MÜNDƏRİCAT-CONTENTS-ОГЛАВЛЕНИЕ

DİLÇİLİK – ЯЗЫКОЗНАНИЕ

P, МАМЕДОВА .Pелигиозные термины Габуснаме”.

A. MİRZƏYEVA. Onomastik frazeologizmlərin dilin frazeoloji sistemində yeri

Ş. İSMAYILOVA. Azərbaycan dilində məsdər tərkibləri.

A. ALLAHVERDİYEVA.   Nasir Xosrovun “Səfərnamə” əsərində qoşmalar

R. İSAYEVA. Azərbaycan dilində əlavə birləşmələr və cümlələrin inkişaf tarixi

L. MAHMUDOVA .Müasir fars diılində feli frazeoloji birləşmələrin sintaktik-morfoloji    xüsusiyyətləri..

H. МУСАЕВА .Cтруктурно –семантические особенности  глаголов движения с приставкой (ЗА).

N. SƏFİYEVA. Müasir Azərbaycan terminologiyasinin morfoloji üsulla zənginləşməsi..

H. HEYBƏTOV. Ərəbdilli izahlı lüğətlərin meydana gəlməsi.

Т. ИБРАГИМОВА. Фразеологизмы русского языка с архаичнымместоименным  компонентом

Z. MƏMMƏDOVA . Fars dilində arxaizmlər

L. ƏLİQULİYEVA. Feli sifətlərin tədqiqat tarixinə dair bəzi mülahizələr

C. ƏLİYEVA. Latin dilinin substratlar nəzəriyyəsi

N. ƏHMƏDOV . Qərbi Azərbaycanın Qaraqoyunlu bölgəsinin Yanıqpəyə kəndinin etnonimləri

Ə. CAVADOV.Təyin və zərflik budaq cümləli  tabeli mürəkkəb cümlələrin  sintaktik—semantik xüsusiyyətləri

N. ƏLİYEVA. Azərbaycan dilinin dulusçuluq leksikasında düzəltmə sözlər

R. ƏLİYEV.  S.M.Qənizadənin elmi-publisistik  məqalələrində ana dili problemi

S. HACIYEVA. Qloballaşan dünyada ingilis dili

G. KƏRİMOVA. Инэилис дилиндян Азярбайжан дилиня тяржцмянин бязи грамматик ясасларына даир

M. ƏMRAHOVA. Bakı şəhərinin urbanonimlər sistemi müstəqillik dövründə

Ə. QULİYEVA. Müasir türk və Azərbaycan dillərində mürəkkəb quruluşa malik iqtisadiyyat terminləri

R. QULİYEVA. Ərəb dilində əsil ön qoşmalar

Ə. RZAYEVA. Azərbaycan dilçiliyində feilin lüğəvi məna növləri

F. RZAYEVA. Tərcümə haqqında bəzi qeydlər

Ф. МАМЕДБЕЙЛИ. К проблеме потенциальных и окказиональных слов  в русском языке

İ. ƏMİRASLANOVA. Fransız dilində Subjonctif və Azərbaycan dilində arzu formasının müqayisəli təhlili

Q. CƏBRAYILOV. Dildə əşyəvilik anlayışı

F. CƏFƏROVA, A.DADAŞOVA. Alman bədii əsərlərində sinonimlik

Г. ДЖАФАРОВА.Французские заимствования, обозначающие наименования десерта, в русском литературном языке

F. ƏfƏNDİYEVA . Закон фонетического ограничения в персидском языке

M.MEHDİYEVA.  Tərcümənin mahiyyəti və vəzifələri

A. MƏMMƏDOVA. İsmin qrammatik hallarının semantik xüsusuiyyəti

M. ORUCOVA. Arten der Wortbildung

Ç. QƏHRƏMANOVA. S.Rəhimovun əsərlərində dialektizmlərin leksik-semantik təhlili

S. VƏLİYEVA. Elmlərarası əlaqə:  dilçilik  və etnoqrafiya

Ü. ИБРАЩИМОВА. «Китаби-Дядя Горгуд» дастанында фелин формалары

A. PAŞAYEVA. Urdu dilində ( ne ) sonqoşması və onun cümlədə işlənmə xüsusiyyətləri

M.TARVERDİYEV.Fars dilində “feil kökü + نده (ənde)” quruluşlu düzəltmə sözlərin yaranması

X. ABDULLAYEVA. Tərcümənin bəzi aktual məsələləri

A. HÜSEYNOVA. Söz  yaradıcılığı  prosesi və felin məna növlərinin leksik-semantik çalarları

İ. BABANLI . “Kitabi-Dədə Qorqud” və Orxon-Yenisey abidələrinin dilində sadə cümlə

N. İSGƏNDƏROVA  Mətnin kateqoriyaları məsələsinə bir baxış

A. MURADOVA . Mətnyaratmada qoşulma əlaqəsindən istifadənin хüsusiyyətləri

S. HACIYEVA. Azərbaycan dilində söz yaradıcılığının leksik-funksional aspektləri

Z. SULTANOV, V.  ABIYEVA . İngilis dilində cümlə hissələrində spesifik dəyişikliklər

А. ХАЛИЛОВ.Теория перевода. Объект и предмет современной теории перевода

ƏDƏBİYYATŞUNASLIQ-ИТЕРАТУРОВЕДЕНИЕ

B.ƏSGƏROV.Tarixi romanda gerçəklik və bədii təxəyyülün sintezi

N. HƏSƏNOV. Redyard Kiplinqin poeziyasında Şərq motivləri

Ş. ABDULLAYEVA, Tarixi əsərdə dil məsələləri

A. QASIMOVA. Məmməd Arazın yaradıcılığında “Araz” obrazı

V. BABAYEVA. Məmmədəli Manafzadə Sabit və “Molla Nəsrəddin” jurnalı

Ş. BƏDƏLOV.  Xətayi yaradıcılığının  təriqət ənənələri

S. ƏHMƏDOVA. H. Əliyevin azərbaycançılıq məfkurəsi və Səməd Vurğun poeziyası

A. ƏZİMOVA. “Kitabi-Dədə Qorqud” qəhrəmanlıq eposu kimi

A. HƏŞİMOVA. Hüseyn Cavidin “İblis“ pyesində dünyavi və fəlsəfi – estetik  problemlər

Ə. HÜSEYNOVA. Müasir ədəbiyyatşünaslıqda Xəlil Rza Ulutürk  yaradıcılığının qiymətləndirilməsi

M. MUSTAFAYEV. Ədəbiyyatşünaslığımızda mənəvi dəyərlərin qiymətləndirilməsi

S. RZAYEVA. Abbasilər dövründə Xütbələr

X. BABAYEV.  “Munisnamə”əsəri “Ərəb”janrının nümunəsi kimi

İ. ATİLLA. “Oğuz Kağan” dastanı və Hüseyn Cavidin “Topal Teymur” əsəri

P. KƏRİMOVA. Yavuz Akpınarın düşüncəsində Türkiyə-Azərbaycan ədəbi əlaqələri

Ş. MƏMMƏDOVA. Azərbaycan  ədəbiyyatında qadının ictimai-tarixi taleyi

Ü. NƏBİYEVA. Ümumxalq bayrami Novruz

N. MURADOĞLU. Dayandur Sevginin “Dəyiş adımızı” şeirində Dədə Qorqud obrazı

Z. ORUCOVA . Hüseynbala Mirələmov yaradıcılığında tarixiliklə müasirliyin vəhdəti

A. RƏFİYEVA. Milli ədəbiyyat tarixlərində ədəbi dəyərlər

M. ŞİRİNOVA . Nizami yaradıcılığında həyatın və yaşamağın mənası

R. ZEYNALOVA. Ənənə və novatorluq ədəbi tənqiddə

И. ГУСЕЙНОВ. О проблеме восточно-западных мифоэпических взаимосвязей

K. HƏSƏNOVA. «Kitabi-Dədə Qorqud» da kiçik  süjetlərin formalaşma spesifikası

T. ƏLİYEVA. Türk nəsrində postmodernizm və yeni ənənəçilər dönəmi

G. CƏNNƏTOVA. Filip Rotun yaradıcılığında ənənəvi yəhudi stereotiplərinin yenidən dərki

J. NAĞIYEVA. Azərbaycanda mifoloji görüşlərin tədqiqi tarixinə bir nəzər

Ş. NUHOVA.S.Azəri və V.Babanlı «altmışıncılar» nəsrinin görkəmli nümayəndəsi kimi

Ş. QƏDİMOVA.Türk Divan poeziyasında bənd əsaslı şeir şəkilləri və janrlar

S. ABASOVA.  Fərman Kərimzadənin etnoqrafiq esgizləri

E. AKİMOVA . Çağdaş Azərbaycan poeziyasinda simvolizm ədəbi-estetik təmayül kimi

A. ƏHMƏDOVA .Mirzə  Məhəmməd Axundovun folklor  toplamaları

L. ƏLİZADƏ. Təmsil alleqoriyası və alleqoriyanın bədii ədəbiyyatda işlənmə fəallığı

L. İSAYEVA. Ceyms Moriyerin ideya-estetik konsepsiyası: “Avesta”, kəbrlər, yaxud atəşpərəstlər

K. MƏMMƏDOVA. English Literature in all periods

S. QOCAYEVA. Классиклярин йарадыъылыьында  Хызыр образы

N. ŞAHKƏRƏMOVA. Vaqif Səmədoğlunun"Bəxt üzüyü" və "Yayda qartopu oyunu"pyeslərində həqiqət axtarışı

İ. TAĞIZADƏ. Elis Manronun hekayələrində bədii psixologizmin ifadə üsulları

Б. ГУЛИЕВА. Азербайджанские  поэты и писатели  в литературе Ирана XIX-XX  веков

PEDAQOGİKA-ПЕДАГОГИКА

V.QURBANOV, N. CAVADOVA. Müasir dərsliklərdə  inteqrasiyaedicilik imkanları

G. MƏMMƏDOVA. Musiqinin tədrisində inteqrativ təlim

F. ZАHİDОVА.İngilis dilinin iхtisаs dili kimi tədrisinin bəzi хüsusiyyətləri

N. SADIQOVA. Role of information technologies in teaching learning process

R. ƏŞRƏFOV. Milli Kurikulum konsepsiyasında – inteqrasiya mühüm didaktik prinsip kimi

D. QURBANOVA.The ways of expanding students’ vocabulary in ELT

M. САДЫХОВА, С.ЧЕРКЕЗ. Различные подходы, методы и формы при изучении русского языка

T. ƏBDÜLHƏSƏNLİ. Qloballaşma şəraitində Azərbaycan dilinin ali  məktəblərdə tədrisinin əsas perspektivləri

T. QURBANOVA, Ş. BALAYEVA. Müəllim peşəkarlığının tədris prossesində oynadığı rol və onun üstünlükləri

E. YUNUSOVA, L ŞAHƏLİZADƏ. İnnovativ tədris metodları və   onların dil dərslərində tətbiqi

İNSANŞÜNASLIQ-ЧЕЛОВЕКОВЕВЕНИЕ

S. MƏMMƏDOV. Nitsşe yaradıcılığında Zərdüşt konsepsiyası

Н. МИКАИЛОВА. ФЕноменологический  метод  в  современной теории  познания

M. MƏMMƏDOV. Əski türk dini və şamanizm

JURNALİSTİKA - ЖУРНАЛИСТИКА

Н. АГАЕВА. Известные журналисты-публицисты на страницах периодических изданий АДР (

G. ORUCƏLİYEVA. Telexəbərin janr xüsusiyyətləri

G. MƏMMƏDOVA. Azərbaycanda  bölgə mətbuatının inkişafında internetin rolu

B. NİFTƏLİYEV. Tele-ekranİnda  struktursuzluq və tele müsahibə

X. VƏLİYEVA. Kütləvi informasiya vasitələrinin elmi üslubu

MƏRUZƏ VƏ MƏQALƏLƏR– ДОКЛАДЫИ СТАТЬИ

И. КУЛИЕВА,А. АЛИЕВА. Формирование  коммуникативной  компетенции

F. ƏZİZOVA. V sinifdə fəal interaktiv təlim texnologiyasının tətbiqi imkanları

G. ABBASOVA. Ədəbiyyat dərslərində fəal-interaktiv təlimdən istifadənin əhəmiyyəti

V. NƏZƏROVA. Müasir Təlim Texnologiyalarının mahiyyəti və rolu

F. MİRZƏYEVA. Şagirdlərin şifahi nitqindəki qüsurların aradan qaldırılması yolları

Z. HÜSEYNOVA . Dədə Qorqud dastanlarında kişi qəhrəmanları və onların xarakteri

S. ƏLƏKBƏRLİ . Orta məktəbdə  ədəbi nümunələrin tədrisinin rolu haqqında

F. YUSİFOVA. Orta  məktəbdə  tədris  olunan bəzi  hekayələrdə  kompozisiya  komponentləri

С. ДЖАФАРОВА. Орфограмма в системе единиц русского языка

A. MƏHYƏDDİNOVA. Orfoqrafik səhvlərin aradan qaldırılması məqsədi ilə aparılan işlər

G. XUDAYAROVA . V sinif Ədəbiyyat dərslərində bədii təsvir vasitələrinin yeni təlim üsulları ilə tədrisi

N. HÜSEYNOVA . Müasir dərslərdə fəal/interaktiv təlimdən istifadənin əhəmiyyəti

S. KƏRİMLİ.Orta məktəbdə tədris prosesində fəal təlimin strukturu

N. NƏSİROVA. Sadə cümlə və onun tədrisi məsələləri

A. XƏLİLOVA.   Mürəkkəb  cümlənin  tədrisində  yeni təlim  texnologiyalarından   istifadə

R.  ABDULLAYEV.Tarix dərslərində H.Ə.Əliyev irsinin öyrənilməsində  İKT-dən  istifadə

G. NƏCƏFOVA. Əsas nitq hissələrinin tədrisində tarixi kommentariyalardan istifadə

Ş. CABBARLI .  Şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsi məsələsi

A. MİRZƏYEVA .Fonetikanın tədrisində fənlərarası əlaqə

V. AĞAZADƏ. V sinifdə ədəbiyyat dərslərində şagirdlərdə məzmun və təhlillə bağlı bacarıqlarının inkişaf etdirilməsi

T. MƏMMƏDOVA. Təhsil sistemində monitorinq və qiymətləndirmə:mahiyyət və vəzifələri

Ə. MÜRSƏLZADƏ . Sinonimlərin üslubi xüsusiyyətləri

Ш. КАСЫМОВА. Субстантивация прилагательных различных структурно-семантическихразрядов

G. MİRZƏYEVA. Təlimdə dillərarası müqayisədən istifadə və onun mahiyyəti

T. BAYRAMZADƏ. Bəxtiyar Vahabzadə poeziyasının dili

A. ƏHƏDOVA. Musiqi müəlliminin peşə fəaliyyətində pedaqoji və xüsusi bilik və bacariqlarin vəhdəti

N. HÜSEYNOVA.  İngilis dilinin tədrisi zamanı təlim materiallarının seçimi

L. MUSAYEVA. XXI əsrdə təhsilin əsas inkişaf istiqamətləri

L. QULUZADƏ. Morfologiya və onun tədqiqat obyekti

S. RƏHİMOVA. Azərbaycan dili təlimində interaktiv metodlardan istifadə mühüm  metodik problem kimi

Z. İSGƏNDƏROVA. Azərbaycan dilində arxaikləşmənin səbəbləri

G. CAVADZADƏ. Lirik şeirlərin məzmununun öyrənilməsi üzrə işin təşkili

R. BAĞIRZADƏ. Mehdi Hüseyn yaradıcılığında Nizami Gəncəvi mövzusu

Ü. HÜSEYNOVA. Y.V.Çəmənzəminlinin "Cənnətin qəbzi" hekayəsində din və mövhumat.

N. YUSİFOV. Azərbaycan dilində alınma sözlərin mənimsənilməsi

X. SEYİDOVA. Müasir təhsilin konseptual problemləri

F. SƏFƏRLİ . “Ceviz qurdu” romanında milli-mənəvi düşüncənin aydınlaşması

G. HƏSƏNOVA. Qloballaşma dövründə təhsilin humanistləşdirilməsi:   problemlər və prioritetlər

T. KHALILOVA. Tropes are used in art style of Azerbaijani and English languages

Y. SÜLEYMANOV. Frazeologizmlərin interferensiya prosesində tədqiq edilməsi

T. QULİYEVA. Azərbaycan dilinin tədrisi prosesində biliklərin möhkəmləndirilməsi üsulları

H. MİRZƏYEV. Lirik janrda söz təkrarlarının üslubi effekti

N. HACIYEVA. Yazılı nitqin inkişafı

S. BAYRAMOVA.  XX əsr Azərbaycan ədəbiyyatında nağıl janrının yeri

DILÇİLİK-ЯЗЫКОЗНАНИЕ

                                                         Мамедова Рена Гамид кызы

РЕЛИГИОЗНЫЕ ТЕРМИНЫ ГАБУСНАМЕ

  Унсур-ал-Меали Кейкавус ибн-Искендер ибн-Кабус ибн Вушмагир ибн-Зийар в своем произведении Габуснаме, как известно, раскрыл полную картину жизни и быта феодального общества XI века. Автор обращается ко многим сферам человеческой жизнедеятельности, использует большое количество терминов, среди которых особое место занимают религиозные термины. Само слово термин имеет следующее определение– «(от лат. terminus граница, предел) слово или сочетание слов, обозначающее специальное понятие, употребляемое в науке, технике, искусстве». Или «ТЕРМИН слово, имеющее специальное, строго определенное значение. Применяется в науке и технике».(4) Наличие большого количества терминов в Габуснаме можно отнести к одной из основных отличительных черт лексического состава произведения. Автор для достижения своих идейно – художественных замыслов зачастую обращается к различным терминам. Эти термины создают разные семантико-тематические группы и охватывают множество областей. В Габуснаме терминологическая лексика, можно сказать,  выполняет как номинативную, так и художественную функцию. Как известно, Габуснаме написана в дидактическо-этическом жанре. Использование, например, религиозной терминологии обогатило лексическую систему произведения, придало тексту особую эмоциональность. Некоторые предложения, буквально, пронизаны религиозными терминами. Следует отметить также, что для контекста с религиозными терминами характерно арабо-персидское двуязычье, например:

چنانكه پيغامبر صلى اللّه عليه و سلم گفت:"تفکر وا فی الاء الله ونعما یه ولاتتفکروا فی الله ."( 10 )    

Как сказал Пророк, да благословит его Аллах, помышляйте о свойствах Аллаха, но не помышляйте о сущности его.(49)   В целом, все религиозные термины Габуснаме можно просмотреть в следующей последовательности:

1) общетеологические, которые применяются во всех религиях: دین - религия, خدا– Бог, روزه - пост, روح - душа, جنت – рай, دوزخ – ад, طاعت – служение, بنده – раб , گناه- грех, служении богу - طاعت , پيغمبر -  пророк, апостол и т. д.

اگر حقيقت توحيد خواهی بدانکه هر چه در تو محالست در ربوبییت صدقست.(11 )                      

Если ты хочешь истинного единобожия, знай, что всё, что для тебя невозможно, в Господе истинно.(50)

در ميان مردمان پيغامبران فرستاد تا ره داد و دانش و ترتيب روزى خوردن و شكر روزى‌ ده گزاردن

بمردم آموختند.(14)                                                                                                      

А к людям Он послал Пророков, чтобы они научили людей справедливости, и знанию, и распорядку получения хлеба насущного, и благодарности к Подателю его.(52)

پس چون از خرد نگرى‌ چندان حرمت و شفقت و آرزو كه روزى‌ خوار رابر نعمت و روزيست واجب

كند كه حق راه‌نماى خويش بشناسد و روزى‌ده خويش رامنت دارد و فريشتگان‌ او را حق‌شناس باشد.   (15)

Получающим пропитание Он на основании пропитания и блага сделал обязательным признавать право своих водителей и чувствовать признатель­ность к своему подателю пропитания и признавать правоту

Его посланников.(53)

و آگاه باش كه نماز و روزه خاص خداوند راست، درو تقصير مكن.(17)                                   

И знай, что молитва и пост принадлежат самому Богу, и не допускай в них

оплошностей.(55)

اما بدانكه روزه طاعتى است كه بسالى يك بار باشد، نامردمى بود تقصيركردن.( 18)                     

И знай, о сын, что постслужение, которое за целый год бывает лишь один раз, было бы низко уклоняться от него.(56)

پس آفريدگار تقدير سفر كرد بر خداوندان نعمت تا داد نعمت بدهند و براز نعمت بخورند و فرمان خداى

تعالى بجاى آرند و خانهء او را زيارت كنند. (21)                                                                  

Потому-то творец и предписал богатым людям путешествовать, дабы они воздали должное богатству, извлекли из него пользу и выполнили приказ Господа Всевышнего и поклонились дому его.)57-58)

ويرا ديد بدان ناز و تن آسانى؛ روى بدوكرد و گفت:وقت مكافات جزاى من و تو هر دو يكى خواهد بود؟ (21)

Увидел он правителя Бухары в такой неге и довольстве, обратился к нему и сказал: «В день воздаяния будет награда мне и тебе одна и та же?».(58)

و پيران قبيلهء خويش را حرمت ‌دار كه رسول گفته است عليه السلام: "الشيخ فى قبيلته‌ كالنبىّ فى امته".  

(33) Ведь Пророк, да благословит его Аллах и да приветствует, сказал: «Старец в роду своем — как пророк в общине своей». (69)

همچنانكه شرمگينى نتيجهء ايمانست بى‌نوايى نتيجهء شرمگينى است.(36)                                    

Как стыдливость — плод веры, так нищета — плод стыдливости.(71)

اندر طاعت و معصيت بهرحالى كه‌ باشى از خداى عز و جل ياد همى كن و آمرزش همى خواه و از     

مرگ همى ترس تا چون ‌درزى ناگاه در كوزه نيفتى با بار گناهان بسيار.(57)                                

И в покорности и в непокорности, в каком бы ты состоянии ни был, бойся Господа Всевышнего, проси у него прощения и страшись смерти, чтобы не упасть, как тот портной, внезапно в кувшин вместе с бременем прегрешений.(90)

و جسم‌ و عقل و روح تو نيز بياسايد.(70)                                                                            

И тело, и душа, и разум, и дух твой отдохнут.(99)

و نیز سیکی خوردن بزه است چون بزه خواهی کردن باری بزه بی مزه مکن.(73)                        

Ведь пить вино — грех, так не делай же грехов без приправы.(101)

ماهى بر خوان تو روزهء خويش گشادم‌{و مهمان‌ تو بودم}.(74)                                                

Месяц за твоим столом разговлялся и был твоим гостем.(102)

روزى ازرسول عليه السلام پرسيد كه: اى رسول، روى من روى بهشتيانست يا روى ‌دوزخيان و من 

بهشتى خواهم بودن يا دوزخى؟ (78)                                                                                 

Однажды она спросила у Пророка: «О посланник Божий, мое лицо — лицо райских жителей или адских?», т. е. «В рай я пойду или в ад?»(106)

راست گفتم كه هيچ پير در بهشت نباشد از انكه روز قيامت همه خلق ازگور جوان خيزند.(78)          

«Я сказал правду, что стариков в раю не будет, потому что в день воскресения все люди встанут из могил молодыми».(106)

و بدانكه‌ ايزد تعالى شب را از بهر خواب و آسايش بندگان آفريد و روز را از بهر معيشت وتحصيل    

اسباب معيشت آن چنانكه گفت: « وَ جَعَلْنَا اَللَّيْلَ لِبٰاساً`{وَ جَعَلْنَا اَلنَّهٰارَ مَعٰاشاً}.»(91)                        

И знай, что Господь Всевышний сотворил ночь для сна и отдыха рабов [своих], как он сказал: «И сделали мы ночь покровом». (116)

حقيقت همه زندگيست از جان و{تن و} تن مكانست و جان ممكن.(91)                                        

И знай ту истину, что все живое — тело и душа. Тело — это вместилище, а

душа — вместимое. (116)

دگر گفت: مادر مرا بگوييد كه اگر خواهى كه روان من از تو شادمانه باشد غم من با كسى خور كه‌ او 

را عزيزى نمرده باشد يا با كسى كه او نخواهد مرد.(148)                                                      

А затем скажите моей матери, что если она хочет порадовать мою душу, то пусть оплакивает меня с кем-либо, у кого никто из близких не умирал, или с кем-либо, кто не умрет сам.(165)

2) другие религии и религиозные направления:  دخمه - дахма, مرید– мурид, خِرْقَةٌ - хырка,خانگاه - ханегах, تصوف - тасаввуф и.т. д.

آنجا كه دخمهء او بود آن قصه درازست.اما مقصوداينست كه مأمون در دخمهء او رفت اعضاهاى او را‌

يافت بر تختى پوسيده وخاك شده. (50)                                                                                   

Там, где была его дахма, )то долгий рассказ, но дело (цель) в том, что Мамун пошел в его дахму), нашел он его останки на прогнившем троне, обратившимися в прах на его троне.(83)

چنانكه سقراط را شنيدم ‌كه همى‌بردند تا بكشندش كه ويرا الحاح كردند كه: بت‌پرست شو.(141)        

Так говорят, что Сократа вели казнить. Начали настаивать: «Стань идолопоклонником».(159)

3) исламская религиозная терминология. В лексической системе произведения значительное место занимает арабская религиозная терминоло­гия. Она отражает разные религиозные титулы, молитвы, обряды Ислама: شرع - шариат, طريقة - тарикат, منبر — минбар, نماز - намаз, حافظ -хафиз, فقيه - факих أصول الدين– усуль ад-дин, مُجْتَهِدٌ- муджахид , التفسير - тафсир, فقه– фикх, امير المؤمنين– амир ал - моминин т.д., к примеру:

چنين گويد جمع كنندهء اين كتاب پندها ،الامير عنصر المعالى كيكاوس بن‌اسكندر بن قابوس بن وشمگير مولى امير المؤمنين،با فرزند خويش گيلان‌شاه. (3 ) Так говорит составитель этой книги, эмир Унсур-ал-Меали Кей-Кавус ибн-Искендер ибн-Кабус ибн-Вушмагир ибн-Зиар, клиент повелителя правоверных, сыну своему Гиланшаху.(45)                                                        و اگر کردگار بر زفان خداوند شرع بندگانرا گستاخی شناختن راه خویش ندادی هرگز کسی را دلیری ان نبودی که در شناختن راه خدای عزوجل سخن گفتی.(11)                                                          

И если бы наш Создатель не дал своим рабам устами господина шариата дерзновение познать себя и познать путь к себе, ни у кого не хватило бы смелости сказать хоть слово о познании пути ко Всевышнему.(50)

چنانكه در محكم تنزيل خودهمى‌گويد:"{ وَ مٰا خَلَقْنَا اَلسَّمٰاوٰاتِ وَ اَلْأَرْضَ وَ مٰا بَيْنَهُمٰا لاٰعِبِين } ما خلقنا هما

الا بالحق." (14)                                                                                                            

Как Он говорит в своем непреходящем откровении: «Мы сотворили небеса и землю и то, что между ними, не напрасно, и сотворили мы их не иначе, как премудро».(52)

جز كه بر اندازهء{فرمان} اگر خداوند نعمت اندك‌شكر خواهد بسيار بود چنانكه اندازهء طاعت در دين

اقرار بزبان و تصديق  اسلام پنج است:دو ازو خاص‌منعمان راست و سه ازو عموم خلايق را،يكى ازو 

بدل و ديگرنماز پنج‌گانه و سوم روزهء سى روز. (16)                                                           

Хотя он и будет обладателем многих милостей, но мера воздаяния благодарности и служения в мусульманской вере сводится только к пяти  [обязанностям]: из них две предписаны только зажиточным, а три — всем людям. Из них одна — признание Бога устами и подтверждение сердцем, другая — пятикратная молитва, третья — тридцатидневный пост.(54)

اما شهادت دليل نفى است بر حقيقت هر چه جزاز حقست و نماز صدق قول{و} اقرار بندگيست و روزه ‌

تصديق قول{و} اقراردادن بخدايى خداست.(16)                                                                     ‌

Вероисповедная формула — доказательство отрицания всего, кроме истинного Бога, молитвы доказывают погрешность словесного признания в истинном служении, а пост —признание в истине словесного свидетельства о Божьем могуществе.(54)

و بدان كه نماز را خداوند شريعت مابرابر كرد با همهء دين.(17)                                              

И знай, что молитву Господин шариата нашего причислил к совокупности веры.(55)

و زنهار اى پسر كه‌ اندر نماز سبكى و استهزا نكنى بر ناتمامى ركوع و سجود و مطايبه كردن اندر نماز

كه اين‌عادت هلاك دين و دنيا بود.(18)                                                                               

И берегись, о сын, не относись легкомысленно к молитве и не насмехайся над неполнотой поясных и земных поклонов: шутить над молитвой — привычка, ведущая к гибели и мира и веры.(55)

بدان اى پسر كه خداى عز و جلدو فريضه پيدا كرد از بهر منعمان و بندگان‌خاص و آن حجّست و زكوة

و فرمود تا هر كرا ساز بود خانهء او زيارت كند. (20)                                                            

Знай, о сын, что Господь Всевышний наложил две обязанности на имущих и избранных рабов своих, а именно хаддж и зекат, и приказал, чтобы всякий, у кого есть нужные средства, поклонился дому его.(57)

چون نزديك عرفات رسيدند درويشى همى آمد،برهنه پاى‌ و آبله كرده و تشنه و گرسنه. (21)          

Когда доехал он до Арафата, попался ему на встречу нищий дервиш, босоногий, терзаемый жаждой и голодом.(58)

چه درويش اگر قصد حج كند خود را در تهلكه افگنده باشد،چه هر درويش كه كار توانگران كند چون ‌

بيمارى بود كه كار تن‌درستان كند و داستان او راست‌بدان داستان ماند كه آورده‌اند. (21)                

Ведь если нищий совершает хаддж, он подвергает себя опасности, ибо нищий, совершающий дело богатых, подобен больному, совершающему дело здорово­го, и рассказ о нем точь-в-точь похож на рассказ о тех двух хадджи, одном богатом, другом бедном.(58)

پس چون ترا ساز حج باشد در طاعت تقسیر مکن. ( 22)                                                              

Итак, о сын, если будут у тебя средства на хаддж, не допускай оплошности в

служении богу.(59)

بدانکه حج طاعتیست که بر دایم چون ساز بود اگر نیت قهر خود در سال مستقبل معلق کنی نیت قهر امام

ازو منقطع کند و لکن زكوة طاعتی است که بهیچ گونه چون مکنت بود نادادن عذری نیست و خدای تعالی

زکاة دهندگان را از مقربان خود خواند.( 22)                                                                            

Знай, что хаддж также служение богу, что, когда у тебя есть нужные средства, если ты отложишь решение [ехать] на будущий год, греха на тебе не будет, но зекат — это такое служение Богу, что, если только есть возможность, не давать его непростительно. Господь Всевышний плательщиков зеката всегда называет приближенными своими.(59)

اما زكوة در سالى يكبار بر تو فريضه است.( 23)                                                        

Зекат в год дается раз, и это обязательное предписание.(59)

اين آيت را تفسير كرده‌اند از چند روى.(24)                                                                        

Этот стих толковали на несколько ладов.(61)

   شنيدم كه بروزگار صاحب پيرى بود بزنگان،فقيه و محتشم،و ازاصحاب شافعى مطلبى بود رحمة اللّه                       عليه ،مفتى و مزكّى و مذكّر زنگان بود. وجوانی  {علوى}  بود پسر رئيس زنگان،فقيه بود و هم مذكّرى سر کرسی یک  دیگر را  طعنها زدندی.  کردی. و پیوسته این هر دو را با یک دیگر مکاشفت بودی و بر             (48)                                            

Слышал я, что во времена Сахиба был один старик в Зенгане, законовед и уважа­емый человек из сподвижников [имама] Шафии, да помилует его Аллах. Был он муфти, проповедником и сборщиком зеката в Зенгане. И был один юноша, алид, сын реиса Зенгана, тоже законовед и проповедник. Постоянно эти двое разоблачали друг друга и корили друг друга с мимбара. (81)

 

Литература

  1. Бертельс Е.Э. Кабус-намэ. Издательство восточной литературы, Москва, 1958, с. 296
  2. Юсофи Голам-Хосейн. Кабус-наме (на персидском языке). Наука и культура. Тегеран, 1378/2000, 609 с.
  3. Рубинчик Ю.А. Персидско-русский словарь, Москва, 1983.
  4. 4.                 https://ru.wikipedia.org/

Xülasə

                Məqalə əmir Ünsürülməali Keykavus ibn İskəndər ibn Qabus ibn Vəşmgir ibn Ziyar tərəfindən XI əsrdə yazılan Qabusnamə əsərinə həsr edilmişdir. Əsər klassik fars dilində yazılan ilk nəsr nümunəsidir.  Məqalədə  əsərdə istifadə olunmuş bəzi      terminlər  araşdırılır.    

      Summary

                The article deals with Qabus-nameh written by Onsor-al-Ma’ali Keikavus ebn-e Eskandar ebn-e Qabus ebn-e Vushmagir ebn-e Ziyar in the XIth century. The literary work is the first example of prose which has been written in classic Persian language.  This article considers terms of the work.  

Ключевые слова- Кей-Кавус, Кабус-наме, термины.                                       

Açar sözlər- Keykavus, Qabusnamə, atalar sözləri,terminlər.                            

 Keywords- Keikavus, Qabus-nameh, terms .

                                                                             

Рецензент: доц.Мамедова А.Б.


Mirzəyeva Aysu Atamoğlan q.

ONOMASTİK FRAZEOLOGİZMLƏRİN DİLİN FRAZEOLOJİ SİSTEMİNDƏ YERİ

Frazeologiya dilçilikdə XVIII əsrdən müstəqil bir istiqamət kimi öyrənilməkdədir. Bu sahənin artıq iki əsrdən böyük bir dövrdə tədqiqat obyekti olmasına baxmayaraq onun bir çox məsələləri yetərincə həllini tapmamışdır. Bəlli həqiqətdir ki, ilk dövrlərdə leksik səviyyədə aparılan araşdırmalarda, sonralar leksikoqrafiya çərçivəsində, nəhayət, üslub məsələləri ilə bağlı işlərdə diqqət mərkəzinə çəkilən frazeoloji vahidlər indi müasir linqvistik problemlərin qoyuluşu və həlli prosesində də əsas vahidlərdən biri olur. Qeyd edilən cəhət, ilk növbədə, frazeologizmlərin leksik fondun təşkiledici hissələrindən biri olması ilə bağlıdırsa, digər tərəfdən, belə vahidlərin etnokulturuloji mahiyyətindən, bu və ya digər dildə tarixən qədim dövrlərdə yaranmasından qaynaqlanır. Təsadüfi deyil ki, hələ XI əsrdə Mahmud Kaşğarinin tərtib etdiyi lüğətə daxil edilmiş frazeoloji vahidlərin sayının 300-ü aşması göstərilir [1, 4].

Hər bir dilin frazeoloji tərkibi özünəməxsusluğu və xalqın mədəniyyətini özündə əks etdirməklə seçilir. Dil mədəniyyətin bir komponenti olub onu qorumaq və nəsildən nəsilə ötürməyin ən vacib vasitəsidir. Onomastika da leksikanın elə bir hissəsidir ki, o, cəmiyyətin tələbləri ilə bağlıdır, sosial-tarixi, həmçinin sosial-mədəni amillərlə şərtlənir, tarixi inkişafının müəyyən mərhələsini yaşayan cəmiyyətin əhəmiyyətli xüsusiyyətlərini əks etdirir [2, 5].

Onomastik frazeologiya dilin frazeoloji fondunda onomastik vahidlərin iştirakı ilə yaranmış vahidləri əhatə etdiyindən etnokulturoloji baxımdan xüsusi əhəmiyyət daşıyır.

Frazeoloji vahidlərin yaranması, dilin inkişaf prosesində artması xüsusi maraq  doğurur. Bu da frazeoloji sistemin dilin inkişafında kəsb etdiyi əhəmiyyətlə bağlıdır. Frazeoloji adlandırma leksik nominasiyadan fərqlənən cəhətlərə malikdir.  Birinci fərq frazeoloji vahidin formalaşması mexanizmində özünü göstərir. Frazeoloji adlandırma tədricən baş verir, mərhələli bir prosesin məhsulu olur, belə vahidin dil daşıyıcıları tərəfindən tam qavranma dövrünə qədər bir müddət tələb edir. [3, 27-29]. Lakin həmin müddətin dəqiq sərhədlərini təyin etmək mümkün deyildir. Tədqiqatçılar frazeoloji vahidin tarixən işlənmə məqamlarını yazılı abidələr və şifahi xalq ədəbiyyatı əsasında müəyyənləşdirməyə çalışırlar.

Ikinci vacib fərq frazeologizmin mənası ilə bağlıdır. Frazeoloji vahidin mənasında iki tərəf iştirak edir. Bu vahid həm məzmun planı ilə seçilir, həm də ifadə planına malik olur. Ifadə planında struktur fərq aşkar şəkildədir. Yəni frazeologizm leksik vahiddən fərqli olaraq sözlərin birləşməsi kimi formalaşır. Formalaşma prosesində tərkibdəki sözlərin semantikasında implistitlik üzə çıxır. Frazeoloji vahiddə bu və ya digər sözün işlədilmə səbəbi olur. Məzmun planında siqnifikativlik, denotativlik və konnotativlik özünə yer edir. Denotativ komponent ekstralinqvistik amillərlə bağlanır. Bu komponent semantikasında dilxarici obyektləri səciyyələndirir. Mənanın siqnifikativ komponenti bilavasitə anlamın məzmu­nu­nu təşkil edən əlamətlər kompleksi ilə əlaqədardır [4, 38].

«Frazeoloji vahidlərin rəngi, onların emosional-ekspressiv tərəfi, daha doğrusu, dil daşıyıcılarının dilxarici mahiyyətə münasibəti, qiymətləndirmə funksiyası daşımayan dil elementinin semantik təsirinin effektivliyi bu vahidlərin konnotativ tərəfini təşkil edir» [5, 310]. Konnotasiya mənanı obrazlı şəkildə dəyişdirir. Frazeoloji vahidlərin semantikasındakı  ikiplanlılıq mühüm xüsusiyyətdir.  Konnotasiya siqnifi­kativ və denotativ mənaya münasibətdə əlavə informasiyanı, ekspressiv, emosional və funksional-üslubi komponentləri özündə birləşdirir.

Frazeoloji vahidlərin təsnifi üçün müxtəlif meyarlar əsas götürülə bilər. Buraya komponentlərarası münasibət, komponentlərin sıralanması, struktur quruluş, qrammatik xüsusiyyətlər, komponentlərin semantikası, komponentin dilin leksik fondunda lay mənsubluğu və s.  Dilçilikdə frazeoloji vahidlərin təsnifinin müxtəlif variantları vardır. komponentlərin «daşlaşmış» qrammatik əlaqələrinə görə, struktura görə, mənşəyə görə, komponentlər arasındakı qrammatik əlaqələrin xarakterinə görə, komponentin nitq hissəsinə aidliyinə görə, komponentin ifadə etdiyi obyektin xüsusiyyətinə görə və s. Tədqiqatçılar frazeoloji sistemi iki istiqamətdən təsnif etməyə çalışırlar: 1) semantik təsnifat; 2) ənənəvi təsnifat. Bu iki təsnifat istiqamtəinin adlarında bir-biri ilə əlaqələnməyən cəhətlər vardır. Semantik təsnifatda meyar addan bəlli olur. Yəni təsnifat zamanı semantikaya əsaslanma aşkar görünür. Lakin ənənəvi təsnifatda meyar qeyri-məlumdur. Semantik təsnifata görə, frazeoloji vahidlər üç qrupda birləşdirilir: 1) frazeoloji birləşmələr; 2) frazeoloji qovuşmalar; 3) frazeoloji uyuşmalar. M.Mirzəliyeva bu bölgünün semantik bütövlük dərəcəsinə görə aparıldığını qeyd edir və onları qovuşma, uyuşma və birləşmə ardıcıllığı ilə düzür. Onun fikrinə görə qovuşimalarda tərkibdəki komponentlərin heç biri öz həqiqi mənasında çıxış etmir, məcazi məna daşıyır, nəticədə semantik bütövlük yüksək həddə çatır [6, 95].  

V.V.Vinoqradov göstərir ki, «qovuşmanın əsas əlaməti onun semantik bölünməzliyi, bütöv mənanın komponentlərin mənasından doğmasıdır. Frazeoloji qovuşma sözlə həmcins semantik vahid olub, daxili formadan məhrumdur. O, nə yaradılma, nə də semantik elementlərin toplusudur» [7, 147].

Uyuşmalarda komponentlər komponentlər öz həqiqi mənasında olur, onları əvəz etmək mümkündür. Uyuşmalarda komponentlərin sərbəstliyi və müxtəlif qrammatik vasitələrlə əlaqələnməsi onları birləşmələrdən ayırır.

Yeri gəlmişkən onu da qeyd edək ki, S.Cəfərov da Azərbaycan dilində olan frazeoloji vahidləri 3 yerə: birləşmə, uyuşma, və qovuşma idiomlara bölmüşdür.  Müəllif bu bölgünün Azərbaycan dilinin spesifikasını, onun daxili inkişaf qanunlarını tam şəkildə əks etdirdirdiyi qənaətinə gəlmişdir[8, 101].

Ənənəvi təsnifdə struktur-semantik əlamətlər əsas götürülür. Bu zaman frazeologizmlərin idiomlar, qanadlı sözlər, atalar sözləri, aforizmlər, söz-cümlələr, sitatlar və s. növləri fərqləndirilir.

V.Vinoqradov sabit və qeyri-sabit söz birləşmələri arasındakı fərqdən bəhs edərkən frazeologizmləri iki əsas qrupa bölmüş və bu zaman semantik tamlığı və ya tərkib hissələrinə parçalanmamanı əsas götürmüşdür [7, 150].

«Frazeologiyada mübahisə doğuran ən kəskin problemlərdən biri sabitliyin frazeoloji vahidlər üçün kateqorial əlamət olub-olmamasıdır. Təəssüf ki, dilçilikdə sabitlik frazeologizmləri müəyyənləşdirən əsas, bəlkə də yeganə meyar kimi qəbul edilmişdir. Nəticədə, bir çox kateqorial əlamətlər diqqətdən kənarda qalmış və frazeologiyanın hələ də dilçilikdə müstəqil bir şöbə kimi təsbit olunmasına imkan verməmişdir. Frazeoloji vahidlərin çox zaman «sabit birləşmələr» adı ilə verilməsi, əslində, onları həm formal, həm də məzmun baxımından donuq, dəyişilməz hesab etməyimizə səbəb olmuşdur. Təsadüfi deyildir ki, bir çox belə vahidlərin bu gün də frazeologiyaya aid olub-olmamasına təminat verə bilmirik» [9, 17].

N.R.Rəhimzadə Azərbaycan dilinin frazeoloji vahidlərini iki hissəyə ayırmışdır. Onun fikrinə görə, birinci qrup sabitliyi və məcaziliyi ilə fərqlənən idiomatik ifadələr, ikinci qrup isə frazeoloji tərkibdəki vahidlərin birləşmə və qrammatik formalaşma dərəcəsinə ayrılan birləşmələrdir (məcazi obrazlı birləşmələr, sintaktik konstruksiyalar, elmi-terminoloji tərkiblərdir. Müəllif ikinci qrupdan danışarkən son bahar, ilk bahar, qəm yemək, sinfi mübarizə, poçt qutusu, nida işarəsi kimi vahidləri sadalayır [10, 254]. Göründüyü kimi, burada adi nominativ vahidlər vardır. Sinfi mübarizə, poçt qutusu, nida işarəsi  nümunələri frazeoloji birləşməyə qoyulan tələblərə cavab vermir.  

Frazeoloji vahidlərin səciyyəvi cəhətləri vardır. Bu vahidlər insanın çoxəsrlik təcrübəsi, fəaliyyəti, daxili aləmi, psixoloji durumu ilə bağlılığa malik olmaqla yanaşı, yaradılma baxımından da fərqli aspektdə təzahür edir. Frazeologizmlər danışan tərəfindən yaradılmır, dildə son dərəcədə hazır sabit törəmələr kimi çıxış edir. Sabit birləşmələrin qrammatik cəhətdən dəyişməz. semantik cəhətdən sözə ekvivalent olmasına görə onlar leksikologiya və leksikoqrafiyada öyrənilə bilər.

Frazeoloji vahidləri semantik, struktur və funksional - üslubi təbiəti fərqləndirilməlidir. Frazeologizmlərin mühüm əlaməti idiomatiklikdir. Idiomatik meyar frazeoloji vahidlərin təsnifatında mövcud olan qeyri-müəyyənlik və yayğınlıqdan yaxa qurtarmağa imkan verir. Söz birləşməsi və ya cümlə kimi formalaşmadan asılı olmayaraq frazeologizmin mənası onu əmələ gətirən sözlərin mənalarının cəmlənməsi ilə yaranmır. Idiomatiklikdə komponentlərdən birinin məcazlaşması, birləşmənin semantik bütövlüyü, sözə ekvivalentli əsas götürür.

Frazeoloji vahidlərin əsas əlaməti «məna bütövlüyü və ya semantik monolitlik» də sayıla bilər. Frazeologizmlər üçün  struktur qapalılıq və semantik bütövlük zəruridir.

Frazeologizmlərdə semantika mədəni amillərlə şərtlənə bilir. Bu vahidlər milli dillərdə meydana gəlir, dil daşıyıcılarının həyat və məişət tarixi, həmçinin dil kollektivinin mədəni təcrübəsi ilə bağlı olur. Frazeoloji məna komponentlərin təşkil etdiyi mənaların formal cəmi deyildir. Frazeoloji vahidlərdə strukturdakı komponentlər semantik qarşılıqlı təsirdə olur.

Xalqın tarixini, etnoqrafiyasını, milli adət-ənənələrini, həyat təcrübəsini, davranış tərzini, mədəniyyətini ifadə edən frazeoloji vahidlərdə müxtəlif vahidlərin hər birinin öz semantik tutumu vardır.

Frazeologizmlərin tərkib vahidlərinə görə bir maraqlı növünün fərqləndirilməsi də etnik və coğrafi prinsiplərlə bağlıdır. Bir çox frazeoloji birləşmələrin tərkibində onomastik vahidlər iştirak edir.  Frazeologiya dilin ümumi sisteminə daxil olan mikrosistemdir. Bu mikrosistem frazeoloji birləşmələrin komponentləri arasında, eləcə də frazeoloji birləşmələrin struktur-semantik xüsusiyyətlərinə görə sistem münasibətlərinin ənənəvi vəhdətini özündə birləşdirir.

 «Frazeoloji vahidlərin tərkibindəki sözlər arasında eyni zamanda həm leksik, həm sintaktik, həm paradiqmatik, həm də sintaktik münasibətlərin mövcudluğu labüddür. Bütün bu münasibətlər isə frazeoloji vahidin öz üzərində cəmləşir. Frazeoloji vahidlərin tərkib sözləri -komponentləri arasındakı leksik, semantik, paradiqmatik və sintaktik asılılıq frazeolo­gizmliyin mühüm cəhətidir» [9, 26].

Tərkibində onomastik vahid olan frazeoloji vahidlər onomastik frazeologizmlər adlanır. Hər bir dildə onomastik frazeologizmlər mövcuddur.

Məlumdur ki, dilçilikdə xüsusi adların öyrənilməsinə, ilk növbədə, şəxs adlarının yaranma xüsusiyyətlərinin araşdırılması, onların mənşəyinin müəyyən­ləşdirilməsi kimi məsələlərlə başlanmışdır. Nəticədə antroponimika yaranmışdır. Sonralar coğrafi obyektlərin, daha çox insan yaşayış məskənlərinin adlarının öyrənilməsi toponimikanın təşəkkülünü gerçəkləşdirilmişdir. Onomastika uzun bir dövr antropo­nimika və toponimika ilə məşğul olmuşdur. 

Coğrafi obyektlərin, eləcə də başqa xüsusi adların müxtəlifliyi və çoxluğu ilə seçilən toplu təşkil etməsi belə adların öyrənilməsi ilə məşğul olan onomasologiyanın meydana çıxmasına səbəb olmuşdur. Onomasologiya adlar, appelyativ və onomik adlandırma haq­qında elmdir. Eyni zamanda, semasologiyada da belə bir bölmə vardır və burada predmetlərin dilin leksik və leksik-frazeoloji vahidləri ilə adalndırıl­masının prinsip və qanuna­uy­ğunluqları öyrənilir.

 «Dilin ümumi leksik sistemində xüsusi mövqeyi olan onomastik sistemin vahidləri müxtəlif sahələrinə görə ayrı-ayrı yarımsistemlər və mikrosistemlər təşkil edir. Bu sistemlər arasında qırılmaz əlaqə mövcuddur. Belə əlaqələr onomastik sistem əlaqəsi adlanır. Onomastikanın yarım və mikrosistemlərinin hamısı eyni səviyyəli deyildir. Onomastikada sistem tarazlığını saxlayan və sistem sabitliyini pozan əlamət­lər də mövcuddur… Ümumiyyətlə, ümumi dilçilikdə onomastik tərkib haqqında istiqamət­verici dəqiq konsepsiya olmadığı kimi, türkoloji dilçilikdə də onomastik vahidlərin konkret təsnifinə təsadüf edilmir»- deyən A.Qurbanov, onomastik vahidləri hələlik 7 müstəqil qrupa bölməyi təklif edir. Həmin qruplar bunlardır: 1) antroponimlər; 2) etnonimlər; 3) toponimlər; 4) hidronimlər; 5) zoonimlər; 6) kosmonimlər; 7) ktematonimlər.[11, 7-8].

Onomastik frazeologizmlərin tərkibinə daxil olan onomastik vahidin yuxarıda verilmiş bölgüyə görə hansı yarımqrupa daxil olmasını nəzərə alsaq, onomastik frazeologiyanın müvafiq yarımqrupunu qura bilərik. Məsələn, əgər onomastik frazeologizmə antroponim daxildirsə, bu vahid antroponimik frazeologizm adlandırıla bilər. Məsələn, «bir həsirdir, bir Məmmədnəsir», «Həsən keçəl, keçəl Həsən nə fərqi var», «Fatıya tuman tikir», «Axilles dabanı», «Qordi düyünü», «Şah Abbası taxtda görmək» və s. Bu cür onomastik frazeologizmlər antroponimik frazeologizmlər olacaqdır. «Tuladan samovar üçün gəlmək», «Çini-maçini gəzmək», «Burada mənəm, Bağdadda kor xəlifə» kimi frazeologizmlərin tərkibində toponimlər vardır. Ona görə də onları toponimik frazeologizmlər adlandıra bilərik. Məsələyə bu cür yanaşsaq, etnonomik frazeologizmlər, hidronomik frazeologizmlər, zoonimik frazeologizmlər, kosmonimik frazeologizmlər, ktematonomik frazeologizmlər yarımqruplarını ayıra bilərik. Onu da qeyd edək ki, bu yarımqrupların özındə də alt yarımqruplar ayırmaq mümkündür. Məlumdur ki, antroponimlər əsas və köməkçi adlara bölünür. Hər bir an­tro­ponimik kateqoriyanın - qrupun özü də müxtəlif yarımqruplara ayrılır. Əsas ad kateqoriyasına şəxs, ata adları və soy adlar, köməkçi ad kate­qoriyasına isə kiçiltmə və əzizləmə bildirən adlar, ləqəblər, təxəllüslər, titullar, fəxri adlar və s. aiddir. Göstərilən semantik qruplara məxsus xüsusi adlar da frazeoloji vahidlərin təşkilində geniş istifadə olunandır. Qeyd olunanlar onomastik frazeologiyanın özünün çoxşaxəliliyini və mürəkkəbliyini göstərir. Azərbaycan dilçiliyində onomastik frazeologizmələr kompleks şəkildə tədqiqata cəlb edilməmişdir. Azərbaycan dilinin onomastik fraxzeologizmlərinin başqa dillərin müvafiq frazeoloji qatı ilə müqayisələi şəkildə də öyrənilməmişdir. Halbuki, bütün dillərdə kifayət qədər müxtəlif və rəngarəng onomastik frazeologizmlər vardır. Bəzi hallarda bu cür frazeologizmlərin müxtəlif dillərdə işlənməsini müşahidə etmək mümkündür. 

Xüsusi adlar frazeoloji birləşmədə həm xüsusi onomastik, həm də dil funksiyalarını yerinə yetirir. Xüsusi onomastik funksiya mədəni və sosial informasiya mahiyyəti daşıyır. Mədəni informasiya funksiyasını xüsusi adların polikonnotativliyinə görə dominantdır. Ikinci ekstralinqvistik funksiya adların yayılma dərəcəsi ilə deyil, dil daşıyıcılarının bu adları qavramasının psixolinqvistik xüsusiyyətləri ilə şərtlənir. Bu cəhət onomastik frazeoloji vahiddə aktuallaşan sosial informativ funksiyanı dildaxili funksiyalarla yaxınlaşdırır. «Leyli və Məcnun» kinosu, «leyli və Məcnun» operası sərbəst söz birləşmələridir. Onlar strukturca oxşar olsalar da mənaca fərqlənir. Ikinci tərəfdəki sözlər məntiqi cəhətdən, eləcə də obyekti bildirmək baxımından fərqi göstərir. Birləşmələr sinonim deyildir. «Leyli və Məcnuna dönmək», «Leyli Məcnunluq etmək» «Leyli-Məcnun olmaq», «Əsli və Kərəmə dönmək», «Əsli Kərəmlik etmək» frazeoloji birləşmələrdir. Bu onomastik frazeologizmlər cüt-cüt sinonimdir. Iki onomastik frazeologizmdə dörd antroponim -Leyli, Əsli, Məcnun, Kərəm komponent funksiyasında çıxış edir. Əgər «Leyli və Məcnun» dastanının qəhrəmanlarının adları daha geniş məkanda yayılmışdırsa, «Əsli və Kərəm» dastanının qəhrəmanları onunla müqayisədə dar arealda tanınır. Bununla belə, hər iki dastanda böyük məhəbbətlə bir-birinə bağlı olan, sonda həyatları faciə ilə başa çatan iki aşiqdən söhbət gedir. Onların arasındakı sevgi hər şeydən güclüdür və ətrafdakı gerçəkliyi unutdurur, sevgililəri «eşq gəlisi»nə çevirir. Yuxarıdakı frazeoloji vahidlər, əsasən, real həyatda və ya bədii əsərdə təsvir olunan həyat mənzərəsində bir-birini bu cür sevənlər haqqında dil materialında istifadə olunur. Frazeoloji vahidlərin izahı və ya mənalandırılmasında subyektiv amillər rol oynayır. Bu xüsusiyyət frazeoloji izahlı v əvə ikidilli lüğətlərdə aşkara çıxır. Məsələn, N.Seyidəliyev «Məcnun olmaq» frazeologizmini belə izah edir: “Məcnun olmaq - məhəbbət aşiqi olmaq, məhəbbətdən dəli olmaq, eşqə mübtəla olmaq. - Məndən əlini üzsün. Mən dönüb oluram Məcnun»[12, 193].

N.Ç.Vəliyevanın üçdilli lüğətində qeyd olunan onomastik frazeologizmlərin tərcümə variantları və müvafiq izahları verilmişdir. «Leyli-Məcnun olmaq- to love one another madly / to love someone to distraction / to love as Romeo and Juliet – любить друг друга до безумия (Лейли и Меджнун - образы безумно влюблённых в одноименной восточной легенде (Физули, Низами Гянджеви), Ромео и Джульетта - образы безумно влюблённых в одноименной повести В. Шекспира).  

…Məcnun olub çöllərə düşmək – to be mad for love to someone – бродить по степям (обезуметь от любви).

Məcnuna dönmək – 1. to love someone madly – влюбиться до безумия; 2. to become senile / to grow decrepit – опуститься (иметь растрёпанный вид)  [13, 509, 579].

Müxtəlifsistemli dillərdə istər danışıq dilində, istərsə də bədii yaradıcılıqda frazeologizmlər, deyimlər, atalar sözləri, zərb-məsəllər istifadə olunur. Hər bir dildə kifayət qədər atalar sözləri, müdrik kəlamlar, ifadələr vardır. Bütün bunlar sərbəst şəkildə dildə yaranır və dilin ümumi frazeoloji fonduna daxil olur. Bununla belə, bütün dillərdə olan frazeoloji vahidlərin müəyyən bir layı vardır ki, onlar bir-biri ilə oxşarlığı ilə seçilir. Müxtəlifsistemli dillərin onomastik frazeologizmləri arasında da oxşar xüsusiyyətlər müşahidə olunur. Lakin çox halda ayrı-ayrı dillərdə onomastik vahidin dəyişməsi özünü göstərir. Bu da bilavasitə xalqın mədəniyyəti və həyat təcrübəsi ilə bağlı olur. Yuxarıda verilmiş atalar sözünün ingilis dili qarşılığında «Romeo» və «Cülletta» adlarından istifadə olunmuşdur. Bu adlar V.Şekspirin əsərindən götürülmüşdür. Əsərdə hadisələr ingilis həyat tərzi zəminində təsvir olunsa da burada da bir-birini sonsux məhəbbətlə sevən iki aşiqin faciəli məhəbbətindən söhbət açılır. Ona görə də sanki Romeo Məcnunun, Cülyetta isə Leylinin prototipi olur. Bu baxımdan, «Məcnuna dönmək» onomastik frazeologizminin ingilis dilində qarşılığı və ya ekvivalenti «Romeoya dönmək», «Məcnunluq etmək» vahidinin isə əvəzedicisi «Romeoluq etmək» onomastik frazeologizmi ola bilir.

Onomastik frazeologizmlər də bir dildən digərinə keçir. Onomastik frazeologizmin alınması mədəniyyət yaxınlığı və ya dillərin qohumluğu ilə əlaqəlidir. Lakin dil əlaqələrinin güclü olması şəraitində dominant dildən qeyri-dominant dilə onomastik frazeoloji vahidin keçməsi halı da mümkündür. Onomastik frazeologizmlərin müəyyən qismi beynəlmiləllik statusu qazanır. Bu da frazeoloji vahidin tərkibinə daxil olan onomastik vahid və onunla bağlı hadisənin geniş arealda yayılmasından qaynaqlanır.

Beynəlmilə onomastik frazeologizmlərin sayı çox deyildir. Bununla belə, onlar frazeoloji sistemdə müəyyən lay yaradır. Belə vahidlər, ədətən, qədim tarixə, Onlar antik dövrə, dini hadisəyə və s. aidliyi ilə seçilir. Məsələn, Achilles’ heel - Axilles dabanı- Axillesova pəta.

Onomastik vahidlərin müxtəlif qruplarının mövcudluğu tərkibində başqa növdən olan onomastik vahid olan onomastik frazeologizmlərin də öyrənilməsini aktuallaşdırır. Bu cur onomastik vahidlər arasında tərkibində zoonim, fitonim əsaslı söz olan onomastik frazeolojizmlər də xüsusi maraq doğurur. Cins-növ qarşılaşdırması əsas götürüldükdə tərkibində cins və ya növün adı olan onomastik vahidləri ayırmaq olar. Dəvə kimi böyüksən, qulanı qədər ağlın yoxdur. «Kitabi-Dədəm Qorqud» dastanlarında «dəvəcə böyümüsən köşəkcə ağlın yoxdur» -deyimi işlənir. Ingilis və eləcə də Azərbaycan dilində tərkibində heyvan və bitki adları olan onomastik frazeologizmlər də kifayət qədər çoxdur. Məsələn, it kimi adam qapmaq; eşşək kimi işləmək; it kimi ləhləmək, canavar kimi ulamaq; qarğa kimi qarıldamaq, tülkülük etmək və s.

Beləliklə, dil sistemində xüsusi yer tutan frazeologizmlərin təşkiledici komponentlərin leksik sistemdə hansı laya aid olmasına görə xüsusi bir qrupunun - onomastik frazeologizmlər qrupunun olması faktı bir daha təsdiqini tapır. Onomastik vahidlərin müxtəlif növlərinin olması onomastik frazeologizmləri yarımqruplara bölmək imkanı yaradır. Belə bir bölgü antroponimik frazeologizmlər, toponomik frazeologizmlər, zoonomik frazeologizmlər, fitonomik frazeologizmlər, hidronomik frazeologizmlər və s. yarımqruplarını ayırmağa imkan verir. 

 

ƏDƏBİYYAT

  1. Кононов А.Н. Изучение «Дивану Лугат ит тюрк» Махмуда Кашкар­ского в СССР // Советская тюркология. Из-во АН СССР. Баку, 1973. № 3, с. 4-12
  2. Суперанская А.В. Ономастика. Типология. Стратиграфия. Москва, Наука 1988, 264 с.
  3. Гаврин С.Г. Фразеология современного русского языка в аспекте теории отражения. Пермь, Из-во ПУ, 1974, 254 с.
  4. Арсентьева Е.Ф. Сопоставительный анализ фразеологических единиц (на материале фразеологических единиц семантически ориентированных на человека в английском и русском языках). Казан, Изд-сво КУ, 1989
  5. Кунин А.В. Английская фразеология. Москва, Высшая школа, 1970, 344 с.
  6. Mirzəliyeva M. Türk dillərinin frazeologiyası. I c. Bakı, Nurlan, 2009, 220 s.
  7. Виноградов В.В. Об основных типах фразеологических единиц в русском языке // Избранные труды. Лексикология и лексикография. Москва, Просвещение, 1977, с. 140-165
  8. Cəfərov S. Azərbaycan dilində idiomlar// ADU-nun elmi əsərləri. Dil və ədəbiyyat seriyası. 1955, № 9, с.87-103
  9. Mirzəliyeva M.M. Türk dilləri frazeologiyasının nəzəri problemləri. Bakı: Azərbayjan Ensiklopediyası, 1995, 146 s.
  10. Rəhimzadə. Frazeologiya.//Müasir Azərbayjan dili. Ij. Bakı, 1978, s.247-291
  11. Qurbanov A. Azərbaycan onomalogiyasının əsasları. Ic. Bakı: Nurlan, 2004, -340s.
  12. Seyidəliyev N. Frazeologiya lüğəti. Bakı, Çıraq, 2004, 272 s.
  13. Vəliyeva N.Ç. Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət, Bakı: Nurlan, 2006.

                                                                                        XÜLASƏ

Məqalədə frazeoloji vahidlərlə bağlı ümumi nəzəri məsələlər nəzərdən keçirilir, frazeologiyaya dair mübahisəli məqamlar diqqət mərkəzinə çəkilir, həmçinin frazeoloji vahidlərin təsnifi üçün qəbul olunan meyarlar sərf-nəzər edilir. Onomastika və frazeologiyanın etnokulturoloji xüsusiyyətləri qeyd edilir. Məqalədə tərkibində onomastik vahidlər olan frazeologizmlərin ayrıca bir qrupda birləşdirilməsi məsələsi qoyulur. Təhlil və tədqiqat prosesində onomastik frazeologizmlərin frazeoloji sistemdə ayrıca bir qat təşkil etməsi təsdiq edilir. Onomastik frazeologizmlər qrupunun yarımqruplara və alt qruplara bölünməsi araşdırılır.  

        Açar sözlər: frazeologiya, onomastika, onomastik frazeologiya, antroponim, toponim, antroponimik frazeologiya


                                                                                        SUMMARY
        In the article, the general theorotical issues regarding phraseological units are considered, the controversial issues on phraseology becomes the center of attention, as well as the criterias adopted for the classification of phraseological units is analyzed. Ethnocultural peculiarities of onomastics and phraseology are marked. In the article, the issue of joining phraseological units with onomastic components in a separate group is discussed. In the analysis and research process to constitute a separate layer of onomastic phraseological units in phraseological system is approved. Subdivision of onomastic phraseological units to subgroups is investigated.

 

RƏYÇİ: prof. L.Əhmədova

 

DILÇİLİK-ЯЗЫКОЗНАНИЕ

Şəhla Qəhrəman qızı İsmayılova

 AZƏRBAYCAN DİLİNDƏ MƏSDƏR TƏRKİBLƏRİ

 Bütün dilçilər məsdər tərkibləri  məsələsindən danışarkən əvvəlcə söz birləş­mələrindən başlayırlar.  Çünki feli tərkiblər də feili söz birləşmələridir. (Bax:1, 2).

Söz birləşmələrinin elmi dilçilikdə əsaslandırılması tarixi  çox qədimdən mövcuddur. Azərbaycan dili qrammatistləri bu problemin tədqiqini Mirzə Kazımbəyin məşhur “Qrammatika tatarskoqo yazıka” kitabı ilə başlandığını qeyd edirlər.  Doğrudan da, Azərbaycan dilində  söz birləşmələrinin tədqiqi və təhlili tarixi öz başlanğıcını  bu əsərdən  götürür (Bax: 1, 2)

Azərbaycan dilçiliyində məsdər tərkiblərin  tədqiqatının tarixi  məsdərlərin tarixinə bərabərdir.  Çünki məsdərin qrammatik mənası  xarakterizə ediləndə onun cümlədə yeri,  rolu və funksiyasından  danışılanda cümlədə özündən əvvəlki sözləri tabelilik əlaqəsində saxlamaq cəhəti də  xarakterizə edilir və göstərlir ki, məsdərlərdə  tabeedicilik onun feillik  xüsusiyyətinin  göstəricisidir.  O da qeyd olunur ki, məsdər tərkibləri məsdərin özü  kimi hərəkətin adını bildirir;  sadəcə bu nominativlik və ya anlayış bildirmək üzvlənən şəkildə  baş verir. Fikir verək:

Xalqın  qayğısına qalmaq insanın  alicənablılığının  göstəricisidir.

Qalib gəlib  Azərbaycan bayrağını  dalğalandırmağı, himnini səsləndirməyi hansı idmançı arzu eləməz?

Bu cümlələrdə “xalğın qayğısına qalmaq  və  qalib gəlib Azərbaycan bayrağını  dalğalandırmağı, himnini səsləndirməyi” məsdər tərkibləridir və bu  tərkiblər “isim+isim+məsdər”, ikinci cümlədə “feli bağ­la­ma+isim+isim+feil və isim+feil” modelinə uyğun qurulmuşdur.

Aydındır ki, M.A. Kazımbəyin qrammatikasından söz birləşməsinin tam və sistemli  təhlilini gözləmək olmazdı. Lakin o,  bir sıra məsələlərdə olduğu kimi, söz birləşməsi  məsələsində də  dilçiliyi qabaqlamış və qiymətli fikirlər söyləmiş­dir. Onu da qeyd edək ki, M.A. Kazımbəy “söz birləşməsi” (словосочетание) ter­mi­nini sintaksisə ekvivalent kimi işlətdiyinə görə sözlərin hər cür əlaqəsini söz birləşməsi, sintaksisi isə söz birləşmələrindən bəhs edən sahə kimi təqdim  etmiş olur. Lakin praktik olaraq M.A.Kazımbəydə söz birləşməsi ilə cümlə bir-birindən  fərqləndirilir.

M.A.Kazımbəydən sonra XIX əsrin ikinci yarısında və XX əsrin üçüncü onilliyində Azərbaycan dilçiliyinə aid yazılmış başqa əsərlər söz birləşməsi sahəsinə  yenilik gətirməmişdir. Bu dövrdə yazılan əsərlərdə söz birləşmələrinə aid ya heç bir mə­lumat yoxdur,  ya da  bu haqda nəzəri cəlb etməyən qeydlər vardır (2, 3, s. 50-56)

1930-cu illərdə və 1940-cı illərin əvvəllərində  nəşr olunmuş məktəb qram­mati­kalarında da  söz birləşmələri ayrıca mövzu kimi xüsusi yer  tutmur. Bu dövr­də söz birləşməsi sahəsində diqqəti cəlb edən cəhət onların sintaksisdə, sintaktik hadisələrlə yanaşı deyil, morfologiyada,  morfoloji  hadisələrlə yanaşı  verilməsi­dir. Hal-hazırda Azərbaycan dilçiliyində təyini söz birləşmələri ilə  tanınan ismi birləşmələr iki nitq hissəsi daxilində izah edilmişdir. Bunlardan ikinci və üçüncü növ təyini söz birləşmələri “yiyəlik birləşməsi” adı ilə isim bəhsində, birinci növ təyini söz birləşməsi isə “sifət birləşməsi” adı ilə  “sifət  birləşmələri” adı ilə  sifət bəhsində  verilmişdir.

Azərbaycan dilində feli birləşmələrin əmələ gəlməsi üç forma ilə: feli bağlama,  feli sifət  və məsdərlə bağlıdır. Bu adlar altında başa düşülən söz qrupları feilə daxil olan, öz-özlüyündə heç bir predikativlik bildirməyən sözlərdən ibarətdir.  Bu sözlərin hamısı felə daxil olub onun hissələri olmaqla bərabər, başqa nitq hissə­lərinin də xüsusiyyətini  özündə əks etdirir. Həmin sözlərin qeyri-predikativ feli birləşmə yarada bilmələri də onların bu ikili xüsusiyyətindən irəli gəlir. Buna görə də feli birləşmələrin əmələ gəlməsindəki əsas vasitələri bu birləşmələrin əsil mahiyyətini olduğu kimi başa düşmək üçün onların əmələ gəlməsində əsas rol oynayan  söz qruplarının xüsusiyyətlərilə qısa da olsa,  tanış olmaq vacibdir:

Məsdər hərəkətin adı olmaqla feildən  ismə doğru  meyl edən bir formadır.  Məs­dər təsriflənən feillərdən fərqli olaraq heç bir şəxs və zaman  bildirmir, lakin fel­lərdə olduğu kimi, məsdərlərdə də, potensial şəkildə olsa da, hərəkət anlayışı  var və o, müəyyən hərəkətin adıdır. Bundan başqa məsdərdə bir sıra feil kate­qo­riya­larının xüsusiyyəti qalmaqdadır. Məsdərdə feilin ən əsas  və spesifik kateqo­riyalarından olan təsirlilik kateqoriyası qalır, yəni bütün məsdərlər təsirli və təsirsiz  olmaqla iki yerə ayrılır. Məsələn, yazmaq, bilmək, demək məsdərləri tə­sirli,  get­mək, gəlmək, yatmaq, oynamaq, gülmək məsdərləri isə  təsirsiz feillər­dən ibarət­dir. Məsdərlərdə fellərə məxsus növ kateqoriyası vardır, yəni  məsdərlər də  feilin növ­lərinə görə dəyişə bilir.  Məsələn, yazmaq-məlum, yazılmaq-məchul, yaz­dır­maq-icbar, məlum, yazışmaq-qarşılıqlı, yuyunmaq-qayıdış növdə olan məsdərlər­dir.

Məsdərlərdə feillərin inkarlıq kateqoriyası  özünü saxlamaqdadır: yatmaq, danışmaq, bilmək məsdərləri təsdiq,  yatmamaq, danışmamaq,  bilməmək məsdərləri inkardır. Bu feil xüsusiyyətləri ilə məsdərlərdə ismin xüsusiyyətləri də vardır, məsdərlərin ismə meyl etməsi  də bu xüsusiyyətlərlə əlaqədardır (2, s. 190).

Tərkiblərinə və ya ifadə vasitələrinə baxsaq görərik ki, göstərilən məsdər tərkiblərində sözlər (komponentlər) cümlədə ifadə olunan fikrin tələbi ilə əlaqələnmiş,  mürəkkəb birləşmə şəkli almış və  hərəkətin adını ifadə edirlər.

Nə üçün mürəkkəb komponenti olan məsdər birləşməsinə də tərkib adı verilmişdir? Daxilində  bir neçə söz olan, bir sintaktik suala cavab verən nominativ vahidi  həm söz birləşməsi və ya sözlərin birləşməsi  və yaxud da tərkiblər adlandırırlar. “Cəbhəyə gedib vuruşmaq istəyirik. Vətəni qorumaq hələ azdır, az, biz bütün bəşəri qorumağa   hazır olmalıyıq” cümləsində ya gərək “cəbhəyə gedib vuruşmaq”, “Vətəni qorumaq” birləşmələrinin  cümlə üzvü vəzifəsindən danışanda “tərkib əmələ gətirmişdir” ifadəsini işlədirik. Əslində isə söz  birləşməsi ilə tərkib ifadəsi məqamına görə fərqli ifadələrdir. Məsələn,  cümlə üzvlərinin  ifadə vasitə­­lərindən danışanda  “mübtəda  məsdər tərkibi ilə, tamamlıq  məsdər tərkibi ilə ifadə olunmuşdur” deyirik. Bu da ənənədən  irəli gəlir, yoxsa  məsdər  birləşməsi və ya məsdər   tərkibi terminləri eyni məna, məzmun və  funksiya daşıyıcılarıdır. Əlbəttə,  biz də bu fikirdəyik ki,  məsdər söz birləşməsi  ikisözlüyə, məsdər tərkibi üç və daha çox sözlü birləşməyə deyilsə,  daha məntiqi səslənər.

Az  və ya çoxkomponentli olmasından asılı olmayaraq , feli  tərkiblərin  ifadə vasitələri və cümlə üzvü vəzifəsində həlli vacib  və ya  mübahisə doğuran hallar az deyil. 

Dilçilər belə hesab edirlər ki,  məsdər tərkiblərində çoxişlək tipologiya belədir:

  1. Ad+feil məsdər tərkibləri;
  2. Feil+feil məsdər tərkibləri;
  3. Zərf+feil məsdər tərkibləri;

Ad+feil məsdər  tərkiblərinin  morfoloji mənası və  sintaktik funksiyası üzərində  dayanaq.

Ad+feil məsdər tərkibləri bunlardır:

Bakıda  yaşamaq, uşaqları sevmək,  tarixdən danışmaq, kənddən gəlmək, həyətdə işləmək,  dostluqda möhkəm olmaq,  odun doğramaq,  məktəb tikmək, şəhərdən qayıtmaq və s.

Göstərilən məsdər tərkibləri cümlədə  müxtəlif üzvlərin vəzifəsində işlənə bilər. Əlbəttə, belə birləşmələr mübtəda, tamamlıq, xəbərin  vəzifəsində işlənir, lakin təyin və zərflik ola bilməz. Onlar ikinci və üçüncü növ təyini söz  birləş­mə­lərinin də tabe tərəfi  vəzifəsində,  xitabın tərkibində də çıxış edə bilirlər: məsələn,  “Gecə- gündüz işləməyin təsiri indi özünü göstərdi. (Ə.V.), Oxumaq istəyən qardaş, buyur irəli çıx! (S. Qədirzadə) və s.

Ad+feil tipli məsdər tərkibləri çoxişlək olduğu kimi, həm də  çoxxassəli tipoloji  struktur-məzmun keyfiyyətəri ilə  çıxış edirlər. Əvvəla, tərkibə daxil olan sözlərin leksik və ya frazemik məna daşıyıcıları olduğunu nəzərə almalıyıq.  Bu  məsələ tədqiq  edilməmişdir və mübahisələrdə ziddiyyətli təkliflər doğurur.

Bu kimi  tərkibləri  cümlələrdə işlədək:

Aslandan baş çıxarmaq olmur.

Mən traktorçu işləmək həvəsinə düşmüşdüm, ancaq mümkün olmadı.

Atası mühəndis olmaq fikrində idi.

Ətrafa fikir vermək lazım deyil.

Hamının dərdini çəkmək bizəmi qalıb?

 Bu cümlələrdə  baş çıxarmaq, traktorçu işləmək mühəndis olmaq,  hamının fikrini çəkmək birləşmələrinin işləndikləri cümlələrdə tərkib əmələ gətirdiklərindən danışmaq olarmı?

Fikrimizcə,  birinci cümlədə aydındır ki,  mühəndis olmaq  bir tərkib deyil,  tər­kibi feildir,  ikinci cümlədə dərdini çəkmək frazemdir, tərkibi feildir. Onun tərkib əmələ gətirməsindən danışmaq olmaz. Hamının fikrini çəkmək də leksik mənadan  uzaq birləşmədir,  tərkib sayıla bilməz. Tərkiblər bir cümlədə üzv kimi çıxış etməlidir. Fikir versək görərik ki,  bunlar bir üzv kimi, mübtəda olsa belə, leksik mənadan uzaqdır. Tərkiblərdə isə leksik məna olmalıdır.  Bu mənada tərkiblər mühəndis işləmək,  fikir vermək,  dərdini çəkmək tərəfləri,  yəni tabeedici tərəflər tərkiblərin əsas  tərəfi və ya  tabeedici tərəfi hesab etmək düzgün deyil.

Belə məsələlərdə aparıcı tərəfin semantik müvazinəti qoruya  bilib-bilməməsi nəzərə alınmalıdır. Mühəndis işləmək, müəllim işləmək tipli  məsdər birləşmələri cümlədə  əgər “Atam mühəndis işləyir”, “Anam müəllim işləyir” cümlələrini üzvlərinə görə necə təhlil etməli? Atam- mübtəda,  işləyir-xəbər; və s. mühəndis nədir? tamamlıqdırmı? Axı onun tamamlıq olması üçün  təsirli feillə  idarə olunması başlıca şərt idi. Mühəndis və ya elə müəllim sözləri tamamlıq deyil, bəs nədir?

Mühəndis işləyir, müəllim işləyir birlikdə cümlənin tərkibi xəbəridir; mürəkkəb xəbəri də deyil. Səbəbi də yenə mühəndis işləmək, müəllim işləmək birləşməsinin tərkib olmamaqları ilə əlaqədardır. Həmin cümlələrdə işləmək feili köməkçi, yardımçı  söz olub leksik mənadan məhrumdur. Həmin sözlərin olsa-olsa morfoloji sualları “kim?” ola bilər, sintaktik sualları yoxdur. Ona görə də ayrıca şəkildə müstəqil üzv  sayıla  bilmirlər.

Tədqiqatçı S. Zeynal  belə birləşmələrin cümlə üzvü vəzifəsindən danışarkən yazır: mühəndis, müəllim adlıq halda olan tamamlıqdır.

Bizim fikrimizcə, alimin də cümlələrindəki mühəndis, müəllim sözlərinə artırılan işləmək və ya  işləyir sözləri köməkçi mənada işlənmiş predikativlərdir. Belə sözlərə  yüzlərlə, minlərlə nümunə göstərmək olar: təhsil almaq, qayğısına qalmaq, özündən dəm vurmaq, həvəsə düşmək,  asfalt çəkmək, yer tutmaq, çətinliyə alşmaq,  iş bacarmaq,  sevinc keçirmək, dərdə düşmək,  yasdan çıxmaq, fikirdən uzaqlaşdırmaq,qəm  dəryasına  cummaq,  tüfeyliliyə qurşanmaq və s. leksik məna­lar ifadə etmədikləri kimi onların yaratdıqları  söz  qruplarını da  məsdər tərkibləri hesab etmək olmaz.

Kəndimizin yollarına asfalt çəkmək istəyirlər                                         cümləsində asfalt çəkmək tərkib əmələ gətirə bilməmişdir, çünki asfalt çəkmək istəyirlər birlikdə  cümlənin  xəbəridirsə,  kəndimizin yollarına-tamamlıqdır. Əgər cümlə belə olsaydı: “Bizdən təkcə qayda-qanuna əməl etməyimizi istəyirlər”  -- bu zaman istəyirlər (tələb edirlər)-xəbər, bizdən təkcə qayda- qanuna əməl etməyimizi- məsdər tərkibi ifadə olunan tamamlıq sayıla bilərdi.

Ümumiyyətlə, cümlədə ad+feil tipli  tərkiblərin linqvistik xüsusiyyətləri bunlardan ibarət deyil. Onların ismə məxsus əksər kateqoriyaları, o cümlədən hal, mənsubiyyəti qəbul etməyi halları da maraqlıdır: “Mənim orta səslə oxumağım”, “Gülşənin danışmağı”,  baxmağın qaydası, tərbiyəli yaşamağın şərtləri,  səfərdən qayıtmaq,  dənizdə çimmək,  havada gəzinmək və s.  tipli birləşmələrin cümlədə tərkib əmələ gətirməsini müşahidə edəndə həm tərəflərin və həm də kompo­nentlərin ismə (adlara) və məsdərə (feillərə və adlara) məxsus xüsusiyyətləri  ilə  qarşılaşdırmaq  mümkündür.

Məsdər tərkiblərinin ad+feil tiplərinin dəqiq müəyyənləşməmiş bir maraqlı xüsusiyyəti  də onların sualları ilə bağlıdır.  Morfoloji sualla sintaktik  sualın sərhədi və  bu suallardan hansının   istifadə  olunma məqamı  qaranlıq qalır. Son vaxtlar oxumaq, yazmaq sözlərinin sualı nə? hesab edilir.  Məgər oxumaq- nə etmək,  yazmaq- nə etmək morfemə verilən  sual deyilmi?

Tərkibdaxili komponentlərin sualı sintaktik ola bilməz. Ümumiyyətlə,  söz bir­ləş­məsinin komponentlərinə yalnız ayrılıqda, cümlədən kənara çıxarılandan sonra  verilən sual morfoloji olur.  Cümlədə aparıcı komponenti feil olan birləşmə və ya tərkibin tabeedici sözünə verilən sual sintaktik zəmində də olsa, yenə  morfoloji sualdır. Bu mənada dərslərini hazırlamaq- nəyi? Nə etmək?- morfoloji;  Dərslərini hazırlamaq ona zövq verir- nə? kimə? nə olurdu? sualları isə  anlaşılmalıdır.

 Dərsliklərdə bu məsələ qarışdırılır. Son vaxtlar nə etmək. Nə olmaq morfoloji sualların dı  belə çəkilmir.

 Məsdərlə ifadə olunan xəbərlərin  ismi xəbər sayılması bu məsələni  əngəllə­mişdir.  Halbuki məsdərlə ifadə olunan  xəbərlərə verilən sözün  kökünə görə sual morfoloji, şəkilçi ilə  birlikdə  verilən  sual isə  sintaktik sualdır.

Məqsədimiz Qarabağı azad görməkdir.  Görmək- nə etmək;   görməkdir- nə etməkdir?

Bu problem feli sifət və  feli bağlamalara, onların tərkiblərinə  də  eyni dərəcədə aiddir.

 

Ədəbiyyat          

1. Vilayət Əliyev. Azərbaycan dilində feilin təsriflənməyən formaları. Məsdər. Bakı, ADPU, 1986.

2.   Yusif Seyidov . Azərbaycan ədəbi dilində  söz birləşmələri.  Bakı, Maarif, 1966, səh. 193-211.

3. Həsən Mirzəyev. Azərbaycan dilində feil. Bakı, Maarif, 1986.

Açar sözlər:  söz birləşməsi, məsdər tərkibləri,  cümlə üzvü,  шышь йкгзг, qrammatik məna, ifadə vasitəsi,  feillik xarakteri,  idarə, yanaşma.

Ключевые слова: словосочетания, инфинитивный  состав, член предложение, группы имена, грамматическое значение, глагольная свойства, управление, примыкание.

 

Резюме

Ифинитивные обороты в азербайджанском языке

Термин «Инфинитивные обороты  азербайджанского  языка» берет свое начало от «Грамматика татарского языка» Мирза Кязим Бека,  которая увидела свет в 1839 году в Казани.

Известные ученые- лингвисты ХХ века  М.Гусейнзаде, Ю. Сеидов, В. Алиев, Г. Мирзоев и другие в  своих трудах исследовали грамматические  свойства инфинитивных оборотов. Несмотря на это, до сих пор остаются неисследованные вопросы, связванные с инфинитивными оборотами.

 

Rəyçi : dos. E.Vəliyeva

                                                                                             

                      

 

Allahverdiyeva Aytən Fərman qızı.

NASİR XOSROVUN “SƏFƏRNAMƏ” ƏSƏRİNDƏ QOŞMALAR (به ، را  )

   Məlumdur ki, müasir fars dilindəرا  sonqoşması vasitəsiz tamamlıqla bağlı olub, təsirlik halın qarşılığı kimi göstərilir.Təsirli feillər müəyyən və konkret sözlə ifadə olunmuş vasitəsiz tamamlığın daimaرا  sonqoşnası ilə işlənməsini tələb edir.   “Səfərnamə” əsərindəرا  sonqoşması aşağıdakı məqamlarda işlənmişdir.

   1.را –təsirlik halın qarşılığı kimi.

 گفتم که من این را از کجا آرم. (2,3)

Dedim:”Axı mən bunu haradan alım?(1,18 )

Bu cümlədə haqqında danışılan sonqoşma birbaşa təsirlik halın göstəricisi kimi

çıxış edir.

   2.را –izafəti bildirir.

اکنون این درجات را پهنای بیست ارش باشد. (2,44)

İndi bu pillələrin eni iyirmi ərəşdir.(1,52)

مرا عزم سفر قبله است. (2,4)

Mən Qibləni gedib görmək qərarına gəlmişəm.(1,18)

Cümlədəkiمرا عزم  birləşməsiniعزم من،قرار من  kimi izah etsək, tərcümə “Mənim  qərarım Qibləyə səfər etməkdir”  variantında daha dəqiq olar.

   Digər bir nümunəyə nəzər salaq.

اسکندریّه را آب خوردنی از باران باشد. (2,57)

İskəndəriyyədə içməli su(İskəndəriyyənin içməli suyu) yalnız yağış suyudur.(1,62)

Göstərilən hər üç misaldaرا  sonqoşması izafət funksiyasını yerinə yetirir.

   3.را –به  önqoşmasının yerində işlənir.

حاجت خواستم تا خدای تعالی و تبارک مرا توانگری دهد. (2,2)

         Arzu elədim ki, ulu və müqəddəs Allah mənə qüdrət, qüvvət versin.(1,17)

مهمانان و مسافران و زایرانرا نان و زیتون دهند.(2,48)

Müsafirlərə, qonaqlara, ibadətə gələnlərə çörək və zeytun yağı verirlər.(1,55)

     Başqa bir misala diqqət yetirək.

یکی از بزرگان...گفتی یا پیغمبر خدا مارا در معیشت  یاری کن. (2,29)

Şan-şöhrətli adamlardan biri...deyir: ”Ey Allahın elçisi, həyatımızı  yüngülləşdir.(1,39)

 یاری کردن   “kömək göstərmək, yardım etmək” feili vasitəli tamamlıq tələb  etdiyindənما  şəxs əvəzliyininبه  önqoşması ilə işlənməsi daha məqsədə  uyğundur.Ona görə də cümləni “...Ey Allahın elçisi, dolanışıqda, güzəranımızda  “bizə köməklik et” kimi tərcümə etsək daha dəqiq olar.

  4.را –در önqoşması mənasında işlənir.

این سور بیرون را نیز دروازه های آهنین برنشانده اند.  (2,12)

Bayır divarda da dəmirdən qapılar var. (1,25)

مرا چون نقد نبود و بنسیه میبردند.  (2,121)

Məndə nağd pul yox idi, ona görə məni nisyə apardılar.   Növbəti cümlədə isəرا  sonqoşmasıدر  önqoşmasının yerində işlənərək zaman  mənasını bildirir.

چهاردهم صفر را بشهر سراب رسیدم. (2,7)

Səfər ayının 14-də Sərab şəhərinə çatdım.   5.را –برای  önqoşmasının mənasını bildirir.

هر یک را بقدر مرتبه مرسوم و مشاهره معیّن بود. (2,67)

 Onların hər biri rütbəsinə görə sultandan pay və aylıq maaş alır.(1,70)

  Bu cümləni “Onların hər birinə (hər biri üçün) vəzifəsinə görə sultandan pay və aylıq maaş təyin olunmuşdu” kimi tərcümə etsək daha dəqiq olar.

آنجا لشکری تمام با سلاح مقیم باشند احتیاط را. (2,53)

 Orada ehtiyat üçün daimi silahlı qarnizon var.(1,59)

هر معنی که او را مشکل بود از من پرسید.(2,8)

Ona(onun üçün) çətin olan hər bir sözü məndən soruşdu.(1,22)

    6.را sonqoşması “sahiblik, yiyəlik” məfhumunu bildirir.

گفتند آن امیر را قلعه های بسیار در ولایت دیلم باشد . (2,7)

 Mənə dedilər ki, o əmirin Deyləm vilayətində çoxlu elə qalaları var.(1,21)

این شهر را یک در است از سوی مغرب.  (2,10)

 Bu şəhərin qərb tərəfdən bir qapısı var.

Növbəti misalda isəرا  sonqoşmasıمال شما،از آن شما  mənasında işlənmişdir.

در راه بسی خواهش بدین اعراب کردیم که زر که داده ایم شما را باشد. (2,86)

 Yolda ərəblərə yalvardıq ki, verdiyimiz pullar sizin olsun.(1,84)

  7.را sonqoşması “müddət” mənasını bildirir.

سه روز را بجای رسیدیم که آنرا ارعز میگفتند. (2,49)

Üç gündən sonra Ərəz adlanan yerə çatdıq.(1,56)

  8.را –“səbəb” mənasında işlənir.

آنرا فرادیس گویند خوش موضع را.  (2,46)

 Gözəlliyinə görə (gözəlliyi səbəbindən) oraya fəradis deyirlər.(1,53)

  9.را sonqoşması bəzən işlənmir, lakin feilin tələbinə görə bərpa etmək olur.

بالای آن ستون ده ارش قیاس کردم.  (2,15)

 Həmin sütunun hündürlüyünü on ərəş hesab etdim.(1,27)

این دراست که ایزد سبحانه و تعالی توبه ی داود علیه السلام آنجا پذیرفت.  (2,34)

Bu o qapıdır ki, pak və ulu tanrı Davudun-ona salam olsun-tövbəsini orada qəbul

etmişdi. (1,43)

این راهها و درجات وی ساخته است. (2,45)

Bu yolları və pilləkənləri o tikmişdir.(1,53)

  Göründüyü kimiرا  sonqoşması klassik fars dilində vasitəsiz tamamlıq bildirməklə  yanaşı, əsasən,به، در، برای  qoşmalarının funksiyasını yerinə yetirir, izafət, yiyəlik, müddət və səbəb mənalarını bildirir.

  به önqoşması yönlük halın qarşılığı olub,vasitəli tamamlıq tələb edir. ”Səfərnamə” əsərində bu önqoşmanın işlənmə məqamları aşağıdakılardır.

   1.به  önqoşması istiqamət bildirir.

بکوشه ای رفتم و دو رکعت نماز بکردم. (2,2)

Bir guşəyə çəkildim və iki rükət namaz qıldım.(1,17)

به پنج دیه مروالرود فرود آمدم. (2,2)

 Mərvərrud vilayətində yerləşən Pəncdehə gəldim.(1,17)

   2.به  önqoşmasıدر  önqoşmasının funksiyasını daşıyır.

وقتی که من بشهر اسوان بودم دوستی داشتم. (2,95)

Mən Asuanda olanda bir dostum vardı.

این شهر رمله را بولایت شام و مغرب فلسطین میگویند. (2,27)

Bu Rəmlə şəhərini Suriya və Məğrib vilayətlərində Fələstin kimi tanıyırlar.(1,38)

   Başqa bir nümunəyə nəzər salaq.

بهر صد گز برجی ساخته که نیمهء  دائرهء آن هشتاد گز باشد. (2,11)

Hər yüz gəz məsafədə elə bir bürc ucalır ki, dairəsinin yarısı səksən gəzdir.

   3.به  -از  önqoşmasının vəzifəsini yerinə yetirir.

از هر دو جانب درجات سنگین ساخته اند که بیک جانب برروند و بدیگر جانب فرو روند.  (2,49)

Oraya iki yandan daş pilləkən düzəldiblər, bir tərəfdən qalxır, digər tərəfdən aşağı  enirlər.(1,56)

هر درجه بیکپاره یا دو پاره سنگست مربع.(2,52)

 Hər pillə ya bir, ya da iki parça dördbucaq daşdandır.(1,52)

   4.به  -برای  önqoşması mənasında işlənir.

مدام آنجا لشکری باشد بمحافظت شهر و ولایت. (2,91)

O şəhəri və vilayəti qorumaq üçün orada daima qoşun keşik çəkir.(1,87)

او بولایت گیری باصفهان رفته بود. (2,4)

O,İsfahanı tutmağa getmişdı.(1,19)

 Bu cümləni “O,İsfahana oranı ələ keçirmək üçün getmişdi” kimi tərcümə etsək  daha dəqiq olar.

   5.به  -با  önqoşmasının yerində işlənir.

  از قزوین برفتم براه بیل و قبان که روستاق قزوین است. (2,6)

Qəzvinin ətraf kəndlərindən olan Bil və Quban yolu ilə şəhərdən çıxdım.(1,20)

طول و عرضش بگام پیمودم هر یک هزار صد بود.   (2,8)

Mən onun en və uzununu addımladım(enini və uzununu addımla ölçdüm) hər tərəfi  1400 addım oldu.

   Dıgər nümunəyə nəzər salaq.

خوف ایشان از طرف روم باشد که بکشتیها قصد آنجا کنند.    (2,17)

Şəhər (Tarablus) sakinlərinin qorxusu gəmilərlə şəhərə hücum edən rumlular­dan­dır. (1,29)

   6.به  hissəciyi feil kökünə birləşərək əmr bildirir.

از آنجا برفتیم قلعه ئی دیدم که آنرا قف انظر میگفتند یعنی بایست بنگر.(2,9)

Oradan getdik. Bir qala gördük ki, ona Qıf-ünzur deyirdilər, yəni “Dayan bax”.  (1,23)

  7.به  -“müddət” mənasını daşıyır.

بمنزل دیگر رسیدیم که از آنجا بده روز بمکّه رسیدم.  (2,49)

 Oradan da yeni bir yerə çatdıq,buradan da çıxıb on gündən sonra Məkkəyə çatdıq. (1,56)

از مصر کشتی به بیست روزآنجا رسد.  (2,58)

Misirdən oraya (Siciliyaya) gəmi iyirmi günə gedir.(1,63)

   8.به  -مثل،مانند  qoşmalarının əvəzində işlənir.

خلق که آنجا روند...نان پزند و بتبرک بولایتها برند.(2,114)

Adamlar oraya gələndə...çörək bişirirlər və nadir bərəkət kimi öz ölkələrinə  aparırlar.(1,104)

و همه بامهای این مسجد بخرپشته پوشیده. (2,12)

Bu məscidin (damı) üstü tamamilə günbəzvarı (günbəz kimi,günbəz şəklində)  örtülüb.(1,25)

   9.ماضی مطلق –də işlənən feillərə artırılır.بای تأکید  adlananبه   hərəkətin sanki “daha

qəti, daha təkidlə” yerinə yetirildiyini bildirir.(3,233)

رومیان...کس فرستادند و آن آیینه بشکستند.(2,57)

Rumlular...adam göndərib o (güzgünü) sındırdılar (sındırmağa nail oldular).

شهر و بازار را بیاراستند. (2,77)

Şəhəri və bazarı bəzədilər.

   10.به  feil köklərinə qoşularaqمی  hissəciyinin yerində işlənir və indiki zamanı əmələ gətirir.

در شهر طبریه حصیر سازند...همانجا به پنج دینار مغربی بخرند.(2,25)

Təbəriyyə şəhərində həsir toxuyurlar...orada onu beş məğrib dinarına satırlar.(1,36)

مسلمانان و غیره کودکان ایشانرا بدزدند. (2,94)

Müsəlmanlar və başqa tayfalar onların uşaqlarını oğurlayırlar.(1,89)

   11.در مقابل، در عوض  mənasında.

  غلّه توانی بدهی خواهی به بها خواه بقرض.

 Taxılı istər nəğd, istərsə də nisyə verə bilərsən.

   12.مقدار، اندازه  mənasında:

دیوار او ببالای مردی بیش نباشد.

Onun divarının hündürlüyü bir adamın boyundan artıq deyil.

   13.از لحاظ، از حیث  mənasında:

هر یک بدرازی صد و پنجاه ارش و در عرض هفتاد ارش.

Hərəsi uzunluğuna görə yüz əlli ərəş, eninə görə yetmiş ərəşdir.

   14.تا  mənasında:

و جایی بودی که بسی و چهل فرسنگ هیچ آب نبودی.

Elə bir yer var idi ki, otuz-qırx fərsəngə qədər heç su yox idi.

   15.را  mənasında:

گمان بردند که ما بزبان ایشان ندانیم.

Güman etdilər ki, biz onların dilini bilmirik.

   16.بطرز، بطور  mənasında:

گویند نتوانسته اند که منبع آب نیل را بحقیقت بدانند.

Deyirlər ki, Nil çayının mənbəyini dəqiq olaraq bilə bilməmişlər.

    Nümunələrdən aydın olur ki,به  önqoşmasıدر، از، برای، با، مانند، تا، را   

ön­qoşma­larının yerində işlənə bilir, vasitəli tamamlıq tələb etməsi ilə yanaşı feil kökünə qoşularaq əmr bildirir, “müddət” məfhumunu yaradır.به  hissəciyi

 ماضی مطلق  -də işlənən feillərin əvvəlinə artırılır, indiki zaman formasındaمی  hissəciyinin yerində işlənə bilir.

 

Ədəbiyyat siyahısı

   1.Nasir Xosrov. ”Səfərnamə” (fars dilindən şərhli tərcümə fil.elm.dok.Tahir                  

   Məhərrəmovundur). ”Elm” nəşriyyatı, Bakı:1997, 180 səh.

   2.1372 سفرنامه ناصر خسرو قبادیانی به تصحیح و تعلیقات م.غنی زاده.انتشارات منوچهری 

   3.N.Z.Hatəmi. Fars dili. “Maarif” nəşriyyatı, Bakı:1992,308 səh.

 

Açar sözlər: Nasir Xosrov, “Səfərnamə”, morfologiya, qoşmalar.

Ключевые слова:Насир Хосров,»Сафарнаме»,морфология,предлоги.

Keywords: Naser Khosrov, ”Safarnameh”,morphology, prepositions.

                                                  

Xülasə

  Məqalədə Nasir Xosrovun “Səfərnamə” əsərindəبه  önqoşması vəرا   sonqoşmasının  işlənmə məqamları araşdırılır .

 

Резюме

В статье исследуются предлогبه    и послелогرا  в произведении Насира Хосрова «Сафарнаме».

 

Summary

   Prepositionبه  and postpositionرا  are investigated in article deals with the work “Safarnameh”  by Naser Khosrov.                                            

                                                       

  Rəyçləri: dos.N.Əfəndiyeva, b/m.Fərəcova Maya

 

                                                                                                          


Rəfanə Camal qızı İsayeva

AZƏRBAYCAN DİLİNDƏ ƏLAVƏ BİRLƏŞMƏLƏR VƏ CÜMLƏLƏRİN İNKİŞAF TARİXİ

                Əlavə söz və cümlələr (əlavə konstruksiyalar), tərkibində olduqları cümlələrin üzvləri arasındakı məntiqi-qrammatik münasibətləri kəskin şəkildə sındırır.Onların ifadə etdiyi məna cümlənin əsas mənasına ilk planda nəzərdə tutulmayan, ikinci dərəcəli, az əhəmiyyətli, ya da əksinə çox əhəmiyyətli və buna görə də xüsusi nəzərə çarpan əlavə məlumat gətirir.

                Rus dilinin “Akademik qrammatika”sında bu kateqoriyaların məna növləri sadalanır (həmin hissəni Y.A.İvaniçkova adlı bir dilçi yazmışdır). Müəllif əsas məna ağırlığını əlavə cümlələrin üzərinə salır və yazır: ”Şifahi və yazılı nitqdə cümləyə müx­təlif əlavə məlumatların, ötəri qeydlərin və s. Daxil edilməsi üsulu geniş yayıl­mışdır. Cümlənin əsas tərkibi danışanın özü tərəfindən həmin cümləyə artırılan əlavə qeydlər, dəqiqləşdirmələr, izahatlar, düzəlişlər və s. Ilə sanki pozula (parçalana) bilər. Bunlar, məsələn, hər hansı şey barəsində bütünlüklə cümlənin, yaxud ayrıca bir sözün məzmunundan doğan əlavə məlumatlar ola bilər:əsas cümlədə  haqqında danışılan nəyinsə nə ilə tutuş­durul­masını və qarşılaşdırılmasını göstərən qeydlər ola bilər; hərə­kətin əsas cümlədə ümumi şəkildə ifadə edilən yerinin, zamanının dəqiqləş­diril­məsi; əsas cümlədə deyilənin deyilənin səbəbini açıqlayan faktların çatdırıl­ması;şəxsin saciyyələn­diril­məsi; əşyanın, şəraitin təsviri və s. haqqında müəllifin vasitəsiz nitqə əlavələriola bilər. Əlavə, ötəri kimi nitqı daxil olan, intonasiya cəhətdən xüsusiləşən belə cümlələrə əlavə cümlələr deyilir.”

     Rus dilçiliyində əlavə kontruksiyalar mövzusuna ancaq qrammatika kitablarında ötəri olaraq toxunulmuşdur,ancaq xüsusi tədqiqat obyekti olmamışdır.Azərbaycan dilçiliyində isə bu  mövzuya  ilk dəfə 1990-cı illərdə nəzər yetirilmişdir.Əksər hallarda əlavə konstruksiyalar “əlavələr” və “ara cümlələrlə” qarışdırılmışdır və xüsusi tədqiqat obyekti olmamışdır.Əlavə söz və cümlələrə bibaşa və ya dolayısı ilə münasibət,onları öz adları və ya başqa adlarla çağırmaq kimi hallar türkologiyada da, o cümlədən Azərbaycan dilçiliyində də özünü göstərir. Buna baxmayaraq  rus dilçi­yində də, türkologiyada da, Azərbaycan dilçiliyində də əlavə konstruksiyalar  nitq faktları kimi nəzərə nəzərə alınır. Bu isə onların qrammatika kitablarından çıxar­dı­laraq, müstəqil problem kimi tədqiqini qarşıya qoyur. Doğrudur,hələ həmin kateqo­riyalar hamının diqqətini cəlb etmir. Bir sıra hallarda, xüsusən türkologiyada onların üstündən  sükutla keçilir, lakin zaman-zaman onlara müraciətlər artır.

   Azərbaycan dilçiliyində istifadə edilən edilən “əlavə” termini qrammatika kitabla­rında tez-tez istifadə edilir. Elmi qrammatika kitablarında,ali məktəb dərsliklərində  bu termin gah tək halda ( “əlavə”), gah da cəm halda (“əlavələr;) başlığa cıxarılır və haqda məlumat verilir. Müxtəlif səviyyələrdə və müxtəlif ifadələrdə izah verilsə də,məsələyə baxışın mahiyyəti fərqlənmir. Azərbaycan dilçiliyində “əlavələr“ haq­qında  nisbətən ətraflı tədqiqat professor Əlövsət Abdullayev tərəfindən aparıl­mışdır və bir neçə kitblarda həmin bəhsimo yazmışdır. “Əlavələr”, adətən, belə izah edilir: “Əlavə, bir sözdən  və ya söz birləşməsindən ibarət olub, özündən əvvəlki üzvü kon­kret­ləşdirir və izah edir. O, hansı cümlə üzvünə aid olursa,həmin üzvün  də xüsusiy­yətlərini daşıyır ”.

   Azərbaycan dilçiliyndə  “əlavə” termini bu anlamda sintaksis kitablarında sabitləş­miş və anlaşımaqdadır. ” Əlavə söz “, “ Əlavə cümlə “ ifadələrində isə əlavə termini başqa məna daşıyır. Birinci halda bu termin  rus dilindəki «приложение» terminine , ikinci halda isə  rus dilindəki « вставное « termininə uyğun gəlir.Beləliklə, dilçiliyi­mizdə geniş yayılmış “ əlavə ”lərlə - cümlə üzvlərinin əlavəsi ilə “ əlavə söz “ və “ əlavə cümlə “lər müxtəlif anlayış olmaqla, müxtəlif qrammatik kateqoriyalardır. Lakin, bunlar arasında, xüsusən cümlə üzvlərinin əlavələri ilə bizim bizim nəzərdə tutduğumuz “ əlavə sözlər”  arasında oxşar cəhətlər də var.

    Azərbaycan dilçiliyində əlavəsözlərdən və əlavə cümlələrdən müstəqil məsələ kimi ilk dəfə Y.M.Seyidov tədqiqat aparmışdır.O,1958-ci ildə nəşr etdirdiyi “Qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqədar olmayan sözlər“ adlı kitabında əlavə cümlələr haqqında bir qədər geniş, əlavə sözlər haqqında isə ötəri məlumat vermişdir. Muəllif  belə bir cəhəti xüsusi olaraq vurğulayaraq yazır ki, “Belə geniş yayılmasına bax­ma­yaraq, Azərbaycan dilçiliyində indiyə qədər bu sahədə ­heç bir tədqiqat işi aparılmamış, bu məsələyə aid bir məqalə belə, yazılmamışdır.Orta məktəb qrammatikalarında da bu məsələyə toxunulmamışdır”.1959-cu ildə ADU nəşriyyatı “ Müasir Azərbaycan dili. Sintaksis” adlı iri həcmli dərs vəsaiti nəşr etdirmişdir. Bu, sintaksisə aid ikicildliyin birinci kitabı  idi ( ikincisi 1963-cü ildə çapdan  çıxmışdır). Bu kitabda əlavə cümlələr hissəsini də Y.M.Seyidov yazdığına görə,izahatlar və misallar onun “Qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqədar olmayan sözlər” kitabındakılarla, əsasən üst-üstə düşür.Bundan sonra əlavə cümlələr (qismən də əlavə sözlər ) qrammatika kitablarında özünə daimi yer tutmağa başlayır. Bu mövzu orta məktəblərin 7-8-ci siniflərinə aid  son illərin ( 1994,1995 – ci illər) dərsliklərində  “ Əlavə cümlələr və əlavə sözlər” adlı başlıqlar altında müstəqil mövzular kimi izah edilmişdir.³

     Azərbaycan dilçiliyndə əlavə sözlərin və əlavə cümlələrin başqa adla qeyd olun­masına da təsadüf edilir. Ə.M.Cavadov onları “İzahedici üzvlər və izahedici cüm­lələr” başlığı ilə təqdim edir və yazır ki, “ İstər ara üzvlər, istərsə da ara cümlələr əsas cümlənin bu və digər üzvünü izah etdiyi üçün onları izahedici üzvlər və izahedici cümlələr adlandırmaq daha məqsədə uyğundur“. Müəllif  “ara üzvlər”, ”ara cümlələr” adı ilə əlavə sözləri və əlavə cümlələri nəzərdə tutur. Qeyd edək ki,burada “ üzvlər “ üzvlər sözünün termin kimi işlədilməsi dolaşıqlıq əmələ gətirə bilər.Cümlə üzvləri var, ara üzvlər isə bu sırada yerləşə bilməz . “İzahedici cümlələr “ifadəsinə gəlincə, bunu da budaq cümlələrlə qarışıq salmaq olar, çünki budaq cümlələr baş cümlələrə münasibətdə izahedici cümlələrdir.

 Faktlar göstərir ki,əlavə söz və  əlavə cümlələr Azərbaycan ədəbi dilinin inkişafının qədim dövrləri üçün norma   olmamışdır. Bu kateqoriyalar Azərbaycan ədəbi dilində XIX əsrdən norma halına düşməyə başlamışdır.Bunun səbəbi həmin əsrdə Azərbay­can ədəbi dilində, hətta onun hətta onu elmi üslubunda elmi,publisist əsərlərin daha çox yazılması, dram janrının meydana gəlməsi və bunlarla əlqədar ədəbi dil üslub­larının inkişafı, sabit norma axarına düşməsi ilə əlaqədardır. O vaxta qədər ədəbi dildə, hətta onun elmi üslubunda  əlavə söz və əlavə cümlələrdən istifadə təcrübəsi yox idi. Bu mənada, Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” (“Xoşbəxtlər bağçası”) əsərinin dilinə baxmaq kifayətdir.¹ Bununla belə ,əlavə cümlə faktlarının izlərinə xeyli əvvəllərə aid əsərlərin dilində təsadüf edilir. Məsələn, “ Kitabi- Dədə Qorqud “ dastanlarının dilində  əlavə cümlələrə aid cox sayda nümunələrə təsadüf edilir.Məs: “Dirsə xan oğlı Buğac xan boyın bəyan edər, xanım, hey !” boyundan:

At ayağı külük, ozan dili çevik olur.İyəgülü ulalur,qabırğalı böyür.Oğlan on beş yaşına girdi.

      Burada fərqləndirilmiş hissələr əlavə cümlələrdir. Əlavə cümlə kimi tabesiz mürəkkəb cümlədən istifadə edilmişdir.Tabesiz mürəkkəb cümlələrin hər biri iki sadə cümlənin intonasiya vasitəsilə əlaqələnməsindən əmələ gəlmişdir.Onlar özlərindən sonra gələn cümlədəki fikri (Oğlan on beş yaşına girdi.) əsaslandırmaq üçündür.

       Eyni cümlələrdən başqa boylarda da əlavə cümlələr kimi işlənmişdir: “Qam Börənin oğlı Bamsı Beyrək boyını bəyan edər, xanım, hey !)boyundakı əlavə cümlələr həm stuktur baxımından, həm də mahiyyət etibarilə fərqlənir:

-“Allah-təala məni qarğayıbdır. Bəglər tacım-təxtim üçün ağlaram.Bir gün ola,düşəm öləm ,yerimdə-yurdumda kimsə qalmıya” sözlərini eşidib dua etməyə başlayırlar. ”Allah-təala  sana bir oğul versin dedilər. Ol zamanda bəglərin alqışı alqış,qarğışı qarğış idi.Dualari müstəcab olurdu.” ³Burada əlavə cümlələrlə onların aid olduğu hissə arasında bir neçə başqa cümlə var.Burda iki əlavə cümlə işlənmişdir.Hər iksi mübtədalı şəxsli cümlələrdir.İkincisi müxtəsər cümlədir. Boyların hamısında prinsip etibarilə eyni tipli əlavə cümlələr işlənmişdir. Bu əlavə cümlələr əsas sözlərinin bəzən eyni, bəzən də müxtəlif olmasından asılı olma­yaraq, hamısında “ görəlim” sözü vasitəsilə reallaşmışdır. Bu tipli misallar onlarladır. Həm də bu əlavə cümlələr daha çox danışıq üslubu üçün səciyyəvidir. Ümumiyyətlə “Kitabi-Dədə Qorqud“ dastanlarının dili əlavə cümlələrlə zəngindir. Dastanların dili şifahi ədəbiyyat dilini-dastan dil üslubunu saxlaya-saxlayan,yazılı ədəbi dil normativ­liyinə də malikdir. Belə ki, bu dildə əlavə cümlələrin xeyli yer tutması onu yazılı ədəbi dilə bağlayır, digər tərəfdən, həmin cümlələrin səciyyəvi xüsusiyyətləri onu şifahi dil nümunısi kimi təqdim edir.

     M.F.Axundova qədər Azərbaycan ədəbi dilində ara-sira özünü göstərən əlavə söz və əlavə cümlələr bu yazıçının əsərlərində artıq sistem halına keçir, Azərbaycan yazılı ədəbi dilinin işlək faktları olmağa başlayır. Bu, birinci növbədə ,ədibin dram yaradcılığı ilə bağlı idi. Azərbaycan ədəbiyyatı tarixində ilk dram əsərlərinin yara­dı­cısı olan M.F.Axundov Azərbaycan ədəbi dilində dram üslubunun əsasını qoymuş­dur. Bu üslub isə özü ilə əlavə söz və əlavə cümlələrin işlənməsini tələb edir. Daha doğrusu,əlavə söz və əlavə cümlələr dram dilinin tərkib hissəsidir,bu üslubun əsas ünsürlərindəndir.Yazılanda və qismən də oxunanda replikalarla bərabər əlavə sözlər və ılavı cümlələr səslənmir. Bunlar vəziyyətləri, hərəkətləri, baxışları, duruşları tanzimləmək üçündür.

     M.F.Axundovun publisitikasında, elmi əsərlərində,məqalələrində də əlavə söz və əlavə cümlələrdən istifadə kifayət qədərdir. Əvvəla, ədib bir sıra əsərlərinin sonunda öz imzasını qoyur-adını yazır,əsərin yazılma tarixi,yerini göstərir. Məsələn, ədibin “Tənqid risaləs”nin sonunda bu sözləri oxuyuruq: ”Mayor Mirzə Fətəli Axundzadə. Rəbiul əvvəl 2, 1279-cu il.Qocur yaylağı-Tiflis”¹Göründüyü kimi,burada həm müəllif haqqında ,həm əsərin yazılma tarixi  və yazılma yeri haqqında qeyd var. Mətnlərin daxilində də əlavə söz və əlavə cümlələr­dən yeri gəldikcə istifadə edilmişdir.  İlk Azərbaycan qəzeti olan və 1875-1-1877 –ci illərdə  nəşr edilən “ Əkinçi “ qəzetinin dilində əlavə sözlər və əlavə cümlələr çoxdur.”Əkinçi”nin dilində əlavə söz və əlavə cümlələrin işlənmə tezliyini təsəvvür etmək üçün bir mətni nəzərdən keçirək. Bu mətn “Əkinçi” nin1877 –ci il fevral ayında cıxan bir nömrəsindən götürülmüşdür.  “Əkinçi” qəzetinin əvvəlinci nömrəsində Əhsənül-Qəvaid baş capmaq xüsusunda bir böhtanlar yazmışdır.

       I.Yazır ki, insan hər əmələ başlayanda –gah xeyir,gah zərər-səy edir, o əməlin artıq olmağına və halınki insanda  nəfsi –ləvvamə var,həmişə o nəfsin  səyi budur ki,insanı bəd əməldən mühafizə eləsin ( pəs niyə əməl, məsələn, oğurluq, dələduzluq müsəlman millətində çox və qeyrilərində az olur?).

     II.Ağıllı şəxslərin baş çapmağa mübaşir olmamağı aşkar böhtandır,bəlkə,əla və ədnadan hərə bir tövr mübaşir olur. Bir parası bir çapır, bəzi təbi ya sinc çalır,bəzi sinəzənlik edir. Qərəz, hər kəsin  əhvalına münasib bu əhvalatdan şərikdir (neyləsin, onun güzəranı avam ilədir).

     Göründüyü kimi,elə abzas yoxdur ki,orada əlavə söz və əlavə cümlə işlənməsin Əlavə sözlərə və əlavə cümlələrə aid belə misallar çoxdur.Biz yuxarıdakılarla kifayət­lənirik. “Əkinçi”nin səhifələrində əlavə sözlərin başqa tipləri də işlənmişdir. Məqalə, məktub, xəbərlərin və başqa yazıların altında əlavə sözlər kimi onların yazılma tarixləri,demək olar ki, qeyd edilmir.  Əlavə sözlər də ,əlavə cümlələr də nitqdə ikinci dərəcəli mpvqe tuturlar. Onlar mətn fonunda müstəqil deyillər,yardimçidirlar;onlar aydınlaşdırılmır, aydınlaşdırırlar. Onlarsiz da nitq tamamlanır, nitqin mıtni formalaşır. Təsadüfi deyildir  ki,şifahi nitq­də belələrindən, adətən, az-az halllarda istifadə olunur.Deyiliş zamanı da, onlar mə­tnin əsas hissəsindən intonasiya ilə ayrılır və aşağı tonla ifadə olunur.Bu ayrılıq yazılı nitqdə hər iki tərəfdən  mötərizə, bəzən də hər iki tərəfdən tire işarələri ilə ayrılır.   Əlavə söz və cümlələrdən istifadə fakültativliyi ədəbi dilin üslublarının hamısına aiddir. Fərq bundadır ki,bu katqoriyalar üslublardan biri üçün daha səciyyəvi olduğu halda (məsələn,elmi üslub üçün) ,başqası üçün ya səciyyəvi deyil, ya da  az səciy­yəvidir (məsələn,nəsr əsərlərinin dili üçün ).Yaxud üslublardan bir qismində (məsələn, elmi üslubda) əlavə sözlərdən, əlavə cümlələrdən tez-tez istifadə edilirsə, deyə ki bədii üslubda əlavə sözlərə nisbətən, əlavə cümlələrdən daha çox istifadə olunur.

       Bununla belə, bütün variantlarda fakültativliyə görədir ki, mətndə olan əlavə sözləri və lavə cümlələri ixtisar etsək,orada yarımçıqlıq görünməz. Əlavə cümlələrin də nitqdə mövqeyi haqqında nitqdə,mövqeyi haqqında da eyni sözləri demək olar. Əlavə sözlərdən fərqli olaraq əlavə cümlələr başqa cümlələr kimi, bitmiş fikir ifadə edən nitq vahidləridir. Ancaq onların nitqdəki mövqeləri mətni təşkil edən əsas cümlələrin mövqeyindən fərqlənir. Əlavə cümlələlr nitqin əsas aparıcı hissələri hesab edilmir, bunlarsız da hər hansı hadisə, məsələ haqqında məlumat verilir.Adından da göründüyü kimi bunlar nitqə ( mətnə ) əlavə daxil edilir. Hər hansı mətni təşkil edən əsas cümlələrdən bu və ya digərlərini ixtisar etsək, mətndə yarımçıqlıq və əlaqəsizlik görünə bilər. Doğrudur,elə bir nümunə gətirilə bilər ki,mətndə bir və ya iki cümlənin ixtisarı hiss edilməsin,lakin mətnin tam və ixtisar olunmuş variantları müqayisə ediləndə bu görünəcəkdir.

     Bunlar göstərir ki,əlavə sözlər də ,əlavə cümlələr də nitqdə fakültativ səciyyə daşıyır.Lakin,bu o demək deyildir ki,onların əhəmiyyəti yoxdur.Əlavə sözlər,əlavə birləşmələr və əlavə cümlələr vasitəsilə əlavə, həm də lazım olan məlumatlar verilir. Bu onların əhəmiyyətini göstərir.Ümumən müəyyən dəqiqləşdirmələr aparmaq, ümumini xüsusiləşdirmək, qeyri-müəyyəni müəyyənləşdirmək və s.üçün əlavə birləş­mələrin əhəmiyyəti boyükdür. Əlavə birləşmə və əlavə cümlələrin köməyi ilə,geniş oxucu kütləsinə məlum olmayan termin və ifadələrin sadə variantları verilir,əsas hissədə ifadə olunan fikir başqa formada açıqlanır və s. Əlavə birləşmələr və əlavə cümlələr mətnin ağırlaşdırılma ehtimalını öz üzərinə götürür, müəllif, nisbətən, ikinci dərəcəli olan anlayışı, fikri əlavə söz və əlavə cümlə cümlə üzərinə keçirməklə ifadədə, üslubda lakoniklik əmələ gətirir.

    Bədii dildə (istər şeir olsun, istər nəsr əsəri) əlavə sözlərdən xüsusən əlavə cümlələrdən istifadənin başqa məqamları da var.Yəni hamin kateqoriyalar bu üslubda bədii dilə məxsus elə çalarlarla işlədilir; burada “quru” əvəzetmə, aydınlaşdırma, konkretləşdirmə və s.kimi dil-üslub baxımı çox vaxt (xüsusən şeirdə)arxa plana keçir; onlar ədəbi-bədii vasitələr kimi cıxış edir, şeirə rövnəq verir. Çair hekayəti yarımçıq qoyaraq, haşiyələr çıxır,ümumi ədəbi mühakimələrlə vəziyyətə qiymət verir,oxucunu bu və ya başqa cəhətə diqqət verməyə çağırır,surətlərin hərəkət və əlamətlərinə uyğun mühakimələr yürüdür və.s.Əlavə birləşmələrin və əlavə cümlələrin istər bir dil faktı kimi,mövqeyi və əhəmiyyəti baxımından bədii üslubla əlaqədar bəzi misalları nəzərdən keçirək.

   Biz Gürcüstan yaylağından qayırıq vətənə

  ( Görməmişdən vurulduq bu yerə,bu gülşənə )

Yox,yox, o getmirdi, uçurdu göydə

(Quş kimi yanınca uçurdum mən də).

Yetişdi, nəhayət kəndinə,budur

Yeridi təmkinlə alnında qürur.

Bu otaqda səndin, məndim, bir də babam Füzuli

(Ayrılmadan tutulmuşdu dərdə babam Füzuli).

Mətndə əlavə sözlərin əlavə sözlərin çox işləndiyi bədii əsər olduğu kimi,əlavə söz və cümlələrin işlənmədiyi və ya iz işləndiyi əsərlər də ola bilər. Azərbaycan ədəbi dilində, xüsusən ədəbi dilin yazılı formasında əlavə konstruksiyalar olduqca çox işlənir.

Ədəbiyyat siyahısı

  1. Y.M.Seyidov Azərbaycan dilində əlavə sözlər və əlavə cümlələr, Bakı-2000
  2. Azərbaycan dilinin qrammatikası. II h., Sintaksis  B, 1959
  3. Ə.Abdullayev.Əlavə. “Azərbaycan dilin qrammatikası”II hissə ( Sintaksis ), Azərb. EA nəşri, 1959
  4.  Y.M.Seyidov. Qrammatik cəhətdən cümlə üzvləri ilə əlaqədar olmayan sözlər. Xitab və ara sözlər. ADU nəşri B.,1958,s.74.
  5. Müasir Azərbaycan dili Sintaksis B., 1959 , s.443-454
  6. Q.Kazımov, Y.Seyidov. Turk dili. 7-8-ci siniflər üçün dərslik. B., 1994. S. 153-155.
  7. 6.Məhəmməd Füzuli.Hədiqətüs-Süəda, B., 1993
  8. Kitabi-Dədə Qorqud , 1988
  9. Современный русский язык. Синтаксис. ИЗД.МГУ, М, 1957

Xülasə

 Məqalədə Azərbaycan dilində əlavə söz ,əlavə birləşmə və əlavə cümlələrin XIX əsrdən norma halına düşməyə başlaması və onların inkişaf tarixi qeyd olunmuşdur. Bununla,belə əlavə cümlə faktlarının dilində xeyli əvvələrə təsadüf edilməsi də vurğulanmışdır.” Kitabi-Dədə Qorqud “dastanlarının dilində əlavə cümlələrə aid nümunələr xeyli yer tutur.Azərbaycan ədəbi dili əlavə konstuksiyalarla zəngindir.

Açar sözlər: dil, Azərbaycan dili, əlavə söz, əlavə birləşmə, əlavə cümlə, əlavə konstruksiyalar.

Резюме

В данной статье излагается история развития вставных конструкций,  вставные слова, вставные словосочетания и вставные предложения стали нормой для Азербайджанского языка в ХIХ веке. Несмотря на это c совпадение коснулось акцентуации вставных предложений, с давних пор. В эпосе «Китаби –Дада Горгуд» очен много вставных предложений. Азербайджанский литературный язык  богат вставными конструкциями.

Ключевые слова: язык, Азербайджанский  язык, вставное слово, вставные сочетания, вставные предложения, вставные конструкции.

Summary

In the article it is noted becoming of norm from XIX century and developing history of additional word, additional merger, additional sentences in Azerbaijani language. So additional sentences facts are coincidence before. In language of “Kitabi-Dada Gorgud”epos there are many exsamples of additional sentences. Azerbaijan literary language is enriched with additional word, additional merger, additional sentences.

Keywords: language, Azerbaijan language, additional word, additional merger, additional sentences, additional word, additional merger, additional sentences

RƏYÇİ : filologiya elmləri doktoru, professor  Hüseyn Əsgərov


Leyla  Mahmudova

MÜASİR FARS DİLİNDƏ FELİ FRAZEOLOJİ BİRLƏŞMƏLƏRİN SİNTAKTİK-MORFOLOJİ    XÜSUSİYYƏTLƏRİ

Fars dilində frazeoloji birləşmələri iki qrupa ayırmaq olar:

1.Feli frazeoloji birləşmələr

2.İsmi frazeoloji birləşmələr

Fars dilinin frazeoloji fondunun əsasını feli frazeoloji birləşmələr təşkil edir. Belə birləşmələr istər leksik tərkibinə, istərsə də semantik strukturuna görə çox rəngarəngdir. Feli frazeoloji birləşmələr  isim və fel komponentlərindən ibarət olur.İsim komponenti bir, iki və daha artıq sözlə, fel komponenti isə sadə, düzəltmə və ya mürəkkəb fel ilə ifadə oluna bilər. Həmçinin belə birləşmələrin əvvəlində və ortasında müxtəlif ön qoşmalar da iştirak edə bilər.

                       Komponentlər arasındakı sintaktik və semantik əlaqənin səciyyəsinə görə feli frazeoloji birləşmələrin aşağıdakı modellərini göstərmək olar:

1.İsim + ön qoşmalı isim + təsdiqdə  və bəzən inkarda işlənən sadə fel:

پنبه از گوش در آوردن                      دست به دست مالیدن            سر از پا نشناختن                 

دست از آستین در آوردن                   زیره به کرمان بردن            خم به ابرو نیاوردن              

دست از جان شستن                         سر به صحرا نهادن             جان به عزرائل ندادن            

مهر از لب برداشتن                         گل به بوستان بردن              دم به تله ندادن                     

انگشت بر نمک سودن                      مته به خشخاش گذاشتن          آب در چشم نداشتن               

دامن بر آتش زدن                            آب ذز هاون ساییدن                                                      

2.İzafət birləşməsi +  را sonqoşması ilə işlənən  کسیvə ya  چیزی əvəzliyi + sadə və ya tərkibi fel:

دندان کسی را شمردن          نوک کسی را چیدن           چوب کسی، چیزی را خوردن     

پشت کسی را داشتن               جان کسی را خریدن            پدر کسی را در آوردن          

قاب کسی را دزدیدن             رس کسی را در آوردن          قید چیزی را زدن                

خاطر کسی را خواستن         دامن کسی را آلوده کردن          کلک چیزی را کندن             

3.İsim + ön qoşmalı isim + کسیvə ya چیزی  + sadə fel:

آب به دهان کسی آوردن              سر به سر کسی گذاشتن             راه پیش پای کسی گذاشتن

      آتش به دل کسی زدن                کلاه به سر کسی گذاشتن           سنگ پیش پای کسی انداختن

بال به بال کسی دادن               متلک به ناف کسی بستن            باد در آستین کسی انداختن  

4.İsim + sadə fel:

پوست انداختن                                   سماق مکیدن                              کمر بستن      

جان کندن                                       لب بستن                                   جوش زدن     

حاشیه رفتن                                      سیخ ایستادن                               لنگر انداختن   

5. Ön qoşmalı     کسیvə ya چیزی  + tərkibi fel:

از کسی حساب بردن                            با کسی گرم گرفتن                      به کسی دل دوختن 

از کسی، چیزی چشم پوشیدن                  برای کسی خواب دیدن                   به کسی توپ زدن

از کسی، چیزی سر خوردن              برای کسی مایه آمدن             به کسی، چیزی محل نگذاشتن

6.  راilə işlənmiş کسی  və ya  چیزی+ tərkibi fel:

کسی را غر زدن                      چیزی را قالب کردن           

کسی را کوچک کردن               چیزی را قلم کردن              

کسی را کوک کردن                  چیزی را بو دادن                 

7.Ön qoşmalı isim + sadə fel:

به تنگ آمدن                به جان آمدن              از حال رفتن    

از کمر افتادن                زیر خنده زدن                از کیسه خوردن

8.Ön qoşmalı isim +  کسی   və ya   چیزی+ sadə fel:

از چشم کسی دیدن                          توی کوک کسی رفتن

به حساب کسی رسیدن                        زیر پای کسی نشستن

به ریش کسی خندیدن                            زیر جلد کسی رفتن

9.  راson qoşması ilə işlənmiş  isim + tərkibi fel:

حبه را قبه کردن                               شکم را صابون زدن

کاه را کوه  کردن                           شمشیر را غلاف کردن

مو را طناب کردن                            ماستها را کیسه کردن

10.Tərkibində  راson qoşması və  خودəvəzliyi olan izafət birləşməsi + sadə və ya tərkibi fel:

بار خود را بستن                                    پای خود را محکم کردن        

جگر خود را خوردن                                 دم خود را علم کردن            

زرو خود  را زدن                                    گور خود را گم کردن           

11.Hər iki komponenti isim olan izafət birləşməsi + sadə fel:

خون دل خوردن                                   کپۀ مرگ گذاشتن                 

دل شیر داشتن                                       مغز خر خوردن                 

12.  راson qoşmasl ilə işlənmiş isim + ön qoşmalı isim + sadə və ya tərkibi fel:

زمین را به آسمان دوختن                میش را به دست گرگ سپردن            

زمین را به آسمان رساندن               نان را به نرخ روز خوردن                

13.İsim + tərkibi fel:

آستین بالا زدن          سینه جلو دادن              قالب تهی کردن                   

14.Ön qoşmalı isim + sadə və ya tərkibi felin təkrarı:

از بام خواندن و از در راندن                از چاله در آمدن به چاه افتادن       

از دروازه بیرون نرفتن و از چشمۀ سوزن بیرون رفتن                           

از چنگ دزد در آمدن و به چنگ رمال افتادن                                        

15. خودəvəzliyi ilə işlənmiş ön qoşmalı isim + sadə və ya tərkibi fel:

به ریش خود خندیدن              از خر خود پیاده شدن                    

به ریش خود گرفتن               به روی خود نیاوردن                      

زیر قول خود زدن               در پوست خود نگنجیدن                   

16.را son qoşması ilə işlənmiş hər iki komponenti isim olan izafət birləşməsi + sadə və ya tərkibi fel:

چشم بازار را در آوردن                        غزل خداحافظی را خواندن                    

Feli frazeoloji birləşmələrin fel komponenti morfoloji dəyişikliyə uğramaq baxımından çox məhduddur.

Belə birləşmələrin əksəriyyətində fel üçüncü şəxsin təkində keçmiş və ya indiki zaman xəbər  şəklində işlənir. Məsələn:

از آب و گل در آمدن

هفت سال به همین منوال گذشت....در این مدت پسر حاجی صمد از آب و گل در آمده بود (ص. هدایت).                                                                                                                         

از کوره در رفتن

Özündən çıxmaq

زن بابا از کوره در رفت. محکم زد تو صورت یاشار (ص. بهرنگی).                           

خیابان گز کردن

Küçələri ölçmək

از سر بیکاری همۀ روزها خیابان گز می کند(ص. هدایت)                         

زمین را به آسمان دوختن

Aləmi dağıtmaq

مرد غریبی است با سخنان دروغ و اغراق آمیز خود زمین را به آسمان می دوزد (ص.هدایت).

Lakin bəzən fel komponentinin birinci və yaxud ikinci şəxsin təkində və ya cəmində əmr və ya aorist formasında olduğu birləşmələrə də rast gəlinir. Məsələn:

ضرابخانه باز نکرده ام                            Xəzinə üstündə oturmamışam

از هر چمنی گلی                   Hər ağacdan bir yarpaq

آب در کوزه و ما تشنه لبان می گردیم     Dolça su ilə doludur, bizim isə sussuzluqdan              dodaqlarımız quruyub

Misallardan göründüyü kimi, feli frazeoloji birləşmələrin  qrammatik strukturu onların semantikası ilə sıx əlaqədardır. Felə məxsus təsdiq və inkarlıq feli frazeoloji birləşmələrə də aiddir. Lakin müstəqil fellərdən fərqli olaraq bu, feli frazeoloji birləşmələrin hamısına eyni dərəcə də aid deyildir.

Feli frazeoloji birləşmələrin  müəyyən bir qismi məhz təsdiqdə işlənir. Məsələn:

دست از پا درازتر برگشتن            Əli ətəyindən uzun qayıtmaq

هم از توبره خوردن هم از آخور      Hə yardan doyur, nə əldən qoyur

Feli frazeoloji birləşmələrin  əksər hissəsi əsasən inkarda işlədilir. Məsələn:

خم به ابرو نیاوردن                    خورده برده نداشت           سر از پا نشناختن                    

         Zaman kategoriyasına gəlincə fars dilinin feli frazeoloji birləşmələr  felin bütün zamanlarında işlənə bilər.

آدم گرسنه ایمان ندارد              بادمجان بم آفت ندارد              یک دست صدا ندارد             

                        آن وقت که عقل قسمت می کردند تو آنجا نبودی                                                                                         آمد ثواب کند کباب شد                                                                   

Lakin feli frazeoloji birləşmələr əsasən keçmiş və indiki zamanda daha çox işlənir.

Hər hansı bir şəxsə və yaxud hadisəyə qiymət vermək məqsədilə işlədilən birləşmələrdə gələcək zaman demək olar ki, işlənmir.

Fars dilində feli frazeoloji birləşmələrdə şəxs kateqoriyasına  gəlincə, əsasən fellərin üçüncü şəxsdə işlənmiş üstünlük təşkil edir:        

دست و پنجه نرم کردن با کسی، چیزی

اگر دست و پنجه نرم می کردیم نتیجه ساده بود. وی مرا چون شاهینی که کبوتر بگیرد خورد می کرد و می شکست و لگدکوبم می ساخت (ر. پرویزی)                                                                    

جلو خود را گرفتن

نمی توانست جلو خودش را بگیرد، می خواست او را گرفته خفه کند (ص. هدایت)                         

دلم می خواست با مشت دندانهاشو بریزم تو شکمش، جلو خودمو گرفتم و گفتم: و من دلم نمی خواد با تو باشم! (غ. ساعدی)                                                                                                          

جلو خودت را بگیر، مراد! (م. دولت آبادی)                                                                           

خون دل (جگر) خوردن

یقینم شد که با این زن باید استادانه بازی کنم والا این زن می رود و من بیچاره باز هم باید خون دل بخورم (ب. علوی)                                                                                                                      

در مدت زندگانی پرملال خود از منازعات شیعه و سنی و شافعی و حنفی در این شهر بسیار رنج کشید و فراوان خون دل خورد (م. جمالزاده)                                                                                      

استادانم همه خون جگر خوردند و به مقصود نرسیدند (ص. هدایت)                                              

من مدتها بود که برای تعلیم و تربیت شما رنج می بردم و خون دل می خوردم (خ. شاهانی).               

  Bəzən eyni bir frazeoloji birləşmədə fel hər üç şəxsdə işlənə bilər.

 Lakin semantikasından asılı olaraq bəzi frazeoloji birləşmələrdə fel yalnız üçüncü şəxsdə işlənir. Məsələn:

خود را داخل آدم کردن

کی هست که خودش را داخل آدمیزاد می کند! (ص. هدایت)                                                       

زمین را به آسمان دوختن

مرد غریبی است با سخنان دروغ و اغراغ آمیز خود زمین را به آسمان می دوزد (فرهنگ امیرقلی امینی)

خیابان گز کردن

از سر بیکاری همۀ روزها خیابان گز می کند (ص. هدایت).                                                       

خیال خام پختن

مرد جدی نبود، دایما هوس و آرزوی بیجا می کرد و خیابان خام می پخت .                                     

Ədəbiyyat

1.Виноградов В.В. Об основных типах фразеологических единиц в русском языке. М.-Л.,1974.

2.Жуков В.П. Семантика  фразеологических оборотов. М., 1978.

3.Ожегов С.И. О структуре фразеологии. М.,1957.

4.Пейсиков Л.С. Лексикология современного персидского языка. М., 1975.

5.Рубинчик Ю.А. Основы фразеологии персидского языка. М., 2001.

6.Shaki M. Principles of Persian Bound Phraseology. Prague, 1967.

7. میر قلی امینی، فرهنگ عوام یا تفسیر امثال و اصطلاحات زبان پارسی، تهران، ۱۳۳۹ا

8. احمد ابریشمی، فرهنگ مثلهای فارسی با معادلهای انگلیسی و فرانسه، تهران، ۱۳۷۳

 

Синтактико-морфологические  особенности глагольных фразеологических сочетаний в современном персидском языке

РЕЗЮМЕ

Согласно статье, основой фразеологии современного персидского языка являя­ются глагольные фразеологические словосочетания. Обладающие преиму­щест­вен­ным количеством по сравнению с простыми глаголами, сложные гла­голы способны передовать самые разнообразные мысли и идеи четким образом. Глагольные фразеологические сочетания очень разнообразны по своим струк­турно-семантическими особенностями. Глагольные фразеологии­ческие слово­со­четания редко состоят из двух, а в большинстве из трех и больше ком­понентов. В статье также указывается, что нужно разлечить тонкую грань между очень похожими между собой фразеологическими синонимами и фразео­­логическими вариантами.

 

Syntaktic-morphological features of verbal phraseological combinations in modern Persian language

SUMMARY

           According to the article the foundation of modern Persian languace and phraseology of the verb is the phraseology compounds. Thus a relatively simple language the prevailing compaund verbs are verbs used so rich that they deliver through the different ideas and concepts below. Phraseology verb meaning of the words that form them into compounds and other properties to the degree of convergence is also very diverse. Due to its composition of two more instances of verbal phraseology compounds rarely is composed of three or more components. The article also noted that at first glance to distinguish between things that are very similar phraseology phraseology synonyms need to consider some important points.

Rəyci: dos. Ə.Məmmədova


Мусаева  Н.М.

СТРУКТУРНО –СЕМАНТИЧЕСКИЕ ОСОБЕННОСТИ ГЛАГОЛОВ ДВИЖЕНИЯ

С ПРИСТАВКОЙ (ЗА)  И ИХ ВЫРАЖЕНИЕ В ПЕРСИДСКОМ ЯЗЫКЕ

                Структурно –семантический подход к анализу единиц разных уровней языковой системы является одним из важных в современной лингвистике , в том числе и такого ее раздела, как словообразование .

Интересным является  то обстоятельство, что одним из компонентов сопоставительного анализа часто выступает русский язык. Предметом исследования данной статьи послужил сопоставительный анализ приставочных глаголов движения в русском языке в сравнении с персидскими эквивалентами.

Следует рассмотреть префиксацию глаголов в русском языке:  в современном русском языке,  по мнению Е.А. Земской, префиксация глаголов отличается большим богатством и выразительностью. Среди префиксальных глаголов различаются две большие группы с приставками пространственных значений и с приставками количественно –временных значений. Глаголы с приставками пространственных значений  обозначают различные направления процесса. Глаголы с приставками количественно-временных значений обозначают временные пределы, а также силу, интенсивность или слабость, неполноту действия. В данном аспекте Н. М. Шанский  отмечает: «Приставки сообщают глаголам временные, пространственные  и количественные значения. Чаще всего эти значения выступают отдельно, но они могут и совмещаться, т. е. иногда  встречаются в семантике одного глагола как его разные значения или составляют компоненты одного его лексического значения».

    В русском языке : 1) временные значения выражают приставки: ЗА-  , ВОЗ-  , (ВОС-  ) ПО - , ВЗ-  , (ВС - ,) ОТ - ,  ПРО - , ДО - , ПЕРЕ - .количественные значения имеют приставки: ВЫ- , ДО - , ЗА-  , ИЗ - , (ИЗО - , ИС - , ) НА  - , НЕДО - , О - , (ОБ - ,) ПЕРЕ - , ПО -  , ПОД - , ПРИ - , ПРО - , РАЗ – (РАЗО -, РАС - ,).пространственными значениями обладают приставки : В-(ВО - ,)ВЗ –(ВЗО -, ВС -,)ВЫ - , ДА-   , ЗА -  , НА -  , НАД -  , О (ОБ- ,) ПЕРЕ - , ПОД - , ПРИ - , ПРО - , РАЗ - , (РАЗО- ,РАС - , ) С – (СО - , ) У - .

О приставочных глаголах в «Грамматике персидского языка» сказано,  что « некоторые из персидских глаголов образуются  только из одной части , т. е . у них нет отдельных компонентов, которые можно было бы использовать вместо других.  Это такие глаголы как  آمدن،  دیدن،   آنداختن   

                                 بستن،   افروختن                                                     и др.   

Эти глаголы называются             ساده       - «простыми».

 Однако  некоторые из глаголов образуются из главной части  и другого соединительного компонента, который всегда находится  перед глаголом , и его значение отличается от значения соответствующего простого глагола . Например : от глагола  آمدن       , который считается  простым глаголом, при помощи приставок образуются новые глаголы :

                                                                        بر آمدن    باز آمدن                                         

                                            فرود آمدن   بالا آمدن        и др.                                   

 Эти глаголы называются افعال پیشوندی     - «приставочными  глаголами».

В «Грамматике  современного  персидского литературного  языка»  о приставочных глаголах говорится, что особенностью этих глаголов  

является различие между их словообразующими приставками. Глагольные приставки  при соединении с глаголами изменяют их значения, приобретая новое лексическое значение;

Например:  глагол     آمدن      при помощи разных приставок приобретает новые значения:  

                       برآمدن    - восходить, подниматься появляться,

                          درآمدن  -выходить , появляться , получаться    или глагол        داشتن       

        برداشتن   - поднимать, снимать  (головной убор), брать, забирать, убирать.

 В свою очередь ,приставочные глаголы – это лексикализованные словосочетания предлогов   с простыми глаголами. В такого  типа глаголах структурные компоненты обладают относительно большой самостоятельностью, вследствие чего формообразующие элементы (аффиксы, вспомогательные слова) вклиниваются между приставкой и основой :  

Например,   او برنگشت   «Он не вернулся»,   برمیگرد د  او    «Он возвращается»,   او برخواهد گشت « Он возвратится».

 В качестве приставки  могут использоваться  отыменные предлоги, что приводит к образованию глаголов промежуточного типа между приставочными и сложными:       پیش کشیدن   « выдвигать»,    پس دادن          «отдавать»,  и. т. п.

В данной статье рассмотрены некоторые аспекты передачи русских глаголов с приставкой (ЗА )-    в персидском языке.

 В любом языке глагол, как известно, самая сложная и самая емкая грамматическая категория. Важной особенностью глагола является , то что он занимает, как правило, центральное  положение в семантической структуре  предложения. Емкость и гибкость семантической структуры глагола по сравнению с другими грамматическими категориями в большей степени обусловлены разнообразием живых значений приставок.

Объектом  нашего исследования были выбраны глаголы с приставками       ( ЗА) -, так как данная приставка является одной из самых продуктивных и семантически сильных в современном русском языке. Префиксация под которой понимается процесс образования новых слов, осуществляемых или производимый при посредстве приставок, являются самым продуктивным способом расширения состава глагольной  лексики в русском языке. Присоединение любой приставки влечет за собой изменение в их семантике.

Рассмотрим следующие значения глаголов движения с приставкой (ЗА)-

  1. (ЗА) – со значением «движение за предмет»;

Например: Солнце зашло за тучи;

                    Машина заехала за угол;

  1. (ЗА)-  со значением «движение в глубь, внутрь чего - нибудь».

Например:  Завести в самую чащу;

                    Заехать  за тридевять земель;

  1. (ЗА )– со значением « попутное движение куда-нибудь»

Например:  Забежать в магазин .

                     Завести ребенка в детский сад и т д.

В ходе исследования нами  решались следующие вопросы :

  1. Выявление специфики глаголов движения с приставкой(ЗА)- в русском языке и их эквивалент в персидском.
  2. Выявление функции глаголов движения с приставкой (ЗА) – и некоторые их структурно-семантические особенности.

Глаголы движения с приставкой (ЗА) – русского языка и их эквиваленты в персидском языке:

  1. Глагол движения «идти ,ехать» с приставкой (ЗА) – в персидском языке соответствует в основном глагол   رفتن  , а глаголы движения « нести», «везти» ,«вести» глагол     بردن   . Глагол движения с приставкой  (ЗА )– «бежать», «лететь», «ползти» ,«плыть» могут иметь соответствия со значением способа движения   دویدن   -бегать,  پرواز کردن-летать,          خزیدن  -ползать,  شنا کردن    -плавать. В персидском языке точным соответствием приставки (ЗА) -  является  предлог    پشت .

Например:                                                                            

                                                                   .    هواپیما پشت ابر رفت

                                    (самолет залетел за тучу)

                                                                    .  بچه پشت سر مادر رفت                      

                             ( ребенок зашел за спину матери)

                                                                         .    پشت حدّ پرواز کرد                 

                                           (залетел за черту)

В большинстве  случаев русским глаголам с приставкой  (ЗА) – в персидском языке соответствует глагол رفتن

Например:       

.               پشت جزیره شنا کردن                              

                                                 (заплыть за остров)

                                                                                 .   پشت پل رفت

                                            (заехать за мост)

                             .              پشت کوه رفتن

                                           (заехать за гору)

                         .                پشت اشکاف خزیدن

                                           (залезть за шкаф)

                                                                                                                من پشت کاج سرزدم – روی تنه هیچ کس نبود                    

                  (я забежал за елку – никого на стволе не было)

        مادر برای استراهت نشست ولی من پشت درخت رفتم-آیا قارچ دیگر هست؟              ( мама присела отдохнуть , а я зашел за деревья – нет ли еще грибов?)

       (ЗА )– со значением «движение вглубь, внутрь чего-нибудь» соответствует персидскому глаголу   وارد شدن  .        

        .   دختر وارد اتاق شد و کتابی از قفسه بر داشت

                      (девочка зашла в комнату, достала из шкафа книгу.)

                                                                                  .   مار به داخل خانه رفت

                                      (змея заползла в дом.)

Глаголы    آمدن   и  آوردن    также  употребляются при переводе глаголов движения с приставкой (ЗА) - ; 

Например:                         .               دوستم برای من یک کتاب آورد

                              (мой друг занес мне одну книгу)

                             . میخواستم امروز بیایم پیش تو

                         (хотел было сегодня залететь (заскочить )к тебе)

                                                       .         تا وسط رودخانه شنا کردن                                                      

                               (заплыть на середину реки)

                             .   سرنوشت اورا به شمال آورد

                              (судьба занесла его на север)

گردش کنان،ما گاهی اینطور بعمق جنگل رفتیم که مجبور بودیم در آنجا بخوابیم

(гуляя, мы заходили  иногда так далеко, что приходилось даже ночевать в лесу)

                                                .     هواپیما بآن سوی دایرهً قطبی پرواز کرد                                               

                             (аэроплан залетел за полярный круг)

                                            .  بعمق آب نرو ، کنار ساحل آبتنی کن

                         (не заходи в воду так далеко, купайся около берега)

                                                        .     اورا به شهر ناشناسی انداخت

                         (занесло его в незнакомый город)

  1. Глагол движения с приставкой( ЗА),- выражающим значение «по пути, ненадолго ,» в персидском языке соответствует  и взаимозаменяется с глаголами  آمدن  ,   رفتن  . глагол    سرزد  , который имеет и значение  «справляться  о ком –либо, заглядывать».

                                                                          . به خانه  رفیق رفتن

                                          (зайти к товарищу)

                                                       . من آمدم سر به تو بزنم     (я пришел справиться о тебе)      

.               من به مغازه رفتم باید چیزی میخریدم                  (я зашел в магазин  нужно было  что- то купить) .

                                   .       وقتیکه در شهر باشم بتو سرمیزنم      (я сам зайду как в городе буду) 

                                     .  وقتیکه به خانه میرفتم به مغازه کتاب فروشی سرمیزدم (по пути домой я заходил в книжные лавки)

او بچه ها را به مدرسه برد و خودش سر کار رفت.  (она завела ребят в школу, а сама отправилась на работу )

مدٌتی است باید بروم ولی برای یک ثانیه پیش تو سرزده ام. (а мне давно ведь пора ехать, я к тебе забежал ведь на секунду)

بلی ،بلی کتابی آموزنده است... برای من بیاور.   (да, да  поучительная книга…  занесите как нибудь)

          . گفتگو تا خیلی بعد از نصف شب طول کشید                       (беседа зашла далеко за полночь) 

В персидском языке, кроме глаголов    آمدن    и     رفتن   , в основном выступающих в качестве эквивалентов глаголов движения с приставкой (ЗА)- во всех значениях , возможно использование других глаголов по отношению к конкретным значениям: для глаголов движения с приставкой (ЗА) -            سرزدن ,   وارد شدن  , и т п. Однако, состав глаголов движения в русском языке отличается от состава глаголов в персидском. В разных ситуациях одному глаголу могут соответствовать разные персидские глаголы и разным глаголам русского языка один персидский глагол. Эквивалентами русских приставочных глаголов движения в персидском языке являются в основном базовые (бесприставочные глаголы)       رفتن   и      آمدن   или более конкретные глаголы ,значение которых соответствует значениям отдельных приставок, причем одному и тому же русскому глаголу движения в разных ситуациях могут соответствовать персидские глаголы.

Как показывает обзор научной литературы, русская глагольная приставка   ( ЗА)- в современном русском языке является многозначной и продуктивной. Проведенный нами краткий анализ показывает, что все значения глагольной приставки (ЗА)-  имеют свой эквивалент в персидском языке.

 

Литература.

Земская Е.А Современный русский  язык. Словообразование М.1973г.

Шанский Н.М. Современный русский литературный язык. Л. Просвещение 1988г.

Всеволодова М.В. , Али Мадаени А. Система русских приставочных глаголов движения(в зеркале персидского языка) М. 2010г.

Рубинчик Ю.А. Грамматический очерк персидского языка. Л.1983г.

                                                                                                      

                                                                                                       Резюме

     Глагол, как известно, самая сложная и самая емкая грамматическая категория. Емкость и гибкость семантической структуры глагола по сравнению с другими грамматическими категориями в большей степени обусловлены разнообразием живых значений приставок.

 Для исследования нами были избраны глаголы с приставками (ЗА)- , так как данная приставка является одной из самых продуктивных и семантически « сильных» в современном русском языке.

 Проведенный нами анализ показал ,что возможен перевод всех значений  глагольной приставки (ЗА)- на персидский язык.

Summary

The verb is known to be the most difficult and the most capacious grammatical category. The capacity and flexibility of the verb semantic structure, compared with other grammatical categories, is largely determined by a variety of prefixes’ living values. For this research we have elected the verbs with the Russian prefix “za-“, because it is one of the most productive and semantically "strong" in the modern Russian language.

Our analysis has shown that is possible to transfer all the values of the verbal prefixes (za-) into the Persian language.

 

 

RƏYÇİ: dos. N.Əfəndiyeva

 

Səfiyeva Nuranə

MÜASİR AZƏRBAYCAN TERMİNOLOGİYASININ MORFOLOJİ ÜSULLA ZƏNGİNLƏŞMƏSİ

Fövqəladə hadisə hər hansı bir prosesin gedişatında normadan kənara çıxma nəticəsində baş verir. Hadisənin inkişaf xarakteri və onun nəticələri isə müxtəlif mənşəli pozulma faktları ilə müəyyənləşdirilir. Bu sistemin fəaliyyətini pozan təbii, antropogen, sosial və ya digər təsirlər ola bilər.

Bəşəriyyət özünün inkişafı boyu ətraf mühitlə sıx bağlı olub. XXI əsrdə yüksək sənayeləşmiş cəmiyyətin yaratdığı problemlər daha çox hiss edilməkdədir. İnsanın təbiətə kəskin müdaxiləsi, bu müdaxilənin miqyasının genişliyi və müxtəlifliyi bəşəriyyət üçün qlobal təhlükələrin yarana biləcəyindən xəbər verir. Praktik olaraq planetimizin müxtəlif guşələrində hər an fövqəladə hadisələr yaranır və bunlar kütləvi informasiya vasitələri ilə bizə növbəti faciə, təbii fəlakət, qəza, hərbi münaqişə və terror aktı kimi çatdırılır. Fövqəladə halların sayı ildən-ilə durmadan artır. Bu isə o deməkdir ki, fövqəladə hallar nəticəsində qurbanların, yaralananların da sayı, vurulan maddi ziyanın miqyası da daim artmaqdadır.

Tarixən Azərbaycan ərazisində baş vermiş fövqəladə hallar bu problemin respublikamız üçün də aktuallığını sübuta yetirir. Belə ki, məşhur Təbriz, Gəncə, Şamaxı zəlzələləri, sel daşqınları, torpaq sürüşmələri, epidemiyalar, digər təbii fəlakətlər, terror aktları, texnogen qəzalar, habelə erməni qəsbkarlarının yaratdığı Qarabağ münaqişəsi deyilənləri bir daha təsdiq edir.

Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırıması məsələləri bu gün dövlətimiz və xalqımız qarşısında duran ən önəmli vəzifələrdən biridir.

Problemin aktuallığı, mütəxəssislərin, kütləvi informasiya vasitələrinin və əhalinin fövqəladə hadisələrə marağı, habelə bu sahədə mövcud ədəbiyyatın böyük əksəriyyətinin xarici dillərdə olması fövqəladə hadisələrlə bağlı terminologiyanın inkişafı zərurətini yaratmışdır. Terminologiyanın inkişafı, termin yaradıcılığı, elm və texnikanın, informatika, kompüter texnologiyalarının sürətli tərəqqisi ilə bilavasitə əlaqədardır. videotexnika, kompüter texnikasının inkişafı, internetin geniş vüsət alması, sosial-psixoloji inkişaf fövqəladə hallara aid yeni anlayış, məfhum, söz və terminlərin yaranmasına səbəb olmuşdur. Bu anlayışların adlandırılması zərurəti dildə fövqəladə hallara aid terminologiyanın müxtəlif istiqamətlər üzrə inkişafını zəruri edir. Hər təzə termin və onun qarşılığı, eyni zamanda tarixən işlənmiş terminlər toplanıb bu sahə üzrə lüğətlərə əlavə edilir.

Müasir dövrdə terminologiyanın inkişafında termin söz və məna arasında əlaqə aktual məsələlərdən hesab olunur. XX və XXI əsrlərdə xaricdə sürətlə inkişaf edən bu nəzəriyyə termin yaradıcılığında terminin siqnifikat və eksponent anlayış əlaqələrinin araşdırılması kimi qəbul olunur. Sözün leksik-semantik mənası onun rasional ünsiyyət vasitəsi kimi səs tərkibi ilə leksik və struktur uyğunlaşmasına imkan verir. Bu, müvafiq olaraq ifadə və anlayışlara istinadən aparılır. S.V.Qrinev və digər rus terminoloqlarının əsərlərində bu problem araşdırılmışdır. Əgər terminoloji leksikanın inkişaf istiqamətləri sözyaratma (termin yaratma) ilə kifayətlənərsə, bu zaman leksik imkanlar əsasında (semasiologiya) termin yaradıcılığı, eyni zamanda sözün tərkibi elementləri əsasında məna bildirən terminlər bu sərhəd hüdudundan kənarda qalacaq. Əslində eksponent və siqnifikat arasında əlaqələrin mövcud olub olmamasının araşdırılması ifadənin hərfi və faktiki mənası qədər vacibdir. Təkcə derivatoloji prosesin yaranma əlaqələri deyil, eyni dərəcədə terminoloji vahidin struktur, eksponent və anlayışı arasındakı əlaqələnmə də əsas sayılmalıdır(5,894).

Hal-hazırkı dövrdə motivləşmənin terminoloji analiz üçün yararlı hesab olunması fikri qəbul olunmur, lakin bu fərziyyə yanlışdır. Belə ki, sözün hərfi mənası heç də həmişə onun daxili mənasının semantikasını izah etmək, aydınlaşdırmaq və tam açmaq üçün kifayət etmir. Halbuki motivləşmiş termin analiz olunmuş termindir. Dilçilikdə motivləşmə-sözün semantik cəhətdən aydınlaşması, dəqiqləşməsi deməkdir. Hansı ki, analiz olunmuş söz də dəqiqləşmiş, aydınlaşmış söz mənasını verir. Motivləşdirilmiş söz-daxili məzmuna və mənaya malik olan sözdür. Q.İ.Blinov “motivasiya” dedikdə sözün məna və struktur baxımından işlənilən uyğunlaşmasını nəzərdə tutur. Həmçinin o, motivasiyanı sözün definitiv formasına yaxın hesab edir. Orientasiya-qavrama, qayrayış, istiqamətlənmə deməkdir. Terminoloji leksikanın araşdırılmasında əsas vasitələrdən biri də orientasiya-qavrama prosesidir(6,945). Orientasiya termini linqvistik, psixi, sosial faktorlara əsaslanan haldır hansı ki, bu hal heç bir definitiv mənaya istinad olunmadan qavranılma prosesi kimi izah olunur. İlk dəfə bu məsələyə D.S.Lottenin yazılarında rast gəlinir. Ancaq dilçi alim bu halı “orientasiya” deyil, “qavranılmış” adı ilə qeyd edib: “Terminin hərfi mənasının onun həqiqi mənasından asılı olub-olmamasına görə bütün terminlər 3 qrupa bölünür: düzgün qavranılan, neytral və düzgün qavranılmamış (və ya səhv qavranılmış).

Daha sonralar M.Q.Berqer bu anlayışı “möhkəmləndirmək” sözü ilə ifadə edir ki, bu da terminin aktual mənası ilə daxili formasının uyğunlaşması anlamını ifadə edir. “Orientasiya” termininə A.V.Lemovanın əsərlərində rast gəlinir. Əslində motivləşmə və qavranılma, orientasiya prosesləri bir-birləri ilə əlaqəlidir və oxşar cəhətləri vardır. Bütün terminlər dar mənada motivləşmiş olurlar. Bütün terminlər yarandıqları an orientasiya olunurlar və qavranılan olurlar. Belə ki, hər bir yeni yaranan terminin yeni nominativ mənası da yaranır. Belə ki, bir dilçi üçün aydın olan krizis, terror, müdaxilə və s. anlayışlar digər sahədə çalışan şəxslər üçün izah və analiz tələb edəcək. Motivləşmə və orientasiya təkcə dildaxili imkanlar əsasında yaranan termin sözləri və alınmaları deyil, eyni zamanda kalka və yarımkalkaları da əhatə edir. Motivləşmə və orientasiya təkcə terminin qavranılma və anlaşıqlı olması üçün deyil, həmçinin onun dildə işləkliyi və daimiliyi, sözyaradıcılığı prosesində iştirakı üçün də zəmin yaradır.

Termin və terminologiya anlayışının şərhini vermək də məqsədəuyğun olardı. Çünki, hər bir sahənin terminoloji leksikasını dilçilik baxımından araşdırarkən, onun nəzəri və parktiki məsələlərini aydınlaşdırarkən ilk növbədə “terminologiya” anlayışının özünü düzgün müəyyənləşdirmək lazım gəlir.

Terminologiya leksikanın qatını əmələ gətirməklə elmin, texnikanın, incəsənətin və s. müəyyən bir sahəsinə aid terminlərin məcmusudur. İzahlı dilçilik terminləri adlı sorğu lüğətində isə terminologiya anlayışı belə izah edilir. “Terminologiya–elmin, texnikanın, incəsənətin, istehsalatın, ictimai fəaliyyətin müəyyən bir sahəsinin anlayışları sistemində müvafiq terminlərin məsmusudur”(4). Nəticə etibarilə bunu demək olar ki, təkmənalılıq terminlərin ən əsas xüsusiyyəti hesab edilir və ona bir tələb kimi baxmaq lazımdır, lakin bütün təkmənalı sözlər termin deyildir. Terminlərdə təkmənalılığa qoyulan tələb elm və texnikanın istənilən sahəsində, həmçinin qohum sahələrində təkmənalılıq nisbidir.Terminlərə qoyulan tələblərdən biri də terminlərin dəqiqliyidir. Terminlərin dəqiqliyi deyəndə, elm və texnikanın istənilən sahəsinə aid olan anlayışın əsas xüsusiyyətləri, əlamətləri əks olunmalıdır.Terminlərin dəqiq ifadə edilməsi dildə, işlədilən digər anlayışlardan onları ayırmağa kömək edir. Dilimizdə işlədilən bir sıra terminlərdə paralelik müşahidə olunur. Terminologiyada paraleliyin olması qüsur hesab olunsa da mövcudluğu danılmazdır.

Müasir Azərbaycan dili terminologiyası müxtəlif istiqamətlərdə inkişaf edir. O cümlədən fövqəladə hallara aid yaranan terminlər də bu istiqamətlərdən biridir. Ümumi götürdükdə, bu istiqamətlər dilin daxili imkanları və alınmalar olmaqla iki yerə bölünür. İstər dilin daxili imkanları hesabına, istərsə də alınmalar hesabına olan termin yaradıcılığı prosesi müəyyən norma və qaydalar əsasında tənzimlənməlidir. Belə ki, termin yaradıcılığı prosesində sözün mənası ilə onun forması arasındakı əlaqə diqqət yetirilməli məqamlardandır. Sözün mənası və forması arasındakı əlaqə ənənəvi motivasiya, motivləşdirmə, motivləşdirilmiş terminləri ilə ifadə olunur. Bəs, motivləşdirilmə və motivləşdirilmiş terminləri arasında fərq nədir? Motivasiya- yaranmış sözün daxili məzmununu və eləcə də sözün daxili formasının izlərinin və həmçinin vahidin komponentlərinin mənalarının cəmidir(V.Q.Qak, V.N.Teliya, E.S. Kubryakova). V.N.Nemçenko motivləşdirilmiş sözü yaranmış (düzəlmiş) söz kimi müəyyən edir. Ancaq motivasiya düzəltmə sözlərin yaranma prosesi ilə birbaşa əlaqəli olmayan proses kimi izah olunur: verilmiş sözün başqa mənası və s. Beləliklə, motivasiyanın söz yaradıcılığı və leksikologiya ilə əlaqəli olması ortaya çıxır. Belə ki, Azərbaycan dilinin daxili imkanları əsasında terminlər yaradılarkən aşağıdakı üsullardan istifadə edilir: sematik üsul, morfoloji üsul, sintaktik üsul, kalka üsulu, sözlərin ixtisarı və qısaldılması (abreviaturalar).

Ədəbiyyatşünas C.Yusiflinin fikrincə, dildə söz yaradıcılığı qaçılmazdır, insan hər gün gördüyü şeyləri yeni şəkildə ifadə etmək istəyir, bəzən də köhnə anlamların üstündə israr edir, yəni dilin və onu danışan adamın psixologiyası bu məqamlarda bizim bəzən anlamadığımız hadisələri meydana gətirir. Xüsusən, indiki çağda dilə yeni sözlərin daxil olması, bu söz və ifadələrin ictimai həyatın bütün sahələrini əhatə etməsi göz qabağındadır. Siyasi terminologiya dəyişir, iqtisadiyyat sahəsində, digər sahələrdə anlayışları ifadə etmək lüzumu yaranır. Elə sahə var ki, (məsələn, ədəbiyyatşünaslıq) öz terminləri çox azdır, özünü ifadə etmək üçün digər sahələrin terminlərinə müraciət edir. C. Yusifli hesab edir ki, sözü yaratmaq və işlətmək, dövriyyəyə daxil etmək ayrı-ayrı nüanslardır: “Hələ sovet dövründə bu proses gedirdi. O zaman yaradılan sözlərin heç də hamısı qalmadı, yəni canlı şəkildə işlənmədi. Bəzən dilin daxili qanunauyğunluqları nəzərə alınmır, dilin necə nəfəs alması, ürək döyüntülərinin necə olması yeni yaradılan sözlərdə onuncu dərəcəli bir fakt olur.

Termin yaratmada morfoloji üsuldan istifadənin geniş yayılması elmin inkişafı ilə əlaqədar yaranmış anlayışların yeni terminlərlə ifadə edilməsi zərurətindən, alınma termin əvəzinə, Azərbaycan dilinin öz qanunları əsasında yeni vahidlərin düzəldilməsi meylindən yaranır. Müasir Azərbaycan ədəbi dilində morfoloji üsulla terminlərin yaradılması üçün olduqca geniş imkanlar vardır. Dilimizdə mövcud olan zəngin sözdüzəldici şəkilçilər sözün kökünə əlavə olunduqda onun yalnız şəklini dəyişdirməklə kifayətlənmir, eyni zamanda mənasına da ciddi təsir edib, yeni məna əmələ gətirir. Bunların əsas rolu bir sözdən yeni mənalı bir başqa söz yaratmaqdan ibarət olduğu üçün terminologiyada çox məhsuldardır.

Morfoloji üsulla termin yaradıcılığı aktiv sözyaratma üsullarındandır. Morfoloji üsulla termin yaradıcılığının məhsuldar xarakter daşımasının səbəbi isə dilimizin leksik şəkilçilərlə zəngin olmasıdır. Morfoloji üsulla fövqəladə hallara aid terminlərin yaranmasında aşağıdakı şəkilçilər daha fəal iştirak edir.

-çı, -çi, -çu, -çü. Elm və texnikanın müxtəlif sahələri inkişaf etdikcə bu sahələrdə çalışanların peşə və sənətləri ilə bağlı anlayışları ifadə edən terminlər yaranır. Məsələn: mühafizəçi, krançı, terrorçu, təbliğatçı və s.

-cı, -ci, -cu, -cü. Morfoloji üsulla fövqəladə hallara aid terminlərin yaranmasında bu şəkilçilər daha fəal iştirak edir. Məsələn: atıcı, təmizləyici, zəhərləyici, törədici, boğucu, ötürücü və s.

-cıq, -cik,- -cuq, -cük. Dilimizdə qeyri – məhsuldar sözdüzəltmə xüsusiyyətinə malik olan bu şəkilçinin texniki termin yaradıcılığında müəyyən rolu vardır. Ə.Dəmirçizadə bu şəkilçinin yaratdığı məna çalarını, üslubi imkanlarını təhlil edərək yazır ki, Azərbaycan dilində bəzi şəkilçilər var ki, bunlar bir üslubda bir çalarlıqda, digər üslubda isə başqa çalarlıqda işlənir.

Terminoloji leksikada bu şəkilçi daha çox ümumişlək sözlərə artırılaraq yeni terminlər yaradır və fövqəladə hallara dair terminoloji leksikanın zənginləşməsinə də səbəb olur. Məsələn: quyucuq, kürəcik və s.

-lıq, -lik, -luk, -lük. Öz semantik xüsusiyyətinə görə terminologiyada geniş söz yaradıcılığı dairəsini əhatə edən bu şəkilçi müxtəlif nitq hissələrinə qoşularaq yeni terminlər əmələ gətirir. Bu şəkilçi aşağıdakı məna qruplarına aid terminlər yaradır.Məsələn: durğunluq, sərtlik və s.

-lı, -li, -lu, -lü. Bu şəkilçi mürəkkəb proseslə bağlı anlayışları adlandıraraq termin yaradıcılığında çox fəal iştirak edir. Məsələn: ikiyuvalı, üçölçülü sistem, burulğanlı və s.

Bu şəkilçi termin yaradıcılığında Azərbaycan, ərəb, fars, rus və Avropa mənşəli sözlərə artırılaraq texnika və fövqəladə hallara dair terminlərin yaranmasında məhsuldar mövqe tutur. -sız, -siz, -suz, -süz. Dilimizdə ən məhsuldar şəkilçi olub, əsli sifətlərdən başqa, demək olar ki, bütün adlara əlavə edilərək, həmin adın ifadə etdiyi əşyanın mövcud olmadığını bildirən atributiv isimlər və ya sifətlər əmələ gətirir. Söz yaradıcılığında məhsuldar mövqe tutan -sız 4 şəkilçisi termin yaradıcılığında isə qeyri – fəal iştirak edir. Qeyd etmək lazımdır ki, bu şəkilçili sözlər də atributiv mövqeli olduqları üçün ayrılıqda termin kimi işlənmə imkanına malik deyil. Odur ki, bu şəkilçili sözlər başqa

söz və terminlərə qoşularaq terminoloji birləşmə yaranmasında fəaliyyət göstərir. Məsələn: təhlükəsiz zona, itkisiz hadisə və s. -ıcı, -ici, -ucu, -ücü; -yıcı, -yici, -yucu, -yücü şəkilçiləri fellərə əlavə olunaraq ayrı–ayrı prosesləri və alətlərin adlarını bildirən terminlər əmələ gətirir: gücləndirici, tamamlayıcı, aşkarlayıcı, sorucu, ötürücü, qaldırıcı, gəmiqaldırıcı və s. -ıntı, -inti, -untu, -üntü. S.Cəfərov bu şəkilçini fellərdən ad düzəldən məhsuldar şəkilçilərdən hesab edir. Söz yaradıcılığında məhsuldar olan bu şəkilçi termin yaradıcılığında qeyri –məhsuldardır. Ancaq bu şəkilçili ümumişlək sözlərin bir qisminin mənası müəyyən proseslə bağlı olduğu üçün texniki terminoloji leksikaya keçmiş və yeni anlayış ifadə etmişdir.Məsələn: qazıntı, çıxıntı, ərinti, çöküntü, yağıntı, əyinti, qırıntı, və s.

-iş, -ış, -uş, -üş. Bu şəkilçi vasitəsilə hərəkət və sürət bildirən terminlər yaranır: uçuş, döyüş, çağırış, dönüş və s.

-ma, -mə. Bu şəkilçi terminlərin əmələ gəlməsində ən məhsuldar şəkilçilərdən hesab olunur. Onların köməyi ilə indiyədək terminologiyada ayrı – ayrı prosesləri bildirən yüzlərlə termin yaradılmışdır. Bu şəkilçi həm dilimizin öz sözlərinə, həm də alınma sözlərə artırılır. Məsələn: yığılma, püskürmə, tullanma, söndürmə, dırmanma, çökmə, girovgötürmə və s.

              Beləliklə, morfoloji yolla terminlərin yaranması, o cümlədən fövqəladə hallarla bağlı terminlərin yaranmasının ən məhsuldar üsuludur. Lakin morfoloji üsulla terminlər yaradılması prosesində iştirak edən şəkilçilərin hamısının söz yaratma tezliyi eyni deyildir. Şəkilçilərin bəziləri -lıq 4, -lı 4, -ıq 4, an 2 müxtəlif sözlərə artırılaraq sonsuz miqdarda yeni terminlər əmələ gətirə bildiyi halda, bəzilərinin bu imkanı məhduddur.

Müasir Azərbaycan dilində morfoloji yolla termin yaradıcılığının böyük hissəsini feldən düzələn terminlər təşkil edir. Fellər semantik məna çalarları baxımından zəngin olduğu üçün termin yaradıcılığında fəallığı ilə seçildiyindən bu tipli düzəltmə terminlər dilin terminoloji leksikasının mühüm bir hissəsini təşkil edir. Məsələn; çevriliş, bölmə, qırıcı, uçuş, yürüş və s. Bu baxımdan morfoloji üsulla termin yaradıcılığında terminlər kök sözlərin xarakterinə və leksik şəkilçilərin müxtəlifliyinə görə diqqəti cəlb edir.

ƏDƏBİYYAT

1. Bağırova G. Azərbaycan dilçilik terminologiyasının təkmilləşməsi prosesi. Terminologiya məsələləri. Bakı, Elm 1990

2. Həsənova Ə. Dilimizin terminalogiyasının zənginləşməsi yolları. Bakı, Elm 1990

3. Məmmədov N. Rusca-Azərbaycanca Fövqəladə hallarla bağlı işlənən terminlərin izahı lüğəti. Bakı 2003

4. Sadıqova S. Azərbaycan dilinin Terminologiyası. Bakı, Elm 2011

5. Elnurə Mansurova. Müasir Azərbaycan dilinin terminoloji leksikasinda Avropa mənşəli alinma terminlərin leksik-semantik və struktur qruplari. Gənc tədqiqatçıların IV Beynəlxalq elmi konfransının materialları (Qafqaz Universiteti). Bakı, 2016, s. 893-895

6. Vəfa Abdullayeva – Nəbiyeva. Termin yaradiciliğinda motivləşmə və orientasiya. Gənc tədqiqatçıların IV Beynəlxalq elmi konfransının materialları(Qafqaz Universiteti). Bakı, 2016, s.944-946

7. www.azerbaijan-news.az/index.php?mod=3&id=31234

Açar sözlər: müasir, terminologiya, motfoloji söz yaradıcılığı, terminlər, leksika

Ключевые слова: модерн, терминообразования, морфологический способ, термины, лексикa

Keywords: modern, word–building, morphological method, lexicology, language

Резюме

ОБОГАЩЕНИЕ СОВРЕМЕННОЙ АЗЕРБАЙДЖАНСКОЙ ТЕРМИНОЛОГИИ

 МОРФОЛОГИЧЕСКИМИ СПОСОБАМИ

Образование терминов морфологическим способом является активым способом терминообразования. Причина продуктивности терминообразования морфологическим способом заключается в том, что наш язык богат лексическискими окончаниями.

В современном Азербайджанском языке большую часть терминообразования морфологическим способом составляют термины, образованные от глаголов. Так как глаголы богаты с точки зрения

оттенков семантического значения и выделяются своей активностью в терминообразовании, составные термины такого типа составляют важную часть терминологической лексики языка. Например: переворот, отделение, скважина, истребитель, полет, побег и т.д.

The summary

ENRICHMENT OF MODERN AZERBAIJANI TERMINOLOGY BY MORPHOLOGICAL METHOD

Term creative work by morphological method is from active word – building methods. Reason of productive feature of term creative work by morphological method is enrichment of our language with lexical suffixes.

Terms recovered from the verb comprises the greatest part of term creative work in modern Azerbaijani language by morphological method. Due to verbs are rich in point of hints of meaning view, due to being differed by activity in term creative work, such kind of recovered terms comprise the significant part of terminological lexicology of the language. For instance: overturn, division, bore, fighter, flight, movement etc

 

RƏYÇİ: prof. L.ƏHMƏDOVA


Heybət Hüseynağa oğlu Heybətov

ƏRƏBDİLLİ İZAHLI LÜĞƏTLƏRİN MEYDANA GƏLMƏSİ

Əsrlər boyunca öz sirrini yaddaşlarda qoruyan ərəb dili İslamın gəlişi ilə üzləşdiyi qloballaşma nəticəsində adət etdiyi səhra təxəyyülü sərhədlərini aşaraq çoxmillətli cəmiyyətlə yaşamaq, onunla addımlamaq və bu cəmiyyətin təmsil etdiyi yeni ideoloji məfkurə tərzinin ifadə vasitəsinə çevrilmək məcburiyyəti ilə qarşılaşır. Beləliklə, qeyri-ərəb mənşəli təsirlərə məruz qalan ərəb dilində  ləhn – səsməhsulu çoxalır, ərəb dilinin qayda-qanunları kobud şəkildə pozulmağa başlayır. Ləhn ifadəsi adətən irabın – flektiv sonluqlara riayət edilməsi anlayışının əksi kimi başa düşülür. Bu isə, təbii ki, fəsahət sahibi olan ərəblərin sevmədiyi bir mənzərə idi. Beşinci Əməvi hökmdarı olan Abdülməlik bin Mərvan (646-705) nə üçün saçlarınız tez ağa­rıb sualına belə cavab verir: Məni iki şey qocaltdı; bunlardan biri minbərə çıxmaq, di­gə­ri isə ləhnə şahid olmaq, yəni ərəb dilinin qaydalarının pozulmasını müşahidə etməkdir(15, s.308).

Ərəbəsilli sözlərlə bu dilə daxil olan sözlərin bir-birinə qarışması artıq ərəb mənşəli sözlərin siyahıya alınması zərurətini yaradırdı. Buna görə də xalis ərəb sözlərini toplamaq üçün bu işə özünü həsr edən bir çox təəssübkeş dilçi və leksikoqraflar səhranın dərinliklərinə gedərək burada xalis ərəblərin dilindən eşitdiklərini qeydə almağa başlayır. Bu ilk növbədə ərəb dilinin alınma sözlər qarşısında davamiyyətinin gücləndirilməsi, xüsusilə də Quranın izah və təfsiri, həmçinin dərk edilməsi zamanı bu prosesə yalnış ifadələrin daxil olmasının qarşısını almaq məqsədi daşıyırdı. Siyahıya alınan sözlər başqalarına yox, birinci növbədə şəxsən müəllifin özünə aid olduğu üçün,(çünki müəllif ərəb sözləri ilə alınma sözləri fərqləndirmək istəyirdi), bu siyahılar “الرسائل الخاصة” (25, s.10),yəni xüsusi məlumatlar (siyahılar) adlandırılır. Bu xüsusi məlumatlar müxtəlif mövzuları, o cümlədən insanlar, heyvanat aləmi, həşəratlar, qarışqa, dəvə, at, bir sözlə ərəb mühitini özündə ehtiva edən məsələləri əhatə edirdi.

Beləsiyahıların dünyada ilk müəlliflərindən biri də Şumerlər olmuşdur. Sonralar bu ənənə Şumerlərdən Akkadlara keçir. III minilliyin axırıncı rübündə sami xalqlardan olan Akkadlar Şumeri tədricən zəbt etdikdən sonra şumer pedaqoqları bizə məlum olan ilk lüğət yaratdılar (1, s.18). Assuriyalıların tərtib etdiyi siyahı Neynəvada (indiki İraq) yerləşən bir qəsrdən-Aşurun (e.ə 668-625) kitabxanasından tapılmışdır. Assuriyalıları ərəblərin ulu babası hesab edənlər də var. Ən qədim zamanlardan bəri leksikoqrafik lüğət sahibi olan xalqlar arasında çinlilərin, yaponların, yunanların və təbii ki, ərəblərin adı çəkilir (26, s.106).

Daha sonra bu xüsusi məlumat bazası, yaxud siyahılar bir qədər də inkişaf edərək bu və ya digər sözlərə şərh və izahların verilməsi mərhələsinə yetişir. Beləliklə, “Mu‘jəm - Mə‘ᾱjim” (27) adlanan izahlı lüğətlər yaranmağa başlayır. Bu ifadəni düzgün başa düşmək üçün hər şeydən əvvəl ع ج م‘ayn, jῙm, mῙm kökünün ifadə etdiyi mənalara nəzər salmaqlazımdır. Əcəm sözü ərəb sözünün antonimi mənasında başa düşülür (16, s.518). Ərəblər həmişə qeyri-ərəbləri, həmçinin başa düşmədikləri dildə danışan hər kəsi əcəm adlandırırdı.Ümumiyyətlə, bu kök ərəb kəlamında mübhəm – qaranlıq, anlaşılmaz və naməlum mənasını ifadə edir. Qurani-Kərimdə üç yerdə 16/103, 26/198, 41/44 qeyri-ərəb mənasında olan bu ifadə ilə rastlaşırıq. اَلْعَجْمُ - ’əl‘acmu sözünün bir mənası da (اَعْجَمْتُ الحرفَ) nöqtələmək - hərfləri bir-birindən ayırmaq üçün diakritik nöqtələrdən istifadə etməkdir (5, s.388). Buna görə də ərəb hərflərini حروف المعجم (7, s.41) – nöqtələnmiş hərflər də adlandırırlar. Bu sözün başqa mənalarından biri də səssizdirصلاة النهار عجماء لانه لا يجهر فيها – günorta namazı səssizdir, çünki o uca səslə qılınmaz (20, s.145).استعجم  - ’istə‘jəmə feli də sükuta qərq olmaq, cavab verməmək mənasında işlənir. İmraul-Qeys də öz şerində bu sözdən istifadə edir (24, s.133):

صم صداها وعفا رسمها                            واستعجمت عن منطق السائل    

Tərcüməsi: onun (burada evə işarə olunur) səsi-sədası kəsilmiş, izləri itmişdir, O, çağırıb səsləyənə də (evdə kim var deyənə də) cavab vermir.

Göründüyü kimi ع ج م ‘ayn, jῙm, mῙm kökünün mənaları əsasən mübhəm, anlaşılmaz və sükuta qərq olmuş - səssizdir. Bəs, necə olur ki, izahlı lüğətlərə mu‘cəm adı verilir?. Bu həmin kökə aid mənalarla ziddiyyət təşkil etmirmi?. Bu suala cavab tapmaq üçün ’əf‘alə babının mənalarına nəzər salmaq kifayətdir.الاستراباذي –al-Astarᾱbᾱdhῑ bu barədə yazır:

قال: " افعل للتعدية غالبا....و للسلب نحو اشكيته.. وقوله "وللسلب".. نحو اشكيته اي ازلت شكواه

Dedi: əf‘alə (modeli) əsasən təsirlik hal üçündür (18, s.83). O, inkar, (yəni əvvəlki mənanı aradan qaldıraraq təmamilə onun əksi olan bir mənanı yaratmaq) üçün də işlənir. Məs, اشكيته sözünün mənası onun şikayətini aradan qaldırdım mənasını ifadə edir (18, s.91). Deməli, عَجُمَ - ‘acumə anlaşılmazlıq, أَعْجَمَ -’ə‘cəmə isə bu anlaşılmazlığı aradan qaldırmaq - izah etmək, aydınlaşdırmaq mənasında- dır. Beləliklə, mu‘cəm (hərfən:izah edilmiş) sözü də dildəki sözlərin divanı (21, s.586) mənasını kəsb edərək lüğətlərə şamil edilməyə başlayır.Lakin bir maraqlı məqamı nəzərdən qaçırmaq olmaz ki, mu‘cəm sözü lüğətlərdən qabaq hədis ravilərinin adlarının, həmçinin qiraət növlərinin izahı ilə bağlı yazılmış kitabların adlandırılmasında istifadə olunmuşdur. Buna misal olaraqمعجم الصحابة -Mu‘cəm a-aḥᾱ əsərini göstərmək olar (8).

Ərəb leksikoqrafiya tarixinin tədqiq edilməsi istiqamətində ən qiymətli orta əsr mənbələrindən biri də Süyutinin  -المزهر في علوم اللغة وانواعهاal-Muzhir fi ‘ulum al-luğa va ’ənva‘uh əsəridir.Əsərdə orta əsr leksikoqraflarından biri olan Sahib İbn Əbbad haqqında danışan Süyuti yazır:

حكي عن صاحب ابن عباد ان بعض الملوك ارسل اليه يسأله القدومَ عليه فقال في الجواب: "احتاج الى ستين جملا انقل عليها كتب اللغة التي عندي"، وقد ذهب جلُّ الكتب في الفتن الكائنة من التتار وغيرهم، بحيث ان الكتب الموجودة الآن في اللغة من تصانيف المتقدمين والمتأخرين لا تجيء حمل جمل واحد، وغالب هذه الكتب لم يلتزم فيها مؤلفها الصحيح، بل جمعوا فيها ما صح وغيره، وينبِّهون على ما لم يثبت غالباً.

Sahib ibn Əbbaddan rəvayət olunur ki, bəzi hökmdarlar onu öz hüzuruna dəvət etdikdə belə cavab verərmiş: “məndə olan leksikoqrafik kitabları daşımaq üçün altımış dəvə lazımdır”. Daha sonra sözünə davam edən Cəlaləddin Süyuti qeyd edir ki, bu kitabların hamısı tatarların və sair başqa (işğalçı qüvvələrin) fitnə-fəsadlarının qurbanı oldu. Beləki, əvvəlki və sonrakıalimlərin leksikoqrafiya ilə bağlı yazdığı indi mövcud olan kitablar bir dəvənin yükünə belə yetməz. (Mövcud) kitabların əksəriyyətində isə müəlliflər səhih-düzgün (əsl ərəb kəlamına aid) sözləri deyil, həm düzgün, həm də qeyri-düzgün, yəni xalis ərəb kəlamına mənsub olmayan sözləri toplamış, çox vaxt diqqəti (düzgünlüyü) sübuta yetməyən sözlərə cəlb etmişlər (22, s.97).

Buveyhi hökmdarlarının vəziri olan İsmayıl ibn Əbbad əs-Sahib hicrətin 385-ci ilində (miladi 995) vəfat etmişdir (23, s.1621, əl-Muhit fi əl-luğa). Süyuti (849/1445-911/1505) isə bu sətirləri təqribən 5 əsr sonra yazır. Deməli, 10-15-ci əsrlər ərəbdilli lüğətlər üçün o qədər də asan dövr olmamışdır. Bu zaman kəsiyində ərəb leksikoqrafiya tarixində yadda qalan bir çox lüğətlər qələmə alınsa da, külli miqdarda vaxtiləbu sahədə yazılmış və həmin dövr üçün artıq qədim hesab edilən kitablar itib-batmış, məhv olmuşdur. Onu da qeyd etmək lazımdır ki, həmin zaman kəsiyində ərsəyə gələn lüğətləri, əslində, təkcə lüğət yox, bir çox elm sahələrini əhatə etdiyi üçün, ensiklopediya da adlandırmaq olar.

Süyutinin yuxarıda adını çəkdiyimiz əsərinin özəlliklərindən biri də onun fəsillərə yox, növlərə bölünməsidir. Ümumilikdə əlli növdən ibarət olan bu kitabın birinci növünün on altıncı məsələsi leksikoqrafik lüğətlərdən söhbət açır.

 “İlk lüğət yazan şəxs” (اول من صنف في جمع اللغة) mövzusundan başlayaraq bir çox məsələlərə toxunan Süyuti əsərdəmüxtəlif dilçi leksikoqrafların əsərlərinin adını çəkir.

و الف اتباع الخليل واتباع اتباعه وهلم جرا كتبا شتى في اللغة ما بين مطول و مختصر، وعام في انواع اللغة وخاص بنوع منها، كالاجناس للاصمعي، والنوادر واللغات لابي زيد، والنوادر للكسائي، والنوادر واللغات للفراء، واللغات لابي عبيدة معمر بن المثنى، والجيم والنوادر والغريب لابي عمرو اسحاق بن مرار الشيباني، والغريب المصنف لابي عبيد القاسم بن سلام، والنوادر لابن الاعرابي، والبارع للمفضل بن سلمة، واليواقيت لابي عمر الزاهد غلام ثعلب، والمنضد لكراع، والتهذيب للازهري، والمجمل لابن فارس، وديوان الادب للفارابي، والمحيط للصاحب ابن عباد، والجامع للقزاز، وغير ذلك مما لايحصى

“ Xəlilin davamçıları, onların ardıcılları və s. şəxslər leksikologiyaya, onun ümumi və xüsusi məsələlərinə aid uzun və ya qısa olmaqla müxtəlif kitablar yazmışdır. Buna misal olaraq Əsməinin “əl-Əcnas”, “Əbu Zeydin ən-Nəvadir və əl-Luğat”, əl-Kisainin “ən-Nəvadir”, Fərranın “ən-Nəvadir və əl-Luğat”, Əbu Ubeydə Mamar bin əl-Musənnanın “əl-Luğat”, Əbu Amr İshaq bin Mərar əl-Şeybaninin “əl-Cim”, “ən-Nəvadir” və “əl-Ğarib”, Əbu Ubeyd əl-Qasim bin Səllamın “əl-Ğarib əl-Musannaf”, İbn əl-Ə‘rabinin “ən-Nəvadir”, Mufaddal bin Sələmənin “əl-Bari‘ ”, Sələbin xadimi Əbu Omar əl-Zahidin “əl-Yəvaqit”, Kura‘ın “əl-Munid” əl-Əzhərinin “əl-Təhzib”, ibn Farisin “əl-Mucməl”, əl-Farabinin “Divan əl-ədəb”, Sahib ibn Abbadın “əl-Muḥῑṭ”, əl-Qəzzazın “əl-Cami‘ ” və s saya gəlməyən əsərlərin adlarını çəkmək olar”(22, s.96).

 Ərəb leksikoqrafiya tarixini araşdırarkən orta əsrlərdə qələmə alınmış, bu günümüzədək gəlib çatan və çatmayan ən mühüm əsərlərin adlarını toplamaq tədqiqatın məqsədlərindən biri olduğu üçün həm Süyutinin adını çəkdiyimiz əsərindən, həm də digər mənbələrdən əldə etdiyimizlüğətlərin bir qisminin adlarınıbu məqalədə xronoloji ardıcıllıqla təqdim etməyi zəruri hesab edirik:

1)             كتاب العين للخليل بن احمد الفراهيدي

Xəlil ibn Əhməd (718-786) əl-Fərahidinin Kitab al-‘ayn əsəri. Xəlil ibn Əhmədin bu əsəri haqqında ərəb leksikoqrafiya məktəbləri barəsində danışarkən ətraflı şəkildə söhbət açacağıq.

2)             كتاب الجيم لابي عمروالشيباني

Əbu Amr al-Şeybaninin (ölüb 205/820) Cim kitabı. Qeyd etmək lazımdır ki, əsərin 1-ci cildi Ərəb Dili Akademiyası tərəfindən 1974-cü ildə, 2-3-cü cildi isə 1975-ci ildə Qahirdə çap edilmişdir (13).

3)             الغريب المصنف لابي عبيدة

Əbu Ubeydə əl-Qasim bin Səllam əl-Həravi əl-Xurasani əl-Bəğdadi əl-Xuzai (döğulub 150/766, ölüb 223/838). Əbu Ubeydənin bu əsəri mövzular əsasında tərtib olunmuş ilk izahlı ərəb lüğəti hesab olunur. Əsər nüsxələri üzərində iş aparıldıqdan sonra 1997-ci ildə Səudiyyə Ərəbistanı Krallığında nəşr eilmişdir (11).

4)             التقفية في اللغة لابي بشر اليمان بن أبي اليمان البندنيجي

Abu Bəşir al-Yəman bin Əbi al-Yəman al Bəndənici hicrətin 284-cü ilində (miladi-897) İraqda 84 yaşında vəfat edib. Bəndənicinin əl-Təqfiyə əsəri sözün sonundakı hərf prinsipinə əsaslanır. Çoxları elə düşünür ki, bu prinsipi ilk dəfə al-Cauhəri (miladi 1002) yaradaraq özünün “Sihah” əsərində tətbiq edib. Al-Cauhəri özü də əsərin müqəddiməsində bunu iddia edir: اودعت هذا الكتاب ....على ترتيب لم اسبق اليه  - Bu kitabı əvvəllər mövcud olmayan, (heç kimin müraciət etmədiyi) bir formada yazdım. Bəzi mütəxəssislər Bəndənicinin bu tərtibat formasının ilk müəllifi olması faktını qəbul etməyərək onun lüğət yazmaq fikri olmadığını, “qafiyə kitabı” yazdığını iddia edir, beləliklə bu ixtiranın al-Cauhəriyə mənsub olduğunu dəstəkləyirlər.  Lakinburada incə bir məqama toxunmaq lazımdır. Belə ki, al-Cauhəri ilə al-Bəndənicinin ölüm tarixləri arasında 100 ildən artıq fərq var.  Bəndənicinin zaman etibarilə əvvəl yaşamasıonun lüğət yox, qafiyə kitabı yazmış olduğunu qəbul etdiyimiz təqdirdə belə, bu üsulla (sözlərin sonu prinsipinə əsasən) kitab yazan ilk ideya müəllifi olduğunu inkar yox, təsbit edir. Zənnimizcə, al-Cauhəri kimi alimin bu kitabdan xəbərsiz olduğunu iddia etmək olmaz. Həmçinin Sihahın tərtibat prinsipinin ideya qaynağının bu kitab olmadığını da birmənalı şəkildə irəli sürmək çətindir. Qeyd etmək lazımdır ki, Bəndənicinin al-Təqfiyə fi al-luğa əsəri 1976-cı ildə İraqda çap olunmuşdur (2).

5)             جمهرة اللغة لابن دريد

Əbu Bəkr Muhamməd bin əl-Hasən bin Dureyd (223/838-321/933). 1987-ci ildə Livanda çap edilmişdir (9).

6)             ديوان الادب للفارابي

Əbu İbrahim İshaq bin İbrahim əl-Farabi (ölüb 350/960). Bu əsər modellərə-formalara əsaslanan (بحسب الابنية) ilk ərəb lüğəti hesab olunur. 1979-cu ildə Ərəb Dili Akademiyası tərəfindən iki cilddə çap edilmişdir (6).

7)             البارع في اللغة لابي على اسماعيل بن القاسم القالي البغدادي

Abu Ali İsmayıl bin əl-Qasim əl-Qali (270/883-356/968)əl-Bağdadinin bu əsəri zəmanəsinin mühüm lüğətlərindən sayılıb. Əsərin kiçik bir hissəsi Bağdad Universitetinin dəstəyi ilə1975-ci ildə Beyrutda nəşr olunub (12). İbn Xallikan bu əsərin beş min səhifədən ibarət olduğunu yazır (3, s.226 (95)).

8)             تهذيب اللغة لابي منصور محمد بن احمد الازهري الهروى (282-370ه)

Əbu Mənsur Muhammad bin Ahmad əl-Azhari (895-980) bu əsəri ərəb leksikoqrafiya tarixində ən mühüm mənbələrdən biri sayılır. İbn Mənzurun Lisan əl-arab əsərinin qələmə alınması prosesində mənbə kimi istifadə etdiyi beş ən mühüm leksikoqrafik mənbədən biri, bəlkə də birincisidir. İbn Mənzurun Lisan əl-Arab əsərinin müqəddiməsində bu kitab barəsində: و لم اجد في كتب اللغة اجمل من تهذيب اللغة لابي منصورمحمد بن احمد الازهري - “lüğətçiliklə bağlı yazılan kitablar arasında Əbu Mansur Muhammad bin Ahmad al-Azharinin Tahzib al-luğa əsərindən gözəlini tapa bilmədim” deməsi bu kitabın nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyini bir daha sübut edir (4, s.7).Kitab 15 cilddən ibarətdir. 1-ci cild 1964-cü ildə “Dar al-qaumiyyə al-arabiyyə”, diğər cildləri isə “al-Dar al-misriyyə lit-talif va əl-tarcəmə” tərəfindən çap edilsə də, yalnız 15-ci cilddə nəşr tarixi (1967-ci il)göstərilir (14).

9)             مختصر العين للزبيدي

Məhəmməd ibn əl-Hasən al-Zubeydi (ölüb 379/989)al-’işbῑlῑ Əbu Bəkrin (28, s.2518.-1036-)Muxtəsar al-ayn əsəri.

10)      الاستدراك على العين لابي طالب المفضل بن سلمة

Əbu Talib Al-Mufaddal bin Sələmənin (ölüb 250/864) “əl-Istidrak ‘ala al-‘ayn – (al-‘Ayn əsərinə düzəliş) əsəri. Yaqut Həməvi bu kitabın adını “Xəlilə cavab və Kitab al-‘Ayndakı səhvlərin düzəldilməsi” kimi təqdim edir (28, s.2709.-1153-).

11)      مختصر الزاهر للزجاجي

Əbu əl-Qasim ‘Abd ər-Rəḥmᾱn bin’İsḥᾱq Az-Zəccacinin (ölüb 337/948) Muxtəar az-zhir əsəri (17).Bu kitab ’Abu Bakr Muḥammad bin al-Qᾱsim al-’Anbᾱrinin (ölüb 328/939) az-Zhir f mə‘n kəlimt an-nsəsərinin xülasəsidir (10).

12)      المحيط في اللغة للصاحب اسماعيل بن عباد (326-385)

Sahib ibn Abbadın (936-995) əl-Muhit fi əl-luğa əsəri dövrünün ən məşhur izahlı lüğətlərindən olmuşdur. 1994-cü ildə Livanda 11 cilddə nəşr edilmişdir (19).

Qeyd etmək lazımdır ki, yuxarıda adını çəkdiyimiz əsərlərin hər biri ayrıca bir tədqiqat işinin mövzusudur. Ərəb leksikoqrafiya tarixində xüsusi yeri olan əsərlərin bir çoxu haqqında növbəti məqalələrimizdə danışacaq, onların səciyyəvi xüsusiyyətlərini təhlil etməyə çalışacağıq.

 

Ədəbiyyat siyahısı

  1. S.Kramer, Tarix Şumerdən başlayır, tərcümə edən: Pərviz Firudin oğlu Kazimi, Bakı-2009, 280 səh.
  2. ابن ابي اليمان البندنيجي، التقفية في اللغة، مطبعة العاني، بغداد-1976، 800 ص.
  3. ابن خلكان،وفيات الاعيان وانباء ابناء الزمان، الجزء الاول، دارصادر،بيروت 1978، 493 ص.
  4. ابن منظور، لسان العرب، دار صادر-بيروت، دون تاريخ ، المجلد الاول 809 ص.
  5. ابن منظور، لسان العرب، دار صادر- بيروت، المجلد الثاني عشر، 654 ص .
  6. ابو ابراهيم اسحاق بن ابراهيم الفارابي، ديوان الادب، في الجزئين، الجزء الاول 481 ص، الجزء الثاني 501 ص، القاهرة-1979.
  7. ابو الفتح عثمان بن جني، سر صناعة الاعراب، دراسة و تحقيق الدكتور حسن هنداوي، الطبعة الثانية، دار القلم، دمشق-1993، في الجزئين، 969 ص.
  8. ابوالقاسم عبد الله بن محمد بن عبد العزيز البغوي، معجم الصحابة، اربعة اجزاء، مكتبة دار البيان، دولة الكويت، دون تاريخ. الجزء الاول 586 ص، الجزء الثاني 548 ص، الجزء الثالث 561 ص، الجزء الرابع 543 ص.
  9. ابوبكر محمد بن الحسن بن دريد، جمهرة اللغة، ثلاثة اجزاء، دار العلم للملايين ، الطبعة االاولى، لبنان-1987، 1781 ص.
  10. ابو بكر محمد بن القاسم الانباري، الزاهر في معاني كلمات الناس، تحقيق حاتم صالح الضامن، في الجزئين، الطبعة الثانية، الجزء الاول 658 ص، الجزء الثاني 656 ص، بغداد-1987.
  11.  ابو عبيدة القاسم بن سلّام الهراويّ، الغريب المصنف، في الجزئين، الناشر مكتبة نزار مصطفي الباز، الطبعة الاولى، الرياض-1997، 536 ص.

12         . ابو علي اسماعيل بن القاسم القالي البغدادي، البارع في اللغة، تحقيق هاشم الطعّان، دار الحضارة العربية، بيروت-1975، 759 ص.

13         . ابو عمرو الشيباني، كتاب الجيم، الجزء الاول 315 ص، الجزء الثاني 348 ص، الجزء الثالث 329 ص، القاهرة-1974-1975.

14         . ابو منصور محمد بن احمد الازهري، تهذيب اللغة، في 15 جزءا، الدار المصرية للتأليف والترجمة، عام 1967.

  1. احمد بن محمد بن عبد ربه الاندلوسي، العقد الفريد، الجزء الثاني، دار الكتب العلمية، بيروت، لبنان -1983، 391 ص.
  2. الخليل بن احمد الفراهيدي، كتاب العين، ترتيب الشيخ محمد حسن بكائي، مؤسسة النشر الاسلامي، 1414-1994، الطبعة الاولى، 1097 ص.
  3. الزجاجي، مختصر الزاهر، في الجزأين، ادارة الشؤون الاسلامية، دولة قطر، الطبعة الاولى-2013، 887 ص
  4. الشيخ رضي الدين محمد بن الحسن الاستراباذي النحوي، شرح شافية ابن الحاجب، تحقيق محمد نور الحسن و محمد الزقراف و محمد محيي الدين عبد الحميد، الجزء الاول ،دار الكتب العلمية، بيروت-1975، 294 ص.
  5. الصاحب اسماعيل بن عباد، المحيط في اللغة، بتحقيق الشيخ محمد حسن آل ياسين، في 11 جزءا، الطبعة الاولى، عالم الكتب، بيروت-1994.
  6. الفيروزآبادي، القاموس المحيط، نسخة مصورة عن الطبعة الثالثة للمطبعة الاميرية سنة 1301 ه، الهيئة المصرية العامة للكتاب، الجزء الرابع  416 ص.
  7. المعجم الوسيط ، دار الفكر، اشرف على الطبع حسن علي عطية و محمد شوقي امين، دون تاريخ، الجزء الثاني،1067 ص.  مادة عجم-المعجم
  8. جلال الدين السيوطي، المزهر في علوم اللغة وانواعها، المجلد الاول، الطبعة الثالثة، دار التراث-القاهرة، دون تاريخ، 651 ص.
  9. حاجي خليفة، كشف الظنون، المجلد الثاني، دار احياء التراث العربي، بيروت-لبنان،2058   ص، المحيط في اللغة.
  10. ديوان امرئ القيس، ضبطه وصححه الاستاذ مصطفى عبد الشافي، دار الكتب العلمية، بيروت، الطبعة الخامسة-2004، 176 ص.
  11. صلاح رواى، المدارس المعجمية العربية نشأتها-تطورها-مناهجها، دار الثقافة العربية – القاهرة - 1990، 280 ص.
  12. عبد الغفار حامد هلال، مناهج البحث في اللغة والمعاجم، الطبعة الاولى-1991، 488 ص.
  13. محمد احمد ابو الفرج، المعاجم اللغوية في ضوء دراسات علم اللغة الحديث، دار النهضة العربية -1966، 150 ص.
  14. ياقوت الحموي الرومي، معجم الادباء، دار الغرب الاسلامي، الطبعة الاولى، بيروت-1993، الجزء السادس (-1036-) ، 3541 ص.

                                                                                          

Açar sözlər: ‘əl-mucə’m, ’əl‘acmu, ləhn, muxtəsar, irab, əl-nəvadir, əl-təqfiyə.

Keywords: al-mujam, al-‘acmu, lan, muxtasar, irab, al-navadir, al-taqfiya.

Ключевые слова:аль-му‘жам, толковые словари, лахн, мухтасар, аль-навадир, аль-тагфия.

                                                                                           РЕЗЮМЕ

Возникновение арабоязычных толковых словарей

В статье анализируется история появления толковых словарейв арабском мире, освещаетсятак называемое понятие аль-му‘жам и его различные аспекты, указываются факторы стимулировавшие формирование толковых словарей. На основе упомянутых в средневековых арабских источниках заглавий ранних толковых словарей, автор пытается дать краткую информацию о них, при этом вдаваясь в подробности о самых важных словарях.

SUMMARY

Emergence of Arabic Lexicographical Dictionaries

The article analyzes the history of the emergence of lexicographical dictionaries in the Arab world. Besides, the study illuminates the so-called concept of al-mujam in its various aspects, as well as the factors which stimulated the formation of dictionaries. By collecting titles of the early lexicographical dictionaries from various medieval sources, the author tries to give detailed analysis of some important works.

 

 

Rəyçi: dos.Vüqar Qaradağlı

 

 

                                                                       


Тамилла Ибрагимова

ФРАЗЕОЛОГИЗМЫ РУССКОГО ЯЗЫКА С АРХАИЧНЫМ

МЕСТОИМЕННЫМ  КОМПОНЕНТОМ

Фразеологические единицы современного русского лите­ратурного языка, содержащие в своем составе лексические и семантические архаизмы с точки зрения своего употребления в разных стилях русского языка представляют определенный интерес и для его стилистики и для самой фразеологии как науки о зако­номерностях образования и использования устойчивых сочетаний.

Созданные на различных этапах развития языка, фразео­логические единицы в силу своей образности и выразительности живут в нем многие столетия, сохраняя почти без изменения первоначальную форму своих компонентов.

В этом смысле многие фразеологические единицы, сохранившие архаичные черты языка в своей структуре, «…яв­ляются археологическим пережитком предшествующих стадий языко­вого развития». [5, стр.339]

Наличие лексических архаизмов в составе фразеологических единиц имеет немаловажное значение для выявления самой природы последних, так как именно они, то есть лексические архаизмы, выступают в роли «ведущих», ключевых, опорных компонентов, нередко являются основными семантическими по­казателями.

«Материальная единичность» подобных ключевых слов, входящих в состав фразеологических единиц, по мнению Н.Н. Амосовой, являются даже их «релевантным признаком». [1,  67] В связи с закрепленностью лексически архаичных слов в строго определен­ных фразеологических единицах «...некротизм служит внешним признаком идиоматичности данного словосочетания, ...выделяет­ся из основных компонентов своей ролью в закреплении и реализации целостного значения». [1, 75] Некротизмом автор называет «…полностью омертвевшее слово, вышедшее из употребления и, по сути дела, уже не являющееся элементом словарного состава современного языка». [1, 108]

В процессе складывания фразеологических единиц наличие лексических архаизмов хотя бы в одном из нескольких компонен­тов содействует «единичности и неповторимости их материаль­ного состава и семантического результата» и существенно ускоряет сам этот процесс. [5, 150]

Конечно, большинство фразеологизмов состоит из слов, принадлежащих активной лексике современного русского языка (ср. дать руку на отсечение, ударить по рукам, сон в руку, на руку нечист, связать по рукам и ногам, правая рука, тяжелая рука и т.д.), но нельзя не брать в расчет и такие, «… в лексическом составе которых наблюдаются как бы особые словесные инкрустации, вкрапления... – всякого рода устаревшие лексико–семантические факты и слова с закрепленным употреблением» [6, 51], например, вложить персты в язвы, продать за тридцать сребренников, бить челом, пускать турусы на колесах.

Шарль Балли писал по этому поводу: «Важным признаком фразеологического оборота является наличие в нем архаизма. Но прежде всего необходимо выяснить значение этого термина. Поскольку мы принципиально рассматриваем современное состояние языка, не объясняя его при помощи истории, тот или иной архаизм может попасть в наше поле зрения только в том случае, если он ещё живой, продолжает жить, благодаря своему окружению, благодаря тому, что входит в состав фразеологического оборота и таким образом сам становится признаком фразеологичности данного сочетания». [2, 51]

Архаическая лексика в современном русском языке представляет собою сложное явление как по степени своей устарелости, так и причинам, вызывающим ее архаизацию. До сих пор еще не определены с достаточной ясностью границы ее стилистического употребления.

В одном случае слова выпадают из словарного запаса языка потому, что они обозначали исчезнувшие явления действительности, а в другом – потому, что их вытесняют другие слова с тем же значением.

Однако далеко не всегда слово исчезает из словарного состава языка бесследно. Оно само или его корневой элемент может сохраниться как в составе производных слов (например: хыжа – хижина, коло – двуколка, около), так и в составе устой­чивых сочетаний (например, слова зеница, пядь, елико,преткновение во фразео­логизмах как зеницу ока, семи пядей во лбу, елико возможно, камень преткновения и др.)

Среди фразеологических единиц русского языка устойчивые сочетания с именными компонентами – архаичными местоимениями старославянского и древнерусского происхождения составляют довольно многочисленную группу.

 Фразеологические единицы с архаичными местоимениями весьма распространены в литературном языке. Их можно разбить на такие группы в зависимости от характера место­именного опорного компонента:

а) с архаичными старинными указательными местоимениями и местоименными образованиями: во время оно со значением «очень давно»; овому талант, овому два со значением «одно­му дано больше, другому меньше»; из рук вон – «очень плохо»; семо и овамо – «сюда и туда»; а также ни то ни се; то да се; не от мира сего; сильные мира сего; ни с того, ни с сего; быть по сему; на сей раз; по сей день; сию минуту; о(по) сю пору; до сих пор; от сих до сих; ни в тех, ни в сех; сим победиши и др;

б) с архаичными вопросительными местоимениями и местоименными образованиями: на кой черт (прах, ляд, клеп, хрен и т.п.),  фразеологическая серия – в кои веки, в кои–то годы, кой черт; камо идеши (грядеши) и др;

в) с архаичными отрицательными местоимениями: ни в коем случае, ни в коей мере, никоим образом;

г) с архаичными определительными и относительными место­имениями: коемуждо по делам его, коим несть числа, и иже с ним.

Архаичные указательные местоимения сей, овый, оный (членные формы от сь, онъ, овъ), а также местоименные наречия семо, овамо, сохранившиеся во фразеологических единицах современного русского языка (а некоторые из них и в свобод­ном употреблении – вот, вон), являются своеобразным отобра­жением перехода от общеславянской трехчленной системы ука­зательных местоимений (съ, тъ, онъ).

Что касается образования местоименных наречий и указательных частиц типа семо, тамо, овамо, вот, вон, то сле­дует заметить, что они возникли еще в то время, когда система трех указательных местоимений господствовала и когда местоимения съ, тъ, онъ отчетливо различались как обозначающие разные степени удаленности.и» ижеения в структуре фразеологических единиц русского языка

Многочисленную группу составляют фразеологизмы с архаичным указательным местоимением сей в качестве одного из своих компонентов. Они весьма разнообразны по своему про­исхождению и стилистической, принадлежности, если, например такие из них, как не от мира сего, сильные мира сего, мир дому сему, покидать юдоль сию первоначально являлись цитатами из библейских и евангельских текстов, то по сие время, быть по сему, на сей раз, на сей счет, при сем присутствовать, от сих до сих, сию минуту сложились на почве канцелярских обо­ротов речи, а ни с того, ни с сего, ни то, ни се, то да се, о том, о сем (говорить), до сих пор возникли в сфере быто­вой речи. В просторечной среде сформировались: по сю пору, о сю пору, ни в тех, ни в сех, а также устаревшее для наших дней сей минутой (секундой), выступающее иногда в своей ва­риантной форме сей секунд.

Фразеологические единства не от мира сего, покидать юдоль сию, мир дому сему, сильные мира сего, давно вычленившиеся из церковных текстов и порвавшие с ними всякую связь, приобрели все более общие переносные значения и значительно расширили сферу своего употребления в литературном языке.

В индивидуально творческих целях писатели иногда восстанавливают первоначальный смысл словосочетаний не от мира сего, сильные мира сего, допускают синонимичные замены компонентов в данных фразеологических единствах, например: «Мертвые души» – дело не от мира сего; но на то была воля божья, чтобы они оставили мир сей» (Гоголь. Мертвые души). «Подняв глаза, сладко, будто не от мира сего, Софья молвила: Певчие, пойте великий выход...» (А. Толстой. Петр Первый).

Однако все эти изменения в семантике и лексичес­ком составе фразеологизмов остаются лишь в индивидуальном языке писателя и не влияют на структуру и употребление данных фразеологических единиц в литературном русском языке, как таковом. В индивидуальном же языке писателя иногда наблюдается полное разрушение семантической основы или лексического состава фразеологизма и наполнение его новым, нередко прямо противоположным смыслом. Так, например, у А.П. Чехова встречаем: «С крепостными и вообще с малыми мира сего он, конечно, церемонился еще меньше”. (А.П. Чехов. Соседи).

Фразеологические единицы разговорно-бытового и просторечного происхождения с архаичным местоименным ком­понентом сей в своей структуре составляет большую и особенно употребительную группу. Таковы фразеологические сочетания: до сих пор, по сей день со значением «до настоящего времени», почти полностью вытеснившие свои вариантные формы до сей поры, по сию пору, о сю пору; фразеологические единства: ни с того, ни с сего со значением «безо всякого повода», ни то, ни се для изображения бесхарактерности человека или неопределенности какого-либо предмета и явления. Вариантные формы рассматриваемых фразеологических сочета­ний встречаются крайне редко (в языке литературы и научной речи) и являются для нашего времени явно устаревшими.

Фразеологические единства ни с того, ни с сего – «безо всякого повода», ни то, ни се часто, используются в литературе XIХ века и писателями нашей эпохи: «При последнем замечании князя он не утерпел и вдруг ни с того, ни с сего, самым глупейшим образом, прыс­нул от смеха».  (Ф.М. Достоевский. Дядюшкин сон).

«Манилов относился к роду людей, известных под именем: люди так себе, ни то, ни се ...» (Н.В. Гоголь. Мертвые души).

В языке существуют разряды фразеологических единиц, содержащих в своих местоименных компонентах устаревшие и вышедшие из употребления вопросительные, определительные, относительные местоимения: на кой черт, в кои веки, ни в коем случае, ни в коей мере, никоим образом, коим несть числа, коемуждо по заслугам его, и иже с ним.

В свободных словосочетаниях указанные местоимения встречались лишъ в древнерусском языке.

Фразеологические единицы, сохранившие в своих ком­понентах архаичные вопросительные местоимения, более много­численны, чем другие, и широко употребительны в современном русском языке. К их числу можно отнести фразеологическое единство в кои веки, выступающее в своих разных вариантах и формах (в кои–то годы, в кои–то веки и др.) со значением «наконец–то», «изредка» и «давно»).

Круг фразеологических единиц с архаичными местоимениями в своей структуре для современного русского языка оказывается весьма широким, причем многие из них относятся к активному запасу фразеологического состава; во время оно, во времена (дни) оны, не от мира сего, сильные мира сего, на сей раз, на сей счет, сию минуту (секунду), ни с того, ни с сего, ни то, ни се, по сей день, до сих пор, то да се, (и) то, и се, по сю пору, до сего времени, в кои веки, в кои–то годы, на кой черт, на кой ляд, на кой шут, на кой дьявол.

Другая часть фразеологических единиц с архаичными местоименными компонентами относится к пассивному запасу: овому талант, овому два, да минует нас чаша сия, семо и овамо, мир дому сему, при сем присутствовать, ни в тех, ни в сех, о сю пору, в рассуждении сего, от сих до сих, на кой леший, коим несть числа, коемуждо по де­лам его, покидать юдоль сию, по сие время, быть по сему.

Образование фразеологических единиц с местоименными компонентами «...происходит чаще всего в разговорном языке – в просторечии, что является одной из причин, затрудняющих их изучение по письменным памятникам» [4, 20], однако, применительно к рассмотренной нами группе фразеологизмов с архаичными местоимениями, следует отметить, что многие из них сло­жились на почве цитат из библейских и евангельских текстов (ср. не от мира сего, во время оно, овому талант, овому два, коемуждо по делам его, да минует нас чаша сия, мир дому сему, семо и овамо, покидать сию юдоль), а также сфере канцелярско–деловой речи: в рассуждении сего, быть по сему, на сей счет, по сие время,, от сих до сих, по сию пору, при сем присутствовать, никоим образом, ни в коей мере.

Формирование фразеологических единиц с местоименными компонентами происходит «при следующих осложняющих переносную образность обстоятельствах», а именно при упот­реблении этих компонентов «с неместоименным лексическим значением: нечего сказать, ни то, ни се».[4,21]

В рассматриваемых фразеологических единицах утрата компонентами местоименных лексических значений проявляется тем сильнее, что сами по себе местоимения, входящие в их состав, являются архаичными, выпавшими из системы современного литературного языка в целом.

Вместе с тем наличие архаичных местоимений в струк­туре многочисленных фразеологических единиц объясняется устойчивостью последних, длительной жизнью в языке. Архаичные местоименные компоненты поддерживают образность данных фразеологических единиц, придают им «экзотический» характер и для современной фразеологической системы являются вполне допустимым уровнем нормы.

Многие фразеологические единицы, рассмотренные выше, при замене архаичного местоименного компо­нента нормативным попросту перестали бы существовать, они потеряли бы свою образность и устойчивость (ср. во время оно и «в то время», ни с того, ни с сего и «ни с того, ни с этого», овому талант, овому два и «тому талант, тому два» и т.п.)

Среди рассмотренных фразеологических единиц большой интерес представляет фразеологическая серия «типа на кой черт (ляд, леший, дьявол, пес, шут, прах)» со значением «зачем», «к чему» с отрицательной экспрессией. Во–первых, она может служить еще одним до­казательством закономерности и «нормативности» использова­ния во фразеологической системе русского языка его различ­ных архаичных элементов, а во–вторых, самый факт наличия подобных серий говорит о продуктивности употребления в современном литературном языке фразеологических единиц с архаичными элементами в своей структуре, о принадлежности многих из этих фразеологизмов к активному запасу современ­ного фразеологического состава.

 

Литература:

1. Амосова Н. Н. Основы английской фразеологии. ЛГУ, 1963.

2. Балли Ш. Французская стилистика. М., 1961.

3. Виноградов В. В. Об основных типах фразеологических единиц в русском языке. В кн. А.А. Шахматов. М.-Л., 1947.

4. Гусейнов Ф. Г. Русская фразеология. Баку., 1977.

5. Чернышева И. И. Принципы систематизации фразеологического материала современного немецкого языка. Сб. «Язык и стиль», М., 1965.

6. Шанский Н. М. Фразеология современного русского языка. М., 2012.

Ключевые слова: фразеологизм, архаичный, местоимение.

Açar sözlər: frazeologizm, arxaik, əvəzlik.

Key words: phraseologism, archaic, pronoun.

 

RƏYÇİ:  dos. L.Ələkbərova


Məmmədova Ziyafət Əhəd qızı

FARS DİLİNDƏ ARXAİZMLƏR

                Arxaizm (“archaios” – qədim deməkdir) yunan sözü olub, köhnəlmiş, yaxud istifadədən çıxmış söz, ifadə, qədim zamanların qalığı mənasını bildirir.Arxaik sözlər də bu mənada bütün canlı dillərdə, o cümlədən fars dilində çox təsadüf edilən leksik va­hid­­lərdir. Müasir fars dilində belə sözər elmi ədəbiyyatda کلمهً منسوخ ، (ləğv olun­muş, istifadədən çıxmış söz), کلمهٌ متروک   (geridə qoyulmuş, unudulmuş, tərk edilmiş, köhnəlmiş söz), واژهٌ باستانی  (qədim, köhnəlmiş söz), واژهٌ از کاربرد افتاده (istifadəyə yararsız, işdən düşmüş söz) və sadəcə olaraq آرکائیک (arxaik) kimi ifadələrlə göstərilir.

Bütün ictimai hadisələrdə olduğu kimi dilin lüğət tərkibi də daim bizi əhatə edən ətraf mühitdə baş verən dəyişikliklərə qarşı çox həssas olmaqla yanaşı, həm də çox fəal və ışlək vəziyyətdə olur. Belə ki, ictimai həyatda mövcud olan bütün dəyişikliklər bilavasitə dilin lüğət fonduna təsir etdiyindən onun leksik tərkibi fasiləsiz olaraq hərəkətdə və inkişafdadır.

                Dilin lüğət fondu bir ictimai hadisə kimi elm, texnika və mədəniyyətin inkişafı ilə əlaqədar olaraq dəyişməli olur. Daha doğrusu köhnəlmiş sözlərin dildən çıxması və yeni sözlərin əlavəsi, artımı dilin lüğət fondunun çoxalması, inkişafı və zənginləşməsi ilə bağlıdır.

                Dilin köhnəlməsi qanunauyğun bir prosesdir. Çünki, dil insanın hər cür əmək fəaliyyəti ilə əlaqədardır və onun lüğət tərkibi daim dəyişikliyə məruz qalır. Bu dəyi­şikliyi birtərəfli proses kimi qiymətləndirmək olmaz. Təbiətdə və cəmiyyətdə baş verən bütün dəyişikliklərin əks tərəfi olduğu kimi, dilin inkişafında da köhnə ilə yeni arasında rəqabət gedir. Yəni bir tərəfdən dilə yeni sözlər əlavə olunur, digər tərəfdən isə müəyyən miqdar sözlər dilin lüğət fondundan çıxır. Bu dəyişiklik dilin lüğət fon­dunda da öz əksini tapır. Belə ki, lüğət tərkibinin artıq, vaxtı keçmış sözlərdən təmizlənməsi və yeni sözlərlə zənginləşməsi qanunauyğun bir hadisədir. Bu zaman həmin dildə danışanlar lazım olmayan dil vahidlərindən azad olmaqla yanaşı aktiv ehtiyatdan köhnəlmiş sözlərı uzaqlaşdırmalı olurlar. Dildən köhnəlmiş sözlərin çıxması və yeni sözlərin əmələ gəlməsi prosesi həmişə tədricən və uzunmüddətli mövcud olan prosesdir. Onların çoxusu dilin lüğət fondundan tamamilə çıxırsa da bir hissəsi məhdud dairədə işlədilərək dialekt və şivə sözlərinə çevrilərək yaşayır, bəziləri hətta başqa bir dilə keçərək yenidən aktivlik hüququ qazana bilir. Işləkdən düşmüş sözlərin bəzisi o zaman aktiv lüğətə keçə bilər ki, o, yeni məna kəsb edir.

                Məlum olduğu kimi bir dövrün leksik sistemi başqa bir dövrün leksik sistemindən fərqlənir. Eyni məfhumun müxtəlif sözlərlə ifadəsi bütün dövrlərdə baş verə bilər. Bir dövrdə işlək olmayan sözlər başqa sözlər vasitəsilə sıxışdırılıb arxaik­ləşdirilə, ya da həmin söz başqa bir dövrdə yeni mənalı yeni bir söz kimi işlək sözə çevrilə bilər.  Köhnəlmiş sözlərin hamısı eyni bir vaxtda köhnəlmədiyi kimi onların köhnəlmə dərəcəsi, arxaikləşməsi, istifadə olunma imkanlarindan asılı olaraq səbəb­ləri də müxtəlifdir. Bəzi hallarda əşya və hadisələrin bir qisminin aradan çıxması ilə əlaqədar olaraq onlarin adı da yox olur, işlədilmir. Başqa bir halda isə gerçəkliyin əşya və hadisələri yox olmur, yalnız onların adı dəyişir. Sözün köhnəlməsi üçün onun konkret vaxtla əlaqəsinin kəsilməsı,daha doğrusu köhnəlməsı lazımdır. Sözün köhnəlməsi o deməkdir ki, onun adlandırdığı əşya artıq yoxdur və onun məfhumu da getdikcə şüurdan silinir. Qeyd etmək lazımdır ki, bu sözlərə ancaq köhnə sözlər kimi baxmaq olmaz. Çünki bəzən köhnəlmiş bir söz aktiv leksikaya keçir. Yaddan çıxmış, unudulmuş, fəaliyyətdən düşmüş sözləri xalq yenidən dilə gətirir və onu yeni mənada ışlədir. Köhnəlmiş sözlər müəyyən üslubı ımkanlara malik olduğundan müəyyən hallarda bədii və elmi əsərlərdə yeri gəldikcə onlardan istifadə edilir.

                Dildə baş verən dəyişikliklərə məntiqi və şifahi nitqə əsaslanan amillərdən daha çox ictimai amillər təsir edir. Heç bir söz öz-özünə tərkibindəki səslərə əsasən eşidənin zehnində xüsusi bir məna yarafmır. Əgər belə olmasaydı onda xarici dildə eşitdiyimiz hər bir kəlmənin mənasını başa düşərdik və başqa dilləri öyrənməyə ehtiyacımız olmazdı. Hər bir sözün öz mənasını sübut etməsi,  eyni dilə mənsub olan bir cəmiyyətin nümayəndələri arasında imzalanmış müqaviləyə bənzəyir. Bu dildə gərək çox dəyişiklik olmasın, yoxsa tanış adamlar bir-birlərini başa düşə bilməzlər və yadlaşarlar. Doğrudan da hər bir dildə özünün əsas mənasını saxlayan və tarix boyu heç bir dəyişikliyə məruz qalmayan sözlərin sayıdaha çoxdur hətta belə dil vahidlərinin siyahısını da hazırlamaq olar.

                Fars dilinin lüğət fondunda da belə sözlərin sayı kifayət qədərdir. Buna misal olaraq Əhəmənilər dövründən miras qalmış daş yazılarında təsadüf edilən sözləri göstərmək olar. Bunları müasir dövrümüzdə işlədilən sözlərlə müqayisə etdikdə elə dil vahidləri tapmaq olur ki, bu qədər uzun illər (yəni 2500 il) keçməsinə baxmayaraq sözlərin yazılışında dəyişiklik olsa da, məna cəhətdən heç dəyişməmişdir. Bu sözlərə nümunə olaraq aşağıdakıları göstərmək olar:

برادر ، بودن، پا،  تن ، تو ، خشت ، دار (درخت) ، دست ، دیدن ، دادن ، ستون ، سپاه ،  سرد ،شب ، کندن ، گاو ، گرم،  مادر ، مردن ، ماه ، مرد ، نام ، نوه ...   (7)

                Mənaları sabit qalan dil vahidlərinə sayların da adlarını misal gətirmək olar. Sayları ifadə edən sözlər qədim və müştərək dil olan Hind – Avropa dilləri yaranıb yayi­lan vaxtlardan, yəni 4-5 min il bundan əvvəldən bu günə qədər bu dilin müxtəlif şöbələrində (qollarında) müxtəlif tipli dəyişikliklər baş vermişdir. Lakin buna bax­mayaraq sayların əsas nominativ mənasinda heç bir dəyişiklik  olmamışdır. Məsələn, Sanskrit dilində = DACA, qədim yunan dilində = DEKA, latın dilində = DECEM, italyan dilində = DİECİ, ispan dilində =  DİES, fransız dilində = DİX, ingilis dilində = TEN, fars dilində = DƏH  (7)

                Bütün bu dillərdə “on” sayını ifadə edən dil vahidi əsl öz leksik mənasında olduğu kimi anlaşılır. Bununla belə hər bir dildə arxaikləşmiş və yeni yaranmış sözlərin sayı əsas nominativ mənasını qoruyub saxlayan sözlərdən daha çoxdur və bu işin özü də onu göstərir ki, hər bir dilin lüğət tərkibinin dəyişməsində ictimai amillərin təsiri çox böyükdür. Fars dilinin lüğət fondunda baş verən dəyişikliklər üç halda nəzərə çarpır: bəzi sözlərin arxaikləşməsi (həm də tarixiləşməsi), yeni sözlərin yarnması, bəzi sözlərin mənalarının dəyişməsi yolu ilə.

Fars dilində vaxtilə mövcud olmuş yüzlərlə dil vahidləri var ki müasir dövrümüzdə heç bir İranlıonları öz adi həyatlarında işlətmirlər. Məsələn:

برگستوان    -  müharibə zamanı atların başına salınan örtük (5.s.233)

فتراک    -  yükü bağlamaq üçün yəhər qayışı (5.s.183)

خفتان   -  müharibə zamanı geyilən ipək arxalıq  (5.s.240)

موزه   -  uzunboğaz ayaqqabı növü  (3.s.165)

مقنعه   -  çadra, baş örtüyü  (3.s.172)

قربوس   -  yəhərin qaşı  (3.s.120)

Lakin məlumdur ki, Hicri tarixilə V əsrdə bu dil vahidləri hər bir İranlı üçün işlək sözlər olmuş və hər bir şəxs onları gündə dəfələrlə dillərinə gətirmişlər. Bunun səbəbi ondadır ki, bu dil vahidləri o dövrdə insanların həyat tərzində işlədilən əşyaların adlarını bildirən sözlərdir. Bu gün heç kim “xeftan” geyinmədiyindən və “toppuz”la müharibəyə getmirlər ki onu da atın yəhərinin qayışından assınlar. Beləliklə, bu əşyaların adlarını öyrənməyə və dildə işlətməyə də ehtiyac yoxdur. Bu kimi sözlər yalnız Hicri tarixi ilə V-VI əsrlərə aid olan tarixi mənbələrlə məşğul olanda və o dövrdə yazılmış əsərləri və yazıları oxuyan zaman bizə lazım olur. Təxminən bir əsr bundan əvvələ qədər işlək olan aşağıdakı sözlərə müraciət edək:

صُدره   -  qolsuz geyim növü

سرداری   -  uzun ətəkli kişi pencəyi

ارخالیق   -  arxalıq

کُلیجه   -  ipəkdən və ya barxatdan tikilmiş gödəkçə

جبًه   -  enli üst geyimi  (7)

                Bu paltarları o dövrün adamları geyinərdilər və bu adlara da onların ehtiyacları var idi. Lakin bu günkü gənclərin çoxusu ola bilsin ki bu sözləri eşitmiş olsunlar, la­kin nə onları geyinməyin səbəbini (mənasını), nə parçasının növündən nə də tiki­lişindən xəbərdar deyillər. Belə sözlər də tarixi sözlərdir. Yəni o sözlər ki yalnız tarixin müəyyən bir dövründə işlədilmiş və hazırda yalnız o dövrün əsərlərini mütaliə edərkən bu dil vahidlərinə rast gəlirik. Belə leksik vahidləri çox zaman ölü sözlər hesab etmək olar. Cünki, çox hallarda o sözlərin mənaları aydın – aşkar deyil və yalnız qədim mənbələrdə və sənədlərdə, xüsusən də dövrün izahlı lüğətlərində onların tam və müxtəlif mənalarını tapmaq mümkündür. Məsələn, biz eşitmişik ki, “Təbən­kuy”(تبنکوی) bir qabın adıdır. Amma bizim onun xarıcı görünüşündən, ölçüsündən, hansı maddədən hazırlandığından, nə məqsədlə istifadə olunduğundan xəbərimiz yoxdur. Çünki əşyanın adı onun təsvirini vermir. Bizim zehnimizdə yalnız həmin əşyanın surəti canlanır və əgər əşyanın xarici görünüşü bizim zehnimizdə olmasa, yalnız adını qeyd etməklə onu yarada bilmərik. Beləliklə mənbələrə istinad edərkən məlum olur ki, “Təbənkuy”  -  içərisinə üzüm yığmaq üçün toxunmuş səbəddir, ona çörək də qoyurlar, bəzən “sandıq” da adlandırırlar.

                Dövlət və inzibati təşkilatların adlarını bildirən bir qrup terminlər də siyasi və ictimai dəyişikliklər nəticəsində arxaikləşmişdir. “Cezye” ) (جزیهvə “Sərgəzit” (سرگزیت) kimi maliyyə terminləri işlədilmədiyindən onları ifadə edən sözlər də artıq arxaik sözlər hesab olunurlar. Hər iki sözün mənası “müsəlman ölkələrində başqa dinə mənsub olan qeyri müsəlmanlardan alınan vergi”dir.

                 Monqol-tatar hakimiyyəti dövründə fars dilində o dövrün idarə və dövlət quruculuğu ilə əlaqədar olan monqol və türk sözləri meydana gəldi:

یاسا    -  qanun, qərar, əmr, sərəncam və qanuni cəzalar mənasındadır.

تمغا   -  bir növmaliyyə termini olmaqla bərabər Monqol xalqlarına məxsus olan mükafat və möhürə deyilir.

تزوک   -  qanun, sərəncam, qərar mənasındadır.

                Qeyd etmək lazımdır ki, Azərbaycan alimi və leksikoqrafı mərhum H.Zərinə­zadə də fars dilində “tuzuk”, “tozuk” şəklində tələffüz olunan bu sözün Səfəvilər döv­rün­dən əvvəl və sonra da “qayda - qanun, tərz, üslub, sıralanma, düzülmə” mənasında işləndiyini qeyd edir ( 2. s.237-238)

                İran tarixində ilk dəfə Səfəvilər dövründə yaradılmış olan mərkəzləşmiş dövlətin izləri özünü fars dilində işlənən “tuman” ( تومان)- tümən, “yuzbaşi”   (یوزباشی ) –yüzbaşı, “minbaşi”  ( مینباشی) – minbaşı, “beyglərbeygi”  (بگلربیگی ) –bəylərbəyi, “boluk”  ( بلوک) – bölük  və s. sözlərdə göstərir ( 2. s.15)

                “Tümən” sözü müasir fars dilində də pul vahidi olmaqla işlədilməkdədir. Çox qədim zamanlarda isə saysız-hesabsız, qeyri-müəyyən miqdar, minlərlə, sonralar “on min” və daha sonra “bir milyon” dinara bərabər pul vahidi kimi işlənmişdir.

                “Yüzbaşı” – yüz nəfər hərbçi və ya adi bir adamın başçısı mənasında işlənmiş və bu sözdən düzəlmiş olan “yüzbaşigəri” – yüzbaşılıq, yüzbaşı vəzifəsi ; “yuzbaşi-ye hərəm” – saray qulluqçularının yüzbaşısı sözləri də işlənirmiş.

                “Minbaşı” – min atlının və ya min əsgərin komandiri mənasında işlənmişdir.

                “Beglərbeygi” – şah tərəfindən bir neçə vilayətin hökmdarlarına və ya bir neçə elin başçılarına başçılıq üçün təyin edilmiş adam mənasında işlənirmiş.

                “Boluk” – bölük, ordunun bir hissəsi, vilayətin bir hissəsi mənasında və “bolukbaşi”  ( بلوکباشی) - (bölük başçısı, ordu bölüyünün komandiri ) da ondan düzələn söz kimi işlənmişdir.

                Bu sözlərə də yalnız Monqolların hakimiyyəti dövrünə aid olan əsərləri oxuduqda və o dövrün yazılı ədəbi əsərlərində rast gələ bilərik.   Bu gün müasir fars dilində isə heç işlədilmir.

                Məlum olduğu kimi hər bir tarixi dövrün özünə məxsus çəki və pul vahidləri olmuşdur: “dirhəm” (  درهم) -  ölçü vahidi, “ dinar” ( دینار)  - pul vahidi, “pəşiz” (پشیز )  -  xırda dəmir pul sikkələri  və s. Səfəvilərin hakimiyyətinin ilk dövrlərində tətbiq edilmiş pul, ölçü və çəki vahidləri işlənmişdir:

دینار تبریزی    -  pul vahidi

 من تبریزی   -  ölçü vahidi, Təbriz batmanı 640 misqal çəkisindədir

تومان تبریزی   -  Təbriz tüməni 10 000 dinara bərabər imiş.

Qeyd etmək lazımdar ki, İranda beynəlmiləl çəki ölçüləri ( qram, kilo, litr sistemi) qəbul və tətbiq edildikdən sonra bu çəki və ölçü istilahları da arxaikləşmişdir.

                Zərdüştilik ayini ilə bağlı “bərsəm” ( برسم), - (dindarların sitayiş zamanı işlət­dikləri nazik çubuq), “məyzəd”  ( میزد) – (dindarların məclis məkanı və mehmanxana)  kimi dini terminlər də vardır ki bu gün arxaik sözlər hesab olunurlar.

Həmçinin ölkənin özündə və başqa ölkələrdən daxil olmuş istehsal mallarının, xüsusilə İranda hamıya tanış olan parça növlərinin adları da arxaikləşmiş sözlər hesab oluna bilər, məsələn:

اسپرک (اسبرق) – sarıkökün yarpağindan paltar rəngləmək üçün istifadə olunan maddədir

بُرد    -  kobud toxunuşlu Yəmən parçası, zolaqlı parça növüdür

دیبا    - bahalı, rəngli ipək parça

  پرنیان  -nazik , naxışlı Çin ipəyi

                 Klassik farsdilli şairlərin əsərlərində artiq istifadədən çıxmış külli miqdarda musiqi terminlərinə rast  gəlirik. Bu da İran xalqının ictimai həyatında onların musi­qiyə və sənətə olan bağlılığının təzahürüdür. Çox az farsdilli şair tapmaq olar ki, on­ların divaninda musiqi istilahları olmasın. Doğrudan da fars dili və ədəbiyyatının inkişafında musiqinin şeirlə bağlılığı çox təsirli amillərdən olmuşdur. Məsələn, oxucu “ərğənun” sözünə rast gələndə onun mənasını bilmək üçün lüğətlərə müraciət etməli­dir. Çünki bu qədim saz növüdür ki, bu gün işlədilən “orq”lar onun əsasında yaran­mışdır və bir neçə nəfəsli neydən ibarət olmuşdur. Bu dil vahidini Hicri tarixilə V əsrdə Mənuçehri öz şeirində işlətmişdir.Bu gün isə biz bu sözün keçmişindən xə­bərsizik. Görəsən V əsrdə yaşayan Mənuçehrinin və başqa frsdillilərin dövründə də işlədilən bu çalğı alətinin adı köhnə, arxaik idi, yoxsa təzə yaranmışdı? Çünki sonrakı əsrlərdə də bu sözə rast gəlirik. Mouləvi də öz şeirində sözün irfani mənasını canlan­dırmaq məqsədilə çox qədim tarixə malik olan “ərğənun” çalğı alətinin adını çəkmişdir (8 ).

                Klassik şairlərin əsərlərində  چنگ، درای، جرس، جلاجل ، صور، کوس ، مزمار(مزمر) kimi artiq arxaikləşmiş çalği alətlərinin adlarına rast gəlmək olar  (8).

                Qeyd etdiyimiz kimi müəyyən ictimai faktorların təsiri ilə dilin lüğət tərkibini tərk etmiş sözlər tarixi əsərlərdə, romanlarda, şeirlərdə və həmçinin klassik izahlı lüğətlərdə qorunub saxlanılır. əslində izahlı lüğətlər dil vahidləri haqda daha dəqiq məlumat verən bir mənbədir. Çünki bu mənbələr bütün zamanlarda insanlara tanış olmayan məfhumları aydınlaşdırmağa kömək edən bir vəsait olmuşdur. Ilk farsdilli lüğətlərin müəllifləri də öz əsərlərini bu məqsədlə yazdıqlarını qeyd etmişlər. Məlum olduğu kimi bu əsərlər dilçilik nöqteyi-nəzərindən çox dəyərli mənbə olmaqla bərabər, həm də zəngin lüğət fonduna, ədəbi, bədii, tarixi mənbələrə malikdir.

                Farsdilli izahlı lüğətlərdə təsadüf edilən arxaik sözlər həyatın müxtəlif sahələrinə aiddir:

                Sənət, peşə, məşğuliyyətlə əlaqədar olan köhnəlmiş sözlər

اسکدار         -  Çapar və qasidə deyirlər, yolun müəyyən bir hissəsinə məktub, xəbər, mə­lu­mat, elan və s. çatdırmaq üçün hər bir qasidin hansı məsafəni qət etməsi təyin olu­nur və xəbər yaxud məktub tez çatsın deyə bunların biri o birisinə ötürür. Hər mənzil başında (dayanacaqda) hər ehtimala qarşı at və ya yol ləvazimatları saxlanılır (5.s.98-99)

                خوالیگر   -  aşbaza deyirlər  (5.s.104)

                داه  -   kəniz və xidmətçiyə deyirlər  (3.s.104; 5.s.276)

                زوار  -  zindana salınan məhbuslara deyirlər  (3.s.48; 5.s.106)

                کدیور  -  əkinçi, ev sahibi və kəndxudadır  (5.s.112)

                کمانه  -  kəhriz və quyu qzana deyirlər  (3.s.150)

                کنارنگ  -  müəyyən bir yerin sahibinə deyirlər və pəhləvi dilində Sasanilər dövründə sərhəd məntəqəsinin rəhbərinə deyərdilər  (3.s.106; 5.s.200)

                کوتوال  -  qalaya nəzarət edən adama deyirlər (5.s.210)

                کهبد  -  kəndlilərdən padşaha çatacaq qızıl, gümüş yığıb xəzinəyə aparan adama deyərlər  (3.s.44; 5.s.92)

Keçmiş həyat tərzinin dəyişməsi ilə əlaqədar olaraq məişətdə və təsərrüfatda işlədilən bəzi əmək alətlərinin adları

                آکج  -  sudaşıyanların buzlaqdan buzu çıxartmaq üçün istifadə etdikləri dəmir qarmaqdır, taxtanın ucuna bərkidilən qarmağa da deyirlər  (5.s.150)

                بندروغ  -  suyun rahat axması və lazımi yerə tez çatması üçün çayın ortasına qoyulan üçayaqlı bəndə deyirlər  (3.s.80; 5.s.161)

                چنبه  -  qadınların paltar yumaq üçün işlətdikləri taxta parçasıdır, həm də qapını möhkəm saxlamaq üçün işlədilən cəftədir  (3.s.159)

                درای  -  dəvələrin boynuna salınan zınqrova deyirlər  (5.s.310)

                دروانه  -  pambıq darayanların işlətdikləri alətdir  (3.s.162; 5.s.277)

                (سپار) سبار  -  üzümün suyunu sıxmaq üçün istifadə olunan alətdir, əkinçilərin torpağı şumlamaq üçün işlətdikləri alətə də deyirlər  (5.s.107-108)

                کنند   -  ikitərəfli baltadır və əkinçilərin işlətdikləri əyri uclu alətdir  (3.s.39)

                گراز  -   ucuna bir ip bağlanmış berldir və bu alətlə torpağı hamarlayırlar  (5.s.131)

                میتین  -  torpağı və dağı qazmaq üçün işlədilən külüngə deyirlər  (5.s.283)

Keçmişdə bişirilən, sonralar köhnəlmiş bəzi xörəklərin və yeməklərin adları

                آردهاله  -  undan hazırlanmış bir halvanın adıdır  (4.s.22)

                بتکوب  -  qozdan, süddən və qatıqdan hazırlanmış yeməyin adıdır (4.s.24-25; 5.s.35)

                پالوده  -  baldan, badamdan və kraxmaldan hazırlanmış halvaya deyirlər (4.s.58)

                بهنانه  -  çox da böyük olmayan qat-qat ağ çörəyə deyirlər (3.s.150)

                تفشیله  -  ət, soğan, qoz ləpəsi, yumurta və baldan hazırlanmış yeməyin adıdır (3.s.126; 5.s.270)

                زِواه  -  məhbuslar üçün hazırlanan yeməyə deyirlər (3.s.174; 5.s.279)

                سکبا  -  buğda, bulğur, sirkə və ətdən hazırlanan şorbaya deyirlər (4.s.135)

                غرماسنگ   -  yağda qızardılmış nazik çörəyə deyirlər (3.s.106; 5.s.199)

                کشکینه  -  darı, buğda və lobya unundan hazırlanmış çörəyə deyilir (4.s.208)

                کلوج  -  hələ bişməmiş təndirə düşüb xarab olan çörəyə deyilir (4.s.192)

                گولانج  -  şirin halvadır və ona “labərla” da deyirlər (4.s.192)

                Qeyd etmək lazımdır ki. arxaizmlər dilçilik elminin çox maraqlı, geniş və təh­qiqə ehtiyacı olan sahələrindən biridir. Odur ki, yuxarıdakı qeydlər yalnız məlu­mat xa­rakterlidir və fars dilində arxaizmlərin müvafiq bölmə və şöbələri  gələcək məqalə­lərdə araşdırılması nəzərdə tutulur.

 

Ədəbiyyat

1.Həsənov H., Müasir Azərbaycan dilinin leksikası, Bakı 1988

2. Zərinəzadə H., Fars dilində Azərbaycan sözləri, Bakı 1962

3. اسدی طوسی ، لغت فرس باهتمام عباس  اقبال ، تهران  1319

تقی الدین اوحدی بلیانی ، سرمه سلیمانی  به تصحیح و حواشی محمود مدبری تهران 1364    4.

دکتر عبدالعای طاعتی ، صحاح الرس محمد بن هندوشاه نخجوانی ، تهران  1341                    5.

غلام حسین صدری افشار، نسرین حکمی و نسترن حکمی فرهنگ فارسی امروز، تهران 1377   6.

7. http://aryaadib.blogfa.com/post - 34 aspx.

 8. www.SID.ir

 

Rəyçi: dos. N.Əfəndiyev

               

               

               

               

                                                                                    

 

Lalə Əliquliyeva

FELİ SİFƏTLƏRİN TƏDQİQAT TARİXİNƏ DAİR BƏZİ MÜLAHİZƏLƏR

Feli sifət həm fel, həm də sifətin xüsusiyyətlərini birləşdirərək əşyanın hərəkətlə bağlı əlamətini bildirir. Feli sifətlərin belə ikili xüsusiyyətə malik olması onun həm adlandırılmasında, həm də qrammatik statusunun müəyyənləşdirilməsində müəyyən çətinliklər doğurmuşdur.

Dilçilik ədəbiyyatında feli sifətlərə müxtəlif zamanlarda müxtəlif cür yanaşmışlar; fellərdən ayırmamışlar, ayıraraq müstəqil vahid kimi  başqa adla adlandırmışlar, müstəqil nitq hissəsi kimi ayırmışlar, lakin bununla belə onu ya felin, ya da adların bir növü kimi hesab etmişlər, yalnız felin müxtəlif növlərindən hesab etmişlər, ad qruplu nitq hissələri sistemində xüsusi bir tipi kimi qəbul etmişlər, hibrid, qarışıq növ nitq hissəsi və s. adlandırmışlar.

Feli sifətlərin tədqiqi zamanı  onun nitq hissəsi baxımından qrammatik statusunun müəyyənləşməsində hər zaman müəyyən suallar meydana çıxır. Feli sifətər məhz hansı nitq hissəsinə aid edilməlidir.  Feli sifətlərin hansı nitq hissəsinə aidliyini müzakirə edərkən ümumilikdə sözlərin təsnifatı tarixinə nəzər salmaq lazımdır.  Nitq hissələrinin ən abctrakt təsnifatı Aristotelə aiddir. O nitq hissələrini üç hissəyə - adlar, fel və hissələrə bölmüşdür.  Ctoiklər isə daha müfəssəl təsnifat yaradaraq “feli sifət” ( metoxe) (b. e. ə III əsr)  terminini də ilk dəfə qrammatikaya daxil etmişlər. Nitq hissələrinin ən son antik sistemi İskəndəriyyə məktəbinin alimləri tərəfindən müəyyənləşdirilmişdir. Eyni məktəbin daxilində olan Dionisiy Frakiyskinin qrammatikasında feli sifətlər nitq hissəsi statusu alır. İskəndəriyyəlilər sözləri səkkiz nitq hissəsinə ayırmışlar: isim, fel, feli sifət, zərflik, əvəzlik, söz önü, bağlayıcı, artikl ( üzv). İskəndəriyyə məktəbinin qrammatikləri belə hesab edirdilər ki, hər bir nitq hissəsi öz leksik-qrammatik kateqoriyasına yəni, əlamətlərinə görə  seçilirlər. [ 8, s. 103 ]

Bu sistemi qəbul edən romalılar oraya nidaları da əlavə edirlər. Antik qrammatiklər nitq hissələrini əsasən morfoloji kriteriyalar əsasında ayırırdılar. Roma qrammatiki Varron nitq hissələrinin müəyyənləşdirilməsi üçün konkret əlamətlər sxemi təqdim edir. Onun təklif etdiyi sxemə əsasən  isimlər  hallara görə dəyişirlər, fellər zamana görə dəyişirlər, feli sifətlər həm hala, həm də zamana görə dəyişirlər, zərflər isə ümumiyyətlə dəyişmirlər. [ 8, s. 105 ]

Antik qrammatik tədqiqatlar sonraki avropa təsnifatının da əsasını təşkil etmişdir.  XVI – XVII əsrlərə qədər bu vəziyyət dəyişilməz olaraq qalırdı. Daha sönralar isə müəyyən dəyişikliklərə və əlavələrə məruz qaldı. Müstəqil nitq hissəsi kimi sifətlər , daha sonra isə saylar və  köməkçi hissələr əlavə edildi. Feli sifətlər isə əksinə müstəqil nitq hissələri sırasından çıxarıldı. Nitq hissələrinin kateqoriyaları istər flektiv, istər sə də aqqlutinativ dillərin qrammatik sisteminin əsas əlamərt daşıyıcısıdır. Nitq hissələri dilin ən geniş söz sinifləridir ki, onlar da ən-ənəvi olaraq üç əlamət əsasında  seçilirlər.1) ümumi qrammatik məna əasasında, 2)  ümumi morfoloji əlamətlər və paradiqmanın ümumiləşməsi əsasında, 3) Ümumi sintaktik funksiyalar əsasında.  İlk iki əlamət kateqorial məzmun və qrammatik məlumata sahib olduğundan əsas  hesab edlirlər.

Demək, antik dövrün qrammatikləri feli sifətləri müstəqil kataqoriya hesab edirdilər. Nitq hissələrinin yaranması, o cümlədən fel, isim və feli sifətlərə münasibətdə əsas orijinal konsepsiya A.A. Potebniya tərəfindən irəli sürülmüşdür. O, hesab edirdi ki, söz ilkin vəziyyətdə bütün formal əlamətlərdən məhrum idi və hələ nə isim, sifət, nə də fel kimi mövcud deyildi.  Onun fikrincə hissi obrazların şərhi tərkibində ad və fel xüsusiyyətlərinin qarışıq şəkildə olan sözlərin yaranması ilə başlanır. Potebnya bu tip sözləri “ ilkinyaranmış feli sifətlər” adlandırır və onları əsasən feldən çox adlara yaxınlaşdırır. [7,  s. 401]

                Bəzi nitq hissələrinin əlaqələri və müxtəlif nitq hissələrinin xüsusiyyətlərinin bir sözdə birləşməsi fikri rus qrammatiki Peşkovcki tərəfindən də irəli sürülmüşdür: “ ...Sözyaranışı ayrı-ayrı iri və mühüm rubrikaların yaranmasına gətirib çıxarır ki, bunları da qarışıq nitq hissələri adlandırmaq olar.” [ 16, s. 104]  Belə hallar bir nitq hissəsinə xas kateqoriyanın müəyyən bir səviyyədə digər nitq hissəsinin xüsusiyyətinə çevrilərkən baş verir. Peşkovski  sifətlərin tərkibində feldən yaranmış sifətlər kateqoriyası, onun da tərkibində feli sifətlər kateqoriyası yaradır. Feli sifətlərin tərkibində felə xas kateqoriyaları araşdıraraq Peşkovskiy belə bir nəticəyə gəlir ki, bu kateqoriyalarda felin növ və zaman xüsusiyyətləri özünü göstərir ki, “ onlarda elə bir dərəcədə fellilik yaradır ki, onlar artıq sifətlərin və zərflərin əsas mənalarının mürəkkəbləşmiş anaları kimi deyil , tam hüquqlu əsas mənalarından biri kimi üzə çıxır və hərfi mənada qarışıq nitq hissəsinə çevrilir.” [16, s. 128]  Lakin buna baxmayaraq Peşkovcki feli sifətləri felə daha yaxın hesab edir.

Qarışıq nitq hissələrinin qrammatik statusunun müəyyənləşdirilməsi işində əvəzsiz rolu olan Vinaqradov qeyd edir ki, “ sözlərin siniflərə bölünməsi konstruktiv şəkildə aparılmalıdır.  O söz strukturunda heç bir tərəfdən təcrid olunmamalıdır. Morfoloji element və kateqoriyaların tarixi  sintaktik sərhədlərin qarışması, sintaktik cınslərin morfoloji cinslərə keçməsi tarixidir. Morfoloji kateqoriyalarda müntəzəm olaraq əlaqələrin, impulsların və təkanların dəyişməsi baş verir və bu da onların sintaktik mövqelərindən irəli gəlir. Sintaksis – qrammatikanın təşkilolunmuş mərkəzidir. Qrammatika canlı dilin immanentidir. O hər zaman konstruktivdir, mexaniki bölüşdürmə və parçalanmanı qəbul etmir. Belə ki, sözlərin qrammatik forma və mənaları onların leksik mənaları ilə sıx şəkildə qarşılıqlı təsirə malikdir.”  [ 10,  s. 31] Vinaqradov feli sifətləri sifətlərin ibrid forması hesab edərək onları sifətlər bölümündə yerləşdirir. O feli sifətləri birbaşa olaraq fellərdən gələn və sifətlər sisteminə daxil olan “ forma axını” hesab edir. Feli sifətlərdə semantik tərəfdən əlamətlə iş-hərəkət mənası, qrammatik tərəfdən isə növ və zamanla hallanma sistemi toqquşur. [10, s. 211] .

Feli sifətlər tədricən feldən uzaqlaşır və nəticədə eyni feldən müstəqil mənalı yeni bir söz yaranır. Əlbəttə leksik məna baxımından fellə əlaqəsi labüddür. Lakin yeni yaranmış sözün funksianal müstəqilliyi də müxtəlif dil sistemlərində özünəməxsus xüsusiyyətlər kəsb edir. Məsələn, ərəb dilində ( alimə ) - bilmək felindən  alimun – bilən feli sifəti – ismi faili yaranır. Əslində bu söz aid oldugu ismin icra baxımından  əlamətini bildirir. İşlənmə dairəsinə görə isə o artıq təkcə əlamət deyil, özündə  həm əlamət, həm də icra bildirən ad kimi fəaliyyət göstərir.

                Feli sifətlərə verilən təriflər içərisində rus alimlərindən biri olan  Axmanova O.S. feli sifətləri belə izah edir: Feli sifətlər əşyanın müəyyən zaman çərçivəsində yaranan hərəkətlə bağlı əlamətini bildirən sifətlərə bənzəyərək qrammatik cəhətdən dəyişə bilən feli addır ( felin adlıq forması). [ 9,  s. 363] Kozinseva N.A. linqivistik ensklopediya lüğətində feli sifətləri əşyanın əlamətini bildirən və atributiv şəkildə işlənən nefinitif fel formaları adlandırır. [15, s. 399] Yetmişinci illərin qrammatikləri qeyd edirlər ki, feli sifətlər felin başlanğıc formasında verilmiş hərəkətin atributiv vəziyyətini bildirən fel formasıdır. Fel forması olmaqla onlar həmçinin sifətlərin morfoloji sisteminə də daxil olurlar. [15, s. 418]. Səksəninci illərin qrammatikləri isə feli sifətləri həm morfoloji mənası , həm də yaranmasına görə fellərin təsriflənən forması ilə qarşı-qarşıya duran atributiv fel forması hesab edirlər[15, s. 365].

                Feli sifətlər həm fel, həmdə sifətin xüsusiyyətlərini özündə birləşdirdiyi üçün bəzən ona feldən yaranmış sifətlər də deyirlər. Onlar sifətin suallarına cavab verir, təyin rolunda olur və bir sözlə sifətlərə xas qrammatik funksiyaları həyata keçirir. “Feli sifətlərin stasusunun müəyyənləşdirilməsində meydana gələn fikir ayrılığı onun bir” linqivistik fenamen” olmasından irəli gəlir. O fel və addan sonra gəlir, onların arasındaki “nigahdan” törəyir. Valideynlərinin əsas xüsusiyyətlərini mənimsəyərək öz-özlüyündə formalaşır və digər nitq hissələri sırasında öz layiqli yerini tutur.” [ 14, s. 25 ].

 Feli sifətlər Azərbaycan dilində  müəyyən dövrlərdə  müxtəlif teminlərlə ifadə edilmişdir. Məsələn, ərəb dilindən gəlmə termin olan “ ismi-fail ” ( işi icra edənin adı) və “ ismi-məful ” ( üzərində iş icra olunanın adı), “ feldən yapma sifətlər “, “ feli sifət “ adı ilə adlandırılmışdır. Lakin son zamanlarda bu məsələ ilə bağlı türkalogiyada müəyyən fikir birliyi yaranmışdır və türkoloqlar  artıq bir qayda olaraq feli sifətləri fel kateqoriyasına aid edirlər. Bu doğru bir seçimdir. Çünki, feli sifətlər əlamət bildirmə xüsusiyyətinə malik olsalar da onlar əşyanın məhz hərəki baxımdan əlamətini bildirir və ilk növbədə hərəkətə işarə edirlər. Onun bu xüsusiyyətinə üstünlük verilməsi cümlədə bəzən feli xəbəri əvəz etməsi ilə də müşayət olunur.

Aklyutinativ dillərdən hesab olunan Azərbaycan dili şəkilçi sistemli dil olduğundan feli sifətlər fel köklərinin sonuna müvafiq şəkilçilərin əlavə edilməsi ilə düzəlir.  Azərbaycan dilində olan feli sifətlər haqqında ilk olaraq ətraflı məlumat verən və onları fel kateqoriyasına aid edən məşhur türkoloq professor Mirzə Kazım bəy fel köklərinə artırılan feli sifət şəkilçilərinin morfoloji və sintaktik özəlliklərini xarakterizə  etmişdir. O özünün qrammatikadan bəhs edən  əsərlərində  Azərbaycan, tatar, cıqatay, uyğur, otoman və digər türk dillərinin morfoloji və sintaktik baxımdan müqayisəli linqvistik təhlilini vermişdir. [ 12, 13 ].   Azərbaycan dilinin tədqiqində özünəməxsus yeri olan məşhur dilçi alim Xələfi Mirzə Məhəmməd Əfşar  özünün“ Fənni- sərfi nəhfi-türki”adlı  əsərində feli sifəti ərəb dili qrammatikasının terminlərinə uyğun olaraq “ ismi fail” ( işi icra edənin adı), “ ismi məful” ( üzərində iş icra olunanın adı), “sifəti müşəbbeh” ( ismi failə bənzəyən feldən düzələn sifətlər) adı altında qruplaşdırmışdır. Burada feldən düzələn sifətlər ayrıca başlıq altında verilsə də sifət bəhsində deyil feli sifətlərlə bir arada veilməsi əslidə Azərbaycan dilinin qrammatikasına  uyğun deyil.”Fe’li-fər’iə. فعل فرعى– ikinci dərəcəli feil, zaman göstərməyib, ancaq şəxs bildirən feil; feili-sifət: gedən, gedici və s.: “Fər’i o siğədür ki, zaman göstərməyüb ancaq fe’liŋ bir zata müqarin olmaqına dəlalət edə. Bu da ismi-fa’il və ismi-məf’ul və sifəti-müşəbbəhə siğələridür”.” [ 1, s.114]  Lakin əsərdə bölgünün ümumən  ərəb dili qrammatikasına uygun şəkildə verildiyini nəzərə alsaq bu təbii haldır. İsmi-fa’ilاسم فاعل– feildən düzələn və subyekt bildirən isim və ya subyekti təyin edən sifət; feili-sifət: “ o siğədür ki, fe’liŋ bir zatla qaim olmaqını göstərə. Məsələn: gələn, alan, oxuyan, yazıcı kimi”. İsmi-fa’ili-’ərəbi ə. اسم فاعل عربي– ərəb dilinə məxsus (subyekt bildirən) feili-sifət: “’Ərəb diliniŋ qanununa görə, ismi-fa’il siğəsi məsdəri üç hərfli fe’ldən həmişə (fa’il) vəznində gəlür, məsələn: ’alim, ’adil, qadir, sadiq, raziq, xaliq kimi”. ... İsmi-məf’ul ə. اسم مفعول – feildən düzələn və obyekt

bildirən isim və ya obyekti təyin edən sifət; feili sifət: “... o siğədür ki, fe’liŋ bir zat üzərinə vaqe’ olmaqını göstərə ... (kəsilən, kəsilmiş, urılan, urılmış) kimi”. İsmi-məf’uli-’ərəbi ə. اسم مفعول عربي – ərəb dilində obyekt bildirən feili sifət; “’Ərəb lisanında məsdəri hərfli fe’ldən ismi-məf’ul siğəsi həmişə (məf’ul) vəznində gəlür: məqtul, məzlum, məhrum, mərhum, məxdum, mə’lum, məşhur kimi”.” [ 1, s..121] Göründüyü kimi müəllif əsərdə də hər iki dildəki feli sifətləri müqayisəli şəkildə vermişdir.

           Ümumiyyətlə həmin dövrləri əhatə edən əsərlərin bir çoxunda eyni terminlərdən istifadə olunub. Ərəb dilinin qrammatik teminləri Azərbaycan dilinə şamil olunsa da eyni temin altında müxtəlif dil quruluşlarına məxsus  və özəl xüsusiyyətləri ilə fərqlənən qrammatik anlayışlar durur. Ərəb dilində ismi fail və ismi məfullar söz yaradıcılığında iştirak edir və adından göründüyü  kimi ad bildirmə xüsusiyyətinə malikdir. Məsələn, Azərbaycan dilinə də isim kimi keçmiş alim sözü əslində “ alimə” bilmək felinin ismi failidir. Yəni hərfi tərcüməsi ” bilən” deməkdir.  Lakin ərəb dilində də artıq işi icra edənin   icra baxımından əlamətini deyil, adını bildirdiyi üçün o artıq adlar bölümünə daxil olur və bununla da yeni bir anlayış, yeni bir söz yaranmış olur. Ümumiyyətlə IX cu əsrdən başlayaraq sovet dövrünədək Azərbaycan dilindən bəhs edən istər elmi istər sə də dərslik xarakterli əsərlərdə feli sifətlərə səthi yanaşılmış və onlara xas xüsusiyyətlər hərtərəfli araşdırılmamışdır. Artıq sovet hakimiyyətinə təsadüf edən dövrdə 1924 cü ildə təşkil olunmuş komissiyanın rəhbərliyi ilə çapdan çıxmış “ Türkcə sərfi-nəhv” kitabında feli sifətlərin izahında müəyyən teminaloji dəyişikliklər baş verir. Belə ki, artıq feli sifətlər ismi fail və ismi məful adı ilə deyil, “feldən yapma sifətlər” adı ilə sifət bəhsində verilmişdir. Eyniylə burada da feli sifətlər feldən düzələn sifətlərlə bir arada verilmişdir. [ 3, s. 27]

 N. Həsənov və M. Şərifovun yazdıqları 1933 – cü ildə çapdan çıxmış “ Qrammer”  kitabında da feli sifətlər feldən düzələn sifətlərlə qarışdırılmlşdır. Bundan əlavə burada feli sifətlərin morfoloji xüsusiyyətləri ilə sintaktik mövqeləri düzgün izah edilməmişdir. Məsələn, əsərdə şəkilçilərin xüsusiyyətləri izah olunarkən verilir: a) –an, -ağan, -qan, -ar, -maz, -ma ilə düzələn sözlər isimdən əvvəl gələrsə, sifət ( yazan adam, çalışqan qız, gəzəyən oğlan), cümlənin başqa üzvləri yerində işlənərsə isim olur. (O, gözəl yazı yazandır. Onun kimi çalışqan görməmişəm.);  b) –mış, -acaq, -ası ilə düzələn sözlər isimdən qabaq gələrsə sifət (çağırılmamış qonaq, gələcək zaman, yazılası kitab), cümlənin başqa üzvü olarsa isim ( Bu gün bişmişimiz yoxdur. Gələcəkdə görərsən.) və ya fel olur ( Əhməd bu gün qonaq çağırılmlşdır. Bunlar bu gün yazılasıdır.) ; və s. [2, s. 32-33]

Yuxarıda verilmiş nümunələrdən də bəlli olur ki, feli sifət və ya feldən düzələn sifətlər əslində sifət, isim və ya fel kimi deyil, yerinə görə hansı sualına cavab verərək  cümlə üzvü kimi təyin, yaxud da substantivləşərək mübtəda, xəbər və ya digər cümlə üzvləri rolunda çıxış edə bilir.

M. Hüseynzadənin 1973- cü ildə çapdan çıxmış “Müasir Azərbaycan dili – morfologiya” kitabında feli sifətlər fel bəhsində izah edilmişdir. Müəllif  feli sifətlərin feldən düzəldikləri üçün tamamilə türk mənşəli sözlər olduğunu söyləyir və qeyd edir ki, dilimizə ərəbcədən həmin dilin ismi-fail və ismi-məfullarına uyğun  olan bir sıra alınma sözlər keçmişdir. Ərəb dilinin özündə də bu tip sözlər isimləşmiş  və sifətləşmiş  şəkildə işləndiyi üçün bizim dilimizdə də təbii olaraq eyni funksiyaları daşımaqda davam edir. Müəllif eyni zamanda qeyd edir ki, Azərbaycan dilində feli sifətlər uzun müddət ismi-fail və ismi məfhum adı altında izah edilmişdir. Doğrudur, cümlədəki sintaktik mövqeyinə görə feli sifətlər həm substantivləşərək, həm də atributivləşərək müxtəlif cümlə üzvü yerində işlənə bilir. Lakin ayrıca söz kimi götürsək leksik mənası onun morfoloji mövqeyini feli sifətlə məhdudlaşdırır. Kitabda feldən düzələn sifətlərlə feli sifətlər arasındakı fərqlər izah olunaraq göstərilir ki,  birincilər sifət oldugu üçün felin heç bir xüsusiyyətini özündə saxlaya bilmir, ikincilər isə tərkib əmələ gətirir və idarə edir. Müəllif feli sifətlərin bütün xüsusiyyətlərini nəzərə alaraq onları beş qrupa bölür. “ Birinci qrupa ruscanın priçastie adlanan sözlərinin mənasını verən “ismi-fail” və “ismi-məful” məzmunlarına uyğun gələn və felin həm təstiq, həm də inkar şəkli ilə ifadə oluna bilən feli sifətləri daxil etmək mümkündür. 

                İkinci qrupa felin keçmiş və gələcək zamanları ilə əlaqədar feli sifətlər daxildir....

Üçüncü qrupa felin lazım və vacib şəkilləri ilə əlaqər olan və zaman etibarı ilə ən çox gələcək zaman təsəvvürü verən feli sifətlər, dördüncü qrupa həm məlum, həm də məchul fel köklərindən əmələ gələn, lakin felin inkar şəkli ilə işlənə bilməyən feli sifətlər, beşinci qrupa isə felin bir neçə məna növü üzrə fel köklərinə -dır2, -dik2, -acaq4 şəkilçilərini, onların da üzərinə bütün şəxslərin mənsubiyyət şəkilçilərini artırmaqla düzələn feli sifətlər daxildir. məs.: yazdığım yazı, oxudugunuz kitab, gedəcəyin yer və s...” [ 4, s. 235-244]

Müəllif birinci qrupa aid etdiyi feli sifətləri izah edərkən onların feli sifət bildirmələr isimlə birlikdə işlənərək təyin rolunda olmalarından irəli gəldiyini, ayrılıqda işlənərkən isə işin icrasını ifadə edə biləcəyini qeyd edir. Müəllifin belə bir fikrə gəlməsi feli sifətləri ismi-fail və ismi-məful məfhumuna uyğunlaşdırmasından irəli gəlir. Lakin bu məfhum Azərbaycan dili feli sifətlərinə deyil daha çox ərəb dili feli sifətlərinə uyğundur. Çünki, yazan, oxuyan , işləyən feli sifələrinin ayrılıqda işlənsələr belə leksik mənaları feli sifət xarakteri daşıyacaq. Həmin sözlərin ərəb dilində qarşılığı olan katib, qare, amil sözləri müstəqil işlənərkən ad bildirmə xüsusiyyətləri daha güclü olduğundan isimləşmiş durumda olurlar. İkinci qrup feli sifətlərdən bəhs edilərkən isə onların cümlədəki mövqeyi önə çəkilir. Çünki eyni sözlər cümlədəki vəziyyətinə görə həm feli sifət, həm feli isim, həm də feli bağlama və ya fel ola bilər.

Həsən Mirzəyev özünün “Aərbaycan dilində fellər” kitabında feli sifətləri təsriflənməyən fellər bölməsində izah etmişdir. Müəllif feli sifətlərin tədqiqat tarixini araşdıraraq müxtəlif müəlliflər tərəfindən yazılmış ayrı-ayrı qrammatika kitablarında feli sifətlərin morfoloji xüsusiyyətləri haqqında söylənilmiş mülahzələrin ümumi xülasəsini vermiş və tədqiqat zamanı müəyyən nöqsanları aşkara çıxarmışdır. Daha sonra müəllif feli sifətlərin həm fel ilə, həm də sifətlə müştərək və fərqli cəhətlərini göstərmişdir. Felə məxsus xüsusiyyətlərini araşdırarkən qeyd etmişdir ki, ”o feldə olan hərəkət məzmununu, zaman,  növ, təsirlilik-təsirsizlik, inkarlıq, tərz, şəxs kateqoriyalarını və felin bəzi şəklinə məxsus çalarlığı az və ya çox, bu və ya digər şəkildə saxlayır, özündən əvvəl gələn isimləri ( eləcə də isimləşmış sözləri ), əsasən, fel kimi idarə edir, özündən əvvəl zərf qəbul edir, bəzi feli bağlamalarla birlikdə fel kimi həm lüğəti, həm də sintaktik birləşmələr əmələ gətirə bilir və s.” [ 6, s. 257 ] Lakin feli sifəti feldən ayıran əsas xüsusiyyəti onun əlamət bildirməsidir. Odur ki, felə xas bu xüsusiyyərlər feldə  hökm yolu ilə bildirildiyi halda, feli sifətlərdə əlamət yolu ilə ifadə olunur. Bu əlamət bildirmə xüsusiyyəti də onu sifətlərə yaxınlaşdıran  bir vasitədir ki, bu vasitə ilə o təkcə leksik anlamda deyil, eyni zamanda morfoloji və sintaktik baxımdan da sifətlərlə müştərək şəkildə fəaliyyət göstərir. “ Belə ki, feli sifət də sifət kimi əlamətləndirdiyi sözdən əvvəl gəlir və cümlədə, əsasən, təyin vəzifəsində işlənir.”[6, s. 293]

Lakin yenə də onun fellik xüsusiyyətinə malik olması feli sifətləri sifətlərdən ayıran başlıca əlamət hesab olunur. Əsərdə feli sifətlərin substantivləşərək müxtəlif  cümlə üzvləri vəzifəsində çıxış edə bilmələrindən söhbət getmiş, onların hal, cəm, mənsubiyyət və xəbər şəkilçilərini qəbul edərək bir sıra səciyyəvi xüsusiyyətləri kəsb etməsi ayrı-ayrılıqda göstərilmişdir. [ 6, s. 302 ] Sonunda müəllif belə nəticəyə gəlmişdir ki, feli sifətlərin ikili xüsusiyyətə malik olması onun dəqiq şəkildə tədqiq olunmasını çətinləşdirən başlıca amildir.

          Dilçi alim Qəzənfər Kazımov “Müasir Azərbaycan dili , morfologiya” kitabında feli sifətləri felin şəxssiz formaları bölməsi tərkibində izah edir. O, hesab edir ki, feli sifətlərin “təsriflənməyən fel adlandırılması düzgün deyil. “ Dildə təsriflənməyən - şəxsə, kəmiyyətə görə dəyişməyən fel olmaz. Feli sifətlərin özünəməxsus lüğət fondu da yoxdur. Odur ki, bəzilərinin də etmək istədiyi kimi, feli sifəti ayrıca nitq hissəsi hesab etmək də məntiksizdir. Hər hansı bir fel feli sifət şəkilçisi qəbul edə bildiyi kimi, asanlıqla təsriflənə də bilir. Bu hal felin kökünə, əsasına aiddir. Feli sifət forması felin aldığı bir formadır. O formada ola-ola, söz təzədən ayrı formada ola bilməz. Zaman, şəkil, şəxs əlamətləri qəbul edərək dəyişmiş, təsriflənmiş felə həmin şəkilçiləri tərpətmədən feli sifət şəkilçisi artırmaq mümkün olmadığı kimi, feli sifət formasına da zaman, şəkil, şəxs şəkilçiləri artırmaq olmaq. Ona görə də  feli sifətlərə, feli bağlamalara  “ təsriflənməyən fellər” yox, felin şəxssiz forması demək daha düzgündür”. [ 5, s. 276] Müəllif feli sifət terminin də əslində məntiqi cəhətdən doğru olmadığını düşünür. Onun fikrincə, feli sifətlər felin atributlaşmış forması olduğu üçün onları “ sifəti fel” termini ilə adlandırmaq daha doğru olardı.

                Flektiv xüsusiyyəti baxımından Ərəb dili dil faktlarının sistemləşdirilməısində tədqiqtçıya çox çətin və qeyri adi material təqdim edir. Ərəb qrammatika elmi avropa şərqşünasları tərəfindən tam dərindən tədqiq olunmamışdır. Burada əsas xidmət  Qrandenin  adı  ilə bağlıdır. Ərəb dilinin tarixi müqayisəli qrammatikasını tədqiq etmiş Qrande feli sifətlər bəhsində  ərəb dilnin feli sifətlərinin ümumi xarakteristikası vermiş, onun felə, sifətə və ismə bənzər və eyni zamanda fərqli cəhətlərini nümunələr əsasında göstərmişdir. [ 11,  s. 185]

 Ərəb dilinin linqvistik şərhinin verilməsi təkcə sosial və siyasi baxımdan deyil, həmdə dinin nüfuzunun qalxması baxımından da vacib şərtlərdən biri oldu. Artıq 796 cı ildə qrammatik sistemin quruluşunda Aristotelden bəhrələnmiş Sibəveyhinin  Əl-kitab əsəri işıq üzü görür  və ərəb qrammatika elminin əsasını təşkil edir. Ərəb dilində sözlər samitlərdən təşkil olunmuş  köklərdən ibarətdir. Bu samitlərə müvafiq saitlər və affikslərin əlavə olunması ilə yeni qrammatik mənalar ifadə olunur.  Mustafa Əmin və Əli Carimin tərtib etdikləri  “Nəhvu-l-vadıh” ( Aydın qrammatika)  əsərində ənənvi olaraq ismi faili işi icra edənə, ismi məfulu isə üzərində iş icra olunana aid etmiş və fellərlə müqayisəli şəildə konkret nümunələrlə izah etməklə kifayətlənilmişdir.[ 17, s. 78 ]

Ərəb dilinin qrammatikasını tədqiq edən müasir dilçilərdən doktor Tarıq Şələbi “ Nəhvu-l-məfhum ( anlaşılan qrammatika) kitabında feli sifətləri məsdərlər və düzəltmə sözlər bölməsində yerləşdirmişdir. O, ismi faili feldən yaranan və işi icra edənə dəlalət edən söz, ismi məfulu isə feldən yaranan və üzərində iş icra olunana dəlalət edən söz  adlandırmışdır. Müəllif feli sifətlərin hər iki növünü müfafiq nümunələr və çalışmalarla şərh etmişdir.[18, s. 123]

Beləliklə feli sifətlər yüzillik tədqiqat tarixində ya sifətlərin tərkibində, ya fellərin tərkibində,  ya da ayrıca nitq hissəsi kimi araşdırılmışlar. Feli sifətlər öz təbiətinə görə binar formalaşmadır. Fel və adlarla münasibətində də hansıların öncəlik təşkil etdiyini də dəqiqləşdirmək mümükün deyil. Biz yalnız onun ikili xüsusiyyətə sahib olmasını dəqiq bilirik və hansı sa  müəyyən statusa malik olması da bu ikili xüsusiyyəti dəyişməyəcək.

Ədəbiyyat

  1. Əfşar M. M, Fənni – sərfü nəhvü – türki(qrammatik oçerk, mətnin transliterasiyası, lüğət və əlyazmanın fotosurəti) “Elm və təhsil” Bakı – 2015
  2. 2.                 Həsənov İ., Şərif A., Babazadə Ə.; red. Q.Bağırov. Qrammer II hissə.- Bakı: Azərnəşr, 1933
  3. 3.                 Hikmət İ., Şaiq A., Mirqasımzadə S. [və b.]. Türkcə nəhv-sərv /- B.: Azərnəşr, 1924.- 147, [4] s.
  4. Hüseynzadə M. H.  Müasir Azərbaycan dili, morfologiya Bakı- 1973
  5. Kazımov Q. Ş.  Müsir Azərbaycan dili .Morfologiya  Elm və Təhsil, Bakı – 2010
  6. Mirzəyev H.  Azərbaycan dilində fel. “Maarif” nəşriyyatı Bakı-1986.
  7. Алпатов В. М.История лингвистических учений, - М.  2001.
  8. Амирова, Ольховиков, Рождественский,  очерки по истории лингвистики  Москва 1975
  9. Ахманова О.С. Словарь лингвистических терминов, М., Советская энциклопедия, 1969
  10.  Винаградов В.В. Русский язык.( Грамматическое учение о слове). – М. Высшая школа, 1972,
  11.  Гранде Б.М. Курс арабской грамматики в сравнительно-историческом освещении  «  восточная литература»  Москва – 2001
  12. . Казым-бек М. А.  Грамматика турецко-татарского языка. Казань, 1839,
  13.  Казым-бек М. А «Общая грамматика тюркско-татарского языка» (1846))
  14. Каражаев Ю.Д. , Качмазова  Е.С.,  Двуприроднось причастий и проблема их морфологического статуса // История и философия културы. Актуальные проблемы; сб. Научных трудов. Под ред.  С.В. Архипова, - Владикавказ; Северо- осетинский госуниверситет, 2005. Вып. 8.
  15. Козинцева Н.А. Конструкции с глаголами речи, мысли, чувственного восприятия, эмоционального отношения и оценки. Семантика и синтаксис констукций с предикатными актантами.- Л.: Наука, 1979
  16. Пешковский А.М., Русский синтаксис в научном освещении. – М.   Учпедгиз, 1956
  17. مصطفى امين  و علي الجرم النحو الواضح في قواعد اللغة العربية  للمرحلة الابتدائية دار المعارف  ١١١٩ كورنيش النيل – القاهر  
  18. طارق شلبي النحو المفهوم. كلية الاداب – جامعة عين شمس . دار البراق للطبع و النشر و النوزير ٢٠٠٥   

                                                                  

                                                                           Summary

Discassions on history of study of particiles

There have been different approaches to participles in different periods. Participles have been studied in the structure of adjectives or verbs or as a separate part of speech Millenium period of its study.

Participles are binary formation. It is impossible to identify what comes first in respect of verbs and names. Obviously, they have double features and their certain status will not change this character.

    Key words: participles,  verbal features, double character, history of study, the Azerbaijani and Arabic languages.                                                                             Резюме

                                   Некоторые  взгляды об истории исследования причастий

В литературе по языкознанию в разное время по – разному относились к причастиям. В столетней истории исследований причастия оно изучалось или в составе прилагательных, или в составе глаголов, или как отдельная часть речи. Невозможно точно определить, что их связывает с глаголом и или же существительным и, обладая каким-то определенным статусом, они не сохраняют  свои двойственные особенности.

Ключевые слова: причастия, глагольные признаки, двойственные особенности, история исследования, азербайджанский и арабский языки.

RƏYÇİ: dos. N.Əfəndiyeva

 

DILÇİLİK-ЯЗЫКОЗНАНИЕ

Cəmilə Əliyeva

LATIN DİLİNİN SUBSTRATLAR NƏZƏRİYYƏSİ

        Hindavropa mənşəli qruplara –akvitaniyalılar, arvernlər,belqiyalılar, helvetlər, treverlər və s daxil idi.Bunlardan bəziləri- akvitanlar və belqiyalılar qarışıq tayfa qrupuna aid idi: birincisi kelt və iber, ikincisi isə kelt və ya qerman qrupu. Kelt tayfaları qədim zamanlarda hal-hazırki Belçikanın, qismən Niderlandyanın, Fransanın və İsveçrənin, Avstriyanın, Şimali və Qərbi İspaniyanın böyük bir hissəsini  tutmuşdular. Digər kelt qrupları – britt qrupları Britaniya ərazisində yaşayırdı. E.əvvəl V əsrin sonundan başlayaraq kelt tayfalarının bir hissəsi  Alp dağlarının arxasında yerləşən torpaqlardan çıxıb, Şimali İtaliyaya köçür.

         Kelt dilləri bizim eranın I əsrində , bəzi hallarda isə III əsrində tədricən süqut edir, ölü dilə çevrilir. Bu dövrlərdə mövcud olan yazı mətnləri yoxdur. Qədim kelt dillərinə aid olan britt qruplarının dili müasir kelt dillərinin tərkibinə daxildir. Bunlar irland, şotland ( bu dili həmçinin qall və qael dili də, bu dildə danışan xalqın adı ilə, Şimali Şotlandiya adlandırırlar) valliy – Uels yarımdasında, Böyük Britaniyanın qərb hissəsi və başqaları. Fransanın Breton yarımadasının sakinlərinin dilinin kökü qədim kelt dillər qrupuna gedib çıxır.

        İBERLƏR. Pireney yarımadasında yaşayan qeyri-hindavropa mənşəli bu tayfa qrupuna –karpetanlar, turdetantlar, turdullar, luzitanlar (onlar Portuqaliyanın böyük bir hissəsini tutmuşdular) asturlar, vaskonlar və qalleklər aididi.    İber qruplarının kökü haqqında müxtəlif fərziyyələr mövcuddur. İndiyə qədər iber qrupunun hər-hansı bir dil qrupu ilə qohumluğu hələ də sübut olunmayıb. Onları bəzən qafqaz dilləri ilə də bağlayırlar.

       Uzun müddət dilçilər elə zənn edirdilər ki, bask dili iber substratının davamıdır. Bask dili dünya dilləri arasında ayrıca yer tutur və heç bir dil qrupuna aid deyil. Lakin, aparılan arxeoloji, antropoloji tədqiqatlar və toponomik müqayisələr bu ənənəvi  fikrin yenidən  tədqiq olunması təlabatını yaratdı. Hal-hazırda belə bir ehtimal var ki, əcdadı vaskonlar olan basklar, Pireney yarımadasının paleolit dövründən burada yaşayan ən qədim xalqlarından biridir. Ola bilər ki , iberlər buraya III əsrdə Afrikadan gəlmişlər.

GERMANLAR. Bunlar Reyn, Elba, Odera, Visla çayları Şimal və Baltik dənizləri sahilində və Skandinaviynın cənubuna köçən çoxsaylı hindavropa mənşəli tayfa qruplarıdır. Odera çayının qərbində məskunlaşmış tayfalar qərbi-qerman, Odera çayı ilə Visla çayı arasında yaşayan tayfalar isə şərqi-german tayfaları adlanır.  E.əvvəl german tayfalarının həyat tərzi ibtidai –icma xarakteri daşıyırdı. Onların əsas məşğuliyyəti maldarlıq və ov idi. Bu dövrün yazı nümunələri yoxdur.

FRAKIYALILAR. Balkan yarımdasında və onun ətrafnda olan şimali-dunay vilayətlərində yerləşən hindavropa mənşəli qədim tayfa qrupudur. Onların dili haqqında məlumat çox azdır. Ehtimal var ki, onların dili illiriy dilinə (illirlər Balkan y.adasının şimali-qərb, frakiylılar isə şimali-şərq hissəsində yaşayırdılar). Buna görə də bəzən frako-illiriy tayfası və onların dili deyilir. Belə hesab olunur ki, qədim frako-illiriy dilinin davamçısı müasir alban dilidir. Alban dili şərqiroman dilləri ilə müəyyən oxşarlıqlara malikdir.

SLAVYANLAR. Avropanın mərkəz və şərq territoriyalarında yerləşən hindavropa mənşəli ən qədim tayfalardır. Bu xalqların tarixi  inkişafında slavyanların və şərq vilayətlərinin romanlaşdırılması və onun nəticəsi olan roma dövlətinin yolları yalnız VI vəVII əsrlərdə toqquşur.Yeganə mənbə olan – latın dili əsasında müxtəlif roman dillərinin yaranması heç də stratlar nəzəriyyəsi ilə bitmir. Bir çox dilçilər bu nəzəriyyəyə skeptik surətdə yanaşaraq, onu inkar edir, bu nəzəriyyəyə öz əsərlərində heç bir yer ayırmırdılar. Onlar digər fərziyyələr irəli sürürdülər. Məsələn, XIX əsrdə Q.Qörber tərəfindən xronoloji və ya tarixi nəzəriyyə irəli sürülmüşdü. Bu nəzəriyyəyə əsasən Roma əyalətlərinin romanlaşdırılması üç əsrdən artıq bir dövrü əhatə edir. Bu illər ərzində latın dili özü müxtəlif təsirlərə məruz qalmış və dəyişmişdir. Bu dəyişmələr tarixi hadisələrlə də izah olunur. Bu fərziyyələr doğru olsa da onlar tam mənada roman dillərinin yaranmasına səbəb ola bilməzlər.   Roman dillərinin yaranması faktlarında böyuk rol sosial faktorlara da aiddir. Sosial faktorların roman dillərinin yaranmasında vacib rol oynamasını  Q.Muller də öz əsərlərində qeyd etmişdir. O, təsdiq etmişdir ki, keçmiş roman əyalətlərinin iqtisadi və siyasi sərbəstliyi, bu ərazilərdə dillərin sərbəst inkişafında əsas faktor olmuşdur. Hal-hazırda da roman dillərinin yaranma problemlərini öyrənərkən sosiolinqvistik aspektlərə xüsusi yer verilir.

                APENNİN  YARIMADASININ  SUBSTRATI. Romalıların  Apennin yarımadasının qonşu tayfaları ilə  əlaqələri nəticəsində xalq latın dilinə  italik tayfaların dilindən bir çox sözlər keçmişdir. Bu sözlərdən bəziləri İtaliyanın müxtəlif dialektlərində, digərləri isə Romaniyanın başqa əyalətlərində yayılmışdır.

                Romalıların və Apennin yarımadasının başqa xalqlarının məişət və mədəniyyətinə etruskların böyük təsiri olmuşdur. Bu təsir dildə də özünü göstərməyə bilməzdi. Toponomikada olan etrusk izləri şübhəsizdir. Məs.Chianti ----Clante (etrusk dilində), Modena --- mutana və s. «enna, inna» suffiksləri ilə düzələn antroponimlər də etrusk mənşəlidir. Liquriy substratı əsas etibarilə şimali İtaliya və onun yaxınlığında yerləşən ərazilərdəki toponimikada özünü göstərir. Burada xüsusilə məhsuldar olan « asc» suffiksinə fikir vermək lazımdır. Məs. Bergamascoı- Bergamo, comasco – como.  Yerli dalmatin substratının təsiri əsas etibarilə İtalyan dilində fonetik ənənələrdə özünü göstərir. Nəzərə almaq lazımdır ki, əksər halda bu substratlar yazılı latın dilində təyin olunmamışdır.

           İtalik substratların təsiri fonetikada diftonqların monoftonqlaşması halı kimi, ae – e, au – o (Caecilius – Cecilius, caupo – copo) nd birləşməsinin nn- ilə əvəz olunması, mono – mondo özünü göstərir.

KELT  SUBSTRATI. Kelit (qall) dillərindən alınma sözlər hələ  e.ə.V-IV əsrlərə təsadüf edir. Bu dövrlərdə keltlər öz hakimiyyətini bütün şimali İtaliya boyu yaya bilmişdilər. Sizalpik Qaliyanın, sonra isə Transalpik Qaliyanın işğalından sonra romalılarla keltlər arasında sıx əlaqə yaranır. Bu ərazilərdə istifadə olunan latın dilinə bir çox kelt sözləri və ifadələr keçir. Məs. camisia- fr.chemise, it.camisia, isp.camisa, və ya caminus- fr chemin, it.cammino, isp.camino və s.

          Fransanın və şimali İtaliyanın toponimikasında da çoxlu kelt substratına rast gəlirik. Fransız şəhərlərinin əksəriyyəti nə vaxtsa burada yaşamış kelt tyfalarının adı ilə adlanır. Amiens –Ambiani,  Angers –Andecavi, Nantes –Namnetes, və s. Bir qayda olaraq romalılar keltlərdər onların məişətində istifadə olunmayan anlayışı bildirən sözləri götürürdülər.  Bu səbəbdən fransız dilində kənd təsərrüfatına aid olan çoxlu qall sözləri mövcuddur. Romalılar qall tayfalarından onlara məlum olmayan içki adını, cervisia – pivə, fr. Cervoise, isp. Cervesa, qəbul etmişlər. Bundan başqa müasir fransız dilində qall dillərindən keçmiş bəzi ağac adları, heyvan adları mövcuddur. Məs. Chene, sapin, mouton, alouette və s.  Göründüyü kimi Latın dili vasitəsilə Romaniya ərazisində yayılan kelt alınma sözləri çox vaxt yerli xarakter daşımış və yalnız bəzi roman dillərində qalmışlar. Roman dillərinin leksikasında kelt sözlərinin tədqiqi ilk dəfə alman alimi R.Turneyzen tərəfindən elmi cəhətdən əsaslandırılmışdır.

                PİRENEY  YARIMADASININ  SUBSTRATI. Romalılardan əvvəl  Pireney yarımadasında olan dil vəziyyəti haqqında dəqiq məlumat yoxdur. Məlumdur ki, roma ekspansiyasına qədər yerli əhali etnik cəhətdən müxtəlif idi və müxtəlif dillərdən istifadə edirdi. Onu da qeyd etmək lazımdır ki, bu tayfaların bəziləri və onların dili haqda dəqiq məlumat yoxdur. Hal-hazırda burada bir sıra roman dilləri ilə yanaşı (ispan,portuqal, katalan, qalisiya) bask dili də mövcuddur. Bask dilinin qohumluğu hələ də problem olaraq qalır. Bu dili demək olar ki, bütün qeyri-hindavropa mənşəli dillər ilə müqayisə edirlər. Tədqiqatçıların əksəriyyəti bu dilin iber-qafqaz qrupuna aid olan dillərlə qohum olduğunu iddia edirlər. Lakin, buna qarşı çıxanlar bask dili ilə bu dillər arasında bir çox uyğunsuzluqlar olduğunu göstərir və bu fərziyyələri qəbul etmirlər. İxtisasçıların yekdilliklə qəbul etdikləri bask dilinin qədim akvitan və vaskon dillərinə qohumluğudur. Pireney yarımadasında kelt subtratının yayılması məsələsi də hələ tam tədqiq olunmamışdır. Məlumdur ki, keltlər bu yarımadaya qərb tərəfdən (hal-hazırki Portuqaliya) daxil olmuşlar. Bu səbəbdən bu ərazilərdə- briga- şəkilçisi ilə bir çox toponimikalar vardır. Conimbriga – Coimbra, Mundobriga- Munebrega və s. Bu substratlara ispan dilində olan «manteca- portuqal dilində manteiga, cama- çarpayı sözləri də aiddir. Həmçinin yerli substratların roman dillərinin fonetikasına təsiri məsələsi də müzakirə olunur. Bəzi tədqiqatçıların rəyinə əsasən F- H keçməsi halı yerli substratla izah olunur. Məs. Lat. Filius – hijo ispan dilində. Daha bir fonetik xüsusiyyət – ispan dilində olan S- apikal  yerli substrat kimi qəbul olunur.

                FRAKO-DAKİYA  SUBSTRATI. Şərqiroman dillərinin substrtı Balkan yarımadasının qədim yerli dilləri olmuşdur. Şərti olaraq bu dillər Frako-Dakiya dilləri adlanır. Dakiyalılırın dili haqqında bildiklərimiz yalnız bir neçə toponimlər və adlardır. Bundan başqa qədim yazılarda, yunan həkimi Dioskoridanın b.e. I əsri, təbabətə aid olan əsərlərində, müalicəvi xarakter daşıyan otların adında da bu substratlar qalmışdır.

         Frakiya dilinə aid olan məlumatlar təxminən e.ə. VI  əsrlə bizim eranın VI əsrləri arasında olan dövrü əhatə edir. VI əsrə aid olan mətində Sinay dağı yanında yerləşən kilsədə yaşayan üç kahinin frakiya dilində danışdığından bəhs edilir. (Müqəddəs yerlərə ziyarət) Bu dövrə həmçinin sonuncu frakiya adları da aid edilir. Belisarius, Boraides, Zimarchus və s. Toponimlər daha möhkəm olmuş və bizə qədər gəlib çatmışlar.  Bessapara, Bendipara, Kobria, Mesambria və s. Bir sıra çay adları bizə lavyan variantında gəlib çatmışlar. Agrianes – Erqine, Almus – Lom, Oiscos – İskır. Şərqiroman dillərində olan substrat elementlər onların alban dili ilə müqayisəsi vasitəsil də təyin olunur. Belə fərziyyə var ki, alban dili  məhv olmuş qədimbalkan dillərindən birinin davamıdır.

         İlliriy dilinin təsiri rumın dilinin  bəzi tarixi fonetik xüsusiyyətləri ilə izah olunur.  Məs.. lat.ct,cs (x)—rum. pt, ps (xt,xs) lucta- rum. Lupta

The substrate theory in roman languages

SUMMARY

This article researches substrate theory in roman languages. As known, romans were closely connected with habitants of ApenninePeninsula. Their interconnection resulted in emergence of a number of new words in spoken latin language. Strong influence of etruscs to the culture has also touched the language as well. It related to household, toponymy, etc.  Celtic adoptions relate to V-IV centuries BC. Substrate of eastern-roman languages consists of local ancient languages of Balkan Peninsula. Toponymy of France and Northern Italy embraces many celtic substrates. All these substrates influenced to the development of spoken latin language. 

Key words: Substrate, kindred languages, adoption, skeptics theory, roman languages, extinct (dead) languages, celtic languages.

Теория субстратов в латинском языке

РЕЗЮМЕ

                В статье рассматривается теория субстратов в романских языках. Как известно, римляне были тесно связаны с народами Аппенинского полуострова. Их взаимосвязь привела к тому, что в народной латыни появилось много новых слов. Сильное влияние этрусков на культуру не могло не отразиться и в языке. Это касалось сферы быта, топонимики и т.д. Кельтские заимствования относятся еще к V-IV вв. до н.э. Субстрат восточно-романских языков это местные древние языки Балканского полуострова. В топонимике Франции и Северной Италии встречается много кельтских субстратов. Все эти субстраты повлияли на развитие народной латыни.

Ключевые слова:    субстрат, родственные языки, заимствование, скептическая теория, романские языки, мертвые языки, кельтские языки

 

Əhmədov  Nofəl  Şəmşəd oğlu

QƏRBİ AZƏRBAYCANIN QARAQOYUNLU BÖLGƏSİNİN

YANİQPƏYƏ KƏNDİNİN ETNONİMLƏRİ

     Yanıqpəyə kəndi-Yelizavetpol (indiki Gəncə şəhəri) quberniyasının Qazax qəzasında (indiki Etmənistanın Krasnoselo rayonunda) kənd adı.Kənd 1937-ci ilədək Dilican şəhərinin inzibati-ərazi bölgəsinə daxil olmuşdu.1937-ci ilin dekabr ayının 31-də Krasnoselo rayonu yaradıldıqda kənd inzibati-ərazi bölgəsinə görə yeni yaradılmış rayonun tərkininə daxil olunmuşdur.Yanıqpəyə kəndi rayon mərkəzindən 33 km şimal-qərbdə yerləşir.1897-ci ildə kənddə 133 nəfər, 1979-cu ildə 220 nəfər yaşamışdır. 1919-cu ilin mart ayında Andranikin quldur dəstələri kəndə basqın etmiş qocalara, uşaqlara,qadınlara, qızlara aman vermədən qılıncdan keçirmiş, əhalinin sağ qalanları isə Azərbaycanın qonşu rayonlarına qaçmışlar. Ermənistanda Sovet Hakimiyyəti qurulduqdan sonara, camaatın bir hissəsi yenidən kəndlərə qayıtmışlar.1922-ci ildə kənddə 150 nəfər, 1926-cı ildə 167 nəfər, 1931-ci ildə 197 nəfər, 1970-ci ildə 505 nəfər, 1979-cu ildə 523 nəfər, 1987-ci ildə isə 450  nəfər azərbaycanlı əhalisi olmuşdur.Kənddə orta məktəb, klub, kitabxana, kino quruluşu, rabitə şöbəsi, tibb məntəqəsi mövcud idi.1988-ci ilin noyabr ayında “Qarabağ ” komitəsinin quldur dəstələri bir-neçə  gün ərzində kəndin  əhalisinin var-dövlətini əlindən almış, öz tarixi yurdalrından didərgin  salmışdılar. Qaçqınlar Azərbaycna Pespublikasının müxtəlif rayon və şəhərlərinə səpələnmişlər.Yanıqpəyə oykonimi I növ ismi birləşmə modelinə aiddir. Maraqlıdır ki, Yanıqpəyə kəndinin şimali-qərbində yerləşən  digər kənd Xəlilkənd də XX əsrin 30-cu illərinədək Yanıqpəyə kəndinin inzibati-ərazi bölgüsünə daxil edilmiş və 30-cu illərdə kənd koolektivləşmə  adı altında ləğv edilmişdir. Kəndin əhalisi Yanıqpəyə kəndinə köçürülmüşdür. Xəlilkəndi Yelizavetpol (indiki Gəncə) quberniyasının Qazax  qəzasında  (indiki Ermənistanın Krasnoselo rayonunda) qışlaq adı olmuşdur. XX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq ləğv edilmişdir. (3.s.403)

      Bu kəndin  ləğv olunması  ona görə maraq doğurur ki, Yanıqpəyə kəndində su dəyirmanı olmadığı halda, Xəlilkənddə XX əsrin 80-ci illərinə qədər su dəyirmanının sökülmüş, dağılmış divarları, su çəkilmiş arxı və çürümüş çarxları mövcud idi. Yenə də məkrli erməni siyasəti burada  öz mənfur üzünü büruzə verir. Azərbaycan kəndləri, məqamdan istifadə edilərək, kollektivləşmə bəhanəsi ilə ləğv olunmalıdır. Orada yaşayan yerli sakinlərin istək və arzusu nəzərə alınmayaraq  ermənilər bildikləri kimi kollektivləşməni, kolxozlaşmanı öz mənfur ideologiyalarına uyğun olaraq aparmalıdılar.   Toponimlərin əhəmiyyətli cəhəti ondan ibarətdir ki, onlar dildəki başqa sözlərdən fərqli olaraq, qrammatik transformasiyaya daha davamlıdır.Elə buna görə də, dilin bir sıra ən qədim yarandığı dövrün fonetik, leksik qrammatik və sintaktik xüsusiyyətlərini daha çox daha yaxşı mühafizə edən qiymətli abidələrdəndir. Bu cəhətdən  dilin leksik tərkibinin sayca ən çox hissəsini coğrafi adların təşkil edilməsi nəzərə alınarsa, onda onun tarixi leksikologiyasının öyrənilməsindəki əhəmiyyəti daha aydın görünər. Nəzərə alınsa ki, bu və ya digər xalqın formalaşmasında iştirak etmiş, nəsil, tirə, etnik qrup, qəbilə və tayfa adlarının  çoxu toponimlərin ən böyük qolu etnotiplərlə əks olunur və bunlardan istifadə həmin xalqın etnogenizi probleminin həllində əvəzsiz rol oynaya bilər. İndi isə Yanıqpəyə kəndində 1988-ci ilin noyabr ayının sonunadək yaşamış tayfa adları, haqqında az da olsa məlumat verək. 

      Mancanlılar//İmancanlılar. Yanıqpəyə kəndində ilk  məskunlaşmış tayfalardan biri Mancanlı tayfasıdır. Bizdə olan məlumata görə Mancanlı tayfası  Azərbaycan Respublikası Qazax rayonunun Daş Salahlı kəndindən qopmuşdur. Sözün tələffüzünü və fonetik quruluşunu tədqiq etdikdə, hesab edirik ki, Mən// man+can+lı) sözünün əsl mənası imancanlı, yəni adamcanlı deməkdir.Nəslin ağsaqqaları və ağbirçəkləri ilə söhbət edərkən bir daha aydın olur ki, tayfanın ilk adı “imancanlı”lar olmuşdur, yəni “adam canlı” adam sevən deməkdir. Kənddə yaşamış digər tayfaların adlarına nəzər salaq: Qaramanlılar, Şeləmənlilər, Sərdarlılar, Murğuzlular, Badanlılar, Ramazanlılar, Qaraəhmədlilər. Kəndin tayfa adlarında,yəni etnonimlərində, “man//mən” formantları diqqəti cəlb edir. Azərbaycan dilində olan bəzi sözlərin yaranma yollarını tədqiq edərkən “azman”, “qocaman” və həmin bölgədə işlənən dialekt söz “dızman” sözlərində “man//mən” formatının nəhəng, uru, çox iri mənasında işlənməsini görürük. Hesab edirik ki, “Mancan” sözünün digər leksik mənası  böyük, nəhəng, iri, canlı deməkdir. Beləliklə, Mancan sözü iri+canlı, nəhəng canlı mənasında da işlənir. Professor M.N.Çobanovun “Основы Азербайджанской антропонимики” kitabında  (6.səh.119) yazır: man, mand şəkilçilərinin vasitəsilə sözün kökünə bu şəkilçilər əlavə edilərkən üstünlük mənası kəsb edir. Belə bir nəticəyə gəlmək olar ki, “Mancanlı//İmancanlı” etnonimi digərlərinə nisbətən insanlara qayğı və diqqətlə yanaşmağı özündə əks etdirir.Konkret olaraq söhbət Mancanlı etnonimindən gedir.

    Qaramanlılar// Qaraimanlılar. Qaraman toponimi yalnız Azərbaycan Respublikasında və eləcə də tədqiq olunan bölgədə deyil, bütün türkdilli bölgələrdə geniş  areala malikdir. Azərbaycanda Aşağı Qaramanlı,  Yuxarı Qaramanlı (Neftcala rayonu), Qaramanlı  (Qubadlı rayonu), Qaraman (Göyçay rayonu), Türkmənistanda Qaraman (Saraqt bölgəsi), Qaramanlı (Daşlı hovuz bölgəsi) Özbəkistanda Qaraman, Türkiyədə və Qazaxıstanda və Gürcüstan Respublikasının Borçalı bölgəsində Qaramanlı formasında mövcuddur.Türkmənistanda da qaraman komponentli dərə, təpə, çay, quyu adları var. Bi isə , həmin toponimlərin qədim qaraman // karaman tayfa adları ilə bağlılığını göstərir. Qaraman//Karaman etnoniminin mənşəyi və yaşayış arealı haqqında müxtəlif fikirlər mövcuddur. S.Ataniyazovun fikrincə, türkmənlər Qaraman etnonimli Qaraqoyunlu və  Ağqoyunlu tayfaları ilə bağlıdır. 

     Süleyman Əlyarlı “Azərbaycan tarixi” kitabında Qaraqoyunlu ulusu haqqında məlumat verərək qeyd edir ki, Mirzə Cahan Şahın söylədiyinə görə, atası Qara Yusif, Qaraqoyunlu dövlətinin qurucusu, Dəmir xanın 41-ci törəməsidir. Sonralar bu ulusla qaynayıb qovuşan əsgi türk boylarının artıq VII yüz ildən Azərbaycanda məskunlaşması bəllidir. Ağqoyunlular çağında gözdən düşən Qaramanlı oymağı Şeyx Cüneyd və onun oğullarının tərəfinə keşərək Səfəvi dövlətinin qurulmasında iştirak etmiş, Şah İsmayılın əmrlərindən olan Bayram bəy Qaramanlı və sonrakı bir sıra əmrlər də bu boydan çıxmışdı. Qaramanlı soyundan Süleymanlı, Nazaralı və Şeləmənli qollarının da bu soydan pöhrələnməsi məlumdur. Qaramanlı sözü qara+man+lı və ya  qara+iman+lı söz birləşmələrindən ibarətdir.Elmə məlumdur ki, qara sözünün 26-yadək məna çalarlığı mövcuddur. Hesab edirik ki, Qaraman “Qara” etnonim mənasında, çox, böyük, nəhəng, man, iman, isə  kişi, adam, imanlı kişi, adam, və sairə kimi məna kəsb etmişdir.

     Murğuzlular//Murğuzlu. Murğuzlu etnonimi öz adını “Mur” antroponimindən almışdır. Əzəmət Rüstəmlinin “Qədim oğuz yurdu Zəngəzurun türk mənşəli yer-yurd adları”  kitabında Azərbaycan mənşəli toponimik adlar sistemində Sisyan rayonu ərazisində yerləşən coğrafi adlardan birinin də Murğuz etnotoponiminin olduğu qeyd edilir. Bu oykonimin Qırxlar dağının ətəyində yerləşdiyi göstərir. Murğuz etnoniminin linqvistik tərkibində Oğuz qatının olması özünü biruzə verir.İlk baxışdan tərkib hissələrə parçalanması qeyri-mümkün sayılan bu sözdə tarixi sirr olduğu üzə çıxır. Hər komponenti (Mur və quz//ğuz) vaxtilə müstəqil dil vahidi olan hər iki  söz, zamanının hökmü ilə daşlaşmış, substantivləşmiş və nəticədə mənası aydın olmayan sadə dil vahidinə-etnonimə çevrilmişdir. Deməli, sadə etnik vahidlərin semantik və morfolojo birliyi mürəkkəb dil vahidlərinin yaranması üçün zəmin yaradır.Fikrimizi daha dəqiq ifadə etsək, ayrı-ayrı qohum və qeyri-qohum etnoslar birləşərək  vahid etnosun yaranmasında fəal iştirak edir. Belə birləşmə Murğuz etnonimində aşkar görünür. Yanıqpəyə kəndində məskunlaşmış Murğuzlu tayfası Qazax rayonunun Orta Salahlı tayfasından (indi kənd də Orta Salahlı adlanır) qopmuşdur. Gəlmə səbəbi isə namus üstündə olmuşdur. İndiki Gürcüstan Respublikasında bir nəfər oğlunu evləndirmək istəyir. Oğlu istədiyi qızın  nəsli oğlana yaxın durmur. Oğlan məcburən atası ilə məsləhətləşir və istədiyi qızı Qazax rayonunun Orta Salahlı kəndinə qaçırır. Oğlanın atası gəlir ki, qızı aparsın. Kişi qayıdanadək qızı saxlayan  evin sahibi qaçırılan qızla öz oğluna kəbin kəsdirir. Əhvalatı oğlan tərəfdən eşidən tayfanın dəliqanlısı Orta Salahlı kəndinə gəlir, həmin  adamı tapır və həyətində güllələyir.İki tayfa arasında  qan düşmənliyi başlayır. Öldürülən tərəfin  adamları da öldürən  tayfanın adamlarına pusqu qurur, heyf çıxmaq məqsədilə bir neçəsini güllələyirlər. Beləliklə, Murğuzlu tayfası düşmənçilik  genişlənməsin deyə əvvəlcə Gürcüstan Respublikasının Dmanisi rayonunun Mahmudlu qəsəbəsinə, sonra həmin rayonunun Armudlu kəndinə, daha sonra isə indiki Ermənistan Respublikası Krasnoselo rayonunun Yanıqpəyə kəndinə köçmüşdülər. Məşhur rus türkoğlu A.N.Kononov qohum  türklər//türkmənlər haqqında yazır ki, Oğuz ulusundan olan Qanlı Yavının iki oğlu var idi. Mur Yavı və kiçik oğlu Qara Alp Arslan. Oğlanların atası öləndən sonra torpaq uğurunda qardaşlar arasında müharibə başladı. Qardaşlardan biri, Mur Yavı bu müharibədə qalib gəldi və hakimiyyət ona keçdi.  Mur Yavı tayfası da müəyyən tarixi mərhələlərdə hakimiyyət başında olmuşdu. Mur Yavı leksemində də təyin olunan tərəf düşmüş  və əsas informasiya daşıyan semantik qat (Mur) qalmış və digər mənşəli qatla- Oğuz//Oquz qatı ilə birləşərək mürəkkəb dil vahidini-Murğuz həm etnonimini, həm də toponimini əmələ gətirmişdi. Belə bir nəticəyə gəlmək olar ki, Murğuz etnonimi türk mənşəli qohum (Mur və uz//quz//oğuz) etnoslarının dildə birliyinin göstəricisidir. Maraqlı haldır ki Qaraqoyunlu ərazisi ilə həmsərhəd olan yaxın keçmişdə Şəmşəddin (indi ermənilər onu Berd rayon adlandırıblar) rayonunun bir hissəsini də Murğuz dağı təşkil edir. Bu coğrafi adın bir hissəsini daşıyan ərazi Tovuz rayonunda yerləşir.

                Sərdarlılar/Sərdərlilər Aparılan araşdırmalardan məlum olur ki, bu etnonim Qaraqoyunlu türklərinin Düyərli tayfasından törəmədir. Tayfanın Düyərli əmiri Ceyfəli bəylə qohumluq əlaqələri danılmazdır. Bizdə olan məlumata görə Sərdarlı şəcərəsinin Gədəbəy rayonunun Söyüdlü kəndindən Yanıqpəyə kəndinə  gəlməsi və məskunlaşması faktı keçən əsrin əvvələrinə təsadüf edilir.

  Elmi yeniliyi: Məqalədə ilk dəfə olaraq Yanıqpəyə kəndinin etnonimləri haqqında ətraflı məlumat verilir və hər tayfanın tarixi yerləri göstərilir.

Tətbiqi əhəmiyyəti: Məqalədən Azərbaycan dilninin onomastik vahidləri öyrənilərkən tədqiqatçılar istifadə edə bilərlər.

  ƏDƏBİYYAT

1.Qurban Süleymanov. Əzəli Oğuz yurdum-doğma Çaykəndim. Bakı: “Təhsil” NPM  nəşriyyatı, 2001, 444 səh.

2.Əziz Ələkbərli. Qədim türk-Oğuz  yurdu “Ermənistan”. Bakı: “Sabah” nəşriyyatı, 1994, 204 səh.

3.Budaqov B.Ə., Qeybullayev Q.Ə. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı: “Oğuz eli” nəşriyyatı, 1998, 454 səh.

4.Sabir Qaraqoyunlu. Qaraqoyunlu ləhcəsi “Dədə Qorqud” ləhcəsidir. Bakı: “Oğuz eli”, nəşriyyatı, 2013,168 səh.

5.Elbrus Hacılı,  Qaraqoyunlular  “Sumqayıt” nəşriyyatı, 1999, 292səh.

6.Чобанов М.Н. Основы Азербайджанской антропонимики. Баку: «Азербайджан», 1995, 256 стр.

Açar sözlər: Qərbi Azərbaycan, Qaraqoyunlu, Yelizavetpol quberniyası, Yanıqpəyə kəndi, Qazax qəzaə.

Ключевые слова: Западный Азербайджан, Гарагоюнлу,  Елизаветпольская губерния,село  Яныгпая.

Keywords:Western  Azerbaijan, Garagoyunlu,  Elizavetpol province, Yanigpeya, ethnonyms, tribes

                                                                                                       РЕЗЮМЕ

Об этнонимах села яныгпая региона гарагоюнлу западного  Aзербайджана

Данная статья даёт историческую информацию об азербайджанском селе, которое находится на территории Красносельского района региона Гарагоюнлу Западного Азербайджана. Раскрываются этимология  и истрческая территория каждого племени

                                                                                       SUMMARY

OntheethnonymsofyanigpeyavillageofgaragoyunluregionofwesternAzerbaijan

This article presents a historical review of the Azerbaijani village Chaykent which is located on the territory of Krasnoselsk district of Garagoyunlu region of the Western Azerbaijan. The ethymology and historical territory of each tribe are revealed in the paper.

 

Əhəd Həsən oğlu Cavadov

TƏYİN VƏ ZƏRFLİK BUDAQ CÜMLƏLİ  TABELİ MÜRƏKKƏB CÜMLƏLƏRİN  SİNTAKTİK—SEMANTİK XÜSUSIYYƏTLƏRİ  (Qul  Əlinin  “Qisseyi-Yusif” poeması üzrə)

           Təyin budaq cümləli tabeli mürəkkəb cümlələr “Qisseyi-Yusif” əsərində az işlənir. Prof. H. Mirzəzadə təyin budaq cümləsinin abidələrin dilində geniş yayıl­dı­ğını qeyd edir (8 ,356). Çox maraqlıdır ki, “Kitabi-Dədə Qorqud” dastanlarında təyin budaq cümləsi çox işləndiyi halda, tədqiq etdiyimiz abidədə onun yalnız bir tipinə rast gəlirik; bu zaman təyinlənən üzv qabarıq şəkildə nəzərə çarpdırılır, bəzi hallarda tabeli mürəkkəb cümlə başqa bir məna çalarına malik olur:

Ya Məhəmməd, ol duşu ki, Yusif gördi, Ay-gün, on bir yulduz ana səcdə qıldı (7,5); Nə təvil ki, qıldı, raznın ayğıl imdi (7,20) Bu tipli cümlələr haqqında  onu deyə bilərik ki, təyinlənən üzvün qabarıq şəkildə verilməsinə baxmayaraq, budaq cümlə növlərinin “qəlib” vasitəsilə müəyyənləşdiril­məsi prinsipini rəhbər tutaraq (əlbəttə ki, təközəklilərdə), birinci cümləni zaman bu­daq cümləsi hesab etmək düzgündür. İkinci cümləyə gəlincə, onu demək lazımdır ki, burada bərpa olunun “qəlib” “onun” sözüdür. Təyin budaq cümləsinin bu tipindən bəhs edən prof. Ə. Abdullayev onu ayrıca tip kimi qeyd edir və belə cümlələrin bir qismində budaq cümlənin III növ təyini söz birləşməsinin I  tərəfinə aid olduğunu göstərir (1,240-243). Bizim təqdim etdiyimiz II nümunədə budaq cümlə baş cümlədə işlənməyən və ismin yiyəlik halında olan “qəlib”ə aiddir: “(“onun”) raznın ayğıl imdi”. Deməli, bu cümlənin növünün müəyyənləşdirilməsi “onun raznın” “qəlib”  birləşməsinin hansı cümlə üzvü vəzifəsində işlənməsi ilə bağlıdır; bu isə  tamamlıq budaq cümləsidir, çünki “qəlib” ismin təsirlik halındadır.  Bu tipli cümlələrin bir qismi bağlayıcı sözün iştirakı ilə qurulur:

Hər kim indi bana baqsa, əqli şaşər(7,62)

Baş cümlədə “onun”  “qəlibi” nəzərdə tutulub, lakin “qəlib”lə “əqli” sözünün birləş­məsi adlıq halda olduğundan cümləni mübtəda budaq cümləsi hecab etmək lazımdır.

Təyinlənən üzvün əlavə funksiyası daşıdığı cümlə quruluşu da maraq doğurur; baş cümlə “qəlib”sizdir, cümlə isə bütövlükdə tamamlıq budaq cümləsidir:

 Bən qardaşın Yusif oğlu ki,  dinləğil (7,176) .

 Belə cümlələr müasir dildə də çox işlənir. Nümunələrə müraciət edək:

 Bir qız ki məni istəmədi, mən onu heç dünəndən istəmirəm (İ. Əfəndiyev, “Su dəyir­ma­nı”); Bir dost ki dostunun qədrin bilməyə, Elə dostnan necə barışmaq olar (A. Ələs­gər); Bir adam ki vətən uğrunda canından keçə, onu unutmaq olarmı? (danışıqdan)

Ortaq oğuz abidələrinin dilində az işlənən, XIII-XIV əsrlərdə formalaşma dövrü keçi­rən bu cümlələr XII-XIII əsrlərdə müxtəlif semantik çalar və qrammatik xüsusiy­yətlərlə çıxış edir.

“Qisseyi-Yusif”də işlənən bu cür tabeli mürəkkəb cümlələrin əksər qismi baş cümlədə  iştirak edən və ya nəzərdə tutulan “qəlib”in  sintaktik funksiyasına görə tamamlıq budaq cümləsidir:

Ol ki sana layiq değül, qılma degil (7,109); Hər nə iş ki, biz Yusifə qılmış idik, Bu məlikin sarayına yazmış imdi (7,174); Bən, qardaşın Yusif oğlu oğlu ki, dinləğıl (7,176)

Təyinlənən üzvü qabarıq verilən bu tipli cümlələrin bir qismində isə baş cümlədə iştirak edən və ya nəzərdə tutulan “qəlib” təyin vəzifəsində çıxış etdiyindən, tabeli mürəkkəb cümlə də təyin budaq cümləsi olur:

 Naçar olub bir sanduğı kim, yondurdı, Yusifini sanduq içrə məlum qıldı (7,119). Nümunədə “kim” sözündən sonra vergül qoyulub, amma bu söz bağlayıcı deyil, ədat­dır; “Kim” bağlayıcı söz funksiyasında çıxış etdiyindən onun qarşısında simmetrik olaraq, “o” qarşılıq sözü (təyin vəzifəsində) nəzərdə tutulur.

    Prof. H. Mirzəzadə bu tipli cümlələrin yaranmasını  fars dili sintaksisinin təsiri kimi qiymətləndirir və onları ədəbi dilimizin həm yazılı, həm də şifahi formaları üçün normal saymır  (8, 357-358).

    Zərflik budaq cümlələrinin   bir qismi təközəkli, bir qismi isə cütözəkli xarakterə malikdir. Zərfliyin məna növlərinin və ümumiyyətlə, zərflik budaq cümləli tabeli mürəkkəb cümlə komponentlərinin qarşılıqlı semantik münasibətlərinin zənginliyi bu növ cümlələrdən geniş danışmağa imkan verir. Bəzi hallarda budaq cümlə baş cümlədəki konkret bir üzvü aydınlaşdırır, izah edir, bəzi hallarda isə baş və budaq cümlə qarşılıqlı semantik-qrammatik münasibətdə olur.

A) Budaq cümləsi baş cümləsinin konkret bir üzvünü əvəz və ya izah edən  tabeli mürəkkəb cümlələr (təközəklilər).

      Zaman budaq cümləli tabeli mürəkkəb cümlələrin əksər tiplərinin baş cümləsində “qaçan” bağlayıcı sözü və onun müxtəlif variantları işlənir, komponentlər  (ir)sə/isə/-sa,-sə paralel ədatları (göründüyü kimi, bəzən qədim “ir” feli ilə birlikdə), ya da təkcə intonasiya ilə bağlanır; baş cümlədə “qəlib” işlənmir: Qaçan Yusif Misirə yaqın gəldi, Dürlü- dürlü təam, şərab aldı (7,69); Hər qaçan kim əyərlənsə, kişnər idi (7,144); Qaçan Yəqub oğlanları  evə gəldi, Yəqub suçı görübəni xoş sevindi (7,165).  Çox hallarda bu cümlələrin qarışıq tipləri işlənir; əsərin ümumi poetik axarı paralel və ardıcıl budaq cümlələrin baş cümlə ilə əlaqələnməsini şərtləndirir:

Qaçan da kim əqli başna gəldi irsə,

Anın halın netəl igin bildi irsə,

Qəm-qüssəylə birlə bənzi soldı irsə,

Qardaşları bu əhvalı sorar imdi (7,178).

Belə nümunələrin sayını xeyli artırmaq olar.

    Zaman budaq cümləsini əmələ gətirən qrammatik vasitələr haqqında ətraflı söhbət açan  H. Mirzəzadə “qaçan kim” bağlayıcı birləşməsini zaman budaq cümləsini bağlayan vasitələrin siyahısında versə də, bu birləşmə ilə düzələn tabeli mürəkkəb cümlələrə  nümunə də vermir (8, 359-362).  “Zaman bildirən bağlayıcı və bağlayıcı birləşmələr” adı altında qaçan ki, hər qaçan ki, qaçan kim bağlayıcı birləşmələrini qeyd edən alim bu bağlayıcıların işlənməsini canlı danışıq dilinə aid edir.  Nümunələr isə Nəsimi və Füzulidən gətirilir (8, 232-233).  “Kitabi-Dədə Qorqud”dan üzü bəri yazılı abidələrdə “qaçan”, “qaçanda kim”, “qaçan kim” tipli bağlayıcı birləşmələrlə əmələ gələn tabeli mürəkkəb cümlələr çox işləkdir. Zaman budaq cümləsinin başqa dövr abidələrində çox işlənən və “çün” bağlayıcısı ilə bağlanan tipi “Qisseyi-Yusif”də az işlənir:

Çün atası Yusifinə zahir oldı, Müfsididən ol nəfsini məni qıldı (7,107)

Zaman budaq cümləsinin baş cümləsi əvvəl gələn “qəlib”li tipinə də az rast gəlinir:

Yusif nəbi suv içində qırq yil qaldı,

Ol vəqtə kim Kəlimüllah Misrə gəldi

Kərim xaliq kəliminə əmr qıldı

Sədiqimiz suv içindən çıxar imdi (7,217).

Bəndi bütöv verməyimizdən məqsəd odur ki, tabeli mürəkkəb cümlələrin semantik-struktur xüsusiyyəti mətnsiz yarımçıq təsir bağışlayır, tam ifadə olunmur. “Ol vəqtə kim” bağlayıcı birləşməsi “Kəlimüllah Misirə gəldi” cümləsini həm əvvəlki, həm də sonrakı komponentlə bağlayır, belə bir mülahizə tamamilə inandırıcıdır ki, “cümlə ayrıca mövcud deyil, hər cümlə nəyinsə davamı və ya sonudur” (11, 52).

Buna görə də türk (o cümlədən Azərbaycan) dillərinin yazılı abidələrinin tədqiqində yuxarıdakı prinsipi əsas tutmaq lazımdır. Sintaktik səviyyədə mürəkkəbləşmə dilimi­zin bütün inkişaf mərhələlərində özünün zəngin semantik-qrammatik şaxələnmələri ilə diqqəti çəkir.

    Yazılı abidələrin sintaksisindən danışan tədqiqatçılar yer budaq cümləsinin az, məhdud işləndiyini qeyd edirlər (8, 362; 4, 182), bəziləri isə onun işlənmədiyini göstərirlər (5). Biz də “Qisseyi-Yusif” əsərində yer budaq cümləsinə rast gəlmədik. Tədqiqatlar göstərir ki, əsasən təközəkli quruluşa malik olan bu tabeli mürəkkəb cümlə XIV-XV əsrlərdən işlənməyə başlamışdır:  Xanda kim Leyli olursa, onda bir Məcnun olur, Xanda kim bir gənc açılsa, anda itər başlar (Nəsimi); Mehrab hacətimdürür, ey şahsüvari-hüsn, Hər xanda kim, ayaq basar yerdə  atuniz (Kişvəri).

B) Budaq cümləsi baş cümlə ilə qarşılıqlı münasibətdə olan tabeli mürəkkəb cümlələr (cütözəklilər).

   Səbəb budaq cümləsi bütün dövrlər üçün işləkdir. Komponentləri arasında səbəb-nəticə məna əlaqəsi olan cümlələr dilimizin qədim dövrlərini səciyyələndirən abidə­lər­də işlənir ( 8, 363). Bu cümlələrdə səbəb-məqsəd, səbəb-nəticə (və ya nəticə-sə­bəb), səbəb//şərt-nəticə və b.k. semantik-qrammatik əlaqələr özünü göstərir. Əslində dərəcə budaq cümlələri adlanan cümlələr və tərzi-hərəkət budaq cümlələrinin bəzi tipləri (nəticə və müqayisə bildirənlər) də səbəb-nəticə əlaqəli cümlələrə daxildir. Həmin mürəkkəb cümlələrin baş cümlələrində işlənən və zahirən “qəlib”lərə oxşayan əvəzliklər o cümlələrin təközəkli hesab edilməsinə və ayrı-ayrı adlarla adlanmasına səbəb olmuşdur.

“Qisseyi-Yusif”də belə tabeli mürəkkəb cümlələr az işlənir. Cəmi bir neçə nümunə müşahidə etdik:

Aya, Əziz, sən bu sözi eşit bəndən,

Ki, anlagil, bu övrətinin əsli qandan (7,113);

Elə qılsın, görən ana heyran qalsın (7,95).

Birinci cümlə “süni birləşmə” xarakteri daşıyan cümlələrdəndir: birinci komponent konkret bir hökmü, ikincisi isə hökmün nəticəsini bildirir (nəticə budaq cümləsi). İkinci cümlədəki “elə” əvəzliyi “qəlib” funksiyası daşıyır, “o dərəcədə” mənasın­da­dır;  ikinci komponent birincidəki konkret bir üzvü əvəz etmir, onun nəticəsini bildirir (dərəcə budaq cümləsi). Tabeli mürəkkəb cümlələrin formal-qrammatik quruluş yox, konkret fikrin ifadə vasitəsi olduğunu və onun işlənməsinin zəruri kommunikativ tələbatdan irəli gəldiyini nəzərdə tutsaq, mürəkkəb cümləyə yuxarıdakı münasibət özünü doğruldar.  Bəzi hallarda baş və budaq cümlə arasında müqayisə məzmunu gözə çarpır:

Netə Yəqub ol Yusifi sevər idi,

Yusif  Yəqub uyluqında birər idi (7,74).

I komponentdəki netə (necə, necə ki) bağlayıcı sözü komponentlər arasında qarşılıqlı  müqayisə məzmunu yaradır. Prof. Ə.Z. Abdullayev müqayisə məzmunlu cümlələri tərzi-hərəkət budaq cümləli tabeli mürəkkəb cümlələrin içərisində verir (1,299-302). H. Mirzəzadə və S. Əlizadə isə müqayisə budaq cümləsini ayrıca budaq cümlə kimi qeyd edirlər (8, 366; 4, 183). Onların təqdim etdiyi nümunələr XV-XVI əsrlərə aiddir.

   Ümumtürk qatında və müştərək oğuz abidələrində geniş işləkliyə malik olan şərt budaq cümlələri “Qisseyi-Yusif” məsnəvisində müxtəlif semantik-qrammatik quru­luşlarda işlənir; komponentlər şərt-zaman, şərt-nəticə, şərt-məqsəd məna əlaqə­lə­ri çərçivəsində fəaliyyət  göstərir. Ümumiyyətlə, şərt budaq cümləli tabeli mürəkkəb cümlələrdə qarşılaşdırma, şərt-nəticə, səbəb-nəticə, zaman mənaları olur, bunların içərisində şərt-nəticə mənası əsas hesab edilir (1, 335-336). Şərt budaq cümləsinin əsas göstəricisi olan –sa, -sə şəkilçiləşmiş ədatının istər müasir dilimizdə, istərsə də tarixən arzu, səbəb-məqsəd, əmr, zaman və müxtəlif mənaları bildirməsini nəzərə alsaq ( 23, 119-127), yuxarıdakı vəziyyətin qanunauyğun bir proses olduğu aydınlaşar.

M. Rəhimov –sa, -sə-nin qədim dövrlərdə malik olduğu bir qrammatik məzmunun –“arzu”, “dilək” mənasının müasir inkişaf mərhələsində bir sıra türk dillərində (türk, türkmən, özbək) qorunub saxlandığını, Azərbaycan dilində isə həmin mənanın yox olduğunu göstərir (9, 148).

“Qisseyi-Yusif” əsərində -sa, -sə-nin arzu, iltizam mənasında işləndiyi aydın şəkildə görünür:

Gözlərimin nurı getdi, yenə gəlsə, həm cəmalım Yusifimə layiq olsa... (Mövladan bu  inayəti umar imdi) (7,153).

Əsərdə şərt budaq cümlələrinin aşağıdakı struktur-semantik tipləri işlənir:

    Komponentlər isə (-sa, -sə) ədatı ilə əlaqələnir və onların arasında zaman əlaqəsi  olur:

Yar olmağa gəldilərsə, tutmadı ar (7,13); Allah hökmi olurısa, qul kim netər (7,20); Urum gəlsə, yastuq üzə yatururdı (7,47); Eşitsəm bən, rahətim artar imdi (7,102); Qoşdur olsan anı cənnət - ol turabə, Cənnət içrə bana qonşı qılğıl imdi (7,131).  Bəzi hallarda budaq cümlə üçləşir, yəni çoxkomponentlik yaranır:

Görklü yüzlər kəfən sarıb görükərsə,

Öküş degül gor içində üç gün dursa,

Qanğı dostı gör içərə anı görsə,

Görklü yüzdən yüz döndərüb qaçar imdi (7,104).

   Ümumtürk qatı üçün, o cümlədən oğuz dövrü üçün xarakterik olan çoxkomponent­lilik daha çox üslubi səciyyə daşıyır. Bu quruluş tipi “Qisseyi-Yusif” məsnəvisinin ümumi poetik axarında təbii təsir bağışlayır. Türk eposları üçün xarakterik olan bu linqvistik-poetik hadisə mürəkkəb cümlə komponentlərinin və eləcə də,  mürəkkəb sintaktik bütövlərin birliyini təmin edən sintaktik əlamətdir ( 12, 54-70).

Komponentlər həm –sa, -sə ədatı, həm də əgər bağlayıcısı ilə bağlanır:

Əgər yoqsa, bəni qoyub bənikləgil (7,112); Əgər tofiq verür isən qüdrətin bol (7,3); Əgər mənim min-min canım bulurırsa, Cümləsini sizgə fəda qıldım imdi (7,20).

Bəzi hallarda bu tipli cümlələrdə şərt budaq cümləli tabeli mürəkkəb cümlənin komponentləri ikidən artıq olur: daha doğrusu, üç budaq cümlə bir baş cümlə ilə əlaqələnir və qarışıq tipli mürəkkəb cümlə formalaşır:

   Əgər sizdə doğırılıq olur irsə, Beniyəmin sizin ilə gəlür irsə, Ataz sizə onı yoldan qılur isə, Heç bəhasız telim aşlıq verəm imdi(7,163) Belə tabeli mürəkkəb cümlələrdən bəzilərində  “əgər” bağlayıcısı “ki” bağlayıcısı ilə birlikdə işlənir. Bağlayıcıların bu cür birləşməsindən nə dil tarixi, nə də müasir dil üzrə tədqiqat aparanlar bəhs etmişlər; “ki” bağlayıcısının yalnız “indi ki”, “madam ki”, “bir halda ki”  və b. k. bağlayıcı birləşmələrinin tərkibində çıxış etdiyini göstər­mişlər(  1; 4; 8).  “Qisseyi-Yusif”də  bu bağlayıcı birləşməsinin (“əgər ki”) işlənməsi əsərin ümumi poetik ahəngində təbii təsir bağışlayır və “ki” nin mövqeyi, bir növ, fakültetiv xarakter  daşımır, yəni “əgər” bağlayıcısı  “ki”siz həmin emosional-ekspressiv ovqatı yarada bilmir:

     Əgər ki sən gərtü pəsul olur isən,

    Risaləmin dəvasını qılur isən,

   Yusif savçı qissəsini bilür isən,

  Netəligin bizə elam qılğıl imdi (7,219).

    Ümumiyyətlə, abidələrdə zaman mənalı şərt budaq cümlələri çox işlənir, həm baş, həm də budaq cümlədə işlənən zaman mənalı sözlər bu məzmunu daha da qüvvətləndirir: Bir saat görməz irsə Yusif yüzin, Səbri qalmaz, anlamaz  həm  kimsə sözin(7,90); Görməz irsəm, hərgiz səbrim qalmaz imdi(7,103); Sorar irsə, kim aydügün demə imdi(7,158).     Bəzi hallarda komponentlər arasında heç bir bağlayıcı vasitə iştirak etmir, tərəflər tabelilik intonasiyası ilə bağlanır:   Yoq deyirsən, öldürürmiz... (7,44)

     Epizodik şəkildə olsa da, şərt-zaman məzmunlu tabeli mürəkkəb cümlə komponentləri  “indi ki” mənasında işlənən “çünki” bağlayıcısı ilə əlaqələnir:

     Çünki bildün işlər belə olur imiş, Qullarına mövlam hesab qılur imiş, Qılnan əməl cümlə andan gəlür imiş, Fəsad işdən yıraq olmaq gərək imdi(7,105).

   Orta əsr abidələrinin dilində fəal şəkildə işlənən bu bağlayıcı qədim türk yazılı abidələrində də işlənir; “Qisseyi-Yusif” əvvəl və sonrakı abidələrdə “çünki” bağla­yı­cı­sına çox rast gəlindiyi halda, adı çəkilən abidədə o, az işlənir. Müşahidələr göstərir ki, o yalnız zaman və şərt mənalarında çıxış edir. Prof.  H. Mirzəzadə bu bağlayıcının XIV—XVIII əsrlərin yazılı abidələrində mənaca xeyli geniş şəkildə işləndiyini, bir sıra bağlayıcı , ədat və modal sözləri əvəz etdiyini  göstərir ( 8, 360).

     Şərt budaq cümləsinin digər tipində komponentlər təxminən eyni qrammatik va­sitə­lərlə bağlanır; birinci komponent işin şərtini, ikincisi isə, ondan hasil olan nəticəni bildirir. Cümlələr  iki, bəzən də çoxkomponentli olur:

    Əgər sən həq rəsulu həm olur irsən, Möcüzənin dəvasını qılur irsən, On bir yulduz atlarını bilur irsən, Həqiqətin nübüvvəti sənin imdi(7,6);Əgər müti olmaz irsə o qul oğlan, Səzavardır ol oğlana səvin zindan(7,118).

   Bəzən bu tipli cümlələr məsnəvinin ümumi poetik  axınında zəncirvari şəkildə düzülür:

     Əgər sana qul görməksə, ala qılğıl,

    Hər necə kim layiqdurur bəha qılğıl,

   Əgər malın yetməz irsə, səfa qılğıl (7,73).

  Şərt budaq cümləsinin əsas göstəricisi olan “isə” (-sa, -sə) ədatı daha çox qədim “ir”mək (çatmaq, yetişmək) feili ilə birlikdə işlənir ( 6, 47; 5, 20; 3, 114); bu zaman həmin feillərin “irsən”, “irsə”, “irsəm” şəklində şəxslər üzrə dəyişmiş şəkilləri meydana çıxır.    Şərt budaq cümləli tabeli mürəkkəb cümlələrdən danışan tədqiqatçılar onun bütün dövrlərin yazılı dilində işləndiyini, “özünün yüksək inkişaf plləsində” (prof. S. Əlizadə)  olduğunu qeyd etmişlər ( 4, 184; 8, 369).   Budaq cümləsi ilə baş cümləsi qarşılıqlı şərtlənmədə olan qarşılaşdırma (qarşı­lıq-güzəşt) budaq cümlələri də abidələrin dilində ta qədimdən işlənir. Kompo­nent­lərin  semantik-qrammatik xüsusiyyətlərinə görə cütözəkli tabeli mürəkkəb cümlələrə daxil olan bu sintaktik vahidlər Əlinin “Qisseyi-Yusif” “isə” ədatı və onun “ir” feili birləşməsinin (irsə) köməyi ilə qurulur:

 Aləm xürrəm olur irsə, aşiq gülməz( 7,95); Səməd oqı toqunursa, heç ünləməz (7,108).

  İkinci cümlədə şərt məzmunu da var, lakin komponentlərarası semantik münasi­bətlər  onu qarşılaşdırma budaq cüməsi saymağa imkan verir; burada heç ədatı qarşı­laşdırma məzmununun yaranmasında fəal iştirak edir.

    Üç budaq cümlənin baş cümlə ilə əlaqələnməsi qarışıq tipli cümlənin yaran­masına səbəb olur:

Ol Züleyxa bu əhvalı bildi isə, həm ol Yusif ehtiramın qıldı isə, Gəldüginə həm peşiman oldı isə, Yeti qapuğ bağlayuban yalar imdi(7, 99).

   Bu tipli cümlələrdən türkologiyada ilk dəfə söhbət açan prof. Ə.Abdullayev mürək­kəb cümlə qütblərinin həm sadə, həm də mürəkkəb olduğunu göstərir. Bu mürək­kəb­ləşmə özlüyündə əlavə məna əlaqələrinin yaranmasına, bir baş və ya budaq cümlənin özünün tabeli və ya tabesiz mürəkkəb cümlə kimi meydana çıxmasına şərait yaradır (2,411-412). Prof. Ə.Z. Abdullayevin məsələni bu şəkildə qoyması əslində sonradan cümlələrin ayrı-ayrı deyil, mətn daxilində öyrənilməsinin—mətn sintaksisi­nin əsasını qoymuşdur. Bu barədə tədqiqat aparan prof. K.N.Vəliyev yazır: “Qarışıq tipli mürək­kəb cümlədə ikikomponentli mürəkkəb cümlə problematikası ikinci plana keçir, qütblənmə-struktur-semantik şaxələnmə ön planda dayanır” (2,435). Bu cür mürək­kəb cümlələrdən bəhs edən müəlliflər də məhz bu şaxələnməyə xüsusi diqqət yetir­mişlər (4,186-192; 10, 39-40).

      “Qisseyi-Yusif” əsərində qarışıq tipli mürəkkəb cümlələrin aşağıdakı modellərinə təsadüf edilir:

      1. Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə; budaq cümlə ikikompo­nentlidir və nəticə budaq cümləsidir:

     Andan Malik buyurdu ol qara qula, Bar Yusifin ayağın öb, üzür tilə.Başdağ iki günümizi röşən qıla, Məgər bizə edgü dua qıla imdi(7,54)

      2. Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə, budaqcümlə ikikompo­nen­tlidir və təyin budaq cümləsidir:

     Yusif aydur, anlarmusan oşal güni, Batil işə ündər idün kim, sən bəni(7,154).

     3. Dördkomponentli mürəkkəb quruluş: prepozitiv zaman budaq cümləli tabeli mürəkkəb cümlə nəticə mənalı tərzi-hərəkət budaq cümləli tabeli mürəkkəb cümlə ilə tabesizlik əlaqəsindədir; konstruksiya  bütövlükdə tabesiz mürəkkəb cümlədir:

     Qaçan ləşkər ol Yusifə yaqın gəldi, yusif dönüb ol ləşgərə nəzər qıldı. Anı görüb cümlələri şöylə oldı; bihuş olub cümlə atdan düşər imdi(7,62).

     4. Dördkomponentli mürəkkəb quruluş; üçüncüdən komponentlərin semantik əlaqələrinin zənginliyi ilə fərqlənir: prepozitiv zaman budaq cümləsi+ təyin budaq cümləli tabeli mürəkkəb cümlənin prepozitiv budaq cümləsi+mübtəda budaq cümləli tabeli mürəkkəb cümlənin budaq cümləsi+ sonuncunun baş cümləsi:

     Qaçan anlar Misiridən vardı isə,

    Qanğı mənzil, yola bular girdi isə,

    Kim sataşıb həm anları gördi isə,

    Ağırlayub həm mötəbər dutar imdi(7,164).

Çox maraqlı olan bu quruluşda baş cümləsiz budaq cümlələri mətnə bağlayan cəhət bütövlükdə mətni müşayiət edən  ş ə r t məzmunudur. Təqdim etdiyimiz bu modellər və ayrı –ayrı budaq cümlələr abidədəki cümlə tip­lərinin heç də hamısını əks etdirmir; bu modellərə oxşar və onlardan azca fərqlənən cümlə quruluşlarına da təsadüf edilir. Bütövlükdə isə, mürəkkəb cümlələrin mürək­kəbləşməsi, qarışıq tipli cümlələrdən istifadə “sintaktik quruluşun əzəli keyfiy­yət­lərinin və normativ imkanlarının yeni inkişaf mərhələsində təmərküzləşməsi, elastik səciyyə kəsb etməsidir” (4, 192).   

       Ədəbiyyat                                        

 1..AbdullayevƏ.Z.MüasirAzərbaycan dilində tabeli mürəkkəb cümlələr. Bakı: “Maarif”, 1974, 414 s.

 2. Abdullayev Ə., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili ( sintaksis).Bakı: “Şərq-Qərb”,  2007, 424 s.

 3.Cavadova M.N.Şah İsmayıl Xətainin leksikası(“Dəhnamə” poeması üzrə). Bakı: “Elm”,1977,216 s.

 4. Əlizadə S.Q. XVI əsr Azərbaycan dili ( inkişaf səviyyəsi).Fil. elm. dok. ... dis. Bakı: 1992, 252 s.

 5. Hacıyeva Z. Suli Fəqih . “Yusif və Züleyxa”( XIV əsr Azərbaycan yazılı abidəsi. Mətn və leksik oçerk). Bakı: ”Gənclik”, 1991, 112 s.

  6.Qəhrəmanov C.B. Əsrarnamə (əlyazmasının foto-faksimilesi, sözlük və izahat). Bakı:EA nəşri,1984, 197 s.

  7.Qul Əli. “Qisseyi-Yusif”. Bakı: Azərnəşr, 1988, 183 s.

  8.Mirzəzadə H.İ. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı: Azərbaycan Universiteti nəşriyyatı,1990, 376 s.

  9.RəhimovM.Ş. Azərbaycan dilində fel şəkilçilərinin formalaşması tarixi.Bakı: EA nəşri, 2014,318 s

  10.Садыхов А.Ш. Исторический синтаксис Азербайджанского языка (на материале памятников прозы) . АКД, Баку: 1988, 28 с.

  11. Vəliyev K. N. Azərbaycan dilinin poetik sintaksisi. Bakı: ADU nəşri, 1981, 63 s.  

. 12. Vəliyev K. N. Linqvistik poetikaya giriş. Bakı: ADU nəşri, 1989, 42 s.

      Açar sözlər: tabeli mürəkkəb cümlələr, təyin budaq cümləsi, zərflik budaq cümlələri

                                                                       

XÜLASƏ

     Məqalədə Qul Əlinin “Qisseyi-Yusif” poemasında işlənən tabeli mürəkkəb cümlələr, o cümlədən təyin və zərflik budaq cümləli tabeli mürəkkəb cümlələr araşdırılır, onların semantik-sintaktik xüsusiyyətləri açıqlanır. Tədqiqat nəticəsində aydınlaşdırılır ki, “Qisseyi-Yusif” poemasında təyinlənən üzvü qabarıq verilən tabeli mürəkkəb cümlələr, eləcə də zərflik budaq cümlələrinin bəzi növləri--zaman, səbəb, şərt və qarşılaşdırma budaq cümlələri işlənmişdir. Araşdırılan cümlə quruluşları ümumxalq dilinə yaxınlığlı ilə diqqəti çəkir. Tarixi qrammatikamızın daha əhatəli öyrənilməsi baxımından bu tədqiqat xeyli aktuallıq kəsb edir. 

 

Семантико-синтаксические особенности сложноподчиненных предложений с придаточными определения и обстоятельства

(на основании поэмы Гул Али «Гиссеи-Юсуф»)

РЕЗЮМЕ

В статье рассматриваются сложноподчиненные предложения, в том числе с придаточными определения и обстоятельства, использованные в поэме Гул Али «Гиссеи-Юсуф». Здесь раскрываются их семантико-синтаксические особенности В результате исследования можно сделать вывод, что в поэме Гул Али «Гиссеи-Юсуф» употребляются сложно-подчиненные предложения с выделением определяемого члена, а также некоторые виды обстоятельственные придаточных предложений (времени, причины, условия и противопоставления). Рассмотренные структуры предложений проявили близостьк общенародному языку. Данное исследование является актуальным с точки зрения более широкого изучения отечественной исторической грамматики.

Semantically-syntactical features of the difficult-subordinated sentences with additional definitions and circumstances

(On the basis of a Gul Alipoem’s“Gisseyi-Jusuf”)

SUMMARY

In the article the difficult-subordinated sentences, including with additional definitions and the circumstances used in a Gul Ali’spoem “Gisseyi-Yusuf” are considered. Their semantically-syntactical features as a result of research Here reveal it is possible to draw a conclusion, that in a Gul Ali’spoem “Gisseyi-Yusuf” the difficult-subordinated sentences, with allocation of a defined member, and also some kinds adverbial subordinate clauses (time, the reason, a condition and opposition) are used. The considered sentence structures have shown affinity to public language. The given research is actual from the point of view of wider studying of native historical grammar.

                     RƏYCİ: dos.E.Vəliyeva

                      


Əliyeva Nəzrin Samir qızı

AZƏRBAYCAN DİLİNİN DULUSÇULUQ LEKSİKASINDA DÜZƏLTMƏ SÖZLƏR

 

                Azərbaycan dilinin dulusçuluq leksikasının formalaşmasında düzəltmə quruluşa malik sözlərin də müəyyən payı var. Adlara və feillərə müxtəlif şəkilçi morfemlərin artırılması yolu ilə meydana çıxan bu leksik vahidlər dulusçuluq leksikasındakı müxtəlif anlayışları bildirməyə xidmət edir. Azərbaycan dilinin maddi mədəniyyət leksikasını tədqiq edən H.Əsgərov peşə-sənət leksikasında istifadə olunan düzəltmə sözlərlə bağlı yazır: "Azərbaycan dilinin peşə-sənət leksikasına daxil olan düzəltmə quruluşlu sözlər öz yaranma üsuluna görə peşə-sənət leksikasına daxil olmayan digər düzəltmə quruluşlu sözlərdən, demək olar ki, fərqlənmir. Lakin burada bir cəhəti qeyd etmək lazım gəlir. Azərbaycan dilinə məxsus bütün leksik şəkilçilər peşə-sənət leksikasının yaranmasında heç də hamısı fəal iştirak etmir, onların peşə-sənət leksikasında yaratdıqları mənalar da azdır" (2, 252). Dulusçuluq leksikası peşə-sənət leksikasına daxil olduğu üçün, başqa sözlə, onun tərkib hissəsi olduğu üçün göstərilən xüsusiyyətlər burada da müşahidə olunur. Əlavə olaraq belə bir cəhət də qeyd olunmalıdır ki, dulusçuluq leksikasında adlardan ad düzəldən şəkilçilərin köməyi ilə yaranan sözlər feillərdən ad düzəldən şəkilçilərlə düzələn sözlərdən çoxdur və müxtəlif şəkilçi morfemlər vasitəsi ilə yaranır.

                Azərbaycan dilinin dulusçuluq leksikasındakı düzəltmə quruluşa malik leksik vahidləri əmələgəlmə üsuluna, yəni hansı nitq hissəsindən yaranmasına görə aşağıdakı kimi qruplaşdırmaq olar:

                1. Adlardan ad düzəldən şəkilçilərin vasitəsi ilə yaranan dulusçuluq sözləri:

                a) -ça4 şəkilçisi ilə əmələ gələn dulusçuluq sözləri: badyaça "balaca badya" (ADİL, I, 198),ximçə "ərinmiş yağı saxlamaq üçün küpdən kiçik üçqulplu saxsı qab", novça "kiçik nov", noyça "suyun sərnicdən çıxması üçün saxsıda olan yer", səhəngçə "kiçik səhəng". M.Hüseynzadə bu şəkilçi ilə müasir dilimizdə kiçiltmə semantikalı leksik vahidlərin yarandığını göstərir (3, 29).S.Cəfərova görə, bu şəkilçi vasitəsi ilə dilimizdə əşyanın və ya heyvanın kiçiyini bildirən isimlər düzəldilir; məsələn: dayça, kəlçə, qazança, lüğətçə və s. (1, 185).Azərbaycan dilindən başqa -ça2 şəkilçisi müasir türk dillərindən türkmən (müq. et: kitapça "kitabça", halıça "kiçik xalı", küpçə "kiçik küp") (16, 140), özbək (müq. et: kitopça "kitabça", kuşça"quşcuğaz", oğılça"oğulcuğaz"(16, 177), uyğur (müq. et: kitabçe "kitabça", bölümçe "kiçik bölüm" (16, 219), tatar (müq. et: yeşelçe "tərəvəz" (16, 261), qazax (müq. et: kitapşa "kitabça", balıqşa "kiçik balıq"(16, 303) dillərində də özünü göstərir.Qədim türk yazılı abidələrinin dilində -ça2 şəkilçisi müasir türk dillərində yaratdığı semantikada özünü göstərmir. Bu münasibətlə Ə.Rəcəbli yazır ki, göytürk dilində -ça, -çə şəkilçisi miqdar və qeyri-müəyyən saylara, habelə işarə əvəzliklərinə artırıldıqda qeyri-müəyyən say əmələ gətirir; müasir Azərbaycan dilindəki -ca, -cə şəkilçisinə uyğun gəlir (9, 238). Görünür, məhz bu cəhətini nəzərə alaraq bəzi tədqiqatçılar bu şəkilçinin fars dilindən alınma olması barədə mülahizə irəli sürürlər (15, 159).İ.Tosun da -ça, -çe şəkilçisini fars dilindən alınma hesab edir və göstərir ki, bu şəkilçinin tərkibində olduğu divançe, lügatçe kimi sözlər artıq istifadədən çıxaraq, haradasa yalnız ayrı-ayrı lüğətlərdə qalmışdır (21, 1485). Lakin -ça2 şəkilçisinin fars dilindən alınma olması fikri ilə razılaşmaq çətindir. Məsələn, fars dilinin heç bir təsiri hiss olunmayan xakas dilində də bu şəkilçi ilə rastlaşırıq (27, 43). Türk dillərində belə geniş arealda özünü göstərməsinə əsaslanaraq deyə bilərik ki, bu şəkilçi başqa dildən alınma olmayıb, türk dillərinin özünə məxsusdur. F.Zeynalov bu şəkilçi ilə bağlı yazır: "Bu şəkilçi də isim kateqoriyası daxilində işlənərək müəyyən dərəcədə kiçiklik və s. bildirməyə xidmət edən sözlər əmələ gətirir" (14, 83). O, -ça, -çe şəkilçisinin fars dilindən alınma olması barədə heç bir fikir söyləmir. A.M.Şerbak da bu morfemin fars dilindən alınma olmadığını, türk mənşəli olduğunu göstərir (28, 101).-ça2 şəkilçisinin türk mənşəli olması barədə Q.Ramstedt (25, 191-192) və A.N.Kononovun fikirlərini də bu zaman nəzərə almaq lazım gəlir (23, 125). C.Klouson "Türkcədəsəkkizinci əsrdən əvvəl işlədilən şəkilçilər" adlı əsərində -ça2 şəkilçisinin türk mənşəli olmasını, bəzən fars dilindən keçmə bəzi sözlərin tərkibində müşahidə edilən uyğun səs tərkibinə malik şəkilçi ilə qarışdırıldığını göstərir (17, 188).

                Yuxarıda göstərdiyimiz kimi, Azərbaycan dilinin dulusçuluq leksikasında -ça2 şəkilçisinə beş sözün tərkibində rast gəlirik. Bunlardan badyaça, novçasəhəngçə sözlərində -ça2 şəkilçisinin kiçiltmə semantikası yaratması heç bir şübhə doğurmur. "Suyun sərnicdən çıxması üçün saxsıda olan yer"mənasında işlənən noyça sözünün novça sözündən yarandığını, daha sonralar metaforlaşaraq indiki mənasında işləndiyini söyləmək mümkündür. Güman etmək olar ki, sözün yeni mənası onun yeni fonetik tərkibinin formalaşmasına təkan vermiş və novça › noyça keçidi meydana çıxmışdır. Ximçə "ərinmiş yağı saxlamaq üçün küpdən kiçik üçqulplu saxsı qab" sözünün isə xum sözünə -çə şəkilçisinin artırılması ilə yarandığını söyləmək olar. Məlumdur ki, xum sözü "böyük saxsı küp" mənasında işlənir (ADDL, 229). Yəqin ki, xum sözü ilə -ça2şəkilçisinin birləşməsi "ərinmiş yağı saxlamaq üçün küpdən kiçik üçqulplu saxsı qab" semantikasını yaratmışdır.

                b) -çı4 şəkilçisi ilə əmələ gələn dulusçuluq sözləri. Müasir Azərbaycan dilində, eləcə də qohum türk dillərində olduğu kimi, dulusçuluq leksikasında da bu şəkilçi ilə peşə, sənət anlayışı ifadə edən sözlər əmələ gəlir: çölməkçi "saxsı qab qayıran usta, dulusçu", dulusçu "saxsı qab qayıran usta" (ADİL, I, 700), kirəmitçi "kirəmit ustası; kirəmitbişirən" (ADİL, II, 710), kuzəçi "gildən kuzə qayıran usta, dulusçu" (ADİL, II, 772), küpçü "gildən küp qayıran usta; dulusçu", kürəçi "kürəyə xidmət edən adam; ocaqçı, yaxud kürədə kərpic, qab və s. bişirməklə məşğul olan adam" (ADİL, II, 781), saxsıçı "saxsı qablar qayıran usta, dulusçu" (ADİL, IV, 20).

                S.Cəfərov bu şəkilçinin köməyi ilə dilimizdə altı məna qrupuna məxsus adların (müəyyən bir əşya ilə məşhur olan peşə sahibini bildirən atributiv isimlər; ictimai hadisə iləməşğul olan ixtisas sahibini və ya vəzifəni bildirən isimlər və s.) yarandığını göstərir (1, 184). Azərbaycan dilinin dulusçuluq leksikasında -çı4 şəkilçisi ilə əmələ gələn yeddi söz vardır ki, bunlardan dördü (çölməkçi, kirəmitçi, kuzəçiküpçü) düzəltdikləri əşyanın adı əsasında adlandırılmış şəxsləri ifadə edir. Kürəçi sözü kürəni düzəldən şəxsi deyil, kürəni işlədən şəxsi ifadə edir və bu cəhətdən əvvəlki sözlərdən fərqlənir. Bu semantika daha çox arabaçı, faytonçu, traktorçu tipli sözlərin semantikasına uyğun gəlir.Saxsıçı sözü isə peşə-sənət sahəsində istifadə olunan maddə adı əsasında yaranan sözləri xatırladır.Saxsı sözü "gildən hazırlanan dulusçuluq məmulatı" mənasındadır (ADİL, IV, 20) və burada -çı4 şəkilçisinin işlənməsi motivlənmişdir. Dulusçu sözü haqqında isə bunu söyləmək olmur. Məsələ ondadır ki, "Azərbaycan dilinin izahlı lüğəti"ndə dulusdulusçu sözlərinin eyni mənada,yəni "saxsı qab qayıran usta" mənasında olduğu göstərilir (ADİL, I, 700). Bu da öz növbəsində dulusçu sözündə -çı4 şəkilçisinin işlənməsini motivləyə bilmir. Məlum olduğu kimi, -çı4 şəkilçisi peşə-sənət semantikalı sözlərə artırılmır. Bu mövqedə -çı4 şəkilçisinin işlənməsi pleonazm təsiri bağışlayır. Düzdür, Azərbaycan dilinin bəzi şivələrində peşə-sənət semantikalı sözə -çı4 şəkilçisinin artırılması ilə rastlaşırıq. Müq. et: ağranomçu, aşığçı, becərənçi və s. (12, 125).Lakin bütövlükdə bu dil təzahürü o qədər də geniş yayılmamışdır. Dulusçuluq leksikasında müşahidə olunan bu təzahür bu leksikadakı sulakan sözünün ifadə etdiyi semantik tutumun əksidir. Belə ki, dulusçuluq leksikasında sulakan sözü iki mənada - 1. badya; 2. gildən qab düzəldən adam - işlənir (ADDL, 446).Bu dil faktı Azərbaycan dilinin Dərbənd şivəsində qeydə alınmışdır. Göründüyü kimi, eyni söz həm gildən düzəldilən məişət əşyasının adını, həm də həmin əşyanı düzəldən şəxsi ifadə edir. Güman etmək olar ki. tarixən dulus sözü dulus məmulatı hazırlamaq üçün istifadə edilən maddənin adını bildirmiş, zaman keçdikcə bu sözün "gildən qab düzəldən adam" mənası meydana çıxmışdır.Dulusdulusçu sözlərinin müasir dövrdə eyni mənanı ifadə etməsi faktını yalnız bu müstəvidə izah etmək olar.

                Z.Korkmaza görə, -çı4 şəkilçisi türk dilində ən işlək şəkilçilərdən biridir. O, türk dilində bu şəkilçi vasitəsi ilə peşə-sənət və digər semantikalı sözlərin meydana çıxdığını söyləyir (18, 41-42). V.M.Lemskaya Çulım türklərinin dilində bu şəkilçinin fəal olduğunu (müq. et: ep "ev" ~ epçi "arvad") göstərir (24, 128).-çı şəkilçisi kumuk türkcəsində də uyğun semantikalı sözlər yaradır. Müq. et: balıqçı "balıqçı", yüzüwçü "üzgüçü", yalğançı "yalançı" və s. (19, 965).

                c) -lıq4 şəkilçisi ilə əmələ gələn dulusçuluq sözləri: çölməkçilik "çölməkçinin işi, peşəsi; dulusçuluq", dulusçuluq "dulusun işi, peşəsi, sənəti" (ADİL, I, 700), dulusluq "dulusun işi, peşəsi, sənəti" (ADİL, I, 700), kuzəçilik "kuzəçinin işi, peşəsi, sənəti" (ADİL, II, 772), küpçülük "küpçünün işi, peşəsi; küp qayırma sənəti", kürəçilik "kürəçinin işi, peşəsi; ocaqçılıq" (ADİL, II, 781), ocaqlıq "gil qabları bişirmək üçün istifadə edilən dulus kürəsinin aşağı kamerası", odluq "dulus kürəsində od yanan yer", saxsıçılıq "saxsıçının işi, peşəsi; saxsı qablar qayırma sənəti; dulusçuluq" (ADİL, IV, 20).

                B.Xəlilov yazır ki, bu şəkilçi isim, sifət, say, əvəzlik və feildən yaranan düzəltmə sifətlərdən isimlər əmələ gətirir (4, 25). Orxon-Yenisey abidələrinin dilində -lıq şəkilçisindən bəhs edən Ə.Rəcəbli onun, əsasən, isim əmələ gətirən şəkilçi kimi təşəkkül tapdığını və üç məqamda işləndiyini söyləyir (10, 48-49). Müasir salar dilində də bu şəkilçi qədim türk dilindəki funksiyasına uyğun şəkildə istifadə olunur (20, 337).Xakas dilini türk və yakut dilləri ilə müqayisəli araşdıran İ.M.Tarakanova bu dildə -lıq4 şəkilçisinin bir o qədər də işlək olmadığını göstərir (26, 54-55). Bunun əksinə olaraq, müasir şor dilində -lıq4 şəkilçisi ən məhsuldar şəkilçilərdən biri hesab olunur (22, 36).

                Azərbaycan dilinin dulusçuluq leksikasında bu şəkilçi vasitəsi ilə düzələn doqquz söz vardır. Bunlardan altısında -lıq4 şəkilçisi -çı4 şəkilçisi ilə formalaşmış peşə-sənət semantikalı sözə artırılır: çölməkçilik, dulusçuluq, kuzəçilik, küpçülük, kürəçilik, saxsıçılıq. Bu sıraya dulusluq sözünü də əlavə etmək olar. Çünki, bu söz peşə-sənət semantikalı dulus sözünün əsasında yaranmışdır və bu cəhətdən yuxarıda göstərdiyimiz kuzəçilik, küpçülük kimi sözlərə yaxınlaşır. -lıq şəkilçisinin bu funksiyası müasir Azərbaycan dilində yeni sözlərin əmələ gəlməsində özünü göstərir. -lıq şəkilçisi ilə formalaşan ocaqlıqodluqsözləri isə peşə-sənət semantikası ifadə edən sözlərdən müəyyən qədər fərqlənir.Bu sözlər dulusçuluq leksikası ilə bağlı konkret anlayışları ifadə edirlər.

                ç) -xana şəkilçisi ilə əmələ gələn dulusçuluq sözləri: dulusxana "saxsı qab karxanası" (ADİL, I, 700), qabxana "bişirilmək üçün gil qabların yığıldığı dulus kürəsinin yuxarı kamerası". Müasir dilimizdə o qədər də işlək olmayan bu şəkilçi fars dilindən alınma hesab olunur. S.Cəfərov bu münasibətlə yazır: "Fars dilində xanə (ev) mənasında isim olub dilimizdə -xana formasında şəkilçi kimi işlədilir və substantiv isimlər əmələ gətirir" (1, 189). Dulusçuluq leksikasında yalnız iki sözün tərkibində müşahidə olunur.

                d) -dan şəkilçisi ilə əmələ gələn dulusçuluq sözləri:gülabdan "gülab saxlamaq üçün aşağısı girdə, boğazı dar, uzun və qəşəng formalı çini və ya metaldan qab; gülabsüzən" (ADİL, II, 303),  şamdan "şam qoyulmaq üçün gildən hazırlanmış altlıq".

Bu şəkilçi də fars dilindən alınmadır və dilimizdə substantiv isimlər əmələ gətirir: çaydan, qənddan və s. Dulusçuluq leksikasında yalnız iki sözün tərkibində müşahidə olunur.

                2. Feillərdən ad düzəldən şəkilçilərin vasitəsi ilə yaranan dulusçuluq sözləri:                   a) -ma2 şəkilçisi ilə əmələ gələn dulusçuluq sözləri: bəzəmə "yaş dulus məmulatının üzərinə bəzək darağı, yaxud dulus bıçağı ilə müəyyən naxışların vurulması", bişirilmə "hazırlanmış dulus məmulatlarının dulus kürəsində bişirilməsi", boyama "bişmiş dulus məmulatının üzərinin müxtəlif rənglərlə boyanması", hamarlama "dulus çarxı üzərindəki qabın səthinin dulus bıçağı ilə düzəldilməsi", kündələmə "yetişmiş gil maddəsinin düzəldiləcək dulusçuluq məmulatlarının həcminə görə uyğun hissələrə ayrılması",qurudulma "hazırlanmış yaş dulus məmulatının günəş və külək tutmayan yerdə qurudulması", lehimləmə "qırılmış, yaxud çatlamış dulus məmulatlarının sıyrıntı adlanan gil məhlulu ilə bitişdirilməsi", oyma "gil, palçıq komasından müəyyən miqdarda gilin qoparılması", pincləmə "qırılmış gil qabların pinclə birləşdirilməsi", səpmə "dulus kürəsində bişirilən qabların altının yapışmaması üçün onların altına qoyulan dəmir təbəqə", sığallama "dulus çarxının üzərində düzəldilmə prosesində olan qabın gövdəsinin parçalanıb dağılmaması üçün onun arabir yaş əski ilə silinməsi", şirləmə "bişmiş dulus məmulatının üzərinə şir çəkilməsi", şüyrələmə "bişməmiş dulus məmulatının satıl vasitəsilə naxışlanması", yetişmə "dəriyə bükülərək saxlanılan gil maddəsinin müəyyən zaman keçdikdən sonra hazır hala gəlməsi", yoğurma "gilin dəri üzərində yoğrulması" (gil qum ilə birlikdə yoğrulursa, bu, qarışıq yoğurma, ayrıca yoğrulursa, xalis yoğurma adlanır), yumşaltma "yoğrulmuş gildən ibarət palçığın su səpmə vasitəsilə yumşaldılması".

                Azərbaycan dilinin dulusçuluq leksikasında -ma2 şəkilçisinin köməyi ilə düzələn on dörd leksik vahid var. Bunlardan on üçü proses adını bildirən feli isimlərdir: bəzəmə, bişirilmə, boyama, hamarlama, kündələmə, qurudulma, lehimləmə, oyma, pincləmə, sığallama, şirləmə, şüyrələmə, yetişmə, yoğurma, yumşaltma. Bu şəkilçi ilə düzələn leksik vahidlərdən yalnız biri, səpmə "dulus kürəsində bişirilən qabların altının yapışmaması üçün onların altına qoyulan dəmir təbəqə" sözü proses adı ifadə etmir. Güman etmək olar ki, bu söz də əvvəllər proses adı kimi formalaşmış, lakin dilin sonrakı tarixi inkişafı nəticəsində substantivləşərək yeni məna kəsb etmişdir.

                -ma şəkilçisi ilə bağlı İ.T.Məmmədov yazır ki, Azərbaycan dilində və oğuz qrupundan olan başqa türk dillərində feil köklərindən isim düzəldən -ma... şəkilçisi qrammatikləşməyə doğru inkişaf yolu keçmiş və müasir dildə iki funksiyalı, yəni omonim səciyyəli şəkilçi kimi tanınır. Məlum olduğu kimi, bu şəkilçi feilin inkarlıq kateqoriyasının əlaməti, bəzi feillərdə -maq şəkilçisinin qalığı və nəhayət, feil köklərindən isim düzəldən polisemantik şəkilçi kimi hazırda da fəallığını mühafizə etmişdir (7, 78). M.Hüseynzadə də -ma (-mə) şəkilçisi vasitəsilə proses, hal-vəziyyət bildirən isimlərin düzəldiyini qeyd edir (3, 35). H.Mirzəzadə -ma, -mə şəkilçisinin XVIII əsrdən sonra daha məhsuldar olmasını və XIX əsrin əvvəllərindən isə törədicilik rolunun daha da artmasını qeyd edərək yazır ki, bu şəkilçinin bir tərəfdən ancaq feil köklərinə bitişməsi, digər tərəfdən bu şəkilçinin tam forması olan -maq, -mək şəkilçisinin isim əmələ gətirməsi, ismə yaxınlaşması -ma, -mə-nin -maq, -mək-lə bir mənşədən olmasını təsdiq etməyə əsas verir (8, 61). Ə.Tanrıverdi yazır ki, Orxon-yenisey abidələrində az işlənən -ma2 şəkilçisi M.Kaşğarinin "Divan"ında məhsuldarlığı ilə diqqəti cəlb edir: bulğama - bulama, yağsız, dadsız bulamac; kıyma - əriştə və s. (13, 218-219). Həqiqətən də, qədim türk yazılı abidələrinin dilində bu şəkilçi fəal deyil. Abidələrin dilini araşdıran N.Xudiyev bu şəkilçidən bəhs etmir (5, 86-88). A.Məmmədov isə -ma, -mə şəkilçisi ilə əlaqədar yazır: "İkili xüsusiyyətə malik bu şəkilçi isim və feil köklərindən isim əmələ gətirmişdir: yelmə - avanqard; təkmə - bütöv" (6, 168).

                -ma2 şəkilçisi digər türk dillərində də uyğun funksiyada müşahidə olunur. Məsələn, R.Rüstəmov müasir türk dilində bu şəkilçinin məhsuldar olduğunu, hal-vəziyyət, əşya, keyfiyyət münasibətləri bildirdiyini göstərir: dol-ma, kay-ma, kapa-ma, kavur-ma və s. (11, 23-24). F.Zeynalov da bu şəkilçinin müasir türk dillərində hal-vəziyyət, münasibət, əşya, keyfiyyət və s. adları bildirən isimlər əmələ gətirdiyini qeyd edir (14, 84).Bununla bərabər, F.Zeynalov -ma2 şəkilçisi ilə düzələn sözləri həm də hərəkət adları kimi də şərh edir: "Mьasir tьrk dillərində -maq, -mək şəkilçilərinin ixtisar forması da işlənir. -ma, -mə şəkilçiləri həm prosesin adını (alma, yazma, gəlmə, getmə və s.), həm də əşyalıq məzmunu ifadə edə bilir. Məs.: yarma, isitmə, çəkmə, süzmə, bölmə və s." (14, 215). Fikrimizcə, -ma2 şəkilçisi ilə əmələ gələn leksik vahidlərin bu şəkildə səciyyələndirilməsi daha düzgündür. Dulusçuluq leksikasında bu şəkilçi ilə yaranan sözlər isimlərdən daha çox hərəkət adlarına bənzəyir. Dilçilikdə bu qəbildən olan sözlərin həm adlar, həm də feillərlə əlaqədar olması barədə mülahizələr var: "Hərəkət adları feildən əmələ gələn düzəltmə adlardan leksik-semantik və sintaktik cəhətdən fərqli əlamətlərə malik olsa da, hal-hərəkət və prosesin adını bildirdikləri üçün adlarla ümumi cəhətlərə malikdir. Bu qrup sözlər, bir növ, substantivləşmiş feillər kimi, vəzifə cəhətdən feil kimi çıxış edir" (14, 215).

                b) -q,-ıq4 şəkilçisi ilə əmələ gələn dulusçuluq sözləri: daraq "1. gil qablara forma vermək üçün dulusun istifadə etdiyi trapesiya şəkilli taxta bıçaq; 2. dulus məmulatına naxış vurmaq üçün istifadə olunan taxta alət", oyuq "dulus çarxının dabanında olan deşik". Dulusçuluq leksikasında -q, -ıq4 şəkilçisi ilə əmələ gələn sözlər iki sözlə, daraqoyuq sözləri ilə təmsil olunur. Yəni daraq sözü daramaq, oyuq sözü isə oymaq feillərinə müvafiq şəkilçilərin artırılması yolu ilə yaranmışdır. Lakin qeyd olunmalıdır ki, bu şəkilçi müasir Azərbaycan dilinin sözyaradıcılığı prosesində fəal mövqeyə malikdir və onun köməyi ilə müxtəlif məzmunlu konkret və mücərrəd isimlər yaradılır. Müq. et: bölük, bilik, çıçaq, qonaq, deşik, dönük, ələk, buyuruq və s.Dulusçuluq leksikasında işlənən bıçaq "dulus məmulatına forma verərkən dulusun istifadə etdiyi taxta bıçaq" sözünü də buraya əlavə etmək olar. Düzdür, müasir dilimiz baxımından bıçaq sözü morfoloji cəhətdən üzvlənə bilmir. Çünki bıçaq sözü özünün daxili formasını artıq itirmişdir. Lakin bu sözün "kəsmək" semantikalı biçmək feilindən -aq şəkilçisinin artırılması yolu ilə yarandığını hamı qəbul edir. Buna əsaslanaraq bıçaq sözünü də düzəltmə sözlərə aid etmək mümkündür.

                A.Məmmədov qədim türk yazılı abidələrinin dilində bu şəkilçinin kifayət qədər fəal olduğunu qeyd edərək yazır ki, abidələrdə bu şəkilçi vasitəsilə məkan (turuk "dayanacaq"; yantık "yamac"); heyvan anlayışı (keyik "dağ keçisi, keyik"); rütbə, vəzifə bildirən (buyuruk "buyuruqçu, rəis"); alət, silah anlayışı bildirən (yarak "yaraq"); iş və hərəkətin obyektini (adak "ayaq"); nəticəsini bildirən (bark "bina, sərdabə") və mücərrəd mənalı (yazuk "günah, səhv"; əmgək "əzab-əziyyət, əmək") və s. isimlər düzəlmişdir (6, 167). Dulusçuluq leksikasında bu şəkilçinin az istifadə olunması bu leksikanın özünəməxsus xüsusiyyətləri ilə əlaqədardır. İkinci bir tərəfdən nəzərə almaq lazımdır ki, dulusçuluq leksikasının əsasını sadə quruluşa malik sözlər təşkil edir və burada düzəltmə quruluşlu sözlər sadə quruluşlu sözlərlə müqayisədə daha azdır.

                c) -ıntı4 şəkilçisi ilə əmələ gələn dulusçuluq sözləri: sıyrıntı "gil qabın formalaş­ması başa çatdıqda, hamarlama prosesində yaş qabın üzərindən yığılan gil maddəsi". Bu şəkilçi ilə formalaşan leksik vahidlər də dulusçuluq leksikasında az müşahidə olunur.

                Azərbaycan dili dulusçuluq leksikasındakı düzəltmə quruluşa malik sözlərin nəzərdən keçirilməsi aşağıdakı nəticələri çıxarmağa imkan verir:

                1. Dulusçuluq leksikasındakı düzəltmə quruluşlu sözlər sadə quruluşa malik sözlərdən kəmiyyətcə azdır.

                2. Düzəltmə quruluşa malik dulusçuluq sözləri həm adlardan, həm də feillərdən Azərbaycan dilinin sözyaradıcılığı prosesinə uyğun şəkildə ayrı-ayrı sözdüzəldici şəkilçilərin artırılması yolu ilə əmələ gəlir.

                3. Dulusçuluq leksikasındakı düzəltmə sözlər, əsasən, -çı4,-lıq4, -ça2, -ma2 şəkilçiləri ilə düzəlir. Digər sözdüzəldici şəkilçilərin (-ıntı, -xana, -q və s.) bu leksikanın formalaşmasında rolu çox azdır.

 

ƏDƏBİYYAT

1. Cəfərov S. Müasir Azərbaycan dili (Leksika), Bakı: "Maarif" nəşriyyatı, 1970. 235 səh.

2.  Əsgərov H. Azərbaycan dilinin maddi mədəniyyət leksikası, Bakı: Bakı Universiteti nəşriyyatı, 2006. 447 səh.

3. Hüseyinzadə M. Müasir Azərbaycan dili. Morfologiya, Bakı: "Maarif" nəşriyyatı, 1983. 320 səh.

4. Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası, Bakı: "Adiloğlu" nəşriyyatı, 2003. 354 səh.

5. Xudiyev N. Qədim türk yazılı abidələrinin dili, Bakı: "Elm və təhsil", 2015. 596 səh.

6. Məmmədov A. Tarixi yaddaş milli dil güzgüsündə (Qədim türk abidələrinin leksikası və Azərbaycan dili), Bakı: ADMİU-nun nəşriyyatı, 2015. 292 səh.

7. Məmmədov İ.T. İsimlərin quruluşca növləri // Müasir Azərbaycan dili, II cild. Morfologiya, Bakı: "Elm" nəşriyyatı, 1980. səh. 69-94.

8.  Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası, Bakı: Bakı Universiteti nəşriyyatı, 1990. 376 səh.

9. Rəcəbli Ə. Göytürk dilinin morfologiyası, Bakı: Bakı Universiteti nəşriyyatı, 2002. 475 səh.

10. Rəcəbli Ə. Göytürk dilinin leksikası, Bakı: "Nurlan" nəşriyyatı, 2004. 428 səh.

11. Rüstəmov R. Türk dilinin morfologiyası, Bakı: "Nurlan" nəşriyyatı, 2007. 208 səh.

12. Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları, Bakı: "Şərq-Qərb", 2008. 416 səh.

13. Tanrıverdi Ə. Azərbaycan dilinin tarixi qrammatikası, Bakı: "Elm və təhsil", 2010. 458 səh.

14. Zeynalov F. Türk dillərinin müqayisəli qrammatikası, I hissə (Fonetika, leksika, morfologiya), Bakı: "MBM" nəşriyyatı, 2008. 354 səh.

15.  Banguoğlu T. Türkçenin Grameri, 8. Baskı, Ankara: Türk Dil Kurumu yayınları, 2007. 628 s.

16. Buran A., Alkaya E. Çağdaş Türk Lehçeleri, 9. Baskı, Ankara: Akçağ yayınları, 2013. 483 s.

17. Clauson G. Türkçede Sekizinci Yüzyıldan Önce Kullanılan Ekler // Dil Araştırmaları Dergisi, Cilt 1, sayı 1. Güz 2007. 185-196 say.

18. Korkmaz Z. Türkiye Türkçesi Grameri (Şekil Bilgisi), 3. Baskı, Ankara: Türk Dil Kurumu Yayınları, 2009. CV + 1224 s.

19. Pekacar Ç. Kumuk Türkçesi  // Türk Lehçeleri Grameri (Ed. Ahmet B. Ercilasun), 1. Baskı, Ankara: Akçağ yayınları, 2007. say. 939-1008.

20. Teres E. İli Salır Türkçe′sinde Yapım Ekleri // Uluslararası Sosyal Araştırmalar Dergisi, Cilt 6, Sayı 24, Kış 2013. say. 332-347.

21. Tosun İ. Türkiye Türkçesinde -ca Ekinin Kullanım ve Anlam Çeşitliliği // Turkish Studies. İnternational Periodical For the Languages, Literature and History of Turkish or Turkic, Volume 5/4, Fall 2010. p. 1472-1486.

22. Есипова А.В. Теоретические проблемы словообразования в тюркских языках (на материале шорского языка). Автореферат диссертации на соискание ученой степени доктора филологических наук, Москва: 2011. 51 стр.

23. Кононов А.Н. Грамматика современного узбекского литературного языка, Москва-Ленинград, Издательство АН СССР, 1960.  446 стр.

24. Лемская В.М. О словообразовании в чулымско-тюркском языке // Вестник Томского государственного педагогического университета, № 10 (138). 2013. стр. 128-131.

25. Рамстедт Г.И. Введение в алтайское языкознание. Морфология, Москва: Издательство иностранной литературы, 1957. 255 стр.

26. Тараканова И.М. Словообразование имен существительных в хакасском языке (в сопоставительном аспекте), Абакан: Хакасское книжное издательство, 2008. 174 стр.

27. Тараканова И.М. Диминутивы в хакасском языке, Абакан: Издательство ООО "Сервисный пункт", 2011. 116 стр.

28. Щербак А.М. Очерки по сравнительной морфологии тюркских языков (Имя), Ленинград: Наука, 1977. 191 стр.

MƏNBƏLƏR

ADDL - Azərbaycan dilinin dialektoloji lüğəti, Bakı: "Şərq - Qərb", 2007. 568 səh.

ADİL - Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə, Bakı: "Şərq - Qərb", 2006. I c. 744 səh.; II c. 792 səh.; III cild, 672 səh.; IV c. 712 səh.

Açar sözlər:  dulusçuluq leksikası, düzəltmə sözlər, dil.

 

Summary

Some of the lexical units of Azerbaijan language are contaned by lexical scructured readjustment units. Those words are created by increasing generated verbsand names in accordanse with Azerbaijani language. The corrected words in this lexic mostly are created by –çı, -lıq,-ça,-ma suffixes.

Key words: the pottery lexica, readjustment words, language.

 

Резюме

Некоторую часть гончарной лексики азербайджанского языка составляют подверженные структурной коррекции лексические единицы. Эти слова образуются из существительных и глаголов, согласно правилам словообразования азербайджанского  языка путем увеличения отдельных словообразующих суффиксов. В этой лексике новообразованные слова образуются в основном, при помощи суффиксов -cı, -lıq,-ca,-ma.

Ключевые слова: гончарной лексика, образованные слова, язык.

Rəyçi: prof. L.Əhmədova                          

 


Əliyev Rafael Mail oğlu.

S.M.QƏNİZADƏNİN ELMİ-PUBLİSİSTİK  MƏQALƏLƏRİNDƏ ANA DİLİ PROBLEMİ

            Мəsələnin qoyuluşu: S.M.Qənizadənin dilçilik görüşləri.

İşin məqsədi: Görkəmli marifçi ziyalının publisistikasında ana dili ilə bağlı fikir və mülahizələrinin elmi-nəzəri təhlilini vermək.

Azərbaycan maarifinin “sönməz çırağı” hesab edilən Sultan Məcid Qənizadənin yaradıcılığı, elmi-publisistik məqalələri bütünlükdə məzmunu, ruhu ilə millətin oyanışına hesablanmışdır. Onun qaldırdığı problemlər mühitin ehtiyacından, həlli aktual olan məsələlərin gərəkliyindən doğmuşdur. Burada mədəni səviyyənin gerili­yindən, maariflənmənin azlığından tutmuş mollaxana və mədrəsələrdə təhsil siste­minin dəyişdirilməsinə, yeni üsulların tətbiqinə, yeni tipli məktəblərin yaradıl­masına, dərsliklərin hazırlanmasına, əlifba məsələsinin həlli zərurətinə qədər ciddi problemlər özünə yer alır. S.M.Qənizadənin pedaqoji fəaliyyətində, elmi-publisistik məqalələ­rində mühüm bir hissəni dil məsələləri, nitq mədəniyyətinin formalaşdırıl­ması gərəkliyi tuturdu. Ümumiyyətlə, bu problemlər həmin dövr ziyalı mühitini narahat edən məsələlər kimi bütünlükdə ictimai-mədəni sferanı əhatə edirdi. Hətta mövcud problemlərin həllində bəzən ciddi fikir ayrılıqları, yanaşma fərqlilikləri də özünü gös­tərirdi. Məsələn, realist maarifçilərin, romantiklərin, inqilabçı demokratların, eləcə də “Füyuzat”çıların və “Molla Nəsrəddin”çilərin düşüncə fərqliilkləri buna nümunədir. Ancaq bütün bunlara baxmayaraq, əsas olan problemin çözülməsi, milli oyanışın başlaması idi.  Məhz ona görə də görkəmli ədəbiyyatşünas F.Köçərli XIX əsrin sonu XX əsrin əvvəllərini “Azərbaycan intibahının sübh çağı” kimi qiymətlən­dirirdi. “S.M.Qənizadənin 1887-ci ildə həmkarı və dostu H.Mahmudbəyovla  birlikdə açdığı “rus-müsəlman” məktəbi bütün Rusiya müsəlmanları coğrafiyasında, o cümlədən Qafqaz və Azərbaycanda  milli dildə başlanan  yeni tipli təhsil və məktəb işinin baş­lan­ğıcı, müasir dünyaya inteqrasiyaya  yönəlmiş  “üsuli-cədid”  hərəkatının böyük hadisəsi idi. Əqidə dostlarının təşəbbüsündən sonra tədricən “rus-müsəlman”  mək­təb­lərinin sayı artdı, şəbəkəsi genişləndi, məktəblərdə ana dilinin tədrisində mühüm yeniliklər baş verdi, milli dilin tədrisdə mövqeyi tədricən  genişləndi və möh­kəm­ləndi. Bu isə öz növbəsində  milli ruhlu və əqidəli,  vətən və xalq mənafeyini düşü­nən, bu yolda çalışan ziyalıların  sayının artmasına, milli oyanışın  qanad açmasına sə­bəb oldu” (6, 12).  Onun bir-birinin ardınca mətbuat səhifələrində çıxan “İdarəyə məktub” (Həyat” qəzeti, Bakı, 1905, 10 iyun),  “Hansı dil ilə yazmalı” (Həyat” qə­zeti, Bakı, 1905, 10 noyabr), “Bir para mətləblər” (Həyat” qəzeti, Bakı, 1905, 13 noyabr), “Təəssüf” (İrşad” qəzeti, Bakı, 1906, 21 aprel), “Körpə uşaqlar tərbiyəsi” (“Rəhbər”, 1906, № 3, s.2-3), “Müsəlmanlar üçün kitab nəşri haqqında” (“Tərəqqi”  qəzeti, 1909, 24 iyun), “Körpə uşaqların tərbiyəsi” (“Füqəra füyuzatı” jurnalı 1921, № 3, s. 22-27), “Sabir haqqında kiçik bir xatirə” (“Ədəbiyyat qəzeti”, 1936, 16 iyul), “Lüğəti-türki və rusi” (Bakı,  Birinci yoldaşlıq nəşriyyatı mətbəəsi, 1904, 146 s.) və s. əsərləri aktuallığı, qaldırılan problemlərin gərəkliyi ilə mühüm önəm kəsb edir. Görkəmli maarifçi ədibin fəaliyyətində ana dilində tədrisin aparıl­ması, dərsliklərin hazırlanması, mətnlərin seçilməsində xalq dilinin ən gözəl nümu­nələrinə üstünlük verilməsi, nitq qabiliyyətinin, yazı mədəniyyətinin formalaş­dırıl­ması kimi məsələlər üstünlük təşkil edirdi. Çünki bu maarifpərvər ziyalı yaxşı bilirdi ki, “bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan  ölüb itməz, amma dilini alsan, yox olar və ondan bir nişan qalmaz” (3, 292). Doğurdan da ana dilinin saflığı qeydinə qalmaq, xalqın başa düşəcəyi əsərlər yazmaq, əcnəbi sözlərdən imkan daxilində az istifadə etmək, yeni dünyagörüşlü kadr hazırlığına üstünlük vermək, orfoqrafiya və orfoepiya qaydalarını hazırlamaq və bu sahədə əsaslı işlər görmək mühüm məsələ kimi qarşıda dururdu. M.F.Axundov müasiri H.Zərdabiyə yazdığı məktubda (1 yan­var 1877-ci il) ürək yanğısı ilə deyirdi: “Əkinçi” qəzetində  biz müsəlman tayfasına elmin fəzilət və səmərəsini anladıb “təklif edirsən ki, elm öyrənin, elm öyrənin! ...Bizə de görək elmi harda öyrənək və kimdən öyrənək və hansı dildə öyrənək...  müəl­limləri hardan alaq? Türkü və farsi və ərəbi dillərində bilən müəllimlər yoxdur”. (1, 254). Onu da əlavə edək ki, bu özlüyündə bütün ziyalı mühitinə olan müraciət idi və düşünəndə ki, həmin fikirləri M.F.Axundov söyləmişdi, məsələnin mahiyyəti daha da ciddiləşir. S.M.Qənizadə də məhz bu problemlərin həlli üçün məktabdarlıq məsə­lələrinə xüsusi önəm verir, əlifba məsələsinin həlli zəruriliyini tez-tez vurğulayır, lüğət yaratmada fəal iştirak edir, nitq normalarının müəyyənləşməsi üçün əlindən gələni əsirgəmirdi. H.Zərdabinin, H.Mahmudbəyovun, A.Səhhətin, M.Ə.Rəsul­za­dənin, Q.R.Mirzəza­də­nin, M.Şahtaxtlının, M.Sidqinin, Y.V.Çəmən­zəminlinin, F.Ağa­zadə­nin və başqaları­nın dilin problemləri ilə bağlı qaldırdığı məsələlər sistemli və məqsədyönlü  fəaliyyətin getməsindən xəbər verirdi. Ü.Hacıbəyov “Hansı vasitə­lərlə dilimizi öyrənib kəsbi-maarif  etməliyik” məqalə­sin­də (“İrşad” qəzeti, 1906 № 47)  Azərbaycan dilinin imkanlarını, sinonimik xarak­terini, frazeoloji zənginliyini, poetik sisteminin mükəmməlliyini vurğulayırdı. “Bizim türk lisanımızın Avropa alim və filosoflarının rəy və nəzərində  də vəsi və kamil bir dil olduğunu, onun vasitəsilə insanın ən ali fikirlərini, dəqiq hisslərini  bəyan etməyin  mümkünlüyünü, belə bir zəngin dilin tədris prosesi üçün də əlverişli olduğunu söyləyirlər” (2). S.M.Qənizadə Qori Müəllimlər Seminariyasının Tatar dili şöbəsinin, Bakı və Dağıstan quber­niyasının xalq məktəblərində inspektor işlədiyi vaxtlarda oxu kitablarının hazırlan­ması, qiraət dərslərində oxu qaydalarına əməl olunması, aydın nitq qabiliy­yətinin formalaşdırılması üçün bütün vasitələrdən istifadəni əsas məsələ­lər­dən biri kimi önə çəkirdi. Uzun əsrlər boyu tədrisin ərəb dilində aparılması, mollaxana və mədrəsələrdə dini elmlərin öyrədilməsi, ərəb qrafikası ilə yazıların yazdırılması və s. məsələlər böyük problemlər doğururdu. Məhz bu səbəbdən də S.M.Qənizadə XX əsrin əvvəl­lərində “Hansı dildə yazmalı” adlı məqalə ilə mətbuat səhifələrində çıxış etdi (4).  Bu məqalə sırf reallığa hesablanmışdır. Çünki artıq ərəb qrafikalı əlifba bütün prob­lem­ləri ilə üzdə idi və Azərbaycan dilinin imkanlarını tamlıqla əks etdirmirdi. Məhz bu səbəbdən də mövcud vəziyyətdə problemlərin ara­dan qaldırılması üçün ciddi hərəkat başlamışdı. Ərəb, fars, rus və  fransız dilli ziyalı qrupları tədris, əlifba, dünyəvi elm­lər məsələsində fikir ayrılıqlarında görünür­dülər. S.M.Qənizadə həmin dövrdə  Əh­məd bəy Ağayevin redaktoru olduğu  Həyat qəze­ti­nin  78-ci sayında “Dil müşkülatı” adlı məqalə yazdı. Maarifpərvər ziyalı yaxşı bilirdi ki, dilin saflığı bütün vəziy­yət­lərdə ən ümdə olandı. Ərəb, fars dillərindən gəlmə sözlərin çoxluğu, eləcə də Avropa dillərindən gələn sözlərin yeni şəraitdə artan istiqa­mətdə getməsi özlüyündə ciddi çətinliklər yaradır. Ona görə də imkan daxilində dilin öz potensialından istifadə et­məklə yeni sözlərin  yaranmasına üstünlük verilməsini əsas sayırdı. “Kitab işində hər bir şərtdən əvvəl dilin asan və vazeh olmağına diqqət edilməlidir. Vala aşna olmadığımız ləhcə  və ya şivə ilə əda olunan məktəblərdən  əksər ovqati-milli hasil etmək olmur və əgər olursa da, çoq kəndilik  və bəsilik ilə olur. Belə surətdə məktəb özü nə payədə  gözəl olursa da, amma sətirlər arasında mə­ni rəştisi paralandıqda həvəsimiz pozulur və məktəbi axıraca  oxumağa rəğbətimiz qalmayıb biixtiyar etiraz edirik” (4). Dilin aydınlığı, nitqin saflığı, rəvanlığı məsələ­sinə önəm vermək, dünyəvi elmlərin tədrisinə diqqət yetirmək və  mütərəqqi dünya­görüşlü ziyalı nəslinin yetişdirilməsi əsas məsələlərdən biri  kimi qarşıda dururdu. Artıq belə bir nəsil formalamaqda idi. Yəni XIX əsrdə Avropa təhsilli ziyalılar, Qori Müəllimlər Seminariyasının məzunları, eləcə də Rusiyanın ayrı-ayrı şəhərlərində təhsil görmüş gənclər dini təhsillə bütün məsələləri həll etməyin çətinliyini görüb dərk edir və yeni tipli məktəblərin yaradılmasını, dərsliklərin yazılmasını, xalqın maariflənməsini ən ümdə məsələ kimi qaldırırdılar. Klassik Azərbaycan ədəbiy­ya­tının görkəmli nüma­yən­dələrinin yaradıcılığından nümunələrin dərsliyə gətirilməsini, anadilli bədii mətnlərin mənimsədilməsini əsas olan kimi qeyd edirdilər. Eyni zamanda əfsanə, rəvayət, nağıl, dastan, tapmaca, atalar sözü və məsəl, bayatı, nəğmə və s. nümunələ­rinin şagirdlərə mənimsədilməsini ardıcıllıqla vurğulayırdılar. Belə nümunələr şagird­lərin dilinin inkişafına, aydın, səlis danışmasına, asanlıqla başa düşməsinə və mara­ğına hesablanırdı. S.Ə.Şirvaninin, M.Mahmudbəyovun, F.Köçər­linin, A.Şaiqin, M.Şahtaxtlının, S.M.Qənizadənin və başqalarının hazırladıqları dərsliklər və əlavə vəsaitlər bunun  göstəricisidir. Onlar klassik ədəbiyyatın, xalq şeiri nümunələrinin dilin inkişafında, nitq mədəniyyətinin formalaşmasında əvəzsiz rol oynadığını vurğulayırdılar. Təsadüfi deyildir ki, Platon natiqlik sənətindən danışarkən şairlər timsalında xüsusi olaraq vurğulayırdı: “Əsl şair öz ağıl və səyinə heç nə ilə borclu deyil – onun duyduqları, yaratdıqları delf ilahiləri və müqəddəslərin xəbərləri kimi göylərin nemətidir”. Dünya ədəbiyyatının böyük klassikləri Homer, Esxil, Platon, Aristotel, Demokrit, Sofokl, N.Gəncəvi, X.Şirvani, Ə.X.Dəhləvi, Ə.Cami, Z.Şirvani, S.Şirazi, Ə.Nəvai, H.Şirazi, A.Ərdəbili, Ş.İ.Xətai, M.Füzuli, S.Təbrizi, M.F.Axundov və başqaları şair və şeir, onun təsir imkanları haqqında gərəkli fikirlər söyləmişlər. Məsələn, Homerin rapsodları “tanrılar və muzlar tərəfindən ilham­lan­dırılan nəğmə­kar”, Pindarın şairi “muzaların peyğəmbəri, muzalarla dinləyicilər  arasındakı vasitəçi” adlandırması bunun nümunəsidir. Peyğəmbərimiz Həzrəti Mə­həm­məd “ərzin altında Allahın xəzinələri vardır ki, şairlərin dili bu xəzinələrin açarıdır” deyirdi. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli şairi S.Vurğun “Yalnız şeirin dili belə danışır, onun hikmətində Allahın gücü var” deməsi  və “Balalarımız üçün gözəl əsərlər yaradaq” məqaləsini yazması sırf reallığa hesablanmışdı. Bunların hamısı zamanın və mühitin reallığına, dünyada gedən yeniləşmə prosesinin qoyduğu zərurətdən irəli gəlirdi. Avropa mühitini dərindən öyrənmiş və Almaniyanın Fran­sanın universitetlərində təhsil alıb orada dilçilikdən münazirələr oxumuş M.Şahtaxtlı deyirdi: “Təzə təməli və əsası avropalılar qövmiyyətdə və həmlisanlıqda buldular. Bu dil danışan cəmiyyətlərin əsli bir olmalıdır. Əslləri bir olan cəmiyyətlərdə əxlaq və adət və təbiətcə labüd qərabət- yaxınlıq, ittihad və ittifaq olur. Bunlar öz qanunlarını, dövlətlərinin daxili və xarici siyasətini, məktəb tərbiyələrini, ədəbiyyatlarını öz qövmlərinin əxlaq və adətinə uydururlarsa, mədəniyyətlərinin və tərəqqilərinin rəvişi, gedişi təbii olur” (8). Göründüyü kimi, burada görkəmli ictimai xadim, poliqlot M.Şahtaxtlı Avropada gedən proseslər müstəvisində məsələyə yanaşır və onlarda da XVIII əsrin sonu XIX əsrin əvvəllərində eyni vəziyyətin yaşandığını vurğulayır.  Həm də ədəbiyyatın, mədəniyyətin inkişafında təbii olmanı xüsusi qeyd edirdi. Problemlərin həllində  məhz məsələlərin milli mədəniyyət, dəyər prinsiplərindən ya­naş­manın daha gərəkli olduğunu vurğulayırdı. S.M.Qənizadə ona görə də bütün təh­lil­lərdə  “filhəqiqə dil məsələləri ən zəruri məsələlərdən birisidir” söyləyirdi.  Hətta bu məsələdə kitab problemini, ana dilində dərslik, dərs vəsaiti, metodik vəsait məsə­lələrini qaldırırdı. Xüsusi olaraq vurğulayırdı ki, “a kişi, elə dil ilə yazırlar ki, oxu­yanda adamın dişləri tökülür... bunu öz dilimizlə yazsınlar ki, xalq oxuyub mətləb anlasın” (4). Bunlar və bu kimi ciddi mülahizələr təsadüfi deyilmirdi, əksinə yazı­lan­ların, dərslik və dərs vəsaitlərinin timsalında deyilirdi. H.Zərdabi, S.Ə.Şirvani, M.Ə.Rə­sulzadə, M.Şahtaxtlı, İ.Qasprinski, C.Məmmədquluzadə, F.Köçərli, Ə.Hüseynzadə, Ə.Ağayev arasında gedən yazışmalarda, fikir ayrılıqlarında məhz dil sadəliyi, aydın, səlis  bədii mətnlərin dərsliklərə gətirilməsi məsələsi əsas səbəb idi. Düzdür, bu mübahisələrdə bir istiqamət ərəb əlifbasının dəyişdirilməsi, Azərbaycan dilinin incə­liklərini, səs sistemini özündə təfərrüatı ilə əks etdirib-etdirməməsi problemi idi. Mübahisələrdə ərəb əlifbasının saxlanması məsələsi də vardı. Əsas kimi o göstərilirdi ki, Şərq mədəniyyətinin min illik nümunələri bu dildə, bu əlifbadadır. Müqəddəs kitabımız “Quran” ərəb əlifbası ilə yazılmışdır. Bu fikrin tərəfdarları İsmayıl bəy Qasp­rinski, Abusufiyan Akayev, Mir Möhsün Nəvvab və başqaları idi. İkinci qrup ərəb əlifbasının təkmilləşdirilməsi təklifi ilə çıxış edirdi.  M.Şahtaxtlı, H.Sanılı, S.Ağamalıoğlu, Ə.Ağayev və başqaları idi ki, bunların da böyük əksəriyyəti sonrakı mərhələdə bütünlükdə əlifbanın latın qrafikası ilə əvəzlənməsini irəli sürürdülər. Üçüncü qrup sırf latın qrafikalı əlifbaya keçmək ideyasının tərəfdarları idi. S.M.Qəni­zadə də məhz öz fəaliyyətində bütün müstəvilərdə yeniləşmə mövqeyində dayanırdı. “Dil müşkülatı” məqaləsində mövcud problemlərin həllini “qapaq və örtüyün atılması” kimi vurğulayır. “Arzu edərdim ki, qəzetə intişar edən mühərrirlərimiz və ya qəzetə oxuyan qardaşlarımız haqəza ədəbiyyat və maarifə baş aparan əhli-təməddün yoldaşlarımız  ittifaqən bu məsələnin həll olunmasına səy və himmət göstə­rərlər. Zira  ki, xah qəzetə işi və xah qeyri-maarif və tədris məsələləri nə payədə uca  mərtəbədə qoyulsa, yenə dil məsələsi onların üstünə  qapaq və örtük olduqda hamu­sundan  fövq  hamusun  bilaəksliyə çulğalayır. Bu zorluca mətləb qövldən felə keç­məsi öz əzəmətinə  müvafiq  artıcaq  zor istiyorsa  da, amma zorluca mətləbdən  əzə­mətlicə nəticə gözlədiyimizdə əhli-təməddün  qardaşlar  millət eşqinə qeyrət gös­tərib  təsəvvür versələr, şayedir” (4). Burada ən ciddi məsələlərdən birisi  geniş coğrafiyanı əhatə edən türk xalqlarının anlaya biləcəyi bir dilin, “ümumi ədəbi dili”in yaradılması idi. XX əsrin əvvəllərindəki ziyalı mühitini düşündürən bu problem, ortaq ədəbi dil yaratmaq düşüncəsi mühitdə birmənalı qarşılanmırdı.  Məsələn, “Mol­la Nəsrəd­din”çi­lər Azərbaycan xalqının dil bazası əsasında  ümumi ədəbi dil yarat­maq ide­yasını irəli sürürdülər. “Füyuzat”çılar isə ayrı-ayrı türk xalqlarını birləş­dirmək üçün ortaq ədəbi dil ideyasını irəli sürürdülər.  S.M.Qənizadə bu problemin çətinliyini və reallaşmasının mümkünsüzlüyünü real faktlardan çıxış etməklə göstərirdi.  Xüsusi olaraq vurğulayırdı ki, ədəbi dil məsələsində dialektlərdən biri əsas olur. Məsələn, farslarda Şiraz, ərəblərdə Hicaz, fransızlarda Paris və s.

S.M.Qənizadənin dil məsələləri ilə bağlı qənaətləri sırf reallığa, faktlara və müasirlərinin yanaşmalarına münasibətə hesablanmışdır. O, həmmüasirlərini sadə, aydın, səlis Azərbaycan dilində yazmağa çağırırdı. “Vətən balalarının taleyi naminə” gərəkli işlər görməyə səsləyirdi. Ərəb, fars dilindən gəlmə sözlərlə, Osmanlı ləhcəsin­dən istifadə ilə kitabları ağırlaşdırmağın qəti əleyhinə çıxırdı. Məsələn, A.Surun “Məktəblərdə türk dili” (“Həyat” qəzeti, Bakı,  1905,  13 və 25 oktyabr)məqalə­sindəki qaldırılan problemləri şərh edir və ona fəal münasibətini bildirirdi. Görkəmli maarifçi “Tiflis – 24 iyul” sərlövhəli məqaləsində (“Həyat” qəzeti, Bakı, 1905, 29 iyul) xüsusi olaraq vurğulayırdı: “Xah rus, xah əcnəbi millətlərin  pişrov pedaqoqları (yəni ədibləri) ittifaqı bu təsəvvürdədirlər ki,  əbnayi-millətin tərbiyəsi əvvəlinci gün­dən öz ana dilində ola gərəkdir.  Tərbiyə işində ana dilinin  fövt və mənfəəti hər bir işdən  fövq olduqda  hər bir cəhətlə ana dilinin rövnəqi   millətin tərəqqisinə bais olur” (5). Bütün bunlar, eləcə də “İstilahi-Azərbaycan”, “Kilidi-ədəbiyyat”, “Lüğəti-türkü və rusi”, “Əlifbayi-mütəhərrikə” və s. əsərləri Azərbaycan dilinin problem­lərinə, mövcud çatışmamazlıqların aradan qüaldırılmasına yönəlmişdir.

 Ишин елми нятиъяляри: S.M.Qənizadənin elmi-publisistik məqalələri XIX əsrin sonu XX əsrin əvvəllərində mədəni mühitin problemlərini, ana dili məsələsinin aktuallığını, əlifba məsələsini, tədrisdəki mənzərəni öyrənmək üçün əsaslı material verir.

Тятбиг сащяляри: Azərbaycan dilinin tədrisi, dilçilik, dil tarixi, nitq mədəniyyəti, leksikologiya, müqayisəli dilçilik.

Елми йенилийи:  S.M.Qənizadənin elmi-publisistik məqalələrinin öyrənilməsi maarifpərvər ziyalının mədəni mühitdə yerini, həmin dövrün problemlərini, latın qrafikalı əlifbanın meydana gəlməsi zərurətini və s. öyrənmək üçün əsaslı mənbədir.

  ƏDƏBIYYAT

1. Axundov M.F. Əsərləri. 3 cilddə, III c., Bakı, Elm, 1988.

2. Hacıbəyov Ü. “Hansı vasitələrlə dilimizi öyrənib kəsbi-maarif  etməliyik” məqaləsində. “İrşad” qəzeti, 1906 № 47.

3. Köçərli F.  Seçilmiş əsərləri. Bakı, Azərb. SSR E A nəşriyyatı, 1963, s. 292.

4. Qənizadə S. Hansı dil ilə yazmalı. “Həyat” qəzeti, Bakı, 10 noyabr 1905.

5. Qənizadə S.M. “Tiflis – 24 iyul” sərlövhəli məqaləsində (“Həyat” qəzeti, Bakı, 29 iyul 1905).

  6. Məmmədova G. Pedaqoji irsimizdən:  Sultan Məcid Qənizadə. Bakı, Elm və təhsil, 2015. 

7. Sur A. “Məktəblərdə türk dili” (“Həyat” qəzeti, Bakı,  13 və 25 oktyabr 1905). 

8. Şahtaxtlı M. Hər gün bir az. “Şərqi-Rus” qəzeti, 4 sentyabr, 1904, № 154.

Açar sözlər:  S.M.Qənizadə, anadilli dərsliklər, ərəb əlifbası, Azərbaycan dili, nitq mədəniyyəti, alınma sözlər.

Ключевые слова:  С.М.Ганизаде, учебники на радном языке, арабский алфавит, Азербайджанский язык, культура речи, заимствованные слова.

                                    

                                                                       XÜLASƏ

Sultan Məcid Qənizadə XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan mədəni mühitində xüsusi rol oynamış şəxsiyyətlərdəndir. Onun pedaqoji fəaliyyəti, yeni tipli məktəb yaratması, ərəb əlifbasının dəyişdirilməsi sahəsində ciddi və qətiy­yətli mövqe nümayiş etdirməsi, dil saflığı uğrunda apardığı mücadilə bütün dövrlər üçün örnəkdir. Böyük ədibin zəngin yaradıcılığında mühüm bir hissəni Azərbaycan dilinin problemləri tuturdu. Mövcud bədii nümunələrdə, dərsliklərdə özünü göstərən əcnəbi sözlərin çoxluğu, qəliz, anlaşılmaz cümlələrin, ifadələrin işlənməsi, dilin təmizliyi və s. haqqında mülahizələr onun elmi-publisistik məqalə­lərinin əsas qayəsini təşkil edirdi.

                                                                                  РЕЗЮМЕ

Проблемы родного языка в научно-публицистических статьях С.М.Ганизаде

    Султан  Меджит  Ганизаде  личность  сыгравшая  особенную  роль  в  куль­турной  cреде  Азербайджана  в  конце  XIX  начале  ХХ  века .  Его  педагоги­чес­кая  деятельность, открытие  школ  нового  типа, демонстрация  усиленной  и  ре­шительной  позиции  в  области  изменения арабско-го  алфавита,борьба  за  чис­тоту  являетса  примером  для всех периодов. В  творчестве   великого  писа­теля   особое   место  занимает   проблемы  Азербайджанского  языка. В  сущест­вую­щих  художественных образцах, учебниках,использование много­числен­ных заимствен­ных слов,сложных, непонятных  предложений  и  выра­жений , чистота  языка и  др . взгляды являются  основной  целю  его  научно-публицистических  статей.

                                                                         Rəyçi: Aida Salahova

                                                  

Haciyeva Səlimə

QLOBALLAŞANDÜNYADA İNGILISDILI

Adından göründüyü kimi bu çox geniş bir mövzudur. Müasir dünyada qlo­ballaşma həyatın ən müxtəlif sahələrini əhatə edən elə bir universal prosesdir ki, yüz, hətta min illər boyu  bir-birindən bu və ya digər dərəcədə ayrılıb təcrid olunmuş, parçalanmış,  diferensiallaşmış hadisələri - milli, yaxud regional xüsusiyyətləri, vər­diş­ləri,  kompleksləri modern  texnologiyaların güclü təsiri altında  görünməmiş bir sürətlə bir- birinə yaxınlaşdırır,  qovuşdurur və nəticə etibarilə, çoxşaxəli əlaqələrlə səciyyələnən iqtisadi, ictimai- siyasi və mənəvi- ideoloji bütövlük yaratmaqla  əlahiddəliyi məhdudlaşdıraraq dünyada baş verən hadisələri, gedən prosesləri vahid məcraya salır. Əslində,  orta əsrlərin sonu yeni dövrün əvvəllərindən başlayan, lakin XX əsrin ortalarından etibarən  daha geniş vüsət alan (sürətlənən) qloballaşmanın əsas göstəricisi, yaxud atributu bütün dünyanı əhatə edən  genişmiqyaslı inteqrasiya və ya beynəlmiləl ünsiyyət- kommunikasiya  ehtiyacıdır. 

Hazırda   planetdə baş verən heç bir hadisənin  məsuliyyəti yalnız lokal xarakter daşımır  və həmin məsuliyyəti bütövlükdə dünya (bəşəriyyət) öz üzərinə götürməkdən hər hansı səbəblə imtina etmir, yaxud görməməzliyə vurmur. Əlbəttə, bu və ya digər hadisənin,  sözün geniş mənasında, şərhində maddi və ya mənəvi- ideoloji xarakterli məqsədlər, konyukturlar, maraqlar kifayət qədər dərindən iştirak edə bilər, ancaq bu, mahiyyəti  dəyişdirmir; belə ki, qloballaşmanı səciyyələndirən inteqrasiya, beynəlxalq ünsiyyət heç də həmişə obyektiv nəticələrə gəlməyi nəzərdə  tutmur və onun maraqlı, cəlbedici xüsusiyyətlərindən biri də elə  budur ki, müxtəliflikləri, fərqlilikləri bir araya gətirməklə yanaşı diskussiyalara,  müxtəlif  maraqların özünümüdafiəsinə və konyukturlara da geniş meydan açır.

Qloballaşma, hər şeydən əvvəl, beynəlxalq ünsiyyətin durmadan  miqyaslan­ma­sını tələb edir ki, bu da “insanlar arasında ən mühüm ünsiyyət vasitəsi” (V.İ.Lenin) olan dilin (əslində, dillərin!) təbiətinə əhəmiyyətli dərəcədə təsir edir. Bu gün dünyada mövcud olan yüzlərlə dildən yalnız bir neçəsi beynəlxalq statusa və ya nüfuza malikdir ki, bunlar ingilis, fransız, alman, ispan, Çin, ərəb, rus və s. dillərdir. Həmin dillərin içərisində isə ingilis dilinin xüsusi mövqeyi vardır. Müasir dünyada, o cümlədən də Azərbaycanda (Azərbaycan Respublikasında) ingilis dilinin nüfuzunun sürətlə artması müşahidə olunur ki, bunun ən azı iki səbəbi mövcuddur:

1) dünyanın (bəşəriyyətin) ümumi (universal) bir ünsiyyət vasitəsinə (dilə) getdikcə güclənən ehtiyacının olması;

2) ingilis dilinin belə bir ehtiyacı ödəmək üçün digər nüfuzlu dillərlə müqayisədə üstünlükləri.

Ümumiyyətlə, müasir dünyada mövcud olan dillərin belə bir “iyerarxiya”sını  təsəvvür etmək olar:

I. Əsas beynəlxalq dil (ingilis dili).

II. Beynəlxalq dillər (fransız, alman, ispan, Çin, ərəb, rus və s. dilləri).

III. Dövlət dilləri, yaxud milli dillər (türk, fars, portuqal, italyan, yunan, indoneziya və s. dilləri).

IV. Xalq dilləri (ləzgi, çeçen, Tibet, uyğur, Altay və s. dilləri). 

V. Tayfa dilləri.

Qloballaşan müasir dünyadayuxarıda təqdim etdiyimiz təsnifat-“iyerarxiya”nın III qrupuna, yaxud səviyyəsinə aid olan dilləri aşağı- yuxarı eyni tale gözlədiyini nəzərə alsaq, onların gələcəyinin  proqnozlaşdırılmasında təxminən  eyni təsəvvür və ya qənaətlərdən çıxış etmək lazım  gəlir.

Bu gün dünyanın dil mənzərəsi rəngarəng və zəngin olsa da, hərtərəfli qloballaşma bu mənzərəyə çox ciddi təsir göstərir (1).  Planetimizdə mütəxəssislərin 2001-ci ildə qeydə aldığı 200 BMT üzvü – dövlətin ərazilərində mövcud olan 6417 dildən hər il bir çoxu ölüb aradan çıxır.

Alman alimi H.Haarmanın fikrincə, XXI əsrdə hazırkı dünya dillərinin 40 % aradan çıxacaq. 2008-ci ildə Alman Dili Cəmiyyəti “Almanlar öz dilləri və xarici dillər haqqında nə düşünürlər?” mövzusunda sorğu keçirib. Söhbət Avropa İttifaqında işlənən dillərdən gedir. Sorğunun nəticələri çox maraqlıdır. Sorğuda iştirak edənlərin 13 % -i Avropada vahid dil olmasına səs verib, ondan 11 %-i ingilis, 2 %-i isə alman dilini seçib. Resipientlərin 9 %-i seçim edə bilməyib. Deməli, sorğuda iştirak edənlərin 78 %-i Avropada dillərin saxlanılmasına səs verib. Sorğuda iştirak edənlərin təxminən ¼ -i Avropada vahid dilin – ingilis dilinin xeyrinə səs vermişdir. Bu meyil günü-gündən güclənməkdədir. Sorğunu keçirən Cəmiyyət həyəcan təbili çalır ki, alman dili bu gün Avropada sıxışdırılaraq bir dialektə çevrilir, ya da ölüb getmək yolundadır. 

Qeyd etmək yerinə düşər ki, dillərlə bağlı gələcək haqqında dəqiq öncəgörmə vermək o qədər də asan deyildir. Uzun müddətdir ki, dünyada təkdilliliyə meyil güclənməkdədir (2).

Dillərin mənzərəsi haqqında tam təsəvvür yaratmaq üçün vaxtilə planetimizdə vahid vaxt ölçüsünə keçmənin tarixinə baxsaq maraqlı nəticələrə gələrik. Azər­bay­canla Nyu York arasında vaxt fərqi, məlum olduğu kimi, 9 saatdır. 1884-cü ildə Vaşinqtonda Beynəlxalq Meridian Konfransı dünyada 24 müxtəlif vaxt zonasını 15 uzunluq dərəcəsilə Qrinviç sıfır meridian əsasında qəbul etdi. Almaniya bundestaqı bu ölçünü hərbi mülahizələrə görə ləngitmədən qəbul etdi. Fransa isə bunu yalnız 1911-ci ildə Paris observatoriyasının müqavimətinə baxmayaraq qəbul etməyə məcbur oldu. Hindistan da yeni vaxt ölçüsünü – Qrinviç ölçüsünü qəbul etməli oldu, çünki gəmiçilikdə və dəmir yolunda artıq Beynəlxalq vaxt ölçüsü qəbul edilmişdi. Eyni sözləri təqvimin unifikasiyası barədə demək olar. Y.Sezarın vaxtından qalmış yulian təqvimi o qədər də münasib deyildi, çünki bu təqvimə görə il 11 dəqiqə uza­nırdı. Yalnız XIII Qriqor uzun dartışmalardan sonra 1582-ci ildə təzə ilin başlanğıcını yanvarın 1-nə keçirtdi. Katolik ölkələr o saat bunu qəbul etdilər. O cümlədən pro­testant Almaniya 1700-cü ildə həmin sazişə qoşuldu. Ondan sonra Danimarka, Fərör adaları, İslandiya və Niderland da bu təqvimə qoşuldu. 1752-ci ildə Britaniya kolo­ni­yaları ilə birgə, 1753-cü ildə Finlandiya, İsveç, sonra Florensiya və Pisa yeni təqvimi qəbul etdi. Fransa (1793-1806) və İtaliya (1922-1943) aralardakı məsafəni çıxmaq şərtilə, Yaponiya 1872-ci ildə, Çin 1912-də, Rusiya 1918-də vahid unifi­ka­siyalı poçt və dəmiryolu nəqliyyatı cədvəli ilə işləyir (buna görə də oktyabr inqilabı­nın bayramı 8 noyabra düşür). Yuqaslaviya 1919, Rumıniya 1920, Yunanıstan 1923, Türkiyə 1927, Misir 1928-də bu təqvimə qoşulublar. O vaxtdan dünya xalqları vaxtı qarışıq salmadan öz işlərini görə bilirlər. Ölkə və ölkədən kənar hərəkətlər vahidlik prin­sipinə əsaslanır. Eləcə də vahiddillilik dünyada və xalqların həyatında mühüm rol oynayır.

İndi dünyada vahid dilə qarşı çıxan ölkələrdə çoxlu tədbirlər görülür, simpo­zium və konfranslar keçirilir, qalaq-qalaq tezislər və məruzələr çap olunur, hamı bir ağızdan milli dilin təmizliyindən, qorunmasından danışır (3). Bu kontekstdə kon­ser­vativ və liberal mövqelər toqquşur, ingilis dilinin dilləri sıxışdırmasından qorunmaq üçün tədbirlər planı hazırlanır. Ancaq bütün bunların fonunda ingilis dilinin bir addım da geri çəkilmək niyyəti görünmür. Dilin yox olması ilə ölkənin, xalqın yox olması gündəmə gəlir. Yuxarıda göstərdiyimiz kimi, Almaniyada təkdillilik xoşbəxtliyinə inananlar isə hələlik 13 % təşkil edir. Başqa ölkələrdə vəziyyətin necə olmasını araşdıran sorğular aparılmadığından ümumi nəticə çıxartmaq çətindir. Digər tərəfdən, təkdillilik ölkənin vüqarına, insanların heysiyyətinə toxunur.

Dünyada o qədər insanlar var ki, onlar öz soyköklərindən ayrı düşüblər. Bu­gün­kü milli dövlət anlayışı daha çox respublika layihəsinə oxşayır. Son illərdə ABŞ-da gedən proseslər bunu açıq-aydın göstərir. Orada, elə dünyanın bir çox yerlərində də, yalnız ana dilindən istifadə edən milli dövlət tapmaq çətindir. Azərbaycanda bu gün ən azından 10-15 dildə danışılır, Almaniyada bu, 100-ə bərabərdir. Yəqin ki, bu gün ata yurdu, ana dili anlayışları köhnəlib. Çoxdillilik bu gün normaya çevrilib. Bu gün milli eynilikdən daha çox Avropa eyniliyindən danışmaq düzgün olardı. Avropa Birliyi bir və ya ikidilliliklə (ingilis və fransız dilləri) vahid şəkildə nə vaxta qədər dözə biləcək? İngilislər bu mənada qayğısız görünürlər. Onsuz da onların dili dominantlıq təşkil edir.

Almaniya 100 milyonluq alman dilində danışanların hüququnu qorumağa çalışır. Almanlar tez-tez müxtəlif yollarla AŞPA-da məsələ qaldırmağa çalışırlar ki, alman dili bu qurumda işlək dil olsun. 23 fevral 2013-cü ildə “Avropa: etimadı yeniləməli” adlı çıxışında AFR prezidenti Y.Qauk Avropada dil siyasətinə də toxunaraq demişdir: “Düzdür, gənc nəsil onsuz da ingilis dililə Lingua franca kimi böyüyür. Amma mən düşünürəm ki, dildə inteqrasiyanı hadisələrin gedişinin ixtiya­rına buraxa bilmərik. Daha çox Avropa sadəcə elita üçün çoxdillilik olmamalı, daha çox əhali qrupları, daha çox insanlar üçün, nəhayət hamı üçün olmalıdır. Mən inanı­ram ki, Avropada hər ikisi yanbayan gedə bilər: ana dilində vətəndə və poeziyada olmaq və bütün həyatda və bütün yaşlar üçün praktik ingilis dili” (Sprachnachrichten, N: 57, s.5). Prezidentin bu çıxışı çox ciddi mübahisələrə səbəb oldu, çünki Avropada dil siyasəti düzgün aparılmır, ingilis və fransız dilləri dominantlıq təşkil edir ki, bu da almanları razı sala bilməz. İngilis alimi D.Kristal “İngilis dili qlobal dil kimi” əsərində (2002, s. 57-60) yazır ki, dünyanın 70-dən çox ölkəsində ingilis dili rəsmi dil statusu qazanıb. Həmin müəllifə görə dünya əhalisinin 2 milyardan çoxu ingilis dilindən ünsiyyət vasitəsi kimi istifadə edir. Onlardan 1,4 milyardı bu dildən birinci dil kimi, 735 milyona qədəri isə ondan ikinci dil kimi istifadə edir. İngilis dilindən xarici dil kimi istifadə edənləri də buraya əlavə etsək görərik ki, dünya əhalisinin yarısı ingilis dilində danışır. 

Qloballaşma vahidlik üçün mühüm amildir. Bu qloballaşma ingilis dilini dünya dili statusuna qaldırdı. Ancaq qloballaşma əks təsir də göstərir. Xırda xalqlar heysiyyət məsələsini ortalığa ataraq milli məhdudiyyəti hər cür əsaslandırmağa, dili milli kimliyin simvoluna çevirirlər. Bu hətta yeni dillərin meydana gəlməsinə səbəb olur.

Professor F.Veysəlli ingilis dilinin dünyadakı  hegemonluğunu bu cür qiymət­ləndirir: “... qloballaşma  şəraitində ingilis dilinin hökmranlığı bu dilin anası sayılan ABŞ- ın və Böyük Britaniyanın iqtisadi, siyasi və hərbi vasitələrdən istifadə etməklə həmin dilin qəbul etdirilməsinə gətirib çıxardır ki, bununla da başqa  xalqların dil­lərinə və mədəniyyətlərinə öldürücü zərbə dəymiş olur”.Eslinde bu ingilis dilinin uğuru hesab edilməlidir. O qeyd edir ki, “indi gənclər qrammatikaya və tələffüz qay­dalarına fikir vermirlər. Danışanda elə bil saqqız çeynəyirlər.  Onların dilində sms, top, hot, super, hendi, mobil, çat, download, portal, webside kimi yüzlərlə söz işlənir ki, heç onların fərqinə varmırlar. Bu sözlər qlobal dilin digər dillər üzərində aşkar qələbəsidir.

Professor F.Veysəllinin  həyəcanlarını başa düşmək o qədər də çətin deyil... Qloballaşan dünyanın ümumünsiyyət vasitəsinə çevrilən ingilis dili, doğrudan da, ərəb, alman və ya fransız dili qədər dil- təfəkkür dahiləri yetirməmişdir. Lakin nəzərə almaq lazımdır ki, ingilis dilinin olduqca çevik, işgüzar, müasir dünyanın nəbzini tutan “polifoniya”sı, “diplomatiya”sı onunla konkurensiyaya girə biləcək heç bir beynəlxalq dildə yoxdur.

Vaxtilə Ferdinand de Sössür dili dəb-moda ilə müqayisə edirdi.  Və doğrudan da, dil ünsiyyət vasitəsi kimi müxtəlif ədalardan (hətta ədabazlıqlardan!), müasir  görünmək “stilizasiyalar”ından məhrum deyil. Ona görə də nə qədər “dağıdıcı” olursa olsun dünyanın ikinci, üçüncü və s. dərəcə - səviyyəli dillərinə  müəyyən “anomali­yalar”ın  az və ya çox daxil olmasına hər halda təbii baxmaq lazımdır. Bir də ona görə ki, həmin “anomaliya”-  neologizmlər elə ingilis dilinin özü üçün  də tarixi ha­disə deyil, tamamilə yenidir... Və başqa dillərə “dağıdıcı” təsir edən nitq xüsusiyyət­lərinin yalnız  ingilis dilinin təbiətindən irəli gəldiyini güman etmək də düzgün  olmazdı, çünki beynəlxalq ünsiyyət vasitəsinə çevrilən hər hansı dil tədricən, mənsub olduğu xalqın və ya millətin mental səlahiyyətlərinin coğrafiyasından kənara çıxmaqla transmilli əlamətlər qazanır.

Professor F. Veysəllinin “bu gün özümüzdə istehsal olunan  məhsullara və ya öz düşüncəmizə uyğun şeylərə xarici adların verilməsi heç  cür başa düşülən deyil. “Bonaqua,  Nightbar, supermarket, medical club, Talkshow? Job Center? Service Point” kimi bildiriş xarakterli sözlərə nə ehtiyac  var, görəsən?” sual- etirazı da maraq doğurmaya bilməz. Lakin nəzərə alsaq ki, bütün bunlar, nə qədər paradoksal olsa da,  qloballaşmanın tələbindən (və təbii  olaraq!) irəli gəlir, onda professorun bu  həyəcan- etirazı da, çətin ki, özünü doğrultsun və ya ağrılı qəbul edilsin.Ancaq fakt faktlığında qalır. Bu gün İngilis dili vahid lidere çevrilməkdə davam edir. Çünki qloballaşma milli dillərə və ümumən mədəniyyətlərə, birinci növbədə, paradokslarla daxil olur, ziddiyyətlər, görünən və ya görünməyən  qarşıdurmalar yaradır.

İngilis dilinin sabahı qloballaşmanın vüsətindən asılıdır. Nə qədər çalışsaq da, dünyada gedən iqtisadi, mədəni, geosiyasi təmərküzləşmənin dilə təsirinin qarşısını almaqda acizik. Bu gün dünyada insanlar qlobal olmayan dilləri öyrənməyə, ondan hər yerdə istifadə etməyə o qədər  də maraq göstərmirlər. Heç bir milletin üzvləri  özləri öz dillərinə belə o qədər maraq göstərmirlər”.

İllər öncə  bütün Hindistan (qədim dünya mədəniyyətinin  beşiklərindən olan nəhəng bir ölkə) Böyük Britaniyanın müstəmləkəsi olduğundan ingilis dilini öyrəndi. Və həqiqət naminə  etiraf etmək lazımdır ki, bu, ölkənin yüksəlişinə əhəmiyyətli təsir göstərdi. Bu gün də göstərməkdədir... Lakin məşhur zarafatda deyildiyi kimi, bir ingilis bir hindliyə lağ edəndə ki, siz bizim müstəmləkəmiz olmusuz, hindli  qürurla cavab verir: biz də sizin dilinizi öz müstəmləkəmizə çevirdik, onunla necə istədiksə o cür də davrandıq.

Bu gün  Fransada restoranda ingiliscə yaxşı bilən iddialı bir fransız qarsonuna ingilis dilində yemək sifariş verəndə  bir neçə dəfə özünü eşitməməzliyə vurursa, buna da təbii baxmaq lazımdır.

Keçən əsrin 50- ci illərində dilin “bazis”, yaxud “üstqurum” olub- olmaması  ilə bağlı sovet müzakirələri də göstərdi ki,  dil xüsusi hadisədir; onu nə “bazis”, yəni iqtisadi- maddi xarakterli, nə də “üstqurum”, yəni mənəvi- etnoqrafik xarakterli təsisatlara aid etmək olmaz. Lakin bütün dünya üçün ümumi- universal olan səhv təsəvvürlər dili həmişə mənəvi- etnoqrafik (mədəni!) hadisələr sırasına daxil etməklə özünü çıxmaza salmışdır.  Qloballaşma isə, onun  tərəfdarlarının, yaxud əleyhdar­la­rının nə düşünüb- düşünməmələrinə baxmayaraq, mövcud anlayış- təsəvvürlərə analitik izah tələb edir; elə bir izah ki, orada  yalnız bir metodoloji istinad mənbəyi var, o da insanın taleyidir.

Bu isə o deməkdir ki, həm “dili beynəlxalq dilə çevrilmiş İngiltərənin özü belə linqvistik imperializmin geniş vüsət  almasından narahatdır”, həm də ingilis dilinin “təhlükə”sini hiss edən dillər...

Professor F.Veysəlli, tamamilə doğru olaraq, qeyd edir ki, “beynəlxalq səviyyədə qlobal dil  siyasətinə qarşı təkcə sayca az olan  millətlərin nümayəndələri mübarizə aparmırlar. Sayca yüz milyonlarla adamların  danışdığı alman, fransız, ispan, rus və s. dillərin təmsilçiləri də mübarizəyə qoşulduqlarını elan edirlər (5).

Lakin heç bir mübarizə qloballaşan dünyada ingilis dilinin hər gun daha da lider dilə çevrilməsinə mane ola bilmir.  Bunun isə əsas səbəbı bu dilin sahibi hesab edilən iki nəhəng dövlətin günü-gündən hökmran davranışının artmasıdır.

Ədəbiyyat

  1. ADU.  Dilçılik Ensklapediyası. Bakı 2006
  2. https://www.facebook.com/www.gulf.az/posts/520197311339551
  3. http://xalqqazeti.com/az/news/news/60070
  4. KhazarUniversity English Language And Literature Department. Course Syllabus. Baku 2012.
  5. http://www.veyselli.com/10.htm

Açar sözlər: qloballaşma,  xarici dil, modern texnologiya, ingilis dili, beynəlxalq dil.

Key words: foreign language, modern technology, the English   language, international language, globalization.

 

 

Xülasə

Məqalədə qlaballaşan dünyada ingilis dilinin oynadığı rol və bu dilin sabahının qloballaşmanın vüsətindən bir başa asılı olduğu göstərilmişdır.Reallıq budur ki, nə qədər çalışsaq da, dünyada gedən iqtisadi, mədəni, geosiyasi təmərküzləşmənin dilə təsirinin qarşısını almaqda acizik. Bu gün dünyada insanlar qlobal olmayan dilləri öyrənməyə, ondan hər yerdə istifadə etməyə o qədər  də maraq göstərmirlər. Lakin ingilis dili nəinki öz liderliyini gələcəkdə də saxlaya biləcək, hətta zaman-zaman daha da artıracaq.

 

Summary

This article deals with the information about the role of the English language in the world and it  shows  that it directly depends on the globalization level of the language.  It is evident that we can`t stop the influence of the economic, cultural, geopolitical development  to  the language. Today people don`t try to learn and use non- global languages and at the same time they don`t want to use this language. But English will keep its leading position in future and it will develop day by day.

 

Резюме

Это статья рассматривает сведения о роли английского языка в мире и показывает, что напрямую зависит от уровня   глобализации  языка. Абсолютно очевидно, что мы не можем предотвратить влияние экономического,   культурного  и геополитического развития на язык. На сегодняшний день не глобальные языки не вызывают интереса у людей. Английский продолжит удерживать свою лидирующую роль в будущем, развиваясь день ото дня.

RƏYÇİ: dos. L.Ələkbərova


Kərimova Gülşən, Səfərova Şəhla

ИНЭИЛИС ДИЛИНДЯН АЗЯРБАЙЖАН ДИЛИНЯ ТЯРЖЦМЯНИН БЯЗИ ГРАММАТИК

 ЯСАСЛАРЫНА ДАИР

              Харижи дилин юйрянилмясиндя башлыжа васитялярдян бири тяржцмядир. Тяржцмя дедикдя, щяр шейдян яввял тяржцмя олунажаг фикрин там баша дцшцлмяси вя баша дцшцлянин адекват шякилдя ана дилиндя ифадя олунмасы нязярдя тутулур. Тяржцмя просесиндя юзэя дилдя сюйлянилмиш фикир семантик, стилистик вя грамматик нюгтейи-нязярдян тящлил олунур, щяр бир сюзцн лексик мянасы вя цслуби хцсусиййяти иля йанашы, онун грамматик мяна вя вязифяси мцяййян едилир. Бунлар ися ана дилинин нормалары иля тутушдурулур вя нятижядя харижи дилдя олан фикрин ана дилиндяки ифадя васитяляри мцяййянляшдирилир. Тяржцмя халглар арасындакы мядяни ялагялярин сыхлашмасына сябяб олур вя онлар арасындакы достлуьу вя ямякдашлыьы даща да мющкямляндирир. Тяржцмя дцнйанын бир-бириндян узаг иглим эушяляриндя йашайан, мадди вя мяняви немятляр йарадан, мцхтялиф диллярдя данышан, фяргли психолоъи тябиятя малик олан халглар арасында гаршылыглы ялагя вя мютябяр достлуг кюрпцсцдцр

     Харижи дил иля ана дилинин лцэят тяркиби вя грамматик гурулушу арасындакы фяргляр тяржцмя просесиндя мцяййян чятинликляря  сябяб олур. Тяржцмя заманы олан бу чятинликляр ясасян лексик вя грамматик чятинликлярдир. Одур ки, тягдим олунан бу мягаля Азярбайжан дилиня тяржцмянин грамматик ясасларына щяср олунмушдур. Башлыжа мягсяд инэилис дилиндя олан елми - техники, ижтимаи – сийаси ядябиййаты, гязет материалыны тяржцмя едяркян гаршыйа чыхан грамматик чятин­лик­лярин арадан галдырылмасы йолларыны Азярбайжан дили цчцн йад олан грамматик формалары, мцряккяб синтактик бирляшмяляри вя онларын дилимизя тяржцмя васитяля­рини изащ етмякдян ибарятдир.

     Инэилис вя Азярбайжан дилляри грамматик гурулушуна эюря бир - бириндян ясаслы сурятдя фярглянир. Мцасир инэилис дили аналитик дилляр групуна дахил олдуьундан сюз бирляшмясиндя вя жцмлядя сюзляр арасындакы грамматик - синтактик ялагяляр, кюмякчи сюзляр вя жцмлядя сюзлярин сырасы иля ифадя едилир. Бу дилдя сюзляр арасындакы синтактик ялагяляр башлыжа олараг кюмякчи сюзляр – сюзюнляри, кюмякчи фелляр, артикл вя сюз сырасы васитяси иля ифадя едилир. Еля буна эюря дя инэилис дилиндян Азярбайжан дилиня тяржцмя едяркян бир сыра грамматик чятинликляря тясадцф олунур. Бу чятинликляри арадан галдырмаг цчцн инэилис вя Азярбайжан дилляринин грамматик гурулушунда олан мцщцм фяргляри билмяк вя тяржцмя заманы бунлары нязяря алмаг лазымдыр.

     Мцасир инэилис дилиндя сюздяйишдирижи шякилчиляр олдугжа аздыр вя исмин йалныз ики щалы вар. Исмин цмуми щалда (Тще Жоммон Жасе ) олдуьуну билдирян хцсуси шякилчи йохдур. Исмин йийялик щалы (Тще Поссессиве Жасе) тяк исимлярдя ‘с васитясиля дцзялир. Сифят, сай вя мясдяр ися щал шякилчиляри гябул етмир. Бу феллярдя дя юзцнц эюстярир.Индики заманын гейри-мцяййян формасында (Тще Пресент Индефините Тенсе Форм) цчцнжц шяхсин тякиндя фелин сонуна –с, - ес шякилчиси гябул едилдийи  щалда, галан шяхслярдя щеч бир шяхс шякилчиси артырылмыр вя бцтцн шяхслярдя ейни формада ишлянир: I work. We (you, they) work. He (she) works. It rains.

     Кечмиш заманын гейри-мцяййян формасында (Тще Паст Индефините Тенсе Форм) ися фелин шяхсини эюстярян щеч бир шякилчи йохдур. Гайдалы феллярин гябул етдийи –ед шякилчиси фелин шяхсини дейил, заманыны эюстярир вя фелин шяхси мцбтядайа эюря айдынлашыр.  Фелин Футуре, Перфежт, Жонтинуоус заман формаларында ися ня шяхс, ня дя заман шякилчиляри йохдур. Эяляжяк заманын гейри-мцяййян формасы shall,will ( И shall work. You will work.), давамедижи заман формалары то бе кюмякчи фелинин шяхс формалары ( I am writing. She was reading. He will be playing.), битмиш заман формалары ися то щаве кюмякчи фели (И щаве режеивед. Сще щас written. We had played. He will have finished.) васитясиля дцзялир.   Инэилис дилиндя мяжщул нювдя ися фелин заман формалары тобе кюмякчи фелинин мцвафиг заман формалары иля дцзялдилир (I am called. The letter is written. We are invited. A lot of trees were planted вя с.).  Инэилис дилиня хас олан хцсусиййятлярдян бири дя Азярбайжан дилиндян фяргли олараг, сюзюнц адланан кюмякчи нитг щиссясинин олмасыдыр. Сюзюнляри жцмлядя сюзляр арасындакы грамматик ялагяляри тямин едир. Бу хцсусиййят инэилис дилиндя сюздяйишдирижи шякилчилярин азлыьындан иряли эялир. Мцасир инэилис дилиндя исмин щал категорийасы морфолоъи бахымдан чох касыб олдуьундан жцмлядя исим (йахуд явязлик) иля диэяр нитг щиссяляри арасында мювжуд олан грамматик ялагяляр мцхтялиф сюзюнляри вастясиля ифадя едилир [3, 212]. Азярбайжан дилиндя сюзюнляри олмадыьына эюря инэилис дилиндя сюзюнляринин дашыдыьы вязифя Азярбайжан дилиндя сюздяйишдирижи шякилчиляр вя гошмаларын кюмяйи иля дцзялдилир.

     оф тще боок – китабын

     то тще боок- китаба

     ин тще боок – китабда

     фром тще боок – китабдан

     wитщ тще боок – китабла

     Инэилис дилинин сяжиййяви хцсусиййятляриндян бири дя бу дилдя сюз сырасынын нисбятян сабит олмасыдыр. Бу о демякдир ки, жцмлядя щяр бир цзвцн юзцнямяхсус мцяййян йери вар. Мювжуд сюз сырасынын дяйишмяси иля жцмлянин мянасы дяйишя биляр. Беля ки, инэилис дилиндя жцмлянин цмуми семантикасы вя ону тяшкил едян сюзлярин синтактик вязифяси сюз сырасындан асылы олур.  Гейд етмяк лазымдыр ки, жцмлядя сюз сырасынын сабитлик, йахуд сярбястлик дяряжяси щямин дилин грамматик, конкрет десяк, морфолоъи гурулушундан асылы олур. Дилдя морфолоъи гурулуш ня гядяр зянэин олса, сюз сырасы да бир о гядяр сярбяст олур ( рус дилиндя олдуьу кими). Яксиня, дилдя морфолоъи гурулуш ня гядяр зяиф вя касыб олса, щямин диля хас олан сюз сырасы да бир о гядяр сабит олур ( мцасир инэилис дилиндя олдуьу кими) [3, 256-257].     Дилдя сюз сырасынын сабитлик вя сярбястлик мясяляси исмин грамматик катего­рийалары, хцсусян исмин щал категорийасы иля сых сурятдя баьлыдыр. Исмин щал формалары зяиф олан диллярдя сюз сырасы сабитляшмяк мяжбуриййятиндя галыр, исмин щал категорийасынын функсийасыны дашымалы олур вя сюзляр арасындакы грамматик ялагяляри ифадя едир.  Бу хцсусиййят аналитик диллярдя, о жцмлядян дя мцасир инэилис дилиндя дя юзцнц эюстярир. Мцасир инэилис дилиндя бир сыра щалларда ейни морфолоъи формада ишлянян мцбтяда вя васитясиз тамамлыг анжаг жцмлядя тутдуглары йеря эюря фярглянир. Мясялян: Тще щунтер киллед а беар. - Овчу айыны юлдцрдц.   Бу жцмлядя мцбтяда  (тще щунтер) вя васитясиз тамамлыг (а беар) цмуми щалда ишляндийи цчцн морфолоъи жящятдян бир-бириндян фярглянмир. Онлары фяргляндирян, биринжинин (тще щунтер) жцмлянин башланьыжында, хябярдян яввял, икинжинин ися ( а беар ) хябярдян сонра ишлянмясидир; башга сюзля, сюз сырасыдыр. Яэяр тще щунтер вя а беар сюзляринин йерини дяйишсяк, а беар сюзц хябярдян яввял дурдуьу цчцн мцбтяда, тще щунтер сюзц ися хябярдян сонра дурдуьу цчцн васитясиз тамамлыг олажагдыр. Сюзлярин жцмлядя бу шякилдя йерини дяйишмяси сайясиндя щямин жцмля йени мяна кясб едяжякдир. Мясялян; Тще беар киллед тще щунтер.- Айы овчуну юлдцрдц.

     Инэилис дилиндя сюзцн няинки синтактик вязифяси, щятта щансы нитг щиссясиня аид олмасы да чох заман онун жцмлядяки йериня, йяни сюз сырасына эюря мцяййянляшир:

        Тще трам стопс щере- Трамвайлар бурада дайаныр.

        Тще бус стоп ис щере- Автобус дайанажаьы бурададыр.

     Щяр ики жцмлядя шякилжя ейни олан стоп сюзц биринжи щалда хябярин йериндя дурдуьу цчцн фел, икинжи щалда ися мцбтяданын йериндя дурдуьу цчцн исимдир. Буна эюря дя биринжи щалда дайанмаг (фел), икинжи щалда ися дайанажаг (исим) демякдир.

     Беляликля, инэилис дилиндя жцмляни тяшкил едян сюзлярин мяна вя вязифясини мцяййянляшдирмяк, бунунла да онун цмуми семантикасыны баша дцшмяк вя нящайят, дцзэцн тяржцмя етмяк цчцн сюз сырасыны билмяк сон дяряжя важибдир.  Азярбайжан дилиндя ися сюз сырасы хейли сярбястдир. Азярбайжан дилиндя сюз сырасынын дяйишмяси жцмлянин цмуми мянасыны щямишя дяйишдирмир (бязи щалларда ися дяйишир). Азярбайжан дилиндя сюз сырасынын дяйишмяси иля ейни мяналы жцмлянин йалныз мцхтялиф вариантлары йараныр (Мян китабы алдым. Китабы мян алдым. Мян алдым китабы.)    Инэилис дили цчцн башга бир сяжиййяви хцсусиййят мцасир Азярбайжан дилиндян фяргли олараг, фелин Жерунд (Эерунд) адланан шяхссиз формасы вя онун синтактик вязифялярдя ишлядилмясидир. Жерунд фелин ясасына – инэ шякилчиси артырылмасы иля дцзялир вя щям исим, щям дя фел хцсусиййятляриня маликдир [1, 170; 5,108-109]:

  Жерундун исим хцсусиййятляри: - Жцмлядя мцбтяда, тамамлыг вя хябярин бир щиссяси ола биляр.

- Исим кими, жерунд да сюзюнц иля ишляня билир; бу щалда о, жцмлядя йа сюзюнлц тамамлыг, йа да зярфлик функсийасы дашыйыр:

   Тще траффиж превентед ус фром спеакинэ.

  Афтержроссинэтщериверрапидлй we hid in the forest.

- Жерунд исим кими йийялик явязлийи вя йа йийялик щалда олан исимля тяйин олуна билир:

  I wonder at Jolyon’s allowing this engagement.

 His coming had not been lookед for

Жерундун фел хцсусиййятляри:

- щярякят билдирир, гейри-мцяййян вя битмиш заман формаларына маликдир (writing, being written, having written, having been written).

- зярфля тяйин олуна билир ( I like walking slowly).

- Жерунддан сонра васитясиз тамамлыг ишляня билир (I like reading books).

- Мялум вя мяжщул нювц вардыр:  Мялум нюв: writing, having written    Мяжщул нюв: being written, having been written.    

     Азярбайжан дилиндя ися Жерунд адланан грамматик форма олмадыьы цчцн Жерундун жцмлядя дашыдыьы мяна Азярбайжан дилиндя йа мясдяр, йа исим, йа да фели баьлама иля ифадя олунур, мясялян:

    Swimming against  the current is difficult.- Ахынын яксиня цзмяк чятиндир.

    Our aim is mastering English.- Мягсядимиз инэилис дилиня йийялянмякдир.

    My friend entered the reading room when we parted.- Биз айрыланда достум гираят отаьына дахил олду.

    He translated the text without consulting the dictionary.- О, мятни лцьятя мцражият етмядян тяржцмя етди.

    You can increase the output by improving the technology of the production.- Сиз истещсал технолоэийасыны йахшылашдырмагла мящсулу артыра билярсининз.

     Инэилис дилиня хас олан бир хцсусиййят дя фелин шяхссиз формалары иля ( Инфинитиве, Партижипле, Эерунд) дцзялян вя мянажа будаг жцмляйя бярабяр олан ашаьыдакы синтактик бирляшмялярдир:

Тще Objective with – the- Infinitive Construction

Тще Subjective with – the - Infinitive Construction

Тще Objective Participial Construction

Тще Subjective Participial Construction

Тще Absolute Participial Construction

Тще Construction with – the Gerund

We want our country to develop.-Биз юлкямизин инкишаф етмясинин истяйирик. Йахуд Биз истяйирик ки, юлкямиз инкишаф етсин (Тще Objective with – the - Infinitive Construction) .

The manuscript is believed  to have been written in the XIV century.- Еля зянн   едирляр ки, бу ялйазмасы ХИВ ясрдя йазылыб (Тще Subjective with – the- Infinitive Construction).

The tests are supposed to be over by the end of this month.-Эцман едилир ки, сынаглар бу айын ахырынадяк гуртаражагдыр (Тще Subjective with – the -Infinitive Construction).         

I heard the birds singing in the garden.- Мян баьда гушларын охумаьыны ешитдим (Тще Objective Participial Construction). The hunters were seen walking and hunting in the forest.- Овчуларын мешядя эяздийини вя ов овладыьыны эюрцбляр (Тще Subjective Participial Construction).

The birds were heard singing in the garden.-Баьда гушларын охумаьы ешидилирди (Тще Subjective Participial Construction). He seems coming here.-Дейясян о, бурайа эялир (Тще Subjective Participial Construction).

Passing the road the people entered the park.- Йолу кечяряк адамлар парка дахил олдулар (Тще Absolute Participial Construction). Having translated the text the students went home.-Мятни тяржцмя етдикдян сонра тялябяляр евя эетдиляр (Тще Absolute Participial Construction). His listening to folk music is quite natural.- Онун халг мусигисиня гулаг асмаьы тамамиля тябиидир (Тще Construction with – the- Gerund).

His speaking English so well is possible.-Онун инэилисжя беля йахшы данышмаьы мцмкцндцр. (Тще Construction with – the -Gerund).

     Азярбайжан дилиндя ися беля синтактик бирляшмяляр йохдур. Бу бирляшмялярин дашыдыьы мяна, эюрцндцйц кими, дилимизя мцхтялиф синтактик васитялярля тяржцмя олунур.

     Харижи дилдяки жцмляни дцзэцн тяржцмя етмяк цчцн, щяр шейдян яввял, онун мянасыны баша дцшмяк лазымдыр. Бунун цчцн жцмлядяки намялум сюзлярин лексик мянасы айдынлашдырылмалы вя щямин сюзлярин грамматик вязифяси мцяййянляшдирил­мялидир. Бу шяртлярдян  биринжиси лцьятин кюмяйи иля юдяниля билдийи щалда, тяржцмя­нин грамматика сащясиндяки билийиня ясасланан икинжи шярт ися грамматик тящлил йолу иля юдянилир. Йалныз намялум сюзлярин  лцьяти мянасыны тапмагла онларын ара­сындакы синтактик ялагяляри мцяййянляшдирмяк олмаз. Сюзляр арасындакы синтактик ялагяляри мцяййянляшдирмяк ися жцмлянин цмуми мянасыны баша дцшмяк цчцн башлыжа шяртдир.

     Харижи дилдяки жцмлянин мянасыны баша дцшмяк вя ону дцзэцн тяржцмя етмяк цчцн грамматик тящлил ясас шяртлярдян биридир. Грамматик тящлил дедикдя, ясасян синтактик тящлили, баш вя икинжи дяряжяли цзвлярин тапылмасы, онларын арасындакы гаршылыглы ялагялярин мцяййян едилмяси нязярдя тутулур.

     Харижи дилдяки жцмлянин тящлили иля ана дилиндяки жцмлянин тящлили арасында ясаслы фярг вардыр. Бу фярг ондан ибарятдир ки, ана дилиндя грамматик тящлил жцмлянин мянасыны ачмаг цчцн дейил, мянанын щансы дил васитяляриля ифадя олундуэуну мцяй­йян етмяк цчцн апарылыр. Бурада жцмлянин мянасы оху просесиндя чох асан­лыгла баша дцшцлцр.  Харижи дилдя ися яксиня, грамматик тящлил мянанын ачылмасына хидмят едир вя ясасян формал яламятляр ясасында апарылыр. Беляликля, ана дилиндя жцмляни тящлил едяркян, мянадан чыхыш едяряк форманы мцяййянляшдиририк, харижи дилдя ися формадан чыхыш едяряк мянаны айдынлашдырырыг.

     Ялбяття ки, инgилис вя Азярбайжан дилляринин грамматик гурулушларындакы фяргли хцсусиййятляр бу дейилянлярля мящдудлашмыр. Лакин  мягсядимиз бу ики дилин грамматик гурулушуну тамамиля мцгайися етмяк олмадыьы цчцн эюстярдийимиз ясас хцсусиййятляри гейд етмякля кифайятлянмяк олар.  

   Ядябиййат

1. В. А. Каушанская, Р. Л. Ковнер, О. Н. Кожевникова. Грамматика английского языка. Ленинград, Издательство «Просвещение», 1967.

2.  Тофиг Абасгулийев.  Инэилиscядян Азярбайcан дилиня тярcцмянин грамматик ясаслары. « Елм» няшриййаты, Бакы, 1971.

3.  Оруc Мусайев. Инэилис дилинин грамматикасы. «Маариф» няшриййаты, Бакы, 1979.

4. Тярcцмя сяняти. Мягаляляр мяcмуяси, Бакы, «Елм» няшриййаты, 1990.

5. Исмихан Рящимов, Тимурчин Щидайятзадя, Сянубяр Мир Cяфярова. Инэилис дилинин практик грамматикасы. «Азярняшр», Бакы, 2003.

6. Р. Адилов, Р. Мяммядова.  Тще Тщеорй оф транслатион. 2003.

Açar sözləri:İngilis dili, Azərbaycan dili,  tərcümə, qrammatika

Key words: English, Azerbaijani language,  translation, grammar

Ключевые слова: английский язык, азербайджанский язык, перевод, грамматика

 

Summary

About some grammar principles of translation from English into the Azerbaijani language

The presented article is dedicated to the grammar principles of translation from English into the Azerbaijani language. The main purpose is to explain the ways of overcoming the met difficulties, foreign grammar forms and complex syntactic combinations and their methods of translation into our language in translating English material.

Резюме

О  некоторых грамматических основах перевода с английского  языка на азербайджанский язык

    Представленная статья посвящена грамматическим основам перевода с английского языка на азербайджанский язык.

    Основная цель состоит в объяснении путей устранения трудностей, встречающихся при переводе материала на английском языке, не знакомых для азербайджанского языка грамматических форм, сложных синтаксических словообразований и способы их перевода на наш язык.

 

RƏYÇİ: prof. L.Əhmədova

                              


Mətanət Bəkir qızı Əmrahova

BAKI  ŞƏHƏRİNİN URBANONİMLƏR SİSTEMİ MÜSTƏQİLLİK DÖVRÜNDƏ

Müstəqillik dövründə Azərbaycan şəhərlərinin urbanonimlər sistemində  çox­saylı dəyişikliklər baş vermişdir. Bu illərdə Bakının bağ, park, meydan, küçə, döngə, prospekt və s. adlarında özünü göstərən yenilikləri əks etdirən faktlara istinadən, bu dəyişikliklərin ümumi xarakteri barədə aydın təsəvvür formalaşdırmaq mümkündür.

Bu dövrdə paytaxtın yeni dövrlə ziddiyyət təşkil edən bir çox aqoronimləri - bağ, park, meydan, küçə, prospekt və döngə adları yeni onomastik vahidlərlə əvəz edilmişdir. Uzun illər «26 Bakı Komissarı meydanındakı bağ» adı ilə məşhur olan əraziyə “Azadlıq”, “Bailov bağı”na “Qafur Məmmədov”, “Kirov adına Mədəniyyət və İstirahət parkı”na “Dağüstü park” adlarının verilməsi məhz bu dövrə təsadüf edir.

Müstəqillik illərində həmçinin “Zabitlər parkı”na “Dədə Qorqud”, “Pioner və Məktəblilər parkı”na “Durnalar”, “Cəfər Cabbarlı bağı”na “Əzim Əzimzadə bağı”, Xətai prospektindəki “Fioletov adına bağ”a “Fazil Mehdiyev bağı”, xalq arasında da­ha çox “Malakan bağı” kimi tanınan keçmiş “9 Yanvar bağı”na “Xaqani bağı”, “Dzer­­jinski parkı”na “Şəhriyar parkı” və ən nəhayət, Azərbaycan Dövlət Filarmoni­yasının qarşısındakı “İnqilab bağı”na “Əliağa Vahid bağı” adları verilmişdir [1, s. 261].

Onu da xatırladaq ki, 1830-cu ildə salınan və qeyri-rəsmi formada daha çox “Qubernator bağı” kimi tanınan bu sonuncu bağın adı 90 il ərzində bir neçə dəfə dəyişdirilib. Bağ köhnə bakılıların dilində əvvəlcə “Bağça-bağ”, sonra “Şəhər bağı”, daha sonra rəsmi sənədlərdə “Mixaylov (Bakı qubernatoru) bağı”, sovet dövründə əvvəlcə “Pioner”, daha sonra “İnqilab bağı”, 1992-ci ilin əvvəllərindən isə “Əliağa Vahid bağı” adlandırılmışdır.

Müstəqillik dövründə Bakının urbanonimlər sistemində gedən proseslər pay­taxt­dakı bir sıra meydanların adlarını da əhatə edir. Hazırda Bakı ərazisində 18 mey­dan vardır. Azərbaycan milli-azadlıq hərəkatının vüsət aldığı “Azadlıq meydanı” keç­miş “Lenin meydanı”nın indiki adıdır. İnqilabdan əvvəl “Parapet”, sovet dövründə “Karl Marks meydanı” (1923-1988) adlanan meydan da hazırda sənədlərdə “Nizami meydanı” adı ilə rəsmiləşdirilib. Keçmiş “XI Qızıl Ordu meydanı” isə 20 Yanvar faciəsi qurbanlarının şərəfinə “20 Yanvar meydanı” adlandırılmışdır. Bakının keçmiş “Komsomol” və “Krasin” meydanlarının da adları dəyişdirilib. Bu meydanlara möv­cud olduqları ərazilərin adına uyğun şəkildə “Səbail meydanı” və “Suraxanı dairəsi” adları verilib.

Proseslər paytaxt dromonimlərinə (yerüstü, yeraltı, su hava nəqliyyat yollarının xüsusi adları) də təsirsiz ötüşməmiş, Bakı metropoliteninin aşağıda göstərilən 7 stansiyasına yeni adlar verilmişdir: “XI Qızıl Ordu”-“20 Yanvar”, “28 Aprel”-“28 May”, “Avrora”-“Qara Qarayev”, “26 Bakı Komissarı”-“Sahil”, “Şaumyan”-“Xətai”, “Bakı Soveti” – “İçərişəhər”, “Məşədi Əzizbəyov” – “Koroğlu”.

Eyni zamanda, Bakı metropoliteninin son illər inşa edilən stansiyalarına “Həzi Aslanov”, “Nəsimi”, “Azadlıq” və “Dərnəgül” adları verilmişdir.

Bu yeniləşmə ölkə həyatında baş verən ictimai-siyasi proseslərlə bağlı olsa da, yeni dromonimlərin heç də hamısı uğurlu seçim deyil. Bir sıra böyük şəhərlərdə metrostansiyalar üçün seçilən adlar sərnişinlərə ünvanı nişan verir. Metrostansiyalar adətən yaxınlıqdakı hər hansı məşhur obyektin adını daşımaqla sərnişinlərə ünvanı tapmaqda bir növ bələdçilik edir.

Bakıda Milli Elmlər Akademiyası şəhərciyi yaxınlığındakı metrostansiyanın «Elmlər Akademiyası», Əhmədli qəsəbəsində yerləşən metrostansiyanın «Əhmədli», Dərnəgül qəsəbəsi ərazisində yerləşən metrostansiyanın “Dərnəgül”, İşərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun yaxınlığındakı metrostansiyanın “İçərişəhər”, Azadlıq prospekti yaxınlığındakı metrostansiyanın «Azadlıq» adlandırılmasını da buna nümunə göstərmək olar. Dəniz sahilinə yaxın stansiyanın «Sahil», Nərimanov rayonu ərazisində eyni adlı meydana, bağa və kinoteatra yaxın metrostansiyanın «Nəri­man Nərimanov» adlandırılması da eyni prinsipə uyğundur. Həmçinin, «20 Yanvar» meydanına çıxan metrostansiyanın «20 Yanvar» stansiyası, Cəfər Cab­barlının heykəli yaxınlığındakı metrostansiyanın «Cəfər Cabbarlı» stansiyası, eyni adlı rayonda, Şah İsmayıl Xətainin abidəsi yaxınlığında mövcud olan metrostan­siyanın «Xətai» adlandırılmasını da bu qəbildən hesab etmək olar. Lakin Bakı metropoliteninin digər stansiyalarına verilmiş «Həzi Aslanov», «Xalqlar Dostluğu», «Neftçilər», «Qara Qarayev», «Ulduz», «Bakmil», «Gənclik», «28 May», «Nizami», «İnşaatçılar», «Memar Əcəmi» adları sərnişinə istiqamət baxımından heç nə demir.

Müstəqillik illərində Bakının urbanonimlər sistemində ən çox dəyişikliyə məruz qalan sahə məhz paytaxt hadonimləri - prospekt, küçə və döngə adlarıdır. Bu sahədə intensiv dəyişikliklər prosesi 1988-ci ildən 1998-ci ilə qədər olan 10 illik dövrü əhatə edir. Fakt materiallarına əsasən deyə bilərik ki, 1988-1998-ci illər arasında Azərbaycan paytaxtında 20-ə yaxın prospektin, 800-dən artıq küçənin və 50-ə qədər döngənin adı dəyişdirilmişdir [2]. Bakı hadonimlərinin dəyişdirilməsi prosesi mərhələli şəkildə həyata keçirilmişdir. Əgər 1988-ci il hadisələrinin ardınca Bakıda ancaq erməni adlarını daşıyan hadonimlər dəyişdirilirdisə, 1991-ci ilin 18 oktya­brın­da Azərbaycanın müstəqilliyi rəsmən təsdiqləndikdən sonra bura sovet ideologiyasını əks etdirən adlar da əlavə olundu. 1993-cü ildən sonra isə «Şəhid adlarının əbədiləş­diril­məsi haqqında» müvafiq fərmana uyğun olaraq Bakının prospekt, küçə və döngələrinə şəhid adlarının verilməsi ilə bu prosesin növbəti mərhələsi başlandı.

Bu tarixə qədər dəyişdirilən hadonimlər, daha çox, Azərbaycanın görkəmli elm, mədəniyyət, incəsənət xadimlərinin adları ilə əvəz edilirdi. Amma 1993-cü ildən etibarən paytaxt hadonimləri, ələlxüsus küçə adları, əsasən, 20 Yanvar və Qarabağ müharibəsi şəhidlərinin şərəfinə memorial xarakterli adlarla əvəz edildi, bu proses kütləvi miqyas aldı.

Şəhid adlarının əbədiləşdirilməsi üsulu kimi yalnız küçə adlarının götürülməsi təbii ki, müsbət hal kimi qarşılana bilməz. Şəhidlərimizin xatirəsinə abidə-kompleks­lərin ucaldılması, Şəhidlər muzeyinin təşkili, müxtəlif kitabların nəşri, dünya səviyyəsində qəbul ediləcək bədii və sənədli filmlərin çəkilməsi, şəhidlərin ömür yolunu, qəhrəmanlıq salnaməsini işıqlandıran internet portallarının yaradılması və s. bu cəhətdən daha məqsədəuyğun variant sayılmalı idi. Şəhid adlarının yalnız hado­nim kimi müəyyənləşdirilməsi, üstəlik bu kütləvi işin elmilikdən uzaq şəkildə, heç bir prinsipə söykənmədən həyata keçirilməsi isə Bakının urbanonimlər sistemində böyük bir pərakəndəliyə, sistemsizliyə gətirmişdir.

Məlumdur ki, hadonimlərin müəyyənləşdirilməsi bir sıra elmi prinsiplərə söykənir. Bu prosesdə hadonimik obyektin ərazi-relyef xüsusiyyətləri, tarixilik amili, şəhər planına uyğun assosiativlik, differensiallaşdırma, bu obyektlərə verilən memo­rial xarakterli adların ərazi ilə bağlılığı və s. amillər də nəzərə alınmalıdır. Bu amil­lərə, əfsuslar ki, heç sovet dövründə də bir o qədər əhəmiyyət verilmirdi. Müstə­qillik dövründə Bakı hadonimləri dəyişdirilən zaman isə qeyd olunan amillər ümumiy­yətlə, diqqətdən kənarda saxlanmış, bu sahədəki sistemsizlik daha da güclənmişdir. Pros­pekt, küçə və döngələrə, əsas etibarilə, şəxs adlarının verilməsi Bakının hado­nim­lər sistemindəki az-çox rəngarəngliyi də aradan götürərək yeknə­səkliyə gətirmişdir. Dəyişikliklərin bu şəkildə aparılması paytaxtın hadonimlər sistemini daha çox şəxs adı-soyad modeli üzrə müəyyənləşdirmiş, aşağıda nəzərdən keçirilən digər hadonim modellərinin mövqeyi tam zəifləmişdir:

1. Zahiri görünüş və ərazi-relyef xüsusiyyətləri əsasında işarələndirilmiş hadonimlər: Bu, tarixilik prinsiplərinə söykənən klassik model olduğundan burada əsas etibarilə qeyri-rəsmi səviyyədə, xalq arasında formalaşan ən qədim hadonimlər qruplaşdırılır. Bakıda bu model üzrə müəyyənləşən çoxsaylı küçə və döngə adları dəyişdirilmişdir: Müvəqqəti kərpic döngəsi-Abay döngəsi /Nəsimi/, Qumlu Təzə küçəsi-Rafiq Alıcanov küçəsi /Suraxanı/, Dənizkənarı küçəsi-Nəriman Qasımov küçəsi /Qaradağ/, Qıraq dairəvi küçəsi-Mikayıl Əliyev küçəsi /Nizami/ və s.

2.Ərazidəki konkret obyektlərin adları ilə işarələndirilmiş hadonimlər: Küçələrə hər hansı məşhur obyektin adının seçilməsi hələ qədim dövrlərdən dünyanın bir sıra böyük şəhərlərində istifadə edilən klassik formalardandır. Bununla belə, müstəqillik illərində Bakının urbanonimlər sistemində bu modeldən də imtina edilmiş, hər hansı obyektlərin adlarını ifadə edən hadonimlərə şəxs adları və ya digər xarakterli adlar verilmişdir: Vağzal küçəsi-Nurəddin Süleymanov küçəsi /Nərimanov/, Qəbristanlıq küçəsi-Türkmən küçəsi /Nizami/, Kolxoz küçəsi-Hicran Hasilov küçəsi /Xəzər/, Qaraj küçəsi-Arif Hacıyev küçəsi /Nərimanov/, Fabrik küçəsi-Elxan Həsənov küçəsi /Suraxanı/, Dəmiryolu küçəsi-Arif Hüseynov küçəsi /Binəqədi/ və s.

3. Oykonimlərlə işarələndirilmiş hadonimlər: Bir sıra urbanonimlərin ayrı-ayrı yaşayış məntəqələrinin, şəhər, qəsəbə və kəndlərin adları əsasında müəyyənləşməsi halları da təcrübədə mövcuddur. Belə hallar tarixilik, etnik-milli bağlılıq, habelə toponimlərin təbliği, onların coğrafiyasının genişləndirilməsi, qədim yer adlarının yaddaşlarda qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Müstəqillik illərində bu model üzrə işarələndirilən çoxlu sayda küçə adları da aşağıdakı formada dəyişdirilmişdir: Hövsan prospekti-Füzuli Bayramov küçəsi /Suraxanı/, Hövsan küçəsi-Zakir Qasımov küçəsi /Suraxanı/, Tver küçəsi-Mirzə Mansurov küçəsi /Səbail/, Kiyev prospekti-Ənvər Qasımzadə küçəsi /Nəsimi/, Bakı prospekti-Emin Quliyev prospekti /Qaradağ/, Sumqayıt küçəsi-Rəşid İsmayılov küçəsi /Binəqədi/, Moskva prospekti-Xətai prospekti /Nəsimi, Nərimanov/ və s.

4. Antroponimlərlə işarələndirilmiş hadonimlər: Bakının və ölkəmizin digər şəhərlərinin hadonimlər sistemində memorial xarakterli adlar hələ sovet dövründə də böyük üstünlüyə malik olmuşdur. Yeni dövrün siyasi-sosial-ictimai şərtləri ilə ziddiyyət təşkil edən bu adların bir qisminin zamana uyğun adlarla əvəz edilməsi təbii zərurət idi. Elə buna görə də müstəqillik illərində dəyişdirilən hadonimlərin böyük hissəsi məhz antroponim modelinin payına düşür. Bu modelə aid dəyişiklikləri ayrı-ayrı yarımqruplar üzrə nəzərdən keçirməyi daha məqsədəuyğun hesab edirik. a) Anxistionimlər əsasında müəyyənləşən hadonimlər: Anaşkin küçəsi-Ülvi Bünyadzadə küçəsi /Nərimanov/, Vodnikov küçəsi - Hacı Zeynalabdin Tağıyev küçəsi /Xəzər/, Malıgin küçəsi-Zeynalabdin Tağıyev küçəsi /Səbail/, Şaumyan küçəsi-Zeynalabdin Tağıyev küçəsi /Suraxanı/ və s.

Fakt materiallarından göründüyü kimi, dəyişdirilən memorial xarakterli hadonimlərin əksəriyyəti başqa millətlərə mənsub şəxslərə aiddir. Sovet hakimiyyəti illərində Azərbaycana qarşı cinayətlərə imza atmış insanların adını daşıyan küçələrə yeni adların verilməsi, təbii ki, düzgün addımdır. Dünya ədəbiyyatına, mədəniy­yə­tinə, elminə böyük töfhələr vermiş bir çox rus klassiklərinin də bu sıraya aid edilməsi isə yalnız kütləvilik kimi qiymətləndirilməlidir. Məsələn, aşağıdakı hadonimlərin bu şəkildə dəyişdirilməsinə heç cür haqq qazandırmaq olmaz: Puşkin küçəsi-Telman Nərimanov küçəsi /Suraxanı/, Qoqol küçəsi-Baba Babazadə küçəsi /Sabunçu/, Mendeleyev küçəsi-Qulu Quliyev küçəsi /Nəsimi/, Nekrasov küçəsi-Səftər Quliyev küçəsi /Səbail/, Lermantov küçəsi-Mehdiqulu xan küçəsi /Binəqədi/ və s. Əlbəttə, bu hadonimləri əvəz etmiş adlar da Azərbaycan tarixində xüsusi yeri olan böyük şəxsiy­yətlərin adlarıdır. Lakin onların xatirəsinin əbədiləşdirilməsi üçün daha uyğun variantlar axtarmaq, ən azı bu adları dəyişdirilməsi mübahisə doğurmayan başqa hadonimlərlə əvəz etmək mümkün idi. b) Şəxs adı əsasında müəyyənləşən hado­nimlər: Pirməmməd küçəsi-Güloğlan Məmmədov küçəsi /Xəzər/; c) Ad və soyad əsasında müəyyənləşən hadonimlər:  Əliheydər Qarayev küçəsi-Əhməd Cavad küçəsi /Səbail/, Teymur Əliyev küçəsi-Namiq Məlikov küçəsi /Nərimanov/, Həmid Sultanov küçəsi-İsmayılbəy Qutqaşınlı küçəsi /Yasamal/, Suren Osipyan küçəsi- Süleyman Rüstəm küçəsi /Nəsimi/ və s.; ç) Ata adı əsasında müəyyənləşən hado­nim­lər: Ağamalıoğlu küçəsi-Səfəvilər küçəsi /Sabunçu/, Ağamalıoğlu küçəsi-Leopold və Mstislav Rastropoviçlər küçəsi /Səbail,Yasamal/ və s.; d) Ad və təxəllüs əsasında müəyyənləşən hadonimlər: Rəsul Rza küçəsi-Xudu Məmmədov küçəsi /Xətai/, Mustafa Sübhi küçəsi-Rahib Hüseynov küçəsi /Sabunçu/, Roza Lüksemburq küçəsi-Məhsəti Gəncəvi küçəsi /Sabunçu/, Adil Salam küçəsi-Alı Mustafayev küçəsi /Nəsimi/  s.; e) Yalnız təxəllüs əsasında müəyyənləşən hadonimlər: Telman küçəsi-Hacı Soltanəli küçəsi /Sabunçu/, Telman küçəsi-Əşrəf Yunisov küçəsi /Səbail/ və s.

5. Sovet quruluşuna aid söz və birləşmələrlə işarələndirilmiş hadonimlər: Sovet hakimiyyəti illərində Bakının urbanonimlər sistemi daha çox sovetləşdirmə prinsipi əsasında qurulduğundan yeni dövrdə bu model üzrə dəyişdirilən hadonimlər də az deyil: Kommunist küçəsi-İstiqlaliyyət küçəsi /Səbail/, 3-cü Qızıl Donanma küçəsi-Vüsal və Elçin Hacıbabayevlər küçəsi /Səbail/, Sovet küçəsi-Nəriman Nərimanov prospekti /Yasamal/ və s.

6. Xrononimlərlə işarələndirilmiş hadonimlər: Müstəqillik dövründə sovet quruluşunun müxtəlif əlamətdar tarixləri, ayları-günləri ilə bağlı xrononim xarakterli bir sıra hadonimlər də dəyişdirilmişdir:  28 Aprel küçəsi-28 May küçəsi /Nəsimi/, 28 Aprel küçəsi-28 May küçəsi /Qaradağ/, 1 May küçəsi-Samir Balaqardaşov küçəsi /Qaradağ/, 9 Yanvar küçəsi-Vasif Dadaş küçəsi /Sabunçu/, Oktyabrın 25 illiyi küçəsi-Daşqın Səfərov küçəsi /Xətai/  və s.

7. Tarixi faktlar əsasında formalaşmış unikal hadonimlər: Hər hansı tarixi hadisə, fakt əsasında formalaşan unikal küçə adlarının da kütləviliyin qurbanına çevrilməsi yalnız təəssüf hissi doğurur:Yuxarıbax küçəsi-Nizami Abdullayev küçəsi /Nizami/ və s.

8. Sənət-peşə adları ilə işarələndirilmiş hadonimlər: İnşaatçılar küçəsi-Rüfət Abdullayev küçəsi /Suraxanı/, Neftçilər prospekti-Mikayıl Useynov küçəsi /Səbail/, Həkim döngəsi-Adil Babayev küçəsi /Səbail/, Fəhlə prospekti-Nobel prospekti /Xətai/, Neftçilər küçəsi-Sacarat Həmidov küçəsi /Suraxanı/ və s.

9. Müxtəlif məzmunlu apelyativ və birləşmələrlə işarələndirilmiş hadonimlər:  Dostluq küçəsi-Aydın Xələfov küçəsi /Xəzər/, İdman küçəsi-Rəşid Bağırov küçəsi /Xətai/, Yubiley döngəsi-Yaşar Bədəlov küçəsi /Səbail/ və s.

10. Epionimlərlə işarələndirilmiş hadonimlər: Bu model üzrə dəyişdirilən hadonimlərin sayı o qədər də çox deyil: Erməni küçəsi-Aşıq Qurbani küçəsi /Xətai/.

Beləliklə, mülahizələri yekunlaşdıraraq qeyd edək ki, müstəqillik dövründə Azərbaycan dilinin toponimlər fondunda həyata keçirilən dəyişikliklər əsasən düzgün istiqamətlər üzrə aparılmışdır. Yer adlarımızın geniş tədqiqi, bu sahədə müşahidə olunan nizamsızlığın aradan qaldırılması üçünsə xususi tədqiqat qrupları fəaliyyətə başlamalıdır.

İstifadə edilmiş ədəbiyyat:

1.Cəfərov.Y.M. Müstəqillik dövründə Bakı şəhərinin urbanonimlər sistemində gedən proseslər // Tədqiqlər, Bakı: Elm, 2004,  №3

2. Bakı şəhərinin toponimik məlumat kitabı. Bakı: Qorqud, 1999

3.Aşurbəyova S. Bakı şəhərinin tarixi. Bakı: Azərnəşr, 1998

4. Sarabski H. Köhnə Bakı.  Bakı: Yazıçı, 1982

5. Bakıxanov.A. Gülüstani-İrəm. Bakı: Azərbaycan SSR EA Nəşriyyatı, 1951.

Açar sözlər: onomastik vahidlər, urbanonim, hadonim modelləri, antroponim, ictimai-siyasi proseslər, differensiallaşdırma

Ключевые слова: ономастические единицы, урбанонимы, модели гадонимов, антропонимы, общественно-политические процессы, диффе­рен­циация

Ke words: onomastic units, urbanonomy, hadonomy models, anthroponomy,  Social-political processes, differentializing

 

THE URBANONYMS SYSTEM OF BAKU CITY DURING THE INDEPENDENCE PERIOD

 Summary

In the article it is said about the many changes in the urbanonyms system of Baku city during the independence period. At the same time the foothold to the facts reflecting the newness in the names of garden, park, square, street, side street, prospect, etc. of Baku city during those years, the points about forming the clear thoughts about the general character of these changes are also mentioned in the article.

In the article the information about the problems such as some main factors not being in the focus of the attention during the changing of Baku hadonomys during the independence period, the great investigation of the names of places, the liquidation of disorderliness seen in this sphere is also given in details.        

 

УРБАНОНИМЫ ГОРОДА БАКУ В ПЕРИОД НЕЗАВИСИМОСТИ

Резюме

В статье рассказывается о многочисленных изменениях в системе урбанонимов Азербайджанских городов в период независимости. В то же время, автор ссылается на факты инноваций-изменений, проделанных в эти годы в названиях Бакинских парков, садов, площадей, улиц, переулков, проспектов и т.д., затрагивает ряд нюансов для создания ясной картины общего характера этих изменений.

В статье также дается информация о выявленных недостатках при изменении Бакинских хадонимов в период независимости, широко изучается названия местностей, и вопросы устранения беспорядков, наблюдаемых в этой области.

 

 

Rəyçi: dos. S. Abbasova

 


Əfsanə Quliyeva

MÜASİR TÜRK VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ MÜRƏKKƏB QURULUŞA MALİK İQTİSADİYYAT TERMİNLƏRİ

Müasir türk və Azərbaycan dillərində iki sözün birləşərək hər hansı bir elmi anlayışı ifadə etməsi geniş yayılmış dil təzahürüdür. Təkcə iqtisadiyyata aid ter­minlərin deyil, eləcə də elm və texnikanın digər sahələrinə aid terminlərin formalaş­masında mürəkkəb quruluşa malik terminlər əsas yerlərdən birini tutur. Dilçilikdə mürək­kəb quruluşa malik terminləri sintaktik yolla yaranan terminlərə aid edirlər. Lakin məlumdur ki, söz birləşməsi modelində yaranan terminlər də sintaktik yolla əmələ gəlir. Buna görə də mürəkkəb quruluşa malik terminlərlə söz birləşməsi modelində formalaşan terminləri bir-birindən fərqləndirmək lazımdır. Azərbaycan dilçiliyində söz birləşməsi modelində formalaşan terminlər S.Sadıqova tərəfindən araşdırılmışdır. Onun fikrincə, mürəkkəb terminlərin “zahiri görkəmi”, ifadə üsulu termin-söz birləşmələri ilə çox yaxınlıq təşkil edir, bəzən ən incə cəhətləri nəzərdən keçirmədən onları bir-birindən ayırmaq çətin olur. Buna görə də burada həm zahiri cəhətlər, həm də daxili məna cəhəti, bu iki kateqo­riyanın ən mühüm spesifik cəhətləri nəzərə alınmalıdır (6, 14). Həqiqətən də, mürəkkəb terminlərlə söz birləşməsi modelində formalaşan terminləri bir-birindən fərqləndirmək nisbətən çətindir. Məsələ ondadır ki, hər iki qrupa daxil olan terminlər oxşar sintaktik əlaqələr əsasında mey­dana çıxır. Məhz bunu nəzərə alan Y.M.Seyidov yazır: “Təsadüfi deyildir ki, mü­rəkkəb sözlər komponenetlərin formasına, birləşmə xüsusiyyətlərinə və qram­matik əlamətlərinə görə söz birləşmələrinə uyğun şəkildə qurulur” (7, 44).

Mürəkkəb terminlər ən azı iki sözün birləşməsindən yarandığı kimi söz birləş­məsi modelində formalaşan iqtisadiyyat terminləri də sözlərin birləşməsindən əmələ gəlir. Yə­ni onları ortaya çıxaran ayrı-ayrı komponentlər ayrılıqda termin kimi işlənə bilirlər. Müq. et: türkcə arakazanç “daha az gəlir gətirən müəyyən miqdar pulu borc alaraq alınan krediti daha çox gəlirli sahəyə investisiya qoyulması” (TMB) petro-dolar “neft sa­tışından əldə olunan dollar” (TMB), içdüzey “daxili quruluş” (MİTS, 106), içyapı “daxili struktur” (MİTS, 106),azərbaycanca əmtəə-pul münasibətləri “marksist siyasi iqtisadının bazar münasibət­lərini əks etdirən termini” (İİTL, I, 242), hesab-faktura “alıcı tərəfindən əmtəə sifariş edildikdən sonra satıcının alıcının adına tərtib etdiyi, satılan əm­təə və satış qiyməti haqqında məlumatın göstərildiyi hesab” (İİTL, I, 297), çeksaxlayan “yazılmış çekin sahibi olan şəxs” (İİTL, I, 159), çekverən “çeki yazan şəxs” (İİTL, I, 159) və s.

İstər mürəkkəb iqtisadiyyat terminləri, istərsə də söz birləşməsi modelində formalaşan iqtisadiyyat terminlərinin komponentləri arasında eyni qrammatik əlaqə mövcud olur. Məsələn, Azərbaycan dilindəki azsaylılıq “həmişəkindən müqayisədə insanların, xüsusilə bazarda satıcıların və alıcıların sayının az olması” (İİTL, I, 85), debetli balans “alıcının brokerdən aldığı kredit əsasında əldə etdiyi əmtəə və ya qiymətli kağızlar əks olunmuş marja hesabı hissəsi” (İİTL, I, 169) kimi söz birləş­məsi formasında olan iqtisadiyyat terminlərinin komponentləri arasında yanaşma əlaqəsi mövcuddur. Eyni fikir müasir türk dilinə də aiddir. Belə ki, bu dildəki mürəkkəb terminlərlə söz birləşməsi şəklində formalaşan iqtisadiyyat terminlərinin komponent­ləri arasında qrammatik əlaqə tamamilə eynidir.

Həm müasir türk, həm də müasir Azərbaycan dillərində mürəkkəb iqtisadiy­yat terminləri ilə söz birləşməsi şəklində formalaşan iqtisadiyyat terminlərində sözlərin sıra­lanmaları da uyğun gəlir. Başqa sözlə desək, bu tip birləşmələrdə əvvəlcə təyin edən, sonra isə təyin olunan yer tutur. Müq. et: türkcə birbiçimlilik - “birbiçimli olma xüsusiyyəti” (MİTS, 35); dışyapı - “metal və xəlitələrin adi gözlə, yaxud on qat böyüdülərək mikroskop ilə görülən strukturu” (MİTS, 62); rezerv para - “mərkəzi banklarla beynəlxalq maliyyə qurumlarının portfellərində olan qızıl, yaxud valyuta” (TMB); karma ekonomi - “istehsal, istehlak, investisiya və qazancın müəyyənləşməsində həm hökumətin, həm də xüsusi şəxslərin xüsusi rol oynadıqları iqtisadi sistem” (ETS); Аzərbaycanca razılaşdırılmış iqtisadiyyat -“iqtisadi qərarların qəbul edilməsi prinsipi” (İİTL, II, 219); rantye dövlət - “verilən kreitlərə və qiymətli kağızlara qoyuluşlara görə faiz şəklində gəlir və dividentlər almaq məqsədilə başqa ölkələrdə xeyli kapital qoyuluşları yerləşdirilmiş ölkə” (İİTL, II, 218);

S.Sadıqova mürəkkəb iqtisadiyyat terminləri ilə söz birləşməsi şəklində formalaşan iqtisadiyyat terminləri ilə bağlı yazır: “Yalnız belə konkret qarşılaşdırma deyil, ümumi şəkildə götürüldükdə də termin-söz birləşmələri ilə mürəkkəb terminlər bir sıra cəhətlərdən eyni əlamətlərlə müəyyənləşdirilir. Hətta bunlara bir-birinə uyğun şəkildə tərif də vermək olar: həm termin-söz birləşməsi, həm də mürəkkəb terminlər müstəqil terminlərin qrammatik və məna cəhətindən əlaqələnməsindən əmələ gəlir. Bu əlamətlər bu iki anlayışın hər ikisi üçün mühüm və vacibdir” (11, 68).

Lakin qeyd eləmək lazımdır ki, mürəkkəb iqtisadiyyat terminləri ilə söz bir­ləşməsi şəklində formalaşan iqtisadiyyat terminlərini tam eyniləşdirmək olmaz. Məsələ ondadır ki, mürəkkəb iqtisadiyyat terminləri bir vurğu ilə deyilirsə, söz bir­ləşməsi formasında formalaşan iqtisadiyyat terminlərini əmələ gətirən ayrı-ayrı kompo­nent­lərin hər birinin müstəqil vurğusu olur. Məhz müstəqil vurğuya malik olmaları nəticəsində bu tip iqtisa­diy­yat terminlərində birləşməyə daxil olan hər bir söz ayrı yazılır. Müq. et: türkcə alivre satışlar - “müəyyən keyfiyyətdə və miqdarda malın müəyyən bir qiymətdən müəyyən bir vaxtda təslim ediləcəyi ilə bağlı müqavilə bağlanması” (ETS); destek - alımı “yerli mal və xidmət istehsalçılarının xarici şirkət­lərlə rəqabət etmə bacarığını gücləndirmək məqsədi ilə hökumət tərəfindən edilən birbaşa və ya dolayı yardım” (ETS); Аzərbaycanca satılmış məhsul - “müəyyən dövr ərzində müəssisənin satdığı və alıcının ödədiyi məhsulun həcminin pul ilə ifadə edilməsi” (İİTL, II, 252); regional risk - “müəyyən ölkədə kreditlərin verilməsi, yaxud investisiyaların edilməsi ilə bağlı olan risk” (İİTL, II, 223),

Lakin mürəkkəb quruluşa malik olan iqtisadiyyat terminlərində birləşmənin birinci komponenti öz vurğusunu itirir və mürəkkəb termin bir vurğu ilə deyilir. Müq. et: türkcə arakazanç ticareti - “daha az gəlir gətirən müəyyən miqdar pulu borc alaraq alınan krediti daha çox gəlirli sahəyə investisiya qoyulması” (TMB); tutsat - “ipoteka krediti” (TMB); Аzərbaycanca azsaylılıq - “həmişəkindən müqayisədə insanların, xüsusilə bazarda satıcıların və alıcıların sayının az olması” (İİTL, I, 85); birdəfəlik qiymət - “birdəfəlik sifariş üzrə hazırlanan istehsalat-texniki təyinatlı məhsulun qiy­məti” (İİTL, I, 123);

Mürəkkəb iqtisadiyyat terminləri ilə söz birləşməsi formasında ortaya çıxan iqtisadiyyat terminləri arasındakı əsas fərqlərdən biri də budur ki, mürəkkəb quruluşa malik terminin komponentləri arasında mövcud olan əlaqələr dil inkişaf etdikcə öz işlək­liyini itirir və donuq hala düşür. Yəni zaman keçdikcə iki sözün birləşməsi nəticə­sində meydana çıxan termin sadə termin kimi qavranılmağa başlayır. Bu xüsusiyyət təkcə terminoloji leksikaya aid olmayıb, bütövlükdə dilimizdəki mürəkkəb sözlərin hamısını əhatə edir. Məhz bunu nəzərə alan S.Cəfərov yazır ki, mürəkkəb sözün komponentləri monolitləşir və onların mənsub olduqları nitq hissələrinə xas xü­susiyyətlərini tam itirir, mürəkkəb söz başqa sözlərlə əlaqədə sadə sözlərin əlaqəsinə xas olan xüsusiyyətlər kəsb edir (2, 200). S.Sadıqova termin-söz birləşmələrində, başqa sözlə desək, söz birləşməsi modelində formalaşan terminlərdə belə əlamətlərin olmadığını göstərir və yazır ki, birləşməni əmələ gətirən hər bir termin-söz müstəqil mənasını saxlayır və başqa sözlərlə əlaqədə birləşmə kimi çıxış edir (6, 69).

Mürəkkəb iqtisadiyyat terminləri ilə söz birləşməsi formasında ortaya çıxan iqtisadiyyat terminləri arasındakı əsas fərqlərdən biri də mürəkkəb terminlərdən fərqli olaraq söz birləşməsi modelində formalaşan iqtisadiyyat terminlərinin kompo­nent­lərinin mütəhərrik olmasıdır. Başqa sözlə desək, buradakı hər hansı bir komponenti başqa bir kom­ponentlə, terminlə əvəz etmək mümkündür. Məsələn, Azərbaycan dilindəki xəzinə biletləri termininin ikinci komponentini (xəzinə) bonları, (xəzinə) emissiyası, (xəzinə) müəssiəsi, (xəzinə) emissiyası, terminləri ilə əvəz etmək olar. Yaxud müasir türk dilindəki ticaret açığı termininin ikinci komponenti (ticaret) bankası, (ticaret) dengesi, (ticaret) fazlası terminləri ilə dəyişdirilə bilər.

Buradan aydın olur ki, mürəkkəb iqtisadiyyat terminləri ilə söz birləşməsi mo­delində formalaşan iqtisadiyyat terminləri müəyyən cəhətdən bir-birinə bənzəsələr də, bu iki söz qrupu arasında kifayət qədər fərqli cəhətlər mövcuddur və bu iki kateqoriyanı eyniləşdirmək olmaz.

Müasir türk və Azərbaycan dillərində mürəkkəb quruluşa malik iqtisadiyyat termin­lərinin təhlili göstərir ki, bu dillərdə mürəkkəb iqtisadiyyat terminlərinin ortya çıxma­sının iki əsas qrupu var:

1. Tabesizlik əlaqəsi əsasında formalaşan iqtisadiyyat terminləri qrupu.

2. Tabelilik əlaqəsi əsasında formalaşan iqtisadiyyat terminləri qrupu.

Birinci qrupa daxil olan terminlərin əsas fərqləndirici xüsusiyyəti ondan iba­rətdir ki, mürəkkəb termini əmələ gətirən komponentlər arasında tabesizlik əlaqəsi olur. Başqa sözlə desək, mürəkkəb termini əmələ gətirən tərəflər bir-birinə tabe ol­mur. Bununla belə, belə mürəkkəb terminlər də hər hansı bir elmi-texniki anlayışı ifa­də edir. Qeyd eləmək lazımdır ki, belə quruluşa malik olan mürəkkəb terminlər de­fislə yazılır. Müq. et: türkcə alış-satış farkı- “istifadədə olan hər hansı bir qiymətin alış və satış qiymətləri arasındakı fərq” (TMB); petro-dolar - “neft satışından əldə olunan dollar” (TMB); alqı-satqı - “1) bir tərəfin (satıcının) əmtəəni satması, digər tə­rə­fin (alıcının) isə əmtəəni alması barədə müqavilə; 2) əmtəələrin bazarda alqısı və sat­qısı prosesi” (İİTL, I, 32); biznes-əməliyyat - “biznes fəaliyyətin hər hansı bir aktı­nın məzmununu təşkil edən hərəkət, fəaliyyət, prosedurların məcmusudur” (İİTL, I, 132);

Yuxarıdakı nümunələrdən də aydın olur ki, tabesizlik əlaqəsi əsasında yaranan mürəkkəb quruluşa malik iqtisadiyyat terminləri həm müxtəlif mənalı, həm yaxın mənalı, həm də əks mənalı sözlərin birləşməsi ilə formalaşa bilir.

Müasir türk dilində tabesizlik əlaqəsi əsasında yaranan mürəkkəb quruluşlu iqtisadiyyat terminləri Azərbaycan dilində işlənən mürəkkəb quruluşlu iqtisadiyyat termin­lə­rindən bir cəhətə görə fərqlənir. Belə ki, bu dildə feli bağlamanın feli sifətlə bir­ləş­məsi nəticəsində mürəkkəb quruluşlu iqtisadiyyat terminləri yaranır. Müq. et: ayar­la­na­bilir sabit kur sistemi “sabit məzənnə kurs sistemi” (UİS, 110), və s.

 Türk dilində bu tip mürəkkəb iqtisadiyyat terminlərinin –lık4 şəkilçisi qəbul edərək işlənməsi (müq. et: ayarlanabilirlik, işlenebilirlik, lehimlenebilirlik, kaynakla­nabilirlik, yaşlanabilirlik və s.) bu tip sözlərin artıq substantivləşdiyindən xəbər verir. Çünki –lık4 şəkilçisini qəbul etməklə həmin sözlər mücərrəd mənalı məfhumları ifadə edir. –lık4 şəkilçisinin mücərrəd mənalı adlar əmələ gətirdiyini M.Ergin də qeyd edir (3, 155-157). Bu cəhət M.Hüseynzadə və B.Xəlilov tərəfindən də qeyd olunmuşdur. Ümumən, təkcə türk və Azərbaycan dillərində deyil, eləcə də digər türk dillərində -lıq4 şəkilçisi uyğun funksiyanı yerinə yetirir (8, 87-88).

Məlumdur ki, müasir türk ədəbi dilində işlənmiş feli birləşmələrin növlərindən biri də hər iki tərəfi fellərlə ifadə olunan feli birləşmələrdir. Bu tip birləşmələrdə birləşməni əmələ gətirən hər iki komponent felin afinit formasında olur. Yəni hər iki tərəfi fellərlə ifadə olunan bu birləşmələrdə ikinci komponent üç qeyri-predikativ fel formalarından biri (feli bağlama, feli sifət və məsdər) ilə, birinci tərəfi isə, bir qayda olaraq, feli bağlamalarla ifadə olunur. Müasir türk ədəbi dilindən gətirdiyimiz aşa­ğıdakı nümunələr də bunu aydın şəkildə göstərir. Müq. et: Bir dağ aralığında gidip gelen hayata (Sadri, 64); Babasının son model arabasını alıp, okul çıkışında Pervin'e yaklaşmak ve ilgi odağı olmak istiyordu (Bolat, 31); Ferdanelerin, oku­duğunda aldırmamış göründüğü, kafasında sinsice gezinip duran, yardımcı olacak suç ortaklarına da gözdağı verici sözcükleri gittikçe ağırlaşıyordu içinde (Türkali, 221).

Hər iki tərəfi fellərlə ifadə olunan birləşmələri nəzərdə tutaraq Y.M.Seyidov yazır ki, bu birləşmələrdə tərəflər arasında qrammatik məna əlaqələri o qədər də rəngarəng deyil. Əgər ümumiləşdirmiş olsaq, deyə bilərik ki, feli bağlamaların nitqdə rolu nədən ibarətdirsə, feli birləşmələrin birinci tərəfi kimi işlənəndə də rolu ondan ibarətdir. Feli birləşmələrin birinci tərəfi kimi, feli bağlamaların mövqeyi onların bütünlüklə sintaktik mövqeyini, ola bilər ki, tam əhatə etməsin, lakin bu mövqeyi, əsasən, əhatə edir. Tabe edən felin formasından, rolundan, təsriflənmə­sindən və ya təsriflənməməsindən, məna növündən asılı olmayaraq feli bağlamalar feli eyni cəhət­lərdən izah edir (7, 369).

Müasir türk dillərində “fel+fel” tipli birləşmələr bir o qədər də geniş yayıl­mamışdır. Məhz bu səbəbdəndir ki, N.Z.Hacıyeva bu modellə düzələn feli birləş­mə­lər içərisində -ıp4 şəkilçili feli bağlamalarla formalaşan tipin daha məhsuldar olduğunu qeyd edir (10, 153).

 Müasir türk ədəbi dilində hər iki komponenti fellərlə ifadə olunan feli bir­ləşmələr “ad+fel” tipli birləşmələrlə müqayisədə bir o qədər də çox işlənmirlər. Bununla belə, bu dilin qrammatik strukturunda hər iki komponenti felin təsriflən­məyən forması ilə ifadə olunan feli birləşmələr də müəyyən yer tutur.

Buradan aydın olur ki, Azərbaycan dilində feli bağlamanın feli sifətlə birləş­məsi nəticəsində meydana çıxan terminlər, xüsusən də iqtisadiyyat terminləri mövcud deyil. Bu tip iqtisadiyyat terminlərinin türk dilində mövcudluğu türk dilini digər türk dillərindən, o cümlədən də Azərbaycan dilindən fərqlənməsinə səbəb olur.

Burada bir cəhəti də qeyd etmək istəyirik. Müasir türk dilində istifadə olunan iqtisadiyyat terminlərinin böyük bir qismi Avropa dillərindən kalka üsulu ilə çevir­mədir. Bir çox türk dilçiləri bu vəziyyətlə barışmır, Avropa dillərindən alınmış ter­min­lərin əleyhinə çıxırlar. Bu baxımdan M.Narinin “İktisat terimleri üzerine” (5) və “Bil­gisayar destekli terim çalışmaları ve TDK İktisat Terimleri Sözlüğü” (4) əsərlərini xüsusi qeyd etmək lazımdır. Bundan əlavə, müasir türk dilində iqtisadiyyat termin­lərinin orfoqrafiyasında da fərqli cəhətlər özünü göstərməkdədir. Bu problem H.Ş.Akalının “Yabançı kökenli bilişim terimlerinin yazılışı” (1), H.Zülfükarın “İmla ve terim birliyi” (9) əsərlərində ətraflı şəkildə araşdırılmışdır.

İkinci qrupa daxil olan iqtisadiyyat terminləri də öz növbəsində iki yarımqrupa ayrılır:

a) leksik-sintaktik üsulla yarananlar;

b) morfoloji-sintaktik üsulla yarananlar.

Leksik-sintaktik üsulla yaranan terminlərdə morfoloji vasitələrdən istifadə olunmur. Sözlər yanaşma əlaqəsi əsasında birləşir və yeni bir anlayışı ifadə edən ter­min əmələ gətirir. Bu zaman daha çox iki, bəzi hallarda isə üç söz birləşərək bir mürəkkəb termin yaradır. Bəri başdan qeyd edək ki, üç sözün birləşərək mürəkkəb termin əmələ gətirməsi müəyyən qədər süni təsir bağışlayır. Mürəkkəb iqtisadiyyat terminlərinin bu şəkildə meydana çıxması aşağıdakı nümunələrdə də özünü aydın şəkildə göstərir. Müq. et: türkcə arakazanç ticareti - “daha az gəlir gətirən müəy­yən miqdar pulu borc alaraq alınan krediti daha çox gəlirli sahəyə investisiya qo­yulması” (TMB); gazyakıt - “qaz formasında olan yanacaq” (MİTS, 89); yağyakıt - “yanacaq kimi istifadə olunan yağ” (MİTS, 219). Аzərbaycanca pəra­kəndəsatış - “1) ədədlə, yaxud kiçik miqdarda sa­tılan və ya alınan əmtəə; 2) şəxsi və ya məişət istehlakı üçün əmtəənin kiçik ədədli satışı” (İİTL, II, 192); və s.

Morfoloji-sintaktik üsulla yaranan iqtisadiyyat terminlərinin formalaşmasında morfoloji əlamətlərdən istifadə olunur. Yəni burada həm leksik, həm də qrammatik şəkilçilərə də rast gəlmək mümkündür. Belə ki, mürəkkəb termini əmələ gətirən komponentlərə müxtəlif şəkilçilər əlavə olunur ki, bu da mürəkkəb terminin for­malaşmasında əsas rol oynayır.

Morfoloji-sintaktik üsulla yaranan iqtisadiyyat terminlərini bir neçə yarımqrupa ayırmaq mümkündür. Bunların içərisində idarə əlaqəsi əsasında meydana çıxan mürəkkəb iqtisadiyyat terminləri xüsusi yer tutur. Bu terminləri aşağıdakı kimi təsnif etmək olar:

a) mürəkkəb termini əmələ gətirən birinci komponent ismin təsirlik halında olur, ikinci komponent isə çeşidli şəkilçilərlə əmələ gələn feli sifətlərlə ifadə olunur. Müq. et: türkcə boyuttutar - “qızdırılma işlərində həcm böyüməsinin qarşısını almaq üçün parçaların içinə qoyulduğu əşya” (MİTS, 38); Аzərbaycanca borcalan -“kredit, istiqraz alan, bu borclar üçün öz üzərinə öhdəlikləri götürən, alınmış vəsaitlərin qay­tarılmasına, verilmiş kreditin ödənilməsinə zəmanət verən” (İİTL, I, 136); borcverən - “bu və ya digər formada borc verən, onun qaytarılmasına, yaxud başqa ödəniş for­ma­sına hüquq əldə edən şəxs” (İİTL, I, 137); və s.

Yuxarıda verdiyimiz nümunələrdən də aydın göründüyü kimi türk və Azər­baycan dillərində bu üsulla yaranan mürəkkəb iqtisadiyyat terminlərinin formalaş­masında müəyyən fərqlər özünü göstərir. Belə ki, bu tip mürəkkəb terminlərin ikinci komponenti rolunda çıxış edən feli sifətlər Azərbaycan dilində -an, -ən şəkilçiləri ilə düzəldiyi halda, türk dilində həmin mövqedə daha çox –ar, -ər feli sifət şəkilçiləri özünü göstərir.

b) mürəkkəb iqtisadiyyat termini II növ təyini söz birləşməsi qəlibində forma­laşır. Müq. et: türkcə Avrupa Parasal İşbirliyi Fonu - “Avropa pul sisteminin nə­zər­də tutduğu bir quruluşdur” (UİS, 97); Аzərbaycanca balansarxası əməliyyatlar “bankın balansın­da göstərilməyən balansarxası hesab­lar üzrə aparılan əməliy­yatlar. Bu cür əməliyyatlara qiymətli kağızların inkassosunu, bank hesablarının və qiymətli ka­ğız­ların saxlanmasını, pulların və sərvətlərin saxlanılmasına dairəməliyyatları (anbar əməliyyatlarını) aid edirlər” (İİTL, I, 88); banklararası bazar “borc kapital bazarının bir hissəsi” (İİTL, I, 95) və s.

c) mürəkkəb iqtisadiyyat terminini birinci komponeneti yönlük halda olan söz, ikinci komponenti isə müxtəlif sözlərlə ifadə olunur. Müq. et: azərbaycanca işəmuzd - “əmək haqqının işçinin təyin edilmiş keyfiyyətlə istehsal etdiyi məhsulun miq­da­rın­dan asılı olaraq müəyyən edildiyi əməyin ödəniş forması” (İİTL, I, 397).

ç) mürəkkəb iqtisadiyyat terminini birinci komponeneti müxtəlif nitq hissələri ilə, ikinci komponenti isə -ma, -mə şəkilçili feli isimlərlə ifadə olunur. Müq. et: türkcə biryapımlama - “metal istehsalında yüksək istilikdə görülən iş” (MİTS, 36); içdağ­lama -“metalların daxili quruluşunu saxlamaqla görülən iş” (MİTS, 106); Аzərbaycanca dövretmə -“əmtəələrin və pulun tədavül sahəsindəki onların bir şəxsdən digər şəxsə keçməsi, mübadiləsi, yeniləşməsi ilə müşayiət olunan daimi hərəkət prosesi” (İİTL, I, 202)və s.

d) mürəkkəb iqtisadiyyat terminini birinci komponeneti sifət və saylarla, ikinci komponenti isə -lı4 şəkilçisi ilə formalaşan düzəltmə sifətlərlə ifadə olunur. Müq. et: türkcə - “dağılma baxımından uyğunluq göstərən vəziyyət” (MİTS, 35); -  çok­yapımlı - “müxtəlif nöqtələrdə başqa-başqa xüsusiyyətlər göstərən” (MİTS, 50). Аzərbaycanca - birtərəfli bazar - “yalnız satıcının, yaxud alıcının məzənnəsinin, qiymətinin müəyyən edildiyi bazar” (İİTL, I, 131); və s. Müasir türk və Azərbaycan dillərində mürəkkəb quruluşa malik iqtisadiyyat terminlərinin başqa xüsusiyyətləri də mövcuddur. Lakin qeyd olun­malıdır ki, həmin struktur tiplər aparıcı xüsusiyyətə malik deyil. Məsələn, azər­baycanca bankdaxili audit - “bankdakı audit xidmətləri tərəfindən bankların iqtisadi fəaliyyətinin müxtəlif cəhətlərinin və müştərilərə xidmətlərinin keyfiyyətinin yox­lanılması” (İİTL, I, 94); türkcə yüksekısıölçeri - “yüksək temperaturu ölçmək üçün alət” (MİTS, 231) və s.

Müasir türk və Azərbaycan dillərində mürəkkəb quruluşa malik iqtisadiyyat ter­min­­lərinin təhlili göstərir ki, sadə və söz birləşməsi modelində formalaşan iqtisadiy­yat terminləri ilə müqayisədə mürəkkəb quruluşa malik iqtisadiyyat terminləri nisbətən az işlənir. Söz birləşməsi modelində formalaşan iqtisadiyyat terminləri bu baxımdan daha aparıcı mövqeyə malikdir.

ƏDƏBİYYAT

  1. Akalın H.Ş. Yabançı kökenli bilişim terimlerinin yazılışı // Türk Dili, Dil ve Edebiyat dergisi, 627 sayı, 2004, s. 215-226
    1. Cəfərov S. Müasir Azərbaycan dili. Leksika. Bakı: Maarif, 1992, 235 s.
    2. Ergin M. Türk Dil Bilgisi, Boğaziçi yayınları, İstanbul, 1987, s.405.
    3. Narin M. Bilgisayar destekli terim çalışmaları ve TDK İktisat Terimleri Sözlüğü. Türk Dili, Dil ve Edebiyat dergisi, 661 sayı, 2007, s.47-55.
    4. 5.                 Narin M. İktisat terimleri üzerine //Türk Dili, Dil ve Edebiyat dergisi, 642 sayı, 2005, s.535-542.
    5. Sadıqova S. Müasir Azərbaycan ədəbi dilində termin yaradıcılığı prosesi. Bakı: Elm, 2010, 244 s.
    6. Seyidov Y. Azərbaycan dilində söz birləşmələri. Bakı: Bakı Universiteti nəşriyyatı, 1992, 408 s.Ergin M. Türk Dil Bilgisi, Boğaziçi yayınları, İstanbul, 1987, s.405.
    7. Zeynalov F.R. Türk dillərinin müqayisəli qrammatikası, I hissə (Fonetika, leksika, morfologiya). Bakı: MBM, 2008, 354 s.
    8. Zülfikar H. İmla ve terim birliği // Türk Dili, Dil ve Edebiyat dergisi, 515 sayı, 1994, s. 319-331.
    9. Гаджиева Н.З. Основные пути развития синтаксической структуры тюркских языков. М.: Наука, 1973, 408 с.
    10. Садыгова С.А. Терминологические словосочетания в азербайджанском литературном языке. Баку, 2007, 160 с.

РЕЗЮМЕ

Сложноструктурные экономические термины в современном азербайджанском и турецком языках

В настоящее время, в связи с бурным развитием экономики и экономических отношений во всем мире, экономические термины получают все большее распространение и развитие. Как видно из названия, данная статья посвящена сложноструктурным экономическим терминам современного азербайджанского и турецкого языков, их формальным и структурно-семантическим свойствам. Учитывая схожие черты между сложноструктурными теминами и слово­сочета­ниями, в статье на основе словарного материала азербайджанского и турецкого языков, проводится анализ сложноструктурных экономических терминов.

Ключевые слова: термины, сложные экономические термины, словосочетания.

 

SUMMARY

Complex economic terms in modern Azerbaijani and Turkish languages

Currently, with the rapid development of economy and economic relations around the world, the economic terms are becoming more common and development. As the name implies, this article focuses on the complex economic terms in modern Azerbaijani and Turkish languages, their formal and structural-semantic properties. Given the similarities between the complex terms and phrases in article on the basis of dictionary material Azerbaijani and Turkish languages, the analysis of complex economic terms.

Key words: terms, complex economic terms, phrases.

 

RƏYÇİ: dos. S.Abbasova

Quliyeva Rəhilə

ƏRƏB DİLİNDƏ ƏSİL ÖN QOŞMALAR

Ərəb dili qrammatikalarında nitq hissələrini üç qrupa-isim, fel və ədat qruplarına ayırırlar.

İsim qrupuna isim, sifət və say, əvəzlik və zərflər, fel qrupuna fel, feli sifət və məsdərlər daxildirlərə, ədat qrupuna isə əsil ön qoşmaları, bağlayıcılar və ədatlar, o cümlədən nida, sual, cavab, inkar və gələcək zaman ədatları daxildir.Ədatların köməkçi nitq hissələri hesab olunmasına baxmayaraq, hər hansı bir fikri ifadə etmək üçün və ya hər hansı bir bitmiş cümlə tərtib etmək üçün onların böyük əhəmiyyəti vardır. Ədat və ya köməkçi nitq hissələri adı altında toplanan bu sözlər əsasən cinsə, kəmiyyətə, hala, müəyyənliyə və qeyri-müəyyənliyə görə dəyişməyərək, cümlə üzvləri və ya cümlələr arasında sintaktik və semantik əlaqələr yaradırlar.

Ənənəvi qrammatika əsərlərində حرف (ədat) sözü altında ayrılıqda məna verməyən və isimlərlə hər cür əlaqəsini itirmiş, yəni isim xüsusiyyətlərindən və kateqoriyalarından heç birinə malik olmayan sözləri birləşdirirlər.

Ədat qrupuna daxil olan nitq hissələri içərisində ön qoşmalar mühüm yer tutur. Ərəb dilində 50-dən artıq ön qoşma vardır. Məlum olduğu kimi, ön qoşmaları əsasən isimlərlə, və ya isimləşmiş sözlərlə işlənərək, onlardan əvvəl gəlir və onların yiyəlik halda olmasını tələb edir.

Azərbaycan dilinə tərcümə zamanı isə onlar təkcə yiyəlik halı yox, adlıq halı çıx­maq­la, başqa halları da ifadə edə bilir. Lakin ərəb dilində ön qoşmalarından sonra söz­lərin həmişə yiyəlik halda işlənməsi, bu dildə əvvələn, halların miqdarının az olması (cəmi üş hal), digər tərəfdən həmin halların cümlə üzvləri arasında necə deyərlər, artıq bölüşdürülməsi ilə əlaqədardır.

Məsələn, adlıq halı mübtəda və ismi xəbər, təsirlik halı vasitəsiz tamamlıq və zərflik (təsirlik halı vasitəsi ilə düzələnlər), yiyəlik halı isə izafətlə ifadə edilmiş təyin, vasitəli tamamlıq və düzəltmə zərfliklər (ön qoşmaları vasitəsi ilə) halı kimi sabitləş­mişdir. Beləki, ön qoşmalarından  sonra təkcə yiyəlik halı deyil, başqa hal, məsələn, təsirlik halın işlədilməsi müəyyən dolaşıqlıqlara, o cümlədən, təsirli fellər, zərflər, ان و اخواتها və كان و اخواتها və s. nitq hissələrinin sintaktik və semantik vəzifə və xüsusiyyətləri ilə ön qoşmalarının sintaktik və semantik vəzifə və xüsusiyyətlərinin bir-biri ilə qarışdırılmasına səbəb olardı. Məsələn, رأيت الغرفة və خرجت من الغرفة cümlələrinin hər ikisində الغرفة sözü təsirlik halda işlədilmiş olsaydı, onda belə güman etmək olardı ki, cümlələrin hər ikisində fellərlə الغرفة arasında subyekt-obyekt əlaqəsi vardır və təsirli və təsirsiz fellər arasında idarə nöqteyi-nəzərindən bir fərq yoxdur. Əslində isə belə deyil.

Ərəb ənənəvi qrammatikalarında الجر (əl-cərru) və bununla əlaqədar olaraq ön qoşmalarını الجار (əl-cərru) (yiyəlik halı tələb edən), yaxud حروف الجار (hurufu-l-cərri) (yiyəlik halıədatları), onlardan sonra işlənən sözləri isə المجرور (əl-məcruru) (yiyəlik halda olan) adlandırırlar.

Bunların təsnifatına gəlincə, ərəb alimləri bu məsələyə müxtəlif cəhətlərdən yanaşaraq, ön qoşmalarını hərə özünə məxsus şəkildə qruplaşdırmışdır. Bunların bir qismi ön qoşmalarının işlənmə xüsusiyyətlərini nəzərə alaraq onları ancaq isimlə işlənənlər (məs: ك، مذ، منذ، حتى) və həm isim, həm də əvəzliklərlə işlənənlər (على، عن، من، إلى، فى) kimi iki qrupa ayırır. Başqa bir qism dilçilər isə onların mənşələrindən çıxış edərək, həm ədat, həm də isim mənşəli ön qoşmaları (məs: على، مذ، منذ) , həm ədat, həm də fel mənşəli ön qoşmaları (məs: عدا، خلا، حاشا) və ədat mənşəli ön qoşmaları (məs: فى، ك، ب və s.) olmaqla onları üç yerə ayırırlar.

Bir qrup başqa ərəbşünaslar isə ön qoşmalarını quruluşca və orfoqrafik xüsusiyyətlərinə görə bölürlər. Ön qoşmaları quruluşca iki əsas qrupa bölünürlər.

1)             Sadə və ya əsil ön qoşmalar

2)              Düzəltmə ön qoşmalar.

Sadə, yaxud düzəltmə ön qoşmalarının özləri də orfoqrafik cəhətdən iki qrupa ayrılır. a) bitişik işlənənlər. b) ayrı işlənənlər.

Bitişik işlənən ön qoşmalar üçdür: ل، ك، ب

Ayrı işlənən əsil ön qoşmalar isə bunlardır: حتى، مع، عن، من، إلى، فى

Deyildiyi kimi ayrılıqda heç bir tam məna ifadə etmədikləri halda, bu ön qoşmalar isimlərlə işlənərək, müxtəlif məna çalarlıqları verirlər.

Məlumdur ki, ərəb dilində isimlərin cəmi üç halı vardır. Azərbaycan dilində olan qalan hallar ön qoşmalarından istifadə etməklə ərəb dilindəki yiyəlik halın vasitəsilə ifadə edilir. Məsələn; الى ön qoşması yönlük hal şəkilçilərini, فى və bəzən də ب ön qoşmaları yerlik hal şəkilçilərini, من isə çıxışlıq halın şəkilçilərini və s. ifadə edirlər.

Ərəb dilində ön qoşmalarının ifadə etdiyi mənalar əsasən aşağıdakılardır:

Əsil ön qoşmalar

Bitişik işlənən ön qoşmalar

1)                                               “ب” ön qoşması a) İşin hansı vasitə ilə görüldüyünü bildirir: məs:

حفرت الارض بالفأس - Yeri külünglə qazıdım.

ضرت الحصان بالصوط - Atı qamçı ilə vurdum.

b)             tərzi-hərəkət bildirir: Məs.:

استقبل الضيوف بوجه من السرور - Qonaqlar gülər üzlə qarşılandılar.

تصافحت معه بحفاوة - Onunla qonaqpərvərliklə görüşdüm.

c)              bəzən səbəb bildirir: məs:

انه يتأخر من دروسه بكسله - O tənbəlliyi üzündən dərslərindən geri qalır.

انتخبناه رئيسا بكونه من النشطاء- Fəal olduğu üçün onu sədr seçdik.

ç) işin və hərəkətin məkanını və ya zamanını bildirir. Məs.:

جرى مؤخرا بباكو المؤتمرالثانى للتضامن مع شعوب آسيا و افريقيا

Bu yaxınlarda Bakıda Asiya və Afrika xalqları ilə ikinci həmrəylik konfransı keçirilmişdir.

بلغنا المدينة بالليل - Şəhərə axşam çatdıq.

d)             birgəlik və yaxınlıq bildirir. Məs.:

سافرت بمهندس الى الجمهورية العربية المتحدة - Bir mühəndislə BƏR-ə səfər etdim.

وضعت حقيبتى بجوار السيارة- Çamadanımı avtomobilin yanında qoydum.

e)              kəmiyyət zərflikləri əmələ gətirir: Məs:

بالكثرة - çoxlu;   بالعشرات - onlarla.

ə) Məsafə bildirir: Məs.:

تقع هذه المنطقة بعيدا عن المركز بكيلومترات

Bu rayon mərkəzdən bir neçə kilometrlərlə uzaqda yerləşir.

f)                 müddət bildiri. Məs.:

لم أصادفه بسنوات طوال - Uzun illər mən onu görmədim.

g)              qiymət bildirir: Məs.:

اشتريت هذا الكتاب بثلاث روبلات - Bu kitabı üç manata aldım.

ğ) “اذا” ədatı ilə işləndikdə hal, hərəkət və ya hadisənin gözlənilmədən və ya birdən baş verdiyini bildirir və isim ondan sonra həmi.ə qeyri müəyyənlikdə işlənir: Məs.:

اذا باصفرار شديد صاريعم على وجهه

 Birdən möhkəm bir sarılıq onun üzünü bürüməyə başladı.

h)              bu ön qoşmasından and bildirmək üçün istifadə edilir ki, bu zaman o, and ədatı kimi çıxış edir. Buna حرف القسم və ya باء القسم deyilir: Məs.:

بشرفى، لم أكن هناك أبدا - Namusum haqqı, heş vaxt orada olmamışam.

x) gediş-gəliş bildirən fellərlə işlənərək onları təsirli edir: Məs.:

بلغ - çatmaq - بلغ بـ - çatdırmaq

رجع - qayıtmaq – رجع بـ - qaytarmaq   və s.

ı) لم، ما، ليس inkar ədatları ilə işlənərək, tərkibi xəbərin isim hissəsinə qoşulur və inkarı daha da qüvvətləndirir: məs.:

Bu gənc tələbə deyil. - ليس هذا الشاب بطالب

Mən onu mahir bir rəssam kimi zənn etmirdim - ظننته لرسام بارع

O kişi yazıçı deyildi يكن ذلك الرجل بكاتب-

i) bir çox fellərdə və ya onların məsdərləri ilə işlənərək, yönlük hal şəkilçilərini ifadə edir: Məs.:

شبهت هذه البناية ببناية الجامعة - Bu binanı universitetin binasına oxşatdım.

وعدت صديقى بالمجيى اليه - Dostuma onun yanına gəlməyə söz verdim.

ان الثقة بالمستقبل الوضاء جرء لا يتجزأ من افكار الناس البواسل

  Parlaq gələcəyə inam cəsur adamların fikrinin ayrılmaz bir hissəsidir.

2)                         “ل” ön qoşması

a)              bu ön qoşma səbəb və məqsəd bildirir. Məs:

 أنشئت فى الآونة الاخيرة بنايات عديدة شامخة لتأمين حاجات الشغيلة

Son vaxtlar zəhmətkeşlərin ehtiyaclarını ödəmək, üçün bir çox yüksək binalar tikilmişdir.

b)             sahiblik, aidlik və ya malikiyyat bildirir. Məs.:

هذا باب من الابواب الخمسة للمتحف - Bu muzeyin beş qapısından biridir.

هذه النظارة للاستاذ - Bu gözlük professorundur.

c)              ismi cümlələrin əvvəlində işləndikdə “vardır” mənasını ifadə edir. Məs.:

لمصنع الالمينيوم فى سومقائت كثير من العمال - Sumqayıt aliminium zavodunun çoxlu fəhləsi vardır.

ç) bir çox fellərlə işlənərək Azərbaycan dilindəki yönlük hal şəkilçilərini ifadə edir. Məs:

خلف لـ ، قال لـ ، شكر لـ ، ورث لـ ، وهب لـ ، قدم لـ .

وهبت المستقلة لنا حياة مشرقة - Müstəqillik bizə parlaq həyat bəxş etmişdir.

خلفت الرأسمالية آثارها الفادحة للبلدان المستعمرة - Kpitalizm müstəmləkə ölkələrinə ağır izlər tərk edib getmişdir.

3)             ك” ön qoşması

a)              bu ön qoşma əşya, hal, hərəkət və ya hadisələr arasında bənzəyiş, yaxud oxşarlığı bildirir, Azərbaycan dilinə “kimi” sözü vasitəsilə tərcümə edilir. Məs.:

ان مياه بحرالخزر زرقاء كالسماء - Xəzər dənizinin suları səma kimi mavidir.

رفيق هذا الفتى صدوق كأخيه - Bu gəncin yoldaşı öz qardaşı kimi sadiqdir.

b)             “ك” ön qoşması ayrı və ya bitiçik işlənən şəxs əvəzlikləri ilə işlənmir. Bu məqsədlə həmin ön qoşmasının sinonimi olan مثل -dən istifadə edilir ki, bu da bitişən əvəzliklərlə işlənərək, “mənim kimi”, “sənin kimi”, və s. mənalar ifadə edir.

اننى هارب من الظلم مثلك  - Mən də sənin kimi zülm əlindən qaçmışam

c) işarə əvəzlikləri ilə işlənərək müvafiq mənalar ifadə edilir. Məs: كذلك - onun kimi, كهذا=كذا-bunun kimi, كهؤلاء-bunlar kimi və s.

4)                                              “فى” ön qoşması

a) bu ön qoşma hal hərəkət və əşyanın məkanını göstərir. Məs:

يدرس فى معاهد آذربايجان ممثلو كثير من البلدان العربية

Azərbaycan inistitunda çoxlu ərəb ölkələrinin nümayəndələri oxuyur.

b) iş, hal, hərəkət və ya hadisənin icra olunduğu zamanı bildirir. Məs.:

ستقام عندنا حفلة موسيقية كبيرة فى يوم السبت

Şənbə günü bizdə böyük konsert olacaq.

c) hal, hərəkət və ya hadisənin davam etdiyi müddəti bildirir, bu zaman o, خلال (ərzində, müddətində) sözünü əvəz edir. Məs.:

تعلم اللغة العربية فى خمسة اعوام.- Ərəb dilini beş ilə öyrəndi.

ç) bəzən səbəb bildirir. Məs:

 يحبه المحلمن فى اجتهاده- Müəllimlər onu çalışqanlığına görə sevirlər.

d) bəzən də birgəlik bildirir. Məs.:

 بلغ المهندس فى جماعة من الخبراء إلى ورشات النفط- Mühəndis bir dəstə mütəxəssislə neft mədənlərinə çatdı.

e) “haqqında” mənasını ifadə edir. Məs.:

 وقد ألف كتبا عديدة فى علم الغلك- Astronomiya haqqında çoxlu kitab yazmışdır.

ما رأيك فيه - Onun haqqında fikrin nədir?

ə) ضرب feli ilə işləndikdə vurma (riyazi) əməliyatını bildirir və iki vuruq arasında işlənərək  azərbaycan dilinə “vur” və ya “dəfə” kimi tərcümə edilir. Məs:

6 dəfə yeddi və ya 6 vur yeddi – ضرب ستة فى سبعة

f) bir sıra fellərdən sonra وجه sözünə qoşularaq “qarşı” və ya “üstünə” mənalarını verir. Məs.:  

 شهر فى وجه=  صاح فى وجه، استل فى وجه... =  صرح فى وجه...    

g) bəzən fellərlə işləndikdə isə “ötrü” mənasını verir. Məs: ... ötrü qurban getmək- ...  افتدى فى= راح ضحية فى

ğ) şəkk, şübhə, arzu, istək və s. modal mənalarbifadə edən bir qrup fel və ya məsdərlərlə işlənərək, həmin mənaların nəyə qarşı olduğunu bildirir. Məs.:

 ارتاب فى، آمل فى= رام فى، رغب فى، شك فى

Mən sənin sözlərinə şübhə edirəm.- لننى ارتاب فى اقوالك هذه

الرغبة فى دراسة هذه اللغة متأتية من اشتياقه الى تعلم ظروف معيشة الشرقيين.

Bu dili öyrənmək arzusu onun şərqlilərin yaşayış tərzini öyrənmək marağından irəli gəlmişdir.

(Əgər فى ön qoşmasından sonra isim, sifət, say və ya əvəzlik deyil, fel gələrsə onda o, arzu forması ədatı أن ilə işlənir.) Məs:

 أمل فى أن يسود الامن و السلام فى العالم قاطبة. -Arzu edirəm ki, bütün dünyada əmin-amanlıq və sülh hakim olsun.

h) başlanğıc bildirən fellərlə işlənərək, icra olunmağa başlanan işi bildirir. Məs:  إبتدأ فى = شرع فى = بدأ فى =أخذ فى

شرع كومبينات الانشاء فى بناء مؤسسات الخدمة المعيشبة

Tikinti kombinatı məişət xidməti müəssisələri tikməyə başlamışdır.

x) bəzən də haqqında danışılan şəxsin geyimini göstərir. Məs:

  ان رجلا فى لباس عسكرى دنا منى. - Əynində hərbi paltar olan bir kişi mənə yaxınlaşdı.

ı) III şəxs tək müzəkkər bitişən əvəzliyi ilə işlənən لحطة، وقت، يوم، ساعة، حين və s. sözlərlə işləndikdə “elə o vaxt”, “elə o saat” və s. mənalar əmələ gətirir.

حين və وقت sözləri ilə çox vaxt “öz vaxtında” mənasını ifadə edir. Məs:  

 نزل من سيارة الاجرة و ركب القطار فى ساعته-Taksidən düşdü və osaat qatara mindi.

 و طلنا المدينة فى حينه- Şəhərə vaxtında çatdıq.

5) “على” ön qoşması                

  a) hərəkət və hadisənin nəyinsə üzərində icra olunduğunu və əşyanın nəyinsə üzərində yerləşdiyini bildirir. Məs.:

كانت السيارة تسير على طريق اسفلت. - Avtomobil asfalt yol üzərində hərəkət edirdi.

كانت على المنضدة ثلاثة نظارات شمسية. - Stolun üstündə üç günəş gözlüyü var idi.

b) bir çox hallarda “əleyhinə” və “qarşı” mənalarında çıxış edir. Məs.:

ان الشعوب المظلومة تضمر كرها عميقا على الاستعمار. - Məzlum xalqlar imperializmə qarşı, dərin nifrət bəsləyirlər.

يرفع الناس كلهم اصواتهم على الحرب. - Bütün adamlar müharibə əleyhinə səslərini ucaldırlar.

c)              Arzu ədatı ان-lə işləndikdə, Azərbaycan dilinə iltizam forması şəkilçiləri (-malı, -məli) vasitəsilə tərcümə olunur.Məs.:

على الناس الشرفاء أن يقوموا يدا واحدا فى وجه ارتفاع السن لهيب حرب جديدة. - Namuslu adamlar yeni müharibə alovlarının yüksəlməsinə qarşı bir nəfər kimi çıxmalıdırlar.

ç) borclu olmağı bildirir. Məs:

كان عليه لى عشرة دنانير. - O mənə on dinar borclu idi.

d)                                               iki işin bir-birinin xilafına olmağı bildirir və Azərbaycan dilinə “baxmayaraq” sözünün köməyi ilə tərcümə olunur. Bu zaman o ərəb dilindəki رغمال، على الرغم من، رغم sözlərini əvəz edir. Məs.:

تناشد الحكومة الآذربايجانية الى التعايش السلمى بين جميع الدول على اختلاف انظمتها الا جتماعية. - Azərbaycan höküməti ictimai quruluşlarının müxtəlifliyinə baxmayaraq bütün dövlətlər arasında dinc yanaşı yaşamağa çağırır.

كان عمره لا يزيد ٣٥ سنة على شيب شعره - Saçının ağarmasına baxmayaraq, onun yaşı otuz beşdən artıq deyildi.

e) vaxt bildirir.

اجتمع المتظاهرون عند الجسر على الموعد المحدد. - Nümayişçilər körpünün yanında müəyyən olunmuş vaxtda toplanmışlar.

فاجأه الراديو بثورة عارمة على اهبة السفر - Səfər ərəfəsində radio ona gözlənilmədən qüdrətli bir inqilab xəbərini verdi.

ə) müvafiqlik və ya uyğunluq bildirir. Məs.:

günlər keçdikcə - على مر الايام

aydın olduğu kimi – على ما يظهر = على ما يبدو

imkan daxilində - على قدر الامكان

iddia edildiyi kimi – على ما يز عمون

deyildiyinə görə - على ما يقولون                                 və.s.

f)    bəzən vasitə bildirir. Məs.:

يقوم الاستعماريون بحرب عدوانية فى فييتنام الجنوبية يد العملاء - İmperialistlər Cənubi Vyetnamda satqınların vasitəsilə təcavüzkarlıq müharibəsi aparırlar.

g)              ان (أنّ) ədatı ilə işlənərək səbəb və ya məqsəd ifadə edirş məs.:

هيأت حقيبتى على ان اسافر الى القرية - Kəndə getmək üçün çamadanımı hazırladım.

اختبر هذه المهنة على اننى أحبها - Bu sənəti sevdiyim üçün onu seçdim.

ğ) sual əvəzliyi  ماilə işlənərək “nə üçün” sual sözünü əmələ gətirir. Məs.:

علام التجا عيد على وجهه؟  - Onun üzündəki qırışlar nə üçündür?

6)             “الى” ön qoşması

a) istiqamət bildirir və Azərbaycan dilinə yönlük hal şəkilçiləri (a, ə, ya, yə) vasitəsilə tərcümə olunur. Məs.:

ذات يوم عدت الى غرفتى مبكراً - Bir gün tezdən otağıma qayıtdım.

b)                                               vaxt bildirir və Azərbaycan dilinə “qədər” və ya “dək” sözlərinin köməyi ilə tərcümə edilir. əgər ondan sonra isim, sifət, say və s. deyil, fel işlənərsə, onda fellə onun arasında ان ədatını əlavə etmək lazımdır. Məs.:

بقيت الى الفجر مستيقظا - Dan sökülənə qədər oyaq qaldım.

انتظرته ان حل المساء - Axşam düşənə kimi onu gözlədim.

c) bir sıra fellərlə işlənərək, hər hansı bir yerə çatmağı, yetişməyi bildirir. Məs.:

بعد مشى طويل بلغنا الى مكان مقصود. - Uzun (piyada) gedişdən sonra istənilən yerə çatdıq.

وصلت طائرتنا الى مدينة القاهرة. - Təyyarəmiz Qahirə şəhərinə çatdı.

و اخيرا انتهينا الى جزيرة صغيرة. - Nəhayət kiçik bir adaya çatdıq.

ç) bir qrup felərlə nəyə isə qoşulmağı və ya bir şey əlavə etməyi bildirirş məs.:

daxil olmaq, qoşulmaq; دخل الى = انتسب الى = انتمى الى = انضم الى = زاد الى = اضف الى = اردف الى - əlavə etmək.

(cümlədə bu ön qoşma ilə işlənən sözlər məkan və ya zaman bildirərsə, yer zərfi və ya məkan zərfi, qalan hallarda isə tamamlıq olur). Məs.:

بعد مرور عدة ساعات وصلنا الى المنطقة المحددة سلفا. - Bir neçə saat keçdikdən sonra, qabaqcadan müəyyən olunmuş rayona çatdıq.

فتشت عنه من الفجر الى ساعة متأخرة من الليل. - Dan söküləndən gecədən xeyli keçmişə qədər onu axtardım.

انعمت النظر الى ملابسه بانتباه. - Onun paltarlarına diqqətlə nəzər saldım.

7)             “من” ön qoşması

a)              hərəkətin çıxış yerini bildirir. Məs.:

نزلت من السيارة متوجها الى البيت. - Maşından düşüb evə yollandım.

b)             iki tərəf və ya yer arasında qalan məsafəni bildirir. Məs.:

ذهبت طول الطريق من محطة القطار حتى البيت مشيا على الاقدام. - Vağzaldan evə qədər bütün yolu ayaqla getdim.

c)              iş, hərəkət və ya hadisənin başlanğıc zamanını bildirir. Məs.:

تقيم البدان النامية افريقيا علاقات ودية مع بلادنا. - Afrikadakı dirçələn ölkələr ölkəmizdə dostluq əlaqələri saxlayırlar.

ç) yaxınlıq ifadə edən bəzi fellərlə işlənərək, yaxınlaşmanın nəyə doğru olduğunu bildirir. Məs.:

اقتربت السغينة من الميناء. - Gəmi limana yaxınlaşdı.

دنا القطار من المحطة. - Qatar stansiyaya yaxınlaşdı.

دنا المتظا هرون من بناية الوزارة. - Nümayişçilər nazirliyin binasına yaxınlaşdılar.

d)             hər hansı kəmiyyətə və ya tama nisbətən hissə bildirir. Məs.:

اهدونى ثلاثة مؤلفات من مؤلفات فضولى. - Füzulinin əsərlərində üçünü mənə bağışladılar.

انشئت فى سهل من سهول آذربايجان محطة كهرحرارية - Azərbaycan düzlərinin birində istilik-elektirik stansiyası tikilmişdir.

e)              əşyanın nədən düzəldiyini bildirir. Məs.:

كرسي من حديد - Dəmir stul

قد كان عندى بلبل فى قفص من ذهب - Qızıl qəfəsdə mənim bir bülbülüm var idi.

ə) səbəb bildirir. Məs.:

كان يطير من شدة ابتهاجه - Sevincinin gücündən az qala uçurdu.

f)                 əşyanın nəyə və ya haraya mənsub olduğunu göstərir.

القى عالم من الهند كلمة فى الاجتماع - Hindistanlı bir alim yığıncaqda çıxış etdi.

ان هذه المقالة من جريدة "الاهرام" اعجبتنى جدا - “Əl-Əhram” qəzetinin bu məqaləsi mənim çox xoşuma gəldi.

g)              müqayisə bildirir. Bu zaman o ya müqayisə dərəcəsi formasında duran sifətlə, ya da اين sözü ilə işlənir. Məs.:

ان هذه الصورة احلى من الاخرى - Bu şəkil o birindən yaxşıdır. (gözəldir)

اين طول هذا الرجل من طول الآخر - Bu kişinin uzunluğu hara, o birininki hara?

ğ) “ما” inkar ədatı ilə işləndikdə qəti inkar bildirir. Məs.:

ما من شىء فى هذه العلبة- Bu qutuda heç bir şey yoxdur.

ما قال لى من كلمة - Mənə heç bir söz demədi.

h)              cümlələrdə ما və من nisbi əvəzlikləri ilə ifadə olunmuş mübtəda və ya tamamlığı izah edir. Məs.:

استرعى انتباهنا ما كان على المنضدة الاوراق  - Mizin üstündə olan vərəqlər bizim nəzərimizi özünə cəlb etdi.

علمت بالراديو ما جرى فى العراق من الحوادث - Radio vasitəsilə İraqda baş verən hadisələri öyrəndim.

استقبلنا من سافر الى الجمهورية العراقية من الرياضيين - İraq respublikasına səfər etmiş idmançıları qarşıladıq.

x) qorxmaq, çəkinmək və ya uzaqlaşmaq bildirən bir sıra fellərlə işləndikdə isə, həmin hal və hərəkətin nəyə qarşı olduğunu ifadə edir. Məs.:

خاف من، فزع من، تجنب من، حزر من، بعد من

انه تجنب من مثل هذه الاعمال فى حينه - O vaxtında bu cür işlərdən çəkindi.

ı) bu ön qoşması III şəxs tək müz. bitişən əvəzlik qəbul etmiş ساعة، يوم، وقت، دقيقة، فور və s. sözlərlə işləndikdə, “elə o zaman”, “elə o gün”, “elə o saat” və s. mənalar ifadə edir. Məs.:

و ما أن رأى الشيخ عرفه من فوره - O qocanı görər-görməz o an onu tanıdı.

i)                  وظيفة، واجب، شأن və s. sözlərlə işlənərkən Azərbaycan dilində felin iltizam forması şəkilçiləri –malı, -məli, -ni ifadə edir ki, bu cür birləşmələrdə arzu forması ədatı olanان  -lə işlənir. Bu cür birləşmələr tamamlıq budaq cümləsi tələb edirş. Məs.:

من شأن هذه الاتفاقيات ان تودى الى تحسين الوضع الدولى - Bu sazişlər beynəlxalq vəziyyətin yaxşılaşmasına aparıb çıxartmalıdır.

j)                 يا və bitişən əvəzliklərlə işlənən لـ ədatından sonra işləndikdə hiss və həyəcan ifadə edir və nida ədatı kimi çıxış edir. Bu cür birləşmələr Azərbaycan dilinə “nə yaman”, “nə yaxşı” və “necə də” sözlərinin köməyi ilə tərcümə olunur. Məs.:

يا لك من لذيذة ايتها الحياة فى جو المحبة و الصداقة - Məhəbbət və dostluq şəraitində sən necə də şirinsən, həyat.

يا له من نحات بارع - O necə də mahir heykəltaraşdır.

8)             “عن” ön qoşması

a)              haqqında danışılan əşyanı bildirir və Azərbaycan dilinə “haqqında” və ya “barəsində” sözləri vasitəsilə tərcümə olunur. Məs.:

استمعت بالراديو الى صورة صوتية عن مصنع الآليمينيوم بسومقائت - Sumqayıt aliminium zavodu haqqında bir oçerkə qulaq asdım.

b)             bir sıra fellərlə və ya onların məsdərləri ilə işlənərək onların mənalarına müvafiq olaraq hər hansı bir şeydən, və ya yerdən çəkinməyi, uzaqlaşmağı bildirir. Məs.:

نبأ عن، افترق عن، ابتعد عن، انعدل عن، نأد عن، ارتد عن، اختفى عن - uzaqlaşmaq, çəkinmək. Məs.:

- انتظرت حتى اختفت قطع الرهاء عن الانظارDurna dəstələri gözdən itənədək gözlədim.

c)              müqasiyə bildirdikdə bu ön qoşma Azərbaycan dilinə çıxışlıq hal şəkilçiləri vasitəsilə tərcümə olunur. Məs.:

إن انجازات هذه المشاريع تزيد عن انجازات المؤسسات الاخرى

Bu müəssisələrin nailiyyətləri başqa müəssisələrin nailiyyətlərindən artıqdır.

ç) Bəzən hərəkətin çıxış nöqtəsini bildirir və من ön qoşmasını əvəz edir.

رحل السواح عن القرية-Turistlər kənddən yola düşdülər.

اقلعت البواخر عن المرفأ-Gəmilər limandan ayrıldılar.

d)             əsas və ya səbəb ifadə edir. Məs.:

عن حديث المهندس ان هذه المبانى ستوضع قيد الخدمة قريبا

Mühəndisin söhbətinə görə bu binalar bu yaxınlarda istifadəyə veriləcəkdir.

9)             “مع” ön qoşması.

a)              iş və hərəkətin birgəliyini bildirir. Məs.:

انطلقت مع جماعة من الناس فى الطريق- Bir dəstə adamla yola düşdüm.

b)             vaxt ifadə edir. Məs.:

احيانا يغيب عن المنزل بضعة ايام و يعود فجأة فى الفجر او مع الليل

Bəzən bir neçə gün evdə görünmür və gözlənilmədən dan söküləndə və ya axşam düşəndə qayıdır.

c)              ismi cümlədə bitişən əvəzliklərlə işləndikdə Azərbaycan dilinə “vardır” kimi tərcümə olunur. Məs.:

معى اليوم كثير من الفلوس- Bu gün çoxlu pulum varımdır.

d)             bir işin digəri ilə eyni zamanda və ya yanaşı icra olunduğunu bildirir. Bu zaman o, cümlənin əvvəlində gəlir. Məs.:

مع عمله فى المختبر كان يتلقى علومه فى احدى المدارس العليا

Laboratoriyada işləməsi ilə yanaşı ali məktəblərin birində təhsil alırdı. 

İstifadə olunan ədəbiyyat

  1. Azərbaycan dilinin qrammatikası, Bakı, 1960.
  2. Azəri Ə.İ. fars dili, Bakı, 1952.
  3. Əlizadə H., Hatəmi H. Fars dili, Bakı, 1961.
  4. Məmmədov Ə.C. ərəb dili, Bakı, 1958; ərəb dili, Bakı, 1962, ərəb dili, Bakı, 1988, ərəb dili, Bakı, 2014.
  5. Müasir Azərbaycan dili (sintaksis), Bakı 1959.
  6. Hüseynzadə M. Müasir Azərbaycan dili, Bakı, 1963.
  7. Баранов X.K. Арабской-русский словарь Moсква, 1962.
  8. Бархударов A.C. Штелинг Д.А., Грамматика английского языка, Москва, 1960.
  9. Банк Н.А., Каткий Г.А. Лукяпова Н.А., Учебник английского языка, часть I, Внешторг-издать, 1964.
  10.  Борисов В.М., русско-арабский словарь, Москва, 1967.
  11.  Галкина-Федорук Е.М., Горшкова К.В., Шанский Н.М., Современный русский язык (лексикология, фонетика, морфология), Москва, 1967.
  12.  Грамматика русского языка, том I, II Москва, 1960.
  13.  Гранде Б.М., Курс арабской грамматики в сравнительно-историческом освеще­­нии, Москва, 1963.
  14.  Гвоздев А.Н. Современный русский литературный язык, часть I, II Москва, 1958.
  15.  Коралова К.Н. Грамматика английского языка, Москва, 1964.
  16.  Ковалев А.А. Шарбатов Т.Ш. Учебник арабского языка, Москва, 1960.
  17.  Миллер Б.В., Персидско-русский словарь, Москва, 1953.
  18.  Овчинников И.К. и Мамедзаде А.К. Учебник персидского языка, часть I, Издательство Московского Университета 1966.
  19.  Сегаль А.С. Начальный курс арабского языка, Москва, 1962.
  20.  Семитские языки. Выпуск 2 (ч.2), Москва, 1965.
  21.  Халидов Б.З. Учебник арабского языка, Ташкент 1965.
  22.  Хащов А.О. Грамматика арабского языка, С.Петербург, 1910.
  23.  Шарбатов Г.Ш. Современный арабский язык, Москва, 1961.
  24.  Юшманов Н.В. Грамматика литературного арабского языка, Ленинград, 1928; Краткая грамматика арабского языка, Издательства Ленинградского Университета, 1961.
  25.  عباس حسن، النحو الوافى، الجزء الثانى، دار المعارف القاهرة ج.ع.م. ١٩٦٦
  26.  الشيخ مصطفى الغلايينى، جامع الدروس العربية، الجزآن الاول و الثالث، بيروت، ١٩٦٣

Keywords: prepositions, transitiveverbs, intransitiveverbs, possessivecase.

Ключевые слова: предлог, переходные глаголы, непереходныe глаголы, притяжательный падеж

Açarsözlər: önqoşmalarınnövləri, təsirlivə təsirsizfellər, yiyəlikhal

 

Summary

The role of the specific meanings of prepositions is the key in variations between the different meanings of the verbs depending on the prepositions attached to them. The verbs with different meanings acquire a comparable meaning under the influence of a particular preposition used in combination with them. The preposition “ب ” for example, when used with intransitive verbs signifying movement and condition turns them into transitive verbs. Same happens with the preposition “عن” used with intransitive verbs signifying condition. The verb then requires an object and while the verb itself is a intransitive one, the word is used with a preposition, thus put in a possessive case. This article therefore has an important role in bettering the understanding of the shades of meaning and features acquired by transitive  and intransitive verbs upon the change of their meaning depending on the specific meaning of a preposition they are used in combination with.

Резюме

Роль конкретных значений предлогов является ключевым в вариациях между различными значениями глаголов в зависимости от предлогов, прикрепленных к ним. Глаголы с различными значениями приобретают сравнимое значение, под воздействием определенного предлога, используемого в комбинации с ними. Предлог “ ب ”, например, при использовании в комбинации с непереходными глаголaми, имеющими значение движения и состояние, превращает их в переходные глаголы. То же самое происходит с предлогом  “عن” в комбинации с непереходными глаголами, обозначающими состояние. Kрoмe того, глагол используется с дополнением и не смотря на то, что глагол не является переходным, дополнение употребляется с предлогом, следовательно в притяжательном падеже. Данная статья играет важную роль в улучшении понимания смысловых оттенков и особенностей глаголов при изменении их значения в зависимости от конкретного значения предлога в сочетании с которыми они используются.

 

RƏYÇİ: dos. N.Əfəndiyeva


Rzayeva Əminə

AZƏRBAYCAN DİLÇİLİYİNDƏ FEİLİN LÜĞƏVİ MƏNA NÖVLƏRİ

Azərbaycan dilçiliyində nitq hissələri arasında ən zəngin leksik, qrammatik özəlliklərə malik olan feil haqqında çox araşdırmalar vardır. Lakin dərslik və vəsaitlərdə, məqalə və monoqrafik əsərlərdə feilin məna növləri haqqında tam aydın və vahid bölgüyə rast gəlmirik. M.Hüseynzadənin “Müasir Azərbaycan dili. Morfologiya”(2007) kitabında feilin yalnız qrammatik məna növlərindən bəhs edilir, semantik cəhətdən təsnifat verilmir. Feillərin tədqiqinə aid yazılmış kitablarda feilin məna növləri haqqında fikirlərin yarımçıq olduğunu görürük. Belə ki, lüğəvi mənadan danışanlar qrammatik məna növlərini unudurlar, qrammatik məna növlərindən danışanlar  isə feilin lüğəvi məna növlərini unudurlar.

1960 və 1980 ci illərdə nəşr edilmiş“Müasir Azərbaycan dili. Morfolo­giya” əsərlərində  feillər lüğəvi məna növlərinə görə beş qrupa ayrılmışdır. 1) hərəkət feilləri; 2) iş feilləri; 3) nitq feilləri;  4) təfəkkür, görmə və ya eşitmə prosesi ilə bağlı olan feillər; 5) hal-vəziyyət feilləri.

S. A. Rzayev və H. Quliyevin bu sahədə olan tədqiqatlarını xüsusi  qeyd etmək olar. S. A. Rzayev “Müasir Azərbaycan dilində felin semantikası” ( 1970) adlı namizədlik dissertasiyasında  Azərbaycan dilindəki feilləri 8 lüğəvi məna  növünə ayırır: 1) nitq feilləri; 2) təfəkkür feilləri; 3) görmə feilləri; 4) eşitmə feilləri; 5) hal-vəziyyət feilləri; 6) fəaliyyət feilləri; 7) hərəkət feilləri; 8) yerdəyişmə feilləri.

S. A. Rzayevin feillərə verdiyi bu semantik bölgünü dilimizdəki feillərin  hamısını əhatə etmədiyindən tam hesab etmək olmaz. Bundan əlavə, həmin bölgüdə bir sıra anlaşılmazlıqlar da vardır. Belə ki, görmə feilləri və eşitmə feilləri hissiyyat üzvlərinin fəaliyyətilə əlaqədardır. Hissiyat orqanları göz və qulağın fəaliyyətini bildirir. Bu hissiyat orqanları vasitəsilə əşya və hadisələr qavranılır, onların haqqında insan müəyyən təsəvvürə malik olur. Belə olduqda, görmə və eşitmə feilləri hissi qavrama feilləri qrupunun yarımqruplarını təşkil edir. Bu qrupa dad bildirən, həm də iy və qoxu bildirən feilləri də əlavə etmək olar. Türkoloji ədəbiyyatda da bu feil yarımqrupları “qavrayış feilləri” adı altında bir qrupda verilir. S. A. Rzayevin “yerdəyişmə feilləri” adı altında ayrıca növ ayırması da düzgün deyil. Bu feillər subyektin obyektə dinamik təsirini bildirir və iş feillərinin yarımqrupunu təşkil edir. Beləliklə, S. A. Rzayev Azərbaycan dilində feilin 5 məna qrupunu ayırd edə bilmişdir. Bu feil qrupları da hələ 1960-cı ildə nəşr olunmuş “Azərbaycan dilinin qrammatikası” kitabında verilmişdir. Deməli, S. A. Rzayev Azərbaycan dilində feillərin semantik bölgüsünə həsr etdiyi namizədlik dissertasiyasında bu problem barəsində özündən əvvəlki fikirlərə ciddi bir şey əlavə edə bilməməklə bərabər, hamı tərəfindən qəbul edilmiş və qrammatika kitabında verilmiş fikirləri də təhrif etmişdir.

S. A. Rzayev öz təsnifatında “iş feilləri” terminini də təhrif etməklə onu “fəaliyyət feilləri” termini ilə əvəz etmişdir.

Z. İ. Budaqovanın tədqiqatlarında feilin leksik-semantik qruplarından ayrıca danışılır, daha təkmilləşmiş təsnifat verilir: 1) iş feilləri; 2) hərəkət feilləri; 3) nitq feilləri; 4) təfəkkür, görmə və ya eşitmə prosesi ilə bağlı olan feillər; 5) hal-vəziyyət feilləri (1; 196-197).

Feilin mənaqruplarının hamısı tədqiqata cəlb olunmadığından, leksik-semantik qrupların təsnifat prinsipləri hələ dəqiqləşdirilməmişdir. Nadir Məmmədov dilimizdəki feillərin leksik sinonimliyindən bəhs ederkən nədənsə iş feillərinin sinonimliyindən bəhs etmir. Müəllif leksik-semantik qruplar üzrə feili sinonimliyin öyrənilməsində nisbətən aşağıdakı təsnifatı münasib bilmişdir: 1. Hərəkət feillərinin sinonimliyi; 2. Nitq feillərinin sinonimliyi; 3. Təfəkkür, görmə və eşitmə feillərinin sinonimliyi; 4. Hal- vəziyyət feillərinin sinonimliyi.(6; 57)

B. Sadıqov  feilləri aşağıdakı lüğəvi məna növlərinə bölür: 1) Hərəkət feilləri  2) Nitq feilləri; 3) İş feilləri; 4) Görmə və eşitmə feilləri; 5) Təfəkkür feilləri; 6) Hal və vəziyyət feilləri.(9;100)

H. Quliyev “Feillərin semantik qrupları” məqaləsində feilləri 9 məna qrupuna bölməyi daha düzgün hesab edir: qavrama, nitq, təfəkkür, hərəkət, psixi vəziyyəti ifadə edən, iş, hiss, hal-vəziyyət, obrazlı, təbiət hadisələrini bildirən feillər .

Türkologiya, o cümlədən Azərbaycan dilçiliyində feilin lüğəvi məna qruplarını geniş tədqiq edib öyrənənlərdən biri H. K. Quliyevdir. Müəllif  “Müxtəlifsistemli dillərdə feilin semantik təsnifatı”  adlı monoqrafiyasında Azərbaycan, rus, ingilis və alman dillərində  feillərin semantik bölgüsü haqqında deyilənləri ümumiləşdirərək feillərin daha əhatəli semantik təsnifatını vermiş və feilləri aşağıdakı məna qruplarına ayırmışdır.(5; 24)

I. İş feilləri. Mənalarından çıxış edərək iş feillərini birneçə yarımqrupa bölür: 1) insanın yaradıcı fəaliyyətini bildirən iş feilləri; 2) insanın dağıdıcı fəaliyyətini bildirən iş feilləri; 3) obyektdə cüzi dəyişiklik yaratma bildirən iş feilləri; 4) obyektə dinamik təsiri bildirən iş feilləri; 5) insanın qidalanmasını bildirən iş feilləri.

II. Hərəkət feilləri. Feillərin bu qrupunu dörd yarımqrupa bölür: 1) hərəkətin vasitəsini bildirənlər; 2) hərəkətin istiqamətini bildirənlər; 3) hərəkətin vasitəsini, həm də istiqamətini bildirənlər; 4) mücərrəd hərəkət bildirənlər.

III. Vəziyyət feilləri. Bu qrupa daxil olan feilləri iki yarımqrupa bölür: 1) canlı aləmdə baş verən fiziki hadisə və prosesləri bildirən feillər; 2) cansız aləmdə baş verən fiziki hadisə və prosesləri bildirən feillər.

IV. Təbiət hadisələrini bildirən feillər.

V. Psixi fəaliyyət bildirən feillər. H.K.Quliyev bu qrupa daxil olan feilləri aşağıdakı yarımqruplara bölür:

1. Nitq feilləri2. Hissi-qavrayış feilləri. 3. Təfəkkür feilləri. 4. İdrak feilləri.

VI. Arzu bildirən feillər.

VII. Duyğu (hiss) feilləri.

VIII. Emosional vəziyyət (əhval-ruhiyyə bildirən feillər).

IX. Emosional təəssürat feilləri.

X. Emosional münasibət bildirən feillər.

XI. Səslənmə bildirən feillər.1. İnsan səslərini bildirən feillər. 2. İnsandan başqa digər canlılara səslərini bildirən feillər. 3. Cansız əşyaların çıxardığı səsləri bildirən feillər.

 Qəzənfər Kazımov isə feilləri lüğəvi məna xüsusiyyətlərinə görə aşağıdakı qruplara bölür. 1) İş feilləri  2) Hərəkət feilləri; 3) Nitq feilləri; 4) Təfəkkür  feilləri; 5) Görmə feilləri; 6) Eşitmə feilləri;  7)Hal və vəziyyət feilləri.(4;177)

B. Xəlilov  feilləri, başlıca olaraq aşağıdakı məna qruplarına bölür: 1) hərəkət feilləri; 2) iş feilləri; 3) nitq feilləri; 4) təfəkkür, görmə, eşitmə, hiss etmə prosesi ilə bağlı olan feillər; 5) hal-vəziyyət feilləri. (3; 193)

Biz feillərin zəngin lüğəvi məna xüsusiyyətlərini aşağıdakı qruplar şəklində cəmləşdirməyi uyğun bildik. 1) hərəkət feilləri; 2) iş feilləri; 3) nitq feilləri; 4) təfəkkür, görmə, eşitmə, hiss etmə prosesi ilə bağlı olan feillər; 5) hal-vəziyyət feilləri.

Təfəkkür prosesinin təkcə təfəkkür feillərində deyil, görmə, eşitmə, hiss etmə feillərində də iştirak etdiyini nəzərə alaraq  bu yarımqrupları bir qrupda verməyi uyğun gördük.

Bu feil növlərinin  hər  biri özünəməxsus zəngin xüsusiyyətlərə malik olduğundan bunların hər birini ayrı-ayrılıqda nəzərdən keçirmək lazımdır.

1. Hərəkət feilləri: Bu qrupa daxil olan feillər insanın və başqa canlı və cansız varlıqların hərəkətini bildirən sözlərdir.Hərəkətin müxtəlif cəhətlərini göstərə bilmək xüsusiyyətlərinə görə bu feilləri iki qrupa ayırmaq olar.

1) Hərəkətin istiqamətini göstərənlər: dönmək, qalxmaq və s.

2) Hərəkətin tərzini göstərənlər: sürünmək, iməkləmək və s.

2. İş feilləri. Feillərin bu qrupu  şəxsin, əşyanın işini, məşğuliyyətini bildirir. İş feilləri aşağıdakı yarımqruplara bölünür.

a) qurmaq, yaratmaq, tikmək mənalı iş feilləri: yazmaq, tikmək  və s.

b) sökmək, dağıtmaq mənalı iş feilləri: biçmək, pozmaq və s.

c) əşyanın, predmetin müəyyən bir hissəsindəki dəyişiklikliyi bildirən iş feilləri: bəzəmək, boyamaq vəs.

ç) əşya, predmet və varlıqlara təsirlə bağlı olaraq onları hərəkətə gətirən iş feilləri: aparmaq, götürmək və s.

d) yemək, içmək prosesini bildirən iş feilləri: yemək, içmək və s.

3. Nitq feilləri. Bu qrupa daxil olan feillər insanın nitq fəaliyyəti, başqa canlı və cansız varlıqların nitqləndirilməsi ilə bağlı işlənən sözlərdən ibarətdir; məs: lənətləmək, salam vermək və s.

     Nitq feilləri nitq prosesinin  müxtəlif xüsusiyyətlərini göstərə bildiyi üçün aşağıdakı qruplara ayrılır:

a) Yüksək tonlu nitq feilləri; məs.: qışqırmaq, çığırmaq.

b) Alçaq tonlu nitq feilləri; məs.: pıçıldamaq, inləmək.

c) Davamlı şəkildə olan prosesi bildirən nitq feilləri; məs.: söhbət etmək, donquldanmaq.

ç) Sual vermək məqamında işlənən nitq feilləri;məs.: sormaq, xəbər almaq.

d) Cavab vermək məqamında işlənən nitq feilləri; məs.: cavab vermək, səs vermək.

e) Təsdiq bildirən nitq feilləri; məs.: təsdiq etmək, bəli-bəli demək.

ə) İnkar bildirən nitq feilləri; məs.: rədd etmək, inkar etmək.

4. Təfəkkür, görmə, eşitmə, hiss etmə prosesi ilə bağlı olan feillər: Bu qrupa daxil olan feillər aşağıdakı yarımqruplara bölünür.

a) Təfəkkür feilləri: anlamaq, təsəvvürə gətirmək və s.

b) Eşitmə feilləri: eşitmək, qulağına dəymək və s.

c) Görmə feilləri: görmək, nəzər salmaq və s.

ç) dad və iybilmə bildirənlər: dadmaq, iyləmək və s.

5. Hal-vəziyyət feilləri: Bunlar  şəxsin, əşyanın  hal-vəziyyətini bildirən feillərdir. Bu feilləri aşağıdakı növlərə ayırmaq olar:

1) Əşyada əlamət, keyfiyyət, kəmiyyət, xasiyyət dəyişkənliyini göstərənlər: arıqlamaq, alovlanmaq və s.

2) Qəzəb, hiddət, kin-küdurət, təəssüf, peşmançılıq, ağrı bildirənlər: hürkmək, göynəmək və s.

3) Sevinc, razılıq, şadlıq bildirənlər: şadlanmaq, həzz almaq və s.

4) Qohumluq, yaxınlıq, qarşılıqlı münasibət bildirənlər: dostlaşmaq, qardaş olmaq və s.

5) İnsan, heyvan və cansız əşyaların səslərinə təqliddən yarananlar: fısıldamaq, böyürmək və s.

ƏDƏBİYYAT

1. Azərbaycan dilinin qrammatikası, I hissə, Bakı, 1960

2. Hüseynzadə M. Müasir Azərbaycan dili. Bakı, 2007

3. Xəlilov B.Ə. Müasir Azərbaycan dilinin morfologiyası. II hissə, Bakı, 2007

4. Kazımov Q. Müasir Azərbaycan dili. Bakı, 2014

5. Quliyev H.K. Müxtəlifsistemli dillərdə feilin semantik təsnifatı. Bakı, 2001

6. Məmmədov N. Müasir Azərbaycan dilində feillərin leksik sinonimliyi. Bakı, 1991

7. Mirzəyev H.İ. Azərbaycan dilində feil. Bakı, 2006

8. Müasir Azərbaycan dili.Morfologiya.II hissə, Bakı, 1980

9.  Sadıqov B. Feilin məna növləri haqqında bəzi qeydlər. (I məqalə)- Filologiya məsələrinə dair tematik toplu, Bakı, 2002 № 1-2(20-21)  s. 99-103

Açar sözlər: feil, lüğəvi məna qrupları, semantik təsnifat, leksik-semantik qrup, hərəkət feilləri, iş feilləri.

Ключевые слова: глагол, группы лексического значения, семантические классификации, лексико-семантические группы, глаголы движения, глаголы действия

Key words: verb, lexical meaning groups, semantic classification,  lexical-semantic group,verbs of movement , verbs of action

 

Группы лексических значенийглагола в Азербайджанском языкознании

Резюме

В азербайджанском языкознании сформировались различные мнения о лексико-семантической классификации глагола. Преимущественно в  исследова­ниях выделяют  пять типов значений. 1. глаголы движения; 2. глаголы действия; 3. глаголы речи; 4. глаголы мышления, зрения  и слуха; 5. глаголы состояния

Некоторые  исследователи дополняют эти типы  глаголами явлений приро­ды,  психической деятельности, глаголами восприятия, эмоции, глаголами жела­ния, глаголами эмоционального состояния, глаголами ощущения, глаголами слухового восприятия и т. д.  На наш взгляд, эти большие группы входят в состав внутренних структурных подразделений, и нет потребности  в изучении их как самостоятельных групп.

Мы считаем, что  целесообразно изучение этих подгрупп в составе 5 основных групп: 1. глаголы движения; 2. глаголы действия; 3. глаголы речи; 4. глаголы мышления, зрения  и слуха; 5. глаголы состояния.

 

Lexical  meaning voices of verbs in Azerbaijani linguistics.

Resume

There are  different conceptions about lexico-semantic classification of verbs in  Azerbaijani linguistics. Most investigations divide verbs into five lexical-semantic groups.

1)            Verbs of movement 2) verbs of action 3) verbs of speech 4) the verbs denoting the process of  seeing, hearing and thinking   5) verbs of state

Some investigators add to here verbs of phenomena, verbs of mental activity, verbs of perception, verbs of emotional impression, verbs of desire, verbs of sounds and other lexical-semantic groups.

We think, this great classification includes the inherent division of basic  voices that is why there is no need  to give themes  independent voice.

We considered that,  it is more advisable to  divide five  basic groups and given others as a semi-group form of these: 1)Verbs of movement 2) verbs of action 3) verbs of speech 4) the verbs denoting the process of  seeing, hearing and thinking   5) verbs of state.

 

RƏYÇİ: dos. E.Vəliyeva


Rzayeva Fidan

TƏRCÜMƏ HAQQINDA BƏZİ QEYDLƏR

 

Məlum olduğu kimi, tərcümə çox qədim dövrlərdən başlamış, insanın in­tel­lek­tual fəaliyyətlərinin bir növüdür. Dünya dillərinin müxtəlifliyi və bu dillərin da­şı­­yıcıları arasında təmas ehtiyacı belə fəaliyyəti zəruri etmişdir. Başqa xalqların di­li­ni bilmək, bu xalqlarla ünsiyyət qurmaq, onların mədəniyyəti, ədəbiyyatı, elmi ya­­radıcılığı və bir çox başqa sahələri ilə tanış olmaq, onları anlamaq, dünyaya ba­xı­şı genişləndirmək imkanı yaradır.

Tərcümə fəaliyyəti, qeyd etdiyimiz kimi, qədim dövrlərə təsadüf edir, o, gü­nü­­müzə qədər davam edərək, illər keçdikcə daha da inkişaf edib təkmilləşmiş, qlo­bal miqyas almışdır.

Tərcümə olduqca mürəkkəb, dərin bilik və səriştə tələb edən psixo-fiziki pro­ses­dir. Bu zaman tərcüməçidən hər iki dili mükəmməl bilməklə yanaşı (ki, bu əlbət­tə əsas şərtdir), həm də bu dillə və onun daşıyıcıları ilə bağlı ətraflı məlumata ma­­lik olmaq tələb edilir. Yəni tərcümə zamanı təsadüf edilən tarixi hadisələr, to­po­nim­­lər, məşhur şəxsiyyətlər və onlarla əlaqədar məsələlər və s. bir çox mə­lu­mat­lar­dan tərcüməçinin xəbəri olmalıdır.

Tərcüməşünaslıqda “fon biliklər” adlanan belə məlumatlar tərcümənin daha də­qiq və adekvat alınmasına yardım edir.

Məsələn, رجل مريض لاوروبا ifadəsində söhbətin nədən getdiyini anlamaq üçün bu adın I dünya müharibəsi ərəfəsində olduqca zəif, inkişafdan qalmış, daxili çə­kiş­­mələr və korrupsiya içində boğulan o zamankı Türkiyə nəzərdə tutulduğunu bil­mək lazımdır.

Başqa bir misal Venesiyanın ərəbcə بندقية adlanmasıdır. Bunun səbəbi bir za­man­lar Venesiyada silah istehsal edilməsi ilə bağlıdır. Ərəbcə “tüfəng” mənasını ve­­rən بندقية sözü, tüfəng istehsalından öncə fındığa bənzər güllələrlə atan bir silah nö­­vünə verilmiş addır ki, sonralar tüfəng də belə adlandırılmışdır.

Ərəb dilindən tərcümə bir sıra özünəməxsus cəhətlərlə fərqlənir.

Ərəb qrafikasının konsonant sistemə əsaslanmasını nəzərə alsaq, bir sözün müx­təlif variantlarda oxunması ehtimalı meydana çıxır ki, bu səbəbdən qrammatik qay­daları bilmədən və konteksdən çıxış etmədən ərəb dilindən tam düzgün tər­cü­mə­ni təmin etmək xeyli çətinliklər yaradır.

Şifahi tərcümədə cüzi tələffüz xətaları da mənanın təhrifinə gətirib çıxara bilər.

حلف əvəzinə خلف, عمل yerinə أمل, قلب əvəzinə كلب və s. bu kimi sözlərdəki tə­ləf­füz yanlışları ciddi təhriflərə yol açır.

Xüsusi adların tərcüməsində Haaqanın لاهى, Dəclə çayının نهر السلام (دخله ilə yanaşı), Avstriyanın النمسا və s. adlandırılmasını da nəzərdən qaçırmamaq zə­ruridir.

Tərcüməçi üçün problem təşkil edən başqa məqam da ərəb dilindəki si­no­nim­lə­rin çoxluğudur.

Bunların içərisində tam və nisbi sinonimlər var, lakin hətta tamamilə bir-bi­ri­nə adekvat görünən sinonimlər arasında bəzən kontekstual, üslubi və funksional fərq­lər olur.

Belə ki, “yol” mənasını verən sinonimlərdən درب “çətin keçilən yol”; هدى da­ha çox dini mənada “düzgün yol” kimi nəzərdə tutulur.

Rus ərəbşünası Finkelberq qeyd edir ki, sözlərin mənasının köklə bağlılığını ərəb dili daşıyıcıları daima hiss edir. Düzdür, bəlkə genetik səviyyədə ərəblər bunu da­ha qabarıq, daha dərindən sezir, lakin ərəb dili ilə məşğul olan mütəxəssislər də be­lə əlaqəni dərk edir.

Məsələn, sinonim sözlərə aid edilən və “inkişaf” mənasını bildirən sözlərdən hər biri fərqli əlavə məna da daşıyır ki, bu da onların hansı kökdən yarandığı ilə şərt­lənir: تطور “dəyişərək”, تقدم “irəli gedərək”, نمو “yüksələrək”, رقى “yaxşılaşaraq in­kişaf etmək” mənalarını ehtiva edir.

Ərəb kökünün ilkin mənası onun invariantı kimi çıxış edir, söz anlayış, kök isə an­layış sahəsini bildirir. Məsələn, درس kökü “öyrənmək, oxumaq” mənasını ifadə edir və ondan düzələn bütün formalarda bu anlayış iştirak edir: دَرْسٌ – dərs, تَدْريِسٌ – təd­ris, مُدَرِّسٌ – müəllim, مَدْرَسَةٌ – məktəb və s.

Ərəb dilinin başqa bir maraqlı xüsusiyyəti fonetik tərkibinə görə oxşar söz­lə­rin, yəni bir-birindən bir və ya iki kök samiti ilə fərqlənənlərin mənasının bir-bir-bi­rinə yaxın olmasıdır.

Məsələn, ن la başlanan və bir-birindən 1-ci, 2-ci kök samiti və ya hər ikisi ilə fərq­lənən və əksər halda فَعَلَ modeli üzrə düzələn fellər “qalxmaq”, “çıxmaq”, “yük­səlmək”, “üstün olmaq” və s. oxşar mənalar daşıyır.

Bunlarda aşağıdan yuxarıya və ya içəridən bayıra istiqamət bildirilir. Bu mə­na­ları verən topladığımız 40 feldən 25-ni misal gətirək:

نَبَتَ – bitmək (yerin üzünə çıxmaq)

نَبَهَ – oyanmaq; durmaq

نَبَأَ – yüksəlmək

نَبَغَ – irəli çıxmaq, yüksəlmək

نَبَقَ – çıxmaq; tökülmək

نَتَأَ – içindən çıxmaq

نَتَحَ – çıxmaq, ifraz olmaq (tər haqqında)

نَتَرَ – çıxarmaq

نَتَشَ – çıxarmaq, dartıb çıxarmaq

نَتَعَ – qaldırmaq

نَتَفَ – qaş almaq

نَجَشَ – çıxarmaq

نَجَلَ – doğmaq

نَجَمَ – çıxmaq

نَزَّ – üzə çıxmaq (su haqqında)

نَزَلَ – çıxmaq

نَسَلَ – doğurmaq (nəsil)

نَفَجَ – sıçramaq

نَفَقَ – çıxmaq

نَقَزَ – tullanmaq

نَقَشَ – tükü çıxarmaq

نَمَا – böyümək

نَهَدَ – qalxmaq

نَهَضَ – qalxmaq, durmaq

نَافَ – yüksək olmaq

Göründüyü kimi, burada aşağıdan yuxarıya və ya içəridən çölə isti­qa­mət­lən­miş hərəkət mənası vardır ki, bu da göstərilən fellərin eyni semantik sahəyə mən­sub olduğuna dəlalət edir. Yəni bunlarda “çıxıntı”; “yüksəliş”; “böyümə”, “bir səth­dən üstün olma” mənası vardır.

Professor Ə.Məmmədovun “Ərəb dili” dərsliyində belə fellərə misal olaraq لطم لكم; لدم  “vurmaq”; اراق-هراق “axmaq”; آن-حان “gəlib çatmaq” (vaxt haqqında) söz­ləri göstərilmişdir.

Başqa bir misal metateza hadisəsi baş vermiş حليم : حميل : لحيم (kök, gombul) sifətlə­ridir ki, bunları bəzi alimlər sinonim saymayaraq, bir sözün müxtəlif va­riant­ları kimi qiymətləndirirlər.

Ərəb alimlərinin bu fikrinə haqq qazandırmaq olar, belə ki, biz Azərbaycan və türk dillərində eyni mənalı sözlərdə metateza hadisəsinə rast gəlirik. Məsələn, tor­paq (azərb.) topraq (türkcə); yarpaq (azərb.) yapraq (türkcə) sözləri bir dilə aid ol­ma­salar da eyni sözün variantları olduğu şübhə doğurmur.

Bəzən bir samitlə fərqlənən sözlərin antonim mənaları daşıdığını da qeyd et­mək lazımdır. Məsələn. يسير (asan), عسير (çətin).

Bir neçə mülahizə də idiomatik ifadələrlə əlaqədar söyləməyimizi lazım bi­li­rik. Məlumdur ki, idiomatik ifadələrin hərfi tərcüməsi yolverilməzdir, belə hallarda tər­cümədə onların mənasına uyğun bir idiom tapılmalı və ya bu mümkün deyilsə, mə­cazi mənasının izahı verilməlidir.

Lakin idiomaları başqa sözlərlə tərcümə etdikdə, onu təşkil edən kom­po­nent­lər yadda qalmır (xüsusilə tələbələrdə). Belə halda mən tələbələrə ifadənin hərfi tər­­cüməsini də yadda saxlayıb, onun məcazi mənasını öyrənməyi tövsiyə edirəm. Mə­sə­lən, ذهب اراج الرياح ifadəsinin hərfi tərcüməsi “küləklərin yolları ilə getdi” olduğu hal­da, mənası “boşa çıxdı”; “əbəs oldu” deməkdir. Hərfi tərcümə həm ayrı-ayrı söz­lərin mənasını bilməyi, həm də idiomatik ifadənin öz qeyri-adiliyinə görə ha­fi­zə­də qalmasını təmin edir. Əlbəttə ki, belə ifadələrin idiomatik (məcazi) mənasını dərk etmək şərti qaçılmazdır.

Əvvəlcə qeyd etdiyimiz kimi, ərəb dilinin spesifikasından çıxış edərək təsbit et­mək lazımdır ki, burada qrammatik qaydaları bilmək həm mətni düzgün oxumaq, həm də onun mənasını başa düşmək üçün labüddür. O cümlədən standart mo­del­lə­rin mənalarına yiyələnmək sözləri anlamaqda yardımçı olur.

Bir çox ərəbşünas alimlərin qeyd etdiyi kimi, ərəb sözünün semantikası kökün apa­rıcı mənası və qrammatik modelin mənasından hasil olur, yəni siz عمل kökünün “iş” demək olduğunu bilirsinizsə, عامل sözünü də ismi-fail modelinə müvafiq ol­ma­sı səbəbindən mənasının “işçi” demək olduğunu müəyyən edə bilərsiniz.

Lakin bu məsələdə də diqqətli olmaq lazımdır, çünki standart modelə müvafiq söz bəzən gözlənilən mənanı verməyə bilər.

Sifətin üstünlük dərəcəsini (q.c.) bildirən فُعْلَى forması heç də hər sifətə tətbiq edi­lə bilməz. Məsələn: جَمِيلٌ sözündən bu forma üzrə جُمْلَى şəkli dildə işlənmir.

فاعل forması üzrə düzələn I bab ismi-faili həmçinin bəzi hallarda gözlənilən mə­­nanı vermir. Belə ki, بطل “qəhrəman olmaq” felindən فاعل forması üzrə düzələn باطل sifət mənasında “qəhrəman” yox, tam əksi “batil”, “lüzumsuz” mənasını verir. Bu­­rada شعب باطل yox, شعب باسل vermək lazımdır ki, lazımı məna, yəni “qəhrəman xalq” mənası alınsın.

Qeyd: Düzdür, بطل felinin başqa mənası da var ki, “xeyirsiz olmaq” deməkdir. Bu­­rada bir samit mənadəyişdirici rol oynayır, başqa sözlə, zidd mənaların ya­ran­ma­­­sına səbəb olur.

Tərcüməçi üçün aktual olan və müəyyən çətinliklər yaradan başqa məsələ də yeni məfhumların müasir ərəb dilində nominasiyası, yəni adlandırılmasıdır.

Son dövrlərdə elmi-texniki inkişafla əlaqədar təkcə ərəb dilinə deyil, bütün dün­ya dillərinə yeni məfhumlar bildirən bir çox söz daxil olmuşdur, bu proses müx­təlif yollar və üsullarla həyata keçir (Daha ətraflı bax: F.Rzayeva. “Müasir ərəb dilində yeni məfhumların ifadə yolları”. “Dil və ədəbiyyat”, 3/9, Bakı, 2014).

Əlavə olaraq onu qeyd etmək lazımdır ki, belə üsullardan biri dildə olan söz­lə­rin yeni məfhumlara uyğunlaşdırılmasıdır. Məsələn: “bankomat” BƏƏ-də صراف آلي (mexaniki sərraf) adlandırılır.

İnfrastruktur بنيان تحتى və ya بناء تحتى şəklində işlənir. Təxliyə (ekstradisiya) ابعاد, impicment (qınaq) ادانة və s. bu kimi köhnə sözlərin yeni mənalarda çıxış etməsini görmək olar.

Ərəb dilində həmişə olduqca produktiv olan və mücərrəd isimləri for­ma­laş­dı­ran - ِيَّةٌ şəkilçisi hazırda da bir çox yeni məfhumların yaranmasında iştirak edir. شيوعية, استراكية və s. kimi artıq dilə daxil olmuş sözlərlə yanaşı, حركية – dinamizm, شمولية – maksimalizm və s. yeni sözlər də meydana çıxmışdır.

Demək olar ki, dilə hər gün yeni sözlər daxil olur ki, bunları da mövcud lü­ğət­lər­də tapmaq qeyri-mümkündür. Belə yeniliklərdən xəbərdar olmaq üçün tərcüməçinin boynuna daima ərəb di­lin­də gündəlik mətbuatla tanış olmaq, radio və televiziya verilişlərini izləmək və­zi­fə­si düşür, bu da onun lüğət fondunun genişlənməsini cərəyan edən dil proses­lə­rin­dən agah olmasını təmin edə bilər.

 

Ədəbiyyat

  1. Федоров А.В. “Основы общей теории перевода”. Москва, “Высшая школа”, 1983.
  2. Финкельберг И.Д. “Курс теории перевода”. Москва, “Восток-запад”, 2004.
  3. Rzayeva F. “Müasir ərəb dilində yeni məfhumların ifadə yolları” (məqalə). “Dil və ədəbiyyat”, 3/9, Bakı, 2014.
  4. Rəsulov Ə. “Tərcümə nəzəriyyəsi və təcrübəsi”, “Elm və təhsil”, Bakı, 2015.

Açar sözlər: Tərcümə, nəzəriyyə, Ərəb dili

Ключевые слова: Перевод, теория, Арабский язык

Keywords: Translation, theory, Arabic language

      Резюме

В процессе перевода с арабского переводчик сталкивается с рядом проб­лем, в том числе, идентификацией собственных имён, наличием большого количества синонимов, переводом идиоматических выражений и т.д.

Summary

In the course of a translation from Arabic, translators encounter several difficulties. In particular, identification of proper names, large number of synonyms and translation of idiomatic expressions can present a serious challenge for translators. The article examines these challenges and offers solutions.

 

RƏYÇİ: dos. N.Əfəndiyeva

                                                                                                                                                          

 

 

Фираван МАМЕДБЕЙЛИ

К ПРОБЛЕМЕ ПОТЕНЦИАЛЬНЫХ И ОККАЗИОНАЛЬНЫХ СЛОВ

В РУССКОМ ЯЗЫКЕ

Образование новых слов в языке может быть объяснено несколькими причинами:

1)             необходимостью обозначать новые предметы, явления, процессы;

2)             стремлением передать смысловые оттенки более экспрессивно, для выражения которых в общелитературном языке еще нет специальных слов;

3)             стремлением оживить стершиеся в общелитературном слове различные оттенки семантического характера.

Новообразования первой группы, называемые неологизмами, получают, как правило, широкое употребление, образуясь по законам словообразовательной системы языка, и становятся рано или поздно достоянием всех носителей языка. Новообразования двух последних групп могут быть индивидуальными, и их значения обусловлены главным образом условиями контекста.

Единой терминологии и четких границ классификации индивидуальных новообразований до сих пор нет.

Л.А.Булаховский, исследователь русского литературного языка первой четверти XIX в., все новообразования называет неологизмами, выделяя в них: 1) неологизмы научного языка – новые  термины наук, искусств и под.; 2) неологизмы языка рассудочного; 3) неологизмы художественного языка; 4) новообразования с шутливой установкой, рассчитанные только на мгновенный эффект и не претендующие больше, чем на внимание того, к кому обращены (обычная их сфера – дружеская переписка) (2, с. 14).

Особо выделяя новообразования в художественной речи, Б.В.Томашевский отмечает, что «неологизмы – это такие слова, которые образует сам художник, поэт, писатель не для того, чтобы дать им общее распространение, ввести их в общий язык, а для того, чтобы читатель ощущал в процессе восприятия самого художественного произведения, как перед ним рождается новое слово» (7, с. 180).

То же в понятие «неологизм» вкладывает Г.О.Винокур, исследователь стиля В.В.Маяковского; А.И.Ефимов – в языке М.Е.Салтыкова-Щедрина, М.Д.Степанова, называя их «словами-метеорами»; а Л.В.Щерба и А.И.Смерницкий уже пользуются  термином «потенциальные слова».

Существуют и другие наименования новообразований художественной речи: «авторские» или «индивидуально-стилистические неологизмы», «неологизмы контекста», «слова-экспромты» и даже «слова – беззаконники».

Начиная с 70-ых годов в лингвистический обиход вошло понятие «окказиональное слово» (от лат. occasio – случайность), впервые употребленное в статье Н.И.Фельдман «Окказиональные слова и лексикография» (8).

Окказиональные слова нередко смешивают с потенциальными, хотя они противопоставлены как потенциальным, так и узуальным (общелитературным, общенародным) словам.

Отсутствие единого понимания терминов «новообразование», «неологизм», «потенциальное слово», «окказиональное слово», терминологическая неупорядоченность в определении и использовании данных понятий объясняется как неразработанностью вопроса, так и сложностью разграничений и отсутствием дифференциальных признаков данных явлений языка.

Большинство учебников и учебных пособий, предназначенных для вузов, все новообразования называет неологизмами, подразделяя их на неологизмы «общенародные, языковые» и «авторские, индивидуально-стилистические», на неологизмы «общие, обусловленные появлением новых вещей, названий, понятий, и неологизмы стилистические, создаваемые писателями с определенными художественно-выразительными целями» (6; 3).

Возникшая необходимость дифференцировать различные типы новообразований обусловила новый подход к авторскому словотворчеству. К 70-80-ым годам ХХ в. в языкознании установились вполне определенные концепции, проливающие свет на проблему авторских новообразований; их все чаще стали называть окказиональными.

«В зависимости от того, входят ли неологизмы в язык или служат лишь фактом речи, создаются на «случай», различаются неологизмы языковые (общенародные) и окказиональные. Языковые неологизмы становятся со временем достоянием межстилевой или специальной лексики, фиксируются словарями… окказиональные неологизмы – это слова, употребленные в определенном контексте, лишь один раз. Особое место в составе окказионализмов занимают так называемые индивидуально-стилистические неологизмы – слова, созданные писателем с определенной художественной целью. Индивидуально-стилистические неологизмы объединяют с окказиональными словами употребление их в пределах контекста; они живут только в том художественном произведении, в котором их использовал автор…» (4, с. 97). Далее ученый отмечает, что «окказионализмы используются в разговорной речи, главным образом при устном сообщении, индивидуально-авторские неологизмы принадлежат книжной речи и фиксируются на письме» (4, с. 108).

В данной концепции окказионализм и авторские неологизмы не одно  то же. Окказиональное слово, как и авторский неологизм, понятно только в условиях контекста и связано с его создателем. Тезис об употреблении окказионального слова только в устной речи также недостаточен, ибо такие новообразования конкретного времени, как «джинсовка», «зеленость», «нечегонеделание», «когдатошний», «сиюминутный» и др. зафиксированы и в устной, и в письменной речи. Ср. у Евтушенко:

 

Когда в джинсовке вы

на улицы Москвы

выходите брезгливо из парадного,

то шубу у ларька

не кинет вам рука

когдатошнего Кнурова-Паратова

или:

В себе мы что-то тайно погребли,

но пусть прошла та юная зеленость,

Любви возможной неосуществленность,

сильней осуществленности любви.

Е.А.Земская отмечает: «Отличительной особенностью окказионализмов является не их связь с определенным творцом (индивидуальный характер), а тот факт, что при их образовании происходит нарушение действующих в языке законов производства тех или иных единиц, и с этой точки зрения нет принципиальных отличий между окказионализмами авторскими (писательскими) и окказионализмами, не претендующими на авторство – детскими и разговорными» (5, с. 21). Их объединяет «эстетическая выразительность».

Наиболее рациональной представляется концепция М.А.Бакиной (1).

Все новообразования в зависимости от их отнесения к лексическому составу общелитературного языка М.А.Бакина делит на неологизмы и индивидуальные образования (т.е. окказионализмы).

«Неологизмы – это новообразования, получившие общественное признание, входящие в словарный состав общелитературного языка, т.е. слова, становящиеся фактом общелитературного языка.

Индивидуальные новообразования, не получившие общественного признания, являются, в отличие от неологизмов, фактом речи; они подразделяются… на потенциальные слова и окказиональные.

Индивидуальные, не известные языку слова, созданные по непродуктивным словообразовательным типам, а также индивидуальные, не известные языку слова, возникшие в результате какого-либо отклонения от структуры существующего словообразовательного типа, мы называем окказиональными словами» (1, с. 133).

Таким образом, в качестве наиболее признанного критерия в характеристике окказиональных слов служит тот факт, что они образуются с нарушением «законов словообразовательной системы русского языка». Здесь имеется в виду прежде всего характер мотивирующей основы, от которой образуется окказиональное слово.

Другим критерием становится тезис о том, что окказионализм – факт речи, а не языка. К перечисленным признакам следует добавить: необщепринятость; отнесенность к конкретному создателю (в художественной речи); «сиюминутность», одноразовость; экспрессивность.

Окказиональное слово, хотя и образуется «не по законам словообразовательной системы языка», но содержит в своей основе все элементы словообразовательной системы языка: деривационные суффиксы и приставки, знаменательные основы (корни), используемые в составе сложений.

В отличие от окказионального слова, потенциальное слово «пополняет пустые клетки» в словообразовательной парадигме (СП), если соединению основы и аффикса мешают узуальные ограничения (usus – обычай, привычка). Потенциальные слова существуют в языке как бы подспудно и ждут «своего часа», когда поступит индивидуальный или общественный заказ на них. Носитель языка использует в речи такие единицы, как «жеребятник, гнучатник (ср.: голубятник, курятник), мамонтенок, гнучонок, китенок, каборжонок (ср.: жеребенок, теленок, поросенок), хотя данные, в определенной степени непривычные, слова отсутствуют в словарях русского языка.

Потенциальные слова образуются по продуктивным словообразователь­ным моделям (типам), поэтому своей новизной не «режут слух». Они могут быть зафиксированы даже у нескольких авторов, т.е. не быть строго индивидуальными. Наиболее частотные потенциальные слова даже становятся общенародными: грустинка, ничегонеделание, злобство, беспредел, кенгурятина и др. Данные слова принадлежат эпохе 70-80-ых годов ХХ века.

Как видно из примеров, потенциальные слова неоднородны по своей структуре, но образованы с соблюдением соотношения «мотивирующая и мотивированная основа», в отличие от окказионального слова, образуемого с нарушением данной словообразовательной связи.

К авторским новообразованиям мы относим и окказиональные и потенциальные слова.

Дифференцируя потенциальные и окказиональные слова с академической точки зрения, мы не ставим цель разграничивать их в поэтической речи. Авторские новообразования, неся большую экспрессивную нагрузку в художественной речи, создаются для того, чтобы, по-новому назвав какое-то понятие, остановить внимание читателя, посмотреть новым, свежим взглядом на словообразовательные возможности родного языка, как на одно из средств тонкой словесной игры.

 

СПИСОК ИСПОЛЬЗОВАННОЙ ЛИТЕРАТУРЫ

  1. Бакина М.А. Потенциальные слова, мотивированные прилагательными, в современной поэзии. // В сб.: «Слово в русской советской поэзии». М., 1975.
  2. Булаховский Л.А. Русский литературный язык первой четверти XIX века. Киев, 1957.
  3. Галкина-Федорук Е.М., Горшкова К.В., Шанский Н.М. Современный русский язык, ч. I, М., 1962.
  4. Голуб И.Б. Стилистика современного русского языка. М., 1976.
  5. Земская Е.А. Окказиональные и потенциальные слова в русском словообразовании. // В сб.: «Актуальные проблемы русского словообразования», ч. I. Самарканд, 1972, с. 21.
  6. Калинин А.К. Лексика русского языка. М., 1966.
  7. Томашевский Б.В. Стилистика и стихосложение. Л., 1959.
  8. 8.             Фельдман Н.И. Окказиональные слова и лексикография // «Вопросы языкознания», 1957, № 4.

Ключевые слова: русский язык, словообразование, окказиональное слово, потенциальное слово, индивидуальное словообразование

 

                                                                                              XÜLASƏ

Rus dilində potensial və okkazional sözlər problemi

 

XX əsrin ortalarında müasir rus dilində yeni sözlər axını qeyd olunur. Rus ədəbiyyatında yaranan yeni sözlər müxtəlif terminlərlə zəngindir: «fərdi söz yaradıcılığı», «potensial sözlər», «okkazional söz». Onların yaranması və aktivləşməsi rus dilçiliyində problem yaratmışdır. Məqalədə elmi araşdırmalara əsasən potensial və okkazional sözlərin diferensial xüsusiyyətləri göstərilir. Potensial sözlər rus dilində söz yaradıcılığı qanunları ilə yaranır, okkazional sözlər şifahi üslubda daha çox işlənilir və söz yaradıcılığından kənardır.

Açar sözlər: rus dili, söz yaradıcılığı, okkazional söz, potensial söz, fərdi söz yaradıcılığı

 

Summary

THE PROBLEM AND POTENTIAL OCCASIONAL WORDS IN RUSSIAN LANGUAGE

In middle of the twentieth century in the modern Russian language increased influx of new words. In Russian literature uses the term "neoplasm", "potential word", "occasional word." Terminological disorder in the definition and the use of these terms is explained as the underdevelopment of the issue, and the complexity and lack of distinction distinctive features of these phenomena of language. In  Russian language the word potential arise under the laws of derivation, and occasional words are characteristic of colloquial speech, speech is a fact.

Keywords: Russian language, word formation, occasional word, potential word, individual derivation

 

Рецензент: доц. Т.Алиев

İradə Azər qızı Əmiraslanova

FRANSIZ DİLİNDƏ SUBJONCTİF VƏ AZƏRBAYCAN DİLİNDƏ ARZU FORMASININ MÜQAYİSƏLİ TƏHLİLİ

Subjonctif-in müasir mənasını İndicatif-lə qarşılıqlı surətdə müqayisə edərək Gougenheim deyir ki, Subjonctif təsəvvür olunan bir hərəkətin ifadə etdiyi halda İndicatif real hərəkəti ifadə edir[1].

Doğrudan da müasir fransız dilində fərz olunan  hərəkətin bir çox növlərinin Subjonctif vasitəsi ilə ifadə edirlər. Bununla əlaqədar olaraq Subjonctif  Condidionnel  formasına xeyli yaxındır. Misal üçün Subjonctif-in İmparfait  və plus-que-parfait zamanları modal mənada işlənən conditionnel-in zaman formalarına tam uyğundur. İmparfait du subjonctif conditionnel-in indiki zaman  formasına plus-que-parfait du subjonctif isə conditionnel-in keçmiş zaman formasına bərabərdir. Məhz buna görə XVI-XVII əsrlərdən başlayaraq Conditionnel présent,  passé subjonctif-in imparfait və plus que parfait formalarını əvəz etmiş. Müasir dildə Subjonctif imparfait və plus-que-parfait zamanlarının bu mənada işlənməsi çox az hallarda və əksərən kitab dilində rast gəlinir.

XVI-XVII əsrlərdən başlayaraq subjonctif yalnız Conditionnel ilə deyil, bəzi hallarda İndicatif-lə də əvəz edilmişdir. Məsələn, “croire”, “penser”, “dire” təsdiq formasında və bu kimi bir çox feillərdən sonra müasir dildə İndicatif işləndiyi halda XVI əsrə qədər subjonctif işlənirmiş.

Buna görə demək olar ki, müasir dildə subjonctif-in işlənməsi XVI əsrdən əvvəlki dövrə nisbətən xeyli məhdudlaşmışdır. Bu xüsusi ilə danışıq dilinə  aiddir. İmparfait və plus-que-parfait du subjonctif, demək olar ki, danışıq dilindən  tamamilə qovulmuş, présent və passé formaları isə mümkün qədər az işlənmişdir.

Digər tərəfdən XVII əsrdən başlayaraq hiss-duyğu bildirən feillərdən sonra subjonctif daha geniş sürətdə işlənməyə başlayır. Deməli, subjonctif formasının              inkişaf yolu fransız dilində çox mürəkkəb və ziddiyyətli olmuşdur.

Subjonctif-in inkişafından danışarkən, onun bir formal xüsusiyyətini də qeyd etmək lazımdır. XVII əsrdən başlayaraq Subjonctif müstəqil cümlələrdə işlənərək “Que” hissəciyi qəbul edir: Qu’il sorte! Qu’il vienne və s.

Halbuki, XVII əsrə qədər Subjonctif başqa feil formaları kimi hissəciksiz işlənmişdir.

“Que” hissəciyinin müstəqil cümlələrdə Subjonctif-ə əlavə edilməsinin səbəbi indiyə qədər tam aydınlaşdırılmamışdır, lakin dilçilik ədəbiyyatında bu haqda bir neçə müxtəlif rəy söylənir.

Misal üçün, bəzi qrammatistlərin fikrincə “qu’il vienne!”, “qu’il sorte” kimi cümlələr baş cümləsini itirmiş budaq cümlədir:  “qu’il vienne” “je veux qu’il vienne”-dən alınmışdır.

Digərlərinin fikrinə görə (F.Brunot və başqaları) “que” hissəciyi Subjonctif-ə yalnız onu  İndicatif-in formalarından ayırmaq üçün əlavə olunmuşdur. Məlum olduğu kimi bir çox hallarda Subjonctif-in formaları İndicatif-in formaları kimi yazılır və səslənir.

Müqayisə edin:                     que j’aime (sub.)- j’aime (ind.)

                                                               que tu aimes (sub.) -  tu aimes (ind.)

                                                               qu’il aime (sub.) – il aime  (ind.)

que nous aimions (sub.)- nous aimions  (ind.)

que vous aimiez (sub.)– vouz aimiez (ind.)

qu’ils aiment (sub.)– ils aiment (ind.)

qu’il fût (sub.) – il fut (ind.)

qu’il chantât (sub.) – il chanta (ind.)

qu’il finît (sub.) -il-finit (ind.)

                Bəzi alimlərin fikrinə görə isə “que” (sub.) (ind.) Subjonctif-ə nida cümlələrinin təsiri altında əlavə edilmişdir.

Müstəqil cümlədə Subjonctif-in hissəciyi kimi işlənən “que” budaq cümlədə işlənən Subjonctif-in qarısındakı “que” bağlayıcısı ilə qarışdırılmamalıdır. Budaq cümlədə Subjonctif-in qarşısında işlədilən “que” tabeedici bağlayıcıdır və Subjonctif-in formasına dəxli yoxdur.

Lakin müstəqil cümlə ilə budaq cümlədə işlənən Subjonctif-i fərqləndirən yalnız bu formal hissəcik deyil. Müstəqil cümlədə işlənməsindən fərqli olaraq Subjonctif budaq cümlədə işləndiyi zaman müəyyən model məna ifadə etməklə bərabər öz üzərinə baş və budaq cümlə arasında nəhvi asılılıq funksiyasını da götürür.

Məsələn:  Je veux qu’il travaille (Mən istəyirəm ki, o işləyə) cümləsində “il travaille” (o işləyə) forması bu cümlənin başqa bir cümlədən asılı olduğunu göstərir. Feilin modal mənasının dəqiqləşməsi isə baş cümlənin mənası ilə əlaqədardır. Digər tərəfdən, müstəqil cümlədə işlənən Subjonctif budaq cümlədə işlənən Subjonctif-ə nisbətən daha məhdud məna daşıyır.

Yuxarıda deyilənləri nəzərə alaraq Subjonctif-in müstəqil və budaq cümlədə işlənməsini bir-birindən ayrı öyrənmək lazımdır.

Subjonctif-in müstəqil cümlədə işlənməsi

                Müstəqil cümlələrdə işlənən Subjonctif əsl mənada arzu formasıdır. O, arzu, xahiş, qadağanlıq bildirir.

Məs.:        Qu’il prenne  des comprimese pour se quèrir

                  Que rien ne soit décidé en mon absence

  Que vos vacances soient amusantes.

Yuxarıda qeyd olunduğu kimi, XVII əsrə qədər Subjonctif müstəqil cümlələrdə işlənərkən “que” hissəciyi qəbul etmirmiş. Bu qədim işlənmənin izləri müasir dildə də bəzi hallarda arxaik forma kimi qeyd olunmalıdır.

  1. “pouvoir” feili + məsdər. Belə hallarda mübtəda ilə xəbər yerini dəyişir.

Məs., Puissions- nous arriver à temps

  1. “être” yaxud “avoir” feilləri ilə düzəlmiş arzu ifadə edən mürəkkəb formadır. Mübtəda ilə xəbər yerini dəyişməlidir.

Məs., Fût-il déjà là!

Eût-il déjà fini!

  1. Bəzi dəyişilməz ifadələrdə:

Məs., Dieu vous bénisse!

Diable t’emporte!

Coûte que coûte!

Sauve que peut!

Ainsi soit-il!

Nadir hallarda ədəbiyyatda, xüsusən şeir dilində buna oxşar formalarda rast gəlmək olur.

  1. Tərkibində “vive” ifadəsi işlənən nida cümlələrində:

Vive l’Azerbaidjan indépendante!

Belə nida cümlələrində işlənən “vive” ifadəsi artıq bir feil kimi deyil, bir nida kimi qəbul edilir. Odur ki, onun miqdara görə mübtəda ilə uzlaşması da  vacib deyil.

“Vivent nos braves guerriers azéris” ilə paralel

“Vive nos braves guerriers azéris”-də işlənir.

Hələ qədim zamanlarda əmr və qadağanlıq bildirən Subjonctif bəzən “que” ilə işlənirmiş. Bu konstruksiya get-gedə yayılmış və müasir dildən ötrü normaya çevrilmişdir.

Müstəqil cümlələrdə Subjonctif-in müasir forması aşağıdakı hallarda işlənilir:

  1. Arzu ifadə edən nida cümlələrində:

Məsələn:        Qu’il ne lui arrive pas de malheur!

  1. Qəzəb, narazılıq bildirən nida cümlələrində:

Məsələn:        Qu’il ose t’interrompre!

Que je perde mon temps à l’attendre!

  1. Şərt ifadə edən cümlələrdə:

Məsələn:        Qu’il avoue sa faute il sera pardonné.

  1.  Əmr formasının çatmayan 3-cü şəxsini əvəz edir:

Məsələn:        Qu’il vienne!

Qu’il aille le voir!

Qu’ils sortent tout de suite!

Müstəqil cümlədə işlənən Subjonctif Azərbaycan dilində mənaca ona tam uyğun gələn arzu forması ilə tərcümə olunur.

Məsələn:          Qu’il prenne une voiture! -Qoy o, maşına minsin!

Que rien ne soit décidé en mon absence! –

Mən burada olmadığım zaman heç bir şey qərara alınmasın!

Que vos vacances soient amusantes  -Tətilimiz şən keçsin!

Vive l’Azerbaidjan indépendante! - Yaşasın müstəqil Azərbaycan!

Qu’il ose t’interrompre! -O sənin sözünü kəsməyə cəsarət etməsin!

Qu’il vienne! - O gəlsin!

Subjonctif-in budaq cümlələrdə işlənməsi

Bəzi dilçilər Subjonctif-in əsas funksiyasını onun budaq cümlədə işlənərək nəhvi asılılıq ifadə etdiyində görürlər. Bununla əlaqədar olaraq onlar Subjonctif-i “mode de la subordination” adlandırırlar. Subjonctif-in adı da elə bu funksiya ilə əlaqədar ona verilmişdir: “subjungěre” latınca “tabe etmək” deməkdir.

Lakin dilçilərin əksəriyyəti, o cümlədən F.Brunot, Damourette və Pichon, le Bidois və başqaları Subjonctif-in müstəqil modal məna daşımasını qeyd edirlər.

Gougenheim R.və Le Didois bu haqda belə yazırlar: “loin d’êthe essentiellement le mode de la subordination, le subjonctif est, au contraire, le mode indépendent, pleinement autonome, tout à fait spontané et libre du sentiment et du vouloir”[2].

Doğrudan da, budaq cümlədə işlənən Subjonctif-in mahiyyəti budaq cümlədə işləndikdə də yalnız asılılıq ifadə etməklə bitmir. Bəzi hallarda budaq cümlələrdə də Subjonctif-in modal xüsusiyyətləri özünü göstərir.

Müqayisə edin:      Je pense qu’il raison (Indicatif) -Mənim fikrimcə o haqlıdır.

                                               Je pense qu’il ait raison - Fikrimizcə o gərək haqlı ola.

                Verilən misalların ikincisində işlənmiş Subjonctif asılılıq funksiyası daşımaqla bərabər hərəkətin yəqin olmamasını da ifadə edir. Düzdür, bu həmişə belə olmur, budaq cümlədə işlənən Subjonctif əksər hallarda yalnız modal asılılq vasitəsinə çev­rilir və onun modal boyası baş cümlənin feili ilə əlaqədar olur.  Lakin yuxarıda gös­tərdiyimiz misaldan və Subjonctif-ın müstəqil cümlədə işlənilməsindən aydın olur ki, bu formanı yalnız  “nəhvi asılılıq bildirən forma” kimi səciyyələndirmək düzgün deyil.

Bu məqalənin giriş hissəsində qeyd olunduğu kimi, budaq cümlədə işlənən Subjonctif müstəqil cümlədə işlənən Subjonctif-ə nisbətən modallıq nöqteyi-nəzərindən daha geniş məna daşıyır. Əgər müstəqil cümlədə işlənən Subjonctif yalnız əmr, arzu, qadağa ifadə  edirsə, budaq cümlədə işlənən Subjonctif baş cümlənin feilindən saılı olaraq müxtəlif modal mənalar ifadə edə bilir.

Lakin müstəqil və budaq cümlədə işlənən Subjonctif-in yaxınlığı ondan ibarətdir ki, hər iki halda Subjonctif həqiqi reallıqla bilavasitə əlaqəsi olmayan  bir hərəkəti ifadə edir.

 Beləliklə, budaq cümlədə işlənən halda Subjonctif nəhvi asılılıq ifadə etməklə bərabər hərəkətin real olmamasını ifadə edir; Bu hərəkət baş cümlənin feilinin  mənasından asılı olaraq müxtəlif modal mənalar qəbul edir. Budaq cümlədə işlənən halda Subjonctif qəbul etdiyi mənalara görə iki qrupa bölünür:

1)             Müstəqil cümlədə işlənən halda Subjonctif-in mənasına uyğun gələn mənada işlənən Subjonctif; Bu mənada işlənən Subjonctif- halda Subjonctif de la volonté adlanır.

2)             Müstəqil cümlədə işlənən Subjonctif-in mənasına uyğun gəlməyən mənada işlənən Subjonctif. Bu halda Subjonctif aşağıdakı mənaları ifadə edə bilər. 1) məqsəd; 2) güzəşt; 3) şərt; 4) nəticə; 5) şübhə; 6) hiss; 7) duyğu.

  1. I.                         Subjonctif de la volonté - Arzu ifadə edən Subjonctif

Subjonctif de la volonté. Müstəqil cümlədə işlənən Subjonctif -ə məna etibarı ilə uyğundur. Bu Subjonctif –in bu mənada işlənməsi baş cümlənin feilin mənası ilə əlaqədardır: Baş cümlənin feili: arzu, əmr, istək, narazılıq bildirməlidir.

Məsələn:

1)                                    Nous désirons que tu fasses ce travail -      Biz arzu edirik ki, sən bu işi görəsən!

2)                                    Je voudrais que monsieur le vît (Mérimé) - Mən istərdim ki, cənab onu görsün.

Subjonctif de la volonté aşağıdakı hallarda rast gəlir:

a)         tamamlıq  budaq cümlələrində “vouloir”, “désirer”, “ordonner”, “exiger”, “tenir à”, “défendre”, “avoir envie”, “donner l’ordre”, “avoir besoin”, “falloir” və bu kimi feillərdən sonra.

Məsələn: Nous voulons bien que les amis viennent, mais où les loger?- Biz dostlarımızın gəlməsinə etiraz etmirik, lakin onları harada yerləşdirmək olar?

b)        tamamlıq budaq cümlələrində “dire”, “prétendre”, “insister” feilləri əmr ifadə etdikdə Subjonctif  işlənməlidir:

Məsələn: Je dis qu’il vienne!- Mən deyirəm ki, o gəlsin!

J’insiste qu’on le fasse – Mən təkid edirəm ki, bunu etsinlər

Je prétends qu’on m’obéisse – Mən iddia edirəm ki, mənə tabe olsunlar

Qeyd: Bu feillər əmr yox, təsdiq ifadə etdikdə onlardan sonra İndicatif işlənir:

Məs., Je dis qu’il vient – Mən deyirəm ki, o gəlir

J’insiste qu’on le fait – Mən təkid edirəm ki, bunu edirlər

Je prétends qu’on m’obéit –  Mən iddia edirəm ki, mənə tabe olurlar

c)              “Falloir” şəxssiz feilindən sonra gələn tamamlıq budaq cümlələrində:

1)            İl faut que j’écrive cet article – Gərək mən bu məqaləni yazım.

2)            İl faudra que tu prennes tes comprimés à l’heure -  Gərək sən dərmanlarını vaxtında qəbul edəsən.

Qeyd: il est nécessaire, il est indispensable, il est à désirer, il est à souhaiter, il est omportant, il est passible, il est utile, il est inutile, il iest étange və bu kimi şəxssiz ifadələrdən sonra da Subjonctif işlənir.

  1. II.                                  Subjonctif du but – (məqsəd ifadə edən Subjonctif):

pour que;  afin que; de peur que; de crainte que; de façon que; de manière que; de sorte que. 

Subjonctif du but məqsəd budaq cümlələrində işlənir:

Məsələn:    1) J’ai allumé le chauffage de peur qu’ils (n’) ai froid – Mən sobanı yandırıdım ki, onlara soyuq olmasın.

                   2)  Nous lui avons donné des adresses pour qu’il puisse trouver un hôtel facilement- Biz ona ünvanlar verdik ki, o asanlıqla mehmanxana tapsın.

                III. Subjonctif de la concession- (Güzəşt ifadə edən Subjonctif):

 bien que; quoi que; sans que; à moins que; où que; qui que; quoi que.

Subjonctif de la concession güzəşt budaq cümlələrində rast gəlinir:

Məsələn:  1) C’est mon ami bien qu’il ait beaucoup de défaut -  Bu mənim     dostumdur, nöqsanlarına baxmayaraq.

          2) İls sont sortis sans que leurs parents le sachent- Onlar evdən çıxdılar,   baxmayaraq ki, valideynlərinin bundan xəbəri yoxdur.

                Belə hallarda Subjonctif Azərbaycan dilinə isim vasitəsilə tərcümə olunur.

Bu ismi budaq cümlənin mübtədasına uyğun mənsubiyyət şəkilçisi qəbul edir.

Məsələn: Quoique je sois malade – Xəstə olmağıma baxmayaraq

                     Quoique tu sois malade- Xəstə olmana baxmayaraq

     Quoiqu’ il soit malade- Xəstə olmasına baxmayaraq və s.

  1. IV.     Subjonctif de la condition – Şərt ifadə edən Subjonctif.

Subjonctif de la condition şərt budaq cümlələrində rast gəlinir. Şərt budaq cümlələri “pourvu que”,”pour peu que”, “à moins que ”, “en cas que”, “au cas que” ,“supposé que”, “au cas que”, “ que”, “a condition que” bağlayıcıları ilə başladıqda onların xəbəri  Subjonctif-də işlənir.

Məsələn: Je viendrai à condition que j’aie le temps - Mən gələrəm bir şərtlə ki, vaxtım olsun.

Mes parens seront heureux que vous acceptiez leur invitation – Mənim valideynlərim şad olarlar ki, siz onların dəvətini qəbul edəsiniz.

J’aurai fini au terme fixé pourvu qu’on ne me dérange pas pendant le travail – Mən işi təyin edilən vaxtda qurtararam, bir şərtlə ki, mənə iş vaxtı mane olmasınlar.

  1. V.          Subjonctif de la conséquence -  nəticə udaq cümlələrində rast gəlir.

Məsələn: İl est entré sans que les invités  le voient – O elə daxil oldu ki, qonaqlar omu görməsin.

Nəticə budaq cümlələri “de façon que”, “sans que”, “” en sorte que”, “de mèniere que”, “trop que” bağlayıcıları ilə baş cümləyə bağladıqda budaq cümlədə Subjonctif işlənir.

Məsələn: İl avait  enlevé ses souliers de sorte qu’on n’entendît pas ses pas.- O ayaqqabılarını çıxartmışdı ki, onun addımlarını eşitməsinlər.

İl suffit de la regarder pour qu’il fonde en larmes – Ona bir baxmaq kifayət idi ki, ağlamağa başlasın.

Il est trop jeune four qu’il puisse le comprendre- O hələ çox cavandır ki, belə şeyləri başa düşə bilsin.

  1. VI.     Subjonctif du doute et de l’incertitude-Şübhə və tərəddüd ifadə edən Subjonctif.

Subjonctif  du doute tamamlıq budaq cümlələrində: “sembler”, “douter”, “nier”, “ ça m’étonnerait  beaucoup aue”, “ignorer” və bu kimi şübhə, tərəddüd, naməlumluq ifadə edən feillərdən sonra işlənir.

Məsələn: Je dout qu’il fasse cet exercice – Şübhələnirəm ki, o bu çalışmanın öhdəsindən gələ bilsin.

Subjonctif d’incertitude inkar formasında işlənən “penser”, “croire”, “savoir”, “supposer”, “dire”, “affirmer” və bu kimi feillərdən sonra da rast gəlinir.

Məsələn:                Je ne crois pas qu’il soit venu- İnanıram ki, o gəlmiş ola

Croyez vous qu’il soit déjà arrivé? – Sizin fikrinizcə, o indi gəlmiş olar?

İl n’est pas sûr que nous ayons du beau temps – Ə əmin deyil ki, hava yaxşı olsun.

  1. VII.                         Subjonctif du sentimenthiss, duyğu ifadə edən Subjonctif.

Subjonctif du sentiment tamamlıq budaq cümlələrində: “être furieux”, “être indigne”, “être fier”, “avoir honte”, “être offense”, “être heurex”, “être frappe” , être furieux”, “être irrite”, “être fâche”, “être triste” , “”être désolé“, “être  chagriné”, “se pleindre”, craindre”, “etre content”, “avoir peur”, “regretter”, “s’étonner”, “se réjouiré” və bu kimi hiss, duyğu ifadə edən feillərdən sonra işlənən Subjonctif-ə deyilir.

Məsələn: A l’ entrée du village je m’étonne qu’il soit si petit – Kəndə girəndə təəccübləndim ki, o bu qədər kiçik imiş.

 

Ədəbiyyat

  1. Brunot F. Observation sur la grammaire de L’Académie. Parisi Droz, 1992,127 p.
  2. Girardet J.Marie J., Dominique P. Le nouveau sans frontières. Methode de franças, niveau3, Paris :Cléinternational, 1994,239 p.
  3. Gougenheim G. Système Grammatical de la langue française. Paris, Picard:2000,262p.
  4. Boularès M., Frérot J. Grammaire progressive du français, niveau avancé. Paris: Clé  international sejer. 2004,192 p.
  5. Seyidov Y.M. Azərbaycan dili: Azərbaycan ali məktəblərinin rus bölmələri üçün dərslik. Bakı, 2001, 400 s.
  6. Əiyeva G.F. Türk dillərində zaman kateqoriyasi (monoqrafiya). Baki, Nurlan, 2010, 264 s.
  7. Əliyeva G.F. Türk dillərində feilin zaman formaları. Dərs vəsaiti. Bakı, Mütərcim, 2014,102 s.

Les mots clés:  Subjonctif, Subjonctif de la volonté, Subjonctif du but, Subjonctif de la concession, Subjonctif de la condition, Subjonctif de la conséquence, Subjonctif du doute et de l’incertitude, Subjonctif du sentiment

Açar sözlər: arzu ifadə edən; məqsəd ifadə edən; güzəşt ifadə edən; şərt ifadə edən; nəticə ifadə edən; şübhə və tərəddüd ifadə edən; hiss duyğu ifadə edən Subjonctif.

 

Résumé

La voie consiente de la maîtrise des langues étrangères prévoit toujours la comparaison de la langue maternelle et de la langue cible en résultat de quoi l'apprenant découvre des ressemblences et des différences existant entre ces deux langues.

La comparaison devrait se faire à tous les niveaux du système. Dans cet article on s'est limité par la comparaison de mode grammaticale: le Subjonctif en le comparant avec la même forme grammaticale azérie. Cette analyse selon nous se révèle importante pour faciliter la compréhension, éviter l'interférence et de centrer l'attention sur les traits distinctifs, car distinctifs, veut dire nouveau, différent, non seulement pour les connaissances, mais aussi pour les savoir-faire, sollicitant plus d'attention.

 

RƏYÇİ : dos. L.Ələkbərova

 

 

               

               


Cəbrayilov Qubad Heybət oğlu

DİLDƏ ƏŞYƏVİLİK ANLAYIŞI

                Dildə əşyəvilik ifadə edən sözlərin inkişafı dilin bütün səviyyələrinin  təkamülünə səbəb olur. Əşyəvilik ifadə edən sözlər dil və şüurun qarşılıqlı əlaqəsi məsələsini də özündə ehtiva edir. Əşyəvilik anlamlı leksikemlər dillərin həm nəzəri, həm də praktik öyrənilməsi cəhətdən diqqəti cəlb edir. Nəzəri baxımdan qrammatik və semantik uyğunluğun tədqiqi böyük maraq doğurur. (1: 74-76)

Leksik-qrammatik uyğunluq qrammatik münasibətlər və əlaqələrin dildə olan əksidir. Bu mövzu dünya və rus dilçiliyində çox az işlənmişdir. Azərbaycan dilçili­yin­də isə “Oğuz qrupu türk dillərində “əşyəvilik anlayışı” mövzusu işlənməmişdir. Bu baxımdan mövzumuzun tədqiqini zəruri hesab edirik və düşünürük ki, oğuz qrupuna daxil olan: Azərbaycan, Türk, Türkmən və Qaqauz dillərinin faktlarını cəlb etməklə “əşyəvilik anlayışı” linqvistik baxımdan sistemli tədqiqata cəlb edilmə­miş­dir. Əşyəvilik anlayışı ifadə edən sözlərin sistemləşdirilməsi və tematik təsnifatı, etimoloji təhlili, yaranma məsələləri və üsulları kompleks şəkildə araşdırılmamışdır. Bu cəhətlər də mövzunun aktuallığını şərtləndirir. (2:  61-63)

Oğuz qrupuna daxil olan Azərbaycan, Türk, Türkmən və Qaqauz dillərinə mən­sub əşyəvilik anlamlı sözlərin diaxrom və sinxrom şəkildə bir sistem çərçivəsində öyrənilməsi adları çəkilən dillərin inkişafı üçün zəngin mənbə rolu oynamaqla yanaşı, tarixi leksikologiyası və morfologiyasının yeni etnolinqvistik və etnokulturoloji aspektdə daha dərindən araşdırılması üçün zəmin yaradır.

Dil sisteminin əşyəvilik anlayışı baxımından tədqiqi XX əsrin 60-cı illərindən geniş vüsət almışdır. Struktur paradiqmlərin və əşyəvilik kateqoriyasının araşdırıl­ma­sı keçən əsrin sonuna təsadüf edir. Bu tədqiqatlar hər hansı bir semantik strukturun inkişafını, yeni sözlərin yaranma mənbələrini əks etdirir. Elmi strukturalist paradiq­min təsiri ilə yaranan dil modelləri tədqiqatın əsas obyektini təşkil edir. Əşyəvilik anlayışlı leksemlər dilin semantik strukturunu təsnif etməyə imkan yaradır. ( 3: 102-104)

Bu nəzəriyyələr (M.Fuko; Q.Şuxardt) və dilin semantik strukturunu təsnif etməyə imkan yaradır. M. Fuko və Q. Şuxardtın tədqiqatları əşyəvilik nəzəriyyəsinin elmi əsaslar üzərində inkişafına təkan verir. Bu zaman əşyəvilik anlayışlı formal-semantik təsnifatı sahələrində yeni anlayışlar yaranır.

Keçən əsrdə əşyəvilik anlayışlı leksemlərin tədqiqi leksik semantikanın yeni aspektdə inkişafına şərait yaratdı.

Dünya və rus dilçiliyində strukturalist anlayışları zəminində araşdırılması linq­vistikanın bu sahəsinin inkişafı üçün yeni imkanlar açdı. Əşyəvilik anlayışında struk­tur-semantik istiqamətin inkişaf perspektivləri dilin derivativ sisteminin daha  dərin­dən araşdırılmasına; leksik, morfoloji və sintaktik səciyyələrdə gedən proses­lərin əşyəvilik anlayışı baxımından izahına şərait yaradır. (4: 21-23)

Analitik təlimlər dili fəlsəfənin predmeti kimi seçir, onun təhlilini fəlsəfənin əsas vəzifəsi kimi müəyyənləşdirirlər.

Məna-idrakın fundamental problemləridir. İnsan öz fəaliyyətini, özü ilə dünya arasındakı münasibətləri mənalılıq prinsipləri üzərində qurur.

Analitik dünya görüşü insan üçün mənalılıq paradimləri hazırlayır.

Dünya alimləri dili fəlsəfənin predmeti hesab edirlər. XX əsrin sonlarında dil fəlsəfəsi  üzrə mütəxxəsis Fuko sübut  edir ki, dil- sirdir.

XX əsr fəlsəfəsi bütün fəlsəfi problemmatikanın dilə apelyasiya vasitəsilə həll edilməsinin mümkünlüyü ideyasını əsaslandırır.

Bu inam fəlsəfənin dilə doğru radikal dönüş etməsinə səbəb olur, linqvistika klassik metafizikanın, bütünlüklə fəlsəfənin problematikasının onun çərçivəsində həll edilməsinin mümkünlüyü ideyasını ortaya atır.

Dil fəlsəfənin, hətta elmlərin böyük əksəriyyətinin çıxış nöqtəsində dayanır, o həyatda insan üçün heç şeylə əvəz edilməsi mümkün olmayan çoxsahəli və çoxfunk­siyalı fenomendir. Qərb fəlsəfəsinin antropologiyaya dönüşü elə bir dünyagörüşü hazırlamaq məqsədi daşıyır ki, onun norma və prinsipləri insanın mahiyyətindən doğur. (1: 21-26)

İmmanuel Kant insanı “gözəlliyin idealı” Platon isə onu “ilahiliyin qəribəliyi” adlandırırdı.

Filosoflar “hər şey sözlə müəyyən edilir” , “sözdə gizlənir” kimi hindatarizmini, “başlanğıcda söz Allahın sözü olmuşdur.” Kimi şzangeliya hikmətini qəbul edirlər.

Elmi-fəlsəfi dünyagörüşünün bünövrəsində durmaqla onun mahiyyətini ifadə edən fəlsəfə və təbiət elmlərinin qarşılıqlı əlaqəsi şəraitində həll oluna bilən belə ümumi və fundamental problemlər içərisində əşyəvilik anlayışı mühüm yer  tutur. Fəlsəfənin yarandığı ilk gündən etibarən diqqət mərkəzində olan ayrı-ayrı filosoflar fəlsəfi təlimlər tərəfindən müxtəlif cür başa düşülən əşyəvilik problemi ətrafında ciddi mübahisələr getmiş, o,  birmənalı şəkildə həll olunmamışdır.

Təbiətdə mövcud olan cisimlər gerçəkliyin ayrı-ayrı fraqmentləridir. Reallıq anlayışı isə gerçəklik anlayışının sinonimidir. Reallıq latınca “res” sözündən olub, “cisim” ,  “əşya”,  “predmet” deməkdir. Lakin “əşya” və ya “cisim” anlayışı  bir­mə­nalı deyildir. Həmin məfhum altında həm müəyyən məkan daxilində və zaman etibar ilə mövcud olan anlayışlar nəzərdə tutulur.

Çünki mövcudluq anlayışı yalnız obyektiv (maddi) aləmin özünə deyil onun insan beynində müəyyən şəkildə inikası olan ideal formalara da aiddir.

Deməli, reallıq özünün geniş mənasında mövcudluq” anlayışı ilə üst-üstə düşür. Bu baxımdan bina da mövcuddur, binanın insan təxəyyülündə qavrayış forması da Reallıq anlayışı çox geniş olub obyektiv reallıqların  cəmi, vəhdəti kimi başa düşülür.

Müasir dövrümüzdə sahə nəzəriyyəsi bir çox elmlərin tədqiqat obyektinə çevrilmişdir. Sahə nəzəriyyəsi fizika, riyaziyyat, sosiologiya, psixologiya kimi elmlərin araşdırılmasında xüsusi əhəmiyyətə malikdir.

Dilçilikdə sahə nəzəriyyəsi məntiqi mülahizələrə əsaslanır. Bu nəzəriyyənin əsasında dil sisteminin invariant, funksional, struktur-funksional və assosiativ qrup­larının səciyyəvi xüsusiyyətləri dayanır. Sahə nəzəriyyəsində Ferdinand de Sossürün əsərində fərqli olaraq assosiativ qruplar xüsusi olaraq araşdırılır. (5: 28-32)

Ferdinand de Sossürün assosiativ qruplar adlandırdığı dil vahidləri sahə nəzəriyyəsində  invariant və ya funksional invariant qruplar adlanır. Çünki bu dil vahidlərinin qruplaşdırılmasında psixoloji-assosiativ prinsip deyil, funksional-invariantlıq əsas meyar kimi götürülmüşdür.

Əşyəvilik anlayışının sahə nəzəriyyəsi metodu ilə araşdırılmasında  həm ayrı-ayrı dil səviyyələrinin həm də səviyyələrarası linqvistik vahidlərin məntiqi və empirik baxımdan araşdırılması mümkündür.

Elmdə struktur anlayışı universal xarakter daşıyır. Sahə nəzəriyyəsi funksional və invariant prinsiplərə əsaslanır. Bu prinsiplər dil sistemində müxtəlif tip funksiyaların və invariantlığın məhdudlaşdırılmasını tələb edir.

Dildə invariantlıq hadisəsi öz xüsusiyyətlərinə baxmayaraq bəzən riyazi anlayış kimi təqdim olunur. Bu anlayış Kazan dilçilik məktəbinin nəzəriyyəsində təqdim olunmuşdur və sahə nəzəriyyəsinin əsaslarından hesab olunur.

Sahə nəzəriyyəsində invariantlıq prinsipi fərqlidir. Bu invariantlıq hər hansı ümumi xüsusiyyətlər, diferensial əlamətlər əsasında yaranır. (5: 41-44)

Bu invariantlığın əsasını həm ümumi xassələr, həm də kommunikativ və struktur xüsusiyyətlərin vəhdəti təşkil edir. Sahə nəzəriyyəsində dil sisteminin tərkib hissələri olan mövqelərin qarşılaşdırılması, əlaqələr və münasibətlər mühüm əhəmiyyət kəsb edir.

Sahə nəzəriyyəsində qarşılaşdırma münasibətlərinin təhlili vacibdir. Əşyəvilik anlayışının sahə nəzəriyyəsi metodu ilə araşdırılmasında oppozisiyaların (qarşılaşdır­maların) rolunu qeyd etməmək mümkün deyildir.

Çünki bu terminoloji səciyyə daşımır, ümum nəzəri xarakteri ilə fərqlənir. Sahə nəzəriyyəsinin dilçilikdə ilk tədqiqatçılarından Y. Trizin , L. Vaysberqerin, V. Porsiqin adlarını çəkmək lazımdır. (5: 51-53)

Sahə nəzəriyyəsinə paradiqmatik nöqteyi-nəzərdən yanaşmaya Y. Trizin və L.Vaysberqerin əsərlərində rast gəlinir.

V. Porsiq isə sahə nəzəriyyəsinə sintaktik baxımdan yanaşmışdır. Bəzi dilçilər isə sahə nəzəriyyəsində semasioloji və onomasioloji  yanaşmanı üstün tuturlar.

Bu alimlər dilin ontologiyasını əks etdirən sahə nəzəriyyəsi ilə digər qrammatik kateqoriyalar arasında əlaqə axtarırlar. Bu dilçilərin fikrincə sahə nəzəriyyəsi bir təfəkkür fenomenidir.

Dildə sahə nəzəriyyəsini hər bir alim öz nöqteyi-nəzərindən izah etməyə çalışaraq, fərqli formada adlandırır. Sahə sözü bu alimlər tərəfindən funksional semantik sahələr, leksem sahələri, semantik sahələr, makro və mikro sahələr, transformasion sahə, məkan sahəsi, zaman sahəsi, əşyəvilik sahəsi və s. adlanır.

Sahə nəzəriyyəsini tədqiq edən alimlərin fikrincə, sahənin komponentlərini vahid semantik sahə anlayışı Q.İpsenin əsərlərində ilk dəfə  təqdim olunmuşdur. Q.İpsenin araşdırmalarında sahə eyni mənaya malik sözlərin vəhdəti və rəmzidir. Q.İpsenin dilçilik elmində əsas xidməti ondan ibarət olmuşdur ki, o, “leksik sahə” və “anlam sahəsi” terminlərini yaratmış və onların funksional fərqlərini izah etmişdir.

Əşyəvilik anlayışı linqvopsixologiyada nitq prosesində məzmun (məna), kommunikativ dəyər, nitq aktının müəyyən kommunikativ məqsədə xidmət etməsi ilə bilavasitə bağlıdır. (2: 11-14)

Bu zaman əşyəvilik anlayışının dil və insan psixologiyasında təzahürü araşdırılır. Linqvopsixologiyada əşyəvilik anlamı olan sözlərin dil işarələrinin köməyi  ilə kodlaşdırılması aydınlaşdırılır.

Danışanın nitqinin meydana gəlməsi müəyyən miqdar dil işarələri vasitəsilə hər hansı bir məlumatın kodlaşdırılma prosesi hesab edilir.

Nitqin dinləyən tərəfindən qavranılması dil işarələrinin müəyyən ardıcıllığın zəncirinin  şifrinin açılması və ondakı məlumatın meydana çıxarılması müəyyən edilməsi prosesi hesab edilir.

Türkologiya elmində leksik vahidlərin semantik inkişafı məna spektrinin daral­ması və genişlənməsi semantik təkamülün səbəbləri və istiqamətləri haqqında fərqli fikirlər mövcuddur. Bu nöqteyi-nəzərdən əşyəvilik bildirən leksik vahidlərin araş­dırılması yeni dil faktlarının aşkarlanmasına səbəb olur. Oğuz qrupu türk dillərində ən qədim söz  qrupuna daxil olan əşyəvilik anlamlı leksik vahidlərin strukturunda inkişafın izlənməsi lüğət fondunun təkamül proseslərini araşdırmağa imkan yaradır.

Oğuz qrupu türk dillərində əşyəvilik bildirən leksik vahidlərin məna struktu­run­da leksik-semantik fərqlər üstünlük təşkil edir. (7: 51-53)

Türk dillərinin müqayisəli semantikasının öyrənilməsində A.N. Samoyloviçin, S.Y. Malovun, E.R. Tenişevin, L.A. Ponroskayanın, F.Q. İsxakovun, K.M. Musayevin,  A.A. Yuldaşevin xidmətləri böyükdür.

Əşyəvilik anlamlı leksik vahidlərdə semantik inkişaf əsasən üç istiqamətdə gedir: 1) semantik daralma,  2) Semantik genişlənmə, 3)semantik keçmə. (7:323-325)

Oğuz qrupuna daxil olan digər dillərlə müqayisədə semantik daralma daha çox müşahidə olunur. Semantik genişlənmə türk dillərində işlənən isimlərin strukturunda ilkin mənanın saxlanılması ilə yanaşı əlavə mənaların yaranması onların mənaca genişlənməsinə səbəb olmuşdur.

Oğuz qrupu türk dillərinin əşyəvilik bildirən leksik vahidlərində çoxmənalılıq müşahidə olunur. Eyni sözdə və ifadədə ilkin məna əsasında meydana çıxan və bir-biri ilə əlaqədar olan müxtəlif mənalar leksik vahidin məna strukturunu təşkil vahidin məna strukturunu təşkil edən komponentlərdir.

Bu mənalar belə qruplaşdırılır;

Əşyəvi-məntiqi məna, emosional məna, adlandırma mənası.

Çoxmənalılıq müxtəlif yollarla əmələ gəlir. Bunlardan ən çox yayılanları məna genişlənməsi, məna daralması, məna köçürlüməsi, semantik sıxılma, xalq etimologiyası və s. Dil hadisələri çoxmənalılığın yaranmasına təsir göstərir.

Oğuz qrupu türk dillərinə məxsus əşyəvilik bildirən leksik vahidlərin sinonimliyi problemi də çox aktualdır. Mənaca bir-birinə yaxın və ya bir-birinin eyni olan,  eyni məfhumu ifadə edən, lakin üslubi çalarına və ya məna çalarına görə bir-birindən fərqlənən sözlər sinonimlərdir. Sinonimlər adətən bir nitq hissəsinə aid olur və mətndə bir-birini əvəz edə bilir.

Oğuz qrupu türk dillərinə məxsus əşyəvilik anlamlı leksik vahidlər omonimlik xüsusiyyətləri ilə də seçilir.

Eyni nitq hissəsinə məxsus eyni səs tərkibinə malik olan müxtəlif mənalı sözlər omonimlər hesab olunur.

Leksik omonimlər fonetik və qrammatik şəraitdən asılı olmayana omonimlərdir. Belə omonimlərin əsas əlaməti eyni nitq hissəsinə  mənsub olmasıdır.

Oğuz qrupu türk dillərində əşyəvilik bildirən leksik vahidlərin səciyyəvi  fərqi onların nominativ funksiyaya malik olmasıdır. Nominativ funksiya söz və ya söz birləşməsinin əşyanın adı olma funksiyasıdır.

Dil mühüm ünsiyyət vasitəsidir. Dilin ünsiyyət vasitəsi olması onun kommunikativ funksiyası hesab edilir.

İnsanlar ünsiyyətə girməklə öz fikirlərini, arzu və istəklərini, hiss və həyəcanlarını bir-birinə çatdırır, müəyyən məqsədlə bir-birlərinə təsir göstərir, ümumi  və qarşılıqlı anlaşmaya nail olurlar. İnsanlar dil sayəsində bir-birlərini başa düşür və fəaliyyət göstərə bilirlər.

Nitqdə işlədilərkən dil vahidləri müəyyən vəzifələr yerinə yetirir.

Morfoloji funksiya-qrammatik formanın ifadə etdiyi məzmundur. Bu dil vahidinin nitqdə işlədilməsinin məqsədi və xüsusiyyətidir. Bu söz formalarının əsas morfoloji xüsusiyyətlərinə müvafiq işlənməsidir.

Oğuz qrupu türk dillərində əşyəvilik anlamlı leksik vahidlər əsasən isim, yəni adlandırma funksiyasında müşahidə olunur.

İstifadə olunmuş ədəbiyyatlar:

  1. Панфилов В.З. Философские проблемы языкознания  М, 1977
  2. Потебня А.А. Мысль и язык  М, 2007
  3. Болдырев Н.Н. Проблем изучения и описания. Когнитивные исследования языка.  Тамбов, 2009
  4. Кубрякова Е.С. Размышления о судьбах когнитивной лингвистики на рубеже веков.  II. Вопросы филологии 2001
  5. Щур Г.С.  Теория поля в лингвистике. М, 1974
  6. Кузнецов А.А. Понятие семантической системы языка и методы ее исследования. М, 1974
  7. B. Məhərrəmli  Türk dillərində isim köklərində leksik-semantik inkişaf Bakı, Elm və Təhsil,  2012

Açar sözlər: əşyəvilik, ümumi forma, struktur formalar, səviyyə və surət, maddi hərəkət, fəlsəfi-dil nəzəriyyələri, leksik-semantik paradiqmlər

Ключевые слова:предметность, структурные формы, уровень и скорость, материальное движение, лингвофилософские теории, лексико-семантические парадигмы

Keywords: objectivity, general form, structural form, level and speed, movement of the material, linguistic - philosophical theory, lexical - semantic paradigms

Xülasə

                Əşyəvilik - maddi dünya varlığın,  onun struktur formasının və qurumlarının uzunluğunu, mütənasibliyini səciyyələndirən ümumi formasıdır. Əşyəviliyin xüsusiy­yəti maddi hərəkatının xarakteri, səviyyəsi və sürəti ilə müəyyən edilir. Bununla əlaqədar olaraq, hal - hazırda dildə əşyəviliyin təsəvvür forma və üsullarının öyrənil­məsi mövcud təcrübənin ümumiləşdirilmə zərurətini irəli sürülür. Əşyəvilik anla­yışını- dilçilik- fəlsəfi nəzəriyyəsi, sahə nəzəriyyəsi və  leksik - semantik paradiq­malarının təlimləri baxımından təhlil etmək lazımdır.

Резюме

Предметность - всеобщая форма бытия материального мира, характеризующая протяженность, соразмерность его структурных форм и образований. Свойства предметности определяется характером, уровнем и скоростью материального движения. В связи с этим в настоящее время назрела необходимость обобщения существующего опыта в изучении форм и способов предоставления предметности в языке. Понятие предметности следует анализировать с точки зрения лингво – философских теорий, теории поля и учения лексико – семантических парадигм.

Summary

Objectivity - the universal form of existence of the material world, which characterizes the length, the proportionality of its structural forms and formations. The features of objectivity are determined by the nature, level and speed of movement of the material. In this regard, the time has come to summarize existing experience in the study of the forms and methods of objectivity in the language. The concept of objectivity should be analyzed in terms of linguistic - philosophical theory, field theory and the teachings of the lexical - semantic paradigms.

 

    Rəyçi:  dos. S.Abbasov


Cəfərova Fərqanə Musa qızı, Dadaşova Aysel Xalid qızı

ALMAN BƏDİİ ƏSƏRLƏRİNDƏ SİNONİMLİK

               Başqa dillərdə  olduğu  kimi alman dilində də sinonimlərdən çox istifadə olunur. Xü­su­sən son illərin tətqiqatlarından aydın olur ki, alman dili həqiqətən də, sinonimlərlə olduqca zəngindir. Bu zənginliyi alman dilində dəfələrlə nəşr olun­muş sinonimlər lüğətlərindən də görmək olur. Məsələn: “Wörter und Wendungen”, “Vergleichendes Synonymwörterbuch”, ”Deutsche Synonyme”, “Synonym­wör­ter­buch” (4), “Deutsch – russisches   Synonymwörterbuch” (5) və s.

                Sinonimlər dilin lüğət  tərkibinin böyük və mühüm hissəsini təşkil etməklə bəra­bər, onun spesifik cəhətlərini də özündə əks etdirir. Bununla belə, ümumi dilçilikdə olduğu kimi alman dilçiyində də sinonim sözlərin xarakterini, sinonimlərin növlərini, əsasən üslubiyyat baxımından aydınlaşdırmaq daha düzgün olardı.

                Bu günə qədər sinonimiya məsələsinin öyrənilməsi ilə əlaqədar olaraq xeyli iş görül­müşdür. Belə ki, alman dilçilərindən L.Sütterlin, O.Behagel, K.Erdman, A.Eberhard, germanistlərdən E.M.Qalkina – Fedorik, L.R.Zinder və T.B.Stroyeva J.V.Raxmanov, N.Minina, M.Q.Arsenyeva, A.P.Xazanoviç və başqalarınin əsərlərində sinonimiya ilə bağlı məsələlərdən bəhs edilmişdir.

                Bütün bunları nəzərə alıb deyə bilərik ki, sinonimlərdən bəhs edən müəlliflər  bir çox meyarlar haqqında dəqiq olub – olmamasından asılı olmayaraq  bir – birindən fərqli mülahizələr irəli sürmüşlər ki, bu haqda artıq tədqiqat əsərlərində danı­şılmışdır.

Qeyd edək ki, sinonimlər leksik vahidlərin semantik informativlik funksional­lığının genişlənməsi əsasında meydana çıxır. Semantik – informativ funksiyanın artması nəticəsində leksik vahidlərlə çoxmənalılıq əmələ gəlir. Çoxmənalılıqla bağlı yaranan sinonimlikdə nominativ məna və sözün  əlavə çalarları başlıca yer tutur.

                Alman dilində sözlərin böyük bir qismi çoxmənalıdır. Bu çoxmənalılıq bir çox hallarda sinonimlikdə də özünü göstərir. Məsələn “ abschreiben ” sözünün – 6             (kopieren; absehen; abbuchen; absagen; abnutzen; aufgeben ) (4.s.30); aufschlagen sözünün 10 ( aufprallen; aufstoβen; aufklopfen; aufklappen; aufstellen; aufbrechen; aufflammen; aufladern; annageln; zuschlagen ) kimi sinonim variantları vardır. Belə misallar çox göstərmək olar. (4.s.80)

Lakin bunu da nəzərə almaq lazımdır ki, hər bir sinonim məna ən çox da mətn daxilində yaranır və hər biri də müəyyən üslubi çalarlara malikdir.

Alman yazıçılarının əsərlərində, məsələn, E.Remark, V.Bredel, A. Seqhers, L.Frank, J.Höte, A. Tsvayq, L.Foytvanqer, H. Man, H. Böl, B. Brext, T. Vayskopf və başqa­larının əsərlərində belə sinonimlərə tez – tez rast gəlmək olur. Məsələn,  “ledig” sözünə müraciət edək. Bu sözün alman dilində aşağıdakı mənaları vardır:

  1. boş, tutulmamış
  2. subay
  3. azad; aller Sorgen ledig – bütün qayğılardan azad (6.s.410)

Həmin sözün də çoxmənalı kimi aşağıdakı sinonim variantları var :

1. (nicht verheiratet) unverheiratet – ehelos – unverehelicht – unvermählt; einschichtig( Süddt. Österr.) gehoben; gattenlos umg: noch zu haben; auch allein, alleinstehend; 2. ( keine Ehefrau besitzend ) umg: unbeweibt (scherzh); 3.(keinen Ehemann besitzend) umg: unbemannt ( scherzh); 4. nichtehelich; 5. frei (4.S.371)

Alman yazıçısı Remark bu sözlər içərisində birinci mənanı bildirən məfhumu əsas götürərək işlətmişdir:

“ Sie waren noch ledig. Die zwei aber sind jetzt ein Ehepaar. Als Zeugenbrauchen Sie zwei unabhängige Person. Eine Ehefrau gibt nicht dafür.”

Alman dilində bir çox sözlər vardır ki, onlar çoxmənalı sinonim cərgələrinə ma­lik­dir. Bir neçəsini aşağıda göstəririk: warten – 4, Abend – 6, abfahren – 5, ab­fallen – 9, abgehen – 11, auffahren – 8, aufgeben – 9, aufnehmen – 13, Bau – 10, be­deutend – 6, bedienen – 7, bestellen – 8, aufmachen – 5, halten – 8, öffnen – 3 və s.

öffnen” sözü alman yazıçılarının əsərlərində müxtəlif sinonim variantlarda işlədilmişdir: öffnen – aufmachen – aufschlagen – auftun.

Burada hər bir sinonim söz bir şey haqqında konkretlik  bildirir və onların işlədilmə dərəcəsi müxtəlifdir: aufschlagen auftun  sözləri az – az işlənir; auftun, əsasən gözə, ağıza aid olur, aufschlagen ağıza aid olmaqla yanaşı kitab, dəftər və s.-də aiddir. Misallar əsasında bu, özünü daha aydın biruzə verir:

“ Er glaubte sich zunächst nicht recht, war auch schon zu schlagbefangen, um die Augen aufzutun” ( St.Zweig)

“Wally schlug die Augen mit einem Ausdruck grenzenlosen Ertaunens auf”                  ( T. Weiskopf )

... aber meine Frau zwinkte mir zu und zeigte auf die Noten, die sie schon aufgeschlagen hatte.( W. Bredel).

Öffnenaufmachen yuxarıda göstərilən mənaları bildirməklə yanaşı, həm də hər hansı bir müəssisəyə, mağazaya, məktuba və s.-yə aid olur.  Misal :

“ ... hast du noch immer die Absicht, ein Zigarrengeschäft aufzumachen.”                 (W. Bredel ).

...  jetzt machte sie den Briefauf. ( L. Feuchtwanger).

“ Sie öffnete das Paket, befühlte die Wolle. (A. Seghers).

öffnen” sözü həmçinin geyim şeylərinə də məxsus məfhumlarda işlənilir. Məsələn:
“Er öffnete seinen schwarzen Rock, obwohl keine Weste darunter war”                      

Alman dilində “warten” ( gözləmək ) sözünün aşağıdakı sinonimləri olmaqla, onlar mətnin məzmununa görə və məna çalarlarına görə işlənir. Bunu aşağıdakı misallarda daha aydın görmək mümkündür:

warten – erwarten – abwarten – harren

Bunlar bir – birinin sinonimi olsa da mətn daxilində müxtəlif çalarlara malikdirlər.

“Ich erwartete, dass Gottfried die Gegenheit ausnützen und losgehen würde wie eine Bombe” ( E.Remark).

Warte ab, will sehen, was sich machen lässt.” ( Th.Harych).

“Ich erwarte jemand” (E.Remark)

“ Sie kannte die Säle die ihrer harrten, das Studentenmaterial ...”( A. Zweig).

Erwarten” digər sözlərdən fərqli olaraq boylu qadından uşaq gözləmək mənasında da işlədilir. Misal:

“... dann kam Edith und sagte ... Ich erwarte ein Kind.” ( H.Böll).

warten” sözü həmişə auf Akkusativdə( Təsirlik halda) işlənir, “harren” sözü isə səbirsizliklə gözləməkdir.

Qeyd etmək lazımdır ki, çoxmənalı sözlərdə məna çaları nə qədər olursa – olsun, bunlardan biri mütləq onun həqiqi, müstəqil mənasını təşkil edir, digər  mənaları isə ilk mənaya az və ya çox yaxın olduğuna baxmayaraq, onun sonradan törənmiş olan mənaları kimi özünü göstərir.

Çoxmənalılılq nəticəsində felin nominativ və əlavə mənaları müstəqil sinonim cərgələr yaradır, hər dəfə yalnız bir mənası müəyyən sinonim cərgənin dominantı kimi çıxış edir. Məsələn, “aufschlagen” feli aşağıdakı sinonim cərgələrə malikdir:

aufschlagen – aufprallen – aufstoβen – auftreffen – auffallen

aufschlagen – aufklopfen – aufstoβen

aufschlagen – aufkappen – aufblättern

aufschlagen – hochschlagen – hochklappen – aufstülpen – aufstellen

aufslagen – aufstellen

aufschlagen – aufbrechen

aufschlagen – ausbreiten

aufschlagen – aufflammen

aufschlagen – auflodern

aufschlagen – annageln

aufschlagen – zuschlagen – aufwachen – aufsehen – niederlassen

Göründüyü kimi “aufschlagen” sözü 11 sinonim cərgəyə malikdir.

                Çoxmənalı sözün sinonim cərgələrindəki çoxmənalı üzvləri yalnız bir mənasına görə iştirak edir və müstəqil sinonim cərgələrə də malik olur. Qeyd edək ki, çoxmənalılıq nəticəsində yaranan sinonimlikdə sözlər arasındakı semantik əlaqə əsas rol oynayır.

Məşhur alman yazıçısı E.Remarkın “Drei Kameraden” (“üç dost”) əsərinə müraciət etdikdə yuxarıda göstərilən proseslərin çoxuna rast gəlirik.

Qeyd edək ki, neytral üslub kimi işlənən “etmək” sözü yazıçı tərəfindən əsərin müxtəlif yerlərində gah “machen”, gah da “tun” sionimlərindən istifadə edilmişdir. Həmin sözlər əlbəttə əsərdə hadisələrlə bağlı şəkildə işlədilmişdir. Çünki həmin sözlər ( machen və tun ) arasında müəyyən qədər fərq də vardır:

machen “ sözü icra etmək, hazırlamaq, “tun“ sözü də yerinə yetirmək, ifa etmək və s. kimi məfhumları bildirir:

“ Das geht” sagte ich. ”Danach kann er alles machen.”

“Ach, das machen wir schön; erklärte Breuer und verhandelte mit demGeschäftsfrührer.

“Und du den ganzen Laden! Unter dem tun  ich es jetzt nicht mehr”

“ Ich habe es auch getan

Göründüyü kimi burada işlənən “machen” və “tun” sinonimləri obrazların dilinin üslubundan, danışıq xüsusiyyətlərindən irəli gəlmişdir.

Yazıçı təkrarın qarşısını almaq üçün, həmçinin də mətni proseslə əlaqədar, danışmaq sözünü “sprechen” və “reden”, izah etmək, başa salmaq, aydınlaşdırmaq sözlərini isə “erklären” və “aufklären” sinonimləri ilə ifadə etmişdir. Bir şeyi nəzərə almaq lazımdır ki, “sprechen” sözü mit Dativ, über Akkusativ , von Dativ-lə, “reden” sözü über Akkusativ-lə işlənir. Misal:

sprechen – reden

“Neben mir sprach das unbekannte Mädchen; es sprach leise und langsam mit dieser dunklen, erregenden, etwas rauhen Stimme”

“Rum”, sagte ich froh, etwas gefunden zu haben, über das ich reden konnte.”(S.33)

“Wenn er da war, konnte Lenz nicht wieder stundenlang über das Mädchen reden”

erklären – aufklären

“Dann klärte es nicht auf, die Sonne fing an, zu brüten.

“Aber der Wirt klärte mich auf”.

“Rosa sah mich so vorwurfsvoll an, dass ich rasch erklärte, ich wüsste es schon”

Remarkın sözü gedən əsərində poetik  leksikaya  aid sinonim sözlərə də rast gəlirik. Bunu aşağıdakı misallarda aydın görmək olar:

“... İhr Gesicht war ein wenig gerötet und ihre Bewegungen waren geschmeidig, wie bei einem schmalen, schönen Tier.”

“Wie schön das ist,wenn man so lange im Zimmer gewesen ist!”

“Sie zog sie höher hinauf. “Herrlich, so ist es wunderbar. Kälte machttraurig.”

                “Ich forderte ihn auf, das luxuriöse Werkzeug zu  besichtigen, das herrliche Verdeckleder, den verchromten Kühler, die modernen Stoβstangen, sechzigMark das Paar...”

Burada schön – herrlich sinonim cərgəsində “herrlich” sözü şairanə söz kimi işlədilmişdir.

“Herrlich” sözü “schön” sözünə nisbətən daha ekspressivdir, – “çox gözəl, əla “ kimi mənaları bildirir.

                Yeri gəlmişkən onu da qeyd edək ki, yazıçı bir cümlədə söz ikinci dəfə təkrar olunmasın deyə gözəl sözünü herrlich – fein sinonim sözləri vasitəsi ilə vermişdir.

“Zu der  Krawette hatte ich noch einen neuen Hut  und ein Paar Handschuhe gekauft; - auβerdem trug ich einen Ulser von Lenz, ein herrliches, graues Stück aus feinster Shetlandwolle”.

Bu cümlədə herrlichfein sinonim kimi işlədilmişdir.

                Qeyd olunduğu kimi, sözlərin başqa məna çalarları kimi, sinonimlik də mətn daxilində  meydana çıxır, mətnlə müəyyənləşir. Yuxarıdakı misallarda “gözəl” (schön) sözünün çoxmənalılığı  mətn daxilində meydana çıxdığı kimi, schön hübsch – herrlich – fein sözlərinin sinonimliyi də özünü mətndə büruzə verir. Ümumiyyətlə dilçilik ədəbiyyatında mətnin üç növü göstərilir :

mikrokontekst(söz – söz), makrokontekst (cümlə),situativ kontekst (bir neçə cümlə,abzas).

                Mətn çoxmənalı sözlərin sinonimlik cərgələrin yaranmasındakı rolunu da müəy­yənləşdirməyə xidmət edir: Başqa bir misal. Yenə də Remarkın “Üç dost” əsərində “la­chen” , “lächeln” və “grinsen” sinonim sözləri işlədilmişdir. Mənası “gülmək” deməkdir.

“Er grinste”.

“Nicht möglich, erwiederte Jupp und grinste von einem Ohr zum andern. 

“Gemacht”, grinste ich.

“Köster lachte.”Nein”,Gottfried hat nur ein bisschen illuminiert.”

“Nein, das geht nicht. Sie lächelte.(s.74)

                Bu misallarda  “lächeln” və “grinsen” mütləq sinonim hesab olunduğu halda “lachen” sözü ilə nisbilik təşkil edirlər. Çünki, “lacheln” və “grinsen” sözlərinin mütləq tərcüməsi gülümsəmək, dişlərini ağartmaq olduğu halda “lachen” gülmək mənasını bildirir. Deməli hər üç söz mətni sinonim kimi qəbul edilməlidir. E.Remarkın işlətdiyi “kennen” və “wissen” sinonimlərini götürək. Bu sözlərin də  aralarında fərq vardır: kennen – tanımaq, tanış olmaq, “wissen” isə bilmək məfhumunu ifadə edir. Nisbi sinonim olan kennenwissen sözləri ayrı – ayrılıqda deyil, mətn daxilində işlənmə yerinə görə üslubi cəhətdən sinonim ola bilirlər.

                Qeyd edək ki, sinonimliyin mətnlə əlaqəsindən danışarkən bir məsələni də xatırlatmaq lazımdır. Bu da ondan ibarətdir ki, bəzən dilçiliyə dair yazılmış əsərlərdə sinonim sözlərin bir – birini əvəz etməsi bir arqument kimi irəli sürülür. Tətqiqatçıların əksəriyyəti bu fikirdədirlər ki, əvəzetmə sinonimliyin əsas meyarıdır. Lakin bir sıra tətqiqatçılar bu məsələyə tənqidi münasibət bəsləyirlər.

Sinonim sözlərin bir – birini əvəz etməsi daha çox ekspressiv – üslubi səciyyə daşıyır.

Sinonim cərgəyə daxil olan sözlərin hamısı bir – birini əvəz etmir. Lakin bu sözlər sinonim hesab olunur.

Remarkın sözü gedən əsərində “mächtig” və “riesig” sinonim sözlərini də buna aid etmək olar. Misal:

  1. Er hatte ja keine Ahnung davon, was passiert war und dass jedes Wort von ihm mich mächtig traf.
  2. “Schweig, Gottfried”. Grau wischte ihn mit einer Bewegung seiner mächtigen Tatze beiseite.
    1. Der Wagen war voller Rosen. Zwei riesige Büsche weiβer und roter Blüten lagen auf den hinteren Sitzen.
    2. “Er ist mächtig knapp hier.”

Bu misallarda “riesig” sözü ikinci və üçüncü cümlələrdə daha yaxın mənalı sinonimlərdir. 

                Müasir alman dilində olan bu xüsusiyyətlər müasir Azərbaycan dilinə də xasdir. Məsələn misallara müraciət edək.

                Dünya – cahan – aləm – kainat sinonim cərgəsini götürək. Burada dünya və cahan müharibəsi işləndiyi halda, kainat, aləm müharibəsi işlədilmir. Yaxud, bir – birinə sionim olan yol cığır sözlərini də götürüb təhlil etsək – dəmir yolu, şose yolu işləndiyi halda, yorucu cığır, dəmir cığırı və s. demək mümkün deyildir. Başqa bir misal: gözəl – göyçək – qəşəng sinonimləri içərisində gözəl oxuyur, qəşəng oxuyur işləndiyi halda göyçək oxuyur işlədilmir. Elə hallar da olur ki, hər üç söz eyni məfhumu ifadə edə bilir. Gözəl qız, qəşəng qız, göyçək qız və s.

“Üç dost” romanıda da belə sözlər vardır:

“Entschuldigen Sie bitte, sagte ich schlieβlich.

“Machen wir eine Probefahrt, Herr Blumenthal, schlug ich schlieβlich, schon stark  abgekämpft, vor.”

“Ich traute meinen Ohren nicht. Da war er ja endlich, der richtige Ton!

Burada endlichschlieβlich sözləri sinonimdir.

Schlechtschlimm sinonimləri də əsərdə eyni mənanı bildirir:

“Ich hatte nichts gegen İronie, wenn sie nicht gegen mich ging, aber ich hatte ein schlechtes Gewissen.

“Er sah mich an. Jammervoller Dilettant! Und so schlimmer!

                Nəticədə onu qeyd edək ki, mətn sinonimlərin müəyyənləşdirilməsində, hətta sinonimlərin növlərinin – ideoqrafik və üslubi sinonimlərin –fərqləndirilməsndə mühüm rol oynayır.

                E.Remark öz əsərində başqa dillərdən alınma sözlərdən  də istifadə etmişdir. Çünki, alınma sözlərin də sinonim cərgələrin yaranmasında rolu böyükdür. Alınma sözlər yalnız sözə ehtiyac olduqda qəbul edilir.

                Alınma sözlər həm ədəbi, həm də canlı danışıq dilində işlədilərək bugünkü dövrə qədər gəlib çıxmışdır və həmin sözlər üslubi məqsəd daşıyır. Müasir alman dilinin lüğət tərkibində, başqa dillərdən, xüsusilə də yunan və latın dillərindən, fransız və ingilis dillərində çoxlu alınmalara rast gəlmək olur. E.Remarkın “Üç dost” roma­nında da bu cür alınmalar mövcuddur. Həmin alınmalar əlbəttə ki, sinonim cər­gələrin artmasına, zənginləşməsinə səbəb olur. Məsələn, əsərdə Moment, telefo­nieren, Baby kimi alınmalar da işlədilmişdir. Moment- mənşəcə latın dilindən alman dilinə keçmədir. Bu sözün bir neçə mənası vardır:

  1. an, ləzhə, bir göz qırpımında
  2. vaxt, zaman
  3. cəhət, tərəf
  4. şərt, amil, səbəb, şərait

     Azərbaycan dilində də bu mənalar işlənməkdədir.

                Remarkın əsərində həmin söz Augenblick sözünün sinonimi kimi verilmişdir. Əsərdə həm “Weile”, “Augenblick” (bir göz qırpımında, an), həm də Moment sözlərindən istifadə olunmuşdur. Misal:

                “Ich hielt einen Augenblick ihre Hand in meiner und spürte ihren warmen, trockenen Druck”

“Ich blickte auf. Ich konnte im Augenblick nicht feststellen, wie sie das meinte.

                “Dieser Mann durfte nicht merken, dass ich auch nur einen Moment überlegte, das wusste ich.

                “Köster und ich schwiegen eine Weile

                 Bu nümunələrdə işlədilən “Augenblick” – “Weile” – “Moment” sözləri sinonim sözlərdir.

                 “Augenblick” və “Weile” sözləri milli dilə məxsus olduğu halda, “Moment” latın dilindən alman dilinə keçmədir.

                “Moment” sözünün alman dilində aşağıdakı sinonimləri də vardır: I. Moment, der:     1. Augenblick; 2. İm M. Jetzt; vor einem M:, eben. II. Moment, das; Merkmal.     

                “Augenblick” sözünün “Moment” sözündən başqa aşağıdakı sinonimləri də vardır: Augenblick: 1. (kurzer Zeitraum) Moment – Sekunde – Minute – Weile – Weilchen.  2. Alle Augenblick: ununterbrochen; auf einen A.; kurz; im A.; a) sofort, b) jetzt,   e) bald; vor einem A.; eben; in wenigen Augenblicken: bald.   (4; s. 85)

                Remark romanında “Kind” sözünə sinonim olan “Baby” alınma sözünü də iş­lət­mişdir. “Baby” sözü ingilis dilindən alman dilinə keçmişdir və işlək sözlərdən biri­dir. Bu söz həm ədəbi dildə, həm də canlı danışıq dilində işlədilir. Misal:  Aber er lieβ nicht locker. “Zeig mal her, Baby” (səh, 53) Er befühlte die Seide. “Herrlich. Unser Kind als Gigolo. Mir scheint, du willst auf Brautschau! ”

                Remarkın əsərində işlənən “telefonieren” sözü də beynəlxalq termin kimi qəbul olunan “Telefon” ismindən düzələn feldir: “zəng etmək”, mənasındadır. Remark “telefonieren” sözünü “anrufen” sözünə sinonim kimi işlətmişdir. Misal: “Ich steckte den Zet­­tel unter einen Pack Bücher. Anrufen? Vielleicht, - vielleicht auch nicht” (səh. 19) “Sie will abende noch mal anrufen. Aber ich habe ihr gleich gesagt, es hätte nicht viel Zweck.”

“Wenn ich eine Probefahrt machen will, kann ich Ihnen ja noch telefonieren.

“Ich kann telefonieren”, erklärte Frida pomadig.

E. Remarkın əsərində bu cür alınmaların işlədilməsi həm təkrarın qarşısını alır, həm də sözlərin ifadə qüvvəsini daha da artırır. Ümumiyyətlə, alınma sözlərin bir hissəsi üslubi əhəmiyyətinə görə dildə ümum­xalq xarakteri daşıyaraq müxtəlif sahələrdə işlənir və bədii əsərin dilinin üslubi  rolunu artırır.

 

Ədəbiyyat

  1. Wörter und Wendungen. Leipzig, 1962.
  2. Duden. Vergleichendes Synonymwörterbuch, Manheim, 1964.
  3. Арсеньва и др. Deutsche Synonyme. Ленинград, 1967.
  4. Synonymewörterbuch. Leipzig, 1978.
  5. Deutsch – russisches Synonymwörterbuch.Москва, 1983.
  6. “Almanca – azərbaycanca lüğət” Bakı, 1971.

Açar sözlər: alman dili, sinonimiya, alman yazıçıları, üslubi sinonimlər, mətni sinonimlər.

 

Синонимы в немецких художественных произведениях.

Резюме

Статья посвящена использованию синонимов в произведениях немецких писателей. Здесь также рассматриваются как стилистические, так и текстовые особенности синонимов. Даются примеры из произведений немецких писателей, а также  рассматривается  материал по роману Эрих Мария Ремарка « Три товарища» 

Ключевые слова: немецкий язык, синонимия, немецкие писатели, стилистические синонимы, текстовые синонимы.

The Synonyms in the German literary plays.

Summary

The article deals with synonyms used I the plays of German writers. Here it is also spoken about the characters of synonyms and text synonyms as well. As an example some samples about the plays of German writers are shown. The sample from the play “Drei Kameraden” (Three friends) by Remark occupies much place in his plays.

Key words: German language, Synonymous, German writers, case synonyms, text synonyms.


Гюльбениз Джахангир гызы Джафарова

ФРАНЦУЗСКИЕ ЗАИМСТВОВАНИЯ, ОБОЗНАЧАЮЩИЕ НАИМЕНОВАНИЯ ДЕСЕРТА

 В РУССКОМ ЛИТЕРАТУРНОМ ЯЗЫКЕ XIX ВЕКА

В качестве знаков и символов могут выступать самые разнообразные стороны быта, в том числе и еда, являющаяся предметом рассмотрения в данной статье.

 Еда – неотъемлемая часть повседневности, важнейший фактор социальной, политической, экономической и культурной жизни человека. Прием пищи всегда находился в основе общественных и межличностных отношений, с ним связаны все важнейшие культы и ритуалы в жизни человека: рождение, свадьба, похороны. 

Известный структуралист-антрополог Клод Леви-Стросс в книге  «Происхождение застольных обычаев» (К.Леви-Стросс. Мифологики . В 4-х томах. Т.3. М.; СПб.: Университетская книга, 2000) рассматривал еду как язык, на котором общество бессознательно раскрывает свою структуру, и как инструмент, позволяющий изучать социологические оппозиции, а Ролан Барт в работе «Мифологии» (М.,  Академический Проект, 2008) проанализировал гастрономические описания как феномены семиотические, определив их роль в той или иной литературной реальности.

Наименования блюд, заимствованные из французского языка, преобладали среди всех иноязычных кулинарных обозначений в русском языке XIX в. Это вполне объяснимо: русское дворянство видело в жизни французского двора образец для подражания. В книге Н. Япп и М. Сиретт «Эти странные французы» можно прочесть следующее: «Французы испытывают почти религиозный экстаз, наслаждаясь вкусной едой в ресторане или в доме с хорошим поваром; сама же трапеза – это некий неорелигиозный ритуал»(1, с.23).

Мы остановили свое внимание на заимствованных из французского языка наименованиях блюд типа мусс, желе, мармелад, бланманже, бисквит, которые называются десертом – специально изготовленной пищей, которая употребляется в качестве дополнения к основной (жизненно необходимой),  доставляющая приятные вкусовые ощущения.

Десерт.Слово известно в русском  языке с XVII в. См.: десе́рт через нем. Dessert (с 1652 г.) или прямо из франц.: dessert (от desservir «расчищать стол», «убирать со стола») (5, т.1, с.505). Таким образом, десерт означает  буквально: «блюдо, которое подается перед тем, как убрать со стола».

 Уже в XVIII в. слово имело несколько значений: десерт 1754 (десс- 1764, -ер 1758, дез- 1795), -а и -у, м. Фр. dessert. Сладкие блюда, фрукты, подаваемые в конце обеда. Ср. заѣдки, закуски, постольник. || Легкая закуска, состоящая из фруктов, сластей и т. п. (4).  Тогда же в русском литературном языке появилось производное слово десертный.

Широкое распространение всевозможные виды десертов получили в Европе только в XIX столетии. Именно в это время сформировался порядок трапезы, которая должна оканчиваться десертом. Понятие десерта было расширено: в конце обеда подавались не только кондитерские изделия или сладости, но и варенье, а также напитки. К десертным относились как алкогольные (вина, ликеры или настойки), так и безалкогольные напитки (горячий шоколад, кофе, чай, кисель, компот). Таким образом, в  группе «Десерт» выделялись такие подгруппы, как: «фрукты»; «сухофрукты»; «конфеты»; «сладкое кушанье»; «кондитерское изделие», «варенье», «напитки».

Приведем некоторые примеры употребления слова десерт в его расширенном семантическом объеме: Когда разнесли десерт, сопровождаемый ратафией, пьяной водицей и вишневкой, когда гости стали тучны и алы, хозяйка встала с места [А.Ф.Вельтман. Неистовый Роланд (1834)]; Наконец со стола снимается все, даже скатерть, и на столе является десерт: плоды, орехи, сладкое вино и кофе [А. Вышеславцев. С мыса Доброй Надежды // «Русский вестник», 1858]; Подали десерт: разного рода варенья, яблоки, бергамоты, финики, винные ягоды и грецкие орехи [Антоний Погорельский. Черная курица (1829)]; Десерт во все продолжение обеда стоит на столе; он состоит из сухих конфектов, варений и фруктов, которые произращаются в здешних оранжереях [A.П. Башуцкий. Панорама Санкт-Петербурга (1834)] (3).

В пределах границ конца XVIII – XIX вв. наблюдалось параллельное использование единиц десерт и заедки, а также  закуски. См.: Приготовь нам вина в снегу, прядочные закуски, то есть сласти, состоящие из десертов и конфектов (1802). Кург. Письм. (повесть об удалом солдате) // Повести разумные 230 (2); Заедки всякие, бывало, разносили: конфеты, марципаны, цукаты, сахары зеренчатые, варенье инбирное индейского дела [П.И.Мельников-Печерский. Старые годы (1857)]; На другом столе были расставлены заедки, какими по старому обычаю прежде повсюду, во всех домах угощали гостей перед сбитнем и взварцем, замененными теперь чаем [П.И. Мельников–Печерский. В лесах. Книга первая (1871-1874)]; Обед оканчивался обыкновенно закусками, между коими занимали первое место марципаны, цукаты, имбирь в патоке, шептала и леденцы [М.Н. Загоскин. Юрий Милославский, или русские в 1612 году (1829)](3).

Отметим, что термин «десерт» в русском языке XIX в. вытеснил русское слово «пирожное», долго бытовавшее в просторечии для обозначения любого сладкого блюда: После сытных кушаньев подали лакомства: сыр, сметану, плоды, варенья, сахарные закуски и пирожное [Ф.В.Булгарин. Димитрий Самозванец (1830)] (3).

Из этого контекста явствует, что к десерту в XIX в. относились и молочные продукты (сметана, сыр), поскольку их подавали после обеда: Они нас однажды позвали обедать и меня очень удивило меню обеда: было одно большое блюдо рябчиков, весьма вкусно приготовленных в соусе – и потом – вафли, сыр и дессерт [А. П. Керн. Три встречи с императором Александром Павловичем 1817-1820 гг. (1870) // «Русская старина», 1873] (3).

Слово десерт использовалось в русском литературном языке XIX в переносно: Сплетни – отдых разговора, его десерт, его соя, одни идеалисты и абстрактные люди не любят сплетней… [А.И. Герцен. Былое и думы. Часть восьмая (отрывки) (1865-1868)] (3). Здесь десерт: <самый интересный момент>.

Слово пирожное также выступало в русском языке XIX в. в переносном значении, как сравнение: Она, к примеру, такое пирожное, сидит и на фортепьяне играет, а ты из красильни, как шут какой, в кубовой краске в залу-то ввалился! [А. Н. Островский, Н. Я. Соловьев. Женитьба Белугина (1877)]; В это время послышался приятный шум дамского платья; подошла пожилая дама, вся убранная кружевами, и с нею тоненькая, в белом платье, очень мило рисовавшемся на ее стройной талии, в палевой шляпке, легкой, как пирожное [Н. В. Гоголь. Нос (1836)] (3).

Заимствование французских слов в рассматриваемый период могло сопровождаться процессом сужения их семантического объема, как в словах желе и мармелад.

Желе.  Слово заимствовано русским литературным языком в XVIII в. См.: желе́ (из франц. gelée «сгусток»: лат. gelātus «замерзший») (5, т.2, с.41),  «фруктовый сок, застывший студенистой массой», стар. желеи, со времен Петра I; см. Смирнов 144 (2).

В русский литературный язык XIX в.  слово желе первоначально вошло в значении «замороженная масса из соков и мяса».  Позже в слове произошло уточнение (конкретизация) значения по принципу уменьшения его семантического объема: за ним закрепилось значение «десерт из любых ягод или плодов» при сохранении семантического признака «замороженное изделие»: Обед был действительно недурен и, в качестве воскресного, не обошелся без трепещущего желе [И.С.Тургенев. Мой сосед Радилов (1847)]; (3).

В русском литературном языке XIX в. употреблялись параллельно семантически сближенные единицы «иноязычное – русское» (желестудень). Однако в слове студень произошла семантическая дифференциация: слово стало обозначать замороженную массу из мяса и из сферы «Десерт» перешло в сферу «Холодные закуски»:  Вслед за пирогом следовали холодные: поросенок с хреном, студень, ветчина и т. п. [Ф. В. Булгарин. Иван Иванович Выжигин (1829)] (3).

В дальнейшем слово желе получило в русском языке XIX в терминологическое значение «специфическая консистенция чего-либо». С помощью данного термина объяснялось состояние или описывался внешний вид предмета: в виде желе, желеобразная масса: При стоянии и в температуре около + 6-8° Ц опалесценция усиливается; густая, щелочная жидкость превращается даже в очень нежное беловатое желе [А.Я. Данилевский. Исследование состава, физического и химического строения, продуктов распадения белковых веществ и генетических отношений между различными их видами (1871)] (3).

Слово желе могло выступать в русском литературном языке XIX в. в качестве сравнения: На купчихе с молодым, но уже дряблым телом, вроде желе, я жениться не хотел, – и удалился к себе в деревню [И.С.Тургенев. Гамлет Щигровского уезда (1849)]; И по наружности Пищалкин стал походить на древнего мудреца: волосы его на темени вылезли, а пополневшее лицо совершенно застыло в какое-то величавое желе уже ничем не обузданной добродетели [И.С.Тургенев. Дым (1867)] (3). Здесь значение «застывшее выражение лица» основано на свойстве желе как десерта: «замороженное состояние».

Мармелад. Появление слова мармелад в русском языке относится к XVIII в.: мармелад 1789, а, м. и мармелада 1786, ы, ж. (мн. мармелады 1771). Исп. marmelada, непоср. и через. фр. marmelade. Желе из фруктового пюре или сока, сваренного с сахаром (4).

 Мармелад означает буквально <блюдо из айвы цвета яблок>. См. у М.Фасмера: Мармелад. Позднее заимствование из франц. marmelade от порт., исп. marmelada – то же, marmelo «айва», лат. melimēlum «медовое яблоко», греч. μελίμηλον «айва» (см. Преобр. I, 511) (5, т.2, с.574).

В русском языке XIX в.  слово мармелад получило значение «изделие из фруктово-ягодного пюре с сахаром» и стало объемнее, поскольку в основу его изготовления могли быть положены любые фрукты или ягоды. Сохранилась общая сема «цвет» (золотисто-медовый): Каботажные суда в триста или четыреста тонн…, привозят обратно из Сирии табак, деревянное масло, мыло, ... сушеные абрикосы и абрикосовый мармелад [А.А.Рафалович. Путешествие по Нижнему Египту и внутренним областям Дельты (1850)] (3).

Слово мармелад выступало в русском литературном языке XIX в.  как сравнение, основанное на внешнем виде изделия (гладкий, ровный) и кего ачестве (сладкий вкус): (Увидев Бабакину) Батюшки, мармелад сидит!.. Рахат лукум!.. [А. П. Чехов. Иванов (1887)];  А она уже не молодая, лет тридцати, но тоже высокая, стройная, чернобровая, краснощекая, – одним словом, не девица, а мармелад [А. П. Чехов. Человек в футляре (1898)] (3).

При заимствовании французских слов наблюдался и другой процесс –  расширение исконного семантического значения, где в основу изменения  значения лексической единицы положено внешнее сходство прототипа и заимствования, или ассоциативные связи.

Бланманже. Заимствованное слово бланманже вошло в русский литературный язык в XVIII в.: бланманже́ (blancmanger, от франц. blanc «белый», и manger «есть, кушать») (5, т.1, с.172) в значении  «кушанье белого цвета из сливок и миндального молока»: Между жарким и блан манже/ Цимлянское несут уже  (А.С.Пушкин. Евгений Онегин (1831).

В XIX веке словари и поваренные книги зафиксировали в русском литературном языке иное значение в слове бланманже: «желе из сливок и миндаля, шоколадное, кофейное», которое практически вытеснило первоначальное:  Ну, вот вышли мы из-за стола… а сидели мы часа три, и обед был славный; пирожное бланманже синее, красное и полосатое… [А.С.Пушкин. Барышня-крестьянка (1830)] (3).

 Таким образом, при сохранении общего признака «кушанье с использованием молока или сливок и миндаля» акцент на цвет уже не делался. Данный контекст содержит уточняющее слово  пирожное как обобщенное наименование «жидкого» десерта. Ср.: Подали какое-то жидкое пирожное, вроде крема, с бисквитами: он попробовал, должно быть ему понравилось [И. А. Гончаров. Фрегат «Паллада» (1855)] (3). 

Слово бланманже, как и другие наименования десертных блюд, способно к ассоциативным переносам, которые основаны на уподоблении безынициативного и слабовольного человека продуктам питания, имеющим жидкую консистенцию. В одних случаях ассоциации связаны со свойственной бланманже рыхлостью, что приводит к образованию значения «расплывчатый», «нечеткий»: Слог его зато совершенно противуположен погодинскому: дутый, губчатый, вроде неокрепнувшего бланманже и в которое забыли положить горького миндалю, хотя под его патокой и заморена бездна желчной, самолюбивой раздражительности [А.И. Герцен. Былое и думы. Часть четвертая. Москва, Петербург и Новгород (1857); Что значат наш ум и ученость? Желе или бланманже [Ф. В. Булгарин. Мелочная лавка (1825-1843)] (3).

В другом контексте  перенос значения связан с обыгрыванием сладко-приторного вкуса данного десерта, что вместе с единицей «избалованные» и театральными словами «инженю», «водевильный» формирует значение «притворный», «фарсовый»: Побойся Бога, ни в одном из твоих рассказов нет женщины-человека, а все какие-то прыгающие бланманже, говорящие языком избалованных водевильных инженю [А.П.Чехов. Письма Александру Павловичу Чехову (1887)] (3).

Безе. Слово безе (фр. baiser, букв. «поцелуй») обозначает легкое воздушное пирожное из яичных белков и сахара: Они были из белого безе со сливками, легкие, полувоздушные, пустые внутри [Н.П. Вагнер. Сказки Кота-Мурлыки (1872)] (3).

В русском литературном языке XIX в. было распространено также употребление слова безе в его исконном значении «поцелуй» (фр. baiser, букв. «поцелуй») : Пренебрегают кондитерским безе, потому что вкушали уже безе более сладостное – с прелестных уст. [В.П. Авенариус. Бродящие силы. Современная идиллия (1865)] (3).

Карамель. Слово карамель было заимствовано в XVIIIв.: караме́ль ж. «сорт конфет». Вероятно, из франц. саrаmеl от исп. саrаmеlо, лат. саnnа mellis «сахарный тростник» (5, т.2, с.192); карамель 1796, и, ж. Фр. caramel. Кулин. Проваренный сахар; леденец. Процѣди <отвар> сквозь сито и увари в карамель, т. е. так густо, чтоб с ложки тянулось. Сл. пов. V 6. (4).

Слово карамель, имевшее в период вхождения в русский язык объемное значение «сироп или тягучая сладкая жидкая масса», начинает фиксироваться в словарях в значении «леденец» или в подобных значениях с акцентом на внешний вид изделия, имеющего небольшой объем: «вид  конфет»: Мазурки кончились, мы сели./ Разносят виноград гостям, /И яблоки, и карамели (А.С.Пушкин. Капитан Храбров (1829).

Монпансье, монпансье́ «вид конфет», вульг. лампансье́. От названия франц. графства Мontpensier. Сорт фруктовых душистых леденцов; леденцы этого сорта.  Чтобы убить время молодой человек прошелся по грязным улицам, заглянул в лавочку, носившую название кондитерской, пробежал какую-то газету, купил коробочку monpensier. Е. Пяткина Три месяца в деревне // РВ 1878 10 830 (2).

В границах XIX  века слова монпансье и леденцы могли взаимозаменять друг друга, например: Генерал… был необыкновенный лакомка: в кармане у него, например, всегда можно было найти коробку с monpancier, и он даже в бою время от времени вынимает ее и съедает два-три леденца. Тхоржевский Под Карсом. // РВ 1894 7 49 (2) или дифференцироваться в контексте: Когда его дверь открывалась, мне казалось, что он вмещает в себя все, что необходимо для человеческого счастья: в нем были стеклянные бокалы с леденцами, монпансье [Н. А. Лухманова. Девочки (1894)]; Да слушай: гостинцев чтобы не забыли, конфет, груш, ... шоколаду, леденцов, монпансье [Ф.М.Достоевский. Братья Карамазовы (1880)] (3).

В XIX в. знание тонкостей французской кухни служило «лакмусовой бумажкой», позволявшей определять социальный статус того или иного представителя русского общества. Французская кухня и рестораны становятся обязательным атрибутом в представлении о достатке человека.

Многие заимствованные слова из области кулинарии стали принадлежностью современного языка: произошло заимствование не только названий, но и понятий, необходимых для обогащения русской культуры, фрагментом которой является еда. См.: Но сейчас ей было весело, впереди предстояла реальная выпивка, закуска и десерт – торт с розами [Токарева Виктория. Своя правда // «Новый Мир», 2002]; Больше всего мальчику нравилось дрожащее фруктовое желе в виде небольших усеченных конусов [Бахыт Кенжеев. Из Книги счастья (2007) // «Новый Мир», 2008]; Официант мне тут же почему-то, лишь поймав мой взгляд, предлагает некое гигантское бланманже[Андрей Битов. Усталость паровоза (1991)] (3) и др.

 Сегодня французская кухня – самая популярная на земном шаре,  и весь мир благодарно ее принимает, так как французские блюда изысканны, открывают простор для творчества и получают от благодарных едоков самую высокую оценку – «Вкусно!».

Литература

1. Япп Н.,Сиретт М. Эти странные французы. М., 2001.

2.Епишкин Н.И. Исторический словарь галлицизмов русского языка. М.: Словарное издательство ЭТС, 2010. Режим доступа: http://www.ets.ru/pg/r/dict/gall_dict.htm

3.Национальный корпус русского языка. Режим доступа: http://ruscorpora.ru.

4.Словарь русского языка XVIII века. Т.1. М.: Наука,  1985. Режим доступа: http://feb-web.ru/feb/sl18/slov-abc/05/sl611101.htm

5. Фасмер М. Этимологический словарь русского языка в 4-х т. М.,  2006. Режим доступа: http://vasmer.narod.ru/

Ключевые слова: концепт, прямое значение, переносное значение, лексикон, метафора.

ar zlər:konsept, əsas na, məcazi məna, leksikon, metafora.

Keywords: concept, direct meaning, figurative meaning, lexicon, metaphor.

 

XIX əsr rus ədəbi dilində “desert” adlandırılan fransız alınma sözlər

Xülasə

Məqalədə linqvistik nöqteyi nəzərindən XIX əsrin rus ədəbi dilində “Xörək” konseptin reprezentasiyası araşdırılır. “Desert” sahəində fransız alınma sözlərin xüsusiyyətləri, onların daxil olma tarixi və araşdıran zamanın rus ədəbi dilinin sistemində assosiativ əlaqələrin təyin olmasının təhlili aparılır.

 

French borrowing, indicating the name of the dessert, in the Russian literary

language of the XIX century

SUMMARY

In the article we analyzed the representing of concept “Food” in Russian literature language of XIX century from linguistic viewing. Analyzing the specific futures of tabbing words from French in “desert” field, the history of their adaptation and appearing associated links in system of Russian literature language of this period.

 

Rəyçi:  prof. Q.D.Udalıx


Fatimə Əfəndiyeva İbrahim q.

ЗАКОН ФОНЕТИЧЕСКОГО ОГРАНИЧЕНИЯ В ПЕРСИДСКОМ ЯЗЫКЕ

  Одним из законов, действующих во всех языках мира и в частности, в современном персидском языке и можно сказать, первостепенным является закон фонетического ограничения. Происходящие в каждом языке фонетические законы и явления оказываются под влиянием данного закона. Естественно, закон фонетического ограничения проявляется во всех единицах речи, фонемах и фонетических сочетаниях. Поэтому под исследованием закона фонетического ограничения изучаются чередования гласных- согласных, согласных-гласных, два следующих друг за другом согласных, последовательность фонем и невозможность этого, фонетические явления при этом, фонетические изменения и т.д.

По закону фонетического ограничения в современном персидском языке в начале слова и в начале слога не употребляются 2 согласных звука. В заимствованиях, начинающихся двумя согласными звуками, вынужденно добавляется один краткий гласный.

Следование двух согласных звуков является обычным фонетическим способом в русском, греческом, английском, латинском, французском и других языках. Слова с двумя согласными звуками, перешедшие из этих языков, иногда согласуются с фонетикой персидского языка, а иногда остаются неизменными. С этой точки зрения данные заимствования можно разделить на две группы:

I. Слова, которые, подчинялись внутренним фонетическим законам персидского языка, приспосабливаются особенностям произношения данного языка. Эти слова, в свою очередь, делятся на 2 группы:

a) В словах, начинающихся двумя согласными звуками, в начале добавляется один краткий гласный. Например:

استکان

-

(estekan)

-

стакан

اسپرت

-

(esport)

-

спорт

استاژ

-

(estaj)

-

стаж

اسکلت

-

(eskelet)

-

скелет

Обычно гласный добавляется перед сочетаниями (ст), (сп) и (ск).

b) В словах, начинающихся двумя согласными, пишется один краткий гласный. Это является наиболее распространенной формой. Например:

پلنوم

-

(pelenum)

-

плениюм

تریبون

-

(teribun)

-

трибуна

گروپ

-

(qorup)

-

группа

کلاس

-

(kelas)

-

класс  

  II. Некоторая часть заимствований сохранила в определенной степени свой фонетический состав. Например:

گرافیک

-

(qerafik)

-

график

گریم

-

(qerim)

-

грим

گریپ

-

(qerip)

-

грипп

گرافیت

-

(qerafit)

-

графит

کرم

-

(kerem)

-

крем

فرانک

-

(frank)

-

франк

کلر

-

(klor)

-

хлор

گلیوکز

-

(qlyukoz)

-

глюкоза

کواس

-

(kvas)

-

квас

Примечание. Словоپرژه   (proje) – проект, будучи заимствованием из французского, сохранило эту форму.

Такие слова составляют одну часть слов с фонетическим вариантом. Они произносятся двумя вариантами. Причина произношения этих слов с двумя согласными в том, что один из них является сонорным. Сонорные звуки (р, л, м, н) близки к гласным в силу высоты тона. И по этой причине произношение двух согласных не вызывает особенных проблем. Для персидского языка нехарактерно не только употребление двух согласных в начале слова. Так, что не всегда могут следовать два согласных в конце слова, состоящего из одного слова. Ясно, что говоря о словах с исходом на два согласных (согласный, гласный, согласный и гласный, согласный, согласный) имеются ввиду односложные слова, оканчивающиеся двумя согласными (دشت٬ درس٬بخت٬ جفت٬ تب٬ آرد٬اسب) .

Язык, такие как в начале слова, так и в конце избегает употребления двух согласных. Рассмотрим примеры этого процесса и фонетические явления при нем.

1. Арабские слова с ташдидом в конце произносятся с одним согласным:

ردّ

-

(rədd)

-

رد

-

(непринятие)

فنّ

-

(fənn)

-

فن

-

(предмет)

جنّ

-

(cenn)

-

جن

-

(эльф)

ضدّ

-

(zedd)

-

ضد

-

(против)

2. В разговорном персидском языке выпадает последний согласный из двух:

شست

-

(şost)

-

شس

-

(şos)

مست

-

(məst)

-

مس

-

(məs)

هست

-

(həst)

-

هس

-

(həs)

نیست

-

(nist)

-

نیس

-

(nis)

Этот процесс можно наблюдать в сложных и производных словах:

دستمال

-

(dəstmal)

-

دسمال

-

(dəsmal)

درستکاری

-

(dorostkari)

-

درسکاری

-

(doroskari)

Выпадение одного из согласных можно наблюдать и в середине слова. Это в основном происходит в разговорном языке.

a) выпадение согласного звука «h»:

صفحه

-

(səfhe)

-

صفه

-

(səfe)

مشهدی

-

(məşhədi)

-

مشدی

-

(məşədi)

b) выпадение согласного звука /d/:

چند

-

(çənd)

-

چن

-

(çən)

بلند

-

(bolənd)

-

بلن

-

(bolən)

تند

-

(tond)

-

تن

-

(ton)

v) В сложных и производных словах с удвоенным согласным один из них впадает. Это свойственно и литературному языку.

قنددان

-

(qənddan)

-

قندان

-

(qəndan)

سررشته

-

(sərreşte)

-

سرشته

-

(səreşte)

خشک کن

-

(xoşkkon)

 

خش کن

 

(xoşkon)

Примечание. Этот закон относится к согласным, близким артикуляцию:

شب پره

-

(şəb pəre)

-

شپره

-

(şəpəre)

بدتر

-

(bədtər)

-

بتر

-

(bətər)

3. В арабских заимствованиях с исходом на 2 целевых согласных один из них переходит в смычный. Таким образом один из двух согласных, т.е. «ğ» переходит в /х/.

وقت

-

(vəğt)

-

وخت

-

(vəxt)

اقتصاد

-

(eğtesad)

-

اختصاد

-

(extesad)

مقصود

-

(məğsud)

-

مخصود

-

(məxsud)

نقشه

-

(nəğşe)

-

نخشه

-

(nəxşe)

Это происходит под воздействием глухих согласных /s/ и  /ş/, которые следуют за звуками /ğ/.

4. Если в конце слова следуют один щелевой и один смычный, то при артикуляции щелевой переходит в смычный. Например: 

دزد

-

(dozd)

-

دز

-

(dozz)

خواست

-

(xast)

-

خواس

-

(xass)

شکست

-

(şekəst)

-

شکس

-

(şekəss)

  Это происходит по причине того, что при произношении смычных «s», «z» создается поток воздуха между языком и небом, что в свою очередь, образует препятствие. Из-за этого и происходит переход щелевых согласных в смычные.

В результате исследования односложных слов в современном персидском языке установлено, что в последовательности согласных господствует следующий закон фонетического ограничения: 

  1. Парные губные согласные /b/, /p/, /m/ не могут следовать друг за другом в рамках одного слога.
  2. Губно-зубные согласные /v/, /f/ и парные губные согласные «b», «p», «m» не могут следовать друг за другом
  3. Переднеязычные зубные /d/, /t/, /s/, /z/, /l/, /n/ не могут быть использованы как (dt), (td), (zt), (tz), (zs), (ts), (sd).
  4. Не встречаются сочетания переднеязычных альвеолярных /r/, /c/, /ç/, /j/, /ş/ в виде (rj) , (cj) , (çj) , (şj) , (jş) , (jr) , (jc) , (jç) , (çş) в рамках одного слога.
  5. Среднеязычные небные согласные /j/, /k/, /g/ не могут находится рядом в одном слоге.
  6. Заднеязычные небные согласные /k/, /q/, /x/, /g/ не могут следовать друг за другом в рамках одного слога.
  7. Язычковый согласный /x/  не может быть с горловым «q»  в одном слоге.
  8. Смычные согласные /s/, /ş/, /j/ не могут следовать друг за другом в одном слоге.
  9. Сонорные согласные /r/, /l/, /,/n/ не следуют друг за другом.

Помимо вышеуказанных фактов в закон фонетического ограничения также включается факт невозможности употребления подряд двух гласных. Отметим, что в исконно персидских словах не может быть употреблено два гласных как в начале, так в середине и так же в конце слова. При вынужденном их употреблении возникают качественные разницы. В них происходят внутренние фонетические явления:

a) первый гласный выпадает, второй удлиняется;

b) первый гласный выпадает, второй остается без изменений;

v) образуются дифтонги;

Поэтому к словам, начинающимся на гласный и с исходом на согласный при присоединении префиксов и суффиксов между ними добавляется полугласный, полусогласный  /y/  , взрывные - /c/ , /d/, /v/, /g/, /q/ и глухой /t/. В современном персидском языке нет закона гармонии, существующего в азербайджанском и других тюркских языках. В персидском языке существует похожая на этот закон гармония гласных-согласных. В персидском языке отчетливо проявляется гармония гласный-согласный, согласный-гласный.

Таким образом, если гласный в слоге мягкий, то согласный после него тоже мягкий, если гласный твердый, то согласный тоже твердый. То есть гласный действует артикуляционной на следующий после него согласный. Известно, что гласные персидского языка  /a/, /o/, /u/ – являются твердыми, а, /ə/, /e/, /i/– мягкими. Поэтому следующие за ними согласные в первом случае отвердевают, а во втором смягчаются. Например, рассмотрим два слова: سارا  /sara/ и سیر   /sir/.

В слове  سارا /sara/ гласный первого слога твердый, заднеязычный среднего подъема – /a/ способствует произношению переднеязычного, средненебного сонора – /r/. А в слове سیر   /sir/ переднеязычный, неогубленный, мягкий «i» способствует мягкому произношению переднеязычного средненебного сонора – /r/.

Закон гармонии персидского языка отчетливо проявляется в произношении согласных ک   и  گ . Указанные согласные в зависимости от рядом стоящих гласных произносятся твердо и мягко – /q/, /k/ и /d/, /k/. Обратим внимание на примеры:

Твердое произношение

Мягкое

произношение

کار

-

/kar/

-

کر

-

/kər/

کور

-

/kur/

-

کردار

-

/kerdar/

کارد

-

/kard/

-

مکتب

-

/məktəb/

        Список литературы

  1. Dəmirçizadə Ə.M. Müasir Azərbaycan dilinin fonetikası. Bakı: Azərnəşr, 1960 (200 s.)
  2. Hatəmi N.Z. Fars danışıq dili. Bakı: Azərnəşr, 1965 (235 s.)
  3. Hatəmi N.Z. Farsca-Azərbaycanca lüğət. Tehran: Naşernəşr, 1999 (3000 s.)
  4. Məmmədova Ə.B. Müasir fars dilinin fonetik qanun və fonetik hadisələri. AMEA, 2003 (245 s.)
  5. Рубинчик Ю.А. Современный персидский язык. Москва: Наука, 1960 (190 с.)

                                                                                                    Xülasə

Fars dilində fonetik məhdudiyyət qanunu

Müasir fars dilində fəaliyyət göstərən qanunlardan biri, demək olar ki, ən başlıcası fonetik məhdudiyyət qanunudur. Hər bir dildə baş verən fonetik qanun və hadisələr fonetik məhdudiyyət qanununun təsiri altında olur. Məhz bu səbəbdən də fonetik məhdudiyyət qanunu tədqiq etdiyimiz zaman sait və samitlərin, samitlər və saitlərin, və ya iki müxtəlif samitin bir-birini izləməsi; hansı fonemlərin bir-biri ilə yanaşı gəlməsi və ya gələ bilməməsi; bu zaman baş verən fonetik hadisələr və fonetik dəyişikliklər tədqiq edilir.

Açar sözlər: müasir fars dili - fonetik məhdudiyyət - fonetik hadisələr - fonetik dəyişikliklər - bir-birini izləyən sait və samitlər - bir-birilə yanaşı gələn fonemlər

 

Резюме

Закон фонетического ограничения в персидском языке

Одним из законов, действующих во всех языках мира и в частности, в современном персидском языке и можно сказать, первостепенным является закон фонетического ограничения. Происходящие в каждом языке фонетические законы и явления оказываются под влиянием данного закона. Поэтому под исследованием закона фонетического ограничения изучаются чередования гласных-согласных, согласных-гласных, два следующих друг за другом согласных, последовательность фонем и невозможность этого, фонетические явления при этом, фонетические изменения и т.д.

Ключевые слова: современный персидский язык - фонетическое ограничение - фонетические явления - фонетические изменения - чередования гласных и согласных - последовательность фонем

 

Summary

Limitation of phonetic laws

One of the most important phonetic laws in Persian language is limitation of phonetic laws. Each phonetic laws and events in the language take place under the influence of limitation phonetic laws. Therefore, when we examine the phonetic law of limitation we’re studying the cases of following of vowels and consonants or consonants and vowels, or two different consonants each other; phonemes which come along with each other or could not come; phonetic events taking place at this time, and phonetic changes.

Key words:modern Persian language - phonetic restriction - phonetic events - phonetic changes - vowels and consonants follow each other - phoneme used alongside each other

 

Rəyçi: prof. N.N.Məmmədov

 

                             


Mehdiyeva Mehriban Asif qızı

TƏRCÜMƏNİN MAHİYYƏTİ VƏ VƏZİFƏLƏRİ

      Müasir dilçilik elminin tədqiq etdiyi çoxsaylı mürəkkəb problemlər arasında mühüm yerlərdən birini “tərcümə”  və ya “tərcümə fəaliyyəti“ adlandırılan dillərarası nitq fəaliyyətinin linqvistik aspektlərinin öyrənilməsi tutur. Tərcümə  insan fəaliy­ətinin mürəkkəb və çoxtərəfli növlərindən biridir. Bəşəriyyətin  mədəni inkişafında tərcümənin rolu danılmazdır. Tərcümə sayəsində bir ölkənin insanları  digər bir ölkə­in həyatı, məişəti, tarixi, ədəbiyyatı və əldə etdiyi elmi nailiyyətləri ilə tanış olurlar. Tərcümə olunmuş bir çox bədii əsərlər milli ədəbiyyatın tərkib hissəsinə çevrilir.

     Tərcümə dedikdə adətən bir dildən digərinə tərcümə haqqında danışılır. Amma nəzərə almaq lazımdır ki, əslində tərcümə prosesində müxtəlif mədəniyyətlər, müx­əlif şəxsiyyətlər, müxtəlif düşüncə tərzləri və üsulları, müxtəlif ədəbiyyatlar, müxtəlif epoxa və dövrlər, ayrı-ayrı inkişaf səviyyələri, müxtəlif adət və ənənələr qarşılaşır, üz-üzə gəlir. Məhz bu səbəbdən tərcümə ilə mədəniyyətşünaslar, etno­raflar, psixoloqlar, tarixçilər, ədəbiyyatşünaslar, o  cümlədən təbii ki, dilçilər də maraqlanır və tərcümə fəaliyyətinin müxtəlif  tərəfləri müvafiq elm sahəsi çərçivə­ində tədqiqat obyekti ola bilər. Bununla yanaşı, tərcuməşünaslıq elmində tərcümənin koqnitiv, kulturoloji, ədəbi, psixoloji, dil və s. aspektləri haqqında da danışmaq mümkündür.

     Tərcümə ünsiyyət vasitəsi kimi müxtəlif dillərdə danışan insanların bir araya gəldiyi vaxtdan meydana çıxmışdır. Mütəxəssislər ilk yazılı tərcümə nümunələrinə qədim Misirdə rast gəlindiyini qeyd edirlər. Şifahi tərcümə, müxtəlif dillərdə danışan insanların ünsiyyət qurmaq ehtitacından yaranmış və inkişaf etmişdir. Sifahi tərcümənin tarixi, yəqin ki, yazılı tərcüməninkindən daha qədimdir.   

      Tərcümədə tez- tez qarşılaşdığımız “ tərcümə nəzəriyyəsi”, “ tərcümə təcrübəsi”, “tərcüməşünaslıq”, ” tərcümənin linqvistik nəzəriyyəsi”, kimi anlayışlar tərcümənin nəzəri hissəsini təşkil edir. Müasir tərcüməşünaslıqda aparıcı yer tərcüməni linqvistik hadisə kimi öyrənən linqvistik tərcüməşünaslıq tutur. Tərcüməşünaslığın ayrı-ayrı növləri tərcümə fəaliyyətinin hərtərəfli təsvirini verməklə bir-birini tamamlayır. Tərcümə nəzəriyyəsində tərcümənin ümumi və xüsusi nəzəriyyəsi arasındakı fərqlər müşahidə olunur. Tərcümənin ümumi nəzəriyyəsi bir dildən başqa dilə edilən tərcümənin və müxtəlif növ və janrlı mətnlərin tərcümə prosesini izləyən və bu prosesə nitq formaları və onların işlədilməsi yollarını tədqiq edən proses linqvistik tərcümə nəzəriyyəsinin bir hissəsini təşkil edir. Tərcümənin xüsusi nəzəriyyəsi dedikdə, tərcümənin ümumi nəzəriyyəsinin müddəalarını tərcümənin ayrı-ayrı növ və tiplərinə uyğun olaraq öyrənilməsi nəzərdə tutulur.   

      Tərcümə nəzəriyyəsi tərcümə prosesində qarşıya çıxan problemlərin həll edilməsi zamanı meydana gəlir və formalaşır. Tərcümə nəzəriyyəsi təkcə tərcümənin məqsəd və vəzifələrini formalaşdırmır , eyni zamanda bir dildən digər dilə edilən tərcümənin və tərcüməçilik problemlərinin həlli yollarını da göstərməyə çalışır. Tərcümənin vəzi­əsi iki dil arasında mövcud fonetik, leksik, qrammatik uygunluqları, eləcə də fərqləri müəyyənləşdirməkdən və tərcümənin mümkün üsullarını göstərməkdən ibarətdir.

     Tərcümə nəzəriyyəsi XX əsrin 50-60- cı illərində formalaşmağa başlasa da, tərcü­əyə marağın tarixi antik dövrə gedib çıxır. Təsadüfi deyil ki, müxtəlif dövr­ərdə, müxtəlif alim və filosoflar tərcümə işinə yüksək qiymət vermiş, xalqlar arasında siya­i, iqtisadi və mədəni əlaqələrin inkişafında tərcümənin əvəzsiz rolunu qeyd etmişlər. Bu mənada tərcüməni bəşəriyyət tarixində xalqları bir-birinəbağla­an mənəvi körpü adlandırırlar.

    Yuxarıda qeyd edildiyi kimi,tərcümə insanlar arasında ünsiyyət növlərindən biri, həm şifahi, həm də yazılı formada təzahür edir. Tərcümə nəzəriyyəsi tərcümənin bu iki növü əsasında ortaya çıxan materialların öyrənilməsinə, tədqiq edilməsinə söykən­əklə inkişaf etmiş, formalaşmışdır. Bu səbəbdən, ilk öncə, “Tərcümə nədir ?”  sualına cavab vermək lazımdır. Bu suala alimlər müxtəlif cavablar vermişlər. A.V.Fyodoro­un fikrincə, ”Tərcümə bir dildən başqa dilə mətnin düzgün və tam ifadə edilməsidir.”

      Məhşur rus tərcüməşünası L.S.Barxudarov isə “Tərcümə nədir ?” sualinı belə cavablandırmişdır ki, “Tərcümə bir dildə olan mətnin məzmun planının, yəni mənası­ın, məzmununun saxlanması şərti ilə başqa dildə olan nitq əsərinə çevrilməsinə deyilir ” [ 4, s.11]. Tədqiqatçı orijinalla tərcümənin bir vəhdət halında özünü göstər­əsini obyektiv bir zərurət kimi qitmətləndirir: “ Bir tərəfdən tərcümə mətninin köməyi ilə orijinalın öz auditoriyasına göstərdiyi təsirə malik olma , digər tərəfdən isə tərcü­ənin dil vasitələrinin özünəməxsusluğu mətnin dil məzmununun yenidən qurulması zərurətini ortaya çıxardır. Məhz bu zərurət tərcümə çevrilmələri, əvəzlənmələr, əlavə və ötürmələrin ilkin linqvistik əsasıdır “.

      Azərbaycan dilçisi və tərcüməçisi Q.Bayramova görə : “Tərcümə müəyyən bir prosesin nəticəsidir. Bu proses tərcümənin dil vasitələrinin özünəməxsusluğu, mətnin dil məzmununun yenidən qurulması zərurətini ortaya çıxarır. Məhz bu zərurət tərcü­ə çevrilmələri, əvəzlənmələr, əlavə və ötürmələrin ilkin linqvistik əsasıdır” .   

      Bolqar tədqiqatçısı A.Lilova tərcüməyə aşağıdakı tərifi verir : ”Tərcümə spesifik fəaliyyət olub, bir dildə mövcud olan mətnin ( əsərin ) başqa dildə yenidən yaradılmasıdır.

      Tərcümə həm də prosesdir, bu prosesin nəticəsində bir dildə yazılmış mətnin əsasında ikinci bir dildə formaca yeni, məzmunca birinci mətnə yaxın bir mətn meydana gəlir, yəni bu proses özü də bir fəaliyyət  kimi tərcümədir .“

Tədqiqatçı bu kontekstdə “proses” sözünün özünə də sırf linqvistik mənada yanaşır və yazır: “Proses” sözünü tərcüməyə şamil etdikdə onu sırf linqvistik mənada, yəni dillərarası (interlinguistic ) transformasiya (bir dildəki mətni digər dilə çevirmək) mənasında başa düşmək lazımdır. Bu zaman yenə də transformasiya, bir mətn əsasında ikinci mətnin yaradılması hərfən başa düşülməlidir, çünki orijinal mətn öz-özünə çevrilmir, ikinci mətn öz-özünə yaranmır.” O, transformasiyadan danışarkən iki dil arasında müəyyən əlaqələrdən bəhs edir. Həmin iki dildən birini məxəz  (source), digərini isə tərcümə dili, yaxud hədəf (target) dil adlandıran Q. Bayramovun fikrincə: “ Məxəz mətn məxəz dildə yazılmış olur, mütərcim müəyyən tərcümə transformasiyalarından istifadə etməklə hədəf dildə yazılmış bir mətn yaradır. Bütün bu linqvistik və interlinqvistik əməliyyatların cəmi linqvistik anlamda  tərcümə prosesini təşkil edir.” “Tərcümə nədir ?” sualına Q. Bayramov belə cavab verir ki, “tərcümə transformasiyanın bir növü, daha dəqiq desək, dillərarası (interlinguistic) transformasiya kimi səciyyələndirilə bilər.” [ 3, s. 8 ].”

       Azərbaycanda tərcümə isinin nəzəri və praktik cəhətləri ilə yaxından məşğul olmuş xalq yazıçısı, akad. M. İbrahimov  “Tərcümə sənəti” məcmuəsinə yazdığı müqəddimədə bədii tərcüməni yaradıcılıq işi kimi dəyərləndirir. O, belə hesab edir ki, bədii tərcümənin nəzəriyyəsi kimi özü də mürəkkəb bir hadisədir. Burada şablon, standart priyomlar işə yaramır. Tərcüməçi bədii sözlə, bədii ifadə ilə adi söz, adi ifadə arasında fərqi duymalıdır. Elə obrazlı ifadələr, təşbehlər və idiomlarla rastlaşırıq ki, onların müstəqil tərcüməsi mümkün deyil. Belə hallarda həmin ifadə və idiomların başqa dillərdə necə verildiyinə fikir vermək  lazımdır. 

       V.Q.Qak və Y.İ.Lvin orijinalın düzgün başa düşülməsini dəqiq tərcümənin ilkin şərti hesab edirlər. Amma onlar bunu da qeyd edirlər ki, orijinalı tam və dəqiq başa düşmək hələ onu düzgün tərcümə etməyi bacarmaq demək deyildir. Tərcümənin çətinlikləri iki dilin ünsürləri arasında uyğunluqların verilməsi prosesində üzə çıxır. Çox vaxt tərcümə zamanı belə bir vəziyyətlə qarşılaşmalı oluruq ki, orijinalın məz­unu tam aydın olur, amma həmin məzmunu başqa dildə vermək çətin olur. Ona görə də tərcümə etməyi öyrədərkən əvvəlcə dillər arasında hazır uyğunluqların öyrənil­əsinə fikir vermək lazımdır. Bunlar olmadıqda isə bu cür uyğunluqları tapmağı öyrən­ək lazımdır.

      V.Q.Qak və Y.İ.Lvin tərcümə prosesinin əsas çətinliklərindən birini bunda görürlər ki, tərcüməçi mücərrəd söz və terminlərlə yox, konkret mülahizələrlə iş görür. Hər bir konkret nitq aktında sözlər və qrammatik formalar müəyyən anlayışları və hadisələri əks etdirən əlaqələri ifadə edirlər. Beləliklə, tərcümə zamanı tərcümə­inin ifadə etdiyi ekvivalentlərin invariantlığı  müxtəlif səviyyələrdə müəyyənləşdirilə bilər. Bu, dil formalarının oxşarlığı, dil vasitələrinin formal olaraq fərqliliyi şəraitində dil mənalarının ümumiliyindən, təsvir edilən situasiyaların ümumiliyindən ibarətdir. Müəlliflərin fikrincə, burada qeyd olunanlar dil ekvivalentliklərinə  aiddir.

      Tərcümə nəzəriyyəsi və tərcümə praktikası bir -birinə sıx bağlı olsalar da, onlar başqa-başqa yollarla inkişaf etmişlər. Yuxarıda qeyd etdiyimiz kimi, tərcümə bir fəaliyyət növü olaraq qədimdən mövcud olduğu halda, tərcümə nəzəriyyəsi keçən yüzilliyin ortalarında meydana gəlmişdir.

      Z.D.Lvovskaya tərcümə haqqında elmin meydana çıxmasının ilkin şərtlərindən danışarkən göstərir ki, bu elmin tərcümə praktikasından iyirmi əsr gec meydana çıxmasının obyektiv səbəbləri vardır. Tədqiqatçının fikrincə, tərcümə nəzəriyyəsi tərcüməşünaslıq barəsində fundamental rol oynayan bir sıra elmlər sahəsində ilkin şərtlər yaranmayınca meydana şıxa bilməzdi. Bura, linqvistika və obyekti insan, onun fəaiyyəti olan elmlər aiddir.

      Akad. M.Arif tərcümə sənəti barəsində öz mülahizələrini söyləyərkən  tez-tez tərcümə praktikasına müraciət edir. Tərcümə təcrübəsindən öyrənirik ki, Azərbaycan dilinə əsər tərcümə edərkən tərcüməçi orijinalın bədii-ideya məzmununu ancaq Azərbayan dilinin qüdrəti sayəsində ifadə edə bilər. Tərcüməçi hər iki dili bilməlidir, ancaq o, tərcümə etdiyi dili daha yaxşı bilməlidir. Tərcüməçi ana dilinin zəngin xəzi­əsindən istifadə etməyi bacarmalıdır. Artıq isbat olunmuşdur ki, ən yaxşı tərcüməçi ana dilini bilən və ondan yaradıcı şəkildə istifadə etməyi bacaran tərcüməçidir.

      Hərfi və bədii tərcümənin fərqi məsələsi barəsində akad. M.Arifin fikri belədir:

 “ Təcrübə göstərmişdir ki, hərfi, mexaniki tərcümə, əvvələn, hələ bədii tərcümə deyildir, olsa-olsa sərti tərcümədir, ikincisi, hərfi, mexaniki tərcümə orijinalın ideya-bədii mənasını düzgün ifadə edə bilmir.” 

      Akad. B. Nəbiyevin tərcümə sənəti ilə bağlı fikri belədir: “Ümumiyyətlə, tərcümə, xüsusilə də bədii tərcümə dünyanın bir-birindən uzaq iqlim guşələrində ya­ayan, maddi və mənəvi nemətlər yaradan, müxtəlif dillərdə danışan, fərqli psixoloji təbiətə malik olan xalqlar arasında qarşılıqlı əlaqə və mötəbər dostluq  körpüsüdür ”.

      Həmin fikirlər bədii tərcüməyə aiddir, ancaq bununla belə onlar eynilə mətnin başqa formalarına, nümunələrinə şamil edilə bilər. Ona görə də tərcümənin sərhədləri və keyfiyyətləri məsələsi ilə daha çox ədəbi simalar, mədəniyyət xadimləri, tənqidçilər məşğul olmuşlar.

      Bu və ya digər dil vahidinin bütün mümkün olan işlənmə halları irəlicədən heç bir lüğətdə nəzərdə tutulmur. Ona görə də tərcümədə təkcə ayrı-ayrı sözlərin lüğəvi mənalarından yox, daha çox konkret məqamla bağlı olah mənalarından çıxış etmək lazımdır.

       Bu qəbildən olan müşahidə və qənaətlər ona gətirib çıxarmışdır ki, tərcümə sahə­ində olan tədqiqatlarda dil yox, nitq diqqət mərkəzində olmuşdur. Bu isə “tərcümə edilə bilmənin” ilk səbəbi olmuşdur. Bunun sayəsində tərcümədə ekvivalentlik məsələsinə funksional yanaşma meydana gəlir. Onun mahiyyəti ondan ibarətdir ki, ilkin dildəki mətnlərin bu və ya digər mənalarının tərcümə dilindəki mətndə hansı vahidlərlə verilməsi vacib deyildir, vacib olan onların funksional eyniliyi məsələsidir.

      Tərcüməyə linqvistik bir problem olaraq yanaşan Z. Klementyev tərcümənin vəzifəsi barədə belə yazır: “Tərcümənin vəzifəsi orijinalın ünsürlərinin və strukturlarının hasil edilməsi, illah da dəyişdirilməsi (çevrilməsi) deyil, odur ki, tərcüməçi onların funksiyasını başa düşsün və belə ünsürləri öz dilinin strukturlarına daxil etsin, bunlar imkan daxilində bərabər funksional yararlılıq və ekvivalentlik ola bilər.

      Bu istiqamətdə aparılan axtarışlar nəticəsində aşkar olunmuşdur ki, nitqi müəyyən mədəniyyətin, müəyyən sosial kollektivin numayəndəsi olan, özünün fərdi, subyektiv cizgiləri olan insandan ayrılıqda öyrənmək olmaz.

      Bu mövzuda deyilən nəzəri müddəaların illüstrasiyası kimi böyük Azərbaycan şairi S. Vurğunun “Yevgeni Onegin” mənzum romanının tərcüməsi üzərində necə çalışdığına dair qeydləri olduqca xarakteriktir. O, yazırdı: Puşkinin dilinin sadəliyini və onun fikir dərinliyini qorumağa böyük diqqət verməşəm. Tərcümə etdiyim zaman mən həmişə özümə belə bir sual verirdim: “ Görəsən Puşkin özü burada öz fikirlərini Azərbaycan dilində necə ifadə edərdi? Bu sual məni məcbur edirdi ki Puşkinin obrazlarını daha diqqətlə və daha dərindən dərk edim, onları mümkün qədər dəqiq, sadə, ifadəli tərcümə edim.”

      S.Vurğun daha sonra tərcümə üzərində işləyərkən Puşkinin yaradıcılığı haqqinda tarixi materiallar, tənqid və biblioqrafiyanın ona çox kömək etdiyindən danışır: “Bu materiallardan istifadə edərkən, mən Puşkinin nə cür şəraitdə yaratdığını, onun həyacanlarını və sairəni öyrənirdim.”

      S.Vurğunun sonrakı sözləri onun fikrinin, niyyətinin başqa cür istiqamətini də aydınlaşdırır: “Tərcümə zamanı daim çalışırdım ki, sxematizmə (hərfiliyə) yol verməyim, tərcüməni canlı, dolğun edimki, əsər Azərbaycan xalqı üçün aydın olsun. “Yevgeni Onegin”in tərcüməsində  mən həmçinin Azərbaycan dilinin saflığını, əlvanlığını, ahəngdarlığını qoruyub saxlamağa çalışırdım.”

      Görkəmli rus filosofu Q.V. Kolşanski özünün əsərlərində dəfələrlə tərcümə məsələlərinə müraciət etmiş, mətnin tərcumə işi üçün əhəmiyyətli olan bir sıra məsə­lə­ləri nəzərdən keçirmişdir. O, göstərir ki, mülahizənin praqmatik aspekti konkret nitq ünsiyyətinin sosial-psixoloji ovqatı ilə bağlı olan ekstralinqvistik şəraitləri sıra­sın­da nəzərdən keçirilə bilər. Dilin praktik yönümü onun daxili linqvistik xarakteris­tikası deyildir, ona görə də dilin nominativ-kommunikativ təyinatından savayı, onun hansısa məxsusi planını təşkil etmir.

      Q.V. Kolşanskinin fikrincə, tərcümənin praktik uyğunluğu məsələsinin həlli əhəmiyyətli dərəcədə kommunikasiya məqsədlərindən asılıdır. Tədqiqatçı praqmatik amilin tərcümədən ötrü əhəmiyyətini belə qiymətləndirir: “Praqmatik amil təkcə tərcümə proseslərinin reallaşdırılmasının üsulunu deyil, həm də tərcümədə verilən informasiyaların  obyektini müəyyənləşdirməyin ən mühüm süzgəclərindən biridir.”  

      Tədqiqatçı göstərir ki, nə orijinalın, nə də tərcümənin dilindən götürülmüş nitq parçasının məzmunu dildənxaric səraitdən asılı olaraq gah əsas funksiya, gah da praqmatik təsirin xüsusi effekti kimi təzahür edən obyektiv amil – sabit semantik və subyektiv amilə bölünmür. Tərcümə referat deyildir, ona görə də orijinalın dilinin fraqmentlərinin müxtəsər ifadəsi onun vəzifəsinə daxil deyildir. Tərcümənin vəzifəsi dil mənbəyini transformasiya etmək, əvəz etmək, dəyişdirmək yox, onu başqa dil qəlibinə daxil etmək, tökmək, modelləşdirməkdir.

     Q.V. Kolşanski mətni ünsiyyətin əsas vahidi kimi səciyyələndirir. Sözdən tutmuş cümlə qruplarına qədər bütün mənalı dil vahidləri kommunikativ vəzifə ilə müəyyən-ləşən mülahizənin strukturuna daxil olur. Burada vahidin yeri və mündəricəsi qabaqcadan, xəbər verilən ümumi niyyəti ilə müəyyənləşir.

      Ona gorə də Q.V. Kolşanski belə hesab edir ki, konteksti insanların sözlə ünsiyyətin real dil statusu hesab etmək lazımdır. Tam qətiyyətlə demək olar ki, ünsiyyətin əsas vahidi mətndir. Yalnız mətndə bütöv konkret ünsiyyət  baş tutur, ünsiyyətin özü isə bitmiş, tamamlanmış fərdi akta çevrilir.

      Lakin mətnin əlaməti təkcə onun vəhdət təşkil edən həcmi və mündəricəsi deyildir. Mətnin qrammatikliyi ümumi temanın  birləşdirdiyi mülahizələrin ardıcıllığı şəklində təzahür edir.

      Q.V.Kolşanski kontekst və tərcümə məsələlərindən danışarkən göstərir ki, tərcümənin çətinlikləri təkcə dili bilməklə bağlı deyildir. Bunlar tərcümənin dil sistemlərində elə linqvo-qnoseoloji qanunauyğunluqlar tapmaq qabiliyyətindədir ki, onlar tərcümə edilən dillərin mündəricə şəraitlərinin müvafiq semantik əhatəsində hər bir dil vahidinin yerini müəyyənləşdirir. Məhz bunlar mətnin məzmununun uyğun, adekvat şəkildə verilməsinin yeganə kontekst imkanını diktə edirlər .

      Görkəmli rus sovet tərcüməşünası A.D. Şveytser tərcümə nəzəriyyəsinin strukturundan danışarkən bunları qeyd edirdi : 1.Ümumi nəzəriyyə. Bu, tərcümənin ümumi qanunauyğunluqlarını, onun janr spesifikası, tərcümənin yerinə yetirilməsinin şəraiti bu və ya başqa konkret dillərin qarşılıqlı nisbəti ilə müəyyənləşən xüsusiyyətlərindən asılı olmayaraq onun (tərcümənin) ümumi qanunauyğunluqlarını nəzərdən keçirir; 2.Xüsusi nəzəriyyələr. Bunlar arasında mətnlərin bu və ya başqa janr, yaxud tiplərinə istiqamətlənmiş fənnlər seçilir: bədii, elmi-texniki, publisistik tərcümələr; 3.Novbəti qrupu isə tərcümənin yerinə yetirilməsinin səraiti (şərtləri) və üsullarına istiqamətlənmiş fənnlər təşkil edir: sifahi, ardıcıl, sinxron, ikitərəfli tərcümə və s.

       

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:

1.     Abdulla E. Bədii tərcümənin bəzi məsələləri. “Ədəbiyyat və incəsənət”, Baki- 1973

2.     Abdullayeva  F. Peşəkar tərcümənin əsasları.  Baki- Uni Print, 218 s.

3.     Bayramov  Q. Tərcümə sənəti. OKA Ofset nəşriyyatı 2008, 218 s.

4.     Бархударов Л.С. Язык и перевод (Вопросы общей и частной теории перевода) Москва- 1975, 240 с.

5.     Казакова Т.А. Практические основы перевода. English-Russian. СПб: Союз-2002, 320с.

6.     Комиссаров В. Н. Слово о переводе. Международные отношения. Москва-1973, 215 с.

7.     Лилова А. Введение в общую теорию перевода. Высшая Школа. Москва-1985, 287 с.

8.     Щвейцер А. Д. Теория перевода. Статус, проблемы, аспекты. Москва-1988, 215 с.

9.    Arnold I.V. The English worl, M.-L. 1966, 346 p.

10.   Latford J.C. A linguistic Theory of Translation. An essay in applied linguistics. London-1965, 103 p.

Açar sözlər: tərcüməşünaslıq, tərcümə nəzəriyyəsi, linqvistika, koqnitiv, transformasiya

 Ключевые слова: переводоведение, теория перевода, лингвистика, когнитивный,  трансформация

 Key words: translation, theory of translation, linguistics, cognitive, transformation     

                              

                                                                                          XÜLASƏ

     Məqalədə tərcümənin mahiyyəti və vəzifələrindən bəhs olunur. Tərcümə prosesinin elmi-tədqiqat araşdırmaları göstərir ki, tərcümə ana dili ilə xarici dilin müqayisəsi əsasında yaranmışdır və o, iki dilin toqquşması,  xarici dildə ifadə olunan fikrin ana dilinə çevrilməsidir.  Əsas məsələ düzgün, uğurlu söz secimidir.   

                                        

                                                                          РЕЗЮМЕ

      В статье рассматриваются значение и задачи перевода. Результаты научных исследований показывают, что перевод возник  в результате сравнения родного и иностранного языков, и означает перевод выражение мысли с иностранного языка на родной язык. Основная задача найти правильное, подходящее слово.

 

SUMMARY

The importance and tasks of translation are considered in the article. The results of scientific research

indicate that the translation was existed in comparison with the native and foreign languages and mean to translate an expression of thoughts from  a foreign languages into the native. Themain task is to find the correct, suitable word.  

RƏYÇİ: dos. L.Ələkbərova

 


Məmmədova  Aynur 

İSMİN QRAMMATİK HALLARININ SEMANTİK XÜSUSUİYYƏTİ:

                                                                                          YİYƏLİK HAL

Hal kateqoriyasının təbiəti haqqında məsələ dilçilikdə müxtəlif dövrlərdə mübahisə predemti olmuşdur. Müxtəlif qrammatik quruluşa malik olan dillərdə hal münasibətinin öyrənilməsi tarixi hal kateqoriyasının mürəkkəb xarakterə mailk olduğunu göstərir.

Ümumiyyətlə, bu kateqoriyanın öyrənilməsi zəruridir, çünki hal kateqoriya­sının öyrənilməsində tətbiq edilən müxtəlif yanaşmalar ümumilinqvistik planda öyrənilməmiş bir sıra məsələləri ortaya çıxarır. Məsələn, “hal” anlayışına nəyin daxil olması, hal münasibətinin ifadə vasitələri, analtik halların mövcudluğu və s. məsələlər ümumlikdə kifayət qədər öyrənilməmiş qalmışdır.

Azərbaycan dilçiliyində hal kateqoriyasına dair kifayət qədər araşdırmalar aparılmış və nəticədə həmin araşdırmalar qrammatika kitablarında öz əksini tap­mış­dır. Lakin, hal kateqoriyasının ümumi və ya xüsusi qrammatik kateqoriya sırasına aid olması, halların qrammatik və ya məkani olmaqla iki qrupa bölünməsi, belə təsnifatın aparılmasına linqvistik əsasın olub-olmaması və s. məsələlər hələ də Azərbaycan dil­çiliyində tam axıra kimi həllini tapa bilməmişdir. İstər bütövlükdə hal kateqoriya­sı­nın, istərsə də qrammatk hallar kimi səciyyələndirilən adlıq, yiyəlik və təsirlik hal­ların da təkcə isim deyil, hallana bilən başqa nitq hissələrinin timsalında verdiyi ma­te­riallar əsasında öyrənilməsi bu kateqoriyanın təbiətini üzə çıxarmağa, qrammatik kateqoriya sistemində yerini müəyyənləşdirməyə imkan verir. Hal kateqoriyasının təbiətini üzə çıxarmağa imkan verecək başqa bir yanaşma halların ifadə etdikləri sintaktik vəzifə və cümlə üzvlərinin aktual üzvlənməsi, söz yaradıcılığı aspektindən araşdırılmasıdır. (2, 25)

İsmin yiyəlik halı yiyəlik, sahiblik, aidlik münasibəti bildirir. Bu münasibət özünü sahib şəxslə mənsub əşya arasında və ya müxtəlif əşyalar, şəxslər arasında göstərir və ona görə də yiyəlik halda olan sözlər, adətən, söz birləşməsi tərkibində işlənir.

Yiyəlik halda olan söz başqa sözlərlə iki cür əlaqəyə girir. Birincisi, o, özündən sonra gələn sözlə üçüncü növ təyini söz birləşməsi əmələ gətirir. Burada birinci tərəf şəxs, əşya bildirən sözlərlə ifadə olunur. İkinci yerdə gələn söz isim, sifət, say və s. ilə ifadə edilir və bunlar mənsubiyyət şəkilçisi ilə müşayiət olunur.

Yiyəlik halda olan sözün ikinci məqamı onun xəbərlik vəzifəsi ilə bağlıdır. Həmin vəzifədə yiyəlik halda olan sözün əlaqədə olduğu sözlə münasibəti ilə xəbərin münasibətinin eynidir.

Halların yaranmasının əsas səbəbi cümlədə sözlərin əlaqəsini təmin etmək olmuşdur. Dil özü insan müdaxiləsi olmadan bu zərurəti həll etmişdir. Sözlər arasında əlaqənin yaranması üçün onların dəyişməsi əsas şərtdir. Digər hallar üçün başlanğıc forma olan adlıq haldan sonra səciyyəvi xüsusiyyətləri ilə seçilən hal yiyəlik haldır. Bu hal əlaqə yaratma xüsusiyyətinə görə, bir tərəfdən, bütün sonrakı hallardan fərqlənir, digər tərəfdən, bilavasitə təsirlik hala qarşı durur. Belə ki yönlük, yerlik, çıxışlıq hallarında olan sözlər əksərən fellərlə, az hallarda ismi xəbərlə əlaqələnir, təsirlik halda olan sözlər yalnız təsirli feli xəbərlə və ümumən təsirli fellərlə əlaqə­lənir. Yiyəlik halda olan sözlər isə, bunun əksinə olaraq, yalnız adlarla əlaqələnir, məsdərlə, feli sifətlə mənsubiyyət əlaqəsinə girə bilsə də, təsirli feli xəbərlə əlaqə yarada bilmir. İsmin yiyəlik halı da həmişə eyni şəkildə deyildir. Məs.: Yarın saçları tək qaraydı gecə, Yol aşiq canı tək olmuşdu incə (1) misralarında yarın saçları birləşməsində yar sözü yiyəlik haldadır. İkinci misrada aşiq canı birləşməsindəki aşiq sözü də yiyəlik haldadır. Bunlardan birincisinin hal şəkilçisi var, ikincisinin yoxdur. Birincisi (yarın sözü) konkretlik bildirir, ikincisi (aşiq sözü) ümumilik. Ona görə də ismin yiyəlik halı iki cür olur:

1.Müəyyənlik bildirən yiyəlik hal;

2.Qeyri-müəyyənlik bildirən yiyəlik hal.

Misaldan göründüyü kimi, müəyyənlik və qeyri-müəyyənlik bildirən yiyəlik hal iki cəhətdən – həm formaca, həm də mənaca fərqlənir. Müəyyənlik bildirən yiyə­lik halda olan sözlər müəyyən, konkret şəxsi, əşyanı, qeyri-müəyyənlik bildirənlər isə qeyri-müəyyən, ümumi şəxsi, əşyanı bildirir. Məsələn, pəncərənin pərdəsi, uşağın papağı, qadının geyimi, yayın istisi, dağın havası kimi birləşmələrin birinci tərəfində konkret və müəyyən şəxsdən, əşyadan söhbət gedir. Həmin birləşmələri, yiyəlik halın şəkilçisini ataraq, pəncərə pərdəsi, uşaq papağı, qadın geyimi, yay istisi,dağ havası şəklinə salsaq, ümumilik və qeyri-müəyyənlik mənası yaranacaqdır. Müəyyənlik bildirən yiyəlik halın -ın,-in,-un,-ün şəkilçisindən ibarət morfoloji əlaməti var. Bu şəkilçi saitlə bitən isimlərə artırıldıqda bitişdirici n samitindən istifadə olunur: Bakının mənzərəsi, Əlinin atası, quzunun sahibi, sürünün çobanı. Qeyri-müəyyənlik bildirən yiyəlik halın şəkilçisi yoxdur - yiyəlik halın bu formasında hal şəkilçisinə ehtiyac olmur: yaz havası, inək südü, odun parçası, gül yarpağı. Qeyri-müəyyənlik bildirən yiyəlik halda olan sözlərdən sonra, bilavasitə onun ardınca 3-cü şəxs mənsubiyyət şəkilçili söz işlənir və bu əlaqə heç vaxt pozulmur: ceyran sürüsü, iş adamı, fəhlə qüvvəsi, dağ qartalı, durna qatarı, pambıq tarlası və s Bu əlaqə cümlə daxilində də daim özünü sabit şəkildə göstərir; məs.:Anasının dediyinə görə, musiqi və şeir həvəsi ona rəhmətlik atası Kəngərlidən keçmişdir. (M.İ.) Nəcəf hələ məktəbdə oxuyanda maşın həvəskarı idi. (M.İ.) Mahmud həmin isti yay gecəsi nəyi isə gözləyirdi.(Elçin) Yer üzü üzüyün qaşı boydadı.(V.B.) Bir hasar dibində, xəlvəti tində Körpə bir görüş də qoy mənə düşsün.(V.B.) Şər çağı yolunu azan bir quşam, Bir məktub həsrəti hər səhər, axşam Burnumun ucunu göynədir yenə (V.B.)– misal­ların­da musiqi həvəsi, şeir həvəsi, maşın həvəskarı, yay gecəsi, yer üzü, hasar dibi, şər çağı, məktub həsrəti birləşmələrinin birinci tərəfi ismin qeyri-müəyyənlik bildirən yiyəlik halın dadır və təbii ki, mənsubiyyət şəkilçili ikinci tərəflə birlikdə işlənmişdir. Yiyəlik halın qeyri-müəyyənlik bildirən formasında ümumiləşdirmə gücü artıq olur və ikinci tərəflə birlikdə ismin bu halında olan sözlər mürəkkəb söz yaradıcılığı üçün daim potensial baza təşkil edir. Elə buna görə də müəyyənlik bildirən sözlə onun əlaqədə olduğu mənsubiyyət şəkilçili söz arasına istənilən qədər söz, ifadə daxil ola bildiyi halda, qeyri-müəyyənlik bildirən yiyəlik haldan sonra – mənsubiyyət şəkilçili sözlə onun arasında başqa sözlər işlənə bilmir. Məs: Qış gecəsi birləşməsinin tərəfləri arasına söz daxil etmək üçün birinci tərəfi müəyyənlik bildirən yiyəlik halda işlətmək lazımdır: qışın şaxtalı, çovğunlu, qaranlıq gecəsi…

Müəyyənlik bildirən yiyəlik halda olan sözlər kimin? nəyin? haranın? Sual­larına, qeyri-müəyyənlik bildirənlər nə? sualına cavab verir. Sualından göründüyü kimi, qeyri-müəyyənlik bildirən yiyəlik hal zahirən adlıq hala oxşayır. Məs.: Qız babası ilə məktəb müdirinin yanına getdi – cümləsində qız sözü ilə məktəb sözü arasında forma fərqi yoxdur, lakin bunlardan birincisi adlıq, ikin cisi yiyəlik haldadır.

Adlıq halda olan sözlərlə bu halda (qeyri-müəyyənlik bildirən yiyəlik halda) olan sözləri mətn daxilində aşağıdakı kimi fərqləndirmək olar:

1.Qeyri-müəyyənlik bildirən yiyəlik haldakı sözdən sonra mütləq onunla əlaqəli 3-cü şəxs mənsubiyyət şəkilçili söz işlənir. Məs.:

Böyük arzuların şəfəqləridir

Vətən torpağında yanan hər işıq.(N.X.)

İndi burda təmtəraqla açılır səhər,

Ram eyləmiş təbiəti insan qüvvəsi.(N.X.)

Bizim Bakı səhərini seyr edirəm yenə mən,

Duyuram ki, sərin yeldə dalğaların ətri var. (N.X.)

Bu misallarda vətən, insan, Bakı sözləri qeyri-müəyyənlik bildirən yiyəlik hal­dadır. Həmin sözlərdən sonra üçüncü şəxs mənsubiyyət şəkilçili torpağında, qüvvəsi, səhərini, sözləri işlənmiş və qarşılıqlı tabelilik əlaqəsində olan vətən torpağı, insan qüv­vəsi, Bakı səhəri birləşmələri yaranmışdır. Lakin adlıq halda olan sözdən sonra 3-cü şəxs mənsubiyyət şəkilçili sözlər tələb olunmur, işləndikdə isə həmin sözlə əlaqəli olmur.

2. Adlıq halda olan söz ilə qeyri-müəyyənlik bildirən yiyəlik halda olan sözlər sintaktik vəzifəsinə görə də fərqlənir. Adlıq halda olan söz cümlədə mübtəda, qeyri-müəyyənlik bildirən yiyəlik halda olan söz ikinci tərəflə birlikdə – birləşmə şəklində mübtəda, xəbər, tamamlıq, təyin, zərflik ola bilir.

3. Adlıq halda olan sözə yiyəlik halın şəkilçisini artırsaq, cümlənin mənası dəyişər və pozular; məs.: Ayı daş parçaları yomalayır – Ayının daş parçaları yomalayır. Lakin qeyri-müəyyənlik bildirən yiyəlik hala yiyəlik hal şəkilçisi artırsaq, məna daha da konkretləşər: Ayı daşın parçalarını yomalayır.

4. Adlıq halın sualları dəyişə bilmir, qeyri-müəyyənlik bildirən yiyəlik halda olan sözü müəyyən yiyəlik hala salmaqla sualını da dəyişmək – kimin? nəyin? haranın? şəklinə salmaq olar.

5. Adlıq halda olan sözlə qeyri-müəyyənlik bildirən yiyəlik halda olan söz sintaktik əlaqəsinə görə də fərqlənir: adlıq halda olan söz xəbəri özü ilə uzlaşdırır, qeyri-müəyyən yiyəlik halda olan söz isə mənsubiyyət şəkilçili sözlə yanaşma əlaqəsində olur.

Yiyəlik halın şəkilçisi (-ın,-in,-un,-ün) ikinci şəxs təkin mənsubiyyət şəkilçisi ilə (-ın,-in,-un,-ün) eyni səs tərkibinə malikdir:

sən-in qələm-in

sən-in dəftər-in

sən-in əl-in

Bu misallarda sənin sözü yiyəlik haldadır, qələmin, dəftərin, əlin sözləri mənsubiyyət şəkilçilidir. Yiyəlik halın şəkilçisi ilə ikinci şəxs təkin mənsubiyyət şəkilçisini aşağıdakı qayda ilə fərqləndirmək olar:

1. Yiyəlik halda olan sözdən sonra (əgər xəbər vəzifəsində deyilsə) mütləq mənsubiyyət şəkilçili bir söz işlənməlidir. Məsələn: otaq sözünü yiyəlik halda - otağın şəklində işlətdikdə qapısı, pəncərəsi, tavanı, döşəməsi, divarı, havası, adamı və s. kimi sözlərdən biri tələb olunur. Lakin mənsubiyyət şəkilçili sözün bu cür sözlərə, xüsusən birinci tərəfə çox vaxt ehtiyacı olmur. Sənin dəftərin məndədir – əvəzinə məntiqi vurğu tələb olunmursa, sadəcə olaraq, Dəftərin məndədir - deyirik.

2. Yiyəlik halda olan ismə yenidən hal şəkilçisi artırmaq olmaz, lakin mənsubiyyət şəkilçili sözlər bütün hallar üzrə dəyişə bilir. Məsələn, sənin məktəbin birləşməsində mənsubiyyət şəkilçili ikinci tərəfə diqqət yetirək:

Sənin məktəbin

Sənin məktəbinin

Sənin məktəbinə

Sənin məktəbini

Sənin məktəbində

Sənin məktəbindən

4. Yiyəlik halda olan söz sahib şəxsi, mənsubiyyət şəkilçili söz mənsub əşyanı bildirir; məs.: Mən sənin aciz, gücsüz, yazıq olmağına inanmıram. Sənin əməllərin cinayət tərkiblidir (T.K.)- cümlələrində sənin sözü sahib şəxs, ikinci şəxs təkin mənsubiyyət şəkilçisi ilə işlənmiş olmağına, əməllərin sözləri mənsub əşya anlıyışı bildirir.

“Mənsub əşya” anlayışı müxtəlif mənalardadır və müxtəlif məna çalarları ifadə edir.

Yiyəlik halın məna variantlarına aşağıdakıları qeyd etək olar:

1. Bu halda olan söz özündən sonra gələn sözlə ifadə edilən xüsusiyyətə, keyfiyyətə malik olan şəxsi və ya əşyanı bildirir: qış soyuğu

2. Bu halda olan söz özündən sonra gələn sözün ifadə etdiyi anlayışı müəyyən müəssisəyə, kollektivə, şəxsə bağlıayır: məktəb direktoru, idarə rəisi.

3. Bu halda olan söz özündən sonra gələn sözün obyekti olur: məsələ həlli

4. Bu halda olan isim özündən sonra gələn sözün zamanını bildirir: həftənin yenilikləri, həftənin günləri.

5. Yiyəlik halda olan isim özündən sonra gələn sözlə ifadə olunmuş, mənanın obyekti kimi çıxış edir: çayın qırağı, ağac altı.

Yiyəlik halın bunlarla yanaşı aşağıdakı mənalarını göstərmək olar:

1. Yiyəlik hal əşyaya sahib olan şəxsi bildirir. Məs: Nigarın güzgüsü, Onun oyuncaqları. Həmin dəm Əliabbas kişinin də Gböyük oğlunun ağappaq saçlarına sataşdı (Elçin)

2. Yiyəlik hal qohumluq, dostluq, yaxınlıq münasibəti bildirir. Tellinin anası, Azərin qardaşı

3. Yiyəlik halda olan isim bütöv, ondan sonra gələn isim isə bütövün hissəsini bildirir: çuxurun qolu, telefonun dəstəyi və s.

Nəticə olaraq deyə bilərik ki, bu hal yalnız birləşmə daxilində işlənir, birləşmədən xaric müəyyən yiyəlik hal cümlənin ancaq xəbəri ola bilər. Yiyəlik halda olan söz təyin etdiyi sözlə birlikdə cümlənin mürəkkəb üzvü vəzifəsində çıxış edir. Yiyəlik halın əsas sintaktik mövqeyi özündən sonra gələn isimlə və ya substantivləşmiş sözlə əlaqəyə girərək söz birləşməsi əmələ gətirməkdir.

 

Ədəbiyyat

1. Adilov M., Verdiyeva Z.N., Ağayeva F.M. «İzahlı dilçilik terminləri». Bakı: Maarif, 1989, 358 s.

2. Azərbaycan dilinin qrammatikası. Bakı: Elm, 1954, 214 s.

3. Azərbaycan dilinin qrammatikası. Bakı: Elm, 1971, 268 s.

4. Dəmirçizadə Ə. «Müasir Azərbaycan dilinin morfologiyası». Bakı: Maarif, 1961, 106 s.

5. Hüseynzadə M. «Müasir Azərbaycan dili. Morfologiya». III hissə, Bakı:Maarif, 1983, 320 s.

6. Hüseynzadə M. «Müasir Azərbaycan dili. Morfologiya». III hissə, Bakı: Şərq- Qərb, 2007, 279 s.

7. Kazımov Q.Ş. «Müasir Azərbaycan dili.Morfologiya». Bakı: Elm və Təhsil, 2010, 398s.

8. Mirzəzadə H. «Azərbaycan dilinin tarixi qrammatikası». Bakı: ADU, 1990, 372

9. Müasir Azərbaycan dili. Morfologiya. II cild, Bakı: Elm, 1980, 510 s.

10. Seyidov Y. «Azərbaycan dilinin qrammatikası. Morfologiya». Bakı Universiteti nəşriyyatı, 2002, 371 s

 

                                           &nb