik-ritorik freymlərin xüsusi yeri vardır. Koqnitiv dilçilikdə belə bir fikir mövcuddur ki, ətraf aləm, reallıqlar, hadisələr bizim beynimizdə konseptlər şəklində mövcud olur və konseptin də əsasında freym durur. Məlum olduğu kimi, metafora və metonimiyalar , ayrıca konseptlər əsasında mövcud olur, onların sistemindən yaranır, yəni freym formalaşır.

Bildiyimiz kimi, hiperbolalar məna şişirdilməsi, meyozis isə məna kiçildilməsidir. Hiperbolanın mədəni freym kimi metafora ilə çox yaxınlığı vardır: bəzən bu məqamları bir-birindən ayırmaq çətinləşir. Koqnitiv metaforaların meydana gəlməsi insanın qeyd olunan assosiasiyaları tuta bilmə qabiliyyəti ilə bağlıdır. C. Jacoff və T.Conson qeyd edirlər ki, metaforalar hələ insanların linqvistik duyuma qədərki təsəvvüründə - şüurunda dərin kök salmışdır. Onların fikrincə, insanların konseptual sistemi metaforikdir; hətta biz özümüz də hiss etmədən də gündə çoxlu sayda metaforalardan istifadə edirik, yəni metaforikləşmə dünyanı dərketmə xüsusiyyət­lə­rin­dən biridir; bunun da əsasında dünyanın müəyyən xüsusiyyət və hissələrə bölün­məsi, kateqoriallaşması dayanır. [ 4.s. 256] Za­manla bağlı metaforik proyektləşmə çox dəqiq xarakter daşıyır.Son zamanlar müasir üslubiyyatın problemləri ətrafında elmi maraqlar və diskussiyalar kontekstində dildə üslubi təzahürlərin praqmatikasına diqqətin artması müşahidə olunur. Bu zaman nəzər diqqəti daha çox cəlb edən məhz ritorik irsin onilliklər ərzində üslubiyyat tərəfindən uğurla mənimsənilən cəhətidir. Praqmatik aspektdə dil üslubunun kommunikativ məqsəd­lərə çatmaq üçün marker­lənməmiş dil vasitələrindən istifadə edilməsinə, həmçinin üslubi təhlilə daha geniş kontekstualamillər spektrinin cəlb edilməsinə, xüsusi dil qurumlarının öyrənil­məsinə ən ümumi şəkildə aidliyi var. Əminliklə demək olar ki, mətnin təhlilində üslubi çaları hesab edilən hər şey eyni zamanda dildə istifadə praqmatikasına  da aiddir. (1, s. 67) Linqvistik praqmatika isə öz növbəsində dilçiliyin üslubiyyat, ritorika, funk­sional üslublar nəzəriyyəsi, nitq fəaliyyəti nəzəriyyəsi kimi bölmələrinə əsaslanır.Bu pro­ses­də koqnitiv məna ümumi mənadan metaforik mənanın motivləşməsi xarakteri daşıyır ki, bu da əvvəldə izah etdiyimiz kimi obraz-assosasiya səviyyəsində həyata keçir; mənanın motivləşməsi, daha doğrusu onun metaforik düşünülməsi yeni strukturunu-freym, prototo­piksituasiya və ssenarini ifadə edir.Koqnitiv sistemdə metaforaların modelləşməsi böyük izahedici gücə malik olmaqla dil fenomeni kimi metaforanın bağlı olduğu linqvistik fenomenləri əhatə edir.C. Lakoff və T.Conson qeyd etdiyi kimi metaforiklik insan təfəkkürünün ayrılmaz tərkib hissəsidir. Hər bir mədəniyyət daşıyıcısında etnik xüsusiy­yətləri özündə təcəssüm etdirən metaforalara rast gəlinir. Bir çox dilçilərin də etiraf etdiyi kimi, ən böyük praqmatik relevant problemlər kompleksini məhz danışan subyektə müraciət birləşdirmişdir. Nəzəri baxımdan bu üst-üstə düşmənin əsas mənbəyi, görünür, bir elmi fənn kimi üslubiyyatın formalaş­masına başlanğıc vermiş  Ş. Ballinin linqvistik konsepsiyasıdır. M.Bleck  tərəfindən işlənmiş interaksionist istiqamət bir sıra nəzəriy­yə­lərdə, o cümlədən,  E. Mak­kor­makın  (mədəni-koqnitiv aspektin əlavə edilməsi hesabına genişləndirilmiş), D.Lör­lün  (praqmalinqvistik yönümlü interaksionist nəzəriyyələrinin bütün versiyala­rın­da, V.Köhlerin predikasiya nəzəriyyəsində, Q.Vaynrixin mətn nəzəriy­yələrində geniş təmsil olunmuşdur. <<Müqayisəli>> baxışa görə, metafora deyimi ona adekvat təş­bihlə əvəz edilə bilər. Substitusional nəzəriyyənin formalarından biri olan bu nəzəriy­yə müqayisə edilən predmetlər arasında oxşarlıq və ya analogiya məqamının olma­sını nəzərdə tutur. Substitusional nöqteyi-nəzərdən istənilən metafora ifadəsi ona adekvat qeyri-metaforaifadəsi ilə əvəzlənə bilər. Bu nəzəriyyə metaforanı yalnız söz ifadəsi ilə məhdudlaşdırılır, çünki burada metafora yalnız müqayisə bildirir. Metafora müqa­yisə ilə daimi qarşılıqlı əlaqədədir.Müəlliflərin çoxu metaforanın sıxılmış müqayisə olduğunda israrlıdır, bir qismi isə bu nöqteyi-nəzəri inkar edir.Metafora təşbihə söykənir, amma hər halda metafora sadəcə təşbih deyil. Klassik təşbih üç üzvlüdür, metafora isə ikiüzvlüdür. Bundan başqa metafora və təşbih fərqli məna gözləmələri doğururlar(6, s. 20) “Təşbih” və “metafora” anlayışları, fikrimizcə, yaxındırlar, lakin eyni deyillər. Metaforanı söz səviy­yəsində nəzərdən keçirən substitusional nəzəriy­yənin əksinə olaraq interaksionist nəzəriy­yədə o, kontekstdəki söz kimi nəzərdən keçirilməyə başlayır. İnteraksiya aralarında qar­şılıqlı əlaqə baş verən danışanın və qavrayanın olmasını nəzərdə tutur, yəni bu nə­zə­riyyənin adında və mahiyyətində praqmatik amil durur. Bir çox tədqiqatçıların fikrincə (Bleck və b.)  metaforanın substitusional nəzəriyyəsinin çatışmazlığı bundadır ki, ona məzmunsuzluğa yaxın qeyri müəyyənlik  xasdır. M.Blek oxşarlıq/ analogiya   termin­lərinin özünü doğrult­ma­masından  danışır. Müəllif hesab edir ki, metafora oxşarlığı ifadə etmir, məhz yaradır. Q.Kurz, Y.Nirad, E.Makkormak və b. bu fikirdədirlər.Metaforik mü­la­hizənin iki müxtəlif subyekti var-əsas və köməkçi.Blek bu subyektləri qlobal ob­yektlər kimi deyil, bitkin sistemlər kimi nəzərdən keçirir. Metaforalaşma mexanizmi əsas sub­yektə danışanın şüurunda köməkçi subyektlərlə assosiasiya edilən implikasiyalar sis­teminin əlavə edilməsindədir. İmplisit şəkuldə metafora sözündə əsas subyekt haqqında adətən köməkçi subyektə əlavə edilən mülahizələri ehtiva edir. Köməkçi mahiyyət sanki əsas mahiyyət haqqında təsəvvürlərin onun assosiativ sahəsindən keçirmiş kimi for­ma­la­şır. Bundan başqa, bu prosesdə metafora sintezi üçün kontekst çərçivəsinin yaratdığı re­levant cizgilərin metafora yaradıcısının fokuslaşdırması da iştirak edir .E. Makkormakın təd­qiqatı interaksionist nəzəriyyəyə əsaslanır.O. metaforanı yalnız sintaksis və semantika səviyyəsində sırf dil fonemi kimi deyil, həm də koqnitiv proses kimi nəzərdən keçirir. Sintaktik struktur və leksik məna arasındakı interaktiv proses ayrıca sözün müəy­yən­ləşdirir.

Metaforanın semantikası dilin səthini idrak sahəsi ilə birləşdirən interaktiv mexa­nizmdir. Metafora adətən bir-biri ilə əlaqələndirilməyən iki və daha artıq referentin olmasını nəzərdə tutan koqnitiv prosesin nəticəsidir ki, bu da semantik konseptual anomaliyaya səbəb olur. E Makkormak metaforanı mədəni kontekstdə təqdim edir, yəni metafora prosesi yalnız insan şüurunu, onun beyninideyil, həm də zahiri aləmi əhatələyir. Metafora, bir tərəfdən, cəmiyyətin ayrıca götürülmüş üzvünün uzun­müddətli yaddaşındasaxlanılan dil fondundan asılıdır. Digər tərəfdən, metafora həmin fona təsir edir ( 4.s.363). İnteraksionist istiqamətin digər nümayəndəsi D.Lörl hesab edir ki, metafora prosesi interaksionist nəzəriyyənin mövcud versiyalarında təmsil olunduğundan daha zəngin və rəngarəngdir .Bu proses, onun fikrincə, metaforanın kommunikasiyada yerinə yetirəcəyi koqnitiv və praqmatik funksiyaları verən metaforalaşma subyektinin məqsəd nəzərdə tutan intensiyasını ehtiva edir.Metafora problemi, bir tərəfdən, söz və cümlə və digər tərəfdən isə, deyimin mənası və ya danışanın mənası arasındakı münasibətlərə toxunur. Söz və ya cümlənin mənası söz və cümlənin özü-özlüyündə bildirdiyidir. Metafora mənası həmişə danışanın deyimi­nin mənasıdır.Bu kimi deyimlər metaforanı praqmalinqvistika baxımından təqdim etmək lazım olduğunu söyləməyə əsas verir, çünki o, danışanın niyyətini, onun adresata və ünsiyyət vəziyyətinə münasibətini nəzərdən keçirir. Metafora müxtəlif sintaktik formalarda; tam cümlələrdə, söz birləşmələrində,  kompositlərdə yarana bilər.Substitusional metefora nəzəriyyəsi ilə müqayisədə Köllerin predikasiya nəzəriyyəsi, fikrimizcə, müəyyən mənada tərəqqidir.

 Substitusional nəzəriyyə metaforanı sözün semantikası baxımından nəzərdən keçir­diyi halda, predikasiya nəzəriyyəsi cümlənin semantikasından çıxış edir və deter­minasiyanın köməkliyi ilə predikasiya strukturunu qurmağaçalışır ki, predmet və onun təyini ara­sındakı semantik uyğarsızlığı açıqlasın.Metafora cümlələri və siyuasiyaları metafora söz birləşmələrindən fərqli olan tamam başqa xüsusiyyətlərə malikdirlər. Q. Vaynrix meta­foranı təcrid olunmuş şəkildə deyil, onların məxsus olduqları obrazlı sahələr tərkibində öyrənməyin zəruriliyini göstərdi. Vaynrix vurğu­layırdı ki, obrazlı sahələr danışanın dil kompetensiyasında dilin səthində aktuallaşan virtual strukturlar kimi mövcuddurlar. Əksər hallarda obrazlı sahələr yenidən yaradılmır;onlar artıq dildə mövcuddur və onun daşıyıcı­larına müxtəlif mənbələrdən məlumdur. Müəyyən zaman kəsiyində müəyyən obrazlı sahələr istifadə olunur. Konkret mətnlərdə metaforalar tək-tək deyil, başqaları ilə qarşılıqlı əlaqədə çıxış edirlər ki, bu zaman obrazlı ayrıca metafora elementi, bir tərəfdən, özü-özlüyündə metafora kimi çıxış edir, digər tərəfdən isə başqa metaforaların interpretasiyası üçün kontekst olur.Vaynrix Metaforanı təcrid olunmuş söz kimi deyil, mətnin və ya mini mətnin bir hissəsi kimi nəzərdən keçirməklə bağlıöz nöqteyi-nəzərini müdafiə edirdi. Vaynrixin mətn semantikası sözün mətnlərdə konteksti deferminasiya etməsi müddəasına əsaslanır. Metafora kontekstdə olan sözdür və onun köməkliyi ilə elə deferminasiya olunur ki, əvvəlcə bildirdiyindən fərqli nəsə başqa şey bildirməyə başlayır. Vaynrixə görə, əks determinasiya edən kontekst qismində cümlənin, mətnin və ya həyat vəziyyətinin bir hissəsi çıxış edə bilər. Buna müvafiq olaraq Vaynrix metafora təhlilinin üç müxtəlif metodunu fərqləndirir; semantilk əlamətlərin təhlili kimi mikrometaforalaşmanı, kontekst və mətn metaforalaşmasını. Kontekst metafora­laşması mətndə metafora strukturlarının qavranmasını təhlil etməyə kömək edir, amma metaforanın mətn çərçivəsindən kənara çıxan mənasını əhatələmir. Mətn metaforalaşması isə mətnxarici vəziyyətin əks-determinasiya edən kontekst olduğu bütöv bir mətni metafora kimi nəzərdən keçirməyə imkan verir.( 6. s. 340).Sözün leksik mənası var, lakin söz təcrid olunmuş şəkildə deyil, mətndə, dildaxili və dil xarici kontekstdə işlədilir. Mətndə söz məzmunu məhdudlaşar və dəqiqlik, fərdiləşmə və konkretlik əlamətlərinə malik aktual məna meydana çıxır. Mətnin bütün element­ləri kontekstdə bir-biri ilə əlaqədə oluir və bir-birini determinasiya edir. Bu əks determinasiya zamanı meydana çıxan nəticə adi söz və metaforaların qarşılıqlı əlaqə­sin­dəkindən xeyli fərqlidir. Bunun səbəbi ondadır ki, kontekstlə metafora ifadəsi arasında əks determinasiya yaranırvə bunun da köməkliyi ilə kontekstlə metafora arasındakı semantik qarşılıqlı əlaqəni açmaq olar. Məhz belə qarşılıqlı əlaqə metaforanın keyfiyyəti olur və beləliklə o, adi sözlərdən fərqlənir.                                 

        

ƏDƏBİYYAT

  1. 1.Abdullayev A. Text, Meaning and Understanding: A communicate – cognitive approach, Alpha Print, University of Minnesota, USA, 1999.
  2. 2.Дэвидсон Д. Что означают метафоры? МЛ 1990. 410 с.
  3. 3.Чудинов А.П. Россия в метафорическом зеркале: когнитивное исследование        политической метафоры (1991-2000). Екатеринбург, 2001, 410 с.
  4. 4.Маккормак Э. Когнитивная теория метафоры // Теория метафоры – М: П.   1999, с.   81-85
  5. . Lakoff G. Johnson M. Metaphors we live by. Chicago. 1980.
  6. Kurz G. Pelster T. Metapher. Theorie und Unterricht. – Düsseldorf. Padagogicher Verlag Schwann, 1976 – 127 p.

Açar sözlər: metafora, nitq, proqressiya

Key words: metaphor, speech, progression

Ключевые слова: метафора, речь, прогрессия

 

Summary

Linguistic and rithoric devices for presenting universal concept  in  discourse

This article deals with the metaphor. The author emphasizes  its  role . Referring to the works of scientist that have been researched in this field of linguistics. She emphasizes the emergence metaphor    in text  linguistics. It is noted that this gives us more power to understand the communication proceess clearly and use the language more competently.

 

РЕЗЮМE

Лингвистические и риторические   факты   для   презентации  универсального консепта  в дискурсе.

В статье речь идёт о метафорe. Автор пытается раскрыть роль метафоры . Она ссылаясь на работы ученых исследовавших эту область лингвистики, а также подчеркивает ее важность в текстовой лингвистике. Отмечается, что эта дает воспоминать смысл текстов во время анализа еще более ясно, а также использовать язык в еще более разнообразном колорите.

Rəyci: dos. A. Əsədov

 

 

 

 


Ulfan Mirzəzadə

GENDERLƏŞMİŞ     METAFORALARA    DAİR   BƏZİ   QEYDLƏR

İngilis dilini professional məqsədlərlə öyrənən və Azərbaycanın аli və оrtа məktəb­lərində ingilis dilini tədris еdən və yа tərcüməçi, filoloq kimi fəаliyyət göstərən ali ixtisas məktəblərinin məzunlаrı  mətnləri, o cümlədən formal və qeyri-formal xarak­ter daşıyan  mətnləri, müаsir və klаssik ədəbiyyаt nümu­nələrini dinləyib öz münаsi­bətlərini, mövqeyini, fikir və ideyalarını bildirmək qаbiliyyətinə yiyələn­məlidirlər. Lakin qеyd еtmək lazımdır ki, hal-hazırda klаssik ədəbiyyаt nümunələrinə təsаdüfi hаllаrdа mürаciət olunur. Əksər hallarda ixtisası xarici dil olan fаkültələrdə ingilis dilini professional məqsədlərlə öyrənən tələbələr ingilis ədəbiyyаtının nümu­nələri olan və dünyа ədəbiyyаtının хəzinəsinə dахil еdilmiş əsərlərlə tanış deyillər, bəzən onlar həmin ədəbiyyаt əsərləri hаqqındа hеç bir məlumаta malik deyil. Onu da xüsusilə qeyd etmək lazımdır ki, klаssik ədəbiyyаt nümunələrində pеrsоnаjlаrın isti­fа­də еtdiyi nitq modelləri  bu gün istifаdə еdilən ingilis dilindən əhəmiyyətli dərəcədə fərqlənir. Bu bахımdаn klаssik əsərlərin  istifadə edilməsi tələbələrdə vərdişlərin inkişaf etdirilməsinə təsir göstərir. Müхtəlif səbəblər üzündən dəyişik­liklərə məruz qаlаn dаnışıq dilinin günün tələbləri səviyyəsində mənimsənilməsi üçün klаssik ədə­biyyаt nümunələri o qədər səmərəli olmasa dа, оnlаr dil fakültələri tələbələrinə dili dаşıyıcılаrının mədə­niyyəti, milli xarakteri, mеntаlitеti, оnlаrın düşüncə tərzi, yaşa­dıqları məkanda möv­cud olan müxtəlif ünsiyyət tərzləri ilə tаnış оlmаğа və оnu adekvat şəkildə bаşа düşmək imkаnını yaradır. Qеyd еdilməlidir ki, yaşadıqları milli-mədəni məkanda mövcud olan ənənələrə sаdiq оlаn dildaşıyıcılarının vеrbаl və qеyri-vеrbаl dаvrаnışı mənsubiyyəti ilə şərtləndirilir. Belə ki, klаssik ədəbiyyаt nümunələri ilə tаnışlıq dil fakültələrində təhsil alan tələbələrə dаhа mükəmməl şəkildə yiyə­lənmək üçün səmərəli şərait yaradır. Eyni zamanda, ixtisas dilində  klаssik ədəbiyyаt nümunələrinə üstünlük o qədər də səmərəli olmadığı səbəbindən müаsir ədəbiyyаtа, ingilis dilində həm sistem, həm də norma səviyyəsində müasir dövrdə baş verən tendensiyaları əks etdirən nitq parçalarına daha çox diqqət yetirilməlidir. Elm aləmin­dəki maraqlı anlayışlardan biri də metaforalardır. Metafora - bir əşya, varlıq və hadisəyə məxsus əlamətin başqa bir əşya, varlıq və ya hadisə üzərinə köçürülməsi yolu ilə yaranır.Metaforanı tapanda biz minimal və kompleks kontekst fərqləndiririk. Minimal kontekst bir sözdən ibarət olur.Əksər hallarda ifadənin metafora olmasını müəyyənləşdirmək üçün minimal kontekst yetərli olur.Kompleks kontekstə söz birləşməsi, cümlə və ya bir neçə cümlə daxil olur. Bilavasitə kontekst metafora, ondan əvvəl və ya sonra, bilavasitə yaxınlığında olan cümlələrdən ibarət olur. Hər bir metaforalı düşünülmüş deyim sözlərin işlədilməsi baxımından səhvdir, amma hər səhv deyim metaforalı deyil.  Metaforalı düşünülmüş deyimin metaforalı olması üçün o yalnız danışan tərəfindən metaforalı düşünülməməlidir, həm də dinləyən onun metaforalı düşünüldüyünü başa düşməlidir. (5,s.51) Beləliklə, metaforanın başa düşülməsi üçün praqmatik aspektin böyük əhəmiyyəti var.Vurğulamaq lazımdır ki, metaforanı sözün işlədilmə qaydaları və mənası kimi bilmirlər, onu məhz başa düşürlər.Bu pozuntu nə qədər bariz olarsa, metafora bir o qədər obrazlı və parlaq olar.Semantik uyğarsızlıq metaforanın başa düşülməsini stimullaşdırır, o, metaforanın siqnalı kimi fəaliyyət göstərir. Lakin M.T.Siseronin fikrincə, metafora, birincisi, leksik çatışmazlıqlar nəticəsində, yəni kommunikasiyanın praktik tələbatlarından yaranır.Bu halda metafora dilin lüğət tərkibinin kifayətqədər olmamasını kompensə edir. Belə metaforalar zəruri adlandırılmışdı və onlar leksikallaşmağa meyillidirlər. İkincisi, M.Sisero hesab edir ki, metafora dilin bəzəyi kimi yaranır. Metafora dekorativ funksiyanı yerinə yetirən söz olduqda, onun köməkliyi ilə fikir daha dəqiq, canlı, ifadəli və yığcam ifadə olunur. Kvintilian isə “Auslildung des Redners” (“Natiq­lərin təhsili”) adlı əsərində metaforanı ən vacib və ən gözəl məcaz adlandırır. O qeyd edir ki, məcaz nitqin gözəlliyi üçün ilkin təbii mənasından başqa mənaya köçürülmüş ifadələr və ya qrammatistlərin daha çox istədiyi kimi, ifadənin həqiqi olduğu yerdən onun həqiqi olmadığı yerə köçürülməsidir. Mənanın köçürül­məsinin məqsədi nitqin bəzədilməsidir. Bu bəzəmə adicə naxış deyil, o. koqnitiv və emotiv funksiya yerinə yetirir. Alman filosofu Hegel hesab edirdi ki, metafora ümumi təsəv­vürü dağıdır, yuyur, çünki o, təxəyyüldə haqqında söhbət gedənə aidiyyatı olma­yan mənzərələr doğurur. Hegelin sözlərinə görə, “metaforada nəsə iddialılıq var, çünki o, adı ilə barışmadan yaranır.” Beləliklə, dil özü öz fiqurları vasitəsilə dinlə­yiciyə psixi, emosional təsir vasitəsinə çevrilir. Bu baxımdan arqumentlərin inandılrıcılıq texnikası ilə yanaşı ritorik üsluba da xüsusilə diqqət yetirilməlidir. Əminliklə qeyd etmək lazım­dır ki, üslub və arqumentin mahiyyəti bir-birindən ayrılmazdır. Antik ritorlar nitq və təfəkkür fiqurlarına bərabərhüquqlu yanaşırdılar. Onların baxışlarına görə, üslub vacib arqumentativ məqamları gücləndirmək və bəzəmək üçün texniki vasitə idi. Ritorikada metaforaya onun məxsusi emosional təsirinə görə xüsusilə böyük diqqət ayrılır, çünki metaforalar nəinki emosional çalarlıq gətirir, onlar həm də məntiqi toxunulmazlığa dəymədən əqli qabiliyyətə bütövlük gətirir. Beləliklə, yerli-yerində istifadə edilmiş obrazlı ifadələr nitqə olan marağı artırır, dinləyici ilə effektli  psixoloji kontaktın təmin olunmasına, əqlini və hisslərini oyatmasına və nəticədə inandırıcı təsirin yaranmasına təkan verir. Meaforalar  içərisində   maraqlı  sahələrdən biri də  gender metaforasıdır.

GENDER METAFORASI - bu, nisbətən yeni anlayış kimi bir tərəfdən bədən metaforasının qeyri-tipik hadisəsi, digər tərəfdən isə, yalnız fiziki deyil, həm də qadınlıq və kişilik sözlərilə birləşdirilmiş bütün mənəvi keyfiyyət və xassələr məcmusunun cinslə heç bir əlaqəsi olmayan predmetlərə köçürülməsidir. Bu kate­qoriyalar təcrübə sferasından çıxarılan insan şüurunun təsnifedici fəaliyyətini əks etdirir. İki tip insanların - kişi və qadınların mövcudluğu metaforik müqayisənin bazası olan qadınlıq (feminlik) və kişilik (maskulinlik) fəlsəfi kateqoriyalarının adlandırılmasını motivləşdirmişdir: 1)    metaforanın   müqayisə bazası resipiyenti fəallıq (passivlik, intellekt), emosiyalar və s. kimi anadangəlmə verilmiş real xüsusiy­yətlərə aid edilmiş kişi və qadınlara yönəldir; 2)    metaforanın obrazlılığı onun bilavasitə cinslə əlaqədar olmayan müxtəlif növ obyektlərə münasibətdə istifa­dəsinə imkan verir: məsələn: kişi əməlləri, əbədi qadınlıq. Aydındır ki, belə hallarda konkret qadın və kişilərlə bilavasitə müqayisə aparılmır. Söhbət kişilik/qadınlıq terminləri ilə əhatə olunan əlamətlər kompleksindən gedir.Bu nominasiyaların meta­forikliyi heç də həmişə dil daşıyıcıları tərəfindən dərk edilmir. Bu isə, qadınlıq və kişiliyə aid edilən xüsusiyyətlərin real qadın və kişilərin keyfiy­yətləri ilə eyniləş­dirilməsinə gətirib çıxarır. Son zamanlar gender metaforası termini daha geniş istə­nilən metaforik köçür­mənin qeyd olunması üçün istifadə olunur. Bu isə, cins sözünün  gender  sözü  ilə  əvəzlənməsinin  ümumi tendensiyasını əks etdirir. Məsələn:man-hug, man-girlfriend, man-tourage, manbroidery, Iron lady ,queen be ,lady vamp, old boys pub,maiden tower, maiden land, the black widow spider (lures males into her web, mates, kills them).baby boy.

 Leksikologiyada metafora dilin lüğət tərkibini zənginləşdirilməsi üsulu kimi, metaforanın leksikalaşdırılması isə mühüm semantik proses kimi nəzərdən keçirilir. Poeziyanın əsasını təşkil edən metaforanın bədii üslubda daha mənalı və daha orijinal formaları mövcuddur.

 Metafora əsas nitq hissələri ilə ifadə oluna və cümlə üzvləri kimi işlənə bilər. Metaforada əşya və hadisələr arasındakı oxşarlıq dərəcəsi onun cümlədəki funksiyasına və ifadə olunduğu nitq hissəsinə görə fərqlənir. Belə ki, metafora təyin və ya xəbər rolunda olan söz, söz birləşməsi ilə ifadə olunduqda onu aydınlaşdırmaq çox asan olur. Hər hansı ədəbi parçada izahedici vahid olmadıqda müxtəlif hərəki fellərin yeniləşdirilməsi asanlıqla başa düşülmür. “İn the standing beams that streamed through the open window the dust danced and was golden. Burada toz hissə­ciklərinin hərəkəti yazıçının gözündə rəqs hərəkətinə bənzəyir və ona görə də iki istiqamətdə fikir yürütmək mümkündür: abstrakt və konkret (hərəkət-abstrakt; rəqskonkret). Bəzən zərflə ifadə olunan metaforada müəyyənləşdirmə prosesi çətin olur. “The leaves fell sorrowfully”. Burada tökülən yarpaqların təlaş içində olması bədənini və başını yelləyən insanın hərəkətləri ilə eyniləşdirilir. Əslində adi halda aralarında oxşarlığın sezilmədiyi bu iki hərəkəti yazıçı təxəyyülü eyniləşdirir. Yuxarıda göstərilmiş ədəbi parçalarda işlənmiş metaforalar orijinal metaforalardır. Orijinal metaforalara, əsasən, poeziya və mənzum nəsrdə rast gəlmək olur və onlar təkrar istifadə nəticəsində adiləşə bilir. Adi metaforalar isə zaman keçdikcə öz metaforik xarakterini itirmiş və adi dil vahidlərinə çevrilmişdir. “A ray of hope”, “floods of tears”, “a storm of indignation” və bu kimi ifadələr uzun müddətli metaforalardır və adi metaforalar kateqoriyasına aiddir. Adi metaforalar qəzet məqalələrində, elmi dildə ifadə vasitəsi kimi işlənir. Hər xalqın dilində özünəməxsus məcazlar sistemi mövcuddur. Azərbaycan poeziyasının nümayəndələri gözəl qadını, onun cizgilərini qızılgülə, laləyə, hind söz ustaları isə lotos çiçəyinə bənzədiblər. Bədii əsərlərdə metaforaların işlənməsi tərcümə işində müəyyən qədər çətinliklər yaradır. Orijinal əsərlərin tərcümə variantlarını təhlil edərkən bir-birinə uyğun gəlməyən fikirləri müşahidə etmək olar. Əgər hərfi məna ilə kontekst arasında uyğunsuzluq olarsa, metafora mənasının axtarışına başlamağa ehtiyac olur. Metaforanın deyilməsi və qavranılmasında yalnız mahiyyətlər arasındakı oxşarlıqlar deyil, eyni zamanda cəmiyyətin dili və mədəniyyəti haqqındakı biliklər böyük rol oynayır. Metafora onu işlədən və qəbul edən insanların malik olmalı olduğu ümumi, mədəni və praktik həyatı təcrübəyə ünvanlanır.Klassik ingilis poeziyasını nəzərdən keçirərkən biz onun orijinal metaforalarla zəngin olduğunu görə bilərik. Onlar daim öz həyatiliyini, parlaqlığını qoruyub saxlayır və bu cür metaforalara sonrakı dövrlərdə də müraciət olunur. Lakin bəzən Azərbaycan dilinin qafiyə quruluşu, tərcüməçinin üslubu baxımından metaforalar tərcümədə metafora olaraq verilmir və dildə obraz yaradan vasitələrdən biri olaraq bədii tərcümənin keyfiyyətinə müəyyən qədər təsir göstərir. When forty winters shall besiege thy brow And dig deep trenches in thy beauty's field. Burada “forty winters” Azərbaycan dilinə “qocalıq” kimi tərcümə edilmişdir. Qocalıq üstünə hücum edəndə Vaxt da gül üzündə qazacaq səngər.  Bayronun “Abidos gəlini” əsərində işlənmiş metaforalara nəzər salaq: The light of love, the purity of Grace, The mind , the Music breathing from her face!  Verilmiş şeir parçasında “The light of love” (the light of sun), “The purity of grace” (the purity of water) metaforaları Bayrona qədər işlənmiş və hətta danışıq dilinə keçmiş metaforalardır. Bunlar Bəxtiyar Vahabzadənin tərcüməsində konkret olaraq aşağıdakı şəkildə verilmişdir: Musiqi səslənirdi onun xoş nəfəsində, Çaylar nəğmə deyirdi onun titrək səsində.  Genderləşmiş metaforalardan danışarkən  qadın metaforaları daha diqqətcəkəndir.Gender metaforalarından istifadə  qadınların kişilərin həyatında daha güclü rola malik olduğunu  göstərir.Belə ki , metaforalar” transactional” və“ transhistorical”dır. Hələ Plato  V  əsrdə   Afinada   qadın     dominantlığını  metafora şək­lində   göstərmişdir. Bundan əlavə , “ mən qadın olsaydım” kimi  ifadə­lər qadın dominantlığından xəbər verir. Bunlar da zamanla genderləşmiş metaforaların yaran­masına səbəb olmuşdur.Nietsze   fəlsəfədə qadını  həqiqətin özü adlandırır.( Beyond Good and Evil )Bununla da , ən gözəl gender metaforasını təqdim edir.( The truth is woman) Yemək və içkilərin  qadınla müqayisə olunması   de rigueurin yemək yazı­larında uzun müddət başlıq olmuşdur. Bu cür  metaforalar  yazıçıları  daha yaradıcı  edir, onların  yazılarına   bir qədər  fərqlilik qatır,”devil-may-care”  siqnalı    deyilən    münasibət   yaradır.Yemək yazarları  qadın müqayisəli metaforalara müraciət edərək ,yazılarını cansıxıcı olmaqdan xilas edirlər. Bu da başa düşüləndir. Belə olduqda , onların yazılarının oxu dövrü uzun olur. Lakin sual yaranır. Nə ücün qadın və yemək­lər?  Və ya  genderin yeməklə müqayisəsi nə dərəcədə doğru səslənir? Cavab isə belədir: bu cür metaforalar güclü hisslər yaradır , uzunmüddətli  təssüratlar yaradaraq, həzzverici fəaliyyətlərə səhnə olurlar. Üstəlik də  satıcılar ücün müştəriləri cəlb etmək üçün  bundan asan yol yoxdur. Lakin burada əsas problem  qadın auditori­yası­nın müxtəlifliyidir. Belə ki , bəzən bu yazılar öz  ünvanını düzgün yaxalamır. Yemək yazılarında  müxtəlif arxitiplər mövcuddur: the femme fatale, the matron, the ingénue, the supermodel, the prima donna, the “it” girl.  Bu cür sözlər  qadınlar haqda  müəyyən  sual doğuran  fikirlər yaradır. Yemək yazarı  Bittermanın  yazısında qa­dınlar duz qabına bənzədilir. Bir dəfə yazılarında yemək yazarı    Lana  Del  Raydan üzr istəmişdir. Və eyni zamanda  digər yazarlardan  qadın metaforaları seçərkən daha diqqətli olmalarını qeyd etmişdir. Beləliklə, qadın metaforalarının  müxtəlif heka­yə­ləri vardır.Bulgary, Gucci, Prada and LVMH all scrambled for Fendi, which is owned by five sisters is famous for its <<Baguett>> handbag.(Bulgary, Gucci, Prada və LVMH brendləri, beş bacıya məxsus olan, genderləşmiş metaforadır. <<Baguett>> çantası ilə tanınan (məşhur) Fendi firməsına görə mübarizə aparırlar); Gianne Versace .....with his mother, brother and sister, he built a fashion empire that catapulted him to the astonishing riches. (Gianne Versacenin anası, qardaşı və bacısı ilə yaratdığı dəb imperiyası, onun inanılmaz dərəcədə varlanmağına böyük təkan  verdi.

 

ƏDƏBİYYAT

1.Дэвидсон Д. Что означают метафоры? МЛ 1990. 410 с.

2.Чудинов А.П. Россия в метафорическом зеркале: когнитивное исследо­вание  политической метафоры (1991-2000). Екатеринбург, 2001, 410 с.

3.Маккормак Э. Когнитивная теория метафоры // Теория метафоры – М: П.   1999, с.   81-85

4.  Lakoff G. Johnson M. Metaphors we live by. Chicago. 1980.

5. Kurz G. Pelster T. Metapher. Theorie und Unterricht. – Düsseldorf. Padagogicher Verlag Schwann, 1976 – 127 p.

6. Weinrich H. Semantik der kühmen Metapher // Theorie der Metapher. – Darmstadt: Wissenschaftikhe  Buchgelleschaft, 1983, 3217-330 p

Açar sözlər: metafora, nitq, proqressiya

Key words: metaphor, speech, progression

Ключевые слова: метафора, речь, прогрессия

 

Summary

   This article deals with the metaphor.    The author emphasizes  its  role . Referring to the works of scientist that have been researched in this field of linguistics. She emphasizes the emergence metaphor    in text  linguistics.

 

РЕЗЮМE

В статье речь идёт о метафорe. Автор пытается раскрыть роль метафоры . Она ссылается на работы ученых, исследовавших эту область лингвистики, а также подчеркивает ее важность в текстовой лингвистике.

 

RƏYÇİ : N. M. ƏLİYEVA

 

              


Mustafayev Fizuli Nəcməddin oğlu,

                                                          KİNO DİLİNDƏ  SONU  İKİ  SAMİTLİ  SÖZLƏRİN  İŞLƏNMƏ    MƏQAMLARI   HAQQINDA

       Filmdə tələffüz üslubu, ilk növbədə kinonun janrı, mövzusu, forması, məqsədi və danışan aktyorun fərdi danışıq xüsusiyyətləri, onun nitq mədəniyyətinə nə dərəcədə yiyələnməsi müəyyənləşdirilməlidir. Ümumiyyətlə, kinoaktyorun nitqi həm şifahi, həm də yazılı ədəbi dilin xüsusiyyətlərini əks etdirdiyinə görə burada ümumxalq danışıq dilinin müəyyən qanunauyğunluqları özünü göstərir. Adətən, biz müxtəlif şəraitdə müxtəlif cür danışdığımıza, sözləri necə gəldi tələffüz etməyimizə diqqət yetirmirik. Doğrudur, biz bəzən ünsiyyət zamanı hansı sözü seçmək qayğısına qalsaq da, onu necə tələffüz etməyin də fərqinə varmırıq.

       Biz bir qayda olaraq, məişətdə tez-tez danışır, vaxta və sözə qənaət etməyə çalışır, jestlərdən gen-bol istifadə edir, tələffüzümüzə o qədər də əhəmiyyət vermirik.

       Kino-filmlərdə isə belə deyildir. Ssenaridə yazılmış cümlələr, fikirlər aktyor tərəfindən elə bir ustalıqla tələffüz edilir ki,  o on illərlə tamaşaçının yaddaşından silinmir. Maraqlısı odur ki, kino dilində tez-tez işlənən sonu iki samitli və yaxud sonu cüt samitli sözlər filmin ahəngdarlığına yeni bir rəng qatır, keyfiyyət çalarlarını daha da zənginləşdirir. Ələxxüsus, aktyorun yüksək pafosla işlətdiyi sözlər.

           Dilimizdə sonu iki samitli sözlər beş yerə bölünür:

  1. Sonu “rd” samiti ilə bitənlər: mərd, dörd, yurd, kükürd və sair.

      Belələrindən sonra “h” samitilə və saitlə başlanan şəkilçi və yaxud söz gəldikdə, bu sözlərin sonundakı “d” yazıldığı kimi də deyilir.

                             Derlər uçan hərzəvü hədyan demə,

                            Güc gətirir dərd usana bilmirəm.

M.Ə.Sabir.[1,189]

     Lakin “h” samitindən başqa, bütün samitlərdən biri ilə başlanan şəkilçi və yaxud  söz gəldikdə, bu sözlərdəki “d” səsi deyilişdə “t” səsinə çevrilir.

                             Xalq razı olmasa bir hökmdardan,

                            Hakimi qurt kimi didəcək zaman.

S.Vurğun.[2,201]

      2.  Sonu “nd” samiti ilə bitənlər: and, bənd, nalbənd, səmənd, pəsənd, Mərənd, Dərbənd,  kənd,  Daşkənd, peyvənd, rişxənd, tünd, rind, hind və s.

      Belələrindən sonra da “h” samiti və saitlə başlanan şəkilçi və yaxud söz gəldikdə “d” səsi yazıldığı kimi də deyilir. Məsələn, kəndə, kənd həkimi, kənd evi, qəndab, tünd adam, and içmək. “H” samitindən başqa bütün samitlərin biri ilə başlanan şəkilçi və yaxud  söz gəldikdə “d” səsi “t” səsinə çevrilməklə bərabər, “n” səsi az eşidiləcək dərəcədə tələffüz olunur. Məsələn, (deyildiyi kimi verilir) kəntdən, kənt küçəsi, qəntdan, tünt çay, ant vermək.

                              Möhrünün altına girincə çahan,

                              Hökmünə verildi Hind, Həbəş, İran.

       A.Şaiq. [3,171]                                                                                                                    

    Lakin belə sözlər “adlıq” halında olanda yazıldıqları kimi də deyilməlidir:

                                  Ondan danışdıqca hər oba, hər kənd,

                                 Gah təəssüf etdi, gah da məzəmmət.

                    (N.Gəncəvinin “Leyli və Məcnun” poemasından)           [6,97]

       “Kənd” sözünü qafiyə xatirinə adlıq halında “kət” şəklində demək yaramaz.

        Əruz vəzninin bir çox bəhrlərində yuxarıdakı kimi sonu “rd” və “nd”  ilə bitən sözlərdən sonra samitlə başlanan şəkilçi və yaxud söz gəldikdə, vəzn tələbincə ahəng qanunu əsasında bir sait səs artırılıb deyilir:

                   Nalədəndir ney kimi avazeyi-eşqim bülənd,

                   Nalə tərkin qılmazam, ney tək kəsilsəm bənd-i-bənd

                                                                                                          

                  (Misralar “Leyli və Məcnun” televiziya filmindən)       

                                                                                                   Füzuli.[4,103]                                                                                                                                                                                                                                                         

        Bu parçalarda, deyiliş qaydasına əsasən, “bənt-bənd”, “tünt-sudan”, “dərtdən”, “rintlər” demək lazım gəlirkən, vəzn tələbincə yuxarıda qeyd etdiyimiz kimi, müəyyən saitlər artırılıb “d” ilə deyilir.

        Yuxarıdakı kimi “d” ilə bitən sözlərdən sonra cəm şəkilçisi “lər”, “lar” və düzəltmə isim və sifət  şəkilçiləri: li, lı, ləmək, lamaq, ləşmək, lü, lik və s. gəldikdə, həmin şəkilçilər yazıldıqları kimi də deyilir:

          Y a z ı d a                                                    D e y i l iş d ə

           Dərdli                                                             Dərtli

           Bu qaydalara uyğun yazılış və deyiliş formalarına “Böyük dayaq”, “Babamın babasının babası”, “Qərib cinlər diyarında”, “Nəsimi”, “Natəvan”, “Od içində”, “Arşın mal alan”, “Bakıda küləklər əsir”, “Çətirimiz buludlardır”  filmlərinin ssenarilərində rast gəlmək olur.

       3. Sonu “st” samiti ilə bitən: dost, dəst, şəst, süst, dürüst, üst və bütün “pərəst”, “ist” şəkilçilərilə bitən sözlərdən sonra “h” samiti və saitlərdən hər hansı biri ilə başlanan şəkilçi və yaxud söz gəldikdə, bu sözlər yazıldıqları kimi də deyilir. Məsə­lən: dostum, dürüst adam, xalq artisti, dost olmuşam, dost-aşna. Samitlə başlanan şəkilçi və yaxud söz gəldikdə, belə sözlərin sonundakı “t” səsi deyilişdə düşür. Məsələn:

               Y a z ı d a                                               D e y i l i ş d ə

                Dostdan                                                      Dosdan

         Aşağıdakı misallar deyildiyi kimi verilir:

                          Hərcayi sözüylə incimə dosdan                Aşıq Ələsgər. [5,123]

                                                                                    

            “Şt” ilə bitən sözlər də bura daxildir:

                         Dünyaya yayıldı bu xəbər, həmən,

                         Ki, bir huri gəlib yerə behiştdən               Nizami. [6,89]

                                                                                      

             Lakin, belə sözlər “adlıq” halında olanda yazıldığı kimi deyilməlidir:

                         Mənə dost olmaqdan ümidini kəs,

                        Mən büt sındıranam, sənsə bütpərəst.

                              (Nizaminin “Leyli və Məcnun” poemasından).                            [6,105]

      “Bütpərəst” sözü qafiyə xatirinə “bütpərəs” şəklində deyilə bilməz. “Atları yəhərləyin”, “Ağ atlı oğlan”, “Bəyin oğurlanması”, “Biz qayıdacağıq”, “Cavid ömrü”, “Cavad xan”, “Ev”  filmlərində yuxarıda adları çəkilən şəkilçilərin deyiliş qaydalarına tez-tez rast gəlinir.

      4.”Xt” samitləri ilə bitən sözlərdən sonra (vaxt, taxt), eləcə də “kt” samitləri ilə bitən  sözlərdən sonra (akt, antrakt)  xəbər şəkilçisi və çıxışlıq şəkilçisi gəldikdə, belə sözlərin sonundakı “t” səsləri deyilişdə düşür. Daha doğrusu “t” səsləri düşməklə bərabər, xəbər və çıxışlıq şəkilçilərinin “d” səsi “d” ilə “t” arasında deyilir.

                    Y a z ı d a                                                  D e y i l i ş d ə

                     Vaxtdan                                                       Vaxdan

            “St” və “xt” samitlərilə bitən sözlərdə, əruz vəzninin bir çox bəhrlərində (“rd”, “nd” samitlərilə bitən sözlərdə olduğu kimi) özlərindən sonra samitlə başlanan şəkilçi və yaxud söz gəldikdə, ahəng qanunu əsasında bir sait artırılıb deyilir:

            Ey məh mənimlə dost-u-ları düşmən eylədin,

           Düşmən həm eyləməz bu işi kim, sən eylədin.

        (“Ver sözə ehya ki, televiziya filmindən)                      Füzuli. [7,109]                                                                                                              

        5. Sonu iki müxtəlif samitlə bitən sözlər öz növbəsində iki yerə bölünür: Birincisi: bərk, börk, sərt, pərt, ilk, mülk, qərb, şərq, həbr, zərb, nərd, şərt, hirs, xalq, nırx, qırx, tərz, dərz, hərf, qəlb və s. sözlərdir ki, belələrindən sonra xəbər şəkilçisi cəm şəkilçisi, çıxışlıq şəkilçisi və düzəltmə sifət şəkilçisi gəldikdə bu sözlər yazıldıqları kimi də deyilir. Məsələn: xalqdan, şərqli, zərbdən, bərkdir, pərtlik, şərtlər, qərbdən, hərfdən, qəlbdən və s.

       Belələri əruz vəzninin bəzi bəhrlərində yuxarıda qeyd etdiyimiz şəkilçiləri qəbul etdikdə, vəzn tələbincə bu şəkilçilərdən əvvəl “i”, “ı” saiti artırılaraq deyilir. Məsələn:

                      Cəhd eylə sən ancaq nəzəri xalq-ı-da pak ol

                      Məxluqu inandır!

                                                                                      M.Ə.Sabir.[1,88]

       İkincisi əmr, nəfs, rəsm, nəsr, həzm, rəhm, əks, köks, elm, nitq, film, hökm, qütb, ləfz, şəhd, şəxs, cəhl, sülh, məşq, eşq, rəmz, cürm, lütf, müşk, köşk, dəhr, zövq, cövr, dövr, vəsl, sərv, cəbr, qürb, irq və s. sözlərdir ki, belələrindən sonra xəbər, cəm, çıxışlıq və sair şəkilçilər gəldikdə, ahəng qanunu əsasında deyilişdə bu şəkilçilərdən əvvəl hər zaman bir sait səs artırılaraq deyilir:

                        Y a z ı d a                                                   D e y i l i ş d ə

                          Elmdən                                                     Elm-i-dən

       Lakin, bu sözlərdə artırılan saitlər çox qısa deyilir.

       Əslində bir hecalı olub, iki heca ilə deyilən məsələn: ətir, cilid, zehin, izin, zü­lüm, nəzir, qəbir, səbir, qədir, Misir, tifil, fikir, ömür, möhür, sətir, isim, cisim, şeir, feil, fəsil, nəsil, təbil, xeyir, eyib kimi son hecasındakı iki yanaşı samitin sonuncusu cingiltili olan sözlər də, yazıda olduğu kimi deyilişdə də iki samitin arasına ahəngə uyğun bir sait artırılır və bu sözlərdən sonra çox vaxt saitlə başlanan şəkilçi və yaxud söz gəldikdə belələrinin ikinci hecalarının saiti (yazıda olduğu kimi) deyilişdə də düşür. Məsələn: “eyibdir”, “eybi yoxdur”, “dörd fəsil”, “yaz fəsli”, “səbirsiz”, “səbr elə”.

                               Yaxşı bir işsə də eyib gizlətmək,

                               Dost dostun eybini söyləsin gərək.

                                                                                                                                                 Nizami. [6,71]

       Sonu cingiltili samitlə qurtaran elm, nitq, fəxr kimi bəzi sözlər müstəsna olaraq bir heca ilə deyilir.

        Toxum, şəhər, zəhər və qəhət sözləri indi dilimizdə hər bir halda bir şəkildə işlə­nir. Lakin kinossenarilərdə  bunların da yuxarıdakı qayda üzrə dəyişildiklərinə rast gəlirik.

                           Toxm əkməyə dehqanları neylərdin, ilahi?!

                                                                                         M.Ə.Sabir. [1,93]

           Yuxarıdakı sözlər xüsusi isim bildirirsə, onlar heç bir halda dəyişilməz.

            Ağız, bəniz, burun, boyun, oyun, könül, beyin, qarın, alın, qayın, ovuc, oğul, nağıl, ağıl, abır, naxış,  bağır kimi sözlər də yuxarıdakı iki heca ilə deyilən kəlmələrə aid deyiliş qaydasına tabe tutulurlar.

           Birinci hala:

                      Könül ta var əlində cami-mey təsbihə əl vurma

                     Namaz əhlinə uyma, onlar ilə durma-oturma.

        (“Ver sözə ehya ki” televiziya filmindən)                        Füzuli. [4,62]

                     Könlüm açılır, zülfi-pərişanını görcək,

                      Nitqim tutulur  ləli-dürəfşanını görcək.

       (“Leyli və Məcnun” televiziya  filmindən)                         Füzuli. [7,115]

       Aşağıdakı sözlərin son gecasındakı iki samitin sonuncusu kar samit olduğu üçün, yazıda olduğu kimi deyilişdə də heç bir sait artırılmır: Şəxs, nəfs, lütf,  əks,  hərf,  dərs.                                                                                                                                                                                                                 

       Heyif və sinif sözləri isə müstəsnadır.“Böyük dayaq”, “Bir cənub şəhərində”, “Mehman” (“Qanun naminə”), “Dəli Kür”, “Torpaq. Dəniz.Od. Səma”, “Dörd bazar günü”, “Qızıl uçurum”  filmlərində yuxarıda qeyd edilən şəkilçilərin dəyişilməsinə kifayət qədər rast gəlmək mümkündür.

       Beləliklə, spesifik nitq şəraiti yaradan kino dilin tətbiqinin yeni sahəsi kimi çıxış edir (bunu, xüsusilə 2015-16-cı illərdə çəkilmiş bədii və televiziya filmlərinə şamil etmək olar). O, sözün xüsusi vasitələrlə qarşlıqlı əlaqəsini və xüsusiyyətlərini üzə çıxarır, böyük ekranda yazılı və şifahi ədəbi dilin sintezini, məna konteksti yarat­mağın üsullarını, fikri, mənanı ifadə etməyin spesifik qaydalarını nümayiş etdirir.

    

 ƏDƏBİYYAT:

1.M.Ə.Sabir Hophopnamə. Bakı, 1962.

2.S.Vurğun. Seçilmiş əsərləri. II cild. Bakı, 1962.

3.A.Şaiq. Əsərləri. Bakı, 1960.

4.M.Fizuli. Qəzəlləri. Bakı, 1952.

5.Aşıq Ələsgər. Qoşmalar. Bakı, 1949.

6.N.Gəncəvi. Leyli və Məcnun. Bakı, 1960.                                                                                                                             

7.M.Fizuli. Leyli və Məcnun. Bakı, 1964.

          FİLMLƏR

1.”Leyli və Məcnun”. Telefilm.

2.”Ver sözə ehya ki.” Telefilm.

3. “Leyli və Məcnun”. Azərbaycankinofilm.

 Açar sözlər: iki samitli sözlər, deyiliş qaydaları, filmin janrı, yazılış qaydaları.

Ключевые слова: слова с двумя согласными, правила произношения, жанр кино, правописание.

Keywords:  words with paired consonants, pronunciation rules, cinema genre, orthography.

                                                   

SUMMARY

       The article deals with the use of the words with paired final consonants in the language of cinema. Here the author considers orthoepic norms and principles of harmony in the use of words with paired consonants in the film actors speech. The deviations found in the actors pronunciation are observed as well. 

.

РЕЗЮМЕ

     Представленная статья посвящена случаям употребления слов с двумя согласными на конце в языке кино. Здесь рассматриваются орфоэпические нормы и принципы законы гармонии о использовании слов с двумя согласными в речи киноактёра. Отмечаются также отклонения,  встречающиеся  в произношении

киноактёра.

 

RƏYÇİ: dos. L.Ələkbərova


Aygül Azər qızı Qurbanova

`“DƏDƏ QORQUD” DASTANLARININ SAMƏT ƏLİZADƏ MƏTNİNDƏ

SOYLAMALARIN SEÇİLMƏSİ

Məqalədə “Dədə Qorqud” dastanlarının Samət Əlizadə mətnində “soylama”larınseçilməsi zamanı rast gəlinən problemlərə aydınlıq gətirilir və qeyd olunur ki, “Kitabi-  Dədə Qorqud”un digər mövcud nəşrlərində olduğu kimi Samət Əlizadə mətnində də  “soylama” kimi verilməli olan bir çox parçalar mətnin nəsr hissəsindən fərqləndirilmir, həmçinin üzərində “soylama” formulu verilən bəzi nəzm parçaları da “soylama”nın tələblərinə cavab vermir.

 Problemi həll etmək üçün konkret prinsiplərə əsaslanmaqla dastan mətnində “soylama”ların hüdudlarını müəyyən etmək lazımdır.

Məsələnin qoyuluşu. “Kitabi-DədəQorqud”un elmi-tənqidi mətnini hazırlayıb nəşr etdirən qorqudşünaslarımızdan biri də Samət Əlizadədir. Digər mövcud nəşrlər sırasında Samət Əlizadə mətni öz elmi çəkisi ilə seçilsə də, həmin nəşrlərdə rast gəldiyimiz bir sıra problemlər Samət Əlizadə mətnində də qarşımıza çıxır.

İşin məqsədi.Məqaləmizdə “Dədə Qorqud” dastanlarının Samət Əlizadə mətnində “soylama”ların müəyyən olunması ilə bağlı rast gəlinən mübahisəli məqamlara aydınlıq gətirmək istəyirik. 

Samət Əlizadə dastan mətnində, əsasən, “soylamış, görəlim, xanım nə soylamış” formulundan sonra gələn, həmçinin “aydır” felindən sonra verilən nəzm parçalarını “soylama” kimi müəyyənləşdirərək mətnin digər hissələrindən fərqləndirmişdir. Lakin o da “Dədə Qorqud”un digər naşirləri kimi bir sıra hallarda dastan mətnində müəyyənləşdirdiyi “soylama”larla eyni xüsusiyyətlərə malik parçaları “soylama” kimi verməkdən çəkinmişdir. Bunun da başlıca səbəbi “soylama”ların dastandakı hüdudlarının müəyyən olunmaması ilə bağlıdır. Şübhə yoxdur ki, “KDQ boylarında nəzm və nəsr nə qədər qarışıq olsa da, oğuznamələrin söyləyicisi ozan yerdə qalan mətnlərdən “soylama”ların seçildiyinin fərqindədir. Buna görə də mətndə: “...Soyladı...Soylama. Aydır” (D-13) tipli ifadələrə də rast gəlinir.”(1, 301). Nəsrdən şeirə keçid üçün istifadə edilən belə formullar sayca çoxdur.” (2, 89). Tədqiqatçı Əfzələddin Əsgərin də yazdığı kimi, “mətni nəşrə hazırlayan tərtibçi-mətnşünaslar sintaktik paralelizmin komponentlərinin asan müəyyənləşən hissəsini seçib şeir partiyaları şəklində verir və bu işdə, əsas etibarilə, “soylamış, görəlim, nə soylamış” formulu onların dadına çatır. Məlum olduğu kimi, oğuznamələrdə qəhrəmanların öz hiss və duyğularını ifadə etdikləri müraciətlər bu formuldan sonra verilir.” (3, 176). Lakin “mənzum parça anlayışının çərçivələrindən kənara çıxan” (1, 301) “soylama”ları təkcə bu formulların müəyyənləşdirdiyini demək də doğru deyildir. Çünki boyların əksəriyyətində, daha dəqiq desək, dastanın yeddi boyunda (“Dirsə xan oğlu Buğac xan boyu”, “Salur Qazanın evinin yağmalandığı boy”, “Baybörənin oğlu Bamsı Beyrək boyu”, “Qanlı Qoca oğlu Qanturalı boyu”, “Qazılıq Qoca oğlu Yeynək boyu”, “Bəkil oğlu İmran boyu”, “Uşun Qoca oğlu Səyrək boyu”)kifayət qədər nəzm parçaları vardır ki, mətnin nəsr hissələrindən fərqləndirilməmişdir. Halbuki, həmin parçalar da “soylama” formul­llarından sonra verilən nəzm parçaları ilə həm məna, həm də quruluş etibarilə eyni xüsusiyyətlərə malikdir. Bununla yanaşı, “nəsri də nəzm kimi səslənən” (4, 377) dastanda elə “soylama”lar da vardır ki, nəzm parçası kimi verilməsinə baxmayaraq, üzərində “soylama” formulu verilməmişdir. Sadaladığımız  problemlərə aydınlıq gətirmək üçün dastanın hər bir boyuna ayrı-ayrılıqda nəzər salaq.

Dastanın birinci boyu olan “Dirsə xan oğlu Buğac xan boyu”nda (5, 24)“Görürmisin, Dirsə xan, nələr oldı?” (5, 28), “Qalqubanı, Dirsə xan, səniñ oğluñ yerindən uru durdı” (5, 28), “Biz səniñ oğluñı necə gətürəlüm?” (5, 29) komponentləri ilə başlanan hissələr Samət Əlizadənin dastan mətnində “soylama” kimi müəyyənləşdirdiyi digər parçalarla eyni xüsusiyyətlərə malik olsa da, araşdırıcı həmin hissələri nəsrlə vermişdir.Bununla yanaşı birinci boyda “Salqum-salqum dañ yelləri əsdigində” (5, 24;29) komponenti ilə başlanan və iki yerdə təkrar olunan nəzm parçasının üzərində “soylama” formulu verilməsinə baxmayaraq həmin parça “soylama”nın tələblərinə cavab vermir.

“Salqum-salqum dañ yelləri əsdigində

Saqallu bozac turğay sayradıqda,

Bədəvi atlar issin görüb oqradıqda,

Saqalı uzun tat əri bañladıqda,

Aqlı, qaralı seçilən çağda,

Qalın Oğuzuñ gəlini-qızı bəzənən çağda,

                            Köksi gözəl qaba dağlara gün dəgəndə,

Bəg yigitlər-cılasınlar bir-birinə qoyulan çağda” (5, 29)

Bildiyimiz kimi, “soylama”lar dastan qəhrəmanlarının bir-birinə müraciət etdikləri şeir parçalarıdır. Bu nəzm parçası isə ozanın dilindən auditoriyaya müraciətlə deyilən sözlərdir və üzərində “soylama” formulunun verilməsi də katibin yanlış müdaxiləsinin nəticəsidir.

Dastanın ikinci boyu olan “Salur Qazanın evinin yağmalandığı boy”unda (5, 37) “Ünüm añlañ bəglər, sözüm diñləñ bəglər!” (5, 37), “Bəglər, Qazanıñtövlə-tövlə şahbaz atlarını binmişüz” (5, 38), “Bilürmisin, qarındaşım Qaragünə, düşümdə nə görindi?” (5,40), “Qara bulut dedigiñ sənin dövlətiñdir” (5, 40), “Mənim avımı bozma, ləşkərimi dağıtma” (5, 40), “Ağzuñ qurısın, ana! Dilüñ çürisün, ana!” (5, 45) komponentləri ilə başlanan parçaları da araşdırıcı nəsrlə vermişdir. Halbuki həmin parçaların hər biri “soylama” kimi verilə bilərdi.

Dastanın üçüncü boyu olan “Baybörənin oğlu Bamsı Beyrək boyu”nda “Xan Qazan, necə ağlamayayın, necə bozlamayayın” (5, 52), “Yigit, yigit, bəg yigit!” (5, 53), “Baba, maña bir qız alı ver kim” (5, 57), “Əleykəssalam, Ay əməl azmış, feli dönmüş” (5, 58), “Biñ buğra gətürüñ kim” (5, 59), “Biñ ayğır diləyübdür kim” (5, 59), “Hey, mənim qırq yoldaşım!” (5, 64), “Mərə dəlü ozan! Məndən nə dilərsən?”(5, 72) komponentləri ilə başlanan parçaları da Samət Əlizadə mətnin nəsr hissəsindən fərqləndirməmişdir.

“Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”unda (5, 78)və “Duxa Qoca oğlu Dəli Domrul boyu”nda (5, 95) “soylama”ların müəyyən olunmasında hər hansı bir uyğunsuzluq yoxdur.

“Qanlı Qoca oğlu Qanturalı boyu”nda(5, 104)“Baba, mən yerimdən durmadın ol durmış ola!” (5, 104), “Oğul, sabah varub, öylən gəlmək olmaz” (5, 104), “Baba, yelisi qara Qazılıq atuma əyər salayım” (5, 105), “Yer kibi kərtiləyin, topraq kibi savrılayın” (5, 112), komponentləri ilə başlanan parçalar struktur-semantik baxımından mətndəki digər “soylama”larla eyni xüsusiyyətlərə malik olsa da, Samət Əlizadə həmin parçaları nəsrlə vermişdir. Həmçinin bu boyda “Hey qırq eşim, qırq yoldaşım!”(5, 107) və “Qalqubanı, Selcan xatun, durduğıñda” (5, 116) komponentləri ilə başlanan “soylama”lar  nəzm parçası kimi verilsə də, həmin parçaların üzərində hər hansı bir “soylama” formulu verilməmişdir.

                “Qazılıq Qoca oğlu Yeynək boyu”nda (5, 119)Yeynəyin yuxusunu danışdığı hissə (5, 121)“soylama” olsa da, araşdırıcı həmin parçanı mətnin nəsr hissəsindən fərqləndirməmişdir.

                “Basatın Təpəgözü öldürdüyü boy”unda (5, 125) “soylama”ların müəyyən olunmasında hər hansı bir mübahisəli məqama rastgəlmədik. 

                “Bəkil oğlu İmran boyu”nda (5, 135)“Bəg yigidim, qalabalıq yağı gəlsə, qayıtmaz idiñ” (5, 138), “Qalqubanı yerüñüzdən uru duruñ” (5, 138), “Mərə geyimim gətürüñ, oğlum geysün!” (5, 140), “Mərə kafir sən məni bilməzmisin?” (5, 142) komponentləri ilə başlanan parçaların hər biri “soylama” olsa da, Samət  Əlizadə mətnində həmin hissələr nəsrlə verilmişdir.            

                “Uşun Qoca oğlu Səyrək boyu”nda (5, 145) “Mərə qavat qızı, mən qılıcıma doğranayım” (5, 148), “Qız sən maña bir yıl baqğıl” (5, 148) komponentləri ilə başlanan parçaları da Samət Əlizadə mətnin nəsr hissəsindən ayırmamışdır. Halbuki həmin parçalar araşdırıcının dastan mətnində müəyyənləşdirdiyi “soylama”larla eyni xüsusiyyətlərə malikdir.

                “Salur Qazanın dustaq olduğu və oğlu Uruzun onu xilas etdiyi boy”unda (5, 154) və dastanın sonuncu boyu olan “İç Oğuza Daş oğuzun dönük çıxması və Beyrəyin öldüyü boy”unda (5, 164) hər hansı mübahisəli məqama rast gəlmədik.

                Ümumilikdə, dastanın yeddi boyunda “qədim poetik arxitektonikanın qalıqlarının qorunub saxlanıldığı” (6, 1) “soylama”ların müəyyən olunması zamanı rast gəlinən uyğunsuzluqlar və mübahisəli məqamlar onu göstərir ki, mətnşünas bu nəzm parçalarını müəyyənləşdirərkən hər hansı bir prinsipə əsaslanmamışdır. Buna görə də boylardakı bir çox nəzm parçaları “soylama” kimi verilməli olduğu halda mətnin nəsr hissəsindən fərqləndirilməmişdir. Qeyd etdiyimiz ki, bu problemlə təkcə Samət Əlizadə mətnində deyil, “Dədə Qorqud” dastanlarının digər mövcud nəşrlərində də qarşılaşırıq.

                İşin elmi nəticəsi. Problemi həll etmək üçün ilk növbədə “sinkretizm xarakterli” (7, 308) abidə olan “Dədə Qorqud” dastanlarındakı nəzm və nəsr parçalarının hüdudlarını müəyyən etmək, dastan mətnindəki “soylama”ları konkret prinsipə əsaslanmaqla boylardakı nəsr hissələrindən və həmçinin digər nəzm parçalarından fərqləndirmək lazımdır.                            

İşin elmi yeniliyi. “Dədə Qorqud” dastanlarının Samət Əlizadə mətnində “soylama”ların müəyyən olunması zamanı rast gəlinən problemlərə ilk dəfə olaraq bu məqalədə geniş şəkildə aydınlıq gətirilmişdir.

İşin tətbiqi əhəmiyyəti. “Kitabi-DədəQorqud”da “soylama”ların öyrənilməsində istifadə oluna bilər.

 

ƏDƏBİYYAT

  1. Dədə Qorqud  Kitabı. Ensiklopedik lüğət. Bakı, “Öndər nəşriyyat”, 2004, 368 s.
  2. Vəliyev Kamil. Linqvistik poetikaya giriş (epik mətnin təhlil təcrübəsi). Bakı, ADU-1989, 100 s.
  3. Əfzələddin Əsgər. Oğuznamə yaradıcılığı.Bakı, “Elm və təhsil”, 2013, 340 s.
  4. Əzizxan Tanrıverdi. “Kitabi-Dədə Qorqud”un söz dünyası. Bakı, 2006, 471 s.
  5. Kitabi-Dədə Qorqud. Əsil və sadələşdirilmiş mətnlər. Bakı, “Öndər nəşriyyat”, 2004, 376 s.
  6. http://dede.musigi-dunya.az/s/soylama.html
  7. http://www.motifakademi.com/Makaleler/1804433251_306-314.pdf

Açar sözlər: Samət Əlizadə, “Dədə Qorqud” dastanları, “soylama”, nəzm, nəsr

 

ВЫБОР «СОЙЛАМАЛАР» В ТЕКСТЕ САМЕТА АЛИЗАДЕ ИЗ ДАСТАНОВ «ДЕДЕ ГОРГУД»

РЕЗЮМЕ

                В статье рассказывается о том, как разьясняется суть проблемы выбора «сойламалар» в тексте Самета Ализаде из дастанов «Деде Горгуд». Отмечается то, как и в существующих изданиях «Китаби-Деде Горгуд» и в тексте Самета Ализаде представленные как «сойламалар» во многих отрывках текстов не отличается прозаичностью, а также некоторые прозаичные отрывки представ­ленные формулой «сойлама» не отвечает всем требованиям «сойламалар».  

                Чтобы решить данную проблему, надо опираясь конкретным принципам, в тексте дастана определить пределы «сойламалар».

                               Ключевые слова: Самет Ализаде, дастаны «Деде Горгуд», «сойлама», поэзия, проза

               

 

CHOOSING “SOYLAMA”S ON SAMAT ALIZADA ARTICLE OF DADA GORGUDDASTAN”S

SUMMARY

Problems encountered while choosing “soylama”s are being clarified on the Samat Alizada article of “Dada Gorgud dastan”s and being stated that like other available publications of “Kitabi-Dada Gorgud” lots of pieces which must be given as “soylama” are not being differentiated on prose section of the article on Samat Alizada article. Some poetry sections which “soylama” formula is being given on them do not meet the requirements of “soylama”s.

In order to solve the problem borders of “soylama”s must be identified by relying on the concrete principles.

Key words: Samat Alizada, “Dada Gorgud dastan”s, “soylama”, poetry, prose

 

RƏYÇİ: dos. S.Abbasova


Rəhmanova Suqra

S.VURĞUNUN “AYGÜN” POEMASININ LEKSİK-QRAMMATİK

XÜSUSİYYƏTLƏRİ

S.Vurğun həmişə böyük  ideallar, böyük duyğular və arzularla yaşamış, sənətini də bu idealların tərənnümünə həsr etmişdir. Bu poeziyanın əsas mahiyyəti və ən  üstün cəhəti, şübhəsiz onun müasirliyindədir. Şairin yaradıcılığı xalqımızın keçmişini, bu gününü və gələcəyini əks etdirən nəhəng güzgüyə bənzəyir. Bu güzgüdə xalqın sevinci də, kədəri də, xəyalı da, arzusu da, hissi də, düşüncəsi də, həyatı da, folkloru da müəyyən ölçüdə öz əksini tapmışdır.

Bu böyük yaradıcılığın  müxtəlif sahələrinə aid bir çox elmi-araşdırma əsərləri və kitablar yazılmışdır. Monoqrafiya, məqalə, dissertasiya, yaxud ədəbiyyat tarixi oçerklərində S.Vurğun yaradıcılığının ayrılıqda bu və ya digər problemlərinə toxunulmuş, lakin şairin yaradıcılığını külliyyat halında tədqiq etmək bir məqsəd kimi müəlliflər qarşısında durmuşdur.

S.Vurğun elə sənətkarlardandır i, o, bədii yaradıcılığın yalnız sırf praktik məsələləri ilə deyil, həm də ümumən ədəbiyyatın mühüm nəzəri problemləri ilə yaxından məşğul olmuşdur. S.Vurğun yaradıcılığının əsas problemləri onun nəzəri mülahizələrinin işığında təhlil edilmişdir.

Füzuli şeirindəki obrazlar silsiləsinin ecazına heyrət etdiyimiz qədər, Səməd şeirindəki sadəliyə, səmimiyyətə axıcılığa və ürəyəyatımlığa məftun oluruq. Füzuli divan ədəbiyyatının, klassik şeirimizin ən böyük örnəklərini yaradıbsa, Vurğun xalq ruhuna, xalq ədəbiyyatına söykənən bir sənətin örnəklərini yaratmışdır. ən qədim zamanlardan bu iki qol şairlərimiz üçün ədbi qaynaq olmuşdur.

Vurğun sənətinin kökü xalqın bağrında, azərbaycan torpağındadır. Buna görə də onun misralarında yarpız ətri, bülbül cəh-cəhi, Azərbaycan çörəyinin dadı-duzu var.

Demək, Vurğun sənətinin gücünü, qüdrətini, nüvəsini, mənsub olduğu xalqın həyatına, məişətinə, folkloruna, bir sözlə kökünə bağlılığında aramalıyıq.

Budur, əsl sənət, budur əsl söz! Xalqdan sənətkara, sənətkardan xalqa! Bu yolu tapanlar xalqdan əks-səda ala bilir.

Vurğun sənəti xalq torpağından boy atdı, əsrin ən qabaqcıl ideyalarından bəhrələndi və bu iki amilə əşrə də zəmanəsini böyük sənətkarı oldu. Ədibin “Aygün” poeması əsasən ailə-məişət mövzusunda yazılmışdır. Lakin ailə-məişət məsələlərinin fonunda şair sosialist əməyindən, bu əməyin xarakterləri belə dəyişmək qüdrətindən danışır. Belə ki, əsərin ilk fəsillərində zamanın tələblərindən geri qalan, dövrlə səsləşə bilməyən xudbin və qısqanc Əmirxan əsəsrin sonunda əməyin qüdrətilə dəyişir, yenidən tərbiyə olunur.

Epik planda geniş həyati lövhələr əsasında yazılmış “Aygün” öz xarakteri etibarı ilə obrazların tərənnümünə həsr olunur, şz fərdi xüsusiyyətləri ilə obrazlar göstərilir, həyatın eniş-yoxuşundan keçir və onların xarakteri ilə həyat yollarında  müəyyənləşir. Burada şair, qəhrəmanlarının daxili aləmini, onların psixoloji sarsıntılarını, həyəcanlarını göstərmək yolu ilə getmişdir.

“Aygün” real həyati vəziyyətlər, konkret süjet və xarakterlər əsasında yazılan bir əsərdir.

Mənim Aybənizim, mənim qız balam,

Hünərdə, namusda Aygün olaydı.

Müəllifin Aygün obrazına xüsusi məhəbbəti vardır. Oz qızı Aybənizi Aygün ağılda, Aygün ismətdə görmək istəyir.

Aygün hələ soyunmamış toy paltarını,

Hələ şaddır, bəxtiyardır dünyalar qədər.

Salamlayıb gözəl ömrün xoş baharını

Günəş ilə bir oyanır evdə hər səhər.

Müəllifin bu nümunədə leksik tərkibi müasir dilçilik nöqteyi-nəzəzrindən sırf milli mənşəli leksik vahidlərə istiad edir. Canlı xalq dilinə söykənir. Beytlər qrammatik baxımdan nəqli cümlələri səciyyələndirir. Sadə geniş cümlələrdir. Leksik-qrammatik söz qruplarından (isim, sfət, fel, feli sifət, feli bağlama, zərf, say) müəllif dilində məharətlə, ustalıqla istifadə olunmuşdue.

Sintaktik biçim, söz sırası şeirin vəznindən (heca) irəli gələrək fərqlənir. Bu da şer arkitektonikası üçün təbiidir. Sintaktik baxımdan I, III növ təyini söz birləşmələrinə rast gəlinir (toy paltarını, ömrün xoş baharını).

Elə o yay institutu bitirənləri

Nazir özü danışığa dəvət elədi

Ata kimi danışdırıb hər bir nəfəri,

“Səadət də, gələcək də sizindir” dedi.

Bu nümunədə isə müəllif xalq dilinin təşnəliyindən irəli leksik vahidlərlə şerin dilini daha da sevimli və ürəyəyatan edir. Həqiqətən, müəllif qələminin sərrast yaradıcılıq xüsusiyyətlərindən irəli gələn nəticədir ki, sözlərdən, milli mənşəli leksik vahidlərdən ustalıqla istifadə olunmuşdur.

Müəllif qələmində Azərbaycan dilinin milli əsaslar üzərində təşkili  prosesində  morfoloji norma ilə sintaktik normaların  dialektik əlaqəsi güclənir -  sintezinin yükşəlişi qrammatik normanın daxili vəhdətini daha ardıcıl təmin edir.

Canlı danışıq sintaksisinin ədəbi-bədii dilə gətirilməsi üzərində işlənməsi və normativ hadisəyə çevrilməsi müəllifin böyük xidmətlərindən biridir.

Nümunədə subyekt və predikatın ifadəçiləri olan iki qütbün varlığı və bu qütblərin predikativ əsasda birləşməsi iki vahidin (mübtəda və xəbərin) sintezindən ibarət olub nitqimizi təşkil edən cümlələr fərqləndirilir.

Məqsədə və intonasiyaya görə təsriflənən cümlələr (nəqli, sual, əmr, nida) müəllif yaradıcılığı üçün səciyyəvidir. Leksik-qrammatik söz qrupları müvafiq qrammatik əlamətləri ilə tam diferensial qaydada əks olunur.

Uşaq zəkalıydı, alnı ay kimi,

Sevgidən gəlmişdi onun tərkibi.

Hər şeyi dinləyir, danışmaq istər,

Yanında bir söhbət açılsa əgər,

O da böyükləri andıran halla

Qarışar söhbətə min bir sualla

Sən də o səhnədən ilham alardın,

Qəlbini saz kimi tutub çalardın.

Uşağa  ünvanlanan bu nümunə  leksik xüsusiyyətlər  etibarilə ana dilimizin saf dilini saz tək titrədir. Epitetlərə müraciət olunur (ay kimi, saz kimi). Frazeologiya müəllif dilinin rövnəqli olmasını bir daha sübut edir. Frazeologiya – Sevgidən gəlmişdi onun tərkibi.  Frazeologiya – Qəlbini saz kimi tutub çalardın.

Frazeografiya cümlənin tərkib hissələrini bir daha aciqlayır. Necə deyərlər, uşa­ğın qəlbinin sevgidən kök salması leksik tərkibdən  maraqlı, bütün şerinə dilinə xoş təsir bağışlayar xüsusiyyətlərlə nəzəri cəlb edir. Leksik tərkibdəki bu xüsu­siy­yətlər  Azərbaycan dilinin bütün incəliklərini müəllif dilinə hopduraraq onu daha  oxunaqlı edir və ya uşağı səciyyələndirən bu canlı misralar “qəlbi saz kimi dilə gətirir”.

Real  insani sevgi tərənnüm olunur, gah da məhəbbətdən, saf duyğulardan geniğ fəlsəfi bir kateqoriya kimi söhbət açılır. Hər iki halda uşağa məhəbbətin tərənnümü müəllifin humanizmi, fikir sərbəstliyi ilə bağlıdır. Göründüyü kimi, poetik fikirin aydınlığı və yığcamlığı, sözə qənaət, canlı xalq dili və məxsus məcazlar sistemindən məharətlə istifadə S.Vurğunun söz sənətkarlığının əsasını  təşkil edir. Sintaktik keyfiyyət leksik-qrammatik  söz qrupları ilə əlaqələnərək dil elementlərinin sxematizmini tamamlayır..

Azərbaycan ədəbi dili Azərbaycan dilinin əsas lüğət fondu arasında yaxınlıq ümumiləşir, danışıq leksikasının ədəbi dilə maksimum nüfuz etməsi ilə əlaqələndirir. ədəbi dilin əsas lüğət fonduna möhkəm təması, ana dilinin saflığının qorunması dilinin obrazlı təşnəliyindən  yaranan zəmin müəllif yaradıcılığını rəngarəng edir.

Dünya böyük, şəhərlər çox – bilirik biz,

Şöhrət tapır hər şəhərin baş küçəsi.

Daşqın olur gah gündüzü, gah gecəsi

Bəzən şaşır izdihamda diqqətimiz

Göz alışır, könül doyur bəzən ondan,

Onun qədri o qədər də bilinməyir.

Lakin uzaq bir  səfərə gedən zaman, xatirəsi yadımızdan silinməyir.

Qəribədir insanların təbiəti,

Nə qədər ki, ilahi bir hüsn ilə sən

Bir ölkədə, bir şəhərdə, bir yerdəsən.

Sən ondakı o müqəddəs şeriyyəti

Qəlbin kimi sevsən belə, yenə hərdən

O ülviyyət qacıb gedir nəzəzrindən

Lakin ondan ayrıldığın zamanlarda

Bu həsrətlə sığmayırsan yerə, göyə,

Ürək adlı yanğın qopur insanlarda.

Həmdəm deyə, övlad deyə, vətən deyə

Dinlə mənim mehribanım, gözəl Bakı!

Leksik yolla sözlərin əmələgəlmə prosesinin mahiyyəti ondan ibarətdir ki, yeni əmələ gələn leksik vasitələr hazır bir şəkildə dilə daxil olur. Yeni leksik vahid onun tötətdiyi həm məzmun, həm də forması etibarilə uzaqlaşır, yeni məzmunlu, yeni formalı müstəqil bir söz kimi təşəkkül tapır.

Müəllifin müşahidəsi sırf bədii  vəzifələr üzərində mərkəzləşir. Müəllifin dil xüsusiyyəti morfoloji təhlilə uyğun şəkildə özünəməxsus qaydada ardıcıllıqla sadalanır. əsas və köməkçi nitq hissələrinin daxili əlaqəsinin qanunauyğunluq şəklində baş verdiyi nəzərə çatdırılır.

Sintaksisdə üslub tendensiyaları formalaşır. Söz birləşmələri və cümlələrin düzəltmə mənalarını, sintaktik formaların ifadə etdiyi mənaları öyrənən normativ xüsusiyyətləri təzahür etdirir. Sintaksisin iki mərhələsi – söz birləşməsi ilə cümlənin tədqiqat obyektləri fərqlidir, habelə bunlar müxtəlif üsullarla təsdiq olunur.

Söz birləşməsi ilə cümlə dilin biri digərindən asılı olmayan, lakin bir-biri ilə çox yaxından bağlı olan sintaktik vahidləridir. Cümlədə subyekt və predikatın  ifa­də­çiləri olan iki qütbün varlığı və bu qütbləri (mübtəda və xəbərin) sintezindən ibarət olub nitqimizi təşkil edən cümlələr bir-birindən fərqlənən müxtəlif məqsədlərlə işlədilir.

Məqsəd və intonasiyaya görə fərqlənən cümlələr (nəqli, əmr, nida) müəllif yaradıcılığı üçün səciyyəvidir. Müəllif yaradıcılığında ədəbi dilin əsasında xalq dilinə əsaslanan danışıq dili  sintaksisi dayanır, lakin buna baxmayaraq danışıq dilinə məx­sus lakoniklik “primitiv” mücərrədlik, təbii emosionallıq normada keyfiyyət faktına çevrilir. Şəxssiz cümlələrin stuktur – semantik diferensasiyası genişlənir, cümlənin daha yığcam formaları işlənir, nidanın sintaktik-semantik imkanları tədricən artır.

Sözdən tutmuş sintaksisə, mətnin texnologiyasına qədər obrazlılıq göstəriciləri faktlaşır, beləliklə, dildə obrazlılıq ən müxtəlif səviyyələrdə özünü göstərir. Variant­lıq həm fonetik, həm leksik, qrammatik normalarda ortaya çıxır. Norma planı funksional üslub baxımından diqqəti çəkir, başqa sözlə, normanın təkmilləşməsi ictimai dili təfəkküru üsulları vasitəsilə həyata keçirilir.

Sintaktik normadakı təbəddülat normanın özünün daxili tələbindən irəli gələrək mövcud ictimai təfəkkür tələbi ilə assosiativ-konkruktiv münasibətlərin hüdudu ilə müəyyənləşir. Müəllif qələmində dil normativliyi baxımından sabitləşən çeşidli cümlə konstruksiyaları intensivləşir.

Bədii yaradıcılıq fərdi xarakter daşıyır. Müəllifin üslub rəngarəngliyi orijinallığın fərdi yaradıcılıq keyfiyyətləri kimi fərdi üslubda təzahür etdirir.

İstər bədii yaradıcılığında, istərsə də elmi və nəzəzri məqalələrində S.Vurğun dünya klassiklərini böyük məhəbbətlə yad etmiş, onların sənətkarlığından, həyat ha­di­sə­lərini realistcəsinə əks etdirmək ustalıqlarından öyrənməyi məsləhət görmüşdür.

S.Vurğun ədəbi ənənələrə yiyələndiyinə görə, köhnəni bildiyinə görə yeni dövrümüzün yeni poeziyasının yaratdı, şzünü əsil novator şair kimi tanıtdı.

S.Vurğun nədən danışırdı danışsın, istər romantikadan, xəyaldan, istər həyatdan, realizmdən, müsbət qəhrəmandan, mənfi qəhrəmandan, istər  sənətdən və elmdən, onun bütün mülahizələrinin mərkəzində bunlar dayanır: böyük idrak, böyük ürək, uzaqgörən göz!

Dərinlik və genişlik! Qanad və vüsət!

S.Vurğun yaradıcıclığındakı vüsəti M.İbrahimov obrazlı şəkildə belə ifadə edir: “Siz ilk yaz yağışından sonra günəşin çıxmasını təsəvvur edin...

Ədəbiyyatımızın istedadlı şəxsləri içərisində mürəkkəb xalq həyatı və varlığının belə bir mənzərəsini yaradan sənətkar haqqında düşünəndə qeyri-ixtiyari olaraq. Xəyalımızda Səməd Vurğun canlanır”.

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

1.S.Vurğun. Seçilmiş əsərləri, III cild, “Şərq-Qərb”, Bakı, 2005

2.B.Vahabzadə. S.Vurğun. Bakı, Gənclik, Bakı, 1984

3.B.Vahabzadə. S.Vurğun. Azərbaycan Dövlət nəşriyyatı, Bakı, 1968

Açar sözlər:    ideal, sənət, müasirlik, folklor, oçerk

Ключевые слова:  идеал, творчество, новшество, фольклор, очерк

Key words:  ideal,  profession,  contemporarily, folklore, essay

 

XÜLASƏ

S.Vurğun bədii aradıcılığında, istərsə də elmi  və nəzəri məqalələrində dünya klassiklərini böyük məhəbbətlə yad etmiş, həyat hadisələrin realistlərini əks etdirmək ustalıqlarını öyrənməyi məsləhət görmüşdür.

S.Vurğun yeni dövrümüzün yeni poeziyasını yaratdı, özünü əsil novator şair kimi tanıtdı.

 

               

SUMMARY

S.Vurgun arhshc cration as well as secentyrc and teoretical papers paid tribate to world classcs with great love lige and larning sxills reflett realistically recommended.

S. Vurgun  neu modern new poetm crateco, was able to promate it selp as  innovator poet.

 

                   

Rəyçi: fil.üzrə f.,d. Hüseynova Ülviyyə


Rzayeva Sevinc

İ.A.BODUEN DE KURTENENİN LİNQVİSTİK GÖRÜŞLƏRİNƏ DAİR

İ.A.Boduen de Kurtenenin konsepsiyasının nəzəri və metodoloji prinsipləri Peterburq linqvistik məktəbinin yaranmasına və inkişafına təsirsiz ötüşməmişdir. Onun peterburqlu tələbələri arasında L.V.Şerba, Y.D.Polivanov, L.P.Yakubinski və b. adlarını çəkmək olar. Ümumilikdə “boduençilər” linqvistik tədqiqatları üçün dilin kollektiv təfəkkür prosesi kimi, dil fəaliyyətinin fasiləsiz proses kimi başa düşülməsi xarakterik əlamətdir. Onlar dilin sosial tərəfinə ilkin olaraq psixi aspektdən yana­şırdılar, yalnız 20-ci illərdə sosioloji yanaşma üstünlük qazanmağa başlamışdı. İ.P.Susova görə, “Bodu­ençilər” dil təfəkküründə şüurlu və şüursuz olanı, poetik və praktik nitqi ardıcıl şəkildə fərqləndirirdilər. Bütövlükdə dilə məqsədli yanaşma inkişaf etdirilmişdir ki, bu da sonradan Praqa linqvistik məktəbinin əsasını təşkil etmişdir. Dilin “kənardan” təsviri, yəni linqvistin onlar üzərində refleksiyası və “həmin dildə danışanların dil duyumu”dan çıxış etmək ideyası ardıcıl inkişaf əldə etmişdi. Tarixi və təsviri dilçilikləri fərqləndirən “boduençilər” sonuncuya üstünlük vermişlər” (1, s. 212).

İ.A.Boduen de Kurtene gənc qrammatiklərin metodologiyasını ilk tənqid edənlərdən biri idi.  Dil hadisələrinin analitik öyrənilməsinin - dildə tərkib hissələrin ayrılmasından ibarət yanaş­ma­nın əvəzinə, elementlər arasında əlaqələrin, yəni dil üçün xarakterik olan strukturların aşkar edilməsi gəlir və bu yanaşmanın əsas cizgiləri İ.A.Boduen de Kurtene tərəfindən cızılır. Məhz İ.A.Boduen de Kurtene XIX əsrin sonunda dildə və linqvistikada statika və dinamikanın (sinxron və diaxron) fərqləndirmənin nəzəri əsasını qoyur. Bununla yanaşı, İ.A.Boduen de Kurtene dilin dinamik aspektdən təhlilində sistem amilinin nəzərə alınmasını təklif edir ki, bu da sistemin elementləri arasında münasibətlərin formalaşmasına gətirib çıxaran ümumu şərtləri aşkar etməyə imkan verir.  

İ.A.Boduen de Kurtene linqvistik araşdırmalarında əsas diqqətini dil siste­minin fərdi danışıqda reallaşmasında baş verən proseslərə cəmləmişdir. Onun üçün real mövcud olan fərdi dil daşıyıcısıdır - “digər linqvistik və qeyri-linqvistik olanlarla birləşmiş tələffüz və eşitmə təsəvvürlərinin məcmusu kimi” fərdi psixika, fərdi dil mövcududr (2, s. 62). Onun fikrincə, milli dil “büt kimi idealda mövcuddur” (2, s. 36) özlüyündə elmi fiksiyanı təmsil edir. Bu meyar İ.A.Boduen de Kurtenenin ayrıca koövmmunikasiya aktının mexanizminə olan yüksək marağını izah edir. Məhz buna görə o, dili insanlardan abstarktlaşdırılmış dil kimi deyil, real varlıq, insanı dil təfəkkürünün daşıyıcısı kimi yanaşmağı təklif edir (2, s. 55).

Bununla yanaşı, dildə fərdi və ümumi olanın sarsılmazlığını “fərd də olan eyni zamanda həm də ümumbəşəridir” xüsusi qeyd edirdi. Bunun əsasında isə bütün fərdlərin pxisi xüsusiy­yətlərinin eyniliyi və sosiumun əlaməti kimi ümumilik dayanır. İ.A.Boduen de Kurtene səslərin sistem əlaqələrini, onların reallaşdıqları şəraiti nəzərə alınmadan təcrid olunmuş şəkildə öyrənilməsinin əleyhinə idi. O, səs qanun­larını müxtəlif, əksər hallarda isə ziddiyyətli amillərin çarpazlaşan hərəkətlərinin nəticəsi kimi qiymətləndirirdi. Onun fikrincə, dil sisteminin dil komponentlərinin sabit durumunu təmsil etdiyindən dil mexanizminin açılması, dil sisteminin təhlili üçün tarixi müqayisə metodu ilə müqayisədə statistik metod daha uğurla tətbiq edilə bilər.

Linqvistikada statik (sinxron) və dinamik (diaxron) planları fərqləndirən İ.A.Boduen de Kurtene onların fərqləndirilməsini belə şərh edir: “Dildə durğunluq yoxdur. Dilin statikası onun dinamikasının yalnız xüsusi halıdır (3, s. 349). Onun qənətinə görə, diaxron yanaşmalarda “dilin inkişafındakı iki real dövrün nəticələri qeydə alınır və davamında ayrı-ayrı səs kateqoriyalarının və bütövlükdə səs siste­minin hansı istiqamətdə hərəkət etdiyini müəyyən­ləşdirməyə cəhd edilir” (4, s. 13).

Təsviri metoda üstünlük verən İ.A.Boduen de Kurtene müqayisəli-tarixi metodun əhə­miy­yətini azaltmamaqla yanaşı, gənc qrammatiklərin fraqmentar tarixiliyini tənqid edərək di­axron tədqiqatlarda dilin sistem xarakterinin nəzərə alınmasını tələb edirdi. Onun bütün linq­vistik konsepsiyasına dil qanunlarına, dilin fəaliyyət və inkişaf mexanizminə psixoloji mexanizm vasitəsilə izah tapmaq sirayət etmişdir.Dil mexanizmini fərdin psixiloji fəaliyyəti vasitəsilə fəth etməyə çalışan İ.A.Boduen de Kurtene “nitq qabiliyyətinə malik və müəyyən linqvistik ümuma daxil olan fərdin sosial aspektini” qeyd edir (2, s. 64). Onun anlamında dil “büsbütün psixi-ictimai hadisədir” (2, s. 64).

İ.A.Boduen de Kurtene dünya dilçiliyində fonem nəzəriyyəsinin banisi kimi tanınır. O, fonologiyanın və ya “fonem nəzəriyyəsinin” və onunla sıx bağlı olan fo­netik alternasiyalar (əvəzlənmələr) nəzəriyyəsinin yaradıcısıdır. İ.A.Boduen de Kur­tene danışıq səsinin fiziki hadisə kimi təbiətinin dəyişkənliyi düşüncəsindən çıxış edir və onu sabit psixi təsəvvürlə qarşılaşdırır. Fonemə dil sistemilə şərtlənmiş dil dəyəri kimi yanaşan İ.A.Boduen de Kurteneyə görə, dil sistemində “semasiolo­jiləşmiş və ya morfolojiləşmiş” olan funksiyaya malikdir, o, yalnız dil faktı, linqvistik fakt hesab edilə bilər, istər söz sırası, intonasiya, səslər qrupu və ya ayrıca səs olsun, məsələn, (yumşaqlıq) və s.

İ.A.Boduen de Kurteneyə görə, “Dil əzələ və sinirlərin düzgün hərəkətinin eşidilən nəticəsidir” və ya “Dil ayrılıqda tələffüz olunan və xalqın duyğusu ilə (hiss edən və şüursuz olaraq vahidləri ümumiləşdirən bir kütlə kimi) bir bütövdə birləşən və eyni kateqoriyada həmin xalqın hamısı üçün vahid dil əsasında eyni növ anlayışına uyğun gələn müstəqil səslıərin və səslənmələrin məcmusudur” (3, s. 77). Buna çıxa­rışda isə oxuyruq: “Dil sözün ən ümumi mənasında insan orqanizminin funksiya­larından biridir” (3, s. 77).

Göründüyü kimi, İ.A.Boduen de Kurtene yaradıcılığının ilk mərhələsində fərd və xalq psixologiyasının təsiri altında olub. Lakin o, canlı dillərin öyrənilməsinə xüsusi əhəmiyyət verərək dildə səslə mənanın, forma ilə məzmunun mövcud əlaqəsini çox aydın dərk edirdi. Özü də bunlardan birincisi onu bütün ömrü boyu maraqlandırıb. Dil sistemini təhlil edən müəllif onda sinxron durğunluq vəziyyətində əlaqə və münasibətləri deyil, həm də həmin canlı dildə keçmiş və gələcəyin qatlarını kəşf edir. L.V.Şerbanın sözləri ilə desək, “Boduenin dialektik sinxronizmi bununla Sössürün son dərəcə statistik sinxronizmindən fərqlənir”  (6, s. 319).

Danışıq səslərinin fizioloji və akustik aspektlərdən öyrənən antropofonika və psixologiya ilə əlaqəli olan fonologiyanı fərqləndirir. İ.A.Boduen de Kurtene iki cür üzvlənməni – psixi (məna kəsb edən ) cümlələr, sözlər, morfemlər və fonemlər və fonetik (periferik vahidlər) heca və səslər fərqləndirir. Səsin psixi təsəvvüründə kinakemlər və akustemlər fərqləndirilir ki, sonralar bu praqalılar tərəfindən fonemin fərqləndirici əlamətləri səviyyəsinə qədər qaldırılır. İ.A.Boduen de Kurtene qeyd edir ki, morfem səslərdən yox, fonemlərdən təşkil olunmuşdur. İ.A.Boduen de Kurteneyə görə, dildəki səs dəyişmələri fonoloji (struktur-funksional) amillərlə şərtlənmişdir.

İ.A.Boduen de Kurtene Kazan məktəbinin yaradıcısıdır. Kazan məktəbinin əsas prinsipləri aşağıdakılardır: səs və hərfin dəqiq fərqləndirilməsi, sözün fonetik və morfoloji üzvlənməsi, dilin hazırki durumunda baş verən proseslərlə uzun müddət baş verən proseslərlə qarışdırılmasına imkan verməmək, qədim yazılı abidələrə yox, canlı dilə və onun dialektlərinə diqqət yetirmək, bütün dillərin elmi araşdırmaların bərabərhüquqlu obyekti kimi dəyərləndirilməsi və s.

1893-cü ildə alman dilində yazdığı “Dilin insanlaşması” məqaləsində o yazır ki, dil səsləri formalaşmış, bir-birilə qarşələqlə əlaqəyə girə bilən və müəyyən ardıcıllıqla səciyyələnə bilən səslərdir. Bu insan həyatında mühüm irəlləyiş idi. Dilin insanlaşmasının ilk mərhələsi idi. Dilin səs tərəfinin təkmilləşməsi daim davam edir. “Dildə, onun bütün hissələrində və hissəciklərində nə qədər fiziki cəhət olsa belə, təmiz psixi həyat qaynayır, qaynaya bilər” (3, s. 260). Elə burdaca İ.A.Boduen de Kurtene əlavə edir: “...insan dilindəki bütün sözlərin yeni-yeni mənalar ifadə etmək imkanı var” (3, s. 261).

İ.A.Boduen de Kurtene dildə üç cəhəti xüsusi qeyd edir: fonasiya – danışıq, sözlərin düyilişi; audisiya – eşitmə, deyilənin dərk edilməsi; serebrasiya – dilə aid olan hər şeyin qorunması, saxlanılması, götür-qoy edilməsi, təfəkkür.

Dünya dilçiliyi tarixində ilk dəfə fonetikada iki ayrı aspekt fərqləndirmişdir – antropofonika (səslərin akustik cəhətini və fiziologiyasını öyrənən aspekt) və psixofonetika (insan psixikasında səslərin təsəvvürünü, yəni fonemi öyrənən sahə). Sonralar bu aspektlər fonetika və fonologiya adlandırılmaqla yanaşı, onun davam­çılarından bəziləri hətta İ.A.Boduen de Kurtenenin terminologiyasını saxlamağa da çalışmışlar.

İ.A.Boduen de Kurtene 1895-ci ildə “Fonetik əvəzlənmələr nəzəriyyəsinə bir cəhd” əsərinə girişdə yazırdı: “Başlığa psixofonetika fəslinin əlavə edilməsi bir qədər qəribə görünə bilər. Lakin bununla göstərmək istəyirəm ki, mən dilçilikdə o istiqa­mətin tərəfdarlarındanam ki, onlar dildə, hər şeydən əvvəl, psixi amili əsas götü­rürlər” (3, s. 266). O, ilk dəfə dilin üzvlənməsində üfüqi (ərazi) bə şaquli (xüsusi so­sial) fərqləndirir. Jarqon və gizli dillərin öyrənilməsinə xüsusi maraq göstərir, ayrı-ayrı fərdlərin dillərinin reallığını etiraf edir, ümumxalq dilinin mövcudluğun qəbul etməkdən imtina edir. Dili “dünyagörüşünün və əhval-ruhiyyənin” alətikimi xarak­terisə edir. O, dili insanların antropoloji və etnoqrafik mənsubiyyətinin əsas əlaməti hesab edir.

Onun fikrincə, “fonem sözün bir dil daxilində korrelyativ, bir neçə dil sa­hə­sində isə korrespondent əlaqələrin təyin olunmasında bölünməz məlum fonetik his­sələrinin antropofonetik xüsusiyyətlərinin ümumiləşdirilmiş məcmusudur. An­tro­pofonetik nöqteyi-nəzərdən bölünməyən səs, fonetik nöqteyi-nəzərdən bölün­məyən fonem, morfoloji nöqteyi-nəzərdən bölünməyən isə morfemdir (3, s. 120). Həmin əsərin digər yerində isə fonemi“antropofonik xüsusiyyətlərin sadəcə ümu­miləşdirilməsi” kimi şərh edir (3, s. 122).

İ.A.Boduen de Kurtene XIX əsrin 90-cı illərindən fonemə abstrakt vahid kimi yanaşır. Lakin XIX və XX əsrlərin kəsişməsində fonemi qəti şəkildə struktur-dil abstarksiyası sahəsinə keçirir. Fonemlər artıq danışıq materialında birbaşa müşahidə olunmayan varlqılar kimi mövcuddurlar.Onun fikrincə, “fonem dilə münasibətdə akustik və fonasiya (tələffüz) təsəvvürləri ilə əlaqələnmiş eyni və vahid təəssüratların bütöv cərgəsindən yaranmış bölünməz, bütöv antropofonik obrazdır. Başqa sözlə desək, fonem eyni bir səsin tələffüzündən alınan təsəvvürlərin ruhda psixi birləşməsi yolu ilə yaranan vahid fonetik təsəvvürüdür. Fonemin vahid təsəvvürü ilə həm icra olunmuş və ya yerinə yetirilə biləcək fizioloji funksiyaların, həm də həmin fizioloji funksiyaların eşidilən və ya eşidilə biləcək nəticələrinin ayrı-ayrı antropofonik təsəvvürlərin məcmuyu ilə əlaqələndirilir. Fonem dil səslərinin vahid, daimi təsəv­vürləridir (3, s. 351-353).

 

Ədəbiyyat:

  1. Сусов И.П. История языкознания. M.: АСТ Восток-Запад, 2006, 295 с.
  2. Бодуэн де Куртенэ И. А. Фонетические законы // Избранные труды по общему языкознанию. М.: 1963, Т. II.
  3. Бодуэн де Куртенэ И.А. Избранные труды по общему языкознанию, т. I. М.: 1963
  4. Бодуэн де Куртенэ И. А. Обозрение славянского языкового мира // Избранные труды по общему языкознанию. М.: 1963, Т. I.
  5. И.А.Бодуэн де Куртенэ. Фонема //Избранные труды по общему языко­знанию.т. 1, -М.: Издательство Академии Наук СССР, 1963, с. 351-353) 
  6. Щерба Л.B. И.А.БодуэндеКуртенэ. Некролог, ИОРЯС, т. III, кн.1, 1930, стр. 315-317.
  7. Yadigar F. (Veysəlli). Fonetika və fonologiya məsələləri. Bakı: 1993, 192 s.

Açar sözlər:  dil, sistem, struktur, dinamika, statika, dil fəaliyyəti, fonem, morfem  

Ключевые слова: язык, система, структура, динамика, статика, языковая деятельность, фонема, морфема

Key words: language,system, structure, dynamics, statics, language activity, phoneme, morpheme

 

 

К лингвистическим взглядам И.А.Бодуэна де Куртенэ

Резюме

Данная статья посвящена изучению лингвистической концепции И.А.Бо­ду­эна де Куртенэ. В ней анализируется труды И.А.Бодуэна де Куртенэ, которые написаны им в разные годы. Подчеркивается, что Куртенэ внёс неоценимый вклад в науку о языке, он разрабатывал разные методы и теории развития языка, способствовал разделению его на особые системы. Рассмотрев основные по­ложения теории И.А. Бодуэна де Куртенэ, можно сделать вывод, что боль­шой вклад он внес в развитие лингвистики. Именно он раньше других сов­ременников отказался от господствовавших на всем протяжении XIX в. пред­ставлений о языкознании как чисто исторической науке, закладывая основы синхронной лингвистики. Бодуэна де Куртенэ выделил основные единиц языка (фонемa, морфемa) и выявил их свойств.

 

To the linguistic views of I.A Boduin de Courtenay

Summary

This article is devoted to the study of I.Boduin de Courtenay's linguistic concept. It analyzes the works of I.A Boduen de Courtenay, which he wrote in different years. It is emphasized that Courtenay made an invaluable contribution to the science of language, he developed various methods and theories of language development, contributed to its division into special systems. Having considered the main theories of I.A. Bodouin de Courtenay, we can conclude that he made a great contribution to the development of linguistics. It wash who, before other contemporaries, refused to dominate throughout the XIX century. Ideas about linguistics as a purely historical science, laying the foundations of synchronous linguistics. Bedouin de Courtenay singled out the main units of language (phoneme, morpheme) and revealed their properties.

Rəyçi: f.e.d., prof. F.Y.Veysəlli

 


Səmədova  Məlahət 

KÖK  SÖZ  YUVALARININ  SEMANTİK - FUNKSİONAL VƏ STRUKTUR     İNKİŞAFININ TƏDQİQİ  TARİXİNƏ  DAİR

Dil  bəşəriyyət tarixində insanların əldə etdiyi ən böyük nailiyyətdir. İnsanlar dil vasitəsilə qazandıqları təçrübəni nəsildən-nəsilə ötürür. Cəmiyyət dilin vasitəsilə inkişaf edir. Qeyd edək ki, sözün məntiqi və semantik tərifi belədir: söz müəyyən məfhum, anlayış ifadə edən  səslər  kompleksidir. (toplusudur).Sözə verilən bu tərif  hamı tərəfindən  qəbul olunmasa da, bu gün  ən az qüsuru olan məhz bu tərifdir. Burada bir məsələni də qeyd etmək lazımdır  ki, bir qayda olaraq dilçilər sözü  müxtəlif  cəhətdən tədqiq edirlər. Dil və onun daxili inkişaf qanunlarına cəmiyyətdə baş verən yeniləşmələr ciddi təsir göstərir. Bu yeniliklər dünyada, o cümlədən dilimizin lüğət tərkibində müxtəlif istiqamətlərdə  dəyişikliklər yaradır. “Dil ictimai bir hadisədir, o, cəmiyyətlə birlikdə yaşayır və inkişaf edir. İctimai-iqtisadi, siyasi əlaqələrin dəyişməsi, elm, texnika və mədəniyyət sahəsində arası kəsilməyən yenilik­lərin yaranması ilə əlaqədar olaraq, dildə yeni-yeni sözlər meydana gəlir. Dilin lüğə­tində daim bir dəyişmə, artma və zənginləşmə prosesi gedir.” Söz və cümlə hər bir dilin qanunları əsasında formalaşaraq fikir ifadə edir. Söz və cümlələrin əmələ gəlmə­sindəki qaydalar  hər bir dilin öz daxili inkişaf qanunlarına əsaslanır. Bu qaydaların müəyyən dərəcədə tarix boyu dəyişikliyə məruz qalması zaman-zaman müxtəlif  tədqiqatların obyekti olmuşdur. Cümlə və onun əlamətləri  tədqiqatçılar tərəfindən müxtəlif şəkildə izah edilmişdir. Söz yaradıcılığı qaydaları derivasiya prosesində düzəltmə sözlərin modelləşməsi xüsusiyyətlərini təsvir edir, bu prosesi daimilik, qeyri daimilik, produktiv, qeyri produktivlik baxımından xarakterizə edir, morfemlərin uyuşmasını və onların morfoloji dəyişmələrini göstərir, fonetik, morfoloji, semantik və praqmatik məhdudiyyətləri ifadə edir. Bu anlayışın söz yaradıcılığı nəzəriyyəsinə gətirilməsi söz yaradıcılığında sintez probleminin aydınlaş­dırılmasına doğru yönəlmiş bir addım kimi dəyərləndirilə bilər. Kubryakova, Uluxanov, Qinzburq, Miloslavski, Saxarniy və digər alimlərin əsərlərində ilk dəfə olaraq bu anlayış öz elmi təsdiqini tapmışdır. Hər bir dilin elmi cəhətdən öyrənilməsinin böyük əhəmiyyəti vardır. Köksöz yuvalarının tədqiqi  də  maraqlı tədqiqat sahələrindən hesab olunur və aktual sayılır.  Kök  söz  yuvalarinin  semantik - funksional və struktur     inkişafinin təd­qiqi  tarixinə nəzər saldıqda, aşağıdakı misallar təhlil baxımından maraq doğurur: (ımtal), -ımtraq, -sov, - ımsov, -soy, - raq,-   rək, -şin, - ısqal, - vari və s.(ağımtraq) - "аğ";  (acımtraq) -   "аcı" ; (sarımtraq) -  "sarı" ;   (qırmızımtraq)- (qırmızı) -  sözləri  Azərbycan dilində də işlənir. Türk dillərində  (ımtraq): (bəyazımtraq)- "(bəyaz)- ;  (ekşimtrek)-    "екsi " ;  (mavimtrak) , (mavi) ;(morumtrak) -(mor)  və s. Bu baxımdan     aşağıdakı  misallar da  diqqət çəkir:

1)"аl", "аllıq", "аllаnmаq", "аllаndı"" 2) "кöк" - "кöкəз" - "; "кökçin"- "кökla"; кökşin" кöküsckan" -  "göyərçin”.3)"qаrа "; "qаrаqu " , qаrаnqu" , "qаrаnquluq", "qаrаq"; "qаrаnqi" , "qаrаr" , "qаrаriq" ;  "qаrаrt" və s.  Derivat anlayışının düzgün izah edilməsi üçün onun morfoloji və söz yaratma strukturlarının münasibətlərini müəyyənləşdirmək lazım gəlir, morfoloji təhlil zamanı minimal sözyaratma vahidləri-morfemlər fərqlən­dirilir. Bu morfemlər derivatın formal hissəsi ilə tutuşdurulur. Bunun sayəsində də sözün strukturu yaradılmış olur. Söz yaradıcılığı təhlilinin məqsədi derivatla başlanğıc vahid arasında münasibətlərin yaradılması sayıla bilər. Bu da motivasiya mənbəyinin aşkar­lanmasına, derivatın strukturunda onun ifadə formalarının müəyyən edilməsinə xidmət edir. İki hissənin – başlanğıc və formant hissənin birləşməsində yaranan sözün yeni mənası söz yaradıcılığı mənası adlanır. Bu məna derivatın formant hissəsinin mənasi ilə müəyyən oluna bilər. Söz yaradıcılığı mənası formal ifadə olunmuş mənadır, bir qismi sözlərdə eyni formantla ifadə oluna bilər. Söz yaradıcılığı hadisələrinə onomasioloji yanaşmanın meydana gəlməsi və geniş yayılması ilə söz yaradıcılığı mənası mürəkkəb struktura malik məna kimi dəyərləndirilməyə başlanıldı. Yəni- yeni yaranmış sözün onomasioloji bazisi ilə onomasioloji əlaməti arasında yeni tip münasibətləri ifadə edən məna kimi. Rus dilçiliyində söz yaradıcılığı hadisələrinin təsviri tarixi çox qədim ənənələrə malikdir. Bu ənənələr Boduen de Kurtene, Fortsenatov və Kruzevskidən başlanır. Amma müstəqil sahə kimi söz yaradıcılığı nisbətən sonralar, XX əsrin 40-ci illərində öyrənilməyə başlanıldı. Müstəqil dilçilik fənni kimi isə söz yaradıcılığı XX əsrin 60-ci illərindən sonra qəbul edildi. Söz yaradıcılığının yeni nəzəriyyəsinin əsasları Pokrovski və Şerbanın əsərlərində qoyuldu. Smirnitski, Vinokur, Stepanova və Jirmun­ski və nəhayət Vinoqradov bu istiqamətin əsas davamçıları oldular. Vinoqradov söz yaradıcılığı ilə leksikologiya, digər tərəfdən söz yaradıcılığı ilə qrammatika arasındakı çox yaxın əlaqəni müəyyən etdi və dilçilikdə ilk dəfə olaraq söz yaradıcılığının dilçilikdə yeri barədə konstruktiv tezis irəli sürdü.  Vinokur isə elmi əsərlərində düzəltmə sözün xüsusiyyətləri barəsində mühüm fikirlər söylədi. Bu dilçi-alim düzəltmə sözün xüsusi məna – söz yaradıcılığı mənasi daşıyıcısı olduğunu da ilk dəfə vurğuladı. Söz yaradıcılığı nəzəriyyəsinin formalaşması prosesi bir neçə mərhələdən keçmişdir. Bu mərhələlərin hər biri bu və ya digər yanaşmaların ön plana çəkilməsi ilə xarakterizə olunur. Birinci yanaşma morfoloji yanaşmadır. Morfoloji yanaşma zamanı sözün yaranmasında minimal yaranma vahidi morfem götürülür. Bu mərhələdə söz yaradıcılığı ancaq morfologiyanın bir istiqaməti kimi araşdırıldı.

Dilin daxili quruluşunu və mahiyyətini tədqiq etməyə istiqamətlənmiş dilçilik elmləri sahələrindən biri də qrammatikadır. Əslində qrammatika dedikdə, ilk növbədə fonetika, morfologiya, sintaksis nəzərdə tutulur. Bu üç sahənin qrammatika termini altında birləşməsinin əsası ondan ibarətdir ki, onlar dilin daha çox funksional məsələləri ilə məşğul olur. Hazırda dilçilik elminin səviyyəsi elədir ki, qrammatika termini yalnız morfologiya və sintaksis şöbələrini əhatə edir. Deməli, dil haqqındakı müasir təsəvvür qrammatikanın əhatə dairəsini yalnız sözlərin dəyişməyi və birləşməsi qaydalarının fəaliyyət göstərdiyi sahə ilə sərhədləndirir.  Fonetika isə  dilcilik elminin  bir sahəsi kimi  dil səslərinin əmələ gəlməsini, onların fiziologiyasini, bir-birinə münasibətini,keyfiyyət və kəmiyyətini,nitq prosesindəki funksiyasını, keyfiyyət və kəmiyyətində baş verən  dəyişikliklərin səbəb və təbiətini öyrənən bir sahədir. Fonetika umumiyyətlə ,səsdən deyil, ancaq danışıq səslərindən bəhs edir.İnsanın yaratdığı danışıq səsləri  digər səslərdən fərqli olaraq ,ictimai mahiyyət daşıyır.Söz fonetik baxımdan tədqiq edilir,səs və ya səslər toplusu şəklində öyrənilir.Bu zaman hər hansı dildə vurğu ,heca,sözün tərkibində sait və samitlərin sıralanma qaydaları,sözün əvvəlində və ya sonunda bu və ya digər səsin işlənə bilib bilməməsi və s.  məsələlər diqqət mərkəzində durur.Fonetikanın həm nəzəri ,həm də əməli əhəmiyyəti

vardır.Fonetikanı bilmədən dilin lüğət tərkibini ,qrammatik quruluşunu istənilən şəkildə öyrənmək mümkün deyildir.Fonetika dilin tarixini öyrənməyə ,ayrı-ayrı  sözlərin etimologiyasını aydınlaşdırmağa və dillərin qohumluğunu müəyyən etməyə geniş imkan yaradır. Nitqin yaranma problemi bu baxımdan dil vahidlərilə rəftar qaydaları, insanın daxili leksikonunu təşkil edən və cümlənin təşkil edilməsinə cəlb olunan problem kimi, mövcud olan inventardan bu və ya başqa vahidlərin seçilməsi problemi və nəhayət, bəzən nitq prosesi zamanı yeni dil vahidlərinin və dil qaydalarının münasibəti barədə, həmçinin də dil qaydalarının hansı əsasa bərabər olduğu haqqında təsəvvürə malik olmaq lazımdır.Məlum olduğu kimi, bütün dünya dillərində alınma sözlər vardır. Hətta elə dillər vardır ki, onların lüğət tərkibinə daxil olan sözlərin yarıdan çoxu başqa dillərə aiddir. Məsələn, fars dilində sözlərin 50%-i ərəb dilindən alınmadır. Həmçinin, elə dillər də göstərmək olar ki, mənşəyinə görə o dilə məxsus olan sözlər həmin  dilin lüğət tərki­bində cüzi yer tutur. Lakin bu dillərin heç də müstəqil, orijinal dillər kimi mövcud olmasına mane olmur. Dilin öz varlığını mühafizə edə bilməsi yalnız onun qrammatik quruluşu dilin spesifikasını, mahiyyətini ifadə etməyə qadirdir. Dillərin tipoloji təsviri, yəni müxtəlif tiplərə bölünməsi, məlum olduğu kimi qrammatik quruluşa görə olur. Söz yaradıcılığında ikinci yanaşma, struktur-semantik yanaşmadır. Struktur-semantik yanaş­ma sözə yalnız morfoloji vahid kimi baxmadan əlavə, onun strukturuna və seman­tikasına da fikir verməyə ehtiva edir.

Söz yaradıcılığı nəzəriyyəsinin formalaşmasının bu mərhələsində söz yaradıcılığı təcrübəsinə sözün motivasiyası və ümumiyyətlə, motivə edilmiş vahidlər anlayışları daxil edildi. İkinci mərhələ həm də söz yaradıcılığı prosesinin təbiətini və daşıdığı məna yükünün araşdırılması cəhdləri ilə yadda qaldı. Ötən əsrin 60-70-ci illərindən başlayaraq dünya dilçiliyində söz yaradıcılığı problemlərinin intensiv həlli istiqamətində işlərə başlanıldı. Əsas vurğu isə söz yaradıcılığının modelləri içərisində yerinin müəyyənləşdirilməsi üzərinə qoyuldu. Dilçi alimləri düşündürən suallar içərisində söz yaradıcılığının leksika və ya qrammatika daxilində öyrənilməsi ön plana çəkildi. Nəhayət, məhz bu zamandan etibarən söz yaradıcılığının öyrənilməsində indiyədək davam edən üç əsas istiqamət formalaşdı: birinci istiqamət – sintaktik, transformasiya olunmuş və yaradıcı. Bu istiqamətin əsası N.Xomski və P.Liz tərəfindən qoyuldu və yarandığı gündən də çox kəskin tənqid hədəfinə çevrildi. Bu istiqamətin tərəfdarları yeni yaranmış sözün semantikasını və strukturunu müxtəlif sintaktik konstruksiyalar vasitə­silə izah  etməyə çalışırdılar. Söz yaradıcılığı qaydaları isə başlanğıc sintaktik konstruksiyaların zəncirvari keçid vasitəsilə yeni yaranmış derivata çevrilməsi kimi təqdim edilirdi. İkinci istiqamət – onomasioloji istiqamətdir ki, bu istiqamətin tərəf­dar­ları söz yaradıcılığına yuxarıda da qeyd etdiyimiz kimi, nominasiya, yəni adlandırma aspektindən yanaşmağa başladılar. Bu istiqamətlə söz yaradıcılığı prosesinə, onoma­sioloji bazis, onomasioloji əlamət və onomasioloji kateqoriya kimi anlayışlar daxil edildi. Bu istiqamətin əsası polyak və çex dilçi-alimləri tərəfindən qoyuldu. Nəhayət, üçüncü istiqamət – funksional istiqamətdir ki, özündə dinamik və onomasioloji yanaş­manı sintez edərək, yeni yaradılan sözün semantik, funksional və digər prob­lemlərini canlı nitqdə və mətn daxilində düzəltmə və mürəkkəb sözlərin yaranması məsələsini ön plana çıxarır. Rus dilçiliyində uzun illər söz yaradıcılığının əsas problemi (A.Tixonov, P.Soboleva, Qinzburq və digərlərinin əsərlərində), düzəltmə sözün  semantikası prob­lemi (Uluxanov, Kubryakova, Lopatin, Yansenetskaya, Blinova və digələrinin əsər­lərində), söz yaradıcılığının danışmaların nitqində (Zemskayanın əsərlərində) və nomi­nativ fəaliyyətində iştirakı (Kubryakova, Saxamıy, Nikitoviç və başqalarının əsərlərində) problemi uşaq nitqinin ontogenezində söz yaradıcılığı problemi (Şaxranoviç və başqaları) və sair bu kimi elmi-nəzəri problemlər diqqət mərkəzində olmuşdur.

Avropa dilçiliyində isə söz yaradıcılığı V.Dressler, X.Brekle, D.Kastovski, L.Lipka, E.Uilyams və digər dilçi-alimlərin elmi yaradıcılığında aparıcı istiqamət kimi diqqəti cəlb edir. Onların bu probleminə həsr olunmuş əsərlərində leksikalist fərziyyə irəli sürülmüşdür ki, bu fərziyyəyə əsasən, söz yaradıcılığının dilin sistemindəki yeri onun bu və ya digər leksik komponentə aidliyi ilə müəyyən olunur. Məlumdur ki, dil tarixi hadisə olaraq, həmin dili yaratmış olan və o dildə danışan xalqın inkişaf tarixi ilə ayrılmaz bir şəkildə bağlıdır. Müasir dillər və onların minlərcə sözləri əhatə edən bugünkü zəngin leksikasi bu xalqların ilk təşəkkürləri və inkişafları ilə əlaqədar inkişaf etmişdir. Lüğət tərkibinin bu inkişaf prosesi dilimizin və eləcə də digər dillərin daxili inkişaf qanunlarına uyğun bir şəkildə davam etmişdir. Bu vəziyyət, eyni zamanda, dillərin qayda və qanunlarının inkişafına səbəb olmuşdur. Daha doğrusu, dilin və onun lüğət tərkibinin inkişafı prosesi nəticəsində söz yaradıcılığına aid özünəməxsus möhkəm qayda və qa­nunları əmələ gəlmişdir. Bu qayda və qanunlar müasir dövrümüzdə dillərin spesifika­siyasını əks etdirən elə xüsusiyyətlər kəsb etmişdir ki, onları görməmək və inkar etmək qeyri-mümkündür. Ədəbi dillərin lüğət tərkibi onun daxili imkanları əsasında başlıca olaraq, iki yolla zənginləşdirilir; birinci yeni söz yaratmaqla, ikinci dialekt və şivələrdən söz və ifadə götürməklə. Məlumdur ki, dilin lüğət tərkibinin zənginləşməsi, başlıca olaraq, yeni sözlərin yaranması hesabına olur. Yeni söz və ifadə yaratmaq hər bir dildə davam edən zəruri bir prosesdir. Çox kitablarda, məqalələrdə və monoqrafiyalarda söz yaradıcılığının və lüğət tərkibinin bütün dillərdə inkişafı məsələlərinə geniş yer verilmişdir. Mənbə dildə eyni kök əsasında yeni sözlərin yaranması və onların başqa dilə keçməsi obyekt dilin vasitələri hesabına sözü tərkib hissələrinə ayırmağa imkan yaratmır.

 

 

ƏDƏBİYYAT

  1. Axundov A.A.  Ümumi dilçilik. Bakı: Maarif, 1979.
  2. Aslanov A.A. Azərbaycan dilinin qrammatikası. Bakı, I hissə. 1960
  3.  Мирза Казем - бек. Общая грамматика турецко-татарского языка. Казань,1846, 351с.
  4. Боровков А.К. "Бадал ал лугат" - Словарь Тали Имани Гератского, к сочинениям Алишира Навои, М., 1961
  5.  Гордлевский В.А.Грамматика турецкого языка. М., 1928
  6. Древнетюркских словарь. Ленинград. "Наука", 1969
  7.  Emre A.C. Türkcede cümle// Türk dili araşdırmaları yıllığı. Ankara: Belleten,1954, s. 83.
  8. Jiefrink F. Semantico-syntax. London: Longman, 1973.

Açar sözlər:  kök söz yuvası, kök söz paradıqmi,  semantik qrup, ifadə vasitələri

Ключевые слова:  словообразовательное гнездо, словообразовательная парадигма, семантическая группа, средства выражения.

Key words:   word root,  word   root  paradigm,  semantic  group ,  means  of expressions.

 

Резюме

Данная статья посвящена  рассмотрению  истории семантическо –функциональ­ного и структурного    развитие  cловообразовательное гнездо.

В течение анализa большое внимание обрашено на  факты, полученные из литератур. В этой статье говорится о проблеме связанной сo cловообразовании и разными подходами к этой проблеме. В статье автор проводит анализ и высказывает свои мысли. Автор пытается раскрыть факты в этом плане.

                                                              

Summary

   The artice deals  with   the   history  of    semantic –functional      and    structural  development  of  word root. While analyzing great attention was given to the  facts tаken from  literature. This article deals with the problems of  word –formation and different approaches on it. In the article the author analyzes these problems and notifies her opinions .The author tries to detect and find out the facts  in this field.

RƏYÇİ:  f.f. d. b/m. N.M.Əliyeva 

 

Fəridə Kazımova

“DƏDƏ QORQUD KİTABI”NDA QUŞ ADLARININ EPİK-MİFOLOJİ

 SEMANTİKASI

       Məsələnin qoyuluşu. “Dədə Qorqud” dastanda qeyd olunan qaz, şahin, sunqur, çal qaraquş, quzğun, qarğa,  göyərçin kimi quş adları bu gündə Azərbaycan dilində mövcuddur. Göründüyü kimi bunların içərisində həm yırtıcı, həm də əti yeyilən quşlar vardır. Abidənin dilində quş adları mifik planda işlənir. Qədim görüşlərdə quş­lar qanadlı varlıqlar olaraq daha çox səmaya, fövqəlbəşər qüvvələrə bağlı hesab olu­nurdu. Bu baxımdan da quş adları tayfanın, soyun simvolu, bəlgəsi kimi qəbul edilirdi.

     İşin məqsədi.  “Dədə Qorquddastanında işlənən quş adlarının epik-mifoloji məzmunun nümunələr əsasında təhlil olunub araşdırılması.

      Quş adları daha çox məcazların, obrazlı ifadələrin tərkibində işlənir. Oğuzlar təbiətdə müşahidə etdiklərini insanların timsalında əyaniləşdirirdilər. Bu mənada  “qaz” sözünün  işlənməsi maraq doğurur. Qeyd edək ki, folklorda qaz həm gözəlliyi, həm də zəiflik və gücsüzlüyü ifadə etmişdir. Dastanın “Baybura oğlu Bamsı Beyrək boyu”nda qaz gözəlliyi və zərifliyi simvolizə edir: “Qaza bənzər qızı, gəlini ağ çıqarmış qara geymiş”(6,75). Burada qadınlar zəriflikdə qaza bənzədilir. Araşdırmalar göstərir ki, türk ədəbiyyatı üçün bu cür bənzətmələr ənənəvidir. Qazax xalq dastanı “El Taqın”da Akşa xanın qızı özünü “ata-anasının yanında qayğısız böyüyən əl qazı” adlandırır(9,94). Yaxud gənc oğlanlar sevgililərini incəlikdə qaza bənzədirlər. Hətta mənbələrdə Qaz şəxs adı kimi qeyd olunur. Qədim türk sultanı Alp-ər Tunqanın  qızının adı Kaz\Qaz olmuşdur(5,IV,844).

       “Qanlı Qoca oğlu Qanturalı boyu”nda isə “qaz”sözü gücsüzlük anlamında işlənir: “Qarşuna ala qaz gəldi, şahinini atmazmısan?”(6,124) Qaz və şahin qarşılaşdırılması metoforik məzmun daşıyır, qaz şahin tərəfindən ovlana bilən quşdur. Qanturalı şahinə, yırtıcılar isə asanlıqla ovlanan qaza bənzədilir. Bu metaforik birləşmənin abidədə işlənməsi türk bədii təfəkküründə onun qədimliyini göstərir. Bundan çox-çox sonralar “İqor polku haqqında dastan”da da “şahin-qaz” qarşılaşma­sını xatırladan məcazdan istifadə olunub, özü də türklərə qarşı. O. Süleymenov da “Az- Ya ” kitabında bu ifadəni türk təfəkkürünün məhsulu olmasını həm bədii nümunələrlə, həm də türklərin məişətindən gətirdiyi misallarla düzgün şəkildə sübut edir(9,93). 

        Dastanda bir çox ov quşlarının adı çəkilsə də, şahin quşuna xüsusi rəğbət ifadə olunur. “Salur Qazanın tutsaq olub oğlu Uruz çıqardığı boy”da nəql olunur ki, Trabzon təkuru Qazan xana şahin bağışlamışdı və nə qədər təhlükəli olsa da, ovda uçub gedən bu quşun ardınca Qazan xan kafir elinə getməkdən çəkinmir. Şahinlər alıcı quşlar içərisində ən aktivi və ova yararlısıdır. Abidənin dilində “şahinçi” leksemi vardır. Deməli, şahinə tələbat olduqca böyük olmuşdur ki, xüsusi şahin təlim edən, şahin saxlayanlar şəxslər də olmuşdur. Ov məqsədilə şahinlə yanaşı şunqarlardan da istifadə edilmişdir. Eləcə də bu leksemlər bir-birindən o qədər  də fərqləndirilməmiş, təxminən eyni anlamda işlədilmişdir. Məsələn, M.V.Vidadi “Durnalar” qoşmasında “Şahin-şunqar sürbənizi dağıdır...”- deyərkən bu sözləri eyni kontekstdə işlədir. Tarixdən məlumdur ki, tacirlər belə quşların, xüsusən, şunqarların ticarəti ilə məşğul olmuşlar. Bu səbəbdən də sülh müqaviləsi bağlayarkən knyaz, yaxud hökmdarlar əla növ şunqarlar tələb edirdilər. Mənbələrə görə,VI Karl Nikopol yaxınlığında türklərlə uğursuz döyüşdən sonra iki marşalını, Burqund hersoqu isə öz oğlunu elə həmin türklərdən bir düjün şunqar müqabilində azad edə bilmişdir (9,28).  Belə nəticəyə gəlinir ki, diplomatik münasibətlərin və siyasi tərəfdaşlığın qurulması üçün bu quşlar simvolik hədiyyə olmuşdur. Görünür, Trabzon təkunun Qazan xana şahin hədiyyə etməsi də məhz bu məqamlardan qaynaqlanmışdır. Qeyd edək ki, abidənin dilində “şunqar” “sunqur” şəklində keçir. Dastanda şahin, sunqur, çal-qaraquş kimi quşlar güc və hakimiyyət əlaməti kimi izah olunur. Abidənin dilində qaraquş məcazların tərkibində işlənir. “Qanturalının boyu”nda yoldaşları onu qaraquşla müqayisə edir: “Qadir ulu Tanrıya yaxın uçan, cümlə quşlar sultanı çal-qaraquş” (6,125). Göründüyü kimi, qaraquşun əlamətləri Qanturalının üzərinə köçürülərək metaforik məzmun yaradırılır. Eləcə də Bamsı Beyrək, Yegnək kimi igidlər “çal-qaraquş ərdəmlü” - deyə təsvir olunur.

         Təsadüfi deyil ki,mifik görüşlərdə zaman-zaman alıcı quşlar həm də onqon hesab olunmuş, türk tayfalarının damğa və möhürlərində yer almışdır.   Eposda Qazanın dilindən : “Ağ sunqur quşu erkəyində bir köküm var...” – deyilməsi qədim türkün onqon anlayışından irəli gəlir. Yada salaq ki, Oğuz xanın altı oğlunun törəmələri 24 boya ayrılarkən onların  hər dördünün öz quş onqonu müəyyənləşir və bu, onları bir-birindən fərqləndirən əlamət idi. Sunqur Qayı boyunun onqonu ol­muşdur(3,79). Bu həmin Qayıdır ki, Dədə Qorqud müqəddimədə hakimiyyətin yeni­dən bu boya qayıtmasını diləyir(6,30). Deməli, Oğuz elində Qayının möhtəşəm hökm­ranlığı və idarəçiliyi olmuşdur. Qayının onqonu Sunqur quşunun hakimiyyət simvoluna çevrildiyi şübhəsizdir və bu tapınağın izləri Oğuz xaqan zamanına gedib çıxır.

    Ovcul quşların sırasında toğan quşunun da adı çəklir. “Duxa Qoca oğlu Dəli Domrul boyu”nda və “Qanlı Qoca oğlu Qanturalı boyu”nda bu quşdan danışılır. Dəli Domrul göyərçin cildinə düşmüş Əzrayılı tutmaq üçün toğanını əlinə alıb onun ardınca düşür. Qanturalı isə, ondan izinsiz döyüşə girmiş Selcan xatunla dialoqunda özünü toğan quşuna bənzədir:

                 Dəstursuzca yağıya girmək

                 Bizim eldə eyib olur.

                 Mərə yürü toğan quşu oluban uçayınmı?

                 Saqqalınla boğazından tutayınmı?

                 Qafillicə sənin başın mən kəsəyinmi?(6,128)

      Hər iki misalda toğan alıcı quş olaraq tanıdılır. B.Abdulla bu mövzudan danışarkən B.Ögələ istinadən toğanın sunqur olmasını, daha sonra isə toğanın bütün ov quşlarına verilən ümumi ad olduğunu yazır(1,65).

        “Kitabi-Dədə Qorqud”un izahlı lüğətində toğan – şahin kimi izah olunur(7,170). Rəşidəddinin “Oğuznamə”sində Beçənə elinin onqonu olan ala şahin “ala toğanaq”, şahin quşu Bayındır elinin, ağ şahin(toyğun) isə Ava// Yıva boyunun onqonudur(10,72). Deməli, oğuzlar ala şahinə ala toğan, ağ şahinə isə toyğun deyiblər. Görünür ki, bunlar bir-birindən rənginə görə azacıq fərqlənirmiş. Qeyd edək ki, toğan, toyğun, quzğun, sunqur sözlərinin ahəng qanununa tabe olması, səslənişi onların əsl Azərbaycan sözü olduğunu göstərir. Şahin isə alınma sözdür, fars mənşəlidir(7,199). Şahin sözünün Oğuzların leksikonunda yer alması nisbətən sonrakı, sunqur, toğan, toyğun isədaha ilkin zamanlara aiddir.

    Abidənin dilində qarğa-quzğun leksemi birlikdə işlənir və hər dəfə də bədbəxtlik və ya döyüş baş vermiş səhnələrdə təsvir olunur. Məsələn, Buğacın yaralandığı, Beyrəyin əsir aparıldığı, Qazanın yurdu talandığı səhnələrdə “qarğa-quzğun  enər-qalqar – deyə təsvir olunur. Elə indi də el arasında bu quşların dəstə ilə uçması xeyirə yozulmur, mənfi rəy yaradır. Hətta deyilənə görə, bu quşlar daha öncədən döyüş olacağını bilib vuruş meydanının üzərinə toplaşarmışlar. Xislətlərindəki didib-dağıtmaq keyfiyyətləri xalq tərəfindən onlara verilən adlarda əksini tapır. M.Kaşğarlının “Divani-lüğətit-türk” əsərində qarğa/karqa – “lənət etmək”, “qarqımaq” anlamında verilir(5,IV,693). Bu quşun adı Bibliyada da çəkilir. Belə ki, müqəddəs kitaba görə, Nuh peyğəmbər Yer üzünü gəmisi ilə dolaşarkən qarğanı quru yer tapmağa göndərir. Qarğa qurunu görüncə orada qalır,gəmidəkiləri xəbərdar etmir. Buna görə də Nuh onu qarğıyır, quşun ağ rəngi qaraya çevrilir(1,65). Qeyd edək ki, dilimizdə “qarğış” sözü ilə eyni kökdən olan qarğı(maq) feili vardır. Bu mənada xalq etimologiyası dil faktı ilə üst-üstə düşür. Lakin daha qədim görüşlərdə qarğa müqəddəs quş hesab olunmuşdur.  Yakutlar qarğa bütünə tapınmışlar. Altay əsatirlərində isə Tanrının yaratdığı insan bədəni üçün Böyük Kudayın yanından ruh gətirən quş qarğadır(12,132). Bu misallardan aydın olur ki, qarğa bir zamanlar xeyirxah varlıqların təmsilçisi olmuş, yerinə yetirdiyi missiya şərə, qara qüvvələrə qarşı dayanmışdır. Deməli, qarğanın  ilkin mədəni qəhrəman funksiyası sonradan tamam əksinə çevrilmişdir. Bu quşun ağ rəngdən qaraya çevrilməsi mifik baxışlarda onun xeyirxahlıqdan çıxdığına işarədir və bu, müəyyən mənada  rənglərin rəmzi məzmununa, yəni ağın xeyiri, qaranın şəri təmsil etdiyinə əsaslanır.        

      Dastanda mifoloji məzmun daşıyan  “Tulu quş” adına rast gəlinir. Oğuz ozanı Qazan xanı təsvir edərkən “...Tulu quşun yavrusu” – ifadəsini işlədir. Şübhəsiz, “Tulu” qədim zamanlarda məşhur və müqəddəs quş olmuş, mifik görüşlərlə bağlanmışdır. “Tulu” sözünü M.Seyidov belə izah edir: “Tulu – Tu və ulu sözlərində yaranmış mürəkkəb sözdür. “Tu” bir çox türk dillərində dağ deməkdir. “Ulu” isə bəllidir ki, “böyük”, “uca” mənasındadır” (8,111).

           B.Abdullla da M.Seyidova əsaslanaraq  Tulunu Simürğlə eyniləşdirir və hər ikisinin dağla bağlı olduğunu yazır: “Tulu dağ quşu, Simürğ isə Qaf dağında yaşayan əfsanəvi quşdur. Hər ikisi zoomorf quşdur”(1,61). M.H.Təhmasibin tədqiqatlarında da Tulunun mifik baxışlarda və folklor örnəklərində yeri araşdırılmışdır. Xalq ədəbiyyatında Simürğ xeyirxahlığın, şərə qarşı mübarizənin  simvoludur. Bəzən Zümrüd də adlandırılır. M.H.Təhmasib bu sözləri bir məfhumun müxtəlif fonetik variantları hesab etmiş, [s] və [z] səs əvəzlənməsinin nəticəsi kimi izah etmişdir(11,14). Bu quş bizə daha çox “Məlikməmməd ” nağılından tanışdır. Burada Simürğ və ya Zümrüd Əjdahaya qarşı dayanır. B.Abdullanın fikrincə,“Məlikməmməd Əjdahanı öldürdüyü üçün Simürğ onu əzizləyir. Qazan da Tulu quşun balalarını yeyən Əjdahanı öldürdüyü üçün bu quşun yavrusu olmuşdur”(1,62).“Salur Qazan dutsaq olub oğlu Uruz çıqardığı boy”da kafərlərə müraciətlə:

                        Yeddibaşlı əjdahaya yetib vardım,

                        Heybətindən sol gözüm yaşardı... – deyir(6,171).

          Əlavə olaraq Əbülqazi Bahadır xanın “Şəcəreyi-türk” əsərində Dədə Qorqudun Salur Qazanı öyməsində onun əjdaha öldürməsindən danışılır (3,98). Deməli, Oğuz elində Qazanın bu şücaəti məlum  və məşhur bir rəvayət imiş, bəlkə də, ayrıca əhvalat, yaxud boy şəklində mövcud olmuşdur. Odur ki, Qazan xanın təqdimində “Tulu quşun yavrusu” olması da qeyd olunur.

       Eposda ifadə etdiyi mifik məzmunla diqqət çəkən bir zoonimik vahid də göyərçindir. Dastanın beşinci boyunda Dəli Domrul Əzrayıla hücum edəndə Əzrayıl göyərçin cildinə düşüb bacadan uçur. Bu mənada bu quşun folklorumuzdakı mifoloji yükü özünəməxsusdur. Nağılllarımızda divlərin canı şüşənin içindəki göyərçində olur. Eləcə də bu gün də el arasında belə bir inam var ki, göyərçin ovlamaq, ətini yemək günahdır. Bəs niyə göyərçin belə mifik anlam daşıyır? Belə bir ağı nümunəmiz var:

                                  Analar yanar ağlar,

                                  Saçını yolar ağlar,

                                  Dönər göy göyərçinə,

                                  Yollara qonar ağlar.

      Xalqımız lap qədimlərdən inanırmış ki, analar  dünyasını dəyişəndə onların ruhu göyərçin cildinə düşür. B.Abdulla bu inamın bir tərəfdən də göyərçinlər himayəsində böyümüş Semiramida ilə əlaqələndirir. Assuriya mənbələrinə əsasən, Semiramida ilahə Derkotonun qızıdır və adı “summat” sözündən olub, “göyərçin” deməkdir (1,66). Nizamişünaslar Semiramida adını “Xosrov və Şirin” əsərindəki Şəmira (Məhin Banu) obrazının bədii təsviri kimi təhlil edirlər. Qədim Assuriya rəvayət­lərində deyilir ki, bu qadın əbədi gözəlliyə və cavanlığa malik ilahə imiş. Bir gün oğlu hakimiyyət üçün ona xəyanət hazırlayır. Bundan xəbər tutan ana əyanlara oğluna sadiqlik andı içirir və özü göyərçinə dönüb dağlara uçur(4,53,54). Folkloru­muzda bu mövzuda əfsanələr də yer almışdır. Bir dəfə bir cavan oğlan göl kənarında ikən yaxınlığına bir göyərçin qonur və sonra dönüb gözəl bir qıza çevrilir. Oğlanın ailəsi bu sirrin üstünü açdıqda onlar hər ikisi göyərçinə dönüb havaya qalxırlar(2,77).

      Dastanda da Əzrayılın göyərçinə çevrilməsi təsadüfi deyil. Görünür, mifik görüşlərdəki mü­qəd­­dəsliyi İslam dininə də sirayət etmişdir. Bu quş həm də müqəddəs bilinən varlıqların şək­li­ni dəyişmiş forması – dönərgə kimi izah olunur. Deməli, “Dədə Qorqud”da əks olunan bu mə­qam göyərçinin ən qədim mifoloji biçimidir. Ta qədimlərdən toxunulmaz olması, sülhü sim­vo­lizə et­mə­si isə onun ana ruhunun daşıyıcısı kimi qəbul edilməsi ilə bağlıdır. Elə  bu sə­bəb­dən də xalq arasında belə bir inanc var ki,  qarışıq yuxu görəndə bu yuxunun xeyirə yo­zul­ması üçün gərək tez­dən qalxıb göyərçinlərə dən verəsən. Fikrimizcə, bu ehsan anlamında başa düşülür. Hətta biz­də inanc olaraq yaşayan bu nüans dünyanın bir çox xalqlarında estetik və humanist məzmunu da­şıyaraq mövcud olmaqdadır. Belə ki, bir çox xalqlar göyərçini incitməyi yasaq bilir, böyük şəhərlərdə park və meydanlarda insanlar bu quşları yemləyirlər. Əslində bu, qədim inancların müasirləşmiş for­masıdır. Dini hekayətlərdə göyərçin Nuh peyğəmbərin quşu kimi anılır. Əfsanələrə görə, quru yer sorağını ilk dəfə Nuh peyğəmbərə göyərçin gətirib(1,65).

      İşin elmi nəticəsi. Abidənin dilində sağsağan, durna, kəklik, turac və s. quş adlarına da rast gəlinir. Bunlar  ha­di­sələrin baş verdiyi coğrafi məkanın təbiətini təsvir etmək məqsədilə istifadə olunan peyzaj və səh­nələrdə qeyd olunur. Eyni zamanda müxtəlif təsvir və ifadə vasitələrində quş adlarından geniş istifadə olunur. Nümunələrdən göründüyü kimi quşlar adları həm mifik-əsatiri məz­munda, həm də real müşahidələr əsasında işlənilmişdir.

   İşin elmi yeniliyi. Məqalədə quş adları həm “Dədə Qorqud” dastanı, həm də ayrı-ayrı folklor nümunələri əsasında araşdırılmış və sistemləşdirilmişdir.

    İşin tətbiqi əhəmiyyəti. Məqalənin elmi nəticəsindən “Dədə Qorqud” dastanı, zoonimik əfsanələrin öyrənilməsi və quş adlarının tədqiqi  ilə bağlı araşdırmalarda istifadə oluna bilər.

 

           Qaynaqlar

  1. 1.Abdulla B., “Kitabi-Dədə Qorqud”da quşlar, “Kitabi-Dədə Qorqud” məqalələr toplusu,Bakı, Elm – 1999.
  2. 2.Azərbaycan folkloru(tərtib edən B.Abdulla), Bakı, “Şərq-Qərb” – 2005.
  3. 3.Bahadır xan Ə.,Şəcəreyi-tərakimə, Bakı – 2002.
  4. 4.Xalisbəyli T., Nizami Gəncəvi və Azərbaycan qaynaqları, Bakı, Azərnəşr -1991                                                                           .
  5. 5.Kaşğarlı M.,Divani-lüğətit türk, Ankara,1985.
  6. “Kitabi-Dədə Qorqud” dastanı, Bakı,YNE – 1999.
  7. “Kitabi – Dədə Qorqud” dastanının izahlı lüğəti, Bakı- 2000.
  8. 8.Seyidov M., Azərbaycan xalqının soy-kökünü düşünərkən, Bakı,Yazıçı, 1989.
  9. 9.Süleymenov O.,Az-Ya, Bakı,Azərnəşr,1993.
  10. Rəşidəddin F., “Oğuznamə”(R.Şükürovanın tərcüməsi ilə), Bakı- 1992.
  11. 11.Təhmasib M.H., Əfsanəvi quşlar, Məqalələr,Elm,2005.
  12. 12.Vəliyev K., Elin yaddaşı,dilin yaddaşı, Bakı,Gənclik – 1988.

 

Xülasə

       “Dədə Qorqud” dastanında quş adları daha çox məcazların tərkibində yer almışdır. Eləcə də qaz, şahin, quzğun, göyərçin və s. kimi leksik vahidlər real həyati müşahidələrdən qaynaqlanaraq işlənmişdir. Qədim türk mifologiyasında yırtıcı quşlar onqon, tayfanın simvolu kimi ­mü­qəd­dəs­ləş­miş­dir.­ Bu baxımdan əski görüşlərdə quşların adı mifik mahiyyət daşımışdır. Bəzi folklor örnəklərində quşlar qeyri-real, əsatiri varlıqların təcəssümü kimi təsvir olunur, dönərgə obrazların dəyişmiş halı şəklində qəbul edilir.

    Açar sözlər: semantika, mif, onqon, quş adı, epos, metafor və s.

                           

The epic-mithological semantic of the bird names in “Dada Gorgud” epos

Summery

       The names of the birds mainly took part in the structure of the metaphors in “Dada Gorgud” epos. Just say, goose, falcon, raten, pigcon ets. were used welding from real vital obsertation. In the ancient turkish mytholology wild birds ongon had been ideolozied as the symbol of the tribe.  From this point of vew in the old meetings the name of the birds had meaned mythical essence. In some folklore samples the birds were discribed as anreal mythic vuation’s in arnation and were accepted in the case of their changen images.

     Key words: Semantic, myth, ongon,  bird name, epoc, metaphor .

   

Семантика епические мифологические названий птиц в “Kниге Деде Kоркуда

Резюме

      В епосе Деде Коркуд названия птиц заняли место в перосном составе.  А также такие названия птиц как гусь, ворон, голубь,другие лексические единичные уротреление обогощаясь за счет реальный наблюдений. В древней тюркской мифологии хищные  птицы стали как священным символом племени. С этой точки зрения в древных взгядах название птиц имели мифическая  значе­ние. В некоторых фольклорных примерах показаны как нереалъыми мифологическими существами рассматривается как символ меняющихся изображений.

  Ключевые слова: Семантика, миф, онгон, названия птиц, епос, метафор.

 

Rəyçi: fil.üzrə fəl.dok.Sönməz Abbasbəyli


Шюкюрлю Ханум Расим кызы

АНТРОПОНИМЫ В МЕДИЦИНСКОЙ ТЕРМИНОЛОГИИ

(На материале русского языка)

Как известно, прогресс науки неизбежно сопровождается появлением специальных слов для обозначения изучаемых объектов. Развитие техники, культуры, искусства порождает свои специальные слова. Это происходит в разное время, в различных частях земного шара и облекается в материальную форму разных языков, но само по себе это явление универсально.

Не каждое специальное слово – термин, и не любую совокупность специальных слов можно назвать терминологией. Тем не менее, чтобы правильно понять и определить границы терминируемого, необходим выход за пределы собственно терминологии в смежные с ней области. Терминология как совокупность терминов составляет часть специальной лексики. Закономерности формирования и развития последней в определенной мере характерны и для терминов. Но специальная лексика функционирует в определенных языковых подсистемах, без анализа которых трудно понять ее специфику[2; c. 7].

Цель настоящей статьи - систематизация и анализ антропонимов в медицинской терминологии. Для решения этой задачи к исследованию привлечен теоретический материал, включающий ряд работ по медицине, физике, химии и ботанике, а также словари и статьи из Интернета, сделаны экскурсы в историю медицины.

В статье систематизируются и рассматриваются медицинские, компонентами которых являются антропонимы. Безусловно, антропонимы входят в состав терминов, относящихся и к другим областям науки, техники и т.д. Однако поскольку в рамках одной статьи охватить все такие единицы невозможно, мы решили ограничиться именно медициной. Исходя из специфики материала, мы сочли целесообразным рассматривать данный тип терминов в соответствующих группах и выделить в них подгруппы с учетом национальных принадлежностей антропонимов (русские и иностранные фамилии).Как показали наши наблюдения над материалами терминологических и энциклопедических словарей, компонентами медицинской терминологии являются следующие атропонимы:

1) русские антропонимы; 2) иностранные антропонимы

Русские антропонимы:

Болезнь Иценко-Кушинга (синдром гиперкортицизма)

У больных синдромом гиперкортицизма достаточно узнаваемый внешний вид: заметные жировые отложения, тонкие конечности, кровоподтеки и значительные растяжения кожи. Именно так выглядели первые два пациента, пришедшие на прием к советскому неврологу Николаю Ивановичу Иценко с неизвестным заболеванием. Он описал эти случаи, а 8 лет спустя с теми же симптомами столкнулся американский хирург Харви Кушинг. Как выяснилось позже, причина этого заболевания, вызывающего множество нарушений в организме пациента, — постоянное воздействие избытка гормонов, вырабатываемых корой надпочечников  [5; c.56  ].

Миобластома Абрикосова (гранулярно-клеточная миобластом)

Миобластома Абрикосова — редкая опухоль, которая, как правило возникает у детей или взрослых в возрасте 30-40 лет. Одиночные или множественные новообразования размером до 2 см, как правило, располагаются на языке, щеках, ушах, деснах. Этот тип рака изучил советский патологоанатом, академик Алексей Иванович Абрикосов В истории Абрикосов остался не только благодаря описанному им типу рака, но и как патологоанатом, впервые бальзамировавший тело Владимира Ильича Ленина [6; c. 33 ].

Синдром Корсакова (корсаковский психоз) — разновидность амнестического синдрома, возникающая вследствие нехватки витамина B1, по причине нарушений питания, злоупотребления алкоголем, часто после травм головного мозга. Синдром назван в честь описавшего его русского психиатра С. С. Корсакова [1; c. 85].

Синдром Кандинского-Клерамбо (синдром психического автоматизма)

Виктор Хрисанфович Кандинский, живший во второй половине XIX века, был одним из основоположников психиатрии в России. Он известен и за рубежом — в частности, благодаря синдрому психического автоматизма, впервые описанному российским психиатром. Кандинский определил его как ряд отдельных симптомов, а впоследствии Гаэтан  Гасьян де Клерамбо собрал эти симптомы воедино. Таким образом, синдром получил имена двух психиатров — русского и французского.  Синдром Кандинского-Клерамбо состоит из трех основных «элементов»: бреда (чаще всего бреда преследования), галлюцинаций и явлений психического автоматизма, то есть ощущений, действий мыслей или слов, которые пациент воспринимает как непроизвольные и возникающие вопреки его желанию [5; c. 47 ].

Болезнь Бехтерева (анкилозирующий спондилоартрит)

Имя Владимира Михайловича Бехтерева, сына мелкого служащего из села под Вяткой, получил не только психоневрологический институт, ставший первым в мире научным центром по комплексному изучению человека, но и описанная им болезнь — анкилозирующий спондилоартрит. Это хроническое системное заболевание суставов в первую очередь поражает суставы позвоночника и таза. Бехтерев первым начал изучать «одеревенелость позвоночника с искривлением его как особую форму заболевания» [3; c. 35 ].

Синдром Рота – Бернгардта (парестетическая мералгия)

Болезнь Рота-Бернгардта или, иначе, парестетическая мералгия, сегодня крайне «популярна». Узкие джинсы-скинни частенько вызывают сдавливание нерва бедра над передней подвздошной костью или под паховой связкой. В результате появляется чувство онемения, покалывания, жжения, иногда возникают трофические изменения кожи, еще реже — жгучая боль и хромота во время ходьбы. На рубеже позапрошлого и прошлого веков, на который пришлась карьера Владимира Карловича Рота, одного из двух врачей, чьи имена носит этот синдром, проблемы узких джинсов, разумеется, не было, синдром же был, так как он может возникать и в отсутствии сдавливающей одежды — например, из-за особенностей расположения нерва у пациента [3; c.125].

Болезнь Боткина (гепатит А)

Гепатиты — большая группа воспалительных заболеваний печени. Самое распространенное из них - гепатит А (его часто называют желтухой или «болезнью грязных рук») - носит имя русского ученого и врача Сергея Петровича Боткина. Сергей Боткин, выдающийся врач и просветитель, первым определил инфекционную природу «желтухи», пути заражения, описал клинические проявления и то, как именно гепатит А поражает печень [5; c. 79 ].

Болезнь Кашина-Бека (деформирующий эндемический остеоартроз)

Евгений Владимирович Бек, выпускник петербургской Военно-медицинской академии, после защиты докторской диссертации был направлен в Забайкалье. Назначение оказалось чрезвычайно удачным, так как именно он в итоге описал редкое заболевание суставов, эпидемия которого в начале XX века отмечалась на реке Уров. У детей в этом регионе в возрасте 6-14 лет развивалось хроническое, прогрессирующее заболевание, поражающее и деформирующее суставы. До Бека болезнь описывал местный врач Николай Иванович Кашин. Позднее было установлено, что такой остеоартроз встречается не только в Забайкалье, но и в других районах Сибири, а также в Китае и Корее. Причина этой болезни неизвестна до сих пор, лечат же ее (на ранних стадиях — успешно) витаминами, физиотерапией и препаратами кальция [4; c. 27 ].

Болезнь Филатова (инфекционный мононуклеоз)

Инфекционный мононуклеоз в позапрошлом веке называли «поцелуйной болезнью»: было замечено, что заболевание передается воздушно-капельным путем. Однако первым из врачей на инфекционную природуэтой болезни обратил внимание Нил Федорович Филатов, основатель русской педиатрической школы. Именно он описал ее и дал ей свое имя [5; c. 61].

Синдром Богорада (спонтанная лакримация при слюноотделении)

При параличе лицевого нерва развивается иногда синдром «крокодиловых слез» — у пациента во время еды из глаз текут слезы. У людей без проблем с нервами этот синдром тоже бывает, правда, в легкой форме: глаза у человека за едой становятся блестящими и влажными. Первым синдром описал в конце 1920-х гг. советский невропатолог Ф. А. Богорад. Правда, окончательного ответа на вопрос, как заболевание возникает, он не нашел и выдвинул две гипотезы на этот счет. Позднее другой известный русский невролог Вадим Владимирович  Михеев предложил третью, более правдоподобную версию. Однако имя врача-первооткрывателя все же закрепилось за синдромом [5; c. 69 ].

Синдром Андогского (дерматогенная катаракта)

Русский офтальмолог, доктор наук Николай Иванович Андогский был невероятно удачливым человеком. Потомственный дворянин, действительный статский советник, черносотенец и брат белого генерала, после революции он продолжил практиковать, вышел на пенсию, дожил до 1939 года и умер своей смертью в возрасте 70 лет. Сегодняшние медики помнят его как ученого, давшего имя описанному им наследственному заболеванию [4; c. 38 ].

Болезнь Чурилова (геморрагический нефрозонефрит)

Геморрагический нефрозонефрит — острая вирусная болезнь, при которой лихорадка и общая интоксикация организма сопровождается поражением почек и нарушением свертываемости крови. Советский врач-инфекционист А. В. Чурилов с коллегами впервые столкнулись с новым заболеванием в середине 1930-х годов в восточной части СССР, а к 1941 году болезнь впервые была описана. В последующие годы случаи геморрагической лихорадки регистрировались в разных странах мира — практически везде, где обитают их переносчики - грызуны [3; c. 227 ].

2) Иностранные антропонимы

Аутизм (Autism) -  СИНДРОМ КАННЕРА, АУТИЗМ ДЕТСКИЙ - редкое нарушение психики у детей.

 Как известно, еврейский народ подарил миру огромное количество выдающихся людей.  Одним из них стал Лео Каннер, основоположник детско-подростковой психиатрии.

Безусловно, аутизм, как явление, существовал многие годы и столетия, но первые клинические случаи были описаны и опубликованы именно Каннером. Работа «Аутистические расстройства эмоционального контакта», написанная им в результате этих исследований, до сих пор служит  фундаментом при изучении аутизма. Интересно, что Каннер описал тяжелые случаи аутизма, а Аспергер исследовал высокофункциональных, «легких» аутистов. При этом ученые жили далеко друг от друга и не общались [1; c. 17 ].

Дальтонизм

 Это - врожденная частичная цветовая слепота, при которой зеленый цвет воспринимается как бордовый, а красный — как серый, но голубой и желтый не искажаются.

Большую часть жизни английский естествоиспытатель-самоучка Джон Дальтон прожил в полном неведении относительно своего недуга. Он изучал английскую грамматику, создавал собственную атомную теорию, вел дневник метеорологических наблюдений — в общем, наслаждался жизнью как мог, пока не увлекся ботаникой, которая в буквальном смысле открыла ему глаза.

Все началось с того, что Дальтон подметил удивительные свойства одного цветка, который днем казался ему голубим, а при свете свечи — красным. Причем никто из коллег-ботаников и даже просто знакомых, кроме родного брата Дальтона, никаких изменений цвета не замечал! Джон начал подробно расспрашивать людей про разные цвета и вскоре сделал вывод, что их с братом цветовосприятие существенно отличается от общепринятого. Он детально описал свою странную семейную болезнь, которая впоследствии была названа его именем. Примечательно что, до этого открытия никто из дальтоников даже не подозревал о своем расстройстве, так как обычные люди очень редко обсуждают цвета. И только с подачи Джона цветовую слепоту начали диагностировать,  дальтоники же получили возможность считать себя такими же неполноценными, как хромые или косые [3; c. 81 ].

Синдром ван Гога

Самоповреждение (ампутация части тела) вследствие пограничного расстройства личности либо маниакально-депрессивного психоза на фоне общего истощения.

Около 150 врачей изучали письма и свидетельства современников ван Гога, чтобы поставить ему диагноз. В итоге существует 30 версий по поводу того, чем конкретно болел художник. Большая часть специалистов сходится во мнении, что это было психическое заболевание с периодическими обострениями, во время одного из которых и произошло знаменитое отрезание уха. Дело было в Арле, где Винсент жил со своим другом Гогеном.

Однажды вечером Ван Гог с бритвой набросился на Гогена, однако не причинил ему вреда, а развернулся и выбежал на улицу. Винсент отправился в увеселительное заведение, где он был завсегдатаем. Там он отрезал себе часть уха и преподнес его своей подруге, после чего вернулся домой и впал в беспамятство. Гоген нашел его лежащим в луже крови. После этого Ван Гога поместили в госпиталь, его состояние несколько стабилизировалось, однако ненадолго. Почти через год художник, страдавший хронической депрессией, совершил самоубийство. Перед смертью он сказал брату: «Печаль длится вечно». Эпизод с ухом не только был увековечен на нескольких автопортретах, но и дал название специфическому синдрому у больных шизофренией и дисморфоманией, который выражается в навязчивом стремлении к самоповреждению вплоть до ампутации отдельных частей тела [1; c. 198 ].

Синдром Ксантиппы

Ксантиппа вошла в историю не только как спутница жизни Сократа. Она заслужила дурную славу самой вздорной и сварливой жены всех времен и народов. Синдром ее имени проявляется в постоянном брюзжании, пуританстве, чрезвычайном педантизме, болезненном стремлении к порядку и стерильной чистоте. Зачастую страсть к порядку во всем, соблюдению нравственных принципов становится единственной, поглощающей иные влечения [5; c. 53 ].

Синдром юного Вертера

Однажды величайший  немецкий поэт и мыслитель  Гёте  влюбился в одну девушку, но та ответила ему отказом. Тогда чувствительный писатель стал переживать так, что захотел покончить с собой, но засомневался и вместо этого стал писать роман «Страдания молодого Вертера», герой которого, отчаявшись обрести счастье с боготворимой им девушкой Лоттой, пускает себе в голову пулю. Закончив книгу, писатель избавился от идеи суицида. Нотак уж получилось, что, выбравшись из «трясины» сам, он втянул в нее множество своих читателей. Сразу после публикации книга вызвала целую волну самоубийств среди молодых людей. Дело дошло до того, что в ряде стран опасный роман был запрещен. Психологи же теперь подобное подражательное поведение именуют синдромом юного Вертера [1; c. 39 ].

Синдром Адели

Так называют всепоглощающую и длительную любовную одержимость, болезненную страсть, которая остается без ответа. Название свое синдром получил из-за реальной истории, произошедшей с дочерью Виктора Гюго. Адель познакомилась с английским офицером Альбертом Пинсоном и сразу же решила, что он — мужчина всей ее жизни. Нельзя сказать точно, был ли он бессердечным подлецом, обманувшим невинное создание, или жертвой эротомании, однако Пинсон не ответил взаимностью — не помогла ни редкостная красота девушки, ни слава ее отца. Адель преследовала его по всему миру, врала всем, что они уже женаты, и в конце концов окончательно сошла с ума [1; c. 15].

Синдром Диогена

Диоген прославился тем, что ушел жить в бочку и вел себя как завзятый социопат и мизантроп. Синдром в честь его имени (его еще иногда называют синдромом старческого убожества) в целом  проявляется  так же:крайне пренебрежительное отношение к себе, самоизоляция от общества, апатия, накопительство и всякое отсутствие стыда [4; c. 40].

Синдром Мерилин Монро

«Что я такое? На что я способна? Я — пустое место. Пустое место и ничего больше. У меня в душе пустота!» — говорила голливудская звезда Мерлин. Она была красива, успешна, но, глядя на себя в зеркало, видела лишь безобразную неудачницу, не заслуживающую счастья. Люди с таким синдромом склонны надолго «застревать» в длительных отношениях с партнером, который делал их несчастными, считать, что масса возможностей плывет прямо в руки, а они  пропускают их мимо и т.д.      [3; c. 73 ].

Синдром Дауна

Данный синдром был назван в честь английского врача Джона Дауна, который описал болезнь впервые в 1866 году и охарактеризовал как психическое расстройство. В 1975 году ученые из американского института предложили ликвидировать притяжательную форму в названии синдрома, однако, название "Синдром Дауна" до сих пор широко распространено во всем мире [5; c. 50 ].

Болезнь Крона

Это заболевание получило свое имя в честь гастроэнтеролога из Америки Биррила Бернарда Крона. В 1932 году  ученый совместно с двумя своими коллегами ( Гордоном Оппенгеймером и Леоном Гинзбургом) опубликовал первое описание этой болезни и описал 14 ее случаев. Однако причины болезни Крона неизвестны до сих пор; среди них называют генетические, инфекционные и наследственные факторы. Болезнь Пика  - редкое заболевание, приводящее к развитию слабоумия у людей среднего возраста [3; c. 45].

Фрейдистская (Freudian) - имеющий отношение или описываемый в работах Зигмунда Фрейда (1856-1939 гг.): данный термин применяется в основном к направлению психиатрии, которое основывается на его работах ( Психоанализа)[1; c. 104 ].

Болезнь Паркинсона — заболевание, связанное с постепенной гибелью двигательных нервных клеток. Впервые это заболевание описал английский врач Джеймс Паркинсон в 1817 году в своем «Эссе  о дрожательном параличе», по имени которого и было названо заболевание [5; c. 77 ].

Развитие любой отрасли знания неизбежно влечет за собой развитие терминологии. Поэтому терминологическая работа  не может быть никогда закачена. На каждом этапе проводится лишь известная систематизация терминов, продиктованная необходимостью достижения взаимопонимания специалистов внутри отрасли на данном  языке, а также при межотраслевых и межъязыковых контактов.

Таким образом, вышерассмотренные единицы образовались от антропонимов, сохранивших точность и однозначность. Они представляют собой языковые единицы сугубо специальные, то есть доступные для понимания в полной мере специальной, в конкретной области.

 

Список использованной литературы:

  1. Кравченко И.В  Краткое пособие по психиатрии- М.: Спец. Лит., 2016.-125с.
  2. 2) Суперанская А. В., Подольская Н.В, Васильева Н.В. Общая терминология - М.: Наука, 1989- 246с.
  3. 3) А.Э.Радзевич, Ю.А.Куликов, Е.В.Гостева Краткий толковый словарь медицинских терминов - М.: МЕДпресс-информ, 2004. - 368с.
  4. 4) Горбач И.Н.  Медико-терминологический словарь - Мн.: Харвест, 2004. - 176с.

5)                http://med.claw.ru/ - Медицинская энциклопедия                  

6)                http://www.abutilon.ru/page/slovar-terminov

 

Anthroponyms in the medical terminology

(on the material of the Russian language)

Summary

The article contains the systematization and analysis of the medical terms in the Russian language the components of which are  anthroponyms – the famous Russian and foreign doctors ' and scientists' surnames. The grouping is carried out according to the origin of the surnames: the Russian and foreign ones. The most interesting and significant historical information about these persons and terms connected with them is also given.

Keywords: anthroponyms, medical terms, surnames, doctor, scientist, disease

 

Tibb terminologiyasında antroponimlər

( rus dilinin materialı əsasında)

Xülasə

Məqalədə rus dilində tərkibində antroponimlər (məşhur rus və xarici həkim­lərin, alimlərin soy adları) olan tibb terminləri sistemləşdirilir və araşdırılır. Qruplar soy adlarının milli mənsubiyyətinə gorə verilir ( rus və xarici soy adlari). Həkimlərə, onların soy adlarına və müvafiq terminlərə aid ən maraqlı tarixi məlumatlar da verilir.

Açar sözlər: antroponimlər, tibb terminləri, soy adlar, həkim, alim, xəstəlik.

 

Rəyçi: dos.L.Ələkbərova


Xanalıyeva Aysel Fazil qızı

AZƏRBAYCAN DİLİNDƏ MÜXTƏLİF NÖV VARİASİYA NƏTİCƏSİNDƏ YARANAN BƏZİ FRAZEOLOJİ VARİANT SİLSİLƏLƏRİ

Frazeoloji vahidlər fonetik, leksik, morfoloji, sintaktik cəhətdən dəyişikliyə uğrayan zaman onun müxtəlif variantları yaranır. “Frazeoloji variantlar – frazeoloji vahidin müxtəlif növləridir. Onlar mənanın keyfiyyəti və kəmiyyəti, üslubi və sintaktik funksiyalar, digər sözlərlə uzlaşması baxımından eynilik təşkil edir; qismən müxtəlif olan leksik tərkibinə və ya söz formaları, söz ardıcıllığına görə fərqlən­mələrinə baxmayaraq, ümumi leksik invarianta malikdirlər” (4, 442). Azərbaycan dilinin frazeoloji sistemində variasiya imkanları  çox genişdir, bu imkanların hesabına frazeoloji vahidin müxtəlif formaları yaranır və sayı getdikcə çoxalır, nəticədə böyük frazeoloji variant silsilələri meydana çıxır. Azərbaycan dilində frazeoloji variant silsilələri daxilində leksik və morfoloji yolla yaranmış frazeoloji variantlar üstünlük təşkil edir. Çox az hallarda isə frazeoloji vahiddə leksik və morfoloji dəyişiklik eyni zamanda baş verir və leksik-morfoloji variantlar əmələ gəlir. Məsələn, gözünün odun(u)almaq//gözünü qorxutmaq; adam yerinə qoymamaq//adam yerində tutma­maq; əli boşa çıxmaq//əli boşda qalmaq; ağ eləmək//ağını çıxarmaq və s.Nümunə: Bir dəfə isə Fərid lap ağ elədi, sərxoş halda polis forması geyinib atamın bibisi qızının evinə getdi, silah çıxarıb onu qorxutdu.(Varis)  Anasının bu qadağası Tofiqə də yer elədi, Arvad lap ağını çıxardıb, hamilə gəlinə yumurtanı da qıymır. (Varis) Göründüyü kimi, frazeoloji vahidin tərkibindəki feili komponent başqa bir leksik vahidlə əvəzlənmiş, ismi komponent isə əvəzlənən leksik vahidə uyğun­laşmaq üçün morfoloji cəhətdən dəyişikliyə uğramışdır. Nəticədə leksik-morfoloji variant yaran­mışdır.

“Fərq qoymamaq”mənasında işlədilən bir gözlə baxmaq//bir gözdə görmək//eyni gözlə baxmaq//eyni gözlə görmək//eyni gözdə görmək variant silsiləsinə həm leksik, həm morfoloji, həmçinin də leksik-morfoloji variantlar daxil­dir. Diqqət etsək, leksik və morfoloji dəyişmələrin növbə ilə getdiyini və nəticədə eyni frazeoloji vahiddə leksik-morfoloji variasiyanın cəmləşdiyini görərik. Bu frazeoloji variant silsiləsində, baxmaq”, “görmək”, “bir” və “eyni” kompoentləri əvəz­lənir, “göz” komponenti isə dayaq komponentdir, təkcə morfoloji dəyişikliyə uğrayır: ilə qoşmasının şəkilçiləşmiş -la2variantı, müasir formada yerlik hal şəkilçisi -da2ilə əvəzlənmişdir. Fikrimizcə, bir gözdə görmək frazeoloji variantındakı gözdə komponenti elə ilə qoşmasının fonetik cildinin dəyişməsindən başqa bir şey deyil. Nümunələr: Gülbahar xala, onu oğlundan heç vaxt ayırmırdı, ikisini də eyni gözdə görürdü.(dan); Gərək, Nənəxanım bu qızcığaza eyni gözlə baxmayaydı. (S.Rəhimov) Övladları arasında heç vaxt ayrıseçkilik qoymazdı, üçünü də bir gözdə görürdü. (dan.)

Daha bir frazeoloji variant silsiləsinə diqqət edək: yerində(cə) quruyub qalmaq//yerində qurumaq//yerində(cə) donub qalmaq//donub qalmaq//mat qalmaq//matı-qutu qurumaq və s. Bu frazeoloji variant silsiləsində frazeoloji vahidlər eyni məna çərçivəsində müxtəlif cür variasiya prosesi keçirmişdir. Bu, özünü əsasən üç istiqamətdə göstərir. 1) Leksik variasiya: komponentlər növbə ilə əvəzlənərək və yeni leksik vahidlər artırılaraq, yaxud da komponentin birinin ixtisarı; 2) morfoloji variasiya: şəkilçilərin ixtisarı yaxud da əlavə olunması; 3) leksik-morfoloji variasiya: həm leksik, həm də morfoloji variasiyanın eyni frazeoloji variantda cəmləşməsi. Nümunələrə diqqət edək: Çıxıb baxanda heyrətimdən donub qaldım. İki iri həsir səbət ağzına qədər yumurtayla doluydu... (Varis);Arvadla anam otağa girib məni bu qiyafədə  görəndə dunub qaldılar. (Varis); Xanım yerində donub qalmışdı. Güləbətinin son sözləri qulağında cingildəyirdi. (Mirzə İbrahimov); Tələtin dediklərini eşitcək yerindəcə donub qaldı.(Varis) Vasif divanda oturub televizora baxırdı, anasını görən kimi dik qalxdı, tərpənmədi, yerindəcə quruyub qaldı. (H. Ə. Cəfərli); Tez cumub kürkü götürəndə arxadan bir türk əsgərinin səsi gəldi. -Dur!  Yerimdə qurudum. (Əjdər Ol); Mən hamamın qapısını açıb içəri girəndə gördüm ki, Palyaniçko paltarsoyunulan yerdə köynəyinin düymələrini açır. Matım-qutum qurumuşdu. (Əjdər Ol); Cəfər təffərüatı eşidib mat qaldı. (Varis); Gördükləri möcüzədən əlləri üzlərində qalan camaat Dolu düşərkən heç tükü də ürpənməyən Ağanın əlinə-ayağına düşmüşdü: -Cəddinə qurban olaq,Ağa! (Aqil Abbas)

Əsas invariant kimi yerində quruyub qalmaq frazeoloji vahidini götürmək olar, digər frazeoloji vahidlər bunun əsasında formalaşmışdır. Dayaq kompoentlər isə “yerində”, “qurumaq”, “qalmaq” sözləridir. Frazeoloji vahidlər arasında növbə ilə kompo­nent­lərin ixtisarı, komponentlərin əvəzlənməsi, komponentin qoşalaşması variasiyası getmişdir. Dilimizdə bu frazeoloji vahidin tək sözdən ibarət forması da işlənməkdədir: Yol getdiyim yerdə birdən qarşıma çıxdı, gözləri gözlərimə zilləndi, həmin an qurudum. (dan.)

Bu frazeoloji variant silsiləsi əsasında dil-ağzı qurumaq//nitqi qurumaq//dili qurumaq//nitqi tutulmaq//dili tutulmaq frazeoloji variant silsiləsinin formalaşdığını da demək olar. Çünki bunlar arasında böyük məna fərqi yoxdur, hər iki variant silsiləsi hər hansı bir hadisədən, eşidilən xəbərdən son dərəcə təəccüblənmək mənasını verir. Lakin ikinci variant silsiləsi insanın həm də təəccübləndikdən sonrakı davranışını da göstərməyə kömək edir, təəccübdən danışa bilməmək mənası da ilkin mənaya qovuşur. Nümunə: Rəmziyyənin gözlərinə qaranlıq çökdü. Bir anlıq dili tutuldu, haçandan-haçana həyəcanla soruşdu: -Nədir, oğluma nə olub?( H.Ə.Cəfərli); Bu gözlənilməz şad xəbərdən sanki anamın nitqi qurumuşdu.O deyilənləri eşitmirdi. (A.Rəhimov); Qəribə idi ki, qorxudanmı, çaşqınlıqdanmı heç kimin səsi çıxmırdı, sanki hamımızın nitqi tutulmuşdu. (A.Rəhimov) Göründüyü kimi, frazeoloji variantlar eyni məzmun xəttinə tabe olmaqla yanaşı, müxtəlif  tipli kontekslərə daxil olaraq həmin situasiyaya müvafiq məna çalarlığı qazanmış, insanın müxtəlif psixoloji vəziyyətini (qorxu, təəccüb, sevinc və s.) əks etdirərək həm müsbət, həm mənfi, həm də neytral münasibət ifadə edə bilmişdir.

Daha bir frazeoloji variant silsiləsinə baxaq: elə bil (sanki) başına qaynar su tökdülər//elə bil ki, başına bir qazan qaynar su tökdülər//üstünə bir qazan qaynar su tökdülər//sanki, başına qaynar su ələndi.

-Kimin yoldaşısan, -deyə ondan soruşdum. -Əhlimanın … -dedi və elə bil başıma qaynar su tökdülər. Mən onun necə əzazil, necə qansız bir adam olduğunu bilirdim. (E.Elatlı.); Müəllimə Ramizin gözünün səmtiylə batareyaya tərəf baxıb Ratanı görəndə elə bil ki, başına bir qazan qaynar su tökdülər. (M. İbrahimov) Xanım da susub qalmışdı, sanki üstünə bir qazan qaynar su tökmüşdülər. (M.İbrahimov); “İçəridə yatar” sözünü eşitcək sanki başınabir qazan qaynar su tökdülər. İstədi ağzını açıb nə isə desin, səsi çıxmadı.(Ə. Nəsirli). Qəhərli səslə dedi ki, nişanı qaytarmaq üçün başqa variant bilmədin, gəlib burada gizləndin? Sanki, başıma qaynar su ələndi. (Varis) Nümunələrin arasında əsas invariant eşidilən xəbərdən məyus olmaq, sarsıntı keçirmək, hiddətlənmək mənasında “başına qaynar su tökülmək” frazeoloji vahididir. Bunun əsasında müxəlif növ variasiya prosesi getmişdir. Elə bil, elə bil ki, sanki modal sözlərinin əvəzlənməsi, ekspressivlik artırmaq üçün “bir qazan” söz birləşməsinin artırılması, fel formasının dəyişməsi hesabınaleksik-morfoloji variantlar yaranmışdır.

Şair və yazıçıların vasitəsilə də frazeoloji variantların əhatəsi genişlənir, yaradılmış formalar tədricən ədəbi dilin frazeoloji sisteminə daxil olur. “Bir sıra variantların meydana çıxması yazıçıların fəaliyyəti ilə bağlıdır. Yazıçı dildə mövcud olan ifadələrin üzərində dəyişiklik edir, ona söz artırır, və ya ondan söz atır. Beləliklə, mövcud ifadə üçün variant düzəlir. (3, 297)” Məsələn, Kamran müəllimin bu sözləri qaynar su olub Vasifin başına ələndi.(H. Ə. Cəfərli). Tatarın ölüm xəbəri qaynar sukimi töküldü təpəsindən.(Mübariz Örən) və s.

Gözdə-qulaqda olmaq//göz-qulaq olmaq//gözü üstündə olmaq//üstündə gözü olmaq//göz olmaq//göz qoymaq//gözdən qoymamaq//gözdən qaçırmamaq// gözdən buraxmamaq//gözü açıq olmaqfrazeoloji variant silsiləsini təhlil edək:

Nümunələr: Gözdə-qulaqda ol, Tahir buralara gəlsə, mənə xəbər ver; Göz-qulaq olki, onlar bizə dəyib-dolaşmasın; Bala, uşaqda gözün olsun, pilləkəndən yıxıla bilər. Gözün üstündə olsun, xəstə adamdır, başına bir iş gələr; Bax ha dostun Nəbinin üstündə gözün olsun; Abbası gözdən qoyma, əlindən xəta çıxar; Diqqətli ol, heç nəyi gözdən qaçırma.

Müxtəlif variantlarda işlənən bu frazeoloji vahidlərin ümumi mənası belədir: hiss etdirmədən diqqətlə baxmaq, fikir vermək, müşahidə etmək; nəzarət etmək, muğayət olmaq, bütün fikrini, diqqətini yönəltmək, ayıq-sayıq olmaq.

Frazeoloji variant silsiləsi tərkibində baş verən variasiya prosesi: gözdə-qulaqda olmaq//göz-qulaq olmaq; göz qoymaq//gözdən qoymamaq – morfoloji; göz-qulaq olmaq//göz olmaq – leksik, gözdə-qulaqda olmaq//göz olmaq – leksik-morfoloji; gözdən qaçırmamaq//gözdən buraxmamaq – leksik; gözü üstündə olmaq//üstündə gözü olmaq –  sintaktik.

İlk frazeoloji vahiddə “göz” və “qulaq” kompanentinin bərabər işlənməsi geniş informasiya daşıyır. Gözdə-qulaqda olmaqbütün diqqəti, fikri görməkdə (gözdə) və eşitməkdə (qulaqda) olmaq, tək gözlə (görməklə) kifayətlənməmək, həm də qulaqla (eşitməklə) daha da diqqətlə nəzarət etmək deməkdir. Göz-qulaq olmaq isə fikri bir az da qüvvətli, səlis, dəqiq ifadə edir. Daha sonrakı fraeoloji vahidlərdə qulaq” komponentinin çıxmasını  belə bir atalar sözü ilə izah etmək olar.: Eşitdiyinə deyil, gördüyünə inan.  Xalq təfəkküründə gözün fünksiyası daha həlledici, inandırıcı olduğundan göstərilən frazeoloji vahidlərdə qulaq anlayışını üstələməsini söyləmək olar. Bəzən də variantlaşma o zaman baş verir ki, frazeoloji vahid daxilən ixtisarlaşmaya, qısalmaya meyil göstərir. Fikrimizcə, göz olmaq frazeoloji vahidi daha sonrakı dövrün məhsuludur. Ilk baxışda göz olmaq frazeoloji vahidinəbənzəyən  gözü olmaq, gözdən olmaq frazeoloji vahidləri də işlənir. Burada komponentin hal şəkilçisinin dəyişməsi frazeoloji vahidin semantikasını xeyli dəyişib, tamamilə yeni frazeoloji vahid  yaranmışdır. Müqayisə edək: Oğul, babandan göz ol ki, yenə naxoşlamasın. – Ay baba, mənim nəyim var ki, məndə gözü olsun; Əfqanıstan döyüşlərində gözdən olub, indi dövlətdən təqaüd alır.

Bu variant silsiləsinin son mərhələsi kimi gözüaçıq sözünü də qeyd etmək olar. Gözü açıq olmaq (Ay oğul, bu işdə gərək gözlərin açıq ola) – gözüaçıq (gözüaçıq tələbə) Kompanentləri bir vurğu qazanaraq mürəkkəb sözə çevrilən belə sözləri müasir dilçilikdə bəzən söz formasında olan frazeoloji vahid kimi də qəbul edirlər. “Dildə mövcud оlаn mürəkkəb sözlər də əvvəlcə sərbəst söz birləşmələri şəklində оlmuş, sоnrаlаr məcаzlаşmаyа məruz qаlаrаq sаbitləşmiş, dilin frаzеоlоji qаtındаn kеçib dаşlаşmış və nəhаyət, dildə mürəkkəb söz kimi fоrmаlаşmışdır. Bunu bu gün mürəkkəb söz hеsаb еtdiyimiz аyаqqаbı, bеlbаğı, gözüаçıq, аlnıаçıq, cаvаb vеrmək, şаd оlmаq və s. tipli sözlər də təsdiq еdir”. (2, 76) Yeri gəlmişkən, onu da qeyd edək ki, dil sistemində ixtisarlaşma, fikri daha az sözlə çatdırma prosesi surətlə gedir. Bu, dilin bütün yaruslarında özünü göstərir. Dilin qənaətə meyli prosesi frazeoloji sistemdə özünü bu və ya digər dərəcədə göstərir. Bəzən eyni və yaxud yaxınmənalı frazeoloji vahidlərin bir-birindən rəngarəng formalarının mövcudluğunu da məhz bu prosesin nəticəsi kimi qiymətləndirmək olar. Gözdə-qulaqda olmaq//göz-qulaq olmaq fraeoloji variantları da cümlə daxilində feli komponentsiz bir sözdən ibarət frazeoloji vahid formasını alır. Məsələn, Onun başqa işi-gücü yoxdur, elə buralara göz-qulaqdır.(dan.) Vallah gözdə-qulaqdayam, bir xəbər bilsəm, sizə deyəcəyəm.(dan.)

Boynuna almaq//boynuna götürmək//boynuna çəkmək//boyun qoymaq//boyun olmaq. “Bütün yükü, məsuliyyəti öz üzərinə götürmək”  mənasını ifadə edən bu frazeoloji variant silsiləsində iki istiqamətdə variasiya prosesi getmişdir. İlk üç frazeoloji vahid leksik əvəzlənmə yolu ilə yaranmış leksik variantlar, son iki frazeoloji vahid isə həm leksik əvəzlənmə, həm də hal şəkilçisinin dəyişməsi yolu ilə yaranmış leksik-morfoloji variantlardır. Dayaq komponent  olan “boyun” sözü ilk üç variantda yönlük halda işlənsə də, sonrakı mərhələdə qeyri müəyyən təsirlik halda (boyun qoymaq) işlənmişdir. Boyun qoymaq variantında “boyun” sözü  digər variantlardakı kimi yönlük hal şəkilçisi qəbul edib “boynuna qoymaq” şəklində də işlənə bilər. Lakin bu zaman tamamilə başqa bir məzmun ifadə etmiş olur. Boynuna yıxmaq//boynuna atmaq//boynuna yükləmək//üstünə yıxmaq//üstünə atmaq frazeoloji variant sislsiləsinin tərkib üzvü olur. 

Boyun qoymaq frazeoloji vahidinin daha başqa bir leksik variantı da “boyun olmaq” frazeoloji vahididir. Bu mərhələdə boyun ismi adlıq halda işlənmə mövqeyinə keçmişdir. Bəşir Əhmədov. “Etimologiya lüğəti”ndə yazır: “Əsli boynuna almaq (yükü öz üzərinə götürmək) kimi olub, sonra boyun olmaq şəklinə düşüb”.

Nümunələr:Qonaqlığın xərcini Aşıq Mirzə boynuna götürmüşdü. (Əjdər Ol);Görünür, mən də nahaq yerə belə xatalı işə boyun qoymuşam.(M.İbrahimov);Yusif Səmədoğlu yazıçılara qonaqlıq boyun olandan sonra onları razı salır ki, hamısı üçün bir dəfəyə məclis qursa, ona baha oturar, yaxşısı budur, onlara fasilələrlə, iki-bir, üç-bir qonaqlıq versin. (Əjdər Ol)

 

ƏDƏBİYYAT

  1. Əhmədov B. Etimologiya lüğəti.
  2. Mirzəliyeva M.M. Türk dillərinin frazeologiyası. 3 cilddə. I cild. Bаkı, Nurlаn, 2009. 218 s
  3. N.Rəhimzadə. Frazeologiya. Müasir Azərbaycan dili: 3cilddə, I cild. Bakı:Elm, 2010, 352 s.
  4. Кунин А.В.Основные панятия английской фразеологии как лингвистическая дсциплины и создание англо-русского фразеологического словаря:Дис…д-ра филол.наук.М., 1964.с.

Açar sözlər: frazeoloji vahid, frazeoloji variant silsiləsi, leksik və morfoloji variantlılıq

Ключевые слова: фразеологическая единица, ряд фразеологических вариантов, лексическая и морфологическая вариантности

Key words: phraseological unit, phraseological variants row, lexical and morphological variance

 

РЕЗЮМЕ

В фразеологической системе азербайджанского языка вариационные возможности очень широки. За счет этих возможностей создаются различные варианты фразеологической единицы и их количество постепенно увеличи­вается, в результате чего формируются большие ряды фразеологических вариантов. В азербайджанском языке в составе рядов фразеологических вариантов преобладают фразеологические варианты, образованные лекси­ческим и морфологическим способами. В очень редких случаях в фразеоло­гической единице одновременно происходят лексическое и морфологическое изменения и создаются лексико-морфологические варианты.

 

SUMMARY

There are big variation opportunities in phraseological system of Azerbaijani language. Due to these opportunities different variants of phraseological unit are formed; and the number of these variants gradually increases. As a result, big phraseological variants rows are formed. In Azerbaijani language the phraseological variants formed by lexical and morphological means within phraseological variants rows, prevail. Hardly ever lexical and morphological changes in phraseological unit occur at the same time; and lexical-morphological variants are formed.

 

RƏYÇİ:  dos. E.VƏLİYEVA

 

Natavan Rasim qızı Baxşəliyeva

AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİNDƏ CÜMLƏNİN AKTUAL ÜZVLƏNMƏSİ,

TEMA-REMA ANLAYIŞI

Sintaksis dilçiliyin əhəmiyyətli şöbələrindən biridir.  Belə ki, dildə ünsiyyət mübadiləsi cümlələr vasitəsilə həyata keçirilir.  Biz fikrimizi məhz cümlələr vasitəsilə ifadə edirik. Yəni cümlə sintaksisin əsas vahididir. Cümlə mətnin əsasını təşkil edir. Sintaktik vahidlər  cərgəsində cümlə mərkəzi mövqe tutur, lakin öz quruluş xüsusiyyətləri ilə fərqlənərək söz birləşməsi ilə sintaktik bütövlər arasında bir neçə şəkildə özünü göstərir. Dilçiliyin tarixi inkişafı boyunca iki növ sintaksis elmi mövcud olmuşdur: 1) sintaksis sözün birləşmə cəhətləri haqqında bir elm kimi, 2) sintaksis cümlə haqqında elm kimi [6, 264]. Sintaksisin əsas vahidi cümlədir. Cümlə insan düşüncəsinin məhsuludur. Sintaksisin vahidi olan cümlə iki cür üzvlənir, qrammatik və aktual üzvlənmə. Cümlənin qrammatik üzvlənməsi baş və ikinci dərəcəli üzvlərlə bağlı olur. Baş üzvlər, yəni mübtəda və xəbər cümlənin əsasını təşkil edir. İkinci dərəcəli üzvlər- tamamlıq, təyin və zərflik isə baş üzvləri izah edir ki, onların iştirakı ilə cümlə daha anlaşıqlı, rəngarəng və dolğun olur. Məsələn,

O maraqlı kitablar oxumağı çox sevir.

 I have some interesting books about seas. 

Qrammatik üzvlənmədə cümlə geniş olduqda, mübtədadan əvvəl onun təyini, xəbərdən əvvəl tamamlıq vəya zərflik işlənir.

İntelligent student admired everybody.

Soyuq qış havası qılınc kimi kəsirdi.

Aktual üzvlənmə məqsədli nitqin analizi üçün nə qədər böyük rola malik olsa da, onun rolunu həddən artıq şişirtmək, cümlənin rolunu nisbi bitmiş fikir ifadəsi vasitəsi kimi heçə endirmək olmaz.

Bütün cümlələrdə aktual üzvlənmə müşahidə edilmir. Bu cür cümlələrdə məntiqi vurğu olmur, bu cümlələr tema və remaya ayrılmır. Tema-remaya ayrılan cümlələr üzvlənən, ayrılmayan cümlələr isə üzvlənməyən cümlələrdir.

Yazın əvvəlləri idi.

Hava soyuq idi.

Yazılı mətnin ayrı-ayrı cümlələrinin aktual üzvlənmə baxımından necə üzvləndiyini mətnin ümumi intonasiyası ilə müəyyənləşdirmək olur. Şifahi nitqdə isə aktual üzvlənmə hər bir cümlənin öz intonasiyasından aydın olur. Lakin qrammatik üzvlənmənin intonasiya ilə bu cür əlaqəsi yoxdur. Qram­ma­tik üzvlən­mə ilə ak­tu­al üzv­lən­mə ara­sın­da dərin əlaqə vardır. Qram­ma­tik üzv­lən­mə­nin va­hi­di olan mübtə­da ilə xə­bər ara­sın­da mövc­ud olan əla­qə və müna­si­bət­lə cümlə va­hi­di olan te­ma və re­ma ara­sın­da­kı əla­qə və müna­si­bət­lər oxşardır. Müxtə­sər cüttər­kib­li cümlə­lər­də mübtə­da te­maya, xə­bər re­maya uyğ­un gə­lə bi­lər; mə­sə­lən, Vahid çıxış edir! Əgər bu cür cüm­lə­lər­də te­ma ilə re­ma ye­ri­ni dəy­i­şər­sə (mə­sə­lən, Çıxış edir Vahid!), qram­ma­tik və ak­tu­al üzvlən­mə arasında əlaqə pozular.

Cümlənin aktual üzvlənməsi isə qrammatik üzvlənmədən fərqli subyektiv cəhətlə bağlıdır. Bu zaman cümlə üzvlərindən biri xüsusi fəqləndirilir, cümlədə söz sırasında dəyişiklik olur, söz məntiqi vurğu ilə nəzərə çarpdırılır. Bu proses insanın beynində baş verən ciddi təhlilin nəticəsi kimi ortaya çıxır. Qeyd olunan təhlil də məlumat göndərənlə qəbul edən arasında baş verən kommunikasiya aktının təzahürü kimi yaranır. Professor K.M.Abdullayev yazır: “Ümumiyyətlə, dediyimiz kimi, cümlə quruluşunda iki səviyyənin ayrılması təbii olaraq iki cür üzvlənmənin formalaşmasına  gətirib  çıxarır. Bu üzvlənmələrdən biri sintaktik üzvlənmə (qrammatik), yəni ənənəvi olaraq məktəb qrammatikalarından tanış olan cümlə üzvlərinə görə üzvlənmədir. O biri üzvlənmə məntiqi-psixoloji funksional – kommunikativ imkanları nəzərə alan məntiqi – sintaktik üzvlənmə, başqa sözlə desək, aktual üzvlənmədir. (1, 90-91). Bu məsələnin öyrənilməsi XX əsrin əvvəllərinə təsadüf edən Praqa dilçilik məktəbi ilə bağlıdır.  Bu termini dilçiliyə çex dilçisi V. Matezius gətirmişdir. Onlar məsələnin mahiyyətini şərh edərkən keyfiyyətcə müxtəlif üzvlənmələrin xüsusi olaraq fərqləndirilməsi konsepsiyasını əsas tutmuşlar. (4, 240).

Cümlənin aktual üzvlənməsi tema- rema anlayışına uyğun gəlir. Matezius  qeyd edir ki, cümlədə birinci tərəfdə haqqında məlumat verilən, ikinci hissədə məlumatın özü göstərilir. Biz məlumdan naməluma doğru gedərək deyiləni daha anlaşıqlı etməyə çalışırıq. Məsələn, Müəlliməmiz xarici dil dərsini bizə yeni metodlarla başa salır.

V.Matezius  cümlənin kom­mu­ni­ka­tiv vəzifəsini irəli çəkməklə ak­tu­al üzvlən­mə məsələsinin ya­ra­dıc­ı­sı ki­mi tanınmışdır. O, ak­tu­al üzvlən­mə­nin dil ha­di­sə­si oldu­ğu­­nu müəyyən etməklə, cümlə­nin qram­ma­tik üzvlən­mə­si ilə cümlənin ak­tu­al üzvlən­mə­si­nin ox­şar və fər­q­li cə­hət­lə­ri­ni, bir çox hal­lar­da qar­şı-qar­şıya dur­duğ­u­nu izah et­di.

Mətn da­xi­lin­də cümlələr ara­sın­da sin­taq­ma­tik və pa­ra­diq­ma­tik bağ­lı­lıq olur. Sin­taq­ma­tik bağ­lı­lıq cümlələrin  ar­dıc­ıl düzülüşü ilə ya­ra­nır. Pa­ra­diq­ma­tik əla­qə məna bağ­lı­lığıdır və in­to­na­siya ilə for­ma­la­şır. Mət­nin forması be­lə­dir ki, hər bir nitq ak­tı te­ma­dan remaya doğ­ru irə­li­ləy­ir, çünki da­nı­şıq­da, ya­zı­da əsas məq­səd te­ma de­y­il və qeyd et­diy­i­miz ki­mi, te­ma da­nı­şa­na da, din­ləy­ə­nə də mə­lum­­dur. Əsl məq­səd hə­min te­ma haq­qın­da ye­ni mə­lu­mat ver­mək­dir. Bu ye­ni mə­lu­mat cümlə­nin kom­­mu­ni­ka­tiv məğzidir, nüvə­si­dir, məq­səd onu oxucuya, dinləyiciyə anlatmaqdır.  Re­­ma  ad­la­nan bu his­sə fi­k­rin inki­şa­fı­na, irə­li­lə­mə­­si­nə, din­ləy­ic­i­nin, oxuc­u­nun ye­ni mə­lumat­ əldə etməsinə sə­bəb olur və sonda vəziyyətdən, da­nı­şa­nın, ya­za­nın məq­sə­din­dən ası­lı ola­raq, te­ma­­nın ye­ni xüsusiyyətləri müəyyən olunur. Te­ma ət­ra­fın­da top­la­nan cümlələr bu cə­hət­dən bir-bi­ri­lə bağ­lı olub mət­nin yaran­ma­sı­nı şərt­lən­di­rir.

Cümlə üzvlərinin aktuallaşması subyektiv fikirlə bağlı olduğuna görə hər dəfə bir üzv aktuallaşdırılaraq  önə çəkilir, oxucunun diqqətinə çatdırılır, məntiqi vurğu ilə tələffüz olunur. Məsələn,

Xarici dil dərsini bizə yeni metodlarla müəlliməmiz başa salır.

Müəlliməmiz  xarici dil dərsini yeni metodlarla  bizə başa salır.

Müəlliməmiz bizə yeni metodlarla xarici dil dərsini başa salır.

Cümlənin aktual üzvlənməsi zamanı məlum olan məlumat yeni keyfiyyət əldə edir və beləliklə, yeni məlumata yol açılır. Yeni verilən məlumat isə məntiqi vurğu ilə verilir. Aktual üzvlənmənin tərkib hissələrini dilçilikdə iki yerə bölürlər: subyekt qrupu tema, predikat qrupu isə rema adlanır (2).

Beləliklə, cümlədə tema-rema münasibəti yaranır. Tema- köhnə, əvvəlki mövzudan oxucuya məlum olan, rema isə yeni məlumatdır. Bir az ümumiləşmiş şəkildə desək tema nə haqqında danışmağımızdırsa, rema nə danışmağımızdır. Tema bizə məlum olan köhnə məlumatdır. Adi danışıqda dilində tema, bir qayda olaraq, mübtəda kimi çıxış edir, yəni cümlənin əvvəlində işlənir.

Şəhər çox istidir.

Şəhər bu gün çox istidir.

Bizə məlum olan odur ki, biz şəhərdə yaşayırıq və havanın temperaturunu bilirik. Dünənki hava ilə müqayisədə bugünkü havanın daha isti olması yeni məlumat kimi qeyd edilir.

Rema qabağa keçəndə cümlə daha rəngarəng, emosianal xarakter alır. V. Matezius bunu subyektiv söz sırası adlandırır. Bu zaman cümlənin intonasiya qəlibi dəyişir, tema xüsusi vurğu ilə nəzərə çarpdırılır.(4)  Məsələn, Bülbül (tema)  oxuyur (rema), amma, Oxuyur (tema) Bülbül (rema). Buradakı ikinci cümlədə dinləyiciyə oxuyanın kim olacağı maraqlı gəlir. Ona görə də ikinci cümlədə Bülbül sözü remadır. Çünki onun əvəzinə başqa müğənninin də adı gələ bilərdi.

Qatar (tema) gəldi (rema), Gəldi (tema) qatar (rema).

Bu cümlələrin birincisində biz qatarın adəti üzrə gəldiyini deyirik, ikinci cümlədə isə səbirsizliklə gözlədiyimiz gecikmiş qatarın gəlişini həyəcanla qeyd edirik.

Te­ma və re­ma­nın hər bir for­mal əla­mə­ti söz sı­ra­sı və in­to­na­siy­a­dan iba­rət­dir.  Ədə­bi dil nor­ma­la­rı­na müva­fiq qu­rul­muş sa­də nəq­li cümlə­lər­də adə­tən te­ma əv­vəl, re­ma so­nra gə­lir; te­ma­da ton nis­bə­tən yüksək olur, re­ma isə mən­ti­qi vu­rğu ilə tə­ləffüz edi­lir.

Cümlənin aktual üzvlənməsində gördüyümüz kimi, intonasiya və söz sırasının böyük rolu vardır. Fikrin daha aydın və birmənalı başa düşülüb qavranılması üçün dildaxili və dilxarici amillərdən istifadə olunur. İntonasiya ,söz sırası və semantik həmrəylik dildaxili amillərə aiddir. O. Yespersen intonasiyaya çox böyük əhəmiyyət verir. O metoforik şəkildə fikrini ümumiləşdirərək intonasiyanı fikrin skalpeli, hissiyyatın termometri və əhval ruhiyyənin barometri adlandırırdı. Söz sırasının üslubi funksiyası ondan ibarətdir ki, cümlədə sözlərin yeri dəyişsə də cümlənin mənasında heçbir dəyişiklik olmur, sadəcə cümlədə bir üzv aktuallaşdırılaraq önə çəkilir, diqqət mərkəzində olur.

O, dünən kitabı mənə verdi.

O, kitabı mənə dünən verdi.

O, dünən mənə kitabı verdi.

Kitabı dünən mənə o verdi.

İngilis dili analitik dil olduğu üçün söz birləşmələrində olduğu kimi, cümlədə də söz sırası böyük əhəmiyyət daşıyır. Azərbaycan dilindən fərqli olaraq ingilis dilində söz sırası sabitdir. Azərbaycan dilinin morfoloji quruluşu ingilis dili ilə müqayisədə daha zəngin olduğundan, söz sırası da bir o qədər sərbəstdir. Hər hansı bir dilin morfoloji quruluşu zəngin olduqda söz sırası da sərbəst olur.

Yəni biz fikrimizi intonasiyanın köməyilə daha rəngarəng, hərtərəfli verə bilirik. Məsələn, ingilis dilində cümlədə mübtəda ilə vasitəsiz tamamlığın yerini dəyişdikdə cümlənin semantikası tamamilə dəyişir.

The teacher teaches the pupil.

The pupil teaches the teacher.

Bu cümlələrə nəzər saldıqda görürük ki, birinci cümlədə mübtəda funksiyasında çıxış edən teacher sözü ikinci cümlədə vasitəsiz tamamlıq, ikinci cümlədə mübtəda rolunda iştirak edən pupil sözü ikinci cümlədə vasitəsiz tamamlıq olur. Nəticədə, cümlənin mənası tamamilə dəyişir, mənaca bir-birinin əksi olan cümlələr yaranır. Bu cümlələr arasındakı fərqlər söz sırasının dəyişməsinin nəticəsidir. İngilis dilində cümlənin məqsədə görə növlərində, məsələn, əmr, nida, sual cümlələrində söz sırası demək olar ki, sabitdir. Nəqli cümlələrdə cümlə adətən mübtəda və xəbərlə başlayır. Daha sonra isə ikinci dərəcəli üzvlər işlədilir. İngilis dilində söz sırası sabit olsa da bəzən  hər hansı bir üzv mübtədadan önə keçə bilər. Bu zaman cümlənin mənasında heç bir dəyişiklik olmur. Yalnız fərqli söz sırası üslubi fərq yaradır.

I will take my book with me.

My book I will take with me.

Boy throw ball. Ball, boy throw                  

İntonasiya çox mürəkkəb dil vahididir. Danışan öz nitqində intonasiyanın müxtəlif növlərindən istifadə edir. Bu zaman danışan təəccüb, təəssüf, sual, narazılıq, qətiyyət kimi hissləri oz nitqində ifadə edir. Danışan həm öz psixoloji durumunu bildirir, həm də ifadə etdiyi fikrə müəyyən modallıq mənası verir. Məsələn,

Sən də gəlirsən?Hə (razılıq).

Sən də gəlirsən? Hə (qətiyyət).

Onu tanıyırsan? Həə (təəccüb).

 How long have you been in England?(sual intonasiyası)

Tema- rema münasibətlərinin formalaşmasında intonasiya və söz sırasından başqa artikl, növ və xüsusi konstruksiyalar iştirak edirlər. Artikıllı dillərdə yeni ilə köhnənin, məlumla naməlumun, yəni tema ilə remanın qarşılıqlı əlaqəsini müəyyənləşdirmək asandır, çünki qeyri müəyyən artikl həmişə yeninin tərkib hissəsidir. Yeninin müəyyən edilməsində ədatlar da iştirak edir. Azərbaycan dilində də yeninin müəyyən edilməsi üçün qüvvətləndirici ədatlardan istifadə edilir.

Uşaq həddindən çox ağlayırdı.

He speaks too much.

A girl entered the room.                                            

Jane took the book. The book was taken by Jane.

The boy threw the ball. The ball was thrown by the boy. 

Tema və rema arasında məntiqi bağlılıq vardır; çünki ikinci birincinin əsasında formalaşır, daha doğrusu, aktual üzvlənmə adi üzvlənmədən fərqli olsa da, yeni üzvlən­mə sistemi yaratsa da, onu inkar etmir, onun yeni bir variantı kimi meydana çıxır. Mə­lum olduğu kimi, predikat informasiya mərkəzidir, o, nəyisə ya təsdiq, ya da inkar edir;

Adi üzvlənmədə mübtəda və xəbər mərkəzi kimi səciyyələnən tema və rema daha çox cümlənin semantik sferasını əhatə etməklə informasiyaya istiqamətlənir; mübtəda və xəbər qrupunun təzahürü kimi qiymətləndirilir (5, 454).

Hər bir cümlənin te­ma və re­maya ay­rıl­ma­sı, hər bir cümlənin ak­tu­al üzvlən­mə­si ­nəticəsində mətn formalaşır. Te­ma­ mət­ni is­ti­qa­mət­lən­di­rən əsas meyardır. Rema isə mətni dolğunlaşdırır, ye­ni fi­kir ifa­də edə­rək möv­zu­nu ge­niş­lən­di­rir. Te­ma və re­ma­nın cümlədə bi­ri­nin ifadə­si mümkündür. Bu zaman  yə­qin ki, re­ma­nın ifa­də­si daha va­cib­dir.  Ya­rım­çıq cümlə­lə­rin ya­ran­ma­sı­ bu halda yaranır və nit­qin sürət­li­liy­i­ni, axıc­ı­lığ­ı­nı, fi­k­rin da­ha asan an­la­şıl­ma­sı­nı, ra­si­o­nal fi­k­rin da­ha tez çat­dı­rıl­ma­sı­nı tə­min edir. Di­gər tə­rəf­dən, te­ma­nın hər də­fə tə­k­ra­rı ya­zı­lı və ya şi­fa­hi nit­qi çətinləşdirir. Re­ma va­si­tə­si­lə te­ma – müxtəlif  ha­di­sə­lə­r, pro­­ses­lər, insanlar və əşy­a­lar, ay­rı-ay­rı gerçəkliklər, və  s. haq­qın­da ye­ni informasiya ve­ri­lir, müxtə­lif fikirlər müəyyənləşdirilir, də­qiq­ləş­di­ri­lir. (3)

Yarımçıq cümlələrdə aktual üzvlənmə zamanı fərqli xüsusiyyətlər özünü göstərir. Məsələn, “

Nərgiz məni dinləyirsən? Dinləyirəm”. 

Bu dialoqda “dinləyirəm” remadır, lakin tema burada iştirak etmir. Biz bu tipli cümlələri  dilçilikdə yarımçıq cümlə adlandırırıqsa,  aktual üzvlənmə zamanı məsələnin kommuni­kativ tərəfi üstün tutulduğundan tema iştirak etmədiyindən, onları kommunikativ cəhətdən üzvlənməyən cümlə adlandırırıq (4, 454).

Elə cümlələrə rast gələ bilərik ki, orada tema xəbərdən sonra gələr və cümlənin intonasiya yükü daha da artar. Məsələn, “Eh, elə insanlar var dünyada ki, day nə deyim”. Burada “dünyada” teması xəbərdən sonra işlənmişdir. Cümlədə verilən bu informasiya xəbərdən sonra gəlməklə aktuallaşma dərəcəsinə yüksəlir.

İngilis dilində tema-topic, rema-comment adlanır. İngilis diində aktiv-passiv konstruksiyalarda tema və remanın iştirakına nəzər salaq.

A.    Məlum növdə  mübtədanın tema rolunda iştirakı.

BOY THROW BALL.                   Tema: BOY  Rema:  THROW BALL

What is the topic?  Boy What is the comment saying about the boy?  He threw the ball. 

B.     Məchul növdə tamamlığın rema rolunda çıxış etməsi.

BALL, BOY THROW.                  Tema: BALL Rema:  BOY THROW

Nümunələrdən göründüyü kimi ballboy sözləri cümlədə həm mübtəda, həm də tamamlıq rolunda çıxış edirlər. Elə cümlələr var ki,  mübtəda məlum olmur. Məsələn,  My Wallet? Gone! Kimsə onu götürüb, ya oğurlayıb. Bundan başqa, My car? Sold! Kimsə onu satıb.

Cümlədə mübtəda hərəkətin icraçısıdır. Məsələn, “John makes beer” cümləsində Con mübtədadır, yəni hərəkətin icraçısıdır.

Cümlənin teması cümlənin nə haqqında olmasıdır. O, mübtəda kimi qarammatik funksiyaya

malik deyil, daha çox cümlənin praqmatik cəhətidir. Tema məlumatın çox əhəmiyyətli hissəsidir. Cümlə tema əsasında qurulur. Tema həmçinin cümlənin mövzusudur. Müasir ingilis dilində mübtəda ilə tema üst-üstə düşür.

Ak­tu­al üzvlən­mə mət­nin di­g­ər linq­vi­s­tik əla­mət­lə­ri­ni araş­dır­mağa, xüsu­si­ləş­mə, re­fe­ren­siya, el­lip­sis və ya­rım­çıq cümlə ki­mi mü­hüm sin­tak­tik ha­di­­sə­lə­rin, bə­dii əsər­lə­rin müəl­lif və janr xüsu­siyyət­lə­ri­ni, funk­si­o­nal üslub­la­rın ən səc­iy­yə­vi əla­mət­lə­ri­ni öy­rən­məyə im­kan ve­rir.           

Halbuki, alimlərin araşdırmaları göstərir ki, aktual səviyyənin öyrənilməsi çox vacibdir və yalnız bu yolla dilimizin kommunikativlik imkanlarını, dialoji və monoloji nitqin nə üçün bu və ya digər şəkildə qurulduğunu müəyyənləşdirmək mümkündür.

 

Ədəbiyyat:

1. Abdullayev K.M. Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı: Maarif, 1998.

2. Abdullayev K.M. Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər. Bakı, 2012.

3. Abdullayev Ə. Aktual üzvlənmə, mətn və diskurs, Bakı-2011.

4. Матезиус В. О так называемом актуальном членении предложения. М., 1967.

5. В.Д. Стариченок [и др.]. Современный русский литературный язык : учеб.пособие ; под ред. В.Д. Стариченка. – Минск : Выш. школа, 2012.

6. Ю.С.Стeпaнoв. Методы и принципы современной лингвистики, М., 1975.

Açar sözlər: tema, rema, aktual üzvlənmə, qrammatik üzvlənmə, intonasiya, söz sırası, məntiqi vurğu, sintaqmatik əlaqə, paradiqmatik əlaqə, dildaxili amillər, dilxarici amillər, mətn sintaksisi

 

Актуальное членение предложения в азербайджанском и английском языках,пониманиеtema-рема

Резюме

         В статье, автором рассматриваются актуальное членение предложенияшироко используемое в лингвистике и факторы от которых зависит актуальное членение предложения. Интонация и порядок слов играют важную роль в актуальном членении предложения. Для ясного и однозначного понимания мысли используются лингвистические и экстралингвистическиефакторы. В простых повествовательных предложений составленного по признанные нормам литератур­ного языка, как правило, тема идет раньше ремы, тон темы относительно высок, а рема  произносится с логическим ударением.

В статье также приводятся обширные сведения о синтагматическом и парадиг­мА­ти­ческом контактах между предложениями. Синтагматический контакт  возникает в связи с последовательностью предложений. Парадигматический контакт - это смысловая связь и она формируется с интонацией.  В тексте, в письме тема не является основной целью, так как она уже известна и говорящему, и слушателью.

Ключевые слова: тема, рема, актуальное членение, грамматическое  членение, интонация, порядок слов, логическое ударение, синтагматический контакт, парадигматический контакт, лингвистические факторы, экстра­линг­ви­с­тические факторы, синтаксис текста.

 

Summary

In the article the author touches upon the actual division of the sentence, at the same time, the factors that influence the actual division of the sentence. Intonation and word order play an important role in the actual division of the sentence. Linguistic and extralinguistic factors are used for clearer and unambigious perception of idea. In simple narrative sentences formed on the basis of literary language norms, the topic is followed by comment, the tone is relatively higher in the topic, while the comment is pronunced with logical stress.

The article provides extensive information on sintagmatic and paradigmatic contacts between the sentences in the text. Sintagmatic contact is formed through the consecutive order of the sentences. Pa­ra­dig­ma­tic contact is a meaning-based relation and is formed through intonation. The topic is not the major goal in the form of the text, since it is known to both the speaker and listener.

Key words:topic, comment, actual division of the sentence, grammatical division, intonation, word order, logical stress, sintagmatic contact, paradigmatic contact, linguistic factors, extralinguistic factors, text syntax.

 

Rəyзi: dos.Nəcəfova Şəfiqə

 

 


Cəfərova  Kəmalə  Havadar qızı

YERLİ VƏ XARİCİ DİLÇİLƏRİN DİL ƏLAQƏLƏRİ MƏSƏLƏSİNƏ MÜNASİBƏTİ

Bu günün insanları Yer kürəsi adlı planetimizin nə ilk, nə də sonuncu şüurlu varlıqlarıdır. Bütün dini və dünyəvi elmlər sübut edir ki, Yer Kürəsində “canlı varlıqların yaranması və yaşaması üçün uyğun olan və uyğun olmayan şəraitlər silsiləli şəkildə birbirini əvəz etmiş, minilliklər ərzində formalaşan canlı və cansız

təbiət növbəti minilliklərdə böyük katoklizmalara məruz qalmış –məhv olmuş və yenidən yaranmışdır” [1, 18].

Özlərinin bizim eradan əvvəl 100-cü minillikdə [2, 142], az və ya çox dərəcədə anlaşıqlı olan ilkin ünsiyyət dillərinin isə təxminən 35-40-cı minillikdə [3,49] formalaşmağa başladığı qeyd edilən ilk insanlarla bağlı dəqiq, faktiki məlumatların olmaması istər onların dilinin, istərsə də düşüncə tərzinin formalaşmasını əyani sübutlarla şərh etməyə imkan vermir. İndiyə qədər ilkin dilin yaranmasına aid yalnız mülahizə və fərziyyələr mövcuddur.

Bununla belə, istər nəzəri dilçilik və dil nəzəriyyəsi, istərsə də dilin psixoloji problemləri və psixoloji dilçiliyə aid araşdırmalar nəticəsində ilkin dil, dilin ontogenezi[3] ilə bağlı müəyyən elmi fikirlər formalaşmışdır.

Dilin ontogenezinin müəyyənləşdirilməsi məqsədi ilə aparılan araşdırmaların ən məşhur və mükəmməl olanlarında belə çatışmazlıq kimi qiymətləndirilə biləcək iki başlıca cəhət daima hiss olunmaqdadır. Onlardan birincisi real faktların olmaması səbəbindən dilin ilkin yaranış mexanizmi ilə bağlı tədqiqatçı təxəyyülünə, ikincisi isə analogiya prinsipinə əsaslanmaqdır. Belə ki, dilin ontogenezini müəyyənləşdirməyə çalışan bütün tədqiqatçılar ya fərziyyə və ehtimallardan, ya da yenicə dil açmağa başlayan uşaqlarda dilin və nitqin formalaşması analogiyasından çıxış edirlər.

Lakin bu gün bizə məlumdur ki, müasir dünyada 5 minə yaxın dil və  bir neçə dilin mövcud olduğu təqribən 140-a yaxın dövlət vardır.  Demək olar ki, yer kürəsi əhalisinin yarıdan çoxu ya ikidilli, ya da çox dillidir. Məsələn, Tailand təxminən səksənə yaxın dilin vətənidir. Şübhəsiz ki, belə şəraitdə də dil əlaqəsi tez-tez rast gəlinən, qaçılmaz bir hadisədir. Bu hadisə təkcə dilçiliklə deyil, eləcə də bir çox ali dilçilik–iqtisadi, sosial, siyasi, tarixi xarakterli amillərdən də asılıdır. Qeyd etmək lazımdır ki, təcrübi cəhətdən hər bir dil diaxronik kontekstdə qohum dillərin təsirini hiss edir.  O.S.Axmanovanın qeyd etdiyi kimi, «…dillərin, müxtəlif dillərdə danışan insan kollektivlərinin dil ünsiyyəti zərurətinə gətirib çıxaran xüsusi coğrafi, tarixi və sosial şərait nəticəsində yaranan təması» baş verir [5, 535].      

        Bir dilin digər dilə təsirini insanlar hələ qədim dövrlərdə, sözlərin bir dildən digər dilə keçməsini müşahidə  etmişlər. Daha sonra Lorensto Vallın şəxsində italiyalı humanizm tərəfdarları roman dillərinin ilk olaraq german dilləri ilə yerdəyişməsindən  əmələ gəlməsi mülahizəsini irəli sürərək, dil əlaqələrinin vacibliyinə diqqət yetirmişlər.

        Yalnız XVIII əsrin sonu XIX əsrin əvvəllərində, müqayisəli-tarixi dilçiliyin inkişaf mərhələsində dil əlaqələri problemi elmi tədqiqat mövzusuna çevrilir. Bu zaman dil divergensiyası proseslərinin təsviri, daha doğrusu dil törəmələri arasındakı fərq dilçilərin diqqətini cəlb edir.  Lakin dildə olan konvergent proseslər, yəni dilləri yaxınlaşdıran proseslər isə («iki və daha artıq dilin yaxınlaşması və ya uyğun gəlməsiı» [11, 234] dilçiləri hələ az maraqlandırırdı. 

        Sonralar dildə konvergensiya proseslərinin öyrənilməsi fikri daha da artır. A.Şleyxer «roman dillərinin yaranmasında əlaqə təsirlərinin əhəmiyyətini göstərir». [16, 121]. Q.Paul isə dillərin yerdəyişmə məsələsi üçün bütöv bir fəsil ayırır [13, 123]. Substrat nəzəriyyəsinin yarandığına görə borclu olduğumuz yeni qrammatizm cərəyanı dissidentlərindən Q.İ.Askolinin və ilk dəfə olaraq interferensiya və ikidillilik hadisəsinə müraicət etmiş, eləcə də picin və kreol dillərini ciddi şəkildə öyrənən Q.Şuxardtın işləri üzə çıxır.  Daha sonra qeyd etdiyimiz bu alimlərin ideyaları C.Bonfante, V.Pizani, M.Bartoli tərəfindən inkişaf etdirilir. [6, 7-8].

        Dilçiliyinin formalaşmasına öz xidmətlərini göstərmiş rusiya alimlərindən  İ.A.Boduen de Kurtene və L.V.Şerbanın adlarını çəkmək olar. İ.A.Boduen de Kurtene hesab edirdi ki, dillərin əlaqəsi zamanı yalnız bu və ya digər elementlər alınmır, eləcə də dilin ayrı-ayrı şöbələrinə məxsus fərqlilik dərəcəsi və gücü azalır, yəni sistem bütövlükdə sadələşir. [7, 366]. L.V.Şerbanın da ideyaları az əhəmiyyət kəsb etmirdi, məsələn, onun tərəfindən ikidillilik təmiz və qarışıq növlərə ayrılmışdır ki, bu da indiyə kimi dil əlaqələrinin öyrənilməsinin əsasını təşkil edir [17, 34].

        Dil əlaqələri nəzəriyyəsinin işlənib hazırlanmasında Praqa dilçilik dərnəyi nümayəndələrinin də böyük xidmətləri olmuşdur. N.S.Trubetskoy və R.O.Yakobson dil bağlayıcıları ideyasını–bir-biri ilə bu və ya digər dərəcədə sıx ünsiyyət saxlayan, öz aralarında mədəni baxımdan bağlı olan xalqların dillərinin birləşdirilməsini irəli sürdü. Alimlər belə hesab edirdi ki, bu cür qarşılıqlı təsir nəticəsində dillər quruluş cəhətdən bir-biriləri ilə oxşar olacaqdır və həmin oxşarlıqlar  dillərdən istifadə qay­dalarının və onların ifadə etdiyi  xüsusiyyətlər və həmin xüsusiyyətlərin mənala­rının assimilyasiyasında əks olunacaqdır. Tarixi baxımdan isə bu konvergensiya prosesi dil əlaqələrinin nəticəsi kimi interpretasiya oluna bilər [14, 4].  Praqa dilçilik məktəbinin  nümayəndələrinin də fonoloji interferensiyaya dair çoxlu sayda iş həsr etməklə, dil interferensiyası problemlərinin işlənib hazırlanmasında xidmətləri olmuşdur. 

        Öz fəaliyyətinə məhz Praqa dilçilik məktəbinin ideyaları istiqamətində başlayan, əlaqə dilçiliyinin banilərindən biri olan U.Vaynrayxın İsveçrədəki səyyar ikidillilik tədqiqatlarına əsaslanan və A.Martinenin rəhbərliyi altında yazılan «Dil əlaqələri» monoqrafiyası (Languages in Contact, 1953, 2nd ed. 1963) xüsusilə interferensiya hadisəsinə həsr olunan ilk monoqrafiya oldu.

        Dil əlaqələri nəzəriyyələrinin dilçilik istiqamətində son tərtibatını Amerikada 1953-cü ildə işıq üzü görən U.Vaynrayxın «Dil əlaqələri» və E.Haugenin «Norveç dili» monoqrafiyaları ilə əlaqələndirirlər.  

         «Language(s) in contact» termini ilk dəfə olaraq fransız dilçisi Andre Martine tərəfindən təklif olunmuşdur. U.Vaynrayxın dissertasiyası A.Martinenin rəhbərliyi altında yazıldığı üçün, müəllif özü görünür ki, artıq mövcud olan və öz rəhbəri tərəfindən təklif edilmiş terminologiyadan istifadə etmişdir. U.Vaynrayx dil əlaqələri dedikdə «…iki dilin, onların ümumi daşıyıcısı (və ya daşıyıcı qrupları) ətrafında mərkəzləşmiş eyni ünsiyyət mühitində işlədilməsini» başa düşür [9, 27]. 

        N.B.Meçkovskaya qeyd edir ki, dillərin əlaqəsinin hansı istiqamətdə dəyişdi­yini daha yaxşı dərk etmək üçün bu prosesə üç müxtəlif səviyyələrdə baxılmalıdır: 

        1) sosial dilçilik planında –müxtəlif dilli sotsiumların qarşılıqlı təsiri kimi, yəni müəyyən dil vəziyyəti kimi;

        2) psixo dilçilik  planında –fərdi ikidillilik kimi (danışanların hansısa bir hissəsinin);

        3) xüsusi dilçilik səviyyəsində–iki müstəqil (öz-özünü təmin edən) dil sisteminin yerdəyişməsi, qarşılıqlı təsiri kimi [12, 125].      

        Sosial dilçilikdə «dil əlaqələri» terminindən dillərin sosial baxımdan şərtləndirilmiş qarşılıqlı təsirinin proses və nəticələrinin göstərilməsi üçün istifadə edilir. Bu aspektdə dildə, xarici amillərin təsiri altında təmasda olan dillərdə baş verən dəyişikliklər tədqiq edilir. Belə yanaşmaya biz, V.A.Avrorina, Y.D.Deşeriyev, A.Meye, M.M.Mixaylov, A.D.Şveytserin və başqalarının  işlərində rast gəlirik.   

        Psixodilçilik planında dil əlaqələrinə fərdi ikidillilik kimi baxılır, bununla yanaşı  alimləri, iki dilin dil daşıyıcısının şüuruna necə yerləşdiyi,  belə fərdin psixi və mental proseslərinin gediş xüsusiyyətləri, monolinqvin bilinqvdən nə ilə fərqlən­diyi və s. düşündürür. Bu istiqamətin nümayəndələri Y.M.Vereşagin,  İ.A.Zimnyaya, P.A.Koler, M.Paradi və başqalarıdır.

        Xüsusi dilçilik  səviyyəsində alimləri ilk olaraq əlaqə dillərində fonoloji, qrammatik və leksik səviyyələrdə baş verən dəyişikliklər maraqlandırır; dil struk­turları və elementlərinin alınma mexanizmi; təmasda olan dillərin və ya dil əlaqəsi nəticəsində yaranan dillərin mümkün inkişaf yolları və s. J.Baqana, U.Vaynrayx, Y.A.Jluktenko, A.Y.Karlinskiy, V.Y.Rozentsveyq, A.Y.Rusakov, E.Xaugen və başqaları  bu növ tədqiqatları aparmışdır.

        Bu təsnifata dördüncü–linqvokulturoloji səviyyəni də əlavə etmək olar. Linqvokulturoloji nöqteyi-nəzərdən dilçilər, bununla yanaşı bir dil daşıyıcılarının mədəni stereotiplərinin digər dil daşıyıcılarının mədəni stereotiplərinin inkişafına necə təsir etdiyini öyrənərək, dil əlaqəsinin milli-mədəni xüsusiyyətləri məsələsinə baxırlar. J.Baqana, M.N.Quboqlo, V.T.Klokov, A.M.Molodkin, B.F. Tarasov, Y.A.Şapevalov belə yanaşmanın daha parlaq nümayəndələridir.

        “Dil əlaqəsi” termini alimlər tərəfindən müxtəlif cür izah edilir. Dar və  geniş anlamda.  “Dar” anlamda – bu məcburi ikidillilik ilə əlaqədar olan ünsiyyət vəziyyətidir,  “geniş” anlamda isə - bu dillərarası əlaqə deməkdir ki, burada, məsələn, müxtəlif sosial-siyasi, mədəni-tarixi, ticari-iqtisadi və s. bu kimi münasibətlər prosesində leksik alınmalar zamanı ikidillilik  yarana bilir. 

        Beləliklə, T.A.Bertagayev bu iki izahı dil əlaqələri formalarının vahid təsnifatında birləşdirir: 1) distal forma dillərin sıx təmasının olmadığı monolinqvizm şəraitində həyata keçirilir və yalnız alınmalarda işlədilir. 2) əlaqənin proksimal forması bilinqvizm (və ya multilinqvizm) şəraitində vasitəsiz dil əlaqəsində həyata keçirilir ki, bunun da nəticəsində nəinki alınmalar, eləcə də dillərdən birinin modifikasiyası baş verə, hətta bəzən yeni dil sistemi yarana bilər [8, 83].        

        N.B.Meçkovskaya qeyd edir ki, dil əlaqəsi–«dillərin müxtəlif növ qarşılıqlı təsirindən irəli gələn dil proseslərinin, daha doğrusu onların daşıyıcılarının son dərəcə geniş kateqoriyasıdır» [12, 169]. Belə dil əlaqəsinin mühüm şərti bilinqvizmdir. Bilinqvizm vəziyyətində əcnəbi  dilinin mənimsənilməsinin  səciyyəvi xüsusiyyəti  isə interferensiya hadisəsidir. N.F.Alefirenko həmçinin, dil əlaqəsinin –«ikidillilik əsasında həyata keçirilən və interferensiya ilə müşayiət olunan mürəkkəb və çoxnövlü hadisə» olması fikrinə tərəfdardır» [4, 64].        

        Ümumilikdə, hər dil ünsiyyəti yalnız ünsiyyət məqsədlərinin subyektiv xüsusiyyətlərinə görə deyil, həm də ünsiyyətə girən insanların fərdi, o cümlədən, bir sıra sosial, obyektiv səbəblərin mövcudluğuna görə də öz təkrarolunmazlığı ilə fərqlənir.

 

İstifadə olunmuş ədəbiyyat

  1. Kazımov Q. Azərbaycan dilinin tarixi. Bakı, 2003, 118s.
  2. Köksoy M. Yerbilimlerinin Katkısıyla Nuh Tufanı ve Sumerlerin Kökeni. Ankara, 2003, 242s.
  3. Parlak Tahsin. Aralın sirri. Bakı, “ASQ TTM” mətbəəsi, 2005, 149s.
  4. Алефиренко, Н.Ф. Теория языка: вводный курс : учеб. пособие для студ. филол. спец. высш. учеб. заведений Текст. / Н.Ф. Алиференко. М.: Изд-во Академия, 2004. - 368 с.
  5. Ахманова, O.G. Словарь лингвистических терминов Текст. / О.С. Ахманова. -М.:-Изд. 3-е, стер -М : URSS : КомКнига, 2005. 569 с.
  6. Багана, Ж. Контактная лингвистика : взаимодействие языков и билингвизм : монография Текст. / Ж. Багана, Е.В. Хапилина. М.: Флинта : Наука, 2010.-128 с.
  7.  Бодуэн де Куртенэ, И.А. О смешанном характере всех языков Текст. / И.А.Бодуэнде Куртенэ // Избранные труды по общему языкознанию М., 1963.-Т.1.-384 с.
  8. Бертагаев, Т.А. Билингвизм и его разновидности в системе  употребления  Текст. / Т. А. Бертагаев // Проблемы двуязычия и многоязычия: сб. науч. тр. Москва, 1972. - С. 82-88.
  9. Вайнрайх, У. Одноязычие и многоязычие Текст. 7 У. Вайнрайх // Новое в лингвистике. 1972. - Вып. 6. - С. 25-60.
  10.  Вайнрайх, У. Языковые контакты Текст. / У. Вайнрайх. — Киев : Вища шк., 1979. -263 с.
  11. Виноградов, В.А. Интерференция Текст. / В.А. Виноградов , 1990. - 685 с.
  12. Мечковская, Н.Б. Социальная лингвистика: пособие для студентов гуманит. ВУЗов и учащихся лицеев Текст. / Н.Б. Мечковская. — М.: Аспект-Пресс, 2000.-207 с.
  13. Пaул Н. А. Психологические барьеры в профессиональной деятельности учителя: учеб. пособие / Изд-во КГПУ, 1996.-131 с.
  14. Розенцвейг, В.Ю. Языковые контакты: лингвистическая проблематика Текст. / В.Ю. Розенцвейг. Л., 1972. - 78 с.
  15. Швейцер А.Д. Социальная дифференциация; английского языка в США Текст. / А.Д. Швейцер. -М.: Наука, 1983. 216 с.
  16. Шлейхер А. Мотивация овладения иностранным языком в условиях  билингвального обучения в вузе. 2000. - 148 с.
  17. Щерба, JI.В. Избранные труды по языкознанию Текст. / Л.В. Щерба -Л.: Изд-во Ленингр. ун-та, 1958. Т.1.

Açar sözlər:  dil əlaqələri, dünya dilləri,  qohum dillər, konvergent və divergent proseslər  

Ключевые слова: языковые отношения, мировые языки, родственные языки,конвергентные и дивергентные процессы

Key words: language contacts, world languages, cognate languages, convergent and divergent processes

 

Резюме
Отношение отечественных и зарубежных лингвистов к вопросу о языковом контакте

                В статье раскрывается отношение отечественных и зарубежных лингвистов к вопросу о языковом контакте. Данному вопросу было уделено большое вниманиев конце 18 – начале 19 вв.Однако, данная тема и сегодня является самой актуальной проблемой научных исследований. В связи с даным вопросом в статье была сделана ссылка на ценные мнения таких ученых-лингвистов, как Т.А.Бертагаев, Н.Б.Мечковская, Э.Хауген, Н.С.Трубецкой, Р.О.Якобсон и др.

 

Summary

Local and Foreign Linguists’  Attitude to  Language  Contacts

The paper deals with local and foreign linguists’attitude to language contacts. More attention to this issue was paid in the 18thcentury - in theearly19th century. However, today this issue has become the most pressing challenge of research. The paper refers to the valuable opinions of linguistic scientists, such as T.A.Bertagayev, N.B.Mechkovskaya, E.Haugen, N.S.Trubetskoy, R.O.Yakobson and others,with respect to the issue.

 

Rəyçi: prof.M.Y.Qazıyeva


Əliyev Rafael Mail oğlu

MİKAYIL MÜŞFİQ ŞEİRLƏRİNİN MƏTN SEMANTİKASI

Мəsələnin qoyuluşu: M.Müşfiq yaradıcılığının poetik sistemi və semantik məzmunu.

İşin məqsədi: XX əsr Azərbaycan poeziyasının qüdrətli simalarından olan M.Müşfiq yaradıcılığında özünü göstərən poetik sistemin dil, üslub xüsusiyyətlərini, müəllif paradiqmasını aydınlaşdırmaq.

XX əsr Azərbaycan poeziyasında özünəməxsus üslubu, güclü yaradıcı istedadı ilə diqqəti cəlb edən sənətkarlardan biri M.Müşfiqdir. Onun zəngin yaradıcılığı müxtəlif vaxtlarda tədqiqat obyektinə çevrilmiş və elmi-nəzəri fikrin araşdırmaları üçün əsaslı mənbə olmuşdur. Məlum olduğu kimi, XX əsr Azərbaycan ədəbi-mədəni mühiti bir zənginliklə, bir-birindən istedadlı şəxsiyyətlərin ədəbiyyata gəlişi və özünə­məxsus üslub yaratmaları ilə səciyyələnir. M.Müşfiq də belə bir mühitdə az ömür yaşamasına baxmayaraq (1908-1939) böyük istedadı ilə ədəbiyyata öz töhfə­lərini vermiş və onun zənginləşməsində müstəsna xidmətlər göstərmişdir. “Sağlığında on kitabı çıxan  M.Müşfiqin  1956-cı ildən bəri” iki cilddə “Seçilmiş əsərləri” (1957-1960), “Duyğu yarpaqları” (1965), üç cilddə “Əsərləri” (1968-1973), “Yenə o bağ olaydı” (1976), “”Əbədiyyət nəğməsi” (1978), “Həyat sevgisi” (1988), “Məktəb kitabxanası” silsiləsindən “Seçilmiş əsərləri” (1983), “Könlümü al, oxu” (2002), “Seçilmiş əsərləri” (2004) və s. kitabları  nəşr olunmuşdur. Bütün bunlar Azərbaycan oxucusunun, eləcə də ictimai-mədəni mühitin böyük sənətkara olan marağını və bu marağın çoxalan istiqanətdə getdiyini təsdiqləyir. Çünki M.Müşfiq yaradıcılığı ədəbiyyat hadisəsidir.

XX əsrin sovetlər imperiyası bu qüdrətli sənətkarın istedadının bütün tərəfləri ilə açılmasına imkan verməsə də, ancaq əlimizdə olanlar bütünlükdə Azərbaycan xalqının qəlbində M.Müşfiq sevgisi yaratmışdır. 1937-ci ilin repressiya maşını onun da taleyindən yan keçmədi və  digər həmmüasirləri kimi düşüncəsinin, istedadının qurbanı oldu. Fiziki cəhətdən məhv edilsə də, zəngin yaradıcılığı ilə xalqın yaddaşına köçdü və əbədi olacaq bir ömrün başlanğıcını qoydu. “Ana”, “Sevgilər”, “Xalı”, “Üsyana başla”, “Düşüncə”, “Dilənçi”, “Dağlar”, “Bir görüş”, “Küləklər”, “Ay qız”, “Yadıma düşdü”, “Gecə düşüncəsi”, “Daş qartal”, “Qafqaz”, “Yenə o bağ olaydı”, “Baba yurdu”, “Sənin gözlərin”, “Çoban”, “Mənim dostum”, “Səhər”, “Sındırılan saz” və s. ədəbiyyatımızın  zəngin fakturasında mühüm yer tutur. Onun poetik sisteminin, dil, üslub xüsusiyyətlərinin, semantik məzmununun araşdırılması mühüm məsələ kimi ədəbi-nəzəri fikrin qarşısında durur.

M.Müşfiq yaradıcılığında poetik sistemin mükəmməlliyi fundamental məsələ kimi birbaşa şeir dilinin zənginliyinə bağlanır. Bu zənginlik isə xalq dilinin əzə­mətindən, üslubi imkanlarının əhatəliliyindən, semantikasından, simvolik xarakterlili­yin­dən qaynaqlanır. Görkəmli alim V.V.Vinoqradov  şeir dilinin spesifikasından danışarkən bir məsələni xüsusi olaraq vurğulayır: “Şeir qənaət olunmuş və ifrat dərəcədə sıxılmış nitqdir... Şairlik işini ancaq mahir zərgərlik işi ilə müqayisə etmək olar. Axı söz də qızıl kimidir” (7,  22). Doğurdan da şeir dili elə ecazkar hadisədir ki, onun sistemini, ecazkarlığını axıra qədər açmaq mümkün olmur. Məhz  M.Müşfiq yaradıcılığı da nitq sxemlərinin müxtəlifliyi, obrazlılıq parametrləri, paradiqmatik gücü ilə bir bütövü, müəllif istedadının sərhədlərini müəyyənləşdirir. Məsələn, “Sevgilər” şeiri sözün ehtiva etdiyi məzmunu açmaq, onu auditoriyaya çatdırmaq baxımından əvəzsizdir.

Sevgi vardır ki, dodaqlarda açar güllərini,

Sevgi vardır ki, bir az qar kimi, ruzigar kimidir.

Sevgi vardır oxudur qəlbidə bülbüllərini,

Böylə bir sevgi  mənim ruhumu oxşar kimidir. (5, 17).

Məlum olduğu kimi, “klassik üslubun sınaqdan çıxmış təcrübələri göstərir ki, fərdi üslubun dillə bağlı prinsiplərini geniş mənada düşünmək səciyyəvidir. Dildən istifadənin novator mahiyyəti bu tələbi zəruriləşdirir ki, milli şüur işığında söz təfəkkürün zənginləşdirilməsində maksimum dərəcədə iştirak etsin, hər bir sətirdə, hər bir bənddə obrazlı söz və ifadələrin orijinallığına diqqət cəlb edilsin.

Yeni fikir söyləmək zərurəti təzə söz demək ehtiyacını yaradır. Fikir zənginliyi mükəmməl üslubun formalaşmasında stimul rolunu oynayır. Fikir kasadlığı isə şablon ifadələri işlətmə şəraiti yaradır, dil süniliyinə rəvac verir”(3, 116-117).  Do­ğur­dan da M.Müşfiq yaradıcılığı üzərində aparılan müşahidələr dil və üslub mükəmməlliyi, mətnin semantik məzmun qatları haqqında ayrıca təhlillərin gərək­liyini və bir tərəf kimi sistemli aydınlaşmasını aktlaşdırır. Bunun isə  başlıca olan kimi qaynaqlarının müəyyənləşməsinə, yaradıcı ruhunun nələrlə səciyyələn­məsinə diqqət yetirmək zərurəti görünür. Əfsanə, rəvayət, nağıl, məsəl, lətifə, nəğmə, bayatı, dastan örnəklərindən gələnlər, etnos mədəniyyətinin simvolik qatlarının işləkliyinin məzmun və ifadəlilik çalarları bir tərəf kimi maraq kəsb edir. Elə M.Müşfiq istedadının mahiyyətində də bunlar durur və onun əsərlərinin məzmun qatları olaraq gərəkli dəyər qazanır. Yuxarıdakı nümunədə ifadəsini tapan məzmun “böylə bir sevgi  mənim ruhumu oxşar kimidir” misrası ilə bütövləşir. Və yaxud da “Xalı” şeirində vurğulanan sənətkarlıq məsələləri özlüyündə insan bacarığının, qadirliyinin ifadəsinə hesablanmışdır.

Sən ey Şərqin əməkçi qızı, çırpın, qanadlan!

Bürüyəcək şöhrətin bu sənət meydanını,

Ola bilməz çəkdiyin zəhməti gözdən salan.

 

Birsən sənət yolunda candan keçən ərlərlə,

Meydana buraxdığın böylə şah əsərlərlə,

Ucaldırsan ölkəmin şöhrətini, şanını. (5, 17).

Onu da əlavə edək ki, “bədii yaradıcılıqda semiotik dil və ötürülən informa­siyanı iki mühüm cəhətə görə digər işarələr sistemindən fərqləndirmək olar: 1) burada yalnız semantik məlumat deyil, məlumatın ötürülməsi kanalı, yəni işarəvi dilin səciyyəsi də nəzərə alınmalıdır; 2) bədii sistemlərdə mətndən kənar mühit, yəni a) kontekst və b)  ifa aktı ilə bağlı assosiasiyalar da ortaya çıxır” (2, 129). M.Müşfiq poeziyasının ağırlıq mərkəzi məhz bu semiotik dil və ötürülən informasiyanın bütövlüyünün üzərinə düşür. Demək olar bütün yaradıcılığında bu mövqedən çıxış etməklə bir üslub hadisəsi kimi görünür. Şərqin əməkçi qızına müraciətlə yazılmış bu nümunə poetik strukturun müəyyənliyi və seçimi, təsvirin xarakterliliyi, fonopoetik, morfopoetik, sintaktik sistemin uğurluluğu və dinamikliyi ilə diqqəti cəlb edir. Ümumiyyətlə, XIX əsrin sonu XX əsrin əvvəlləndəki mövcud ədəbi proses bir növ üslub, forma, fikrin özünəməxsusluqlarla çatdırılması axtarışlarında idi. Bu təkcə hansısa fərdin, yaradıcının istəyinə bağlanmırdı, əksinə bütünlükdə mühitin düşün­cəsinə, ehtiyaclarına hesablanmış zərurət idi. İctimai, siyasi, mədəni mühitdəki gər­gin­liklər bir növ yaradıcı mühiti məhz bu tip axtarışlara yönləndirmişdi. Y.V.Çəmən­zəminlinin, S.S.Axundovun, R.Əfəndiyein, A.Səhhətin, M.Hadinin, H.Cavidin, C.Məmmədqulu­za­dənin, Ü.Hacıbəyovun, A.Şaiqin, Ə.Cavadın, Ə.Hüseynzadənin, S.Mənsurun, S.Hüseynin, S.Vurğunun və başqalarının yaradıcılığında özünə yer alan simvolik məzmun həm də mühitin reallığı kimi zərurətə çevrilmişdi. Məsələn, M.Müş­fiqin “Çoban”, “Sındırılan saz”, “Kəndli və ilan”, “Şəngül, şüngül, məngül” və s. əsərləri üst qatda olanlardan əlavə çoxlaylılığı, semantik məzmun daşıyıcılığı ilə seçilir.

Çox zaman Eldənizin,

Dərdinə həzin-həzin

Yanıb inildədilər,

Nifrət olsun, -dedilər,

Zəhərli ilanlara,

Xalqı aldadanlara!

Coşdular, titrədilər,

Nifrət olsun, -dedilər, -

Yoxsulları aldadan,

Ömrünə xələl qatan,

Şahlara, sultanlara,

Dövlətli ilanlara!(5, 345).

Göründüyü kimi, burada məzmun, işarələnən informativ məlumat çoxqatlıdır. Düşünəndə ki, M.Müşfiq bu poemanı 1935-ci ildə yazmışdır, məsələnin mahiyyəti daha da böyüyür və orada olanlar artıq yaradıcı münasibətini, padtekstdə çatdırılan vəziyyəti aşkarlayır. Sual olunur ki, bu “yoxsulları aldadan, ömrünə xələl qatan şah­lar, sultanlar” kimdir? M.Müşfiq burada bir növ nağıl motivlərindən yararlan­maqla vəziyyətə münasibəti, baş verənlərə etirazlarını çatdırır. Y.V.Çəmənzəminlinin “Mə­lik­məhəmməd” hekayəsi ”Məlikməmməd” xalq nağılı əsasında işlənməklə XIX əsrin sonu XX əsrin əvvəllərindəki vəziyyəti bütün təfərrrüatı ilə ifadə edir. Əslində bu tip əsərlər təkcə yarandığı dövrün hadisələrini, mühiti ifadəyə hesablanmaqla kifayət­lənmir, həm də mahiyyətində bir ölümsüzlük, bəşərilik işarələyir. M.Müşfiqin mən­zum poeması da öz məzmunu ilə belə bir ciddi problemin ifadəsinə hesablanmışdır. Yaradıcı istedadı mühiti ifadə üçün uğurlu bir üsulu tapa bilmişdir. Onu da əlavə edək ki, “poeziyada dilin durğunluq vəziyyəti yoxdur. Burada hər bir söz hərəkətdə olan sözdür. Bu və ya digər mövzu ətrafında ürəkdən süzülən  hiss-həyəcanları, düşüncə axınının mühakimələri müxtəlif dil qəliblərində oxucuya çatdırmaq  hələ şeir üçün əsas deyil. Əsas odur ki, insanın iç dünyasından, köksündən qopan duyğuları ifadə eədn dil faktları dinamizm qazansın, sənət amilinə çevrilib, sözün tam və həqiqi mənasında  şeir mətnini formalaşdırsın, poetik qanunlara uyğunlaşsın”(3, 16-17). Şeir dilinin estetik mahiyyəti mətnə elə məzmun, fövqəlzamanlılıq qatır ki, onun sərhəd­lərinin müəyyənləşməsi mümkünsüzlük təşkil edir. Məhz M.Müşfiq də bunlardan yararlanmaqla hər hansı məzmunun ifadə foirmasını tapır və bunun özü də məzmun­yaratmada fakta çevrilir. Klassik ədəbiyyatın görkəmli nümayəndələri öz əsərlərlərinə bu cür ölməzlik vermiş və onların bədii estetik mahiyyətini ciddi məsələ kimi düşün­müşlər. “Şəngül, şüngül, məngül”də vurğulanan məzmun da bütün komponentləri ilə xalq yaradıcılığından gələn faktorlar üzərində reallaşır.  “Biri varmış, biri yoxmuş, məzlumların dərdi çoxmuş” formulu bizə ciddi informasiya verir və mühiti ifadənin nümunəsi  təsiri bağışlayır.  Əslində bədii mətn özlüyündə bir işarələr sistemidir. Onun universal qavrayış kodları arxaik yaddaşa, işarəvi məzmuna, mətnin informativ strukturuna hesablanır. Burada təfəkkür arxetipləri, işarəvi kodlar, yaradıcılıq aktının alt sxemləri sırf dil faktlarının məzmununda görünə bilir. “Janr əslində yaradıcı şəxsdən və mühitdən tam asılı olmayan müstəqil məfhum, estetik yaddaşdır. Buna görə də kanonik janrlar  özlüyündə müəyyən daxili məzmuna, assosiativ mənalara malikdir. Janr təfəkküründə həyata, mühitə, insana müstəqil münasibət, sözün məna yaddaşı var. Tərənnüm və təsvir obyektindən, müəllif münasibətindən asılı olmayaraq ənənəvi janrların daxili məzmunu, ümumi məna məhvəri, pafos və ahəngi mövcuddur”(2, 129).M.Müşfiq yaradıcılığında məhz semantik məzmunun ortaya qoyduğu faktlar bütünlükdə yaradıcı istedadına, onun dil, üslub, forma sisteminə bağlanır. Məsələn, “Çoban” poemasında başlanğıc epizod sırf arxaik yaddaş elementlərinə münasibətin faktıdır ki, bu da bədii mətnə təsadüfi gətirilmir.

Ey öz tarixinin memarı insan!

Çox zaman göylərə baxdın hərasan.

Həyatı şənlədən işini qoydun,

Bir əsilsiz, çürük taleyə uydun.

Şirin xəyallarda çoban xan oldu;

Xan qızı çobana nigəhban oldu.

Bu şirin xəyallar güldürdü səni,

Lakin həqiqətdə öldürdü səni.(5, 199).

M.Müşfiq bu poemanın başlığının altında əfsanə sözünü yazır və mətnin özündə də elə ilk başlanğıcda “çox əski zamanlarda” misrası məsələnin mahiyyətini aydın­laşdırır. “Yenə o bağ olaydı”, “Yeddi aşıq”, “Bir günəş, bir baxış”, “Dəvət”, “Qurban olduğum”, “Yaşa könül”, “Maral”, “Bəxtiyar oda” və s. şeirləri özlüyündə folklordan gələn işarəvi məzmunla, yaddaş elementlərinin hərəkəti ilə poetik məzmun qatını reallaşdırır.

Bilməm məni neçün atmış, unutmuş,

Cövrü cəfasına qurban olduğum?

Yoxsa özgəsinə üzünü tutmuş,

Yeni sevdasına qurban olduğum?

 

Ayrılıq oduna könül dayanmaz,

Eşq oduna yanan bir daha yanmaz,

Çəkdiyim nalədən neçin oyanmaz

Şirin röyasına qurban olduğum?(5, 188).

Göründüyü kimi, M.Müşfiq yaradıcılığı zəngin bir sistemə, etnos mədəniy­yətinin qoruyuculuq missiyasına, folklordan gələn sxemlərin mətn tiplərinə, dilin estetik funksiyalarının xarakterinə hesablanmışdır. Ümumiyyətlə, M.Müşfiq yaradı­cılı­ğında misralararası semantik məzmun ümumi mətn semantikasına, semantik mo­delin mükəmməlliyinə nizamlanır. Estetik məzmun bütün tərəfləri, alt və üst layları ilə semantik modelə tapınır. Bu böyük şairin yaradıcılığında bədii təkamül bir proses olaraq əvvəldən axıra qədər davamlı xarakter daşıyır və sənətkar üslubuna bağlanır. Bütövlükdə yaradıcı istedadının faktına çevrilir. Bütün bunlar M.Müşfiq yaradıcı­lığında açılıb təhlil olunmalı daha ciddi və aktual məsələlərin olduğunu düşünməyə əsas verir.

İşin elmi nəticələri: M.Müşfiq yaradıcılığı mətnin semantik məzmunu, dil, üslub xüsusiyyətlərinin rəngarəngliyi və zənginliyi ilə xüsusi maraq doğurur. Şairin yaradıcılığının özünəməxsusluq keyfiyyəti kimi əhəmiyyət daşıyır.Onun şeirlərində özünü göstərən simvolik informasiyalar, kanonik sistem bütünlükdə öz qaynağını xalq yaradıcılığından alır.

Tətbiq sahələri: XX əsr Azərbaycan ədəbiyyatı, dilçilik, folklorşünaslıq, dil tarixi, üslubiyyat və s.

Elmi yeniliyi:  M.Müşfiq yaradıcılığı XX əsr Azərbaycan poeziyasının inkişaf istiqamətlərini atdınlaşdırmaq üçün əsaslı mənbədir. Onun şeirlərinin dil sistemi, üslubi məzmunu, mətn semantikası xüsusi əhəmiyyət kəsb edir. Bu şeirlərdə folklordan gələn təsirlər və yaradıcı bəhrələnmə güclü tərəfdir. M.Müşfiq poeziyasının bu müstəvidə işlənməsi digər müqayisəli təhlilləri də aktuallaşdırır.

ƏDƏBIYYAT

1. Allahmanlı M. Folklorşünaslıq məsələləri. Bakı, Elm və təhsil, 2012, 284 s.

2. Hacılı A. Bayatı poetikası. Bakı, Elm, 2000, 162 s.

3. Hüseynov M. Dil və poeziya. Bakı, Elm, 2008, 434 s.

4. Müasir Azərbaycan ədəbiyyatı. 2 cilddə, I c.,  Bakı, BDU, 2007, 504 s.

5.Müşfiq M. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2004, 352 s.

6. Namazov Q. Azərbaycan uşaq ədəbiyyatı. Bakı, BDU, 2007, 444 s.

7.Vinoqradov V.V. O teorii poetiçeskoy reçi.Moskva, Vısşaya şkola,1971,240 s.

Açar sözlər: XX əsr Azərbaycan poeziyası, mətn semantikası, xalq şeiri ənənələri, üslub xüsusiyyətləri

Ключевые слова: поэзия Азербайджана ХХ века, семантика текста, особенности стиля

Key words: XX century Azerbaijan poetry,text semantics, popular poem traditions, style features

РЕЗЮМЕ

СЕМАНТИКА ТЕКСТА СТИХОВ МИКАИЛА МУШФИГА

МикаилМушфигявляетса талантливым поэтом XX века Азербайджана, который прошел богатейший творческий путь. Язык, особенности стиля,семантика текста его стихотворений в целом являетса серьезным актуальным анализом. Произведения написанные для детей,поэмы, лирика показывают о разнообразии творчества поэта. Язык и особенности стиля его стихотворений, дают богатейший материал для изучения речевого етикета,семантического содержания и символической сути.

SUMMARY

TEXT SEMFNTICS OF M.MUSHVIG’S POEMS

Being one of the talented poets of  XX cetury Azerbaijan poetry,  M.Mushvig passed rich literary creative way.Language, style features, text semantics of nis poems astualize serions analysis as a whole . The works, poems,lirics ofmushvig for children reveal the varieties in the poet’s astivities asa whole.The poet’s poems that distinguished with their language and style features give a rich material to study speech etiquettes, semantikal co tent, symbolical essence.

ADNSU–nun Azərbaycan dili kafedrasının 15.03.17-ci il tarixli (protokol №7) iclasında müzakirə olunmuşdur.

Rəyçi: dos.Ə.Abbasov ADNSU

Əliyeva Günel İlham qızı

BƏDİİ MƏTNDƏ ANTROPONİMLƏRİN  PRAQMALİNQVİSTİK

 XÜSUSİYYƏTLƏRİ

Bədii əsər müəllifin nəzərdə tutduğu əsas mövzu ilə bağlı tam informasiyanı özündə birləşdirir. Əsər oxucu üçün yazılır. Ona görə də müəllif əsəri yaradarkən oxucunun onu necə dərk edəcəyini də nəzərə alır. Mövzu baş verən hadisələrin nəqli və təsviri yolu ilə formalaşır. Hadisələrin obyekti, subyekti, başvermə məkanı, zamanı və s. olur. Verilmiş məkan daxilində əşya və predmetlər mövcuddur. Bütün mövcud olanlar isə adlandırılır. Təbii ki, bədii əsərdə məkandakı bütün predmetlər haqqında deyil, yalnız müəllifin nəql etdiyi hadisələrlə bu və ya digər dərəcədə bağlı olanlar haqqında məlumat verilir. Mətndəki informasiya resipiyentdən reseptora ötürülür. Reseptor mətnlə müəyyən münasibətə girir. O, əsərdən müəyyən  informa­siyanı qəbul edir. Reseptor-mətn münasibəti praqmatik münasibətlər olub müxtəlif səciyyəlidir. Mətnin praqmatik aspektləri məlumat mənbəyinin seçilməsindən, həmin informasiyanın dil vasitələri ilə ifadəsindən asılıdır. Resipiyent informasiyanı kom­munikativ niyyətinə uyğun ötürür. Bu məqsədlə o, dil vasitələrini elə seçir ki, onlar konnotativ əhəmiyyətli olsunlar. Nəticədə mətn müəyyən praqmatik potensial əldə edir, reseptora təsir edir. Mətnin praqmatik aspektləri məlumatın məzmunu və for­ması ilə təyin olunur. Mətnin praqmatikası onun təşkiledicilərinin hər biri ilə bağlıdır. Praqmatik münasibət reseptorun şəxsi keyfiyyətlərindən (psixoloji durumu, biliyi, emosional vəziyyəti, ümumi situasiyaya münasibəti və s.) asılıdır.

Real gerçəklikdə olan hər bir predmet və beləliklə, hər bir predmetin adı informasiya daşıyır. Adlardakı informasiya bərabər paylansa da, onların konkret hadisə ilə bağlılığı adla aktuallaşan informasiyanın fərqliliyinə səbəb olur. Onomastik vahidlər, xüsusən də antroponimlər bu baxımdan daha çox seçilir. Antroponim linqvokulturoloji təhlil obyektidir. Deskriptiv -analitik təsvir metodu ilə həm antroponimlərin funksiyalarını, həm də onların konkret mədəniyyət kontekstində reallaşma xüsusiyyətlərinin araşdırmaq mümkündür.

İnsan adı onun mövcudluğunun ayrılmaz hissəsidir. Antroponim cəmiyyət üzvünü ona xas olan xüsusiyyət və əlamətlər əsasında təqdim edə bilmir. Çünki insana ad uşaqlıqdan verilir. Bu dövrdə adın semantikasındakı əlamətlər müəyyən niyyət, arzu və s. nəzərdə tutulur. Bədii əsərlərin təhlili isə göstərir ki, əsərin personajlarının adlarının seçilməsi fərqli müstəvidə durur. Müəllif mövzudan, təsvir etdiyi hadisələrdən, onların başvermə məkanından, zamanından asılı olaraq adları seçmək imkanına malikdir. Yəni bədii əsərdəki personajların adları onların fərdi keyfiyyətləri ilə bağlı olur. Çünki müəllif yaratdığı obrazlar haqqında informasiyaya malikdir. Əslində isə antroponim denotatı olan, digər siqnifikatı isə olmayan vahiddir. Ad istifadə zamanı semantika və konnotasiya ilə zənginləşir [1, 5].

Ümumi isimlərdən fərqli olaraq, antroponimin konkret dilin sözdüzəltmə qaydaları ilə düzəltmək kifayət etmir. Əlbəttə, nəzəri cəhətdən oxşar modellər hər hansı ad tipinin düzəlməsində tətbiqini tapır. Lakin söz xüsusi ad statusu almaq üçün ilk növbədə onim olmalıdır.

İstənilən sözü xüsusi ada çevirmək nəzəri cəhətdən mümkündür. Təcrübədə isə bu hal çox məhdud dairədə özünü göstərir. Azərbaycan dilində Sovet, Oktyabr, Trak­tor kimi adlar tək-tük olsa da qoyulmuşdur. Hazırda isə müvafiq qurumlar belə adla­rın qeydiyyata alınmasına, demək olar ki, yol vermir. Rusiyada Vladlen, Vilen adları Vladimir İliç Lenin adı əsasında yaranmışdır. Bunlardan bəziləri hazırda səs­lən­məyə görə yenə də istifadə edilir. Yeni Zelandiyada Lüsifer, Hitler, İsveçdə isə Allah adının qoyulması qanunla qadağan edilmişdir. Bununla belə, adların qoyulma­sının qanunla tənzimlənməsi tətbiq edilmir. Valideynlər uşaqlarına ad qoymaqda sər­bəst­liyə malik­dirlər. Mənasız, mənfi semantikalı, eləcə də insanda pis hisslər oyadan adlar bu və ya digər şəxsə qoyulsa da, cəmiyyət belə adları qəbul etmir. Hər bir xalqın öz antropo­ni­mikonu vardır. Ona yad vahidlər antroponim sistemində əsaslı yer tuta bilmir, istisna kimi qalır. Ingilis dilinin adlar toplusuna vaxtilə latın mənşəli Virginia, Prudence, Patience adları daxil olmuşdur. Bu adlar təmizlik, müdriklik, səbr ifadə edir. Bu dildə bir çox qiymətli daşların adları da onimləşmişdir: Cade, Beril, Grystal. Topluda April, May adları da qeydə alınır. Belə adların müəyyən hissəsi zaman keçdikcə antroponim sistemindən çıxmışdır.

Antroponim mənzərəsi sosial proseslərlə müəyyənləşir. Bu özünü adların seçilməsindəki dəyişmələrdə özünü göstərir. Müxtəlif dövrlərdə adqoymada müəyyən meyillər baş vermişdir. Məsələn, ingilislərdə bir zaman latın, yunan, kelt, ingilis-sakson mənşəli adlara üstünlük verilmişdir. Hazırda ABŞ-da Bibliyalan gələn adlar daha çox istifadə olunur. Bunun səbəbini yalnız dinlə izah etmək mümkün deyildir [2, 279-322].

 Ötən əsrin əvvəllərində Böyük Britaniyada Evelen, Leslie, Robin adlarının oğlanlara verilməsi geniş yayılmışdı. Bu adın qızlara qoyulması halları çoxaldıqdan sonra oğlan adı kimi onlar az istifadə edilir. Ingilis dilində cins kateqoriyası olma­dığın­dan bu dilin appelyativ leksikasında genderi fərqləndirmə sözləri azdır. Rus dilində isə morfoloji əlamət adda cinsi ifadə edir. Bu dildə qadın və kişi adları arasında dəqiq sərhəd vardır. Hər iki cins üçün eyni olan adlarda da fərqləndirmə məntiqini tapır: Aleksandr-Aleksandra. Ingilis dilində isə eyni adın həm kişiyə, həm də qadına verilməsi halları çoxdur. Bu hal hətta bədii əsərin süjetində də istifadə olunmuşdur. D.Lodjun «Nise Work» romanında Robin/Robun adını qızın daşıması hadisələrin inkişafında aparıcı xətt olur.

Ingilis antroponimikasındakı adların bir qisminin yaşı da təqribən təyin etməsi qeyd olunur. S.Pinker yazır: «Most American readers, knowing nothing else about a man other tham his name is Murray, would guess that he is over sixty, middle-class, and probably Cewish». Müəllif bundan sonra göstərir ki, Edna, Ethel, Bertha-yaşlı, Susan, nangy, Debra-orta yaşlı, Cenifer, Amanda, Heather-yaşı 30-u aşmış qadın­ların, Isabella, Madison, Olivia- qızların adlarıdır. Kişilərdə isə adlar dayanıqlıdır. Bütün dövrlərdə Robert, David, Michael, Cohn, Cames həm oğlan, həm də kişi adları olmuşdur. [2, 13, 312].

Ad tarixi dövrün və cəmiyyətin sosial ukladının göstəricisidir. Aqata Kristi tərcümeyi-halında göstərir ki, Viktorian dövründə qulluqçular yüksək təbəqəyə məxsus ad daşıya bilməzdi. Belə olanda onların adlarını dəyişib kiçiltmə məzmunlu Keyt, Meri kimi adlar verirdilər (Boyko 1999). Sovet dövründə ölkəyə rəhbərlik edən üçkomponentli adla yazılırdı (leonid Iliç Brecnev). Hazırda isə ikikomponentli addan istifadə edilir: Vladimir Putin (Boris Yeltsin, Dmitri Medvedyev).

C. Walmsley yazır: «Yanks are never, ever called: Nigel, Neville, Trevor, Miranda,G Tristom…Vrits are never, ever called: Murray, Seymour, Ashley, Candy, Shannon, Babe…In America these are girls names: Robin, Camie, Adrienne, Laurie, Leslie. In Britain -boys: Randy (Randolph) for Brits its «sex-crazed» [3, 60].

Antropnimlər dil qanunları ilə inkişaf edən sözlər olub, linqvistik komponent­lərlə yanaşı, etnoqrafik, tarixi və sosioloji komponentləri də özündə birləşdirir. Xüsu­si adlarda həm söz, həm də anlayış vardır. Bunların tərkibdəki nisbəti həmişə mübahisə doğurur.

B.Rassel tədqiqatlarında O.Yespersenin xüsusi adda lüğəvi məna axtarmağın düzgün olmaması fikrini müdafiə etmişdir. Ad onu daşıyan haqqında yalnız düşünməyə imkan verir [4, 96].

V.A.Nikonova görə, xüsusi ad adlandıraraq fərdiləşdirir, ümumi isimlər növü cinsdən ayırır [5, 89].

Xüsusi adlara münasibətdə üzə çıxan fikir ayrılıqlarını A.V.Superanskaya tədqiqatçıların məsələyə fərqli aspektlərdən yanaşmasında görür [6, 88].

Tədqiqatçıların əksəriyyəti appelyativ leksika ilə onimin arasında demarkasiya xəttinin olduğunu qeyd edir [7, 13; 8, 29].

Qeyd olunanlar tədqiqatçıların həm xüsusi adlara linqvistik baxımdan, həm də etnokulturoloji baxımdan yanaşmasından irəli gələn fikirlərdir. Bədii əsərdə isə adların həm büu cəhətləri, həm də bədii əsərlə bağlı meydana çıxan xüsusiyyətləri nəzərə alınmalıdır. Ernest Seton Toppson «Balaca vəhşilər» əsərindəki baş qəhrə­ma­nını «Yan» adlandırmışdır. Bu adın əsl ingilis forması  Iohannes latın dilindən ingilis dilinə,  yunanΙωαννης (Ioannes) adından latına keçmədir. Qədim yəhudi adından ( יוֹחָנָן  -Yochanan) alınmadır. "YAHWEH is gracious" -«Lütfükar/rəhmli Yəhya» mənasını verir. Isus Xristosun sələfi sayılan yəhudi asketinin adı hesab olunur. Dördüncü həvarinin adı kimi də qeyd olunur.  Ingiltərədə dəbdə olan adlardan biri­dir. Yan forması fonetik şəkildəyişmiş forma hesab olunur. Azərbaycan dilində «Yəhya» adı kimi işlənir. Müəllifin bu adı hansı məqsədlə seçməsi müxtəlif cür şərh oluna bilər. Daha ağlabatan və yüksək ehtimallı olan «öyrədən», “sirləri açan» mənasıdır. Əsərdə iştirak edən personaclar çoxdur. Burada Biddy, Sam, White William, Raften, Sanger, Duncan, Cerry, Caleb və s. Antropo­nimlər işlənmişdir. Bu adlardan hər birinin praqmatik yöndən izahı mümkün olsa da, bir sıra antroponimlərin seçilməsində müəllif məqsədinin olması fikrini iddia etmək düzgün deyildir. Bədii əsərdə yalnız müəyyən sayda adın müəllif tərəfindən məqsədli seçilməsi mümkündür. Eston Tompsonun bu əsərinin antroponim mənzərəsinin xüsusi maraq doğurması başqa bir cəhətlə bağlıdır. Əsərin baş qəhrəmanı təbiəti, hinduların  həyatını öyrənməyə böyük maraq göstərir. «Balaca vəhşilər»də bir sıra hindu adları çəkilir. Belə adlardan bir qismini uşaqlar özləri uydururlar. Lakin bu uydurmanın özü hinduların ad seçmək məsələsinə münasibətindən irəli gəlir. Məhz bu marağın nəticəsidir ki, əsərdə bəzi hindu adlarının seçilməsinin etnokulturoloji tərəfləri açıqlanır. Belə antroponimlərdən bəzilərini nəzərdən keçirək.

Əsərin qəhərəmanlarından biri özünə belə bir ad seçir: «Balaca Qunduz» - Little Beaver. Həmin adın nə üçün seçilməsini izah olunarkən «qunduzluq eləmək» ifadə­sinin tarixçəsindən bəhs olunur. Həmin tarixçə və «qunduz» adı ilə bağlılıq beələ təsvir olunur.  "Beavering" was a word with a history. Axes and timber were the biggest things in the lives of the Sangerites. Skill with the axe was the highest accomplishment. The old settlers used to make everything in the house out of wood, and with the axe for the only tool. It was even said that some of them used to "edge her up a bit" and shave with her on Sundays. When a father was setting his son up in life he gave him simply a good axe. The axe was the grand essential of life and work, and was supposed to be a whole outfit. Skill with the axe was general. Every man and boy was more or less expert, and did not know how expert he was till a real "greeny" came among them. There is a right way to cut for each kind of grain, and a certain proper way of felling a tree to throw it in any given direction with the minimum of labour. All these things are second nature to the Sangerite. A Beaver is credited with a haphazard way of gnawing round and round a tree till somehow it tumbles, and when a chopper deviates in the least from the correct form, the exact right cut in the exact right place, he is said to be "beavering"; therefore, while "working like a Beaver" is high praise, "beavering" a tree is a term of unmeasured reproach» [9]. Məlum olur ki, Sengerdə balta ilə davranmaq bacarığına xüsusi dəyər verilirmiş. Balta ilə ağac kəsmək böyük ustalıq tələb edirmiş. Bu yerdə adamlar ağac kəsmək məharətini qiymətləndirərkən qunduzun hərəkəti ilə müqayisə aparırlarmış. Qunduz ağac yıxlana qədər onu hər tərəfdən dişləri ilə kəsirmişlər. Ağacı yaxışı kəsə bil­məyən adam onu hər tərəfdən baltalayır, bu işə xeyli vaxt sərf edirmiş. Belə hərəkət «qunduzluq eləmək» adlandırılırmış və pis mənada işlədilirmiş. Əksinə, «qunduz kimi işləmək» ("working like a Beaver") «yorulmadan çalışmaq, məqsədə nail olmaq» anlamında müsbət keyfiyyəti bildirir. «Qunduz» işgüzarlığını adamlar yaxşı mənada qəbul edirlər. Uşaqlardan birinin adını «Badlaca Qunduz» seçəmsi də bundan qaynaqlanır.

Başqa bir personacın adı «Ağacdələn» (Woodpecker) olur. "No, you don't. I'm not going around with a fellow that licks me. It don't fit you as well as 'Woodpecker,' anyhow» [9].  Maraqlıdır ki, əsərdə bu iki ad bilavasitə olmasa da, dolayısı ilə «ağac» məfhumu ilə bağlıdır. Qeyd olunan adların seçilməsi özlərinə hindu koması tikmiş uşaqların çayın qarşısında bənd vurmaq üçün ağaclardan tir və payalar kəsib gətirməsi işi ilə əlaqədardır. Bu parçadan aydın olur ki, hindularda adların verilməsi bir çox hallarda adamların gördükləri iş, müəyyən sahədəki bacarıqları ilə bağlılığa malik olmuşdur.

 

ƏDƏBİYYAT

  1. Рылов Ю.А. Аспекты языковой картины мира: итальянский и русский языки. М., 2006.
  2. Pinker S. The stuff of thought. Penguin, 2008.
  3. Walmsley C. Brit-Think, Ameri-Think.  A Transatlantic Survival Guide. Revised edition. Penguin, 2003.
  4. Рассел Б. Человеческое познание: Его сферы и границы. Киев: Ника-Центр, Вист-С, 1997.
  5. Никонов В.А. Имя и общество. М.: Наука, 1974.
  6. Суперанская А.В. Общая теория имени собственного. М., 2008.
  7. Реформатский А.А. Введение в языковедение. М.: Аспект Пресс, 1996.
  8. Бойко Л.Б. антропоним как объект герменевтического толкования при переводе художественного текста// Когнитивно-прагматические аспекты лингвистических исследований. Калининград, 1999. С.27-32.
  9. Two Little Savages. By Ernest Thompson Seton// http://www. authorama. com/two-little-savages-30.html

 

Açar sözlər: Onomastika, antroponim, mətn, bədii əsər, praqmatika, lüğəvi məna

Key words: Onomastics, antroponym, text, work of art, pragmatics, linguistic meaning

Ключевые слова: Ономастика, антропоним, текст, художественное произведение, прагматика,  словарный смысл

 

Pragmalinguistic characteristics of antroponyms in a literary text

SUMMARY

Several ideas related to the semantics of antroponyms, which researchers put forward are interpreted in this article. The fact on dual approach to the selection of the names finds in the work of art.  Research shows that author determinessome of the specific names in the work of art by considering the character of image and of the hero of work in advance. Some antroponyms were created under national culture, tradition. The author of the work of art takes into account these features. Only majority of antroponyms are invented by author in order to open up the certain features of the content of the work in the pragmatic plan.

 

Прагмалингвистические особенности антропонимов

в художественном тексте

РЕЗЮМЕ

                В статье комментируется ряд рассуждений, выдвинутых исследователями в связи с семантикой антропонимов. Выявляется факт наличия двоякого отношения к выбору имен в художественном произведении. Исследование показывает, что в художественном произведении автор определяет имена собственные с учетом образа и характера героя произведения. Некоторые антропонимы создаются на основе национальной культуры, традиций и обычаев. Автор художественного произведения учитывает эти особенности. Только часть антропонимов придумывается  автором с целью раскрытия содержания произведения, его определенных особенностей в прагматическом плане.

Rəyçi: IlhamTahirov


Лала Алекпер кызы Мамедова

РИТМИЧЕСКАЯ СТРУКТУРА ФОНЕТИЧЕСКОГО СЛОВА В МОСКОВСКОМ И

БАКИНСКОМ ВАРИАНТАХ СОВРЕМЕННОГО РУССКОГО ЛИТЕРАТУРНОГО ЯЗЫКА

Фонетическая система современного русского литературного языка (далее – СРЛЯ) характеризуется целым рядом типологических особенностей.

Одна из наиболее ярких из них – необычная ритмическая структура фонетического слова, которая заключается в том, что при помощи ударения два слога – ударный и первый предударный – противопоставляются всем другим безударным слогам, в первую очередь по длительности и качеству гласного. Гораздо более типичной для европейских языков (например, английского) является модель с усилением слогов, расположенных через один от ударного.

Впервые модель ритмического строения фонетического слова в русском литературном языке была описана выдающимся русским и украинским филологом А.А.Потебнёй в виде формулы – …12311…, которая получила название «формула Потебни». В этой записи цифра 3 обозначает степень выделенности ударного гласного, 2 – первого предударного гласного или гласного в неприкрытом предударном слоге, а также гласного конечного безударного открытого слога; 1 – гласных всех других безударных слогов. Структура слова, описанная при помощи формулы А.А.Потебни характерна в основном для южнорусских и среднерусских говоров. Для северо-восточных говоров, в частности для вологодских и архангельских, в которых нет противопоставления первого предударного слога другим безударным слогам, С.С.Высотский предложил формулу 11311 -[Высотский 1973]. В этих говорах зачастую усиление отмечается на краевых (начальном и/или конечном) слогах, так, в трехсложных словах с ударением на 3-м слоге (молокó, головóй etc.) первый слог оказывается усиленным в большей степени, чем второй [Пауфошима 1983:70][4].

Таким образом, ритмическая структура слова имеет ряд разновидностей в различных диалектах и региональных типах литературного языка, её – в силу ритмической необычности – часто бывает сложно усвоить носителям других языков. Иностранец зачастую не может полностью усвоить эту норму и рано или поздно сделает ошибку. В той или иной степени отражаются на русском языке в его бакинском региональном варианте и произносительные нормы азербайджанского языка. Экспериментально-фонетическое исследование, результаты которого описаны в настоящей работе, посвящено анализу различия между структурой фонетического слова в московской и бакинской произносительной норме СРЛЯ.

Первичный слуховой анализ показывает, что ритмическая структура слова в московском варианте СРЛЯ отличается от его структуры в бакинском варианте. Региональная произносительная норма литератур­ного языка может характеризоваться определенными особен­ностями, связанными с влиянием того или иного языка, с которым находится в контакте этот язык. Таким образом, основная задача данной работы заключается в том, чтобы выявить особенности, которые характеризуют произносительную норму бакинского варианта  по сравнению с московским в области ритмической структуры фонетического слова.

Материалом исследования служили трехсложные слова с ударением на последнем слоге, содержащие безударные гласные на месте фонем <о> и <а> после твердых согласных (например, топотать, ходовой, слобода, молодой). Данные слова были исследованы в составе предложений как под фразовым акцентом, так и в слабой фразовой позиции – поскольку в этих позициях характер распределения степеней выделенности гласных может быть различным [Пауфошима 1983].

Анализируемые слова в составе предложений были записаны в произношении двух дикторов – одного носителя московского варианта русского языка  и одного носителя бакинского варианта. Соответствующие записи были оцифрованы и проанализированы при помощи специальной программы фонетического анализа речи Speech Analyzer. В них на основании осциллограмм и с использованием данных спектрограмм была определена длительность, интенсивность и значения первой и второй формант ударного, первого предударного и второго предударного гласных.

    После проведенного эксперимента, вычисления длительности, интенсивности, значений частоты первой и второй формант для сильной и слабой позиции первого и второго информанта были рассчитаны усреднённые абсолютные и относительные значения соответствующих параметров.

Основные результаты проведенного исследования обобщены в таблицах 1-3.

В таблице 1 приведены абсолютные и относительные значения длительности в мс для всех слов в сильной и слабой фразовой позиции для обоих информантов.

       Таблица 1. Абсолютные и относительные значения длительности в мс для всех слов в сильной и слабой фразовой позиции для обоих информантов.

информант С.К

информант Ф.А

Сильная фр.позиция

Слабая

фр. позиция

Сильная

фр.позиция

Слабая

фр.позиция

а

2 п/уд

1 п/уд

уд

2 п/уд

1 п/уд

уд

2 п/уд

1 п/уд

уд

2 п/уд

1 п/уд

уд

45,3

75,1

102,9

35,8

58,2

75,8

48,1

78,9

104,3

47,2

84,1

102

44%

73%

100%

47%

77%

100%

46%

76%

100%

46%

82%

100%

о

2 п/уд

1 п/уд

уд

2 п/уд

1 п/уд

уд

2 п/уд

1 п/уд

уд

2 п/уд

1 п/уд

уд

48,5

69

110,7

29

42,1

78,6

45,3

90,7

128,6

36,3

68

127

44%

62%

100%

37%

54%

100%

35%

71%

100%

29%

54%

100%

На основании данной таблицы можно сделать вывод о том, что длительность второго предударного гласного  во всех исследованных словоформах в сильной фразовой позиции в московском варианте русского литературного языка незначительно меньше длительности тех же гласных в тех же словоформах в бакинском варианте русского литературного языка. То же самое можно сказать и о первом предударном гласном. Что же касается ударного гласного, тут наблюдаются некоторые расхождения, но, в основном, ударный бакинского информанта длительнее. В слабой фразовой позиции наблюдается та же картина относительно второго предударного гласного, хотя имеются и некоторые исключения. Первый предударный однозначно длительнее в словах, произнесённых бакинским носителем московского литературного языка. Ударный гласный в бакинском варианте тоже длительнее ударного гласного в московском варианте русского литературного языка. Тем не менее, ритмическая структура фонетического слова в произношении носителей московской и бакинской региональных норм СРЛЯ в плане распределения длительности вокалических сегментов почти одинакова.

Кроме того, в московском варианте СРЛЯ наблюдаются значительные различия в длительности гласных в зависимости от типа фразовой позиции: в сильной фразовой позиции длительность заметно выше, чем в слабой (почти в 1,5 раза). В бакинском этого различия не наблюдается, что может быть связано с особенностями интонационного оформления синтагмы.

В таблицах 2 и 3 приведены усреднённые значения F1 и F2 гласных [ъ], [а], [á] в сильной и слабой фразовой позиции.

Для вычисления усреднённого значения формант было выбрано слово слобода, так как в этом слове можно сравнить ударный и первый предударный [а]. Слова с ударным [о] для этой цели не подходят, так как в них отличаются гласные ударного и первого предударного слогов: слово топотать, содержащее одинаковые гласные в ударном и первом предударном слогах не анализировалось вследствие того, что в нём после ударного гласного находится мягкий согласный, что приводит к значительным качественным изменениям ударного гласного.

Таблица 2. Усреднённые значения гласных F1 и F2 [ъ], [а], [á] в сильной и слабой фразовой позиции для информанта С.К.

Информант С.К.

Сильная фр.позиция

Слабая фр.позиция

2 п/уд

1 п/уд

уд

2 п/уд

1 п/уд

Уд

F1= 466,1

F2=1072,7

F1=455,3

F2= 1222,7

F1=473,7

F2= 1292,7

F1=366,6

F2= 1744

F1=473,7

F2= 1033,6

F1= 475,7

F2= 1141,3

Таблица 3. Усреднённые значения гласных F1 и F2 [ъ], [а], [á] в сильной и слабой фразовой позиции для информанта Ф.А.

Информант Ф.А.

Сильная фр.позиция

Слабая фр.позиция

2 п/уд

1 п/уд

уд

2 п/уд

1 п/уд

Уд

F1=466,1

F2=1421,7

F1= 452,5

F2=1033,6

F1=473,8

F2=1205,9

F1=387,6

F2=969,3

F1=473,7

F2=1055,1

F1=430,7

F2=1184,4

На основании данных о формантной структуре безударных гласных, приведенных в таблицах 2 и3, можно сформулировать следующие выводы:

  • качественное различие между ударным [á] и гласным [а] первого предударного слога в бакинском варианте СРЛЯ выражено в значительно большей степени, чем в московском, как в сильной, так и в слабой фразовых позициях (Δ F2 = F2[á] – F2[а] составляет 172 Гц и 129 Гц соответственно в бакинском варианте и 69 Гц и 107 Гц в московском; при этом в сильной фразовой позиции данное различие выражено отчетливее); (Δ F1 = F1[á] – F1[а] составляет 19 Гц и 43 Гц соответственно в бакинском варианте и 18 Гц и 2 Гц в московском; при этом данное различие выражено отчетливее в слабой фразовой позиции).
  • качественное различие между гласным [а] первого предударного слога и редуцированным гласным второго предударного слога, наоборот, в бакинском варианте СРЛЯ выражено в значительно меньшей степени, чем в московском.
  • таким образом, двуступенчатость редукции безударных гласных в московском варианте СРЛЯ выражено в большей степени, чем в бакинском его варианте.

Очевидно, что эти различия могут объясняться влиянием азербайджанского языка на русскую речь бакинцев.

 Данный факт подтверждается теми результатами, которые были получены нами ранее. На материале двух слов: одного русского (городкá) и одного азербайджанского (qazmá) был проведён аналогичный эксперимент и вычислены значения длительности, интенсивности и F1 и F2 ударного и первого предударного гласных. Полученные результаты приведены в таблице 4.

Таблица 4. Значения длительности, интенсивности и F1 и F2 в словах qazmáигородкá.

qazmá[a]

t=116,4 мл/c

i=-4,5 Дцб

F1=581 Гц

F2=1227,4 Гц

qazmá [á]

t=144,1 мл/c

i=-6,9 Дцб

F1=560 Гц

F2=1055 Гц

городкá [а]

t=107 мл/c

i=-7,3 Дцб

F1=775 Гц

F2=1356Гц

городкá [á]

t=218,6 мл/c

i=-9,4 Дцб

F1=753,7 Гц

F2=1399,7 Гц

На основании результатов, приведенных в таблице 4 можно сделать вывод, что качественные различия между ударным и первым предударным гласными в азербайджанском языке выражены в значительно большей степени, чем в русском языке. Наиболее существенные различия наблюдаются в положении второй форманты гласного: в русском языке Δ F2 = F2[á] – F2[а] составляет +44 Гц, в азербайджанском – -172 Гц. Таким образом, вторая форманта предударно гласного в русском языке понижается на 44 Гц по сравнению с ударным, а вторая форманта того же гласного в азербайджанском языке по сравнению с ударным повышается на 172 ц. Тем самым, различие в изменении значения формант в русском языке, по сравнению с азербайджанским составляет 216 Гц. При этом в азербайджанском языке происходит значительное повышение второй форманты предударного гласного, что свидетельствует о его централиза­ции, то есть изменении по направлению к нейтральному (редуцированному) гласному [ъ].

Таким образом, в московском варианте русского литературного языка в большей степени, чем в бакинском, выражена качественная двуступенчатость редукции предударных гласных при том, что количественное соотношение гласных предударных слогов в исследованных региональных вариантах идентично.

 

СПИСОК ИСПОЛЬЗОВАННОЙ  ЛИТЕРАТУРЫ

  1. Высотский С.С. О звуковой структуре слова в русских говорах // Исследования по русской диалектологии. М., 1973.
  2. .Князев С.В. Фонетическая реализация ударения в различных фра­зо­вых позициях в современном русском языке // Фонетика сегодня: актуальные проблемы и университетское преподавание. М., 1998.
  3.  Князев C.В. Структура фонетического слова в русском языке: син­хрония и диахрония. M., 2006.
  4. Пауфошима Р.Ф Фонетика слова и фразы в севернорусских говорах. М., 1983.

Ключевые слова: русский язык, ударение,  ритмическая структура слова.

Keywords: Russian language, accent, phonological word’s structure

Açar sözlər: rus dili, vurğu, sözün ritmik strukturu.

 

SUMMARY

The article reports some results of the experimental study of phonological word’s structure in Moscow and Baku variants of Standard Russian. The degree of prominence (qualitative rather than quantitative) of the first pretonic syllable differ significantly in two types of Russian regiolects in question.

 

XÜLASƏ

Bu məqalədə standart rus dilinin Moskva və Bakı variantlarında sözlərin fonoloji strukturun eksperimental öyrənilməsinin bəzi nəticələri təqdim olunub. Ilk pretonik hecanın yüksəklik dərəcəsi (kəmiyyətdən daha çox keyfiyyət) iki növ rus regiolektlərdə əhəmiyyətli dərəcədə fərqlənir.

 

Рецензент: доктор философии по филологии Шакир Албалыев

 


Aysel Əli qızı Məmmədli

KONSTATİV CÜMLƏLƏRİN STATUSU VƏ PERFORMATİV CÜMLƏLƏRDƏN

 FƏRQLİ CƏHƏTLƏRİ

C.Ostinin performativ söyləmlər barədə yazıları (1956) iki tip söyləmə diqqəti çəkmək olmuşdur. Dilin tarixi baxımdan dərk edilməsi özündə belə bir fikri birləş­dirir ki, dildə hər bir mənalı söyləmin vəzifəsi ya doğru ya da yalan olmasındadır. Bu tarixi bazaya əks olaraq, C.Ostin açıq-aydın şəkildə hansısa həqiqəti bildirməyən söyləmlərin bir sinfə aid olmasını qeyd edir.  Beləliklə, o, dilin müxtəlif istifadələrini fərqləndirməyə çalışmışdır [1; 6].

Xüsusilə C.Ostin konstativ və performativ cümlələri fərqləndirmişdir.

Konstativlər söyləmin doğru və ya yalan olmasını bildirən sinifdir. 

Konstativlər məruzə, bəyanat, təsvir, təsdiqləmə, əvəlcədən xəbərdarlıq və s ifadə edə bilir.

That yacht is white and blue – Ce yacht est blanc et bleu – Bu yaxta ağ və mavidir.

Konstativlərdən qrammatik olaraq fərqlənməyən perfomativlərin iki fərqləndirici xüsusiyyəti vardır: onlar nəyinsə doğru və ya yalan olmasını bildirmir və performativ söyləmi ifadə edən şəxs isə nəyisə deməkdən başqa da nəsə edir [1; 12].

C. Ostin performativlərlə bağlı 4 birbaşa misal vermişdir:

I tread on your toe and say apologise – Je marche sur le gros orteil et m’excuse – Sizin ayaq barmağınızı tapdalayıram və üzrxahlıq edirəm.

Onu qeyd edək ki, burada C.Ostinin söylədiyi kimi, bu söyləmi doğru kimi iddia etmək cəfəngiyyat olardı. Belə ki, biz üzrxahlıq etdikdə, nəyinsə barədə doğru və ya yalan demirik, nə də onlar bizim nə etdiyimiz barədə məruzə deyil [1; 14].

Performativlər sadəcə nəyisə demək deyil, daha çoxunu etməkdir və ondan da əlavə bəyanat verməkdir (üzrxahlıq, xaç suyuna salmaq, mərc gəlmək, evlilik). Per­for­mativ söyləmlərdə C.Ostin doğru bəyanatı bildirmək üçün işlədilən söyləmləri ifadə edən sinif üçün bəyanat terminini işlədir. Bu terminologiyada sonralar çaşdırıcı olmuş­dur və daha sonralar o, nəyisə bildirən bəyanatları  “faktiki bəyanat” adlandır­mışdır. Lakin biz qarışıqlıq yaratmamaq üçün konstativ terminindən istifadə edirik [1; 2].

C.Ostin performativlərin yerli-yerində olub olmamasını bildirmək üçün daha sonralar 3 qayda yaratmışdır.

1.  Performativin həyata keçirilməsi mütləq mövcud olmalıdır. Başqa sözlə, performativiləri icra etmək üçün razılıq (etibarlı bir yol) olmalıdır. Misal üçün, perfromativdən istifadə edərək kimləsə evlənmək üçün razılıq olmalıdır ki, bu da  performativin yerinə yetirdiyi prosesin evlilik olmasını bildirsin.

2. Bizim perforamtivi yaratmağı nəzərdə tutduğumuz şərait mütləq uyğun olmalıdır. Misal üçün, əgər keşiş cütlüyü ər arvad elan edərkən qəfildən iflic olursa, evlilik uğursuz ola bilər.

3. Performativin səhv işləndiyi hallar da ola bilər. Bədbəxtlik performativə boş və sıfır məna aid etmir, lakin nəsə səhv bir şey baş verir. Perfromativlər müəyyən hiss, inanc və ya niyyət ifadə edə bilər, lakin bu niyyətlər olmaya da bilər. Məsələn,

I make a lying promise – Je fais la promesse couchée – Mən yalançı vəd verirəm.

Burada C.Ostin qeyd edir ki, konstativlər və performativlər ekskluziv olaraq qarşılıqlı əlaqəyə malikdirlər. Konstativlər və performativləri fərqləndir-mək üçün aşağıdakı cədvələ baxaq.

 

Konstativlər

Performativlər

Faktlara əsaslanan bəyanatlardır ki, o da ya gerçək, ya da yalan olur.

Nəsə gerçək və ya yalan ifadə etmir.

Nə haqdasa danışır.

 

Hərəkətdən (icradan) ibarət olur; söyləm nəyinsə baş verməsidir.

 

Uğurlu (uyğun) və ya uğursuz (qeyri-uyğun) olmaq nöqteyi- nəzərindən dəyərləndirilir.

 

Ostin burada aşağıdakı tipli söyləmlərə istinad edərək yazırdı ki, “I name this ship – Je nommecenavire – Mənbugəminiadlandırıram/Mənbugəmiyə ad verirəm” tipli söyləmi performativ söyləm adlanır. Əlavə olaraq o,  qeyd edirdi ki, bu tip performativ söyləmlər səhv işləndikdə onlar “bədbəxt” kimi  “yalan” olmur. O, üslubi xəta kimi hesab edərək göstərirdiki,  bu cür doktrina performativ söyləmlərdə yanlış ola bilər.

Performativ konstativ söyləmlər arasında fərqləndirmə aparmaq üçün açıq-aydın sərhəd qoyaraq, C.Ostin, performativ söyləmlərin “fəsadları”nı konstativ söyləmlərlə bağlı etdiyi müəyyən tapıntıların hesabına fərqləndirməyə çalışmışdır. O, ardıcıllıq, implikatur və presuppozisiyaya münasibətdə perfor-mativ və konstativ söyləmləri təhlil etmişdir. Buna baxmayaraq, o, performativ söyləmləri özündə birləşdirən ardıcıllığın bəzi növlərinidə qeyd edir. Məsələn,

“I promise – Je prometsque – Mənsöz verirəmki”cümləsidedikdə“I ought – Je dois – yəni “mütləqetməliyəm””ardıcıllığınınəzərdətutulur. Lakin C.Ostini həm performativ, həm də konstativ söyləmlərin ardıcıllığa (entailments) malik olması məsələsi sevindirmirdi.

Lakin bu heç də o demək deyildir ki, onlar arsında paralellik vardır;  yalnız son iki halda paralellik gözə dəyir. C.Ostin belə bir xüsusi məsələdən başlamışdır ki, heç də bütün bəyanatlar doğru və ya yalan kimi təsdiqlənə bilməz. Daha sonralar o, performativ fikirlərin təbiəti barədə bəzi detalları təhlil etmişdir, lakin sonra C.Ostin bu ideyaları daha ümumi şəkildə bütün tip bəyanatlarla əlaqələndirməyə çalışsa da öz kitabının sonunda  bir çox dolaşıq məsələlər və cavabsız suallar qoymuşdur. C.Ostin bu nəticəyə gəlmişdir ki, onun sınaqdan keçirdiyi bütün söyləmlər xoşbəxtlik və ya bədbəxtlik ölçüsünə, illokutiv (əmr) gücünə, doğru/yalan ölçüsünə və lokutiv (informasiya və ya neytral) mənaya malikdirlər. O, mübahisə edirdi ki, tələb olunan söyləmin bir sıra illokutiv gücünə xas məsələlərin öyrənilməsi ilə bağlıdır.

Danışıq aktı nəzəriyyəsini yaradarkən, onun qarşısında duran əsas məsələni C.Ostin, konstativ və performativ söyləmlər arasında olan münasibət-lərin xarakterini və eləcə də, performativlərin uğurlu olmasını aydınlaşdırmaq hesab edirdi. C.Ostin müəyyən dərəcədə konstativ və performativ söyləmlər arasında gərgin bir sərhəddin olmadığından əmin olmuşdur (çoxlu sayda eksplisit performativlərin sərhədlərindən kənara çıxaraq) və o, belə bir fikirləri hallandırmağa başlamışdır ki, mahiyyətcə fəaliyyət xarakterinə təkcə performa-tiv deyil, həm də bütün söyləmlər malikdir.

Performativ söyləm anlayışı ilk olaraq C.L.Ostin tərəfindən təqdim edilmiş­dir. Onun orijinal konsepsiyasına görə, performativ elə cümlədir ki, nə doğru deyil, nə də yalan. Əvəzində onlar  “xoşbəxt” və ya “bədbəxt” cümlələrdir və onlar nəyisə bildirməkdən çox illokutiv aktın icrasında ifadə edilirlər.  (C.Ostin orijinal olaraq güman edirdi ki, nəyisə bildirmək və illokutiv aktı icra etmək qarşılıqlı şəkildə müstəsna bir şeydir(mutually exclusive). Digər müəllif-lər İ.Sedqvik, J.Derrida, M.Fukolt (Eve Sedgwick, Jacques Derrida, Michel Foucault) da bu termindən istifadə etmişlər, lakin onlar bu terminlərdən tam başqa istiqamətdə yararlanmışlar. 

C.Ostinin 1946-cı ildə yazdığı “Other minds” əsərində bu termindən istifadə etməsinə baxmayaraq, termin 1955-ci ildə U.Ceyms (William James) tərəfindən “How to Do Things with Words” əsərində işlədilmişdir. Bu mühazirələr fəlsəfi olaraq söyləmlərin bəzən nəyisə “təsvir etməsi”, bəzən isə “təsdiqləməsi/müəyyənləş­dir­məsi” və beləliklə də onların ya gerçək, ya da ki, yalan olması məsələsini geniş şəkildə əhatə edirdi. Bir neçə misal (çox işlənməyən, həqiqət baxımından dəyərlən­dirilməyən, sual, direktiv və “etik” cümlələr) verdikdən sonra, müəllif, başqa bir hal kimi “performativ” cümlələri təqdim edir [2; 5].

Perforamtivlərin tərifini vermək üçün, C.Ostin köhnə fikirə uyğun gələn cüm­lələrə istinad edir və göstərir ki, onlar nəyisə ya təsvir edir, ya da ki, göstərirdilər və onlar da ya doğru ya da ki, yalan olurdu və müəllif, onları “konstativ” cümlələr adlan­dırırdı. Bunun əksinə olaraq, C.Ostin “performativ-ləri” aşağıdakı kimi müəyyənləşdirirdi:

1. Performativlər doğru ya da ki, yalan deyil və onlar doğruluq baxımından dəyərləndirilən cümlələr deyildi; əvəzində nəsə düz olmadıqda onlar ya  “xoşbəxt” və ya “bədbəxt” cümlələr olurdu.

2. Performativlərin ifadə edilməsi hansısa bir hərəkətin bir növ icra edilməsidir.

Daha sonra C.Ostin  performativlər haqda “illokutiv akt” adı altında danışır. Bu halda onlar yalnız “demək” və ya “təsvir etmək” kimi təsvir edilə bilməz [1; 21]. Əgər Piter müəyyən bir kontekstdə desə ki, “I promise to do the dishes – Je promets d’essuyyer les vesseills”, onda o, sadəcə etdiyi hərəkəti təsvir etməklə məşğul olmur, o, söyləmi ifadə etməklə  vəd verməni icra edir; vəd vermə illokutiv akt olduğundan, söyləm performativdir.

Əgər Piter bu cümləni vədinə əməl etmək niyyətilə demsə, və ya vədinə əməl etməsə, o demək deyildir ki, cümlə yalandır. Sadəcə o, C.Ostinin öz müzakirələrində deiyi kimi, “qeyri-xoşbəxt” və ya “uğursuz” cümlə olacaqdır.

Digər tərəfdən isə, bu tipli nöqsanların olmadığı hallarda, söyləm “doğrudan” çox, “xoşbəxt” və ya “uğurlu” cümlə olacaq.  

Performativləri digər söyləmlərdən fərqləndirmək məsələsi bir qədər qəliz olmuşdur. C.Ostin   “peformativləri” “konstativlərdən” fərqləndirmək üçün  böyük çətinliklə üzləşmişdir. Nəzərdən keçirilən hallar arasında o, belə nəticəyə gəlmişdir ki, nəyisə bildirmək/bəyan etmək (to state)  illokutiv aktı icra etməkdir ki, buda bütün konstativlərin performativlər olamsını göstərir.

C.Ostindən başqa Y.S.Anderson da performativləri necə fərqləndirməyi tədqiq etmişdir. 1970-ci illərdə performativlərin həqiqət baxımından dəyərlən- dirilən (truth-evaluable) olub-olmaması məsələsi, qeyri-explisit performativlərin olub-olmaması, performativlərin həqiqət baxımından dəyərləndirilən (truth-evaluable) cümlələr şəklinə salınması və ya əksinə və bir sıra başqa məsələlər müzakirə obyekti olmuşdur. Müasir dövrdə isə bu məsələlərdən bir çoxuna maraq artıq sönmüşdür [3; 6].

C.Ostinin öz fikrincə, performativlərin əsas xüsusiyyəti odur ki, onlar nə doğru, nə də yalan deyildir, yəni həqiqət baxımından dəyərləndiriləndir (truth-evaluable).

Lakin 1989-cu ildə yazdığı “How Performatives Work” adlı məqaləsində C.Syörl göstərir ki, performativlər elə konstativlər kimi doğru/yalan olur. C.Syörl daha sonra bildirir ki, perforamtivlər onun bəyanat (declarations) adlandırdığı cüm­lələrdir. Bu C.Syörlin yaratdığı texniki anlayışdır: onun kon-sepsiyasına görə, söyləm aşağıdakı halda bəyanatdır: “Əgər, danışıq aktının uğurlu icrası sözlə ger­çəklik ara­sında uyğunluq yaradırsa və cümlə məzmunu həqiqi olarsa” [3; 72].

C.Syörl inanırdı ki, bu ikili istiqamət assertivlərin sözlə gerçəklik arasında uyğunluğuna ziddir.

Bax və Harniş C.Syörl ilə performativlərin doğru/yalan olamsına görə razı­la­şırlar, lakin müxtəlif səbəbdən onlar  göstərirlər ki, perfromativlər həqiqət baxı­mın­dan dəyərləndiriləndir (truth-evaluable), çünki onlar birbaşa olaraq bəyanatdır, lakin yalnız dolayısı yolla vəd, üzrxahlıq bildirə bilər. C.Syörlin bəyanatları perfromativ hesab etdiyi halda, Bax və Harniş iddia edir ki, yalnız bəzi performativ söyləmlər bəyanat bildirir [3; 25].

“I pronounce you man and wife – Je vous déclare mari et femme – Mən sizi ər və arvad elan edirəm.

Bax və Harniş C.Syörlin fikrinə fundamental şəkildə yanaşır. Onlar C.Syörlin performativlərlə bağlı izahatına dair mübahisəyə girirdilər.C.Syörlə görə, perfro­mativ­lərə aid olan məsələ odur ki, onlar eksplit hərəkət bildirən cümlələrdir və feil vasitəsilə müəyyənləşir.

Bax və Harnişə görə, adi performativlərin aydın rasionallaşdırmaya ehtiyacı yoxdur, çünki onlar adi ünsiyyət aktıdır və auditoriya sizin hansı ünsiyyət niyyətinizi nəzərdə tutduğunuzu başa düşə bilir.

Bax və Harniş C.Syörlin “perfromativlərin perfromativ gücü onun ədəbi mənasına daxil edilmişdir” baxışlarını rədd edir.Onlar güman edirdilər ki, C.Syörl perfromativ gücü kommunikativ icra ilə səhvən qarışdırır. Bax və Harniş göstərir ki, baxmayaraq ki, perfromativlərin kommunikativ uğuru belə bir fakta arxalanır ki, onlar bəyanatdır, performativlərin performativ gücü isə buna arxalanmır [3; 27].

Performativlər barədə E.Sedvikin də müəyyən fikriləri vardır. O, göstərir ki, perforamtiv söyləmlər eksplisitdir və adətən birinci şəxs fromasında indiki zamanda işlənir. Bu xüsusiyyətlər indeksaldır və dərhal kontekst xüsusiyyətlə-rini əks etdirir.

Peformativsöyləmlərdə işlənən xüsusi feillər - verba dicendi (verbs of  speaking) və ya “metapragmatic verbs” (metapraqmatik feillər)  feillər ola bilər və onlar diqqəti çəkir.  Bəzi linqvistlər və nəzəriyyəçilər eksplisit performativ  söyləm­ləri nadir hadisə hesab etsə də, E. Sedvik göstərir ki, demək olar ki,bütün sözlərdə, cümlələrdə və frazalarda perfromativ aspekt vardır. E.Sedvikin fikrin-cə performativ  söyləmlər “transformativ” ola bilər ki, onlar da ani olaraq şəxsi və ya ətraf status dəyişə bilər və ya “vədverici” söyləmlər isə ətraf aləmi gələ-cəkdə olacağı formada təsvir edə bilər. Bu kateqoriyalar eksklusiv deyildir, və beləliklə də, söyləm hər iki xüsusiyyətlər malik ola bilər.E.Sedvikin müşahidə-sinə görə performativ söyləmlər onu ifadə edən şəxs tərəfindən dəyişilə bilər.

 

Ədəbiyyat:

  1. Austin J. L.Peformative Utterances. 1956.
  2. Olsen C. Austin’s Worries about ‘I state that…’, in Mind. New Series, Vol.76, No.301, OxfordUniversity Press, 1967.
  3. Searle J.R. Speech Acts. Cambridge: Cambridge University Press. 1969. 203 p.

Açar sözlər:danışıq aktı, doğru, yalnış, performativ cümlə, konstativ cümlə

Key words: speech act, true, false, performative sentences, constative sentences

Ключевые слова: речевой акт, правдивый, неверный

      

Резюме

Статус констативных предложений и их отличительные черта от перформативных

 предложений

Эта статья посвящена отличительным особенностям констативных предложений от перформативных на французском языке. Здесь точки зрения Я.Аустина и Дж. Серля ставятся лицом к лицу. В этой статье также исследуется вопрос о «истинности / ложности» перформативных и констатационных предложений.

 

Summary

The status of constative sentences and their distinctive features from performative ones

This article deals with the distinctive features of the constative sentences from the performative ones in French. Here points of view of J.Austin and G.Searle are put face-to-face. In this article, the matter of “true/false” of performative and constative sentences is investigated, too.

 

Rəyçi: fil.e.d.,prof. F.Y.Veysəlli


Маммадова Самира

ЛЕКСИКОЛОГИЯ ЭТРУССКОГО ЯЗЫКА

Наука этрускология существует уже свыше трехсот лет. На территории Тосканы и других территориях, на которых жили этруски в первом тысячелетии до н.э., продолжаются археологические раскопки этрусских памятников. Найдено свыше 15 тысяч захоронений с надгробными надписями. Но, к большому  сожалению, до настоящего времени не решена главная проблема этрускологии - проблема происхождения этрусского языка. В результате чего более или менее длинные надписи на этрусском языке не читаются (часто даже не понятно, о чем идет речь в надписи - настолько непонятен этот язык). В результате неудач в решении выше обозначенных проблем, этрусский язык, некоторыми этрускологами был объявлен изолированным. А другие этрускологи не сомневаются в том, что этот язык был одним из индоевропейских языков».[1]

Кавказские языки как панацея.  «Главную причину неудач в решении проблемы происхождения этрусского языка, мы видим в нежелании этрускологов,  обратить внимание на языки, носители которых живут (или жили) на востоке.

На кавказские языки, еще 100 лет тому назад, обратил внимание В. Томсен. Позже, Р. Гордезиани сравнил этрусскую лексику с картвельской. В 1980 году лидер ближневосточного языкознания (в Союзе), И.М.Дьяконов, высказал мысль о сходстве между грамматикой этрусского и хурритского языков. В 80-х годах, В.В. Иванов, развивая идеи В.Томсена, опубликовал работу, в которой предложил использовать северокавказские языки для дешифровки этрусских текстов. Однако, в статье 1988 года, он отказывается от "хаттского и других северокавказских языков", и считает, что "этрусский был результатом развития одного из хурритских диалектов". Таким образом, хурритский язык, по-видимому, способен прояснить ситуацию с происхождением  этрусского языка, и помочь прочитать хотя бы какие-нибудь небольшие надписи, смысл которых невозможно определить с помощью основного метода определения этрусской лексики - комбинаторного.[3]

Этруски и Малая Азия. «После прочтения надписи, найденной на острове Лемнос, стало очевидным, что этрусский язык имеет какое-то отношение  к Малой Азии. На этом полуострове, по мнению большинства историков-лингвистов, "господствовал" индоевропейский - хеттский язык. Но хеттский язык, наверное, не раньше конца ІІІ тыс., " наложился" на местный хаттский язык, природа которого полностью отличается от хеттского. Если не придумывать мифы о том, что в Малой Азии произошло обратное наложение языков, т.е. хаттский наложился на хеттский, а носители последнего, основали в VIII тысячелетии поселения Чатал-Хююк и Хаджилар, то стоило бы начать поиски базисной лексики этрусского языка, и, не только в хаттском языке, но и в лексике восточнокавказских (а это нахско-дагестанские и хуррито-урартские языки) и южнокавказских (т.е. картвельских) языков. Но как сравнивать этрусскую лексику с лексикой других языков, если количество достоверно определенных этрусских слов едва превышает 150 единиц?»

Лингвисты об этрусском языке. «Надо сказать несколько слов о том, каковы сегодняшние критерии родства двух языков, и, исходя из этих критериев, ответить на вопрос: какие языки можно считать генетически родственными (эта научная дисциплина называется лингвистической компаративистикой).[5]

Начиная с XIX века, делались попытки решения проблемы происхождения этрусского языка, сравнивая его лексику с лексикой десятков языков мира. Однако, результаты таких поисков оказались незначительными. В результате чего европейские ученые, вслед за итальянскими этрускологами, перестали интересоваться языками, носители которых живут за пределами Италии (или, в настоящее время, считаются мертвыми), видимо считая, что этрусский язык это "полностью изолированный язык", который появился исключительно как результат ("быстрого") италийского лингвистического развития.

Однако, если считать главной задачей этрусского языкознания (но не этрусской археологии!), расшифровку, вернее, интерпретацию этрусских текстов, а также осознание роли этрусской цивилизации в становлении европейской цивилизации, а не только производство археологических раскопок, вышеприведенная точка зрения на этрусский язык, как на "несомненно" индоевропейский язык, который "быстро возник" на Апеннинском полуострове, может еще больше  затянуть решение этой проблемы. ("Быстрое, в течении нескольких веков, возникновение языка"- это метод, который предлагают некоторые археологи для решения своих лингвистических проблем. Смотрите, как это делается, например, в статье)».[4]

Чтения этрусских надписей. «Наверное, современное состояние проблемы происхождения этрусского языка можно объяснить еще тем обстоятельством, что все, кто занимался этой проблемой, за редким исключением, были лингвистами-индоевропеистами, которые не допускали неиндоевропейскую точку зрения на эту проблему. И, поэтому, работы исследователей, которые считают, что этруски пришли откуда-то с Востока, чаще всего игнорируются и в наше время.

Базисная лексика. «Какую же этрусскую базисную лексику мы можем использовать для лексико статистических исследований, если мы знаем только 150 достоверно определенных этрусских слов? Использованная лексика входит в состав 100-словного списка М. Сводеша. Но лучше, в начале использовать 35-словный список "наиболее устойчивых слов", который предложил С.Е.Яхонтов (этот список является частью 100-словного списка М. Сводеша). Не приводя тут этого списка, привожу известные этрусские слова, которые входят в этот список. Это слова (они взяты из словаря книги Джулиано и ЛариссыБонфанте, "Этрусский язык, введение", на английском языке): al - ‘давать', ‘подносить', ‘жертвовать'; tul - ‘камень'; mi ,me , mini - ‘я', ‘мне'; lein - ‘умирать'; thu - один».

Приведенные слова показывают их полную непригодность для каких-либо исследований. Так, слово АЛ означает БЫЛ, и никакого значения ‘давать', ‘подносить', ‘жертвовать' не имеет. Слова mi, me ,mini вовсе не означают Я, которое по-этрусски выглядит как АЗ; однако они могут обозначать МОЙ, МНЕ, МЕНЯ. Слово КАМЕНЬ так и выглядит по-этрусски, а вовсе не tul; слово УМИРАТЬ звучит по-этрусски как АЧИЧ, а УМЕР - как АЧИЛ, но не lein, слово ОДИН - как АДИН, АДЗИН, но не thu. Все эти нелепости произошли не только от неверного чтения букв, незнания реверсов и неумения раскладывать лигатуры, но и от неверного членения сплошного текста на отдельные слова; а в случае с числительными совершенно посторонние слова на кубике были поняты как имена собственные. Иными словами, в качестве базиса был принят сборник ошибок.

Этрусско-северокавказские параллели. «Для этимологизации этих слов, рассмотрим восточнокавказские параллели.

1) Этр. al - ‘давать', нах. al- a - ‘давать', Хуррито - Урартский (ХУ) ar - ‘давать'.

2) Этр. tul - ‘камень' (такой перевод дается только в ). По-видимому, отсюда этр. слово tular - ‘граница', по названию межевых камней. У этого слова есть параллели в ВК языках: чеченском (чеч.) ‘камень' - t'o, t'ulg . Ностратическая ( Nostr) праформа для слова ‘камень' - *kiwi , близка к картвельской ( Kart .)-* kwa , семито-хамитской ( S - X )-* kw и уральской ( Ur ) - *kiwe. Однако, общеалтайская (Аlt) реконструкция (С.А.Старостина) для слова ‘камень', - * tiola , близка к Kart . слову t'ali - ‘кремень'.[5]

3)  Этр. местоимения mi ,me , mini - ‘я', ‘меня', часто считают индоевропейскими по происхождению. Однако , подобное местоимение существует во всех ностратических языках (Alt ., Kart. и Ur.). В то же время, в ВК языках аналогичное местоимение имеет вид: в нах. - so ,suo , в Х. - iste, а в У. - jese .

4) Этр. lein - ‘умирать'. Еще В.В. Иванов пишет в  прочеч. параллели: v-ella - ‘он умер', d-ella - ‘мертвый', v-ellarg - ‘мертвец'. Но он не заметил чеч. слово len - ‘смертельный', ‘смертный'. Интересны скандинавские параллели этого слова - ‘пиршественный зал убитых героев' назывался Valhalla - Валгалла, где галла, халла, по-видимому, близко к нах. слову γа l а, означающему нахский ‘жилой дом-крепость'.[5]

5)  Этр. thu. По мнению некоторых этрускологов это слово означает ‘один'. У этого числительного нет явных параллелей в кавказских языках. Однако в нахских языках существует несколько слов, которые начинаются с элемента du (dux), который, по нашему мнению, близкий к значению ‘один', ‘единица', ‘первый' - если руководствоваться значениями слов, в состав которых они входят: чеч. duxxarnig - ‘первенец', duxxarlera - ‘первичный', ‘первобытный', инг. duxa - la - ‘однозначный' и т.д. Таким же образом, как и чеч. duxarg (дуьхьарг) - ‘телка одного года' образуются термины ‘телка двух лет' - š in - ara , от нахского š i - ‘два' и ‘телка трех лет' - qaarg (кхаарг), от qo ( кхоъ) - ‘три'. Очевидно, в этих терминах первый слог должен означать соответствующее числительное. Древность этих терминов иллюстрируется хурритскими терминами: ‘двухлетний ' - š in - ar - bu , ‘трехлетний' - kig- ar- bu. К сожалению, мы не знаем термина, обозначавшего ‘однолетний'. Есть еще одно этрусское указательное местоимение (из 35-словного списка), которое близко к картвельскому: eca, ica, ca -‘этот', по-грузински - eg, ega, es.

Таким образом, по крайней мере, пять слов этрусского и восточно-кавказского языков, из 35-словного списка имеют общие корни. А это составляет 14,3 %, что превышает порог случайных совпадений. Правда, эта цифра ни о чем не говорит. Потому, что процент совпадений должен превышать 10 %, но в пределах 100-словного списка М. Сводеша. Т.е. должно быть 10 совпадающих, по форме, слов, чтобы уверенно утверждать про принадлежность этрусского языка к кавказской языковой семье сино-кавказской языковой макросемьи».[4]

По нашему мнению, предки этрусков пришли с территории Южного Кавказа, где в середине IV тысячелетия до н.э., возникла выдающаяся археологическая культура ранней бронзы, которая имеет название Куро-Аракская. Одним из характерных признаков этой культуры была чернолощеная керамика. По мнению, высказанному в работе, эта культура возникла в результате проживания на одной территории носителей языков двух языковых семей, восточно-кавказских и картвельских. И надо помнить о том, что на этой же территории, за две тысячи лет до того, существовала археологическая раннеземледельческая культура Шулавери-Шомутепе.

Нищета современной академической этрускологии как в области лексикологии, так и по методике дешифровки текстов видна уже по работам тех исследователей, которые думают на них опираться как на достоверно определенные. Как раз ничего достоверного в академических исследованиях и не содержится.

 

Литература:

  1. Буриан Я., Моухова Б. Загадочные этруски. пер. с чешского. изд. «Наука», М., 1970.
  2. Немировский А. И. Этруски: от мифа к истории. М., 1983.
  3. Тайны древних письмён. Проблемы дешифровки. Сборник. М. 1975.
  4. Fowler M., Wolfe R.G. Materials for the Study of the Etruscan Language: in 2 vols. Wisconsin, 1965.
  5. Савенкова Е. Д., Великосельский О. А. К вопросу о префиксации в этрусском языке // Проблемы современного теоретического и синхронно-описательного языкознания. Лингвистика. История лингвистики. Социолингвистика. Вып.5., СПб., 2003.

Ключевые слова: лексикология, древние народы, греческий и римский народ, рукописи, перевод, наука этруск.

Açar sözlər: leksikologiya, qədimi xalqlar, yunan və roma xalqı, əlyazmalar, tərcümə, etrusk elmi.

Key words: lexicology, ancient people, Greek and Roman people, manuscript, translation, Etruscan science.

 

Xülasə

Məqalədə əsasən etruskilogiya elminin mövcudluğu, onun əhatəsi, etrusk xalqı, onların dili haqqında yazılmış və tədqiq edilmişdir. Məqalədə bir neçə mövzuya toxunulmuşdur: Qafqaz dilləri, Etrusk və Kiçik Asiya, Etrusk dili haqqında dilçilərin dedikləri, Etrusk yazılarının müəllif oxunuşu, əsas leksika, etrusk – şimalı Qafqaz paralelləri. Məqalədə etrusk dili haqqında müasir dövrdə çox az məlumat olması mətnlərin dilinin tərcüməsində çətinliyin olması göstərilir. 

Summary

The existence of Etruscan science, its surroundings, Etruscan people, and their language have been researched in the article. Some themes have been touched in the article such as Caucasus languages, Etruscan and Asia Minor, the discussion of scholars about Etruscan language, the reading of Etruscan manuscript by author, the main lexicology, Etruscan – northern Caucasus parallels. There is difficulty in the translation of Etruscan manuscript because of the lack of information about Etruscan lexicology thathas been shown in the article too. 

 

Rəyçi: dos. L.Ələkbərova
Ruxsarə Feyziyeva

Ə.MƏMMƏDXANLININ “BABƏK” ROMANINDA İŞLƏNMİŞ

DİALEKT SÖZLƏRİ

Dilin leksik, qrammatik normalarının formalaşmasında, dialekt leksikasının canlı dilə və ədəbi dilə keçməsində dialektlər əhəmiyyətli rola malikdirlər. Lakin, zəngin lüğət tərkibinə malik olmasına baxmayaraq, ədəbi dil leksikası ilə müqayisədə dialekt leksikasının işlənmə dairəsi məhdud olub, işlənmə sahəsi fərqlidir. Bu mənada görkəmli alim M.N.Kojinanın aşağıdakı fikrini geyd etmək lazımdır: “Ədəbi dil leksikası olmayan sözlər sırasına dialekt sözlərini də daxil etmək lazımdır, lakin bunlar canlı danışıq dili sözlərindən fərqli olaraq, əksərən əşya və hadisələrin adlarını bildirən nominativ funksiya daşıyır” (12, 116). Dialekt sözləri bədii mətndə fikri daha dəqiq, düzgün ifadə etmək üçün paralellər, sinonimlər kimi çıxış edir. Terminoloji fondun zənginləşməsi və omonimlərin yaranmasında da dialekt sözlərinin təsiri vardır.

Dialekt sözlərinin ədəbi dilin lüğət tərkibinə daxil olması üçün bədii ədəbiyyat keçid rolu oynayır. Görkəmli alim N.M.Xudiyevin fikrincə, “leksik-semantik cəhətdən ədəbi dildə işlədilmə lüzumuna malik olan dialektizmlər yazıçılar tərəfindən bədii ədəbiyyata gətirilir, bunlardan ümumxalq səciyyəsi qazananlar ədəbi dilin lüğət fonduna keçərək onu zənginləşdirir” (7, 187). Bu sözlər dialekt leksikasını təmsil etsə də, onu konkret bir dialekt qrupuna aid etmək, canlı danışıq dili sözlərindən fərqləndirmək çətin olur.

Yazıçıların dialekt sözlərini bədii ədəbiyyata gətirmələri onların işlənmə dairəsini genişləndirir, poetik mühitdə üslubi cəhətlərini üzə çıxarır və belə sözlərin tədricən xalq dilinə keçməsini təmin edir. “Sözlərin bədii dil vasitəsilə canlı danışıq dilinə keçməsi onların semantik cəhətdən yeniləşməsini leksik frazeoloji əlaqələrdə iştirakını təmin etmiş olur” (11, 31).

Ümumişlək, dialektlərarası sözlər geniş yayılmaları ilə əlaqədar bədii ədəbiyyat üçün bir növ norma kimi qəbul edilsələr də, ədəbi dilin leksik normalarından kənar olduğu üçün ədəbi dil sözü kimi götürülmür. “Dialekt sözləri danışıqda, nitqdə hökmən sadə danışıq dili sözləri ilə birləşirlər, uyğunlaşırlar, bunun özü də bir norma deməkdir, ancaq bu norma ədəbi dil normasından kənar normadır” (11, 100). Azərbaycan dilində gedən belə bir prosesi izləmək və dəqiq nəticəyə gəlmək üçün bədii ədəbiyyatdan bu sözləri seçmək, tədqiq etmək son dərəcə faydalıdır.

Azərbaycan bədii nəsrinin görkəmli nümayəndələrindn olan Ə.Məmmədxanlı dil və üslubi ilə fərqlənməklə, ana dilimizin bütün gözəlliyini duyan və oxuculara çatdırmağı bacaran yazıçılarımızdandır. Bir çox povest və hekayələrin müəllifi olan Ə.Məmmədxanlı yaradıcılığında “Babək” romanı (9) xüsusi yer tutur. Yaradıcılığının son iyirmi ilində ərsəyə gələn bu əsər öz bədii xüsusiyyətləri, üslubu, forması etibari ilə zəngin olduğu qədər, dil etibari ilə də zəngindir. Bu romanın dili də yazıçının digər əsərlərində olduğu kimi müəyyən mənada mürəkkəbdir, bu da yazıçının bədii təhkiyə üslubu ilə bağlıdır. Əsərlərində azərbaycan dilinin bütün zənginliklərindən istifadə edən yazıçı, “Babək” romanında da bu zənginliklərdən ustalıqla istifadə etməklə yanaşı, əsərdə yeri gəldikcə dialekt və şivə sözlərinə də yer vermişdir.

Ə.Məmmədxanlının “Babək” romanında (Məmmədxanlı Ə. Seçilmiş əsərləri. Bakı, Avrasiya Press, 2005) işlənən dialekt leksikası əsasən Azərbaycan dilinin özünəməxsus sözlərindən ibarətdir. Onlara aşağıdakıları misal gösətər bilərik:

                Dannakı: Bəlkə ədalət özü sabah çıxıb taxtında otursa və yaxud başına tac qoysa, dannakı gün cəlladına əmr eliyəcək ki, hüzurunda boyun vurulsun... (ƏMB,181). ADL-də danna//dannar fonetik variantında iki mənada: 1.sabah; 2. ehsan mənasında (1,122), ADDL-də dannakı//dannar variantında sabah mənasında göstərilmişdir (2, 116). Sözün cümlədəki mənası da birinci mənaya uyğun gəlir.

                Dağarcıq:  qoyun və ya keçi dərisindən hazırlanmış torba, kisə: Yol dağarcığı

boş idi. Amma yenə də əlini salıb dağarcığın dibini silib-süpürdü (ƏMB, 216). Sonra o bomboş dəri dağarcığı bir az yaxına gəlmiş iki ağzı qaranın üstünə vızıldatdı (ƏMB, 216). QADL-də dağarcıx//dağar yunu, qəlizi təmizlənmiş qoyun dərisindən tikilən kisə (4, 43); ADL-də dörd mənası qeyd edilmişdir: torba; kisə; cığal; davakar; lovğa; ədəbaz; qarnıyekə adam (1, 53); Rad. dağar//tağar fonetik variantında dəri kisə, çanta mənaları göctərilmişdir (13, 1611). “Dağar” sözünün şərqi Abşeron şivələrində: 1.quru, 2.ölçü vahidi, 3.qaramal dərisindən hazırlanmış kiçik torba (10, 138) mənaları verilmişdir.

                Iştancaq: Ey Vadila, əgər sən bazarlarda dolaşsan, dəmbələrdə yançağı açıq, iştancaq şeir yazanlar görsən, o şairləri bu saray bülbülləri arasında nə fərq varmış? (ƏMB, 283). Iştancaq//istancağ fonetik variantlarında həm ADL (1, 131), həm də ADDL-də (2, 237) çılpaq, tumançaq mənalarında verilmişdir. A.Y.Hüseynovun Azərbaycan dilinin şimal-qərb şivələr lüğətində işdan şəklində kişi alt paltarı, tumanı mənasında qeyd edilmişdir (6, 100).

İsmarış: Bir dəfə sənə ismarış göndərdim, gəlmədin (ƏMB, 318). İşmarış// ismarış ‒ işarə etmək, sifariş, xəbər mənasında həm ADDL (2, 237), həm də QADL-də (4, 93) göstərilmişdir.

                İmsiləmək: Sədəf dişlərini yoxlayırdı, imsiləyirdi və xırıltılı səslə bir gülsənə, başı batmış deyirdi... (ƏMB, 300). ADL və ADDL-də imsiləmək//imsiləməx' ‒ iyləmək mənasında Qarakilsədə işləndiyi qeyd olunur (1, 258; 2, 234). E.İ.Əzizov bu feilin Azərbaycan dilinin Qazax, Qax, Ağstafa şivələrində itin mehribanlıq göstərməsi, yaltaqlanmaq mənalarını göstərir (5, 75).

Yulğun:  Zəif bir varlığı qorxutmaq üçün yulğunluğa girmədi ‒ yerə tökülmüş yulğun çör-çöplərini tapdalayıb şaqqıldadacaqdı (ƏMB, 197). Yulğun//ulğun fonetik variantlarında ADOL-də üç omonim mənada işlənmişdir: 1.ilğım (İmişli); 2.hülqum (Oğuz); 3.ağac növü (Qazax, Borçalı, Tovuz) (3,189).

Xuruc: ...o İsgəndər Rumi idi ki, Məqduniyyə adlı ufaq bir ölkədən xuruc eləmişdi  və gəlmişdi (ƏMB,185). ADOL-də xuruc//xuruş foneik variantlarında dörd omonim mənada: 1.dayaz boşqab (Quba); 2.hirs, acıq (Zəngilan); 3.həvəs, meyl (Cəbrayıl); 4.nadinc, dəcəl (Şəki) (3,94), ADDL-də Bakı və Zəngilanda xuruş varian­tında açıq, hirs mənasında verilmişdir (2, 230). Lənkəran şivəsində “xoruş”, (xoruşlu), “xoruş etmək”  variantlarında  acıq (acıqlı), hikkə (hikkəli), acıq etmək mənalarında işlənir (müəllifin qeydi). Romanda işlənmiş mənası “acıq etmək” mənasına uyğun gəlir.

Xəfə: Və bu məclisdə örtülü bazarın darvaza tağı altındakı xəfə bir bucaqda papuc yamayan bir pinəçi ilə zərgərlər cərgəsindəki bağdakı tağ altında gümüş çəkici ilə qızıl döyəcləyən bir zərgər bir-birinə bərabərdi (ƏMB, 181). Bu ifadə ADL-də hava çatışmayan və qaranlıq ev (1, 240); ADDL-də iki mənada: 1.hava çatışmayan və qaranlıq; 2.bürkü (2, 218); QADL-də xəfə-xəfənək fonetik variantında bürkü (4, 83) mənalarında göstərilmişdir.

Soqqar:  ...qarşıdan Əlvənd dağından atını tərsinə çapan soqqar küləklər isə karvanı döşündən vurub geri atdı... (ƏMB, 207). ADDL-də (2, 443) Naxçıvanda şimal-qərb mənasında işləndiyi qeyd olunub. Mətndəki məna da buna uyğundur. Şimal-qərb küləyi mənasını verir.

Çapavulluq: Sirac dünən gecə xəlifənin ən məxfi bir tapşırığını yerinə yetirərək Xorasanın karvan yollarında çapavulluğu ilə məşhur olan dörd nəfər quldurbaşıyla dilənçi bir qarının komasında gizli görüşmüşdü (ƏMB, 155), ...və indi budur, bu rəbiyyə yoluqları ilə bu yol kəsən, karvan basan çapovulçuları bir-birinə qataraq Azərbaycana göndərir (ƏMB, 203). ADDL-də çapavulluq//capo:ulçu fonetik variant­larında qarətçi, çapqınçı (2, 89), ADL-də çapovulçular//çapo:ul//çapo:ulçu variantında eyni mənada (Gədəbəy, Qazax, Şuşa və Laçında) işləndiyi qeyd olunur (1, 92).

Məsnəd: Xəlifə bardaş qurub qara örtüklü məsnəd üstündə oturmuşdu (ƏMB, 151). ADDL-də (Beyləqan, Xocavənd və Ordubadda) “keçə” mənasında işləndiyi göstərilmişdir (2, 353).

Gərməşov: Bayaq orda gözünə bir neçə quru gərməşov çubuğu dəymişdi. Gəlib o quru gərməşov çubuqlarından üç dənə götürdü, bir-bir ocaqdan alışdırdı (ƏMB, 219). ADL-də gərməşov//gərməşöy fonetik variantlarında (1, 195), ADDL-da isə gərməşov//gərməşöy//gərməşoy variantlarında (Borçalı və Qazaxda) qəhvəyi rəngli yumşaq qabıqlı ağac növü mənasında göstərilmişdir (2, 179).

Girdin: ... qapı ağzındakı üstü mişarlanmış girdin kimi çox hamar olan bir daş üstündə oturmuşdu (ƏMB, 305). ADL-də gird//girdim mişarla bir boyda kəsilmiş yoğun odun (1, 199); ADOL-də gird (Cəlilabadda) tamam, büsbütün (3, 78); Azərbaycan dilinin şimal-qərb şivələri lüğətində odunun böyük və ağır olan hissəsi (6, 111), ADDL-də girdin//girdim fonetik variantında mişarla bir boyda kəsilmiş yoğun odun (2,183) mənalarında göstərilmişdir.

Arvana: Karvan önündə isə ovsarını qoca bir sarvanın çəkdiyi qoşa hörgüclü  arvana üstündə qara çalmalı, qara əbalı, qalın çatmaqaşlı, tosqun bir adam yırğalanırdı. Bu vaxt karvan önündə gedən qoca sarvan döndü, ovsarını çəkdiyi arvanananı toxtatdı  (ƏMB, 198). Arvana sözünün ADL (1, 26) və ADDL-də (2, 18) dişi boz dəvə mənasında işləndiyi göstərilib.

Ovsar: nümunə yuxarıdakı misalda verilmişdir. Ovsar//avsar variantlarında ADDL-də (2, 29) dəvənin noxtası, QADL-də (4,136) ovsar//ovsarlığı şəklində yenə də dəvənin noxtası mənasında göstərilmişdir.

Təngə: Bu uçurumun dibində çalxanan qaynar axınlı dağ çayı təngənin növbəti boğumundan qurtulub çıxdığı üçün yatağından gah sağını gəmirib sola cumurdu, gah solunu gəmirib sağa cumurdu... (ƏMB, 198); Təngənin qarı içindən çıxmağa yol axtarırdılar (ƏMB, 217). ADOL-də təngə//təng fonetik variantında üç omonim mənada: 1.dalan, döngə; 2.bərəçinin bərə sürərkən  durduğu yer; 3.at və ya qoşqu heyvanlarının qarnı altından bağlanan qayış, kəndir mənalarında (3,181), ADDL-də isə 1.döngə, 2.dalan mənalarında göstərilmişdir (2, 491).

Balaxana: Və bu vaxt Ağca oğlanı gördü, komanın içindəki dulus çarxının arxasından yuxarıya, balaxanaya qalxan ensiz və dik pilləkənlə ağır-ağır üzü aşağı enirdi (ƏMB, 171). ADL və  ADDL-də üç: 1.evin üstündə əlavə tikilən balkonlu otaq; 2.mətbəx (Naxçıvanda); 3.evin arxa tərəfində olan kiçik artıma (1, 30; 2, 37) mənalarında verilmişdir. Mətndəki məna sözün birinci mənasına uyğun gəlir.

Bürgələnmiş: ...və yenə ona elə gəldi ki, qaranlığa bürgələnmiş o iyrənc varlıq yenə bir az yaxına gəlib qaramat baxışlarıyla qocaya baxır (ƏMB, 233),... istəmirdi ki, qoca bu gecə ölsün və qaranlığa bürkələnmiş o iyrənc varlıq yaxın gəlsin (ƏMB 225). ADDL-də bürlənmək fonetik variantında Naxçıvanda bürünmək (2, 69), QADL-də bürüncəklənmək//bürüttənmək şəklində üz-gözünü bükmək, bükülmək, qalın geyinmək, üst-başını pal-paltarla bükmək (4, 27) mənaları göstərilmişdir.

Əppək:   Axı bu vaxta kimi bütün gününün cirəsi kəsdiyi, öpdüyü, gözü üstə qoyduğu və yüz dəfə tanrıya şükür etdiyi bir tikə qara arpa çörəyindən və yaxud cad əppəyindən başqa bir şey olmamışdır (ƏMB,189). ADOL-də 'əpbəx' fonetik variantında iki mənada: 1.çörək; 2.aşığın hamar tərəfi (3, 72), ADDL-də əppək//əpbəx'//əpbəy //əppeg//epbex variantlarında çörək mənasında işlənmişdir (2,163) “Əppək” sözü şifahi və yazılı ədəbi dilimizdə geniş işlənən sözdür. MK-da “əbək”, “əbmək”, “ətmək”, Rad və KDQ “ətmək”, türk dilində “ekmek” formalarında işlənmişdir (8, 57).

Əzrək: Əzrəkin köçü dəvə qatarlarının nizamını pozub karvanı əyiş-üyüş eləmişdi (ƏMB, 202), Əzrək isə  pırtlaşıq və qızartdaq saqqalını gah didişdirərək, gah qaşıyaraq bir müddət altdan yuxarı Vəcnanın üzünə baxıb durdu... (ƏMB, 202). ADOL-də əzrəğ//əz­­rağ fonetik variantında zülmkar, göygöz, sarı mənalarında göstərilmişdir (3,181).

Qurcuxmaq: ...və bu vaxt zirzəminin qatı qaranlığı içində sanki hərdən qurcuxub diksinərək və yaxud dayanıb nəfəsini dərərək onlara doğru yaxınlaşan titrək və ufaq bir atəşi bəziləri bir an əvvəl görmüşdülərsə, digərləri də qanrılıb indi görərkən məclisdə hənirti kəsildi, hamı kiridi... (ƏMB, 182). QADL-dəa yerində sakit oturmayıb sağa-sola tərpənmək (4, 118), ADDL-də qurcuxmaq//qurcutma//qurcutma salmax (Oğuzda) şəklində şuluqluq salmaq mənası verilmişdir (2, 316).

Qaramat: Bura, bu qaramat mağaraya tıxanmış zaman isə elə bil donmuşdu (ƏMB, 221). Həm ADL, həm də ADDL-də eyni fonetik tərkibdə, eyni mənalarda: 1. dərd, qəm, qüssə (Borçalı, Gədəbəy, Göyçay, Qazax, Qax, Salyan); 2.dərdli, qəmli, üssəli (Qazax, Salyan, Ucar) mənalarında verilmişdir (1, 309; 2, 281). ADL-də eyni zamanda qaramat basmax şəklində (Gədəbəydə) dərd, qəm basmaq mənası da verilmişdir (1, 309).

Qaysava: Yox əgər qaysavadan pay uman kimi bura gəlmisənsə dediyin o gül sənin o çopur burnun üçün deyildir (ƏMB, 306). ADL-də qaysafa//qaysəfə//qaysava fonetik variantlarında xörək adı (yağda bişirilmiş qaysı və ya kişmiş) (Ağcabədi, Bərdə, Füzuli, Qazax, Sabirabad, Salyan (1, 318), QADL-də qaysafa//qaysava ‒ yağda bişirilən ərik qurusu (4, 108), ADDL-də eyni fonetik tərkibdə, eyni mənada Cənubi Azərbay­canda qaysava şəklində verilmişdir (2, 281). Toxumu  çıxarılmış, yağda əzilərək qızardılan xurma mənasında yemək olaraq da bilinir (müəllifin qeydi).

Qızartdaq:... Əbu Müslüm qəsrinin zirzəmisi divardakı dəmir yuvaya keçirilmiş böyük bir məşəlin hisi içində boğulan alovunun qızartdaq və titrək şölələri ilə işıqlanmışdı (ƏMB, 156). ADL-də qızarındağ//qızartdax fonetik variantında (Qazax və Kəlbəcərdə) qırmızımtıl mənası göstərilmişdir (1, 335).

Dəmbə: Ey Vadila, əgər sən bazarlarda dolaşsan, dəmbələrdə  yançağı açıq, iştancaq şeir yazanlar görsən, o şairlərin bu saray bülbülləri arasında nə fərq varmış (ƏMB, 283). ADL-də kəltən, şumda olan kəsək, əzilməmiş yumru torpaq (Ucarda) mənası verilmişdir (1, 131).

Çəngə: Sonra başından siyirdiyi çadrasını çəngələdi, qoltuğuna vurdu (ƏMB 172),  Çəngələdi qocanı yatağından qaldırdı (ƏMB, 220). ADL və ADDL-də ovuc içi qədər, ovuca yerləşən qədər (1, 99; 2, 95) mənaları göstərilmişdir.

Çimir: ...adamlar çimirini almağa macal tapmamış gümüş parıltılar içində yatandan ulduzu altında göy əyrisi avazımağa başlayır (ƏMB, 191). ADL və ADDL-də mürgü (1,104; 2,102), ADOL-də iki: 1.yuxu, mürgü (Qazax, İsmayıllı, Gədəbəy, Mehri, Tovuz); 2.azacıq, azca (İsmayıllı, Tovuz) (3, 49), QADL-də qısa müddətli yuxu, mürgü (4, 40) mənaları verilmişdir.

Papuc//papuş ...və məclisdə örtülü bazarın darvaza tağı altındakı xəfə bir bucaqda papuc yamayan bir pinəçi ilə zərgərlər cərgəsindəki bağdakı tağ altında gümüş çəkici ilə qızıl döyəcləyən bir zərgər bir-birinə bərabərdi (ƏMB, 181). ADDL-də (Quba) köhnəlmiş çorab (2, 393) mənasında verilmişdir.

Oxarlamaq: ...kimi yol üçün duz və un, kimi çaxmaq daşı və qov, kimi iynə sap və sair alırdı və bəziləri də qılınc pardaxlayanlar cərgəsində əyri tiyəli qəmələlərini oxarladırdılar (ƏMB, 170). QADL-də oxarlamaq//ovxarlamaq – bıçağı, baltanı itiləmək (4, 136), ADDL-də oxarlanmaq//oxarramax//o:xarramağ (Ağdaş, Borçalı, Çənbərək, Gədəbəy, Qazax, İmişli, Şamaxı) ‒ itiləmək (2, 380) və “o:xar” ‒ itilik, “o:xarı getməg” ‒ itiliyi getmək, o:xarratmax ‒ itilətdirmək fonetik variantlarında və mənalarında göstərilmişdir (2, 380).

Səngək: İndi burda bu gecə qədim xarabalığın qaranlıq zirzəmisində qurulmuş adi ziyafət olan bu yoxsul “sevgi ziyafəti” süfrəsində yalnız səngək çörəyi, pendir, duz, ayran... vardı (ƏMB, 179). ADDL-də səngək//səngəg variantında Ərdəbil, Naxçıvan, Təbriz, Zəncan, Gəncə, Ordubadda lavaşa oxşar çörək mənasında işləndiyi göstəril­mişdir (2, 427).

Xərifləmək//xəriflemeg: Ya Məsrur, yoxsa qocalıb xərifləmisən və yainki qulaqların ağır eşidir (ƏMB, 151). ADL və ADDL-də arsaqlamaq, ağzına gələni danışmaq (Bakı) mənaları verilmişdir (1, 242; 2, 220).

Tutaşmaq: Quru çırpılar çox tez tutaşdı, bir az əvvəl qaramat mağaranın sirli səssizliyindən qulaq cingildəyirdi (ƏMB, 218). ADOL-də tutaşmak şəklində iki: 1.yanmaq (Ağdam); 2.dalaşmaq, savaşmaq (Zəngilan, Mingəçevir, Cəbrayıl) (3, 186), ADDL-da isə yanmaq, alovlanmaq (Ağdam, Şuşa) mənaları verilmişdir (2, 510).

Təngimək//təntiməx: Xəlifə təngimiş halda “kişi” deyib çıxdı... (ƏMB, 147). ADOL-də iki mənada: 1.tələsmək (Cəbrayıl, Şəki); 2.karıxmaq, özünü itirmək mənaları (Ağcabədi, Qazax, Zəngilan, Gədəbəy, Şəmkir) verilmişdir (3, 181).

Cirə: Sağdır, amma halallaşır səninlə ki, öz zindan cirəsinin bir tikə qara əppəyindən yoğurduğu o qara təsbehi sənə yadigar göndərib və halallaşır mənimlə... (ƏMB, 175). ADL və ADDL-də cirə//cirə-cirə şəklində az-az, qənaətlə (Cəbrayıl, Gədəbəy, Şamaxı, Ağdaş) mənaları verilib (1, 80; 2, 79).

Cad: Tərxan o vaxt təzəcə igid yaşına dolmuşdu və yol altında şırımladığı bir zənci qırağında oturub süfrə açmışdı... bir yumru pendir və bir parça cad əppəyi; vardı (ƏMB, 174). QADL-də bu söz darı unundan bişirilən çörək (4, 28), ADL-də isə caday variantında Zaqatalada içinə döyülmüş qoz ləpəsi qoyulmuş çörək mənasında işləndiyi qeyd olunub (1, 69).

Beləliklə Ə.Məmmədxanlının “Babək” romanında dialekt qruplarının hamısı üçün səciyyəvi olan, bir növ danışıq dili vahidlərinə çevrilmiş dialekt sözlərinə təsadüf etdik. Bu romandan toplnan dialekt faktları və onların tədqiqi göstərdi ki, yazıçı bu mənbələrdən istifadə etməklə əsərini Azərbaycan dilinin öz milli, ümumxalq dilinin tərkibinə daxil olan dialekt sözlərini üslubi məqsədlə ədəbi-bədii dilə gətirib, onu daha yeni rənglərlə boyamış və yazılı şəkildə təsbit etmişdir.

İxtisarlar:

ADDL: Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 2007

ADL: Azərbaycan dialektoloji lüğəti. I cild, Ankara, 1999

ADOL: Sefi Behbudov. Azərbaycan dili şivələrinin omonimlər lüğəti. Bakı, 2003

ƏMB: Ənvər Məmmədxanlı. Babək. Bakı, 2005

KDQ: Kitabi - Dədə Qorgud

QADL: Ələkbərli Ə. Qərbi Azərbaycan dialektoloji lüğəti. Ic. Bakı, 2009

MK: Mahmud Kaşğari. Divani-lüğət-it-türk. Bakı, Ozan, 2006

Rad: Л.В.Радлов. Опыт словаръя тюркских наречий, I-IV. Санкт-Петербург, 1893-1911

 

İstifadə olunmuş ədəbiyyat:

  1. 1.                 Azərbaycan dialektoloji lüğəti, I c. Ankara, 1999.
  2. 2.                 Azərbaycanın dilinin dialektoloji lüğəti. Bakı, Şərq-Qərb, 2007.
  3. 3.                 Behbudov S.M. Azərbaycan dili şivələrinin omonimlər lüğəti. Bakı, Nurlan, 2003.
  4. 4.                 Ələkbərli Ə.Y. Qərbi Azərbaycanın dialektoloji lüğəti, I c. Bakı, 2009.
  5. 5.                 Əzizov E.İ. Söz xəzinəsi. Bakı, Maarif, 1995.
  6. 6.                 Hüseynov A.Ə. Azərbaycan dilinin şimal-qərb şivələr lüğəti. APİ-nin Elmi əsərləri, Dilçilik seriyası (XI seriya). Bakı, APİ-nin nəşri, 1964.
  7. 7.                 Xudiyev N.M. Azərbaycan ədəbi dilinin sovet dövrü. Bakı, Maarif, 1989.
  8. 8.                 Qəhrəmanov C.V. Nəsimi divanının leksikası. Bakı, ELM, 1970.
  9. 9.                 Məmmədxanlı Ə. Seçilmiş əsərləri, Bakı, Avrasiya Press, 2005.
  10. 10.            Vəliyev G.Q. Şərqi Abşeron şivələrinin leksikası. Bakı, Nurlan, 2001.
  11. 11.            Арнолд И.В. Стилистика английского языка. Л.: Наука, 1973.
  12. 12.            Кожина М.Н. Стилистика русского языка. Москва, Просвещение, 1977
  13. 13.            Радлов Л.В. Опыт словаръя тюркских наречий, т. I-IV. Санкт-Петербург, 1893-1911.

Açar sözlər: dialekt leksikası, şivə sözləri, ədəbi dil, nəsr

 

XÜLASƏ

                Ədəbi dilin  zənginləşmə mənbələrindən sayılan dialekt və şivə sözlərinin dilə daxil olması üçün bədii ədəbiyyat keçid rolunu oynayır. Məqalədə də Ə.Məmmədxan­lının “Babək” romanından dialekt sözləri toplanıb, onların dildə işlənmə imkanları, üslubi funksiyaları, leksik-semantik xüsusiyyətləri təhlil edilmişdir.

 

Rəyçi: dos. S.Abbasova

 


Aytən Pilağa qızı Sadıqova

AZƏRBAYCAN DİLİNDƏKİ TEONİM VƏ DEMONİM KOMPONENTLİ FRAZEOLOJİ VAHİDLƏRKİ ASSONANS TİPLİ İFADƏLƏR

Sözsüz ki, teonim və demonim komponentli frazeoloji vahidlərin stilistik tər​tibözəlliklərindən bəhs edərkən ən çox diqqəti cəlb edən məqam bu ifadələrdəki sait və samit səslərin təkrarına istinad edən fonetik obrazlılıq xüsusiyyətidir. Ə.Də­mirçizadənin qeyd etdiyi kimi, geniş anlamda fonetik üslubi vasitələr deyildik​də, “sözlərin, ifadələrin və cümlələrin mənaları ilə səslənməsi arasında ahəngdarlığın tə​min edilməsi üçün istifadə olunan fonetik vasitə və imkanlar” nəzərdə tutulur . Fonetik üslubi vasitələr arasında alliterasiya və assonas hadisəsi xüsusi yer tu­tur.İlk olaraq onu qeyd edək ki, samit və sait təkrarına istinad edən alliterasiya və assonans bir çox hallarda qədim türk qafiyəsi kimi dəyərləndirilirdi.

 “Azərbaycan dastan və nağıl dilinin frazeologiyası” adlı doktorluq disserta­siyasında N.Seyidəliyev “frazeoloji birləşmələrdə fonetik obrazlılığnüslubi cəhət​ləri” olan alliterasiya və assonans faktlarını geniş və hərtərəfli şəkildə araşdır​mış​dır. “Həmin bədii obrazlı ifadə vasitələrinin işlədilməsi yolu ilə yaranan frazeoloji vahidlərin həm söz birləşməsi şəklində, həm də cümlə şəklində özünü göstərməsi” faktına diqqət çəkən alim təqdim etdiyi nümunələr sırasında teonim komponentli frazeologizmləri də qeyd edir: Allah amanında, Allahın altında, Allah çarxını çevirsin.

Alliterasiya (latın dilində ad – nəzdində, co həm, birgə, litera – hərf mənalarını ifadə edir) termini “bədii nitqin, xüsusilə də nəsrin ifadəliliyini artıran ən qədim stilistik priyomlardan” hesab edilir. Homer, Horatsi, Vergildən baş​la​yaraq antik ədəbiyyat nümunələrində yer alan alliterasiya üsulunun ən geniş işlənmə sa​­hə­lərindən biri də xalq söz sənəti nümunələridir (84,s..84). Bu məqamı diqqətdən kənarda qoymayan S.V.Yastremski alliterasiyanın xalq söz sənəti nümunələrinin janr fərqləndirməsi çərçivəsindəki işləkliyi barədə yazır: “Alliterasiya xalq yaradı­cılığı nümunələrinin, konkret olaraq, ovsunlar, nəğmələr, nağıllar, impovizasiyalar, atalar sözləri və tapma­ca­ların ayrılmaz tərkib hissəsini təşkil edir” . Bu ideyanı daha da inkişaf etdirən V.Q.Rodionov alliterasiyanın, məhz, ovsun xarakterli mətnlərdə yüksək işlənmə tezliyini nümayiş etdirməsinin səsin magik, sirli qüvvəsinə inamla bağlı olduğuna diqqət çəkmişdir .  Başqa sözlə desək, ehtimal ki, ilk mərhələdə səs təkrarının məhz, müəyyən mistik təsir gücünə malik olmasına inanan insan həmin priyomlara semantik tutumun təsir gücünün artırıl­ması, adresata təsirinin intensivləşməsi üçün müraciət edirdi. Bu məqamın bizim tədqiqat obyektimiz baxımından maraq kəsb edən cəhəti ondan ibarətdir ki, teonim və demonim komponentli frazeoloji vahidlərin semantik tutum etibarilə sakral informasiyanı əks etdirməsi onlara müəyyən mistik halə qazandırırdı ki, bu da öz növbəsində həmin səs təkrarlarının təsiri ilə daha da dərinləşmiş olurdu.

Azər​baycan dilindəki istər alliterasiya, istərsə də assonans xarakterli təkrarların yer aldığı kifayət sayda teonim və demonim komponentli frazeoloji vahidin mövcud­luğu bu yanaşmanın doğruluq payına malik olduğunu əyani şəkildə sübut edir.

“Qədim qafiyə” kimi dəyərləndirilməsinəbaxmnayaraq :1) sözün sonuna de­yil, əsas etibarilə sözün əvvəlinə yönəlik təkrarı hədəf aldığından, habelə 2) təkrar materialının yalnız müəyyən bir (və ya bir neçə) səslə məhdudlaşdığından allitera­siya və assonans qafiyədən əsaslı şəkildə fərqlənir

“Ritmik – sintaktik paralellizm – qədim türk xalq epik şeirinin əsası kimi” adlı əhatəli araşdırmasında alliterasiya və assonans hadisəsinin ən dərin bilicilərin-​dən sayılan V.M.Jirmunskiəcdadlarımızın söz sənəti xəzinəsində yer alan konso-nant səs təkrarlarının iki növdə fərqləndiyini qeyd etmişdir. Tədqiqatçıya görə, da​xilialliterasiya qafiyə çərçivəsində reallaşan samit təkrarını, xarici alliterasiya isə fərqli misralarda yer alan sözlərin samitlərinin, xüsusilə inisialkonsonantlarının təkrarına istinad edir (daha ətraflı bax: .

A.M.Şerbakvə bir çox başqaları alliterasiyann mövqeyinin sözün əvvəli olaraq nəzərdən keçirsələr də, müasir türkoloji araşdırmasların ortaya qoy­duğu elmi nəticə bu fonetik uyum hadisənin “coğrafiyasının”, yəni realizasiya möv­qelərinin daha geniş olduğunu söyləməyə əsas verir. Belə ki, özünün “Çuvaş şeir yaradıcılığı və türk allite­ra­siyası” adlı geniş əhatəli araşdırmaındaV.Q.Ro​dio​nov, tam haqlı olaraq, türk alliterasi­yasının mövqelərinin, sadəcə olaraq, sözün inisial mövqeyi ilə məhdudlaş­ma­dığını ortaya qoyur. Azərbaycan dilinin frazeoloji sistemində yer alan teonim və demonim komponentli vahidlər dilimiz üçün həm inisial mövqeli, həm də qarışıq əsaslı alliteras­yon təkrarların xarakterik olduğunu əyani şəkildə nümayiş etdirir. Məsələn, inisial mövqeli alliterasiya: Tanrıya təpik atmaq, qarışıq alliterasiya: Şeytana papış  tikmək; sonuncu nümu​nənin daha geniş forması kimi təzahür tapan frazeoloji vahiddə də [ş] səsinin alli​terasiyası müşahidə edilir: Şeytana papış tikir, başına da deşik qoyur.

Maraqlıdır ki, fərdi yaradıcılıq məhsulu kimi ortaya çıxan və uzual işləkliyi ilə seçilməyən frazeoloji vahidlərdə də alliterasiya priyomundan istifadə edilir. Məsələn, H.Cavidin “Knyaz” əsərində Marqonun dilindən səsləndirilən ifadəyə diqqət yetirək:  Almışdır оnu Tanrı behiştə [H.Cavid,IV,34]. “Tanrı behiştə almış​dır” – ifadəsinin daşıdığı məna yükünü “Tanrı dərgahına aparılmışdır”, “Dünyasını dəyişmişdir”, “Vəfat etmişdir” və s. kimi anlamlarla səciyyələndirmək olar. Heç şübhəsiz ki, əsərlərində  Allah və Tanrı teonimlərindənmüvazi şəkildə yararlanan H.Cavidin təqdim olunan ifadədə seçiminin sonuncunun lehinə istifadə etməsində bu teonimininisial samitinin  behişt sözünün auslautkonsonantı ilə eyniyyət təşkil etməsi həlledici rol oynamışdır.

Assonansa gəlincə, bu istilahfraznsız dilində “uyumlusəsləniş, harmonik səs​ləniş” mənasını ifadə edən assonancesözündən əmələ gəlmişdir və hər hansı bir “nitq kəsi­min­də (hissəsində) vurğulu saitin təkrarına əsaslanan priyomu” ifadə edir. Ge​niş yayılmış rəyə görə, “şairlər onu sillobotonik və tonik şeir tiplərində ritmi​ka​nın vurğulanması vasitəsilə istifadə edirlər” .Lakin bir çox tədqiqatçıların haqlı olaraq qeyd etdiyi kimi, alliterasiyada olduğu kimi, assonansın da istifadə dairəsini yalnız müəllif yaradıcılığı nümunələri ilə məhdudlaşdırmaq doğru olmaz​dı. Belə ki, istər Azərbaycan dilinin frazeoloji sistemində yer alan dil faktları, istər​sə də ingilis, rus, alman və digər dillərdəki frazeologizmlərdə müşahidə edilən ana​loji fonetik obrazlılıq nümunələri bunu söylə­məyə tam və birmənalı şəkildə əsas verir. Konkret olaraq, rus, ingilis, alman dillərinin frazeoloji sisteminin müqayisəli təhlili əsasında bu fikri hasil etmiş A.O.Dolqova həmin fonetik obrazlılıq vasitəsi​nin alliterasiyadan və ya daxili qafiyədən daha az aktiv olmadığına diqqət çəkmiş​dir Rus və ingilis frazeoloji sistemlərinin müqayisəli tədqi​qini aparmış O.N.Volobuyeva da hər iki dildə alliterasiya və assonans priyomla​rın​dan aktiv şəkildə istifadə edildiyi, hətta ingilis dilinin bu sahədə xüsusi aktivlik nü​mayişetdirdiyini qeyd etmişdir (49,s.19). V.Q.Loqaçova da ingilis frazeologiyasının timsalında hər iki fonetik təkrar növünün “frazeoloji vahidlərin mənalarının fonetik motivləndirilməsinə” xidmət etdiyini önə sürmüşdür. Məsələn: dilçiyə görə, allis not goldthatglitters  “Hər parıldayan qızıl deyil” frazeologizmində həm [l] və [t] səslərinin alliterasiyasına, həm də [o] səsinin assonansına yer verilmişdirO da maraqlıdır ki, bəzi tədqiqatçılar fonetik obrazlılıq səviyyəsinə görə, hətta, as​so​nansın alliterasiyadan daha üstün özəlliklərə malik olduğunu qeyd edirlər. Belə ki, Y.Zundeleviçin qeyd etdiyi kimi, sait səslərin fonosemantikreprezenatsiya potensialı  daha qabarıq ifadə oluna bilir .

Azərbaycan dilindəki teonim və demonim komponentli frazeoloji vahidlər​də​ki assonans tipli təkrarları ən ötəri təhlili belə onu deməyə əsas verir ki, bu ifa­dələrin əksəriyyətində assonans uyumunu meydana gətirən səslərin yer aldığı söz​lərdən istifadə ixtiyari xarakter kəsb etmişdir. Yəni  mövcud sinonim cərgəyə mü­raciət zamanı dil daşıyıcısı həmin mövqedə artıq qəlib halını alan və aparıcı məna yükü ifadəliliyini üzərinə götürən sözdəki səslərlə həmahəng olan sinonimə üstün­lük verir. Əgər nəzərə alsaq ki, teonim komponentli vahidlərdə dəyişməz komponent kimi Allah sözü çıxış edir, bu zaman seçim zamanı [a] sait səs tərkibli sözlərə üstünlük verilməsi təsadüfi deyil.  Məsələn: Allah ağzından eşitsin, yəni “dediyin, söylədiklərin çin olsun”; ağzını Allah yoluna qoymaq [Ali Berazende,36], yəni “ağzına gələni danışmaq”; Allah arzuna çatdırsın; Allaha and verməkAllah adına, Allah amanında;Allahın altında; Allahın adını çağırıb;Allaha ağır getmək “günaha batmaq” Allahla allahlıq eləmək (variant kimi ortaya çıxır. Əsli: Allahlıq etmək “heç kimlə hesablaşmamaq, istədiyini etmək” Nəbi lap allahlıq edirdi) [N.Seyidəliyev, 25] və s.

Təqdim edilən nümunələrdən də aydın göründüyü kimi, bir çox halda burada həlledici məqam dilimizdəkiteonim sinonimiyasında üstünlyün Allah sözünə verilməsi ilə bağlı­dır. Teonimik komponentin digər sözlərin se​­çimində “öz təsir gücünü göstərmə­sini” digər müqəddəs adın yer aldığı nümu​nədə də izləyə bilərik. Belə ki, teonim anlayışının geniş təfsiri İslam təriqətlərinə görə müqəddəs simalardan sayılan bəzi şəxslərin adlarını da teonim komponenti kimi dəyərləndirməyə imkan verir. Belə ki, yunan mifologi­ya­sındakı allahların adlarının teonim kimi səciyyələndirilməsi, habelə xristian dininə dair teonimikaya İsa Peyğəmbərin adının aid edilmə mümkünlüyü, İmam Əli İbn Əbu – Talibin adının da şərti olaraq teonimik komponent kimi dəyərləndi​ilməsinə imkan verir. Dilimizdə yer alan “Əl tutmaq Əlidən qalıb” ifadəsini bu kontekstdə təhlil etdikdə də sinonim seçimində Əli sözünün təsiri olduğunu təsbit etmək mümkündür. Belə ki, Azərbaycan dilinin izahlı lüğətində qeyd edildiyi kimi, əl tutmaq mürəkkəb felinin ifadə etdiyi mənalar sırasında “yardım etmək, maddi kömək etmək, borc vermək” anlamları da mövcuddur (Əl tutanın əlindən tutarlar (Ata. sözü). Bəzirgan Əhməd gəlib bunlara əl tutmaq üçün pul verdi. “Aşıq Qərib”)

Teonim və demonim komponentli frazeoloji vahidlərdə alliterasiya və ya as­so­nans xarakterli təkrarların təmsil olunma səviyyəsində fərqə gəlincə onu qeyd edək ki, birinci qrup ifadələrdə sait səs təkrarlarının daha aktivlik nümayiş etdirmə​si danılmazdır. Belə ki, Allah sözünün Azərbaycan və digər türk dilləri üçün xarak­terik olan sinharmonizm qanuna müvafiqliyi və üstəlik eyni sait səs təkrarına isti­nad etməsi həmin teonimdəki konsonant səslərin ritmik paralellik potensialına cid­di “zərbə” vurmuşdur. Dili­miz­də Allah sözünün konsonant tərki­binə “xitab edən” frazeoloji vahid çox az sayda olduğu halda, assonans təkrarlı frazeoloji vahidlərin çoxsaylılığı diqqəti cəlb edir.

Azərbaycan dilində yer alan teonim komponentli frazeoloji vahidlərdə asso­nansın əsas fonetik obrazlılıq vasitəsi kimi çıxış etməsinə baxmayaraq, bu qrup frazeologizm­lər­də alliterasiya elementləri də yox deyil. Maraqlıdır ki, bəzi hallarda biz, allite­rasiyanın aktiv üslubi fiqur kimi çıxış etdiyini gördüyümüz halda, bəzi nümunələrdə alliterasiya və assonansın müştərəklliyini müşahidə etmiş oluruq. Allah teonimi komponentinin yer aldığı frazeoloji vahidlərdəki analoji nümunələrə diqqət yetirək. Məsələn, N.Seyidəliyevin nümunə göstərdiyi  [ç]səsinin təkrarına istinad edən Allah çarxını çevirsin frazeologizmini (30,s.249) qeyd etmək olar. Eləcə də [l] səsinin təkrarına əsaslanan Al Allahın qulunu, zəbt eylə dəlini  [VəhidGərusi, 617]; [z]səsi­nin alliterasiyasının yer aldığı teonim komponentli nümunə: Vuran öküzə allah buynuz verməz[ş] səsinin təkrarı ilə səciyyələnən alliterasiya nümunələri misal gətirmək olar: Allah əlinin boş, gününün xoş vaxti yaratmış [VəhidGərusi, 617]; Allah bilir işini, ağlatmaz dərvişini [VəhidGərusi, 617 ].

Sonuncu iki nümunədə daxili qafiyəni xatırlatdığından onu da qeyd edək ki, alliterasiya və assonans hadisəsi haqqında aparılan bir çox nəzəri dəyər​lən​​dirmələrdən əldə edilən ümumi müddə burada özünün əyani təsdiqini tapır: al​literasiya və assonans qədim dil və erkən poetik təfəkkür mərhələsində, bir növ pri​mitiv qafiyə kimi meydana çıxmışdır. Zamanla qafiyənin bədii təfəkkürdə təs​biti və mənimsənilməsi alliterasiyanın özünün bəzi hallarda qafiyə “konpen​satoru”, əvəzləyicisi kimi çıxış etməyə sövq etmişdir. Yəni  yaranan yeni harmonik sistem sətir önü mövqedən kənarlaşdığı halda, sətir sonu mövqedəki qafiyə uyumunun analoqu daha qısa həcmli mətnlərdə daxili qafiyə və ya daxili alliterasiya şəklində reallaşmağa müvəffəq olmuşdur.

 

ƏDƏBİYYAT:

  1. Atalar sözü / Tərtibçilər: Əbül­qasım Hüseynzadə,Hamid Qasımzadə. Bakı: Yazıçı, 1985, 690 s.
  2. Bаyrаmоv H.А. Аzərbаycаn dili frаzеоlоgiyаsınınəsаslаrı. Bаkı: Mааrif, 1978, 174 s.
  3. 3.                     Bəydili C. Tanrı, Tənri/Dədə Qorqud” kitabı.Ensiklopedik lüğət,Bakı: Öndər nəşriyyatı, 2004, s. 316-318
  4. Bünyadov Z., Vəlixanlı N. Azərbaycanda dini proseslər və onların yerli əhali üçün nəticələri. Azərbaycan tarixi. Yeddi cilddə, II c., Bakı:Elm, 2007, 608 s.
  5. 5.                     Cəfərov N. Allah /“Dədə Qorqud” kitabı.Ensiklopedik lüğət,Bakı: Öndər nəşriyyatı, 2004,s.21-23
  6. Çi­çək F.Xəyanətqoxusu.Bakı: “MBM” nəşriyyatı, 2012, 192 s.
  7. Dəmirçizadə Ə. Azərbaycan dilinin üslubiyyatı. Bakı:Azərtədrisnəşr, 1962, 270 s.
  8. Əliyarov S. Anaxaqanlıq / Dədə Qorqud” kitabı.Ensiklopedik lüğət, Bakı: Öndər nəşriyyatı, 2004, s. 29-30
  9. Fəxrəddin Z. Bu da bir istəkdi.  Bakı: Nurlar, 2008, 208 s.
  10. Hacıyeva A. İngiliscə-azərbaycanca zoometaforizmlər lüğəti. Bakı: Nurlan, 2004, 53 s.
  11. Hacıyeva Ə. İngilis və Azərbaycan dillərində somatik frazeologizmlərin struktur-semantik xüsusiyyətləri. Bakı: Nurlar, 2004, 192 s.
  12. Həsənov H.. Müasir Azərbaycan dilinin leksikası, Bakı: Bakı Univer­siteti­nin nəşriyyatı, 2001, 399 s.
  13. Xalid M. Yalnızlığın rəsmi. Bakı: UniPrint, 2014, 150 s.
  14. İmam Nəvəvi. «Riyazus-Salehin». 2011, 576 s
  15. Kazımov Q. Seçilmiş əsərləri.4 cilddə, Bakı, Nurlan, 2009, 528 s.
  16. Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti. 2 cilddə. I c.,  Bakı: Şərq-Qərb, 2005, 416 s.
  17.  Mahmudova Q. Qıpçaq qrupu türk dillərinin frazeologiyası Türk dillərinin frazeologiyası. 3 cilddə. II c., Bakı: Nurlan,  2009, 296 s.

Açar sözlər: Azərbaycan dili, assonans hadisə, teonim komponentli vahidlər

Ключевые слова:Азербайджанский язык, assonans событие, teonim компонентные блоки

Keywords: Azerbaijani language, assonans event, unit of teonimcomponent

 

Thelanguage of thefacts of theAzerbaijanilanguagephraseologysystem

SUMMARY:

          Azerbaijani language, as well as including a sufficient number of repetitions assonance nature and accuracy of this approach component unit phraseology to prove that it has. "The old rhyme as" assessment : 1) literally the end of the de-year, mainly just the beginning towards the repetition of the target receives, as well as 2) recycling material only certain one (or several) by a limited  and assonants rhyme fundamentally different . "Rhythmic - syntactic parallelism - as the basis of the old Turkish national epic poem", a comprehensive survey and assonants event, which is considered the deepest from the treasury of the art of our ancestors to the KonsoNant VMJirmunski sound different from two types said. According to researchers, was part of an internal rhyme repetition of consonant and foreign the different lines of consonants in words, in particular.

 

Rəyçi: dos.S.Abbasova
Vüsalə Cəfər-zadə

KOQEZİYA VƏ KOQERENTLİK MƏTNİN HİSSƏLƏRİNİ BİR ARAYA GƏTİRƏN

SEMANTİK VAHİD KİMİ

Mətnlərin ümumi quruluşundakı uyğunluqların şərhi mətndüzəldici kateqoriyanın izahını verir. Mətn sintaksisinin əsas vəzifələrindən biri də bu kateqoriyaların sistemli şərhini verməkdən ibarətdir. Bu kateqoriyalar mətnin dərk edilməsinin əsasını təşkil edir, əsas xüsusiyyətlərini özündə cəmləşdirir. Mətn kateqoriyalarının təsnifatı müxtəlif kriteriyalar üzrə aparılıb. Təsnifatda pərakəndəlik doğuran bu kriteriyalar mütləq və nisbi xarakter daşıya, yaxud linqvistik obyekt kimi mətni fərqləndirən əlamətlərlə bağlı ola bilər. Bu səbəbdən yalnız koqeziya və koqerentlik haqqında məlumat veriləcək.

Koqeziya və koqerentlik terminləri bir-birinə çox yaxın olduqları üçün diskurs tədqiqatlarında çox çətin fərqləndirilən linqvistik terminlərdir. Hər ikisinin tərkibində “koqe” morfeminin olmasına baxmayaraq, onlar yerinə yetirdikləri vəzifələrə görə bir-birindən fərqlənir. Alimlər bu terminləri müxtəlif aspektlərdən müəyyənləşdirir və təsnif edirlər. Bu terminlərin arasındakı əlaqəni izah etmək və üzə çıxarmaq üçün koqeziya və koqerentlik haqqında bəzi məlumatları nəzərdən keçirmək məqsədəuyğundur.

Koqeziya və koqerentlik ilk dəfə Hallidey və Hasan tərəfindən tədqiq olunmuşdur. Onların belə bir fikir irəli sürürdülər ki, cümlələrin mətn yaratması və ya yaratmamasının ilkin göstəricisi mətni təşkil edən cümlələr arasında və ya daxilində koqeziv əlaqələrin olmasıdır. Mətn onu mətn olmayan digər vahidlərdən fərqləndirən teksturaya malikdir. Mətnin teksturaya malik olması onun digər anlayışlarla müqayisədə bütöv kimi funksiya göstərməsi faktından meydana gəlir [1, 2].Hallidey və Hasanın fikrincə, koqeziya anlayışı mətn daxilində mövcud olan və onun mətn kimi formalaşmasında əsas amil hesab olunan məna əlaqələrinə əsaslanan semantik vahiddir. Koqeziya mətnin hissələrini bir araya gətirərək onu semantik bütöv formasına salır. Koqeziyanın önəmi mətnin bir hissəsi ilə digər hissəsi arasında mövcud olan bağlılığa əsaslanır.

Koqeziya “bağlanma” mənasını verən latın mənşəli sözdür. Koqeziya dedikdə mətni təşkil edən komponentləri əlaqələndirmə vasitəsi nəzərdə tutulur. Koqeziya bütün mətnlər üçün ortaq olan müxtəlif hissələrin məzmunca qarşılıqlı münasibətini reallaşdıran əlaqə vasitəsidir. Koqeziya sözü özündə mətnin informasiya vermə xüsusiyyətini deyil, mətnin məna bütövlüyünün təşkilini ehtiva edir. Mətnin mənalı bir bütövə çevirən başlıca şərt tərkib hissələrinin bir-birinə bağlılığı, vahid nitq aktına çevrilmə, tərkibi təşkil edən vasitələrin əlaqəliliyidir. Mətndə bu şərtləri reallaşdıran formal-qrammatik vasitələrlə yanaşı, məntiqi, assosiativ, kompozisiya – struktur, üslubi, ritmik vasitələr də özünü göstərir. Bütün sadalananları ümumiləşdirərək koqeziya adı altında aydınlaşdırırlar.

Koqeziya diskursda mühüm rol oynayır. İki element arasında koqeziv əlaqə qurulduqda həmin elementlər potensial olaraq mətn daxilində birləşir. Aydındır ki, mətn funksiyasının elementlərindən biri olan koqeziya diskursda leksik-qrammatik vahidlər vasitəsilə reallaşır. Hallidey və Həsən koqeziv vasitələrin beş növünü müəyyənləşdirmiş və onları da bir neçə qrupa bölmüşdür. Onun bölgüsündə koqeziya kateqoriyalarının ardıcıllığı aşağıdakı kimidir:

Referens

1. Prenominal - Oğlan anasını tapa bilmir.O, çox qəmgindir.

2. Demonstrativ - O, həyatımda eşitdiyim ən qəmli hekayədir.

3. Müqayisəli - Bu dünən eşitdiyim eyni hekayədir.

4. Əvəzləmə - Mənim velosipedim həddindən artıq köhnədir. Yeni birini almalıyam.

5.Ellipsis - Kaş ki, daha çox istedadım olardı. Bacım məndən daha çox istedadlıdır.

Bağlayıcı

6. Additiv (təsdiq) - Çinə getməyəcəyəm.Bundan başqa, heç yerə getməyəcəyəm.

7. Adversativ (müqayisə) - Maşınlar rahatdır, amma bahalıdır.

8. Səbəb - Maşın almayacağam, çünki pulum yoxdur.

9. Zaman - O, doğulduğu şəhəri 1979-cu ildə tərk etdi.O vaxt o, sadəcə balaca bir oğlan idi.

Leksik

10. Təkrar - Mən basketbol oynayan bir oğlan gördüm. Oğlan Tomun qardaşıdır.

11. Sinonimlik - Mən basketbol oynayan bir oğlan gördüm. Cavan Tomun qardaşıdır.

12. Hipofiz - Mən basketbol oynayan bir oğlan gördüm. Uşaq Tomun qardaşıdır[1].

Mətn yaratmaq funksiyasına əsasən koqeziya mətn formalaşdırmağa kömək edir və diskursun bir hissəsi ilə digər hissəsi arasında mövcud olan davamlılığı ifadə edir. Ümumiyyətlə, hər hansı uzunluqdakı diskursda koqeziv əlaqələrdən istifadə olunur. Hərçənd ki, bu mətn üçün səmərəli şərt deyil. Gündəlik həyatda insanlar tez-tez koqeziv vasitələr ilə yaxşı təşkil olunmuş lakin koqerent olmayan cümlələrə rast gəlir. Məsələn;

Şair “Molla Nəsirəddin” jurnalını oxuyurdu. Azərbaycanda nəşr olunan qəzet və jurnalların həcmi az olur. Həmin kitabın ilk səhifəsi itmişdi. Polislər hələlik itən uşağı tapa bilməmişdilər.

Bu cümlələrdə koqeziv vasitələr istifadə olunsa da, aydın müşahidə olunur ki, koqerentlik yoxdur. Bu oxucuda cümlələrin koqerent olduğuna dair yanlış təəssürat oyadır və bəzi dilçilər bu hadisəni yalançı koqerentlik adlandırırlar.

Bir çox dilçilər qeyd etmişdir ki, diskurslar koqeziya əlaqəsi olmadan da koqerent ola bilər [2]. Onların öz müddəalarını ən sonda bir neçə nümunələrlə işıqlandırmasına baxmayaraq, koqerent diskursu anlamaq üçün mətndaxili semantik əlaqənin reallaşmasından kənara çıxmaq lazımdır.

Məsələn;

O, şirniyyat dükanından tort aldı. Bütün işçilər ad günü vərəqəsinə qol çəkdi. Şənlik gecəyarısını keçənədək davam etdi.

İlk baxışdan, bu cümlələr natamam və əlaqəsiz görünür, amma əslində onun ümumi mənası vahid və ardıcıldır. Bu ad günü barədə insanların təcrübəsinə əsasən baş tutur. Onlar bilirlər ki, "tort", "vərəqə" və "şənlik"- bütün bunlar eyni hadisəyə, yəni ad gününə işarə edir. Beləliklə də, bu bilik paraqrafdakı bəzi boşluqların doldurulması üçün onlara imkan verir. Bu da onu göstərir ki, oxucu və ya dinləyici diskursun mənasına öz töhfəsini verməklə koqerentliyi tamamlayır. Məsələn, universitetdə tez-tez rastlaşdığımız bir elan:

            Xalq şairi ilə görüş: Şənbə günü, 15 Aprel, səhər saat 11:00

            Yer: Əsas bina, kiçik zal

Mövzu: Şairin yaradıcılığında əsas yer tutan vətənpərvərlik şeirlərinin təhlili

Bu məlumat parçalanmış cümlələrdən formalaşsa da, müəyyən kommunikativ tədbirin yazılı forması kimi fəaliyyət göstərə bilər yəni, keçiriləcək tədbir barədə auditoriyaya məlumat verilir və auditoriya da mesajı qəbul edir. Ona görə də bu diskursdur. İlk baxışdan rabitəsiz görünür, amma bu yazını görən insanlar hər zaman bunu başa düşə bilər. Gündəlik təcrübələrinə əsasən onlar bilirlər ki, bu universitetdə tez-tez təşkil olunan şairlərlə görüşləri xəbər verən bildirişdir.

Məna kəsb edən əlaqəli diskursları digərlərindən  fərqləndirmək üçün başqa amillər də olmalıdır. Bu amil, adətən, koqrentlik kimi təsvir edilir. Koqerentlik anlayışının açarı dildə mövcud olan bir şey deyildir, əksinə, insanlarda mövcud olan bir şeydir. Oxuduqlarından və dinlədiklərindən məna çıxaran insanlardır. Onlar dünya haqqında əldə etdikləri təcrübəyə əsaslanan şərhə nail olmağa çalışırlar. Doğrudan da, insanların oxuduqlarını başa düşmək qabiliyyəti onların dünyada dərk etdiklərini ya da təcrübə etdiklərini anlamalı olduqları ümumi qabiliyyətin sadəcə bir hissəsidir. Oxuyarkən siz sonuncu iki nümunəni yəqin ki aşkar etmisiniz; auditoriya özündə bütün detalları ehtiva edən hər hansı bir situasiyaya və yaxud təcrübəyə uyğun gələn diskurs qurmağa çalışır.Belə etməklə diskursda ortaya çıxan bir çox boşluqların doldurulması prosesinə mütləq cəlb olunacaqdılar. O, faktiki olaraq sözlər və cümlələr ilə ifadə olunmayan mənalı əlaqələr yaratmaq məcburiyyətində olardı. Bu proses əlaqəsiz görünən diskursu anlamağa çalışmaqla məhdudlaşmır. Görünür ki, bu hər bir halda insanların diskursu şərh etməsi ilə bağlıdır.

Koqerentlik haqqında müxtəlif dilçilərin fərqli fikirləri vardır. Kristal koqerentliyi yazılı və ya şifahi nitq parçasının əsas funksional əlaqəliliyini təmin edən strukturun vacib prinsipi kimi izah edir [3, 53], [7]. Təsvir etmək olar ki, koqerentlik dil daşıyıcılarının dünyagörüşü, gəldikləri nəticələr və irəli sürdüyü ehtimallar kimi amillərin, xüsusilə də, ünsiyyətin nitq aktları vasitəsilə baş tutması yollarının tədqiqini özündə birləşdirir. Göründüyü kimi, qrammatik və leksik əlaqələrə bu tərifdə yer verilmir.

Reynhart T. tərəfindən verilmiş digər bir tərifdə deyilir ki, koqerentlik diskurs və kontekst arasındakı semantik və qrammatik əlaqəlilikdən ibarətdir. Onun fikrincə, koqerentlik özündə üç elementi birləşdirir: əlaqəlilik, məntiqilik və relevantlıq. Əlaqəlilik dedikdə o, mətn daxilində cümlələrin bir-birilə semantik və qrammatik cəhətdən qarşılıqlı əlaqəsini nəzərdə tutur. Məntiqilik həmin cümlələrin ifadə etdiyi propozisiyaların ziddiyyət təşkil etməməsinə və müəyyən mənada doğru olmasına istinad edir. Relevantlıq isə mətnin kontekstə, mətn daxilindəki cümlələrin bir-birinə və mətnin ümumi mövzusuna uyğun gəlməsi deməkdir. Bu tərifdə koqerentlik koqeziyadan ayrı götürülmür əksinə vəhdət təşkil edir [4, 161-180]. Lakin Bouqrand və Dresler koqeziya və koqerentliyi tamamilə ayrı iki məfhum kimi fərqləndirir. Onlar koheziyanın mətnin xarici strukturunu təşkil edən, koqerentliyin isə daxili strukturunu formalaşdıran struktur əlaqələr olması fikrini irəli sürürlər [5]. Bəziləri, o cümlədən Hallidey, Həsən və Van Deyk sırf linqvistik mövqedən yanaşır və koqeziyanı koqerent diskursun vacib şərti hesab edir [1], [6, 233-252]. Vidousan və Kristal kimi dilçilər isə praqmatik mövqedən yanaşır və koqerentliyin şərhində praqmatik biliyin əhəmiyyətini təsdiqləyir. Digər dilçilər isə mental fenomenə və kommunikator ilə auditoriyanın koqnitiv biliyinə əsaslanaraq koqerentliyi tədqiq etmək üçün koqnitiv və psixoloji aspektdən araşdırır [3], [7].

Koqeziya və koqerentlik bir-biri ilə əlaqəli linqvistik terminlər kimi şərh edi­lir. Onlar funksional cəhətdən çox formal cəhətdən fərqlənir, çünki koqeziya koqe­rent­likdən daha tez seçilir ona görə ki, koqeziya yalnız diskursun səthi strukturu ilə əlaqəlidir. Koqeziya koqerent diskurs yaratmaq üçün nə vacibdir nə də ki, kifayət deyildir, amma effektiv vasitədir. Koherentlik açıq və gizli olmaqla iki ayrı xarakterik xüsusiyyət daşıyır. Açıq və ya səthi o deməkdir ki, koqerentlik xarici strukturda olan bir şeydir. Bunu müəyyən etmək nisbətən asandır. Açıq koherentliyi aşkar etməyin üsulları əsasən, Hallidey və Həsənin “koqeziv vasitələr” adlandırdığı linqvistik formal göstəricilərin təsvirinə yönəlir. Bu koqerentliyə linqvistik amillərin verdiyi töhfələri açıqlayır [1].

Gizli koqerentlik isə linqvistik, qrammatik vasitələr və s. kimi səthi göstəricilər ilə deyil də psixoloji, koqnitiv, praqmatik vasitələr və s. istifadə etməklə əldə olunan koqerentlikdir. Bu mənada adresata diskursun mahiyyətini dərk etmək üçün körpülər (nəticə, fon bilikləri və təxəyyül və s.) lazımdır.

Ona görə də, koqerent diskurs ilk olaraq semantik cəhətdən  birləşmiş çərçivə­yə malik olmalı və vəziyyətin kontekstinə uyğun olmalıdır. Məna yalnız şərti mənaya istinad etmir həm də müvafiq olaraq koqeziya və nəticə ilə reallaşan inferensial mənaya istinad edir. Koqerentlik bu baxımdan linqvistik və qeyri-linqvistik amillərin qarşılıqlı fəaliyyətinin nəticəsidir.

Ədəbiyyat

1. Halliday M.A.K.&Hasan R. Cohesion in English. London, Longman, 1976.

2. Brown.G.&Yule G. Discourse Analysis. Cambridge, CambridgeUniversity Press, 1983.

3. Crystal D. A Dictionary of Linguistics and Phonetics. Oxford, Blackwell, 1985.

4. Reinhart T. Conditions for Text Coherence. Poetics Today 1/4: 161-180, 1980.

5. De Beaugrande R.&Dressler W.U. Introduction to Text Linguistics. London: Longman, 1981.

6. Van Dijk T.A. The Semantics and Pragmatics of  Functional Coherence in Discourse. Journal of Pragmatics 4: 233-252, 1980.

7. Widdowson H.G. Teaching Language as Communication. Oxford, OxfordUniversity Press, 1978.

 

Summary

ohesion and coherence as semantic devices connecting the parts of text

The article deals with the devices linking the parts of text. Cohesion and coherence are mentioned among these devices. The ideas of foreign and Azerbaijani linguists about these two terms are noted and the definitions of cohesion and coherence are explained.The author also presents the feautures to distinguish them.The categories of cohesion are shown. The importance of coherence in the text analysis is discussed. The textual peculiarities of cohesion and coherence as semantic devices are analyzed.

 

Резюме

В качестве семантической единицы, объединяющей части когезионных и когерентностных текстов

В статье рассказывается о координирующих средствах текста. Из средств упоминаются когезия и когерентность. Отмечаются мысли зарубежных и азербайджанских языковедов об этих терминах. Раскрываются значения когезионных и когерентностных терминов. Перечисляются особенности отличающие эти термины друг от друга. Упоминаются названия категорий когезии. Повествуется о роли когерентности при анализе текста. Объясняются особенности как текстообразующих семантических единиц терминов – когезия  и когерентность.

Rəyçi: f.e.d., prof. Abdullayeva Sənubər Əlövət qızı

 

 

 


Fəridə Allahverdiyeva Məhəmmədəli qızı

ORTA İNGİLİS VƏ ERKƏN İNGİLİS DİLİ DÖVRLƏRİNDƏ SADƏ CÜMLƏNİNKOMMUNİKATİV TİPLƏRİNDƏ BAŞ VERMİŞ VARİASİYALAR

Orta ingilis dili və erkən yeni ingilis dili dövründə cüttərkibli cümlənin kommu­ni­kativ tiplərinin strukturunda da müəyyən dəyişiklilər baş verir. Orta ingilis dilində cümlənin kommunikativ tiplərindən olan sual cümləsinin qurulmasında elə bir əhəmiyyətli dəyişiklik baş vermir. Onu da qeyd edə bilərik ki, bu dövrdə sual cümlələrinin ümumi və xüsusi tiplərində felin analitik formaları ilə əlaqədar olan natamam inversiya halları daha da artmışdır. (6.54)

Sual cümlələrinin yaranmasında əsaslı dəyişikliklər isə məhz erkən yeni ingillis dili dövrünə təsadüf edir. Bu yeniliklər cümlədə sabit söz sırasının yaranması ilə bağlı olmuşdur. Dövrün ilk vaxtlarından cümlədə sintaktik münasibətlərin əsas ifadə vasitəsi söz sırası olmuşdur. Bu dövrdə sual cümləsindəki sıraya əsasən sözönüz tamamlıq feldən sonra işlənmişdir. Məhz elə bu vəziyyət də sözönsüz işlənən tamamlığın əsas sintaktik əlamətinə çevrilmişdir.(7.36) Lakin bununla belə XVI əsrin əvvəllərində bəzi sual cümlələrində xəbərlə sözönsüz tamamlığın arasında mübtədanın işləndiyi hallar da olurdu. Məs: Eat cats mice? Orta ingilis dilində sual cümlələri ilə bağlı qarışıqlıq tam inversiyanın olduğu hallarda ortaya çıxmışdır. Belə ki, tam inversiya zamanı köməkçi feldən istifadə olunmadan indiki və ya keçmiş zamandakı xəbər cümlənin əvvəlində işlənmişdir. XVI əsrin əvvəllərində indiki və ya keçmiş qeyri-müəyyən zamanda olan cümləyə istər ümumi, istərsə də xüsusi sual verərkən tam inversiya baş vermişdir. Məs.: Call you? What find I here?

Sual cümlələrinin bu cür işlənməsi erkən yeni ingilis dili dövrünə qədər davam etmişdir. Tədricən erkən yeni ingilis dilində indiki və keçmiş qeyri-müəyyən zamanların analitik formaları olan “do” və “did” köməkçi fellərindən istifadə olunmağa başlanmışdır. Qeyd etmək lazımdır ki, “perifrastik” (yəni, semantik yükə malik olmayan) “do” ilk dəfə XIII əsrdə meydana gəlmiş, ancaq o dövrdə onun nə inkarlıq, nə də inversiya ilə heç bir xüsusi əlaqəsi olmamışdır.

Köməkçi fel kimi “do” sözündən XV əsrdən başlayaraq həm sual, həm də inkar cümlələrinin qurulmasında istifadə olunmağa başlanmışdır. Xüsusən də, sual cümlələrində “do” köməkçi felindən istifadə olunması cümlədə mübtəda və xəbərin yerinin sabitləşdiyini göstərirdi. Qeyd edək ki, erkən yeni ingilis dilinin sonlarına yaxın “do” və “did” analitik forması xüsusi sual cümlələrinin yaranmasında istifadə edilirdi. Məs.: Why did you not speak to him?

Bu dövrün görkəmli siması V.Şekspirin əsərlərində həm “do” ilə, həm də onsuz işlənən xüsusi suallara da rast gəlmək olur: Məs.:

What meanes this, my Lord?; How like you this play?; What doyou call this play? və s.

Ümumi sualların düzəldilməsində isə hələ uzun müddət qədim quruluş tipindən istifadə olunmuşdur. Belə ki, XVIII əsrin ortalarına qədər ümumi suallar tam inversiyanın köməyi ilə (yəni, köməkçi feldən istifadə olunmadan felin cümlənin əvvəlinə keçməsi ilə) qurulmuşdur. Məs.: Seemed he a gentleman?;Know you to whom you speak? Ümumi sual cümlələrinin müasir dövrdəki quruluşu isə ancaq 1750-ci ildən sonra formalaşmağa başlamışdır (8, 269).

“Do” köməkçi felindən danışarkən Kroch məsələnin funksional izahını verməyə çalışmışdır. O qeyd edir ki, cümlədə işlənən “do” dinləyiciyə mübtəda və tamamlığı fərqləndirməyə kömək edir. O, “V+NP+NP” modelli cümlə ilə “Do+NP+V+NP” modelli cümləni fərqləndirir. Kroch fikrini bununla əsaslandırır ki, ikinci modeldəki “do” sözünün köməyi ilə ondan sonra işlənən birinci NP-in mübtəda olmasını söyləmək çətin deyildir (12, 72).

Müəllif öz araşdırmasında beş cümlə tipinin həm qədim, həm də müasir dövrdəki strukturlarını fərqləndirmiş və diqqəti də “do” köməkçi felinin işlənməsinə yönəltmişdir. O, bu cümlə tiplərinə nəqli inkar (negative declarative), sual inkar (negative question), təsdiqdə olan təsirli sual (positive question transitive), təsdiqdə  olan təsirsiz sual (positive question intransitive) və təsdiqdə olan “wh-object” suallarını (positive wh-object) aid etmişdir. Bu cümlə tiplərinin həm qədim, həm də yeni dövrdə hansı struktura əsasən qurulduğunu müəyyənləşdirmək üçün aşağıdakı cədvələ nəzər salaq:

Cümlə tipləri

Qədim

Yeni

Negative declarative

Negative question

Positive question transitive

Positive question intransitive

Positive wh-object question

 

He went not.

Went he not?

Saw he the dragon?

Went he?

What saw he?

 

He did not go.

Didn’t he go?

Did he see the dragon?

Did he go?

What did he see?

 

Bundan başqa “do” sözü nəinki köməkçi fel kimi sual cümlələrinin yaranmasında, həmçinin fel əvəzləyicisi kimi nəqli cümlələrdə də istifadə edilmişdir. “Do” sözünün bu mənada işlənməsi əsas fel olmadan işlənən modal və köməkçi fellər kimi, cümlədə xəbərin yerinin də boş qala bilməyəcəyini göstərmişdir.(2.430) Məsələn:

Helpeth me now, as I dydeyow whileer(Chaucer)

(Help me now as I did (help) you formerly.)

Stand! So I do, against my will … (Shakespeare)

İngilis dilinin tarixində diqqəti cəlb edən məsələlərdən biri də müəyyən dəyişikliklərə məruz qalmış inkarlıq olmuşdur. Qədim ingilis dilinin sintak­si­sindən məlum olduğu kimi o dövrdə inkar cümlələrinin yaranmasında iki və daha çox inkarlıq bildirən elementdən istifadə olunurdu. “Ne” ədatı qədim dövrdə bēōn (to be), habban (to have), willan (to want), witan (to know) kimi fellərlə birləşib cümlədə inkarlığı bildirmək üçün işlənirdi: ne + is > nis; ne + wæs > næs; ne + wæron > næron; ne + hadde > nadde; ne + hað > nað və s. (6, 90).

Bundan başqa qədim ingilis dilində “ne” ədatının əvəzlik və zərflə birləş­mələrinə də (ne + ān > nān; ne + æfre > næfre; ne + ā > nā və s.) rast gəlmək olar.

Qədim ingilis dilinin sonlarına yaxın başqa qüvvətləndirici inkar ədatı olan (noht) inkar cümlələrinin düzəldilməsində istifadə olunmağa başlayır.

İnkarlığın ifadə vasitələrindəki əsaslı dəyişikliklər məhz orta ingilis dili dövründə baş vermişdir. Bu dövrdə qədim dövrdəki nawiht əvəzliyindən yeni bir inkar ədatı “not (nat)” inkişaf edib, qədim inkarlıq bildirən “ne” ədatının işlənmə dairəsini azaldır. Artıq orta ingilis dilinin əvvəllərindən “ne” demək olar ki, müstəqil şəkildə işlənmirdi; yəni o, həmişə “noht (not)” ədatı ilə birlikdə işlənirdi. (ne ... noht (naht)) XIV əsrdən “not” ədatı inkar cümlələrində aparıcı rol oynamağa başlayır.(12.44) Məs.: The Longabardiswhech dwelled not thanne in Italie. (The Longabards which didn’t dwell then in Italy).

XVI əsrin ortalarından isə felin əvvəlində işlənən “ne ... noht (not)” forma­sın­dakı “ne” ədatı tamamilə istifadədən çıxır. XVI əsrin sonlarına qədər “not” inkar ədatı daha çox felin şəxli formasından əvvəl işlənmişdir. Məs.: My sunne I not defende.

Buna baxmayaraq Şekspirin dilində “not” ədatının feldən sonra işlənməsi hallarına da rast gəlmək olar. Məs.: I know not which is which.

Sual cümlələrindən danışarkən qeyd etdik ki, XV əsrin əvvəllərindən indiki və keçmiş qeyri-müəyyən zamanların analitik formaları (do, did) yarandı. Bu analitik formalar nəinki sual cümlələrinin qurulmasında, eyni zamanda bu dövrdən başlayaraq tədricən inkar cümlələrində də istifadə olunmağa başladı.(11.20) Məs.: I see you do not meane to part with her; Thou dost not love her.

Qeyd edək ki, XVI-XVII əsrlərdə bütün cümlə tiplərində işlənən perifrastik “do” məhz XVII əsrin sonlarına yaxın daha çox sual və inkar cümlələrinin qurulmasında istifadə edilmiş, təsdiq bildirən cümlələrdə isə sintetik formalara üstünlük verilmişdir. Elə bu vaxt “do-parafrazı” indiki və keçmiş qeyri-müəyyən zamanda olan inkar və sual cümlələrinin analitik formasına çevrilmişdir.(12.12). XVII əsrin ikinci yarısında isə ingilis dilində qısaldılmış formalar yaranır (don’t, haven’t, won’t   və s.). Məs.:  Your divisions don’t come within the reach of the law for a divorce.  Orta ingilis dilinin əvvəllərində hələ də çox inkarlılıq üstünlük təşkil etmişdir. Məs.: He nolde no raunsoun(He did not want any ransom); Ne sæh ich nauere ær swulche cnihtes (I had never seen such knights).

Zaman keçdikcə ingilis dilindəki bu polineqativlik mononeqativliklə əvəz olunmağa başlayır. Artıq orta ingilis dilinin sonlarına yaxın“non man i-cumen” (nobody came) tip cümlələrə rast gəlmək olardı. Bununla belə, onu da deyə bilərik ki, hələ tam mononeqativlik formalaşmamışdı. Çünki erkən yeni ingilis dilində bir neçə inkari sözün işləndiyi cümlələrə rast gəlmək olar. V.Şekspirdən götürülmüş misallara nəzər salsaq, dediyimiz fakt daha aydın olacaqdır: that can not be so neither; love no man in good earnest.

Təqribən XVII əsrin ortalarından ikili inkarlıq tədricən dialekt və qeyri-ədəbi dilin xüsusiyyətinə çevrilir. XVII əsrdə dilin normaya salınması dövründə bir qrup alim çoxinkarlığı məntiqsiz hesab etmişdilər. Onların fikrincə, riyaziyyatda olduğu kimi dildə də “iki mənfi müsbət edər”. Ona görə də inkar cümləsində təkinkarlılıq olmalıdır. Beləliklə, o dövrdən inkarlıq məsələsindəki bu məntiqi məhdudiyyət ingilis ədəbi dilinin ciddi qaydasına çevrildi. Təkinkarlılıq bir qaydaya çevrilsə də, sonrakı dövrlərin əsərlərində qeyri-ədəbi nitqin bir parçası kimi ikili inkarlıqdan istifadə olunmuşdur və olunur. Buna misal olaraq Ç.Dikkensin “The Posthumous Papers of the Pickwick Club” əsərinin qəhrəmanı böyük Uellerin nitqindən götürülmüş cümlələri göstərə bilərik:“Wot I like in that ‘ere style of writin”, said the elder Mr.Weller, “is, that there ain’t no callin’ nam,es in it, no Wenuses, nor nothin’o’ that kind”, “That ain’t no part of the present condiseration, Sammy”, replied Mr.Weller.

İnkar cümlələrinin inkişafında yeni mərhələ erkən yeni ingilis dili dövrü ilə bağlı olmuşdur. Belə ki, bu tip cümlələrin strukturunda baş verən dəyişiklik “ne” ədatının istifadədən düşməsi oldu. Məs.: This my in nothinge restrane the kynges pover. Bu dövrdə belə mononeqativ cümlə ilə yanaşı başqa tip inkar cümlələrindən də istifadə edilirdi.: bu tip cümlələr feldən əvvəl işlənən inkarlıq bildirən sözdən və təsdiqdə olan ümumiləşdirici üzvdən ibarət olmuşdur (6, 266). Məs.: I can not charge you with any thing.

Bu tip cümlələrin yaranmasının nəticəsində erkən yeni ingilis dili dövründə həm inkar, qeyri-müəyyən əvəzliklər və inkar zərfi arasındakı sərhəd müəyyən­ləşdi, həm də xüsusi tip inkarlıq olan predikativ inkarlıq yaranıb inkişaf etdi.(9.74) Artıq XVI əsrdən predikativ və predikativ olmayan cümlələr bir-birindən fərq­lənirdi. Predikativ inkar cümlələrində inkarlıq bildirən söz mübtəda və xəbərdən əvvəl, predikativ olmayan inkar cümlələrində isə ikinci dərəcəli üzvdən əvvəl işlənmişdir. Bu cümlələr arasındakı sərhəddin müəyyənləşməsinə bu dövrdə söz sırasının sabitləşməsi prosesinin davam etməsi və sual cümlələrində “do” sözün­dən istifadə olunması böyük təsir göstərmişdir. Əgər cümlədə bir neçə qeyri-müəy­yən əvəzlik (any) işlənərdisə, inkarlıqdan bir dəfə, ya mübtəda, ya da xəbərdən əvvəl istifadə olunurdu. Məs.: There was none such in the army of any fort.

İnkarlıq bildirən sözün ikinci dərəcəli üzvdən əvvəl işləndiyi cümlələr təsdiq cümlələri kimi qəbul edilə bilər, çünki burada inkarlıq predikativ əlaqəyə heç bir şəkildə təsir etmir, bir sözlə bu halda cümlə tipinin dəyişməsi də müşahidə olunmur. Beləliklə, erkən yeni ingilis dili dövrünün sonu və yeni ingilis dili dövründəki inkar cümlələr iki tipə bölünür: (4.74)

1) mübtədanın tərkibində inkarlıq bildirən sözün işləndiyi inkar cümləsi. Məs.: Nothing could prevent him from going there.

2) xəbər tərkibində inkarlığın işləndiyi inkar cümləsi. Məs.: She should not go there.

Nida cümlələrinə gəldikdə isə, qədim ingilis dilindən fərqli olaraq orta ingilis dilinin sonu və erkən yeni ingilis dilində nida cümlələrinin strukturunda müəyyən dəyişiklilər oldu. Bu dövrlərdə də “What (what a)” və ya “how” sözləri ilə başlayan nida cümlələrinə rast gəlmək olar. Məs.: How sweet the moonlight sleeps upon this bank! (Shakespeare). Cümlənin digər kommunikativ tipləri də xüsusi intonasiya ilə deyildikdə nida cümləsi əmələ gəlirdi, məs.: Hold up thy tayl, thou Sathanas! (Hold up your tail, Satan!) (Chaucer)

Qeyd etdiyimiz kimi orta ingilis dilində sözlərin morfoloji strukturunda baş verən dəyişikliklər cümlənin də strukturuna təsir edib, hər bir cümlə üzvünün yerinin tədricən sabitləşməsinə səbəb oldu. Eyni zamanda qədim dövrlə müqayisədə onların ifadə vasitələri də artmağa başladı. Orta ingilis dili dövründə mübtəda həm mənasına, həm də ifadə vasitələrinə görə fərqlənirdi. Mübtədanı daha çox xarakterizə edən onun cümlədəki yeri olmuş­dur. Belə ki, mübtəda felin şəxsli formasından əvvəl işlənirdi. Mübtədanın ifadə vasitələrinə gəldikdə isə istər orta, istərsə də erkən yeni ingilis dilində o, daha çox isim və əvəzliklərlə ifadə olunurdu.(12. 32) Məs.: Hauelokwas a ful god gome (Havelok was a very brave man); He was þe wichteste man at nede (He was the bravest man at need).   

Mübtədası “man (men, me)” qeyri-müəyyən şəxs əvəzliyi ilə ifadə olunan cümlə tiplərinə (hansı ki, məchulluq bildirirdi) XIV əsrdən sonra təsadüf edilmir.

Orta ingilis dilinin əvvəllərindən mübtəda həm məsdərlə, XIV əsrdən isə həm də cerundla ifadə olunmağa başlayır. Məs.: to seche hine is lihtlich thing (to look for him is a light think); there is no gettyng rid of him.

Qeyd etmək lazımdır ki, mübtəda vəzifəsində çıxış edən məsdər həm “to” ədatı ilə, həm də onsuz işlənə bilərdi, məs.: Any wyteth welw, that bothe too ben vices, mystrusten alle ellis alle leve (anybody knows well that both are vices: to mistrust everybody or else to believe everybody); to ben slayn it were a gretter joye to me, than kyng of Grece be and Troye (to be slain it would be a greater joy to me than to be king of Greece and Troy).

Bu dövrdə mübtəda yiyəlik hal konstruksiyası ilə də ifadə oluna bilərdi. Həmin konstruksiya adlıq halda olan isim, yiyəlik əvəzliyi və başqa bir isimdən ibarət olmuşdur. Məs.: Edwald his mother (Edwald’s mother); Thar were Arthur his men (Arthur’s men were there). Qeyd edək ki, erkən yeni ingilis dili dövrünün sonlarına yaxın bu tip konstruksiyalar artıq işlənmirdi (42, 273). Erkən yeni ingilis dili dövründə həm də mübtədanın yeni ifadə vasitələri meydana çıxır:

1) XVI əsrdə “one” qeyri-müəyyən şəxs əvəzliyi yaranmış və geniş istifadə olunmağa başlanmışdır. Məs.: One should not be put to so contynuall laboure.  

2) mübtəda həm də cerund tərkibi ilə ifadə oluna bilərdi, məs.: Nor their lyvynge is not muche worse. 

3) erkən yeni ingilis dilinin sonlarında “for ... to” məsdər tərkibi də mübtəda vəzifəsində çıxış edə bilərdi, məs.: For them to provide for their families was impossible.

Baş üzvlərdən digəri olan xəbərin strukturu da orta və erkən yeni ingilis dilində istər formaca, istərsə də mənaca daha dəyişkən olmuşdur. Qədim ingilis dilində olduğu kimi xəbərin tipləri bu dövrdə əsasən dəyişməmişdir. Belə ki, quruluşuna görə xəbər sadə və mürəkkəb, mənasına görə isə ismi və feli ola bilərdi.

Bu dövrdə sadə xəbər keyfiyyət dəyişikliklərinə məruz qalmışdır. Bunun səbəbini isə analitik formaların yaranmağa başlaması ilə izah etmək olar. Artıq bundan sonra sadə xəbər tək sözdən ibarət olmaya da bilərdi.(1.71) Məs.: I have told hit yow (I have told it to you). Misaldan da göründüyü kimi sadə xəbər felin mürəkkəb zaman forması ilə ifadə olunmuşdur. Aydın olduğu kimi “have told” tipli sadə xəbərlərdə əsas leksik yükü daşıyan ikinci hissədir. Beləliklə, morfologiya sahəsindən başlayan bu əsaslı dəyişiklik tez bir zamanda sintaksisə də öz təsirini göstərmişdir. Belə ki, bu tendensiya əvvəlki müstəqil üzvlərin cümlənin bir üzvünə - xəbərə bağlanmasında ifadə olunmuşdur. Misal olaraq, “habban” sadə xəbərinin predika­tiv təyinlə birləşməsindən felin bitmiş zaman formasının yaranmasını göstər­mək olar ki, bu, cümlənin sadə xəbəri kimi çıxış etmişdir və edir. Digər tərəfdən sadə feli xəbər həm də “to have” (və ya to get, to make, to do, to give, to take) sadə feli ilə sözönsüz vasitəsiz tamamlığın birləşməsindən əmələ gələn sabit söz birləşmələri ilə ifadə oluna bilərdi. Məs.: he ne shal yeve of it a rekening (he shall not remember it).

Erkən yeni ingilis dilində analitizm istiqamətində ingilis dilinin inkişafı davam edir. Bu dövrdə davamedici və bitmiş davamedici zaman formaları analitik yolla ifadə olunmağa başlayır. Həmçinin felin lazım formasının analitik formaları da meydana çıxır. Bütün bu sadalananlar orta və erkən yeni ingilis dilində mürəkkəb fel formaları ilə ifadə olunmuş sadə feli xəbərin kəmiyyət artımını göstərmişdir. Eyni zamanda erkən yeni ingilis dili dövründə sabit feli söz birləşmələri ilə ifadə olunan sadə xəbərin formasında da intensiv artım nəzərə çarpmışdır. Bu dövrdə “to have a smoke”, “to take offence” tipli söz birləşmələri cümlənin sadə feli xəbəri kimi çıxış etmişdir.(6.26)

Beləliklə, sadə feli xəbər haqqındakı fikrimizi ümumiləşdirərək deyə bilərik ki, orta və erkən yeni ingilis dilində sadə xəbərdə aktiv qrammatikləşmə və leksikləşmə prosesi baş vermişdir.

İsmi xəbərlər isə bir qayda olaraq “bağlayıcı fel + predikativ isim və ya sifət” birləşməsi ilə ifadə olunmuşdur. Məs.: He was a ful god gome (He was a very brave man). Qeyd edək ki, məhz elə bu dövrdəki bağlayıcı fellərin intensiv inkişafının nəticəsidir ki, bu gün onlar ingilis dili quruluşunun əsas xüsusiyyətlərindən birinə çevril­mişdir. Belə ki, qədim ingilis dilində istifadə olunan “weorþan” bağlayıcı feli XIV əsrin əvvəllərində öz əhəmiyyətini itirərək istifadədən düşür. Buna baxmayaraq, orta ingilis dilinin ilk dövrlərindən bir qrup yeni bağlayıcı fel meydana çıxır. Heç şübhəsiz, bu qrup içərisində əsas yeri “becumen” bağlayıcı feli tutmuşdur. Bununla yanaşı waxen, fallen, gon, runnen, groven, turnen kimi bağlayıcı fellərdən də istifadə olunmuşdur. Erkən yeni ingilis dilində bu qrupa “to get” bağlayıcı feli də əlavə olunmuşdur. Bu dövrdən başlayaraq“to wax” dildən tədricən çıxmağa, onun sinonimi olan“to grow” isə geniş istifadə olunmağa başlamışdır.

Biz mürəkkəb ismi xəbərin birinci hissəsi, yəni bağlayıcı fellərin inkişafı haqqında qısa da olsa məlumat verdik. İsmi xəbərin ikinci hissəsinə gəldikdə isə, qeyd etdiyimiz kimi o, predikativ isim və ya sifətlə ifadə olunmuşdur. Orta ingilis dilində predikativin qədim dövrdə rast gəlmədiyimiz yeni ifadə vasitəsi ortaya çıxır. Bu isə müxtəlif sözönlü birləşmələr olmuşdur (6, 124) Məs.: Of twenty yeer of age he was (He was twenty years old). 

Mürəkkəb feli xəbər isə orta və erkən yeni ingilis dili dövründə aşağıdakılarla ifadə olunurdu:

1) “modal fel + məsdər” birləşməsi ilə; məs.: well coude he singe (well could he sing).

2) hərəkətin inkişafda olduğunu göstərən “beginnen + məsdər”, “continuen + məsdər” birləşməsi ilə, məs.: He stired the coles til relente gan the wex (he stirred the coals till the wax began to melt).

Onu da qeyd edək ki, mürəkkəb feli xəbərin II ifadə tərzi müasir dövrdə dilçilər arasında bir sıra ziddiyyətli fikirlərin yaranmasına səbəb olmuşdur. Onların bir qismi bu konstruksiyanı mürəkkəb feli xəbər, başqa bir qismi isə “sadə feli xəbər + məsdərlə ifadə olunmuş tamamlıq” kimi qəbul edirlər.

Sintaktik əlaqənin tipində olan dəyişiklik orta ingilis dili dövründə tamamlığın tiplərinin də dəyişməsinə səbəb olmuşdur. Qədim ingilis dilindəki vasitəsiz və vasitəli tamamlığın yerinə sözönlü və sözönsüz tamamlıq yaranmışdır (6, 282). Məs.: hisresons he spak ful solemnely; but al that he myghte of his freendes hente, ... 

Orta ingilis dilində sözönülü və sözönsüz tamamlıq arasında kəskin sərhəd yox idi. Bunu belə izah etmək olar ki, bəzən eyni bir fel həm sözönlü, həm də sözönsüz tamamlıqla işlənə bilirdi. Erkən yeni ingilis dilində isə müasir ingilis dilindəki fellərin idarəsi hələ tam formalaşmamışdı.(12.84) Məs.: indi sözönsüz tamamlıqla işlənən bəzi fellər qrupu erkən yeni ingilis dilində sözönlü tamamlıqla işlənmişdir və ya tərsinə. Məs.: needmay insult upon a man (müas. to insult a man), he may look his dog (müas. to look for a dog).

 

İstifadə olunmuş ədəbiyyat siyahısı:

  1. Ахманова О.С., Микаэлян Г.М. Современные синтаксические теории. М., 1955.
  2. Ахманова О.С. Словарь лингвистических терминов. 2-е изд. М.: Сов.энциклопедия, 1966, 608 с.
  3. Глисон Г. Введение в дескриптивную лингивистику. М.: Изд. Иност. Лит., 1959, 486 с.
  4. Abdulrahimov  E.H. The ABC of the history of the English language. Baku: Mütərcim, 2005.
  5. Allen W.S. Living English speech. L. 1956
  6. Barber C. Early Modern English. Edinburgh: EdinburghUniversity Press, 1997.
  7. Baugh A.C. A History of the English Language. L.-N.Y.: Prentice Hall, 1992.
  8. Bar-Hillel J/ Logical Syntax and Semantics, "Language", v. 30, 1954, s. 49-67.
  9. Block M.Y. A course in Theoretical English grammar. M. 1983
  10. Hockett Ch. A Course in Modem Linguistics. N.Y., 1958.
  11. Ilyish B.A. History of the English Language. Leningrad, 1973.
  12. Kroch, Anthony and Ann Taylor. Verb movement in Old and Middle English: dialect variation and Language contact. Cambridge: CambridgeUniversity Press, 1997

Açar sözlər:сümlənin kommunikativ tipləri, yeni ingilis dili dövrü, natamam inversiya, sintaktik münasibətlər, feilin analitik formaları

Ключевые слова:коммуникативные типы предложений, новая эра английского языка, неполная инверсий, синтаксические  отношения, аналитические формы глагола

Key words:the communicative types of the sentence, the modern English, uncompleted inversion, the syntactical attitude, the analytical forms of the verb

Резюме

Во времена среднего ы раннего английского языке вариации в коммуникативных типах

простого предложения

Во времена среднего и раннего английского языка в структуре коммуни­кативного типа простого предложение происходят определённые изменения. В те времена в вопросительных предложениях, в общих и специальных вопросах, в связи с аналитическими формами глагола, возросли случай неполной инверсий.

В конце древнего (старого) английского языка стали употреблять усилии­тель­ные отрицательные частицы, а также в начале 15 века образовались аналити­ческие формы настоящего и прошедшего не определённого времени (do, did). Эти аналитические формы стали употребляться не только в структуре вопросительных предложений, а также и в отрицательных предложениях, начиная с этого периода

 

Summary

The Variations in the Communicative types of the Simple Sentence in the Middle and Early English

Many changes happened in the structure of the Communicative types of the Simple Sentence in the Middle and Early English. A new stage began of uncomplete inversion of the general and special forms of the interrogative Sentences and in the analytical forms of the Verb. The end of the Early English there began to use from the limiting particle. In the beginning of the XV century the analytical forms of the present and the past Simple tense forms do-did appeared. These analytical forms were  used not only in the formation of the Interrogative questions but also in the use of the Negative Sentences.

Rəyçi: prof.Tahirov İlham

                                                                           


Əliyeva Aynurə Sabir qızı

QARABAĞIN İSLAM DİNİ İLƏ BAĞLI BƏZİ TOPONIMLƏRİ

              Toponimlər  xalqın silinməz yaddaşıdır. Dünəni, bu günü və sabahıdır. Coğrafi adlar xalqın keçmişi, məişəti, təfəkkürü dini və dili ilə sıx  bağlıdır. Qədim xalqların məskunlaşdığı əraziləri, onların yayıldığı sahələri məhz toponimlərin köməyi ilə müəyyənləşdirmək olar. Bəzən çox qədim dövrlərdə baş vermiş hər hansı bir tarixi hadisənin yeri müəyyənləşdirilərkən toponimlərdən əsaslı şahid kimi istifadə edilir.

A.Bakıxanov toponimlərin tarixi məxəz olmaq etibarilə elmi əhəmiyyətini başa düşərək yazırdı: “Keçmiş uzun əsrlər belə bu ölkədəki yer adlarının bəzisini hələ də dəyişdirə bilməmişdir” (1 s. 25).

Bəllidir ki, xalqımızın etnogenezində türk tayfaları daha yaxından iştirak etmişlər. Bununla bağlı olan toponimik obyekt adlarının mənşəyinin  həqiqətə uyğun elmi izahı xalqı­mızın tarixi keçmişinə aid qiymətli faktlar aşkara çıxarır. Odur ki, bu gün  hər bir tedqiqatci tədqiq etdiyi coğrafi adların, xüsusilə  qədim Azərbaycan  mənşəli toponim­lərin etimolo­giyası, tarixi, din və dil mənsubiyyətinin, quruluşunun öyrənilməsinə ciddi fikir verməlidir.

Qarabağın, xüsusən Ağdam və Füzuli rayonlarının ərazisi qədim  dövrlərdən başlayaraq Azərbaycan xalqının təşəkkül prosesində iştirak etmiş türk tayfalarının yaşayış yeri olmuşdur. Ona görə də bu ərazidəki toponimlərin əsas fondunu doğma dilimizə aid toponimlər təşkil edir. Türk xalqlarının Islam dinini qəbul etdiyi zamanlardan dilimizə çoxsaylı dini sözlər keçmişdir. Həmin dini sözlər bəzi toponimlərimizdə də əks olunmuşdur. Ağdam və Füzuli ərazisindəki İslam dini ilə bağli bəzi toponimləri nəzərdən keçirək:

Hacıməmmədli. Ağdam rayonunun Əfətli inzibati ərazi vahidində,  düzənlik ərazidə yerləşir. “Yaşayış məntəqəsi kəbirli tayfasının ulubabalı qoluna mənsub hacı­məmmədli tirəsinin Ağburun adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Tirənin tam adı hacıməhəmmədhüseynli olmuşdur ki, bu da “Hacı Məmməd Hüseynin nəslindən olanlar, hacıməmmədlilər” mənasındadır (7, 518). Oykonim Hacı dini titul bildirən termindən, Məmməd şəxs adından və -li mənsubluq bildirən şəkilçidən yaranmışdır.

     Hacı dini anlamlı sözdür. Qədim dini mərkəz olan Məkkəni ziyarət edən adam Ha­cı adlanır (13, 712). Bu sözə “Kitabi-Dədə Qorqud” dastanında da rast gəlinir. Məsələn: “Ol Məkkəyə sağ varsa, əsən gəlsə, sidqi bütün Hacı görkli” (14, 32). Hacı sözündən bəhs edən A.Qurbanov, haqlı olaraq, qeyd edir ki, alınma söz olmasına baxmayaraq, Azər­baycan onomastik sistemində “hacı” sözü geniş yayılmışdır. Hacı, Hacıağa, Hacı­bala, Hacıməmməd, Hacısəməd, Hacıhüseyn və s. şəxs adları; Hacılar (Bərdə r-nu), Hacı­alılar (Gədəbəy r-nu), Hacıağalar (Quba r-nu), Hacıbəbir (Sabiradad r-nu), Hacı­qədirli (Ağsu r-nu), Hacıələkbərli (Gədəbəy r-nu), Hacıqurbanoba (Xaçmaz r-nu), Hacıağabəyli  (Göyçay r-nu), Hacıqurbanoba (Xaçmaz r-nu) və s. toponimlər hacı sözü­nün iştirakı ilə yaranmışdır. Məmməd şəxs adı isə İslam dininin banisi Mühəmmədin ərəbcə  adının qısaldılmış forması olub, “bəyənilən, xoşagələn” (9, 37) mənasını verir.

Cəlilabad rayonunda Hacıməmmədli, Xaçmaz rayonunda isə Hacıməm­mədoba adlı kənd var.

İmamqulubəyli. Yaşayış məntəqəsi  Ağdam rayonunda, Quzanlı inzibati ərazi vahidində,  Qarabağ düzündə yerləşir. İmamqulubəyli oykonimi patranomik toponim hesab olunur. Bu barədə T.Əhmədov yazır: “Oykonimlərdə əks olunmuş patronimik tay­fa adlarının digər qrupunu bəy, xan, mülkədar və s.  adlarından düzələn və bir növ etno­nim səciyyə daşıyan sözlər təşkil edir. Aydındır ki, belə etnonimlərdə əksini tapmış şəxs ilə həmin kənd əhalisinin (tayfa, nəsil və tirənin) heç bir qohumluq əlaqəsi olmur. Başqa sözlə desək, bu xarakterli antroponimlərə əlavə edilən -lı, -li, -lu, -lü şəkilçisi heç də kənd əhalisinin mənşəcə həmin şəxslərin törəmələri olduğunu deyib, onların həmin şəxslərdən asılılığını, onlara inzibati mənsubluğunu bildirir” (15, s.164). T.Əhmədov Ağdam rayonundakı Cavahirli, İsmayıl-bəyli və İmamqulubəyli oykonimlərini bu qrup topo­nimlərə aid edir. Mənbələrdən çıxış edən T.Əhmədov İmamqulubəyli kəndi haq­qında dürüst məlumat verir: “Ağdam rayonundakı İmamqulubəyli oykonimi (əvvəllər Tə­rə­kəmə İmam­qulubəyli adlanmışdır) keçmişdə Qarabağ düzündə yaşamış kəngərlilərə mən­sub qaradolaq tayfasının eyniadlı tirəsinin adını əks etdirir. 1823-cü ilə aid arxiv sənədlərinin birin­də qeyd olunmuşdur ki, 104 ailədən ibarət bir köç çar hökuməti tərə­fin­dən beş il müddətinə İmamqulubəy adlı bir bəyə bağışlamış və onlar bəyin adı ilə bağlı İmam­qulubəyli adlanmışdır” (15,s.164). İmamqulubəyli adlanan həmin qaradolaq ailələri son­ralar müxtəlif yerlərdə məskunlaşaraq bir neçə eyniadlı kənd yaratmışlar; İmamqulu­bəyli Ağcabədi rayonunda, Qarabağ düzündə yerləşir; İmamqulubəyli Bərdə rayonunda, Qara­bağ düzündə yerləşir. İmamqulubəyli “İmamqulu bəyə məxsus olanlar” anlamın­dadır.

İmamqulu antroponimi İmam titulu və Qulu sözünün birləşməsindən yaranıb. İmam ərəb mənşəli dini sözdür.

“Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb və fars sözləri lüğəti”ndə bu sözün bir neçə mənada işləndiyi göstərilir: 1) məzhəb və təriqətə başçılıq edən adam (Əli və onun nəslindən olan 11 nəfərin hər biri); 2) ruhani başçısı; ruhani rəhbəri; 3) dini məktəb başçısı; 4) qabaqda namaz qılan, pisnamaz (8, s.79). İmam sözü bir çox antro­ponim və toponimlərin yaranmasında iştirak edib. Şəxs adlarının yaranmasında həm təklikdə titul ad (İmam) kimi, həm də mürəkkəb adın komponenti (İmamverdi, İmam­qulu, İmamxan, İmamyar, İmaməli və s.) kimi işlənmişdir. Bu ünsürün iştirakı ilə mor­foloji və sintaktik yolla toponimlər də əmələ gəlmişdir. Məs.; İmamlı (Qəbələ), İmam­bağı (Cəbrayıl), İmambinəsi (Kəlbəcər), İmamqulukənd (Qusar), İmamqulular (Şuşa), İmamqulu-bəyli (Ağcabədi, Bərdə)  və s.  Qulu isə qul sözü və -u mənsubiyyət şəkilçi­sin­dən yaranıb. Qul sözünün dilimizdə işlənməsi tarixi qədimdir. Bu sözə “Kitabi-Dədə Qorqud”da da rast gəlirik. “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti” kitabında həmin das­tanda qul sözünün bir neçə mənada işləndiyi göstərilir: 1) Qədim dövrlərdə müharibədə əsir tutulub satılan adam. Qula buyurmaq. Qulu işə göndərmək. “Qara hindu qullarıma buyuraydım, Səni para-para toğruyalardı, ağac” (14,s.78); Xidmətçi, qul olmaq. “Qirq yigidlən  oğlum gətürüb durarsan, qulun olsun” (14,s.48); 2) Allahın yaratdığı bütün in­san­lar isə Allahın qulları sayılır. “Həq-təala Cəbrayilə buyurdu ki, Ya Cəbrayıl, var, şol quluma qırq ərcə qüvvət verdim, - dedi” (14, s.109). A.Qurbanov da qul sözünün dilimizdə müxtəlif  mənalarının mövcudluğunu bildirir: a) qul-keçmiş aşağı təbəqənin bir nümayəndəsi, hüququ öz əlində olmayan; b) həddindən çox dindar, itaətkar, allahın qulu; c) öz sevgisinə, məhəbbətinə sadiq, məhəbbətin qulu, əsiri və s. (4, s.416). Qul sözünün iştirakı ilə bir çox antroponim (Qulu, Qulam, Həzrətqulu, Həsənqulu, Hüseynqulu, İmam­­­qulu, Şahqulu, Allahqulu, Mehdiqulu və s.) və toponim (Qullar (Ağdam, Bərdə, Balakən, Qusar), Allahqulular (Şuşa), Qulubəyli (İmişli) və s.) yaranmışdır. Qulu şəxs adında  “qul” sözü morfoloji yolla xüsusi ada çevrilmişdir. Qulu – “onun qulu”, “onun nökəri” anlamını verir. İmamqulubəyli adlı toponim Ağcabədi və Bərdə rayonlarında da var.

Mollavəli. Füzuli rayonunun Qoçəhmədli inzibati-ərazi vahidində, Qarabağ silsiləsinin ətəyində yerləşir. Kəndin əsl adı Mollavəlilər olmuşdur. “Yaşayış məntəqəsi boyəhmədli tayfasının mollavəlilər tirəsinin məskunlaşması nəticəsində yaranmışdır” (7, s.366). Oykonim Molla (titulundan və Vəli (şəxs adından) yaranıb, “Molla Vəlinin nəslindən olanlar, mollavəligillər” anlamını verir..

Vəli ərəb mənşəli söz olub, “yoldaş, dost, həmdəm;  müqəddəs adam, övliya” (9, s.17) mənasını bildirir.

Mollaməhərrəmli. Füzuli rayonunda, Arayatlı inzibati-ərazi vahidində, düzənlik ərazidə yerləşir. Oykonimin əsasında Molla Məhərrəm antroponimi durur. Toponim Molla  Məhərrəm şəxs adı və -li mənsubluq bildirən şəkilçidən yaranıb, “Molla Məhərrə­min nəslindən olanlar, mollaməhərrəmgillər” anlamını verir. Yaşayış məntəqəsini Molla Məhərrəm adlı şəxsə mənsub ailələr saldığına  görə belə adlanmışdır.

Müsəlman dinini qəbul etmiş xalqlar arasında şəxs adlarında Molla titulu geniş yer tutur. Molla titulu dini vəzifə anlayışını bildirir. Dilimizdə Molla titulu ilə bağlı çoxlu toponimlər var. Məs.; Mollaayrım (Tovuz), Mollabürhan (Qubadlı), Mollabürhanlı (Xaçmaz), Mollavazlı (Saatlı), Mollaverdiqobu (Ağcabədi), Molladağ (Qazax dağ.), Mollaisaqlı (İsmayıllı), Mollaisalar (Bərdə), Mollakənd (Kürdəmir, Lənkəran), Molla­gülülər (Bərdə), Molalar (Ağdam, Laçin, Tovuz), Mollalı (Oğuz, Qubadlı, Cəlilabad), Mollaməmmədli (Bərdə), Mollahacılı (Göyçay), Mollahəsənli (Daşkəsən), Mollaçibinə (Balakən), Mollacalı (Xanlar), Mollacəfərli (Ağstafa), Mollaşıxalı (Qəbələ), Mollavəli (Füzuli) və s. Məhərrəm ərəbcə mühərrəm - hicri-qəməri təqvimin birinci ayının adı olub, “haram sayılan, icazə verilməyən, qadağan olunmuş” mənasındadır (9, s.38). Kərbəla hadisələri bu ayda olduğundan məhərrəmlik ayı matəm ayı sayılır.

Seyidmahmudlu. Füzuli rayonunda, dağətəyi ərazidə yerləşir. Yaşayış məntəqəsi Seyidmahmudlu nəslinin burada məskunlaşması nəticəsində yaran-mışdır. Kənd həmin nəslin adı ilə də adlanmışdır. Seyidmahmudlu  seyid (dini titul) Mahmud antropo­nimindən və  -lu mənsubiyyət şəkilçisindən yaranıb, “Seyid Mahmudun nəslindən olan­lar” anlamını verir. A.Axundov Seyidmahmudlu kəndinin adının  ərəblərin qureyş adlı qədim tayfalarından olan seyidlərlə bağlayır (6, s.30). Seyyid ərəbcə iki mənada işlənir: 1) ağa, başçı, rəis; 2) Məhəmməd peyğəmbərin nəslindən olan (dini mənada) (8, s.158). Azərbaycanda seyid, imam nəslindən olanlara müqəddəslər kimi baxırlar. Xalq arasında hörmət qazanmış seyid sözü şəxs adı kimi də işlənir. Bu söz Azərbaycan toponimiya­sında geniş yayılmışdır. Hazırda Azərbaycan ərazisində Seyidəkaran (Lənkəran r.), Seyidimli (Tərtər r.), Seyidan (Salyan r.), Seyidlər (Zəngilan, Zərdab, Kəlbəcər, Laçın, Salyan, Xanlar, Xaçmaz rayonlarında), Seyidbazar (Cəlilabad r.), Seyidli (Ağdam r.), Seyidqışlaq (Qəbələ r.), Seyidişen (Xankəndi), Seyidlikəndyeri (Xaşmaz r.), Seyidsadıqlı (Salyan r.) və başqa toponimlər var (3, s.192).

Vaxtilə İrəvan quberniyasının Zəngibasar mahalında Seyidkəndi, 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsində Seyidkulu, İrəvan quberniyasının İrəvan qəzasında  Seyidkotanlı, Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indiki Qərbi Azərbaycanın Sisyan mahalında Seyidlər, Basarkeçər rayonunda Seyidlər, Vedi rayo­nunda Seyidlər kotonlısı, İrəvan xanlığının  Dərələyəz mahalında Seyid Məmiş kəndləri mövcud  olmuşdur (bax: s.367). Orta əsrlərdə Şirvanda Qubaz, Babasəmid, Dərvişlər, Tələ, Cavad, Nügədi, Əbüdal və başqa camaatla yanaşı, Aralıq Seyidlərin də yaşaması göstərilir (15, s.64).

M.H.Vəliyev Seyidlərin ərəblərin Qureyş qəbiləsinə mənsub olduğunu, Səfəvilərin hakimiyyəti dövründə əvvəlcə Cənubi Azərbaycana, oradan isə sonralar  Şimali Azərbaycan ərazisinə yayıldığını qeyd etmişdir.

Azərbaycan  tarixində türkləşdirilmiş Seyidlərin Caraca (Hindistan) əyalə-tindən Nadir şah tərəfindən Salyan vətəgələrinə sürgün edilməsi göstərilir (2,s.344).  Seyidlər adlı yaşayış məntəqələrini Ayrum tayfasının Seyidlər qolu ilə bağlayanlar da var (bax: 10,s.367). Mənbələrdəki faktların müqayisəsi göstərir ki, Seyidlər  orta əsrlərdə, Nadir şahdan əvvəl də Azərbaycanda yaşamışlar. Seyidmahmud oykoniminin ikinci tərəfi olan Mahmud sözü ərəbcə “təriflənmiş, tərifli” (5, s.47 ) mənasındadır. Seyidmahmud – başçı Mahmud anlamına daha çox yaxındır.

Şıxbabalı. Ağdam rayonunun  Şıxbabalı inzibati-ərazi vahidində Qarqar çayının  sahilində, dağətəyi ərazidə yerləşir. Kəndin  keçmiş adı Pərioğlular olub. “Yaşayış məntəqəsi kəbirli tayfasının pərioğlular tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Kənddə Şıxbabalı türbəsi var. Kənd həmin türbənin adındandır” (7, s.578). Yerli məlumata görə də, toponim üstünə “Məşhəd” yazılmış Şıxbabalı sərdabəsinin adından yaranıb. Şıxbabalı adııının əsasında Şıx Baba antrtoponimi durur. Şıx şeyx sözünün təhrif olunmuş formasıdır. Yerli ləhcədə dini termin olan Şeyxə şıx deyilir. Bəzi dialektlərimizdə şıx seyid mənasında da işlənilir. Şeyx ərəb sözü olub, bir neçə mənada işlənir: 1) qoca, pir; 2) bir qəbilənin başçısı; 3) pir başçısı (8, s.211). Şeyx (titul) elmli savadlı şəxslərə də deyilirdi. S.Ataniyazov Türkmə-nistanda ərəb sözlərindən yaranan toponimlərdən bəhs edərkən qeyd edir ki, “ömər”, “seyit”, “xoca”, “şıx” “maqtım”, “müje­vür” kimi sözlərdən toponimlər yaranmışdır (s.46-48). Türkmənistanda “şıx” sözü ilə bağlı səkkiz coğrafi ad yaranmışdır (s.270). Onlardan Şıxoba, Şıxbulaq, Şıxtürk­mənbulaq və s. misal göstərmək olar. Azərbaycanda Şıx adlı yerlərin bir neçəsi ocaqdır. Şıxbaba adının ikinci komponenti olan baba sözü qədim tarixə malikdir. Bu sözün türk dillərində geniş və müxtəlif mənada işləndiyinə rast gəlirik. Azərbaycan dilində “baba” atanın və ya ananın atasına deyilir. Bəzi şivələrimizdə, əsasən, qərb qrupunda ataya da “baba” və ya “bava” deyirlər. Hazırda osmanlı türklərinin dilində “baba” ata mənasında işlənilir.

Maraqlıdır ki, qədim türk lüğətində də “baba” yalnız “ata” mənasında verilir, с.76). A.Qurbanov “baba”nın Azərbaycan dilində xüsusi ad – kişi adı kimi işləndiyini və bu adın həm də geniş yayılmış adlardan olduğunu göstərir (4, s.408). Ə.Tanrıverdiyev Baba antroponimini yalnız qohumluq münasibətini ifadə edən sözlər əsasında yaranan şəxs adlarına aid edir ( s.86). Azərbaycan toponimiyasında bu adla bağlı çoxlu toponimlər var. Məs.; Babalı (Səlilabad), Babaser (Masallı), Babasəfər (Şamaxı), Babacan (Gədəbəy), Babazənən (Salyan), Babayel (Goranboy), Babalı (Xaçmaz), Babaxanlı (Cəlilabad), Babaküçə (Masallı, Lerik), Babagil (Lerik), Ağbaba (Qərbi Azərbaycan), Heydərbaba (Cənubi Azərbaycan) və s.

S.Ataniyazov haqlı olaraq bildirir ki, “baba”, “ata” sözlərindən əmələ gələn coğrafi obyektlər müqəddəs yerlər sayılır (17, s.48). Buna Azərbaycanda Babadağ, Qırğızıstanda Çolpanata qəsəbəsini misal göstərmək olar.

Ağdamdakı Şıxbaba türbəsi də müqəddəs sayılır. Şıxbabalı “Şeyx Baba adlı mötəbər bir şəxs yaşayan yer” anlamına daha yaxındır.

Kənd 1993-cü ildə erməni işğalçılarının işğalına məruz qalıb.

Füzuli rayonunda da Şıxbaba türbəsi var. Bu türbə Babı kəndinin qəbiristanlığında yerləşir. Şıx Veys (Şıxbaba) adlı pir – türbənin kitabəsində onun hicri 670 ildə (miladi 1271-1272) Şeyx Əbu Yaqub ibn Səd tərəfindən tikildiyi göstərilir. Naxçıvanda Culfa rayonunda da Şıxbabalı türbəsi var.

Pirəhmədli. Füzuli rayonunun Pirəhmədli inzibati-ərazi vahidind, düzənlik ərazidə yerləşir. Yaşayış məntəqəsi dağ yalında yerləşdiyinə görə keçmiş adı Yal Pirəhmədli olmuşdur. Kənd “XIX əsrdə burada məskunlaşmış pirəhmədli nəslinin adı ilə adlan­mışdır” (7, s.411). Pirəhmədli toponimi Pir Əhməd (şəxs adı) və -li mənsubiyyət şəkil­çisindən ibarət olub “Pirəhmədin nəslindən olanlar” mənasındadır. Pirəhməd antropo-niminin birinci tərəfini təşkil edən pir fars dilində “Qoca, yaşlı kişi”, “təriqət başçısı” və müqəddəs hesab edilərək ziyarət olunan “qəbir”, “ocaq”, “ağac” mənalarını verir (13, s.500). Əhməd isə ərəbcə “tərifəlayiq”, “bəyənilmiş”, “mədh edilmiş” mənasındadır (s.33).

Kəlbəhüseynli. Ağdam rayonunda, Xıdırstan  inzibati-ərazi vahidində, Qarabağ düzündə yerləşir. “Kəndi vaxtilə Kərbəlayi Hüseyn adlı şəxs saldığına görə onun adı ilə adlanmışdır” (7, s.284). Oykonimin tərkibindəki kəlbə komponenti kərbəlayi  mənasın­dadır.Kəlbəhüseynli “Kərbəlayi Hüseynə məxsus, Kərbəlayi Hüseynə aid” anlamın­dadır. Kərbəlayi dini mənalı sözdür. Kəlbəhüseynli kənd adına Masallı rayonunda da rast gəlinir.

 

Ədəbiyyat siyahısı

1. A.Bakıxanov . Gülüstani-İrəm. Bakı, 2001

2. Azərbaycan tarixi. I cild, Bakı, 1961

3. Azərbaycan SSR İnzibati-ərazi bölgüsü. Bakı, 1979, Azərnəşr

4. A.Qurbanov. Azərbaycan onomalogiyasının əsasları. II c., Bakı, 2004

5. Azərbaycan şəxs adları (soraq kitabı), tərtibçilər: İ.Şirəliyev, B.Abdullayev, Ş.Sədiyev. Bakı: İşıq, 1987

6. A.Axundov. Torpağın köksündə torpağın izləri. Bakı, Gənclik, 1983

7. Azərbaycan toponimləri. Ensiklopedik lüğət. Bakı, 2000,

8. Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb və fars sözləri lüğəti. Bakı, 1966

9. B.Abdullayev. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı, 1985

B.Abdullayev. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı, 1985

10. B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti.

11.«Древнетюркский словарь. 1969

12.Ə.Tanrıverdiyev. Türk mənşəli Azərbaycan  antroponimləri. Bakı, 1996

13. Ərəb və fars sözləri lüğəti. Bakı

14.Kitabi-Dədə Qorqud”, Bakı, 1988

15. Musəvi T.M. Orta əsr Azərbayan tarixinə dair fars dilində yazılmış sənədlər. Bakı, 1965

16. T.Əhmədov. Azərbaycan toponimi-yasının  əsasları. Bakı, 1991

17. S.Ataniyazov. Türkmənistanın toponi­miyası. Aşqabad. “İlım”, 1981

      Ключевые слова: топоним, ойконим, ислам, религия, Карабах, антропоним.

      Keywords: toponym, oikonym, Islam, religion, Karabagh, antroponym.

     

Some toponyms of Karabagh  related  with Islamic religion

Summary

           In this article some toponyms of Karabagh (Hajimammadli, Imamgulubayli, Mollavali and etc.) related  with Islamic religion had been involved in linguistic analysis. And also the ethimological explanation of investigated toponyms had been given and carried out interesting controversy.

Некоторые топонимы Карабаха, связаные с Исламской религией

Резюме

В этой статье  анализируются некоторые топонимы Карабаха (Гаджимаммадли, Имамгулубаилы, Моллавали и т. д.) связанные с исламской религией. А также дается этимологическое объяснение исследуемых топонимов. Bu Azərbaycan Respublikası Prezidenti yanında Elmin inkişafı Fondunun Maliyyə yardımı ilə yerinə yetirilmişdir.

Qrant N-EİF/MQM-3 Shusha-2014-7(22)-05/03/5

Rəyçi: prof.B.Ə.Xəlilov

Əliyeva İlahə Abbasqulu qızı

POSTPOZİTİV BAŞ CÜMLƏSİ FRAZEOLOGİZM OLAN TABELİ

MÜRƏKKƏB CÜMLƏLƏR

Tabeli mürəkkəb cümlənin komponentləri olan baş və budaq cümlələr yalnız bir-biri ilə əlaqədə bir strukturda formalaşan konstruksiya deyil, həm də müəyyən informasiya ifadə edən vahiddir. Baş və budaq cümlənin yerləşməsi dilimizin qanunauyğunluqları və semantik-qrammatik tələblər əsasında həyata keçirilir. Burada hansının əsas, hansının ikinci dərəcəli olması iki tərəfin—məna və struktur tərəfin münasibətindən asılı olur. Komponentlərin yerləşməsi informasiya yükünün daha çox harada olması, habelə qrammatik əlaqələnmənin xarakterindən asılıdır. 

Tabeli mürəkkəb cümlələrin bir qismində baş cümlə budaq cümlədən sonra gəlir. Bu tip cümlələr məqsəd budaq cümləsindən başqa, budaq cümlələrin hamısına aiddir(1: 76). Buna baxmayaraq, frazeoloji baş cümlələrə bunların hamısında eyni dərəcədə rast gəlmək mümkün deyil. Dil materialının ciddi araşdırılması nəticəsində belə məlum oldu ki, şərt, qarşılaşdırma, zaman budaq cümlələri içərisində bu tip konstruksiyalara daha çox rast gəlmək mümkündür. Bunları konkret faktlar əsasında izah etməyə çalışacağıq.

1.Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr. Baş cümləsi frazeologizm səciyyəli olan tamamlıq budaq cümlələrinin ikinci tipində budaq cümlə əvvəl gəlir və baş cümləyə bağlayıcı söz vasitəsilə bağlanır. Bu halda, adətən, baş cümlədə qəlib söz iştirak etmir, onun işlədilməsi sünilik yaradardı. Məsələn: Hər nə deyirdilərsə, bu qulağından alıb o biri qulağından ötürürdü (Koroğlu” dastanı). Bu konstruksiyanın ikinci komponenti tamamlıq budaq cümləsidir və frazeoloji səciyyəyə malikdir.

Ümumi konstruksiyanın mənası budur: Nə deyirdilərsə, ona fikir vermirdi (məhəl qoymurdu). Yuxarıda verdiyimiz nümunədə “onu” əvəzlik-qəlibini işlətmək konstruksiyanın təbiiliyinə xələlə gətirmiş olardı, lakin həmin qəlib söz düşmüşdür. Bu cür işlənmə danışıq dilinin xüsusiyyəti kimi daha çox özünü göstərir; belə ki, danışıq dilində elliptik forma, xüsusən də, köməkçi nitq hissələrinin işlədilməməsi adi qanunauyğunluqdur.

2.Zaman budaq cümləli tabeli mürəkkəb cümlələr. Dilimizdə ən çox işlənən budaq cümlə növlərindən biri zaman budaq cümləsidir. Bu tip tabeli mürəkkəb cümlələrin də dilimizdə zəngin struktur-semantik tipləri vardır. Baş cümləsi frazeo­logizm olan zaman budaq cümləli tabeli mürəkkəb cümlələrin iki tipi diqqətimizi cəlb edir: 1)komponentləri elə ki sözü ilə bağlananlar; 2) komponentləri –sa2 şərt şəkilçisi ilə bağlananlar. Bu tiplərin hər ikisində budaq cümlə baş cümlədən əvvəl gəlir və ikinci komponentdəki işin zamanının bildirir. Birinci tip tabeli mürəkkəb cümlələrə dilimizdə daha çox rast gəlirik. Məsələn: Elə ki bu sözü eşitdi, əl-ayağı yerdən üzüldü (Koroğlu” dastanı); Elə ki bunu eşitdi, dünya-aləm başına fırlandı (Koroğlu” dastanı); Elə ki bunları gördü, bütün bitləri ayağa durdu (“Tələtin nağılı”). Göründüyü kimi, bu tabeli mürəkkəb cümlələrin hamısında baş cümlə olan ikinci komponent zahiri qrammatik əsasa, yəni mübtəda və xəbər qütbünə malikdir və məcaziliyi nəzərə almasaq, hətta uzlaşma əlaqəsi kimi birindən digərinə sual verə bilərik. Bu isə onların əsasla normal cümlə olduğunu göstərir. Lakin onu demək lazımdır ki, bu baş cümlələr struktur-semantik cəhətdən cümlə kimi formalaşsalar da, onların ifadə etdiyi məzmun məcazi anlamda olduğundan baş və budaq cümlənin semantik əlaqəsi əslində dərindədir.

Bu konstruksiyalarda komponentlərin bağlanmasında elə ki bağlayıcı sözü mühüm rol oynayır(2: 78).Bu bağlayıcı söz də zaman əlaqəsini formalaşdıran və zaman münasibəti yaradan əsas vasitə kimi çıxış edir, yəni bu söz, bir tərəfdən, tabeli mürəkkəb cümlənin baş və budaq cümlələrinin əlaqələndirici vasitəsidirsə, digər tərəfdən, məhz mənanın reallaşmasında əhəmiyyətli rol oynayır. İkinci tip konstruksiyalarda da budaq cümlə baş cümlədən əvvəl gəlir və komponentlər şərt şəkilçisi ilə bağlanır. Tədqiqat əsərlərində bu tip tabeli mürəkkəb cümlələrin nə zaman bağlayıcı sözünün vasitəsilə düzəldiyi göstərilir (3: 256) Məsələn: Sənə nə zaman lazım olsam, tükümü oda tut (“Tələt” nağılı). Bu tip zaman budaq cümlələrində komponentlərin bağlanmasında şərt şəkilçisi iştirak etsə də, müvafiq budaq cümlənin formalaşması məhz bağlayıcı sözlə bağlıdır. Belə ki, budaq cümlə olan birinci komponentdə “nə zaman” bağlayıcı sözü onu sonra gələn baş cümləyə bağlamağa xidmət etdiyi kimi, həm də konkret olaraq zaman anlayışına malik olduğuna görə komponentlər arasında da həmin məna əlaqəsinin yaradılması üçün əsas şərt olur. Qeyd etmək lazımdır ki, əgər budaq cümlədə işlənmiş bağlayıcı sözü çıxarsaq, konstruksiya qrammatik cəhətdən tamam dəyişmiş olacaqdır, daha dəqiq desək, şərt budaq cümləsinə çevriləcəkdir: Sənə lazım olsam, tükümü oda tut. Bu konstruksiyaya hətta şərt bağlayıcısını əlavə etmək olur ki, bu da onun şərt budaq cümləsi olduğunu göstərir. Əvvəlki konstruksiyaya isə şərt bağlayıcısını artırmaq mümkün deyil. Bu isə bir daha onu göstərir ki, eyni frazeoloji cümlə müxtəlif növ budaq cümlələrdə iştirak edə bilər; bu zaman komponentlərin semantik əlaqəsindən daha çox qrammatik formalaşma əsas rol oynayır.

Burada bir məsələni demək lazım gəlir. Verdiyimiz sonuncu misal, götürüldüyü mənbəyə görə tam frazeoloji cümlə hesab edilə bilməz, ona görə ki, götürüldüyü nağılda, doğrudan da, tükün oda tutulmasından söhbət gedir. Burada “oda tutmaq” ifadəsi ayrılıqda frazeoloji birləşmədir, lakin həmin frazeologizmin “tük” sözü ilə əlaqəsi məcazi deyil, həqiqi semantik əlaqəyə malikdir, yəni həqiqətən, tükü oda tutmaqdan danışılır. Lakin nağıl dili üçün məqbul sayılan bu semantik anlam müasir həyatımızda, o cümlədən müasir dilimizdə birbaşa mənaya malik deyil. Bu ifadə müasir vəziyyətində “tükü oda tütmaq” tərkibinə malikdir, yəni artıq hər üç komponent bir məcazi anlamda birləşmiş və vahid frazeologizm yaratmışdır. Onu da demək lazımdır ki, müasir forma məhz nağıllardakı formadan meydana çıxmış və standart forma kimi müvafiq fikrin ifadəsinə xidmət edir.

3. Şərt budaq cümləli tabeli mürəkkəb cümlələr. Frazeologizmlərin bir qismi şərt budaq cümləli tabeli mürəkkəb cümlənin baş cümləsi funksiyasında olur. Məlumdur ki, şərt budaq cümləli tabeli mürəkkəb cümlələrin iki tipi var: baş cümlə sonda gələn və baş cümlə əvvəldə gələn. Birinci tip dilimizdə geniş yayılan forma olub, müxtəlif formalaşma xüsusiyyətlərinə malikdir(4: 31). Baş cümləsi frazeologizm olan şərt bu­daq cümləli tabeli mürəkkəb cümlələrin məhz bu tipinə dilimizdə rast gəlirik. Bunun izah oluna bilən səbəbi vardır; belə ki, baş cümləsi əvvəldə gələn şərt budaq cümlə­lərinin baş cümləsində “o şərtlə, bu şərtlə” qəlib sözü işlənir və bu qəlib söz ətrafında olan leksik-qrammatik vahidlərmücərrəd məzmuna malik olmurlar. Çünki şərt məz­munu özü mücərrəd anlam daşıya bilməz, əks halda onun əlaqələndiyi budaq cüm­lənin məzmunu aydınlaşdırıcı məzmuna malik ola bilməz. Baş cümlədə olan məz­munun şərti aydın olmalı, daha doğrusu, konkret olmalıdır ki, ondan sonra gəlib onunla bağlı hər hansı şərti müəyyənləşdirən məzmun izahedici xarakterə malik olsun.

Budaq cümləsi əvvəldə gələn şərt budaq cümlələrində isə vəziyyət başqa cürdür. Məlumdur ki, hər hansı vəziyyət olur-olsun, orada qoyulan şərt konkret məzmuna malik olmalıdır, şərtin məzmunu mücərrəd ola bilməz. Çünki şərt bilavasitə gerçək münasibətlə bağlıdır(5: 13). Lakin onunla əlaqələnən və müəyyən gerçəklik münasi­bətini ifadə edən və baş cümlə funksiyasını yerinə yetirən cümlə frazeoloji cümlə ilə ifadə oluna bilər. Belə ki, şərt budaq cümləli tabeli mürəkkəb cümlələr cütözəlki olduğundan onlarda baş və budaq cümlələrdəki fikirlər bütöv konstruksiya üçün, bir qayda olaraq, bərabər səviyyəli olurlar. Belə olan halda konkret məzmuna malik olan budaq cümlə ilə əlaqələnən, bir növ, cavab kimi səslənən baş cümlə mücərrəd məzmunda ola bilər.

Bu cür konstruksiyalar vahid formalaşmaya malik olsalar da, onların müxtəlif semantik-qrammatik variantları vardır. Bunların bir qismi şərt budaq cümləsinin yalnız bir məna əsasında formalaşanlarıdır. Bunlarda budaq cümlə baş cümlədən əvvəl gəlir və və baş cümlədə olacaq işin şərtini bildirir, komponentlər –sa2 şəkilçisi ilə bağlanır. Məsələn: Bir də belə eləsən, açaram sandığı, tökərəm pambığı (“Kor­oğlu”). Göründüyü kimi, baş cümlə müəyyən informasiya verir, lakin bu informasiya budaq cümlədəki informasiya ilə şərtləşdirilmiş şəkildədir. “Açaram sandığı, tökərəm pambığı” ifadəsinin mənası hər şeyi açıb deyərəm anlamındadır. Bu fikrin məcazi formada, üstüörtülü şəkildə verilməsi isə fikrin emosional-ekspressiv ifadəsinə xidmət edir.

Bu tip şərt budaq cümlələrində şərt bağlayıcıları da işlənə bilir. Məsələn: Əgər bir də belə eləsən, qızın əli olacaq, sənin yaxan (“Əmiraslan” nağılı); Əgər cınqırını çıxarsan, dilini boynunun ardından çıxararam (“Koroğlu” dastanı). Bu tip tabeli mürəkkəb cümlələrdə şərt bağlayıcısının işlənməsi fakültetivdir.  Şərt budaq cümləli tabeli mürəkkəb cümlələrdə bəzən nəticə məzmunu da çalar kimi özünü göstərir. Eyni vəziyyətə frazeologizm səciyyəli konstruksiyalarda da rast gəlirik. Məsələn: Bacarırsansa, əlindən gələni beş qaba çək (“Qaçaq Nəbi” dastanı).

Burada birinci komponent budaq cümlədir və özünün xarici və daxili mənasında şərt vardır. Lakin komponentlərin əlaqəsindən görünür ki, ikinci komponent həm də birincidən doğan nəticəni də ehtiva edir: nəticədə əlindən gələni beş qaba çək. Düzdür, bu cür şərt budaq cümlələrində nəticə çaları ayrı-ayrı semantik məzmunlarda fərqli olur, yəni bəzilərində açıq görünürsə, digərlərində bu məzmun daha dərində olub, az görünür.

Şərt budaq cümləsinin başqa bir tipi baş cümlə ilə münasibətdə müqayisə məz­mu­nuna malikdir. Bunlarda müqayisə məzmununun yaranması baş cümlədə işlənən müqayisə-bənzətmə modal sözü ilə bağlıdır. Belə ki, baş cümlənin modal sözlə və ya onsuz işlənməsi konstruksiyanın formalaşmasına təsir etmir, lakin onun məzmununu konkretləşdirir(6: 33). Daha dəqiq desək, yuxarıdakı misallarda gördü­yümüz kimi, tabeli mürəkkəb cümlədə hər hansı komponentin frazeologizm olması onlar arasın­dakı semantik əlaqəni mücərrədləşdirir, yəni frazeologizm olan kompo­nentin digər komponentlə semantik əlaqəsi üzdə deyil, onu müəyyənləşdirmək üçün frazeologiz­min mənasının açılması lazımdır. Müqayisə məzmunlu konstruksiyalarda isə semantik əlaqə bir az konkretləşmiş olur, qeyri-müəyyənlik bir qədər aradan qalxmış olur. Misala müraciət edək: Mehdigili tutsaq, elə bil arının deşiyinə çöp uzatmış olacağıq (“Qaçaq Nəbi” dastanı). Bu nümunəni modal sözsüz də işlətmək olar: Mehdigili tutsaq, arının deşiyinə çör uzatmış olacağıq. Bu konstruksiyanın informasiyaları eyni olsa da, onların semantik tutumu eyni deyil. Belə ki, modal sözün iştirak etdiyi variantda baş cümlənin məzmunu gizli qalır və bu, konstruksiyadakı frazeologizmin ifadə etdiyi məna ilə müqa­yisəli formada təqdim olunur. Bu cür ifadə forması normal olub, fikrin açıq ifadəsinə kömək edir. Lakin modal söz olmadıqda burada əsas hadisə başqası ilə müqayisə şəklində deyil, birbaşa verilir. Bu cür birbaşa verilmə isə fikrin mücərrəd ifadəsi deməkdir ki, bu zaman baş və budaq cümlənin qarşılıqlı məna əlaqəsinin anlaşıl­masında müəyyən qeyri-aydınlıq özünü göstərir(7: 114).Frazeologizmin məcazi yox, həqiqi mənasının müqayisə yolu ilə deyil, birbaşa budaq cümlənin real məzmunu ilə semantik-informativ münasibətinin başqa yolla, daha doğrusu, frazeolo­gizmin məna­sının real fakt kimi açılması və konstruksiyanın ikinci komponentinin bu frazeolo­gizmlə semantik əlaqəsinin üzə çıxarılması yolu ilə müəyyənləşməsi lazım gəlir.

Bəzən frazeoloji cümlənin tabeli mürəkkəb cümlədə müxtəlif funksiyalarda çıxış etməsinin şahidi oluruq. Bu zaman həm komponentlərin sıralanmasında, bağlayıcı vasitələrdə, komponentlərin qarşılıqlı semantik-qrammatik əlaqələnməsində fərqli xüsusiyyətlər özünü göstərir. Misala baxaq: İndiyə qədər gəlib çıxmayıbsa, deməli, atamın başında bir iş var (“Əzazil padşah” nağılı). Bu nümunə şərt budaq cümləli tabeli mürəkkəb cümlədir, frazeologizm bu konstruksiyanın baş cümləsi funksiyasın­dadır.  Burada şərt məzmununun yaranması yalnız şərt şəkilçisinin olması ilə bağlı deyil, həm də ikinci komponentdəki hadisə birinci komponentdəki hadisə ilə şərtli şəkildə meydana çıxır.

Lakin bu cümlədə sıralanma və bununla bağlı komponentlərin bağlanma vasitəsində müəyyən dəyişiklik aparsaq, konstruksiyanın budaq cümlə növü dəyişəcəkdir: Dəmirçioğlunun başında iş var ki, indiyə qədər gəlib çıxmayıb (“Koroğlu”). Göründüyü kimi, nəticə budaq cümləli tabeli mürəkkəb cümlədir ki, bunun da baş cümləsi müvafiq frazeologizmdir. Burada təkcə sıralanma deyil, komponentlərin təyinatı, onların arasındakı semantik-qrammatik münasibət dəyişdiyi kimi, bağlayıcı vasitə də başqası ilə əvəzlənmişdir, yəni –sa şərt şəkilçisi yerini ki bağlayıcısına vermişdir. Bunun müqabilində ikinci komponent, yəni budaq cümlə birincidən doğan nəticəni bildirmişdir. Buradan belə nəticə çıxarmaq olar ki, eyni frazeoloji cümlə müxtəlif növ tabeli mürəkkəb cümlənin komponenti ola bilir. Məlumdur ki, şərt budaq cümləsində, xüsusən şərt şəkilçisi ilə bağlandıqda budaq cümlə birinci gəlir. Lakin bu tipdə  bəzən komponentlərin yerdəyişməsi faktı özünü göstərir. Məsələn: Duz-çörək səni tutsun, əgər qıza bir şey eləsən (“Əbülqasim” nağılı). Bu nümunədə baş və budaq cümlənin yerlərini dəyişməsi aktuallaşma ilə bağlıdır, bunun cümlə strukturuna heç bir təsiri yoxdur.

Şərt budaq cümləli tabeli mürəkkəb cümlənin bu tipində budaq cümlə yenə əvvəldə gəlir. Lakin budaq cümlə baş cümləyə nə şərt bağlayıcısı, nə də şərt şəkilçisi ilə bağlanır; komponentlərin əlaqələnməsində budaq cümlədə olan ki ədatı mühüm rol oynayır(8: 394). Bu ədat bidaq cümlənin istənilən üzvü ilə işlənə bilir ki, bu zaman tabeli mürəkkəb cümlənin müxtəlif növləri meydana çıxır. Bunlardan biri də şərt budaq cümləsidir. Məsələn: O ki bura gəlib çıxıb, iki qoçun başı bir qazanda qaynamaz (“Qurbani” dastanı). Bu konstruksiyada ki ədatının yerinə şərt şəkilçisini qoymaq olar: O bura gəlib çıxıbsa, iki qoçun başı bir qazanda qaynamaz. Bu isə göstərir ki, buradakı birinci komponent şərt budaq cümləlidir, baş cümlə olan ikinci komponent frazeologizmlə ifadə olunmuşdur. Konstruksiyanın məzmununu real formada belə ifadə etmək olar: O bura gəlib çıxıbsa, ikimiz bir yerdə qala bilmərik, ona görə də birimiz aradan götürülməlidir, yaxud: İndi ki bura gəlib çıxıb, iki qoçun başı bir qazanda qaynamaz.

Göründüyü kimi, daha böyük, daha doğrusu üçkomponentli  konstruksiyada üçüncü komponent işlədilməmiş, lakin məzmunu düşünülür. Əvvəlki iki komponent bir-biri ilə şərt məzmunu ilə əlaqələnmişdir.

4.Budaq cümlə növlərindən biri qarşılaşdırma budaq cümləsidir. Bu tip konstruk­­siyalarda baş və budaq cümlələrdəki hadisələr bir-birinə qarşı qoyulur; birinci komponent budaq cümlə, ikinci komponent baş cümlə funksiyasını yerinə  yetirir, komponentlər, adətən, şərt şəkilçisi və da2 ədatı ilə bağlanır. Məsələn: Nə qədər çalışsa da, əli bir yana çatmadı (“Yanığın nağılı”); Sakit dayanıb qulaq assa da, dişi bağırsağını kəsirdi (M.İbrahimov); “Bəli, bəli” desə də, deyilənləri bu qulağından alıb o biri qulağından ötürürdü (H.Mirələmov).

Qeyd edək ki, qarşılaşdırma budaq cümlələrində komponentlər bərabər semantik yükə malik olduğundan onların hər biri müvafiq frazeoloji cümlədən ibarət ola bilər, yəni yuxarıdakı baş cümlədə olan frazeologizmlər eyni dərəcədə budaq cümlədə də işlənə bilir. Məsələn: Əli bir yana çatmasa da, qızın yanından ayrılmırdı (“Həsən Qaranın nağılı”); Dişi bağırsağını kəssə də, səsini çıxarmadı (“Tacir oğlu” nağılı). Bu hal, digər budaq cümlə növlərində bir o qədər də müşahidə edilmir, çünki digər budaq cümlə növləri əsas etibarilə təktərkibli olduğundan onlarda budaq cümlə konkret məzmuna malik olmalıdır. Bu konkretlik məcazi mənalı frazeologizmlərə də aiddir.

 ƏDƏBİYYAT

1.Cavadov Ə. Mürəkkəb cümlələrin tərəflərinin sıralanması (birinci məqalə).—Azərbaycan SSR EA-nın Xəbərləri (Ədəbiyyat, Dil, İncəsənət seriyası), №1, 1974, 2.Əliyev Ə. M. Müasir Azərbaycan dilində baş və budaq cümlə arasında zaman uyuşmaları (zaman budaq cümləsi üzrə). Nam. Diss., Bakı, 1974, s.78

3.Abdullayev Ə.Z. Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr. “Maarif”, Bakı, 1974, 420 s.

4.Abdullayeva N.C. Şərt vasitəli budaq cümlələrin semantikasına dair.—“Azərbaycan dili və ədəbiyyat tədrisi” yurnalı, Bakı, 1984, №3, s.21

5.Əliyev Ə.M. Tabeli mürəkkəb cümlələr və onların xüsusiyyətləri. “Maarif”, Bakı, 1992.

6.Tağızadə Z.X. Tabeli mürəkkəb cümlənin tədrisi haqqında.—“Azərbaycan məktəbi” jurnalı, Bakı, 1954, №6

7.Əsgərova T. Nəsimi dilinin frazeologiyası. “Elm və təhsil”, Bakı, 2015, s.114

8.Q.Kazımov Müasir Azərbaycan dili. Sintaksis. “Elm və təhsil” nəşriyyatı, Bakı 2010, 500 s.

XÜLASƏ

Tabeli mürəkkəb cümlədə komponentlərin yerləşməsi informasiya yükünün daha çox harada olması, habelə qrammatik əlaqələnmənin xarakterindən asılıdır.  Baş cümləsi budaq cümlədən sonra gələn tabeli mürəkkəb cümlələr geniş yayılsa da, bu tip baş cümlələrdə frazeoloji semantika az müşahidə olunur. Daha çox şərt budaq cümləsi olsa da, tamamlıq, zaman, qarşılaşdırma budaq cümlələri də müəyyən işləkliyə malikdir. Bu tip konstruksiyaların baş cümləsində əvəzlik-qəlib, bir qayda olaraq, işlənmir. Bunun səbəbi dəyişməz, sabit forma olmasıdır. Bunlarda  frazeoloji cümlədə məcaziliyin dərəcəsi də müxtəlifdir. Hətta onların bəziləri müasir dilimiz üçün sabit ifadələr olmasına baxmayaraq, nağıl və dastanların dilində real fakt kimi təqdim olunur.

Açar sözlər: baş və  budaq cümlə, tabeli mürəkkəb cümlə, frazeologizm,     cümlə komponentləri

                                                                                            РЕЗЮМЕ

Порядок компонентов сложноподчиненных  предложений зависит от расположения информационной нагрузки, а также характера грамматической связи. В главных предложениях, следующих после придаточных, фразеоло­гическая  семантика наблюдается реже.  Более распространены прида­точ­ные условия, хотя  придаточные  дополнения, времени и противо­постав­ления встре­чают­ся не реже.  В таких  предложениях  степень переносных значений тоже отличается.  Некоторые из них выступают как реальные факты в сказках и эпосах (дастанах), хотя в современном   языке они являются устойчивыми выражениями.

Ключевые слова: главное и придаточное предложение, сложно­подчиненное предложение, фразеологизм, компоненты предложений

SUMMARY

The position of components in the subordinate clauses depends on where information makes up the majority, and the nature of grammatical connectivity. Although such subordinate clauses, clause sentences of which precedes head sentence, phraseological semantics are observed less in such type of head sentences. Along with conditional clauses, the object clauses, time clauses and contrapositive clauses have certain functionalities. In the head sentences of this kind of structures, pronoun pattern, as a principle, is not used. That is because of its having constant and stable form. In phraseological sentences, the degree of figurativeness also varies. Even although some of them are stable expressions for our modern language, they are expressed as real fact in the epos and fairytales.

Key words: Head and clause sentences, complex sentence, phraseologizm, sentence components

Fərəcov Anar

YAŞA GÖRƏ DİLİN SOSİAL DİFERENSİALLAŞMASI

                Dilin sosial diferensiallaşmasının əsas istiqamətlərindən biri yaş fərqləri ilə bağlıdır. Sosiolinqvistikada bu məsələyə müxtəlif formalarda toxunulsa da, geniş tədqiqatların sayı olduqca azdır. Yaş fərqi sosiolinqvistikada ən az istifadə olunan terminlər sırasındadır [7, s.585-612]. Dildə yaşa görə diferensiallaşma digər dil diferensiallaşmalarının tərkibində, xüsusən gender və sinfi difereniallaşmalarda  daha çox öyrənilmişdir. Bunu C.Llamasın qeydləri də bir daha təsdiq edir: "Sosiolinqvis­tikada dil diferensiallaşması ilə bağlı aparılan araşdırmaların çoxunda yaş faktoru cins, sosial sinif kimi diferensiallaşmalarından geridə qalan bir sosiolinqvistik kateqoriya kimi göstərilə bilər"[8, 76]. Bu məsələyə Azərbaycan dilçiliyində də bir neçə  məqalə ilə toxunulmuşdur.

                Sosiolinqvistik araşdırmalar nəticəsində məlum olmuşdur ki, müxtəlif yaş sə­viyyələrində olan insanlar heç də eyni cür danışmırlar. "Dil daim dəyişir və hər  son­rakı nəsil valideynlərdən dili müəyyən formada qəbul edərək onu öz uşaqlarına qis­mən dəyişilmiş formada ötürür ki, bu da dil dəyişməsi və inkişafı prosesini təşkil edir. Dildəki bu dəyişilikləri nəsil dəyişilikləri kimi müəyyən etmək olar. Nəsil dəyişilik­ləri həmişə mövcud olur. Üç nəslin dilinə əsaslanan normal şəkildə inkişaf edən dildə standart orta nəslə görə müəyyənləşir: məhz bu nəsil həmin cəmiyyətdə norma kimi qəbul olunan dilin daşıyıcısı olur [5, 78]. Öncə qeyd etməliyik ki, insanların yaş dövrləri uşaqlıq, gənclik, orta yaş və qocalıq dövrlərinə bölünür. "Dilçilik baxımın­dan fərdin yaşı inkişafa görə dörd əsas dövrə ayrılır: körpəlik/uşaqlıq, gənclik, orta yaş/ yetişkənlik və yaşlılıq/ qocalıq [8, 70]. Yaş dövrlərinin bölgüsü daha çox bioloji olaraq qəbul olunsa da, deməliyik ki, sosioloji yaş bioloji yaşı bəzən üstələyir və bu da fərdin dünyagörüşü, sosiallaşması və s. səbəblərlə bağlı ola bilər. Hər bir yaş dövrünün də özünməxsus danışıq tərzi mövcuddur. Bu yaş dövrlərinin ayrı-ayrılıqda təhlilinə nəzər salaq:

                1. Uşaqlıq yaş dövrünün dili. Bu yaş dövrü iki mərhələyə ayrılır: uşaqlıq və yeniyetməlik. Uşaqlıq yaş dövrü uşağın xarakterinin formalaşdığı dövrdür. Xarak­terin formaşmasında isə böyüdüyü mühit və ailə tərbiyəsi əsas rol oynayır. Bu dövrdə  nitq də təzə formalaşır. Uşaqlıq yaş dövründə uşaqlar müəyyən nitq bacarıq­larına sahib olmaqla onların dil xüsusiyyətləri hər keçən gün inkişaf etməklə  dəyişir. Apardığımız  sorğuda iştirak edən uşaqların nitqindən bir neçə nümunəyə diqqət yetirək:  Sabah musiqiyə gedəcəyəm. Ana, yeməyə nə var?. Buna baxa bilərsən? Yuxum gəlir, amma yatmaq istəmirəm. Off yoruldum. Ana, nə geyinim?(13 yaşlı informant), Ay millət, qulaq asın. Ana, yemək hazırdır? Ana, olar həyətə düşüm? ?(14 yaşlı informant), Yorulmuşam. Mənə çay süz. Sakit ol. Telefonuma dəymə. Gəlirəm. (15 yaşlı informant), Dayı mənim ilə fəxr elə. Ana, gəlim dərsimi danışım? Mənə də sual verin. (15 yaşlı informant)

                Burada qeyd olunan və digər anketlərin sorğularına nəticəsinə əsasən deyə bilərik  ki, uşaqlıq yaş dövrünün aşağıdakı dil xüsusiyyətləri var:

1. Ailəsində daha çox ünsiyyətdə olduğu özündən böyük fərdlərin təqlidini sevirlər. 2. Jest və mimikalardan  çox istifadə edirlər.  3. Eyni sözləri təkrar etməyi xoşlayırlar. 4. Əmr və sual cümlələrinin istifadəsinə üstünlük verirlər. 5. Ünsiyyət prosesində qısa cümlələr əsas təşkil edir.

6. Ailəsində çox işlədilən sözlərdən kənar şəxslərlə ünsiyyət prosesində istifadə etməyə meyillidirlər.

7. İstifadə etdiyi sözlərin lüğət tərkibi məhduddur.

                Yuxarıda göstərilən nümunələrə və digər anketlərə əsasən yeniyetmelik dövrünün xüsusiyyətlərini təhlil etsək, deyə bilərik ki, yeniyetməlik dövründə nitqin inkişafı tam formalaşır, bu yaş dövründə fərdlər sosiallaşmağa meyilli olurlar. Sosial qrupların tərkibində fərdlərin yer alması onların istifadə etdiyi sözlərin lüğət tərki­binin də genişlənməsinə səbəb olur. Bu yaş dövrünün əsas linqvistik xüsusiyyətlərini aşağıdakı şəkildə qruplaşdıra bilərik: 1. Əmr və xahiş bildirən cümlələrdən daha çox istifadə edirlər.  2. Ailə leksikasından fərdi leksikaya keçid baş verir. 3. Sadə quru­luşlu cümlələrdən mürəkkəb komponentli cümlələrlərə doğru istifadə genişlənir. 4. Jarqon və arqolardan istifadəyə meyilli olurlar.  5.Meyilli olduğu və ya hobbisi olduğu sahənin lüğətinə aid sözlərin mənasını öyrənir və gündəlik nitqində istifadə edir.6. Sözlərə nisbətən söz birləşmələrinə  üstünlük verirlər.

                2) Gənclik yaş dövrünün dili. Bu yaş dövrünün dil xüsusiyyətləri digər dövrlərə nisbətən daha fərqlidir. Yetişmiş bir fərdin dünyagörüşünün formalaşdığı bu dövrdə insanlar həm də müxtəlif sosial qruplarda özünə yer tutur. Həmin sosial qrupların dil xüsusiyyətləri gənclərin danışıq dilinə daha çox təsir edə bilir. Gənclik yaş dövründə fərdlər "gizli" dillərdən istifadə etməyə üstünlük verirlər. Apardığımız sosiolinqvistik sorğulara əsasən bir neçə nümunəyə diqqət yetirək: Hələ var dərsin qurtarmağına. Başa düşdüm. Dəqiq bilmirəm. (18 yaşlı informant), Ürəkdi bu uşaq. Özünə hörmət elə. Vuracam bunu. (17 yaşlı informant), Sabah görüşənədək. İcazənizlə bir söz soruşa bilərəm? Zəhmət olmazsa, buyurun. Bir az gözləyin. (25 yaşlı  informant).

                Yuxarıdakı nümunələrə əsasən  bu yaş dövrünün aşağıdakı əsas xüsusiyyət­lərini göstərə bilərik:

1. Qeyri-normativ cümlələrdən istifadəyə üstünlük verirlər. 2. Jarqon və arqolar ən çox bu yaş qrupu insanların dilində işlənir. 3. Dillərində əmr və nəqli cümlələr fəal işlənir.  4.Qısa cümlələrdən istifadəyə üstünlük verirlər. 5. Müraciət və təşəkkür nitq etiketlərindən çox istifadə edirlər. 6. Özünüifadə göstəriciləri olan mənalar bildirən cümlələrdən çox istifadə etməyi xoşlayırlar. 7.Dildə neologizimlərdən ən çox istifadə edənlərdir.  8. Norma pozuntuları gənclərin dilində xüsusi yer tutur.

9. Danışarkən uca intonasiyadan, əsasən, istifadə edirlər. 10.Modal sözlər və ədatlar nitqdə fəallıq təşkil edən köməkçi nitq  hissələridir və s.   

Gənclik yaş dövründə jarqon və arqoların çox istifadə olunması məsələsinə xüsusi toxunmaq istəyirik. Bu barədə bir çox tədqiqatçılar da maraqlı nəticələrə gəl­mişdirlər. "Gənclərin jarqonuna yiyələnən adamlar ikidillidirlər: onlar öz mühitin­də jarqon vasitələrindən istifadə edir, "kənar" şəxslərlə ünsiyyətdə, rəsmi və neytral vəziyyətlərdə standart dilə keçirlər. Gənclərin jarqonu xüsusi zərurət nəticə­sində meydana çıxmamışdır: bütün məfhumları standart dilin vasitələri ilə də ifadə etmək olar. Gənclərin jarqonu yalnız ekspressiv funksiyaya, vəzifəyə malikdir. Jarqonun yaradıcıları və istifadəçiləri özlərini tanıtmaq üçün, özlərinin ayrıca bir qrupa aidli­yini sübut etmək üçün ona müraciət edirlər." [ 1,21]. Bundan əlavə  deyə bilərik ki,  gənclər hətta standart dildən istifadə etməklə öz fikirlərini gizlədən sözlər və  cümlələri rahat şəkildə işlədirlər. Gənclərin öz fikirlərini digər fərdlərdən gizlət­mək üçün istifadə etdiyi bu lüğət həm də dilin maraqlı tərəflərini üzə çıxar. Gənclərin jarqonu bir neçə növə ayrılır: tələbə jarqonu, məktəb jarqonu, işçi jarqonu, stilyaqa jarqonu və s. Gənclərin jarqonu arasında ən çox yayılanları stilyaqa (modabaz və ədabaz gənclərin jarqonu) və tələbə jarqonu. "Stilyaqa" sözü bizim cəmiyyətə yad olan insan mənasını bildirir. "Stilyaqa sözünün morfologiya və semantikası göstərir ki, o ədəbi dil çərçivəsində deyil, jarqon sözü kimi formalaşmışdır. Müharibədən sonra qərb musiqisinə, xüsusilə Amerkanın hay-küylü caz musiqisinə maraq göstərən gənclərin meyli tədricən modaya çevrilir. Bu da "yenilik", "stilnoy" hesab olunurdu" [2,32]. Göründüyü kimi, bu jarqonlardan modabaz gənclərin danışığında daha çox istifadə olunur. "Stilyaqa jarqonu öz xüsusiyyətlərinə görə oğru jarqonuna yaxındır." [2, 33] . Bu jarqonda istifadə olunan sözlər sadə xalq dilinin istifadə   etdiyi sözlərdir. Lakin mənaları xalqın istifadə etdiyi mənadan fərqlidir: məsələn:

F ə r ə c: ...Heç deməzsən ki, bəs dayısı dağdır, dağ!

Özü də köhnə laxlayan dağlardan deyil, o təptəzə dağ olub (Anar).

                Tələbə jarqonu  öz ekspressivliyi və emosionallığı ilə seçilir. Bu jarqon sözlərin əksəriyyəti təhsil prosesi ilə bağlı olur. Müasir dövrdə tələbələr daha çox informasiya texnologiyaları ilə əlaqədar dilimizə gələn sözlərin jarqon kimi istifadəsinə üstünlük verir.məsələn:Yaddaşına seyv eləmisən. Hər şeyi delet elə. Niyə məni blok eləmisən?.Yaddaşım dolub və s.

                Gənclərin dilində neologizmlərin, qeyri-normativ cümlələrin  çox işlənməsi məsələsinə də xüsusi toxunmaq istəyirik. Gənclərin dili, ümumiyyətlə, yeniliyə meyillidir, onların nitqi vasitəsilə dildə yeni normalar yaranır.  Azərbaycan dilində də gənclərin dili vasitəsilə dilimizə yeni sözlər daha çox daxil olur: məsələn: inteqrasiya, lokal, qlobal, sosial şəbəkə, innovasiya və s. Bu proses bütün dünya dillərində də eyni cür baş verir. Qeyri-normativ cümlələrin müyyən müddət keçdikdən sonra ədəbi dilin qaydasına uyğun olması fikrinin qəbulu gənclərin dilinin yeniliyinin ifadəsidir. Dilimizin tarixi və müasir vəziyyətinə nəzərə salanda bunu daha aydın şəkildə görə bilərik.

                3) Orta yaş dövrünün dili. Bu yaş dövründə istifadə olunan dil bəzən də standart dil adlandırılır. Ədəbi dil qaydaları nisbətən bu yaş dövrünün insanları tərəfindən  qorunur. Fonetik, leksik və qrammatik yeniliklər, demək olar ki, bu yaş dövrü insanlarının dili üçün xas deyil. Fikirlərimizi əsaslandırmaqdan ötrü bir neçə informantdan aparığımızı sorğuda onların istifadə etdiyi cümlələrə  nəzər salaq: Beli düz tut. Dərslərini oxu. Dərmanını içmisən? Bəsdir kompüterin qabağında oturdun. Hərdən teleofonu yerə qoy. Paltarlarını yerbəyer elə. (46 yaşlı informant). Yemək ye. Yoldan muğayat ol. Telefonunu oğurlatma. Əyninə qalın geyin. Telefon ilə çox oynama. Dərslərindən çox oxu ki, imtahandan keçə biləsən. (44 yaşlı informant).

                Yuxarıda göstərilən və digər nümunələrə əsasən  sosiolinqvistik tədqiqat sorğusunun nəticəsini  orta yaş dövrü dili üçün aşağıdakı xüsusiyyətlərlə göstərə bilərik: 1. Daha çox cümlə üzvü iştirak edən cümlələrdən istifadə edilir. 2. Əmr, nəqli və inkar cümlələr nitqdə üstünlük təşkil edir. 3.Şərt bağlayıcıları daha çox işlədilir. 4. Mürəkkəb cümlələr, demək olar ki, orta nəslin dilində daha çox işlədilir.  5. Cümlələr qurularkən şəxsə və kəmiyyətə görə uzlaşma az hallarda pozulur. 6. Əmr bildirən feillər nitqdə üstünlük təşkil edir. 7. Kobud sözlərdən az istifadə edilir.8.İş kollek­tivində rəsmi müraciət formasında daha çox nitq etiketlerindən istifadə edirlər (məs: oğlum, qızım və s.) 9. Ədəbi dilin normalarına digər yaş dövrləri ilə nisbətdə  daha çox riayət olunur. 10. Bu insanlar müxtəlif dialektlərin daşıyıcısı olarsa, göstə­rilən yaş dövründə dialektdən uzaqlaşırlar. 11. Sual bildirən cümlələr az işlədirlər. 12. Di­lin lüğət tərkibindən digər yaş dövrləri ilə nisbətdə daha əhatəli şəkildə istifadə edir­lər. Göründüyü kimi, orta nəslin dili həm lüğət tərkibinin geniş­liyi, həm də bütün dil istifadəçiləri üçün anlaşıqlı olması mühüm faktordur. Bütün bunaları nəzərə alıb deyə bilərik ki, orta yaş dövrünün dil istifadəçiləri həm ədəbi dili qoruyur, həm də nəsillərarası ünsiyyətdə olan problemlərin həlli üçün əsas rol oynayır.

4) Qocalıq yaş dövrünün dili. Bu yaş dövründə insanların nitqində  müəyyən xüsusiyyətlər yaranır ki, bu da uşaqlıq yaş dövrünün nitq xüsusiyyətləri ilə bəzən üst-üstə düşür. Əvvəlcə qocalıq yaş dövrünə aid informatların işlətdiyi cümlələrə nəzər yetirək: Böyüklərə hörmət et, yaşlı qadın və kişilərə kömək et. Savadlı insanlarla ünsiyyət yarat.. Ağsaqqallı insanların sözünə qulaq as. Özündən kiçiklərə hörmətlə yanaş (70 yaşlı informant). Azan oxundu? Oruc tutarsınız? Siz də namaz qılmağı öyrənin (78 yaşlı informant). Sizi nə narahat edir?, Narahat olmayın, hər şey qaydasındadır (67 yaşlı informant). Qeyd olunan nümunələrə və digər müşahidələrə əsasən bu yaş dövrünün bir çox xüsusiyyətlərini aşağıdakı şəkildə qruplaşdıra bilərik: 1. Məsləhət xarakterli əmr cümlələrini çox işlədirlər.2.Sual cümlələrinə üstünlük verirlər.3.Mürəkkəb strukturlu cümlələrdən az istifadə edirlər. 4.Aşağı səs tonu ilə danışmağa üstünlük verirlər. 5. Səsləri tələffüz edərkən səsin tələffüz formasına əlavə səslər qatırlar. 6. Rabitəli nitq zəifləyir. 7. Qoşma və bağlayıcıların istifadəsi genişdir. 8. Kobud sözlərdən az hallarda istifadə edirlər. 9. Dini sözlər lüğət tərkiblərində əsas yerlərdən birini  tutur və s.

                Qocalıq yaş dövrünün dilini bir çox hallarda gənclik yaş dövrünün dilə ilə mü­qayisə edirlər. Bu müqayisələr isə  fərqlərin nə qədər dərin olduğunu bir daha ifadə edir. Tədqiqatçıların fikrincə, yaşlı adamlar gənc yaşlarında malik olduqları bəzi nitq vərdişlərini itirirlər. "Yaşlı adamların akustik əlamətlərinin tədqiqi göstər­mişdir ki, "yaşlıların səsi"ni "gənclərin səsi"ndən asanlıqla fərqləndirmək olar. Belə ki, 65 yaşdan yuxarı olan insanın səsi 35 yaşından kiçik olan insanın səsindən təkcə sait səslərin tələffüz tərzinə görə yox, eyni zamanda nitq aparatının işinin yaşa görə pozul­ması nəticəsində meydana çıxan xüsusi əlavə səs-küylərə görə də fərqlənir" [1,22].

Dilin sosial yaş diferensiallaşması tədqiqatımızın əvvəlində qeyd edildiyi dərin tədqiqatlara cəlb olunmasa da, araşdırmamız göstərir ki,  sosiolinqvistikadan kənarda qalan mövzu olmamaldır. Dilin yaş diferensiallaşması dillərin inkişafı, dil vahidlə­ri­nin  sosial, psixoloji və s. istiqamətlər üzrə işlənmə tərəflərinin açılmasında mühüm rola malikdir.

 

Ədəbiyyat:

1. Əliyev Ə. Azərbaycan dilində jarqonlar. Bakı: Hərbi , 1998.

2. Əzizova P. Dil və yaş. "Dil və ədəbiyyat" Beynəlxalq elmi-nəzəri jurnal (4,84) s.21-22.

3. Rəcəbli Ə.Sosiolinqvistika. Bakı: Nurlan, 2004.

4.  Kadri Nazlı. Türkçe yemin ifadeleri üzerine toplumdilbilimsel bir inceleme. Yüksek lisans tezi, Diyarbakır, 2013.

5.Вахтин Н.Б., Головко Е.В. Социолингвистика и социология языка. Спб. 2004.

6. Лингвистический энсцикпопедический словарь. Москва: 1990

7. Davit Divida. Online in later life. Age as a chronogical fact and a dinamic social category in an İnternet class for retirees. Journal of Sociolinguistics, s.585-612.

8.Llamas Carmen. Age. C.Llamas, L.Mullany. The Routledge Companion To Sociolinguistics  p. 69-76.Oxon:Routledge, 2006

 

Dilin yaşa görə sosial diferensiallaşması

Xülasə

                Dilin sosial diferensiallaşmasının müxtəlif növləri vardır. Aktuallığı ilə diqqəti cəlb edən sosial diferensiallaşmalardan biri də yaşa görədir. Məqalədə müxtəlif yaş dövrlərində dildən fərqli şəkildə istifadə olunması mövzusu tədqiqata cəlb olunmuşdur. Hər yaş dövrünün fərqli xüsusiyyətləri aparılan sosiolinqvistik anket sorğuları əsasında üzə çıxarılmışdır.

Açar sözlər: dil, yaş, social diferensiasiya, cümlə, jarqon

 
The language by age social differentiated

Summary

The social differencial of the language  has different types.One  of the social differential types are age which attracted attention with actually. The researching centre is variety using of  the language in different periods of age. Every periods of age is emered from sociolinguistics ankets.

Keywords:    language,
 age, social differentiation   sentence,  slang
 

Язык по возрасту социально дифференцированным

Резюме

Язык имеет несколько социально-дифференциальных видов. Один из актуальных и привлекающих социально-дифференциальных видов связан с возрастом. В данной статье исследуются виды языка в аспекте возрастного  различия. Исследование основано на социально-лингвистических анкетных данных, соответствующих возрастным данным.

Ключевые слова: язык, возраст, социальная дифференциация предложения, сленга

i:    Professor Ə.bli


Əmiraslanova Arzu Surxay qızı

AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİNDƏ İŞLƏNƏN FRAZEOLOJİ

BİRLƏŞMƏLƏR

                Məlum olduğu kimi müxtəlif dillərdə işlənən və o dilə aid olan xüsusi ifadə vasitələri, frazeoloji birləşmələr mövcuddur. Azərbaycan və ingilis dillərinə aid olan frazeoloji birləşmələr lüğətləri vardır ki,  bunlar birbaşa dilin lüğət tərkibinin zənginləşməsində birbaşa rol oynayır. Məhz belə ifadələr, frazeoloji birləşmələr o dilə məxsus  milli səciyyəvi xüsusiyyətlərə malikdir.

                Frazeologiya termini 2 hissədən ibarətdir (phrazis – “ifadə” və logos – “təlim”) (2, 223).

                Frazeoloji ifadələr bir növ hər bir xalqın tarixini və xarakterini özündə əks etdirir və özündə 3 termini ehtiva edir:

                1. Dilin frazeoloji vahidlərinin müasir vəziyyətini və tarixinin inkişaf yollarını öyrənən dilçilik bölməsi;

                2. Hər bir dildə frazeoloji vahidlərin məcmusu;

                3. Müəyyən ictimai qrupa, ayrı-ayrı söz sənətkarlarına və ya ədəbi-bədii cərəyana məxsus xüsusi sazişləşmə üsullarının məcmusu.

                Frazeologiya iki əsas hissədən ibarətdir.

                1. Ümumi

                2. Xüsusi               

                Ümumi frazeologiyada bir sıra  inkişaf etmiş dillərin frazeoloji materialların tədqiqindən alınan nəticələr ümumiləşdirir.

                Xüsusi frazeologiyada isə hər bir konkret dilin  faktları əsasında həmin dilin frazeoloji sistemi semantik, struktur və  s. cəhətdən  təsvir edilir.

                Dil özü tarixi bir hadisə olduğu üçün, bu tarixilik onun frazeologiyasında  da şamil edilir. Beləki bununla əlaqədar olaraq, hər bir dilin frazeologiyası iki əsas funksiyaya malikdir.

                1. Diaxronik

                2. Sinxronik.

                Bu iki  əsas funksiya da bir növ iki eyni adlı planda tədqiq edilir.

                Diaxronik planda dilin  frazeologiyasının tarixən formalaşması və müasir dövrə doğru semantik və struktur cəhətdən inkişafı öyrənilir.

                Sinxronik planda isə dilin frazeologiyasının müasir vəziyyətinin semantik və struktur təsviri verilir (3, səh 4).

                “Frazeologiya, dildə məna cəhətdən parçalanmayan işlək sitat materialı kimi möhkəmlənən  atalar sözü, məsəllər, yazıların “qanadlı sözlər” şəklinə düşmüş ifadələr və s. və buna görə də müəyyən bütövlük təşkil edən söz birləşmələridir” (4, səh. 6).

                Akademik V.V.Vinoqradov rus dilinin materialları əsasında  çox geniş planda  frazeoloji birləşmələri araşdırmış, Frazeoloji vahidləri üç hissəyə ayırmışdır:

                1. Frazeoloji  birikmə

                2. Frozeoloji birləşmələr

                3. Frozeoloji bitişmələr

`              O, bu hissələrdən bəhs edərkən qeyd edir ki, “bütün bunların mənası ilə komponentlərinin mənası arasında heç bir  əlaqə yoxdur. Belə ki, bunların tərkib hissələri dildəki bu və ya digər sözlə eyni səs tərkibinə malik olsa da bu cür qarşılıqlı əlaqə omonimlikdən başqa bir şey deyildir” (7. səh, 22-28).

                N.N.Amosova isə V.V.Vinoqradovun fikirləri ilə razılaşmayaraq qeyd edir ki, “Frazeoloji bitişmənin mənası, onun komponentlərinin mənası ilə sıx surətdə bağlıdır. Burada həlledici məqam komponentlərin mənası deyil, idiomatik birləşmənin əsas mənasının kontekstdən v situasiyadan irəli gəlməsidir” (6, səh. 8).

                Frazeoloji birləşmələrlə sabit söz birləşmələri ilə bir-birinə oxşasalar da, onlar arasında kifayət qədər fərqlər var. Sabit  söz birləşmələrində birləşmələrin komponent­ləri öz əvvəlki leksik mənalarını qoruyub saxlayır. Frazeoloji birləşmələrdə isə komponentlər, əksinə olaraq öz leksik mənalarını itirir.

                Bir çox tədqiqatçılar frazeoloji vahidləri tədqiq edərkən atalar sözlərinin fraze­o­loji vahid olmadığını göstərir. Bunun da müəyyən səbəblərinin olduğunu öz əsərlərində göstərmişlər. V.V.Vinaqradov, V.P.Zukov öz  tədqiqatlarında frazeologizm­lərin kompo­nent­lərinin sözlərlə qarşılıqlı əlaqəsini, onlar arasında oxşar əlamətləri, leksik, semantik və statistik planda frazeoloji vahidlər və sözlərdən fərqlənən cəhətlərini göstərir. Başqa tədqiqatçılar da frazeologiyanı dar çərçivədə götürərək, sabit birləşmələrin az bir qismi­nin frazeologiya xüsusiyyəti kəsb etməklə dilin xüsusi frazeologiyasına daxil olduğunu bildirirlər.

İdiomlar

                Həqiqi mənalı sözlərin qarşılığı olub, onu məcazi məna ilə bildirən söz birləşmələrinə idom deyilir (4, səh. 89). Idiom yunanca “idoma” sözündə olub dildəki elə ifadəyə deyilir ki, söz birləşməsi quruluşuna malik olsun, sözlərin hamısı birlikdə bir məna ifadə etsin, quruluşca və mənaca praçalanmasın (3, səh. 44).

                Idiomların ifadə etdiyi birləşmələr daha yığcam, daha konkret olur. Onlar ekvi­valent olaraq məcazi məna daşıyan sinonim kimi də özünü göstərə bilir. İstər Azərbay­can, istərsə də ingilis dillərində işlənən elə atalar sözləri vardır ki, onlar həm də ayrı-ayrılıqda idiom kimi də işlənir. Fərq yalnız onların məna baxımından müxtəliflik kəsb etməsindədir.

                Idiomlar iki qrupa ayrılır

1. Xalis idiomlar;

2. Alınma idiomlar.

Xalis idiomlar  milli səciyyəli olub, tərkib hissələri həmin dilin sözlərindən ibarətdir. Bunlar xalqın zəngin söz xəzinəsinə əsaslanır.

Alınma idiomların tərkib hissəsi isə başqa dilərdən götürülə bilər.

Azərbaycan dilində işlənən idiomlar

1) Köhnə palan içi tökmək. 2) Aza qane olmaq. 3) Bir daşla iki quş vurmaq.

4) Bir qulağından alıb, o biri qulağından vermək. 5) Başını girləmək. 6) Ürəyin­dən şeylər keçmək. 7) Xətir üçün xəstə yatmaq. 8) Dağdan aşmış gün kimi olmaq. 9) İmana – dinə gəlmək. 10) Öz əli, öz başı olmaq. 11)  Tüstüsü düz çıxmaq. 12) Öyrənmiş can olmaq. 13) Uman yerdən küsmək. 14) Ağzından süd iyi gəlmək. 15)  Qaşınmayan yerdən qan çıxarmaq (9).

Atalar sözləri və zərb məsəllər

Atalar sözləri və zərb məsəllər xalqın həyat tərzini, adət-ənənəsini, fikrini, düşüncəsini obrazlı şəkildə ifadə edən sintaktik vahidlərdir. Lakin atalar sözləri və zərb məsəllər frazeoloji birləşmələrə uyğun gəlsə də aralarında  kifayət qədər fərqlər mövcuddur. Onlar mənaca tam sabitləşməmiş, məcazlaşmamışdır. Bitkin bir fikri ifadə edir, bitkin informasiyaya malikdir. Frazeoloji vahidlərə elə atalar sözləri və zərb-məsəllər daxil olur ki, onların leksik tərkibləri daimidir, bütöv məna  ifadə edir, nominativ səciyyəlidir, cümlələrin tərkibində mürəkkəb bir üzv kimi çıxış edir (4, səh. 345-346).

Atalar sözləri və zərb məsəllər quruluş və məna baxımından hikmətli sözlərə oxşayır. Amma bir çox xüsusiyyətələrə görə onlardan fərqlənir. Əsas fərq ondan ibarətdir ki, hikmətli sözlər yazılı ədəbiyyata mənsub olduğu halda, atalar sözləri və zərb məsəlləri xalq ədəbiyyatına mənsub olur və mənşəyi bilinmir.

Atalar sözləri və zərb məsəllərin özlərinin də arasında  nisbətən fərqlilik özünü göstərir. Zərb-məsəllərdə fikir nisbətən daha tam şəkildə ifadə olunur və nəticə çıxarılır. Zərb məsəllərdə müəyyən hədəf götürülür və bu və ya digər şəxsin xüsusiyyətini göstərmək üçün işlədilir.

Azərbaycan dilində işlədilən atalar sözləri və zərb – məsəllər.

1) Çox yemək adamı az yeməkdən də qoyar. 2) Sözə baxmaq ədəbdəndir. 3) Gərək uşağı bələkdə, küçüyü dəməkdə öyrədəsən. 4) Uşaq hər nə qədər əzizdirsə, tərbiyəsi ondan da əzizdir. 5) Ağıl yaşda deyil başdadır. 6) Elnən gələn qara gün toy – bayramdır. 7) Bir gün elmlə məşğul olanın savabı, qırx il ibadət eliyənlərin savabına bərabərdir. 8) Məhəmməd peyğəmbər buyurub: “Elm Çində də olsa ardınca get”. 9) Güc boğazdan keçər. 10)  Daş düşdüyü yerdə ağır olar. 11) Ac toyuq yuxusunda darı görər. 12) Quş qanadıynan uçar. 13) Ver yeyim, ört yatım, gözlə canım çıxmasın. 14) Atalar demişkən, yalvarana yalvar. 15) Nə ölüyə hay verir, nə diriyə pay.

İngilis dilində işlənən idomlar.

İngilis dilində elə ifadələr vardır ki, onlar da Azərbaycan dilində olduğu kimi, həm atalar sözləri, həm də idiom kimi işlənir. Bu da ingilis dilində işlənən frazeoloji birləşmələrin çox mənalılığından irəli gəlir. Belə frazeoloji birləşmələrin uyğun mənası mətn daxilində aydın olur. Mətnə və cümlədəki əlamətlərə görə mənalar təyin olunur. Mətndən asılı olaraq çoxmənalı frazeoloji birləşmələrin mənası dəyişilə bilər. Mətn haqqında danışılan frazeoloji birləşmələrin mənasını dəyişdirir. Ingilis dilində işlənən elə atalar sözləri vardır ki, onlar həm də ingilis dilində idiom kimi işlədilir. Fərq yalnız işləndiyi mətndən asılıdır. Misal üçün:

1. To kill two birds with one stone (power) – bir daşla iki quş vurmaq (Azərbaycan atalar sözləri).

kill two birds with one stone (idiom) – birdəfəcəhdetməkləikiməqsədə nail olmaq.

  1. First come, first served (idiom) – tez gələnə tez də yardım göstərilir.

İngilis dilində işlənən idiomlar

1)  one cloud nine – very happy about something. 2) a stitch in time saves nine – any damage or mistake should be corrected immediately in order to prevent it from becoming worse. 3) million and one – very many. 4) million dollar question – an important but difficult question. 5) number one – oneself. 6) one in a million – unique, one of a very few. 6) take care of number one  – to only think about or take care of oneself. The man takes care of number one and never thinks about anyone else.

Azərbaycan dilində işlənən və başqa dillərdən tərcümə olunan hikmətli və qanadlı sözlər.

Hikmətli sözlər özündə dolğun və ibrətamiz mənalı sözləri ehtiva edir. Hikmətli və ya qanadlı sözlər məna və quruluş etibarı ilə digər birləşmələrdən fərqlənir. Bu fərq isə əsasən ondan ibarətdir ki, əgər idiom və ibarələrdə, atalar sözəri və zərb-məsəllərdə müəyyən məlumatlar əsas etibarı ilə feli-birləşmələr və ya ismi söz birləşmələri şəklində ifadə edilirsə, hikmətli sözlərdə belə ifadələr cümlələr şəklində olur.

Hikmətli sözlər bir növ atalar sözlərinə oxşayır. Amma aralarında fərqlər olmaq şərtilə

1. Hikmətli sözlər kütləvi deyil, məhdud xarakter daşıyır;

2. Hikmətli sözlər inkişaf edərək atalar sözlərinə keçə bilər;

3. Atalar sözlərinin mənşəyi məlum deyil, hikmətli sözlərin mənşəyi məlumdur;

4. Atalar sözlərində həm mənfi, həm də müsbət hadisələrə qarşı münasibət əks olunur. Hikmətli sözlər isə əsasən müsbət münasibət öz əksini tapır;

5. Hikmətli sözlər yazılı ədəbiyyatda işlənir, atalar sözləri şifahi ədəbiyyatda.

Hikmətli sözlər xas olan dəqiq məna ifadə etmə xüsusiyyəti onların kütlələr ara­sında  yayılmasına şərait yaradır. Bu xüsusiyyətlərə görə onları “qanadlı sözlər” adlandırırlar.

Ingilis dilində işlənən və başqa dillərdən tərcümə olunan hikmətli və qanadlı sözlər.

1. All are good lasses but  whence come the bad wives? – Əgər bütün qızlar yaxşıdırsa bəs pis qadınlar  haradan meydana gəlir. 2. All are not friends that speak us fair – Hər kəs dost deyildir. 3. All are not hunters that flora the horn – Hər silah götürənə ovçu deməzlər. 4. All are not merry that dance lightly – İçim özümü yandırır, çölümsə özgəni (Üzü gülür, lakin ürəyindən qara qanlar axır). 5. All are not faints that go to chruch – Kilsəyə gedənlərin heç də hamısı dindar olmur (11).

Azərbaycan dilində işlənən hikmətli sözlər.

1.Ağılı kamilləşdirmək üçün öyrənməkdən çox düşünmək lazımdır. (Rene Dekart: Fransız filosofu və riyaziyyatçısı). 2. Dərrakə çox vaxt yatır, onu oyatmasın, həmişə yuxulu olur (Uilyam Şekspir: İngilis dramaturqu və şairi). 3. Bir insanın zəkası verəcəyi cavablardan deyil, soruşacağı suallardan məlum olur (Şevalye de Levis: Fransız marşalı). 4. Zənginlik dəniz suyu kimidir, nə qədər çox içsən susuzluğun bir o qədər artır (Artur Şophenhauer) (12).

İngilis dilində işlənən hikmətli sözlər (aforizmlər).

                İngilis xalqı qədim tarixə, çeşidli mədəniyyətə malikdir. Bu xalqın dünyagörmüş, qədim  adət-ənənələri, mədəniyyəti zənginləşdirdiyi kimi dili də zənginləşdirmişdir. Ingilis xalqına mənsub olan hikmətli sözlər və ya aforizmlər, bu dilin zənginləşməsinə səbəb olduğu qədər, onun üslubi imkanlarını da genişləndirmişdir.

                1. Life is one long process of getting tired. One doesn`t recognize the really important moments in one`s life until it`s too late (Agatha Christie). 2. Three grand essentials to happiness in this life are something to do, something to love, and something to hope for (Joseph Addison). 3. One mustn`t ask apple trees for oranges, France for sun, women for love, life for happiness (Gustavo Flaubert). 4. It is not the strongest of the species that survive, nor the most intelligent, but the one most responsive to change (Charles Darwin) (12).

 

Ədəbiyyat

  1. Abbasov A.Q. İngiliscə - azərbaycanca atalar sözləri. Bakı: Turan Evi, 2009.
  2. Babayev A. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı: Elm və Təhsil, 2011.
  3. Bayramov H. Azərbaycan dili frazeologiyasının əsasları. Bakı: Maarif, 1978.
  4. Həsənov H. Müasir Azərbaycan dilinin leksikası. Bakı: Nurlan, 2005.
  5. Cəfərov S. Müasir Azərbaycan dili. Bakı: Şərq – Qərb, 2007.
  6. Амасова Н.Н. Основных английской фразеологии. Л.: Изд-во Ленинградского Университета, 1947.
  7. В.В.Виноградов. Об основных  типах фразеологических единиц в  русском языке. М., 1947.
  8. Yusifova G. İngilis dili idiomlarının sintaktik, semantik və koqnitiv xüsusiyyətləri (filologiya üzrə f.d. elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya). Bakı, 2015.
  9. Əli İldırımoğlu. Seçilmiş əsərləri.
  10. Zinyət Əlizadə. Azərbaycan Atalar sözləri və zərb məsəllərinin leksik – semnatik xüsusiyyətləri. Bakı, 1990.
  11. http://www.learn-english-today.com/idiomscategories/numbers/1.html
  12. http://www.idiomconnection.com/numbers.html

Резюме

                В каждом языке существуют присуще этому языку выражения и различные способы выражения. Словарный запас Азербайджанского им Английского языка богат фразеологизм. Такие фразеологизмы (фразеологические единицы) отражают колорит этого языка. Область науки, которая изучает фразеологические единицы называются фразеологией. Фразеология изучает закономерность, развитие, этимо­логию и образование единиц, также грамматическую и семантическую структуру.

                Предмет изучения фразеологии разноцветен по смыслу, составу и  функциям.

 

Summry

                Every language has it`s own expressions. The vocabulary of the Azerbaijani and English languages are rich with phraseological unit. Such phraseological units have their own national meanings. The branch of learning phraseological units are called phraseology. Phraseology  studies the appropriate development of origins, characteristics, semantic and grammatical structure of units.

                The subject of this research is colourful with it`s meaning, structure and function.

 

RƏYÇİ: dos. S.Abbasova

 

               

 

               


Hacıyeva Rəsmiyə Səyaf qızı

SİNTAKSİS VƏ NİTQ MƏDƏNİYYƏTİ PROBEMLƏRİ

Mürəkkəb bir sistem olan dil hər hansı bir nitq fəaliyyəti prosesində reallaşır. Yəni dilin qanunları praktik baxımdan nitqə tətbiq olunur. Xüsusən də sintaktik sistem daha fəallaşır. Dilin sintaktik sisteminin nitqdə təzahürü bir çox obyektiv və subyektiv amillərlə, qanunauyğunluqlarla tənzimlənir. Həmin qanunauyğunluqların araşdırılması, onların funksiya və mexanizmlərinin həm nəzəri, həm də praktik cəhətdən öyrənilməsi olduqca önəmli və gərəklidir.

Sintaktik məkanda nitqin təzahür prosesi daha çevik görünür. Bu baxımdan nitqin əsas vahidi cümlədir. Bu təsadüfi deyil. Kommunikasiya prosesində müəyyən bir düşüncənin təqdim olunması və izahı cümlələr vasitəsi ilə gerçəkləşir. Müəyyən məna bitkinliyi, intonasiya və başqa qrammatik əlamətləri özündə birləşdirən cümlə Azərbaycan dilində spesefikliyi ilə xarakterizə olunur.

«Sintaksis» yunan mənşəli linqvistik teminoloji vahiddir, mənası birləşmə, tərtibat deməkdir. Sintaksis qrammatikanın bir mühüm bölməsi kimi söz birəş­məsində, cümlədə, mətndə, həmçinin də digər dil vahidlərində müxtəlif nitq hissələrinin bir-birinə qarşılıqlı funksional təsiri məsələlərini də öyrənir.

Sintaksis nitq mədəniyyəti və üslubiyyatla da yaxından bağlı olan nəzəriyyədir. Mədəni ntiqin formalaşmasında sintaksisin, onun tərkibinə daxil olan sintaktik vahidlərin, vasitələrin mühüm rolu vardır.

Məlumdur ki, nitqin formaları və məzmunu müxtəlif olur: danışıq nitqi, bədii nitq, elmi nitq, publisistik nitq, rəsmi nitq və s.

Nitqin qurulması hər bir dilin öz daxili resursları hesabına həyata keçirilir. Bu məqsədlə müxtəlif sintaktik vahidlərdən istifadə olunur. Bu sintaksis bəzən nizama və qaydaya salınmamış şəkildə olur.

Əlbəttə ki, bu və ya başqa nitqin formalaşmasında və onların emosional-eks­pres­sivlik çalarlarının qazanılmasında sintaksisin rolu böyükdür. Mühüm nitq situa­siyalarının yaranmasında sintaktik ifadə vasitələri hər zaman əlverişli imkanlara ma­lik­dir. Belə ki, sintaksis əşya, predmet və anlayışlar arasındakı münasibətləri əks etdirir.

Dilin leksikası kimi, sintaksisi də dünyanın dil mənzərəsini əks etdirir, necə deyərlər, dünyanı modelləşdirir.

Sintaksis nitqə kamillik, estetik, məntiqi və psixoloji cəhətdən təsir göstərir. Məntiqiliyin ekstralinqvistik şərtinə görə düzgün düşüncənin forma və prinsiplərinin mənimsənilməsi əsasdır. Linqvistik şərtinə görə məna əlaqələrinin təşkil edilməsində və nitq quruluşunun elementlərinin bir-birinə zidd olmasına kömək edən dil ünsür­lərini bilmək lazımdır. Nitqin məntiqiliyinin konkret linqvistik şərtləri, ilk növbədə, sintaktik (sintaqmatik) şərtlərdir. Həmin şərtlərdən bəzisi bir cümlə çərçivəsində, bəzisi cümlələrin daha mürəkkəb birləşməsi dairəsində, bir çoxu da bütöv mətndə nəzərə alınır. Cümlə səviyyəsində məntiqiliyin şərtlərinə görə nitqdə sözlərin bir-birilə birləşməsi ziddiyyət təşkil etməməli, sözlər düzgün sıralanmalı, köməkçi sözlər, ara sözlər rabitəli mətn səviyyəsində ifadə vasitəsi kimi nəzərdə tutulmalıdır.

Rabitəli mətn səviyyəsində məntiqiliyin şərtlərinə görə mətndə ayrı-ayrı cüm­lələrin əlaqəsi dil vasitələri ilə düzgün və aydın ifadə olunmalıdır. Bir fikirdən digər bir fikrə keçərkən bunu nəzərə çarpdırmaq, onu - mətni abzaslara bölmək də əsas rol oynayır. Məntiqilik baxımından mətnin bitkin şəklə salınması üçün ifadə olunan məzmunun xarakterinə adekvat sintaktik vahidlərin seçilməsi xüsusi əhəmiy­yət daşıyır. Fikri əsassız xırdalayıb, onu əsasən sadə cümlələrlə ifadə etmək, yaxud ehti­yac olmadan mürəkkəbləşdirib, bitmiş cümlələr qrupunu bir mürəkkəb cümlədə birləşdirmək nitqin məntiqiliyi baxımından düzgün sayılmır.

Bütöv mətn səviyyəsində məntiqilik mətnin kompozisiyasından, ifadə olunan məzmunun təşkili üsulundan asılıdır.

Funksional keyfiyyət olan nitq uyğunluğu ədəbi diin üslublarına, onlara xas olan sintaktik vahidlərin iştənmə qanunauyğunluqlarına bələd olmağı tələb edir. Nitq uyğunluğu dilin müxtəlif səviyyələrini əhatə edir; söz birləşmələrinin, qrammatik kateqoriya və formaların, sintaktik konstruksiyaların, nəhayət, bütöv kompozisiya-nitq sistemlərinin işlədilməsi ilə formalaşır.

Nitqin sintaktik xüsusiyyətləri barədə Azərbaycan dilçiliyində əsaslı və geniş tədqiqatlara rast gəlinməsə də, rus dilçiliyində bu sahədə maraqlı elmi elmi araşdırmalar aparılmışdır (1; 2; 3).

Dilin sintaksisi ilə nitqin sintaksisi bir qədər fərqlənir. Doğrudur, hər ikisi bir-birini tamamlayır. Amma nitqin sintaksisi bir qədər qrammatikadan uzaqlaşır, cəmiyyətin ünsiyyətinə xidmət edir.

Sintaksis və nitq mədəniyyəti problemi, hər şeydən öncə, intonasiya ilə bağlıdır. İntonasiyanın sintaksisdə bilavsitə böyük rolu vardır. İntonasiya nitqdə sözlər, söz qrupları, cümlələr, həmçinin də mətndəki komponentlər arasında əlaqəni ifadə etmək üçün lazımlı vasitələrdəndir.

Nitqin hər bir cümləsi özünəxas olan intonasiyaya malikdir. Cümlədəki fikir və hisslərin ifadəsi üçün əlavə vasitə olan intonasiya nitqin çox mühüm bir kompo­nen­tidir. Söz və ifadələrin qrammatik cəhətdən məzmun və formaca bir-birilə bağlanıb, yaratdığı cümlə intonasiya vasitəsilə formalaşır və müəyyən fikir ifadə edir. Cümlədə, nitqdə söz və ifadələri hərəkətə gətirən, onlara həyat verən intonasiyadır. Odur ki, nitq posesində intonasiya danışıq zamanı səsin dəyişməsi ilə şərtlənir. Səs isə tələffüz, ton, güc, temp və tembrə görə dəyişir.

Nitq sintaksisi münasbətləri əks etdirir: zaman, məkan, obyekt, subyekt və s. münasibətləri. Məsələn, O, bu gün (dünən) balıq tutmağa getdi.- cümləsində zaman münasibəti yaranmışdır. Leksik-sintaktik vasitələr (bu gün, dünən) bu münasibəti qura bilmişdir.

Nitqdə sadə cümlənin məqsəd və intonasiyaya görə növlərinin imkanları daha genişdir. Həmin növlərdən sual cümləsi nitqdə ən çox semantik xüsusiyyətlər qazanır. Nitqdə sual cümlələrindn məlum olmayan bir predmet, hadisə barədə nəyi isə öyrənmək, yaxud düşüncənin düzgünlüyünü müəyyən etmək üçün istifadə olunur. Məs.: Əlinə bir kağız aldı. Soruşmağa başladı: -Adınız? Familiyanız? Küçəniz? (Mir Cəlal. Dirilən adam, s.148).

Nitqdə sual cümlələri məqsəddən asılı olaraq digər bir sıra semantik çalarlar da kəsb edir: emosionallıq, rəngarənglik, ekspressivlik, ahəngdarlıq, intizar, təəssüf, narazılıq, nigarançılıq və s.

Həkimə nə isə dedi. Həkim naşı bir ifadə ilə:- Nə istəyirsən, balam?-deyə soruşdu. Ramazan əsəbiləşdi:- Həkim yoldaş, tələsmək lazımdır! Siz getməyəcək­sinizsə mən başqa bir həkim istəyim? (Mir Cəlal. Dirilən adam, s.148);-Zəncəfili neynirsən?-Sancımın dərmanıdır! Necə neynirsən? (Mir Cəlal. Dirilən adam, s.275)

Modal sözlər mətnə sual, qətilik, şübhə, ehtimal, güman və s. kimi emosionallıq bəxş edir: Deməli, sən ki, oxumuşdun, niyə səhvimi düzəltmədin? (Mir Cəlal. Dirilən adam, s.293).

 Sintaksis həm də nitqin quruluşu barədə elmdir. Nitqin sintaktik xüsusiyyət­lərini öyrənir.

Sintaktik vasitələr sırasına aşağıdakılar aid edilir: parselyasiya, anafora, epifora, qradasiya, paralelizm, oksimoron, antiteza, təkrar və s.

Nitq sintaksisində söyləm və onun tipologiyası əsas yerlərdən birini tutur.

Oksimoron mühüm bir sintaktik vasitə kimi dilin bədii qatında əsas yer tutur. Bunlar elə ifadələrdir ki, fərdi yaradıcılığın məhsulu kimi ortaya çıxır. Oksimoronları şair və yazıçılar yaradır. Məs.: «canlı meyid» (Lev Tolstoy), «isti qar» (Y.Bondareva), «ölü ürək» (N.Qoqol) və s. Rus sənətkarı A. Blokun yaradıcılığında oksimoronun gözəl nümunələri yaradılmışdır.

Anafora sintaktik səviyyədə. Məs.: Mənim borcum. Mənim borcum mənə aid­dir. Mənim borcum-mənim işimdir. Mənim borcum-mənim şərəfimdir. Mənim borcumu mən yerinə yetirirəm (danışıq dilindən)

Poetik məntlərdə: Məni gözlə, mən qayıdacağam. Ancaq çox gözə! Gözlə! Gözlə! Nə zaman qar yağır. Gözlə nə zaman istilər düşür... (Hafiz Rüstəm)

 Polisindefon da əsas sintaktik vasitələrdəndir (çoxbağlayıcılı cümlələr belə adlanır). Məsələn aşağıdakı konstruksiyada «və» bağlayıcısı çox işlənmişdir: Və ev, və doğmalar, yaxınlar və dostlar və qonaqlar!... (Anar).

İnversiya hadisəsi. Mədəni nitqdə söz sırası özünü nəinki üslubi cəhətdən cümlənin lazımlı vasitəsi kimi göstərir, eyni zamanda daha tam kommunikativliyə, daha tam informativliyə xidmət göstərən amil kimi də çıxış edir. Bəzən söz sırasının təbii, obyektiv axarı pozulur. Ancaq bu durum ədəbi dilin normativ aktlarından biri kimi qəbul edilir və mədəni nitqin təşkilində yalnız buna imkan yaradan faktor kimi dəyərləndirilir.

Nitq sintaksisini inikas etdirən tipikləşdirilmiş konstruksiyaların işlədilməsi zamanı söz sırasının həmin nitq çərçivəsində pozulması və quruluş cəhətdən bitməmiş konstruksiyalardan istifadə edilməsi ilə yanaşı, tavtologiyadan, yersiz təkrarlardan və s. istifadə edilir. Bu, qaçılmazdır.

Nitqdə cümlə strukturunun pozulması özünü iki şəkildə gösərir:

1)             cümlədəki sabit söz birləşmələrindən hansınınsa strukturu pozulur, cümlə özü isə axıra çatdırılır;

2)             bütövlükdə cümlənin özünün strukturu pozulur və yarımçıq qalır.

Təkrar: Siyasi diskursda nitq vasitəsi kimi təkrardan istifadə olunur. Məs.: Hər dəfə orada qondarma «referendum» keçirilərkən bu, bizim xeyrimizə işləyir. Çünki hər dəfə beynəlxalq təşkilatlar və dövlətlər bunu qəbul etmirlər. Beləliklə, hər dəfə Azərbaycanın ərazi bütövlüyünü onlar bir daha dəstəkləyirlər və təsdiqləyirlər (İlham Əliyev: «Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək»).

Nitqin sintaksisi dilin sintaksisindən vahidlərinə görə fərqlənirlər. Bəllidir ki, sintaktik vahidlər bunlardır: sözforma, söz birləşməsi, cümlə, mətn.

Sintaksisin nitq vahidləri isə aşağıdakılardır: sintaksema, sintaqma, söyləm.

Yuxarıdakı aşağıdakılarla bu cür uyğunluq yaradır:

1)             sintaksema-sözforma;

2)             sintaqma-söz birləşməsi;

3)             söyləm-cümlə.

Bunlar praktikada bəzən sinonim dil vahidləri kimi istifadə olunur. Həmçinin də həmin uyğunluq, cütlük assimmetrik sıra təşkil edir. Bu məsələlərin daha geniş planda tədqiqinə ehtiyac vardır.

Nitq sintaksisinin aspektləri də dil sintaksisinkindən fərqlənir. Nitq sintaksisinin kommunikativ, funksional, praqmatik və üslubi aspektləri mövcuddur. Bunlar da nitq şəraitində geniş dairədə tədqiq edilməlidir.

Kommunikasiya vahidi olmaq etibarilə mətnin-nitqin əsas cəhətlərindən biri onun antroposentrik xarakter kəsb etməsidir. Nitqin antroposentrikliyi adresatın adresantla ünsiyyət qurmasında təzahür edir. Nitq mədəniyyəti kimi mürəkkəb hadisənin araşdırılmasında bir sıra müxtəlif faktorlarla qarşılaşmaq mümkündür. Belə məsələlərdən biri insan amilidir, çünki kommunikasiya prosesi kommunikativ aktda iştirak edən adresant və adresatın mövcud olmasını nəzərdə tutur.

Kommunikativ sintaksis nitq aktında sintaktik vahidlərin aktual və sintaqmatik üzvlənməsi qanunauyğunluqlarını, söz birləşməsi və cümlənin funksionallaşması prosesini, cümlələrin ünsiyyət yaratma paradiqmalarını, eləcə də söyləmin tipologiyasını öyrənir.

Funksional aspektdə nitq sintaksisi nitq vahidlərinin vəzifələrini müəyyənləş­dirir.

Paradiqmatika hökmün ekstralinqvistik baxımdan şərtlənən real ünsiyyət fonun­da başa düşülən anlam məzmununu öyrənir. Nitq mədəniyyətinin praqmatik istiqa­mətdə araşdırılmasının ən mühüm cəhətlərindən biri sosial baxımdan tədqiqatdır, yəni məhz hökmün tarixi, mədəni, sosial və b. situasiyalarda adekvatlığın öyrənilmə­si­dir. Bu mənada nitq mədəniyyəti və paraqmatika ən geniş tədqiqat aspektlərindən biri sayılır. Lakin müəyyən qədər bu həm də ən konkret aspektdir, çünki burada «linq­vistik vahidlərin müxtəlif formalarda və müxtəlif nitq növlərində real işlədil­məsinin ən incə çalarları» öyrənilir, dil vahidləri «onların kommunikasiya posesinə münasibətdə, yəni konkret nitq situasiyasında dildən istifadə edən konkret şəxslərə, hökmün konkret məqsəd və vəzifələrinə münasibətdə» (4, s.97) fərqləndirilir və nəzərdən keçirilir.

Üslubi aspektdə sintaksisin aspektləri daha genişdir. Bir söyləm başqa bir söy­ləmi əvəz edirsə, yaxud həmin mənanı ehtiva edirsə, bu mühüm bir hadisəni sintaktik sinonimliyi meydana gətirir. Ümumən qrammatik sinonimlik, xüsusən də sintaktik sinonimlik məsələsi müair dilçiliyin, nitq mədəniyyətinin ən aktual problemlərindən biri sayılır. Sintaktik sinonimlik öz başlanğıcını qrammatik kateqoriyalardan alsa da və bu kateqoriyalar fonunda fəaliyyət göstərsə də, onun nitq sferasında əhatə dairəsi qrammatikanın sərhədlərini yarıb keçir. Sintaktik sinonimlik müxtəlif qrammatik kateqoriyaların dildəki və nitqdəki fəaliyyət çevrəsini, bir-birinə nisbətdə, onların mövqeyini və istifadə tezliyini, hansı formanın daha fəal, intensiv, hansının isə az fəal olmasını müəyən etmək üçün çox zəngin material verir. Məs.: Nazirlik hara təyin etsə, oraya da gedəcəyəm \\Nazirliyin təyin etdiyi yerə də gedəcəyəm.

Nəticə olaraq aşağıdakıları qeyd edə bilərik.

Təhlil göstərir ki, sintaksis baxımdan yanaşsaq, nitq yalnız qəbul edilməklə kifayətlənməməlidir, həmçinin nitq dərk edilməlidir, bu isə sintaktik hadisələrin doğurduğu cümlələrin üzərində işləməklə əldə edilir. Burada cümlənin hansı şəraitdə deyil, necə işlədilməsi, hansı intonasiya ilə deyilməsi də mühüm rol oynayır.

Təhlil göstərir ki, sintaksis nitqin emsionallığını, ekspresivliyini və s. artırır, ona üslubi çalarlıq verir. Nitq üslubi baxımdan rəngarəng olur, onun təsiri artır, üslubi effekt formalaşır. Bu baxımdan sintaksisin semantik, funksional, kommunikativ və üslubi imkanları bu deyilənlərlə məhdudlaşmır. Başqa sintaktik quruluşların, təktər­kibli və cüttərkibli cümlələrin, söz-cümlələrin, mürəkkəb cümlələrin, durğu işarələri və sairənin də nitqin obrazlıq və ifadəliliyini yaratmaq; təsir gücünü artırmaq, incə məna çalarlarını formalaşdırmaq imkanları mövcuddur. Kommunikasiya prosesində bu imkanlardan maksimum istifadə edilməlidir.

 

İstifadə edilmiş ədəbiyyat

1.     Ванников Ю.В. Синтаксис речи и синтаксические особенности русской речи. М.: 1978, 296 с.

2.         Долгова О.В. Синтаксис как наука о построении речи. М.: «Высшая школа», 1890.

3.         Петрашевская Ж.Е. Парцелляция простого предложения в современном английском языке. Автореф. дис. ...канд.филол.наук. М.: 1974.

4.         Ерохина Т.В. Семантико-прагматический потенциал некоторых структурных тип высказывания в современном английском языке.- Текст в функциональ­но-стильевом аспекте. Сб. Научных трудов МГИИЯ им. М.Тореза, вып.309, М., 1988

 

Açar sözlər: sintaktik sistem, nitq mədəniyyəti, nitqin təzahür prosesi, kommunikasiya prosesi, rabitəli mətn

Keywors:  syntax system, culture of speech, the process of manifistation of speech, communication process

 

Syntax and the problem of cultural speech

SUMMARY

There is also the importance of language in the formation of cultural speech. Syntax increases the emotion and the expressivity of speech. The word, sentences, single and double componential compound sentences influence to the form of speech. In the process of communication should be used maximum from these opportunities. 


Firuzə Şakir qızı İbrahimova

DİL SƏRİŞTƏSİ VƏ SOSİAL KİMLİK

        “Tarixin ilk illərində söz var idi. Və söz bir ruha bənzədilirdi. Sözün statusu hal-hazırda da əvvəllər olduğu kimidir. Söz ruhun, yəni insanların tarixini, mədəniyyətini, adət-ənənələrini və ən təbii həyat tərzini özündə ehtiva edir. Dil insandır. Necə ki insanı dilsiz təsəvvür edə bilmərik, eləcə də dili insansız təsəvvür etmək mümkün deyil. Hər ikisi bir vahiddir və eynidir. Birini bilmək digərini bilməkdir”. Sabine Ulibarri, 1972

        Sabine Ulibarrinin çıxışından olan bu parça məqalənin əsas qayəsi ilə örtüşməkdədir. Dil səriştəsi və kimlik arasındakı əlaqəni təqdim etmək üçün ilk növbədə kimlik anayışına diqqət yetirilməlidir. Kimlik nədir? Kimlik müxtəlif sosial situasiyalarda özümüzün bir obrazıdır. Sözsüz ki, istər verbal, istərsə də qeyri-verbal dil insanı digər canlılardan fərqləndirən əsas xüsusiyyətdir.  Başqa bir perspektivdən yanaşdıqda isə dil ünsiyyətdir, ünsiyyət isə ayrılıqda tədqiq oluna bilməz (Gumperz, 1997: səh.2). Ünsiyyət insanlara və onların həyatına təsiri çərçivəsində təhlil edilməlidir. Belə ki, insanın bir kimlik kimi formalaşmasında dilin rolu əvəzsizdir.

        Məqalə kimlik və onun dil istifadəsiylə əlaqəsi konsepsiyasının təsviriylə bağlı çağdaş yanaşmaları təqdim etməyə çalışır. Dil və kimlik insanın bir şəxsiyyət kimi mənliyini tamamlayan ən vacib ünsürdür. Dünyaya göz açdığı andan etibarən insanı başqalarından fərqli edən xarakterik xüsusiyyətlərin başında dil və kimlik dayanır. Kimlik dəyərlərini formalaşdıran və insanın yaşadığı cəmiyyət içində müəyyən rol qazanması məhz bu xüsusiyyətlər sayəsindədir. İnsanın var olduğunu cəmiyyətdə təzahür etdirən və onu “özü” olaraq hər kəs tərəfindən qəbul etdirən bu iki anlayış tarix boyunca daim bir-birini formalaşdıran və bir-birinə təsir edən dəyərlər olmuşdur.

Dieckhoff irəli sürmüşdür ki, dilin əsas olaraq iki funksiyası vardır(2004: səh.190). İlk olaraq, əlbəttə ki, dil insanlar arsında bir ünsiyyət vasitəsidir. İkinci funksiyası isə, insanın kimliyini göstərən və onu başqa insanlardan fərqəndirən əsas xüsusiyyət olmasıdır. Ortaq dil hər hansı sosial qrupu və ya cəmiyyəti ifadə edən ideal vasitə olaraq ortaq kimliyin formalaşmasında sosial əlaqələri möhkəmləndirmə qabiliyyətinə malikdir. Dil, həmçinin, sosial kimliyin vacib göstəricisi olub fərqli millətdən, dindən, sinifdən və s.-dən ibarət sosial qrupları birləşdirmə, eləcə də ayırma bacarığını özündə ehtiva etməkdədir. Təsadüfi deyil ki,  dil və kimlik anlayışları və onlar arasındakı sıx əlaqə sosio-linqvistikanın əsas predmetini təşkil edir (Rampton, 1995; Harris, 2006).

Bir çox elm sahəsinin tədqiq mövzusu olan dil və kimlik konsepsiyaları daim diqqət mərkəzində olmuş və fərqli perspektivlərdən yanaşılaraq müxtəlif izahatlar verilmişdir. Bu mövqedə alman alimi Vilhelm von Humboldtun düşüncələri və araşdırmaları dil və kimlik əlaqələrinə yeni bir baxış gətirmişdir. XIX əsrin öndə gələn filosoflarından Humboldt dil və millət arasındakı əlaqədən bəhs edən “The Heterogeneity of Language and its Influence on the Intellectual Development of Mankind” kitabında milli kimlik və dil problemi mövzusunda apardığı tədqiqatlara da yer ayırmışdır. “Dil tamamlanmış bir əsər və ya hadisə (ergon) deyil, bir fəaliyyətdir (energeia)” deyən Humboldt bu cümlə ilə müasir dil, mədəniyyət və kimlik tədqiqatlarına yeni bir baxış gətirmişdir. Dil qəlibləşmiş, dəyişməz, durğun bir xüsusiyyətə malik deyildirş Əksinə olaraq, tarixi, sosial və mədəni faktorlara bağlı olaraq zaman içərisində dəyişib inkişaf edərək daima hərəkət halındadır. Əgər dil bir ‘ergon’ olsaydı bir dəfə formalaşdıqdan sonra bir daha dəyişməməsi və olduğu kimi qalması mümkün olardı. Halbuki, dil bir dəyişmə və inkişaf etmə gücünə sahibdir. Humboldtun fikrincə, tarix boyunca axıb gedən bu dəyişmə və inkişafların səbəblərindən biri də həmin dövrdə mövcud olmuş cəmiyyət və dil daşıyıcılarıdır.

Dil səriştəsi və kimlik konsepsiyalarının bir-birinə təsirindən bəhs etməzdən əvvəl kimlik nədir və bu termin haradan gəlib suallarına cavab tapmaq daha məqsədə uyğun olardı. Hal-hazırda sosial və humanitar elmlərin mərkəzində dayanan ‘kimlik’ konseptinin tarixi bir çox alimlər (eBenwell & Stokoe, 2006; Taylor, 1989; Holstein & Gubrium, 2000; Woodward, 2002; Hall, 2004) tərəfindən araşdırılmışdır. İndiki dövrdə kimliyin bu formada ön planda olmasının tarixini araşdırmaq üçün alimlər Dekart, Lokk, kant və Hegel kimi filosoflara istinad edərək qərbi Avropa intibah dövrünün ədəbiyyatına müraciət edirlər. Həmçinin, Bendle (2002) qeyd edir ki, kim­lik konseptinə maraq bir əsr yarım əvvələ, yəni 19-cu əsrin ortalarında dinin dövlət­dən ayrılması nəticəsində insan şəxsiyyətinin ön plana çıxması vaxtlarına təsadüf edir. Marx və Durkheim kimi alimlər qeyd edir ki, həmin dövrdə sənayenin inkişafı sayəsində həyat standardları yüksələrək insan mövqeyini ön plana çıxarmışdır. Qeyd edilən dövrdə yaranan tendensiya insan həyatını daha dəyərli sayaraq insanın fərdi inkişafına və kimliyin bir konsept kimi tədqiqatına geniş yer ayırmağa kömək etmişdir.

Dil, kimlik və həmçinin mədəniyyət arasındakı sıx əlaqə dilçilik tarixi boyunca daim maraq doğursa da bu sahədə tədqiqatlar kifayət qədər aparılmamışdır. Dilin in­san kimliyinə təsirindən bəhs edərkən bir çox hallarda mədəniyyət dilin tərkib hissəsi kimi götürülmüşdür. Trueba & Zou (1994) irəli sürmüşlər ki, dil olmasa mədəniyyət ayrılıqda nə tamamilə mənimsənilə bilər, nə effektiv ifadə oluna bilər, nə də nəsildən nə­silə ötürülə bilər və mədəniyyət olmadan dil mövcud ola bilməz. In­sanın dili və mədəniyyəti bir-birinə elə bağlıdır ki, hər ikisinin parametrləri haqqında və ya təsir gücləri haqqında fikir irəli sürmək çətindir. Bu səbəbdəndir ki, adı çəkilmiş alimlərlə yanaşı bir çox alimlər ümumi olaraq qəbul etmişlər ki, mədəniyyət daha geniş kon­septdir və dil onun bir komponentidir. Təsadüfi deyildir ki, sosializmin erkən illə­rin­də insanın özündə cəmləşdirdiyi linqvistik və mədəni simvollar sistemi bir fərd olaraq sosiallaşmasında, idrakının və xarakterinin formalaşmasında mühüm əhəmiyyət kəsb etmişdir.

Daha əvvəl də qeyd edildiyi kimi, dil və kimlik arasındakı qarşılıqlı əlaqəni analiz etmək üçün ilk növbədə bu iki konseptin əsas xarakteristik xüsusiyyətlərini əhatə edən təriflər və izahatlar tədqiq edilməlidir. Əlbəttə, müxtəlif linqvsitlər tərəfindən verilmiş müxtəlif  təriflər vardır ki, bunlara əlavələr və ya çıxarışlar edilsə belə məqsəd eyni qalaraq bu iki qlobal konsept arasında olan əlaqənin əsas trendlərini göz önünə sərmək olacaqdır.

İnsanlar bir-birləri ilə yaşadıqları cəmiyyətin və ya sosial qrupun dilini istifadə edərək ünsiyyət saxlayırlar. Bu sosial qruplar daha az fərddən ibarət olan kiçik qruplardan (məsələn, mənalarını yalnız bu qrupun üzvləri bilən müəyyən sözlər istifadə edən cütlüklər, bacılar, ana və övladları, dostlar və s.) və ya eyni didə danışan bir millət kimi böyük sosial qruplardan ibarət ola bilər. Böyük sosial qruplar adeten eyni dildə ünsiyyət saxlayır və tarixi, mədəniyyəti, sosial hadisələri həmin dildə palyaşır. Kiçik qrupların xüsusi dili və böyük sosial qrupların ümumi dili eyni dilin iki müxtəlif versiyasıdır. Fərdlərinin sayından asılı olmayaraq hər bir sosial qrupun həmin qrupdakı insanların kimlik inkişafına təsir edən regional dil, dialektlər və ya azlıq təşkil edən dil qrupları kimi öz dil forması vardır. Lakin qeyd edilməlidir ki, adətən bütün bu dil istifadəsi formaları bir-biriylə üst-üstə düşərək eyni bir ad altında insanları birləşdirir, məsələn, Amerikan, İspan, Avropalı və s.

Maykl Byram 2006-cı ildə dil səriştəsi və kimlik konseptləri haqqında təməl prin­sipləri təqdim etmişdir. Onun fikrincə, bir insan özünü yaşadığı cəmiyyətdən və ya sosial qrupdan ayrı şəkildə inkişaf etdirə bilməz. Bir insan yalnız hər hansı bir qrupa mənsub olduqda özünü bir individual kimi müəyyən edə bilər. Belə ki, bir insan özünü müəyyən sosial qrupa daxil olmaqla başqa insanlardan fərqləndirir. Başqa sözlə desək, bir insan ‘X’ sosial qrupuna daxil olmaqla özünü ‘Y’ sosial qrupuna aid olanlardan fərqləndirir. Hər hansı sosial qrupa daxil olan kimlik özünə sosial kimlik statusu adını qazanır.

M.Byram həmçinin qeyd edir ki, müxtəlif sosial situasiyalarda sosial kimliklər özünü fərqli formada təcəssüm etdirir. Buna misal olaraq, bir qız ailə sosial qrupunda qız övladı kimliyini daşıyırsa, məktəb sosial qrupunda o bir şagirddir. Bir insanın fərqli sosial kimlikləri onu fərqli sosial qruplarda fərqli dil formaları istifadə etməyə yönəldir. Əlbəttə ki, sosial kimlik fərqli sosial qruplara aid olduğu üçün dil səriştə­sinin müvafiq formalara dəyişməsi normal hadisədir. İstifadə etdiyi dil mövcud oldu­ğu sosial qrupa müvafiq deyilsə sosial kimlik səriştəli nitq əldə edə bilməz. Sosial qrupa müvafiq dilin istifadə edilməsi sosial kimliyin həmin qrupa üzv olduğunu aydınlaşdırır. İradi və ya qeyri-iradi olaraq sosial kimliklər öz sosial qruplarında fərqli dil forması istifadə edən kimliklərə rəğbət bəsləmirlər.

Eyni linqvist tərəfindən irəli sürülən digər müddəa isə kimliklərin bu sosial qrupların dillərini necə mənimsədikləri ilə bağlıdır. O qeyd edir ki, bu proses təbii və qeyri-iradi formada öz əksini tapır. Yeni doğulan uşaqlar mövcud olduqları sosial qrupun dillərini qeyri-radi olaraq qavrayır və bu hadisə sonrakı illərdə də fərqli sosial qruplarda eyni tempdə davam edir. Eyni sosial qrupun fərqli dil versiyalarının və ya tamamilə yeni bir dilin qeyri-iradi şəkildə mənimsənilməsi kimliyin həyatı boyunca davam edə  bilən bir prosesidir.

Bəs bu proses yazı dilində də eynidirmi?! Şifahi dildən fərqli olaraq yazı dili şüurlu şəkildə və iradi olaraq öyrənilir. Bu səbəblədir ki, sosial kimliklər danışdıqları dilin kimliyini, yazdıqları dilin kimliklərinə nisbətdə daha erkən qəbul edirlər. Dil və kimlik arasındakı əlaqəyə təhsil perspektivindən yanaşdıqda, xüsusilə də, xarici dilin tədrisi tərəfindən müzakirə etdikdə görərik ki, adətən şagirdlərdən təlim prosesində öz yerli kimliklərini kənara qoyub, tədris olunan xarici dilin kimliyini qəbul etmələri tələb olunur. Bəzən isə hər iki dilin kimlikləri dərs prosesində özünü büruzə verir. Belə situasiyalarda hal-hazırda qloballaşan dünyanın qabartdığı miqrant tələbələr daha çox çətinlik çəkir. Öz yerli kimliklərini unudub mövcud olduğu cəmiyyətin və dilin normalarına uyğun yeni kimliyi qəbul etmək asan olmur. Bu çətinliyin üstəsin­dən gəlmək müəllimlərin üzərinə düşür. Xarici dil müəllimləri yeni dil öyrədərkən əslində şagirdlərə yeni kimlik qazandırdıqlarını nəzərə almalıdırlar. Əks halda yeni dildə səriştəli nitq əldə etmək kifayət qədər çətin olar.

Əlavə olaraq, uşaqlara erkən yaşlarından fərqli sosial qruplarda fərqli dil səriştəsi nümayiş etdirilməsi prosesi öyrədilməlidir. Kristina Bratt Paulston (1992: səh.44) qeyd edir ki, dil normaları ilə yanaşı sosial kimlik normalarının öyrədilməməsi səriş­təli nitq əldə etməkdə ən böyük maneədir. Onun “Dil və kommunikativ səriştə” kita­bında müxtəlif sosial kimliklərlə ünsiyyətdə müxtəlif dil normalarının istifadə edil­məsinə aid iki dialoq qeyd edilmişdir. İlk Dialoqda iki şagird baxdıqları film haq­qında söhbət edirlər, daha sonra şagirdlərdən biri evə gedərkən anasının rəfiqəsiylə qarşılaşır və yol boyunca eyni film haqqında söhbət edirlər. Bu söhbət ikinci dialoqda öz əksini tapır.  Kitabda qeyd edilir ki, hər iki kontekstdə uşaq fərqli söz və ifadələr istifadə edir. Bu onu göstərir ki, eyni mövzuda istifadə etdiyimiz dil fərqli sosial kimliklərə müvafiq olaraq dəyişə bilir. Beləliklə, təlim-təhsil prosesində şagirdlərə sosial kimliklərə uyğun dilin istifadə qaydalarının öyrədilməsi səriştəli ünsiyyət prosesinə nail olmaqda əvəzsiz rol oynayır.

Yuxarıda da qeyd edildiyi kimi dil səriştəsi və kimlik arasındakı əlaqəni mədə­niyyət perspektivindən də tədqiq etmək mümkündür. Aydındır ki, dil mədəniyyətin bir parçasıdır, başqa sözlə ifadə etsək, dil mədəni kimliyin fundamental aspektidir. Biz mədəniyyətimizi və onun tərkib hissələrini nəsildən-nəsilə dil sayəsində ötürürük. Gibson bu sıx əlaqəni çox gözəl bir təriflə izah edir, dil insan kimliyinin daxili və xarici tərənnümündə mövcud olan mürəkkəb rəqsidir. İnsanın bir fərd olaraq həyat təcrübəsini formalaşdıran və müəyyənləşdirən amil məhz dilin gücüdür.

İnsanların ətraflarındakı dünyanı qavraması və analiz etməsi üçün dil bir çərçivə yaradır. Dünyamızı təsvir etmək bizim sözlərimizin köməyi nəticəsindədir. Bəzən hisslərimizi təsvir etməyə sözlərimiz kifayət etmir və ya bir situasiyanı bir dildə müx­təlif formalarda təqdim edə bilməyimizə baxmayaraq başqa bir dildə həmin sözlər mövcud olmaya bilər. Demək, sözlərin hekayədə rolu, dilin insan kimliyində roluna bənzəyir. Bir hekayə oradakı ifadələrin oxucuya nə çatdırdığı ilə ölçülürsə, insan kimliyinin də ətrafındakı insanlar tərəfindən necə anlaşılması onun istifadə etdiyi dil normaları ilə çərçivələnir.

Bütün qeyd edilənləri nəzərə alsaq, dil insan kimliyin başqaları tərəfindən, habelə özü tərfindən qavranılmasında xüsusi yerə malikdir. İnsanın istifadə etdiyi dil, daha dəqiq desək, dili təqdim etmə forması onun kimliyini təcəssüm etdirir. Yeniyetmələr arasında istifadə edilən jarqonlar, yoldaşlar arasında istifadə olunan özünəməxsus sözlər, akademik müstəvidə istifadə olunan terminlər və başqaları buna misaldır. Və yaxud, özünü ilk dəfə insanalara təqdim edən kimlik insanlarda ilk təəssürat yara­dacağı üçün doğru ifadələr seçməyə çalışır. Bu proses bir kəlamla ifadə olunacaqsa, bu “Danış, kim olduğunu deyim” kəlamı olardı. Dil və kimlik arasındakı sıx əlaqənin nəticəsidir ki, birincinin inkişafı ikincinin inkişafına zəmin yaradır.

 

İstifadə edilmiş ədəbiyyat:

  1. Christina BrattPaulston “Linguistic and Communicative competence” Bristol.1992 p.37-42.
  2. Dieckhoff, A. “Language, nation and state: Identity politics in a multilingual age” Basingstoke 2004 p.187–200
  3. Gibson, K. “The myths of language use and the homogenization of bilingual workers' identities”. Second Language Studies, 22(2), 2004 p. 1-60
  4. John J. Gumperz “Language and social identity”, Cambridge University Press 1997 p.2
  5. Mervyn F. Bendle“The crisis of identity in high modernity” The British Journal of Sociology. Volume 53/Issue 1. March 2002 p.1-18
  6. Michael Byram “Language and Identity” Intergovernmental Conference:Languages of Schooling: towards a Framework for EuropeStrasbourg. 16-18 October 2006

 

Açar sözlər: Dil səriştəsi, sosial kimlik, kommunikativ səriştə, konsept

Key words: Linguistic competence, social identity, communicative competence, concept

Ключевые слова: Лингвистическая компетентность, cоциальная идентичность, коммуникативная компетентность, kонцепция

XÜLASƏ

Dil səriştəsi və Sosial kimlik

                        Dil ünsiyyətdir və ünsiyyət konsepti insan faktoru nəzərə alınmadan analiz edilə bilməz. Belə ki, insan kimliyinin formalaşmasında dilin rolu əvəz­edilməzdir. Məqalə dil və sosial kimlik anlayışlarını və onlar arasındakı sıx əlaqəni tədqiq və təqdim edir. Dil normalarının sosial kimliklərə müvafiq olaraq dəyişməsi və sosial kimliklərin səriştəli nitqə təsiri prosesi də məqalədə öz əksini tapmışdır.

 

ABSTRACT

Linguistic competence and Social identity

Language is a communication, and communication cannot be studied in isolation. It must be analysed in terms of its implications on people and their life. So, there is a clear need for a language in the developing of the identity. The paper focused on describing the current perspectives on the concept of identity and its relation with the language use. Additionally, it attempted to find out how foreign language classes play a role in the development of a person’s identity.

 

РЕЗЮМЕ

Лингвистическая компетентность и cоциальная идентичность

Язык средство общения и процесс общения невозможно анализировать раздельно от человеческого фактора. Статья исследует и представляет концепты языка и личности и связь между ними. А также в статье нашли своё отражение изменения языковых норм в зависимости от социальных личностей и процесс влияния личностей на компетентной речи.

 

i: Filol.e.d. Prof. F.Y. Veysəlli

 

 

 


Məmməd İlhamə

QLOBALLAŞMA VƏ DİLİN LÜĞƏT TƏRKİBİNDƏ ALINMA SÖZLƏRİN

MÖVQEYİ

     Çağdaş dünyada gedən qloballaşma prosesi ictimai həyatın bütün sahələrində olduğu kimi, dildə də bir sıra dəyişikliklərin baş verməsinə səbəb olur. Xüsusilə, bu prosesdə beynəlxalq səciyyə daşıyan söz və ifadələr dilin lüğət tərkibinə daxil olduqca, dünya dillərinin inteqrasiyası da sürətlənir, belə demək mümkünsə, beynəlmiləl dillər özünün lüğət tərkibindən daha çox söz “ixrac edir”. Əlbəttə, bu proses bir dilin başqa bir dil üzərində hakim mövqeyini nümayiş etdirmir, ancaq bir həqiqətdir ki, dünyanın müxtəlif dillərinin lüğət tərkibində eyni sözlərin sayı bu proseslərdə çoxalır.

    Yunanca lexicos-lüğət və logos-təlim mənasını verən sözlərin birləşməsindən yaran­mış leksikologiya termininin bəzi mənbələrdə “ilk dəfə olaraq 1970-ci illərdə işlənməyə başladı”ğı qeyd olunsa da [12], araşdırmalarımız bu terminin yaranma tarixinin daha öncəyə gedib çıxdığını göstərir. Belə ki, hələ 1801-ci ildə nəşr olunan “Cəmiyyətlərin fəaliyyəti ” (Proceeding of societies 1801: The Monthly magazine) aylıq jurnalının X buraxılışının 539-cu səhifəsində leksikologiya ilə bağlı məlumat verilmişdir:   “C.Butet, bir neçə cəmiyyətin üzvü, Respublika Litseyinin professoru mahiyyəti institut komissiyası tərəfindən araşdırılmış leksikologiya  sistemini tərtib etmişdir... ” [11].

    Tanınmış polyak dilçisi Uriel Veynrix leksikologiyaya dair öz fikirlərini bil­dirərkən yazır ki, “bir amerikan müşahidəçisinə görə leksikologiya barədə ən qəribə mülahizə elə onun mövcud olmasıdır. Qərbi Avropa və ya Amerika dilçiliyində rəsmən buna (leksikologiya bölməsi nəzərdə tutulur- İ.M.) uyğun heç bir müvafiq izah verilməyib. Belə ki, bir sıra amerikan dərsliklərində, məsələn,  H.A.Qlisonun “Təsviri dilçiliyə giriş” və ya S. F. Hoketin “Müasir dilçilik kursu- Nyu-York,1958”  kitabında leksikologiya bölməsinə dair kiçik bir qeyd belə yoxdur” [7, s.75].

     Məlum olduğu kimi, leksikologiya dilçiliyin bölmələrindən biridir və əsas məqsədi dilin müasir vəziyyətində, eləcə də tarixi inkişaf prosesində lüğət tərkibinə daxil olan sözləri, onların leksik xüsusiyyətlərini bir sistem kimi öyrənməkdən ibarətdir. Dilin lüğət tərkibindəki sözləri leksikologiyadan başqa, dilçiliyin digər bölmələri də tədqiq edir. Semasiologiya, leksikoqrafiya, etimologiya, onomastika, morfologiya və sintaksis bölmələrindən fərqli olaraq leksikologiya sözə geniş aspektdən yanaşır. Belə ki, söz leksikologiya bölməsində müxtəlif cəhətlərinə görə tədqiq olunur. Buraya leksik vahidin dilin lüğət tərkibində rolu və mövqeyi, sözlərin mənşəyinə görə qruplaşdırılması, işlənmə dairəsinə və məna qruplarına görə növləri, sözlərin lüğət fondunda aktiv və passiv nöqteyi-nəzərdən araşdırılması daxildir.

    Leksikologiya tarixi, təsviri və müqayisəli  olmaq üzrə üç hissəyə ayrılır. Tarixi leksikologiya dilin lüğət fondundakı sözləri tarixilik, inkişaf və formalaşma, ayrı-ayrı tarixi dövrlərdəki məna xüsusiyyəti baxımından öyrənir. Dilin lüğət fondunda önəmli yer tutan və bədii dilin üslub xüsusiyyətlərini ifadə etmək üçün işlədilən arxaikləşmiş sözlər məhz tarixi leksikologiyanın köməyilə müəyyən olunur. Təsviri leksikologiya sözə sinxronik aspektdən yanaşır. O, dilin lüğət tərkibindəki sözləri təsvir və analiz yolu ilə tədqiq edib öyrənir. “Müqayisəli leksikologiya dilin lüğət tərkibindəki sözləri müqayisə yolu ilə öyrənir. Müqayisə iki şəkildə aparılır:

a) qohum olan dillərin lüğət tərkibi ilə müqayisə;

b) qohum olmayan dillərin lüğət tərkibi ilə müqayisə” [2, s.7].

    Leksikologiyada mürəkkəb bir sistem şəklində bəhs olunan dilin lüğət tərkibinin əsas təsnif formalarından biri genealoji təsnifatdır. Geneoloji təsnifat  zamanı sözlər mənşəyinə görə qruplara bölünür. Bu cür  bölgüyə əsasən dilin lüğət tərkibi iki  qrupa  ayrılır: 1) dilin mənşəcə öz sözləri; 2) alınma sözlər.

     Hər bir dilin lüğət tərkibini müəyyənləşdirmək üçün ilk növbədə xalqın tarixinin tədqiq olunması zəruridir. Xalqın tarixində və milli-mənəvi dəyərlərində mövcud olan zənginlik dilin lüğət tərkibinin inkişafında əvəzsiz rol oynayır. Həyat tərzi və məişətlə əlaqədar olaraq yaranan lüğət tərkibi məhz xalqın keçdiyi tarixi  mərhə­lələrdə ictimai, siyasi, iqtisadi və mədəni proseslərin təsiri ilə dəyişir və formalaşır. Dilin mənşəcə öz sözləri hər bir dilin lüğət fondunun əsas hissəsini təşkil edir. Cə­miyyətin, eyni zamanda dil daşıyıcılarının  həyatında baş verən hadisələrlə bağlı ola­raq dilin əsas lüğət fondunun daim dəyişikliklərə məruz qalmasını  dinamik proses kimi səciyyələndirən Q.Cəfərov göstərir: “Lüğət tərkibi qeyri-sabit və daim dəyiş­kəndir, dilin hər bir halında yeni sözlər meydana gəlməklə yanaşı, köhnə sözlər də sıradan çıxır. Ona görə də lüğət tərkibi sabitlik vəziyyətinin inkarı təsiri bağışlayır. Lüğət tərkibində baş verən bütün dəyişikliklərə baxmayaraq, o, sistemli tədqiqatdan kənarda qala bilməz” [1,s.17].

     Lüğət tərkibində alınma sözlərin mövqeyindən bəhs edərkən bu hadisəyə qlobal­laşma prosesinin özünəməxsus xüsusiyyətləri baxımından yanaşmaq lazımdır. Mə­lum­dur ki, dilin leksik sisteminin hərtərəfli araşdırılması bir dilə aid sözlərin başqa dillərdə işlənməsi ilə bağlı yeni elmi axtarışlara yol açır. Dilin lüğət tərkibinin zənginləşməsində mühüm rol oynayan alınma sözlər dilçilikdə önəmli mövqedə dayanır. Dilçilikdə alınma söz problemi çox qədim kökləri olan mürəkkəb və əhatəli bir problemdir. Alınma prosesinin mərkəzində söz dayansa da, alınma təkcə sözlərlə məhdudlaşmır. Alınmalara dildə xarici amillərin, yəni başqa dil ünsürlərinin – qrafik, fonetik, leksik, semantik, morfoloji və sintaktik cəhətdən təsirlərin məcmusu kimi yanaşmaq lazımdır.

     “Sosial-ictimai amillərlə əlaqədar dil daim inkişafdadır. Bu inkişaf prosesi öz daxili imkan və vasitələri  əsasında gündən-günə təkmilləşmə ilə yanaşı, qohum və qo­hum olmayan bilavasitə və bilvasitə kontaktda olan dillərin qarşılıqlı təsiri nəti­cəsində də gedir” [3, s.5].   Hər bir dilin lüğət tərkibi norması da onun daşıyıcısı olan millətin, xalqın mədəni- əqli inkişaf potensialı ilə müəyyənləşir. Yeni ictimai- tarixi mərhələlərdə dilin lüğət tərkibi norması artıq əvvəlki norma səviyyəsində  qala bilmir. Fərdlərin mövcud şəraitdə dil ehtiyaclarını ödəmək üçün yeni-yeni dil ele­mentləri, ifadələri ilə zənginləşmək və nəticədə dildə müəyyən dərəcədə yeni keyfiy­yətlər yaratmaq zərurəti yaranır. Bu ehtiyacı ödəmək üçün dil özünün inkişaf mərhə­lələrində müxtəlif dillərə məxsus qrafik sistemlərdən istifadə edir, həmin dillərdən durğu işarələrini, yeni məfhumları ifadə edən külli miqdarda söz mənim­səyir. Həmin sözlər özləri ilə bir sıra fonetik, qrafik, semantik, morfoloji xüsusiy­yətlər də gətirir. Məsələn, Azərbaycan dilinə ərəb-fars dillərindən keçən sözlərin əksər bir milli xüsusiyyətlərini itirərək, Azərbaycan sözlərindən seçilməyən bir şəklə düşmüşdür. Bununla belə, hər iki dildən gələn sözlər mənsub olduğu dillərin fonetik xüsusiy­yətlərini də müəyyən dərəcədə saxlamışlar. Həmin bu fonetik xüsusiyyətdən onların hansı dilə mənsub olması bəlli olur. Çünki burada saitlər əsas rol oynayır, bir qayda olaraq bu sözlər ahəng qanununa tabe olmur. Məsələn, şahid, nüfuz, iaşə, məhkum, idrak,  aşiq, nizam, mehman ,şüur, qürur kimi sözlər bu qəbildəndir.

      Göründüyü kimi, dilə əvvəlcə söz daxil olur, sonra həmin söz üzərində fonetik, semantik və morfoloji əməliyyatlar aparılır. Bu proses başqa dilə aid olan sözlərin qrafik, fonetik, leksik və morfoloji cəhətdən mənimsənilməsi adlanır.

     Alınmalara yanaşma tərzi, оnların tədqiq prinsipləri, alınma sözlərin növləri ayrı-ayrı tədqiqatçılar tərəfindən müxtəlif fоrmalarda göstərilmişdir. Hələ XIX əsrin əvvəllərində dilçilik elmində dillərin bir- birindən sözalması problemi müşahidə olunmuş və dilçi alimlər bunu müsbət hal kimi qiymətləndirmişdir. Sözlərin əslində olduğu kimi alınması dil əlaqələrinin zəruriliyi, dillərin qarşılıqlı şəkildə bir-birindən faydalanması, onların inkişafı üçün vacib şərtlərdən biri kimi özünü göstərmiş və bu proses getdikcə dünya dillərində intensiv səciyyə daşımışdır.

     Alınmalar sahəsində ilk fikri XIX əsrdə H.Paul söyləmişdir. O, alınma sözlər termini altında “dillərin çarpazlaşmasını və nəticədə ikidilliliyin yaranmasını” [8,s.64] nəzərdə tutmuşdur. Alman dilçiləri isə bu fikri daha da inkişaf etdirmişlər. Dilə daxil olan və gündəlik nitq prosesində geniş işlənən, ana dilinə mənsub olan sözlərə uyğunlaşan xarici sözləri alınma sözlər hesab etmişlər. Huqo Şuxartd “dilin öz sözlərini alınma sözlərdən fərqləndirmədiyi halda” [10,s.122], italyan dilçisi Vittor Pizani “milli sözləri fonetik, leksik, morfoloji və sintaktik alınmalardan ayıra bilmişdir” [9,s.56]. O, alınma sözləri işləkliyinə və əhatə dairəsinə görə də fərqləndirmişdir. Dilçi alim E.Rixter  isə alınma sözləri üç qrupa bölmüşdür:

1) başqa dildəki forma və məzmunun alınması;

2) dildə mövcud olan mənanı ifadə etmək üçün yad dilin formasının alınması;

3) yad sözün mənasının doğma dildəki sözlərlə ifadə olunması–kalka” [3,s. 6]. Kalka dedikdə, xarici dilin leksik materialının yeni sözün yaradılmasında bir model kimi çıxış etməsi və sözün səs kompleksi baxımından doğma dilin uyğun vasitələri ilə ifadə olunması başa düşülür. Bu zaman söz və ya birləşmə hərfi tərcümə olunur. Məsələn, ilk olaraq ingilis dilində yaranan “summit conference” (yüksək səviyyədə görüş) birləşməsi Azərbaycan dilinə ya “sammit” kimi, ya da “zirvə görüşü” kimi tərcümə olunur. Sonra isə diplomat və tərcüməçilərin nitqində işləklik qazanır. Bu linqvistik hadisə  siyasi, diplomatik, iqtisadi və mədəni əlaqələrdə dominant dilin digər dillərə  nüfuz etməsi kimi qəbul edilə bilər.

     Eynar Hauqen də alınmaları üç qrupa ayırır: alınma sözlər, kalkalar, və semantik alınmalar[6,s.344]. O, birinci qrupa məna və formaca alınmış sözləri daxil edir. İkinci qrupda isə kalkalar ümumdilçilik aspektindən izah olunur. Burada sözün mənası yox, mexaniki tərcümə əsas götürülür. Məsələn: ingilis dilində skyscraper- göydələn, sun­set- günbatan və ya  rus dilində мировоззрение  –  dünyagörüşü, столетний – yüzil­lik və s. Üçüncü qrupa isə semantik alınmalar aid olunur.  Belə ki, fonetik və seman­tik cəhətdən əcnəbi sözə oxşayan hər hansı bir söz yeni məna qəbul edir. Məsələn, portuqal dili özünün “şıltaq” mənasını ifadə edən “humeroso” sözünə əlavə etdiyi “yumoristik” mənasını ingilis dilinə məxsus humorous (məzəli,yumoristik) sözündən almışdır. 

     Belə nümunələrə əsaslanaraq E.Hauqen alınmalara fərqli aspektdən yanaşır və  fonetik tərkibinin dəyişilməsinə görə onların yeni bir təsnifatını verir: a) alınma-söz; b) alınma-dönmə.

     Birinci bölgünün, yəni alınma sözün morfemlərin tam və ya yarımçıq alınması əsasında “tam”, yəni “sırf” və “hibrid” alınma kimi qruplaşdırmağın mümkün olduğunu qeyd edir. İkinci bölgüdə isə alınma sözlərin ana dilin öz ünsürləri ilə işlənməsinə görə iki yarımqrupunu göstərir: genişlənmə və yaratma (extension and creation)  [6,s.117]. Genişlənmədə (extension) hazır dil vahidinin mənası öz dar çərçivəsindən çıxaraq yeni mənalar qazanır ki, bu da semantik alınmaya uyğun gəlir. Yaratma (creation) yarımqrupunda isə yeni dil vahidi yaranmır, sadəcə bir dilə məxsus söz  tərcümə yolu ilə digər dildə özünün yeni məna qazanır və kalkaya uyğun gəlir.  

  Qeyd etmək lazımdır ki, xarici dilçilik ədəbiyyatında alınma prosesi əksər hallarda  dillərdə baş verən bir proses kimi götürülmür, yalnız dil elementlərinin başqa dilə keçməsinin məcmusu kimi təqdim edilir. Amerika deskriptiv dilçiliyində də haqqında danışdığımız məsələ ilə bağlı maraqlı mülahizələr mövcuddur. Belə ki, Amerika deskriptiv dilçiliyinin nümayəndələri alınma sözləri daxili və xarici olmaqla iki qrupa bölməyin daha doğru  olduğunu hesab edirlər. Daxili alınma dedikdə qonşu dildən alınan və bütün başqa alınmalardan fərqlənən sözlər nəzərdə tutulur. Bu cür alınma prosesi adətən qohum dillər arasında baş verir.  Xarici alınma prosesində isə hər hansı iki dil üçüncü bir dildən ayrı-ayrılıqda sözləri və onlara məxsus bir sıra linqvistik xüssusiyyətləri mənimsəyir.

    Şübhəsiz ki, bütün dillərin lüğət tərkibində  bu cür proseslər xüsusilə qloballaşma şəraitində daim gedir, lüğət tərkibi dəyişir. Dildə yeni sözlər yaranır, yeni alınmalar lüğət tərkibinə daxil olur. Bununla yanaşı, dilin bir çox sözləri arxaikləşir, passiv lüğət fonduna keçir. Lüğət tərkibinin dil daşıyıcılarının nitq materialları əsasında formalaşması zamanı həmin dövrə aid söz və ifadələri aşkara çıxarıb müəyyənləş­dirmək mümkündür. Lakin bu zaman arxaikləşməyə, köhnəlməyə məruz qalmış sözlərin müəyyənləşdirilməsi mümkün olmur.

    Dillər arasındakı əlaqələr ilk növbədə, dilin lüğət tərkibinə daxil olan leksik vahid­lərdə özünü göstərir. Sosial-siyasi, tarixi-mədəni, iqtisadi və digər proseslər zamanı bir dil başqa dildən söz alır və yaxud ona söz verir. Lakin sözalma və sözvermə bir dil üçün eyni linqvistik mahiyyət daşıyan dil hadisəsi deyil. Bu hadisələr dillərin tut­duqları mövqedən, onların dominantlıq dərəcələrindən asılı olur. Bir qayda olaraq dominant dilin sözləri onunla təmasda olan dillərə daha çox keçir. Bu xüsusiyyət qloballaşma şəraitində özünü daha qabarıq şəkildə əks etdirir. Hər bir alınma isə dilin lüğət tərkibinə müxtəlif istiqamətlərdən təsir göstərir. Alınmalar nəinki sözü qəbul edən dilin leksik sistemində dəyişmələrə səbəb olur, eyni zamanda dilin digər yaruslarına təsir üçün zəmin yaradır.

    Məlum olduğu kimi, dillər ilk növbədə daxili imkanları, dilin özünə məxsus vahid­ləri hesabına zənginləşir və inkişaf edirsə, xarici amillər də bu prosesdə çox əhəmiy­yətli rol oynayır. “Dillərin fonetik, leksik, sintaktik və qrammatik sistem­lərində həm kəmiyyət, həm də keyfiyyət dəyişmələri baş verir. Bu baxımdan konkret bir dilin materialları əsasında onun başqa dillərlə qarşılıqlı əlaqə və münasibətlərini dərindən araşdırmaq, həmin dildəki alınmaları tarixi-xronoloji aspektdə, müasir elmi səviyyədə tədqiq etmək, alınmaların dil sistemində yerini və funksional-struktur tiplərini müəy­yənləşdirmək, dilin formalaşma və inkişafındakı rolunu açıqlamaq kimi problemlər xüsusi əhəmiyyət kəsb edir”  [5, s. 6].

    Bu gün hər birimiz dünyada getdikcə dərinləşən qloballaşma prosesinin şahidinə çevrilmişik. “Qloballaşma siyasət, iqtisadiyyat, din, dil, mədəniyyət, sosial həyat, hər­bi əməkdaşlıq və başqa sahələrdə dövlətlər arasında münasibətlərin intensivləş­məsi­dir” [4, s.349]. Məhz qlobalizasiya prosesinin təsirilə dünya dillərinin lüğət tərkibində köklü dəyişikliklər baş verir. Bu, hər şeydən əvvəl, hər hansı bir dilin digər dünya dilləri ilə birbaşa əlaqəsi və sürətli inteqrasiyası ilə bağlıdır.  Əgər əvvəllər istənilən bir dilin lüğət fonduna sözlər “vasitəçi dilin” köməyilə keçirdisə, indi alın­ma­lar vasitəçi dil olmadan leksik tərkibə birbaşa keçir. Hər hansı bir dilə daxil olan sözlərin lüğət tərkibini zənginləşdirməsi faktı danılmaz olduğu kimi, həddən artıq yersiz termin və kəlmələrlə yüklənməsi də təqdir olunacaq hal deyil. Bu, dildə süni ağırlığın yaranması ilə nəticələnir. Hazırda mətbuat səhifələrində bol-bol işlənən alınmaların dildə yaşayacağına, işləklik qazanacağına zəmanət vermək olmaz. Lakin dilin lüğət tərkibinə keçərək zərurətdən işlənən sözlərin dili zənginləşdirməsinə müsbət yanaşmaq vacibdir.

  

Ədəbiyyat:

1. Cəfərov Q. Azərbaycan dilinin leksik-semantik sistemi. Bakı, Elm, 1984, 124 səh.

2. Xəlilov B. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı, Nurlan,2008, 442 səh.

3.Qarayev A. Müasir Azərbaycan dilində Avropa mənşəli leksik alınmalar. Bakı,ADU, 1989, 92 səh.

4. Mehdiyev R.Ə.  Fəlsəfə. Bakı, Şərq-Qərb, 2010, 360 səh.

5. Sadıqova S. Dillərin qarşılıqlı zənginləşməsində alınmalar – Terminologiya məsələləri. Bakı, Elm, 2013

6. Haugen  Einar.  The analysis of linguistic borrowing. Language,Vol.26, 1950,

 p. 210-231

7. Weinreich U. Lexicology. Current Trends in Linguistics,Vol.1, The Hague, Mouton, 1963, p. 60-93

8. Пауль Г. Принципы истории языка (перевод с немецкого). Москва, Иностранная литература, 1960, 501 c.

9. Пизани В. Этимология. История, проблемы, метод (перевод с итальянского). Москва, Иностранная литература, 1956, 186с.

10. Шухардт Г. Избранные статьи по языкознанию (перевод с немецкого). Москва, Иностранная литература, 1950,292 с.  

11. http://books.google.com/books?id=HsayOTj...

12. https://en.wikipedia.org/wiki/Lexicology

Açar sözlər: qloballaşma, alınma sözlər, leksik xüsusiyyət, semantik alınma, dillər

Ключевые слова: глобализация, заимствование, лексическая особенность, семантическое заимствование, языки

Key words: globalization, borrowings, lexical feature, semantic borrowing, languages

 

Globalization and position of  borrowings in the word-stock of the language

Summary

     The article deals with the characteristic features of  lexical-semantic processes which take place in the word-stock of the languages. Existing thoughts and considerations   related to this problem in the world and Azerbaijani linguistics were looked through, position of borrowings in the language and their linguistic function were cleared up on concrete samples. The role of borrowings in the language especially in the context of globalization  and  other linguistic phenomena that were brought by borrowings to the language  were explained.

 

Глобализация и позиция заимствований в словарном составе языка

Резюме

     В статье рассматриваются характерные особенности лексико-семан­ти­ческих процессов, происходящих в словарном составе языков. Были просмотрены су­щест­вующие мысли и соображения, связанные с этой проблемой в мире
 и в азербайджанской лингвистике, положение заимствований в языке и их лингвис­тическая функция были уточнены на конкретных примерах. Роль заимствований в языке, особенно в контексте глобализации и другие лингвистические явления, которые были принесены
 заимствованиями на язык  были объяснены.
Rəyçi: dos.Nəcəfova Şəfiqə

                                  

 

PiriyevaƏsliCamalqızı, MehdiyevaHəqiqətHəsənqızı

ALMANDİLİNDƏFEİLLƏRİNİSİMLƏŞMƏS_YOLLARI

                Alman dilində olan sözlərin miqdarı, yəni söz ehtiyatı 300000 ilə 500000 ara­sında göstərilir. Dəqiq demək ona görə mümkün deyil ki, sözlər daima yeniləşir, ye­ni­ləri yaranır, başqa dillərdən də sözlər daxil olur və s. Alman dilində olan söz­lə­rin 50%-ni isimlər, 20%-ni feillər, 20%-ni sifətlər, 10%-ni isə digər nitq his­sə­ləri təşkil edir. İsimlərin sayının çox olmasının bir səbəbini isimləşmə pro­se­si­nin olması və geniş yayılması ilə izah etmək olar. İsimləşmə – No­mi­na­lisierung ya da Substan­tinsierung – nə deməkdir? Alman dilində bütün nitq his­sə­lə­ri ar­tikl qəbul etməklə və böyük hərflə yazılmaqla isimə çevrilə bilər, bununla da isi­mə xas olan əlamətləri (cins bildirmə, hallanma, cəm­lənmə) öz üzərinə götürür. Əgər nitq his­sə­ləri heç bir dəyişikliyə məruz qalmadan isimləşirsə das artiklini qə­bul edir. Bunu aşa­ğıdakı cədvəldən də görmək olar:

Нитг щиссяси

Исим кими ишлянмяси

Феил (мясдяр)

дас

Лауфен, Сеин, Коммен унд Эещен

Сифят

дас

Grün, Blau, Schwarz, Dunkel

Явязлик

дас

Ich, Du, Es, Mein und Dein

Зярф

дас

Arbeits, Hier und Jetzt, Wie, Warum

Сюзюнц

дас

Aus, Für und Wider

Баьлайыъы

дас

Ob, ohne Wenn und Aber

Ядат

дас

Hin und Her, Nein, Ah, Hallo

                Bu prosesə, sözün öz formasını dəyişmədən bir nitq hissəsindən başqa nitq hissəsinə keçməsinə, dilçilikdə konversiya (Konversion) deyilir. Müasir al­man di­lin­də sözdüzəltmədə İngilis dili ilə müqayisədə bu nisbətən kiçik rol oy­nayır. İn­gi­lis dilində isə bu prosesə tez-tez rast gəlinir.

                Alman dilinin ən vacib konversiyası məsdərin (wandern – das Wandern, le­ben – das Leben)  eləcə də sifətin isimləşməsidir (alt – der, die, das Alte, rot-das Rot.).

                Bu məqalədə feillərin konversiya və suffikslər vasitəsi ilə isimləşməsindən bəhs olunacaq. Aşağıdakı cədvələ nəzər salaraq görmək olar ki, feillər gəstətilən hal­larda isimləşir, yəni isimə çevrilir.

Феилдян – исимя

мисал

Билдирдийи мяна

Конверсийа:

дас+ Инф.

dас Arbeiten

просес, фяалиййят, щярякят

фелин кюкц, суффикссиз

Бязян кюк саити дяйишир

der Ruf, das Spiel

die Wahl

der Gang, der Wurf

iş, hərəkət və ya

вя щиссляр

Суфfих - e

die Sorge

der Glaube

dавам едян фяалиййят/щиссляр

- ung

die Erfahrung

Абстракт исимляр (гадын ъинсли)

-nis

das Bedürfnis

вязиййят, тяърцбя

-                    schaft

die Wissenschaft

die Hinterlassenschaft

бир фяалиййятин нятиъясини билдирир

- er

der Fernseher

 der Fahrer

яшйалар вя йа шяхсляр

Partizip I+ - e

der/die lesende

ня ися едян шяхсляр

Partizip II + - e

das Geschriebene

кечмиш щадисяляр, фяалиййят/ йа давраныш

-t

die Fahrt, Arbeit, die Sucht

 

                Feillərin isimləşməsi üçün vahid qaydalar yoxdur. Kim istəsə, feildən isim düzəldə bilməz (məsdərlərdən başqa), həmişə lüğətdən istifadə etmək və ya düzgün ismi tanımaq lazımdır.

                Yuxarıdakı cədvəldə «almansayağı» isimləşmədən söhbət gedir, yəni alman feilləri alman suffiksləri vasitəsi ilə isimləşir.

 Məsdər isimləşəndə bir qayda olaraq cəmlənmir.

                - «das» artiklini qəbul edir.

                - Hallananda ancaq «Genitiv» halında – s – şəkilçisini qəbul edir.

                İsimləşmiş məsdərlər əsasən abstrakt məna daşıyır. Konkret məna daşıdıqda isə cəmlənir.

                Мяс: Ессен – еин Ессен – 15  Кaнтиненессен

                               Лебен – еин Лебен – виеlе Менсъщенлебен

                               алле         Эuтщабен

                               zwei       Klassentreffen

                               keine Kündigungsschreiben (ишдян чыхарылма щаггында хябярляр).

 - İsimləşmiş məsdərlər mürəkkəb ola bilər, bu o deməkdir ki, mürəkkəb ismin ikinci tərəfi isimləşmiş məsdər, birinci tərəfi müxtəlif nitq hissələrindən ibarət ola bilər.

das Sichverlieben

das Billiardspielen

das Reichwerden, Schlankwerden

das Zubettgehen

Bir neçə tərkib hissəli məsdərləşmiş isimlər «-» ilə yazılır, bu, çətin oxunulan mürəkkəb sözü aydın görməyi və oxumağı asanlaşdırır. Bu zaman birinci söz də böyük hərflə yazılır.

das

Auf - die - lange - Bank - Schrieben

das

Für – sich – haben - Wollen

das

Freund – Feind - Denken

das

 Aus – der – Haut - Fahren

das

Nicht – loslassen - Können

 - Билаваситя модал феилдян асылы олан мясдяр исимляшя билмяз.

Sie will Auto fahren

Ich muss Briefe schreiben

- Модал феиллярин бязиляри исимляшир.

können→das Können

(Sein handwerkliches Können unter Beweis stellen)

müssen→ das Muss.

(Diese Ausstellung ist ein Muss für alle Freunde moderner Malerei)

sollen→ das Soll

(Ich habe mein Soll erfüllt, jetzt kann ich nach Hause gehen)

 wollen →der Wille).

(Es war kein böser  Wille).

- Модал феилляр башга феиллярля ишляняндя ейни мянаны ифадя едян башга исим­ляр йарадыр.

können - die Fähigkeit

Sie kann sich einfach und verständlich ausdrücken. - Ihre Fähigkeiten sich einfach und verständlich auszudrücken.

müssen/sollen - die Pflicht/Vorschrift

Ich muss für die Prüfung arbeiten. - Meine Pflicht für die Prüfung zu ar­bei­ten.

dürfen - die Erlaubnis

Dürft ihr den Kranken besuchen? - Habt ihr die Erlaubnis, den Kranken zu besuchen?

nicht dürfen - das Verbot

Die Kinder dürfen nicht den Spielplatz betreten. - Das Betretenverbot des Spielplatzes durch die Kinder.

wollen/möchten - der Wunsch

Alle Menschen wollen (möchten) in Frieden leben. - Alle Menschen haben den Wunsch, in Frieden zu leben.

 

-ieren suffiksli əcnəbi feillərin müxtəlif əcnəbi suffikslər vasitəsilə isimləşməsi:

 

 

-ent

konkurrieren                                     

der Konkurrent

 

həmişə kişi cinsli insan bildirən sözlər yaranır

studieren

der Student

referieren               

der Referent

assistieren              

der Assistent

-at

referieren

der Referat

həmişə orta cinsə aiddir

zitieren

das Zitat

-ant

dilettieren 

der Dilletant

kişi cinsli canlı

protestieren 

der Protestant

-ist

komponieren

der Komponist

həmişə der, kişi cinsli insan

-ur

karikieren

die Karikatur

həmişə qadın cinsi

 

korrigieren

die Korrektur

-or

agitieren

der Agitator

kişi cinsli canlı

-tion

informieren

die Information

həmişə die, mücərrəd

agitieren

die Agitation

 

koordinieren           

die Koordination

 

reagieren

die Reaktion

 

-eur

desertieren

der Deserteur

həmişə der, canlı

frisieren

der Friseur

-ement

arrangieren

das Arrangement

həmişə das, əksər hallarda mücərrəd

engagieren 

das Engagement

-ment

argumentieren

das Argument

həmişə das

dokumentieren 

das Dokument

-anz

tolerieren

die Toleranz

həmişə die

-enz

tendieren

die Tendenz

həmişə die

Bəzi feillərdən bir neçə müxtəlif isim düzələ bilir:

-eyni mənalı müxtəlif isimlər

erreichen         das Erreichen des Ziels

                        die Erreichung des Ziels

trösten             das Trösten           die Tröstung

-                   müxtəlif mənalı isimlər

lösen                das Lösen des Problems

                         die Lösung des Problems

sprechen           die Sprache

                         das Sprechen

                         das Gespräch

geschehen        das Geschehen

                         das Geschehnis

teilen                die Teilen

                         der das Teil

erfahren            das Erfahren

                         die Erfahrung

Qeyd. Alman dilində bəzi feillər çoxmənalı olduğuna görə isimləşəndə də bu xüsusiyyəti özündə saxlayır, məsələn, einsetzen feili isimləşəndə der Einsatz kimi səkkiz mənası olur. Die Einsetzung kimi isə bir mənası var.

lesen - der Leser-oxucu.

die Lesung sözünün üç mənası var: 1) müəllifin öz əsərindən bir parça oxu­duğu tədbir; 2) parlamentdə bir qanun haqqında aparılan müzakirə iclası; 3) iba­də­tin Bibliyadan bir parça oxunulan hissəsi.

İsimləşmə elmin bir çox sahələrinin terminologiyasinda da özünü göstərir. Bu məqalədə isə tibb sahəsində olan isimləşmənin bəzi nümunələrini veririk.

         Feil

  Tərcümə

İsimləşmiş feil

Tərcümə

akklimatisieren

uyğunlaşmaq

Akklimatision

uyğunlaşma

amputieren

kəsmək

Amputation

kəsmə

analysieren

təhlil etmək

Analyse

təhlil

anästhesieren

hissizləşdirmək

Anästhesie

hissizləşdirmə

anstecken

yoluxdurmaq

Ansteckung

yoluxma

atmen

nəfəs almaq

Atem

nəfəs

assimilieren

uyğunlaşmaq

Assimilation

uyğunlaşma

behandeln

müayinə etmək

Behandlung

müayinə

beruhigen

sakitləşdirmək

Beruhigung

sakitləşmə

gebären

dünyaya gətirmək

Geburt

doğulma

heilen

sağalmaq

Heilung

sağalma

helfen

kömək etmək

Hilfe

kömək

infizieren

yoluxdurmaq

Infektion

yoluxma

inhaltieren

inhalyasiya

Inhalation

inhalyasiya etmək

injizieren

iynə vurmaq

Injektion

iynə vurma

massieren

massaj etmək

Massage

massaj

messen

ölçmək

Maß

ölçü

operieren

əməliyyat etmək

Operation

əməliyyat

kontollieren

nəzarət etmək

Kontrolle

nəzarət

präparieren

hazırlamaq

Präparat

dərman

pflegen

qulluq etmək

Pflege

qulluq

pulsieren

nəbzi vurmaq

Puls

nəbz

punktieren

punksiya etmək

Punktion

punksiya

reagieren

reaksiya vermək

Reaktion

reaksiya

reizen

qıcıqlandırmaq

Reiz

qıcıq

retten

xilas etmək

Rettung

xilas

schaden

ziyan vurmaq

Schaden

ziyan

schmerzen

ağrımaq

Schmerz

ağrı

spritzen

iynə vurmaq

Spritze

iynə, şpris

schwellen

şişmək

Geschwulst

şiş

tingieren

maye dərman hazır­la­maq

Tinktur

maye dərman

untersuchen

müayinə etmək

Untersuchung, Untersuch

müayinə

verbinden

sarımaq

Verband

sarğı

versichern

sığorta etmək

Versicherung

sığorta

versorgen

qayğısına qalmaq

Versorgung

qayğı

wahrnehmen

qavramaq

Wahrnehmung

qavrayış

verletzen

yaralanmaq

Verletzung

Zədə

Gündəlik danışıq dilində, şifahi ünsiyyətdə və nəqledici mətn formalarında feli üslub (Verbalstil) üstünlük təşkil etdiyi halda, elm və ixtisas dilində, mətbuatda əsa­­sən ismi üslubdan (Nominalstil) istifadə edilir.

Feli üslub: Die Gruppe der kritischen Aktionäre fordert, dass der Vorstand zu den Vorfällen Stellung nimmt und die Vorgänge genau untersucht werden. Die Großaktionäre lehnen dies jedoch ab.

İsmi üslub: Die Forderung der Gruppe kritischer Aktionäre nach einer Stel­lung­nahme des Vorstandes zu den Vorgängen und nach einer genauen Unter­suchung der Vorgänge wird von den Großaktionären abgelehnt.

Nitq hissələrinin isimləşməsi prosesi geniş bir mövzudur. Bu kiçik məqalədə ancaq feillərin isimləşməsindən bəhs olunur və bu mövzunun tələbələr tərəfindən mənimsənilməsi alman dilinin öyrənilməsində müəyyən rol oynayır.

 

ƏDƏBİYYAT

1. Buscha "Deutsches Übungsbuch", Leipzig 1975

2. Duden "Richtiges und gutes Deutsch" Duden Band 9. Dudenverlag Mannheim-Zürich 2011.

3. Duden "Der kleine Duden Deutsche Grammatik"

4. Wolfgang Flischer "Wortbildung der deutschen Gegenwartssprache" Leipzig 1969.

Açar sözlər: konversiya sözdüzəltmə  isimləşmə feillərin suffikslərlə isimləşməsiməsdərin isimləşməsi

Ключевые слова: Конверсия, словообразования, субстантивизация, субстан­тивизация глаголов с помощью суффиксов, субстантивизация ин­фи­ни­тива.

Keywords: conversion, word building, substantivization, substantivization of infinitive.

 

The ways of substantivization of verbs in German language

Summary

The presented article deals with substantivization of verbs in German language. The suffixes und substantivization features of infinitive using in German and other foreign languages are also spoken about in the article.

 

Резюме

                В этой статье речь идет о субстантивизации глаголов в немецком язы­ке. В том числе об особенности в субстантивизации глаголов с не­мец­кими и иностранными  суффиксами.

                Ряйчи:dos. Bağırova Fatma Bilal qızı

 


Nəbiyeva Sehrayə Məmmədkərim qızı

                “TO GET” FEİLİNİN FRAZEOLOJİ FEİL KİMİ İŞLƏNMƏ XÜSUSIYYƏTLƏRİ

 “Frazeoloji feil” termini ilk dəfə olaraq1925-ci ildə Logan Pearsall Smith tərəfindən “Sözlər və ideomlar” adlı kitabında istifadə edilmişdir [5]. Məşhur İngilis dilşünası David Crystal isə frazeoloji feili bir və ya daha çox hissəciklərin (zərf, sözönü və ya zərf və sözönü) artırılmasından yaranan leksik element ardıcıllığından ibarət bir termin hesab edir [3]. Bəzi ədəbiyyatlarda isə frazeoloji feillərə “zərf hissəcəikləri ilə istifadə edilən feillərdən ibarət çoxsaylı - söz vahidləri” kimi tərif verilir. Bu hissəciklər əsasən məkan və ya yerləşmə mənaları verir [2].

Along, down, in, off, on, out, over, under, up kimi hissəciklər adətən yerləşmə və ya istiqamət bildirir. Məsələn, “to put” kimi feilin bir neçə hissəcik və ya sözünü ilə birləşməsindən yeni feil forması (put off, put out, put up, put up with və s.) əldə etmək mümkündür.

İngilis dilində bir çox frazeoloji feil (phrasal verbs) adlandırılan birləşmələr mövcuddur. Bu birləşmələr, heç bir qaydaya tabe olmur.

Frazeoloji feil- dilin vahid bölünməz semantik vahidi olub və yalnız aşağıdakı formalarda məna bildirir [1]:

feil + sözönü (Verb + Preposition)

feil + zərf (Verb + Adverb)

feil + sözönü və zərf(Verb + Preposition + Adverb)

İngilis dilinin frazeoloji feilləri işgüzar yazışma və ya danışıqlarda deyil, daha çox gündəlik nitqdə istifadə olunur. Frazeoloji feilin mənası onun tərkibindəki feilin mənasından əhəmiyyətli dərəcədə fərqlənə bilər.Adətən, sözönü ilə birləşmədən yaranan frazeoloji feillər tamamilə yeni mənanı bildirir:

take (götürmək) - take off (uçmaq)

turn (çevirmək) - turn down (inkar etmək, rədd etmək)

Frazeoloji feillər də adi feillər kimi təsirli və təsirsiz olur. Bundan əlavə, frazeoloji feillər cümlədə işlənmə yerinə görə ayrılan (separable) və ayrılmayan (inseparable) feil kimi iki kateqoriyaya ayrılır [4].

Ayrılmayan frazeoloji feillər (Inseparable Phrasal Verbs): run into – toqquşmaq, rastlaşmaq, girmək

He ran into the tree(düzgün) - He ran the tree into (səhv)

Ayrılanfrazeoloji feillər(Separable Phrasal Verbs):

turn downmy offervə ya turn my offer down (hər ikisi düzgündür).

Frazeoloji feil birləşmələrinin tərkibindəki hissəciklərin özləri də çoxfunksiyalı (multifunctional) və təkfunksiyalı (monofunctional) ola bilər [6]. Məsələn:

  1. təkfunksiyalı (monofunctional) hissəciklər (yalnız sözönülər):

-                   at, to, from, into, out of, between, amongst

-                   above, below, under, beneath, underneath

-                   against, beside, near, next to, with

  1. çoxfunksiyalı (multifunctional) hissəciklər (sözönü, zərf və ya hissəcik)

-                   on, in, out, off, up, down, by, over

-                   along, through, about, around, across

Ingilis dilinin frazeoloji feilleri içərisindəən çox rast gəlinən feillərdən biri “to get” feilidir. Ilk növbədə bu feilin əsas mənalarına nəzər salaq:

almaq: I usually get good marks at school – Mən adətən məktəbdə yaxşı qiymətləralıram.

olmaq (insan və ya təbiətin vəziyyəti haqqında): He got ill after a long walk in the rain – Yağışın altında uzun gəzintidən sonra o, xəstələndi (“xəstə oldu”). It gets colder in October.– Oktyabrda daha soyuq olur.

çatmaq, getmək: How do you usually get to your office? I drive there.– Ofisə adətən necə gedirsiniz (çatırsınız)?– Maşınla.

anlamaq, dərk etmək: I haven’t got everything he said – Mən onun dediklərinin hamısınıanlamadım.

“To get” felinin müxtəlif sözönülərlə birgə istifadəsi zamanı isə verdiyi mənaları araşdıraq:

get about - hərəkət etmək, tərpənmək: Even though he's ninety, he gets about pretty well – Onun doxsan yaşı olduğuna baxmayaraq yaxşı hərəkət edir.

get above oneself - özünü öymək: Alan got above himself after being promoted to chief director - Alan baş direktor vəzifəsinə yüksələndən sonra özünü öyməyə başladı.

get ahead (in something) - müvəffəqiyyət qazanmaq, irəliləmək: Sally's really getting ahead in the investigation - Salli araşdırmada irəliləyiş əldə edir.

get after somebody/something – 1) dalına düşmək, qovalamaq; Paul's getting after Jimmy because they're playing hide-and-seek - Pol Djimminin dalına düşür, çünki onlar gizlənqaç oynayırlar; 2) kiminsə başının üstün kəsdirmək: Tony is always getting after me about how to solve my problems - Toni həmişə problemlərimi həll etmək üçün başımın üstün kəsdirir.

get across–dəqiq ifadə etmək, çatdırmaq, xəbər vermək: Although I couldn't speak the language, I managed to get my meaning across –Həmin dildə danışmamağıma baxmayaraq öz fikrimi çatdıra bildim.Your meaning didn't really get across -Nəzərdə tutduğunuz bizə tam olaraq aydın deyil.

get along (with) – 1) kimləsə yola getmək: He gets along with his foster mother– O, ögey anasıyla yola gedir. 2) işin öhtəsindən gəlmək: How is Tom getting along with his new book? – Tom yeni kitabının öhtəsindən necə gəlir?

3) dolanmaq: to get along without food – yeməksiz dolanmaq 4) itilmək, çıxıb getmək: I think I’ll be getting along now, I want to be home quite early. - Düşünürəm, getmək vaxtıdır, evə daha erkən çatmaq istəyirəm. How time’s getting along!– Vaxt necə də tez keçir!

get around – baş çəkmək, (kimisə) qonaq gətirmək: Do get your new boyfriend round to see us. - Yeni dostunu bizə mütləq gətir.

get away – 1) qaçmaq, xilas olmaq: We got away from the burning house – Biz, yanan evdən qaçdıq. 2) uzaq durmaq, çəkilmək: Get away!– Kənara çəkil! (əmr, xahiş). Get away from me.– Məndən uzaq durun.

get away with – cəzasız qalmaq: Elizabeth, we can’t let Linda get away with this. Elizabet, Lindanın cəzasız qalmağına imkan verə bilmərik.

get by — çətinliklə dolanmaq: How can he get by on so little money?— Bu qədər az pulla o necədolanacaq?

get in / get into – 1) daxil olmaq, girmək: The robber got into the house when it was dark – Oğru evə qaranlıq düşəndə girdi. 2) əkmək: We must get next year's potatoes in soon while the soil is ready.- Torpaq artıq hazırdır, kartofu dərhal əkmək lazımdır.3)yığmaq (məhsulu, vergini); tədarük görmək:The government will have to get in more tax money. - Hökumət daha çox vergi yığmalı olacaq.

4) qoymaq, əlavə etmək (sözləri): May I get a word in?– Bir kəlmə əlavə edə bilərəm?

get off — 1) nəqliyyatdan çıxmaq; uzaqlaşdırmaq (məs.: geyimdən ləkələri aparmaq), itilmək:    I get off at the next stop – Mən növbəti dayanacaqda düşürəm.    She can’t get that greasy stain off her dress – O, donundan bu piyli ləkəni çıxara bilmir.    Get off my car!– Maşınımdan çəkil! 2) getmək, yola düşmək: We must be getting off now.– Yola düşmək vaxtıdır. 3) xilas olmaq, yaralanmadan qaçmaq; cəzadan qaçmaq, sudan quru çıxmaq: The man went to prison but the two boys got off (with a warning). -  Kişi həbsxanaya düşdü, iki oğlan isə xəbərdarlıqla canını qurtardı.

get on – 1) avtobus, təyyarə, qatara minmək: I must get on the train at 17:00 – Mən, 17:00-də qatara minməliyəm. 2) zəng etmək/dəstəyi qaldırmaq; irəli hərəkət etmək; çatmaq

get over – 1) sağalmaq, nədənsə sağalmaq: My mother had a heart attack, but she got over it –Anam infarkt keçirtdi, lakin sağaldı.2) çətinliklərin öhdəsindən gəlmək: I’ll get over it – Mən bunun öhdəsindən gələcəyəm. 3) gəlib çıxmaq: You better get over here right away.– Yaxşısı, təcili bura gəl.

get over with – (nəyisə) bitirmək: Let’s get it/this over with.– Gəlin tez bununla qurtaraq (hesablaşaq).

get rid of – nədənsə qurtulmaq: You must get rid of the habit of smoking – Siqaret  çəkmək vərdişindən qurtulmalısan.

get together – görüşmək: Let’s fix time to get together tomorrow — gəl sabahkı görüş üçün vaxtı təyin edək

get through — 1) öhdəsindən gəlmək; imtahan vermək; 2) zəng etmək, kimləsə əlaqə saxlamaq: I tried every kind of communication, but I couldn’t get through.— Mən bütün rabitə növlərindən istifadə etdim, lakin onunla əlaqə saxlaya bilmədim.

get up – 1) durmaq, oyanmaq: Jane gets up at 8 o’clock – Ceyn səhər saat 8-də durur. 2) oyandırmaq: Getme up at 6.- Saat 6-da məni oyandır.3) güclənmək, hissi oyanmaq:I doubt if I shall ever get up any keenness for the game again – Çətin ki, məndə nə vaxtsa oyun şövqü yenidən oyana. 4) geyindirmək, bəzəmək, qrimləmək (kimisə): Mary got herself up in a nice new dress - Meri yeni gözəl donunu geyindi.

get up to (something)– lazımsız bir işlə məşğul olmaq və ya işə başlamaq: I wonder what those two got up to yesterday?— Maraqlıdır, bu ikisi dünən nə işləməşğul olurdular?

get on with (something) – nəyisə müvəffəqiyyətlə etməyə davam etmək: Don’t take notice of me and get on with cooking – Mənə fikir vermə və yemək bişirməyədavam et.

get on (well) with (somebody) – (kimləsə)(yaxşı) yola getmək: We get on very well with our neighbors– Biz qonşularımızla yaxşı yola gedirik.

get back – qayıtmaq, qaytarmaq (borcu), qisas almaq: I’ll get back the money you have lent me in a week – Mənə borc verdiyin pulu bir həftədən sonra geri qaytaracağam.

get back together – münasibətləri (əlaqələri) yeniləmək: We decided to get back together – Biz münasibətlərimiziyeniləməyə qərar verdik.

get down — 1) bezdirmək: Doing the same thing every day can get you down.— Hər gün eyni işi görmək səni bezdirə bilər; 2) yaxşı vaxt keçirmək, kef etmək: I spent the whole weekend getting down with a bunch of old friends — Bütün istirahət günlərini köhnə dostlarımın əhatəsində keçirdim; 3) ciddi hissəyə, işə, əsas məsələyə keçmək: Enough small talk. Let’s get down to business.— Boş şeylər haqqında danışmağı kəsin. Gəlin əsas məsələyəkeçək.

get to somebody - kiməsə təsir etmək; kimisə özündən çıxartmaq, bezdirmək: Tim’s constant complaining finally got to Peg and so she left him – Timin daima şikayətlənməsi axırda Peqi təngə gətirdi...

 

Ədəbiyyat

  1. Areej Sadiq Dawood University of Diala/College of Engineering/English Phrasal Verbs
  2. Biber, D. , S.Johansson, G.Leech, S.Conrad & E. Finegan (1999) Longman Grammar of Spoken and Written English. Longman: Longman Group Ltd.
  3. Crystal, D. (2003 ) A Dictionary of Linguistics & Phonetics . (5th ed. ) Oxford : Blackwell Publishing Ltd
  4. http://www.study.ru/support/handbook/pverb.html
  5. McArthur , T. (1992) The Oxford Companion to the English Language .Oxford : Oxford University Press.
  6. ReneDirven, English phrasal verbs: theory and didactic application/Applied Cognitive Linguistics II: Language pedagogy. p.5

Key words : phrase, phrasal verb, verbs, usage, meaning 

Açar sözlər : söz, frazeloji feillər, feil, istifadə, məna

Ключевые слова : фраза, фразовый глагол,  глаголы, употребление, значение

 

Summary

“The features of using the verb “to get ” as a phrasal verb”

The paper explores the English phrasal verbs and their usage. It also highlights the grammatical types and features of the phrasal verbs. The usage characteristics of the phrasal verb derived from the verb “to get” with multiple particles, such as adverbs and prepositions, are studied. The examples within the sentences in English and their translation in Azerbaijani are provided for each meaning of the phrasal verbs.

 

Резюме

“ Особенности использования глагола “ toget” в качестве фразового глагола”

В статье рассматриваются английские фразовые глаголы и их использование. Также освещаются грамматические типы и особенности фразовых глаголов. Изучаются характеристики использования фразового глагола, из глагола «toget» с множественными частицами, такими как наречия и предлоги. Приведены примеры в предложениях на английском языке и их переводе на азербайджанский язык для каждого значения фразовых глаголов.

Rəyçi: dos.Şahbazova Fariza ADİU( UNEC)  


Abbasov Ədalət

SADƏ CÜMLƏNİN SİNTAKTİK SEMANTİKASININ FORMALAŞMASINDA FONETIK

VASİTƏLƏRİN ROLU

        Dilçilik elminin həm, terminoloji, həm də ümumişlək xarakterə malik kateqoriyaları sırasında semantika (məna) anlayışının xüsusi mövqeyi vardır. Bu leksik vahid daxili mənası və formalaşma obyekti baxımından rəngarəngdir: a) fono-semantika b) leksik semantika c) sintaktik semantika. Bunların formalaşma üsulları zəngin və rəngarəng olduğu kimi, hər birinin yaranma yolları da çoxşaxəlidir.

Şifahi nitq üzrə.  Fono-semantikanın obyekti səs, formalaşma tərzi isə səsə müxtəlif aspektdən yanaşma taktikasıdır.

       Semantikanın ilk istiqaməti (fono-semantika) əsasında emosionallıq (ekspres­sivlik) yaranır. Emosionallıq isə obrazlılığın mövcudluğuna səbəb olur.

       Bu xüsusiyyətinə görə də haqlı olaraq həmin linqvistik proses mənanın ilk obyekti olan səs nəticəsində təzahür etdiyindən obrazlılığın fonetik səviyyə göstəricisi adlandırılır. Fono-semantik proses alliterasiya (eyni samit səslərin təkrarı), assonans (eyni saitlərin təkrarı), təkrar (ritmik-fonetik) və intonasiya (şeirin və ya cümlənin xüsusi intonasiya ilə oxunması) vasitəsi ilə reallaşdırılır.

        Bütün bu fono-semantik hadisə kompleks şəkildə sözün oynaq, axıcı səslənməsini və nəticə etibarilə nitqin ifadəliliyini təşkil edən amilə çevrilir.

        Leksik-semantik istiqamət fono-semantik ifadə tərzindən fərqli olaraq sözün məna çalarlığının rəngarəngliyinin formalaşmasına hesablanan linqvistik bir prosesdir. Linqvistik prosesin bu cür təzahürünə isə obrazlılığın leksik göstəriciləri deyilir. Bu göstəricilər epitet (bədii təyin – birləşmə daxilində ikinci tərəfdəki sözün mənasını qüvvətləndirmək məqsədilə komponentin tabe tərəfindəki leksik vahidi məcazi məna daşıyan sözdən təşkil etmək), təşbeh (bənzətmə - iki əşya, predmetin və s. oxşar və fərqli cəhətləri baxımından müqayisə olunması), istiarə (metafor – köçürmə, yaxud gizli bənzətmə - bir əşya və ya hadisənin əlamətinin başqa bir əşya və ya hadisə üzərinə köçürülməsi), mübaliğə (hiperbola – hadisə və ya fikrin şişirdilmiş şəkildə verilməsi), kinayə (ironiya – müəyyən bir fikrin birbaşa mənada deyil, dolayı yolla ifadəsi) və s. əsasında gerçəkliyə tətbiq olunur. Bu üsul vasitəsilə sözlərin məna təsiri güclənir. Nəticədə isə obrazlılığın konstruktiv ifadə tərzi yaranır.

        Sintaktik semantika əvvəlkilərdən fərqli olaraq mənanı formalaşdıran vasitələrin ayrı-ayrılıqda (individual qaydada) deyil, vəhdətdə (konstruktiv-semantik aspektdə) fəaliyyəti kimi anlaşılır. Əslində semantik elementlər biri digərini təşkil edir. Yəni səsin mənası öz təsir dairəsi ilə sözün mənasını formalaşdırır. Fikrimizi aşağıdakı sxem əsasında isbat edə bilərik.

           
   

Leksik semantika

 
   
     
 
 

 

 

 

 

       
     
 

Assonans

 
 

 

 

 

 

   Leksik semantika isə məna çalarının çoxşaxəliliyi cəhətdən əyani şəkildə belə səciyyələndirilir.

 
   

 

 

 

 

...........

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Təşbeh

 

                                                                                                                                                                                          

       
     
 

........

 
 

 

 

 

Bu sxemlərdən çıxan nəticəyə görə fikrimizi ümumi qrafik əsasında aşağıdakı ardıcıllığa görə qursaq, məqsədimizə nail olmuş hesab edilərik.

Sintaktik semantika

 

 

=

 

Fon

           
 

Fono semantika

 
 

+

 
     

Leksik semantika   sema

s

se

 
 

 

 

 

 

 

 

Məqsədimiz sadə cümlədə sintaktik semantikanın formalaşmasında fonetik vasitələrin nə dərəcədə əhəmiyyətli rol oynadığını göstərmək olduğu üçün  bu aspektə daha çox diqqət ayırmağı məqsədə müvafiq hesab edirik.

       Haqlı olaraq deyirlər ki, cümlə dilin özüdür. Əgər bu fikrə istinad etsək, dil kimi cümlə də kommunikativ funksiyanı yerinə yetirir. Demək, dilin iki funksiyası olduğu kimi (kommunikativ, ekspressiv),cümlə də iki vəzifəni icra edir. Kommunikativ funksiya anlayışına həm də informativ vəzifə daxildir. Dil ilə cümlə arasında funksional mövqe baxımından paralelizm aparsaq, belə bir qənaətə gələ bilərik ki, cümlə həm informativ, həm də ekspressiv (obrazlı) xarakterə malikdir. Hər iki mövqedə cümlə müəyyən məna yükü daşıyır. Birincidə məlumat xarakterli məna, ikincidə isə bədii və emosional məna çaları ifadə edir.

         Məlumat xarakterli məna cümlənin ənənəvi qrammatik strukturuna əsaslanır. Bu prosesdə ən azından qrammatik əsas öz sabit mövqeyində qalır. (Mübtəda əvvəldə, xəbər isə sadə cümlənin sonunda işlənir). Ikinci halda isə vəziyyət tamam dəyişir. Belə ki, digər amillərlə yanaşı, struktur dəyişikliyi də mütləq mövqe tutur.

         Əsas məqsədimiz – sintaktik semantikanın fonetik üsullarla formalaşması probleminin həllinə yönəldiyi üçün birbaşa mətləbə keçməyi məsləhət bilirik. Əvvəldə ümumi sxem şəklində təsvir etdiyimiz məsələləri fərdi analizə çevirsək, problemin həllini bir qədər də asanlaşdırmış olarıq. Bunun üçün konkret aşağıdakı amillər tədqiq obyektinə cəlb olunmalıdır: təkrir və alliterasiya; təkrir və assonans; ritmik(fonetik) təkrir; fonetik intonasiya və vurğu.

Təkrir və alliterasiya. Bu başdan deyə bilərik ki, təkrir anlayışı özünün semantik çalarına və tutduğu mövqeyə görə genişdir. Hətta ədəbiyyatşünaslıq termini olan “rədif” də bu anlayışın tərkib hissələrindən biri sayılır. Bu geniş anlayış sxeminin ardıcıllığını nəzərə alsaq, birinci sırada səs təkririni görərik. Danışıq səsləri təsnifi cəhətdən ikicür (sait və samit) olduğu üçün səs təkriri də iki baxımdan mövcuddur: a) Alliterasiya, b) Assonans.

        Alliterasiya – eyni samit səslərin təkrarı. Sözün ritmik(oynaq) və ahəngdar səslənməsi məhz bu cür fonetik hadisələrin sayəsində mövcud olur. Məsələn, “İgid odur, atdan düşə atdana, igid odur hər əzaba qatdana”; “Az aşım ağrımaz başım” atalar sözlərində: a)birincidə g,d; b) ikincidə isə ş və m samitləri nitqdə alliterasiya yaradır.

          Yaxud:

                         Boyuna baxıram, boyu mən deyən,

                         Suyuna baxıram, suyu mən deyən,

                         Ha baxıram, oyu, buyu mən deyən,

                         Uşağı gözündən tanıyıram mən. ( İslam Sadıq )

        Bu şeiri səs təkriri aspektindən analiz etdikdə b, m, y və d samitlərinin şeirin ifadəlilik gücünü artırdığının şahidi oluruq.

        Assonans - Eyni sait səslərin təkrarı. Sözün təsirli, rəvan səslənməsində sait səslərin təkrarlanmasının da xüsusi rolu vardır. Məsələn,

                        Adın dayanammaz adımla qoşa,

                        Atın yeriyəmməz atımla qoşa.

                        Odun duruş tutmaz odumla qoşa,

                        Közün sönüb gedər közümün altda. ( İslam Sadıq )

     Bu şeirdə a, o, ö saitlərinin təkrarı nitqə xüsusi bir mükəmməllik və gözəllik verir.

           Yaxud:

                        Öz-özümü mənəm çəkən çarmığa,

                        Nə biləydim, hökmü verən qədərmiş.

                        Öz içimdə hakim ilə vəkilin

                        Gecə-gündüz çəkişməsi hədərmiş

                                                           ( Bəxtiyar Vahabzadə)

     Verilmiş bədii parçanı eyni aspektdən təhlil etdikdə ö və ə saitlərinin şeirin bədii zövqünü artırdığını açıqca görmək mümkündür. Ümumiyyətlə, səsdən bacarıqla istifadə olunması, eləcə də danışıq səslərinin düzgün tələffüz edilməsi nitqin təsirliyini gücləndirir. Fono-semantik prosesin reallaşmasında istifadə edilən bu cür fonetik üsullar semantik qatda zənginləşməni təşkil etməklə yanaşı, həm də yeni bir semantik təzahürün formalaşmasına gətirib çıxarır.

        Təkrar sözünün obrazlılığın fonetik səviyyə göstəricisi terminlərindən biri kimi işlənməsi də, sözsüz, emosional nitqə yeni bir rəng qatan anlayış kimi düşünülməsinə əsas verir. Bu anlayışın semantik komponentinə daxil olan “rədif” termini də eyni semantik funksiyanın təşkiledicilərindən sayılır. Bir qayda olaraq, misranın sonunda, qafiyidən sonra işlənən rədif bəndin tərkibində və bütöv şeir bəndlərində ola bilər. Şeirin bu əlaməti fikrin ahəngdar, obrazlı ifadəsinə şərait yaradır. Məsələn,

                       Ala gözlü, sərv boylu dilbərim,

                       Həsrətin çəkdiyim canan bəri bax!

                      Gecə-gündüz fikrim, zikrim, əzbərim,

                       Üzüldü taqətim, aman, bəri bax! ( M.P.Vaqif )

    Yaxud:

                         Hər görüşdən bir intizar,

                         Hər sevincdən bir qəm doğar.

                         Hər sükutda bir haray var,

                         Harayında sükut gizlidir. ( Bəxtiyar Vahabzadə)

 

        Birinci şeir parçasında “bəri bax”,  ikincidə isə “gizlidir” sözləri rədifdir. Bu sözlər şeirin məna təsirini daha da artırır.       “İntonasiya şifahi nitqdə özünü göstərən mürəkkəb nitq hadisəsidir. Buraya səs tonunun alçalması vəya artması, nitqin tempi, hecaların uzun və qısa tələffüzü, tələffüzün güclü və ya zəifliyi, ifadələr, sözlər arasında pauzanın olub olmaması, danışanın hadisəyə münasibəti və s. ünsürlər” daxildir. Sadə cümlənin sintaktik-semantik mövqeyinin güclənməsində intonasiyanın rolu böyükdür. İntonasiyanın köməyi ilə cümlədə ifadə olunan rəngarəng fikirlər, rəylər, təkliflər bir-birindən fərqlənir. Bir sözlə, intonasiya məqsədin tələbindən doğur. Məhz məqsəd və intonasiyasına görə də cümlənin dörd tipi vardır:

  1. Nəqli cümlə
  2. Sual cümləsi
  3. Əmr cümləsi
  4. Nida cümləsi

      İntonasiyanın səciyyəvi cəhəti dil vahidinin (cümlənin) rəngarəng səs tempində emosional-semantik çalarlıqda tələffüz edilməsidir. Bu əlaməti baxımdan eyni bir cümlənin ayrı-ayrı intonasiya məqamında tələffüzünə diqqət etsək, yuxarıdakı fikrimizin doğruluğu qənaətinə gəlmiş olarıq:

  1. Dostluq sədaqətsiz mümkün deyil.
  2. Dostluq sədaqətsiz mümkün deyil?
  3. Dostluq sədaqətsiz mümkün deyil!
  4. Dostluq sədaqətsiz mümkün deyil?!

 

      Təbii ki, bu xüsusda vurğunun da mövqeyi və rolu danılmazdır. Şifahi ünsiyyətdə vurğu hər bir müstəqil sözün xarici əlamətlərindən biri kimi özünü göstərir. O, eyni formada olan sözlərin və qrammatik formanın mənaca bir-birindən fərqlənməsinə xidmət edir. Əks halda sözün mənası anlaşılmaz vəziyyət yaradar və cümlənin konstruktiv (bütöv) məna mühitini təzadlı rəngə bürüyər.

        Nəzərə alaq ki, dildə sözün hər bir mənası ayrılıqda öz-özünə başqa sözlərin mənalarından təcrid olunmuş şəkildə deyil, qarşılıqlı əlaqə əsasında yaşayır. Söz müəyyən mənanın daşıyıcısıdır. Məna sözə müəyyən maddi işarə ilə möhkəmləndirilir. Sözün müəyyən mənaya malik olması o deməkdir ki, söz müəyyən məna sisteminə, müxtəlif məna tiplərinə, üslubi xüsusiyyətlərə malikdir.

 “Sözün mənası dedikdə əşya və hadisələrin ümumi və fərqləndirici əlamətlərini əks etdirən məfhumun məzmunu, leksik-semantik variantlarının məcmusu düşünülməlidir.” [3, s.9]

Vurğu da bu cəhətdən sözdə mənanı tənzimləyən, onu cümlənin sintaktik semantikasına uyğunlaşdıran vasitədir.

  Canlı danışıqda sadə cümlə vasitəsilə fikrin, hissin, iradənin təzahür etməsinə nail olmaq üçün yuxarıda bəhs olunan vasitələrdən məqamında və yerində istifadə edilməsi prioritet məsələlərdəndir. Şübhəsiz, bu dediklərimiz sadə cümlənin sintaktik semantikasının şifahi nitqdə formalaşmasında rolu olan fonetik vasitələrdir.

Yazılı nitq üzrə.Şifahi nitqdə (canlı danışıqda) sadə cümlədə sintaktik-semantik mövqeyi gücləndirən amillərlə yanaşı, yazılı nitqdə də bunu formalaşdıran əsas fonetik vasitə durğu işarələridir.

 Cümlənin müxtəlif intonasiyada tələffüzü yazılı nitqdə nöqtə, sual, tire, nida işarələri ilə ifadə olunur.

 “Durğu işarələri fikrin aydın başa düşülməsində, yazının düzgün, ifadəli tələffüzündə çox mühüm və əhəmiyyətli qrafik vasitədir. Bunları yerində işlətmədikdə fikirdə dolaşıqlıqlar yaranır, şifahi nitqlə yazılı nitq arasında məzmun eyniliyi pozulur.” [1, s.3]

Durğu işarəsinin düzgün qoyulması ilə cümlənin məzmunu tamamilə dəyişə bilər. Məsələn,

 Yaxşı, filmə baxıram...

 Bu cümlədə yaxşımodal sözündən sonra vergül qoyulmazsa, həmin söz (yaxşı) film sözünün təyini kimi başa düşülər və cümlənin sintaktik mənası (nəqli sintaktik, yəni məlumat vermə) dəyişmiş olar.

      Durğu işarələrinin funksiyası yalnız sözləri, cümlələri bir-birindən qrammatik cəhətdən fərqləndirməklə tamamlanmır.Yəni bunlar ( . , ; ? ! ... - ) təkcə orfoqrafik  səciyyəyə malik deyil.Durğu işarələri hətta insan taleyinin idarə olunmasında da mühüm rol oynayır.

Məsələn,qədim rəvayətlərə əsasən hökmdar əsiri öldürtmək üçün yaxın adamlarından birinin vasitəsi ilə cəllada göndərir.Cəllada bir məktubda yazıb qoyur.Həmin adam məktubu oxuyur.Məktubda yazılmışdır: “Əsiri çatan kimi güllələmək, olmaz gözləmək.” Hökmdarın adamı rəhimli olduğu üçün güllələmək sözündən sonrakı vergülü (,) silərək olmaz sözündən sonraya qoyur.Beləliklə, əsirin ölüm fərmanı məzmunca dəyişmiş olur.

Durğu işarələrinin yerinə yetirdiyi vəzifələrdən biri də cümlənin sintaktik emosional-ekspressiv rəngarəngliyini formalaşdırmaqdır.Bu üsulla subyektin hiss-həyacanı,danışığındakı rəngarəng xüsusiyyətlər, psixoloji durumu,xarakteri təzahür edir.Hər bir durğu işarəsinin işlədilməsində bir məqsəd olur.Məsələn,

Bir millətik,iki  dövlət

Eyni arzu,eyni niyyət

Hər ikisi cümhuriyyət

Azərbaycan-Türkiyə.

 

Bir ananın iki oğlu,

Bir ağacın iki qolu.

O da ulu, bu da ulu

Azərbaycan-Türkiyə.

Dinimiz bir,dilimiz bir,

                                                 Ayımız bir, ilimiz bir.

Eşqimiz bir,yolumuz bir

                                                 Azərbaycan-Türkiyə. (Bəxtiyar Vahabzadə)

 

 Şeiri təhlil süzgəcindən keçirtdikdə obrazlılığın əsas vasitəsi olan məcazlıqla yanaşı,bədiiliyə orijinal rəng qatan,onun emosional-semantik variantlığını daha da mükəmməl səviyyəyə çatdıran vasitələrdən birinin də istifadə edilmiş durğu işarələrinin olduğunu açıq şəkildə görürük.

Yuxarıda qoyulan problemin yanaşma tərzi və tədqiqata cəlb etdiyimiz məsələlərin rolu onu göstərir ki,sadə cümlənin sintaktik semantikası digər üsullarla yanaşı, həmçinin fonetik vasitələrin istifadə mövqeyi,işlənmə məqamları ilə də formalaşa bilir.

 

Qaynaqlar:

  1. I.                                          Elmi:
  2. Budaqova Z.İ. Azərbaycan dilində durğu işarələri. “Elm”, Bakı, 1977.
  3. Cavadov Ə.M. Müasir Azərbaycan ədəbi dilində sintaktik vahidlərin sırası, “Elm”, Bakı, 1977.
  4. Həsrətov H.Ə. “ADU”, Bakı, 2011.
  5. Hüseynoğlu S. İfadəli oxunun əsasları, ADPU-nun mətbəəsi, Bakı, 2013.
  6.  Qurbanov A. Ümumi dilçilik (II cild), “Elm”, Bakı, 2011.
  7. II.                Bədii:
  8. Sadiq İ.H. Ocağı közündən tanıyıram. “Azərbaycan Dövlət Nəşriyyatı”, Bakı, 2016.
  9.  Vahabzadə B. Sevgi qocalmaz. “Araz”, Bakı, 2015.

lasə

Sadə mlənin sintaktik semantikasın formalaşmasında fonetik

vasitərin rolu

Sadə cümlədə sintaktik-semantik mövqeyin formalaşması digər amillərlə yanaşı, fonetik vasitələrlə də təzahür edir. Təkrir, alliterasiya, assonans, vurğu canlı danışıqda ( şifahi nitqdə ), durğu işarələri isə yazılı nitqdə eyni funksiyanı icra edir.

  Açar sözlər: assonans, alliterasiya, fono-semantika, leksik-semantika, sintaktik semantika, təkrir, ekspressiv və s.

 

Резюме

Роль фонетических средств в формировании синтаксической

семантики простого предложения

           В простом предложении формирование семантико- синтаксических отношений происходит как фонетическими средствами, так и другими способами. Повторение, аллитерация, ассонанс, ударение в разговорной речи (в устной речи) и знаки препинания в письменной речи выполняют одинаковую функцию.

  Ключевые слова: Ассонанс, аллитерация, фоно-семантика, лексическая семантика, синтаксическая семантика, повторение, экспрессивность и др.

Summary

The role of phonetic means in the syntactic-semantic formation

ofa simple sentence

Besides other factors, the position of syntactic-semantics in a simple sentence is appeared by phonetic means. Reiteration, alliteration, assonance, stress have the same functions in a colloquial speech and punctuation has she same functions ma written language.

   Key words: assonance, alliteration, phono-semantics,lexic-semantic, syntactic-semantic, reiteration, expressive and so on.

 

Rəyçi: prof. Ağayeva Afaq Ramiz qızı ADNSU


Allahverdiyeva Məhəbbət Rasim qızı                      

AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİNDƏ TƏYİN BUDAQ  CÜMLƏLƏRİNİN

LİNQVİSTİK TƏHLİLİ

Linqvistika dilçilik elmi deməkdir. Dilçilik elminin bütün bölmələri üzrə kompleks şəkildə aparılan təhlil linqvistik təhlil adlanır. Linqvistikada nitq hissələri və onların dəyişilmə qaydalarını öyrənir.

Tabeli mürəkkəb cümlələr budaq cümlələrin növünə görə fərqlənir. Budaq cümlələr cümlə üzvlərinə uyğun gəlir və aşağıdakı 7 növə ayrılır:

  1. Mübtəda budaq cümləsi
  2. Xəbər budaq cümləsi
  3. Tamamlıq budaq cümləsi
  4. Təyin budaq cümləsi
  5. Zərflik budaq cümləsi 
  6. Şərt budaq cümləsi
  7. Qarşılıqlı güzəşt budaq cümləsi

Təyin budaq cümləsi  baş cümlədə  isimlə yaxud  əvəzliklə  ifadə edilmiş hər hansı bir üzvə aid olur, onu təyin edir.  Təyin budaq cümlələr  baş cümləyə nisbi  əvəzliklərlə və nisbi  zərflərlə bağlanır.  Təyin budaq cümlələr  iki cür olur:  məhdudlaşdırıcı  təyin budaq cümlələri və təsviredici  təyin budaq cümlələri. 

Məhdudlaşdırıcı təyin budaq cümlələri təyin olunan sözü mənaca lokallaşdırır, dəqiqləşdirir və müəyyənləşdirir. Məhdudlaşdırıcı təyin budaq cümləsi  ilə baş cümlə arasında, bir qayda olaraq, vergül qoyulmur. Təsviredici təyin budaq cümlələri təyin olunan söz haqqında  əlavə informasiya  verir. Təsviredici təyin budaq cümlələri baş cümlədən vergüllə ayrılır.

Təyin budaq cümləsinin tabeli mürəkkəb cümlədə yeri, mövqeyi haqqında  bir neçə bəzi fikir söyləmək lazımdır. Bir çox hallarda təyin budaq cümləsi təyin edilən sözdən sonra durur. Ancaq bəzən elə hallar olur ki, tərkibində isim olmayan bir neçə söz və ya söz birləşmələrindən sonra da gələ bilər.

Təyin budaq cümləsini təqdim edən nisbi əvəzliklər (whom, whose, which, that, as) məhdudlaşdırıcı təyin budaq cümlələrini baş cümləyə bağlayır.

Təyin budaq cümlələrində who əvəzliyinin obyekt halı olan whom və which əvəzlikləri çox vaxt that əvəzliyi ilə əvəz olunur.

A letter that (which) is written in pencil is difficult to read.

Ingilis dilində “appositivе  attributive clauses” adlanan budaq cümlələri də var ki, onlar baş cümlədə olan hər hansı bir ismin əlavəsi kimi işlənir. Bu halda təyin olunan söz çox vaxt mecərrəd isimlə, yəni idea, chance, method,way, statement, fact və s. sözlərlə ifadə olunur. Bu zaman budaq cümlə baş cümləyə bağlayıcılarla bağlanır və heç zaman cümlədən atıla bilməz.

Məsələn appositivеattributive clauses” adlanan budaq cümlələridə var ki, onlar baş cümlədə olan hər hansı bir ismin əlavəsi kimi işlənir. Bu halda təyin olunan söz çox vaxt mücərrəd isimlə, yəni idea, chance, method, way, statement, fact və s. sözlərlə ifadə olunur. Bu zaman budaq cümlə baş cümləyə bağlayıcılarla bağlanır və heç zaman cümlədən atıla bilməz. 

(Hichens)

A week later Dorian Gray was at his house in the country,where he had  invited Lord Henry and several other friends.

Birhəftə sonar Dorian Qrey Lord Henrini və bir neçə dostunu dəvət etdiyi kənd evin də idi.

That was the time when thousands of workers in the area were streaming out of the plants. (Carter)

Bu,  həmin  diyarda  minlərlə işçinin zavodlar danaxışdığı bir vaxt idi.

I don’t like the method how he explained the matter. But he could see now no reason why he should not smoke.

                Mən  onun  məsələnini   izah  etdiyi  metodunu  xoşlamıram.  Ancaq  o nəyə görə siqaret çəkməyəcəyinin səbəbini bilmirdi.

Məsələn:  The fact he has not said anything surprises everybody.

Onun   heç  nə  deməməsi  faktı  hər  kəsi  təəcübləndirir.    Beləliklə,  tamamilə aydındır   ki,  nisbi   əvəzliklər təyin budaq cümlələrini baş cümləyə bağlamaq üçün   işlənir   və  bağlayıcılardan olunan təyin  budaq cümləsində fərqlənir ki, onlar  həmdə  bir  cümlə  üzvi  kimi çıxış  edə bilirlər.

                Əvəzliklərin  işlənməsində  aşağıdakı  qaydalara  nəzər  salaq.

1)             Who (whom), whose, which   sual  əvəzlikləri  orta  əsrlər  ingilis dilində nisbi əvəzliklər kimi işlədilmişdir.

Erkən  orta əsrlər ingilis dilində that geniş işlənmişdir, lakin indi wh əvəzliklərinin, xüsusilə, canlılara  aid olan who əvəzliklərinin işlədilməsinə   geniş meyl  var.

2)             Heyvan, bəzən kişi və ya qadın cinsinə aid olduqda who əvəzliyi işlənir.

Lakin   bu  qayda  bəzən  pozulur  və  biz   tez-tez  which  əvəzliyinin  kişi  və  ya qadın  cinsi  ilə, who  əvəzliyinin  isə  orta  cinslə  əlaqələndiyinin   şahidi  oluruq.

3)             Ölkə  adları  cografi nöqtəyi-nəzərdən  götürüldükdə which əvəzliyi,siyasi

anlayış  kimi  götürüldükdə  isə who əvəzliyi işlənir.   Lakin bununla belə həmin məsələdə  həddindən artıq tərəddüdlər var.

Məsələn:  For  travelling I prefer Norway, whichis more mountainous than Sweden.

Səyahət üçün İsveçdən daha dağlıq əraziyə malik olan Norveçi üstün tuturam. 

4)             Əgər kollektiv isim bütöv bir toplumu  bildirirsə  which  əvəzliyinin (fel

təkdə)  ayrı-ayrı  şəxsləri nəzərdə tutursa who əvəzliyini işlədiririk (fel cəmdə). 

Məsələn: The  commission,  which  consisted  of  ten  members,  was unanimous in its decision.

On üzvdən ibarət olan komisiya öz qərarında yekdil idi.

The crew, whowere  all  asleep, forgot to hoist a lantern.

Yatmış dəstə üzvləri fənər yandırmağı unutmuşdular.

5)      Poeziyada əşyaları təcəssüm etdirmək üçün who əvəzliyindən istifadə   edilir. 

Məsələn:

And narcissi, the fairest among them all,

Till they die of their own dear loveliness.

6)             Əgər təyin olunan söz peşə, şəxsiyyət ifadə edən ismi xəbərdisə, onda

whichvə ya that işlənir. Təyin etdiyi söz kimi which əvəzliyinin də sifəti – predifikatı və ya bütöv bir cümləsi ola bilər. Belə olan halda baş cümləyə which-lə bağlanan budaq cümlələr həmişə təsvir edici olur.

Məsələn: He is not the manwhich you think him to be.

O sizin düşündüyünüz kimi deyil.

He is not the man whom you think him to be.

O zənn etdiyiniz adam deyil.

Təyin etdiyi söz kimi, which əvəzliyinin də sifəti – predikatvi və ya bütöv bir cümləsi ola bilər. Belə olan halda baş cümləyə which-lə bağlanan budaq cümlələr həmişə təsvir edici olur.

7)             Orta əsrlər ingilis dilində və erkən müasir ingilis dilində that həmişə

nisbi  əvəzlik  kimi işlənmişdi. Indi that təsvir edici təyin budaq cümlələrində nadir hallarda işlənir və hətta məhdudlaşdırıcı təyin budaq cümlələrində belə, who əvəzliyinin işlədilməsinə güclü, that əvəzliyinin yalnız əşyalara uyğun olaraq işlədilməsinə isə nisbətən az meyl var. Lakin that əvəzliyinin insanlara və əşyalara aid olaraq sərbəst işləndiyi bəzi nümunələr var.

Təyin budaq cümləsində that tez-tez işlənir:

a)       Aşağıdakı əvəzliklərlələ: all, everything, nothihg, something, anything, much, little, few.

b)             Üstünlük dərəcəsi və fist-lə.

Təyin budaq cümlələri nisbi zərflərdən sonra işlənir. Nisbi əvəzliklərdən başq